!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
…balıq sevdası (film, 1979) | Filmdə Hacıqabulda balıqyetişdirmə məntəqəsinin tikilib başa çatdırılmaması tənqid edilir. Film haqqında "Mozalan" Satirik Kinojurnalı № 47, 3-cü süjet Titrlərdə süjetin adı "Balıq sövdası" deyə yazılmışdır. Doğrusu "Balıq sevdası"dır. Filmin heyəti Film üzərində işləyənlər Müəllif : Nemət Rejissor : Elxan Qasımov Operator : Kənan Məmmədov Səs operatoru : Əsəd Əsədov Baş redaktor : Eyvaz Borçalı Mətni oxuyan : Şahmar Ələkbərov (titrlərdə yoxdur) Xarici keçidlər Filmi izlə sayt YouTube | https://az.wikipedia.org/w/index.php?curid=30334 |
‰ | Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar. | https://az.wikipedia.org/w/index.php?curid=533678 |
₤ | Funt simvolu, ₤ — Britaniya funt sterilnqinin £ və ya ₤ şəklində işarəsi. Böyük Britaniyadan başqa o funt milli valyuta olan digər dövlətlərdə də işlənir. | https://az.wikipedia.org/w/index.php?curid=300227 |
€ | Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. Avro bölgəsi Portuqaliya Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. | https://az.wikipedia.org/w/index.php?curid=75883 |
€STR | €STR (avronun qısamüddətli məzənnəsi) — Avro pul bazarında “istinad” faiz dərəcəsi, bu, avrozonadakı təşkilatlardan bir gecədə təşkilatlardan kreditlərin cəlb edilməsi üçün orta çəkili dərəcədir. Yaradılması 2017-ci ildə Avropa Mərkəzi Bankı qısamüddətli avro məzənnəsi adlanan öz overnayt məzənnəsini hesablayacağını açıqladı. €STR LIBOR-a alternativdir. LIBOR və €STR-in xüsusiyyətləri İlkin məlumatlar və hesablama €STR gündəlik pul bazarı statistikasının rəsmi kolleksiyası vasitəsilə Mərkəzi Bankların Avrosistemindən əldə edilən məlumatlara əsaslanır. O, avro zonasında 50 ən böyük bankın təminatsız və təminatlı pul bazarlarında, habelə valyuta və faiz svopları bazarında əməliyyatlar haqqında hesabat verən aktivlər üzrə əməliyyatlarının statistikasına əsaslanır. €STR kredit riski mükafatını ehtiva edən təminatsız dərəcədir. Lakin ənənəvi banklararası faiz dərəcələrindən fərqli olaraq, burada bankların digər maliyyə vasitəçiləri ilə əməliyyatları nəzərə alınır. Bunlara ilk növbədə pensiya fondları, sığortaçılar və aktiv menecerləri daxildir. Bundan əlavə, LIBOR zaman keçdikcə azalan bir qrup bankın könüllü sorğularına əsaslansa da, €STR geniş kontragent seçmələri üzrə məcburi hesabatlara əsaslanır. Nəticədə, €STR EURIBOR və EONIA ilə müqayisədə daha aşağı volatillik nümayiş etdirir və həmçinin bankların bazardakı davranışındakı dəyişikliklərə daha az həssasdır. Qiymətləndirmə administratoru və onun dərci Avropa Mərkəzi Bankı 2017-ci ilin mart ayından etibarən gündəlik ilkin test məlumatlarını (€STR öncəsi deyilən) dərc etməyə başlayıb. Sistemin daxili sınaqları və Eurosistemdə müvafiq prosedurlar başa çatdıqdan sonra rəsmi statistik seriyanın 2019-cu ilin oktyabrından başlayacağı gözlənilir. 2018-ci ildə Avropa Mərkəzi Bankı, Avropa Qiymətli Kağızlar və Bazarlar Təşkilatı, Belçika Maliyyə Xidmətləri və Bazarlar Təşkilatı və Avropa Komissiyası tərəfindən dəstəklənən EUR risksiz işçi qrupu €STR-ni EONIA-nın əvəzi kimi tövsiyə etdi. | https://az.wikipedia.org/w/index.php?curid=751178 |
₼ | Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. İlk buraxılış Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. Yeni nəsil pul nişanları Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik Əsginazlar: 1, 5, 10, 20, 50, 100, 200, 500 manatYeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər. Mədəniyyət mövzusuna həsr olunmuşdur. Əsginas 120×70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir. Mühafizə elementləri Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. Əsginas 127×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir. Mühafizə elementləri Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır. Tarix mövzusuna həsr olunmuşdur. Əsginas 134×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir. Mühafizə elementləri Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. Yenilənmiş — 10 manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub. Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur. Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib. Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Qarabağ mövzusuna həsr olunmuşdur. Əsginas 141×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi — qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir. Mühafizə elementləri Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. Təhsil və gələcək mövzusuna həsr olunmuşdur. Əsginas 148×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur. Mühafizə elementləri Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. Əsginas 155×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir. Mühafizə elementləri Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir. Azərbaycan manatının tədavül tarixi Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır. Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır. Keçmiş manat əskinasları və qəpikləri Mübadilə dərəcəsi Həmçinin bax Qəpik (Azərbaycan) Azərbaycan manatının işarəsi Türkmənistan manatı Xarici keçidlər Azərbaycan Milli Bankı Arxivləşdirilib 2013-06-18 at the Wayback Machine Azərbaycan manatı Arxivləşdirilib 2017-06-21 at the Wayback Machine Dövriyyədən çıxarılmış əskinaslar Prezident Kitabxanası — Azərbaycan pulları. | https://az.wikipedia.org/w/index.php?curid=554016 |
₿ | Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir. Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir. Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar. Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur. Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır. Əsl adı tam olaraq məlum deyil. Bitcoin-in ən çox istehsal oluna biləcək sayı əvvəlcədən tərtib olunmuş və 21 milyon ədədlə məhdudlaşdırılmışdır. İlk Bitcoin transferi Satoshi Nakamota tərəfindən köməkçisi Hal Finneyə köçürmə etməsi baş vermişdir. İlk alış-veriş 22 may 2010-cu ildə 10.000 Bitcoin müqabilində pizza almaqla gerçəkləşmişdir.22 iyul 2013-cü ildə dövriyyədəki Bitcoin-lərin ümumi dəyəri 1.2 milyard dollar olmuşdur. Bu rəqəm 26 iyul 2020-ci ildə 182.967.290-a çatmışdır. Hal-hazırda istehsal olunmuş Bitcoin sayı 18.443.043-ə çatmışdır. Bu rəqəmin son saya — 21 milyona çatmağının mütəxəssislər tərəfindən qarşıdakı 80 il ərzində olması təxmin edilir.[mənbə göstərin] İş prinsipi Bitcoin yalnız təkrarlanan paylanmış blockchain verilənlər bazasında qeydlər şəklində mövcuddur ki, bütün əməliyyatlar ictimai, açıq (şifrələnməmiş) formada saxlanılır, göndəricilərin — alıcıların bitcoin ünvanlarını göstərir lakin bu ünvanların həqiqi sahibi haqqında məlumat yoxdur. Bazada hər hansı bir sahibdən bitcoinin cari miqdarı barədə ayrıca qeyd yoxdur. Yalnız əməliyyat zəncirləri əsasında müəyyən bir bitcoin ünvanı ilə əlaqəli bitcoinlərin cari sayı aydın olur. Yəni, 1 bitcoin ünvana gəldiyini, başqa bir əməliyyatla 2 bitcoinin eyni ünvana gəldiyini, üçüncü əməliyyatın bu ünvandan 1 bitcoin göndərdiyini görə bilərsiniz. Lakin verilənlər bazası hazırda bu ünvana neçə bitcoin verildiyi barədə ayrıca qeyd etmir — sadəcə istənilən vaxt asanlıqla hesablamaq imkanı verilir. Bu cür hesablamalar avtomatik olaraq müştəri proqramları tərəfindən aparılır, istifadəçi məlumatların parçalanmasını hiss edə bilməz. Bitcoin və başqa kriptovalyutalar "mədənçilik" kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyazi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir. İqtisadiyyat Ponzi sistemi narahatlığı Jurnalistlər, iqtisadiyyatçılar və Estoniya Mərkəzi Bankı Bitcoin-in ponzi sistemi olduğuna inandıqlarını demişdirlər. Çikaqo Universitetinin hüquq professoru Erik Posner 2013-cü ildə "Əsl ponzi sistemi saxtakarlıqdır. Bitcoin isə tam əksinə kollektiv aldatmaya oxşayır." demişdir. 2014-cü ildə Dünya Bankı və İsveçrə Federal şurası qeydlər hazırlayaraq Bitcoin-in ponzi sisteminə əsaslanmadığı nəticəsinə gəldilər. Qiymət təxminləri Maliyyə jurnalistləri, iqtisadiyyatçılar, analizçilər və investorlar Bitcoin-in qarşıdakı illərdəki qiymətini təxmin edirlər. İqtisadiyyatçı Con Quiqqin 2013-cü ilin aprelində "Bitcoin ən sonda pik nöqtəyə çatacaq. Amma bunun vaxtını demək mümkün deyil." demişdir.[mənbə göstərin] Buna oxşar digər bir təxmin 2014-cü ildə iqtisadiyyatçı Kevin Daud tərəfindən edilmişdir.Maliyyə professoru Mark Uilyam 2013-cü ilin dekabrında Bitcoin-in 2014-cü ildə 10$-dan aşağı düşəcəyini təxmin etdi. Amma 2014-cü ildə ən aşağı qiymət aprel ayında 344$, iyul ayında isə 609$ oldu. Uilyam 2014-cü ilin dekabrında Bitcoin haqda "Uğurlu olmağı çox aşağı ehtimaldır. Əgər uğurlu olsa, çox böyük olacaq." dedi.Nyu-York Universitetində maliyyə professoru olan David Yermak 2014-cü ilin noyabrında Bitcoin—in 2015-ci ilin noyabr ayında qiymətsiz olacağını dedi. Amma həmin ildə (2014-cü ildə) Bitcoin-in ən aşağı qiyməti yanvar ayında 176.7$, noyabr ayında isə 309.9$ oldu.[mənbə göstərin]2013-cü ilin mayında Bank of America FX və qiymət strateqi David Vu Bitcoin-in bir ədədinin maksimum 1.300$ olacağını təxmin etdilər. Bitcoin investoru Kameron Uinklevoss isə 2013-cü ilin dekbarında Bitcoin-in qiymətinin 40.000$ ola biləcəyini demişdir. Qurtardı şayələri Bitcoin-in qurtarması haqda bir çox xəbər mövcuddur. 2015-ci ilin əvvəlində bir jurnalist Bitcoin-in qurtarmasına aid 29 xəbər hazırlamışdır.Forbes jurnalı 2011-ci ilin iyununda, Gizmodo jurnalı isə həmin ilin avqustunda Bitcoin-in qurtardığını demişdir. Wired jurnalı isə bu haqda xəbəri 2012-ci ilin dekabrında nəşr etmişdir. Ouishare jurnalı 2013 mayda, New York Magazine 2013 iyunda, Reuters 2014 yanvarda, Street Insider 2014 fevralda, The Weekly Standart, Salon və Vice News 2014 martda, Financial Times 2014 sentyabrda və USA Today isə 2015-ci ilin yanvar ayında Bitcoin-in qurtadığı haqda şayə xəbərlər nəşr etmişlərdir. Həmçinin keçmiş Bitcoin tərtibatçısı Mayk Hörn 2016-cı ilin yanvar ayında Bitcoin haqda "uğursuz layihə" ifadəsini istifadə etmişdir.Piter Qrinhill bu xəbərlərə qarşı "Bitcoin-in qurtarması şayələri çox şişirdildi." demişdir. Bəzi iqtisadiyyatçılar Bitcoin-ə müsbət baxsalar da, bəziləri şübhə ilə baxırlar. Chicago Fed-in iqtisadiyyatçısı François Velde Bitcoin-i "rəqəmsal pul yaratmağın incə üsulu" olaraq adlandırmışdır. Digər bir iqtisadiyyatçı Con Quiqqin isə Bitcoin-ə "effektiv bazar hipnozunun son qarşılığı" olaraq rəy bildirdi.[mənbə göstərin]Louis federal bankının müavini David Andolfatto Bitcoin-nin təşkilat üçün təhlükə oduğunu demişdir.PayPal-ın müdürü David Markus Bitcoin-i "əmanətləri saxlamaq üçün mükəmməl yer" olaraq adlandırır. Amma qiymətinin davamlı olaraq artıb-azalması bitənə qədər pul vahidi olmayacağını da deyir. Bill Geyts Bloomberg LP-ə verdiyi müsahibədə "Bitcoin həyəcan vericidir. Çünkü nə qədər ucuz ola biləcəyini göstərir." demişdir.Braziliya, Men adası, Cersi, Birləşmiş Krallıq və ABŞ kimi ölkələrin vəzifəli şəxsləri Bitcoin-in maliyyə xidmətləri verdiyini anladılar. Bitcoin doğru formada istifadə olunduqda fırıldaqçılığın qarşısını almaq və alış-verişi asanlaşdırmaq üçün siyasətçilərin və vəzifəlilərin də maraq dairəsi olur. Alış-verişdə istifadə 2015-ci ildə Bitcoin ilə ödəniş qəbul edən KOM-ların (kiçik və orta müəssisələr) sayı 100 mini keçmişdir. 2014-cü ildən bəri isə bəzi şirkətlər belə Bitcoin ilə ödəniş qəbul edir: Bunlardan başqa həmçinin Starbucks, Tesla, Amazon, Visa, PayPal, AirBaltic, Koka-Kola, LOT Polish Airlines, Lush və digər bir çox şirkət və saytlar da, Bitcoin ilə ödəniş qəbul edirlər. Qeyri-kommersiya təşkilatların rəyləri Bitcoin The Electronic Frontier Foundation,[mənbə göstərin] Qrinpis, Mozilla Fondu, Vikimedia Fondu və Free Software Foundation tərəfindən qəbul edilmişdir. 2013-cü ilin sonunda Nikosiya Universiteti Bitcoin ilə ödəniş qəbul edən ilk universitet oldu. Ödəniş təminatçıları Bitcoin-i qəbul edən Dish Network kimi müəssisələr BitPay və Coinbase kimi ödəniş təminatçılarından istifadə edirlər. Müştəri Bitcoin ilə ödəniş etdikdə ödəniş təminatçısı ödənişi müəssisənin adından qəbul edir və məbləği satıcının bank hesabına göndərir. Bu xidmət üçün isə məbləğin 1%-dən az komissiya tutur. Pərakəndə istifadə Hon-Konqda yerləşən bir texnologiya şirkətinin müdürü Tim Suansona görə 2014-cü ildə Bitcoin ilə edilən gündəlik pərakəndə alış təxminən 2.3 milyon dollardır. Tim Suansonun digər təxmininə görə isə, 2015-ci il ferval ayında gündəlik pərakəndə alış-verişdə istifadə olunan Bitcoin-in 5.000-dən az olduğunu demişdir. 2014-cü ildə isə Bitcoin-in pərakəndə alışının çoxalması ehtimalının çox az olduğunu demişdir.[mənbə göstərin] Ümumi istifadə Kembric Universitetinin 2017-ci ildə etdiyi araşdırmada məlum olmuşdur ki, 2,9 milyon — 8 milyon aralığında istifadəçinin kriptovalyuta pul qabısı vardır.[mənbə göstərin] Ən çox istifadə olunan kriptovalyuta isə Bitcoin-dir.[mənbə göstərin] İnvestisiya Bitcoin bu gün çox güclüdür və güclü potensiala malikdir, ona görə də onun dəyərinin bəzi proqnozları sadəcə olaraq astronomikdir - 100 000 dollardan 1 milyon dollara qədər. Bəzi ekspertlərin fikirləri belə görünür: İnvestor və Keizer Report analitika proqramının aparıcısı Maks Keizer, Bitcoin-dən qısa müddətdə 100.000 dollar, uzunmüddətli perspektivdə isə 400.000 dollar gəlir gözləyir. Maraqlıdır ki, Keizer aktivin cəmi 1 dollar dəyərində olduğu vaxt 100 min dollardan danışmışdı. Beləliklə, bu, ən qızğın bitcoin evangelistlərindən biridir. Zəngin ata Kasıb ata kitabının bestseller müəllifi Robert Kiyosaki izləyicilərinə qızıl və bitkoin almağı tövsiyə edir. Onun fikrincə, yaxın üç il ərzində BTC 75 min dollara çatacaq. Bitcoin-in arxasında duran adam və Blockstream-in CEO-su Adam Back yaxın bir neçə il ərzində sikkənin 300.000 dollara yüksələcəyini gözləyir. Eyni zamanda, onun fikrincə, bu, hətta institusional qəbulun artırılmasını tələb etmir. Özəl investorlar və sadə insanlar da kapitalı saxlamaq və onu inflyasiyadan xilas etmək variantları haqqında getdikcə daha çox düşünürlər. Sahibkarlıq Piter Tiel kimi sahibkarlar Bitcoin-i almaq əvəzinə, onun infrastrukturunu müəssisələrə, birjalara, elektron pul qabı xidmətlərinə və başqa ödəniş təminatçılarına satırlar. Bitcoin investorları həmçinin mədənçiliyə də investisiya edirlər. 2015-ci ildə Paolo Taskanın apardığı araşdırmadan məlum olmuşdur ki, Bitcoin şirkətləri üç il ərzində təxmini 1 milyard dollar qazanmışdırlar. Siyasi təsir Hüquqi status Cinayətkarlar tərəfindən Bitcoin-dən istifadə maliyyə tənzimləyicilərinin, qanunverici orqanların, hüquq-mühafizə orqanlarının və medianın diqqətini cəlb etmişdir. FTB bu məsələ ilə bağlı təhqiqat hesabatı hazırlayıb. SEC isə rəqəmsal pullara edilən investisiyalar haqqında xəbərdarlıq hazırlayıb.Bir çox xəbərlərdə Bitcoin-in məşhur olmasının səbəbi olaraq cinayət işlərində istifadə edilə bilməsi bildirilmişdir. 2014-cü ildə Kentukki Universitetinin tədqiqatçıları kompüter mühəndislərinin və qanunsuz işlərlə məşğul olanların Bitcoin-ə maraqlarının olmasını və siyasi və investisiya baxımından məhdud dəstək olduğunu dedilər. Zərərli proqramlar Zərərli proqramlar vasitəsilə oğurluq Şantaj virusu İcazəsis mədənçilik Kirli pul təmizləmə Ponzi sistemi Bitcoin istifadə edən bir şirkət investorlarına həftəlik 7% qazanc təklif etmişdir. 2013-cü ilin iyul ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası həmin şirkəti və təsisçisini eyni ildə "investorları aldadan ponzi sistemi" adı altında günahlandırdı. 2014-cü ilin sentyabr ayında məhkəmə tərəfindən şirkətə 40 milyon dollar pul cəzası verildi. Təhlükəsizlik Bitcoin-dən ödəniş sistemi kimi istifadə edildiyinə görə, bitcoin şəbəkəsinə real və ya nəzəri hücumlar düşünülmüşdür. Bitcoin protokolu icazəsiz xərcləmələrdən, ikiqat xərcləmədən, təkrar hücumlardan və blokçeyn saxtakarlığı kimi bəzi hücumlardan qoruyan bir neçə funksiyanı özündə ehtiva edir. Ödəniş sistemi 3D Secure tərəfindən qorunur. İcazəsiz xərcləmə Bitcoin-in açıq-qapalı şifrələmə istifadə etməsi icazəsiz xərcləmələri azaldır. Məsələn, Nuray Eminə bir Bitcoin göndərəndə Emin Bitcoin-in yeni sahibi olur. Bu əməliyyatı müşahidə edən Sevinc Eminin yeni sahib olduğu Bitcoin-i xərcləmək istəyə bilər. Amma Eminin özünəməxsus açarının məlumatı olmadan bunu etmək mümkün deyil. İkiqat xərcləmə İnternet ödəniş sisteminin həll etməli olduğu əsas problemlərdən biri ikiqat xərcləmədir. Bu halda hanısa bir istifadəçi eyni pulu iki və ya daha çox müxtəlif alıcıya ödəyə bilər. Məsələn, Nuray bir Bitcoin-i Eminə sonra isə, həmin Bitcoin-i Sevincə göndərə bilər. Bundan fərqli olaraq, Bitcoin şəbəkəsi bütün köçürmələri bütün istifadəçilərin görə biləcəyi blokçeyndə qeyd edir və beləcə bütün köçürmələri qeyd edərək daha əvvəl xərclənmiş Bitcoin-lərin ikinci dəfə xərclənməsinin qarşısını alır.[mənbə göstərin] Yarış hücumu Tarix dəyişikliyi Müştəri gizliliyini ləğv etmə Blokçeyndəki datalar Blokçeyndə hər hanısısa rəqəmsal faylları saxlamaq olur. Amma əməliyyatların həcmi artdıqca qiymət də ona uyğun olaraq artır.Bitcoin kodlarına uşaq porno keçidləri, Ben Bernankenin şəkilləri və digər fayllar da əlavə olunmuşdur. Əyləncə sənayesi "The Rise and Rise of Bitcoin" (2014) Bitcoin istifadə edən kompüter mühəndisləri və narkotik satıcıları kimi insanlara edilən müsahiblərdən ibarət sənədli filmdir. 2016-cı ildə isə Bitcoin haqda digər sənədli film "Banking on Bitcoin" yayımlanmışdır. Bitcoin haqda bir çox mahnı yayımlanmışdır.2018-ci ildə Kasotsuka Shojo – Virtual Currency Girls adlı Yapon qrupu fəaliyyətə başladı. Səkkiz üzvün hər biri Bitcoin, Ethereum və Cardano da daxil olmaqla kriptovalyutaları təmsil edirdilər. Həmçinin bax Kriptovalyuta Kriptovalyutaların siyahısı Satoşi Nakamoto Xarici keçidlər bitcoin.org — Bitcoin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=533118 |
№5, 1948. | №5, 1948. əsəri 1948-cı ildə abstrakt ekspressionizm hərəkatına öz töhfələrini vermiş amerikalı rəssam Cekson Pollok tərəfindən çəkilmiş | https://az.wikipedia.org/w/index.php?curid=473636 |
∀ | Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol. Müasir istifadə ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir. ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır. Tarixi istifadə Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur. Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir. 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir. Populyar mədəniyyətdə 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır. Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=811880 |
Ɐ | Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol. Müasir istifadə ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir. ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır. Tarixi istifadə Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur. Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir. 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir. Populyar mədəniyyətdə 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır. Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=811856 |
¥ | Yen,(円) Yaponiyanın pul vahidi, dünyanın əsas valyuta ehtiyatlarından biri. Yenin simvolu ¥ hərfi qəbul olunmuşdur. Qızl və gümüş pul kimi 1869–1871-ci illərdə buraxılmışdır. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. | https://az.wikipedia.org/w/index.php?curid=11025 |