!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Ətirli siziqium | Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər. Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır. Mixək diş ağrıları zamanı da mikrob əleyhinə və ağrı kəsici dərman kimi istifadə edilir. Qədim zamanlarda, hələ diş fırçaları və diş məcunları kəşf olunmamışdan qabaq Çin etiketində belə bir adət varmış ki, imperatorun qəbulunda olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəsləri ətirli olsun. Mixək ətriyyat sənayesində bahalı ətir və odekolonların tərkibində geniş istifadə olunur. Hazırda mixəyin qönçələrindən ədviyyə kimi istifadə edilir. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü və ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasitəsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı ilə dolu belə dairə şəkilli kisələr çiçək yatağının silindrvari hüceyrələrinin kənar hissələrində daha çoxdur. Mixək qida və şirniyyatların bişirilməsi zamanı da istifadə olunur, çaya əlavə olunduqda çaya qeyri-adi dad və ətir verir. Mixəyi başqa ədviyyatlarla birlikdə toyuq və balıq məhsullarının, kolbasaların, şirin marinadların kökə və pryaniklərin hazırlanmasında da istifadə edirlər. Əti saxlamaq üçün qaynadılmış ətin üstünə mixək (bir ədəd) qoyduqda onu 24 saat xarab olmadan saxlayır. Mixək iştahanı artırır, həzmi yaxşılaşdırır və antiseptik (mikrob əleyhinə) təsir göstərir. Onu mürəbbələrə əlavə etdikdə mürəbbəyə yaxşı ətir və dad verir. Mığmığaları və güvələri ürkütmək (qovmaq) üçün portağal (Citrus sinensis) meyvəsinin içinin mixəklə doldururlar. Mixəyin yağı da tibdə və kosmetologiyada geniş istifadə olunur. Mixək yağından müasir aromaterapiyada da (ətirli müalicə) çox geniş istifadə olunur. Bəzən mixək yağı dermatomikozu (dəri xəstəliyi) dayandırmaq üçün də tətbiq edilir. Mixək yağı tütünçülük, ətriyyat kosmetika və əczaçılıq sənayelərində də istifadə edilir. İndoneziyada mixəyi tütünə qatırlar və istehsal olunan məhsulun demək olar ki, yarısı (50%-i) bu işə sərf olunur. Mixək yağını ağız yaxalayıcılarının, saqqızların tərkibinə əlavə edirlər. Tərkibindəki efir yağı və kariofillen ona tünd yandırıcı, ətirli dad verir. Mixək yağınından alınan evqenoldan vanilin əldə olunur. Mixək ağacı il ərzində 1500–2500 mm yağıntı düşən, dəniz səviyyəsindən 900 metrə qədər yüksəkliyi olan, isti və nəm iqlim şəraiti olan yerlərdə yayılmışdır. Bu bitki üçün isti və nəm ekvatorial — musson iqlimi daha əlverişlidir. Mixək ağacının geniş yayıldığı Pemba və Zənzibarda (Tanzaniyanın adaları) orta gündəlik temperatur 26 0C-yə yaxın olmaqla nəmli və quraqlıq illərdə 220C-dən 330C-yə qədər dəyişir. Yağıntıların illik miqdarı 1500–2000 mm arasında olmaqla ən çox iki müddətdə — aprel-may və noyabr-dekabr aylarında demək olar ki, eyni miqdarda düşür. | https://az.wikipedia.org/w/index.php?curid=143857 |
Ətirli sumaq | Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. Təbii yayılması Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. Botaniki təsviri Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. Ekologiyası Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. Azərbaycanda yayılması Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=197161 |
Ətirli söyüdgülü | Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. Təbii yayılması Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. Botaniki təsviri Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır. Ekologiyası İşıqsevən, tezboyatan, suya həssas, torpağa az tələbkardır. Bitki quraqlığa davamlı, istisevəndir. Azərbaycanda yayılması Azərbaycan florasında adi oleandr növü mədəni şəraitdə becərilir. Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində mövcuddur. Dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Çiçəkləyəndə dekorativ görünür. Yarpaqlarının şirəsi zəhərlidir, yarpaqlardan alınan neriolin və kornerin preparatları ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=141874 |
Ətirli sədo | Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü. Xarici keçidlər Ətirli sədo Ruta graveolens L. | https://az.wikipedia.org/w/index.php?curid=142914 |
Ətirli yovşan | Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Təbii yayılması Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. Botaniki təsviri Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir. Sentyabr ayında çiçəkləyir, oktyabr-dekabr aylarında isə meyvə verir. Kökləri yoğunlaşmış şaquli, kök gövdəsi çoxsaylı olub, boz hörümçəkvari və ya bənövşəyi çalarlı tükcüklüdür. Ekologiyası Orta dağ qurşaqlarında rast gəlinir. Quraqlığa və qışadavamlıdır, torpağa az tələbkardır. Azərbaycanda yayılması Kiçik Qafqaz, Abşeron, Kür-Araz ovalığı, Lənkəran düzənlikləri, Samur-Dəvəçi, Xəzər dənizi ətrafı, Naxçıvan MR-da Araz boyu düzənliyində və s. ərazilərdə yayılmışdır. Endem bitkidir. Tərkibində efir yağı vardır. Yaşıllaşdırmada az istifadə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=560084 |
Ətirli çiyələk | Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=139160 |
Ətirli çobanyastığı | Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Botaniki xarakteristikası Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır. Kasacığı çılpaq, çox qabarıq, uzunsov-konusşəkilli, daxili hissəsi isə ensiz, səbətciyində oval, zirvəsində isə dairəvi çoxsaylı yarpaqcıqlar vardır. Kənar yarpaqları aydın bölümlüdür. Köndələn istiqamətdə səbətciklərin ölçüsü 3–6 mm-ə bərabərdir. Çiçəkləri sarımtıl-yaşıl, gümüşü-yaşıl, kəskin iyli, aromatlı, dadı isə ədviyyatlı acıdır. Çiçəkləri bitki çiçək açan zaman toplanılmalıdır. Toplanılan zaman kasacığını xammala Tərkibi və təsiri Çiçəklərinin tərkibində 0,8% efir yağı, xamazulin və flavanoidlər (apigenin törəmələri, yuteolin), salisil turşusu, karotinoidlər və askorbin turşusu tapılmışdır. Efir yağı ən azı 0,2%, nəmliyi ən azı 14%, ümumi kül 12%, qaralmış yarpaqları və uzunluğu 3sm olan çiçəkləri 8%, üzvi maddələri 1%, mineral maddələri 0,3% -dən çox deyildir. Çiçəkləri iltihabsorucu, spazmolitik, və tərqovucudur. Məhlul və qarışıqların tərkibində daxilə qəbul edilir. Tərkibində efir olduğundan dezodorasiyaedici maddə kimi qarqara, vanna və müalicəvi imalə edilir. Sinonimləri Artemisia matricarioides auct. Chamomilla suaveolens (Pursh) Rydb. Lepidanthus suaveolens (Pursh) Nutt. Lepidotheca suaveolens (Pursh) Nutt. Matricaria matricarioides Matricaria suaveolens (Pursh) Buchenau Santolina suaveolens Pursh Tanacetum suaveolens (Pursh) Hook. | https://az.wikipedia.org/w/index.php?curid=141789 |
Ətirli çətiryarpaq | Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. Botaniki xarakteristikası Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər. Yaşayış mühiti Yarpaqlı meşələrdə, əsasən palıd və fıstıq meşələrində, rütubətli torpaqda kölgədə rast gəlinir. Sinonimləri Homotipik sinonimləri Asperula odora Salisb. Asperula odorata L. Chlorostemma odoratum (L.) Fourr. Galium matrisylva F.H.Wigg. Heterotipik sinonimləri | https://az.wikipedia.org/w/index.php?curid=814101 |
Ətirli şaxtagülü | Ətirli şaxtagülü (lat. Helleborus odorus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü. | https://az.wikipedia.org/w/index.php?curid=141560 |
Ətirlisədo | Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü. Xarici keçidlər Ətirli sədo Ruta graveolens L. | https://az.wikipedia.org/w/index.php?curid=589124 |
Ətirnaz | Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. | https://az.wikipedia.org/w/index.php?curid=141159 |
Ətirşah | Ətirşah (lat. Geranium) — ətirşahçiçəklilər sırasının ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Avropaya XVII əsrdə gətirilib. Vətəni Cənubi Afrikadır. Dünyada 400-dən çox növü məlumdur. Bu növlər arasında xoşətirli "pelarqonium rozeum" növü diqqəti cəlb edir. Buna xalq arasında ətirşah deyilir. Azərbaycanın dərman bitkiləri Daur ətirşahı (Geranium dauricum DC.) Erkəkciyi tükcüklü ətirşah (Geranium eriostemon Fisch.) İrikökümsov ətirşah, Adi ətirşah (Geranium macrorrhizum L.) Robert ətirşahı (Geranium robertianum L.) Qırmızı ətirşah (Geranium sanguineum L.) Sibir ətirşahı (Geranium sibiricum L.) Uilford ətirşahı (Geranium wilfordii Maxim.) Digər növləri | https://az.wikipedia.org/w/index.php?curid=100642 |
Ətirşahçiçəklilər | Ətirşahçiçəklilər (lat. Geraniales) — bitkilər aləminə aid bitki dəstəsi. Ümumi məlumat Çəhrayı şamdangülü – Pelargonium zonale (L.) L′Her. ex Ait. Ətirşah fəsiləsinə 8–12 cins və 750-yə qədər növ daxildir. Fəsiləyə aid olan növlər əsasən Yer kürəsinin mülayim iqlim zonalarında yayılıb ot, kolcuq və kol bitkiləri hesab edilirlər. Fəsilənin qiymətli cinslərindən biri də şamdangülü – Pelargonium L′Her. ex Ait.-dur. Bu cins 250-ə qədər növü əhatə edib, əsasən Cənubi Afrika ərazisində yayılmışdır. Azərbaycanda isə şamdangülünün ancaq otaq şəraitində mədəni halda becərilən növ və hibridlərinə təsadüf edilir. Bunlardan otaqlarda, istixanalarda, oranjereyalarda ən çox əkilib-becəriləni çəhrayı şamdangülü — Pelargonium zonale (L.) L′Her. ex Ait. növüdür. Çəhrayı şamdangülü ən gözəl bəzək bitkisi olmaqla həm də dərman bitkisi hesab edilir. Şamdangülü gözəl ot formalı kol olub, şarformalı və yaxud çətirvari yarpaqlardan ibarət iri parlaq formalı hamaşçiçəklərə malikdir. Hamaşçiçəkləri ağ, çəhrayı, parlaq-qırmızı və həmçinin mavi rəngdə olur. Çəhrayı şamdangülünü ən çox qızlar və qadınlar sevirlər. Belə ki, bu gül onların həyatlarına sevinc və gümrahlıq bəxş edir. Bizim yaşadığımız dövrdə elmi əsaslarla izah olunmuşdur ki, şamdangülü zərərli mikroblara qarşı yaxşı təsiredici vasitə olmaqla yanaşı, ətri baş ağrılarını azaldır, yorğunluğu aradan qaldırır və yuxunu normallaşdırır. İtaliya alimləri isbat etmişlər ki, çəhrayı şamdangülü otaqda olan mənfi enerji amillərinin qarşısını alır və onların insan orqanizminə göstərdiyi xoşagəlməz hadisələri aradan qaldırır. Xalq təbabətində şamdangülündən alınan preparatlardan diareya, dizenteriya, böyrək xəstəliklərində, revmatizmdə və podaqrada istifadə edilir. Həmçinin çəhrayı şamdangülündən yaxşı qankəsici və böyrəklərdə olan daşların əridilib orqanizmdən kənar edilməsində də istifadə edilir. Çəhrayı şamdangülündən alınan efir yağı bir sıra xəstəliklərin müalicəsində ən yaxşı universal vasitə hesab edilir. Bu preparatı hazırlamaq üçün şamdangülünün yarpaqlarından götürüb, xırda hissələrə salın və üzərinə 2:5 nisbətində qızdırılmış zeytun yağı əlavə edin. Qarışığı tünd şüşə butılkaya töküb soyuducuda 2 həftə saxladıqdan sonra bir neçə qatdan ibarət tənzifdən süzün. Elə edin ki, qarışıqda kiçik bir yarpaq qırıntısı da qalmasın. Çəhrayı şamdangülündən hazırlanan yağdan istifadə etmək üçün aşağıdakı tələblərə ciddi riayət etmək lazımdır: Şamdangülünün yarpaqlarını yazda çiçək açana qədər toplamaq; Efır yağı almaq üçün ancaq yuxarıda yerləşən yarpaqlardan istfiadə etmək; İstifadə etdiyiniz çəhrayı şamdangülü birillik və yaxud heç olmasa bir dəfə çiçək açmış olsun.Kəskin bronxial astma zamanı. Şamdangülünün efir yağından 1 çay qaşığı yarpız və yaxud bədrənc bitkisindən hazırlanan çayla qəbul edin. Plevrit zamanı. Alınmış efır yağını ağ ciyərin ətraflarına (bel və döş nahiyələrinə) sürtün. Sonra yun şərf və yaxud yun parça ilə bağlayıb, çarpayıya uzanıb üstünüzü isti yorğanla örtün. Plevriti həmçinin şamdangülündən hazırlanan cövhərlə də müalicə edirlər. Bunun üçün 1 xörək qaşığı doğranmış təzə və yaxud qurudulmuş yarpağından götürüb 1 stəkan qaynar suya töküb 8 saat termosda saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən isti halda kiçik qurtumlarla gündə 3 dəfə yeməkdən sonra stəkanın 1/2 hissəsi qədər qəbul edin. Qastrit və kolit zumanı. 1 xörək qaşığı doğranmış yarpağından götürüb 1 stəkan qaynar suya töküb vam od üzərində 3–5 dəqiqə saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə, yeməyə 15–20 dəqiqə qalmış 1 xörək qaşığı qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxşılaşana qədər davam etdirin. Hipertoniya, əsəb gərginliyi zamanı. Kökündən 1 çay qaşığı götürüb 1 stəkan qaynar suya töküb qaynama dərəcəsinə çatdırıb 3–4 saat saxladıqdan sonra süzün. Dəmləmədən gündə 2–3 dəfə stəkanın 1/4 hissəsi qədər yeməkarası qəbul edin. Çibanların, kəsik və yaraların müalicəsində. Doğranmış yarpağından 2 xörək qaşığı götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyun, 6–7 dəqiqə bişirin, soyudub süzün. Aldığınız dəmləmə ilə zədələnmiş nahiyələri yuyun və yaxud kompres edin. Çətin sağalan trofik yaraların müalicəsində. Yarpağından hazırlanmış sıyığından 2 xörək qaşığı götürüb 3 hissə uşaq kremi və yaxud əridilmiş donuz piyi ilə qarışdırın. Aldığınız mazdan zədələnmiş nahiyəyə sürtün. Müalicəni hər gün təkrar edin. Mazı soyuducuda 7 həftədən çox olmamaq şərtilə saxlayıb istifadə edin. Radionuklidlərin orqanizmdəıı kənar edilməsində. Doğranmış yarpağından 1 çay qaşığı götürüb 1/2 stəkan qaynar suya töküb, 10–15 dəqiqə saxlayıb süzün və 1 xörək qaşığı qəbul edin. Müalicə kursunu 1 aydan az olmamaq şərti ilə davam etdirmək məsləhət görülür. Üçər sinir tutmalarının qarşısının alınmasında. Bir neçə şamdangülü yarpağını ağrıyan nayhiyəyə qoyub sarğı ilə bağlayın. Üstünü yun parça ilə örtün. Hər 2 saatdan bir sarğını təkrar edin. Bu əməliyyatı hər dəfə ağrı başlayan zaman təkrarlayın. Orqanizmin nahiyələrində olan duzların kənar edilməsi üçün. Doğranmış yarpaq və gövdəsindən götürüb, 1 stəkan qaynadılmış suya töküb, vam od üzərində 5 dəqiqə saxladıqdan sonra süzün. Dəmləmədən gündə 3 dəfə yemək vaxtı 1–2 çay qaşığı qəbul edin. Depressiya və zəifləmə zamanı. Şamdangülünə yaxın oturub səhər və axşam onu sevə-sevə 15–20 dəqiqə istirahət edin. Mayis Qasımov, Tofiq Məmmədov. Fitoterapiya. Bakı: Elm, 2014, 297 səh. | https://az.wikipedia.org/w/index.php?curid=136390 |
Ətli blinçik | 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün Blinçik Üçün: 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan qızartmaq üçün duru yağ Hazırlanma qaydası Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın. Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün. İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kalorili olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verilir. Ətli Blinçik | https://az.wikipedia.org/w/index.php?curid=296092 |
Ətli dovğa | Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Hazırlanma qaydası Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır. Azərbaycanın sulu xörəkləri Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine Ləziz dovğa hazırlamanın qaydası Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=86894 |
Ətli dəvəayağı | Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir. Botaniki təsviri: 20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir. Birinci daxili çiçəkyanlığından 2 dəfə qısadır. Birinci daxili çiçəkyanlığı iri, pərdəvari haşiyəli olub, çılpaqdır. Kasacığı 4- 5 mm uzunluqda, dar, qıfvaridir. Onun borucuğu 2,5-3 mm uzunluqda olub, çılpaq və ya aşağı hissəsi zəif tükcüklüdür. Büküşü 2 mm enində olub, ağ, 10 enli-yumurtavari və ya kütvari pərlidir. Tacı solğun bənövşəyidir. İyun-oktyabr ayları çiçək açır və avqust-oktyabrda toxum verir. Ekologiyası: Kserofitdir. Atropatan coğrafi elementinə daxildir. Əhəngli yamaclarda və şoranlaşmış torpaqlarda da rast gəlinir. Quraqlığa davamlıdır. Aşağı və orta dağlıq qurşaqlarda dəniz səviyyəsindən 900 –2000 metr yüksəklikdə, quru, daşlı-çınqıllı yamaclarda yaxşı bitir. Təbii halda daha çox quraq ərazilərdə yayılmışdır. Azərbaycanda yayılması: Culfa rayonunun Qazançı kəndi ətrafındakı daşlı-çınqıllı ərazilərdə yayılmışdır. İstifadəsi: Tanninlərlə zəngindir. Köklərində 13-18% aşı maddələri və qara rəngli boyayıcı maddələr vardır. Xalq təbabətində köklərindən çay dəmləyib ishala, dizenteriyaya qarşı büzüşdürücü və dezinfeksiyaedici dərman kimi qəbul edilir. Həmçinin balverən və dekorativ bitki hesab olunur. Çiçəklərində 0,020 mq-a qədər nektar vardır. Bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş istifadə oluna bilər. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh. | https://az.wikipedia.org/w/index.php?curid=524909 |
Ətli lobya şorbası | Ətli lobya şorbası — sulu yemək. Hər pay üçün: 163 q qoyun əti, 80 q qırmızı lobya, 20 q baş soğan, Hazırlanma qaydası Hərəsi 40 q çəkidə 2–3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir. | https://az.wikipedia.org/w/index.php?curid=374784 |
Ətliçörək | Ətliçörək — Konya və ətrafına xas, pidedən fərqli bir yemək. Qoyun əti, soğan, pomidor və bibər yaxşıca qarışdırılar və uzun açılan xəmirin üzərinə yayılaraq çörək sobasında bişirilər. İdeal uzunluğu 1.72 smdir. Ayran ilə birgə istehlak edilər, xüsusilə toy və sünnə mərasimlərində qonaqlara ikram edilər. Bu yeməyin bir növü də ət və pendir qarışığı ilə edilən xalq arasındakı təbiriylə (Mövlana) deyə xatırlanan yeməkdir. | https://az.wikipedia.org/w/index.php?curid=84327 |
Ətnə rayonu | Respublikanın Arça, Biektau rayonları və Mari El Respublikası (Morkinski rayonu) ilə həmsərhəddir. Rayonun ərazisi 1920-ci ilə qədər Kazan və Tsarevokokşayski qəzaları, 1920-1930-cu illərdə isə Arça kantonuna daxil idi. 10 avqust 1930-cu ildə Tukayev rayonu olaraq qurulur. 1938-ci ildə Ətnə olaraq adlandırılır. 12 oktyabr 1959-cu ildə ərazinin Tukayev rayonuna (əvvəllər Kzıl-Yulski rayonu) verilməsi ilə ləğv edilir. 25 oktyabr 1990-cı ildə Arça rayonundan ayrılmaqla bərpa edilir. Əhalinin milli tərkibiRayon respublikanın monoetnik rayonlarından biridir: əhalinin 98,6% -ni tatarlar təşkil edir. Yerli hökumət Rayon icra başçılarıXakimov Qabdulaxat Gilumxanoviç İcraiyyə Komitəsi rəhbərləriQayumov Airat Fanilevich İqtisadiyyat Rayonda buğda, çovdar, yulaf, qarabaşaq yarması, arpa, darı, noxud becərilir. Ətlik və südlük maldarlıq və qoyunçuluq inkişaf etmişdir. Kənd təsərrüfatına xidmət edən AtnyaAqrohimservis və Atninskaya selxoztexnik müəssisələri fəaliuyyət göstərir. Rayon ərazisindən Vısokaya Qora - Boyük Ətnə - Klyuçi-Sap, Böyük Ətnə - Arça, Morki - Paranqa. Rayon ərazisindən "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali (M-7) hissəsinin) magistral yol ərazisində inşa edilməsi planlaşdırılır. İnzibati ərazi bölgüsü 2014-cü ildə Bolşeatninski kənd inzibati vahidliyinə daxil olan Yeni Ətnə adlı yeni bir qəsəbə salınmışdır.. 2014-cü ildən bəri Ətnə rayonunun 12 kənd izibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir. Tanınmış şəxsləri Rəşid Rahmati Arat - Türkoloq, dilçi alim, İstanbul Universitetinin professoru. Vladislav Açalov - Sovet hərbi və siyasi xadimi. Asqat Səfərov - Rusiya dövlət xadimi və siyasətçisi. Fərid Təxaviyev (1930-1999) - Sosialist Əməyi Qəhrəmanı. Sibqat Hakim - Tatar şairi. | https://az.wikipedia.org/w/index.php?curid=634225 |
Ətraf Qənimətov | Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Hərbi xidməti Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzuli Uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) — "Hərbi xidmətdə fərqlənməyə görə" medalı | https://az.wikipedia.org/w/index.php?curid=683237 |
Ətraf mühit | Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Ətraf mühitin növləri İntral (daxili) mühit Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Ekzal mühit Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenotik mühit Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit. Aqressiv mühit Təmasda olduğu elementə dağıdıcı təsir göstərən mühit; Dispers mühit Dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers faza paylanır; Hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit; Susuz mühit Tərkibində su olmayan və ya həlledici komponent kimi su olan mühit; Neytral mühit Hidrogen göstəricisi (pH) 7 — yə bərabər olan mühit; Qida mühiti Mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq; Təbii mühit Texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir hissəsi; Qələvi mühit Hidrogen göstəricisi (pH) 7 — dən artıq olan mühit; "İnsan-ətraf mühit" sistemi Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum məsələni həll etməli olur: özünün qidaya, suya və havaya olan tələbatını təmin edir; məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə: Yer əhalisi sayının yüksək artım sürəti (demoqrafik partlayış) və onun urbanizasiyası; istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi; sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı; nəqliyyat vasitələrindən kütləvi istifadə; hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu. Ətraf mühit şəraitinin indikatoru, indikator orqanizm Ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və ya orqanizm qrupu. Ətraf mühit üzrə BMT-nin proqram; — UNEP (United Nation Environment Proqram) BMT-nin ətraf mühit üzrə (1972) Stokholm Konfransının təşəbbüsü və BMT Baş Assambleyasının qərarına (1973) əsasən başlanan Dövlətlərarası Proqram, müasir ekoloji böhranın daha gərgin problemlərinə həsr olunmuşdur: planetin səhralaşması, torpağın deqradasiyası, Yer kürəsinin meşəsizləşdirilməsi, şirin suların keyfiyyətinin kəskin pisləşməsi və miqdarının azalması, Dünya okeanının çirklənməsi və s. Proqramda dünyanın 58 dövlətinin nümayəndəsi iştirak edir, BMT-nin Baş Assambleyası tərəfindən üç ildən bir seçilir, UNEP-in mənzil ştabı Nayrobidə (Keniya) yerləşir. Ətraf mühit sənəti Ətraf mühit sənəti həm sənətdə təbiətə tarixi yanaşmaları, həm də daha yeni ekoloji və siyasi motivli iş növlərini əhatə edən bir sıra bədii təcrübədir. Tarixi Ətraf mühit sənətinin əcdadlarımızın paleolit dövrünə aid mağara rəsmləri ilə başladığını iddia etmək olar. Heç bir mənzərə (hələ) tapılmasa da, mağara rəsmləri heyvanlar və insan fiqurları kimi erkən insanlar üçün vacib olan təbiətin digər aspektlərini təmsil edirdi. "Onlar təbiətin tarixdən əvvəlki müşahidələridir. Bu və ya digər şəkildə təbiət əsrlər boyu yaradıcılıq sənətinin üstün mövzusu olaraq qalmışdır."[6] Ətraf mühit sənətinin daha müasir nümunələri mənzərə rəsmləri və təsvirlərindən qaynaqlanır. Rəssamlar yerində rəsm çəkərkən ətraf mühit və onun havası ilə dərin əlaqə yaratdılar və bu yaxın müşahidələri öz kətanlarına daxil etdilər. Con Konsteblin səma rəsmləri "təbiətdə səmanı ən yaxından təmsil edir".[7] Monenin London seriyası da rəssamın ətraf mühitlə əlaqəsini nümunə göstərir. " Ekoloji Sənət "Ətraf mühit sənəti" termini çox vaxt "ekoloji" problemləri əhatə edir, lakin onlara xas deyildir.[5] O, ilk növbədə təbii materiallardan istifadə edərək rəssamın təbiətlə əlaqəsini qeyd edir.[1][2] Konsepsiya ən yaxşı tarixi yer/Torpaq sənəti və inkişaf edən ekoloji sənət sahəsi ilə münasibətdə başa düşülür. Bu sahə, ekoloji sənətçilərin elm və fəlsəfədən gələn fikirləri qəbul etməsi faktında fənlərarasıdır. Təcrübə ənənəvi medianı, yeni medianı və istehsalın tənqidi sosial formalarını əhatə edir. İş kənddən tutmuş şəhərətrafı və şəhər, eləcə də şəhər/kənd sənayesinə qədər bütün landşaft/ekoloji şəraiti əhatə edir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=125983 |
Ətraf mühit auditi | Ətraf mühit auditi — sahibkarlıq subyekti tərəfindən və digər fəaliyyətlərin ətraf mühitin mühafizəsi sahəsində tənzimləyici tələblərə uyğunluğunun müstəqil qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində tövsiyələrin hazırlanması. Ümumdünya ətraf mühit auditinin 1970-80-ci illərin başlanğıcında olduğu qəbul edilir. Xüsusilə, Avropa İqtisadi Birliyi də ətraf mühitin yoxlanılmasına dair direktiv 1982-ci ildə qəbul edildi, 1984-cü ildə ABŞ Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi federal qurumlar tərəfindən ətraf mühitin yoxlanılması konsepsiyasını hazırladı. Rusiya İmperiyasında ilk ətraf mühit yoxlaması 1892-ci ildə qeydə alındı. "Kimyəvi Bitkilərin Açılışı və Baxımı Qaydası haqqında" Məcburi Qaydalar əslində ətraf mühitin yoxlanılması üçün ilkin sənəd idi. Ətraf mühit auditin məqsəd və vəzifələri Ətraf mühitin qorunması sahəsində siyasət və strategiyanın əsaslandırılması, İqtisadi və digər layihələrin ekoloji aspektlərinin təhlili və qiymətləndirilməsi, Ətraf mühitin mühafizəsi sahəsində qaydaların təhlili və qiymətləndirilməsi, Ətraf mühit fəaliyyətinin əsaslandırılması və başlanması, Sənaye və ərazilərin ekoloji problemlərinin müəyyənləşdirilməsi. Ətraf mühit auditin növləri Məcburi və proaktiv ekoloji yoxlamalara bölünür. Bu çərçivədə aşağıdakı növlər meydana gələ bilər: Bir təsərrüfat subyektinin ətraf mühitin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, Ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsi, İstifadə olunmuş xammalın, avadanlıqların, texnologiyaların ətraf mühit təhlükəsizliyinin qiymətləndirilməsi, Çirklənmədən iqtisadi zərərin qiymətləndirilməsi, Tullantıların təhlükə qiymətləndirilməsi, Müəyyən bir ərazidə təbiətin idarə edilməsinin rasionallığının müəyyənləşdirilməsi, Enerji istehlakının qiymətləndirilməsi və azaldılması yollarının təklifi, İstixana qazı tullantılarının həcminin müəyyənləşdirilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanması, Süni texnoloji qəzalar və təbii fəlakətlər nəticəsində ekoloji riskin qiymətləndirilməsi, Ətraf mühit problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün tədbirlərin hazırlanması, Ətraf mühit təhlükəsizlik mövzusunda qəbul edilmiş normativ hüquqi aktların əsaslandırılması. | https://az.wikipedia.org/w/index.php?curid=696865 |
Ətraf mühit fəalı | Ətraf mühit fəalı — ətraf mühiti qorumaq üçün çalışan şəxs. Ətraf mühit fəalı ekoloji hərəkatın, “insanların ekoloji cəhətdən zərərli fəaliyyətini dəyişdirərək ətraf mühitin keyfiyyətini yaxşılaşdırmağa və mühafizə etməyə çalışan siyasi və etik hərəkat” məqsədlərinin tərəfdarı hesab etmək olar. Ekoloq ətraf mühitin mühafizəsi fəlsəfəsinə sadiqdir və ya ona inanır. Ekoloqlar bəzən qeyri-rəsmi və ya alçaldıcı terminlərlə, məsələn, “yaşıllar” və “ağac həvəskarları” olaraq adlandırılırlar. Ətraf mühit hərəkatı Amerikanı bu gün 1960-cı və 1970-ci illərin əvvəllərində olduğundan daha yaşıl bir yerə çevirmişdir. Görkəmli ekoloqlar Aşağıda ətraf mühitin mühafizəsi və mühafizəsi üçün fəal lobbiçilik edən görkəmli ekoloqların qismən siyahısı verilmişdir: Qreta Tunberq Ceymi Marqolin Sofiya Kianni Kyara Sakki Teodor Ruzvelt Son illərdə təkcə Ətraf mühit fəalı deyil, həm də Ətraf mühit fəalı insanlar meydana çıxıb. Məsələn, “info-ekoloqlar” internet, kabel televiziyası və smartfonların çatışmazlıqlarından qurtularaq “zehni yaşıl məkana” çağıran fəallardır. | https://az.wikipedia.org/w/index.php?curid=748210 |
Ətraf mühit məlumatlılığı | Ətraf mühit məlumatlılığı — sosial elm adamları tərəfindən sosial media vasitəsilə periferik sosial şüurun bir formasını təsvir etmək üçün istifadə olunan termin. Bu şüur internetdə sosial şəbəkə platformaları vasitəsilə öz dostları və həmkarları ilə nisbətən daimi təmasdan irəli gəlir. Termin mahiyyətcə insanın sosial dairəsi ilə davamlı əlaqə yaratmağa imkan verən bu media vasitələrinin daimi istifadəçisi olmaqla, hər yerdə mövcud olan bilik növünü müəyyən edir. "The New York Times"dan Kliv Tompsona görə, ətraf mühiti dərk etmək "daha çox kiminsə yanında olmaq və xırda şeylər vasitəsilə bədən dili, ah çəkmələr, boş şərhlər kimi əhval-ruhiyyəni öyrənməyə oxşayır". Akademik Andreas Kaplan ətraf mühit məlumatlılığını "müntəzəm və daimi qəbul və/yaxud sosial media vasitəsilə informasiya fraqmentlərinin mübadiləsi yolu ilə yaradılan məlumatlılıq" kimi müəyyən etmişdir. Bir-birinin rəqəmsal məlumatlarını mütəmadi olaraq izləyən iki dost söhbət etmək üçün fiziki olaraq əlaqədə olmadan artıq bir-birlərinin həyatından xəbərdar ola bilərlər. Sosial medianın əhəmiyyətli bir xüsusiyyəti onun da istehlak edənlər tərəfindən yaradılmasıdır. Əsasən, bu fenomendə iştirak edənlər yeniyetmələr, kollec yaşında olan və ya gənc yetkin mütəxəssislərdir. Mədəni antropoloq və İrvayn Kaliforniya Universitetinin rezidensiyasında professor olan Mimi İtoya görə, mobil cihaz sosial media yaratmaq və yaymaq üçün istifadə edilən ən böyük proksi cihazdır. O, mobil cihazlardan istifadə edərək "yeniyetmələrin öz medialarını ələ keçirib istehsal etdiklərini və bir-birləri ilə daimi mühit əlaqəsində olduqlarını" qeyd etmişdir. Adətən, bunu edən zaman onlar öz smartfonları, planşetləri və ya digər oxşar cihazları vasitəsilə musiqi və ya video məzmunu kimi digər media formalarını istehlak edirlər. Sosial alimlər hesab edirlər ki, öyrənmə və multitasking bir transformasiyaya məruz qalmışdır. Bu transformasiya rəqəmsal nəslin işçi qüvvəsinə daxil olmasının nəticəsidir. Onlar öyrənmə metodlarını birləşdirdikcə yeni sima meydana çıxır və bu, standart biznes modellərini yenidən formalaşdırır. Professorlar Kaplan və Henlayn ətraf mühitin məlumatlılığını "Twitter" kimi mikrobloq saytlarının uğurunun əsas səbəblərindən biri hesab edirlər. Biznes proseslərində Veb-əsaslı əməkdaşlıq alətləri və sosial layihə idarəetmə paketləri çoxaldıqca bu məhsullara fəaliyyət axınlarının əlavə edilməsi biznes kontekstinə xas mühit məlumatlılığının yaradılmasına kömək edir. Beləliklə, onlar sosial layihə menecmenti sahəsində platformalar kimi yeni məhsullar sinfi istehsal edirlər. Həmçinin bax Alqoritmik radikallaşdırma | https://az.wikipedia.org/w/index.php?curid=822952 |
Ətraf mühit sənəti | Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. Ətraf mühitin növləri İntral (daxili) mühit Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti Ekzal mühit Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; Biosenotik mühit Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit. Aqressiv mühit Təmasda olduğu elementə dağıdıcı təsir göstərən mühit; Dispers mühit Dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers faza paylanır; Hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit; Susuz mühit Tərkibində su olmayan və ya həlledici komponent kimi su olan mühit; Neytral mühit Hidrogen göstəricisi (pH) 7 — yə bərabər olan mühit; Qida mühiti Mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq; Təbii mühit Texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir hissəsi; Qələvi mühit Hidrogen göstəricisi (pH) 7 — dən artıq olan mühit; "İnsan-ətraf mühit" sistemi Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum məsələni həll etməli olur: özünün qidaya, suya və havaya olan tələbatını təmin edir; məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s.-dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə: Yer əhalisi sayının yüksək artım sürəti (demoqrafik partlayış) və onun urbanizasiyası; istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi; sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı; nəqliyyat vasitələrindən kütləvi istifadə; hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu. Ətraf mühit şəraitinin indikatoru, indikator orqanizm Ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və ya orqanizm qrupu. Ətraf mühit üzrə BMT-nin proqram; — UNEP (United Nation Environment Proqram) BMT-nin ətraf mühit üzrə (1972) Stokholm Konfransının təşəbbüsü və BMT Baş Assambleyasının qərarına (1973) əsasən başlanan Dövlətlərarası Proqram, müasir ekoloji böhranın daha gərgin problemlərinə həsr olunmuşdur: planetin səhralaşması, torpağın deqradasiyası, Yer kürəsinin meşəsizləşdirilməsi, şirin suların keyfiyyətinin kəskin pisləşməsi və miqdarının azalması, Dünya okeanının çirklənməsi və s. Proqramda dünyanın 58 dövlətinin nümayəndəsi iştirak edir, BMT-nin Baş Assambleyası tərəfindən üç ildən bir seçilir, UNEP-in mənzil ştabı Nayrobidə (Keniya) yerləşir. Ətraf mühit sənəti Ətraf mühit sənəti həm sənətdə təbiətə tarixi yanaşmaları, həm də daha yeni ekoloji və siyasi motivli iş növlərini əhatə edən bir sıra bədii təcrübədir. Tarixi Ətraf mühit sənətinin əcdadlarımızın paleolit dövrünə aid mağara rəsmləri ilə başladığını iddia etmək olar. Heç bir mənzərə (hələ) tapılmasa da, mağara rəsmləri heyvanlar və insan fiqurları kimi erkən insanlar üçün vacib olan təbiətin digər aspektlərini təmsil edirdi. "Onlar təbiətin tarixdən əvvəlki müşahidələridir. Bu və ya digər şəkildə təbiət əsrlər boyu yaradıcılıq sənətinin üstün mövzusu olaraq qalmışdır."[6] Ətraf mühit sənətinin daha müasir nümunələri mənzərə rəsmləri və təsvirlərindən qaynaqlanır. Rəssamlar yerində rəsm çəkərkən ətraf mühit və onun havası ilə dərin əlaqə yaratdılar və bu yaxın müşahidələri öz kətanlarına daxil etdilər. Con Konsteblin səma rəsmləri "təbiətdə səmanı ən yaxından təmsil edir".[7] Monenin London seriyası da rəssamın ətraf mühitlə əlaqəsini nümunə göstərir. " Ekoloji Sənət "Ətraf mühit sənəti" termini çox vaxt "ekoloji" problemləri əhatə edir, lakin onlara xas deyildir.[5] O, ilk növbədə təbii materiallardan istifadə edərək rəssamın təbiətlə əlaqəsini qeyd edir.[1][2] Konsepsiya ən yaxşı tarixi yer/Torpaq sənəti və inkişaf edən ekoloji sənət sahəsi ilə münasibətdə başa düşülür. Bu sahə, ekoloji sənətçilərin elm və fəlsəfədən gələn fikirləri qəbul etməsi faktında fənlərarasıdır. Təcrübə ənənəvi medianı, yeni medianı və istehsalın tənqidi sosial formalarını əhatə edir. İş kənddən tutmuş şəhərətrafı və şəhər, eləcə də şəhər/kənd sənayesinə qədər bütün landşaft/ekoloji şəraiti əhatə edir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=819234 |
Ətraf mühitin gigiyenası | Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur. Xarici keçid Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu Həmçinin bax Ətraf mühit | https://az.wikipedia.org/w/index.php?curid=503274 |
Ətraf mühitin iqtisadiyyatı | Ətraf mühitin iqtisadiyyatı (ing. environmental economics) — təbiət və cəmiyyət arasındakı münasibətlərin iqtisadi aspektlərini öyrənən iqtisadi elm sahəsidir. ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun Ətraf İqtisadiyyatı Proqramında deyilir: “... ətraf mühitin iqtisadiyyatı sahəsi ... dünyada və ya yerli ətraf mühit siyasətinin iqtisadi təsirlərinin nəzəri və empirik tədqiqatlarıdır ... havanın çirklənməsi, suyun keyfiyyəti, zəhərli tullantılar, qatı tullantıların atılması və saxlanması və qlobal istiləşmə ilə əlaqəli ekoloji siyasət ". Ətraf mühitin iqtisadiyyatı ekoloji iqtisadiyyatından fərqlənir ki, ətraf mühit iqtisadiyyatı iqtisadiyyatı təbii kapitalın qorunmasına önəm verərək ekosistemin alt sistemi kimi vurğulayır. Alman iqtisadçılarının bir sorğusu ekoloji iqtisadiyyat və ətraf mühit iqtisadiyyatının fərqli iqtisadi düşüncə məktəbləri olduğunu göstərdi, ətraf mühit iqtisadçıları ətraf mühitin "güclü" dayanıqlığını vurğuladılar və insan ("fiziki") kapitalının təbii kapitalı əvəz edə biləcəyini inkar etdilər. Problemlər və anlayışlar Bazar uğursuzluğu Ətraf mühit iqtisadiyyatının mərkəzində bazar uğursuzluğu anlayışı durur. Bazar uğursuzluğu, bazarların resursları səmərəli şəkildə paylaya bilməməsi deməkdir. Henli, Şoqren and Vayt (2007) iddia etdikləri kimi: "Bazar uğursuzluğu, bazarın ən böyük ictimai rifahı təmin etmək üçün məhdud mənbələr ayırmadığı zaman meydana gəlir. Bazar uğursuzluğunun ümumi formaları xarici təsirləri, istisna etməməyi və rəqabətə davamlılığı əhatə edir. Xarici təsir Xarici təsir insan bazar qiymətində əks olunmayan bir şəkildə digər insanları təsir edən seçimlər etdikdə mövcud olur. Xarici cəhətlər müsbət və ya mənfi ola bilər, lakin ümumiyyətlə ətraf mühit iqtisadiyyatındakı mənfi xarici təsirlərlə əlaqələndirilir. Məsələn, yuxarı mərtəbələrdəki yaşayış binalarındakı suyun sızması alt mərtəbələrə təsir göstərir . Digər bir nümunə, Amazon ağacının satışında kəsmə zamanı sərbəst buraxılan karbon dioksid miqdarının necə nəzərə alınmadığı ilə bağlıdır. Və ya çirklənmə yayan firma adətən çirklənmənin başqalarına vurduğu xərcləri nəzərə almır. Nəticədə, çirklənmə bazarın çirklənmənin hesablanması tələb olunarsa mövcud olan "sosial cəhətdən səmərəli" səviyyəni aşa bilər. Kennet Errou və Ceyms Midin təsiri altında olan klassik tərif Heller və Starrett (1976) tərəfindən verilmişdir ki, ekstermalizmi “özəl iqtisadiyyatın müəyyən mallar üçün potensial bazar yaratmaq üçün kifayət qədər stimul olmadığı və bu bazarın olmamasının Pareto səmərəliliyinin itirilməsinə səbəb olduğu bir vəziyyətdir. " İqtisadi terminologiyada xarici təsirlər sərbəst bazarın təsirli bir nəticə vermədiyi bazar uğursuzluqlarına nümunədir. Ümumi mülk və ya icma mənbələri Bəzi insanların ekoloji mənbəyə daxil olmasını istisna etmək çox baha başa gəldikdə, mənbəyə ya ümumi mülkiyyət mənbəyi deyilir (bir şəxsin mənbədən istifadə etməsi digərlərinin resursdan istifadə etmə qabiliyyətini azaltması üçün resurs üçün rəqabət olduğu zaman) və ya ictimai mənfəət (resurs rəqabətdə istifadə edilmədikdə). İstisnasız olaraq, hər halda, bazar bölgüsünün təsirsiz qalacağı ehtimal olunur. Bu problemlər çoxdan tanınmışdır. Hardinin paylaşılan mənbələr faciəsi konsepsiyası (1968) istisna edilməmə və paylaşılan mülkiyyət problemlərini populyarlaşdırdı. “Paylaşılan mənbələr” ətraf mühitin özünə aiddir, “ümumi mülkiyyət mənbəyi” və ya “paylaşılan hovuz mənbəyi”, kollektiv qurumun başqalarını istisna edən sxemlər hazırlamasına və bununla da gələcək fayda axınlarının alınmasına imkan verən mülkiyyət hüquqları rejiminə aiddir; və "açıq giriş" hər kəsin sahib olduğu mülkün heç kimə məxsus olmaması mənasında heç bir mülkiyyət nəzərdə tutmur. Əsas problem ondadır ki, insanlar ümumi mənbələrin azlığının dəyərini görməzdən gəlsələr, nəticədə ehtiyatların çıxarılmasına (balıq ovu kimi) çox səy sərf edə bilərlər. Hardin, məhdudiyyətlər olmadığı təqdirdə, açıq mənbəli bir qaynaq istifadəçilərinin bunun üçün ödəməli olduqları və müstəsna hüquqlara sahib olduqlarından daha çox istifadə edəcəklərini və yaşayış mühitinin məhv edilməsinə gətirib çıxaracağını təklif edir. Bununla birlikdə, Ostrom (1990), ümumi mülkiyyətin həqiqi mənbələrindən istifadə edən insanların ümumi mülkiyyətdəki faciə riskini azaltmaq üçün özünüidarə qaydalarını müəyyənləşdirmək üçün necə çalışdıqlarına baxın . İqlim dəyişikliyinin azaldılması ictimai faydaların bazar qiymətində tam əks olunmadığı bir ictimai malın bir nümunəsidir. İqlim dəyişikliyi ilə əlaqəli risklər rəqabətə davamlı olmadığı və ya istisna edildiyi üçün bu bir ictimai maldır. Bu cür səylər bir-biri ilə rəqabət etmir, çünki bir adama verilən təsir azaltma tədbirləri başqalarının istifadə etdiyi təsir azaltma səviyyəsini azaltmır. Bunlar istisna edilə bilməyən hərəkətlərdir, çünki heç kimdən məhrum edilə bilməyəcəyi qlobal nəticələrə səbəb olacaqdır. Ölkələrin karbon emissiyasına qarşı mübarizəyə sərmayə qoyma təşviqi azalır, çünki sərbəst sürücünün təsirini tetikleyebilir. Bir əsrdən çox əvvəl, İsveçli iqtisadçı Knut Viksel (1896) ilk dəfə bazarın ictimai malları necə qiymətləndirə bilməyəcəyindən bəhs etdi, çünki insanlar yaxşılıq üçün üstünlüklərini gizlədə bilər, lakin yenə də mallarını ödəmədən zövq alırlar. Qlobal biokimyəvi dövrlər Ətraf mühitin iqtisadi dəyərinin qiymətləndirilməsi bu sahədə əsas mövzulardan biridir. İstifadələr və dolayı istifadələr təbii qaynaqlardan və ya ekosistem xidmətlərindən əldə olunan maddi faydalardır (bax: Beynəlxalq Ətraf Mühiti İqtisadiyyatı Cəmiyyətinin Ətraf Mühit İqtisadiyyatı bölməsinə). İstifadəsiz dəyər mövcudluq, alternativlər və təbii miras dəyərlərini əhatə edir. Məsələn, bəzi insanlar növlərin itirilməsinin ekosistem xidmətlərinə təsirindən asılı olmayaraq müxtəlif növlərin mövcudluğunu qiymətləndirə bilərlər. Bu növlərin mövcudluğu alternativ bir dəyərə sahib ola bilər, çünki bunlardan bəzi insan məqsədləri üçün istifadə olunma ehtimalı ola bilər. Məsələn, bəzi bitkilər dərman üçün test edilə bilər. Fərdlər övladlarına təmiz bir mühit buraxma fürsətini qiymətləndirə bilərlər. İstifadənin dəyəri və dolayı istifadənin dəyəri, tez-tez istirahət səyahətinin dəyəri və ya müşahidə olunan qiymətlərə əsasən qiymətləndirilən hedonik metodların istifadəsi kimi müəyyən edilmiş davranışlardan çıxarıla bilər. İstifadəsiz dəyər ümumiyyətlə şərti qiymətləndirmə və ya seçim modelləşdirmə kimi müəyyən edilmiş üstünlük metodları ilə qiymətləndirilir. Şərti qiymətləndirmə ümumiyyətlə anket şəklində olur, burada insanların ətraf mühiti müşahidə etmək və yenidən yaratmaq üçün nə qədər pul verəcəkləri (ödəmək istəyi) və ya ekoloji malın məhvinə görə kompensasiya qəbul etmək istəyi (WTA) istənilir. Hedonik qiymət, ətraf mühitin iqtisadi qərarlardakı təsirini mənzil qiymətləri, səyahət xərcləri və park ziyarətləri ilə araşdırır. | https://az.wikipedia.org/w/index.php?curid=673755 |
Ətraf mühitin keyfiyyəti | Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. Ətraf mühitin keyfiyyətinin normaya salınması Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi. Xarici keçid Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu Həmçinin bax Ətraf mühit | https://az.wikipedia.org/w/index.php?curid=503270 |
Ətraf mühitin monitorinqi | Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemdə monitorinq Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır:Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinqin növləri Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir. Ətraf mühitin çirklənməsinin öyrənilməsində də monitorinq intensiv inkişaf edir. Bioloji monitorinq Təbii mühitin müşahidə elementi kimi onun biotası götürülür. Genetik monitorinq Bu monitorinqdə müxtəlif populyasiyaların genetik əlamətləri müşahidə olunur. Geofiziki monitorinq Bu monitorinqdə təbii mühit elementlərinin bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır. Beynəlxalq monitorinq Əraziləri eyni mənbədən eyni tipli çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq. Milli monitorinq Yalnız bir dövlətin çərçivəsində və marağında həyata keçirilən monitorinq. Ekoloji monitorinq Təbii mühitin müşahidə elementi kimi ekosistem götürülür. Xarici keçid Ekoloji monitorinq Arxivləşdirilib 2017-10-13 at the Wayback Machine Həmçinin bax Ekoloji monitorinq | https://az.wikipedia.org/w/index.php?curid=504279 |
Ətraf mühitin çirklənməsi | Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər. Çirklənməyə qarşı ciddi nəzarət qoyulmaması bəşəriyyət qarşısında böyük problem sayılır. Kirlənmə haqqında ümumi bilgilər Kirlənmənin mənşəyi çox çeşidli ola bilər. Onların arasında təkcə sənaye müəssisələri və istilik-enerji kompleksləri deyil, həmdə məişətin, heyvandarlığın, nəqliyyatın tullantıları, eləcə də ekosistemlərə insanın gətirdiyi gəmirici və ziyanvericilərə qarşı istifadə edilən maddələrdir. Ekoloji baxımdan kirlənmə təkcə hava, torpaq və suya onlara yad olan maddələrin tullantıların atılması demək deyil. Istənilən durumda kirlənmə bütün ekosistemə ziyan vurur. Bundan başqa, bir çeşid maddələrin həddən artıq çoxalası ekoloji faktorlarının dəyişməsi deməkdir, çünki ziyanlı maddələr əslində o qəbildəndirlər. Deməli belə olanda bu faktorların rejimi və tərkibi bu, ya da başqa canlının ekoloji dözümlülülük həddinə uyğun gəlmir. Belə olduqda, ekosistemdə maddələr mübadiləsi pozulur, ziyanlı maddələrin təbii həll olunmasında (assimilyasiyasında) əngəllər törənir. Beləliklə ekoloji baxımdan kirlənməyə belə bir tərif vermək olar: kirlənmə bu, ya da başqa ekoloji sistemə, ona xass olmayan və onu son olaraq yararsız edib məhsuldarlığını azaldan, madələr dövriyyəsinin qarşısını alan, onların assimilyasiyasını və enerji axınını kəsən canlı ya da cansın komponentlərin gətirilməsidir. Mühitin kirlənməsi çətin çoxyönlü prosesdir. İstehsalatın tullantıları öncə olmadıqları yerlərdə ortalığa çıxırlar. Onların çoxusu kimyavi baxımdan aktiv olur və canlıların bədənlərində olan molekullarla reaksiyalara girirlər, ya da havada oksidləşirlər (turşuyurlar). Belə olanda onlar canlılar üçün zəhərə çevrilirlər. Kirlənmənin nəticələri heç də hər zaman özlərini birbaşa göstərmir. Onların açıq görsənən görsəntilərinə kizli gedən proses gətirib çıxardır. Buna görə indi alimlər kirlənmənin dərəcəsinin nə olduğunu ən başlanqıc mərhələlərdə axtarırlar. Bununla belə, kirlənmə təkcə zərərli maddələrin çevrəyə tullanması deyildir. Örnək üçün, soyuducu sistemlərin sularını təbii hövzələrə buraxanda, orada təbii temperatur rejimi dəyişir.. Bu da temperatur kirlənməsidir. Səsin və işıqlanma dərəcəsinin aşması da kirlənmə sayılır. Kirləndiricilərin çeşidləri Kirləndiricilər minlərlə kimyəvi və zəhərləndirici maddələr, özəlliklə də metallar və oksidlər, eləcə də aerozollardır. Bu kimi maddələr tullantı mənbələrinin fərqli olmasına baxmayaraq, tərkiblərinə və təsirlərinə görə eyni ola bilərlər. Belə ki, karbohidrogenlər havaya qaz-neft sənayesinintullantısı kimi də, yanacağın yandırılmasının məhsulu kimi də çıxır. çevrəyə atılmış, ya da öz adi miqdarını aşan hər bir fiziki varlıq, kimyavi maddə və canlı (daha çox mikroorqanizmlər) kirləndirici ola bilər. Bioloji proseslərlə dağılan və dağılmayan antropogen kirləndiricilər vardır. Birincilər təbii maddələr dövriyəsinə girib ortalıqdan çıxarılır ya da başqa bioloji maddələrdə həll olurlar. İkincilər isə təbii olaraq həll olunmur. Buna görə orqanizmlərə düşüb həzm olunurlar. Çevrənin kirlənməsinin təbii və antropogen növləri Çevrəmizin kirlənməsinin təbii (vulkannın püskürməsi, sellərin axması kimi hansısa təbii olaylar sonu yaranmış) və antropogen (insan fəaliyyətinin sonu ortalığa çıxmış) növləri vardır. Antropogen növü isə öz növbəsində aşağıdakı növlərə bölünür: Bioloji — təbii ya da insan fəaliyyəti sonu yaranan; Mexaniki – fiziki və kimyavi fəsadlara gətirib çıxartmayan yalnız mexaniki cəhətdən çevrəni kirlədən ünsürlərlə yaranan; Kimyavi – mühitin təbii kimyavi özəlliklərini dəyişən maddələrin təsiri ilə yaranan. Çevrəmizin fiziki və mikrobioloji kirlənməsi Fiziki kirlənmənin aşağıdakı növləri vardır: Termal – temperaturun artması sonu yaranan. Buna səbəb müəssisələrin bacalarla havaya püskürdüyü isti buxar, buraxdıöı isti sular kimi amillər olur. İşıq – süni işıq mənbələrinin təsiri altında bitki və heyvanların yaşamında mənfi dəyişmələrə gətirib çıxardan təbii işıqlandırılmasının pozulması sonu yaranır; Səs – təbii səs səviyyəni aşan və canlılar üçün səs-küyə çevirilən, zaman-zaman təkrarlanan proseslərin sonu yaranır; Elektromaqnit – mühitin elektromaqnit şüalanma fonunun dəyişməsi sonu yaranır. Buna örnək təbiətə elektrik naqillərindən, radio və televiziya ötürücülərindən, bəzi sənaye qurğularından dəyən ziyandır. Bu da zərif bioloji strukturlarda dəyişmələrə, qlobal və yerli səviyyədə geofizik anomaliyalara gətirib çıxardır. Radioaktiv — çevrədə radioaktiv maddələrin təbii səviyyəsinin aşması sonu yaranır Mikrobioloji – insan fəaliyyətinin nəticəsində çoxlu sayda surətlə artan mikrobların yaranması və surətlə artması sonu yaranır. Torpaqların kirlənməsi Antropogen təsiri altında torpaqlarda kimyavi maddələrin miqdarının o yer üçün normal həddinin aşması ilə müşayiət olunan torpaqların çirklənib sıradan çıxmasıdır. Çeşidli maddələrlə kirlənmənin başlıca göstəricisi bu maddələrin çevrədəki canlılara mənfi təsiridir. Çünki ayrı ayrı canlıların kimyavi təsirə dayanıqlılığa bir-birindən fərqlənir. Təbii mühitlə müqayisədə, insanı bürüyən mühitdə, onun fəaliyyətinin sonu olaraq, çeşidli kimyavi maddələrin miqdarı görsənən qədər çoxdur. Bu təhlükə hətta bu maddələrə yüksək dayanıqlı canlılar üçün də təhlükəli ola bilər. Torpaqların kirlənməsi ekosistemin və yerin tükənməsinin ən təhlükəli növüdür. Litosferin çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Bu zaman əsas çirkləndiricilər — metallar və onların tullantıları, gübrələr, kimyəvi zəhərli və radioaktiv maddələr, məişət tullantılarıdır. ABŞ-də hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür. Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12–15 mln təşkil edir. Suların kirlənməsi Suların kirlənməsi çeşidli çirkləndiricilərin dənizlərə, çaylara, göllərə, yeraltı sulara düşməsidir. Bu da ziyanlı maddələrin sulara düşməsinin qarşısını alan qurğuların olmaması ya yararsız olması və bu yöndə başqa tətbirlərin görülməməsi üzündən baş verir. Çox vaxt suların kirlənməsi gözə görsənməyərək qalmaqda olur, çünki çirkləndiricilər suda həll olunmuşolurlar. Ancaq burada istisnalar da vardır: örnək kimi köpüklənən vasitələri, sular özərində üzən neft ləkələrini, şirkli axınları göstərmək olar. Bir neçə təbii çirkləndiricilər vardır. Onlardan biri yerdə olan alyuminiumdur.. Kimyavi reaksiyaların sonu o suların tərkibinə girərək onları çirkləndirir.Başqa təbii çirkləndirici magniumdur. O da balıqlara ziyan yetirir. Ancaq təbii çirkləndiricilərin həcmi, insanın iatehsal etdiyi çirkləndiricilərlə müqayisədə çox azdır. Hər il su hövzələrinə minlərlə çirkləndirici maddələr axıdılır. Onların təsirinin nə ilə sonuclanacağı çox vaxt bilinmir. Bu maddələrin çoxu yeni kimyavi maddələrdir. Sularda insan fəaliyyəti sonu ağır metallar (kalsium, kadmium, civə, qurquşun, xrom kimi), pestisidlər, nitratlar, fosfatlar, neft məhsulları axıdılır. Hər il 12 million ton ntftin sulara axıdılması bilinməkdədir. Atom elektrik stansiyalardan sulara radioaktiv maddılır də düşməkdədir. Təmizlənməmiş suların hövzələrə axıdılması sonu suyun mikobioloji kirlənməsi baş verir. Beynalxalq Səhiyyə Nazirliyinin göstəricilərinə görə dünyada xəstəliklərin 80%-i elə suların aşağı keyfiyyətindən və antisanitar durumundan baş verir. Kəndlərdə isə suyun keyfiyyəti problemi daha kəskindir. Dünyanın kənd əhalisinin 90%-i içmək və çimmək üçün təmizlənməmiş sulardan istifadə edirlər. Hidrosferin çirklənməsi çaylara, göllərə və dənizlərə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn, Dunay, Sena və Temza çaylarının, ABŞda Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının və MDBdə olan bir çox iri çayların (Dnepr,Kür,Amudərya, Sırdərya) həddən artıq çirklənməsinə səbəb olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir. Dünya Okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan 10 mln. tona qədər neft və neft məhsulları tökülür. Materiklərin daxilində və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə yüksək dərəcədə çirklənmişdir. Onlara Aralıq, Şimal dənizi, Baltik, Qara dənizi, Yapon dənizi, Karib dənizini, Qvineya,İran, Meksika, Biskay körfəzlərini aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə bu su hövzələri üçün böyük təhlükə törədir. Havanın kirlənməsi Havanın kirlənməsi çeşidli qazların, buxarların və bərk hissəciklərin havaya keçməsinin nəticəsində yer atmosferinin hər bir istənilməz dəyişməsidir. Bu da təbii proseslər ya da insanın fəaliyyətinin sonu ola bilər. Çirkləndiricilərin 10%-ə yaxını atmosferə külün, toz halında olan turşüların, zəhərli qazların çıxması ilə müşayiət edilən vulkanın püskürməsi kimi təbii gəlakənlər sonu çıxır. Atmosferə həm də dəniz sularından və çürüyən bitkilərdən ayrəlan küküdr də çıxmaqdadır. Meşə yanğınları sınu da atmosferə böyük miqdarda tüstü və toz girir. Havada olan mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər) insanlarda xəstəliklərə yoluxmasına və allergiyanın çeşidli formalarının yayılmasına gətirib çıxardır. Yerdə qalan 90% çirkləndiricilər insan fəaliyyətinin sonu atmosferə yol açırlar. Bunlar elektrostansiyalarda və avtomobillərdə yandırılar yanacaqların tüstüləri, tozların çıxması ilə sonuclanan istehsal gücləri kimi vasitələrdir. Atmosferə çıxan çirkləndirici maddələr mənbəyindən ayrılıb uzaq məsafələrə yayılırlar. Sonra, yağışla, qarla və dolu ilə qarışaraq yenidənbərk hissəciklər, damcılar ya da kimyavi maddələr formasında yenidən yer üzünə yağırlar. Bu da insan sağlamlığına, eləcə də başqa canlılara mənfi təsir edir. Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı (aerozollar) xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr arasında turşulu yagışlara səbəb olan kükürd dioksid (SO2) daha təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən Avropa, Şimali Amerika, bir çox Asiya ölkələri, Latın Amerikasında (Braziliya) geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik miqdarı 6 mlrd tondan çoxdur. Bu tullantıların əsas hissəsi ABŞ, Çin, Rusiya, Yaponiya və Almaniyanın payına düşür. Kosmosun kirlənməsi Kosmik zibil kosmosda olan nə vaxtsa işlədilən və indi heç nəyə yararlı olmayan, ancaq kosmik gəmilər üçün təhlükə törədən bütün sünü obyektlərlə onların fraqmentləridir. Bəzi durumlarda tərkibində daha təhlükəli maddələr (radioaktiv, toksik) olan kosmik zibil yer kürəsi üçün də təhlükəli ola bilər. Çünki onlar orbitlərindən yayınıb yer atmosferinə girib yaşayış məntəqələrinə tökülə bilərlər. Kosmik zibillər problemi ilk kosmik gəmilərin və peyklərin orbitə şıxarılmasından sonra gündəmə gəldi. Bu barədə BMT-də özəl məruzələr də dinlənildi. Orada qeyd edildi ki kosmosun zibillənməsi hansısa bir ölkə üçün deyil bütün yür kürəsi üçün təhlükəlidir. 2009-cu ilin hesabatlarına görə Yer ətrafında 300000-ə yaxın zibil hissələr dolanır. Belə getsə, yerin yaxınlığında olan fəza tamam zibillənib, gələcəkdə kosmik üçuşlara, peyklərin buraxılmasına ciddi maneələr törədəcək. Ekoloji problemlərin həlli yolları Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmək olar. Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir. İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnologiyanın işlənib hazırlanması və tədbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir. İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi, əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər, tikinti materialları aiddir.İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi inkişaf etməkdə olan ölkələrdə (İEÖ) aparılır. Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat (YUNEP)yaradılmışdır. Təbiəti mühafizə sahəsində "Təbiətin qorunması üzrə Ümumdünya Xartiyası" qəbul edilmişdir. Bu sahədə görülən işlərin ən mühümü xüsusi qorunan təbii ərazilərdir. Yeni eranın başlanğıcında dünyada onların sayı 11.5 mindən çox olmuş və 12 mln. km² ərazi tutmuşdur. Çevrəmizin kirlənməsinin nəticələri Kirlənmə sonrası ayrı-ayrı ekosistemlər, eləcə də biosferanın dağılması prosesləri baş verir. Bunun sonunda münbit torpaqlar tükənir, ekosistemlərin və biosferanın məsuldarlığı enir. Çirklənmələr insanın fiziki və mənəvi durumuna mənfi təsir edir. Havada, torpaqda və sularda olan ziyanlı kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəyə çevirilir. Onlar həm də immuniteti zəyiflədir. Kirlənmə sonrası havaların istiləşməsi qarların və buzların əriməsinə gətirib çıxardır. Bu da dənizlərin səviyyəsinin qaxması, qurunun su basğınına məruz qalması təhlükəsini yaradır. Eyni zamanda mülayim iqlimli yerlərdə tropik xəstəliklər yayılır. Çünki istiləşmə nəticəsində tropik bakteriyalar o iqlimlərə dözümlü olub yayılırlar. Kirlənmənin nəticəsində heyvan və bitki növləri məhv olur. Buzların əriməsi sonu quzeydə, quraqlıqlar sonu isə güneydə heyvan və bitki növləri yer üzündən silinib gedir. Balıqların bir çox növləri suların kirlənməsi üzündən ölür. Çox böyük surətlə gedən inkişaf sonrası bir çox canlılar buda dözümluluk göstərə bilmədiyindən məhv olur. Bununla da bütün yer kürəsində həyatın axarı dəyişir. Çirkləmə sonrası olaylarda əhalinin göçü (miqrasiyası) baş verir. Bu da texnogen fəlakətlər, dənizlərin qurulara irəliləməsi, temperaturun qalxması və bunun sonrası quraqlığların düşməsi nədəni ilə olur. Belə olanda da dünyanın bir bölgələrində əhali surətlə artır, başqaları isə boşalır.. Bu da çeşidli qarşıdurmaları, cinayətlərin artmasına və aclığa gətirib çıxardır. | https://az.wikipedia.org/w/index.php?curid=359304 |
Ətraf mühitə ekoloji ziyan | Ətraf mühitə ekoloji ziyan — ətraf təbii mühitin çirklənməsi, onun resurslarinin tükənməsi, ekoloji sistemin dağılması, maddələr mübadiləsi və enerjinin pozulması, cəmiyyət və təbiətin harmonik inkişafı və s. kimi ətraf təbii mühitin vəziyyətinin neqativ dəyişməsi. Ətraf mühitə texnoloji təsir Ətraf mühitə texnoloji təsir biosferə ən təhlükəli təsirdir. Ətraf mühitə zərərli təsir Ekoloji sistemin ayn-ayn komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi,bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslar- xassəsi müxtəlif əhali qrupu üçün (məs., uşaqlardan israfçılıqla istifadə edilməsi ilə müşayiət böyüklər, sağlam-xəstə, aboriqen-liqrant olunan fəaliyyət. Xarici keçid Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu Həmçinin bax Ətraf mühit | https://az.wikipedia.org/w/index.php?curid=503275 |
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya | Konvensiyanın inkişafı SSRİ-nin təşəbbüsü ilə başlandı, imzalanma üçün açılışı 18 may 1977-ci ildə baş verdi və 5 oktyabr 1978-ci ildə qüvvəyə mindi. 1997-ci ilin ortalarından etibarən, SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası da daxil olmaqla 58 dövlət iştirakçı oldu. Müqavilə çərçivəsində iştirakçılar təbiətə yaradıcı təsir və ətraf mühitin dinc istifadəsi sahəsindəki işlər barədə elmi və texniki məlumat mübadiləsində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Konvensiya konstruktiv məqsədlər üçün təbii proseslərə təsirində maneə yaratmır, lakin müddəalarına bütün iştirakçı dövlətlər tərəfindən ciddi şəkildə əməl olunmasını təmin etmək üçün bir sıra sərt tədbirləri nəzərdə tutur. Konvensiyanın müddəalarının pozulması barədə məlumat varsa, istənilən dövlət birbaşa BMT Təhlükəsizlik Şurasına şikayət etmək hüququna malikdir . Bundan əlavə, hər hansı bir iştirakçı ölkənin ətraf mühitdəki şübhəli hadisələrin faktiki hallarını aydınlaşdırmaq və qiymətləndirmək üçün bir aydan gec olmayaraq toplanmalı olan bir Mütəxəssis Məşvərət Komitəsinin çağırılması üçün BMT Baş Katibinə rəsmi bir müraciət göndərmək hüququ vardır. Konvensiyanın razılaşmalarının müddəti məhdud deyil, açıq sənəddir, yəni hər bir dövlət istənilən vaxt müstəqil olaraq ona qoşulmaq hüququna malikdir. Mətni giriş, on məqalə və Əlavədən ibarətdir. Xarici keçidlər The text of the agreement compiled by the NGO Committee on Education Ratifications A Political Primer on the ENMOD Convention from the Sunshine Project. The United Nations Office at Geneva | https://az.wikipedia.org/w/index.php?curid=699693 |
Ətrak | Atrek və ya Ətrak (ərəb اترک -türklər; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. Adının etimoloqiyası Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. Coğrafiyası Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. Gidroqrafiyası İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır. Sonra vadisi genişlənir. Əvvəllər Xəzər dənizinə tökülərkən, indi ilin əksər hissəsi susuz olan bataqlıqlı delta yaradırdı. Qidalanması əsasən qar, yağış və bulaqlardır. Daşqınlar yazda və yayın ilk yarısında, sonra yayın axırında və payız-qışda. Coğrafiyası Ətrak çayı Kopetdağın Həzarməsçed dağlarında başlanğıcını götürür və Xəzər dənizinin Həsən-qulu körfəzinə tökülür; aşağı axarında 19 əsrin axırından Rusiya ilə İranın sərhədidir. Yazda çay daşır, və onun gətirdiyi lil ətraf ərazini münbitləşdirir; Ətrakın sahillərində 16-17 əsrlərdə Türkmənistanın əsas xalqı olan türkmənlərin bir qolu yomudlar oturaqlaşıb. | https://az.wikipedia.org/w/index.php?curid=757250 |
Ətrak xan | Ətrak xan – Qıpçaqların xanı, Şarukanın oğlu. Böyük qıpçaq xanı Ətrak XIII əsrin əvvəllərində kral IV Davidin şəxsi dəvəti üzrə öz möhtəşəm ordusu ilə birlikdə Gürcüstana gəlir və bu ölkənin hərbi-siyasi həyatında aparıcı rol oynamağa başlayır. Onun gətirdiyi qıpçaqların çoxusu Gürcüstan ərazilərinə səpələnir və sonradan assimilyasiyaya uğrayırlar. Bunların bir qismi isə yaşayış üçün zəruri olan düzəngahlar axtararaq, Azərbaycanda Kür-Araz ovalığında məskunlaşırlar. Onlar Azərbaycan dilinin Borçalı və Qazax dialektlərində və həmin yerlərin toponimlərində silinməz izlər qoyurlar. Tamamilə mümkündür ki, Ətrak xan qədim türklərə məxsus Orxon yazısının Qafqazda, o cümlədən Azərbaycanda yenidən işlədilməsinə təsir göstərmişdir. Ətrak xan haqqında tərcümeyi-hal xarakterli məlumatlar olduqca azdır. Buna görə də aşağıda söhbət yalnız Ətrak xan ordusunun Gürcüstana yayılması ilə əlaqədar bir sıra hadisələr barədə gedəcəkdir. Qıpçaqların Altaydan Qafqaza doğru yolunu izləməkdən ötrü isə bir qədər uzaqdan başlamaq lazım gəlir. Tarixi mənbələrə əsasən, Davidin ölümündən sonra qıpçaqların bir qismi ölkəni tərk edərək şimala qayıtmışdır. Bunun səbəbi yəqin ki, ölkədə Ş.Demetri ilə Davidin ikinci oğlu arasında yaranmış vəziyyət olmuşdur. Davidin xatırlatdığına görə, onun oğlunun adı Vaxtanq idi. Vaxtanq Davidin qıpçaq əsilli arvadı Ətrak Şarukanın qızı Quranduxtun oğlu idi. Və göründüyü kimi, qıpçaqlar məhz onu dəstəkləyirdilər. Demetri qələbə çalanda qıpçaqlar ölkəni tərk etməyə məcbur oldular. Lakin onların bir qismi ölkədə qaldı. Onların hamısının geri qayıtmadığını son orta əsrlərdə mövcud olan soyadları da təsdiq edir. Bu soy adları «qıpçaq» sözündən düzəldilirdi, ancaq tədriclə yoxa çıxdı. 552-ci ildə Mərkəzi Asiyada yeni bir imperiya yaranır. Onun başında xaqan (el-xaqan) dayanır və dövlət də Türk xaqanlığı adlanırdı. Yeni dövlətin banisi el-xaqan titulunu qəbul etmiş türk knyazı Bumın idi. Bumının ilk varisləri dövründə Türk Xaqanlığı Koreya körfəzindən Qara dənizə qədər uzanırdı. Şimali Çin dövlətləri bu gənc imperiyaya xərac verirdilər. Xaqanlıq Çin imperatorluğu, Bizans və Sasani İranı ilə əlaqələr yaradır, məşhur İpək yolunu nəzarətdə saxlamağa cəhd göstərir və tezliklə həmin dövrün qabaqcıl ölkələri sırasına çıxır. Lakin 745-ci ildə Xaqanlıq qonşu və qohum türk xalqı olan uyğurların təzyiqi nəticəsində süquta uğrayır. Həmin narahat dövrdə bir çox türk tayfaları münbit torpaqlar axtarışı yolunda şərqə doğru gedirdilər. Sonradan Avropa və Asiyanın bir çox dövlətlərinin tarixində böyük rol oynamış qıpçaqlar da onların arasında idi. Uzun müddət Türk xaqanlığı barədə çox az şey məlum idi. Məlumatlar da əsas etibarilə Bizans mənbələrindən götürülürdü. Sonralar tarixçilər hələ indinin özündə də az öyrənilmiş qədim Çin yazılarını mənimsəməyə başladılar. Bununla həm avropalılara, həm də bu yazıları yaradan türkdilli xalqların özlərinə şərəfli keçmişi barədə yeni-yeni səhifələr açmış oldular. Bununla belə Türk Xaqanlığının tarix və mədəniyyəti haqqında ən mö'təbər mə'lumatlar türk xalqlarının Orxon çayı ətrafında tapılmış qədim yazılarında üzə çıxdı. Həmin yazılar bu mə'nada müstəsna əhəmiyyətə malik tapıntı idi. XVII əsrin sonu -XVIII əsrin əvvəllərindən başlayaraq, Avropa və rus səyyahları Orxon və Yenisey çaylarının sahillərində üzərində qəribə yazılar, heyvan təsvirləri və naxışlar olan daşlara rast gəlirdilər. Həmin yazıların üzü çıxarılıb, nəşr olunmasına baxmayaraq, bunların "dilinin tapılıb" oxunması təqribən iki yüz il ləngiyir. 1890-cı ildə Orxon çayı vadilərində türk xalqlarına xas olai nəhəng baş daşları olan qəbirlər, türk döyüşçülərinin təsvirini verən qayaüstü rəsmlər, heyvan heykəlləri tapılır. Baş daşları üzərində o zamana qədər Avromada mə'lum olmayan qəribə işarələr cızılmışdı. Orada həmçinin Çin, bə'zən də uyğur dillərində də yazılar vardı. İkicə il sonra Danimarkalı alim V. Tomsen həmin baş daşlarından birində yazılmış mətni oxuyaraq, bütün dünyaya indiyə qədər namə'lum qalmış türk əlifbasını nümayiş etdirir. Tomsen müəyyənləşdirə bilir ki, həmin mətnlər Türk Xaqanlığının dilində 38 işarəli, sağdan sola yazılan bir əlifba ilə yazılmışdır. Bu əlifbada işarələrin çoxluğu bununla izah olunur ki, eyni bir səs burada özündən əvvəl, yaxud sonra gələn səslərdən asılı olaraq, müxtəlif işarələrlə ifadə edilir. Misal üçün "türk" və "türklər" sözləri həmin əlifba ilə müvafiq olaraq, (krüt) və (küryüt) kimi yazılırdı. Bu əlifaba zahiri oxşarlıq baxımından qədim alman runalarını xatırlatdığı üçün elm tarixinə qədim türk runik əlifbası adı ilə daxil olmuşdur. Tomsen həmin sirli işarələri oxumaqdan ötrü iki abidəni-şahzadə Kül-tiqin və onun qardaşı Bilkə-xaqanın şərəfinə ucaldılmış qayaüstü yazıları seçmişdi. Bilkə xaqan Qutluq (xoşbəxt) xaqanın böyük oğlu idi. Çökməkdə olan Şərq xaqanlığını iri bir dövlət halında birləşdirdiyindən onu İlteriş xaqan (ölkəni birləşdirən xaqan) da adlandırırdılar. Bilkə xaqan ( müdrik xaqan ); həqiqətən də özünü müdrik və uzaqgörən bir rəhbər kimi göstərə bilmişdi. Onun dövründəki çiçəklənmə xaqanlıq tarixində sonuncu yüksəliş idi. Onun ölümündən 11 il keçməmiş, uyğurların təzyiqi altında xaqanlıq dağılır. Kül-tiqin öz qardaşından üç il qabaq ölür. Bilkə xaqanın və Kül-tiqinin şərəfinə həmin abidələrin ucaldılmasında o zamanlar xaqanlığa dost münasibəti bəsləyən Çin imperatoru da yardım göstərir. Abidələrin ucaldılması, ehtimal olunur ki, Bilkə xaqanın yeznəsi və yaxın məsləhətçisi Tonyukukun rəhbərliyi altında başa çatır. Formaca oxşar olan yazılı baş daşları bir-birindən təqribən bir kilometr məsafədə yerləşir. Hər iki abidədə runik mətnlə paralel şəkildə Çin mətni də verilib. Abidənin çincə olan hissəsini Çin imperatorunun özü yazır və xəttat məharəti ilə qayaya həkk edir. Yazının özünə gəlincə onun haqqında Ernst Doblhofer "İşarələr və mö'cüzələr" adlı kitabında yaxşı demişdir: "Biz indinin özündə də qədim türk yazılı abidələrinə e'tinasız yanaşa bilmirik. Bilkə xaqan öz xalqına ötkəm-ötkəm müraciət edəndə də, qardaşının ölümünə acı-acı ağı söyləyəndə də, baş daşında "müdrik Tonyukuk olmasaydı, türk xalqının başına nə müsibətlər gələrdi" -deyə bu sözləri həkk etmiş, bununla öyünməyi də unutmamış qoca ə'yan Tonyukuk öz böyüklüyündən həzz alanda da bütün bu deyimlər bizə yaxın və doğma gəlir. Baxmayaraq ki, bütün bunlar türk xalqlarının nə Allahı, nə də "onun peğəmbəri" Məhəmmədi tanımadığı dövrün məhsuludur." Doğrudan da təqribən Bilkə xaqanın 1300 il bundan qabaq yazılmış ağısını indi də həyacansız oxumaq mümkün deyil:" Tanrı tək göylərdə doğulmuş türk müdrik xaqanı bu vaxt (taxta) oturdum. Sözümü tükənənə qədər eşit-məndən sonra duran kiçik qardaş və qohumlarım, oğlanım, birləşmiş qəbiləm, xalqım. . . Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadım Bumın xaqan, İstəmi xaqan (taxta) oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Dörd tərəf tamam yağı imiş. Qoşun çəkib dörd tərəfdəki xalqı bütünlüklə almış, bütünlüklə tabe etmiş, başlını səcdə etdirmiş, dizlini çökdürmüş. . . Kiçik qardaşım Kül -tiqin həlak oldu, özüm düşündüm. Görən gözüm görməz tək, bilən biliyim bilməz tək oldu, özüm düşündüm. Vaxtı (taleyi) Tanrı yazar, insan oğlunun hamısı ölümlü törənmiş." Yaxud Tonyukuk abidəsindən bir parçaya nəzər salaq: "Müdrik Tonyukuk mən özüm Tabqaç elində tərbiyə aldım. Türk xalqı Tabqaça baxırdı (tabe idi). . . Tanrı yar olsun! Bu türk xalqının üzərinə yaraqlı yağı gətirmədim (buraxmadım), düyünlü at yürütmədim. İlteriş xaqan qazanmasa, ardınca mən özüm qazanmasam, el də, xalq da yox olacaqdı. Qazandığı üçün, ardınca özüm qazandığım üçün el (dövlət) də el oldu, xalq da xalq oldu. Özüm qoca oldum (qocaldım), ulu oldum. Hər hansı bir yerdəki xaqanlı xalqa (başçı olaraq bir) avara varsa, (o xalqın) nə qədər dərdi olası imiş. Türk Bilkə-xaqan eli üçün yazdırdım, mən, müdrik Tonyukuk..." Tomsenin türk xalqları, o cümlədən də Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Görünür, həmin yazıların Danimarka alimi tərəfindən oxunması qanunauyğun sayılmalıdır. German xalqlarının "Qədim Edda", "Nibelunqlar haqqında nəğmələr" kimi çoxsaylı eposlarının klassik ən'ənələri ruhunda tərbiyə tapmış Tomsen üçün hunların-türklərə qohum olan bu xalqın mə'nəvi dünyası yaxın olmalıydı. Həmin folklor nümunələrinin qəhrəmanları Budlı, Atlı, Oddrun, Beyti, Xumlu, Anqantürk və başqaları Tomsenə dilini öy-rəndiyi bu mətnlərdəki Türk xaqanlarını xatırladırdı. Özü də bu xatırlatmalar yalnız qəhrəmanların adlarının türk mənşəyi ilə şərtlənmirdi. Üstəlik qədim türk yazıları da Tomsenin yadına heyrətamiz bir dərəcədə ona yaxşı mə'lum olan skandinav runlarını salırdı. Sonralar bəlli olur ki, qədim türk runik yazıları Orxondan Dunaya, Yakutiyadan Qobiyə qədər nəhəng bir ərazidə, türk ayağının dəydiyi bütün torpaqlarda yayılmışdır. Abidələrin janrları da rəngarəngdir. Qəbirüstü abidələrdən başqa bunların arasında tarixi və tərcümeyi-hal səciyyəli yazılar da az deyil. Həmin yazılarda türk əyanlarının həyatı, onların iştirakı ilə baş vermiş tarixi hadisələr öz əksini tapır. Özü də bu tipli mətnlər həm əyanların sağlığında yazılır, həm də onların xatirəsinə həsr olunurdu. Bunlardan başqa runik yazılar içərisində həm dini, həm də makiya xarakterli mətnlər, habelə hüquqi sənədlər də vardı. Əşya və xırda pullar üzərində həkk olunmuş runik yazılar və müxtəlif işarələr həm qədimliyinə, həm də uzunömürlülüyünə görə fərqlənir. Əşyalar üzərində adətən bunların sahiblərinin adı yazılır, yaxud nişan vurulurdu. Qədim türk runlarının sirli tarixçəsi bununla da bitmədi. Əsrimizin əvvəllərində arxivlərdən hans Dernşvan adlı bir şəxsin əlyaz-ması tapıldı. 0, burada 1553-1555-ci illərdə I Ferdinandın səfirliyinin əməkdaşları arasında İstambulda, türk sultanı I Süleymanın sarayında olmasından söz açırdı. Əlyazmadakı maraqlı materiallar arasında tədqiqatçıların diqqətini Dernşvanın aşağıdakı qeydləri daha çox cəlb edirdi: "Bu yazıların üzünü mən mərmər daş üzərindən köçürdüm. Həmin daş isə tövlənin ("Səfirlər Evi"nin tövləsi nəzərdə tutulur) divarlarına hörülmüşdü. Yazılar yaxşı oxuna bilər." Qeydlərə əlavə olunmuş bu qeydlər Orxon çayının vadilərində tapılmış runik yazıları xatırlatdığından oxunmaq üçün tə'cili surətdə Kopenhagenə -Tomsenə göndərilir. Tomsen və digər görkəmli şərqşünaslar müəyyənləşdirir ki, həmin qeydlər qədim macar (hun) dilində edilmişdir. Bu əlifba da runik olub, Orxonda tapılan işarələrdin daha qədim idi, özü də soldan sağa yazılırdı. Ən maraqlısı isə odur ki, həmin əlifba ilə (ancaq sağdan sola) yazılmış mətnlər Macarıstan ərazisinin özlərini hunların birbaşa varisləri hesab edən sekellər yaşayan bölkələrində tapılmışdı. Buna görə də macar alim-ləri həmin əlifbanı qədim hun əlifbası adlandırırlar. Arxivdən tapılmış qeyddəki yazının işarələri qədim türk runlarına o qədər yaxındır ki, bunların hun yazılarına aidiyyatı böyük şübhə doğurur. Üstəlik də Macarıstanda sekel runlarına ilk dəfə XVI əsrdə rast gəlinir. Bəs həmin işarələr sekellərə necə gedib çıxıb? Bu suala cavab verən bir neçə fərziyyə mövcuddur. Bunların ən ağlabatanı komanların (qıpçaqlar, polovetslər) qədim türklərlə sekellər arasında vasitəçi olmasıdır. Komanlar öz mənşəyini oğuzlardan götürmüş və XII-XIII əsrlər arasında sekellərin qonşuluğunda yaşamışdılar. Həmin əlifbanı da Macarıstana məhz onlar aparmışdılar. Əgər bu, belədirsə, VIII-XVI əsrlər arasında qədim türk yazılarından sekel runlarına qədərki əlaqədə xronoloji qırıqlıq növbəti sirr olaraq qalır. Oğuzların həmin zaman məsafəsində məskunlaşdıqları yeni ərazilərdə runik yazıların qeydə alınmaması da müəmmalıdır. Arxeoloqların yeni tapıntılarını gözləmədən həmin yazıları haralarda axtarmalı? Türklərdə geniş yayılmış belə bir adət var: onlar öz şəcərə işarələrini, damğalarını qoymağa meylli olmuşlar. Bə'zən bunun üçün həmin runik yazılardan, bə'zən isə adi şərti işarələrdən istifadə etmişlər. Elə bunu nəzərə alaraq, görünür, ilk növbədə həmin dövrlər arasında qıpçaqların, yaxud onlara qohum olan digər xalqların, qədim türk yazılı abidələrinin daşıyıcılarının yayıldıqları ərazilərdə tapılmış möhür və sikkələrə diqqət yetirmək lazımdır. Qara dənizin şimal hissəsində-qıpçaqların tarixən daha yığcam yaşadıqları yerlərdə, Ətrak xanın ordusunun yayıldığı Kürmüstanda bu istiqamətdə axtarış-lar aparmaq, həmçinin rus və gürcü pullarına, möhürlərinə də xüsusi yanaşmaq zərurəti vardır. Həmin dövrdəki rus knyazlıqlarının tarixi-ruslarla türklər arasında sülh və mübarizənin, habelə onların bir yerdə ümumi düşmənlərə qarşı apardıqları müharibələrin tarixidir. Rus torpaqlarına yeni-yeni türk axınları həddən artıq intensiv olmuşdur. Şimaldan bərəkətli örüşlər axtarışında gələn xəzər, peçeneq və qıpçaqlar burada məskunlaşaraq, ya muzdlular sırasına daxil olur, yaxud da oturaq həyat tərzinə keçirdilər. Monqollar bu ərazidə peyda olana qədər buradakı ruslar qıpçaq (polovets) dilini öyrənmiş və onlardan çox şey əxz etmişdilər. Qıpçaq dili həmin dövrdə beynəlmiləl səciyyə daşıyırdı. Svyatopolkdan Monomaxa qədər davam edən uzun bir tarixi mərhələdə bu və ya digər knyazın vəziyyəti yalnız onun hərbi və siyasi bacarığından deyil, həm də daha artıq bir dərəcədə bozqır sakinləri ilə dil Tanmaq məharətindən asılı idi. Buna görə də rus və türk əyanlarının ailələri arasında çoxsaylı nikahların bağlandığı, bu xalqlar arasında əmin-amanlıq dövrlərinin uzun olduğu, bunların bir yerdə bizanslılar, xəzərlər, bolqarlar üzərinə yürüşə getdikləri tez-tez xatırlanır. Rus və türk əyanlarının nümayəndələri ailə qurur, nikah bağlayırdılar. Rus knyazlarının qıpçaq mənşəli familiyaları da mə'lumdur. Böyük knyaz Svyatopolk İzyaslaviç qıpçaqlarla bir neçə döyüşdə məğlubiyyətə uğradıqdan sonra sülh bağlamaq məqsədi ilə məşhur polovets xanı Tuqorxanın qızına evlənmək məcburiyyətində qalmışdı. Başqa bir böyük knyaz Yuri Dolqoruki Ayap xanın qızına evlənmiş, Vladimir Monomax isə oğlu Andreyə Tuyurkan xanın nəvəsini almışdı. Belə misalların sayını çox ar-tırmaq olar. Belə bir şəraitdə knyazlıqlarda və bozqırda işlək olmuş rus sikkələrinin üzərində hər iki tərəfin başa düşəcəyi və Rürikoviçlərin birinciliyini əks etdirən işarə olmalı idi. Məntiqə görə, həmin işarələrin bozqırda da anlaşılması üçün sikkələrin üzərində türk əlifbası ilə nə isə yazıla da bilərdi. Həqiqətən də, ilk rus sikkələrinin üzərində türk runik əlifbasındakı "R" (bu həmçinin Rürikoviçlər familyasının ilk hərfi idi) hərfinə oxşar iki dişli işarə olduğu bəllidir. Bundan başqa son dövrlərdə Ukrayna və Şimali Qafqaz ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzərində iti uclu əşya ilə cızılmış yazılar, şəkillər olan külli miqdarda sikkələr və əşyalar (su qabları, dulusçuluq mə'mulatları, kərpiclər, daşlar, müxtəlif qabların qırıqları və s.) tapılmışdır ki, alimlər bu yazıları da runik türk yazılarına aid edirlər. Bu cür işarələrə ən çox IX-X əsrlərin kufi ərəb dirhəmlərində rast gəlinir. Həmin dirhəmlərin üzərində iki və üç dişli işarələrin müxtəlif şəkillərinə rast gəlinir ki, qraffitilər barədə kitab yazmış müəlliflər bunları müvafiq olaraq Rürikoviçlərin və knyaz Vladimir Svyatoslaviçin şəcərə işarələri hesab edirlər. Tamamilə mümkündür ki, şəcərə damğalı bu kufi dirhəmləri rus knyazları tərəfindən öz gümüş pullarını kəsməzdən əvvəlki dövrdə, yaxud da onlarla paralel şəkildə işlədilmiş olsun. Opacı da var ki, bu cür iki və üç dişli işarələr Svyatopolkun, Vladimirin və Yaroslavın da gümüş sikkələrində həkk edilmişdir. Həmin sikkələrə diqqətlə baxanda asanlıqla görmək olur ki,burada üç deyil, iki diş (türk yazısının "R" hərfi) təsvir olunub. Vaxtilə məşhur Azərbaycan numizmat alimi A. Paxomov gürcü sikkələrini tədqiq edərək göstərmişdi ki, Baqrationların gürcü sikkələrində həkk olunmuş nəsil damğası yuxarıda təsvir edilmiş işarə ilə oxşar cəhətlər daşıyır. Görünür, intuisiyası alimi aldatmamışdır. Gürcü sikkələrində həkk olunmuş işarə sözsüz ki, türk runik əlifbasında "B" səsini (Baqrationların çar familinin ilk hərfi) verən işarəsini xatırladır. Tamamilə mümkündür ki, bu, intuisiyadan daha çox elmi kəşf idi. Paxomov həmin işarələrin runik mənşəyini kəşf etmiş, lakin həmin çətin illərdə bunu söyləyə bilməmişdi. Nəzərə alaq ki, hələ bizim günlərdə də qraffitilər barədə kitabın müəllifləri iki dişli işarənin türk əlifbasındakı "R" hərfi olduğunu e'tiraf etmirlər. Hərçənd ki, bu, açıq-aydın belədir. Belə çıxır ki, türklər öz yazılarını nəinki Macarıstana qədər, hətta Qafqaz sıra dağlarından keçirərək Gürcüstana qədər yaya bilmişlər. XII əsrin sonları- XŞ əsrin əvvəllərində polovetslər Qara dəniz sahillərindəki mövqelərindən bir çoxunu itirirlər. Qıpçaq ordularının yerdəyişməsi dövrü başlanır. Belə qıpçaq dəstələrindən biri, məşhur Şarakun xanın oğlu Sırqanın başçılıq etdiyi hissə Don çayının cağ axarı sahillərində yerləşir. Sonralar Sırqanın qardaşı Ətrakın rəhbərliyi altında bir neçə polovets qoşunu buradan cənuba çəkilərək, Şimali Qafqazda yerləşir. Cənub tərəfdən də Qafqaza türklər gəlirdi. Bunlar İranı və bütün Ön Asiyanı işğal edərək, oradan Qafqaza yayılan səlcuqlar idilər. Türklər gözəl döyüşçü idilər və onlarla mübarizə aparmaqdan ötrü bir çox xristian ölkələri digər türklərdən ibarət muzdlu qoşunlar saxlamaq məcburiyyətində qalırdılar. XI əsrin başlanğıcında Bizansda Konstinopolu qıpçaqlar peçeneqlərin işğalından xilas etmişdilər. Macarıstanda da belə oldu: türk-monqolların ölkəyə hücumundan çəkinən macar-lar şərq sərhədlərində 40 min nəfərlik qıpçaq qoşunu yerləşdirdilər. XII əsrin ortalarında Kiyev knyazları cənubdan onları təhdid edən qıpçaqlarla mübarizə aparmaq məqsədilə hərbi xidmətlərində "qara ucuşişlər" ("klobuki") adlandırdıqları türk dəstə-ləri saxlayırdılar. Volqaboyu Bolqarıstan rus knyazları tərəfindən zəbt edilmək ərəfəsində yenə köməyə qıpçaqlar çağrılmışdı. Bu cür misalları çox gətirmək olar. 1098-ci ildə birinci xaç yürüşünün başlanması və tayfalararası mübarizə səlcuqilərin qüvvələrini Qafqazdan yayın-dırdı və Gürcüstanda hakimiyyətə gələn Qurucu David var gücü ilə ölkəsinin müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Gənc hökmdarın ilk uğurlu cəhdlərinə baxmayaraq, qüvvələr bərabər olmadığından o, sonrakı vuruşlarda muzdlu döyüşçülərin gücündən istifadə etmək qərarına gəldi. Bundan ötrü o, şəxsən Ətrak xanın qərargahına gedir və onu öz ordusu ilə birlikdə Gürcüstana də'vət edir. Qıpçaqlar Dəryal dərəsindən keçərək, bütün Gürcüstana yayılırlar. Gürçüstana cəmisi 40000 qıpçaq ailəsi gətirilmişdi. Əgər hər ailəni beş nəfərlik külfət hesabı ilə götürsək, hamısı bir yerdə 200 000 nəfər eləyir. Razılaşmaya görə, hər ailə çarın qoşununa bir nəfər döyüşçü verməli idi. Buradan belə bir nəticə çıxır ki, çarın 20 minlik ordusuna hər il daha 40 min nəfər qıpçaq əlavə olunur və gürcü qoşununun üçdə ikisini türklər təşkil edirdi. Tarixin sonrakı gedişi sübut etdi ki, qıpçaqlar onlara göstərilmiş e'timadı doğrultmuşlar və Gürcüstanın dirçəlməsində onların xidmətləri çox olmuşdur. Qıpçaqların Gürcüstana dəvət olunmalarında çar Davidin Ətrak xanın qızı Quranduxtla evlənməsi də az rol oynamamışdı. Qohumluq əlaqələrinə və öz siyasi nüfuzuna görə Ətrak tezliklə sarayda seçilən əyanlardan birinə çevrilir. O dövrün əlyazmaları göstərir gi, get-gedə gürcü sarayında qıpçaq əyanlarının sayı və çəkisi artır. Gürcü əyanlarının 1223 -cü ildə çar III Georgiyə qarşı təşkil etdikləri sui-qəsdin qarşısı yalnız qıpçaq Kubasarın beş minlik qoşununun müdaxiləsi sayəsində alınır. Georginin vəfatından sonra onun taxtına əyləşən qızı Tamara (Ətrak xanın nəticəsi) Kubasarı dövlətim ikinci adamı edərək, onu sözün indiki mə'nasında eyni vaxtda həm ali baş komandan, həm də daxili işlər naziri təyin edir. Tamara hökumətin maliyyə işlərini türkmənşəli Qutlu Arslana etibar edir. 0, çariça Tamaraya qarşı düzəldilmiş uğursuz çevriliş cəhdinin təşkilatçısı idi. Çevrilişçilərin planına görə, Tamaranın hakimiyyəti yalnız icra funksiyaları ilə məhdudlaşmalıydı. Qanunverici hakimiyyət isə xüsusi yaradılacaq seçkili orqana verilməli idi. hakimiyyətin bu strukturu türk dövlətçiliyinə xas olan hərbi demokratiya orqanını-xalq məclislərini xatırladırdı. Hərbi rəislər olan xanlar belə qurumlarda yalnız icra məsələləri ilə məşğul olurdular. Tamara üçün də məhz buna oxşar funksiyalar nəzərdə tutulmuşdu. Əlbət ki, hakimiyyətin bu cür quruluşunu yalnız türk ordusu ilə yaxından tanış olan bir şəxs təklif eləyə bilərdi. Belə bir adam isə həm adı, həm də mənşəyi ilə qıpçaq olan Qutlu Arslan idi. Qıpçaqlar bu ölkənin həyatında hələ uzun müddət əhəmiyyətli rol oynayırlar. Buna görə də gürcü sikkələrində onlara və qonşu azərbaycanlılara anlaşıqlı olan işarələrin üzə çıxması tamamilə qanunauyğundur. Baqrationların "f" həmin işarəsinə Tamaranın, Rusudanın (1230-cu il), II Dmitrinin (1260-cı il) və VII Davidin (1293-1311) dirhəm və falslarında da rast gəlmək mümkündür. Sonuncudan sonra qədim run əlifbası ilə yazılmış və həm gəlmə qıpçaqlara, həm də Gürcüstanın qonşuluqunda yaşayan azərbaycanlılara anlaşıqlı olan şəcərə işarələri gürcü sikkələrində müşahidə edilmir. Sonradan gücrü sikkələrinin uyğur əlifbası ilə kəsilməsi, ehtimal ki, ya qıpçaqların artıq yerli xalqla assimilyasiyaya uğraması, ya da türk-monqol ordasının buraya gəlişi ilə bağlıdır. Gürcü çarı qıpçaq knyazının qızı (Ətrəkin qızı Quranduxt – Ə. Ç.) ilə evlənmisdi və kürəkənlə qayınata arasında razılıq əldə edilməsi asanlasırdı. Ətrak xanın Qonçaq xan adlı oğlu vardı. Həmçinin bax Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=173440 |
Ətriyyat | Ətriyyat — çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif ətirli maddələrdir. Çox zaman ətriyyat dedikdə incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr - mayelər, sular, yağlar, məlzəmələr nəzərdə tutulur. Ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Onlardan xəstəliklərin müalicəsində də istifadə olunur. Azərbaycanda ətriyyatın inkişafı Azərbaycan əttarlarının hazırladıqları müxtəlif təyinatlı ətriyyat maddələrindən Avropa ölkələrinin kral saraylarında xüsusilə məşhur olduğu barədə tarixi qaynaqlarda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Azərbaycanın 9 iqlim qurşağına malik olması burada dünyanın bir çox ölkələrində rast gəlinməyən nadir çiçək və otların yetişməsinə şərait yaratmışdır. Ətriyyat maddələri təbabətdə Qədim zamanlardan bu günümüzə kimi insanlar bu və ya digər cismani narahatlıqlar, müxtəlif xəstəliklər zamanı ətriyyat maddələrindən istifadə edərək şəfa tapmışlar. Məsələn, bənövşə yağı əsasən ürək ağrıları, ürək döyüntüləri, qəlb sıxıntıları və narahatlıqlarında istifadə olunub. Qızılgüldən alınan gülab maddəsi isə qan təzyiqini, sinə ağrılarını, ürək döyüntüsünü aradan qaldıran ən təsirli vasitədir. Süsənbər çiçəyinin ləçəklərindən alınan şirə isə həm bəzi daxili xəstəliklər- mədə xorası, bağırsaq narahatlığı, həzm prosesinin pozulması hallarında dərman kimi işlənmiş, həm də uzun müddətli və cazibədar rayihəsi olan ətriyyat kimi tanınmışdır.İbn Sinanın “Həkimlik sənətinin qanunları” adlı kitabında isə əttarların hazırladıqları məhsulların şəfaverici və insanlarda xoş duyğular yaratmaq xüsusiyyətləri barədə zəngin məlumat verilir. | https://az.wikipedia.org/w/index.php?curid=133837 |
Ətriyyatçı: Bir qatilin tarixçəsi (film) | Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir. Sarı ərik satan qızıl saçlı qızı izləməyə, onu iyləməyə çalışır. Bundan narahat olan qız qaçsa da, Qrenuy onu tapır və qışqırmaması üçün ağız-burnunu bağlayır. İstəmədən qızı boğmuş olur. Qızın öldüyünü biləndən sonra onu soyundurub hər tərəfini iyləyir. Qoxu itəndə isə peşman olur. Daha sonra Qrenuy qoxunu saxlaya bilmək fikrində ilişib qalır. Ətir mağazasına təslimat etdikdən sonra Qrenuy oranın italyan sahibi Baldinini qoxuları tanıma və yenilərini yaratma bacarığı ilə təəccübləndirir. Beləliklə Baldini Qrenuyu pulla satın alır. Qrenuy əttarın biznesini yenidən canlandırarkən ondan sadəcə tələb edir ki, qoxuları necə qalıcı olaraq saxlamağı ona öyrətsin. Baldini bütün ətirlərin 12 ayrı qoxunun uyumu olduğunu və teorik olaraq 13-cü qoxunun ola biləcəyini açıqlayır. Qrenuy uzun müddət Baldini üçün çalışır, amma ondan distillə üsulu ilə hər şeyin qoxusunu saxlaya bilməyəcəyini öyrənəndə çox məyus olur. Sonrasında isə xəstələnir. Qrenuy başqa bir üsulu öyrətmək üçün Qrasa getməli olduğunu öyrənəndə qarşılıq kimi Baldiniyə 100 ətir resepti verir. Qrenuy Baldini ilə sağollaşıb getdikdən sonra Baldini çökən evinin altında qalaraq ölür. Qras yolunda Qrenuy bir mağaraya sığınaraq özünü cəmiyyətdən təcrid edir. Burada özünün xüsusi qoxusu olmadığının fərqinə varır və elə buna görə də başqaları tərəfindən qəribə və narahatedici olaraq qəbul olunduğuna inanır. Missiyasına davam etməyə qərar verərək mağaranı tərk edir və yoluna davam edir. Qrasa çatanda Qrenuy zəngin Antoni Riçisin gözəl, qızılsaçlı qızı Lauranın qoxusunu alır və onun "13-cü təməl qoxu" olacağına qərar verir. Qrenuy Qrasda xanım Arnalfinin yanında iş tapır və burada qoxuları saxlamaq üçün yəni üsul öyrənir. Bundan sonra gənc lavanda toplayıcısını öldürür, ancaq qoxusunu saxlaya bilmir. Növbəti qurbanı bir fahişə olur və bu dəfə istədiyinə nail ola bilir. Tezliklə qətlləri geniş vüsət alır. Qurbanlarının çılpaq bədənlərini şəhərin müxtəlif yerlərinə buraxması şəhərdəki həyəcanı artırır. On iki qoxu tamamlandıqdan sonra Qrenuy Laura üçün planlar qurmağa başlayır. On iki qurbandan sonra kilsədə Qras yepiskopu qatilin tutulduğunu və cinayətləri etiraf etdiyini elan edir. Amma Riçis bununla qane olmur və qızıyla birlikdə gizlicə şəhərdən qaçır. Amma bununla da Qrenuydan yaxa qurtara bilmir. Qrenuy qoxunu uzaqdakı mehmanxanaya qədər izləyir və gecə otağına gizlicə girərək Lauranı öldürür. Qrenuy ətiri bitirdikdən sonra əsgərlər onu həbs edir. Edam ediləcəyi gün Qrenuy ətiri üzərinə sürtərək gözətçiləri onu sərbəst buraxmağa məcbur edir. Qrenuy meydana gəldikdə ətirin qoxusunda hamı məst olur. Cəllad və oradakı topluluq qrup seksinə başlamazdan əvvəl onu günahsız elan edirlər. Qrenuyun hələ də qatil olduğuna inanan Riçis qılıncla onu təhdid edir, amma sonra qoxuya qapılır və Qrenuyu oğlu olaraq çağıraraq qucaqlayır. Qrasdan zədəsiz olaraq ayrılan Qrenuy dünyaya hökm edəcək qədər ətirə sahibdir. Ancaq anlayır ki, bu, onun normal bir insan kimi sevməsinə və ya sevilməsinə icazə verməyəcək. Amansız arayışında xəyal qırıqlığına uğrayan Qrenuy doğulduğu Paris balıq bazarına geri dönür və qalan bütün ətiri başına tökür. Ətirə təslim olan və Qrenuyun mələk olduğuna inanan insanlar onu yeyir. Səhəri gün geridə qalan tək şey paltarlar və içindən son bir damla düşən boş ətir şüşəsi olur. Alan Rikman Reyçel Herd-Vud Dastin Hoffman Xarici keçidlər web.archive.org/web/20061027204530/ — Ətriyyatçı: Bir qatilin tarixçəsinin rəsmi saytı Perfume: The Story of a Murderer — Internet Movie Database saytında.Perfume: The Story of a Murderer Box Office Mojo-da Perfume: The Story of a Murderer Rotten Tomatoes saytında (ing.) Perfume: The Story of a Murderer Metacritic-də | https://az.wikipedia.org/w/index.php?curid=707996 |
Ətriyyatçı (roman) | Ətriyyatçı: bir qatilin tarixçəsi — alman yazıçısı Patrik Züskindin 1985-ci ildə nəşr edilmiş romanı. Romanın motivləri əsasında eyniadlı film (Əttar: bir qatilin tarixçəsi) çəkilmişdir. Həmçinin bax Xarici keçidlər Ətriyyatçı (Bir qatilin tarixçəsi). Patrik Züskind (yüklə) | https://az.wikipedia.org/w/index.php?curid=216183 |
Ətrəng qurdpəncəsi | Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. Botaniki xarakteristikası: Tərkibi və təsiri: Kökümsovunun tərkibində 30% aşı maddələri, fenol və onun törəmələri (qall turşusu, 6 qallqlükoza, 3,6 diqall qlükoza), katexinlər (D katexin, epikatexin və katexin) və ellaq turşuları, para-kumarin və digər maddələr vardır. Çiçəkləri tünd, qırmızımtıl-qonur, sınan zamanı çəhrayı və ya bozumtul-çəhrayı olur. İysiz, güclü büzücü dada malikdir. Büzücü xassəli dərmandır. Büzücü və orqanizm möhkəmləndirici dərmandır. Təsiri zamanı büzücü, iltihabsorucu və qankəsici xassə göstərir.Kökümsovundan bişirmə şəklində büzücü dərman kimi bağırsağın xroniki xəstəliklərində, ishal və burun-qulaq-boğaz xəstəliklərində keyfiyyətli dərman bitkisidir. Kökümsovu büzücü, iltihabsorucu və qankəsici xassəyə malikdir. Kəskin və xroniki bağırsaq xəstəliklərində, xüsusən ishalda işlədilir. Stomatologiya praktikasında stomatit, gingivit, xroniki tonzillit və digər ağız-boğaz xəstəliklərində təyin edilir. | https://az.wikipedia.org/w/index.php?curid=146350 |
Ətrəng qırxbuğum | Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. Botaniki xarakteristikası: Tərkibi və təsiri: Kökümsovunun tərkibində 30% aşı maddələri, fenol və onun törəmələri (qall turşusu, 6 qallqlükoza, 3,6 diqall qlükoza), katexinlər (D katexin, epikatexin və katexin) və ellaq turşuları, para-kumarin və digər maddələr vardır. Çiçəkləri tünd, qırmızımtıl-qonur, sınan zamanı çəhrayı və ya bozumtul-çəhrayı olur. İysiz, güclü büzücü dada malikdir. Büzücü xassəli dərmandır. Büzücü və orqanizm möhkəmləndirici dərmandır. Təsiri zamanı büzücü, iltihabsorucu və qankəsici xassə göstərir.Kökümsovundan bişirmə şəklində büzücü dərman kimi bağırsağın xroniki xəstəliklərində, ishal və burun-qulaq-boğaz xəstəliklərində keyfiyyətli dərman bitkisidir. Kökümsovu büzücü, iltihabsorucu və qankəsici xassəyə malikdir. Kəskin və xroniki bağırsaq xəstəliklərində, xüsusən ishalda işlədilir. Stomatologiya praktikasında stomatit, gingivit, xroniki tonzillit və digər ağız-boğaz xəstəliklərində təyin edilir. | https://az.wikipedia.org/w/index.php?curid=141986 |
Ətrəngi birəotu | Ətrəngi birəotu (Elmi adı - Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir. Mezofit bitkidir. Subalp qurşağının çəmənlərində rast gəlinir. Dərman və dekorativ bitkidir. Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu –Sudur və Ləzə kənd ətrafları) və qərb hissəsi, Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu – Göygöl qoruğu ərazisində Göygöl ilə Maralgöl arasında, Tovuz rayonu –Böyük Qışlaq kəndi). Sayı və tendensiyası Populyasiyaya az rast gəlinir. Təhlükə amillərinin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir. Məhdudlaşdırıcı amillər Yayıldığı ərazilərdə ot çalındığı üçün bitki toxumlama fazasına çata bilmir. Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum banklarında toxumlarının saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərini axtarmaq. | https://az.wikipedia.org/w/index.php?curid=489955 |
Ətsiz dovğa | Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Hazırlanma qaydası Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır. Azərbaycanın sulu xörəkləri Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine Ləziz dovğa hazırlamanın qaydası Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=86892 |
Əttar: Bir qatilin tarixçəsi (film, 2006) | Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir. Sarı ərik satan qızıl saçlı qızı izləməyə, onu iyləməyə çalışır. Bundan narahat olan qız qaçsa da, Qrenuy onu tapır və qışqırmaması üçün ağız-burnunu bağlayır. İstəmədən qızı boğmuş olur. Qızın öldüyünü biləndən sonra onu soyundurub hər tərəfini iyləyir. Qoxu itəndə isə peşman olur. Daha sonra Qrenuy qoxunu saxlaya bilmək fikrində ilişib qalır. Ətir mağazasına təslimat etdikdən sonra Qrenuy oranın italyan sahibi Baldinini qoxuları tanıma və yenilərini yaratma bacarığı ilə təəccübləndirir. Beləliklə Baldini Qrenuyu pulla satın alır. Qrenuy əttarın biznesini yenidən canlandırarkən ondan sadəcə tələb edir ki, qoxuları necə qalıcı olaraq saxlamağı ona öyrətsin. Baldini bütün ətirlərin 12 ayrı qoxunun uyumu olduğunu və teorik olaraq 13-cü qoxunun ola biləcəyini açıqlayır. Qrenuy uzun müddət Baldini üçün çalışır, amma ondan distillə üsulu ilə hər şeyin qoxusunu saxlaya bilməyəcəyini öyrənəndə çox məyus olur. Sonrasında isə xəstələnir. Qrenuy başqa bir üsulu öyrətmək üçün Qrasa getməli olduğunu öyrənəndə qarşılıq kimi Baldiniyə 100 ətir resepti verir. Qrenuy Baldini ilə sağollaşıb getdikdən sonra Baldini çökən evinin altında qalaraq ölür. Qras yolunda Qrenuy bir mağaraya sığınaraq özünü cəmiyyətdən təcrid edir. Burada özünün xüsusi qoxusu olmadığının fərqinə varır və elə buna görə də başqaları tərəfindən qəribə və narahatedici olaraq qəbul olunduğuna inanır. Missiyasına davam etməyə qərar verərək mağaranı tərk edir və yoluna davam edir. Qrasa çatanda Qrenuy zəngin Antoni Riçisin gözəl, qızılsaçlı qızı Lauranın qoxusunu alır və onun "13-cü təməl qoxu" olacağına qərar verir. Qrenuy Qrasda xanım Arnalfinin yanında iş tapır və burada qoxuları saxlamaq üçün yəni üsul öyrənir. Bundan sonra gənc lavanda toplayıcısını öldürür, ancaq qoxusunu saxlaya bilmir. Növbəti qurbanı bir fahişə olur və bu dəfə istədiyinə nail ola bilir. Tezliklə qətlləri geniş vüsət alır. Qurbanlarının çılpaq bədənlərini şəhərin müxtəlif yerlərinə buraxması şəhərdəki həyəcanı artırır. On iki qoxu tamamlandıqdan sonra Qrenuy Laura üçün planlar qurmağa başlayır. On iki qurbandan sonra kilsədə Qras yepiskopu qatilin tutulduğunu və cinayətləri etiraf etdiyini elan edir. Amma Riçis bununla qane olmur və qızıyla birlikdə gizlicə şəhərdən qaçır. Amma bununla da Qrenuydan yaxa qurtara bilmir. Qrenuy qoxunu uzaqdakı mehmanxanaya qədər izləyir və gecə otağına gizlicə girərək Lauranı öldürür. Qrenuy ətiri bitirdikdən sonra əsgərlər onu həbs edir. Edam ediləcəyi gün Qrenuy ətiri üzərinə sürtərək gözətçiləri onu sərbəst buraxmağa məcbur edir. Qrenuy meydana gəldikdə ətirin qoxusunda hamı məst olur. Cəllad və oradakı topluluq qrup seksinə başlamazdan əvvəl onu günahsız elan edirlər. Qrenuyun hələ də qatil olduğuna inanan Riçis qılıncla onu təhdid edir, amma sonra qoxuya qapılır və Qrenuyu oğlu olaraq çağıraraq qucaqlayır. Qrasdan zədəsiz olaraq ayrılan Qrenuy dünyaya hökm edəcək qədər ətirə sahibdir. Ancaq anlayır ki, bu, onun normal bir insan kimi sevməsinə və ya sevilməsinə icazə verməyəcək. Amansız arayışında xəyal qırıqlığına uğrayan Qrenuy doğulduğu Paris balıq bazarına geri dönür və qalan bütün ətiri başına tökür. Ətirə təslim olan və Qrenuyun mələk olduğuna inanan insanlar onu yeyir. Səhəri gün geridə qalan tək şey paltarlar və içindən son bir damla düşən boş ətir şüşəsi olur. Alan Rikman Reyçel Herd-Vud Dastin Hoffman Xarici keçidlər web.archive.org/web/20061027204530/ — Ətriyyatçı: Bir qatilin tarixçəsinin rəsmi saytı Perfume: The Story of a Murderer — Internet Movie Database saytında.Perfume: The Story of a Murderer Box Office Mojo-da Perfume: The Story of a Murderer Rotten Tomatoes saytında (ing.) Perfume: The Story of a Murderer Metacritic-də | https://az.wikipedia.org/w/index.php?curid=814417 |
Əttarlar məhəlləsi | Əttarlar məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.Məhəllə gəncəlilər tərəfindən tarix boyu "Çayqırağlılar" məhəlləsi olaraq da adlandırılıb. Bu məhəllənin Əttarlar adlanmasına səbəb burada ətriyyat satanların çox olmasına görə olmuşdur. Məhəllə sakinləri yerli gəncəlilərdən ibarətdir və şəhər əhalisi arasında Əttarlar məhəlləsinin sakinləri Çayqıraqlılar kimi tanınır. Mürsəl ağa qəbirstanlığıda da bu ərazidə yerləşirdi. Əttarlar məhəlləsində 1804-cü ilin may ayında 40 ev 151 nəfər (67 kişi + 84 qadın) olmuşdur. 1916-cı ildə isə burada 846 ailə yaşayırdı. Məhəllədən keçən Karxana arxı, Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün sərf olunurdu. Məhəllədədə doğulmuş ziyalılardan Gəncənin məşhur zərgəri Məşədi Məmmədəli Mahmudzadə və Əli Razi Şəmçizadə olmuşdur. Məhəllədədə doğulmuş ziyalılar Əli Razi Şəmçizadə Həmçinin bax Ozan məhəlləsi Hacı Səid məscidi Mürsəl ocağı türbəsi Xarici keçidlər Gəncə adlı salnamə - Əttarlar məhəlləsi / Kəpəz Tv | https://az.wikipedia.org/w/index.php?curid=186896 |
Əttarlıq | Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bunlardan səfra (öd), bəlğəm (selik), sövda (qara öd) və qandır. Əttarlar insan sağlamlığının, insan səhhətinin, hətta saçların tökülməsini belə bu dörd ünsürün münasibətindən yaranan tarazlığın pozulmasında görmüşlər. Bu mənada əttarlar həm də loğmanlara daha yaxın olmuş, qədim təbabətin sirlərinə bələdlikləri ilə fərqlənmişlər. Azərbaycanda əttarlıq Azərbaycanda əttarlıq sənəti lap qədim zamanlardan inkişaf edərək bu günümüzə kimi gəlib çatmışdır. Bir çox tarixi mənbələrdə əttarlıq sənətinin Gəncədə, Şamaxıda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə inkişaf etməsi barədə maraqlı faktlara rast gəlinir. Ərəb tarixçisi Təəbərinin yazdığına görə, hələ IX-X əsrlərdə Azərbaycanda məşhur loğman və həkimlər, o cümlədən öz peşəsinin ustası olan peşəkar əttarlar yetişib. Onların hazırladıqları müxtəlif məcunlar, dərman nüsxələri, məlzəmələr və ətirli maddələr bütün Şərq ölkələrində məşhur olub. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində isə milli əttarlarımızın hazırladıqları müxtəlif növ farmakoloji məhsulların, həmçinin ətriyyatların Avropa saraylarında geniş şəkildə işlədildiyi və şəhrət tapdığı bildirilir. Vaxtilə Azərbaycanı qarış-qarış gəzmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində də milli əttarlarımızın sənətinə yüksək qiymət verilmiş, bu ölkədə hazırlanan müxtəlif çeşidli məcunların, dərman nüsxələrinin və kosmetik vasitə kimi işlədilən son dərəcə füsunkar ətirli və təkrarsız rayihəyə malik parfümeriya nümunələrinin Qərb bazarlarında geniş şəkildə yayıldığı bildirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra əttarlıq sənəti sahəsində müəyyən dirçəliş yaranıb. Hazırda Bakıda xeyli miqdarda "Yaşıl aptek" (əczaxana) fəaliyyət göstərir. Bu əczaxanalarda əsasən təbii bitkilərdən və onların şirəsindən hazırlanan dərman nüsxələri satılır. Ənənəvi Şərq təbabətinə əsaslanan belə əczaxanalar həmçinin qədim əttarlıq sənətinin dirçəlməsində də böyük rol oynaya bilər. Həmçinin bax Mirzə İsmayıl Məhzun Fəridəddin Əttar | https://az.wikipedia.org/w/index.php?curid=133842 |
Ətvarül-qəlb | Ətvarül-qəlb – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Məsnəvi janrında yazılmış bu əsər təsəvvüfi xarakter daşımaqla 772 beytdən ibarətdir. Əsərdə qəlbin təsəvvüfdəki əhəmiyyətindən bəhs edilir. Qəlbin yeddi halı vardır: sədr, qəlb, şəqaf, fuad, heyətül-qəlb, süveyda və behcətül-qəlb. Bunlara mənzum təsəvvüfi açıqlama verilir. Bəzi kitabxanalarda qeydlərində "Risaleyi ətvarül-qülub" adı altında qeyd edilir. Millət Kiatbxanasında isə "Gülzari-səadət" adı altında verilmişdir. Nüsxələri aşağıdakılardır: Nuruosmaniyyə,4904 İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,954/HE.,8194 İstanbul Universiteti Mərkəz Kitabxanası, FY.,1127/HE.,7325 Manisa Muradiyyə,2906/8 Bakı, B-6960/7 Millət, FY/1044 | https://az.wikipedia.org/w/index.php?curid=102595 |
Ətyeməzli | Ətyeməzli, Atyeməzli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.Atyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Cox vaxt Ətyeməzli Şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd qeydə alınmışdır. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəlmişlər. Ətyeməzli kəndi — Kəbirli tayfasının Qərvəndli qolunun Ətyeməzli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsli Atyeməzlidir. İranın Xorasan əyalətində Atyeməz nahiyəsinin adı ilə bağlıdır. Nadir Şah kəbirliləri Xorasana sürgün etmiş, lakin Şah öləndən sonra kəbirlilər geri-Qarabağa qayıtmışlar. Deməli Ətyeməzlər gətirilmə addır, yəni, Xorasanda kəbirlilərin bir hissəsinin Atyeməzdə qalması ilə bağlıdır. Ətyeməzli tirəsinin özü isə Şərifli, Zamanlar, Vəliuşağı, Əfəndilər, Baxışlar və s. nəsillərdən ibarət idi. Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. Əhalinin sayı 1529 nəfərdir. Tanınmışları Əli Əliyev - kimya elmləri doktoru, professor Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001 Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=58050 |
Ətyeyən böcəklər | Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. Xarici quruluşu Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh. Xarici keçidlər Adephaga Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=163505 |
Ətyeyənlər | Ətyeyənlər (lat. Carnivore) — heyvanlar və həşəratyeyən bitkilərdən ibarət olan canlılar. Onlar əsasən ətlə qidalanırlar və bu xüsusiyyətlərinə görə əsasən bitkilərlə qidalanan otyeyənlərdən (lat. Herbivore) fərqlənirlər. Həm ot, həm də ət yeyənlərə isə hər şey yeyənlər (lat. Omnivore) deyilir (insan da bu qrupa aiddir). Ətyeyənlərə aşağıdakı qruplar daxildir: yırtıçılar dəstəsinə aid olanların hamısı, kisəlilərin bir qismi, bəzi quşlar, ilanlar, timsahlar, bəzi balıqlar, başıayaqlılar və digər canlılar. Ətyeyənləri yemək strategiyası baxımından təxminən iki sinifə bölük olar — yırtıcılar və leş yeyənlər, ancaq qarşılıqlı müstəsnalı haldır. | https://az.wikipedia.org/w/index.php?curid=537024 |
Ətyeyənlər böcəklər | Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. Xarici quruluşu Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh. Xarici keçidlər Adephaga Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=489972 |
Ətçələr | Ətcələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Ətcələr kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir. Əhalisi 920 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=361680 |
Ətəallah Ərrani | Ətəallah Ərrani — XV əsr Azərbaycan filosofu və şairi olmuşdur. Rus tədqiqatçısı tərəfindən XX əsrdə Şamaxıda onun "Qırmızı qızılgül ləçəkləri" əsəri tapılmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=79991 |
Ətək | Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi. "Kaunakes" termini əvvəlcə bir qoyun ciyəsinə aid idi, lakin nəticədə paltarın özünə tətbiq olundu. Nəhayət, heyvan dərilər qoyun dərisindən hazırlanan kaunakes parça ilə əvəz olundu. Orta əsrlər 13 -15-ci əsrlərdə toxuculuqda texnoloji irəliləyişlər (ayaqlı toxuculuq dəzgahı, ülgüc və saplı qayçının yaranması kimi) nəticəsində kəsim üsulu ilə şalvarlar və kolqotkalar yarandı. Şalvarlar kişilər üçün dəb halına gəldi və bundan sonra onlar üçün standart geyim oldu, lakin qadınlar üçün tabu olaraq davam etdi. 19-cu əsrdə Qərb mədəniyyətində qadın geyimlərinin kəsilməsi digər əsrlərə nisbətən daha geniş yayıldı. Ətəklər kifayət qədər dar olmağa başladı. 20 və 21-ci əsr 1915-ci illərdən sonra gündüz paltarları üçün ətəyin uzunluğu əhəmiyyət kəsb etməməyə başladı. Növbəti əlli il ərzində ətəklər qısa (1920-ci illər), sonra uzun (1930-cu illər), sonra yenə qısa (müharibə illəri), daha sonra uzun ("Yeni Görünüş"), 1967-1970-ci illər arasında isə ən qısa ətəklər (tabu sayılan alt paltarları görünməmək şərtilə) dəbdə olmuşdur. 1970-ci illərdən bəri, qadınlar üçün ən rəsmi vəziyyətlər xaricində şalvar geyinmək məqbul seçim hesab olunur. Ətək dünyanın əksər məktəblərində qızlar üçün geyim formasının bir hissəsidir, uzunluğu yerli mədəniyyətdən asılı olaraq dəyişir. Pilləli tartan naxışlı yubka İngiltərədə XX əsrin əvvəllərindən bəri qızların məktəbli geyimlərinin bir hissəsi olmuşdur. 21-ci əsrdə ətək qadınlar üçün Qərb geyim üslubunun bir hissəsinə çevrildi və həm işgüzar, həm də ofis geyimi, eyni zamanda idman geyimləri kimi istifadə olunur (məsələn, tennisdə). Ətək eyni zamanda stüardessa, ofisiant, tibb bacısı və hərbçi qadınlar üçün rəsmi geyim kimi məcburi ola bilər. A-xətt yubka, böyük A hərfi şəklində, qismən parlaq bir yubka. Zınqırov formalı yubka, beldən aşağı doğru nəzərəçarpacaq dərəcədə genişlənən, lakin kilsə zəngindən fərqli olaraq əksəriyyəti silindrik şəklindədir. Dairəvi yubka, çuxur ilə dairə düzəltmək üçün hissələrdə kəsilmiş bir yubka, beləliklə ətək çox dolğun, lakin aslı və ya yığılmadan hamar bir şəkildə görünür. Bol ətəkli şalvar, yubka görünüşlü, lakin ətəyi bölünmüş şort. Tam yubka, beldən bütün ayaq boyu uzanan bir yubka Tərs çevrilmiş yubka, iki qat parça ön və ya arxa tərəfdən bir mərkəz xəttinə gətirərək hazırlanmış bir yubka. Düz tərəfləri kəsilə bilər və ya bir qədər genişlənə bilər. 1920-ci illərdən bəri əsas yubka növüdür. Qatlı ətək, müxtəlif örtüklər və ya qatlanaraq beldən düzəldilə bilən, dolğun bir yubka, çanaq səviyyəsindən sərbəst şəkildə görünüş yaradır. Qısa ətək, dizdən yuxarı uzunluqlu bir yubka Düz ətək və ya qələm yubka, çanaqdan düz olub və aşağı hissəyə doğru ensizləşmiş yubka; gəzmək rahatlığı üçün daşıyan şəxsdə bir yarıq ola bilər. Sarğı yubka, parçanın üst-üstə düşməsi ilə bel ətrafını sarıyan bir yubka | https://az.wikipedia.org/w/index.php?curid=292787 |
Ətək (şəhər) | Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=616590 |
Əulef | Əulef və ya Əulef-əl-Ərəb (ərəb. أولف) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir.. Coğrafi mövqe Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,095 kilometr (680 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 275 metr (902 ft) yüksəkdir. Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 10 mm-dir). Orta illik temperatur 25,9 °C-dir. | https://az.wikipedia.org/w/index.php?curid=758219 |
Əumeş (Əbyəlil) | 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əumeş kənd ərazisin milli tərkibi: başqırdlar — 100 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Askorovo): 29 km., kənd sovetliyindən (Mixaylovka): 6 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 32 km. | https://az.wikipedia.org/w/index.php?curid=516729 |
Əuşkul gölü | Sahəsi — 2,24 km, uzunluğu — 2,1 km, eni — 1,4 km, orta dərinliyi — 1,85 km, həcmi — 4,14 mln km, su toplayıcı sahəsi — 7,54 km. Əuşkul gölü 413 metr dəniz səviyyəsindən hündürdə yerləşir. Gölün təktonik mənşəyə malikdir. Kasaya bənzər yatağa sahibdir. Dibi hamardır. Yağış suları ilə qidalanır. Sahil əraziləri daşlı bir çöldən, ağcaqayın meşlərindən ibarətdir. Gölün qərb sahilindən Auştau dağı (dəniz səviyyəsindən 645 metr, göldən 230 metr yüksəklikdə) yerləşir. Göl sahillərində yaşma materialına rast gəlinir. Etimalogiyası Gölün adı başqırd sözü olan «Əuşkul Atauzı» kəlməsindən törəmişdir — əyri göl. | https://az.wikipedia.org/w/index.php?curid=516060 |
Əvarif əl-Məarif | “Əvarif əl-məarif”, təsəvvüf sahəsində yazılmış qiymətli mənbələrdən sayılır. Əsər Azərbaycanlı müəllif, böyük təsəvvüf alimi Əbu Həfs Ömər Sührəvərdiyə aiddir. Əsər həm tarixilik, həm də mənbə xüsusiyyəti baxımından vacib əhəmiyyətə malikdir. Əsərdə təsəvvüfün bütün sahələrinə toxunulmuş, təsəvvüf anlayışlarının, istilahlarının dərin izahı verilmiş, Quran ayələri və peyğəmbər hədislərindən nümunələr gətirilərək oxucular üçün aydınlaşdırılmışdır. Həqiqətən cəhalət bir zülmətdir. Nur, bu zülmət içərisində ağlın bəsirətini bürüdükcə qaranlıqlar çəkilib gedər və ağıl Haqqı göstərər. | https://az.wikipedia.org/w/index.php?curid=74153 |
Əvasim | Əvasim (ərəb. العواصم, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Həmçinin bax Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales. OCLC 6934222. Streck, Maximilian. AL-ʿAWĀṢIM // Houtsma, Martijn Theodoor (redaktor ). E.J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, Volume I: A–Bābā Beg. Leiden: BRILL. 1987 [1927]. 515–516. ISBN 90-04-08265-4. Əlavə ədəbiyyat Bonner, Michael. "The naming of the frontier: 'Awāṣim, Thughūr, and the Arab geographers". Bulletin of the School of Oriental and African Studies. Cambridge University Press. 57. 1994: 17–24. doi:10.1017/S0041977X0002807X. Bonner, Michael. Aristocratic Violence and Holy War: Studies in the Jihad and the Arab–Byzantine Frontier. New Haven, Connecticut: American Oriental Society. 1996. ISBN 0-940490-11-0. Haldon, John F.; Kennedy, Hugh. "The Arab–Byzantine Frontier in the Eighth and Ninth Centuries: Military Organization and Society in the Borderlands". Recueil des Travaux de l'Institut d'Études Byzantines. Belgrade. 19. 1980: 79–116. ISBN 9780754659099. Miotto, Marco. "Ααουάσιμ και Θουγούρ: Το στρατιωτικό σύνορο του Χαλιφάτου στην Ανατολική Μικρά Ασία" (PDF). Vyzantiaka (yunan). 32. 2015: 133–156. ISSN 1012-0513. Nicolle, David; Adam Hook. Saracen Strongholds AD 630–1050: The Middle East and Central Asia. Osprey Publishing. 2008-06-17. ISBN 978-1-84603-115-1. Von Sivers, Peter. "Taxes and Trade in the 'Abbāsid Thughūr, 750-962/133-351". Journal of the Economic and Social History of the Orient. 25 (1). 1982: 71–99. doi:10.1163/156852082X00085. Canard, M. (1960). "al-ʿAwāṣim". In Gibb, H. A. R.; Kramers, J. H.; Lévi-Provençal, E.; Schacht, J.; Lewis, B. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume I: A–B. Leiden: E. J. Brill. pp. 761–762. OCLC 495469456. El-Cheikh, Nadia Maria. Byzantium Viewed by the Arabs. Cambridge, Massachusetts: Harvard Center for Middle Eastern Studies. 2004. ISBN 0-932885-30-6. Har-El, Shai. Struggle for Domination in the Middle East: The Ottoman-Mamluk War, 1485–91. BRILL. 1995. ISBN 978-90-04-10180-7. Honigmann, E. AL-THUGHŪR // Houtsma, Martijn Theodoor (redaktor ). E.J. Brill's First Encyclopaedia of Islam, 1913–1936, Volume VIII: Ṭa'if–Zūrkhāna. Leiden: BRILL. 1987 [1927]. 738–739. ISBN 90-04-08265-4. Kaegi, Walter Emil. Byzantium and the Early Islamic Conquests. Cambridge: Cambridge University Press. 1995. ISBN 978-0-521-48455-8. Kacan, Aleksandr, redaktor The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8.Kennedy, Hugh (2001). The Armies of the Caliphs: Military and Society in the Early Islamic State. London and New York: Routledge. ISBN 0-415-25093-5. Toynbee, Arnold. Constantine Porphyrogenitus and His World. Oxford University Press. 1973. ISBN 0-19-215253-X. Whittow, Mark (1996). The Making of Byzantium, 600–1025. Berkeley and Los Angeles, California: University of California Press. ISBN 978-0-520-20496-6. Wheatley, Paul. The Places Where Men Pray Together: Cities in Islamic Lands, Seventh Through the Tenth Centuries. University of Chicago Press. 2000. ISBN 978-0-226-89428-7. Whittow, Mark (1996). The Making of Byzantium, 600–1025. Berkeley and Los Angeles, California: University of California Press. ISBN 978-0-520-20496-6. | https://az.wikipedia.org/w/index.php?curid=830561 |
Əvdil Quliyev | Əvdil Quliyev (31 iyul 1972; Təzəkənd, Beyləqan, Azərbaycan — 6 noyabr 2020; Şuşakənd, Xocalı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinfinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə. Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə. Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) Həmçinin bax Vətən Müharibəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı Xarici keçidlər Beyləqan rayonu Təzəkənd şəhidi baş leytenant Quliyev Əvdil | https://az.wikipedia.org/w/index.php?curid=691281 |
Əvhədi Marağalı | Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Coxlarının isə Türkcə divanları oğurlanmış, məhv edilmiş və ola bilsin ki, haradasa gizlədilmişdir. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir. Mövlana Əvhədi 1338-ci ildə martın 8-də 65 yaşında doğma şəhəri Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi(Cənubi Azərbaycanın Marağa şəhərində) hal-hazırda "Pir Əvhəd-əd-din" adı ilə çox məşhur ziyarətgahdır. Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: "Bu qəbir böyük ağa, məşhur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir." Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir. Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, qəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema "Dəhnamə" ("Məntiqül-üşşaq"), 1333–34-cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri "Cami-Cəm" didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyasəddin Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), 10000 beytlik şeir divanı vardır. Cami-cəm əsəri Görkəmli alimlərimiz Qulamhüseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin "Cami-Cəm" əsərini farscadan azəri turkcəsinə tərcümə etmişlər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə 1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur."Cami-cam" məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. "Cami-Cam"-in 1970-ci il nəşrinin ön sözündə görkəmli alimimiz M. Sultanov yazır: "Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən "Cami-Cəm" adlandırılması təsadüfi deyildir. "Cami-Cəm" əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmişidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin "Cami-Cəm" adlanmasını belə izah edir. Əsər üç hissədən, iki fəsildən ibarətdir. Əhvədinin poeması həm qoyulan məsələlərin çoxluğu, həm də onları əks etdirmə metodunun orijinallığı ilə diqqəti cəlb edir. Kitabın əvvəlindən axıra qədər elmə mədhiyyə oxuyur. "Cami-Cəm" hər şeydən əvvəl elmə, biliyə himn kimi səslənir. Əhvədinin poemasını başqa poemalardan fərqləndirən başqa bir cəhət həyat və məişətin ən kiçik məsələlərinə qədər özündə əks etdirməsidir.. Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz tə`sirini göstərmişdir. Mövlana Əvhədi "Cami-Cəm"in "BU KİTABIN MƏZMUNU HAQQINDA" bölməsində öz əsəri haqqında belə deyir: Həmçinin bax Hidayət Rzaquluxan. "Riyazül-Arifin", Tehran, 1305, s.35 Azərbaycan Ədəbiyyatı Tarixi I cild, Bakı,1943, s.127 Dövlətşah Səmərqəndi. "Təzkirət-üş-şüəra". Bombey çapı, 1898 M. F. Körpülüzadə. Türk ədəbiyyatında ilk mütəsəvviflər, İstanbul, 1918, 225 s. | https://az.wikipedia.org/w/index.php?curid=171831 |
Əvhədi Marağayi | Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz. İkincisi, kecmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, azəri şairlərinin əsərlərinin fars və ərəb dilində yazması dövrün tələbilə olmuşdur, bə`zən isə əsər sifarişlə yazılmışsa, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə. Coxlarının isə Türkcə divanları oğurlanmış, məhv edilmiş və ola bilsin ki, haradasa gizlədilmişdir. Bəzi bizə məlum olmayan səbəblər ola bilsin ki, gələcəkdə məlum olsun. Əsas məsələ dahilərimizin əsərlərindəki fikirlərdir. Mövlana Əvhədi 1338-ci ildə martın 8-də 65 yaşında doğma şəhəri Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi(Cənubi Azərbaycanın Marağa şəhərində) hal-hazırda "Pir Əvhəd-əd-din" adı ilə çox məşhur ziyarətgahdır. Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: "Bu qəbir böyük ağa, məşhur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir." Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir. Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, qəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema "Dəhnamə" ("Məntiqül-üşşaq"), 1333–34-cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri "Cami-Cəm" didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyasəddin Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), 10000 beytlik şeir divanı vardır. Cami-cəm əsəri Görkəmli alimlərimiz Qulamhüseyn Beqdeli və Xəlil Həmid oğlu Əvhədinin "Cami-Cəm" əsərini farscadan azəri turkcəsinə tərcümə etmişlər ki, bununla xalqımıza misilsiz xidmət göstərmişlər. Bu tərcümə 1970-ci ildə Azərbaycan Dövlət nəşriyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur."Cami-cam" məsnəvisi həyatın mənası və insanın özünü dərk etməsi, Rəbbimizin eşqinə çatması üçün ən kamil əsərdir və dünyada tayı-bərabəri yoxdur. "Cami-Cam"-in 1970-ci il nəşrinin ön sözündə görkəmli alimimiz M. Sultanov yazır: "Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən "Cami-Cəm" adlandırılması təsadüfi deyildir. "Cami-Cəm" əfsanəvi İran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmişidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin "Cami-Cəm" adlanmasını belə izah edir. Əsər üç hissədən, iki fəsildən ibarətdir. Əhvədinin poeması həm qoyulan məsələlərin çoxluğu, həm də onları əks etdirmə metodunun orijinallığı ilə diqqəti cəlb edir. Kitabın əvvəlindən axıra qədər elmə mədhiyyə oxuyur. "Cami-Cəm" hər şeydən əvvəl elmə, biliyə himn kimi səslənir. Əhvədinin poemasını başqa poemalardan fərqləndirən başqa bir cəhət həyat və məişətin ən kiçik məsələlərinə qədər özündə əks etdirməsidir.. Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz tə`sirini göstərmişdir. Mövlana Əvhədi "Cami-Cəm"in "BU KİTABIN MƏZMUNU HAQQINDA" bölməsində öz əsəri haqqında belə deyir: Həmçinin bax Hidayət Rzaquluxan. "Riyazül-Arifin", Tehran, 1305, s.35 Azərbaycan Ədəbiyyatı Tarixi I cild, Bakı,1943, s.127 Dövlətşah Səmərqəndi. "Təzkirət-üş-şüəra". Bombey çapı, 1898 M. F. Körpülüzadə. Türk ədəbiyyatında ilk mütəsəvviflər, İstanbul, 1918, 225 s. | https://az.wikipedia.org/w/index.php?curid=416279 |
Əvilə | Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Toponimiyası Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=107484 |
Əviləq (Vərziqan) | Əviləq (fars. اويلق) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (108 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=621055 |
Əvin-i Məscidli (Miyanə) | Əvin-i Məscidli (fars. اوين مسجدلو) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (153 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=691505 |
Əvinlik (Miyanə) | Əvinlik (fars. اونليق) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,647 nəfər yaşayır (477 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=691840 |
Əvrəz | Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri. Etimologiyası Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. Tarixşünaslıqda əvrəz termininə fərqli münasibət Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər. Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır. Etnoqrafik materialların təhlili nəticəsində isə müəyyən edilmişdir ki, kəndilərin bəy və mülkədarlar üçün məcburi yerinə yetirdikləri "biyar" işindən fərqli olaraq, "əvrəz" qədimdən öz mahiyyəti etibarilə könüllülük prinsipi əsasında kəndlilərin təsərrüfat işlərində bir-birlərinə göstərdikləri qarşılıqlı yardım forması kimi təşəkkül tapmış və el adətinə çevrilmişdir. Sonralar bəy və mülkədarlar xalqın bu adətindən müəyyən məqsədlər üçün istifadə etmişlər. Görkəmli etnoqraf Q. Qaraqaşlı çox haqlı olaraq belə hesab edir ki, əvrəz məhsuldar qüvvələrin geridə qaldığı, primitiv səviyyədə olduğu, kollektiv əməyə zəruri ehtiyac olduğu nəsli-qəbilə quruluşu dövründə təşəkkül tapmış və zəmanəmizə qədər gəlib çıxmışdır. Sinifli cəmiyyətdə isə hakim sosial təbəqələrin kəndliləri istismar formasına çevrilmişdir. Belə ki, XIX əsr və XX əsrin əvvəllərində əvrəz məcburi mükəlləfiyyətlər siyahısına daxil deyildi. Azərbaycanın qərb bölgələrində adətə görə bütün kənd, yaxud kənd icması mülkədarın xeyrinə ildə bir və ya iki gün əvrəzə çıxır, onun əkin sahəsini şumlayır, taxılını biçir, ot çalır və bina tikirdilər. Mülkədar əvrəz zamanı kəndlilərə yemək də verirdi. İlk baxışdan bir növ feodal mükəlləfiyyəti kimi təsir bağışlayan belə əvrəzi kəndlilər həmişə qarşılıqlı yardımdan fərqləndirmiş, onu məzmununa uyğun olaraq "bəy əvrəzi", "yüzbaşı əvrəzi", "kəndxuda əvrəzi", "koxa əvrəzi" və s. adlandırmışlar. Bəy əvrəzinin XIX əsrdə feodal mükəlləfiyyəti deyil, bəyin çağırışı ilə kəndlilərin könüllü köməklik forması olması çar hökumətinin 1847-ci il "Kəndli əsasnamələri"ndə də qeyd edilmişdir. Əsasnamənin Quba qəzasına aid qaydalarının 10-cu bəndində deyilirdi ki, əgər bəy əvrəz çağırarsa, yəni işə könüllü çağırış elan edərsə, bəyin əvrəzə çıxanlara yemək verməsi şərtilə, əhalinin köməyə getməsinə icazə verilir. Bəy və mülkədarlar, yüzbaşılar əvrəzdən kəndliləri təkcə öz xüsusi təsərrüfatlarında işlətmək üçün deyil, eyni zamanda su arxlarının və kəhrizlərin qazılması və təmiri, yol çəkilməsi və körpü salınması kimi bütün kəndin xeyrinə olan ümumi el işlərində də istifadə edirdilər. Deməli, ilk baxışdan feodal mükəlləfiyyəti kimi görünən bəy və yüzbaşı əvrəzində kəndlilər əslində çox vaxt özləri üçün işləmişlər. Əvrəz də iməcilik kimi müəyyən sosial-iqtisadi səbəblərlə bağlı olaraq çağırılardı. Hər hansı bir təsərrüfat işinin təcili görülməsi üçün işçi qüvvəsi, qoşqu heyvanı, kotan, yaxud araba çatışmadığı hallarda təsərrüfat sahibi özü ağsaqqallarla məsləhətləşib camaatı əvrəzə çağırardısa, ailə başçısı xəstə olan və ya ailə başçısını itirmiş ailələrə, dul qadınlara kömək məqsədilə əvrəzi camaat özü təşkil edərdi. El köməyinə ehtiyacı olan şəxs əvrəzin təşkili ilə əlaqədar müəyyən hazırlıq işləri gördükdən sonra kəndin ağsaqqalları ilə məsləhətləşib əvrəzin gününü təyin edər və qohum-əqrəba vasitəsilə camaatı əvrəzə çağırardı. Camaatı əvrəzə çağırmaq üçün məscidlərdən, kəndin kişilərinin toplaşdığı meydanlardan və "gimgə yeri" adlanan yerlərdən də istifadə edilərdi. Kəndin mollası və ağsaqqalı da camaatın müəyyən olunmuş gündə əvrəzə çıxmalı olduğunu onlara xatırladardı. Lakin əvrəzdə iştirak etmək üçün heç bir məcburiyyət yox idi. Hamı əvrəzdə iştirak etməyi özünə borc bilib bu el köməyinə tələsərdi. Bununla bağlı xalq arasında bəzi ifadələr də vardır. Məsələn, biri tez-tez yol gedəndə deyirlər ki, "nə tələsirsən, əvrəzə getmirsən ki?" Əksinə, biri ləng tərpənəndə deyirlər ki, "elə bil biyara gedir". Əvrəzin təşkili və onun əsas xüsusiyyətləri Əvrəz səhər sübhdən çox canlı şəkildə başlanıb, günün sonunadək işgüzarlıq şəraitində davam etdirilərdi. İməcilik kimi əvrəz də işin qurtarıb-qurtarmamasından asılı olmayaraq, adətən, bir gündən artıq davam etməzdi. El adətinə görə, əvrəzi təşkil edən şəxs onun iştirakçılarına günorta naharı verərdi. İmkanı olanlar hətta qoyun da kəsərdilər. Lakin imkansız ailələrə kömək məqsədilə təşkil olunan əvrəzə çıxan kəndlilər özləri ilə yeməklərini gətirərdilər. Əvrəzin təşkili görüləcək işin xüsusiyyətindən asılı olardı. Torpağın şumlanması məqsədilə təşkil edilən əvrəz zamanı onun iştirakçıları sahəyə tez çıxmaq və öz işlərilə fərqlənməyə çalışardılar. Şum əvrəzi zamanı onun iştirakçıları bir-birilə yarışar və müxtəlif səciyyəli adətlərə əməl edərdilər. Məsələn, əvrəz günü kotanı ilə sahəyə tez çıxıb ilk şırımı açan kəndliyə xələt verilərdi. Adətən, əvrəz zamanı kəl sınağı keçirilərdi. Kotanı bir cüt kəl çəkməli idi. Şərtə görə kotanı çəkməyə gücü çatmayıb dizini yerə qoyan kəl məğlub sayılırdı. Ən qüvvətli kəlləri müəyyənləşdirmək məqsədilə təşkil edilən belə yarışda daha güclü hesab edilən kəllər kotanın dib boyuna qoşulardı. Şərtləşmə müddətində qalib kəl müəyyən edilmədikdə, kotanın təkərləri çıxarılar və kəlin biri dizini yerə qoyanadək yarış davam etdirilərdi. Yarışda qalib gəlmiş ən güclü kəlin belinə əvrəzdə kəsilmiş qoyunun dərisini atardılar. Həmin dəridən kəl üçün boyun yastığı tikilərdi. Belə yarışlar əvrəz iştirakçılarının böyük marağına səbəb olar, işin şən əhvali-ruhiyyədə davam etməsinə şərait yaradardı. Əvrəz qarşılıqlı yardım forması taxıl zəmisinin biçilməsi, dərzlərin xırmana daşınması və ot çalımında daha tez-tez təşkil olunardı. Çünki əkinçiliyin mövsümi xarakter daşıyan bu əmək proseslərini gecikdirmək olmaz. Əkinçilərin dediyi kimi, "biçində gecikən uduzar". Əkinçilikdə birgə işçi qüvvəsi tələb olunan bu proseslərini vaxtında başa çatdırmaq məqsədilə çağırılan əvrəzdə hamı məmnuniyyətlə iştirak edirdi və hər kəs qonşusuna, həmkəndlisinə, xüsusilə imkansız ailələrə kömək etmək üçün əllərindən gələni əsirgəmirdi. Biçin əvrəzi daha təntənəli keçirilirdi. Bu zaman kəndin ən yaxşı biçinçisini müəyyən etmək üçün yarış keçirilərdi. Zurnaçıların ifa etdiyi "Cəngi" musiqisinin sədaları altında yarışan biçinçilər eyni vaxtda işə başlardılar. İlk dərzi hamıdan tez zəmi sahibinin qənşərinə qoyan biçinçi yarışın qalibi olar və kəndin ən yaxşı biçinçisi hesab edilərdi. Qalibə hədiyyə olaraq qabaqcadan düzəldilmiş xonça verilərdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində əvrəz qarşılıqlı yardım formasının təşkilində qohumluq münasibətlərilə bağlı el adəti də olmuşdur. Quba qəzasının Gəndob və Söhüb kəndlərində "qız əvrəzi" adı ilə tanınan bu adətə görə nişanlı oğlan əkin-biçin prosesində qız evinə köməklik etməli idi. Qız evinin əvrəzə ehtiyacı olduğu hallarda nişanlı oğlan kəndin cavanlarını əvrəzə çağıraraq qayınatasının əkin sahəsini şumladar, taxılını biçdirib dərzləri zəmidən xırmana daşıdar və biçənəyini çaldırıb otunu tayalara vurdurardı. Əvrəz zamanı nişanlı oğlanın qoluna, başqalarından seçilmək üçün, qız evindən göndərilmiş qırmızı sarğı bağlanardı. Əvrəz iştirakçılarına nahar yeməyi nişanlı oğlanın ailəsi tərəfindən göndərilərdi. Azərbaycanın Quba bölgəsində suvarma arxlarının çəkilməsi, təmiri, yaxud təmizlənməsi, dəhnə və su bəndlərinin tikilməsi kimi böyük zəhmət və çoxlu işçi qüvvəsi tələb olunan işlərdə də əvrəz qarşılıqlı yardım formasından istifadə edilmişdir. Bəzən elə olurdu ki, kəndin ancaq bir məhəlləsinin istifadə etdiyi su arxının təmirində, yaxud təmizlənməsində həmin kəndin başqa məhəllələrində yaşayanlar da iştirak edirdilər. İməcilik kimi əvrəzdən də Azərbaycanın bəzi bölgələrində ev tikintisi prosesində istifadə edilmişdir. Quba bölgəsində ev tikintisi zamanı xeyli işçi tələb edən və bir ailənin gücü ilə görüləsi mümkün olmayan kərpickəsmə və kərpicin daşınması, evin bünövrəsi üçün uzaq məsafədən daş gətirmək, daş, torpaq və tir qaldırmaq kimi təsərrüfat və məişət xarakterli işlərdə də əvrəz köməklik formasından istifadə edilmişdir. Kərpic kəsmək məqsədilə təşkil edilmiş əvrəz üçün palçıq ev sahibi tərəfindən qabaqcadan hazırlanardı. Əvrəz günü dəvət olunmuş kişilər hərə öz qəlibi ilə gələrək işə başlardı. El adətinə görə, kərpic kəsənlərdən biri "düşərlik" adlanan hədiyyə almaq üçün deyərdi ki, "ay qonşu, bu nə işdir, qəlib kərpici buraxmır, bir köməyə gəl görüm". Bunu eşidən ev sahibi kərpickəsənlərə şirinlik pay verərdi və iş davam edərdi. Belə adət Zaqatala-Balakən bölgəsində də mövcud olmuşdur. Başqa bir adətə görə, ev tikintisi üçün bünövrə qoyuluşuna köməyə gələnlər əliboş gəlməzdilər, xonça düzəldib gələrdilər. Köməklikdə qadınlar da iştirak edərdi. Onlar su daşıyar, çörək bişirər və digər məişət işlərinə kömək edərdilər. Kişilər isə tikinti ilə məşğul olardılar. Evin bünövrəsi qoyulan zaman belə bir adətə də müraciət edilərdi. Bünövrənin dörd küncündə dayananlardan biri deyərdi ki, "künc düzəlmir". Bu halda ev sahibi ustalara kiçik bir hədiyyə verərdi. Ev tikilib qurtardıqdan sonra damdan sonuncu düşən ustaya da xələt verilərdi. Tikintinin sonunda əvrəz iştirakçılarına xələt vermək mərasimi üçün ev sahibi qabaqcadan ehtiyat görərdi; yun corab, əl yaylığı və müxtəlif şirniyyatdan ibarət xonça düzəldərdi. Adətən, xonça əvrəz iştirakçıları arasında olan ağsaqqala təqdim edilərdi. Dünyanın digər xalqlarında qarşılıqlı yardım formaları Əvrəz və iməcilik kimi eyni mahiyyət və məzmun daşıyan qarşılıqlı yardım formaları dünyanın başqa xalqları arasında da mövcud olmuşdur. Ruslarda "subbotnik", "pomoç" və "todoka", özbəklərdə və taciklərdə "xaşar", türkmənlərdə "yevar", qırğızlarda "aşar", gürcülərdə "dadzaxili" və "ulami", ləzgilərdə "mel", kumıklarda "bulka" və b. qarşılıqlı yardım formaları azərbaycanlıların iməcilik və əvrəz el köməkliklərini xatırladır. Dünya xalqlarının həmin köməklikləri də icmanın ümumi işi hesab edilirdi. Kəndin bütün əhalisi, həm kişilər, həm də qadınlar onların təşkilində çox həvəslə iştirak edirdilər. Köməkliklərin iştirakçıları arasında əmək bölgüsü aparılır, kimin hansı işi görəcəyi qabaqcadan müəyyənləşdirilirdi. Azərbaycan el köməkliklərində olduğu kimi həmin qarşılıqlı yardım formaları da bayram şənliklərinə çevrilirdilər. Köməklik iştirakçıları təzə paltar geyir, yüksək əhvali-ruhiyyədə olur, musiqi sədaları altında işləyir, nəğmələr oxuyurdular Ş. A. Quliyev, Q. C. Cavadov. "Əvrəz" haqqında. Azərbaycan EA "Xəbərləri" (Tarix, fəlsəfə və hüquq seriyası), 1973, № 2. Ş. A. Quliyev. Ənənəvi əkinçilikdə qarşılıqlı yardıma dair. "Azərbaycan arxeologiyası və etnoqorafiyası" jurnalı, II buraxılış. Bakı, 2003. Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı, 2007. Q. C. Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993 Azərbaycan tarixi, 7 cilddə, III c, Bakı, "Elm", 1999, M. Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, "Elm",1985, | https://az.wikipedia.org/w/index.php?curid=395333 |
Əvsan padşahlığı | Əvsan padşahlığı (ərəb. مملكة أوسان) — Cənubi Ərəbistanda, indiki Yəməndə qədim dövlət. Bir vaxtlar Cənubi Ərəbistanın ən mühüm kiçik padşahlıqlarından biri idi. Şəhərin e.ə. VII əsrdə səbailər tərəfindən dağıdıldığı görünür. Qələbənin səbailər üçün əhəmiyyətini təsdiq edən terminlərlə xəbər verən mətn aşkar edilmişdir. Xarici keçidlər Télédetection archéologique dans la Wadi Markha (in French) Caravan Kingdoms: Yemen and the Ancient Incense Trade Freer Gallery, Washington, 2005. Exhibition of archeological objects from Yemen, setting Awsan in context. Catalogue. Robert Hoyland, Arabia and the Arabs: From the Bronze Age to the Coming of Islam (series Ancient Peoples) Freya Stark and Jane Geniesse The Southern Gates of Arabia: A Journey in the Hadhramaut | https://az.wikipedia.org/w/index.php?curid=805474 |
Əvvəl trilogiyası | Əvvəl trilogiyası — amerikalı rejissor Riçard Linkleyterin çəkdiyi üç romantik filmdən ibarətdir. Bu filmlərin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Trilogiyaya daxildir: Sübhdən əvvəl, Gün batımından əvvəl və Gecəyarısından əvvəl. | https://az.wikipedia.org/w/index.php?curid=818141 |
Əvvəldən sona qədər (film, 2009) | Əvvəldən sona qədər (port. Do Começo ao Fim, ing. From Beginning to End) — Braziliya istehsalı olan və 2009-cu ildə nümayiş olunmuş dram filmi. Analarının ölümündən sonra bir-birlərinə qarşı hiss etdikləri qardaş sevgisinin, sonradan isə məhəbbətə çevrilməsini başa düşən Fransisko və Tomas bundan sonra sərhədləri aşaraq əsl sevgi yaşamağa başlayırlar. Film ilk dəfə 16 noyabr 2009-cu ildə MixBrasil festivalında nümayiş olunan film həmin ilin 27 noyabrında kinoteatrlarda nümayişə başladı. Əsas çəkilişləri Rio de Janeyroda baş tutan filmin Original Motion Picture Soundtrack adlı musiqi albomu da var. Lakin film Braziliyada yalnız 6 kinoteatrda nümayiş olundu. 26 mayda Seattle Beynəlxalq Film Festivalında, 26 iyunda Frameline Film Festivalı'nda, 15 iyulda isə QFest və Outfest Film Festivalında göstərildi. Clia Lemmertz — Culieta (ana) Fabio Assunçao — Aleksandra (Tomasın atası) Cin Pierre Noher — Pedro (Fransiskonun atası) Lusi Kardoso — Rouz Mausi Martinez Qabriel Kaufmann — Tomas (6 yaşında) Lukas Kotrim as Fransisko (11 yaşında) Rafael Kardoso — Tomas (20 yaşında) Coao Qabriel Vasconcellos as Francisco (25 yaşında) Xarici keçidlər Əvvəldən Sona Qədər — Internet Movie Database saytında. | https://az.wikipedia.org/w/index.php?curid=385239 |
Əvvəlki Konqreslər | Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - “Müstəqillik Haqqında Qanun”u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. Birinci Kontinental Konqres Birinci Kontinental Konqres 1774-cü il, 5 Sentyabrdan 17 Oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir. ABŞ-nin yaradılmasında 13 koloniyadan 12-nin 56 təmsilçinin iştirakı ilə toplanmışdır. Təmsilçilərin üzvü olan Corc Vaşinqton (o zaman Virciniya koloniyasının hərbi könüllülərinin komandanı), Patrik Henri və Con Adams təmsil olunduqları koloniyaların başçıları seçildilər. Digər tanınmış nümayəndələr arasında Massaçusets ştatının Bay koloniyasından Samuel Adams və Pensilvaniya əyalətindən Cozef Qallovey və Con Dikkinson iştirak etmişlər. Prezidentləri isə Virciniya ştatından olan Peyton Randolf olmuşdur. Bencamin Franklin bir il əvvəl də bu cür görüşün keçirilməsinin vacib olduğunu bildirsə də, 1773-cü ildə Boston Limanında britaniyalıların blokadası əleyhinə baş verən "Boston Çay Etirazları"na qədər koloniyaları razı sala bilməmişdi. Britaniya ordusunun bir sıra yerli Amerika tayfalarının hücumundan qorunmasını vacib bilən ən yeni Cənub vilayəti olan Corciyadan başqa bütün koloniyalar Konqresdə iştirak üçün öz təmsilçilərini göndərmişlər. Təmsilçilərin əksəriyyəti Böyük Britaniyanın müstəmləkəçiliyindən xilas olmağa hazır olmasalar da, onlar Kral və Parlament hakimiyyətinin daha ədalətli seçim olduğuna inanırdılar. 1774-cü ildə Parlament tərəfindən qəbul edilən "Dözülməz Hallara Qarşı Akt"a cavab olaraq Britaniyaya iqtisadi boykot elan edilməsi və şikayətlərin cavablandırılması üçün Krala petisiya toplanılması aksiyasına başlanıldı. Koloniyalar öz doğma ölkələrində qanunların bərqərar olması yolunda öz birliklərini göstərməyə çalışsalar da, onların səyləri davamlı olmadı. Pensilvaniya və Nyu York əyalətləri Böyük Britaniya ilə birgə qətnamənin hazırlanması üçün təmsilçilərini göndərdilər. Digər koloniyalar kolonial hüquq prinsipini əsas tutarkən, onlar Britaniya ilə hüquqi bərabərlik şəraitində və Böyük Britaniya Monarxiyası hakimiyyəti altında yaşamağı üstün tutanlar arasında bölündü. 26 Oktyabr, 1774-cü ildə Birinci Kontinental Konqres təxirə salınır, lakin 1775-ci ilin Mayında Parlamentdəki şikayətlərə baxmayaraq yenidən qurulmasına razılıq verilir. İkinci Kontinental Konqres London Parlamentində koloniyaların tələblərinə cavab verən əsas məsələlər müzakirə olunsa da, bütün bunlar rəsmi sənədlərdə öz əksini tapmadı. 1774-cü ilin, 30 Noyabrında Kral Corc İİİ Suffolk Məhkəmələrini tənqid edən bir çıxışla parlamenti açdı. Bu zaman Kontinental Konqresin yenidən toplanmasının labüd olması aydın oldu. İkinci Kontinental Konqres 10 May, 1775-ci ildə Filadelfiya Dövlət Evində bir araya gəlir, 1776-cı ilin, İyul ayının 2-də Müstəqillik Qətnaməsi qərarı qəbul edilir və qərar 2 gün sonra İstiqlal Bəyannaməsi kimi elan olunur. Bəyannaməni hazırlayan şəxs Virciniya ştatından Tomas Cefferson olmuşdur, Con Adams isə bu bəyannamənin qəbul olunması üçün aparılan müzakirələrdə önəmli şəxslərdən biri olmuşdur. Bu müzakirələr zamanı Massaçusets ştatından Con Hankok prezident olmuşdur. İkinci Kontinental Konqres Amerika İnqilab Müharibəsi zamanında Kontinental Konfederasiya kimi tanınması üçün müxtəlif yerlərdə görüşlərini keçirdi və 178-ci il, Martın 1-də Kontinental Konfederasiya kimi ratifikasiya olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=819636 |
Əvçədulan | Əvçədulan — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Əvçədulan kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Oykonim monqol işğalları dövründə (XIII əsr) Azərbaycana köçürülmüş türkdilli dolon tayfasının adı ilə bağlıdır. Oykonimin birinci komponenti əvçə Lənkəran zonasında "ailə, qohum, nəsil" mənasında işlənən əvləd sözündəndir. Beləliklə, Əvcədulan "dolonlar, dolon nəsli" deməkdir. Coğrafiyası və iqlimi Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. | https://az.wikipedia.org/w/index.php?curid=108408 |
Əvəcük | Əvəcük — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Toponimikası Əvəcuq kəndi ətraf kəndlərdən ən az əhaliyə sahib olan kənd olmağına baxmayaraq ən qədim kənd hesab olunur. Kəndin 3 təpə üzərində qurulduğu güman edilir. Bu təpələrə Ləzgi dilində "pel" deyilir, və əhali arasında hər təpəyə ad verilib. Məsələn kəndin mərkəzində yerləşən təpədə əhalinin su probleminin həlli üçün yerli əhali göl yaratmış və bu göl "viri pel" yəni göl yerləşən təpə adlanır Əvəcuq oyk, düz. Qusar r-nunun Köhnə Xudat i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, toponim ova (türk dillərində "düzən") və -cıq kiçiltmə bildirən şək.-dən ibarət olub "kiçik düzən yer" mənasındadır. Kəndin adının əvə/yivə tayfa adına -cük şək.-sini artırmaqla yarandığını da ehtimal etmək olar. Əvəcuq kəndinin əhalisini Ləzgilər təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 924 nəfər əhali yaşayır. Kənddə müasir tam orta məktəb fəaliyyət göstərməkdədir. Həmçinin bax Qusar rayonu Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=87105 |
Əvəlik | Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, düz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm hiindürlüyündədir. Turştəhər əvəlik Azərbaycanın (Böyük Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Buna Naxçıvan Muxtar Respublikasının düzən, dağlıq sahələrində də rast gəlmək olar. Ümumiyyətlə, bu bitki orta və yuxarı dağlıq zonalardan tutmuş qayalıq və subalp çəmənlərə qədər yayılmışdır. Bunun kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloe-emodin, emodin, fission antıaxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır. Adi əvəlik — Hündürlüyü 30-100 sm olan iri kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları oxvari, şirəli turşməzə, tamlı, gövdə üzərində növbəli düzüləndir. Çiçəkləri xırda, yaşımtıl-qəhvəvi rəngdə olub, süpürgə formasında gövdənin qurtaracağında yerləşmişdir. Meyvəsi toxumcadır. Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xəssəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xəssəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Əvəlik Abşeronda, Qubada, Gəncədə, Qarabağda və s. yerlərdə, həyatyanı sahələrdə mədəni halda az da olsa becərilir. Əvəlik toxum vasitəsilə çoxaldılır. Yazda əkilmiş əvəlik elə həmin ildə də, yəni 30-40 gündən sonra məhsul verməyə başlayır və bir ildən sonra məhsuldarlığı artır. Üç-dörd ildən sonra tədricən azalmağa başlayır. Buna görə də hər 3-4 ildən bir əvəlik əkin sahələri yenidən şumlanmalı, mineral və üzvi gübrələr verilməlidir. Mülayim keçən iqlim şəraitində 4-5 dəfə yaşıl yarpaq toplamaq mümkündür. Hər hektar sahədən 14-16 ton, iriyarpaqlı sortdan isə 20-30 ton yaşıl tərəvəz toplamaq olar. Əvəlikdə birinci ili 5-7 gövdə, ikinci ili 8-12, o biri illərdə isə 15-22 və daha çox gövdə əmələ gəlir. Əvəliyin sort və hibrid növləri bir-birindən 1 yaxud 2 kilometr aralı əkilməlidir. Bu məsafə pozularsa, onda növlərin tozlanması qarışar və məhsuldarlıq aşağı düşər. Turştəhər əvəlik çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, duz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm. hündürlüyündədir. Kök ətrafında və eləcə gövdənin aşağı nahiyəsində yerləşən yarpaq saplaqları uzun, yuxarı yarpaqları oturacaq şəklində lanset xətvarı, iti olub, kənarları bütövdür. Hamaşçiçəkləri piramidal – süpürgəvari, xırda birevli çiçəklərdən ibarət olub, dəstə formasında, kiçik çiçək saplaqları qırmızımtıldır. Turştəhər əvəlik Azərbaycanın (Böyuk Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloeemodin, emodin, fission antraxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır. Tərkibində 10%- dən artıq olan kempferol, kversetin maddələri tam çiçək açan zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır. Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız elmi nəticələrlə üst-üstə düşür. Çiçəklərinin tərkibindən C vitamini, rutin meyvəsindən isə C, K, RR və karotin vitaminləri, kversetin, hiperin, rutin flavonoidləri, xrizofanol, emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə qədər piyli yağ maddələri tapılmışdır. Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən alınan cövhər büzüşdürücü, qan-kəsici vasitə kimi işlədilir. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəli olub, zəhərlənmə yaradır. İspanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP, krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi, 5%-ə qədər flavohoid maddələrindən kversetin, hiperin, rutin, xrizofenol, emodin, fission antarixananlar kök hissəsində K vitamini, 7-15%-ə qədər antraxinon maddələri, yerustu hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin vitaminləri, prokatexin, kafeyin, xlorogen, qala turşuları, yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin vitaminləri, 5-5,4% hiperin, rutin, vitteksin maddələri, meyvə əmələ gələn zaman daha çox toplandığı halda, hamaşçiçəklərinin tərkibindəki antosian fıssin, C vitamini, karotin meyvəsinin tərkibində xrizofanol, aloe-emodin, emodin, fission və s. maddələr tapılmışdır. Bundan başqa əvəliyin tərkibindən 2 mq'%* Fe, 0,6 mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq % Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq % Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar edilmişdir. Turştəhər əvəliyin dəmləməsindən diş qanaxmalarının kəsilməsində, sidik tutulmalarında, bəd xassəli xərçənglərin müalicəsində, bir sıra Avropa ölkələrində və eləcə də Tibet təbabətində – dizenteriya, babasil, vərəm və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur. Qumral əvəlik. Bu, çoxillik ot bitkisinin hündürlüyü 50-100 sm-dir. Gövdəsi möhkəm, dikduran, çılpaq, çox da dərin olmayan şırımlardan ibarət olub, qırmızı rənglidir. Kökü şaquli, yoğun, iyvandır. Yarpaqları, möhkəm qalın, uzunsov, lanset-varı, lanset və yaxud uzunsov xətvandır. Çiçəkləri ikievli, çoxlu çiçək dəstəsindən ibarət olub, qısa süpürgəvaridir. Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 % aşı maddəsi ən çox meyvə verən zaman toplanır, 0,73-4,2 % antraxinon maddələri, kökümsovunun tərkibində qlükoza, efir yağı, fıtosterin, C vitamini, 4,3-5,5 %-ə qədər aşı maddəsi, antosian. 4,25 %-ə qədər xrizofanol, emodin, fission, piy maddələri, yerüstü hissəsində üzvi turşulardan kofein, xloroqen, kversetin, xrizofanol, fıseion, emodin, emodin qlükozid, gövdəsinin tərkibindən 1,39-5,5 %-ə qədər aşı maddəsi, yarpaqlarının tərkibindən B, B2, C, K, PP, karotin vitaminləri, 6,89-8,44 %-ə qədər aşı maddəsi, 2,6-3 %-ə qədər flavonoid maddələri, zoğlarından sianidin, rutinozid sianidin, antosianları, meyvəsindən C, K, E və karotin vitaminləri, 3,77-5 %-ə qədər aşı maddələri, toxumundan 3,9 %-ə qədər aşı və s. maddələr tapılmışdır. Qumral əvəlikdən hazırlanan preparatlardan xərçəngin, ekstraktı daxil edilmiş mazından sarkoma xəstəliklərində, kökündən hazırlanan preparatlarından çin təbabətində işlədici, büzüşdürücü, yarasağaldıcı, dəri xəstəliklərində, dişlərin dibinin möhkəmləndirilməsində, vərəm, şiş, ilan sancmalarında, alkoqolizm əleyhinə; kök və yarpaqlardan hazırlanan preparatlardan tərgətirigi, hərarətsalıcı; toxum və kökündən isə pellaqre xəstəliklərinin müalicəsində istifadə edilir. Yerüstü hissəsindən, cavan, zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salatlar, xörək növləri hazırlanır. Bundan həm adi halda, həm də bişirilmiş formada, həm də qurudulmuş şəkildə istifadə edilir. Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir. A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var. Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur. Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı qovur, beynin işini aktivləşdirir A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir 4. Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir 5. Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir. Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır. Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə olunur. Şəkərli diabet riskini azaldı, mədəaltı vəzinin işini normallaşdırır. Mədədə köp, qəbizlik zamanı işlədici kimi istifadə edilir. İshalın da qarşısını alır.Kimlərə olmaz Podaqrası olanlar, böyrəklərində daş olanlar, mədə-bağırsağınnda yara olanlar ehtiyatlı olmalıdır. Əvəlik bədəndən artıq mayeni qovub çıxartdığı üçün, sidikqovucu təsir olduğu üçün, böyrəklərdən daşı tərpədə bilər. Eləcə də duz mübadiləsini poza bilər. Hamilələrə də qəti olmaz. Azərbaycanın dərman bitkiləri Adi əvəlik (lat. Rumex acetosa L.) At əvəliyi (lat. Rumex confertus Willd) Digər növləri Rumex acetosella Rumex arifolius Rumex alpinus Rumex aquaticus Rumex bucephalophorus Rumex conglomeratus Rumex crispus Rumex hydrolapathum Rumex longifolius Rumex lunaria Rumex maritimus Rumex nivalis Rumex obtusifolius Rumex palustris Rumex patientia Rumex pulcher Rumex sanguineus Rumex scutatus Rumex stenophyllus Rumex thyrsiflorus Rumex tingitanus Rumex triangulivalvis Fotoqalereya | https://az.wikipedia.org/w/index.php?curid=100937 |
Əvəlik aşı | Əvəlik aşı — Azərbaycanın milli xörəklərindən biridir. Ağbaba mahalında, Azərbaycanın bölgələrində və Türkiyənin Qars vilayətində yaşayan Azərbaycanlılar arasında məşhurdur. qatıq (qurut) Hazırlanma qaydası Bir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır. Soğan doğranır, yağda yüngül qızardılır. Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür. Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır. Yeməyin bişməsinə az qalmış duz əlavə edilir. Süfrəyə verilən zaman üzərinə istəyə bağlı olaraq istiot, sarımsaqlı və ya sarımsaqsız qatıq və ya qurut əlavə edilə bilər. əvəlik aşı 1001dad Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=375244 |
Əvəlik dolması | Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Lazım olan ərzaqlar Qoyun əti – 108q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. Hazırlanma qaydası Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir. | https://az.wikipedia.org/w/index.php?curid=136254 |
Əvəlik şorbası | Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər Hazırlanması Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz. | https://az.wikipedia.org/w/index.php?curid=367204 |
Əvəsor | "Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=595317 |
Əvəsor Xalq Kollektivi | "Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=496916 |
Əvəz-Əvəzə (1925) | Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. Film haqqında Film ilk Azərbaycan detektiv filmidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski Pavel Velski — Pavel Dobrov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20. | https://az.wikipedia.org/w/index.php?curid=167556 |
Əvəz-əvəzə (film, 1925) | Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. Film haqqında Film ilk Azərbaycan detektiv filmidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski Pavel Velski — Pavel Dobrov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20. | https://az.wikipedia.org/w/index.php?curid=6898 |
Əvəz Abdullayev | Əvəz Abdullayev (vokalçı) — Azərbaycanın əməkdar artisti. Əvəz Abdullayev (alim) — Azərbaycan alimi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=491514 |
Əvəz Abdullayev (alim) | Abdullayev Əvəz Cavad oğlu (2 may, 1937, Salyan rayonu) — Texniki elmlər namizədi. Əvəz Abdullayev 1937-ci il mayin 2-də Salyan rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Xıllı kəndində torpaq şöbəsində baş aqronom işlədiyindən o, dörduncü sinifdən səkkizinci sinfə kimi Xıllı kənd orta məktəbində oxumuş, orta təhsilini isə Salyanda başa vurmuşdur. 1954-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olmuş, 1959-cu ildə qazma şöbəsini bitirərək dağ mühəndisliyi ixtisasına yiyələnmişdir. Elmi nailiyyətləri Əvəz Abdullayevin əmək yolu Lökbatandakı Qaradağ neft mədənlər idarəsindən başlamışdır. O,burada qazmaçı köməkçisindən usta vəzifəsinə kimi yüksəlmişdir. Sonra Əvəz Abdullayev təhsilini artırmaq və elmi nailiyyətlərə yiyələnmək üçün respublika EA elmi-tədqiqat dərin neft və qaz yataqları problemləri istitutunda aspirant olmuş,elmi işçi işləmişdir. 1969-cu ildə o,"Dərin quyuların almaz baltalarla qazılması texnologiyası" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərcəsinə layiq görülmüşdür. Sonralar o Kürsəngi ,Qarabağlı, Əli bayramlı rayonlarında qazma işləri idarəsində rəis işləyərək apardığı elmi araşdırmaları əməli işə tətbiq etmişdir. Həmçinin Əvəz Abdullayev Nefçala rayonunda işləmişdir və rayon üçün gördüyü böyük xidmətlərdən biri 1974-cü ildə Qarabağlıdakı qazma idarəsini rayonumuza gətirməsi olmuşdur. İş fəaliyyəti 1975-ci ildə isə o, Azərneft kəşfiyyat trestinin baş mühəndisi işləyirdi. Trest ləğv edildikdən sonra Əvəz Abdullayev bir müddət "Elmi-Tədqiqat neft problemləri layihə İnstitutu"-nda laboratoriya müdiri işləmişdir. Sonra isə o, Azərneft birliyində baş mühəndisinin müavini, Qobustan qazma kəşfiyyat idarəsində rəis işləmişdir.Yüksək texniki savadı və təcrübəsini nəzərə alaraq onu keçmiş SSRİ hökuməti xarici ölkəyə işləməyə göndərmişdir. O, dörd ilə yaxın Suriya Ərəb Respublikasının neft şirkətində qazma işləri üzrə ekspert işləmişdir. 1989-cu ildə vətənə döndükdən sonra Qobustan qazma kəşfiyyat idarəsində yenidən rəis işləmişdir. Sonralar dənizdə neft çıxarılmasının perspektivliyini nəzərə almış Sahil qazma kəşfiyyat idarəsi texniki şöbəsinə başçılıq etmişdir. Ümumi olaraq deyə bilərik ki, Əvəz Abdullayev 1967-1969-cu illərdə Azərbaycan Sənaye Nazirliyində, 1969-71-ci illərdə "Şirvanneft" qazma işləri trestində,1972-94-cü illərdə "Qarabağlı" Qİİ,"Azneftkəşfiyyat" trestində,"Qobustan "KQİİ, "Kürsəngi " Qİİ, "Sahil" KQİ-də rəis vəzifələrdə çalışmışdır. 1994-2008-ci ildən "Neft Daşları" DQİİ-rəisi,2008-2010-cu illərdə "Qum adası" DQİ-nın rəisi işləmişdir.Texniki elmlər namizədi, BMT-nin qazma işləri üzrə ekspertdir. 2 elmi monoqrafiyanın, 50-dən çox məqalənin və 2 ixtiranın müəllifidir. Elmi əsərləri Hacı Əvəz Abdullayev. Deyimlər, Bakı 2013. Hacı Əvəz Abdullayev. Sirlər xəzinəsi insanın düşüncələri. Bakı 2017. İbrahim Nurlu. XXI əsrin astanasında: Neftçala, Bakı 1998, s.12-13 | https://az.wikipedia.org/w/index.php?curid=491450 |
Əvəz Abdullayev (vokalçı) | Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur. 2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır. 30 aprel 2014-cü ildə növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=339049 |
Əvəz Cəbiyev | Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib. Cəbiyev 1951–1952-ci illərdə Bakı şəhər 3 saylı tibb məktəbində, 1952–1956-cı illərdə N.A.Semaşko adına xəstəxanada işləyib. Əvəz Cəbiyev 1952-ci ildə Sankt-Peterburqda, 1968-ci ildə isə Moskvada ixtisasartırma kursları keçib. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib. 2022-ci ilin 14 may tarixində 100 illik yubileyi həkimin vətənində Masallı şəhərində təntənəli surətdə keçirilmişdir.Əvəz Cəbiyev mühəndis olmaq istəyib, lakin alim və həkim Mirkazım Aslanlı-Sarəng onu həkim olmağa ruhlandırıb. Elmi fəaliyyəti Əvəz Cəbiyev 1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, onun ilk elmi uğuru olub. 1968-ci ilin mayında isə alim "Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1973-cü ilədək Əvəz Cəbiyevin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. O, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, doktorluq dissertasiyası müdafiəsində Əvəz Cəbiyevin elmi məsləhətçisi olmuş A. L. Myasnikov "Hipertoniya xəstəliyi və ateroskleroz" adlı monoqrafiyasında istinad edərək yazır: "Azərbaycan alimi Əvəz Cəbiyevin tədqiqatına görə fiziki əməklə məşğul olan adamlara nisbətən zehni əməklə məşğul olanlarda ateroskleroz daha çox təsadüf edilir. Əvəz Cəbiyev göstərir ki, piy mübadiləsinin göstəriciləri olan xolesterinin və nipoproteinin miqdarı ateroskleroz xəstəliyi zamanı daha da çoxalır…" Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009. Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi Bu gün Masallının ilk tibb elmləri doktoru Əvəz Cəbiyevin ad günüdür MASALLININ İLK TİBB ELMLƏRİ DOKTORU ƏVƏZ CƏBİYEVİN 100 İLLİK YUBİLEYİ | https://az.wikipedia.org/w/index.php?curid=775827 |
Əvəz Hafizli | Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır. Əvəz Hafizli "Kanal13" müstəqil video xəbər saytında müxbir kimi çalışmış və burada LGBTİ+ hüquqları da daxil olmaqla bir sıra məsələləri işıqlandırmışdır. O, Azərbaycanda media haqqında qəbul edilən qanunun əleyhinə mitinqlərdə iştirak etmiş və hökumətdən LGBT vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb edən etiraz aksiyaları təşkil etmiş, prezident administrasiyası qarşısında göy qurşağı bayrağını qaldırmışdır. Birləşmiş Krallığa köçənə qədər Hafizli ilə işləmiş, adını açıqlamayan azərbaycanlı fəal "PinkNews"a bildirmişdir ki, Hafizli həm də "polis zorakılığının qurbanı" olmuşdur. Bundan başqa, Hafizli 2021-ci ildə gey icmasına qarşı təhdidlərə qarşı tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləmişdi. O, cinsi orientasiyasına görə hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi. Bu səbəbdən o, kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi. Hafizlinin dostlarının məlumatına görə, ailəsi və başqaları onu jurnalist və LGBTİ+ fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiq göstərirdilər. Bəzi qohumları onunla əlaqəni kəsmişdir. Hafizli anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.Azərbaycanlı blogger Sevinc Hüseynova 2021-ci ilin iyul ayından başlayaraq, mütəmadi şəkildə özünün "İnstaqram" hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar etmiş, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləmiş, icmanı ölümlə hədələmişdir. Əvəz iddia etmişdir ki, Hüseynovanın çıxışlarından sonra ailə üzvləri tərəfindən hədələnmişdir. Bundan sonra, sentyabrında 4-dən 5-nə keçən gecə Əvəz Hafizli bu təhdidlərə reaksiya olaraq intihara cəhd etmişdir. O, ardınca "Semaşko" xəstəxanasının toksikologiya şöbəsinə çatdırılmıış və vəziyyəti yaxşılaşdıqdan sonra xəstəxanadan buraxılmışdır. O, 5 sentyabrda Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət etmiş, həmçinin özünün "Feysbuk" sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirmişdir. Hafizli dəfələrlə həyatının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün təkbaşına aksiyalar keçirmişdir. Əvəz Hafizlinin ögey əmisioğlu, 1998-ci il təvəllüdlü Əmrulla Gülalıyev 2014-cü ildən Hafizlinin homoseksual olduğunu bilirdi və Gülalıyev onu homoseksuallıqdan yayınmağa dəvət edirdi, bu səbəbdən də onunla mübahisədə idi. Gülalıyev sonradan Hafizli haqqında danışarkən "nəslimizin adını batırırdı" demişdir. Həmçinin, Gülalıyev əlavə etmişdir ki, Hafizlinin homoseksual olması səbəbilə ictimaiyyətdə ona diskriminasiya edilirdi. Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, Gülalıyev yerli vaxtla saat 16:00 radələrində Əvəz Hafizlini bıçaqla qətlə yetirmişdir.Əmrulla Gülalıyev hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə və istintaqa iki fərqli ifadə vermişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, 22 fevralda Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan əmisigilin həyətində, ayrı evdə yaşayan Hafizlinin yanına getmişdir. Burada o, Hafizliyə homoseksuallıqdan yayınması barədə bir daha xəbərdarlıq etmişdir. Gülalıyevin sözlərinə görə, Hafizli cavabında "bu, mənim sənətimdir, get işinlə məşğul ol" demişdir. Bu sözlərə görə qəzəblənən Gülalıyev ardınca Hafizlinin evində mətbəxdən bıçağı götürmüşdür. Gülalıyev istintaqa verdiyi ifadədə bildirmişdir ki, o, 2021-ci ilin dekabrında Hafizlini öldürmək qərarı vermişdir. Gülalıyev 22 fevralda Balaxanıda digər əmisioğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşmuş, Hafizlinin evdə tək olduğunu və həyətdə yaşayanların şəhərdən kənarda olduğunu öyrənmişdir. O, bundan sonra bıçağı götürüb xəbərsiz Hafizlinin qaldığı evə getmiş, onu həyətə çağırmış və yerə yıxaraq boğazına xəsarət yetirmişdir. Gülalıyev daha sonra Hafizlinin bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürmüşdür. O, ardınca polisə gedərək təslim olmuşdur.Gülalıyev ardınca Hafizlinin başını və cinsiyyət orqanını kəsmişdir. "Star Observer" nəşrinin məlumatına görə, hadisədən sonra da ona qarşı homofob rəftar qeydə alınmışdır. Hafizlinin meyiti ölümündən sonra kirli xalçaya bükülmüşdür, həmçinin hadisə yerinə gələn polis əməkdaşları və həkimlər Hafizlinin meyitinə toxunmaqdan, onu daşımaqdan imtina etmişdilər. Bu səbəbdən Hafizlinin meyitini öz dostları morqa aparmalı olmuşdular. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülalıyevin "cinayəti törədərkən sərxoş vəziyyətdə olmuşdur" və ifadəsində "cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf etmişdir". Hafizlinin həmkarı Teymur Kərimovun sözlərinə görə, Gülalıyev qətli törətdikdən sonra "Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa" demişdir. Məhkəmə və həbs Əmrulla Gülalıyev hadisə yerində polis əməkdaşları tərəfindən dərhal tutularaq istintaqa təhvil verilmişdir. Həmin gün faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlamışdır. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Əmrulla Gülalıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə ittiham olunmuşdur.20 iyunda hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən Əmrulla Gülalıyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulmuşdur, lakin vəkili məhkəmədə iştirak etmişdir. Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməmişdir. Prosesi izləməyə gələn LGBTİ+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmamışdır. Məhkəmə prosesini izləməyə gələn Birləşmiş Krallıq səfirliyinin təmsilçilərinə məhkəmədə iştirak etməyə imkan yaradılmışdır. Daha iki nəfər isə özlərini Hafizlinin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olmuşdur. Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmiş, açıq məhkəmə prosesinin "faktiki olaraq qapalı keçirilməsinə" etiraz etmişdir. Hafizlinin qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilmişdir. Qardaşı Təbriz Şıxməmmədov bildirmişdir ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. Buna baxmayaraq, Hafizlinin anası Cəmalə Şıxməmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir, ona ağır cəza verilməsini tələb etmişdir. Hər halda, bu işdə zərərçəkmişin hüquqi varisi qismində Təbriz Şıxməmmədov tanınmışdır.4 iyulda məhkəmə prosesi keçirilməli idi və bu səbəbdən məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTİ+ fəalları toplaşmışdır. Buna baxmayaraq, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşmüşdür. LGBTQ+ fəalı Əli Məlikovun sözlərinə görə, fəallar Əvəz Hafizlinin məhkəmə prosesini izləyə bilmirdi. 18 iyulda keçirilən məhkəmə prosesində Gülalıyev bildirmişdir ki, o, Hafizlini öldürmək niyyətində olmayıb və qətli emosional vəziyyətdə törədib, əməlindən peşmandır. Həmçinin, Məlikovun sözlərinə görə, həmin gün keçirilən məhkəmə zamanı insanların zal dolana qədər açıq məhkəməyə girə bilməsinə imkan yaradan qanuna baxmayaraq, əməkdaşlardan biri binaya yalnız dörd-beş nəfərin girə biləcəyini israr etmişdir. 25 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə dair iş üzrə prosesdə prokuror son sözlə çıxış etmiş və təqsirləndirilən Əmrulla Gülalıyevin 120.1-ci (qəsdən adamöldürmə) maddə ilə təqsirli bilinərək 10,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.29 iyulda Əmrulla Güləliyevin məhkəməsi yekunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunmuşdur. Hakim Əli Məmmədovun sədrliyi ilə çıxarılan hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Reaksiyalar Əvəz Hafizlinin ölümü sosial mediada ictimai rezonansa səbəb olmuş, bir çox fəal Azərbaycanda xüsusən də ölkədəki marjinal qruplara qarşı yönəlmiş nifrət cinayətləri ilə bağlı hərəkətsizliyini tənqid etmişdir. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. 23 fevralda ABŞ-nin Azərbaycandakı səfirliyi Əvəz Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. 2022-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış etmişdir. Deputatlar xüsusi olaraq başqa hadisələrlə birlikdə Əvəz Hafizlinin evində qətlə yetirilməsini istinad etmişdir.Azərbaycan media eksperti Şəmşad Ağa Hafizlinin qətlini "Azərbaycanda həm jurnalistika, həm də cəmiyyət üçün faciəvi hadisə" adlandırmışdır. LGBTİ+ hüquqlarının müdafiəçisi Cavid Nəbiyev bildirmişdir ki, "Azərbaycanda LGBT icmasına qarşı hər bir cinayət siyasi xarakter daşıyır". LGBTQ+ fəalı Əli Məlikov qeyd etmişdir ki, Hafizlinin ölümü Azərbaycanda yeganə insident deyil, LGBTQ+ fərdlərə qarşı törədilən nifrət cinayətlərinin ən son nümunələrindən biridir. O, bunun geniş yayılmış anti-LGBTQ narrativinin nəticəsi olduğunu söyləmişdir. İctimai fəal Gülnarə Mehdiyeva özünün "Feysbuk" sosial şəbəkə hesabında hadisə ilə əlaqədar yazmışdır ki, "Azərbaycan hökuməti LGBTQ şəxslərin qətlini hər səviyyədə legitimləşdirdiyi üçün bilavasitə günahkardır". Mehdiyeva Əvəz Hafizlinin qətlini "nifrət cinayəti" kimi şərh etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=759972 |
Əvəz Hafizlinin qətli | Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır. Əvəz Hafizli "Kanal13" müstəqil video xəbər saytında müxbir kimi çalışmış və burada LGBTİ+ hüquqları da daxil olmaqla bir sıra məsələləri işıqlandırmışdır. O, Azərbaycanda media haqqında qəbul edilən qanunun əleyhinə mitinqlərdə iştirak etmiş və hökumətdən LGBT vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb edən etiraz aksiyaları təşkil etmiş, prezident administrasiyası qarşısında göy qurşağı bayrağını qaldırmışdır. Birləşmiş Krallığa köçənə qədər Hafizli ilə işləmiş, adını açıqlamayan azərbaycanlı fəal "PinkNews"a bildirmişdir ki, Hafizli həm də "polis zorakılığının qurbanı" olmuşdur. Bundan başqa, Hafizli 2021-ci ildə gey icmasına qarşı təhdidlərə qarşı tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləmişdi. O, cinsi orientasiyasına görə hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi. Bu səbəbdən o, kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi. Hafizlinin dostlarının məlumatına görə, ailəsi və başqaları onu jurnalist və LGBTİ+ fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiq göstərirdilər. Bəzi qohumları onunla əlaqəni kəsmişdir. Hafizli anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.Azərbaycanlı blogger Sevinc Hüseynova 2021-ci ilin iyul ayından başlayaraq, mütəmadi şəkildə özünün "İnstaqram" hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar etmiş, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləmiş, icmanı ölümlə hədələmişdir. Əvəz iddia etmişdir ki, Hüseynovanın çıxışlarından sonra ailə üzvləri tərəfindən hədələnmişdir. Bundan sonra, sentyabrında 4-dən 5-nə keçən gecə Əvəz Hafizli bu təhdidlərə reaksiya olaraq intihara cəhd etmişdir. O, ardınca "Semaşko" xəstəxanasının toksikologiya şöbəsinə çatdırılmıış və vəziyyəti yaxşılaşdıqdan sonra xəstəxanadan buraxılmışdır. O, 5 sentyabrda Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət etmiş, həmçinin özünün "Feysbuk" sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirmişdir. Hafizli dəfələrlə həyatının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün təkbaşına aksiyalar keçirmişdir. Əvəz Hafizlinin ögey əmisioğlu, 1998-ci il təvəllüdlü Əmrulla Gülalıyev 2014-cü ildən Hafizlinin homoseksual olduğunu bilirdi və Gülalıyev onu homoseksuallıqdan yayınmağa dəvət edirdi, bu səbəbdən də onunla mübahisədə idi. Gülalıyev sonradan Hafizli haqqında danışarkən "nəslimizin adını batırırdı" demişdir. Həmçinin, Gülalıyev əlavə etmişdir ki, Hafizlinin homoseksual olması səbəbilə ictimaiyyətdə ona diskriminasiya edilirdi. Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, Gülalıyev yerli vaxtla saat 16:00 radələrində Əvəz Hafizlini bıçaqla qətlə yetirmişdir.Əmrulla Gülalıyev hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə və istintaqa iki fərqli ifadə vermişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, 22 fevralda Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan əmisigilin həyətində, ayrı evdə yaşayan Hafizlinin yanına getmişdir. Burada o, Hafizliyə homoseksuallıqdan yayınması barədə bir daha xəbərdarlıq etmişdir. Gülalıyevin sözlərinə görə, Hafizli cavabında "bu, mənim sənətimdir, get işinlə məşğul ol" demişdir. Bu sözlərə görə qəzəblənən Gülalıyev ardınca Hafizlinin evində mətbəxdən bıçağı götürmüşdür. Gülalıyev istintaqa verdiyi ifadədə bildirmişdir ki, o, 2021-ci ilin dekabrında Hafizlini öldürmək qərarı vermişdir. Gülalıyev 22 fevralda Balaxanıda digər əmisioğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşmuş, Hafizlinin evdə tək olduğunu və həyətdə yaşayanların şəhərdən kənarda olduğunu öyrənmişdir. O, bundan sonra bıçağı götürüb xəbərsiz Hafizlinin qaldığı evə getmiş, onu həyətə çağırmış və yerə yıxaraq boğazına xəsarət yetirmişdir. Gülalıyev daha sonra Hafizlinin bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürmüşdür. O, ardınca polisə gedərək təslim olmuşdur.Gülalıyev ardınca Hafizlinin başını və cinsiyyət orqanını kəsmişdir. "Star Observer" nəşrinin məlumatına görə, hadisədən sonra da ona qarşı homofob rəftar qeydə alınmışdır. Hafizlinin meyiti ölümündən sonra kirli xalçaya bükülmüşdür, həmçinin hadisə yerinə gələn polis əməkdaşları və həkimlər Hafizlinin meyitinə toxunmaqdan, onu daşımaqdan imtina etmişdilər. Bu səbəbdən Hafizlinin meyitini öz dostları morqa aparmalı olmuşdular. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülalıyevin "cinayəti törədərkən sərxoş vəziyyətdə olmuşdur" və ifadəsində "cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf etmişdir". Hafizlinin həmkarı Teymur Kərimovun sözlərinə görə, Gülalıyev qətli törətdikdən sonra "Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa" demişdir. Məhkəmə və həbs Əmrulla Gülalıyev hadisə yerində polis əməkdaşları tərəfindən dərhal tutularaq istintaqa təhvil verilmişdir. Həmin gün faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlamışdır. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Əmrulla Gülalıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə ittiham olunmuşdur.20 iyunda hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən Əmrulla Gülalıyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulmuşdur, lakin vəkili məhkəmədə iştirak etmişdir. Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməmişdir. Prosesi izləməyə gələn LGBTİ+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmamışdır. Məhkəmə prosesini izləməyə gələn Birləşmiş Krallıq səfirliyinin təmsilçilərinə məhkəmədə iştirak etməyə imkan yaradılmışdır. Daha iki nəfər isə özlərini Hafizlinin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olmuşdur. Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmiş, açıq məhkəmə prosesinin "faktiki olaraq qapalı keçirilməsinə" etiraz etmişdir. Hafizlinin qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilmişdir. Qardaşı Təbriz Şıxməmmədov bildirmişdir ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. Buna baxmayaraq, Hafizlinin anası Cəmalə Şıxməmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir, ona ağır cəza verilməsini tələb etmişdir. Hər halda, bu işdə zərərçəkmişin hüquqi varisi qismində Təbriz Şıxməmmədov tanınmışdır.4 iyulda məhkəmə prosesi keçirilməli idi və bu səbəbdən məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTİ+ fəalları toplaşmışdır. Buna baxmayaraq, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşmüşdür. LGBTQ+ fəalı Əli Məlikovun sözlərinə görə, fəallar Əvəz Hafizlinin məhkəmə prosesini izləyə bilmirdi. 18 iyulda keçirilən məhkəmə prosesində Gülalıyev bildirmişdir ki, o, Hafizlini öldürmək niyyətində olmayıb və qətli emosional vəziyyətdə törədib, əməlindən peşmandır. Həmçinin, Məlikovun sözlərinə görə, həmin gün keçirilən məhkəmə zamanı insanların zal dolana qədər açıq məhkəməyə girə bilməsinə imkan yaradan qanuna baxmayaraq, əməkdaşlardan biri binaya yalnız dörd-beş nəfərin girə biləcəyini israr etmişdir. 25 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə dair iş üzrə prosesdə prokuror son sözlə çıxış etmiş və təqsirləndirilən Əmrulla Gülalıyevin 120.1-ci (qəsdən adamöldürmə) maddə ilə təqsirli bilinərək 10,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.29 iyulda Əmrulla Güləliyevin məhkəməsi yekunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunmuşdur. Hakim Əli Məmmədovun sədrliyi ilə çıxarılan hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Reaksiyalar Əvəz Hafizlinin ölümü sosial mediada ictimai rezonansa səbəb olmuş, bir çox fəal Azərbaycanda xüsusən də ölkədəki marjinal qruplara qarşı yönəlmiş nifrət cinayətləri ilə bağlı hərəkətsizliyini tənqid etmişdir. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. 23 fevralda ABŞ-nin Azərbaycandakı səfirliyi Əvəz Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. 2022-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış etmişdir. Deputatlar xüsusi olaraq başqa hadisələrlə birlikdə Əvəz Hafizlinin evində qətlə yetirilməsini istinad etmişdir.Azərbaycan media eksperti Şəmşad Ağa Hafizlinin qətlini "Azərbaycanda həm jurnalistika, həm də cəmiyyət üçün faciəvi hadisə" adlandırmışdır. LGBTİ+ hüquqlarının müdafiəçisi Cavid Nəbiyev bildirmişdir ki, "Azərbaycanda LGBT icmasına qarşı hər bir cinayət siyasi xarakter daşıyır". LGBTQ+ fəalı Əli Məlikov qeyd etmişdir ki, Hafizlinin ölümü Azərbaycanda yeganə insident deyil, LGBTQ+ fərdlərə qarşı törədilən nifrət cinayətlərinin ən son nümunələrindən biridir. O, bunun geniş yayılmış anti-LGBTQ narrativinin nəticəsi olduğunu söyləmişdir. İctimai fəal Gülnarə Mehdiyeva özünün "Feysbuk" sosial şəbəkə hesabında hadisə ilə əlaqədar yazmışdır ki, "Azərbaycan hökuməti LGBTQ şəxslərin qətlini hər səviyyədə legitimləşdirdiyi üçün bilavasitə günahkardır". Mehdiyeva Əvəz Hafizlinin qətlini "nifrət cinayəti" kimi şərh etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=759960 |
Əvəz Kərəm oğlu Şükürov | Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). 1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir. 1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, "Pravda" kolxozunun sədri olmuşdur. 1950–1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954–1964-cu illərdə isə yenə də "Pravda" kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958–1968 illərdə V–VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışmişdir. 1993–1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyətinin sədr müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir. 1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mutəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun atasıdır. Hidayət Elvüsal, "Sanki dağ uçdu", "Ədalət" qəzeti 24 yanvar 2006-cı il | https://az.wikipedia.org/w/index.php?curid=272446 |
Əvəz Mahmud Lələdağ | Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. Həyatı və fəaliyyəti Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür. Dövlət tərəfindən bir çox mükafatlara, fəxri fərmanlara və başqa mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası " Tərəqqi " medalına , Azərbaycan Təhsil Nazirinin əmri ilə " Qabaqcıl təhsil işçisi " mükafatı, " Qızıl qələm " mükafatı , " İlin ən yaxşı məktəb müsabiqəsinin qalibi mükafatı "Altı övladı var. Hal-hazırda SDU-də "Pedaqoji təcrübənin rəhbəri" vəzifəsində çalışır. Bədii yaradıcılığı Nəşr olunmuş əsərləri "El yada düşdü" (Yazıçı, 1984) [3] "Dağlar marala qaldı" (Gənlik, 1991) [4] "Ömür payı" (Azərnəşr, 1995) [5] "Sinəsi dolu nənəm" (Gənclik, 1996) [6] "Ömürdən qalan izlər" (Təhsil, 1998) "Ağ dovşanın nağılı" (Sumqayıt nəşr, 1999) "Yaddan çıxmaz günlərim" (Təfəkkür, 2002) [7] "Bizi deyib gəlmə, Mirzə" (Təfəkkür, 2003) [8] "Dünya hara gedirsən" (Sumqayıt nəşr, 2004) [9] "Səni gözləyirəm" (Pedaqoqika, 2004) [10] "Sənə sözüm var" (Kövsər nəşriyyatı, 2004) [11] "Analı dünyam" (Nurlan, 2006) [12] "Ümumbəşəri bəla erməni xəstəliyi" (Nurlan, 2007) [13] "Dağlar, gözləyin məni" (Nurlan, 2008) [14] "Təlimdə ənənəvilik və müasirlik" (Nurlan, 2008) "Bu dünyaya könül verdim" (Nurlan, 2008) [15] "Seçilmiş əsərlər 5 cilddə" (Bilik nəşriyyatı, 2011) "Xocalı harayı" (Bilik nəşriyyatı, 2012) [16] [17] "Ana duası, könül dünyası" (Bilik, 2014) [18] "Bağışla məni" (Elm və təhsil, 2016) [19] "Sözümdə Vətən ətri var" (Elm və təhsil, 2016) "Ölməyə Vətən yaxşı" (Elm və Təhsil, 2018) [20] 567- dən çox elmi – publisistik və metodiki məqalələr müxtəlif mətbuat orqanlarında " Azərbaycan müəllimi " , " Azərbaycan qəzeti " , " Xalq qəzeti " , " Təhsil və Zaman " qəzeti , " Sumqayıt " qəzeti , " 168 " qəzeti , " Ədalət " qəzeti , " Vedibasar " qəzeti , " Möhtəşəm Azərbaycan " qəzeti , " Həkəri " qəzeti , " Sözün sehri " qəzeti və.s çap olunmuşdur. Sumqayıtda hadisə. (1988-ci il 27-29 fevral hadisələri haqqında) // Lələdağ Mahmud Ə. Yaddan çıxmaz günlərim. Bakı: Təfəkkür, 2002. səh. 119-121. [21] Fitnəkarlıq, yaxud erməni xisləti : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 28 mart. – S.7. [22] " Sənə sözüm var ". Bakı: " Kövsər " - 2009) [23] Dram Əsərləri "Tələ" [24] [25] Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine [26] Arxivləşdirilib 2014-11-20 at the Wayback Machine "Dağlarda tufan" [27] [28] Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine [29] Arxivləşdirilib 2014-11-20 at the Wayback Machine "Qorxaq" [30] [31] Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine "Batmanla gələn dərd" "Gecikmiş etiraf" [32] "Burda bir el vardı" "Haray dünya , haray mənim Koroğlu babam"Hüseyn Ərəblsinksi adına Sumqayıt Dövlət Musiqili Dram teatrında tamaşaya qoyulmuşdur. "Ulduz", "Kirpi" , "Ədəbiyyat qəzeti", "Azərbaycan gəncləri ", "Azərbaycan müəllimləri " və s. müntəzəm çıxmışdır. "Ordadı" [33] "O çiçəyi ayaqlama" [34] "Eyləyirsən" [35] Almanaxlarda "Yeni səslər" , "Azərbaycan harayı" , " El şairləri ", " Yazıçı " qəzetində (Bakı, 1984) dərc edilmişdir. Xarici keçidlər "Əvəz Mahmud Lələdağ " 80 illik yubleyi Əvəz Mahmud Lələdağın sözlərinə hazırlanan videoçarx Əvəz Mahmud Lələdağın DTV-də Senet Yollarında- Teatr "Gecikmiş etiraf" Xeberle.com- Əvəz Mahmud Lələdağla müsahibə Əvəz Mahmud Lələdağ "Xocalı Harayı" Əvəz Mahmud Lələdağ "Ömür Payı" Əvəz Mahmud Lələdağ yubileyini Sumqayıtda oxucuları ilə birgə qeyd etdi [36] Arxivləşdirilib 2016-07-18 at the Wayback Machine Sumqayıtda dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunub [37]Əvəz Mahmud Lələdağın 80 illik yubileyi keçirildi [38] | https://az.wikipedia.org/w/index.php?curid=545166 |
Əvəz Məmmədov | Əvəz Məmmədov (deputat) — Azərbaycan SSR Ali Sovetinin deputatı. Əvəz Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=687418 |
Əvəz Məmmədov (deputat) | Əvəz Məmmədov (dekabr 1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 29 oktyabr 2006, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin ordenli zəhmət adamı, Azərbaycan SSR Ali Sovetinin deputatı. Əvəz Musa oğlu Məmmədov dekabr 1927-ci ildə Qaryagin rayonunun Araz Yağlıvənd kəndində dünyaya göz açmışdı. Böyük Bəhmənli kənd orta məktəbini bitirmişdi. Hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra Araz Yağləvənd kəndində pambıqçılıq briqadiri işləmişdi. Yağləvənddə sədr müavini işləyə-işləyə Gəncə Kənd Təsərrüfatı institutunu qiyabi yolla aqronomluq fakültəsini bitirmişdi. Bundan sonra Kərimbəyli-Yağləvənd birləşmiş kolxozunda kolxoz sədri vəzifəsində işləmişdi. Yaxşı işinə görə rayon təşkilatı tərəfindən təşəkkürlər almışdır. Dəfələrlə kənd və rayon deputatı seçilmişdir. Sonralar 8-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Daha sonra 6 kəndin birləşdiyi Kənd sovetinin sədri olmuşdur. Qazandığı nailiyyətlərə görə görə Lenin ordeni və medallarla təltif olunmuşdur. Əvəz Məmmədov 29 oktyabr 2006-cı ildə vəfat edib. Ənvər Çingizoğlu, Alısəfərli tayfası, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.20-22; Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı: Mütərcim, 2016. | https://az.wikipedia.org/w/index.php?curid=483051 |
Əvəz Məmmədov (əsgər) | Əvəz Elnur oğlu Məmmədov (1 iyun 2001; Bala Çaylı, Qazax rayonu - 7 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əvəz Məmmədov 2001-ci il iyunun 1-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2007-2018-ci illərdə S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində təhsil alıb. Hərbi xidməti Əvəz Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əvəz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əvəz Məmmədov oktyabrın 7-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvəz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Məmmədov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=686853 |
Əvəz Paşayev | Əvəz Telman oğlu Paşayev (17 avqust 1995; Marzılı, Yevlax, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əvəz Paşayev 1995-ci il 17 avqustda Yevlaxın Marzılı kəndində anadan olub. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. Evli və bir qız atası idi. 2021-ci il aprelin 2-də anası intihar edib. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əvəz Paşayev Suqovuşan döyüslərində savaşıb. 29 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 12 oktyabr 2020-ci ildə Hacışelli kənd qəbristanlığında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=769193 |
Əvəz Qurbanlı | Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) - şair, yazıçı və jurnalist Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997-1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmiş müsabiqə zamanı "İlin gənc şairi” seçilib. "Zastava, silaha!” adlı tammetrajlı bədii film ssenarisi, 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən müsabiqənin qalibi olub. 2012-ci ildə "Canlı dirəklər” adlı hərbi vətənpərvərlik romanı çapdan çıxıb. 2014-cü ildə müəllifin sayca üçüncü kitabı - "Məzardan səngərə" şeirlər toplusu işıq üzü görüb. Müntəzəm olaraq dövri mətbuatda çap olunur. Ə.Qurbanlı, eyni zamanda ictimai fəaliyyəti ilə də tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 2015-ci ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Təzə zarafat (satirik və lirik şeirlər). Bakı: 2006, Canlı dirəklər ( hərbi-vətənpərvərlik mövzusunda roman).Bakı: 2012 Məzardan səngərə (şeirlər toplusu). Bakı: 2014 Həmçinin bax Şəxsi saytı Əvəz qurbanlı İlin gənc Şairi adına layiq görüldü [Video] Əvəz qurbanlı ilin gənc şairi seçildi - YAZI Əvəz qurbanlının seçilmiş şeirləri | https://az.wikipedia.org/w/index.php?curid=40283 |
Əvəz Sadıq | Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı. Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb. 1952-1956-ci illərdə "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının redaktoru olmuşdur. İlk yazıları "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və s. qəzetlərdə dərc olunmuşdur. "Xatirələr" (1933), "Yeni gün" (1938), "Bizim adamlar" (1951), "Sabahı yaradanlar" (1953) adlı oçerk və hekayə kitablarının, "Mingəçevir" (1951) romanının müəllifidir. 1955-ci ildə "Nadürüstov və başqaları" toplusu adlı satirik əsərini yazmışdır. Tədqiqatlarda C. Məmmədquluzadənin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühüm rol yüksək qiymətləndirilir. İkinci Dünya Müharibəsi başlayandan sonra 1944-cü ilədək Zaqafqaziya cəbhəsi siyasi idarəsində Tiflisdə təlimatçı-ədəbiyyatçı, 1994-cü ilədək isə "Vətən yolunda" cəbhə qəzetinin xüsusi müxbiri olub. Eyni zamanda Təbrizdə olarkən teatra rəhbərlik etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri, eyni zamanda 1946-1951-ci illər (indiki "Azərbaycan") jurnalında məsul katib olub. 1951-52-ci illər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuş Əvəz Sadıq həmçinin fəal yaradıcılıqla məşğul olmuş, özü bədii əsərlər yazmaqla yanaşı, L.N.Tolstoy, M.Y.Lermontov, Lope de Veqa, Esxil, Sofokl və digər sənətkarların əsərlərini tərcümə etmişdir. Xidmətlərinə görə bir çox medallara layiq görülmüşdü. "Xatirələr" (1933) "Yeni gün" (hekayə və oçerklər, 1938) "Aşığın dedikləri" (1938) "Tələ" (felyeton, 1942) "Qərənfil" (hekayə və oçerklər, 1945) "Bəsti" (1947) "Qəhrəmanlar" (oçerk, 1948) "Sabahı yaradanlar" (1949) "Zərqələm" (1950) "Mingəçevir" (roman, 1951) "Bizim adamlar" (1951) "Sabahı yaradanlar" (1953) "Nadürüstov və başqaları" (1955) "Seçilmiş əsərləri" (1958) "Seçilmiş əsərləri" (1971) Tərcümələri (ruscadan) Zolya. Jerminal (1937) S.Babayevski, Qızıl ulduzlu qəhrəman (1950) 1956-cı ildə avqustun 27-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Naxçıvanda adına məktəb və küçə adı verilmişdir. Həmçinin bax Əvəz Sadıq küçəsi (Naxçıvan) Balaş Azəroğlu Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011 | https://az.wikipedia.org/w/index.php?curid=393224 |
Əvəz Sadıxov | Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov, eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub. Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib. Bir qədər sonra bu kitab Lənkəran Dövlət Universitetində dərslik kimi istifadə edilsə də, daha sonra yenidən siyasi müdaxilələr nəticəsində keçirilməsi qadağan olunub.Əvəz Sadıxov 1999-cu ildə dünyasını dəyişib. | https://az.wikipedia.org/w/index.php?curid=511903 |
Əvəz Süleyman | Əvəz Süleyman (azərb. Əvəz Sirac oğlu Süleymanov; d.10 aprel, 1942; Qırlar, Ağsu rayonu - ö.9 mart, 2019, Şamaxı) — yazıçı, publisist, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı. Həyat və fəaliyyəti 1942-ci ildə aprelin 10-da Ağsu rayonunun Qırlar kəndində anadan olub. Orta təhsilini 1961-ci ildə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində və Ağsu qəsəbə orta məktəbində alıb. 1963-cü ildə Ağsu Pedaqoji məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. 1963-1967-ci illərdə Kürdəmir rayonunun Pirli kənd 8 illik məktəbində, 1967-1973-cü illərdə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində, 1973-1991-ci illərdə Şamaxı rayonunun Çıraqlı kəndində müəllim, məktəb direktoru işləmişdir. 1991-ci ildən vəfatınadək Şamaxı şəhər 5 saylı orta məktəbində çalışıb. 2019-cu ilin 9 mart tarixində vəfat edib. Tək qardaş ömrü (2004) Əzab (2005) Əfsanəyə çevrilən ömür (2007) Pələng balaları haqda (2007) Köhnə dərd (2007) Döy məni, ana, döy (2009) Xarici keçidlər Əvəz Süleyman vəfat etdi Əvəz Süleyman - Facebook səhifəsi Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011 | https://az.wikipedia.org/w/index.php?curid=594011 |
Əvəz Temirxan | Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. Siyasi fəaliyyəti 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=68111 |
Əvəz Verdiyev | Verdiyev Əvəz Həşim oğlu (1916, Bakı – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir. 1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir. 1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. 1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur. Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur. Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır. Xarici keçidlər Verdiyev Əvəz Həşim oğlu Arxivləşdirilib 2010-02-27 at the Wayback Machine "Qarabağın görkəmli şəxsiyyətləri:Əvəz Verdiyev (1916-1945)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14. İstifadə edilmiş ədəbiyyat | https://az.wikipedia.org/w/index.php?curid=84345 |
Əvəz Zeynallı | Əvəz Tapdıq oğlu Zeynallı (1 yanvar 1970, Ağbulaq, Krasnoselsk rayonu) — tənqidçi, araşdırmacı jurnalist, "Xural" Media Qrupunun rəhbəri, Xural TV onlayn YouTube kanalının təsisçisi, "Siyasət Meydanı" ictimai-siyasi verlişinin müəllif və aparıcısı. Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb. Ailəlidir, həyat yoldaşı Məlahət Zeynallı da jurnalist fəaliyyəti ilə məşğuldur. Onların iki qız övladı var. İctimai fəaliyyəti Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib. 1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2010-cu ildən onun rəhbərlik etdiyi saytı fəaliyyət göstərir. Yaradıcılığı Əvəz Zeynallı Milli Sevgililər günü ideyasını ərsəyə gətirərək 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü "30 iyunu" Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasının təklifi verən jurnalist kimi bu istiqamətdə təbliğat aparmışdır. O,2006-cı ildə "30 İyun-Sevgililər Günü" və 2011–2014-cü illərdə həbsxanada olarkən yazdığı 40 cildlik (4 dəfə nəşr olunub) "Selcanın Məmləkəti" həbsxana gündəlikləri kitabının müəllifidir. 2005-ci ildə tərcümə etdiyi Adolf Hitlerin "Mənim savaşım" (Mein Kampf) kitabını nəşr etdirib. Əvəz Zeynallının növbəti tərcümə və dərc etdiyi kitab Daniel Yerginin "Petrol" əsəridir. 2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları irəli sürülərək azadlıqdan məhrum edilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxmışdır.Əvəz Zeynallı 2022-ci il 10 sentyabr tarixində Cinayət Məcəlləsinin 311.3.3, daha sonra Cinayət Məcəlləsinin 312–1 maddəsi ilə irəli sürülən ittiham ilə həbs olunub. Bütün irəli sürülən ittihamları qəbul etməyən jurnalist, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Əvəz Zeynallının 2011-ci ildə həbs edilməsi ilə bağlı qərarını elan edib. Məhkəmə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5§ 3, 6§ 1, 6§ 3(d), 8 və 10-cu maddələrinin pozuntusunu tanıyıb: "Bu qərardan sonra Ali Məhkəmə Əvəz Zeynallıya bəraət verməli və vurulmuş mənəvi, maddi zərərə görə kompensasiya ödəməlidir". Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=281805 |
Əvəz Zeynalov | Əvəz Səməd oğlu Zeynalov (22 dekabr 1935, Laçın rayonu – 13 may 2019, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Zeynalov 22 Dekabr 1935-ci ildə Laçın rayonu Aşağı Fərəcan kəndində anadan olmuşdur. 1943-1950 ci illərdə Fərəcan kənd məktəbini, 1950-1953 cü illərdə Mığıdərə orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1961- ci ildə universiteti bitirmişdir. 1969-1974 cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili almışdır. 1988-ci ildən Laçın rayon Mərkəzi xəstəxanasının baş cərrahı olmuş, 1500-dən çox cərrahiyyə əməliyyatları aparmışdır. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarmışdır. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə etmişdir. 1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı kliniki xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti Əvəz Zeynalov 1965-1992 ci illərdə Laçın rayonu xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Işlədiyi illər ərzində zob xəstəliyi ilə bağlı çox sayda müraciətlər daxil olduğundan bu xəstəlik onu xeyli maraqlandırmış, apardığı müayinələr nəticəsində xəstəliyin endemik ocağını müəyyən etmişdir. Laçın rayonunun coğrafi xəritəsini tərtib edərək xəstəliyin necə yarandığını öyrənmiş və bunu ilk dəfə Laçın rayonunun təbabət tarixinə saldırmışdır. Müayinə zamanı aydın olmuşdur ki, rayonda yaşayan hər 100 qadının 80 faizində entiroid formalı zob mövcuddur. 1969-1974 cü illərdə feurometr deyilən aparatla 'Katexolaminlərin (adrenalin, noradrenalin) əməliyyatdan əvvəl və sonra təyini' mövzusu ilə dissertasiya işi müdafiə etmişdir. Kiyev Dövlət Tibb Universitetinin laboratoriya kafedrasından laborant həkim gətirmiş, Laçın şəhər xəstəxanasında 300-dən çox xəstə müayinədən keçirilmişdir. İsbat olunmuşdur ki, bu rayonda su, torpaq, hava və qida məhsullarında halogenlərdən olan "yod" elementi çatmır. Daha sonra Səhiyyə Nazirliyinə bununla bağlı məktub hazırlanıb göndərilmişdir. Elmi əsərini erməni təcavüzünə görə gətirə bilməmiş, lakin əsərin avtoreferatı Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında vardır. Elmi rəhbəri Kiyev Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri Skripnichenko Dmitro Fedorovich olmuşdur. İlk dəfə avtoreferat Azərbaycan SSR Elmlər Akademiyasının vitse prezidenti Mustafa Topçubaşova verilmişdir. O, bunu unikal dissertasiya adlandırmış və SSRİ Ali Attestasiya Komissiyasına müsbət rəy göndərmişdir. 1981-ci ildə yenidən universitetə 4 aylıq kursa getmiş, doktorluq dissertasiya aparılması elmi sovetdən keçmiş və təsdiq olunmuşdur. 1988-ci ilin fevral ayında erməni təcavüzü nəticəsində doktorluq dissertasiyası yarımçıq qalmışdır. Əvəz Zeynalov 2019-cu il mayın 13-də Bakı şəhərində vəfat etmişdir. Mükafatları Səhiyyə Nazirliyinin və Tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, 1968 “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı, 1970 Ümümittifaq Cərrahlar Qurultayına nümayəndə seçilməsi, 29 iyun 1974, Kiyev "Tibb elmləri namizədi", 26 sentyabr 1974 "Sosializm yarışının qalibi" döş nişanı, 1976 "SSRİ səhiyyə əlaçısı" döş nişanı, 1976 Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Attestasiya Komitəsinin verdiyi "ali dərəcəli cərrah", 1993 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi", 2009 Zəngəzur qəzeti, 24 sentyabr 2004-cü il. səh.6 | https://az.wikipedia.org/w/index.php?curid=172412 |