!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əyri çiləotu | Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=143052 |
Əyriarx | Əyriarx yaşayış yeri — Babək rayonunun Cəhri kəndindən cənubda, Qoşatəpədən şimalda, düzənlik ərazidə arxeoloji abidə. Ümumi məlumat Yaşayış yerinin ərazisi bir neçə dəfə şumlanaraq ilkin görkəmini itirmişdir. Bəzi yerlərdə kül yığınları və bad qırıqlarına rast gəlinir. Sel sularının yuyub açdığı yarğanlarda, həmçinin Xor arxının keçdiyi ərazidə, bəzi yerlərdə mədəni təbəqənin 0.5 metr qalınlığında olduğu müəyyənləşdirilmişdir. Araşdırmalar zamanı aşkar olunan yerüstü tapıntılar müxtəlif dövrlərə aid keramika parçalarından, həmçinin kir-kirə və s. ibarətdir. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, onların bəzisi qırmızı boya ilə örtülərək cilalanmışdır. Yaşayış yerini 1–10-cu əsrlərə aid etmək olar. | https://az.wikipedia.org/w/index.php?curid=766239 |
Əyriarx yaşayış yeri | Əyriarx yaşayış yeri — Babək rayonunun Cəhri kəndindən cənubda, Qoşatəpədən şimalda, düzənlik ərazidə arxeoloji abidə. Ümumi məlumat Yaşayış yerinin ərazisi bir neçə dəfə şumlanaraq ilkin görkəmini itirmişdir. Bəzi yerlərdə kül yığınları və bad qırıqlarına rast gəlinir. Sel sularının yuyub açdığı yarğanlarda, həmçinin Xor arxının keçdiyi ərazidə, bəzi yerlərdə mədəni təbəqənin 0.5 metr qalınlığında olduğu müəyyənləşdirilmişdir. Araşdırmalar zamanı aşkar olunan yerüstü tapıntılar müxtəlif dövrlərə aid keramika parçalarından, həmçinin kir-kirə və s. ibarətdir. Keramika məmulatı başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, onların bəzisi qırmızı boya ilə örtülərək cilalanmışdır. Yaşayış yerini 1–10-cu əsrlərə aid etmək olar. | https://az.wikipedia.org/w/index.php?curid=506323 |
Əyriboyunluq | Əyriboyunluq (ing. tortikollis) – yumşaq toxumaların, skeletin və boyun sinirlərinin dəyişikliyi nəticəsində başın əks tərəfə dönməsidir. Anadangəlmə və qazanılmış olur. Uzun müddət davam etdikdə sifətin və kəllənin asimmetriyası, plagiosefaliya, fəqərənin deformasiyası yaranır. Spastik – əyriboyunluğun növü olub, distonik xəstəlikdir, boyun əzələlərinin patoloji gərginliyi nəticəsində başın düzgün formada olmamasıdır. Həmçinin bax Qrizel xəstəliyi | https://az.wikipedia.org/w/index.php?curid=815960 |
Əyribucaq (Xoy) | Əyribucaq (fars. اگري بوجاق) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Digər adları Ara Bucaq, Əyribucaq, Ağrı Bucaq, Bucaq, İribucaq, Yarı Bucaq. 2006-cı il məlumatına görə kənddə 945 nəfər yaşayır (191 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=473614 |
Əyribucaq (Xudafərin) | Əyribucaq (fars. ايري بوجاق) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 336 nəfər yaşayır (73 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=640088 |
Əyricə | Əyricə — "ayrılmış, əyri-üyrü" mənasında işlənən əyri sözünə "cə" şəkilçisinin artırılmasından əmələ gələn söz. Əyricə (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yeni Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.Bələdiyyələr Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Yeni Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə.Dağlar, yaylaqlar, qışlaqlar Əyricə (dağ) — Göyçə (Sevan) gölünün şərqində dağ. Əyricə (yaylaq) — Dərələyəz və Göyçə mahalları arasında sərhəddə yerləşən yaylaq. Əyricə (qışlaq) — Çəmbərək (Krasnoselo) rayonunda qışlaq.Çaylar Əyricə (çay) — Çəmbərək (Krasnoselo) rayonunda çay. | https://az.wikipedia.org/w/index.php?curid=112706 |
Əyricə (Bərdə) | Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam rayonunun Xıdırlı kəndinə məxsus əkin yeri olmuşdur. Yaşayış məntəqəsi həmin kənddən çıxmış ailələrin ayrılaraq əkin yerində məskunlaşması nəticəsində yaranmışdır. Ayrıca "kənddən ayrılmış, xüsusi icma təşkil etmiş" deməkdir. Ələkbər bəy Bahadur bəy oğlu Qalabəyov – məşhur Qalabəyovlar nəslinin nümayəndəsi, Sankt-Peterburq Universitetinin məzunu, polis pristavı | https://az.wikipedia.org/w/index.php?curid=87214 |
Əyricə (dağ) | Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=112717 |
Əyricə (qışlaq) | Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI–XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi. İbrahim Bayramov, QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=112728 |
Əyricə (yaylaq) | Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=112721 |
Əyricə (çay) | Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=416358 |
Əyricə bələdiyyəsi | Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Xarici əlaqələri Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115639 |
Əyricə çayı | Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=112730 |
Əyridağ | Ordubad rayonu ərazisində dağ (hünd. 3124,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində, Eşşək-Meydanı aşırımından 2 km şərqdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin bax: Abdal (dağ) Dərələyəz silsiləsi | https://az.wikipedia.org/w/index.php?curid=491583 |
Əyridimdik | Əyridimdik (lat. Numenius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Böyük əyridimdik (Numenius arquata) Amerika əyridimdiyi (Numenius americanus) Uzaq Şərq əyridimdiyi (Numenius madagascariensis) Kiçik əyridimdik (Numenius minutus) Ortaboy əyridimdik (Numenius phaeopus) Taiti əyridimdiyi (Numenius tahitiensis) Nazikdimdik əyridimdik (Numenius tenuirostris) Eskimos əyridimdiyi (Numenius borealis) | https://az.wikipedia.org/w/index.php?curid=637479 |
Əyridərə | Əyridərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əyridərə oyk. Gədəbəy r-nunun Hacılar i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Hacımirzələr olmuşdur. Yaşayış məntəqəsi Əyridərə adlı yerdə Məşədi Mamay Hacı Mirzə oğlu tərəfindən salınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 467 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Gədəbəy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=97019 |
Əyrik | Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=92189 |
Əyrikasacıq yemişan | Crataegus rhipidophylla (lat. Crataegus rhipidophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=784064 |
Əyrim laləvər | Əyrim laləvər (lat. Roemeria refracta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin laləvər cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=142883 |
Əyrinin uzunluğu | Uzunluq riyaziyyatda parça, yol və əyrilərin xassələrini səciyyələndirir. Əyrinin uzunluğu həmçinin "qövs uzunluğu" da adlanır. Parçanın uzunluğu Əgər, uyğun olaraq a 1 a 2 a 3 {\displaystyle (a_{1},a_{2},a_{3})} b 1 b 2 b 3 {\displaystyle (b_{1},b_{2},b_{3})} koordinatlarına malik {\displaystyle A} {\displaystyle B} nöqtələri verilmiş R 3 {\displaystyle \mathbb {R} ^{3}} fəzaya aiddrsə, onda bu koordinatlar arasındakı {\displaystyle AB} parçasının uzunluğu Pifaqor teoreminə görə hesablanır: | | ( a 1 − b 1 ) 2 + ( a 2 − b 2 ) 2 + ( a 3 − b 3 ) 2 Müstəvidə yolun uzunluğu Müstəvi üzərində və ya fəzada yol iki və ya üç koordinat funksiyası ilə verilir: {\displaystyle t\mapsto (x(t),y(t))} uyğun olaraq {\displaystyle t\mapsto (x(t),y(t),z(t))} {\displaystyle a\leq t\leq b} şərti daxilində.Hissə-hissə kəsilməyən yolun uzunluğu onun vektorunun inteqrallanması ilə əldə edilir: ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 d uyğun olaraq ∫ a b x ˙ ( t ) 2 + y ˙ ( t ) 2 + z ˙ ( t ) 2 d {\displaystyle \int _{a}^{b}{\sqrt {{\dot {x}}(t)^{2}+{\dot {y}}(t)^{2}+{\dot {z}}(t)^{2}}}\,\mathrm {d} t.} Polyar koordinat sistemində yolun uzunluğu Müstəvidə verilmiş yol polyar koordinat sistemnində {\displaystyle r(\varphi )} şəklind təyin olunmuşsa, onda φ 0 φ 1 {\displaystyle \varphi _{0}\leq \varphi \leq \varphi _{1}} cos sin {\displaystyle \varphi \mapsto (r(\varphi )\cos \varphi ,r(\varphi )\sin \varphi )} hasil qaydasından alınır d x d φ r ′ cos sin d y d φ r ′ sin cos , bununla ( d x d φ ) 2 ( d y d φ ) 2 ( r ′ ( φ ) ) 2 r 2 .Buradan polyar koordinat siistemondə yolun uzunluğu belə tapılır: ∫ φ 0 φ 1 ( r ′ ( φ ) ) 2 + r 2 ( φ ) d Həmçinin bax Uzunluq (Fizika) Uzunluq (Cəbr) | https://az.wikipedia.org/w/index.php?curid=54648 |
Əyripəncə | Əyripəncə (isp. El pie varo) (həm də Əyripəncə oğlan kimi tanınır) — 1642-ci ildə İspaniya rəssamı Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Neapolda çəkilmiş rəsm əsəri hazırda Parisdəki Luvr muzeyinin kolleksiyasında saxlanılır. Sənət tarixçisi Ellis Uoterhaus əsəri “Riberanın büün yaradıcılığını təfsir edən təcrübə daşı adlandırır.”Flamand taciri tərəfindən sifariş edilmiş rəsmdə neapollu dilənçi oğlan təsvir edilmişdir; onun ayağı deformasiyalıdır. Oğlanın arxasında geniş və işıqlı peyzaj təsvir edilmişdir, nazik və köhnə geyimdə olan uşaq gülümsəyir, onun sol çiynində qoltuqağacı vardır. Əlində tutduğu kağızda latın dilində yazılmışdır: “DA MIHI ELEMOSINAM PROPTER AMOREM DEI” (azərb. Tanrı sevgisi naminə, sədəqə verin). Rəsm Riberanın ən son və sərt əsərlərindən biridir. Rəng və ton kontrastı əsərin əsas xüsusiyyətlərindən biridir. İtaliya İntibah rəssamlarının və Flamand rəssamlarının kompozisiyalarını öyrənməsi və bütün həyatı boyu İtaliyada yaşamasına baxmayaraq o, İspaniya rəssamlarının realist stilindən təsirlənmişdir.İnsan zəiflikləri haqqında xristian düşüncəsinə meyl edən İspaniya rəssamları tez-tez əsərlərində dilənçilər, şikəstlər və əbləhləri təsvir edirdilər. Rəsmdə şəxsi halına oyun kimi yanaşan balaca avara təsvir edilmişdir; əlində tutduğu üzərində latınca yazılmış kağız vasitəsiylə balaca avara izləyicisinə ehtiyacı olduğunu və kömək gözlədiyini də bildirir.Karravacco tərəfindən yaradılan və sonradan Neapolda realist stilin ən sadiq davamçısı olan Ribera tərəfindən izlənən motiv, sözsüz ki, incəsənətdə aşağı sinifin həyat səhnələrinə marağın törəməsidir. Sánchez, Alfonso E. Pérez. Jusepe de Ribera, 1591-1652. The Metropolitan Museum of Art. 1992. ISBN 9780870996474. (no. 60) Xarici keçidlər The Clubfoot, Louvre Lubbock, Tom. de Ribera, Jusepe: The Boy with the Club Foot (1642), The Independent, 14 March 2008. The Clubfoot, on Artble website. Accessed 13 January 2012 | https://az.wikipedia.org/w/index.php?curid=558369 |
Əyriqaş (Soyuqbulaq) | Əyriqaş (fars. اگريقاش) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,911 nəfər yaşayır (578 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=476466 |
Əyrisifət | Əyrisifət — İrəvan xanlığının Sürməli mahalında kənd adı. Toponimikası Ağrısifət — İrəvan xanlığının Sürməli mahalında kənd adı. Yerli tələffüz forması Əyrisifətdir. 1828-ci ildə ermənilər tərəfindən azərbaycanlılardan ibarət əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1940-cı ildə kənd ləğv edilmişdir. Türk dillərində ağruki — "sakit" (yavaş axan mənasında) və suvat — "suvarılan sahədə dairəvi axıdılan su" sözlərindən ibarətdir. Azərbaycandakı Pirsaat çayının orta axınında "Səbət düzü" toponimi ilə mənaca eynidir. Həmçinin bax İrəvan xanlığı Xarici keçid | https://az.wikipedia.org/w/index.php?curid=522590 |
Əyritala | Əyritala — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Əyriçayın sahilində yerləşən talada salındığı üçün belə adlandırılmışdır. İnfrastruktur 2013-cü ilin oktyabr ayının 8-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=108763 |
Əyrivəng | Əyrivəng (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əyrivəng (Kəvər) — Göyçə mahalının Kəvər rayonunun inzibati ərazi vahidində kənd. | https://az.wikipedia.org/w/index.php?curid=127628 |
Əyrivəng (Gədəbəy) | Əyrivəng — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əyrivəng oyk. Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, kənd uçmuş, zəng qülləsi əyilmiş köhnə vəngin (kilsənin) yaxınlığında salındığına görə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 402 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır. Əyrivəng məbədi – tarixi izimizi özündə qoruyan uca dağların daş yaddaşı Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=97018 |
Əyrivəng (Kəvər) | Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur. Mədəniyyəti Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür. Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildən sonra kənddə yaşayan azərbaycanlılar ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə yalnız ermənilər yaşayır. Əfəndi – 1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb. Əyrivəng – 1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası | https://az.wikipedia.org/w/index.php?curid=127629 |
Əyrivəng kilsəsi | Əyrivəng kilsəsi — Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX-X əsrlərə aid xristian məbədi. Əyriçayın sol sahilindәki meşә örtüklü hündür tәpәnin üstündә yerlәşən məbəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli abidə kimi qeydiyyata alınmışdır.Orta ölçülü əsas ibadət zalı nalvari apsidaya malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər. Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir. Memarlıq xüsusiyyətləri Məbədin vəziyyəti qəzalıdır: dam örtüyü dağılmış, divarlarının bir hissəsi isə uçmuşdur. Orta ölçülü (7.50 x 3.70 metr) əsas ibadət zalı nalvari apsidaya (3.20 metr) malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər. Məbədin yeganə giriş qapısı qərb divarında yerləşir və narteksə açılır. Abidənin narteks hissəsi ehtimal ki, daha sonrakı dövrə aiddir.Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Kilsə divarları 110 sm, narteksin divarları isə 98 sm qalınlığa malikdir. Qafqaz Albaniyası memarlığına məxsus digər erkən orta əsrlər abidələri kimi Əyrivəng kilsəsi də dekorativ urban elementlərindən məhrumdur. Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir. Xәlilov, M.C. Albaniyanın xristian abidәlәri (IV–X әsrlәr). Bakı. 2011. Həmçinin bax Qafqaz Albaniyasının memarlığı Xarici keçidlər "Əyrivəng məbədi – tədqiq edilməmiş Alban abidəsi". azertag.az. AzərTAC. 17.09.2017. İstifadə tarixi: 18 iyul 2020. | https://az.wikipedia.org/w/index.php?curid=639656 |
Əyriyarpaq saqovnik | Vətəni Yaponiyadır. Hündürlüyi 2m-ə qədər, oduncaqlaşmış, keçəvari, budaqlanmayan gövdəyə malikdir. Onların gövdəsi tökülən yarpaq saplaqları ilə sıx örtülmüşdür, ləkəvarı yarpaqları isə gövdenin ucunda dəstəyə yığılmışdır. Mikrosporofilləri (erkəkcikləri) çoxsaylı, pazşəkilli, qonur, alt tərəfdən çoxsaylı, tozcuqludur. Erkək qozaları silindirikdir. Dişi qozaları yumru, sferik, hissələri lələkvarı bölünmüş olub, yanlarında yumurtacıqları vardır. Qozaları tutqun sarıdır, yazda və ya yayda az miqdarda əmələ gəlir. Toxumu yumru, çəyirdəkşəkilli, üst örtüyü ətli, orta və içəri örtükləri bərkdir, uzunluğu 2sm-ə qədə, narıncı-qırmızı rəngdədir. İşıqlı və yarımkölgəli şəraitdə bitir, düzünə düşən günəş şüalarından qorunmalıdır. Torpaq həmişə rütubətli olmlı, suvarılma vaxdaşırı aparılmalıdır. Kol hissələrə bölünməklə, toxumlarla çoxaldılır. Saqovnikin özəklərindən saqo nişastası alınır. Subtropik mülayim iqlimli ölkələrdə bəzək bitkisi kimi yaşıllaşdırmada istifadə edilir. Lənkəran, Astara bölgələrində, Abşeron yarımadasında yaşıllıqlarda rast gəlinir. Əyriyarpaq saqovnik otaq bitkisi kimi də istifadə edilir. Məlumat mənbələri: “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh. Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008. Tofiq Məmmədov. | https://az.wikipedia.org/w/index.php?curid=445756 |
Əyriyumurtalıqlı yemişan | Hündürlüyü 6 (8) m-ə çatan balaca ağac və ya 1,5–3 (4) m-ə çatan koldur. Budaqların qabığı qonurtəhər-boz rəngdədir. Cavan zoğları qırmızımtıl-qəhvəyi, azsaylı qısa tikanları vardır və yaxud az hallarda tikansızdır. Yarpaqlarının uzunluğu 5 sm-ə qədərdir, parlaq yaşıl rənglidir, üst hissədən demək olar ki, çılpaq, alt hissədən dağınıq basıq tüklüdür və yaxud damarların künc tərəfində saqqalcıqlıdır, görünüşünə görə demək olar ki, rombşəkilli və ya əksinəyumurtaşəkillidir, qaidə hissəsi pazşəkilli, bəzən dairəvidir, adətən 5–7 bölümlü olub, kənarları sivri, mişarvari dişli bölümlüdür; saplağı yarpaq ayasından 1,5 dəfə Qalxanı enlidir, adətən çılpaqdır, üzərində 1–3 ədəd çiçək daşıyan 3–6 ədəd budaqcıqdan ibarətdir. Çiçəkləri ağ rəngdədir, diametri 11–15 mm-dir. 1 sütuncuğu (nadir halda 2) vardır. Meyvələri qırmızı, uzunsov-ellipsvari və ya slindrikdir, uzunluğu 12–14 mm, birtoxumludur. Təpə hissədə kasa yarpaqları qatlanmış formadadır. Çiçəkləməsi: Aprel, May (İyun) Meyvə verməsi Sentyabr, Oktyabr Azərbaycanda yayılması: Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, Alazan-Əyriçay bozqırlığında, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax.daq., Lənk. dağ. Orta dağ qurşağına qədər, nadir hallarda yuxarı dağ qurşağında. Yaşayış mühiti: Meşələrdə, meşə kənarlarında, kollar arasında. Bəzən işıqlı vələspalıd və palıd meşələrində xırda ağaclıq əmələ gətirir və kiçik cəngəllik şəklində rast gəlinir. | https://az.wikipedia.org/w/index.php?curid=491008 |
Əyriçay (Oğuz) | Əyriçay — Qanıxçayın sol qolu. Oğuz, Şəki və Qax rayonları ərazisindən axır. Yuxarı hissəsində Daşağıl adlanır. Böyük Qafqazın cənub yamaclarından axan Kiş, Murdal, Şin, Küngüt və s. dağ çayları bu çaya tökülür. İlk dəfə VII əsrə aid mənbələrdə Kri adı ilə qeydə alınmışdır. Hidronim çayın əyri formada qərbə tərəf axması ilə bağlı olaraq yaranmışdır. Ümumi məlumat Uzunluğu 134 km, hövzəsinin sahəsi 1810 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından, Təkləbaşıdağın 1,5 km qərbindən (3509 m) götürür, Cənub yamacından axan Küngüt, Kiş, Şin və Kürmükçay və bir sıra başqa kiçik çaylar Əyriçaya tökülür. Çayın illik axımının 14%-i qar, 32%-i yağış, 54.%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yazda qar, payızda yağış suları çayda daşqın əmələ gətirir. Daşqın martda başlayıb iyunun əvvəllərinə kimi davam edir. Yaz daşqını dövründə keçən suyun sərfi illik su sərfindən 50-60 dəfə çox olur. Yağış sularından əmələ gələn daşqınlarda keçən su sərfindən xeyli artıq olur. Belə küclü daşqınlar bəzən çayda sel hadisəsinə çevrilir. İllik axımının 25-35%-i yaz və yay fəsillərində, 15%-i payızda, 12%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 10-12%-i axıdılır. Çayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta mineral-laşması mənbədən mənsəbə doğru 150 mq/l ilə 300 mq/l arasında dəyişir. Əyriçayın suyu Oğuz, Şəki və Qax rayonlarının əkin sahələrinin suvarılmasına məsrəf edilir. Həmçinin, çayın su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Şəki rayonu ərazisində Əyriçay su anbarı tikilmişdır. | https://az.wikipedia.org/w/index.php?curid=75811 |
Əyriçay (İsmayıllı) | Əyriçay — İsmayıllı rayonunda çay. Göyçayın qoludur. Mənbəyini Baş Qafqaz silsiləsinin cənub ətəyindən (720 m. yüksəklikdən) alır. Hidronim çayın əyri formada qərbə tərəf axması ilə bağlı olaraq yaranmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=771237 |
Əyriçay su anbarı | Əyriçay su anbarı — Azərbaycan Respublikası Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Su anbarı Şəki və Qax rayonlarının torpaq sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Texniki göstəriciləri Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2100m və su anbarının ümumi həcmi 80.6mln.m³-dur. Suvarmaya verilən su sərfi isə 1.5÷13.0m³/san-dir. | https://az.wikipedia.org/w/index.php?curid=335622 |
Əyrək | Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=516487 |
Əyrək nekropolu | Əyrək nekropolu — Şahbuz rayonunun Külüs ilə Keçili kəndləri arasında, Külüs yaşayış yerinin yaxınlığında yerləşən arxeoloji abidə. Hazırda Külüs kəndinin inzibati ərazisidir. Yerin adının etimologiyası Kitabi Dədə Qorqud dastanında çəkilən igid ərən Əyrəyin adı ilə bağlıdır. Dastanda "Əyrək və Səyrək" boyu var. Əyrək kəndinin ətəyində Əyrək nekropolu yerləşir. Əyrəyin ümumi coğrafi ərazisi maili yamacdadır. Qarşı tərəfdən baxanda geniş əraziyə yayılan qədim evlərin çalaları görünməkdədir. Kəndin yuxarı hissəsində qədim alban abidəsinın qalıqları var. Ətrafında qəbirlər və keramikadan olan su boruları bu gün də tapılır. Əyrək ərazisindəki toponimlərdən biri qədim alban dilində "məbəd" mənasını verən "Vəng" adlı yerdir. Bundan başqa "Qamışlıq" ("Qəmişlik"), "Böyük çuxur", "Qara qaya", "Şamama təndiri" (yaxud "Şaman təndiri") kimi toponimlər var. "Vəng"də çıxan çeşmənin axarında qoyulan daş novdanlar hələ də qalmaqdadır. Əyrək kəndinin aşağı ətəyində siklopik daşlardan olan, uzunluğu 100 metrdən artıq divar qalığı aşkar edilib. Əyrək nekropolundan aşkar edilən qəbir daşları dördkünc formalı prizma şəklində hazırlanmışdır. Onların üzərində yazıya və təsvirlərə rastlanmır. Lakin sinə daşlarından bir neçəsinin üzərində yedəyində at aparan insan təsviri, çərxifələk (svastika) işarəsi və daş boyunca kənarlarda insan fiqurunu xatırladan çəkil vardır. Uzunluğu bir metrə çatan və hündürlüyü 40-50 sm olan sinə daşlarının üzərində üz-üzə dayanan at və öküz, yəhər, kuzə, qadın və yanında uşaqlar olan təsvirlər də var. Tam şəkildə yonulmamış qoç fiquru formasında sinə daşları bu günə qədər qalıb. Bu tip təsvirlər orta əsr müsəlman qəbir daşlarında tez-tez rastlanan motivlərdəndir. Nekropolu XVI-XIX əsrə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 115. | https://az.wikipedia.org/w/index.php?curid=145446 |
Əyrəkdərə (Duzluca) | Əyrəkdərə — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin köhnə adı 1912-ci ildə ermənicə "palıd" mənasını verən Qagin kimi çəkilmişdir. 1960-cı ilə qədər Kağın adı olan kənd o vaxtdan "Əyrəkdərə" adlandırılır. | https://az.wikipedia.org/w/index.php?curid=815828 |
Əyvora | Əyvora (fars. ایوراع) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 275 nəfər yaşayır (79 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685081 |
Əyyam Musayev | Əyyam Hüseyn oğlu Musayev (11 yanvar 1946 – 23 mart 2000) Azərbaycan Respublikasının Deputatı(1990–1995) ,Səttərxan adına Maşınqayırma zavodunun direktoru(1988–2000), Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti(1997–2000),Professor,Elmlər doktoru,Texniki Elmlər Namizədi. Əyyam Hüseyn oğlu Musayev – 11 yanvar 1946-cı ildə Şəmkirin Könüllü kəndində anadan olmuşdur. 1964 cü ildə -Odessa Dəniz Gəmiçiliyi Mühəndisləri İnstitutuna daxil olmuş, həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1969-cu ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı dünyaya gəlmişdir. Əyyam Musayev 2000-ci ilin mart ayının 23-də müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. 1965–1968-ci illərdə, Bakı Elektroməişət Cihazları zavodunda fəaliyyətə başlamışdır. 1968–1980-cı illərdə, Bakı Elektromontaj Remontları (BREM) zavodunda çalışmış, 1980–1982-ci illərdə, həmin zavodun direktor koməkçisi vəzifəsinə layiq görülmüşdür. 1982–1986-cı ilərdə, Hüsü Hacıyev adına zavodun direktoru təyin olunub. 1986–1987-ci illərdə, Əlibayramlıda zavod direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə, Meliorasiya Nazirliyində rəis müavini təyin olunmuşdur. 1987-ci ildə, Leytenant Şmidt (Səttərxan) adına zavodun direktor müavini seçilmişdir. 1988-ci ildən, Leytenant Şmidt (1992ci ildən-Səttərxan adına maşınqayırma) zavodunun direktoru vəzifəsində çalışmışdır. 1990-cı ildə, Azərbaycan Respublikasının deputatı seçilmişdir. Daha sonra, Azərbaycan Respublikası "Dinamo" futbol klubu yaradılmış və Əyyam Musayev həmin klubun prezidenti seçilmişdir.Əyyam Musayev ömrünün sonuna qədər Səttərxan adına Maşınqayırma Zavodunun direktoru və Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti vəzifəsində çalışmışdır. İctimai Fəaliyyəti Azərbaycan respublikasının deputatı olan Əyyam Musayev, 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verən cəmi 43 deputatdan biridir.. Əyyam Musayev yaşadığı illərdə tez-tez xarici ölkələrdə səfərdə olmuş,beynəlxalq konfranslarda iştirak etmiş,Azərbaycanı xarici ölkələrdə daha da yaxşı tanıtmaq üçün əlindən gələni etmişdir.Belə ki, 20 yanvar hadisələri zamanı, Azərbaycan xalqını düşünən, Səttarxan adına Maşınqayırma zavodunun direktoru,deputat Əyyam Musayev o zaman bu sahədə təbliğat aparmaq üçün fərqli bir üsula əl atdı. O, Samarada yerləşən "Volqa" film kinostudiyasının əməkdaşlarını şəxsi təşəbbüsü ilə Bakıya dəvət etdi. Düşmənlərimizə bu faciəni daha yaxşı çatdırmaq üçün qanlı Yanvar haqqında elə düşmənin öz dilində "Hüznlü ana" adlı film çəkməyi qərara aldı. Filmin çəkilişləri üçün 20 Yanvar şəhidlərinin evlərinə gedildi, ailələri ilə görüşüb, onlarla söhbətlər aparıldı. 20 Yanvar şahidləri həmin gecə haqqında yaddaşlarında qalanları, şəhid ailələri şəhidlərin həyatını, həmin gün yaşadığı iztirablardan danışdılar."Hüznlü ana" filmi Samarada sənədli filmlər festivalında iştirak etdi və diploma layiq görüldü.Bundan əlavə, Qarabağ hadisələri zamanı fəal iştirak edən Əyyam müəllim,Laçının işğalı zamanı isə, şəxsi vəsaiti ilə qradlar düzəltdirmişdi. Həmçinin bax Yaşadığı illərdə futbola böyük marağı olan Əyyam Musayev,Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti vəzifəsində çalışmış, Azərbaycanın idman sahəsində də, dünya arenasında tanınması üçün əlindən gələni etmişdir. [1] Texniki elmlər namizədi olan Əyyam Musayev, 1995 ci il,aprelin 26-da Beynəlxalq Ekoenergetika Akademiyasının (İnternational Ecoenergy Academy) Professor, Elmlər doktoru (Prof. Dr. S) elmi dərəcəsinə layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=725586 |
Əyyam əl-ərəb | Əyyam əl-ərəb (ərəb. أيام العرب; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=762980 |
Əyyub | Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub. | https://az.wikipedia.org/w/index.php?curid=79032 |
Əyyub Abbasov | Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. Yaradıcılığı İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxmışdır. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilir. Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var."Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib ("Mütərcim" nəşriyyatı-2016). Xarici keçidlər Əyyub Abasovun həyatı və yaradıcılığı Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=314979 |
Əyyub Abbasov (yazıçı) | Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. Yaradıcılığı İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxmışdır. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilir. Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var."Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib ("Mütərcim" nəşriyyatı-2016). Xarici keçidlər Əyyub Abasovun həyatı və yaradıcılığı Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=693501 |
Əyyub Abdullayev | Əyyub Abdullayev (tam adı: Əyyub Mahmud oğlu Abdullayev; 17 iyun 1967, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. Əyyub Abdullayev 1967-ci il avqustun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olmuşdur.1987-ci ildə əsgərlikdən qayıtmışdır. 1988-ci ilin noyabrında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bakı soyuducular zavodunda fəhlə işləmişdir.Subay idi. Qanlı Yanvar faciəsi Gecə saat 12.30-da evdən çıxmışdır. Üzərində qara palto, cibində vəsiqəsi və 27 manat 60 qəpik pul olmuşdur. Həmin gecə "Naxçıvan" mehmanxanasının yanında şəhid olmuşdur. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qohumları onun itkin düşdüyünü və ya tutularaq saxlanılan insanların arasında olduğuna inanmışdılar. Martın 11-də naməlum şəhidlərin şəkillərini televiziya ilə göstərərkən qohumları Əyyubun artıq dəfn edildiyindən xəbər tutmuşdur. 4 gün sonra meyidinin üzərindən tapılan açarları yoxladıqdan sonra qohumları Əyyubun həlak olduğuna əmin olmuşdur. Bakı, Xuluflu küçəsi, 28a, mənzil 231. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) | https://az.wikipedia.org/w/index.php?curid=309827 |
Əyyub Bəşirov | Əyyub Ramiz oğlu Bəşirov (24 noyabr 1998; Yevlax rayonu, Azərbaycan - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Əyyub Bəşirov 1998-ci il noyabrın 24-də Yevlax rayonunun Ərəş kəndində anadan olub. Hərbi xidməti Əyyub Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əyyub Bəşirov oktyabr 16-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=688161 |
Əyyub Fətəliyev | Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir. 1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır. Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib.1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşalarına bədii tərtibat vermişdir. Rəssam həmçinin bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisaslı teatr rəssam kadrlarının hazırlanmasında da əmək sərf edib, iyirmi ildən artıq Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub. Rəssamın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, 1964-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əyyub Fətəliyevin Opera və Balet Tearında ilk müstəqil yaradıcılıq işi gürcü rəssamı Zaxari Paliaşvilinin Daisi (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olub. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl şəkilləndirilməsi və açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlayıb. Əyyub Fətəliyevin bəddi tərtibatını və quruluşunu hazırladığı opera tamaşalarına Cahangir Cahangirovun Azad (1957), Xanəndənin taleyi (1979), Fikrət Əmirovun Sevil (1959), Üzeyir Hacıbəyovun Koroğlu (1959, 1975, Xalq rəssamı Tahir Salahovla birgə), Süleyman Ələsgərovun Bahadır və Sona (1961), Cüzeppe Verdinin Aida (1961), Traviata (1964) Otello (1982), Aleksandr Borodinin Knyaz İqor (1964, 1975), Modest Musorqskinin Boris Qodunov (1966), Vasif Adıgözəlovun Ölülər (1967), Pyotr Çaykovskinin Qaratoxmaq qadın (1968), Qara Qarayevin və Cahangir Hacıyevin Vətən (1973), Zakir Bağırovun Aygün (1973) operalarını qeyd etmək olar. | https://az.wikipedia.org/w/index.php?curid=504463 |
Əyyub Haqverdiyev | Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır.Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib. Hazırda bu yadigar aksesuarlar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdədir. Əyyub Haqverdiyev 12 iyun 1996-cı ildə Naxçıvanda dünyasını dəyişmişdir. Mükafatları Əyyub Haqverdiyev "Əməkdə fərqlənməyə görə", "Əmək igidliyinə görə" medalları və "Mədəniyyət əlaçısı" döş nişanı ilə təltif edilib. Aktyora 17 iyun 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 14 oktyabr 1964-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri verilmişdir. C. Vəzirov. Güldürən-ağladan. Naxçıvan, 1998 | https://az.wikipedia.org/w/index.php?curid=368021 |
Əyyub Hüseynov | Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü. Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır.Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir.Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır.1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur. Uzun illər Azərbaycan Rəssamlıq Fondunun nəzdində bədii şuranın üzvü və sədri seçilmişdir. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda, şəxsi kolleksiyalar və özünün emalatxanasında saxlanılır. Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir. Yaradıcılığı Əyyub Hüseynovun yaradıcılığı əsasən üç dövrə bölünür. Birinci dövr 1930–1950-ci illəri əhatə edir. Bu dövr onun sənət fəaliyyətinə başladığı erkən dövr kimi qiymətləndirilir. İkinci dövr yaradıcılığının məhsuldar dövrü olan 1960–1980-ci illərdir. 1980–1990-ci illər isə üçüncü dövrdür ki, artıq bu dövr yaradıcılığının yetkin dövrü kimi qiymətləndirilir.Naxçıvan Dövlət Dram Teatrında çalışdığı dövrdə o, tanınmış rəssam Şamil Qazıyevlə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlamışdır. Bu dövrdə rəssam Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və s. pyeslərə bədii tərtibat vermiş və geyim eskizləri çəkmişdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006 və 2016-cı illərdə rəssamın 90 və 100 illik yubileylərinə həsr olunmuş sərgilər təşkil olunmuşdur. 2018-ci ildə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Əyyub Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş "Avtoportret" sənədli filminin təqdimatı keçirilmişdir. Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 18 dekabr 1980 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Xarici keçidlər "Eyyub Huseynov / 100 years Anniversary Catalog / 2016 / State Arts Museum / Baku". issuu.com. October 26, 2016. İstifadə tarixi: November 1, 2021. | https://az.wikipedia.org/w/index.php?curid=516071 |
Əyyub Kərimov | Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas. Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur.Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib. | https://az.wikipedia.org/w/index.php?curid=130189 |
Əyyub Məmmədov | Əyyub Məmmədov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov (rəssam) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=326922 |
Əyyub Məmmədov (aktyor) | Əyyub Cəfər oğlu Məmmədov (11 oktyabr 1919, Naxçıvan – 10 mart 1978, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov 11 oktyabr 1919-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun yaradıcılığı Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlı olmuşdur. Bu teatrda Səməd Mövləvi, İbrahim Həmzəyev, Mir Həsən Mirişli, Əyyub Haqverdiyev, İsa Musayev kimi sənətkarlarla birlikdə çalışmağa başlayıb. Tipik xarakterli və dramatik səciyyəli epizod rollar yaradıcılığında xüsusi yer tutmuşdur. Romantik xarakterli, monumental səciyyəli dramatik və faciə rollarını da ifa etmişdir.Əyyub Məmmədov 6 iyul 1978-ci ildə Naxçıvanda vəfat etmişdir. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 oktyabr 1974 "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı İfa etdiyi əsas rollar İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. | https://az.wikipedia.org/w/index.php?curid=581367 |
Əyyub Məmmədov (rəssam) | Əyyub Əliağa oğlu Məmmədov (24 yanvar 1921, Bakı – 27 avqust 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). SSRİ Rəssamlar İttifaqının üzvü (1946). Əyyub Məmmədov 24 yanvar 1921-ci ildə Bakıda anadan olub. 1936-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini daxil olmuş və 1941-ci ildə bitirmişdir. O, hələ 1940-cı ildə həmin məktəbdə xüsusi fənlər üzrə müəllim təyin edilib. 1942-ci ildə Qırmızı Ordu səfərbər olunana qədər orada çalışıb. 1942 - 1945-ci illərdə II Dünya müharibəsində Qafqazın müdafiəsindən başlayaraq berlinə qədər döyüşlərdə iştirak edib. Müharibədən sonra 1946-cı ildə, SSRİ Rəssamlar İttifaqına qəbul edilmişdir. Həmin il o, Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun dəzgah boyakarlığı fakültəsininə daxil olmuşdur. O, D.Machalskogo və G.Ryazhskogonun yanında təhsil almışdır. 1949-cu ildə Moskva Rəssamlarının İttifaqına qəbul edilib və 1950-ci ildən Ümumittifaq sərgilərin iştirakçısı olub. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq, yaradıcılıq və pedaqoji fəaliyyətini davam etdirir. Qırxıncı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində tədris və 1965-ci ildən 1975-ci, o, müəssisənin direktoru vəzifəsində çalışmışdır. SSRİ V Konqresinin Rəssamlar İttifaqının I qurultayı ilə SSRİ Rəssamlar İnqilab İttifaqının Mərkəzi Komitəsi seçilib. Millət vəkili Baksoveta, Böyük Vətən Müharibəsi, rəsm bölüm üçün İncəsənət Şurasının sədr müavini Veteranları Şurasının sədri seçilib. Əyyub Məmmədov 27 avqust 1994-cü ildə Bakıda vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=326920 |
Əyyub Osmanov | Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=688213 |
Əyyub Paşa | Əyyub Paşa (ö. 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi. Sicill-i Osmani II, səh. 168 | https://az.wikipedia.org/w/index.php?curid=693954 |
Əyyub Pirverdiyev | Əyyub Mahmud oğlu Pirverdiyev (1895, Sabunçu, Bakı qəzası – 1937) — Azərbaycan bolşevik inqilabçısı, Naxçıvan MSSR xalq daxili işlər komissarı. Əyyub Mahmud oğlu Pirverdiyev 1895-ci ildə Rusiya imperiyasında, indiki Azərbaycanın Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1912-ci ildən bolşevik hərəkatına qoşulmuşdur. Pirverdiyev Balaxanı–Sabunçu rayonunda 1914-cü il fəhlə tətillərinin təşkilində iştirak etmişdir. O, 1917-ci ilin martından Sov.İKP üzvü olmuşdur. Pirverdiyev 1917-ci ildə Balaxanıda "Hümmət" təşkilat komitəsinin üzvü, Sabunçuda zavod komitəsinin və fəhlə deputatları sovetinin sədri seçilmişdir. O, 1918-ci il Bakı döyüşü nəticəsində Bakı Kommunasının suqutundan sonra həbs olunmuş, Gəncəyə aparılmışdır. Pirverdiyev 1919-cu ildə azad edilmiş, Bakıya qayıtmış, Sabunçuda "Hummət"ə təşkilatının sədri seçilmiş və fəhlələrin may ümumi tətilində iştirak etmişdir. O, Abşeronda, Xaçmazda gizli iş aparmış, Müşkür (Xudat) dairəsində partiya təbliğatçısı olmuşdur. Pirverdiyev 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Müşkür dairə inqilab komitəsinin, Azərbaycan SSR XKS-nin Naxçıvan MSSR-də müvəkkili, Naxçıvan MSSR-in xalq daxili işlər komissarı və s. vəzifələrdə işləmişdir. O, 1937-ci ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=780457 |
Əyyub Qiyas | Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1991–1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub. 2004-cü ildən "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur, 2004–2014-cü illərdə "Ulduz", 2011–2012-ci illərdə "Ulu çinar", 2014-cü ildə "Qobustan" dərgilərinin redaksiya heyətinin və 2004–2014-cü illərdə AYB gənclər şurasının üzvü olan Əyyub Qiyas Prezident təqaüdçüsüdür. 2016-cı ildə tərcümə fəaliyyətindəki uğurlarına görə AYB-nin və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Heüseynzadə", 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatlarına, 2023-cü ildə isə TÜRKsoyun "İmadəddin Nəsimi 650" xatirə medalına layiq görülüb. Bədii yaradıcılığı Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. 1996-cı ildə "Mən bir sapand daşıyam ki…" (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub. Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib. 2007–2008-ci illərdə Mədəniyyət və turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə EMM-ində kino bölməsinin müdiri, 2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub. *"Qara işıq" (roman. "Qiyasoğlu" nəşriyyatı, 2022. təkrar nəşr) Tərcümələri 119. İsmail Tokalak "Pulun imperatorları" (araşdırma) 120. Çarlz Dikkens "Soyuq ev" (roman) Redaktələri Filmoqrafiya Cansıxıcı əhvalat (film, 1988) — Elçin obrazı Murad-Sad (film, 1988) — Murad obrazı Kəpənək qanadları (film, 2002) — ssenari müəllifi və quruluşçu rejissor (Dünya TV) Şəkilli kitab (film, 2009) — ssenari müəllifi və quruluşçu rejissor (Dünya TV) Oyunçu (tele-serial, 2008) — redaktor (AzTV) Susmuş vicdan (film, 2010) — ssenari müəllifi (Xəzər TV) Tək olanda qorxma... (teleserial, 2013) — ssenari müəllifi (Space TV) Sevginin göz yaşları (film, 2013) — ssenari müəllifi (Xəzər TV) Sonuncu fəsil (teleserial, 2013) — ssenari müəllifi (ATV) Nabat (film, 2013) — redaktor (Azərbaycanfilm) "Yarımdünya" (azərbaycan mətninin müəllifi və redaktor) Mükafatları "Qara işıq" romanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017-ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb. 2023-cü ildə Beynəlxalq Mahmud Kaşkari mükafatını alıb. Xarici keçidlər Arxivləşdirilib 2018-03-08 at the Wayback Machine "Dolu"nun ssenarisi film qədər güclü deyil Arxivləşdirilib 2014-06-25 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=33878 |
Əyyub Quliyev | Əyyub Quliyev (astronom) — Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA müxbir üzvü. Əyyub Quliyev (dirijor) — Azərbaycan musiqiçisi, dirijor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=311876 |
Əyyub Quliyev (alim) | Əyyub Salah oğlu Quliyev (d. 1 iyun 1954, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor. ABŞ-nin Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanacaq. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 — Heliofizika və Günəş sistemi cismlərinin fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 196 Xaricdə çıxmış elmi əsərlərin sayı: 106 Əsas elmi nailiyyətləri: Kometlərin tədqiqi: Çoxsaylı qanuauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr. Əsas elmi əsərləri Guliyev A. S., R. A. Guliyev. System of Long-Period Comets as Indicator of the Large Planetary Body on the Periphery of the Solar System, Acta Astronomika, 2019, vol.69, № 2, p. 177–203. Guliyev A. S., R. A. Guliyev. On the role of collisions with meteoroids in splitting and acceleration of heliocentric velocity of comets. Open Astronomy. 2020 Guliyev A. S., R. A. Guliyev. The influence of solar activity on the discovery of comets of various classes. Kinematics and Physics of Celestial Bodies 2020, 36(1) pp. 35–43 Guliyev A. S., Sh. Nabiyev, R. Guliyev. Test of the hypothesis for an unknown distant massive planet in the Solar System applying the Tisserand's criterion to a system of long-period comets. Earth, Moon, Planets, 2021, Sh. Nabiyev, Guliyev A. S., R. Guliyev. Hyperbolic Comets as an indicator of the Hypothetical Planet 9 in the Solar System/Advances in Space ResearchAvailable online 10 February 2022 elmlər namizədlərinin sayı: 8 Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Avropa Astronomiya Cəmiyyətinin üzvü Avrasiya Astronomiya Cəmiyyətinin üzvü Beynəlxalq Astronomiya İttifaqının üzvüPedaqoji fəaliyyəti: Bakı Dövlət Universiteti, magistr dissertasiyası və diplom işlərinə rəhbərlik, Şamaxı Rəsədxanası magistraturasında mühazirələr.. Iş yeri və ünvanı: AMEA Şamaxı Astrofizika Rəsədxanası, AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y. Məmmədəliyev qəsəbəsi. Filmoqrafiya Müdriklik çadırı. Ömər Xəyyam (film) | https://az.wikipedia.org/w/index.php?curid=703489 |
Əyyub Quliyev (astronom) | Əyyub Salah oğlu Quliyev (d. 1 iyun 1954, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor. ABŞ-nin Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanacaq. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 — Heliofizika və Günəş sistemi cismlərinin fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 196 Xaricdə çıxmış elmi əsərlərin sayı: 106 Əsas elmi nailiyyətləri: Kometlərin tədqiqi: Çoxsaylı qanuauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr. Əsas elmi əsərləri Guliyev A. S., R. A. Guliyev. System of Long-Period Comets as Indicator of the Large Planetary Body on the Periphery of the Solar System, Acta Astronomika, 2019, vol.69, № 2, p. 177–203. Guliyev A. S., R. A. Guliyev. On the role of collisions with meteoroids in splitting and acceleration of heliocentric velocity of comets. Open Astronomy. 2020 Guliyev A. S., R. A. Guliyev. The influence of solar activity on the discovery of comets of various classes. Kinematics and Physics of Celestial Bodies 2020, 36(1) pp. 35–43 Guliyev A. S., Sh. Nabiyev, R. Guliyev. Test of the hypothesis for an unknown distant massive planet in the Solar System applying the Tisserand's criterion to a system of long-period comets. Earth, Moon, Planets, 2021, Sh. Nabiyev, Guliyev A. S., R. Guliyev. Hyperbolic Comets as an indicator of the Hypothetical Planet 9 in the Solar System/Advances in Space ResearchAvailable online 10 February 2022 elmlər namizədlərinin sayı: 8 Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Avropa Astronomiya Cəmiyyətinin üzvü Avrasiya Astronomiya Cəmiyyətinin üzvü Beynəlxalq Astronomiya İttifaqının üzvüPedaqoji fəaliyyəti: Bakı Dövlət Universiteti, magistr dissertasiyası və diplom işlərinə rəhbərlik, Şamaxı Rəsədxanası magistraturasında mühazirələr.. Iş yeri və ünvanı: AMEA Şamaxı Astrofizika Rəsədxanası, AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y. Məmmədəliyev qəsəbəsi. Filmoqrafiya Müdriklik çadırı. Ömər Xəyyam (film) | https://az.wikipedia.org/w/index.php?curid=159943 |
Əyyub Quliyev (dirijor) | Əyyub Ramiz oğlu Quliyev — Azərbaycan musiqiçisi, dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti (2017). Həyatı və fəaliyyəti Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir. Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir. Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edir. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilir. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak etmişdir. O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır. Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir. Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib. Mükafatları 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.2020-ci ildə mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni ilə təltif olunub. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin oğludur. Həmçinin bax Ramiz Quliyev Xarici keçidlər “Bal maskarad” Opera Və Balet Teatrının səhnəsində | https://az.wikipedia.org/w/index.php?curid=260295 |
Əyyub Sultan məscidi | Əyyub Sultan məscidi (türkcə: Eyüp Sultan Camii) İstanbulda yerləşir. Məscidin içərisində Sultan Əyyubun (Əbu Əyyub əl-Ənsari) türbəsi var. | https://az.wikipedia.org/w/index.php?curid=89806 |
Əyyub Süleymanov | Əyyub Rasim oğlu Süleymanov (9 aprel 2001; İmişli rayonu, Azərbaycan — 1 noyabr 2020; Güləbird, Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi olmuşdur. Əyyub Süleymanov 9 aprel 2001-ci ildə İmişli rayonunda Rasim Süleymanovun ailəsində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. Əyyub ailəsi ilə birgə Biləsuvar rayonuna köçmüş və orada yaşamışdır. 2007-2015-ci illərdə İsgəndər Tahirov adına Biləsuvar rayon Mehdili kənd tam orta məktəbində təhsil almışdır. 2015-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə Məktəbində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisası üzrə təhsil almışdır. Subay idi. Hərbi xidməti Əyyub Süleymanov 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əyyub Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. Əyyub Süleymanov 1 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 4 noyabr 2020-ci ildə Biləsuvar rayonunda yerləşən Şəhidlər məzarlıqlarından birində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Süleymanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Süleymanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Süleymanov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=745008 |
Əyyub Xanbudaqov | Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur. 1921-ci ildə ÜİMİK üzvü seçilir. Sonralar o, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, 1922-ci ilin əvvəlindən AHİŞ sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edilərək Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuşdur. 1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E.Xanbudaqov SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 1957-ci il 26 dekabr tarixli qərarına əsasən E.Xanbudaqova bəraət verilmişdir 1920-ci illərdə Ə. Xanbudaqov bir sıra maraqlı məqalələr yazır: "Təxirə salınmaz vəzifə (respublikada statistik hesabat işinin quruluşuna dair)", "Azərbaycanda bizim ən yaxın vəzifələrimiz", "Beş il ərzində", "Təxirəsalınmaz məsələ", "Milli məsələyə dair" və s. Arxivləşdirilib 2019-03-12 at the Wayback Machine Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=262673 |
Əyyub Yaqubov | Eyyub Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar da oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikrindən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərarına gəlir. 1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 16 may 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018 Diskoqrafiya Əzizim (2018) Duet Amburan (1999) Ağabala Çaykovski (2000) Eyyub Yaqubov (2002) Unutdun (2003) Seçmələr (2003) Alışdım (2004) Extra (2006) Serıy popuqay (2011) Kor ərəbin mahnısı Mənə dəniz verin Həsrətinin yollarındayam Bakı haqqında nağıl Yenə o bağ olaydı Bakım mənim Yıxılır Dünya Cənab Zabitlər Yenə Dəniz ft. Ləman Əzimova Ötən Günlər Filmoqrafiya Gəlinlər (film, 2002) Qış nağılı. I film (film, 2002) Biz qayıdacağıq (film, 2007) Bakı bağları. Buzovna (film, 2007) Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007) Məşədi İbad-94 (film, 2005) Xarici keçidlər Facebook səhifəsi Instagram səhifəsi Youtube kanalı Twitter hesabı | https://az.wikipedia.org/w/index.php?curid=498380 |
Əyyub ağa məscidi | Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. Məscid haqqında Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir. Günbəzin fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşmişdir. Sovetlər dövründə məscid taxıl anbarı kimi istifadə edilmişdir. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilmişdir. 1990-cı ildə məsciddə Ağstafa rayonunun yerli tikinti idarələri tərəfindən bərpa işləri aparılmışdır. Həmçinin bax Ağstafa cümə məscidi | https://az.wikipedia.org/w/index.php?curid=716432 |
Əyyub bəy Rəfibəyov | Əyyub bəy Rəfibəyov (Əyyub Sayqın) Məşədi bəy oğlu (1890-1979) — Şəki qəzasının rəisi, ictimai-siyasi xadim, Gəncə üsyanının iştirakçılarından biri və Türkiyə kəşfiyyat orqanlarının zabiti olmuşdur. Əyyub bəy Rəfibəyov 1890-cı ildə Gəncə şəhərinin Bala Bağman məhəlləsində Ələkbər bəy Rəfibəylinin (1839-1919) qardaşı Məşədi bəy Rəfibəylinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini rus dilli liseydə almışdır. 1909-cu ilin sentyabrında Yelizavetpol (Gəncə) şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləmiş, bir müddət həmin hissənin pristavı vəzifəsini icra etmişdir. 1917-ci ilin sonlarında Yelizavetpol şəhər polisinin pristavı təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Əyyub bəy Rəfibəyov yenə Gəncə şəhər polisinin pristavı təyin edilmişdir. 1920-ci ilin aprelində isə Nuxa (Şəki) qəzasının rəisi idi. Gəncə üsyanı Aprel işğalından (1920) sonra sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının (1920) fəal iştirakçılarından olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Əyyub bəy Azərbaycan milli ordusunun Qarabağdakı I piyada alayının komandiri olan qardaşı Səməd bəy Rəfibəyli (1891-1980), əmisi oğlu Qafar bəy və digər şəxslərlə birlikdə müstəqilliyi bərpa etmək üçün Gəncə üsyanında yaxından iştirak etmişdir. Üsyan amansızlıqla yatırıldıqda təqiblərdən qurtularaq 1920-ci ilin iyununda bir qrup silahdaşı ilə bərabər Türkiyəyə keçə bilmişdir. Mühacirət dövrü Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstərmiş, 1941-ci ildə Türkiyə kəşfiyyat idarəsinin Qars filialının rəis müavini təyin edilmişdir. Türkiyədə Əyyub Sayqın adını daşımışdır. Əyyub Sayqın 1979-cu ildə Ankarada vəfat edib. Həmçinin bax Rəfibəylilər | https://az.wikipedia.org/w/index.php?curid=125158 |
Əyyub peyğəmbər | Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub. | https://az.wikipedia.org/w/index.php?curid=246064 |
Əyyub qəbiristanlığı | Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur.İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir.İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir. XVIII əsrin sonlarında yeni mərmər ocaqlarının ixtirasıyla Əyyub qəbiristanlığında mərmərdən daha çox yararlanmağa başlanılmışdır. Osmanlı türbə arxitekturasına məxsus plan tipləri, üslub və bəzəmə burada tətbiq olunmuşdur. Qəbiristanlıqdakı açıq və bağlı türbələrdə, mərmər, daş və kərpic ilə birlikdə istifadə edilmiş çini, qələm işi, ştuk, və yazı da onları tamamlamışdır. Əyyub qəbiristanlığında və yaxın ətrafında Abdurrahman Paşa, Adil Sultan, Alaeddin Ali Çələbi, Ayas Mehmed Paşa, Bulak Mustafa Paşa, Cəfər Paşa, Çifte Gəlinlər (Çiftə Gələnlər), dəftərdar Nazlı Mahmud Çələbi, Dukaginzad Mehmed Paşa, Əbud-Dərda, Hz Ədhəm, Fərhad Paşa, Feridun Əhməd Paşa, Şair Fıtnat Xanım, Hacı Bəşir Ağa, Hz Hafir, xəncərlə Sultan, Həsən Hüsnü Paşa, Xədicə Canan Xanım, Xubba Xatun, Xosrov Paşa, İzzət Əfəndi, Hz Kab, Qarabaş Əhməd Əfəndi, Kırımi Hüseyn Əfəndi, Lələ Mustafa Paşa, Lələ Hüseyn Paşa, Mahmud Ağa, Mahmud Cəlaləddin Əfəndi, Mehmed Çələbi, Mehrişah Validə Sultan, Mirimiran Mehmed Paşa, Nəqqaş Həsən Paşa, Pertev Mehmed Paşa, Siyavuş Paşa, Sokollu Mehmed Paşa, V. Mehmed (Rəşad), Şah Sultan, Şeyxülislam Uryanzadə Əhməd Əsəd Əfəndi və Zal Mahmud Paşa türbələri yerləşir.Fransız yazar Pierre Lotinin müxtəlif vaxtlarda gələrək qəhvə içdiyi deyilən qəhvəxanaya (Pierre Loti təpəsi) çıxan yoxuşun ətrafında tanınmış şəxslərin məzarları vardır. Yoxuşun dərhal başında, 1900-cü ildə cahan pəhlivanlığını qazanan, 1904-cü ildə də ölən Qara Əhmədin dəmir barmaqlıqlı məzarı vardır. Oxşar yol üzərində Kaşğari təkkəsi ətrafındakı qəbiristanlıqlarda da Türk musiqisinin böyük ustadı Zəkai Dədə Əfəndi, xəttat Kamil Əfəndi, Ədirnə tarixi yazarı Badi Əhməd Əfəndi, Marşal Fevzi Çaxmak basdırılmışdır. Çaxmaq qəbirinin yaxınlığında Nəqşi şeyxi Kiçik Hüseyn Əfəndinin qəbiri yerləşir. Əyyub qəbiristanlığı Nəkşibəndilərin basdırıldığı bir yer olaraq köhnə istanbullular tərəfindən "Nəqşi tarlası" olaraq adlandırılırdı.Kaşğari təkkəsindən yuxarıda, Qaryağdı adıyla tanınan Bəktaşi təkkəsinə uzanan yolun iki yanında daha köhnəyə enən məzar daşlarıyla qarşılaşılır. Qoca Sinan türbəsi yaxınlığında Əyyub Sultan türbəsinin ilk türbədar və eyni zamanda II Bəyazidin taxta çıxmasında ona köməklik edən Şeyx Baba Yusuf Əfəndinin, Vəzir Sinan Paşa türbəsi yanında Hacı Abdullah Paşanın məzarı vardır. Digər tərəfdən Əyyub qəbiristanlığında dəfn müqəddəsliyi inancı yeni basdırılanlar üçün köhnə məzarların itməsi ilə nəticələnmişdir. Bu səbəblə də Əyyub qəbiristanlığında bir çox məşhur adamın məzarı dağılmış və ya itmişdir. Əbul-Fazil Alaəddin Əfəndinin məzarı yerinə başqaları basdırılmış, Şeyxülislam Sədi Sadullah Əfəndinin, Ali Quşçunun məzar daşları məscidin arxasında qırıq olaraq tapılmış və yerinə yerləşdirilmişdir. Əyyub qəbiristanlığında aparılan araşdırmalar ortaya maraqlı tarixi sənəd xüsusiyyətində məzar daşlarını çıxarmışdır. Krımın paytaxtı Baxçasarayda basdırılmış olduğu düşünülən II Qazi Gərayın oğlu Dövlət Xanın məzar daşı Əyyub qəbiristanlığında tapılmışdır. Qəbiristanlığın maraqlı bir hissəsi isə tapılab cəllad məzarlığıdı. Cəllad xalq arasında yaxşı qarşılanmadığından bu işi edənlər ayrı bir qəbiristanlıqda dəfn edilirdilər. Buradakı məzar daşları olduqca qalın və insan böyüklüyündəki daşlardan düzəldilmişdir. Pier Loti yaxınlarındakı cəllad qəbiristanlığı bu gün tamamilə yox olmuşdur. Normal məzarlıqla bir-birinə qarışmış və çox sayda yeni dövr məzarları yaradılmışdır. Çox az tapılan cəllad məzarlarının bir çoxu yeni məzarların arasında qalmış, bəziləri isə yox olmuşdur. Qəbiristanlığa mistik bir görünüş verən qəbiristanlığın böyük bir hissəsi, təbiətin pozuntusuna, kamulaştırmalara, gecəqondu istehsalında yox olmalarına, qırılmalarına, müasir məzarların onların yeri almalarına qarşılıq yenə də qorunmuşdur. Ən gözəl Haliç mənzərələrindən birinə sahib olan Pierre Loti təpəsilə Haliç sahili arasında uzanan Əyyub-Piyerloti kanat yolu qəbiristanlığın üzərindən keçir. 2005-ci ildə xidmətə verilən 384 metr uzunluğundakı xətt Maçka-Daşqışla kanat yolundan sonra İstanbulun ikinci böyük kanat yolu xətdidir. | https://az.wikipedia.org/w/index.php?curid=814890 |
Əyyub Əsgərov | Əyyub Əsgərov - BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri Əyyub İsmayıl oğlu Əsgərov 23 fevral 1913-cü ildə anadan olmuşdur. Əyyub Əsgərov 1927-ci ildə oxumaq üçün hərbi məktəbə göndərilmişdir. O, Bakı Piyada Məktəbində təhsilini başa vurduqdan sonra müxtəlif hərbi və siyasi vəzifələrdə çalışmışdır. Əyyub Əsgərov 1931-ci ildən 1938-ci ilədək, eyni zamanda hərbi intizam müəllimi işləmişdir. O, 1933-cü ildə Bakıda Kommunist Universitetini bitirmişdir. Əyyub Əsgərov 1934-cü ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Ə.İ.Əsgərov 1941-ci ildən 1943-cü ilədək Azərbaycan SSR KP Şamxor (indiki Şəmkir) rayonunun birinci katibi vəzifəsində çalışmışdır. Əyyub Əsgərov 1947-ci ildən başlayaraq BDU-nun Dövlət hüququ kafedrasında müəllim işləmişdir. Ə.İ.Əsgərov 1951-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildən professordur. Əyyub Əsgərov 1976-cı ildə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri təyin edilmişdir. O, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Ə.İ.Əsgərov 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox hüquq elmləri namizədi dissertasiya işi müdafiə edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=410532 |
Əyyub Əyyubov | Əyyub Avdın oğlu Əyyubov (20 mart 1956, İlxıçılar, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Əyyub Əyyubov 1956-cı ildə, Ağdam rayonunun İlxıcı kəndində anadan olub. Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H. Hacıyev adına sovxozda fəhləlikdən başlayıb. Ukraynada Yol Avtomobil Institutunda "Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi " ixtisası üzrə ali təhsil alıb. Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb. Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib. 1993-cü ildən 2001-ci ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb. Mingəçevir şəhər Ziyalılar Cəmiyyətinin sədri, Azərbaycan Müəllimləri Assambleyasının prezidentidir . Respublika "Bilik"cəmiyyətinin təsis etdiyi Y. Məmmədəliyev adına mükafata layiq görülüb. 1998-ci ildən Rusiya Federasiyası Sahibkarlıq Akademiyası, Beynəlxalq enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının həqiqi üzvü seçilib. H. Z. Tağıyev adına mükafata layiq görülüb. Azərbaycan Respublikası "Nizami adına Qayğı Cəmiyyəti " tərəfindən xeyriyyə işlərində geniş fəaliyyətinə görə diplomla təltif olunub. Yap- Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi təşkilatının sədridir. 2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin qərarı ilə "Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin " Mingəçevir şöbəsi yaradılmış və şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilə qədər şöbənin fəaliyyəti davam etdirilmiş, 2006-cı ildə "Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir Turizm Kolleci yardılmış və professor Əyyubov Əyyub Kollecin direktoru vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci ilə əməkdaşlıq edir. 2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Birləşmiş Millətlər Təşkilatının "Avropa" Şərəf ordeninə layiq görülüb. Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi "qızıl ulduz" medalına layiq görülüb. 20 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Professorun axırıncı kitabı "Müqəddəs Məşhəd Yollarında" kitabıdır. Bu kitab professor Əyyub Əyyubovun sayca iyirminci, məzmun və mahiyyətcə isə "Əxlaq söhbətləri" ndən sonra birinci kitabıdır. Müəllifin qələmə aldığı bu mövzu ədəbi-bədii tarixi publisistik bir əsər olmaqla həm ensklopedik, həm də dini əxlaqi xarakter daşıyır. Aliləlidir. 4 övladı var. [1] Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=303803 |
Əyyub Əzizov | Əzizov Əyyub Teymur oğlu (12 avqust 1934, Şöllü Mehmandar) — kimya elmləri namizədi, professor, kafedra müdiri, Respublikanın əməkdar müəllimi. Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. 1948-ci ildən Azərbaycanın Ağcabədi rayonuna departasiya olunub. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Təbiət və Kimya fakultəsində tələbə olmuşdur.1957-1961-ci illərdə Ağcabədi rayonu Xəlfərəddin orta məktəbində müəllim işləmişdir.1961-1964-ci illərdə BDU-da aspirant olmuşdur.1961-1969-illərdə AMEA Qeyri-üzvi və Fiziki kimya institutunda baş elmi işçi işləmişdir. 1969-cu ildə BDU-da Qeyri-üzvi kimya kafedrasında müəllim. 1971-1987,BDU Qeyri-üzvi kimya kafedrası, dosent. 1987-ci ildən BDU "Kimyanın tədrisi metodikası" kafedrasına k.e.n., prof. Ə.T.Əzizov rəhbərlik edir. Tədqiqat sahəsi Kimyanın tədrisi metodikasının aktual problemləri Seçilmiş əsərləri Əzizov Ə.T., Haqverdiyev K.N. Kimyaçı bakalavr ixtisası üzröə dövlət universitetləri üçün fənn proqramları, 2003. Ə.T.Əzizov, R.Ə. Azadəliyev, Ə.V.Məhərrəmov, T.N. Abdullayeva, Kimya tədrisinin müasir problemləri, “Renessans” elmi-istehsalat mərkəzi. AR prezidenti H.Ə. Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı-2003, səh. 57-58 Əzizov Ə.T., Haqverdiyev K.N., Məhərrəmov Ə.V. Magistr hazırlığı üçün “Kimyanın tədrisi metodikası” fənnindən proqram, 2006, 37 səh. əktəbdə. Elmi-nəzəri və metodik məcmuə. Bakı-2007, səh. 78-87. Əzizov Ə.T., Paşayeva A.Ə. Orta məktəbdə yeni materialların təlimə daxil edilməsi problemləri. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəbərlər № 2, Bakı-2007, səh. 115-118. Ə.T.Əzizov, R.Ə. Azadəliyev, İ.H. İbadov, Kimyəvi maddələrin təsirindən ətraf mühitin çirklənməsi və onunla mübarizənin şagirdlərə öyrədilməsi, Akademik H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət problemləri” beynəlxalq elmi konfransı, Bakı-2007, səh. 424-426 Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum. Bakı-1998, 57 səh. Kimya tarixinə dair materiallar. Bakı-1999, 273 səh. Kimyanın tədrisində görkəmli alimlərin həyat və yaradıcılığına dair materialların öyrədilməsi. Bakı-2000, 113 səh. Kimya təliminin prinsipləri, üsulları, priyomları. Bakı-2002, 248 səh. Kimya tədrisi metodikası, I hissə, Bakı-2005, 368 səh. Kimyanın tədrisi metodikası, II hissə, Bakı-2006, 393 səh. Kimya tədrisi üsulu praktikumu. Bakı-2008, 184 səh. Xarici keçid Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=525300 |
Əyyubbəyli | Əyyubbəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Əyyubbəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Gəraybəyli kəndi olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 110 nəfərdir ki, onun da 53 nəfəri kişi, 57 nəfəri qadındır. | https://az.wikipedia.org/w/index.php?curid=88151 |
Əyyubilər | Əyyubilər - Əyyubilər dövlətini idarə etmiş hökmdarlar sülaləsi. Səlahəddin Əyyubi, 1169–1193 Al-Aziz Uthman, 1193–1198 Al-Mansur Nasir al-Din Muhammad, 1198–1200 Al-Adil Sayf al-Din Abu Bakr I, 1200–1218 Al-Kamil, 1218–1238 Al-Adil Sayf al-Din Abu Bakr II, 1238–1240 As-Salih Ayyub, 1240–1249 Al-Mu'azzam Turan-Shah, 1249–1250 Al-Ashraf Musa, 1250–1254 | https://az.wikipedia.org/w/index.php?curid=723913 |
Əyyubilər dövləti | Əyyubilər dövləti — 1174-1250-ci illərdə Mövcud olmuş feodal dövlət. Mosul Atabəyi Nurəddin Mahmud Zəngi (1146–1174) öz komandiri, Səlahəddin Əyyubi ilə birgə Misiri tutaraq Fatimilərə son qoymuş, səlib yürüşlərinin qarşısını almışdır. Nurəddin Zənginin ölümündən (1174) sonra Səlahəddin Əyyubi hakimiyyəti ələ alaraq Əyyubilər sülaləsinin Misirdə təqribən 75 illik hakimiyyətinin əsasını qoymuşdu. | https://az.wikipedia.org/w/index.php?curid=95440 |
Əyyubilər sülaləsi | Əyyubilər - Əyyubilər dövlətini idarə etmiş hökmdarlar sülaləsi. Səlahəddin Əyyubi, 1169–1193 Al-Aziz Uthman, 1193–1198 Al-Mansur Nasir al-Din Muhammad, 1198–1200 Al-Adil Sayf al-Din Abu Bakr I, 1200–1218 Al-Kamil, 1218–1238 Al-Adil Sayf al-Din Abu Bakr II, 1238–1240 As-Salih Ayyub, 1240–1249 Al-Mu'azzam Turan-Shah, 1249–1250 Al-Ashraf Musa, 1250–1254 | https://az.wikipedia.org/w/index.php?curid=550923 |
Əyyublu (Tovuz) | Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimikası Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir. Dördü Yuxarı Ayplu, ikisi Aşağı Ayplu şəklində yazılan sözlərə diqqət yetirək: yalnız "y" səsini götürdükdə alplı-alflı ifadəsi alınır ki, bu da bizim fikrimizi təsdiq edir. Rus dilində "al" hecası ilə başlanan əksər alınma sözlərdə "al" hecasının "l" sammitindən sonra yumşaqlıq işarəsi işlədilir ki, bu işarə də həmin sammitin yumşaq tələffüz olunmasını göstərmək üçün artırılır. Məhz türk mənşəli "alplı" sözü də rus dili üçün alınma söz olduğundan fərqli şəkildə tələffüz edilmişdir. Zəyəm — Cırdaxan kəndi (Şəmkir rayonu) vaxtilə Yuxarı Ayıblı adlanmışdır. Həqiqətən də bu kənd Aşağı Ayıblı kəndindən yuxarıda yerləşir. Aşağı Ayıblı kəndinin qocalarından fərqli olaraq Yuxarı Ayıblı (Zəyəm Cırdaxan) kəndinin qocaları hər iki söz birləşməsinin ikinci tərəfini ayıblı deyil, aflı şəklində tələffüz edirlər. Bu fakt da sübut edir ki, bugünkü alplılar yaşayan ərazinin dəmir yoluna yaxın aşağı hissəsində "alplı" sözü rus dilinin təsiri nəticəsində aşağıdakı fonetik dəyişmələrə uğramışdır: Alplı – Al plı, Aiplı –Ayblı – Ayıblı. Əlbəttə, "i" samitinin çevrilməsi tələffüzün asanlaşmasına, "p" samitinin "b" samitinə çevrilməsi isə "b" samitinin ondan əvvəl gələn "y" cingiltili samitinə uyğunlaşmasına xidmət etmişdir. Sonradan "y" cingiltili samiti ilə "b" cingiltili samitinin arasında "ı" saiti tələffüzün asanlaşması məqsədilə artırılımışdır. Deməli, rus dilinin əsas rolu "alplı" sözünün "i" samitini yumşaltmaq və tədricən "y" samitinə çevirmək olmuşdur. Mamırtı dağının ətəyində (çox təəssüflər olsun ki, Azərbaycanın tarixi yerlərindən olan, adı ulu Dədə Qorqud mənşəli bu dağ ACE-yə düşməmişdir) Köhnə Qala kəndinin, eləcə də Qala kəndinin adlarındakı "qala" sözü də bu gün fakt olaraq sübut edir ki, bugünkü alplıların (albanların) yalnız adı qorunub saxlanıla bilmiş qalaları olmuşdur. Tarixi abidələri Əyyublu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kəndin Qazanlar adlanan sahəsində 1903–1904-cü illərə aid olan qüllə və əlavə 3 ədəd qədim tikinti çar Rusiyası tərəfindən inşa olunmuşdur. Xocahan qəbiristanlığında vaxtilə 20-yə yaxın qəbirüstü at və qoç abidələri olmuşdur. Bu abidələrin bir qismi sovet hakimiyyəti dövründə Gəncə şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinə aparılmışdır. Qədim dövrlərə aid olan bir neçə tarixi abidə isə YUNESKO-ya aparılmışdır. Hazırda abidələrdən ikisi Əyyublu qəbiristanlığındadır. Coğrafiyası və iqlimi Kənd Zəyəmçayın sol sahilində, Gəncə-Qazax düzənliyində, rayon mərkəzindən 22 km şərqdə yerləşir. Bakı—Qazax şose yolu, BTC, Bakı-Supsa, TANAP kimi əhəmiyyətli neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kəndin icərisindən keçir. Əyyublu kəndi Azərbaycanda ərazisinə və əhalisinin sayına görə ikinci ən böyük kənddir (əhalisi 11000 nəfərə yaxındır, ərazisi 55 kv km-dir) Tanınmış şəxsləri Əvəz Qocayev — "Azəravtoyol" ASC-nin sədr müavini, əməkdar mühəndis. Bayram Qasımov — Riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti. İsa Cavadoğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Xəlil Mirzəyev — Biologiya elmləri namizədi, Tibb Universitetinin dosenti. İbrahim Zeynalov (elm xadimi) — Tarix elmləri doktoru, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru. Vəsilə Əhmədova — Azərbaycan Tibb Universitetinin İctimai Fənnlər kafedrasının baş müəllimi (tarixçi). Məmmədov Azər Şəmşəd-27.07.1973–27.07.1992 Bayramov Eyvaz Cəmşid-12.07.1971–16.01.1993 İsgəndərov Sahib İsbəndiyar-07.03.1975–09.01.1994 Həmzəyev Habil Nazim- 20.07.1974–06.02.1994 Rzayev Firdovsi Fərhad-24.05.1974–20.01.1994 Qasımov Ədalət Qəşəm-24.02.1975–20.01.1994 Alıyev Rövşən Adil- 19.03.1974–29.01.1994 Sadıqov Qabil İbrahim-01.12.1973 Mayılov Kamran Sakit- 01.01.1996–09.09.2014 Qurbanov Vahid Elşad oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mirzəyev Ceyhun Zirəddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Kənd ərazisində müasir standartlara cavab verən 5 supermarket, 3 şadlıq sarayı, bir neçə restoran, bir neçə tikinti mağazası və digər mağazalar var. 3 ədəd yanacaqdoldurma məntəqəsi əhaliyə xidmət göstərir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması üçün kənddə 2 ədəd (1-nin tutumu 1000 ton, digərininki isə 700 ton olan) soyuducu kamera var ki, bu da fermerlərin işini xeyli asanlaşdırır. Kənddə şərab emalı zavodunda müxtəlif növ şərab məhsulları istehsal edilir. Kənddaxili yolların 20 kilometri asfaltlanmışdır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. 2021-ci ilin məhsulu üçün 585 hektar buğda, 200 hektar arpa, 1200 hektardan artıq sahədə kartof, 1 hektar tərəvəz məhsulları əkilmişdir. Eyni zamanda 450 hektar çoxillik bitki olan yonca, 24 hektar üzüm bağı, 72 hektar meyvə bağı mövcuddur. Kənddə 4 böyük istilikxanada müxtəlif tərəvəz məhsulları yetişdirilərək daxili bazarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də rəqabətə davamlı məhsul ixrac olunur. Əkin sahələrinin suvarma suyuna olan tələbatı əsasən Zəyəm çayından, "Ağstafaçay" və "Tovuzçay" su anbarlarından götürülən su hesabına və kənddə işlək vəziyyətdə olan 109 ədəd subartezian quyusu vasitəsilə ödənilir. Kənddə heyvandarlığın inkişafı da yüksək təşəkkül tapmışdır. Hazırda kənddə 1909 baş iribuynuzlu, 14517 baş xırdabuynuzlu və digər ev heyvanları qeydiyyata alınmışdır. Mədəniyyəti Kənddə 1 №-li, 2 №-li və 3 №-li Əyyublu kənd kitabxana filialları, Əyyublu kənd Mədəniyyət Evi, Əyyublu poçt şöbəsi (AZ6014) fəaliyyət göstərir. Kənddə Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbi, Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbi, Rövşən Alıyev adına Əyyublu kənd tam orta məktəbi və Əyyublu kənd 1№-li tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əyyublu kənd "Nərgiz" körpələr evi-uşaq bağçası, Əyyublu kənd 1 №-li körpələr evi-uşaq bağçası və Əyyublu kənd 2 №-li körpələr evi-uşaq bağçası fəaliyyətdədir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əyyublu kənd xəstəxanası yerləşir.Kənddə ailə sağlamlıq mərkəzi və doğum şöbəsi, səkkiz aptek, həmçinin baytarlıq apteki var. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=90703 |
Əyyublu (Urmiya) | Əyyublu (fars. ايبلو) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (40 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=579141 |
Əyyubsultan | Əyyubsultan (türk. Eyüpsultan) — İstanbul ilinin ilçəsi. 1936-cı ildə Fateh, Sarıyer və Çatalca ilçəsinin bir hissəsilə qurulan Eyyübsultan ilçəsinin ərazisi 242 km²-dır. 21 məhəlləsi və 7 kəndi olan Eyyübsultan rayonunun əhalisi 2018-ci il ADNKS məlumatlarına görə 383.909 nəfərdir. İlçənin Haliçin daxili hissəsində qısa bir sahil zolağı vardır. Eyyübsultan rayonunun şərqində Sarıyer, cənub-şərqdə Kağıtxana və Bəyoğlu, cənubda Qaziosmanpaşa, Fateh və Sultanqazi, cənub-qərbdə Başakşəhər və qərbdə Arnavutköy rayonlarına qonşudur. Etimologiyası İlçə adını, sərhədləri içində yerləşən Əbu Eyyub Əl-Ənsari türbəsindən alır. İstanbulun Fəthindən sonra Türklərin sur xaricində qurduğu ilk yaşayış mərkəzi olan Eyyübsultan, başda Əyyub Sultan Məscidi olmaqla Osmanlı dövründən qalma çoxsaylı tarixi əsər mövcuddur. III Səlimin anası və III Mustafanın yoldaşı Mihrişah Validə Sultanın 1795-ci ildə tikdirdiyi imarət 221 ildən bəri fəaliyyətini davam etdirir. İstanbulun fəthindən dərhal sonra inşa edilən və daha sonra Memar Sinan tərəfindən indiki şəkli ilə yenidən qurulmuşdur. Tarixi Eyyübsultan qəbiristanlığında Osmanlı dövrünün mühüm hərb, dövlət xadimi, sənətkar və alimlərinin məzarları yerləşir. 19 oktyabr 2017-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən alınan qərarla rayonunun adı Eyyübsultan olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=597478 |
Əyyubsultan qəbiristanlığı | Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur.İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir.İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir. XVIII əsrin sonlarında yeni mərmər ocaqlarının ixtirasıyla Əyyub qəbiristanlığında mərmərdən daha çox yararlanmağa başlanılmışdır. Osmanlı türbə arxitekturasına məxsus plan tipləri, üslub və bəzəmə burada tətbiq olunmuşdur. Qəbiristanlıqdakı açıq və bağlı türbələrdə, mərmər, daş və kərpic ilə birlikdə istifadə edilmiş çini, qələm işi, ştuk, və yazı da onları tamamlamışdır. Əyyub qəbiristanlığında və yaxın ətrafında Abdurrahman Paşa, Adil Sultan, Alaeddin Ali Çələbi, Ayas Mehmed Paşa, Bulak Mustafa Paşa, Cəfər Paşa, Çifte Gəlinlər (Çiftə Gələnlər), dəftərdar Nazlı Mahmud Çələbi, Dukaginzad Mehmed Paşa, Əbud-Dərda, Hz Ədhəm, Fərhad Paşa, Feridun Əhməd Paşa, Şair Fıtnat Xanım, Hacı Bəşir Ağa, Hz Hafir, xəncərlə Sultan, Həsən Hüsnü Paşa, Xədicə Canan Xanım, Xubba Xatun, Xosrov Paşa, İzzət Əfəndi, Hz Kab, Qarabaş Əhməd Əfəndi, Kırımi Hüseyn Əfəndi, Lələ Mustafa Paşa, Lələ Hüseyn Paşa, Mahmud Ağa, Mahmud Cəlaləddin Əfəndi, Mehmed Çələbi, Mehrişah Validə Sultan, Mirimiran Mehmed Paşa, Nəqqaş Həsən Paşa, Pertev Mehmed Paşa, Siyavuş Paşa, Sokollu Mehmed Paşa, V. Mehmed (Rəşad), Şah Sultan, Şeyxülislam Uryanzadə Əhməd Əsəd Əfəndi və Zal Mahmud Paşa türbələri yerləşir.Fransız yazar Pierre Lotinin müxtəlif vaxtlarda gələrək qəhvə içdiyi deyilən qəhvəxanaya (Pierre Loti təpəsi) çıxan yoxuşun ətrafında tanınmış şəxslərin məzarları vardır. Yoxuşun dərhal başında, 1900-cü ildə cahan pəhlivanlığını qazanan, 1904-cü ildə də ölən Qara Əhmədin dəmir barmaqlıqlı məzarı vardır. Oxşar yol üzərində Kaşğari təkkəsi ətrafındakı qəbiristanlıqlarda da Türk musiqisinin böyük ustadı Zəkai Dədə Əfəndi, xəttat Kamil Əfəndi, Ədirnə tarixi yazarı Badi Əhməd Əfəndi, Marşal Fevzi Çaxmak basdırılmışdır. Çaxmaq qəbirinin yaxınlığında Nəqşi şeyxi Kiçik Hüseyn Əfəndinin qəbiri yerləşir. Əyyub qəbiristanlığı Nəkşibəndilərin basdırıldığı bir yer olaraq köhnə istanbullular tərəfindən "Nəqşi tarlası" olaraq adlandırılırdı.Kaşğari təkkəsindən yuxarıda, Qaryağdı adıyla tanınan Bəktaşi təkkəsinə uzanan yolun iki yanında daha köhnəyə enən məzar daşlarıyla qarşılaşılır. Qoca Sinan türbəsi yaxınlığında Əyyub Sultan türbəsinin ilk türbədar və eyni zamanda II Bəyazidin taxta çıxmasında ona köməklik edən Şeyx Baba Yusuf Əfəndinin, Vəzir Sinan Paşa türbəsi yanında Hacı Abdullah Paşanın məzarı vardır. Digər tərəfdən Əyyub qəbiristanlığında dəfn müqəddəsliyi inancı yeni basdırılanlar üçün köhnə məzarların itməsi ilə nəticələnmişdir. Bu səbəblə də Əyyub qəbiristanlığında bir çox məşhur adamın məzarı dağılmış və ya itmişdir. Əbul-Fazil Alaəddin Əfəndinin məzarı yerinə başqaları basdırılmış, Şeyxülislam Sədi Sadullah Əfəndinin, Ali Quşçunun məzar daşları məscidin arxasında qırıq olaraq tapılmış və yerinə yerləşdirilmişdir. Əyyub qəbiristanlığında aparılan araşdırmalar ortaya maraqlı tarixi sənəd xüsusiyyətində məzar daşlarını çıxarmışdır. Krımın paytaxtı Baxçasarayda basdırılmış olduğu düşünülən II Qazi Gərayın oğlu Dövlət Xanın məzar daşı Əyyub qəbiristanlığında tapılmışdır. Qəbiristanlığın maraqlı bir hissəsi isə tapılab cəllad məzarlığıdı. Cəllad xalq arasında yaxşı qarşılanmadığından bu işi edənlər ayrı bir qəbiristanlıqda dəfn edilirdilər. Buradakı məzar daşları olduqca qalın və insan böyüklüyündəki daşlardan düzəldilmişdir. Pier Loti yaxınlarındakı cəllad qəbiristanlığı bu gün tamamilə yox olmuşdur. Normal məzarlıqla bir-birinə qarışmış və çox sayda yeni dövr məzarları yaradılmışdır. Çox az tapılan cəllad məzarlarının bir çoxu yeni məzarların arasında qalmış, bəziləri isə yox olmuşdur. Qəbiristanlığa mistik bir görünüş verən qəbiristanlığın böyük bir hissəsi, təbiətin pozuntusuna, kamulaştırmalara, gecəqondu istehsalında yox olmalarına, qırılmalarına, müasir məzarların onların yeri almalarına qarşılıq yenə də qorunmuşdur. Ən gözəl Haliç mənzərələrindən birinə sahib olan Pierre Loti təpəsilə Haliç sahili arasında uzanan Əyyub-Piyerloti kanat yolu qəbiristanlığın üzərindən keçir. 2005-ci ildə xidmətə verilən 384 metr uzunluğundakı xətt Maçka-Daşqışla kanat yolundan sonra İstanbulun ikinci böyük kanat yolu xətdidir. | https://az.wikipedia.org/w/index.php?curid=419238 |
Əyəzəy (Askın) | Coğrafi yerləşməsi rayon mərkəzindən (Askın): 19 km, kənd sovetliyindən (Kubıyaz): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 130 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (97 %) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı "Genealogiya və Arxivləri" portalında | https://az.wikipedia.org/w/index.php?curid=519069 |
Əz-Zaviyə Döyüşü | Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. Xronoloqiya 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər. Sakinlərin və inqilabçıların məlumatına görə şəhər mərkəzini yenidən inqilabçılar tuturlar. 10 mart — Qəddafinin qüvvələri şəhəri tam olaraq ələ keçirirlər. Times və ITV nin şəhərdə olan əməkdaşları məlumatı təsdiq etdilər. | https://az.wikipedia.org/w/index.php?curid=247178 |
Əz-Zaviyə uğrunda döyüş | Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. Xronoloqiya 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər. Sakinlərin və inqilabçıların məlumatına görə şəhər mərkəzini yenidən inqilabçılar tuturlar. 10 mart — Qəddafinin qüvvələri şəhəri tam olaraq ələ keçirirlər. Times və ITV nin şəhərdə olan əməkdaşları məlumatı təsdiq etdilər. | https://az.wikipedia.org/w/index.php?curid=216819 |
Əz-Zubeyr Rəhma Mansur | Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü. Rəhma nəhayət, 30-cu seribin nəzarətini ələ keçirdi. Bəy və Paşa titullarını aldı. O, Darfurun işğalı zamanı cənub qüvvələrinə rəhbərlik edirdi. Darfur işğalı zamanı Xədiv Kavalalı İsmayıl Paşaya leytenant Rəbi əl-Zubairlə kömək etdikdən sonra o, “Qara paşa” kimi tanınır. Rəhma Mansur general-qubernator olmaq arzusuna düşür. Qordonla münaqişə 1877-ci ildə general Çarlz Qordon Sudanın yeni qubernatoru təyin olundu. Yeni qubernator qul ticarətini qadağan etməyə çalışdı. Rəhmə Qahirədən yenicə fəth edilmiş Darfurun qubernatoru vəzifəsini istəsə də, xahişi rədd edildi. Misir hakimiyyət orqanları da onun Sudana qayıtmasına qadağa qoydu. Lakin onun İstanbula getməsinə icazə verildi. Elə bu vaxt Rusiya-Osmanlı müharibəsi başladı.Həmin il Qordon İngiltərəyə yazırdı: “Mən çoxsaylı təzyiq qrupları ilə, köləliyin ləğvinə qarşı fanatiklərlə... böyük bir yarımmüstəqil əyalətlə, Bəhl Əl-Qəzal valisi Qara Paşa ilə mübarizə aparmalıyam”.Rəhmanın 22 yaşlı oğlu Süleyman vad Zubeyr də Şakadan kənarda yerləşən Odollam mağarası adlı qalada gizlənərək general Qordona qarşı döyüşürdü. Qordon qısa müddət ərzində Süleymana Dara qubernatorluğunu təklif etməyi düşündü və onu sülh danışıqlarına cəlb etməyə çalışdı. Lakin bunun əvəzinə o, Süleymanın komandirlərindən biri olan El-Nuru casus kimi seçdi. El-Nur gələcək qubernatorluq müqabilində ona qrup daxilindəki fəaliyyətlər haqqında hesabat verməli idi. Bunun sayəsində o öyrəndi ki, Süleyman hələ də Rəhmədən məktublar alır. Onun yazışmalarında həmişə “Əbdül Razuda diqqət yetirin” adlı sirli ifadələr yazılmışdı. Misirdə həbs 1878-ci ildə əyalətinin suverenliyini tanıtmaq üçün paytaxtda paşalara təxminən 100.000 funt sterlinq rüşvət vermək niyyətində olduğu Qahirəyə getməzdən əvvəl Rəhma hərbi liderlərini Şaqa və Obeid arasındakı bir ağacın altına topladı və plan uğursuz olarsa, "silaha sarılmaq qərarı qəbul etdilər!". O, Misir hakimiyyəti tərəfindən rüşvət vermək cəhdinə görə saxlanıldı və onun Sudana qayıtmasına qadağa qoyuldu. O, general Qordona məktub yazıb, xediv üçün ildə 25.000 funt sterlinq və Sudanda nizam-intizamın bərpasına kömək etmək təklifini verdi. Bunun müqabilində ona Sudana geri dönmək icazəsi verilməli idi. Qordon təklifdən imtina etdi. Rəhma öz növbəsində sərkərdələrinə "ağacın altında verilən əmrlərə tabe olmaları" barədə xəbər göndərdi. Qordon Xartuma qayıtdıqdan sonra üsyanla üzləşdi.Rəhma sonradan üsyandakı roluna görə ölümə məhkum edildi. Buna baxmayaraq, o, Xediv sarayında böyük rəğbətlə qarşılandı və cəzaya əhəmiyyət vermədən Qahirədə qonaq kimi qəbul edildi.Atası hələ həbsdə olarkən Süleymanla razılaşmaq niyyətində olan general Qordon bir neçə dəfə atasının qüvvələrinə rəhbərlik edən gənclə sülh danışıqları aparmaq üçün görüşmək üçün yola çıxdı. Özünü onun “atası” kimi göstərərək, o, Süleymanı inandırmağa çalışırdı ki, üsyan bir təxribatdır və indi ona ultimatum verir – ya Süleyman təslim olur, ya da Qordonun hücumları ilə qarşılaşır. Özünü xəstə kimi göstərən Süleyman təklifi nəzərdən keçirmək üçün qalasına qayıtdı. Qoşunları arasında bir şayiə yayıldı ki, Qordon dəstə üzvlərini zəhərli qəhvəyə qonaq edib. Tezliklə o, Qordona qubernator vəzifəsi müqabilində təslim olacağını vəd edən məktub göndərdi. Qəzəblənən Qordon cavab verdi ki, Qahirəyə gəlsə və Xedivə biyət etsə, hakimiyyəti üsyançıya verməkdənsə, ölməyi üstün tutacaq. Britaniya xidmətində 18 fevral 1884-cü ildə Qordon Rəhmaya azadlıq təklif etdi. Qordon Mehdi kimi tanınan Məhəmməd Əhməd dövlətinin yaradılmasını dayandırmaq müqabilində Sudanın bütün rəhbərliyini həbs etmək qərarı verdi. Bir ay sonra Qordon Rəhmanın Sudan qubernatoru olaraq onun varisi olacağını elan edərək Avropanı təəccübləndirdi. Rəhmanı şəxsən tanıyan Reqinald Vinqeyt Britaniya ictimaiyyətinə Rəhmanın “uzaqgörən, geniş təsəvvürə malik, dəmir iradəli, doğulmuş hökmdar” olduğunu bildirdi. Nəticədə, Kraliça I Viktoriya, Evelin Barinq, Vilyam Qladston, Nübar Paşa və rəsmi Qahirə Rəhmaya bu vəzifəni verməyə razı oldu. Lakin onun qul alveri praktikasını bəyənmədiyi üçün Britaniya hökuməti bu təklifi rədd etdi.Bununla belə, Rəhma müstəmləkə qüvvələrindəki bütün zəncilərin komandanı təyin edildi. O, Hüseyn paşa ilə birgə ərəb qüvvələrinin komandanlığı vəzifəsini yerinə yetirirdi. Lakin növbəti ilin martında isə “yalançı peyğəmbər” Əhmədlə gizli müqavilə bağlamış ola biləcəyi üzə çıxanda o, komandanlıqdan uzaqlaşdırıldı və Cəbəllütariqə sürgün olundu. 1887-ci ilin avqustunda ona Qahirəyə qayıtmağa icazə verildi. 1899-cu ildə Sudanın yenidən işğalından sonra vətənində yenidən məskunlaşmasına icazə ala bildi. O, Xartumdan təxminən 45 kilometr cənubda yerləşən Geyli kəndində məskunlaşdı. O, qocalıq çağında ingilis dilində “Qara sümük və ya özünün nəql etdiyi Zubeyr Paşa, qul alverçisi və Sultanın hekayəsi” adı ilə bir xatirə kitabı yazdı. Əz-Zubeyr Rəhma 1913-cü ilin yanvarında doğma kəndi Qeylidə ahıl yaşında vəfat etdi. Xartum şəhərinin mərkəzindəki bir küçə Zübeyrin adını daşıyır. Cənubi Sudandakı Uyujuku şəhəri Deim Zubeyir kimi tanınır. 1966-cı ildə çəkilmiş “Xartum” filmində Zübeyr rolunu oynayan Ziya Möhyəddin general Qordonu canlandıran Çarlton Heston birgə rol alır. Filmin əvvəlində Zübeyr fəlakətin müjdəçisi kimi təsvir olunur. Churchill, Winston, The River War: An Account of the Reconquest of the Sudan, 1902. Xarici keçidlər Spaulding, Jay. "Al-Zubayr's Early Career". Sudanic Africa. 16. 2005: 53–68. JSTOR 25653425. | https://az.wikipedia.org/w/index.php?curid=783388 |
Əz-Zəqaziq | Əz-Zəqaziq (ərəb. الزقازيق) — Misirdə şəhər, əş-Şərqiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 383.703 nəfərdir (2017). | https://az.wikipedia.org/w/index.php?curid=721636 |
Əzab | Əzab — fiziki və emosional narahatlıq, ağrı, stres, əzab yaşadığı canlı varlığın son dərəcə xoşagəlməz, ağrılı və ya ağrılı duyğularının məcmusu. Ojeqov lüğətinə görə əzab — fiziki və ya zehni ağrı, əzabdır. YFE əzabı "əziyyət, fəaliyyətin əksinə; ağrı, xəstəlik, kədər, kədər, qorxu, həsrət və narahatlıq vəziyyəti". Eyni zamanda, bu, bir insanın və ya bir sıra şəxslərin fiziki və mənəvi-əxlaqi qüvvələrinin aktiv gərginliyinin bir formasıdır; xassələri arasında ümidsizlik, bölünmə, ehtiraslardan da bəhs olunur. Ayrıca, idrak təcrübəsinin bu və ya digər şəkildə əzablara davamlı olduğunu qeyd edirlər. Etimologiyası Böyük Psixiatriya Ensiklopediyası (2-ci nəşr, 2012) ümumi slavyan dilini etimologiya kimi göstərir əzab "iş; ehtiyac"; lat. sterno "ümidsizliyə qərq olmaq, məhv etmək". IV Drobışeva yunan dilini göstərir yun. πάθημα, πάσχω "əzab, xəstəlik, əziyyət", Yunan ilə əlaqəli sayılır yun. στρηνής, στρηνός "kəskin, kobud", lat. strēnuus "çalışqan, təşəbbüskar" deməkdir. Psixologiya Psixologiyada əzab, müxtəlif daxili istəklər və ya motivlər bir-birinə qarşı çıxanda sanki bir insanı içəridən qoparmaq və ya əksinə çevirmək kimi bir insanın güclü daxili qarşıdurması vəziyyəti olaraq qəbul edilir. Əzabın son gərginliyi əziyyətdir. Əksər psixoloqların əsərlərində əzab insan sağlamlığını təhdid edən, nevrozlara və psixozlara yol açan bir vəziyyət kimi yozulur. Tədqiqatçı D.A.Tokarev qeyd edir ki, insanın əzab çəkməyə olan münasibəti onun həyata münasibətindən, mürəkkəb və ziddiyyətli bir dünyada dayaq nöqtəsini tapmaq qabiliyyətindən birbaşa asılıdır. Tədqiqatçı Mariya Babalayevanın dediyinə görə əzabları sevgi, insanın xoşbəxtlik üçün bütün həyat istəkləri fəth edir. | https://az.wikipedia.org/w/index.php?curid=693801 |
Əzabkeş | Əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır və ya hətta müqəddəs hesab olunur, qəhrəmanlıq və möhkəmlik simvoluna çevrilmişlər. Onlar dinlər tarixində mühüm rol oynayır. Xarici keçidlər Fox's Book of Martyrs – 16th century classic book, accounts of martyrdoms "Martyrdom from the perspective of sociology". Encyclopedia of Politics and Religion. | https://az.wikipedia.org/w/index.php?curid=777004 |
Əzabkeş Yustin | Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. Bioqrafiyası 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir. Öncə o stoik, sonra platonçu filosofların tələbəsi olmuşdur. Daha sonra peripatetizmlə və pifaqorçuluqla maraqlanmışdır. Bu təlimlər onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar.Fəlsəfələrlə maraqlanan zaman xristianların haqqında çoxlu mənfi şaiyələr eşitmişdir. Ancaq sonra onların əqidələri uğrunda ölümə hazır olmaların şahidi olandan sonra bu şaiyələrə şübhələrla yanaşmağa başlamışdır. Bir kərə Suriyalı xristinla mübahisə aparmışdır. O fəlsəfənin həqiqəti üzə çıxartmadığını və inancın hər şüyun başında olduğunu iddia etmişdir. Bu mübahisə Yustinə çox təsir etmiş və onun xristian olmasına təkan vermişdir. 132–137-ci illər arası Yustin Xristianlığı qəbul edib aktiv missioner fıəaliyyətinə başlamışdır. Bundan sonra çoxlu səfərlər etmiş, İsgəndəriyyə və Efesdə olmuş, sonra Romada yaşamışdır. Burada o öz məktəbini açmış, tələbələr yetişdirmişdir. Onların arasında Tatian da olmuşdur. Bir arada Kressent adlı bir kinik (həqarətçi) fəlsəfi məktəbin nümayəndəsi ilə mübahisələr aparmış və onu biliksizlikdə ittiham etmişdir. Bundan sonra Kressen Yustinə düşmən kəsilmiş və bəzi ehtimallara görə onun təqib edilməsinin səbəbkarı olur.Roma hamimittəti zaman-zaman xristianlara qarşı təqiblər həyata keçirirdi və bu dinin yayılmasını qarşısını almaq istəyirdi. Ona görə də Yustinin aktiv missioner fəaliyyəti dövlət siyasətinə zidd idi. Ona görə də onu imperatora tabe olmamaqda ittiham edərək həbs etmişdirlər. Sonra ona Cristianlıqdan imtina etmək və bütpərəstliyə qayıtmaq təklif olunmuş, ancaq Yustin bundan imtina etmişdir. Beləliklə o təqribən 165-ci ildə edam olunmuşdur.. Yustin bir çox kitablarım yazarı olmuşdur. Ancaq onların bəziləri zamanımıza gəlib çatmamışdır. Onun ən tanınmış kitablarından biri "Dialogus cum Tryphono Judaeo"'dur (Yəhudi Trifonla dialoq). Bu əsər dialoq şıklində yazılmış. Burada xristianla yəhudi çeşidli ilahiyyat problemləri ətrafında fikir mübadiləsi edirlər. Kitab 3 bölümdən ibarətdir. Birincisində Musa qanununun əhəmiyyəti, ikincisində İsanın təbiəti, üçüncüsündə bütpərəstlərin xilas etmə yolları haqqında bəhs edilir. Yustinin "Apologiyalar" adlı kitabları da vardır. "Birinci apologiya kitabında" Yustin xristianlara qarşı irəli sürülən çeşidli ittihamları (tanrısızlıq, əxlaqsızlıq, cinayətkarlıq kimi) rədd edir, xristianlıqla onların bir araya sığmaması barəsində dəllilər gətirir. "İkinci apologiya" birincisinin davamıdır, Roma senatına ünvanlanmış məktubdur. Bunlardan başqa Yustina bəzi kitabların müəllifliyini aid edirlər. Ancaq bu məsələ mübahisəlidir. Fəlsəfə ilə dinin barışdırması Yustin antik mədəniyyətə rəğbət bəsləyirdi, onun nailiyyətlərini tanıyırdı və onunla xristian ideyasını bir-birinə yaxınlaşdırmaq istəyirdi. Yustinin dünyagörüşünə stoiklərin, yeni platonçuların, yeni pifaqorçuların fəlsəfələri təsir etmişdi. Məsələn, öz "Apologiyasında" o, fəlsəfə haqqında belə yazırdı: Fəlsəfə dinin qulluğunda Ancaq fəlsəfənin əhəmiyyətini qeyd edən Yustin, onu Xristianlığın üstünlüyünün dərk edilməsi üçün istifadə etməyə çağırırdı. Fəlsəfənin verdiyi fikir azadlığı Xristianlığın xalq tərəfindən daha da yaxşı başa düşülüb, yayılması üçün lazımdır, çünki Yustin üçün həqiqət artıq tam aydındır. Onu əqllə deyil, imanla qəbul etmək lazımdır. Yustin yunan fəlsəfəsini, müdrikliyi inkar etmirdi, lakin onları Xristianlığa nisbətən ikinci dərəcəli hesab edirdi. Fəlsəfə yalnız hakim zümrələr və alimlər üçündürsə, Xristianlığı bütün xalq başa düşür, və onun verdiyi iman insanların qəlbində özünə yer tapır. Filosofların müxtəlif kitabları və məktəbləri olduğu halda, Xristianlığın yalnız bir mənbəyi var – o da Müqəddəs Kitabdır. Müdriklik insan məhsulu olduğu halda, din Tanrı tərəfindən endirilir. Yustininn fikrincə bütün bu amillər xristian müdrikliyidir. Daha sonra Yustinus, Xristianlığın yunan fəlsəfəsinə nisbətən, daha da çox həqiqətə yaxın olmasını, onun qədimliyində görürdü. Yəni Müqəddəs kitabın peyğəmbərləri yunan filosoflarından öncə yaşamışdırlar və onların İlahi müdrikliyi yunanlara təsir edə bilərdi. Beləliklə Yustin yunan dünyagörüşü və fəlsəfəsində çoxlu müsbət cəhətlər görürdü. Onun fikrincə, orada Xristian ehkamları ilə üst-üstə düşən, və bu ehkamları təkrarlayan ideyalar vardır, məsələn: Tanrının birliyi, ruhun ölməzliyi, talenin mövcud olması və bunlar kimi başqa ideyalar. Lakin, bu müsbət halları xatırlayaraq, Yustinus, onların köklərini yenə də Xristianlıqda görür. O deyir: Beləliklə Yustin hesab edirdi ki, Platon və digər yunan müdriklərinin ən qiymətli və xristian monoteizmi ilə uyğun gələn fikirləri, əslində onlardan da öncə yaşayan peyğəmbər tərəfindən deyilib. Yunanlar isə o fikirlərlə tanış olub, onları mənimsəmişdilər. Loqos haqqında Filon fəlsəfəsində olduğu kimi, Yustin da antik fəlsəfənin Loqosunu Tanrı ilə dünya arasında olan bir vasitəçi kimi qəbul edir. Onun fikrincə, Atanı (Tanrının özünü) əqllə dərk edib, dillə ifadə etmək olmaz. Müqəddəs Kitabda hallanan adları isə (Ata, Rəbb, Yaradıcı və s.) onun siması və ya şəxsiyyətinə deyil, hərəkətlərinə və təcəllilərinə aid edilə bilər. Deməli Ata tamamilə transsendent olaraq, dünya ilə rabitəsini Loqos vasitəsi ilə həyata keçirir. Məhz bu Loqos onun Oğludur və dünyanın yaradılışından öncə doğulmuşdur. Filondan fərqli olaraq, Yustinus üçün Oğul – İsadır, və o, əbədi olaraq Ata ilə vəhdət təşkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan sonra, Atanın mahiyyətində və tamlığında heç bir əskiklik və yaxud başqa dəyişiklik baş verməmişdir. Bu proses, Yustinin fikrincə, insan tərəfindən deyilən sözə, cümləyə bənzərdir. Loqosun Atadan doğulması işığın bir məşəldən digərinə ötürülməsi kimidir. Yustinusun fikirləri bir çox hallarda VI əsrdə formalaşan ortodoksal xristian inancı ilə üst-üstə düşürdü. Lakin onun dövründə hələ rəsmi xristian ilahiyyatı formalaşmamışdı. Beləliklə Yustinus, yunan fəlsəfəsinin bəzi müddəalarının Xristianlıq tərəfindən mənimsənilməsi və həzm edilməsi ənənəsinə qədəm qoyan ilk mütəfəkkirlərdən biri olmuşdur. Sonra bu ənənə Klemens, Origen, Laktansius və Boesius tərəfindən davam etdirilmişdir. Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 40-42. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16. Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 40-42. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16. Kaye J. Some Account of the Life and Writings of Justin Martyr. — Cambridge, 1853. Donaldson J. A critical history of Christian literature and doctrine from the death of thé Apostles to the Nicene conncil. — London, 1866. — pp. 62–344. Bobichon Ph., Dialogue avec Tryphon (Dialogue with Trypho), édition critique. VOLUME I: Introduction, Texte grec, Traduction, Editions universitaires de Fribourg, 2003 [1] Drummond J. Study in Theological Review, XII (1875), 471 sqq., XIV (1877), 155 sqq., XVI (1879), 360 eqq. Cassel W. R. Supernatural Religion , i . 283–428, ii. 271–316, iii. 15–17 — London, 1875. Westcott B. F. A general survey of the history of the canon of the New Testament . — 1875. — pp. 59–177. Smith W. and Wace H. Dictionary of Christian Biography — Boston, 1877–87 — Vol III, pp. 560–587. Farrar F. W. Lives of the Fathers, I. 93–117. — New York, 1889. Purves G. T. The Testimony of Justin Martyr to Early Christianity . — ib. 1889. Martin M. E. Life of Justin Martyr. — London, 1890. Smith W. Dictionary of Greek and Roman Biography and Mythology . — II. 682 687, ib. 1890. Waterman L. The Post-Apostolic Age, pp. 141–156 et passim, New York, 1898. Walker W. Great Men of the Christian Church . — Chicago, 1908. Bellinzoni A. J. The Source of the Agraphon in Justin Martyr’s Dialogue with Trypho 47: 5 // Vigiliae Christianae — Vol. 17, No. 2 (Jun., 1963), pp. 65–70. Barnard L. W. Justin Martyr: His Life and Thought. — Cambridge, 1967. — P. 1–13. Bobichon Ph. L'enseignement juif, païen, hérétique et chrétien dans l'œuvre de Justin Martyr, Revue des Études Augustiniennes 45/2 (1999), pp. 233–259 [2] Apologetika İrineus Lionlu | https://az.wikipedia.org/w/index.php?curid=137515 |
Əzabkeşlər meşəsi | Əzabkeşlər meşəsi (Yaar Hakdoşim) — Qüdsdən 20 km məsafədə yerləşən insanlar tərəfindən salınmış meşə. Meşə Yəhudi Milli Fondu tərəfindən yaradılıb. Xatirə meşəsinin salınması üçün 6 milyon ağac əkilib. Əkilmiş 6 milyon ağac Holokost qurbanlarını simvolizə edir. Meşənin əsası İsrail dövləti qurulmamışdan qabaq 1947-ci ildə qoyulub. 1994-cü ildə isə burada 1000 ağac əkilərək Katın meşəciyi salınıb. Bu meşəcik isə 1940-cı ildə Katında, Mednoe və Xarkovda güllələnmiş yəhudi əsilli Polşa zabitlərinin xatirəsinə həsr olunub. Əzabkeşlər meşəsi israillilərin əsas istirahət məkanlarından biridir. Həmçinin bax Faşizm qurbanlarına abidə Dunay sahilindəki ayaqqabılar Xarici keçidlər Odlu kitabə abidəsi İsrail Əzabkeşlər meşəsi 1954-cü il Əzabkeşlər meşəsi | https://az.wikipedia.org/w/index.php?curid=616785 |
Əzabkeşlər monastırı (Keşikçidağ) | Əzabkeşlər monastırı (gürc. წამებულის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə, Azərbaycan ərazisindəki Udabno monastırından qərbdə, yüksək dağlıq yerdə inşa edilmişdir. Kilsənin şərq divarı dağılmışdır. Kilsənin girişindəki kərpic darvaza XVII əsrdə İmereti çarı II Arçil (1664-1675) tərəfindən inşa etdirilmişdir. Kilsənin tavanını bəzəyən freskalar üslub xüsusiyyətlərinə görə XI əsrə aid edilirlər. ზ. თვალჭრელიძე, გარეჯის ნათლისმცემლის უდაბნო-მონასტერი, ძეგლის მეგობარი, 80, თბ., 1988 | https://az.wikipedia.org/w/index.php?curid=596918 |
Əzablı Yollar (1995) | Tammetrajlı film Azərbaycan Demokratik Cümhuriyyətinin banisi və onun rəhbəri, görkəmli siyasi və ictimai xadim Məmmədəmin Rəsulzadənin taleyi haqqında ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilmişdir. Kinolentin ayr-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Karaqandada (Rusiya), Tbilisidə (Gürcüstan), Gəncədə, Bakıda və Abşeronun bir sıra kəndlərində çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Zaur Məhərrəmov (Zaur Məhərrəm kimi) Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı, Nəsib Nəsibzadə, Yağmur Tunalı Operator: Zaur Məhərrəmov (Zaur Məhərrəm kimi), Nizami Abbas Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Mövsüm Əliyev "Strimer" Firması (Bakı) "Gıda A.Ş." Firması (İstanbul) Xarici keçidlərlər | https://az.wikipedia.org/w/index.php?curid=245345 |
Əzablı yollar (film, 1982) | Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi. Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar. Film haqqında Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Film Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-də nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Oqtay Məmmədov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Şərif Şərifov, Vladimir Sapojnikov Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Vladimir Savin Rejissor: H. Səlimov, Yefim Abramov Operator: Nemət Rzayev Montaj edən: Tahirə Babayeva Montaj üzrə assistent: Esmira İsmayılova Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: V. Şikin Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev, Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: A. Ertel Redaktor: Nadejda İsmayılova, F. Aşurov Rəqslərin quruluşu: Əminə Dilbazi Mahnıların mətni: Ramiz Rövşən Çalır: Azərbaycan Dövlət Mahnı Teatrının Musiqi Ansamblı Dirijor: Rafiq Babayev ????: Ə.Əliyev ????: V. Nəbiyev ????: Arif Səfərov ????: R. Lev ????: N. Daşdəmirov ????: T. Əlizadə ????: A. Əliyev Çəkilişə kömək etmişdir: S. Quliyev Filmin direktoru: Gennadi Lapşuk Mahnı ifa edən: Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan Ötkəm İsgəndərov — Məlikməmməd Elşad Qazıyev — Şahməmməd Viktor Dəmirtaş — Xanməmməd Sonaxanım Əliyeva — Pərizad Həmidə Ömərova — Nurzad Leyla Manafova- Gülşad Həsən Məmmədov — padşah Məmmədrza Şeyxzamanov — nağılçı Həşim Qadoyev — qarayel Rafiq Kərimov — kosa Eldəniz Zeynalov — böyük div Səyavuş Aslan — ortancıl div Yaşar Nuri — kiçik div Ömür Nağıyev Mayak Kərimov R. İsrafilov Vəliəhd Vəliyev L. Bobrikov N. Aslanova K. Vəliyeva N. Kərimova Filmi səsləndirənlər Səməndər Rzayev — hökmdar (Həsən Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — qarayel (Haşım Qadoyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — kosa (Rafiq Kərimov) (titrlərdə yoxdur) Rasim Balayev — Məlikməmməd (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Xanməmməd (Viktor Dəmirtaş) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Şahməmməd (Elşad Qazıyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Xarici keçidlər Filmi izlə (az.) Filmi izlə (rus.) Əzablı yollarla anons | https://az.wikipedia.org/w/index.php?curid=12600 |
Əzablı yollar (film, 1995) | Tammetrajlı film Azərbaycan Demokratik Cümhuriyyətinin banisi və onun rəhbəri, görkəmli siyasi və ictimai xadim Məmmədəmin Rəsulzadənin taleyi haqqında ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilmişdir. Kinolentin ayr-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Karaqandada (Rusiya), Tbilisidə (Gürcüstan), Gəncədə, Bakıda və Abşeronun bir sıra kəndlərində çəkilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Zaur Məhərrəmov (Zaur Məhərrəm kimi) Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı, Nəsib Nəsibzadə, Yağmur Tunalı Operator: Zaur Məhərrəmov (Zaur Məhərrəm kimi), Nizami Abbas Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Mövsüm Əliyev "Strimer" Firması (Bakı) "Gıda A.Ş." Firması (İstanbul) Xarici keçidlərlər | https://az.wikipedia.org/w/index.php?curid=30752 |
Əzadarlıq | Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi.Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur. Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir. Matəm saxlamağın sosial normaları və qaydaları cəmiyyətdən cəmiyyətə dəyişir. Məsələn, Yaxın Şərqdə yas mərasimləri zamanı əsasən qara rəngli libaslar geyinildiyi halda, Uzaq Şərq ölkəsi olan Çində matəmin rəngi ağdır. Buna rəğmən, bir qayda olaraq məxsusi libasların geyilməsi, aksesuarlardan istifadə, yaxud mərasimlərin keçirilməsi bu hadisəyə xas olan əlamətlərdəndir. Bəzi mədəniyyətlərdə mərasimlər dəfnin ardınca qısa, bəzilərində isə daha uzun zaman kəsiyini əhatə edə bilir. Etimologiyası "Yas" sözü Azərbaycan dilinə qədim türk dilindən keçmişdir. "Matəm" sözü ərəbmənşəlidir və "cənazə mərasimi, cənazə mərasimində ağı deyən bir qrup qadın" mənasını daşıyan "مأتم" sözündən gəlmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=718767 |
Əzaz | Əzaz (ərəb. أعزاز — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. Xarici keçidlər Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində. Miqyas 1 sm–də 2 km (1: 200 000) (rus.) | https://az.wikipedia.org/w/index.php?curid=421944 |
Əzaz məntəqəsi | Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. İnzibati bölgü 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür. | https://az.wikipedia.org/w/index.php?curid=421040 |
Əzaz nahiyəsi | Əzaz nahiyəsi (ərəb. ناحية مركز أعزاز) — Suriyada, Hələb mühafazasının Əzaz məntəqəsində inzibati ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Əzaz şəhəridir. 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz nahiyəsinin əhalisi 7.892 ailədə 24.899 nəfəri kişilər və 22.671 nəfəri qadınlar olmaqla cəmi 47.570 nəfərdir.Müərrin, Yəhmul, əs-Səlamə və Cariz kəndlərində türkmanlar yaşayırlar. 2004–cü il siyahıyaalınmasına əsasən bu kəndlərdə cəmi 3.299 nəfər qeydə alınmışdır və bu nahiyənin ümumi əhalisinin 6.94%–ini təşkil edir. İnzibati bölgü 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Əzaz şəhəri və 19 kənd yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=421137 |
Əzazil | Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi. Semerkandi şərhi:Uca Allah nəfsi yaratdıqda, əl- jân “maricin min nar” yəni tüstüsüz od yaratdı ki, onun nəsli çoxaldı və onlar cindirlər, əl-canın övladlarıdır. Onlar yer üzündə günahlarla yaşadılar və qan tökdülər, sonra Allah səma mələklərini göndərdi və onlara əmr etdi və onun adı Əzazil idi, ta ki onlar cinləri məğlub edib onları yerdən qovub adalara, dənizlərə və yer üzündə məskunlaşdı. Bu, onlara Allaha xidmət etməyi asanlaşdırdı. Mələklərin bir təbəqəsi göylərdə daha yüksək olduğu üçün onların qorxuları yerdə oturan mələklərdən daha şiddətlidir. Onlar yer üzündə məskunlaşdılar və ona əmin oldular və dünyadan əmin olan hər kəs ondan üz döndərməyi əmr etdi. Bunun üzərinə Allah Təala onlara dedi ki, yer üzündə sizdən başqa bir xəlifə yaratmaq istəyir. Sonra onu aralarında bölüşdürdü və ona nifrət etdilər { dedilər }: "Cinlərin fəsad törətdiyi və qan tökdüyü kimi, sən də onda (fəsad törədən) yaratmaq istəyirsən? ." Bu hədislər bütün alimlərin razılığı ilə deyil. Onlardan bəziləri, et-Tahrîm 66/6 buna etiraz edir. Halbuki bu ayə yalnız cəhənnəm gözətçilərinə aiddir. Əzəzilin ümidini itirdiyi üçün İblis adını götürdüyü deyilir. Allahın rəhmətində. Əzazil ancaq Allahdan qovulduqdan sonra şeytan olur: "Mücahid və Tavus da deyir: "İblis günah etməmişdən əvvəl Əzazil adlı bir mələk var idi və o, qövmünün arasında idi, yerin və onun üzərində yaşayan insanların “cinni” adlanan mələklərdən olduğunu dediyini xəbər verdilər. Onlar Allaha hörmətsizlik edib Adəmə səcdə etməkdən imtina etdikdə, Adəmi lənətlədi, onu şeytan etdi və adını İblis etdi. Onun ilk şeytan olması ilə razılaşdılar. O, itaət etməkdən imtina edənə qədər Allaha xidmət etdi. İsmaililər göre Əzəzil, Allah'ın ilk yaratıklarından biridir. Allah ona yaratma gücü verdi. Ancak Əzəzil bu gücünü kötüye kullanınca Allah onu elinden almış ve Əzəzil'in yaratıklarından oluşan dünyaya sürgün etmiştir. Əzəzil'in fikri muhtemelen Gnostik kökenlidir ve İslami değildir. Muhtemelen Zerdüştlük gibi ikili dine karşı bir tepkiydi. İblis'in Farsça adı (Əhrimən), Əzəzil için açıkça kullanılmaktadır. Əzəzil'in işlevi, esasen Tanrı olduğunu iddia eden, ancak gerçek yaratıcı olmayan birinin işlevidir. | https://az.wikipedia.org/w/index.php?curid=794089 |
Əzazil: Düyün | Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır. | https://az.wikipedia.org/w/index.php?curid=503408 |
Əzazil: Düyün (film, 2014) | Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır. | https://az.wikipedia.org/w/index.php?curid=807873 |
Əzel (Xaybulla) | 10 sentyabr 2007-ci ilə qədər Qadel ferması adlanırdı. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əzel kəndinin milli tərkibi: başqırdlar 100 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Akyar): 22 km., kənd sovetliyindən (Podolsk): 18 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 100 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası. | https://az.wikipedia.org/w/index.php?curid=517983 |