!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əsgərxanlı
Əsgərxanlı (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Əsgərxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=766749
Əsgərxanlı (Cəbrayıl)
Əsgərxanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Əsgərxanlı kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
https://az.wikipedia.org/w/index.php?curid=105473
Əsgərxanlı (Germi)
Əsgərxanlı (fars. اصغرخانلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 201 nəfər yaşayır (44 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=766719
Əsgərzadə Lütviyyə
Əsgərzadə Lütviyyə (17 fevral 1960, Naxçıvan) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (2018), dosent (2012), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər Birliyi (2002) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). Lütviyyə Süleyman qızı Əsgərzadə 17 fevral 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub Naxçıvan şəhər Eynəli bəy Sultanov adına 7No-li orta məktəbini müvəffəqiyyətlə bitirib. 1980-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra(1985) Naxçıvan şəhər 5 No-li kitabxanasında zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışıb. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər "Xanım qızlar" pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. 1999-cu ildə Naxçıvan şəhər Heydər Əliyev muzeyinə ekskursovood, 2000-ci ildə muzeyə direktor təyin edilib. 2006-cı ilədək Heydər Əliyev muzeyinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının II qurultayına (2001) və Azərbaycan qadınlarının II qurultayına (2003) nümayəndə seçilib. 2005-ci ildə professor Teymur Əhmədovun rəhbərliyi ilə "Hüseyn Cavid və Şərq" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2018-ci ildə "Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində" (5716.01 – Azərbaycan ədəbiyyatı) mövzusunda doktrluq müdafiə edib 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışır. Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. "Turkay" aylıq Ədəbiyyat dərgisinin redaktorudur. Elmi fəaliyyəti Elmi yaradıcılığı Azərbaycan romantizminin banisi, filosof şair-dramaturq Hüseyn Cavidin yaradıcılığına, xüsusilə, Hüseyn Cavidin Şərqlə bağlılığına şairin həyatı, mühiti, müasirlərinə dair monoqrafik tədqiqatlara həsr olunmuşdur. L. S. Əsgərzadənin elmi yaradıcılığında digər ölkələrin alimləri ilə əməkdaşlıq da mühüm yer tutur. O, öz ixtisası üzrə regionun və Avropa ölkələrinin (Bolqarıstan, Türkiyə, İraq, Rusiya, Makedoniya, Kosova, Arnavutluq, İtaliya və s) alimləri ilə elmi əlaqələr saxlayır, beynəlxaq konfrans və qurultaylarda maraqlı elmi məruzələrlə çıxış edir. 200-ə qədər elmi məqalənin müəllifi olan Lütviyyə Əsgərzadənin Rusiya, İtaliya, Türkiyə, İran, Kosova, İraq, Makedoniya, Arnavutluq, Braziliya, Ukrayna və Koliforniyada elmi məqalələri nəşr olunub. Bədii yaradıcılığı L. S. Əsgərzadə 5 şeir kitabının müəllifidirŞeirləri "Hece taşları", "Gergef", "Kalemlik", "Kardelen" dərgilərində", Çinar ömrü" ,"Plyus yaradıcılıq" toplularında, "Ədəbiyyat", "525-ci qəzet" və "Şərq qapısı" qəzetlərində çap olunub. Şeir kitabları 1. Dünya başdan başa nağılmış demə. Bakı, Sabah,20032. İçimdə hönkürdü dözüm. Bakı, Sabah, 20033. Bir dilim ay işığı. Bakı, Nurlan,2005 4. Mənə elə gəlir ki, yüz ildir sənsizəm. Bakı, Nurlan,20095. Qaranlığa söylədiklərim . Bakı, nurlan, 2009 1. Hüseyn Cavid və Şərq. Naxçıvan, Əcəmi, 2005 2. Hüseyn Cavid:mühiti və müasirləri. Globe Edit, 2018, 269 s.3. Əmir Teymur: tarixdə və ədəbiyyatda. GlobeEdit Beynəlxalq nəşriyyat, 2020,135 s. 4. Əhməd Triniç. Bakı: Elm və Təhsil, 2020, 210 s.5. Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı:Elm və Təhsil, 2023, 360 s.6. Hüseyn Cavid. Azərbaycan Ədəbiyyatı tarixi V cild 7. Mirzə Ələsgər Növrəs. Azərbaycan Ədəbiyyatı tarixi VI cild 8. Əbdürrəhim bəy Haqverdiyevin sənətkarlığı // Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (Kollektiv) / AMEA Nizami Gəncəvi ad. Ədəbiyyat İnstitutu; Bakı: Elm və təhsil, 2018. – s.180–231. 9. XX əsrin 20–30-cu illəri: Mətbuat, ədəbi mühit və Ə. B. Triniç/Yeni dövr Azərbaycan ədəbiyyatı. Bakı: Avropa, 2019, s.141–154 10. "Hüseyn Cavid" / Türk milliyetçiliği: Portreler (Ensiklopediya). 1. Baskı, Kasım 2019, s.77–89 11. Naxçıvan / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.311 12. Nehrəm / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.313 13. Şeytanbazar / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.365 14. Tiflis / "Molla Nəsrəddin" Ensiklopediyası. /Bakı, Elm, 2020, s.392 15. Xatirimdə qalanlar: Vaqif Məmmədov // Vaqif Məmmədov xatirələrdə Bakı: Elm və Təhsil, 2017. s. 128–131 Xarici məqalə Huseyn Javıd ınthe context of Western poetry tradıtıon REFLEXIÓN DE IDEAS FILOSÓFICAS EN EL TRABAJO DE HUSEYN JAVID Western poetry tradition, "Serveti-Funun" and Huseyn Javid FAZIL İRAVANİ VE FAZLI KARA: GÜL Ü BÜLBÜL (çelişkiler ve gerçek) Hüseyin Cavid Efendi Hüseyin Cavid’de Osmanlı İstanbul’u (Hayatı, Edebi Kişiliği ve Yaratıcılığı) Konfrans materialları HARF İNKILÂBININ YAYGINLAŞTIRILMASINDA ERZİNCAN’DA KURULAN HALKODALARININ TÜRKÇE OKUMA-YAZMA FAALİYETLERİ. ULUSLARARASI ERZİNCAN TARİHİ SEMPOZYUMU İNSANIN VE İNSANLIĞIN KADERİNDE İBLİS (Hüseyin Cavid’in İblis trajedisi üzerine bir inceleme) Mükafatları 1."İlin ən kübar xanımı" (2000) 2. "Gənc Qızıl qələm" (2003) 3. "Jurnalistlərin dostu" diplomu (2010) 4."Xurşid banu Natəvan" mükafatı (2017) 5. AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin "Fəxri fərman"ı −2018 6. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı −2020
https://az.wikipedia.org/w/index.php?curid=822831
Əshabi-Kəf mağarası
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur. Qurani-Kərimdə "Əshabi-Kəhf" haqqında Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi "Əl-Kəhf" surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf" adı ilə tanınan mağaralar vardır ki, onların da Qurani-Kərimdə adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri Müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin". Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur, məhz Culfadakı "Əshabi-Kəhf"də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Müqəddəs Qurani-Kərimdəki bu fikirlər mağaranın Culfada olmasını sübut edən amillərdən biridir. "Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında Əshabi-Kəhfin vəziyyətini araşdırırdılar. Dedilər ki, "Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir". Onların vəziyyətinə vaqif olanlar isə "Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik" dedilər". Culfada yerləşən Əshabi-Kəhfdəki indiki məscid də qeyb olanların yaxınlığındadır. Mağaranın qədimliyi haqqında Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi isə bulaq qurumuşdur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir, o cümlədən burada çoxlu ağac və kollar da vardır. Əshabi-Kəhf bu gün Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib. Həmçinin bax Əshabi-Kəhf (film, 2000) Əshabi-Kəhf mineral bulağı Əshabi-kəhf mineral su yatağı
https://az.wikipedia.org/w/index.php?curid=495097
Əshabi-Kəhf
Əshabi-kəhf dağı Əshabi-Kəhf (mağara) Əshabi-Kəhf (ziyarətgah) Əshabi-Kəhf (film, 2000) Əshabi-Kəhf mineral bulağı
https://az.wikipedia.org/w/index.php?curid=498848
Əshabi-Kəhf (film, 2000)
Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi. Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Rəfael Salamzadə Səs operatoru: Kamal Seyidov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
https://az.wikipedia.org/w/index.php?curid=30746
Əshabi-Kəhf (mağara)
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur. Qurani-Kərimdə "Əshabi-Kəhf" haqqında Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi "Əl-Kəhf" surəsidir. Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində "Əshabi-Kəhf" adı ilə tanınan mağaralar vardır ki, onların da Qurani-Kərimdə adı keçən mağara olduğu iddia edilir. Mağaranın yerləşdiyi yerin xüsusiyyətləri Müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsinin 17-ci ayəsində belə açıqlanır: "Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin". Mağaranın içərisinə girəcəkdən baxarkən girişdən sağ və sol nəzərdə tutulur, məhz Culfadakı "Əshabi-Kəhf"də içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Müqəddəs Qurani-Kərimdəki bu fikirlər mağaranın Culfada olmasını sübut edən amillərdən biridir. "Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarında Əshabi-Kəhfin vəziyyətini araşdırırdılar. Dedilər ki, "Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir". Onların vəziyyətinə vaqif olanlar isə "Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik" dedilər". Culfada yerləşən Əshabi-Kəhfdəki indiki məscid də qeyb olanların yaxınlığındadır. Mağaranın qədimliyi haqqında Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi isə bulaq qurumuşdur. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir, o cümlədən burada çoxlu ağac və kollar da vardır. Əshabi-Kəhf bu gün Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib. Həmçinin bax Əshabi-Kəhf (film, 2000) Əshabi-Kəhf mineral bulağı Əshabi-kəhf mineral su yatağı
https://az.wikipedia.org/w/index.php?curid=64760
Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir. Qurani-Kərimdə Əshabi-Kəhf haqqında Quranın 18-ci "Əl-kəhf" surəsində bu barədə maraqlı məlumat verilmişdir. Həmin surədə deyilir: "Ey peyğəmbərimiz! Sən fikirləşirsən ki, Əshab-i Kohf və Rəqim hekayəsi bizim bu qədər qüdrətli hikmətlərimiz müqabilində təəccüblü hadisədir? O vaxt ki, Kəhf cavanlan düşmənin qorxusundan dağ mağarasında gizləndilər və Allahdan xahiş etdilər ki, İlahi, sən bizim haqqımızda rəhmə əta eylə, bizə bir kamil yol göstər. Biz haman mağarada onlan bir neçə il bihuş etdikdən sonra yuxudan oyatdıq ki, görək onlar, neçə vaxt mağarada olduqları və yuxuya getdiklərini bilə biləcəklərmi?… Onlar cəvan-mərdlər idi ki, öz Allahlarına iman gətirdilər. Biz (lütfümüz ilə) onlara düzgün yol göstərdik, onların (təmiz) ürəklərində (Allaha iman və məhəbbət) əlaqələrini möhkəmləndirdik. Onlar (bütpərəstlər və kafirlər) arasında qiyam edib dedilər: "Bizim Allahımız yeri, göyləri yaradandır və biz o tək Allahdan başqa heç kəsi Allahlığa qəbul etmirik. Əgər biz bütpərəstlər kimi fikirləşsək, çox ağır xətaya yol vermiş olarıq…". Maraqlıdır ki, miladdan əvvəl 18-ci əsrdən miladın 2-ci əsrinə qədər olan müxtəlif xarakterli hekayələrin məcmusundan ibarət olan Tövratda Əshab-i Kəhf barədə məlumat verilmişdir. Səyyahlar və tarixçilər Əshabi-Kəhf haqqında 1664-cü ildə Təbrizdə olmuş fransız səyyahı və taciri Şarden yazır: "Azərbaycanın maliyyə naziri Mirzə Tahir mənə dedi: "Tapılmış sikkələr arasında Midiyanın qədim şahları tərəfindən zərb edilmiş çoxlu qızıl və gümüş sikkə vardır". Mirzə Tahir həmin sikkələr üzərində yunan hərflərilə yazılar və təsvirlər olduğunu söylədi. Onun dediyinə görə "Dəqyanus" sözü həmin sikkələr üzərində zərb edilmişdir. O, Dəqyanus sözü haqqında məlumat verməyi məndən xahiş etdi. Mən cavabında dedim İri, heç vaxt belə bir ada rast gəlməmişəm. Lakin, hər halda bu, Daranın adı ola bilər". Qeyd etmək lazımdır ki, I Dara miladdan əvvəl 522–486-cı illərdə hökmranlıq etmişdir. Bəs Dəqyanus kim idi? Azərbaycanın bəzi tarixçiləri iddia edirlər ki, miladi 284–305-ci illər arasında Roma hökmdarından olmuş Diokletian Qay Avreli ola bilər. Çünki o, xristianları sıxışdırmağa başlamışdı. Lakin apardığımız axtarışlar nəticəsində məlum olmuşdur ki, Dəqyanus təqribən miladi 200–251-ci illər arasında yaşamış və miladi 249-cu ildən Roma imperatoru olmuş Desi Qay Mcssi Kvin Trayandır. Desi həqiqətən imperiya ərazisinin hər yerində ilk dəfə xristianları təqib etməyə başlamışdır. Nəhayət, 251-ci ildə qatlarla, yəni qədim German tayfaları ilə vuruşmada həlak olmuşdur. Yeniyetmə cavanmərdlər həmin imperatorun zülmündən və təqibindən yaxa qurtarmaq üçün qaçıb Naxçıvandakı mağarada sığınacaq tapmışdılar. Quranın "Əshab-i Kəhf" surəsində Makedoniyalı İskəndərin (miladdan qabaq 336–323-cü illərdə hökmranlıq etmişdir) Dərbənddə dəmir qapı saldırması hadisəsi Əshab-i Kəhf hadisəsindən sonra şərh edilmişdir. Bundan başqa, həmin hadisə Tövratda da qeyd edilmişdir. Deməli, cavan mərdlər mağaraya islamiyyət dövründə deyil, Məhəmməd peyğəmbər anadan olandan təqribən 320 il qabaq sığınmışdılar. Quranda qeyd edildiyi kimi, onların 300 il mağarada yuxuya getmələrini nəzərə alsaq, mərd cavanlar Məhəmməd peyğəmbər anadan olandan 11 il qabaq Allah tərəfindən behiştə aparılmışlar. Əshab-i Kəhf mağarasında üzərində gözəl nəstəliq xəttilə, ərəb dilində yazı həkk edilmiş daş qoyulmuşdur. Həmin daşın ortasında Qurandan "Əshab-i Kəhf" surəsinin bir neçə ayəsi eynilə köçürülmüş, daşın ətrafında isə Naxçıvan hakimi, Kəngərli tayfasından olan Xuda- qulu xanın xələfi Şükrulla xan hicri 1190-cı il səfər ayında (mart, 1776-cı ildə) atası, Naxçıvan hakimi Xudaqulu xanın şərəfinə sözlər yazdırmışdır. Deməli, hələ 220 il bundan öncə Naxçıvan hakimi olmuş Şükrulla xan Əshab-i Kəhfın Naxçıvan şəhəri yaxınlığındakı mağarada olduğunu dəqiq bilirmiş. Daş üzərindəki ərəb dilində yazı ilk dəfə bizim Seyidağa Onullahi tərəfindən oxunmuşdur. Qəribədir ki, Türkiyə alimləri Əshab-i Kəhfin Anadolu ərazisində yerləşdiyini iddia edir və aldığımız məlumata görə bu barədə kitabça da buraxmışlar. Təəssüf ki, biz həmin kitabçanı əldə edə bilmədik. Lakin Quranda günəş çıxarkən mağaranın sağ tərəfindən, batarkən sol tərəfindən şüa salması, indi də haqqında bəhs etdiyimiz mağarada həmin vəziyyətin mövcud olması, 220 il bundan öncə həmin mağarada üzərində "Əshab-i Kəhf" surəsindən bir neçə ayənin ərəb dilində yazılıb həmin mağaraya qoyulması, mağaranın quruluşu, görünüşü – bütün deyilənlər bizə qəti fikir söyləməyə imkan verir ki, Əshab-i Kəhf Naxçıvan şəhəri yaxınlığındakı mağaradır.
https://az.wikipedia.org/w/index.php?curid=533247
Əshabi-Kəhf mineral bulağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir. Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. Coğrafi koordinatları Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir. İon tərkibinə görə bulağın suyu aşağıdakı kimi ifadə olunur: Kimyəvi tərkibinə görə hidrokarbonatlı-xloridli-sulfatlı, natriumlu- kalsiumlu tiplidir. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008. Əliyev F.Ş – Azərbaycan respublikasının yeraltı suları ehtiyatlarından istifadə və geoekoloji problemləri. Monoqrafiya , “Çaşıoğlu” , Bakı-2000, 325 s. Səfərov A.V, Babayev N.İ – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, “ADNA” nəşri, Bakı-2006, 129 s. Əliquliyev R.İ, İsmayılova M.M – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, “”, Bakı-2006, 142 s. Aslanov A.D, Axundov V.C, Əhmədova O.M – Mineral və termal sular, “BDU” nəşriyyatı, Bakı-1997.
https://az.wikipedia.org/w/index.php?curid=260879
Əshabi-kəhf
Əshabi-kəhf dağı Əshabi-Kəhf (mağara) Əshabi-Kəhf (ziyarətgah) Əshabi-Kəhf (film, 2000) Əshabi-Kəhf mineral bulağı
https://az.wikipedia.org/w/index.php?curid=501765
Əshabi-kəhf dağı
Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır. Həmçinin bax: Biləvətəpə dağı
https://az.wikipedia.org/w/index.php?curid=498851
Əshabi-kəhf mineral su yatağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir. Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. Coğrafi koordinatları Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir. İon tərkibinə görə bulağın suyu aşağıdakı kimi ifadə olunur: Kimyəvi tərkibinə görə hidrokarbonatlı-xloridli-sulfatlı, natriumlu- kalsiumlu tiplidir. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008. Əliyev F.Ş – Azərbaycan respublikasının yeraltı suları ehtiyatlarından istifadə və geoekoloji problemləri. Monoqrafiya , “Çaşıoğlu” , Bakı-2000, 325 s. Səfərov A.V, Babayev N.İ – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, “ADNA” nəşri, Bakı-2006, 129 s. Əliquliyev R.İ, İsmayılova M.M – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, “”, Bakı-2006, 142 s. Aslanov A.D, Axundov V.C, Əhmədova O.M – Mineral və termal sular, “BDU” nəşriyyatı, Bakı-1997.
https://az.wikipedia.org/w/index.php?curid=497641
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. Sufizm (Təsəvvüf) Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər. Onlar heç vaxt kimdənsə nəsə ummur, yaşayış ehtiyaclarını ödəmək üçün əllərindən gələni etməyə çalışırdılar. Quran təfsirçiləri hesab edirlər ki, Bəqərə surəsinin 273-cü ayəsində söhbət konkret olaraq “Talvar əhli” haqqındadır. Təsəvvüf ədəbiyyatında əhli-süffə təqva və zahidlik modeli olan təsəvvüfün ilkin nümayəndələri hesab olunur. Bəzi orta əsr müəlliflərinin fikrincə, sufizm (təsəvvüf) sözü bu qrupun adından gəlir. Əhli-süffənin sakinləri
https://az.wikipedia.org/w/index.php?curid=782926
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). İslamda yeri Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır. Həmçinin bax Aksum krallığı
https://az.wikipedia.org/w/index.php?curid=736455
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir. Həmçinin bax Cümhuriyyət tələbələri
https://az.wikipedia.org/w/index.php?curid=143470
Əsilzadəlik
Əsilzadəlik, aristokratiya (yun. αριστοκρατία), zadəganlıq, nobilitet — irsi, dövlətdə imtiyazlı təbəqənin ən yüksək təbəqəsi . Bir çox dövlətlərdə formal olaraq bütün hakimiyyət monarxa və ya xalq məclisinə məxsus olsa belə, əsilzadələr siyasətə əhəmiyyətli təsir göstərirdilər. Hakimiyyətin əsilzadələrə məxsus olduğu sistemə aristokratiya deyilir. Bu sistemin adı ilə əsilzadəliyin özü çox vaxt “aristokratiya” adlanır. Aristokratiyanın əlamətləri Qədim dövrlərdən bəri əsilzadələrin, yuxarı təbəqənin və aristokratiyanın nümayəndələrini bir sıra əlamətlərlə (həm xarici, həm də daxili) müəyyən etmək olardı; əsilzadələrin özünəməxsus ritualları və davranış ənənələri var idi. Bir çox ölkələrdə adi insanların çox oxumaq, bahalı paltarlar geyinmək və ya yaxşı duruşa sahib olmaq imkanı yox idi - bu xüsusiyyətlər əsilzadəlik əlamətləri idi və əsilzadələrin nümayəndələri üçün onlara sahib olmaq və daim nümayiş etdirmək daha vacib idi. Erkən uşaqlıqdan əsilzadə insanlara xarici dillər, coğrafiya, tarix, ritorika, qılıncoynatma, etiket, paltar seçmək və geyinmək bacarığı öyrədilirdi . Əsilzadələr müxtəlif yollarla formalaşmışdır. Romada əsas şəhərin yerli sakinləri olan patrisilər zadəganlara çevrildi. Qalliyada franklar ölkəni fəth etdilər. Çox vaxt hərbi komandirlər və dövlət məmurları aristokratiyaya çevrilirlər. Bir çox dövlətlərdə aristokratiyaya xüsusi xidmətlərə görə və ya çoxlu pul müqabilində qoşulmaq mümkün idi: beləcə çoxlu tacir və varlı kəndli yanbanın bir hissəsi oldu. Əsilzadələr çox vaxt hərbi təbəqələr idi, lakin orta əsrlərdə İtaliyanın şəhər dövlətlərində əsilzadələrə təkcə döyüşçülər deyil, həm də tacirlər daxildir; eləcə də iri latifundistlər. Mütləq monarxiya dövründə xidmət edən zadəganlar keçmiş aristokratiyaya qoşularaq yeni əsilzadələr sinfini - zadəganları meydana gətirirdilər. Müasir dövrün burjua inqilabları cəmiyyətin imtiyazlı təbəqəsi kimi zadəganların yox olmasına səbəb oldu: bu sosial inqilabın tələblərindən biri sosial bərabərlik idi. Bununla belə, hətta zadəganların mövcud olduğu və sonra imtiyazlarını itirdiyi dövlərlər də (yaponlardakı kuqe kimi) keçmiş aristokratiya çox vaxt böyük gücü saxlayır və digər keçmiş aristokratlarla əlaqələrə malikdir, bu da onlara əhəmiyyətli üstünlük verir.
https://az.wikipedia.org/w/index.php?curid=818746
Əsin
Əsin - fövqəltəbii və ya ilahi qabiliyyət və ya buna bağlı söz, hiss və qavrayış. İlham. Təsirlənmə, çağırışım, içə doğma ilə gələn yaradıcı düşüncə. Tərif və Məna İnsanlara estetetik duyğuları gətirən xəyirli varlıqların tapıldığına inanılan dövrlərin anlayış forması əslində indiki vaxtda da sözün tərkibində gizlidir. Gələn ilham pərisi esinti yaratdığı üçün bu söz yerləşmişdir. "Tanrı Vergisi" deyimi bu anlayışı bir az daha açıqlayır. Sanatsal qabiliyyət və onun nəticəsi olan məhsullar, insanlara bəhs edilmişdir. Bu qabiliyyəti və o an meydana gələcək olan məhsula dair fikiri bir ruh gətirir. Şumerlərə görə "Əs", küləyin söylədiyi söz deməkdir. Türk mədəniyyət və sənət algılayışında qabiliyyətlərin ilahi bir güc tərəfindən göndərildiyi inancı məşhurdur. Əsin anlayışı da onsuz da zaman-zaman gələn bir faktdır. "İlham gəldi" təbiri bu vəziyyəti ifadə edir. Doğac, özbaşına danışma və etmə deməkdir. Osmanlıcası "irtical" sözüdür. Əsin (ilham) ilə yaxından əlaqədardır. Birdən-birə içinə doğulduğu kimi danışma və etmə. Allah vergisi bir qabiliyyətin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir, daxilidir. Eynilə təbiətdə olduğu kimi verimli və içdən gələn bir faktı ifadə edir. Şamanist inancların hamısında doğaçlama davranış və dualar Tanrısal ünsiyyətin ən əhəmiyyətli göstəricilərindən qəbul edilərlər. Söz, "doğulmaq" kökündən gəlir. Doğurmayı və kişiliyi ehtiva edər. Doğunc isə vicdan mənasını verər. Tiki, türk xalq inancında sirrli səslərdir. Geceleri eşidilən və qaynağı bilinməyən səslərə deyilir. Ruhlar sağ ikən yaşadıqları illerde hər il bir dəfə toplanarlar və xalqı ziyarət edərlər. Bu səs onlara aiddir. Gecənin bu səsi kim işitirse ölər. Etimologiya (Es) kökündən törəmişdir. Əsmək feli ilə əlaqədardır. Fövqəltəbii varlıqların bir esinti şəklində hiss edilə biləcəği inancını saxlayar. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=272278
Əsincan (Təbriz)
Əsincan (fars. اسنجان) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.451 nəfər yaşayır (265 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=618729
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
https://az.wikipedia.org/w/index.php?curid=768930
Əsir (şəhər)
Əsir — İranın Fars ostanının Möhr şəhristanının Əsir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,181 nəfər və 465 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=288630
Əsir Mehmed Əfəndi
Əsir Mehmed Əfəndi (v. 13 mart 1681) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Muhibbî, Ḫulâṣatü’l-es̱er, III, 482–487; Abdurrahman Abdi Paşa, Vekâyi‘nâme (haz. F. Çetin Derin, doktora tezi, 1993), İÜ Ed.Fak. Genel Ktp., nr. TE 98, s. 101, 131–132; Naîmâ, Târih, VI, 92–93, 389; Silâhdar, Târih, I, 160, 221–222; Şeyhî, Vekâyiu’l-fuzalâ, I, 239–240, 478–479; Râşid, Târih, I, 22; Devhatü’l-meşâyih, s. 69–70; İlmiyye Salnâmesi, s. 477–480 (fetvalarından üç örnek verilmiştir); Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 477–478; Danişmend, Kronoloji, III, 393–394, 536.
https://az.wikipedia.org/w/index.php?curid=596037
Əsir mübadiləsi
Əsir mübadiləsi — əsirləri – hərbi əsirlər, casuslar, girovlar və s. azad etmək üçün qarşıdurmada olan tərəflər arasında sövdələşmə. Bəzən cəsədlər mübadilənin bir hissəsi olurlar. Cenevrə Konvensiyaları Cenevrə Konvensiyalarına əsasən, xəstəlik və ya əlillik səbəbindən müharibə səylərinə töhfə verə bilməyən məhbuslar öz ölkələrinə geri qaytarılmaq hüququna malikdirlər. Bu, belə təsirə məruz qalan əsirlərindən sayından asılı olmayaraq qüvvədədir. Əsir götürən dövlət həqiqi tələbi rədd edə bilməz.1929-cu il Cenevrə Konvensiyasına əsasən, bu, 68–74-cü maddələr və əlavə mətn ilə əhatə olunur. Ən böyük mübadilə proqramlarından biri Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən İkinci Dünya müharibəsi zamanı bu şərtlər altında həyata keçirilirmişdir. 1949-cu il Üçüncü Cenevrə Konvensiyasına əsasən, bu, 109–117-ci maddələrlə əhatə olunur. Həmçinin bax Ekstradisiya Girov diplomatiyası
https://az.wikipedia.org/w/index.php?curid=830535
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Həmçinin bax Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar Xarici keçidlər ""Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 21 aprel 2016. İstifadə tarixi: 21 aprel 2016. Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir Girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının yaradılması haqqında
https://az.wikipedia.org/w/index.php?curid=336716
Əsir İdrisi əmirliyi
Əsir əmirliyi və ya Aşağı Əsir — 1907–1930-cu illərdə Səudiyyə Ərəbistanının müasir Əsir inzibati dairəsi, eləcə də bir sıra digər bölgələr ərazisində mövcud olmuş dövlət. Əmirliyin paytaxtı Səbya şəhəri idi. Əmir Məhəmməd ibn Əli İdrisi 1923-cü ildə vəfat edənə qədər Əsir siyasi müstəqilliyini qoruyub saxlamışdır. Əmirlik Səudiyyə Ərəbistanının müasir inzibati bölgələri olan Əsir və Cizan ərazilərini, həmçinin Məkkə dairəsinin cənub hissəsini və müasir Yəmənin Hudeydə hissəsini əhatə edirdi.
https://az.wikipedia.org/w/index.php?curid=805462
Əsiran (Xudafərin)
Əsiran (fars. اسيران) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=638014
Əsirəddin Əbhəri
Əsirəddin əl-Müfəddal ibn Ömər əs-Səmərqəndi əl-Əbhəri (1200, Əbhər, Zəncan ostanı – 1264, Şəbistər, Şərqi Azərbaycan ostanı) — filosof, astronom və riyaziyyatçı. Həyatı haqqında yetərli bilgi yoxdur. 1200-ci ildə əslən Səmərqəndli bir ailəyə mənsub olan Əbhəri Mosulda anadan olub. Bəzi qaynaqlarda bu ad yanlış olaraq Əbəhri şəklində keçməkdədir. Bu arada çağdaş İranlı müəlliflərdən bir çoxu, Əbhəri nisbəsinə dayanaraq onun Zəncan və İsfahana bağlı iki Əbhərdən birində doğulmuş olduğunu iddia edir; ancaq modərn qaynaqların bəzilərinin qeyd etdiyi kimi şəxsən Əbhərinin Səmərqəndi nisbəsini işlətdiyi diqqətə alınırsa ailəsinin əslən Səmərqəndlı olduğu anlaşılır. "Seyfül-gullab" əsərinin müəllifi Məhəmməd Fövzi isə Əbhəri nisbəsinin üç ayrı anlamı olduğunu bildirərək bunları bir bölgəyə mənsub olma, bir qəbiləyə mənsub olma və “Bəyazi”də olduğu kimi bir eyniliyi bildirmə şəklində sıraladıqdan sonra Əbhəri nisbəsinin bölgəyə deyil, qəbiləyə mənsubiyət ifadə etdiyini söyləyir; ona görə Əsirəddin Əbhər qəbiləsinə mənsubdur. Mehmet Sadəttin Aygen "Böyük Filosof Əsirəddin Əbhəri" adlı əsərində, Əbhərinin Afyon elinin Çay ilçəsi yaxınında Əbər gölü civarındakı Əbər kəndindən (indiki Doğanlı) olduğunu və türbəsinin də orada olduğunu iddia edirsə də, indilik bu iddia “əbhər” ilə “əbər” kəlimələri arasındaki səs bənzərliyinin ötəsində bir anlam daşımır. Ə. Əbhəri ilk təhsilini Mosulda aldı, daha sonra Xorasan və Bağdada gedərək təhsilini tamamladı. O dönəmin ən ünlü bilginlərindən olan Kəmaləddin İbn Yunisin tələbəsi, İbn Xallikanın da müəllimi oldu. Bir müddət Mosul sarayında himayə gördü; 1228-ci ildə Mosuldan Ərbilə keçərək oraya yerləşdi. Əbhəri ayrıca Anadoluya da səyahatlər etmiş, buradakı Türk bəylərinin saraylarında ağırlanmış, elm və mədəniyyətin inkişafına və elm adamlarına böyük dəyər verən bəylərin təşviq və dəstəkləriylə fəlsəfə və müsbət elmlər sahəsinda dərslər vermişdir. Ə. Əbhərinin ölümüylə ilgili olaraq qaynaqlarda 1263 və 1265-ci il kimi fərqli tarixlər verilir.
https://az.wikipedia.org/w/index.php?curid=421182
Əski-Saray (məscid)
]Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir. Məscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır. 1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir. Sovet vaxtında bir neçə dəfə məscidi bərpa etmək cəhdi göstərilmişdir. 1969-cu ildə abidənin ruinirovanizasiya və konservasiyası üzrə işlər görülmüşdür: çatların inyeksiyaları aradan qaldırılmış, bir sıra alt pəncərələrdə daş hörməsi qismən bərpa edilmişdir. Divarlar dəmir-beton qayışıyla bərkidilmişdir. Arxitektura Məscid iki kvadrat şəklində olan hissədən təşkil olunmuşdur: 12,7 m uzunluğu olan böyük və 6 m uzunluğu olan kiçik hissədən. Kiçik məscid təxmini olaraq, qadınlar üçün nəzərdə tutulurdu. Şimal-qərb tərəfindən — minarənin xarabalıqlarını görmək mümkündür. Məscidin divarları xırda dənəli qumdaşıdan hörülmüşdür. Divarlar kifayət qalındırırlar (125 santimetrə qədər). Konstruktiv və dekorativ elementlər əhəng daşı ilə yerinə yetirilmişdir. Şimal tərəfində yerləşmiş əsas giriş tağı qövs şəklində işlənilmişdir. Yan tərəflərdə mehrab şəklində olan taxçalar yerləşmişdir. Məscidin (şərqdən başqa) divarlarından hər biri 5 pəncərəyə malikdir: birinci səviyyədə 2 kvadrat, ikincidə 2 yarımdairəvi və üçüncü səviyyənin mərkəzi hissəsində yumru pəncərə.
https://az.wikipedia.org/w/index.php?curid=484937
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=575291
Əski Riqa
Əski Riqa (latış. Vecrīga - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
https://az.wikipedia.org/w/index.php?curid=446947
Əski monqol əlifbası
Əski monqol əlifbası (klassik monqol yazısı, monq. monqol biçiq) — monqol yazılarından biri, qədimi monqol yazı sistemi, XIII əsrdən bizim günlərə qədər dayanmaz istifadədədir. Günlərimizə kimi qorunub saxlanılan ən qədim əski monqol abidəsi Çingiz daşıdır, (1224/1225 il). Qədim zamanlardan bəri Monqolustanın, Rusiyanın və Çinin monqol xalqları tərəfindən əsas yazı növü kimi istifadə edilirdi. Özündən bir neçə törəmə əmələ gətirir: todo-biçiq, vaqindra və mançjur yazıları. Mançjur yazısı Çində Tsin sülaləsinin idarəetmə dövründə istifadə edilirdi. Əski monqol əlifbası əski uyğur əlifbasının monqol dilinin yazısı üçün adaptasiya nəticəsində əmələ gəlmişdi. Əfsanələrə əsasən, əski monqol əlifbası 1204-cü ildə uyğur yazarı olan Tatatunq tərəfindən yaradılmışdır. Tatatunq Monqol İmperiyasının yaradılanda Çingiz xanın nayman üzərində qələbəsindən sonra tutulmuşdur. Bu əfsanə monqollar tərəfindən tabe olumuş uyğurların monqol mədəniyyətinə təsirini göstərir. Uyğurlar monqollara öz büd ənənələrin və əski uyğur yazısını ötürdülər, hansıki, güclü dəyişiklərə rast gəlməsi nəticəsində əski monqol yazısı oldu. Monqollar özüdə əski monqol yazısını digər monqol yazılarından fərqləndirmək üçün indidə əski uyğur yazısı adlandırırlar. Digər əfsanəyə görə, Çingiz-xan öz dövrünün arxaik deyilişi əsasında yazı yaradılmasını tələb etmişdir. O bunu digər dialektli xalqları yazı vasitəsi ilə birləşdirmək üçün etmişdir. Yazının vertikal vəziyyəti indiki zamanda bu yazını digər yazılardan kəskin dərəcədə fərqləndirir. Bu nadir yazı növüdür ki, vertikal yazılması ilə yanaşı sətirlər soldan sağa yazılır. Adətən elə hesab edilir ki, bu sahədə uyğurlar və ya onların əvvəlki nümayəndələri olan soqdiyalılar çin ieroqlifkasının təsirinə məruz qalmışdır. Lakin turfan tapıntıları sübüt edir ki, bu reqionda yazının əsası ilə istiqaməti ilə bir çox təcrübələr olub. 1587-ci ildə alim Ayuşi-quşi büddi kitabların nəşr edilməsi məqsədi ilə yenidən bu əski monqol əlifbasını sistemləşdirib və cüzi şəkildə dəyişmişdi. Həmiçinin o sanskrit, tiibet və çin dillərinin transkripsiyanı sadələşdirmək üçün yazıya bir neçə işarə əlavə etdi. Yeni işarələr əli-qəli adı aldı. Müasir statusu İndiki zamanda ÇXR ərazisində monqol və evenkiy dillərin yazısı üçün istifadə edilir. Monqolustanın daxili hissəində bu yazının istifadəsi vacib sayılır.
https://az.wikipedia.org/w/index.php?curid=526236
Əski türbə (Bağçasaray)
]Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi. Qəbrləri XIX əsrin sonları və XX əsrin əvvələrinə aid şəkillərdə bunu görmək mümkündür. 1927-ci ildə Bağçasaray saray-muzeyin direktoru Hüseyn Abdrefieviç Bodaninski türbədə restovrasiya işləri aparmışdır. Türbənin gümbəzi yenilənmiş, dəmir qapılar qoyulmuşdur. 1965-ci ildə yeni təmir işləri aparılmışdır. Binanın köhnəlmiş divarları yenilənmiş və səthi sement-qum qarışığından istifadə edilməklə suvanmışdır. 1990-cı illərin ortalarında gümbəzi dəmir listlə örtülmüşdür. 2013-cü ildə Bağçasaray arxeologiya ekspedisiyası E. İ. Seydəliyevin rəhbərliyi altında araşdırma işləri aparılmışdır. Nəticədə onun XVII əsrə aid olduğu ehtimal edilmişdir. Arxitektura Monumental tikilidir. Daşdan inşa edilmişdir. Üzərində müəyyən dekorativ elementlər vardır. Bu tikili burada mövcud olmuş on türbə arssında yeganədir ki, sarı daşdan inşa edilmişdir. Tikili assimetrik planda inşa edilmişdir. Türbədə kvadrat planda inşa edilmiş gümbəzə sahibdir. Hazırda dəmir lövhə ilə örtülmüşdür. İlk əvvəllər gümbəz pramidavari formaya malik idi. Hüseyn Abdrefieviç Bodaninski sözlərinə görə gümbəz 1880-ci illərdə baş vermiş ildırımdan ciddi zərər görmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=485712
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. Xüsusiyyətlər Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi. Göytürk kitabə dilinin bu dilin dəyişmiş olması ehtimal edilir. Bundan başqa Qızıl Elbiseli Adamın məzarı deyə xatırlanan M. Ö 5. və ya 6. əsrlərə aid bir məzarda altından əşyaların içində olan 26 hərflik bir yazı tapılmışdır. Bu yazı da Göytürk əlifbasına çox bənzər bir əlifbası ilə yazılmışdır və Türkcənin daha da köhnələrə kökləri bir dəlili xüsusiyyətindədir. Qədim türkcədə ağız ayrılıqlarına ilk mətnlərdən bəri rast gəlinir. Yenə də ağız ayrılıqları böyük sayılmaz; bu səbəblə Qədim türkcə bir bütün olaraq görülə bilər. İlk ayrılıqlara Orhun kitabələrində rast gəlinməyə başlayır. Məsələn birinci tək adam üçün Tonyukuk yaziunda mən deyilir Kül Tigin yazıtında men deyilməkdədir. Yenə, on erig sançtı (on əri öldürdü) və on çatan sançtı (on əri öldürdü (Sançmak mızraklamak, mizrağı batırmaq mənasındadır.) Eyni mənada istifadə edilmişdir.Qədim türkcə ağızları iki kateqoriyada araşdırılır: Göytürk ağızı və Uyğur ağızı olaraq. Göytürk Ağzı Qədim türkcənin köhnə yazıları və Orxon kitabələri bu ağıza girer. Günümüzdə istifadə edilən Türkcəyle böyük ölçüdə çağrışmaktadır. Teŋri- və Türk (Türük- və Türk ) sözləri ilk bu dövrə aid məşhur Orxon kitabələrində yazılmışdır. M. S. 358-ci ildən sonrası Uyğur ağızı olaraq adlandırılar. Əslində bu çox sübut və də hələ müzakirə edilməkdədir … Manilik və Buddizm olmaq üzrə ikiyə ayrılar. Abdulla Tağızadə. "Qədim türk dilləri" (Bakı 1927)
https://az.wikipedia.org/w/index.php?curid=749458
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır. Həmçinin bax Quba rayonu Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=16948
Əskinas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslarla banknotların fərqi Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Xarici keçidlər Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
https://az.wikipedia.org/w/index.php?curid=552413
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslarla banknotların fərqi Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Xarici keçidlər Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
https://az.wikipedia.org/w/index.php?curid=126893
Əskipara
Əskipara (Loru) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Əskipara (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara monastırı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi. Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=441688
Əskipara (Loru)
Əskipara — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən əski sözü ilə "torpaq sahəsi", "yarı hissə" mənasında işlənən para sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını dəyişdirilib Voskepar
https://az.wikipedia.org/w/index.php?curid=441656
Əskipara (Tərtər)
Əskipara — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Əskipara kəndini 1794-cü ildə Qazax rayonunun Əskipara kəndindən köçüb gəlmış ailələr salmışlar.
https://az.wikipedia.org/w/index.php?curid=17433
Əskipara monastırı
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı VII-XI əsrə aid etmək mümkündür. Memarlıq xüsusiyyətləri Müqəddəs Tanrı anası kilsə Kompleksin ən çox diqqəd çəkən və daha yaxşı vəziyyətdə dövrümüzə çatmış hissəsi başkilsə olan Müqəddəs Tanrı anası kilsəsidir. Kilsə plan baxımından düzbucaqlı formaya malikdir. Abidənin dövrümüzə çatmış hissələri onun yaxşı işlənmiş plana malik mühüm memarlıq kompleksi olduğunu göstərir. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş tuf daşlarından hazırlanmışdır. Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir. Monastır kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnmişdir. Daxili qala divarları daha möhkəm və hündür düzəldilmişdir. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 0 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulmuşdur. Dövrümüzə həmin bürclərdən yeddisi çatmışdır. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilmişdir. Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilmişdir. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilmişdir. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür. Həmçinin bax Qafqaz Albaniyasının memarlığı Alban Həvari Kilsəsi
https://az.wikipedia.org/w/index.php?curid=71749
Əskipara məbədi
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı VII-XI əsrə aid etmək mümkündür. Memarlıq xüsusiyyətləri Müqəddəs Tanrı anası kilsə Kompleksin ən çox diqqəd çəkən və daha yaxşı vəziyyətdə dövrümüzə çatmış hissəsi başkilsə olan Müqəddəs Tanrı anası kilsəsidir. Kilsə plan baxımından düzbucaqlı formaya malikdir. Abidənin dövrümüzə çatmış hissələri onun yaxşı işlənmiş plana malik mühüm memarlıq kompleksi olduğunu göstərir. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş tuf daşlarından hazırlanmışdır. Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir. Monastır kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnmişdir. Daxili qala divarları daha möhkəm və hündür düzəldilmişdir. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 0 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulmuşdur. Dövrümüzə həmin bürclərdən yeddisi çatmışdır. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilmişdir. Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilmişdir. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilmişdir. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür. Həmçinin bax Qafqaz Albaniyasının memarlığı Alban Həvari Kilsəsi
https://az.wikipedia.org/w/index.php?curid=114498
Əskistan
Əskistan (fars. اسكستان) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 641 nəfər yaşayır (190 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753702
Əskişehir
Eskişehir - Türkiyənin bir ili və ən sıx iyirmi beşinci şəhəri. 2013-cü il etibarı ilə 799.724 nəfər əhaliyə malikdir. Ortasından porsuq Çayı keçən şəhər, içərisində Osmangazi Universiteti və Anadolu Universitetinin olması səbəbiylə bir tələbə şəhəri görünüşündədir. Met halvası, Nuga halvası, Haşhaşlı çörək, Kalaban suyu, Çibörek və Lületaşı ilə məşhurdur. Emal edilə bilər Lületaşı, Türkiyədə tək Eskişehirdə çıxarıldığı üçün Eskişehir daşı olaraq bilinər. Türkiyədə Eskişehir və Sivrihisar ətraflarında yetişən bir çoban köpəyi olan akbaş da şəhərə aid əhəmiyyətli bir dəyərdir. İncəsənət təşkilatları və müəssisələri ilə mədəniyyət və sənətdə inkişaf etmiş bir şəhərdir. Anadolu Universiteti və Böyükşəhər Bələdiyyəsi nəzdində iki ədəd simfonik orkestr var. Ayrıca hər il təşkil edilən Beynəlxalq Eskişehir Festivalı ilə şəhərdə musiqi, teatr, şəkil və kino budaqlarında sərgilər və nümayişlər keçirilir.Eskişehir Türkiyənin mədəniyyət fəaliyyət fəaliyyətlərinin tez edildiyi şəhərlərdən biridir. 19 May tarixində Eskişehirdə Klassik Vosvos Avtomobillər Motosiklet və velosipedlinin Festivalda görüşdü.Eskişehir dövrümüzə qədər dəyişik sivilizasiyalar altında mövcudluğunu davam etdirmişdir. Üzərində qurulan mədəniyyətlərdən bəziləri Frigya, Bizans, Anadolu Səlcuqluları və Osmanlı İmparatorluğu'dur.Türk Silahlı Qüvvələri Hava qüvvələri Komandirliyinə ilə bağlı 1. Hava Taktik Komandirliyi və 1. Hava ikmal və Baxım Mərkəz Komandirliyi da Eskişehirdə yerləşir. Bundan başqa həm hərbi, həm də mülki aerodrom (Anadolu Universiteti Aerodrom) mövcuddur. Eskişehir 2013-ci ildə Türk Dünyası Mədəniyyət Paytaxtı və UNESCO Konkret Olmayan Mədəni Miras Başkentliği ünvanlarını daşımaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=404422
Əskişəhr (Ərdəbil)
Əskişəhr (fars. اسكي شهر) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (15 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764723
Əskişəhər
Eskişehir - Türkiyənin bir ili və ən sıx iyirmi beşinci şəhəri. 2013-cü il etibarı ilə 799.724 nəfər əhaliyə malikdir. Ortasından porsuq Çayı keçən şəhər, içərisində Osmangazi Universiteti və Anadolu Universitetinin olması səbəbiylə bir tələbə şəhəri görünüşündədir. Met halvası, Nuga halvası, Haşhaşlı çörək, Kalaban suyu, Çibörek və Lületaşı ilə məşhurdur. Emal edilə bilər Lületaşı, Türkiyədə tək Eskişehirdə çıxarıldığı üçün Eskişehir daşı olaraq bilinər. Türkiyədə Eskişehir və Sivrihisar ətraflarında yetişən bir çoban köpəyi olan akbaş da şəhərə aid əhəmiyyətli bir dəyərdir. İncəsənət təşkilatları və müəssisələri ilə mədəniyyət və sənətdə inkişaf etmiş bir şəhərdir. Anadolu Universiteti və Böyükşəhər Bələdiyyəsi nəzdində iki ədəd simfonik orkestr var. Ayrıca hər il təşkil edilən Beynəlxalq Eskişehir Festivalı ilə şəhərdə musiqi, teatr, şəkil və kino budaqlarında sərgilər və nümayişlər keçirilir.Eskişehir Türkiyənin mədəniyyət fəaliyyət fəaliyyətlərinin tez edildiyi şəhərlərdən biridir. 19 May tarixində Eskişehirdə Klassik Vosvos Avtomobillər Motosiklet və velosipedlinin Festivalda görüşdü.Eskişehir dövrümüzə qədər dəyişik sivilizasiyalar altında mövcudluğunu davam etdirmişdir. Üzərində qurulan mədəniyyətlərdən bəziləri Frigya, Bizans, Anadolu Səlcuqluları və Osmanlı İmparatorluğu'dur.Türk Silahlı Qüvvələri Hava qüvvələri Komandirliyinə ilə bağlı 1. Hava Taktik Komandirliyi və 1. Hava ikmal və Baxım Mərkəz Komandirliyi da Eskişehirdə yerləşir. Bundan başqa həm hərbi, həm də mülki aerodrom (Anadolu Universiteti Aerodrom) mövcuddur. Eskişehir 2013-ci ildə Türk Dünyası Mədəniyyət Paytaxtı və UNESCO Konkret Olmayan Mədəni Miras Başkentliği ünvanlarını daşımaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=304223
Əskişəhər Azərbaycanlılar Dərnəyi
Əskişəhər Azərbaycanlılar Dərnəyi - Türkiyənin Əskişəhər şəhərində fəaliyyət göstərən diaspor təşkilatı, azərbaycanlılar dərnəyi.Üç çizgi jurnalının təsisçisi.2015-ci ildə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq ilk dəfə Əskişəhərin Muttalib bölgəsində 613 ağac əkərək Xocalı Soyqırımı Xatirə Ormanının salınmasının təşəbbüskarı. Türkiyədə Əbülfəz Elçibəyə aid təşkil olunan ilk mədəni layihənin təşkilatçısı.
https://az.wikipedia.org/w/index.php?curid=740792
Əskişəhərspor
Əskişəhərspor və ya digər adı ilə "Es-Es". 19 iyun 1965-ci ildə Əskişəhərdə qurulan və bir müddət Türkiyə Liqasında mübarizə aparan və hazırda Regional Həvəskarlar Liqasında çıxış edən idman klubudur. Cəmi 6 kubokla Türkiyənin ən çox kubok qazanan 5-ci komandasıdır. Türkiyənin Əskişəhər vilayətini təmsil edir. Əskişəhərspor klubu şəhərin Akademiya Gənclik, İdmanyurdu və Yıldıztəpə klublarının birləşməsi ilə yaradılıb. Klubun rəngləri qara-qırmızıdır. 1963-cü ildə akademiyalar arası futbol üzrə Türkiyə çempionatı təşkil olundu. Əskişəhər Ticarət Elmlər Akademiyası finalda Ege Universitetini 6–0 hesabı ilə məğlub etdi. Matçın bitməsindən sonra müşahidəçi Burhanəddin Türkər komandanın rəhbəri Nafiz Yazıcıoğluna yaxınlaşaraq qulağına bu sözləri dedi: "Belə bir heyət varsa, niyə 2-ci Liqaya qatılmırsınız?" Əskişəhərspor 1965-ci ildə yaradılıb və onun prezidenti vəzifəsinə Əziz Bolel təyin edilib. Akademisporun bir çox futbolçusu Əskişəhərspor'un formasını geyinir. Komandanın rəngləri qara və qırmızı olaraq müəyyən edilib. Əskişəhərsporun məşhur ləqəbi və şüarı: "Es Es Es Ki Ki Ki Eski Eski Es!". Yarandığı ilk gündən bu şüar populyar hala gəlmişdir. Əskişəhərspor 2016-cı ilin noyabrından ev oyunlarını Yeni Əskişəhər Stadionunda keçirir. Yeni Əskişəhər Stadionunun tamamlanması və açılışı ilə Əskişəhər Atatürk Stadionu bu tarixdən etibarən istifadə edilmir. Liqa mübarizələri Super Liqa: 30 mövsüm1966–1982, 1984–1989, 1995–1996, 2008–2016 1-ci Liqa: 20 mövsüm1965–1966, 1982–1984, 1989–1992, 1993–1995, 1996–2001, 2006–2008, 2016–2021 2-ci Liqa: 6 mövsüm2001–2006, 2021–2022 3-cü Liqa: 2 mövsüm1992–1993, 2022—2023 Regional Həvəskarlar Liqası: 1 mövsüm2023– Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=342806
Əskərabad (Astara, İran)
Əskərabad (fars. عسكراباد) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (3 ailə). Şablon:Astara şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=767714
Əskərov Xəqani
Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995; Xaçmaz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. Hərbi xidməti Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=683658
Əskəvəq (Miyanə)
Əskəvəq (fars. اسكوق) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (24 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=690757
Əsl Qan (VI mövsüm)
HBO-nun çəkdiyi supernatural drama serialı olan Əsl Qan serialının VI mövsümünün premyerası 16 iyun 2013-cü ildə baş tutmuşdur. Əsas rolun ifaçısı olan aktrisa Anna Pakuinin hamiləliyi və maddi qənaət üçün, ənənədən kənara çıxılaraq, VI mövsümdə 22 yox 10 seriyanın təqdim ediləcəyi elan edilib. Aktyorlar və obrazlar Anna Pakuin — Soki Stakhaus Stepen Moyer — Bill Kompton Sem Tremmel — Sem Merlot Rayan Kvanten — Ceyson Stakhaus Rutina Uisli — Tara Tornton Aleksandr Skarsgard — Erik Nortman Kris Bauer — Endi Belflör Kristin Bauer van Straten — Pam De Byufort Loren Baules — Holli Cleri (2 seriyada) Anna Kamp — Sara Nyulin (3 seriyada) Nelsan Ellis — Lafayet Reynolds Lüsi Qriffits — Nora Ginsburq (4 seriyada) Rutcer Hauer — Neil Bricent (4 seriyada) Arliss Hovard — Truman Byurel Robert Kazinski — Ben Flinn / Maklin Varlou (4 seriyada) Todd Lou — Terri Belflör (4 seriyada) Co Manqanyello — Elsid Hervuks Maykl Makmillan — Stiv Nyulin (2 seriyada) Kelli Overton — Rikki Neylor (3 seriyada) Robert Patrik — Cekson Hervuks (4 seriyada) Kerri Preston — Arlin Fauler (4 seriyada) Cyurni Smollet — Nikol Rayt (4 seriyada) Debora En Vul — Cessika Hembi Xüsusi qonaqlar Canina Qavankar — Luna Qarza (1 seriyada) Deyl Diki — Marta Bozeman (4 seriyada) Cimmi Qrey Hayder — Daniel (4 seriyada) Xloya Noel — Emma Qarza (4 seriyada) Tamlin Tomita — Ms. Suzuki (1 seriyada) Marki Riçardson — Kennet (3 seriyada) Ameli Rouz Blayr — Villa Byurel (4 episodes) Cessika Klark — Lilit (2 seriyada) Karolina Vidra — Violet (2 seriyada) Met Kuk — Cessi (3 seriyada) Şon Braun — Bryus (2 seriyada) Cessi Hocs — Mastard (2 seriyada) Tara Bak — Cincer (2 seriyada) Con Flek — Dr. Overlark (2 seriyada) Keone Yanq — Hido Takahaşi (3 seriyada) Con Reyziq — Deputat Kevin Ellis (2 seriyada) Gils Metyu — Klod Kreyn (1 seriyada) Cefferi Nİkolas Braun — Korbet Stakhaus (1 seriyada) Cenni Blonq — Mişel Stakhaus (1 seriyada) 2012-ci ilin Fevral ayında serialın yaradıcısı olan Alan Bol vəzifəsindən istefa etdiyini, lakin serialın köməkçi prodüseri olaraq qalacağını bildirdi. Dördüncü mövsümdə ssenari müəlliflərindən biri olan Mark Hadis, altıncı mövsümdə köməkçi prodüser kimi çalışmağa başladı. Lakin 2013-cü ilin martında HBO-da öz serialının istehsalına başlaması səbəbiylə Mark Hadisin "Əsl Qan"dan uzaqlaşdığı elan edildi. Onun vəzifəsini isə, yeddinci mövsümdə də bu vəzifəni tutması gözlənən Brayan Bakner tutdu. 15 iyul 2013-cü ildə HBO serialın yeddinci mövsümünün çəkiləcəyini elan etdi.
https://az.wikipedia.org/w/index.php?curid=325564
Əsl ananas
Əsl ananas (lat. Ananas comosus) – bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır. Məhz bundan sonra meyvə əbədi sevgi və məhsldarlıq simvoluna çevrilmişdir. O vaxtdan bəri bir çox Latın Amerikası ölkələrində, nikah mərasimi zamanı ananas şirəsi içirlər. Ananas şirəsi Bitki qidalarının tərkibindəki bütün vitaminlər və 16 mikroelementlə zəngindir. Xeyirli xassələri: yağ ehtiyatının azalmasına kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır, zülallı qidanın həzminə kömək edir. Nəyə kömək edir: angina, tromboflebit, kökəlmə, yaddaşın zəifləməsi. Məhdudiyyətlər: qastrit, xora. Təcrübə: qida vaxtı qəbul edilməlidir.Ananasın içində orqanizmə piy yığılmasının qarşısını alan və onlar fəal şəkildə yox etməyə imkan verən maddələr var. Ananas şirəsini böyrək və angina xəstəlikləri zamanı müalicəvi vasitə kimi qəbul etmək tövsiyə olunur, o, həmçinin xərçəng şişlərinin qarşısını alır və qan dövranını yaxşılaşdırır, boğaz ağrısı, titrəmə və stress zamanı kömək edir.
https://az.wikipedia.org/w/index.php?curid=69504
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
https://az.wikipedia.org/w/index.php?curid=137615
Əsl arılar
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. Dünyada yayılması Antarktidadan başqa dünyanının hər yerində yayılıblar. Yarımfəsilə Apinae Latreille, 1802 Yarımfəsilə Nomadinae Latreille, 1802 Yarımfəsilə Xylocopinae Latreille, 1802 Xarici keçidlər Checklist of the Western Palaearctic Bees (Hymenoptera: Apoidea: Anthophila Avropa faunası
https://az.wikipedia.org/w/index.php?curid=522515
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi. Culex annulirostris Culex antennatus Culex jenseni Adi ağcaqanad (Culex pipiens) Culex pusillus Culex quinquefasciatus Culex rajah Culex restuans Culex salinarius Culex tarsalis Culex territans Culex theileri Culex tritaeniorhynchus
https://az.wikipedia.org/w/index.php?curid=156688
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arıYarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı Xarici keçidlər Apis (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=491734
Əsl balinalar
Əsl balinalar (lat. Balaenidae) — cetacea dəstəsinə aid heyvan fəsiləsi. ?†Aglaocetus †Balaenella †Balaenotus †Morenocetus †Protobalaena
https://az.wikipedia.org/w/index.php?curid=147240
Əsl bayquşlar
Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır. Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.ABŞ-dəki Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox fərqlidir. F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır. Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun sadəcə damarın keçəcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində maneə yaranarsa, əlavə damarlar işə düşür. Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib. Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: "Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik", — deyib. Bu elmi tədqiqat "Science" jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi "2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri" sərgisində mükafata layiq görülüb. Bayquşların soyuqdan qoruyan tükləri Bayquşlar gecə quşlarıdır. Bu səbəblə ov etmək üçün temperaturun aşağı olduğu gecələrdə hərəkətə keçirlər. Bədən quruluşlarını tədqiq etdikdə digər yırtıcı quşlar arasında bayquşların ən qalın tüklərə sahib olduqlarını görürük. Məsələn, qarlı bölgələrdə yaşayan bir bayquş növünün, xüsusilə ayaqlarının üzəri olduqca qalın tüklərlə örtülüdür. Striginae sensu Sibley & Ahlquist Asioninae yarımfəiləsi Qulaqlı bayquş (Asio) cinsi Solomon bayquşu (Nesasio) cinsi Yalançıqaraquş (Pseudoscops) cinsi Əsl bayquşlar (Striginae) yarımfəsiləsi Yapalaq (Bubo) cinsi (bu cinsə həmçinin Ketupa, Scotopelia və Nyctea cinsləri də daxil edilir) Ciccaba cinsi Gymnoglaux cinsi Jubula cinsi Buynuzlu yapalaqca (Lophostrix) cinsi Megascops cinsi Meşə bayquşcuğu (Otus) cinsi Ptilopsis cinsi Eynəkli bayquş (Pulsatrix) cinsi Pyrroglaux cinsi Yapalaqca (Strix) cinsi Surniinae yarımfəsiləsi Tüklüayaq xarabaçıl (Aegolius) cinsi Xarabaçıl (Athene) cinsi Sərçə xarabaçılı (Glaucidium) cinsi Heteroglaux cinsi Xarabaçıl-elf (Micrathene) cinsi İynəayaq bayquş (Ninox) cinsi †Güləyən bayquş (Sceloglaux) cinsi Qırğı bayquş (Surnia) cinsi Uroglaux cinsi Bakenbard xarabaçılı (Xenoglaux) cinsi
https://az.wikipedia.org/w/index.php?curid=114351
Əsl doqquzdon
Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Təbii yayılması Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir. Botaniki xarakteristikası Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3-7 sm, eni 2-5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir. Sarımtıl-ağ çiçək tacının uzunluğu 10–15 mm, zəngvarı içərisi tüklü və küt hissəlidir, çiçəkləmənin sonunda saralır. Kasacığı 5 dişlidir. Çiçəklənmə vaxtı may-iyundur. Meyvələri sulu, tünd-qırmızı, şarşəkilli olub, iyulun axırlarında yetişir. Meyvələrinin içərisində 2 ədəd ağ çəyirdək olur, qışın ortalarına qədər budaqların üzərində qalır. Bəzi hallarda bitkidə ikinci çiçəkləmə müşahidə edilir. Torpağa tələbkar deyil, qışa və quraqlığadavamlıdır. İşıqsevəndir. Yarpaqları qısasaplaqlı, bərk, oval, və ya ellipsvaridir, tamkənarlı, çılpaq, göyümtüldür, uzunluğu 3,5-10 sm, eni 3-6 sm-dir; yuxari yarpaqları dəyirmi-ovaldır, cüt-cüt birləşərək kasaşəkilli forma əmələ gətirir. Çiçəkləri ətirlidir, iridir, oturaqdır, bir neçə ədəd olmaqla çiçək köbəsində yerləşmişdir. Tac çəhrayıtəhər, sarımtıl və ya sarımtıl-ağ rəngdə olub, uzunluğu 5 sm-dir, uzun qırmızımtıl, xaricdən tükcüklü və ya demək olar ki, çılpaq borucuqlu və 5 bölümlü büküşləri olan uzunsov hissələri vardır. Meyvələri qırmızımtıl-narıncı rəngli giləmeyvədir. Toxumları ellipsvaridir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, KQ cənub. Ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir. Yaşayış mühiti Çay və kiçik çay sahillərində, kolların arasında, işıqlı meşələrdə və meşə ətrafında rast gəlinir. Dekorativ bitkidir. Yeməli deyil. Əsl doqquzdon bəzən dekorativ bitki kimi istifadə edilir. Budanmanı yaxşı keçirir. Bal arıları ondan çoxlu miqdarda nektar və tozcuq toplayır.
https://az.wikipedia.org/w/index.php?curid=563247
Əsl dost (film, 1959)
Filmdəki hadisələr Xəzər dənizinin sahilində balıqçılıq qəsəbəsində cərəyan edir. Kinolentin mərkəzində Fərmanla (Nodar Şaşıqoğlu) Əsədin (Müxlis Cənizadə) taleyi durur. Uşaqlıq dostları vaxtilə məktəbə bir yerdə getmiş, orduda bir yerdə xidmət etmiş, hətta doğma qəsəbəyə də birlikdə qayıtmışlar. Filmdə dostların başına gələn qəzadan danışılır. Film haqqında Film aktrisa Elmira Şabanovanın kinoda ilk işidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : İmran Qasımov Quruluşçu rejissor : Tofiq Tağızadə Quruluşçu operator : Rasim Ocaqov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Qara Qarayev Rejissor : Rüfət Şabanov Səs operatoru : İlya Ozerski Geyim rəssamı : Elbəy Rzaquliyev Qrim rəssamı : Y. Belyanskaya Montaj edən : Yevgeniya Abdirkina Filmin direktoru : V. Dudiyev Quraşdırılmış səhnələrin operatoru : Vladimir Zbudski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri Dirijor : Niyazi Rejissor köməkçisi : Eldar Quliyev (titrlərdə yoxdur) Nodar Şaşıqoğlu – Fərman Müxlis Cənizadə – Əsəd Tamilla Ağamirova – Bilqeyis Semyon Sokolovski – Cəlil Mərziyyə Davudova – Sənəm R. Süleymanova – İsmət Kima Məmmədova – Ruqiyyə İsmayıl Osmanlı – Şirəli Anatoli Falkoviç – Kremen O. Şevtsova – Praskovya Fateh Fətullayev – müstəntiq Əzizə Məmmədova – Şirəlinin arvadı Bahadur Əliyev – Fərmanın köməkçisi Ceyhun Mirzəyev – Fərmanın uşaqlığı Sadıq Hüseynov – gəmiçi Elmira Şabanova – Leyla Ş. Hacıyeva Leyla Rzayeva F. Sultanov Əkbər Fərzəliyev Törəxanım Zeynalova – qarı Filmi səsləndirənlər Ətayə Əliyeva-Ruqiyyə (Kima Məmmədova) (titrlərdə yoxdur) Əli Zeynalov-Fərman (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev-Cəlil (Semyon Sokolovski) (titrlərdə yoxdur) Tofiq Tağızadə (kinorejissor). “Əlbir işləyək” //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=15285
Əsl gekkonlar
Əsl gekkonlar (lat. Gekkoninae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bura 75 cins və minlərlə növ daxildir. Sistematika Ən iri cinsləri: Cyrtodactylus (95 növ), Hemidactylus (90 növ), Cnemaspis (75 növ). Bundan əlavə aşağıdakı cinslər daxildir:
https://az.wikipedia.org/w/index.php?curid=418723
Əsl gözəllik
Əsl gözəllik (kor. 여신강림; Yeosin-gangnim, ing. True Beauty) — Mun Qa-yon, Ça Un-vu, Hvan İn-yop və Pak Yu-nanın rol aldığı Cənubi Koreya televiziya serialıdır. Line Webtoon tərəfindən eyniadlı "Yaongyi" əsasında bu, çirkin olaraq qəbul edildiyi üçün zorakılığa və ayrı-seçkiliyə məruz qaldıqdan sonra özünü gözəl bir "ilahə"yə çevirmək üçün makiyaj sənətinə yiyələnən orta məktəbli bir qızdan bəhs edir. Xarici görünüşü ilə bağlı aşağılıq kompleksi olan 18 yaşlı lisey şagirdi İm Cu-qyon (Mun Qa-yon) çirkin göründüyü üçün ailəsi tərəfindən daim ayrı-seçkiliyə məruz qalır və yaşıdları tərəfindən zorakılığa məruz qalır. O, internetdə makiyaj dərsi videolarına çox baxaraq makiyajdan necə istifadə edəcəyini öyrənməyə başlayır. O, yeni məktəbinə keçməzdən əvvəl sənətə yiyələndikdə, onun makiyajı dəyişdirici olduğunu sübut edir, çünki o, sürətlə şöhrət qazanır və həmyaşıdları onu "ilahə" adlandırır. Yeni tapılan populyarlığına baxmayaraq, Cu-qyon hələ də özünü çirkin hesab edir və həmyaşıdlarının onun əsl üzünü görəcəyindən qorxur. Təəssüf ki, bu, onun cəsarətli yaraşıqlı, populyar və sirli sinif yoldaşı Li Su-ho (Ça Un-vu) daha əvvəl bir neçə dəfə çılpaq üzü ilə qarşılaşdığı zaman onu makiyajından kənarda tanıyanda gerçəkləşir. Su-ho məktəbdə qız tələbələr arasında çox populyardır, lakin o, daimi diqqət mərkəzində olmaqdan nifrət edir və soyuq görünür. Onun öz qorxuları var və o, uzun müddətdir onu təqib edən qaranlıq bir sirri — keçmişdə baş vermiş faciəli hadisəni gizlədir. Suho və keçmiş ən yaxşı dostu Han So-cun (Hvan İn-yop) bu hadisəyə görə bir-birlərindən uzaqlaşdılar və So-cun bu hansidə səbəbilə həmişə Suhonu günahlandırır. Cu-qyon və uzaqlaşan dostlar Su-ho və So-cun sirləri açaraq, ağrılarını bölüşdükcə, birlikdə böyüdükcə və bir-birindən təsəlli axtararkən gözlənilməz münasibət qururlar. Mun Qa-yon — İm Ju-kyungLee Go-eun — gənc Ju-kyungBu yaxınlarda Saebom Liseyinə köçən 2–5-ci sinif şagirdi; çirkin kimi qəbul edildiyi səbəbiylə əvvəlki məktəbində və ailəsi tərəfindən davamlı ayrı-seçkiliyə və zorakılığa məruz qalan o, internetdə çoxlu makiyaj dərs videolarına baxaraq makiyaj etməyi mənimsəyir və makiyajın dəyişdirici olduğunu sübut edir, çünki o, tez bir zamanda şöhrət qazanır və yeni məktəbdəki həmyaşıdları onu həqiqi görünüşündən xəbərsiz olaraq "ilahə" adlandırır. Ju-kyung qorxulu fantastik komiks kitabları oxumağa və heavy metal musiqisi dinləməyə üstünlük verir.Ça Un-vu — Lee Su-hoLee Seung-woo — gənc Su-hoSaebom Liseyində 2–5-ci sinif şagirdi; O, yaraşıqlı görünüşü və sinifinin ən yaxşısı olması ilə çox məşhurdur. Onun ailə problemləri və bir il əvvəl baş verən faciəvi hadisə onu diqqət mərkəzində olmaqdan nifrət edən buz kimi soyuq bir oğlana çevirdi. O, So-cun ilə əvvəllər ən yaxşı dost idi. Su-ho Ju-kyungun qorxulu komikslərə olan meylini bölüşür.Hvan İn-yop — Han Seo-joonSaebom Liseyində 2–5-ci sinif şagirdi; So-cun öz məktəbində yaraşıqlı və eyni dərəcədə populyar bir şagirddir, sərt görünməsinə baxmayaraq, mehriban, sevən və yumşaq bir insandır, xüsusən də anasına və bacısına. O, Su-ho ilə əvvəllər ən yaxşı dost idi və keçmiş idol stajyeri idi, lakin bir il əvvəl baş verən faciəvi hadisə onun ulduzluğa gedən yolunu tərk etməsinə və o vaxtdan bəri birlikdə olduğu Su-ho ilə dostluğunu kəsməsinə səbəb oldu.Pak Yu-na — Kang Su-jinSaebom Liseyində 2–5-ci sinif şagirdi; O, Su-ho-nun uşaqlıq dostudur və sonradan Ju-kyung ilə yaxın dost olur. Ən yaxşı tələbə olmasına baxmayaraq, valideynləri tərəfindən məktəbdə fərqlənməyə məcbur edildiyi və həmişə Su-ho ilə müqayisə edildiyi üçün o, emosional yaralar saxlayır. Köməkiçi rollar Lim Cu-qyonun ailəsi Jang Hye-jin — Hong Hyun-sookİm Ce-Pilin həyat yoldaşı eyni zamanda Hi-qyon, Cu-qyon və Cu-yonun anası. O, yaşlı qadınlar arasında məşhur olan Pandora adlı gözəllik mağazasına sahibdir.Park Ho-san — Lim Jae-pilHon Hyun-sukun əri eyni zamanda Hi-qyon, Cu-qyon və Cu-yonun atası. O, şübhəli bir sərmayəyə böyük məbləğdə pul itirir və bu, ailənin köhnə evlərinə qayıtmasına səbəb olur.Im Se-mi — İm Hee-kyungPark Seo-kyung — gənc Hee-kyung (bölüm 1)Cu-qyonun böyük bacısı; O, gözəl və ağıllı olduğuna görə ailə tərəfindən pərəstiş edilir. O, Move Entertainment-də işləyir və Cu-qyonun sinif müəllimi Han Cun-vuya qarşı hissləri yaranır.Kim Min-gi — İm Ju-young Park Ju-hwan — gənc Ju-young (bölüm 1)Cu-qyonun kiçik qardaşı; O, Han So-cunun kiçik bacısı Qo-vunun oxumasını eşitdikdən sonra ona aşiq olur. Li Suhonun ailəsi Jung Joon-ho — Lee Joo-heonSu-ho atası; O, məşhur aktyor və Move Entertainment-in baş direktorudur, həyat yoldaşı öldükdən sonra tez yeni qadın tapır, bu da Su-honun qəzəbinə səbəb olur. Han So-cunun ailəsi Yeo Joo-ha — Han Go-woonSaebom Liseyində şagird; So-cunun kiçik bacısı. O, böyük müğənnilik istedadına malikdir, lakin həmyaşıdları tərəfindən çirkin kimi qəbul edildiyi üçün təhqir olunur. Cu-qyon onu zorakılıqlardan xilas etdikdən sonra o, Cu-qyon ilə dostlaşır.Park Hyun-jung- Lee Mi-hyangSo-cun və Qo-vunun anası; Hyun-sukun (Cu-qyonun anası) tanışı. O, böyrək transplantasiyası tələb olunan xəstəlikdən əziyyət çəkir. Kanq Su-cinin ailəsi Seo Sang-won- Kang Jun-hyukSu-cinin atası; tibb fakültəsinin professoru və məsul doktoru. O, Su-cinə rəqabət aparmağı öyrədir eyni zamanda onu əqli və fiziki cəhətdən təzyiq göstərir.Yoo Dam-yeon — Kim Ji-yeonSu-cinin anası. Əvvəlcə ərinin zorakılığına qarşı passiv idi. Daha sonra ondan boşanır və Su-cin ilə Koreyanı tərk edir. Saebom Liseyi Oh Eui-shik -s Han Joon-wooSaebom Liseyində 2–5 sinif sinif müəllimi və ədəbiyyat müəllimi. O, Hi-qyona aşiq olur.Kang Min-ah — Choi Soo-ahSaebom Liseyində 2–5-ci sinif şagirdi; Cu-qyon və Su-cinin ən yaxşı dostu və sinif yoldaşı; Te-hunun sevgilisi.Lee Il-jun- Yoo Tae-hoonSaebom Liseyində 2–5-ci sinif şagirdi; Su-ahın sevgilisi. Te-hun tez-tez Su-ho-nun razılığını axtarır və sonra onunla dost olur.Lee Sang-jin — Ahn Hyun-gyuSaebom Liseyində 2–5-ci sinif şagirdi.Han Yi-young — Ha Ji-youngSaebom Liseyində 2–5-ci sinif şagirdi.Lee Woo-je — Kim Cho-rongSaebom Liseyində şagird; So-cunun dostu.Kim Hyun-ji — Kim Si-hyunSaebom Liseyinin şagirdiKim Myung-ji- Jin Hee-jeongSaebom Liseyində 1-ci sinif şagirdi; məktəbin onlayn icmasının veb ustası. O, bir dəfə Qo-vunu təhqir etdi.Kim Byung-chu — Saebom Liseyinin direktor müavini. Yonpa Liseyi Shin Jae-hwi- Lee Sung-yongYonpa Liseyində şagird. O, əvvəllər So-cun ilə tanış olan bir zorbadır.Jeon Hye-won — Park Sae-miYonpa Liseyinin şagirdi. Saebom Liseyinə köçməzdən əvvəl Cu-qyon sataşan, gözəl siması olan məşhur qız.Oh Yoo-jin — Joo Hye-minYonpa Liseyində bir şagird, köhnə məktəbində çox zorakılığa məruz qaldıqdan sonra Saebom Liseyinə köçür.Seo Hye-won — Park Ji-heeYonpa Liseyində şagird; Pak Se-mi-nin dostu. Im Hyun-sung- Wang JaCu-qyon və Su-ho-nun tez-tez getdikləri komikslər mağazası Prince Comics-in sahibi.Pak Young-soo- Columbus ParkCu-qyonun atasını aldadaraq pulunu oğurlayan adam. Xüsusi görünüşlər Xarici keçidlər Rəsmi veb sayt
https://az.wikipedia.org/w/index.php?curid=773307
Əsl gözəllik (serial, 2020)
Əsl gözəllik (kor. 여신강림; Yeosin-gangnim, ing. True Beauty) — Mun Qa-yon, Ça Un-vu, Hvan İn-yop və Pak Yu-nanın rol aldığı Cənubi Koreya televiziya serialıdır. Line Webtoon tərəfindən eyniadlı "Yaongyi" əsasında bu, çirkin olaraq qəbul edildiyi üçün zorakılığa və ayrı-seçkiliyə məruz qaldıqdan sonra özünü gözəl bir "ilahə"yə çevirmək üçün makiyaj sənətinə yiyələnən orta məktəbli bir qızdan bəhs edir. Xarici görünüşü ilə bağlı aşağılıq kompleksi olan 18 yaşlı lisey şagirdi İm Cu-qyon (Mun Qa-yon) çirkin göründüyü üçün ailəsi tərəfindən daim ayrı-seçkiliyə məruz qalır və yaşıdları tərəfindən zorakılığa məruz qalır. O, internetdə makiyaj dərsi videolarına çox baxaraq makiyajdan necə istifadə edəcəyini öyrənməyə başlayır. O, yeni məktəbinə keçməzdən əvvəl sənətə yiyələndikdə, onun makiyajı dəyişdirici olduğunu sübut edir, çünki o, sürətlə şöhrət qazanır və həmyaşıdları onu "ilahə" adlandırır. Yeni tapılan populyarlığına baxmayaraq, Cu-qyon hələ də özünü çirkin hesab edir və həmyaşıdlarının onun əsl üzünü görəcəyindən qorxur. Təəssüf ki, bu, onun cəsarətli yaraşıqlı, populyar və sirli sinif yoldaşı Li Su-ho (Ça Un-vu) daha əvvəl bir neçə dəfə çılpaq üzü ilə qarşılaşdığı zaman onu makiyajından kənarda tanıyanda gerçəkləşir. Su-ho məktəbdə qız tələbələr arasında çox populyardır, lakin o, daimi diqqət mərkəzində olmaqdan nifrət edir və soyuq görünür. Onun öz qorxuları var və o, uzun müddətdir onu təqib edən qaranlıq bir sirri — keçmişdə baş vermiş faciəli hadisəni gizlədir. Suho və keçmiş ən yaxşı dostu Han So-cun (Hvan İn-yop) bu hadisəyə görə bir-birlərindən uzaqlaşdılar və So-cun bu hansidə səbəbilə həmişə Suhonu günahlandırır. Cu-qyon və uzaqlaşan dostlar Su-ho və So-cun sirləri açaraq, ağrılarını bölüşdükcə, birlikdə böyüdükcə və bir-birindən təsəlli axtararkən gözlənilməz münasibət qururlar. Mun Qa-yon — İm Ju-kyungLee Go-eun — gənc Ju-kyungBu yaxınlarda Saebom Liseyinə köçən 2–5-ci sinif şagirdi; çirkin kimi qəbul edildiyi səbəbiylə əvvəlki məktəbində və ailəsi tərəfindən davamlı ayrı-seçkiliyə və zorakılığa məruz qalan o, internetdə çoxlu makiyaj dərs videolarına baxaraq makiyaj etməyi mənimsəyir və makiyajın dəyişdirici olduğunu sübut edir, çünki o, tez bir zamanda şöhrət qazanır və yeni məktəbdəki həmyaşıdları onu həqiqi görünüşündən xəbərsiz olaraq "ilahə" adlandırır. Ju-kyung qorxulu fantastik komiks kitabları oxumağa və heavy metal musiqisi dinləməyə üstünlük verir.Ça Un-vu — Lee Su-hoLee Seung-woo — gənc Su-hoSaebom Liseyində 2–5-ci sinif şagirdi; O, yaraşıqlı görünüşü və sinifinin ən yaxşısı olması ilə çox məşhurdur. Onun ailə problemləri və bir il əvvəl baş verən faciəvi hadisə onu diqqət mərkəzində olmaqdan nifrət edən buz kimi soyuq bir oğlana çevirdi. O, So-cun ilə əvvəllər ən yaxşı dost idi. Su-ho Ju-kyungun qorxulu komikslərə olan meylini bölüşür.Hvan İn-yop — Han Seo-joonSaebom Liseyində 2–5-ci sinif şagirdi; So-cun öz məktəbində yaraşıqlı və eyni dərəcədə populyar bir şagirddir, sərt görünməsinə baxmayaraq, mehriban, sevən və yumşaq bir insandır, xüsusən də anasına və bacısına. O, Su-ho ilə əvvəllər ən yaxşı dost idi və keçmiş idol stajyeri idi, lakin bir il əvvəl baş verən faciəvi hadisə onun ulduzluğa gedən yolunu tərk etməsinə və o vaxtdan bəri birlikdə olduğu Su-ho ilə dostluğunu kəsməsinə səbəb oldu.Pak Yu-na — Kang Su-jinSaebom Liseyində 2–5-ci sinif şagirdi; O, Su-ho-nun uşaqlıq dostudur və sonradan Ju-kyung ilə yaxın dost olur. Ən yaxşı tələbə olmasına baxmayaraq, valideynləri tərəfindən məktəbdə fərqlənməyə məcbur edildiyi və həmişə Su-ho ilə müqayisə edildiyi üçün o, emosional yaralar saxlayır. Köməkiçi rollar Lim Cu-qyonun ailəsi Jang Hye-jin — Hong Hyun-sookİm Ce-Pilin həyat yoldaşı eyni zamanda Hi-qyon, Cu-qyon və Cu-yonun anası. O, yaşlı qadınlar arasında məşhur olan Pandora adlı gözəllik mağazasına sahibdir.Park Ho-san — Lim Jae-pilHon Hyun-sukun əri eyni zamanda Hi-qyon, Cu-qyon və Cu-yonun atası. O, şübhəli bir sərmayəyə böyük məbləğdə pul itirir və bu, ailənin köhnə evlərinə qayıtmasına səbəb olur.Im Se-mi — İm Hee-kyungPark Seo-kyung — gənc Hee-kyung (bölüm 1)Cu-qyonun böyük bacısı; O, gözəl və ağıllı olduğuna görə ailə tərəfindən pərəstiş edilir. O, Move Entertainment-də işləyir və Cu-qyonun sinif müəllimi Han Cun-vuya qarşı hissləri yaranır.Kim Min-gi — İm Ju-young Park Ju-hwan — gənc Ju-young (bölüm 1)Cu-qyonun kiçik qardaşı; O, Han So-cunun kiçik bacısı Qo-vunun oxumasını eşitdikdən sonra ona aşiq olur. Li Suhonun ailəsi Jung Joon-ho — Lee Joo-heonSu-ho atası; O, məşhur aktyor və Move Entertainment-in baş direktorudur, həyat yoldaşı öldükdən sonra tez yeni qadın tapır, bu da Su-honun qəzəbinə səbəb olur. Han So-cunun ailəsi Yeo Joo-ha — Han Go-woonSaebom Liseyində şagird; So-cunun kiçik bacısı. O, böyük müğənnilik istedadına malikdir, lakin həmyaşıdları tərəfindən çirkin kimi qəbul edildiyi üçün təhqir olunur. Cu-qyon onu zorakılıqlardan xilas etdikdən sonra o, Cu-qyon ilə dostlaşır.Park Hyun-jung- Lee Mi-hyangSo-cun və Qo-vunun anası; Hyun-sukun (Cu-qyonun anası) tanışı. O, böyrək transplantasiyası tələb olunan xəstəlikdən əziyyət çəkir. Kanq Su-cinin ailəsi Seo Sang-won- Kang Jun-hyukSu-cinin atası; tibb fakültəsinin professoru və məsul doktoru. O, Su-cinə rəqabət aparmağı öyrədir eyni zamanda onu əqli və fiziki cəhətdən təzyiq göstərir.Yoo Dam-yeon — Kim Ji-yeonSu-cinin anası. Əvvəlcə ərinin zorakılığına qarşı passiv idi. Daha sonra ondan boşanır və Su-cin ilə Koreyanı tərk edir. Saebom Liseyi Oh Eui-shik -s Han Joon-wooSaebom Liseyində 2–5 sinif sinif müəllimi və ədəbiyyat müəllimi. O, Hi-qyona aşiq olur.Kang Min-ah — Choi Soo-ahSaebom Liseyində 2–5-ci sinif şagirdi; Cu-qyon və Su-cinin ən yaxşı dostu və sinif yoldaşı; Te-hunun sevgilisi.Lee Il-jun- Yoo Tae-hoonSaebom Liseyində 2–5-ci sinif şagirdi; Su-ahın sevgilisi. Te-hun tez-tez Su-ho-nun razılığını axtarır və sonra onunla dost olur.Lee Sang-jin — Ahn Hyun-gyuSaebom Liseyində 2–5-ci sinif şagirdi.Han Yi-young — Ha Ji-youngSaebom Liseyində 2–5-ci sinif şagirdi.Lee Woo-je — Kim Cho-rongSaebom Liseyində şagird; So-cunun dostu.Kim Hyun-ji — Kim Si-hyunSaebom Liseyinin şagirdiKim Myung-ji- Jin Hee-jeongSaebom Liseyində 1-ci sinif şagirdi; məktəbin onlayn icmasının veb ustası. O, bir dəfə Qo-vunu təhqir etdi.Kim Byung-chu — Saebom Liseyinin direktor müavini. Yonpa Liseyi Shin Jae-hwi- Lee Sung-yongYonpa Liseyində şagird. O, əvvəllər So-cun ilə tanış olan bir zorbadır.Jeon Hye-won — Park Sae-miYonpa Liseyinin şagirdi. Saebom Liseyinə köçməzdən əvvəl Cu-qyon sataşan, gözəl siması olan məşhur qız.Oh Yoo-jin — Joo Hye-minYonpa Liseyində bir şagird, köhnə məktəbində çox zorakılığa məruz qaldıqdan sonra Saebom Liseyinə köçür.Seo Hye-won — Park Ji-heeYonpa Liseyində şagird; Pak Se-mi-nin dostu. Im Hyun-sung- Wang JaCu-qyon və Su-ho-nun tez-tez getdikləri komikslər mağazası Prince Comics-in sahibi.Pak Young-soo- Columbus ParkCu-qyonun atasını aldadaraq pulunu oğurlayan adam. Xüsusi görünüşlər Xarici keçidlər Rəsmi veb sayt
https://az.wikipedia.org/w/index.php?curid=695927
Əsl gürzə
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Vipera altaica Tuniyev, Nilson & Andrén, 2010 Vipera ammodytes (Linnaeus, 1758) Vipera aspis (Linnaeus, 1758) Vipera barani Böhme & Joger, 1983 Vipera berus (Linnaeus, 1758) Vipera darevskii Vedmederja, Orlov & Tuniyev, 1986 Vipera dinniki Nikolsky, 1913 Vipera eriwanensis (Reuss, 1933) Vipera kaznakovi Nikolsky, 1909 Vipera latastei Bosca, 1878 Vipera lotievi Nilson, Tuniyev, Orlov, Hoggren & Andrén, 1995 Vipera magnifica Tuniyev & Ostrovskikh, 2001 Vipera monticola Saint Girons, 1953 Vipera nikolskii Vedmederja, Grubant & Rudajewa, 1986 Vipera olguni (Tuniyev, Avci, Tuniyev, Agasian & Agasian, 2012) Vipera orlovi Tuniyev & Ostrovskikh, 2001 Vipera pontica Billing, Nilson & Sattler, 1990 Vipera renardi (Christoph, 1861) Şərq çöl gürzəsi Vipera seoanei Lataste, 1879 Vipera shemakhensis Tuniyev, Orlov, Tuniyev & Kidov, 2013 Şamaxı gürzəsi Vipera transcaucasiana Boulenger, 1913 Cənubi Qafqaz gürzəsi Vipera ursinii (Bonaparte, 1835)
https://az.wikipedia.org/w/index.php?curid=420052
Əsl gürzələr
Əsl gürzə (lat. Vipera) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan cinsi. Vipera altaica Tuniyev, Nilson & Andrén, 2010 Vipera ammodytes (Linnaeus, 1758) Vipera aspis (Linnaeus, 1758) Vipera barani Böhme & Joger, 1983 Vipera berus (Linnaeus, 1758) Vipera darevskii Vedmederja, Orlov & Tuniyev, 1986 Vipera dinniki Nikolsky, 1913 Vipera eriwanensis (Reuss, 1933) Vipera kaznakovi Nikolsky, 1909 Vipera latastei Bosca, 1878 Vipera lotievi Nilson, Tuniyev, Orlov, Hoggren & Andrén, 1995 Vipera magnifica Tuniyev & Ostrovskikh, 2001 Vipera monticola Saint Girons, 1953 Vipera nikolskii Vedmederja, Grubant & Rudajewa, 1986 Vipera olguni (Tuniyev, Avci, Tuniyev, Agasian & Agasian, 2012) Vipera orlovi Tuniyev & Ostrovskikh, 2001 Vipera pontica Billing, Nilson & Sattler, 1990 Vipera renardi (Christoph, 1861) Şərq çöl gürzəsi Vipera seoanei Lataste, 1879 Vipera shemakhensis Tuniyev, Orlov, Tuniyev & Kidov, 2013 Şamaxı gürzəsi Vipera transcaucasiana Boulenger, 1913 Cənubi Qafqaz gürzəsi Vipera ursinii (Bonaparte, 1835)
https://az.wikipedia.org/w/index.php?curid=448078
Əsl ilanyeyən
Əsl ilanyeyən (lat. Circaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. İlanyeyən (Circaetus gallicus) Circaetus pectoralis Circaetus beaudouini Circaetus cinereus Circaetus fasciolatus Circaetus cinerascens
https://az.wikipedia.org/w/index.php?curid=150953
Əsl innab
Əsl innab (lat. Ziziphus jujuba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin i̇nnab cinsinə aid bitki növü. Təbii yayılması Dünyanın bir sıra ölkələrində təbii və yabanı şəkildə rast gəlinir. Botaniki təsviri 6–8 m hündürlükdə yarpağını tökən kiçik ağac və koldur. Yarpaqları növbəlidir. Dairəvi yarpaqların qaidə hissəsində 2 ədəd tikana çevrilmiş yarpaqaltlıqları və çiçək qrupu yerləşir. Çiçəkləri 2 cinsli, 5 üzvlüdür. Ulduzvarı və görkəmsizdir, kasacığı nəlbəkivaridir. Geniş üçbucaq formalı, dilimlidir. Ləçəkləri xırda, enli, qaşıqvarı, erkəkcikləri əhatə edəndir. Sütuncuğu 1–2, bəzən 3 bölümlüdür. Yumurtalığı 2-dir, bəzən 3–4 yuvalıdır. Meyvəsi çəyirdəkmeyvəyə oxşardır, ətli, şirəli, izokarplıdır. Toxumları hamar, şırımsızdır. Oduncağı sıx və möhkəmdir, nüvə və canlı oduncağa ayrılmayandır, seyrək boruludur, qırmızımtıl-qonur və ya qırmmızıdır. Ekologiyası Günəşli yerləri və yaxşı drenajlı torpaqları sevir. Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da təbii halda rast gəlinir. Qida bitkisidir. Meyvələrindən mebel sənayesində, yeyintidə, təbabətdə və s. sahələrdə geniş istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=144154
Əsl iquanlar
Əsl iquanlar (lat. Iguanidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=113470
Əsl jasmin
Ağ jasmin (lat. Jasminum officinale) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. Təbii yayılması Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. Botaniki təsviri Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur. Onun çiçək qruplarının uzunluğu 5-8 sm-dir. Giləmeyvələri qaradır. Ekologiyası Parlaq, günəşli yerdə yaxşı bitir. Oduncaqlı gövdələri möhkəmdir, lakin küləkdən qorunan yerə əkmək və soyuqdan qorumaq lazımdır. Yayda bitki 20-240C temperaturda daha yaxşı inkişaf edir. Yazda və yayda bol, qışda isə az suvarılmalıdır. Vegetasiya dövründə bir və ya iki həftədən bir kompleks, universal gübrə verilir. Ağ jasmin qidalı, kompostlu torpağa üstünlük verir. Bitkilər çiçəkləmə qurtardıqdan sonra köçürülür. Xəstəliklərə çox davamlı bitkidir və zərərvericilərlə (mənənə ilə) az yoluxur. Azərbaycanda yayılması Dendroloji parkda introduksiya edilmişdir, bir çox rayonda mədəni şəraitdə becərilir. Yabani vəziyyətdə isə Lənkəran dağlarında rast gəlinir. Tərkibində efir yağı vardır, aromaterapiyada, dermotologiyada, antiseptik xüsusiyyətlərinə görə soyuqdəymədə istifadə olunur. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
https://az.wikipedia.org/w/index.php?curid=141652
Əsl karabidlər
Əsl karabidlər (lat. Carabinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xarici görünüşü Əsasən iri böcəklərdir, rənglərində qara tonlar üstünlük təşkil edir. Ancaq parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyi rəngdə olanları da vardır. Ən zəngin cinslərdən olan Carabus böcəklərinin alt qanadları tam inkişaf etmədiyindən, onlar uçmur. Bədəninin uzunluğu 40–50 mm-ə çatır. Böcəklər meşələrdə, bağlarda yaşayır, gecə həyat tərzi keçirdiklərindən, gündüz seyrək nəzərə çarpır. Həyat tərzi Onların əksəriyyəti, quşların yemədiyi (ququ quşu və sarıköynəkdən başqa) meşə ziyanvericiləri olan tək ipəksarıyanın, rahibə-kəpənəyin, halqalı ipəksarıyanın və qızılqarın kəpənəyin tırtıllarını məhv etməklə böyük fayda verir .Başqa növlər, bostan bitkilərinə böyük ziyan vuran ilbizləri yeməkdə ixtisaslaşmışlar. Onlara ilk növbədə Qafqaz karabidi, başqa sözlə Qafqaz sıçradıcı-ilbizyeyəni Carabus caucasicus Adams aiddir. Bu növün böcəkləri və sürfələri yırtıcıdır. Onlar orta ölçülü çılpaq ilbizləri böyük miqdarda yeməklə xeyli fayda verirlər. Böcəklərin ömrü 2-3 ildir. Narahat edildikdə və ya ələ götürüldükdə bu böcək bədəninin arxa hissəsindən kifayət qədər uzaq məsafəyə (50 sm-ə qədər) qələvi maye fışqırdır. Dəriyə düşərkən bu maye kəskin yanma hissi törədir. Zədələnmiş yeri su ilə tez yuduqda bu hiss keçib gedir. Ən gözəl və iri böcəklərdən biri kimi kolleksionerlərin diqqət mərkəzində durur və Beynəlxalq entomologiya bazarında yüksək qiymətləndirilir. Bunun nəticəsində onun sayı təhlükəli həddə qədər azalmış və bu səbəbdən MDB və Azərbaycanın Qırmızı kitablarına salınmışdır.Azərbaycanda 300 növdən çox karabid böcək qeydə alınmışdır [4,5,6.7.8, 9]. Təbiətin bəzəyi olan bu endemik relikt növ şimal-şərqi Azərbaycanın meşə dağətəklərində yayılmışdır. Talış dağlarında hərdənbir Talış endemiki olan Carabus clypeatus talyshensis Men. rast gəlinir. Bu növ meşənin yuxarı sərhəddinə yaxın meşə ətrafı çəmənlərdə və dağüstü-kserofit bitki biotopunda yayılmışdır. Böcəklər təbiətdə yayın sonunda üzə çıxır və payıza qədər yaşayırlar. Qışlamanı müxtəlif sığınacaqlarda - daşların altında, döşənəkdə və s. keçirirlər. O biri yazda cütləşmə və yumurtaqoyma baş verir. Yumurtalar torpağa qoyulur, buradaca sürfələr inkişaf edir və puplaşır. Bu yırtıcı böcəklərin qidasını onurğasızların müxtəlif qrupları, çox vaxt cücülər və onların sürfələri təşkil edir. Qafqaz endemiki olan Carabus exaratus G. Böyük və Kiçik Qafqazda kserofil bitki örtüyünə malik açıq dağ yamaclarında rast gəlinir. Yaz və payız dövründə bu böcəklərin səciyyəvi sığınacaq yeri qayaların yarıqları, buradakı daşların altıdır. Zaqafqaziyanın cənub rayonlarında qara sıçradıcı (Carabus maurus A.) yaşayır. Bu, Şərqi Aralıqdənizi mənşəli nadir böcəkdir. Zaqafqaziyadan başqa, İranda, Türkiyədə və Kiprdə də yaşayır. Onun səciyyəvi biotopları yarımsəhra və meşə talaları, dağ-çöl zonasının əraziləridir. Subalp çəmənləri üçün onun yarımnövü olan C. maueus punilio Kust. səciyyəvidir. Bığcıqları qısa, rəngi qara, çox vaxt zəif bənövşəyiyə çalır. Kiçik Qafqazın və Talışın dağlıq zonasındakı taxıl zəmilərində yayılmış Carabus tamsi Men. də Zaqafqaziya endemikidir. Sistematik cəhətdən Carabus cinsinə Calosoma cinsi yaxındır. Buraya, sürfələri ilə birgə, ziyanlı kəpənəklərin tırtıllarını məhv edən istisnasız olaraq faydalı böcəklər aiddir. Məsələn, iyli gözəlbədən (Calosoma sycophanta L.) Azərbaycanda Böyük Qafqazın aran və dağətəyi meşələrində yayılmışdır. Kiçik Qafqazın və Talışın meşə massivlərində seyrək hallarda rast gəlinir. Bu böcək MDB və Azərbaycan]]ın Qırmızı kitablarına salınmışdır. Azərbaycanda qumlu ərazilərdə Scarites lucidae Pall. yaşayır. Kiçik Qafqaz mağaralarında özünəməxsus kor karabidlər – Anophthalmus yaşayır. Qarışıq qida tipli haflardan Amara cinsinin böcəklərini göstərmək olar. Məsələn, yırtıcı Amara aulica Panz. Şəki taxılçılıq sovxozunda və Masallı rayonunun Ərkivan kəndində taxılın süd yetkinliyi və yetişmə dövründə bəzən sünbüllərdəki dəni gəmirir. A. fulva Deg. isə bəzən nəinki sünbülləri, həm də kartof saplağını çeynəyir. Daha üç yırtıcı karabid – A. apricaria Payk., A. ovata F., və A. aenea Deg. Şəmkirdə, Gəncədə və Mingəçevirdə sütul taxıl dənlərini zədələyir və ya yabanı mədəni xaççiçəklilərin toxumlarını çeynəyir. Zabrus cinsinə tipik bitkiyeyən karabidlər aiddir. Belə ki, cənub taxıl karabid böcəyi Z. morio Men. Azərbaycanda dənli bitkilərin əsas ziyanvericilərindən biri olub, payızlıq taxıla mühüm ziyan vurur. Həm sürfə, həm də yaşlı fazada ziyan verir. Z. tenebrioides elongatus Men. bundan az ziyanlı növ deyildir. Azərbaycanda bu yarımnövün əsas ziyankar fəaliyyət sahəsi Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Muğan-Salyan zonalarıdır. Aplothorax Waterhouse, 1841 Calosoma Weber, 1801 Carabus Linnaeus, 1758 Ceroglossus Solier, 1848 Cychropsis Boileau, 1901 Cychrus Fabricius, 1794 Carabus clypeatus talyshensis Men. Carabus exaratus G. Qara sıçradıcı (Carabus maurus A.) Carabus tamsi Men. Maoripamborus Brookes, 1944 Pamborus Latreille, 1817 Scaphinotus Dejean, 1826 Sphaeroderus Dejean, 1831 4. Nuriyeva İ.A. Azərbaycanın Böyük Qafqazın Cənub-Şərq və Lənkəran vilayətlərinin karabid böcəklərinin (Carabidae) ekoloji xüsusiyyətləri.Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild Bakı “Elm” 2010.s.384-389. 6.Nuriyeva İ.A. Calasoma sycophanta və Carabus caucasicus (Coleoptera. Carabidae) karabid böcəklərinin laboratoriya şəraitində saxlanması təcrübəsinə dair.Zoologiya İnstitutunun əsərləri. Bakı. “Elm”, 2011. cild 29. s.250-254 . 7. Nuriyeva İ.A.Karabid böcəklərin ( Carabidae) praktiki əhəmiyyəti və Azərbaycanda Carabus cinsinin vəziyyəti.Zoologiya İnstitutunun əsərləri. Bakı.2013 cild 31, №2.s.116-122. 9. Nuriyeva İ.A. Azərbaycanda Harpalus cinsinin (Carabidae Coleoptera,) nümayəndələri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri 7 cild №2 Bakı 2015. s.100-105
https://az.wikipedia.org/w/index.php?curid=489957
Əsl krevetlər
Əsl krevetlər (lat. Caridea) — pleosimatlar yarımdəstəsinə aid heyvan infradəstəsi. Biomorfologiyası Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Xərçəngin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır. Baş-döş karapaksla – zirehlə örtülmüşdür, onun kənarı qəlsəmələri üstdən örtür. Karapaksın ön ucu iti bizvarı dimdik – rostrumla qurtarır. Qarın hissədə xərçəngin üzməsinə və balalarını gəzdirib böyütməyə xidmət edən köməkçi ətraflar yerləşmişdir. Qarnın son seqmentinin ətrafları genişlənmiş lövhələr şəklində olub quyruq yelpiyi əmələ gətirmişdir. Krevet onu köməyi ilə kəskin təkanlı üzmə hərəkətləri edir. Erkəklərdə birinci cüt qarın ayaqları şəklini dəyişərək cütləşmə orqanına çevrilmişdir. Bədən yan tərəflərdən azca sıxılmışdır . Qidalanması Növlərin qida spektri müxtəlifdir. Öz növbəsində krevetlərlə balıqlar, dəniz quşları və insanlar qidalanır, onlar bəzi parazit növlərinin aralıq sahibi ola bilər Karidlər yüksək cinsi məhsuldarlığı ilə seçilir (55 min – 1mln yumurta ). Bir erkək müxtəlif sayda dişi fərdi mayalaya bilər. Nəsilverimi uzun müddətlidir. 3-4 gündən mayalanmış yumurtalardan formalaşan gənc krevetlər tamamilə yetkin fərdlərlə eyni xüsusiyyətləri daşıyırlar. Onların ömrü 1 - 6 il təşkil edir . Çoxlu sayda fəsilələrə və cinslərə mənsub krevetlər faunası dünyanın bütün dənizlərində geniş yayılmış, krevet növlərinin dördə biri həm də şirin sularında yaşamağa uyğunlaşmışdır. Xəzər dənizində Palaemon cinsinin 2 növü qeyd edilmişdir. 2005-ci ildə Araz su anbarında aşkar olunmuş Palaemon elegans hazırda sututarın bütün sahələrində sayını və biokütləsini artırır . Bresilioidea Campylonotoidea Crangonoidea Galatheacaridoidea Nematocarcinoidea Oplophoroidea Palaemonoidea Pandaloidea Pasiphaeoidea Procaridoidea Processoidea Psalidopodoidea Stylodactyloidea
https://az.wikipedia.org/w/index.php?curid=492265
Əsl kərtənkələlər
Əsl kərtənkələlər (lat. Lacertidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə daxil olan cinslər İlanbaş (Ophisops) Həzm sistemi Ağzında eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur. Həzm sistemi qurbağaya bənzərdir. Kloaka adlanan orqnı da vardır ki həzm sistemində iştirak edir. Sidik axarları və böyrəkdəki qida kloakada birləşir və xaricə açılır. 120 kq qaldıra bilən kərtənkələ Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atır və "yapışdığı" səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilir. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək: Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək. Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var). Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək. Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq. Maraqlı məlumatlar • Hindistanda Komada adlanan ən böyük kərtənkələ yaşayır. Kərtənkələnin uzunluğu 3 m, kütləsi isə 135 kq-a çatır. Sürətlə qaçan bu kərtənkələ ağaca yaxınlaşıb onun budaqlanına dırmanır və birdən donub yerində qalır. Bu anda onun başı üzərində plaşabənzər qəribə bir sey qalxır. Bu onu bildirir ki, kərtənkələ yırtıcı heyvanı gördüyündən həyəcanlanmış və düşmənini qorxutmaq üçün öz plaşını açmışdır. Plaş çətirə oxşayır və nazik qığırdağ toxumasından ibarətdir. Plaşın rəngi şəffafdır. Bundan başqa həm də eşitmə aparatı rolunu oynayır. Plaşı hərəkətə çox möhkəm, həmişə gərgin olan əzələlər gətirir. Belə kərtənkələlər Avstraliyada da yaşayır. • Göyçə gölü (Sevan gölü) sahillərində çox qəribə həyat tərzinə malik kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribədir ki, bu erkək kərtənkələlər yumurtlayır. Onların yumurtalarından yaranan kərtənkələlər də erkək olur. Fəsilə iki alt fəsilələrdən ibarətdir — Gallotinae (cins Gallotia və Psammodromus) və Lacertinae. 2011-ci ildə bu fəsiləyə 307 növ daxil edilmişdir. Bu növlər isə öz növbəsində 42 cinsdə birləşmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=67843
Əsl maral
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=787438
Əsl marallar
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi. Cervus cinsi: Cervus elaphus Cervus canadensis Cervus nippon Rucervus cinsi: Rucervus duvaucelii Rucervus schomburgki Rucervus eldii Rusa cinsi: Rusa unicolor Rusa timorensis Rusa mariannus Rusa alfredi Axis cinsi: Axis yarımcinsi: Hyelaphus yarımcinsi: Axis porcinus Axis calamianensis Axis kuhlii Elaphurus cinsi: Elaphurus davidianus Dama cinsi: Adi lan (Dama dama) İran lanı (Dama mesopotamica) Megaloceros cinsi: Megaloceros giganteus † Megaloceros cazioti †
https://az.wikipedia.org/w/index.php?curid=151794
Əsl mənənələr
Əsl mənənələr (lat. Aphididae) — yarımsərtqanadlılar dəstəsinə aid fəsilə. Bütün mənənələr bitki şirələri ilə qidalanırlar.
https://az.wikipedia.org/w/index.php?curid=127727
Əsl püstə
Əsl püstə (lat. Pistacia vera) – Sumaq fəsiləsinin püstə cinsinə aid növ. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır. Meyvələr yetişdikdə çiçək yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır. Püstə ləpəsinin tərkibində 68% yağ, 18–22% zülali maddə, 9,5–17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir. Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər. Ləpəsi qənnadı məmulatı (tort, pirojna, şokolad, Şərq şirniyyatı) istehsalında işlədilir, eləcə də bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və oduncağında 10–12%-ə qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır şişləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30–50% tanin olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və boyaq maddəsi almaq üçün qiymətli xammaldır. Püstənin ağacından iyul-avqust aylarında çəkilən qətrandan yüksək keyfiyyətli lak hazırlanır. Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir. Təbii yayılması Kaliforniya, İtaliya, Fransa, İspaniya, Şimali Afrika, Suriya, İran və s ölkələrdə təbii halda bitir. Botaniki təsviri Hündürlüyü 5–10 m-ə çatan ağacdır. Bir qədər alçaq gövdəli, enli və sıx qollu-budaqlı çətirlidir. Budaqların qabığı açıq-boz, zoğları qırmızımtıl-qonur rəngdə olub, hamardır. Yarpaqları 5–14 sm uzunluqda,4–10 sm enində tək lələkvaridir.3–15 yarpaqcıqdan ibarət, sıx dərivari, yumurtavari və ya enli neştər formalı olub, üstdən tünd yaşıl, çılpaq, parıldayan, altdan isə açıq-yaşıl, tutqun, çılpaq və ya tüklüdür. Erkəkciyi 5–6, dişicikləri 2–4 mm uzunluqda,3–5-i bir yerdə bərabər olmayan saplaqlarda uzunnsov süpürgələrə toplanmışdır. Meyvəsi çəyirdək,1–1,5 sm uzunluqda, ensiz və ya enli yumurtavari formada olur. Meyvəsi avqust ayında yetişir. Meyvələri tam yetişdikdə sərt qabığı azacıq ayrılır. Toxumu bir ədəd olub, qabığı şabalıdı qonurtəhərdir, ləçəkləri açıq-yaşılı rəngdə, yarpaqların açılmasına qədər çiçəkləyir. Çiçəklənməsi 20–25 gün davam edir. Ekologiyası Həqiqi püstə uzun ömür sürən, işıq və istisevən, quraqlığadavamlı ağacdır. Torpağın çox dərin qatlarına gedən şaquli kök sistemi əmələ gətirir. Torpağa az tələbkardır, bir qədər gilli, daşlı yüngül torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması 700–800 ilə qədər yaşaya bilir. Abşeronda(Novxanı, Maştağa, Nardaran, Mərdəkan, Keşlə, Əmircan və s yayılmışdır. Şamaxıda, Şabranda, Kür-Araz düzənliyində, Naxçıvanda mədəni halda rast gəlinir. Meyvələrindən qənnadı sənayesində, yarpaqlarında tanin olduğundan(15%)aşılama və boyama işlərində istifadə olunur. Qabığı ilə quşlar və mal-qara yemlənir. Püstədə 50–65 % yağ vardır. Bəzən ondan qəhvə siropu düzəldilir. Kömüründən barıt hazırlanması və s. məqsədlər üçün istifadə olunur. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=112568
Əsl qaranquş
Əsl qaranquş (lat. Hirundo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi. Kənd qaranquşu (Hirundo rustica) Oxuyan qaranquş (Hirundo lucida) Anqola qaranquşu (Hirundo angolensis) Qəhvəyiboyun qaranquş (Hirundo tahitica) Yeni Qvineya qaranquşu (Hirundo neoxena) Ağboyun qaranquş (Hirundo albigularis) Sapquyruq qaranquş (Hirundo smithii) Göy qaranquş (Hirundo nigrita) Hirundo leucosoma Ağquyruq qaranquş (Hirundo megaensis) Mirvariboyun qaranquş (Hirundo dimidiata) Mavi qaranquş (Hirundo atrocaerulea) Qara-qırmızı qaranquş (Hirundo nigrorufa)
https://az.wikipedia.org/w/index.php?curid=177266
Əsl qaranquşlar
Əsl qaranquşlar (lat. Hirundininae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=791094
Əsl qatıqotu
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Sinonimləri Homotipik sinonimləri Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill. Yarımnövləri
https://az.wikipedia.org/w/index.php?curid=141441
Əsl qıjılar
Əsl qıjılar (lat. Polypodiales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi.
https://az.wikipedia.org/w/index.php?curid=136152
Əsl qırğı
Əsl qırğı (lat. Accipiter) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Accipiter gentilis Accipiter nisus Accipiter poliogaster Accipiter trivirgatus Accipiter griseiceps Accipiter toussenelii Accipiter tachiro Accipiter soloensis Accipiter francesii Accipiter trinotatus Accipiter novaehollandiae Accipiter fasciatus Accipiter albogularis Accipiter rufitorques Accipiter haplochrous Accipiter henicogrammus Accipiter poliocephalus Accipiter princeps Accipiter melanoleucus Accipiter henstii Accipiter meyerianus Accipiter castanilius Accipiter butleri Accipiter brevipes Accipiter luteoschistaceus Accipiter imitator Accipiter erythropus Accipiter minullus Accipiter gularis Accipiter nanus Accipiter erythrauchen Accipiter cirrocephalus Accipiter brachyurus Accipiter rhodogaster Accipiter madagascariensis Accipiter ovampensis Accipiter rufiventris Accipiter badius Accipiter superciliosus Accipiter collaris Accipiter striatus Accipiter chionogaster Accipiter ventralis Accipiter erythronemius Accipiter cooperii Accipiter gundlachi Accipiter bicolor Accipiter virgatusAzərbaycanda 4 növü var: tetraçalan (lat. Accipiter gentilis); bildirçinçalan (lat. Accipiter nisus); Avropa tüviyi (lat. Accipiter brevipes); tüvik (lat. Accipiter badius)
https://az.wikipedia.org/w/index.php?curid=149637
Əsl rakşilər
Əsl rakşilər (lat. Coraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=150377
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Buteo albonotatus Buteo leucorrhous Buteo albicaudatus Adi sar (Buteo buteo) Buteo brachyurus Buteo galapagoensis Qızılquyruq sar (Buteo jamaicensis) Tüklüayaq sar (Buteo lagopus) Buteo lineatus Buteo magnirostris Buteo nitidus Buteo platypterus Buteo polyosoma Buteo regalis Buteo ridgwayi Çöl sarı (Buteo rufinus) Buteo solitarius Buteo swainsoni Buteo ventralis
https://az.wikipedia.org/w/index.php?curid=169260
Əsl suitilər
Əsl suitilər (lat. Phocidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Halichoerus Histriophoca Leptonychotes Ommatophoca
https://az.wikipedia.org/w/index.php?curid=176844
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=789499
Əsl timsahlar
Əsl timsahlar (lat. Crocodylidae) fəsiləsinin növləri Asiya, Afrika, Avstraliya və Amerikanın tropik qurşaqlarında yayılıb, tipik nümayəndəsi uzunluğu 6-8 m-dən çox olan Nil timsahıdır (Crocodylis niloticus). Qidalanması Timsahların yemi çox müxtəlifdir, molyuskları, xərçəngləri, balıqları, quşları, hətta iri məməliləri belə yeyirlər; insana da hücum edirlər. Yumurta qoymaqla çoxalır, xüsusi qayda ilə düzəltdikləri yuvalara 10-dan 100-ə qədər qaz yumurtası böyüklüyündə yumurta qoyur. Bəzi növlərin erkəkləri yuvanın yanında qalaraq yumurtaları qoruyur, 1,5-2 aydan sonra yumurtadan balalar çıxır. Fəsilənin 3 müasir cinsə mənsub 17 növü var.
https://az.wikipedia.org/w/index.php?curid=621691
Əsl timsahlar (cins)
Əsl timsahlar (lat. Crocodylus) — əsl timsahlar sinfinə daxil olan cins. Nümayəndələri ümumiyyətlə tapılmadığı Avropa və Antarktida xaricində dünyanın hər yerində yaşayırlar. Afrikada, Cənubi Asiyada, Şimali Avstraliyada və Okeaniyada böyük ərazidə yayılmışlar. Şimali, Orta və Cənubi Amerikada növləri vardır. Cins çağdaş dövrdə 12 növü əhatə edir: Crocodylus porosus — Daraqlı timsah Crocodylus niloticus — Nil timsahı Crocodylus rhombifer — Kuba timsahı Crocodylus acutus — Amerika timsahı Crocodylus intermedius — Orinoko timsahı Crocodylus palustris — Bataqlıq timsahı Crocodylus siamensis — Siam timsahı Crocodylus mindorensis — Filippin timsahı Crocodylus moreletii — Mərkəzi Amerika timsahı Crocodylus novaeguineae — Yeni Qvineya timsahı Crocodylus halli Crocodylus johnstoni — Avstraliya şirinsu timsahı Crocodylus suchus — Səhra timsahı ? Crocodylus raninus † Crocodylus anthropophagus † Crocodylus falconensis † Crocodylus checchiai † Crocodylus palaeindicus † Crocodylus thorbjarnarsoniFilippin timsahı əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü hesab olunurdu (Crocodylus novaeguineae mindorensis). İndi isə ayrı bir növ olaraq (Crocodylus mindorensis) bilinir. Molekulyar tədqiqatlar zamanı əslində Nil timsahının iki növdən ibarət olduğu — Nil timsahı (Crocodylus niloticus) və Səhra timsahı (Crocodylus suchus) — aşkar edilir. Borneoda yayılmış Daraqlı timsah populyasiyalarının ayrı bir Crocodylus raninus növü olması ehtimal edilir. Lakin bu hazırda təsdiqlənməyib. Afrika ensizburun timsahı (əvvəlki adı lat. Crocodylus cataphractus) DNT-sinin son tədqiqatları bu növü ayrı bir Mecistops cinsinə təsnif etməyə əsas verir. Crocodylus johnstoni növü, kəşf edənin adındakı imla səhvinə görə əvvəlcə Crocodylus johnsoni adlandırılmışdır. Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. Filogenetik əlaqələr 2011-ci ildə mitokondrial DNT tədqiqatı əsasında qurulmuş cinsin müasir nümayəndələrinin kladogramı:: Morfoloji xüsusiyyətlərə əsaslanan alternativ 2012 kladogram. Bu üsul xüsusilə nəsli kəsilmiş növlərlə əlaqəli olaraq daha az etibarlıdır. Səhra timsahının morfoloji xüsusiyyətləri Nil timsahı ilə eyni olduğundan analizə daxil edilməyib. Lakin müəlliflər bunun kifayət qədər nümunə götürülməməsi ilə izah edilə biləcəyini desələr də, iki növün morfoloji baxımından fərqlənməsini təklif etdilər: Cinsin ilk nümayəndələri 9 ilə 16 milyon il əvvəl Hind-Sakit okean bölgəsində ortaya çıxdıqdan sonra 8 ilə 12 milyon il əvvəl Afrikaya nüfuz etdilər. Bunun ardınca 4–8 milyon il əvvəl meydana çıxan Yeni Dünyaya köçləri baş verir. Cinsin ən qədim çağdaş nümayəndəsi, 6 ilə 12 milyon il əvvəl meydana gəlməsi təxmin edilən Daraqlı timsah hesab edilə bilər. Bu cinsin nümayəndələri ən rəqabətli timsahlardırlar. Digər cinslərin nümayəndələri ilə rəqabətdə üstün olmuşlar.
https://az.wikipedia.org/w/index.php?curid=684890
Əsl tinamu
Əsl tinamu (lat. Crypturellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi. Crypturellus atrocapillus Crypturellus bartletti Crypturellus berlepschi Crypturellus boucardi Crypturellus brevirostris Crypturellus casiquiare Crypturellus cinereus Crypturellus cinnamomeus Crypturellus duidae Crypturellus erythropus Crypturellus kerriae Crypturellus noctivagus Crypturellus obsoletus Crypturellus parvirostris Crypturellus ptaritepui Crypturellus soui Crypturellus strigulosus Tataupa tinamosu (Crypturellus tataupa) Crypturellus transfasciatus Crypturellus undulatus Crypturellus variegatus
https://az.wikipedia.org/w/index.php?curid=146811
Əsl vağ
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=189600
Əsl vağlar
Əsl vağlar (lat. Ardeinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=791107
Əsl yexidnalar
Avstraliya yexidnası (lat. Tachyglossus aculeatus) — məməlilərin sinfinin birdəliklilər dəstəsinin yexidnalar fəsiləsinə aid yeganə növ. Bəzən onun Tasmaniya yexidnası (Tachyglossus setosus) yarımnövünü də ayrıca növ kimi ayırırlar. Çarlz Darvin deyir:"Bu canlıların vətəni Avrasiyadır. Lakin onlar növarası mübarizədə məğlub olmuş və Avstraliyaya sıxışdırılmışlar.
https://az.wikipedia.org/w/index.php?curid=135215
Əsl zöhrəçiçəyi
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Sinonimləri Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg. Cypripedilon marianus (Crantz) Rouy, 1894 Cypripedium calceolus var. citrina B.Hergt, 1899 Cypripedium calceolus var. viridiflora M.Schulze, 1902 Cypripedium calceolus f. biflorum Rouy in G.Rouy & J.Foucaud, 1912 Cypripedium calceolus f.triflorum}} Rouy in G.Rouy & J.Foucaud, 1913 Cypripedium microsaccos Kraenzl., 1913
https://az.wikipedia.org/w/index.php?curid=169616
Əsl çalağan
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=161418
Əsl çalağanlar
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=779273
Əsl çəyirtkələr
Əsl çəyirtkələr və ya çəyirtkələr (lat. Acrididae) — çəyirtkəkimilər (lat. Acridoidea) fəsiləüstünə aid sürü halında yaşayan cücü fəsiləsi. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılmışdır. Dünyada 10.000, Azərbaycanda 125-dən çox növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkilərinə (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran kuliqalar keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələri və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir. Bəzən çəyirtkə sürüsünün ağırlığından ağaclar və kollar sınır. Hər fərd ömrü boyu 300 q-dək yaşıl kütlə yeyir. Gün ərzində sürfələr 20–30 dəfə qidalanır. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m2-də bir neçə yüzə və hətta minə çatır. Çəyirtkələrin verdiyi zərər bəlaya, fəlakətə çevrilə bilir. Mübarizə tədbirləri: aldadıcı zəhərli yemlər, insektisidlərlə tozlandırma, çəyirtkələrin ocaqları olan xam torpaqlardan istifadə, səhraların və dincə qoyulmuş torpaqların şumlanması və s. Bu tədbirlər nəticəsində çəyirtkələrin yayıldığı bir sıra oçaqlar ləğv edilmişdir. Yarımfəsilələri Calliptaminae Catantopinae Copiocerinae Coptacrinae Cyrtacanthacridinae Eremogryllinae Euryphyminae Eyprepocnemidinae Gomphocerinae Habrocneminae Hemiacridinae Leptysminae Marelliinae Melanoplinae Oedipodinae Ommatolampinae Pauliniinae Proctolabinae Rhytidochrotinae Spathosterninae Teratodinae Tropidopolinae Avropa faunası Arxivləşdirilib 2014-12-08 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=116494
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Kuprey (Bos sauveli) növü Bantenq (Bos javanicus) növü Qaur (Bos gaurus) növü Yak (Bos grunniens) növü İbtidai öküz (Bos primigenius) (nəsli gəsilib) Bos planifrons (nəsli gəsilib) Bos acutifrons (nəsli gəsilib)
https://az.wikipedia.org/w/index.php?curid=112478
Əsl ördəklər
Əsl ördəklər (lat. Anatinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Yarımfəsiləyə daxil olan quşlar qısa boyunlarına nəzərən orta və çox da böyük olmayan ölçülərdə olur. Rəng çalarları müxtəlifdir. Növlərinin çoxunda qanadlarında simmetrik olaraq göy rəngli xallar var. Yayın ikinci yarısı, payızın əvvəllərində erkək və dişiləri xarici görünüşcə bir-birindən demək olar ki, fərqlənmirlər. Çoxalma dövründə rənglərində dəyişikliklər yaranır. Belə ki, erkəklərin rəng çalarları daha parlaq görünür. Tük tökmə ildə iki dəfə, yayda tam olaraq, payızda isə hissə-hissə baş verir. Tük tökmə zamanı iri ləlklər də tökülür ki, bu da quşların bir müddət uça bilmıəmısinə səbəb olur. Bu quşlar əsasən su bitkilərinin vegetativ hissələri, ot toxumları, eləcə də həşəratlar və molyusklarla qidalanırlar. Anatinae yarımfəsiləsi Triba Anatini Müşk ördəyi (Cairina) cinsi Ağqanad ördək (Asarcornis) cinsi Xartlauba ördəyi (Pteronetta) cinsi Kiçik qaz (Nettapus) cinsi Halqalı cürə (Callonetta) cinsi Meşə ördəyi (Aix) cinsi Çətirtel ördək (Chenonetta) cinsi Braziliya cürəsi (Amazonetta) cinsi Yeni Zelandiya ördəyi (Hymenolaimus) cinsi Zolaqlı ördək (Salvadorina) cinsi Kəkilli ördək (Lophonetta) cinsi Eynəkli ördək (Speculanas) cinsi Çay ördəyi (Anas) cinsi Çəhrayıqulaq ördək (Malacorhynchus) cinsi Mərmər cürə (Marmaronetta) cinsi Çəhrayıbaş ördək (Rhodonessa) cinsi Dalğıc (Netta) cinsi Qaraördək (Aythya) cinsi Triba Mergini Qaqa (Somateria) cinsi Kiçik qaqa (Polysticta) cinsi Labrador qaqası (Camptorhynchus) cinsi Qayaördəyi (Histrionicus) cinsi Moryanka (Cdilula) cinsi Qılquyruq (Melanitta) cinsi Güləyənquşu (Bucephala) cinsi Kiçik pazdimdik (Mergellus) cinsi Pazdimdik (Mergus) cinsi Triba Oxyirini Qarabaş ördək (Heteronetta) cinsi Maskalı göydimdik (Nomonyx) cinsi Göydimdik (Oxyura) cinsi Pərli ördək (Biziura) cinsi
https://az.wikipedia.org/w/index.php?curid=115882
Əsl şotlandiyalı
Əsl şotlandiyalı (ing. True Scotsman) — alt paltarları olmadan kilt geyən kişilər ilə əlaqədar Şotlandiyada istifadə olunan satirik ifadə. Alt paltarı olmadan kilt geymək ənənəsinin əslində orduda çıxmasına baxmayaraq, o, adət-ənənəyə diqqətsiz münasibət və ya hətta saymamazlıq ifadəsi kimi Şotlandiya folkloruna daxil olmuşdur. Kiltin alt paltar olmadan geyinmə ənənəsi, onun Şotland hərbi geyiminin bir hissəsinə çevrilməsindən sonra yaranmışdır, bu da sonralar ingilis dilində çılpaq bədənə geyinən kilt geyimini bildirən «go regimental» (alay üslubunda getmək) və «military practice» (hərbi təcrübə) kimi ifadələrin (evfemizmlərin) yaranmasına səbəb olmuşdur. Birinci Dünya Müharibəsi zamanı qərb cəbhəsində xidmət göstərən bəzi yüksək səviyyəli çavuşlar paraddan əvvəl əsgərlərin kiltlərini yoxlamaq üçün bir qolf çubuğunun və ya əsanın ucuna kiçik bir güzgü bağlayırdılar. 1950-ci ildən isə əsgərlər kazarmaların döşəməsinə yerləşdirilmiş güzgü vasitəsilə Baş çavuş tərəfindən yoxlanılır. 1997-ci ildə "Qara Mühafizəçi" (ing. Black Watch) adlı Şotlandiya Kral alay batalyonunun əsgərləri Honqkonq şəhərində keçirilən hərbi mərasim zamanı küləkli hava səbəbiylə yerli və xarici mətbuatın diqqət mərkəzində olmuşdular. Lakin, ənənəvi Şotlandiya dağ rəqs ifaçıları və Haylanders oyunlarınıniştirakçılarından müsabiqənin qaydalarına uyğun olaraq sadə və layiqincə geyinmək tələb olunur. Dağ rəqs müsabiqələri və Şotlandiyanın Hayland oyunlarının qeyri-rəqabətli ifaları zamanı rəsmi Şuranın (Scottish Official Board of Highland Dancing — SOBHD) əsasən alt paltarları üzərində məhdudiyyətlər tətbiq olunur: "Kiltin altına ağ rəng olmamaq şərti ilə qara və ya tünd çalarlı alt paltarları geymək lazımdır". Dağ rəqs ifaçılarından da müsabiqə zamanı hər hansı bir şort geyinmək tələb olunur. Kiltin yoxlanılması "Əsl şotlandiyalı" termini ən çox kiltin yoxlanılması ilə əlaqədar istifadə olunur və bu proses bəzən aşağıdakı kimi baş verir:Kilt daşıyıcısından onun "əsl şotland" olub olmadığını soruşulur. O isə öz növbəsində bu sorğuya müsbət və ya mənfi cavab verir. Bəli, yəni müsbət cavab verildikdə şəxs və ya vəziyyətdən asılı olaraq fərqli sübut tələb oluna bilər. Cavabın mənfi olduğu halda isə alt paltarı çox vaxt müsadirə oluna bilər. "Şeytan tumanları" (ing. The Devil's Panties) adlı məşhur veb-komikslərin müəllifi Cenni Briden (Jennie Breeden) kiltləri komik şəkildə yoxlamaq məqsədilə müntəzəm olaraq ventilyatordan istifadə edir. Fentezi azarkeşləri və intibah festival (ing. Renaissance fair) iştirakçıları arasında kiltin populyarlığı nəzərə alaraq, kostümlu tədbirlərdə kiltin alt parlarla və paltarsız geyinildiyini təsdiqləyən yoxlamalar geniş yayılmışdır. Bu yoxlamalar özündə müəyyən bir ritual daşıyır, çünki kilti geyinmiş şəxsin rəsmi icazəsi olmadan yoxlama cinsi sui-istifadə və ya təcavüz kimi qəbul oluna bilər. Mədəniyyətdə Şotland olmayan və "əsl şotlandlı" olduğunu müəyyən etmək üçün kiltlərin yoxlanılması ənənəsi ilə ilə tanış olmayan insanları bu ənənə çox xəcalətli, həmçinin ikiqat mənaları (ing. Double entendre) ilə iftiralara və ifadələr (insinuasiyalar) qarşısında müdafiəsiz edə bilər. Bunun səbəbi günahsız bir sualın qəflətən sorğuçuya münasibətin tamamilə dəyişə bilmək qorxusudur. Belə ki, "Kiltin altında bir şey geyinilibmi?" sualına misal üçün, aşağıdakı cavablar ola bilər: "Xeyr, heç bir şey geyinilməyib, iş üçün hər şey saz vəziyyətdədir!" (burada ingilis dilində "geyilən" və yaxud "geymək" mənasını verən to wear feili dolayısı şəkildə işlədilir) və ya "Bəli, corab, ayaqqabı və talk tozu" və ya "Bəli, corab, ayaqqabı və dodaq boyasının iki çaları" (burada "çalarlar" əslində penis ifadəsini nəzərdə tutur). Üzərində komik "Kilt müfəttişi" və ya "Kiltlərin rəsmi müfəttişi" yazıları ilə bəzədilmiş T-shirtləri (yəni köynəkləri) Şotlandiyanın bir çox turist mağazalarında və online mağazalarında əldə etmək mümkündür. "Carry On", "Carry On… Up the Khyber" adlı aşağı büdcəli komediya seriyalının XVI filminin süjeti, uydurma Şotlandiya alayının birində xidmət göstərən əsgərlərinin "əsl şotlandiyalı" olmadıqları faktının aşkar olunmasından dərhal sonra hadisələrin necə cərəyan etməsi barədə bəhz edir. "Monti Paytonun uçan sirki" adlı komediya serialında göstərilən "İdeal ay" sərgisində ən məşhur turistik attraksionlardan biri "Təbii qaz" şirkəti tərəfindən hazırlanmış "damalı şalvar geyinən şotlandiyalı" eksponatı idi. Təntənəli podiumda duran Hayland rəqs ifaçısının rolunu Con Kliz (John Cleese) ifa edirdi. Eksponatın qarşısında keçən qoca qadınlar onun kiltini qaldıraraq, onun altını heyranlıqla seyr edirdilər. 1949-cu ilin The Hasty Heart filmində Ronald Reyqanı oynayan amerikalı oğlan kiltin altından heç nəyin geyinilmədiyinə israrcasına inanmır və filmdə əsgərlərin qəhrəman Riçard Toddun geyindiyi kiltin altına baxmaq üçün cəhd etmək səhnələri bir neçə dəfə göstərilmişdi. Nəhayət əsgərlərdən biri kiltin altına baxa bilir və bu zaman hamı gülməyə başlayır. Bunun səbəbi çox guman ki, Toddun həqiqətən də kiltin altında heç bir şey geyinməməsi idi. Cəsur ürək filmində göstərilən döyüş epizodunda, İngiltərəyə qarşı mücadilə aparan Vilyam Volosun ordusunun hər bir üzvü öz nifrətini ingilislərə nümayiş etdirmək üçün birgə kiltlərini qaldıraraq öz arxalarını düşmənə göstərirlər. Simpsonlar cizgi serialında "Villi" adlı bağban (Willy, the gardener) personajı mövcuddur. Şotland olduğundan o bayram günlərində kilt geyinməyi çox sevir. Lakin kilt müxtəlif səbəblərdən (məsələn güclü küləkdən) qalxmağa adət edir; buna baxmayaraq Villini bu məsələ heç bir halda narahat etmir.
https://az.wikipedia.org/w/index.php?curid=381497
Əsl əzvay
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. İstifadə edir Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. Sinonimləri Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers. Aloe indica Royle Aloe lanzae Tod. Aloe maculata Forssk. [Illegitimate] Aloe perfoliata var. barbadensis (Mill.) Aiton Aloe perfoliata var. vera L. Aloe rubescens DC. Aloe variegata Forssk. [Illegitimate] Aloe vera var. chinensis (Steud. ex Baker) Baker Aloe vera var. lanzae Baker Aloe vera var. littoralis J.Koenig ex Baker Aloe vulgaris Lam.
https://az.wikipedia.org/w/index.php?curid=139130
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir. Bədii filmləri Televiziya serialları Xarici keçidlər Facebook: Ayslı Aybars — Fan Club
https://az.wikipedia.org/w/index.php?curid=77332