!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əsəd ibn Zurara
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir. O, Əsədlə birlikdə Mədinədə təbliğat işində fəal iştirak edir. Əsədin evi Mədinədə İslam hərəkatının əsas qalasına çevrilmişdi. Əsəd müsəlmanların Mədinəyə hicrətindən sonra xəstəlikdən vəfat edir. Bu, 623-cü ildə Bədr döyüşü ərəfəsində baş verir.
https://az.wikipedia.org/w/index.php?curid=797507
Əsəd ibn Zürarə
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir. O, Əsədlə birlikdə Mədinədə təbliğat işində fəal iştirak edir. Əsədin evi Mədinədə İslam hərəkatının əsas qalasına çevrilmişdi. Əsəd müsəlmanların Mədinəyə hicrətindən sonra xəstəlikdən vəfat edir. Bu, 623-cü ildə Bədr döyüşü ərəfəsində baş verir.
https://az.wikipedia.org/w/index.php?curid=733818
Əsəd ibn Əbdülüzza
Əsəd ibn Əbdülüzza (ərəb. أسد بن عبدالعزى) — Qusay ibn Kilabın nəvəsi və İslam peyğəmbəri Məhəmmədin ana tərəfdən ulu babası. Tərcümeyi-hal O, Əbdülüzza ibn Qusayın oğlu idi. Məhəmmədin anası Aminə binti Vəhbin anası olan Bərrah bint Əbdülüzzanın anası olan Ümmü Həbib bint Əsədin atası idi. O, Məhəmmədin ilk xanımı Xədicə binti Xuveylidin atası Xuveylid ibn Əsədin atası idi. Beləliklə, Məhəmməd və Xədicənin Əsəd nəslindən olduğuna görə birinci dərəcədən iki qat əmiuşağları idi. O vaxt nəfiz adında kimsə də vardı. Məhəmməd — Əsəd ibn Əbdülüzzanın qızı Ümmü Həbib bint Əsədin qızı Bərrah bint Əbdülüzzanın qızı Əminə binti Vəhb oğlu Xədicə binti Xuveylid — Əsəd ibn Əbdülüzzanın oğlu Xuveylid ibn Əsədin qızı Əsədi qəbiləsinin mühüm üzvü Zübeyr ibn Əvvamın nəslindən olan Zübeyrilər qolu, ikinci erkən İslam vətəndaş müharibəsi olan İkinci Fitnə zamanı mühüm bir qrup idi. Müaviyənin oğlu Yezidi öz canişini elan etdikdən sonra Zübeyrin oğlu Abdullah 676-cı ildə Yezidi xəlifə kimi tanımaqdan imtina etdi. 683-cü ildə Abdullah Məkkəyə nəzarəti ələ keçirdi və bir dövlət qurdu. Yezidin vəfatından sonra Abdullah özünü Əmirəlmöminin (Möminlərin əmiri) elan etdi və Zübeyri xilafətini qurdu. Tezliklə Abdullah İranın yarısını və Misirin yarısını nəzarət altına aldı. Həm Əlioğulları (Rəşidun dördüncü xəlifəsi Əlinin ailəsi və nəsli) həm də Zübeyrilər xilafət ərazisində ən çox torpaq və mülkə malik olan Peyğəmbər sülaləsinin səhabələrindən ikisi idi.Zübeyrilər rejimi Yəməndən olan Əzd mənşəli adamları Şam ərazisinə vali təyin etməyi xoşlayırdı. Bura Kində və Kəlbin cənub qəbilələri daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=810191
Əsəd İsgəndərov
Əsəd Bəybala oğlu İsgəndərov (27 oktyabr 1990; Göygöl rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsəd İsgəndərov 1990-cı il oktyabrın 27-də Xanlar rayonunun Topalhəsənli kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun giziri olan Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsəd İsgəndərov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=705072
Əsəd Əhmədov
Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu – 31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. Döyüşlərdə iştirakı Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1992-ci il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 67–68.
https://az.wikipedia.org/w/index.php?curid=113153
Əsəd Əhmədov küçəsi (Bakı)
Əsəd Əhmədov küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun adını daşıyır. Abbas Mirzə Şərifzadə küçəsindən Bakı dairəvi avtomobil yoluna kimi uzanır. Əsəd Əhmədov küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsinə paraleldir. Küçədə 77, 211 və 194 saylı marşurut avtobusları hərəkət edir. Küçə sonuncu dəfə 2018-ci ildə əsaslı təmir olunub. Təmir zamanı küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3.2 km olan yeni piyada səkiləri inşa edilib. Kəsişdiyi küçələr Əsəd Əhmədov küçəsi Abbas Mirzə Şərifzadə küçəsindən başlayır və Bakı dairəvi avtomobil yolu ilə kəsişmədə bitir. Rasim Səfərov küçəsi Vasif Əliyev küçəsi Zaur Kərimov küçəsi Dadaş Bünyadzadə küçəsi Mühüm ünvanlar № ? — Dent Star № ? — AZZA Cake House № 26 — 19№-li notariat kontoru № ? — Bravo Market № ? — Bizim Market № ? — Bazar Store № 24B — Şərur MTK № ? — Şəms MTK № ? — Katv 1 № ? — Lider Klinikası № ? — Osmanlı Hamamı № ? — Ləziz House № ? — Şuşa şəhər 1 saylı tam orta məktəbi № ? — Etalon MTK № ? — Etalon market № ? — 308 saylı tam orta məktəb № ? — Albalı Uşaq Bağçası № ? — Yasamal Yanğından Mühafizə Xidməti № ? — Su Nəqliyyatı Polisi Xarici keçidlər Əsəd Əhmədov küç. (Bakı)
https://az.wikipedia.org/w/index.php?curid=600162
Əsəd Əliyev
Əsəd Əliyev (23 may 1970) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Əsəd Əliyev 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Beslan Tsaqiyeva məğlub olan Əsəd Əliyev Avropa Çempionatının gümüş medalına sahib oldu. 1994-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan Avropa Çempionatını isə Əsəd Əliyev 18-ci pillədə başa vurdu.Daha sonra Əsəd Əliyev 1995-ci ildə Bezanson şəhərində (Fransa) Avropa Çempionatını 14-cü, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu.1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatını 15-ci, 1997-ci ildə Kouvola şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 12-ci pillədə başa vuran Əsəd Əliyev, 1997-ci ildə idmanla vidalaşdı.
https://az.wikipedia.org/w/index.php?curid=795595
Əsəd Əsədli
Əsəd Mahir oğlu Əsədli (17 iyun 1995; Çayqıraq, Masallı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub. Hərbi xidmətləri Əsəd Əsədli 2016-2018-ci illərdə Naxçıvanda ordu sıralarında xidmət etmiş, hərbi kəşfiyyatçı peşəsinə yiyələnmişdi. Hərbi xidməti keçdiyi müddətdə iki dəfə komandanlıq tərəfindən nümunəvi xidməti qeyd olunmuş, tərifnamə ilə təltif edilmişdi.2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əsəd Əsədli də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) Haqqında yazılmış şeirlər Tapdıq Əlibəyli. "Bayrağa dönən Əsəd"; "Payız çöhrəısində yazdı 44 gün", 2021-ci il (kitab)
https://az.wikipedia.org/w/index.php?curid=766867
Əsəd Əsədov
Əsəd Əsədov (kino sənətçisi) — Səs operatoru, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Əsəd Əsədov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Əsəd Əsədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=694953
Əsəd Əsədov (baş leytenant)
Əsəd Əsədov (29 mart 1978, Tatarməhlə, Neftçala, Azərbaycan — 12 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb. 21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə sonradan isə 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" ,"İgidliyə görə"medaları,3-cu dərəcəli "Rəşadət"ordeni ilə təltif edilib. 2007-ci ildə Ülkər adlı xanımla ailə qurub. Camaləddin, İslam və Selin adlı övladları var. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) Həmçinin bax Vətən Müharibəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı Xarici keçidlər Qızının şəklini öpərək şəhadətə ucalan baş leytenant / AzərTac Şəhid baş leytenant Əsədov Əsəd Cəmaləddin oğıu.
https://az.wikipedia.org/w/index.php?curid=694705
Əsəd Əsədov (kino sənətçisi)
Əsəd Əsədov (1 mart 1947, Bakı – 23 sentyabr 2023) — Səs operatoru, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Əsəd Fərrux oğlu Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib (1970). 100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı (1991), "Ailə" filmindəki işinə görə "ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Dövlət Mükafatı laureatıdır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.23 sentyabr 2023-cü ildə Bakıda vəfat etmişdir. Filmoqrafiya 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) Adı Günəşlidir... (film, 1992) Adi əhvalat (film, 1991) Adsız su (film, 1985) Ağstafa Şərabçıları (film, 1992) Axtaran tapar (film, 1980) Ailə (film) (tammetrajlı bədii film) — səs operatoru Araqarışdıran (film, 1987) Arxada qalmış gələcək (film, 2004) Arxadan vurulan zərbə (film, 1977) Azərbaycan ipəyi (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Azərbaycan kinosu-80 (film, 1996) Baba zeytun diyarında (film, 1992) Belə lazımdır (film, 1982) Bəyin oğurlanması (film, 1985) Biz qayıdacağıq (film, 2007) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Çarvadarların izi ilə (film, 1974) De ki, məni sevirsən! (film, 1977) Dınqıl, sazım, dınqıl (film, 1976) Düşüncə (film, 1987) Etimad telefonu (film, 2001) Evin kişisi (film, 1978) Əlvida, cənub şəhəri (film, 2006) Fəryad (film, 1993) Firəngiz (film, 1975) General Hüseyn Rəsulbəyov (film, 1998) Girov (film, 2005) Göyçək Fatma (film, 1988) Gözəlliklər diyarı (film, 1995) Güllələnmə təxirə salınır!... (film, 2002) Günlərin bir günü... (film, 1976) Hacı Qara (film, 2002) Haqqın dərgahı (film, 1991) Haray (film, 1993) Haray (film, 2004) Xoş gördük, Tovuz (film, 1992) İşarəni dənizdən gözləyin (film, 1986) Kədərimiz… Vüqarımız… (film, 1998) Kinorejissor Arif Babayev (film, 2000) Küçələrə su səpmişəm (film, 2004) Qanlı zəmi (film, 1985) Qara "Volqa" (film, 1994) Qara gölün cəngavərləri (film, 1984) Qəribə əjdaha (film, 1984) Qoca əsgər (film, 1993) Qocaman Xəzərin gəncliyi (film, 1972) Qorxma, mən səninləyəm (film, 1981) Qorxma, mən səninləyəm Məhkumlar (film, 2007) Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986) Məkanın melodiyası (film, 2004) Mən mahnı qoşuram (film, 1979) Musiqili xaş (film, 1984) Müqəddəs torpaq (film, 1993) Müstəqilliyin keşiyində (film, 1996) Neft maşınqayırmasının flaqmanı (film, 1992) Nəsrulla Nəsrullayev (film, 1999) Odla qol-boyun (film, 2002) Onun bəlalı sevgisi (film, 1980) Salam, Salyan (film, 1992) Sehrli ağac (film, 1980) Sən həmişə bizimləsən (film, 1997) Səs (film, 1993) Süd dişinin ağrısı (film, 1987) Şərabçıyam, şərabçı (film, 1991) Tələ (film, 1990) Ümid qapısı (film, 1993) Yalan (film, 2005) Yaramaz (film, 1988) Yubiley (film, 1990) Zaqatala (film, 1972)
https://az.wikipedia.org/w/index.php?curid=32381
Əsəd Əsədov (milli qəhrəman)
Əsəd Soltan oğlu Əsədov (22 mart 1956, Turabad, Zəngilan rayonu – 29 oktyabr 1991, Xanabad) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır. O, qısa müddətdə kollektivin rəğbətini qazanmışdır. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Əsəd Əsədov təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını vermişdir. Yevlax Aviasiyt Şirkətinə məxsus AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov Qarabağ səmasında çoxsaylı uçuşlar keçirmişdi. 29 oktyabr 1991-ci il … O, 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfındən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.Ailəli idi. Dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Ümumi Lider Heydər əliyev tərəfindən 1996 cı ildə"Azərbaycanm Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Qızıl Medalla təltif edilmişdir Zəngilan rayonunda dəfn edilmişdir. Zəngilan rayon Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.</ref> 22 mart 1956-cı ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki Aviasiya şöbəsinə daxil olmuşdur. 1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır. O, qısa müddətdə kollektivin rəğbətini qazanmışdır. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Əsəd Əsədov təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını vermişdir. Yevlax Aviasiyt Şirkətinə məxsus AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov Qarabağ səmasında çoxsaylı uçuşlar keçirmişdi. 29 oktyabr 1991-ci il … O, 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfındən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu. Ailəli idi. Dörd övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Ümumi Lider Heydər əliyev tərəfindən 1996 cı ildə"Azərbaycanm Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Qızıl Medalla təltif edilmişdir Zəngilan rayonunda dəfn edilmişdir. Hazırda onun doğma rayonu erməni işğalı altındadır. Zəngilan rayon Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır. Döyüşlərdə iştirakı 29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu. Ailəli idi. Dörd övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Zəngilan rayonunda dəfn edilmişdir.Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır. Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, № 39(304), 20 oktyabr 2014-cü il. səh.1 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 96.
https://az.wikipedia.org/w/index.php?curid=125013
Əsədabad
Əsədabad bu mənalarda gələ bilər: Əsədabad (Yardımlı) — Yardımlı rayonunda kənd. 13 iyun 2008-ci ildə ləğv olunmuşdur. Əsədabad şəhristanı və ya Əsədabad Əfşar — İranın Həmədan ostanının şəhristanlarındandır. Əsədabad (Həmədan) — Həmədan ostanının şəhərlərindəndir. Əsədabad (Meşkinşəhr) Əsədabad (Əfqanıstan) Əsədabad (Əbhər)
https://az.wikipedia.org/w/index.php?curid=273312
Əsədabad-i Xurin
Əsədabad-i Xurin (fars. اسدآباد خورين) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 86 nəfər yaşayır (17 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=670809
Əsədabad (Həmədan)
Əsədabad şəhəri — Həmədan ostanında şəhər, Əsədabad şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahiya alınması əsasında bu şəhrin 51.911 nəfər əhalisi var.Əsədabad türkləri Əfşar elindəndirlər.
https://az.wikipedia.org/w/index.php?curid=273516
Əsədabad (Meşkinşəhr)
Əsədabad (fars. اسداباد) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (16 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763149
Əsədabad (Yardımlı)
Əsədabad — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Əsədabad kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Toponimikası XX əsrin əvvəllərində kəndin adı Əsədkənd variantında qeydə alınmışdır. Mənbələrdə XIX əsrin axırlarında burada Talış dağlarında yaşamış pirembel/perimbel tayfasına mənsub bir tirənin məskunlaşması haqqında məlumat verilir. Oykonim bu tirənin başçısı Əsədin adı ilə adlandırılmışdır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=108406
Əsədabad (dəqiqləşdirmə)
Əsədabad bu mənalarda gələ bilər: Əsədabad (Yardımlı) — Yardımlı rayonunda kənd. 13 iyun 2008-ci ildə ləğv olunmuşdur. Əsədabad şəhristanı və ya Əsədabad Əfşar — İranın Həmədan ostanının şəhristanlarındandır. Əsədabad (Həmədan) — Həmədan ostanının şəhərlərindəndir. Əsədabad (Meşkinşəhr) Əsədabad (Əfqanıstan) Əsədabad (Əbhər)
https://az.wikipedia.org/w/index.php?curid=290690
Əsədabad (Əbhər)
Əsədabad (fars. اسداباد) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (21 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772573
Əsədabad şəhristanı
Əsədabad şəhristanı və ya Əsədabad Əfşar — İranın Həmədan ostanında şəhristan. İnzibat mərkəzi Əsədabad şəhəridir. Şəhristanın ərazisi 1195 kv.km-dir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,566 nəfər və 25,167 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlıların əfşar elindəndir. Əsədabad şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Əsədabad DEHİSTANLARI: Çahardoli dehistanı KƏNDLƏRİ: Ahutəpə, Əliabad-i Əyvora (və ya sadəcə Əliabad), Əminabad, Ağbulaq, Ağacanbulağı, Əyvora / Eyvəra / İvəra / Əbura, Çarıq, Çinar-i Ülya, Çeşməvələd, Dovbəralə / Dübəralə / Duvbəralə / Dobralə, Güldərə, Həsənabad-i İmam, Kəmək-i Ülya / Kəmək-i Bala, Kəmək-i Süfla / Kəmək-i Pain, Məhəmmədabad, Molla Vəli, Nemətabad, Pir Malu (Pirmalı (?)), Qədirabad, Qarakənd, Qarabulaq, Qumşanə (Gümüşxana), Quştəpə, Səmiran, Siyahgilə, Siyahkəmər Dərbəndrud dehistanı KƏNDLƏRİ: Əhmədabad, Ələncə / Əlincə, Əminabad, Bucin, Bur, Çinar-i Süfla, Dehnov, Dehnuş, Gəncə, Güzargəcin, Hisamabad / Koluntəpə, Xəkriz, Lətif, Qazimərdan, Siravənd / Sirvan, Yusifabad Cülgə dehistanı KƏNDLƏRİ: Əliabad-i Pir Şəms ül Din (Əliabad-i Pir Şəmsəddin), Bifanəc / Pifanəc / Pifiyanə, Çeşməqəndab, Dövlətabad, Günbalə, Ləklək, Musaabad, Nəcəfabad, Nüsrətabad-i Ləklək, Pir Şəms ül Din (Pir Şəmsəddin), Pul-i Şikəstə, Qasımabad-i Ləklək, Seyfabad, Vəliabad Seyid Camal ül Din dehistanı (Seyid Cəmaləddin) KƏNDLƏRİ: Badxora / Badxürə, Biyac, Dehgülan, Gavanlı, Holvar-i Ülya / Hülvər-i Ülya / Həlbər-i Bala, Holvar-i Süfla / Hülvər-i Ülya / Həlbər-i Pain / Həlvər-i Pain, Hüdərəc, İstgah-i Müxabarati Şəhid Qəndi, Cənnətabad, Xondab / Xundab, Məzrayə-i Bid, Məlhəmdərə, Nüsrətabad-i Behraz, Üştürcin / Üstürcin, Qasımabad, Şəhrab / Şöhrab, Şiləndər-i Süfla, Tərxinabad / Tərfinabad / Tərxisabad, Vəndərabad / Məndirabad, Virayi / Virani / Şirazil / Şirəzəlli / Şirzelli Pirsalman bəxşi İnzibati mərkəzi: Acin DEHİSTANLARI: Pirsalman dehistanı KƏNDLƏRİ: Bitərvan, Həbəşi, Cəfərabad, Kəvanəc, Mavi / Məva, Münəvvərtəpə, Piryusuf, Sadiqabad, Sirdərə Külyai dehistanı KƏNDLƏRİ: Çaharçeşmə, Çeşmə Əli, Dehbürə, Dehsəfid, Güdarpahn, Heydərabad, Hüseynabad, Keynisayə, Meyvələ / Miyulə, Rüstəmabad, Təxtiabad, Təvilan-i Ülya, Təvilan-i Süfla Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=270956
Əsədi (İran)
Əsədi (fars. اسدي) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 13 nəfər yaşayır (6 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=670811
Əsədi Tusi
Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi (?, Tus — 1072, Təbriz) — İran şairi. Əsədi Əbu-Nəsr Əli ibn Əhməd Tusi məşhur fars-tacik şairidir. XI əsrdə Xorasanda hərc-mərclik yarandı. Səlcuqlular İranın qərbindən Kiçik Asiyaya doğru hərəkət etdilər. Buna görə fars dili geniş şəkildə yayıldı və Azərbaycan üslubu yarandı. Xorasanda yaranmış vəziyyətə görə bir çox farsdilli şairlər Xorasandan Azərbaycana köç etdi, o cümlədən Əsədi Tusi Təbrizə gəldi. Əsədi Tusi ömrünün mühüm hissəsini Azərbaycanda (əsasən Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. O, "Lüğəti-fürs"ün ("Fars lüğəti"nin) müəllifi idi və bir çox kitabların tərtibçisi olub. Əsədi Tusi 1072-ci ildə vəfat edib. Təbrizdə “Məqbərətül şüəra” (“Şairlər məqbərəsi”)də dəfn olunmuşdur. Encyclopedia Iranica, "Asadi Tusi", Dj. Khaleghi-Motlagh Encyclopedia Iranica, "GARŠĀSP-NĀMA", FRANÇOIS DE BLOIS Asadi Tusi, Abu Mansur Ali ibn Ahmed // The Great Soviet Encyclopedia (3rd). 1970–79. İstifadə tarixi: 14 May 2015 – TheFreeDictionary.com vasitəsilə. Sənan İbrahimov. Əsədi Tusi və Fəxri İrəvani. Bakı, Ağrıdağ, 2002 Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=272138
Əsədiyyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,312 nəfər və 969 ailədən ibarət idi
https://az.wikipedia.org/w/index.php?curid=302116
Əsədiyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,312 nəfər və 969 ailədən ibarət idi
https://az.wikipedia.org/w/index.php?curid=428245
Əsədkəndi (Pərsabad)
Əsədkəndi (fars. اسدكندي) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 308 nəfər yaşayır (64 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=693191
Əsədli
Əsədli — Azərbaycanda daha çox işlədilən soyad. Samir Əsədli — Azərbaycanda gənclər hərəkatının fəallarından, gənc siyasi liderlərdən biri.Kəndlər Əsədli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Əsədli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
https://az.wikipedia.org/w/index.php?curid=109572
Əsədli (Cəlilabad)
Əsədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əsədli oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Şahsevənlərin əsədli tirəsi salmışdır; Sabirabad r-nunun Qaralar i.ə.v.-də kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Məmişlər (indiki Qaralar) kəndindən çıxmış Əsəd adlı şəxs və onun övladları saldığı üçün belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1050 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Cəlilabad rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109730
Əsədov
Əsədov — Azərbaycanda daha çox işlədilən soyad. Oqtay Əsədov — Azərbaycan Respublikası Milli Məclisinin sədri. Məhəmməd Əsədov — Azərbaycanın görkəmli dövlət xadimi, milis general-mayoru. Heydər Əsədov — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Gəray Əsədov — Sovet İttifaqı Qəhrəmanı Malik Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədov — Azərbaycanın Milli Qəhrəman Vaqif Əsədov — Rejissor. Ssenari müəllifi. Aktyor. Film və verilişlərdə iştirak. Adil Əsədov — fəlsəfə elmləri doktoru Lətif Əsədov — Texnika elmləri namizədi Arif Əsədov — Filologiya üzrə fəlsəfə doktorudur. Arif Əsədov (futbolçu) — Azərbaycan futbolçusu Tural Əsədov — aktyor Səfər Əsədov — Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=378479
Əsədqışlağı-i Do (Pərsabad)
Əsədqışlağı-i Do (fars. اسدقشلاقي 2) və ya İkinci Əsədqışlağı — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (11 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=693194
Əsədqışlağı-i Yek (Pərsabad)
Əsədqışlağı-i Yek (fars. اسدقشلاقي 1) və ya Birinci Əsədqışlağı — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (46 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=693196
Əsədqışlağışümarə-i Se (Pərsabad)
Əsədqışlağışümarə-i Se (fars. اسدقشلاقي شماره3) və ya 3-cü Əsədqışlağışümarə — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (34 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=693193
Əsədulla Axundov
Əsədulla Cavad oğlu Axundov (1873, Bakı – 1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanlı inqilabçı, redaktor. 1873-cü ildə Bakıda anadan olub. 1901-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. XIX əsrin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907 illər inqilabı dövründə Bakı fəhlələrinin mübarizəsində iştirak etmişdir. Hümmət Partiyası qurucularından biri, Neft Sənayəsi Fəhlələri Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü, "Yoldaş" qəzetinin redaktoru və nəşri olmuşdur. Nicat Cəmiyyətində fəaliyyət qöstəmiş, 1917-ci ilin iyununda Hümmət Partiyasının büro üzvü seçilmişdir. 1909 ildə İrandaki Məşrütə hərəkatında iştirak etmişdir. 1918 ildə İranda inqilabi iş aparmışdır. Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərittifaqın və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xarici Ticarət İdarəsinin İranda müvəkkili olmuşdur. Qafqaz Sosial Demokrat Təşkilatının 3-cü qurultayına nümayəndə seçilmişdir. Əsədulla Axundov 1927-ci ildə İranın Ənzəli şəhərində vəfat edib. 1906-cı ilin may ayından etibarən Azərbaycan dilində ilk leqal bolşevik qəzeti "Dəvət" nəşr olunmağa başlayıb. Hümmət Partiyası 1906-cı il dekabrın 16-dan 1907-ci il martın 26-na qədər "Təkamül" qəzetini, o da hökumət tərəfindən bağladılandan sonra, 1907-ci il avqustun 22-dən həmin ilin sentyabrına qədər "Yoldaş" qəzetini nəşr etdirib. "Yoldaş"ın rəsmi redaktor-naşiri Əsədulla Axundov idi. 1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərinə Zaqafqaziya seçki dairəsindən Rusiya Sosial Demokrat Fəhlə Partiyası (Hümmət Partiyası) siyahısından 10-cu yerdən deputat seçilmişdir. Sovet hökuməti zamanı SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin İrandakı nümayəndəsi kimi çalışmışdır. Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Qafqaz Diyar Komitəsinin 3-cü qurultayında iştirak etmişdir. 1927-ci ildə Ənzəlidə ölmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=298634
Əsədulla Cəfərov
Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — AMEA-nın Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru. Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. O, 1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib. Əsədulla Cəfərov 1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir. 1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1980-ci ildə “Azərbaycanın Mustye mədəniyyəti” monoqrafiyasına görə elm və texnika sahəsində respublika komsomolu mükafatı laureatı adını alıb. 1992-ci ildə dekabrın 25-də Azərbaycan EA Tarix İnstitutunda Elmi Şurasında “Azərbaycanın orta paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə Masallı rayonu İcra Hakimiyyəti onu Tarix elminin inkişafındakı xidmətlərimə görə “Qələbə” fondunun mükafatına layiq görmüşdür. 2001-ci ildə Fransanın Totavel şəhərində keçirilən Beynəlxalq konfransda İNTAS-2000 proqramının Azərbaycan üzrə əlaqələndiricisi seçilmiş və qrant almışdır. 2001-ci il və 2003-cü illərdə Fransada Avropa alimləri ilə 3 ay birgə elmi tədqiqat işləri aparmış və Qarabağın qədim tarixinə aid elmi məruzələr etmişdir. 2002-ci ildə “Azərbaycanın 100 görkəmli alimi” adlı müsabiqənin qalibi olmuşdur. 2015-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığım uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyim xidmətlərə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim “Qızıl Medal” ilə təltif olunub. Elmi fəaliyyəti Əsədulla Cəfərovun Azərbaycan Respublikası Qafqaz ərazilərində daş dövrü abidələrinin arxeoloji tədqiqi. Ümumi elmi əsərlərin sayı 148. Xaricdə çıxmış əsərlərin sayı 15. Beynəlxalq bazalarda 7. Monoqrafiyaları Azərbaycanın mustye mədəniyyəti (Tağlar mağarasının materialları əsasında. Bakı: 1983. Quruçay dərəsində. Bakı: Azərnəşr, 1990. İnsanlığın səhəri. Bakı: 1994. Azərbaycanın orta paleoliti. Bakı: Elm, 1999. Azərbaycanın ilk sakinləri. Bakı: Elm, 2004. Azərbaycan arxeologiyası – Daş dövrü. I cild. Bakı: 2008. Qarabağın paleolit düşərgələri. Bakı: Elm, 2017. Qarabağ: ulu Vətənimiz. Bakı: 2019. 148 məqalə. Elm və texnika sahəsində respublika mükafatı laureatı, 1980. Masallı RİH “Qələbə” fondunun laureatı Beynəlxalq İNTAS – 2000 proqramının qrant laureatı. Brüssel 2001. Azərbaycanın 100 görkəmli alimi. Bakı: 2001 Avropa Nəşr mətbuat evi "ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl medal, 2015.
https://az.wikipedia.org/w/index.php?curid=751779
Əsədulla Dibirov
Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi. Bioqrafiyası Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb.Ondan sonraki müfti Şərif Vəlizadə seçildi. Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116. ISBN 978-9952-490-50-3
https://az.wikipedia.org/w/index.php?curid=783873
Əsədulla Qurbanov
Qurbanov Əsədulla Cuci oğlu — Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri. 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 1954-cü ildə Katex kənd orta məktəbini bitirmişdir. Həmin il peşə-texniki məktəbini, daha sonra isə Mədəni maarif texnikumunu başa vurmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. Təhsili, elmi dərəcəsi və elmi adları 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi 1976-cı ildə - fəlsəfə elmlər namizədi 1978-ci ildə - dosent 1992-ci ildə - fəlsəfə elmləri doktoru 2002-ci ildə - professor Namizədlik dissertasiyasının adı „Azərbaycan kəndlisinin şüurunda sekulyarlaşmanın xarakterik xüsusiyyətləri“ (Şəki – Zaqatala zonasının materialları əsasında). Doktorluq dissertasiyasının adı „Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri“ (Azərbaycan Respublikasının materialları əsasında) Əmək fəaliyyəti 1957–1973-cü ilə kimi Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş. 1973–1978-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi. 1978-1984cü ilə kimi Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent. 1984-cü ildən hal-hazıra kimi Bakı Dövlət Universitetində əvvəlcə dosent, sonra isə professor. 5 monoqrafiya, 10 kitab, 10 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru. Din, o cümlədən islam dini, habelə müqəddəs Quran haqqında elmilik, obyektivlik və dünyəvilik baxımından tezislər. Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı 3-4 aprel 2007-ci ildə „Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər“ simpoziumda iştirakı; 2008-ci il 8 iyun “Dinlər arası dialoq” beynəlxalq konfrans; 2008-ci ilin noyabrın 28-də YUNESKO-nun xətti ilə Bakıda keçirilən „Dünya fəlsəfəsi kontekstində islam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri“ konfransda iştirakı. Moskva, Bakı, Sankt-Peterburq, Daşkənd, Aşqabad, Rostov, Tbilisi, Bişkek, Mahaçqala şərlərində müxtəlif simpoziumlarda iştirak etmişdir. Tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası. Seçilmiş əsərləri «Heydər Əliyevin Şərq siyasətində islam amili» (Problemlər, mülahizələr, təkliflər) «Terrorçuluğa qarşı mübarizıdə Azərbaycanın mövqeyi birmənalıdır». «Bir yarpaq kövrək xatirə». «Heydər Əliyev və islam». «Xocalısız 16 il». «Xatirələr işığında». Həmçinin bax QURBANOV ƏSADULLA CÜCÜ OĞLU Qurbanov Əsədulla Cüci oğlu - fəl.rlm.dok., prof. Əsədulla Qurbanov Elşad Abdullayevə cavab verdi - ... Alim ömrünün salnaməsindən Əsədulla Qurbanov: Azərbaycanın özünün İslam Konsepsiyası olmalıdır Əsədulla Cuci oğlu Qurbanov
https://az.wikipedia.org/w/index.php?curid=378538
Əsədulla bəy Muradxanov
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır. Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. O, Rusiya 1 Dövlət Dumasına seçilmiş ilk Salyanlı deputatdır. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s. xeyriyyə işləri ilə məşğul olmuşdur. Dövri mətbuatda çıxış etmiş, inqilabdan əvvəl "Brokhauz və Yefron ensiklopedik lüğəti"ndə məqalələri çap olunmuşdur. Əsədulla bəy 1926-cı ildə Bakıya köçmüş və Qara Şəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildən təqaüdə çıxmışdır. Əsədulla bəy Salyanda yaradılmış ilk Cəmiyyəti-Xeyriyyənin, ilk həvəskar teatr cəmiyyətinin və ilk kütləvi kitbxananın qurucusudur.O, 1942-ci ildə Salyanda vəfat etmişdir. Seyidzadə D. B., Azərbaycan XX əsrin əvvəllerində: müstəqilliyə aparan yollar, B., 2004; Azərbaycan teatr salnaməsi, B., 1975. Həmçinin bax Rusiya İmperiyasının Dövlət Duması Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=162708
Əsədulla bəy Yadigarov
Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi. 20 dekabr 1844-cü ildə Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır. On altı yaşlı Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayır. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib. XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür. 1873-cü il yanvarın 16-da şəxsi raportu ilə mülki xidmətə keçən ştabs-rotmistr Əsədulla bəy Yadigarov dörd il ordudan uzaqlaşmışdır. 1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və üstəlik Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal mübarizə aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin 24-də Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi. Mayın 23-də yenidən orduya çağırılan podpolkovnik Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və Qazax bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olundu. Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışıb. O, 1881-ci il mayın 30-da Qafqaz Hərbi Teleqraf parkının komandiri, 1883-cü il aprelin 13-də Qafqaz sanitar batalyonunun komandiri təyin olunub. Həmin il mayın 18-də qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın 16-da polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb – Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahin alayının komandiri. 1895-ci il oktyabrın 12-də isə polkovnik Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilib. Ömrünün otuz iki ilini nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona kavaler ordenləri ilə təltif göstərilir: "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), "Müqəddəs Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-cü illərdə), "Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi (qılınc və bantla birgə 1877, 1889-cu illərdə). O həm də 1884-cü ildə isə əlahəzrət imperatorun şəxsi təşəkkürünə layiq görülüb. Üç hərbi yürüşün – 1869, 1871 və 1877-78-ci illərdə – fəal iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci ildə Danimarkanın "Danevorq fəxri süvari xaç ordeni" ilə, 1898-ci ildə birinci dərəcəli "Buxara qızıl ulduzu" və 1889-cu ildə İranın ikinci dərəcəli "Şire-Xorşid" ordeni ilə təltif olunub. İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri zamanı Azərbaycandan keçib və onun bir neçə bölgəsini gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə yada salıb: "Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çox yerdə İran dağlarında olan vəhşi qırmızı güllər var. Təzə yarpaq açmışdır. Lakin çox əcaib və qəribə gül məskəni gördüm ki, beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir, çox gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir. Polkovnik Əsədulla bəy Yadigarovun xoş təsir bağışlayan gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır". Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə vəfat etdiyi göstərilir: "Şeyxülislamla Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn Əfəndi Qayıbzadə – 1830-1917) həzrətləri, quberniyamızın hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb fərqi kimsənin xatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və ruhanilik vəzifəsini əmələ gətirirdi. Şahzadə polkovnik Şahrux Mirzə Qacar (1844-1915) dəxi hüzur ilə alayı zinətləndirməkdə idi. Rus, gürcü və... mötəbərlərindən bir çox şəxs hazır idilər. Finans vəzarətinin (maliyyə nazirliyinin) nümayəndəsi, məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan və müsəlmanlara daima xüsusi məhəbbət və ehtiram ibrazından çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var idi. Əhalinin sayı islam olsun (müsəlman), xristian olsun, saya gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda xüsusi bir ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan əşxasın dəfni belə olur. Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin) bilaistisna həpisinin və xüsusilə həzrəti-şeyxülislamın, qazi Hacı Axundun və şahzadə Şahrux Mirzənin qəbristanda təbliğ buyurulan müvəkkid (təkidli) xahişlərinə görə, "Şərqi-rus" miyidlərimizin ehtiramı və İslam millətimizin xəvaric içində bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqə edirik ki, qəbristanda halva dağıtmaq adətini tərk etsinlər. Çün Əsədulla bəyin dəfnində dəxi olduğu kimi, halva paylamaq, iqtaşaşsız-davasız, təziyə sahiblərini və caamatı qəlbən mükəddər etməmiş heç vaxt əmələ gəlməyir. Halva xərcini ehsan üçün füqəraya paylayın!" Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004 (az.) 1."Şərqi-rus" qəzeti, 2 iyul 1903-cü il, N 39, səh.2. 2.Şəmistan Nəzirli. AR Müdafiə Nazirliyi Hərbi-Elmi Mərkəzin baş elmi işçisi, polkovnik-leytenant (Nəsrəddin şah Qacar "Ruznameyi-Səfəri-Sevvomi-Firəngistan" əsəri, səh. 42. Bombey nəşri, 1891-ci il)
https://az.wikipedia.org/w/index.php?curid=66936
Əsədulla bəy Şahtaxtinski
Əsədulla bəy Şahtaxtinski (1885-1939) — folklorçu və tərcüməçi. Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur."Əsli və Kərəm" dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə "Kaspi" qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz – aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. "Əsli və Kərəm" dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir…".
https://az.wikipedia.org/w/index.php?curid=542528
Əsədulla xan Hüseynpur
Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti. Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi. Fəzlulla Zahidi ilə sinif yoldaşı idi. Birinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən sonra mayor rütbəsi almışdı. Rza xan Pəhləvinin çevrilişinə qoşulmuş, süvari diviziyasının komandiri olmuşdu. Tehranı ələ keçirəndən sonra polkovnik rütbəsinə yüksəldilmişdi. 60 yaşında istefaya çıxmış, öz mülklərinə nəzarət etməyə başlamışdı. Ölümü və ailəsi Badiə xanım Münəccimi ilə evlənmişdi. Övladları: Fəxrəlzaman xanım Əmir Huşəng xan (gənc yaşda öldü)Badiə xanım xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsədulla xan onun bacısı Munirə xanım Münəccimi ilə evlənmişdi. Munirə xanım 1950-ci ildə vəfat edib. Övladları: Əbdülrza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. OPECin ilk katibi Fuad Ruhaninin qızı Quti xanımla evlənmişdir. Övladı: Əmir Rza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. "Making sense of Bullfighting" (1997) kitabının müəllifi. Əbdülhüseyn mirzə Fərmanfərmanın nəvəsi Mərcan xanım Fərmafərmaiyan ilə evlənmişdi. Oğlu: Eladio Milad Huseynpur Əmir Hüseyn xan Hüseynpur - 1966-cı ildə doğulub, İngiltərədə xoreoqrafdır. Turac xan Hüseynpur Turandoxt xanım Purandoxt xanım Viktoriya xanımƏsədulla xan Hüseynpur 1954-cü ildə vəfat edib və Tehranın Bəhai qəbirstanlığı olan "Gülüstani Cavid" qəbristanlığında basdırılıb. Alireza Sari. Biography and Ancestral backgrounds of Fakhralzaman Khanum Hosseinpour, Aligholi Khan Sari, Colonel Assadollah Khan Hosseinpour. 2008.
https://az.wikipedia.org/w/index.php?curid=276548
Əsədulla xan Əbülfətzadə
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə (1881-1918) — İran Kazak diviziyasının generalı. Əsədulla xan Əbülfətzadə əslən Naxçıvanın Kəngərli elinin Şərurlu tayfasından olan mühacir Əbülfət xan Mirpəncin oğludur. II Rusiya-İran müharibəsindən sonra bir çox insanlar kimi onlar da rus dövlətinə tabe olmayaraq İrana mühacirət etdilər. Əsədulla xan əvvəlcə İran Kazak diviziyasının əsgəri olmuş, burada general rütbəsinə qədər yüksəlmişdir. O, Məşrutə inqilabının (1905-1911) ilk dövrlərindən milyonlarla insana qoşularaq Məhəmmədəli şah əleyhinə çıxmış, kazak divizyasından istefa verən hərbçilərdən biri olmuşdur. Ə. Əbülfətzadə 24 iyul 1908-ci ildə Məclis topa tutulan gecə Məşrutə inqilabının fəal mücahidlərindən biri kimi məclisin müdafiəsində iştirak etmişdir. O, bu hadisədən sonra milli-azadlıq hərəkatına qoşulan milyonlardan biri kimi tanınırdı. 1907-ci ildə də mücahidlərin Tehrana daxil olması üçün millətin Tehran və Qəzvinə tərəf hərəkətinin təşkili işində fəal iştirak etmişdir. Ə. Əbülfətzadə Tehran fəth olunduqdan sonra idarə heyəti tərəfindən şahzadə Məsud mirzə Qovanlı-Qacarın yanına göndərilmişdi. İnqilab yatırıldıqdan sonra Avropaya qısamüddətli səfər etmiş Ə. Əbülfətzadə 1912-ci ildə amerikalı Morqan Şusterin əvəzinə baş xəzinədar təyin olunmuş belçikalı Mornard tərəfindən Savucbulaq və Şəhriyara dövlət vergilərini yığmağa göndərilmiş, burada maliyyə işləri ilə məşğul olmuşdur. Az bir müddət keçdikdən sonra kəndlilərlə onun arasında narazılıqlar yarandığından o, bu işdən çıxarıldı. Onun vəzifədən uzaqlaşdırılması səbəbini rəqibləri bununla əlaqələndirdilər ki, guya nəslinin və qohumlarının bəhai təriqətinə mənsubiyyəti məlum olmuşdur. O guya bu təriqəti təbliğ edirmiş. İran alimi Mehdi Bamdad yazır ki, Əsədulla xan Əbulfətzadənin düşüncə və baxışları bu ehtimaldan çox-çox yüksəkdir. Nəsli bəhailikdə təqsirləndirilirdisə, onun bununla əlaqəsi yox idi, çünki bəhai təriqəti başçıları öz üzvlərinin siyasətlə məşğul olmasının tam əleyhinə idilər. Ə. Əbülfətzadə isə kamilən siyasət aləminə daxil olmuşdu və onun gördüyü işlər bəhailər tərəfindən qadağan olunmuş, onların əqidəsinə zidd işlər idi. Ruslar 1915-ci ildə Tehrana hücum edərkən Əsədulla xan mücahidlərlə birlikdə şəhərdən çıxaraq Kirmanşaha tərəf getmişdi. Bir ildən sonra vaxtilə Kazak diviziyasında polkovnik rütbəsində olmuş yaxın dostu İbrahim xan Münsizadə ilə birlikdə "Cəza komitəsi" (komiteyi-mücazat) təşkil etdilər. Sonra Məhəmmədnəzər xan Mişkatul-məmalik də onlara qoşuldu və beləliklə "Cəza komitəsi" həmin üç nəfərin səyi ilə təşəkkül tapdı. Komitə bir neçə nəfərin hesabına təkmilləşdi. Bunun vasitəsilə əhalini istismar edən bir neçə nəfər öldürüldü. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Komitə üzvləri Kürdüstana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər. Lakin həmin il, yəni 1918-ci ildə Həsən Vüsuq (Vüsuqüddövlə) Baş nazir təyin olundu və dərhal "Cəza komitəsi"nin bütün üzvlərini həbs etdi. Komitə üzvləri dar ağacından asıldılar. General Əsədulla xan Əbülfətzadə və polkovnik İbrahim xan Münşizadə zahirən Xorasan tərəfdə olan Kelata sürgün edildilər. 1918-ci ilin sentyabr ayında yolda ikən Vüsuqüddövlənin tapşırığı ilə Simnanla Damğan arasında güllələndilər. Həmçinin bax İran Kazak diviziyası
https://az.wikipedia.org/w/index.php?curid=180958
Əsədulla xan Əsəd Bahadur
Əsədulla xan Məhəmmədəli xan oğlu Əsəd Bahadur (1876–1939)—İran diplomatı, İranın İsveçdə ilk səfiri. Əsədulla xan Əsəd Bahadur 1876-cı ildə İranın Kaşan şəhərində anadan olmuşdu. Atası Məhəmmədəli xan İqbülülvüzəra Qacarlar dövlətinin Tiflis şəhərində baş konsulu vəzifəsində çalışırdı. O, ibtidai təhsilini ailədə, orta təhsilini Tiflis kişi gimnaziyasında almışdı. Sonra Sankt-Peterburqda Hərbi məktəbə qəbul olmuşdu. Hüquq fakültəsində oxumuşdu. rus dili ilə yanaşı fransız dilini də bilirdi. Əsədulla xan Əsəd Bahadur bir müddət Müzəffərəddin şah Qacarın sarayında çalışmışdı. Ona sarayda "Acudani-hüzur" deyirdilər. Bir müddət sarayda mütərcim kimi çalışdıqdan sonra Xarici İşlər vəzarətinə daxil olmuşdu. Rusiyada diplomatik işdə çalışmışdı. Öncə naibi-düvvum, naibi-əvvəl, sonra müstəşar və kardar kimi işləmişdi. Əsədulla xan Əsəd Bahadur İskəndəriyyə və İsveçdə İranın vəziri-muxtarı vəzifəsində xidmət etmişdi. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
https://az.wikipedia.org/w/index.php?curid=442381
Əsədulla Əhmədov
Əsədulla Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı)— Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Əsədulla Əhməd oğlu Əhmədov 1867-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şamaxıda baramaçılıqla məşğul olan atası Əhməd bəy baramaçılıq üzrə ilk artelləri yaradaraq, xeyriyyəçiliklə məşğul olur. İlk təhsilini mədrəsədə alan Əsədulla bəy 9 yaşında ikən atasını itirir, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumu (əmisi oğlu?) olan dayısı Əlabbas Tağıyev onu himayəsinə götürür və özü ilə Bakıya aparır. Burada dayısının evində yaşayan Əsədulla fərdi müəllimlərdən dərs alıb, alman, rus, fransız dillərini öyrənmişdir. 1880-ci ildən dayısına məxsus dükanlarda çalışmışdır. Ticari qabiliyyətini inkişaf etdirən Əsədulla bəy "Bakinskiy Lombard" aksioner cəmiyyətinin idarə heyətinin üzvü, daha sonra sədri olmuşdur. 1883-cü ildə dayısının qızı Səyyarə Tağıyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 oğlu, 2 qızı dünyaya gəlmişdir. 1930-cu ildə Bakı şəhərində NKVD müstəntiqi tərəfindən yazılmış dindirilmə protokolunda Əsədulla bəy, qız nəvələri 12 yaşlı Kərimağa, 9 yaşlı Süleyman və 6 yaşlı Mustafa ilə birgə yaşadığını qeyd edir. Əsədulla bəyin qeyd etdiyi Kərimağa Azərbaycan və SSRİ tarixində önəmli rol oynayan, Sovet kosmik proqramının banilərindən, SSRİ dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, pilotlu hava gəmilərinin uçuşlarına nəzarət edən Dövlət Komissiyanın 25 il sədri, adı hər bir azərbaycanlıya qürur bəxş edən general-leytenant Kərim Kərimovdur.Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan xüsusi xidmət polkovniki Oktay Ələsgəroğlu Əhmədovun babasıdır. Xeyriyyəçilik fəaliyyəti Əsədulla Əhmədov Bakıda xeyriyyəçilik fəaliyyətinə başlamış, Bakı şəhər Dumasının üzvü olmuşdur. Bakıda və Şamaxıda öz vəsaiti hesabına kitabxanalar açır. 1902-ci ildə Şamaxıda zəlzələ olarkən ziyan görən sakinlərə yardım edir. "Nəşri-maarif" cəmiyyəti Əsədulla Əhmədov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk iclasında 11 nəfərdən ibarət idarə heyətinin üzvlərindən, həmçinin "Nəşri-maarif" cəmiyyətinin təsisçilərindən idi. "Nəşri-maarif" Cəmiyyəti haqqında Nəsiman Yaqublu yazır: "1906-cı ilin 1 avqustunda Cəmiyyəti təsis edənlərin ərizəsinə əsasən (Bakı taciri — Əsədulla Əhmədovun, şəhər dumasının üzvü İsmayılbəy Səfərəliyevin, Bakı taciri Ağahüseyn Tağıyevin, dumanın üzvü Məmmədhəsən Hacılının, Neft sənayesi sahibi Həsən Mustafayevin, Bakı taciri Əliağa Həsənovun) Bakı cəmiyyətləri işləri üzrə quberniya buradakı müsəlman əhalinin arasında savadın yayılması ilə bağlı Bakı Cəmiyyətinin nizamnaməsini təsdiq etməyi qərara aldı. 1906-cı ilin 24 noyabrında keçirilən yığıncaqda İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev seçildi. Cəmiyyətin işində fəal iştirak edirdilər: M.H.Hacılı(Hacinski), Q.Qarabəyov, İ.Aşurbəyov, M.Muxtarov, A.Ağayev, M.Nağıyev, Ə.-İ.Cəfərov və başqaları. Cəmiyyət savadın və ibtidai təhsilin yayılmasında yardımı əsas götürürdü. Bu işin həyata keçirilməsi üçün cəmiyyət mövcud məktəblərə, mədrəsələrə kömək etməyi və ya onları öz vəsaitləri ilə açmağı vacib sayırdı… Ümumilikdə 1907–1912-ci ilə qədər maarifləndirici cəmiyyətin 15 məktəbi açılmışdı ki, onların saxlanmasına 32656 rubl sərf edilmişdi". AXC Parlamentində fəaliyyəti Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdi. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuşdu. Parlamentdə əvvəlcə "Bitərəflər" fraksiyasının üzvü olan Əhmədov 1919 ilin oktyabrında bu fraksiyada baş vermiş parçalanmadan sonra bir neçə bitərəflə birlikdə "Müsavat" fraksiyasına keçmişdir. Parlamentdəki bəzi çıxışlarında Əsədulla bəy Bakı şəhərindəki və dumadakı vəziyyətdən bəhs edir, problemləri açıq şəkildə sadalayır. Onun parlamentdəki ən maraqlı çıxışı isə erməni vəhşiliyi və bundan xilas yolu ilə bağlıdır. Azərbaycan Cümhuriyyəti Parlamentinin 29 iyul 1919-cu il tarixli 60-cı iclasında müzakirə edilən məsələlərdən biri əsgəri xidmətin müddəti barəsində qanun layihəsi olur. Mövzu ilə bağlı Əsədulla Əhmədov da çıxış edir, təkliflərini verərək bildirir "Yaxşı nizam görmüş qırx nəfər əsgər icabında bir qalaya bədəldir. Amma nizamsız əsgər, küçədən yığılanlar, tüfəngləri yerə tökürlər. İnad lazım deyil. Yalnız o fikri müdafiə edənlər, əsgərlik görməyən və bilməyənlərdir. Mən dörd il əsgərlik müddəti olmasını istərdim. Fəqət indiki zamanı nəzərə alaraq komisyonun rəyinə mən də şərikəm. Əsgərlik müddəti iki il olsun." Parlamentdəki bəzi çıxışlarında Əsədulla bəy Bakı şəhərindəki və dumadakı vəziyyətdən bəhs edir, problemləri açıq şəkildə sadalayır. Onun parlamentdəki ən maraqlı çıxışı isə erməni vəhşiliyi və bundan xilas yolu ilə bağlıdır. 9 mart 1920-ci il tarixli 132-ci iclasda Əsədulla Əhmədov aşağıdakı çıxışı edir: "Mən indi əlli yaşına keçmişəm, təcrübələrlə görmüşəm ki, daşnaq firqəsi iş başında olduqca erməni füqərası dinc olmayacaq. O məqsəd ki, daşnaqlar özləri üçün götürüblər, mən uşaqlıqdan görürəm ki, o bu fəlakəti verəcək. Nə qədər hökumətlər dəyişir, sosialistlər olur, menşevik olur, daşnaqların nəzərində biz yenə də müsəlmanıq. Osmanlı olur, bolşevik olur, yenə müsəlmanıq. Onların məqsədi müsəlmanları qırıb məhv etməkdir. Bu artıq bir həqiqətdir… " Əsədulla Əhmədovun həyatdan köçməsinə əsas səbəblərdən biri nəvəsi Kərimağanın balaca qardaşı Süleyman Kərimovun faciəli ölümü olur. Süleyman 1941-ci ildə SSRİ-nin Ukraynadakı sərhəd qoşunlarında zastava komandiri idi. Onun komandir olduğu zastava Vermaxt hissələrinin hücumlarına sipər gəlir. Hərbi anda sadiq qalan zastava igidliklə həlak olur. Bu xəbər Əsədulla Əhmədovu xeyli sarsıdır və 1941-ci ildə Əsədulla bəy Bakı şəhərində vəfat edir. İlk əvvəllər Kirov parkına çevrilən Çəmbərəkənddə dəfn olunsa da daha sonra məzarı Yasamal qəbiristanlığına köçürülmüş burada dəfn edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=168567
Əsədullah Bayat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb. İran inqilabından sonra 3 dəfə Zəncandan İran parlamentinin üzvü seçilib. Üçüncü seçkidən sonra parlamentdə naib-rəis kimi çalışdı. İctihadda açıq baxışı və çağdaş olaylardan vaz keçməməsi onun ictihadi nəzərlərinin özəllikələrindəndir. Zəncandakı ustadları: Hüccətul-İslam vəlmülimin Hacı Şeyx Yəqübəli Cabbar Hüccətul-İslam vəlmülimin Şeyx Əbdülhəmid Qaemi Hüccətul-İslam vəlmülimin Hacı Mirzə Əhməd Rəşündi Zəncani Ayətullah Hacı Mirzə Əhməd Zəncani Ayətullah Mirza Əli Nəqi Hillّi-ı ZəncaniQumdakı ustadları: Böyuk Ayətullah Seyid Məhəmmədkazım Şəriətmədari Ayətullah Əllamə Təbatbayi Böyuk Ayətullah Sultani Təbatabayi Ayətullah Şeyx Əhməd Payani Böyuk Ayətullah Müntəziri Ayətullah Məhəmməd Müfəttih Ayətullah Murtəza Muthhəri Ayətullahşix Məhəmməd İsmayıl Saeni Zəncani Ayətullah Mustafa E'timadi Ayətullah eyxix Hüseyn Nüri Böyuk Ayətullah Ruhullah Xəmini Böyuk Ayətullah Muəhqiq Damad Böyuk Ayətullah Şeyx Murtaza Haeri Böyuk Ayətullah Mirzə Haşim Amoli Böyuk Ayətullah Əraki Böyuk Ayətullah Gülpayigani Böyuk Ayətullah Ruhani Sünnət və Qur'an baxışından İmam və İmamət İslamın ekonomik sistemi Tanrı‌nı tanımaq İnsan Qur'anda İslami dövlətin para qaynaqları Şərq filosofları‌nın düşüncəsində İlliyət İslamın siyasi sistemi İslamın siyasi düşüncə‌lərinə ötəri bir baxış İslam siyasi düşüncəsi və mədinətun-Nənbi Tüzih ul-Məmsail risaləsi həc əməllə‌ri və əhkamı rəsaləsı Usul elmində tədqiqatlar İdalət mizanı Təhzibi- Nəfs İran türkləri və Qarabağ haqda fitvası Əsədullah Bayat İranda yaşayan Azərbaycan türklərinin haqları barədə, habelə Qarabağın ermənilər tərəfindən işqal olunmasına görə fitva verib. Fitvada türklərin öz hüquqi haqlarını almaqda lazımi işləri görməkdə mucaz sayılıblar. Qarabağ işğalını isə qəbul olunmaz bilərək bütün müsəlmanları o torpaqların azad edilməsinə yardım göstəməyə çağırıb.
https://az.wikipedia.org/w/index.php?curid=131181
Əsədullah Bəyat
Ayətullah Əsədullah Bayat Zəncani (1942) — azərbaycanlı din və siyasət adamı. Əsədullah Bayat İran konstitusiyasının dəyişdirilməsi şurasının üzvü, inqilabdan sonra ilk üç seçkidə zəncanlıların İran parlamentində təmsilçisi, eləcə də məclisin idarə heyətinin üzvü olmuşdur. İran İslam Respublikasının parlamentinə keçirilən üçüncü seçkidən sonra parlamentin naib-rəisi vəzifəsini daşımışdır. O, buna qədər "Mubariz Ruhanilər Birliyi", "Qum Elmiyyə Hövzəsinin Tədqiqatçıları və Ustadları" kimi təşkilatıarlın üzvü olmuşdur. Bayat indi Qumda din mərcəidir, onun vebsaytı İranda hökumət tərəfindən filter olub. Ayətullah Əsədullah Bayat Zəncanın 25 kilometrliyində Zəncan çayının sahilində yerləşən bir kənddə dünyaya göz açıb. Məktəbxanada Quran, Gülüstan, Tarix-i möəcm və tədris olunan digər bir sıra kitabları mütaliə edib. 13 yaşında ikən Zəncana gedib. 6 il Zəncanda hovzə dərsləri alıb və 19 yaşında ikən Qum Elmiyyə Hövzəsində təhsil almağa başlayıb. Burada dövrünün tanınmış alimlərində və din adamlarından dərs alıb, siyasətlə maraqlanmağa başlayıb. İran inqilabından sonra 3 dəfə Zəncandan İran parlamentinin üzvü seçilib. Üçüncü seçkidən sonra parlamentdə naib-rəis kimi çalışdı. İctihadda açıq baxışı və çağdaş olaylardan vaz keçməməsi onun ictihadi nəzərlərinin özəllikələrindəndir. Zəncandakı ustadları: Hüccətul-İslam vəlmülimin Hacı Şeyx Yəqübəli Cabbar Hüccətul-İslam vəlmülimin Şeyx Əbdülhəmid Qaemi Hüccətul-İslam vəlmülimin Hacı Mirzə Əhməd Rəşündi Zəncani Ayətullah Hacı Mirzə Əhməd Zəncani Ayətullah Mirza Əli Nəqi Hillّi-ı ZəncaniQumdakı ustadları: Böyuk Ayətullah Seyid Məhəmmədkazım Şəriətmədari Ayətullah Əllamə Təbatbayi Böyuk Ayətullah Sultani Təbatabayi Ayətullah Şeyx Əhməd Payani Böyuk Ayətullah Müntəziri Ayətullah Məhəmməd Müfəttih Ayətullah Murtəza Muthhəri Ayətullahşix Məhəmməd İsmayıl Saeni Zəncani Ayətullah Mustafa E'timadi Ayətullah eyxix Hüseyn Nüri Böyuk Ayətullah Ruhullah Xəmini Böyuk Ayətullah Muəhqiq Damad Böyuk Ayətullah Şeyx Murtaza Haeri Böyuk Ayətullah Mirzə Haşim Amoli Böyuk Ayətullah Əraki Böyuk Ayətullah Gülpayigani Böyuk Ayətullah Ruhani Sünnət və Qur'an baxışından İmam və İmamət İslamın ekonomik sistemi Tanrı‌nı tanımaq İnsan Qur'anda İslami dövlətin para qaynaqları Şərq filosofları‌nın düşüncəsində İlliyət İslamın siyasi sistemi İslamın siyasi düşüncə‌lərinə ötəri bir baxış İslam siyasi düşüncəsi və mədinətun-Nənbi Tüzih ul-Məmsail risaləsi həc əməllə‌ri və əhkamı rəsaləsı Usul elmində tədqiqatlar İdalət mizanı Təhzibi- Nəfs İran türkləri və Qarabağ haqda fitvası Əsədullah Bayat İranda yaşayan Azərbaycan türklərinin haqları barədə, habelə Qarabağın ermənilər tərəfindən işqal olunmasına görə fitva verib. Fitvada türklərin öz hüquqi haqlarını almaqda lazımi işləri görməkdə mucaz sayılıblar. Qarabağ işğalını isə qəbul olunmaz bilərək bütün müsəlmanları o torpaqların azad edilməsinə yardım göstəməyə çağırıb.
https://az.wikipedia.org/w/index.php?curid=271331
Əsədullah kəndi
Əsədullah kəndi (fars. اسداله كندي) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474232
Əsədullahın evi
Əsədullahın evi — Şuşa şəhərində, Komsomolskaya küçəsi 29 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. Memarlıq xüsusiyyətləri Şuşa yaşayış evləri memarlığının daha sadə növünə aid olan Əsədullahın evi əsas ox boyunca yerləşdirilmiş iki otaq və yer səviyyəsindən bir qədər hündürdə olan eyvandan ibarətdir. Eyvanı fasad boyunca düzülmüş taxta sütunlar saxlayır. Evin eyvana açılan böyük otağının divarı iri şəbəkə pəncərə və onun iki tərəfində yerləşdirilmiş iki adi pəncərədən ibarətdir. Üzbəüz yerləşən digər divarda isə cumaxudan adlanan nişlər yerləşir. Onlar qablar və digər ev əşyalarının saxlanılması üçün istifadə edilirdi. Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
https://az.wikipedia.org/w/index.php?curid=597775
Əsədullayev
Əsədullayev — Azərbaycan soyadı. Çingiz Əsədullayev — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı Mirzə Əsədullayev — Azərbaycan Xalq Cümhuriyyəti şəxsi Mirnazim Əsədullayev — Musiqiçi, Kamança ifaçisi Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından biri. Əli Əsədullayev — poruçik, Şəmsi Əsədullayevin oğlu Toğrul Əsədullayev — Musiqiçi, kamança ifaçısı. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=438595
Əsədullayeva Ümmülbanu
Əsədullayeva Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı (Banin); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Banini evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir. Banin iş axtarmağa başlayır. Məlumatlara görə, Banin bir müddət model, sonra mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. İmkanı çatan bütün peşələrə yiyələnən Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri Fransa oldu. On beş yaşlı qız iş axtarışında vurnuxurdu: model, satıcı, katibə, tərcüməçi. Demokratik dəyərlərlə tanışlıq, Fransanın incəsənət aləminə vurğunluq, adlı-sanlı rus mühacirləri ilə ünsiyyət: Bunin, Tolstoy, Şalyapin. Yaradıcılığı Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur. Digər tərəfdən, Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün uydurma qəhrəmanlarını burada yerləşdirməyə lüzum yoxdur — həyatın özü konkret şəxsiyyətin konkret şəraitdə davranışının, onun mürəkkəb ictimai-siyasi silsilədə və fəlsəfi-bədii proseslər silsiləsində təkamülünün və ya tənəzzülünün təsvirini verir.1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger və başqaları Baninə riqqətli məktublar yazırlar. İki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yüngerə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yünger Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb. Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur. Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edərmiş. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş. O tədbiri təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə idarə edərmiş. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar. İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Bir müddət keçəndən sonra onlar görüşürlər. 75 yaşı olmasına baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış. Banin öz həmyerliləri ilə görüşməkdən qaçarmış. O, Azərbaycanın belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmirmiş. Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə – Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Banin yaşlı bir fransalı kişi ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. O özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini "xalq üçün tiryək adlandıran" bolşeviklərə cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır.Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur Azərbaycan rəssamı ilə Banini tanış etməsindən söhbət açır. Həmin rəssam vidalaşarkən Baninə 2 banka qara kürü sovqat verir. Sovqatı qəbul edən Banin zarafatca "elə bu?", – deyə soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir. Banin gülümsəyərək deyir: "Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq". Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmazmış. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. Banin Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edərmiş. 1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…". Nami (Nami), Gallimard, 1942. Qafqaz günləri (Jours caucasiens), Julliard, 1946. Paris günləri (Jours parisiens), Julliard, 1947, Gris Banal, 2003. Ernst Yüngerlə görüşlər (Rencontres avec Ernst Jünger), Julliard, 1951. Mən tiryəki seçdim (J'ai choisi l'opium), Stock, 1959. Sonra (Après), Stock, 1962. Yad Fransa (La France étrangère), S. O. S Desclée de Brouwer, 1968. Sonuncu ümidin zovu (L'appel de la dernière chance), S. O. S, 1971. Ernst Yüngerin portreti: məktublar, mətnlər, görüşlər (Portrait d'Ernst Jünger : lettres, textes, rencontres), La Table Ronde, 1971. Ernst Yünger müxtəlif sifətlərdə (Ernst Jünger aux faces multiples), Lausanne, éditions L'Âge d'Homme, 1989. Məryəmin mənə danışdığı (Ce que Marie m’a raconté : le dit de la Servante Marie), Cahier Bleus, 1991. Xarici keçidlər Baninin təhqir etdiyi əri
https://az.wikipedia.org/w/index.php?curid=269923
Əsədullayevin villası
Əsədullayevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Şəmsi Əsədullayevə məxsus olmuş villa. Bina 1897–1901-ci illərdə inşa olunub. 1897-1901-ci illərdə Muxtarovların villasının yanında Əsədullayevin villası tikildi. Bu villanın 1-ci sadə girişi və indiki “təntənəli” girişi arasında nə fərq var. Əsədullayevin villası Bakı burjuaziyasının uğurunun özünəməxsus reklamı idi. Memarlıq xüsusiyyətləri Planlaşdırılması Ərazisinin genişliyinə (15 ha) görə Nobel (10,23 ha), Muxtarov (8 ha), Tağıyev (8 ha), Aşurbəyov (7 ha) və digər villaları geridə qoyurdu. Təkcə magistral yoldan 400 m məsafədə olan xidməti tikililər və iki monumental darvaza park ərazisinin əsas planlaşdırılmış tərəflərini göstərirdi. Ağcaqovaq xiyabanı qızıl çalarlı balıqqulağılı qum səpilmiş piyada yollarını birləşdirirdi. Monumental girişə gedən əsas xiyaban üçmərtəbəli əsas bina ilə bitirdi. Parkın kompozisiyasının mərkəzi diametri 35 m, hündürlüyü 2,5 m olan hovuz sayılırdı ki, ilk baxışdan yaşıl xiyabanın 300 m-lik uzunluğunu məhdudlaşdırır. Hovuzun divarların hündürlüyü yerli Abşeron üsuludur ki, güclü küləklərə, qum kütləsinin daşınmasına qarşı şərtlənir. Əgər hovuz böyük su şəffarlığı ilə torpaq səviyyəsi ilə eyni yerləşsəydi, qum onun üzünü örtərdi. Təbii şərait memarlara o zamanın park memarlığının funksional problemlərini bu və ya digər qərarla deyirdi. Binanın üçüncü mərtəbəsindən hovuzun hər tərəfini əhatə edən yaşıl xalılı şaxələnmiş yollarlı xiyaban mənzərəsi açılır. Yuxarıdan o sanki fantastik rəng çalarlı nəhəng çələngə bənzəyir. Şimalda üzüm bağları və Xəzər dənizi ilə əhatələnib. Villanın ansambl sırasında hovuzdan əlavə digər müxtəlif tipli hovuzlar da vardır. Lakin onlar lokal xarakter daşımış və planlaşdırmanın kompozisiyasına təsir göstərməmiş, park memarlığının elementləri rolunu oynamışdır. Planlaşdırma quruluşu iki korpusa əsaslanır – bir tərəfdən park, digər tərəfdən isə dəniz. Əgər üçmərtəbəli bina xiyabana və əsas etibarilə parka açılırdısa, ikimərtəbəli tikili tamamilə dənizə açılırdı. Onun yerli tikinti prinsiplərinə uyğun memarlıq üslubu villanın əsas xüsusiyyətlərini əks etdirirdi. Bu binanın birinci mərtəbəsindəki daş sütunlar ikinci əsas mərtəbənin şüşə qalereyasını (şüşəbənd) saxlayırdı, kompozisiyaya eyni zamanda dəniz tərəfdən düzbucaq şəklində surahıbəndli və iki daş pilləkənli hovuz daxildir. İkinci mərtəbədəki hovuz ikimərtəbəli binanın geniş kompozisiyasının eklektikliyi və öz elementləri ilə uyğunlaşdırılmamış daha maraqlı hissəsidir. Villanın ümumi ərazisinin memarlıq-planlaşdırma quruluşu bədii memarlıq xüsusiyətləri ilə yaradılmışdır ki, harada ki, Abşerondakı hasarlı villanın xüsusiyyətlərinin maraqlı tərəflərini ortaya çıxarmaq mümkündür. Həmçinin bax Hacı Zeynalabdin Tağıyevin villası
https://az.wikipedia.org/w/index.php?curid=379636
Əsəluiyə
Əsəluyə və ya Əsəluiyə— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluiyə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,746 nəfər və 875 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və sünni müsəlmandırlar. Buşehrin 270 km cənub-şərqində, Fars körfəzi sahilində bir liman şəhəri olan Əsəluyə, PSEEZ (Pars Special Economic Energy Zone) adlı böyük sənaye bölgəsinin olduğu yer olaraq tanınır. Xüsusilə Cənub İranın təbii qaz mənbələrinə yaxın olması və xaricə nəqliyyatının asan olması səbəbiylə böyük bir əhəmiyyətə sahib olan şəhərdə bir liman və hava limanı yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=294711
Əsəluyə
Əsəluyə və ya Əsəluiyə— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluiyə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,746 nəfər və 875 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və sünni müsəlmandırlar. Buşehrin 270 km cənub-şərqində, Fars körfəzi sahilində bir liman şəhəri olan Əsəluyə, PSEEZ (Pars Special Economic Energy Zone) adlı böyük sənaye bölgəsinin olduğu yer olaraq tanınır. Xüsusilə Cənub İranın təbii qaz mənbələrinə yaxın olması və xaricə nəqliyyatının asan olması səbəbiylə böyük bir əhəmiyyətə sahib olan şəhərdə bir liman və hava limanı yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=294706
Əsən Buğa xan
Əsən Buğa xan(Uyğurca: اسن بغای خان); doğ.1417— öl.1462) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu. Əsən Buğa xan Sultan Üveys xan oğlu 1417-ci ildə anadan olmuşdu.Satuk xanın ölümündən sonra əmirlərin istəyi ilə xanlıq taxtına əyləşdi. Böyük qardaşı Yunus xan tərəfdarları olan 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına getdi. Onun yeniyetməliyindən istifadə edən ulus əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. İş o yerə çatdı ki, məclis zamanı onun gözləri qarşısında naibi Teymur bəy Uyğuru öldürdülər. Əsən Buğa xan təlaşla ordugahı tərk edib qaçdı. Bir neçə gündən sonra Seyid Əli Duqlat tərəfindən tapılıb Aksu şəhərinə gətirildi. Bu şəhər yeni mərkəz seçildi. Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə Yunus xanı qardaşı Əsən Buğa xanın üzərinə göndərdi.Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələndi. Əsən Buğa xan 1462-ci ildə vəfat etdi. Həmçinin bax Mavəraünnəhr
https://az.wikipedia.org/w/index.php?curid=442879
Əsənboğa Beynəlxalq Hava Limanı
Əsənboğa Havalimanı (IATA: ESB, ICAO: LTAC) — 1955-ci ildə Ankara yaxınlığında Çubuq Ovasında qurulmuşdur. Ankara ili hüdudları daxilində olan Əsənboğa Beynəlxalq Hava Limanı Ankara şəhər mərkəzinə 28 km uzaqlıqdadır. Türkiyənin daxili və xarici hava nəqliyyatını birlikdə cəmləşdirən ilk hava limanı olan Əsənboğa, sərnişin daşınması göstəricisinə əsasən ölkənin ən büyük dördüncü hava limanıdır.
https://az.wikipedia.org/w/index.php?curid=324448
Əsənboğa hava limanında terror aktı
Əsənboğa hava limanında terror aktı — 1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktı. Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olmuşlar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışlar. Şahidlərin dediyinə görə terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?"Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkcyan isə yaralanmış və həbs olunmuşdur. Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır. Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun əri C.F.Bosuortun isə ağır yaralandığını təsdiq etmişdir. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə onların hər ikisinin yaşı 60-dan çox imiş.ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan etmişdir. ASALA-nın bəyanatında o da bildirilirdi ki, "günahsız qurbanlara" görə məsuliyyət, "sadə insanların düşmənləri: türk-faşist hökumətinin, NATO-nun və Birləşmiş Ştatların" üzərinə düşür. ASALA onu da elan etmişdir ki, əgər bir sıra qərb ölkələri onlarda həbsdə yatan 85 erməni məhbusu azad etməsə, bu ölkələrin nümayəndəliklərinə qarşı hücumlar təşkil edəcək. Türkiyə polisləri həbs olunmuş Levon Əkməkcyana o və həmkarının 9 nəfəri öldürdüyünü xəbər verəndə Əkməkcyan qışqırıb: "Bu azdır!!" Amma bir ay sonra hərbi tribunalın məhkəməsi zamanı o bəyan etmişdir: "Məni bura inanclarım gətirib çıxarıb. Ancaq baş verən bu hadisədən sonra mən bu inanclarımın nə qədər cəfəng və yanlış olduğunu anladım".Məhkəmə Əkməkcyanı "ölkəni bütünlüklə və ya bir hissəsini ayırıb digər ölkənin hakimiyyəti altına keçirilməsi məqsədi ilə hərbi aksiyanın" təşkilində günahkar bilmiş və 1982-ci il sentyabrın 7-də onun haqqında ölüm hökmü çıxarmışdır.Həbsxanadan Əkməkcyan özünün ASALA-dakı yoldaşlarına müraciət etmiş və türklərin ermənilərin düşməni olmadığını bildirmıklə onları zorakılıqdan çəkinməyə dəvət etmişdir.Əkməkcyanın apellyasiyası rədd edilmiş və 1983-cü il yanvarın 29-u o, dar ağacından asılmışdır. Həmçinin bax Orli hava limanında terror aktı
https://az.wikipedia.org/w/index.php?curid=122761
Əsəngəran
Əsəngəran (fars. اسنگران) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (17 ailə)
https://az.wikipedia.org/w/index.php?curid=477561
Əsənlər
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır. Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz. Bizans və Osmanlı dövrünə aid bulaq, su kəməri, su tərəzisi və səbil günümüzə çatan tarixi tikililərdir. Bölgə, Bizanslılardan qalma bir yaşayış yeridir. Bu bölgənin ən qədim əhalisi Litros və Avas adları ilə qurulan kəndlərdə yaşayan romalılar olmuşdur. Respublika dövründə Roma mənşəli xalqın Yunanıstana köç etməsi ilə boşalan kəndlərə, Şərq Makedoniyadan gələn miqrantlar tərəfindən doldurulmuşdur. Uzun illər mübadilə kənd mövqeyində qalan Litros və Avas adlarını 1930-cu illərə qədər saxlamışdır. 1937–1940-ci illərdə aparılan dəyişikliklə Litros-Esenler, Avas-Atışalanı olaraq türkçələşdirilmişdir. 1993-cü ilin sonunda rayon olmuşdur. Əsənlərin yerləşdiyi region, əvvəlcədən Bakırköy ilçəsinə daxil olduğu halda, bu ilçə bölünməmişdən qabaq Güngörən ilçəsinin məhəllələrindən biri olmuşdur. Daha sonra da müstəqil bir ilçə olaraq yaradılıb. Əsənlər avtovağzalından görüntülər
https://az.wikipedia.org/w/index.php?curid=597166
Əsənyurd
Əsənyurd (türk. Esenyurt) — İstanbulun Böyükçəkməcə ilçəsinin məhəllələrindən biri, 2008-ci ildə Qıraç mahalı ilə birləşdirilərək ilçə olmuşdur. Esenyurt yaşayış yeri bütünü, Mərmərə Bölgəsinin Frakiya alt hissəsində, İstanbul Metropolitan sahə sərhədləri içərisində yer alır. İlçənin şərqində Kiçikçəkməcə gölü, qərbində Böyükçəkməcə, şimalında Xoşdərə məhəlləsi və TEM avtomobil yolu, cənubunda Firuzəköy və E-5 Avtomobil Yolu var. İlçədə 13 poliklinika, dövlət xəstəxanası, bir Qızıl Aypara xəstəxanası və şəhər parkı yerləşir. Rayonda təhlükəsizlik 1 iyun 2009-cu il etibarilə polis təşkilatına keçib. Polis idarəsi binası tikilmişdir. Əsənyurd ərazisi 2.770 hektardır və 1989-cu ildə bələdiyyə olma şansını qazanmışdır. Bələdiyyə təşkilatının yaradılması bölgənin inkişafını sürətlənmişdir. XIX əsrin əvvəllərində Əkrəm Ömər Paşaya aid təsərrüfat torpağında yaşayış məskəni olaraq meydana gəlmişdir. 1967-ci ildə də yaşayışın adı Eşkinoz adını dəyişərək Əsənyurd olaraq dəyişdirilmişdir. Eşkinoz təsərrüfatında çalışanların yaratdığı yerli xalqa 1920-1938-ci illərdə Rumıniya və Bolqarıstandan köçənlərin iştirakı və son illərdə daxili və xarici miqrasiya vasitəsilə gələn əhali, etnik strukturunun bugünkü halını almasını təmin etmişdir. Əsənyurd qurucu bələdiyyə sədri Gürbüz Çapandır. Hazırda bələdiyyə sədri vəzifəsini ƏİP siyasi partiyasından olan Nəcmi Kadıoğlu davam etdirir. Bu ilçədə, İstanbulun məşhur universitetlərindən biri olan Əsənyurd Universiteti yerləşir. Tibb müəssisələri Esenyurt Dövlət xəstəxanası Qızıl Aypara xəstəxanası (əlavə bina) Özəl Təbiət xəstəxanası Özəl Elitium Tibb Mərkəzi Özəl Esencan xəstəxanası Özəl Avropa Tibb Mərkəzi Özəl Yeni Həyat Cərrahi Tibb Mərkəzi Özəl Mutlu Yaşam Tibb Mərkəzi Özəl Mediplus Tibb Mərkəzi Özəl Avropagöz Əsənyurd Mərkəzi Özəl Çavuşoğlu Əsənyurd Dializ Mərkəzi Özəl Reyap xəstəxanası Özəl Eslife xəstəxanası
https://az.wikipedia.org/w/index.php?curid=597168
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur. Həmçinin bax Fileto (kəsilmiş)
https://az.wikipedia.org/w/index.php?curid=104877
Ət-Tayyib Əs-Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub. Müəllifin digər əsərləri də ərəb dilindən 20-dən artıq dilə tərcümə olunmuşdur. Ət-Tayyibin "Zeyinin toyu" adlı romanı Liviyada səhnələşdirilmişdir. Bundan əlavə, 1970-ci illərin sonunda bu ssenari əsasında küveytli rejissor Xalid Siddiqin çəkdiyi film Kann festivalında qalib olmuşdur. Ət-Tayyib 10 ildən artıq Londonun ərəb dilli qəzeti olan "Əl-Məcəllə"nin köşə yazarı olmuşdur. Bundan əlavə, o bir müddət BBC-nin Ərəb şöbəsində işlədikdən sonra, Qətərin İnformasiya naziri vəsifəsinə keçmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=104014
Ət-Tibyan fi təfsiril-Quran
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir. Həmçinin bax Şiə məzhəbinin kitabları siyahısı Xarici keçidlər "Əbədi Nur" dərgisində "Ət-Tibyan fi təfsiril-Quran" məqaləsi
https://az.wikipedia.org/w/index.php?curid=295944
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir. Özünün hakim ideyalar dünyası, nüfuzu, ənənələri və metodologiyası ilə fərqlənən sufizm digər cərəyanlardan xeyli dərəcədə fərqlənir. Çox vaxt sufiliyin yaranması tarixini VIII əsrin ortaları– IX əsrin əvvəllərinə, Peyğəmbər haqqında rəvayətləri toplayanlardan və nəql edənlərdən, diyar– diyar gəzib– dolaşan vaizlərdən buranın peşəkar oxucularından habelə əməli saleh sənətkar və tacirlərdən ibarət daha qatı müsəlmanlar arasında tərki– dünyalıq, tövbəkarlıq və zahidlik əhval– ruhiyyəsinin yayıldığı bir dövrlə əlaqələndirirlər. Sonralar isə başqa adamları da sufilər sırasına daxil etməyə başladılar. İlk sufilərin əməli fəaliyyətinin səciyyəvi xüsusiyyətləri Quranı arasıkəsilmədən öyrənmək, onun kamilliyə yetişməyənlər üçün «gizli» mənası üzərində düşüncələrə qapılmaq, ondakı bütün göstərişlərə, habelə sünnəyə– Peyğəmbərin davranış tərzinə çox ciddi əməl etmək olmuşdur. Sufilər kainatın əmələ gəlməsi təfərrüatına, Allahın zatına, Allahın zatının onun sifətləri ilə əlaqəsinə nəzər yetirməyə varmadan insan ruhunun hərəkətindəki ən incə xüsusiyyətlərin, insan davranışını doğuran səbəblərin təhlilinə böyük maraq göstərirdilər. İlk sufi mürşidləri əsas diqqəti dini vacibata «zahiri» formal əməl edilməsinə deyil, vəhy həqiqətlərinin dərindən dərk edilməsinə və duyulmasına, daxili imana verirdilər. Təsadüfi deyildir ki, məşhur müsəlman ilahiyyatçısı Həsən əl–Bəsri (vəfatı 728– ci il) sufiliyin banilərindən biri sayılır. Çünki o özünün əməlisaleh həyat tərzi ilə yanaşı, həm də mömün insanın bütün əməlləri arxasında duran niyyətlərin təbiəti haqqında təlimin yaradıcısı kimi tanınmışdır. Sonrakı sufi nəsilləri tərəfindən yüksək qiymətləndirilən Bəsrə zahid və abidləri Rəbah ibn Əmr, Rəbiyə əl-Ədəviyyə, Süleyman əd–Darani (VIII əsrin axırları, IX əsrin əvvəlləri) ənənəvi olaraq Həsən əl– Bəsrinin müridləri sayılırlar. Onların sözlərində, moizələrində, yəqin ki, ilk dəfə olaraq Allaha təmənnasız fədakar məhəbbət, ona hədsiz sevgi şövqü, Ona yaxınlıq cəhdi motivləri özünü göstərir. Elə o zamandan başlayaraq həmin motivlər sufi dünyagörüşünün ayrılmaz hissəsi olmuşdur. IX əsr sufiliyin tarixində mühüm dövr təşkil edir. Bu dövrdə müsəlman təsəvvürü nəzəriyyəsi və praktikasının əsas müddəalarının fəal surətdə işlənib hazırlanması və dürüst ifadə edilməsi prosesi gedirdi. Adını çəkdiyimiz Bəsrə təsəvvüf– zühd məktəbi ilə yanaşı Bağdad və Xorasan məktəbləri də meydana çıxmışdı. Yeni məktəblərin nümayəndələri bəsrəliləri bir qədər arxaya sıxışdırmışdılar. Əvvəllər olduğu kimi bu məktəblərdə də başlıca diqqət zahidin daxili həyatının müşahidə edilməsinə, onun niyyət və əməllərinin «səmimilik» (sidq) dərəcəsinin müəyən edilməsinə mənəvi kamilliyə və cismani təmizliyə aparan yolda onu gözləyən təhlükə və sapqınlıqların təsvir edilməsinə yetirilirdi. Digər dinlərin mistik təlimlərində olduğu kimi, sufilikdə də özünükamilləşdirmə və Allaha yaxınlaşma prosesinə arzu olunan məqsədə (ayrı–ayrı sufilər bu məqsədi müxtəlif cür ifadə edirlər) çatmaq üçün keçilməli olan «yol» kimi baxmağa başlayırlar. Ət–Tirmizinin sufi müəllimləri arasında məşhur Xorasan şeyxləri Əbu Turab ən–Nəxşəbini, Yəhya əl–callı, Əhməd ibn Hədrəvəyhini və başqalarını xüsusi qeyd etmək lazımdır. Ət– Tirmizinin taleyində, onun baxışlarına şərik çıxan arvadı böyük rol oynamışdır. Ət– Tirmizinin əsərləri xüsusilə «İlal əş– şəriə» və «xətm əl auliyyə» qeyd edilməlidir. Həmin əsərlərdə müsəlman mərasimlərinin məna və mahiyyəti haqqında «Allaha məhəbbət haqqında» mistiklərin müxtəlif kateqoriyaları haqqında «peyğəmbərlərin möhürü» ilə yanaşı mövcud olan «müqəddəslərin möhürü» haqqında mühakimələr yürüdülmüşdür. Bu isə fakihlərin və hakimlərin narazılığına səbəb olmuşdur. Nəticədə Ət–Tirmizi bir sıra təqiblərə məruz qalmışdır. Təqibdən qaçan Ət–Tirmizi əvvəlcə Bəlxə gəlmiş, sonra isə Nişabura getmişdir. Nişabur şəhərində çoxsaylı tərəfdarları onu müdafiə etməyə çalışmışdır. Siyasi situasiyanın dəyişməsi nəticəsində onun əleyhdarları ölkəni tərk etdiyindən o doğma şəhərinə qayıda bilmişdir. Elə orada da Ət–Tirmizi şagirdləri və tərəfdarlarının əhatəsində vəfat etmişdir. Sufizm tarixi üçün Ət–Tirmizinin əhəmiyyəti onun 80–ə yaxın əsərləri ilə müəyyən edilir. Həmin əsərlərdə öz əksini tapan «ruh» haqqında onun «vəziyyəti» və «hərəkəti» haqqında fikirləri diqqəti cəlb edir. Eyni zamanda orada özünükamilləşdirmənin üsulları haqqında, alçaq hisslərin cilovlanması haqqında, saflaşmağa aparan iztirab haqqında və s. fikir və mülahizələri sonrakı sufi psixologiyasının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Hələ XIX əsrdə sufizmdən danışan P.Pozdnev yazırdı ki, sufilik Ərəbistanda və Persiyada hələ Məhəmmədə qədər mövcud olmuşdur. Lakin o zaman sufizm İranda bir ad, Ərəbistanda isə digər adlar altında yayılmışdır. Adlardakı fərqlər başlanğıcını götürmüş fəlsəfi elementlərlə bağlı olmuşdur. Eyni zamanda həmin fəlsəfi elementin dərvişlikdə nüfuzu və yayılması da böyük rol oynamışdır. Məsələn, Ərəbistanda neplatonizm güclü olduğundan sufizm onun xarakterini daşımışdır. Persiyada isə buddizm və magiyaçılıq üstünlük təşkil etdiyindən onlar sufizmdə hərtərəfli əksini tapa bilmişdir. Hər iki ölkədə tarixi xarakterlə yanaşı xalqların əqli– dini durumu da mühüm təsir göstərmişdir. Sufilikdə ərəblərin xarakterindən çox mistikliyə daha çox meylli perslərin xarakteri mühüm yer tutmuşdur. Ondan da daha çox Persiya sakinlərinin və onların sektalarının fəlsəfi və dini etiqadları təsir göstərə bilmişdir. Sufilər orada islam dinində daha çox özlərinə yaxın elementlər tapa bilmiş və inkişaf etdirmişdir. Əgər suiflik olmasaydı islam Persiyada möhkəmlənməkdən ötəri onların etiqadları ilə uzun müddət mübarizə aparmalı olacaqdı. Perslər (farslar) sufiliyi qəbul etməklə öz keçmiş etiqadlarında olduqca az dəyişikliklər etmişlər. Əksər Avropa tədqiqatçıları kimi P.Pozdnev sufi fəlsəfəsinin panteist xarakterini xüsusi vurğulamışdır. O yazırdı: «Hind və Yunan fəlsəfəsi ilə tanış olan hər bir kəs çox asanlıqla görə bilər ki, dərvişlər emanasiya nəzəriyyəsini və ilahi panteist təsəvvürləri hind fəlsəfəsindən, dünyanın əbədiliyi, bəşəriyyətin yaradıcılığı prinsiplərini yunan fəlsəfəsindən götürmüşlər. Burada yunan fəlsəfi məktəbləri içərisində neoplatonizmi xüsusi qeyd etmək lazım gəlir. Bu baxımdan B.A.Batunskinin fikirləri də maraqlıdır. O yazırdı ki, islamın insan ruhunun müstəqil yaradıcılığı olmaması, ona qədər mövcud olan eretik təlimlərin qarışığının məhsulu olması tezisi həmin dövrdə hökm sürən əqidələr mövqeyindən tamamilə məntiqi hesab oluna bilər. Həmin məntiqə görə guya fikir bir adamdan digər adama sırf «maddi» yolla şifahi və yaxud yazılı şəkildə keçir. Beləliklə, təfəkkür prosesi ciddi qarşılıqlı asılılıq sistemi kimi, bütün dövrlərdə, coğrafi, siyasi, linqvist psixoloji maneələrə baxmadan mövcud olmuşdur. Lakin P.Pozdnevin fikirləri ilə razılaşmayan həmin fikirləri qətiyyən yaxına buraxmayan müəlliflər də olmuşdur. Məsələn A.Şprenger yazırdı ki, sufizmin özbaşınalığından metafizik və panteist sistem olması həll edilmiş məsələ sayılmalıdır. Panteizm onun həyati mənbəyi, asketizm isə sonrakı dövrlərin əlavəsi olmuşdur. Bəziləri belə hesab edirlər ki, sufizm Yunanıstandan keçmişdir, digərləri isə onun Hindistandan keçdiyini sübut etməyə çalışırdılar. Lakin onların heç birisi sanskritdən ərəb dilinə tərcümə edilmiş bir əsər göstərə bilməzlər. Yaxud Hindistana səyahət edən bir nəfər də olsun sufinin adını belə çəkə bilməzlər. Özünü alim hesab edən adamlar axmaq bir nəzəriyyə yaradaraq müsəlmanların brəhmənlərdən fəlsəfi sistemi və asketik praktikanı götürdüklərini sübut etməyə çalışırdılar. Əslində isə sufilərin görüşləri onların dinləri ilə sıx surətdə əlaqədar olmuşdur. Həmin forma ilə biz Hindistanda heç vaxt rastlaşmamışıq. Beləliklə, A.Şprenger belə bir qəti nəticə çıxarırdı ki, sufizmin yaranması Hindistandan və yaxud Yunanıstandan keçmiş ekzotik sistem deyildir. Sufizm– islamın inkişafının nəticəsidir. Bir sözlə, sufizm islamın inkişafının ən orijinal və ən həqiqi fazasıdır. Ət–Tirmizi sufi yolunun təkmilləşdirmə prinsiplərini müdafiə etmişdir. İlk dəfə həkim ət– Tirmizi tərəfindən irəli sürülmüş və İbn Ərəbi tərəfindən inkişaf etdirilmiş sufi öliyalığı təlimi müsəlman təsəvvüfünün sonrakı dövr tarixi üçün həm əməli, həm də nəzəri cəhətdən böyük əhəmiyyət kəsb etmişdir. Hər dövrün ən kamil sufi «arifləri» bu övliyalığın daşıyıcıları elan olunurdular. Həmin təlimə uyğun olaraq övliyalılıq sufilik nəzəriyyəçiləri tərəfindən peyğəmbərlik risaləsinin davamı, müəyyən mənada isə ondan yüksək hesab olunurdu. Göründüyü kimi, sufi övliyası Peyğəmbərin «varisi» (varis) olur və buradan irəli gələn bütün əməli məziyyətlər– şəriətin izah edilməsində daha üstün haqqa malik olmaq, müsəlman icmasının başçısı vəzifəsini icra etmək, həyatverici və şəfaverici «bərəkətə» sahib olmaq və sairə məziyyətlər ona da aid edilirdi. Ət–Tirmiziyə görə insanın biliklə əldə etdiyi mistik «qnosis» (mərifət və yaxud hikmət) sayılmalıdır. Ət–Tirmizi onu «ilahi işıqla» eyniləşdirir və onun insanların ürəklərində olduğunu elan edirdi. Adi bilikdən (elm) fərqli olaraq qnosis şeylərin gizli mənasını açır və sonda isə «ilahi mahiyyətə» çatır. Əgər elm tədris, təlim prosesində əldə edilirdisə, mərifət– insanlara Allahın bəxş etdiyidir. Elmin tətbiq və təsir sahəsi və zamanı məhduddur. Mərifətin isə sərhədləri yoxdur. «Qnosis»ə hamı yiyələnə bilməz. Ona yalnız tək– tək adamlar, ürəyi dünya problemi və qayğılarından təmizlənmiş və yalnız Allaha bağlı insanlar yiyələnə bilərlər. Belə adamları ət– Tirmizi sufi «müqəddəsləri» elan etmişdir. Onlar elə «qnosisə» malik olmaqları ilə digər dindarlardan fərqlənirlər. Tədqiqatçıların əksəriyyəti bu fikirdə olmuşlar ki, ət– Tirmizi buddizm, xristianlıq və maniheyçilik təlimləri ilə yaxından tanış olmuşdur. Həmin təlimlərin təsiri onun yaradıcılığında da öz əksini tapmışdır. Onun biliyi, geniş məlumatı, müasirlərinin onu əl– həkim (müdrik) adlandırmağa imkan vermişdir. Xarici keçidlər Ağayar Şükürov, "Ət–Tirmizi (IX əsrin sonunda vəfat etmişdir)" Arxivləşdirilib 2005-04-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=402135
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu. "Təbəri tarixi" adı ilə məşhur olan kitabın bütöv adı "Tarix-ür-rüsüli vəl-müluk"dur (Peyğəmbərlərin və hökmdarların tarixi). Yəqubinin tarixindən və Məsudinin "Müruc-üz-zəhəb"indən fərqli olaraq, Təbəri tarixi həcmcə daha genişdir. Müəllif kitabın əvvəlində keçmiş peyğəmbərlərin həyatı və İran şahlarının tarixi barədə məlumat verir. Daha sonra Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu əcdadları barədə qiymətli məlumatlarla rastlaşırıq. Peyğəmbərin özünün həyatı kitabda kifayət qədər ətraflı şəkildə, bütün incəlikləri ilə təsvir edilib. Ümumi tarix janrında qələmə alınmış bu üç kitab – Yəqubi tarixi, Təbəri tarixi və "Müruc-üz-zəhəb" həm fərqli, həm də oxşar cəhətlərə malikdir. Onların oxşar cəhətlərindən biri əhatə etdikləri mövzulardadır. Kitabların hər üçü xilqətin əvvəlindən müəllifin zəmanəsinə qədər baş verənləri əhatə edir. Bununla belə, Yəqubinin və Məsudinin sair ümmətlər barədə verdikləri məlumatlar Təbərininkindən daha artıq və rəngarəngdir. Belə ki, ilk iki müəllif qədim Babil, Hindistan, Çin, İran, Yunanıstan və Roma torpaqlarının tarixi barədə (qısaca da olsa) məlumat verdikləri halda, Təbəri yalnız Bəni-İsrail peyğəmbərlərinin və İran şahlarının xəbərləri ilə kifayətlənir. Yəqubi və Məsudinin tarixləri coğrafi biliklər baxımından da böyük əhəmiyyətə malikdir. Onlar hər ölkənin və xalqın tarixini yazmaqla yanaşı, o yerlərin coğrafi şəraiti barədə də qənaətbəxş məlumatlar verməyə çalışırlar. Məsələyə bu baxımdan yanaşdıqda, Təbəri tarixi, coğrafi biliklərdən uzaq sırf salnamə xarakteri daşıyır. Məsudi və Yəqubi ictimai-siyasi proseslər, millətlərin adət-ənənələri, məişəti və s. barədə informasiya sarıdan da Təbərini üstələyirlər. Təbəri öz tarixini qələmə alarkən, əsas etibarilə özündən əvvəlki tarixçilərin əsərlərinə və ayrı-ayrı şəxslərdən eşitdiyi şifahi rəvayətlərə əsaslanır, hadisələri hədis şəklində, hətta sənəd zəncirini göstərmək şərti ilə xatırladır. Onun şəxsi müşahidə və təəssüratları az gözə çarpır. Bu da Təbərinin qeyri-müsəlman məmləkətlərinə səfər etməməsindən irəli gəlir. Yəqubi və Məsudi isə nəinki müsəlman ölkələrini, hətta Hindistan, Çin, Afrika torpaqlarını da gəzib-dolaşmış və öz əsərləri üçün şəxsi müşahidəyə əsaslanan orijinal informasiyalar toplamışdılar. Buna görə də, onların əsərləri quru salnaməçilik ənənələrindən uzaqdır. Hər üç müəllif xilafət tarixini xəlifələrin hakimiyyət ardıcıllığı üzrə işıqlandırmışlar. Bir xəlifənin hakimiyyət dövründə baş vermiş hadisələr təsvir edildikdən sonra növbəti xəlifədən söhbət açılır. Bu zaman Təbəri daha da xırdalığa vararaq, hadisələri həm də baş verdikləri illər üzrə qruplaşdırır. Yəni onun kitabının müsəlman xilafəti barədəki bölümü başdan-başa "filanıncı ilin hadisələri" başlıqlarından ibarətdir. Yəqin ki, bunun səbəbi Təbəri tarixinin digər salnamələrdən həcmcə daha böyük olmasıdır. Əgər müəllif hadisələri illər üzrə bölüşdürməsəydi, konkret olaraq bu və ya digər olay barədə informasiyanı kitabdan tapmaq çox çətin olardı. O, öz müstəqil rəyini (ərəb. اجتهاد ijtihād) bildirməkdə tərəddüd etmirdi. Öz qiymətləndirməni mənbələrindən hansıları dəqiq olduğlarını keşf etməktən başlayırdı. Bu o demək deyil ki, o, özünü yenilikçi kimi sayırdı. Əksinə, dini yeniliklərinə qarşı idi. Əl Təbəri haqqında bir əhvalatda deyilir ki, o ölməyinə yaxın olanda ibn Kamil ona məsləhət veridi ki, bütün düşmanlarını bağışlasın. Əl Təbəri cavab verib ki, ona yenilikçi deyən adamdan başqa bütün düşmanlarını bağışlayacaq. Əl Təbərinin yanaşması əsasən barışdırıcı və mülayim idi və konfliktlərdə rəylərin arasında harmonik razılaşmanı axtarırdı.Əvvəlcə o, özünü fiqh intizamında Şafi kimi müəyyənləşdirirdi və Şafilər onun özünü belə saymağına görə şad idilər. Sonra isə o, öz məktəbini yaratdı. Ona baxmıyaraq ki, əl Təbəti Bağdada cavanlığda ibn Hənbəldən öyrəməyə üçün gəlib, o, Hənbəlilərin tərəfindən nifrətə qərq olub. Əl Təbırinin məzhəbi əsasən onun atasının adı və ondan sonra gedən Cariri adı ilə adlanır. Lakin, onun məzhəbi o vaxtın acı rəqabət atmosferdə dözə bilmədi.Onun geniş biblioqrfiyadan ən tanınan iki əsərlər bunlardılar: Peyğəmbərlərin və hökmdarların tarixi (ərəb. تاريخ الرسل والملوك və ya Tarikh al-Rusul wa al-Muluk or Tarikh al-Tabari)Bu kitabda Quranın nazil olmasından bəri 915 ilinə dək universal tarix izah olunur. Quran üzrə şərhTəbəri bu əsərini 7 il ərzində (283-290) yazmış.
https://az.wikipedia.org/w/index.php?curid=179660
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir. Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami "Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı
https://az.wikipedia.org/w/index.php?curid=535346
Ət Tibyan
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir. Həmçinin bax Şiə məzhəbinin kitabları siyahısı Xarici keçidlər "Əbədi Nur" dərgisində "Ət-Tibyan fi təfsiril-Quran" məqaləsi
https://az.wikipedia.org/w/index.php?curid=330324
Ət Tibyan fi təfsiril Quran
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir. Həmçinin bax Şiə məzhəbinin kitabları siyahısı Xarici keçidlər "Əbədi Nur" dərgisində "Ət-Tibyan fi təfsiril-Quran" məqaləsi
https://az.wikipedia.org/w/index.php?curid=347550
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. Lazım olan ərzaq 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, istiot zövqə görə. Hazırlanma qaydası Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir. Xarici keçid Ət qutabı Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=83335
Ət və sümük (teleserial, 2015)
Ət və sümük (ing. Flesh and Bone) - Moira Uolli Bekket tərəfindən yaradılmış ABŞ dram miniserialıdır. Serialın premyerası 8 noyabr 2015-ci ildə Amerikan kabel televiziyası olan Starz-da baş tutmuşdur. Etan Steyfel serialın xoreoqrafı və məsləhətçisi olmuşdur. Amerikan Balet Kompaniyasının banisi və bədii direktoru Pol Qreyson bu məkanı dünyanın ən nüfuzlu balet şirkətlərindən birinə çevirmək istəyir. Lakin, iş ortağı və partnyorunun ölümündən sonra depressiya yaşayan Pol gənc balerun Treylə əlaqəyə girir. Bu dövrdə Pittsburqdakı evlərindən qaçaraq Nyu-Yorka gəlmiş gənc balerina Kler işə düzəlmək üçün şirkətə müraciət edir. İlk görüşdəcə Klerin istedadını başa düşən Pol balet truppasının uğurlu gələcəyini bu gənc qız üzərində qurmağa qərar verir. Mövsümün başlamasına az qalmasına baxmayaraq, Pol artıq planlaşdırılmış cədvəldən imtina edir. “Jizel” baleti təxirə salınır. Bunun əvəzinə iki kiçik balet səhnələşdirilməsi, baş rolunu prima balerina Kira Kovalın canlandıracağı “Rubinlər” baleti və baş rolunu Kler Robbinsin canlandıracağı modern üslüublu bir baletin təqdim edilməsi qərara alınır. Kira Koval onun yerinə hansısa gənc balerinanın baş rola seçilməsini qəbul etmək istəmir. Lakin, psixoloji vəziyyəti və ayağındakı yaralar ona özünü layiqli şəkildə göstərməyə imkan vermir. Ağrıları hiss etməmək üçün Kira müxtəlif narkotiklərdən istifadə edir. Lakin, nəhayət Klerin baletlərdən birində əsas rolu canlandırmasına razılıq verir. Lakin, gənc balerina Klerin də ciddi psixoloji problemləri var. Belə ki, onun qardaşı ilə olan insest əlaqəsinə görə evdən qaçdığı məlum olur. Buna baxmayaraq, Kler özünə hakim ola bilmir və qardaş ilə yenidən görüşür. Klerin qardaşı Brayan onu axtarmaq üçün Nyu-Yorka gəlir. Burada o, Klerin yaşadığı evin qapıçısı Romeo ilə tanış olur. Həmin müddətdə Kler balerinalardan biri olan Dafne ilə birlikdə yerli gecə klublarından birində striptiz göstərərək pul qazanmağa başlayır. Balet truppasının çətin maddi vəziyyətində həmin gecə klubunun rəhbəri Sergey truppaya sponsorluq eləməyə razılaşır. Həyata xüsusi baxışı olan Romeo Merqeri Vilyamsın “Yumşaq dovşan” əsəri əsasında xeyirlə-şərin, qaranlıqla zülmətin mübarizəsindən bəhs edən nağıl yazır. Kler ilə söhbət zamanı isə Romeo nağılın baş qəhrəmanı olan şahzadənin Kler olmasını, onun əjdahaya qalib gəlməli olduğunu bildirir. Kler baş rolda çıxış edəcəyi baletin premyerasına qardaşını da dəvət edir. Yenidən Nyu-Yorka gələn Brayan bacısına aralarındakı münasibətə son qoymalı olduqlarını deyir, uzaq bir ölkəyə köçməyi planlaşdırdığını bildirir. Klerin çıxışı zamanı Romeo dəniz sahilində düşünən Brayanı boğazını kəsərək öldürür. Premyera uğurla baş tutur, Kler hər kəsi ovsunlaya bilir, “Rubinlər” baletində isə Kiranın yerinə əsas rolu Dafne ifa edir. Sara Hey – Kler Robbins, mürəkkəb keçmişi və psixoloji problemləri olan istedadlı balerina. Ben Deniels – Pol Qreyson, Amerika Balet Kompaniyasının bədii direktoru və banisi. Emili Tira – Miya Bayli, Klerin otaq yoldaşı olan balerina. İrina Dvorovenko – Kira Koval, yaşlanmaqda olan və ayağındakı yaralarla mübarizə aparan prima balerina. Deymon Herriman – Romeo, Klerin kirayə qaldığı evin zirzəmisində yaşayan və qapıçı işini yerinə yetirən evsiz adam. Coş Helman – Brayan Robbins, Klerin qardaşı və keçmiş hərbi qulluqçu. Reyçel Dayana Veyner – Dafne Kensinqton, zəngin ailədən olan balerina. Tina Benko – Cessika, Amerika Balet Kompaniyasının meneceri. Saşa Radetski – Ross, truppanın əsas balerunu. Karell Vilyams – Trey, Polla romantik əlaqəsi olan balerun. Marina Benedikt – Toni Kanava, xareoqraf, Klerlə işləməsi üçün işə götürülür. Tova Feldşu – İvana, balet təlimatçısı. Con Alli – Paşa, balet kompaniyasının piano ifaçısı. Vanessa Aspillaqa – Monika, Amerika Balet Kompaniyasının menecerinin assisantı. Karlinq Talkott –Eşli. Starz telekanalı serialın ilk seriyasını 2 noyabr 2015-ci ildə onlayn təqdim etmiş, qalan yeddi seriya isə 8 noyabr 2015-ci ildə təqdim olunmuşdur. Tənqidçilərin mövqeyi “Ət və Sümük” tənqidçilərdən əsasən müsbət və ya qarışıq rəylər almışdır. Rotten Tomatoes aqqreqatorunda 60%, “təzə” bal alan serial, 35 rəy əsasında 10 xaldan 5.9 xalla qiymətləndirilmişdir. Saytın konsesusunda deyilir: “Qadın münasibətlərinin detallı təsviri və peşəkar baletin realistik təsviri “Ət və Sümük” serialını baxımlı etsə də, çatışmazlıqların olması da diqqət çəkir.” Metacriticdə 19 tənqidçinin rəyinə əsasən seriala 100 xaldan 52 xal verilir, rəylər isə “qarışıq və ya müsbət” kimi qiymətləndirilir. 2016-cı ildə serial Orijinal Uzun Forma nominasiyasında Amerika Yazıçılar Gildiyasının Mükafatına namizəd göstərilmişdir. 73-cü Qızıl Qlobus mükafatlarının təqdim edilmə mərasimində serial Televiziyada Ən Yaxşı Limitli Serial və ya Bədii Film və Televiziyada Limitli Serial və ya Bədii Filmdə Ən Yaxşı Aktrisa (Sara Hey) nominasiyalarında mükafata namizəd göstərilmişdir. Mükafatların tam siyahısı aşağıdakı cədvəldə təqdim edilir: Xarici keçidlər starz.com/originals/fleshandbone/ — Ət və sümük rəsmi saytı Flesh and Bone — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=428823
Əta Tərzibaşı
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir. Ailə həyatı qurmamışdır. Yaradıcılığı İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. Onun "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və neçə-neçə başqa əsəri yeni bir cığır açmışdır. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir,. 60-cı illərdən başlayaraq nəşr etdirdiyi çoxcildli "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir,. Onun Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. Əta Tərzibaşı Məhəmməd Füzulinin irsini də dərindən tədqiq etmişdir. Kərküklü alim müxtəlif illərdə nəşr etdirdiyi məqalələrlə Məhəmməd Füzulinin həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə işıq salmışdır. Əta bəy elm aləmində ilk dəfə Füzulinin Kərkükdə doğulması fikrini irəli sürmüşdür. Tərzibaşının Füzuli haqqında yazdığı "Füzulinin ərəbcə qəsidələri", "Füzulinin yayımlanmamış bir müləmması", "Məktublaşma ədəbiyyatı və Füzulinin bir qəzəli" və s. məqalələr füzulişünaslıqda böyük maraqla qarşılanmışdır."Kərkük havaları" kitabında musiqi irsi tədqiq olunur. Azərbaycan dili haqqında fikirləri Türkmənlərin bugünkü ədəbiyyat dili ümumiyyətlə sadələşmiş Osmanlı türkcəsi olmaqla bərabər, danışıq dili xalq şeiri və musiqisi də tamamilə Türkməncədir. Bu ləhcə bəzi vacib olmayan regional dialekt fərqləriylə Azərbaycan və Cənub-şərqi Anadolu xalqının ləhcələrinə çox yaxındır. Bizim türkman ləhcəsi Azərbaycan ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir "Kərkük xoryatları və maniləri" I cild, 1955 "Kərkük xoryatları və maniləri" II cild, 1956 "Kərkük xoryatları və maniləri" III cild, 1957 "Kərkük atalar sözü" "Kərkük şairləri" 13 cilddə "Şərqilər və türkülər" (Bağdad, 1953), "Kərkük havaları" (Bağdad, 1961, 1989), "Kərkük əskilər sözü" Əta Tərzibaşı. Kərkük əskilər sözü. Bağdad,. 1962. "Arzu Qənbər" dastanı (Bağdad, 1964) "Kərkük mətbuat tarixi" 1879–1985 "Füzuli haqqında yazılar" "Ərbil şairləri" IIIcilddə. Cahanşahın türkcə şeirləri Füzulinin ərəbcə qəsidələri Heca vəzni və gənc şairlərimiz İraq-Türkman ədəbiyyatına toplu bir baxış Musiqi həyatımıza bir baxış Yazı dili, qonuşma dili Şimali Azərbaycanda türkmanoloji araşdırmalar Həmçinin bax Q. Paşayev. Bir ömürdən səhifələr. "Arzu-Qəmbər" dastanı, Bakı, 1971, s 9. Qardaşlıq dərgisi, № 23, İstanbul, 2004, s 21 Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin inkişaf yolları
https://az.wikipedia.org/w/index.php?curid=82640
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur. Həmçinin bax Nyuton qanunları Klassik mexanika Xüsusi nisbilik nəzəriyyəsi
https://az.wikipedia.org/w/index.php?curid=104730
Ətalət Naviqasiya Sistemi
INS (Inertial Navigation System; Ətalət Naviqasiya Sistemi) sürətölçən və bucaqölçən sensorlarından istifadə edərək hərəkət edən bir nəqliyyat vasitəsinin (təyyarə, raket, sualtı qayıq və s.) mütləq mövqeyini təyin edir. Tamamilə müstəqil olmaq xüsusiyyətinə malikdir və heç bir elektromaqnit şüa yaratmadan işləyir. Əməliyyat prinsipi istinad olan bir başlanğıc nöqtəsindən etibarən (ilk məlum/müəyyən edilmiş mövqedən) davamlı sürət, sürətləndirmə və bucaq hərəkətlərini ölçməklə əldə edilən nöqtədəki mövqeyi müəyyənləşdirir. Ümumiyyətlə yerləşmə (GPS) sisteminlərini dəstəkləmək üçün istifadə olunur. Çox dəqiq nəticələr verir.
https://az.wikipedia.org/w/index.php?curid=626610
Ətalət hesablama sistemi
Ətalət hesablama sistemi — Nyutonun mexanika qanunlarının ödənildiyi hesablama sistemi. Bu sistemə nəzərən düzxətli bərabərsürətli irəliləmə hərəkəti edən hesablama sistemi də ətalət hesablama sistemidir. Bu səbəbdən sonsuz sayda ətalət hesablama sistemi ola bilər. Nyutonun ikinci qanunu, hərəkət miqdarının saxlanması, hərəkət miqdarı momenti və ətalət mərkəzinin hərəkət qanunları xarici təsirlərə məruz qalmayan ixtiyari ətalət hesablama sistemində doğrudur. Hesablama sistemi həmişə bir cisim (məsələn, Yer, gəmi, təyyarə) ilə bağlanır. Belə sistem müəyyən xəta ilə ətalət hesablama sistemi qəbul edilə bilər. Oxları üç ulduza yönəldilmiş və başlanğıcı Günəşdə yerləşən sistem dəqiq ətalət hesablama sistemidir. Bu, göy mexanikası və kosmonavtikada işlədilir. Bir çox texniki məsələnin həllində yüksək dəqiqlik tələb olunarsa, başlanğıcı Yerin mərkəzində yerləşən, oxları isə üç ulduza yönəldilmiş ətalət hesablama sistemindən istifadə edilir. Bir ətalət hesablama sistemindən digərinə keçdikdə koordinatlar və zaman fəzası üçün Nyutonun klassik mexanikasında Qaliley çevirmələrindən, relyativist mexanikada isə Lorents çevirmələrindən istifadə olunur. Ətalət hesablama sistemi – elə sistemlərə deyilir ki, cismə digər cisimlər təsir etmədikdə və ya onların təsirləri bir-birlərini tarazlaşdırdıqda, həmin sistemlərdə cisimlər öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Ətalət – cismə digər cisimlər təsir etmədikdə öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlaması xassəsidir. Ətalət xassəsini XI əsrdə Əbülhəsən Bəhmənyar əl-Azərbaycani "İdrak" əsərində cismin təbii halı adlandırmışdı. 1632-ci ildə italyan fiziki Qalileo Qaliley bu ideyanı belə ifadə etdi: " Xarici təsir olmadıqda cisim öz sükunət ,və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayar". 1687-ci ildə qüvvə anlayışı daxil etməklə ingilis alimi İsaak Nyuton həmin ideyanı belə ifadə edir: "Cismə digər cisimlər təsir etmədikdə o əvvəlki sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır". Buna Nyutonun ətalət qanunu deyilir. Ətalət hesablama sistemi – Nyutonun birinci qanununun ödənildiyi sistemdir. Bir ətalət hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli hərəkət edən ixtiyari sistem də ətalət hesablama sistemi adlanır. Laboratoriya hesablama sistemi Yerlə bağlı olduğundan, Yer isə öz oxu və Günəş ətrafında fırlanma hərəkətlərində iştirak etdiyindən ətalət hesablama sistemi ola bilməz. Lakin Yerin hərəkət təcili çox kiçik olduğundan, Yerlə bağlı olan ətalət sistemlərini təqribi olaraq ətalət hesablama sistemi hesab etmək olar. Günəşə bağlı hesablama sistemi Yerə bağlı hesablama sistemindən daha dəqiqdir. A. Mehrabov və b. Fizika kursu. X. Şrinov. Fizika.
https://az.wikipedia.org/w/index.php?curid=104703
Ətasi
Ətasi (ərəb. أتاسي) — soyad. Haşim əl-Ətasi — Suriya prezidenti Lüəyy əl-Ətasi — Suriya prezidenti Nurəddin əl-Ətasi — Suriya prezidenti
https://az.wikipedia.org/w/index.php?curid=748182
Ətaullah əfəndi Şanızadə
Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair. Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür. Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi Ərəb və Fars dilləri ilə bərabər İtalyanca, Fransızca və Rumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir. 1821-ci ildə Moradakı Rum üsyanının ardından Divan-i Hümayun tərcümanlığı üçün müsəlmanlardan bir nəfər aranırkən Məclis-i Vükəlada onun da adı keçdi. Şanızadə Mehmet müdərris olmaya haq qazandıqdan sonra öncə ibtida-i xaric dərəcəsiylə Örəkəzadə mədrəsəsinə təyin edildi. 15 məharrəm 1205-ci ildə (24 sentyabr 1790) ibtida-i daxil rütbəsiylə Saniyə-i Fatıma Sultan, 7 məhərrəm 1208-ci ildə (15 avqust 1793) harəkət-i daxil dərəcəsiylə Dərsiyyə-i Xanə-i Ümmüxani, 11 Rəbiülaxir 1211-ci ildə (14 oktyabr 1796) musılə-i Sahn dərəcəsiylə Bəyaziddəki Sahhaf Qaraca Əhməd mədrəsələrində müdərris oldu. 15 rəcəb 1218-ci ildə (31 oktyabr 1803) ibtida-i altmışlı dərəcəsiylə Müftü Hüseyn Əfəndi Mədrəsəsinə təyin edildi. 15 şəvval 1220-ci ildə (6 yanvar 1806) harəkət-i altmışlı dərəcəsinə yüksəldi. 13 zilqədə 1223-cü ildə (31 dekabr 1808) musılə-i Süleymaniyyə dərəcəsiylə Xoca Xeyrəddin və "Xaqaniyyə-i Vəfa" mədrəsələrinə keçdi. 1 cəmaziyəlahir 1231-ci ildə (29 aprel 1816) Çorlu mədrəsəsi müdərrisliyi onda olmaq üzrə Xəvass-i Rəfia (Əyüb) qazısı oldu. 1 cəmaziyəlaxir 1232-ci ildə (18 aprel 1817) işdən çıxarıldı və ona Məkkə qazılığı rütbəsi verildi. 3 rəbiülaxir 1232-ci ildə (20 fevral 1817) həyat boyu müfəttiş-i sədr-i ali olaraq vəzifələndirildi. Ancaq 9 məhərrəm 1237-ci ildə (6 oktyabr 1821) vəzifəsinə son verildi. Şaızadənin 13 zilhiccə 1241-ci ildə (19 iyul 1826) Məkkə payəsi və Mənəmən arpalığı ilə əməkli oldu. Vaqiyənevis mütərcim Asım Əfəndinin 9 səfər 1235-ci ildə (27 noyabr 1819) İstanbulda vəbadan ölməsi üzərinə II Mahmud, Şanızadəni 15 səfər 1235-ci ildə (3 dekabr 1819) şəxsən seçib vaqiyənevisliyə gətirdi. Bu vəzifədəykən öncə tarixin faydası və dəyəri haqqında bir müqəddimə yazıb padşaha təqdim etdi. Bunun bəyənilməsiylə arzu etdiyi kimi II Mahmudun cülus tarixi olan 28 iyul 1808-ci ildən etibarən əsərini qələmə almağa başladı və sentyabr 1821-ci ilə qədər gətirdi. Yazmağa imkan tapmadığı 1821-1826-cı il vəqayiinə aid qeydləri xələfi Sahaflar Şeyxizadə Mehmet Əsəd Əfəndiyə verdi. Onu rəqib görən Mustafa Behcət Əfəndinin və başqalarının səyiylə sentyabr 1825-ci ildə vaqiyənevislikdən çıxarıldı. Yeniçəri ocağının ortadan qaldırılması sırasında Bəktaşiliyin də yox edilməsinə girişildiyindən Şanızadə, Beşiktaş Cəmiyyət-i elmiyyəsinə mənsubiyətindən dolayı 9 zilqadə 1241-ci ildə (15 iyun 1826) Bəktaşi olduğu irəli sürülərək arpalığı olan Tirəyə sürgün edildi. İki ay sonra da burada vəfat etdi.
https://az.wikipedia.org/w/index.php?curid=437007
Ətayə Əliyeva
Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Azərbaycanda çəkilmiş onlarla filmdə rol alıb. Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratskda anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedir və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyir. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları yaradır. 1948–1949-cu illərin teatr mövsümündə Gəncə Dram Teatrına dəvət edilib. Ətayə xanımın səhnə fəaliyyəti Cəfər Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub. 1956-cı ildə Ətayə Əliyeva yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Burada klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdə oynadığı rollardır. Ətayə Əliyeva radio və televiziya verilişlərində və kinodada bir çox rolları ifa edib. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bizim küçə" filmində "Bəyim xala", "Dağlarda döyüş" filmində "ana", "Telefonçu qız" filmində "Simuzər", "Uşaqlığın son gecəsi" filmində "Mənsurə" rollarında çıxış edib. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı "Onu bağışlamaq olarmı?" filmində aktrisa iki rolda "leytenant Qarayeva" və "Sara xala" rollarında çıxış edib. 1995-ci il aprelin 6-da Bakıda dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn edilib. Ətayə Əliyevanın atası Ağaqulam Marağa şəhərindən, anası Humay xanım isə Təbriz şəhərindən olub. Ailədə 6 uşaq olublar. Aktyor Həsənağa Mirzəyevlə ailə qurub. Bu evlilikdən 3 uşaqları dünyaya gəlib. Rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır. Mükafatları 1964-cü il iyunun 29-da "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Filmoqrafiya Xarici keçidlər "Mədəniyyətimizin simaları": Ətayə Əliyeva — 105 / AR Mədəniyyət Nazirliyi Tanış olun — Ətayə Əliyeva / İctimai Radio Dünya Bir Pəncərədir-Ətayə Əliyeva / AzTV "Korifey". Əməkdar artist Ətayə Əliyeva / Teatr Muzeyi
https://az.wikipedia.org/w/index.php?curid=32830
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Mir Mövsüm Ağa ziyarətgahı Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet hakimiyyəti illərində onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra abidə ucaldılmışdır. Xarici keçidlər Zamanın Sorağında — Mir Mövsüm Ağa — 01.10.2017 Tanı-t Azərbaycanı: Mirmövsüm ağa ziyarətgahı
https://az.wikipedia.org/w/index.php?curid=62538
Ətbar çayı
Hidrologiyası Ətbar çayının mənbəyi Efiopiyada Tana gölünün yaxınlığında yerləşir. Əsasən Sudan yaylası boyunca axır. Çayın su təchizatı və suvarma üçün Xəşm əl-Qirbə su anbarı və su elektrik stansiyası var. Orta su sərfi 374 m³/saniyədi. Çayın uzunluğu 1120 km-dir. Yağışlı mövsümdə (iyul-noyabr) Nil axınını əhəmiyyətli dərəcədə doldurur, bu zaman orta su axını təxminən 2000 m³ / s təşkil edir. İlin qalan vaxtı quruyur və Nilə çatmır. Yağışlı mövsümdə naviqasiya mümkündür. Ətbarın əsas qollarından biri Bəhr əs-Salam çayıdır. Ətbarın orta aylıq axını (1912–1982) mənbəyindən təqribən 25 km yuxarıda m³/s ilə ölçülür: Xarici keçidlər Maps of Ethiopia — Perry–Castañeda Library Map Collection, University of Texas
https://az.wikipedia.org/w/index.php?curid=786703
Ətcələr
Ətcələr (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Ətcələr (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ətcələr (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
https://az.wikipedia.org/w/index.php?curid=109573
Ətcələr (Cəlilabad)
Ətcələr — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Ətcələr oyk, sadə. Cəlilabad r-nunun Gülməmmədli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun Şərəfə i.ə.v.-də kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Haşımxanlı i.ə.v.-də kənd. Muğan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 283 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Cəlilabad rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109731
Ətcələr (Masallı)
Ətcələr — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ətcələr kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Ətcələr kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Yaşayış məntəqəsi XIX əsrdə Abdulyan kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların fikrincə, oykonim Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır. Etnotoponimdir. Əhalisi 920 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=86567
Ətcələr (Sabirabad)
Ətcələr — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=108037
Əthəm Mahmud Paşa
Əthəm Mahmud Paşa (ö. 7 fevral 1886) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləzizin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəminin sədrəzəmlərindən Mehmed Əli Paşa idi. Atası Sultan Mahmudun qızlarından Adilə Sultanla evli olsa da, Əthəm Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Analığının saraya yaxınlığını səbəbilə mükəmməl təhsil aldı. 1850-ci ildə hərbi məktəbə daxil oldu. 1854-cü ildə Sultan Əbdülməcidin qızlarından Rəfiyə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi. Toy mərasiminin ardından general-leytenant rütbəsinə yüksələn Əthəm Paşa 1858-ci ildə vəzir rütbəsiylə Ali məclisə üzv seçildi. 1871-ci ilədək bir neçə dəfə məclis üzvlüyündən ayrılıb yenidən təyin olundu. Ardından səhhəti pisləşdi və yatalaq xəstəliyə tutuldu. Bir neçə il davam edən xəstəliyin ardından 1886-cı ildə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edilmişdir. Xanımının övladının olmaması və Əthəm Paşanın qadınlara olan düşkünlüyü səbəbilə evliliyinin yaxşı keçmədiyi, Rəfiyə Sultanın qardaşlarına yazdığı məktublarda ərindən şikayət etdiyi bilinir. Öncəki evliliyindən Mehmed Əli bəy (ö. 1887) adlı bir oğlu və bir qızının olduğu bilinir. Sicill-i Osmani II cild, səh. 108
https://az.wikipedia.org/w/index.php?curid=741464
Ətingən (Xaybulla)
2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ətingən kəndinin milli tərkibi: başqırdlar 70 %. Coğrafi yerləşməsi rayon mərkəzindən (Akyar): 24 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 80 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
https://az.wikipedia.org/w/index.php?curid=518068
Ətiq Ordubadi
Ətiq Ordubadi — XVI əsrin görkəmli xəttatı Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,"tuğrayi‐şahi" adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra, padişahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra, xəttatlıq sənaətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə olunmuşdur. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə, padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, hökmdarın möhürü mənasını ifadə edir. Qeyd edək ki, M. Tərbiyət özünün "Danişməndani-Azərbaycan" əsərində də bu haqda məlumat vermişdir: "Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq, Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir". Mənbələrdən əldə etdyimiz məlumatlarda onun təmkinli, alicənab və saf savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə məlumat verilmişdir.. Həmçinin bax Azərbaycan təsviri sənəti Azərbaycan mədəniyyəti
https://az.wikipedia.org/w/index.php?curid=494704
Ətiqi Şirvani
Ətiqi Şirvani — Azərbaycan şairi Bəktaşılardan idi. جائی كه لطف او در امید باز كرد معصـوم انفعــال كشـد از گناهكــار Xarici keçidlər [1] Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=216760
Ətiqə İzmayılova
Ətiqə İzmayılova (1932-2006) — Azərbaycanın aparıcı etnoqroflarından biri Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşqul olmuşdur. Bakı şəhərində anadan olan Ətiqə xanım, ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakultəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Ətiqə İzmayılova. atigaizmailova.org Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=182795
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=288726
Ətirli akasiya
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=152519
Ətirli ağ şam
Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir. Qozaları oavl-silindrik, uzunluğu 5-10 sm, eni 2-2,5 sm, kal halda tünd-bənövşəyi, yetişdikdən sonra boz-qonur rəngdə olur, çox qətranlıdır. Toxum qabıqlarının uzunluğu təxminən 15 mm, eni 17 mm, yuxarı tərəfi yumru, ensiz kiiçk ayaqlıdır, rəngi bənövşəyi çalarlıdır. Küləyə, soyuğa davamlıdır, tez böyüyür. Aşağı budaqları asanlıqla kök atır, ana bitkinin ətrafında böyüyən caavn ağaclar çox effektli qrup yaradır. Meyvə verməyə 20-30 yaşından başlayır. Budaqların budanması bitkinin formasını dəyişir. Xiyaban, qrup və tək əkinlərdə istifadə edilir. Mədəni şəraitdə 1697-ci ildən becərilir. Abşeron]da və Astarada mədəni şəraitdə becərilir.
https://az.wikipedia.org/w/index.php?curid=455323
Ətirli balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=143543
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Botaniki xarakteristikası Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. Azərbaycanda yayılması BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz. Orta dağ qurşağına qədər. Yaşayış mühiti Meşələrdə, kolluqlarda, səhralarda yaşıllıq və su olan yerdə, bəzən otlu yamaclarda rast gəlinir. Təsərrüfat əhəmiyyəti Dekorativ bitkidir. Qədimdə çiçək və kökü öskürəyə qarşı dərman kimi istifadə olunurdu. Bənövşə yağından parfumeriyada istifadə olunur. Balverən bitkidir. Təbabətdə istifadə qaydaları Ətirli bənövşə yarpaqlarının şərbətindən kəskin öskürəkdə, ağciyər xəstəliklərində, ləçək və yarpaqlarından arpa unu ilə yaxşı hazırlayıb şişləri əritmək üçün, yağından ekzemaya, yarasağaldıcı kimi, çiçəklərindən çay kimi dəmləyərək boğaz ağrılarına və bronxitə qarşı istifadə edilir. 10 qram quru xammalın üzərinə 400 ml qaynar su tökərək ağzı qapalı halda 2 saat saxladıqdan sonra süzüb, gün ərzində (4 dəfəyə) içmək lazımdır. Yaxud ətirli bənövşə bişirilir: bunun üçün 10 qram quru xammalın üzərinə 200 ml qaynar su töküb, ağzı qapalı halada 15 dəqiqə su hamamında saxladıqdan sonra 40-45 dəqiqə otaq temperaturunda soyudub süzmək və seliyin ayrılması üçün qalığı sıxmaq lazımdır, alınmış çıxarış gündə 3-4 dəfə, yeməkdən sonra isti halda, hər dəfə bir xörək qaşığı qəbul edilir. Ətirli bənövşə və çöl bənövşəsi bəlğəmgətirici yığıntıların tərkibində də istifadə edilir. Çöl bənövşəsinin otundan öskürəyə qarşı istifadə edilir. Dəmləməsi bronxial vəzilərin sekresiyasını artırır, sinə yumuşaldıcı təsir göstərir. Çöl bənövşəsinin otundan hazırlanmış çay sarılıq xəstəliyində, revmatizm və podaqrada işlənir. Köklərinin və otunun dəmlənməsi çay kimi xalq təbabətində ishala və dizenteriyaya qarşı istifadə edilir. Bundan əlavə köklərindən, yarpaq və çiçəklərindən çay kimi dəmləyib öd yolları xəstəliklərində, qıcolma, bronxial astma və əsəb xəstəliklərində işlədilir. Sinonimləri Homotipik sinonimləri Viola hirta var. odorata (L.) Fiori Viola hirta subsp. odorata (L.) Fiori Viola martii subsp. odorata (L.) Schimp. & Spenn. Yarımnövləri Viola odorata subsp. odorata Viola odorata subsp. stolonifera (J.J.Rodr.) J.J.Orell & Romo
https://az.wikipedia.org/w/index.php?curid=144130
Ətirli cirəgülü
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=141938
Ətirli doqquzdon
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Təbii yayılması Çində yayılmışdır. Botaniki təsviri Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir. Ekologiyası İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Azərbaycanda yayılması Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. Çox dekorativ görünüşə malikdir.
https://az.wikipedia.org/w/index.php?curid=562762
Ətirli drasena
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü. Təbii yayılması Afrikanın tropiklərində yayılıb. Botaniki xarakteristikası Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. Ekologiyası Parlaq, düz günəş şüalarından qorunmalıdır. Rütubətsevəndir. Çimli, çürüntülü, torflu, qumlu torpaq qarışığında yaxşı bitir. Unlu qurd və kök böcəyi xəstəliklərinə yoluxur. Azərbaycanda yayılması Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya olunmuşdur. Respublikanın bir çox rayonlarında mədəni şəraitdə becərilir. Şəhər yaşıllaşdırmasında, bəzək memarlığında geniş istifadə edilir. Sinonimləri Homotipik sinonimləri Cordyline fragrans (L.) Planch. Draco fragrans (L.) Kuntze Pleomele fragrans (L.) Salisb. Sansevieria fragrans (L.) Jacq. Aloe fragrantissima Jacq. Aletris fragrans L. Heterotipik sinonimləri Dracaena albanensis Sander ex Mast. Dracaena aureolus W.Bull ex Mast. Dracaena broomfieldii Sander ex Mast. Dracaena broomfieldii var. superba Sander ex Mast. Dracaena butayei De Wild. Dracaena deisteliana Engl. Dracaena deremensis Engl. Dracaena deremensis var. warneckei Engl. Dracaena ensifolia var. greigii Regel Dracaena fragrans var. massangeana (Rodigas) É.Morren Dracaena fragrans variegata W.Bull Dracaena fragrans var. victoria (W.Bull) O.F.Cook Dracaena fragrans f. wacheana Wacha ex Siebert Dracaena janssensii Mast. Dracaena latifolia f. rothiana Voss Dracaena lindenii Linden ex André Dracaena massangeana Rodigas Dracaena smithii Baker ex Hook.f. Dracaena steudneri var. kilimandscharica Engl. Dracaena ugandensis Baker Dracaena victoria W.Bull Pleomele deremensis (Engl.) N.E.Br. Pleomele smithii (Baker ex Hook.f.) N.E.Br. Pleomele ugandensis (Baker) N.E.Br.
https://az.wikipedia.org/w/index.php?curid=562212
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=141373
Ətirli kino
Ətirli kino — film nümayişində istifadə olunan xüsusi sistem. Bu zaman tamaşaçı xüsusi qoxular duyur və nəticədə tamaşaçıya daha dolğun məlumat ötürülür. İlk ətirli film nümayişi 1906-cı ilə təsadüf edilir. Pensilvaniyada kinoteatr sahibi film nümayişi zamanı salonda qızılgül yağı batırılmış əski parçasını yellətmiş. 1958-ci ildə italyan rejisor Karlo Lidzaninin çəkdiyi "Çin səddi" sənədli filminin nümayişi zamanı yüzlərcə qoxu ventilyasiya ilə salona verilmişdir. 1960-cı ildə isveçrəli mühəndis Hans Laube xüsusi "Smell-O-Vision" sistemini yaratmışdır. Bu sistem "Ətrin sirri" filminə tətbiq edilmişdir. Film Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin kinoteatrlarında nümayiş etdirildi. Salonda hər oturacağa xüsusi ətir püskürən borular bərkidilmişdir. Ancaq bu sistem bir mənalı qarşılanmadı: bəziləri ətrin püskürülən zaman yaranan yüksək səsdən şikayət etdi, bəziləri ətrin filmdəki sujetlərlə eynilik daşımadığını söylədi (əsasən balkonda oturanlar). Digərləri isə qoxunu demək olar ki, heç duymadığını söylədi. 1980-ci illərdə bu film bir dəfə MTV və digər yerli telekanallarda nümayiş olunmuş. Daha yüksək effekt alınması üçün tamaşaçılara qoxu verən xüsusi kartların alınması tövsiyə olunurdu. Kinoya baxış zamanı bu kartın üzərini silərək filmin gedişatına uyğun ətir duymaq olar. Bu sistem "Scratch and sniff" adlanırdı (sil və qoxula). 2006-cı ildə Yaponiya kinoteatrlarında hollivud istehsalı olan "Yeni dünya" filminin nümayişi zamanı yapon kompaniyası "Miqapro" tərəfindən işlənilmiş xüsusi qurğu vasitəsi ilə salona ətir verilmişdir. "Cəsusların uşaqları 4D" filmində də tamaşaçılara xüsusi aromaskop vərəqlər paylanılmış.
https://az.wikipedia.org/w/index.php?curid=541743
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Təbii yayılması Vətəni Şimali Amerikadır. Botaniki təsviri Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır. Ekologiyası Nəmişli torpaqlarda, kök zoğları verərək çoxalır. Kölgəyə və soyuğa davamlıdır. Qışda sərt şaxtalarda donur, lakin yazda yenidən bərpa olunur. Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda yaylmışdır. Abşerona ətirli moruğu ilk dəfə 1930-ci ildə Rusiyadan gətirmişlər. Ətirli moruqdan dekorativ bitki kimi tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə etmək olar.
https://az.wikipedia.org/w/index.php?curid=578793
Ətirli qatıqotu
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. Botaniki xarakteristikası Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər. Yaşayış mühiti Yarpaqlı meşələrdə, əsasən palıd və fıstıq meşələrində, rütubətli torpaqda kölgədə rast gəlinir. Sinonimləri Homotipik sinonimləri Asperula odora Salisb. Asperula odorata L. Chlorostemma odoratum (L.) Fourr. Galium matrisylva F.H.Wigg. Heterotipik sinonimləri
https://az.wikipedia.org/w/index.php?curid=141038
Ətirli qovaq
Ətirli qovaq (lat. Populus suaveolens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Ümumi yayılması Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. Botaniki təsviri Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. Ekologiyası Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir. Azərbaycanda yayılması Böyük Qafqazda təbi halda yayılmışdır. Ətirli qovağın yumşaq oduncağı sellülozanın alınmasında və tikintidə istifadə edilir. Sinonimləri Homotipik sinonimləri Populus balsamifera var. suaveolens (Fisch. ex Poit. & A.Vilm.) Kuntze Yarımnövləri Populus suaveolens f. baicalensis (Kom.) I.V.Belyaeva & Kovt. Populus suaveolens f. suaveolens
https://az.wikipedia.org/w/index.php?curid=113356
Ətirli qoyunqulağı
Ətirli qoyunqulağı (lat. Silene coeli-rosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik bitki kimi yetişdirilir. Bu, 50 sm hündürlükdə, nazik yarpaqlı və müxtəlif rəngdə beşləçəkli çiçəkləri olan bitkidir. Hazırda yabanı növlərdən gülçülükdə istifadə olunmur. Bitkinin sort və hibridləri geniş yayılmışdır. Ətirli qətranın 15x15 sm sxem üzrə yazda torpağa əkməklə çoxaldırlar. Bitki balaca monoqruplarda yaxşı görünür. Bitki dəstələrindən müxtəlif kompozisiyalar yaratmaq olar. Sinonimləri Agrostemma coeli-rosea L. Coronaria coeli-rosa (L.) Fr. ex Heynh. Eudianthe coeli-rosa (L.) Endl. Eudianthe oculata A.Braun Lychnidia coeli-rosa (L.) Pomel Lychnis coeli-rosa (L.) Desr. Pontinia coeli-rosa (L.) Fr.
https://az.wikipedia.org/w/index.php?curid=580972
Ətirli saqqızağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir. Uzun müddət saqqız ticarəti ilə məşğul olan bu ada Qanuni tərəfindən 1556-cı ildə fəth edildikdən sonra Osmanlı bu ağacı yetişdirən 21 ailəni himayəsinə almışdır. Saqqızın xoş ətrin onun cəmi 1-2%-ni əmələ gətirən uçucu yağa borcludur. Bu uçucu yağda alfa-pinen və nirsen adlanan maddələr yüksək miqdarda olduğu üçün ətrin yaranmasına səbəb olur. Qatı tərkibini isə müxtəlif quruluşa malik triterpenlərin qarışığı meydana gətirir. 1996-2005-ci illər arasında aparılan elmi tədqiqatlar zamanı saqqızın bakteriyaların çoxalmasının qarşısını aldığı müşahidə edilmişdir.1996-2005-ci illərdə edilən müxtəlif araşdırmalarda saqqızın bakteriyaların çoxalmasını dayandırma təsirinin mövcud olduğu müəyyən edilmişdir. Mədə və duodemum xorasi müalicəsində faydalı olabiləcəyini göstərən ilk araşdırmalar 1984-1986-ci illərdə, daha sonra 2000-ci illərdə xoranın ən əhəmiyyətli faktoru olan helikobakter pilorinin artımını dayandırdığı və peptik xorada təsirli olduğunu araşdırmalarda görürük. Hamımızın müəllimi və professor Turhan Baytop 1967-ci ilin mart-dekabr aylarında Çeşmə ətrafında bir elmi gəzinti edir və Çeşmədə Çiftlikköyü yaxınlarında çox yaşlı saqqız ağaclarının olduğunu müəyyən edir. Bu təsbitlərini 1968-ci ildə Türkiyədə saqqız əldə etmək imkanları adlı bir məqalə ilə nəşr edir. Yetişdirildiyi bölgələr Dünyada saqqız ağaclarının ən verimli olduğu bölgələrdən biri Çeşmə bölgəsidir, və bu bölgədə ağac sayını artırmaq üçün böyük çalışmalar davam edir. Çeşmə kənd təsərrüfatı rəhbərliyində çalışan Ziraat mühəndisi Ahmet Keçici Alaçatı da ənənəvi yöntəmlərlə saqqız ağacını artırmaq mövzusunda önəmli çalışmalar həyata keçirir. Bu çalışmaların məqsədi isə ağacların verimliliyini qaranti altına almaqdır. Çeşmə bölgəsində saqqız ağacları olduqca azdır, yerləşmə sahələri çoxalmağa başladıqca əldə olanların qorunması vacib olduğu düşünülür. Çeşmədə saqqız ağacları 4 nöqtədə qorunma altına alındı. Bunlardan ən böyüyü Alaçatı bələdiyyəsinə aid saqqızlıqdır. Təxmini 125 ədəd saqqız ağacı var.Bunların ətrafı tellərlə bağlandı. Giriş və çıxışa qadağa qoyuldu, sulaması, gübrələnməsi, baxımı və hər növ ehtiyacları təmin edildi. Qorunmasının səbəbi insanların istədiyi kimi istifadə etməsi, sərbəstcə kəsməsi, dolayısı ilə mövcud ağacları da yox etmələrinə qarşı almış olunan bir önləmdir. Yetişdirilmə üsulları Saqqız ağacının ən verimli dövrü 10 yaşı ilə 70 yaşı arasıdır. Və düzənli olaraq baxıldığı zaman hər il 1 və ya 1,5 kq saqqız əldə etmək olar. Saqqız adasında ənənəvi olaraq 2 metodla saqqız ağacı istehsal edilir. Bunlardan birincisi, “calaq” metodu, yəni ana bitkidən bitkinin budağını ayırmadan o budağı bir tüpə və çini qaba və ya plastik bidona keçirərək, düzənli olaraq sulama zamanı təxmini 1 il zaman zərfində yeni bir fidan əldə etmiş olunur. İkinci metod “odun çəliyi” dediyimiz təxmini 20-30 sm boyunda köhnə budaq (2 illik və ya daha yaşlı budaq olması vacibdir, çünki onların sinir ucları var) götürürük. Bu budaqları 20-40 sm düzbucaqlı şəklində çuxura 2 ədəd olacaq şəkildə əkirik. Bunların üzərinə daha tez köklənməsini həyata keçirmək üçün torf səpirik. Və çuxurumuzu bağlayırıq. Təxmini 2-3 ay ərzində fidanımızın yaşıllaşdığını görəcəyik. Adada da bu şəkildə tətbiq edilir. Bu iki metodun xaricində “toxuma mədəniyyəti” və “peyvənd” metodlarından da istifadə edilir. Ün Yede Orhon Güven saqqız ağacını aid olduğu torpaqlarda deyil, öz məmləkətində yetişdirmək üzərə uzun sürəli araşdırmalar etmişdir. Və son dərəcə detallı bir çalışma ilə bu ağaclar üçün lazımlı mühiti əldə etmişdir. Ərazisində peyvənd çalışmaları edən Güvənin ən böyük hədəfi isə yabani saqqız peyvəndi ilə mədəni saqqız istehsal etməkdir. İstifadə edildiyi sahələr “Köhnənin həkimləri əsərlərində dərman tərkiblərində saqqıza yer veriblər. Hal-hazırda əsasən geniş yayılmış istifadə sahələri dondurma və şirniyyat sənayesində, içkilərin ətirləndirilməsində, xüsusən də saqqız “rikuri” və saqqız “arağı” emalatında, bundan başqa yunan mətbəxində bir çox yeməyin içində, ət yeməklərində belə damla saqqızından istifadə olduğunu bilirik. Bundan başqa, kosmetika sahəsində də geniş istifadə imkanları var, çünki saqqızın uçucu yağı həm dərini regenerasiyaedici, dərini qidalandırıcı və xüsusən də günəş şüalarının zərərli təsirlərinin qarşısını almaq xüsusiyyətlərinə malikdir.Bundan başqa bəzi spesifik istifadə sahələri var; məsələn cərrahiyyədə cərrahi iplərin ya da yaraları tikən iplərin hazırlanmasından istifadə olunduğunu bilirik. Bu arada saqqızlı qəhvəni də unutmayaq. Son zamanlarda çox məhşurlaşıb”.Ölkəmizdə uyğun şərait yaradıldığında, saqqızın vacib bir gəlir sahəsi olacağı aydındır, eyniylə Saqqız adasında olduğu kimi. İzmirdə yaşayan biznesmen Spiridione Sergio Saqqız adasını tez-tez ziyarət edir. Sergio Türkiyəyə saqqız məhsullarının sağlıqlı yollarla girişini təmin edən bir idxalatçıdır. “Bizim tanışmağımız 1980-cı illərə dayanır, amma bu bir dostluq mərhələsi idi. Daha sonra Yunanıstan Avropa birliyinə girdikdən sonra Avropa birliyi damla saqqızı kimi vacib bir məhsulu distribütorlar vasitəsilə hər ölkəyə paylanmasını uyğun gördü, bunu təklif etdi. Növbə Türkiyəyə gəldikdə isə bu hadisə Nikonun qulağına çatdı. Birdən-birə bu şəkildə bir ortaqlıq başladı. Birinci ili əməlli başlı çətinliklərimiz oldu, 300 kq damla saqqızı ilə başladıq, çox mücadiləmiz oldu, amma çətin mərhələni keçdik. Saqqız adasının mərkəzi xaric 52-i kəndi var. Bu 52 kənddən damla saqqızı yalnız adanın cənub-qərbindəki 12-13 kəndində mövcuddur. Ən keyfiyyətli damla saqqızı ən cənub, dənizə baxan tərəfindəki Menitadır, keyfiyyətləri də dənizə yaxınlığı ilə eyni mütənasiblikdə artır, çünki dəniz küləyini, cənub küləyini soyuq şəkildə alması lazımdır. Damla saqqızında torpaq quruluşu da vacibdir”. Keçmişi sivilizasiya tarixi qədər qədim olan saqqız ağacının biçin vaxtıdır isti yay ayları. Göz alıcı aydınlıqda olan saqqız damlaları avqust ayınının sonlarında ağac altlarından yığılır və bir sonrakı mərhələyə hazırlanır. Bu müddətdə adanın küçələrində, qabı önlərində və dəniz kənarında saqqızın təmizlənməsi prosesini görmək mümkündür. Saqqız yad maddələrdən təmizlənir və qayğı ilə durulanıb qurudulur. Artıq bu təbiətin insanına şəfa, hüzur,ləzzət və dolanışıq qaynağı olaraq xidmət verməyə hazırdır. “Bu dəniz suyu ilə yuma dəniz suyu duzlu olduğu üçün daha yüngül olan damla saqqızını daha üstə tutur. Və üstünə bir də mərmər tozu da qatırlar ki, kirliliyi daha tez aşağı alsın. Lakın bu təmizləmə mərhələsi 3-4 dəfə davam edir, səbəbi də ilk dəfə daha az mərmər tozu qatırlar ki, təmiz damla saqqızı yuxarıda qalsın, ilk təmizini almış olurlar. Daha çox mərmər tozu qatdıqlarında bu dəfə o kirlilər də dibdə qalırlar. Onları ikinci keyfiyyətdə məhsul olaraq alırlar. Ən son üçüncü məhsul qalır ki, o da saqqız yağı emalatı kimi yerlərdəistifadə edilir. Yəni, təkrar-təkrar yumalarının səbəbi də bunu 3 parti halında almalarıdır. Damla saqqızının da öz aralarında ayrı-ayrı boyları var. Kiçik boylarda olanlar ilk göz yaşı olan damla saqqızıdır. Onlar daha bahalı olurlar. Çünki o havayla daha çox təmas etdiyi üçün suyunu itirir və itirdiyi su mütənasiblikdə də ətri daha çox olur. Digərləri orta ya da böyük olanlar isə eyni keyfiyyətdə damla saqqızlarıdır. Ələkdən keçər və tavada döyülərək istifadə edilir və tavada döyülmələri asan olsun deyə orta olanlar seçilirlər. İstifadə məqsədlərinə görə fabriklərdə qaynadaraq, əritərək istifadə edənlər daha ucuz olduğu üçün böyükləri seçərlər. Damla saqqızından sonra Saqqız adasının digər məhsullarına da daxil olmağa başladıq. Damla saqqızı mürəbbələri, kosmetika məhsulları -bu tip məhsullara daxil olduqdan sonra Türkiyədə özümüz emal etməyə başladıq. Damla saqqızının lokumundan tutmuş, qəhvəsi, halvası deyərkən kosmetika məhsullarına, sabunlara daxil olduq. Beleliklə, məhsullar çoxaldıqca damla saqqızının satışı da artmağa başladı. Əvvəlki 300 kq-lar 10 tonlara qədər artdı. Bunların daxilində fabrikləri ola bilər, istehsalçı kəsim ola bilər, topdan satıcıları var,pərakəndəçiləri var, şiriniyyatçı qrupu var, ədviyyatçı qrupu var, yəni əhatə dairəsi çox genişdir. Daxil ola bilmədiyimiz çox sahə var, son alınan qərarlarla bu təbi məhsulların apteklərdə satılması planlaşdırılır. O sahə də gələcəkdə açılacaq. Koperativ bəzi malları analizdən keçirdikdən sonra qəbul etmirlər. Daha çox məhsul almaq üçün bunların kökünə gübrəverilir, təmizlik mərhələsindədə toksid istifadə edirlər. Bu məhsul onsuz da koperativə daxil ola bilmir. Saqqız istehlakının son illərdə artdığıını söyləmək mümkündür. Türklər saqqız adası ilə həmişə əlaqəli olublar. Amma təəssüflər olsun ki bazarda rəqib məhsul kateqoriyası altında çox keyfiyyətsiz məhsullar istehlakçılara təqdim edilir. Damla saqqızı əsrlər boyunca müxtəlif mətbəxlərdə də öz yerini almışdır. Saqqız adasındakı məşhur aşpaz Geny Linos müştərilərə təklif etdiyi bir çox dadlı yeməyə saqqız əlavə etdiyini bildirib. Saqqız adası Türk və Yunan mədəniyyətini birləşdirən ortaq dəyərlərdən biridir. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine Xarici keçidlər Sakız Ağacı
https://az.wikipedia.org/w/index.php?curid=562164