id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,045,693 | 17.02.2024 18:52 | Siyasət | Çəmbərək Rayon İcması İdarə heyətinin toplantısı keçirilib | 15 Fevral 2024-cü il tarixində Çəmbərək rayonu Toxluca kənd Icmasinin iclas zalında “Qərbi Azərbaycan İcması” Çəmbərək Rayon İcması İdarə heyətinin toplantısı keçirilib. Bu barədə Musavat.com-a Çəmbərək rayon icmasının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Çəmbərək rayon İcmasının sədri Professor Əvəz Ələkbərov toplantıda çıxış edərək, öncə 7 fevral növbədənkənar prezident seçkilərində möhtəşəm qələbə münasibətilə ölkə başçısı cənab İlham Əliyevi Çəmbərək rayon icmasının bütün üzvləri adından təbrik edib, daha qüdrətli Azərbaycan naminə atacağı hər bir addımda müzəffər Ali Baş Komandana böyük uğurlar arzulayıb. Ölkəmizin ilk dəfə bütün ərazisində, o cümlədən azad edilmiş doğma torpaqlarımızda keçirilmiş şəffaf, azad və demokratik seçkilərdə dövlət başçısının inamlı qələbə qazanaraq yenidən ölkə başçısı seçilməsinin xalqımızın öz liderinə sarsılmaz inamının və sonsuz məhəbbətinin, ötən 20 ildə qüdrətli, qalib dövlətə çevrilən müstəqil Azərbaycanımızın firavan gələcəyinə, hərtərəfli inkişafın və zəfərlərin davamına yüksək dəstəyinin təzahürü olduğunu vurğulayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Qərbi Azərbaycan İcması”na diqqətindən və qurumun fəaliyyətinə etdiyi töhfələrdən, ölkəmizin lider bir ölkəyə çevrilməsindən danışıb. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımız sürətlə bərpa olunur, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində məcburi köçkün düşmüş minlərlə vətəndaş öz doğma yurdlarına qayıdır. Həmçinin “Qərbi Azərbaycan İcması”nın səmərəli fəaliyyətindən söz açıb. Qərbi Azərbaycan İçması (QAİ) hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin hüquqi varisidir. 2022-ci ilin 3 avqustunda keçirilən ümumi yığıncaqda təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib. Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda Çəmbərək rayon icması kimi bizim də üzərimizə böyük tarixi məsuliyyət düşür. Unutmamalıyıq ki, Ermənistan 30 il ərzində sülh danışıqları görüntüsü yaratmaqla, tarixi torpaqlarımızın işğalını qəbul etdirmək və rəsmiləşdirmək niyyətində idi. Lakin qazandığımız qələbə bizi tarixi torpaqlarımıza, qovuşdurmaqla bərabər, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıtmasını şərtləndirir. İndi isə hər birimiz soydaşlarımızın deportasiya olunması ilə bağlı beynəlxalq platformalara yönəlməli, qərbi azərbaycanlıların haqq səsini dünyaya çatdıraraq qaçqın düşmüş həmvətənlərimizin hüquqlarını təmin etməliyik. İcma sədri rayonun kəndlər üzrə məlumatların, fotoşəkillərin, tarixinin, toponimlərinin, folklorunun, sistemli şəkildə araşdırılmasının önəmindən bəhs etdi. Əvəz Ələkbərov öz çıxışında vurğuladı ki, Qərbi Azərbaycanın bütün guşələri kimi Çəmbərək də özünün zəngin irsi ilə seçilir, təəssüf ki, ötən əsrdə baş verən deportasiyalar maddi və mədəni irsimizə öz ağır təsirini göstərib. O qeyd edib ki, insanların acı qaçqınlıq taleyi mədəni həyatımızdan yan keçməmiş, mədəniyyətimiz itkilər və ermənilər tərəfindən törədilən vandallıq əməlləri ilə üzləşmişdir. Daha sonra İcma sədri rayonun elm adamlarına, onların elmi araşdırmalarına xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. İdarə heyətinin sədri filologiya elmləri doktoru professor İbrahim Bayramovu 70 yaşı münasibətilə Çəmbərək rayon idarə heyətinin üzvləri və öz adından təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılığında yeni uğurlar arzuladı, Çəmbərək rayonunun Fəxri Fərmanını təqdim edib. Sonda Çəmbərək rayon icmasının 2024-cü il üçün iş planı və mart ayının tədbirlər proqramı müzakirə olunub. İclasda Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon icması üzrə koordinatoru İman Məmmədov iştirak edib. |
1,045,697 | 17.02.2024 22:08 | Dünya | Yaprak dökümünün aktrisası vəfat etdi - FOTO | "Yeşilçam"ın aktrisalarından olan Sevda Ferdağ vəfat edib. Aktrisa bu gün səhər saatlarında Cihangirdəki evində 81 yaşında dünyasını dəyişib. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Qeyd edək ki, Ferdağ 1958-ci ildə rol aldığı "O günden sonra" filminin uğursuz olması səbəbindən Almaniyaya köçüb. 1963-ci ildə ölkəsinə dönən aktrisa "Azrailin habercisi" filmi ilə izləyicilərin qarşısına çıxıb. Bu filmi ilə uğuru əldə edən Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın ekran işində rol alıb. O, "Kapıcılar kralı, "İntikam meleği", "Ağır roman", "Bedel", "Tokat", "Yaprak dökümü" kimi bir çox ekran işi üçün kamera qarşısına keçib. Aktrisanın sonuncu layihəsi "Ömre bedel" olub./axşam.az |
1,045,700 | 17.02.2024 21:04 | Gündəm | 400 kq olan Azərbaycanlı qadın hər kəsi şoka saldı: "Onu kranla..." - VİDEO | ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində hər kəsi şoka salan hadisə yaşanıb. Musavat.com baku.ws-ə istinadən bildirir ki, efir zamanı 400 kiloqram çəkisi olan Rita adlı qadının görüntüləri nümayiş edilib. Bildirilib ki, qadın əvvəl hər kəs kimi normal həyat yaşayıb. 2000-ci ildə keçirdiyi əməliyyatdan sonra isə onun bədəni şişməyə başlayıb. Rita çəkisi çox olduğundan artıq 3 ildir ki evinin girişində qalır. Onu bura kranla yerləşdiriblər. Görüntüləri nümayiş oluna Ritanın fil xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib. Qadının iki övladı da olub. Lakin onlar vəfat ediblər. Ətrafflı videoda: |
1,045,707 | 17.02.2024 19:17 | Siyasət | Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün əlimizdən gələni etmək arzusundayıq - Blinken | Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. Dövlət katibi bildirib ki, ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcək. |
1,045,709 | 17.02.2024 19:18 | Siyasət | Azərbaycan Prezidenti: "Sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir" | Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Dövlət katibi Antoni Blinkenin görüşündə deyib. Dövlət başçısı Amerika Birləşmiş Ştatlarına və xüsusilə Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edib. |
1,045,712 | 17.02.2024 21:17 | Dünya | İranda futbolla bağlı sevinən yeniyetmə həbs edildi - FOTO | İranda milli komandanın məğlubiyyətinə sevinən yeniyetmə həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verib. Bildirilir ki, hadisə Cavanrud şəhərində baş verib. 16 yaşlı Məhəmməd Mahmudi İranın milli komandasının Qətərlə oyunda məğlubiyyətinə sevincini gizlədə bilməyib. Elə həmin gün ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin qüvvələri yeniyetmənin işlədiyi mağazaya hücum çəkib, onu həbs ediblər. |
1,045,717 | 17.02.2024 22:34 | Kriminal | Mağazadan nisyə dəftərlərini oğurladı, Bakıda hoteldə qızlarla... | Qax rayonun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub. 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, dəyəri bir ədəd "Bizon" enerji içkisini (1 manat), bir ədəd dəyəri "Dadlıca" sosiskasını (1 manat) və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb. O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, hər birinin dəyəri ümumilikdə 200 manat dəyəri olan 200 ədəd "Azercell", "Bakcell" və "Azerfon" danışıq kartlarını, bir ədədinin dəyəri 3,40 manat olan ümumilikdə 34 manatlıq 10 qutu LD markalı siqareti, bir ədədinin dəyəri 4 manat olan ümumilikdə 40 manatlıq 10 qutu "Kent 4" markalı siqareti və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb. Elvin əvvəlcə satılan ərzağa görə kənd sakinlərinin adına olan nisyə dəftərlərlərini yandırıb. Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda hotellərin birində qızlara əyləncəyə xərcləyib. Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib. Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elvin Bədəlov bu müddət ərzində elektron qolbaqla gəzəcək./Qaynarinfo |
1,045,721 | 17.02.2024 19:23 | Son xəbər | Azərbaycan Prezidenti ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub FOTO | Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub. Musavat.com xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladı. Qeyd etdi ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə etdi. Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırdı. Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. |
1,045,723 | 17.02.2024 19:28 | Son xəbər | Rafael Ağayev vəzifəyə təyin edildi | Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar. Musavat.com xəbər verir ki, bu barədə AKF-nin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər. Musavat.com |
1,045,728 | 17.02.2024 21:43 | İdman | Daha bir cüdoçumuz qızıl medal qazandı | Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb. Musavat.com xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb. Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub. Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar. Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur. |
1,045,739 | 17.02.2024 19:41 | Son xəbər | Azərbaycan Prezidenti COP29-da iştirak üçün Banqladeşin Baş nazirini ölkəmizə dəvət edib | Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub. Musavat.com xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət edib. Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul edib. |
1,045,745 | 17.02.2024 19:45 | Dünya | Avdeyevkada Rusiya bayrağı qaldırıldı - daha bir şəhər işğal edildi | Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb Rusiya qoşunları fevralın 17-də günortadan sonra Avdeyevka şəhər administrasiyasının binası üzərində dövlət bayrağını asıblar. Beləliklə, oktyabr ayından bəri intensiv atəş altında olan Avdeyevka rəsmən Rusiyanın nəzarətinə keçib, Ukrayna ordusu isə qərbə doğru əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilib. Fevralın 16-sı gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi sosial şəbəkələrdə qoşunların Avdeyevkadan tam çıxarıldığını açıqlayıb. Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb, hətta generalı “düşmənlə müqavilə bağlayıb şəhəri təslim eməkdə” də ittiham edirlər. Bildirilir ki, 3-cü Ukrayna hücum briqadası əmrləri yerinə yetirməyib, bununla da şəhərin müdafiəsinin dağılmasına şərait yaradılıb. “Condottierro” Telegram kanalı iddia edir ki, Ukrayna Silahlı Qüvvələri iki gün ərzində 2,5 mindən çox canlı qüvvəsini itirib. Rusiya tərəfinin iddiasına görə, Ukrayna ordusu Durna çayının su səddin xəttinə, Berdıçi-Semyonovka-Orlovka-Umanskoye yaşayış məntəqələrində müdafiə səngərləri qazmağa başlayıblar. Həmin istiqamətdə 4-6 min hərbçi olduğu təxmin edilir. Ukrayna Silahlı Qüvvələrinin əsas qüvvələri Krasnoarmeyskdə (Pokrovsk) yerləşir. Burada rotasiya bazaları, xəstəxanalar və avadanlıqların təmiri də var. Rusiya ordusu artıq Çasov Yar-Drujkovka-Konstantinovka istiqamətində irəliləməyə başlayıb, bu istiqamətədə güclü artilleriya hazırlığı aparılır. Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə gözləyirlər: Cənub cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin bütün qruplaşması üçün təhlükə yaradacaq Pavloqrada hücum perspektivi ilə “DXR”-nin qərbində Pokrovska doğru; Çasov Yar və Slavyansk-Kramatorsk-Drujkovka-Konstantinovka şəhər aqlomerasiyasına irəililəmək; Orexovdan Zaporojye və Dnepropetrovska doğru getmək. Beləliklə, Rusiya ordusu 2014-cü ildən bəri Ukrayna Silahlı Qüvvələrinin ən möhkəmləndirilmiş şəhərini 4 aylıq intensiv hücumlardan sonra işğal etdi. Avdeyevkanın işğal altına düşməsi Ukrayna artilleriyasının Donetskdəki hədəfləri vurmağı əngəlləyəcək, Donbasın isə maddi-texniki təchizatını bərpa etmək mümkün olacaq. Orxan ƏLİYEV, Musavat.com |
1,045,746 | 17.02.2024 23:00 | Region | İranın ən yüksəkrütbəli məmurlarının övladları da ölkədən qaçırlar - VİDEO | İran hakimiyyətinin yüksəkrütbəli məmurlarının övladları və yaxın qohumlarının rejimin düşmən adlandırdığı Qərb ölkələrində yaşaması və oxuması, yaxud vətəndaşlıq alması barədə xəbərlər vaxtaşırı meydana çıxıb və teokratik rejimin məsul şəxslərinin riyakarlıq və ikiüzlülüyünün isbatına çevrilib. “Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, son günlər aşkara çıxan bu tipli yeni bir fakt isə digər analoji halları kölgədə qoyub və İran cəmiyyətində çox geniş əks-səda doğurub. Çünki söhbət sıradan bir məmurun deyil, ölkənin ali rəhbərliyinə daxil olan şəxsin - parlamentin sədri, üstəlik də “Sepah”ın generalı Məhəmməd Bağır Qalibafın oğlu İshaqın Kanadaya daimi mühacirət etmək istəyindən gedir. Fevralın 13-də tanınmış araşdırmaçı jurnalist Yaşar Soltani bununla bağlı öz saytında bir xəbər dərc edərək yazıb: “Məhəmməd Bağır Qalibafın oğlu İshaq Qalibafın immiqrasiya vizası almaq marafonu, nəhayət, Kanadada məhkəmənin onun xeyrinə qərar verməsi ilə yekunlaşıb və onun Kanada vizası almaq yolu açılıb”. Jurnalistin bildirdiyinə görə, İshaq Qalibafın immiqrasiya işi 2019-cu ildən bəri davam edir və ciddi təhlükəsizlik yoxlamaları səbəbindən uzun bir prosesə çevrilib. Proses uzananda isə İshaq Qalibaf Kanadanın İmmiqrasiya və İctimai Təhlükəsizlik nazirliklərini məhkəməyə verib və işi aparmaq üçün məşhur vəkil Poultonun xidmətindən istifadə edib. Nəhayət, ötən ilin oktyabr ayında məhkəmə qərar çıxarıb ki, Kanada İmmiqrasiya Nazirliyi 60 gün ərzində İshaq Qalibafın viza müraciəti ilə bağlı məsələni həll etməlidir. |
1,045,747 | 17.02.2024 19:51 | Dünya | Türkiyə çeçen müxalifətçiləri deportasiya edir? – Rəsmi açıqlama | Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi respublikada yaşayan çeçen müxalifətçilərin qohumlarının, o cümlədən Çeçenistanın mərhum Prezidenti Cohar Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayevin deportasiya edilməsi planları barədə xəbərləri təkzib edib. Musavat.com xəbər verir ki, qurum Türkiyədəki deportasiya mərkəzlərindən birində çəkildiyi iddia edilən nəşrləri və fotoşəkilləri həqiqətə uyğun olmayan adlandırıb: “Müxtəlif elektron mediada spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”. “Çeçen qaçqınların deportasiyası planları” və onların İstanbuldakı deportasiya mərkəzində saxlanması ilə bağlı xəbərlər bir sıra KİV-lər, xüsusən də “Yeni Akit” qəzeti tərəfindən fevralın 13-də İnsan Haqları Dərnəyinin müvafiq bəyanatına istinadən yayılıb. Müxalifətdəki Səadət Partiyasından olan millət vəkili Səlcuk Özdağ Türkiyə parlamentini bu nəşrləri araşdırmağa çağırıb, deportasiya mərkəzlərini ziyarət edəcəyini vəd edib. Musavat.com |
1,045,748 | 17.02.2024 19:54 | Dünya | ABŞ müsadirə etdiyi Rusiya aktivlərindən ilk 500 min dolları Estoniyaya verdi – Ukraynaya çatdırılacaq | Birləşmiş Ştatlar ilk dəfə olaraq Ukraynaya yardım üçün Estoniyaya “müsadirə edilmiş Rusiya vəsaitlərindən” təxminən 500 min dollar köçürüb. Musavat.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında məlumat açıqlanıb.ABŞ ədliyyə nazirinin birinci müavini - baş prokuror Liza Monako və Estoniya Ədliyyə Nazirliyinin rəhbəriTonis Saar bu gün Münhen Təhlükəsizlik Konfransında müsadirə edilmiş Rusiya vəsaitlərindən Ukraynaya yardım üçün təxminən 500 min dollar köçürüldüyünü elan ediblər. Bu, Ukraynaya birbaşa yardım məqsədi ilə ABŞ-dan xarici müttəfiqə ilk belə vəsait köçürməsidir: “Müsadirə edilmiş vəsait Estoniyaya köçürülür, çünki mövcud şərtlər onların birbaşa Ukraynaya çatdırılmasına imakn vermir. Estoniya bu vəsaiti Rusiya qoşunları tərəfindən qəsdən hücuma məruz qalan Ukraynanın elektrik paylayıcı və ötürücü sistemlərinin zədələnməsinin qiymətləndirilməsi və kritik təmir işlərinin sürətləndirilməsi layihəsi üçün istifadə edəcək”.Nazirlik bildirir ki, bu vəsaitlər “müdafiə sektorunda və nüvə silahının yayılması sahəsində istifadə olunan yüksək dəqiqlikli Amerika istehsalı olan dəzgahı Rusiyaya idxal etməyə cəhd edən qeyri-qanuni satınalma şəbəkəsinin ifşasından sonra ABŞ tərəfindən müsadirə edilib”.Bundan əlavə, "14 fevralda satınalma sxemində iştirakda ittiham olunan Latviya vətəndaşı ABŞ-ın ixrac qanunlarını pozmaqda təqsirli olduğunu etiraf edib." Musavat.com |
1,045,749 | 17.02.2024 20:00 | Dünya | Kadırov 18 yaşlı oğlunu nazir təyin etdi | Çeçenistan rəhbərinin böyük oğlu Axmat Kadırov respublikada gənclərlə iş üzrə regional nazir postuna təyin edilib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Fontanka" nəşri yayıb.Çeçenistan parlamentinin spikeri Maqomed Daudov qeyd edib ki, 18 yaşlı Axmat Kadırov əvvəllər Çeçenistan bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini olub. Xatırladaq ki, Axmat Kadırovun kiçik qardaşı bu yaxınlarda Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. 16 yaşınadək Adam Kadırov ümumilikdə yeddi orden, o cümlədən “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərə görə”, 1-ci dərəcəli “İslam dininə xidmətə görə” mükafatları, habelə Rusiyanın “Əmək” ordeni ilə təltif edilib. Musavat.com |
1,045,750 | 17.02.2024 20:50 | Dünya | İtaliya Ukraynaya 100 milyon avro ayırdı | İtaliya Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Ukrayna ilə ölkənin enerji sektorunu dəstəklənməsi üzrə müqavilə imzalayıb. İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, müqavilə İtaliyanın “Cassa Depositi e Prestiti” maliyyə institutu tərəfindən idarə olunan xüsusi fondun resursları hesabına 100 milyon avro məbləğində subsidiyalaşdırılmış kreditin şərtlərini müəyyənləşdirir.Müqavilə Münhen təhlükəsizlik konfransının gedişində imzalanıb. İtaliya nazirliyinin məlumatına əsasə vəsait Ukraynanın əsas hidroenergetika şirkəti olan "Ukrhidroenerqo"ya dəstək üçün ayrılır. İtaliya krediti ümumi dəyəri 200 milyon avro olan proqramın tərkib hissəsi kimi ayırır. Qalan 100 milyon avronu birbaşa AYİB ayıracaq. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antoni Tajani deyib: “İtaliya Rusiya təcavüzünün ilk günlərindən Ukraynanı dəstəkləyib və bu gün biz ukraynalı dostlarımıza enerji infrastrukturunun strateji sektorunda da kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”. O, həmçinin xatırladıb ki, Romanın G7-yə sədrlik etdiyi bu il ərzində Ukraynaya yardım prioritet olaraq qalacaq. Musavat.com |
1,045,751 | 17.02.2024 21:11 | Siyasət | Yeni təxribatlarla bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI | “Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi mühüm görüşlərdən biri də ATƏT-in sədri İan Borqla olub. Cənab Prezident bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq yoxdur, tarixdə qalıb. ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılarkən onun missiyası bu münaqişəni həll etmək idi. Daha münaqişə yoxdur. Bu münaqişəni ATƏT-in Minsk qrupu həll etmədi”. Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti, onun Silahlı Qüvvələri hərbi-diplomatik yolla bu münaqişənin həllinə nail oldu: “Bizim ərazi bütövlüyümüz, suverenliyimiz tam, qəti və əbədi təmin edilib. İkincisi, münaqişənin olmadığı reallıqda ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Biz bunu dəfələrlə söyləmişik. Bu baxımdan artıq özü öz fəaliyyətinə hüquqi baxımdan xitam verməlidir. Belə bir qrupun fəaliyyəti dayandırılmalıdır. Minsk qrupu vaxtilə öyünürdü ki, guya onların fəaliyyətləri olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Tez-tez sinələrinə döyüb bununla fəxr edirdilər ki, onların mövcudluğu münaqişənin müharibəyə çevrilməsinin qarşısını alıb. Amma məlum oldu ki, bu baxımdan öyünmək üçün heç bir əsas yoxdur. Münaqişə müharibəyə çevrilib və ATƏT-in Minsk qrupunun bu prosesdə heç bir rolu olmayıb. Onlar 30 il ərzində sadəcə regiona gəliblər, özlərini turist kimi aparıblar, sonsuz sayda səfərlər ediblər, nəticə isə sıfıra bərabərdir”. Elman Nəsirov vurğulayıb ki, Prezident fevralın 14-də parlamentdə andiçmə mərasimində bu məsələyə bir daha toxundu: “Ölkə başçısı qeyd etdi ki, bizim bu gün heç bir vasitəçiyə ehtiyacımız yoxdur. İndiki şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması yolunda bizim üçün ikitərəfli format əsasdır. İkitərəfli formatda bizim konkret nəticələrimiz də var. Prezident İlham Əliyev ATƏT-in sədrinə bildirdi ki, COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi məsələsində də rəsmi Bakı və İrəvanın üst-üstə düşən mövqeyi əsas rol oynayır. İkitərəfli formatda konkret nəticələr əldə edə bilirik. Ona görə də vasitəçilərin iştirakı heç bir halda nəticəyə gətirib çıxarmır, bu baxımdan ikitərəfli formata üstünlük veririk. 1)Yeni reallığı qəbul edin, bu gün ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur, özünü rəsmən buraxsın. 2) Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin fəaliyyətinə də ehtiyac yoxdur. 3) ATƏT sədrinin münaqişə üzrə xüsusi nümayəndəsi də var idi, onun da fəaliyyətinə ehtiyac yoxdur, çünki münaqişə yoxdur. Bu mövqe ATƏT rəhbərliyinə çatdırıldı. Onlar Cənubi Qafqazla, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə bütün reallıqları nəzərə almalıdırlar. Onlar mane olmasınlar ki, Azərbaycan və Ermənistanın dövlət başçıları səviyyəsində məsələlər ikitərəfli formatda tənzimlənsin. Yeri gəlmişkən, Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olub. Əldə edilmiş müəyyən razılaşmalar var, xarici işlər nazirləri bundan sonra da sülh müqaviləsinin hazırlanması ilə bağlı təmasları davam etdirəcəklər. Eyni zamanda sərhədlərin delimitasiyası məsələsində baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi ilə bağlı razılaşma əldə edilib. Gördüyünüz kimi, ikitərəfli formatla real nəticələr əldə etmək mümkündür”. Millət vəkili hesab edir ki, Prezidentin İan Borqla görüşü və səsləndirdiyi fikirlər, tezislər ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmən dayandırılmasının siqnalı kimi də qəbul edilə bilər: “Cənab Prezident həm yerli televiziya kanallarına verdiyi müsahibədə, həm də andiçmə mərasimində qeyd etdi ki, biz elə tarixi nailiyyətlərə imza atmışıq ki, bir çox layları yerindən tərpətmişik və heç bir halda yeni reallıqla barışmaq istəmirlər. Amma eyni zamanda qatar gedib, onun arxasınca baxırlar. Belə olan vəziyyətdə Azərbaycana qarşı həm fiziki, həm də ideoloji təxribatlar gözləniləndir. Daxildə bizim üçün təhlükələr yoxdur. Bu, həm də o deməkdir ki, ATƏT, Aİ çərçivəsində bizə qarşı ideoloji təzyiqləri görürük, bunu daha gizlətmirlər. Heç olmasa, diplomatik pərdə altında bunu etmirlər. Bütün bu reallıqları nəzərə alan cənab Prezident andiçmə mərasimində qeyd etdi ki, biz yeni dövrə daxil olmuşuq və yeni dövrün əsas tələbləri odur ki, biz ilk növbədə hərbi baxımdan daha da güclü olmalıyıq. Bizim sərhədlərimiz son dərəcə güclü müdafiə edilməlidir. Bizim hərbi-sənaye potensialımız daha da güclü olmalıdır. Biz həm də onun fərqindəyik ki, müasir dünyada güc faktoru həlledicidir. Bu gün hüququn gücü yox, gücün hüququ işləyir. Bu reallıq fonunda biz güclü olduqca mövqeyimizlə barışmalı olacaqlar. Necə ki, İkinci Qarabağ müharibəsində tarixi zəfərimizə mane ola bilmədilər, sentyabrın 19-20-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə mane ola bilmədilər. Hesab edirəm ki, indiki reallıqda da Azərbaycanın gücü ilə barışacaqlar. Bu güc yalnız hərbi güc deyil, bu güc həm də ondadır ki, bizdə səfərbər olunmuş cəmiyyət var, bizdə vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi var və xalq öz Prezidentinin arxasında dayanıb. 92,12% səs toplamaqla cənab Prezident bu reallığı bütün dünya üçün isbatladı”. Aytən NovruzMusavat.com |
1,045,752 | 17.02.2024 22:21 | Dünya | MİT: “Suriyada PKK-nın iranlı liderlərindən biri məhv edilib” - FOTO | Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Qamışlı bölgəsində xüsusi əməliyyat zamanı PKK-nın iranlı liderlərindən Fatma Sakananı zərərsizləşdirib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, “Surhin Rujhelat” kod adlı terrorçu 2006-cı ildə İrandan terrorçu qruplaşmaya cəlb olunub və 2010-12-ci illərdə Şırnakda fəaliyyət göstərib. O, həmçinin, 2012-ci ildə 10 türkiyəli əsgərin şəhid olmasının səbəbkarlarından biri olub. |
1,045,753 | 17.02.2024 20:34 | Son xəbər | “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişdi | “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib. Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O bu vəzifədə Filiz Yunus Emreni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb. Qeyd edək ki, bankın İdarə Heyəti sədrinin müavini Tural Məmmədovdur. |
1,045,754 | 17.02.2024 20:39 | Gündəm | Navalnının yad edilməsinə görə həbslər | Rusiyanın ən azı 30 şəhərində həbsxanada ölən siyasətçinin xatirəsinə həsr olunmuş mərasim keçirildiyi deyilir Aleksey Navalnının ölümündən sonra Rusiyanın iri şəhərlərində müxalifət siyasətçinin yad edilməsi mərasimləri başlayıb ki, hakimiyyət bunlardan ciddi narahat olub. Rusiyanın müxalif saytlarının məlumatına görə, gecə gec saatlarına qədər Sankt-Peterburq sakinləri iki şəhər abidəsinə - Trinity meydanındakı Solovetski daşına çiçəklər, şamlar və siyasətçinin surətini çıxarmış portretlərini aparıblar. Voskresenskaya sahilindəki siyasi repressiya qurbanlarının abidəsinə də Navalnın xatırəsinə hörmət olaraq çiçəklər qoyulub. Çoxları Navalnı üçün ağlayıb, bəziləri şeir oxuyub. Navalnının xatirəsini yad etməyə gələnlərin sayı min nəfəri ötüb. Moskvada da bu cür yadetmə mərasimlər keçirilib. İnsanlar toplaşdıqları yerlərdə Navalnının ölümünü müzakirə ediblər. Teleqram kanallarında həm Moskvada, həm də Peterburqda həbslər aparıldığı haqda xəbərlər var. 200-dək insanın həbs edildiyi, onların demək olar ki, yarısının Sankt-Peterburqda olduğu deyilir. Polis şöbələrə aparılanlar sırasında ictimai fəallarla yanaşı baş verənləri işıqlandıran jurnalistlər də olub. Rusiyanın ən azı 30 şəhərində Navalnının xatirəsinə həsr olunmuş mərasim keçirildiyi deyilir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin Aleksey Navalnının qəfil ölümünü şərh edərkən deyib ki, dost olmayan dövlətlər Rusiyanı müxalifətçini qətlə yetirməkdə ittiham etməyə başlayıblar. Spiker onların heç birinin Navalnın nədən öldüyü barədə rəsmi ekspertizanın nəticəsini belə gözləmədiyini vurğulayıb. “Onlar üçün informasiya məkanını etibarsız informasiya ilə doldurmaq vacib idi, çünki Navalnın ölümündən əslində kimlərin faydalandığı artıq hər kəsə bəllidir: Rusiyaya qarşı 19 mindən çox sanksiya tətbiq edənlər, öz əhalisi tərəfindən dəstəklənməyən və seçkilərdə qalib gəlmək şansı olmayanlar... Rusiyanı məhv etmək istəyənlər onun inkişafını dayandırmaq üçün hər şeyi edirlər” , Volodin özünün “Telegram” kanalında yazıb. Dövlət Dumasının sədri qeyd edib ki, Navalnın ölümündən sevinənlər Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Vladimir Zelenskidir. Vyaçeslav Volodin vurğulayıb ki, Navalnının ölümündə günahkar onlardır. Navalnının cəsədi isə ekspertiza başa çatana qədər buraxılmayacaq. Bu barədə İstintaq Komitəsindən məlumat verilib. Navalnının cəsədinin harada morqunda saxlandığı deyilmir. Həbsxana meyitin tez bir zamanda buradan çıxarılmasında maraqlı olduqlarını bildirib. İstintaq Komitəsi isə cəsədi hələ təhvil vermək niyyətində deyil. Orxan ƏLİYEV, Musavat.com |
1,045,755 | 17.02.2024 20:48 | Siyasət | Prezident İlham Əliyevin Münxendə “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub FOTO | Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub. Musavat.com xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir. Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi. |
1,045,756 | 17.02.2024 21:30 | Dünya | G7 Rusiyanın 300 milyardını verməyəcək: Ukraynaya vurduğu zərəri ödəyənə qədər | Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, habelə onlardan yayınma ilə mübarizə səylərini gücləndirməyə söz veriblər. Bu barədə G7 xarici işlər orqanları rəhbərlərinin iclasına sədrlik edən İtaliyanın xarici işlər naziri Antonio Tajani Münhen Konfransı çərçivəsində açıqlama verib.G7 nazirlərinin görüşünün yekun sənədində qeyd olunur ki, “xarici işlər nazirləri Ukraynaya hərbi, maliyyə, siyasi, humanitar, iqtisadi və inkişaf dəstəyi göstərmək, habelə Rusiyaya və onun müharibəsini maddi cəhətdən dəstəkləyənlərə qarşı sanksiyaları gücləndirmək üçün tərəfdaşlarla koordinasiyanı davam etdirmək niyyətlərini ifadə ediblər”. Nazirlər həmçinin sanksiyalardan və ixrac nəzarətindən yayınmaya qarşı mübarizə səylərini gücləndirmək niyyətlərini ifadə ediblər.G7 ölkələri həmçinin digər dövlətləri öz yurisdiksiyaları vasitəsilə “Rusiya müdafiə sektorunun hərbi texnika və ikili təyinatlı mallar əldə etməsinin qarşısını almaq üçün fəal addımlar atmağa” çağırıblar.Bundan əlavə, G7 nazirləri Rusiyanın dondurulmuş aktivlərini Moskva Ukraynaya vurduğu zərəri tam kompensasiya edənə qədər saxlayacaqlarını elan ediblər. Musavat.com |
1,045,757 | 17.02.2024 21:17 | Siyasət | Dünya liderlərinin Azərbaycan Prezidentinə diqqət və hörmətinin Münxen zirvəsi- Fotolar | Azərbaycan Prezidenti İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-dan Münxen şəhərində səfərdədir. Azərbaycan bu platformada müntəzəm iştirak edir, ölkə başçısı konfrans çərçivəsində reallaşan müxtəlif tədbirlərdə, görüşlərdə açıq, demokratik, səmimi çıxışları ilə qlobal və regional təhlükəsizlik məsələləri ətrafında fikirlərini bölüşür, təkliflərini səsləndirir, rəylərini bildirir. Ali məqsəd dünyanı narahat edən problemlərin həllinə dəstək göstərmək, ehtiyacı olanlara kömək əli uzatamaq, dünyavi sülhün bərqərar olmasına töhvə verməkdir. İlham Əliyev bu həqiqətin xəritəsini fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi konseptual nitqin təqdimatında yeni dövrün şərtlərinə uyğun əlavələrlə çəkib. Seçkidə xalqın ən yükəsək səviyyədə etimadını qazanaraq növbəti dəfə prezident seçilən İlham Əliyev cəmi iki gün sonra ilk xarici səfəri əsnasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələrinin böyük diqqət və hörmətilə qarşılandı. Qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, İsrail Prezidenti İsxak Hersoq, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, Türkiyə xarici işlər naziri Hakan Fidan, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani, “Indra” şirkətinin prezidenti Mark Tomas Murtra, Almaniya Kansleri Olaf Şolts, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviç, Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasina, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, "The Rockefeller Foundation"ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnor ilə görüşlər Azərbaycan Prezidentinin nüfuzuna, şəxsiyyətinə, başçısı olduğu dövlətin qazandığı danılmaz müsbət imicə verilən qiymətin təzahürüdür. Prezident andiçmə mərsinində belə demişdi: - Bütün dünyaya sübut etmişik ki, böyük xalqıq. - Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. - Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. - Dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. - Taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. - Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. - Bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik. Bu fikirlərin müəllifi əməldə də eyni yolu nöqtə qədər tərəddüd etmədən şücaətlə addımlayırsa, Cənubi Qafqazda sülh yaratmaq bacarığını tarixə real faktlarla həkk etdirirsə, İlham Əliyevlə Münxen Təhlükəsizlik Konfransında görüşmək istəyənlərin sayı əlbəttə ki, həndəsi silsiləyə uyğun gələcək. İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də dünya liderləri, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat, elm mərkəzləri rəhbərləri, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platforma kimi tanınan Münxen Təhlükəsizlik Konfransında Azərbaycanı – regionu 30 illik iflicdən əbədi qurtaran bir ölkəni, həşəmətli dövləti bütün tərəfləri ilə təqdim edir. Əslində dünya Azərbaycanın hər mənada gücünə bələddir. Kainatda qaranlıq tərəfdarı olan bəzi iblis xislətli məkrli qüvvələrin dezinformasiyası çaşdırıcı mühit yaratsa belə, situasiya müvəqqəti xarakter daşıyır. Dövlət həqiqət günəşinin hər yerdən görünməsinə nail olur. Buyurun: Qlobal səviyyəli yüzlərlə beynəlxalq tədbirləri unudulmaz səviyyədə keçirən Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. İqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda gerçəkləşəcək. Ölkəyə 100 minə yaxın mötəbər qonaq gələcək. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirməsi, konsensusu genişləndirməsi COP 29-un Bakıda keçirilməsinə səs verən ölkələrə nümunəydi. Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və başqa regionlarla geniş əlaqələrə malik Azərbaycan bacarıqlı, etibarlı, sözü imzasına, imzası əməlinə bərabər tərəfdaş imici qazanıb. Prezident inaqurasiya mərasimində necə demişdi? Bəli: “Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkədir”. Azərbaycanın böyük potensialının dünyaya şaxələnməsinə Ermənistanın işğalçılığı imkan vermirdi. Artıq münaqişə əbədi sona çatıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib, süvernliyinə tam şəkildə qovuşub. Mübarək hədəf dünyaya kömək etmək, ölkələrlə səmimi tərəfdaşlıq münasibəti çərçivəsində kainatı bəlalardan qurtarmağa çalışmaq, nail olmaqdır. Ceyhun Musaoğlu Jurnalist Ekspert Mərkəzinin sədri |
1,045,758 | 17.02.2024 22:47 | Hadisə | Qazaxda maşın piyadaları vurdu | Qazaxda piyadaların vurulması ilə nəticələn yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piydanı vurub. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərininki isə orta ağırdır. Faktla bağlı araşdırma aparılır. |
1,045,759 | 17.02.2024 21:55 | Son xəbər | Pençe-Kilit əməliyyatı bölgəsində bir türk hərbçisi şəhid olub | Türkiyənin "Pençe-Kilit" əməliyyatı bölgəsində bir hərbçisi şəhid olub. APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçularla atışmada əsgər Salih Ay şəhid olub. İlkin məlumata görə, altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyytın davam etdiyi vurğulanıb. |
1,045,760 | 17.02.2024 21:37 | Gündəm | Qarabağı minalardan onlar təmizləsin! - Revanş dalğası, status-kvo... – SENSASİON DETALLAR | “ATƏT-in Minsk qrupu formatı artıq tarixə qovuşub. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlar heç bir nəticə vermədi, bir qarış da Azərbaycan torpağı işğaldan azad olunmadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmədi. 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi”. Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq hesab edir ki, hazırkı reallıqlarda, xüsusilə də lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Minsk qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi mənasız vəzifələrə, strukturlara, institutlara ehtiyac yoxdur: “ATƏT regional təhlükəsizlik sisteminə töhfə vermək istəyirsə, ərazilərin minalardan təmizlənməsinə, mülki infrastrukturun yaradılmasına, regiondakı quruculuq və bərpa işlərinə töhfə verə bilər. Bununla ATƏT-in sülh təşəbbüsləri, sülh niyyəti özünü aydın şəkildə büruzə vermiş olar. Əks təqdirdə ATƏT-in hansısa mexanizmlərinin işə düşməsi bizim üçün regionda revanş dalğasının yaradılmasının təşviqi kimi anlaşıla bilər. Digər tərəfdən, ATƏT ötən dövr ərzində Azərbaycanın ictimai rəyində də münaqişəni dondurub saxlamaq, münaqişə vasitəsilə regiona təsir göstərmək, münaqişə nəticəsində mənasız səfərlərin təşkilini həyata keçirmək istəyən bir qurum kimi yadda qalıb. Xüsusilə hazırkı reallıqlarda regionda tamamilə başqa institutlar çərçivəsində danışıqlar gedir, razılıqlar əldə olunur, bəyanatlar səslənir. ATƏT-in bu danışıqlarda hansı missiyanı həyata keçirməsi qaranlıq olaraq qalır. ATƏT baş verən proseslərlə, müasir konfiqurasiya ilə heç bir uyğunluq təşkil etmir”. Politoqun fikrincə, əgər yenidən mənasız və boş səfərlər həyata keçiriləcəksə, yersiz monitorinq adı altında ovaxtkı status-kvonu qoruyub saxlamaq istiqamətində tədbirlər həyata keçiriləcəksə, bu, sülhə yox, eskalasiyaya xidmət edəcək: “Ona görə də düşünürəm ki, sülhün, sabitliyin və təhlükəsizliyin qorunması nöqteyi-nəzərindən ATƏT artıq mənasız bir qurumdur. Onsuz da Avropanın daxilində də, Ukrayna cəbhəsində gedən müharibədə də biz görürük ki, ATƏT heç bir təsir mexanizminə malik deyil. Bu baxımdan yalnız Azərbaycan və Ermənistan ziddiyyətləri üzərində öz mövcudluğunu qoruyub saxlamaq kimi addımlar əlbəttə ki, mənasızdır və nəticə verməyəcək”. Aytən NovruzMusavat.com |
1,045,761 | 18.02.2024 04:00 | Dünya | Ukrayna XİN rəhbəri canlı yayımda siqar çəkdi - VİDEO | Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Münhen Təhlükəsizlik Konfransında öz işi haqqında danışarkən canlı yayımda siqar çəkib. Aparıcı XİN başçısından Ukrayna ərzaq məhsullarının tədarükü ilə bağlı Polşa ilə yaranmış ziddiyyətlərin həlli üçün danışıqların davam edib-etmədiyini soruşub. Amma görünür, Kuleba sualı eşitməyib və canlı efirdən çıxdığını düşünüb. Bundan sonra yayım dayandırılıb. |
1,045,762 | 17.02.2024 23:25 | Ölkə | Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları - VİDEO | Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır. Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb: “Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi “suyun, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir”. Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
1,045,763 | 17.02.2024 23:37 | İdman | Azərbaycan sumoçuları Estoniyada üç medal qazanıblar | Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar. “Report”un məlumatına görə, onlardan biri qızıl, ikisi gümüş mükafata yiyələnib. Xəyyam Abdullayev (77 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kiloqram) və Sadiq Ağamaliyev (115 kiloqram) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub. |
1,045,764 | 18.02.2024 01:21 | Siyasət | Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər | Türkiyə və Almaniyanın xarici işlər nazirləri Hakan Fidanla Annalena Berbok Qəzzadakı vəziyyəti müzakirə ediblər. "Report" TRT-yə istinadən xəbər verir ki, görüşdə H.Fidan həmkarına bildirib ki, Qəzzada davam edən qırğınların dərhal dayandırılması üçün tədbirlər görülməlidir. Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib. NATO çərçivəsində əlaqələrin də müzakirə olunduğu görüşdə Fidan Almaniya ilə enerji sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Ötən il Türkiyə ilə Almaniya arasında ikitərəfli ticarət həcmi təxminən 50 milyard dollar olub, tərəflər bu rəqəmi 60 milyard dollara çatdırmağı hədəfləyir. |
1,045,765 | 17.02.2024 22:52 | Gündəm | “Onlar həmin puldan, hədiyyələrdən məhrum olublar, ona görə də...” – Fazil Mustafadan ŞOK AÇIQLAMALAR | “Prezident İlham Əliyev andiçmə mərasimində ağırlıqlı olaraq xarici və daxili siyasətin bütün istiqamətlərinə toxundu. Bilərəkdən vasitəçilik və danışıqlar prosesi ilə bağlı məsələni sonuncu məsələ kimi diqqətə çatdırdı”. Bu fikirləri Musavat.com-a millət vəkili Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, Prezident vurğulayıb ki, bu məsələ əslində bizim üçün böyük əhəmiyyəti olmayan və başqalarının maraqlanmayacağı bir məsələdir: “Bu, bizimlə Ermənistan arasında olan münasibətdir və bunun beynəlxalq məsələ kimi artıq kiminsə müzakirə etməsinin bir mənası yoxdur. Ona görə də biz danışıqlar prosesini vasitəçilərsiz aparmaq istəyirik. Hər hansı bir şəkildə danışıqlar prosesində bizim qoyduğumuz şərtlərə əməl olunması ilə biz ancaq bu prosesin irəliləməsinə müəyyən dərəcədə razılıq verə bilərik. Çünki biz 5 bənddən ibarət təklifimizi vermişik və bəndlər də kifayət qədər optimal vəziyyəti ifadə edir. Bu məsələdə mütləq müvafiq addımlar Ermənistan tərəfindən atılmalıdır. Ermənistan artıq başqalarından məsləhət alaraq davranmamalıdır, özünün maraqlarını əsas götürərək Azərbaycanla birbaşa danışıqlara getməlidir. Danışıqlardan da öncə üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaları yerinə yetirməlidir. Çünki danışıqlar təməlsiz əsasda aparılmır. Üçtərəfli bəyanat var və orada da yolların, kommunikasiya xətlərinin açılması məsələsi birmənalı şəkildə qoyulub, Ermənistan altına imza atıb. Prezidentin daha çox diqqət yönəltdiyi məsələ bunun üzərində idi. Həm üçtərəfli bəyanat, həm vasitəçilərsiz danışıqlar, həm də verilən şərtlər əsasında müqavilənin imzalanması istiqamətində müzakirələr. Belə istiqamətlərdə müzakirələr gedib və hesab edirəm ki, danışıqlarda da məhz bunlara əməl olunacaq”. Fazil Mustafa vurğulayıb ki, Prezident İlham Əliyev ATƏT-in sədri İan Borqla görüşündə təşkilatın fəaliyyəti ilə bağlı məqamlara çox incə bir metodla toxunub: “Birmənalı şəkildə göstərib ki, baş verən proseslər əsasən nə ilə bağlıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti tamamilə turist fəaliyyəti olub. Bu, ATƏT-in vəsaitlərini xərcləmə niyyəti ilə həyata keçirilib. Bu istiqamətdə hər hansı bir irəliləyiş əldə olunmayıb. Çünki onların məqsədləri məhz gəlib gəzib, özlərinə aid məsələləri həll etmək idi. Bu da ATƏT-in Minsk qrupunun fəaliyyətinin nə qədər zərərli olduğunu göstərir. Bunun da bölgədə olan proseslərə hansısa bir təsir göstərməməsi indidən düşünülməlidir və ATƏT-in strukturlarında bu məsələyə bir daha diqqətlə baxılmalıdır. ATƏT-in şəxsi nümayəndəsinin - Kasparşik və başqalarının da fəaliyyəti mənasız olub. Gəlib dincəlib, geri qayıdıb. Ona görə də ATƏT-in özündə də müəyyən islahatların aparılması vacibdir. Əks halda bu prosesi sağlam şəkildə tənzimləmək mümkün olmayacaq. Çünki bu qurum özünü daha çox nüfuzdan salacaq. Bu baxımdan Prezident məsələnin üzərində əslində ironiya ilə həm də ATƏT-in özünün təkmilləşməsinin vacibliyini diqqət mərkəzinə gətirib”. Millət vəkili hesab edir ki, ATƏT-in Minsk qrupunun xüsusilə Qarabağ işğaldan azad olunandan sonrakı dövrdə hansısa bir şəkildə özünü bu vəziyyətə qatmaq istəməyi başqa bir sualın cavabını verməyi tələb edir: “30 il ərzində heç bir məsələni həll etmədən ermənilərin xeyrinə çalışaraq hansısa bir faktaraşdırıcı missiyanın burada olan prosesləri tənzimləməsini təmin etmədən, siyasi qərarların alınmasında da hansısa müsbət bir addımı olmadan Qarabağ azad olunandan sonra özünün fəaliyyətsizliyini ört-basdır edərək yenidən vasitəçiliyini təklif etməsi sadəcə gülüş doğurur. Prezident o vaxtlar da bunu vurğuladı ki, Qarabağ özümüz tərəfindən azad olunub, prosesi biz özümüz tənzimləmişik. Hər hansı bir şəkildə artıq sizin tənzimləmənizə ehtiyac qalmır. Status-kvonun qorunması üçün onlar bütün səylərini ortaya qoydular. Çalışdılar ki, vəziyyət dəyişməsin. Çünki vəziyyətin dəyişməməsi həm də onlara ATƏT-in vəsaitlərini istədikləri yerə xərcləmək imkanı yaradırdı. Bu gün onlar artıq bu puldan, imkandan, hədiyyələrdən məhrum olublar. Çünki erməni tərəfi o vaxt onların müəyyən bəyanatlar verməsi üçün hədiyyələr də verirdi. Prezidentin bütün bunları dilə gətirməsi əslində gələcəkdə bu kimi məsələlər ortaya çıxanda bu qurumların real fəaliyyətinin tanınması istiqamətində bir rəyin formalaşmasıdır. Yəni bu, təkcə keçmiş məsələyə işıq tutmaq deyil, gələcəkdə belə qurumların mənasız fəaliyyətinə münasibətin ortaya qoyulmasıdır. Bu, həm də məqsədyönlü xarakter daşıyır. Çünki Azərbaycan həm də göstərir ki, sizin qarışmadığınız hansısa problem varsa, özlüyündən həll oluna bilər. Amma ATƏT, beynəlxalq təşkilatlar qarışırsa, problemi mürəkkəbləşdirirlər, məsələni həll etmək mümkün olmur”. Aytən NovruzMusavat.com |
1,045,766 | 17.02.2024 22:55 | Gündəm | “Türkiyə İstanbulu və boğazları itirəcək” - Qərb mediasından təxribat | Qərb mətbuatında Türkiyəyə qarşı yunan öncəgörənin proqnozu yayılıb. Rusiyanın utro.ru saytının xəbərinə görə, məşhur yunan öncəgörəni Paisiusun Türkiyə ilə bağlı “həyəcanverici proqnozunun” niyə yenidən gündəmə gətirilməsi maraq doğurur. Bildirilir ki, beynəlxalq aləmdə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə bu kimi qorxulu proqnozlarla insanlar özlərini daha az inamlı hiss edirlər, gələcək onlar üçün müəmmalı və gözlənilməz görünür. Bunun fonunda insanlar həm də tez-tez müxtəlif öncəgörənlərə və kahinlərə müraciət etməyə başlayırlar. Qərb mətbuatı da gözlənilmədən məşhur yunan Paisiusun proqnozlarını gündəmə gətirib. Paisius 1994-cü ildə vəfat edib. O, sağlığında verdiyi proqnozlarla diqqəti özünə cəlb etmişdi, vəfatından sonra da məşhur kahinin öncəgörmələri zaman-zaman yenidən çap edilib. Öncəgörəninin Qərb nəşrlərində yer alan proqnozu “Rusiyanın Türkiyəyə qarşı müharibəyə başlayacağını” barədədir. Öncəgörənin vaxtilə dediklərinə görə, iki ölkənin irimiqyaslı qarşıdurmasında Rusiya qələbə qazanacaq. Onun proqnozunda bildirilib ki, Türkiyə bu müharibə nəticəsində guya “dörd yerə bölünəcək”. Hətta İstanbul yenidən Konstantinopol olacaq, “pravoslavlığın incisi öz doğma limanına qayıdacaq”. Öncəgörənin iddiasında həmçinin qeyd edibmiş ki, ruslar ən mühüm boğazları nəzarətə götürə biləcəklər, söhbət Bosfor və Çanaqqala boğazlarından gedir. Bu proqnozun xarici mətbuatda niyə indi və aktiv şəkildə təkrar nəşrinin səbəbləri haqda müxtəlif versiyalar irəli sürmək mümkündür. Ehtimal etmək olar ki, Qərb dövlətləri konkret olaraq Rusiya ətrafında gərginliyi artırmağa çalışır və hətta öncəgprənlərin köməyinə müraciət etməyə başlayıblar. Yada salaq ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri növbəti dəfə təxirə salınıb.Səfərin təxirə salınma səbəbi açıqlanmayıb. Bu mənasız öncəgörmənin yayılmasında son aylar istiləşən Türkiyə-Yunanıstan münasibətlərini korlamaq niyyəti də var. Məlumdur ki, dekabr ayında Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb. Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasə əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürür.Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər. Orxan ƏLİYEV, Musavat.com |
1,045,767 | 18.02.2024 00:01 | Hadisə | Türkiyədə avtobusla minik maşını toqquşudu: Ölən və yaralanan var | Türkiyədə avtobusla minik avtomobili toqquşub. Musavat.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bursanın İnegöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb səkkizi yaralanıb. Faktla bağlı araşdırma aparılır. |
1,045,768 | 18.02.2024 00:14 | Hadisə | Türkiyə hərbçisi İraqın şimalında şəhid oldu | İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, başlayan qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – mətbuat xidməti açıqlayıb. |
1,045,769 | 17.02.2024 13:11 | Siyasət | Ermənistanın odla oyunu: Əliyevin son mesajları yenə yanlış oxunsa... | Sərhəddə bir neçə gün öncəki məlum insident İrəvanın Bakı ilə sülh istəyində səmimi olmadığını növbəti dəfə göz önünə sərdi. Təxribata Ermənistan XİN-in reaksiyasından da bir daha aydın oldu ki, kapitulyant tərəfin təsəvvüründəki sülh anlaşmasının sülhə heç bir dəxli yoxdur. O zaman onunla danışıqlar aparmağa dəyərmi? Gerçək belədir ki, 44 günlük müharibədən üç ildən çox keçməsinə rəğmən, hələ də xarici havadarların boş vədlərinə inanan, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan Ermənistan, onun iqtidar daxil, siyasi-ictimai qüvvələri yeganə düz yola çıxa bilmirlər. Belə təəssürat yaranır ki, bu ölkədə, ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq normalarına, elementar qonşuluq prinsiplərinə əsaslanan əlaqələr qurmağa qadir lider, qüvvə yoxdur. Məsələn, sərhəddəki son insidentlərdən danışan iqtidar deputatlarından biri deyib: “Sülh o zaman olacaq ki, Azərbaycanla Ermənistan arasında hərbi balans yaranacaq”. Diqqət edin, hazırda qonşu ölkə Azərbaycanla müqayisədə qat-qat zəifdir, amma sülh sazişindən yayınır, əgər hərbi paritet yaransa, Ermənistan güclənsə, sülh sənədinə imza atarmı? “Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir”. Bu cəfəngiyyatı isə baş nazir Nikol Paşinyan sərhəddəki son olaylarla bağlı hökumətin iclasında deyib. Onun iddiasına görə, son sərhəd hadisəsi Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürüdür: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir”. Belə bir destruktiv hökumətlə danışıqların perspektivi yaxşı ola bilərmi? “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. “Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”. Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. Ermənistan Bakının xəbərdarlıqlarını, nəhayət, düzgün oxuyacaqmı? Siyasi ekspert: “Hələ də bu şəkildə xəbərdarlıqlardan dərs çıxara bilmir” Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın davamlı şəkildə sülh prosesini “tormozlamağa” yönəlik fəaliyyəti, bu ölkənin sülhə hazır olmaması və destruktiv yanaşmaları onu göstərir ki, bu prosses hələ çox vaxt aparacaq. Sülh olmadığı müddətdə isə bölgədə öz maraqlarını təmin etmək istəyən ayrı-ayrı qüvvələr bundan sonra da İrəvanı revanişzmə şirnikləndirməkdə və bu ölkəni silahlandırmaqda davam edəcəklər: “Prezidentin andiçmə mərasimində bu məqama bir daha toxunaraq xəbərdarlıq etməsi isə təkcə Ermənistana deyil, həm də onların havadarlarına verilmiş mesaj kimi qəbul olunmalıdır. Yəni başqa sözlə desək Bakının xəbərdarlıqlarının düzgün oxumalı olan tərəf təkcə Ermənistan deyil, həm də Fransanın timsalında ayrı-ayrı Qərb dairələri olmalıdır: "Keçən dövrün təcrübəsi göstərir ki, Ermənistan hələ də bu şəkildə xəbərdarlıqlardan dərs çıxara bilmir. Çünki Bakı artıq ilk dəfə deyil ki, ən yüksək səviyyədə, Ermənistana bu səpkili xəbərdarlıqlar edir. Zaman isə Ermənistanın ziyanına işləyir. Bu ölkə hər nə qədər dəstəklənsə də, hər nə qədər silahlansa da onların Azərbaycana qarşı duruş gətirmək imkanları yoxdur. 44 günlük müharibədə on mindən artıq fərarisi olan, cəmi bir günlük antiterror əməliyyatı nəticəsində on mindən artıq ordusu Qarabağda tərk-silah edilən bir dövlətə nə qədər silah verirsən ver, nəticə dəyişməyəcək. Odur ki, Ermənistan dərk etməlidir ki, onun hərbi gücünü artırması bizi heç bir halda dayandıra və geri addım atmağa məcbur edə bilməz. Prezidentin də çıxışı zamanı qeyd etdiyi kimi, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. Sülh olmaması isə təbii olaraq regionda eskalasiya riskini artırır. Belə olan halda isə Ermənistan hələ çox qisas əməliyyatlarına hazır olmalıdır". Hərbi ekspert: “Anlamalıdır ki, düzgün yol seçib sülhə gəlməyəcəksə, revanş yolunu seçəcəksə, heç bir kənar güc hayına çata bilməyəcək, Azərbaycan Ordusu onu tamamilə diz çökdürəcək” Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycan Prezidentinin andiçmə mərasimində faktiki olaraq Ermənistana xəbərdarlıq etməsi İrəvan tərəfindən çox ciddiyə alınmalıdır: "Son illərin təcrübəsindən Ermənistan nəticə çıxarmalıdır. Yaxşı bilirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyini gec-tez edən liderdir. Ermənistan fərqinə varmalıdır ki, çox qətiyyətli bir liderin Prezident olduğu Azərbaycanla üz-üzə qalması onun sonunu gətirə bilər. Ona görə də İlham Əliyevin sözlərini düzgün qiymətləndirməli, revanşizmdən imtina edib sülh sazişini imzalamalıdır. Ermənistan bu dəfə verilən mesajı, edilən xəbərdarlığı düzgün oxumasa, özünə ən böyük pisliyi etmiş olacaq. Azərbaycan müharibə tərəfdarı olan dövlət deyil, həmçinin başqa ölkələrə ərazi iddiası yoxdur. Lakin Azərbaycan özünə qarşı istənilən təhdidin yerindəcə məhv etmək qüdrətindədir. Bir neçə gün öncə Zəngilan istiqamətində Ermənistan muzdlu hərbçilərinin Azərbaycana qarşı etdiyi təxribata verdiyimiz cavab bir daha İrəvana dərs olmalıdır. Azərbaycan Ordusu 2020-ci ildəkindən daha da güclü vəziyyətə gətirilib və bu proses dayanmayıb. Ordumuz hər gün güclənir, ən müasir silahlarla silahlanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində bundan sonrakı dönəm üçün də bir nömrəli vəzifələrdən biri kimi məhz ordumuzun güclənməsi məsələsinə xüsusi diqqət ayırdı. Bu, bir daha hər kəsə mesaj oldu ki, Azərbaycan Ordusu istənilən an istənilən təhdidin qarşısını almağa hazırdır. Ermənistan anlamalıdır ki, əgər düzgün yol seçib sülhə gəlməyəcəksə, revanş yolunu seçəcəksə, heç bir kənar güc onun hayına çata bilməyəcək, Azərbaycan Ordusu onu tamamilə diz çökdürəcək. Odur ki, Ermənistanın qarşısında iki seçim, iki yol var. Biri qonşu Azərbaycanla sülh müqaviləsi imzalayıb normal qonşuluq münasibətləri yaradıb məhv olmaqdan xilas olmaq. İkincisi, revanş yolunu seçib Azərbaycana qarşı hərbi addımlar atmaq və öz ordusunun sonuncu əsgərinə qədər qırıllıb məhv edilməsinin acısını, dövlət kimi sarısılıb məhv olmağı yaşamaq. Seçim onlarındır. Ermənistan Fransa kimi onu qızışdıranlara arxayın olmamalıdır. Azərbaycanın Türkiyə kimi rəsmi hərbi müttəfiqinin də olduğunu unutmamalıdır. Azərbaycanın Şuşaş Bəyannaməsi kimi böyük sığortası da var. Bizə qarşı kənardan istənilən müdaxilə Şuşa Bəyannaməsinin işə düşməsinə gətirib çıxaracaq". Etibar SEYİDAĞA,“Yeni Müsavat” |
1,045,770 | 17.02.2024 10:03 | Gündəm | Həcc qiymətləri ilə bağlı deyilənlərə dindarlardan reaksiya | Hərbi ekspertdən Həccə gedəcək pulları YAŞAT Fonduna köçürmək təklifi Həcc ziyarəti üçün müəyyənləşən qiymətlər bu il də müzakirələrə səbəb olub. Əsasən də sosial şəbəkələrdə insanlar “pulu Həcc ziyarətinə xərcləməkdənsə, ehtiyacı olanlara ödəmək daha savab iş olar”, - deyə narazılıq edirlər. Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, 10 min manata başa gələn Həcc ziyarəti yalnız imkanlı şəxslər üçün əlçatandır: “Təklif edirəm ki, ölkəmizdə bu ziyarətə gedənlər xərcləyəcəkləri vəsaitlərin bir hissəsini, yaxud da kim istəyərsə daha çoxunu YAŞAT Fonduna köçürsünlər. Hacı adına namizədlər xalqa nümunə göstərmək üçün fəaliyyətə başlasınlar. Tanınmış din xadimləri bu prosesə şəxsi nümunələri ilə dəstək versinlər. Ziyarətgahlardakı nəzir qutulara nəzarət də YAŞAT Fonduna verilsin. Vətəndaş da nəzir qutusuna atacağı vəsaiti bundan sonra fonda köçürsün. Biz də bu prosesi maddi və mənəvi cəhətdən dəstəkləyək. Mənim şəxsən ziyarətə getmək niyyətim yoxdur, amma YAŞAT Fondunun imkanlarını genişləndirmək hamımızın borcudur. YAŞAT Fondunu qalib xalqımızın, qalib Əsgərimizin yardım simvolu kimi dünyaya tanıdaq. Eyni daşları pulla alıb eyni şeytana atanlar onsuz da çoxdur. Biz heç olmasa daşlara verdiyimiz vəsaiti şəhid övladlarının təhsilinə, əlillərin ehtiyaclarına xərcləyək. Bu, Allaha da xoş gedər, bəndəyə də”. Bəs görəsən, hərbi ekspertin dediklərini ilahiyyatçılar necə qarşılayır? Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Vüsal Cahangiri qeyd edib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Fərid Abdullah Məsələ ilə ilahiyyatçı Fərid Abdullah “Yeni Müsavat”a fikirlərini açıqladı: “Hər il Həcc mövsümü öncəsi bu məsələ gündəmə gəlir, o qədər pulu verərkən kasıba əl tutsunlar, filan yerlərə ödəsinlər. Necə ki, Qurban bayramı öncəsi də görürük ki, heyvanlar qətlə yetirilməsin - şüarı səsləndirənlər var. Necə ki, Ramazan ayı öncəsi: "Oruc tutmaq cana zərərlidir" - deyənlər də ortaya çıxır. Belə fikirlərin nə qədər səmimi olduğunu Allah bilir. Çox vaxt belə fikirlərin altından islamofobiya çıxır. Əgər 10-15 dəqiqə belə iddialar edənlərlə danışanı: din cahillikdir, boş şeydir - fikrini görəcəksiniz. Yəni bu iddiaların altında İslama, ya da xüsusilə hansısa millətə nifrət yatır. Dünyanın müxtəlif ölkələrini səyahət edənlər, milyonluq maşın və evlər alanlar barədə belə tənqid eşidə bilməzsən. Dəyəri dəyərlə vurmaq yanlış işdir. Həcc - buna maddi və fiziki imkanı çatan kəs üçün vacibdir. Kasıba, fəqirə əl tutmaq isə ayrı bir hökmdür. Bir dəstə adam çıxmışdı ki, namaz qılmayan oruc tuta bilməz deyirdi. Halbuki bu ikisi ayrı-ayrılıqda fərz əməllərdir. Baxın, nə üçün demirlər ki, Həccə getmək istəyən kəslər, oraya 10 min manata yaxın pul verirsinizsə, filan yerdə də min manat verin. Niyə məhz deyirlər ki, xeyr, o pulu ora vermə. Gətir filan yerə ver. Halbuki obyektiv yanaşma bunu tələb edir ki, sən xeyriyyəyə dəvət edəsən. Belə deyilmi? Yenə də deyim ki, nifrət, fobiya, cahillik hesab etmə və s". İlahiyyatçı əlavə edib ki, hər kəsin azad seçimi var və malından istifadə hüququ var: “Kim istəyir Fransaya gedir, kim istəyir Həccə gedir. Bir fərq var ki, Həccə gedən bunu vacib əməl, dinin buyruğu kimi əməl edir. Bundan kimə nə?! İkincisi, ola bilər ki, kimlərsə görmür, şəxsən mən hər gün neçə-neçə inanclı kəslərin müxtəlif yardım və xeyriyyə aksiyaları keçirdiklərini görürəm. Hər il qanvermə aksiyaları, Ramazan aylarında dini inanclarından asılı olmayaraq, kasıb ailələrə, şəhid ailələrinə və sair yerlərə azuqə təminatı aparılır. Niyə indiyə qədər bunu qabartmaq istəmir tənqidçilər? Bəs bunları görmürlərmi? Yəni belə tənqidlər zatən, lap optimist düşünsək belə, tövsiyə xarakterli ola bilər. Hər il müxtəlif adlar altında özünü qabardır. Lakin zatən Həcc mövsümü də davam edib və edəcək, xeyriyyə işləri də davam edib, edəcək. Şəhid və qazi ailələrinə diqqət və qayğı da davam edib edəcək. Bunlar fərqli dəyərlərdir. Əsla bir-birinə zidd qoyulub, manipulyasiya edilməməlidir”. Kənan Rövşənoğlu Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı fikrini bildirib: “QMİ Həcc ziyarətinin qiymətini elan edib, yenə "Facebook"a hay düşüb. Hamı zəvvarların pulunu hesablayır. Başqasının pulunu hara xərcləməklə bağlı haqq-hesab aparırlar. Uzun illər Həcc ziyarətinin qiymətinin baha olması barədə yazan biri olaraq yenə də o fikirdəyəm ki, qiymətləri nisbətən ucuz etmək olar və lazımdır. Amma bu o demək deyil ki, yerindən qalxan camaatın şəxsi seçimi və inanc azadlığına burnunu soxa bilər. Əvvəla, bu dini ziyarətdir, yəni ibadətdir, hər kəsin seçimi var, özü bilər nə qədər xərcləyər. Ona qalsa, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda içki və siqaretə 1 milyard 959,6 milyon manat pul xərclənib. Kiməsə gedib deyə bilərsiniz ki, sən içmə, çəkmə, ver biz xərcləyək? Basıb həmin adamın gözünü çıxarar. Mən keçən il təsadüfən bir tanışın söhbətinə düşdüm, üç nəfərlik ailə ilə Antalyada turpaketə 9 min manat pul verildiyini dedi. İldə onminlərlə insan Türkiyə, Misir, Monteneqro, İspaniya, Fransaya gedir. Həccə isə cəmisi 1500 adam gedir. Əlbəttə, bunu bir dəfə ətraflı yazmışam, insanlar yardımı içki içən, nə bilim İspaniyada dincələndən deyil, dindardan gözləyir, açıq şəkildə etiraf etməsə də, dindar insandan kömək gözləyir, haqlı olaraq. Bu da normaldır, belə də olmalıdır. Çünki xeyirxahlıq dinin tələbidir. Amma bu o demək deyil ki, sən dindarın həyatına müdaxilə edib, onun vacib ehtiyaclarına da müdaxilə edəsən. Bir az fərdlərin seçiminə, inancına ehtiramla yanaşmaq lazımdır. Bu, elementar insanlıq qaydasıdır". Afaq MİRAYİQ,“Yeni Müsavat” |
1,045,771 | 17.02.2024 23:49 | Siyasət | Rus rəsmilərinin Qarabağ açıqlamalarına SƏRT CAVAB verməliyik! - Təhlükəsizlik eksperti | "Rəsmi Bakı rus rəsmilərinin Qarabağ açıqlamalarına sərt cavab verməlidir. Ruslara Cənubi Qafqazda qalmaq və məsələləri qızışdırmaq üçün onlara ermənilər lazımdır". Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində təhlükəsizlik eksperti İlham İsmayıl deyib. O, rusiyalı rəsmilərin sülhməramlılarla bağlı son günlərdə verdiyi açıqlamaları şərh edib, hadisələri dəyərləndirib. Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: |
1,045,772 | 18.02.2024 00:40 | Dünya | "Böyük Yeddilik" qərarını verdi: “İran heç vaxt nüvə silahı istehsal etməməlidir” | Yeddilik Qrupu (G7, Böyük Yeddilik) ölkələri İranın heç vaxt nüvə silahı istehsal etməməli olduğunu vurğulayıb. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində G7-nin xarici işlər orqanları rəhbərlərinin iclasının sədri kimi bəyanat verib. “Böyük Yeddilik üzvləri İranın heç vaxt nüvə silahı istehsal etməməsi ilə bağlı qəti qərarlarını bir daha təsdiqləyirlər. Onlar İranın nüvə istehsalını artırmasından dərin narahatlığını ifadə edirlər ki, bunun da heç bir etibarlı əsası yoxdur və Tehranı faktiki olaraq silahla bağlı fəaliyyətlərə yaxınlaşdırır”, - Tayani qeyd edib. Nazir həmçinin diplomatik yanaşmanın beynəlxalq problemlərin həllində ən yaxşı yol olaraq qaldığını vurğulayıb.\\oxu.az |
1,045,773 | 18.02.2024 00:54 | Siyasət | Amerikanın İrana qarşı sanksiyalarında 2,8 milyard dollarlıq boşluq | "Amerika sanksiyaları milyardlarla dollar dəyərində neftin ötən il ərzində İranı tərk etməsinə mane ola bilməyib". Musavat.com xəbər verir ki, New York Times-ın bununla bağlı araşdırmasında qeyd edilib. Araşdırmada bildirilibi ki, ABŞ-ın İrana nəzarət planında əhəmiyyətli bir boşluğu aşkar edib.İran nefti Amerika şirkətindən alınmış məsuliyyət sığortası ilə 27 tankerdə daşınıb.Məlumata əsasən, 27 neft tankeri təkcə 2023-cü ildə ən azı 59 reysdə neft daşıya bilib vəbəlkə də bu neft tankerlərindən bəziləri bunu bir neçə dəfə təkrar edə bilib. Musavat.com |
1,045,774 | 18.02.2024 01:08 | Ölkə | Küçədə yaşayıb məsciddə yatan qızın çempionluq arzusu... - VİDEO | Sosial şəbəkələrdə sığınacaqlarda məskunlaşan yüzlərlə uşağın, qadının hekayəsi, taleyi haqda məlumatlar paylaşılır. Azyaşlı olduqları üçün bəzən üzlərini görmürük, səslərindən olsa belə, kədərlərini hiss edirik. Ayrı ailələrdə doğularaq bir məkanda qalan bu uşaqların əsas təsəllisi bəlkə də elə tək olmadıqlarını bilməkləridir. Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan biri də hələ 18 yaşı tamam olmayan Həcər Ələkbərovadır. 17 yaşlı bu qızın üzləşdiyi problemlər, həyata qarşı olan mübarizəsi sosial şəbəkədə hər kəs kimi bizim də diqqətimizi çəkdi. Uşaq və qadın sığınacağının paylaşdığı videoda 2019-cu ildə atasını itirdikdən sonra anası ilə problemlər yaşayaraq evdən ayrılan Həcər Ələkbərovanın arzusuna çatmaq üçün dəstəyə ehtiyacı olduğu vurğulanırdı. Ağırlıqqaldırma növündə peşəkar idmançı olmaq istəyən, artıq müxtəlif nailiyyətləri də olan Həcərlə görüşdük, onunla çətinlikləri və arzuları haqda danışdıq. O, söhbətində 2 ay küçədə yaşamasından, həmin müddətdə ofisiant işləməsindən və idmançı olmaq istəyindən söz açıb. Ölkə üzrə gənclər arasında keçirilən ağırlıqqaldırma yarışlarında 2-ci yeri tutan Həcər idmana 15 yaşında başladığını dedi: "11 yaşlı qardaşımla birlikdə sığınacağdayıq. İdmana marağım isə qohumum dünya çempionu, pəhləvan İsrafil Məmmədov sayəsində yaranıb. 2 il əvvəl məni yanına çağırdı. Onun sayəsində məşq etdim, yarışlara hazırlaşdım. Beləliklə, idmana marağım yarandı. İstəyim odur ki, tanınmış idmançı olum, nailiyyətlərim çox olsun. Buna qəlbdən inanıram. Sığınacaqda idman üçün şərait yaradılsa da, peşəkar səviyyədə deyil. Burada məşqə davam etməyimə dəstək olurlar, yarışlara çıxmaq fikrim var. Qarşıda yarış var idi, amma gec xəbər tutduğum üçün sistem bağlandı. May ayında keçirilən yarışa hazırlaşıram". Ailəsindən bəhs edən Həcər, anasının dəstəyini karyerası üçün önəmli sayır. Biz isə mövzunun həssaslığını nəzərə alaraq onu danışmaq istədiyi qədər dinləməyə üstünlük veririk: "Şərt bir evin olması deyil, şərt o evdə bir ailənin olmasıdır. Bəlkə də bacarardıq. İdmana atdığım ilk addımlarımda anamın dəstəyinin mənə yaxşı təsir göstərəcəyini düşünürəm. Anamla bir neçə gün əvvəl danışdıq, mənə dəstək olacağını bildirdi. Elə olub ki, qardaşımla məsciddə qalmışıq. Nə yeməyimiz, nə içməyimiz olub. Həmin çətin anımda heç kəs yanımda yox idi. Buna görə də dəstək önəmli idi. Düzdür, mənim xarakterim çətin olub. Aqressiv idim, amma indi özümdə mənfi və müsbət cəhətləri ayırd etməyi öyrənmişəm. Sığınacaqda hər kəslə yaxşı yola gedirəm, mehriban münasibətdəyəm. Yaşadığım çətinliklərdə qardaşımla birgə olmuşam. O, 5-ci sinfi bitirdikdən sonra məktəbə getmədi. Yaxşı oxuyurdu, amma buna məcbur olduq. Onun da idmana marağı var. Öz çəkisinə görə müəyyən ağırlığı qaldırır. Böyüyəndə hərbçi olmaq istəyir". Söhbətin gedişatından aydın olur ki, Həcər anasının yaşadığı Qazax rayonundan paytaxta gələrək onlarla birgə kirayə ev tutub yaşayacağına ümid edir. Müsahibimiz özünün sosial şəbəkədə paylaşılan videosundan sonra federasiyaların birindən zəng gəldiyini də qeyd edib: "Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bizə zəng etdi. Dəstək olacağını, nə lazımdırsa edəcəyini bildirdi. İnanıram ki, onlar da mənə dəstək olacaqlar". Həcər Qazax İqtisad Kollecində 1-ci kurs tələbəsidir, ancaq evdən çıxdığı üçün təhsilini dondurub: "Təhsilimi davam etdirmək niyyətim var idi, amma idmana marağım daha çoxdur. Bu səbəbdən təhsilimi dondurmuşam. Mənim üçün idmanın ağırlıqqaldırma növü birinci yerdədir. Marağım onadır, digər idman növləri haqqında düşünmürəm". |
1,045,775 | 18.02.2024 00:27 | Dünya | Şoyqu o xəbəri Putinə verdi | Sergey Şoyqu prezident Putinə Avdeyevkanın Rusiya ordusunun tam nəzarətinə keçməsi barədə məruzə edib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Avdeyevkanın general-polkovnik Andrey Mordviçevin komandanlığı altındakı Mərkəz Qoşun Qrupu tərəfindən tam nəzarətə götürülməsi barədə raport verib. Müdafiə Nazirliyi Rusiya qoşunlarının 31,75 kvadratmetr ərazini nəzarətə götürdüyü iddia edilir. Qeyd edək ki, Avdeyevka Mərkəzi Donbasdadır. Pakrovski vilayətinə daxil şəhərdir.Rusiya qoşunları fevralın 17-də günortadan sonra Avdeyevka şəhər administrasiyasının binası üzərində dövlət bayrağını asıblar. Beləliklə, oktyabr ayından bəri intensiv atəş altında olan Avdeyevka rəsmən Rusiyanın nəzarətinə keçib, Ukrayna ordusu isə qərbə doğru əvvəlcədən hazırlanmış mövqelərə geri çəkilib. Fevralın 16-sı gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi sosial şəbəkələrdə qoşunların Avdeyevkadan tam çıxarıldığını açıqlayıb. Ukraynanın sosial şəbəkələrində silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırskiyə qarşı ittihamlar yağmağa başlayıb, hətta generalı “düşmənlə müqavilə bağlayıb şəhəri təslim eməkdə” də ittiham edirlər. Qondarma “Donetsk Xalq Respublikasının” ərazisi 26,52 min kvadratmetrdir. Luqansk vilayətinin sərhədləri daxilində elan edilən qondarma “Luqansk Xalq Respublikası”nın sahəsi 26,68 min kvadratmetrdir. Zaporojye vilayətinin sahəsi 27,18 min, Xerson vilayətinin sahəsi isə 28,46 min kvadratmetrdir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir. Ukrayna mənbələri Rusiya ordusunun növbəti hücumunun üç istiqamətdə ola biləcəyini gözləyirlər. Orxan ƏLİYEV,Musavat.com |
1,045,776 | 18.02.2024 01:34 | Mədəniyyət | Manaf Ağayev efirdə ilk dəfə toy qiymətini açıqladı | Müğənni Manaf Ağayev toy qiymətini açıqlayıb. Sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy qonorarı 10 min manatdır: "Bakı balaca şəhərdir. Kimin nəyi varsa, gizlətmək olmur. Allah hamıya qismət etsin. Toya 50-100 minə getmirəm. 10 min manata gedirəm. 15 nəfərə pul verirəm. Oliqarx musiqiçi yoxdur. Evim, bağım və maşınım var, yaşayıram. Amma kiməsə kömək etməyimi demirlər".\\Yenisabah.az |
1,045,777 | 18.02.2024 00:19 | Yazarlar | Xankəndidən Münxenə! | Almaniyanın Münxen şəhəri bu günlərdə yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Çox xoşdur ki, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Münxendə ən çox diqqət göstərilən, müraciət edilən, görüş xahiş edilən liderlərdən biri məhz Azərbaycan Prezidentidir. Bəzi ağzıgöyçəklərin (ağzından çıxanları çirkinlərin) yaramaz iddiasının tam tərsinə, İlham Əliyevin Prezident seçkilərində inamlı qələbəsi yüksək beynəlxalq qəbul gördü. Seçkidən dərhal sonradan başlayan təbrik yağmuru davam edərkən, Münxendə gördüyümüz yüksək diqqət qürurvericidir, fərəhlidir. Rəsmi xəbərlərdən tanış olduğumuz kimi, müxtəlif coğrafiyaları təmsil edən dövlət və hökumət başçıları, fərqli beynəlxalq qurumların rəhbərləri, bir sözlə, dünyanın dörd tərəfi (ən yüksək səviyyələrdə!) Azərbaycan Prezidenti ilə görüşür, danışıq aparır, əməkdaşlığln inkişafına maraq göstərir. İlham Əliyev Münxenə növbəti dəfə Prezident andı içdikdən sonra yollandı. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş respublikamızda keçirilən ilk seçkilərdə inamlı qələbə qazandı. Növbədənkənar Prezident seçkisi, Xankəndidə qutuya salınan “son mismar” bülleten, xalqın öz dövlət başçısına – Müzəffər Ali Baş Komandana qədirbilənliklə səsverməsi, andiçmənin Milli Məclisdə keçirilməsi – bütün bunlar əsla, sıradan hadisələr deyil. Tanrıya şükürlər olsun, sevincə, fərəhə, uğura öyrəncəli olmuşuq. Çox şükür, uğur uğur gətirir. 7 fevralda verdiyimiz səslərin növbəti dönəm üçün yeni uğurlar vəd etdiyinə qətiyyən şübhəmiz yoxdur! İlham Əliyevin (2003-cü ildə) ilk dəfə Prezident seçilərkən (qarşıda duran məsələlərin həllinə dair) verdiyi vədi necə doğrultduğunu görməkçün Azərbaycanımızın yüksək sürətli, dinamik inkişaf yolu keçməsini, tarixi uğurlarını yada salmaq və Münxendəki qürurlu duruşunu dəyərləndirmək yetərlidir. Əlbəttə, biz Münxendəki inamlı duruşumuzu, qururumuzu vurğulayarkən, işğal illərində qarşımıza çıxarılan dolanbacları, keşməkeşləri də yada salırıq. Bəli, beynəlxalq ictimaiyyətin biganəliyi, ikili standartlar siyasətini unutmamışıq. Gərək Azərbaycanın çağırışları havada qalmazdı. Azərbaycanı nəyə qadir olduğunu döyüş meydanında göstərmək zorunda qoymaq lazım deyildi. Bu günlərdə isə AŞPA-dakı bəlli anti-Azərbaycan qərarı qətiyyən gərək deyildi! Yeri gəlmişkən, fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri (Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri) İan Borqun görüşü olub.Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - özəlliklə ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə yönləndirilməsi önəmlidir. Budur, indi regional və beynəlxalq təhlükəsizlik üçün Ermənistanın sabit mövqe tutması, öhdəliklərini birmənalı şəkildə yerinə yetirməsi vacibdir. Sülh sözü yox, sülh özü olmalıdır! Və bu, hamıdan çox Ermənistana gərəkdir. Azərbaycan Prezidentinin andiçmə törənindəki parlaq nitqi ötən dönəmin qiymətləndirilməsi baxımından da, bugünümüzü və gələcəyi dəyərləndirmək baxımından da gözəl bir qaynaqdır. Həmin nitq İlham Əliyevin əsərlər külliyatında özünəxas yerə sahib olub, hər bir vətəncanlı azərbaycanlının dəfələrlə üz tutacağı məxəz olacaq. Yalnız ölkə vətəndaşları, yalnız Dünya azərbaycanlıları deyil, qardaş ölkə və topluluqlarının üz tutacağı, ilhamlanacağı nitqdən danışırıq. – “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. – Azərbaycanımızın yürütdüyü dövlət siyasəti TDT-yə baxışlarımızı çox aydın şəkildə göstərməkdədir. - Məhz bu məqamı vurğulayan dövlət başçımız TDT-ni yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”! Münxen Təhlükəsizlik Konfransında biləvasitə və ilk növbədə Azərbaycanı təmsil edən İlham Əliyevin uğurları, deyə bilərik, yalnız Azərbaycanın deyil, Türk dünyasının çıxarlarına cavab verir. Bunu öncələr dəfələrlə görmüş, eşitmiş, bilmişik. Yalnız iki məqamı xatırlayaq: bir neçə il öncə Praqada Sərkisyanın qardaş ölkə əleyhində çərənləməsinə cavab olaraq deyilmiş “Türkiyə burada yoxdur, mən burdayam” xəbərdarlığı; ikincisi, TDT toplantılarında, TDT üzvü olmayan türk ölkə və topluluqlarının, mədəni, təhsil, və ən adi insan haqqları tapdalanan türk xalqlarının məsələsinin məhz İlham Əliyev tərəfindən yüksək ifadəsi! Bilirsiniz, artıq dəfələrlə sübut olunduğu və şübhə yeri olmadığı kimi, Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. – Etiraf edək, İlham Əliyevin haqqı var, desin ki, “sözümüzdən daha artığını etmişik, edirik”! – Dünyada, regionda baş verən çoxsaylı hadisələri, siyasi-ideoloji, sosial-iqtisadi, mədəni-mənəvi, hərbi, diplomatik gedişləri böyük bir tabloya proyeksiyalamağı bacaran hər kəs, etiraf edər ki, Qarabağda, Gündoğar Zəngəzurda, özəlliklə Qarabağın dağlıq bölgələri üzərində əldə edilmiş nəticələr sözdən, vəddən daha artıqdır. İllər uzunu aparılan beynəlxalq səviyyəli danışıqları, sülh üçün ilkin sənəd layihələrini xatırlayınca, nələr yada düşür? – “Status-kvo”, “5+2”, “mərhələli həll”, “yüksək status” və s. Əslində, bunun da cavabı Prezidentin bu ilin yanvarında yerli TV-lərə verdiyi müsahibədə öz parlaq ifadəsini tapıb: “Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır”. Qarabağda, Gündoğar Zəngəzurda, özəlliklə Qarabağın dağlıq bölgələri üzərində əldə edilmiş nəticələr bütün Türk dünyasının çıxarlarına xidmət edir! - Güney Qafqazdakı ən nataraz, yeganə işğalçı və qurama dövlət üzərində parlaq qələbəmiz hər bir türk ölkə və topluluğuna Azərbaycanın tarixi töhfəsidir! “#ŞuşaBəyannaməsi” digər qardaş ölkələrimiz üçün ən cazib örnəkdir. Azərbaycan öz ərazi bütövlüyünü hələ bərpa edə bilməmiş dost ölkələrçün örnək təşkil edir. Şair demiş, SEVİN AZƏRBAYCANI! Dövlətimiz zaval görməsin! Əkbər QOŞALI Əkbər Qoşalı |
1,045,778 | 18.02.2024 00:25 | Gündəm | Üç ölkə “Bayraktar”a qarşı birləşdi | Fransa, Yunanıstan və Kipr pilotsuz təyyarələrin Kiyevə tədarükünə veto qoyub Fransa, Yunanıstan və Kipr Avropa Birliyinin Kiyev üçün “Bayraktar”ların almasını əngəlləyib. Hər üç ölkə Kiyev üçün Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin tədarükünün Avropa fondlarından maliyyələşdirilməsinə veto qoyub. Bu qərar yerli silah sistemlərinə dəstək vermək istəyi ilə izah edilib. Alternativ axtarışda olan Avropa İttifaqı Ukraynaya yardım üçün təcili tədbirləri, o cümlədən blokdan kənarda silah almaq imkanını nəzərdən keçirir. NATO ölkələri regionda artan gərginlik fonunda bir hissəsinin Ukraynaya göndəriləcək mərmi istehsalının artırılmasını müzakirə edir. NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin 2024-cü ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq öhdəliyinin vacibliyini vurğulayıb. Daha əvvəl “Politico” Avropadakı mənbələrinə istinadən xəbər vermişdi ki, Aİ-nin daimi nümayəndələrinin iclasında ölkələrin əksəriyyəti Ukraynaya yardım üçün təcili tədbir kimi blokdan kənarda istehsal olunan mərmilərin alınması üçün ittifaq fondlarından istifadə edilməsi qərarını dəstəkləyib. Bununla belə, Fransa, Yunanıstan və Kipr təşəbbüsün qarşısını alıb. Nəşrin mənbələrinin məlumatına görə, “Bayraqtar”la bağlı vetoya səbəb Avropa silah istehsalçılarının öz istehsalını artırmaq üçün sifarişlərə ehtiyac olmasıdır. Eyni zamanda, keçən ay yüksək rütbəli bir fransalı məmur Parisin Avropa İttifaqının mart ayına qədər Ukraynaya 1 milyon mərmi çatdırmaq məqsədinə çatmayacağı təqdirdə, Aİ hüdudlarından kənarda silah alışına icazə verəcəyini söyləyib. Fevralın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. Sammitin prioritet mövzularından biri mərmi istehsalının artırılmasıdır ki, onların bir hissəsi Ukraynaya göndəriləcək, digəri isə Kiyevə hərbi yardım göstərən alyans dövlətlərinin ehtiyatlarını dolduracaq. “Newsweek” nəşri yazırdı ki, “Bayraktar”lar Ukraynadakı döyüşlərdə daha əvvəlki kimi istifadə edilmir. İdddiaya görə, bu pilotsuz təyyarələr müharibənin ilk aylarında istifadəı üçün təsirli idi, Rusiya hava hücumundan müdafiəsini təkmilləşdirdikdən sonra Ukrayna Türkiyə istehsalı PUA-ları yalnız kəşfiyyat üçün istifadə edir. Orxan ƏLİYEV,Musavat.com |
1,045,779 | 18.02.2024 01:47 | Dünya | ABŞ Yəmən yaxınlığında raket və pilotsuz aparatlar vurdu - Husilərə daha bir zərbə | ABŞ ordusu gəmiəleyhinə mobil qanadlı raketə və pilotsuz suüstü gəmiyə iki zərbə endirib. Bu barədə “Reuters” ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat verib. Komandanlığa görə, Qırmızı dənizdə yerləşən Britaniyanın “MT Pollux” ticarət gəmisinə dörd gəmiəleyhinə ballistik raket buraxılıb. Agentliyin yazısında qeyd olunub ki, raketlər və pilotsuz aparatlar Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərdən buraxılıb. Məqalədə deyilir ki, bu ərazilərdə “MT Pollux” və ya hər hansı digər gəmiyə ziyan dəyməsi barədə məlumat yoxdur.\\report.az |
1,045,780 | 18.02.2024 00:34 | Siyasət | Ermənistana iki seçim vermişik - "Onlar üçün ya itkili olacaq, ya da itkisiz" - Hərbi ekspert | "Hazırda Ermənistanın işğalı altında olan kəndlərin Azərbaycana qaytarılmasının iki yolu var. Bunlardan birincisi itkisiz, qansız-qadasız yoldur. İkincisi isə, əməliyyatlar yoludur. 4 il əvvəl də bizə bir çox mesajlar verirdilər. QOndarma respublika yaratmaq istəyirdilər. Nəticəsi hər kəsə bəllidir." Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində hərbi ekspert Elxan Şıxəliyev deyib. Verilişdən həmin hissəni təqdim edirik. |
1,045,781 | 18.02.2024 03:48 | Astrologiya | Günün qoroskopu: Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı gündür | Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss edəcəksiniz. İkiqat aktivliklə çalışın. Yeni nə isə istəyirsinizsə, imicinizlə eksperimentlər edə bilərsiniz. İdmanla məşğul olmaq effektiv nəticə verəcək. Yaşam enerjiniz çoxdur, yorulmayacaqsınız. Buğa - Yaşam və fəaliyyət arealında yenilənmələr aparmaq üçün əlverişli zamandır. Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və ya məhsulu almaq üçün pul xərcləməkdən çəkinməyin. Səfər və ya səyahətə hazırlaşmaq, planlaşdırmaq, təşkilati məsələləri həll etmək olar. Bu gün səfərə yollansanız, sizi yeni tanışlıqlar gözləyəcək. Yenilikləri həvəslə əxz edin. Tətbiqi yaradıcılıqda qüvvənizi sınayın. Axşam saatlarında yaxşı istirahət edin. Əkizlər - Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sürprizlər yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz. Lakin sonradan hadisələr sizə rutin təsir bağışlayacaq. Arzuladığınız təklifi alanda belə, sevinə bilməyəcəksiniz. Maraqlı tanışlıq, romantik münasibətlərin başlanması ola bilər. Qida rasionuna diqqət yetirin. Tamahkarlıq etməyin, artıq yeməyin. Faydalı olmayan ərzaq və təamları rasiona daxil etməyin. Axşam saatları gəzinti və ya dostlarla görüş üçün əla zamandır. Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli olub-olmadığını düşünün. Yaşlı qohumlarla ünsiyyətdə səbirli, soyuqqanlı olun. Bu gün onlarla dil tapmaq asan deyil. Məişət qayğıları və ya maliyyə məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər. Şir - Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər yaratmaq üçün əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan artıq görünməyə çalışmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlər harmonik olacaq. Rəqiblər sizinlə aşkar qarşıdurmaya cürət etmirlər. Maliyyə baxımından uğurlu gündür. Gəlirlər gözləniləndən də artıq ola bilər. Hədiyyə istisna deyil. İşlərdən birinin nəticəsi sevindirəcək. Yaradıcılıq prosesinin özü nikbin hisslər yaradır. Qız - Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata çatacaq. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll edən zaman əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq rəqibləri üstələyin. Günün ikinci yarısında alacağınız yaxşı məsləhət maliyyə itkilərinə yol verməməyə yardım edə bilər. Orqanizminizin imkanlarını olduğundan artıq dəyərləndirməyin. Hamı kimi, sizin də istirahətə ehtiyacınız var. Etiraf etmək istəməsəniz də, belədir. Gördüyünüz işlərin sayını, fəaliyyət intensivliyini bir qədər azaldın. İfrat yorğunluq səhhətinizdə problemlər yarada bilər. Tərəzi - Sizi qətiyyətli və inadkar insan saymayan insanlar yanıldıqlarını anlamalıdırlar. Buna nail olun. Sədlərə və maneələrə fikir vermədən məqsədə doğru inamla irəliləyin. Bədxahlarınızın ehtimallarının puç olduğunu göstərin, hədəfə daha tez çatın. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlar əldə edə bilərsiniz. Gəlir əldə olunması və ya vəzifənin artması istisna deyil. Yaxınlarınızla bu gün ən mübhəm, pünhan məsələlərlə bağlı danışa bilərsiniz. Sizi dürüst anlayacaq, dəstəkləyəcəklər. Ailəvi istirahətdə əhvalınız yaxşılaşacaq. Əqrəb - Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin. Bu, yanlışdır, illüziyadır. Bu gün təriflənmir və dəyərləndirilmirsinizsə, deməli, sizə ya paxıllıq edirlər, ya da kimsə hisslərini açıqlamağa utanır. İşgüzar danışıqlar və görüşlər üçün əlverişli zamandır. Yalnız öz fikri ilə mövqeyini absolyut həqiqət hesab edənlərin yanlış düşündüklərini deyə bilərsiniz. Romantik məzmunlu tanışlıq ehtimalı yüksəkdir. Oxatan - Köhnə dostlar və ya əvvəlki iş yerinizdəki sabiq həmkarlarınızdan alınan xəbərlər sizi sevindirəcək. Uzun müddətdən bəri uğurlu və effektiv fəaliyyət göstərdiyiniz insanlardan birindən işgüzar təklif alacaqsınız. Olaylara standart olmayan baxış, yaradıcı yanaşma tələb edən məsələləri həll etmək üçün əlverişli zamandır. Başladığınız eksperiment uğurla başa çatacaq. Yaşam potensialı səviyyəsi yüksəkdir. Enerjinizi konkret məqsədə və ya hədəfə yönəltsəniz, özünüzü əla hiss edəcəksiniz. Günün ikinci yarısına səfər və ya səyahət planlaşdırıbsınızsa, bunun nəzərdə tutulandan daha çox vaxt alacağına hazır olun. Oğlaq - Rəğbət bəsləmədiyiniz, hətta zəhləniz gedən insanlarla çalışmalı olacaqsınız. İrada, tənqidə sakit reaksiya verin. Konstruktiv olmayan tənqidləri qulaqardına vurun. Məntiqli tənqiddən isə nəticə çıxarın. Bu gün şəxsi həyatınızla bağlı məsələləri kimsə ilə müzakirə etməyin. Belə davranışın heç bir faydası yoxdur. Axşam saatlarında dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırın. Qonaq qəbul etmək olar. Belədə vaxtınız daha xoş keçəcək. Gəzinti sizi yuxusuzluq problemindən qurtaracaq. Dolça - Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı gündür. Xırdalıqlar və detallar fikrinizi yayındırmasın. Bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işlərlə etibar etdiyiniz insan maraqlana bilər. Gəlir və hədiyyə istisna olunmur. Rəğbət bəslədiyiniz insanlar sizdə narahatlıq yarada bilərlər. Hisslərinizi gizlətməyin. Bu gün açıq danışaraq sizi maraqlandıran məsələlərə konkret cavablar ala bilərsiniz. Axşam saatlarında maraqlı və cəsur ideyalar yarana bilər. Onlardan bəzilərini ən yaxın vaxtlarda gerçəkləşdirməyə çalışın. Balıqlar - Yaxın ətrafınızdakı insanlar sizə pis olmayan məsləhətlər verirlər. Bildiyiniz kimi davranaraq kobud səhvlərə yol verməyin. Bu gün aldığınız dərslər faydalı ola bilər. İşdə karyera inkişafı ilə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar. Maaşın artırılması məsələsini də gündəmə gətirin. Yekun cavabın bir qədər sonra veriləcəyinə hazır olun. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Yaşamdan şikayətlənməyə səbəb yoxdur. Sevdiyiniz insan ideyalarınızı dəstəkləyəcək. Təşəbbüskar olmaqdan çəkinməyin.\\milli.az |
1,045,782 | 18.02.2024 02:13 | Yaşam | Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ | Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır. Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb. "Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər. Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir. Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər", - deyə həkim xəbərdarlıq edib. O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər. Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb. Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib. "İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər. Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır. Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər", - deyə diyetoloq vurğulayıb. |
1,045,783 | 18.02.2024 02:25 | Hadisə | Qartəmizləyən maşın məktəblini özünə çəkdi: Moskvada dəhşət | Rusiya paytaxtında qorxunc hadisə baş verib. Belə ki, Moskvanın şimalında qartəmizləyən maşın məktəblini özünə çəkib. Məlumata görə, gün ərzində bir aylıq yağıntı düşməsi görüntünün pisləşməsinə səbəb olub. Dördüncü sinif şagirdi Kirill M. dərsdən sonra evə yollanarkən başı qarışıb və ona doğru gələn qartəmizləyən maşını görməyib. O, maşının fırçasının altına düşüb. Sürücü dərhal təcili yardım çağırıb. Həkimlər 11 yaşlı uşağı xəstəxanaya aparıblar və orada sağ ayağını əməliyyat ediblər. Mənbə: “Mash” “Telegram” kanalı |
1,045,784 | 18.02.2024 01:31 | Dünya | Baydendən Zelenskiyə KRİTİK ZƏNG: "Ukraynanı dəstəkləmək..." | ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng vurub. Bu barədə Zelenski "X" hesabında paylaşım edib. "Münxendə olarkən ABŞ Prezidenti Co Bayden mənə zəng etdi. Biz cəbhədəki vəziyyəti müzakirə etdik. Dəstəyə görə Prezident Baydenə minnətdaram. Mən ABŞ Konqresinin müdrik qərar verəcəyinə inanıram. Ukraynanı dəstəkləmək demokratiya və azadlığı dəstəkləmək deməkdir. Biz birlikdə bu dəyərləri qorumalıyıq", - deyə paylaşımda vurğulanıb. Musavat.com |
1,045,785 | 18.02.2024 02:40 | Maraqlı | Vanqa: Xoşbəxtlik üçün evdə bunları saxlayın! | Dünyaca məşhur görücü Vanqaya evdə saxlanılan bəzi şeylərin uğur və xoşbəxtlik gətirdiyini bildirib. Musavat.com axar.az-a istinadən Vanqanın evdə saxlamağı məsləhət gördüklərini təqdim edir: 1. Kəhrəba; 2. Qum saatı (vaxtın qədrini bilmək üçün); 3. Şamlar (müsbət enerji üçün lazımdır); 4. Top (evi qorumağa kömək edir); 5. Sabun (evi müxtəlif xoşagəlməzliklərdən və pis ruhlardan təmizləməyə kömək edir); 6. Girişdə at nalı (evə xoşbəxtlik gətirir və uğurlar cəlb etməyə kömək edir); 7. Sarımsaq (tavanın altına, otağın uzaq küncünə qoyun, pis ruhları qorxudur); 8. Alma (mətbəxinizdə alma varsa, ev harmoniya və rifahla dolar); 9. Çubuq (evə müsbət enerji gətirməyə və uğursuzluqlardan qurtulmağa kömək edir); 10. Güzgü (xüsusən də yuvarlaq olan yaxşını özündə saxlayır); 11. Yun saplar; 12. İkona; 13. Xoşbəxtlik quşu; 14. Bal (rifah simvoludur); 15. Söyüd və xurma; 16. Boyunbağılar; 17. Qara daş; 18. Qarmaq. |
1,045,786 | 18.02.2024 02:53 | Dünya | Rusiya səmasında Ukrayna PUA-sı vuruldu | Ukrayna ordusu Rusiyanın Bryansk vilayətinə PUA-ya hücumu edib. Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz məlumat verib. Məlumata görə, hücumun qarşısı alınıb. Dağıntı və tələfat yoxdur. Musavat.com |
1,045,798 | 18.02.2024 03:08 | Dünya | Ukrayna ordusu: Avdiivkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib | Ukraynanın Donetsk vilayətinin Avdiivka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla 47 min itkiyə başa gəlib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun nümayəndəsi Dmitro Lixoviy BBC-yə müsahibəsində bildirib. Ukrayna tərəfinin qiymətləndirməsi müstəqil mənbələrlə yoxlamaq qeyri-mümkündür, bundan başqa, Kreml də müharibədəki, xüsusilə sözügedən döyüşdəki öz itkilərini açıqlamır. Moskva sonuncu dəfə 2022-ci ilin sentyabrında ordunun ümumi itkilərini açıqlayıb (Kiyev indiyədək ümumiyyətlə açıqlamayıb). Avdiivka kontekstində isə Rusiya Prezidenti Vladimir Putin rəqəm çəkmədən ancaq “həlak olanlar”dan bəhs edib. Bununla belə, ABŞ kəşfiyyatı hələ ötən ilin dekabrında Rusiyanın sözügedən istiqamətdəki ölü və yaralı itkilərini 13 min hesablayıb. Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.\\“Report” |
1,045,799 | 18.02.2024 03:23 | Dünya | Ağ ev: Ukraynanın Avdiivkadan geri çəkilməsi Konqresin hərəkətsizliyinin nəticəsidir | ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında “ABŞ Konqresinin hərəkətsizliyinin nəticəsi” olan Ukrayna qoşunlarının Avdiivkadan geri çəkilməsini müzakirə edib. Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Bu gün səhər Konqresin hərəkətsizliyi Ukrayna əsgərlərini döyüş sursatı ehtiyatını məhdudlaşdırmağa məcbur etdikdən sonra Ukrayna hərbçiləri Avdiivkadan geri çəkilmək məcburiyyətində qalıblar”, – məlumatda qeyd olunub. Ağ ev Avdiivkanın Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini “Rusiyanın son aylarda ilk nəzərəçarpacaq uğurları” adlandırıb. Bununla əlaqədar Bayden Ukrayna qoşunlarının yenidən təchizatı üçün əlavə maliyyənin tez bir zamanda təsdiqlənməsinin zəruriliyini vurğulayıb. Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.\\“Report” |
1,045,800 | 18.02.2024 08:13 | Gündəm | Əhmədin törətdiyi cinayətdə ŞOK DETALLAR - Hadisəni çəkən qadın kim olub? VİDEO | Günlərdir medianın gündəmini zəbt edən "Əhməd cinayəti" ətrafında müzakirələr davam edir. Hadisənin yeni detalları məlum olub. Mövzu ilə bağlı Space TV-də yayımlanan "Gəl Danış" verilişinə istinadən video məlumatı təqdim edirik: |
1,045,801 | 18.02.2024 08:40 | Astrologiya | 2024-cü ildə hara getməli? - Bürclər üçün ən yaxşı səyahət yerləri | 2024-cü il üçün planlar qurmağın vaxtıdır. Məqsədlərinizdən biri gəzməkdirsə, lakin siz hələ də hansı ölkəyə səyahət edəcəyinizi seçə bilmirsinizsə, mütləq cavabı yeni ulduz falında tapacaqsınız. Astroloq Lisa Stardust hər bir bürc üçün ən yaxşı səyahət yerlərinin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik: Qoç Los Anceles, ABŞDublin, İrlandiyaBuğaLissabon, PortuqaliyaNeapol, İtaliyaƏkizlərSidney, AvstraliyaBoston, ABŞXərçəngKurasaoBarselona, İspaniyaŞirSao Paulo, BraziliyaNyu -York, ABŞQız Tulum, MeksikaMayami, ABŞTərəzilərParis, FransaLondon, Böyük BritaniyaƏqrəbSan Juan, Puerto RikoOklend, Yeni ZelandiyaOxatanBoqota, KolumbiyaLima, PeruOğlaqShannon, İrlandiyaMünhen, AlmaniyaDolçaOstin, ABŞRio de Janeyro, BraziliyaBalıqHonolulu, HavaySanta Barbara, Kaliforniya /lent.az |
1,045,802 | 18.02.2024 08:27 | Dünya | SON DƏQİQƏ! Şərtlər açıqlandı - Müharibə yalnız bu halda dayana bilər | "HƏMAS hücumun tam dayandırılması, işğalçı ordunun Qəzzadan çıxarılması və ədalətsiz mühasirənin qaldırılmasından başqa heç nəyi qəbul etməyəcək". Musavat.com xəbər verir ki, bu sözləri HƏMAS siyasi bürosunun sədri İsmayıl Haniyə deyib. Haniyə bildirib ki, hər hansı bir mübadilə razılaşması olacağı təqdirdə İsrail uzun müddətdir həbsdə olan fələstinli məhbusları azad etməlidir və indiyə qədər atəşkəs razılaşmasında irəliləyiş olmamasından İsraili məsuliyyət daşıyır. "Xalqımıza qarşı təcavüzün dayandırılması üçün vasitəçilərə müsbət cavab verdik. Məqsədimiz bütün məhbuslarımızın, xüsusən də yaşlıların azad edilməsi üçün razılığa gəlməkdir” - o qeyd edib. Musavat.com |
1,045,827 | 18.02.2024 08:55 | Dünya | "Bu, PUTİNİN QƏLƏBƏSİDİR" - Müharibənin yeni mərhələsi BAŞLADI | Xəbər verdiyimiz kimi, Ukrayna rəhbərliyi qismən Rusiyanın işğalı altında olan Donetsk vilayətində kritik cəbhə xətti olan Avdievkadan çəkilmək qərarına gəldiyini açıqlayıb. Kiyev administrasiyası buna səbəb kimi cəbhədə döyüş sursatı və əsgər çatışmazlığını göstərib. Musavat.com xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bu addımı “Bizim üçün ən vacib vəzifə xalqımızı xilas etməkdir” sözləri ilə izah edib. Bu qərarın Rusiyanın mümkün mühasirəsinə qarşı verildiyini deyən Zelenski əsgərlərin bir neçə kilometr geriyə çəkilməsinin rusların nəyəsə nail olması demək olmadığını bildirib. O, “süni” adlandırdığı silah çatışmazlığının Rusiya lideri Vladimir Putinə xeyir verdiyini deyib. Ukraynanın yeni Baş Qərargah rəisi Oleksandr Sirski də əsgərlərin həyatının vacib olduğunu, buna görə də fərqli müdafiə xəttinə çəkildiklərini bildirib. Avdievkanın geri çəkilməsi Sirskinin vəzifəyə gəldikdən sonra qəbul etdiyi ilk mühüm qərardır. Kiyev administrasiyasının qərarı ABŞ-ın Ukraynaya hərbi sursat dəstəyini kəsməli olduğu dövrə təsadüf edib. ABŞ Konqresi ABŞ-Meksika sərhədindəki miqrasiya böhranını əsas gətirərək, Bayden administrasiyasının Ukrayna üçün tələb etdiyi 60 milyard dollarlıq yardım paketini təsdiqləməyib. Xarici mətbuat yazır ki, Avdievka hadisəsi mart ayında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürən Rusiya lideri Vladimir Putinin simvolik qələbəsi və müharibənin yeni mərhələsi kimi xarakterizə oluna bilər. Bununla belə, ekspertlər Avdivkanın ələ keçirilməsinin ruslara müharibədə o qədər də üstünlük verməyəcəyini deyir. Musavat.com |
1,045,832 | 18.02.2024 09:10 | Şou-biznes | Sevgilim var deyib, hədiyyəni geri qaytardı | Müğənni Mətanət Əsədova ad gününü "Qonaqcanlı" proqramında qeyd edib. Sənətçi ona pərəstişkarının göndərdiyi hədiyyəni qəbul etməyib. "Qəlbim doludur. Tək gül sevgidə verilir. Bunu qəbul edə bilmərəm" deyə, M.Əsədova söyləyib. Ən böyük arzusundan danışan ifaçı ana olmaq istədiyini deyib. M.Əsədova daha sonra "Baxan deyir ki, ağılsız qadındır. Yox, ağıllıyam. Amma qəlbimlə bacara bilmirəm. Həssas qəlbim var" sözlərini əlavə edib./axşam.az |
1,045,833 | 18.02.2024 09:23 | Hadisə | Bakıda iki təmir sexi yandı | Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb. Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
1,045,834 | 18.02.2024 10:25 | Səhiyyə | B12 vitamini çatışmazlığı hansı problemləri yaradır? | B12 vitamini çatışmazlığının simptomları gündəlik həyatı çətinləşdirir. Gün ərzində enerjili hiss etməyin yolu B12 vitamini anbarınızı doldurmaqdır. Tədqiqatlar göstərir ki, heyvan mənşəli qidalar bitki mənşəli qidalardan daha çox B12 vitamini ehtiva edir. Bunun üçün bu vitaminlə bol olan qidalar qəbul etməlisiniz. Ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan B12 vitamini çatışmazlığı halında gündəlik həyatı çox çətinləşdirir. Gün ərzində hiss edilən halsızlıq, yorğunluq və yuxusuzluq kimi şikayətlərin əksəriyyətinin kökündə vitamin B12 çatışmazlığı dayanır. B12 vitamini çatışmazlığının qarşısını almaq üçün B12 vitamini ilə zəngin qidalardan istifadə etmək lazımdır. Güclü zülal qaynağı olan yumurta B12 ilə çox zəngindir. Araşdırmalar göstərib ki, gündəlik istehlak edilən 1-2 yumurta B12 ehtiyacını ödəyəcək. Yumurta həm də hamiləlik zamanı yaranan şəkər dalğalanmalarının qarşısını alır. Süd, pendir və qatıq kimi ağartı məhsulları bədənin ehtiyac duyduğu bir çox qidanı təmin edir və həmçinin B12 vitamini çatışmazlığını aradan qaldırır. Somon və sardina kimi qida maddələri ilə zəngin balıqlarda bol miqdarda B12 vitamini var. Bəzi tədqiqatlar göstərir ki, dəniz yosunu B12 ilə zəngindir, lakin mütəxəssislər dəniz yosunu istehlakının təhlükəsizliyindən narahatdırlar.(Axşam.az) |
1,045,835 | 18.02.2024 09:47 | Dünya | Xərçəng olan rəqqasə: "Əməliyyat olunsam, masada qalacağımı dedilər" | Artıq 8 aydır pankreas xərçəngi (mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparan məşhur rəqqasə Tanyelinin səhhəti pisləşib. Bu barədə o özü bildirib. Tanyeli qeyd edib ki, şiş onun Arterial damarına yayılıb: "Şiş arterial damarıma yayılıb. Həkimlər "Əməliyyat olunsam, masada qala bilərsən" dedilər. İnşallah 2024-cü ili yaşamağa ömrüm çatar. Allahın məsləhət bildiyi qədər ömür yaşayacağam. Dualarınızı əsirgəməyin"./BAKU.WS |
1,045,836 | 18.02.2024 09:35 | Ölkə | Ucuz maşınlar satışda! - "Hyundai Sonata" - 7 min AZN - QİYMƏTLƏR | 5 mart 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Musavat.com xəbər verir ki, hərraca 17 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir: S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla) 1 Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi Daşdəmirov Ramil 0502883359 NISSAN ALTIMA MİNİK 90AA411 2008 8500 850 2 Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi Daşdəmirov Ramil 0502883359 HYUNDAI SONATA MİNİK 90AH408 2005 7000 700 3 Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi Daşdəmirov Ramil 0502883359 NISSAN MAXIMA 90AA407 2006 6500 650 4 Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi Daşdəmirov Ramil 0502883359 MERCEDES BENZ S350 MİNİK 77PB062 2003 7500 750 5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quliyev Tofiq 0503197028 QAZ 3110 MİNİK 50AB138 1993 1000 100 6 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quliyev Tofiq 0503197028 OPEL OMEGA MİNİK 50AB139 1998 1500 150 7 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Misirov Natiq 0503333159 QAZ 3110-101 minik 45AA075 2002 800 80 8 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yəhyayev Ramin 0513621919 QAZ-53-12 yük 63AC019 1989 300 30 9 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Xəlilov Elşad 0503454853 VAZ-2108 minik 52AA099 1987 1300 130 10 Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Quliyev Babək 0704341100 QAZ-31105-120 minik 41AA003I\O 2005 1000 100 11 Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Quliyev Babək 0704341100 QAZ-3110 minik 41AA006I\O 2001 1200 120 12 Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi Muradov Firuz 0703982525 QAZ-322174-32 Xüsusi tibbi yardım 25AC188 2004 1000 100 13 Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi Muradov Firuz 0703982525 UAZ-469BQ-fayton 25AA021 1989 1500 150 14 Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi Muradov Firuz 0703982525 VAZ-21063 minik 25AA016 1990 1000 100 15 Azərbaycan Respublikası Audiovizual Şurası Qaraşov Rafail 0503501943 QAZ 3110 MİNİK 10JZ926 2003 2500 250 16 Azərbaycan Respublikası Audiovizual Şurası Qaraşov Rafail 0503501943 QAZ 31105 MİNİK 10AH475 2005 3200 320 17 Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Mehdiyev Həmzə 0507462518 BMW 730LI MİNİK 51AC186 2006 14500 1450 Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır. Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1708). Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN) 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır. |
1,045,837 | 18.02.2024 10:12 | İqtisadiyyat | Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq | Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Musavat.com-a Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. |
1,045,838 | 18.02.2024 10:00 | Yaşam | Çayı əsla belə içməyin - CİDDİ XƏSTƏLİKLƏR YARADIR | Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. Musavat.com xəbər verir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə, zamanla isə xərçəng xəstəliyinə səbəb olur. Buna görə də çay, qəhvə və digər isti içkilərin bir az soyudularaq istehlak edilməsi tövsiyə olunur. Bundan əlavə, çox çay içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq kofein qəbulu yuxu problemləri, əsəbilik və ürək döyüntüsü kimi problemlərə yol açır. Bu səbəbdən çayı balanslı şəkildə istehlak etmək vacibdir. Musavat.com |
1,045,839 | 18.02.2024 11:53 | Hadisə | Bakıda qəza oldu - YARALANAN VAR | Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Qarayev Taleh Elman oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır./Report |
1,045,840 | 18.02.2024 10:37 | Hadisə | Bakıda məşhur gecə klubunda KÜTLƏVİ DAVA - ANBAAN VİDEO | Bakıda yerləşən məşhur gecə klublarından birində kütləvi dava olub. Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada paylaşılıb. Görüntülərdən aydın olur ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Lakin kütləvi davanın hansı səbəbdən baş verdiyi məlum deyil. Sözügedən görüntüləri təqdim edirik: |
1,045,841 | 18.02.2024 11:02 | Dünya | Rusiyanın müharibə xərci və itki sayı açıqlandı - ŞOK RƏQƏMLƏR | Ukraynadakı müharibə indiyədək Rusiyaya 211 milyard dollara başa gəlib. Bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, indiyədək təxminən 315 min rus əsgəri ölüb və ya yaralanıb. Ukrayna Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus ən azı 20 orta və böyük gəmini və Rusiya bayraqlı bir tankeri məhv edib və ya zədələyib. Musavat.com |
1,045,842 | 18.02.2024 12:06 | Dünya | Zelenski Trampı Ukraynaya – döyüş xəttinə çağırdı | Ukrayna Prezidenti Volodimir Zelenski həqiqəti nümayiş etdirmək üçün Trampla birlikdə Ukrayna hərbçilərinin mövqelərinə baş çəkməyə hazırdır. Musavat.com “Kanal 24”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti fevralın 17-də Münhen konfransı zamanı danışıb. “Əgər müharibəni necə bitirmək barədə söhbətimiz olacaqsa, qərar qəbul edənlərə əsl müharibənin necə göründüyünü nümayiş etdirməliyik. “Instagram”da müharibə yox, əsl müharibə” - o bildirib. Zelenski həmçinin əlavə edib ki, Ukrayna buna hazırdır, çünki bütün namizədlər və hər iki partiyanın nümayəndələri Ukraynada baş verənləri bilməlidirlər. Qeyd edək ki, bundan əvvəl Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Ukraynadakı müharibəni tez bir zamanda başa çatdıra bilər. O, Ayova ştatında çıxış edərkən bildirib ki, Vladimir Putinlə yaxşı münasibətləri olduğuna görə onunla razılığa gələ bilər. Musavat.com |
1,045,843 | 18.02.2024 11:27 | Hadisə | Bu ölkədə ZƏLZƏLƏ OLDU - 5.1 bal gücündə... | Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib. Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir./Report |
1,045,844 | 18.02.2024 10:50 | Gündəm | Baş prokuror 5 nəfərin qətlindən danışdı: "Mənim gördüyüm budur ki..." - VİDEO | "Belə şəxsin azadlıqda olması cəmiyyətin üçün təhlükəlidiir və təhdiddir. Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq". Bu sözləri ötən gün Əhməd Əhmədovun törətdiyi silsilə qətllərlə bağlı Real TV-yə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. Baş prokuror hesab edir ki, bununla bağlı adiyyəti qurumlar qarşısında təkliflər hazırlanacaq: "Mənim gördüyüm və hiss etdiyim budur ki, bu məsələdə müəyyən boşluqlar olub". |
1,045,845 | 18.02.2024 11:40 | Dünya | Dünyada İLK DƏFƏ! Türk pilotlar bunu bacardı - İNANILMAZ GÖRÜNTÜLƏR | Türk pilotlar F-16 döyüş təyyarələri və S-70 Blackhawk helikopterləri ilə kolon uçuşu həyata keçirib. Musavat.com xəbər verir ki, bununla da türkiyəli pilotlar dünyada bir ilk olaraq 150 düyün sürətə çatıblar. F-16C Blok-30TM reaktiv qırıcı təyyarəsini “Solotürk” hava akrobatikası qrupunun üzvü, pilot polkovnik-leytenant Emre Mert, S-70 Blackhawk helikopterini isə Türkiyə Hərbi Hava Qüvvələri 3-cü Əsas Reaktiv Baza Komandanlığına bağlı akrobatika komandası olan Jandarma Çelik Qanadlarının pilotu polkovnik Mustafa Tekindor idarə edib. Musavat.com sözügedən görüntüləri təqdim edir: |
1,045,846 | 18.02.2024 11:15 | Gündəm | Əliyevlə Paşinyan Münxendə NƏ HAQDA DANIŞDILAR?–Şoltsun masasında baş verənlərin PƏRDƏARXASI CANLIda | "Navalnının ölümünə görə məsuliyyət Putinin üzərindədir" - Bayden Rusiya Avdeyevka uğrunda nələri qurban verib? Rus ordusu sürətlə hücum etdi, başqa yol qalmadı Nikol bu sözlə məni məyus etdi, Münhen görüşü isə… Əliyevin Paşinyanla görüşü: Makron “ofsaytda” qaldı Bu geyimlə Münhenə gedərlər, Paşinyan?! - Korotçenko İlham Əliyev Blinkenlə görüşdü Navalnıya görə sanksiyalar olacaq - Kemeron Ukrayna ordusu: Avdiivkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib SON DƏQİQƏ! Şərtlər açıqlandı - Müharibə yalnız bu halda dayana bilər Baydendən Zelenskiyə KRİTİK ZƏNG: "Ukraynanı dəstəkləmək..." Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Bazar Xəbər" verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. |
1,045,847 | 18.02.2024 12:18 | Dünya | Türkiyədə DƏHŞƏTLİ qəza - Avtobus aşdı, 15 nəfər... | Türkiyədə ağır yol qəzası baş verib. Hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb. Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır./Report |
1,045,848 | 18.02.2024 12:30 | Dünya | Türkiyə ordusu HƏRƏKƏTƏ KEÇDİ -Terrorçular zərərsizləşdirildi | İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib. Qeyd edək ki, fevralın 17-də terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb. "Biz şəhidlərimizin qanını heç vaxt yerdə qoymamışıq, qoymayacağıq!", - nazirliyin açıqlamasında deyilir./“Report” |
1,045,849 | 18.02.2024 12:42 | Dünya | London Navalnının ölümü ilə bağlı fərdi sanksiyaları nəzərdən keçirəcək | London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək "Report"un məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalının efirində deyib. “Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”, - Kemeron Münhen təhlükəsizlik konfransında deyib. Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. |
1,045,850 | 18.02.2024 12:23 | Yazarlar | “O problemli adamdır” – “No problem” | Stalinin məşhur bir sözü var, deyir, adam varsa, problem var, adam yoxdur, problem də yoxdur. Ola bilər, Stalin heç belə söz deməyib, bunu onun adından düzüb-qoşublar. Təcrübədə belə şey yayğındır. Məsələn, qədim filosofların elə kəlamları var ki, qılınc vurmaqda ad çıxaranların adından gedir, təkzib, düzəliş edən yoxdur. Ancaq Stalinin belə bir söz deyib-demədiyi tam dəqiq olmasa da, bu kəlamın onun devizi, həyat və iş kredosu olduğu dəqiqdir. Özü də “ellər atası” “adam yoxdur, problem də yoxdur” deyərkən, zəhmətkeşləri, fəhlə-kəndli sinfinin nümayəndələrini nəzərdə tutmayıb, əsasən ona problem yaradanları, öz silahdaşlarını nəzərdə tutub. Ondan aşağı vəzifədə olanlar isə özlərinə problem yaradanlarla işləyiblər. Bu minvalla kolxoz sədrinə problem yaradan briqadir də Sibirin gedər-gəlməzinə göndərilib ki, kənddə problem olmasın. Sovet hökuməti qurulanda Lenindən sonra partiya və dövlətdə ikinci adam Yakov Sverdlov imiş. O, Leninə də problem yaradırmış, Stalinə də. Sverdlov 1919-ci ildə “ispan qripi”nə (indiki koronavirusun analoqu) yoluxub, ölüb. Şübhə var ki, onu Leninin göstərişi ilə zəhərləyiblər. Doğrudan da bu, necə epidemiya imiş ki, o boyda partiyadan cəmi bir nəfəri öldürüb, başqa heç kəs yoluxmayıb? Ötən əsrin 20-ci illərində vətəndaş müharibəsinin şücaətli bir komandanı olub – Qriqori Kotovski. Problemli yoldaş olub, ipə-sapa yatmırmış. 1925-ci ildə güllələyiblər. Qatil Zeyder gizlənməyib, tutulub, 10 il iş veriblər, amma türməyə rəis göndəriblər, istəyəndə şəhərə-filana da çıxırmış. Bir ildən sonra buraxıblar. 1930-cu ildə onu da güllələyiblər. Problem yerli-dibli həll olunub. Kompartiyanın 1934-cü ilin yanvar-fevral ayında keçirilən qurultayında Sergey Kirov Stalinə problem yaradıb, partiyanın rəhbər orqanlarına seçkidə ondan daha çox səs alıb və partiyanın ən sevimli, perspektivli kadrı olduğu üzə çıxıb. Həmin ilin dekabrında onu Smolnıda peysərindən güllə ilə vurublar. Daha sonra ona səs verənlərin də hamısını bir-bir, üç-bir, beş-bir güllələyiblər. Həmin qurultay tarixə “güllələnmişlərin qurultayı” kimi düşüb. Marşal Tuxaçevski 1937-ci ildə Yakir, Uboreviç, Kork, Eydeman, Putna, Feldman, Primakov, Qamarnik kimi generalları başına toplayaraq Stalinə problem yaratmaq, daha dəqiqi, onu devirmək istəyib, üstü açılıb, tutulublar, məhkəmələri cəmi 1 gün çəkib, elə həmin gün də hamısını güllələyiblər. Marşal və generallar yoxdur, problem də yoxdur. İntəhası, Hitler hücum edəndə məlum oldub ki, orduda problem var – savadlı generallar çatışmır. Trotski, Buxarin, Zinovyev, Kamenev, Rıkov, Radek da tez-tez Kobaya problem yaradırmışlar. Stalin bu problemi də həll edib. Birincini ölkədən qovub, sonuncunu türmədə öldürtdürüb, o birilərinə güllələtdirib. Trotski Türkiyədə, İsveçdə, Meksikada yaşadığı vaxt yenə Stalinə və sovet hökumətinə problem yaradırmış, bu problemi də sovet agenti Ramon Merkader buz baltası ilə həll edib, qaçıb gəlib Moskvaya, orden-medal, o cümlədən Sovet İttifaqı Qəhrəmanı fəxri adı, mənzil və bağ evi alıb, problemsiz yaşayıb. Arada hətta gedib Kubada XİN-də müşavir vəzifəsində də işləyib. Bunlar hələ məşhur simalardır, dövlətə, partiyaya problem yaradan yüzlərlə, minlərlə adam harada yaşamağından asılı olmayaraq Stalinin devizinə qurban gedib. Yəni əldə NKVD-nin tarixi və mötəbər təcrübəsi var, Kremldəkilər problemi həll etməyin yolunu bir kərə tapıblar və yeni nəsillər bu irsə sadiqdirlər. Ona görə də son 21 ildə Rusiyada ölən və öldürülən “problemli adamlar”ın siyahısnını artması heyrət doğurmamalıdır. Əslində doğurmur da. Hər dəfə elə bir xəbər gələndə çox adam məmnuniyyətlə gülümsəyir, yəni, elə də olmalıdır, dövlətlə dövlətçilik eləmək olmaz. Xalqımız yumşaq rəhbərləri sevmir. Stalindən sonra Xruşov bir az yumşaq oldu, xeyir tapdı? Axırda onun özünə problem yaratdılar, istirahətdə olduğu zaman sözləşib, qərarlaşıb adamı təqaüdə göndərdilər. Daha sonra Qorbaçov iş yoldaşlarını güllələtmədi, onlar da onu da Xruşov kimi etmək istədilər, amma bacarmadılar. Amma indiki rəhbərlik möhkəmdir, Stalin kimi düşünür, Beriya kimi hərəkət edir. Düzdür, Qərbdə deyirlər ki, bu dövlət terrorudur, amma onlar belə şeyləri bilməzlər, ruslar buna “dövlətin təhlükəsizliyini və milli mənafeyi, sabitliyi qorumaq” deyirlər. Vaxtilə Rusiyaya, Putinə problem yaratmış Saakaşvili o gün deyib ki, Navalnı öldü, indi növbə mənimdir. Adam işini bilir. Sabah onun da qara xəbəri gəlsə, xeyli adam rahat nəfəs alacaq və deyəcək: “Demişdik dəəə”. Samir SARI |
1,045,851 | 18.02.2024 12:55 | Ölkə | Bakıda şaxta olacaq, əksər rayonlara qar yağacaq | Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq. |
1,045,852 | 18.02.2024 13:06 | Hadisə | Xaçmazda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb | Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub. "Report"un Şimal bürosunun məlumatına gorə, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. |
1,045,853 | 18.02.2024 13:19 | Yaxın tarix | Qara kürünün gətirdiyi qara günlər – professor oğlu Andropovun hədəfindən yayına bilməyib... | Onun anası Ali Partiya Məktəbinin professoru olub, atası Elmlər Akamediyasında işləyib. Ziyalı ailəsində böyüyən Yuri Sokolov həmyaşıdlarından heç nə ilə fərqlənməyib. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq istəsə də müharibənin başlanması onun arzularını yarımçıq qoyub. 1941-ci ildə Sokolov cəbhəyə yollanıb. Müharibə illərində Sokolov qorxmaz döyüşçü kimi tanınıb. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə o, dörd il ərzində səkkiz orden və medalla təltif edilib. Müharibə sona çatdıqdan sonra Sokolova hərbçi kimi xidmətini davam etdirmək təklif olunsa da o, öz gələcək həyatını hərbi sahəyə bağlamayıb. Sokolov cəbhədən qayıtdıqdan sonra bir müddət ayrı-ayrı müəssisələrdə fəhlə işləyib. Ancaq bu iş və fəhlə qazancı onu qane etməyib. Sürücülük kurslarını bitirdikdən sonra Moskva vilayət Partiya Komitəsinin qarajında işə düzələn Sokolov bir neçə aydan sonra həmin dövrdə komitədə şöbə müdiri işləyən (sonralar Moskvanın birinci katibi) Viktor Qrişinin sürücüsü olub. Elə həmin dövrdə də Qrişinin köməkliyi ilə qiyabi yolla ali təhsil alıb. Kiminsə sürücüsü olmaq da Sokolovu qane etməyib. O, bu işindən də ayrılıb, fəaliyyətini taksi sürücüsü kimi davam etdirib. Bir il keçməmiş Sokolov sərnişini aldatdığına görə məsuliyyətə cəlb edilib, iki il günəgün həbs cəzası çəkib. Həbsxana həyatından sonra iş tapmaqda çətinlik çəkən Sokolov elə həmin ərəfədə təsadüfi tanış olduğu Florida adlı bir xanımla ailə həyatı qurub. Florida Moskvanın ən prestijli ticarət mərkəzi sayılan “QUM”-da inzibatçı işləyib və o, həyat yoldaşını işə düzəltməkdə heç də çətinlik çəkməyib. Beləliklə, Sokolov Moskvanın tam mərkəzində, məşhur 1nömrəli qastronomda satıcı vəzifəsində işə başlayıb. Satıcı işlədiyi müddətdə Sokolov qastronomda bir çox tanınmışlarla üzləşib. Bununla yanaşı o, qastronomun kassalarından nə qədər pulun keçdiyinin də canlı şahidi olub. Bütün bu gördükləri Sokolovda yeni planlar yaradıb, o, özünü bu qastronomun direktoru vəzifəsində görmək istəyib. Sokolov köhnə əlaqələrini işə salıb. O, ilk növbədə artıq Moskvanın birinci katibi olan Viktor Qrişinlə münasibətlərini bərpa etməyə çalışıb və buna nail olub. Qrişinin himayədarlığı sayəsində Sokolov 1972-ci ildə qastronomum direktoru vəzifəsinə təyin edilib. Bununla da Sokolovun həyatında yeni mərhələ başlanıb. Onun “qocaq”lığı sayəsində 1 nömrəli qastronom Moskvanın ən tanınmış ərzaq mağazasına çevrilib. Belə ki, 1970-ci illərin sonları, 1980-ci ilin əvvəllərində Moskvanın ərzaq mağazalarının piştaxtaları aylarla boş qaldığı bir vaxtda 1 nömrəli qastronoma hər gün bir neçə dəfə daşınan ərzaq məhsullarını boşaltmaq üçün mağazaya əlavə fəhlələr tələb olunub. Digər qastronomlarda satıcıların “milçək qovduğu” bir vaxtda Sokolovun satıcıları işin çoxluğundan şikayətləniblər. Bu qastronoma təkcə paytaxt sakinləri deyil, xaricdən və SSRİ-nin digər bölgələrindən gələnlər də üz tutublar. Sokolov müştərilərin diqqətini cəlb etmək üçün qastronomu mövcud dövr üçün SSRİ-də tətbiq olunmayan yüksək dizaynla təmir etdirib.. Qastronomun xüsusi müştəriləri də olub. Ölkə və Moskva şəhər rəhbərliyinin yüksəkçinliləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, generallar üçün qastronomda xüsusi xidmət göstərilib, onlar sıravi müştərilərdən fərqli olaraq öz alış-verişlərini arxa qapıdan ediblər. Hörmət əlaməti olaraq bir fincan təbii qəhvəyə qonaq olan tanınmışlar istənilən defisit malı məhz bu mağazadan əldə edə biliblər. Günü-gündən zənginləşən və ətrafı yüksək ranqlı məmurlara əhatə olunan Sokolova heç kim toxuna bilməyib. Cari planlı yoxlamalarda heç kim Sokolovun qapısını döyməyə cürət etməyib, cinayət yolu ilə qazanılan milyonlara hamı göz yummağa məcbur olub. Sokolov yeni bağ evi alanda da seçimini məqsədli edib. O, Qalina Brejneva ilə bağ qonşusu olub və qonşuluqdan səmərəli istifadə edib. Hətta bayram günləri olmayanda belə Sokolov baş katibin qızının ailəsini qara kürü, xarici içki və şirniyyat, ekzotik meyvələr, sıravilər üçün əlçatmaz balıq məhsulları ilə təəccübləndirib. Daxili işlər naziri Şelokovun, Moskanın birinci katibi Qrişinin payı da vaxtlı-vaxtında mənzillərinə çatdırılıb. Bu payların üstünə pullu zərflər də qoyulub. Təbii ki, Sokolovun paytaxt ticarətində “at oynatması” Andropovun diqqətindən yayınmayıb. DTK şefi məqam gözləyib. Andropovun Sokolovu “ilişdirmək” istəyində digər məqsədi də olub. O, baş katib kürsüsünə iddialı olan Viktor Qrişini Sokolovun cinayət əməllərini ifşa etməklə vurmaq istəyib. Brejnev erasının son aylarında Andropov hərəkətə keçib. Əməliyyat milisin müdaxiləsi və xəbəri olmadan DTK tərəfindən aparılıb. Sokolovun cinayət əməllərinin sübuta yetirilməsi, əsaslı dəlillərin əldə edilməsi üçün DTK-nın ən səriştəli və təcrübəli əməkdaşları əməliyyata cəlb olunub. Əməliyyatdan öncə qastronomun enerji təchizatında qısaqapanma adı ilə süni problem yaradılıb. Bundan sonra mağazada enerji sisteminin bərpası üçün Sokolov mütəxəssislər dəvət edib. Mütəxəssislər sistemin yenilənməsini məsləhət görüblər. Sokolov razılaşıb və mütəxəssislərə əlavə pul verəcəyini də vəd edib. Səhərisi gün elektrik formasında olan DTK əməkdaşları öz işlərinə başlayıblar. Qastronom yenidən elektrik enerjisi ilə təmin olunub. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq sistemdə heç kimin görə və hiss edə bilməyəcəyi xüsusi kamera qurğuları ilə. Bununla da Sokolovun aldığı və verdiyi rüşvətlər, mağazasının defisit mallarla necə təmin olunması, bütün əlaqələri, bütövlükdə bütün mənzərə haqqında məlumatlar Andropovun masasına qoyulub. Sokolovun cəzadan yayınması mümkün olmayıb və o, həbs olunaraq istintaqa cəlb edilib. Məhkəmə prosesində onun dövlət büdcəsindən mənimsədiyi 3 milyon rubl yeyinti faktı sübuta yetirilib. Güvəndiyi adamlardan heç kim Sokolovu müdafiə etməyib. Sokolov qara kürü yedizdirdiyi məmurlara güvənməkdə yanılıb. Bəli, “Pravda” qəzetinə bükülən qara kürülər Sokolovu qara günlərə qoyub. Məzuniyyətdən təcili geri dönən Qrişin də Sokolova kömək edə bilməyib. Qrişinin adı cinayət işində hallanmasa da, “ticarət mafiyası”nın başçısı kimi o, bir il keçməmiş bütün vəzifələrini itirib. Ali Məhkəmənin hökmü ilə Sokolov ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib. İlham Cəmiloğlu, Musavat.com |
1,045,854 | 18.02.2024 13:31 | İqtisadiyyat | Dünyanın ərzaq təhlükəsizliyinə təhdid- Alimlərdən ŞOK AÇIQLAMA | Qlobal istiləşmə səbəbindən getdikcə daha çox çəyirtkə hücumları qlobal qida təhlükəsizliyini təhdid edir. “Report”un xəbərinə görə, bu barədə sinqapurlu və çinli alimlər Sinyue Liu, Dunsyao Çjan, Siaoqan He “Science advances” elmi jurnalı üçün məqalədə məlumat veriblər. "İqlimin istiləşməsi çəyirtkə istilalarının geniş yayılmasına səbəb olacaq və çəyirtkələrə nəzarətin ümumdünya koordinasiyası üçün yeni çağırışlara səbəb olacaq", - məqalədə bildirilir. Qeyd edilir ki, orta temperaturun və yağıntıların artması tipik olmayan ərazilərdə zərərvericilər üçün əlverişli şərait yaradacaq, Afrika və Cənubi Asiyada ənənəvi "qaynar nöqtələrdə" vəziyyəti daha da pisləşdirəcək. Tədqiqatda bildirilir ki, zərərvericilərin yayılma arealı karbon tullantıları ilə aktiv mübarizə vəziyyətində də genişlənməyə davam edəcək. |
1,045,855 | 18.02.2024 13:08 | Dünya | Mask Avdeyevkanın rus ordusu tərəfindən tutulmasından məmnundur | Amerikalı milyarder İlon Mask Ukraynada münaqişə davam etdikcə Rusiyanın üstünlük əldə etməyə davam edəcəyini bildirib. Musavat.com xarivi mediaya istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində Avdeyevkanın rus ordusu tərəfindən tutulması ilə bağlı məlumatı şərh edərkən. "Bu, nə qədər çox davam edərsə, Rusiya üçün bir o qədər yaxşı olar", - Mask deyib. Müvafiq şərh Ukraynanın Avdeyevkada məğlub edildiyi və rus qoşunlarının irəlilədiyi baərəd status yazan milyarder Devid Saksın qeydlərinin altında ortaya çıxıb. Musavat.com |
1,045,856 | 18.02.2024 13:43 | Dünya | NATO-nun nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyirik | NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir. “Report” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb. "Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir", - Xavyer Kolomina bildirib. |
1,045,857 | 18.02.2024 13:55 | Dünya | Putin: “Ukraynada Rusiyanın ölüm-qalım məsələsi həll olunur” | “Rusiya üçün Ukrayna istiqamətində baş verən hər şey ölüm-dirim məsələsidir, bu, ölkənin taleyidir, Qərb üçün isə bu, yalnız onların taktiki mövqeyi məsələsidir”. Musavat.com xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Pavel Zarubinə müsahibəsində deyib.Putin Taker Karlsona müsahibə verməsinin səbəbini belə izah edib: “Düşünürəm ki, özümüz üçün, hətta xaricdəki dinləyicilər və tamaşaçılar üçün düşüncələrimizin istiqamətini anlamaq, dövlətimizi anlamaq, bunun ölkəmiz üçün nə qədər həssas və vacib olduğunu anlamaq hələ də vacibdir . Ukraynada baş verən hər şey onlar üçün taktiki mövqelərində irəliləyişdir. Amma bizim üçün bu, taledir, bu ölüm-dirim məsələsidir”. Musavat.com |
1,045,858 | 18.02.2024 14:07 | Dünya | Almaniya kanslerindən nikbin açıqlama | Ermənistan və Azərbaycan açıq məsələləri yeni zorakılıq olmadan həll etməyə razılaşıblar. Musavat.com bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “X” mikrobloqunda yazıb.“Almaniya və Avropa imkanları daxilində Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır. Mən bunu hər iki ölkə ilə danışıqlar zamanı təsdiqlədim. Yaxşı haldır ki, hər iki tərəf yeni zorakılıq olmadan açıq məsələləri həll etməyə razılaşdı”.Musavat.com |
1,045,859 | 18.02.2024 14:20 | İqtisadiyyat | İran Yaxın Şərqdəki proksilərindən ABŞ-ı qıcıqlandırmamağı tələb edir | ABŞ-la birbaşa qarşıdurmaya təhrik olunmaqdan ehtiyatlanan İran, özəl olaraq Hizbullahı və Yaxın Şərqdəki digər silahlı hərəkatları bölgədəki Amerika qüvvələrinə qarşı təmkinli olmağa çağırıb. Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” regiondakı mənbələrə istinadən məlumat yayıb. ABŞ qüvvələri bu ay Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirdikdə, Tehran açıq şəkildə ordusunun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu elan etdi. Lakin qəzetin danışıqlarda iştirak edən Livan və İraq rəsmilərinə istinadən yazdığına görə, İran rəsmiləri yüksək səviyyəli liderləri özəl olaraq ehtiyatlı olmağa çağırıblar. Qəzet qeyd edir ki, İraq şiə qruplaşması “Kətaib Hizbullah” üç amerikalı ehtiyatda olan hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürdükdən bir neçə gün sonra İran hərbi komandiri Bağdada enərək hərəkat liderlərindən Amerika obyektlərinə hücumları dayandıran bəyanatla çıxış etməyi tələb edib. İraqlı bir rəsmi qəzetə bildirib ki, liderlər buna könülsüz razılaşıblar. Livanın “Hizbullah” şiə hərəkatındakı mənbə qəzetə bildirib ki, fevral ayında Livanda keçirilən toplantıda İran rəsmiləri hərəkat üzvlərinə İsrailin baş naziri Binyamin Netanyahuya Livanda və ya başqa yerdə daha geniş müharibəyə başlamaq üçün səbəb verməkdə maraqlı olmadıqlarını bildiriblər. Musavat.com |
1,045,860 | 18.02.2024 14:32 | Dünya | İsrail ordusu: Qəzza zolağında bir gündə onlarla terrorçu zərərsizləşdirilib | İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində zərbələr nəticəsində onlarla terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. “Report” bu barədə İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, fevralın 15-dən başlayan xüsusi təyinatlıların əməliyyatı davam edir. "Xan Yunisdə, Qəzza zolağının mərkəzi və şimal hissələrində əməliyyatlar davam etdirilir. Son 24 saat ərzində 20-yə yaxın terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat ələ keçirilib”, - məlumatda deyilir. |
1,045,861 | 18.02.2024 14:45 | Dünya | Türkiyənin Vitse-prezidenti Əli Əsədovu təbrik edib | Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrik edib. Nazirlər Kabinetindən Musavat.com-a verilən xəbərə görə, təbrikdə deyilir: “2024-cü il 7 fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident İlham Əliyevin seçkilərdə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm. Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var. Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram. Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində olkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm. Bu imkandan istifadə edib Zati-alinizin sədrlik etdiyi Hökumətinizə uğurlar arzulayır, Sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm.Uğurlarınız daimi, birliyimiz əbədi olsun!”. |
1,045,862 | 18.02.2024 14:57 | Dünya | Putin: Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır | Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır. "Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib. Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib. Putin əlavə edib ki, Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır. |
1,045,863 | 18.02.2024 15:10 | Dünya | Almaniya müdafiə sahəsinə daha çox pul xərcləmək niyyətindədir | Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda “illərlə diqqətsizliyi” kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5 %-nə çata bilər. Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir. Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı olacaq. O, həmçinin ÜDM-in 2 %-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib. |
1,045,864 | 18.02.2024 15:22 | Hadisə | Çində fabrikdə partlayış olub, ölənlər var | Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb. Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. Daha iki nəfərin itkin düşdüyü bildirilir. Partlayış yerində xilasetmə işləri davam edir. Hadisənin səbəbi barədə məlumat verilməyib. |
1,045,865 | 18.02.2024 14:51 | Dünya | Kiselyov da Baydendən müsahibə almaq istəyir | “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Rusiya lideri Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib. Məktubda deyilir: “Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək, ABŞ və Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk". Bildiririlir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. Bu, jurnalistin saytında və onun X hesabında dərc edilib. Bir neçə saat ərzində video on milyonlarla baxış toplayıb və Putin və Karlson sosial şəbəkələrdə ən çox adı çəkilən şəxslər olub. Musavat.com |
1,045,866 | 18.02.2024 15:35 | Təhsil | DİM məlumat yaydı | 18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Bu barədə Musavat.com-a Dövlət İmtahan Mərkəzindən bildirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb. Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq. |
1,045,867 | 18.02.2024 19:00 | Hadisə | SON DƏQİQƏ! Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU - YENİLƏNİB | Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub. *** Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. *** Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub. |
1,045,868 | 18.02.2024 15:47 | Ölkə | Əsgərlərimiz AND içdi - VİDEO | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, fevralın 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər. Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər. |
1,045,869 | 18.02.2024 15:02 | Yazarlar | Papağına görə qarşılanıb ağlına görə yola salınanlar | Ermənistan baş naziri Nikol Paşinyan Münhenə yeni imicdə - kepka ilə gedib. Bu məqama diqqət cəlb edən rusiyalı tanınmış analitik İqor Korotçenko Paşinyanın imicmeykerlərini, hətta arvadı Annanı qınayıb. Korotçenkonun kinayəli sitatı: “Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Protokol harda qaldı? Bura Avropa, Münhendir. Qərbin aparıcı siyasətçiləridir. Paşinyan isə İcevanın kolxoz bazarındakı ərik satıcısı kimi geyinib. Axı insanı geyiminə görə qarşılayırlar. Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var. Bəlkə heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını o söyləyəcək”. Əlbəttə, önəmli, dəyərli olan papaq deyil, onun üstündə durduğu başdır. Yaxşı bir deyim var: “Adamı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar”... İndi Paşinyan da. Münxenə ayaq basar-basmaz, yenə kimə gəldi Azərbaycandan şikayətlənməyə, hamının zəhləsini tökməyə başladı. Erməni soyuna xas “timsah göz yaşları” axıtdı. O sırada zərrəcə utanıb eləmədən sərhəddə az öncə cavab tədbiri nəticəsində gəbərdilən 4 silahlı quldura – “Yerkrapa”çıya görə Bakını ittiham etdi. Sən demə, onlar qanuni hərbçilərmiş. Halbuki məhv edilənlər kifayət qədər yaşlı-muzdlulardır və birinin hətta 65 yaşı olub. Silahlı təqaüdçülərin sərhəddə nə ölümü?.. Daha sonra Nikol Münxendə Bakını heç bir dəlil-sübut olmadan genişmiqyaslı müharibəyə hazırlaşmaqda suçladı. Adam Qərbin sifarişi ilə tutuquşu kimi eyni absurdu təkrarlamaqdan yorulmaq bilmir. Axı daha bir müharibə Azərbaycanın nəyinə gərək? Bəlkə əksinədir? Yəni savaş ritorikası ilə müharibə hazırlığını maskalayan elə Ermənistanın özüdür. Məntiq də bunu pıçıldayır. Hər halda son illərdə Hindistandan, Fransa və Rusiyadan hücum silahları alıb da sürətlə silahlanan, hərbi büdcəsini rekord həddə çatdıran, milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalayan kapitulyant ölkədir. Fəqət, bu səylər fiaskoya məhkumdur. Niyə? Birinci ona görə ki, Azərbaycan da yerində saymır, öz işini görür, adekvat addımlarını atır. Nədən ki, qonşuluqda nə dərəcə xəbis, məkrli, hiyləgər, yalançı və saxtakar birinin olduğunun fərqindədir. Silahlanma yarışında İrəvan Bakı ilə ayaqlaşmaq gücündə deyil. 150-liliyə daxil olan sınıq-salxaq ordu 50-liyə daxil olan modern ordunu yenə bilməz. Boşuna pul-para tökməyin, onu kasıb əhalinizin ehtiyacına yönəldin. İkincisi, təcrid durumundan çıxa bilməyən, dünya okeanına çıxışdan məhrum Ermənistanın daha bir bahalı müharibə aparmaq üçün yetərli insani və iqtisadi-maliyyə potensialı, həmçinin uğurlu logistikası yoxdur. Möcüzə isə gözlənilmir. Üçüncüsü, “fors-major” vəziyyətdə nə Qərb, nə də Rusiya Ermənistana hərbi kömək göstərməyəcək. Son sərhəd insidentinə Rusiya və Qərbin susqun, ən yaxşı halda balanslı reaksiyası buna sübutdur. Odur ki, nəticəni yenə Paşinyan komandası çıxarsın. Yoxsa növbəti səhvlər hərb meydanında Ermənistanı təzədən Azərbaycanla təkbətək qoyacaq – bu dəfə qat-qat ağır sonuclarla. Özünə, öz resurslarına güvənsin. Hansı resurslar ki, müharibəni birmənalı istisna edir... Ermənistan üçün Azərbaycanla təkbətək qalacaq yeganə uğurlu məkan, yer - danışıqlar masasıdır. Yalnız birbaşa danışıqlar və onun gətirəcəyi ədalətli sülh sazişi qonşu xalqa uzunmüddətli təhlükəsizlik zəmanəti verə bilər. Yerdə qalanlar xülya və artıq zaman itkisidir. Başına nə qoymasından asılı olmayaraq, Paşinyan daxil, irili-xırdalı, gizli-aşkar bütün erməni revanşistlər bunu qulağında sırğa eləsə, yaxşı olar. “Qafqaz qaraçıları” üçün papaqdan, kepkadan qat-qat vacibi də budur – sırğa məsələsi... Zahid SƏFƏROĞLU |
1,045,870 | 18.02.2024 15:05 | Şou-biznes | Qumral estetik əməliyyatdan sonrakı rəqsi ilə diqqət çəkdi - cərrahına belə təşəkkür etdi - VİDEO | Müğənni Qumral estetik əməliyyat olunduğunu açıqlayıb. O, səhnədə rəqs etdiyi videonu öz sosial şəbəkə hesabında paylaşıb. Görünüşündən razı qalan müğənni öz paylaşımına "İdeal bədən quruluşuma görə həkimimə minnətdəram" qeydini əlavə edib. Həmin görüntüləri təqdim edirik: milli.az |
1,045,871 | 18.02.2024 15:59 | Yaşam | Yüz minlərlə insanı ölümdən qurtaracaq DƏRMAN TAPILDI | Harvard Universitetinin amerikalı kimyaçıları mikrob əleyhinə dərmanlara güclü müqavimət göstərən bakteriyaların müdafiəsinə qalib gələ bilən yeni antibiotik yaradıblar. Tədqiqat “Science” elmi jurnalında dərc olunub. “Kresomisin” adlanan dərman bir çox patogenlərə, o cümlədən qızıl stafilokok və Pseudomonas aeruginosa kimi məşhur superböcəklərə qarşı təsirli olub. Mütəxəssislər deyirlər ki, yeni molekul zülal sintezini idarə edən biomolekulyar mexanizm olan bakterial ribosomlara bağlanma qabiliyyətini nümayiş etdirir. Ribosom funksiyasının pozulması bir çox antibiotiklərin əlaməti olaraq qalır. Amma bəzi bakteriyalar preparatın komponentlərini bloklayan fermentlər ifraz etməyi öyrəniblər. “Kresomisin” ribosomu etibarlı şəkildə bağlayan və onun funksiyalarını yerinə yetirməsinə mane olan xüsusi bir molekul forması sayəsində bu müdafiəni keçib və nəticədə bakteriya məhv edilib. ““Kresomisin” və oxşar dərmanların insanlarda təhlükəsiz və effektiv olub-olmadığını hələ bilməsək də, nəticələrimiz hər il bir milyondan çox insanın həyatına son qoyan patogen bakteriya ştamlarının uzun siyahısına qarşı əhəmiyyətli dərəcədə yaxşılaşmış inhibitor fəaliyyəti göstərir", - deyə tədqiqatın aparıcı müəllifi olan professor Endryu Myers bildirib. (referans.az) |
1,045,872 | 18.02.2024 16:12 | Şou-biznes | Xatun gəlinindən danışdı: "Söyləyirəm ki, sən məni güdürsən evdə?" | "Gəlinim məndən soruşur ki, "ana, bu gün tez duracaqsınız?" Deyirəm ki, hə, saat 7-də, amma sən oyanma. Onsuz da o, həyat yoldaşını yola salanda səhər 9-un yarısı oyanır. Sonra bir də mənim üçün oyansın? Deyirəm ki, get yat, durma, öz evimdə özüm oyana bilmirəm ki? Belə qayınana var? Söyləyirəm ki, sən məni güdürsən evdə? Get yat". Bu sözləri müğənni Xatun Əliyeva "10-da görüşək" verilişində qonaq olarkən deyib. O, gəlinindən danışıb: "İnanın, onların evində qalanda barmaqlarımın üstündə gəzirəm ki, oyanmasınlar, rahat yatsınlar. Mətbəxə girən kimi, görürəm ki, gəlinim arxamca gəlir. Gəlinim mənim kimi oxatan bürcündəndir. Əgər səhər çəkilişə, verilişə gədəcəyəmsə, gecikməmək üçün gedib oğlumgildə qalıram". Qeyd edək ki, ifaçının oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. (Axşam.az) |