id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,102
19.11.2008 07:08
Media
“QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ
Bizə açıqlamasında ASİ-nin təsisçilərindən Seymur Həziyev bildirdi ki, artıq nominasiyalar üzrə qaliblər bəllidir. Amma müsahibimiz dedi ki, görüş iştirakçıları ilə ümumi müzakirələr nəticəsində bunların kimliyini hələlik açıqlamamağı qərarlaşdırıblar. S.Həziyevin sözlərinə görə, iştirakçılar həftə ərzində çıxan yazıların kitab şəklində dərc olunmasına da qərar veriblər. Xatırladaq ki, təsisçilər belə bir niyyətləri olsa da, onu müsabiqə iştirakçıları ilə məsləhətləşmədən reallaşdırmaq istəmirdilər. Görüş zamanı yazarlar bu təklifi dəstəkləyiblər. S.Həziyev həmçinin vurğuladı ki, kitab iki dildə dərc olunacaq. “Qənimət həftəsi” çərçivəsində dərc olunan yazılar ingilis dilinə də tərcümə ediləcək: “Hələ ki tədbirin hansı tarixdə keçiriləcəyini dəqiq bilmirik. Çünki tez bir zamanda tərcüməni təmin etmək və ödülçüyə təqdim olunacaq simvolik medalı hazırlamaq istəyirik. Kitabla bağlı da müəyyən dəqiqləşdirmələr aparmışıq. Kitabın 200 nüsxə çıxmasını nəzərdə tutmuşuq”. Müsahibimiz kitabı jurnalistlərə və diplomatik korpus təmsilçilərinə paylayacaqlarını da bildirdi.Xatırladaq ki, ASİ-nin təsisçiləri Anar Niftəliyev, köşə yazarları Pərviz Cəbrayılov, Seymur Həziyev, Eldəniz Elgündür.
43,103
19.11.2008 07:10
Media
“SEÇKİ 2008“ KOALİSİYASI KİV-ləri DİPLOMLA TƏLTİF ETDİ
Müşahidə prosesi 13 avqust - 31oktyabr 2008-ci il tarixləri arasındakı müddəti əhatə edib. Monitorinqə dörd TV kanalı - AzTV, İTV, ANS və Lider, üç onlay resus - media forum, lent.az və 1news.az, doqquz qəzet - “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil” (hər üçü hakimiyyətyönlü), “Azadlıq”, “Yeni Müsavat”, “Novoye vremya” (hər üçü müxalifyönlü), “Şərq”, “525-ci qəzet” və “Zerkalo” (hər üçü müstəqil) cəlb edilib. Müşahidə zamanı bütün KİV-lərin daha çox etik normalar və jurnalistika standartları çərçivəsində davranmaları, seçki proseslərinə və namizədlərə yanaşmada tərəfsizlik nümayiş etdirmələrinə diqqət edilib. Nəticələri nəzərə alan sözügedən qurum müşahidəsini apardığı on altı KİV-dən on birini 2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı tutduğu balanslı, obyektiv, tərəfsiz mövqeyinə, bütövlükdə seçki proseslərini geniş işıqlandırdığına, hər hansı namizədin lehinə və ya əleyhinə qərəzli təbliğat qoşulmadan xəbər və təhlillər yaydığına görə diplomla təltif edib.Təltif edilən KİV-lər isə bunlardır: İTV, ANS, media forum.az, lent.az, 1news.az onlayn resursları, “Azərbaycan”, “Yeni Müsavat”, “Novoye vremya”, “Şərq”, “525-ci qəzet” və “Zerkalo” qəzetləri. Monitorinqin qəzetimizlə bağlı hissəsində göstərilir ki, “”Yeni Müsavat" monitorinq dövründə daha tərəfsiz mövqe nümayiş etdirə bilib. Bu qəzet bir tərəfdən, boykotçu müxalifətin fikirlərinə yer verməklə, digər tərəfdən, seçkiyə qatılan namizədlərə də geniş yer ayırıb. Ümumilikdə müxalif yanaşma hiss olunsa da, balansın gözlənilməsinə meylin güclü olması qəzetin bu seçki kampaniyasında tərəfsizlik nümayiş etdirməsinə sübutdur. Qəzet həm də namizədlərdən bir neçəsinin pullu reklamına yer ayırıb və hakim partiyadan olan namizədin reklamını verməyə hazır olduğunu nümayiş etdirib.
43,104
19.11.2008 06:10
Media
“AZADLIQ” RADİOSUNA CİDDİ ƏNGƏL NAXÇIVANDAN BAŞLADI
Muxtar respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet şöbəsinin müdiri Vüqar Rəsulov bildirib ki, hər hansı bir veb-sayta müdaxilə etmək onların imkanları xaricindədir: “Problemlər yaşanırsa, bu, Bakı ilə bağlıdır”.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Müşfiq Əmirov isə deyib ki, yaranmış problem ancaq Naxçıvandakı provayderlə bağlı ola bilər.“Azadlıq” radiosu bildirib ki, Naxçıvan MR-də alternativ internet provayderləri yoxdur, bu da muxtar respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan nakhinternet.az provayderi üçün rəqabətsiz mühit yaradır. Həmin provayder özünün bir o qədər də sərfəli olmayan şərtlərini və xidmətlərini istifadəçilərə diktə etməkdədir.
43,105
19.11.2008 06:11
Media
ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ REDAKTORLARLA GÖRÜŞDÜ
Bu barədə bizə məlumat verən R.Arifoğlu söylədi ki, onlardan görüşdə səslənən məlumatlar, müzakirələrlə bağlı mediaya təfsilatlı bilgi verilməməsi xahiş olunub. Onun sözlərinə görə, qarşı tərəfin Azərbaycan hakimiyyətinin rəhbərliyi ilə görüşdən gəldikləri məlum olub: “Həmin görüşdə jurnalistlərlə, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub. Onlara həm radiostansiyalar, həm də həbsdəki jurnalistlərlə bağlı Amerika Birləşmiş Ştatlarının mövqeyi çatdırılıb və müvafiq cavab alınıb”.R.Arifoğlu saatyarım davam edən görüşdə medianın, habelə yayım qanunvericiliyinin vəziyyəti ilə bağlı müzakirələr aparıldığını dedi. Görüş iştirakçıları həmçinin müstəqil jurnalistikanın problemləri barədə də fikir mübadiləsi aparıblar.
43,106
19.11.2008 06:16
Gündəm
QARABAĞ DANIŞIQLARINDAN İKİ BƏD XƏBƏR
“Əgər bu məqamlar razılaşmada əksini tapmasa, Ermənistan müxalifəti onu tanımayacaq”-deyə Zurabyan bildirib.Ermənistanda hakim Respublika Partiyasından deputat Eduard Şarmazanov isə Moskva bəyannaməsinə imza atanlar arasında “DQR prezidenti”nin olmaması barədə davam edən tənqidlərlə bağlı deyib ki, bu formatda danışıqların aparılması və sənədin imzalanması Rusiyanın təklifi idi. Şarmazanov bildirib ki, Rusiyanın regionda maraqları var və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında o, öz maraqlarını nəzərə alır: “Yaxşı olardı ki, Dağlıq Qarabağ da həmin sənədə tərəf kimi imza ataydı. Ancaq indiki halda Ermənistanın iki variantı olub: ya bu formatda danışıqlarda iştirak etmək və sənədi imzalamaq, ya da Moskva danışıqlarını boykot etmək. İkinci variant o demək olardı ki, Ermənistan münaqişənin dinc yolla həllinə tərəfdar deyil”.Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsi sədrinin birinci müavini, Moskvadaki MDB İnstitutunun rəhbəri Konstantin Zatulin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş açıqlama ilə çıxış edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, o deyib ki, Dağlıq Qarabağ müstəqil dövlət olacaq və tanınacaq. Kremlə yaxın fiqur sayılan Zatulinə görə Dağlıq Qarabağın de-yure tanınmaması nə qədər davam etsə də bu adda dövlət artıq mövcuddur. Üstəlik, müasir dünyada mühüm element olan demokratik sistemə malikdir. Zatulin Qarabağda dəfələrlə seçkilərin keçirildiyini, hakimiyyətin ayrı-ayrı şəxslərə keçdiyini, Azərbaycanda isə bunun baş vermədiyini deyib: “Dağlıq Qarabağ tanınmağa doğru gedir, doğrudur, bu mürəkkəb prosesdir, ancaq Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq. Bakıdakı siyasətçilərə də bu məsələ aydındır. Onlar indi müəyyən çərçivədən çıxa bilmirlər, ancaq Dağlıq Qarabağın tanınmasının əvəzində 7 rayonun boşaldılması kimi priz var”. Zatulin “Rusiya Dağlıq Qarabağı tanımağa hazırdırmı” sualına “əlbəttə, bu mərhələdə yox” cavabını verib. “Əgər Ermənistan özü Dağlıq Qarabağı tanımırsa, o zaman belə sualla Rusiyaya müraciət etmək düzgün olmazdı”.
43,107
19.11.2008 07:20
Güney hadisələri
AZƏRBAYCANLI İRANIN DAXİLİ İŞLƏR NAZİRİ OLDU
“Media forum” saytının məlumatına görə, yeni nazir Sadıq Məhsuli İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində doğulub. Ticarət idarəçiliyi ixtisasına yiyələnib. İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olub. Ölkənin varlı adamlarından biridir, “milyarder keçmiş sepahçı” kimi tanınır. Hakimiyyət daxilindəki rəqibləri Məhsulini “Sepah”da olarkən vəzifəsindən sui-istifadə etməkdə, qanunsuz yolla pul qazanmaqda, dövlət əmlakını mənimsəməkdə günahlandırırlar. Onların iddiasına görə, hazırda hər saat S.Məhsulinin qazancının üstünə 1800 dollar əlavə pul gəlir.Lakin S.Məhsuli ittihamları rədd edir.
43,108
19.11.2008 07:20
Gündəm
HAKİMİYYƏTLƏ NORVEÇ ARASINDA DİPLOMATİK QALMAQAL
Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb. Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər.
43,109
19.11.2008 06:22
Ölkə
VERGİLƏR NAZİRLİYİ SAHİBKARLARDAN “HAQQ” YIĞILMASINDAN DANIŞDI
Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov bu yazı ilə bağlı redaksiya ilə əlaqə saxlayaraq rəsmi mövqelərini dərc etməyimizi xahiş etdi. O dedi ki, bütün növ vergi nəzarəti “Vergilər Nazirliyi haqqında əsasnamə” ilə nazirliyin səlahiyyətlərinə aiddir: “Vergi nəzarətinin həyata keçirilməsi kimlərdəsə narazılığa səbəb ola bilər. Amma bu, qanunun tələbidir”.F.Səmədov vergi əməkdaşlarına verilən pulların müqabilində ödəyicilərə heç bir çekin verilmədiyi barədə fikirlərə də münasibət bildirdi: “Əsla belə deyil. Nazirliyin marağındadır ki, vergi əməkdaşı bütün dünyada gedən tendensiyaya uyğunlaşsın. Vergi əməkdaşları ilə sahibkarlar arasında təmaslar minimuma endirilsin ki, rüşvət və digər qanunsuzluq imkanları da aşağı olsun. Nazirlik həmişə maraqlı olub ki, sahibkar gəlib cibindən pul çıxarıb kiməsə ödəməsin”.VN əməkdaşı sual etdi: “Sahbikarlardan pul yığanlar bəlkə də heç vergi əməkdaşları deyil?! Praktikada belə faktlar olub. Bu cür cinayətə yol vermiş şəxslərin həbs edildiyi də indiyə qədər bir neçə dəfə ictimaiyyətə açıqlanıb. Həqiqi vergi əməkdaşlarının sahibkarlardan haqq istəməsi isə tamamilə əsassızdır və mümkün deyil”.
43,110
19.11.2008 07:21
İqtisadiyyat
DÖVLƏT BÜDCƏSİ NOYABRIN 25-də TƏSDİQLƏNƏCƏK
Onlardan bəzisi seçildiyi bölgənin problemləri ilə bağlı məsələnin həllini büdcə xərclərinə daxil etmək istəyirdi. Lakin belə olduqda, büdcənin pərsəngi pozular". Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. Komissiya sədri bildirib ki, büdcə məxariclə mədaxili bir-birinə bağlamalıdır. H. Rəcəblinin sözlərinə görə, gələn ilin büdcəsində təhsilə ayırmalar orduya ayırmalardan artıq olub.H. Rəcəbli gələn ilin dövlət büdcəsinin təsdiqlənmək üçün Milli Məclisin noyabrın 25-də keçiriləcək iclasına təqdim ediləcəyini deyib. Qeyd edək ki, 2009-cu il Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat həcmində proqnozlaşdırılır. Bu göstəricilər 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
43,111
19.11.2008 07:24
Dünya
ABŞ QOŞUNLARINI İRAQDAN ÇIXARIR
Bağdadla Vaşinqton arasında saziş imzalanması İraqdakı şiə hərəkatının, Tehran və Dəməşqin ciddi narazılığına səbəb olub. İraq şiələrinin lideri Muqtəda əs-Sədr sazişin imzalanmasının qarşısını almaq üçün yeni hərəkat yaradacağını bəyan edib.
43,112
19.11.2008 07:25
Gündəm
TÜRKİYƏ PARLAMENTİNDƏ ORİJİNAL AKSİYA
Adının Mətin olduğu bildirilən 56 yaşlı bu şəxsin əlindəki bidonda benzin olduğu müəyyənləşib. O, yaxınlıqdakı polis idarəsinə aparılıb. İdarədə onun həyat yoldaşını və sevgilisini öldürdüyünə görə 23 il həbsdə yatdığı bəlli olub. Mətin həbsdən çıxdıqdan sonra iş tapa bilmədiyi üçün parlamentdə etiraz aksiyası keçirmək istədiyini söyləyib.
43,113
19.11.2008 06:28
Siyasət
YAP LİVİYA SƏFİRLİYİNİ QEYRİ-CİDDİLİKDƏ SUÇLADI
S.Novruzovun bu açıqlaması beynəlxalq skandala səbəb olub. Belə ki, Liviyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı redaksiyamıza məktub ünvanlayıb. Məktubda səfirliyin S.Novruzovun belə fikirlər səsləndirməsindən təəssüfləndiyi bildirilir. Həmçinin S.Novruzovun açıqlamasının iki ölkə arasında təməli mərhum Heydər Əliyev tərəfindən qoyulan münasibətlərlə üst-üstə düşmədiyi bildirilir. Eyni zamanda səfirlik İordaniya ilə Liviyanı səhv saldığına görə Novruzovu çoğrafiyanı bilməməkdə suçlayıb və bunun ayıb olduğunu bildirib... Beləcə, S.Novruzov məsuliyyətsiz bir açıqlama verməklə beynəlxalq skandal yaradıb. Bəs məsələ ilə bağlı YAP-da hansısa müzakirələr aparılıbmı?YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Liviya səfirliyi tərəfindən redaksiyamıza təqdim olunmuş məktubun həqiqiliyinə inanmadığını söylədi: “Biz inanmırıq ki, Liviya kimi nüfuzlu bir müsəlman ölkəsinin Azərbaycandakı səfirliyi parlamentdə səslənmiş və mətbuatda təhrif olunmuş şəkildə əks olunan fikirlərə bu cür reaksiya verə bilər. Biz buna qeyri-ciddi yanaşırıq”.Cənab Paşayevin diqqətinə çatdırdıq ki, sözügedən məktubu redaksiyamıza Liviya səfirliyi özü təqdim edib və onun doğruluğuna şübhə etmirik. H.Paşayev həmin məktubun surətinin YAP-a göndərilmədiyini dedi: “Bizdə belə bir məktub yoxdur və bundan xəbərsizik”. Məsələyə Xarici İşlər Nazirliyinin münasibətini də öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim Liviya səfirliyinin bu məsələ ilə əlaqədar XİN-ə müraciət edib-etməməsindən xəbərsiz olduğunu dedi: “Ona görə də mən bu məsələ ilə bağlı heç bir şərh verə bilmərəm”.
43,114
19.11.2008 06:28
Siyasət
YAP-ın QANUN LAYİHƏSİ YOXA ÇIXIB
Xatırladaq ki, YAP-ın hazırladığı layihədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində prezident seçkisinin nəticələrinin əsas götürüldüyü deyilirdi. Dövlət büdcəsindən maliyyələşmədə prezident seçkisinin nəticələrinin əsas götürülməsinin tərəfdarı kimi vitse-spiker Bahar Muradova və bir neçə YAP-çı deputat çıxış edirdilər. Ötən həftə isə “Yeni Müsavat”a hakim partiyanı təmsil edən deputatlardan biri məlumat vermişdi ki, YAP-ın hazırladığı qanun layihəsinin parlamentə göndərilməməsinə səbəb Prezident Aparatının, xüsusilə də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin mövqeyi olub. Belə ki, R.Mehdiyev qanun layihəsində bir sıra ciddi düzəlişlərə ehtiyac olduğunu əsas gətirərək MM-in müzakirəsinə çıxarılmasını məqsədəuyğun saymayıb. Onu da xatırladaq ki, R.Mehdiyev ötən həftə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində də “Siyasi partiyalar haqqında” qanunda partiyaların dövlət büdcəsindən maliyyələşməsində hansı kriteriyaların əsas götürülməsinə toxunmuşdu. Onun irəli sürdüyü təkliflərin heç birində prezident seçkilərinin nəticələrinin əsas götürülməsi yox idi. Cənab Mehdiyev parlament seçkisinin nəticələrinin əsas kimi qanunda qeyd olunmasının məqsədəuyğunluğunu vurğulamışdı. Bu mövzuda dünən Milli Məclisin vitse-spikeri Bahar Muradovanın “525-ci qəzet”ə açıqlaması diqqətimizdən yayınmadı. Partiyaların maliyyələşməsində prezident seçkisinin nəticələrinin əsas götürülməsinin tərəfdarlarından biri kimi tanınan Bahar Muradova artıq parlament seçkilərinin də əsas kriteriya kimi götürülməsinin tərəfdarı olduğunu bildirib. B.Muradovanın mövqeyində müəyyən qədər dəyişiklik yaranmasına Ramiz Mehdiyevin məqaləsindəki məlum fikirlərin təsir etdiyi şübhəsizdir. Vitse-spikerin daha bir açıqlaması isə YAP-ın hazırladığı “Siyasi partiyalar haqqında” qanun layihəsinin Prezident Aparatında bəyənilmədiyi haqda yazdıqlarımızı təsdiqləyir. YAP-ın İdarə Heyətinin üzvü olan B.Muradova ortada konkret qanun layihəsinin olmadığını bildirir. Belə çıxır ki, YAP-ın hazırladığı və Milli Məclisin müzakirəsinə təqdim etməyə hazırlaşdığı qanun layihəsi “yoxa çıxıb” və ya üstündən xətt çəkilib. Çünki hakim partiyanın bir neçə deputatı mətbuata bildirmişdi ki, YAP “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlayıb və yaxınlarda Milli Məclisin müzakirəsinə təqdim edəcək.
43,115
19.11.2008 06:29
Müsahibə
“AZƏRBAYCANDA CİHAD ETMƏK İSTƏYƏN QÜVVƏLƏR VAR”
- Küveytə niyə getmişdiniz? - Küveytə səfərimin məqsədi Məhəmməd Peyğəmbərin (s) müdafiəsi ilə bağlı keçirilən tədbirdə iştirak etmək idi. Lakin bəziləri bunu mənim ölkədən qaçmağım kimi qələmə verdi. Halbuki ölkədən qaçmağım üçün heç bir səbəb yoxdur. Mən öz işimi görürəm, məscid bağlı olsa da, fəaliyyətimi davam etdirirəm. Sadəcə, fəaliyyətimiz dağınıqdır. Əvvəllər isə hamı “Əbu Bəkr”ə toplaşırdı. Yəni məscidin bağlı qalmasından başqaları zərər çəkəcək. Allaha şükür etmək lazımdır ki, “Əbu Bəkr” məscidi var. - Məscid bağlanandan sonra harada toplaşırsınız? - Başqa məscidlərdə və ayrı-ayrı evlərdə... - Bəs Sizə nə deyirlər? Məscid nə vaxt açılacaq? - Biz də istintaqın davam etməsinin tərəfindəyik. Ancaq məscidin indiyə kimi bağlı qalmasının səbəbi bizə aydın deyil. Biz məhkəməyə müraciət etmişik. Sabah (bu gün) növbəti proses keçiriləcək. Gözləyirik ki, ədalətli qərar verəcəklər. Qanun tələb etdiyi qaydada axıra kimi mübarizə aparacağıq. Biz qanundan kənara çıxmaq fikrində deyilik. - Məhkəmədə qarşı tərəf hansı arqumentlərlə çıxış edir? - Məsələn, deyirlər ki, orada kiminsə qızına sataşırlar və ya azyaşlı uşaqlara avtomobil yudurdurlar. Lakin bunlar məscidin bağlanmasına səbəb ola bilməz. Bizə qarşı terror olub. Bu da bizim radikallığın əleyhinə çıxmağımızla bağlıdır. Radikal şəxslərin bəziləri əvvəllər bizim məsciddə namaz qılıb, sonra oranı tərk ediblər. Onların bir qrupu isə xaricdən gəlib. - Kimdir onlar? - Alimlər onlara təkfirçilər, cihad camaatı və digər adlar verir. Onların fikri cihad etməkdir. Azərbaycanda belə qüvvələr zəif də olsa, var. Belə şəxslərə ən güclü müqaviməti “Əbu Bəkr” məscidi göstərib. Biz bu baxımdan maarifləndirmə işi ilə məşğul oluruq. Belə bir vəziyyətdə məscidin bağlanması isə yalnız onlara xidmət edir. Radikalların əsas məqsədi elə “Əbu Bəkr”in bağlanması idi. - Dini Komitə bildirir ki, Sizin dini icmanın hüquqi ünvanı başqa yerdə ola-ola, Ülvi Bünyadzadə küçəsində fəaliyyət göstərməyiniz qanuna ziddir. Buna görə də məscidin açılmasını tələb etmək hüququnuz yoxdur... - Heç icazə olmadan, qanunsuz bir quş yuvası da tikmək mümkün deyil. Necə olub ki, bu məscid şəhərin mərkəzində 10 il qanunsuz fəaliyyət göstərib. Bizim icma 1998-ci ildə yaradılıb və Ülvi Bünyadzadə küçəsində qeydiyyata düşüb. İcma məscid olmadan da fəaliyyət göstərə bilər. Həmin ərazidə məscidin təməli 1997-ci ildə qoyulub, 1 il sonra isə istifadəyə verilib. Elə 1998-ci ildən mən icmanın imamı kimi “Əbu Bəkr”də fəaliyyətə başlamışam. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılanda bütün icmalar yenidən qeydiyyata alındı. Həmin vaxt biz bütün sənədləri hazırlayıb təhvil verdik. Onda bizə dedilər ki, icmanın ünvanı hansısa bir ev göstərilməlidir. Mən də icmanın ünvanı kimi öz yaşadığım ərazini göstərdim. Yəni bütün icmalar kimi bizdən tələb olunan bütün sənədləri təqdim etdik. Həmin vaxt Dövlət Komitəsi bizdən Qafqaz Müsəlmanları İdarəsinin rəyini tələb etmədi. Komitənin sabiq sədri Rafiq Əliyev şeyxin rəyini tələb etmədən bütün icmaları qeydiyyata aldı. - Şeyxülislam Hacı Allahşükür Paşazadənin sizin icmanın qeydiyyatı ilə bağlı fikirlərinə münasibətiniz necədir? - Bizim şeyxlə hər zaman normal münasibətlərimiz olub. Ona böyük hörmətimiz var. Biz istəyərdik ki, məscidin açılmasında şeyx də öz köməyini göstərsin. O, nəinki dövlətin daxilində, həm də xaricdə tanınmış nüfuz sahibidir. - Sizin nə qədər tərəfdarınız var? - Bu hesabat aparılmayıb. Ancaq biz gördük ki, baş verən hadisədən sonra camaatın çoxu bizi başa düşdü. Bizim haqqımızda düzgün olmayan çox informasiyalar yayılıb. Guya hansısa ölkənin casuslarıyıq və haradansa pul alırıq. - Doğrudan da indi cəmiyyətdə belə bir fikir var. Filankəs acından ölürdü, getdi “Əbu Bəkr” məscidinə, indi “Jeep” sürür. Maraqlıdır, insanlar gördüklərini danışmır? - Ola bilər ki, kiminsə maliyyə vəziyyəti dəyişsin. Adamlar varlana bilər, burada qeyri-adi heç nə yoxdur. Yəni bunlar məscidlə bağlı deyil. Orada heç kimə pul paylamırlar. Biz əlillərə və imkansız ailələrə yardımlar edirik. Bəzən bizim haqqımızda danışılanlara özümüz də gülürük. Heç vaxt nə dövlətə, nə də onun başçısına qarşı çıxmamışıq. XXI əsrin müsəlmanları ayrı cür düşünür. Bu gün dünyada radikallıq durmadan artır. Azərbaycan cəmiyyətində isə dini maarifləndirmə yoxdur. Bu işi biz görürük. Radikallığına görə kimisə tutub həbsxanaya salmaq məsələnin həlli deyil. Onlar içəridən daha radikal formada çıxırlar. - Bütün cəmiyyət sizi vəhhabi kimi tanıyır. Siz isə iddia edirsiniz ki, vəhhabi deyilsiniz. Dediyiniz kimi, gücünüz çoxdursa, niyə vəhhabi adını bu vaxta qədər öz üzərinizdən ata bilməyibsiniz? - Biz əhli-sünnə, yəni sələflərik. Biz də onlardan soruşuruq ki, nəyə görə bizə vəhhabi adı veriblər? Bəyəm qısa şalvar geyinmək və ya saqqal saxlamaq vəhhabilikdir? “Əbu Bəkr”ə gələnlərin çoxu saqqal saxlamırdı. Yəni bu cür geyinmək sadəcə dində buyurulan qaydalara riayət etməkdir. Bu cür fikirlər savadsızlıqdan yaranır. Adamlar tədricən hər şeyi biləcək. - İcmanızın maliyyə mənbəyi haradır? - Məscidə gələn adamlar. Bu o qədər də böyük məbləğ deyil. Həmin ərazidəki dükanlar da orada yaşayan insanlarındır. Sadəcə, bizə məscidə gələnlər kirayə veriblər. - Ailəniz də dindardır? - Bəli, bütün ailə üzvlərimiz ibadət edir. İki azyaşlı oğlum var. Onların birinin adı Abdulla, digərinin adı isə Əlidir. Namaz qılanda oğlanlarım yanımda dayanır. - Məsciddə partlayış baş verəndə yaralanmışdınız. İndi özünüzü necə hiss edirsiniz? - Bədənimdə bir neçə qəlpə qalıb. İstəyirəm müalicəyə gedəm və həmin qəlpələri bədənimdən çıxartdıram. İndi əsas işimiz “Əbu Bəkr”in açılmasıdır. Bilsək açılmayacaq, öz işimizi bilərik. Məscidin bağlanmasını istəyən qüvvələr var. Ancaq hiss edirəm ki, məscid bağlanmayacaq. - Deyirlər, tərəfdarlarınızdan bəziləri həbs edilib. - Mənim müavinlərimdən və yaxın tərəfdarlarımdan heç kim həbs edilməyib.
43,116
19.11.2008 06:30
Müsahibə
“RÜSTƏM İBRAHİMBƏYOVA İTTİHAMLARIM SİFARİŞ İDİ”
- Nizami bəy, sizin Rüstəm İbrahimbəyovun məqaləsinə parlamentdəki ilkin reaksiyanız çox aqressiv tonlarla yadda qaldı. Hətta onu emosional, kobud və anlaşılmaz adlandıranlar da oldu, 37-ci ili xatırlatdığını deyənlər də... Nə ehtiyac vardı belə kəskin reaksiyaya? - Ehtiyac vardı. Mən ədəbiyyat tənqidçisiyəm. Ona görə də hansı yaradıcılıq hadisələrinin Azərbaycan ədəbiyyatına daxil olub-olmadığını bilirəm. Həmişə demişəm və bilirəm ki, Rüstəm, Maqsud İbrahimbəyovlar, Çingiz Abdullayev kimi yazıçılar Azərbaycan ədəbiyyatına daxil deyillər. Yəni nə yaradıcılıqları, nə də düşüncə formaları ədəbiyyatımıza uyğundur. Nəsə hibrid, qəribə bir şeydilər. Yazdığım dərsliklərin heç birində onlar barəsində bir kəlmə də deyilmir. 20 il qabaq da bu fikirdəydim, indi də. Yeni olmadığına görə mənim bunlar haqqında aqressiv söz deməyim çox rahatdır. Çünki bilirəm ki, yazıçı kimi nədilər. Onların şəxsiyyəti ilə işim yoxdur. Bəlkə çox yaxşı oğlanlardır. Hətta bildiyimə görə, mənim kimi, yeyib-içən oğlanlardır (Gülür). Bəziləri ilə, məsələn, Çingiz Abdullayevlə yüngülvari yeyib-içməyimiz olub. Bir şəhərdə yaşadığımıza görə təbii ki. Baxmayaraq ki, “Yeni Müsavat”a müsahibəsində mənimlə bir şəhərdə yaşadığına görə xəcalət çəkdiyini deyir, amma məclislərdə özümüzü çox rahat aparmışıq. - Bəs onların adını dərsliklərdən niyə və hansı arqumentlə çıxarmısınız? - Məsələn, dərsliyə “Çingiz Abdullayevin həyat və yaradıcılığı” kimi bölmə daxil etmək istəyiblər. Onun həyatının bizim uşaqlar üçün nə əhəmiyyəti, mənası var? Onun həyatı gərək mənalı ola ki, ora salınsın. Rüstəm, Maqsud qardaşlarının həyatı da həmçinin. Biz ona görə də dərsliklərdə müasir Azərbaycan ədəbiyyatını Bəxtiyar Vahabzadə ilə bitirdik. Onun həyatının mənası, mübarizələri, gördüyü işlər var axı... Yenidən qayıdıram, birinci sualınıza. Məsələnin mahiyyəti budur ki, Rüstəm İbrahimbəyov belə düşünür, dəfələrlə belə deyib. Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafını Beynəlxalq Bank, dünyanın mədəniyyət xadimləri, Lütfi Zadə qəbul edir, Rüstəm İbrahimbəyov isə yox. Qəbul eləməyə, müəyyən müxalif düşüncə də ola bilər. Amma bu deyir ki, Bakı şəhərinin əhalisi yarıya qədər azaldı- biz bilirik bu yarıya qədər azalanlar kimlərdir - bunun əvəzinə isə rayonlardan şəhər həyatına hazır olmayan insanlar gəldi. Bu, mənasız və milləti təhqir edən fikirdir. Ümumi Azərbaycan dünyagörüşü olan insan əsəbiləşməyə bilmir. - Rüstəm İbrahimbəyov və onun tərəfdarları sözügedən müsahibənin xeyli əvvəl “Pravda” qəzetinə verildiyini xatırladaraq, indiki ərəfədə onun gündəmə çıxarılmasını siyasi sifariş hesab edir. Hətta Rüstəm İbrahimbəyov müsahibələrindən birində bildirib ki, guya siz yaxın ətrafınıza sərt ittihamlarınızın yuxarılardan sifariş verildiyini demisiniz. Nədir bu sifariş iddiaları? - Bu sifariş idi, amma ictimai sifariş idi. Əgər bu, bir sifariş kimi yuxarıdan, ya da dövlət rəhbərliyindən, parlament rəhbərliyindən gəlmiş olsaydı, bunun kökünü də bilərdik. Deyərdilər ki, bu adam əvvəl belə düşünürdü, indi isə filan iddiası var deyə belə bir müsahibə verib. Mən bunu bilmirəm, sadəcə, güman edirəm ki, Rüstəm İbrahimbəyov dövlətdən nəsə istəyib. Bilmirəm, torpaq istəyib, yoxsa nə. Axı o, bina tikən, inşaatçıdır. Bina tikmək üçün yer, özünə nəsə bir səlahiyyət, ya burda çəkəcəyi film üçün külli miqdarda pul istəyib. Çünki onun bu cür “moşennik”liyi də var. Qazaxıstanda film məsələsində - bütün detalları ilə bilmirəm - möhkəm dayanıb, külli miqdarda pul alıb. Yəni bu, pulla işləyən adamdır. Hiss edirəm ki, burda da nəsə şəxsi məsələ var. Görüb ki, ona “yox” deyiblər, sonra başlayıb belə söhbətlərə. Mən bunları ehtimal edirəm. Bunu ona görə dedim ki, əgər konkret belə sifariş olsaydı, onun səbəblərini də bilərdim. İkincisi, orda müxalif mövqedən Pənah Hüseynov da çıxış etdi, Əkrəm Əylisli də çıxış edə bilərdi. Əgər bu, sifariş olsaydı, iqtidar deputatları mobil şəkildə davam edərdi. Gördünüz ki, onların bir hissəsi bir kəlmə ilə çıxış etdi, qalanları susdu. - Ehtimal edirsiz ki, İbrahimbəyovun problemləri həll olunmadığı üçün belə müsahibə verib. Eyni məntiqlə sizi də bütün maddi problemlərini həll edən və ona görə də iqtidarı tənqid edənlərə qıcıqla yanaşan ziyalı kimi ittiham edə bilməzlər? - Ailəmizin xeyli üzvünün yığışdığı bir evim var, onu da hökumət verib. Uzun illər də bizim kimi ziyalılar yataqxanada yaşayıb. Dünyanın hər yerində olmaq istəyirəm, amma azərbaycanlı, türk kimi. Mən İbrahimbəyovun müəyyən iddiaları olması söhbətini ona görə dedim ki, qulağıma nəsə çatıb. İkincisi, bu tip yaradıcılıq düşüncəsi olan yazıçıların, mədəniyyət adamlarının narazılıqları, iddiaları təminatla bağlı olur. Sonra bunu keçirirlər yaradıcılığa, bu cür müsahibələr verməyə və sair... - Bu çıxışlarınıza görə “yuxarı”lardan hansısa müsbət və ya mənfi reaksiya verildimi? - Dövlətə çox yaxın adamlar müəyyən qədər narazılıq bildiriblər, şəxsi münasibətlərdə soyuqluq əmələ gəlib. Amma hər halda, fikirləşirəm ki, dövlətin mövqeyi müsbət olmalıdır. Rüstəm bir müsahibə verib ki, guya mən hökumətin quluyam. Onu çox böyük qələt edib, başını da daşın yekəsinə döyüb. Əvvəla, mən hər gələn hökumətdə olmamışam. Heydər Əliyevin qurduğu dövlət, dövlətçilik məni təmin edir. Bu dövlətdən maaş almışıq. Rüstəm kimi bizə böyük-böyük şəraitlər yaratmayıblar ki...? Bayaq dedim, bütün nəslimiz bir evdə yaşayır. Amma mənəvi dəstək almışıq, bu da məni qane edir. - Bəs bu ikinci müraciət zərurəti nədən qaynaqlandı? - Birinci müraciət ondan ibarət idi ki, mən “Rüstəm İbrahimbəyov böyük yazıçı deyil” dedim. Amma müəyyən yerlərdə getdi ki, guya mən “yazıçı deyil” demişəm. Sonra elə bu sonuncu fikir o qədər mənim xoşuma gəldi ki, onunla razılaşdım (Gülür). Yenə də həmin fikirdəyəm. İkinci müraciətimdə isə onun xalqdan üzr istəməli olduğunu demişəm. Yazıçı deyilsə, özü bilər. Amma xalqdan üzr istəməsi üçün möhkəm dayanacam. Ya da deməlidir ki, mən bu xalqın övladı deyiləm. Bu müraciət Rüstəm İbrahimbəyovdan daha çox, onun ətrafına yığılmaq istəyən xalq artistlərinə, əməkdar artistlərə ünvanlanmışdı. Onlar Rüstəm İbrahimbəyovun yaradıcılığını bilmirlər. Sadəcə, müəyyən qədər yanlış təsəvvürləri var ki, bu adam millət oğludur, guya mən başda olmaqla, qaragüruh onu aradan çıxarmaq istəyir. Hardadır ki, hardan çıxarırıq? - Çingiz Abdullayev də eyni fikri bizə müsahibəsində söyləmişdi ki, “bizi qıracaqlar, sıradan çıxaracaqlar”... - Gör bu, özünün burda yerini necə təsəvvür edir ki, belə bir məntiqə də çıxır. Axı mövqe möhkəm deyil. O mənəvi yer, etnik-mənəvi zəmin o qədər boş və laxdır ki... Çingiz Abdullayevi görümüşük də. Həmişə danışır ki, Parisdə belə elədim, Nyu Yorkda belə elədim. Çünki adamları aldatmaqla məşğuldur da. O fantaziyalarla, o hisslərlə yaşayır. Mən daha çox onlara, Rasim Balayevə, Fərhad Bədəlbəyliyə müraciət elədim ki, görün kimi müdafiə edirsiniz və bunu edəndə özünüz kim olursunuz? Əgər Rasim Balayev kimi dərin təfəkkürü olmayan artist Milli Məclisdə çıxış edən akademiklərə, professorlara “adamcığazlar” deyirsə, deməli, Rüstəm İbrahimbəyovu adam hesab edir. Eləcə də özünü. Ən böyük təhlükə də bundan ibarətdir. Bu müraciətin məqsədi bu mühiti dağıtmaq idi. Bunlar oturublar orda, gənc yaradıcıların hərəkət imkanı yoxdur. Özlərinə bir ağsaqqallıq missiyası götürüblər və bunu da bacarmırlar. İndi də bu “ağsaqqallıq” üçün “istedadları məhv edirlər” kimi ideoloji əsas qurmaq istəyirlər. Bunlar məhv olublar, özlərindən xəbərləri yoxdur. - Nə mənada məhv olublar? İnsan kimi, yoxsa yaradıcı şəxs kimi? - Bunlar artıq yaradıcı adam deyillər, yaratmaq imkanları yoxdur. Bilirəm ki, gənc rejissorların heç biri Rasim Balayevi filmə çəkmək istəmir. Rasim ona-buna yalvarır, özünü də sındırmaq istəmir. Gör indi bu nə yalvarmaq formasıdır. Bu da bizim mədəniyyətimizə ziyandır. - Sonuncu müraciətinizdə “Rüstəm İbrahimbəyov xalqın üzünə tüpürüb” ifadəsini işlətmisiniz. Çox sərt deyil, sizcə? - Bir az sərt oldu. Ona görə sərt dedim ki, bu adam gördüyü işin mahiyyətini nəhayət ki, başa düşsün. - Ziyalılarımız niyə qruplaşdı? Bir çoxlarına görə bu, “kəndli-şəhərli” ayrı-seçkiliyinin nəticəsiydi. Onlar sizi, sizsə onları qəbul etmədiniz... - Yox, mənə elə gəlir ki, vaxtilə onların yaşadığı Bakı kənd kimi bir şey idi. İndi Bakının yüksəlişi göz qabağındadır. Mən Bakıya oxumağa 70-ci illərdə gəlmişəm. Sonradan Bakı daha kənd səviyyəsindən çıxmışdı. Doğrudur, Bakıda ermənilər, yəhudilər, rusdilli düşüncə sahiblərinin səviyyəsində gizli bir mühit var idi. Bu mühit xalqı sevmirdi. Rüstəm İbrahimbəyovun əsərlərində bu, aydın şəkildə var. Mən kəndimizdə, rayonumuzda 3 gündən artıq dayana bilmirəm, çünki tipologiyam dəyişib. Özümü kifayət qədər ciddi şəhər mühitinin adamı hesab edirəm. Rüstəm İbrahimbəyov “Azadlıq”a açıqlamasında deyib ki, mən onun kimi savadsız adamın yazdıqlarını oxumaq, dediklərini isə eşitmək istəmirəm. Amma mən əminəm ki, o, bunu oxuyub və ömrü boyu da yadında qalacaq. Dərk eləməsə ki, indiyə qədər necə səhv edib, daha nə deyim? Son müraciətim Rüstəm İbrahimbəyova təsir etməsə də, yəqin ki, xeyli adamı tərpədəcək. - Sizin mübahisəniz sonradan nəyə görəsə məcrasından çıxdı və zoologiya müstəvisinə keçdi. Qarşı tərəf sizi neondertala bənzətdi, siz onlar barədə “zoologiya alimi öz obyektinə necə baxırsa, mən də bu iki qardaşa o gözlə baxıram” dediniz. Bu müstəvidə davam etməliydimi mübahisə? - Bilirsən nəyə görə? Görünür, biz eyni millətin övladları, eyni düşüncənin sahibləri deyilik. Yəni bir erməni, bir gürcü belə hərəkət etməzdi. Çünki onları birləşdirən, müştərək edən fəaliyyət sistemi var, millət o cür yaşayıb. Bizdə belə problemlər köhnədən gələn qalıqlardır. Rüstəm kimi adamlar imperiyanın, mərkəzin qullarıdır. Öz millətinin, hökumətinin qulu olmaq böyük xoşbəxtlikdr. Bunların faciəsi odur ki, danışanda ya Moskvadan, ya “Oskar”dan danışırlar. Bunları maraqlandıran odur. Ona görə də millətlərini hər cür təhqir etməyə hazırdılar. Mən deyirəm ki, bala, bu millətə elə şey demə. Gəncədə, Naxçıvanda, Qubada elita yox idi? Gələnlərin hamısı bura tumançaq gəlməyiblər ki? Bilməyiblər nə var, nə yox? Mənim başqa narazılığım yoxdu, heç Rüstəm İbrahimbəyovu tanımıram da. Cəmi bircə dəfə salamlaşıb, söhbət etmişik. - Bütün hallarda Rüstəm İbrahimbəyov Azərbaycanı dünyaya tanıdan, ölkəmizə “Oskar”ı qazandıran şəxsdir. Onu belə “xərcləmək”, xidmətlərinin üstündən xətt çəkmək nə dərəcədə ədalətlidir? - Bu məsələnin mürəkkəbliyi odur ki, həqiqətən bundan sonra bu mübahisəni davam etdirəsi olsaq, tələb olunan humanist, ağıllı və tərbiyəli bir yönə keçirək. Mən çalışacam ki, belə olsun. Çünki əks halda, məsələ şəxsi müstəviyə, təhqirə keçir. Ən pisi odur ki, mətləb unudulur. Bəlkə də Rüstəm İbrahimbəyov üçün lazımdır ki, bu səviyyəyə keçsin, sonra da desin ki, vəziyyət belədir. - Sabah Rüstəm İbrahimbəyov ölkəyə qayıdır... - Onu ölkədən qovan kimdir?(Gülür). Qayıda da bilər, istədiyi yerdə yaşaya da bilər. O, Bakıda doğulub, insan kimi onun vətənidir. - Siz demiş, “xalqın üzünə tüpürən” şəxs qayıdır. Onunla üzbəüz görüşməyi düşünürsünüzmü? - Birinci dəfə deyil ki... Yüz dəfə belə edib, bu dəfə bir az ağ elədi. Burda da onunla əlaqədar müraciət edənlər var. Mən xahiş edirəm ki, onlar bir transparant şüar yazsınlar, çünki o, bunun həsrətindədir, üstünə də yazsınlar, “xoş gəlmisiniz”. Sonra da gətirib evinə qoysunlar. - Rüstəm İbrahimbəyovu bu cür ittiham edən Nizami Cəfərov nazirlərin, oliqarxların əməllərini də beləcə saf-çürük edə bilərmi? - Mən hüquqşünas olsaydım, peşəm bunları araşdırmaq olsaydı, bunu da edərdim. Mədəniyyət komissiyasının sədriyəm, dilçiyəm, bir az da tarixçiyəm. Mən öz obyektimlə məşğulam. Bundan kənara çıxıb, kimisə ittiham etsəm, buna cavab verə bilmərəm. Bəlkə də bunu hiss edirəm, amma deməyim professional görünməz.
43,117
19.11.2008 07:35
Siyasət
2005-də RƏSUL QULİYEVİN BAKIYA GƏLMƏSİNƏ MÜXALİFƏT MANE OLUB?
Həmin müxalifət hakimiyyətə şərait yaratdı ki, başqa yola əl atsın. Hakimiyyət də düşündü ki, əgər yüz minlərlə insan aeroporta gəlsə, bu, artıq dövlət çevrilişidir. Hakimiyyət də bundan istifadə elədi, aeroporta ordu yeritdi. Meydana yüz min nəfər çıxaracağına söz verən müxalifət liderləri isə ortaya heç yüz nəfər də çıxarmadılar". ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirdi ki, bu iddia əsassızdır: “O dövrdə baş verən hadisələrin təhrif olunmasına, günahı Rəsul Quliyevin və hakimiyyətin üzərindən atmağa yönəlmiş iddiadır. Qayıdışla bağlı burada hansı hazırlıq işlərinin aparılması birbaşa Rəsul Quliyevin özünün verdiyi ideyalarla həyata keçirilirdi. Hətta elə olurdu ki, Rəsul Quliyevin verdiyi ideyalar o qədər kəskin olurdu ki, onu yumşaltmaq istiqamətində korrektələr etməli olurduq. Bunu Zəminə xanım da bilir. Yüz minlərlə insan o zaman küçəyə çıxacaqdı ki, Rəsul Quliyev Bakıya gəlmiş olsun. Xalqı küçələrə çıxaracağına söz verən adamlar bu işin yalnız Rəsul Quliyevin Bakıya enişi zamanı reallaşa biləcəyini deyirdilər. Rəsul Quliyev isə Bakıya yox, Ukraynaya endi. Yaxşı olar ki, Zəminə xanım Rəsul Quliyevin nəyə görə Simferopola düşdüyünü, niyə birbaşa Bakıya xüsusi çarter reysi ilə, özü də Bakıya deyil, Ukraynaya gəldiyini araşdırsın. Rəsul Quliyevin birbaşa Bakıya yox, Ukraynaya gələcəyi bizə o, Simferopol aeroportuna enəndən sonra məlum olmuşdu. Rəsul Quliyev istəsəydi Bakıya gələ bilərdi və küçələrdə yüz minlərlə insanı görərdi. İnsanların çox böyük hissəsi onun Bakıya gələcəyinə inanmırdılar. Çünki bir neçə dəfə Rəsul Quliyevin gəlmək şansı yaranmışdı. O isə istifadə etməmişdi. İnsanların inamsızlığını yalnız Rəsul Quliyevin Bakıda görünməsi aradan qaldıra bilərdi. Rəsul Quliyev isə çəkindi və riskə gedib Bakıya gəlmədi”. Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli də bildirdi ki, müxalifətin eks-spikerin qayıtmasına maneə yaratmasının iddia edilməsi həqiqət deyil: “Rəsul Quliyevin məsələsi ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsi məşğul olurdu. Əgər Rəsul Quliyevin təyyarəsinə uçuş xətti verilmirsə və Rusiyanın xüsusi xidmət orqanları müxtəlif vasitələrlə onu ABŞ-dan Semferopola qədər izləyə bilirsə, sonra isə onu orada həbs etmək niyyətinə düşürlərsə, bu onu göstərir ki, müxalifətlik bir məsələ yoxdur. Güclü əllər və peşəkar xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində Rəsul Quliyevin Bakıya gəlməsinə imkan verilmədi. Rəsul Quliyev istəsəydi, igidlik nümayiş etdirib təyyarəni Bakıya sürdürə bilərdi. Məncə, gəlsəydi ona uçuş zolağı da verilə bilərdi. Yaxud da Rəsul Quliyev adi sərnişin təyyarəsi ilə Bakıya gələ bilərdi. Bunların heç birini o etmədi. Rəsul Quliyev həyatı üçün ciddi təhlükənin olduğunu görərək geriyə döndü. Yəni vəziyyətin məlum sonluqla nəticələnməsində müxalifəti günahlandırmaq ədalətsizlikdir”. Q.Hüseynlinin fikrincə, R.Quliyevin həmin dövrdə Azərbaycana gəlməməsi bir tərəfdən, özünün həyatını qoruyub saxladısa, digər tərəfdən, müxalifətə ciddi zərbə vurdu.
43,118
19.11.2008 06:15
Siyasət
ARİF HACILI İSA QƏMBƏRƏ TƏZYİQ EDİR?
“Başqan bu yolla həm də cəmiyyəti fəallaşdıracaqlarını düşünürmüş. Amma ötən bir ay göstərdi ki, prezident seçkiləri müxalifət düşərgəsindəki pessimizmi bir az da artırıb. Radikal mübarizə üsullarından imtina edənlərin sayı sürətlə artır. Bu isə ”Azadlıq" blokuna rəğbətin azalmasına gətirib çıxarır". Vurğulanır ki, Müsavat rəhbərliyində təmsil olunan şəxslər bunun fərqində olduqları üçün həyəcan təbili çalmağa başlayıblar. Bu prosesə Arif Hacılı və Rauf Arifoğlunun rəhbərlik etdiyi iddia olunur. Bildirilir ki, hazırda hər iki şəxs partiya kluarlarında “Azadlıq” blokunun əleyhinə təbliğat aparır: “Rauf Arifoğlu Müsavatın sonuncu parlament seçkisində hamıdan qazanclı çıxdığını xatırladır. O, açıq şəkildə bildirir ki, Lalə Şövkət və Əli Kərimli ilə əməkdaşlıq Müsavatı hakimiyyətin hədəfinə çevirə bilər. Buna görə Müsavatın MƏM-i tərk etməsilə bağlı təbliğat aparır”.Arif Hacılının narazılığının kökündə də eyni səbəblərin dayandığı vurğulanır: “Arif Hacılı siyasi proseslərdə bişmiş adamdır. Yaxşı başa düşür ki, bələdiyyə seçkisində vahid siyahı ilə iştirak etmək Müsavat Partiyasına uğur qazandırmayacaq. Əksinə, hakimiyyət MƏM-in namizədlərini kütləvi şəkildə bələdiyyələrdən kənarda qoyacaq. Amma Müsavatın seçkiyə təkbaşına qatılması çoxlu sayda müsavatçının bələdiyyə üzvü seçilməsini təmin edə bilər. Nəzərə almaq lazımdır ki, bələdiyyə seçkilərindən sonra parlament seçkiləri gəlir. Müsavat rəhbərliyində təmsil olunan şəxslər başa düşürlər ki, hakimiyyətə qarşı radikal mövqe sərgiləmək onları deputat mandatına həsrət qoya bilər. Buna görə də ”Azadlıq" blokundan uzaqlaşmaq kursu seçiblər. Müsavat funksionerlərinin “Azadlıq” blokundan gələn bütün təklifləri süngü ilə qarşılamalarının əsas səbəbi də budur".Deyilənlərlə bağlı mövqeyini öyrəndiyimiz Arif Hacılı bildirdi ki, Müsavat Partiyası ilə “Azadlıq” blokunun müxalifətçilik məsələsində hansısa fərqli mövqedə olduğunu iddia eləmək üçün heç bir əsas yoxdur. “Azadlıq” blokunun daha radikal mövqedə olduğu barədə fikirlərə gəlincə, A.Hacılı qeyd etdi ki, nə Müsavat, nə də “Azadlıq” blokuna daxil olan partiyalar radikal partiyalar deyillər: “Çünki Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr qanunlar əsasında fəaliyyət göstərir. Əksinə, düşünürəm ki, bu məsələlərdə hakimiyyət dairələri radikallıq nümayiş etdirir. Belə ki, onlar Azərbaycan vətəndaşlarının fundamental hüquq və azadlıqlarını nəzərdə tutan bir sıra qanunları radikalcasına pozmaqdadırlar”. A.Hacılı “Azadlıq” bloku ilə əməkdaşlığın əleyhinə fəaliyyət göstərdiyi haqda yazılanları da əsassız adlandırdı: ““Azadlıq” bloku ilə danışıqlar aparılması səlahiyyətinin mənə verildiyi barədə yəqin ki, məlumatlısınız. Mən də bu səlahiyyət çərçivəsində həmin blokun nümayəndələri ilə müzakirələr aparmışam və müzakirələr Müsavatla “Azadlıq” blokunun əməkdaşlığı ilə nəticələndi. Bu əməkdaşlıq kifayət qədər uğurlu oldu. Təkcə xatırlatdığım bu fakt mənim əməkdaşlığın əleyhinə olduğum haqda deyilənlərin əsassız olduğunu təsdiqləyir. İndi də mən “Azadlıq” blokuna daxil olan partiyalarla, xüsusən də AXCP ilə Müsavatın əməkdaşlığının tərəfdarıyam. Düşünürəm ki, seçki kampaniyasından danışmazdan əvvəl ölkədəki siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində bütün müxalifət qüvvələrinin bir araya gəlməsi zəruridir. “Azadlıq” blokunu Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrdən biri hesab edirəm və düşünürəm ki, Müsavatla bu blokun əməkdaşlığı ölkədə siyasi şəraitin müsbət mənada dəyişməsinə gətirib çıxara bilər".
43,119
19.11.2008 06:08
Siyasət
MÜSAVAT RƏHBƏRLİYİ BLOK YARADILMASI XƏBƏRİNİ TƏSDİQLƏDİ
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə “Azadlıq” blokunun qarşısına hər hansı blok çıxarmaq, alternativ yaratmaq fikrində olmadıqlarını bildirdi: “Müsavatın ətrafında yaradılacaq blokun məqsədinin guya hansısa müxalifət blokunun qarşısına güc çıxarmaq olduğu haqda iddialar əsassızdır. Bizim həmin 9 partiya ilə əməkdaşlığımız, müttəfiq münasibətlərimiz yeni deyil. Bu münasibətlər 2003-cü ildən sonra daim davam edib. Onlar öz siyasi mövqelərini dəyişmədən fəaliyyətlərini davam etdirirlər. Müsavat və həmin partiyalar müttəfiqliyin reklam edilməsində maraqlı olmayıb. Müsavat Partiyasının hansısa blokun qarşısına ətrafında blok yaratmaqla çıxmasına ehtiyac yoxdur. Müsavatın özünün gücü təkbaşına da istənilən blokla və ya partiya ilə həm əməkdaşlıq, həm də rəqabət etmək imkanındadır. Biz bələdiyyə seçkilərinə müxalifətin çox böyük koalisiya ilə getməsində maraqlıyıq. Vaxtilə ”Bizim Azərbaycan" blokunda olmuş 9 partiya ilə blok yaradılması mövzusunda müzakirələr də bununla bağlıdır. Bələdiyyə seçkisində onlarla birlikdə iştirak etmək fikrindəyik". Müsavat rəsmisi digər müxalif siyasi qüvvələrlə, o cümlədən “Azadlıq” bloku ilə də bələdiyyə seçkilərində koalisiyanın qurulması imkanlarını araşdırdıqlarını vurğuladı: “Bu istiqamətdə mənim AXCP və Liberal Partiyası nümayəndələri ilə ilkin söhbətlərim olub. Bilirsiniz ki, bələdiyyə seçkilərində 10 minlərlə namizəd irəli sürülür və 20 mindən yuxarı bələdiyyə üzvü yeri var. Belə geniş namizədlər spektri olan seçkidə çox geniş müxalifət koalisiyasının yaradılması realdır. Əgər biz buna nail olsaq, bu, müxalifət qüvvələrinin gələcəkdə daha sıx əməkdaşlığının əsasını qoya bilər”.
43,120
19.11.2008 06:25
Siyasət
BU GÜN AMİP, GAMOH VƏ “DALĞA” BİR ARAYA GƏLƏCƏK
Xatırladaq ki, AMİP sədri Etibar Məmmədov iki ildir ki, Güney Azərbaycan Beynəlxalq Forumuna rəhbərlik edir. Qeyd edək ki, AMİP-in qərargahı Nəsimi rayonu, A.Mirqasımov küçəsi - 4 ünvanında yerləşir.
43,121
19.11.2008 07:40
Gündəm
TƏZYİQ VƏ TƏHDİD ALTINDAKI AZƏRBAYCAN
Qeyd edək ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycana əsgəri qüvvə yeritmək niyyəti barədə çoxdan danışılır və yazılır. Rəsmi mənbələr bunu təsdiqləməsə də, Moskva görüşünün yekununda Qarabağ bəyannaməsinin imzalanması Rusiyanın bu məsələdə təşəbbüsü ələ almaq cəhdinə və hansısa planlar qurmasına şübhə yeri qoymadı. Müşahidələr göstərir ki, Azərbaycan hakimiyyəti açıq etiraf etməsə də, Rusiyanın təzyiqlərindən yaxa qurtarmağın yollarını axtarır. Elə Gürcüstan prezidentinin son günlər iki dəfə Bakıda olduqdan, azərbaycanlı həmkarı ilə görüşdükdən az sonra belə bir açıqlama verməsi təsadüf hesab olunmur. Bəzi ehtimallara görə, Saakaşvili sadəcə yaxın dostunun demək istədiklərini beynəlxalq ictimaiyyətə açıqlayıb. Ancaq XİN-in mətbuat katibi Xəzər İbrahim deyilənləri təkzib etdi: “Azərbaycanla Rusiya arasında sıx münasibətlər mövcuddur. Biz iki qonşu və dost dövlətik. İki ölkə arasında əməkdaşlıq davamlı olaraq inkişaf etdirilir. Azərbaycanda Rusiyanın qüvvələrini yerləşdirməsi ilə bağlı heç bir məsələ gündəmdə deyil”. X.İbrahim enerji layihələri ilə bağlı təzyiqlərin olduğunu da inkar etdi: “Azərbaycanla Rusiya arasında təzyiq istifadə olunmur”.Ekspertlər isə fərqli fikirdədir. Sabiq dövlət müşaviri Vəfa Quluzadə Saakaşvilinin dediklərinin reallığı əks etdirdiyini dedi: “Saakaşvili mənim 1993-cü ildən bəri dediklərimi dilə gətirib. Hələ 90-cı illərin ortalarında Rusiyanın müdafiə naziri Qraçov azərbaycanlı həmkarı Məmmədrəfiyə təzyiq edirdi ki, Azərbaycana iki rus alayını yerləşdirsin. O zaman Heydər Əliyev MTN-i, Müdafiə Nazirliyini ayağa qaldırdı, Kremlə, ABŞ, Fransa səfirliyinə zəng etdi. Səhərədək yatmadıq, güclə bu prosesi dayandırdıq. İndi də rus ordusunu sülhməramlı adı altında Azərbaycana yeritmək istəyirlər”. V.Quluzadə Azərbaycan rəhbərliyini proseslərə adekvat reaksiya verməməkdə qınadı: “Azərbaycan rəhbərliyinin cəsarəti olmayıb açıq desin ki, rus bizdən nə istəyir? İndi Saakaşvili açıb sandığı, töküb pambığı”.Politoloq Qabil Hüseynli də gürcü prezidentin dediklərini ciddi qəbul etdiyini söylədi: “Saakaşvili bir ölkənin prezidentidir, Qərbə yaxındır, geniş informasiya məkanları var. Üstəlik, Azərbaycan prezidentilə son ayda iki dəfə təmasda olub və yəqin ki, onlar fikir alış-verişində olublar. Amma hər halda, Saakaşvilisiz də görmək mümkündür ki, Azərbaycan prezidenti çox çətin şəraitdə işləyir. Rusiyanın pressinqi hər yerdə hiss olunur. Elə son enerji sammitində Rusiyanın təxribatı nəticəsində Bakı bəyannaməsinə ”Nabukko" haqqında müddəa kimi mühüm müddəaları gərgin müzakirələrdən sonra mətnə salmaq mümkün olub". Politoloq dedi ki, Moskva bəyannaməsində də Rusiyanın qabağa çıxmaq, Cənubi Qafqazda nüfuz dairəsi uğrunda mübarizədə qalib çıxmaq eşqi açıqca hiss olunur: “Rusiya başa düşür ki, Azərbaycan bu bölgənin açar dövlətidir. Ona təsir etməklə bütün Qafqazdakı prosesləri nəzarət altına almaq olar. Amma ABŞ başqda olmaqla, Qərb ölkələri, Avropa Birliyi Azərbaycana təkcə psixoloji-siyasi planda deyil, bütün parametrləri üzrə dəstək verməyə hazır olduqlarını bildiriblər. Bu istiqamətdə artıq müəyyən işlər görülür”. Q.Hüseynli Azərbaycanın da gərəkli addımlar atmasını zəruri sayır: “Zənnimcə, Azərbaycan Rusiyanı neytrallaşdırmaq üçün özünün geostrateji üstünlüklərindən çəkinmədən və heç nəyə məhəl qoymadan istifadə etməlidir. İndiki məqamda tarazlaşdırılmış siyasət deyilən anlayışla hərəkət edəndə, məncə, dalana gəlib çıxırsan. Ona görə də Azərbaycan Qərbyönümlü siyasətini birmənalı surətdə həyata keçirməli, Qərblə əlaqələrin bütün formalarını, o cümlədən hərbi əlaqələri geniş inkişaf etdirməlidir. Bu zaman Azərbaycana çox böyük geosiyasi dividentlər gəlməyə başlayacaq. Yekunda bu dividentlər Azərbaycanın siyasi gücünə çevriləcək. O zaman həm Qarabağ problemində, həm də digər məsələlərdə Azərbaycan ayağını daha möhkəm yerə vurmaq imkanı qazanacaq. Beynəlxalq ictimaiyyət qarşısında özünün haqlı tələblərini bütün sərtliyi ilə qoya biləcək”.
43,122
19.11.2008 06:40
Yazarlar
SİYAVUŞ VƏ UZAQ LİVİYA SƏHRASI
Söhbətin nədən getdiyini qısaca açım. Deputatxanada dövlət büdcəsinin müzakirəsi gedirdi, YAP üzvləri ölkənin zırıltı inkişafından həmişəki kimi guruldayırdılar. Novruzov da orada söz almış, belə söyləmişdi: “İordaniya neftlə zəngin ölkədir, amma xalqı acından ölür, prezidenti çadırda yaşayır”. Qəzetimizin deputatxana müxbiri Elşad Paşasoy bu çıxışı yazarkən bir haqlı qeyd eləmişdi ki, Novruzov liderləri səhv salıbdır, məqsədi Liviya demək olubdur.İndi səfirliyin məktubu da Novruzovun ünvanına aşkar istehzalar, kəskin tənqidlə doludur. Sitat: “Parlamentin və Yeni Azərbaycan Partiyasının üzvünün iki islam ölkəsini - biri Asiya qitəsində, digəri isə Afrika qitəsində yerləşən ölkələri bir-birindən ayıra bilməməsi onun dünya coğrafiyasını, Liviyanın harada yerləşdiyini yaxşı bilmədiyinə dəlalət edir”. Ümumiyyətlə, məktub “bixəbər”, “məsuliyyətsiz”, “yuxarıda adıçəkilən şəxs” (yəni, biz onun adını yazmaq da istəmirik - Z.H.), “ayıb deyilmi” kimi ləzzətli ifadələrlə zəngindir. Liviyalı qardaşlarımız Siyavuş əkəni Lokerbi səmasında partlayan məşhur təyyarə kimi, qarşılarına qoyub didiblər. Amma səfirliyin məktubunda ən xoşuma gələn cümlə, şübhəsiz, bu oldu: “Neftlə zəngin olan ölkə ilə başqa ölkəni dəyişik salan şəxs bu məlumatları nəyə əsasən deyir?” Biz - Azərbaycan camaatı YAP üzvlərinin, özəlliklə Siyavuş Novruzovun şər və böhtanlarına artıq bir növ öyrəncəli olmuşuq. Novruzov qırmızı şəkildə istənilən şəxsin üzünə dirənib onu Ermənistan casusu, vətən xaini, Burundi kralı, nə bilim, marsiançik elan edə bilir. Şərləmək sahəsində, namxuda, yüksək istedad sahibidir. İndi isə onun bu “istedadından” uzaq Liviya səhrasında da xəbərdardırlar. Mənə gülməli gələn Liviya səfirliyinin Novruzovun sözlərində məhz əsas axtarması oldu. Nə əsas, rəhmətliyin uşağı?! Sözdü də, havadan götürür, danışır.Qaldı Novruzovun Liviya ilə İordaniyanı qarışıq salmağı, hələ deyirlər, o, guya YAP deputatları içində ən savadlı, kitab-zad oxuyan şəxslərdəndir. Oxuyanı bu cürdürsə, gör oxumayanı nə gündədir. O üzdən deputatların böyük hissəsi ağzını açmır, düymə basır, vəssalam. Danışsa xoruz buraxar. Məsələn, mənim eşitdiyimə görə, Rövnəq Abdullayev deputat seçkiləri vaxtı əhali ilə görüşlərində... fonoqramla çıxış edirmiş.Əlbəttə, hər kəs səhv edə bilər, ancaq Novruzov-Liviya insidentinə rəng qatan, onu məzmunlu edən məhz tipajın yerinə düşməsidir. Yenə “Bəyin oğurlanması” filminə qayıdaq və səhnəni tam yada salaq. Orada oynamaq istəməyən kəndli qocaya kinoçəkənlərin rəhbəri, Həsən Turabovun qəhrəmanı deyirdi: “A kişi, istəmirsən səni uzaq Liviya səhrasında görsünlər, tanısınlar?” Qoca sərt cavab verirdi: “Yox!” Bu zaman operator rolundakı Hacı İsmayılovun replikası gəlirdi: “Düz deyirsən, səni elə görməsələr yaxşıdır”. O kino idi, bu isə həyatdır. Biz həyatda Liviya xalqına böyük pislik elədik - Novruzovu tanıtdıq... Zamin HACI
43,123
19.11.2008 06:45
Gündəm
“FASYE “PERSONA-NON QRATA” ELAN EDİLMƏLİDİR”
Hazırda Azərbaycan tərəfdən güclü qarşıdurma vəziyyətində olan Qarabağ xalqının təhlükəsizliyini Dağlıq Qarabağ və Ermənistan təmin edir” deməklə işğalçılığa bəraət qazandırıb. Üstəlik, həmsədrin “Qarabağ xalqı” adlandırdığı erməni separatçılarına ürək yanğısı ilə yanaşması da onun bundan sonrakı fəaliyyətində obyektiv olacağına şübhələr yaradır. Əslində Fasye niyyətlərini açıq şəkildə dilə gətirib. Bildirib ki, gələcəkdə “Qarabağ xalqı”nın təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər müəyyənləşdirmək, bu təhlükəsizliyə Azərbaycanın razılığı ilə beynəlxalq qarantiyalar verilməsi nəzərdə tutulur. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qəsd olunması planından xəbər verir. Beləliklə, Gürcüstan olaylarından sonra Qarabağ məsələsində mövqeləri haçalanmış həmsədrlər yenə də ənənəvi siyasət yürüdüb Ermənistanın müdafiəsində dayanırlar. Elə rusiyalı həmsədr Yuri Merzlyakov “Qarabağın Müdafiə Ordusunun nəzarətində olan ətraf ərazilərin geri qaytarılması məsələsi birmənalı deyil, çünki bu ərazilər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır” - deməklə eyni mövqedən çıxış edib. Ancaq rəsmi Bakı həmsədrlərin çıxışlarına hələlik reaksiya verməyə tələsmir. Xəzər İbrahim: “Fasyenin belə sözlər dediyi dəqiqləşərsə, necə lazımdır reaksiya veriləcək” XİN-in mətbuat katibi Xəzər İbrahim bildirdi ki, Fasyenin həqiqətən belə bir açıqlama verib-vermədiyini dəqiqləşdirmək lazımdır: “Əgər bu formada açıqlama olsa, təbii ki, ona müvafiq və lazımi reaksiya veriləcək. Lakin gəlin, öz işimizə peşəkarcasına və ciddi yanaşaq. Əgər sizdə onun ifadə etdiyi dildə dəqiq açıqlama varsa, buyurun, deyin, mən onu şərh edim”. X.İbrahim məlumatın erməni mənbələri tərəfindən yayılmasına diqqət çəkdi: “Ermənilər dəfələrlə belə təxribatlara əl atıblar. Elə mənim özümün sözlərimi həmin saytlar kontekstdən çıxarıb qoyurlar. Fasyedə də bir dəfə bir sözdən istifadə olunur, bir dəfə başqa söz. Əgər doğrudan da Fasyenin belə sözlər dediyi dəqiqləşərsə, o zaman təbii ki, XİN necə lazımdır reaksiya verəcək. Amma gəlin, əvvəlcə Fasyenin dediklərini dəqiqləşdirək”. Vəfa Quluzadə: “Fransa Minsk Qrupunda qanunsuz doğulmuş bicdir” Politoloq Vəfa Quluzadə isə məsələyə sərt reaksiya verdi. Öncə xatırlatdı ki, Fransanın həmsədr olmasına Heydər Əliyev razı olmasa da, Azərbaycanın iki aylıq cəhdləri nəticə vermədi və fransızlar da prosesə qoşuldu: “Azərbaycan iki ay protest etdi, amma sonda Amerikanın da prosesə qatılması şərtilə Fransa həmsədrliyə qoşuldu. Əslində Fransa ”qanunsuz doğulmuş" bic həmsədrdir. Ona görə də Fasyenin sarsaqlamalarına təəccüblənmək lazım deyil. Ondan başqa nə gözləmək olar?" V.Quluzadə digər tərəfdən azad, demokratik ölkə olan Fransanı Fasye kimi bir fırıldaqçının təmsil etməsini anormallıq adlandırdı: “Əslində Fasye ermənilərə deməlidir ki, siz qanunsuz olaraq Dağlıq Qarabağı işğal nəticəsində müstəqil etmisiniz, Fransa da daxil olmaqla, dünya heç zaman sizi tanımayacaq. Onun açıqlamaları beynəlxalq hüquqa meydan oxumaqdır. Fasye BMT qətnamələrinə qarşı çıxır. Azərbaycanın da cəsarəti çatmır ki, Fasyeni ”persona-non qrata" elan etsin. Demirəm ki, Minsk Qrupundan imtina edək. Amma hər sarsaqlayan həmsədrin Minsk Qrupundan çıxarılmasını tələb etmək lazımdır. Qoy həmsədrlər özlərini tərbiyəli aparsınlar. Azərbaycanın 20 faizi işğal olunub, Fasye isə bu işğalı dəstəkləyir. Minsk Qrupunun mandatında yazılıb ki, Dağlıq Qarabağ tərəf deyil. Fasye bunları niyə pozur? Rusiya qolçomaqlıq edir, bəs Fransa niyə imperialist dövlətə qoşulur? Çox arzu edərdim ki, Fransa səfiri Fasyenin davranışlarına fikir versin. Öz hökumətinə müraciət etsin ki, Fasye öz davranışları ilə Fransanı biabır edir". Məsələ ilə bağlı Fransanın Azərbaycandakı səfirliyinin də mövqeyini öyrənmək istədik. Səfirliyin ikinci katibi Etien Qradle bildirdi ki, hazırda Fransada olduğundan məsələdən bixəbərdir. Diplomatik korpusdan isə telefon zəngimizə cavab verən olmadı.
43,124
19.11.2008 07:43
Dünya
BARAK OBAMA MİXAİL SAAKAŞVİLİYƏ ZƏNG EDİB
B.Obama həmçinin Türkiyə prezidenti Abdullah Gülə, Filippin, Yunanıstan, Kolumbya, İsrail və digər ölkələrin rəhbərlərinə, eləcə də Avropa Birliyinin yüksək çinli nümayədəsi Havyer Solanaya zəng edərək onu təbrik etdiklərinə görə təşəkkür edib.
43,125
19.11.2008 06:46
Yazarlar
SƏHİYYƏ NAZİRİNİN MÜDRİKLİYİ
Mən vətənimizi və onun bizə bu ölkədə başı-dişi ağrımaz yaşamağın, vəzifə, sərvət, villa əldə etməyin yolunu indidən əməli surətdə öyrədən məktəblərini çox sevirəm. İstəyirəm məktəblərimiz dünyanın ən yaxşısı olsun, gənc nəslimiz orada gələcək alver həyatına indidən hazırlaşsın. “Hörmət-şirinlik”lə dinamik inkişaf etmək sənətinin incəliklərini mənimsəsin. Sağlam böyüsün, siqaret çəksin, araq içsin, qumar oynasın. Vaxtını futbol variantı yazmaqla, bir-birinə SMS yazmaqla səmərəli keçirsin.Ona görə də atamın zillətlə qazandığı pullardan tez-tez bir çəngə götürüb məktəbə aparıram. Bəzən atam pul vermək istəmir, kimlərinsə dalınca söyüb-söylənir. Deyir, axı mən pulu haram yolla, rüşvət almaqla qazanmıram, rüşvət verməyə imkanım yoxdur, məktəbə verəcəyim o pula qardaşının yırtıq çəkməsini təzələmək olar. Və s. belə gic-gic şeylər danışır.Amma mən dövlətçiliyimiz naminə qətiyyət, səhərisi günsə məktəbdən gətirdiyim “zapiska”nı göstərirəm. Atam da məcbur olub pul verir. Sonra da nəyə görəsə tüpürür. Pis vərdişdir. Mən üzümü bütün yaşıdlarıma tutub deyirəm ki, atam kimi eləməsinlər.Sonra atamın verdiyi pulu təsvir etməkdə aciz qaldığım bir sevinclə, qürurla, şəstlə, təntənəli şəkildə sinif rəhbərimə, “zavuç”a, direktora aparıram. Bununla da müstəqil, sivil, qüdrətli dövlətçiliyimiz, ana vətənimiz və onu sevən iqtidarımız qarşısındakı müqəddəs borcumu, elm-təhsilin inkişafına kiçicik töhfəmi verirəm. Bu dövlətçilik və analoqu olmayan sürətli, inkişaf fəlsəfəsini evdə atama da xırdalayıram. Deyirəm ata, o pulu boğazımızdan və qardaşımın cırıq ayaqqabısından ona görə kəsirik ki, bu şən, oynaq, pullu və lider ölkəmiz 15 yaşına qədər məktəblilərin biliklərinin qiymətləndirilməsi proqramı (RISA) üzrə dünyada axırıncı yeri tutmasın.Məktəbimiz əladır. Sovet təhsil sisteminin qalıq-quluğu sayəsində hələ üzündən oxuya bilirəm. Ona görə də tam demokratik yolla deputat təyin olunmuş Bəxtiyar Sadıqovun dərin məzmunlu yarıictimai-yarısiyasi yazılarının yolunu hər gün intizarla gözləyirəm. Çünki “Azərbaycan” qəzetində dərc olunan o dəyərli yazılar xalqımızın dünəninə, bu gününə və sabahına şam işığı tutur. Çoban Xanışın görə bilmədiyi siyasi-geopolitik incəlikləri biz gənclərə göstərir.Adam o palaz yazıları oxuyanda sakitləşib arxayınlaşır. Sonra da özündən asılı olmadan avtomatik şəkildə dua edir ki, Allaha şükür, nə yaxşı belə müdrik ictimai-siyasi xadimlərimiz, uzaqgörən futuroloq-politoloqlarımız, peşəkar qəzetçilərimiz var, gələcəyimiz etibarlı əllərdədir və s.Futurologiya demişkən, inşa mövzum məhz gələcəyimizlə bağlıdır. Bizim qonşuluqda çoxlu nadinc uşaq var. Məktəbdə çox yaxşı oxuyurlar deyə direktor onlara deyir ki, day dərsə niyə gəlirsiniz. Onlar da dərsə getmir. Təkər qaraldır, aeroport “tolkuçkası”nda “taçka” sürür, neft-qazla zəngin Xəzərin lacivərd sahillərində varlıların bağında yer belləyir, hambalçılıq edir, bununla da hökumətin ÜDM istehsalı, yeni iş yerləri siyasətinə misilsiz töhfə verirlər. Onlar zəhləmi tökür ki, rüşvətin, oğurluğun, yaltaqlığın, harınlığın, talanın, yalanın belə dinamik inkişafı ilə ölkəmizin axırı nə olacaq, biz hara gedirik.Bəxtiyar Sadıqov deyir ki, biz inkişafa doğru gedirik. Dünənki yazısının üstündə qanqırmızı hərflərlə belə yazıb: “Yeni siyasət: inkişafa doğru”. Düzdür, YAP və Əli Əhmədov, Bahar Muradova, Siyavuş Novruzov tez-tez “ölkəmiz analoqu olmayan sürətlə inkişaf edir” deyir. Amma Sadıqov sübut etdi ki, biz inkişaf etmirik, inkişafa doğru hələ indi-indi gedirik.Mən Sadıqova inanıram. Bir də səhiyyə naziri Oqtay Şirəliyevin uzaqgörənliyinə. O, kənd xəstəxanalarının ləğvini vacib sayır. Müdrik qərardır. Gələcəkdə rayonlarda adam olmayacaq. Hamı Rusiyaya sezona gedəcək. Neft erası əbədidir, daimidir, dönməzdir. *** Bu yazını gec yazdığımdan onu Təhsil Nazirliyinin-zadın IX-XI sinif şagirdləri arasında keçirdiyi “Gələcək nəsillərlə üz-üzə” adlı II ümumrespublika inşa müsabiqəsinə təqdim edə bilmədim. Heyf...
43,126
19.11.2008 07:50
Gündəm
“ÖLƏRİK, ƏLDƏN ƏGƏR GETSƏ VƏTƏN...”
Bəs iyirmi il əvvəl meydan hərəkatında iştirak edənlər Qarabağ probeminin bu qədər uzanacağını düşünürdülərmi? Müsavat başqanının müavini Mehman Cavadoğlu öncə iyirmi il əvvəlki ab-havadan söz açdı: “Ermənilər bizə qarşı torpaq iddiası ilə çıxış edəndə millət ayağa qalxdı və mübarizəyə qoşuldu. O zaman cəmiyyətdə böyük coşqu var idi. Adi bir çağırışla minlərlə insan məhdud imkanlarla könüllü olaraq cəbhəyə gedirdi. Təəssüf ki, sonradan torpaqların itirilməsi faktı ilə üz-üzə qaldıq. Amma həmin vaxt torpaqların bu qədər müddətdə işğal altında qalacağını təsəvvür etmirdik. Problemi isti-isti daha tez həll etmək olardı. Bugünkü cəmiyyət artıq 18-20 il bundan əvvəlki kimi deyil”.M.Cavadoğlu 1998-ci ildə Müsavat Partiyasının torpaqların azad olunması imkanlarından bəhs edən “Uğur” paketini hazırladığını, amma dünyada gedən geosiyasi dəyişiklikləri nəzərə alaraq partiya Məclisinin son toplantısında ona müəyyən dəyişikliklər edildiyini bildirdi. O, məsələnin danışıqlar yolu ilə həllinin düzgün olduğunu, buna baxmayaraq problemi Azərbaycanın maraqlarına uyğun həll etməyin mümkün olmayacağını bildirdi: “Güc ortaya qoyulmasa, problemi milli maraqlarımıza uyğun həll etmək mümkün olmayacaq. Ordunun mükəmməl texnikası olmalı, əsgərlər vətənpərvərlik əhval-ruhiyyəsinə köklənməlidir. Qarşı tərəf Azərbaycanın güc yolu ilə torpaqlarını azad etmək imkanının olduğunu görsə, məsələ tezliklə sülh yolu ilə həll oluna bilər”. KXCP sədri Mirmahmud Mirəlioğlu 20 il əvvəl əhalinin daha optimist olduğunu söylədi: “İnsanların o vaxtkı əhval- ruhiyyəsi yüksək səviyyədə idi. Onların uzun illər içində bəslədiklərini qısa bir zamanda həyata keçirmək şəraiti və imkanları eyni idi”. M.Mirəlioğlu KXCP-nin Qarabağı azad etməklə bağlı proqramının da olduğunu söylədi: “Hər bir Azərbaycan vətəndaşının torpaqları azad etmək istəyi var. Partiyamız da belə bir istəkdən kənarda qalmır. Biz bütün sahələrdə millətin səfərbərliyini önə çəkirik. Hərbi-siyasi, hüquqi-diplomatik, eləcə də bir çox sahələr üzrə fəaliyyət proqramları hazırlamışıq”.Müsahibimiz Qarabağın azad olunması istiqamətində insanlarda fikir ayrılığının olmadığını vurğuladı: “Bu hər bir Azərbaycan vətəndaşının nəzərdə tutduğu məsələdir. Amma təəssüf ki, Azərbaycan hakimiyyətinin bu məsələni həll etmək imkanı yoxdur. Ona görə ki, milli məsələlərdə, eləcə də dövlətçiliyə baxışda böyük fikir ayrılığı var. Əgər belə demək mümkündürsə, istənilən iqtidarın dövründə Qarabağ məsələsi həll olunsa, bu o deməkdir ki, o, iqtidarda olduğu dövlətə xidmət edib”.Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hərəkat dövründə nə Azərbaycanın müstəqiliyinin, nə də Qarabağın işğal ediləcəyinin mümkünlüyünü ağlına gətirmədiyini bildirdi: “Moskva bizə xəyanət etmişdi. Amma dünyanın gözü qabağında bu qədər haqsızlığın və zorakılığın olacağı ağlımıza gəlmirdi”.S.Rüstəmxanlı Qarabağın azadlığının söz və bəyanatlardan asılı olmadığını söylədi: “1992-ci ildən bəri keçirdiyimiz qurultay və konfranslarda Qarabağ mövzusu xüsusi yer tutur. Amma məsələyə real yanaşsaq, bununla heç nəyi dəyişmək mümkün deyil. Qarabağın azad olunması millətin işidir. İqtidarla müxalifət Azərbaycanı güzəştlərə sürükləyəcək müqaviləyə müqavimət göstərməlidir”.
43,127
19.11.2008 07:00
Gündəm
ƏSGƏRİMİZİN CƏSƏDİ ERMƏNİLƏRİN ƏLİNƏ KEÇDİ
Orada olanda əsgərlər mənə hadisə barədə ətraflı məlumat verdilər. Orxan doğrudan da ermənilərlə atışmada həlak olub. Ermənilərlə atışma başlayarkən Orxan açıq ərazidə imiş. O, mövqe tutmaq üçün atəş aça-aça irəli gedib. Bu zaman onun üzərində 4 ədəd güllə darağı olub. Orxan iki erməni əsgərini öldürüb. Baxmayaraq ki, erməni tərəfi heç bir itki vermədiyini bildirir. Orxanın gülləsi qurtarandan sonra isə özünü vurublar. Onunla birlikdə postda olan əsgərlər öldürülən ermənilərin meyitlərinin döyüş sahəsindən çıxarıldığını da mənə söylədilər. Əsgərlərin sözlərinə görə, ermənilər öz əsgərlərinin meyitlərini gecə ”UAZ" markalı maşınlarla aparıb, bu zaman maşınların işıqlarını da söndürüblər. Lakin Orxanın cəsədi hələ də həlak olduğu yerdə qalıb. Onu da deyim ki, Orxanın həlak olduğu ərazi üç postun əhatəsində yerləşir. Həmin postlar bir-birinə çox yaxındır. Orxan da döyüş zamanı mövqe seçmək üçün irəli gedib. O, ermənilərin postuna yaxın yerdə həlak olub"- deyə V.Şəmilov bildirdi.V.Şəmilov Orxanın fərari olması barədə yayılan məlumata və onun axtarışa verilməsinin səbəblərinə də aydınlıq gətirdi: “Orxan postda duran əsgərlərin üstündə böyük (”starşi") kimi göndərilib. Posta rəhbərlik etməli olan zabit isə xidməti yerinə getməyib. Orxanın tağım komandiri olan həmin zabit posta yalnız atışmadan sonra gedib çıxıb. Əsgərlər zabitə Orxanın atışmadan sonra yoxa çıxdığını deyiblər. Həmin zabit Orxanın harada olmasını yoxlamadan onun silahı ilə birlikdə hərbi hissəni tərk etməsi barədə raport yazıb. Bu raport əsasında da Orxan barədə axtarış elan edilib. Onu da deyim ki, postda əsgərlərə rəhbərliyi birbaşa həmin zabit həyata keçirməli idi. Lakin tağım komandiri öz vəzifəsini Orxana həvalə edib, özü isə posta çıxmayıb".V.Şəmilov bildirdi ki, Füzuli Qarnizonu Hərbi Prokurorluğunda tağım komandiri barədə təhqiqat başlanıb: “Mən Füzulidə Hərbi Prokurorluqda olmuşam. Orada mənə dedilər ki, məsuliyyətsiz raport yazan tağım komandiri, başqa bir zabit və iki əsgər barədə təhqiqat başlayıb. Mən prokurorluqda olduğum müddət ərzində həmin hərbçilərdən izahat alınırdı”.Günün sonunda V.Şəmilovla bir daha əlaqə saxlayıb son durumla maraqlandıq. O, ermənilərin şəhid əsgərimizin cəsədini döyüş meydanından götürdüyünü söylədi: “Bu gün (dünən - red.) axşam saatlarında hərbi hissədən bizə məlumat verdilər ki, erməni hərbçiləri Orxanın cəsədini döyüş meydanından götürüb. Yaxınlıqdakı postların birində keşik çəkən əsgərlərimiz ermənilərin gecə yarısı ”UAZ" markalı maşınla Orxanın cəsədinin olduğu yerə gəldiyini müşahidə ediblər. Səhər hava işıqlaşanda isə Orxanın cəsədinin yerində olmadığını görüblər. Azərbaycan tərəfi isə ermənilərlə döyüşdə şəhid olan əsgərinin cəsədinin çıxarılması üçün iki gün ərzində heç bir tədbir görməyib. Mənə hərbi hissədən verilən məlumata görə, Müdafiə Nazirliyi Orxanın cəsədinin alınması üçün erməni tərəfi ilə danışıq aparır. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edilib".Dünən məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran MN mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu tağım komandiri barədə təhqiqata başlanması, O.Şəmilovun cərimə taborunda xidmət cəzasına məhkum edilməsi və onun fərari kimi axtarışda olması kimi xüsusatlardan xəbərsiz olduğunu söylədi: “Orxan Şəmilovun işi ilə bağlı hərbçilər barədə təhqiqata başlanması haqda bizdə hər hansı məlumat yoxdur. Şəhid əsgərin cərimə taborunda xidmət etməsi cəzasına məhkum edilməsi barədə də xəbərsizik. Onun fərari olması və axtarışa verilməsi barədə də məlumata malik deyilik. Mətbuata verilən bu məlumatlar əsassızdır”.Müdafiə Nazirliyi barəsində təhqiqat başladılan zabit və əsgərlərin adlarını istintaq sirri olduğu üçün açıqlamır.
43,128
19.11.2008 06:01
Ölkə
“ORDUDAKI VƏZİYYƏTLƏ BAĞLI PARLAMENT DİNLƏMƏLƏRİ KEÇİRİLMƏLİDİR”
Ancaq təəssüf ki, rəsmi qurumlar ordudakı özbaşınalığın qarşısını almaqdan ötrü heç bir təsirli tədbir görmür. Əgər ermənilərlə döyüş şəraitində şəhid olan əsgər fərarilikdə suçlanıb barəsində axtarış elan olunursa, görün vəziyyət necə fəlakətli həddədir. Müdafiə Nazirliyi rəhbərliyinin susmaqda davam etməsi isə çox müəmmalıdır. Qeyd edək ki, deputatlar da ordudakı vəziyyətin parlamentdə müzakirə olunmasını dəfələrlə tələb edib. Ancaq məsələyə müsbət reaksiya verilməyib.Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Zahid Oruc ordudakı vəziyyətlə bağlı suallarımıza cavabında bildirdi ki, ortada sülh müqaviləsi olmadıqca atəşkəs müxtəlif niyyətlərdən pozulacaq: “Bununla bağlı itkilərimizin hər biri bizi narahat edir”.Daxili səbəblər ucbatından hər hansı əsgərin tələf olmasına gəldikdə, Z.Oruc deyir ki, baş verənlərin hər biri ayrı-ayrılıqda araşdırma tələb edir: “Hərbi Məhkəmə, Hərbi Prokurorluq, qarnizonlar hər bir hadisə ilə bağlı ciddi ölçü götürməlidir. Etiraf edirik ki, müxtəlif hərbi hissələrdə hərbi münasibətlər hüquqla yox, daha artıq dərəcədə insanlararası münasibət və mülahizələrlə, yəni insan amilinin qərarı və təsirləri ilə tənzimlənir. Bu da çox ciddi problem yaradır. Ona görə də ilk növbədə həmin qurumların vəzifəsidir ki, ciddi tədbirlər həyata keçirsinlər. Əgər bir əsgərin həyatını itirməsi başqa bir əsgərin və ya komandirinin günahı ucbatından baş veribsə, bu hadisənin ətrafında müxtəlif istehkamların düzəldilməsinə imkan verilməməli, versiyaların, ayrı-ayrı şayiələrin ayaq almaması üçün konkret həmin hadisəyə də münasibət bildirilməli və ortada cəza olmalıdır”.Z.Oruc deyir ki, parlament komissiyasında qısamüddətli müzakirələr olub. Məsələ ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsinə gəlincə isə deputat belə dedi: “Bununla bağlı bir neçə dəfə məsələ qalxıb ki, güc orqanlarının, xüsusilə də Silahlı Qüvvələrin nümayəndələrinin iştirakı ilə parlamentin birgə müzakirələri keçirilsin. Amma parlament rəhbərliyi buna müsbət reaksiya verməyib, bunu zəruri saymayıb. Şəxsən mən Milli Məclisdə ordudakı vəziyyətlə bağlı parlament dinləmələri keçirilməsinin tərəfdarıyam və bunu ölkənin ümumi təhlükəsizlik həyatı üçün faydalı sayıram”.Z.Oruc ordu islahatlarının sürətləndirilməsini vacib məsələ sayır. 2009-cu ildən sonra hazırlanmış strateji müdafiə icmalının tələbləri altında və NATO ilə münasibətlər fonunda həyata keçirilməli olan islahatlar daha müntəzəm və intensiv olmalıdır: “Ordu həddən artıq hərbiləşdirilmiş, yalnız hərbçilərin əhatəsində olan və parlament nəzarətindən kənar bir qapalı struktur kimi fəaliyyət göstərməməlidir. Onun qapıları hərbi sirlərə toxunmamaq şərtilə cəmiyyətin üzünə açılmalıdır. Birinci yol budur. İkincisi, aparıcı Qərb ölkələrində hərb sahəsindəki hüquqi bazanın ölkəmizdə tətbiqi tələb olunmalıdır. Bu yöndə addımlar atılmağa başlanıb. Müxtəlif hərbi hissələrin sırf NATO standartları əsasında qurulması ilə bağlı işlər gedir”.Deputat baş verənlərə görə ordu rəhbərliyinin istefa verməsi barədə tələbləri bölüşmədi: “Bir hərbi hissədə baş vermiş hər hansı bir cinayət faktı ilə bağlı konkret olaraq müdafiə nazirini, ya Silahlı Qüvvələrin hər hansı rəhbər təmsilçisini işdən çıxarmaqla qeyri-hüquqi münasibətləri aradan qaldırmaq çox çətindir. Ayrı-ayrı adamların dəyişməsi ilə bu problemləri aradan qaldırmaq mümkün deyil. Yenə də həyatını itirəcək insanlar olacaq. Ona görə də biz bu məsələnin kompleks şəkildə tənzimlənməsini təklif edirik”.Z.Oruc komissiya üzvlərinin vaxtaşırı cəbhə bölgəsində olduğunu söylədi: “Biz Ağdamın ən ön cəbhəsində, daş atacağın təqdirdə erməniyə dəyəcək səviyyədə olan hissələrə qədər getmişik. Hər şeyin çox yaxşı, nümunəvi, mənəvi-psixoloji şəraitin çox yüksək səviyyədə olduğu yerləri görmüşük. Amma elə yerlər də var ki, məni ciddi şəkildə narahat edir və bununla bağlı öz narahatçılığımızı bildirmişik. Məsələyə ciddi reaksiya zəruridir. Əgər ölkə başçısı səviyyəsində məsələyə nəzarət varsa və Vahid Əliyev bunu dilə gətirirsə, deməli, məsələnin reallığı qəbul olunur. Bunu qapatmaqla, gizlətməklə, yaxud mediaya açmamaqla problem ortadan götürülmür. Bu da ordu ilə bağlı mənfi təbliğata səbəb olur. Özünü göstərən problemə dərhal reaksiya verilməli və günahkarlar cəzalandırılmalıdır”.
43,129
19.11.2008 06:10
Gündəm
TÜRKİYƏ SUPERDÖVLƏTƏ ÇEVRİLİR
Belə ölkələrdən biri də Türkiyədir. Bir çoxlarına qəribə görünsə də Türkiyə son illər sakit, səs-küysüz diplomatiyası sayəsində Avrasiya və Yaxın Şərq regionunda önəmli söz sahibi olan ölkəyə çevrilib. Əgər əvvəllər Türkiyə ABŞ-ın bölgədəki əsas hərbi və siyasi müttəfiqi hesab olunurdusa, indi Ankara müstəqil oyunçudur, hətta bir çox hallarda ABŞ-la maraqları kəsişir. Hazırda Türkiyə iqtisadiyyatının həcminə görə dünyanın 20 ən iri ölkəsi arasında yer alır. Xatırladaq ki, bugünlərdə Vaşinqtonda qlobal maliyyə böhranı ilə bağlı dünya iqtisadiyyatının 85 faizinə nəzarət edən 20 ən iri ölkənin sammitində Türkiyə də təmsil olunurdu. Güclü iqtisadiyyat imkan verir ki, Türkiyə supergüclərdən asılılığını azaltsın və müstəqil siyasət yeritsin. Ankaranın regional mövqelərinin güclənməsində hökumət başına islamçı siyasi partiyanın gəlişinin də rolu olub. Belə ki, AKP iqtidarı Qərblə yaxın münasibətlər saxlamaqla bərabər İran, Yaxın Şərqin ərəb ölkələri, Afrikanın islam ölkələri ilə münasibətləri möhkəmləndirmək üçün intensiv fəaliyyət göstərib. Bir vaxtlar Tehranla Ankara arasında kifayət qədər soyuq münasibətlər mövcud olsa da, indi İran ABŞ-la münasibətlərdəki gərginliyi yumşaltmaq üçün Türkiyənin vasitəçiliyindən istifadə edir. Bu il Türkiyə İranla ABŞ arasında intensiv diplomatiya həyata keçirib və Tehranın nüvə məsələsi ətrafında yaranmış böhranı yumşaltmaq üçün ciddi səylər göstərib. Lakin bu zaman Türkiyə ABŞ-ın İrana qarşı sərt sanksiyalar haqda çağırışlarına demək olar ki, məhəl qoymayıb və Tehranla iqtisadi, siyasi münasibətlərini saxlayıb. Digər tərəfdən, Türkiyə İranın nüvə silahına malik ölkəyə çevrilməməsində maraqlı olduğunu aydın şəkildə nümayiş etdirib və bu məsələdə Qərblə tərəfdaşlıq edib. İranın nüvə silahı əldə etməsi Türkiyənin marağında ola bilməz, çünki bu halda Tehran regionda əsas gücə çevrilə bilərdi. İran məsələsində Türkiyənin rolu ona görə unikal hesab edilir ki, başqa heç bir ölkə qarşıdurma vəziyyətində olan iki ölkə ilə eyni vaxtda bu cür yaxşı münasibətlərə malik deyil.Türkiyə İsraillə Suriya arasında on illərdir davam edən qarşıdurmanı da yumşaltmaq üçün önəmli vasitəçilik səyləri göstərib. Bu zaman Ankara eyni vaxtda həm İsrail, həm də Suriya ilə yaxşı münsibətlər saxlamasından faydalanıb. Suriya ilə bir vaxtlar qarşıdurma vəziyyətində olan münasibətlər isə son illər xeyli yaxşılaşıb. İndi Ankara Dəməşqə təsir etmək üçün müəyyən imkanlara malikdir, ancaq İsrail də onun sözünü eşidir. Çünki İsrail üçün müsəlman ölkəsi və regionda önəmli güc olan Türkiyə ilə yaxşı münasibətlər saxlamaq olduqca mühümdür. Türkiyənin İsraillə Suriya arasında göstərdiyi vasitəçilik səyləri müəyyən nəticələr verib, hətta İsrailin işğal altında olan Qolan təpələrini azad etməyə və Suriya ilə sülh müqaviləsi imzalamağa hazır olduğu haqda meyllər müşahidə olunub.Türkiyə İraq məsələsində də önəmli rol oynaya bilib. İraqda qonşu ölkələrin xarici işlər nazirlərinin toplantısı məhz Ankaranın təşəbbüsü ilə baş tutub. Bu müzakirələr zamanı ortaq məxrəcə gəlmək mümkün olmasa da, ABŞ İraqda təhlükəsizliyin təmin olunmasında region ölkələri, o cümlədən İran və Türkiyə ilə əməkdaşlığın nə dərəcədə mühüm olduğunu anlayır. Hazırda İraq ABŞ qoşunlarının nəzarətində olsa da, bu ölkənin iqtisadiyyatı Türkiyədən ciddi ölçülərdə asılıdır. Çünki ölkənin əsas gündəlik tələbat mallarına olan ehtiyacı Türkiyədən ödənilir, digər tərəfdən, Türkiyə İraqdakı Amerika qoşunlarının yanacaq və digər vasitələrlə təchizatında başlıca rola malikdir. Yəni İraqda qoşunları olmasa belə, Ankara bu ölkədə güclü təsir imkanlarını saxlayır. Təsadüfi deyil ki, Türkiyənin bu rolunu nəzərə alan ABŞ, nəhayət, İraqın şimalında PKK-ya hərbi əməliyyatların aparılmasına dəstək verməli oldu.Ankara uzun müddət ABŞ-ın dominantlıq etdiyi Yaxın Şərqin ərəb ölkələrində də özünə yeni mövqelər qazanır. Belə ki, AKP hökuməti ərəb kapitalının ölkəyə daxil olması üçün sərfəli şərait yaradıb, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin ərəb ölkələri bu imkandan istifadə edərək Türkiyə vasitəsilə regionda özlərinə yeni iqtisadi mövqelər qazanmağa başlayıblar. Türkiyə həmçinin Afrikanın kasıb müsəlman ölkələrinə davamlı iqtisadi yardımlar göstərməklə “qara qitə”də nüfuzlu ölkələrdən birinə çevrilib. Avropa Birliyinə tamhüquqlu üzvlük məsələsində Türkiyə çətinliklərlə üzləşsə də, hər halda, 40 ildə ilk dəfə Ankara bu quruma üzvlüyə rəsmi namizəd statusu ala bilib. Bu isə Avropanın Türkiyənin regionda güclənən rolunu qəbul etdiyini göstərir. Hazırda Türkiyə AB-nin ən böyük ticarət tərəfdaşlarından biridir, öz insan resurslarına və iqtisadiyyatının həcminə görə Avropa qitəsində ən böyük ölkələrdən sayılır. Digər tərəfdən, Türkiyə balkanlarda önəmli mövqelərə malikdir. Təsadüfi deyil ki, Kosovonun müstəqilliyini ilk tanıyan ölkələrdən biri Türkiyə olub. Bu prosesdə digər ölkələrin əksəriyyəti əsasən ABŞ-ın istəyi ilə hərəkət etsə də, Türkiyənin Balkanlarda müsəlman əhalisinə malik yeni dövləti tanıması tamamilə müstəqil, Ankaranın öz geosiyasi maraqlarından çıxış edərək atdığı addım idi. Çünki Türkiyə əhalisinin önəmli hissəsinin müsəlmanlar olduğu strateji əhəmiyyətli bölgədə tarixən güclü maraqlara malik olub və Kosovonun tanınması bu maraqları saxlamağa yönəlmişdi. Hazırda Türkiyə Balkanlarda Bosniya-Hersoqovina, Albaniya və Makedoniya ilə yaxın münasibətlər qurur, bu ölkələrdə sözü eşidilir.Nəhayət, Türkiyə Rusiya ilə münasibətlərini xeyli ölçülərdə inkişaf etdirib. Özü də bu inkişaf ABŞ-Rusiya münasibətlərinin gərginləşməyə başladığı bir dövrə təsadüf edib. Türkiyə enerji məsələsində Rusiyadan ciddi ölçülərdə asılıdır, lakin Rusiyanın da Türkiyə kimi mühüm region ölkəsi ilə güclü münasibətlər saxlamaqda maraqlıdır. Məhz bu səbəbdən Kreml enerji məsələsində Avropa ölkələrinə və bəzi keçmiş sovet respublikalarına tətbiq etdiyi şantaj siyasətini Ankaraya qarşı tətbiq edə bilmir. Təsadüfi deyil ki, Türkiyə bu ilin avqustunda Gürcüstan ətrafında yaranmış böhran zamanı ABŞ və digər Qərb ölkələrinə qoşulub Rusiyanın addımlarını açıq şəkildə pisləmədi. Əksinə, ABŞ-ın gözləmədiyi halda Qafqazda sülh və əməkdaşlıq platforması ideyası ilə çıxış edərək Moskva, Tiflis, Bakı və İrəvanla intensiv təmaslara başladı. O zaman belə görünə bilərdi ki, Türkiyə Qafqazda ABŞ-ın maraqlarının ifadəçisi rolunda çıxış edir, lakin sonradan göründü ki, Ankara regionda müstəqil oyunçudur. Eyni zamanda Rusiyanın Qafqazda əsas güc olmasını nəzərə alaraq regionda onunla uzlaşdırılmış siyasət yürütməyə hazırdır. Ermənistanla münasibətlərdəki yaxınlaşma isə Türkiyənin regionda daha güclü rola malik olması baxımından geniş imkanlar açmış oldu. Hazırda Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəal, hətta ABŞ-dan daha çox rola malikdir. Əvvəllər isə bunu təsəvvür etmək belə çətin idi. Əgər “Nabukko” qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi layihələr də reallaşsa, o zaman Türkiyə geniş Avrasiya regionunda əsas enerji və nəqliyyat dəhlizinə çevrilərək daha güclü mövqelərə sahib olacaq. Bütün bunlar Türkiyəni qlobal miqyasda supergüc olmasa da, kifayət qədər geniş bölgədə əsas söz sahibinə çevrilən ölkə adlandırmağa imkan verir. Belə görünür, dünyada yeni qüvvələr nisbətinin formalaşması zamanı Türkiyənin çəkisinin önəmli rolu olacaq.
43,130
19.11.2008 06:10
Yazarlar
ASTAR VƏ ÜZ
İki ildir ki, gecə saat 2-3 arası müharibə vaxtı düşmən hücumundan xəbərdar eləyən bir uğultu, sonra isə bomba partlayışını, top səsini xatırladan bir səs küçələri dolaşır. Yüz dəfə eşitsə də bu əcaib səs hamını diksindirir. Küçədə saxlanılan maşınların qoruyucu siqnalları da bu atəş səslərindən işə düşür. Bir sözlə, dözülməz mənzərə yaranır. Neçə dəfə qonşular da giley-güzar edib. Ancaq bu gecə quldurunu susduran tapılmır.O gün yenə hamının yuxusuna haram qatan bu səsdən söz düşdü. Çörəkpulu qazanmaq xatirinə gecəni-gündüzə qatan taksi şoferlərindən biri bu gecə qənimini yerli-yataqlı nişan verdi: “Bax, o futbol klubunda gecə saat 2-3-ə qədər vaxt keçirirlər. Yatmağa getməmişdən öncə yatanları oyadırlar. Bir də ki, sən niyə ürəyinə salırsan, o ki səninlə həmişə dərdləşən, qoluna girən professorun oğludur”.Professor hansı universitetdəsə prorektor işləyir. Çoxdan, hələ bu məhəllədə yaşamamışdan əvvəl tanıyıram. Heç vaxt “Mercedes”i yanımdan sürüb keçmir, salam verir, hərdən dərd düyünü açılanda dünyadan, zəmanədən gileylənir, hakimiyyət dairələrini, iqtidarı quru yuyub yaş sərir. Xalqın taleyi, milli dəyərlər, mentalitet haqda bildiklərini üyüdüb tökür, arabir öz xidmətlərini də xatırladır. Ən çox bu ölkədə yaxşı ilə pisə fərq qoyulmadığını deyir. Bizim gecələr yuxumuza qənim kəsilən 20-21 yaşlı oğlu da özünün çalışdığı universitetdə oxuyur. Ona da bahalı bir CİP alıb.İndi o səsin adını-ünvanını bildiyimdən gözüm professoru arayırdı. Axır ki, iki gün əvvəl yaxası əlimə keçdi. Yenə daxili-xarici siyasətlə bağlı “dahiyanə” fikirlərini ara vermədən üyüdür, sonda isə yenə bütün bunların baiskarı kimi iqtidarı suçlayırdı. Axır ki, danışıb yorulduğunu, nəfəs dərdiyini görüb: “Gecə yarısı o dəhşətli siqnalı verib küçələri dolaşan, hamının yuxusuna haram qatan sənin oğlundumu?”- deyə soruşdum. Sualım onun üçün gözlənilməz idi. Səsinin əvvəlki ötkəmliyi sındı: “Vallah, səndən əvvəl də gileylənənlər olub. Neynəyim, bacara bilmirəm”. “Maşını əlindən al”- dedim. Yazıq bir görkəm alıb “Tək uşaqdır, xətrinə dəymək olmur”- dedi.İlahi, öz övladı ilə bacarmayan bu insan nə qədər cılız idi. İndiyədək dilindən “millət, qeyrət, təpər” sözünü min dəfələrlə eşitdiyim insanın astarı üzə çevriləndə tamam başqa bir insanla üz-üzə qalırsan.Bu gecə yenə o əcaib siqnal gecə yarısı bütün məhəlləni bürümüşdü.Əslində nə o alim, nə də onun övladı tək deyil. Bu cür insanlar getdikcə ayrıca bir zümrəyə çevrilir. İndi prokuror və müğənni övladlarının ekstazi olayları ilə bağlı məhkəməsi gündəmdədir. Hamı qəzeti açanda birinci bununla bağlı xəbərləri oxuyur. Bu “şıltaq” balaların ataları dünənə qədər haqqı-ədaləti “qoruyurdu”. Ümidi üzülən adamlar son pənah yeri kimi o prokurorların qapısını döyürdü. Elə o müğənni də fürsət düşən kimi millətdən, qeyrətdən danışır. Hələ neçə-neçə o cür prokurorlar, polis rəisləri, müğənnilər, nazirlər, biznesmenlər isə iş başındadır. Üzlərinə millət təəssübkeşi maskası taxanların əsl sifətini də onlara qənim kəsilən övladları açıb dünyaya tanıdır. Bu millətin haqqını öz haqqı, qazancını öz qazancı sayanların qənimi də övladları olur. Bəlkə də bu, Tanrının və taleyin ən ədalətli cəzasıdır.Yadımdadır, mərhum jurnalist dostumuz Elmar Hüseynovun Azərbaycan xalqının etnogenezisi haqda yazdığı yazı çox ciddi rezonans doğurmuşdu. Obyektivlikdən daha çox can yanğısından qaynaqlanan bu məqalə iqtidar düşərgəsini əməlli-başlı çaxnaşmaya salmışdı. Dərhal üç alimi Prezident Aparatına çağırıb Elmara qarşı cinayət işi qaldırmaqla bağlı təlimatlandırdılar. Elə həmin günlərdə Fransanın səfiri Elmarı, Mehman Əliyevi və məni öz iqamətgahına qonaq çağırmışdı. “Sahil” metrosuna qədər Elmarla birgə gəldik. Ayrılanda: “Səni tutacaqlar”- dedim. Gülə-gülə: “Yox, bu, mümkün deyil”- dedi. “Elmar, alimin üzə durduğu məmləkətdə hər şey mümkündür”- deyib ayrıldıq.O alimlər indi də millət, qeyrət “keşiyində” durublar.Astarımızı üzə çevirib biz də millət olduğumuzu sübut eləyirik.
43,131
19.11.2008 06:11
Kriminal
BAKIDA QADIN İŞ ADAMI TUTULDU
Məlumatda bildirilir ki, şirkətin rəhbəri və əməkdaşları humanitar yardım təşkilatı yaratmaq adı ilə 11 vətəndaşın 433 min 400 ABŞ dolları məbləğində pulunu mənimsəyiblər. Yasamal rayon Polis İdarəsinə zərərçəkən vətəndaşlar tərəfindən daxil olan şikayətlər əsasında 27-ci bölmənin əməkdaşları hər üç şəxsi həbs edib. Hazırda faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, belə bir dəstənin vətəndaşların külli miqdarda pulunu mənimsəməsi barədə ilk dəfə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Qaxda 24 yaşlı gənc qətlə yetirildiQax rayonunda qətl hadisəsi baş verib (ANS). Rayon prokurorluğundan verilən məlumata görə, Tanqıt kəndində məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 24 yaşlı Firdovsi Fərzəliyev bıçaqlanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Müstəntiq A.Nəsibovun verdiyi məlumata görə, aparılan ilkin istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayət hadisəsi Qax rayonunun Tanqıt kəndində müvəqqəti məskunlaşmış, 1974-ci il təvəllüdlü Laçın rayonundan məcburi köçkün düşmüş Alı Niftəliyev tərəfindən törədilib. Qeyd edək ki, hazırda Alı Niftəliyev barəsində axtarış tədbirləri aparılır. Hadisənin motivi bəlli deyil. “Mitsubishi” vuran 59 yaşlı kişi öldüBakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, noyabrın 17-də, saat 20.00 radələrində Nizami rayonundakı M.Əliyev küçəsində Türkan qəsəbə sakini Mehman Eynullayev “Mitsubishi” markalı avtomaşını idarə edərkən Füzuli rayon sakini, 59 yaşlı Səməd Səfiyevi vurub. Nəticədə S.Səfiyev xəstəxanaya aparılarkən yolda ölüb.
43,132
19.11.2008 06:10
İqtisadiyyat
NEFTÇİLƏR HÖKUMƏTLƏ MƏVACİB SAVAŞINA HAZIRLAŞIR
O, yeni qaydalara əsasən, fırtına, növbənin dəyişə bilməməsi və s.üzündən dənizdə bir neçə gün artıq işləyən fəhlələrə bayram günləri işlədiklərinə görə verilən ikiqat muzdun aradan qaldırıldığını və dənizdə olduğu bayram günlərinin adi iş günü kimi hesablandığını deyib. M.Qəhrəmanlı nümunə olaraq qeyd edib ki, yeni hesablama qaydası tətbiq edilənə qədər 918 manat alan fəhlə bu qaydalar tətbiq edildikdən sonra 833 manat pul alır. Onun sözlərinə görə, quruda çalışan fəhlələr isə bütün əlavə vəsaitlərlə birlikdə 300 manata yaxın maaş alırlar: “Odur ki, Neft Şirkətində ən aşağı maaşların 500-600 manat olması barədə deyilənlər şayiədir və heç bir əsası yoxdur”, - deyə M.Qəhrəmanlı qeyd edib.Hüquq müdafiəçisi fəhlələrin bu məsələdə heç bir günahı olmadığını deyərək, bütün baş verən narazılıqlara görə şirkət rəhbərliyini yeni hesablama qaydaları ilə bağlı fəhlələr arasında izahat işi aparmamaqda ittiham edib: “Neftçi ailəsinə aparacağı 100 manata qədər pulu birdən-birə niyə itirməsinin səbəblərini bilmir, şirkət rəhbərliyi də bu məsələdə neftçilərə izahat vermir, beləliklə də sentyabrdan bu yana narazılıqlar davam edir”.
43,133
19.11.2008 06:13
Ölkə
XALQ ARTİSTİ HACI MƏMMƏDOVDAN QIZILLARINI TƏLƏB EDİR
“Hacı Məmmədov mənim qonşum olub. Onun anası bu günə kimi bizim həyətdə yaşayır. Dörd nəfər mənim mənzilimi qarət edəndə düşünürdüm ki, bunları kim göndərmiş olar? Çünki nə mənim, nə də həyat yoldaşımın düşməni var. Biz sakit, səmimi insanlarıq. Həmin vaxt mən, qızım, iki nəvəm və dayə evdə idik. Onlar qara maskada, əllərində silah evə daxil oldular. Mən biləndə ki, onları Hacı Məmmədov göndərib, çox təəccübləndim. Çünki o, mənim yoldaşımla həmişə öpüşərək görüşüb. Evimdən aparılanların heç biri bu günə kimi qaytarılmayıb. Hacı Məmmədov məhkəmədə utandığından deyib ki, evimizə çeçenləri o göndərməyib, çeçenlər özləri gəlib. Fətulla Hüseynov da mənim qonşum idi. Hacı onu öldürdüb, digər qonşumu isə oğurlatdırıb. Evimizə soxulan zaman hər şeyimi onlara verdim. Yaxşı ki, özümüzə bir şey etmədilər".Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədovun bu epizod üzrə cinayəti araşdırılarkən məlum olmuşdu ki, xalq artistinin evindən paltar və qızıl zinət əşyaları oğurlanmışdı. Birbaşa bu cinayətdə iştirak edən və hazırda ömürlük həbsə məhkum edilmiş Sidek Abdulvahabov məhkəmədə verdiyi ifadəsində bildirmişdi ki, A.Məlikovanın mənzilinin qarəti ilə bağlı sifarişi ona H.Məmmədov verib. H.Məmmədov isə həm birinci, həm də sonrakı məhkəmə instansiyalarında digər cinayətlərini etiraf etməklə 2-3 epizoddan imtina etmişdi. Həmin epizodlardan biri də məhz A.Məlikovanın evinin qarət edilməsi ilə bağlı idi. Apelyasiya Məhkəməsində H.Məmmədov dövlət ittihamçısının sualını cavablandırarkən “Adam oğurluqlarına pul qazanmaq üçün getmişəm. Amma qətlləri pul üçün həyata keçirməmişəm. Öldürdüyüm şəxsləri şəxsiyyətə toxunduqları üçün qətlə yetirmişəm. Afaq Məlikovanın evinin qarət olunmasından isə xəbərim olmayıb” demişdi.
43,134
19.11.2008 06:17
Kriminal
SALYAN SAKİNİ QATARIN ALTINDA QALDI
Bakı Dəmir Yolu Stansiyasının ərazisində qadın meyiti tapılıb. Həmin ərazidən Göyçay rayon sakini Zemfira Bağırovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
43,135
19.11.2008 07:14
Ölkə
BAKIDAKI “QUL BAZARLARI” YIĞIŞDIRILACAQ
N.Məmmədov bildirib ki, noyabrın 20-21-də Bakıda əmək yarmarkası keçiriləcək. Yarmarkada müxtəlif müəssisələr tərəfindən 7 minə yaxın vakant iş yerinin təqdim ediləcəyi gözlənilir. Vakant iş yerlərinin 80-85%-i özəl sektora aiddir.
43,137
19.11.2008 06:18
Dünya
OBAMANIN “MESAJXOR” OLDUĞU ÜZƏ ÇIXDI
“Bləkberri” şəxsi kompyuter funksiyalarına malik cib telefonu cihazıdır. Bildirilir ki, seçki kampaniyası zamanı Obamanı tez-tez “Bləkberri”sinə nəzər salan halda görmək olardı. Hətta bir dəfə buna görə həyat yoldaşı Mişel onu məzəmmət də etmişdi. Prezident öz e-maillərinin məxfiliyini qorumalıdırsa, onda ona “Bləkberri”dən istifadə etmək məsləhət görülmür. Ancaq “Bləkberri” aludəçiliyi çox güclü bir vərdişdir və dünya üzrə ondan əzab çəkənlərin sayı milyonlarladır. Britaniyadakı “Guardian” qəzetinin köşə yazarı Conatan Fridlənd də əvvəllər “bləkberriman” olub. “Mən əsl bləkberriman idim. Axşamlar evdə ailəmlə oturanda da daima “Bləkberri” əlimdə idi. Onu vibrasiya sistemində saxlayırdım. Ya da məktub gələndə, qırmızı işıq yanırdı. Mənim Mişel Obamanın halına acıyıram, çünki öz həyat yoldaşımın da mənə qəzəbi tutardı. Bəzi adamların nikahları belə bu “Bləkberri”yə görə pozulub. Çünki hətta ailə üçün ən müqəddəs anlarda belə, aludə olanlar özlərini “bləkberri”yə nəzər salmaqdan saxlaya bilmirlər. Bu adamların 80 faizi etiraf edir ki, gecə ən azı bir dəfə oyanıb, ”Bləkberri"lərinə mesaj, ya məktubun gəlib-gəlmədiyini yoxlayırlar. Mən qəzetdə “Bləkberri”ni atdığımı oxucularıma elan edəndə, dedim ki, beynimiz üçün istirahət vaxtının olması gərəkdir. Çünki onsuz da işdə xeyli yoruluruq, sonra isə könüllü surətdə beynimizi yenidən işə bağlayırıq. Bu cihazın quluna çevrilirik. Buna görə mən Barak Obamanı bu cihazı tərgitməyə çağırıram. Həm də onun vəziyyəti bunu tələb edir"-deyə o, BBC-yə nəql edib.Fridlənd deyir ki, əgər Obama vərdşini tərgitsə ona əvvəlcə çox çətin olacaq. O hiss edəcək ki, əli, xüsusən baş barmağı sanki nəyisə instinktiv olaraq, axtarır, sıxmaq istəyir. Çünki mesaj yazarkən məhz bu barmaq işləyir. O, bundan yaxa qurtarmaq üçün hansısa məşğuliyyət tapmalıdır. “Prezident kimi onun cib telefonu və “Bləkberri"dən istifadəsinə məhdudiyyət qoyulur. Dostları ona zəng vura və ya SMS göndərə bilmirlər. Təhlükəsizlik tədbirləri bunu tələb edir. Buna görə zənn edirəm ki, Barak Obamaya “Bləkberi”ni tərgitmək siqareti tərgitməkdən heç də asan olmayacaq”.
43,138
19.11.2008 06:23
Dünya
SOMALİ PİRATLARI NƏHƏNG NEFT TANKERİNİ ƏLƏ KEÇİRDİ
Əvvəlcə gəminin azad edildiyi haqda xəbər yayılsa da, məlum olub ki, quldurlar 2 milyon barel neft daşıyan nəhəng “Sirius Star” tankerini özlərinin bazasına doğru aparırlar. Bildirilir ki, tankerin göyərtəsində 25 nəfərlik heyət üzvləri var, lakin onların milliyyəti və hansı ölkələrdən olduqları haqda məlumat yoxdur. İlk dəfədir ki, dəniz quldurları tərəfindən bu qədər böyük gəmi hədəfə alınıb. Təhlilçilər hücumun Somali sahillərindən xeyli aralı baş verdiyinin qeyri-adi olduğunu qeyd edirlər. Amerikanın 5-ci donanması tankerin Puntland regionundakı Eyl limanına yaxınlaşdığını bildirib. Həmin liman Somali dəniz quldurlarının bazasıdır və indiyədək ələ keçirilən 10-dan çox gəmi həmin limanda saxlanılır. Onların arasında bir-birinin ardınca ələ keçirilən iki Türkiyə gəmisi də var. Amerikanın 5-ci donanmasının komandanı admiral Mayk Mullen piratların yaxşı təlim keçdiyini bildirib. O qeyd edib ki, quldurlar gəmiyə qəfildən hücum ediblər və heyət üzvlərini zərərsizləşdiriblər. Bu zaman Amerika donanmasının gəmiləri yaxınlıqda olub, lakin onlar heç bir tədbir görə bilməyib. Admiral deyib ki, hazırda onlar piratların bazasına doğru aparılan tankeri izləyirlər:"Onlar istədiyi limana yetişsələr bizim hər-hansı bir addım atmaq imkanlarımız məhdudlaşacaq".“The Financial Times” qəzetinin yazdığına görə, indiki qiymətlərlə tankerin daşıdığı neftin dəyəri 100 milyon dollardan çoxdur. 2 milyon barel neft Səudiyyə Ərəbistanının gündəlik hasilatının yarısı, Azərbaycanın isə üçgünlük neft hasilatı deməkdir. Məlum olub ki, tanker Keniya sahillərindən 850 kilometr məsafədə və açıq dənizdə ələ keçirilib. Bu hadisə haqda xəbər yayıldıqdan sonra Nyu York birjasında neft 4 dollar bahalaşaraq 59 dollara çatıb, ancaq sonradan qiymət yenidən aşağı düşüb. Tankerin mərkəzi ofisinin Dubayda yerləşən “Vela International Marine Ltd” şirkətinə aid olduğu bildirilir. “Assoşeyted press” agentliyinin xəbərinə görə, şirkət nümayəndələri artıq quldurlarla danışıqlara başlayıblar. Lakin onların gəminin azad edilməsi üçün nə qədər pul tələb etdikləri bilinmir.Beynəlxalq Dəniz Bürosunun məlumatına görə, bu ilin yanvarından Somali quldurları 83 ticarət gəmisinə hücum edib, onlardan 33-ü ələ keçirilib. Sonradan gəmilərin 22-si milyonlarla dollar əvəzində azad edilib, lakin hazırda quldurların əlində 11 iri gəmi və onların 200-dən çox heyət üzvü var. Bu gəmilər arasında Ukraynaya aid “Faina” gəmisi də yer alır, həmin gəminin göyərtəsində T-72 tankları və digər hərbi texnika var. Qaçırılan Türkiyə gəmilərindən birinin kapitanı peyk telefonu vasitəsilə bildirib ki, onlara hücum edilərkən NATO-ya aid gəmilər hadisəni kənardan seyr ediblər. Hava telefonu vasitəsilə onlardan kömək xahiş olunsa da, heç bir addım atılmayıb. Qeyd edək ki, hazırda Somali sahillərində Fransa, İspaniya, ABŞ və digər NATO ölkələrinə aid gəmilər var. Bu yaxınlarda Rusiya da piratlara qarşı bölgəyə özünün iri hərbi gəmisini göndərib. Lakin bölgədə bu qədər qüvvə olmasına baxmayaraq Somali piratlarının bir-birinin ardınca gəmiləri ələ keçirməsi şübhələr doğurur.
43,139
19.11.2008 06:24
Yazarlar
VERMƏSƏK, ALA BİLMƏYƏCƏKLƏR!
İndi görəsən, yerdə nə qaldı? Bəlkə erməni tərəfinin bu “konstruktivliyinin” müqabilində “Nabukko” qaz kəmərini də “müstəqil DQR”in ərazisindən keçirək, sülh daha qayim, daha davamlı olsun? Yaxud “Bakı-Ceyhan”dan bir boru da çəkək ora, separatçılar enerji sarıdan korluq çəkməsinlər? Hələ biz Bakı ermənilərini geri qaytarıb, qonşularımızın könlünü bir az da xoş etməyi demirik... İstənilən halda aydındır ki, Sərkisyan bununla təkcə erməni ictimai rəyini, müxalifəti sakitləşdirmək niyyəti güdməyib, eyni zamanda Qarabağ məsələsi ətrafında guya pozitiv ab-hava yarandığı haqda son vaxtlar səslənən fikirləri alt-üst edib, rəsmi İrəvanın radikal mövqedən geri durmadığını ortaya qoyub. Diqqət edildisə, Sərkisyanın söylədikləri özündə İrəvanın hələ Köçəryan dönəmindən istinad etdiyi 3 məlum şərti ehtiva edir. Yəni faktiki surətdə o, sələfinin barışmaz kursunu davam etdirir. Əfsus ki, həmin 3 şərt tut arağının vurğunu olan vasitəçilərin “əməyi” sayəsində, diplomatik ibarələrlə artıq ortaq sənəd sayılan “Madrid prinsipləri”ndə əksini tapıb. Azərbaycan üçün ən qorxulu məqam da budur - bölgənin statusunun referendumla müəyyən etmək ideyasının məqbul sayılması. Hərçənd rəsmi Bakı xalqı arxayın edir ki, guya səsvermə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdə tutulur. Ancaq beynəlxalq hüquqdan anlayışı olanlar bilir ki, belə deyil. Ola bilməz. Ona görə ki, ərazi bütövlüyü çərçivəsində statusu müəyyən etmək üçün referenduma ehtiyac yoxdur. Onu, sadəcə, tərəflər müzakirə yolu ilə müəyyən edirlər, qurtarır gedir. Ayrı sözlə, referendum söhbəti varsa, deməli, ayrılmaq, qopmaq söhbəti var. Mübahisəli ərazi söhbəti var. Dağlıq Qarabağ isə Azərbaycandan ötrü mübahisəli ərazi deyil və nizamlama bu yöndə aparıla bilməz! Çünki Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına, İslam Konfransı Təşkilatına, başqa bu kimi beynəlxalq və regional qurumlara Dağlıq Qarabağla BİRGƏ (!) daxil olub. Təsadüfi deyil ki, Sərkisyan öz müsahibəsində “Azərbaycan Dağlıq Qarabağı öz müqəddəratını təyinetmə hüququnu tanısa” ifadəsini işlədir. Yəni işğalçı ölkə də separatçı qurumun belə bir hüquqa malik olmadığının, Dağlıq Qarabağın yekun taleyinin Bakıdan asılı olduğunun fərqindədir. Üstəlik, BMT qətnamələri DQ-nin Azərbaycana mənsubluğunu şübhə altına qoymur. Belədisə, niyə onu düşmənə peşkəş etməliyik? Etməyəcəyiksə, o zaman Madrid sənədi nədən rədd olunmur? Yaxud nə üçün Bakı referendum ideyasına etiraz etmir? Üçüncü yandan, Avropa, ABŞ, Rusiya ərazi bütövlüyümüzü tanıdıqlarını dönə-dönə bəyan edirlərsə, ən pis halda “qoy tərəflər dil tapsınlar, biz isə qarant durarıq” deyirlərsə, Bakının təslimçi mövqe sərgiləməsinə nə lüzum? Nəyə görə hakimiyyət ərazi bütövlüyümüzün sənədlərə salınmasına çalışmır? Buradaca bir daha vurğulayaq ki, Qarabağın Kosovo olmadığı barədə ABŞ da, Rusiya da bəyanatlar verib, indi də verirlər. Kosovo BMT-nin xüsusi diqqətində olan, ərazisində albanların etnik təmizlənməyə məruz qaldığı problem olub və təşkilat Serbiyanın ərazi bütövlüyünün xeyrinə bir qətnamə belə çıxarmayıb. Məsələnin həllinin mütləq Serbiyanın ərazi bütövlüyü çərçivəsində çözümü barədə öhdəliklər də götürülməmişdi. Dağlıq Qarabağ belə statusda deyil. Orada etnik təmizlənməyə isə ermənilər yox, azərbaycanlılar məruz qalıb. Üstəgəl, Azərbaycanın Qərb üçün artan geostrateji və energetik önəmi bizi hər hansı təslimçi təklifdən əməlli-başlı sığortalayır. Unutmaq olmaz ki, ən azı yaxın və orta perspektivdə Rusiya-Qərb münasibətlərində gərginlik qalacaq. Demək, Azərbaycanın demokratiya paytaxtlarından ötrü siyasi-iqtisadi dəyəri azalmayacaq ki, artacaq. Qarabağ probleminin ədalətli həlli isə ilk növbədə Qərbdən asılıdır, nəinki Rusiyadan. Rusiya Osetiyanı, Abxaziyanı tanıdı, nə oldu ki? Bunu ermənilər də başa düşür. Bilirlər ki, dünyada dəngələr dəyişib. Ermənistana indi yalnız Rusiyanın tanıdığı, yalnız Kremlin ona peşkəş etdiyi Dağlıq Qarabağ lazım deyil. İrəvan istəyir ki, peşkəşi Bakı, həm də Qərbin xeyir-duası ilə eləsin. Kosovo presedentindəki kimi. O üzdən Ermənistan Moskvanın ardınca gedib Abxaziyanı, Osetiyanı tanımadı. Beləliklə, özümüz istəməsək, ermənilər Dağlıq Qarabağa heç vaxt de-yure sahiblənə bilməz. Lakin 2 şərtə əməl ediləcəyi təqdirdə: 1. Rəsmi Bakı “ərazi bütünlüyü çərçivəsində öz müqəddəratını təyinetmə” kimi absurd ideyanın təbliğinə son qoyub, onu rədd etsin; 2. Tiflis və İrəvan kimi strateji seçimini etsin - biz kimin yanındayıq, kimin dəyərlərini bölüşürük, Qərbin, yoxsa Rusiyanın? *** Əfsus ki, bu gün ölkəmiz heç kimin düz-əməlli strateji dostu, müttəfiqi deyil. Madrid sənədi qismində təhlükəli sənədlərin qarşımıza qoyulmasının bir, hətta əsas səbəbi budur. Zahid SƏFƏROĞLU
43,140
19.11.2008 06:06
Dünya
MAKKEYN OBAMANI DƏSTƏKLƏMƏYƏ RAZILIQ VERDİ
Onlar bəyan edirlər ki, Amerikanın qarşısında duran problemləri birgə həll edəcəklər. İki lider arasında əmkdaşlığın konkret formaları bəlli olmasa da, Makkeyn bəyan edib ki, o, Obamaya kömək edəcək. Onlar birgə əməkdaşlıq üçün maliyyə böhranı kimi məsələlərin seçiləcəyini vurğulayıblar. Danışıqlarda Obamanın administrasiyasının rəhbəri təyin olunan Ram Emmanuel də iştirak edib.Amerika mətbuatının yazdığına görə, Barak Obama Ağ Evdə geniş koalisyon komanda formalaşdırmaq niyyətindədir. Belə ki, o, respublikaçıların nümayəndələrinə administrasiyada mühüm postlar verməyə hazırlaşır. Bəzi məlumatlara görə, Senatın Kəşfiyyat Komitəsinin keçmiş rəhbəri, Nebraska ştatından senator Çak Haqel Obamanın komandasında yer ala bilər. Lakin həm Demokratlar, həm də Respublikaçılar Partiyasındakı mənbələr bildiriblər ki, Obama Makkeynə vəzifə təklif etməyib. Bildirilir ki, iki lider daha çox Konqresdə qanunların qəbulu zamanı əməkdaşlıq edə bilər. Bu arada keçmiş birinci ledi Hillari Klintonun dövlət katibi təyin ediləcəyi qətiləşir. “The Guardian” qəzeti xəbər verib ki, o, Obamanın təklifinə artıq razılıq verib və yaxın günlərdə qərarını elan edəcək.
43,141
19.11.2008 06:25
İqtisadiyyat
AZƏRBAYCANIN VALYUTA EHTİYATLARI AZALIB
Oktyabrın 1-dən valyuta ehtiyatlarının azalması dünya maliyyə böhranı ilə əlaqədar Avropa Mərkəzi Bankının, Avropa ölkələri mərkəzi banklarının və ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrini aşağı salması ilə bağlıdır. MB-dən bildirilir ki, Azərbaycanın valyuta ehtiyatlarının azalmasının miqyası digər ölkələrin, o cümlədən Şərqi Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna ilə müqayisədə kiçikdir. MB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov valyuta ehtiyatları üzrə gəlirliyin aşağı düşdüyünü etiraf etsə də, deyir ki, ölkənin valyuta ehtiyatları hər hansı şəkildə ciddi itkiyə məruz qalmayacaq. Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatları əsasən dollar və avro ilə diversifikasiya olunub. Nəticə də bu valyutaların məzənnəsinin enib-qalxmasından asılıdır. Son vaxtlar avronun dünya bazarlarında ucuzlaşması nəticəsində valyuta ehtiyatlarının avro ilə ifadə olunan hissəsi ucuzlaşmaya məruz qalıb. Maraqlıdır, avronun və ya dolların məzənnəsi stabilləşməsə Azərbaycanın valyuta ehtiyatları hansı həddə qədər azala bilər? İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu deyir ki, strateji ehtiyatların valyuta səbətinin strukturundan asılıdır: “Hazırda vəsaitlər daha çox dollarla saxlanılır. Dünya bazarında dolların, o cümlədən avronun məzənnəsində dəyişikliklər baş verir. Avronun məzənnəsində artıq kəskin ucuzlaşma müşahidə edilib. Bu baxımdan avro ilə saxlanılan vəsaitlər məzənnə fərqinə görə yenidən qiymətləndirəndə müəyyən itkilərə məruz qalıb. Ayrı-ayrı ölkələrdə bu dəyərləndirmələr gedir. Dəyərləndirmə adətən iki istiqamətdə olur. Birincisi, dünya maliyyə bazarında gedən proseslərdən dəyən ziyanların qiymətləndirilməsidir. Məsələn, valyuta tərkibi ilə bağlı, valyuta məzənnələrində dəyişikliklərlə əlaqədar olaraq. Yaxud da səhm bazarında, digər qiymətli kağızlarda bizim valyutalarımız varsa, onunla əlaqəli dəyişikliklərin qiymətləndirilməsi prosesi. Milli Bank belə bir açıqlama veribsə, istənilən halda bunu alqışlayıram. Çünki indiyə qədər gözləyirdik ki, həm Neft Fondundan, həm də Milli Bankdan belə açıqlamalar mətbuata təqdim olunsun. Rusiya, Qazaxıstan və digər ölkələr bu istiqamətdə açıqlamalarını çoxdan ediblər. İkinci istiqamət hökumətin özünün maliyə böhranı ilə mübarizəyə çəkdiyi xərclərdir. Məsələn, Rusiyada bu yaxınlarda açıqlama verdilər ki, maliyyə böhranı ilə mübarizəyə 222 milyard dollar vəsait xərclənib. Azərbaycanda da yəqin ki, maliyyə böhranı ilə mübarizə istiqamətdə müəyyən xərcləmələr var. Bankların sağlamlaşdırılması, büdcənin dayanıqlığının qorunmasında müəyyən neqativ təsirlər var. Bu təsirləri neytrallaşdırmaq üçün əlavə vəsait xərcləməyə məcburdurlar”. O ki qaldı itkilərin hansı həddə kimi artmasına, ekspert deyir ki, bunu indidən söyləmək çətindir: “Çünki dünya maliyyə bazarlarında gedən prosesləri tənzimləmək olmur. Deyilənə görə, proseslər 2009-cu ildə pik həddə çatacaq. İndi bir ay ərzində 3 faizlik itki varsa, hətta bu tendensiyalar qalmaq şərti ilə ola bilər növbəti ildə itkilərin səviyyəsi bir neçə dəfə artsın. 3 faiz 5 faizə və ya 7 faizə çata bilər. Bu mümkündür. Lakin hesab edirəm, bu barədə indidən danışmaq tezdir. Sabah dolların xeyrinə bahalaşma baş versə, vəsaitlər dollarla saxlandığı üçün burada hətta qazancımız ola bilər. O baxımdan nə baş verəcəyini indidən demək, nə qədər itkiyə düşəcəyimizi hesablamaq asan deyil. Amma nəzərə almaq lazımdır ki, bu, davamlı prosesdirsə, bunun təsirlərini indi daha az xərclə neytrallaşdırmaq olar. Pik səviyyəsinə çatanda daha çox xərc tələb edəcək. Çalışmalıyıq vaxtında tədbirlər görək, yeri gələndə maliyyə bazarına, bank sisteminə, valyuta məzənnəsinə neqativ təsirləri neytrallaşdırmaq üçün vəsait xərcləməkdən çəkinməyək”. Azərbaycanın valyuta ehtiyatlarının yarım ayda 3 faiz azalmasının nə dərəcədə doğru rəqəm olmasına gəlincə, Q.İbadoğlu bildirir ki, ölkənin elə də böyük valyuta ehtiyatları yoxdur: “Eyni zamanda valyuta ehtiyatlarımız diversifikasiya olunmuş valyuta ehtiyatlarıdır. Daha çox dollarla saxlanılır. Dolların məzənnəsi avro ilə müqayisədə daha sabit olub. Ciddi təsirlərə məruz qalmadı. O baxımdan mümkündür ki, itkilər elə açıqlanan səviyyədə olsun”. Ekspert inanmır ki, itkilər çox ola, lakin Milli Bank onu az göstərə: “Ən azı bu özü etirafdır ki, dünya maliyyə bazarının təsirindən itkilər var”.
43,142
19.11.2008 06:09
İqtisadiyyat
BENZİN 1 MANAT OLARSA...
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) mütəxəssislərinin fikrincə, dünya bazar qiymətləri anlayışı nisbi anlayışdır: “Əgər biz dünya bazar qiymətlərinə yaxınlaşmaqdan danışırıqsa, ABŞ dünyada istehsal olunan neftin 45 faizini istehlak edir. Bu isə o deməkdir ki, hər 100 bareldən 45 barelini ABŞ alır.Birləşmiş Ştatlarda benzinin orta qiyməti Azərbaycanla müqayisədə aşağıdır. Hətta Amerikada elə ştatlar var ki, Azərbaycanla müqayisədə orada benzinin qiyməti 30 faiz ucuzdur. Nəzərə alsaq ki, ABŞ-da orta aylıq əməkhaqqı bizdəkindən 11 dəfə çoxdur, belə olan halda, benzinin daxili qiymətinin dünya bazar qiymətləri səviyyəsinə çatdırılması ilə bağlı təklif iqtisadi baxımdan doğru deyil. Bu təklifin iqtisadi əsasları yoxdur. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin düşməsi tendensiyası gedir. “Qara qızıl”ın qiyməti yalnız iyun ayı ilə müqayisədə 3 dəfə aşağı düşüb". Mərkəzin ekspertləri deyir ki, əgər neftin qiyməti yay ayları ilə müqayisədə 3 dəfə aşağı düşübsə, o zaman benzinin qiymətinin artırılmasının əsaslandırması yoxdur: “Azərbaycan hökuməti benzinin qiymətinin qaldırılmasını Avropada benzinin qiymətinin yüksək olması ilə əlaqələndirir. Əgər benzinin qiyməti 60 qəpikdən 1 manata çatdırılarsa, bu o deməkdir ki, orta yaşayan azərbaycanlı öz əməkhaqqı ilə ayda 300 litr benzin ala bilər. Amma Avropa Birliyində benzinin qiyməti 1 avrodan 1,5 avroyadək dəyişməsinə baxmayaraq, orta avropalı öz məvacibi ilə orta azərbaycanlının ala biləcəyi benzindən təxminən 9 dəfə çox benzin ala bilər. Bu onu göstərir ki, bizdə benzinin qiymətinə deyil, benzin xərclərinin əhalinin gəlirlərindəki çəkisinə baxılmalıdır. Yeri gəlmişkən, bu rəqəm Avropa Birliyi ölkələrində kifayət qədər kiçikdir”. Mütəxəssislərin rəyinə görə, benzinin qiyməti qaldırılarsa, növbəti ildə Azərbaycanı ciddi qiymət artımları gözləyir.
43,143
19.11.2008 06:30
İqtisadiyyat
YARMARKALAR İŞSİZLƏRƏ KÖMƏK ETMƏYƏCƏK
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi noyabrın 20-21-də Bakıda növbəti əmək yarmarkası təşkil edəcək. Nazirlikdən verilən məlumata görə, ümumilikdə il ərzində respublikanın 55 şəhər və rayonunda 57 yarmarka keçirilib. Bu yarmarkalarda 2 434 müəssisə 21 967 boş iş yeri təqdim edib. 6 270 nəfər münasib işlərə göndəriş alıb, 577 nəfər peşə hazırlığı, 421 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Rəqəmlərdən göründüyü kimi, heç də çox sayda insan işlə təmin olunmayıb. Keçirilən əmək yarmarkaları məşğulluğun təmin edilməsində xüsusi rola malik deyil. Qiymətləndirmələrə görə, ayda və ya ildə bir dəfə iş yerləri ilə bağlı yarmarka keçirilir. Orada isə kifayət qədər az məvacibli iş yerləri təklif edilir ki, hətta işsizlər belə bu, yerlərdə işləməkdə maraqlı olmurlar.Əmək yarmarkalarına çıxardılan iş yerlərinin sayı da məhdud olur. İqtisadçıların fikrincə, əmək yarmarkalarının işsizlik probleminin həllinə kömək etməsi üçün bu problemə hökumət səviyyəsində baxış dəyişməlidir: “Məşğulluğun təmin edilməsinə dair kardinal dəyişikliklərə ehtiyac var. Çox təəssüf ki, hələlik bu, hiss olunmur. Əsas səbəb isə odur ki, işsiz statusu alanların sayı olduqca azdır. İşsizliyin səviyyəsinin rəsmi olaraq az göstərilməsi son nəticədə əmək yarmarkalarını və işsizlərin işlə təmin edilməsini formal edir. Əmək yarmarkalarının iş yerləri təklif edə bilməsi üçün Dövlət Statistika Komitəsinin işsizlərin, o cümlədən yoxsulluğun səviyyəsi ilə bağlı apardığı hesablamalar reallığı əks etdirməlidir”. Başqa bir fakt əmək yarmarkalarında təklif edilən iş yerlərində əməkhaqlarının məbləğinin cəlbedici olmamasıdır. Araşdırmalar göstərir ki, bu rəqəm orta aylıq əməkhaqqı səviyyəsindədir. Hətta bəzən bundan da aşağı olur. Digər problem şirkətlərin, iş adamlarının əmək yarmarkalarında iştirakda maraqlı olmamasıdır. Çünki onlar əmək yarmarkaları vasitəsilə ixtisaslı kadrların tapılmasına inanmırlar. Şirkətlər elan və şəxsi əlaqələri ilə işçilərin seçilməsinə üstünlük verirlər. Ölkədəki aparıcı şirkətlərin əksəriyyətinin kadr siyasətində bunu müşahidə etmək mümkündür. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə iri şirkətlər işçilərin tapılmasında məhz əmək yarmarkalarından istifadə edirlər. O cümlədən iş axtaranlar bu yarmarkalar vasitəsilə iri şirkətlərlə əlaqə qurub, işləmək şansını qazanırlar. Məsələn, ABŞ-da fəaliyyət göstərən Sosial və İqtisadi Araşdırmalar Assosiasiyasının hər il baş tutan illik konfransında əmək yarmarkaları təşkil edilir. Bu zaman nəinki Amerikada yaşayan və fəaliyyət göstərən şirkətlər, Birləşmiş Ştatlardan kənarda olan şirkətlər və başqa ölkənin vətəndaşları həmin yarmarka vasitəsilə iş tapa bilirlər. Artıq həmin əmək yarmarkaları kifayət qədər nüfuza malikdir.
43,144
19.11.2008 06:28
Yazarlar
İŞGƏNCƏYƏ QARŞI PROFİLAKTİKA
O biri müstəntiq işə qarışır və həmkarını başa salır ki, bu vətəndaş şübhəli şəxs qismində saxlanmayıb, özü istintaqa könüllü kömək etmək üçün gəlib. Qoçu müstəntiq də deyir, nə bilim, adə, dedim, bəlkə cinayətini boynuna almır, profilaktika üçün vurdum. Sonradan həmin adam, gərək ki, “Gənclik” jurnalının əməkdaşı ilə elədiyi söhbətdə ona və özünə söz verirdi ki, milisə köməyi axırıncı dəfədir, yanında baş kəssələr, yenə şahidlik etməyəcək. Bu söhbətdən 20 il keçib və bu müddətdə bəlkə 200 min adam hüquq-mühafizə orqanlarının əlindən keçib, əməliyyatçıların sillə-təpiyini dadıb, zopasını yeyib və sair işgəncələrinə məruz qalıb. Düzdür, hökumət adamlarını, xüsusilə də poqon daşıyanları danışdıranda dərhal deyirlər ki, “bizdə işgəncə yoxdur”, amma sualı təkrar eləyəndə az qalırlar adamı aşkarda şapalaqlasınlar. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun dediyinə görə, istintaq təcridxanalarında müttəhimlərə hələ də işgəncə verirlər. Bu xüsusda Elçin bəyə şikayətlər çox olur, o da gedib yerindəcə araşdırır. Hazırda mətbuatda yazılır ki, guya “ekstazi işi” ilə bağlı tutulan və şərti adları “prokuror uşaqları” olan müttəhimlərə MTN-də işgəncə veriblər - ifadə almaq üçün. Onlar da məcbur qalıb lazımi ifadəni veriblər - canlarını qurtarmaq üçün. MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev isə bildirir ki, deyilənlər cəfəngiyyatdır. Onun dediyindən elə çıxır ki, MTN-in təcridxanasında müttəhimlərə işgəncə vermir, heç “gözün üstə qaşın var” da demirlər. İndi biz bu söhbətin hansına inanaq? Təcrübədən çıxış edək, yoxsa MTN-də yatıb-çıxmış adamların xatirələrini yada salaq?Təcrübəyə istinad etsək, deməliyik ki, dünyanın ən humanist dövlətində belə dörd divar arasında düşən şübhəli şəxsin başını sığallamırlar, əksinə, elmi-texniki tərəqqinin köməyindən istifadə edərək, adama bülbül kimi cəh-cəh vurdururlar. Demokratiya və insan haqları haqqında hamıdan çox və bərk danışan ABŞ deyildimi, hazırda onun yeni prezidenti Barak Obama bəyan edib ki, Quantanomodakı barakları bağlayacaq, çünki orada əsirlərlə qeyri-insani davranış halları olub. Bəli, üç-dörd il öncə bütün dünyaya açıqlandı ki, tərifli ABŞ-ın əsir düşərgələrində insanları sözün birbaşa mənasında keçi kimi mələdir, dana kimi böyürdür, qulun kimi çığırdırmışlar - döyə-döyə, canlarına elektrik enerjisi buraxa-buraxa, bir-birinin belinə mindirə-mindirə.Bu baxımdan istisna deyil ki, MTN-in təcridxanasında da ekstazi bazı olan uşaqlardan ifadə almaq üçün bəzi-para effektiv təşəbbüslərdə bulunub, “profilaktiki tədbirlər” görüblər. Amma MTN-də yatıb-çıxan dost-tanışlar da danışırlar ki, doğrudan da onlara içəridə çırtma da vurmayıblar. Əlbəttə, bu da ola bilər. Birincisi, ona görə ki, bizim dost-tanışlar siyasi motivlərlə həbs olunmuşdular. Siyasi dustaqların işi bir qədər başqa cürdür, onlara bir çırtma dəyəndə hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar dərhal bilir deyə, müstəntiqlər çalışırlar ki, ifadəni çırtmasız, çərtməsiz alsınlar. Amma sən ekstazi üstdə tutulmusansa, eloğlu, lütfən, özünü əkə-bükə dissidentlər kimi aparma, “de gəlsin, hər nəyin vardır”. (Hərçənd narkomanları da fərqli fikir daşıyıcıları kimi səciyyələndirmək olar - camaat yeriyəndə onlar uçmaq istəyirlər).Bir simsar adam var, deyir, əlimdə ixtiyar olsa, işgəncənin kökünü bir həftənin içində kəsərəm. Soruşuram, necə? Deyir, çox sadəcə, bütün işgəncə verənləri tutub basaram içəri, ayaqlarından asdıraram... Samir SARI
43,145
19.11.2008 06:31
Mədəniyyət
AFTANDİL İSRAFİLOV DANIŞMAQ İSTƏMİR
Dünən A.İsrafilovla əlaqə saxladıq. O bildirdi ki, R.Behbudov adına Mahnı Teatrında tədbirdə iştirak etdiyi üçün iki saat sonra ona zəng edək. İki saat sonra zəng etsək də, A.İsrafilovla danışmaq cəhdimiz baş tutmadı.Qeyd edək ki, Z.Xanlarovanın ansamblında uzun illər fəaliyyət göstərən klarnet ifaçısı Vəli Qədimovun da iflic olması barədə mətbuatda məlumatlar yer alıb.Z.Xanlarovanın ansamblında 22 ildir fəaliyyət göstərdiyini deyən Əşrəf Quliyev də heç bir məlumat verməyəcəyini bildirdi. “Mən heç nə deyə bilmərəm, Aftandil müəllim öz adından danışıb. Vəli Qədimova gəlincə isə o, 4 ilə yaxındır ki, xəstədir” - deyə bildirdi.
43,146
19.11.2008 06:36
Ölkə
“ALO, TAKSİ?..”
Xaricdə bu cür şirkətlərin sayının çox olması təbii ki, şirkətlərarası rəqabəti stimullaşdırır. Nəticədə biri digərindən daha güzəştli tariflər təklif etməyə çalışır. Azərbaycanda isə hər hansı vətəndaş taksi xidmətindən istifadə edən zaman bir çox hallarda ona “oxunacaq” qiymətdən xəbərdar olmur. Bəzən hətta sürprizlə qarşılaşır. Məsələn, bəzən “xalturşiklər” Binə Hava Limanından şəhərə gəlmək üçün müştəridən 30 manat istəyirlər. Amma xaricdəki kimi, sayğacın yazdığı məbləği sürücüyə vermək kifayətdir. Bəs Azərbaycanda belə xidmət növü nə vaxt yaradılacaq? Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənova müraciət etdik. Nazirlik sözçüsü Azərbaycanda taksi meydançalarının yaradılması yönündə işlərin getdiyini dedi: “Artıq 40-a yaxın yerdə taksi xidməti yaratmışıq. Daha 134 yerdə bu cür meydançaların yaradılması nəzərdə tutulub. Bu xidmətlər özəl şirkətlər tərəfindən həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda avtomobil nəqliyyatı təxminən 100 faizə qədər özəlləşdirilib və bütün xidmətlər özəl şirkətlər tərəfindən həyata keçirilir. Nəqliyyat Nazirliyi də bu sahədə siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”. N.Həsənov xüsusi servislərin nəzərdə tutulduğunu da söylədi: “Sərnişinlərin rahat daşınmasını təmin etmək məqsədilə taksi dayanacaqlarında ən son model və daha rahat avtomobillərdən istifadə olunması nəzərdə tutulub. İndi Almaniyadan və digər inkişaf etmiş ölkələrdən xüsusi maşınlar gətiriləcək və yeni taksi meydanları yaradılacaq. İnsanlar zəng edərək taksi çağıracaq və istədikləri ünvana gedəcəklər. Növbəti ilə qədər bunların hamısı reallaşacaq”.
43,147
19.11.2008 06:44
Mədəniyyət
ÇELİK 10 İL ƏVVƏL ƏSGƏR OLUB
“Dünən (srağagün-red.) Çelik Erişçi dərhal ”Hürriyet" qəzetinin redaktoruna təkzib verilməsi tələbi ilə müraciət edib. Çünki müğənni bildirir ki, o, 10 il əvvəl Çanaqqaladakı 116-cı jandarma alayında hərbi xidmət keçib. Ahmet Hakanın onun barəsində yazdıqlarına gəlincə isə müğənninin dediyinə görə, yazarla aralarında ideoloji fikir ayrılıqları var. Görünür, onların arasındakı ideoloji anlaşılmazlıq belə bir xoşagəlməz nəticə yaradıb".Xatırladaq ki, A.Hakan Azərbaycana bir günlük səfəri barədə təəssüratlarını “Hürriyet” qəzetində yazarkən Ç.Erişçinin Azərbaycanda biznes qurmasını da vurğulayıb və müğənninin ölkəmizə gəlişini hərbi xidmətdən yayınması ilə əlaqələndirib.
43,150
20.11.2008 06:21
Gündəm
“SƏRKİSYAN 5 RAYONU VƏ KƏLBƏCƏRİ AZƏRBAYCANA QAYTARIR”
Onun sözlərinə görə, Ermənistan prezidenti bu səfər zamanı Qarabağın və “əsas güc strukturlarının” “rəhbərliyi” ilə görüşərək qəti şəkildə problemin həlli variantını açıqlayıb. Guya Sərkisyan “Dağlıq Qarabağ” “rəhbərliyinə” bildirib ki, onlar heç bir şərt və təminat olmadan işğal edilmiş 5 rayonu azad etməlidir. Bundan sonra 2 il ərzində hansısa referendum keçirilməlidir və ardınca Kəlbəcər rayonu da Azərbaycana qaytarılmalıdır.“Miatsum” üzvü onu da bildirib ki, Sərkisyanın göstərişi polis və icma nümayəndələri vasitəsilə əhaliyə çatdırılır: “Amma Qarabağdakı panika tezliklə ümumi nifrətə çevrilə bilər. Qarabağ xalqı Ermənistanın istənilən hakimiyyətini onların təhlükəsizliyi məsələsi ilə hesablaşmağa məcbur edə bilər”.
43,177
20.11.2008 06:54
İqtisadiyyat
BAKIDA QULLARIN SAYI ARTIR
Əbəs deyil ki, son zamanlar qul bazarına yığışanların sayı çoxalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda qul bazarının yığışdırılmasını təklif etməsi də məhz işsizlərin sayını gizlətmək üçün atılan addımdır. Yeri gəlmişkən, neftin dünya bazar qiymətinin ucuzlaşması dövlət sektorunda da ixtisarların aparılmasına gətirib çıxaracaq. Belə ki, bu gün dövlət müəssisələrində kifayət qədər şişirdilmiş işçi aparatı var. Şişmənin səbəblərindən biri neftin qiymətinin yüksək olması səbəbindən həmin sektorlarda çalışanların əməkhaqlarının ödənilməsinin mümkün olması idi. Amma son vaxtlar hətta təqaüdçülərin də müavinətlərində ləngimələr müşahidə edilir.
43,249
22.11.2008 07:05
Gündəm
ABDULLA ÖCALANIN QONŞULARI OLACAQ
Xatırladaq ki, hazırda İmralıda saxlanılan yeganə məhkum A. Öcalandır.
43,148
19.11.2008 06:45
Mədəniyyət
SİYASƏTÇİLƏRİMİZİN AĞLINA GƏLƏN İLK ŞEİR HANSIDIR?
Maraqlıdır, ölkənin ictimai-siyasi gündəmini müəyyənləşdirən, özlərinin geniş mütaliə diapazonu, universallığı, ensiklopedik biliyi, istedadı ilə seçilən siyasilərimizin yadında qalan, ürəklərində yaşatdığı, necə deyərlər, dillərinin ucunda olan şeir hansıdır? Məqsədimiz siyasilərimizin dərisini Nəsimi təki “soyub” onlara şeir oxutmaq deyil. Sadəcə olaraq, hansı şeirin ilk 30 saniyə ərzində onların ağlına gəlməsi məsələsinə aydınlıq gətirmək istədik. Onlara bu sualla müraciət etdik. Daha çətin intellektual görəvlərin öhdəsindən məharətlə gələn siyasilərimiz sorğumuzun da öhdəsindən gəlməyə çalışdılar.AMİP sədrinin müavini Əli Oruclu sualımızı eşidən kimi dərhal Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən, bəhanəsiz get” şeirini dedi: Getmək istəyirsən, bəhanəsiz get,Yox ol uzaqlarda, dumanda-çəndə... ADP sədri Sərdar Cəlaloğlu isə ağlına gələn ilk şeir parçasını səsləndirmək istəsə də alınmadı:- Könlüm quşu... Yox, istədim Şəhriyarın “Azərbaycan” şeirini deyim, amma deyə bilmədim. Ancaq o şeiri çox sevirəm. Ən çox sevdiyim şeirlərdən biri də Səməd Vurğunun “Tək məzar” şeiridir: Bir gün məni səyyar xəyalöz dünyamdan qoparmışdırQulağı kar, dili də lalbir aləmə aparmışdırBir aləm ki, torpağı dəm, suyu qəmdirOnu heç kəs seçə bilməz,o, sehrli bir aləmdir.Bilinməyir onun yaşıhər fikirli məzar daşıelə bil ki, bir insandır. Ümid Partiyasının sədri İqbal Ağazadə sualımıza “qəribə məntiqdir” deyə cavab verib düşünməyə başlayır:- Nə şeiri deyim? Sevgi-məhəbbət şeiri demək olarmı? Bir də hansı şairdən olsun?İqbal bəyin vaxt uzatmağa çalışdığını görüb dərhal ona cavab veririk ki, fərqi yoxdur, hansı şairdən və yaxud da hansı şeir yadınıza düşürsə deyin. İqbal bəy bir az da düşünəndən sonra Ağa Laçınlın şeirini deyir: Gedirsənsə gözünü məndən tam çək get,Gözümlə barışaram, özümlə barışmaram.Həsrətimin ucundan, yoxluğunun ucundanYuxuna qarışıram, özümlə barışmaram.Dilinin kor tiyəci öyrəndi pis kəcəPisinə də öyünərəm, özgə səni pisləsə.Dərd səni tək görüb qarmalamaq istəsə,Dərdinə sarışaram özümlə... “Kifayətdir” deyib İqbal bəylə sağollaşırıq.Müsavat başqanının müavini Arif Hacılı da dərhal ağlına gələn ilk şeiri oxudu. Ramiz Rövşənin bu misralarını: Kişilər bir olmur, atam balası,qorxağı var, igidi varAncaq hər kişinin öləndən sonraOnun üçün ağlayasıqara paltarlı bir qadına ümidi var. Millət vəkili Pənah Hüseynin ağlına gələn ilk şeir parçası Azərbaycanın himni oldu. Elə onun bir sətrini səsləndirdi: Azərbaycan! Azərbaycan!Ey qəhraman övladın şanlı vətəni... KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli isə digər siyasətçilərdən fərqli olaraq öz yazdığı şeirdən iki misra səsləndirdi: Bu gün tək hecalı bir kəlməYazılsın başdaşıma, gərək yox heykəlimə. Millət vəkili Arzu Səmədbəyli isə ağlında yüzlərlə şeirin olduğunu dedi: “Bu şeirlərin hamısı da mənə yaxındır. Ona görə də seçim etmək bir az çətindir”.A.Səmədbəyli bir qədər düşünəndən sonra babasının qəzəllərindən birini səsləndirdi: Nanəcibin bəd sözündən dəli könlüm bulanmazmı?Hökm qalıb müxənnətdə, günahsızlar şikayətdə.Zaman adlı qazamatda şair qəlbi talanmazmı?Dərdi dilim duysa, həmdəm eylər yarama məlhəmCanan olsa vəfadan kəm, axirətə inanmazmı?Mən sevmişəm bir gözəli, dəysə ona özgə əliMəcnun olub Bayraməli səhraları dolanmazmı?
43,149
20.11.2008 17:11
Mədəniyyət
RƏSSAMLARIMIZIN ƏSƏRLƏRİ DÜNYA SƏVİYYƏLİ AUKSİONDA DİQQƏTSİZ QALIB
Oxucumuz bir sənətsevərdir və sözügedən auksiondakı mədəniyyət “yarış”ında Azərbaycan rəssamlarının haqq etdiyi zirvəyə yüksəlməsini arzulayır. Həmyerlimiz yazır ki, auksiondakı əsərlərimiz arasında tanınmış rəssam Mikayıl Abdullayevin dövlət mükafatı almış “Qorki”, “Gülən qadın”, habelə daha öncə böyük versiyası 60 min dollara satılmış “Stalin Katafalkta”, “Hindli qadınlar”, eləcə də Böyükağa Mirzəzadənin “Çılpaq qadın” və “Siqaret çəkərkən” adlı əsərləri də olub. Burada önəmli məqamlardan biri hər iki sənətkarın rəsmlərinin ilk dəfə rus rəssamlarının milyon dollarlıq əsərləri ilə yanaşı auksiona çıxarılmasıdır. Amma oxucumuz bu olayda türk dünyası adına atmalı olduğumuz addımlar barədə gileylə yazır. Onun müşahidələrinə görə, ABŞ-da düzənlənən bu və öncəki auksionlarda maraqlı tendensiyalar müşahidə olunub. Belə ki, ruslar, ermənilər və ukraynalılar mədəniyyətlərini yüksəltmək, ölkələrinin imicini artırmaq üçün böyük pullar xərcləyərək öz rəssamlarının əsərlərini satın alırlar. Və bunun nəticəsi olaraq, öz millətlərindən olan rəssamlar dünyada çox böyük şöhrət qazanırlar. “Hətta bəzi auksionlarda onların əsərlərini ağlagəlməz qiymətə satın alanlar məhz öz dövlətlərinin nümayəndələri olub”. Həmyerlimiz təəssüflə yazır ki, azərbaycanlı rəssamların əsərləri ilə bağlı vəziyyət acınacaqlıdır: “Ancaq nə yazıq ki, Azərbaycan rəssamlarının ”Heritage" kimi məşhur auksiona qəbul edilmiş az saylı əsərlərinə eyni diqqət yoxdur. Azərbaycan lobbisi öz rəssamları üçün digər millətlərin etdiyi fəaliyyəti göstərsəydi, inanın ki, bu gün onların adı dünya rəssamlıq sənətində haqq etdiyi zirvəni tutardı". Oxucu bu durumda üzünü Azərbaycanın tanınmış iş adamlarına, sənətsevərlərinə tutaraq bu fürsətdən yararlanmağı xahiş edir: “Ümid edirəm ki, Azərbaycandan olan iş adamları, kolleksionerlər, sənətsevərlər bu auksionu millətlər və sənətlərarası yarış kimi dəyərləndirəcək, sənətkarlarımızın əsərlərini qiymətləndirəcəklər. Çünki burada həyata keçirilən hər bir satış arxivlənəcək və tarix kimi Azərbaycan incəsənətinə başucalığı gətirəcək”. Bu məqamda oxucumuz bir haşiyə də çıxır. Deyir ki, daha öncə də buna bənzər təhlükəli vəziyyət özünü göstərib: “Dünyanın 2 böyük ingilis auksion salonu olan “Cristites” və “Sotreby”də M.Abdullayevin əsərləri satışa çıxarılsa da, satılmayıb. Bunun nəticəsində sənət camiyəsində “dəyərsiz əsərlər” kateqoriyasına daxil edilib. Halbuki bir çox Qərb tənqidçiləri M.Abdullayevlə B.Mirzəzadənin əsərlərini milyon dollarlara satılan rus və erməni rəssamların əsərlərindən daha mükəmməl hesab ediblər. Elə həmin tənqidçilər tək problem olaraq bu istedadların milliyyətini göstərmişdilər. Yəni ruslar, avropalılar onların yaradıcıları türk əsilli olduğundan, bu əsərləri satın almırlar". Və sonda. Dəyərli oxucumuz yazır ki, auksionun yekunlaşmasına bir həftə vaxt qalıb. Dünyadakı maliyyə böhranına görə rəsm əsərlərinin satışında zəifləmə müşahidə olunur. Oxucumuzun fikrincə, bu müddət ərzində Azərbaycan lobbisi, yerli iş adamları, sənətsevərlər azərbaycanlı rəssamların əsərlərini satın alsalar, bu, dünya mətbuatında böyük səs-küy yaradar.
43,151
20.11.2008 07:04
Gündəm
İQTİDARIMIZ ABŞ-ın “QARA SİYAHI”sında
Bildirilir ki, Qərb təmsilçiləri rəsmi Bakı ilə təmaslar zamanı öz etirazlarını daha kəskin formada çatdırırlar. Xəbər verildiyi kimi, son günlər Avropa Birliyinin, ATƏT-in, ABŞ Dövlət Departamentinin, Birləşmiş Ştatların beynəlxalq yayımlar üzrə qurumunun xarici radiostansiyaların bağlanacağı haqda xəbərdarlığa dair etiraz bəyanatları olub. Dövlət katibinin insan haqları və demokratiya üzrə müavini Devid Kremerin Bakıya dünən başa çatan səfərində də bu məsələ əsas yer tutub.Redaksiyamızın diplomatik çevrələrdən əldə etdiyi məlumatlara görə, xüsusən ABŞ Azərbaycan hakimiyyətinin insan haqları və demokratiya sahəsindəki fəaliyyətindən son dərəcədə narazıdır. Hətta narazılığın son 8 ildə ən yüksək həddə çatdığı deyilir. Azərbaycan hakimiyyətinə açıq şəkildə çatdırılıb ki, o, xarici radiostansiyaların yayımına qadağa qoyulacağı haqda bəyanat verməklə ciddi siyasi səhvə yol verib. Çünki bu addım ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması ərəfəsinə təsadüf edir. Yeni administrasiya üçün Azərbaycan hökumətinin bu addımı onun barəsində ilkin təəssüratın yaranması üçün əsas olacaq, bu təəssürat isə gələcək münasibətlərdə həlledici ola bilər.ABŞ xarici radiostansiyaların yayımının davam etdirilməsinin prinsipial məsələ olduğunu da Azərbaycan hakimiyyətinin nəzərinə çatdırıb. Bildirilib ki, hakimiyyətin ABŞ-la heç bir ön məsləhətləşmə aparmadan bu cür xəbərdarlıqla çıxış etməsi xüsusi hiddət doğurur. Hakimiyyətin nəzərinə çatdırılıb ki, əgər xarici radiostansiyaların yayımına əngəl yaradılsa, o zaman yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayacaq yeni prezident Barak Obamanın və onun administrasiyasının Azərbaycanla bağlı ilk işi məhz bu məsələ olacaq.Əldə etdiyimiz bilgilərə görə, Azərbaycanda prezident seçkilərindən az sonra xarici radiostansiyaların yayımına qadağa qoyulacağı haqda bəyanatın səslənməsi də Qərbi xüsusi narahat edir. Çünki bu addım hakimiyyətin növbəti müddət üçün siyasi kursunun hansı istiqamətdə olacağını göstərən aydın əlamət kimi qəbul edilir. Mənbə xüsusi vurğulayır ki, xarici radiostansiyaların yayımının davam etməsi ABŞ üçün şərəf məsələsidir. Bu üzdən Obama administrasiyasının da bu məsələnin üzərində qətiyyətlə dayanacağına heç bir şübhə yoxdur.Məlumata görə, son diplomatik təmaslar zamanı hakimiyyətə bu cür sərt formada xəbərdarlıq edilib: əgər Azərbaycan indiki istiqamətdə işləməkdə davam etsə, ABŞ-a problem yaradan ölkələr sırasına, yəni “qara siyahı”ya daxil edilə bilər. Azərbaycanın ABŞ-la əməkdaşlıq edən dövlətlər sırasında qalması üçün isə insan haqları və demokratiya istiqamətində konkret addımların atılması, xüsusən radiostansiyalar məsələsinin və həbsdəki jurnalistlər probleminin müsbət həlli vacibdir.Mənbə bildirir ki, bütün bu tezislər Azərbaycan hakimiyyətinin diqqətinə açıq tekslə çatdırılıb və olumlu cavab alınıb: “Hakimiyyətin siyasi partiyalar haqda qanun layihəsi istiqamətində qəfildən yumşaq kurs sərgiləməsi də bu ”olumlu" cavabın birbaşa əlamətidir. Azərbaycan iqtidarında anlayıblar ki, onlar dünyanın supergücü ilə birbaşa konfliktə giriblər və artıq adlarını qara siyahının qaralama variantına yazdırıblar. Bundan sonrası rejim üçün çox təhlükəlidir. Bu baxımdan yaxın günlərdə hakimiyyətin cəmiyyətə, mediaya və siyasi opponentlərə münasibətdə başqa reveransları, islahat xarakterli addımları da gözlənilir. Yanvarda fəaliyyətə başlayacaq Obama administrasiyasının neqativ münasibətindən qaçmaq üçün də tədbir düşünülüb. Yaxın vaxtlarda həbsxanadakı jurnalistlər buraxılacaq, xarici radiostansiyaların yayımı ilə əlaqədar ortaya çıxarılmış problem həllini tapacaq".Siyasi düşərgələrarası münasibətlərdə də yumşalmalar gözlənilir.
43,152
20.11.2008 06:05
Gündəm
TER-PETROSYAN SƏRKİSYANLA GÖRÜŞDƏN İMTİNA ETDİ
Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan mətbuata açıqlamasında sabiq prezidentin görüşə qatılmamasının səbəbini belə izah edib: “Nə qədər ki bizim yoldaşlarımızı həbsdə saxlayırlar, belə tədbirlərdə iştirak etməyəcəyik”.A.Musinyan əlavə edib ki, Levon Ter-Petrosyan Dağlıq Qarabağa dair öz mövqeyini açıqlayıb və bunu təkrarlamağa ehtiyac yoxdur.1990-98-ci illərdə Ermənistana rəhbərlik etmiş Ter-Petrosyan 2008-ci il prezident seçkisində iştirak edərək rəsmi nəticələrə görə, ikinci yeri tutub. S.Sərkisyanın seçkinin qalibi elan olunmasını qanunsuz sayan Ter-Petrosyan tərəfdarlarını fasiləsiz mitinqlərə çağırıb. Martın 1-də hökumət qüvvələri aksiyaları qanla yatırıb. Həmin gün azı 10 adam həlak olub, yüzlərlə müxalifətçi, eləcə də Ter-Petrosyanın ən yaxın silahdaşları həbs edilib. Onların bir qismi azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
43,153
20.11.2008 06:04
Gündəm
ABŞ-ın YENİ VİTSE-PREZİDENTİ RƏSUL QULİYEVLƏ DOSTDUR
Belə ki, Cozef Bayden senator olduğu dövrlərdə R.Quliyevlə isti münasibətlərdə olub. R.Quliyevin ABŞ-da ən sıx əlaqələri olan siyasətçilərdən birinin məhz C.Bayden olduğu hələ o zamanlardan Azərbaycan hakimiyyətinə və müxalif siyasi çevrələrə məlum idi.Kiçik bir xatırlatma edək ki, C.Bayden Senatda ermənipərəst qrupun üzvü olub. Azərbaycan hakimiyyəti R.Quliyevə qarşı apardığı total təbliğatda bir müddət onun məhz ABŞ-ın ermənipərəst siyasətçiləri ilə, xüsusən də C.Baydenlə əməkdaşlıq etdiyini qabardırdı. Eks-spiker C.Baydenlə əlaqəsinə görə Azərbaycanda az qala xalq düşməni elan edilmişdi.İllər keçdi və bu gün həmin C.Bayden dünyanın ağası hesab olunan dövlətin ikinci şəxsinə çevrildi. Bu isə R.Quliyevlə bağlı bəzi suallar ortaya çıxarıb. C.Baydenlə isti münasibətləri R.Quliyevin Azərbaycana qayıtmasına və siyasi lider kimi parlamasına səbəb ola bilərmi?Məsələyə münasibət bildirən R.Quliyevin müşaviri Zəminə Dünyamalıyeva bildirdi ki, eks-spikerlə ABŞ-ın yeni vitse-prezidenti arasında uzun illərdir şəxsi münasibətlərin olmasından məlumatlıdırlar. Sadəcə olaraq bu faktı heç vaxt qabartmaq fikrində olmayıblar: “Bu məsələni əlimizdə bayraq etməyi düzgün saymırıq. Tarixdən də məlumdur ki, siyasi liderlər arasında şəxsi münasibətlər qlobal siyasi münasibətlərə də təsirini göstərir. Ona görə də ABŞ-ın vitse-prezidenti ilə şəxsi münasibətləri Rəsul müəllimin siyasi həyatına sözsüz ki, müəyyən qədər müsbət təsirini göstərəcək. Amma bu şəxsi münasibətlərin onun vətənə dönüşünə yüz faiz təsir göstərəcəyini hesab etmirəm. Rəsul Quliyevin Azərbaycana qayıdışına müəyyən dərəcədə təsiri ola bilər. Ola bilər ki, cənab Cozef Bayden Rəsul Quliyevin qayıtması məsələsində Azərbaycan hakimiyyəti ilə əlaqələndiricilik etsin. Çünki Rəsul müəllimin qayıdışı da, onun partiyasının qeydiyyata alınması da sırf Azərbaycan hakimiyyətindən asılıdır. Onun vətənə qayıtmasına Azərbaycan hökuməti şərait yaratmalıdır və burada onun barəsində qaldırılmış cinayət işi ləğv edilməlidir”.Z.Dünyamalıyeva məlumat verdi ki, R.Quliyev həm B.Obamaya, həm də C.Baydenə təbrik göndərib: “Demokratlardan istənilən şəxs hakimiyyətə gəlsəydi, Rəsul Quliyev onu təbrik edəcəkdi. Çünki Demokratlar Partiyası ilə Rəsul Quliyevin yaxşı münasibətləri olub və indi də var. ABŞ kimi nəhəng dövlətin ikinci şəxsi ilə Azərbaycan siyasətçisinin dost münasibətlərinin olması həm də ölkəmiz üçün ciddi əhəmiyyət daşıyır”.
43,154
20.11.2008 06:18
Gündəm
ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ DEVİD KREMER NİKBİNDİR
Kremerin açıqlamalarından belə başa düşmək olardı ki, bu məsələlərlə bağlı onunla hakimiyyət rəhbərliyi arasında çətin danışıqlar gedib.D.Kremer bildirdi ki, o, səfər zamanı prezident İlham Əliyev də daxil olmaqla onun administrasiyasının yüksək rütbəli şəxsləri, həmçinin müxalifət partiyalarının rəhbərləri, media, din sahəsində mütəxəssislər, QHT təmsilçiləri, parlament üzvləri ilə görüşlər keçirib. Diplomat xatırlatdı ki, bu ilin iyununda da Azərbaycanda olub. Budəfəki səfərin məqsədi də seçkilərdən əvvəl aparılan müzakirələri davam etdirmək idi: “Vaşinqtonda mənim vəzifəm birbaşa demokratiya, insan haqları və əmək sahəsində dünyadakı vəziyyəti öyrənməkdir. Azərbaycana səfərimin məqsədi də bu sahədə əməkdaşlığı möhkəmləndirməkdir. Bizim müəyyən məsələlərdə narahatçılığımız var, xüsusilə də mətbuat azadlığı ilə əlaqədar. Həbsdə olan jurnalistlər və dekabrda xarici radiostansiyaların yayımının dayandırılması bizi narahat edən məsələlərdir. Bu məsələlər mənim apardığım danışıqlarda əsas gündəmi təşkil edirdi”.Kremerin sözlərinə görə, hər bir demokratik ölkə üçün azad və ədalətli seçkilərin keçirilməsi başlıca şərtdir. O, ABŞ-ın Azərbaycanda çevik siyasi proseslərin getməsində, siyasi partiyaların bu prosesdə fəal rol oynamasında maraqlı olduğunu bildirdi. Diplomat əlavə etdi ki, azad, müstəqil mətbuat olmadan heç bir ölkədə demokratik siyasi proseslər cərəyan edə bilməz. D.Kremer məlumat verdi ki, onun sonuncu rəsmi görüşü xarici işlər naziri Elmar Məmmədyarovla olub. Bu görüşdə digər dövlət qurumlarının, o cümlədən Ədliyyə Nazirliyinin təmsilçilərinin iştirakı da təmin edilib və dövlət katibinin köməkçisi bunu müsbət, daha ətraflı müzakirələrə imkan yaradan addım kimi qiymətləndirdi. Amerika rəsmisi həbsdə olan jurnalistlərlə bağlı məsələnin həm prezident İlham Əliyev, həm də hökumətin digər rəsmiləri ilə keçirilən görüşlərdə qaldırıldığını dedi. Ancaq onun dediklərindən belə görünürdü ki, hakimiyyət rəhbərliyi həbsdə olan 3 jurnalistin azadlığa buraxılacağı haqda heç bir konkret vəd və ya təminat verməyib: “Mən Əliyevlə görüşümdə bu məsələni qaldırdım. Heç bir halda prezidentin adından danışmaq və onun hansı qərar verə biləcəyi haqda təxminlər yürütmək istəməzdim. Ancaq onu deyə bilərəm ki, prezident həbsdə olan jurnalistlərlə bağlı heç bir aydın təminat və ya vəd vermədi, bununla belə, müzakirələr nəticəsində mənə elə gəldi ki, hər halda, o, məsələyə yenidən baxa bilər”.Devid Kremer xatırlatdı ki, ötən ilin sonunda Azərbaycanda prezident əfv fərmanı verib və həmin fərmanla jurnalistlərin bir neçəsi azadlığa buraxılıb. Diplomat bu dəfə də ilin sonunda prezidenti bu cür əfv fərmanı verməyə, yaxud aministiya vasitəsilə jurnalistləri azadlığa buraxmağa çağırdığını dedi. O vurğuladı ki, prezidentlə danışıqlar zamanı həmçinin jurnalistlərə qarşı təqib və zorakılıqlara son qoyulmasının vacibliyi məsələsini qaldırıb. Kremer dedi ki, jurnalist yazdığı məqaləyə və ya xəbərə görə özünü təhlükə altında hiss etməli deyil. Belə təhlükə olan yerdə söz azadlığından danışmaq olmaz: “Jurnalistlər də hamı kimi qanunlara əməl etməlidir. Ancaq mən həbs edilən jurnalistlərin işi ilə bağlı bizim narahatlıqlarımızı və suallarımızı nəzərə çatdırdım. Ümidvaram ki, onların məsələsi yenidən nəzərdən keçiriləcək”.ABŞ dövlət katibinin köməkçisinin bildirdiyinə görə, xarici radiostansiyaların yayımının qadağan edilməsi məsələsi də geniş müzakirə edilib. Kremer bu məsələ ilə bağlı ABŞ-ın rəsmi mövqeyinin Dövlət Departamentinin bəyanatı ilə açıqlandığını xatırlatdı. Diplomat qeyd etdi ki, danışıqlardan sonra onda belə əminlik yaranıb ki, xarici radiostansiyalar, o cümlədən “Azadlıq” bağlanmayacaq. Ancaq hələlik bağlanmayacaq, sonra nə baş verəcəyi haqda Azərbaycan hakimiyyəti diplomata aydın mövqe bildirməyib. Kremer məlumat verdi ki, prezidentlə danışıqlardan sonra belə razılığa gəlinib ki, məsələni iki ölkənin əlaqədar qurumları-ABŞ-dan Yayım Şurası və Azərbaycandan Milli Teleradio Şurası öz aralarında müzakirə etsinlər, müəyyən ortaq məxrəcə gəlmək üçün danışıqlar aparsınlar. Bu müddət ərzində xarici radiostansiyaların yayımı davam edəcək: “Biz Azərbaycan hakimiyyətini “Azadlıq” radiostansiyasının ölkədə böyük auditoriyaya malik olmasını və onun yayımlarının ictimai əhəmiyyətini nəzərə almağa dəvət etdik. Heç bir halda Azərbaycan qanunlarının pozulmasında maraqlı deyilik, ancaq inanırıq ki, xarici radiostansiyaların yayımını davam etdirmək üçün qanunlar çərçivəsində müəyyən ortaq məxrəcə gəlmək olar”.Kremer xüsusi vurğuladı ki, xarici radiostansiyaların yayımı ilə bağlı aparılacaq danışıqlar zamanı onların yayımının məzmunu ilə bağlı məsələyə toxunulmayacaq və bu məsələ danışıqlar predmeti olmayacaq: “Hesab edirəm ki, əgər kiminsə bu radioların yaydığı hansısa xəbərlə bağlı mövqeyi, etirazı varsa, onu radiostansiyaların rəhbərliyi ilə müzakirə etməlidir. Bizim işimiz yayıma imkan yaradacaq şərtlərin formalaşmasına yönəlib”.Daha sonra diplomat ABŞ-da yeni seçilmiş prezident Barak Obamanın administrasiyasının Azərbaycanda insan haqları və demokratiya məsələlərində nə dərəcədə fəal olacağı haqda məsələyə toxundu. Kremer bildirdi ki, o, yeni prezidentin və yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayacaq keçid komandasının adından danışmaq imkanında deyil. Ancaq belə hesab edir ki, Azərbaycanla ikitərəfli münasibətlərdə insan haqları və demokratiya məsələləri Obama administrasiyasının da əsas prioritetlərindən biri olacaq: “Ola bilsin ki, bəyanatların məzmununda və ya tonunda hansısa dəyişikliklər olacaq, ancaq buna baxmayaraq, mən əminəm ki, ABŞ-ın yeni administrasiyası üçün Azərbaycanda demokratiya və insan haqları ön planda yer alacaq”.Kremer Azərbaycanda prezidentlik müddətinin artırılması ilə bağlı son günlər hakimiyyət çevrələrindən səslənən təkliflərlə bağlı suala da cavab verdi. O qeyd etdi ki, prezidenlik müddəti müəyyən etmək Azərbaycan hökumətinin və parlamentinin verə biləcəyi qərardır. Dövlət katibinin köməkçisi prezidentin səlahiyyət müddəti müxtəlif ölkələrdə müxtəlif müəyyən edildiyini, ABŞ-ın həmin müddət başa çatandan sonra səlahiyyətləri bitənlərin yerinə yeni simaların gəlməsinə tərəfdar olduğunu bildirdi. Onun fikrincə, yeni simalar yeni platformalar və proqramlar deməkdir ki, bu cür dəyişiklik inkişafa, rəngarəngliyə xidmət edir. Diplomat Azərbaycanda demokratiya və insan haqları sahəsində vəziyyət haqda danışarkən bu sahədə güclü inkişafa malik olmaq üçün vaxt tələb olunduğunu da dedi. Kremerə görə, ABŞ kimi 200 illik demokratiya təcrübəsinə malik ölkədə də vəziyyət ideal deyil. Ona görə də Azərbaycanın müstəqillik əldə etdiyi 17 il ərzində bu sahədə üzləşdiyi çətinlikləri başa düşmək olar: “Mən hesab edirəm ki, Azərbaycanı bu sahədə keçilməsi asan olmayan, enişli, yoxuşlu yol gözləyir. Ancaq bununla belə, ABŞ hökumətə təzyiqlər və təkliflər etməklə demokratiya sahəsində irəliləyişlərə nail olunmasına kömək göstərməyə çalışacaq. Biz səmimi olaraq ümid edirik ki, seçkidən sonra prezident Əliyev və onun komandası demokratiya uğrunda dəyişikliyə yönəlmiş addımlar atacaqdır. Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var, xüsusilə də enerji və təhlükəsizlik məsələlərində. İstərdik ki, demokratiya və insan haqları sahəsində də əməkdaşlığımız digər sahələrdə olan əməkdaşlıq səviyyəsinə gəlib çatsın”.
43,155
20.11.2008 06:22
Yazarlar
NƏZAKƏTLİ PARADOKSLAR
Bəs prezident seçkilərində niyə iştirak etmirdik? Yoxsa İlham Əliyevə mane olmaq istəmirdik? Bəlkə bizim partiyalar bələdiyyə partiyaları miqyasına keçirlər? Hər halda, paradoksdur. Amma belə nazik paradokslar çox yoğun mətləbləri ifadə edir. *** Türklər isə bir uğurdan başını itirib. Bilirsiniz ki, onların da Obaması tapılıb. Türk əsilli Cem Özdəmirin Almaniyadakı Yaşıllar Partiyasının həmsədri seçilməsi qardaş ölkədə böyük sevinclə qarşılanıb. Onlar bir türkün uğuruna çox sevinirlər.Amma bu, niyə türkün uğuru olur ki?! Niyə Almaniyanın uğuru sayılmır?!Obama da ABŞ prezidenti seçiləndə hamı zəncinin qələbəsindən, qaraların uğurundan danışırdı. Bu mövzuya təkrar qayıtmaq istəməzdim, amma eyni şey təkrar olunur. Afrikada N sayda zənci dövləti var və az qala onların heç birində özlərinə prezident seçə bilmirlər. Normal seçki keçirə bilmirlər. Amma Obamanın uğuruna sevinirlər. Bundan sizə nə?Obama yüz Obama gücündə olsaydı da Keniyanın prezidenti ola bilməzdi. Qəbul etməliyik ki, Amerika cəmiyyətinin uğurunu zəncinin uğuru kim yozmaq və yazmaq yeni irqçilikdir. Qaraların, qeyrilərin irqçiliyi...Türklər də Almaniyanın uğurunu etiraf etməlidir. Hitler faşizminin tarixi vətənində belə bir hadisəyə görə Almaniyaya təriflər söyləmək lazımdır. Böyük uğurdur. Əsl alman böyüklüyüdür. Təbii ki, Cem Özdəmir ağıllı və ləyaqətli adamdır, yoxsa almanlar onu bir partiya başqanı seçməzdilər. Amma bu halda da etiraf etməliyik ki, alman cəmiyyəti ləyaqətli və ağıllı adamları seçir. Türklərin Cem Özdəmirə görə sevinməsi paradoksdur. Çünki bir türk əsilli insanın Almaniyada partiya rəhbəri seçməsinə onun məhz türk olmasına görə sevinmək də elə faşizmdir. Urfaşizmdir. Özdəmirin seçilməsinə yalnız Almaniya adına sevinmək olar. *** İndi biz mübahisə edirik ki, hansı partiya dövlət tərəfindən maliyyələşdirilməlidir. Ümumiyyətlə, partiyaların maliyyələşməsi mövzusu mənə İTV-nin yaradılması dövrünü xatırlatdı. İTV-ni yaratdıq, nə oldu ki?! Dövlətə bir kanal da bəxş etdik. Həmid Herisçi deyir ki, elə bil İTV etnoqrafiya kanalıdır, bütün günü nağıl, folklor, təbiət, baba-nənə mövzusunda verilişlər yayır. Heç bu mövzularda da normal verilişlər hazırlaya bilmirlər. Mənə elə gəlir ki, partiyaların büdcədən maliyyələşdirilməsi də bizə yaxşı heç nə verməyəcək. Paradoks ondadır ki, bu hakimiyyət bütün mütərəqqi ideyaları axırda ən mürtəce hala salır.Pul kimə veriləcək? Bir də bunun üstündə dava düşəcək. Hətta həqiqi müxalifət qurumları arasında bu məsələ ikrah və didişmə yarada bilər. İşdir, birdən parlamentdə deputatı olduğu üçün Müsavat büdcədən pul alsa, başqaları deyəcək ki, Müsavata məhəbbət haradandır. Halbuki bu, Müsavata məhəbbətdən olmayacaq. Bizim şanlı iqtidar bir qarşıdurma da buradan yarada bilər. Onlara elə bu lazımdır, ara qarışsın, məzhəb itsin...
43,156
20.11.2008 06:23
Yazarlar
STEYNAR GİLİN XƏLƏFİ
Ola bilsin, diplomatik dildə bunu bir az bəzək-düzəkli ifadələrlə malalayıblar, amma şübhəsiz, sərt tonu cənab səfir hiss edib. XİN-in yaydığı rəsmi məlumatın sonunda deyilir: “Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər”.Norveçin “Statoyl” nöyüt şirkətinin “Əsrin müqaviləsi”ndə və “Şahdəniz” qaz yatağında payı var. Buna baxmayaraq, Norveç səfirliyi Azərbaycanda fəaliyyət göstərən yeganə diplomatik korpusdur ki, ölkədə baş verən ən ciddi hadisələrə münasibət bildirməkdən çəkinmir. Nəinki çəkinmir, dirəşir, sözünü deyir, haqqın tərəfində durur. 2003-cü ildə - repressiya maşınının ölkə boyu işə düşdüyü o ağır günlərdə biz bunun canlı şahidi olmuşuq. Norveçin o zamankı səfiri Steynar Gilin nümunəsində.Diplomatların susduğu, silahların və dəyənəklərin işlədiyi o günlərdə Norveç səfiri meydandan çəkilmədi. Bütün hüquqi və insani dəyərlərin ayaq altına atıldığı o günlərdə Steynar Gil də diplomat çərçivəsinə sığmadı. Ölkəsinin prinsipial mövqeyini ortaya qoydu, bəyanatlar verdi və hakimiyyətin bütün təzyiqlərinə (sonradan məlum oldu ki, hətta səfiri oğurlamaqla bağlı plan da olub!) baxmayaraq geri çəkilmədi.Azərbaycan müstəqillik qazanandan bəri ölkəmizə onlarla diplomat gəlib-gedib, hələ gələcəklər də, gedəcəklər də. Amma Norveç səfiri Steynar Gil həmişə yaxşı dost kimi xatırlanacaq, ölkəsinin mövqeyi hər zaman alqışlanacaq.Gil Azərbaycandakı fəaliyyətini (bəzi məlumatlara görə, hakimiyyət onun ölkədən getməsini şərt kimi irəli sürüb) başa vurandan sonra çoxları belə güman edirdi ki, daha Norveç səfirliyi də “ağıllanar”. Norveç səfirliyi Gilin dönəmində İçərişəhərdə rahat iqamətgahda yerləşirdi. O prinsipial mövqeyə görə səfirlik o binadan hansısa bəhanələrlə çıxarıldı, indi hotellərin birinin yeddinci qatında yerləşdirilib. Amma bir daha təsdiq olunur ki, ölkənin hansı qatında yerləşməsindən, səfirin ad və soyadından asılı olmayaraq Norveç öz prinsipial mövqeyindən geri çəkilməyib.Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyünü təhdid edən bəyanatlar verən həmsədrlərə təpinə bilmir, çağırıb izahat istəmir. Amma demokratiya, söz azadlığı məsələsi ortaya gələndə bütün hakimiyyət narahat olmağa başlayır, “bu, bizim daxili işimizdir”, deyib, haray salırlar. Azərbaycandakı vəziyyəti təhlil edən beynəlxalq təşkilatları qərəzçilikdə suçlayırlar, bağlı qapılar arxasında diplomatları danlayır, üstlərinə cocuyurlar. Çünki demokratiya adına nə varsa, ondan danışanda hakimiyyətin mənafeyinə toxunur, xətrinə dəyir.Norveç səfiri Yon Ronberqin XİN-ə çağırılması həm də onu sübut edir ki, hakimiyyət xarici radiostansiyaların bağlanması ilə bağlı qərarından geri çəkilmək niyyətində deyil. Azərbaycandakı diplomatik korpusun ölkədəki vəziyyətə təsir etmək imkanları onsuz da minimumdur. İki-üç ölkə istisna olmaqla, Azərbaycanda baş verənlərə reaksiya verən yoxdur.Yeri gəlmişkən, XİN Norveç səfirinin bəyanatını iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirmək kimi qiymətləndirib. Görəsən, ölkənin mənafeyini qiymətləndirən hakimiyyət niyə ətək-ətək pul xərcləyib Özbəkistanda, Tacikistanda, uzaq Hindistanda səfirlik açır, amma Norveçdə yox? Hər halda, düşündürücü sualdır. Daha bir maraqlı fakt. Görəsən, niyə indiyədək Azərbaycanın birinci şəxsi Norveçə rəsmi səfərə getməyib?Bunu da Norveç səfirindən soruşmaq pis olmazdı... Nazim SABİROĞLU
43,157
20.11.2008 06:25
Gündəm
İQTİDAR NORVEÇ SƏFİRİNİ SIXIŞDIRIR
Ancaq ölkə XİN-i “Qarabağ xalqı”nın halına acıyaraq göz yaşı tökən Fasyenin açıqlamalarına səthi yanaşdığı halda, demokratiya və söz azadlığının qayğısına qalan norveçli diplomata sərt təpki göstərib. Qeyd edək ki, səfirə Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı noyabrın 12-də verdiyi bəyanatla Azərbaycan XİN-in qəti razılaşmadığı bildirilib. Azərbaycan XİN-in mətbuat xidməti bildirib ki, Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diplomatın diqqətə çatdırılıb. Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər. Nə baş verib? Doğrudanmı Norveç XİN-in bəyanatı fransalı həmsədrin bəyanatından təhlükəlidir? Axı bu bəyanatların birində Azərbaycan hakimiyyətinin də bəyan etdiyi söz azadlığı prinsipindən, digərində isə ərazilərimizin qəsb olunmasına haqq qazandırılmasından bəhs olunur. Elə isə nədən norveçli səfir hədəfə alınır? Yeri gəlmişkən, Norveçdən danışarkən dərhal keçmiş səfir Steynar Gil yada düşür. Həmin Gil ki, Azərbaycanda demokratik düşərgənin və azad mətbuatın çox ağır günlərində bütün təzyiqlərə baxmayaraq, öz prinsiplərinə sadiq qalıb onların yanında oldu. Təsadüfi deyildi ki, Azərbaycan hakimiyyəti diplomatik fəaliyyətinin son günlərinədək cənab Gilin bu fədakarlığını həzm eləyə bilmədi. İndi Gilin xələfi Yon Ronberq də “qara siyahı”ya salınıb. Görünür, Norveç səfirliyinin demokratik prinsiplərə sadiqliyini nəzərə alaraq ölkə hakimiyyəti diplomatın fəaliyyətini çərçivəyə salmaq istəyir. Ancaq maraqlısı odur ki, ölkə XİN-i indiyədək bir dəfə də olsun Azərbaycanın mənafeyinə zidd mövqeyinin əvəzində, məsələn, Rusiyanın Bakıdakı səfirini nazirliyə çağırmayıb. Hətta biz şahidi olmuşuq ki, İranın ölkəmizdəki səfiri hansısa çıxışa görə ərköyünlüklə XİN-ə gedib və ölkəsinin notasını təqdim edib. Digər nümunələr də var. Məsələn, ABŞ-ın ölkəmizdəki xanım səfiri elə Azərbaycan dilində Norveç XİN-in bəyanatında əksini tapan fikirləri dəfələrlə dilə gətirib, söz azadlığının boğulmasına haqlı olaraq etirazını ifadə edib. Ancaq xanım Enn Dörsini nazirliyə dəvət etməyə kimsə cürət etməyib. Norveç səfiri isə diplomatik fəaliyyətə başladığı dövrdə yalnız bircə dəfə ölkəsinin mövqeyini açıqladı, onda da çağırıb izahat istədilər. Ayrı-ayrı ölkələrə fərqli münasibətin səbəbi nədir?Sabiq dövlət müşaviri Vəfa Quluzadə bildirdi ki, Azərbaycanın milli maraqlarına toxunan hər bir məsələyə reaksiya verilməlidir: “Ancaq ”Azadlıq" radiosunun yayımının dayandırılmasına hər bir vətəndaş, ölkə, həmçinin səfir münasibət bildirə bilər, burda bir qəbahət görmürəm. Məsələ bundan ibarətdir ki, “Azadlıq” radiosu bu günə qədər işləyib və külli-ixtiyar sahibi olan iqtidar buna heç bir reaksiya verməyib. İndi onun işləməsini kimsə istəyirsə, onda buna niyə sərt reaksiya verilməlidir? Qoy tərəziyə qoysunlar, “Azadlıq” radiosunu bağlayıb külli miqdarda tənqid və ittihamlara məruz qalmaq yaxşıdır, yoxsa bağlamayıb əvvəlki kimi azad fəaliyyətini təmin etmək?" V.Quluzadə Norveç səfirinə qarşı təpkini də düzgün saymır: “İndiki səfir keçmiş səfir deyil. Steynar Gil olduqca sərt mövqe tuturdu. Ondan fərqli olaraq indiki səfir çox mülayimdir. Amma Norveç olduqca demokratik ölkədir. Belə ölkə ilə problem yaratmaq lazım deyil. Ümumiyyətlə, ”Azaldıq" radiosu ilə bağlı heç bir dövlətlə problem yaratmağa ehtiyac yoxdur. Çünki bu radio hətta sovet hökumətinin vaxtında işləyib. Bağlasaq, bizi ittiham edəcəklər ki, Sovet İttifaqının vaxtına qayıdırıq. Rusiyada “Azadlıq”ın böyük redaksiyası var və məndən hər gün müsahibə götürür. Demək olar ki, bütün MDB ölkələrində işləyir. İndi biz MDB ölkələrindən də qabağa gedəcəyikmi?"
43,158
20.11.2008 06:26
Gündəm
FASYE BƏYANAT VERƏRKƏN SƏRXOŞ OLUB?
Konfliktoloq Elxan Mehdiyev bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədlərinin Ermənistanda olarkən səsləndirdikləri anti-Azərbaycan mövqeli çıxışlarına münasibət bildirərkən söylədi. Xatırladaq ki, fransalı həmsədr ermənipərəstlik yarışında daha uzağa gedərək “Qarabağ xalqı”nın təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıb və Qarabağdakı işğalçı ordunun Azərbaycandan gələn təhlükənin qarşısında dayandığını iddia edib. E.Mehdiyev həmsədrlərdən normal mövqe gözləməyi yanlış sayır: “Təəssüf ki, yaddaşımızın zəif olması səbəbindən hələ də həmsədrlərdən Azərbaycanın haqlarını müdafiə edən münasibət gözləyirik. Yazda BMT-nin Baş Məclisində həmsədrlərin əli ilə onların təmsil olunduğu ölkələrin Azərbaycanla bağlı qətnamənin əleyhinə səs verməsi bütün kartları çılpaqlığı ilə açıb ortaya qoydu”. E.Mehdiyev fransız diplomatın dediklərinə kəskin reaksiya verdi: “Yəqin Fasye Xankəndində o qədər tut arağı içib ki, nə danışdığını da anlamaq qabiliyyətində olmayıb. Fasye bildirib ki, ”Qarabağ xalqı"nın təhlükəsizliyini Dağlıq Qarabağ və Ermənistan silahlı qüvvələri təmin edir. O, bu fikri söyləməklə həm işğala haqq qazandırıb, həm də erməni hərbi cinayətkarları ilə həmfikir olduğunu nümayiş etdirib". Qeyd edək ki, ilk günlər diplomatların ermənipərəst mövqeyini susqun qarşılayan Azərbaycanın xarici siyasət idarəsi nəhayət ki, medianın müdaxiləsi nəticəsində dilə gəlib etirazını bildirdi. Müstəqil ekspertlərin Fasyenin Azərbaycanda “persona non-qrata” elan olunması təklifini isə hələlik rəsmi qurumlar ciddiyə almaq istəmir. Ancaq E.Mehdiyevə görə, məsələyə fərqli yanaşmaq lazımdır: “Burada problem Fasyenin yox, Azərbaycanındır. Fasye ilə bağlı hər şey aydındır. Biz hələ Fransa qondarma ”erməni soyqırımı"nı qəbul edəndə Azərbaycanın bu ölkənin vasitəçiliyindən imtina etməsini önə qoymuşduq. Axı Fasyenin Azərbaycanla nə bağlılığı var ki, o da vasitəçilik edir? Onun bu çıxışı elə Fransanın rolundan imtina etməyə ciddi əsas verir. Ancaq buna Azərbaycan rəhbərliyinin iradəsi çatacaqmı? Onlar Fasyenin bu məsuliyyətsiz bəyanatına heç etiraz etmək qabiliyyətində deyillərsə, bunu edəcəklərmi? Mənə elə gəlir ki, bizim xarici işlər naziri Elmar Məmmədyarov onun sərt cavabını verməlidir və düşünürəm ki, o, bunu etməyi bacarır".Konfliktoloq dedi ki, eynilə Merzlyakovun Dağlıq Qarabağın sərhədləri ilə bağlı söylədikləri də təxribat xarakteri daşıyır: “O, Dağlıq Qarabağın sərhədlərinin keçmiş Şaumyan (indiki Goranboy) rayonu ilə birlikdə olduğunu, yoxsa indiki indiki işğal altındakı ətraf ərazilərlə birlikdə olmasının hələ müəyyən olunmadığını söyləyib. O, Şaumyan adını çəkməklə ermənilərin ərazi iddialarını Azərbaycanın içərilərinə doğru genişləndirməyə çalışır və köhnə iddiaları yada salır. Köhnə Şaumyan rayonu Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan Azərbaycanın ərazi vahididir. Merzlyakov bunu da təsadüfən söyləməyib. Brayzanın dediklərini isə şərh etməyə ehtiyac yoxdur. Çünki onun dediklərini heç bir tərəf ciddiyə almır”.QAT sədri Akif Nağı bildirdi ki, həmsədrin dedikləri ilə bağlı aksiya keçirmək niyyəti yoxdur: “Aeroportdan tutmuş Fransa səfirliyinin qarşısına qədər hər yerdə tələb etdik ki, həmsədrlər bir daha Azərbaycana gəlməsinlər. Əgər bunlar özlərinə azacıq hörmət etmiş olsaydılar vasitəçilikdən geri çəkilərdilər”. QAT sədri dedi ki, Azərbaycan hakimiyyəti bu vasitəçilikdən imtina etməlidir: “Fransa səfirliyinin nümayəndəsi bizim piketlərdən sonra hər dəfə çıxıb həmsədrin rəsmi Parisin mövqeyini əks etdirmədiyini bildirirdi. Ancaq sonrakı proseslər bu sözlərin reallığı əks etdirmədiyini göstərdi. Artıq Azərbaycan hakimiyyəti konkret və qətiyyətli addım atmalı, bu həmsədlərdən imtina etməlidir”. Fransa səfirliyi şərh vermədi Fransanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Cəmilə Axundova bildirdi ki, Fasyenin dedikləri və Azərbaycanda səslənən çıxışlarla bağlı yalnız diplomatik korpusun rəhbər şəxslərinin rəyini öyrəndikdən sonra bu barədə açıqlama verə bilər.Günün sonunda C.Axundova əlaqə saxlayıb bildirdi ki, məsələ ilə bağlı rəhbərliyin mövqeyini öyrənib: “Mənə bildirildi ki, cənab Fasye Mins Qrupu həmsədri olduğu, səfirliyin işçisi olmadığı üçün biz onun dediklərinə şərh vermirik.Siz maraqlandığınız məsələlərlə bağlı onun Paris ofisinə müracit edib öz münasibətini ala bilərsiniz".
43,159
20.11.2008 06:25
Ölkə
BEŞMƏRTƏBƏLİ BİNALAR 3 İLƏ SÖKÜLƏCƏK
Ekspertlər bunu belə əsaslandırır ki, artıq həmin binaların istismar müddəti çoxdan başa çatıb. Memarlıq və İnşaat Universitetinin professoru, memarlıq doktoru Nəriman Əliyev də mətbuata açıqlamasında sözügedən binaların sökülüb yenisi ilə əvəzlənməsini qaçılmaz sayıb.Öz növbəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sektor müdiri Feyzulla Quliyev beşmərtəbələrin 25 ilə nəzərdə tutulduğunu deyib. Moskvada belə binaların artıq söküldüyünü diqqətə çatdıran qurum əməkdaşı Azərbaycanda da artıq bu işin vaxtının çatdığını söyləyib: “Moskvada istismar müddəti başa çatmış belə binalar artıq yenisi ilə əvəzlənib. Düşünürəm ki, beşmərtəbəli evləri alıb yerində göydələnlər ucaldan şirkətlər bunda maraqlı olacaq”.Mütəxəssisin fikrincə, Bakıda beşmərtəbələr mərhələ-mərhələ sökülməlidir. Müstəqil Memarlıq Assosiasiyasının prezidenti Zemfira Verdiyeva da istismar müddəti başa çatmış binaların sökülməsini vacib sayır. Onun fikrincə, “xruşşovka”lar heç bir standartlara cavab vermir. Memarın sözlərinə görə, paytaxtda məskunlaşmış əhalinin yarısı beşmərtəbələrdə yaşayır. Z.Verdiyeva sakinlərin yeni mənzillərlə təmin olunandan sonra köhnə binaların müasir tipli göydələnlərlə əvəz olunmasının tərəfdarı olduğunu deyib.Memar hazırda paytaxtın hər rayonunda sökülməsi nəzərdə tutulan belə binaların 200-ə yaxın olduğunu söyləyib: “Bununla belə, paytaxtda bir neçə beşmərtəbəli bina var ki, onlar memarlıq baxımından xüsusi status qazanıb. Hökumət həmin binaların fasadlarını və özülünü müasir tələblərə uyğun təmir etməyə başlayıb”.Qeyd edək ki, Bakıda ilk “xruşşovka” 1961-ci ildə Nizami rayonunda inşa edilib.
43,160
20.11.2008 06:29
Yazarlar
BİZİM GÜNÜMÜZDƏ OLAN AMERİKA
Onu da yaxşı başa düşürük ki, ABŞ-ın Azərbaycanda danışan dili olan “Azadlıq” radiosunun susmaması daha çox bizə lazımdı. Çünki “Azadlıq” radiosu burda amerikalıların başa düşdüyü dildə yox, bizim dilimizdə danışır. Bizim insanları ölkədəki vəziyyətdən, baş verənlərdən xəbərdar edir, azadlıqların boğulmasının qarşısını almaq işində, müqavimətin təşkilində hamımıza böyük köməklik göstərir, zərbənin ən sərtini də öz üzərinə çəkir. Biz proseslərin buna doğru gedəcəyini, hakimiyyətin günün birində xarici KİV-ə də əl uzadacağını bilirdik, bu barədə anonslar edirdik. Dünya Azərbaycan jurnalistlərini mövcud hakimiyyətlə baş-başa buraxdı və söz azadlığı çox böyük təhlükə altına düşdü. Məhz bunun nəticəsidir ki, bu gün üç jurnalistimiz həbsdədir, ortada haqqı deyə bilən cəmi bir neçə qəzet qalıb, mətbuat orqanlarının iqtisadi durumu əsla yaxşı vəziyyətdə deyil, hakimiyyət hər an bu KİV-in fəaliyyətinə əngəl törədə biləcək qədər sərbəstləşib. Amerikalı dostlarımızın Qərb radiostansiyalarına qarşı təzyiqlərdən təəccüblənməsi yersizdir. Hələ bu harasıdı, bunlar “The New York Times”i də bağlamaq fikrinə düşə bilərlər. Bunun qarşısını isə vaxtında almaq olardı. Qərb çox gec əl-ayağa düşüb. Bir neçə il əvvələcən söz azadlığının və jurnalistlərin müdafiəsində prinsipial olan ABŞ artıq əvvəlki kimi ardıcıl müdafiəçimiz deyil. O, Azərbaycanda söz azadlığına qarşı total hücumu öz dərisində hiss edəndə tərpənməyə başlayıb. Qərb radiostansiyalarının Azərbaycanda yayımının dayandırılacağı ilə bağlı xəbərdarlıq ortaya çıxandan sonra Avropadan, okeanın o tayından gələn etiraz bəyanatlarının, hakimiyyətlə danışıqlar aparmaq üçün Bakıya təşrif buyuranların ardı-arası kəsilmir. Biz Qərb radioalarının Azərbaycanda yayımına hər hansı əngəl törədilməsini söz azadlığının ən kobud şəkildə boğulması hesab edirik və imkanımız daxilində bütün qüvvəmizlə onların müdafiəsindəyik. O üzdən Qərbdən gələn təpkiləri də təqdir edirik və deyirik ki, bizi daha müdafiə edə bilmirlər, heç olmasa özlərininkini müdafiə etsinlər. İndiyədək bir çox Qərb təmsilçiləri həm öz ölkələrində, həm də Bakıda xarici radiostansiyalara təzyiqlərlə bağlı bəyanatlar səsləndiriblər. Bu dəfə isə Bakıya səfər edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramer danışdı. O, çox düzgün buyurub, doğrudan da “Azadlıq” radiosu təkcə Azərbaycanda yox, bütün dünyada böyük işlər görüb və görür. Kramerin Bakıdakı bəyanatının ən maraqlı hissəsi onun məsələni Azərbaycan rəhbərliyi ilə müzakirə etdikdən sonra dedikləridi. ABŞ dövlət katibinin müavini böyük əminliklə deyib ki, “Azadlıq” radiosunun yayımı davam edəcək. Bu məsələ ilə Amerikanın Yayım Şurası məşğul olacaq.Bu xoş xəbərdi. Amma biz Qərbin bütün məsələlərdə belə prinsipial olmasını arzulayırıq. Əks təqdirdə, Amerika da bizim günümüzə düşəcək. Eynən bizim kimi, başı özünü, müdafiəyə, radiostansiyalarını qoruyub saxlamağa qarışacaq. Necə ki, illərdi biz buna məcburuq, öz problemlərimizdən yazırıq, zaman-zaman piketlər keçiririk, aclıq edirik və s. Nə qədər ki, amerikalılar “Azad sözə basqılar dayandırılsın!” şüarı ilə aclıq aksiyası keçirmək məcburiyyətində qalmayıblar, Azərbaycanda demokratiyanın və söz azadlığının sözün əsl mənasında müdafiəsi istiqamətində ciddi addımlar atılmalıdır. Biz daha bunu ömrünü başa vurmaq üzrə olan Buş iqtidarından yox, artıq öz hakimiyyətlərini formalaşdırmağa başlayan demokratlardan gözləyirik. Hər halda, demokratların demokratiyaya dəstək verməməsi Amerika adına ayıb olar. Zabil MÜQABİLOĞLU
43,161
20.11.2008 06:28
Mənəviyyat
TÜRKİYƏDƏ SİĞƏYƏ İCAZƏ VERİLDİ, BƏS AZƏRBAYCANDA?
Xəbərdə İslam Peyğəmbərinin (s.ə.s.) yasaqladığı bildirilərək heç bir sünni alimin siğəyə izn vermədiyi, ancaq DİB tərəfindən hazırlanan “Quran yolu türkcə məal və təfsir” adlı kitabda siğəyə izn verildiyi yazılıb.Qeyd edək ki, yazıda da bildirildiyi kimi, bu mövzu zaman-zaman İslam alimlərinin, din tədqiqatçılarının diqqət mərkəzində olub. Təəssüf ki, mübahisə doğuran digər mövzulardan fərqli olaraq siğə (mutə) daha çox aşağılama, gözdənsalma, məzhəblərarası dartışma obyekti olub. Xüsusən də son illərdə Azərbaycanda bir sıra şəxslər qərəzdən, digərləri isə sadəcə bilməzlik üzündən siğəni İslamda olmayan, bidət və hətta əxlaqsızlıq yayılmasında vasitə kimi təqdim etməyə çalışır. Təbii ki, bunu, əksini deyənlər də var və maraqlıdır ki, hər iki tərəfin öz arqumentləri var.Bəs əslində necədir? İslamda siğə varmı?İslam dini mətnlərinə görə, müvəqqəti nikah sayılan mutə evlilik anlamı verir, ancaq bu zaman nikah müəyyən olunmuş vaxt ərzində qüvvədə olur. İslam şəriətində mutənin hökmü - əvvəlcədən vaxt müəyyən olunmasını çıxmaq şərtilə - qanuni kəbinin hökmü ilə eynidir. Digər fərq odur ki, mutə yalnız dul (ərindən ayrılan və bundan sonra lazımi iddə - gözləmə vaxtını bitirən) qadınlarla bağlanır. “Siğə” sözü tərcümədə “razılaşma” mənasını verir və ehtimal ki, müvəqqəti nikah qarşılıqlı razılaşma əsasında olduğundan ona camaat arasında siğə deyilib.İslamda bütün əməllər Qurana və ya Peyğəmbər (s.ə.s) sünnəsinə (əməlləri və söylədiyi sözlər) dayanır. Mutənin qanuni olduğunu müdafiə edən alimlər Quranda bu barədə yazılmış ayəyə istinad edirlər. Müqəddəs kitabın “Nisa” (“Qadınlar”) surəsinin 24-cü ayəsi mutəni təsdiqləyən dəlil sayılır: “(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Mutə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”Alimlərə görə, ayədəki “mutə” sözü müvəqqəti nikaha işarədir. Böyük İslam alimləri, təfsirçilər Fəxri Razi, Cəlaləddin Suyuti öz əsərlərində ayənin müvəqqəti evlənmə ilə bağlı olduğunu yazıblar. O cümlədən mötəbər hədis mənbələrindən sayılan “Səhih Muslim”də məşhur səhabə (Peyğəmbərlə bir dövrdə yaşamış və onunla çiyin-çiyinə mübarizə aparmış insanlar) Cabir ibn Abdullah Ənsarinin dilindən nəql olunur ki, “Biz Peyğəmbərin, Əbu Bəkr və Ömərin zamanında mutə edərdik...”Mutənin halal olması ilə bağlı digər səhabə və imamlardan da çoxsaylı hədis və rəvayətləri gəlib çatıb. Bunlar arasında İmam Əli (ə), Əbuzər, İbn Abbas, Abdulla ibn Məsud, Abdulla ibn Ömər, Zübeyr, Übeyy ibn Kəb, Əbu Səid əl-Xidri və başqaları var. Eyni zamanda yuxarıdakı yazıda göstərildiyi kimi, mutəni Peyğəmbərin (s.ə.s) ləğv etməsi də mübahisəlidir. Daha doğrusu, mənbələrdə müvəqqəti nikahı İslam Peyğəmbərinin (s.ə.s) ləğv etməsi ilə bağlı ciddi məlumat yoxdur.Mutə İslam Peyğəmbərinin (s.ə.s) sağlığında deyil, ondan sonra II Xəlifə Ömərin hakimiyyət dönəmində ləğv olunub. Yuxarıda Abdullah Ənsaridən nəql olunan rəvayətdə də bu qeyd olunub. Yenə “Səhih Muslim” kitabında qeyd olunur ki, İslam ordusu Məkkəyə daxil olanda Rəsulullah (s.ə.s) müsəlmanlara mutə etmək hüququnu tanıdı. Sonrakı dövrdə, xüsusən də Peyğəmbərdən (s.ə.s) sonra mutə İslam dinində halal buyrulmuş əməl kimi qalıb. Ancaq II Xəlifə Ömərin zamanında mutə nikahından bəzi insanların sui-istifadə etməsi ilə bağlı sözlər yayılır. Bundan sonra Ömər mutəni haram (qadağan) edir.Sonrakı dövrdə bir qrup müsəlman bu qadağanı əsas götürərək mutənin yasaq olunduğunu iddia edir. Hətta qadağanın müəllifinin İslam Peyğəmbəri (s.ə.s) olması haqda rəvayətlər də meydana çıxıb. Amma unutmaq olmaz ki, mutə Quranda göstərildiyi üçün onu yalnız daha sonra nazil olan Quran ayəsi qadağan edə bilər, Peyğəmbər (s.ə.s) hədisi yox. Bu, İslamın qızıl qanunudur. Hazırda Əhli-beyt şiə məzhəbi yuxarıda qeyd olunan hədis və ayəyə istinad etməklə mutənin halal olduğunu qəbul edir. Sünni məzhəbi isə bəzi əxlaqsız insanların yararlanacağını əsas götürərək haram fətvası verən II Xəlifə Ömərin qadağasını qəbul edirlər.Ancaq bir məqamı unutmaq olmaz ki, mutə yalnız şiə mənbələrində və ya onların güvəndiyi ədəbiyyatlarda halal sayılmır. Yuxarıda qeyd olunan hədislərin hamısı məhz sünni məzhəbinin mötəbər saydığı kitablardan götürülüb. Günümüzdə də bir çox tanınmış İslam alimləri məzhəbindən asılı olmayaraq mutənin halal, Allah kitabında icazə verilmiş əməl olduğunu bildirirlər. Türkiyə nümunəsi qeyd olundu. Həmçinin İslam dünyasının öndə gedən təhsil mərkəzlərindən sayılan Misirin dünyaca məşhur Əl-Əzhər Universitetinin rektoru, tanınmış alim Tantavi bu ölkənin “əl-Mustəqilla” televiziyasına müsahibəsində mutənin İslam dinində olduğunu təsdiqləyib.Təəssüf ki, bu gün yalnız İslam düşmənləri deyil, bəzi müsəlmanlar da mutə üzərində təbliğat quraraq əslində İslamı gözdən salır. Amma İslam ilahi dindir, burada gələn hökm və göstərişlər bir qrup və ya müəyyən zaman üçün yox, insanlıq üçün nəzərdə tutulub. Digər yandan, mutə bəzi düşmən fikirlərin əksinə olaraq nəinki əxlaqsızlığın yayılmasına yardım edir, əksinə, onun qarşısının alınmasında müstəsna rol oynayır. İmam Əli (ə) mutəni nəzərdə tutaraq deyib: “Belə bir ilahi mərhəmətdən istifadə edilərsə, hansı normal insan əxlaqsızlıq edib zinaya üz tutar?”Əlbəttə, qeyri-qanuni cinsi münasibətlər tarix boyu həmişə olub. Bu gün də bəşəriyyətin ən böyük bəlalarından birinin yaranma səbəbi budur. Qanunsuz münasibətlər isə çoxlu sayda məişət problemlərinə gətirir. Yalnız İslam dini ailə qurmaq üçün imkanları olmayan və ya ailəsindən aralı düşən insanlar üçün qanuni çıxış yolu göstərir.Yuxarıda mutənin bəzi əsas şərtləri qeyd olundu. Müvəqqəti nikahın bütün şərtləri, - daimi olmaması fərqi ilə, - daimi nikahla eynidir. Üstəlik, bu nikah bağlananda da müsəlman kişilərin (eləcə də qadınların) kəbində olduğu kimi öhdəlikləri var. Müsəlman yalnız şəriət kitablarında ətraflı şəkildə qeyd olunan şərtlərə əməl etməklə mutə nikahına girə bilər.
43,162
20.11.2008 06:30
Yazarlar
ACINDAN ÖLƏN MİLYARDERLƏR?
Öncə “xalqı acından ölən İordaniya” haqqında üç-dörd cümlə irad edək. Neftlə zəngin və ölkəmizlə dost-qardaş ölkə olan İordaniyada prezident yoxdur, kral var, adı da Abdulladır. Deyəsən, ondan qabaq o ölkədə bir dənə də kral Abdulla olub, ona görə də hazırkını İkinci kimi nömrələyiblər. Çünki Allah qoysa, Üçüncü Abdulla da olacaq. Abdulla heç də çadırda yaşamır. Adam milyarderdir. Onun yanında Marif Bahit adlı, bizim Artur müəllim kimi bir baş nazir işləyir, o da kasıb deyil, dolanışığı, çak-çuku var. Bizdən fərqli olaraq İordaniya konstitusiyalı monarxiyadır.Liviya da monarxiya deyil, respublikadır, cümhuriyyətdir. Liviyalılar özləri də ölkələrinin siyasi quruluşuna eynən bizim kimi, bir-iki hərf fərqli şəkildə “cəmahiriyyə” deyirlər. Ancaq bu ölkənin də prezidenti yoxdur, ümummilli lideri, inqilab rəhbəri var, adı Müəmmər, soyadı Qəzzafidir (rusdillilər üçün - Qəddafi). Bəlkə də inanmayacaqsız, polkovnik də düz 1969-cu ildən hakimiyyətdədir. Bir fərq var ki, o, arada 3-4 illiyə hakimiyyətdən kənarda qalmayıb. Liviyanın camaatı qətiyyən acından ölmür, ümumi daxili məhsullarının həcmi 61 milyard dollardır, ildə adambaşına 10,5 min dollar qazanırlar. Buradan o nəticəni çıxarmaq olar ki, polkovnik Qəzzafi də milyarderdir, sadəcə, istəmir ki, adı dilə-dişə, “Forbs”un siyahısına düşsün. Elə olmasaydı, milli rəhbərin oğlu Səid İtaliyanın varlı futbol klublarından birini almaq istəməzdi. (Ümumiyyətlə, Müəmmərin 7 oğlu, bir qızı var. Görünür, o, təzəbəy olanda “yeddi oğul istərəm, bircə dənə qız-gəlin” deyib, Allah-təala da onun arzusunu yüzdəyüz yerinə yetirib). İndi gələk polkovnikin çadırına, bir hovur bardaş qurub dincimizi alaq və görək Qəzzafinin “palatka”sı nə təhər şeydir. Xarici qəzet-jurnalların yazdığına görə, Qəzzafinin çadırı elə-belə çadır deyil, içində hər cür dəm-dəsgahı, komfortu var, başqa sözlə, açılıb-yığılan villa kimi bir şeydir. Özü də belə villalardan Qəzzafidə çoxdur, hansı ölkəyə gedirsə, oranın rəisi-cümhuruna bir dənə bağışlayır. Məsələn, axırıncı dəfə Liviya inqilabının lideri elənçik villa-çadırlardan birini Ukrayna inqilabının lideri Yuşşenkoya bağışlayıb. Ta bilmirəm həmin çadır narıncı rəngdə olub, ya yox, ancaq onu bilirəm ki, çadırın Yuşşenko üçün də xüsusi mənası var - o da hakimiyyətə çadırlarla gəlib.Bu baxımdan çadırda yaşamaq, sadə geyinmək, “Niva” sürmək kasıblığa, acından ölməyə dəlalət etməz. Məsələn, İnternetdə axtarış verin, İsrail dövlətinin banisi David Ben-Qurionu axtarın, rəhmətliyin xaki kiteldə çəkilmiş bir şəkli çıxacaq. Mən o geyimin eynisini kəndimizin müharibə veteranlarında görmüşəm, bəziləri 1945-dən 1995-ə qədər geyindi. Amma siz dönün, ömrü boyu zahidanə həyat tərzi keçirən Ben-Qurionun qurduğu dövlətə baxın, regionun lideridir, hələ qonşu ölkələrə xiyar da satır - özü də qışda.Yaxud Mahatma Qandinin geyimini xatırlayaq; zəvvarlara oxşayır. Amma Hindistana müstəqillik qazandırıb, ölkəsində demokratiya bərqərar eləyib.İngiltərədə isə Hans Rausinq adlı bir milyarder kommunistlərə rəğbət bəslədiyi üçün həmişə sovet “Niva”sı sürür. İndi o milyarderə “acından ölür” demək olarmı? Bakıda deyərdilər...Bir şeyə məəttələm ki, niyə deputatlar kompyuterdən, İnternetdən istifadə etmirlər. 2-3 il öncə təşər-təşər parlamenti kompyuterləşdirdilər, hər deputatın qənşərinə qəşəng bir kompyuter qoydular ki, vəkillər hərdən ondan istifadə edərək çıxışlarını dolğunlaşdırsınlar, bilgilərini artırsınlar. Hanı bəs? Əgər Novruzov çıxışa başlamazdan 10 dəqiqə əvvəl İnternetdən yararlansaydı, Liviya səfirliyini yaralamaz, onsuz da pis gündə olan reputasiyasını betər günə qoymazdı. Samir SARI
43,163
20.11.2008 06:30
Ölkə
HACI MƏMMƏDOVUN ƏMLAKI ÖZÜNƏ QAYTARILIB
Maraqlısı isə odur ki, A.Məlikovaya dəyən ziyan indiyədək də ödənməyib, onun qızılları və ya kompensasiyası verilməyib. Bunun səbəblərini araşdırarkən çox maraqlı faktlar əldə etdik. Bəlli oldu ki, nəinki A.Məlikova, ümumiyyətlə, Hacı Məmmədovun cinayətlərindən zərər çəkən və ona dəyən ziyanın ödənilməsini tələb edən şəxslərin heç birinə kompensasiya ödənilməyib. Baxmayaraq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmdə Hacı Məmmədovun, onun bacısı oğlu Elçin Əliyevin və digərlərinin əmlakının müsadirə edilməsi barədə qərar çıxarılmışdı. Məntiqlə və hüquqi baxımdan müsadirə olunmuş həmin əmlakın hesabına zərərçəkən şəxslərə kompensasiya ödənməlidir. Lakin bu günədək nə Hacı Məmmədovun, nə də digərlərinin əmlakı müsadirə edilməyib.Məhkəmə hökmündə banda üzvlərinin bir çoxunun əmlakının müsadirə edilməsi öz əksini tapsa da zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi məsələsi öz həllini tapmamışdı. Məhkəmə bunu belə əsaslandırmışdı ki, zərərçəkənlərin sayı çox olduğundan onlar bu məsələni həll edə bilmirlər.Zərərçəkənlərə tövsiyə olunmuşdu ki, ayrılıqda mülki iddia qaldıraraq itirdikləri məbləğləri bandadan tələb etsinlər. Hacı Məmmədovun və digərlərinin kassasiya şikayətinə baxılarkən isə maraqlı olay baş verib. Belə ki, Ali Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı hökmün banda üzvlərinin əmlakının müsadirə olunması ilə bağlı hissəsini ləğv edərək bu məsələyə yenidən baxılması haqda qərar verib. Yəni bu qərardan sonra Hacı Məmmədovun və digərlərinin əmlakının müsadirə olunmasından söhbət gedə bilməz. Faktiki olaraq bu gün nə Hacının, nə onun bacısı oğlunun, nə də başqalarının əmlakı müsadirə olunmayıb. Hazırda həmin əmlaklar onların özlərinə məxsusdur. Hansı ki, həmin əmlak və mülklər hesabına zərərçəkmişlərə dəyən ziyanı ödəmək mümkün idi. Görünür, H.Məmmədovun hansısa oyunlara getməsi nəticəsində onlara bu cür güzəştlər edilib.Hacı Məmmədovun bandası ifşa edilərkən onun və digər dəstə üzvlərinin evindən götürülən qızıl-zinət əşyalarının taleyindən isə kimsənin xəbəri yoxdur. Heç onları əşyayi-dəlil kimi birinci instansiya məhkəməsində nümayiş etdirmədilər. Məhkəmə həmin dəlillərin istintaq orqanında olduğunu deməklə kifayətləndi. İndiyədək həmin əşyaların da taleyindən bir xəbər yoxdur. İş üzrə zərərçəkmiş şəxslərin vəkillərinin bu məsələ ilə bağlı verdiyi sorğular, apardığı araşdırmalar da nəticəsiz qalıb. Onlara verilən cavab bundan ibarətdir ki, müsadirə məsələsinə hələlik aydınlıq gətirilməyib, onu görə də hansı qiymətli əşyanın kimə veriləcəyi bəlli deyil.
43,164
20.11.2008 06:33
Kriminal
SOMALİ QULDURLARI İKİ AZƏRBAYCANLI DƏNİZÇİNİ TUTDU
“Mustafa Bəy”in ərzaq anbarındakı ehtiyatlarla qidalanan gəmi heyətindən sahilə verilən məlumata görə, yanacaq, ərzaq və içməli su ehtiyatı dünən səhər tamamilə tükənib. “Yanacaq azaldığından elektrik generatorları da çalışmır. İndi buralarda havalar həddən artıq istidir. Yanacaq və elektrik enerjisi olmadığından kayutalar gündüzlər soba təki qızmar, gecələr isə soyuq olur. Su və yemək də qalmayıb. Bizə yardım edin!”- deyə gəminin komendantı Əhməd Sur bildirib.Ə.Surun və gəmidəki azərbaycanlı mexaniklərin dediklərinə görə, onlar bütün müvafiq təşkilatlara, yaxınlıqdakı gəmilərə, limanlara, daha sonra da Türkiyəyə xəbərlər yollayırlar. Gəminin sahibi olan şirkət isə heyətə susmağı, yaşananlar barədə kimsəyə məlumat verməməyi tapşıraraq “Mustafa Bəy”dəkiləri hədələyib.Aclıq, susuzluq və ümidsizlik isə gəmidə çox gərgin vəziyyət yaradıb. Yaranmış durumun müzakirə olunduğu söhbətlərdən birində mübahisə yaranıb, az sonra isə qovğa başlayıb. Gəmi kapitanı Haldun Ersoy aşpaz Sultan Mehmet Akkurtdan ərzaq və suyu qənaətlə işlətməyi tələb edib, cavabında isə “Onsuz da qurtaran qida və suyu necə az işlədə bilərəm?!” sözlərini eşidəndə sinirlənib. Dava zamanı kapitan aşpazı bıçaqlayıb.
43,165
20.11.2008 06:32
Dünya
ABŞ-ın VİTSE-PREZİDENTİNƏ CİNAYƏT İŞİ AÇILDI
“Çeyni insanların azadlıqdan məhrum edilməsi hesabına gəlir əldə edib”- deyə ittiham aktında bildirilir. Sənəddə deyilir ki, D.Çeyni həbsxana biznesi ilə məşğul olan “Vanguard Group” şirkətində paya malikdir. Amerika qanunlarına görə, ölkədə özəl həbsxanaların fəaliyyətinə icazə verilir.2005-2007-ci illərdə baş prokuror vəzifəsini tutan Alberto Qonsales isə öz xidməti səlahiyyətlərindən istifadə edərək həmin şirkətə məxsus özəl həbsxanalardakı qanunsuzluqlara, o cümlədən işgəncə faktlarına aid təhqiqatı dayandırmaq haqda göstəriş verib.D.Çeyninin ofisindən bu ittihamı şərh etməyiblər. Vitse-prezidentin mətbuat katibi Meqan Mitçell deyib ki, onlar heç bir ittiham aktı almayıblar, bu üzdən tanış olmadıqları sənədlə bağlı şərh verə bilməzlər. Məhkəmə heyəti isə bildirir ki, bu cür yüksək səlahiyyətli şəxslərə qarşı belə ittihamı böyük məyusluq hissi ilə irəli sürüblər. Lakin onların başqa seçimi olmayıb: “Çünki biz Amerikanı sevirik”.
43,166
20.11.2008 06:39
Dünya
SOMALİ PİRATLARI DAHA ÜÇ GƏMİNİ QAÇIRDI
Hindistan telekanallarından birinə istinadən yayılan xəbərlərə görə, piratlar Aden körfəzində hind freqatına hücum etməyə cəhd göstəriblər. “Tabar” adlı freqat bu hücumu dəf edərək quldurlara artilleriya atəşi açıb. Nəticədə onların gəmisi batıb. Bildirilir ki, oktyabrın 3-də Hindistan dəniz quldurlarına qarşı mübarizə üçün Somali sahillərinə donanma göndərib. Çünki Hindistana aid yüklərin əhəmiyyətli hissəsi məhz Aden körfəzindən daşınır. Hazırda regionda NATO ölkələrinin, Rusiyanın və Türkiyənin hərbi gəmiləri də var. Buna baxmayaraq, quldurlar bir-birinin ardınca ticarət gəmilərinə hücum edib onları ələ keçirirlər. “Röyter” agentliyinin məlumatına görə, quldurlar ən son olaraq Yunanıstana aid quru yük gəmisini ələ keçiriblər. Gəmidə 23-25 nəfərlik heyət üzvlərinin olduğu bildirilir.Bir gün əvvəl isə piratlar Tailanda aid balıqçı gəmisini ələ keçiriblər. Həmin gəminin göyərtəsində 16 heyət üzvü var. Beynəlxalq Dənizçilik Bürosundan verilən məlumata görə, gəmi Kiribati bayrağı altında üzüb, lakin faktiki olaraq Honqkonq şirkətinə aid olub. Bunun ardınca quldurlar Honqkonq bayrağı altında üzən və İrana taxıl daşıyan gəmini tutublar. Gəmidə 36 min ton taxıl olduğu bildirilir. Onun 25 nəfərlik heyət üzvü ilə İranın Bəndər-Abbas limanına üzdüyü, Somali sahillərində açıq dənizdə quldurların hücumuna məruz qaldıqları məlum olub. Xatırladaq ki, quldurların ən böyük ovu Səudiyyə Ərəbistanına məxsus “Sirius Star” tankeri olub. Tankerdəki neftin qiyməti 100 milyon dollardan çoxdur. Məlumatlara görə, hazırda quldurların əlində 17-dək gəmi var.Somali quldurlarının beynəlxalq ticarətə meydan oxuması Avropa Birliyini (AB) və NATO-nu hərəkətə keçirib. AB-yə sədrlik edən Fransanın müdafiə naziri deyib ki, quldurlara qarşı əməliyyat aparmaq üçün Somali sahillərinə 8-10 gəmidən ibarət dəniz qüvvələri göndəriləcək. İlk dəfədir ki, AB müstəqil şəkildə hərbi əməliyyat keçirir. Məlumata görə, bu əməliyyat NATO-nun bölgədəki donanma qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.Piratların bölgədə çoxsaylı NATO gəmilərinin olmasına baxmayaraq, bu cür meydan oxuması təəccüblə qarşılanır. Amerikanın bölgədəki 5-ci donanmasının komandanlığı etiraf edir ki, onlar quldurların hücumlarının qarşısını ala bilmirlər.Bəs orta əsrlərə aid kinofilmlərdən və əsərlərdən yadda qalan dəniz quldurları XXI əsrdə nədən dünyaya meydan oxuyur və onlar haradan meydana çıxıb?Xarici mətbuat yazır ki, Somali quldurlarının bu cür güclənməsi ölkədə 11 ildir davam edən vətəndaş müharibəsi nəticəsində yaranan hakimiyyət boşluğu ilə bağlıdır. Somalidə az qala hər kəs silahlıdır, quldur basqınları bu ölkə üçün adi həyat normasıdır. Lakin Hind okeanındakı Aden körfəzinin beynəlxalq ticarət daşımalarının keçdiyi əsas bölgələrdən biri olduğuna görə dəniz quldurluğu bu ölkədə çox sərfəli və gəlirli məşğuliyyətə çevrilib. Amerika kəşfiyyatının məlumatlarına görə, quldurların əsas bazası Somalinin atılmış vəziyyətdə olan Eyl hərbi dəniz bazasında yerləşir. Dəniz quldurlarının sayı bir neçə yüz, bəzi məlumatlara görə isə 1000 nəfərdən çoxdur. Onlar yaxşı silahlanıb, qumbaraatanları, iriçaplı pulemyotları və müxtəlif atıcı silahları var. Quldurlar Eyl limanında vaxtilə ələ keçirdikləri iki gəmidə yaşayırlar, onlar reydlər həyata keçirmək üçün bir neçə çox sürətli katerə malikdir. Bu katerlərin üzərində iriçaplı pulemyotlar quraşdırılıb.BBC əməkdaşı bu yaxınlarda Eyl məntəqəsində olmuş adamlarla söhbət edib. Bildirilir ki, Somali piratçılığın mərkəzinə çevriləndən bəri Eyl limanı da xeyli dəyişilib. Ötən il Eyl adi kasıb məntəqədən ölkənin az qala ən dəbdəbəli ərazisinə çevrilib. Dəniz quldurluğundan əldə edilən milyonlar hesabına burada bahalı villalar tikilib, yerli camaat bahalı xarici avtomobillərdə gəzir. Səudiyyə Ərəbistanına aid neft tankerinin ələ keçirilməsi xəbəri gələn kimi yerli sakinlər ən yaxşı paltarlarını geyərək leptop-kompyuterlərini və peyk telefonlarını işə salıblar. Sakinlərdən birinin sözlərinə görə, o, piratların mühasibidir. Başqa birisi özünü gəminin azad edilməsi barədə danışıqların əsas iştirakçısı kimi təqdim edib.Piratları beynəlxalq mafiya idarə edir. Deyildiyinə görə, pirat əməliyyatlarını düşünüb hazırlayanların bazaları Dubay və Nayrobi kimi şəhərlərdədir. Piratlara ödənilən haqqın əsas hissəsi də onlara ötürülür. Lakin Eyl qəsəbəsinin payına düşən pul da kifayət qədərdir. Piratçılıqla əlaqəsi olan gənclərə orada qəhrəman kimi baxırlar. Qəsəbənin ən gözəl qızları qəhrəman sayılan həmin adamlara ərə getməyi özlərinə şərəf bilirlər.Piratçılığın XXI əsrə uyğun forması üzərində bütöv bir iqtisadiyyatın inkişaf etdiyini söyləmək olar. Bu məqsədlər üçün hətta xüsusi restoranlar da fəaliyyət göstərir. Həmin restoranlarda məxsusən girovlara yeməklər hazırlanır. Girovların çoxu Somali yeməklərini yeyə bilmir. Piratlar isə tutduqları gəmilər üçün ən yüksək ödəniş qoparmaq üçün ekipaj üzvlərinin səhhətinə və sağlamlığına da qayğı göstərməyə məcburdur.
43,167
20.11.2008 06:39
Gündəm
MHP-dən OLAN MİLLƏT VƏKİLİ VƏFAT ETDİ
G.S.Aktan 1941-ci ildə Karabük bölgəsində anadan olub, Ankara Universitetinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət Daxili İşlər Nazirliyində çalışıb, daha sonra Xarici İşlər Nazirliyi sistemində fəaliyyətə başlayıb. Türkiyənin Afinadakı səfirliyində, BMT-dəki daimi nümayəndəliyində, Tokiodakı səfirliyində siyasi işlər üzrə müşavir vəzifələrində işləyib.Mərhum millət vəkilinin diplomat kimi fəaliyyət göstərdiyi vaxtlarda erməni məsələsi və Türkiyənin xarici siyasəti ilə bağlı bir çox məqalələri yayımlanıb. Ötənilki parlament seçkilərində MHP-dən millət vəkili seçilib. Türkiyə-Avropa Birliyi ortaq parlament komissiyasının üzvü olan G.S.Aktanın evli və 2 uşaq atası olduğu bildirilir. Onun ölümü ilə bağlı MHP-nin parlamentdəki yerlərinin sayı 69-a düşüb.
43,168
20.11.2008 06:40
Dünya
İRAN ABŞ-ın MÜTTƏFİQLƏRİNİ HƏDƏLƏDİ
“CNN-Türk” kanalının xəbərinə görə, M.Cəzayiri deyib ki, bölgədəki Amerika hərbi bazaları onların yerləşdiyi ölkələr üçün birbaşa təhdiddir: “Biz lazım olan tədbirləri görmüşük, ABŞ Yaxin Şərqdəki heç bir bazasından İrana qarşı istifadə edə bilməyəcək”.M.Cəzayiri əlavə edib ki, İran mümkün müdaxilə zamanı Hörmüz körfəzini dərhal bağlayaraq neft daşımalarının qarşısını kəsəcək. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı bu ilin sonunadək hücum edə biləcəyi haqda ehtimalı nəzərdən qaçırmaq olmaz.“ABŞ-ın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, dəlilər və yolun sonuna gələnlər bu cür ağılsız addım ata bilər. Lakin İran özünü müdafiə etmək və hər cür müdaxilənin qarşısını alaraq amansız cavab zərbələri endirmək durumundadır”- deyə M.Cəzayiri ABŞ-da səlahiyyətləri başa çatmaqda olan Buş administrasiyasına işarə olaraq bildirib. General əlavə edib ki, İrana qarşı mümkün hərbi müdaxilə yeni dünya müharibəsinə səbəb olacaq.Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatların variantlardan biri kimi masa üzərində qaldığını bəyan edir. Bəzi iddialara görə, Buş administrasiyası bu ilin sonunadək İrana hərbi müdaxilə qərarı verə bilər.
43,169
20.11.2008 06:38
Dünya
QLOBAL MALİYYƏ BÖHRANINI YƏHUDİLƏR TƏŞKİL EDİB?
Xəbərlərdə bildirilir ki, Almaniyanın Qota şəhərindəki yəhudi qəbiristanlığının darvazasından qırmızı rəngə boyanmış donuz başı asılıb. Başın üzərindəki parçada isə yəhudilərin sayına işarə olaraq “6 milyon yalan” sözləri yazılıb. Erfurt şəhərindəki yəhudi məzarlığındakı xatirə lövhəsinin üzərinə isə boya tökülüb.Almaniyadakı yəhudi icmalarının liderləri deyirlər ki, yəhudi məzarlıqlarına qarşı az qala hər həftə bu cür aksiyalar törədilir.Digər Avropa ölkələrində də antisemit dalğası baş qaldırıb. Məsələn, Praqada bir həftə əvvəl yəhudi ravvin küçədə daşa basılıb. Ravvin vaxtilə İsrail xüsusi təyinatlı qüvvələrində xidmət etdiyinə görə hücumdan sağ qurtula bilib. Macarıstanın paytaxtı Budapeştdə isə bir neçə gün əvvəl yəhudi sinaqoqu daşa basılıb.
43,170
20.11.2008 06:41
Gündəm
“ERGENEKON” MƏHBUSLARINDAN BİRİ HƏBSDƏN BURAXILDI
Ötən ilin iyununda həbs edilən Z.Öztürk silahlı terror təşkilatına üzv olmaqda ittiham edilirdi. İstefaya çıxandan sonra siyasi şərhçi kimi fəaliyyət göstərən Z.Öztürk evini “Ergenekon” rəhbərlərindən biri kimi təqdim edilən istefada olan kapitan Müzəffər Təkinə kirayə verdiyinə görə həbs edilib, onlar hərbi xidmət vaxtı bir yerdə olublar. Məhkəmə prosesi zamanı onun vəkili sübut edib ki, Z.Öztürk haqqında irəli sürülən ittihamı təsdiqləyəcək heç bir dəlil yoxdur. Prokuror, vəkil və hakim tərəfindən eyni vaxtda suallar veriləndən sonra məhkəmə Z.Öztürkün buraxılmasına qərar verib.Xəbər verildiyi kimi, “Ergenekon” işi üzrə 46 nəfər həbsdədir, daha 40 nəfər isə şərti azadlıqda mühakimə olunur. Oktyabrın 20-dən başlayan məhkəmə prosesində müttəhimlər kürsüsündə istefada olan general Vəli Kiçik də daxil olmaqla, bir çox tanınmış şəxslər var. Onların əksəriyyəti milliyyətçidir və AKP hökumətinə qarşı çıxan şəxslərdir.
43,171
20.11.2008 06:34
Ölkə
RAFİQ ƏLİYEV HƏBS EDİLƏ BİLƏR
Əksinə, bəzi mətbuat orqanlarında “Əbu Bəkr”in bağlanacağı ilə bağlı məlumatlar dərc olunub. Bu məlumatlarda məscidin sökülməsinin tikinti mafiyasının marağında olduğu deyilir. Təxminən həmin ərəfədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə mətbuata açıqlama verərək sözügedən məscidin tikintisində qanunsuzluğa yol verildiyini bəyan etdi. Şeyx konkret olaraq məscidin qeyri-qanuni tikildiyini, tikinti ilə bağlı ondan razılıq alınmadğını bildirdi. Şeyxin bu açıqlaması məscidin bağlanmasına daha bir işarə kimi yozulsa da, az sonra yenidən mətbuata çıxan QMİ sədri məscidin bağlanmasını istəmədiyini, ancaq tikintidə qanunsuzluğa yol verildiyini qeyd etdi. QMİ sədri “qanunsuzluğa yol verənləri” də göstərdi: “Məscidi inşa etdirənlər”.“Məscidi inşa etdirənlərin” cavabı özünü çox gözlətmədi. Ötən gün (Küveytdən səfərdən dönəndən sonra) mətbuata müsahibə verən məscidin imam-camaatı Qamət Süleymanov şeyxin ittihamlarını rədd etməklə yanaşı, başqa bir hədəfə işarə vurdu. O da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin adını çəkdi. Q.Süleymanov qanunsuzluğu özlərinin yox, R.Əliyevin etdiyini deyir: “O vaxt Dövlət Komitəsi bizdən Qafqaz Müsəlmanları İdarəsinin rəyini tələb etmədi. Komitənin sabiq sədri Rafiq Əliyev şeyxin rəyini tələb etmədən bütün icmaları qeydiyyata aldı”.Əslində həm şeyxin açıqlaması, həm də Q.Süleymanovun cavabı əsl hədəfi göstərir. Qalmaqallı icmanı şeyxin razılığı olmadan R.Əliyev qeydiyyata alıb. Üstəlik, QMİ sədri əvvəlki müsahibədə “Əbu Bəkr”i tikdirmək istəyənlərin ona rüşvət təklif etdiyini və bu adamları qapıdan qovduğunu qeyd edir. Beləliklə, həm də ondan sonra məscidin tikintisinə icazə verənlərin həmin adamlardan rüşvət aldıqlarına işarə vurmuş olur.Doğrudur, məscidin tikildiyi 1997-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmamışdı və R.Əliyev heç bir dövlət vəzifəsi tutmurdu. R.Əliyevin sələfi icmasına himayədarlığı Q.Süleymanovun dediyi kimi, komitəyə sədr gəldiyi 2001-ci ildən sonra baş verib. Ancaq buna qədər R.Əliyev özünün yaratdığı “İrşad” Dini Araşdırmalar Mərkəzinə rəhbərlik edib və ərəb ölkələri ilə yaxın əlaqələri olub. Elə o zaman və sonra komitəyə rəhbərlik etdiyi vaxtlarda onun adı sələfi icması ilə yaxınlıqda hallandı.İndi isə görünür, köhnə “xatirələr” yada düşüb. Şeyxin özünün də işarə etdiyi kimi, məscid bağlanmasa da (bu barədə qəzetimizdə bir neçə gün öncəki yazıda qeyd olunmuşdu) onu tikənlərin və başqalarının günahkar qismində cəzalandırılacağı artıq qaçılmaz görünür. Hətta həbslər də mümkündür. Bu cəzaya ən çox uyğun gələn şəxs isə sabiq komitə sədridir. Artıq necə deyərlər, dəlillər də ortadadır. Həm də ki, şeyx kimi nüfuzlu adamla rəqabətdə olmaq hələ heç kimə yaxşı nəsə verməyib.
43,172
20.11.2008 06:42
Yazarlar
KRAMERİN “ÜÇAYAQLI” MASASI
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Devid Kramerin Bakı səfərinə öncə bu prizmadan baxmaq yerinə düşər. Görəvindən də göründüyü kimi, söhbət məhz demokratiya və insan haqlarına diqqətdən gedir. Sirr deyil ki, Corc Buş iqtidarı dövründə Birləşmiş Ştatların dünyadakı sivil ölkə imici xeyli zədələnib. Bu imicin bərpası isə asan olmayacaq. Çünki təcrübədən məlumdur ki, etimadı qaytarmaq onu itirməkdən çətindir. Bu xüsusda Kramerin Bakıda dilə gətirdiyi bir fikir maraq doğurur: “Təhlükəsizlik, enerji və demokratiya maraqları masanın üç ayağı kimidir”.Uğurlu müqayisədir. Həqiqətən üç “ayaq”dan biri olmasa, masa duruş gətirməz, aşar. Və yaxud zorla duruş gətirər, eybəcər görünər. Di gəl, Buş hökuməti zaman-zaman bu gerçəyə ciddi yanaşmayıb. Və ya Rusiya və İran kimi regional supergüclərin olması səbəbindən istəməyib. Amma reallıq bununla dəyişmir. Gerçəklik belədir ki, Azərbaycanda hüquqa, demokratik prinsiplərə söykənən idarəçilik oturuşmayınca ölkədə uzunmüddətli sabitliyə güclü təminatlar da olmayacaq. Deməli, Amerikanın regiondakı təhlükəsizlik və enerji maraqlarına (masanın digər “iki ayağı”na) təhdidlər qalmaqda davam edəcək.Demokratiyanın inkişafı eyni zamanda Qərbin bölgəyə “giriş qapısı” sayılan Gürcüstanın təklənməməsi üçün çox vacibdir. Rusiyanın bu ölkəyə yaydakı hərbi müdaxiləsi zamanı bunun şahidi olduq. Gözləmək olar ki, demokrat prezident Obamanın formalaşdırmaqda olduğu komanda insan haqları məsələsinə həqiqətən də ciddi yanaşacaq, Ağ Evin yeni rəhbərinin vəd etdiyi kimi, ABŞ-ın dünyada sarsılan imicinin qeydinə qalacaq. Yəni hər şey neft-qaz maraqlarına qurban verilməyəcək, heç olmasa bu maraqlar bərabər tutulacaq.O da var ki, Azərbaycanı Qərb bazarlarına daha çox sayda tranzit arteriyaları bağladıqca ölkəmizin, onun büdcəsinin, belə çıxır ki, həm də hakimiyyətin Qərbdən asılılığı artacaq ki, azalmayacaq. Bu isə sonucda demokratiya paytaxtlarının insan haqları sahəsində Bakıya təsir rıçaqlarının güclənməsinə gətirə bilər. Hələliksə Azərbaycan iqtidarı bu sahədə beynəlxalq birliyin tələblərindən sığortalana bilir. Çünki bilir ki, demokratiya olacaqsa, mövcud rejim olmayacaq.Ancaq müşahidələr göstərir ki, Ağ Evin yeni administrasiyası demokratik islahatlar yönündə Bakıya təzyiqləri “müalicəvi doza”da, yəni tədricən artıracaq. “Azadlıq” və “Amerikanın səsi” radiolarının yerli tezliklərdə yayımının davam edib-etməyəcəyi mövzusu bu xüsusda ABŞ üçün demokratiya testindən də çox, indi prinsipial əhəmiyyət daşıyır.Kramerin Bakıda söylədiklərindən aydın olur ki, Vaşinqton məsələdə sərt dirəniş göstərəcək. Amerika rəsmisinin ölkə başçısı ilə yanaşı, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə də görüşməsi bu qənaəti gücləndirir. Kramerin arxayın şəkildə dediyi “yayım davam edəcək, amma heç bir halda onun məzmununa dair müzakirə aparılmayacaq” sözləri isə əslində Azərbaycan rəhbərliyindən problemin aradan qalxdığına zəmanət alındığına işarədir.Vaşinqtonun 3 məhbus jurnalistin azadlığına nail olmaması fonunda bu kiçik uğur ABŞ üçün olduqca önəmli sayılır. Çünki radioların gələn ilin yanvarından bağlanacağı təqdirdə Ağ Evin Azərbaycanda karbohidrogenlərdən savayı heç nəyə önəm vermədiyi rəyi qətiləşmiş olacaq. Bu isə yanvarda and içəcək Barak Obamaya rəsmi Bakının bəd sürprizi kimi qəbul edilə bilər.Bəzi müşahidəçilərə görə isə əksinə, həmin vaxtadək dustaq jurnalistlər də buraxılacaq. Ümumiyyətlə, ABŞ çətin ki, Azərbaycanda “masanın 3-cü ayağı”nın - demokratiyanın, demokratik təsisatların tam sıradan çıxarılmasına imkan versin. Hər halda, bunu ən əvvəl onun öz maraqları diqtə edir. Zahid SƏFƏROĞLU
43,173
20.11.2008 07:46
Gündəm
“MİLLİ-AZADLIQ HƏRƏKATI HƏLƏ DƏ DAVAM EDİR”
1988-ci il noyabrın 17-də başlayan ilk mitinq və 17 gün davam edən şanlı Qurtuluş mübarizəsi millətimizin həyatında dönüş, sovet imperiyasının caynağında çırpınan Azərbaycanın azadlığa çıxması zərurətini yaratdı. Bu tarixdən 20 il ötdü. Həmin dövrdə sovet rejiminə qarşı çıxan insanların sıralarında indi artıq gənc sayılan adamlar da var. Bəs hərəkatçılarla bir yerdə olan o gənclər 17 noyabrı necə xatırlayır?Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı 17 noyabrı qarışıq xatırlayır: “7-8 yaşım olardı. Hər şeyi tam başa düşə bilmirdim. Kiçik qardaşım da yanımda olurdu. Mitinqlərdə baxırdıq ki, hamı yumruğunu sıxır, əli ilə bozqurd işarəsi tutur. Biz də ətrafdakılara baxıb eyni hərəkətləri edirdik. Anam həmin vaxt Texniki Universitetdə dərs deyirdi. Tələbələri meydanlarda yatırdı. Hər gün onlara yemək aparırdıq”.ADP Gənclər Təşkilatının sədr müavini Cəmil Hacıyev də həmin günləri zorla xatırlayır: “O zaman heç 10 yaşım da yox idi. Həmin vaxt valideynlərimin ermənilərin Şuşada Topxana meşəsini qırması və oradakı azərbaycanlıların köçməsi haqda danışıqları yadımda qalıb. Camaat aktiv idi. Xalq azad olmaq üçün meydana çıxmışdı. Məncə, milli-azadlıq hərəkatı hələ də davam edir. İndi isə xalqımız öz hakimiyyətini qurmaq üçün səfərbər olmalıdır”.“Yeni Müsavat”ın müxbiri Etibar Seyidağa meydan hərəkatı başlayanda Kəlbəcərdə olub. O vaxt onun 11 yaşı varmış: “17 noyabr hadisələri rayonlarda da öz əks-sədasını vermişdi. Əmim və onun həmfikirləri həmin gündən sonra Kəlbəcərdə raykomun binası qarşısında mitinq təşkil etmişdi. Mitinqlər başladı. Əmimi həbs etdilər. Amma az sonra buraxdılar. Yadımdadır, əmim bizə gəlib atamla söhbət edərək Xalq Cəbhəsi yaratdıqları barədə danışırdı. Onların söhbətlərindən başım çıxmırdı. Amma bir dəfə yoldaşlarımla gedib mitinqi kənardan izləmişdik. Həmin şəxslər rayonumuzda Xalq Cəbhəsinin şöbəsini yaratdılar”.“Azadlıq” qəzetinin köşə yazarı Qan Turalı həmin tarixi zəif xatırlayır: “Evimiz Əli Bayramlıda mitinq keçirilən yerə yaxın idi. O vaxt 4 yaşım vardı. Ondan sonrakı illəri daha yaxşı xatırlayıram. Atam və əmilərim, Rasim Qaraca o proseslərdə iştirak edirdi. Amma 20 Yanvar hadisələri yadımdadır. Rus tankları Bakıya Əli Bayramlıdan keçmişdi. O hadisələr yaddaşımda daha yaxşı qalıb”.Bir sözlə, gənclər arasında həmin günü yaş amili ilə bağlı xatırlayanlar da var, xatırlamayanlar da. Amma hamı həmin tarixin Milli Dirçəliş Günü olduğunu dəqiq bilir.
43,174
20.11.2008 06:46
Ölkə
ZAHİD ORUC PARLAMENTDƏ QARABAĞ DİNLƏMƏLƏRİ İSTƏYİR
Göründüyü kimi, Ermənistan hakimiyyəti bunu nəzərə alır. Deməli, bu zərurəti nəzərə almaq torpaqları işğal altında olan Azərbaycan üçün daha vacibdir. Bəs Azərbaycan hakimiyyəti Qarabağ məsələsini müxalifətlə müzakirə etməyi düşünürmü?Milli Məclisin Təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü, deputat Zahid Oruc bu suala cavabında dedi ki, həqiqətən də Qarabağ danışıqları çox mühüm fazaya daxil olub: “Gürcüstan-Rusiya hərbi qarşıdurmasından sonra Türkiyənin Cənubi Qafqazda cərəyan edən proseslərdəki rolu artıb. Ermənistanın indiyə qədər yürütdüyü siyasət iflasa uğrayıb. Bu ölkə öz təcavüzkar siyasətinin qurbanına çevrilib. Bütün regional layihələrdən kənarda qalıb, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Rusiya ilə Gürcüstan arasında gərgin münasibətlər Ermənistanın daha bir qonşusu ilə - Gürcüstanla da sərhədlərinin hər an bağlanması ehtimalının olduğunu ortaya çıxarıb. Cənubi Qafqazın taleyi fəal bir mərhələyə qədəm qoyub. Qərb dərk edir ki, keçmiş siyasətini davam etdirsə, bütövlükdə Qafqazdan çıxmalı olacaq. Necə ki, Rusiya ingilisləri və digər Qərb dairələrini vaxtilə SSRİ adı altında Qafqazdan vurub çıxarıb, indi də buna bənzər proses baş verə bilər. Qərb bunu yaxşı başa düşür. Rusiya da onu anlayıb ki, regiondakı konfliktlər qaldıqca Qərbin regiona gəliş imkanları artacaq. Bütün bunlara görə də Qarabağ münaqişəsini nə yolla olursa olsun həll etmək məsələsinin vacibliyi həm Rusiyanın, həm də Qərbin qarşısına çıxıb. Sevindiricidir ki, yaranmış vəziyyətdə Azərbaycanın maraqları hələ ki heç bir həlqədə aşağılanmayıb. Nəticədə elə vəziyyət yaranıb ki, Ermənistan siyasi elitası yeni reallıqlar, yeni geosiyasət qarşısında qalıb”.Z.Oruc hesab edir ki, yeni fazanın başlanması cəmiyyətlərin hazırlanması məsələsini ortaya çıxarır: “Qarabağ məsələsi ilə bağlı ölkənin bütün siyasi qüvvələrinin iştirakı ilə Milli Məclisdə müzakirələr keçirilsə, bu, yaxşı olardı. Amma bu dinləmələr, dialoq antihakimiyyət təbliğatı, yenə də Qarabağ dalğasında zühur eləmək, bu ocaqda əlini qızdırmaq, təzədən vətənpərvər şinelini geymək səviyyəsində olmamalıdır. Normal ideyaların, modellərin, strategiyaların ortaya gəlməsi üçün hakimiyyətli-müxalifətli bütün siyasi qüvvələrin dialoqu keçirilməlidir”.Deputat bu fikirdədir ki, Qarabağ məsələsi ilə bağlı dövlət başçısının müxalif siyasi qüvvələrlə görüşməsində hakimiyyət tərəfdən ciddi problem yoxdur, problem müxalifətdədir: “Hakimiyyəti tanımamaq məsələsi ən ciddi maneədir. Bir sıra siyasi qüvvələr hakimiyyəti tanımadığını bəyan edir, qarşı tərəfin təmsilçiləri də bildirir ki, biz də o qüvvələri tanımırıq. Cənab prezident andiçmə mərasimində normal siyasi münasibətlər quruculuğuna yönəlik müəyyən fikirlər səsləndirdi. Qarşı tərəfdən hansısa müsbət reaksiya oldumu? Xeyr. Təəssüf ki, müxalifət barışmaq, normal polemika üçün səbəb axtarmır. Daha çox dalaşmaq üçün səbəb axtarır”.
43,175
20.11.2008 06:47
Gündəm
İKRAM İSRAFİL ŞİMALİ KİPRDƏ SƏFƏRDƏ OLUB
Millət vəkili bildirdi ki, ŞKTC ilə Azərbaycan arasında sıx münasibətlərin qurulmasına böyük ehtiyac var: “Bunu görüşlərdə də hiss etdim. Ən azı iqtisadi, mədəni, təhsil məsələlərində Şimali Kiprlə Azərbaycanın sıx əlaqələrinin olması vacibdir. Milli Məclisdə ŞKTC parlamenti ilə dostluq qrupunun yaradılmasına və Azərbaycanın Şimali Kiprdə nümayəndəliyinin açılmasına böyük ehtiyac var. Bu ölkədə azərbaycanlı gənclərin təhsil alması üçün böyük imkanlar var. Bu imkanlardan istifadə etməliyik. Dünyanın 70 ölkəsindən Kipr universitetlərində tələbələr təhsil alır. İlkin addımlarımızdan biri bu olmalıdır ki, gənclərimizin Şimali Kiprin universitetlərində təhsil almasına imkan yaradaq”.İ.İsrafil Azərbaycandan bayram törəninə başqa heç kimin qatılmamasını təəssüflə vurğuladı: “Güman etmirəm ki, o tədbirlərə rəsmi şəxslərdən heç kim dəvət olunmayıb. Ən azı Azərbaycan rəsmilərinin həmin tədbirlərə dəvət olunmaması mümkün deyil. Hər halda, onların iştirak etməməsi mənimçün və Şimali Kiprdəki dostlarımız üçün xoş olmadı”.
43,176
20.11.2008 06:52
İqtisadiyyat
BANKLAR MÜFLİSLƏŞİR
Amma Azərbaycanda bankların çöküşünün davamlı xarakter alacağı realdır. Rəsmi məlumatlardan da belə aydın olur ki, ölkədə nizamnamə kapitalı 5 milyon manatdan aşağı banklar mövcuddur. Digər 3 bankın nizamnamə kapitalı 5 milyonla 10 milyon manat, 25 bankın isə kapitalı 10 milyonla 20 milyon manat arasındadır.Xatırlatmaq yerinə düşərdi ki, hələ 2007-ci ildə ölkədəki bütün banklara iyul ayının 1-nə kimi minimal kapitalını 10 milyon manata çatdırmaları tapşırılmışdı. Bu ilin əvvəlində nizamnamə kapitalına qoyulan tələbi yerinə yetirməməsi səbəbindən Milli Bank doqquz bankın əmanət cəlb etməsinə qadağa qoydu. O zaman mütəxəssislər bildirirdilər ki, daha 7 bank ləğv olunma prosesindədir. Hansı ki, həmin bankların nizamnamə kapitalının həcmi ayrı-ayrılıqda hətta 5 milyon manatdan da aşağı idi. Lakin bu banklarla bağlı hər hansı qərar nəzərə çarpmadı. Ümumiyyətlə, bu gün Azərbaycan banklarının kapitallaşma səviyyəsi son illər genişlənən iqtisadiyyatın miqyasına və artım templərinə adekvat deyil. Avqust ayının 1-nə olan məlumata görə, bütün ölkə banklarının aktivi 9,3 milyard manat təşkil edib. Ekspertlərin qənaətincə, kapitallaşma səviyyəsi aşağı olan banklar indiki şəraitdə ümumi bank bazarı üçün riskləri xeyli artırır. Cari ilin sonuna kimi vəziyyət düzəlməzsə, bu tip bankların sayının ən azı 20-yə çatması qaçılmaz olacaq. Qeyd edək ki, yaranmış vəziyyətdən xilas olmaq üçün bir sıra kommersiya bankları Milli Bank tərəfindən onlara vəsait ayrılmasını istəsə də, buna müsbət cavab verilməyib. Bank sektorunda vəziyyət isə get-gedə pisləşməkdə, likvidlik problemi dərinləşməkdədir. Məlumat üçün bildirək ki, bankların kapitalında 83,9 faizi borc kapitalı, 16,1 faizi isə xüsusi kapital təşkil edir. Borc kapitalının 44,9 faizi əhalidən yığılan depozitlər, 30,1 faizi maliyyə sektorundan alınan kreditlər və depozitlərdir. Milli Bankın məlumatına görə, bankların xarici borclarının məbləği 2 milyard dollar ətrafındadır. Xüsusilə son bir ildə xaricdən Azərbaycan bank sisteminə cəlb edilmiş borc vəsaitlərinin sürətli artımı baş verib. Kommersiya banklarının özləri məhz bu məsələdə maraqlı olublar. Xarici maliyyə mənbələrindən alınan kreditlər isə qısamüddətli olduğundan hazırda onların qaytarılması məsələsi gündəmə gəlib. Nəticədə bütün fəaliyyətlərini faiz gəlirləri üzərində quran banklar borcları ödəməkdə çətinliklə üzləşiblər və belə şəraitdə hökumət də onlara maliyyə yardımı göstərmir. Sadəcə, müəyyən güzəştlər etməklə bankların vəziyyətinin yaxılaşacağını düşünürlər. Məsələn, Milli Bank və Maliyyə Nazirliyinin təklifi ilə bankların kapitalını artırmaq üçün vergi güzəştlərinin olunması planlaşdırılır. Vergi güzəştləri 3 ilə hesablanıb və gələn ildən tətbiq ediləcək. Bundan əlavə, Milli Bank ölkədə uçot dərəcəsini əvvəlcə 15 faizdən 12 faizə, daha sonra isə 10 faizə endirdi. Faiz dəhlizinin yuxarı həddi 17 faizdən 15 faizə, dəhlizin aşağı həddi 3 faizdən 1 faizə salındı. Mərkəzi Bank bildirir ki, pul siyasətinin yumşaldılması üzrə qərarlar maliyyə sabitliyinin gücləndirilməsi baxımından müsbət nəticələr verib. Bu və digər preventiv tədbirlər nəticəsində bank sistemində likvidlik göstəricilərinin daha da yaxşılaşdırılması təmin olunub. Ancaq yerli kommersiya bankları tamamilə əks mövqedən çıxış edərək likvidlik probleminin onlar üçün daha da dərinləşdiyini söyləyirlər. Mövzunu şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) mütəxəssisləri deyirlər ki, bank sektorunun kifayət qədər ciddi problemləri müşahidə edilir: “Ötən həftə Kişnyovda MDB ölkələrinin mərkəzi bank başçılarının iştirakı ilə keçirilən görüşdə də bir daha vurğulandı ki, Azərbaycanın bank sektorunda böyük problemlər var. Bu da ondan ibarətdir ki, banklar son illər xarici borclanmanı artırıblar. Son bir ildə Azərbaycan banklarının xarici mənbələrdən əldə etdiyi kreditlərin həcmi 3 dəfə artırılıb. Hazırda banklar həmin kreditlərin qaytarılmasıyla məşğuldurlar. Kreditlərin 80 faizi qısamüddətlidir. Belə ki, 3-6 ay müddətinə verilən kreditlərdir. Ona görə də kommersiya bankları bütün fəaliyyətlərini xaricdən alınan vəsaitin ödənilməsinə yönəldiblər”. O da bildirilir ki, xarici borc öhdəliyini yerinə yetirmək üçün kommersiya bankları maliyyə mənbələrini məhz daxildə axtarırlar. Daxili maliyyə mənbələri isə məhduddur. Söhbət ondan gedir ki, bankların əmanətləri cəlb etmək imkanları dardır. İSİM ekspertlərinin sözlərinə görə, son aylar əhalinin banklara qoyduğu əmanətlərdə azalmalar müşahidə edilir: “Bu da birbaşa kommersiya banklarının əsas funksiyalarını yerinə yetirməməsi səbəbindən əhalidə banklara qarşı inamın azalması ilə bağlıdır. Digər tərəfdən, Milli Bank uçot stavkasını 10 faizə endirməsinə baxmayaraq, mərkəzi bankın mərkəzləşdirilmiş kredit resursları bütün kommersiya bankları üçün əlçatan deyil. Uçot stavkası dəyişdirilənədək də bütün bankların Milli Bankın mərkəzləşdirilmiş kreditlərdən istifadə etmək imkanları yox idi. O baxımdan kommersiya banklarının daxili mənbələr hesabına xarici borc öhdəliyini yerinə yetirməsi praktiki real görünmür”. Bankların malik olduğu nağd vəsaitlərin azlığı onlara qısa müddətdə problemləri həll etməyə imkan vermir. Bütövlükdə bank aktivlərinin 70 faizdən çoxunu kreditlərin verilməsindən əldə olunan vəsaitlər təşkil edir. Bu gün isə həmin kreditlər verilmir. Ekspertlərin proqnozlarına görə, kommersiya banklarının qısa müddətdə problemi aradan qaldırmaq imkanları yoxdur: “Əslində qlobal maliyyə böhranından sonra baş verən proseslər də göstərir ki, Azərbaycanda bank sektoru zəif inkişaf edib. Bunun nəticəsidir ki, kommersiya bankları proseslərə təsir imkanını itiriblər. Digər problem bankların nizamnamə kapitalını yerinə yetirməməsidir. 10 bankın nizamnamə kapitalını yerinə yetirməməsi ilə bağlı məlumatlar artıq ictimaiyyətə təqdim olunmuşdu. Lakin problem yalnız 10 bankla tamamlanmır. Bəzi banklar artıq müflisləşiblər. Onlar hazırlaşırlar ki, hökumət icazə verdiyi anda müflis olduqlarını elan etsinlər”.İSİM mütəxəssisləri 2009-cu ili kommersiya bankları üçün heç də uğurlu il kimi proqnozlaşdırmırlar. Bunu onunla izah edirlər ki, banklar növbəti ilə çox ciddi problemlərlə daxil olur: “Bankların likvidliyi azdır. Azərbaycanda çox nadir hallarda kommersiya banklarının birləşməsi baş verir. Bu da birbaşa onunla bağlıdır ki, banklar müxtəlif şəxslər tərəfindən himayə edilir. Bu gün problemi olan kommersiya bankları daha çox müflisləşməyə və ya fəaliyyətlərini dayandırmağa üstünlük verirlər”. Milli Bankın bank sektorunda stabilləşmənin yaradılması ilə bağlı həyata keçirdiyi siyasət də hələlik pozitiv nəticələr verməyib. İqtisadçıların rəyinə görə, faiz dərəcəsini endirməklə bank sektorundakı problemi aradan qaldırmaq mümkün deyil: “Bu mümkün olarsa, o zaman inkişaf etmiş ölkələrin mərkəzi bankları yalnız uçot stavkasını endirməklə bağlı qərar qəbul edərlər. Mərkəzi banklar bank sektorundakı problemi aradan qaldırmaq üçün bu sahəyə kifayət qədər böyük vəsaitlər yönəldirlər. Digər tərəfdən, hökumətlər müflisləşməkdə olan bankların müflisləşməsinin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirirsə, bu o deməkdir ki, uçot stavkasının endirilməsi problemlərin açarı deyil”. Ekspertlər güman etmir ki, Azərbaycan hökuməti olan bankların müflisləşməsinin qarşısını almaqla bağlı real addımlar atacaq.Milli Bankın bank sistemində problemlərin olduğunu etiraf etməməsinə gəlincə, İSİM mütəxəssislərinin fikrincə, bu da problemin başqa tərəfidir: “Mərkəzi bank uçot stavkasını endirir, amma kredit faizləri aşağı düşmür. Kommersiya bankları kredit vermirlər. Əhali artıq əmanətlərinin böyük hissəsini banklarda deyil, dollara çevirməklə evdə saxlamağa üstünlük verir. Digər narahatçılıq isə odur ki, bank sektorunda müşahidə edilən problemlər, neftin dünya bazar qiymətinin aşağı düşməsi manatın məzənnəsinə kəskin təsir göstərə bilər. Manatın digər valyutalara nisbətən məzənnəsinin kəskin aşağı düşməsi baş verər. Ona görə 2009-cu ildə maliyyə sektorunda kifayət qədər ciddi problemlərin olması təhlükəsi var”. Qeyd olunur ki, maliyyə sektoru iqtisadiyyat üçün önəmlidir. Ona görə də hökumət bu problemin aradan qaldırılması istiqamətində addımları intensivləşdirməlidir. Əks halda, 2009-cu ilədək bir neçə bankın rəsmi şəkildə müflis elan edilməsinin şahidi olacağıq. Bankların müflisləşməsi əhali üçün də müəyyən problemlər yarada bilər. Əhalinin kommersiya banklarında olan əmanətlərinin yalnız 6 min manatadək olan hissəsi sığortalanır. Belə halda əmanətlərin geri qaytarılmaması təhlükəsi yaranır.
43,178
20.11.2008 06:36
İqtisadiyyat
AZƏRBAYCAN NEFTİ 52 DOLLARA DÜŞDÜ
Maliyyə bazarlarında isə avro-dollar məzənnəsi nisbətən sabitdir. Ən son məlumatlara görə, Avropanın vahid valyutası 1 dollar 26 sentə dəyişdirilir. Qızılın qiyməti isə aşağı düşüb. İndi qiymətli metalın unsiyası 736 dollara və ya qramı 23 dollar 75 sentə satılır.
43,179
20.11.2008 06:55
Siyasət
AMİP-lə ADP MÜSAVATLA AXCP-ni ÜZ-ÜZƏ QOYDU
Onun sözlərinə görə, müzakirələrə ən müxtəlif layihələr təqdim edilir: “Bura seçki kampaniyası dövründə əməkdaşlıq etmiş partiyaların bundan sonra da əməkdaşlığı eyni şəkildə davam etdirməsi, əməkdaşlığın dərinləşməsi, tərkibin genişləndirilməsi, ayrı-ayrı siyasi partiyalarla daha dərin münasibətlər quraraq müttəfiqlik münasibətləri yaradılması və sair aiddir”.A.Hacılı qeyd edir ki, müzakirələr MƏM-ə daxil olan təşkilatlar, ADP, KXCP, AMİP və 2003-cü ildə Müsavatla müttəfiq olmuş bir sıra partiyalar arasında aparılır. Amma bu danışıqlar müsbət nəticə verməsə, əməkdaşlıq bir qədər dar çərçivədə olacaq: “Müzakirələr bir neçə həftəyə yekunlaşacaq”.AXCP sədrinin müavini Həsən Kərimov da APA-ya açıqlamasında müzakirələrin davam etdiyini bildirib: “Müzakirələr 2009 və 2010-cu illərdə əməkdaşlıq mərkəzinin əsas hədəfləri ilə bağlıdır. Gələcəkdə mərkəzin bloka çevrilməsi, bələdiyyə və parlament seçkilərində birgə iştirak, KXCP-nin də bura daxil olması müzakirə olunur. Yeni ilədək bu müzakirələr yekunlaşacaq və MƏM-in siyasi bloka çevrilməsində problem yaranmayacaq. Tərəflər arasında hələlik prinsipial fikir ayrılığı yoxdur”.Maraqlıdır ki, A.Hacılıdan fərqli olaraq H.Kərimov ADP ilə AMİP-in birliyə daxil olmasına qarşı olduqlarını bəyan edib: “Bu barədə söhbət belə gedə bilməz. Onlar müxalifət mövqeyindən çəkilmiş partiyalardır. AXCP onlarla hər hansı əməkdaşlığı istisna edir. Arif Hacılının dedikləri Müsavat Partiyasının mövqeyidir”.H.Kərimovun fikirləri ADP tərəfindən sərt qarşılanıb. Partiya sədrinin müavini Taliyət Əliyev bildirdi ki, hansı partiyanın müxalifət olub-olmadığını AXCP rəhbərliyi müəyyən etmir: “Partiyaya qiyməti cəmiyyət verir. Bu gün cəmiyyət AXCP-yə heç də Həsən Kərimovun təsəvvür etdiyi kimi münasibət bəsləmir. ADP-nin mövqeyi cəmiyyətdə daha çox dəstəklənir. Hamı bilir ki, AXCP iki-üç ildir müxalifətçilik eləməyə başlayıb. Bu gün onlar özlərini barışmaz müxalifət adlandırır. Əslində onların mövqeyi müxalifətçilik yox, sadəcə, intriqa aparmaqdır. AXCP ilə hakimiyyət arasındakı münasibətlər normal müxalifət-iqtidar münasibəti deyil. Bunu ancaq qarşılıqlı intriqa adlandırmaq mümkündür. Müxalifətçilik qarşı tərəfə düşmən kimi münasibət göstərmək deyil”. ADP yetkilisinə görə, son iki ildə AXCP-nin hədəfə alınmasının müxalifətçiliklə əlaqəsi yoxdur: “AXCP rəhbərliyi zaman-zaman hakimiyyətlə gizli və aşkar oyunlarda olub. Onlar oyun qaydalarını pozduqları üçün hakimiyyət tərəfindən cəzalandırılıblar. Burada intellektual müxalifətçilikdən söhbət getmir”. T.Əliyev hesab edir ki, H.Kərimovun ADP və AMİP barədə dedikləri AXCP-nin müxalifətin birliyində maraqlı olmadığını təsdiqləyir: “AXCP-dən fərqli olaraq ADP-nin mövqeyi bundan ibarətdir ki, müxalifət istər əməkdaşlıq mərkəzində, istərsə də hər hansı başqa formatda birləşməlidir. Ancaq kimlərsə bu əməkdaşlığa getməkdən ötrü şərt irəli sürməməlidir. ADP qarşısında şərtlər irəli sürülsə, biz onları qəbul etməyəcəyik. ADP şərtsiz birliyin tərəfdarıdır”.
43,180
20.11.2008 06:57
Gündəm
“TÜRKİYƏNİN QARABAĞ MƏSƏLƏSİNDƏ VASİTƏÇİLİYİ PERSPEKTİVSİZDİR”
Onun sözlərinə görə, Türkiyənin Qafqazda sülhün əldə olunması istiqamətində yeni keyfiyyətdə, əminliklə təşəbbüs göstərməsi, Rusiyanın regionda sülh əldə edilməsinə yanaşmasında qismən də olsa dəyişikliklərə meylli görünməsi münaqişənin həlli yolunda Azərbaycana bir qədər avantaj verib.Konfliktoloq Elxan Mehdiyev ATƏT-in münaqişənin həllindəki vasitəçilik missiyasının tarixindən söz açıb bildirdi ki, qurum bu məsələni monopoliyaya alıb və digər beynəlxalq təşkilatları yaxına buraxmamaq siyasəti yürüdür. O, erməni tərəfinin Gürcüstan hadisələrindən qazandığını dedi: “Bu vəziyyətdən ermənilər daha çox qazanıb. Azərbaycan isə rusların Gürcüstanı işğal etməsindən istifadə edə bilmədi. Ermənistan təbliğatını belə qurub ki, əgər Azərbaycan bu gün hərbi addımlara əl atsa, onu da Gürcüstan kimi müharibə gözləyəcək. Kim tərəfindən - bilinmir. Amma qorxuducu bəyanatlar verilir. Azərbaycan isə artıq hərbi xarakterli bəyanatlarını dayandırıb”.Azərbaycanı qorxaq mövqe tutmaqda ittiham edən E.Mehdiyev bunun sonunun Moskva bəyannaməsi ilə nəticələndiyini dedi: “Bu sənəd ilk növbədə Rusiyaya lazımdır. Çünki Rusiyanın dünyada nüfuzu korlanıb. Rəsmi Moskva bu bəyannaməyə imza atdırmaqla son vaxtlar bir qədər hörmət və dəstək qazanıb. Ermənistan isə münaqişənin yalnız sülh yolu ilə həllini nəzərdə tutan bəndi ora daxil etməklə Azərbaycanın hərbi bəyanatlarını kəsmək istiqamətində addım atdı”.E.Mehdiyevin sözlərinə görə, Moskva bəyannaməsi heç də hüquqi sənəd deyil. Münaqişənin həlli ilə bağlı Türkiyənin son təşəbbüslərinə toxunan konfliktoloq bildirdi ki, rəsmi Ankara regionda sabitlik və inkişaf platformasını irəli sürür: “Aydındır ki, bu da təhlükəsizlik xarakteri daşıyır. Amma həmsədr ölkələr Türkiyənin vasitəçiliyinə qısqanclıqla yanaşır, bunu qəbul etmirlər. Ona görə də Türkiyənin vasitəçilik etmək perspektivi yoxdur. Erməni tərəfinin isə bu məsələdə ayrıca siyasəti, məqsədləri var”.E.Mehdiyevə görə, Azərbaycanın son iki ildə tutduğu mövqe beynəlxalq aləmdə Ermənistanı təcavüzkar ölkə kimi qəbul etdirib bu yolla torpaqların işğaldan azad olunmasına nail olmaq idi: “Amma bunun baş verməsi inandırıcı deyil. Erməni tərəfi müttəfiqlərinin - Rusiya, Fransa, Amerikanın yardımı ilə özünə qarşı hər hansı beynəlxalq koalisiyanın yaradılmasının qarşısını alır”.
43,181
20.11.2008 06:58
Ölkə
NİZAMİ CƏFƏROVA CAVABLAR GECİKMƏDİ
Ç.Abdullayevin xalqı aldatdığını bildirən deputat onu ümumiyyətlə yazıçı hesab etməyib. “Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına aidiyyəti yoxdur” deyən N.Cəfərov onu fantaziyalar, hisslərlə yaşayan birisi adlandırıb. Qəzetimizə açıqlamasında Ç.Abdullayev bu mövzuda danışmaq istəmədiyini söylədi. “Mən nəyi sübut etməliyəm” deyə sual edən xalq yazıçısı heç kəsin, o cümlədən N.Cəfərovun fikirlərinə qarışmaq istəmədiyini vurğuladı: “Axı o nə deyir ki, mən də ona cavab verməliyəm? Sizdən soruşuram ki, hamıya nəyi sübut etməliyəm? Deyir, mənim Azərbaycan ədəbiyyatına aidiyyətim yoxdur? Onda çıxsın küçəyə və soruşsun ki, camaat nəyi və kimi oxuyur? Mən hesab edirəm ki, polemikanı bu səviyyədə davam etdirmək lazım deyil”. Müsahibimiz vurğuladı ki, kitabları onu yazıçı hesab etməyən N.Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzinin kitabxanasında da var. O, həmçinin N.Cəfərovun onun barəsində “o, xalqı aldadır” açıqlamalarına da münasibət bildirdi: “Əgər mən xalqı aldadıramsa, qoy o kitabları həmin mərkəzin kitabxanasından çıxarsın. Görünür, mən yaxşı ”yalançıyam" ki, camaat da mənə inanır. Sonra nə deyib mənim barəmdə? Şərab içirəm? Qoy içim də, bunun polemikaya nə aidiyyəti var?" Müsahibimiz bu səviyyədə polemika aparmağın zərərli olduğunu deyərək, söhbəti yekunlaşdırdı. N.Cəfərovun müsahibəsində tənqid hədəfinə çevrilən daha bir nəfər isə xalq artisti Rasim Balayev idi. Deputat onun barəsində “əgər Rasim Balayev kimi dərin təfəkkürü olmayan artist Milli Məclisdə çıxış edən akademiklərə, professorlara ”adamcığazlar" deyirsə, deməli, Rüstəm İbrahimbəyovu adam hesab edir. Eləcə də özünü", “Gənc rejissorların heç biri Rasim Balayevi filmə çəkmək istəmir. Rasim də ona-buna yalvarır, özünü sındırmaq istəmir. Gör indi bu nə yalvarmaq formasıdır” kimi fikirlər işlədib. Dünən gün ərzində bir neçə dəfə R.Balayevlə əlaqə saxladıq. Xalq artisti ya məşqlərdə, ya da Kinematoqrafçılar İttifaqının iclasında olduğunu deyərək geniş açıqlama vermədi. Rasim bəy, sadəcə, qısa şəkildə onu dedi ki, N.Cəfərovun ittihamlarına lazımi səviyyədə cavab veriləcək. Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, cavan rejissorların onu filmə çəkmək istəməmələri barədə deputatın dedikləri həqiqətə uyğun deyil: “Birincisi, Azərbaycanda cavan rejissorlar yoxdur. Nizami Cəfərov mədəniyyət komissiyasının sədri kimi bunu bilməlidir. Ən cavan rejissorun yaşı ən azı 40-dan yuxarıdır. O ki qaldı mənim filmə çəkilmək üçün kiməsə yalvarmağıma, bu da cəfəngiyyatdır. Əksinə, mən özüm rollardan dəfələrlə imtina etmişəm”. R.Balayev “Yeni Müsavat”a bu mövzuda geniş müsahibə vəd etdi.
43,182
20.11.2008 06:03
Yazarlar
POLİTOLOQ FAİQ AĞAYEVİN FİKRİNCƏ...
Sitat: “Düşünürəm ki, xalqıma bir siyasətçi olaraq xidmət göstərə bilərəm”. Məşhur “Ordan-burdan” teletamaşasının qəhrəmanı fotoqraf Əli bəyin sözü olmasın: “Bax, buna deyərəm sensasiya”. Azərbaycanda “Balıq Hafiz”, “Masallı Əhəd” kimi şoumen siyasətçilər, deputatlar görmüşük, faiqsayağı şoudan siyasətə gəliş isə ilk təsadüf olardı.Əslində ixtisasca rejissor olan Faiqin özünü politoloq, siyasətçi kimi sınamaq istəyini heç kim qəbahət hesab etməməlidir. O, intellektual səviyyəsinə görə nəinki şoudakı əksər həmkarlarından bir baş üstündür, hətta məmləkətin qələm əhlinin hesabına indi az qala bizə ağız büzən bəzi politoloqlara da çağdaş ümumdünya qlobal maliyyə böhranının yaranma səbəbindən dərs deyə bilər.Öz aramızdır, illər öncə o, “Space” kanalında gedən “Zəfər zəngi” intellektual verilişində Həmid Herisçi kimi azmanı əliboş yola salmışdı. Və yaddaşım məni aldatmırsa, həmin verilişin qalibi də olmuşdu.Faiqin gələcək politoloqluğuna bir qədər başqa prizmadan da yanaşmaq lazımdır. Bir vaxtlar Hollivudun ən zəif aktyoru olan Ronald Reyqan ABŞ-ın prezidenti olmadımı? Elə Klintonu götürək. Saksofon çala-çala 8 il Ağ Evdə oturmadımı? Ona qalsa, Faiqin ayağını bildiyini keçmiş kolxoz sədri Lukaşenkonun başı bilmir. Nə olsun, əvəzində neçə illərdir 20 milyonluq Belarusu minib çapır.Faiqin isə kifayət qədər aktyorluq keyfiyyəti var, - siz bir onun kliplərini seyr edin, şahidi olacaqsınız, - neçə ildir estradada olduğundan saksofon çala bilmə ehtimalı da istisna deyil. Üstəlik, “Batka” kimi sərt üzü yoxdur, necə deyərlər, politogenikdir. Siyasətə baş qoşmaq üçün isə bircə mətbuat konfransı keçirməsi kifayətdir.Təsəvvür edin, bir gün mətbuat klublarının birindən redaksiyamıza faks gəlir: ““Transxəzər” layihəsində Azərbaycanın rolu və ”Nabukko" kəmərinin perspektivləri barədə" mətbuat konfransı. Mətbuat konfransını gənc politoloq Faiq Ağayev keçirəcək". Jurnalistlərin həmin mətbuat klubunda yaratdığı anşlaqı bir anlığa göz önünə gətirə bilərsinizmi?Ertəsi gün isə gənc politoloqun Qarabağ danışıqlarında Madrid prinsipləri ilə bağlı bəyanatı yayılır, biri gün Azərbaycanda siyasi məhbus problemi və ölkədə media azadlığının olmaması ilə bağlı açıqlaması, Rusiya-Gürcüstan münasibətlərinin perspektivləri barədə şərhləri və s. Və nəhayət, bir də gözümüzü açıb görürük ki, canımız Mübariz Qurbanlının bəsit açıqlama və şərhlərindən qurtarıb. Ortada yeni bir politoloq varmış...Sizə qəribə gəlir, hə? Nağıla oxşayır? Qətiyyən elə fikirləşməyin. Bu ölkədə hər şey mümkündür. Nahaq yerə onu “Absurdistan” adlandırmırlar ki?
43,183
20.11.2008 06:03
Yazarlar
EL ÜÇÜN AĞLAYANDA...
Deməli, axşam saatlarıdır, nəqliyyatda və avtobusların içində bir “basabas” əhvalı hökm sürür. İçində bulunduğum mikroavtobusa millət vəkillərindən birinin üç övladı daxil olur, özlərinə yer eləyib, ədəb-ərkanla otururlar. Özü də bu, birinci dəfə deyil; onları bir neçə dəfə eyni marşruta minən görmüşəm. Həmin şəxsin kimliyini deməyəcəm, amma biləsiniz ki, kifayət qədər ad-sanı, keçmişi var, vaxtilə ən yüksək dövlət vəzifələrində təmsil olunub və sair. Yəqin ki, millət vəkili kimi normal məvacibi, uşaqlarını ən azı taksiylə gəzdirəcək qədər pulu da olmamış deyil. Hələ mən onlara xüsusi maşın, cangüdən tutmalı olduğunu demirəm. Amma... Bu, bir tərbiyə fəlsəfəsidir, inanın. Kiçik bir məmurcığazın övladı şəhərin mərkəzində “inomarka”sı ilə şütümürsə, hələ bir üstəlik, onu heyvan səsləri çıxaran siqnalla “çığırtmırsa”, inanın ki, məşhur filmdə deyildiyi kimi, ona birtəhər baxarlar. Məmur uşağı nədi, basabas marşruta mindi nədi? Azərbaycanda artıq bu sərhədlər çoxdan dağıdılıb. Nəinki bu sərhədlər, adamların pulu bir qədər artan kimi, yaşayış yerləri, maşınlarının markası, alış-veriş etdikləri mağazalar belə dəyişir. Gəlirə müvafiq olaraq, yaşam standartlarının dəyişməsi normaldır, amma bizimki kimi məmləkətlərdə bu 180 dərəcə olur, insanların başı hərlənir. Dünya Bankının corabı cırıq prezidentini xatırlayırsınız? Türkiyə qəzetləri onun cırıq corabının şəklini bəh-bəhlə manşetə vermişdilər (abilərimizdə də belə ger-geyim azarı var axı). Bəs “Human Rights Watch” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Matilda Boqner necə, yadınızdadır? Söz vaxtına çəkər, 2005-ci ilin bu vaxtları idi, həmkarım Məhbubə ilə birgə xanım Boqnerdən müsahibə götürməliydik. Şəhərdəki marketlərdən birinin qarşısında görüş yeri təyin etdik. Açığı, daha öncədən ancaq şəklini qəzetlərdə gördüyümüz üçün onu tanımaqda xeyli çətinlik çəkdik. Öz hesabatları ilə Azərbaycanın altını-üstünə çevirən, məmurların ürəyini partladıb öldürən bu xanım elə bir geyimdə idi ki, vallah, bizim kəndin qızları onu görsə, dodaq büzərdi. Uzun ətək, az qala dizlərinə qədər uzanan nimdaş pencək və elə həmin görüntüdə balaca bir çanta... Almaniyanın kansleri Angela Merkelin hər bazar marketdən bazarlıq etdiyini də bu siyahıya əlavə etsəniz, nə demək istədiyimi anlayacaqsınız. Xaricilər artıq bu mərhələni adlayıblar. Onlar üçün geyim-keçim, maşın markası, nə bilim evdə neçə qulluqçunun olması kimi məsələlər arxa plana keçib. Okeanın o tayındakı əksər insanlar artıq kapitallarını insana sərf etməyə, onun yüksək səviyyədə yetişməsinə, keyfiyyətli, savadlı fərd olmasına və sairə xərcləyir. Bizdə isə hələ də yaşı-başı ötmüş əksər varlılar özlərinin, eləcə də oğullarının hansısa məşhurla əlaqə qurması, ona nə qədər pul xərcləməsi kimi məsələlərlə öyünməyə üstünlük verirlər. Tanıdığım bir deputat (yenə deputat) bir dəfə oğlunun tanınmış bir müğənni ilə nə vaxtsa əlaqədə olmasından guya ki, narazılıq edirdi. Amma görəydiniz, səsində, gözlərində, danışığında necə gizli bir qürur vardı? Bu, onun ailəsi üçün sanki “fəth” edilmiş bir zirvə idi, kolleksiyaları zənginləşmişdi... Bütün bunları yazsam da, bilirəm ki, bu bəlaların kökündə həm də cəmiyyətin psixologiyası dayanır. Deyəsən, axı toplum da belə məmurları, deputatları qəbul edir. Kör-köhnə geyimdə gəzən, avtobusa minən, özünü sadə aparanlar dərhal camaatın gözündən düşür. Niyə? Çünki bizim camaata görə, bu məmur özünə gün ağlaya bilmir. Ağlaya bilsəydi, belə gündə olmazdı. Özünə gün ağlaya bilməyənsə xalqın heç bir dərdinə əlac ola bilməzmiş. Məmur əlçatmaz olmalı, ulduz kimi yüksəklərdə dayanmalıdır. Hər gün qəbuluna düşülməsi mümkün olan nazirin, oliqarxın nə “blat”ı olar? Yox, əgər o da sıravi Məmmədin geydiyi kostyumdan geyinib, onun mindiyi marşruta minəcəksə, daha apar qaytar onu... Bu, mənim yox, müdrik xalqımızın çıxardığı nəticədir. Ona görə də bir çox hallarda belə psixologiya narkoman, dələduz, əyyaş, cinayətkar... məmur övladlarının artmasına səbəb olur. Yəni təkcə xalq üçün yox, daim özüyçün “ağlayan”ın da gözü axırda kor olur. Sevinc TELMANQIZI
43,184
20.11.2008 07:04
Yaşam
PETERBURQDA ƏN BAHALI MAŞINI AZƏRBAYCANLI QIZ SÜRÜR
Bu barədə Peterburqda nəşr olunan “Qorod 812" jurnalı xəbər yayıb. Xəbərdə bildirilir ki, Kamilə Məmişova dövlət nömrə nişanı N-9-A98 olan al qırmızı rəngli ”Ferrari 430 Ssuderia" sürür. Bu maşının qiyməti 650 min dollardır.V.Məmişova məxsus “Konrad” şirkətlər qrupuna “Petrovski stroitel” ASC, “Mexaniki zavod” ASC, 1 saylı mexanikləşdirmə idarəsi, “Konrad” ticarət evi, “Avtoarmatura” ASC, “Likostroy” ASC və Slantsı şəhərində ağac emalı zavodu daxildir. V.Məmişovun yaxın tərəfdaşları arasında Sankt-Peterburqun digər azərbaycanlı milyonçusu Dilavər Məmmədov da var.“Kamilə Məmişovanın ”Ferrari"sinə gəldikdə isə bu maşın Peterburqdakı milyonçuların övladlarının maşınları arasında qiymət baxımından ilk yeri tutur və o, bu liderliyi heç kimə vermək istəmir"- deyə jurnal yazır.
43,185
20.11.2008 07:03
Mədəniyyət
BRİLLİANT TÜRKDİLLİ MÜĞƏNNİLƏRİ BİRLƏŞDİRƏCƏK
Müğənni Brilliant Dadaşova dedi ki, yeni telekanalda Azərbaycanın musiqi mədəniyyəti də təbliğ ediləcək: “Mənim Türkiyədə ”Masal dünyam" adlı diskim işıq üzü gördü. Lakin bu disk mənə böyük məsrəfə və iki ilə başa gəldi. Üç ay öncə TMB-nin yaradıcısı Naim Burak Elçi dedi ki, sizin Türkiyədə diskiniz çıxdı, klipləriniz “Kral TV”-də nümayiş olundu, istərdinizmi digər sənətçiləriniz də burada iştirak etsin. Dedim, əlbəttə. O zaman Naim bəy məqsədini açıqladı və bildim ki, o, türk dünyasını bir araya gətirəcək gözəl bir ideyanı yaxın vaxtlarda gerçəkləşdirmək niyyətindədir. Buna çox sevindim. Bugünkü tədbir bilavasitə mənim adımla ona görə bağlıdır ki, TMB-də Azərbaycan musiqi mədəniyyətinin təbliğ olunmasında mən də öz köməyimi göstərəcəyimi vəd etmişəm. Bu telekanalda çox istərdim ki, Azərbaycana aid bir bölmə fəaliyyət göstərsin. Naim bəy Türkiyədə fəaliyyət göstərən “Kral”, “NTV”, “Şou-TV” CNBC kimi telekanalların yaradılmasında böyük xidmətləri olan, 20 ildən çoxdur Amerika, İngiltərə və Türkiyə mediasında çalışan bir şəxsdir".Naim Burak bildirdi ki, Türkiyədə 10-dan çox musiqi kanalı fəaliyyət göstərsə də, konkret olaraq türk dövlətlərinin mədəniyyətini birləşdirən telekanal olmadığı üçün illər öncə əsası qoyulan bu ideyanı gerçəkləşdirmək niyyəti var: “TMB bütün türk cümhuriyyətlərinin kültür bakanlarının ortaq imzasıyla dəstəklənir. Düşündük ki, türk müğənniləri Tarkanı, Ebru Gündəşi digər türkdilli dövlətlərdə necə tanıyırlarsa, həmin dövlətlərin də tanınmış sənətçilərini nədən biz də tanımayaq. Qərara gəldik ki, bütün türkdilli dövlətlərin sənətçilərini TMB-də tanıtmaqla, həm də türk mənəvi dəyərlərini, mədəniyyətini birləşdirib bütün dünyaya tanıdaq. Qoy türkdilli dövlətlər deyəndə təsəvvürlərə çarşablı avamlar yox, yeni, modern, zəngin mənəviyyatı olan insanlar gəlsin. Biz bütün türk dünyasını bir araya gətirməklə həm də bəşəri dəyərləri bir araya gətirmək niyyətindəyik. Bu işə isə öncə biznes marağı ilə yox, bir eşq, könül işi kimi baxdıq. Düşünürük ki, elə buna görə də ideyamızı gerçəkləşdirə biləcəyik və Azərbaycandan da bu işdə mənəvi dəstək gözləyirik”.Sonda B.Dadaşova bütün müğənnilərə müraciət etdi: “Buradan bütün müğənnilərimizə səslənirəm. Hər biriniz kliplərinizi, musiqi albomlarınızı yeni yaranan telekanala təqdim edə bilərsiniz. Burada mən yalnız vasitəçi rolunu oynaya bilərəm. Müğənnilərimizə heç bir xərc sərf etmədən öz sənətlərini nümayiş etdirmək fürsəti verilib. İstedadı olan hər bir sənətçiyə bu fürsəti qaçırmamağı tövsiyə edirəm”.
43,186
20.11.2008 06:04
Yazarlar
YARANMADAN ÖLƏN BİRLİK
Müsavatın vaxtilə “Bizim Azərbaycan” blokunda təmsil olunmuş bir neçə partiya ilə yeni seçki bloku yaratmaq istiqamətində fəaliyyətə başlaması xəbəri çoxlarını təəccübləndirdi. Bu xəbər o vaxta təsadüf etdi ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) kimi tanınan simvolik qurumun perspektivləri haqda mətbuatda müzakirələr aparılırdı. Məsələn, AXCP sədri Əli Kərimli ötən həftə qəzetlərə açıqlamasında növbəti bələdiyyə və parlament seçkisində MƏM-də təmsil olunan partiyaların vahid siyahı ilə iştirakını təklif etmişdi. Xatırladaq ki, onun bu fikri Müsavat tərəfindən dəstəklənmədi və ortaya at-araba misalı atıb ideyanın ziyanlı olduğunu bildirdilər. Ən maraqlı isə Əli Kərimlinin məlum açıqlamasından həmən sonra Müsavatın yeni blok yaradacağı xəbərinin yayılması oldu. Hələ Müsavat seçkini boykot edib “Azadlıq” bloku ilə yaxınlaşanda çoxları bu birliyin baş tutacağına şübhə ilə yanaşırdı. Çünki ortada illərin təcrübəsi və heç zaman sönməyən intriqa ocağı var. Kimsə xatırlaya bilərmi, bu iki partiyanın bir yerdə olması xalqın, ölkənin və müxalifətin xeyrinə yekunlaşsın? Milli hakimiyyət dövründən tutmuş, 2005-ci ilin parlament seçkisinə qədər, bütün mərhələlərdə Cəbhə ilə Müsavatın eyni blokda, təşkilatda təmsilçiliyi sonda daha böyük parçalanma ilə nəticələnib. Fərqi yoxdur, bu kimin üzündən olub. Fakt odur ki, Müsavat və AXC(P)-nin yersiz, gərəksiz rəqabəti müxalifətin güclənməsinə və iqtidar olmasına böyük zərbələr vurub, maneçilik törədib. Bəla ondadır ki, millətin bağrından çıxmış iki güclü təşkilat hələ ölməmiş ayının dərisi uğrunda 15 ildən çoxdur ki, mənasız və həm də amansız mübarizə aparır. Azərbaycanın indiki duruma düşməsində həmin mənasız mübarizənin danılmaz rolu var. Bu rejimin 15 ildir iş başında qalmasının məsuliyyəti həm də müxalifətin üzərindədir. Bütün bunlara görə çoxluq yuxarıda söhbət açdığımız birliyin alınacağına inamsız yanaşırdı. Bir məqamı mütləq qeyd etməyi lazım bilirik. Müxalifətin birliyi alınmayanda, yaxud hansısa koalisiya, blok parçalananda bəzi partiyalar və onların nəzarətlərindəki qəzetlər hər dəfə bunun suçunu Müsavatın üzərinə atır, bu partiyanı ən ağır sözlərlə ittiham edirlər. Yəqin bu dəfə də eyni hal təkrarlanacaq. Zatən bunun simptomları görünməkdədir. Axırıncı belə nümunə Müsavat parlamentə getmək haqda qərar qəbul edərkən yaşandı. Fəqət zaman Müsavatın həmin qərarının nə qədər düzgün olduğunu isbatladı. Kimin düzgün, kiminsə əyri yolda olduğu göründü. Müsavat bu dəfə də doğru qərar vermək ərəfəsindədir. Özlərini böyük sayan partiyalarla və onların ədabaz liderləri ilə süni birliklərə cəhd göstərib vaxt itirməkdənsə tək, yaxud sənin uğurun və qələbən üçün səmimi qəlbdən çalışan xırda partiyalarla ittifaqa girmək bütün parametrləri ilə yanaşsaq, daha düzgün taktikadır.Allah Azərbaycana müxalifətdən xeyir görməyi nəsib etsin. Amin. Azər AYXAN
43,187
20.11.2008 06:29
İqtisadiyyat
HEYDƏR BABAYEVİN DAHA BİR ADAMI “VURULDU”
Sənədlərə əsasən, Prezident yanında QKDK-nın əsasında QKDK, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında eyniadlı Dövlət Komitəsi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında isə Diaspora ilə İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezidentin dünənki sərəncamı ilə aşağıdakı şəxslər müvafiq qurumlara rəhbər təyin edilib: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Abbas Ələsgərov Dövlət Mülki Hava Administrasiyasının direktoru - Arif Məmmədov Dövlət Miqrasiya Xidmətinin rəisi - Arzu Rəhimov Milli Arxiv İdarəsinin rəisi - Ataxan Paşayev Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin Quliyev Dövlət Gömrük Komitəsinin sədri - Aydın Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Qərib Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - Hidayət Orucov Dövlət Statistika Komitəsinin sədri - Arif Vəliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri - Nazim İbrahimov Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri - Kərəm Həsənov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi - Arif Qaraşov Dövlət Sosial Müdafiə Fondunun sədri - Səlim Müslümov Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri - Ramiz Həsənov Dövlət Dəniz Administrasiyasının rəisi - Qüdrət Qurbanov Müəllif Hüquqları Agentliyinin sədri - Kamran İmanov Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru - İsgəndər Çəndirli. Beləliklə, yeni hökumətdə bir komitə, iki agentlik yeni sədrlə təmsil olunacaq. Bunlar QKDK, Müəllif Hüquqları Agentliyi və Satınalmalar üzrə Dövlət Agentliyidir. Xatırladaq ki, QKDK-nin əvvəlki sədri Gündüz Məmmədov, Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov, Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru isə İmran Mehdiyev olub.Onu da qeyd edək ki, QKDK sədri G.Məmmədov sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ən yaxın adamlarından biri idi. H.Babayev iqtisadi inkişaf naziri vəzifəsinə təyin ediləndə onu öz əvvəlki yerinə - QKDK sədri vəzifəsinə gətirmişdi. H.Babayev “vurulandan” sonra G.Məmmədovun da komitə sədri postundan gedəcəyi gözlənilən idi və belə də oldu.H.Babayevin adamlarının “vurulması” prosesi təkcə G.Məmmədovun işini itirməsi ilə də yekunlaşmayıb. İqtisadi inkişaf naziri Şahin Mustafayevin əmri ilə Zahid İsayev İİN İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib. Hökumətdəki mənbələrdən APA-ya verilən məlumata görə, Dövlət Xidmətinin rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq Z.İsayevə tapşırılıb. Bununla yanaşı, iqtisadi inkişaf nazirinin əmri ilə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin əsas şöbələrinin rəisləri tutduqları vəzifədən azad olunublar. İİN mətbuat xidmətindən bu məlumatı APA-ya təsdiqləyiblər. Qeyd edək ki, Z.İsayev bundan əvvəl Dövlət Neft Şirkəti maliyyə-iqtisad idarəsinin rəisi vəzifəsində çalışıb. Yeni nazirin əmri ilə nazirlikdə daxili nəzarət sektoru da yaradılıb. Xatırladaq ki, Ş.Mustafayev özü də iqtisadi inkişaf naziri təyin olunana qədər Dövlət Neft Şirkətində çalışıb.
43,188
20.11.2008 06:15
Mədəniyyət
FLORA KƏRİMOVA İLHAMƏNİN MƏHKƏMƏSİNDƏ İFADƏ VERƏCƏK
S.Kərəmoğlunun APA-ya verdiyi məlumata görə, artıq iddia əsasında Yasamal rayon Məhkəməsində iki proses keçirilib.Ölkə xaricində olması üzündən özünün ilk məhkəmə prosesində iştirak etmədiyini deyən iddiaçı növbəti prosesdə isə İ.Quliyevanın iştirak etmədiyini bildirib. Məhz bu səbəbdən də hər iki proses noyabrın 19-dək təxirə salınıb. Lakin İ.Quliyevanın Azərbaycanda olmaması səbəb gətirilərək yenidən məhkəmə prosesi dünən bir daha noyabrın 21-nə təyin olunub.S.Kərəmoğlunun bildirdiyinə görə, ayın 21-də keçiriləcək prosesdə xalq artisti Flora Kərimova şahid qismində ifadə verəcək: “İlhamə Quliyeva həm məni, həm də Flora Kərimovanı təxribatda günahlandırıb. İlhamə Quliyevadan təzminat tələb edəcəyəm, təzminatı almaq üçün sona kimi mübarizə aparacağam. Mənim əlimdə fakt və sübut var. Ancaq adını çəkmək istəmədiyim insanın heç bir faktı yoxdur. Bu təzminatı almaq mənə qismət olsa, pulu kimsəsiz uşaqlara verəcəyəm. İlhamə Quliyeva tərəfindən bu ilin sentyabrında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazılan şikayət ərizəsi bütün müraciətlərə rəğmən hələ də məhkəməyə göndərilməyib. İlhamə Quliyevanın şikayət ərizəsinin mətninin dəyişdirilməsi ehtimalı da böyükdür”.
43,189
20.11.2008 06:16
Ölkə
DƏVƏÇİNİN SABİQ POLİS RƏİSİ VƏ MÜAVİNİ EV DUSTAĞI EDİLİB
“Bizim yol” qəzetinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ötən məhkəmə iclasından sonra N.Sadıqovun və hazırda Dəvəçi rayon PŞ-nin rəis müavini olan M.Hüseynovun ölkədən çıxmasına qadağa qoyulub. N.Sadıqov ev dustağı edilib.Dünən məsələyə aydınlıq gətirmək üçün Dəvəçidəki mənbələrimizlə əlaqə saxladıq. Mənbənin dediyinə görə, rayonda M.Hüseynovun həbs edilməsi ilə bağlı şayiə yayılıb: “Artıq iki-üç gündür rayonda belə söhbətlər gəzir. Deyilənə görə, rəis müavini neçə gündür işə də çıxmır”.Dəvəçi rayon PŞ ilə də əlaqə saxladıq. Şöbənin növbətçisi bildirdi ki, M.Hüseynov işdə yoxdur, ümumiyyətlə, neçə gündür işə çıxmır. “Bəs onunla mobil telefonla necə əlaqə saxlaya bilərik?” sualımıza isə növbətçi belə cavab verdi: “Telefonu söndürülüb”.
43,190
20.11.2008 07:16
Gündəm
ERMƏNİLƏR ƏSGƏRİMİZİN MEYİTİNİ QAYTARDI
Qeyd edək ki, noyabrın 16-da ermənilər atəşkəsi pozan vaxt döyüş növbəsi çəkən O.Şəmilov düşməni susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam edəndən sonra əsgər atəş aça-aça düşmənə doğru irəliləyib. O, düşmənin iki əsgərini məhv edib, sonda isə özü qəhrəmancasına həlak olub. Düşmən öz hərbçilərinin meyitini aparsa da, O.Şəmilovun meyiti ermənilərin mövqelərinə yaxın ərazidə qalıb.O.Şəmilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Şəhid əsgərimiz dünən Tərtər rayonunun Buruc kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tərtər rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları, güc nazirliklərinin yerli idarə və təşkilatlarının rəhbərləri, rayon ziyalıları iştirak edib.
43,191
20.11.2008 06:17
Ölkə
İÇƏRİŞƏHƏRDƏ 5 AİLƏ HOTELƏ KÖÇÜRÜLDÜ
“Bina 2000-ci ildə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb, tikilidə əmələ gələn çatlar getdikcə genişlənib. Fövqəladə Hallar Nazirliyi və ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarından ibarət komissiya binaya baxış keçirdi. Binada bərpa işlərinin aparılmasının zəruriliyi meydana çıxdı. Sakinlər yaşaya-yaşaya binada bərpa işlərinin aparılması mümkün olmadığından onların köçürülməsinə qərar verildi"- deyə K.İmanov bildirib.Bərpa işlərinə nə vaxt başlanacağının və sakinlərin nə vaxt evlərinə qayıdacaqlarının hələlik məlum olmadığını qeyd edən idarə rəisi FHN ekspertlərinin qərarını gözlədiklərini vurğulayıb.
43,192
20.11.2008 07:18
Ölkə
MÜXALİFƏTLƏ BŞİH-in MƏHKƏMƏSİ BU GÜN OLACAQ
Xatırladaq ki, Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar sentyabrın 28-də Bakının bir neçə meydanında mitinq keçirmək üçün meriyaya müraciət etmişdi. Şəhər rəhbərliyi də aksiya üçün müxalifətin müraciətindəki 9 ünvandan heç birini ayırmayaraq mitinqin Bibiheybətdəki stadionda keçirilməsinə razılıq vermişdi. Müxalifət isə orada mitinq keçirməkdən imtina etmişdi. Müxalifət BŞİH-in vətəndaşların sərbəst toplaşmaq hüququnu və bir sıra qanunları pozduğunu əsas gətirərək məhkəmədən meriyanın addımına müvafiq cavab verilməsini tələb edir. Proses Səbayel rayon Məhkəməsində keçiriləcək.
43,193
20.11.2008 07:19
Gündəm
NƏSİB NƏSİBLİ BORÇALI SARIDAN NARAHATDIR
Bunu Milli Məclisin deputatı Nəsib Nəsibli deyib. O bildirib ki, bununla bağlı Milli Məclisdə dəfələrlə çıxış edib və sonuncu dəfə irəli sürdüyü təklif qəbul olunub: “Ancaq problemlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komissiyasında müzakirələrə başlanılmayıb. Gürcüstanda azərbaycanlılarla bağlı çox dramatik hadisələr baş verir. Narazılıq yaradan addımlar atılır. Təəssüf ki, bizim parlament üçün dinləmələr aparmaq xarakterik hal deyil. Əgər müvafiq dövlətlərin təzyiqindən qorxursunuzsa, toplantını qapalı keçirək. Amma bilinsin ki, filan məsələ müzakirə olundu”.O, parlamentin deputatlarından ibarət qrupun Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə səfər etməsinə ehtiyac olduğunu da deyib: “Əgər orada azərbaycanlıların sayı azalırsa, vəziyyəti müsbətə doğru dəyişmirsə, bu, təhlükə hesab olunmalıdır. Bunun dövlət siyasəti olmadığını güman etmək sadəlövhlük olardı. Orada baş verənlərin Gürcüstan hökumətinə birbaşa aidiyyəti var” (APA).
43,194
20.11.2008 06:20
İqtisadiyyat
ERMƏNİSTANDA BENZİN UCUZLAŞDI
Düşmən ölkədə Aİ-95 markalı benzinin 1 litri 330 drama, yəni 0,86 avroya düşüb. Bu isə o deməkdir ki, düşmən ölkədə benzin iyul ayı ilə müqayisədə 16,5 faiz ucuzlaşıb.
43,195
20.11.2008 06:20
Gündəm
ERMƏNİSTANDA QARABAĞ MÜZAKİRƏLƏRİ KEÇİRİLƏCƏK
Bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının üzvü Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu, xüsusilə vacib məqamdır. Moskva bəyannaməsi münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyini ortaya çıxarıb. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcək. Çünki bu məsələdə erməni xalqı da öz sözünü deməlidir” (APA).
43,196
20.11.2008 06:21
Dünya
“ƏL-QAİDƏ” LİDERLƏRİNDƏN BİRİ DƏ ÖLDÜRÜLDÜ
Hava zərbələri ABŞ-a məxsus pilotsuz təyyarədən endirilib. Pakistan xüsusi xidmət orqanları həlak olanların hamısının xarici vətəndaşlar olduğunu açıqlayıb. Yerli sakinlər zərbələrdən sonra ərazinin çoxlu sayda Taliban döyüşçüsü tərəfindən mühasirəyə alındığını bildirir (APA).
43,197
20.11.2008 06:22
Kriminal
BİR AİLƏNİN 5 ÜZVÜ YOL QƏZASINDA ÖLDÜ
Nəticədə sərnişinlərindən həmyerliləri Simuzər Əhmədəliyeva, Bəybala Əhmədəliyev, onun qardaşı Bəydadaş hadisə yerində ölüb, xəsarət alan B.Əhmədəliyev və digər sərnişinləri Lətifə Əhmədəliyeva, Xanbala Əhmədəliyev, Xəyalə Əhmədəliyeva, Türkan Əhmədəliyeva, onun qardaşı Baba, Gümrah Eldarov və Yeganə Zahidova isə xəstəxanaya yerləşdirilib. L.Əhmədəliyeva və Xanbala da orada ölüb, Babaya ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.Həmin gün saat 18.00 radələrində isə Gəncədə şəhər sakini Kərim Məhəmmədovun idarə etdiyi “Mercedes” markalı və Sumqayıt şəhər sakini Əfqan Mehdiyevin idarə etdiyi “VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə Ə.Mehdiyevin xəsarət almış sərnişinləri - qızları Rəsmiyyə və Nərmin xəstəxanaya yerləşdirilib. 3 yaşlı Rəsmiyyə orada ölüb. TÜRKİYƏDƏKİ YOL QƏZASINDA 2 AZƏRBAYCANLI ÖLDÜTürkiyədə turist avtobusunun qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşı həlak olub. APA-nın Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 18-də, səhər saat 7.00 radələrində İstanbuldan Tiflisə hərəkət edən, Türkiyənin “Mahmud-Tur” nəqliyyat şirkətinə məxsus olan avtobus aşıb.Qəza nəticəsində 3 Gürcüstan vətəndaşı və Azərbaycan vətəndaşı Vaqif İsmayılov həlak olub. Ölən Gürcüstan vətəndaşları arasında Fatimə Əsgərova adlı soydaşımız da var. Qəza nəticəsində avtobusda olan 34 sərnişin xəsarət alıb, onlardan 1-i Azərbaycan vətəndaşıdır. Xəsarət almış 28 Gürcüstan vətəndaşından isə 12-si azərbaycanlıdır. Onlardan 3-nün vəziyyəti ağırdır. Onlar Trabzon xəstəxanalarında yerləşdirilib.
43,198
20.11.2008 06:21
Kriminal
QUBADA TOYDA BIÇAQLANMA OLUB
Siyəzən rayon PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə noyabrın 17-də Bəhruz Kəlbiyevə bıçaqla xəsarət yetirmiş Siyəzən rayon sakini Elvin Əliyev tutulub. İSMAYILLIDA POLİS KAPİTANI BIÇAQLANDINoyabrın 18-də saat 22.00 radələrində İsmayıllı rayonunda rayon sakini Məmməd Talıbov sərxoş halda ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmət aparan rayon polis şöbəsinin əməkdaşları, polis kapitanı Faiq Əşrəfov və polis serjantı Eyvaz Güləhmədov onu intizama dəvət edib. Bu zaman M.Talıbovun oğlu Şahin bıçaqla F.Əşrəfova boyun və qulaq nahiyəsindən xəsarət yetirib. M.Talıbov və oğlu tutulub. Faktla bağlı araşdırma aparılır. AXTARIŞDA OLAN İKİ NƏFƏR TUTULDUDİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama) və 222-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə axtarışda olan Vasif Qədirov yaxalanıb.DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adamöldürmə) ilə axtarışda olan Azər Həbibov ələ keçib.
43,199
20.11.2008 06:24
Kriminal
“PRİTON” YARADAN 3 NƏFƏR YAXALANDI
Səngəçal qəsəbə sakini, 1963-cü il təvəllüdlü Meysab Dadaş qızı Sövbətova isə özünə məxsus olan, həmin qəsəbədə yerləşən “Güzgü” kafesində əxlaqsız yuva saxladığına görə həbs edilib (lent.az).Noyabrın 19-na keçən gecə Bakının Sabunçu rayonu ərazisində də əxlaqsızlıq yuvası aşkarlanıb (ANS). İnsan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat zamanı məlum olub ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki 1 saylı binanın zirzəmisində fəaliyyət göstərən “Riyal bar”da əxlaqsızlıq yuvası fəaliyyət göstərirmiş. Əməliyyat nəticəsində burada 6 qadın saxlanılaraq polis idarəsinə aparılıb. Saxlanılanların hamısı yüngül həyat tərzi keçirən qadınlardır.
43,200
20.11.2008 06:25
Kriminal
BƏRDƏDƏ OĞUL ANASINI DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ
Noyabrın 17-də Bərdə rayon sakini Ceyran Qiyasova evindən huşunu itirmiş vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb. Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, G.Qiyasovanı doğma oğlu Hüseyn Abbasov öldürüb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olan H.Abbasov anasını döyə-döyə qətlə yetirib. H.Abbasov tutulub.
43,202
20.11.2008 06:29
Media
“AVROPA BİRLİYİ AZƏRBAYCANDA ÜÇ JURNALİSTİN HƏBSİNDƏN NARAHATDIR”
O bildirib ki, Avropa Birliyi Azərbaycanda üç jurnalistin hələ də həbsdə olmasından çox narahatdır. Xanım Qallax deyib ki, Azərbaycan hökuməti hüquqi dövlətin qurulması istiqamətində islahatlar aparmalıdır. Gələn il qəbul olunacağı gözlənilən “Şərq əməkdaşlığı” təşəbbüsü çərçivəsində də diqqətdə saxlanılan əsas məqam məhz demokratik islahatlar və siyasi partiyaların aktivləşdirilməsi olacaq. Bu il mayın 26-da Polşa və İsveç Avropa Birliyi xarici işlər nazirlərinə Şərq qonşuları üçün vahid forum - “Şərq əməkdaşlığı” yaradılması haqda təklif təqdim edib. Foruma Birliyin 27 dövləti, həmçinin Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olacaq. Bu qurum çərçivəsində viza rejimi, azad ticarət zonalarının tətbiqi, strateji sazişlərin imzalanması haqda danışıqlar aparılacaq. Həmçinin tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək.