!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əzizbəyov (Göygöl) | Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır. | https://az.wikipedia.org/w/index.php?curid=17958 |
Əzizbəyov (kənd, Göygöl) | Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır. | https://az.wikipedia.org/w/index.php?curid=763482 |
Əzizbəyov (qəsəbə, Göygöl) | Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır. | https://az.wikipedia.org/w/index.php?curid=763483 |
Əzizbəyov bələdiyyəsi | Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=626965 |
Əzizbəyov rayonu | Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 11 may 2010-cu il tarixli, 1009-IIIQ saylı Qərarı ilə rayon Xəzər rayonu adlandırılmışdır. Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921–1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən "Qala-Maştağa inzibati rayonu" nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S. Artyom (F. S. Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə "M. Əzizbəyov adına rayon" inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək "Xəzər" adlandırlmışdır. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən (Pirallahı, Çilov və Neft Daşları) ilə yanaşı Gürgən qəsəbə inzibati ərazi dairəsi də Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Hazırda 8 yaşayış məntəqəsini (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan) özündə birləşdirən Xəzər rayonunun ərazisi 336,86 km²., əhalisinin sayı isə 167100 nəfərdir. Rayonda Milli Aviasiya Akademiyası, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dendrologiya İnstitutu, 29 tam, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəbi, 23 uşaq bağçası, 3 özəl bağça, 2 uşaq sağlamlıq düşərgəsi, "Cırtdan" və Ç. Mustafayev adına düşərgələr, 1 Mədəniyyət sarayı, 8 mədəniyyət evi, 1 klub, 7 ktabxana, 1 Gənclər Evi, 22 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 25 sənaye müəssisəsi, 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Maliyyə Nazirliyi, Dövlət Xəzinadarlıq Agentliyinin 3 saylı Xəzinədarlıq İdarəsi, "Bakı Telefon Rabitəsi" MMC-nin 5 Saylı Rabitə Xidmətləri Mərkəzi, "Azərpoçt" MMC-nin 4 saylı poçt filialı, "Azərsu" ASC-nin Xəzər rayon Su-Kanal Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 saylı DOST mərkəzi, 2 Saylı Ərazi Məşğulluq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xəzər rayonu üzrə "KOB Dostu", Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti, "Azərişıq" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsi, "Bakı Şəhər İşığı" elektrik şəbəkə müəssisəsi Xəzər texniki istismar rayonu, Dövlət Sığorta Kommersiya Şirkətinin Xəzər rayon filialı, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi, və s. mövcuddur. Bundan əlavə rayon ərazisində 18851 məcburi köçkün, 105 şəhid ailəsi, 171 Qarabağ müharibəsi əlili, 5 "20 Yanvar" şəhid ailəsi, 14 "20 Yanvar" əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman vardır. Coğrafi mövqeyi Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonu Sabunçu, Suraxanı və Pirallahı rayonları ilə həmsərhəddir. İqtisadiyyat Xəzər rayonu Bakı şəhərinin rayonları arasında iqtisadi potensialına, çoxşaxəli iqtisadiyyatına və bir sıra sosial-iqtisadi göstəricilərinə görə seçilir. Burada 1-neft-qazçıxarma idarəsi, 25-ə yaxın iri sənaye müəssisəsi və 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi vardır. Bunlardan "İqlim" Elmi İstehsalat Müəssisəsi, Qala maşınqayırma zavodu, "Göknur" Kabel zavodu, "NB Group" boya zavodu, Şimal DRES, Şüvəlan Şirniyyat Fabriki və digər istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun sosial-iqtisadi həyatında, eləcə də əhalinin məşğulluğu baxımından öncül yeri neft-qaz hasilatı, energetika sahəsi üzrə ixtisaslaşmış müəssisələr və müasir istixana kompleksləri mühüm yer tutur. Dünya standartlarına cavab verən Heydər Əliyev adına Bakı Hava Limanı Xəzər rayonu ərazisində yerləşməsini rayon üçün strateji üstünlüklərdən biri kimi qəbul edilir. Rayon ərazisində 11 bank filialı, 7 mənzil istismar sahəsi, 13 poçt şöbəsi fəaliyyət göstərir. Xəzər rayonunda 3 ali məktəb , 29 tam, 1 ümumi orta məktəb, 3 gimnaziya, 1 Lisey ,6 internat məktəbi, 2 peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 23 dövlət, 2 özəl bağça fəaliyyət göstərir. Rayonda 1 Mədəniyyət Sarayı, 8 mədəniyyət evi və 1 klub, 3 musiqi məktəbi, 7 kitabxana, 4 muzey, (Qala Dövlət Tarixi Etnoqrafiya Arxitektura Muzeyi və S. Yeseninin muzeyi, Murtuza Muxtarovun ev Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev Muzeyi), əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müasir tələblərə cavab verən 16 istirahət parkı və 6 xatirə parkı mövcuddur. Rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 3 uşaq və yeniyetmələr üçün vərəm əleyhinə sanatoriya, 2 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Xəzər rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Qanunvericiliyini, eyni zamanda Gənclər və İdman siyasəti üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq, müxtəlif tədbirlər planı hazırlayır və onları həyata keçir. Xəzər rayonunda Gənclər və İdman İdarəsinin təşkil etdiyi idman tədbirlərinin keçirilməsi üçün rayonda müasir tələblərə cavab verən idman kompleksləri yaradılmışdır. Belə ki, rayonda 1 Olimpiya kompleksi, 7 böyük stadion, 4 məhəllələrarası stadion, 25 Ali və orta məktəblərin ərazisində olan stadion, 10 idman klubu, 371 idman bölməsi, 1 "Atçılıq" klubu (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 4 üzgüçülük hovuzu, 1 Ağır Atletika Akademiyası, 2 idman zalı (Binə və Buzovna qəsəbəsində), 1 Tədris İdman Bazası (Buzovna qəsəbəsi), 1 idman kompleksi (Zirə qəsəbəsində) fəaliyyət göstərir. Azərbaycanın turizm üzrə ixtisaslaşmış rayonları ilə yanaşı son illərdə rayonumuzda da turizm sahəsinin inkişafı üçün əməli addımlar atılmışdır. Tikilən hotellər, restoranlar, yolların müasir standarlara uyğun qurulması, infrastrukturun yaxşılaşdırılması, xidmət vərdişlərinə yiyələnmək, qədim tarixi abidələr, ən əsası təbiətin möhtəşəmliyi insanların Xəzər rayonuna gəlməsinə imkan yaradır. Rayonun Qala qəsəbəsində "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi", Zirə qəsəbəsində "Zirə Mədəniyyət Mərkəzi və Eko-Park" , Mərdəkan qəsəbəsində "Dalga Beach Aquapark Resort", "Xəzər Golden" Beach, "Your Şanı" Hotel and Villas, "Karvan" , "Çahargah" , "Maqnium a-Dellmar", Buzovna qəsəbəsində "Retro" , Xəzər İnci" kimi otellər və istirahət mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə rayonda "Qaranquş" (uroloji), "Abşeron" (qastroenteroloji) və "Günəşli" (nevroloji) kimi məşhur sanatoriyalar da mövcuddur. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Salahov Elşən Rövşən oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Rayonun millət vəkilləri Rauf Asif oğlu Əliyev Məmmədov Soltan Teymur oğlu Ümumi məlumat Xarici keçidlər Arxivləşdirilib 2009-01-19 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=113556 |
Əzizbəyov rayonu (Ermənistan) | Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Coğrafi mövqeyi Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi və Səfolar yaylası Soylan rayonu ərazisində yerləşir. Quyudağ (h.2593 m), Ağxaç aşırımı, Keçid su anbarı da bu rayondadır. Məşhur Arpa-Göyçə su kanalı məhz Arpaçay üzərindəki Keçid su anbarından başlanır. Dərələyəz silsiləsi Arpaçayı ilə Naxçıvan çayı arasında uzanıb, Şərqdə Zəngəzur silsiləsinə qovuşur. Uzunluğu 70 km olan bu dağ silsiləsinin ən hündür zirvəsi Kükü dağıdır (h 3120 m). Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Həmçinin bax Dərələyəz mahalı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası | https://az.wikipedia.org/w/index.php?curid=397621 |
Əzizbəyov rayonu (dəqiqləşdirmə) | Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Xəzər rayonunun 1966-cı ildən 11 may 2012-ci ilədək istifadə olunmuş rəsmi adı. Əzizbəyov rayonu — Ermənistan SSR-in inzibati bölgüsünə daxil olan Vayk rayonunun 12 oktyabr 1956-cı ildən 1991-ci ilədək istifadənolunmuş rəsmi adı. Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Qaradağ rayonunun 1963-cü ildən 1966-cı ilədək istifadə olunmuş rəsmi adı. Həmçinin bax Məşədi Əzizbəyov | https://az.wikipedia.org/w/index.php?curid=741883 |
Əzizbəyovun villası | Əzizbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Əzizbəyova məxsus olmuş villa. Memarlıq xüsusiyyətləri Planlaşdırılması Planın xaçşəkilli sxemi Əzizbəyovun villasında uğurla istifadə olunmuşdur. Memarlıq üslublu darvazadan sonra birbaşa villanın binasında bitən mərkəzi xiyaban başlayır. Əsas xətti kompozisiyanı planlaşdırmanın əsas xətlərindən biri kəsir. Onların kəsişməsində fəvvarəli hovuz yerləşir. Bu hissə sanki ön səhnədir, hansının ki, arxasında xiyabanın sonunda yaşıl örtüklə əhatələnmiş ikimərtəbəli binanın verandası yerləşir. Mərkəzi xiyabanın sərv və şam ağaclarından ibarət perspektivi verandadaki sarayın mövqeyini ehtiva edirdi. Sarayın ikimərtəbəli binası yerləşən veranda çəkilmiş detallarla və hovuzla birlikdə effektiv platforma təsvirini verir. Həmçinin bax Hacı Zeynalabdin Tağıyevin villası | https://az.wikipedia.org/w/index.php?curid=380256 |
Əzizim! Bura Hindistandır | Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi. | https://az.wikipedia.org/w/index.php?curid=291810 |
Əzizim! Bura Hindistandır (film, 1995) | Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi. | https://az.wikipedia.org/w/index.php?curid=829973 |
Əzizim Fellini (film, 2010) | Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir. İmtahandan da kəsilən Rasim Leylanın oğlunu uşaq evindən götürərək kəndə qayıdır. Filmdə müəyyən aralıqlarla gənc bir rejissorun (Amid Qasımov) televiziyada öz çəkdiyi film barədə müsahibəsi göstərilir və yalnız filmin sonundakı sözlərindən onun Rasimin oğlu olduğu anlaşılır. Filmin heyəti Film aktrisa Tunay Əliyevanın kinoda ilk işidir. Film üzərində işləyənlər Ssenari müəllifi və quruluşçu rejissor — Cavid Təvəkkül Quruluşçu operator — Emin Rəhimov Quruluşçu rəssam — Rövşən Mehdiyev Bəstəkar — Firudin Allahverdi Montaj rejissoru — Elşad Rasimoğlu Rejissor — Asif Rəhimov İcraçı prodüser — Kamil Muradov Baş rollarda Rasim Cəfərov — Rasim Tunay Əliyeva — Leyla Abbas Qəhrəmanov — Camal Elnur Kərimov — Rasimin dostu (filmdə adı çəkilmir) Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçidlər Filmin saundtreki | https://az.wikipedia.org/w/index.php?curid=143742 |
Əziziyə qəzası | Əziziyə qəzası (ərəb. قضاء العزيزية) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əziziyə şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.467 km² ərazini əhatə edir. İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Əziziyə nahiyyəsi (ərəbcə: ناحية العزيزية), Hafriya nahiyyəsi (ərəbcə: ناحية الحفرية) və Dəbuni nahiyyəsi (ərəbcə: ناحية الدبوني) 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 112.900 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Əziziyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 12.36%-ni təşkil edirdi. Etnik tərkibi Qəza əhalisi əsasən ərəb olsa da burada həm də etnik türkmanlar da məskunlaşıb. Türkmanlar qəzanın inzibati mərkəzi Əziziyə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur. | https://az.wikipedia.org/w/index.php?curid=353044 |
Əzizkənd (Marneuli) | Əzizkənd (keçmişdə İvanbəyli, İvanlı, Dəvədamı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Gürcüstan Dövlət Statistika Komitəsinin 2002-ci ilə məlumatına əsasən, kəndin əhalisi 2170 nəfər təşkil edir və 100% azərbaycanlılardan ibarətdir. Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine Borçalı haqqında məlumatlar Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=323052 |
Əzizkənd (Vedibasar) | Əzizkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 22–24 km şimal-şərqdə, Kosum çayının yanında, Küsüz kəndinin yaxınlığında yerləşirdi. Əzizkənd — İrəvan xanlığının Vedibasar mahalında kənd adı. 1949-cu ildə əhali Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=443256 |
Əzizkəndi (Həştrud) | Əzizkəndi (fars. عزيزكندي) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (67 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=688153 |
Əzizkəndi (Puldəşt) | Əzizkəndi (fars. عزيزكندي) və ya Qəzənfərabad — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (31 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=573476 |
Əzizli | Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=473402 |
Əzizli (Germi) | Əzizli (fars. عزيزلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=473374 |
Əzizli (Göyçə) | Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Mədəniyyəti Kənddə: uşaq bağçası, klub, kitabxana, orta məktəb, tibb məntəqəsi, ticarət obyektləri və rabitə xidməti mövcud idi. 1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilədi. 1937-ci ilə qədər ibtidai(I–IV), 1960-cı ilə qədər natamam orta(VIII), 1988-ci ilin dekabrına qədər isə orta (X) məktəb olmuşdur. Coğrafiyası və iqlimi Kənd Kiçik Qafqazda Göyçə silsiləsinin qərbində Qumlu (Çalmalı) dağının ətəyində yerləşir. İqlimi, qışı soyuq, yayı mülayim. 1905–1907-ci illərdəki 1-ci qaçqınlıq zamanı kənd əhalisi ermənilərə kəskin müqavimət göstərərək geri çəkilməmişdir. Beləliklə, 1905–1907-ci illərdə ermənilərin kənd əhalisini köçürmək cəhdləri heçbir fayda verməmişdir. Kəndin təxminən 100 evi, 500–600 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki 2-ci qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən,Tovuz,Gədəbəy,Kəlbəcər,Şəmkir,Gəncə və başqa yerlərdə məskunlaşmışdır. Əhali 1921-ci ilin yazında yenidən kəndin igid oğlu Attımustafalılar tayfasından olan Kərbəlayı Çobanın yaratdığı mahalın igid oğlanlarından ibarət olan 15 nəfərlik dəstənin köməyi ilə geri qayıtmışdır. Bu dövrdə isə kəndin təxminən 120 evi 700–800 nəfərə yaxın əhalisi olmuşdur. Kərbəlayı Çoban və onun yaratdığı dəstə nəinki Qaraqoyunlu kəndini, eləcə də mahalda çıxarılan əksər kəndlərin əhalisini də doğma yurdlarına qaytardı. Onun igidliyindən,eləcə də Sovet hakimiyyətinin gəlişindən qorxan erməni daşnaqları məcbur qalaraq barışıq elan etdilər. Beləliklə Göyçə mahalı yenidən bərpa olundu. 1948–1953-cü illərdəki 3-cü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılmışdır. Kənd əhalisi Tərtər,Kəlbəcər, və başqa yerlərdə məskunlaşmışdır. Əhali tab gətirə bilmədikləri üçün 1953-cü ilə qədər doğma kəndinə qayıtmış, bir hissəsi isə həmin yerlərdə qalmışdır. Kəndin 120–130 evi, 600–650 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki 4-cü qaçqınlıq zamanı, kənddə 370 ev, 2000 nəfər əhali olmuşdur. Tanınmışları Salman Vilayətoğlu — publisist, jurnalist, psixoanalitik. Üzeyir Novruzov — tanınmış sirk ustası Aşıq Əsəd — yaradıcı aşıq Dədə Ələsgərin 12 şəyirdindən biri. Aşıq Məhəmməd Rzayev — ustad aşıq Aşıq Cahad — ustad aşıq Qarabağ müharibəsi şəhidləri Həsənov Qafqaz Əli oğlu (itkin) Qurbanov Şahin Bayram oğlu (itkin) Rəhimov Rəhim Eynulla oğlu — leytenant (itkin) Çobanov Nuru Şuru oğlu — kapitan (şəhid) Xanlarov Elizbar Firudin oğlu (şəhid Xanlarov Elimdar Nuriddin oğlu (şəhid) Nəcəfov Novruz Əlasdan oğlu (şəhid) Qurbanov Qurban Əvəz oğlu (şəhid) Qəhrəmanov Məzahir Yusif oğlu (şəhid) İmanov Daşdəmir Teyyub oğlu (şəhid) Həmidov Elşad Qoşqar oğlu (şəhid) Hüseynov Novruz İsmayıl oglu (şəhid) Kərimov Seyfəddin Nəvai oğlu (şəhid) igidliyə görə medalı ilə təltif edilib İqtisadiyyatı Əkinçilik (taxılçılıq,tütünçülük) və heyvandalıq. İntiqam Məhərrəmov "Vətən həsrəti ilə döyünən ürək" Xatirə-oçerk. *E.L* Nəşriyyat və Poliqrafiya Şirkəti MMC,Bakı 2011 | https://az.wikipedia.org/w/index.php?curid=259514 |
Əzizli (Hurand) | Əzizli (fars. عزيزلو) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (29 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=477581 |
Əzizli (Xaçmaz) | Əzizli (əvvəlki adı: Aronovka) — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aronovka kəndi Əzizli kəndi adlandırılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=110272 |
Əzizov | Əzizov — Azərbaycanda daha çox işlədilən soyad. Elçin Əzizov — azərbaycanlı bariton opera müşənnisi. Azərbaycanın əməkdar artisti, Eldar Əzizov — Bakı şəhəri İcra hakimiyyətinin başçısı Əziz Əzizov — Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Akif Əzizov — kimya elmləri doktoru Habil Əzizov — 20 yanvar şəhidi. Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən. Əzizağa Əzizov — aktyor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=378297 |
Əzizulla xan Zərğami | Əzizulla xan Hüseynpaşa xan oğlu Zərğami (fars. عزیزالله ضرغامی; 1884 – 1979, Tehran) — Rza şahın diqqətini cəlb edən əmirlərdən və o dövrdə bir müddət ordu başçısı. Gənclikdə İran Kazak diviziyasının məktəbinə girib və zabit dərəcəsini aldı.Kapitanlıq dərəcəsinə qədər Kazakxanədə məşğul idi. Daha sonra jandarma teşkilatına köçürülmüşdür və bir neçə jandarma teşkilatının o cümlədən Qəzvin, Zəncan və Sultanabad jandarma teşkilatlarının başçısı idi.Uniformalı ordunun təsisindən sonra oraya köçürüldü və polkovnik dərəcəsi ilə hərbi məktəb qurmaqın zabiti oldu.1930-cu ildə bütün ölkənin jandarma teşkilatının başçısı təyin edildi.1934-cü ildə bütün ordu müharibə sütunlarının başçısı oldu ki sonra ümumi heyət adlandırıldı və Rza şahın hakimiyyətinin sonuna qədər davam etdi.O, bir müddət də hərbi kollecin sədri olmuşdur.1949-cu ildə Senatın ilk dövründə senator vəzifəsinə təyin edilmişdir və bir dövr Senat məclisində idi.1979-cu ildə və 94 yaşında Tehranda vəfat etdi. دکتر باقر عاقلی، شرح حال رجال سیاسی و نظامی معاصر ایران (ISBN 964-5570-58-1) (Dr Bağır Aqili, İranın müasir siyasi və hərbi xadimlərinin tərcümeyi-halları) Həmçinin bax Hüseynpaşa xan Zərğami Xarici keçidlər Şəqaqi Zərğami ailəsi Arxivləşdirilib 2011-07-05 at the Wayback Machine Baqirəlulum Tədqiqat İnstitutu Əzizulla Zərğami Rasexun saytı General Əzizulla Zərğami İranın Müasir Tarixinin Araşdırmalar İnstitutu | https://az.wikipedia.org/w/index.php?curid=276917 |
Əzizxan Tanrıverdi | Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu – 18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru. Tərcümeyi-halı Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir. Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib. 4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir. 90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub. 1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində "Dədə Qorqud türk xalqlarının sələfidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda "Kitabi-Dədə Qorqud" türk xalqlarının ortaq abidəsi kimi" adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə "Türk Dünyasının Ulu Atası Korkut" medalı ilə təltif olunub. 2003–2005-ci illərdə Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə eksperti kimi fəaliyyət göstərmişdir. 2007–2009-cu illərdə isə pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda № 02.191 dissertasiya şurasının üzvü olmuşdur. 2011–2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən № 02.191 pedaqoji elmlər üzrə dissertasiya şurasının üzvü olub. 2015-ci ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yeni Azərbaycan Partiyasının üzvü olub. Əsərləri azərbaycan, rus, ingilis, türk, qazax və s. dillərdə çap olunub. Görkəmli dilçi alim, professor Əzizxan Tanrıverdi 19 iyul 2018-ci ildə dünyasını dəyişib. Elmi fəaliyyəti Türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir. “Kitabi-Dədə Qorqud” da şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırmışdır. “Dəli Kür” romanının poetik dilini tarixiliklə müasirliyin sintezində təhlil etmişdir. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir. Onun rəhbərliyi ilə üç nəfər namizədlik dissertasiyası (fəlsəfə doktoru proqramı üzrə) müdafiə edib. 4 doktorluq, 19 namizədlik dissertasiyasına (fəlsəfə doktoru proqramı üzrə) opponentlik etmişdir. 90-dan artıq dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub. Dil tarixi, onomastika, ədəbi tənqid sahəsində elmi-tədqiqat işi aparmışdır.ADPU-da Azərbaycan dili, Linqivistik təhlil, Azərbaycan dilinin tarixi qrammatikası və digər fənlərdən dərs keçmişdir. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1975-ci ildə Eqrisi sovxozunda fəhlə kimi başlamışdır. Sonradan isə Şabran rayonunda müəllim işləmişdir. 1985–1987-ci illərdə Azərbaycan dili ixtisası üzrə əyani aspirant olmuşdur. Həmçinin ADPU-da baş laborant kimi çalışmışdır. 1990–1995-ci illərdə ADPU-da müəllim kimi çalışmışdır. 1995–1998-ci illərdə isə ADPU-da dosent olmuşdur. 1999-cu ildə isə professor olmuşdur.2011-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində işləmişdir. İctimai əsaslarla fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert Şurasının üzvü (2003–2005-ci illər)Pedaqoji elmlər üzrə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən V.02.191 dessertasiya şurasının üzvü (2007–2009-cu illər)Pedaqoji elmlər üzrə ADPU-da fəaliyyət göstərən № 02.191 dissertasiya şurasının üzvü (2011–2016-cı illər) Çap olunmuş əsərləri Monoqrafiyaları 1."Kitabi-Dədə Qorqud"da şəxs adları". (Bakı, 1999) 3."Kitabi-Dədə Qorqud və qərb ləhcəsi". (Bakı, 2002) 4."Kitabi-Dədə Qorqud"un obrazlı dili". (Bakı, 2006) 5."Kitabi-Dədə Qorqud"un söz dünyası". (Bakı, 2007) 6. "Poeziyanın dili, dilin poeziyası". (Bakı, 2008) 7."Dilimiz, mənəviyyatımız". (Bakı, 2008) 8."Dədə Qorqud kitabı"nın dil möcüzəsi". (Bakı, 2008) 9. "Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi- linqvistik tədqiqi".(Bakı, 2012) 10."Qədim türk mənbələrində yaşayan şəxs adları". (Bakı, 2009) 11."Dədə Qorqud kitabı"nda at kultu". (Bakı, 2012) 12."Dəli Kür" romanının poetik dili".(Bakı, 2012) 13."Dədə-Qorqud kitabı"nda dağ kultu". (Bakı, 2013) 14."Dədə Qorqud kitabı"nın obrazlar aləmi".(Bakı, 2013) 15."Anarın nəsri".(Bakı, 2013) 16."Dədə sözü işığında".(Bakı, 2014) 17."Çal qılıncını, xan Qazan!".(Bakı, 2015) 18."Dədə Qorqud"un möcüzələr dünyası".(Bakı, 2015) 19."Dədəm Qorqud"un zamanı".(Bakı, 2015) 20."Koroğlu"nun şeir dili".(Bakı, 2015) 21."Dilimiz, düşüncəmiz".(Bakı, 2017) 22."Türkologiyamızın Afad Qurbanovu.".(Bakı, 2018) 23."Ədəbiyyat və ədəbiyyatşünaslığın problemləri.".(Bakı, 2018) 24."Dədəm Qorqudun sözü (kitab ölümündən sonra əlyazmaları əsasında nəşr edilib).".(Bakı, 2019) Dərslik və dərs vəsaitləri 1. Azərbaycan dili və ədəbiyyatdan testlər (Orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait. Z.Məmmədov, İ.İsmayılov və İ.Abbasovla birlikdə).(Bakı, 1995) 2. Türk mənşəli Azərbaycan antroponimləri.(Bakı, 1996) 4. Azərbaycan dilinin tarixi qrammatikası (I nəşr). (Bakı, 2010) 5. Azərbaycan dilinin tarixi qrammatikası (II nəşr). (Bakı, 2012) 6. Azərbaycan dilinin tarixi qrammatikası (III nəşr). (Bakı, 2014) 7. Azərbaycan dilinin tarixi qrammatikası (IV nəşr). (Bakı, 2017) Tərtib etdiyi kitablar 1. Mədəd Çobanov–60. Elmi-pedaqoji fəaliyyəti (N.Əsgərov, İ.Ömərov, K.Əlizadə ilə birlikdə). Azərbaycan Onomastika Cəmiyyəti.(Bakı, 1997) 2. A.Qurbanov –70. (tərtibçisi və redaktoru Ə.V.Tanrıverdiyev).(Bakı, 1999) 3. Akademik Afad Qurbanov. (tərtibçisi Ə.V.Tanrıverdiyev). .(Bakı, 1999) Haqqında yazılmış əsərlər 1. "Dəli Kür" romanının poetik dili ədəbi tənqiddə (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2013) 2. Dədəm Qorqudun kitabı tədqiqat işığında (Əzizxan Tanrıverdi Qorqudşünaslıqda). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2015) 3. Dil sevgisindən dilçiliyə (Əzizxan Tanrıverdi dilçilikdə). (tərtibçi və redaktor: İlham Abbasovun redaktəsilə). (Bakı, 2017) 4. Məhərrəm Hüseynov "Əzizxan" (poema). (Bakı, 2018) 5. Tərtibçi: Bəhram Cəfəroğlu "Dədə Əzizxan" (şeirlər).(Bakı, 2018) 6. Əzizxan Tanrıverdi-60. Tərtibçi: İlham Abbasov. (Bakı, 2018) *Əzizxan Tanrıverdi-60. Mükafatları 2009. "İlin alimi"2014. "Türk dünyasının ulu atası Korkut" medalı (Türksoy xətti ilə Qazaxıstan Respublikasının Kızılorda şəhərində "Dədə Qorqud türk xalqlarının sələfidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda "Kitabi-Dədə Qorqud" türk xalqlarının ortaq abidəsi kimi" adlı məruzə ilə çıxış etdiyinə görə) Xarici keçidlər "Əzizxan Tanrıverdi: Zəngin seçki təcrübəmiz imkan verir ki, beynəlxalq standartlara uyğun seçki keçirək" Xalq qəzeti. 05.04.2018 [1] 2018-ci il dekabrın 19-da ADPU-da görkəmli dilçi alim, professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş anım tədbiri keçirilib. 2020-ci il fevralın 19-da mərhum dilçi alim, filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin "Dədəm Qorqudun sözü" adlı kitabının təqdimatı olub. Professor Əzizxan Tanrıverdinin "youtube" səhifəsi. | https://az.wikipedia.org/w/index.php?curid=553654 |
Əzizə Ağahüseynqızı | Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir. 1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur. 2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir. Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir. "Ürəyim qəm adası", Bakı, "Vektor" nəşrlər evi, 2005. səh.122, 500 tiraj. "Payız yağışı", Bakı, 2016. "Sərraf Şiruyənin cəsurları" "Əsl vətənpərvər şair", Bütöv Azərbaycan qəzeti, №46(86), 14 dekabr 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=156548 |
Əzizə Cəfərzadə | Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. Yaradıcılığı Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir. O, "Natavan" adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965–1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasıdir. Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərləri Azərbaycan dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur. 1981–1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Hacılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 28.12.1981 "Xalqlar dostluğu" "Şöhrət" ordeni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Azərbaycan Anası" (2001) Azərbaycan Xalq yazıçısı" (2001) "Natəvan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə almışdır; "Aləmdə səsim var mənim" (1973–1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır; "Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr; "Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman; "Bakı-1501" (1981) – Şah İsmayıl Xətai və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman; "Cəlaliyyə" (1983) – XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi; "Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsər; "Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman; "Bir səsin faciəsi" (1995) – XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsər; ""Gülüstan"dan öncə" (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş roman; "Zərrintac-Tahirə" (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərakatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər; "İşığa doğru" (1998) – XX əsrdə İranda Bab hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest; "Bəla" (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər; "Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı; "Xəzərin göz yaşları" (2003) – 1938-cı ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3–4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest; "Eşq sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV–XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman. Xarici keçidlər Əzizə Cəfərzadə kanalı — YouTube "Əzizə Cəfərzadə yeganə övladını əlindən salıb, öldürmüşdü" – MÜSAHİBƏ Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine (az.) Həmçinin bax Ağ saçların işığı (film, 1993) Əzizə Cəfərzadə (film, 1999) | https://az.wikipedia.org/w/index.php?curid=1657 |
Əzizə Həsənova | Əzizə Rəsul qızı Həsənova - AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi, fizika-riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. Uşaqlıq və gənclik illəri 25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. Elmi fəaliyyəti 1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir. 20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində ŞAR-ın 2m teleskopunda "A "və "F" tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir. 2021-ci ilə qədər ŞAR-ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi-tədqiqat işlərini davam etdirmişdir. Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR-ın seminarlarında, BDU-nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir. 15 oktyabr 2005-ci ildə 01.03.02 – "astrofizika, radioastronomiya" ixtisası üzrə "A" və "F" tipli ifratnəhəng ulduz atmosferlərinin spektrofotometrik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi diplomunu almışdır. 49 elmi məqalənin müəllifidir. Bu məqalələr keçmiş SSRİ və Azərbaycan elmi jurnallarında nəşr olunmuşdur. ŞAR-ın ictimai həyatında fəal iştirak etmişdir. HT bürosunun üzvü, həmçinin ŞAR-da fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi olmuşdur. Əzizə Həsənova 15 fevral 2022-ci ilə vəfat etmişdirƏzizə Həsənova, Qalaktika müstəvisində və yüksək enlikdə yerləşən nəhəng və ifratnəhəng ulduzların müşahidəsi və onların atmosferlərində baş verən qeyri-stasionar proseslərin fiziki təbiətinin aydınlaşdırılması, bu tip ulduz atmosferlərinin fiziki və fundamental parametrlərinin, həmçinin kimyəvi tərkibinin təyin olunması və təkamül xüsusiyyətlərinin tədqiqi ilə məşğuldur. Əzizə Həsənova 15 oktyabr 2005-ci ildə 01.03.02 – "astrofizika, radioastronomiya" ixtisası üzrə "A" və "F" tipli ifratnəhəng ulduz atmosferlərinin spektrofotometrik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi diplomunu almışdır. O, yeni işıqqəbuledicilərinin — CCD matrislərinin tətbiqi ilə alınmış spektrlərin işlənməsi metodikasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Ə. R. Həsənova B, A və F tipli ifratnəhəng ulduzların spektral tədqiqi sahəsində aparıcı mütəxəssisdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiysı 28 mart 2016-cı il tarixli qərarı ilə Əzizə Rəsul qızı Həsənovaya astrofizika və ulduz astronomiyası ixtisası üzrə DOSENT elmi adı verilmişdir. Əsas elmi nailiyyətləri Qalaktika müstəvisində və yüksək Qalaktik enliklərdə yerləşən seçilmiş ifratnəhəng ulduzların fiziki parametrləri təyin edilmiş, bu ifratnəhənglərin kimyəvi tərkibinin fərqli olduğu aşkar edilmiş, onların mümkün genetik əlaqələri araşdırılmışdır. Model üsulu ilə 89 Her, φ Cas, ν Her, α Lyr, γ Gem ulduzlarının atmosfer parametrləri və kimyəvi tərkibi təyin edilmişdir. İlk dəfə tapılmışdır ki, 89 Her ulduzu spektrində müşahidə olunan Ha xətti profilində udulma komponentlərinin şüa sürətləri, udulma və şüalanma komponentlərinin ekvivalent enləri, həmçinin ulduzun parlaqlığı 283 günlük periodla sinxron olaraq dəyişir. Alınmış bu nəticələr ulduzun qoşalığı haqqında olan fərziyyələrlə tamamilə üst-üstə düşür. Seçilmiş elmi əsərlərinin adları Pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti Digər fəaliyyəti N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində olan FD.01.241 Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. | https://az.wikipedia.org/w/index.php?curid=499835 |
Əzizə Mikayılova | Əzizə Mikayılova (1962 – 14 sentyabr 2020, Bakı) — Azərbaycan Texniki Universitetinin professoru, filologiya üzrə elmlər doktoru. Əzizə Mikayılova 1962-ci ildə əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdur, əslən Şamaxı rayonunun Göylər kəndindəndir. 1979-cu ildə Bakı şəhəri Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdır. 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə "XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası" mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Əzizə Nurqələm qızı Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmiş, 2013-cü ildən indiyə kimi həmin kafedranın professordur. Əzizə Mikayılova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərinin tədris edir. Professor Mikayılova üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdır. 14 sentyabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=672927 |
Əzizə Mustafazadə | Əzizə Vaqif qızı Mustafazadə (19 dekabr 1969, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir. Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam." Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Sonralar o bədahət-improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirmişdir. Klassik piano təhsilinə kiçik yaşlarında başlamış, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir. Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında, Daşkənddə ürək tutmasından vəfat edir. Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür. Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxartışdır. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim etmişdir. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.Əzizə Mustafazadə, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın paytaxtında çıxış etdi. Konsert Bakı Konqress-Mərkəzində keçirilib. Bakı Caz Festivalı 2007 Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə 'Shamans'-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir. Əzizənin 5-ci albomunun adı, Jazziza(Cazziza), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır. Əzizənin ondan böyük Lalə adında, eyni zamanda pianoçu olan ögey bacısı vardır. Aziza Mustafa Zadeh (1991) Always (1993) Dance of Fire (1995) Seventh Truth (1996) Jazziza (1997) Inspiration (2000) Shamans (2002) Contrasts (2006) Contrasts II (2007) Generations (2020) Xarici keçidlər azizamustafazadeh.de — Əzizə Mustafazadənin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=17919 |
Əzizə Məmmədova | Əzizə Əbdülbağı qızı Məmmədova (1892, Tiflis – 14 avqust 1961, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936). Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb. Əzizə Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib. Sona Hacıyevanın anasıdır. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Qırmızı əmək bayrağı" ordeni — 22 iyul 1949 İfa etdiyi rollar Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli və Süleyman Rüstəmin "Yanğın" (İncə qarı), Süleyman Rüstəmin "Qana qan" (Səkinə), Vladimir Kirşonun "Küləklər şəhəri" (Qadın) tamaşalarında oynayıb. Akademik Milli Dram Teatrında oynadığı əsas rollar bunlardır: Tükəzban ("Vaqif", Səməd Vurğun), Sonanın anası, Pəri xanım ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm ("1905-ci ildə"), Fatmanisə və Xanımnaz ("Almaz"), Şərəbanı ("Yaşar"), Gülgəz ("Oqtay Eloğlu"), Güllü ("Qardaşlar", Rəsul Rza), Sədaqət xala ("Yadigar", İslam Səfərli), Lətifə ("İldırım", Cabbar Məcnunbəyov), Atlasın anası ("Həyat", Mirzə İbrahimov), Luka Lukiçin arvadı ("Müfəttiş", Nikolay Qoqol), Marfa ("Özgə uşağı", Vasili Şkvarkin), Anna İvanovna ("Prokurorun qızı", Yuri Yanovski), Terentyevna ("Dubrovski", Aleksandr Puşkin), Tokarçuk ("İntervensiya", Lev Slavin), Zalxa ("Toy", Sabit Rəhman). Əzizə Məmmədova "Azərbaycanfilm"də istehsal olunan "Almaz", "İsmət", "Hacı Qara", "Görüş", "Yeni horizont", "Səhər" filmlərində müxtəlif epizod rollara çəkilib. Filmoqrafiya Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (arxiv kadrlar) (şəkil) Ağasadıq Gəraybəyli (film, 1974) Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: Telli Bakının işıqları (film, 1950) Bir məhəllədən iki nəfər (film, 1957) Dəcəl dəstə (film, 1937)-Yusufin anası Əsl dost (film, 1959) Görüş (film, 1955) Hacı Qara (film, 1929) İsmət (film, 1934) "Kazbek" qutusu (film, 1958) Qara daşlar (film, 1956) Ögey ana (film, 1958) Sevil (film, 1929) Səhər (film, 1960) Sovqat (film, 1942) Vətən oğlu (film, 1941) Yeni horizont (film, 1940) Nəsil şəcərəsi | https://az.wikipedia.org/w/index.php?curid=28451 |
Əzizə Əhmədova | Əzizə Əhmədova (Əzizə Türkan; 26 yanvar 1932, Bakı – 2003, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru. 1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi, amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabı dərc olunmuşdu. Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və digərlərinin adlarını sadalamaq olar.ərcümə kitabları daha çoxdur. Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görmüşdür V. Hauf, A. Kuprin, A. Qaydar, İ. Franko, S. Magilevskaya, C. Barri, M. Prilejayeva, A. Rıbakov, A. Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycan dilinə tərcümə etmişdir. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurdu. Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanırdı. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaratmışdı. 2003-cü ildə Bakıda vəfat etmişdir. Yaz qarı (1970) Onu çiçəklər sevdi (1977) Bu ellərə vurulmuşam (1978) Bir ürək sındırmışam (1980) O günlərə baxıram (1982) Mavi gözlərin işığı (1984) Damda yaşayan Karlsonla, bacada yaşayan Dam- dabacanın macəraları (1985), Çiçəklərim (1988) Filmoqrafiya Pəncərədə işıq (film, 1987) Toplan və kölgəsi (film, 1977) Xarici keçidlər "Bu ellərə vurulmuşam" — yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Əhmədova Əzizə Əhmədova | https://az.wikipedia.org/w/index.php?curid=505580 |
Əzmiyə Hami Güvən | Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır. | https://az.wikipedia.org/w/index.php?curid=791412 |
Əzmizadə Haləti | Əzmizadə Haləti, 17-ci əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır.1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir. Bursanın Qələndəroğlu tərəfindən darmadağın edilməsindən sonra şəhərdən çıxmaq məcburiyyətində qalmışdır. 1611-ci ildə Ədirnə qazisi olan Haləti, Yəhya Əfəndinin yerinə İsanbul qaziliyinə təyin edilmişdir. Daha sonra Misir qazisi olmuşdur. Sultan IV Muradın taxta keçməsindən bir ay sonra Anadolu ordusuna rəhbər təyin edilsə də bir ildən sonra ayrılmaq məcburiyyətində qalmışdır. 1627-ci ildə Rumeli ordusuna rəhbər təyin edilən Haləti bir il sonra Silistra arpalığı ilə təqaüdə çıxdı. 1631-ci ildə İstanbulda vəfat etmişdir. Sofilərdə - evinin qarşısında təmir etdirdiyi məktəbin baxçasında dəfn edilmişdir. Həyatı boyunca yüksək vəzifələrdə çalışmasına baxmayaraq, dövrünün sosial problemləri, idarəetmə və siyasi vəziyyət, idarəçilik hüququndan məhrum olması və bəzi xoş olmayan məsələlərə görə bu mövqelərdə uzun müddət qala bilməmişdir. Tələbəsi Ətayi, Pion Zəylində onun haqqında: "Doğru, çalışqan, elmə və mədəniyyətə olduqca düşkün, dünyagörüşlü, cömərt, yaxşı niyyətli, sözü, söhbəti eşidilən biri idi" - demişdir. Dövrünün öndə gələn alimlərindən olan Haləti Əfəndinin ölümündən sonra evindəki kitabxanasında oxunduqdan sonra kənarlarına qeyd və izahlar edilmiş üç-dörd min əsər tapılmışdır. Alimlikdən başqa şairliyi ilə də şöhrət qazanmışdır. Haləti qəzəl və qəsidələrindən çox, rübailəriylə məşhurlaşmışdır. Şəxsi və iş həyatında qarşılaşdığı ağrılı hadisələr və xəyal qırıqlıqlarının əks olunduğu Divanında, rübai xaricindəki şeirlərinin çoxusunda yüksək şairlik qabiliyyəti görünmür. Divanı və III. Sultan Mehmede təqdim etdiyi qəsidəsi ədəbi cəhətdən önəmli olmağına baxmayaraq, dövrün Nəfi, Nəbi, Nəşati kimi məşhur şairlərin əsərləriylə müqayisədə sönükdür. Haləti təsəvvüf mövzularını Türk şairləri arasında demək olar ki, heç kimin bacara bilmədiyi bir ustalıqla rübailərində ifadə etmişdir. Əzmizadə Halətinin Divanından başqa elmi əsərləri də vardır. Bunlardan bəziləri: 1) Xəlvəti divanı 2) Müğn-il-Ləbib Şərhi, 3) Ənis-ül-Arifin fî Tərcümət-i Əxlaq-i Möhsüni, 4) Xüdayə və Müftah şərhlərinə Təliqət, 5) Saqinamə, Şəhnamə vəznində yazılmış təxminən 520 beytdən ibarət uzun bir mənzum əsərdir. On beş ayrı məqalədən ibarətdir. 6) Münşəat: Rəsmi olan və məktubları ilə öz həyatı və yaşadığı dövrün hadisələrindən bəhs edən yazılardan ibarətdir. Haləti deyərkən ağla gələn 2 insandan ilki Əzmi Sadəddin Rübaiyyat-ı Halətidir. Qafiyələrini son hərflərə görə tərtib etmişdir. Məşhur şair, Nədim belə onun üçün: “Haləti, evc-i rubaidə (rubai bürcündə) uçan anka kimidir” demişdir. Bir rübai nümunəsi------- Əsrarını dil zaman zaman söylər imiş Həngamə-i qəmdə dastan söylər imiş Eşq əhli olub da mihnət-i hicranə Mən səbir idərin diyən yalan söylər imiş-Günümüz Türkçəsində- Könül sirlərini zaman-zaman söylərmiş. Qəmə düşdüğü zaman dastan söylərmiş. Aşiq olub da ayrılıq acısına, Mən səbir edərəm deyən yalan söylərmiş. | https://az.wikipedia.org/w/index.php?curid=471755 |
Əzmə | Qoyun qara ciyəri – 354q, Quyruq - 65q, İstiot – 0,1q, Duz - zövqə görə. Hazırlanma qaydası Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur. Xarici keçidlər Əzmə Arxivləşdirilib 2013-03-15 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=179348 |
Əzna | Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi. Bu şəhərin binasın gürcülər qoyublar. Azna sözünün kökü gürcüdür və aznauri sözündən alınıb. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=289729 |
Əzna şəhristanı | Əzna şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əzna şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,462 nəfər və 16,663 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=289568 |
Əznab-i Süfla (Hurand) | Əznab-i Süfla (fars. ازناب سفلي) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 395 nəfər yaşayır (85 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=681868 |
Əznab-i Süfla (Nəmin) | Əznab-i Süfla (fars. انزاب سفلي) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 704 nəfər yaşayır (168 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=759185 |
Əznab-i Xaləsə (Hurand) | Əznab-i Xaləsə (fars. ازنابخالصه) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (35 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=681865 |
Əznab-i Ülya (Hurand) | Əznab-i Ülya (fars. ازناب عليا) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (43 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=681867 |
Əznab (Əbhər) | Əznab (fars. ازناب) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (58 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=772309 |
Əznəburd | Əznəburd — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd. Toponimikası Tarixi abidələri Əznəburd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Coğrafiyası və iqlimi İqtisadiyyatı Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=754301 |
Əzraqilər | Əzraqilər — VII əsrin sonlarında yaranmış İslamın xaricilər hərəkatının ifrat qolunun davamçıları. Təriqətin banisi Əbu Rəşid Nafi ibn əl-Əzraqdır. Hənifənin oğulları Xaricilərin ən güclüsü və sayca çox olan qolu olmuşdur. Abdullah ibn Zübeyr və Əməvilərdən ilk zərbəni onlar almışdılar. Abdullah ibn Zübeyrin və Əməvilərin sərkərdələri Nafinin başçılıq etdiyi xariclərlə on doqquz il vuruşdular. Nafi döyüş meydanında öldürülmüşdür. Ondan sonra hərəkata oğlu Ubeydullah başçılıq edir. Daha sonra rəhbərlik Qətər b. El-Fucaeyə keçir. Qətərin dövründə Əməvilər adından Xariclərə qarşı vuruşan şəxs Əməvilərin Əl-Muhalləb ibn Əbi Sufra adlı dahi sərkərdəsi idi. Mühəlləb bu hərəkətindən əvvəl Xariciləri bir-birinə qarşı qoyur və sonra onlarla müharibəyə başlayırdı. Bu səbəbdən də Qətər dövründə xəricilər tədricən zəifləyirlər. Çünki onlar öz aralarında razılığa gələ bilmirdilər və döyüş meydanlarında ixtilafları üzündən pis nəticələrə məruz qalırdılar. Digər tərəfdən bütün müsəlmanlar onlara qarşı çıxırdılar. Sonra digər qruplara qarşı çox amansız və sərt davranmırdılar. Xaricilər Mühalləbin və ondan sonra gələn sərkərdələrin dövründə daim məğlub olurdular və sonda onların effektivliyi tamamilə itirilir. Əzraqilərin dediyinə görə, Əli bin Əbu Talibi öldürən Əbdürrəhman ibn Mülcəm yaxşı bir iş görüb. O, inancının gərəyini yerinə yetirib. Əzraqilər digər xarici məzhəblərindən fərqləndirən əsas prinsiplər bunlardır: a) Onlara qarşı çıxanların təkcə kafir deyil, həm də müşrik olduqlarına, cəhənnəmdə əbədi qalacaqlarına və qanlarının halal olduğuna inanırdılar. b) Onlara qarşı çıxanların vətəni onlar üçün "Darul hərb"dir. Orada halal olan hər şey Darul-Hərbdə halaldır. Məsələn: Onlara görə kişiləri öldürmək, qadınları əsir götürmək, müxaliflərini qul etmək, müharibədən qalanları öldürmək halaldır. c) Əzraqilər fikirlərindən biri belədir. Onlara qarşı çıxanların övladlarının əbədi olaraq cəhənnəmdə qalacağını deyirlər. Yəni onların fikrincə, müxaliflərinin kafir olmasına səbəb olan günahlar onların övladlarına da sirayət edir və onları cəhənnəmə yazır. d) Onların digər fiqhi baxışları belədir: Zinakarın "daşqalaq" cəzasını qəbul etmirlər. Quranda zina edən kişini və ya qadını çubuqla döyməkdən başqa cəza olmadığını, buna görə də Quranda daşqalaq edilərək öldürülmə cəzasının qeyd edilmədiyini və bu cəzanın hədislə sübuta yetirilmədiyini iddia edirlər. d) Bunlara əsasən, böhtan cəzası yalnız iffətli qadınlara böhtan atanlara şamil edilir. Bu cəza namuslu kişilərə böhtan atanlara şamil edilmir. Çünki "Əzraqilər" bu ayəni mənbə kimi götürür: "İffətli qadınları zina etməkdə ittiham edib sonra öz iddialarını təsdiqləmək üçün dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun. Onların şəhadətini əbədi olaraq qəbul etmə. "Onların özləri günahkardırlar". "Bu ayədə namuslu kişiləri zina etməkdə ittiham edənlərin cəzası qeyd olunmur" deyirdilər. e) Əzraqilər inanırdılar ki, peyğəmbərlər kiçik və böyük günahlar edə bilərlər. Göründüyü kimi, Əzraqilər ilə bağlı bu son baxış onların digər baxışları ilə ziddiyyət təşkil edir. Çünki onlar bir tərəfdən böyük günah edən hər kəsin kafir olduğunu iddia edir, digər tərəfdən də peyğəmbərlərin də böyük günahlar edə biləcəyini qəbul edirlər. Bunlara əsasən, peyğəmbər bəzən küfr edib sonra tövbə edə bilər. "Əzraqilər" bu fikri aşağıdakı ayədən götürdüyünü iddia edir: "Ey Məhəmməd, biz sənə açıq-aşkar bir fəth bəxş etdik." "Allah bu fəthi sizə keçmiş və gələcək günahlarınızı bağışlamaq, sizə olan nemətini tamamlamaq, sizi düz yola yönəltmək və əzəmətli bir zəfərlə qalib etmək üçün bəxş etdi". Əzraqi imamları Nafi ibn əl-Əzraq əl-Hənəfi əl-Hənzəli (684–685) Ubeydullah ibn əl-Mahuz (685–686) Zübeyr ibn əl-Mahuz (686–687/688) Qətər ibn əl-Fuca (687/688–698/699) Əbd-Rəbbih əl-Kəbir (697–698) Wellhausen, Julius. Die religiös-politischen Oppositionsparteien im alten Islam (alman). Berlin: Weidmannsche buchhandlung. 1901. OCLC 453206240. | https://az.wikipedia.org/w/index.php?curid=835424 |
Əzrayıl | Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. Etimologiya Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. Yəhudilikdə Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir. Yəhudi angelogiyasında bir-birindən fərqli canlıların ölümü ilə bağlı fərqli ölüm mələkləri var: Cəbrail kralların, Kapziel gənclərin, Maşbir heyvanların, Maşhit uşaqların, Əfv və Hemah da insanların və böyük heyvanların canlarını alır. Yəhudilikdə Məsih gəldiyi zaman, ölüm ortadan qalxacaq və Məsih ölüm mələyini yox edəcəkdir. Xristianlıqda Əzrayıl ilə bağlı İslamdakından fərqli fikirlər mövcuddur. Belə ki, Xristian angelogiyasında Əzrayıl "Şeytan mələyi", "Bəla mələyi" "Şeytanların şahzadəsi", "Yoxedici mələk" adları verilir. Eyni zamanda bu mələyin İsa Məsih tərəfindən yox ediləcəyinə inanılır. Bundan başqa Əhdi-Cədiddə Qiyamət günündə insanların ruhunu alan yeddi mələkdən danışılır.İncildə ölüm mələyi keçən hissə: "Bəziləri kimi də deyib durmayın. Deyib dayananları "ölüm mələyi" öldürdü ". (Korint-lilər 10/10). İslam dinində Əzrayıl kəlməsi Quran və hədisi şəriflərdə keçmir. Əzrayıl kimi digər dinlərdə bildirilən mələk üçün, Qurani-Kərimdə Ölüm mələyi adı keçir. İnsanların canını almaqla vəzifəli olan Ölüm mələyi İslam dinində dörd böyük mələkdən biridir. Ölüm mələyi Quran və səhih hədislərdə, melekül-mevt (ölüm mələyi) şəklində də xatırlanır. Misal üçün, mövzuyla bağlı Qurani-Kərimdə deyilir: "De ki; Üstünüzə məmur edilən ölüm mələyi canınızı alacaqdır Sonra Rəbbinizə qaytarılırsınız"! Məhəmməd Peyğəmbər də bu mələyi hədislərdə ölüm mələyi olaraq zikr edib. Qurani-kərimdə ölüm mələyindən tək şəkildə bəhs edilməklə yanaşı birdən çox mələkdən də bəhs edilir.Fəxrəddin Razi burada bəhs olunan mələklərin hamısının ölüm mələyi olmasını qeyd edərək bunların başında ölüm mələyi olaraq qəbul etdiyimiz Əzrailin olduğunu vurğulayır. Bu mələklərdən hansının kimin canını alması məsələsi də müzakirə olunmuşdur. Bəzilərinə görə hər bir insanın bir ölüm mələyi olduğu mənimsənilsə də bəziləri digər mələklərin ölənin canını boğazına qədər gətirdikdən sonra o canı baş mələk olaraq bilinən Əzrayıl mələyinin aldığı qeyd edir. Ölüm mələyinin adının Qurani-kərim və səhih hədislərdə Əzrail olaraq keçməməsi bunun İsrailiyatdan gəldiyini ortaya qoyur.Ölüm mələyi İslamda Allahın sərəncamında digər mələklər kimidir. Dörd böyük mələkdən biridir. O yalnız ona verilən əmri yerinə yetirir və əcəli tamam olmuş bəndələrin qəlblərini alıb bu ruhu istəyənə aparır. Onun əmrində də bəzi mələklər vardır. Bu mələklər də özlərinə Allah tərəfindən verilən əmrləri yerinə yetirirlər. "Nəhayət birinizə ölüm gəlincə elçilərimiz onun canını alırlar, onlar heç geri qalmırlar" (əl-ənam, 6/61), Quranda mələklərin kafir olan bir qul ilə mömin bir qulun canlarını alışları təsvir edilir. Kafirlərin can mübadilələri belə təsvir edilir: "Mələklər kafirlərin canlarını alanda onları görsəydin, onların üzlərinə və arxalarına vururlar: Haydı, yanğın (Cəhənnəm) əzabını dadın deyirdilər" (əl-ənfal, 8/50) Naşitat mələklərinin möminlərin canlarını da, şirinliklə alışları belə ifadə edilir: "Mələklər yaxşı insanlar olaraq canlarını aldıqları şəxslərə də: Salam sizə, etdiyiniz qarşılıq, Cənnətə girin deyərlər" (ən-nəhl, 16/32) Hədsilərdə Əzrail Ölüm mələyi Musaya ruhunu alması üçün göndərilir. Musa mələyə zərbə atıb bir gözünü çıxarır.Ölüm mələyi Rəbbinə dönərək: "Məni elə bir qula göndərdin ki, ölümü istəmir". Deyir. Allah Onun gözünü bərpa edir. Həmçinin bax Düşmüş mələklər Harut və Marut Kurtubî, təvsir, 2/39 alusi, ruhul-meanî, 15/499 Askalanî, Əhməd b. Əli, El-imtinâ bi’l-erbaîne’l-mütebâyinetü’s-sima’, 1/110 Səhihi Buxari, 2/113 ve 4/191 Səhihi Muslim 4/1843 | https://az.wikipedia.org/w/index.php?curid=400078 |
Əzvay | Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Botaniki təsviri Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər. Aloe toxum və qələm vasitəsi ilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur. Ekologiyası Əzvay toxum və qələm vasitəsilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur. Azərbaycanda yayılması Bundan başqa xalq təbabətində əzvay şirəsini bal ilə qarışdırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Amerikalı alimlərin apardığı (laboratoriya siçanları üzərində) araşdırmalar nəticəsındə böyük dozalarda əzvayın qəbulu konserogen təsırə malikdir və gələcəkdə xərçəng xəstəliyinə gətirib çıxara bilər. Xalq təbabətində əzvay (aloe) istifadəsi Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əlehinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir. Dərinin cırıqlarını, irinli və göbələkli zədələnmələrini, xoranı müalicə etmək üçün yara üzərinə təzə əzvay yarpağı qoymaq lazımdır. Bunun üçün əvvəlcə yarpağın dişli kənarları kəsilir və yarpağın üst hissəsi kəsilərək atılır. Yarpaq quruduqda sarğı açılaraq yenisi ilə əvəz olunur. Bu üsul uşaqlar üçün daha yaxşıdır, çünki, onlar yaranı yod və ya spirt ilə yandırmanı sevmirlər, əzvay isə ağrı hissi yaratmır.Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur. İtdirsəyini müalicə etmək üçün əzvay yarpaqlarının şirəsini qaynanmış su ilə 1:10 nisbətində qarışdırıb islatma dərmanı kimi istifadə etmək lazımdır. Vanqa resepti ilə baş ağrısının müalicəsi: 1-2 əzvay yarpağı 2-3 litr suda bişirilir. Bir neçə axşam başa və bədənə bu həlim tökülür.Əzvay şirəsi daxilə qəbul olunduqda iltihabi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəliklərini müalicə edir. Əgər siz burnunuza əzvay şirəsi damızdırsanız, xüsusən də ictimai yerlərdə olduqdan sonra, onda özünüzü qripdən və kəskin respirator xəstəliklərindən qoruyarsınız. Angina, soyuqlama xəstəliklərini, qulaq xəstəliklərini, göz xəstəliklərini müalicə etmək üçün əzvay şirəsi qaynanmış su ilə 1:1 nisbətində qarışdırılır. Alınan qarışıq ilə boğaz yaxalanır və ya göz yuyulur. Zökəmin müalicəsi və ya qripin profilaktikası aşağıdakı kimi həyata keçirilir: üç gün müddətində, hər 2-3 saatdan bir hər bir burun dəliyinə 5 damcı damızdırılır. Uşaqlarda xroniki tonzilliti müalicə etmək olar, bunun üçün əzvay şirəsi bal ilə 1:3 nisbətində qarışdırılır və hər gün uşağın badamcıqları həmin qarışıq ilə silinir. Kurs 2 həftə davam edir, sonra 7 gün fasilə verilir və kurs təkrar olunur. İnfeksiyalı xəstəliklərin, dizenteriya və difteriyanın müalicəsi: əzvay şirəsini gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 çay qaşığı əzvay şirəsi qəbul olunur.Əzvay şirəsi daxilə qəbul olunduqda həmçinin iltihab əlehinə, ağrıkəsici təsirə malik olur. Ağ ciyərlərin iltihabının Vanqa resepti ilə müalicəsi: bir stəkan əzvay şirəsi götürülür, 1 çay qaşığı duz əlavə olunur və gündə 3 dəfə, hər dəfə yeməkdən bir saat əvvəl 1 yemək qaşığı qəbul olunur. Damaqların iltihabının, paradontozun, diş ağrısının müalicəsi: əzvay yarpaqlarından applikasiya istifadə olunur. Paralel olaraq effekti gücləndirmək üçün əzvay şirəsini daxilə qəbul etmək olar: gündə 2-3 dəfə, hər dəfə 1 çay qaşığı. Applikasiyanı gecə və uzun müddətdə istifadə etmək lazımdır. Başlıcası odur ki, müalicə ləngiməsin, elə ilk əlamətlər üzə çıxdıqda müalicəvi başlamaq lazımdır, onda sağalma prosesi tez gedir. Bu üsul ilə dişləri çöküntülərdən təmizləmək və diş emalına parıltını qaytarmaq olar. Yumurtalığın, uşaqlıq yolunun, uşaqlığın iltihabının, uşaqlıq boyuncuğunun erroziyasının müalicəsi üçün əzvay şirəsi ilə isladılmış tampon gecə istifadə olunur. Mentrual siklin pozulması zamanı əzvay şirəsi daxilə, gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 10 damcı qəbul olunur. Kolit, xroniki qəbizlik və azalmış turşuluqlu qastritlərin müalicəsi üçün gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 1 çay qaşığı qəbul olunur. Həmçinin cövhər də hazırlamaq olar: 80 ml stimullaşdırılmış əzvay şirəsi üzərinə 20 ml 96%-li spirt əlavə olunur. Gündə 2-3 dəfə, hər dəfə 1-2 çay qaşığı qəbul olunur.Əzvayı digər dərman inqredientləri və bal ilə birgə istifadə etmək olar. Vərəmin, pnevmoniyanın, öskürəyin müalicəsi üçün yoxlanılmış bir neçə resepti aşağıda veririk. Ağ ciyər vərəmi, bronxit, pnevmoniya, göy öskürək, öskürək müalicəsi üçün, həmçinin bədən zəiflədikdə bərabər miqdarda bal, təzə əzvay şirəsi və kaqor qarışdırılır. Qarışıq qaynayana qədər qızdırılır, amma qaynadılmır. Cövhər gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl isti-isti 1-2 yemək qaşığı (uşaqlar üçün hər dəfə 1 çay qaşığı) qəbul olunur. Qarışıq soyuducuda saxlanılır.Bu dərman infeksiyalı xəstəlikdən sonra zəifləmiş insanlara yaxşı kömək edir. Vərəm olduqda qarışığı uzun müddət, fasiləsiz istifadə etmək olar. Vərəmi konyakın, limonun və əzvayın qarışığı ilə müalicə etmək olar, bu üsulun köməyi ilə hətta açıq formalı vərəm də müalicə olunur: 20 limon sürtkəcdən keçirilir. 10 ədəd təzə (yaxşı olar ki, ev yumurtası olsun) yumurta yaxşı yuyulur, (bütöv, qabıqlı) minalı, saxsı və ya şüşə qabın dibinə qoyulur və üzərinə sürtkəcdən keçirilmiş limon tökülür. İsti, qaranlıq yerdə 2 sutka saxlanılır. Sonra ayrı qaba 0,5l konyak, 200 qram əzvay şirəsi, 2 yemək qaşığı kakao, 1,2 kq bal tökülür və bu qarışıq azca qızdırılır və içərisində yumurta və limon olan bankaya tökülür (qarışdırmaq lazım deyil). Qarışıq olan qab qaranlıq isti yerdə 2 həftə saxlanılır. Sonra ehtiyatla yumurtalar çıxarılır, qalan kütlə süzülərək bankalara tökülərək soyuducuda saxlanılır. İki ay müddətində, gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 yemək qaşığı qəbul olunur. Müalicə müddətində alkohol istifadə etmək və siqaret çəkmək məsləhət görülmür. Pnevmoniyanı, vərəmi, həmçinin uzun müddət keçməyən öskürəyi müalicə etmək olar: 20 hissə cökə balı, 4 hissə zeytun yağı, 3 hissə tozağacı tumurcuqları, 1 hissə cökə çiçəyi, 4 hissə xırda doğranmış əzvay yarpağı götürülür. Toz ağacı tumurcuqları və tozağacı çiçəyi ayrıca 0,5 suda dəmlənir və 1-2 dəqiqə müddətində qaynadılır. Həlim süzülür və balın əzvay ilə qarışığı üzərinə tökülür, sonra zeytun yağı əlavə edilərək qarışdırılır. Qarışıq soyuducuda saxlanılır və istifadədən əvvəl çalxalanır. Gündə 3 dəfə, hər dəfə 1 yemək qaşığı qəbul olunur.Mədə-bağırsaq traktının xəstəlikləri, hətta xora kimi ciddi xəstəlik də əzvay şirəsinə malik preparatlarla müalicə oluna bilir. Mədə və onikibarmaq bağırsağın xorası olduqda müalicə üçün hazırlanan tərkib: Stəkanın yarısı qədər xırdalanmış əzvay yarpaqları bir stəkan şəkər tozu ilə qarışdırılır. Qarışıq qaranlıq yerdə üç gün saxlanılır, sonra bir stəkan təbii qırmızı çaxır əlavə olunur və daha bir sutka saxlanılır. Bir-iki ay müddətində gündə 2-3 dəfə, yeməkdən əvvəl hər dəfə 1 yemək qaşığı qəbul olunur. Mədə xorası, anemiyalarda, xroniki qastritlərdə (qəbizliklə müşayiət olunan), şüa zədələnmələrində, proqressivləşən yaxşı görməmə, göz qapaqlarının iltihabı, bronxial astma, fazingitlərdə, lazingitlərdə, həmçinin immuniteti artırmaq üçün və ümumi möhkəmləndirici vasitə kimi aşağıdakı tərkibin istifadəsi təklif olunur: əzvay şirəsi eyni miqdarda bal ilə qarışdırılır və gündə 3 dəfə, yeməkdən 30 dəqiqə öncə, hər dəfə çay qaşığının ⅓-i qədər, isti süd ilə birlikdə içilir. Müalicə kursu 3 həftədir, fasilə 10 gün, sonra kurs təkrar olunur.Əzvay təkcə müalicə etmir, həm də gözəlləşdirir: Qədim Misirdə hesab olunurdu ki, barbados əzvayı qadına xüsusi gözəllik verir. Qədim əfsanəyə görə çariça Kleopatra gözəlliyini və cavanlığını məhz əzvaydan hazırlanmış dərmanlarla saxlamışdır. Qədim traktatlarda dəriyə və saçlara qulluq üçün əzvay istifadəsi haqqında məlumatlar var. Sizə də bu qədim reseptlərdən istifadə etməyi məsləhət görürük. Cavanlaşdırıcı krem: bir yemək qaşığı əzvay şirəsi 1 yemək qaşığı distillə suyu, ½ yemək qaşığı qızıl gül suyu (və ya qızıl gül çiçəkləri cövhəri) və ½ çay qaşığı bal ilə qarışdırılır. Qarışıq su hamamı üzərinə qoyulur və üzərinə yavaş-yavaş 50 qram ərimiş donuz piyi əlavə olunur. Hazır krem bankaya keçirilir, ağzı kip bağlanır və soyuducuda saxlanır. Gündə bir dəfə nazik təbəqə kimi qoyulur. Əzvaydan hazırlanan lason ilə gündə çox dəfələrlə yuyunma dərini yağsızlaşdırmağa kömək edir, o, həmçinin dərini sızanaqlar əmələ gəlməkdən qoruyur. Böyük əzvay yarpağı kəsilir, sonra prostimullaşdırılır. Sonra yarpaq xırdalanır və ondan şirə çəkilir. 100 qram şirəyə 50 qram qaynadılmış su və ½ yemək qaşığı spirt əlavə olunur. Kimyəvi burulma ilə zədələnmiş və ya zəifləmiş saçları balzam ilə müalicə etmək olar: 100 qram əzvay şirəsi 500 qram quru üzüm çaxırı ilə qarışdırılır. 2-3 gün saxlanılır. Bir ay müddətində müntəzəm olaraq müalicəvi kütlə başın dərisinə sürtülür. Nəticə əla olur.Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əlehinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir. Dərinin cırıqlarını, irinli və göbələkli zədələnmələrini, xoranı müalicə etmək üçün yara üzərinə təzə əzvay yarpağı qoymaq lazımdır. Bunun üçün əvvəlcə yarpağın dişli kənarları kəsilir və yarpağın üst hissəsi kəsilərək atılır. Yarpaq quruduqda sarğı açılaraq yenisi ilə əvəz olunur. Bu üsul uşaqlar üçün daha yaxşıdır, çünki, onlar yaranı yod və ya spirt ilə yandırmanı sevmirlər, əzvay isə ağrı hissi yaratmır.Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur. İtdirsəyini müalicə etmək üçün əzvay yarpaqlarının şirəsini qaynanmış su ilə 1:10 nisbətində qarışdırıb islatma dərmanı kimi istifadə etmək lazımdır. Vanqa resepti ilə baş ağrısının müalicəsi: 1-2 əzvay yarpağı 2-3 litr suda bişirilir. Bir neçə axşam başa və bədənə bu həlim tökülür. | https://az.wikipedia.org/w/index.php?curid=94660 |
Əzvayyarpaq yukka | Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Təbii yayılması Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır. Botaniki təsviri Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır. Yayda iri bitkilərin rozetindən hündürlüyü 45 sm-ə çatan, qırmızı çalarlı süpürgəvarı çiçək qrupu çıxır ki, onların üzərində 3 sm uzunluğunda çoxsaylı zəngşəkilli çiçəklər əmələ gəlir. Çiçəkyanlığının xarıcı tərəfində yerləşən ağ ləçəklərin üzərində qırmızı-qonur rəngli zolaqlı ləkələr vardır. Yazda və ya yayda zoğlarla, qələmlərlə çoxaldılır. Ekologiyası Quraqlığa, şaxtaya davamlı bitkidir, yarımkölgəyə dözür. 13 °C temperaturda yerüstü hissəsi məhv olur. Azərbaycanda yayılması Abşeronda, Qəbələdə, Şamaxıda, Gəncədə və s.rayon və şəhərlərdə yaşəllaşdırmada istifadə edilir. Yarpaqlarının üzərində sarı zolaqları olan dekorativ forması vaardır. Bağlarda və parklarda qrup ilə və ya tək əkinlərdə daha geniş miqyasda əkilə bilər. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=556934 |
Əzəl Sultanov | Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.1935-ci ildə Moskva Neft İnstitutunun aspiranturasına daxil olub. Əmək fəaliyyəti 1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji trestində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.1934-cü ildə Azərbaycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub. 1939 – 1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda baş elmi işçi, 1945 – 1949-cu və 1958 – 1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru, 1952 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri, 1954 – 1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri olub. Qardaşı Əhədxan Sultanov Cəfər bəy oğlu - Akademik Əzəl Sultanovun böyük qardaşı olmaqla yanaşı həm də 1930-cu ildəki Şəki üsyanının başçılarından biri olub. Üsyandan sonra tutularaq şəhid edilib. Elmi fəaliyyəti Sultanov A.C. neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. Çökmə və vulkanogen-çökmə süxurların və eləcə də paleozoydan tutmuş antropogenə qədər müxtəlif yaşlı çöküntülərin litofasial tərkibinin tədqiqatları ilə məşğul olmuş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar aparmış və onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir. Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Çox sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Elmi fəaliyyətinə görə SSRİ-nin orden və medalları ilə təlrif edilmişdir. Təltif və mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, bir neçə dəfə; “Qırmızı Əmək Bayrağı” ordeni; 1990-cı ildə – 85 yaşında, Bakıda vəfat edib. 27 dekabr 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=129813 |
Əzəl çərşənbə | Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə. Su Çərşənbəsi Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Od Çərşənbəsi Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların odun qoruyucu, paklaşdırıcı gücünə olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Yel Çərşənbəsi Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar. İlaxır və ya torpaq çərşənbəsi Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur. Kalafat, Y. (2009). Türk kültürlü halklarda Ahır Çerşembe’nin mitolojik muhtevası. Erişim tarihi ve adresi: 09.03.2020 pdf. | https://az.wikipedia.org/w/index.php?curid=276572 |
Əzəli Əssumani | Əzəli Əssumani (ərəb. غزالي عثماني; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti. 15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi. Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi. 2018-ci ilədək prezident postu hər beş ildən bir ölkənin üç adası: Qrand Komor, Anjuan və Mohelidən olan şəxslər arasında ötürülür. 2018 konstitusiya referendumu bu sistemi sona çatdırdı və Əzəlinin səsverməni 60.7% səslə ilk turunda qazandığı 2019 Komor adaları prezident seçkilərində iştirak etməsinə icazə verdi. 2019-cu ilin aprelində postuna yenidən təyin olundu.2022-ci ilin may ayında Azali Assoumani Mərakeşin Komor adalarındakı səfirliyindən Afrika kubokunun Kontinental fərqlənmə mükafatını aldı. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=711358 |
Əzəliyyə | Əzəliyyə (fars. ازلی; azərb. Azali Bábí) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar. | https://az.wikipedia.org/w/index.php?curid=498987 |
Əzələ | Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur. İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir. Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var. Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir. Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir. Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz. Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir. Mədənizin əzələləri qidanı həzm edir, ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir. Əzələlər həm dartılır, həm də yığılır. Buna görə də onlar cüt-cüt -antaqonist əzələ cütləri şəklində işləyirlər. Bir əzələ gəriləndə digəri açılır. QEYD: İnsan orqanizmində 640 əzələ var, onlardan hər biri bədənin müəyyən yerini hərəkətə gətirir. Əzələlərin fəaliyyəti Əzələlərin içində sinir ucları mövcuddur. Hərəkət etmək istədiyimiz zaman beynimiz, əzələmizə sıxılmasını söyləyən bir əmr göndərər. Sıxılan əzələ, bir sümüyü çəkərək onu hərəkət etdirər. Əzələlər sıxılarkən eyni zamanda şişər və sərtləşər. Bir əzələ sıxılarkən onun tərsi olan əzələ boşalar. Əzələ növləri Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur. Eninəzolaqlı və ya sklet əzələ; Saya əzələ; Ürək əzələsi. Eninəzolaqlı əzələlər (skelet əzələləri) Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir. eninə zolaqlı əzələ toxuması mənşə quruluş prinsipi və funksional cəhətdən saya əzələ toxumasından fərqlənirmezenximdən inkişaf eden sayatoxumasından fərqli olaraq eninəzolaqlı əzələ toxuması mezodermaadan inkişaf edir Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır. Eninəzolaqlı əzələdə 3 cür təqəllüs olur: tək təqəllüs, dişli təqəllüs və hamar təqəllüs. Saya əzələlər Düz əzələ hüceyrələri mərmi şəklində olub, qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və nizamlıdır. Bunlarda yığılma və boşalma eninəzolaqlıya nisbətən gec olur. Bunlarda hamar təqəllüs müşahidə edilir. Onurğalılarda həzm, tənəffüs, dövran, artıma və boşaldam sistemlərinin divarların tapılar. Oynaq qıçlılar xaric, onurğasız heyvanlar düz əzələlərə malikdir. Hər hüceyrədə bir dənə nüvə əzələsi mövcuddur. Ürək əzələsi (miokard) Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir. Mədəciklərdə, ətli atmalarda və məməyəbənzər əzələlərdə əzələ lifləri artıq dərəcədə bir-birilə çarpazlaşaraq kələflər əmələ gətirirlər və özləridə endokarda yaxın təbəqələrdə çox vaxt sıx olurlar. Miokardı təşkil edən əzələ lifləri arasında zəif diferensasiya etmiş Purkinye liflərinə təsadüf olunur. Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir. Qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat isə hər qulaqcıq nahiyəsində müstəqildir, ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar. Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə; sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır. Səthi qatın əzələ liflərinin ürək zirvəsində burulmasından ürək burulqanı — (lat. vortex cordis) əmələ gəlir. Dərin boylama qatı təşkil edən liflər səthi boylama qat liflərinin məbədi olub, yuxarıya doğru qayıdırlar və yenə də lifli halqalara bağlanırlar. Orta həlqəvi əzələ qatı hər mədəcikdə müstəqildir və özüdə həlqəvi liflərdən təşkil olub səthi və dərin qatların arasında yerləşmişdir. Həlqəvi qat xüsusən sol mədəcikdə inkişaf etmişdir. Mədəcikarası arakəsmənin qurluşuna gəldikdə orada da üç qata rast gəlinir: sağ, sol və orta qat. Sağ qat sağ mədəciyə, sol qat sol mədəciyə və orta qat hər ikisinə aiddir. Qulaqcıqlarla mədəciklərin əzələ qişaları qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) vasitəsilə bir-birilə rabitədədirlər. | https://az.wikipedia.org/w/index.php?curid=92419 |
Əzələ-skelet sistemi | Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir. | https://az.wikipedia.org/w/index.php?curid=827920 |
Əzələ qərənfil | Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. Botaniki xarakteristikası Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Ekologiyası Meşələrdə, meşə kənarında, kolluqlarda, yol və meşə talalarında rast gəlinir. Azərbaycanda yayılması Xəzəryanı ərazilərdə, Qubada, Lənkəran dağlarında və ovalığında, ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=491161 |
Əzələ sistemi | Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur. İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir. Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var. Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir. Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir. Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz. Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir. Mədənizin əzələləri qidanı həzm edir, ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir. Əzələlər həm dartılır, həm də yığılır. Buna görə də onlar cüt-cüt -antaqonist əzələ cütləri şəklində işləyirlər. Bir əzələ gəriləndə digəri açılır. QEYD: İnsan orqanizmində 640 əzələ var, onlardan hər biri bədənin müəyyən yerini hərəkətə gətirir. Əzələlərin fəaliyyəti Əzələlərin içində sinir ucları mövcuddur. Hərəkət etmək istədiyimiz zaman beynimiz, əzələmizə sıxılmasını söyləyən bir əmr göndərər. Sıxılan əzələ, bir sümüyü çəkərək onu hərəkət etdirər. Əzələlər sıxılarkən eyni zamanda şişər və sərtləşər. Bir əzələ sıxılarkən onun tərsi olan əzələ boşalar. Əzələ növləri Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur. Eninəzolaqlı və ya sklet əzələ; Saya əzələ; Ürək əzələsi. Eninəzolaqlı əzələlər (skelet əzələləri) Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir. eninə zolaqlı əzələ toxuması mənşə quruluş prinsipi və funksional cəhətdən saya əzələ toxumasından fərqlənirmezenximdən inkişaf eden sayatoxumasından fərqli olaraq eninəzolaqlı əzələ toxuması mezodermaadan inkişaf edir Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır. Eninəzolaqlı əzələdə 3 cür təqəllüs olur: tək təqəllüs, dişli təqəllüs və hamar təqəllüs. Saya əzələlər Düz əzələ hüceyrələri mərmi şəklində olub, qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və nizamlıdır. Bunlarda yığılma və boşalma eninəzolaqlıya nisbətən gec olur. Bunlarda hamar təqəllüs müşahidə edilir. Onurğalılarda həzm, tənəffüs, dövran, artıma və boşaldam sistemlərinin divarların tapılar. Oynaq qıçlılar xaric, onurğasız heyvanlar düz əzələlərə malikdir. Hər hüceyrədə bir dənə nüvə əzələsi mövcuddur. Ürək əzələsi (miokard) Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir. Mədəciklərdə, ətli atmalarda və məməyəbənzər əzələlərdə əzələ lifləri artıq dərəcədə bir-birilə çarpazlaşaraq kələflər əmələ gətirirlər və özləridə endokarda yaxın təbəqələrdə çox vaxt sıx olurlar. Miokardı təşkil edən əzələ lifləri arasında zəif diferensasiya etmiş Purkinye liflərinə təsadüf olunur. Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir. Qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat isə hər qulaqcıq nahiyəsində müstəqildir, ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar. Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə; sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır. Səthi qatın əzələ liflərinin ürək zirvəsində burulmasından ürək burulqanı — (lat. vortex cordis) əmələ gəlir. Dərin boylama qatı təşkil edən liflər səthi boylama qat liflərinin məbədi olub, yuxarıya doğru qayıdırlar və yenə də lifli halqalara bağlanırlar. Orta həlqəvi əzələ qatı hər mədəcikdə müstəqildir və özüdə həlqəvi liflərdən təşkil olub səthi və dərin qatların arasında yerləşmişdir. Həlqəvi qat xüsusən sol mədəcikdə inkişaf etmişdir. Mədəcikarası arakəsmənin qurluşuna gəldikdə orada da üç qata rast gəlinir: sağ, sol və orta qat. Sağ qat sağ mədəciyə, sol qat sol mədəciyə və orta qat hər ikisinə aiddir. Qulaqcıqlarla mədəciklərin əzələ qişaları qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) vasitəsilə bir-birilə rabitədədirlər. | https://az.wikipedia.org/w/index.php?curid=323467 |
Əzələ tonusu | Sakitlik halında insanın əzələləri qismən yığılır. Əzələlərin belə qismən yığılma vəziyyəti-onlar gərgin olur, lakin hərəkətə xidmət etmirlər -əzələ tonusu adlanır. Əzələlərin belə gərginliyi daxili orqanların normal vəziyyətini və müəyyən pozanı saxlamaq üçün vacibdir. Yuxuda və ya narkozda olarkən əzələ gərginliyi bir qədər azalır, bədən boşalır. Əzələ tonusunun təmiz yox olması ancaq ölüm zamanı olur. əzələ tonusunun yüksəkliyi Mərkəzi Sinir Sisteminin (MSS) funksional vəziyyətindən asılıdır. Skelet əzələlərinin tonusu onlara onurğa beynin hərəki neyronlarından böyük intervalla ardıcıl gələn sinir impulsları ilə bağlıdır.Bu neyronların aktivliyi MSS-nin yuxarıda yerləşən şöbələrinin impulsları ilə, həmçinin əzələlərin özündə yerləşən reseptorlarla əlaqəlidir. Əzələ tonusu koordinativ hərəkətlərin yerinə yetirilməsində,bədənin sabitliyi və vəziyyətində mühüm rol oynayır. Əzələ tonusu reflektor təbiətə malikdir.Müəyyən olunmuşdur ki,skelet əzələlərinin tonuslaşmasında əsas rolu "tonik sakit" əzələ lifləri oynayır. Onlar yığılma və boşalmanın kiçik sürəti ilə fərqlənirlər, bunun üçün də oyanma ritmi belə kifayət edir ki,əzələ lifləri uzun müddət yığılma vəziyyətində qalsın. K.Ə. Balakişiyev İnsanın normal anatomiyası 1-ci cild."Maarif"nəşriyyatı,1979. | https://az.wikipedia.org/w/index.php?curid=334428 |
Əzələ toxuması | Əzələ toxuması — Əzələ toxumaları əksər heyvanlarda müxtəlif növ əzələləri təşkil edən və əzələlərə yığılma qabiliyyəti verən yumşaq toxumalardır. Buna miyopropulsiv toxuma da deyilir. Əzələ toxuması miyogenez kimi tanınan bir prosesdə embrional inkişaf zamanı əmələ gəlir. Əzələ toxumasında aktin və miyozin adlı xüsusi kontraktil zülallar var ki, onlar daralır və hərəkətə səbəb olur. Bir çox digər əzələ zülalları arasında iki tənzimləyici zülal, troponin və tropomiyozin mövcuddur. Əzələ toxumaları funksiyasına və bədəndə yerləşməsinə görə fərqlənir. Məməlilərdə bunlar üç növdür: skelet və ya zolaqlı əzələ toxuması; hamar əzələ (zolaqsız) əzələlər; və ürək əzələsi. Skelet əzələ toxuması əzələ lifləri adlanan uzunsov əzələ hüceyrələrindən ibarətdir və bədənin hərəkətindən məsuldur. Digər skelet əzələ toxumalarına tendonlar və perimizium daxildir. Hamar və ürək əzələləri şüurlu müdaxilə olmadan qeyri-ixtiyari daralır. Bu tip əzələlər həm mərkəzi sinir sistemi ilə qarşılıqlı əlaqə, həm də periferik pleksusdan innervasiya və ya endokrin (hormonal) aktivasiya yolu ilə aktivləşdirilə bilər. Zolaqlı və ya skelet əzələləri mərkəzi sinir sisteminin təsiri altında yalnız könüllü şəkildə yığılır. Reflekslər şüursuz skelet əzələlərinin aktivləşdirilməsinin bir formasıdır, lakin buna baxmayaraq mərkəzi sinir sisteminin aktivləşdirilməsi nəticəsində yaranır, baxmayaraq ki, yığılma baş verənə qədər kortikal strukturları əhatə etmirlər. Fərqli əzələ növləri əzələ növündən və əzələnin dəqiq yerindən asılı olaraq nörotransmitterlərə və asetilkolin, norepinefrin, epinefrin və azot oksidi kimi hormonlara cavab olaraq fərqlənir. Onurğalılarda üç növ əzələ toxuması var: skelet, ürək və saya. Skelet və ürək əzələləri zolaqlı əzələ toxumasının növləridir. Saya əzələlər zolaqlı deyil. Skelet əzələ toxuması bir neçə millimetrdən təqribən 10 santimetr uzunluğunda və 10 ilə 100 mikrometre enində olan uzunsov zolaqlı əzələ toxumasıdır. Skelet zolaqlı əzələ toxuması, toxumaya zolaqlı (zolaqlı) görünüş verən sarkomerlər kimi tanınan çoxlu daralma vahidlərindən ibarət müntəzəm, paralel miofibril dəstələri şəklində təşkil edilmişdir. Skelet əzələsi vətərlər və ya bəzən aponevrozlar tərəfindən sümüklərə bağlanan könüllü əzələdir və hərəkət kimi skelet hərəkətlərini yerinə yetirmək və duruş saxlamaq üçün istifadə olunur. Postural nəzarət adətən şüursuz bir refleks kimi saxlanılır, lakin buna cavabdeh olan əzələlər də şüurlu nəzarətə cavab verə bilər. Orta yetkin kişi bədən çəkisinin faizi olaraq 42% skelet əzələsindən, orta yaşlı qadın isə 36% təşkil edir.Ürək əzələ toxuması yalnız ürəyin divarlarında miokard şəklində yerləşir və avtonom sinir sistemi tərəfindən qeyri-ixtiyari olaraq idarə olunur. Ürək əzələsi toxuması skelet əzələsi kimi zolaqlıdır və sarkomerlər adlanan büzülmə vahidlərindən ibarətdir. Skelet əzələləri müntəzəm paralel dəstələrdə düzülərkən, ürək əzələsi interkalasiya edilmiş disklər kimi tanınan budaqlanmış nizamsız açılarda bağlanır. Hamar əzələ toxuması zolaqlı və qeyri-iradi deyil. Hamar əzələlər yemək borusu, mədə, bağırsaq, bronxlar, uşaqlıq yolu, sidik kanalı, sidik kisəsi, qan damarları kimi orqan və strukturların divarlarında, həmçinin bədən tüklərinin qurulmasına nəzarət edən dəridə olur. Əzələ toxumasının əsas funksiyası daralmadır. Üç növ əzələ toxuması (skelet, ürək və hamar) əhəmiyyətli fərqlərə malikdir. Bununla belə, hər üçü daralma yaratmaq üçün aktinin miozinə qarşı hərəkətindən istifadə edir. Skelet əzələsi Skelet əzələlərində daralma motor sinirləri tərəfindən ötürülən elektrik impulsları ilə stimullaşdırılır. Ürək və hamar əzələlərin daralması daxili kardiostimulyator hüceyrələri tərəfindən stimullaşdırılır ki, onlar müntəzəm olaraq daralır və daralmaları təmasda olduqları digər əzələ hüceyrələrinə yayırlar. Bütün skelet əzələləri və bir çox hamar əzələ daralması nörotransmitter asetilkolin tərəfindən asanlaşdırılır. Saya əzələ demək olar ki, bütün orqan sistemlərində olur, məsələn, mədə və sidik kisəsi daxil olmaqla içi boş orqanlar; qan və limfa damarları və safra kanalları kimi boru strukturlarında; uşaqlıq yolunda və göz kimi sfinkterlərdə. Bundan əlavə, ekzokrin vəzlərin kanallarında mühüm rol oynayır. Saya əzələ hüceyrələri skelet əzələ hüceyrələrindən daha yavaş büzülür, lakin onlar daha güclü, davamlıdır və daha az enerji tələb edir. Saya əzələ də stimul tələb edən skelet əzələsindən fərqli olaraq qeyri-iradidir. Ürək əzələsi Ürək əzələsi ürəyin əzələsidir. O, öz-özünə bağlanır, avtonom şəkildə tənzimlənir və orqanizmin bütün həyatı boyu ritmik şəkildə daralmağa davam etməlidir. Buna görə də xüsusi xüsusiyyətlərə malikdir. | https://az.wikipedia.org/w/index.php?curid=767384 |
Əzələlər | Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur. İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Ən güclü əzələlər çənə, ən böyük əzələlər isə omba əzələləridir. Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var. Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir. Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir. Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz. Əzələlərin ikinci qrupu isə hətta siz yatanda belə işləyir. Mədənizin əzələləri qidanı həzm edir, ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir. Əzələlər həm dartılır, həm də yığılır. Buna görə də onlar cüt-cüt -antaqonist əzələ cütləri şəklində işləyirlər. Bir əzələ gəriləndə digəri açılır. QEYD: İnsan orqanizmində 640 əzələ var, onlardan hər biri bədənin müəyyən yerini hərəkətə gətirir. Əzələlərin fəaliyyəti Əzələlərin içində sinir ucları mövcuddur. Hərəkət etmək istədiyimiz zaman beynimiz, əzələmizə sıxılmasını söyləyən bir əmr göndərər. Sıxılan əzələ, bir sümüyü çəkərək onu hərəkət etdirər. Əzələlər sıxılarkən eyni zamanda şişər və sərtləşər. Bir əzələ sıxılarkən onun tərsi olan əzələ boşalar. Əzələ növləri Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur. Eninəzolaqlı və ya sklet əzələ; Saya əzələ; Ürək əzələsi. Eninəzolaqlı əzələlər (skelet əzələləri) Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir. eninə zolaqlı əzələ toxuması mənşə quruluş prinsipi və funksional cəhətdən saya əzələ toxumasından fərqlənirmezenximdən inkişaf eden sayatoxumasından fərqli olaraq eninəzolaqlı əzələ toxuması mezodermaadan inkişaf edir Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır. Eninəzolaqlı əzələdə 3 cür təqəllüs olur: tək təqəllüs, dişli təqəllüs və hamar təqəllüs. Saya əzələlər Düz əzələ hüceyrələri mərmi şəklində olub, qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və nizamlıdır. Bunlarda yığılma və boşalma eninəzolaqlıya nisbətən gec olur. Bunlarda hamar təqəllüs müşahidə edilir. Onurğalılarda həzm, tənəffüs, dövran, artıma və boşaldam sistemlərinin divarların tapılar. Oynaq qıçlılar xaric, onurğasız heyvanlar düz əzələlərə malikdir. Hər hüceyrədə bir dənə nüvə əzələsi mövcuddur. Ürək əzələsi (miokard) Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir. Mədəciklərdə, ətli atmalarda və məməyəbənzər əzələlərdə əzələ lifləri artıq dərəcədə bir-birilə çarpazlaşaraq kələflər əmələ gətirirlər və özləridə endokarda yaxın təbəqələrdə çox vaxt sıx olurlar. Miokardı təşkil edən əzələ lifləri arasında zəif diferensasiya etmiş Purkinye liflərinə təsadüf olunur. Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir. Qulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub, hər iki qulaqcığı əhatə edir. Dərin qat isə hər qulaqcıq nahiyəsində müstəqildir, ilgəyəbənzər və həlqəvi liflərdən ibarətdir. Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar. Mədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə; sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10–15 mm, sağ mədəciyin isə 3–5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətli olmalıdır. Səthi qatın əzələ liflərinin ürək zirvəsində burulmasından ürək burulqanı — (lat. vortex cordis) əmələ gəlir. Dərin boylama qatı təşkil edən liflər səthi boylama qat liflərinin məbədi olub, yuxarıya doğru qayıdırlar və yenə də lifli halqalara bağlanırlar. Orta həlqəvi əzələ qatı hər mədəcikdə müstəqildir və özüdə həlqəvi liflərdən təşkil olub səthi və dərin qatların arasında yerləşmişdir. Həlqəvi qat xüsusən sol mədəcikdə inkişaf etmişdir. Mədəcikarası arakəsmənin qurluşuna gəldikdə orada da üç qata rast gəlinir: sağ, sol və orta qat. Sağ qat sağ mədəciyə, sol qat sol mədəciyə və orta qat hər ikisinə aiddir. Qulaqcıqlarla mədəciklərin əzələ qişaları qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) vasitəsilə bir-birilə rabitədədirlər. | https://az.wikipedia.org/w/index.php?curid=759623 |
Əzəmi Hüseynov | Əzəmi Əli oğlu Hüseynov (29 avqust 1992; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əzəmi Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. Hərbi xidməti Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=685557 |
Əzəmətli gövdəyarpaq | Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=141240 |
Əzəndərian | Əzəndəryan və ya Əzəndərian — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının Cövkar bəxşinin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8685 nəfər və 2126 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. | https://az.wikipedia.org/w/index.php?curid=272465 |
Əzəndəryan | Əzəndəryan və ya Əzəndərian — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının Cövkar bəxşinin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8685 nəfər və 2126 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. | https://az.wikipedia.org/w/index.php?curid=319749 |
Əçomi xalqı | Əçomi xalqı (fars. مردم اَچُمی) və ya Xudmuni (ərəb. خودمونية), İran xalqı bir etnik qrupdur; Onlar cənubda İran, yəni vilayətlərin Fars və Kirman cənubunda, vilayətin şərq hissəsində Buşehr və demək olar ki, bütün vilayətdə Hörmüzgan yaşayırlar. Əlavə olaraq, bunların bir çoxu (Fars körfəzi) ilə həmsərhəd olan ölkələrdədi: BƏƏ, Bəhreyn, Küveyt, Qətər və Oman uzun illərdir yaşayırlar və yerli olaraq qəbul edilirlər. Onların çoxluğu sünni və azlıq olaraq şiələr də aralarında görünür, bu insanlar dildə danışırlar Əçomi; (Hansı ki, müasir Fars dilinə nisbətən qədim fars dilinə daha yaxındır). | https://az.wikipedia.org/w/index.php?curid=705889 |
Əğlabi | Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir. Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir. Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir. Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır. Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür. XIX-XX əsrlərdə 1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. Müasir dövrdə 2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir. Kənd əhalisi hazırda əsasən ləzgilərdən (1254 nəfər (53,6 %)), azərbaycanlılardan (983 nəfər (42,0 %)), tabasaranlılardan (62 nəfər (2,6 %)) və digərlərindən (42 nəfər (1,8 %)) ibarətdir. | https://az.wikipedia.org/w/index.php?curid=287246 |
Əş-Şam | Əş-Şam (ərəb. جبل شمس) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir. Topoqrafik xəritə Sultanate of Oman Geographical Map (English, French, Italian and German Edition) by Gizi Map (Jan 1, 2007)., ISBN 9789638703071 Peakware.com Arxivləşdirilib 2015-12-01 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=549853 |
Əş-Şəbab | əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين; somali Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Etimologiya Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar. Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.əş-Şəbab yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib. Politoloqların fikrincə, "Əş-Şəbab" qruplaşması əsasən partizan döyüşlər aparır. Bölgədə daha çox Keniya və Afrika Birliyinə daxil ölkələrə gələn turistləri, eləcə də əsgərləri oğurlayırlar. Buna baxmayaraq Efiopiya qüvvələri ölkənin qərbindən daxil olaraq Beledveyne və Baidoa şəhərlərini nəzarətə götürməyə müəffəq olub. Terrorçular 2015-ci il 21 sentyabrında 152 adamın ölümünə səbəb olan terror Qarissa Universitet Kollecinə hücumunu üzərinə götürüb.Qruplaşma öz şəriətinə uyğun şəkildə zina etməkdə günahlandırılan qadınları daşlayaraq öldürür, oğruları isə əllərini kəsməklə cəzalandırır. Xarici keçidlər Al-Shabaab: How Great a Threat?: Hearing before the Committee on Foreign Affairs, House of Representatives, One Hundred Thirteenth Congress, First Session, October 3, 2013 | https://az.wikipedia.org/w/index.php?curid=431904 |
Əş-şaab yurid iskat'en-nizam | Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər") — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi. Xarici keçidlər News footage of Egyptian protestors using the slogan Ash-sha'ab yurid isqat an-nizam, Bəhreyn mahnısı Ash-sha'ab lubnani yurid isqat an-nizam at-ta'ifi, Livan mahnısı Bingazideki miting videosu | https://az.wikipedia.org/w/index.php?curid=539060 |
Əşareyi-Mübəşşirə | Əşareyi-Mübəşşirə (ərəb. العشرة المبشرون بالجنة) — İslam termini olub, Məhəmməd peyğəmbər tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. Ortaq xüsusiyyətləri Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları Əşareyi-Mübəşşirə Ömər ibn Xəttab Osman ibn Əffan Əli ibn Əbu Talib Təlhə ibn Ubeydullah Zübeyr ibn Əvvam Əbdurrəhman ibn Ovf Səd ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Übeydə ibn Cərrah Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 193 Tirmizi, Mənakib, 25 | https://az.wikipedia.org/w/index.php?curid=391514 |
Əşareyi-Mübəşşirədəndir | Əşareyi-Mübəşşirə (ərəb. العشرة المبشرون بالجنة) — İslam termini olub, Məhəmməd peyğəmbər tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. Ortaq xüsusiyyətləri Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları Əşareyi-Mübəşşirə Ömər ibn Xəttab Osman ibn Əffan Əli ibn Əbu Talib Təlhə ibn Ubeydullah Zübeyr ibn Əvvam Əbdurrəhman ibn Ovf Səd ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Übeydə ibn Cərrah Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 193 Tirmizi, Mənakib, 25 | https://az.wikipedia.org/w/index.php?curid=825988 |
Əşiya | Əşiya və ya Yeşaya (ivr. יְשַׁעְיָהוּ, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür.«Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur. Başqa bir nöqteyi-nəzərə görə, kitabın birinci yarısı (1–39-cu fəsillər) tarixi Əşiya tərəfindən, qalan hissəsinin yazılma tarixi isə Babiloniyadakı sürgündən dərhal sonraya təsadüf edir. Bu tarix də tarixi Əşiyanın həyat dövründən iki əsr sonradır. Baltzer, Klaus. Deutero-Isaiah: A Commentary on Isaiah 40–55. Minneapolis: Fortress Press. 2001. Childs, Brevard S. Isaiah: a commentary. Louisville, Kentucky: Westminster John Knox Press. 2001. ISBN 978-0-664-22143-0. Church, Brooke Peters. The Private Lives of the Prophets and the Times in Which They Lived. New York: Rinehart. 1953. Cohon, Beryl D. The Prophets: Their Personalities and Teachings. New York: Scribner. 1939. Herbert, Arthur Sumner. The book of the prophet Isaiah: Commentary. Cambridge: Cambridge University Press. 1975. ISBN 978-0-521-08624-0. Herbert, Arthur Sumner. The book of the Prophet Isaiah, chapters 40–66. Cambridge: Cambridge University Press. 1975. ISBN 978-0-521-20721-8. Kraeling, Emil G. The Prophets. Chicago: Rand McNally. 1969. Miscall, Peter D. Isaiah. Sheffield, England: JSOT Press. 1993. ISBN 978-1-85075-435-0. Quinn-Miscall, Peter D. Reading Isaiah: poetry and vision. Louisville: Westminster Press. 2001. ISBN 978-0-664-22369-4. Phillips, J. B. Four Prophets, Amos, Hosea, First Isaiah, Micha: A Modern Translation from the Hebrew. New York: Macmillan. 1963. Sawyer, John F. A. The fifth gospel: Isaiah in the history of Christianity. Cambridge: Cambridge University Press. 1996. ISBN 978-0-521-44007-3. Scott, R. B. Y. The Relevance of the Prophets. Macmillan: London. 1968. Smith, J. M. Powis. The Prophets and Their Times. Chicago: University of Chicago. 1941. | https://az.wikipedia.org/w/index.php?curid=596430 |
Əşkezər | Əşkezər- İranın Yəzd ostanının şəhərlərindən və Səduq şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,800 nəfər və 3,711 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=288164 |
Əşki (Urmiya) | Əşki (fars. اشكي) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (11 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=581641 |
Əşkinazi yəhudiləri | Aşkenazi yəhudiləri (ivr. אשכנזים, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir. Bu dil X–XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır. Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar. Məşhur insanlar Abraham Maslou—yəhudi əsilli Amerikalı psixoloq (ailəsi Ukrayna əsilli yəhudilər) Adam Levin—Amerikalı müğənni Albert Eynşteyn—alman fiziki Arye Qut—İsrailli siyasətçi (atası azərbaycanlı, anası Ukraynadan olan aşkenaz yəhudisi) Aviqdor Liberman—İsrailin keçmiş Müdafiə Naziri Benjamin Blum—ABŞ psixoloqu və pedaqoqu Benyamin Netanyahu—İsrailin keçmiş baş naziri Deniel Redklif—İngiltərədə aktyor, Harri Potter rolunun ifaçısı Emin Ağalarov—müğənni (anası yəhudi) Faina Zukerman—azərbaycanlı model (atası yəhudi, anası azərbaycanlı) Frans Kafka—Çexiyalı yazıçı Haim Veytsman—İsrailin ilk prezidenti Leonid Yakuboviç—rusiyalı aparıcı Lev Vıqotski—yəhudi əsilli Sovet psixoloqu Lütfi Zadə—tanınmış Azərbaycan alimi (atası Cənubi Azərbaycanlı, anası Odessa yəhudisi) Mark Levi—fransız yazıçısı Mark Zukerberq—Amerikalı media maqnatı, internet sahibkarı və xeyriyyəçi. Meta-nın (keçmiş Facebook) təsisçisi Məryəm Şabanova—azərbaycanlı müğənni Mixail Finkel—əslən Rusiyadan olan, İsrailli ravvin, siyasi ekspert Mixail Qusman—Sovet və Rusiya aktyoru, aparıcı, jurnalist, tərcüməçi Natali Portman—Amerikalı aktrisa Oleq Qazmanov—rusiyalı müğənni (atası tatar, anası yəhudi) Omer Adam—İsrailli müğənni (atası dağ yəhudisi, anası aşkenaz yəhudisi) Rober Osseyn—Azərbaycan əsilli məşhur fransız aktyoru (atası azərbaycanlı, anası Bessarabiya yəhudisi) Shantel—Almaniyalı repçi (atası yunan, anası yəhudi əsilli) Skarlet Yohanson—Amerikalı aktrisa Stefan Sveyq—Avstriyalı yazıçı Teymur Rəcəbov—azərbaycanlı şahmatçı (atası yəhudi, anası azərbaycanlı) Timati—rusiyalı müğənni (atası tatar, anası yəhudi) Timur Rodrigez (Kərimov)—Rusiyada aktyor, şoumen (atası azərbaycanlı, anası yəhudi) Timur Vaynşteyn—Rusiyalı aktyor, aparıcı, prodüser (atası yəhudi, anası azərbaycanlı) Vado Korovin—azərbaycanlı aktyor Volodimir Zelenski—Ukraynanın prezidenti Yan Kum—Whatsap-ın yaradıcısı Yana Batırşina—Rusiyalı gimnast (atası tatar, anası yəhudi) Ziqmund Freyd—Avstriyalı psixoloq 1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi.Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər.Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir. Həmçinin bax Dağ yəhudiləri Xarici keçidlər Yəhudilər kimdir? | https://az.wikipedia.org/w/index.php?curid=551009 |
Əşnas | Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü. Bütün bu adları çəkilən sərkərdələr böyük hərbi təcrübələrə malik idilər. Əşnas bir çox savaşlarda özünü doğrultmuşdu. Fərqanə bölgəsinin irəli gələn ailələrindən olduğu və ölkəsindən gətirilən Türk birlikləriylə Abbasi xilafətinin xidmətinə girdiyi irəli sürülən Əbu Cəfər Əşnas ət-Türkinin Bağdada hansı xəlifə zamanında gəldiyi dəqiq olaraq bilinməməkdədir. Göytürk Dövlətini quran Aşina ailəsinə mənsub olduğu və adının Aşinadan gəldiyi rəvayət edilən Əşnas ilk əsgəri fəaliyyətlərinə Xəlifə Məmun çağında (813 – 833) başlayıb. Mərvdə xəlifə elan edilən və Bağdada dönməyib ölkəni Mərvdən idarə edən Məmuna qarşı Bağdad əhalisi İbrahim b. Mehdini xəlifə elan etdikdə ölkədə qarışıqlıqlar ortaya çıxdı. Mehdi b. Ülvan əl-Haruri adındakı bir Xaricinin Büzürcəsaburda üsyan etməsi üzərinə (202/817–818) İbrahim b. Mehdi, Mütəsim-Billahı üsyanı yatırmağa məmur etdi. Mütəsimin tabeliyindəki Türk sərkərdələri arasında bulunan Əşnas bu üsyanın yatırılmasında önəmli rol oynadı. Daha sonrakı illərdə Məmun tərəfinə keçən Əşnas onun 830-cu ildə Bizansa qarşı etdiyi ilk səfərə ordu başçısı olaraq qatıldı. Müstəqil bir birliyin rəhbərliyinə gətirilərək Sundus (Nevşəhir) Qalasını fəth etdi. Qaynaqlarda bilgi bulunmamaqla yanaşı Əşnasın Xəlifə Məmunun digər səfərlərinə də qatıldığı təxmin edilməkdədir. Məmunun 833-cü ildə ölümü üzərinə Əşnasın da aralarında bulunduğu Türk sərkərdələri Mütəsim-Billahın xəlifə olmasını təmin etdilər. Səmərra şəhərinin qurulmasında bəzi Türk sərkərdələri ilə vəzifə alan Əşnasa Kərx-i Səmərra adı verilən bir bölgə təxsis edildi. Burada özü üçün bir saray, birlikləri üçün də qışlalar və sosial təsislər yapıldı. Əşnas, Mütəsim-Billahın xəlifə olmasından dərhal sonra başlayan əsgəri hərəkata qatılmayıb bu illərdə mərkəzdə qalaraq özəlliklə Səmərranın quruluşunda fəal rol aldı. Onun qatıldığı ilk böyük əsgəri səfər 838-ci ildə edilən Ammuriyə (Amorion) səfəridir. Abbasi ordularının Babək üsyanını yatırmaqla məşğul olduqları sırada Bizans İmperatoru Teofilosun İslam ölkəsinə girərək başda Zibatra olmaqla, Samsat və Malatyanı təxrib etməsinin intiqamını almaq üçün çıxılan Ammuriya səfərində öncü qolların sərkərdəsi olan Əşnas Tarsus civarında ana ordudan ayrılaraq Niydə yaxınlarınadək irəlilədi. Xəlifədən aldığı əmr üzərinə bölgəyə çıxardığı kəşfiyyat qollarından Bizans ordusunun irəliləməkdə olduğunu öyrənərək durumu xəlifəyə və Afşinə bildirdi. Toqat yaxınında Kazovada Bizans qüvvələrini məğlub edən Afşin Ankarada xəlifəyə qatıldı. Ordu yenidən düzənlənərək sol qanad qüvvələrinə Əşnas, sağ qanad qüvvələrinə Afşin başçı təyin edildi. Əşnas Ammuriyənin fəthində də önəmli rol oynadı. Ordu Səmərraya dönərkən Mütəsim-Billaha müxalif olanlar Məmunun oğlu Abbası xəlifə etmək üçün gizlicə yürütdükləri fəaliyyəti sonuclandırmağa qərar verdilər. İlk hədəf ordu və xəlifə üzərindəki Türk nüfuzunu qırmaq idi. Bu səbəblə xəlifə və onun Afşin və Əşnas kimi Türk sərkərdələrini öldürməyi planlayan müxaliflər qənimətlərin bölüşdürülməsi sırasında planlarını yerinə yetirmək istədilər. Əşnas Abbas tərəfdarlarının şübhəli hallarını təqib edərək sui-qəsd təşəbbüsünü ortaya çıxardı. Əsgəri fəaliyyətləri yanında mərkəz və əyalət təşkilatında idarə vəzifələrində də bulunan Əşnas 834-cü ildə Misir valisi oldu. Bu vəzifəsinə 840-da Suriya və əl-Cəzirə valiliyi də əlavə edilmişdir. Əşnas Misirin ilk Türk valisi olub Türk valiləri dönəmi Əhməd b. Tolunun müstəqilliyini qazanmasınadək davam etmişdir. Hicri 226-cı (841) ildə hacib və baş sərkərdə təyin edilən Əşnas eyni il Mütəsim-Billahdan izin alaraq həccə getdi. Başda Məkkə və Mədinə olmaq üzərə yol boyunca uğradığı şəhərlərin idarəsi ona verildi. Buralarda xəlifə ilə birlikdə onun adına da xütbə oxundu. Xəlifə Mütəsim baş sərkərdəlik, haciblik, Misir, Suriya və əl-Cəzirə valiliklərini şəxsində toplayan Əşnasa qiymətli bir tac geydirərək ona güvəndiyini göstərmişdir. Vasiq-Billahın xəlifə olması ilə Əşnasın əsgəri və idarə vəzifələrində bir dəyişiklik olmadı. Hətta xəlifə üzərindəki Türk sərkərdələrinin təsiri artaraq davam etdi. Buna paralel olaraq Əşnas ehtirasdan uzaq, ağıllı siyasəti sayəsində əldə etdiyi mövqeni həyatının sonunadək qorumağı bacardı. Vasiq-Billah da Əşnasa qiymətli bir tac hədiyyə etmişdir. Əşnas 17 oktyabr 844-cü ildə Səmərrada vəfat etdi. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=260372 |
Əşrəf | Əşrəf — ad. Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi. Əşrəf Əliyev (mühəndis)- Cümhuriyyət tələbəsi, mühəndis. Əşrəf ağa Kəngərlinski- Çar ordusunun zabiti. Əşrəf bəy Tağıyev- Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. Əşrəf Quliyev- Aktyor Əşrəf Məhəmməd Əfəndi- əsrin II yarısında və XX əsrin əvvəllərində yaşamış Türkiyənin görkəmli satirik şairi. Əşrəf (Xudafərin) - İranda kənd Əşrəf Hüseynov. Yaşamaq yanmaqdır... (veriliş, 2007)- Televiziya Verilişi Əşrəf düşərgəsi- İraqın Diyala əyalətində bir qaçqın düşərgəsi və sürgün olmuş İran xalq mücahidləri təşkilatı(PMOI/MEK)nın qərargahıdır. | https://az.wikipedia.org/w/index.php?curid=276788 |
Əşrəf (Xudafərin) | Əşrəf (fars. اشرف) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=638013 |
Əşrəf (dəqiqləşdirmə) | Əşrəf — ad. Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi. Əşrəf Əliyev (mühəndis)- Cümhuriyyət tələbəsi, mühəndis. Əşrəf ağa Kəngərlinski- Çar ordusunun zabiti. Əşrəf bəy Tağıyev- Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. Əşrəf Quliyev- Aktyor Əşrəf Məhəmməd Əfəndi- əsrin II yarısında və XX əsrin əvvəllərində yaşamış Türkiyənin görkəmli satirik şairi. Əşrəf (Xudafərin) - İranda kənd Əşrəf Hüseynov. Yaşamaq yanmaqdır... (veriliş, 2007)- Televiziya Verilişi Əşrəf düşərgəsi- İraqın Diyala əyalətində bir qaçqın düşərgəsi və sürgün olmuş İran xalq mücahidləri təşkilatı(PMOI/MEK)nın qərargahıdır. | https://az.wikipedia.org/w/index.php?curid=290694 |
Əşrəf Abbasov | Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920, Şuşa, Gəncə quberniyası – 8 fevral 1992, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir. Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkara "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir. 1968-ci ildə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir. Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir. Orkestr əsərləri “Kürdü” (1938) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün Qızıl əsgər rəqsi (1941) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün Rəqs süitası Sevinc valsı (1950) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün “Şuşa” simfonik poeması (1946) “Gələcək gün” (1952) simfonik poeması “Dramatik” (1962) simfonik poeması “Fraqmentlər” simfonik süitası 6 pyes – simfonik orkestr üçün “Vals-rapsodiya” – simfonik orkestr üçün “Konsertino” (1948) – simfonik orkestr üçün Qaraca qız (1965) – Azərbaycanın ilk uşaq baleti Operettalar Səndən mənə yar olmaz (1963) Dağlar qoynunda (1970) Həyətim mənim – həyatım mənim (1977) Al bayraqdan almışam (1968 ) Atanın oğluna nəsihəti (1968) Bahar gözəlləməsi (1954, romans) – A. Şaiqin “Fitnə” pyesindən Baxdı mənə, baxdım ona (1971) Ceyranbatan (1967, söz. H. Arif) Ceyranım, gəl! (söz. H. Arif) Ey Füzuli! (1972) Gəncliyim, irəli! (1965) Gözəl yar (söz. H. Arif) Heyran olmuşam (1945,söz. M. P. Vaqif) Qarabağın qızları (söz. T. Elçin) Qurban olduğum (1967, söz. M. Müşfiq) Oxu, bülbülüm! (1949,) – A. Şaiqin “Fitnə” pyesindən Soldura bilməz (1968,) Tarla gözəli (1968, söz. T. Elçin) Yaxşı yol olsun! (söz. H. Arif) Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 14 iyun 1990 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985 İlk uşaq baletinin müəllifi Azərbaycan balet tamaşaları xronologiyası | https://az.wikipedia.org/w/index.php?curid=78316 |
Əşrəf Allahverdiyev | Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi. Əşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və ömrünün sonunadək 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir.Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Mükafatları Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib. Əşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=630679 |
Əşrəf Aşırov | Əşrəf Aşırov (18 yanvar 2001, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əşrəf Aşırov 2018-ci ildə Zaqreb şəhərində (Xorvatiya) yeniyetmələr arasında Dünya Çempionatını 8-ci, 2019-cu ildə Tallin şəhərində (Estoniya) gənclər arasında Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu.2021-ci ilin fevral-may ayları ərzində Kiyev Turnirini 8-ci, Avropa Çempionatını 18-ci, U23 Avropa Çempionatını isə 5-ci pillələrdə başa vuran Əşrəf Aşırov avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, Oslo şəhərində (Norveç) Dünya Çempionatını 12-ci, Belqrad şəhərində (Serbiya) U23 Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu.Əşrəf Aşırov 2022-ci ildə əvvəlcə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini 11-ci pillədə başa vursa da, sonra Bolqarıstanda U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Martda ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparan Əşrəf Aşırov turnirin final görüşündə Yunanıstan nümayəndəsi Georgios Kugiumtsidisa məğlub olaraq Avropa Çempionatını gümüş medalla başa vurdu. Mövsümün növbəti turnirlərində isə Əşrəf Aşırov uğursuz mübarizə apardı — İtaliyada Matteo Pellicone beynəlxalq turnirini və İspaniyada U23 Dünya Çempionatını 11-ci, Serbiyada Dünya Çempionatını isə 17-ci pillələrdə başa vurdu. | https://az.wikipedia.org/w/index.php?curid=795124 |
Əşrəf Baznani | Əşrəf Baznani — Mərakeşli rəssam, rejissor və fotoqraf. O, 1979-cu ildə Mərakeş şəhərində anadan olmuşdur. Əşrəf Baznani şəkil çəkməyə təsadüfən başladı. Yeniyetmə yaşlarında onun ad gününə EKTRA compact 250 kamerası hədiyyə edildi və bundan sonra o, fotoqraf sənəti ilə daha da çox maraqlanmağa başladı. Baznani fotoqraf sənətinə heç harda dərs almadan özü yiyələnmişdir. Baznani həmdə bir neçə qısa və sənədli filmlər çəkmişdir — 2006-cı ildə "On" ("Üstündə"), 2007-ci ildə isə "Unudulmuş" və bir neçə milli və beynəlxalq mükafatlar almış "Mühacir" filmlərini. Baznani sürrealist obrazları əsasında tərtib edilmiş foto kitab buraxan Ərəb dünyasının ilk rəssamlarından biridir. Sürrealizm və poetik avtoportretlər əks etdirən "Mənim obyektivimdən" və "Inside My Dreams" adlı kitablar ona həm Mərakeşdə, həmdə bütün dünyada məşhurluq qazandırdılar. Baznani adətən məişət əşyaların, səhnələrin və məzəli vəziyyətlərin şəkillərini çəkir. Xarici keçidlər Rəsmi internet səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=411327 |
Əşrəf Bitlis | Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi. 1978-də tuğgeneralliğe yüksəldi və Bolu Komando Briqada Komandirliyinə gətirildi. 1982-də tümgeneralliğe yüksəldi və Kipr 28. Diviziya Komandiri oldu. 1986-da general-leytenantlığa yüksəldi. 1988-də Kipr Türk Barış Qüvvələri Komandiri oldu. 1990-da generallığa yüksəldi və Jandarma (Türkiyə) Ümumi Komandanı təyin edildi. Bitlis, bölgədə konuşlanmış vəziyyətdə olan Çəkic Güc Qüvvətlərinin Türkiyədən ayrılması lazım olduğunu açıqlayır və ABŞ-nin Şimali İraqda meydana gətirməyə çalışdığı Kürd Dövlətinin Türkiyənin zərərinə olduğunu söyləyirdi. Bu səbəblə Amerika Birləşmiş Ştatları səfirliyi tərəfindən bir neçə dəfə hökumətə şikayət edildiyi iddia edildi. 17 dekabr 1992-də Çəkic Gücə bağlı Amerikan döyüş təyyarələri, özlərinə bildirildiyi halda İraqın Səlahəddin şəhərinə getməkdə olan Bitlisən vertolyotuna tacıq uçuşu etdi və vertolyotu enişə məcbur etdi. Komandirliyi dövründə JITEM-in qurularaq mühakiməsiz edamların edilməsinə və etirafçılarla birlikdə silah və narkotik qaçaqçılığı edilməsinə qarşı çıxdığı da mətbuata əks olunmuşdur. 7 fevral 1993-də "İncirlik istiqamətində qalxan ABŞ təyyarələri, PKK-ya kömək paylayır." diyen Eşref Bitlis, 17 fevral 1993-də Beechcraft B200 King Air tipi təyyarənin hələ məlum olunmayan səbəblərlə düşməsi nəticəsində öldü. Daha sonra Ridvan Özdən və Bəxtiyar Aydın kimi Bitlisən qrupu içində iştirak edən bəzi yüksək rütbəli hərbçilər vəzifəsi başında öldü. Xarici keçidlər Əşrəf Bitlis Sui-qəsdi Əşrəf Bitlis Cinayəti | https://az.wikipedia.org/w/index.php?curid=344832 |
Əşrəf Canbolat | Əl-Əşrəf Əbu əl-Nasir Canbolat (ərəb. الأشرف أبو النصر جانبلاط 1455 – 1501) — 30 iyun 1500-cü ildən 25 yanvar 1501-ci ilədək hakimiyyətdə olmuş Misirin Məmlük sultanı. | https://az.wikipedia.org/w/index.php?curid=632906 |
Əşrəf Dehqani | Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. Həyatı və təhsili Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür. On iki yaşında, təzəcə müəllimə olmuş böyük bacısı və anası ilə başqa bölgəyə iş üçün getməyə məcbur olurlar. Böyük qardaşı Bəhruz Dehqani, onu oxumağa və düşünməyə təşviq edirdi. Mövcud şah rejiminin hakimiyyətə necə gəlməsi, ölkədə olan haqqsızlıqlar haqqında Əşrəf məktəbdə öz sinif yoldaşlarına da məlumat verməyə çalışdı. Bir dəfə müəllimi Əşrəfin öz dostuna yazdığı siyasi məzmunlu məktubunu tapır. SAVAK informatoru olan müəllimi məktubu SAVAK-a çatdırır tezliklə o, dostu ilə birgə SAVAK tərəfindən tutulur və onlara bir daha siyasətə qarışmayacaqları barədə ərizə yazdırılır. Böyük qardaşı Bəhruz Dehqani daima onu oxumağa və düşünməyə təşviq edirdi. Bəhruz Dehqani həm də Səməd Behrəngi və Kazım Səadəti ilə yaxın dost idi. Hər üç şəxsin də Əşrəf Dehqaniyə böyük təsirləri olur. Səməd Behrənginin öldürülməsi yoldaşlarına çox pis təsir edir və bir müddət sonra onlar silahlı mübarizəyə qoşulmağı qərara alırlar. İlk dövrlər onlar bir traktor alıb özlərini əkinçi kimi göstərərək kəndləri gəzərək özlərinə tərəfdar toplayırdılar. Bəhruz Dehqani Amerikada təhsilini bitirib gəldikdən sonra daha aktiv fəaliyyətə başlayaraq şah rejiminə qarşı hücumlar təşkil edirlər. İlk hücumları o qədər uğurlu olmasa da, bu digərlərinin də mübarizəyə qatılmasına səbəb olur. 1971–1972–ci illər arasında SAVAK çox sayda təşkilat üzvünü tutaraq onlara işgəncələr verir, həbs edir. 1971–ci ildə həbs olunan Əşrəf Dehqani ağır işgəncələrə məruz qalır. Lakin o həbsdən qaçmağı bacarır və "İranda işgəncələr və mübarizə" kitabını yazır. Hazırda Almaniyada yaşayır və rəhbəri olduğu təşkilat da avropada fəaliyyətdədir. Tərcüməçi və yazıçı olan qardaşı Bəhruz Dehqani SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada döyülüb işgəncələrə məruz qalıb. 30 may 1971-ci ildə döyülməkdən dünyasını dəyişib. Bacısı Kazım Səadətinin həyat yoldaşı olan Ruhəngiz Dehqani iki uşağının olmasına baxmayaraq 8 iyul 1981-ci il tarixində islam rejimi tərəfindən asılıb. Həmçinin bax Behruz Dehqani Səməd Behrəngi "İranda işgəncələr və mübarizə" kitabının birinci hissəsi "İranda işgəncələr və mübarizə" kitabının ikinci hissəsi Xarici keçidlər Əşrəf Dehqani rəsmi internet saytıing. Əşrəf Dehqani haqqında 10 fakt ing. | https://az.wikipedia.org/w/index.php?curid=159454 |
Əşrəf Hacıyev | Əşrəf Əhmədpaşa oğlu Hacıyev – Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı. Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1958), əməkdar jurnalist (1989). Universiteti bitirən kimi, 1954-cü ilin avqustunda onu Azərbaycan Komsomolu Mərkəzi Komitəsində (ALKGİ MK) təbliğat və təşviqat şöbəsinin mətbuat üzrə təlimatçı vəzifəsinə işə götürmüşlər (1954-1956). Həmin illərdə onun respublikanın müxtəlif mətbuat orqanları ilə uzun illər davam edən əməkdaşlığının təməli qoyulmuş, imzası müntəzəm olaraq mətbuat səhifələrində görünməyə başlamışdır. Bilavasitə yaradıcılıqla məşğul olmaq həvəsi onu 1956-cı ilin dekabrında «Azərbaycan gəncləri» qəzetinin redaksiyasına gətirmiş, uzun illər (1956-1969) o, qəzetdə aparıcı olan təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işlədiyi illərdə (1969-1977) də mətbuatdan uzaq düşməmişdir. 1977-ci ildə «Kommunist» qəzetinin (1991-ci ildən «Xalq qəzeti») dəvəti ilə yenidən redaksiya işinə qayıdan Əşrəf Hacıyev burada iyirmi il (1977-1997) işləmişdir: arada on il fərq olmaqla iki şöbəyə: «sovet quruculuğu» və «partiya həyatı» şöbələrinə rəhbərlik etmişdir. 1990-1997-ci illərdə «Xalq qəzeti»nin Mingəçevir şəhəri mərkəz olmaqla Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Ucar, Zərdab rayonları üzrə bölgə müxbiri olmuşdur. 1989-cu ildə o, Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə «Azərbaycan Respublikasının Əməkdar Jurnalisti» fəxri adına layiq görülmüşdür. Ömrünün son illərində «Respublika» qəzetində şöbə müdiri, ədəbi redaktor (1997-2001) vəzifələrində çalışmışdır. Əşrəf Hacıyev gənclik illərindən fəal həyat mövqeyi və ictimai fəallığı ilə fərqlənirdi. Tələbəlik illərində fakültə komsomol təşkilatının katibi, işlədiyi institutda, redaksiyalarda ilk partiya təşkilatının katibi seçilmişdir. Azərbaycan jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuş, Azərbaycandan olan nümayəndə heyətlərinin tərkibində ümumittifaq səviyyəli elmi və dövlət tədbirlərində iştirak etmişdir. 2001-ci il iyulun 5-də Bakıda vəfat etmişdir. Əşrəf Hacıyev 1956-cı ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Naibə Əfəndiyeva pedaqoqdur, uzun illər orta məktəbdə rus dili və əbəbiyyatı fənnindən dərs demişdir. Hazırda pensiyadadır. İki övladı: bir qızı və bir oğlu, iki nəvəsi vardır. Yaradıcılığı Əşrəf Hacıyevin artıq tələbəlik illərində mətbuatda yazıları dərc edilmişdi. 50-ci illərin ortalarından müntəzəm və fasiləsiz yaradıcılığa başlamış, ömrünün sonuna qədər, 45 il qələm əlindən düşməmişdir. Əsərlərini «Ə.Hacıyev» və «Əşrəf Hacıyev» imzaları ilə yazırdı. Onun ədəbi-bədii, elmi-publisistik irsi respublikada Azərbaycan və rus dillərində, uşaq mətbuatı da daxil olmaqla nəşr olunan onlarla qəzet və jurnal səhifələrinə səpələnmiş minlərlə məqaləni, çoxsaylı nəsr və dram əsərlərini, ssenarilər, mətbuat tarixinə dair elmi araşdırma və tərcümələri özündə ehtiva edir. Bu zəngin irs çoxşaxəli, cəmiyyət həyatının, demək olar, bütün sahələrini əhatə edib, mövzusuna görə olduqca geniş (iqtisadiyyat, tarix, ədəbiyyat, incəsənət, hüquq, elm, mədəniyyət, əxlaq-mənəviyyat məsələləri, siyasət, ideologiya, son illərdə müharibə, Qarabağ, torpaqlarımızın işğalı, qaçqınlar problemi və s.), janr-forma baxımından rəngarəngdir. Yazıçı-publisist Azərbaycan ədəbiyyatında yeni istiqamətlərin yaradılmasının başlanğıcında durmuşdur. Müxtəlif illərdə onun «İtkin atanın oğlu» povesti, «Eynəkli kişi», «Son görüş», «Daş güzgü» hekayələr topluları, «Qırmızı dalğalar» (pyes) adlı bədii, «Məhəbbət könül çırağıdır», «İksir», «Günəş nəslinə məktublar», «Milyonlar belə yaranır», «Şirvanın şöhrəti», «Yerli Sovetlər və kənddə mədəniyyət», «Müseyib Dadaşov» və s. elmi, publisist kitabları nəşr olunmuşdur. Əşrəf Hacıyevin 19 kitabı (vəfatından sonra buraxılan «Bir qız, bir oğlan, bir də ovçu Qurban» nağıllar kitabı da daxil olmaqla) onun böyük irsinin yalnız kiçik bir hissəsini təşkil edir. Qəzet və jurnlallarda dərc edilmiş publisistikasının böyük hissəsi, xeyli bədii əsəri kitab kimi hələ çap edilməmiş, arxivində ümumiyyətlə işıq üzü görməyən əlyazmaları mövcuddur. Publisistika Operativlik, ciddi jurnalist araşdırması, irəli sürdüyü mülahizələrində faktlara və məntiqə söykənən əsaslılıq, sosial əhəmiyyətli məsələlər qoyub onların həlli yollarını tapma, şərh edilən problemə geniş, miqyaslı, ən başlıcası, daima insan amili prizmasından baxışın daxili dialoqla və ideyalılıqla birləşməsi, məsələnin üzdə görünməyən tərəflərinə, mahiyyətinə istinad, milli ruh, xalq müdrikliyinə müraciət, kəsər, sərrast, səlis, ifadəli gözəl dil Əşrəf Hacıyevin publisistikasının səciyyəvi xüsusiyyətlərindəndir. Onun məqalələri geniş oxucu kütləsinə təsir edərək ictimai reaksiya oyadır, ictimai rəy formalaşdırırdı. Publisistn-yazıçı mühakimə-mülahizələrində sərbəst, müstəqil, prinsipial və cəsarətlidir. Bir çox hallarda hadisələrin qiymətləndirilməsində rəsmən qəbul edilmiş, vərdişə çevrilmiş şablon, standart rəyləri alt-üst edərək, özünün əks mövqeyini bildirir, fikrini əsaslandıraraq, məsələyə yeni baxış formalaşdırırdı. Bu cəhətdən müxtəlif illərə aid «Qanun insanın vicdanıdır» (1961), «Rüsvayçılıq ömürdən uzun olur» (1966), «Ölmüş şirə təpik vuran çox olar. Siyasi portretə ştrixlər» (1993), «Düşməni heç hesab edən özü heç olar. «Qabusnamə» motivləri» (1993), «Xoş niyyətlər üzərində qara kölgələr» (1995), «Azərbaycan gələcəyə baxır» (1998), «Xocalı faciəsi düşündürür» (2001) və b. məqalələri səciyyəvidir. Eyni zamanda onun jurnalistikanın özünə elm və peşə kimi nəzəri, analitik-tənqidi yanaşması vardır. «Daim publisist işi görməli», «Yolla bir qoca gedir…» (1964), «Jurnalist zamanın burulğanında» (1996), «Jurnalistikada hərc-mərclik» (1997), «Yanlış başa düşülən demokratiya və söz azadlığı» (1998) kimi bir sıra əsərləri dövrün jurnalistikasının özünürefleksiya nümunələridir. Sosioloji əsərləri Azərbaycanda ilk gender tədqiqatı Əşrəf Hacıyevin «Məhəbbət könül çırağıdır» (1965) kitabı Azərbaycanda ailə sosial institutu və ailə-nikah münasibətlərinə həsr edilmiş ilk sosioloji tədqiqat əsəri – ilk gender tədqiqatıdır. Əsər 50-60-cı illərdə Azərbaycan cəmiyyətində gender münasibətlərinin geniş mənzərəsini, müəllifin dediyi kimi, «canlı həyat materialı», yəni redaksiyaya gələn yüzlərlə oxucu məktubu əsasında canlandırar. Halbuki gender sözü «sosial cins» mənasında təfsir edilmiş istilah kimi elmə Qərbdə 60-ci illərin sonlarından, Azərbaycanda isə yalnız 90-cı illərin sonlarından daxil olmuşdur. Həmin vaxtdan da respublikada yeni istiqamətə maraqla bərabər bu sahədə araşdırmalara başlanılmışdır. Beləliklə, Əşrəf Hacıyev «Məhəbbət könül çırağıdır» kitabı ilə genderə sosio-mədəni fenomen kimi baxışı qabaqlamışdır. Kəndin sosio-mədəni problemləri «Yerli Sovetlər və kənddə mədəniyyət» kitabı (1989) Azərbaycan kəndinin sosio-mədəni məsələlərinə və onların həllində yerli Sovetlərin fəaliyyətinin roluna həsr edilmişdir. Ə.Hacıyev kəndin sosial tərəqqisini, kənd və şəhər arasındakı fərqin silinməsini bilavasitə kənddə mədəniyyətin inkişafı ilə əlaqələndirir. Kənd rayonlarında mövcud vəziyyəti əks etdirən çoxlu faktik və sosioloji materiallar əsasında o, kəndliləri mədəniyyətə cəlb etməyin forma və vasitələrini təhlil eldir və bu sahədəki nöqsanların, çətinliklərin aradan qaldırılmasının yollarını göstərir. Tarixə dair tədqiqatlar Ə.Hacıyev Partiya Tarixi İnstitutunda işlədiyi illərdə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixini, xüsusilə də partiya və dövlət xadimi, keçən əsrin mürəkkəb 30-cu illərində Azərbaycan dövlətinə başçılıq etmiş – Azərbaycan SSR MİK-nin sədri olmuş Sultanməcid Əfəndiyevin publisist irsini dərindən araşdırmışdır. Onun əsərlərinin üzə çıxarılması, seçilməsi, tərtibi, iki cilddə (təxminən 34 ç.v. həcmində material) toplanmasına böyük əmək sərf etmişdi. Sultanməcid Əfəndiyevin 1977-ci ildə bir cilddə işıq üzü görən «Seçilmiş əsərləri» toplanılan bu materialı yalnız qismən əks etdirirdi. Ə.Hacıyevin S.M.Əfənliyevin publisistikasına həsr edilən, institutun elmi şurası tərəfindən bəyənilmiş və çapa məsləhət görülmüş monoqrafiyası isə çap edilmədi. Lakin həmin mövzuda elmi məqalələri respublikanın elmi jurnallarında dərc edilmişdir. O, dövrü mətbuatda əlamətdar günlər münasibətilə inqilabi keçmişimizi, ictimai, siyasi, dövlət xadimlərinin həyat və fəaliyyətini əks etdirən silsilə tarixi oçerklərlə çıxış etmişdir. «Müseyib Dadaşov» kitabı (1971) məşhur fəhlə, inqilabçının həyat və fəaliyyətinə həsr edilmiş, «Şirvanın şöhrəti» (1974) Zaqafqaziyada ilk dövlət təsərrüfatı olan Qaraçala sovxozunun tarixindən bəhs edir. Ə.Hacıyev mərkəzi «Azərbaycan gəncləri» və Quba rayonunda çıxan «Şəfəq» qəzetlərinin 50 illiyinə həsr edilən tarixi oçerk-bukletlərin tərtibçi-müəllifidir. Bədii əsərləri Əşrəf Hacıyevin ədəbi-bədii nəsr əsərləri (povest, hekayə və novellaları, əfsanə və nağılları) insana və təbiətə, vətənə sevgi ilə aşılanmışdır. Onun hekayə və novellaları psixoloji dərinliyi, incə müşahidələri, həyati milli obrazları, qəlbi riqqətə gətirən səmimiliyi, xüsusi lirizmi ilə seçilir. Bir sıra hekayələri Azərbaycan yazıçılarının əsərlərindən ibarət toplulara daxil edilmişdir. Yazıçının «Ana və qız» hekayəsi 1972-ci ildə radioda keçirilən ən yaxşı hekayə müsabiqəsinin qalibi olmuşdur. Həmin illərdə onun «Ana və qız», «Dördüncü ildə», «Məktub» və b. hekayələri radio ilə «Bədii qiraət» verilişində tez-tez səsləndirilirdi. «Zərnişanın qızı» novellası rus dilində Eldar Şərifovun tərcüməsində «Literaturnı Azerbaydjan» (1981, № 2) jurnalında dərc edilmişdir. «Yol üstündə ağac» novellasını Yusif Gədikli türk dilinə tərcümə edib özünün tərtib etdiyi «Dost elindən gələn durna» adlı «müasir Azərbaycan hekayələri» antologiyası»na (İstanbul, 1987) daxil etmişdir. «Peşmançılıq» adlanan hekayə isə hələ 1958-ci ildə Bolqarıstanda türk dilində çıxan «Filiz» uşaq qəzetində çap edilmişdir. Azərbaycan detektivinin başlanğıcında Əşrəf Hacıyevin «Onun qanı ürəyimdədir» sənədli povesti (həmmüəllif Musa Qocayev) detektiv janrında olub, Azərbaycanda detektiv ədəbiyyatın banisi sayılan Cəmşid Əmirovun janrın təməlini qoyduğu «Sahil əməliyyatı» povestindən (1958) sonra yazılan ikinci bu tip əsərdir. Əsasında real cinayət hadisəsi duran povest «Azərbaycan gəncləri» qəzetində ardıcıl olaraq (1960-cı ilin 18, 21, 23, 28, 30 dekabr, 1961-ci ilin 4,6 yanvar saylarında) dərc edilmiş, böyük maraqla qarşılanmış, lakin kitab formatında çıxmamışdır. Müxtəlif cinayət işləri, məhkəmə prosesləri ilə bağlı olub maraqlı detektiv kimi oxunan jurnalist təhqiqatlarının onun yaradıcılığında öz yeri vardır. Bu növ məqalələrində o, özünün «Qanun insanın vicdanıdır», «Düz yol əxlaqla qanun arasındadır» tezislərini rəhbər tutaraq, ədalətin bərpasında məhz hüquq ilə əxlaqın vəhdətinə istinad edir və bunu tərbiyə hadisəsi kimi səciyyələndirirdi. Dramaturgiya Əşrəf Hacıyevin uşaqlar üçün yazdığı ilk pyesləri: «Medalyon», «Qırmızı ləpirçilər» Mədəniyyət sarayının uşaq bölməsində – «Şəfəq» Azərbaycan pioner teatrında 60-cı illərdə tamaşaya qoyulmuşdur. 1971-ci ildə inqilabçı Bünyad Sərdarovun həyatından bəhs edən «Qırmızı dalğalar» dramı Bakı Şəhər Xalq Yaradıcılığı Evinin nəşriyyatında ayrıca kitab şəklində çap edilmişdir. 70-ci illərdə Ə.Hacıyev bir-birinin ardınca radio üçün pyeslər yazır. Onun «Yüksək gərginlik» (1972), «Odlu tellər» (1972), «Briqadanın sabahı» (1973), «İki göy arasında» (1973), «Qızıl buxta» (1974), «Gözəllər zinəti» (1975), «Varislər» (1977), «Məsləhət» (1979) adlı pyesləri Bakı teatrlarının tanınmış artistlərinin ifasında radio teatrında səsləndirilmişdir. Bu radio-pyeslərdən ikisi: «Yüksək gərginlik» və «Varislər» və televiziya üçün yazılmış «Gül ətri» pyesi (1972) AzərbaycanTeleviziya və Radio Komitəsinin keçirdiyi ədəbi musabiqələrin qalibi kimi mükafatlara layiq görülmüşdür. Əşrəf Hacıyevin «Gözəllər zinəti» radio-pyesinin 1975-ci il iyulun 12-də premyerası olmuş tamaşası radio dinləyiciləri tərəfindən xüsusilə rəğbətlə qarşılanmış və uğur qazanmışdır. Əsər təkcə maraqlı süjeti, quruluşu (Həsən Əbluc) və gözəl aktyor oyunu ilə (rolları Şahmar Ələkbərov, Amalya Pənahova, Həsən Əblucun özü, Əminə Yusifqızı, Zemfira Sadıxova, Bahadur Nəbiyev ifa edirdilər) deyil, həm də məhz yeni, dərin, aktual ideyası ilə ictimaiyyətin diqqətini cəlb etmişdi. Dramaturq burada 70-ci illərdə sovet cəmiyyətində özünü göstərən, tədricən ziyalı mühitinə də sirayət edən meşanlaşmanın eybəcər təzahürlərinə qarşı çıxırdı. Bir qədər sonra Əşrəf Hacıyev həmin radio-pyesi teatr üçün yenidən işləmiş (bu işdə Ş.Xurşud da iştirak etmişdi) və dram yeni «Məhəbbət novellası» adı ilə rejissor Ağakişi Kazımov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşıçılar Teatrının səhnəsində tamaşaya (premyerası 26 iyun 1977-ci ildə olmuşdur) qoyulmuşdur. 1978-ci ildə tamaşa televiziya üçün lentə yazılmış, teatrın Moskvadakı qastrolları zamanı Malı teatrın səhnəsində göstərilmişdir. Həmin lirik dram «Qızıl zəncir» adı ilə İrəvan Azərbaycan Dövlət Dram Teatrında rejissor Tofiq Ağayevin quruluşunda səhnələşdirilmiş (ilk tamaşası 10 iyul 1978-ci il tarixində baş tutmuşdur) və uzun illər teatrda uğurla oynanılmışdır. 1987-1990-cı illərdə, azərbaycanlıların dədə-baba torpaqlarından qovulduqları zaman, İrəvan teatrı da deportasiya edildi. 1989-cu ildən teatrın yaradıcı truppası öz fəaliyyətini Bakıda davam etdirir, tamaşalar qoyur, «Qızıl zəncir» yenə də onun repertuarındadır. Əşrəf Hacıyev «Azərbaycanfilm» kinostudiyasının sifarişi ilə iki sənədli filmə ssenari yazmışdır. Onlardan birincisi, «Ömür-gün sevdası» adlı qısametrajlı film 1976-cı ildə Kəlbəcər rayonunun dağlarında çoxəsrlik adətlərinə, möhkəm ailə ənənələrinə sadiq sadə, əməksevər, xoşbəxt kənd sakinlərinin, uzun ömür yaşamış müdrik qocaların iştirakı ilə çəkilmişdir. Filmdə rayonun kəndlərinin çoxunda yüz il ərzində bir boşanma hadisəsinin belə baş verməməsindən danışılırdı. Burada insanlar həyatlarında bircə dəfə və ömürlük evlənirdilər. Buna görə filmin birinci adı «Toy bir dəfə olar» idi. Hadisələrin faciəvi gedişatı həmin filmi bu gün tarixi sənədə, nostaljili xatirəyə çevirmişdir. 1993-cü ilin aprelində Kəlbəcəri ermənilər işğal etdikdən sonra yerli sakinlər öldürülmüş, öz yurd-yuvalarından, minilliklər yaşadıqları torpaqlardan didərgin salınmışlar. İkinci film tammetrajlı olub, 1977-ci ildə prokata «Oktyabrın şəfəqləndirdiyi yol» adı ilə (ilkin adı «Lenin və Azərbaycan» idi) buraxılmışdır. Əşrəf Hacıyev bədii, elmi, siyasi ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onların arasında, fransız yazıçısı Qabriel Jildas-Andriyevskinin «Həmid üçün at yoxdur!» povesti, A.P.Çexov, Edmondo de Amiçis, O. Henri, Vasili Bakovun irsindən hekayələr, F. Dürrenmattın pyesi, F. T. Morqunun «Çörək və insanlar» kitabı və b. vardır Bədii əsərləri və publisistikası Milyonlar belə yaranır. Bakı: Uşaqgəncnəşr, 1959. İtkin atanın oğlu (povest). Bakı: Uşaqgəncnəşr, 1961. Günəş nəslinə məktublar. Bakı: Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyaatı, 1962. Həyatın mənası. Bakı: Azərnəşr, 1963. Eynəkli kişi (hekayələr). Bakı: Azərnəşr, 1964. Məhəbbət könül çırağıdır: Bakı, Azərnəşr, 1965. Qırmızı dərə. Bakı, Gənclik: 1967. Təbliğatçının canlı sözü. Bakı: Gənclik, 1967. İksir. Bakı: Maarif, 1967, 31 səh., tirajı 3000. Biz sizinləyik. Bakı: Uşaqgəncnəşr, 1968. Qırmızı dalğalar. Bakı «Krasnıy Vostok», 1971. Müseyib Dadaşov. Bakı Azərnəşr, 1971. Şirvanın şöhrəti. Bakı: Azərnəşr, 1974. Son görüş (hekayələr). Bakı Gənclik, 1977. Daş güzgü (novellalar). Bakı: Yazıçı, 1988. Yerli Sovetlər və kənddə mədəniyyət. Bakı: Azərnəşr, 1989. Bir qız, bir oğlan, bir də ovçu Qurban. (nağıllar). Bakı: «Adiloğlu», 2002. Tərtib etdiyi kitablar «Azərbaycan gəncləri» – 50. Bakı: «Kommunist» nəşriyyatı, 1969. «Şəfəq» – 50. Quba qəzeti haqqında tarixi oçerk-buklet. Bakı: «Kommunist» nəşriyyatı, 1972. Sultanməcid Əfəndiyev. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1977. Tərcümə etdiyi kitalar Qabriel Jildas-Andriyevski. Həmid üçün at yoxdur! Bakı :Azərnəşr, 1965. Morqun F.T. Çörək və insanlar. Bakı:Azərnəşr, 1974. Şerbitski V. V. Sovet Ukraynası. Bakı: Azərnəşr, 1979. Dram əsərləri Teatr pyesləri 1966 — Medalyon. 1968 — Qırmızı ləpirçilər 1971 — Qırmızı dalğalar 1977 — Məhəbbət novellası («Gözəllər zinəti» radio-pyesi (1975) əsasında teatr üçün yenidən işlənmə) 1978 — Qızıl zəncir («Gözəllər zinəti» radio-pyesi (1975) əsasında teatr üçün yenidən işlənmə) Rado-pyeslər 1972 — Yüksək gərginlik 1972 — Odlu tellər 1973 — Briqadanın sabahı 1973 — İki göy arasında 1974 — Qızıl buxta. 1975 — Gözəllər zinəti 1977 — Varislər 1979 — Məsləhət 1981 – Alma bağı Televiziya pyesi 1972 — Gül ətri 1976 — Ömür-gün sevdası (qısametrajlı sənədli film) 1977 — Oktyabrın şəfəqləndirdiyi yol (tammetrajlı sənədli film) Yusifoğlu A. Xalqa xidmətdə keçən ömür. // «Müxbir» jurnalı, № 10, oktyabr, 1989, s. 25-27. Xalqa həsr olunmuş ömür. [Əşrəf Hacıyevin anadan olmasının 70 illiyinə həsr olunur]. // «Respublika» qəzeti, 29 mart 2002-ci il, № 70, s. 6. Xeyirxah ruhlu kitab haqqında. [Əşrəf Hacıyevin «Bir qız, bir oğlan, bir də ovçu Qurban» adlı yeni kitabı haqqında]. // «Dirçəliş–XXI əsr», jurnalı, 2002, avqust, № 54, s.196. Əşrəf Hacıyev. // Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları: Ensiklopedik məlumat kitabı. Bakı, «Nurlar» NPM, 2004, s. 291. Piriyev Qüdrət. Sözu şərəfləndirən publisist. // «Xalq qəzeti», 22 iyul 2007-ci il, № 160, s. Hacıyeva Arzu. Əşrəf Hacıyevin «Məhəbbət könül çırağıdır» əsəri gender tədqiqatı kimi. // Gender, demokratiya, sülh mədəniyyyəti (ikinci buraxılış). Bakı, 2009. s. 100-107. Hacıyeva Arzu. Məhəbbət könül çırağıdır: Azərbaycanda ilk gender tədqiqatı haqqında. // «Respublika» qəzeti, 7 mart 2012, № 054 (4343), s. 5. Akimova Elnarə. Uşaq ədəbiyyatı nəşrlərinin çağdaş vəziyyəti. // «Ədəbiyyat qəzeti», 10 avqust 2016-cı il. Azərbaycan jurnalistikasında işıqlı iz. (Əşrəf Hacıyev həmkarlarının xatirələrində). // «Mədəniyyət» qəzeti, 29 mart 2017-ci il, № 23, s. 15. | https://az.wikipedia.org/w/index.php?curid=524407 |
Əşrəf Hakimi | Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. Real Madrid Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. Borussiya Dortmund 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı. İnterdə ilk matçı 15 sentyabr 2020-ci ildə İnter-Luqano matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəz olunub. Matç İnterin 5–0 qələbəsi ilə başa çatıb.İnterdə ilk dəfə 30 sentyabr 2020-ci ildə keçirilən İnter-Benevento matçının 42-ci dəqiqəsində fərqlənib.Matç İnterin 2–5 hesablı qələbəsi ilə başa çatıb.6 iyul 2021-ci ildə İnterdən ayrıldı. 6 iyul 2021-ci ildə PSJ ilə 5 illik müqavilə imzaladı. Paris Sen Jermenin heyətində ilk matçı 14 iyul 2021-ci ildə keçirilən PSJ-Le Mans matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəzlənib.Matç PSJ-nin 4–0 hesablı qələbəsi ilə başa çatıb.Paris Sen Jermenin heyətində ilk dəfə 24 iyul 2021-ci ildə keçirilən PSJ-Orléans matçının 62-ci dəqiqəsində fərqlənib. Matç Paris Sen Jermenin 1–0 hesablı qələbəsi ilə başa çatıb. Real Madrid FİFA Klublararası Dünya Kuboku Qalib (1): 2018 UEFA Çempionlar Liqası Qalib (1): 2017/18 UEFA Superkuboku Qalib (1): 2017/18 İspaniya Superkuboku Qalib (1): 2017/18 Borussiya Dortmund Almaniya Superkuboku Qalib (1): 2019/20 İnter İtaliya A Seriyası Qalib (1): 2020/21 PSJ Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23 Mərakeşdə ilin futbolçusu Qalib (2): 2021, 2022 | https://az.wikipedia.org/w/index.php?curid=751624 |
Əşrəf Helmi | Əşrəf Helmi (24 aprel 1967) — Misiri təmsil edən stolüstü tennisçi. Əşrəf Helmi Misiri 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Əşrəf Helmi Misiri 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Əşrəf Helmi Misiri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub. | https://az.wikipedia.org/w/index.php?curid=764236 |
Əşrəf Heybətov | Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. Həyatı və fəaliyyəti 18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir etmişdir, lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə etmişdir: "Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur". 2023-cü ildə rəssamın "Bizim Şuşa" adlı albomu işıq üzü görüb. diaspora.gov.az Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu Xarici keçidlər Əşrəf Heybət yeni əsərini Novruz bayramına həsr edib | https://az.wikipedia.org/w/index.php?curid=382375 |
Əşrəf Hüseynov | Əşrəf İsgəndər oğlu Hüseynov (20 sentyabr 1907, Əmirvarlı, Qaryagin qəzası – 26 avqust 1981, Bakı) — riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi, akademik. Əşrəf Hüseynov 1939–1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) "Funksiyalar nəzəriyyəsi və cəbr", sonra isə "Funksiyalar nəzəriyyəsi funksional analiz" kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur. Azərbaycan riyaziyyatçıları Əşrəf Hüseynovun Azərbaycan Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğul olmuşdur. Onun rəhbərlik etdiyi seminarlar həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rol oynamışdır. Bu seminarlarda qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və inkişaf etdirilmişdir. Akademik Ə. Hyseynovun elmi rəhbərliyi altında 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Azərbaycanın riyaziyyatçıları Q. T. Əhmədov, Y. C. Məmmədov, X. Ş. Muxtarov və A. Ə. Babayevin doktorluq işlərinin məsləhətçisi olmuşdur. Akademik Ə. Hüseynov elmi konfrans və qurultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tətbiqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həlli metodlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir. 1960–1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur. Akademik Ə. Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslar oxumuşdur. Azərbaycan dilində "İnteqral tənliklər" və "Çoxluqlar nəzəriyyəsi" dərsliklərinin müəllifidir. Ə. Hüseynov elmi-pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunmuş və 1960-cı ildə "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülmüşdür. Əşrəf Hüseynovun qızı Sara Hüseynova riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat bölməsində uzun illər dərs demişdir. Digər qızı Dilarə Hüseynova fizika-riyaziyyat elmləri doktorudur. Oğlu Zakir (1953) hazırda Almaniyada yaşayır. Nəvəsi Elçin Sultanov biologiya elmləri namizədi və Azərbaycan Ornitoloji Cəmiyyətinin sədridir. Nəticəsi Aysel Sultan Almaniyada fəlsəfə elmləri doktoru və dosentdir. Digər nəticəsi — Vəfa Pənahova — Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Respublikası Prezidenti 15 noyabr 2017-ci il tarixində Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. | https://az.wikipedia.org/w/index.php?curid=49793 |
Əşrəf Həsənov | Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır.1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi.Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir. Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 23 yanvar 1979 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. | https://az.wikipedia.org/w/index.php?curid=73302 |
Əşrəf Marağayi | Əşrəf Marağayi — XV əsr Azərbaycan şairi Yaradıcılığı Kitabxananın kataloq tərtibatçısı Q.Ete göstərir ki, burada olan nəzirə nüsxələrindən biri heç bir kitabxanada yoxdur. Bu Cəmalinin “Xəmsə”si kimi qeyd olunur. İndiyə qədər Nizaminin “Xəmsə”sinə ilk tam həcmli nəzirəni Əşrəf Marağayinin yazdığı məlum idi. Lakin tədqiqat göstərir ki, Ə.Marağayinin ilk poeması “Mənhəc əl–əbrar” 1428-ci ildə, Cəmali Təbrizinin II, III, IV poemaları isə bu tarixdən daha əvvəl, 1402-1427-ci illərdə qələmə alınmışdır. Buradakı nəzirələr aşağıdakı kimi qruplaşır: “Sirlər xəzinəsi”nə, “Töhvətül – əbrar”; “Xosrov və Şirin”ə – “Mehr – o Nigar”; “Leyli və Məcnun”a – “Məhzun – o Məhbub”; “Yeddi gözəl”ə – “Həft – o urəng”; “İsgəndərnamə” – yə isə eyni adlı “İsgəndərnamə” uyğun gəlir. “Yeddi mələk” və “Səddi. İskəndər” | https://az.wikipedia.org/w/index.php?curid=562363 |
Əşrəf Mehdiyev | Əşrəf Mehdiyev — Azərbaycanlı alim və siyasətçi; fəlsəfə elmləri doktoru -professor; Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri, Azərbaycan Prezident seçkilərində prezidentliyə namizəd (1998). Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub. Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini "xalq düşməni" adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər. Əşrəf Mehdiyev orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev 9 il bu vəzifədə çalışıb. Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş "ispalkom" 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib. Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri kimi 1998-ci ildə prezidentliyə namizəd oldu. Seçki kampaniyası zamanı Prezident Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi.2005-ci ildə isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub. 2009-cu ildə aprelin 24-də vəfat edib. Həmçinin bax Nizami Süleymanov Kərrar Əbilov Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev vəfat edib "Jurnalistikanı atan məşhur jurnalistlər…, son xeberler". Sonxeber.az (az.). İstifadə tarixi: 2023-12-31. Seymur Verdizadə. "Əşrəf Mehdiyevin oğlu: "Atam bu dünyadan iki arzusu gözündə getdi..."". modern.az (az.). İstifadə tarixi: 2023-12-31. | https://az.wikipedia.org/w/index.php?curid=89760 |
Əşrəf Muradoğlu | Əşrəf Muradoğlu, bəzən Əşrəf Murad kimi qeyd olunur (tam adı: Əşrəf Əşrəfmurad Muradov; 26 oktyabr 1925, Bakı – 11 mart 1979, Bakı) — Azərbaycan rəssamı. İxtisas təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda almışdır. Əşrəf Muradoğlu akademik təhsil alsa da, bütünlüklə onun yaradıcılığını ətraf mühitin, hadisələrin və insanların təsvirinə çox fərqli, akademik dəqiqlikdən uzaq olan bir bədii şərh – ifadə vasitələrinin mövcudluğu şərtləndirir. Rəssam milli qaynaqlardan, həm də avanqard sənət meylərindən bəhrələnərək özünəməxsus əsərlər yaratmışdır. Uşaqlığı və erkən illəri Əşrəf Muradoğlu 1925-ci il oktyabrın 26-da Bakıda anadan olub. Ailəsi imkanına görə seçilən ailələrdən idi. Uşaqlığı və yeniyetməliyi qayğılardan kənar keçib. O, tələbə vaxtı fırça ilə işləyərkən həmin fırçanı öz bahalı kostyumlarının qolu ilə silərdi. 1946-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1948-ci ildə İ. E. Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəssamlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bayram günlərində Əşrəf Leninqraddan Bakıya gələrək burada xalça sənətçisi kimi çalışırdı.1954-cü ildə institutu bitirib, diplom işində rus klassik məktəbinin "M. F. Axundovun M. Lermontovgildə" rəsm əsərini məharətlə mənimsəmişdir. Leninqrad İnstitutunu bitirdikdən sonra Əşrəf Muradoğlu Bakıya qayıtdı. Yaradıcılıq illəri Əşrəf Muradoğlu 20 il yaradıcılıq fəaliyyəti dövründə 50-dən çox əsər çəkmişdir. Yazıçı Yuri Dombrovskiy qeyd edirdi: Əşrəf Muradoğlunun çəkdiyi əsərlərin personajları gah sənəmləri, gah yarımallahları, gah da yarımiblisləri xatırladır. Yaratdığı obrazlarda olduğu kimi, onun da qəlbində mübarizə gedir, bu – işıq və qaranlıq, xeyr və şər arasında sürən əbədi mübarizədir.O, 1958-ci və 1960-cı ildə Bakıda Respublika bədii sərgisində iştirak edib. 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündəki sərgidə iştirak edib. 1961-ci ildə Bakıda "Bizim müasirimiz" respublika sərgisində iştirak edib. 1963-cü və 1966-cı ildə Bakıda Respublika payız sərgisində iştirak edib. 1965-ci ildə Bakıda "Sülhün keşiyində" respublika sərgisində iştirak edib. 1970-ci ildə Bakıda Vladimir Leninin anadan olmasının 100-illiyinə həsr edilmiş respublika sərgisində iştirak edib. 1975-ci ildə Bakıda "Qələbənin 30-illiyi"nə həsr olunmuş respublika sərgisində iştirak edib. 1976-cı ildə Bakıda "Əməyə eşq olsun" respublika sərgisində iştirak edib.O, 1947–1954-cü illərdə Rusiyada tələbə ikən tətillərdə Bakıya gəlir və sifarişlər qəbul edirdi. Dostlarının xatirələrinə görə, o, Bakıda ən çox sifariş alan rəssam idi. Sifarişlərinə də əyləncə naminə yanaşar, çox enerji sərf etmədən rəsmlər çəkirdi. Qazandığı pulları isə o zaman artıq kasıblamış ailəsinə və boyalara sərf edərdi.1960-cı illərin sonlarında Əşrəf Muradoğlunun həyatında təkcə həyatını deyil, işini tamamilə başqa bir istiqamətə çevirən bir hadisə baş verdi. Bir gün o və dostları polis tərəfindən şən və sərxoş olmağına görə tutulmuşdu. Əşrəf qəzəblənməyə ən çox hiddətlənən olduğundan, polis tərəfindən ağır döyülmüşdür. Onun qardaşının sözlərinə görə, o əsgər çəkmələrindən başına bir neçə ağır zərbə almışdır. Sağlamlığını yaxşılaşdırmaq üçün sənətkarı psixiatrik xəstəxanaya apardılar. Polis tərəfindən döyülmələsindən sonra sənətkar psixoloji zərbə almışdır və tərzini tanınmaz dərəcədə dəyişdirmişdir. Onun qazanc gətirməyən avanqard portretləri isə bir çox rəssam tərəfindən tənqid olunurdu. Rəssam Fərhad Xəlilovun xatirələrinə görə, Əşrəf Muradoğlu öz rəsmlərini adətən sənətçilər olduğu kimi rulonlara bükməz, onları bir yerə qoyur və sonra dörd qat qatlanmış bir kətan üzərinə yeni bir şəkil çəkə bilirdi.Əşrəf Murad Bakının İnşaatçılar Prospektində kiçik bir atelyesini evi və iş yeri kimi istifadə edirdi. 11 mart 1979-cu ildə Bakı şəhərində vəfat edib. 1997-ci ildə rəssamın emalatxana-evinə onun qonşusu köçdü və evin içində olan əşyaların hamısını çölə ataraq, tabloları yandırdı. Şəxsi həyatı Bakıda ilk Mersedes maşının sahibi idi. Caz həvəskarı idi və saçlarını o vaxtın dünya cazmenləri kimi düzəldirdi.Əşrəf Muradoğlu gənc yaşlarında bir çox qadının diqqətini cəlb etsə də, Sevil adlı xanımı sevirdi. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən sevdiyi xanımı qaçırırlar. Bu olay onu psixoloji cəhətdən çox sarsıdır və o, həyatının sonuna qədər ailə qurmamışdır. 1984-cü ildə Əşrəf Muradoğlunun ölümündən sonra Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ilk fərdi sərgisi keçirilib.Əşrəf Muradoğlunun "Tehran konfransı" (kətan, yağlı boya, 107x140 sm) və "Lenin Smolnıda" (kətan, yağlı boya, 130x117 sm) əsərləri Bakı İncəsənət Mərkəzi tərəfindən 1988-ci ildə alınıb. 2013-cü ilin sentyabr ayında Əşrəf Muradoğlunun Bakı İncəsənət Mərkəzinin fonduna məxsus "Tehran konfransı" və "Lenin Smolnıda" əsərləri oğurlanıb. | https://az.wikipedia.org/w/index.php?curid=430716 |
Əşrəf Məmmədli | Əşrəf Elman oğlu Məmmədli (15 sentyabr 1999; İsmayıllı rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2005–2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009–2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. 2014–2017-ci illərdə isə Abşeron Ceyranbatan Peşə Liseyində "təmirçi-çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi. Hərbi xidməti Əşrəf Məmmədli 2018–2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əşrəf Məmmədli oktyabrın 17-də Cəbrayılın azad edilməsi zamanı Səyyad Şıxıyev və Aşur Cəmiyev ilə birgə şəhid olub. İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=684950 |
Əşrəf Pəhləvi | Şahzadə Əşrəf əl — Malik Pəhləvi (fars. اشرف پهلوی; 26 oktyabr 1919, Tehran – 7 yanvar 2016, Monako) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısı, Pəhləvilər sülaləsinin nümayəndəsi. O, "qardaşının arxasındakı güc" hesab olunurdu və 1953-cü ildə baş verən çevrilişdə onun taxta çıxmasına səbəb oldu. Qardaşına saray müşaviri olaraq xidmət etdi və qadın hüquqları üçün güclü bir vəkil idi . 1979-cu ildə İran inqilabından sonra Fransa, Nyu-York, Paris və Monte Karloda sürgündə yaşadı və İslam Respublikasına qarşı açıq danışdı. Ömrünün sonuna qədər Parisdə yaşamışdır.7 yanvar 2016-cı ildə 96 yaşında Nyu-Yorkda vəfat edib. Erkən həyatı Əşrəf Pəhləvi 1919-cu il oktyabrın 26-da qardaşı Məhəmməd Rzadan beş saat sonra Tehranda anadan olmuşdur. Valideynləri Fars şahına çevriləcək hərbi komandir Rza şah Pəhləvi və dörd arvadından ikincisi Tacülmüluk idi. Onun 10 bacı-qardaşı var idi. 30-cu illərin əvvəllərində Əşrəf Pəhləvi, böyük bacısı Şəms və anaları ənənəvi örtük taxmağı dayandıran ilk önəmli İran qadınlarından idi. Əşrəf Pəhləvinin universitetə getməsinə icazə verilmədi və bunun əvəzində 1937-ci ildə 18 yaşında ailəsi atası ilə siyasi müttəfiq olan Mirzə xan Qavamla evləndirdi. 1953-cü ildə Məhəmməd Müsəddiqə qarşı çevrilişdə iştirak 1953-cü ildə Əşrəf Pəhləvi, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Gizli Kəşfiyyat Xidməti (MI6)nın əməliyyat başlamasına razılıq verməkdə Məhəmməd Rza Şahın fikrini dəyişdirən biri olaraq əməliyyatda əhəmiyyətli bir rol oynadı. Şah əvvəlcə əməliyyata qarşı çıxdı və bir müddət onun qəbul edilməsinə müqavimət göstərdi. 1953-cü ilin əvvəlində, ona təsir edə bilən yeganə insan olduğu üçün qardaşı ilə danışmasını xahiş edən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) agentləri ilə görüşdü. Tarixçi Stiven Kinzerin "Bütün Şah adamları" kitabında deyildiyi kimi, "Əşrəf Kermit Ruzveltin ən yaxşı İran agentlərindən biri Əsədullah Rəşidyanın ona zəng etdiyi zaman Fransız kazinolarında və gecə klublarında həyatdan zövq alırdı. Onun istəksiz olduğunu gördüklərindən, ertəsi gün Amerika və İngilis agentlərindən ibarət bir heyət, daha güclü şərtlərlə dəvəti təqdim etməyə gəldilər. Nümayəndə heyətinin lideri, Böyük Britaniyanın Norman Darbşeyır adlı yüksək səviyyəli bir əməliyyatçısı, mink palto və bir paket pul gətirmək üçün uzaqgörənlik göstərdi". Əşrəf bu tərifləri görəndə Darbyşeyır daha sonra "gözləri işıqlandı və müqaviməti çökdü" dedi. Öz hesabına görə, Pəhləvi Fransadakı məcburi sürgündən İrana qayıtmağa razı olsaydı, boş bir çek təklif ediləcəkdi. Bəzi tarixçilər Əşrəf Pəhləvi qardaşını inandırmadığı halda çevrilişin baş verəcəyini iddia edirdilər. Beynəlxalq Orta Şərq Araşdırmaları Jurnalında yazıçı Mark Qasiorovski Şahın "çevrilişə başlamaq qərarı, edam qaydası və ya Məhəmməd Müsəddiqin yerinə seçilən namizəd haqqında məsləhətləşməməsi" və çevrilişin böyük ölçüdə ABŞ və Müsəddiq rəhbərliyini sarsıtmaq istəyən digərləri tərəfindən icra edildiyi bildirilir. Siyasi fəaliyyəti Əşrəf Pəhləvi qardaşının hakimiyyəti dövründə İranda və dünyada qadın hüquqlarının güclü tərəfdarı idi. 1967-ci ildə Pəhləvi BMT-də İranın İnsan Hüquqları Komissiyasında, İqtisadi və Sosial Şurada nümayəndə kimi çalışmışdı. 1975-ci ildə Beynəlxalq Qadınlar ili ilə çox maraqlandı və Birləşmiş Millətlər Təşkilatına müraciət etdi. Qadınlarla bağlı islahatların qanuniləşdirilməsində bir vasitəçi olsa da, onun gender haqqında fəlsəfəsi xüsusilə introspektiv deyildi: "Etiraf edirəm ki, uşaqlıqdan bəri qadın olmağım üçün bir təhsil haqqı ödəməli olsam da, təhsil və şəxsi azadlıq baxımından, ümumiyyətlə qadınların kişilərə nisbətən daha çox təzyiq edildikləri konkret yollara haqqında çox fikir vermədim."". Öz hesabına görə, qadınların "qida, təhsil və sağlamlıq" kimi əsas həyat ehtiyaclarına olan hüquqlarının güclü tərəfdarı idi və radikal islahatçı deyildi. O, əsas problem kimi qadın hüquqları islahatlarının dünyada həyata keçirilməsinin qarşısını alan bir çox hökumətdən daha çox "xroniki apatiya" ya istinad etdi. Əşrəf Pəhləvinin qadın hüquqları ilə bağlı məsələsi 1976-cı ildə çıxan New York Times qəzetinin "Və beləcə Beynəlxalq Qadınlar ilini keçirir" adlı məqaləsi dərc edildikdən sonra şübhə altına alındı. 1976-cı ilin mart ayında The Nation qəzetində yazıçı Ki Boyle Əşrəfi Beynəlxalq Qadınlar ili ilə əlaqədar qlobal "bacılıq" görüşlərini genişləndirməyə müvəffəq olduğu üçün, tənqid etdi, halbuki, şahzadənin öz "bacıları"nın təxminən 4000-i İranda siyasi məhbus idilər. 1980-ci ildə yazdığı xatirələrində Pəhləvi İrandakı qadınların vəziyyətinin pis olduğunu etiraf edir və yazılarında narahatlığını ifadə edir: "İran qadınlarına baş verənlərin xəbəri çox ağrılı idi … [onlar] ayrılıb ikinci dərəcəli statusa çevrildi … çoxu həbs edildi və ya sürgün edildi." Bundan əlavə, Pəhləvi insan hüquqları və bərabərlik uğrunda fəallıq göstərir. Xüsusilə İranda qardaşı Məhəmmədrza şahın anti-savadsızlıq hərəkatının əsas tərəfdarı olduğundan, beynəlxalq səviyyədə savadın yayılmasının tərəfdarı idi. Savadlılıq üzrə Beynəlxalq Məsləhətçi Əlaqələr Komitəsinin üzvü kimi çalışmışdır. Əşrəf Pəhləvi 1977-ci ilin yazında Fransanın Riviera şəhərindəki yay evində uğursuz bir sui-qəsdin hədəfinə çevrilmişdi, bu müddətdə onun Rolls Royce avtomobilinin yanına on dörd güllə atılmışdır. Onu gözləyən xanım olür, lakin Əşrəf Pəhləvi hadisə yerindən sağ-salamat çıxır,,. 1979-cu il inqilabından sonra Əşrəf Pəhləvi Devid Rokfellerdən qardaşı Məhəmmədrzanın sığınacaq tapmaq cəhdlərini dəstəkləməsini istədi. İran İslam İnqilabının başlanğıcında mərhum qardaşı Şaha dəstək vermədikləri üçün ABŞ prezidenti Cimmi Karter və Birləşmiş Millətlər Təşkilatının baş katibi Kurt Valdheyimə qarşı çıxış etdi. 1994-cü ildə keçmiş prezident Riçard Niksonun dəfn mərasimində iştirak etmişdir. Xarakter və maliyyə Əşrəf Pəhləvi "müxtəlif təşkilatların idarəçiliyi" ilə məşğul olduğu üçün "maliyyə pozuntusuna görə hücum edildiyini" iddia etmişdir. Öz hesabına görə, Məhəmməd Müsəddiq onu Parisə sürgünə göndərəndə maddi imkanları məhdud idi. Ancaq sonrakı illərdə onun böyük bir sərvət topladığı deyilirdi. O, sərvətini atası Rza Şahdan miras qalan torpaqların dəyərinin və müəssisələrin gəlirlərinin artması ilə əlaqələndirdi. Buna baxmayaraq, sərvətinin artması ilə bağlı hekayənin bir hissəsi, neft qiymətlərinin artması ilə idarə olunan İran sənaye bumu dövründə ola biləcəyi ilə əlaqədardır, Pəhləvi və oğlu Şəhram fəaliyyət göstərmək üçün lisenziyanın sığortası (sic) müqabilində yeni bir şirkətin səhmlərinin 10% və ya daha çoxunu pulsuz aldı. Hökumət lisenziyalarının yalnız hər sahədə yaxşı əlaqəli bir neçə şirkətə veriləcəyi deyildi. Nəticədə lisenziyanın alınması və saxlanması ehtiyacı ödənilməli olan bir xərc oldu. 1979-cu ildə New York Times, 17 sentyabr 1978-ci il tarixli bir sənəddə Əşrəfin ofisindən Safia kod adı altında Cenevrədəki İsveçrə İttifaqı Bankındakı hesabına Bank Melli hesabından 708.000 ABŞ dollarının köçürülməsini tələb etdiyini bildirdi. 1980-ci ildə Pəhləvi New York Times qəzetində özünün və ailəsinin maddi durumunu müdafiə etmək üçün bir məqalə dərc etdirdi. Məqalədə, sərvətinin "mənfəətli qazanclar" yolu ilə toplanmadığını iddia etdi və sərvətini "İranın inkişafı və hər kəsin içində olduğu yeni firavanlıq ilə kəskin şəkildə artan" miras qalan torpaqlara aid etdi. O, qeyd etdi ki, bir çox digər iranlılar öz daşınmaz əmlaklarının satışından qazanc əldə etdilər, lakin ruhanilər Xomeyni ilə yaxın əlaqələri olduğuna görə maliyyə pozuntularında ittiham olunmadılar. Ayrıca Xomeyni tərəfdarlarının irəli sürdüyü iddiaların əksinə olaraq Şahın Pəhləvi Vəqfindən qazanc əldə etmədiyini bildirərək qardaşı Məhəmmədrza şah Pəhləvini müdafiə etdi. Şahzadə "bu böhtanlara əlindən gəldiyincə və məhkəmə vasitələrinin köməyi ilə mübarizə aparmağı" planlaşdırdığını yazdı. Psixoloji cəhətdən, Əşrəf Pəhləvinin gənc yaşlarında özünəinamı aşağı idi. "Güzgüdə gördüyünü" bəyənmirdi. O, "başqasının üzünü, … daha təravətli dəri və daha yüksək boy arzulayırdı." Həmişə təsəvvür edirdi ki, "bu dünyada məndən daha qısa adam çox azdır." Bəlkə də bu onu cəsarətli olmağa sövq etdi. Xatirələrində yazırdı: İyirmi il əvvəl fransız jurnalistləri mənə "La Panthère Noire" (Qara Panter) adını vermişdilər, etiraf etməliyəm ki, bu ad daha çox xoşuma gəlir və bu müəyyən mənada mənə yaraşır. Panter kimi, təbiətim də həyasız, üsyankar, özünə inamlıdır. Çox vaxt yalnız səy göstərərək ehtiyatımı və ictimaiyyətdəki hisslərimi qoruyuram. Ancaq həqiqətdə, bəzən istərdim ki, panterin pəncəsi ilə silahlansam, ölkəmin düşmənlərinə hücum edim. Qardaşı Məhəmməd Rza Pəhləvi (Məhəmmərza Şah) onun ən yaxın dostu idi. Xatirələrində o, bir uşaq kimi təəccüb hissi ilə ona baxdığını xatırlayır: "Yetkinlik yaşına çatmazdan əvvəl onun səsi həyatımda üstünlük təşkil etdi" yazırdı. Bəzi mənbələr onun narkotik ticarəti ilə arasındakı əlaqəni qeyd edir; dedi: "Zərər çəkənlərim məni qaçaqmalçı, casus, mafiya tərəfdarı olmaqda ittiham etdilər (bir dəfə də olsa narkotik alverçisi) Görkəmli vəzifələri Qırmızı Aslan və Günəş Cəmiyyətinin fəxri prezidenti, 1944-cü il Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti Komissiyasının sədri, 1965-ci il Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasında İran nümayəndə heyətinin üzvü, 1967-ci il Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında İran nümayəndə heyətinin sədri, 1967-ci il Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissiyasının sədri, 1970-ci il Beynəlxalq Qadın İlləri Konfransı Məşvərət Komitəsinin üzvü, 1975-ci il İran Qadınlar Təşkilatının prezidenti, 1967–1979-cu illər Sosial Xidmətlər İmperator Fondunun sədri Wadham Kollecinin fəxri üzvü, Oksford Savadlılıq üzrə Beynəlxalq Məsləhətçi Əlaqələr Komitəsinin üzvü Evlilikləri və uşaqları İlk evliliyi Pəhləvinin ilk evliliyi Mirzə Əli Məhəmməd xan Qavam, Nasir ud-Daula (1911–?) ilə idi. Onlar 1937-ci ilin martında evləndilər və 1942-ci ildə boşandılar. Qavam 1941-ci ildə Vaşinqtonda İran üçün Hərbi Attaşe köməkçisi və Qəvamlardan H. H. Mirzənin böyük oğlu idi. İlk evliliyindən bir oğlu, H. H. Şahzadə (Vala Qohar) Şahram Pəhləvi-Nia (18 aprel 1940, Tehran) anadan olmuşdu. O, 1966-cı ildə 16 yaşındakı Nilufər Əfşar ilə evləndi və cütlüyün 1969-cu ildə Sirus adlı bir oğlu oldu. Pəhləvi-Nianın başqa bir oğlu Əmir İbrahim (1974-cü il təvəllüdlü), Şahın uzun müddət məhkəmə köməkçisi Əsədullah Ələmin qızı Naz Əlam ilə nikahsız yaşayırdı. 1987-ci ildə ABŞ Virgin adalarında Şəhram və Naz İslam nikah mərasimi keçirdilər. İkinci evliliyi Pəhləvinin ikinci evliliyi (Sahib ul-İzza) Əhməd Şəfik bəy ilə (21 sentyabr 1911–1976) idi, Mülki Aviasiyanın baş direktoru və H. E-nin dördüncü oğlu və (Hz. Sahib ul-Saada) Əhməd Şafiq Paşa, Misirin Xədiv Məhkəməsinin naziri idi. 1944-cü ildə Qahirədə evləndilər və 1960-cı ildə boşandılar; Deloris Pianezzola ilə ikinci evliliyini qurdu və 1976-cı ildə Tehranda xərçəngdən öldü. Onların iki övladı var idi: kapitan H. H. Şahzadə (Vala Qohar) Şəhriyar Mustafa Şəfik (15 mart 1945 – 7 dekabr 1979), Parisdə öldürülmüş və H. H. Şahzadə (Vala Qohari) Azadə Pəhləvi-Şəfik (1951–2011). Üçüncü evliliyi Pəhləvi üçüncü və sonuncu dəfə 5 iyun 1960-cı ildə (İranın Parisdəki səfirliyində) Parisdə Maison de Iran ("İran Evi"nin) direktoru olmuş Mehdi Buşehri ilə (1916 -?) evləndi. Birlikdə övladları yox idi və Pəhləvi Nyu-Yorkda sürgündə yaşayarkən və Mehdi Buşehri Parisdə qalarkən çox vaxt ayrılırdılar. 1980-ci ildə New York Times jurnalisti Cudi Klemesruda verdiyi müsahibədə Pəhləvi: "Mən heç vaxt yaxşı ana olmamışam" demişdi. "Həyat tərzimə görə uşaqlarımın yanında çox deyildim". Sürgün və ölümü İnqilabdan sonra şahzadə Əşrəf vaxtını New Yorkdakı Park Avenyuya köçməmişdən əvvəl satdığı Bikman, Paris, Fransa Rivieradakı Xuan-les-Pins keçmədən satdığı Beekman yerləri arasında bölüşdürərək keçirirdi. Şahzadə Əşrəf Pəhləvi 7 yanvar 2016-cı ildə Monte Karloda 96 yaşında vəfat etdi. O, Altsheymer xəstəliyindən əziyyət çəkirdi . Onun ölümünü qardaşı oğlu və imperator ailəsinin başçısı Rza Pəhləvi öz Facebook səhifəsindən elan etdi. Məsləhətçi Robert F. Armao, səbəbin "qocalıq" olduğunu söylədi. Armao, Şahzadə Əşrəfin Avropadakı evində yuxuda öldüyünü söylədi, ancaq ailəsinin təhlükəsizliyi üçün narahatlıqlarını əsas gətirərək ölkənin adını çəkməkdən imtina edir Onun cənazəsi 14 yanvar 2016-cı ildə Monakoda Cimetière de Monaco şəhərində baş tutdu, Pəhləvi ailəsinin üzvləri, o cümlədən imperatriça Fərəh Pəhləvi də iştirak etdi. Ölən vaxtı ailəsinin ən yaşlı yaşayan üzvü idi. Əşrəf Pəhləvi ingilis dilində iki kitab yazdı: Faces in a Mirror: Memoirs from Exile (1980) Time for Truth (1995)Bundan əlavə, fransız dilində bir kitab yazdı: Jamais Résignée (1981)Onun üç kitabı 1980-ci ildə New York Times qəzetinin "Bu böhtanlarla mübarizə aparacağam" məqaləsindən sonra nəşr olundu. Özü və ailəsi haqqında "böhtanlar" ilə mübarizə vədinə uyğun olaraq, kitabları əsasən Pəhləvi sülaləsi haqqında yanlış təsəvvürlər kimi qiymətləndirilənləri təmizləməkdən ibarətdir. Ən çox oxunan kitabında; Faces in a Mirror: Memoirs from Exile (1980)-də xatirələrini yazarkən yenidən şəxsi maddi durumu ilə bağlı suallara müraciət edir: "Atam öldükdə təxminən 300.000 dollar miras almışdım (Xəzər dənizi yaxınlığında təxminən 1 milyon kvadratmetr ərazi, həmçinin Qorqan və Kermanşahdakı əmlaklar, sonradan olduqca qiymətli olacaq). Bu kitabın giriş hissəsində Pəhləvi "Qərb oxucularına İranın mədəniyyəti və irsinin mahiyyəti … qondarma İran İslam İnqilabının təbiəti haqqında nə başa düşmədiklərini izah etmək istəyir" deyir. Ümumiyyətlə onun kitablarına həddən artıq avtobioqrafik baxırlar və ciddi bir tarixi istinad olaraq istifadə ediləcək bir duyğu içində: Kitabxana jurnalı Pahlavinin Faces in a Mirrorsunu "Pahlavilərin fəzilətləri və dünyanın hər yerində olan hər kəsin bəxş etdiyi xəyanətdən bir az daha çox." adlandırıdı. Fəxri fərmanları və ordenləri 28 oktyabr 1923 – 12 dekabr 1925: Her Serene Highness şahzadə Əşrəf Pəhləvi 12 December 1925 – 11 fevral 1979: Her Imperial Highness İran şahzadəsi Əşrəf 11 February 1979 – 7 yanvar 2016: Her Imperial Highness şahzadə Əşrəf Pəhləvi Milli sülalə şərəf ordenləri Pəhləvilər:Aryamehr ordeni: 1-ci dərəcəli üzv Pəhləvilər:Haft-Peykar ordeni: 1-ci dərəcəli üzv Pəhləvilər: Böyük usta və Qırmızı Aslan və Günəşin 1-ci dərəcəli Üzvü Xarici şərəf ordenləri Efiopiya İmperator Ailəsi: Grand Cordon Şeba Kraliçası ordeni Almaniya Federativ Respublikasının Böyük Xaç 1-ci dərəcəli Fəxri Fərmanı. Qana Ulduzu ordeni üzvü. Liberiya Böyük Xaç Afrika Ulduzu ordeni. Niderland Böyük Xaç Portağal Evinin Sərəncamı. SSRİ 1-ci dərəcəli Qırmızı Əmək Bayrağı ordeninin böyük zabiti. Brandeys Universitetinin fəxri doktoru (1969, Valtem, Massaçusets, ABŞ). Həmçinin bax Rza şah Pəhləvi Məhəmmədrza şah Pəhləvi Fərəh Pəhləvi Fardust, Hussein. The Rise and Fall of the Pahlavi Dynasty: Memoirs of Former General Hussein Fardust. Translated by Ali Akbar Dareini. Motilal Banarsidass. 1998. ISBN 8120816420. Gasiorowski, Mark. "The 1953 coup d'etat in Iran". International Journal of Middle East Studies. 19 (3). 1987: 261–286. JSTOR 163655. Hoveyda, Fereydoun. The Fall of the Shah. New York: Wyndham Books. 1979. Keddie, Nikki, R. Roots of Revolution: an Interpretive History. New Haven, CT: Yale University Press. 1981. ISBN 9780300026115. Kinzer, Stephen. All the Shah's Men: an American Coup and the Roots of Middle East Terror. John Wiley & Sons. 2003. ISBN 978-0-471-67878-6. Pahlavi, Ashraf. Faces in a Mirror – Memoirs from Exile. Englewood Cliffs, NJ: Prentice Hall. 1980. Xarici keçidlər Şahzadə Əşrəfin Moskvaya səfəri (video) Əşrəf Pəhləvi haqqında Arxivləşdirilib 2012-02-14 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=97089 |
Əşrəf Quliyev | Əşrəf Hacı oğlu Quliyev (29 iyul 1924, Bakı – 10 fevral 1994, Bakı) — Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). Əşrəf Hacı oğlu Quliyev 29 iyun 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib. Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib. 1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib "Aktyor sənəti" fakültəsinin dekanı olmuşdur Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub. Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 iyun 1974 Quruluş verdiyi tamaşalar Nəcəf bəy Vəzirov adına Lənkaran Dövlət Dram Teatrın səhnəsində Mirzə İbrahimov "Yaxşı adam" (06.12.1973) Nəbi Xəzri "Sən yanmasan" (21.12.1973) Mirzə İbrahimov " Kəndçi qızı" (22.05.1975)… Nəbi Xəzri "Əks səda" (1974)Akademik Milli Dram Teatrın səhnəsində Vasili Şkvarkinin "Özgə uşağı"(8 sentyabr 1956) Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (2 oktyabr 1959) Həsən Seyidbəylinin "Bağlı qapılar" (3 iyun 1961) Mirzə Fətəli Axundzadənin "Hacı Qara" Sabit Rəhmanın "Toy" (14 dekabr 1963) Cavad Fəhmi Başqutun "Köç" (19 sentyabr 1964) Mirzə İbrahimovun "Yaxşı adam" (24 aprel 1965), "Kəndçi qızı" (15 may 1976) Cəfər Cabbarlının "Oqtay Eloğlu" (29 iyun 1966) İlyas Əfəndiyevin "Mənim günahım" (5 may 1967) Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967) Bəxtiyar Vahabzadənin "İkinci səs" (19 aprel 1969), "Yollara iz düşür" (30 oktyabr 1977) Nəbi Xəzri "Sən yanmasan" 1972 Nəbi Xəzri "Əks-səda" 1974 Aleksandr Ostrovskinin "Müdriklər" (19 may 1973) Vilyam Şekspirin "Heç nədən hay-küy" (10 mart 1979) Sabit Rəhmanın "Əliqulu evlənir" (3 oktyabr 1980) Filmoqrafiya Yay günlərinin xəzan yarpaqları (film, 1986)-Musa | https://az.wikipedia.org/w/index.php?curid=372888 |
Əşrəf Qəni | Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti. | https://az.wikipedia.org/w/index.php?curid=641674 |
Əşrəf Qəni Əhmədzay | Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti. | https://az.wikipedia.org/w/index.php?curid=676646 |
Əşrəf Səncər Quşçubaşı | Əşrəf Səncər Quşçubaşı (1873 – 1964, İzmir) — Çərkəz Ubıx əsilli türk kəşfiyyatçısı və partizan döyüşçüsü. 1873-cü ildə İstanbulda doğulmuşdur. Ailəsi ata tərəfindən Çərkəzlərin Ubıx qoluna, ana tərəfindən isə Sultan Səncərə bağlıdır. İlk təhsilini hərbi məktəbdə almışdır. Təhsilinin son ilində olarkən, Sultan II Əbdülhəmidə qarşı Yeni Osmanlılarla əməkdaşlıq edən atası ilə Hicaza sürgün edildi. Sürgündə təxminən bir il qaldıqdan sonra buradan qaçıb qardaşı Səlim bəy ilə birlikdə Əbdülhəmidə qarşı mübarizəyə başladı. Ətrafına topladığı gənc zabitlərlə birlikdə üsyan edərək çox sayda silah, pul və material alarkən özünə göndərilən qüvvələri məğlub etdi. Bundan sonra isə üsyan əsnasında ətraflna topladığı yoldaşlarıyla birlikdə qurulan Təşkilat-i Məxsusa adlı kəşfiyyat agentliyinə qatıldı.1964-cü ildə vəfat etmişdir. Məzarı Aydın şəhəri Qranta qəbiristanlığının yanındadır. 1911-ci ildə Tripolidə Ənvər bəylə müqavimət hərəkatları təşkil etdi. 1912-ci ildə İkinci Balkan müharibəsi zamanı Ənvər bəy, qardaşı Sami Quşçubaşı, İbrahim Cahangiroğlu və Süleyman Əsgəri ilə birlikdə Çorlu, Təkirdağ, Malqara, Xeyrəbolu və Ədirnənin xilas edilməsində iştirak etdi. Elə həmin il Süleyman Əsgəri və bölgənin görkəmli şəxsləri ilə Qərbi Frakiyada Qərbi Frakiya Müstəqil Hökuməti adı altında ilk Türk Cümhuriyyətinin qurulmasında önəmli rol oynadı. Birinci Dünya müharibəsinin başlaması ilə 1914-1915-ci illər arasında Ərəb Yarımadasında Təşkilat-i Məxsusanın rəhbəri vəzifəsini icra etdi və Süleyman Əsgəri bəyin ölümündən sonra təşkilatın prezidenti oldu. Birinci Dünya müharibəsi dövründə İngilislərə qarşı başladılan İkinci Kanal Əməliyyatı əsnasında qabaqcıl qoşunlara komandirlik edirdi. 1917-ci ildə Xeybər şəhərində Feysəl ibn Hüseyn əl-Haşiminin qoşunları ilə baş vermiş döyüşlərin birində ağır yaralanaraq əsir düşmüşdür. Bir döyüş gəmisi və sualtı qayığı ilə Maltaya sürgün edildi. Sürgündə yaşadığı müddətdə Ərəbistandakı sərgüzəştləri, tutulması və sürgün həyatı haqqında bir neçə yazı yazdı. Lourens, sən qazandığını düşünürsən. Ancaq hələ heç nə bitməyib. Hökumətinə o qədər əziyyət verəcəm ki, 2 əsr boyu başa çatdıra bilməyəcəksən bu sözləri həbs olunduqdan sonra Lourensə dediyi iddia edilmişdir. İngilislərlə imzalanan məhbus mübadiləsi müqaviləsinə uyğun olaraq sərbəst buraxıldı. Dəniz yolu ilə Anadoluya qayıdan Əşrəf Quşçubaşı dərhal Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 1920-ci ildə özünün təlim keçdiyi Çərkəz Ethəm ilə Yunan işğalına qarşı mübarizə apardı. Lozanna müqaviləsindən sonra Yunan və İngilislər ilə ortaq olduğu iddia edilərək Türkiyə vətəndaşlığından çıxarıldı. 1936-cı ilə qədər Türkiyəyə girişi qadağan edildi. 1936-cı il əfvi ilə ölkəyə girişinə icazə verilsə də, "Heç vaxt bağışlanma istəməmişəm, xain deyiləm ki, əfv olunum" deyərək ölkəyə qayıtmadı.Ancaq 1950-ci ildə, Demokrat Partiya iqtidara gəldikdən sonra Türkiyəyə qaytarıldı. Vətənə qayıdana qədər Misirin İsgəndəriyyə şəhərində yaşayıb və bu müddət ərzində heç bir kəşfiyyat fəaliyyətində iştirak etmədiyi təxmin edilir. “Xeybərdə Türk Cəngi”, ISBN 9753910355 Əlaqəli mənbələr və kitablar Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı arxivi, “Birinci Dünya müharibəsində Cənub cəbhələrinin döyüşləri”. İngilis döyüş tarixi arxivi, “Birinci Dünya müharibəsində Ərəbsitan cəbhələrinin döyüşləri”. Camal Qutay, “Tripolidə bir ovuc qəhrəman”. Camal Qutay, “Frakiyada ilk Türk Cümhuriyyəti”. Camal Qutay, “Təşkilat-i Məxsusa” Camal Qutay, “Tomas Edvard Lourens`ə qarşı Quşçubaşı”. | https://az.wikipedia.org/w/index.php?curid=633601 |
Əşrəf Yusifzadə | Əşrəf Əmrah oğlu Yusifzadə (Yusifov) (5 dekabr 1906, Sarxanlı, Naxçıvan qəzası – 7 mart 1963, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycanın SSR xalq artisti (1955). Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921–1925). Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barınaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanmışdı, kollektivin populyar aktyoru kimi sevilirdi. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa etmişdir. Məşhur aktyorun zəngin və əlvan yaradıcılıq xəzinəsinin aydın və parlaq mənzərəsi belədir: Mirzə Rəhim ("Özgə uşaqları", Vasili Şkvarkin), Balarza, Atakişi, Mirzə Rza, Aqşin, Generalqubernator, Dövlət bəy ("Almaz", "Sevil", "Nəsrəddin şah", "Od gəlini", "1905-ci ildə" və "Aydın", Cəfər Cabbarlı), Məktəb naçalniki ("Üzləşdirmə", Tur qardaşları və Lev Şeynin), Frans Moor ("Qaçaqlar", Fridrix Şiller), Vaqif və Qacar, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Dəmirçi Musa, Mirzə Qərənfil, Gülümov, Qasım ("Toy", "Xoşbəxtlər", "Aşnalar" və "Nişanlı qız", Sabit Rəhman), Yaqo ("Otello", Uilyam Şekspir), Veysəl və Qaya ("Bahar", Məmmədhüseyn Təhmasib), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Nizami ("Nizami", Mehdi Hüseyn), Tofiq ("İntizar", İlyas Əfəndiyev və Mehdi Hüseyn), Əhmədi Biqəm, Məşədi Hüseyn ("Məhəbbət" və "Həyat", Mirzə İbrahimov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Xosrov Atayev, Nəcəf ("Atayevlər ailəsi" və "Bahar suları", İlyas Əfəndiyev), Con Rayt ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Vilyams ("Kəllə", Nazim Hikmət), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Los və Muradov ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli), Sultan Zöhrabov ("Vicdan", Bəxtiyar Vahabzadə), Şeyx Sənan və Özdəmir, Keykavus ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Ezop ("Tülkü və üzüm", Gilerma Fiqeyredu), Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun). Əşrəf Yusifzadənin parlaq istedadının pərəstişKarları Gəncədən başqa Şəmkirdə, Qazaxda, Tovuzda, Yevlaxda, Şəkidə, Lənkəranda, İrəvanda, Ağdamda, Şuşada, Füzulidə, Laçında… da çox idi. Çünki teatr bu rayonlarda uğurla qastrol tamaşaları göstərib. Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 30 aprel 1955-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Əşrəf Əmrah oğlu Yusifzadə 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub. XALQ ARTİSTİ RƏMZİYYƏ XANIM VEYSƏLOVANIN HƏYAT YOLDAŞIDIR. Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 aprel 1955 Filmoqrafiya Hacı Qara (film, 1929) Səhər (film, 1960) İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. | https://az.wikipedia.org/w/index.php?curid=61695 |
Əşrəf ağa Kəngərlinski | Əşrəf ağa Kəngərlinski — çar ordusunun zabiti. Əşrəf ağa Məhəmmədhəsən bəy 1841-ci ildə Naxçıvan şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Zemstvo idarəsində 15 aprel 1859-cu ildə uryadnik kimi xidmətə başlamışdı. 1892-ci ildə üstün xidmətinə görə milis yunkeri rütbəsinə layiq görülmüşdü. 1877–1878-ci illərdə İrəvan atlı alayının tərkibində Rus-Osmanlı savaşında iştirak etmişdi. Əşrəf ağa Balaxanım xanımla ailə qurmuşdu. Mükafatları Əşrəf ağa Kəngərlinski 29 yanvar 1871-ci ildə "Cəsurluğa görə" gümüş medal, "Müqəddəs Stanislav" lenti ilə, 5 oktyabr 1875-ci ildə "Cəsurluğa görə" qızıl medal, "Müqəddəs Stanislav" lenti ilə, 16 iyun 1877-ci ildə "İgidliyə görə" gümüş medal, "Müqəddəs Anna" lenti ilə, 19 iyul 1884-cü ildə "Cəsurluğa görə" qızıl medal, "Müqəddəs Anna" lenti ilə, 26 may 1896-cı ildə "Cəsurluğa və hökumətə sədaqətə görə" qızıl medal almışdı. Həmçinin bax Kəngərli eli | https://az.wikipedia.org/w/index.php?curid=78896 |