id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,809
03.12.2008 06:00
Yazarlar
BÖLÜNƏN VƏ BÖLƏN
Zəlimxan Məmmədlinin can yanğısından doğan “Qələbəyə aparan yol - Elçibəy yolu” yazısını oxuyanda da özünə ünvanlanan sualların cavabı qədər səmimi təsir bağışladı. Yazdıqlarının içdən gələn bir göynərti, haray olduğunu duymaq da çətin deyil. Əslində yazdıqları son üç-dörd ayda mətbuata da yol tapan yaşantıların nəticəsidir.Millət vəkili Pənah Hüseyn deyir ki, Elçibəy komandası artıq yaşlaşıb, ölkəni indiki durumdan çıxarmaq üçün yeni qüvvələrə ehtiyac var. Haqlıdır. Amma o da həqiqətdir ki, bizim günahlarımız da bizimlə yaşıddır. “Ömür keçdi” deyə heyfsilənən hər bir kəs xalqın çiyninə çökən səhvləri də düzəltməyə, bir nəsil kimi öz missiyasını yerinə yetirməyə, sonra da estafeti yeni nəslə verməyə borcludur. Ən azından öz günahlarımızı bizdən sonra gələnlərə yük eləməyə haqqımız yoxdur. İndi böyük birlik yolunda öz niyyətlərini uca tutanlar, şəxsi ədavəti önə çəkənlər əslində bu xalqın aqibətinə göz yumurlar.Tale elə gətirdi ki, Azərbaycanın milli-azadlıq hərəkatı yolunda qazandıqlarını çox asanlıqla əldən verəndə və Azərbaycanı indiki aqibətlə üz-üzə qoyanlar hakimiyyətə gələndə mən başqa düşərgədə idim. Bu ölkənin müstəqilliyi uğrunda savaşanlar siyasi cəhətdən məğlub ediləndə, azadlıq və demokratiya kimi şirin diləklərin üstündən xətt çəkiləndə müxalifətə qarşı qurulan planları yaxından izləyir, bəzi hallarda iştirakçısı da olurdum. Məni dəhşətə gətirirdi ki, Azərbaycana kənardan diş qıcayanların, onu hər addımda diz çökdürənlərin bəhrələndiyi üsul və metodlar ölkədə istədiyi kimi hökmranlıq etmək istəyən iqtidarın niyyətləri ilə üst-üstə düşürdü. Elə ona görə müxalifəti siyasi səhnədən silmək üçün bütün vasitələr kara gəlirdi.Dönüb geriyə baxın: imperiya niyyətlərindən bir an da əl çəkməyən Rusiyanın, ya da müstəqil Azərbaycanı özü üçün təhlükə sayan, hər düşən fürsətdə onu boğmağa çalışan fars şovinizminin qəsdindən daxildə baş verənlər çoxmu fərqlənirdi? Əslində biri o birini tamamlayırdı desək, daha düzgün olardı.Çox vaxt “Ağ Ev”də qurulan planlar səfeh, həyata keçməsi mümkün olmayan sarsaq bir xəyal təsiri bağışlayırdı. Ancaq müxalifəti içindən didib-parçalamağın asanlıqla həyata keçdiyini görəndə dəhşətə gəlirdim. Müxalifətin birləşməsi zərurətinin indi ölüm-qalım dilemmasına çevrildiyi bu günlərdə ötəri də olsa onun necə bölündüyünü, parçalandığını bircə anlığa göz önünə gətirin. İndi kimin əlinin kimin ətəyindən yapışdığı da gün kimi aydındır. Bu iqtidarın şərtlərini qəbul edib, çox ucuz qiymətə satılan, deputat mandatı daşımağı, babat yaşamağı üstün tutanlarla aparılan separat danışıqların o qədər şahidi olmuşam ki!Faciə ondadır ki, elə həmin satılanlar, qabağına atılan bir tikə çörəyə aldananlar daha gur səslə demokratiyadan, azadlıqdan danışırlar.Elçibəyin ölümündən sonra indiki iqtidar bölünən, parçalanan AXC-ni birdəfəlik siyasi səhnədən silmək planlarını gerçəkləşdirmək üçün bütün resursları işə saldı. AXC-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadı özünü qorumaq üçün “konstruktiv müxalifət” missiyasından imtina edib, radikal axara düşməyə məcbur oldu. Elə həmin vaxt da iki bölünəni üz-üzə qoymaq üçün rejim Mirmahmud ağanın millət vəkili seçilməyinə “göz yumdu”, ancaq nə yaxşı ki, Mirmahmud Mirəlioğlu bu tələyə düşmədi. Və iqtidar məcbur olub atəşi oyun şərtlərini pozan AXCP-yə qarşı yönəltdi.İndi Zəlimxan bəyin birlik harayı sona qədər öz məsləkinə, əqidəsinə sadiq olanların ortaq diləyidir. Bu birliyə qovuşmaq yolunda isə çox kiçik bir addım atmalı, içindəki “mən”i böyük bir sevgiyə qurban verməlidir.Riyaziyyatda ən sadə əməliyyatın - bölmənin düzgünlüyünü yoxlamaq üçün bölünəni bölənə vurub doğruluğuna əmin olurlar. Heç olmasa bu sadə həqiqəti doğrultmağa özümüzdə güc tapa bilərik.İndi üstümüzə yeriyən fəlakəti - torpağımızın qəsdinə duranların məkrini apaydın gördüyümüz bir məqamda bundan savayı çıxış yolumuz qalıbmı?
43,810
03.12.2008 07:08
Siyasət
MÜXALİFƏTİN BİRLİYİNİ KİMLƏR TORMOZLAYIR?
Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəyli isə Müsavatın müxalifətin birliyində maraqlı olmadığı tipli ittihamların əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, problemi Müsavatda axtarmağın və bunu mətbuatda ifadə etməyin özü birliyin yaranmasına mane olmaqdır: “Danışıqların müsbət yekunlaşması üçün siyasətçilər ittiham notları ilə zəngin olan ifadələrdən çəkinməlidir. Bu, kimlər tərəfindənsə edilmirsə, problemi niyə Müsavatda görürlər? İstər Müsavatda, istərsə də digər partiyalarda funksionerlər öz fikir və arzularını təmsil olunduğu qurumun çıxardığı qərara uyğun bildirə bilərlər. Lakin təəssüf ki, son vaxtlar gedən proseslərdə təşkilatların çıxardığı qərarlara uyğun yox, hər kəs öz arzusunu, şəxsi istəyini qarşı tərəfi nəzərə almadan, bir az da sərt və haqsız şəkildə səsləndirir”.A.Səmədbəyli Müsavata olan münasibəti də bu qəbildən sayır. Onun qənaətincə, danışıqlar prosesinin getdiyi dönəmdə belə yanaşma heç də münasibətlərin dərinləşməsinə, qarşı tərəfin istədiyi müttəfiqlik münasibətlərinə aparmır: “Ona görə də Müsavat rəhbərliyi məsələyə daha tolerant yanaşır. Bu, özünü əksər müsahibələrdə göstərir. Amma çox qəribədir ki, qarşı tərəfdən ən çox hücuma məruz qalan da Müsavatdır. Müsavat haqq eləmədiyi ittihamlarla üzləşir. İttiham xarakterli yazılar və müsahibələr heç də müttəfiqliyə xidmət etmir. Kiminlə müttəfiqlik, kiminlə əməkdaşlıq münasibətlərində olmasını Müsavatın özü müəyyən edir”.Millət vəkilinə görə, AXCP ilə müttəfiqlik məsələsi birdən-birə meydana çıxmayıb: “Bu məsələ xeyli müzakirələrdən keçəcək, təhlil olunacaq və bundan sonra qərar halına salınacaq”.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Fuad Mustafayevin fikirlərinin heç də vəziyyətə adekvat olmadığını təsdiq edən açıqlama verdi. Onun dedikləri həm də belə qənaət yaradır ki, deyəsən, F.Mustafayev müzakirələrin hansı mərhələdə olmasından xəbərsizdir. A.Hacılı bildirdi ki, əməkdaşlıqla bağlı aparılan müzakirələrin bu həftə yekunlaşacağı nəzərdə tutulub.Hazırda tərəflər arasında iki layihənin müzakirə edildiyini söyləyən A.Hacılının sözlərinə görə, layihələrdən birini Müsavat, digərini isə AXCP təqdim edib: “Layihələrin birində bundan əvvəl mövcud olan Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi, digərində isə müttəfiqliyə yaxın olan əməkdaşlıq nəzərdə tutulur. Bu layihələrdən bir və ya hər ikisi qəbul oluna bilər. Çünki bu təkliflərdən biri digərini inkar etmir”.
43,811
03.12.2008 07:08
Siyasət
RƏSULÇULAR HAFİZ HACIYEVLƏ DANIŞIQ APARIR
Xatırladaq ki, prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasından başqa Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan, Demokratik İstiqlal partiyaları və “Balıq Hafiz”in qurumu öz sədrləri ilə iştirak edib. ACP rəhbərliyinin prezident seçkisində iştirak edən hansı partiyalarla danışıqlara başladığını öyrənmək üçün həmin partiyalarla əlaqə saxladıq. Ümid Partiyasının sədri İqbal Ağazadə ACP ilə heç bir mövzuda danışıqlar aparmadıqlarını dedi: “Yəqin ki, Yaqub Abbasov həmin açıqlamanı verərkən bizi nəzərdə tutmayıb”.“Bəlkə digərləri ilə danışıqlar aparılır, sizə hələ növbə çatmayıb. Növbə çatarsa, mövqeyiniz necə olacaq” sualına İ.Ağazadə belə cavab verdi: “Növbə məsələsi olmalıydısa, birinci biz olmalıydıq. Ümid Partiyasının hələlik bloklarla bağlı öz mövqeyi var. Biz bloklara qoşulmuruq. Ona görə də partiyamızın blok çərçivəsində fəaliyyət göstərəcəyini güman etmirəm”. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da ACP-dən hər hansı şəxslə heç bir danışıq aparmadıqlarını dedi. F.Qəzənfəroğlunun sözlərinə görə, ACP-dən müraciət olsa, müzakirə edib qiymətləndirə bilərlər. Öz növbəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası MNTK-nın sədri Yeganə Mehdibəyli bildirdi ki, ACP ilə danışıqlar aparılmır: “Dünən partiyanın İdarə Heyətinin iclası olub. Hansısa partiya ilə danışıqlar aparılanda İdarə Heyətinin iclasında məlumat verilir. Dünənki toplantıda ACP ilə bağlı heç bir söhbət olmayıb. ACP-dən blok yaratmaqla bağlı bizə heç bir müraciət edilməyib. Biz ümummilli məsələlərdə bütün siyasi partiyalarla əməkdaşlıq etməyin tərəfindəyik”. Demokratik İstiqlal Partiyasından da ACP ilə hər hansı danışıqlar aparılmadığı bildirildi. Göründüyü kimi, bu partiyalardan Hafiz Hacıyevin partiyası istisna olmaqla, heç biri ACP ilə danışıq aparmadıqlarını bildirirlər. Rəsul Quliyevin partiyası YAP-la da hər hansı blok yaratmaq barədə danışıqlar aparmır. Belə danışıqların olmasını və müsbət nəticələnməsini sözsüz ki, ACP rəhbərliyi arzu edə bilər. Ancaq YAP-ın nə vaxtsa məhz Rəsul Quliyevlə blok yaratması mümkünsüz məsələdir.Bəs ACP rəhbərliyi blok yaratmaqla bağlı prezident seçkisində iştirak edən hansı partiya ilə danışıqlar aparır? Məsələ ilə bağlı dəqiqləşmə aparıb yuxarıda qeyd etdiyimiz cavabları aldığımızdan belə çıxır, ACP Hafiz Hacıyevin partiyası ilə blok yaratmaq istiqamətində müzakirə aparır. Əgər belə deyilsə, onda Yaqub Abbasovun mətbuata yalan informasiya verdiyi ortaya çıxır.
43,812
03.12.2008 07:09
Gündəm
BAKIDA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ BAŞLADI
Konfransa Avropa Şurasının baş katibi, TÜRKSOY, İSESCO, ALEKSO, İRSİKA təşkilatların baş direktorları, 30 ölkənin nazirləri və nazir müavinləri, idarə rəhbərləri qatılıb. 11 xarici media nümayəndəsi tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib (APA).Konfransda mədəniyyətlərarası dialoqa dair Bakı bəyannaməsi qəbul ediləcək. Tədbirdə çıxış edən ölkə başçısı İlham Əliyev bildirib ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. İ.Əliyev deyib ki, Azərbaycan üçün ən böyük problem Qarabağ münaqişəsinin həllini tapmamasıdır. O, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir çox mötəbər təşkilatların çıxardığı qərarların icra olunmamış qaldığını bildirib.Azərbaycanın Ermənistanın mədəniyyət nazirini beynəlxalq konfransa dəvət etməsini çox yaxşı hal adlandıran AŞ-nin baş katibi Terri Devis deyib ki, qarşı tərəfin dəvəti qəbul etməsi Ermənistanla Azərbaycan arasında mövcud olan münaqişənin həllinə kömək edə bilərdi: “Bu tədbirin məqsədi dialoq aparmaqdır. Əfsus ki, Ermənistan bu dəvəti qəbul etmədiyi üçün dialoqda iştirak etməyəcək. Ermənistan dəvəti qəbul etməməklə bizimlə görüşdən də məhrum oldu”.
43,813
03.12.2008 07:40
Gündəm
İLHAM ƏLİYEV NƏVƏLƏRİNDƏN DANIŞDI
İ.Əliyevi konfrans iştirakçıları adından Avropa Şurasının baş katibi Terri Devis təbrik edib. Prezident İ.Əliyev isə bütün Azərbaycan və dünya uşaqlarına cansağlığı və xoşbəxtlik arzulayıb.Xatırladaq ki, dekabrın 1-də İ.Əliyevin əkiz nəvələri dünyaya gəlib.
43,814
03.12.2008 06:14
Yazarlar
BRAVO, ZEYNƏB XANIM!
Görəcəkli günlərimiz varmış. Kim düşünərdi ki, gün gələr Zeynəb xanım hakimiyyətin üçüncü şəxsinə “axı sən kimsən?!” deyib barmaq silkələyər, ismarış yollayar? Hələ üstəlik, onun barəsində ağır ifadələr işlədər, spikeri tutduğu vəzifəyə layiq olmamaqda suçlayar?Zeynəb xanım cəsarətli insandır. Ən müxtəlif dövrlərdə elə davranışları olub ki, hələ də unudulmur. Məsələn, 1990-cı ilin 20 yanvar qırğınından sonra xalqın qarşısında şəhidlərə bir il yas saxlayacağına söz verdi. Sözünü tutdu. Düz 365 gün şəhidlərimizin ruhuna hörmət, ehtiram əlaməti olaraq efirlərdə müğənni kimi görünmədi, konsert vermədi, qastrollara getmədi. Bu adamın içində milli təəssübkeşlik, ədalət hissi var. Bu, danılmazdır. Amma məsələ burasındadır ki, Zeynəb xanım təkcə Oqtay Əsədovu hədəf seçməməli, ancaq onu tənqid etməməlidir. (Xüsusilə bir fakt qeyd olunmalıdır ki, hakimiyyətdə mafiya olmayan, çete qurmayan azsaylı məmurlardandır Oqtay Əsədov.) Həm də digər nazirlər, iri ranqlı məmurlar barədə vaxtaşırı bu cür çıxışlar etsə, pis olmazdı. Bütövlükdə isə bu gün aparılan yanlış siyasətə qarşı səsini ucaltmalıdır.Əslində spikerin xanım deputatın qəzəbinə gəlməsi sırf şəxsi məsələdir. Bunu hörmətli müğənnimiz özü də inkar etmir. Sovet ziyalıları, incəsənət, ədəbiyyat xadimləri daim nəvazişə, qayğıya öyrəncəlidir. Qayğıdan kənar qalan kimi asiyə çevrilirlər. Hökumət-iqtidar hərləmirlər. Bir məqam tapıb bu və ya digər şəkildə etiraz bildirirlər. Şəxsi problemlərinin davasını etməkdən çəkinmirlər.Lakin Zeynəb xanım dünən şəxsi məsələsinin gözünə qatıb ümummilli məsələlərdən də danışdı. Bakıda Şəhriyara və Rəsulzadəyə heykəl qoyulmamasına açıq şəkildə etiraz etdi. Böyük öndərə abidə ucaldılmamasını özünəməxsus formada dilə gətirdi: “Başa düşmək lazımdır ki, Şəhriyar dünya şöhrətli bir insandır və tarix durduqca yaşayacaq. O cümlədən də Məhəmməd Əmin Rəsulzadə. Mənə fontanlar lazım deyil. Acqarına fontanlara baxmaq istəmirəm. Bu gün Azərbaycanda sənətkara qiymət vermək lazımdır”.Fontan məsələsi bilirsinizmi nədir? Rəsulzadəyə abidə ucaldılacaq ərazidə, Zeynəb xanımın yaşadığı binanın qarşısındakı parkda təxminən iki il öncə fontan tikdilər. Bununla da hakimiyyət Azərbaycan dövlətinin banisinin paytaxtda heykəlinin ucaldılması ehtimalını birdəfəlik aradan qaldırdı.Sağ olun, Zeynəb xanım! İlin-günün bu vaxtında parlament tribunasından Məhəmməd Əmin Rəsulzadə kimi bir dəyərdən danışdığınıza, onu müdafiə etdiyinizə, ulu öndərə abidə ucaldılmasının gərəkliyini xatırlatdığınıza görə bu millətin çörəyi, alqışı, xeyir-duası, sevgisi halalınız olsun!Adlarını tarixçi, millətçi, türkçü qoyan, hər addımda millətə minnət yükləyən bəzi deputatlara yaxşı dərs verdiniz. Birinin dilindən indiyədək bu barədə kəlmə çıxmayıb. Qorxularından bircə dəfə məsələ qaldırmayıblar ki, Azərbaycan istiqlalının və bayrağının müəllifinin bu ölkədə niyə abidəsi yoxdur.Rəsulzadə təkcə dövlət xadimi olmayıb. O, həm də Azərbaycanın ən görkəmli və gerçək ziyalılarındandır. Belə dəyərin qədrini bilməyən millətin nəsibi, elə Zeynəb xanım demişkən, acqarına fontana baxmaq olar. Azər AYXAN
43,815
03.12.2008 07:11
Ölkə
BƏYLƏR ƏYYUBOVLA RÖVNƏQ ABDULLAYEV 11 HEKTAR YAŞILLIĞI MƏHV ETDİRİR
Tikintiyə rəhbərlik edən şəxs əraziyə jurnalistlərin gəldiyini nəzərə alaraq texnikanın işini dayandırdı. Özü isə sualları cavablandırmadan ərazini tərk etdi.Tikintidə çalışan fəhlələr ərazinin hansı şirkət tərəfindən alındığından xəbərsiz olduqlarını bildirdi. Onlar ağacların qırılması prosesində iştirak etmədiklərini, yalnız divar hörgüsü ilə məşğul olduqlarını söylədilər. Qeyd edək ki, tikinti meydançasındakı “KamAZ” markalı yük maşınlarının üzərində Dövlət Neft Şirkətinin buraxılış lövhələri vurulmuşdu.Meşə zolağının yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, ərazi hasara alınanda onlara parkın abadlaşdırılacağını deyiblər. A.İsmayılov meşə zolağının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə satıldığını söylədi: “Araşdırma aparıb öyrəndim ki, ərazi BŞİH-in 12 iyul 2008-ci il tarixli sərəncamı ilə ”Real kommers" şirkətinə 110 kottec tikilməsi üçün verilib. Meşə zolağı sərəncamda boş ərazi kimi göstərilib".Biz orada olarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər ekologiya və təbii sərvətlər departamentinin rəis müavini Aftandil Səfərov və nazirliyin müfəttişləri də əraziyə gəldi. A.Səfərov bununla bağlı dövlət qurumları qarşısında dəfələrlə məsələ qaldırdıqlarını söylədi: “Meşə zolağı Nizami rayonu, 4085-ci məhəllə ünvanında yerləşir. Ərazidə 11 hektarlıq meşə massivi var. Burada 5718 ağac qeydə alınıb. Əvvəllər də ərazidə tikinti işi gedib. Burada müvafiq yoxlama aparmışıq, BŞİH-ə və Nizami rayon İcra Hakimiyyətinə telefonoqramlar göndərmişik. Burada tikinti işlərinin dayandırılmasını və təbiətə dəyən zərərin ödənməsini tələb etmişik. ”Nemət Ə" şirkəti tərəfindən aparılan tikinti işləri müdaxiləmiz nəticəsində dayandırıldı. Sonra da ərazini nəzarətdə saxlamışıq. Amma 11 yanvar 2008-ci ildə BŞİH-ə yenə telefonoqram göndərib tikintinin dayandırılmasını tələb etmişik. Massivdə təzədən yoxlama aparıb qırılan ağacların sayını dəqiqləşdirəcəyik. Lakin şirkətə konkret cəza tədbiri tətbiq etmək bizim səlahiyyətə aid deyil".Aslan İsmayılov məsələdən təsadüfən xəbər tutduğunu söylədi: “Vətəndaşlardan biri mənə müraciət edərək özəl torpaq sahəsinin zəbt edildiyini dedi. Səyyad Gözəlov adlı bu şəxsin vəkili qismində məhkəmədə iştirak etmişəm. Həmin şəxsin əlində hüquqi sənədlər olsa da, tikinti şirkəti ona məxsus torpaq sahəsini hasara alıb. Onun torpaq sahəsi massivin kənarında yerləşir. Şirkətin mühafizəçiləri torpaq sahibini ərazidən qovur. Nizami rayon Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu torpaq sahəsinin müvəkkilimə aid olmasını təsdiq edib. Şirkət isə üç məhkəmə instansiyasının qərarlarına məhəl qoymur”.A.İsmayılov şirkət rəhbərlərinin yüksək rütbəli şəxslərin adından istifadə etdiyini bildirir: “Tikintini aparan şəxslər məsələdə bu və ya digər formada Bəylər Əyyubovun və Rövnəq Abdullayevin adlarını hallandırır. Əgər ərazi həmin şəxslər tərəfindən zəbt olunubsa, qanunsuzluğa dərhal son qoyulmalıdır. Yox, əgər tikinti şirkəti yüksək rütbəli məmurların adından yalandan istifadə edirsə, həmin şəxslər cəzalandırılmalıdır. Bu məmurlar məsələni araşdırıb onların adından sui-istifadə edənləri tapsa və cəzalandırsa, mən mətbuatda çıxış edib onlardan üzr istəməyə hazıram”.
43,816
03.12.2008 07:15
Ölkə
ARDNŞ-yə MƏXSUS UŞAQ BAĞÇASI TİKİNTİ MAFİYASINA SATILIR
“Araz” uşaq bağçası-körpələr evi Dövlət Neft Şirkətinə məxsusdur. Şirkətin Sosial İnkişaf İdarəsindən (Sİİ) narazı qalan valideynlər bildirir ki, neftçi ailələrindən olan uşaqlara görə valideynlər əvvəllər ayda 13 manat ödəyirdi. Oktyabrın 1-dən isə ödəniş 40 manata çatdırılıb. Ən maraqlısı odur ki, xəbəri noyabrın sonlarında gələn bu qəfil qiymət artımı oktyabrın 1-dən qüvvəyə minibmiş. Valideynlər deyir ki, Sİİ-nin belə “dərin” qərarı paradoksaldır, elə o qədər də qanunsuzdur. Belə ki, bu qərar arxa tarixlə qüvvəyə minib. Valideynlərdən oktyabr və noyabr üçün qalıqları ödəmək tələb edilib. Guya yeni qiymət artımı qalığı ödəyənlərə gələcəkdə şamil edilməyəcək. Valideynlər də inanıb arxa tarixlə oktyabr və noyabrın pulunu ödəyib. Bundan iki gün sonra (hamı qalığı ödəyəndən sonra) ARDNŞ-dən yeni və əcaib bir xəbər gəlib - dekabrın 1-dən aylıq ödəniş 100 manatdır. “Bu məbləği ayın 1-dək ödəməyənlər bağçadan xaric olunacaq” - qapıda asılan elanda belə yazılıb. Yəni ARDNŞ valideynləri faktiki olaraq aldadıb. Yəni iki ayın pulunu almaq lazım gəlib ki, bunu da “uğurla” həyata keçiriblər.Nazirlər Kabinetinin qərarına görə, məktəbəqədər təhsil müəssisəsində bir ailədən 2 və daha çox uşaq tərbiyə alırsa, bu ailələr üçün 50 faiz güzəşt nəzərdə tutulur. Sİİ isə bu qərarı heç tanımaq da istəmir. Valideynlərin məmurların diqqətini bu məsələyə yönəltmək cəhdləri nəticəsiz qalıb.“2-3 uşağı olan valideynlər 200-300 manatı Rövnəq Abdullayevin kassasına necə ödəsin? Başa düşürük, neft ucuzlaşıb. Bəs sadə camaatın günahı nədir? ARDNŞ-nin bağçalarına uşaq qəbulu apreldən dayandırılıb. Bağçalarda kifayət qədər yer olsa da ora bir uşaq da qəbul edilmir. Təkcə ”Araz" bağçasına 100 nəfərdən artıq növbədə duran var. Uşaqları ora heç bir izahat vermədən qəbul etmirlər. Körpələr sentyabrın 15-dən, yeni dərs ilindən bağçaya getməli idi. Bu qədər yubanmaya görə cavabdeh kimdir? Budurmu balaca vətəndaşlara verilən dəyər? Neft “naçalnikləri” bizim körpələrin taleyi ilə oynayarkən, görəsən, öz uşaqları gözləri önünə gəlirmi?"- deyə valideynlər redaksiyamıza ünvanladığı məktubda bildirir.Şikayətçilərin sözlərinə görə, son vaxtlar “Araz”ın ərazisinə tez-tez “prorab” görkəmli insanlar gəlir. Onlar ərazini ölçür, hesablama aparır, tikililərə müştəri gözü ilə baxır: “Görəsən, son olayların bu ”tip"lərlə bağlılığı varmı? Əfsus ki, var. Valideynləri qiymət artımı ilə küsdürən şirkət sabah bağçanı “lazımsızdır, uşaq yoxdur” bəhanəsi ilə bağlayaraq yerində daha gəlirli obyekt tikdirməyəcəkmi? Cavab gün kimi aydındır".Qeyd edək ki, valideynlər bu məsələ ilə bağlı artıq ölkə başçısına, Heydər Əliyev Fonduna, UNİCEF-ə müraciət ünvanlayıb. Onların sözlərinə görə, dünən bağçaya 40 uşaq gəlib. Bir ay əvvəl isə onların sayı 150-yə yaxın idi.
43,817
03.12.2008 07:24
Ölkə
BAYIL YAMACINDAKI EVLƏRİ SÖKMƏYƏ BAŞLADILAR
Sakinlərin sözlərinə görə, dekabrın 1-dən başlayaraq 46 və 52 saylı mənzil-istismar idarələrinin və Səbayel rayon İcra Hakimiyyətinin nümayəndələri evləri gəzərək mənzillərin söküləcəyini, bunun müqabilində sənədi olan şəxslərə mənzillərinin hər kvadratmetrinə görə 5000 manat, sənədi olmayan ev sahiblərinə isə 3000 manat veriləcəyini bildiriblər. Sakinlər söyləyirlər ki, həmin ərazini kiminsə aldığı, orada hotel və yaxud istirahət mərkəzi tikəcəyi barədə söz-söhbətlər dolaşır.
43,818
03.12.2008 07:22
Gündəm
AVROPA BİRLİYİ AZƏRBAYCANLA BAĞLI DİLEMMA QARŞISINDA
“Assoşeyted Press” agentliyinın yaydığı məlumata görə, AB Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və Moldovanı Rusiyanın təsirindən uzaqlaşdırmağı özü üçün əsas prioritet elan edəcək. Baxmayaraq ki, hesabatda bu ölkələrin ittifaqa üzvlüyünə dair heç nə deyilmir. Ancaq qeyd edilir ki, münasibətlərin növbəti mərhələyə qaldırılması, ölkələrin demokratiyaya doğru qənaətbəxş tərəqqisindən, qanunun aliliyi və insan hüquqları kimi meyarlardan asılı olacaq.Avropa Komissiyasındakı mənbə “Alman dalğası” radiosuna bildirib ki, “Şərq tərəfdaşlığı” adlanan bu təşəbbüs Moskva ilə gərgin münasibətlər fonunda Rusiyanın yaxın qonşuları olan ölkələrdə siyasi və iqtisadi islahatları təşviq etməkdir. Sənəddə gələn il AB-yə prezidentlik edəcək Çexiya üçün də 5 keçmiş sovet respublikalarında islahatlara dair bir sıra tövsiyələr irəli sürülür. AB-nin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner bugünlərdə Praqaya səfəri zamanı deyib ki, Brüssel Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və ola bilsin ki, Belarusa azad ticarət, enerji sahəsində təhlükəsizlik və əməkdaşlıq haqda təkliflər paketi təqdim edəcək. Onun sözlərinə görə, bu təşəbbüs sözügedən ölkələrin AB ilə yaxınlaşması üçün real şans verir.Xəbər verilir ki, hesabat bu ölkələrə birliyin yardımını 2020-ci ilə kimi üç dəfə artıraraq 1,5 milyard avroya çatdırmağı da təklif edir. Avropa Komissiyası habelə xatırladır ki, AB enerji marşrutlarının diversifikasiyasına çalışacaq. Komissiya bu hesabatı dərc edəndən sonra Avropa liderləri yazda keçiriləcək zirvə görüşündə ona baxmalı və təsdiq etməlidir.ÿƏslində Avropa rəsmiləri özləri də etiraf edir ki, Azərbaycan ona çatmaq üçün çox iş görməlidir və bu, bəlkə də on illərlə vaxt ala bilər. Amma Brüsseldə yeni əməkdaşlıq planını onunla izah edirlər ki, bu, Azərbaycan kimi ölkələrə yalnız şərait yaradır, Avropa isə onun əvəzindən iş görə bilməz.Azərbaycanın AB ilə Qonşuluq Siyasətini imzalamasından artıq iki il keçir. Bu layihəni Azərbaycanla bir yerdə Gürcüstan və Ermənistan da imzalamışdı. Gürcüstanla Ermənistan artıq AB-yə azad ticarət zonasına daxil olmaq və siyasi islahatlar naminə yeni əməkdaşlıq planlarına başlamaq barədə müraciət ediblər. Azərbaycan bunu edə bilmir, çünki birincisi, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, ikincisi isə demokratik islahatlarını ləngidir.2007-ci ildə Qonşuluq Siyasəti Proqramının necə yerinə yetirilməsi barədə hesabatda Azərbaycan insan haqları, söz azadlığı baxımından qonşularına nəzərən daha çox tənqid olunur. Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Frayzer “Amerikanın səsi”nə müsahibəsində deyib ki, yeni plan həm Azərbaycanı, həm də Avropanı ciddi seçimlər qarşısında qoyur:ÿ “Bilirik ki, Azərbaycan demokratiya və söz azadlığı ilə bağlı çox iş görməlidir.ÿ Amma Avropa da öz iqtisadi imkanları ilə siyasi hədəflərini uzlaşdırmalıdır. Məncə, yeni mərhələ hər iki tərəf üçün çətin olacaq. Amma məsələn, Azərbaycan əvvəlki qaydada öhdəliklərinə etinasız yanaşsa, Avropa nə edəcək? Yenə də enerjidən bəhs edəcək, yoxsa sanksiyalar tətbiq edəcək? Hesabat bu suallara aydınlıq gətirməlidir. Mən inanmıram ki, sanksiya olacaq".Amma AB rəsmiləri də bütün hallarda bəyan edirlər ki, onlar, məsələn, “Nabukko”nun reallaşmasını istəyirlər. Bu layihə reallaşsa, Azərbaycan öz neft və qazı başa çatandan sonra belə regionda tranzit əhəmiyyətini saxlayacaq, bu isə ölkənin təhlükəsizliyinə daha çox təminat deməkdir. Siyasi islahatlara gəldikdə isə AB-nin enerji məsələləri üzrə komissarı Andris Piebalqs bunu regional inkişafın əsas elementi sayır. Amma o, Avropanın prioritetləri arasında hansısa seçim etməyin, konkret birinə üstünlük verməyin də əleyhinədir. A.Piebalqs “Amerikanın səsi”nə müsahibəsində birliyin regionda siyasi və iqtisadi maraqları uğrunda Rusiya ilə qarşıdurma əhval-ruhiyyəsində yox, məhz Moskvaya rəqib olduğunu vurğulayıb:ÿ “Məncə, bunu Rusiya və “Qazprom” əleyhinə siyasi aksiya kimi təqdim etmək düz olmazdı. Əlbəttə, başa düşürəm ki, bu məsələdə rəqabət olduqca mürəkkəbdir. Amma nəzərə alın ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında ümumi sərhəd yoxdur. Yəni ilk növbədə tranzit və iqtisadi islahatlar məsələsini həll etmək lazımdır ki, qazı Avropa Birliyinə nəql etmək mümkün olsun. O ki qaldı regional müstəvidə əməkdaşlığa, mən açıq deyirəm, bəli, biz Rusiya ilə rəqiblərik. Çünki Rusiya da qazda maraqlıdır və biz beləliklə rəqabət aparırıq. Bu gün qazın həcmi məhduddur. Düşünürəm ki, bizim təkliflərdə bəzi zəifliklər var, amma müəyyən pozitiv addımlar da var".AB rəsmisi sonda dönə-dönə vurğulayıb ki, bazar iqtisadiyyatının hökm sürdüyü AB-də energetika siyasətlə bağlı deyil, hərçənd bunlar bir-birini inkar etmir.
43,819
03.12.2008 07:28
Gündəm
“ƏRDOĞAN TÜRKİYƏYƏ BAŞQA PLANETDƏN BAXIR”
Türkiyə mətbuatının xəbərlərinə görə, Londonun bu proqnozu birjalarda dərhal təşvişə səbəb olub, İstanbul birjasında indekslər aşağı düşüb, dollar bahalaşıb. Neçə vaxtdır bir sıra yerli iqtisadçılar və biznes çevrələri hökuməti qlobal maliyyə böhranına qarşı hazırlıqlı olmağa çağırırdı. Bildirilirdi ki, böhran Türkiyənin bank sektorunda özünü hələ göstərməsə də onun təsirləri real iqtisadiyyatı vuracaq. Hökumət isə Türkiyənin qlobal böhrandan ən az ziyan çəkən ölkə olacağında israr edir və bildirir ki, narahatlıq üçün əsas yoxdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan son çıxışlarında bir qayda olaraq bəyan edir ki, qlobal böhrana baxmayaraq, Türkiyədə iqtisadiyyat inkişaf edir.Lakin müxalifət onun dediklərini reallıqdan uzaq hesab edir. Dünən partiyasının parlament qrupu qarşısında çıxış edən Milliyyətçi Hərəkat Partiyası (MHP) başqanı Dövlət Baxçalı bildirib ki, Ərdoğanın qlobal böhran və bunun Türkiyəyə təsirləri haqda dedikləri reallıqdan uzaqdır. Onun sözlərinə görə, baş nazir, deyəsən, başqa planetdə yaşayır və Türkiyəyə oradan baxır.D.Baxçalı qeyd edib ki, Mərkəzi Bankın statistik məlumatları ilə baş nazirin dedikləri arasında daban-dabana ziddiyyət var. “Baş nazir deyir ki, bu böhranı fürsətə çevirəcək. Yəqin o, fürsətin korrupsioner, puldan pul qazanan, hiyləçi, talançı siyasi tərəfdaşları üçün yaranacağını deyir. Nədənsə fürsətlər bu millətin fərdlərinə heç vaxt rast gəlmir, həmişə baş nazir və onun ətrafına rast gəlir”- deyə D.Baxçalı bildirib.CHP lideri Dəniz Baykal da parlamentdəki çıxışında hökumətin iqtisadi siyasətini tənqid edib. O deyib ki, hökumətin girdiyi xarici borclar hesabına ölkədə böhran yetişir. Büdcədə isə kəsir yaranıb.
43,820
03.12.2008 07:34
Yazarlar
KƏSƏYƏNLƏRİN SVETOFORU
İşıq idarəsi deyir ki, paytaxt rəhbərliyi svetofor (qurama, süni “işıqfor” sözündən xoşum gəlmir), fontan, küçə işıqları və sairəyə sərf etdiyi elektrik enerjisinə görə 12 milyon manat borcludur. BŞİH isə heç bir borc qəbzi almadığını açıqlayıb. Arada “Bakıelektrikşəbəkə” borc ödənməsə, hətta 1 dekabrdan svetoforların-filanın işığını kəsəcəyi ilə hədələdi. Heyif ki, bu hədə söz olaraq qaldı, hələlik biz hadisələrin tragikomik inkişafının intizarındayıq.Bunların ikisi də, yəni “Bakıelektrikşəbəkə” və BŞİH dövlət qurumudur. Məntiqlə, bir hakimiyyətin siyasətini yürüdürlər. Amma münasibətləri bazar reketləri səviyyəsindədir. Borc, hədə-qorxu, xəbərsizlik... Əslində hakimiyyət Azərbaycanı elə bu cür idarə edir. Cəmiyyət hara getdiyindən xəbərsizdir, hansı işıqda dayanmaq, hansı işıqda yürümək seçimindən məhrumdur. Svetofor hədə-qorxusu burada olduqca simvolikdir. Dövləti “harda qırılar-qırılar” prinsipiylə idarə edirlər.Yayda “Azərenerji” “Azərsu”nun elektrikini kəsib bütöv yaşayış massivlərini susuz qoymuşdu. Yəqin su idarəsi də işıqçılara su verməyəcək. Qisas lazımdır. Siçovul və kəsəyənlərin iqtisadi siyasəti bundan artıq olmaz. Ölkədə feodalizm quruluşudur, sovet dövrü tarix dərsliklərində yazıldığı kimi: “Vassalımın vassalı mənim də vassalımdır”. Bəs biz bunlara necə dözürük? Görünür, müdriklərdən kimsə “adamların dəliliyi nadirdir, çox vaxt bütöv xalqlar havalanır” deyərkən haqlıymış. Keçən həftə əclafcasına istedadlı dostlardan biri telefonuma mesaj yollamışdı: “Azərbaycanda prezidentlər valideyn kimidir - onları seçmirlər”.Afyorizm qonaqlığını bitirək və mövzumuza naxış olacaq əhvalatı yazıq. Keçən həftə “Yeni Müsavat”da maraqlı bir xəbər vardı. Yazılmışdı ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyev nəqliyyat naziri Ziya Məmmədovun ata evinin - Ucar rayonu, Qazıqumlaq kəndinin işığını kəsib. Borca görə. Hətta Pirverdiyev Məmmədovun “ata yurduma işıq ver” xahişinə də əməl etməyib. (Əsl prinsipial, dövlətçi oğlandır). Sonrasından xəbərim yoxdur, bilmirəm nəqliyyat nazirinin ata yurdu ziyaya qərq oldumu.Ancaq Ziya Məmmədov xahişdənsə daha təsirli tədbirlər görə bilərdi. Məsələn, Pirverdiyevin ata yurduna - Qusarın Ləyər kəndinə gedən yolları darmadağın edərdi, bütün qusarlı taksi sürücülərini özünün kəlpeysər müfəttişlərinə döydürərdi. (Bəlkə də edib - nə biləsən). Ondan sonra Pirverdiyevin cürəti nə idi Qazıqumlağa işıq verməsin? Ayağına “çəngəl” taxıb, dişində kəlbətin, özü dırmaşardı Ucarın elektrik dirəklərinə.Ən təəccüblüsü isə odur ki, Avropa Şurası belə bir ölkədə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” zırıltı adı ilə tədbir keçirdir. Mədəniyyət buranın harasındadır? Avropa Şurası, sənə də bir quş... Zamin HACI
43,821
03.12.2008 07:35
Yazarlar
SON BORC
“Ağır dərddir”. Dünən ildırım sürətilə yayılan bu xəbərə eşitdiyim ilk reaksiya belə olmaya da bilərdi. Qənimətin atası 90 yaşını haqlamışdı, dünyanın pis üzünü də, yaxşı üzünü də görmüşdü. İki dəfə infarkt keçiribmiş. İki dəfə!Hə, indi xatırladaq Səlim kişinin iki oğlu, Qənimətin qardaşı Mirzə Sakit də həbsdədir. Saytların birində beş-altı cümləlik xəbərdə belə də yazılmışdı: “Bu, üçüncü infarkt imiş”. Üçüncüyə dözməyib... Dözməkmi olardı? Hər bir atanın son mənzilə oğlanlarının çiynində getməyə haqqı var. O haqqı Allah alarsa, işinə qarışmarıq. Yox, bu haqqı adamlar, özü də sənin əlindən nahaq yerə alarlarsa, bunu Allah da götürməz. Nə bilim, belə zalım dünyada adam Allahın ətəyindən yapışır daha çox. Allah könüllərinə insaf salsın...Qənimətlə Mirzə Sakitin haqsız yerə həbsxanada yatdığını hamı bilir. Yadımdadır, əməkdaşımız Səbuhi Məmmədli Şamaxının Meysəri kəndindən - Zahidov qardaşlarının yurd yerindən reportaj hazırlayanda Səlim kişini də danışdırmışdı. Sadə kənd adamı, övladlarını bir Allah bilir hansı əzab-əziyyətlə böyütmüş ata çox danışmamışdı. Amma qürurunu da sındırmayıb hökumətdən əfv-filan diləməmişdi. Deyəsən, heç həbsxanadakı oğlanlarının görüşünə də gəlmədi. Çünki övladlarını günahsız bilirdi. Günahları yoxdursa, gedib onlara həbsxanada nə demək olardı axı? Zahidovların anasının həmin reportajda dediyi sözləri indi də xatırlayıram: “Qoy Sakit həbsxanadan çıxsın, onu oxlovla döyəcəm...”Mirzə Sakitlə Qənimət indi oxlovla döyülməyi haqq edirlər, onlar atalarının son nəfəsində onun yastığının başında ola bilmədilər. Ağır dərddir. Bunu atasının son nəfəsinə çata bilməyən adam kimi deyirəm... 17 ildir bu ağrı içimdədir. Qənimətlə Mirzəni məndən yaxşı başa düşənmi olar?Bir həftə əvvəl erməni müxalifətçisinin anasının dəfnində iştirak etmək üçün həbsxanadan buraxılması xəbərini dərc etmişdik. Xəbəri oxudum və heyrətləndim. İndiyədək bir neçə müxalifətçinin, bu hakimiyyətin düşmən bildiyi adamların başına çox belə iş gəlib. Əzizini dəfn etmək ona qismət olmayıb. Ya həbsxanada olub, ya mühacirətdə.Bu ağır ovqatlı yazıya erməni nümunəsi gətirmək istəməzdim. Amma o xəbəri oxuyanda “niyə bizdə də belə olmasın” deyə düşündüm. İndi qismətə bax, hakimiyyətin qandalladığı iki jurnalistin başına bu cür iş gəlib. Onları niyə də buraxmasınlar? (Gələn xəbərlər ümidvericidir. Deyilənlərə görə, həbsxana rəhbərlikləri Zahidov qardaşlarının hüzrdə iştirakına razıdır, qalır birinci şəxsin göstərişi). Ağır cinayətləri yox, qaçıb gizlənəsi yerləri yox. Neçə vaxtdır qəzetlər yazır ki, beynəlxalq təşkilatların, ABŞ, Avropa rəsmilərinin jurnalistlərin azadlıq məsələsini tələb kimi qoyması hakimiyyəti qıcıqlandırır. Ki, özümüz istədiyimiz və uyğun bildiyimiz zamanda onları həbsdən buraxacağıq. Məncə, yüz beynəlxalq təşkilat, ölkə yığışsa da hakimiyyətə bundan tutarlı arqument verə bilməzdi. Əgər onları indi də həbsdən buraxmasalar, bu qınaqlar açıq ittihamlara, özü də daha başqa müstəvidə keçəcək.Buraxın onları həbsdən, gedib atalarına olan son borclarını versinlər. Sonra lap təkrar həbsxanaya qaytarın. Həbsxana son mənzil deyil ki... Ora düşmək də var, çıxmaq da...Həbsdəki qardaşları tanıyanlar dünən bu xəbəri eşidən kimi Şamaxıya tələsirdi. Başqa vaxt olsaydı, Qənimətə zəng edib “Allah səbir versin” demək də olardı...Allah Səlim kişiyə rəhmət eləsin. Həbsdəki qardaşlara bəlkə də indi “Allah qapınızı açsın” deməkdən yaxşı alqış ola bilməz... Nazim SABİROĞLU
43,822
03.12.2008 07:17
Gündəm
OBAMANIN MÜŞAVİRİNİN BAKIDA BİZNESİ VAR
Müdafiə naziri Robert Geyts öz vəzifəsində qalır. Mətbuatın yazdığına görə, Obama onun daha bir il müdafiə naziri vəzifəsində işləməsinə razılıq alıb. Ədliyyə naziri postunu isə Bill Klinton administrasiyasında nazirin müavini postunu tutan Erik Holder tutacaq. Obama ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə isə özünün yaxın müşavirlərindən olan Syüzan Raysı təqdim edib. S.Rays Bill Klintonun administrasiyasında müxtəlif vəzifələrdə işləyib və dövlət katibinin Afrika məsələləri üzrə müavini olub.Obama Hillari Klintonu təqdim edərək deyib ki, onun dövlət katibi postuna ən layiqli namizəd olduğuna inanır. Yeni prezident Hillarini çoxdan tanıdığını və təcrübəsini qiymətləndirdiyini bildirib. “O, dünya liderlərinin çoxunu tanıyır və bizim maraqlarımızı dünyada qorumağa qadir olacaq” - deyə Obama vurğulayıb. Yeni seçilən prezident əlavə edib ki, o, komandasının hər bir üzvünün qabiliyyətinə inanır: “Hesab edirəm ki, bu, mənim qəbul edə biləcəyim ən yaxşı qərar idi”.Obama əlavə edib ki, öz kabinetinin üzvlərinin mövqelərini dinləməyə hazırdır. Onun fikrincə, Ağ Evdə ən təhlükəli vəziyyət o zaman yaranardı ki, hamı hər şeylə razı olsun və diskussiya yaranmasın. Lakin prezident kimi siyasəti müəyyənləşdirmək vəzifəsinin onun üzərinə düşdüyünü deyən Obama bildirib ki, o, komandasının hazırladığı konsepsiyaya görə məsuliyyət daşıyacaq. Obamanın milli təhlükəsizlik komandasında iki qaradərili fiqur olacaq. Bunlar ədliyyə naziri və baş prokuror Erik Holder və BMT-dəki səfir Syüzan Raysdır.Daxili təhlükəsizlik naziri postunu tutacaq Canet Napolitano qadın olsa da sərt mövqeli, qətiyyətli siyasətçi hesab olunur. General Ceyms Cons da onun kimi qətiyyətli və güclü fiqurdur. 2007-ci ildə istefaya getdikdən sonra Cons “Boeing” şirkətinin Direktorlar Şurasına daxil olub. Bu ilin mayında isə “Chevron” neft şirkətinin Direktorlar Şurasına daxil olub. Qeyd edək ki, bu şirkət Azərbaycanın neft layihələrində işləyir və nəzəri olaraq hakimiyyət Consun timsalında Obama administrasiyasındakı ən yaxın dostunu əldə edə bilər. Lakin Obama Buş administrasiyasındakı neft qruplarına bağlı fiqurların ölkənin xaricdəki imicini necə bərbad etməsindən dərs götürsə, bu amil özünü onun milli təhlükəsizlik məsələləri üzrə müşavirinin fəaliyyətində büruzə verməyəcək.Obamanın komandasında ən çox diqqəti cəlb edən fiqurlar da məhz Hillari Klinton və Ceyms Consdur. İndiki dövlət katibi onun namizədliyini şərh edərək deyib ki, xanım Klinton enerjili, ağıllı və bacarıqlı şəxsdir: “O, ABŞ-ı sevir və ölkənin maraqları üçün işləməyə hazırdır”.Keçmiş prezident Bill Klinton isə xanımının əsas vəzifəsinin ABŞ-ın dünyadakı imicini bərpa etmək olacağını deyib. B.Klintona görə, onun xanımı artıq xarici ölkə liderlərinin və diplomatların rəğbətini qazana bilib.Qeyd edək ki, ilkin seçki kampaniyası zamanı Obama ilə H.Klinton arasında rəqabət bəzən etik normaları aşırdı. Elə xarici siyasət sahəsində Obama Hillarini İraq müharibəsinə dəstək verməkdə, Hillari isə Obamanı İranla qeyd-şərtsiz dialoqa başlamaq istəməkdə ittiham edirdi. Bəs seçki kampaniyaları bu qədər düşmənçiliklə müşayiət edilən bu iki siyasətçi bir yerdə işləyə biləcəklərmi?Konqres üzvləri üçün nəşr edilən gündəlik “The Hill” qəzetinin baş redaktoru Hüqo Qordon BBC-yə açıqlamasında deyib ki, H.Klintonun dövlət katibi olması Obama tərəfindən çox maraqlı bir təyinatdır. Bu marağa səbəb qismən onların seçkilər zamanı belə qatı rəqib olmalarıdır: “Obama sözsüz ki, xanım Klintonun çox bacarıqlı bir dövlət katibi olacağına inanır. Həm də bununla o, özünün ən böyük rəqiblərindən birini susdurur, ən azı bir neçə ilə onu özünə tabe edir. Hillari Klinton Obamanın addımlarından razı olmasa da, hər halda, öz tərəfdarlarına ”mən sizə demişdim ki, belə olacaq" deyə bilməyəcək. Öz növbəsində Hillari Klinton da anlayır ki, bu, onun siyasi karyerası üçün ən yaxşı variantdır. Bu ona prestij gətirən bir vəzifədir. Məncə, o, Obamaya loyal surətdə xidmət edəcək".Hillari Klintonun yeni milli təhlükəsizlik müşaviri Ceymz Conzla necə münasibət quracağı da maraqlıdır. Hüqo Qordona görə, prezident Ronald Reyqanın vaxtından bəri Dövlət Departamenti və milli təhlükəsizlik müşaviri arasında belə ciddi rəqabət olmamışdı: “Ceyms Cons NATO qüvvələrinin ali komandanı olub. O, hərbçidir və çox möhkəm, formalaşmış fikirlərə malikdir. Özü də geri çəkilən adam deyil. Tarixən milli təhlükəsizlik müşaviri Dövlət Departamenti ilə çəkişmələrdə üstün olub. Buna görə də Ceyms Consun təyinatı xanım Klintonu cırnadan bir amil ola bilər”.
43,823
03.12.2008 06:51
Yazarlar
GERÇƏYİ DEMƏK CƏSARƏTİ
Biz indiyədək başqa sivil dövlətlərdə rəsmilərin analoji etiraflarının, yeri gələndə istefalarının şahidi olmuşuq. Ancaq məhz sivil, demokratik ölkələrdə. Demokratiyaya arxa çevirmiş məmləkətlərdə, ictimai rəyə məhəl qoyulmayan ölkələrdə isə təbii ki, belə jestlər istisnadır. Halbuki Azərbaycan da daxil, bu ölkələrdə xalqdan üzr istənilməli “n” qədər motiv var (bu məqama qayıdacağıq). Şübhəsiz, iqtisadi-maliyyə əyintilərinə rəğmən Birləşmiş Ştatlar yenə dünyanın ən varlı, super dövləti, əsas söz sahibi olaraq qalır. Qalacaq da. Bəlli səbəblərdən. Çünki sərt tənqidlərə baxmayaraq, ABŞ daxildən qanunlarla idarə olunan, hüququn aliliyinin qorunduğu, məhkəmələri müstəqil olan ölkədir. Yeni ideya və təşəbbüslərə hər zaman meydan verilən azad dövlətdir. Tərifin yox, tənqidin yuxarı başda yer aldığı ölkədir. Amerika elə buna görə öz qüdrətini, nüfuzunu saxlayır. Buna görə dünyanın hər yerindən əzilən, haqqı tapdanan insanlar nicat üçün çox vaxt məhz ora can atırlar. Amerikanı xaricdə insan haqları və azadlıqlara münasibətdə tutduğu mövqeyinə görə haqlı tənqid etmək olar, amma faktdır ki, o, öz xalqı, cəmiyyəti üçün ən demokratik, ən ədalətli siyasi sistem qurmuş ölkədir. Hələ üstəlik, bir çox avtoritar, despotik rejimlər üçün çəkindirici faktor rolu oynayan dövlətdir. Xülasə, gerçək demokratiya beşiyidir. Elə qaradərili Obamanın ABŞ prezidenti seçilməsi bunun növbəti bariz sübutu deyildimi? Demokratiyada isə çarə tükənməz. Tənqid, təşəbbüs olan yerdə nigarançılığa nə lüzum. Sonucda optimal çıxış yolu mütləq tapılacaq və Amerika inkişafına davam edəcək. Qoy tənqidin boğulduğu “banan ölkələri”nin hakimiyyətləri ilgilənsinlər ki, qırmızı yalanlar, “pripiska” nağılları ilə öz xalqlarını da, özlərini də uçuruma doğru aparırlar. Gəldik mətləb üstünə. 15 ildən çoxdur ki, Azərbaycanda fundamental azadlıqlar qəddarcasına buxovlanır, məmləkət “şah qanundur” düsturu ilə idarə olunur. Bu müddətdə on minlərlə vətəndaşımız - onların arasında elm adamları, ziyalılar, ali təhsilli mütəxəssislər az deyil - işsizliyə, təqiblərə, haqsızlığa, total məmur özbaşınalığına dözməyərək mühacirət edib. Bölgələrimiz, kəndlərimiz ildən-ilə daha sürətlə boşalıb. Azərbaycanda korrupsiya, rüşvət nəinki çiçəklənib, artıq bol meyvələr verib. Məmləkətdə rüşvətsiz, sifarişsiz hökm çıxaran hakimlər qəhətə çəkilib. Azad jurnalistika “yuxarılar” üçün az qala cinayət əməli ilə eyniləşdirilən fəaliyyət növünə çevrilib. Genofondumuz sarsıdıcı zərbələr alıb, intiharlar adiləşib. Səhiyyəmizin, təhsilimizin, hər zaman qürur hissi keçirib öyündüyümüz milli-əxlaqi dəyərlərimizin səviyyəsi də ki, ortada. Nəhayət, Qarabağ - hələ də işğalda. Di gəl, 15 ildə bir xırda məmur, yaxud ortabab nazir də xalqdan üzr istəməyib, istefa mədəniyyətində bulunmayıb. Əksinə, xalqın problemləri ildən-ilə ötürüldükcə, ağrı-acıları böyüdükcə, ölkə boşaldıqca hakimiyyətdəki qüvvənin “əvəzolunmazlıq” mifi güclənib, böyüyüb. Bizdə məmurlar o zaman vəzifəsini itirib ki, birinci şəxsə sədaqətinə xilaf çıxıb, “oyun qaydaları”nı pozub, “obşi kotyol”a “atıb”, nəinki işini yarıtmayıb, xalqa zülm edib. Heydər Babayevin, Fərhad Əliyevin, Əli İnsanovun taleyi görkdür. Bax, Amerika ilə əsas fərqimiz bundadır. Yəni ki, ABŞ başına çarə tapacaq, öz hayımıza biz özümüz qalmalıyıq. İnkişaf isə etiraflardan, üzrxahlıqlardan başlayır. Ölkəyə, onun sosial- iqtisadi durumuna və ərazi bütövlüyünə məsul olan iqtidarın öndəki şəxslərini nəzərdə tuturuq. Zahid SƏFƏROĞLU
43,824
03.12.2008 07:52
Dünya
NATO RUSIYANIN QARŞISINDA GERİ ADDIM ATIR
Bu məsələdə NATO üzvləri arasında fikir ayrılığı mövcuddur. Əsas əngəl - Rusiyanın NATO-nun genişlənməsi perspektivlərinə mənfi münasibətidir. NATO-nun yüksək rütbəli bir diplomatı bu iclasa hazırlıq işlərini səngər müharibəsinə bənzədib. Alyansda qütbləşmə gözə çarpır. Bir tərəfdə Amerika Birləşmiş Ştatları və onun Avropa İttifaqının yeni üzvləri arasındakı tərəfdarlarıdır. Onlar Ukrayna və Gürcüstanın NATO-ya daha da yaxınlaşmasını istəyirlər. Digər tərəfdən isə Almaniya, Fransa və İtaliya kimi ölkələr daha ehtiyatlı davranmağa üstünlük verirlər. Onlar Moskva ilə münasibətlərin gərginləşməsindən ehtiyatlanırlar. Onlar NATO ilə Rusiya arasında yüksək səviyyədə əlaqələri tədricən yeniləşdirmək niyyətində olsalar da, eyni vaxtda amerikalılar və digərləri NATO-nun Rusiyaya dair mövqeyini bütövlükdə təftiş etməyə çağırırlar. Hətta NATO-Rusiya Şurasının gələcəyini də sual altına alırlar. Bu şura Moskva ilə Qərb arasında yeni tipli münasibətləri ehtiva etməli idi. Rusiyanın avqust ayında Gürcüstana hərbi müdaxiləsi mövcud fikir ayrılıqlarını yalnız dərinləşdirdi. Bir məsələ aydındır ki, Ukrayna və Gürcüstan yaxın zamanlarda NATO-yə qəbul edilməyəcək. Şimali Atlantika Alyansını indi düşündürən vəziyyəti elə yolla sahmana salmaqdır ki, mövcud fikir ayrılıqları bu təşkilatın daxilində dərinləşən daimi ayırıcı xəttə çevrilməsin. Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl dekabrda Gürcüstan və Ukraynaya NATO-ya üzvlük üçün birgə fəaliyyət planının təqdim edilməsində israr edirdi. Lakin Fransa və Almaniya buna qarşı çıxır. Avropada hesab edirlər ki, bu ölkələr NATO-ya üzv olmaq üçün hazır deyil. Nəticədə ABŞ da mövqeyindən geri çəkilib və Avropaya səfər ərəfəsində dövlət katibi Kondoliza Rays bildirib ki, onun ölkəsi Gürcüstanla Ukraynanın alyansa üzvlük üçün hələ hazır olmadığı haqda fikirlərlə razıdır. Belə görünür ki, səlahiyyət müddəti başa çatmaqda olan Buş administrasiyası Rusiya ilə münasibətlərdə böhran yaradan bu məsələni Obama administrasiyasına buraxmaq fikrindədir.Toplantı başlamazdan əvvəl Britaniya xarici işlər naziri Devid Milibend deyib ki, Gürcüstanla Ukrayna fəaliyyət planı ala bilməyəcək. Bununla belə, alyansdakı mənbə Rusiya ilə NATO arasında bu ilin avqustunda Gürcüstan ətrafındakı hadisələrdən sonra dayandırılmış əməkdaşlığın bərpası haqda qərar çıxacağını bildirib. Bu məlumat Moskvada da təsdiqlənir.
43,825
03.12.2008 06:53
Dünya
ÜSAMƏ BİN LADEN ABŞ-ı YENİ SİLAHLA HƏDƏLƏDİ
Federal Təhqiqatlar Bürosunun rəsmisi Riçard Kolko bildirib ki, sözügedən məlumat bir neçə mənbədən əldə edilib. “Bu müraciətin yayılmasına baxmayaraq, FTB və Daxili Təhlükəsizlik Departamenti terrorçuların yeni hücum planları haqda məlumata malik deyil. Bununla belə, həmin müraciət hansısa informasiya daşıya bilməsi baxımından araşdırılacaq” - deyə Kolko bildirib.İnternetdə terror çağırışlarının monitorinqini aparan qrupun icraçı direktoru Ben Benzke isə deyib ki, “Nüvə cihadı” adlı müraciət əslində bin Ladenin əvvəlki çıxışları əsasında hazırlanıb və onun müəllifi şəxsən “əl-Qaidə” lideri deyil. Lakin o, birbaşa olaraq bin Laden tərəfindən hazırlanan daha bir müraciətin olduğunu da bildirib. Məlumata görə, son vaxtlar “əl-Qaidə” liderlərinin bir-birinin ardınca müraciətlər yayımlaması Amerika xüsusi xidmət orqanlarını narahat edir. FTB direktoru Robert Miller isə bildirib ki, onlar “əl-Qaidə”nin ABŞ-a qarşı kütləvi qırğın silahlarından istifadə olunmaqla hücumunu istisna edə bilməzlər, lakin terrorçuların belə silaha malik olması haqda heç bir sübut yoxdur.Bununla belə, ABŞ-da bu il yaradılmış terrorla və nüvə silahının yayılmasına qarşı mübarizə komissiyasının yeni seçilmiş prezident Barak Obama üçün hazırladığı xüsusi məruzədə deyilir ki, ölkə qarşıdakı 4 ildə terrorçuların bakterioloji hücumu ilə üzləşə bilər. Təhlükənin mənbəyi isə Pakistandır. Məruzədə deyildiyinə görə, bioloji silahın terrorçuların əlinə düşməsi nüvə silahından daha çox ehtimal ediləndir. Ona görə də Amerika hökuməti terrora qarşı mübarizə prioritetini dəyişməlidir. Proqnoza görə, terrorçular üçün Sibir xorası bakteriyasını əldə etmək elə də çətin olmazdı. Eyni zamanda ötən əsrin əvvəllərində dünyada 40 milyondan çox adamın ölümünə səbəb olan qrip virusunun ştammlarının da terrorçuların əlinə düşməsi riski var. Sənəddə qeyd olunur ki, ABŞ üçün başlıca təhlükə “əl-Qaidə” olaraq qalır.
43,826
03.12.2008 07:03
Dünya
BUŞ İRAQ MƏSƏLƏSİNDƏ ALDADILDIĞINI ETİRAF ETDİ
Ağ Evi tərk etməsinə 50 gün qalmış verdiyi televiziya müsahibəsində Buş deyib ki, kəşfiyyatın məlumatının fərqli olmasını arzu edərdi. Lakin İraqın kimyəvi və ya bioloji silahlara malik olmadığını bilsəydi, 2003-cü ildə müharibəyə əmr qərar verib-verməyəcəyi haqda suala Amerika prezidenti cavab verməkdən imtina edib. Özünün ən böyük nailiyyəti barədə suala cavabında Corc Buş deyib ki, onun administrasiyası ideoloji qoluzorlularla müharibəyə girişərək, Amerikanın təhlükəsizliyini təmin edib. Buş deyib ki, 2000-ci ildə ABŞ-ın rəhbəri seçilərkən, ölkəsinə müharibə dövründə rəhbərlik edəcəyini gözləmirdi: “Mən müharibəyə cəlb olunacağıma hazır deyildim. Mən prezident seçilərkən deməmişdim ki, mənə səs verin və mən bizə edilən hücumlara cavab verəcəyəm. Mən müharibənin olacağını gözləmirdim”.
43,827
03.12.2008 07:56
Gündəm
ETİMAD İSMAYILOVUN MƏHKƏMƏSİ MOSKVAYA KEÇİRİLMƏDİ
Məhkəmənin mətbuat xidməti bildirib ki, Etimad İsmayılov və onun vəkili, eləcə də digər müttəhimlər Vladimir Quzovun və Abbas Cəfərovun vəkillərinin şikayəti ilə bağlı bu gün iclas keçirilib. Məhkəmə kollegiyası şikayətin təmin olunmamış saxlanılması barədə qərar çıxarıb. Məhkəmə Abbas Cəfərov barəsindəki həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı vəsatəti də təmin etməyib.Xatırladaq ki, Etimad İsmayılov, Vladimir Quzov və Abbas Cəfərov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar. Müttəhimlər Çelyabinsk Mərkəz rayon Məhkəməsinin işə qərəzli baxdığını və təzyiqə məruz qaldığını əsas gətirərək işin Moskvaya keçirilməsini tələb edirlər.
43,828
03.12.2008 07:58
Ölkə
ORDUDA “DEDOVŞİNA” İLƏ BAĞLI YENİ FAKT ÜZƏ ÇIXDI
Q.Nuriyevin anası Zərifə Nuriyeva isə oğlunun həm fiziki, həm də mənəvi təzyiqlə üzləşdiyini söyləyib: “Onun zahiri görünüşü də bizə bunu söyləməyə imkan verir. Çünki oğlumun üzündə və bədəninin digər yerlərində yaralar var. Bununla bağlı komandirinə etirazımızı bildirdik. Sonra məlum oldu ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb”.Əsgərin qohumu Talıb Əliyev isə istintaq hərəkətləri aparılmadığını və cinayət işinə xitam verildiyini açıqlayıb: “Qurbanı döyənlərdən biri olan çavuş Telman Məmmədovun qohumu mənə zəng edib dedi ki, sən heç nə edə bilməyəcəksən, çünki pul verib öz uşağımızı qurtaracağıq”.Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb (APA).
43,829
03.12.2008 07:59
Ölkə
ŞƏHƏRİN MƏRKƏZİNDƏN AİLƏLƏRİ KÖÇÜRMƏYƏ BAŞLADILAR
Yeni park sarayın arxasından Füzuli meydanınadək uzanan geniş ərazini əhatə edəcək. Bununla ələqədar artıq dünəndən Şəmsi Bədəlbəyli küçəsində yaşayan ailələrin köçürülməsinə başlanıb. İndiyədək 30 ailə köçürülüb. Amma narazı olanlar da var. Bunlar əsasən sonradan ərazidə ev almış məcburi köçkünlərdir. Köçürülmə işlərinə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyəti onlara “xruşşovka” tipli binalarda mənzil təklif etsə də, köçkünlər daha münasib evlərlə təmin olunmalarını istəyir. Ərazidə söküntü işlərinə rəhbərlik edən BŞİH-in Mövlət adlı nümayəndəsi isə məsələnin tezliklə yoluna qoyulacağını deyib.Qeyd edək ki, sözügedən ünvanda söküntü işləri Bakı şəhərinin Baş Planına uyğun aparılır. Bildirilir ki, hələ sovetlər dönəmində bu plana əsasən dəmiryol vağzalından Füzuli meydanınadək böyük bir ərazidə park salınmalı idi. Ancaq sonradan maliyyə çatışmazlığı üzündən parkın salınması təxirə salınıb. Müstəqillik dönəmində isə keçmiş mer Rafael Allahverdiyevin təşəbbüsü ilə Milli Bankın binasının tikilməsi üçün ərazidə torpaq sahəsi ayrılıb. Binanın tikintisindən sonra xəbər tutan mərhum prezident Heydər Əliyev baş verənlərlə bağlı merə ciddi iradını bildirib. Yeri gəlmişkən, o vaxtlar bu binanın inşasına 32 milyon dollar xərclənib və tikinti zamanı böyük yeyintiyə yol verilib.
43,830
03.12.2008 07:22
Mənəviyyat
HÖKUMƏT YASAMALDAKI MƏSCİDİ SÖKÜR
Onun dediyinə görə, tikinti 3 ildir davam edir, amma hələ minarəni ucaltmaq mümkün olmayıb. Bu da məscidin şəxsi vəsaitlər hesabına tikilməsi ilə bağlıdır.Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Səidə Qurbanova isə bu yarımçıq tikilinin sənədinin olmadığını deyir: “Dəfələrlə biz onlara lazımi sənədləri təqdim etmək imkanı yaratmışıq. Mümkün olmadıqda məhkəməyə müraciət etdik, amma məhkəmədə də sənədlər göstərilmədi. Məscidin bir hissəsi Azərbaycan İqtisad Universitetinin filialının ərazisinə düşür. Minarə o ərazidə tikilirdi. Bu səbəbdən universitetin rektoru Şəmsəddin Hacıyev ali məktəbə məxsus ərazinin zəbt edilməsi barədə Yasamal rayon İH-yə müraciət edib”.Lakin məscidin gözətçisi bu iddiaları doğru saymadı. Onun sözlərinə görə, son bir həftədə məscidin arxasında alınan torpaq sahəsində yeni çoxmərtəbəli bina ucaldılır. Axund M.Mövsümov isə məscidi rekonstruksiya edib dövlətə təqdim etmək istədiklərini və qərardan apelyasiya şikayəti edəcəklərini dedi. Axundun sözlərinə görə, konflikt 9 kvadratmetrlik sahə ucbatından yaranıb: “Biz dükan açmamışıq, yalnız minarəni universitetin ərazisində ucaltmışıq. O üzdən problem yaranıb. Düzdür, biz qırmızı xətti keçmişik, amma Allah evi üçün mühüm olan azan oxunması üçün minarə tikməyimiz səbəbindən belə addım atmışıq”.Məsələ ilə bağlı Yasamal bələdiyyəsi ilə də əlaqə saxlamağa çalışdıq. Özünü təqdim etmək istəməyən bələdiyyə nümayəndəsi müvafiq ünvanda çoxmərtəbəli binanın inşası və sahibkarlıqla bağlı bilgiyə malik olmadıqlarını bildirdi: “Həmin torpaq icra hakimiyyətinin ixtiyarındadır. Amma hansının - dəqiq deyə bilmərəm”.İçərişəhər “Cümə” məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu da problemdən xəbərdardır: “Təfərrüatlar barədə geniş məlumatım olmasa da, deyə bilərəm ki, son aylar Azərbaycanda məscidlərin adı ”tikilmə" deyil, “sökülmə”, “bağlanma”, “partladılma” və digər xoşagəlməz sözlərlə yanaşı işlənir. Camaata yeni məscidlər tikmək üçün şərait yaratmaq əvəzinə, Allah evini sökmək hansı anlama gəlir - bilmirəm. Halbuki beynəlxalq aləmdə Azərbaycan dini tolerantlığı ilə seçilən ölkələr sırasındadır. Bu gün dünya, qeyri-müsəlman ölkələri məscidlər tikir, biz isə sökməyə çalışırıq".Əlavə edək ki, məscidin tikintisi başa çatmayıb.
43,831
03.12.2008 08:04
Ölkə
“AZƏRSUN” DA ÇÖKÜR?
Ləğv olunan SC-lərin sırasına “Bakı Yağ və Qida Sənaye”, “Sun-Tea”, “Bakı Karton Tara”, “Bakı Tara”, “Xırdalan anbar”, “Umleyla”, “Astara Çay-2", ”Lənkəran Çay-1" və digərləri daxildir. Bütün SC-lər səhmdarların ümumi yığıncağının qərarı ilə ləğv olunub. “Azərsun Holdinq”də əsas səhmdarı belə addıma məcbur edən səbəblər haqda suala şərh verməyiblər.“Azərsun Holdinq”in mətbuat xidmətindən bildiriblər ki, adıçəkilən SC-lərin əmlakı səhmdarlar arasında bölünüb. Minoritar səhmdarlar əmlakı onun dəyəri qismində alıb. Bu zaman minoritarlar incidilməyiblər. Səhmdarlara onlara məxsus olan səhmlərə görə bazar qiymətlərindən qat-qat artıq miqdarda pul ödənilib. Məsələn, “Sun-Tea” SC çaypaketləmə fabrikinin minoritar səhmdarları bazar qiyməti 4-5 manat olan səhmlərinin hər biri üçün 20-30 manat alıblar. Əmlakın bu cür ədalətli bölgüsü şirkətə bütün SC-lər üzrə ən azı 1-2 mln. manata başa gəlib.
43,832
03.12.2008 07:05
Ölkə
DİN BU İL XARİCDƏ GİZLƏNƏN 95 NƏFƏRİ TUTUB
DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlikdə dünən keçirilmiş kollegiya iclasında çıxış edən idarə rəisi onu da qeyd edib ki, bu müddətdə MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 94 nəfərin yeri də müəyyən edilib. Onun sözlərinə görə, göstərilən müddətdə itkin düşmüş şəxslərin 70,2 faizinin yeri müəyyən edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu kateqoriyadan olanların sayı 12,9 faiz azalıb.Daxili işlər naziri Ramil Usubov əvvəlki kollegiya iclasından ötən dövr ərzində ölkədə prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin seçicilərin əksəriyyətinin səsini qazanmasını başa çatmaqda olan ilin ən önəmli hadisəsi adlandırıb. Nazir dövlət başçısını seçkilərdə qələbə qazanması münasibətilə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təbrik edib.
43,833
03.12.2008 07:05
Gündəm
AVROPA ŞURASI BAKIDA MER SEÇKİLƏRİ KEÇİRMƏYİ TƏLƏB EDİR
U.Bohner Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılmasına tərəfdar olduqlarını bildirib: “Cənubi Qafqazda bu istiqamətdə ilk uğurlu addım Gürcüstanda atılıb. Tiflis meri seçkilər yolu ilə seçilir. Ermənistanda da bu istiqamətdə işlər gedir. Azərbaycanda isə bu sahədə bəzi tərəddüdlər hiss edirəm”.U.Bohner konqresin hazırda Azərbaycanla bağlı hər hansı hesabat və ya sənəd hazırlamadığını bildirib. O, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi prezidentinin yaxın gələcəkdə Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfər etməyi planlaşdırdığını deyib.
43,834
03.12.2008 07:37
Gündəm
“MOSSAD”ın AZƏRBAYCAN ÜZƏRİNDƏN AĞLASIĞMAZ İRAN OYUNU
Məlum olub ki, İsrail kəşfiyyatı əvvəlcə bilərəkdən İrana bir sıra xarici şirkətlərin əli ilə nüvə materialları və texnologiyaları örtürüb. Tehranın etibarını qazandıqdan sonra saxta şirkətlər dövriyyəyə girib və İrana saxta nüvə materialları satılıb. Nəticədə İranın nüvə silahı əldə etmək proqramı ciddi şəkildə pozulub. İran “Mossad”ın oyunundan yalnız ölkənin dövlət qurumları üçün xaricdən elektron avadanlıqlar ixrac edib satan biznesmen Əli Əştarinin İsrail xüsusi xidmət orqanlarının agenti olduğunu biləndən sonra xəbərdar olub. Qəzetin yazdığına görə, “Mossad” İranın nüvə proqramlarını əngəlləmək üçün bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan istifadə edib.“Haaretz” yazır ki, “Mossad”ın indiki direktoru Meir Dagan öz fəaliyyətini İranın nüvə silahı proqramını əngəlləməyə yönəldib. Bu məqsədlə “Mossad”ın bütün agentura şəbəkəsini və resurslarını səfərbər edib. Daganın rəhbərliyi ilə hazırlanan plan əsasında əvvəlcə bir sıra Yaxın Şərq və Avropa ölkələrindən şirkətlər İrana nüvə texnologiyaları və materialları təklif ediblər. Lakin bu materiallar nüvə tsiklini tamamlamağa və atom silahı əldə etməyə imkan verəcək dərəcədə önəmli olmayıb. Bildirilir ki, söhbət daha çox nüvə sahəsinə aid yardımçı materiallardan gedir. İran bu materialları yaxşı pul ödəyərək əldə edib. Tehranın etibarını qazandıqdan sonra “Mossad”ın qurduğu saxta şirkətlər işə düşüb və onlar əvvəlki əməkdaşlığın davamı olaraq İrana nüvə materialları təklif ediblər.İran kifayət qədər böyük məbləğlər hesabına bu materialları əldə edib. Lakin sonradan məlum olub ki, onlar heç bir işə yaramır. Xəbərdə deyilir ki, “Mossad”ın həyata keçirdiyi fəaliyyətlər nəticəsində İspaniya, Belçika, Avstriya, Tanzaniya, Azərbaycan və digər ölkələr İranın nüvə fəaliyyətlərinin əngəllənməsində iştirak ediblər.Qəzetin yazdığına görə, Pakistanın nüvə alimi Əbdülqadir Xana bağlı nüvə qaçaqmalçılığı şəbəkəsində adı keçən isveçrəli iş adamlarının da əslində Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinə işlədikləri üzə çıxıb. Həmin iş adamları İrana nüvə materialları satıblar. Lakin belə görünür ki, bu materiallar da qüsurlu olub və bilərəkdən İrana ötürülüb. Məlumatda deyilir ki, “Mossad”ın İrana ötürdüyü avadanlıqların və materialların üzərində dinləmə cihazları da yerləşdirilib. Qəzet yazır ki, İranın İnqilab Keşikçiləri Korpusuna içərisində “juçok”lar quraşdırılan elektron rabitə cihazları satan iş adamı Əli Əştarinin də həbsi bununla bağlıdır. Əştari bugünlərdə “Mossad” agenti olduğuna görə İranda edam edilib.Bildirilir ki, İranda son günlər “Mossad” şəbəkəsinin yaxalandığı haqda xəbərlər İsrailin və Qərbin xüsusi xidmət orqanlarının Tehranın nüvə fəaliyyətlərini əngəlləmək üçün göstərdikləri fəaliyyətlə müqayisədə aysberqin yalnız görünən hissəsi ola bilər. İran etiraf edib ki, Əştarinin daxil olduğu “Mossad” şəbəkəsi ölkənin nüvə proqramlarını ciddi şəkildə əngəlləyə bilib, bu şəbəkə hətta xüsusi xidmət orqanlarına da sızıb və çoxsaylı məxfi məlumatları xaricə ötürüb.
43,835
03.12.2008 07:05
Media
ABŞ ÖZ RADİOLARINDAN ÖTRÜ BAKIYA EKSPERTLƏR GÖNDƏRDİ
Məlumata görə, nümayəndə heyətinə daha çox texniki mütəxəssislər daxildir. Nümayəndə heyəti Milli Teleradio Şurası və hökumət rəsmiləri ilə görüşəcək və Azərbaycan qanunları daxilində radiostansiyaların verilişlərinin yerli tezliklərdə yayımının davam etdirilməsi üçün araşdırmalar aparacaq.
43,836
03.12.2008 07:13
İqtisadiyyat
RUSİYA İQTİSADİYYATININ ÇÖKMƏSİ AZƏRBAYCANA XEYİRDİR, ZİYAN?
Analitiklərin rəyinə görə, ABŞ neftin qiymətinin aşağı düşməsinə nail olmaqla arzuolunmayan dövlətlərdə, o cümlədən Rusiya, İran və Venesuellada iqtisadi inkişafa mənfi təsir göstərmək niyyətindədir. Əslində buna qismən nail olub. Son illər neft satışından milyardlar əldə edən Rusiya neftin ucuzlaşmasını və qlobal maliyyə böhranını ən ağır keçirən ölkələrdəndir. Rusiya defolta doğru gedir. Rus rublunun kursu dollara nisbətdə kəskin ucuzlaşıb, səhmlər dəyərdən düşüb. Təkcə oktyabr ayında Rusiya Mərkəzi Bankının strateji ehtiyatları 72 milyard rubl azalıb. Ekspertlər hesab edirlər ki, qarşıdakı aylarda da rublun dəyərdən düşməsi davam edəcək, bununla Rusiya iqtisadiyyatına inam azalacaq, strateji valyuta ehtiyatları sürətlə “əriyəcək”, inflyasiya sürətlənəcək.Belə rəy var ki, Rusiyadakı vəziyyət bütün parametrlər üzrə 1998-ci ildəki defolt mərhələsini xatırladır. Hökumət rublun kursunu sabit saxlamaq üçün dövriyəyə iri məbləğdə vəsaitlər buraxır, lakin bu pullar dərhal dollar şəklində ölkədən çıxarılır. Xatırladaq ki, cari ilin avqustunda Rusiyanın xarici fondlarda saxlanılan strateji ehtiyatlarının həcmi 600 milyard dolları keçmişdi. Bununla da Rusiya öz ehtiyatlarının həcminə görə dünyada üçüncü ölkəyə çevrilmişdi. Lakin həmin vaxtdan bu yana strateji ehtiyatların həcmi 112 milyard dollar azalıb. Üstəlik, həmin ehtiyatları yaratmaq üçün istifadə olunan neftin qiyməti də azalmaqda davam edir. ABŞ-ın Rusiya iqtisadiyyatını çökdürməsinin regiona, xüsusilə Azərbaycana ciddi təsirləri var. Təsirlərin nədən ibarət olmasına gəlincə, mövzu ətrafında rəyini öyrəndiyimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, iqtisadiyyatda iki ölkə modeli adlanan bir model var: “Mahiyyət ondan ibarətdir ki, əgər bir-birinə qonşu və ya bağlı olan ölkələrin birində gəlirlər artırsa, bu, digər ölkədə də gəlirlərin artmasına gətirib çıxarır. Praktiki, Rusiyada gəlirlərin azalması, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi neqativ təsir göstərir. Birinci neqativ təsir onunla bağlıdır ki, Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Həmin azərbaycanlılar il ərzində ölkəyə böyük həcmdə vəsaitlər göndərirlər. Rusiya mətbuatının yazdığına görə, azərbaycanlıların göndərdiyi illik vəsaitin həcmi 3 milyard dollardan çoxdur. Düzdür, Azərbaycan mənbələri Rusiyadan ölkəyə göndərilən vəsaitlərin həcminin 700 milyon manat olduğunu deyirlər. Bütövlükdə MDB ölkələrindən Azərbaycana göndərilən vəsaitlərin həcminin 1,5 milyard dollar olduğu göstərilir”. İqtisadçı onu da xatırlatdı ki, bu gün Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır: “Razılaşaq ki, hər bir azərbaycanlı ailəsinə 1000 dollar göndərsə, bu o deməkdir ki, Rusiyadan il ərzində 2 milyard dollar vəsait gəlir. Rusiya mətbuatının yazdığına görə, digər 1 milyard dollar bu ölkədə yaşayan soydaşlarımızın Azərbaycanda həyata keçirdiyi investisiyalardır. İstər Azərbaycan, istərsə də Rusiya tərəfinin açıqladığı rəqəmlər kifayət qədər böyükdür. Nəzərə almaq lazımdır ki, Rusiyadan Azərbaycana gələn vəsaitlər dövlət büdcəsində sosial xərclər üçün nəzərdə tutulan vəsaitdən çoxdur. Bu da o deməkdir ki, Rusiya iqtisadiyyatında problemlərin yaranması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir”. Neftin qiymətinin ucuzlaşmasının Rusiyada əhalinin gəlirlik səviyyəsinə mənfi təsir etdiyini bildirən V.Bayramov biznesdə problemlərin olduğunu dedi: “Yalnız qlobal maliyyə böhranı deyil, neftin qiymətinin aşağı düşməsi bu ölkədə biznes imkanlarını daraldıb. Bu da təbii, azərbaycanlıların biznesində mənfi təsirə malikdir”. İSİM rəhbəri Rusiyadakı soydaşlarımızın böyük qisminin biznes sektorunda fəaliyyət göstərdiyini və onlar üçün bu ölkədə gəlirlərin, əhalinin alıcılıq qabiliyyətinin artmasının əsas şərt olduğunu vurğuladı: “Güman edilir ki, cari ilin yayından Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi kəskin azalıb. Hətta bu, özünü yalnız vəsaitlərin azalmasında deyil, Rusiyada yaşayan bir sıra soydaşlarımızın vətənə dönməsində də tapır. Onlar müflis olaraq Azərbaycana qayıdırlar və bu, əmək bazarına neqativ təsir göstərir. Rusiyadan gələnlər ixtisaslı kadrlar deyillər və yalnız bizneslə məşğul olurlar. Ona görə də onlar əmək bazarında gərginlik yaradırlar”. V.Bayramovun sözlərinə görə, Rusiya şirkətləri ilə əməkdaşlıq edən yerli şirkətlərin biznesində problemlər müşahidə olunur: “Onlar öz mallarını əvvəlki qiymətə sata bilmirlər. Elə avadanlıqlar var ki, onlar neftin qiyməti aşağı düşənə, qlobal maliyyə böhranı başlayana qədər 35 min dollara satılırdısa, indi Rusiyada həmin avadanlığın qiyməti 8 min dollara qədər düşüb. Rusiya iqtisadiyyatının zəifləməsi bu ölkənin şirkətlərinin də zəifləməsinə gətirib çıxarıb. Belə bir məqamda Azərbaycan şirkətləri güclü və iri deyillər ki, Rusiyada zəifləmiş şirkətlərin bazardakı mövqeyini ələ keçirsinlər”. İqtisadçının fikrincə, Rusiya iqtisadiyyatının zəifləməsi Azərbaycanda sosial problemlərin artmasına gətirib çıxara bilər: “Mənzil bazarındakı durğunluğun da əsas səbəbi Rusiya iqtisadiyyatındakı durğunluqdur. Çünki göndərilən vəsaitlərin həcmi azalıb. Ümumiyyətlə, Rusiyada baş verən proseslər iqtisadiyyatda neftin qiymətinin ucuzlaşması nəticəsində yaranan durğunluğu daha da dərinləşdirir. Daha ağır sosial-iqtisadi problemlərin yaranmasına gətirib çıxarır”. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin rəyinə görə, ümumiyyətlə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına neqativ təsir göstərir: “Neftin qiyməti aşağı düşdükcə dövlətin gəlirləri azalır və infrastruktura vəsaitlərin ayrılması dayandırılır. Nəticə etibarilə işsizlik probelmi yaranır”. İ.Ağazadə deyir ki, neft pik həddinə çatmazdan əvvəl ABŞ-ın İran, Venesuela ilə çox ciddi qarşıdurması var idi: “Rusiya ilə bağlı avqust ayında yaranan qarşıdurma və bundan sonra neftin dünya bazar qiymətinin aşağı düşməsi bəzi təhlilçilərdə belə rəy formalaşdırıb ki, bu, bilavasitə siyasi məsələdir. Amma yaranmış vəziyyət birinci növbədə Amerika bazarının özünə də təsir edir. İpoteka bazarından başlayan krizis real iqtisadiyyata keçib”. Son illər dünyada qiymətlərin həddən artıq şişdiyini vurğulayan siyasətçi hesab edir ki, bu, mahiyyət etibarilə bir gündə geriyə dönüşlə sonunclanmalı idi: “Amma böhranı neft yaratmayıb. Neftin qiymətindəki böhranın özü ümumi krizisin bir tərkib hissəsidir. Neftin qiymətinin aşağı düşməsi prosesini böhran stimullaşdırıb. Buna görə bunu ABŞ-da axtarmaq doğru deyil. Əslində krizisin başlanğıcı Avropa idi”. O ki qaldı Rusiya iqtisadiyyatındakı krizisin Azərbaycana müsbət və ya mənfi təsirlərinə, İ.Ağazadə bildirdi ki, müsbət təsirləri gözləmək sadəlövhlük olar: “Müsbət təsirləri belə əsaslandırırlar ki, Azərbaycan tikinti materiallarının, sənaye məhsullarının böyük qismini Rusiyadan alır. Rusiyadakı böhran mahiyyət etibarilə qiymətlərin aşağı düşməsinə şərait yaradır və Azərbaycan da alıcı kimi bundan daha geniş istifadə edə bilər. Böhran təkcə Rusiyada baş versəydi, bu, mümkün idi. Amma krizis Azərbaycana da gəlib çatıb. İnfrastruktura büdcədən əvvəlki səviyyədə vəsait ayrılmır, tikintinin özü iflasa uğrayır və iqtisadiyyatın sektorları bir-bir sıradan çıxır. Belə şəraitdə Azərbaycan özü də alıcıya çevrilmir. Buradan uduş gözləmək mümkün deyil”.
43,837
03.12.2008 07:13
İqtisadiyyat
KREDİT FAİZLƏRİ YENƏ UCUZLAŞMAYACAQ
İqtisadi baxımdan əslində kommersiya banklarının müəyyən faiz endirimlərinə getməsinin labüd olduğu deyilir. Hazırda hər kəsi maraqlandıran sual da məhz budur. Kommersiya bankları kreditlər üzrə faiz dərəcələrini aşağı salacaqlar? Qeyd edək ki, hazırda banklar 30 faizdən aşağı kredit vermirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu deyir ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında, xüsusilə son dövrlər kredit qoyuluşu artan tikinti sektorunda likvidlik problemi var: “Ona görə indiki halda banklar öz şəraitlərinə uyğun kredit siyasəti yeridirlər. Kommersiya bankları özü bir bazar institutudur. Onların məhsulu kreditlərdir. Ona qiymət də sərbəst şəkildə qoyulur. Bunun üçün Milli Bankın heç bir müdaxilə imkanları yoxdur. Baxmayaraq, faiz dəhlizlərini müəyyənləşdirib, amma bu da formal xarakter daşıyır”. Q.İbadoğlu bildirdi ki, son dövrlər dünya maliyyə böhranı ilə əlaqədar həm kənarda, həm də daxildə gedən proseslər kredit qoyuluşlarında riski artırır: “Risk artdıqca kredit faizləri yuxarı qaldırılır. Kommersiya bankları bunu bir növ risklərdən sığortalanmaq, eyni zamanda riskləri idarəetmək məqsədilə həyata keçirir. Ona görə kommersiya banklarının belə yanaşması bugünkü dövrün tələblərinə uyğundur. Milli Bankın yanaşması isə daha çox nəzəri xarakter daşıyır. Milli Bank nəzəri cəhətdən addımlarını düz atır. Və nəzəri cəhətdən uçot stavkasının aşağı salınması doğrudan da dövriyyədə pul kütləsinin genişlənməsinə, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır. Amma bu nəzəriyyə Azərbaycanda işləmir. Milli Bank bu tip addımlarını 3 dəfə təkrar etməklə nümayiş etdirir ki, onun uçot stavkasından başqa heç bir tənzimləmə aləti yoxdur. Yəni ölkədə qiymətli kağızlar bazarı inkişaf etməyib. Yaxud valyuta məzənnə siyasəti ilə bağlı risklər artıb. Ona görə yeganə alət uçot stavkasıdır. Bu da nəzəri cəhətdən düz olsa da praktikada effekt vermir. Nəticədə kredit faizləri kommersiya banklarında artır, amma Mərkəzi Bank uçot stavkasını sürətlə aşağı salır". Q.İbadoğlunun sözlərinə görə, bu, normal iqtisadiyyata, bazar institutlarına malik ölkələrdə baş versəydi, kredit faizləri xeyli aşağı düşərdi: “Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var. Onlar da Mərkəzi Bankın öz məqsədlərinə çatmasında mane olur”. Məsələ ilə bağlı Milli Bankın da rəyini öyrənməyə çalışdıq. Lakin gün ərzində dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsaq da kimsəni yerində tapa bilmədik.
43,838
03.12.2008 07:13
İqtisadiyyat
NEFTİN QİYMƏTİ YENƏ DÜŞÜB
“Qara qızıl”ın ucuzlaşması neft ölkəsi kimi Azərbaycanın gəlirlərini azaldır. Nəzərə alsaq ki, 3 ay əvvəl Dövlət Neft Fondunun neft satışından əldə etdiyi gündəlik gəlir 50 milyon dollardan artıq idisə, bu gün həmin rəqəm 2 dəfəyə yaxın aşağı düşüb. Eyni zamanda 2008-2009-2010-cu illərdə neftin dünya bazar qiymətinin hansı səviyyədə olması Azərbaycan üçün olduqca vacibdir. Çünki məhz bu illərdə Azərbaycanın daha çox neft hasil etməsi gözlənilir. Neftin qiymətinin yüksək olması isə dövlət gəlirlərinin artması baxımından olduqca vacib idi.
43,839
03.12.2008 07:32
Ölkə
QƏNİMƏT ZAHİDLƏ MİRZƏ SAKİTİN ATASI İNFARKTDAN VƏFAT ETDİ
Çünki Qənimətin həbsini məhz ANS-dən eşitmişdi. Elə srağagün gecə vaxtı olduğu kimi, Qənimətdən, Sakitdən yenə xəbər tuta bilmədi. Əvəzində Qənimətə, Sakitə xəbər gəldi: “Atanız Səlim Zahidov vəfat edib”. İnfarkta aparan əfv Səlim baba infarktdan keçindi. Özü də onun hər cür pisliklərdən uzaq, tərtəmiz ürəyini üçüncü dəfə dələn infarktdan. Qohumları deyir ki, illər öncə bir dəfə infarkt keçiribmiş. Bir az müalicə alıb, düzəlib. Sonuncu dəfə isə bu zəhrimar onu əfv fərmanı verilən gün haqlayıb. Qonşular gəlib deyiblər ki, indicə AzTV-dən əfv fərmanı oxunacaq. Hər iki qoca ekranın qarşısında oturub “Z” hərfi ilə başlayacaq soyadları gözləyirmiş. Hansısa “Z”lar çıxıb, amma Zahidovlarsız. Elə lənətə gəlmiş bu telereportajdan sonra da Səlim kişinin vəziyyəti pisləşib. O gündən də ağır vəziyyətdə yatağa düşüb. Sonuncu dəfə isə srağagün ürəyi onunla pis zarafat edib. Özü də sonuncu dəfə.Elə sevimli “Astra”sı da əlində imiş. Sonuncu papirosuna bir qüllab vurub, amma yarım əsrdən çoxdur ki, ona QƏNİMƏT olan və həddən artıq SAKİT, mülayim xasiyyətli ömür-gün yoldaşına SON sözünü də deyə bilməyib. Ruhu Meysəridən bəlkə də Bakının 10-cu və 17-ci “zon”larına köçüb. Ciyərparalarının yanına. Hamı bu yas günündə də Bakıdan xoş xəbər gözləyirdi Qənimət də, Sakit də kifayət qədər iradəli adamlardır. Bunu onların türmə həyatı da sübut etdi. Dünən Səlim kişinin hüzr mərasimində olanda mən onun qardaşlarının, qardaşı oğlu Tariyelin üzünə baxdım. Kədərli, hüznlü idilər, amma məğrur dayanmışdılar. Onlar bəlkə də indiyəcən qapılarında bu qədər tünlük görməmişdilər. Onlar bəlkə də ağıllarına belə gətirmirdilər ki, Qənimətin bu qədər dostu var. Və bəlkə də buna görə atalarının ölümü onları sındırmamışdı.Dəfnə az qalanda isə hamı hələ də böyük ümidlə Qənimət və Sakit sorağında idi. Saysız-hesabsız telefon zənglərindən Azər bəy də (“Azadlıq” qəzetinin baş direktoru) başını itirmişdi. Hər dəfə telefonunu açıb zəngələrə cavab verəndə onlarla göz ona zillənirdi. Hamı bu HÜZR günündə, Bakıdan XOŞ xəbər gözləyirdi. Düz günorta saat 4-dək belə oldu. “Deyəsən, atam gələsi olmadı” Xəbər isə gəlmirdi, daha doğrusu, gələn xəbərlər ziddiyyətli idi. Günorta saat 4 radələrində cənazə yerdən götürüləndə artıq bütün ümidlər puç oldu. Elə Sakitin bircəcik oğlu Cahandarın ümidi kimi. Babasının tabutu önündə durmuş bu cocuq uşaq ağlı ilə hər şeyi gözəl başa düşürdü. Tabut yerdən götürüləndə onun dedikləri hamının üstünə buz kimi su səpdi: “Deyəsən, atam gələsi olmadı”.Hamı kövrəlmişdi. Atası gəlmədi Cahandarın, amma babasını apardılar. O dünyaya. Yəqin ki, cənnətə. Babası bir daha qayıtmayacaq Cahandarın. Atası isə qayıdacaq. Heç kimin mərhəmətinə ehtiyacı da yoxdur. Altı aydan sonra onsuz da qayıdacaq. Kişi kimi qayıdacaq. Elə əmisi də. “Çingiz”i “Qənimət”ə dəyişən də elə Səlim kişi olub Səlim kişi oğlanlarının, qohumlarının, Qənimətin çoxsaylı dostlarının əlləri üstə son mənzilə yola salındı. O dostların ki, Səlim kişi onların çoxunu tanıyırdı. Maraqlısı həm də odur ki, Qənimətin ən böyük dostu da, sən demə, elə Səlim kişi imiş. Dostu Seymur danışır: “Səlim kişini Qənimətlə ata-oğul münasibətlərindən də çox dostluq birləşdirirdi. Mən Qənimətlə bu evə çox gedib-gəlmişəm. Hər dəfə Qənimət evə girəndə sol əlini qaldırıb salam verərdi. Səlim kişi də başını tərpədib salamı alardı. Nə əl verib görüşmə, nə öpüşmə, heç nə. Səhəri gün ayrılanda isə yenə bir-birinə əl verməzdilər. Qənimət sadəcə başını əyərdi. Səlim kişi də onun alnından öpərdi”.Amma dünən Qənimətə atasının alnından öpüb vidalaşmaq qismət olmadı. *** Əslində Zahidovlar əslən Meysəridən deyil, Şamaxının Qurdtəpə kəndindəndir. Onlara “qaravəlilər”də deyirlər. Mərhum Səlim babanın və 85 yaşlı Xədicə nənənin evində 9 uşaq dünyaya göz açıb: 7 oğlan, 2 qız. Qənimət ailənin sonbeşiyi, son qəniməti olub. Bir il əvvəl biz hər iki qocanı ziyarət edəndə məlum olmuşdu ki, sən demə, Qənimət dünyaya gələndə qonşunun da uşağı olubmuş. Adını isə Çingiz qoyublarmış. Bu ad Xədicə nənənin də xoşuna gəlibmiş. Amma Səlim baba uşağa yaş kağızı alanda məlum olub ki, rəhmətlik ürəyində bir ad gəzdirirmiş. Kənd sovetinə gedib geri qayıdanda məlum olur ki, Çingiz dönüb olub Qənimət.Rəhmətlik Səlim kişi sonbeşik olduğuna görəmi, ya nədirsə, Qəniməti çox istəyirmiş. Deyirlər, küçədə kimsə ağlayanda rəhmətlik elə bilirmiş ki, yenə kimsə Qəniməti döyüb. Sən demə, öz aralarında çox yaxın dost olan Səlim kişi onun bir sıra xüsusiyyətlərindən, məsələn, siqaret çəkməyindən xəbərsiz imiş. Yaxınlarının dediyinə görə, başqa uşaqlarına qarşı sərt olsa da Qənimətə bircə dəfə də əli qalxmayıb. Amma Sakiti o ki var döyəcləyib. Bir neçə il əvvəl isə Qənimət valideynlərinə toy da edib. Hə, təəccüblənməyin, evlənməklərinin 50 illiyi münasibətilə “qızıl toy”. *** Yaxınları danışır ki, adətən valideynlər uşaqlarından ehtiyat edir, onları gözlənilən təhlükədən qorumağa çalışırlar: “Səlim kişi isə belə adam deyildi. Nə vaxt Xədicə xala Qənimətə deyirdisə ki ehtiyatlı ol, belə yazma, xəbərin gəlib bizə də çatıb, Səlim kişi qarısına təpinərdi: ”Sakit otur yerində, nə eləyir, düz eləyir".Maraqlı bir hadisəni də nəql edirlər. 2005-ci ilin 9 may Qələbə Günü ərəfəsi Rusiya prezidenti Vladimir Putin sağ qalmış bütün müharibə veteranlarına “Qələbənin 60 illiyi” medalının verilməsi ilə bağlı fərman imzalayır. Bu fərmandan irəli gələn müddəalar köhnə SSRİ məkanında sağ qalmış bütün veteranlara, o cümlədən Səlim Zahidova da şamil edilir. Amma Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Səlim kişinin halal haqqını ona çatdırmaqdan vaz keçir. Belə olan halda Qənimət işə qarışır. İcra başçısı ilə bərk mübahisə edir ki, bu medalı YAP hökuməti vermir, Rusiya verir və atasının halal haqqıdır. Deyilənə görə, məhz bu müdaxilədən sonra Səlim kişi halal haqqına sahib olur. Bu medal ömrünün 70 ilini torpaqla əlləşərək keçirən bir insanın yeganə təltifi idi... *** Dünən dəfn mərasimi bitən kimi Qənimətin adını bilmədiyim qardaşlarından biri əziyyət çəkib Meysəriyə gəldiklərinə görə hamıya təşəkkür etdi. Gərək yox idi, məncə. Çünki ən böyük təşəkkür sahibi artıq dünyada yox idi.Təşəkkürlər Səlim baba! Məzarın nurla dolsun! *** Səlim kişini dəfn edib geri qayıdanda Azər bəyin telefonuna növbəti zəng gəldi. Bütün gözlər yenə ona dikildi. Azər isə susdu. Axı nə desin? Desin ki... Qoy biz deyək. Azərə bildirmişdilər ki, Qənimət və Sakiti atalarının dəfn mərasiminə buraxmaq üçün ölüm kağızını Ədliyyə Nazirliyinə göndərmək lazımdır. Bundan sonra türmə rəisləri özləri həll edəcəklər ki, qardaşları bir neçə günlüyə də olsa hüzrə buraxsınlar, ya yox.Dünən səhər isə Xədicə nənə hələ dəfndən qabaq ədliyyə naziri Fikrət Məmmədova teleqram vurmuşdu. 85 yaşlı Xədicə nənə nazirdən oğlanlarının hüzrə buraxılmasına icazə verməyi xahiş edirdi... *** Ən sonda isə başqa xəbər gəldi. Bildirdilər ki, Qənimətin yatdığı 17-ci, Sakitin yatdığı 10-cu kolonlarda hər iki qardaşın dustaq yoldaşları Səlim kişinin ruhuna təziyə məclisi qurublar. 10-cu kolonda isə bu işə birbaşa Azərbaycanda və keçmiş postsovet məkanında tanınmış “qanuni oğru” “Masallı Mamed” qarışıb və məclisin təşkil edilməsində önəmli rol oynayıb. *** Sabah mərhum Səlim kişinin üç mərasimidir. Üç gündən sonra isə Qurban bayramı. Bir gün sonra isə mərhumun yeddisi. Yeddi də çıxacaq, təki Zahidov qardaşları da çıxsın. Onsuz da onlara olan oldu... Qos-qoca ataları onları evində qarşılaya bilmədi. Bu zalım dünyadan nisgilli köçdü...
43,840
03.12.2008 07:18
Yazarlar
“SİQARAMIN DUMANI SƏN”
Abbasoğlu əvvəlcə mənə, sonra əlindəki siqaretə baxaraq dedi: “Başa düşdüm”. Məsələ ondadır ki, mən bilmərrə siqaret çəkmirəm, amma iş əsnasında Qabilin çəkdiyi siqaretlərin tüstüsündən udmağa məcbur idim. Ona görə də həmkarımın mənə xəbər vermədən doğma tüstümüzü dəyişməsi haqlı narazılığıma səbəb olmuşdu. Həmin gündən etibarən redaksiyada siqaret çəkməyi yasaqladıq. Siqaret çəkən əməkdaşlar bir az dara-bara salsalar da, çəkməyənlərin təmiz hava udmaq hüququ tanındı. Bu söhbətin üstündən bir-iki həftə keçmiş Qabil təntənəli şəkildə bəyan etdi ki, bu gün sonuncu siqaretini çəkib və onu atıb. Siqaretə qarşı apardığım təbliğatın, nəhayət, səmərə verməsi məni çox sevindirirdi. Bu əhvalat yadıma deputat Qənirə Paşayevanın siqaretə qarşı başlatdığı kampaniya barədə informasiyaları oxuyarkən düşdü. Xanım deputat ictimai yerlərdə siqaretin yasaqlanması barədə qanun layihəsi hazırlayaraq, parlamentə təqdim edib. O qanun layihəsi parlament təsdiq olunarsa, ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan olunacaq. Amma bu o demək deyil ki, siqaret çəkənlər azalacaq, siqaret istehsal edənlər müflis olacaq, siqaret satanların qazancı azalacaq. Xeyr, elə şey olmayacaq. Sadəcə, o biri Avropa ölkələri kimi bizim də belə bir mütərəqqi qanunumuz olacaq və iqtidar sözçüləri mədəni səviyyəmizin üstün olması barədə təbliğat apara biləcəklər. İctimai yerlərdə siqaret tüstülədənlərimiz isə öz iş-güclərində olacaqlar - həmişəki kimi. Başlıcası, qanunu qəbul etməkdir, sonra ona riayət etməmək də olar. Ona qalsa, bizdə “Sərbəst toplaşmaq haqqında” qanun var, amma son illərdə kim bu hüquqdan istifadə edib? Yaxud Seçki Məcəlləsi var, amma bu, normal seçki keçirməyə əsas verirmi? Əsla. O biri qanunlar da eləcə. Orası da var ki, bu qanun qəbul olunsa (inşallah, olunacaq), DİN-in nəzdində xüsusi siqaret polisi strukturu da yaratmaq lazım gələcək ki, onlar ictimai yerləri nəzarətdə saxlasınlar, qanunu pozanları yerindəcə yaxalayıb cərimələsinlər. Deyim ki, bu strukturun saxlanmasının dövlət büdcəsinə elə bir ağırlığı olmayacaq. Çünki siqaret polisləri Yol-Patrul Xidmətinin əməkdaşları kimi özünümaliyyələşdirmə əsasında işləyəcəklər və həm gündəlik xərclərini çıxaracaqlar, həm də idarəyə pul qazandıracaqlar. Bunun münbit zəmini var. Qeyri-rəsmi statistikaya görə, kişilərin 90 faizi siqaret çəkir və bunun təxminən 85 faizi onu ictimai yerlərdə tüstülətməyi sevir. Zatən, əksər gənclər siqareti məhz başqalarına, xüsusilə də əks-cinsin nümayəndələrinə göstərmək üçün çəkirlər. Onların aləmində siqaret çəkmək kişiliyin mühüm atributudur. Bununla belə, inanıram ki, media quruluşları siqaretə qarşı mübarizəni, əkə-bükə inqilabçıların sözü olmasın, permanent şəkildə davam etdirsələr, nəyəsə nail olmaq olar. O gün “Xəzər” telekanalının xəbərlər bülletenində siqaretin zərərinə aid unikal bir süjet getdi, bişəkk, ona baxan qatı siqaretçəkənlər ən azı həmin gün siqaretdən iyrəndilər. Ortada şəxsi təcrübəm də var. Keçən il balaca kommandosum siqaret çəkənlərə həsədlə baxırdı, gündə üç dəfə “yekələndə mən də siqaret üfürəcəm” deyirdi, amma o gün həmin süjeti görəndən sonra gözləri alacalana-alacalana mənə deyir: “Ata, sakın, siqaret çəkmə ha. Adam xəstələnib ölür”. Dünən bu yazı hazır olub tamama gələndə hər ehtimala qarşı Qabilə zəng elədim ki, görüm, sözünün üstündə dururmu. Onun cavabını olduğu kimi yazıram: “10 gündür təzədən çəkməyə başlamışam”. Nazim Sabiroğlu da böyürdən “arada mən də həştad gün çəkmədim” deyir və damağına siqaret qoyub eşiyə çıxır. Samir SARI
43,841
03.12.2008 07:27
Mədəniyyət
“NAMİQ MƏNANI SMS QALİB EDİB”
- İlk meyxananız hansı qafiyə üstdə olub? - Nəfis olma düşmə tamaha, qardaş,Sənin işin qaldı sabaha, qardaş. O vaxt Əhmədlidə meyxana deyənlər çox az idi. Mən Bakının digər kəndlərinə gedib məşhur meyxanaçıları dinləyirdim, sonra da məşq edirdim, zəhmətim hədər getmədi. Çox keçmədi ki, meyxanaçı kimi tanına bildim. Əhmədlidə bir kafedə mənə bir kabinet ayrılıb. Orada uşaqlara meyxana öyrədirəm. Namiq Qaraçuxurlu, Elşən Xəzər, Aqşin Fateh, Vahid Qədimov, Oqtay, Ələkbər kimi məşhur meyxanaçılar həmin məktəbdən çıxıblar. - Uşaqlara müftə dərs deyirsiz? - O uşaqlardan bir qəpik də almıram. İstedadlı uşaqlarla işləyirəm. - Dərs zamanı hansı bəhrlərdən istifadə edirsiz? - Çırtmaya düşən bəhrlərdən. - Məgər həcəz və ya rəməldə meyxana demək olmaz? - (Bir qədər fikirləşir). Yetirmələrimlə hərdən oturub elə meyxanalar deyirik ki, bunu toyxanalarda demək mümkün deyil. - Birini deyə bilərsiz? - Yox, onda gərək yetirmələrimin hamısını bura yığım. Biz toylarda asan qafiyələr üstdə meyxana deyirik ki, camaat tez anlasın. - Sizin məktəbinizdə hansı bəhrdən çox istifadə olunur? - Səri bəhrindən. Elə bəhrlər var ki, mən heç onların adını bilmirəm, amma istifadə edirik. - Siz ustasız, yoxsa ustad? - Usta başqadır, ustad başqa. Ustad müəllim deməkdir. Meyxana ustadı 2-3 nəfər ola, ya olmaya. O insana ustad deyərdim ki, bu gün də sənəti saxlayır və pula, şöhrətə, əmiyə, dayıya dəyişmir, kim necədi onu elə də qələmə verir. Ustadlar barmaqla sayılacaq qədər azdır. - Amma “De gəlsin”də onlar çoxdur, hərəsinin də 4-5 tələbəsi. - Hərəmiz 4 iştirakçıyla məşğuluq. Qaldı “De gəlsin”ə, ora düşmək üçün tələbələrimiz imtahan veriblər, yəni sınaqdan çıxıblar. Keçməyənlər də olub. Onların arasında mənim də tələbələrim var. - Bu sınaqdan çıxanların deyimində ciddi nöqsanlar var, bu nöqsanlar haradan gəlir, papaqdanmı? - Yeri gəlmişkən, mən papaqla bağlı geniş söhbət etmək istəyirəm. Həmkarım Vüqar deyir ki, vallah, qafiyə papaqdan çıxmır. Amma mən deyirəm ki, vallah, papaqdan çıxır. Ola bilər ki, bədahətən meyxana deyənlərin ifası Vüqar qardaşımızı heyrətləndirdiyi üçün belə deyir. “De gəlsin” axşam saat 22.00-da başlayır. Saat 21.00-da biz münsiflər heyəti olaraq ora toplaşırıq. Hərəmiz bir qafiyə yazıb papağa atırıq. Bədahətsiz nə meyxana?! Amma tam əminəm ki, “Sözüm var”da iştirakçılar əvvəlcədən qafiyələri bilirlər və bir həftə öncədən hazırlaşırlar. Onu da deyim ki, bizim sınaqdan çıxmayanlardan bir neçəsi ATV-dəki yarışmada iştirak edir. - İştirakçıların nöqsanlı-nöqsansız çıxışından sonra Ağamirzə deyir ki, elə meyxana belə olar. Bu, “Sözüm var”a irad deyil ki? - Yox. Biz güclü meyxana deyəni tərifləyirik, yəni meyxana belə olar, deyirik. Bizdəkilər peşəkardır. “Sözüm var”da jüridə oturanlar - şeyx Əbdül Mahmudbəyov aktyordu, Baba Vəziroğlu da şair. Orada iki meyxanaçı var. Biri Namiq Mənadır, ona iradım budur ki, hər meyxana deyəni “bəh-bəh”lə tərifləməsin. Bu meyxana sənətinə ziddir, nə olsun ki, onun əmisi-dayısı pulludur. Sənəti pula satmaq olmaz axı. - Namiq Məna da “De gəlsin”dən çıxıb. Bəs niyə ayrıldınız? - Onu SMS qalib etdi. - Bayaq dediniz ki, “De gəlsin”də 16 iştirakçını mütəxəssislər seçib, özü də istedadlarına görə. - Bəli, biz seçmişik. - Onda sizin ölçü ilə yanaşsaq, qalib də SMS-lə bu istedadıların arasından seçilir. Bəs niyə Namiq Mənanı SMS-lə qalib olduğuna görə qınayırsız. ... (Cavab verməyə çətinlik çəkir və susur). - “De gəlsin”dəki meyxana ustaları qafiyə tutmağa görə qonorar alırlar? - Həftənin 3-cü və 4-cü günləri ANS-də oluruq, toylara gedə bilmirik, buna görə xeyrimizdən qalırıq. Bunun müqabilində ANS bizə qonorar verir. - Toylardan danışdız. İlk dəfə hansı toyda olmusuz, toylarda bəxtiniz gətirirmi? - İlk dəfə Əhmədli toyunda meyxana demişəm. Heç bir sözüm rədifə düşmədi, ağzıma nə gəldi deyib çulumu sudan çıxardım. Uşaqlar mənim üçün əl çaldı, onda elə bilirdim ki, mənim kimi meyxana deyən yoxdu. - Bəzən efirdə də iştirakçılar necə gəldi ifa edirlər. - Sərhədi keçənləri efirdən sonra tənbeh edirik. - Toylarda kiminlə deyişirsiz? - Mömin toylarında Elşən Xəzərlə birgə oluram. Başqa toylara bəzən Kərimlə, bəzən də Aydınla dəvət olunuram. - Toylarda papaqdan qafiyə çıxır? - Yox, toylarda sinədəftər olmalısan. Efirdə vaxt dar olduğu üçün kim cəld tərpənsə, o, sözünü deyə bilir. Amma toyda qarşıdakıyla deyişdikcə qızışırsan, sözü tam sərbəst, açıq və mənalı demək olur. - Son vaxtlar meyxanaçılar da klip çəkdirir. - Əlbəttə, bu kliplər meyxananın xeyrinədir. Hərəsi bir mövzuda çəkilib. - Siz hansı mövzuya üstünlük verirsiz? - Qədimdən qalan meyxanaya. Deyimim ağırdır, səsim mahnıya girmir. Məsələn, sabah durub Nazpəri Dostəliyeva ilə meyxana oxusam, yəqin əcaib bir şey alınar. - Meyxanada yeniliyiniz varmı? - Bizə qədər meyxanalar asan bəhrlərdə deyilirdi, sait, samitə fikir verilmirdi. Tutaq ki, deyirəm, bu gün səni təcvi-rəvan görmüşəm. Burada sonu “-an”la bitən “meydan” sözü rədifə girmir. Klassiklərimiz meyxanada çox məsələni yola verərdilər, amma bu indi mümkün deyil. Gərək diqqətli olasan, çünki meyxananın meydanı genişlənib.
43,842
03.12.2008 06:46
İdman
RÖVNƏQ ABDULLAYEV HEYDƏR BABAYEVİN KLUBUNU GƏNCƏYƏ “SÜRGÜN” ETDİ
R.Abdullayev yenicə işə başladığı vaxt Gəncə futbolunun dirçəlməsi üçün də sponsor tapdığını bəyan etmişdi. Ancaq sonradan Abdullayevin bu məlumatı da öz təsdiqini tapmadı. Buna görə də o, mətbuatın tənqidinə tuş gəldi. fanat.az-a daxil olan xəbərə görə, AFFA prezidenti Gəncədə futbolun bərqərar olması üçün başqa yol fikirləşib. Mötəbər mənbəyə istinadən verilən məlumata görə, “Standard” klubu növbəti mövsümdən Gəncəni təmsil edəcək. Artıq bu barədə klub rəhbərliyinin də razılığı alınıb və “Standard” rəhbərliyi müəyyən güzəştlər daxilində Gəncəyə köç etməyə etiraz etməyib.Verilən xəbərdə o da vurğulanır ki, “Standard” bu addımına görə növbəti mövsümdə avrokuboklara vəsiqə verən yerlərdən biri və ya ölkə kuboku ilə “mükafatlandırıla” bilər. Onu da qeyd edək ki, “Standard” klubu sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin himayəsindədir. Keçmiş nazir “vurulandan” sonra “Standard” klubunun da başının üstünü qara buludlar alıb. Hazırda maliyyə sıxıntısı yaşayan komandanın H.Babayevdən alınaraq sənaye və energetika naziri Natiq Əliyevə veriləcəyi barədə də xəbərlər dolaşır.
43,843
03.12.2008 06:29
İdman
PREMYER-LİQADA KOMANDALARIN SAYI 12-yə ENDİRİLƏCƏK
R.Musayev deyib ki, ikinci dövrədə premyer-liqanın yeni sponsoru ola bilərmiş: “Böyük bir firma ilə danışıq aparırdıq, ancaq nəticə istədiyimiz kimi olmadı”.Hakimliklə bağlı sualı cavablandıran R.Musayev bildirib: “Hamı deyir ki, hakimlər qərəzlidir. Amma ortada fakt yoxdur”. R.Musayev bildirib ki, əgər Türkiyə və İngiltərə çempionatlarında hakimlərin buraxdığı səhvlər burada da olsaydı, hakimi öldürərdilər: “Hakim də insandır, səhv edə bilər. Buna görə insanı asmaq lazım deyil”.Federasiya rəhbəri premyer-liqanın oyunlarına görə yığılan cərimə pullarının hara xərclənməsi ilə bağlı sualı da cavablandırıb: “Mən harada işləmişəmsə, pulu aidiyyatı üzrə xərcləmişəm. Bizim büdcəmizdə olan pul çempionatın sonunadək nə qədər qalsa, onu milli komandaya verəcəyik”.R.Musayev hansısa klubun qəsdən uduzması barədə ortada fakt olacağı təqdirdə həmin komandanın 4 il müddətinə çempionatdan uzaqlaşdırılacağını vurğulayıb: “Qərəzli hakimlər və hakim-inspektorları da ağır cəza gözləyir”.
43,844
03.12.2008 06:54
İdman
“XƏZƏR” TV-nin “FUTBOL SAATI”nda HAMINI ALDATDILAR
“Verilişdə danışan adam guya Anar Nəzirovun komandadan uzaqlaşdırılması barədə xəbərin futbolçuya mənim tərəfimdən çatdırıldığını dedi. Əslində bu xəbəri ona oyundan sonra soyunub-geyinmə otağında klubun vitse-prezidenti İlqar Quluzadə verib. Bu zaman mən baş məşqçi Gede ilə birgə mətbuat konfransında idim”.Məsələ ilə bağlı A.Nəzirovun özü ilə əlaqə saxlamaq istənilsə də qapıçı telefon zənglərinə cavab verməyib. Əldə edilən başqa xəbərə görə, telefon bağlantısında A.Nəzirovun əvəzinə Bakının “Standard” komandasının şərəfini qoruyan Tural Məmmədov danışıb.“Futbol saatı” verilişinin aparıcısı Ceyhun Rzayev isə açıqlamasında onlarda da bu barədə məlumat olduğunu söyləyib: “Anar mənim qohumum və ya qardaşım deyil ki, onun səsini tanıyam”.
43,845
03.12.2008 07:01
İdman
“QALATASARAY” BU GÜN BERLİNDƏ İMTAHAN VERƏCƏK
3 dekabr“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa)“Tvente” (Hollandiya) - “Şalke-04" (Almaniya)“Mançester Siti” - 6 (2), “Şalke” - 4 (3), “Tvente” - 3 (2),“Rasinq” - 2 (3), PSJ - 1 (2)B qrupu“Herta” (Almaniya) - “Qalatasaray” (Türkiyə)“Metallist” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan)“Qalatasaray” - 6 (3), “Metallist” - 4 (2), “Olimpiakos” - 3(2), “Herta” - 2 (2), “Benfika” - 1 (3)C qrupu“Sevilya” (İspaniya) - “Partizan” (Serbiya)“Standart” (Belçika) - “Sampdoriya” (İtaliya)“Standart” - 6 (2), “Sampdoriya” - 4 (2), “Ştutqart” - 4(3), “Sevilya” - 3 (2), “Partizan” - 0 (3)D qrupu“Spartak” (Moskva, Rusiya) - “Neymeqan” (Hollandiya)“Udineze” (İtaliya) - “Dinamo” (Zaqreb, Xorvatiya)“Udineze” - 6 (2), “Tottenhem” - 6 (3), “Spartak” - 3 (2),“Dinamo” - 3 (3), “Neymeqan” - 0 (2)4 dekabrE qrupu“Herenven” (Hollandiya) - “Braqa” (Portuqaliya)“Volfsburq” (Almaniya) - “Portsmut” (İngiltərə)“Milan” - 7 (3), “Volfsburq” - 6 (2), “Braqa” - 3 (3),“Portsmut” - 1 (2), “Herenven” - 0 (2)F qrupu“Aston Villa” (İngiltərə) - “Jilina” (Slovakiya)“Slaviya” (Çexiya) - “Hamburq” (Almaniya)“Aston Villa” - 6 (2), “Hamburq” - 6 (2), “Ayaks” - 3 (3),“Slaviya” - 1 (2), “Jilina” - 1 (3)G qrupu“Kopenhagen” (Danimarka) - “Rusenborq” (Norveç)“Valensiya” (İspaniya) - “Brügge” (Belçika)“Sent-Etyenn” - 7 (3), “Valensiya” - 4 (2), “Brügge” - 2(2), “Kopenhagen” - 1 (2), “Rusenborq” - 1 (3)H qrupu“Lex” (Polşa) - “Deportivo” (İspaniya)“Nansi” (Fransa) - OMİK (Rusiya)OMİK - 9 (3), “Nansi” - 4 (2), “Deportivo” - 3 (2), “Lex” -1 (2), “Feyenoord” - 0 (3)
43,846
03.12.2008 06:03
Mədəniyyət
ƏDALƏT ŞÜKÜROVUN RİO DE-JANEYRO MACƏRALARI
Müğənni “Trend”ə bildirib ki, səfəri fevralın əvvəlinə planlaşdırılıb: “Bir günlük konsert proqramından sonra niyyətimi həyata keçirəcəm. Yeni mahnılarımdan birinə həmin şəhərdə klip çəkdirmək niyyətim var”. Ə.Şükürovun sözlərinə görə, ekranlaşdırılacaq mahnı xarici müəlliflərə məxsusdur, Latın Amerikası mövzusunda olan musiqiyə o özü rejissorluq edəcəyini bildirib.
43,847
03.12.2008 07:04
Mədəniyyət
MÜĞƏNNİ VASİF MƏHƏRRƏMLİNİN KLİPİNİ KİM ÇƏKDİRİB?
V.Kamiloğlunun müğənniyə klipin kimin tərəfindən çəkdirilməsi sualı müğənnini özündən çıxarıb və o, Vüqarın dediklərini danaraq, ona hücum edib. İlk hücumda jurnalistə bir yumruq vuran Vasif Məhərrəmli sakitləşdirilsə də sonradan müğənni yenidən ona hücum edib. O, hamının gözü qarşısında Vüqara yenidən hücum edərək, ona bir neçə zərbə ilişdirib. Verilişin əməkdaşları jurnalisti pavilyondan uzaqlaşdırdıqdan sonra çəkiliş davam edib.
43,848
03.12.2008 07:03
İdman
“QIZIL TOP” RONALDOYA VERİLDİ
İkinci yeri Argentina millisinin “Barselona”da çıxış edən super ulduzu Lionel Messi tutub (281 xal). İlk üçlüyü “Liverpul”un və İspaniya yığmasının forvardı Fernando Torres qapayıb (179 xal). İlk onluqda yer alan digər oyunçular isə bunlardır: 4. İker Kasilyas (İspaniya, “Real”) - 1335. Xavi (İspaniya, “Barselona”) - 976. Andrey Arşavin (Rusiya, “Zenit”) - 647. David Vilya (İspaniya, “Valensiya”) - 558. Kaka (Braziliya, “Milan”) - 319. Zlatan İbrahimoviç (İsveç, “İnter”) - 3010. Stiven Cerrard (İngiltərə, “Liverpul”) - 28 Bu arada Ronaldo Avropanın ən yaxşı futbolçusu üçün təsis olunan mükafata layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb. O, hələ uşaqlıqdan “Qızıl top” arzusunda olduğunu bildirib: “Bu, həyatımın ən gözəl, ən yaddaqalan günlərindən biridir. Çünki bu mükafatı hələ uşaqlıqdan arzulayırdım. Dostlarım və yaxınlarım ”Qızıl top"a necə böyük önəm verdiyimi bilirlər. İndi demək olar ki, arzum çin oldu. Sorğuda mənə səs verənlərin hamısına, həmçinin sayələrində ötən mövsüm xeyli qol vurduğum komanda yoldaşlarıma minnətdarlıq etmək istərdim".Qeyd edək ki, Ronaldo Eysebio (1965) və Luiş Fiqudan (2000) sonra “Qızıl top”u alan üçüncü portuqaliyalı futbolçu olub. O, 2007/2008 mövsümündə “Mançester Yunayted”in heyətində 49 oyunda 42 qol vurub, komandasının İngiltərə çempionatının və Çempionlar Liqasının (ÇL) qalibi olmasında mühüm rol oynayıb. Gənc oyunçu 2008-ci ildə ÇL-in də ən yaxşı futbolçusu seçilib.
43,849
03.12.2008 06:09
İdman
FOQTS YIĞMAYA ALMAN XANIMLAR DA GƏTİRDİ
Nisbətən gənclərdən ibarət ikinci qrup isə testləri ya günün ikinci yarısı, ya da sabah verəcək. Maraqlıdır ki, Foqts Respublika Olimpiya Mərkəzinin manejində də həmyerlilərinin köməyindən yararlanıb. Belə ki, yığmanın düşərgəsinə ekspertlər, eləcə də 3 alman xanım cəlb olunub. Milli komandamızda ilk dəfə rast gəlinən əcnəbi xanımlar futbolçularımıza müxtəlif təmrinləri göstərib və Foqtsa yardımçı olmağa çalışıblar.
43,850
03.12.2008 06:09
İdman
“MALAQA” LA LİQAYA RÜŞVƏTLƏ YÜKSƏLİBMİŞ?
Bu iddianın ortaya çıxmasına “Tenerife”li oyunçu Jesus Antonio More Jesulinin “Real Sosyedad”ın prezidenti İneki Badiola ilə iki həftə əvvəlki görüşündə dedikləri səbəb olub. Jesuli deyib ki, sözügedən matçda zədəli olduğuna görə oynamayıb, buna baxmayaraq, “Tenerife” rəhbərliyi ona 6 min avro ödəyib: “Mən bunun səbəbini anlamadım, pulu götürüb cibimə qoydum. Ortada bir oyun alqı-satqısının olduğu qaçılmazdır. Ancaq mənim məsələyə heç bir dəxlim yoxdur. Sadəcə mənə verilən pulu aldım, vəssalam”.Artıq İspaniya Futbol Federasiyası “Tenerife”li futbolçunun sözlərindən sonra araşdırmaya başlayıb. Əgər “Malaqa”nın La liqaya rüşvətlə yüksəldiyi təsdiqlənsə, klubu ağır cəza gözləyir. Bu sıraya “Malaqa”nın La liqadan qovulması da daxildir. Qeyd edək ki, hazırda klub La liqada 13 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.
43,851
03.12.2008 06:10
İdman
ERMƏNİLƏRİN FUTBOL ŞEFİ “ARARAT”ın BAŞ MENECERİNİ DÖYÜB
“Ararat” rəsmisi həmin oyuna çıxarkən üzünü tribunada oturan R.Ayrapetyana tərəf tutaraq “Çempion biz olacağıq” deyib. Bununla da V.Simonov EFF-in “Pünik”ə tərəfkeşlik etməsinə etirazını bildirib.Oyun “Ararat”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra R.Ayrapetyanın oğlu V.Simonovu maşınına mindirərək şəhər kənarına aparıb. Orada klub rəsmisi EFF prezidentinin cangüdənlərini görüb. Sonradan R.Ayrapetyanın özü də gəlib çıxıb. Federasiya başçısı əvvəlcə V.Simonovu təhqir edib, sonra isə onu döyüb. Hadisə ilə bağlı mətbuat konfransı keçirən “Ararat” rəhbərliyi EFF prezidentindən Ermənistan prokurorluğuna şikayət edəcəklərini açıqlayıb.
43,852
03.12.2008 06:11
Dünya
VENESİYA ŞƏHƏRİ TAMAMİLƏ SU ALTINDA QALDI
Meteoroloqların fikrincə, əgər Adriatik dənizindən əsən güclü külək səngiməsə, şəhərdə 1966-cı ildə baş verən dağıntıların təkrarlanması mümkündür. Həmin il şəhərdə suyun səviyyəsinin 1,94 metrə qalxması nəticəsində 40 tarixi bina tamamilə məhv olub, çoxlu sayda muzey eksponatı isə yararsız vəziyyətə düşüb. Dünən artıq Venesiyanın Müqəddəs Mark meydanı 80 santimetr hündürlüyündə su ilə dolub. Şəhər rəhbərliyi yerli sakinləri ehtiyatlı olmağa, turistləri isə daşqınlar başa çatmamış şəhərə gəlməməyə çağırıb.
43,853
03.12.2008 07:13
Astrologiya
ULDUZ FALI
QOÇ - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın. BUĞA - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin. ƏKİZLƏR - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın. XƏRÇƏNG - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin. ŞİR - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. QIZ - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq. TƏRƏZİ - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın. ƏQRƏB - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz. OXATAN - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər. OĞLAQ - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki axşam saatlarında astral bədəniniz zəifləyə bilər. SUTÖKƏN - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək. BALIQLAR - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
43,854
03.12.2008 07:13
Astrologiya
ULDUZ FALI
QOÇ - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın. BUĞA - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin. ƏKİZLƏR - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın. XƏRÇƏNG - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin. ŞİR - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. QIZ - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq. TƏRƏZİ - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın. ƏQRƏB - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz. OXATAN - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər. OĞLAQ - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki axşam saatlarında astral bədəniniz zəifləyə bilər. SUTÖKƏN - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək. BALIQLAR - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
43,855
03.12.2008 06:25
Kriminal
MÜSTƏNTİQİN SİLAHI AÇILIB ÖZÜNƏ DƏYDİ
Nəticədə tapançadan atəş açılıb və müstəntiq qarın nahiyəsindən güllə yarası alıb. Hazırda onun rayon xəstəxanasında müalicə olunduğu bildirilir. Şamaxı Rayon Prokurorluğundan faktı təsdiqləyərək hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini və araşdırma aparıldığını bildiriblər. VAQONDAN 53 KİLO HƏŞİŞ TAPILDIDİN Nəqliyyatda Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan Azər Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı Dəmir Yol Stansiyasının dayanacaq parkında dayanmış vaqonda gizlətdiyi 53 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb. PORNOQRAFİK MATERİALLAR YAYAN ŞƏXS TUTULDUBakıda pornoqrafik materialları və əşyaları yaymaqda təqsirləndirilən şəxs saxlanılıb. Bu barədə lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. 29 yaşlı Mürvət Vasif oğlu Haqverdiyev Əzizbəyov Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. 21 YAŞLI QIZI EVLƏRİNİN QABAĞINDA BIÇAQLADILARSuraxanı rayonunun Əmircan qəsəbəsində 21 yaşlı Aytən Həsənova yaşadığı evinin qarşısında bıçaqlanıb. A.Həsənovaya xəsarət yetirən 19 yaşlı Çələbi Çələbiyev Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
43,856
03.12.2008 06:29
Kriminal
“İMİŞLİ-BROYLER”in İŞÇİSİ YÜKÜN ALTINDA QALIB ÖLDÜ
Həmin gün Goran-Dəliməmmədli dəmir yolunun 200-cü km-də qəza hadisəsi baş verib. Goranboy rayon sakini Sahilə Həsənova elektrovozla vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb. ŞƏMKİR SAKİNİ TÜSTÜDƏN BOĞULDUŞəmkir sakini evində baş verən yanğın zamanı tüstüdən boğularaq dünyasını dəyişib. Məlumata görə, dekabrın 1-də saat 15.30 radələrində rayonun Muxtariyyat kənd sakini, ruhi xəstə Asif Qasımov ehtiyatsızlıq nəticəsində yaşadığı evi yandırıb. Nəticədə 20 kv.m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. A.Qasımov isə tüstüdən boğularaq ölüb. BAKIDA İSƏ BİR NƏFƏR QİDADAN ZƏHƏRLƏNİB ÖLDÜ32 yaşlı Bakı sakini isə zəhərlənərək ölüb (APA). Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Parlament prospektində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Toğrul Arif oğlu Məmmədovun qidadan zəhərləndiyi ehtimal olunur. Mərhumun hansı qidadan zəhərləndiyi hələlik məlum deyil. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. YOL QƏZALARINDA 5 NƏFƏR ÖLDÜDünən saat 01.20 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Rəşad Seyidov “VAZ-21011" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nəticədə R.Seyidov hadisə yerində ölüb, sərnişinləri Anar Abdullayev və Hacəli Cəlilov xəstəxanaya yerləşdirilib. A.Abdullayev isə orada dünyasını dəyişib. *** Dekabrın 1-də saat 14.30 radələrində Səbayel rayonundakı Badamdar yolu küçəsində Gürcüstan vətəndaşı Nadir Allahverdiyev “KamAZ” markalı avtomaşını idarə edərkən onu aşırıb. N.Allahverdiyev aldığı xəsarətdən hadisə yerində ölüb. *** Dənən səhər saatlarında Bakıda 2 nəfərin ölümü ilə nəticələnən daha bir ağır yol qəzası baş verib (“Trend”). Taksi kimi istifadə olunan “Tofaş” markalı avtomobil saat 10:00 radələrində Xətai rayonu, Gəncə prospekti, 25 ünvanında “BMV” markalı avtomobilin yoluna çıxaraq qəza törədib, hər iki avtomobil yaxınlıqdakı sərnişin dayanacağına girib. Nəticədə taksinin sürücüsü və dayanacaqda avtobus gözləyən qız hadisə yerində keçinib. Taksidəki sərnişin qız isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. “BMV”-nin sürücüsü və sərnişini isə yüngül xəsarət alıb. Ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Qəzaya taksinin yüksək sürətli səbəb olub.
43,857
04.12.2008 07:28
Ölkə
İLHAMƏNİN OĞLU MƏHKƏMƏDƏ İFADƏ VERDİ
- Mayın 8-də məni xidmətdə olduğum Biləcəridəki hərbi hissədə həbs edərək MTN-ə aparıb sorğu-sual etdilər. Mən burada oturanlardan Yalçın Həsənovu, Həsən Həsənovu və Ruslan Zalıyevi tanıyıram. Məni saxladıqları gün dindirdilər. Yalçınla Həsənin narkotiklə məşğul olması haqda fikirlər mənə gülməli gəlir. Nə mənim, nə də buradakıların heç birinin ekstazi ilə əlaqəsi olmayıb.Hakim O.Nadirovun çıxışını saxlayaraq Türkiyəyə niyə getməsi haqda məlumat verməsini tələb etdi.- Məgər Türkiyəyə getmək cinayətdir? Mənə Yalçın zəng edib dedi ki, Azərbaycandan kənardadır və xahiş etdi ki, Türkiyəyə gedib oradan içində sənədləri olan çantanı götürüm. Noyabrın 25-də Türkiyəyə getdim. Bundan əvvəl isə Yalçınla dekabrda Dubaya gedəcəyimiz barədə razılaşmışdıq. Oradan “zakaz”la maşın gətirəcəkdik.Hakim:- Türkiyədən gətirdiyin çantanın içində nə vardı?- Qeyri-qanuni heç nə yox idi. Həm Türkiyə, həm də Azərbaycan sərhədini keçmişəm. Aeroportda hər iki ölkənin gömrükçüləri çantanı yoxlayıb. Orada bir “Meqapes” adlı dərman qutusu vardı. Onu da yoxladılar, amma heç bir qanunsuzluq olmadığından gömrüyü keçdim. Çantada Yalçının sənədləri, pasport və qış geyimləri vardı.Sonra M.Mirsalamlının vəkili Nərminə Məmmədova O.Nadirovun müvəkkili barədə ibtidai istintaqda verdiyi ifadəni təsdiq edib-etməməsi ilə bağlı sual verdi. O.Nadirov bildirdi ki, belə ifadə verməyib.Hakim O.Nadirovdan Türkiyədə çantanı kimdən aldığını soruşdu.- Musiqiçidir, amma adını bilmirəm.- Sezgin deyildi?- Adını bilmədim.- İbtidai istintaqda videoçəkilişdə olan ifadəni təsdiq edirsənmi?- Videoçəkiliş zamanı dediklərimi təsdiq edirəm.Hakim O.Nadirovun həbs olunan gün şahid qismində verdiyi ifadəni elan etdi:- Türkiyədə Sezginlə görüşəndə o, mənə dərman verdi. Nə dərman olduğunu soruşdum. Dedi ki, enerji gətirən dərmandır. Qəbul etmək istədiyimi bildirəndə Sezgin bunu həkimin məsləhəti ilə içmək lazım olduğunu dedi. O dərmanları çantaya qoyub Bakıya gəldim. Aeroportda məni Yalçın qarşıladı. Dedi ki, Mahirgil bizdən bir qədər aralıda maşınla gedir. Yolda onlara çatanda Mahirgilin yanından keçdik. Görünürdü ki, onların kefi yaxşıdır. Mahirin maşınında “Muxa” ləqəbli Məhəmməd və Əli İsmayılov da vardı. Yalçının evinə gəldik. Mahirgil də orada idi. Yalçın evdən çıxıb mənlə Həsəndən savayı hamıya - Mahirə, Əliyə və digərlərinə içində göy rəngli həblər olan şəffaf sellofan verdi. Dedi ki, bağa kef etməyə gedirik, orada qızlar da olacaq. Həmin gün bildim ki, Mahir də ekstazi qəbul edir. O, tez-tez Yalçının ABŞ səfirliyi ilə üz-üzə olan ofisinə gəlib ekstazi alırdı.- Bu ifadəni sən vermisən?- Xeyr.- Bəs niyə altından qol çəkmisən?- Videoya çəkirdilər, elə bildim ki, düz olar.- Səni neçə dəfə dindiriblər?- Mayın 8-də şahid qismində, mayın 10-da Səbayel məhkəməsində həmin ifadəyə yenidən mənə qol çəkdiriblər. Avqustun 22-də isə vəkilim Seyfəddin Əliyevin iştirakı ilə dindiriblər. Sonuncu ifadəmi təsdiq edirəm.Sonra ifadə vermək növbəsi həbsdə olan qadınlardan biri Zubayə Qulamiyə çatdı. O, özünü qismən təqsirli bildi. Dedi ki, Türkiyədə olarkən orada İnternetdə Ruslan Rüstəmovla tanış olub. Sonradan isə Həsən Türkiyəyə gələrək Mahirin adından onun telefonuna zəng edib:- 1-2 dəfə Həsənlə Türkiyədə görüşdük. Mənim ekstazi məsələsindən xəbərim olmayıb.Dövlət ittihamçısı ona sual verdi:- Həsən Həsənovla Türkiyədə görüşərkən nədən danışdınız?- Kişi ilə qadın arasında nə söhbət ola bilər? Elə o barədə.- Ekstazi söhbəti olub? Adını eşitmisən?- Həsən telefonda bir dəfə dedi ki, adamı şənləndirən həblər var. Demişəm ikisini gətir baxım nədir. Hər dəfə deyib gətirəcəyəm, amma gətirməyib.- İbtidai istintaqda sizə hədə-qorxu gəliblərmi?- Dedilər ki, bacını da tutacağıq. Bizi evdə birgə tutmuşdular. Məndən ifadə alanda yanımda vəkil də olmayıb.- İfadələrinizdə göstərmisiniz ki, ekstazini Türkiyədən 5-6 dollara alıb burada baha satmaq olar.- Mən belə ifadə verməmişəm.Zərurət yarandığından hakim Z.Qulaminin ibtidai istintaqdakı ifadəsini elan etdi. Orada göstərilirdi ki, R.Rüstəmov Z.Qulamiyə mesaj yazaraq Türkiyəyə gələcək dostuna ekstazi almaqda kömək göstərməsini xahiş edir.Fasilədən sonra hakim ifadə vermək üçün Əli İsmayılova söz verdi. Özünü qismən təqsirli bilən Ə.İsmayılov dedi ki, Yalçınla tez-tez görüşüb. 2007-ci ilin dekabrındakı görüş zamanı Yalçının əhvalının yaxşı olduğunu görüb:- Yalçın oynayırdı, gülürdü. Bunun səbəbini soruşanda dedi ki, dərman var və mənə iki dənə həb verdi. Növbəti dəfə isə “Şevaliye”də görüşdük. Yalçının vəziyyəti yenə yaxşı idi. Yanında bir neçə qız və Anar adlı oğlan vardı.Anardan 20 həbin birini 50 dollardan aldığını bildirən Ə.İsmayılov onları özü qəbul edib. Onun dediyinə görə, yalnız birini bölərək deskotekada iki qıza verib. Az sonra isə Mahirin xalası oğlu zəng edərək Mahirlə Yalçının tutulduğunu deyib:- Məsələnin o həblərlə bağlı olduğundan şübhələndim və Cavidanla birgə İsmayıllının İvanovka kəndinə getdik. Bir neçə gün orada qaldıq. Qayıdandan sonra münasibətdə olduğum Kəmalə Eyvazova ilə əlaqə saxladım. O dedi ki, axtarışdayam. Sonra xəbər tutdum ki, Kəmalə evdən çıxarkən MTN əməkdaşları onu da tutub. MTN-də mənə dedilər, Vüqarı da, Yalçını da, Mahiri də tutublar. Onlara lazım olan şeyləri yazmasam, mənə 149-cu maddə ilə “torba tikəcəklər”. Fərəh adlı bir qızı üzümə durğuzacaqları ilə qorxutdular. Tələb etdilər ki, Ədalət Mirsalamlı ilə Rəşid Həsənovun oğlanlarının üzünə durum, onlar da məni və Kəmaləni buraxsınlar. Onlar Vüqar Əliyevlə bağlı nə ssenari qurmaları haqda mənim yanımda məsləhətləşirdi. Məndən tələb edirdilər ki, həbləri Vüqara satdığımı deyim. Deyirdilər, Rəşidin, Ədalətin, İlhamə Quliyevanın oğlanlarını tutmuşuq, sən onlardan artıq deyilsən ki. Dedilər ki, məhkəmədə burada yazılanları təsdiq etməsən, tapşıracağıq ki, ən böyük cəzanı sənə versinlər. Mənə Səyyarə adlı vəkil vermişdilər. Deyirdi ki, yazılanları təsdiq et, səni buraxacaqlar, sən onların nəyinə lazımsan ki, onlara böyük “şişkalar” gərəkdir, lap iş məhkəməyə getsə də məhkəmənin sədri mənim qrup yoldaşımdır, ona tapşıraram".Yol polisinin əməkdaşı olmuş Vüqar Əliyev ifadəsində özünü təqsirli bilmədi: “İstintaqda tələb etdilər ki, Mahirlə Əlidən bir-iki həb aldığımı deyim. Amma onların adını çəkmədim. Məni MTN-də işləyən ailə üzvlərimlə hədələyib dedilər ki, onlar üçün pis olacaq. Məcbur olub yazdıqlarına imza atdım”.Təqsirləndirilən Cavidan Əliyev dedi ki, Ə.İsmayılovla maşın alqı-satqısı ilə məşğul olub. Onun sözlərinə görə, Əli ilə söhbət zamanı ekstazi həbi barədə eşidib: “Mən də ekstazi ilə maraqlandım. Əli vasitəsilə Mahirlə tanış oldum. Ondan 1 ədəd həb aldım. Əvvəllər 2-3 həb qəbul edirdim, sonradan 6-7-yə çatdı. Mahirlə pul üstündə aram dəyəndən sonra həbləri Yalçından alırdım”.Proses bu gün saat 11.00-da davam etdiriləcək.
43,858
04.12.2008 07:28
Ölkə
VASİF TALIBOV BƏLƏDİYYƏ SƏDRİNİ DÖYDÜRDÜ
Balıqçılar etiraf ediblər ki, onlara balıq tutmaqa bələdiyyə sədri içazə verib. Bundan sonra polislər bələdiyyə sədrini döyməyə başlayıblar. Mənbənin bildirdiyinə görə, sədrin döyülməsinə səbəb balıq vətəgəsinin Vasif Talıbova məxsus olması imiş.
43,859
04.12.2008 07:28
Ölkə
NAXÇIVANDA SPİD-li OĞLAN NİŞANINI QAYTARDI
Hər iki azərbaycanlı qadın və onlarla birlikdə saxlanan digər dörd qadın müvafiq prosedurlar başa çatdıqdan sonra ölkədən deportasiya ediləcək. Naxçıvanda isə HİV-ə yoluxduğunu bilən gənc bir oğlan nişanlı olduğu qızla əlaqələri kəsib. Bu barədə lent.az-a eksklüziv açıqlamasında Naxçıvan Muxtar Respublikası (MR) QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Hüseyn Mikayılov məlumat verib. H.Mikayılov bildirib ki, adı anonim saxlanılan gənc nişanı geri qaytarıb. “Biz onda HİV olduğunu aşkarlayandan sonra nişanından imtina etdi. O, qohumu olan bir qızla nişanlı idi” - deyə, H.Mikayılov əlavə edib. O deyib ki, həmin gənc təxminən 8 il Qazaxıstanda yaşayıb və işləyib: “Çox güman ki, HİV-ə də məhz Qazaxıstanda yoluxub”.
43,860
04.12.2008 06:32
Siyasət
PARLAMENTDƏ MTN-ə İŞLƏYƏN DEPUTATLAR VAR?
Hesab olunur ki, S.Novruzov heç də bu sözləri əbəs yerə söyləməyib. Bu mənada YAP-çı deputatın MTN-ə işləyən həmkarları barədə məlumatlı olduğunu deyənlər də var. Bu vaxta kimi Milli Məclisin tərkibi haqqında ən müxtəlif yazılar yazılıb. Hətta parlamentdə çoxlu sayda kürd kökənli deputatların fəaliyyət göstərdiyi, üstəlik, onların bir çoxunun PKK simpatizanı olduğu da qəzetlərdə yer alıb. Ancaq S.Novruzovun belə arın-arxayın şəkildə Milli Məclisdə MTN-ə işləyənlərin olduğuna işarə vurması, hətta onların gələcəkdə xüsusi medalla təltif ediləcəyini söyləməsi maraqlıdır. Biz də bu istiqamətdə araşdırma aparmaq istədik. Görəsən, S.Novruzov bu sözləri deyərkən kimləri nəzərdə tuturmuş? YAP-çı deputatın mobil telefonuna zəng etsək də, telefonu açmadı. Ona görə də özünün bu sözlərlə nə demək istədiyini öyrənə bilmədik. Millət vəkili İqbal Ağazadə isə bildirdi ki, S.Novruzovun konkret kimləri nəzərdə tutduğu onunçün də aydın deyil: “Amma parlamentdə Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyən YAP-ın nümayəndələri varsa və MTN də bu gün Azərbaycanın mövcud hakimiyyətinin maraqlarını ifadə edirsə, o medalın hər birindən YAP üzvü olub bu hakimiyyətə xidmət edənlərin hamısına pay düşür. Faktiki olaraq məntiq bunu deyir”.
43,861
04.12.2008 07:31
Gündəm
SƏFİRİMİZ TEHRANDA AZƏRBAYCANIN ƏLEYHİNƏ DANIŞDI
A.Həsənov dünən İranın “Mehr” agentliyinə müsahibəsində deyib ki, iki ölkə arasında anlaşılmazlıqların yaranmasına Azərbaycanın keçmiş rəhbərliyinin səriştəsizliyi və Sovet İttifaqının dağılmasından sonrakı hərc-mərclik səbəb olub: “Təəssüf ki, o dövrdəki davranışların, hərəkətlərin mənfi təsiri bu günə qədər qalmaqdadır. Bu isə əlaqələrimizin genişlənməsinə mane olur. Biz başqa ölkələrin daxili işlərinə qarışmamaq barədə öhdəlik götürmüşük. Lakin Elçibəyin püxtələşməmiş hökuməti Cənubi və Şimali Azərbaycanın birləşməsi haqda əsassız şüarlar səsləndirərək Bakı ilə qonşu ölkələr arasında münasibətləri korladı”.“Media forum” saytına açıqlamasında N.Nəsibli A.Həsənovu diplomatik etiketlərə əməl etməməkdə suçlayıb: “Yazıqlar olsun o adama. O zamanlar Azərbaycanla İranın münasibətlərinin kəskin olması şəxslərdən, hökumət başçılarından, o cümlədən Tehranda oturan səfirdən asılı deyildi. Bu ziddiyyətlər fundamental xarakter daşıyır”. Səfirin bu açıqlamasının milli maraqlara uyğun gəlmədiyinə diqqət çəkən N.Nəsibli faktın qarşı tərəfə hücum, qınaq üçün böyük bir əsas verəcəyini bildirib: “Ağlı olan adam belə fikirlər səsləndirərmi? Bütün hallarda səfir olan şəxs öz ölkəsinin indiki və ya əski hakimiyyətini qınamamalıdır. Bu, bir qayda- qanundur. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsinin əlifbasıdır. Səfir olan şəxs gərək bunu bilsin”.N.Nəsibli deyib ki, İranla Azərbaycanın münasibətlərindəki problemlər ilk növbədə bu ölkədəki azərbaycanlıların hüquqlarının pozulması ilə bağlıdır. Digər səbəblər isə əlavədir. Sabiq səfirin sözlərinə görə, o zaman da İran mətbuatı və bəzi rəsmi şəxslər Bakıdakı hökuməti İsrail və Amerikanın nökəri hesab edirdi, indi də bu fikirdə olanlar var: “Bu, Əbülfəz Elçibəyə də, Heydər və İlham Əliyevlərə də aiddir. Bunu gərək İrandakı səfir bilsin”.
43,862
04.12.2008 06:33
Yazarlar
PREZİDENT NÜMUNƏSİ
Amma içimdə bir əminlik vardı. Ona görə də günün sonunacan bu məsələ barədə söhbət düşən kimi deyirdim ki, Zahidov qardaşları müvəqqəti də olsa həbsdən buraxılacaqlar.Gün ərzində vəziyyətlə bağlı prezident İlham Əliyevə məlumat veriləcəyi və hər şeyin ondan asılı olduğu barədə xəbərlər gəlirdi. Bu mövzuda söhbət edəndə fikirlər üst-üstə düşmürdü. Kimi köhnə nümunələrdən danışır, kimi də hakimiyyətdə həbsdəki jurnalistlərə qarşı xüsusi qəzəbin olduğunu deyirdi. Amma mən düşünürdüm ki, bu, ayrı məsələdir və İlham Əliyev bu məqamda çox təqdirəlayiq bir nümunə qoyacaq ortaya.Bir neçə gün əvvəl Ermənistan baş prokurorunun sabiq müavini, bu ölkədə keçirilən prezident seçkilərindən sonra həbs olunan Qagiq Cangiryanın anası ölmüşdü. Ermənistan rəhbərliyi Qagikə anasının yasında iştirak etməyə icazə vermişdi və bu xəbər “Yeni Müsavat”da “Düşmən də olsa, kişi işidir” başlığı ilə verilmişdi. Doğrudan da bax, bircə bu məqama görə adamın ermənilərə paxıllığı tuturdu. Amma nə yaxşı ki, İlham Əliyev bir xalq, millət, dövlət olaraq başımızı dost-düşmən qarşısında aşağı eləmədi.Dünən redaksiyaya gələndə dostlara ilk sualım Qənimətgilin atalarının yasına buraxılıb-buraxılmaması oldu. Eşitdiyim cavaba sevinməmək mümkün deyildi: “Qənimətgili səhərə yaxın buraxıblar, indi yas yerindədirlər”.Dünən səhərdən yayılan bu xəbər bütün jurnalist cameəsində çox müsbət qarşılanıb, həmkarlarımızın əksəriyyəti bu addımı təqdir edir. Hamı bilir ki, Qənimət Zahidlə Mirzə Sakitə atalarının yasında iştiraka icazə verilməsi məhz birinci şəxsin razılığı ilə mümkün olub. Bu, təkcə İlham Əliyevin bir ailənin itkisini, ağrısını başa düşməsi deyil, həm də prezidentin ölkə jurnalistlərinə bir sayğısıdır. İndiki məqamda Səlim Zahidovun dünyasını dəyişməsi təkcə Zahidovlar ailəsinin yox, həm də həbsdəki digər jurnalist Eynulla Fətullayevin və azadlıqdakı bütün vicdanlı jurnalistlərin itkisidir. Ölkə başçısı bunu anlayışla qarşıladı və buna görə deməyə yalnız bir söz qalır: “Təşəkkürlər, İlham Əliyev!”Əlbəttə, kimlərsə deyə bilər ki, camaatı günahsız yerə tutub salıblar içəri, indi də atalarının yasında iştirak etməyə icazə verirlər və biz də bunu təqdir edirik. Bəli, ortada bu məqam da var, amma bu, başqa söhbətin mövzusudur. Bu gün isə konkret bir addım atılıb və jurnalistlər tərəfindən onun doğru qiymətləndirilməməsi düzgün olmaz. Şübhəsiz, könül istərdi ki, nə bu həbslər olaydı, nə jurnalistlər, nə siyasətçilər Zahidov qardaşlarının atalarının yasında iştirakına icazə verilməsi üçün müraciət edəydi, nə də onlar azadlıq havasını cəmi bir neçə saatlıq dadaydı. Ataları xəstələnəndə onun başının üstündə olaydılar, onu son mənzilə öz çiyinlərində yola salaydılar. Amma bu günün reallığı belədir.Hakimiyyət nümayəndələri həmişə deyir ki, müxalifətçilər, jurnalistlər ağı-qaradan seçmir, iqtidarın bütün addımlarını, ölkədə hər şeyi qara rəngdə görürlər. Əsla belə deyil. Baxın, prezident bir müsbət addım atdı, biz bunu təqdir elədik. Sabah daha bir addım atacaqsa, o da tərəfimizdən qiymətləndiriləcək. Guya biz başqa nə istəyirik ki?! Bizim istədiyimiz bu ölkədə insanların yaxşı yaşamasının təmin olunması, demokratiyanın bərqərar edilməsi, insan hüquqlarının tapdanmaması, insanların siyasi baxışlarına, jurnalistlərin yazılarına görə həbs olunmaması, döyülməməsi, öldürülməməsi, qəzetlərin qapadılmamasıdır. Bu problemlərin həlli istiqamətində ciddi addımlar atılsa, biz onu hansı arqumentlə qılınclayasıyıq? Kor nə istər - iki göz, biri əyri, biri düz.İlham Əliyevin Zahidov qardaşları ilə bağlı atdığı addım gerçəkdən bir nümunə və yenilikdir. Biz bunun davamlı olmasını arzulayırıq və ümid edirik ki, təqdir eləməyə yenə nələrsə olacaq. Hər halda, bunu yaxşı bir başlanğıc saymaq olar. İnanıram ki, ardı gəlsə, xeyli problemlər ortadan qalxacaq. Cəmiyyətdə milli barış belə-belə yaranır, siyasi münasibətlər sivil müstəviyə bu cür addımlar sayəsində keçir.İnşallah, çox tezliklə məhbus həmkarlarımızı həmişəlik azadlıqda görərik. Buz deyəsən, sınıb... Zabil MÜQABİLOĞLU
43,863
04.12.2008 07:57
Gündəm
ƏRDƏBİLDƏ İKİ AZƏRBAYCAN KƏŞFİYYATÇISI TUTULUB
Mənbə bildirib ki, son bir neçə ay ərzində Azərbaycanın kəşfiyyat xidmətlərinin İran ərazisindən Amerika və İsrail kəşfiyyat xidmətləri üçün məxfi məlumat toplamaq məqsədilə istifadə edən bir neçə casus əməkdaşı tutulub. Qəzet casus əməliyyatının digər detalları haqda məlumat vermir. Bununla belə, İran təhlükəsizlik xidmətindəki mənbə deyib ki, Azərbaycan xüsusi xidmət qurumları İranda ABŞ və İsrail üçün işləyir.Xəbərdə İranda həbs edildiyi deyilən iki Azərbaycan vətəndaşının hansı xüsusi xidmət qurumunun agenti olması haqda konkret nəsə deyilməsə də, məlumatla bağlı bu sahədə əsas aparıcı qurum olan Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə yaratmağa cəhd etdik. Lakin nazirlikdən xəbərlə bağlı hər hansı şərh almaq mümkün olmadı. Telefon zənginə cavab verən əməkdaş bildirdi ki, nazirliyin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Arif Babayev hazırda yerində yoxdur. Nazirliyə edilən təkrar zəng isə cavabsız qaldı.Qeyd edək ki, İranda Amerika və İsrail xüsusi xidmət orqanları üçün informasiya toplayan iki Azərbaycan vətəndaşının tutulması haqda xəbər qonşu ölkədə son günlər geniş vüsət alan “casus ovu” fonunda yayılır. Bugünlərdə İran xüsusi xidmət orqanları ölkədə “Mossad”ın casus şəbəkəsinin üzə çıxarıldığını, bu şəbəkənin çoxsaylı sui-qəsdlər, təxribatlar və digər planlar hazırladığının məlum olduğunu açıqlayıb. Həbs edilən “Mossad” agentlərinin sayı və əməliyyatın nə zaman keçirildiyi haqda məlumat verilmir. İranın İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi etiraf edib ki, bu şəbəkə hətta ölkənin xüsusi xidmət orqanlarının içərisinə sıza bilib və bir sıra mühüm məxfi məlumatları ötürüb. Bundan əvvəl isə İranda elektron avadanlıqların idxalı ilə məşğul olan iri şirkətin rəhbəri Əli Əştari “Mossad” agenti olduğu üçün həbs edilmişdi. Məlum olmuşdu ki, Əştari İran rəsmi qurumlarının etibarını qazanaraq aralarında İnqilab Keşikçiləri Korpusunun da olduğu bir sıra dövlət qurumlarına içərisində “juçok”lar gizlədilmiş elektron rabitə vasitələri, digər avadanlıqlar sata bilib. Nəticədə İranın nüvə proqramının mühüm mərhələlərindən biri pozulub. Həbs olunan Əli Əştari bugünlərdə asılmaqla edam cəzasına çatdırıldı. Qeyd edək ki, İran xüsusi xidmət orqanları birinci dəfə deyil ki, Azərbaycanı Amerika və İsrail kəşfiyyatına yardım etməkdə günahlandırır. Hətta bu məsələ Tehranla Bakı arasındakı danışıqlarda əvvəllər sərt formada qaldırılıb. İran iddia edir ki, “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Azərbaycan üzərindən keçərək kəşfiyyat aparır. Əslində Qərb mənbələri də bir neçə dəfə bu məzmunlu xəbərlər yayıblar. Lakin rəsmi Bakı iddiaları təkzib edir. Hərçənd ki, bu cür kəşfiyyat əməliyyatları haqda məlumatların hansısa ölkə tərəfindən rəsmən təsdiqlənəcəyini gözləmək də qeyri-ciddi olardı. Məlumdur ki, Azərbaycan xüsusi xidmət orqanları ilə “Mossad” və MKİ arasında əməkdaşlıq var. Bu əməkdaşlıq xüsusən 11 sentyabr terror hücumlarından sonra möhkəmlənib. Qərb mənbələri əməkdaşlığın İrandan Azərbaycana qarşı yönələ biləcək təhlükələri önləmək məqsədi daşıdığını qeyd edirlər. O da sirr deyil ki, İran kəşfiyyatı da Azərbaycanda fəaldır. Ancaq İranın rəsmi qəzetindəki xəbərdən görünür ki, Tehranda başlayan casus ovunun Azərbaycanla da bağlılığı var.Mövzuya qayıdacağıq.
43,864
04.12.2008 07:08
Dünya
NATO RUSİYA İLƏ DİALOQU BƏRPA ETDİ
Moskva ilə hazırda keçmişdəki kimi normal münasibətlərin saxlanılmasının qeyri-mümkün olduğunu deməklə yanaşı, NATO-nun xarici işlər nazirləri blokun baş katibi Yaap de Hoop Sxefferdən xahiş ediblər ki, yeni siyasi təmasların nədən ibarət ola biləcəyini izah etsin. Baş katibin özü isə təmasların şərtlər əsasında olduğunu və tədricən həyata keçiriləcəyini söyləyib. “Müttəfiqlər Rusiya ilə şərtli və tədricən kimi dəyərləndirilə bildiyim təmasların bərpasına razı olublar. NATO və Rusiya qeyri-rəsmi əsasda görüşlər keçirəcəklər. Bir də təkrar edirəm - qeyri-rəsmi əsasda. Bu tədrici təmaslar o demək deyil ki, biz Rusiyanın avqust ayında Qafqazlarda qüvvədən qeyri-proporsional istifadəsilə razılaşırıq. Biz eləcə də Polşa kimi müttəfiqimizə qarşı hədə-qorxuları da qeyri-məqbul sayırıq. Biz bununla kökündən razı deyilik. Lakin yenidən dialoq aparmağa cəhd edəcəyik və NATO-Rusiya şurası çərçivəsində, bir daha vurğulayıram,qeyri-rəsmi müzakirələri bərpa etməyə çalışacağıq”. Amerikanın dövlət katibi Kondoliza Rays isə deyib ki, məqsəd Rusiyanı təcrid etmək deyil. Əslində onun sözlərinə görə, “soyuq müharibə”dən sonra NATO özü Moskvaya əməkdaşlıq təklif etmişdi: “İdeya bundan ibarət idi ki, azad, dinc Avropada Rusiyanın da yeri var. Biz fikrimizi onunla əsaslandırırdıq ki, artıq 19-cu əsrin prinsipləri ilə yaşamaq olmaz. Rəqabət, münaqişə və üstün olmaq vacib deyil, əsası qonşularla beynəlxalq sistemin qanunlarına uyğun əməkdaşlıq edilən çərçivənin yaradılmasıdır”. Rusiyanın özü isə NATO ilə təmasların bərpası qərarını alqışlayıb. Moskvanın NATO-dakı daimi təmsilçisi Dmitri Roqozin deyib: “Mən belə başa düşürəm ki, NATO-nun baş katibinə xarici işlər nazirləri göstəriş veriblər ki, Rusiya ilə danışıqları bərpa etsin. Biz buna hazırıq. Artıq aydındır ki, NATO Rusiyanın yaratmış olduğu reallığı qəbul edib”. Gürcüstan və Ukrayna NATO-ya üzvlük barədə fəaliyyət planı ala bilməsələr də, alyansın qəbul etdiyi son qərarı öz məqsədlərinə çatmaq yolunda daha bir addım hesab edirlər. Belə görünür ki, Rusiya ilə münasibətlərdə böhrana yol açan bu məsələ ilə bağlı ABŞ administrasiyası da gözləməyi üstün tutub. İndi Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünün nə vaxt baş tutacağı ABŞ-da yeni prezident Barak Obamanın Rusiyaya dair siyasətindən asılı olacaq.
43,865
04.12.2008 07:39
Dünya
OBAMANIN AŞPAZ BABASINA İNGİLİSLƏR İŞGƏNCƏ VERİB
Obamanın babasının ciddi rejimli həbsxanada iki il saxlanıldığı bildirilir. Onu hərəkat barədə informasiyalar verməyə məcbur etmək üçün dəfələrlə işgəncələrə məruz qoyublar. Hüseyn Onyanqonun 3 arvadından biri və ABŞ-ın indiki prezidentinin nənəsi olan 87 yaşlı Sarah Obama qəzetin əməkdaşına deyib ki, ağdərili əsgərlər həbsxananın qaradərili gözətçilərinə hər gün səhər və axşam onu qamçıyla döydürüblər. Bildirilir ki, babasının həbsi haqda Obama özünün “Mənim atam” adlı kitabında bəhs edib. Lakin o yazır ki, babası müstəmləkəçiliyə qarşı mübarizə hərəkatına qatılmayıb və günahsız olduğu üçün həbsdən buraxılıb.
43,866
04.12.2008 07:42
Ölkə
NAZİRLİK RƏSMİSİ MÜSAVATA GƏLDİ
Toplantıda çıxış edən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı tədbirin mahiyyəti haqqında danışıb. T.Abbaslı dəyirmi masanın keçirilməsində məqsədin müxalifətçi və bitərəf gənclərin problemləri və onların həlli imkanlarını müzakirə etməyin və bu istiqamətdə nazirliklə əməkdaşlığın mümkün yollarının araşdırılması olduğunu söyləyib.Çıxışları dinləyən F. Babayev öncə qarşıdan gələn Qurban bayramı münasibətilə gəncləri təbrik edib. O, Azad Rəhimovun (nazirin - red.) toplantıya qatıla bilmədiyini amma sabah (bu gün - red.) saat 15:00-da 5 nəfər tərkiblə müxalifət gənclər təşkilatlarının nümayəndələrini qəbul edəcəyini bildirib, sualları cavablandırdı. Nazirlik nümayəndəsi müxalifətçi gənclərlə işləməyə hazır olduqlarını bildirib.
43,867
04.12.2008 06:30
Kriminal
RUSİYADA AZƏRBAYCANLI NARKOTACİR TUTULDU
Bir qədər sonra isə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsinin əməkdaşları şəhərdə içində üç kişi olan avtomobili saxlayıblar. Maşına baxış keçirilərkən orada 1,5 kq marixuana aşkarlanıb. Narkotik maddə sərnişinlərdən birinə, 28 yaşlı azərbaycanlı Azər Zeynalova məxsusdu. Tümen vilayətində müvəqqəti qeydiyyatda olan gənc soydaşımız həbs olunub, onun barəsində cinayət işi qaldırılıb.Məlumata görə, A.Zeynalov xüsusilə iri miqdarda narkotik maddə ticarətində suçlanır. Onun Kurqana nəşə, heroin və kokain daşıyaraq satan mütəşəkkil cinayətkar qrupun ən fəal üzvlərindən biri olduğu da iddia olunur.
43,868
04.12.2008 06:46
Mənəviyyat
“İCMA QEYDİYYATDAN KEÇİB, MƏSCİD YOX”
Amma dindarlara olan basqılar hələ də səngimir. Bu dəfə isə Yasamal rayon icra başçısının iddiası ilə “peyğəmbərimiz Məhəmmədin (s.a.s) məscidi” adlı məbədin sökülməsinə qərar verib. Məscidin axundu Mirvaleh Mövsümov məscidin Qafqaz Müsəlmanları İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdiyini söyləyib. Bakı Şəhər İcra Hakimiyyətindən qəzetimizə verilən məlumatda isə bildirilir ki, məscidin minarəsi Azərbaycan İqtisad Universitetinin filialının ərazisinə düşdüyündən universitetin rektoru Şəmsəddin Hacıyev ali məktəbin ərazisinin zəbt edilməsi iddiası ilə Yasamal rayon İH-yə müraciət edib. Bu səbəbdən də oktyabrın 13-də məhkəmə qərarı ilə məscidin inşası dayandırılıb. Bəs Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) məsələyə münasibəti necədir?İdarənin informasiya şöbəsinin müdir müavini Rəhimə Dadaşova icmanın 2006-cı il fevral ayının 6-da QMİ-də qeydiyyatdan keçdiyini söylədi: “Məscidin əvvəlki yerində 60 kvadratmetrlik ibadət hücrəsi olub. QMİ-nin qeydiyyatından həmin hücrə keçib. İndi yeni inşa olunan məscidin tikintisilə bağlı bizə nə müraciət, nə də layihə təqdim olunub”.Məsələyə münasibətini öyrənmək məqsədilə məscidin dini icmasının rəhbəri Mirvaleh Mövsümovla əlaqə saxlaya bilmədik.Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
43,869
04.12.2008 07:40
Mədəniyyət
MƏDƏNİYYƏT NAZİRLƏRİ BAKI BƏYANNAMƏSİ İMZALADILAR
Xüsusən konfransda iştirak edən mədəniyyət nazirləri, təşkilatçı partnyorlar və digər orqanlar Avropa Şurası ilə sazişlər çərçivəsində ekspertlərin görüşünü və müxtəlif tədbirlər təşkil etmək; YUNESKO-nun mədəni müxtəlifliyin qorunması haqda, həmçinin irs və landşaftlar sahəsində Konvensiyasının təsdiqini dəstəkləmək; mədəniyyətlərarası dialoqun qarşılıqlı dəstəklənməsi üçün Avropa Şurası və Avropa İttifaqı arasında əməkdaşlığı möhkəmləndirmək; Avropa Şurası və ATƏT arasında əməkdaşlığı möhkəmləndirmək razılığına gəliblər.Tərəflər həmçinin AŞ yerli və regional hakimiyyətlər Konqresinin dəstəyi ilə mədəniyyətlərarası əlaqələrin tənzimlənməsi üçün yerli və regional hakimiyyətlər arasında təcrübə mübadiləsi aparmaq; mədəni siyasət və irs sahəsində informasiya sistemlərini; ideya və incəsənət əsərləri mübadiləsini inkişaf etdirmək; təhsil üzrə fəaliyyəti inkişaf etdirmək; mədəni irsin bərpasına yönəlmiş sabit mövqe qəbul etməyi öhdələrinə götürüblər.
43,870
04.12.2008 06:48
Dünya
İRAN ABŞ VƏ İSRAİLƏ QARŞI HƏRBİ DƏNİZ TƏLİMLƏRİNƏ BAŞLAYIB
Manevrlərin əsas məqsədi düşmən hərbi qüvvələrinin Oman körfəzindən və Hörmüz boğazından hücumlarının qarşısını almaq, habelə regiondan əsas neft daşımalarının həyata keçirildiyi Hörmüz körfəzini bağlamaq ssenariləri sınaqdan keçirilir. Agentlik qeyd edir ki, İran ordusu düşmən kimi ABŞ və İsraili nəzərdə tutur. Çünki məhz bu ölkələr İranın nüvə obyektlərinə zərbələr endirməklə hədələyirlər. İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həbibolla Səyyari deyib ki, təlimlər dörd mərhələdə keçiriləcək. Orada esminetslər, raket katerləri, sualtı qayıqlar, vertolyotlar, qırıcı təyyarələr, pilotsuz kəşfiyyat təyyarələri iştirak edəcək. Admiral təlimlər zamanı müasir silahların da sınaqdan keçiriləcəyini bildirib. Səyyari deyib ki, İran donanması düşmənin Fars körfəzindəki qüvvələrinin bütün hərəkətlərini izləyir. Xatırladaq ki, İran hücuma məruz qalacağı halda ABŞ-ın Yaxın Şərqdəki 32 hərbi bazasına cavab zərbələri endirəcəyini, Hörmüz körfəzini isə bağlayacağını bildirib. Ekspertlərə görə, İran donanması ABŞ donanmasına qarşı uzun müddət müqavimət göstərməyə qadir deyil.
43,871
04.12.2008 06:51
Gündəm
AZƏRBAYCAN GƏMİSİ QƏZAYA UĞRADI
Hadisə nəticəsində hər iki gəminin gövdə hissəsinə ciddi zərər dəyib. İlkin məlumata görə, Azərbaycan gəmisi Eysk limanına, Ukrayna gəmisi isə Rostovdan Ravennaya doğru hərəkət edirmiş. Toqquşmanın səbəbləri məlum deyil. Azərbaycan gəmisində 8, Ukrayna gəmisində isə 12 heyət üzvü olub. Türkiyə Dəniz Administrasiyası gəmilərin batma təhlükəsinin olmadığını, hər iki gəminin Bozcaadanın şərq və şimal-şərqində lövbər saldığını bildirib. Sabah Dəniz Qəza Araşdırma Komissiyası hadisənin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə hər iki gəminin kapitanından ifadə alacaq. Administrasiyadan bildiriblər ki, qəzanın baş verməsində günahkar olan şəxslər müvafiq qaydada cəzalandırılacaq.Azərbaycan Dövlət Dəniz Administrasiyasından isə APA-ya bildirilib ki, Azərbaycana məxsus “Emerald-1" quru yük gəmisi Panamanın “SİO Shipping” şirkətinə icarəyə verilib.
43,872
04.12.2008 07:52
Gündəm
İRAQDAKI SÜLHMƏRAMLILARIMIZ DEKABRIN 7-də VƏTƏNƏ QAYIDACAQLAR
Bu barədə APA-ya eksklüziv olaraq İraqdakı Çoxmillətli Qüvvələr Komandanlığından məlumat verilib. Mərasimdə İraq yerli hökumətinin, parlamentinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Azərbaycan Müdafiə Nazirliyindən isə APA-ya bildirilib ki, İraqdakı Azərbaycan hərbçiləri vətənə dekabrın 7-də yola salınacaqlar. Nazirlikdən onu da deyiblər ki, Azərbaycan hərbçiləri mühafizə etdikləri obyektləri artıq İraqın hökumət qüvvələrinə təhvil verib.İraqdakı Azərbaycan kontingentində 14 zabit, 16 gizir və 120 əsgər olmaqla, 150 hərbçi xidmət edib. Onlar hər 6 aydan bir rotasiya əsasında dəyişdirilib.
43,873
04.12.2008 07:49
Gündəm
ERMƏNİSTANIN DÖVLƏT NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLİR
Xarici İşlər Nazirliyində isə tədbirdə Ermənistanın dövlət rəsmilərinin iştirak edəcəyindən xəbərsizdirlər. Qurumun mətbuat xidmətindən bildiriblər ki, sözügedən tədbirin təşkilatçısı onlar olmadığından orada iştirak edəcək xarici qonaqların kimliyi barədə Xarici İşlər Nazirliyində məlumat yoxdur.
43,874
04.12.2008 06:53
Kriminal
İKİ ZƏVVARIMIZ AVTOMOBİL QƏZASINA DÜŞDÜ
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. İdarədən həmin şəxslərin adlarını açıqlamasalar da, hadisənin taksidə baş verdiyini bildiriblər: “Bizə həmin şəxslərin texniki işçi olduğunu söyləyiblər. Hadisə baş verən taksi əzilsə də, xoşbəxtlikdən zəvvarlara heç nə olmayıb”. MOSKVADA DAHA BİR AZƏRBAYCANLI ÖLDÜRÜLDÜRusiya paytaxtının Cənub-Şərq dairəsinin Lyublino rayonunda Azərbaycan vətəndaşının meyiti tapılıb. “İnterfaks”ın yaydığı xəbərə görə, hadisə yerinə gələn yerli milis Mustafayev soyadlı həmyerlimizin boyun və qarın nahiyələrinə çoxsaylı bıçaq zərbəsi nəticəsində öldüyünü müəyyənləşdiriblər. Hazırda faktla bağlı cinayət işi qaldırılıb. İlkin araşdırma zamanı məlum olub ki, həmyerlimiz dazbaşların qurbanı olub.
43,875
04.12.2008 06:54
Media
REDAKTORLAR HAKİMİYYƏTİN ZAHİDOV QARDAŞLARINA JESTİNİ MÜSBƏT QİYMƏTLƏNDİRİR
Dünən media cameəsində ən çox müzakirəyə səbəb olan bu hadisə bir-birindən fərqli mövqelərlə müşayiət olundu. Bir qrup bu jesti hakimiyyətin Azərbaycan jurnalistlərinə qarşı mövqeyinin yumşalması, başqa bir qrup isə qanunvericilikdən doğan adi addım kimi qiymətləndirdi. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, artıq Mirzə Sakitlə Q.Zahid onlara qarşı atdığı addıma görə hakimiyyətə təşəkkür ediblər. Müsahibimizin sözlərinə görə, jurnalistlərin “amnistiya gözləyirsinizmi” sualına da Q.Zahid “bu, yaxşı addım ola bilərdi” cavabını verib. Mehman bəy hesab edir ki, hakimiyyətin bu addımı piar deyil: “Müəyyən dərəcədə normal hadisədir. Əslində belə də olmalıydı. Amma mən mətbuata qarşı heç bir yumşalma hiss etmirəm. Sadəcə olaraq, mübarizə aparan, sözünü deyən mətbuat qalmayıb ki, hakimiyyət ona qarşı mübarizə aparsın və sonradan da loyallaşsın. Hakimiyyət indi mətbuatın böyük hissəsinə nəzarət edir, o səbəbdən də problem təşkil edən kimsə qalmayıb”. M.Əliyev bu situasiyanı seçkini müşahidə edənlərin dedikləri ilə müqayisə etdi. Onun sözlərinə görə, müşahidəçilər də öz hesabatlarında “seçkilər sakit keçib” demişdilər: “Əslində həqiqətən də seçkilər sakit keçdi, çünki heç bir mübarizə aparılmadı. Eləcə də indi KİV-lərlə mübarizədə hakimiyyət mülayimdir, çünki həbslər yoxdur. Necə deyərlər, Bağdadda hər şey sakitdir”. Müsahibimiz həmçinin bu addımdan sonra əfv gözləntilərinin də artdığını dedi. Baş redaktor hesab edir ki, qarşıdan Qurban bayramı, habelə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün gəldiyini nəzərə alıb, əfv fərmanı verilməsini də gözləmək olar: “Qənimət və Sakit Zahidovların əfv məsələsi gündəmdədir. Çünki Hacı Allahşükür Paşazadənin, Mətbuat Şurası rəhbərliyinin, ayrı-ayrı təşkilatların bu məsələ ilə bağlı müraciəti olub. Əfv Qurban bayramında da verilə bilər, 31 dekabrda da”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də hesab edir ki, məhbus jurnalistlərə atalarının yasında iştirak etməyə icazə verilməsi tamamilə normal haldır. Onun sözlərinə görə, belə bir anda başqa cür qərarı heç kim başa düşməzdi: “Çox yaxşı ki, hökumət orqanları müəyyən şəxsi ambisiyalardan və münasibətlərdən keçib, bu cür qərar qəbul edib. Təbii ki, qanunun verdiyi imkanlardan istifadə edib. Çox ümid edərdim ki, bu, böyük bir yumşalmanın başlanğıcı olsun. Ortada böyük bir itki var. Bu böyük itkidə qardaşların başına gəlmiş bu hadisələrin rolu var. Humanizm baxımdan bu faktor nəzərə alınaraq, yumşalmaya doğru addım atılmalıdır. Dəfələrlə demişik və təklif edirik ki, jurnalist təşkilatları olaraq, hansı addımlar kafi hesab olunursa, onları atmağa hazırıq”. A.Əliyev bütün hallarda belə bir dəyişikliyin baş verə biləcəyi barədə fikir söyləməyin tez olduğunu dedi.
43,876
04.12.2008 08:07
Media
REDAKTORLARIN QARS SƏFƏRİ DAVAM EDİR
Daha sonra ölkəmizin Qarsdakı baş konsulluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov 4 il ərzində konsulluğun buradakı fəaliyyət istiqamətlərindən, həmçinin yaranma tarixindən söhbət açıb. ÿAzərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran mərasimin Türkiyə-Azərbaycan dostluğunun dərinləşməsindəki müstəsna roluna diqqət çəkib. Millət vəkili Nizami Xudiyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkəmizin xarici işlər nazirinin müavini Vaqif Sadıqov, İqdır şəhər valisi Saffet Qarahisarlı, Qars valisi Mehmed Ufuq Erden və başqaları dünənki tədbiri həm strateji nöqtədə yerləşən Qars, həm də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan hadisə kimi vurğulamaqla yanaşı bu iki dövlət arasındakı birliyin vacib məqamlarda özünü təzahür etdirən tərəflərinə də diqqət çəkiblər. ÿQeyd edək ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ölkəmizin aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Türkiyənin Qars və İqdır şəhərlərinə səfərləri dekabrın 2-dən başlayıb. Heyətə həmçinin qeyri-hökumət təşkilatları təmsilçiləri və Azərbaycan parlamentinin üzvləri də daxildir. Dünən nümayəndə heyəti İqdır şəhərinə yola düşüb. Bu gün burada şəhid azərilərin şərəfinə ucaldılmış abidənin açılışının keçirilməsi nəzərdə tutulur.
43,877
04.12.2008 07:57
Media
XARİCİ RADİOSTANSİYALARIN YAYIMININ DAVAMI MÜMKÜNDÜR
MTRŞ-dən qəzetimizə verilən məlumata görə, görüşdə “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan ərazisində yayımı ilə bağlı məsələ müzakirə edilib. N.Məhərrəmli bunun sırf hüquqi məsələ olduğunu xatırladaraq, onun siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib. Görüşdə MTRŞ sədri Azərbaycanın teleradio sistemi ilə bağlı qonaqlara ətraflı məlumat verib. Şura sədri qanunvericilikdə xarici teleradio yayımçılarının Azərbaycanın ərazisində milli tezliklərdə yayımını qadağan edən müddəalar barədə qonaqları məlumatlandırıb. N.Məhərrəmli Azərbaycan qanunvericiliyində xarici teleradio yayımçılarının yalnız kabel şəbəkəsi, peyk və internet vasitəsilə yayımının mümkünlüyünün təsbit edildiyini qonaqların nəzərinə çatdırıb.MTRŞ üzvü Qafar Cəbiyev isə APA-ya açıqlamasında deyib ki, N.Məhərrəmli qonaqlara bildirib ki, dövlət arasında razılıq olarsa, bunun əsasında xarici radiostansiyaların Azərbaycanda yayımını davam etdirmək mümkündür: “Onlar isə qeyd etdilər ki, bu istiqamətdə addımlar atmağa çalışacaqlar. Qonaqlar eyni zamanda bunun üçün şuradan vaxt istədilər”.Şura üzvünün sözlərinə görə, N. Məhərrəmli qeyd edib ki, bununla bağlı MTRŞ-də müzakirələr aparıla bilər.
43,878
04.12.2008 07:47
Media
“XARİCİ RADİOLAR BAĞLANSA, ÇİNGİZ MƏMMƏDOVA DƏSTƏK AKSİYASI KEÇİRƏCƏYİK”
Xatırladaq ki, sənədi Elnur Astanbəyli (yazar), Zahir Əzəmət (yazar), Samir Sədaqətoğlu (yazar), İlham Qəhrəman (yazar), Qan Turalı (yazar), Aqşin Yenisey (yazar), Ağalar Məmmədov (filosof), Firidun Allahverdi (bəstəkar), Murad Köhnəqala (yazar), Mövlud İsmayıl (yazar), Bəxtiyar Hidayət (yazar), Günel Mövlud (yazar), Sevinc Pərvanə (yazar), Elçin Səlcuq (yazar), Vəfa Cəfərova (yazar), Orxan Eyp (yazar), Seymur Baycan (yazar), Həmid Herisçi (yazar) imzalayıb. E.Astanbəyli bizə açıqlamasında bildirdi ki, bu gün saat 12.00-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində İctimai Dəstək Komitəsi elan ediləcək. Kampaniyanın əsas devizi “Ya bizi güllələyin, ya da biz susmayacağıq” olacaq. İlk olaraq, növbəti həftədə iki aksiya keçirmək planlaşdırılır. Bunun biri saat aksiyası olacaq. “Moskva vaxtına keçid” adlanan aksiya radio yayımının dayandırılmasının Rusiya maraqlarına xidmət etməsini ifadə edəcək. İkinci aksiyada isə iştirakçılar Heydər Əliyevin məzarını və ya şəhərdəki heykəllərindən birini ziyarət edəcəklər. Bu, “Allah sizə rəhmət eləsin, Heydər Əliyev” aksiyası olacaq". E.Astanbəylinin sözlərinə görə, bundan başqa, xarici radiostansiyalar bağlansa, aksiya iştirakçıları Yasamal rayon Polis İdarəsinin keçmiş rəis müavini Çingiz Məmmədova dəstək aksiyası keçirəcəklər: “Yəqin xatırlayırsınız ki, ötən il Qənimət Zahidin Yasamal rayon Məhkəməsindəki məhkəməsinə yığışan vaxt həmin adam ABŞ səfirliyinin o vaxtkı nümayəndəsi Conatan Henikə ”qo avay" (get burdan) demişdi. Radiolar dayandırılsa, bu, Qərbin Azərbaycanda öz radiolarını müdafiə etməyi bacarmadığını göstərəcək ki, bu halda onların Azərbaycan xalqının insan haqlarını müdafiə etməsini gözləmək gülünc görünəcək. Yəni radiolar öz fəaliyyətlərini dayandıracaqları təqdirdə biz xarici ölkə səfirliklərinə kimi burdan getməyi məsləhət görəcəyik. Çünki bu halda onların bizim ölkədə neftdən başqa maraqlarının olmadığı görünəcək".
43,879
04.12.2008 07:14
Media
MÜSAVAT ZAHİDOV QARDAŞLARININ MÜVƏQQƏTİ AZAD EDİLMƏSİNİ ALQIŞLAYIR
Eyni zamanda partiya hakimiyyəti qanunsuz olaraq həbs edilmiş Zahidov qardaşlarını və “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayevi həbsdən birdəfəlik azad etməyə çağırır: “Bu, tək Müsavat Partiyasının yox, bir çox nüfuzlu təşkilatların, eləcə də Azərbaycan ictimaiyyətinin mövqeyidir”, - deyə son olaraq bəyanatda qeyd edilib.
43,880
04.12.2008 07:13
Ölkə
İRAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLƏCƏK
Qurumdan o da bildirib ki, aksiyanın keçirilməsi ilə bağlı məlumat yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək.
43,881
04.12.2008 07:48
Ölkə
ABUTALIBOVUN “POSTU”na SEÇKİ KEÇİRİLMƏLİDİR
U.Bohner yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. Onun səfər zamanı şəhər rəhbərliyinin seçki ilə müəyyənləşdirilməsi məsələsini hakimiyyətin qarşısında qaldıracağı şübhəsizdir. Xatırladaq ki, paytaxt Bakıda və ölkənin digər iri şəhərlərində mer seçkisinin keçirilməsi tələbi ilə indiyə qədər Azərbaycanın bir sıra ictimai-siyasi təşkilatları, mütəxəssislər də çıxış ediblər. Ancaq heç bir müsbət nəticəsi yoxdur. Avropa Şurası rəsmisinin dediyi kimi, Azərbaycan hökuməti şəhər rəhbərlərinin seçki ilə müəyyənləşdirilməsində maraqlı deyil. Mövzu ilə bağlı söhbət etdiyimiz “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirdi ki, şəhər merlərinin seçki ilə seçilməsi Azərbaycanda demokratik sistemin qurulması ilə bağlı məsələdir: “Təkcə Bakı şəhərinin yox, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərin də merləri seçki yolu ilə müəyyənləşməlidir. Eyni zamanda böyük şəhərlərin bələdiyyələri, Şəhər Şuraları yaranmalıdır ki, onlar da seçkilər yolu ilə seçilməlidir. Şəhərin əhalisi tərəfindən seçilmiş mer, Şəhər Şurası şəhərin inkişafına cavabdeh olmalıdır. Seçki ilə seçilmiş şəxslərin əhali qarşısında məsuliyyəti də olur ki, bu da inkişafa xidmət edir. Bu, bütün dünyada qəbul olunmuş demokratik sistemdir. Azərbaycanda mövcud olan problemlərin əksəriyyəti belə bir idarəçiliyin olmaması ilə bağlıdır”.E.Namazov dedi ki, hakimiyyətin nəyə görə şəhərlərin rəhbərlərinin seçki ilə müəyyənləşdirilməsinin qarşısını almasının səbəbi bəllidir. Hakimiyyət hər şeyi öz nəzarəti altında saxlamaq istəyir. Nə şəhər merlərinin, nə millət vəkillərinin, nə bələdiyyə üzvlərinin, nə də prezidentin xalq tərəfindən seçilməyinə avtoritar sistem imkan vermir: “Merlərin seçki ilə müəyyənləşməsinin qarşısının alınması ölkədə aparılan avtoritar siyasətin bir elementidir. Mer seçki ilə müəyyənləşsə, seçkilərdə müstəqil şəxslərin, müxalifətçilərin də seçilmək şansları yaranar. Əlbəttə ki, bu seçkilər ədalətli olarsa". Həmsöhbətimizin fikrincə, hakimiyyəti bu sistemi tətbiq etməkdən ehtiyatlandıran məhz Tiflis təcrübəsidir: “Ona görə ki, Gürcüstanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi məhz bələdiyyə seçkilərindən başladı. Bunun ardınca Tiflis Şurasının sədri Mixail Saakaşvili seçildi. Növbəti parlament seçkilərində isə demokratik qüvvələr qalib gəldilər. Bunun səbəblərindən biri o idi ki, Şəhər Şurasının sədri müxalifətin nümayəndəsiydi. Ona görə də Tiflis təcrübəsi Azərbaycan hakimiyyətini qorxuya salır. Avropa strukturlarının, ölkənin ictimai, siyasi təşkilatlarının çağırışlarına baxmayaraq, hakimiyyət Azərbaycanda Şəhər Şuralarının yaranması, şəhər merlərinin seçkilərlə seçilməsi qaydasının tətbiqinin qarşısını alır”.E.Namazov vurğladı ki, hakimiyyət bu sistemin tətbiqinə razılaşsa, hazırda şəhərlərə rəhbərlik edən şəxslərin əhalinin dəstəyini qazanıb seçilməsi istisna hallarda baş verə bilər: “Şəhərlərin əksəriyyətində icra başçılarının fəaliyyətindən əhali narazıdır. Məsələn, Bakı şəhərinin sakinlərinin icra başçısından narazılığının səviyyəsini izah etməyə ehtiyac yoxdur. İnsanlar ondan dəhşətli dərəcədə narazıdır. Bakı meri seçkilərlə müəyyənləşərsə, belə bir şəxsin həmin vəzifəyə seçilməsi mümkünsüzdür. Vəzifədə qalması ancaq seçkilərin saxtalaşdırılması nəticəsində baş verə bilər. Mən demirəm ki, bütün şəhərlərdə mütləq müxalifətin namizədləri qalib gələr və bu labüddür. Ola bilsin ki, hansısa şəhərlərdə əhalinin rəğbət bəslədiyi, təcrübəli, müstəqil bir adam mer seçilər. Bütün hallarda bu, demokratiyaya doğru bir addım olardı və şəhər sakinlərinin xeyrinə işləyərdi. Əsas şərt o deyil ki, müxalifət partiyasının namizədi qalib gəlsin. Əsas odur ki, əhali şəhərinə başçını özü seçsin. Çünki əhali özü etibar edib seçdiyi adamdan yaxşı işləmək tələbini də edə bilir. Seçilən şəxs isə sakinlərin qarşısında məsuliyyətini dərk edir və ən azından növbəti seçkilərdə də qalib gəlməsi üçün uğurlu fəaliyyət göstərməyə çalışır”. ANİF prezidentinin sözlərinə görə, hazırkı sistem o dərəcədə mənfidir ki, hətta bacarıqlı bir insan hansısa şəhərdə və ya rayonda icra başçısı təyin olunsa belə, o, heç bir müsbət iş görə bilməyəcək: “Ona görə ki, sistem ona imkan verməyəcək”.E.Namazov qeyd etdi ki, şəhər merlərinin ədalətli seçki ilə müəyyənləşməsi parlament, bələdiyyə və prezident seçkilərinin də demokratik keçirilməsinə səbəb olar: “Şəhər əhalisinin mer seçdiyi şəxs seçkilərə müdaxilə etməkdən çəkinər”.Ekspert sonda bildirdi ki, mer seçkiləri dünya təcrübəsinə əsaslanaraq 4 və ya 5 ildən bir keçirilməlidir.
43,882
04.12.2008 03:15
Yazarlar
PREZİDENTƏ TƏŞƏKKÜR!
Mən jurnalist olaraq bu faktın arxasında duran siyasi fiquru bütün cizgilərinə qədər aydın görürəm. Şübhəsiz ki, milli dəyərlərimizə söykənən bu xoşməramlı jestin arxasında cənab İlham Əliyev dayanır. Peşə fəaliyyətimlə bağlı onu kifayət qədər tanıyıram, desəm, yanılmaram.Yaxşı yadımdadır ki, İlham Əliyev Neft Şirkətinin rəhbərliyində təmsil olunduğu dövrdə ondan “Yeni Müsavat” üçün eksklüziv müsahibə götürmüşəm. Hazırda komitə sədri olan bir nəfər mənim İ. Əliyevə yaxınlaşmağımdan xeyli narahat görünürdü. Görünür, düşünürmüş ki, arzuolunmaz suallarla İlham Əliyevi narahat edə bilərəm. O mənzərə indi də gözümün qabağındadır. Dönüb getməkdə olan İ.Əliyev “Yeni Müsavat”ın adını eşidib, dayandı. Ona yaxınlaşmağıma şərait yaradılmasını təmin etdi. Və iqtidara loyal həmkarlarımın arasından kecərək, ona yaxınlaşdım. Saniyələrlə ölçülən həmin zaman kəsiyində düşündüm ki, parlamentdə olan bu qədər jurnalistin içində ona, daha doğrusu, onun təmsil olunduğu komandaya müxalif olan ancaq mənəm. O gün İ.Əliyev ona rəğbət bəsləyən jurnalistlərin nəzərləri altında suallarıma təmkinlə cavab verdi və xoş əhvalla bizdən ayrılıb getdi... İ.Əliyevin lazım biləndə qarşı tərəfə xoş münasibət sərgiləməyi bacardığını vurğulamaq üçün bu məqamı xatırlatmalı oldum.Belə məqamlar indiyədək o qədər də çox olmayıb. Bundan sonra necə olacaq? Dəqiq bir şey demək çətindir.Azərbaycandakı siyasi vəziyyətə etiraz olaraq 2004-cü ilin əvvəlində ölkəni tərk etmişəm. Hazırda İsveçrədə siyasi mühacir statusu ilə yaşayıram.Və mən bu gün də Azərbaycandakı siyasi vəziyyətdən narazıyam.Ancaq bu heç də o demək deyil ki, dövlət başçısının sərgilədiyi bu jestin dəyərini etiraf etmək gücündə deyiləm. Birmənalı şəkildə cənab prezidentin bu qərarını alqışlayıram. Düşüncəmə görə, Azərbaycanda, ümümiyyətlə, heç bir siyasi dustaq olmamalıdır. Bu tipli təqiblər baş verməməlidir. Onsuz da hansısa məhbusun əfvi ölkədə elə bir siyasi fəallığa səbəb olmayacaq. Yəni iqtidar üçün hec bir təhlükə törətməyən adamları həbsdə saxlamağa dəyərmi? Əminəm ki, yox.Bu addımın davamını arzulayıram. Bu kimi addımlar cənab prezidentin xalq arasındakı nüfuzuna müsbət çalarlar gətirir.Son olaraq, cənab prezidentə xoşməramlı jestinə görə bir daha təşəkkür edirəm.Yazı lent.az saytından götürülüb. Elbəyi HƏSƏNLİ, SÜRİX
43,883
04.12.2008 07:17
Ölkə
MƏHKƏMƏ BU GÜN BŞİH-lə BAĞLI QƏRAR VERƏCƏK
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə müşavirəyə gedib, qərar bu gün saat 15:00-da elan olunacaq.Xatırladaq ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi 15 oktyabr prezident seçkisi ərəfəsində Bakıdakı 9 meydandan birində (“Azneft” meydanı, Əzizbəyov heykəlinin qarşısı, Teleteatrın binası qarşısındakı meydan, “Nərimanov” kinoteatrının qarşısındakı meydan, Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, Gənclik meydanı, Milli Elmlər Akademiyasının qarşısındakı meydan və Hüseyn Cavid bağı) kütləvi aksiya keçirmək üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriya aksiyaların göstərilən yerlərdə keçirilməsinə razılaşmayıb və hər dəfə aksiya üçün indiki Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybətdəki İdman-Sağlamlıq Mərkəzini (Bibiheybət stadionu) ayırıb. Müxalifət isə stadiona getməyib və aksiyaları təxirə salıb. BŞİH-i “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun müddəalarını pozmaqda günahlandıran müxalifət onun qərarlarının qanunsuz sayılmasını tələb edir.
43,884
04.12.2008 07:18
Siyasət
“HAKİMİYYƏTLƏ İLK GİZLİ DANIŞIĞA AXCP GEDİB”
F.Qəzənfəroğlunun “həmin qüvvələr” deyərkən 1995-ci il parlament seçkilərində deputat mandatı əldə etmiş AXCP üzvlərini nəzərdə tutduğu şübhəsizdir. Xatırladaq ki, 1995-ci ildə Əbülfəz Elçibəy Bakıda yaşamadığı üçün AXCP-yə faktiki sədrliyi birinci müavin Əli Kərimli həyata keçirirdi. O dövrdə Fazil Qəzənfəroğlu da AXCP-nin rəhbərlərindən biri idi. Ona görə də Fazil Qəzənfəroğlunun AXCP rəhbərliyi ilə hakimiyyət arasında hansı bazarlıqların getməsindən xəbərdar olması təbiidir. Fazil bəyin xatırlatdığı həmin gizli danışıqlarda Kələkidə yaşamağa məcbur edilən Əbülfəz Elçibəyin iştirak etmədiyi məlumdur. Sövdələşmədən xəbərdar olsa da, Fazil Qəzənfəroğlunun özünün də iştirakçı olmadığını söyləmək mümkündür. Çünki 1995-ci ildə hakimiyyətlə gizli danışığa gedən AXCP üzvləri həmin ilin noyabrında keçirilən parlament seçkilərində deputat mandatı əldə etmişdilər. Mandat əldə edənlərin sırasında Fazil Qəzənfəroğlu yox idi. Yeri gəlmişkən, 1995-ci ildə Əli Kərimli ilə hakimiyyətin sayəsində deputat mandatı qazanan AXCP üzvlərinin heç biri bu gün Əli Kərimlinin yanında deyil. Onlar ayrı-ayrı vaxtlarda AXCP-dən istefa verərək özlərinə yeni partiya yaradıblar və bu gün də parlamentdə təmsil olunurlar. Və artıq onların heç birini Azərbaycan cəmiyyəti həqiqi müxalifət kimi qəbul etmir. BQP sədrinin AXCP ilə bağlı açıqlamasına qarşı tərəfin mövqeyini öyrənmək istəsək də cavab verən olmadı.
43,885
04.12.2008 07:20
Yazarlar
DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN
Elə gün olmur ki, Amerikanın, İngiltərənin, Dövlət Departamentinin, canım sizə desin, xarici səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri dəfə-daraqlarını toplayıb, onun qapısını kəsdirməsinlər. “Mister, bəlkə rəhm edəsiz”, “Ser, bir qədər də möhlət versəniz, bu, mümkündürmü?” Mübaliğə-filan etmirəm, amma əmin olun ki, dövlət başçısına heç son vaxtlar bu qədər minnətçi düşən, onun qəbul otağının qapısını bu qədər yağır edən yoxdur. Mən saymışam, son ayyarım ərzində yalan olmasın, yüzə yaxın müraciət gəlib onun ünvanına. Hamısı da ehtiyatlı, üfürə-üfürə. Birdən misterin xətrinə dəyər, xoş məram nümayiş etdirməz ha... Deyilənə görə, o məşum qərarın veriləcəyi tarix də yaxınlaşıb. Dekabr ayında başının dəstəsiylə yığışıb, xarici radiostansiyaların taleyini həll edəcək. Ya onların fatehəsini oxuyacaq, ya da Dədə Qorqud sayağı yenidən ad verəcək. İnanın, son günlər Azərbaycanda adından, sözündən və əməllərindən bəhs etdirən üç şəxs varsa, bunlardan biri Rüstəm İbrahimbəyov, o biri Nizami Cəfərov, sonuncusu isə Nuşirəvan Məhərrəmlidir. Amma düzünü demək lazımdırsa, bu məsələdə məni MTRŞ sədrindən daha çox xarici radiostansiya rəhbərlərinin, habelə onların təmsil etdiyi ölkələrin nümayəndələrinin mövqeyi narahat edir. Qosqoca üç radiostansiyanı bağlayırlar, amma mən bu günə qədər onların rəhbərlərinin bircə dəfə də olsun, mətbuatda öz hüquqlarını müdafiə etdikləri müsahibəsini oxumamışam. Sanki bu radiostansiyaların yerli nümayəndələri yoxdur, varsa da, danışmağa lüzum görmürlər. Roma papasından artıq katolik misalı, bizlər çırmanmışıq ortalıqda... ... Desəm də, məntiqim mənə buranın Azərbaycan olduğunu və belə sayaq “mübarizə” vasitələrinin də normal olduğunu hökm edir. Yəqin xatırlayarsınız. Hələ 2006-cı ildə yerli telekanallardan biri bağlanma ərəfəsində olanda redaktorlar, siyasətçilər yığışıb, vəziyyətdən çıxış yolu axtarırdılar. Nəhayət, qərar verdilər ki, kanalın rəhbərlərindən birinə telefon açıb, “sizinçün nə edə bilərik? Yığışmışıq, hansı mübarizə üsuluna deyirsiniz, əl ataq” desinlər. Dedilər də. Qarşı tərəfin cavabı isə o soyuq noyabrda soyuq duş effekti yaratdı: “Heç nə etməyin, sadəcə, bizi, bizim varlığımızı unudun”. Bax, Azərbaycanda belə məqamlarda, yəni küncə sıxışdırılanda, üstünə gəlinəndə insanlar, sadəcə, unudulmaq istəyir. Nə qədər haqlı mövqedə qərar tutsalar da, əllərində daşdan keçən sənədlər, arxalarında qanunlar olsa da (necə deyirdilər; şah qanun deyil, qanun şahdır" hə?) yaddan çıxarılmağa üstünlük verirlər. Yəni bu, Azərbaycansayağı mübarizədir. Sakit dayanaq, cınqırımızı da çıxarmayaq, görək nə olur? Açığı, buna görə heç kimi qınamaq fikrimiz də yoxdur. Guya buna qarşı mübarizə aparan, aclıq aksiyaları, piketlər keçirənlərin, nə bilim mühacirət qərarı verənlərin axırı nə oldu ki? Hökumət də onlara qarşı “iqnor siyasəti” tətbiq etdi, o qədər. Xarici təşkilatlar, səfirliklər də həmçinin. Bir dəfə yazmışam, təkrarçılıq etmək istəmirəm. Missiyaları “təəssüflənmək” olan bu qurumları da indi anlamağa çalışırsan. Hərdən “həbsdəki jurnalistləri niyə buraxdıra bilmirsiniz”, “ölkədəki korrupsiya ilə bağlı niyə konkret təpki vermirsiniz?” soruşub, küncə sıxışdırdığımız bu təşkilatların öz problemləri qarşısında belə aciz qaldığını görəndə, sadəcə, başını bulamaqla kifayətlənirsən. Və düşünürsən... Azərbaycanda unudulmaq həqiqətən də gözəldir. Xüsusən də hökumət tərəfindən. Sevinc TELMANQIZI
43,886
04.12.2008 07:19
Siyasət
AXCP-ni SƏDR VƏ PORTFELDƏN İBARƏT PARTİYAYA ÇEVİRMƏK İSTƏYİRLƏR
Hakimiyyətin AXCP-nin çökdürülməsi planında Qulamhüseyn Əlibəylini mərkəzi fiqur kimi seçdiyi haqda bir sıra informasiya saytlarında Əlibəyli hələ partiyada yüksək vəzifədə olduğu dövrlərdə məlumat yayılmışdı. Məhz bu fiqurun seçilməsinin təsadüfi olmadığı vurğulanırdı. “Nədən məhz Qulamhüseyn Əlibəyli” sualının cavabına diqqət yetirdikdə hakimiyyətin doğru seçim etdiyi məlum olur. Q.Əlibəyli AXCP-də kifayət qədər nüfuza malik idi və sədr Əli Kərimlidən sonra ikinci şəxs sayılırdı. Hətta Əli Kərimli xarici səfərlərdə olduğu vaxtlarda onun kabinetində yalnız Qulamhüseyn Əlibəyli əyləşir və partiyanı idarə edirdi. Heç kimlə intriqaya getməyi sevməyən Q.Əlibəyli sıravi üzvlər tərəfindən lider kimi qəbul olunan yeganə funksioner idi. Hakimiyyət Əlibəylinin bu üstünlüklərini nəzərə alıb əvvəllər olduğu kimi Ramiz Tağıyev tipli cəbhəçilərə qarmaq atmaq taktikasını dəyişdi. Çünki hakimiyyətə elə şəxs lazım idi ki, ardınca gedən cəbhəçilərin sayı maksumum çox olsun. Bu tələbə cavab verən və hakimiyyətin razılaşma əldə edə biləcəyi yeganə şəxs isə məhz Qulamhüseyn Əlibəyli idi. Onun hakimiyyət nümayəndələri ilə sıx münasibətləri hələ millət vəkili olduğu dövrdən başlamışdı. Hələ o vaxtlardan Əlibəyli Milli Məclisin aparıcı kadrlarından hesab olunurdu və əksər mühüm dövlət sənədlərinin, parlamentin qanun layihələrinin hazırlanmasında, AŞ PA nümayəndə heyətinin işinin beynəlxalq qanunlar çərçivəsində təşkil olunmasında fəal iştirak edirdi. Q.Əlibəylinin Prezident Aparatı və Milli Məclis rəhbərliyi ilə də yaxın münasibətləri yaranmışdı. Bu keyfiyyətləri hakimiyyətin onunla asanlıqla dil tapmasına gətirib çıxardı. Seçkidən bir neçə ay əvvəl “Lider” televiziyasında nümayiş olunan “İflas” adlı verilişdə AXCP sədri Əli Kərimlinin ünvanına təhqiramiz ifadələr işlədilməsinə baxmayaraq, AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin ünvanına təriflər yağdırılması da təsadüfi deyildi. Məqsəd 15 oktyabrda keçiriləcək prezident seçkisinədək Q.Əlibəylini ələ alıb Əli Kərimlinin ətrafını tamamilə boşaltmaq və Kərimlini siyasi karyerası bitmiş fiqur elan etmək idi. Bugünlərdə hakimiyyət deputatlarından biri əməkdaşımızla söhbətində bildirib ki, hakimiyyətin planı Q.Əlibəyli personasını daha da qabardıb onu Əli Kərimlinin yerinə gətirmək və bununla da AXCP-ni tam şəkildə ələ keçirmək olub. Lakin bu istiqamətdə cəhdlər edilsə də, hakimiyyət həmin planı istədiyi şəkildə həyata keçirə bilməyəcəyini görüb, yeni planı - AXCP-ni sədr və portfeldən ibarət partiyalar sırasına qatmaq planını işə salıb. Q.Əlibəylinin AXCP-dən uzaqlaşdırılması, onun prezidentliyə namizədliyinin reallaşdırılması və yeni partiyasının yaradılması məhz bu planın birinci mərhələsi idi. Bütün bunlar AXCP üzvlərinin hamısının olmasa da, əksəriyyətinin Əlibəylinin ardınca getməsi üçün edilirdi. Onu da qeyd edək ki, hakimiyyət AXCP ilə bağlı istəyinə xeyli dərəcədə nail olub və proses bu şəkildə davam etsə, tam nail olacaq. Belə ki, Əlibəylinin yaratdığı və dekabrın 14-də qurultayı keçiriləcək Aydınlar Partiyasına üz tutan AXCP üzvlərinin sayı artıb. Qeyd edək ki, bir müddət əvvəl sabiq deputat Nizami Quliyev və bir neçə tanınmış şəxs istefa verərək, Aydınlar Partiyasında təmsil olunacaqlarını bildirmişdilər. Son günlər isə Ali Məclisin bir neçə üzvü, həmçinin Kəlbəcər rayon təşkilatı AXCP-dən istefa verib və Aydınlar Partiyasına qoşulduqlarını bəyan ediblər. Əldə etdiyimiz xəbərə görə, AXCP-nin əksər rayon təşkilatlarının rəhbərliyi ilə Aydınlar Partiyasının emissarları danışıqlar aparır. Danışıqlarda Q.Əlibəylinin yaradacağı partiyaya, onun üzvlərinə hakimiyyətin hər cür şərait yaradacağı söylənilir. Açıq şəkildə bildirilir ki, Aydınlar Partiyası hakimiyyətin dəstəyi ilə 2010-cu ildə parlament partiyasına çevriləcək. Parlament təmsilçiləri isə məhz AXCP-dən istefa verənlər olacaq.
43,887
04.12.2008 07:23
Siyasət
XALQ ARTİSTİNİN SPİKERƏ QƏZƏBLƏNMƏSİNİN SƏBƏBİ ÜZƏ ÇIXIR
Hətta bu çıxışın məhz O.Əsədovun iclasda iştirak etmədiyi, müzakirələrin vitse-spiker Ziyafət Əsgərovun rəhbərliyi ilə davam etdiyi zaman olması da təsadüf sayılmır. Bir sıra müşahidəçilər çox uzağa gedərək bunu son zamanlaradək hakimiyyətin birinci şəxsinə yaxınlığı ilə tanınan O.Əsədovun artıq vurulmaq prosesinin başlanğıcı kimi izah edirlər. Bu olayı bir qayda olaraq hakimiyyətdə qruplararası savaşlara qoşulmayan O.Əsədovun komandadan uzaqlaşdırılmasına hazırlıqların başlanğıcı sayanlar da var. O.Əsədovun öz meydanında vurulması, onun ünvanına “axı, prezident olan yerdə siz kimsiniz”, “özünüzü elə aparın ki, sonradan da sizi adam yerinə qoysunlar” şəklində sərt fikirlərə hədəf olmasının arxasında ciddi planların olduğunu deyənlər də az deyil.Dünən Z.Xanlarovanın nədən spikerə qarşı belə qəzəblənməsinin səbəblərini araşdırmağa çalışdıq. Kluarlarda dolaşan söhbətlərə görə, xalq artistinin spikerə qəzəblənməsinin əsas səbəbi heç də hansısa qruplararası dava ilə bağlı deyil. Bildirilir ki, sadəcə, Zeynəb xanımın bu qədər sərt tonda danışmasına onun bir müddət öncə Heydər Əliyev Sarayında verdiyi konsertə Milli Məclis rəhbərliyinin biganə münasibəti səbəb olub. Məlumata görə, Z.Xanlarova konsert ərəfəsində spikerlə görüşüb və ondan Milli Məclisin deputatlarına və parlamentin aparat rəhbərliyinə təsir edərək onların konsertə gəlməsinə yardımçı olmağı xahiş edib. Ancaq O.Əsədovun “mən bunu edə bilmərəm” deməsi xalq artistini əsəbiləşdirib. Üstəlik, spikerin, eyni zamandan Milli Məclis deputatlarının sözügedən konsertə gəlməməsi Z.Xanlarovaya çox pis təsir edib. Aldığımız məlumata görə, iclasdan sonra spiker bu məsələni Z.Əsgərovla çox sərt tonda müzakirə edib və adı çıxışa yazılanlar sırasında olmayan bir şəxsə söz verməsini düşünülmüş addım kimi qiymətləndirib. Hətta onu məqsədli şəkildə Z.Xanlarovaya tribuna verdiyini də söyləyib. Ancaq Z.Əsgərov bunun heç də belə olmadığını və sadəcə xalq artistinə hörmət əlaməti olaraq ona çıxış imkanı yaratdığını, nə deyəcəyini bilmədiyini bildirib. Məlumata görə, onsuz da normal səviyyədə olmayan spiker-vitse-spiker münasibətləri daha da gərginləşib. Məlumatlı mənbə bildirdi ki, əslində Z.Xanlarova “o yerdə oturmağa siz layiqsiniz” deyib O.Əsədovun kreslosunu nişan verməklə əslində Z.Əsgərovu hədəfə çıxarıb və onu pis vəziyyətdə qoyub. Bu mənada O.Əsədovun xalq artistinin çıxışının qabaqcadan hazırlandığı barədə şübhələrə düşməkdə müəyyən dərəcədə haqlı olduğunu deyənlər də var. Güman olunur ki, bundan sonra onların arasındakı gərginlik yüksələn xətlə inkişaf edəcək. Eyni zamanda o da bildirilir ki, O.Əsədov ünvanına səslənən sərt fikirlərə növbəti iclasda cavab vermək istəsə də, sonradan ona bu fikirdən vaz keçmək tövsiyə olunub. Milli Məclisin deputatları bunun daha ciddi fəsad verə biləcəyini bildirərək xalq artisti ilə özlərinin söhbət aparacağını deyiblər.Məsələ ilə əlaqədar xalq artistinin mövqeyini öyrənmək istəsək də, bu, mümkün olmadı. Ancaq biz Zeynəb xanımla əlaqə yaradıb onun fikirlərini dərc etməyə çalışacağıq.
43,888
04.12.2008 07:24
Gündəm
DAHA BİR QARABAĞ BƏYANNAMƏSİ HAZIRLANIR
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən ATƏT nazirlərinin toplantısında və Qarabağ danışıqlarında iştirak etmək üçün Helsinkiyə yola düşüb. Dünən onun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü nəzərdə tutulurdu. Daha sonra Elmar Məmmədyarov BMT-nin qaçqınlar üzrə ali komissarlığının nümayəndəsi, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, BMT baş katibinin müavini Lin Pasko ilə danışıqlar aparacağı planlaşdırılır. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb qurumun Xarici İşlər Nazirləri Şurasının Helsinki sammitindən əvvəl yaydığı rəsmi müraciətdə bildirib ki, ATƏT-ə üzv ölkələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir. O, mətbuata açıqlamasında Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətə də toxunub: “Azərbaycan və Ermənistan uzun müddətdir davam edən münaqişənin həlli istiqamətində irəliləyişə nail olub. Amma problemin həlli hələ ki mümkün olmasa da, bunun üzərində Minsk Qrupunun işləməsi çox vacibdir”.Stabb həmçinin “Röyter” agentliyinə müsahibəsində Qarabağ münaqişəsi haqda danışıb. ATƏT sədri postunda səlahiyyətləri başa çatmaqda olan Finlandiya xarici işlər naziri deyib ki, Helsinki danışıqlarının yekunlarına əsasən Ermənistanla Azərbaycan arasında birgə bəyənnamənin imzalanacağına ümid edir. Stabbın sözlərinə görə, Ermənistan və Azərbaycan münaqişənin həlli istiqamətində mühüm irəliləyişlər əldə ediblər. Bu baxımdan ATƏT ümidvardır ki, aparılmış danışıqların nəticələrini özündə əks etdirən bəyannamənin imzalanması mümkündür. “Dağlıq Qarabağ münaqişəsi ətrafında işlər yaxşı gedir. Hesab edirəm ki, bəzi dondurulmuş münaqişədən həll edilməkdə olan münaqişəyə keçirik. Doğrudur, yekun həll hələ əldə edilməyib və olduqca mühümdür ki, ATƏT-in Minsk Qrupu bu istiqamətdə işləri davam etdirsin”, - deyə Stabb vurğulayıb. Lakin Stabbın Helsinkidə Qarabağ münaqişəsinə dair bəyannamə imzalana biləcəyi haqda dediklərini elə dünən İrəvanda təkzib ediblər. Ermənistan XİN-in rəsmisi Tiqran Balayan deyib ki, Finlandiya paytaxtında heç bir sənədin imzalanması nəzərdə tutulmur.ATƏT sədri təşkilatın xarici işlər nazirlərinin toplantısında Cənubi Qafqazdakı vəziyyət və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini də deyib. Onun sözlərinə görə, bu toplantıya Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsi və bununla bağlı baş verənlər öz damğasını vuracaq. Stabb məlumat verib ki, ATƏT müşahidəçilərinin Cənubi Osetiyaya qaytarılması məsələsi hələ də həll edilməyib və bu məsələ ətrafında danışıqlar dalana dirənib. Finlandiya xarici işlər naziri toplantıda ATƏT məkanında təhlükəsizlik, demokratiya və insan haqlarının da müzakirəyə çıxarılacağını qeyd edib. O deyib ki, ATƏT-də bir sıra prinsiplər var ki, onların dəyişdirilməsindən söhbət belə gedə bilməz. Bunlar dövlətlərin ərazi bütövlükləri, demokratiya, insan haqları və münaqişələrin həllində gücdən istifadə etməməkdir.ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə “Trend” agentliyinə açıqlamasında deyib ki, vasitəçilər Helsinkidə nazirlərlə birlikdə münaqişə tərəfləri arasında etimadı möhkəmləndirməyə xidmət edən tədbirlər planı hazırlamağa ümid edirlər."Bu, əməkdaşlığın gücləndirilməsi və silahlı münaqişə riskinin azaldılmasına imkan yaradacaq" - deyə Brayza bildirib. Diplomatın sözlərinə görə, Helsinkidə aparılacaq müzakirələri əsasən ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsasları müəyyən edən başlıca prinsiplərin başa çatdırılması üzrə səylərindən ibarət olacaq. Həmsədr bildirib ki, münaqişə tərəflərinin hər biri başlıca prinsiplərin fərqli elementlərini nəzərə çatdırır: “Ermənistan prezidenti öz müqəddərıtnı təyinetmə hüququnun konsepsiyası barədə məsələyə xüsusi əhəmiyyət verir. Azərbaycan prezidenti isə ölkənin ərazi bütövlüyü ideyasını qeyd edir, bizim vasitəçi qismində işimiz - qarşılıqlı razılaşma yolu ilə bütün bu konsepsiyaları nəzərə alan sazişin bağlanmasında hər iki tərəfə yardım göstərməkdən ibarətdir. Bu asan deyil, lakin mən əminəm ki, biz hər iki ölkə liderinin və vətəndaşlarının razılığa gəlməyə hazır olduğu bir şəraitdə balansa nail ola bilərik. Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına inanırıq”.Bundan əvvəl Helsinkidə Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli danışıqların da olacağı haqda xəbərlər yayılıb. Bu xəbərlər Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın İstanbulda türkiyəli həmkarı ilə apardığı danışıqlardan sonraya təsadüf edirdi. Daha sonra Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Əli Babacan üçtərəfli görüşün baş tutacağını istisna etməyib. O deyib ki, diplomatik təmaslar intensiv xarakter alıb və Türkiyə nazirlər arasında belə görüşün baş tutacağına ümid edir. Lakin Ermənistanda son ana qədər belə görüşün baş tutacağını təsdiq etmirlər. “Arminfo” agentliyinin məlumatına görə, Ermənistan XİN yaxın vaxtlarda üç ölkənin xarici işlər nazirləri arasında hər hansı görüşün baş tuta biləcəyini təsdiq etmir. Bununla belə, Helsinkidə Türkiyənin irəli sürdüyü Qafqazda sülh və təhlükəsizlik platforması ideyası çərçivəsində üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri ilə Rusiya və Türkiyə nazirlərinin birgə toplantısının baş tutması üçün rəsmi Ankara səyləri davam etdirirdi. Qeyd edək ki, Türkiyə bu ay Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün təşkili barədə də təşəbbüs irəli sürüb. Lakin belə görünür ki, bu təşəbbüs İrəvanda dəstəklənməyib. Ermənistanla münasibətlər qurmaq üçün intensiv diplomatik səylər göstərən Türkiyə bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də qaldırır. İrəvan isə Türkiyənin vasitəçiliyində o qədər də həvəsli görünmür.
43,889
04.12.2008 07:23
Qarabağ xəbərləri
KAZİMİROV AZƏRBAYCAN ƏRAZİLƏRİNİN İŞĞALINDA QƏRBİ GÜNAHLANDIRIR
“Ancaq indi münaqişənin həllinə dair danışıqların dalandan çıxması istiqamətində zəif də olsa ümid yaranıb. Oktyabr ayında Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Moskvada tərəflər arasında bəyannamə imzalanıb. Həmin sənəddə tərəflər münaqişənin siyasi yolla həllinə sadiq olduqlarını bəyan edirlər və bu, atəşkəsdən sonra əldə edilmiş ən ciddi diplomatik nailiyyət hesab olunur. Bu sənəddə tərəflərin üzərinə heç bir hüquqi öhdəliklər qoyulmur, lakin güc tətbiq olunmayacağı haqda açıq bəyan etməyin özü yaxşı xəbərdir. Xüsusən nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstanın uzun müddət belə sənədə imza atmasına nail ola bilmədi”. Jurnal yazır ki, Rusiya münaqişənin həllində effektiv vasitəçi olduğunu sübut etmək istəyir. “Ekspert” Rusiyanın rolu və münaqişə ətrafında yaranmış son vəziyyətlə bağlı Minsk Qrupunun keçmiş həmsədri Valdimir Kazimirovdan müsahibə də götürüb. O deyib ki, vaxtilə tərəfləri atəşkəsə razı salmaq asan olmamışdı. Yalnız ermənilər bir-birinin ardınca Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu tutandan sonra tərəflər atəşkəs əldə edə biliblər: “Erməni qüvvələri 1994-cü ildə Tərtər rayonunu tutmaq, daha sonra Kür çayına çıxmaq və Azərbaycanın şimal-qərb rayonları ilə əlaqəni kəsmək üçün hücum əməliyyatlarına başlamışdılar. Belə vəziyyətdə Bakıda əhval-ruhiyyə dəyişdi və o vaxta qədər atəşkəs üçün müxtəlif ilkin şərtlər irəli sürən Azərbaycan rəhbərləri mənə dedilər: doğrudanmı Rusiya erməniləri dayandıra bilməyəcək qədər zəifdir?”Kazimirov daha sonra atəşkəs razılaşmasının necə imzalandığı haqda danışıb. O bildirib ki, Rusiya həmin illər həm Minsk Qrupu çərçivəsində, həm də ayrıca olaraq münaqişə tərəfləri ilə fəal danışıqlar aparırdı. Keçmiş həmsədrə görə, Moskvanın əsas məqsədi müharibəni dayandırmaq idi, lakin Qərbdə qarşıya başqa məqsəd qoymuşdular: “1993-cü ildə erməni qüvvələri Kəlbəcəri tutanda Rusiya atəşin tam dayandırılmasının əvəzində ermənilərə bu rayonu boşaltmağı təklif etdi. Lakin bizim Qərbdəki tərəfdaşlarımız Bakının dəfələrlə danışıqlardan qaçmasını əsas göstərib yalnız onda israr etdilər ki, danışıqlar prosesi davam etsin. O zaman Qərb diplomatları hərbi əməliyyatların davam etdirilməsinə faktiki göz yumdular. Biz bir neçə dəfə atəşin müvəqqəti dayandırılmasına nail olanda Qərbdə narahat olurdular ki, Rusiya öz mövqelərini möhkəmləndirir”.Kazimirov deyib ki, münaqişənin o vaxtdan bəri dondurulmuş şəkildə qalması da Qərblə Rusiya arasındakı rəqabətin nəticəsidir. Keçmiş diplomat Minsk Qrupunun indiki həmsədri Yuri Merzlyakova həsəd apardığını da deyib. Onun fikrincə, Merzlyakov daha münbit şəraitdə işləyir. Kazimirova görə, Amerika Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq istəyir, ancaq başa düşür ki, bunu etmək asan deyil. Kazimirov onu da deyib ki, hazırda tərəflər arasında bir sıra prinsiplər ətrafında anlaşma var, lakin əsas prinsiplər razılaşdırılmamış qalır. Bu isə o deməkdir ki, heç nə razılaşdırılmayb, çünki bütün prinsiplər razılaşdırılmayana qədər qalanların da hüquqi qüvvəsi olmur. Rusiyalı diplomat bir neçə dəfə tərəflərin razılaşma əldə etməyə yaxın olduğunu, lakin hər dəfə buna daxili siyasi amillərin mane olduğunu bildirib. Onun bildirdiyinə görə, 2001-ci ildə Azərbaycanın o vaxtkı rəhbərliyi ciddi güzəştlərə getməyə hazır olanda Tofiq Zülfüqarov, Vəfa Quluzadə kimi mühüm şəxslər komandanı tərk etdilər.
43,890
04.12.2008 07:30
Yazarlar
ÇƏPƏRLƏMƏ SİYASƏTİ
(Görünür, müəllif qocalmışdır - son çağlar eyzən keçmişdən sitat gətirir - Z.H.)Ötən əsrin 90-cı illərinin axırları idi, çalışdığım “Azadlıq” qəzetinə Mərdəkan sakinlərindən şikayət gəlmişdi. Yazırdılar ki, kimlərsə Mərdəkanın tarixi çimərliyini, dədə-babadan qalma ictimai ərazini hasara alıb, oranı pullu çimərlik edibdir.Durub getdim Mərdəkana, gördüm həqiqətən belə absurd mənzərə var. Şlaqbaumda duran mühafizəçilərlə maraqlı dialoqumuz da olmuşdu, onlara demişdim ki, dəniz xalqa məxsusdur, heç kəsin dədəsinin hamamı deyil onu hasara alıb çimmək pulu yığasan. Qəzetdəki “Pullu dəniz” adlı yazımın ortasında isə böyük rəssamımız Rəşid Şerifin əla bir karikaturası verilmişdi: dənizin kənarına çəkilən hasarda müxtəlif hündürlüklərdə 3 dənə deşik vardı - hər yaşdan, boydan olan şəxslərin dənizə tamaşa etməsi üçün. İndi deputatxananın sahildə tikintini neçə metrsə o yan bu yana çəkməyinin nə qədər mənasız olduğunu hamı bilir. Xəzərin sahilinə çəkilən hasarlar məşhur filmimizdəki mənzərəni xatırladır. Xalq yay aylarında bir-birinin belinə çıxıb məmurların adaxlıbazlığına baxmaq imkanı əldə etsə, təbii. Bu hasarlar Rüstəm bəyin malikanəsinin hasarından qat-qat hündürdür. Bu yay Fatmayı kəndi tərəfdə dənizə getmək istərkən hasarlar boyunca uzun müddət yol axtarmışdıq. İngiltərədə feodalizm dövründə belə şey olub, adına “çəpərləmə siyasəti” deyirlər. Azərbaycanı idarə edən feodallar da çəpər, hasar aşiqləridir. Parkları hasarlayıblar, paytaxt yollarının ortasına hasar çəkiblər, rayonlarda meşələr, gəzməli yerlər hamısı hasar içindədir. Mən meşənin içində, ucqar dağlarda hasar çəkib “bura filankəsə məxsusdur” deyilməyini Şəkidə canlı görmüşəm. Sonra da hələ utanmaz-utanmaz xalqın birliyindən, ümummilli şeylərdən-zadlardan danışırlar. Bu qədər hasar-çəpər varsa, necə birləşmək olar? Bir dənə o qalıb ki, göyə, səmaya da hasar çəksinlər, heç başımızı qaldıra bilməyək. Yəqin bunun texniki həlli yolunu tapmayıblar, yoxsa çoxdan edərdilər. Onda gəl hansısa nazirin hasarı dalından Aya, ulduza, Günəşə bax görüm, necə baxırsan.Əslində mən hakim sinfi o qədər də qınamıram. Elə əsl xalqımıza layiq zümrədir. Guya hansı azərbaycanlının əlinə fürsət düşəndə bir ərazini yekə hasarlara almır? Mən yaşadığım beşmərtəbə binaya getmək üçün hər gün “səkkiz yazıram”, halbuki qabaqlar qısa yol olub. Sonra elə həmin binanın sakinləri məhəllə ərazisini qanunsuz mənimsəyiblər. Biri qaraj qondarıb, başqası yolun ortasına “budka” qoyub, üçüncüsü sadəcə 1-ci mərtəbə önündəki boş səkini də içəri almaqla tikanlı məftillərdən çəpər çəkib. Guya bu, onun həyətyanı sahəsidir. Bakı belə sarsaq çəpərlərin sayəsində şəhərdən çox kəndə bənzəyir. Vaxtilə çinlilər Böyük Çin səddini şimaldakı türk tayfalarının hücumlarından qorunmaq üçün tikmişdilər. Ümumiyyətlə, qədim türklər qala, hasar tikməklə yox, onları sökməklə dünyaya geniş gözlərlə baxmağın ustası olublar. Bir növ, külək kimi azad olublar. Azərbaycanı bürüyən hasarlara baxanda mən bu qənaətə gəlirəm ki, yəqin biz çinliyik. Zamin HACI
43,891
04.12.2008 07:29
Ölkə
XƏZƏR KASIBLARIN ÜZÜNƏ QAPADILIR
Son dəyişikliklərə qədər qanunvericilikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağı altında olan torpaq sahələrinin hasara alınması yolu ilə və ya digər üsullarla bağlanması, dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması yasaq edilirdi. Ancaq son dəyişikliklər nəticəsində bu məsafənin 25-50 metrədək azaldılmasına qərar verildi. Eyni zamanda həmin məsafədəki ərazini müvafiq icra hakimiyyəti orqanlarını qərarı olmadan zəbt edənlərin cərimələnməsi nəzərdə tutulur ki, burda da çox cüzi məbləğdən söhbət gedir.Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisin hətta hakimiyyətyönümlü deputatları tərəfindən də birmənalı qarşılanmadı. Bunun nəticəsi idi ki, dəyişikliyin lehinə cəmi 79 nəfər, əleyhinə isə 15 nəfər səs verdi. Üstəlik, 2 nəfər bitərəf qaldı, bir nəfər isə ümumiyyətlə, səsvermədə iştirak etmədi. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn parlament tribunasından dövlət başçısını qanunu imzalamamağa çağırıb. Eyni zamanda ölkə rəhbərinə sorğu ilə müraciət edəcəyini də bildirib. Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli bu mövzuda söhbət edərkən seçildiyi rayonun problemlərindən danışıb: “İmişlinin rayon mərkəzi Araz çayının sahilində yerləşdiyindən rayon mərkəzində yaşayan insanlar uzun illər Araz boyu ərazidən həm otlaq sahəsi kimi yararlanıb və buradan odun tədarük edib, həm də bu ərazilər insanlarımızın istirahət yeri olub. Son 2 il müddətində isə haqqında danışdığım bu ərazi bütünlükdə vətəndaşlara satılıb və burada müxtəlif tikililər inşa edilib. İndi rayon mərkəzində yaşayan insanlar nəinki bu ərazidən bu və ya digər məqsəd üçün istifadə edə bilmir, hətta başdan-ayağa çəpərləmələr insanların Araz çayına çıxışını da tamamilə məhdudlaşdırıb. Təsəvvürünüzə gətirin ki, insanlar su götürmək və ya istirahət etmək üçün üçün çayın kənarına düşə bilmir. Çarəsiz qalan adamlar sonda mənə müraciət edərək sahilə getmək üçün, heç olmazsa, 2 m enində bir keçid açılmasına yardımçı olmağı xahiş ediblər. Görün vəziyyət hansa həddə çatıb ki, dövlətin mülkiyyətində olan çayın sahilinə getmək üçün insanlar kiçik bir keçid belə tapa bilmirlər”. Deputat bildirdi ki, indi də Xəzər dənizi sahillərindəki tikintilərlə bağlı qanunsuzluqları aradan qaldırmaqdansa, əks addımların atılması onu narahat edir: “Əvvəla, dəniz sahilindəki özəlləşdirilməsi qadağan edilən torpaqların sahəsi xeyli kiçildilir. Bu torpaqların gələcək taleyi isə heç şübhəsiz ki, elə indidən hamıya aydındır. Qanunun qəbulu nəinki dəniz sahillərinin kütləvi şəkildə hasarlanması ilə nəticələnəcək, hətta bu torpaqların yaxın gələcəkdə özəlləşdirilməsinə və beləliklə də insanların dənizə çıxışının tam məhdudlaşdırılmasına gətirib çıxaracaq”. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bildirdi ki, edilən dəyişikliklər məsələyə doğru yanaşmanın olmamasının nəticəsidir: “Unutmaq olmaz ki, Xəzər Azərbaycan xalqının ümumi mülkiyyətidir. Bu ümumi mülkiyyətin 30-50 metr məsafəsində tikilən hər hansı bir fərdi mülkiyyət nəticə etibarilə Xəzərə insanların üzünü qapadacaq. Bu da Azərbaycanın təbii resurslarından vətəndaşların hamısının bərabər istifadə imkanlarını məhdudlaşdırır. Əvvəla, bu, konstitusiyaya ziddir. İkincisi, bundan xeyli əvvəl mərhum Heydər Əliyevin dönəmində 150-300 metrə qədər məsafə ilə bağlı bir sərəncam imzalanmışdı. Nə baş verdi ki, üstündən müəyyən müddət keçəndən sonra yenidən bu qədər məsafə yaxınlaşdırıldı? Deməli, məntiq etibarilə bu alınır ki, kimin imkanı yox idisə, onun mülkiyyəti əlindən alındı, indi də yeni sərəncamlarla o, artıq hakimiyyətə bəlli olan adamlara veriləcək. Onlar da Xəzərin ətrafını bütövlükdə zəbt edəcək”. Millət vəkilinə görə, bu, vətəndaşların mülkiyyət hüququna qəsddir: “Hətta monopolist və rüşvətxor siyasətin nəticəsi olaraq ayrı-ayrı adamların daha geniş imtiyazlar əldə edərək ölkənin sərvətlərini talamasına, təbii resurslarından daha çox istifadə etməsinə şərait yaratmaqdır”. İnsanlar artıq pulsuz çimərliyə də daxil ola, Xəzərin imkanlarından pulsuz istifadə edə bilməyəcəklər".
43,892
04.12.2008 07:38
Yazarlar
RÖVNƏQ ABDULLAYEV BİZİM GƏLƏCƏYİMİZDİR
Təkcə Bakıda 348 uşaq bağçası var. Ötən il ağıllılarımız onların 113-nü özəlləşməyə çıxardı. Bu haqda o vaxt da yazmışdım. Ki, bu özəlləşmədə özəl maraqlar və gözəl planlar var - yerində restoran, şadlıq evi, qaraj, sauna, bar, bina tikmək istəyirlər.Ölkəmizdə 64 uşaq evi və internat məktəbi, orada da 21 minə yaxın yetim, xəstə, kimsəsiz uşaq var. Məncə, onları da bağlamaq lazımdır. Azı 64 dənə təzə binaya yer açılar. Həm də təhsilin və sosial siyasətin belə bərbad olduğu ölkəmizdə 5500 küçə uşağının olması ayıbdır. Ad-sanımız var. Necə ola bilər ki, ölkənin tən yarısı işsiz-yoxsul ola, sosial yardımla-zadla yaşaya, amma orada cəmi 5500 küçə uşağı ola?! Nəsə fikirləşmək lazımdır. Sağ olsunlar, fikirləşənlər var.Dünən Elşən Atilay adlı oxucum mənə məktub yollayıb. Bəy Bakıxanov qəsəbəsindəki “Araz” uşaq bağçasının Dövlət Neft Şirkətinin arzusu ilə çox mədəni, sivil, incə üsullarla dağıdılmasından yazır. “Araz” ARDNŞ-nin balansındadır. Rövnəq Abdullayev məşhur atalar sözünü belə aranjiman edib: “Bağçaya baxarsan - bağça olar, baxmazsan - ”novostroyka". Ona görə də bağçaya baxmır. İndi bağça bina olmağa az qalıb. Körpələri oradan qaçırmaq üçün əla yol da tapıblar.Oxucu yazır ki, bağçanın girişindəki lövhədə Avropanın enerji təhlükəsizliyinin qarantı olan dövlətdən-zaddan şüar asılsa da, körpələr orada qaranlıq və soyuq otaqlarda sağlam və ziyalı nəsil kimi şən böyüyür. Su verilmir, yataqlar cır-cındırdır, yeməkdən isə danışmağa dəyməz. Bina uçub-dağılır, pəncərələrə şüşə əvəzinə polietilen vurulub. Bu, sürrealizm-zad deyil, zır reallıqdır. Burada bir gün keçirmək 3-6 yaşlı cocuqlar üçün əsl Sparta sınağıdır, yəni ona dözmək hər uşağın işi deyil. Məncə, belə də olmalıdır. Gələcəyin dözümlü və dəstəkçi camaatı indidən yetişməlidir.Elşən bəy deyir ki, “Araz”a əsasən neftçilərin uşaqları gedir. Valideynlər bir uşağa görə ayda 13 manat ödəyirdi. Amma ARDNŞ qəfildən qayıdıb ki, bəs oktyabrın 1-dən ödəniş oldu 40 manat. Camaatdan arxa tarixlə daha iki ayın pulunu alıblar. Sonra ARDNŞ-dən təzə xəbər gəlib: dekabrın 1-dən ödəniş 100 manat oldu. “Bu pulu ödəməyənlər bağçadan qovulacaq” - qapıda asılan elanda belə yazılıb.İndi valideynlər arada Rövnəq müəllimin uğurlu daxili və xarici siyasətinə “urra” deyib əl çalır. Deyirlər ki, müəllim ürəkli adamdır, yoxsa Nazirlər Kabinetinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı qərarına karlı bir təpik vurmağa cürət etməzdi. Onun böyük ürək sahibi olması həm də bundan görünür ki, uşaqların xaraba qalmış bağçada əzab çəkməsinə ürəyi dözmür. Düzdür, bəzi valideynlər naşükürlük edib pis-pis fikirlərə düşür. Məsələn, deyirlər ki, 3 uşağı olanlar 300 manatı haradan tapıb Abdullayevin kassasına ödəsin; neft ucuzlaşıb deyə qara camaatın günahı nədir, o kəsiri biz doldurmalıyıqmı və s.Boş şeydir. Qoy camaat nə qədər istəyir deyinsin. Kimdir onlara baxan? Burada yekə siyasət var, avam camaat nə qanır axı politika nədir. Bilsəydi anlayardı ki, apreldən ARDNŞ-nin bütün bağçalarına uşaq qəbulu dayandırılıb. Heç bir izah olmadan. Necə yəni niyə, oğlum? Heç bilirsənmi o bağçaların yerləşdiyi ərazilərdə torpaq neçəyədir? Bağçanı, məktəbi şəhərin yaxşı yerində tikən sovet sistemi nə biləydi ki, bu yerlər sonradan xod gedəcək. Valideynləri qiymət artımı ilə qorxudub uzaqlaşdıran əmilər sabah bağçanı “lazımsızdır, uşaq yoxdur” bəhanəsi ilə bağlayıb yerində bina-zad tikəcək. Bunu hətta Misir müəllim də edir. Arada deyir ki, məktəblərdə filan qədər şagird azalıb. O, professordur, havayı söz danışmaz.Gördünmü mən deyəndir? Son vaxtlar “Araz”ın həyətinə “prorab” geyimli əmilər tez-tez gəlir. Ərazini ölçüb-biçir, tikililərə müştəri gözü ilə baxır.Elşən bəy avam-avam sual da verib: doğrudanmı uşaqlar bizim gələcəyimizdir? Bəs onların gələcəyi nədir? Cavab: heç nə.Bir reklam çarxında deyilir - “Dəyişək, inkişaf edək!” İndi biz də dəyişirik, inkişaf edirik. Şüarlar da dəyişdirilməlidir. Məsələn, belə: “Rövnəq Abdullayev bizim gələcəyimizdir”.
43,893
04.12.2008 07:38
Ölkə
SABİRABADDA MƏMUR ÖZBAŞINALIĞINDAN BEZƏNLƏR...
Rayonun Heydər Həmidov küçəsinin sakini Ağatahir Kərimovun dediyinə görə, abonentlərə müxtəlif borc siyahıları təqdim ediblər ki, guya hərənin yüz iki, yüz manat borcu var: “Bütün bu işlərin başında isə işıq idarəsinin məsul işçisi Məhərrəm Babayev durur. Əslində isə belə deyil. Şəxsən mənim idarəyə bir qəpik də borcum yox idi. Amma deyirdilər ki, 20 manat ödəməsən, elektron kart verən deyilik. Kart olmadısa, işıq da yoxdur. Yerli idarəyə getdim, dedilər ki, borcun var. Bütün qəbzləri çıxarıb təqdim etdim. Yenə heç nə sübut edə bilmədim. Axırda iş o yerə çatdı ki, ” Azərenerji" Muğan regionu üzrə nümayəndəsi ilə görüşdüm. Qəbzləri ona təqdim edib bildirdim ki, bu nə rüsvayçılıqdır. Məhz onun müdaxiləsindən sonra problem aradan qaldırıldı". Heydər Əliyev prospektində qaz yoxdur Rayonun mərkəzində qaz yoxdur. Heydər Əliyev prospekti 118 ünvanında yerləşən binanın sakinlərinin yazmadıqları yer qalmayıb: “Su yox, qaz yox, işıq fasilələrlə verilir. Gürcüstana satılan qazdan bizə də versələr, nə olardı ki”? Magistral qaz xətti isə binanın üçcə addımlığından keçir. Binanın qaz xətti də var. Amma üç addım aralıdan keçən bu binaya qaz vermirlər. Ərazidəki bina qəzalı vəziyyətdədir. Çünki kanalizasiya xətləri yoxdur. 60 mənzilli binanın bütün çirkab suları zirzəmiyə axır. Sabirabadda maraqlı piket “Qurban olum, yoldaş Əliyev. Bizi bu məmurların əlində qoyub niyə getdin? Bunlar bizim qanımızı içirlər”. Sabirabadda olarkən YAP-ın rayon təşkilatının qarşısında Güloğlan kişi ilə rastlaşdıq. Əlində Azərbaycan bayraqları mərhum Heydər Əliyevin adıçəkilən partiyanın qarşısında qurulmuş portretinə şikayət edirdi. Dediyinə görə, rayonun Şəhriyar kəndindən gəlib. Güloğlan kişi onu da deyirdi ki, artıq hər şeydən bezib: “Pensiyam ancaq 10 günün yeməyinə güclə çatır. Qaz yox, işıq yox, daha bu ölkədə yaşamaq istəmirəm. Biz acından ölürük. Bir qrup şəxs isə günü-gündən varlanır. Bunu Allah götürərmi?”Maraqlıdır ki, bu zaman Güloğlan kişiyə qoca bir qarı da yaxınlaşdı. Hər iki ahıl, necə deyərlər, orijinal piket düzənlədirlər. Güloğlan kişi məmur özbaşınalığından gileylənir, qarı isə ağı deyib sinə vururdu. Bu arada isə ətrafı yerli polislər və icra hakimiyyətinin işçiləri bürüdülər. Hər iki qoca hadisə yerindən uzaqlaşdırıldı. İcra başçısına deyiblər ki, maşınını bu küçəyə sürə bilərsənmi? Rayon mərkəzindəki Muğan prospektinin sakinləri ilə görüşdük. Prospektin keçdiyi əraziyə yol demək mümkün deyil. Burda ümumiyyətlə yol yoxdur. Sən demə, bir qədər əvvəl rayonun icra başçısı da bu ərazidən keçirmiş. Bunu görən sakinlər onun yolunu kəsiblər. Heç nə tələb etmədən, bircə xahişdə bulunublar. Başçıya deyiblər ki, mümkünsə bu yoldan keçsin. Başçı sürücüyə, sürücü başçıya baxıb. Sonunda sürücü deyib ki, maşının altı dəyəcək. Qaz hara gedir? Sabirabadda onu da öyrəndik ki, əslində rayona normal həcmdə qaz verilir. Amma ədalətsiz paylanır. Çünki rayona verilən qaz müxtəlif “parnik”lərə gedir. Bu gün rayonun müxtəlif rəhbərlərinin əlində 120-yə yaxın iri həcmli “parnik” fəaliyyət göstərir. Sabirabada çatan qaz da bu “parnik”lərə vurulur. “Təsəvvür edin, binada odun sobası yandırılır. Çöldə pencəklə gəzirik, evdə ” dublyonka"da otururuq", - deyə sakinlər bildirirlər.
43,894
04.12.2008 07:38
Gündəm
HAKİMİYYƏT OBAMA KOMANDASINA “XOD” TAPA BİLƏCƏKMİ?
Məsələ burasındadır ki, qətiyyətli və güclü fiqur kimi xarakterizə olunan Cons 2007-ci ildə istefaya getdikdən sonra Cons “Boeing” şirkətinin, bu ilin mayında isə “Shevron” neft şirkətinin Direktorlar Şurasına daxil olub. Sonuncu şirkətin Azərbaycanın neft layihələrində işləməsi bəzi suallar doğurur. Hesab olunur ki, hakimiyyət Consun timsalında Obama administrasiyasındakı ən yaxın dostunu əldə edə bilər. Buş administrasiyasındakı neft qruplarına bağlı fiqurların Azərbaycan hakimiyyəti ilə gizli işbirliyinə malik olması artıq çoxlarına məlumdur. Azərbaycandakı proseslərə Buş hökumətinin göz yummasının əsas səbəbkarı elə həmin neft maraqlarını üstün tutan fiqurlar olub. Qeyd edək ki, Buş hökumətində dövlət katibi postunu tutan Kondoliza Rays öz ölkəsinin son 60 ildəki xarici siyasətini tənqid edərək Ağ Evin demokratiyanı təhlükəsizliyə qurban verdiyini demişdi. Ancaq neft amilinə önəm verən Buş administrasiyası ənənəvi kursu dəyişməyə maraqlı olmadı. Bu səbəbdən demokratiyanı prioritet hesab edəcəyinə ümidlər yaranan Obamanın komandasının da ABŞ-ın ənənəvi kursuna sadiq qalacağı və neft və təhlükəsizlik məsələsini demokratiyadan öndə tutacağı barədə narahatçılıqlar var. Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli bildirdi ki, Obamanın komandasında demokratlar və xüsusilə Klintonlarla bağlı kadrlar üstünlük təşkil edəcək: “Bu səbəbdən onun müşavirinin Azərbaycanla bağlı siyasətə təsir etmək imkanlarının xeyli məhdud olacağı qənaətindəyəm. ABŞ-da müşavirlər dövlət siyasətinin müəyyənləşdirilməsinə xidmət edən qərarların qəbulunda demək olar ki, iştirak etmirlər. Bu mənada Ceyms Consun əhəmiyyətli bir fiqur kimi indidən Azərbaycan ictimai rəyində populyarlaşdırılmasının tərəfdarı deyiləm”. Q.Hüseynli əmindir ki, Obamanın prezidentliyi dövründə ABŞ-ın Azərbaycan siyasətində dəyişiklik olacaq: “Amma bunun çox tezliklə baş verəcəyi qənaətində deyiləm. Dünya maliyyə böhranı Buş administrasiyası dövründən qalan daxili və xarici xarakterli problemlər hələ Obama administrasiyasının çox vaxtını alacaq. Ən azı iki-üç il Azərbaycan hakimiyyəti ilə indiki münasibətlər davam edəcək. ”Nabukko" kimi bir sıra iqtisadi layihələr ən azından həyata vəsiqə qazandıqdan sonra demokratiya məsələlələri də yavaş-yavaş gündəmə gətirilə bilər". Konfliktoloq Arif Yunus isə hələlik bu haqda söhbət açmağı tez hesab edir: “Təcrübə göstərir ki, bir müddət Obama daxili prboblemlərlə məşğul olacaq. Çünki bu gün Amerika daxilində problemlər çoxdur. Xarici siyasətdə İraq və Əfqanıstan məsələsi öndə olacaq. Bizə gəldikdə isə bununçün vaxt tələb olunur. Onadək isə çox şey dəyişə bilər. Təcrübə göstərir ki, Amerikanın xarici siyasəti koordinal şəkildə dəyişmir. Bizdən fərqli olaraq, orada bütün ölkə rəhbərləri daha çox ölkə daxilində gedən proseslərə fikir verirlər. Xarici siyasətdə isə radikal, koordinal dəyişikliklər olmur. Obama yalnız İraqla bağlı söz verdi və mən bu məsələdə dəyişiklik gözləyirəm”.A.Yunus K.Raysın etirafına baxmayaraq, Amerika rəhbərliyinin ənənəvi kursdan imtina etmədiyini də vurğuladı: “Obama həqitən demokratik şüurlu insan kimi hakimiyyətə gəlib. Buşu isə hətta Amerikada tənqid edirdilər ki, o, demokrat deyil. Demokratiya Buş üçün böyük rol oynamırdı. Mənim qənaətimcə, Obamanın dövründə 50 faiz vəziyyət necə var idisə, elə də qalacaq. Amma 50 faiz ehtimalla demokratiya ilə bağlı dəyişikliklərin ola biləcəyini demək olar. Obama söz vermişdi ki, qondarma ”soyqırımı" tanıyacaq. Ancaq bu gün erməni mətbuatı da inanmır ki, o, öz sözünü yerinə yetirəcək". C.Consun Azərbaycanda biznes maraqlarının olmasına gəldikdə, A.Yunus bunları söylədi: “Bu, onu göstərir ki, xarici siyasətdə radikal dəyişiklik olmayacaq. Amerika üçün enerji faktoru ciddi faktordur. Özü də bu, tək Azərbaycanla bağlı deyil. Bu mənada onlar neft məsələsinə böyük diqqət ayıracaqlar. Amma demokratiyaya da fikir veriləcək. Obamadan fərqli olaraq, Buş demokratiyadan tamam uzaq adam idi. Obama adi insanlara yaxın olan, onların problemlərini yaxşı başa düşən şəxsdir”.
43,895
04.12.2008 08:38
Gündəm
ABŞ HAKİMİYYƏTİNDƏKİ RƏNG DƏYİŞİKLİYİ...
Mövzu ətrafında söhbət etdiyimiz politoloq Elxan Mehdiyev istənilən halda Barak Obamanı ABŞ üçün bir fenomen saydı: “O, həm Amerika, həm də dünya tarixinə yeni fenomen kimi düşəcək. Qaradərili Obamanın prezident seçilməsi 40 il öncə ilə müqayisədə Amerikanın nə qədər dəyişdiyini, demokratik, azad bir cəmiyyət olduğunu göstərdi. Digər tərəfdən, Obama Buş administrasiyasından və bir çox senatorlardan fərqli olaraq, xarici siyasətdə tamamilə fərqli mövqe tutub. O, Amerikanın özünün müttəfiqləri ilə, Avropa ölkələri ilə münasibətlərini, həm də dünyada pozulmuş imicini bərpa etməyə çalışacaq. Amerikanın imicini bərpa etmək baxımından onun hakimiyyətə gəlməsi elə bil ki, həyatın zərurəti olub. Bu baxımdan düşünürəm ki, o, xarici siyasəti ideologiyadan daha çox, praqmatik əsaslar üzərində quracaq”. Politoloq dəyişikliklər nəticəsində Amerikanın indiki mövqeyinin möhkəmlənəcəyini güman edir: “Digər tərəfdən Obama Buş hökuməti dövründə Amerikanı İraqda düşdüyü vəziyyətdən çıxarmağa çalışacaq”.E.Mehdiyev söylədi ki, Demokrat Partiyası həmişə ərəb-İsrail münaqişəsində obyektiv mövqe tutub: “Bu münaqişə ilə bağlı önəmli olan bir çox hadisələr demokratların dönəmində baş verib. Yəqin ki, Obama bu siyasəti davam etdirib yeni mərhələyə aparacaq. Bundan başqa, Rusiya ilə münasibətlərdə həm Kreml, həm də Obama komandası tərəfindən dəyişiklik gözlənilir. Çünki qaradərili yeni prezident həm NATO-nun genişlənməsi, həm də Avropada yeni radar sistemlərinin qurulması ilə bağlı başqa mövqedən çıxış edir”. Qafqaza gəlincə, politoloqun fikrincə, bu regionla münasibətlərin qurulmasına Rusiya ilə münasibətlərin bir hissəsi kimi baxmaq doğru olardı: “Təbii ki, bizim regiona münasibətdə də spesifik çalarlar olacaq. İlk növbədə onu qeyd etmək lazımdır ki, demokratların rəğbətini qazanmış Gürcüstana münasibət fərqli olacaq. Ermənistan və Azərbaycana gəlincə, əgər Obamanın ”genosidlə" bağlı daha əvvəllər söylədiyi fikirlər ortaya gələrsə, sözsüz ki, Türkiyə və Azərbaycanla münsibətlər soyuyacaq. Onu da nəzərə almaq lazımdır ki, Hillari Klintonun da qondarma soyqırımı tanımaq barədə fikirləri var".Nəzərə çatdıraq ki, Bill Klinton prezident olduğu dövrdə Azərbaycan hakimiyyətinin onlarla əlaqələri yaxşı olub. Düşünmək olarmı ki, hakimiyyət xanım Klintonun vasitəsilə Buş administrasiyası ilə olduğu kimi, Obama hakimiyyətilə də yaxşı münasibətlər qura biləcək? E.Mehdiyev hesab edir ki, Azərbaycan iqtidarının Klinton ailəsi ilə Buş ailəsi qədər əlaqələri mövcud deyil: “Amma iqtidar Demokrat Partiyasında söz sahibi olan bir çox adamlarla münasibətlər qurub və bu əlaqələr davam edir. Misal olaraq Bzejinskini göstərmək olar. Amma təbii ki, bu rejimin bir məqsədi var, o da özünü qorumaqdır. Gecə-gündüz bunun üçün çalışırlar. Əgər özlərini qorumağa yönəltdikləri səylərin yüzdə birini Qarabağın işğaldan azad edilməsinə yönəltsəydilər, yəqin indi münaqişə həll olunmuşdu”.
43,896
04.12.2008 06:43
Yazarlar
BİR ADDIM GERİ, İKİ ADDIM İRƏLİ?
Əlbəttə, səbəb bu deyil. Ona qalsa, Rumıniya, Bolqarıstan, Albaniya kimi dövlətlər də hazır olmamalarına baxmayaraq, NATO-ya qəbul ediliblər. İndinin özündə həmin ölkələrdə alyansın üzvlük üçün vacib saydığı demokratiyanın durumu Ukrayna və Gürcüstandan yaxşı deyil. Demək, motiv ayrıdır. Onu Qərbdə dilə gətirməyi xoşlamasalar da.Söhbət Rusiyanın Gürcüstana avqust təcavüzündən sonra yaranan yeni geosiyasi şəraitdən gedir. O zaman gün kimi aydın idi ki, Kremlin “əzələ nümayişi” ilk növbədə Qərb, ABŞ üçündür. Moskva bununla açıq şəkildə anlatdı ki, əgər Şərqi Avropa ölkələrinin NATO-ya qəbuluna dözüm göstəribsə, bundan sonra alyansın bilavasitə onun sərhədlərinə yaxınlaşmasına imkan verməyəcək, Rusiya NATO ölkələri ilə əhatələnməkdən qorxur.Xatırladaq ki, şimal qonşumuz Baltik ölkələri vasitəsilə NATO ilə artıq həmsərhəddir. Bu yandan da əhalisinin az qala yarısını rusdillilərin təşkil etdiyi, ərazicə böyük dövlət olan Ukraynanın bloka daxil olması təbii ki, Sevastopol, Krım nisgili keçirən rusları hövsələdən çıxaracaq. Rəsmi Moskva bunu heç gizlətmir də. Hətta NATO-nu, Ukraynanı hədələməkdən çəkinmir. Məsələn, xarici işlər nazirlərinin toplantısı ərəfəsində Rusiyanın alyansdakı nümayəndəsi Dmitri Roqozin açıq formada bəyan etdi ki, Ukrayna bloka götürülərsə, o parçalanacaq. Aydındır ki, Roqozin Ukraynanın şərqinidə - rusdillilərin üstünlükdə olduğu vilayətlərdə separatçı hərəkatın baş qaldıracağına işarə vurur. Etiraf edək ki, Kreml nəyi bacarmasa da, belə provokasiyalara qadirdir. Ola bilsin, Cənubi Osetiyadakı kimi yerli əhaliyə öz pasportlarını da çoxdan paylayıb.Bu baxımdan Qərb yüz ölçüb bir biçmək zorundadır. Hər halda, Ukrayna NATO-ya, Qərbə stabil, bütöv, demoktarik imicdə lazımdır. Şübhəsiz, Ukrayna Gürcüstan deyil. Yəni öz ərazi bütövlüyünü qorumaq iqtidarındadır. Bununla belə, Qərbin öz qulağının dibində, Avropanın mərkəzinə yaxın məkanda yeni münaqişə ocağında maraqlı və həvəsli olmadığı aydın görünür. NATO Rusiya ilə toqquşmaq istəmir. Və böyük ehtimalla o da ciddiyə alınır ki, Gürcüstan olayları zamanı Qərb, NATO bu ölkəyə yetərli, çevik, hərtərəfli kömək göstərə bilməyib. Əli çatmayıb, sadəcə. Üçüncü yandan, Avropa Moskvanın neft-qaz şantajını nəzərə almamış deyil. Hərçənd Rusiyadan xeyli uzaqda olan ABŞ-ın məsələyə yanaşması qismən fərqlidir. Vaşinqtonda hesab edirlər ki, Rusiya ilə sərt dialoq tonu saxlanmalıdır. Bu olmayacaqsa, Moskva şirniklənə bilər. Biz də o qənaətdəyik ki, imperiya ambisiyaları ilə yaşayan Rusiyaya güzəşt siyasəti olduqca qorxuludur. Bu, eyni zamanda Qərb üçün böyük strateji önəm daşıyan Qafqaz regionunda qüvvələr balansının Kremlin xeyrinə dəyişməməsi baxımından əhəmiyyət daşıyır. Unutmayaq ki, rus hərbçiləri guya “leqal” olaraq artıq Gürcüstanda (Abxaziya və Cənubi Osetiyada) yerləşiblər. Bütün hallarda bir məqamı xüsusi vurğulamağa ehtiyac var: Rusiyaya güzəştlər təhlükəlidir və Qərbə, region ölkələrinə yeni problemlər yarada bilər. Kremlə münasibətdə Amerika ilə köhnə Avropa vahid mövqedən çıxış etməyə məhkumdular. Ortaq yanaşma olmasa, vəziyyətdən ən çox faydalanan ruslar olacaq. Necə ki, az öncə Avropa Şurası bu ölkənin qurumda üzvlüyünü dondurmağa cürət etmədi və bununla da Rusiyanın əl-qol açmasına stimul yaratdı. “Rus ayısı”na irili-xırdalı birtərəfli güzəştlər nəhayət, postsovet məkanında demokratiyanın taleyi baxımından yeni təhlükələr deməkdir. Çünki Rusiya xeyli vaxtdır heç olmasa MDB məkanında əsas oyunçu olduğunu Qərbə qəbul etdirmək istəyir. Rusiya bu statusu özünə qazandıra biləcəkmi? Bizcə, çox şey elə Birləşmiş Ştatlardan, daha doğrusu, Obama hökumətinin aparacağı xarici siyasətdən asılı olacaq. Zahid SƏFƏROĞLU
43,897
04.12.2008 07:45
İqtisadiyyat
AZƏRBAYCAN BU İL DƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMADI
Azərbaycanın ÜTT-yə üzvlüyünün yubanmasının səbəblərinə toxunan İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirir ki, prosesin ləngiməsi üçün iqtisadi əsas yoxdur: “Keçmiş iqtisadi inkişaf naziri 2008-ci ildə Azərbaycanın bu təşkilata üzv olacağını bildirsə də prosesi yeni ilədək tamamlamaq mümkün deyil. Azərbaycanın tezliklə sözügedən təşkilata üzv olacağı yönündə rəsmi açıqlamalara baxmayaraq, ölkə prosesi tamamlamağa hazır deyil. Hələ də ikitərəfli danışıqlarda problemlər qalmaqdadır. Ümumiyyətlə, son danışıqlarda uğur əldə edilməyib. Hələ də ABŞ və Avropa Birliyi ilə razılaşmalar əldə olunmayıb. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının qərarlarına ciddi təsirləri olmayan Moldova, Gürcüstan kimi ölkələrlə razılıq əldə edib ki, bu da əsaslı irəliləyiş hesab oluna bilməz. Təəssüf ki, hökumətin fəaliyyətindən onun təşkilata üzv olmaq istəyi hiss edilmir. Bu isə olduqca qorxuludur, çünki bu, nəinki cari ildə, hətta yaxın illərdə Azərbaycanın üzvlüyü məsələsinin reallaşmaması deməkdir". Rəsmi Bakının ÜTT-yə üzv olmaqla bağlı 1997-ci ildə quruma müraciət etdiyini xatırladan mütəxəssislərin sözlərinə görə, 11 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə müsbət nəticə əldə olunmayıb: “Müqayisə üçün bildirək ki, Qırğızıstan 1997-ci, Gürcüstan 2000-ci, Moldova 2002-ci, Ermənistan 2003-cü, Ukrayna isə 2008-ci ildə ÜTT-yə üzv qəbul edilib. Praktiki MDB-nin Avropa hissəsində quruma üzv olmayan yeganə ölkə Rusiya istisna təşkil etməklə Azərbaycandır. 2004-cü ildən başlayaraq Azərbaycan rəsmiləri hər il ölkənin bu təşkilata üzv olacağını bildirirlər. İlin sonunda isə bəlli olur ki, Azərbaycan nəinki Ümumdünya Ticarət Təşkilatına üzv olmadı, hətta qurumun ən ali şərtlərini belə yerinə yetirməyib”. Ekspertlərin qənaətincə, hakimiyyət ÜTT-nin şərtlərinə əməl etmədən və ya qismən icra etməklə quruma üzv olmaq istəyir: “Bu gün Azərbaycanın təşkilata üzv olmamasının və ya prosesin yubanmasının əsas səbəbi sözügedən təşkilatın xarici ticarətdə diskriminasiyanın aradan qaldırılmasını, şəffaflığın müdafiə edilməsini, idxal-ixracda inhisarçılığa qarşı mübarizənin aparılmasını dəstəkləyən qurum olmasıdır. Baxmayaraq ki, Ümumdünya Ticarət Təşkilatı ciddi hökumətlərlə işləyir, qurumun məqsədi xarici ticarətin şəffaf olması, himayə edilən deyil, bütün şirkətlərin prosesdə bərabər hüquqla iştirakının təmin olunmasıdır. Təşkilata üzv olan ölkələrdə hər hansı şirkət hökumət tərəfindən diskriminasiyaya məruz qalırsa, o zaman onların Ümumdünya Ticarət Təşkilatında fəaliyyət göstərən məhkəməyə müraciət ünvanlamaq imkanları var. Digər tərəfdən, qurum xarici ticarətlə bağlı istənilən qərarın və ya sənədin 24 saat ərzində ictimaiyyətə açıqlanmasını tələb edir. Bu gün Azərbaycanda xarici ticarətlə bağlı sənədlərin ictimaiyyətə açıqlanmasında ciddi problemlər var. Eyni zamanda idxal-ixrac əməliyyatlarını yalnız himayə olunan şirkətlər həyata keçirirlər. Qeyri-rəsmi siyahılar tərtib edilir. Müəyyən məmurlar tərəfindən himayə edilən həmin siyahılarda adları göstərilən şirkətlərə idxal və ya ixracla məşğul olmaq icazəsi verilir. Azərbaycanda bir sıra məmurlar bu diskriminasiyanın qalmasında maraqlıdırlar. Onlar üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatında üzv olması gəlir mənbələrini itirmələri deməkdir. Buna görə də hökumət təşkilata üzvlüklə bağlı prosesi yubatmağa çalışır. Əslində hakimiyyətin son 4 ildə ölkənin ÜTT-yə üzv olacağı ilə bağlı bəyanatları ABŞ-ın və Avropa Birliyi ölkələrinin könlünü almağa hesablanıb. Çünki bu dövlətlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdırlar. ABŞ tərəfdən hökumətə çox ciddi təsirlər var. Çünki Amerika MDB-nin Avropa hissəsində yerləşən dövlətlərin Rusiyadan əvvəl quruma daxil olmasını istəyir”. O da məlum oldu ki, ÜTT-yə üzvlük xarici ticarətdə inhisarçılığın aradan qaldırılmasında ciddi addım ola bilər. Nəzərə çatdıraq ki, mütəxəssislər Azərbaycanın təşkilata daxil olmasını qaçılmaz hesab edirlər: “Bu gün ən azı dünyanın 152 ölkəsi Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Qlobal ticarətin 94 faizi məhz ÜTT-nin üzvü olan ölkələr tərəfindən həyata keçirilir”. Yeri gəlmişkən, ÜTT-nin 2005-ci ildə Honq-Konqda keçirilən 6-cı Nazirlər Konfransından sonra quruma üzvlük şərtləri ağırlaşdırılıb. Bu şərtlərin 2011-ci ilədək daha da sərtləşəcəyi gözlənilir. Məsələdə yubanan Azərbaycan daha ağır şərtlərlə ÜTT-yə qoşulmaq məcburiyyətində qala bilər. Azərbaycanın prosesdən kənarda qalması isə ümumiyyətlə gələcəkdə xarici ticarətdə ciddi problemlər yaradacaq. Digər tərəfdən, daha ağır şərtlərlə ÜTT-yə qəbul olmaq Azərbaycanı idxalçı ölkəyə çevirə və eləcə də ixrac imkanlarını məhdudlaşdıra bilər. Mütəxəssislərin fikrincə, quruma üzv olan zaman çoxtərəfli danışıqlarla yanaşı, iki tərəfli danışıqların da aparıldığını nəzərə aldıqda bu təşkilatın üzvlərinin Azərbaycan qarşısında daha ağır şərtlərlə çıxış etməsi şübhəsizdir. Hesab edilir ki, Azərbaycanın bu təşkilata üzvlüyünün reallaşması üçün siyasi qərarın verilməsinə ehtiyac var. Amma təəssüf ki, hələlik belə qərar yoxdur. Ona görə də üzvlük prosesi ilə bağlı daha çox müxtəlif dövlət qurumlarının əlaqələndirilməyən fəaliyyəti müşahidə edilir. Belə fəaliyyətlə ÜTT-yə üzv olmaq mümkün deyil.
43,898
04.12.2008 07:50
İqtisadiyyat
SİQARETİN ZƏRƏRİNƏ DAİR YENİ QANUNUN HAZIRLANMASI REALLAŞIR
Komissiyanın sədri Hadi Rəcəbli bildirib ki, sağlamlığa ciddi təsir edən tütün məmulatlarının istehlakının məhdudlaşdırılması istiqamətində işlər aparılır. O qeyd edib ki, ayrı-ayrı qanunlarda müəyyən məqamlar əksini tapsa da, bunlar problemin həlli üçün yetərli deyil. Məsələn, “Reklam haqqında” qanunda siqaretin reklamı qadağan olunur. Eləcə də tütün və tütün məmulatları haqqında qanun qüvvədədir: “Məsələ ilə bağlı komissiyamızda işçi qrupu yaradılb və biz bu yöndə beynəlxalq təcrübəni öyrənirik. Bütün hallarda siqaretdən istifadənin artmasına qarşı mübarizəni gücləndirməliyik. Artıq tütün məmulatları epidemiya xarakteri alıb və bir çox xəstəliklərin kökündə durur”.Millət vəkili Qənirə Paşayeva isə bu yöndə yeni qanunun qəbul olunmasını təklif edib və eyni zamanda xatırladıb ki, o, bu yöndə qardaş Türkiyənin və digər Avropa ölkələrinin qanunvericilik təcrübəsini öyrənərək, müvafiq qanun layihəsi hazırlayıb. Onun sözlərinə görə, artıq neçə illərdir ki, Türkiyədə, Avropa ölkələrində tütün məmulatlarını məhdudlaşdıran ayrıca qanunlar var. Ölkədə siqaret çəkənlərin sayının artmaqda olduğunu deyən Q.Paşayeva bildirib ki, qapalı mühitdə siqaretdən istifadə edənlər özlərindən çox ətrafdakılara ziyan vururlar. Qanunla siqaretin açıq reklamı qadağan olunsa da, gizli reklam açıq reklamdan daha effektli olur: “Biz ilkin olaraq çalışmalıyıq ki, qapalı mühitdə siqaretdən istifadəni qadağan edək. Eyni zamanda insanları tutub cərimələmək də əsas deyil. İnsanları maarifləndirmə yolu ilə bu zərərli vərdişdən uzaqlaşdırmaq lazımdır. Hansısa müəssisədə qadağanın pozulmasına görə vətəndaşı yox, həmin müəssisənin rəhbərini cərimələmək lazımdır”. Onun fikrincə, bu qanunu qəbul etməklə gənclərimizi qorumalıyıq: “Bununla bağlı Avropada da şüar belədir: “Sağlam gələcəyimiz naminə siqaretə ”yox" deyək”. Biz də bu siqaretə “yox” deməyi bacarmalıyıq".Sonda H.Rəcəbli bildirib ki, təxminən 10 gündən sonra məsələ yenidən müzakirəyə çıxarılacaq.
43,899
04.12.2008 07:37
İqtisadiyyat
“XRUŞŞOVKA”lar SÖKÜLMƏYƏCƏK?
Aparılan hesablamalara görə, neftin barelinin 1 dollar bahalaşması Azərbaycanın valyuta hasilatını təxminən 100-120 milyon dollar artırır. Neftin qiymətinin hər dəfə 1 dollar düşməsi isə ölkənin elə bir o qədər də valyuta itirməsi deməkdir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin aşağı düşməsinin Azərbaycanın dövlət gəlirlərinə böyük təsiri var. Bu gün nəinki cari ilin, hətta növbəti ilin büdcəsinin formalaşdırılmasında çətinliklər yaranıb. 2009-cu ilin büdcə layihəsində neftin baza qiymətinin 80 dollardan proqnozlaşdırılması isə problemləri bir qədər də artırıb. Buna baxmayaraq, son illər büdcə üçün xarakterik olan yüksək artım tempi 2009-cu ildə səngiyəcək. Lakin 2009-cu ilin büdcəsində də investisiya xərcləri böyük paya malikdir. Amma nəzərdə tutulan layihələrin hamısının reallaşdırılıb-reallaşdırılmaması sual altındadır. Rəsmilərin son açıqlaması ondan ibarətdir ki, başlanmış layihələr 2009-cu ildə bitməlidir. Sonrakılara vəziyyətdən asılı olaraq baxılacaq. “Xuruşşovka”ların, “stalinka”ların sökülməsi planının reallaşdırılması da məhz bu gün neftin dünya bazar qiymətindən birbaşa asılı məsələyə çevrilib. Bu plan həm də başlanmış layihə deyil. Digər tərəfdən, son illər genişlənən infrastruktur, investisiya layihələri təkcə büdcə deyil, xaricdən alınan kreditlər hesabına reallaşdırılırdı. Hazırda Milli Bankın məlumatına görə, Azərbaycanın kreditor mövqeyi 11 milyard dollar təşkil edir. Bunun 2 milyard 590 milyonu dövlət zəmanəti ilə alınıb. Hazırda xarici maliyyə qurumlarının əksəriyyəti böhranla üzləşdiyindən kreditləşməni dayandırıblar. Bu halda hökumətin xaricdən kredit alması da mümkünsüz məsələyə çevrilib.
43,900
04.12.2008 07:57
İqtisadiyyat
YENİ AVTOVAĞZALIN İSTİFADƏSİ YUBANIR
Onu da nəzərə çatdıraq ki, hökumət bu avtovağzal kompleksində dövlət hesabına kommersiya layihəsi həyata keçirib. Belə ki, kompleksin içərisində 96 yerlik 3 ulduzlu hotel tikilib. Yeri gəlmişkən, avtovağzalda gün ərzində 18-20 min sərnişinə xidmət göstərmək, 800-950 avtobusu yola salmaq və qəbul etməyin mümkün olacağı deyilir. Burada 4500-dən çox vətəndaşın yeni iş yeri ilə təmin ediləcəyi də dəfələrlə qeyd olunub.
43,901
04.12.2008 07:58
İqtisadiyyat
AVRO İLƏ NEFT BAHALAŞIR
Bu metalın unsiyası 786 dollara və yaxud qramı 25 dollar 35 sentə satılıb. Avropa valyutasının da qiyməti artıb. 1 avro maliyyə bazarlarında 1 dollar 27 sentdən də baha qiymətə dəyişdirilib.
43,902
04.12.2008 07:59
Mədəniyyət
VASİF MƏHƏRRƏMLİYƏ ABEL MƏHƏRRƏMOVUN QARDAŞI SPONSORLUQ EDİR?
V.Kamiloğlu V.Məhərrəmliyə deyib ki, onun məlumatına görə, müğənniyə BDU-nun rektoru, deputat Abel Məhərrəmovun qardaşı sponsorluq edir. V.Məhərrəmli belə adamı tanımadığını desə də, jurnalist sözündə israr edib, bununla da münaqişə qızışıb: “Müğənni hətta and içdi ki, tək balamın canı üçün, belə adam tanımıram, qadın deyiləm ki, sponsorum olsun, toylara gedirəm, kliplərin xərcini özüm çəkirəm. Vüqar israr etdikdə isə o, jurnalistə dedi ki, həmin adamın adını açıqlasın və dediklərini sübut etsin. Bunu deyə bilmədikdə isə Vasif dedi ki, Ədalət Şükürov sənə yaxşı dərs verməyib. Sonra o, qəzəbli şəkildə Vüqara tərəf gedib onun üzünə bir zərbə endirdi. Jurnalist həmkarımın döyülməsi pis olsa da onun əsassız danışmasını da düzgün hesab etmirəm. O, ANS-in müxbiri olduğunu bildirərək Vasifi məhkəməyə verəcəyi ilə hədələdi. Verilişdən sonra isə Vasif də işgüzar nüfuzuna xələl gəlməsi və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini dedi”.Məsələ ilə əlaqədar hər iki tərəfə telefon açdıq. V.Məhərrəmli bu mövzuda heç bir sualımızı cavablandırmayacağını dedi. V.Kamiloğlu “Trend”ə bildirib ki, müğənninin zərbəsindən onun üzü hətta qanayıb. Onun vəkili Tofiq Hacıyev isə deyir ki, jurnalistin döyülməsi faktı ilə bağlı polisdə araşdırma aparılır: “Ekspertiza rəyini hələ əldə etməmişik. Onun üzündə hər hansı zərbə xətası barədə məndə hələlik məlumat yoxdur. Araşdırma aparılır. Əgər jurnalistin döyülmədən çəkdiyi zərər sübut olunarsa, Vasif Məhərrəmliyə CM-in 128, 163, 132-ci maddələri ilə cinayət işi açıla, onu 6 ay müddətinədək həbs gözləyə bilər”.ANS-in “İç xəbər” proqramında V.Məhərrəmlinin V.Kamiloğluna zərbə endirdiyi dəfələrlə nümayiş olunsa da, müğənni jurnalisti döymədiyini bildirib. O, day.az-a deyib ki, əgər jurnalisti döysəydi, o, polisə yox, xəstəxanaya gedərdi.
43,903
04.12.2008 06:01
Ölkə
NEFT ŞİRKƏTİ 20 AİLƏNİ ÇÖLƏ ATMAQ İSTƏYİR
Dünən Sabunçu rayon E.Mehdiyev güçəsi, döngə 5-də yaşayan bir qrup sakin üzləşdikləri problemlə bağlı redaksiyamıza müraciət edib. Şikayətçilər adından danışan Gülnaz Xansuvarovanın sözlərinə görə, noyabrın 21-də Sabunçu rayon Məhkəməsinin hakimi İlqar Hüseynov onlara məxsus evlərin sökülməsi barədə qərar çıxarıb: “Ərazidə 100-dən çox qanunsuz tikili mövcud olsa da, nədənsə Dövlət Neft Şirkəti Neft Kəməri İdarəsi 20 evin sökülməsi barədə məhkəmədə iddia qaldırıb. Biz 1994-97-ci illərdə sözügedən ərazidə məskunlaşmışıq. Hazırda burada müxtəlif sosial təbəqədən olan ailələr yaşayır. Ərazidə torpaq sahəsini bizə makler satıb. Ev tikəndə Neft Kəməri İdarəsinin işçilərinə və sahə müvəkkilinə pul vermişik. Lakin idarə birdən-birə 20 evin qanunsuz tikilməsi barədə məhkəmədə iddia qaldırıb. İddia ərizəsində bildirilir ki, guya evlərimizin yaxınlığından strateji əhmiyyətli neft kəmərləri keçir. Əslində bu borular istismar müddətini çoxdan başa vurub. Bundan əlavə, bizim evlər neft kəmərlərinin mühafizə zonasında tikilməyib. Digər tərəfdən, neft kəmərləri adıçəkilən ünvandakı bütün evlərin yaxınlığından keçir. Ancaq qurum nədənsə 20 evin sökülməsini vacib sayıb”. Sakinlərin bildirdiyinə görə, şirkətin bu cür ayrı-seçkilik salması təsadüfi deyil: “Açığını deyək ki, həmin ünvanda yaşayan imkanlılar tələb olunan məbləği ünvanına vaxtında çatdıra biliblər. Bizim isə buna gücümüz çatmayıb. O səbəbdən 20 ailəni çölə tökmək istəyirlər. Ən dəhşətlisi odur ki, hökumət söküntüyə yaşayış ərazisinin ortasından başlayıb”.Üzləşdikləri problemlə bağlı ölkə başçısına, Milli Məclisə, Mehriban Əliyevaya və ombudsmana müraciət etdiklərini bildirən sakinlər bu günədək cavab almadıqlarını dedilər: “Evlərimizin sökülməsi ilə bağlı bizə bir ay vaxt verilib. Bu müddətdə könüllü olaraq minbir zəhmətlə tikdirdiyimiz mənzilləri sökməliyik. Əks halda, polisin gücü ilə ərazidən köçürüləcəyik. Aidiyyəti qurumlar isə sakinlərə kompensasiya ödəmək niyyətində deyillər”. Şikayətçilər sonda Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini diqqətə çatdırdılar: “Heç kəsə evlərimizi sökməyə imkan verməyəcəyik. Çünki bizim yaşamağa yerimiz yoxdu. Lazım gəlsə, sərt aksiyalara əl atacağıq”.
43,904
04.12.2008 08:02
Ölkə
HƏMKARLAR TƏŞKİLATI YARATDIĞI ÜÇÜN İŞDƏN QOVULDU
“Aksiya keçirib işçilərin maaşını 140 dollardan 295 dollara qədər artırdıq. Tələblərimizə həm də məzuniyyət müddətinin müqaviləyə uyğun bölünməsi və maaşların dollarla yox, manatla verilməsi daxil idi. Amma tələblərimiz qarşılanmadı. Üstəlik, həmkarlar təşkilatının sədri, ardınca da mən işdən çıxarıldıq”- deyə İ.Həsənov bildirdi. Onun sözlərinə görə, şirkətdən maaşının qalan hissəsinin yanvarda veriləcəyini bildiriblər. Amma yeni layihənin müddətinin bitməsini gözləməyiblər. Halbuki şirkət bu layihə çərçivəsində Dövlət Neft Şirkətinə 8 milyon dollar icarə haqqı verir.İ.Həsənov onun iş yerinin şirkət tərəfindən ixtisara salındığını, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirdi: “Bizim təşkilatı dağıdıb yerinə öz əlləri ilə yeni təşkilat qurmaq istəyirlər. Amma mən qanun çərçivəsində hərəkət edib məhkəməyə müraciət edəcəyəm. İşə bərpa olunmasam da bu məsələnin siyasi təxribat olduğunu sübut edəcəyəm. Çıxanda işçilərə də dedim ki, şirkəti qanunlara əməl etməyə məcbur etməyənə qədər bu məsələdən əl çəkməyəcəyəm”.Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov İ.Həsənovun məsələsində vətəndaşların birləşmək azadlığı hüququnun pozulduğu qənaətindədir: “Bizim təşkilatın 2006-2007-ci illərdə apardığı monitorinqin nəticələri podratçı və subpodratçı şirkətlərdə, transmilli korporasiyalarda belə hallara rast gəlindiyini üzə çıxarıb”.S.Məmmədovun sözlərinə görə, birləşmək azadlığı pozulan şəxslər qanun çərçivəsində şirkət üçün məhkəmədən həm inzibati, həm də cinayət xarakterli cəza istəyə bilər: “Bu gün həmkarlar təşkilatı yaratmağa yönəlik ən xırda cəhdlərin qarşısının alındığı müşahidə edilir. Bu təşəbbüsə cəhd edən işçiləri sıxışdırıb hər cür səbəblə işdən çıxarırlar”.“Caspian Shipyard Company LTD” şirkətinin yetkilisi və Həmkarlar İttifaqı Konfederasiyası ilə əlaqə saxlayıb məsələni onlarla da aydınlaşdırmaq istədik. Ancaq suallarımızı cavablandıracaq şəxslər yerində olmadı. Qəzetimizin növbəti saylarında bu qurumların da mövqeyini əks etdirməyə çalışacağıq.
43,905
04.12.2008 07:47
Yazarlar
RUSLAN İMANOV RUSLAN İVANOVA QARŞI
Əslində Fazil bəy soyadını 10 il əvvəldən dəyişdirmişdi, bütün yazılarını, bəyanatlarını Qəzənfəroğlu kimi imzalayırdı. Amma bu ilin yayında o, prezidentliyə namizəd olanda məcbur oldu ki, sənəddə soyadı necə yazılıbsa, seçki bülletenində də eyni cür qeyd etdirsin. Başqa cür mümkün deyildi. İndi budur, F.Qəzənfəroğlunun soyadı artıq Mustafadır. Bəs niyə Mustafabəyli yox? Axı bir çoxları soyaddəyişdirmə prosedurundan keçən zaman sadə soyadlarının sonluğuna “bəy” titulu artıraraq avtomatik aristokratlaşırlar. Məsələn, əvvəllər Qulamhüseyn bəyin və Gültəkin xanımın soyadları müvafiq olaraq Əliyev və Hacıyev idi, ancaq hazırkı sənədlərində onlar Əlibəyli və Hacıbəylidirlər. Bu baxımdan Fazil bəy də asanca Mustafabəyli ola bilərdi. Görünür, BQP başqanında hələ də təvazökarlıq kompleksi var, özünü ağaya, bəyə yamamaq istəmir. Məncə, düzü budur. Gördüyünüz kimi, heç mən də imzamı Sarıbəyli, yaxud Kazımbəyli kimi yazmıram. Bu xüsusda iki yekə suallı məqam var: 1. Nədən çox-çox adi bir şey - kiminsə soyadının sonluğunu dəyişdirməsi siyasi hadisə statusunda qalır? 2. Rusların əsarətindən qurtulmağımızın üstündən 17 il keçməsinə baxmayaraq, niyə hələ də soyadımızın sonluğu “ov”-"yev"dir, yəni ruscadır? Birinci sualın cavabı odur ki, bizdə insanların təxminən 95 faizinin soyadı sovet dövründəki kimidir. Tək-tək adamlar tapılır ki, özlərinin olmasa da, övladlarının soyadını milliləşdirirlər. Ona görə də “ov”-"yev"li çoxluğun içindən kimsə sıradışı soyad qəbul edəndə, bu, gözə çarpır, hadisəyə çevrilir. Əksinə olsaydı, yəni camaatımız ellikcə öz soyadını, dəbdə olan səy ifadə ilə desək, azərbaycanlılaşdırsaydı, onda “ov”-"yev"lər eyni vəziyyətə düşər, lətifəsi heç kəsə dəyməsin, qara qarğaların içində ağ qarğa kimi görünərdilər. Amma nə yazıq ki, hazırda milli soyadlı insanlar o vəziyyətdədirlər. Hətta soyadlarının milli olması onların siyasi mənsubiyyətinə (müsavatçılıq, cəbhəçilik kimi) dair əsaslı şübhələr yaradır. Bəs camaat niyə sovet əyyamının bu mənfur qalığından imtina etmir? Bunun bir neçə səbəbi var. Birincisi, xırda bürokratik əngəllər var, soyad dəyişdirmək istəyən şəxslərdən bəzi sənədlər istəyirlər. Biz isə sənəd düzəltmək işində tənbəl olduğumuzdan tələb olunan sənədi alıb tələb edənə təqdim etməyə ərinirik. Beləcə, özümüz heç, yeni doğulan uşağın adı olur, məsələn, Ruslan İmanov. O, yekəlib idmançı olsa və olimpiadaların birində Rusiyanı təmsil edən Ruslan İvanovla qarşılaşsa, qıraq ölkələrin tamaşaçıları bilməyəcəklər ki, o sarı gədəylə bu qara gədənin ad-soyadı nədən bu qədər oxşardır. Daha bir səbəb odur ki, biz ruslardan ərazi və siyasi baxımdan qopmuşuq, təfəkkürcə çox uzaqlaşmamışıq. Ruspərəstlik qanımıza yeriyib. Bu gedişlə hələ 30 ildən sonra da bu ölkənin rəhbərləri “ov”-"yev" soyadı daşıyacaqlar. Çünki birinci siniflərin dərs cədvəlinə baxırsan, 30 uşağın 27-sinin soyadı rusca bitir.Bir məsələ də var. Fikir vermişəm, soyadının sonluğu rusca olan şəxslər vətənpərvərlik mövzusunda düşən vaxtaşırı mübahisələrdə milli soyad daşıyan adamların gözünü deşir, bayraqqaldırma davası aparır, dünya arenalarında himn çaldırmaqdan bəhs edirlər. Hamı yalan olur, onlar gerçək. Deyən də olmur ki, ey patriot oğlan, sən hələ get soyadını milliləşdir, sonra gələrsən. Bəs çıxış yolu varmı? Məncə, vəziyyətdən kəsə çıxış yolu odur ki, parlament müvafiq qanuna düzəliş qəbul edərək soyadların milliləşdirilməsini sadələşdirsin. Bir də yaxşı olar ki, dövlətin ali rəhbərləri də bu barədə düşünsünlər. Məsələn, İlham Əliyev Əlibəyli, Ramiz Mehdiyev Mehdi, Ziya Məmmədov Məmmədli, Kəmaləddin Heydərov Heydərli soyadı götürsələr, bu, millət üçün parlaq nümunə olar. Tacikistanın rəhbəri İmoməli Rahmonov artıq 3 ildir ki, Rahmondur. Samir SARI
43,906
04.12.2008 07:02
Yaşam
MOSKVADA AZƏRBAYCANLI QADIN 4 UŞAQ DÜNYAYA GƏTİRDİ
“Komsomolskaya Pravda”nın yazdığına görə, düz-əməlli qeydiyyatları olmadığından Səfərovlar doğuş ərəfəsində əməlli-başlı problemlə üzləşiblər. Moskva şəhərindən bir neçə xəstəxanaya müraciət etsələr də, həkimlər Dürdanəni qəbul etməkdən çəkiniblər. “Çünki gələcək ananın nə düz-əməlli sənədi, nə də adi tibbi sığortası olmayıb. Əlacsız qalan ailə Moskva vilayətinin Lyubertsk rayonuna üz tutublar”.Uşaqlar isə özlərini yaxşı hiss edirlər. Onlardan ən kiçiyinin çəkisi 1,6, böyüyünkü isə 2,8 kq-dır.
43,907
04.12.2008 07:09
İqtisadiyyat
ERMƏNİLƏR RUSİYA TELEKANALINDA AĞDAM ÇAXIRINI REKLAM EDİR
“Media forum” saytı “Armtoday.info” saytına istinadla xəbər verir ki, belə vərəqələrə artıq ikinci gündür küçələrdə rast gəlmək mümkündür. “Armtoday.info”nun yazdığına görə, Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağı ətrafında söz-söhbətlərin gəzdiyi bir vaxtda işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı barədə xəbərlərin dolaşması erməni ictimaiyyətini aktivləşdirib. “Yayılan vərəqələr hazırda prezident olan Serj Sərkisyanın müdafiə naziri işləyəndə dediyi ”Ağdam bizim vətənimiz deyil" fikirlərinə etiraz formalarından biridir" - deyə “Armtoday.info” qeyd edir.Bu faktın özü ermənilərin guya Ağdam da daxil olmaqla, Dağlıq Qarabağın ətrafındakı rayonları işğaldan azad edəcəyinə dair məlumatların sadəcə boş söz olduğunu deməyə imkan verir. Xatırladaq ki, hazırda ermənilər Ağdam rayonunda arxeoloji qazıntı işlərini davam etdirirlər. Onların iddiasına görə, bu ərazidə “Tiqranakert” adlı “qədim erməni şəhəri”nin qalıqları “tapılıb”. Yeri gəlmişkən, bugünlərdə Rusiyanın NTV telekanalında “ermənilərə məxsus ”Ağdam" çaxırı reklam olunur. Ermənistan şirkətinin sponsorluğu ilə verilən reklam roliklərində “Ağdam” çaxırı gen-bol tərif olunur, hətta ermənilərin Ağdamı hansı səbəbə görə tutduqlarının “izahı” verilir. Ancaq Azərbaycanın rəsmi qurumları hələ ki Rusiya telekanalının bu tərbiyəsizliyinə reaksiya vermir.
43,908
04.12.2008 07:08
Mədəniyyət
BU GÜN İLHAMƏNİN MƏHKƏMƏSİDİR
“Vəkillər Kollegiyasının sədrinə şikayət ərizəsi yazdım. Oradan mənə bildirildi ki, araşdırma aparılır. Əminəm ki, kollegiya və məhkəmə bu məsələyə obyektiv yanaşacaq. Mən məhkəmə prosesində qarşı tərəfin özünü necə qeyri-etik aparmasına şahid olmaq üçün KİV nümayəndələrini bu məhkəmədə iştirak etməyə çağırıram”.