id
int64 43k
1.05M
| date
stringlengths 16
16
| category
stringclasses 47
values | title
stringlengths 1
19.1k
⌀ | text
stringlengths 13
518k
⌀ |
---|---|---|---|---|
1,046,126 | 19.02.2024 16:23 | Ölkə | Bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK | Teleqram platformasında insanların ifşa videoları daha tez yayılır. Hətta dələduzlar bu videolarla insanları şantaj edir və pullarını mənimsəyirlər. Bəs bu platformaya niyə məhdudiyyət qoyulmur və insanların ifşa videolarını yayan şəxsləri hansı cəza gözləyir? Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, teleqram messenger olaraq izlənilə bilmir. “Teleqram şirkəti özü də buna nəzarət etmir. Ona görə burada gizli məlumatlar, ifşa videoları çox sürətlə yayılır və qarşısını almaq da mümkün deyil. Müəyyən şikayət və spam əsasında teleqram, videonu və yaxud şəkilləri silir. Amma həmin şikayətə çox gec müddətə baxılır və artıq paylaşılan ifşa videosu yayılmış olur. Teleqramın ən mənfi xüsusiyyətlərindən biri odur ki, istifadəçilərə heç bir məhdudiyyət qoyulmur. Dünyanın bir sıra ölkələrində bu platformaya qadağa qoymaq çox müzakirə edilir. Lakin müzakirələrin heç bir nəticəsi yoxdur”. Hüquqşünas Şamil Paşayev isə diqqətə çatdırıb ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilə bilməz. “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və foto çəkilişi, səs yazısı paylaşıla bilməz. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması 1000 azn-dən 2000 azn-dək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. |
1,046,127 | 19.02.2024 16:37 | Dünya | Rusiyada Poroşenkonun fabrikləri əlindən alındı | Rusiyanın Lipetsk şəhərinin Oktyabrski rayon məhkəməsi “Lipetsk Roshen” zavodunun səhmlərinin Rusiya dövlətinə keçməsi barədə qərar qəbul edib. Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Şirniyyat şirkətinin sahibləri Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və onun oğlu Alekseydir. Müəssisənin baş direktoru Oleq Kazakovun “Roshen” MMC-nin nizamnamə kapitalındakı payları da milliləşdirilib. Məhkəmənin qərarına əsasən, Pyotr Poroşenko, oğlu və Oleq Kazakova Rusiya ərazisində hər hansı fəaliyyət qadağan edilib. 2023-cü ilin noyabrında Kursk məhkəməsi Ukraynanın “Konti” qənnadı fabrikini milliləşdirib. “Konti-Rus” şirkətinin səhmləri Ukrayna vətəndaşlarına, o cümlədən ukraynalı milyarder Rinat Axmetovun şərikləri və qardaşı qızı Tatyana Axmetova-Aidarovaya məxsus idi. Musavat.com |
1,046,128 | 19.02.2024 16:24 | Son xəbər | Əməliyyatdan çıxan Cavanşir Quliyevdən AÇIQLAMA - AUDİO | “İndi yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey zərərsiz bitdi”. Musavat.com xəbər verir ki, bu sözləri bir neçə gün öncə Türkiyədə cərrahiyyə əməliyyatı keçirən tanınmış bəstəkarı Cavanşir Quliyev “Günün Səsi”nə açıqlamasında bildirib. “Çünki kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burada rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək - hamısı bu nəticəni verdi. Hazırda yaxşı vəziyyətə gəlib çatmışam. Hətta ondan da yaxşı vəziyyətə gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll etdilər. Sabaha, ya bu günə buraxılacağam. 4-5 gün evdə qalacam. Sonra Bakıya qayıdacağam. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəm də, hamısını mənə deyirdilər. Açığı, bu qədər dəstəyi heç gözləmirdim”, - deyə bəstəkar vurğulayıb. Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı. Bəstəkarın müalicəsinə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. |
1,046,129 | 19.02.2024 16:42 | Dünya | ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək | ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək. “Report” “NBC News”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası bunun üçün çalışır: “Keçən ilin sonlarında ABŞ Ukraynanı ATACMS raketləri ilə təmin etməyə başladı. Amma bunlar köhnə idi. ABŞ indi raketin yeni, daha uzunmənzilli versiyasını göndərməyə çalışır. Bu, Ukraynaya Rusiyanın nəzarətində olan Krım yarımadasından daha çox zərbə endirməyə imkan verəcək”. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə bildirib ki, ölkənin məhdud sayda ATACMS raketi var: “ABŞ-nin ehtiyatını artırmaq üçün pul olmadan onları Ukraynaya göndərmək mümkün deyil”. Eyni zamanda iki ABŞ rəsmisi bildirib ki, Konqres Ukrayna üçün maliyyələşdirmənin artırılmasını təsdiqləsə, ABŞ ilk hərbi yardım paketlərindən birinə uzunmənzilli ATACMS sistemlərini daxil edə bilər. Rəsmilər ABŞ-nin müttəfiqlərindən Ukraynanı raketlərlə təmin etməyi və ATACMS təchizatını artırmağı istəyəcəyini istisna etməyib. Nəşr xatırladır ki, Bayden administrasiyası son iki ildə Ukraynaya uzaqmənzilli raketlər göndərməkdən imtina edib. Belə ki, rəsmilər Ukrayna Silahlı Qüvvələrinin onlardan Krıma və ya Rusiyaya zərbələr endirmək üçün istifadə edə, bununla da münaqişəni gərginləşdirə biləcəyindən ehtiyat edirdilər. Ancaq indi onların fikri dəyişib. |
1,046,130 | 19.02.2024 16:47 | Gündəm | ŞOK İDDİA: Əhmədi cinayətə sövq edən onun QOHUMLARI İMİŞ - VİDEO | "Biz şübhələnə bilərik ki, bu qohumlardan hər kimsə o var-dövlətə iddiası var". Bu sözləri Space TV telekanalında yayımlanan "Gəl Danış" verlişində qonaq olan Aydınxan Əbilov deyib. "Onlar Əhmədin beynini doldurublar. Deyiblər ki, sən öldür, biz səni xilas edərik. Sonra da var-dövlətə şərik olarıq". Daha ətraflı videosüjeti təqdim edirik: |
1,046,131 | 19.02.2024 17:03 | Rəsmi | Əliyevlə Ərdoğanın geniş tərkibdə görüşü olub - YENİLƏNİB FOTO | Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü başlayıb. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
1,046,132 | 19.02.2024 17:13 | Mədəniyyət | Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə komitə yaradılıb FOTO | Mədəniyyət Nazirliyinin təklifi əsasında Azərbaycan xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki Komitə yaradılıb. Qurumdan Musavat.com-a verilən məlumata görə, komitənin ilk iclası keçirilib. İclasda Mədəniyyət Nazirliyi və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşları, Texniki Komitənin üzvləri iştirak ediblər. Bildirilib ki, xalq çalğı alətlərinə dair standartların hazırlanmasında intellektual və təcrübi yanaşmalar tətbiq edilməlidir. Bu standartlar milli musiqi alətlərinin həm qorunub saxlanılmasına, həm də təkmilləşdirilməsinə öz töhfəsini verəcək. Qeyd olunub ki, Azərbaycan xalq çalğı alətləri xalqımızın musiqi tarixi, ifaçılıq sənəti, eləcə də musiqi təfəkkürü və bədii-estetik zövqü ilə sıx bağlı olan mədəni sərvətdir. Bu alətlərin hazırlanması prosesi əsrlərdən bəri müəyyən prinsip əsasında, yəni sənətkarlar tərəfindən nəsildən-nəslə ötürülərək yaradılıb. Bu gün xalq çalğı alətlərinin hazırlanmasında ümumi yanaşma yoxdur. Bu o deməkdir ki, hər bir usta fərqli ölçü və texnologiyalarla çalışır. Nəticədə musiqi alətlərinin bədii və texniki imkanlarında fərqlilik və mənfi halların yaranması müşahidə olunur. Xalq çalğı alətləri üzrə standartların yaradılması alətlərdə ölçülərin düzgün verilməsinə, kök sistemi, akustik xüsusiyyətlərin, ümumilikdə isə bədii və texniki imkanların artırılmasına zəmin yaradacaq. Eyni zamanda sahə üzrə mütəxəssislərin yetişdirilməsi və müvafiq peşəkar ixtisasların yaradılması prosesinə də müsbət təsirini göstərəcək. Daha sonra xalq çalğı alətlərinin standartlarının hazırlanması üzrə Texniki komitənin əsasnaməsi təqdim olunub. Əsasnaməyə əsasən, komitədə Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Milli Konservatoriya, Bakı Musiqi Akademiyası və digər qurumların təmsilçiləri yer alır. İclasda digər çıxış edənlər Texniki komitənin yaradılmasının əhəmiyyətini qeyd edib, müvafiq təkliflərini səsləndiriblər. Standartların hazırlanması istiqamətində görüləcək işlər, bununla bağlı iş planının tərtib olunması barədə müzakirələr aparılıb. |
1,046,133 | 19.02.2024 18:00 | Region | Paşinyanın partiyası “Yerkrapa”ya sahib çıxdı | “Fevralın 13-də həlak olan “Yerkrapa” Könüllülər Birliyinin üzvləri erməni əsgərləridir və onlar 25 günlük təlim düşərgəsinin bir hissəsi kimi xidmət ediblər”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib. Onun sözlərinə əsasən, Ermənistan qanunvericiliyinə görə, ölənlər çağırışçı və müqaviləli əsgərlərlə eyni statusda olan əsgərlərdir. “Bu, onların vəzifəsidir. Bundan başqa, təlim-məşq toplanışında iştirakdan yayınma halında cinayət məsuliyyəti nəzərdə tutulur”, - deyə deputat vurğulayıb. Musavat.com |
1,046,134 | 19.02.2024 17:23 | Son xəbər | SON DƏQİQƏ: Rusiyada kütləvi HƏBSLƏR başladı, detallar “Ana Xəbər”də | Rusiyanın daha iki təyyarəsi vuruldu General: Kiyev kimyəvi taktika hazırlayır Azərbaycan S-300-ləri hazır vəziyyətə gətirdi Rus səfiri Almaniya XİN-ə çağırıldı Kreml Paşinyana cavab verdi - Ukrayna teması Lobnyada xəbərdarlıq rejimi tətbiq edildi – Səbəb Peskov Navalnının nəşi ilə bağlı danışdı Ermənilərə işləyən hərbi müxbir tutuldu Ən böyük bank Vardanyanın əlindən çıxdı Vuçiçdən Navalnının ölümünə reaksiya Rusiyada həbslər gedir - 430 nəfər saxlanılıb Bakının beş tələbi var - Abovyan sadaladı TVMusavat-ın canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat |
1,046,135 | 19.02.2024 18:01 | Analitika | İrəvan Kremlə qarşı hiyləgər plan qurub: Qafqaz sülh prosesi Rusiya hərbi bazalarına qarşı yönəldilir | Paşinyan hakimiyyəti Rusiya ilə mövcud ziddiyyətləri daha da dərinləşdirmək niyyətini artıq qətiyyən gizlətmir, qarşıdurma açıq müstəviyə keçirilir... Rus təhlilçilər Ermənistanın hansı məsələlərdə Rusiya ilə hərbi müttəfiq olduğunu araşdırmağa məcbur qalıblar və rəsmi İrəvanın bunu yaınız Azərbaycana qarşı ortaq düşmənçilik variantı üçün keçərli saydığı qənaətinə gəliblər... Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləməkdə davam edir. Üstəlik, bu reallığı Kremldə də qəbul etməyə başlayıblar. Hər halda, Kreml Rusiyanın Cənubi Qafqazdakı əsas probleminin üzərinə getməyə çalışır. Son vaxtlar Rusiya siyasi dairələrinin Ermənistana yönəlik ittihamları və qınaqları bunu deməyə tamamilə əsas verir. Və bu baxımdan, Rusiya-Ermənistan ziddiyyətləri artıq açıq müstəviyə keçirilmiş kimi görünür. Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistana yönəlik ittihamlarını ifadə edən rəsmi şəxslərin sırasına daha yüksək rütbəli dövlət məmurlarının da qatılmaqda olduğu müşahidə edilir. Belə ki, son vaxtlara qədər rəsmi İrəvanı daha çox Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova qınayırdı, Paşinyan hakimiyyətinin Kremlə yönəlik iddialarını təkzib edirdi. Buna misal olaraq, Mariya Zaxarovanın Azərbaycanın Qarabağ iqtisadi regionunda ermənilərə qarşı etnik təmizləmə olması barədə iddialara münasibətdə faktları təqdiməyə çağırmasını göstərmək olar. Çünki o, dərhal da ermənilərin Qarabağı heç bir zorakılıqla üzləşmədən könüllü şəkildə tərk etdiyini vurğulamışdı. Son vaxtlarsa, Paşinyan hakimiyyətinə qarşı ittihamlara artıq yalnız Mariya Zaxarova deyil, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavinləri ilə yanaşı, Dövlət Dumasının rəhbərliyinə daxil olan siyasətçilər də müəlliflik edir. Hətta son günlər bu prosesə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev də qatılıb. O, bildirib ki, ABŞ və Qərb məqsədyönlü şəkildə Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə çalışır. Və Rusiya ilə qarşıdurmada üstünlük qazanmaq məqsədilə, Azərbaycan-Ermənistan sülh prosesini pozur, Cənubi Qafqazda yeni müharibənin törədilməsinə cəhd göstərir. Təbii ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev bu açıqlamasına birmənalı şəkildə məhz Ermənistanı hədəfə alıb. Hər halda, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaza məhz Ermənistan üzərindən yerləşməyə çalışdığı və rəsmi İrəvanın da bu məsələdə Rusiyanın düşmənlərinə dəstək olduğu heç kimə sirr deyil. Üstəlik, Paşinyan hakimiyyətinin son bir neçə il ərazində yürütdüyü xarici siyasət birmənalı şəkildə Rusiyanın maraqlarını hədəfə alıb. Və Kreml bütün cəhdlərinə baxmayaraq, rəsmi İrəvanı Rusiya əleyhinə davranışlarının qarşısını almaqda çətinlik çəkir. Maraqlıdır ki, Paşinyan hakimiyyəti Rusiya ilə mövcud ziddiyyətləri daha da dərinləşdirmək niyyətini də qətiyyən gizlətmir. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında verdiyi bəzi açıqlamalar Kremli qıcıqlandıra biləcək məzmun daşıyır. Xüsusilə də, erməni baş nazirin “Ermənistan Ukrayna savaşına münasibətdə Rusiya ilə müttəfiq deyil” deməsi Rusiya siyasi dairələrində çaşqınlıq yaradıb. Və indi Kremlə yaxın rus siyasi təhlilçilər Ermənistanın hansı məsələlərdə Rusiya ilə müttəfiq olduğunu araşdırmaq məcburiyyətində qalıblar. Rus təhlilçilərin gəldiyi əsas qənaət ondan ibarətdir ki, Paşinyan hakimiyyəti üçün Rusiya-Ermənistan müttəfiqliyi yalnız Azərbaycana qarşı ortaq hərbi əməliyyatlar baxımından, keçərli sayılır. Kreml isə hazırda Azərbaycanla qarşıdurma deyil, əksinə regional tərəfdaşlıq münasibətlərinə üstünlük verir. Yəni, Rusiya Ermənistan ucbatından Azərbaycanla münasibətlərini korlamaq niyyətindən uzaqdır. Və bu, o deməkdir ki, əslində, Rusiya-Ermənistan müttəfqiliyi mövcud deyil. Digər tərəfdən, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışır. Rəsmi İrəvanın bu hədəfə nail olması ilk növbədə ABŞ və Qərbin tələbləri ilə birbaşa bağlıdır. Paşinyan hakimiyyətinin Qərbdən dəstək almasında bu tələblərin hansı səviyyədə icra edilməsi həlledici şərt hesab olunur. Və bu səbəbdən də rəsmi İrəvan Rusiya ilə əlaqələrin kəsilməsi üçün əlindən gələn hər şeyi etməyə çalışır. Ermənistanın prezident Vladimir Putin barəsində həbs qərarı çıxartmış Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasından son Ermənistanın “qapısı” Kreml sahibinin üzünə bağlanmış kimi görünür. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistanın Rusiyanın patronajlığı altında olan MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-dan çıxmasını əsas siyasi hədəfləri sırasına daxil edib. Rusiya ilə hərbi müttəfiqlik sazişini pozmaq niyyətində olan rəsmi İrəvan bu hədəflərini artıq qətiyyən gizlətmir. Və bunu mümkün qədər qabarıq şəkildə gündəmə gətirməklə, Qərbin diqqətini çəkməyə can atır. Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan hətta Cənubi Qafqazdakı sülh prosesindən belə, Rusiyaya qarşı istifadə etməyə çalışır. Belə ki, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın konstitusiyanın dəyişdirilməsində və Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəaların ləğv olunmasında israrlı mövqe tutur. Və bəzi məlumatlara görə, rəsmi İrəvan Ermənistan konstitusiyasının dəyişdirilməsinin qaçılmazlığı ilə artıq barışıb. Eyni zamanda, iddia olunur ki, Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasında xarici ölkələrin hərbi bazaları ilə bağlı da müəyyən dəyişikliklər barədə düşünməyə başlayıb. Belə ki, yeni konstitusiyada Ermənistan ərazisində xarici ölkələrin qalıcı bazalarının yerləşdirilməsinin qadağan olunması nəzərdə tutulub. Və bu qadağanın əsas hədəfinin məhz Rusiya olduğu isə qətiyyən şübhə doğurmur. Belə anlaşılır ki, rəsmi İrəvan hər halda, Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxartmaq niyyətində israrlı davranmağa hazırlaşır. Halbuki, iki ölkə arasında mövcud olan sazişə görə, Rusiya hərbi bazaları 2049-cu ilə qədər Ermənistan ərazisində qalmalıdır. Rəsmi İrəvanın bu barədə təktərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. ABŞ və Qərbin bu barədə tələbləri sərtləşdiyindən rəsmi İrəvan Rusiya hərbi bazaları ilə bağlı məsələnin fərqli hüquqi həll yollarını axtarır. Və Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasında uyğun dəyişikliyin edilməsini bu baxımdan, variantlardan biri kimi görür. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, “Yeni Müsavat” Media Qrupu |
1,046,136 | 19.02.2024 17:30 | Son xəbər | Nömrə nişanı yerinə “Qatil 78 leş” yazan sürücü SAXLANILDI - AÇIQLAMA | Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. |
1,046,137 | 19.02.2024 17:33 | Son xəbər | Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması mərasimi - VİDEO | Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması mərasimi başlayıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirlər. Həmin görüntüləri təqdim edirik: |
1,046,139 | 19.02.2024 17:35 | Hadisə | Naxçıvanda 28 yaşlı qız dəm qazından öldü | Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Dizə kənd sakini, 1996-cı il təvəllüdlü Bağırova Xədicə Tağı qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. |
1,046,140 | 19.02.2024 17:36 | Şou-biznes | Kərimdən YENİ XƏBƏR: Bu meyxanaçını TANIDI | Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var. Musavat.com xəbər verir ki, meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə Sfera.az-a məlumat verərək bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib. "Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır.Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir", - o bildirib. Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir. |
1,046,141 | 19.02.2024 17:52 | Yazarlar | ABŞ-Azərbaycan əlaqələri yeni məcrada - İnkişaf olacaq... | Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü oldu. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Ekspertlər bu halın Amerika ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə olacağını bildirirlər. Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu söylədi. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər 1992-ci ilin 28 fevral tarixində diplomatik əlaqələr yolu ilə qurulub. Bu əlaqələr çərçivəsində Azərbaycan Respublikasının ABŞ-da bir səfirliyi, ABŞ-ın isə Azərbaycandakı bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. Bu diplomatik əlaqələr müxtəlif sahələrdə əməkdaşlığı özündə əks etdirir: Yüksək səviyyəli qarşılıqlı səfərlər; Dövlət başçıları arasında görüşlər; Hökumət başçıları və nazirlər tərəfindən səfərlər; Parlamentlərarası əlaqələr; Müqavilə-hüquq bazası; İqtisadi əlaqələr; Enerji sahəsində əməkdaşlıq; Əmtəə dövriyyəsi; Səfirliklər və konsulluqlar; İdman sahəsində əməkdaşlıq; Futbol qarşılaşmaları və sair. Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada daha geniş tanınmasını və əməkdaşlığın möhkəmləndirilməsini təmin edir. Həmçinin, Azərbaycan-Amerika Alyansı da Azərbaycanın NATO-dakı müttəfiqlərinin, xüsusən də ABŞ-ın daha çox tanınması və dəstəyini müdafiə edir. Amerika ilə Azərbaycan arasında hər zaman münasibətlər yüksək səviyyədə olub. Bundan sonra da bu cür halın davam edəcəyi şübhə doğurmur. Xüsusilə də COP29 iki ölkə arasında əməkdaşlıq üçün daha böyük imkanlar yaradır. Doğrudur, son zamanlar Azərbaycanla ABŞ arasında müəyyən gərginliklər yaşanırdı. Bu, əsasən də Konqresdəki dinləmələrdə Azərbaycanla bağlı səsləndirilən qərəzli fikirlərlə əlaqədar idi. Azərbaycan haqlı olaraq bu məsələlərə öz etirazını bildirirdi. Ancaq diplomatik əlaqələr sayəsində müsibətlər qısa müddətdə bərpa olundu. Onu da bildirək ki, ötən həftə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına səfər edib. Energetika Nazirliyinin məlumatına görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Şahbazovun ABŞ-a səfəri fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşündən sonraya təsadüf edir. Görüşdə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Yəni münasibətlərdə müəyyən anlaşmazlıqlar yaradan məsələlər artıq keçmişdə qalıb. Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə isə bu məsələdə də normallaşma prosesi öz axarı ilə davam edir. Müharibə sona çatıb, Azərbaycan tarixi ədaləti bərpa edib, öz torpaqlarını həm separatçılardan, həm də düşmən tapdağından təmizləyib. Bununla Azərbaycan terrora, terrorçuların fəaliyyətinə də son qoyub və bölgədə sülhü bərqərar edib. Qarabağ problemi artıq yoxdur. Mövcud vəziyyət Ermənistan-Azərbaycan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımdan əhəmiyyətlidir. Azərbaycan da dəfələrlə bildirib ki, başqa niyyəti yoxdur. Biz regionda sülhün və sabitliyin tərəfdarıyıq. ABŞ da bu məsələni dəstəkləyirsə, biz bunu ancaq alqışlaya bilərik. Münxen səfəri çərçivəsində Prezident İlham Əliyev 3 ABŞ rəsmisi ilə görüşdü. Bu da əlaqələrin inkişaf perspektivlərinin olduğunu bir daha nümayiş etdirir. ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Eyni zamanda yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-Azərbaycan əlaqələrinin ikitərəfli mahiyyəti üzrə inkişaf etdirilməsi də müzakirə olunan əsas mövzulardan olub. Bu əlaqələr Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməlidir. Elə keçirilən görüşlərdə də belə bir niyyət ifadə olundu ki, əməkdaşlıq daha da genişləndirilsin. Qafar Səfərli,Musavat.com |
1,046,142 | 19.02.2024 17:43 | Siyasət | Prezident İlham Əliyev: "Bu gün Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib" | Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib. |
1,046,143 | 19.02.2024 17:45 | Siyasət | Ərdoğan: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir" | Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin dünya və bölgəmizdə sülh və yeni ümid mənbəyi olacağı şübhəsizdir. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir: “Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”. |
1,046,144 | 19.02.2024 17:46 | Siyasət | TDT-nin növbədənkənar zirvə görüşü iyulda Şuşada keçiriləcək | Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə görüşü Şuşada iyul ayında keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur. Ərdoğan onu da əlavə edib ki, Türkiyə Şuşa bəyannaməsinin ruhuna əsasən Azərbaycanla yoluna davam edəcək. |
1,046,145 | 19.02.2024 17:47 | Siyasət | Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb | Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Musavat.com xəbər verir ki, Anlaşma Memorandumunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. |
1,046,146 | 19.02.2024 17:48 | Siyasət | Prezident İlham Əliyev: "Türkiyə bölgəmizdə sülhün və işbirliyinin təminatçısıdır" | Hər zaman Türkiyədə olarkən Türkiyədə gedən genişçaplı inkişafı izləyirəm və buna çox sevinirəm. Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. “Bir daha görürəm ki, əziz qardaşımın səyləri nəticəsində qardaş Türkiyə yeni zirvələri fəth edir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə barışın, sülhün və işbirliyinin təminatçısıdır”, - Prezident əlavə edib. |
1,046,147 | 19.02.2024 17:47 | İqtisadiyyat | BP Misirə 6,5 milyard dollar investisiya yatıracaq | Britaniyanın British Petroleum (BP) şirkəti Misirin neft-qaz sektorunun inkişafına ən azı 1,5 milyard dollar sərmayə qoymaq niyyətindədir. Musavat.com xəbər verir ki, bunu EGYPES-2024 Beynəlxalq Enerji Sərgisi çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə şirkətin icraçı direktoru Mürrey Oçinklos deyib. Onun sözlərinə görə, şirkət bu sahəyə gələcəkdə əlavə olaraq 5 milyard dollar da sərmayə yatıracaq. Öz növbəsində əs-Sisi BP-nin Misir iqtisadiyyatına artan investisiyalarını yüksək qiymətləndirərək qeyd edib ki, “şirkətin fəaliyyəti Misir hakimiyyətinin ölkəni neft istehsalı və ticarəti üçün regional mərkəzə çevirmək istəklərinə uyğundur”. Bundan əvvəl Misirin neft və mineral sərvətlər naziri Tariq əl-Mulla sərginin açılışında ölkəsinin “daxili təhlükəsizliyi, siyasi sabitliyi və müvafiq infrastrukturu sayəsində cəlbedici investisiya mühitinə” malik olduğuna əminliyini ifadə edib. O, beynəlxalq ictimaiyyəti “Afrika qitəsinə ədalətli şərtlərlə enerji keçidinə kömək etməyə” və Afrika ölkələrinə dəstək, “sərfəli qiymətlərlə” malların tədarükü və güzəştli şərtlərlə yerli layihələrin maliyyələşdirilməsini təmin etməyə çağırıb. Musavat.com |
1,046,148 | 19.02.2024 17:49 | Siyasət | Ərdoğan Azərbaycan xalqına TƏŞƏKKÜR ETDİ | “Bütün Azərbaycan xalqına 6 fevral 2023-cü ildə baş verən zəlzələlər zamanı göstərdiyi həmrəylik üçün təşəkkür edirəm”. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib. O, Azərbaycanın bölgədə bərpa işlərində iştirak etdiyini də xatırladıb: “Azərbaycan Kahramanmaraşda 1 000 mənzil və 799 iş yeri inşa edir. Keçən həftə Kahramanmaraşa ziyarətim çərçivəsində Azərbaycan Bulvarında davam edən işlər haqqında məlumat aldım”. |
1,046,149 | 19.02.2024 17:55 | Dünya | Navalnının həyat yoldaşından ŞOK AÇIQLAMA | Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var. Musavat.com xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb. Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib. “Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib. Musavat.com |
1,046,150 | 19.02.2024 17:55 | Siyasət | Ərdoğan və Əliyev Turan ordusu qurur! Azərbaycan Prezidenti açıq danışdı! VİDEO | İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Musavat.com |
1,046,151 | 19.02.2024 17:55 | Siyasət | Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq - Prezident İlham Əliyev | Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü hər bir Türk dünyasına mənsub olan insanı sevindirir. Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. “Və təbii ki, Azərbaycan sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini işğaldan azad etmişdir. Bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və açıq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarının bu işə müdaxilə etməsindən kənarda saxladı, “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh yolu ilə çözə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində çözdük. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”, - Prezident əlavə edib. Musavat.com |
1,046,152 | 19.02.2024 17:53 | Dünya | Kuryoz hal: 1,8 minə yaxın məhbus “türmə” növbəsi gözləyir | Hollandiyada penitensiar müəssisələrdə kadr çatışmazlığı səbəbindən 1,8 minə yaxın məhkum həqiqi cəzasını çəkmək üçün öz növbəsini gözləyir. Musavat.com xəbər verir ki, bu barədə Krallığın hüquqi müdafiə naziri Frank Veyervind ölkə parlamentində məlumat açıqlayıb. O izah edib ki, ölkədə kifayət qədər həbsxana kameraları var, lakin bəzi kameralardan istifadə etmək mümkün deyil, çünki onlara xidmət göstərən işçi yoxdur. Kadr çatışmazlığı səbəbindən nazir 2023-cü ilin sonunda kameraların yalnız polis tərəfindən məhkum edilmiş şəxslərə, habelə istintaq təcridxanasında olanlara ayrılmasını tapşırıb. Nazirin sözlərinə görə, belə tədbirlər nəticəsində azadlıqda qalaraq həbsxanaya göndərilməyi gözləyən məhkumların sayı artır. Veyervind etiraf edib ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmir. Nazir əlavə edib ki, kadr çatışmazlığı bütün cəmiyyətə təsir edir və hazırda insanları penitensiar müəssisələrdə işləməyə cəlb etmək və onları orada saxlamaq üçün tədbirlər müzakirə olunur. Musavat.com |
1,046,153 | 19.02.2024 17:57 | Siyasət | Müdafiə sənayesi sahəsində Türkiyə ilə ortaq istehsalla bağlı konkret planlarımız var - Prezident İlham Əliyev | Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var.Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.Dövlətimizin başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq. Musavat.com |
1,046,154 | 19.02.2024 18:11 | Son xəbər | Erməni ekspertdən ŞOK AÇIQLAMA - tezliklə... | “2023-cü ildə Ermənistan Respublikasının 36 512 vətəndaşı ölkəni tərk edərək geri qayıtmayıb. Bunlar adi rəqəmlər deyil, bu o deməkdir ki, ermənilər öz dövlətlərini tərk edirlər”. Musavat.com xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun üzvü Elinar Vardanyan öz məqaləsində yazıb. “10 il ərzində gedən və qayıtmayan Ermənistan vətəndaşlarının sayı 291 327 nəfər təşkil edib. Bu müddət ərzində, təkcə 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 786 nəfər ötüb ki, bu da koronavirus pandemiyası ilə əlaqədar qlobal məhdudiyyətlərlə bağlıdır. Maraqlıdır ki, 291 327 nəfərin demək olar ki, yarısı - 138 024 nəfər son 3 ildə geri qayıtmayıb, 2021-ci ildə bu, 73 521, 2022-ci ildə 27 941, 2023-cü ildə 36 512 adam təşkil edib. Yüz minlərlə erməni vətəndaşı “Yaşıl Kart” arzusundadır. ABŞ 2019-2021-ci illər üçün “Yaşıl Kart” müraciətlərinin ümumiləşdirilmiş statistikasını rəsmi olaraq dərc edib. ABŞ-ın Ermənistandakı səfirliyinə “Yaşıl Kart” üçün 602 359 müraciət daxil olub. “Yaşıl Kart” almaq üçün müraciət edən Ermənistan vətəndaşlarının faizi Gürcüstan və Azərbaycandan müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Bu, hətta mühacirət deyil, konkret olaraq vətəndaşın dövləti tərk etmək qərarıdır. İnsanlar ayrılır, çünki onların öz gələcəyinə, dövlətin gələcəyinə əminlikləri yoxdur. Onlar daimi müharibə şəraitində yaşayırlar. Rəsmilər sülh üçün səy göstərdiklərini iddia edirlər, lakin sülh üçün yalvarışlar yalnız sonsuz müharibənin xaosuna gətirib çıxarır. İnsanlar məyus olur və aldanır. Seçim ya/ya da. Ya ölkə daxilində və ətrafında reallığı dəyişin, ya da Ermənistanın tərk-silah edilməsi ilə barışın. Həll yollarını tapmaq indi hamımızın borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır?”, - deyə Vardanyan yazıb. Musavat.com |
1,046,155 | 19.02.2024 19:25 | İdman | UEFA yenə “Qarabağ”dan yazdı | UEFA-nın rəsmi saytı “Qarabağ”ın “Braqa" üzərindəki qələbəsindən (4:2) yazıb. “Qafqazinfo” xəbər verir ki, yazıda Ağdam klubunun Portuqaliyadakı möhtəşəm qalibiyyətindən bəhs edilib. Bildirilib ki, Bakıda keçirələcək cavab oyununda Ağdam təmsilçisinin görəcəyi çox iş var: “Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır”. Qitə futbol qurumu Qurban Qurbanovun fikirlərinə dyer verib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. “Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər". |
1,046,156 | 19.02.2024 18:09 | Son xəbər | Xərçəngdən əziyyət çəkən aktyor: "Artıq işə çıxıram" | “Artıq ötən həftədən işə çıxıram”. Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib. Direktor özünü hazırda yaxşı hiss etdiyini qeyd edib: “Səhhətim yaxşıdır. Amma əsas səs tellərimdir. Bundan sonra onun bərpa olunacağına inanmıram. Hər şey Allahın əlindədir, mənimlə maraqlanan dostlara salam göndərirəm”. Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. Xəstəxanada müayinə zamanı 65 yaşlı direktorun qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb. |
1,046,157 | 19.02.2024 18:08 | Gündəm | “Sizin işiniz-gücünüz yoxdur?” -AzTV-dən ŞOK KADRLAR | Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Avropa İttifaqının "Binokll diplomatiyası” sərt tənqid edilib. Musavat.com xəbər verir ki, AzTV-də yayımlanan proqramda qoca Qərbin “maraqlı mənzələri”nə diqqət çəkilib. Ətraflı sujetdə: |
1,046,158 | 19.02.2024 18:21 | Dünya | ABŞ Çin şirkətlərinə sanksiya hazırlayır | ABŞ Ukraynadakı müharibədə Rusiyaya yardım edən Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir. Musavat.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Cerri Konnoli (Massaçusetsdən demokrat) bu barədə CNBC telekanalına müsahibəsində bildirib. Konqresmen Pekinə xəbərdarlıq edib: “Çin başa düşməlidir ki, Rusiyanı bürüməyə başlayan və onun məhsuldarlığına, iqtisadi göstəricilərinə, həyat keyfiyyətinə təsir edən eyni tipli sanksiyalar Çinə də tətbiq oluna bilər”. Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Avropa İttifaqından analoji planlar barədə xəbərlər ortaya çıxandan sonra müzakirə olunmağa başlayıb. Konnoli əlavə edib ki, sanksiyalar “çox tezliklə” tətbiq oluna bilər, lakin o, ümid edir ki, Pekin ABŞ-ın məhdudiyyətlər tətbiq etməməsinə gətirəcək addımlar atacaq. Fevralın 12-də “Bloomberg” mövcud sənəd layihəsinə istinad edərək məlumat yayıb ki, Avropa İttifaqı üzv ölkələrə Rusiya ilə əməkdaşlıq üçün 20 şirkətə, o cümlədən materik Çindən olan 3 şirkətə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi təklif edib. Sənədə görə, məhdudiyyətlər Rusiyanın hərbi və texnoloji sahədə güclənməsinə və ya Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən texnologiya və elektronika şirkətlərinə təsir edəcək. Honkonq, Hindistan, Qazaxıstan, Serbiya, Tailand, Türkiyə və Şri-Lanka şirkətlərinə də məhdudiyyətlər qoyulacaq. Musavat.com |
1,046,159 | 19.02.2024 18:31 | Region | Zakaryandan MÜHARİBƏ xəbərdarlığı | ““Bütün bunları niyə deyirəm və edirəm, çünki mən satqınam, kiməsə torpaq vermək arzusunda olan xarici agentəm...” Bu etirafın müəllifi Nikol Paşinyandır. Ancaq bunlar peşmanlıq sözləri deyil”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlələr Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryanın Paşinyanı tənqid edən statusunda əks olunub. “Nikolun bir planı var və buna uyğun olaraq planlaşdırılmış müharibə vasitəsilə Ermənistanı yeni itkilər və faciələr gözləyir. Coğrafiya – Sünik (Zəngəzur), mövzu - dəhliz, əsas məqsəd - regional vəziyyəti Rusiya-İran maraqlarının ziddinə dəyişmək. Ödəniş üsulu: Ermənistanın maraqları və dövlətçiliyi. Sonra isə son anda sanki nəyisə “xilas etmək” üçün (hələ nə olduğu bəlli deyil) gizli şəkildə növbəti təslim paketini imzalayacaq və...”, - deyə Zakaryan qeyd edib. Musavat.com |
1,046,160 | 19.02.2024 18:35 | Ölkə | Yekə-yekə danışmaq... - Səyyad Arandan İLK AÇIQLAMA | Dini Komitə harada yanlış etdi? – Yeni sədrə iki tələb Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşmış oldu. 1-2 istisna ilə. O sırada Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri - 70 yaşlı Mübariz Qurbanlıya etimad göstərilmədi. Ümumiyyətlə, son dövrlər Komitə ilə bağlı narazılıqlar səngimək bilmirdi. Dini sahədə yaranan boşluqların olmasını məhz DQİDK-nin fəaliyyətsizliyi ilə əlaqələndirənlər çox idi. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da məsələ ilə bağlı danışarkən dini sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib (Yenisabah.az): “Hesab edirəm ki, din sahəsində ölkəmizdə və dünyada baş verən proseslər çox ciddi islahatların keçirilməsini zəruri edir. Əslində bu gün Azərbaycan üçün ən ciddi təhlükə yarada biləcək məsələlərdən biri din mövzusudur. Söhbət dinin siyasiləşməsindən, geosiyasi proseslərə təsirindən gedir. Bu mənada dövlətin bu sahədə müəyyən addımlar atması, islahatların keçirilməsi gözlənilən idi. Bu mövzuda həllini gözləyən hələ xeyli məsələ var. Bu baxımdan dövlət bütün bu prosesləri görür və təhlil edir. Bu həm də dövlətin bu sahəyə çox həssas və diqqətlə yanaşdığını göstərir. Əvvəla, bu vəzifəyə təyin olunacaq şəxsin həm dini, həm də siyasi biliklərinin yüksək olması çox önəmlidir. Yəni həm dini sahəni, həm də dövlətin bu məsələdə həyata keçirdiyi siyasəti dərindən bilməlidir”. Ceyhun Məmmədov Komitənin öncəki fəaliyyətini tənqid edib: “Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Komitənin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”. Məlumdur ki, hazırda Səyyad Aran (sədrin keçmiş 1-ci müavini) Komitə sədri səlahiyyətlərini icra edir. Bəs Səyyad bəy deyilən iradlar və tələblərlə razıdırmı? Onun özünün necə, dərin dini biliyi varmı? Sədr postuna təsdiqlənərsə, əsas hansı istiqamətlərə diqqət yetirəcək? Musavat.com-un əməkdaşı mövzu ilə bağlı sualları Səyyad Arana ünvanlayıb. O cavabında bunları deyib:"Hazırda mənim müsahibə verməyim çox tezdir. 3-4 saat deyil heç, oturmuşam, indi müsahibə verməyi özümə yaraşdırmıram. Yekə-yekə başlayıb intervyu vermək mənə yaraşmaz. 100 gündən sonra danışarıq". Afaq Mirayiq,Musavat.com |
1,046,161 | 19.02.2024 18:37 | Siyasət | Regional məsələlər komitəsində mühüm müzakirə - FOTOLAR | Fevralın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib. Ölkəmizdə fevralın 7-də keçirilən prezident seçkilərindən söz açan komitə sədri demokratik və şəffaf şəraitdə keçirilən bu seçkilərdə möhtərəm cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsini Azərbaycan xalqının ona yüksək etimadının və dəstəyinin bariz ifadəsi kimi xarakterizə edib və cənab Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki proqram xarakterli çıxışını Azərbaycanın gələcək inkişafı ilə bağlı vəzifələri müəyyən edən yol xəritəsi kimi dəyərləndirib. Gündəlikdəki məsələ ilə bağlı komitə sədri bildirib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-ci il üzrə illik məruzəsi dolğun və əhatəli hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub. Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Vilayət Zahirov 2023-cü ildə Ədliyyə Nazirliyinin bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə gördüyü işlər barədə məlumat verib. O, bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, müraciətlərə baxılması, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyə torpaqlarından qanunauyğun, səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, 2023-cü ildə inzibati nəzarət orqanına təqdim olunan 100 430 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində - 3 983) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 96 363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Qanunvericiliyin tələblərinə zidd olan aktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. Nazir müavini ötən ildə bələdiyyə fəaliyyəti ilə bağlı vətəndaşların, həmçinin şəhid ailələrinin, müharibə əlili və iştirakçılarının müraciətlərinin təmin edilməsi, xüsusən müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsinin təmin olunması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən əməli işləri diqqətə çatdırıb. O, bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması, bələdiyyə əmlakından istifadədə şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması istiqamətində həyata keçirilən qanunamüvafiq tədbirlərdən danışıb. Nazir müavini deyib ki, ümumilikdə 2023-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunub. 2024-cü ildə ölkəmizdə bələdiyyələrin yaranmasının 25 ilinin tamam olduğunu deyən nazir müavini bununla əlaqədar cari ildə aidiyyəti qurumların iştirakı ilə silsilə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Sonra təqdim olunan məruzə ətrafında aparılan müzakirələrdə çıxış edən komitənin sədr müavini Elşən Musayev, üzvləri Kamran Bayramov, Səbinə Xasayeva, Tahir Rzayev, Cavid Osmanov, Məzahir Əfəndiyev, Əliabbas Salahzadə, Aqil Məmmədov, Nizami Cəfərov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov məruzənin əhatəli hazırlandığını qeyd ediblər. Onlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması, bələdiyyələrin birləşdirilməsi, bələdiyyə müəssisələrinin təsis edilməsi və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər. Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib. Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub. İclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Musavat.com |
1,046,162 | 19.02.2024 18:39 | Hadisə | Bakıda dəhşətli partlayışın ANBAAN GÖRÜNTÜSÜ | Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakının Yasamal rayonunda yaşayış binasının qazanxanasında partlayış baş verib. Hadisə İnşaatçılar prospektində qeydə alınıb. Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb. Musavat.com demokrat.az-a istinadla hadisə anının yeni görüntülərini təqdim edir: |
1,046,163 | 19.02.2024 18:43 | Dünya | Həmasla müharibə İsrail iqtisadiyyatını 20 faizə yaxın kiçildib | İsrail iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə illik müqayisədə 19,4 faiz kiçilib. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat açıqlayıb. Məlumata görə, bu, 2020-ci ilin ikinci rübündən bəri maksimum azalmadır. Trading Economics ekspertlərinin konsensus proqnozu 10 faiz azalmanı nəzərdə tuturdu.Ötən ilin üçüncü rübündə ÜDM-in artımı göstəricisi 2,7 faizdən 1,8 faizə endirilib.2023-cü ilin oktyabr-dekabr aylarında İsraildə istehlak xərcləri 26,9 faiz, biznesin kapital qoyuluşuj 67,8 faiz, ixrac 18,3 faiz, idxal 42 faiz azalıb. Dövlət xərcləri əsasən hərbi xərclər hesabına 88,1 faiz artıb.2023-cü ilin yekununda İsrail iqtisadiyyatı bir il əvvəlki 6,5 faiz genişlənməyə qarşı cəmi 2 faiz böyüyüb. Musavat.com |
1,046,164 | 19.02.2024 19:00 | Dünya | Medvedev ELAN ETDİ: "Bu il uğur qazanacağıq" | Yanvarın 1-dən Rusiya Silahlı Qüvvələri Ukraynadakı müharibədə iştirak etmək üçün 53 mindən çox muzdlu cəlb edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qroznıda region rəhbərləri ilə görüşdə açıqlayıb. “Müdafiə Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə yanvarın 1-dən indiyədək 53 mindən çox insan xüsusi hərbi əməliyyatda iştirak üçün hərbi xidmətə cəlb olunub. Ümumilikdə proses uğurla gedir. Rayon və regionlarla fəal işləyirik. Ümid edirəm ki, bizim planlaşdırdığımız hər şey baş verəcək və hamı rəqəmləri bilir, biz bu il uğur qazanacağıq” - o bildirib. Musavat.com |
1,046,165 | 19.02.2024 18:55 | Ölkə | Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb - GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ | 18 fevral 2024-cü il tarixdə Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ilk dəfə olaraq Avropasa Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu"nu reallaşdırıb. Forum Azərbaycan və Polşa himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Forumun ilk günü qonaqların qarşılanması, rəsmi açılış, təşkilati və texniki məsələlərə həsr olunub. İkinci gün isə çıxışlar, müzakirələr və diplom təltifləri ilə yadda qalıb. Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Forum iştirakçılarını salamlayıb. F.Cəfərli Polşada yaşayan gənclərin diaspor işinə verdiyi töhvələrdən danışıb. O, həmçinin, bu kimi tədbirlərin reallaşmasının hər iki ölkə gənclərinin əlaqələndirilməsində müstəsna rolu olduğunu deyib. Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasyası (ASGA) İctimai birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov göstərilən dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edib: "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyi olaraq bu sahədə ciddi təcrübəmiz var. Belə ki, son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, lobbi.az saytını yaratmışıq. Bu mənada "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nun reallaşmasını fəaliyyətimizin məntiqi davamı kimi görürük. Layihəmiz Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Dəstəkdən dolayı Fondun rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Avropanın mərkəzində yerləşən Slavyan ölkələrinə surətli inteqrasiya indiki şəraitdə çox vacibdir. Polşa isə Avropada strateji gücə malikdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Forum hər bir iştirakçı üçün faydalı olacaqdır". Daha sonra Gənclər Fondunun rəsmisi Mübariz Qadirov çıxış edərək bu və bu kimi Forumların keçirilməsinin ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Gənclər Fondunun hər zaman bu kimi layihələri dəstəklədiyini deyən M.Qədirov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. ASGA İH-nin üzvü, iş adamı, "Minor" holdinqin rəhbəri Murad Kərimov çıxışında Azərbaycan-Polşa əlaqələrinin inkişafında iş adamlarının böyük rola malik olduğunu dedi. M.Kərimov gənc polyak iş adamları ilə əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasının vacib olduğunu dedi. Daha sonra Polşanın gənc, tanınmış ictimai xadimi, Azərbaycanın milli maraqlarını öz fəaliyyətinin prioritet hissəsi hesab edən Mariya Yagodinskaya çıxış edərək Azərbaycanla, xüsusən də, hər iki ölkə gəncliyi ilə Forum çərçivəsində görüşlərin mühüm əhəmiyyət kəsdiyini dedi. Azərbaycana, xüsusən də, Şuşaya səfərindən danışan M.Yagodinskaya Qarabağın işğaldan azad olunmasını böyük tarixi hadisə adlandırdı. Sonra Polşa Azərbaycanlıları Şurasının rəsmisi Şamo Qubadov çıxış edərək Polşada yaşayan Azərbaycanlı gənclərin fəaliyyətindən, aktivliyindən və qarşıda duran planlardan danışdı. Polşada diaspor fəaliyyəti ilə fərqlənən Tuncay Novruzzadə çıxışında gənclər üçün belə Forumların xaricdə keçirilməsinin vacibliyindən söz açdı. Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx Forum iştirakçılarına təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib. Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib. |
1,046,166 | 19.02.2024 20:02 | Ölkə | Bu qədər ərazi minalardan təmizlənib FOTO | Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan “Qafqazinfo”ya bildirilib ki, fevralın 12-dən 18-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 33, tank əleyhinə 46 mina və 525 partlamamış hərbi sursat aşkarlanıb. Bildirilib ki, 886,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. |
1,046,167 | 19.02.2024 20:13 | Dünya | Rusiyadan hərbi helikopteri Ukraynaya qaçıran pilot İspaniyada ölü tapıldı | Rusiyadan sursatla dolu Mi-8 hərbi helikopterini Ukraynaya aparan hərbi pilot Maksim Kuzminov İspaniyada ölü tapılıb. Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hərbçinin meyiti qaraj çıxışında tapılıb, onun bədənində güllə yaraları olub. Kuzminov Alikantenin La Villajoyosa şəhərində idi.Ukrayna Xüsusi Xidməti ilə əməkdaşlıq edən Kuzminov hərbi helikopteri 2023-cü ilin avqust ayında Ukraynaya qaçırmış, hadisə barədə məlumat isə sentyabrda açıqlanmışdı. Rusiya mətbuatı həmin vaxt Maksim Kuzminovun fiziki məhv edilməsi əmrinin hərbçilər tərəfindən “artıq qəbul edildiyi” və onun icrasının yalnız “zaman məsələsi” olduğunu dəfələrlə yaymışdı...Musavat.com |
1,046,168 | 19.02.2024 20:24 | Gündəm | “Əhmədin ömürlük cəza alması ehtimalı böyükdür” – hüquqşünas | Xətai rayonunda baş vermiş dəhşətli qətl ölkə gündəminin əsas mövzularındandır. Əhməd Əhmədovun ikisi azyaşlı olmaqla 5 nəfər yaxın qohumu amansızlıqla qətlə yetirməsi onun barəsində ən ağır cəza tələblərini şərtləndirib. Psixoterapevt Elmir Əkbər isə fərqli fikirdədir. O, Baku Tv-yə deyib ki, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut olunsa, 9 aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər. Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır. Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür. “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əhməd Əhmədovun azadlığa çıxması mümkün ola bilər: “İstintaq bu cinayəti yaradan səbəbləri ortaya çıxarmalıdır. Əhməd 10 il əvvəl idmançı dostunu bıçaqlayıb, onu yarımcan edib. Amma o zaman bu işin üstünü bağlayıblar. Hətta Əhməd Əhmədovun qohumları bu hadisəni təkzib edir, belə bir hadisə baş verməyib deyirlər. Yəni o zaman da, indi də Əhməd Əhmədovu müdafiə edən ailə üzvləri var. Bu baxımdan onun bu cinayətin altından çıxarılması ehtimalı qalır. Ona görə də mətbuat, cəmiyyət bu məsələni unutmamalı, diqqətdə saxlamalıdır”. Natiq Ələsgərov deyib ki, Əhməd Əhmədovun psixoloji durumunu yoxlamaq üçün təyin edilən ekspertizanın cavabından sonra onun hansı cəzaya məhkum ediləcəyi bəlli olacaq: “Ekspertiza müəyyən eləsə ki, o, qəddar cinayəti törədərkən affekt vəziyyətində olub, yəni öz hərəkətlərini idarə edə bilməyən, hərəkətlərinin nəticəsini görməyən bir vəziyyətə düşüb, bu halda o, cəzadan azad ediləcək, məcburi müalicəyə göndəriləcək. Əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır. Yəni, şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ümumiyyətlə, bizim qanunlar affekt vəziyyətində olan şəxsi cəzadan azad edir. Ancaq həmin şəxsin ruhi narahatlığının olması özlüyündə onun cəzadan azad olmasına hüquqi əsas vermir. Ola bilsin, ruhi xəstədir, amma hərəkətlərini idarə edə və nəticəsini görə bilir. Bu halda şəxs qanunda nəzərdə tutulmuş cəzanı alır. Əgər xəstəlik hansısa məqamda tutursa, müalicə alır, sonra yenidən cəzaçəkmə müəssisəsinə keçirilir. Bu hadisədə əsas istintaq və məhkəmənin qərarıdır. Hadisələrin gedişatına baxın, adam atasını, ayrı evdə qalan bacısını və onun azyaşlı övladını öldürür, sonra zəng edib məktəbdən anasını çağırır. Yəni bu, artıq göstərir planlaşdırılmış bir şeydir. Kimi harada tapacaq, necə öldürəcək, bir sözlə, bitkin bir plan hazırlayıb. Bu, affekt vəziyyəti sayıla bilməz. Affekt vəziyyətində olan insanın törədəcəyi qətli o dərəcədə planlaşdırması mümkün deyil. Ona görə, təsdiq olunsa ki, qatil doğrudan planlı hərəkət edib, deməli, ortada qəsd və istək var. Bu cinayətdə açıq-aşkar qəsd var. Qəsdən bir və ya bir neçə şəxsi öldürənə Azərbaycan qanunlarına görə ən ağır cəza verilir. Əhməd Əhmədovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhküm ediləcəyi ehtimalı böyükdür”. Natiq Ələsgərov deyib ki, Əhməd Əhmədov hazırda təqsirləndirilən şəxs statusundadır: “Məhkəmə hökmü ilə Əhməd Əhmədovun həmin cinayəti planlı şəkildə törətməsi təsdiqlənərsə, ona 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilmə cəzası verilə bilər. Şəxsin əməlində iki və daha artıq şəxsi öldürmə, həm də xüsusi amansızlıq öldürmə cinayətinin tərkibi təsdiqlənərsə, bu halda ömürlük həbs cəzasının tətbiqi qaçılmaz olacaq. Amma istintaqın gedişi zamanı başqa nüanslar da araşdırılmalı, hadisəni motivi, səbəbi öyrənilməlidir. Anlaqsızlığı irəli sürülsə, bəli, yenidən cəmiyyətimizə qayıtması mümkündür. Əgər o xəstə idisə, valideynlərinin təkidi ilə xəstəxanadan çıxarılıbsa, səhiyyə müəssisəsinin də günahı var. Müalicə başa çatmamış, yenidən hansısa bir affekt vəziyyət və ya psixoloji şok yaranmayacağına əmin olmadan onu buraxmaq olmazdı, o, ömrü boyu müalicə almalıdır. Affekt vəziyyəti olubsa, bu o demək deyil ki, 1 ay müalicə aldı və yenidən cəmiyyətə qayıtmalıdır. Bunu səhiyyə müəssisəsi müəyyən eləməlidir ki, bu adamda belə tutmalar gələcəkdə də mümkündürmü? Əgər belə bir rəy veriləcəksə, o müalicəsini həbsdə çəkəcək. İstənilən insan cəza çəkən zaman xəstələnə bilər. Xroniki və ya müvəqqəti xəstəlikləri ola bilər. Penitensiar Xidmətin özünün tibb mərkəzi var, məhkumlar müalicə alır və yenidən cəzaçəkmə müəssisənə qaytarılırlar”. Elşən MƏMMƏDƏLİYEV, “Yeni Müsavat” |
1,046,169 | 19.02.2024 19:30 | Gündəm | "Əhməd qətli miras üstə, bilərəkdən törədib, günahkar isə Bikədir" - Psixoterapevtdən ŞOK açıqlamalar | Bir həftə öncə Bakıda baş verən dəhşətli qətl hadisəsi bütün Azərbaycanı sarsıtdı. Bəs 25 yaşlı Əhməd Əhmədov eyni gündə, iki ünvanda ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirəndə anlaqlı ya anlaqsız vəziyyətdə olub? Jurnalistlərə "bəli, qətli mən törətmişəm" deyən Əhməd 9 aydan sonra azadlığa buraxıla bilərmi? Tanınmış psixoterapevt Elmir Əkbər TV Musavat-ın bu və digər suallarını cavablandırıb, Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı sensasion açıqlamalar verib. Əməkdaşlarımızın hazırladığı videomüsahibəni təqdim edirik: Xalidə GərayMusavat.com |
1,046,170 | 19.02.2024 19:34 | Son xəbər | Prezidentin Türkiyə səfəri başa çatdı | Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri fevralın 19-da başa çatıb. Musavat.com xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb. |
1,046,171 | 19.02.2024 20:37 | Dünya | “Kütləvi şəkildə Ermənistandan imtina edirlər” - Elinar Vardanyan | Son on ildə Ermənistanı təxminən 300 minə yaxın insan tərk edib. Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə erməni deputat Elinar Vardanyan məlumat verib. "2023-cü ildə 36 512 vətəndaş Ermənistan pasportu ilə gedib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil, bu dövlətdən ayrılmaq deməkdir. Ermənistan pasportu ilə gedib geri qayıtmayanların sayı 10 il ərzində 291 327 nəfərdir. Bu müddət ərzində yalnız 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 786 nəfər üstələyib, bu da COVID pandemiyası məhdudiyyətləri ilə əlaqədar idi. Maraqlıdır ki, 291 327 nəfərin yarısı, təxminən 138 024-ü Ermənistanı tərk edib, son üç ildə geri qayıtmayıblar. Bu rəqəmlər 2021-ci ildə 73 521, 2022-ci ildə 27 941, 2023-cü ildə 36 512 nəfər olub", - deputat qeyd edib. Vardanyanın sözlərinə görə, təkcə son üç ildə 138 024 Ermənistan vətəndaşı vətənə dönməyib: "Üstəgəl, qalan yüz minlərlə vətəndaşımız "Yaşıl Kart" (Amerikaya getmək) arzusundadır. 2019-2021-ci illər üçün "Yaşıl Kart"a müraciət edənlərin statistikası ABŞ-nin rəsmi dərc olunmuş statistikasında ümumiləşdirilib. ABŞ-də daimi yaşamaq üçün səfirliyə 602 359 müraciət olub. 2021-cü ildə 160 965 nəfər ABŞ-də rezidenturaya müraciət ünvanlayıb. Bu atmosferdə son iki ildə belələrinin sayının nə qədər olacağını təxmin etmək olar. Ermənistandan "Yaşıl Kart"a müraciət edənlərin sayı Gürcüstan və Azərbaycanla müqayisədə bir neçə dəfə çoxdur. Bu, miqrasiya deyil, vətəndaşların kütləvi şəkildə dövləti rədd etmək qərarıdır. İnsanlar ona görə gedirlər ki, dövlətimizə, gələcəyimizə əmin deyillər. Hər kəs sabahla bağlı qeyri-müəyyənlik içindədir". |
1,046,172 | 19.02.2024 21:41 | Maraqlı | Xəzərin “Fort Boyard”ı haqda nə bilirik? – FOTOLAR | Musavat.com Lent.az-a istinadən Dağıstan sahillərində yerləşən və Xəzərin “Fort Boyard”ı sayılan bu tikili haqda maraqlı faktları təqdim edir: 1931-ci ildə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edildi. Müəssisə 1932-ci ildə qurulacaq və sonradan “Daqdizel” adını alacaqdı. Bu gün bu zavod Dağıstanın ən böyük zavodlarından biri olaraq qalır. “Daqdizel” Sovet İttifaqı dövründə müəssisə dizel aqreqatları və torpedalar (həmçinin lazımi avadanlıqlar) istehsalı üzrə aparıcı zavod idi. 1934-cü ildə zavodun daha bir sexinin tikintisinə başlandı. O, "8 nömrəli" təyinatını aldı və sonradan Sovet İttifaqının İkinci Dünya Müharibəsindən əvvəlki müdafiə sənayesinin ən gizli yerlərindən birinə çevrildi. Tikinti işləri 1938-ci ilə qədər tamamlandı və dərhal müəssisədə gəmilər və sualtı qayıqlar üçün torpeda silahlarının hazırlanması, yaradılması və sınaqdan keçirilməsinə başlanıldı. Məhz burada sovet mühəndisləri ən nəhəng sualtı və gəmi əleyhinə döyüş sursatlarını yaratdılar. 8 saylı sexin fərqləndirici xüsusiyyəti o idi ki, o, Xəzər dənizinin düz ortasında, sahildən 2,7 kilometr aralıda tikilmişdi. Zavodu tikmək üçün əvvəlcə bünövrə çuxuru yaratmaq, sonra isə gizli emalatxananın qoyulduğu daş bünövrə qurmaq lazım idi. Dənizin ortasında zavodun filialı təkcə məxfiliyi təmin etmək üçün deyil, həm də silahların sınaqdan keçirilməsində asanlığı ilə seçilirdi. Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min kv.m. təşkil edir, sexin özündən əlavə, “Daqdizel” zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib. Ölkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib. Gizli zavod müharibə boyu fəaliyyət göstərdi. Təkcə 1941-ci ildə burada 3200-dən çox buxar-qaz torpedası hazırlandı. Alman kəşfiyyatı müəssisə haqqında bilirdi. Cəbhə xətti Xəzər dənizinə çatmasa da, Hitler Almaniyasının aviasiyası (Lütvaffe) bölgəni mütəmadi olaraq bombalayırdı. 8-ci sex də hava hücumlarından əziyyət çəkdi. Buna baxmayaraq, zavod fəaliyyətini davam etdirirdi. Amma 1950-ci illərdə hər şey dəyişdi. Buxar-qaz torpedaları effektiv silah növü kimi sürətlə köhnəlirdi. 8 nömrə sex, onun laboratoriyası tədricən öz aktuallığını itirməyə başladı. 1966-cı ildə nəhayət, sexin bağlanması barədə qərar verildi və buradakı sınaq laboratoriyası Qara dənizə köçürüldü. Xəzərin “Fort Boyard”ında olan bütün sənədlər isə “KQB” tərəfindən arxivə aparıldı və ya məhv edildi. Bundan 10 il sonra qapalı sexdə yanğın baş verdi və sex tamamilə yararsız hala gəldi. Bu gün 8 nömrəli sex və yerləşdiyi ərazi tərk edilmiş vəziyyətdədir və illər keçdikcə tədricən dağılır. Hazırda bu ərazi həvəskarlar və ekstremal idman həvəskarları üçün əsl ziyarətgaha çevrilib. |
1,046,173 | 19.02.2024 21:02 | Hadisə | Abşeronda DƏHŞƏT - Ailəsi 63 yaşlı kişinin asılmış meyitini tapdı | Abşeronda intihar baş verib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Nübar yaşayış massivində qeydə alınıb. Orada yaşayan 63 yaşlı Zahid Baxşəliyev evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib. İntiharın səbəbləri hələlik bəlli deyil. |
1,046,174 | 19.02.2024 21:54 | Dünya | Netanyahu: “HƏMAS-la razılaşma yalnız bu yolla bağlana bilər” | İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında qalan girovların azad edilməsinə dair HƏMAS-la razılaşma yalnız gücdən istifadə etməklə bağlana bilər. Musavat.com oxu.az-a istinadən bildirir ki, "Girovların azad edilməsinə qəti hərbi əməliyyatlar və çox sərt danışıqlar yolu ilə nail olmaq olar. Bu mövqeyə təzyiqlər də daxil olmalıdır", - deyə baş nazir Qüdsdə ABŞ-nin ən böyük yəhudi təşkilatlarının rəhbərləri ilə şam yeməyində bildirib. Eyni zamanda, Netanyahu qeyd edib ki, təzyiq təkcə Fələstin qrupuna deyil, həm də Qətərdən başlayaraq HƏMAS-a təzyiq göstərə bilənlərə də göstərilməlidir. "Qətər HƏMAS-a təzyiq göstərə biləcək ən yaxşı dövlətdir. Onlar HƏMAS-ın liderlərini qəbul edirlər, HƏMAS maliyyə cəhətdən onlardan asılıdır", - deyə o əlavə edib. Qeyd olunub ki, dövlət başçısının bəyanatı girovların azad edilməsi üçün danışıqların dalana dirəndiyi şəraitdə edilib. HƏMAS daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasında israrlıdır, İsrail isə buna qəti şəkildə qarşıdır. |
1,046,175 | 19.02.2024 21:28 | Hadisə | Həkim qadınların DƏHŞƏTLİ QİSASI: kişini boğub öldürdülər | Surqutda iki rəfiqə tanışını şarj cihazının naqili ilə boğaraq öldürüblər. Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, onlar bunu qisas almaq üçün ediblər. “44 yaşlı Yekaterina Mixienkova və 38 yaşlı Yuliya Bortsova işləmək üçün Xantı-Mansi Muxtar Dairəsinə gəlib, biri Sverdlovsk vilayətindən, ikincisi Novosibirsk vilayətindəndir. Hər iki qadın həkimdir. İlkin versiyaya görə, qətlin səbəbi əvvəlki iş yerində münaqişə olub. Mixienkova əvvəllər zərərçəkmişlə Xantı-Mansi Muxtar Dairəsinin Səhiyyə Departamentində işləyib”, - məlumatda bildirilir. Qətl Prosveşeniya prospektində yerləşən hündürmərtəbəli binada baş verib. Qadınlar qonaq adı altında kişinin yanına gəliblər. Onlar içəri girən kimi kişiyə hücum ediblər. Əvvəlcə qadınlardan biri qurbanı yerə itələyib, ikincisi isə onun üstünə şarj kabeli atıb, sonra onu yastıqla boğublar. Kişi hadisə yerində ölüb. Qadınların hadisə zamanı narkotikin təsiri altında olduqları bildirilir. |
1,046,176 | 19.02.2024 20:50 | Son xəbər | Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Əminə Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib. “Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq. Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına uğur gətirəcək”, - paylaşımda qeyd olunub. |
1,046,177 | 19.02.2024 21:05 | Ölkə | Cənubi Qafqaz üçün fəlakət ssenarisi – Ermənistanın tamamən işğal olunması GÜNDƏMDƏ VİDEO | “Kreml dəfələrlə mesaj verib ki, vəziyyəti belə qoymayacaq, Cənubi Qafqaza başqa oyunçuların, o cümlədən Qərb dövlətlərinin girməsinə imkan verməyəcək. Rusiya xüsusən də ABŞ və Fransanın bölgəyə daxil olaraq sərhədlərdə yerləşməsinə çox dözümsüz yanaşır”. Medianews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Tv Musavat”ın canlı efirində Sevinc Telmanqızına müsahibəsində bildirib. O qeyd edib ki, kənar xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınması üçün Moskvada ən ağılasığmaz ssenarilər müzakirə olunur. Əməkdar urnalistin sözlərinə görə, Rusiya hətta Ermənistanın tamamən işğalı məsələsini də nəzərdə tutur: “Kreml üçün Ermənistanın tamamən işğalı, yaxud da rusiyalı hərbçilərin Zəngəzuru zəbt etməsi məsələsi gündəmdədir. Bunun üçün Azərbaycanın razılığı, layihədə iştirakı tələb olunur. Lakin rəsmi Bakı bu təxribata getmir. Qərbdə belə bir ssenaridən xəbərdardırlar. Hələ Xankəndidə antiterror tədbirləri həyata keçirilməzdən öncə Rusiya Azərbaycanı belə bir təxribata çəkməyə, müharibəyə təhrik edib. Çünki Azərbaycanın iştirakı olmadan Rusiyanın Zəngəzur hərbi əməliyyatı keçirməsi mənasızdır”. (Mətn Medianews.az-a aiddir) Daha ətraflı videomüsahibədə: |
1,046,178 | 19.02.2024 21:15 | Son xəbər | Kolxoz bazarında ƏRİK SATANA oxşayır! - Paşinyanın imicini belə MƏSXƏRƏYƏ QOYDU - VİDEO | Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Paşinyanın geyimi ilə bağlı danışıb. Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Ermənistan Baş nazirinin geyiminin mütamadi müzakirə mövzusu olduğunu bildirib. Ətraflı videoda: |
1,046,179 | 19.02.2024 23:01 | Hadisə | Xədicə Bağırova faciəvi şəkildə öldü | Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. APA bildirir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. |
1,046,181 | 19.02.2024 21:27 | Ölkə | Azərbaycan elminə AĞIR İTKİ - Telman Ağdamski vəfat etdi FOTO | Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Telman Əhməd oğlu Ağdamski bu gün səhər saatlarında vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə onun qohumları məlumat veriblər. Bildirilib ki o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936–cı ildə Ağdaşda anadan olub.T.Ağdamski Ağdaş orta məktəbini bitirib (1943-1953), ADU-nun Kimya fakültəsində təhsil alıb (1953-1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlayıb (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972-1981 illər) vəzifələrində işləyib. "İkivalentli nadir - torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi alıb (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). 18 aprel 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layıq görülmüşdü. Qeyd edək ki, Telman Ağdamski Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur. Allah rəhmət eləsin! Musavat.com |
1,046,187 | 19.02.2024 22:20 | Maraqlı | Keçmişiniz tezliklə qapınızı döyəcək – 3 bürcə XƏBƏRDARLIQ | Bu, keçmişdən olan bir insan, keçmiş tərəfdaşlar və ya yenidən yaşanması lazım olan müəyyən hadisələr ola bilər. Fevral ayında keçmişlərinə qayıdacaq bürcləri təqdim edirik. Buğa Özünüzü artan həssaslıq və narahatlıq dövründə tapırsınız. İrəli getməyə çalışarkən keçmişinizlə mübarizə aparırsınız, bu xüsusilə çətin hiss olunur. Partnyorunuza olan bağlılığınız çox vaxt daxili qarşıdurma yaradaraq əsl emosiyalarınızı gizlətməyə səbəb olur. Əvvəlki münasibətinizin sonu sizə ağır zərbə vurub. Partnyorunuzun hərəkətlərinə görə münasibətlərin bitdiyi hallarda belə, ona olan hissləriniz qalır. Siz özünüzə əl uzatmaq, bağışlanma haqqında düşünmək və münasibətinizi yenidən alovlandırmaq barədə mübahisə edərkən tapa bilərsiniz. Risk etmək, itirəcək heç bir şeyiniz qalmadığını hiss etdiyiniz zaman itirməyi seçmək fikri cazibədar ola bilər. Unutmayın ki, əlaqənizi dərinləşdirmək istəyirsinizsə, açıqlıq və zəiflik əsasdır. Şir Fərqli vəziyyətlərə və münasibətlərə rəvan uyğunlaşmaq üçün təbii qabiliyyətiniz güclü tərəflərinizdən biridir. Bu çeviklik düşüncələrinizə və duyğularınıza yayılaraq, əhvalınızı asanlıqla dəyişməyə imkan verir. Bununla belə, özünüzü keçmiş hərəkətlər, xüsusən də keçmiş tərəfdaş haqqında edilən şərhlər barədə düşünərkən tapa bilərsiniz. Qəzəbli anlarda siz yalançı hisslər ifadə etmiş ola bilərsiniz və indi bu ifadələri düzəltmək vəzifəsi ilə qarşılaşırsınız. Unutmayın ki, başqalarının fikirləri ürəyinizdə həqiqətən rezonans doğuran şeylərdən ikinci dərəcəlidir. Hislərinizə daha dərindən dalmaq və əsl duyğularınızı anlamaq üçün bir az vaxt ayırın. Bu ay sizdən komfort zonanızdan çıxmağınızı və münasibətləriniz üçün konkret planlar qurmağınızı tələb edir. Hərəkətlərinizdə diqqətli olun. Siz impulsiv davranmağa öyrəşmiş olsanız da, bu dəfə daha ölçülü yanaşma tələb edə bilər, xüsusən də fərqli nəticələr axtarırsınızsa. Qız bürcü Hazırda emosional keçidin çətin mərhələsini yaşayırsınız, xüsusən də keçmiş münasibətlərinizlə bağlı. Bu ay sizi hədsiz hiss edə bilən və hətta sabitliyi pozan güclü emosional qarışıqlıqlar yaşaya bilərsiniz. Zehni və emosional gərginliyiniz çox güman ki, başqaları tərəfindən nəzərə çarpacaq və bunu gizlətmək çətin ola bilər. Hisslərinizin mürəkkəbliyi sizi keçmiş partnyorunuzla yenidən görüşməyi düşünməyə vadar edə bilər. Buraxmaqda olan bu çətinlik tək qalmaqdan qorxmağınıza səbəb ola bilər və həmçinin sizinlə artıq şansı olan biri ilə münasibətinizi yenidən nəzərdən keçirməyinizə səbəb ola bilər. Keçmiş artıq o qədər də dəyərsiz görünmür və bir zamanlar münasibətinizi narahat edən problemləri həll etmək üçün motivasiyalısınız. Keçmiş partnyorunuz yenidən ağlınızda görünür, romantik bir romanın qəhrəmanı kimi görünür. Ancaq böyük sual qalır: həqiqətən istədiyiniz budurmu? Bu insanı həyatınıza qaytarmaq müdriklikdirmi? Bu suallar üzərində düşünmək və sizin üçün ən yaxşı olanı müəyyən etmək vacibdir.//Lent.az |
1,046,191 | 19.02.2024 22:33 | Son xəbər | Zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Azərbaycanda bu ərazilərdə çox ŞİDDƏTLİ HİSS OLUNACAQ | Ötən gün Xəzər dənizində bir neçə saat fasilə ilə 3 dəfə zəlzələ qeydə alınıb. Belə ki, ilk zəlzələ təkanı Xəzər dənizində yerli vaxtla saat 12.30-da 3,4 maqnitudalı, ikinci təkan yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı, sonuncu və üçüncü təkan isə yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ formasında qeydə alınıb. Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var? Bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev Referans.az-a açıqlamasında cavablandırıb. “Ümumiyyətlə, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərdən qaçmaq mümkün olmayacaq. Bu il nəinki Azərbaycanda, elə dünyada da tektonik və seysmik aktivlik yüksək səviyyəyə qalxacaq. Digər müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycanda belə seysmik aktivlik 2023-cü ildən etibarən davam edəcək. Zəlzələnin zamanını, gücünü, yerini və dərinliyini dəqiqliklə demək mümkün deyil. Demək olmaz ki, hansısa bir tarixdə mütləq şəkildə güclü zəlzələ olacaq. Bunu demək mümkün deyil. Amma biz seysmoloq, müəyyən yanaşmalara, metodlara yiyələnmiş mütəxəssis kimi ehtimal olunan seysmik qiymətləndirilməni rəhbər tutaraq qeyd edə bilərəm ki, 2024-cü ildə hiss olunan zəlzələlər Azərbaycanda olacaq”. Mütəxəssis bildirib ki, baş verəcək hiss olunan zəlzələlər müxtəlif maqnitudalı olacaq. Bu zəlzələlər ən azı 4, 5, 5.5 maqnitudalı zəlzələlərin hiss olunacağı gözlənilir. “Zəlzələlər baş verməsi baxımından bir neçə kateqoriyalara bölünür: hiss olunan, hiss olunmayan, güclü, dağıdıcı və katostrofik. Hiss olunmayan zəlzələlər hər gün baş verir, bunu sadəcə cihazlar hiss edə bilir. Azərbaycanda daha çox hiss olunan zəlzələlər baş verir. Lakin güclü, dağıdıcı və katostrofik zəlzələlərin baş verəcəyini demək çətindir. Ötən ilin fevral ayında Türkiyədə baş verən zəlzələ dağıdıcı zəlzələ idi. Lakin Azərbaycanda dağıdıcı zəlzələ olması ehtimalı çox azdır. Çünki piltələrin hərəkət aktivliyi digər bölgələrlə müqayisədə zəifdir. Dgər bölgələr dedikdə Sakit okean, Filippin, İndoneziya, Türkiyə, İtaliya və s. kimi ölkələri nəzərdə tuturam. Azərbaycanda piltələrin hərəkət sürəti bu ölkələrə nisbətdə zəifdir”. |
1,046,193 | 19.02.2024 22:47 | Hadisə | Priusun arxasına yazdığı bu sözə görə SAXLANILDI | Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin üzərinə yazılmış sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Referans.az xəbər verir ki, avtomobilin dövlət qeydiyyat nişanının yerinin dəyişdirilməsi və onun yerinə “Qatil 78 leş” sözlərinin yazılması diqqət çəkib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb: “Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”. |
1,046,197 | 19.02.2024 22:06 | Son xəbər | Goranboyda baş direktorun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO | Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib. TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb: “Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır”. *** Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. Oxu.Az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da “yox” cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: “Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”. Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. |
1,046,198 | 19.02.2024 23:14 | Mədəniyyət | Hacı İsmayılov “Ad günü” filminin qəhrəmanlarının 37 ildən sonra baş tutan görüşü barədə DANIŞDI - VİDEO | “Ad günü” (1977) filminin qəhrəmanları 37 ildən sonra (2014-cü ildə) görüşüblər. Publika.az xəbər verir ki, hadisə Tbilisidə cərəyan edib. Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılov David Uplisaşvili (Əli) ilə görüşündə danışıb. David Uplisaşvilinin Hacı İsmayılovla görüşəcəyindən xəbəri yox imiş. Rejissor qəsdən ona xəbər verməyib ki, hər şey daha da təbii alınsın. “Gürcü aktyorun simasına diqqqətlə baxsanız həyəcan, təəccüb, heyrət - hər şey var o simada. Bu möhtəşəm kadrlar ilk dəfə jurnalist Vasif Ayanın “Şəxsi əşyalar” verilişində nümayiş olunub”, - deyə Hacı İsmayılov bildirib. Ətraflı süjetdə: |
1,046,199 | 19.02.2024 23:27 | Ölkə | Göygölün heyran edən arxiv görüntüləri - VİDEO | “AzTV”nin “Qızıl Fond”u Göygöl rayonunun keçmiş dövrlərində lentə alınan görüntülərini təqdim edib. Həmin görüntülərdə rayonun gəzməli-görməli yerləri izləyicilərə təqdim olunub. “Göllərin tacı”nın arxiv görüntülərini təqdim edirik: |
1,046,200 | 19.02.2024 22:11 | Ölkə | Rauf Arifoğlu: “Ermənistan Türkiyə-Azərbaycan ittifaqına biət etməsə, məhv olacaq” – VİDEO | “Ermənistanın baş naziri Nikol Paşinyan Münxen, Paris, Vaşinqton, Moskva, Brüssel formatlarını bir kənara qoyub, sülh danışıqları üçün birbaşa Bakı ilə işləməlidir. Yəni, Qərb ölkələrinin, həmçinin Rusiyanın paytaxtında bir araya gəlməkdənsə, Gümrüdə, İrəvanda, Qazaxda, Naxçıvanda, Tbilisidə görüşmək, müzakirə aparmaq daha effktli olar”. Medianews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Tv Musavat”ın canlı efirində Sevinc Telmanqızına müsahibəsində bildirib. O qeyd edib ki, sülh danışıqlarını regiondan kənarda müzakirə etmək Azərbaycana sərf etmir: “Hər şey keçmişdə qalıb. Biz qalib gəlmişik, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etmişik. Artıq bundan sonrasını düşünmək lazımdır. Əgər Paşinyan dəstək, sülh, əmin-amanlıq istəyirsə, özünü, dövlətini və hakimiyyətini qorumaq niyyətindədirsə, təcili Türkiyə ilə münasibətləri normallaşdırmalı, bu ölkə ilə yaxınlaşmalıdır. İndiki reallıqda Qərb də, Şərq də, Avropa və Asiya da, ümumən nicat yolu da Ermənistan üçün Türkiyədir. Azərbaycan və Türkiyə ittifaqı, müttəfiqliyi olmasa, Ermənistan da bu ittifaqa yaxınlaşmasa, İrəvanın Kremlin cəngindən qurtula bilməsi qeyri-mümkündür. Azərbaycan-Türkiyə müttəfiqliyi kontekstində ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi Nikol Paşinyan üçün də bir model olmalıdır. Ermənistan Türkiyə-Azərbaycan ittifaqına biət etməsə məhv olacaq”. (Mətn Medianews.az-a aiddir) Daha ətraflı videomüsahibədə: |
1,046,201 | 19.02.2024 22:13 | Siyasət | Ərdoğan: Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir | Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Musavat.com xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. "Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik", - Türkiyə Prezidenti qeyd edib. |
1,046,202 | 19.02.2024 22:15 | Son xəbər | İki qardaş Prezidentin dünyaya, dosta və düşmənə mesajları - TARİXİ AÇIQLAMALAR FOTO VİDEO | "Ordularımız tək yumruq kimidir" - Azərbaycan Prezidenti Turan ordusu qurulduğunu bəyan etdi! Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Musavat.com xəbər verir ki, əvvəlcə Türkiyə Prezidenti çıxış edib: - Hörmətli cənab Prezident, əziz Qardaşım. Hörmətli nazirlər, hörmətli mətbuat nümayəndələri. Sizləri ən səmimi hisslərlə, hörmətlə, məhəbbətlə salamlayıram. Əziz Qardaşım İlham Əliyevi xalqının yüksək etimadı ilə beşinci dəfə Can Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edirəm. İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm. Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik. Hörmətli mətbuat nümayəndələri, əziz Qardaşımla görüşlərimizdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini nəzərdən keçirdik, regional və beynəlxalq məsələləri dəyərləndirdik. Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik. Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır. Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq. TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm. Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm. Görüşlərimizdə İsrailin Qəzzada bütün insanlıq dəyərlərini və beynəlxalq hüququ ayaq altına alan qətliamlarını və bölgəmizi maraqlandıran digər münaqişələri də müzakirə etdik. Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm. Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik. Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq. Çıxışımın sonunda dəyərli Qardaşım Əliyevə səfərə görə bir daha təşəkkür edirəm. Rəbbim məhəbbətimizi və qardaşlığımızı daimi etsin. Sonra Azərbaycan Prezidenti çıxış edib: -Əziz Qardaşım, sayın Cümhurbaşqanı, hörmətli xanımlar və cənablar. İlk növbədə, mənə göstərilən qonaqpərvərliyə və dəvətə görə, əziz qardaşım, Sizə minnətdaram. Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Hörmətli Cümhurbaşqanı söylədi ki, bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır. Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bir daha əziz Qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm və fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun. |
1,046,203 | 19.02.2024 22:22 | Siyasət | Ərdoğan: Türkiyə Azərbaycanla dövriyyəni 15 milyard dollara çatdırmağa hazırdır | Türkiyə Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün hər cür səy göstərəcək. Musavat.com xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. “Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, – o qeyd edib. Türkiyə Prezidenti iki ölkə arasında nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. “Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, – dövlət başçısı söyləyib. Türkiyə lideri Qars-Naxçıvan dəmir yolu layihəsinə də diqqət çəkərək sentyabrda Naxçıvana səfəri zamanı bu məsələni Prezident İlham Əliyevlə müzakirə etdiyini və müvafiq niyyət protokolunu imzalandığını xatırladıb. “Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”. Türkiyə Prezidenti TANAP-ın imkanlarının genişləndirilməsini prioritet adlandırıb. |
1,046,204 | 19.02.2024 23:56 | Şou-biznes | Nadir Qafarzadə: “Xanım blogerdir, adam qucaqlaşar da...” | “Qadınla yox, itlə-pişiklə qucaqlaşım?!” Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə naməlum xanımla qucaqlaşması ilə bağlı danışarkən deyib. “Mən artsitəm. Müxtəlif obrazlar yarada bilərəm. Klipin çəkilişi zamanı qeydə alınan görüntülərdir. Mən orada xanımımıza diqqət göstərməli olduğumuzu göstərmişəm. O xanım bloqerdir. Adam qucaqlaşar da... Kişi ilə qucaqlaşırsan belə, qadınla elə... İtlə-pişiklə qucaqlaşım?! Məni öpüb, qucaqlamaq istəyirlər, yaraşıqlı oldun, belədir də”, - deyə müğənni qeyd edib. |
1,046,205 | 19.02.2024 23:35 | Son xəbər | Bakı məktəbində ŞOK HADİSƏ: Polis və məktəb rəhbərliyi hərəkətə keçdi | 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Bu barədə Musavat.com-a məktəbdən məlumat verilib. Qeyd edilir ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.Qeyd edək ki, yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Məsələ ilə bağlı BŞTİ də açıqlama yayıb. Açıqlamada bildirilir: "Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək". DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü bildirib. "Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - Elşad Hacıyev qeyd edib. Musavat.com |
1,046,206 | 19.02.2024 23:42 | Son xəbər | DİN-dən məktəbli qızların biabırçı hərəkətləri ilə bağlı AÇIQLAMA VİDEO | 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Musavat.com xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü bildirib. "Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - Elşad Hacıyev qeyd edib. Elşad Hacıyev özünün sosial media hesabında bunları da paylaşıb: "Bu hadisə daha bir məsələnin kilidini açır. Cəmiyyətin hər bir üzvü müəllimi, məktəbi qorumalıdır, QORU-malıdır. Cəmiyyət olaraq müəllimə, məktəbə mənəvi dayaq olmalıyıq. Bu sahədə neqativ hallara qarşı polis tərəfindən qəti mübarizə aparılır, heç bir müraciətə laqeyid yanaşılmır. Uşaqların gələcəyi təkcə məktəbdən, müəllimdən asılı deyil. Valideyn varsa, hardadır?" Musavat.com həmin videodan bir hissəni təqdim edir: Musavat.com |
1,046,207 | 20.02.2024 00:10 | Şou-biznes | Meyxanaçı Kərimlə bağlı xoş xəbər | Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var. Meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib. “Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır. Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir”, - o bildirib. Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir.//Lent.az |
1,046,208 | 20.02.2024 01:58 | Hadisə | Qubada məktəbli qız vəfat edib | Qubada daha bir məktəbli xəstəlik səbəbindən vəfat edib. Oxu.Az xəbər verir ki, Quba şəhəri Hikmət Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Aytən Elman qızı Baxışova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, dörd gün əvvəl Qubanın Alekseyevka kənd tam orta məktəbində peşə təmayüllü ixtisas üzrə sinifdə təhsil alan Cavidan Həmidov da dünyasını dəyişib. |
1,046,209 | 20.02.2024 00:36 | Dünya | İsrail İordaniyanın qərbində nəzarəti saxlamaq niyyətindədir | İsrail fələstinlilərlə münaqişənin tənzimlənməsi statusundan asılı olmayaraq Qərb sahili və Qəzza zolağı daxil olmaqla İordanın qərbindəki bütün əraziləri təhlükəsizlik baxımından tam nəzarətdə saxlayacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. “İstənilən halda, daimi tənzimlənmə razılaşması olsa və ya olmasa, İsrail İordaniyanın qərbindəki bütün ərazilər üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq. Bura, əlbəttə ki, Yəhudiyyə və Samariya, habelə Qəzza zolağı daxildir”, – Netanyahu videomüraciətində söyləyib. |
1,046,210 | 20.02.2024 00:50 | Ölkə | Zirəli müəllim: “Şagird valideyninə demədiyi sözü bizə deyir” - VİDEO | “Elə olub ki, şagird öz valideyninə demədiyi şeyi bizimlə məsləhətləşib”. Bunu Baku TV-nin “O vaxtlar” verilişində zirəli müəllim Tamilla Məmmədova deyib. O vaxtkı müəllim-şagird münasibətlərindən danışan Zirə sakini qeyd edib ki, əvvəllər valideynlər öz övladlarını müəllimlərə rahatlıqla etibar edirdilər. “Valideynlərə övladlarından şikayət edəndə utanaraq deyirdilər ki, evdə anası mənəmsə, məktəbdə sənsən, hansı cəza lazımdırsa, ver. Onlara deyirdim ki, sizi sadəcə xəbərdar etmək üçün çağırmışam, övladınız nadürüst hərəkət edib”, - deyə o söyləyib. Ətraflı süjetdə: |
1,046,211 | 20.02.2024 01:04 | Şou-biznes | Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı | Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərdir müzakirə mövzusuna çevrilib. İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutub. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənnilərin bunu bir-birinin acığına etdiyini bildirib: “Təəssüflər olsun ki, son illər müğənnilər arasında mal-mülkünü, maşınını paylaşmaq, reklam etmək dəb halını alıb. Burada həm həmkarlarına acıq vermək məsələsi, həm də “toy tutmaq” məsələsi var. Çoxdandır ki, bizdə milli-mənəvi dəyərlər geyimlə, bər-bəzək, maşınla ölçülür. Əvvəlki kimi ağıl, əxlaq, savad, səviyyə, sənət yoxdur. Bunu edənsə, məhz televiziyalar və Azərbaycan xalqının pulu ilə kef edən manıslardır. Mən Ayan Babakişiyevanı uzun illərdir tanıyıram. Onu həmişə normal, ailəcanlı xanım kimi tanımışam. Əvvəllər məclislərdə qarşılaşardıq. Yeddi-səkkiz ildir ki, mən Ayan xanımı görmürdüm, o gün ilk dəfə gördüm, soruşdum ki, bu kimdir? Dedilər Ayandır da. Elə dəyişib ki, mən belə onu tanıya bilmədim. Bütün bədənini, sir-sifətini dəyişib. Bu, son vaxtlar Azərbaycan şou-biznesinin faciəsinə çevrilib, hamı botoks edir, qaş-göz dartdırır, burnunu düzəltdirir. Hamı bir-birinə bənzəyir. Əgər insanlar Allahın verdiyi əmanətə xəyanət edirlərsə, deməli, qiyamət yaxınlaşır”. |
1,046,212 | 20.02.2024 01:18 | İqtisadiyyat | Azərbaycanda martda dollar bahalaşacaq? - AÇIQLAMA | Azərbaycanda fevral ayında keçirilən hərraclarda dollara tələbat kəskin artıb. Mərkəzi Bank bildirib ki, bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. "2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - deyə açıqlamada qeyd olunub. Dollara olan tələbatın artması və digər oxşar iqtisadi xəbərlər cəmiyyətdə ajiotaj yaradıb. Mətbuatda devalvasiya olacağı ilə bağlı iddialar yayılıb. Bəzi kəsimlər devalvasiyanın mart ayında olacağını düşünür. Qeyd edək ki, Azərbaycanda 2015-ci ildə iki dəfə devalvasiya baş verib və Azərbaycan manatı digər valyutalar qarşısında kəskin uculaşıb. Bəs, həqiqətən də, devalvasiya gözlənilirmi? Əgər devalvasiya olacaqsa, bunun təsirləri nə qədər sərt olacaq Ümumiyyətlə, mart ayı ilə bağlı iqtisadi proqnozlar nədən ibarətdir? Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov devalvasiya ilə bağlı birmənalı fikir bildirməyin mümkün olmadığını bildirib. "Ümumiyyətlə, son dönəmlər dollara olan tələbin artması devalvasiya ilə bağlı gözləntiləri yaradan əsas səbəblərdəndir. Lakin manata olan təzyiqin o qədər də yüksək olmadığını, Mərkəzi Bankın ehtiyyatlarının kifayət qədər çox olmasını nəzərə alsaq, deyə bilərik ki, ortada ciddi təhlükə yoxdur. Amma bütün hallarda belə bir qərarın verilməsi Mərkəzi Banka aiddir. Buna baxmayaraq, ehtimallar devalvasiya ilə bağlı o qədər də böyük gözləntinin olmadığını göstərir. Lakin yenə deyirəm ki, qərarın verilməsi birbaşa Mərkəzi Banka aid olduğu üçün birmənalı olaraq fikir söyləmək mümkün deyil". Ekspert mart ayı üçün iqtisadi proqnozlardan da danışıb: "Mart ayında iqtisadi durum hər hansı formada cari aydan fərqlənməyəcək. Ümumi dinamika davam edir. Devalvasiya olmayacağı təqdirdə yaxın bir neçə ayda istər iqtisadi artımda, istərsə də digər iqtisadi göstəricilərdə ciddi dəyişikliklər gözlənimir. Devalvasiyanın olacağı şəraitdə təbii ki, mütləq bir sıra istiqamətlərdə fərqli dinamika müşahidə edilə bilər". Digər bir iqtisadi ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Azərbaycanda indiki şəraitdə devalvasiyanın olması mümkün deyil: "Birincisi ona görə ki Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil. Manatın asılı olduğu yeganə amil neftin qiymətidir. Neftin qiyməti də kifayət qədər komfortlu zonadadır, hazırda onun qiyməti 80 dollar civarındadır. Hələ ki bununla bağlı probblem yoxdur". N.Cəfərli manatın məzənnəsinin həmişəlik sabit qalmayacağını söyləyib: "Bu il ard-arda seçkilər olacaq. Yəni prezident seçkilərindən sonra parlament və bələdiyyə seçkiləri də olmalıdır. Bəlkə, referandum da oldu. Bu baxımdan manatla əlaqədar nəsə ciddi addım atılacağını düşünmürəm. Amma bu o demək deyil ki, manatın səviyyəsi daim indiki kimi qalacaq. Birinci mərhələdə biz bunu gördük. 2010-2015-ci illərdə manatın məzənnəsi sabit qaldı. Sonra üçpilləli devalvasiya məcburiyyəti yarandı.2025-ci ilin sonu 2026-cı ilin əvvəlində də belə bir addımın atılması ehtimalı yüksəkdir. 2024-cü il ərzində isə belə addımın atılacağına inanmıram". |
1,046,213 | 20.02.2024 01:32 | Şou-biznes | Niyamdan Aynur haqqında ŞOK sözlər - “Duxun” çatırsa...” | Müğənni Niyam Salami hazırda küsülü olduğu həmkarı Aynur Dadaşova haqqında şok sözlər işlədib. O şou proqramlardan birində bildirib ki, Aynura gərəyindən artıq diqqət göstərdiyi üçün peşmandır və barışmaq niyyətində deyil. "İnsanlara qədərindən çox dəyər verirəm. Amma 10 qəpiklikdirsə, ona 20 qəpik xərcləməməlisən. 10 qəpiklik adama elə 10 qəpiklik dəyər verməlisən Sən Aynur, mənim qəlbimi qırmısan. Sənə olan münasibətimə xələl gətirmisən. "Duxun" çatırsa, sözünü efirdə deyə bilirsənsə, götür telefonu zəng et. Əgər buna da ürək etmirsənsə, gəl iş yerimə", - o bildirib. Bir müddət öncə Aynur Dadaşova ilə Niyam Salaminin dostluq münasibəti o səviyyədə idi ki, onlar hətta efirdə evlənəcəklərini bəyan etmişdilər. Bu bəlkə də göz önündə olmaq üçün atılmış addım idi. Aynur Dadaşova Niyam Salaminin rəqibləri ilə iş birliyinə girindən sonra onların arasındakı dostluq düşmənçiliyə çevrilib.//Lent.az |
1,046,214 | 20.02.2024 01:46 | Dünya | Husilərin hücumuna məruz qalan Britaniya gəmisi batıb | Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan gəmi batıb. Bu barədə Yəməndəki mənbələrə istinadən məlumat yayılıb. Husilərin hərbi nümayəndəsi Yəhya Sariya bazar ertəsi səhər saatlarında Yəmən Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Britaniyaya məxsus “Rubymar” gəmisinə bir neçə gəmi əleyhinə raketlə hücum etdiyini və gəminin batmaq təhlükəsi ilə üzləşməsinə gətirib çıxaran ziyan gördüyünü bildirib. O qeyd edib ki, əməliyyat zamanı gəminin heyəti təxliyə edilib. Qeyd edək ki, İrana bağlı olan husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.//Oxu.az |
1,046,215 | 20.02.2024 00:23 | Son xəbər | Ermənistanda kütləvi dava | Ermənistanın Kotayk rayonunda ondan çox şəxsin iştirak etdiyi dava baş verib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Dava Hrazdanda baş verib. İştirakçılardan biri tapançadan havaya atəş açıb. Xəsarət almış iki kişi xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Saxlanılanlar var. Musavat.com |
1,046,216 | 20.02.2024 02:12 | Ölkə | Yeni dələduzluq növü: Kontur göndərib, pul istəyirlər - FOTO | Azərbaycanda son günlər yeni dələduzluq növü aşkarlanıb. Belə ki, vətəndaşlara müxtəlif mobil nömrələr vasitəsi ilə onlara kontur yükləndiyi barədə məlumatlar gəlir. Daha sonra isə naməlum şəxslər kontur göndərilməsi ilə bağlı bildiriş alan nömrələrə zəng vuraraq yanlışlıqla danışıq dəqiqlərinin köçdüyünü bildirirlər. Əvəzində isə, kart nömrəsi ataraq pulu geri istəyirlər.//Oxu.az |
1,046,217 | 20.02.2024 02:25 | Dünya | Ermənistan QXC-nin ofisindən 145 min dollardan çox pul itib | Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib. Qeyd olunub ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib. Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib.//Oxu.az |
1,046,218 | 20.02.2024 02:39 | Şou-biznes | “Fəlakət” daha bir türk serialında rol alacaq - FOTO | “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov türkiyəli aktyor Ozan Akbabanın “Çırak” serialında çəkiləcək. Bu barədə aktyor sosial media hesabında məlumat yayıb. Ekran işinin ssenari müəllifi Ozan və Birol Tezcandır. TRT-nin rəqəmsal platforması olan “Tabii”də yayımlanacaq serialda Ozan özü də rol alacaq. Xatırladaq ki, Elşən bundan əvvəl “Ben bu cihana sığmazam” serialında çəkilib. |
1,046,219 | 20.02.2024 02:52 | İdman | Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO | Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev “futbolun daşını atıb”. Oxu.Az xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir. “Mercedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir. Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli “Xəzər” FK-la yanaşı, “Qarabağ” FK, “MKT-Araz” FK və “Bakı” FI-nın formasını da geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri isə “Sumqayıt” FK olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb. O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb. |
1,046,220 | 20.02.2024 03:04 | Hadisə | Abşeronda kişi intihar edib | Abşeronda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Nübar yaşayış massivində qeydə alınıb. Orada yaşayan 63 yaşlı Zahid Baxşəliyev evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. İntiharın səbəbləri hələlik bəlli deyil. |
1,046,221 | 20.02.2024 03:17 | Dünya | Niderlandda cinayətkarlar həbsxanada cəzasını çəkmək üçün növbə gözləyirlər | Niderlanddda penitensiar müəssisələrdə kadr çatışmazlığı səbəbindən 1,8 minə yaxın məhkum həqiqi cəzasını çəkmək üçün öz növbəsini gözləyir. Bu barədə Krallığın Hüquqi Müdafiə naziri Frank Veervind parlamentdə bildirib. O izah edib ki, ölkədə kifayət qədər həbsxana kameraları var, lakin bəzi kameralardan istifadə etmək mümkün deyil, çünki onlara xidmət edən personal yoxdur. Kadr çatışmazlığı səbəbindən nazir 2023-cü ilin sonunda kameraların yalnız polis tərəfindən məhkum edilmiş şəxslərə, habelə istintaq təcridxanasında olanlara ayrılmasını əmr edib. Cinayəti törətdiyini etiraf edib mühakimə olunanlar hələlik həbsxanaya düşməyəcəklər. Nazirin sözlərinə görə, belə tədbirlər nəticəsində azadlıqda qalaraq həbsxanaya göndərilməyi gözləyən məhkumların sayı artır. Veervind etiraf edib ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmir. Nazir əlavə edib ki, kadr çatışmazlığı bütün cəmiyyətə təsir edir və hazırda insanları penitensiar müəssisələrdə işləməyə cəlb etmək və onları orada saxlamaq üçün tədbirlər müzakirə olunur.//Oxu.az |
1,046,222 | 20.02.2024 08:01 | Analitika | Yiyəsi 70 il öncə dəyişən Krım - 36 il öncə isə yarımada az qala Qarabağa presedent olacaqdı | Dünən Krımın Rusiyadan alınıb Ukraynaya verilməsinin 70-ci ildönümü idi. Bu hadisə 1954-cü ilin fevral ayının 19-da baş verib. Həmin vaxt hakimiyyətdə Nikita Sergeyeviç Xruşov olub. 2014-cü ildə Rusiya yarımadanı zor gücünə Ukraynadan qoparıb özünə birləşdirəndə Kremlin təbliğatçıları 1954-cü ildəki aktı Xruşovu Ukraynaya “hədiyyə”si adlandıraraq, bunu onun yerlibazlığının nəticəsi kimi izah etsələr də, əslində, bunlar həqiqəti əks etdirmir. Birincisi, Xruşov heç də ukraynalı deyil, Rusiyanın Kursk vilayətindəndir və sağlığında özünün xalis rus olduğunu deyib. Sadəcə, o, 1938-49-cu illərdə isə Ukrayna kompartiyasının 1-ci katibi işləyib. Xruşov özü memuarlarında yazıb ki, onu Ukraynaya rəhbər vəzifəyə göndərəndə çaşqınlıq içində olub, çünki Ukrayna ilə əlaqəsi yoxmuş və yerli xalqın dilini bilmirmiş. Ona görə də Xruşovun 11 il ərzində işlədiyi respublikanı gücləndirmək, ukraynalı arvadı Nina Kuxarçuku sevindirmək üçün belə bir addım atması inandırıcı deyil. Üstəlik, Krımın Ukraynaya verilməsi Siyasi Büroda kollegial şəkildə qərarlaşdırılıb, RSFSR və Ukrayna SSR rəhbərliyi ilə də razılaşdırılıb. Ümumiyyətlə, Stalindən fərqli olaraq Xruşovun dövründə “mütləq mən deyən olmalıdır” prinsipi güclü olmayıb. Siyasi Büro üzvləri həlledici məqamlarda ona qarşı çıxa, qərarlarını dəyişdirə bilirmişlər. Bunu ona qarşı birinci dəfə 1957-ci ildə qaldırılan və uğurlu nəticələnməyən partiyadaxili qiyam, ikinci dəfə isə 1964-cü ildə baş tutan saray çevrilişi sübut edir. Bu baxımdan əminliklə demək olar ki, Krım Xruşovun tələbi ilə yox, dövlət rəhbərliyinin hərtərəfli ölçü-biçisinin nəticəsi olaraq Ukraynaya verilib. Nə Ukrayna Krımı Rusiyadan tələb etməyib, nə də Rusiya yarımadanı özündə saxlamaq üçün səy göstərib. Bu məsələ barədə obyektiv olmağa çalışan mətbuat qurumlarının analitik yazılarına görə, belə bir addımın atılması tarixi zərurət olub, yaranmış vəziyyətdən optimal çıxış yolu hesab edilib. Tarixi şərait bu cür olub: II dünya müharibəsi yarımadanı bir neçə dəfə vurub. Əvvəlcə Almaniyanın dağıdıcı hücumuna məruz qalan Krımda, xüsusilə də Sevastopolun mühasirəsi zamanı ağır döyüşlər gedib. Yarımada işğal olunub. Qaçan qaçıb, qalan qalıb. Sonra sovet ordusu əks-hücuma keçib, yenə də ağır döyüşlər gedib, qırılan qırılıb, nəhayət, 1944-cü ildə Krım azad edilib. Daha sonra sovet rəhbərliyi yerli əhalini - Krım tatarlarını, bolqarları və yunanların almanlarla kütləvi əməkdaşlıqda ittiham edərək kütləvi şəkildə deportasiya edib, SSRİ-nin başqa yerlərinə - əsasən cənub-şərqinə köçürüb. Vaxtilə yarımadada yaşayan və sovet ordusunun tərkibində almanlarla döyüşdə həlak olan on minlərlə krımlını da nəzərə alanda ortaya çıxır ki, müharibədən sonra Krım, demək olar ki, boşalıbmış. Rəsmi məlumatlara görə, müharibədən əvvəlki 1,2 milyonluq əhalidən Krımda cəmi 500 min insan qalıb. “Krımskaya Pravda” qəzetinin müxbirləri Q.Tetenkov və V.Dyuninin 1953-cü ildə yazdıqları bir məqalədə yerli üzüm bağlarının yiyəsizlik səbəbindən çürüməyə başladığı, “Solneçnaya Dolina”, “Sudak”, “Kaqor”, “Taşlı” kimi şərab markalarının yoxa çıxdığı qeyd olunub. Jurnalistlər son illərdə sovxozların az məhsul yığması, zavodları xammalla təmin edə bilməməsi, işçi qüvvəsinin çatışmaması, buğda, tütün və kartofun məhsuldarlığının dəfələrlə aşağı düşməsi, Krımın iqtisadiyyatının bölgəni ərzaqla təmin etməyə imkan vermədiyi barədə yazıblar. 1953-cü ildə təkcə yerli əhali və jurnalistlər yox, Krım rəhbərliyi də yaranmış vəziyyətdən çıxış yolu axtarıb. Hər kəs bu qənaətə gəlib ki, hərətərfli resurs axını olmadan Krımı bərpa etmək mümkün deyil. Yerli hakimiyyət işçi çatışmazlığı problemini əvvəlcə Rusiyadan gələn mühacirlərin hesabına həll etməyə çalışıb. Bu, vəziyyəti nisbətən dəyişib, ancaq problemi tam həll etməyib. Krım cənub regionu olduğundan yerli şəraitə məhz Ukraynanın böyük bir hissəsinin sakinlərinin yarımadaya daha yaxşı uyğunlaşaca biləcəyi düşünülüb. Buna görə də hələ yarımadanın Ukrayna SSR-ə verilməsindən əvvəl oradan işçilərin ailələri ilə birlikdə Krıma gətirilməsi başlanıb. Ukrayna və Krım arasında iqlim oxşarlığı, eləcə də coğrafi yaxınlıq köç prosesinin daha intensiv xarakter almasına rəvac verib. RSFSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1954-cü il tarixli iclasının 41 saylı protokolunda aşağıdakı arqumentlər sadalanıb: “Krım vilayəti ilə Ukrayna SSR arasında iqtisadiyyatın ümumiliyini, ərazi yaxınlığını, sıx iqtisadi və mədəni əlaqələrini nəzərə alaraq Sovet Sosialist Respublikaları İttifaqı Ali Sovetinin Rəyasət Heyəti qərara alır: Krım vilayəti RSFSR-in tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilsin”. Beləliklə, 1954-cü il fevralın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti yarımadanın Ukraynaya verilməsini təsdiq edən fərman verib. Bu, əlbəttə, o dövr üçün çox da dəhşətli bir şey deyildi. SSRİ quruluş etibarilə federativ dövlət olsa da, faktiki olaraq şaquli idarəçiliklə, bir mərkəzdən idarə olunurdu və müttəfiq respublikaların muxtariyyatı formal xarakter daşıyırdı. Hamı Moskvaya tabe idi, Moskva hər kəsi idarə edirdi. Ona görə də Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi, hesab edin ki, Bakıda bir küçənin Binəqədi rayonundan alınıb Nəsimi rayonuna, yaxud bir kəndin Şabrandan alınıb Siyəzənə verilməsi kimi bir şey olub. Belə olandan sonra, əlbəttə ki, referenduma da ehtiyac yox idi. Necə ki, ölkəmizdə yeni rayon yaradılanda, rayonların inzibati-ərazi vahidlərində dəyişiklik ediləndə referendum keşirilmir, eləcə. Sovet rəhbərliyinin yuxusuna da girməzdi ki, 37 ildən sonra SSRİ dağılacaq və Krım başqa bir dövlətin ərazisi olaraq Moskvaya tabe olmayacaq. Müharibədən bərbad çıxmış Krımı müasir Krım edən isə Ukrayna olub. Bu, birmənalıdır. Krım Ukraynanın əyalətlərindən biri olduğu 60 ildə Kiyev yarımadaya milyardlarla dollar həcmində yatırım edib, yüzlərlə məktəb, xəstəxana, klub, mehmanxana, sanatoriya, inzibati binalar, körpülər, tunellər, kanallar, bəndlər, on minlərlə yaşayış binaları inşa edilib. Torpaq məsələsi istənilən xalq və hər bir vətənpərvər siyasi qüvvə üçün nə qədər həssas məsələ olsa da, obyektiv rusların özləri də etiraf edirlər ki, Krımın Ukraynaya verilməsi yarımadanın bir çox problemlərini həll edib. Hərçənd bu dəyişiklikdən yerli əhalinin Rusiya ilə möhkəm bağlı olan hissəsi narazı qalıb. Bununla belə, onlar sovet rəhbərliyinin iradəsinə qarşı çıxmayıblar. SSRİ süqut edəndən, “sovet xalqı” milli mənzillərə dağıldıqdan sonra isə vəziyyət, eləcə də düşüncə və ovqat dəyişib. Ona görə də 2000-ci illərdə Krımda mütəmadi olaraq rusiyayönlü mitinqlər keçirilib. 70 il əvvəl həmin bu fevral ayında Krımın Ukraynaya verilməsinin mənfi cəhətlərindən biri isə presedent yaratması oldu. 1988-ci ilin fevralında də ermənilər düşündülər ki, Kreml, Siyasi Büro vaxtilə Krımı Rusiyadan alıb Ukraynaya verdiyi kimi eyni inzibati rıçaq və qərarla Dağlıq Qarabağı da Azərbaycandan qoparıb Ermənistana verə bilər. Onlar bunun SSRİ rəhbərliyinin qərarı ilə həll olunacağına ümid edir, Moskvaya ciddi təzyiq göstərirdilər. Əgər Azərbaycan xalqı, Azərbaycanın o vaxtkı rəhbərliyi, eləcə də yeni meydana çıxan xalq hərəkatçıları susqun qalsaydılar, müqavimət göstərməsəydilər, elə də olacaqdı. Fəqət, Azadlıq meydanını və şəhərin mərkəzini dolduran 1 milyon insan bu avantüranın qarşısını aldı. İnsaf naminə demək gərəkdir ki, o dövrün kommunistləri də əl altından hərəkatın kütləviləşməsinə öz töhfələrini vermişdilər. Onların çoxu Qarabağın Azərbaycandan qoparılmasına qarşıydı. Araz Altaylı, Musavat.com |
1,046,223 | 20.02.2024 03:30 | Dünya | Kanada Ukraynaya 800-dən çox dron ianə edəcək | Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatları bağışlayacaq. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Uilyam “Bill” Bler bildirib. Ontario ştatının Vaterloo şəhərindəki “Teledyne” şirkətindən alınmış dronların dəyəri 95 milyon Kanada dollarından (70,44 milyon ABŞ dolları) çox qiymətləndirildiyi vurğulanaraq ianənin Baş nazir Castin Trüdonun elan etdiyi 500 milyon Kanada dolları məbləğindəki hərbi yardımla maliyyələşdirildiyi qeyd edilib. “Bugünkü elan Ukraynanı döyüşlər üçün kritik olan hədəfləri aşkar etmək və müəyyən etmək üçün lazım olan dronlara malik olmasını təmin edir. Kanada nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq”, – Bler söyləyib. |
1,046,224 | 20.02.2024 01:10 | Ölkə | Bakı-Sumqayıt yolu üçün yeni təklif - Ekspertlərdən AÇIQLAMA - VİDEO | Paytaxt Bakıdan Sumqayıt istiqamətinə və əks istiqamətə yeni yolun çəkilməsi üçün layihə planı hazırlanır. Bu yol Bakı-Sumqayıt yoluna alternativ olaraq çəkiləcək. Məqsəd isə tıxacın aradan qaldırılmasıdır. Nəqliyyat üzrə ekspertlər mövzu ilə bağlı öz təkliflərini səsləndiriblər. Ətraflı Baku TV-nin süjetində: |
1,046,225 | 20.02.2024 01:25 | Ölkə | Navalnının həbsxanadakı azərbaycanlı dostu onun haqqında nə deyib? - Kamran Həsənli danışdı VİDEO | Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" verilişində Rusiyanın müxalifət lideri Aleksey Navalnının ölümü barədə danışıb. Musavat.com xəbər verir ki, Kamran Həsənli Aleksey Navalnının həbsindən, işgəncələrə məruz qalmasından bəhs edib. Ətraflı videoda: |
1,046,226 | 20.02.2024 03:42 | Ölkə | İlin sonuna qədər indiki nazirlərin 70%-i qalmayacaq! - Tural Abbaslıdan SENSASİON PROQNOZ - VİDEO | TV Musavat-ın canlı efirinin qonağı Ağ Partiya lideri Tural Abbaslı olub. Musavat.com xəbər verir ki, Tural Abbaslı nazirlərin fəaliyyətindən və cəmiyyətin bəzi nazirliklərə münasibətindən danışıb. O, bildirib ki, təhsil, sosial müdafiə, səhiyyə sistemi vətəndaşların ən çox narazıçılıq etdikləridir. Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: |
1,046,227 | 20.02.2024 03:55 | Maraqlı | Üç bürc üçün "qara zolaq" başlayır - XƏBƏRDARLIQ | Astroloqlar həyatda çətin bir dövr başlayan üç bürc işarəsini açıqlayıblar. Torpağı ayaqlarınızın altından çıxara biləcək bir sıra problemlər və maneələrlə qarşılaşacaqlar. Balıq Balıqların çox yaxşı fərqləndirici xüsusiyyəti var - insanları mühakimə etməyi sevirlər. Bu bürcün nümayəndələri heç vaxt başqalarını anlamağa, öz mövqelərinə girməyə çalışmırlar, əksinə, onlara təzyiq edir və hər şeyə görə onları qınayırlar. Balıqların bu davranışı hər kəsin onlardan üz döndərməsinə səbəb ola bilər. Onlar dünyagörüşlərini dəyişənə qədər zahid həyatı yaşamalı olacaqlar. Tərəzi Tərəzilər çox israrlı ola bilər və insanlardan onlara verə bilmədiklərini tələb edə bilərlər. Nəticə böyük qalmaqallara və əbədi narazılığa çevrilən mübahisələrdir. Bu bürc heç kimin heç kimə borcu olmadığını başa düşməlidir. Sonra insanlarla normal ünsiyyət və dostluq şansı qazanacaqlar. Bu arada onlar öz içlərində kin və kin bəsləyəcəklər. Əqrəb Əqrəblər peşəkar baxımdan çətin dövr yaşayırlar. Ulduzlar sizə işdə problemlər vəd edir ki, bu da işdən çıxarılma ilə nəticələnə bilər. Münaqişələrə girməməyə və mənfi nəticələrdən qaçmaq üçün daha diqqətli və məsuliyyətli olmağa çalışın.//Lent.az |
1,046,235 | 20.02.2024 04:10 | Şou-biznes | Əməkdar artistlər 20 ildən sonra barışdılar - VİDEO | Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıblar. Olay.az xəbər verir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəliblər. Onları Elnur Həsənov barışdırıb. Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər. Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar. Onların küsülülüyünə səbəb isə “Şəbi Hicran” albomu olmuşdu. Həmin görüntüləri təqdim edirik: |
1,046,243 | 20.02.2024 04:27 | Dünya | Putin Kim Çen Ina avtomobil hədiyyə edib | Rusiya Prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Ina avtomobil ərməğan edib. “Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib. Rusiya istehsalı olduğu iddia olunan avtomobilin marka və modeli qeyd olunmayıb. Xatırladaq ki, hələ ötən ilin sentyabrında Putin şimali koreyalı həmkarını Rusiya istehsalı “Aurus” avtomobili ilə tanış edib. Bununla belə, Kim Çen In Qərb markalarının yasaqlandığı ölkəsində Almaniya istehsalı “Maybach”da hərəkət etməyə üstünlük verir. |
1,046,268 | 20.02.2024 08:13 | Ölkə | Ağstafada polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs edilib | Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib. DİN-dən bildirilib ki, keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü-Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib. |
1,046,269 | 20.02.2024 08:25 | Ölkə | Kremlə bəd xəbər: Ukrayna 1 milyon dron alacaq - "Uzağı 3 aya..." | Politoloq: “Rusiya canlı qüvvə baxımından da, havadan da üstünlüyünü hələ də qoruyub saxlayır” NATO üzvü olan bir qrup ölkə Ukraynaya 1 milyon pilotsuz uçan aparat tədarük etmək qərarına gəlib. Bunu alyansın baş katibi Yens Stoltenberq ötən həftəsonu Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, NATO üzrə 20 müttəfiq həmçinin minalardan təmizləmə koalisiyası yaratmağa razılaşıb. Qeyd edək ki, Ukraynanın özü də müasir dron (PUA) istehsalına ciddi diqqət ayırır, o sırada artıq “Bayraktar” istehsal edəcək zavodun inşasına başlanılıb. Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar isə CNN Türk telekanalında bildirib ki, ölkəsi Türkiyədən beşinci nəsil “Kaan” qırıcıları almağa hazırlaşır. “Biz bu qırıcıları təkcə almağı yox, həm də istifadə etməyi planlaşdırırıq”, - səfir bildirib və əlavə edib ki, Ukraynadakı müəssisələr artıq bu təyyarə modeli üçün mühərrikin hazırlanması ilə məşğuldur. “Kaan” qırıcısı 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. İlkin hesablamalara görə, onun kütləvi istehsalına 2028-ci ildə başlanacaq. “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın "F-35"ini keçəcək və hazırda istismarda olan "F-16" qırıcılarını ölkə hava qüvvələrində əvəzləyə bilər... Bu arada CNN telekanalının hərbi müxbiri Frederik Pleytgen cəbhədəki son səfərindən və təəssüratlarından danışıb. Səfər zamanı o, Rusiyanın mövqelərini izləyən Ukraynanın PUA operatorları bölməsi ilə tanış olub. “Hər şeyi görürlər, sözün əsl mənasında əsgərlərin (rusların) üzünə baxırlar, onlar üçün hər şeyin tezliklə bitəcəyini bilirlər. Məni ən çox dəhşətə gətirən ətrafda nə qədər meyitin olması idi. Hər yer ölü ruslarla, bədən və maşın hissələri ilə doludur. Heç nə götürülmür”, - Pleytgen deyib. Jurnalist Rusiya tərəfində cəbhədə həlak olanların sayının onu şoka saldığını vurğulayıb: “Ukraynanın əziyyət çəkməsindən çox danışırıq, bu, doğrudur. Amma Putin nə qədər insanı ölümə göndərir - hər şeyin indiki kimi pis olacağını düşünmürdüm. Bu, ukraynalıların hələ də döyüş ruhunun olmasının səbəblərindən biridir”. Pleytgen hesab edir ki, Ukrayna hətta ABŞ-ın köməyi olmadan da müharibədən salamat çıxa biləcək. “Ukraynalılar yeni strategiyaya, bu kiçik dronlara arxalanacaqlar. Hazırda təchizat marşrutlarına hücum etmək üçün dronlardan ibarət uzaqmənzilli aviasiya yaradırlar”, - jurnalist əlavə edib. Öz növbəsində amerikalı politoloq Devid Satter deyib ki, Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstək verməklə ABŞ-ın iştirakı olmadan da çox şey edə bilər - xüsusilə də yüksək texnologiyalı silahlarla təmin etməklə. Avropa İttifaqının xarici işlər naziri Josep Borrel isə hesab edir ki, Ukraynada döyüş meydanındakı vəziyyət üç ay ərzində həll olunacaq. O, bunu Münxhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. Diplomat Kiyevə yardımın artırılmasına çağırıb. “Üç ay ərzində vəziyyət döyüş meydanında həll olunacaq. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq”, - deyə o bildirib. Bunu da qeyd edək ki, hərbi analitiklər Donbasda Avdeyevka şəhərinin uzun aylar sonra və böyük itkilər hesabına ələ keçirilməsinin ruslarla müharibədə o qədər də üstünlük verməyəcəyini deyirlər. Azərbaycanlı ekspertlər bu və digər ehtimalları və qənaətləri bölüşürmü? O sırada Ukrayna həqiqətən ABŞ-ın köməyi olmadan da işğala qarşı mübarizəni davam etdirə bilərmi? Yaxud Borrel nəyə işarə edir? Ümumiyyətlə, bu il müharibənin xarakteri Kiyevin xeyrinə dəyişəcək demək olarmı? Ukrayna son hərbi texnologiyaya əsaslanan yeni strategiyayamı keçir? Əli Oruco AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzü dünyada çox ciddi problemlərə yol açdı: “Bu, təkcə siyasi, hərbi, iqtisadi deyil, humanitar, eyni zamanda psixoloji olaraq da özünü göstərməkdədir. Nüvə silahına malik və böyük ambisiyalar arxasınca düşən, insanlığa dəyər verməyən Rusiya və prezidenti Putin getdikcə daha da aqressivləşir, bütün üsul və vasitələrə əl atmaqdan çəkinmir. Son dövrlər Ukrayna-Rusiya cəbhəsində baş verənlər, yaşayış məskənlərinə bombardumanın intensivləşməsi, hətta daxildə öz opponentlərinə qarşı amansız rəftarı dünyada, xüsusən də Qərbdə bir qorxu yaratmaqdadır. Baxmayaraq ki, Rusiya Qərblə indiki vəziyyəti ilə konfrontasiyaya girmək gücündə deyil. Lakin nüvə təhlükəsi hələ də qalır. Qərb artıq çılpaqlığı ilə anlamağa başlayır ki, Moskvanın hədəfi təkcə Ukrayna deyil. Eyni aqibəti Ukraynadan sonra Şərqi Avropa da yaşaya bilər. Cənubi Qafqazda gərginlik ocağı tam söndürülməyib. Yaxın Şərqdə münaqişələr qalır. Afrikada Rusiyanın böyük iddiaları var və s. Həmçinin Ukraynada Qərbin məğlubiyyəti bütün sivil dünyaya, demokratik və ali dəyərlərə sarsıdıcı zərbə olardı və despotik rejimlərın mövqeləri daha da güclənərdi. Odur ki, son zamanlar Qərbin Kiyevə dəstəyi əvvəlkilərdən daha artıq hiss olunmaqdadır. Çağdaş dünyamızda döyüş əməliyyatlarında yeni texnologiyaların tətbiqi klassik müharibə taktikalarını ciddi şəkildə dəyişdi. İlk dəfə bu yeni texnologiyalarla yeni taktikanın tətbiqi 2020-ci ildə Azərbaycan tərəfindən düşmənə qarşı çox uğurla oldu və bundan sonra ən qüdrətli dövlətlər də bundan yararlanmaqdadır. NATO müttəfiqlərinin Ukraynaya bir milyon PUA verəcəyi barədə razılığa gəlinməsi təbii ki, cəbhə xəttində üstünlüyü Ukrayna ordusunun xeyrinə dəyişdirəcək. Hərbi yardımlar təkcə bununla kifayətlənməyəcək. Əvvəllər hücum və ağır silahlar, hərbi təyyarələr verməyə tərəddüd edən NATO artıq bu qərarını da dəyişib. Lakin bütün bunlarla belə, hesab etmirəm ki, Ukrayna ABŞ-ın köməyi olmadan müharibədən uğurla çıxa bilər. Ukrayna ordusu Qərbin təmin etdiyi ən müasir texnologiya, silah-sursata sahib olsa da, Rusiya ilə müharibədə qalib gələ bilməz. Rusiya canlı qüvvə baxımından da, havadan da üstünlüyünü hələ də qoruyub saxlayır. Bu üstünlük isə müharibənin taleyində həlledici və mühüm amillərdən biridir... Sanksiyalar Rusiya iqtisadiyyatına və hərbi-müdafiə sənayesinə xeyli ziyan vursa da, Moskva müxtəlif vasitələrlə və bəzi dövlətlərin, o cümlədən Ermənistanın köməyi ilə bu sanksiyalardan yayına bilir. Zənnimcə, müharibə bundan sonra daha şiddətli və genişmiqyaslı olacaq. Əgər Qərb Ukraynaya dəstəyində qətiyyətli davranacaqsa, etdiyi yardımlar vaxtında ünvana və təyinati üzrə çatdırılacaqsa, Moskva öz planlarında ciddi və kardinal dəyişkliklər etmək məcburiyyətində qalar". Kamran Məmmədli AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli hesab edir ki, 2024-cü ildə Ukrayna silah tədarükü baxımından böyük irəliləyişlər əldə edəcək: “Artıq iyun ayında "F-16"ların Ukrayna səmasında olacağı bildirilir. Eyni zamanda Böyük Britaniya başda olmaqla, bir neçə ölkə Ukrayna üçün süni intellektlə təchiz olunmuş dronların istehsalına başlayıb. Bu dronlar göyə qalxandan sonra düşmən hədəfini özü seçə biləcək. Qısası, Ukrayna ciddi uğur əldə etməkdən öncə lazımi şəkildə hərbi qüvvəsini artırmaqdadır. Putin bütün bunları çox gözəl başa düşür və elə bu səbəbdən də bütün vasitələrə əl ataraq sülh danışıqlarının bərpa edilməsinə ümid bəsləyir. Çünki bu müharibə Rusiyanı uçuruma aparır və onlar bunu çox gözəl başa düşürlər. Qərb isə danışıqlardan imtina edir və bu mövqe səbəbsiz deyil. Lokal problemlər mövcud olsa da, onlar həll olunmaqdadır. Avropa İttifaqı Ukraynaya 50 milyarddan artıq vəsait ayırıb. ABŞ Senatı da 60 milyard ayrılmasını qəbul edib, Nümayəndələr Palatasının təsdiqi qalıb. Yeni silah tədarükü və müasir süni intellektlə inteqrasiya olunan dronlar Ukraynaya verilir. Bütün bunlar hazırkı duruma görə dialoqun və sülhün baş tutmasını mümkünsüz edir. Hesab edirəm ki, yay aylarında Ukrayna geniş hücumlara başlayacaq və ilin sonunda müəyyən ərazilərini geri qaytara biləcək. Ancaq müharibə bu ilin sonunda bitməyəcək, 2025-ci ildə də davam edəcək”. Səxavət Məmməd Hərbi ekspert Səxavət Məmməd rusların bu müharibədə əsas hədəfini açıqladı: “Rusiya Ukraynanın 25 faizini işğal edib. Bu ərazi Cənubi Qafqazdan böyükdür. Müharibənin ilk dönəmində Rusiyanın sürətli hücum planı alınmadı. Rusiya bunu anlayandan sonra uzunmüddətli müharibəyə start verdi. Uzunmüddətli müharibələr isə böyük itkilər hesabına başa gəlir. Rusiya hücum istiqamətinə və prezidentliyə namizəd Putinin təbliğat-təşviqat videolarına baxanda açıq görünür ki, rusların hədəfi Kiyev yox, Odessa, Qara dənizdir. Ruslar ona görə də əsas gücü Odessa istiqamətinə veriblər. Əgər Ukraynaya heç silah demirəm, mərmi vaxtında çatdırılmasa, Avdiyevkadan sonra rusların əli-qolu çox açılacaq və işğal prosesi bir qədər sürətlənəcək. Ukrayna tərəfi də mərmi çatışmazlığından əziyyət çəkdiklərini birbaşa və dolayı yollarla dilə gətirir... Ukraynaya 1 milyon dron sözü veriblər. 1 milyon dronun nə eyni vaxtda Ukraynada olması mümkün deyil, nə də ondan eyni vaxtda istifadə etmək. Bunlar yalnız müdafiənin müddətini artıra bilər. Ukrayna uğur qazanmaq istəyirsə, mütləq şəkildə hücum silahları ilə təmin olunmalıdır. Qərbin, xüsusilə Avropa ölkələrinin müharibəyə baxışı da dəyişib. Əvvəl Ukraynanın ərazi bütövlüyü ön plana çəkilirdisə, indi daha çox "müharibənin vaxtı uzansın, öz müdafiələrini təşkil etsinlər" prinsipi ilə yanaşırlar. Avropa ölkələrinin siyasətçiləri həm Ukraynanın qalib gələcəyini, həm də Rusiyanın Ukraynadan sonra onlara hücum edəcəyini deyir. Dolayısı ilə hazırda Qərbi düşündürən əsas məsələ öz təhlükəsizliyi və müdafiə qabiliyyətini artırmaqdır". Cavanşir ABBASLI,“Yeni Müsavat” |
1,046,270 | 20.02.2024 08:40 | Siyasət | İlham Əliyev Ərdoğanla nələri anlaşdı - 4 mühüm QƏRAR | Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri olduqca mühüm qərar və anlaşmalarla yekunlaşdı. Musavat.com Bu səfər barədə tanınmış politoloq Elxan Şahinoğlunun şərhini təqdim edir: "Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi. Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı. İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir. Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı. Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var. İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir."Musavat.com |
1,046,271 | 20.02.2024 08:42 | Təhsil | Şagirdlərin elektron yerdəyişməsinə başlanılır | Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. |
1,046,272 | 20.02.2024 08:46 | Gündəm | Ermənilərin “geri qayıtması” məsələsi GÜNDƏMDƏ - SENSASİON AÇIQLAMA | Politoloq: “Yenidən eyni səhvləri etməməliyik” Son dövrlər ermənilərin Qarabağa qayıtması ilə bağlı müzakirələr aparılsa da, bu məsələ ilə bağlı səngimə müşahidə edilir. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlığını qəbul etmək istəyən Qarabağ erməniləri üçün qapıların açıq olduğunu bəyan edib. Azərbaycan qanunlarını qəbul edən və xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş ermənilər sərbəst şəkildə geri qayıda bilərlər. Hökumət hətta erməni sakinlərin qeydiyyata alınması üçün portal da yaratdı. Bununla belə, Avropanın bir çox təşkilatları ermənilərin Qarabağa qayıdışı üçün Azərbaycana cidd-cəhdlə təzyiqlər edir, erməni kilsəsi davamlı olaraq revanşizmlə bağlı bəyanatlar verirlər. Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qarabağa, Xankəndinə qayıdışı üçün petisiya hazırlanması ilə bağlı çağırışlar edilir. Bir müddət əvvəl isə Ermənistan müxalifəti Vazgen Manukyanın başçılığı ilə Milli Komitə formalaşdırılıb. Vazgen Manukyan Qarabağa ermənilərin qayıtmasının BMT mandatı və beynəlxalq missiya tərkibində həyata keçirilməsini şərt kimi irəli sürüb. Hətta Ermənistan müxalifəti və iqtidarın da ermənilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malik olduğu deyilir. “Moskva və Bakı arasında Rusiya sülhməramlılarının Qarabağda qalması və ora erməni əhalisinin qaytarılması məsələsi ilə bağlı yeni müzakirələr planlaşdırılır”. Bu barədə fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qaytarılması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi yer alır”, - diplomat əlavə edib. Ermənilərin geri qayıtması mümkündürmü? Revanşist erməni qüvvələr bundan necəsə yararlana biləcəklərmi? Zaur Məmmədov Politoloq Zaur Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, onların geri qayıtmasının Azərbaycan üçün elə bir ciddi problemi yoxdur: “Amma müəyyən şərtlər var ki, kaş ki onunla bağlı dövlətimiz müəyyən addımlar atsın. Birincisi, Azərbaycanın şəxsiyyət vəsiqəsi haqqında qanunvericilik dəyişilməlidir. Bizim şəxsiyyət vəsiqəmizdə milliyyət yazılmır. Yalnız azərbaycanlı yazılır. Milliyyət deyilsə, ermənilər bura gələndən sonra şəxsiyyət vəsiqələrində azərbaycanlı yazılacaq. Onda bilinməyəcək ki, bunlar azərbaycanlıdır, yoxsa ermənidir. Yaxşı olardı ki, qanunvericilikdə dəyişiklik olsun, erməni olduqları bilinsin. Sabah mən də öz torpağıma qayıdacam, onlar da qayıdacaqlar və mən bilməyəcəyəm ki, bunlar kimdir. Qalib gəlsək də, zaman-zaman onların xisləti üzə çıxır. Biz bilməliyik ki, bunların milliyyəti nədir. Bundan sonra onların yaşaması üçün şəraitin yaradılması problem deyil. Əgər o, Azərbaycan vətəndaşlığını qəbul edibsə, yaşamasına etiraz yoxdur. Amma müəyyən şərtlər olmalıdır. Onlar bizim konstitusiyanı qəbul edəcəklərmi? Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət dindən ayrıdır. Bizim konstitusiyamızda dövlətin əsas dini göstərilməyib. Rəsmi dinimiz bilinmir, islamdır, yoxsa xristiandır və s. Ermənilər öz dinlərinə, kilsələrinə bağlı bir millətdir. Bunlar sabah gələcəklər, deyəcəklər ki, biz azsaylı xristian xalqıyıq. Bizim dinimizi mütləq qeyd edin. Biz öz xristian kimliyimizi qoruyub saxlayacağıq və bundan istifadə edərək qutsal dəyərlərimizi pozacaq, öz ayinlərini icra edəcəklər, yoxsa bunu hansı formada edəcəklər. Azərbaycanda bütün dinlər azaddır. Amma bunlara xüsusi bir imtiyaz vermək mümkün deyil. Əgər onlara xüsusi imtiyaz verilərsə, onda digər dindən olanlar da imtiyaz istəyəcəklər”. Politoloq əlavə edib ki, ermənilər Azərbaycana gəlsələr, onların da vətəndaş kimi seçib-seçilmək hüququ olacaq: “Əlbəttə, biz buna etiraz etmirik. Amma Azərbaycanda müəyyən vəzifələr var ki, onların ora buraxılmasına əngəllər olmalıdır. Misal üçün, Dövlət Təhlükəsizlik Xidməti, kəşfiyyat xidməti. Əgər onların vətəndaş kimi hüququ varsa, bütün vəzifələrdən yararlana bilərlər. Amma dövlətin təhlükəsizliyi, xarici siyasətində ermənilərin təmsil olunması doğru deyil. Nə qədər olmaya, onların qanında ermənilik var. Bizim dövlətimizin informasiya təhlükəsizliyi, milli təhlükəsizliyi təhlükə altında qala bilər. Deyəcək ki, mən vətəndaşam, burada işləmək istəyirəm, mənim də hüququm var. Sovet dövründə Azərbaycanın yüz minlərlə arxiv sənədi yandırıldı, yox edildi. Daha sonra mən heç vaxt istəməzdim ki, ermənilər Azərbaycanın elm və təhsili ilə bağlı tədqiqat aparsınlar, Azərbaycanın tarixi, dilindən dərs desinlər. İngilislərlə fransızlar 100 illik müharibə etdilər, hələ də bir-birilərinə qarşı kin qalıb. Dünyanın ən inkişaf etmiş ölkələrində belə münasibət qalıbsa, kim təminat verə bilər ki, 100 il keçəcək, ermənilər içindəki kini unudacaqlar. Bunlar nəzərə alınmalıdır. Sonra bunlar başlayacaqlar hər il 24 apreldə öz uydurma soyqırımlarının ilini keçirməyə. Onlar da deyəcəklər ki, siz Xocalı soyqırımının anım gününü keçirirsiniz, biz də edirik. Ona hansı şərtlərlə biz yanaşacağıq, ona icazə veriləcəkmi. Əgər biz buna icazə versək, deməli, Türkiyə ilə münasibətləri kəsməliyik. Yəni vətəndaş kimi hüquqlarından istifadə etsinlər, yaşasınlar, işləsinlər, oxusunlar, sahibkarlıqla məşğul olsunlar, özəl sektorda olsunlar. Azərbaycanda 30 mindən çox erməni yaşayır. Məgər biz onlara bir söz demişik? Amma bundan sonra ehtiyatlı olmalıyıq. İşimizi ehtiyatlı tutmalıyıq ki, 30-40 ildən sonra onlar yenə bizim sistemə, kəşfiyyat orqanlarımıza, təhsil, elmimizə daxil olmağa çalışacaqlar. Biz 100 il əvvəlki adamlara oxşamalı deyilik. 100 il əvvəl, cümhuriyyət dövründəki adamlar inandılar, buna görə başımızısa nələr gəlmədi ki, torpaqlarımız alındı, faciələr yaşadıq. Yenidən eyni səhvləri etməməliyik”. Afaq MİRAYİQ,“Yeni Müsavat” |
1,046,273 | 20.02.2024 08:48 | Ölkə | Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI | Bakıda tıxac yaranan yolların adları açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 10. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 11. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində; 12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 13. Zərifə Əliyeva küçəsində; 14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur. |
1,046,274 | 20.02.2024 09:00 | Siyasət | Bayden rus jurnalistə müsahibə verəcəkmi? - Putinin məqsədi nədir... | Ekspert: “Bu, daha çox Baydenin mənfi obrazını nümayiş etdirməyə hesablanıb” “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib. Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Rusiya lideri Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib. Məktubda deyilir: “Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək, ABŞ və Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk”. Bildirilir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır. Xatırladaq ki, prezident Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. Bu, jurnalistin saytında və onun X hesabında dərc edilib. Bir neçə saat ərzində video on milyonlarla baxış toplayıb və Putin və Karlson sosial şəbəkələrdə ən çox adıçəkilən şəxslər olub. Aydındır ki, Baydenlə müsahibə təşəbbüsü Kremldə oturanlara məxsusdur. Kiselyov bu məsələdə qərar verə bilməz. Hətta onu dərhal onu xarici agent elan edib cəzalandırarlar. Gorünən həm də budur ki, Putin həqiqətən müharibənin uzanmasından ehtiyatlanır və ABŞ-la anlaşma yolları axtarır. Digər yandan, müsahibə təşəbbüsünün dissident A.Navalnının ölümü və rusların Avdeyevkanı nəzarətə götürməsindən dərhal sonra ortaya atılması da diqqət çəkir. Moskva müsahibə ilə konkret hansı məqsədlər güdür? Bəs yaddaş problemi yaşayan Bayden rus jurnalisti, Putinin adamını qəbul edəcəkmi? Putin qədər cəsarət yiyəsi, onun qədər demokrat ola biləcəkmi? İlham İsmayıl Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, rusiyalı jurnalistin Baydenə müraciətinin bir neçə məqsədi var: “Baydenin səhhəti onun müsahibə vermək imkanlarını məhdudlaşdırır. Baydenin səhhəti ilə bağlı fikirləri qarışıqdır. Bu onun Altsheymer xəstəliyi ilə əlaqəlidir. Müəyyən mənada yaddaşsızlığı var. Dmitri Kiselyovun verilişlərində hər dəfə onun təyyarənin trapında yıxılmasını, fikirlərini qarışdırmasını göstərirlər. Müsahibə istəməklə daha çox Baydenin qabiliyyətsizliyini, xəstə vəziyyətini göstərmək istəyirlər. Bayden Putin kimi yarım saat tarix danışmayacaq. Onun toxunacağı mövzu beynəlxalq hüquq ola bilər. Hesab edirəm ki, bu müsahibə istəyi daha çox Baydenin mənfi obrazını nümayiş etdirməyə hesablanıb”. İlham İsmayıl deyir ki, Bayden rusiyalı jurnalistə müsahibə verməsə, bundan da istifadə ediləcək: “Baydenin bir jurnalistin qarşısına çıxıb suallara cavab verə bilmədi fikri tirajlanacaq. Hətta Bayden qorxdu müsahibə vermədi fikirini formalaşdırmağa başlayacaqlar”. İlham İsmayıl deyib ki, müsahibə təşəbbüsü xoşməramlı niyyətdən yaranmayıb: “Rusiyanın addımları Ukrayna ilə münasibətləri sülh yolu ilə deyil, zorakılıqla çözmək planlarını göstərir. Müsahibə də ABŞ prezidentinin Ukrayna mövzusunda mövqeyini öyrənmək deyil, daha çox Baydenin yaddaşsızlığını, gülməli, mənfi obrazını formalaşdırmaq üçündür. Əgər ABŞ rəhbərliyinin mövqeyini öyrənmək istəyirlərsə, ABŞ dövlət katibi Entoni Blinkenlə müsahibə edə bilərlər”. E.MƏMMƏDƏLİYEV,“Yeni Müsavat” |
1,046,275 | 20.02.2024 09:12 | Astrologiya | Bu illərdə doğulanları fantastik uğurlar gözləyir | Əjdaha ilinin firavanlıq və uğurlarla dolu olacağı gözlənilir. Ancaq bu hamı üçün eyni dərəcədə olmayacaq. Bütün bürclərin Əjdaha ilə xüsusi əlaqəsi var, onun qidalandırıcı elementi onlara uğur və firavanlıq gətirir. Bununla belə, astroloqlar 2024-cü ildə hansı illərdə doğulanların daha çox rifah şəraitində yaşayacağını açıqlayıblar. Musavat.com lent.az-a istinadən həmin illəri təqdim edir. Donuz Donuz ilində doğulanlar üçün 2024-cü il innovativ ideyalar və canfəşanlıqla dolu olacaq. İlin əvvəlində həvəsdən düşə və rahatlaşsanız da, Əjdaha enerjisi potensialınızı ortaya çıxaracaq və sizi uğura aparacaq. Meymun Meymunların özünəməxsus çevikliklərindən istifadə etmək vaxtıdır. Çünki 2024-cü il onlar üçün bir sıra çətinliklər də yarada bilər. Ancaq buna baxmayaraq, şans meymun ilində doğulan insanlara qarşı güləcək. Meymunlar həm şəxsi, həm də peşəkar həyatda uğur qazanacaq. Çünki Əjdaha onlar üçün əlverişli hesab olunur və istəklərini yerinə yetirməyə kömək etməyə hazırdır. Siçan Siçan ilində doğulanları 2024-cü ildə müəyyən sınaqlar gözləyir. Ancaq onlar çeviklikləri və zəkaları sayəsində vəziyyəti öz xeyrinə dəyişəcəklər. Əjdaha bu il siçanlara kömək edəcək və onlara böyük bədbəxtliyin gəlməsinin qarşısını alacaq. Qoyun Bu il qoyunlar şəxsi inkişaf və özünü tanıma yolunda dəyişikliklərə hazır olmalıdırlar. Maneələri dəf etmək üçün bütün bacarıqlarını səfərbər etməli olacaqlar. Bundan əlavə, qoyun ilində doğulanlar kiçik uğursuzluqlarla üzləşə bilər. Ancaq buna əsəbiləşməməli və məqsədlərinizə çatmaq arzularını itirməməlidirlər. Çünki sondakı nəticə sizi təəccübləndirəcək. Xoruz Əjdaha ili Xoruzlar üçün daimi xarakter vəd edir. Bunun sayəsində Xoruzlar bütün maneələri aşaraq şəxsi və peşəkar inkişaf yolunda böyük addımlar atacaqlar. |
1,046,276 | 20.02.2024 09:24 | Gündəm | Xəzərdə ard-arda təkanlar - böyük zəlzələ OLACAQ? | “Dəniz kənarında tikilən binalar təhlükədədir, çünki...” - baş seysmoloqdan ilginc açıqlamalar Fevralın 17-də Xəzər dənizində gün ərzində üç dəfə ard-arda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Birinci dəfə zəlzələnin gücü 3.4, ikinci dəfə 3.2, üçüncü dəfə isə 3,3 maqnitudada olub. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Bəs ard-arda zəlzələlər böyük təkanlarınmı xəbərçisidir? İndiyədək belə hallar olubmu? Qeyd etmək yerinə düşər ki, 2024-cü ildə güclü və hiss olunan zəlzələlərin baş verəcəyi barədə proqnozlar verilir. Seysmoloqlar Azərbaycanda və dünyada mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə illər aktiv olmayan seysmik ocaqların ayılacağını bildirirlər. Hətta vulkanların da püskürəcəyini deyirlər. Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli “Yeni Müsavat”ın əməkdaşının bu və digər suallarını cavablandırıb? - Qurban müəllim, Xəzərdə bundan əvvəl də zəlzələlər baş vermişdi. Bu ay da ard-arda zəlzələlər oldu, bu, böyük təkanlarınmı xəbərçisidir? - Biz üç təkanın məlumatını verdik. Onların da maqnitudası 3-dən yuxarıdır. Biz bu məlumatları üzv olduğumuz beynəlxalq qurumlara da ötürürük. Sutka ərzində Xəzərdə qırılma boyu 3-dən əlavə 11 təkan olub. Onlar da zəif olduğuna görə (1.2, 0.8 ) o demək deyil ki, güclü zəlzələ törətsin. Əksinə, xırda parçalanma gedir, enerji boşalması kifayət qədər ayrılır, bu ona dəlalət edir ki, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəif təkanlar həmişə var. Respublika ərazisində bir sutka ərzində 17-dən bu gün səhərə (red:19 fevral) kimi respublika ərazisində 53 təkan olub. Onun 11-i Xəzərdə, Gəncədə, Talış 6-7, Şamaxı zonasında baş verib. Maqnitudası ikidən yuxarı deyil. Bu o demək deyil ki, Xəzərdə, yaxud hansısa bölgədə seysmogen bölgədə güclü, dağıdıcı olsun. İl boyu hiss olunan zəlzələlər barədə də məlumat veririk. Respublika ərazisi üçün yaxın zamanlarda güclü zəlzələ ehtimalı yoxdur. - Həm yerli, həm də xarici seysmoloqlar 2024-cü ili zəlzələ ili adlandırırlar. Dünyada və Azərbaycanda güclü zəlzələlərin olacağı qaçılmazdır... - Respublika ərazisində tək seysmologiya sahəsində, ayrı istiqamətlər üzrə araşdırmaları kompleks şəkildə aparırıq. Bunu Respublika Seysmologiya Mərkəzi aparır. Kim nə deyirsə, fala baxan kimi danışır. Olacaq deyirlər. Hansı tədqiqatın nəticəsinə əsasən deyirlər, bunu əsaslandırsınlar. Olanda deyəcəklər filankəs demişdi, olmayanda yada düşməyəcək. Xahiş edirəm, elə şayiələrə inanmaq lazım deyil. Ötən il türkiyəli alim deyirdi ki, İstanbulda güclü dağıdıcı zəlzələ olacaq. İstanbulu tərk edirəm, deyirdi. Üstündən bir il keçdi. İstanbulun 20 milyonluq əhalisi çamadanını götürüb harada oturmalıydı?! - Qurban müəllim, amma demək olmaz ki, proqnozlar tam özünü doğrultmadı. Elə 2024-cü il daxil olar-olmaz Yaponiyada və ona yaxın ölkədə dağıdıcı zəlzələlər baş verdi, xeyli insan həyatını itirdi... - Çox gözəl buyurdunuz. Yaponiya zəlzələlər ölkəsidir. Yaponiya seysmologiya sahəsində inkişaf etmiş ölkədir. Çünki zəlzələlər ölkəsi olduğuna görə təcrübəsi də çoxdur. Mən demirəm ki, dünyanın heç bir ölkəsində qısamüddətli proqnozlar yoxdur. Amma əgər onlar bilirdisə, heç olmasa bir həftə qabaq xəbərdarlıq edərdilər ki, dəniz kənarından maşınları yığışdırın, sunami aparacaq. Heç olmasa bunu deyərdilər. Sahildə olan bütün nə vardısa, hamısı okeana töküldü. - Sunamilərdən söz düşmüşkən, son dövrlər hiss olunan (4-5 bal gücündə) zəlzələlərin əksəriyyəti əsasən Xəzərdə müşahidə edilib. Ümumiyyətlə, yeraltı təkanların çoxalması səbəbindən Xəzərin daxilində dəyişikliklərin baş verdiyi deyilir. Bu, nə dərəcədə təhlükəlidir? Eyni zamanda bu amil Xəzərdə sunami olması ehtimalını artırırmı? - Ümumiyyətlə, Xəzər dənizində potensial gücə malik zəlzələ ocaqları var. Xəzərin cənubundan tutmuş, düz onun şimalına qədər. Oradan qırılmalar keçir, Maxaçkala-Krasnovodsda (Türkmənbaşı) bu qırılmalar var, onlar aktivdir, bundan başqa Böyük Qafqazda da qırılmalar var, bunların hamısı aktivdir. Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Çox uzağa getməyək. 2000-ci ildə 6.2 maqnitudalı zəlzələ zamanı sahil yanı yaşayış məntəqəsində sunami xarakterli nə isə əmələ gətirdimi, yaxud dalğa oldumu? Əksinə. Proqnoz verilir ki, dənizdə küləyin təsirindən dalğanın hündürlüyü 4 metrə çatacaq. Sahilqırağı dalğaları da müşahidə edirik. Xəzər qapalı bir hövzə olduğuna görə sunami olma ehtimalı yoxdur. Yaponiya və güclü zəlzələ olan ölkələr ki var, orada sunaminin yaranması mümkündür. Amma Xəzərdə sunami heç vaxt ola bilməz. Biz o vaxt rusiyalı alimlərlə araşdırma aparmışdıq, onda aydın oldu ki, zəlzələnin yaratdığı dalğa maksimum 50-70 santimetr ola bilər. Ancaq burada küləyin təsirindən 10 metrə kimi dalğa əmələ gəlir. Onun da heç bir təsiri olmur ki, sahil boyu əraziləri yuyub aparsın. - Bəlkə sizin də nə vaxtsa yolunuz düşüb, Novxanıdan Sumqayıta gedən yolda, dənizlə üzbəüz ərazidə yeni çoxmərtəbəli evlər tikilir. Nəzərə alsaq ki, zaman-zaman dənizdə qabarma-çəkilmələr olur. Gələcəkdə bu binaların suyun altında qalma ehtimalı nə dərəcədə realdır? - Bilirsiniz, riskin hesablanması tamam başqa məsələdir. Düzdür, hazırda Xəzərdə çəkilmə gedir. Yəni suyun səviyyəsi aşağı düşür. Yadınıza gəlirsə, müəyyən dövrdə metrə yarımdan çox qalxmışdı. İndi nə qədər düşüb, deyə bilməyəcəyəm, çünki dəyişmələrlə biz məşğul deyilik. Xəzərin səviyyəsinin ölçmələrini başqa qurum həyata keçirir. Amma o, suyun artımı deyil, Xəzərin dibində gedən geodinamik prosesdir. Onun dibinin qalxmasıdır. O vaxt sahilyanı yaşayış məntəqələri, restoranlar var idi, onları dəniz suyu yuyub aparmışdı, yalnız dirəkləri qalmışdı. Yəni bu o demək deyil ki, su çəkilib, Xəzərə doğru irəliləməliyəm. Su axan yerdən bir də axır. Xəzərin dibində gedən seysmotektonik proseslər var, qalxması, dibinin çökməsi var. Bundan başqa, Xəzərə tökülən suları da nəzərə almaq lazımdır ki, o çayların bəziləri məcralarını dəyişiblər, qarşısını kəsiblər. Ən çox Volqa hesabına Xəzərə su gəlir. Bunlar hamısı nəzərə alınmalıdır. O demək deyil ki, iyirmi ildə heç nə olmayıb, bundan da sonra heç nə olmayacaq. Bəli, ehtiyat etmək lazımdır, suyun içində ev tikilməsinin tərəfdarı deyiləm. Dənizdən 5-10 metr kənarda restoran açmaq da doğru deyil. Yadımdadır ki, Ulu öndər sərəncam vermişdi ki, dənizdən 150 metr kənarda olsun bütün tikililər. Bunlara əməl edilməlidir. Afaq MİRAYİQ,“Yeni Müsavat” |
1,046,277 | 20.02.2024 08:59 | Ölkə | Polis ƏMƏLİYYAT KEÇİRDİ: 5 nəfər həbs olundu | Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən Quliyev və Quba rayon sakini Tural Əliyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança aşkar olunaraq götürülüb. Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib. |