!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əsli Həsənova | Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi. | https://az.wikipedia.org/w/index.php?curid=328292 |
Əsli Nəmutlu | Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi. | https://az.wikipedia.org/w/index.php?curid=373370 |
Əsli dəlillər | Üsuli-Fiqh və ya Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. Ümumi məlumat Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Qiyas (Şiələrdə Ağıl)Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.”[3] Son ayə isə vida həccində zilhiccənin doqquzuncu günü nazil olmuşdur. Bu ayə isə: “…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…”[4] ayəsidir. Abdullah ibn Abbasa görə (r.anhumə) görə, bu ayə daha sonra nazil olmuşdur. “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”[5] On üç il davam edən məkkə dövründə nazil olan ayələrdə daha çox axirətlə bağlı məlumatlar var idi. İnsanlar İslama öyrəşdikdən sonra halal və haramla əlaqədar ayələr enmişdir. Ayələrin əksəriyyəti ya bir sual, ya da bir hadisə nəticəsində nazil olurdu. Buna “əsabun-nüzul” (nazil olma səbəbləri) deyilir. Quran nazil olduqca, Allahın Elçisi nazil olan ayələri vəhy katiblərinə yazdırır və hansı ayənin hara yazılacağını deyirdi. Ayələrin sıralanmasının vəhyə istinadı mövzusunda hamı həmrəydir. Surələrin sıralanmasının vəhyə əsaslanması isə qüvvətli fikirdir. Peyğəmbərin söz, əməl və təqrirləri bütövlükdə sünnə adlanır. Sözlə bağlı sünnəyə örnək: “Bir kimsə yataraq və ya unudaraq namazını ötürərsə, xatırladıqda qılsın.”[6] Əməli sünnəyə örnək: “Mən namazı necə qılıramsa siz də eynilə mənim kimi qılın.”[7] Təqriri sünnə; Peyğəmbərin gördüyü və ya eşitdiyi bir işi iqrar (təsdiq, təsvib) və qəbul etməsidir. Səfər əsnasında su tapa bilmədiyi üçün təyəmmümlə namaz qılan bir səhabənin namazdan sonra su tapmasına bamayaraq, namazını yenidən qılmaması və Peyğəmbərin onu təsdiqləməsi bunun ən məşhur nümunələrindəndir. Fiqhdə Qurani-Kərimdən sonra ikinci mənbənin Sünnə olduğuna alimlər həmfikirdir. Sünnənin dini mövzularda bir dəlil olması, müxtəlif ayələrlə sabitdir. Bəziləri bunlardır: “…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…”[8] ”Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.”[9] ”Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…”[10] Sünnə Peyğəmbərin Rəbbindən aldığı elçilik vəzifəsi olan təbliğdən ibarətdir.[11] Qurani-Kərim Peyğəmbərin vəhylə danışdığını xəbər verir. “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”[12] Sünnənin Qurani-Kərimdə dörd funksiyası vardır: a.Mübhəm və mücməl olan ayələri izah edir. b.Ümumilik bildirən hökmləri təxsis edib xüsusiləşdirir. c.Nasix və mənsuxu bildirir. d. Quranda olmayan bir sıra hökmlər qoyur. Məsələn, namaz və zəkat əmrlərinin tətbiqi sünnə ilə müəyyən edilmişdir; uzunqulaqların və vəhşi quşların ətinin qadağan edilməsi həmçinin sünnə ilə bildirilmişdir.[13] Hədis rəvayət edənlərin sayına görə; mütəvatir, məşhur və ahad olmaqla üç qismə bölünür. Ahad xəbər də öz növbəsində səhih, həsən və zəif kimi qismlərə bölünür. Mütəvati hədis; yalan söyləmək mövzusunda birləşmələri mümkün olmayan topluluq tərəfindən rəvayət edilən hədislərdir. “Kim bilə-bilə mənə yalan söz isnad edərsə, atəşdəki yerinə hazırlansın”[14] hədisini yüzdən çox səhabə rəvayət etdiyi kimi, “Vay (dəstəmazda quru qalan) topuqların atəşdəki halına!”[15] hədisini on iki səhabə rəvayət etmişdir. Əməli sünnələr arasında mütəvatir olanı çoxdur.. Dəstəmaz, namaz və həccin yerinə yetirilmə tərzi kimi. Mütəvatir hədisin sabit olması qətidir, ona əməl etmək fərzdir və Quran ayələrindən ümumilik ifadə edən təxsis və mütləqi də təqyid edir. Məşhur hədis; Rəsulullahdan (s.ə.s) bir neçə səhabənin rəvayət etdiyi, hicri ikici və üçüncü əsrdən etibarən təvatür dərəcəsində rəvayət edilən hədislərdir. Məsələn, “Əməllər niyyətlərə görədir…” hədisini Peyğəmbərdən ilk illərdə yalnız Ömər rəvayət etmiş, daha sonra bunu təvatür dərəcəsinə çatan miqdarda ravilər rəvayət etmişdir. Məşhur sünnə qətiliyə yaxın bir məlumatdır. Bu da ümumilik bildirən ayələri təxsis və mütləqi də təqyid (qeyd-şərt altına alma) etmə gücünə sahibdir. Belə ki, “Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki,…”[16] ayəsindəki “uşaqlar” kəliməsinin ümumi mənası, “Miras qoyanı öldürən kəs, ona varis ola bilməz.”[17] məşhur hədisi ilə məhdudlaşmışdır. Həmçinin eyni miras ayəsində, “vəsiyyətə” mütləq olaraq yer verilmişdir. Səd İbn Vəqqasın tək varisi olan qızı üçün qoyacağı mirası çox görməsi və uşağı vəsiyyətlə başqasına vermək istəməsi üzərinə Allah Rəsulu belə demişdir: “Üçdə birə gəlincə, bu olar, lakin bu da çoxdur. Çünki sənin varislərini zəngin olaraq tərk etməyin, insanlara möhtac vəziyyətdə tərk etmədiyindən daha yaxşıdır.”[18] Bu hədis də məşhur hədis dərəcəsindədir və vəsiyyəti mal-dövlətin üçdə biri ilə məhdudlaşdırmışdır. Ahad xəbər isə; bir-iki və ya daha çox səhabə tərəfindən rəvayət edilən və məşhur hədis dərəcəsinə çatmayan hədislərdir. Sünnənin əksəriyyəti məhz bu yolla rəvayət edilmişdir. Əbu Hənifə ahad xəbərin dəlil olması üçün ravinin mötəbər və ədalətli olması ilə yanaşı, həm fiqh, həm də rəvayət etdiyi hədislə əməl etməsini şərt qoymuşdur. İmam Malik isə bu kimi hədislərin mədinəlilərin əməlinə uyğun olduqda dəlil kimi qəbul etmişdir. Ahad sünnə “elm” (qəti məlumat, bilgi) ifadə etmir, “zənn” ifadə edir. Məhz bu səbəblə etiqadi mövzularda bu növ hədislərə istinad edilmir. Lakin yuxarıdakı şərtləri daşıyan ahad hədislərlə əməli mövzularda əməl olunmalıdır. İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin (s.ə.s) ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.”[19] İcmanın dəlil olduğunu göstərən hədisi-şəriflər də vardır: “Müsəlmanların yaxşı hesab etdikləri şey Allah qatında da yaxşıdır.”[20] , “Ümmətim zəlalət üzərində birləşməz.”[21] hədisləri bunlardandır. İcma sərih, sükuti və məsələnin müəyyən qismi üzərində eyni fikirləri səsləndirmək olmaqla üç qismə bölünür. Sərih icma; bir əsrdəki hər bir müctəhidin icma mövzusu olan məsələyə dair fikrini açıq-aşkar ifadə etdiyi icmadır. Sükuti icma; hər hansı bir əsrdə, ictihad etmə iqtidarına sahib olan kəs, müəyyən bir fikir ortaya qoyar, bu fikir digər müctəhid ya da müctəhidlərə çatar onlar da qəbul və ya rədd olmaqla hər hansı rəy bildirməsələr, o məsələdə “susma yolu ilə (sükuti) icma” meydana gəlmiş hesab olunur. Məsələnin bir hissəsində icmaya gəlincə, məsələn; ölənin qardaşları ilə birlikdə varis olan babanın (ata tərəfdən baba), qardaşları mirasdan məhrum edəcəyini iddia edən səhabələr olduğu kimi, babanın üçdə birdən az olmaqla varis olacağını iddia edən səhabələr də vardır. Odur ki, hər iki halda da miqdarı dəyişməklə birlikdə babanın varis olacağı mövzusunda həmfikirdirlər.[22] Bir şeyi başqa bir şeylə ölçmək, qarşılaşdırmaq (müqayisə etmək) mənasına gəlir. Termin mənası isə, haqqında ayə və hədislərdə hökmü olmayan bir məsələni müştərək xüsusiyyətlərindən ötrü (illətin/səbəbin eyni olması), haqqında hökm olan bir məsələ ilə müqayisə edərək (analogiya yolu ilə) onun hökmünü digərinə də verməkdir. Buna şərabı nümunə verə bilərik. Belə ki, şərab Qurani-Kərimdə qadağan edilmişdir. Lakin daha sonrakı dövrdə araq, konyak, viski, çaxır, pivə, şampan kimi müxtəlif adlarla içkilər ortaya çıxmışdır. Bunlar Quranda ad olaraq qeyd olunmur. Şərabın sərxoşedicilik xüsusiyyəti daşıdığı üçün qadağan olunduğu ağıl ilə anlaşıldığına görə müxtəlif çeşiddəki yeni içkilərin də içəni sərxoşedicilik xüsusiyyəti daşıdığı açıq-aşkardır. Məhz bu səbəblə şərabın hökmü müştərək xüsusiyyət olan sərxoşedicilik (iskar) cəhəti əsas alınaraq, qiyas (müqayisə, analogiya) yolu ilə digər spirtli içkilərə də şamil edilir. Qiyasın dəlil olması ayə, hədis və səhabə tətbiqinə əsaslanır. Bir əyədə Mədinə yaxınlığında məskunlaşan və Uhud döyüşündən sonra müsəlmanların əlehinə Qüreyşlə əlbir Nadir oğulları yəhdilərinin başına gələn sürgün hadisəsi haqqında xəbər verildikdən sonra belə buyurulur: “Ey bəsirət sahibləri, ibrət alın!”[23] Xəsəmli bir şəxs Peyğəmbərə gələrək atasının çox yaşlı olduğunu, həccin ona vacib olduğu halda yerinə yetirməyə gücü çatmadığını və onun yerinə həcc edib-edə bilməyəcəyini soruşdu. Peyğəmbər: “Atanın borcu olsaydı, onu ödəsəydin, atanın borcunu vermiş sayılmazdınmı?” sualını soruşmuş həmin şəxs də “bəli” -dedikdə, “belə olan təqdirdə atanın yerinə həcc edə bilərsən” buyurmuşdur. İbn Abbasdan gələn bir rəvayətdə, bu sualın vəfat edən ata haqqında soruşulduğu və Peyğəmbərin “Allaha məxsus bir borc daha əvvəl verilməlidir”[24] buyurduğunu bildirilir. Bəzi səhabələr Əbu Bəkrə beyət edərkən, peyğəmbərin (s.ə.s) onu namaz üçün iman seçdiyini nəzərə almışlar və xilafəti namaz imamlığına qiyas etmişlər.[25] Qiyasın dörd rüknü vardır: a. Əsil: Haqqında hökm olan nəss (ayə, hədis). b. Fər: Haqqında hökm olmayan və qiyasla hökmü verilən məsələ. c. Hökm: Qiyas yolu ilə eyni məsələyə verilən hökm. d. Müştərək illət: Həm əsil, həm də fərdə olan ortaq xüsusiyyətlərdir. Məsələn, içki nümunəsində şərabı qadağan edən ayə “əsil”, şərab hökmünün verildiyi yeni içki növü “fər”, şərabım hökmü olan haramlıq “hökm” və ortaq xüsusiyyət olan “iskar” (sərxoşedicilik) xüsusiyyəti “illət”dir. İllətlə hikmət bir-birindən fərqlidir. Hikmət hökmə münasib bir vəsfdir və birdən çox ola bilər. Belə olan halda İslam hüquqçularının əksəriyyətinə görə, hökmlər hikmətə görə deyil, illətə görədir. Fəri dəlillər haqqında məlumat İslam hüququnda hər hansı bir mövzu haqqında dəlil arandığı zaman, ilk öncə Kitab, yəni Qurana baş vurulur. Əgər Quranda birəbir qarşı gələn bir şey tapılmazsa, Sünnəte baxılır. Daha sonra sırasıyla icma və qiyas, sonra isə fər'i dəlillərə baş vurulur. Yəni sıra bu şəkildədir: Kitab yəni Quran Fər'i dəlillər [1] Nəhl, 16/89. [2] Ənam, 6/38, Buradakı “kitab” kəlməsi “lövhi-məhfuz” kimi şərh olunur. Bax. Ənam,6/59; Nəml, 27/75; Yasin, 36/12. [3] Ələq, 96/1-5. [4] Maidə, 5/3. [5] Bəqərə, 2/281. [6] Əbu Davud, Səlat, 11; Darimi, Səlat, 26. [7] Buxari, Azan, 18, Ədəb, 27. [8] Həşr, 59/7. [9] Nisa, 4/65. [10] Nisa, 4/80. [11] Bax. Maidə, 5/67. [12] Nəcm, 53/3-4. [13] M. Ebu Zehra, e.a.ə., s. 113, 114. [14] Buxari, Elm, 38, Cənaiz, 33, Ənbiya, 50, Ədəb, 109; Müslim Zöhd, 72; Əbu Davud, Elm, 4; Tirmizi, Fitən, 70, Elm, 8, 13, Təfsir, 1, Mənaqib, 19; İbn Macə, Müqəddimə, 4; Darimi, Müqəddimə, 25, 46; Əhməd ibn Hənbəl, II, 47, 83, 125, 150, 159, 171, 202, 214. [15] Buxari, Elm, 3, 30, Vüzu, 27, 29. Peyğəmbər dəstəmaz alarkən topuqlarının arxasını yumayan bir topluluq gördükdə bu sözü demişdir. [16] Nisa, 4/11. 17] Əbu Davud, Diyat, 18; Darimi, Fəraiz, 41; İbn Hənbəl, I, 49. [18] Buxari, Cənaiz, 37, Mənaqib, 49, Mərza, 16; Müslim, Vəsiyyə, 5; İbn Macə, Vəsaya, 5: Malik, Müvəttə, Vəsiyyə, 4. [19] Nisa, 4/115. [20] Əhməd bin Hənbəl, Müsnəd, I, 379. [21] İbn Macə, Fitən, 8. [22] Ebu Zehra, e.a.ə., s.179. [23] Həşr, 59/2. [24] Bax. Nəsai, Mənasik, 11-14; Buxari, Həcc, 1; Müslim, Həcc, 407; Zəkiyüddin Şaban, Üsul əl-Fiqh, (tərc. Prof.Dr. İbrahim Kafi Dönmez), Ankara, 1990, s.114. [25] Sərəxsi, Üsul, II, 131, 132; İbn Qəyyim əl-Cövziyyə, İlamul-Müvəqqiin, I, 253, Qahir 1325-1326. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=307051 |
Əsli kəndi (Mərənd) | Əsli kəndi (fars. اصلي كندي) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (17 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=477535 |
Əsli və Kərəm | Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur. H.Araslı, M.Təhmasib, X.Koroğlu, N.Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun, habelə, Azərbaycanda S.Mümtaz, M.H.Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur. Dastanın qısa məzmunu Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər. Qara keşiş bu sevgidən xəbər tutan kimi fikrə dalır, iki ayağını bir başmağa qoyub olmaz ki, olmaz deyir. O, hara, mən hara. Mən öz qızımı dinimdən olmayan adama ərə vermərəm. Xan oğlunun dərdindən hali olub çox sevinir. Qara keşişə sifariş göndərir. Qara keşiş işi belə görüb aradan çıxmağı qərara alır. Gecə ikən barxanasını yığıb külfəti ilə bərabər oradan uzaqlaşır. Ay dolanır, il keçir. Kərəm öz sevgilisindən əl çəkmir. Nəhayət, Qara keşiş onların evlənməsinə icazə verir. Qəlbindəki kinini gizlədib Kərəm üçün bir toy xalatı tikir və ona deyir: – Kərəm, oğul, mən sənə çox əzab vermişəm, bağışla. Al bu xalatı, toy gecəsi qızın yanına getməzdən əvvəl geyinib öz əlinlə düymələrini açarsan. Ondan sonra qızımla xoşbəxt olarsan. Toy vurulur. Toy gecəsi Kərəmlə Əsli tək-tənha qalıb birbirinə sarmaşırlar. Kərəm əl atır ki, xalatın düymələrini açsın, düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bir bədbəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb Kərəmin sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə eləyib Kərəmin külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, bu, Qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki nakam gənci basdırırlar. Bir az keçməmiş Qara keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yaxınlığında basdırırlar. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır, Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər gül kolları Əsli ilə Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir. Ceyhun Bayramlı, "Dastanlarımıza edilən yad təsirlər", Kitab, Bakı, 2007-ci il. Elnur Heydərov. "Folklorşünaslıq məsələləri", BDU Folklor kafedrasının nəşri, V buraxılış, Bakı, 2002 Həmçinin bax Əsli və Kərəm (opera) Məşhur aşiqlər siyahısı Xarici keçidlər «Əsli və Kərəm»ə dair subyektiv düşüncələr... «Əsli və Kərəm» dastanını oxu | https://az.wikipedia.org/w/index.php?curid=54590 |
Əsli və Kərəm (opera) | Əsli və Kərəm — Üzeyir bəy Hacıbəyovun beşinci muğam operası. Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912-il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olmuşdur. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyovun özü idi. Rollarda olan şəxslər Hüseynqulu Sarabski (Kərəm), Əhməd Ağdamski (Əsli), Hənəfi Terequlov (Qara keşiş), Mirzə Muxtar Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və başqaları çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957-ci ildən bəstəkar Nazim Əliverdibəyovun orkestra redaksiyası ilə ifa olunurdu. 1988-ci ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır. Qafqazda geniş yayılmış eyni adlı Azərbaycan xalq dastanının motivləri üzrə yazılmışdır. Operada fədakar məhəbbətin gücü, insanın mənəvi gözəlliyi tərənnüm edilir; əsərdə dini dairələrin təbliğ etdiyi feodal münasibətləri və millətçilik ideyalarına qarşı etiraz ifadə olunmuşdur. Əsas qəhrəmanların—Kərəm və Əslinin obrazlarının açılmasında Hacıbəyov, əsasən, muğamlardan istifadə etmişdir. Özəllikləri Məsələn, qəhrəmanların qarşılıqlı məhəbbətini göstərən, dialoq şəklində qurulmuş ilk geniş səhnə-ekspozisiya Bayatı-Şiraz və Şikəsteyi-fars muğamlarının melodiyasına əsaslanır. Həmin səhnədə səslənən Qarabağ şikəstəsi zərbi muğamı böyük və saf məhəbbəti tərənnüm edir. Bu zərbi-muğam bir daha IV pərdədə — qəhrəmanların uzun ayrılıqdan sonra görüşdükləri səhnədə səslənir. Şeyx Nuraninin partiyası humayun muğamı ilə verilmişdir. Azərbaycan musiqiçilərinin az-az ifa etdikləri bu muğam qəhrəmanın bir qədər qeyri-adi, əfsanəvi mahiyyətini açıb göstərir. Şahın obrazı üçün Hacıbəyov Rast muğamından istifadə etmişdir. Hacıbəyov muğam operalarından ilk dəfə "Əsli və Kərəm"-ə leytxarakteristika gətirmişdir. Bu, Kərəmin obrazını daha dolğun yaratmaq üçün Hacıbəyovun istifadə etdiyi "Kərəmi" aşıq melodiyasıdır. "Kərəmi" operada dəfələrlə səslənərək qəhrəmanın dərin iztirablarını ifadə edir. Zərbi muğam növü olan "Kərəmi"nin vokal partiyası improvizasiya ilə oxunduğundan hər dəfəki təkrarında müğənniyə bu havanı yeni obrazlı-emosiya çaları ilə zənginləşdirmək imkanı verir və bununla da obrazın daha dinamik açılışına və bütövlüyünə kömək edir. Hacıbəyovun özünün nota salıb işlədiyi "Kərəmi" havasının instrumental təkrarları — refreni operanın bütün pərdələrində orkestrdə səslənir. Uvertüranın əsas mövzusu olan bu refren qəhrəmanın obrazı ilə, eləcə də onunla bağlı səhnə hadisələrilə bilavasitə əlaqə yaradır. Refren musiqisinə xas marşvarı cizgilərlə müəllif şahzadə Kərəmin daim səyahətdə olduğunu qeyd edir. Muğam operası olan "Əsli və Kərəm"-də əsl aşıq havasından istifadə etməklə Hacıbəyov əsərə janr mənasında orijinallıq gətirmiş, dastan əlamətləri vermişdir. "Əsli və Kərəm"-i muğam-dastan operası adlandırmaq olar. Operada bəstəkarın özünün yazdığı xeyli musiqi nömrələri vardır. Öz qızının xoşbəxtliyinə manələr törədən Qara keşişin partiyası belə musiqi nömrələrindəndir. Hacıbəyov keşişin qəzəbini, qəddarlığını sadə ifadə vasitələri (deklamasiyalılıq, reçitativ xüsusiyyətləri, kəskin ritm, geniş intervallı intonasiyalar) ilə verə bilmişdir. Keşişin partiyasını bir çox cəhətdən "Koroğlu" operasındakı Həsən xanın partiyasına hazırlıq hesab etmək olar. Operanın digər parçalarından II pərdənin bir və ikinci şəkillərinin antraktları, IV pərdədəki rəqs, bir sıra xorlar H.-un özünün bəstələdiyi musiqi əsasındadır. Xalq mahnı intonasiyaları ilə aşılanmış bu musiqi nömrələri çox gözəl və ifadəlidir. Operada məişət səhnələrinin təsviri, qəhrəmanların psixoloji vəziyyətinin açılışına kömək edən xor səhnələri mühüm dramaturji məna kəsb edir. IV pərdədəki "Axşam oldu" qızlar xoru bu mənada xüsusilə əhəmiyyətlidir. Çox kədərli, incə, təsirli musiqisi olan bu xor qəhrəmanların faciəli ölümü haqqında qabaqcadan xəbər verərək hüznlü əhvali-ruhiyyə yaradır. Hacıbəyovun əvvəlki operalarından fərqli olaraq "Əsli və Kərəm"-də danışıq epizodları mövcuddur; bu epizodlar gələcək Azərbaycan operalarında reçitativ səhnələri üçün hazırlıq hesab oluna bilər. Bu opera Hacıbəyovun fəal bədii axtarışlarının bariz nümunəsi olaraq onun yaradıcılığında mühüm mərhələ təşkil edir. Birinci pərdə Birinci şəkil. İsfahan padşahının xəzinədarı keşişin qızı, yuxuda gördüyü oğlanın həsrətindədir. Qızının aşiq olmasından xoşlanmayan keşiş onu məzəmmət edir. Səyahətə çıxmış şahzadə Əhməd Mirzə, dostu Sofı ilə buraya gəlir. Şahzadə yuxuda gördüyü qızı axtarır və qəlbi onun eşqilə çırpınır. Keşiş onları böyük hörmətlə qarşılayır. Bir az sonra hər iki sevgili bir-birilə görüşürlər. Qız şahzədədən Kərəm etməsini xahiş edir. Beləliklə oğlanın adı Kərəm, qızın adı isə Əsli olaraq qalır. Atasının səsini eşidən Əsli bağçanı tərk edir. Şahzadənin ardınca gələn qoca keşiş işi duyur və Şahzadəni yola salandan sonra qızının Kərəmin ardınca həsrətlə oxuduğunu eşidincə, ona acıqlanır. İkinci şəkil. İsfahan padşahı oğlu Kərəmdən nə səbəbə ahu-zar etdiyini xəbər alır. Kərəm yuxuda gördüyü və aşiq olduğu qızın, xəzinədar keşişin qızı olduğunu atasına bildirir. Keşiş bu izdivaca razı deyil, ona görə də qocalığını bəhanə edərək vəzifəsindən istefa verir. Şah bu şərtlə istefanı qəbul edir ki, keşiş qızını Şahzadəyə versin. Keşiş qəti etiraz edir və bu izdivacın mümkün olmayacağını bildirir. Şahın hədə-qorxusundan sonra keşiş razılıq verir. Lakin toya kimi beş ay möhlət istəyir və beləliklə başqa bir ölkəyə qaçmağı qərara alır. Üçüncü şəkil. Beş ay möhlət vaxtı keçmişdir. Şah, oğlu Kərəm və əyanlar keşişin evinə gəlirlər. Lakin keşiş onları qarşılamır, hamı təəccüblənir. Məlum olur ki, Keşiş qızı Əsli ilə çoxdan köçüb getmişdir. Kərəm yarını axtarmaq üçün Şahdan icazə istəyir. Əyanların təkidilə Şah razı olur. Kərəm atası ilə vidalaşdıqdan sonra, dostu Sofi ilə birlikdə yarını axtarmaq üçün uzaq səfərə hazırlaşır. İkinci pərdə Dördüncü şəkil. Uzun müddət şəhərləri, kəndləri gəzib dolaşan Kərəm yollardan, dağlardan, qayalardan, gül və ağaclardan yarını soraqlayır. Yoldan ötənlər keşişin Hələb şəhərinə getdiyini ona xəbər verirlər. Üç yol ayrıcında qalan Kərəm, hansı yoldan getməli olduğunu bilmir. Qoca Şeyx Hələbin yolunu Kərəmə və Sofiyə göstərir. Beşinci şəkil. Hələb şəhərinin meydançalarının birində axşamçağı suya gələn qızlar çeşmə başında oturub oxuyurlar. Kərəm Sofi ilə buraya gəlir. O qızlardan Əslini xəbər alır. Qızlardan biri keşişin yaşadığı evi onlara göstərir. Kərəm sevgilisini səsləyir. Kərəmin səsini eşidən Əsli eyvanda görünür. Bu zaman evə qayıdan keşiş Kərəmi tanıyır. Yalandan haray salıb köməyə çağırır: “Ay-haray, evimə oğru ginb”. Kərəmi və Sofi ni həbs edib aparırlar. Altıncı şəkil. Hələb paşasının sarayında işrət zamanı, bir dəstə adam buraya gəlib, Kərəmin zindandan azad olunmasını xahiş edirlər. Paşanın əmrilə Kərəmi və Sofini buraya gətirirlər. Kərəmin İsfahan padşahının oğlu olduğunu bilən və onun Əsliyə olan sevgisindən xəbərdar olan Paşa əmr edir ki, keşişi qızı ilə saraya gətirsinlər. Paşa çox təkid edir, lakin keşiş bu izdivaca qəti razılıq vermir. Ölümlə hədələnən keşiş nəhayət məcburi razı olur: “Razıyam hərgah onlar həq aşiqləridirlərsə, hu dünyada kam almasınlar”, - deyərək sarayı tərk edir. Kərəm və Əsli eşq alovu içərisində yanırlar. "Əsli və Kərəm" "Əsli və Kərəm" operası, 2 diskdə Ü. Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildi (B., 1964) Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar". Tərtibçi və redaktor Ə. Abbasov. B., 1975. Xarici keçidlər "Əsli və Kərəm" operasını izlə - Şirvanşahlar sarayında TV çəkilişi "Əsli və Kərəm" operasını izlə - teatr tamaşası Həmçinin bax Əsli və Kərəm | https://az.wikipedia.org/w/index.php?curid=103466 |
Əsli ədəd | Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə) olan natural ədəddir. Sadə ədədlər cədvəlinin tərtibi tarixi Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Sadə ədədlər Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur. 21, 27, 33, 39 və digər ədədlər mürəkkəb ədədlərdir. Böyük ədədlər arasında sadə ədədi tapmaq üçün böyük sayda hesablama əməliyyatı həyata keçirmək lazımdır. Belə ki, sadə ədədlərin ədədlər sırasından ayrılmasında qanunauyğunluq indiyədək məlum deyil. İlk 500 sadə ədəd Sadə ədədlər Həmçinin bax Mürəkkəb ədəd | https://az.wikipedia.org/w/index.php?curid=161163 |
Əsma Aydəmir | Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu. | https://az.wikipedia.org/w/index.php?curid=460388 |
Əsma Sultan | Əsma Sultan (I Əhmədin qızı) — Əsma Sultan (III Əhmədin qızı) — Əsma Sultan (I Əbdülhəmidin qızı) — Əsma Sultan (Əbdüləzizin qızı) — Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=453474 |
Əsma Sultan (III Əhmədin qızı) | Əsma Sultan (d. 14 mart 1726 - ö. 13 avqust 1788) - 23. Osmanlı padşahı III Əhmədin qızıdır. Anası Zeynəb Qadın Əfəndidir. Hələ 17 yaşında ikən ilk evliliyi 19 fevral 1743 tarixində Yaqub Paşa ilə baş tutdu. Ancaq paşa həmin il vəzifə başında ikən vəfat etdi. 23 iyun 1758 tarixində Muhsinzadə Mehmed Paşa ilə evləndirilmişdir. İstanbulun Kadırqa səmtində adını daşıyan bir namazgah və çeşmə mövcuddur. | https://az.wikipedia.org/w/index.php?curid=453432 |
Əsma Sultan (I Əbdülhəmidin qızı) | Əsma Sultan (17 iyul 1778, Konstantinopol – 9 iyun 1848 və ya 4 iyun 1848, Konstantinopol) — 27. Osmanlı padşahı I Əbdülhəmidin qızıdır. Əsma Sultan 1778 tarixində dünyaya gəlmişdir. Anası Aişə Səniyəpərvər Sultandır. Hələ 11 yaşında ikən atası vəfat etmiş, əmisi oğlu III Səlim taxta çıxmışdır. Əsma Sultan 1792 tarixində hələ 14 yaşında ikən 35 yaşlı Kaptan-ı dərya Kiçik Hüseyn Paşa ilə evləndirildi. Qısa zamanda böyük nüfuz qazandı. Öz adına bir sarayı, üç köşk və bir yay sarayı vardı. Bu evlilik 11 il davam etdi və 1803 tarixində Əsma Sultan dul qaldı. Bundan sonrakı ömründə bir daha evlənmədi.29 may 1807 tarixində III Səlim taxtdan endirildi və yerinə Əsma Sultanın qardaşı IV Mustafa keçdi. Ancaq IV Mustafa ancaq 1 il taxtda qala bildi. Yerinə Əsma Sultanın digər qardaşı II Mahmud taxta keçdi. Buna baxmayaraq Əsma Sultan IV Mustafanın taxta keçməsini istəyirdi. Hətta 15 noyabr 1808 tarixində başlayan ayaqlanmada barmağı olduğu iddia edilməkdədir. Ancaq bu ayaqlanma bir nəticə verməmiş və II Mahmud taxtda qalmışdır. Yeniçərilər Sultan Mahmuda qarşı o qədər böyük nifrət bəsləyirdi ki, hətta Əsma Sultanın taxta keçməsinə belə razı idilər. 1839 tarixində vəfat edən II Mahmud Əsma Sultanın istəyilə Çəmbərlidaşda yerləşən yay sarayı yaxınlığında dəfn edilmiş, 1848-ci ildə vəfat edən Əsma Sultan da eyni yerə dəfn edilmişdir. II Mahmud türbəsi olaraq tanınan bu türbəyə Sultan Əbdüləziz və II Əbdülhəmid də dəfn edilmişdir.Əsma Sultanın övladı olmamış, ancaq gələcəkdə Sultan Əbdülməcidlə evlənərək Sultan Əbdülhəmid dövründə validə sultan olan Rahimə Piristü Sultanı öz himayəsində böyütmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=453428 |
Əsma Sultan (I Əhmədin qızı) | Əsma Sultan (1612 - 1612) - I Əhmədin qızı. Anasının kim olduğu məlum deyil. 1 yaşı belə olmadan körpə yaşlarında vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=453211 |
Əsma Sultan (Əbdüləzizin qızı) | Əsma Sultan (21 mart 1873, Konstantinopol – 22 oktyabr 1899, Konstantinopol) — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır. Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin Əfəndi və Şövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir. Sultanzadə Həsən Bədrəddin Əfəndi (1890–1909) Sultanzadə Hüseyn Xeyrəddin Əfəndi (1890–1956) Fatma Sidiqə xanım Sultan (1894–1894) Sultanzadə Sadəddin Əfəndi (1895–1976) Sultanzadə Bəyzadə Abdullah Əfəndi (1899–1899) | https://az.wikipedia.org/w/index.php?curid=453372 |
Əsma Sultan sarayı | Əsma Sultan sarayı və ya köşkü (türk. Esma Sultan Yalısı) — İstanbul, Ortaköydə dənizkənarında yerləşən saray. Neo-klassik üslubda tikilmiş malikanənin memarı Sarkis Balyandır. Ortaköy məscidinin yanında yerləşir. Yanğından sonra uzun illər tərk edilmiş malikanənin içi 2001-ci ildə şüşə və poladdan istifadə edilərək yenidən tikilərək, bərpa edilib və bina turizm məqsədli xidmət göstərir. Əsma Sultan sarayı adını Osmanlı Sultanı Əbdüləzizin qızı Əsma Sultandan (1873 - 1899) almışdır. Əsma Sultan 16 yaşında ikən dövrün ən mühüm dövlət adamlarından biri olan Çərkəz Mehmed Əli Paşa evlənib; Ortaköy məscidinin yanındakı XVII əsrə aid malikanə yenidən tikilərək ona toy hədiyyəsi olaraq verilib. Bölgənin ən böyük taxta tikilisi olan bu malikanə o vaxta qədər Dırnaqçı köşkü kimi tanınırdı. I Əbdülhəmidin qızlarından Əsma Sultanla evlənən kapitan Kiçik Hüseyn Paşa da Dırnaqçı malikanəsində yaşayırdı. 1899-cu ildə Əbdüləzizin qızı Əsma Sultanın ölümündən sonra II Əbdülhəmid malikanəni bacısı Cəmilə Sultana verdi. V Muradın vəfatından sonra qızı Fatma Sultan II Əbdülhəmiddən xahiş edərək sahildəki evi alır. Köşk 1915-ci ilə qədər Osmanlı sülaləsinin mülkiyyətində qalıb. 1918-ci ildən yunan məktəbi olan bina, 1920-ci illərdə böyük yanğına məruz qalmış və 1922-ci ildən tütün anbarı kimi istifadə olunmuşdu. 1952-ci ildə Saffət Baştimar tərəfindən alınmış və dülgərlik sexi, mebel anbarı və kömür anbarı kimi istifadə edilmişdir. Saray Baştimar malikanəsi kimi də tanınır.1975-ci ilin əvvəllərində malikanə sahibləri tərəfindən satışa çıxarılsa da, o zaman yanğında yanıb və yalnız xarici divarlarından ibarət xarabalığı qalır. Bağçası konsertlər və şənliklər üçün istifadə edilən sahibsiz bina 1990-cı illərdə Mərmərə otellər şəbəkəsi tərəfindən alınmış və xarici divarları qorunub saxlanılaraq, içərisi şüşə divarlarla örtülmüşdür. Beləliklə də, qapalı bina əldə edilmişdir. Bu gün binanın birinci mərtəbəsində bar və restoran, ikinci mərtəbəsində isə konfrans zalı və ya tədbir məkanı kimi istifadə edilə bilən məkanları vardır. Memarlıq xüsusiyyətləri Əsma Sultan köşkü iki mərtəbədən və çardaqdan ibarət geniş əraziyə malikdir. Sahəsi 884 m², bağının sahəsi isə 4030 m²-dir. Köşk ölçülərinə, materiallarına və istiqamətinə görə ənənəvi malikanə memarlığından fərqlənir. Çölü daşdan, içi taxtadan olan malikanə dəniz qarşısında yerləşir. Zal fasadın ortasındadır və binanın mərkəzində böyük bir pilləkən görünür. Onların çıxıntılarının üç pəncərəsi var və üzərində üçbucaqlı alınlıq vardır. Bina 2226 m² sahədə yerləşir. Birinci mərtəbəsinin eni 31,5 m, uzunluğu 27 m, hündürlüyü 3,80 m-dir. Birinci mərtəbə ikinci mərtəbə ilə birləşir eni 31,5 m, uzunluğu 31 m və hündürlüyü 6,80 m-dir. Restavrasiyası Binanın yanğından sonra qalan yalnız xarici divarlarının xarabalığı 1990-cı ildə Marmara Otellər şəbəkəsi tərəfindən satın alınıb. 1999-cu ildə bina memarlar Gökhan Avcıoğlu və GAD Architecture tərəfindən funksional vəziyyətə gətirilib. Kərpic divarların daxildə qalması üçün yüngül polad konstruksiya və şüşə qutu çərçivə nəzərdə tutulmuşdur. Layihə müəllifləri Memar Haluk Sezgin və Memar Filip Robert tərəfindən aparılan təmir və əlavə dizayndan sonra malikanə 2001-ci ildə çoxməqsədli görüş yeri kimi istifadəyə verilmişdir. Bu gün müxtəlif görüş və konfranslara xidmət etmək üçün Marmara Otellər şəbəkəsi tərəfindən idarə olunur. Həmçinin İstanbul Beynəlxalq Caz Festivalı kimi bədii tədbirlərə də ev sahibliyi edir. Xarici keçidlər The Marmara Esma Sultan Arxivləşdirilib 2016-06-17 at the Wayback Machine Esma Sultan Yalısı Arxivləşdirilib 2020-06-19 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=795354 |
Əsma binti Umeys | Əsma binti Umeys (ərəb. أسماء بنت عميس الخثعمية; Məkkə – 660, Dəməşq) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Əsma Həbəşistana, oradan isə Yəsribə (Mədinəyə) hicrət etmişdir. Buna görə də "iki dəfə hicrət edən səhabə" kimi tanınır. Bioqrafiyası Onun atası Umeys ibn Məad Qəhtan qəbiləsinə daxil olan Bənu Həsam ibn Ənmar tayfasından, anası Hind isə Avf ibn Züheyr əl-Himyarinin qızı idi. Doğulduğu dəqiq tarix məlum deyil, lakin o, əri Cəfər ibn Əbu Taliblə birlikdə İslamı qəbul etmiş və buna görə də ilk müsəlman qadınlardan hesab olunur. 615-ci ildə əri ilə birlikdə Efiopiyaya mühacirət etmişdir. O zaman onun üç oğlu var idi: Abdullah, Məhəmməd və Avn. 628-ci ildə digər mühacirlərlə birlikdə Mədinəyə köşür və 629-cu ildə əri Mütə döyüşündə şəhid olur. Daha sonra Əbu Bəkrlə evlənir və 632-ci ildə Məhəmməd adlı bir oğlu doğulur. Sonradan o, saleh xəlifə Əlinin həyat yoldaşı olur və İbn əl-Kəlbinin dediyinə görə, onun bu evlilikdən daha iki oğlu — Yəhya və Avn — dünyaya gəlir. Yəhya körpə ikən vəfat etmiş və Avn haqqında ixtilaf vardır ki, bu da Avn ibn Cəfərlə çaşqınlıqdan yaranmışdır. Onun ölümünün dəqiq tarixi də məlum deyil: bəzi mənbələrdə 658-ci il və 680-ci ildən sonrakı tarixlər qeyd olunur. Başqa məlumatda onun Əli ibn Əbu Talibdən sonrada yaşadığı deyilir. Əsmanın əhəmiyyəti daha çox onun xəlifə Əlinin ailəsinə münasibətilə bağlıdır: o, Fatimənin gecə vaxtı keçirilən gizli dəfn mərasimində iştirak edən azsaylılardan biri idi. Deyilənə görə o, Fatimə və Əlinin evliliyində də iştirak etmişdir, lakin Əsmanın Efiopiyadan qayıtması və toy tarixini (623) nəzərə alsaq, məlumatın dəqiqliyi çətin görünür. Bəzi məlumatlara görə, imamlar Muhəmməd əl-Baqir və Cəfər əs-Sadiq də onun haqqında yüksək sözlər demişlər. Əsma Peyğəmbərdən hədislər nəql etmiş, öz növbəsində oğlu Abdullah ibn Cəfər, Səid ibn Müseyyab və Urvə ibn əl-Zübeyr ondan hədislər nəql etmişlər. Əl-Yaqubi Əsma binti Umeysin "kitabı"ndan bəhs edir, bu kitab Məhəmməd peyğəmbərin hədislərindən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=735763 |
Əsma binti Əbu Bəkr | Əsma binti Əbu Bəkr (ərəb. حفصة بنت عمر بن الخطاب; təq. 595, Məkkə – noyabr 692, Məkkə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkr əs-Siddiqin qızı. Bioqrafiyası Əsma Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr əs-Siddiqin qızı idi. Anasının adı Kuteylə bint Əbdül-Uzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi. Əsma İslamı ilk qəbul edənlərdəndir. İbn İshaqın tərtib etdiyi “Əbu Bəkrin dəvəti ilə İslamı qəbul edənlər” siyahısında o, 15-ci yerdədir. Məhəmməd peyğəmbər və Əbu Bəkrin Mədinəyə (Yəsrib) hicrəti zamanı Əsma onlara Saur mağarasına yemək gətirirdi. Peyğəmbər və Əbu Bəkr mağaradan çıxanda Əsma yükü iki kəmərə bağlayır və bunun səbəbdən Məhəmməddən “Zatu-Nitakain” (iki kəmər sahibi) titulunu alır. Mədinəyə köçməzdən bir müddət əvvəl o, Zübeyr ibn Əvvamla evlənir və ərinin hicrətindən bir neçə ay sonra Mədinəyə köçür. Mədinədə yoxsulluq içində yaşayır. Bir gün anası Kuteylə binti Əbdül-Uza Mədinəyə onu ziyarətə gəlir. Əsma onu evə buraxmır və bacısı Aişəni Məhəmmədlə məsləhətləşməyə göndərənə qədər hədiyyə qəbul etmir. Məhəmməd deyir, Əsma anasına qonaqpərvərlik göstərməsi düzgün olardı, çünki Kutayla müsəlmanlara qarşı heç vaxt düşmənçilik etməyib. Quranı təfsir edənlərin fikrincə, Mumtəhinə surəsinin 8 və 9-cu ayələri bu vəziyyətlə bağlı nazil edilmişdir. Əsma və əz-Zübeyrin səkkiz övladı olmuşdur: Abdullah (hicrətdən sonra Mədinədə doğulan ilk müsəlmandır). Əl-Münzir ibn əl-Zubeyr, Əl-Muhacir, Ümmü əl-Həsən, Urva.Əsma ailə həyatında bədbəxt idi, çünki əl-Zübeyr “insanların ən qısqananı” idi. Mədinədə daha üç qadınla evlənir. Bir dəfə ərinin zülmündən atasına şikayət etsə də, Əbu Bəkr ona nəsihət edir: “Qızım, səbir et. Əgər bir qadının saleh əri olsa və əri vəfat edərsə və o, öldükdən sonra yenidən evlənməzsə, onlar Cənnətdə qovuşarlar”. Zübeyrin digər arvadlarından Ümmü Gülsüm binti Uqbə də ondan şikayətlənərək bir neçə aylıq evlilikdən sonra ondan boşamasını xahiş etmişdir. Zübeyr nəhayət Əsma ilə boşanmışdır. Əsma Yərmuq döyüşündə iştirak etmişdir (636). | https://az.wikipedia.org/w/index.php?curid=735762 |
Əsma Əsəd | Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi. Onların üç uşağı var: Hafiz, Zeyn, Kərim. Əsma Əsədin valdeyinləri Böyük Britaniyada yaşıyırlar. Həmçinin bax Xarici keçidlər The First Lady: Asma Akhras al-Assad Arxivləşdirilib 2012-05-21 at the Wayback Machine Syrian Embassy in Washington, D.C. Ann Curry interviews Asma, NBC Nightly News with Brian Williams, 9 May 2007 The London girl with a plan to save Syria, Margarette Driscoll, The Times, 7 December 2008 | https://az.wikipedia.org/w/index.php?curid=276143 |
Əsmayi-hüsna | Allahın 99 adı (ərəb. أسماء الله الحسنى — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Əsmaül Hüsna Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir. Təkcə Quranda qeyd olunan ilahi adlar 100-dən çoxdur; Müxtəlif hədislərdə Allaha aid edilən başqa adlar da vardır. Esma-i Hüsna kompozisiyasının bütün bunları geniş mənada ehtiva etdiyi, lakin bir termin olaraq daha çox doxsan doqquz adı ehtiva etdiyi qəbul edilir. İnsanların əksəriyyəti kainatın bir yaradıcısı və hökmdarı olduğunu qəbul etsə də, maddi xüsusiyyətlərə malik olmadığı üçün Onu hissləri ilə dərk etmələri mümkün deyil. O halda yaradanı ancaq kainat və insanla əlaqəsi baxımından tanımaq olar. Buna görə də əsma-i hüsnanın mərifəti Allahla kainat arasındakı əlaqəni işıqlandırmaq və nəticədə Allahı tanıtmaq baxımından vacibdir."Allaha Verilən 99 Adın, Əlifba Sırası ilə Siyahı: "Əsmayi-hüsna — [ ərəb. أسماء الله الحسنى ] — Allahın Gözəl Adları!" Allah الله İnama görə "Allahın şəxsi adı Allahdır. Digər adların bu adın hərəkətləri, xüsusiyyətləri və təzahürləri olduğu düşünülür."Allah: Hər adın xüsusiyyətlərini ehtiva edən öz ad. Özündən başqa ilahı olmayan yeganə Allah. Bu ad Uca Allahın bənzərsiz adıdır. Bu baxımdan başqa adlarla ifadə olunan bütün gözəl sifətləri və ilahi sifətləri özündə ehtiva edir. Yalnız digər adlar onların mənasına rəhbərlik etməlidir. Bu baxımdan heç bir ad Allahın adını əvəz edə bilməz. Bu adı məcazi olaraq Allahdan başqasına vermək olmaz. Onun başqa adlarından bəzilərinin Allahdan başqa adlar kimi verilməsi caizdir. Rəhman: Dünyadakı bütün məxluqata mərhəmətli, şəfqətli və xeyirxah olan. Rəhim: Axirətdə sadəcə möminlərə mərhəmət edən. Məlik: Mal sahibi, kainat, mülk sahibi və hökmranlığı daimi olan. Kuddus: O kəs ki, hər cür nöqsanlardan uzaq və hər cür nemətlərə layiqdir. Salam: Bütün təhlükələrdən qurtulmaq. O kəs ki, cənnətdə xoşbəxt bəndələrinə salam verir. Mömin: Güvən verən, əmin edən, qoruyan, iman nuru verən. Muheymin: Hər şeyi görən və nəzarət edən, hər bir varlığın etdiyindən xəbərdar olan. Əziz: Şərəf sahibi, hər şeyə qalib gələn, qarşısıalınmaz. Cabbar: O, əzəmətli və qüdrətlidir. İstədiyini edən və istədiyini elətdirəndir. Ona qarşı etiraz etmək mümkün deyil. Mütekebbir: Böyüklükdə tayı bərabəri olmayan Xalik: Yaradan, yoxdan var edən. Varlıqların keçirəcəyi halları təqdir edən. Bâri: Hər şeyi mükəmməl və mütənasib şəkildə yaradan. Musəvvir: Varlıqları formalaşdıran və onları müxtəlif xüsusiyyətlərlə yaradan. Qaffar: Günahları örtən və çoxunu bağışlayan. O kəs ki, istədiyini günahdan qoruyar. Kəhhar: İstədiyini etməyə qadir olan, qalib və hakim olan. Vəhhab : Qarşılıqsız nemət verən, çox ehsan verən. Rəzzək: Hər bir varlığın ruzisini verən və ehtiyacını ödəyən. Fəttah: Hər cür bəlaların aradan qaldıran. Alim: Əbədi və əzəli elmi ilə sirri və aşkarı, keçmişi, gələcəyi, hər şeyi bilən. Kəbid: O kəs ki, istədiyinin ruzisini daraldar və ruhuhu alar. Basit: O kəs ki, istədiyinin ruzisini genişləndirir və ruhunu verir. Hafid: O, kafirləri və fasiqləri zəlil edər. Rafi: Şərəf verib yüksəldən Muiz: O kəs ki, istədiyini əzizləyir Muzil: O kəs ki, istədiyini zəlil edər, xar edər və alçaq edər. Səmi: Hər şeyi ən yaxşı eşidən, duaları qəbul edən. Bəsir: Gizli açıq, hər şeyi ən yaxşı görən. Həkəm: Doğrudan batili ayıran mütləq hakim. Hikmət sahibi. Ədl: Mütləq ədalətli, yerli yerində edən. Lətif: Hər şeyi bilən, mərhəmətli və xeyirxah. Həbir: O, hər şeydən xəbərdardır. Hər şeyin gizli tərəfini bilir. Həlim: Cəzada tələsməz, yumşaq davranar, hilm sahibi. Əzim: Böyüklükdə bənzəri olmayan. Çox uca Qafur: Əfvi, bağışlaması bol olan Şəkur: Az əmələ çoxlu savab verən. Alliy: Uca, çox yüksək. Kəbir: Böyüklükdə bənzəri yox. Çox böyük Hafis: Hər şeyin qoruyucusu. Mukit: Ruzilərin yaradıcısı. Həsib: Bəndələrin hesabını ən yaxşı görəndir. Cəlil: Cəlal və əzəmət sahibi Kərim: Səxavətlə, bol lütf və xeyirxahlıqla verən və çox verən. Rəkib: Hər zaman hər varlığı, hər işi seyr edən. O, bütün işlərə cavabdehdir. Mucib: Dua və istəkləri qəbul edən. Vasi: O kəs ki, mərhəmət və qüdrət sahibidir, elmi ilə hər şeyi əhatə edir. Hakim: Hər şeyi hikmətli və hər şeyi hikmətlə yaradan. Vədud: Yaxşılığı sevən, yaxşılıq edənlərə xeyirxah olan. sevgiyə layiq. Məcid: Neməti sonsuzdur, izzəti çox ucadır, hər cür tərifə layiqdir. Bais: Axirətdə ölüləri dirildən, peyğəmbər göndərən. Şəhid: Zamansız, məkansız, heç yerdə mövcud olmayan və həmişə hər yerdə mövcud olan. Haqq: Onun mövcudluğu dəyişməz olaraq qalır. Mövcud olan, haqqı ortaya çıxaran. Vəkil: Qullarının işini bitirən. Ona güvənənlərin işini ən yaxşı nəticəyə çatdıran. Kafi: Onun qüdrəti üstündür və heç vaxt azalmır. Mətin: Güc və qüdrət mənbəyi, çox güclü. Vəli: Müsəlmanların dostu, onları sevən və onlara kömək edən. Həmid: O, hər cür tərifə layiqdir. Muhsi: O yaratdığı və yaradacağı bütün varlıqların sayını bilir. Mübdi: Maddəsiz, nümunəsiz Yaradan. Muid: O kəs ki, məxluqatını məhv edəcək, sonra dirildəcək. Muhyi: Canlandıran, yaratdıqlarına can verən. Mümit: Hər canlıya ölümü daddıran. Hayy: Əbədi həyatla diri olan biri. Kəyyum: Məxluqları varlıqda durduran. Zatı ilə möhkəm olan Vacid: Ondan heç bir şey gizli qalmayan, heç bir şeyə möhtac olmayan Macid: Böyük qüdrət və şöhrət sahibi olanın səxavəti çox olan. Vahid: Yeganə odur ki, mahiyyətində, sifətində və felində oxşarı və ortağı yoxdur. Səməd: Heç nəyə ehtiyacı olmayan, hər kəsin möhtac olduğu Qədir: O, istədiyini istədiyi kimi yaratmağa qadirdir. Müqtədir :İstədiyi kimi qənaət edən, hər şeyi rahatlıqla yaradan qüdrət sahibi Müqəddim: İstədiyini yüksəldən, önə sürən, irəli aparan. Muahhir : İstədiyini alçaldan, geriyə, sona qoyan Əvvəl : Əbədi, varlığın başlanğıcı olmayan. Ahir: Əbədi olan, varlığın sonu olmayan. Zahir: Yaratdıqları ilə varlığı aydın və aşkar olan, qəti dəlillərlə tanınan. Batin: Ağlın təxəyyülündən gizli olan . Vali: Bütün kainatı idarə edən və onların işlərini nizama salan. Mütəali: Son dərəcə əzəmətli. Bərr: Yaxşılığı və ehsanı bol olan Ət-Təvvab: Tövbələri qəbul edib və günahları bağışlayan. Müntəkim: Üsyançıları və zalımları cəzalandıran. Əfüvv: Əfviçox olan. Günahları bağışlayan Rauf: Çox mərhəmətli, çox şəfqətli Məlik-ül Mülk: Bütün əmlakın sahibi. Zül-Cəlali vəl İkram: Cəlal böyüklük, şərəf, kamillik və şərəf sahibi olan . Muksit: Məzlumun haqqını alan, ədalətlə hökm edən, hər şeyi bir-birinə uyğun edən. Cami: İki əksin birləşməsi. Qiyamət günü bütün məxluqları bir yerə toplayan. Qənni: Ehtiyacsız, möhtac olmayan hər şey Ona möhtacdır. Muğni: Müstəqil edən. Ehtiyacları bitirən, zəngin edən Mani: İstəmədiyi şeyin qarşısını alan. Əd-Darr: Zərər verənlərin yaradıcısı. Ən-Nafi: Faydalı şeylərin yaradıcısı. Ən-Nur: Aləmləri nurlandıran və istədiyinə nur verən. Hadi: Hidayət verən Bədi: Analoqu olmayan, bənzərsiz möcüzələr yaradan. (Tayı bərabəri olmayan). Baqi: O, əbədidir, sonu yoxdur. Varis: Hər şeyin əsl sahibi. Rəşid: Hidayətə ehtiyacı olmayan, doğru yolu göstərən. Sabur: Cəza verməyə tələsməyən. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=135735 |
Əsmə | Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır. Kəsiklərə döyülmüş kömür səpirlər. Toxumla çoxaltdıqda birinci il kök yumrularının yaxşı inkişaf etməsi məqsədilə qönçələri kəsmək lazımdır ki, bitki çiçəkləməsin. Azərbaycanda əsmə cinsinin 5 növü yayılmışdır. Zəhərli olmasına baxmayaraq, əksəriyyəti dekorativ bitkilərdir. Sinonimləri Homotipik sinonimləri Anemanthus Fourr. Heterotipik sinonimləri Abalemis Raf. Abelemis Raf. ex Britton Flammara Hill Hartiana Raf. Pulsatilloides (DC.) Starod. | https://az.wikipedia.org/w/index.php?curid=138946 |
Əsmə üçün – məhəbbət və səfalətlə | Esme üçün – məhəbbət və səfalətlə və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqla (ing. For Esmé – With Love and Squalor) — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir. İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı “hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı” iddialarını rədd etdi. İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir. Birinci hissənin müəllifi olan baş-serjant İks müharibə yaşananlar səbəbi ilə özünü yalnız hiss edir və əziyyət çəkir. Bu hissə Esmenin göndərdiyi bir məktub və hədiyyə nəticəsində İksin yaşadığı ağır depressiya və ruhi özünüidarəetmə pozğunluqlarından xilas olması ilə bitir. “Esme üçün – məhəbbət və səfalətlə” əsəri “The New Yorker” jurnalında ilk dəfə nəşr edildiyində oxuyucular və bir çox tənqidçilər tərəfindən “yazıçının ən yaxşı hekayəsi” olaraq qəbul edildi. Hekayə Selincerin ilk nəşri 6 aprel 1953-cü il tarixində edilən hekayə kolleksiyası “Doqquz hekayə” əsərində də yer alır. Bu kitabın Böyük Britaniyada nəşr edilən versiyası hekayə ilə eyni adı daşıyır. Selincer 1941-ci ildə Amerika ordusunda döyüşmək üçün rəhbərliyə müraciət etdi. Onun bu müraciəti ürək xəstəliyi səbəbi ilə rədd edildi. Yaponiyanın 7 dekabr 1941-ci il tarixində Pörl-Harboru bombalamasından sonra ABŞ İkinci Dünya Müharibəsinə rəsmi şəkildə daxil olduğunu elan etdi. 23 yaşlı Selincerin müraciəti yenidən dəyərləndirildi və o, orduya qatıldı. 1942-ci il 27 aprel tarixindən əməliyyatlarda iştirak etməyə başladı. Fransız və alman dillərini bilən yazıçı sonrakı iki il ərzində Amerikada yaşadı və Merilenddə qarşı xəbəralma birliyinin təlimlərində iştirak etdi.Müttəfiq dövlətlər 1944-cü ilin iyul ayında Almaniya tərəfindən işğal edilən Avropaya üz tutmağı planlayırdılar. Baş serjant Selincerin qoşunu 1944-cü ilin ilk günlərində bu əməliyyata hazırlaşmaq məqsədi ilə İngiltərəyə üz tutdular. Gəmi Liverpula çatanda yazıçı ordan Londona getməyi qərarlaşdırdı. Bu şəhərdə Dördüncü Piyada Diviziyasının XII Piyada Qoşununda qarşı xəbəralma kəşfiyyatçısı və baş serjant kimi iştirak etdi. Yazıçının piyada diviziyasının qərargahı Devon qraflığının Tiverton qəsəbəsi idi. Selincer Tivertondakı qarşı xəbəralma təlimlərində iştirak etdi və bu təlimlərdə müharibə kəşfiyyatı, təxribat, işğal edilən ərazilərin axtarılması və bu ərazilərdəki vətəndaşlarla həbs edilən düşmən qoşunlarının sorğulanması mövzusunda təlim aldı. Yazıçı 6 iyun 1944-cü il tarixində baş verən Normandiya əməliyyatında döyüşündən sonra müharibə qurtarana qədər Fransa və Almaniyadakı beş əməliyyatda iştirak etdi. Tivertonda olarkən boş vaxtlarını qəsəbənin səki daşları ilə döşənmiş dar küçələrində səyahət etməyə, barlarda içkilər qəbul etməyə və kilsədəki başladılan xoru seyr etməyə sərf edirdi. Amerika qoşunları gəlmədən əvvəl Tiverton qəsəbəsinin əhalisi təxminən 10 min nəfərdən ibarət olan kiçik ərazi idi. Diviziyanın qərargahı qəsəbənin xaricində böyük malikanə idi. Selincer də bu malikanədə yaşayırdı. Yazıçı R. Berd Şuman “Böyük Amerika yazıçıları: XX əsr” adlı kitabında və tədqiqatçı Kennet Slavenski isə “Üzücü banan qabığı və Cerom Selincer” adlı kitabında bildirirlər ki, “həm Selincerin Tivertonda yaşadığı hadisələr, həm də hekayədəki ərazi ilə Tiverton qəsəbəsi arasında oxşarlıqlar səbəbi ilə “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsindəki ərazi Tiverton ola bilər.”Tədqiqatçılar Selincerin müharibə dövründə yaşadığı təcrübələrin yazıçının hekayəsinə ilham mənbəyi olduğunu qəbul edirlər. Yazıçının orduda xidmətdə olarkən yazdığı “Az qaynadılmış serjant”, “Son icazənin son günü”, “Həftədə bir dəfə səni öldürə bilməz” adlı bir çox hekayəsi müharibənin davam etdiyi müddətdə müxtəlif jurnallarda nəşr edildi. Yazıçı müharibə bitdikdən sonra da bu mövzulu əsərlər yazmağa davam etdi. “Banan balığı üçün mükəmməl bir gün” əsərində keçmiş əsgər Seymur Qlassın intihar etməsini, “Tanıdığım bir qız” əsərində Buhenvald həbs düşərgəsində vəfat edən bir qızdan bəhs etdi. “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsi Selincerin müharibə ilə əlaqədar olaraq yazdığı ən tanınmış hekayələrindən biridir. Tədqiqatçılar Normandiya əməliyyatında iştirak edən baş serjant İksin döyüşlər əsnasında yaşadıqları səbəbi ilə ruhi olaraq özünüidarəetməni itirməsindən bəhs edən bu hekayəni İkinci Dünya Müharibəsinin təsiri ilə yaranan ən mükəmməl ədəbi əsərlərdən biri olaraq qəbul edirlər.Yazıçının bitirdikdən sonra “The New Yorker” jurnalına göndərdiyi “Esme üçün – məhəbbət və səfalətlə” əsəri ilk dəfə jurnal rəhbərliyi tərəfindən rədd edildi. 1950-ci ilin fevral ayında Selincer “The New Yorker” jurnalının redaktorlarından biri olan Qus Lobranoya bildirmişdi: “Mən sizə yazıb tamamladığım “Esme üçün – məhəbbət və səfalətlə” adlı hekayəmi jurnalınızda nəşr edilməsini istədiyim üçün göndərdim. Lakin gördüm ki, hekayənin altı səhifəsini qısaltmısınız. Bunu bərpa etməyinizi istəyirəm.” Selincerin istəyindən sonra jurnal rəhbərliyi hekayənin yenidən hazırlanmış versiyasını nəşr etməyi qərara aldı. Nəşrolunma tarixi Hekayə ilk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci ildə buraxılan nömrəsinin 28-ci səhifəsində nəşr olundu. “Esme üçün – məhəbbət və səfalətlə” əsəri 1949-cu ilin aprel ayından 1951-ci ilin iyul ayına kimi Selincerin yeganə nəşr edilən hekayəsi idi. 1950-ci ilin avqust ayında İngiltərənin “Emiş Emilton” nəşriyyatının rəhbəri Cemi Emilton, Selincerlə əlaqə yaratdı. Emilton yazıçıya “Word Review” baxış-icmalında oxuduğu “Esme üçün – məhəbbət və səfalətlə” əsərini çox bəyəndiyini və yazıçının bütün hekayələrinin İngiltərədə nəşr edilmə hüquqlarını almaq istədiyini bildirdi. Selincer bu təklifi qəbul etdi.“Story” jurnalının yaradıcısı və redaktoru Marta Foli “Esme üçün – məhəbbət və səfalətlə” əsərini 1950-ci il “Amerikanın ən yaxşı hekayələri”nin siyahısına əlavə etdi və əsər “1950-ci ilin priz hekayələri” bölməsində nəşr edildi. “Esme üçün – məhəbbət və səfalətlə” Folinin illik olaraq seçərək bu siyahıda nümayiş etdirdiyi Selincerin üç hekayəsindən biridir.Selincer 1952-ci ilin noyabr ayında hekayənin antologiyası üçün daha əvvəl müxtəlif jurnallarda nəşr edilən doqquz əsərini seçdi. Bu əsərlər arasında “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsi də var idi. Yazıçı hekayəsinin tək şəkildə jurnallarda nəşr edilməsini istəmirdi. Hekayə Amerika Birləşmiş Ştatlarında 6 aprel 1953-cü il tarixində “Little, Brown and Company” nəşriyyatı tərəfindən “Doqquz hekayə” adı ilə nəşr edildi və böyük müvəffəqiyyət əldə etdi. “Doqquz hekayə” əsəri “The New York Times” jurnalının ən çox satılan əsərlərin siyahısında doqquzuncu yerdə qərarlaşdı və bu siyahıda üç ay müddətində qaldı. Cemi Emilton əsəri İngiltərə nəşriyyatında “Esme üçün və digər hekayələr” adı ilə nəşr etdirməyi fikirləşirdi. Əsərlərinin adları mövzusunda çox sərt qaydalar qoyan Selincer Emiltonun hekayənin Böyük Britaniya nəşriyyatında adını seçməsini qərara aldı. “Doqquz hekayə” əsəri Böyük Britaniyada “Esme üçün – məhəbbət və səfalətlə və digər əsərlər” adı ilə nəşr edildi. Bəzi müəlliflər belə düşünürlər ki, “Əsərin bu cür adlandırılmasında “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin Böyük Britaniya jurnallarında nəşr edilən Selincerin ilk hekayəsi olmasının və Britaniyalı gənc xanımın hekayəyə ad verməsinin də təsiri olmuşdur.”“Esme üçün – məhəbbət və səfalətlə” hekayəsi son dəfə 2005-ci ildə “The Complete New Yorker” adı ilə satılan DVD-də yer aldı. Bu DVD 1925-2005-ci illər arasında “The New Yorker” jurnalında nəşr edilmiş bütün məqalələri ehtiva edirdi. Həmçinin DVD-nin daxilində “Esme üçün – məhəbbət və səfalətlə” əsərindən başqa Selincerin on iki hekayəsi mövcud idi. Baş serjant İks — Hekayənin müəllifi və əsas obrazı. Birinci hissədə Normandiya əməliyyatında iştirak etməzdən əvvəl, xüsusi bir uşaqla İngiltərədə tanış olmasından bəhs edir. İkinci hissədə isə adı naməlumdur. Üçüncü şəxsin adından danışılan ikinci hissədə əsas mövzu baş qəhrəmanın döyüşlərdə yaşadığı ruhi-pozğunluqlardır. Əsas obraz baş serjant İks kimi adlandırılır. Esme — Baş serjant İksin əməliyyatda iştirak etməzdən bir gün əvvəl tanış olduğu on üç yaşlı qız övladı. Esme hekayənin ikinci hissəsində Baş serjant İks əməliyyatda olarkən ona məktub yazır. Hekayənin ilk hissəsində oxuyuculara Esmenin ailə həyatı quracağı və toy mərasiminə Baş serjant İksi də dəvət etdiyi barədə məlumat verilir. Çarlz — Esmenin beş yaşında olan oğlan qardaşı. Esmenin baş serjant İkslə tanış olduğu gün onların yanında olur. Kapral Z.Kley — Baş serjant İksin əməliyyatdan sonra Avropada yaşadığı günlərdə qaldığı otaqdakı dostu. Tədqiqatçı Harold Blum “C.D.Selincer və çovdarlıqda uçurumdan qoruyan” adlı kitabında yazır ki, “kobud, sadə və əsəbi bir şəxs olan Kapral Z.Kley hekayənin səfalət və yoxsulluq hissəsinin rəmzidir.” Loretta — Kapral Z.Kleyin nişanlısı. Kley əməliyyatda olarkən ona tez tez məktub yazır. Mecley xanım — Esme və Çarlzın dayəsi. Mecley xanım baş serjant İkslə tanış olduqları gün uşaqları çayxanaya gətirən şəxsdir. Baş serjant İksin həyat yoldaşı — Hekayənin ilk hissəsində baş serjant İks barədə danışan şəxs. İks həyat yoldaşı ilə danışandan sonra Esmenin toy mərasiminə getməməyə qərar verdiklərini bildirir. Qrençer ana — Baş serjant İksin qayınanası. Hekayənin ilk hissəsində haqqında danışılır. Baş serjant İksin böyük qardaşı — Hekayənin ikinci hissəsində İks böyük qardaşı tərəfindən düşüncəsizcə yazılan bir məktubu oxuyur. Süjet xülasəsi Hekayə kişi müəllifin toy mərasiminə dəvət edilməsi ilə başlayır. Müəllif 18 apreldə baş tutacaq bu toy mərasimində iştirak etməyi istəyir. Lakin onun “nəfəs kəsən bir əqli idarəetmə”yə sahib olduğunu bildirən həyat yoldaşı ilə mövzu barədə mübahisə etdiklərini və toy mərasiminə getməyəcəklərinə qərar verdiklərini bildirirlər. Çünki qayınanası aprel ayının ikinci həftəsində onları ziyarət etməyə və növbəti iki həftəni burada qalmağı planlayırdı. Bundan sonra müəllif altı il əvvəl tanış olduğu gəlinlə əlaqədar olaraq bir şeylər yazmağa qərar verir. Hekayənin ilk hissəsində gəlinlə tanış olduğu hadisələrdən bəhs edir. Birinci hissə Hekayənin baş obrazı olan naməlum müəllif 1944-cü ilin aprel ayında İngiltərənin Devon qraflığında “İngilis Xəbəralma Təşkilatı” tərəfindən açılan xüsusi bir əməliyyata hazırlıq kurslarında iştirak edən altmışa yaxın ABŞ əsgərlərindən biridir. Bu əsgərlərin kurslarda iştirak etdiklərinin xaricində bir-birləri ilə əlaqələri çox azdır. Müəllif boş vaxtlarını yaxşı havalarda çəmənliklərdə səyahət etməyə, yağışlı havalarda isə kitab oxumağa sərf edir. Üç həftə davam edən kurs yağışlı bir şənbə günündə sonlaşdırılır. Kursu bitirən qrup axşam saat yeddidə Londona tərəf istiqamətdə yola düşəcəklər. Bu şəhərə çatanda Normandiya əməliyyatında iştirak etmək üçün fərqli alaylara bölünəcəklər. Səyahət üçün hazırlıqlara başlayan müəllif həyat yoldaşından və əhatəsindən uzaqda olacağı üçün bunun təsiri ilə özünü tənha və narahat hiss edir. Çətin bir şəkildə küçəyə çıxır və yaşadığı ərazidən qraflığın mərkəzinə kimi yürüyüş edir. Kilsənin qapısında xor başladılmasını eşidib içəri daxil olmağa qərar verir. İçəridə yeddi və on üç yaş arasında olan əksəriyyətlə qız övladlarından ibarət olan iyirmiyə yaxın uşaq görür. Müəllif içəri daxil olaraq öndə əyləşir. Xora qulaq asarkən onun diqqətini on üç yaşlı bir qız cəlb edir. Qızın qulağın yumşaq və qığırdaqsız alt hissəsinə bənzər şəkildə kəsilmiş kül sarı rəngli saçları, möhtəşəm alnı və cansıxıcı gözləri var idi. Müəllif sıxıldığını başa düşən bu kiçik qızın səsini digər uşaqların səsindən rahat şəkildə seçirdi. Çünki onun mükəmməl, şirin, özündən əmin olan bir səsi var idi. Xor bitdikdən sonra müəllif kilsəni tərk edir və yaxınlıqlardakı “Qırmızı Xaç” musiqi salonuna gedir. Bir masada tənha oturaraq çay və darçınlı çörək sifariş edir. Plaşının cibindən çıxardığı iki məktubu oxumağa başlayır. Bu məktublardan birini həyat yoldaşı, digər məktubu isə qayınanası yazmışdır. Çox keçmir ki, içəri geyimləri tamamilə yaş olan iki uşaq daxil olur. Onların yanında da bir qadın mövcud idi. Uşaqlardan biri müəllifin kilsədə diqqətini cəlb edən qız, digəri isə təxminən yeddi yaşında olan bir oğlan övladı idi. Qız övladı və qadın müəllifin qarşısındakı masalardan birinə əyləşirlər. Oğlan bir müddət dəcəllik edir, masaya əyləşmək istəmir. Lakin daha sonra o da əyləşir. Çaylar gətiriləndə qızla müəllif göz gözə gəlirlər. Qız yaşından gözlənilməyən rahatlıqla müəllifin yanına gedir və “Bildiyimə görə Amerikalılar çaydan nifrət edir” deyərək söhbət etməyə başlayır. Söhbət əsnasında müəllif qızın onu xor başlayarkən diqqətini çəkdiyini, böyüyəndə caz müğənnisi olmaq istədiyini, otuz yaşında olduqda isə müğənni olmaqdan imtina edərək Ohayoda yaşamaq istədiyini, tanış olduğu on birinci Amerikalı şəxs olduğunu və çox tənha göründüyü üçün onun yanına gəldiyini öyrənir. Qızın adı Esmedir və o, aristokratdır. Lakin o, yaşayış ünvanını müəllifə bildirmək istəmir. Daha sonra oğlan övladı onların yanına gələrək Mecley xanımın Esmeni masaya çağırdığını bildirir. Oğlan övladı qızın qardaşı olan Çarlzdır.Esme və Çarlz həm yetim həm də kasıbdırlar. Ataları İngiltərə ordusunda Cənubi Afrikada xidmətdə olarkən qətlə yetirilmiş, anaları qısa bir müddət əvvəl vəfat etmişdir. Bildirilməsə də əsəri oxuyanlar onun hava hücumunda öldüyünü düşünürlər. Valideynlərinin vəfatından sonra cəsur və yetkin bir şəxs kimi davranan Esme çox dəyər verdiyi atasının əsgər saatını qürurla qolunda daşıyır. Söhbət davam etdikcə Esmenin yazıçının digər hekayələrindəki uşaqlar kimi uzaqgörən, düşüncəli, sözüaçıq ve söz ustadı olduğu ortaya çıxır. Müəllif kiçik qızın bu davranışlarını çox bəyənir. Çarlz isə hərəkətli bir uşaqdır. Müəllifin yanına gələndə ilk sualı bu cür olur: “Filmlərdə niyə yan tərəfdən öpüşürlər?” Dialoqlar əsnasında üç dəfə krossvord mövzusu ilə bağlı danışırlar. Çarlz ona suallar verir, müəllif də cavablandırır.Müəllif bildirmək istəməsə də Esme onun əsgər olduğunu başa düşür və müharibədən əvvəl hansı işlə məşğul olduğunu soruşur. Müəllif ona peşəkar bir hekayə yazıçısı olduğunu bildirir. Esme ona “ehtiraslı bir oxuyucu” olduğunu bildirərək şəxsdən özü üçün yoxsulluqla əlaqədar bir hekayə yazmağını istəyir. “Mükəmməl” bir hekayə istəmir, sadəcə onun üçün “uşaqca və axmaq olmaması” kifayətdir. Vədalaşarkən Esme müəlli onunla əlaqə qurmaq istədiyini bildirir və ondan əlaqə nömrəsini alır. Çarlz və Esme çayxanadan çıxandan bir dəqiqə sonra geri qayıdırlar. Qız qardaşını məcbur içəri gətirir. Müəllifin yanına gəlir və ona bu sözləri bildirir: “Çarlz sizi öpərək, sizinlə sağollaşmaq istədi.” Çarlz müəllifi öpür. Kiçik qız bir dəfə də müəllifə özü üçün yoxsulluqla bağlı bir hekayə yazmağını istədiyini xatırladır. Müəllif qıza “səfalətlə dolu və hərəkətli” bir hekayə qələmə alacağına söz verir. Esme və Çarlz ilə keçirdiyi vaxtda hiss etdiyi istilik, müharibə günlərinin və düşərgə həyatının əsgərdə yaratdığı kədəri azaldır. Birinci hissə sona yetir və səhnə dəyişir. İkinci hissə Birinci hissənin sonunda hekayənin yoxsulluqla dolu, üzücü hissəsinin ikinci hissə olduğu bildirilir. Bu hissədəki hadisələr əsəri oxuyanlara üçüncü şəxs müəllif tərəfindən danışılır. Hadisələr 1945-ci ilin mayında Almaniyanın Bavariya əyalətində baş verir. Müharibə sona çatmışdır. Birinci hissədəki müəllif bu hissədə baş serjant İks olaraq danışılır. İks doqquz Amerikalı əsgərlə birlikdə bir vətəndaşın evində yaşayır. İkinci mərtəbədə yerləşən kiçik və qaranlıq otağında vaxtını kitab oxumağa sərf edir. Müharibənin təsiri ilə Frankfurtda yerləşən xəstəxanada müalicə edilmiş və yenidən alayda iştirak etmişdir. Nə qədər çalışsa da diqqətini kitaba cəlb edə bilmir. Siqaret yandırır. Masanın üstündə divara doğru əyilmiş vəziyyətdə bir kitab görür. Bu kitab İks evdə yaşamazdan əvvəl evin sahibi olan Alman ailəsinin otuz səkkiz yaşlı subay qızının kitabı idi. Kitab Yozef Gebbelsin “Die Zeit Ohne Beispiel” adlı əsəridir. Qadın nasional sosializm partiyasında kiçik bir vəzifədə xidmət edirdi. Buna görə də baş serjant İks tərəfindən bir neçə həftə əvvəl həbs edilmişdir. İks kitabı açanda ilk səhifədə əlyazısı ilə yazılmış “Əziz tanrım. Bu həyat bir cəhənnimdir!” sözlərini görür. Bu cümlə şəxsi sanki təsvir edirdi. İks masadan qələm götürüb bu cümlənin altından Fyodor Mixayloviç Dostoyevskinin “Karamazov qardaşları” əsərindən bir neçə cümlə yazır: “Görəsən cəhənnəm nədir? və iddia edirəm ki, cəhənnəm məhəbbətsizlikdən, olmayan sevgidən dərd çəkməkdir.”Masanın üzərində İks xəstəxanada olarkən gəlmiş iki məktub var idi. O, məktubların birini götürərək oxumağa başlayır. Bu məktubu onun Olbanidə yaşayan böyük qardaşı göndərmişdi. Böyük qardaşı məktubda yazırdı ki, “Müharibə xatirəsi olaraq mümkündürsə övladlarıma süngü və ya svastika göndərməyini istəyirəm.” Böyük qardaşının bu məktubundan əsəbləşən İks məktubu hirslənərək cırır. Kley poqonları və medalları olan məqsədsiz və əsəbi bir şəxsdir. Kapral Kley otaqda qaldığı müddət ərzində İksin yaşadığı gərgin vəziyyəti anlamır. Ruhi pozğunluqları ilə əlaqədar olaraq duyğusuz fikirlər bildirir. Məktublaşdığı sevgilisi Lorettaya İksin yaşadığı sinir problemlərindən bəhs edir. Loretta Kleyə bildirir ki, “insanlar müharibə səbəbi ilə ruhi pozğunluqlar keçirə bilməz. İks normal vətəndaş həyatında da ruhi pozğunluqlar keçirir. Çünki onun sinir sistemi pozulub.” Kley baş serjant İksi digər əsgərlərlə birlikdə Bob Houpun şousunu seyr etməyə dəvət edir. İks bu dəvəti qəbul etmir. Bunu görən Kley əsəbləşərək otağı tərk edir və İks tək qalır.Baş serjant İksin diqqətini masanın üzərində məktublar arasındakı bir paket cəlb edir. İks paketi açır. Paketin içində Esmenin yazdığı məktub və qızın atasının saatı mövcud idi. Esme məktubunda 38 gün ərzində məktub yaza bilmədiyi üçün İksdən üzr istəyirdi. Bibisinin “streptokokus iltihabı” xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi. Bu səbəbdən gənc qız bibisinin yanında qalırdı. Məktubda onlar Çarlzla birlikdə onun üçün çox narahat olduqlarını bildirirdilər. Məktubun sonunda ondan xəbər almaq istədiyini yazırdı. Esme müharibə müddətində “heç vaxt su keçirməyən” və “zərbələrə dayanıqlı” qol saatının İksdə qalmasını xahiş edir. Çünki bu çətin günlərdə İksin özündən çox saata ehtiyacı olduğunu düşünürdü. Məktubda həmçinin Esmenin yazmağı öyrətdiyi və çox ağıllı olduğunu düşündüyü Çarlzın baş serjant üçün yazdığı bir neçə cümlədə yer alırdı. Çarlz baş serjanta böyük hərflərlə bu cür yazmışdır: Esme və Çarlzın sadə amma isti cümlələrini oxuyan baş serjant İks çox təsirlənir və bir müddət yerindən tərpənə bilmir. Məktub və saat xəstə otağa və baş serjantın ruhi pozğunluqlarına dərman kimi gəlmişdi. İks, uşaqların ona göstərdiyi günahsız şəfqətlə özünü yenidən sevəcək gücdə hiss edir. İks intihar edəcək vəziyyətdə olarkən Esme tərəfindən xilas edilmişdi. Məhəbbətin mənfi düşüncələrə qalib gələcəyini başa düşən baş serjant öz həyatındakı mənfi düşüncələri məhv etmə gücünə sahib olur. Müharibədən əvvəl əldə etdiyi mənəvi dəyərləri yenidən qazana biləcəkdi. Saatı qutudan çıxaranda şüşəsinin qırıldığını görür. Başqa bir hissəsinin işləmədiyini yoxlamağa cəsarət edə bilmir. Saat onun əlində bir müddət qalır və sonra yuxusu gəlir. Saatı masanın üzərinə qoyub yatır. Əsərin təhlili Başda İhab Həsən olmaqla yanaşı bir çox ədəbiyyat tənqidçiləri “Esme üçün – məhəbbət və səfalətlə” əsərinin Esmenin şərəfinə yazılmış müasir epitalama olduğunu fikirləşirlər. Tənqidçilər belə nəql edirlər ki, “Baş serjant İks məhəbbətsizliyi səbəbi ilə dərd çəkərkən Esmenin ona qarşı göstərdiyi məhəbbətlə bu problemdən xilas olmasının əvəzi olaraq qıza bu hekayəni yazmışdır. Esmenin İksə qarşı göstərdiyi məhəbbət romantik deyil. Bu məhəbbət insanlar arasında yayılaraq böyüyən, hər yerdə rast gəlinə biləcək bir məhəbbətdir.”Selincer Esmenin məktubunun İksə yenidən həyat qazandıracaq qədər önəmli olmasının sirrini İksin hekayədəki digər obrazlarla olan əlaqəsində bəhs edir. Hekayədə baş serjantın əlaqə qurduğu şəxslər həyat yoldaşı, qayınanası, orduda xidmət edən dostları, Kley və bilavəsitə olaraq Kleyin nişanlısı Lorettadır. İks qayınanasını çox istədiyi halda Esmenin toy mərasiminə gedə bilməməsində maneə olaraq onu görür. “Nəfəs kəsən bir əqli idarəetmə”yə sahib olduğunu bildirən həyat yoldaşı isə Esmenin İks üçün nə qədər önəmli olduğunu heç vaxt başa düşməmişdir. İks toy mərasiminə gedə bilməməsinin səbəbini bildirərkən, sanki həyat yoldaşının ona dediklərini təkrar edir. Şəxs həyat yoldaşı və qayınanasına dərindən bağlı deyil. Onların arasında düzgün bir əlaqə yoxdur. Oxşar şəkildə baş serjant Tivertonda təlimdə olarkən heç bir əsgər dostu ilə əlaqə yaratmırdı. Hekayənin yoxsulluq hissəsini yaradan ikinci hissədə İksin vəziyyəti daha da ağırlaşır. İlk dəfə böyük qardaşının yazdığı və tək məqsədi müharibə ilə bağlı əşya göndərməsini istədiyi qəddar bir məktubu oxuyur. Əsgər dostu Kley isə İksin nə vəziyyətdə olduğunu, nə hiss etdiyini bilməyəcək qədər laqeyd bir şəxsdir. Kley həmçinin Ceyms Coysun “Dublinlər” adlı kitabında yer alan, lümpenliyin, sabitliyin və ən əsası yoxsulluğun rəmzi olan obrazlardan biridir. Tədqiqatçılar Selincerin obraza Coysun bu hekayəsindən təsirlərənək Kley adını verdiyini fikirləşirlər. İksi Kleyin məktubları vasitəsi ilə tanıyan Loretta isə baş serjantın psixoloji vəziyyətinin müharibə ilə bağlı olmadığını və şəxsin xarakteri ilə əlaqəli olduğunu iddia edirdi. Loretta Kleyin bir pişiyi sadist şəkildə öldürməsini isə keçici əsəbilik olduğunu bildirən qadındır. İks üçün dözülməz bir şəxs olan Kleyin ən böyük yoxsulluğu özünə istiqamətləndirilən tənqidi belə başa düşməyəcək biri olmasıdır. Çünki İksin ona istiqamətləndirdiyi pişiyi öldürməsinin qəddarlığı ilə ələqadar olduğunu bildirən ironik cümlələrində Kley onun nə demək istədiyini başa düşə bilmir.Baş serjantın müharibənin bir şəxsi nə qədər məhv edə biləcəyini başa düşəcək birinə ehtiyacı var idi. Müharibə səbəbi ilə həm anasını həm də atasını itirən Esmenin hiss etdikləri İksin hisləri ilə oxşardır. Kiçik qız bu itkilərdən sonra yetkin şəxslərin qəbul etdiyi məsuliyyətləri cəsalətlə öz üzərinə götürmüşdür. Səfalətlə yaşayan bir cəmiyyətdə Gebbels kimi şəxslərin varlığına baxmayaraq pisliklərə qarşı mübarizəyə davam edirdi. Səfalət yaşamağına baxmayaraq ailəsinə sadiq, Amerikalı əsgərə şəfqət göstərə bilən yuxarı təbəqə bir şəxsiyyətə sahib olan gənc qız mənalı bir həyat yaşayan, korlanmış dünyada həyatı sevən şəxsdir. Esmenin azyaşlı qızla yetkin bir qadın arasında qalması hekayədə də vurğulanır. Təmtəraqlı və qürurludur. Bəzən ifadələrdən yanlış istifadə edir. Esme günahsız bir şəxsdir. Baş serjantdan yoxsulluqla əlaqəli hekayə yazmağını istəyərkən səbəb kimi bu mövzunun “yüksək dərəcə”də diqqətini cəlb etdiyini bildirir. Lakin bu fikrini deyərkən çox rahatdır. Gənc qızın nitqindəki bu şifahi incəlik əsəri oxuyanların əylənməsinə səbəb olur. Hekayənin ikinci hissəsində Esmenin 7 iyun 1944-cü il tarixində baş serjanta göndərdiyi məktubunda da oxşar səmimiyyət və kortəbiilik səciyyəvidir. Esmenin İkslə tanış olduqları günün tarixinə, saatına qədər bildirməsi (Tarix: 30 aprel 1944. Saat: 3:45 və 4:15 arası), neçə gün əvvəl görüşdüklərini hesablaması (38 gün) kimi hərəkətləri uşaq davranışları kimidir. Gənc qız qısa müddət ərzində tanış olub söhbətləşdiyi İksin qol saatının olub-olmadığını da fikir vermişdir.Esme və İksin musiqi salonundakı söhbətləri daxili ruhi şəxsiyyətləri ilə əlaqəli şübhələr yaratmır. Hər iksidə dərdlərini bəlli etməmək üçün çalışır. Kövrəklikləri və etibarsızlıqları gizlədilmişdir. İks ağır depresiyyalara baxmayaraq dialoqları əsnasında gülümsəyir. Esmenin dırnaqları tutulmuşdur. O, söhbət ərzində saçlarını düzgün saxlamaq üçün səy göstərir. Qız cümlələrində özünü daha böyük və yetkin göstərmək istəyir. İksin söhbətləri və dialoqları isə acılıq və səmimiyyət arasında qalır. Bu söhbətin sonunda əsəri oxuyanlar İksin böyük bir ağır depressiyada olduğunu, Esmenin isə uşaqlıq ilə yetkinlik dövrləri arasında qaldığını başa düşür.Esme məktubu ilə baş serjanta kömək edə biləcək tək şəxs idi. Həm məktubu həm də hədiyyə olaraq göndərdiyi atasının saatı qızın məhəbbətini ifadə edən təmsilçiləri kimi görünür. Bu saat hekayənin ilk hissəsində Esmenin vəfat edən atasından qalan tək yadigar əşyadır. Müharibə səbəbi ilə qızın yaşadığı səfalət diqqəti cəlb edir. İkinci hissədə baş serjant saatı paketdən çıxaanda saatın şüşəsinin yolda qırıldığını görür. Saatın bu vəziyyəti ilə əsgərin ruhi xarakteri arasında oxşarlıq mövcuddur. İksin saata bir müddət baxdıqdan sonra yuxusunun gəlməyinə səbəb Esmenin məktubda yazdıqları və ya qurduğu cümlələr yox, bu məktubla qızın müharibə ərzində çox ehtiyacı olduğu məhəbbəti hiss etməsidir. Məhəbbətin yoxsulluğa qalib gəldiyinin şahidi olan İksdə daxili rahatlıq yaranır.Bir çox ABŞ hekayələrinin son hissəsində baş qəhrəman əsər ərzində yaşadığı hadisələrdən topladığı təcrübələri və qazandığı məlumatları tətbiq edə biləcəyi nöqtəyə çatır. “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsində isə baş qəhrəman əvvəlki özünə geri qayıdır. Hekayənin sonunda İks sözünü yerinə gətirir və Esmeyə yoxsulluqla əlaqədar məlumatlı hekayə qələmə alır. Bu əsər simvolik atanın kiçik qızına məhəbbətini göstərdiyi toy hədiyyəsidir. Yazıçının digər əsərləri ilə qarşılaşdırılma “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsində II Dünha Meharibəsi səbəbi ilə ruhi idarə pozğunluğundan əziyyət çəkən, tənha olan və özünü məhəbbətdən məhrum hiss edən Amerikalı baş-serjant İks bu problemlərdən iki ingilis uşağın ona göstərdiyi məhəbbətlə xilas olur. Hekayənin son hissəsində İks müharibənin bütün qorxularına baxmayaraq Esme və Çarlz sayəsində yenidən daxili rahatlıq əldə edir. Daxilindəki məhəbbət yoxsulluğundan xilas olur. Selincer bu hekayəsində bildirmək istəyir ki, “Hansısa bir şəxsin nə qədər pis ruhi xarakteri olsa da əgər dünyada məhəbbətin nə olduğunu bilirsə həm problemlərindən, həm də bu problemlərin sonunda ortaya çıxacaq intihar istəyindən xilas ola bilər.” Selincer fikrincə nevrozun müalicəsi məhəbbətdir.Yazıçı “əgər sevməsək yaşaya bilmərik” mövzusunu “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsindən başqa digər əsərlərində də istifadə etdi. Yeniyetmə gəncin yaşayış üsyanından bəhs etdiyi və yeganə romanı olan “Çovdarlıqda uçurumdan qoruyan” əsərində baş qəhrəmanı müharibədən sonra Amerikanın materialist yaşayışında yaşamağa çalışan Holden Kolfilddir. Bu əsərdə Holden yetkin olaraq danışır və gördüyü bir çox şeyi tanıtmaq üçün “uydurma” sözündən istifadə edir. Bu roman da eynilə Esme kimi Selincerin yaratdığı obrazlardan biri olan Holdenin bacısı Fob gəncin romantikliyini və cəmiyyətlə yenidən reinteqrasiyasında əsas amilə çevrilir. Əsərin son hissəsində Holden Fobla danışır. Fobun böyük qardaşını özünə gətirən ifadələrindən sonra Holden yetkin kimi davranmağa başlayır. “Esme üçün – məhəbbət və səfalətlə” əsərində baş obrazın daxilindəki yoxsulluqdan söhbət açan Selincer bu hekayədən bir il sonra nəşr edilən “Çovdarlıqda uçurumdan qoruyan” hekayəsində isə cəmiyyətdəki yoxsulluqdan bəhs etmişdir.Esme və Fob intihar vəziyyətində olan baş obrazların xilas edicisidilər. Yazıçının bu iki əsərindən əvvəl 31 yanvar 1948-ci il tarixində “The New Yorker” jurnalında nəşr edilən “Banan balığı üçün mükəmməl bir gün” hekayəsində çox danışan qız övladı Sibil hekayənin qəhrəmanı olan Seymur Qlassın intihar etməsinin qarşını ala bilmir, amma şəxsin yetkinlərin çirklətdiyi həyatını işıqlandırmağa bacarır. Hekayədə müharibədən qayıdandan sonra Florida sahillərində qeybətçi və sadə həyat yoldaşı Muril ilə tətil edən keçmiş əsgər Seymur müharibənin onun üzərində yaratdığı qorxunun təsiri altındadır. Otel otağında dırnaqlarına boyayarkən anası ilə telefonla danışan Muril həyat yoldaşının nə vəziyyətdə olduğunu başa düşmür. Seymur sahildə çox danışan qız övladı Sibil ilə tanış olur. Sibillə söhbəti ona bütün problemlərindən üz döndərərək qısa müddət də olsa rahatlıq əldə etməsi üçün vaxt qazandırır. Geri dönə bilmədiyi günahsızlığı ilə sadə yaşayış kefi arasında qalan Seymur otaqında intihar edərək Selincerin məşhur uydurma obrazlardan ibarət “Qlass ailəsi”nin tarixində faciəvi bir hadisə yaradır. Esme, Fob və Sibil bir-birlərinə çox bənzəyən uşaqlardr. Tədqiqatçılar həm baş serjant İksi həm də Holden Kolfildi intihar edən Seymurun ruhi nəvələri kimi qəbul edirlər.Esmenin bənzədildiyi Selincerin digər obrazlarından biri də “Gəmidə” hekayəsinin baş qəhrəmanı Bu Bu Tanenbaumdur. Seymur Qlassın bacısı Bu Bu Lionel adlı dörd yaşlı oğlan övladı olan yetkin qadındır. Amerikalı Bu Bu da eynilə ingilis Esme kimi “yaxşı olana çatmaq, əldə etmək üçün” mübarizə aparır.Selincerin müharibə dövründə Avropada yazdığı hekayələrindən biri olan “Fransada oğlan” əsərində Beb Qladualler səngərdə döyüşərkən bacısı Mettinin göndərdiyi məhəbbət dolu məktubu oxuyur. Yazıçının bu əsərində eynilə Esmenin baş serjant İksə yazdığı məktubdan sonra qardaşı ilə yaratdığı bu əlaqə Bebdə rahatlıq yaradır. Beb rahat yatır. Selincer “Qlass ailəsi”ndən bəhs etdiyi hekayələrində də baş qəhrəmanın rahatlıq əldə edərək yatmasının problemin həll olmasına işarə olaraq göstərildiyini bildirir. Tənqidçilərin mövqeyi Hekayə “The New Yorker” jurnalında 18 aprel 1950-ci il tarixində nəşr edilməsindən sonra böyük müvəffəqiyyət əldə etdi. Jurnalı oxuyanlar hekayəni çox bəyəndilər. 20 aprel 1950-ci il tarixində Selincer Nyu York redaktorlarlarından biri olan Qus Lobronaya böyük təəccüblə bildirdi ki, “Yeni nəşr olunan “Esme üçün – məhəbbət və səfalətlə” adlı əsərimlə bağlı bu günə qədər nəşr olunan bütün hekayələrimdən daha çox məktub almışam.”Fridrix L. Qvinn və Yozef L. Blotner kimi ədəbiyyat tənqidçilər hekayənin Selincerin incəsənətində zirvə nöqtəsi olduğunu bildirdilər. “Doqquz hekayə” əsərinin nəşr edilməsindən sonra Çarlz Pure “The New York Times” qəzetində 9 aprel 1953-cü il tarixində nəşr edilən məqaləsində “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsini II Dünya Müharibəsinin meydana gətirdiyi “ən yaxşı hekayə” olduğunu yazırdı. Corc Stayner də Pure ilə bənzər fikirdə olaraq gözəl şəkildə irəliləyən əsərin müharibənin ortaya çıxardığı ən gözəl hekayə olduğunu bildirdi. İhab Hassan əsərin “Axmaq əmi Konnektikutda” və “Gəmidə” əsərləri ilə birlikdə Selincerin karyerasının ikinci hissəsində (müharibədən sonrakı dövr) yazdığı “ən yaxşı hekayə” olduğunu açıqladı.Con Antiko hekayənin əsas mövzusunun “müharibənin meydana gətirdiyi yoxsulluq səbəbi ilə depressiyada olan baş serjantı on üç yaşlı qızın məhəbbətinin xilas etməsi” olaraq bildirilməsinə qarşı çıxdı. Antikonun fikirlərinə görə Selincerin bu əsəri tipik romantik müharibə hekayələrinin bir versiyası idi və baş serjant İksi məhəbbətin gücü yox, sahib olduğu zarafat anlayışı xilas etmişdi. Con Hermann isə əsərin əsas obrazının Esme yox, qardaşı Çarlzın olduğunu iddia etdi. Herman belə düşünürdü ki, Çarlzın fikirləri ilə İksin fikirləri arasında əlaqə mövcud idi. İksin rahatlıq əldə etməsinə səbəb Esmenin ifadələri yox, Çarlzın məktubun son hissəsinə əlavə etdiyi qeyd idi. Həmçinin rəqəmləri, hesablamağı və saatın neçə olduğunu bilməyən Çarlz bacısına görə daha da günahsız idi. Mayk Tirs isə yazır ki, “baş serjant İksi ruhi pozğunluqdan xilas edən həm Esme, həm də Çarlz idi. Esme realizmi, materializm və elmi təmsil edirdi. Çarlz romantik səmimiyyətin rəmzi idi. İksin sağalmaq üçün onların hər iksini də ehtiyacı var idi.”Oxuyucular “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsi ilk dəfə nəşr edildiyində Selincerin bu əsərini müharibədə yaşadığı pis təcrübələrdən sonra yazdığını fikirləşdilər. Lakin yazıçı əsərin avtobioqrafik hekayə olduğunu tamamilə rədd etdi. Eberhard Alsen isə 2002-ci ildə nəşr etdirdiyi məqaləsində belə bir iddia irəli sürdü: “Tanınmış “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin yazıçısı Selincer 1945-ci ildə Almaniyadan Ernest Heminqueyə göndərdiyi məktubunda bildirir ki, yaşadığı depressiya səbəbi ilə Nürnberqdəki xəstəxanada müalicə edilib. Elə bu səbəbdən də hekayə yazıçının ən avtobioqrafik əsəridir.” Lourens Olivye Selincerin İngiltərədəki redaktoru Cemi Emiltonun vasitəsi ilə “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsini “BBC” kanalında radio teatrına uyğunlaşdırmaq üçün yazıçıdan icazə istədi. Aktyor daha əvvəl Çarlz Dikkens, Cozef Konrad, Robert Lyuis Stevenson, German Melvill kimi yazıçıların klassik romanlarını radioya uyğunlaşdırmışdı. Selincer Olivyenin o günə kimi əsərini radio tamaşasına uyğunlaşdırmaq istəyən tək müasir yazıçı idi.Oxşar şəkildə 1950-ci ildə Selincerin “Axmaq əmi Konnektikutda” adlı hekayəsi “Kasablanka” filminin də ssenaristləri olan Culis Cey Epsteyn və Filip Cey Epsteyn tərəfindən yazılmış və Semyuel Qoldvinin prodüseri olduğu “Mənim axmaq ürəyim” adlı filmdə ekranlaşdırılmışdı. Selincer bu hekayəsində bəhs etdiyi günahsızlığı itirmə mövzusunun filmdə bəkarəti itirmə kimi nümayiş etdirilməsinə çox əsəbləşmişdi. Bundan sonra o, əsərlərinin teatr və televiziyada ekranlaşdırılmasına icazə verməyəcəyini qərara aldı. Bu hadisə nəticəsində aldığı qərar səbəbi ilə yazıçı Olivyenin təklifini rədd etmişdi.1977-ci ilin fevral ayında “Esquire” jurnalında “Rubert üçün – heç vaxt söz vermə” adlı hekayə nəşr edildi. Hekayənin yazıçısı məlum deyil idi. Jurnalda ilk dəfə yazıçının açıqlanmadığı hekayəyə yer verilmişdi. Oxuyucular “Rubert üçün – heç vaxt söz vermə” hekayəsinin on beş il yeni əsəri nəşr edilməmiş Selincerin yazdığı ilə bağlı fikirlər ortaya çıxdı. Uzun axtarışlardan sonra əsərin yazıçısının “Əgər Selincer hekayələr yazmayacaqsa, kimlərsə onun üçün bu hekayələri yazmalıdır.” fikrini bildirən jurnalın redaktoru Qordon Liş olduğu məlum oldu. Bu hekayə Qordon Lişin 1984-cü ildə nəşr edilən “Bu günə qədər nə bilirəm?” adlı hekayələr toplusunda yer aldı. Bu kitabda yer alan digər hekayə Lişin “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsindən təsirlənərək ad verdiyi, yazıçıya “O. Enri mükafatı”nı qazandıran “Cerom üçün – məhəbbət və öpüşlərlə” hekayəsi idi. Əsərdə zahid yaşayışa üstünlük verən bir atanın tanınmış yazıçı olan oğlu ilə əlaqəsini düzəltmək istəyindən bəhs edilir. Oğul Selincerin uydurma versiyasıdır.Limoni Sniketin “33 bədbəxt” adlı hekayə seriyasının altıncı kitabının “Alaqaranlıq lifti” hekayəsində görünən “Yoxsul Esme” obrazı mövcud idi. Sniket bu obrazı yaradarkən Selincerin hekayəsindən təsirlənmişdir.Həmçinin Nyu York mənşəli indi-rok qrupu “We are Scientists” 2005-ci ildə çıxardıqları albomlarına hekayədən ilhamlanaraq “Məhəbbət və səfalətlə” adını verdilər. Qrupun favorit yazıçısı Selincer idi. Onun hekayələrini çox bəyənirdilər. Bloom, Harold. J.D. Salinger's The Catcher in the Rye. Infobase Publishing. 2000. ISBN 978-0-7910-5664-6. Crawford, Catherine. If You Really Want to Hear About It: Writers on J.D. Salinger and His Work. Thunder's Mouth Press. 2006. ISBN 978-1-56025-880-3. Dickstein, Morris. Leopards in the Temple: The Transformation of American Fiction, 1945–1970. Harvard University Press. 2002. ISBN 978-0-674-00604-1. Fiedler, Leslie A. Love and Death in the American Novel. Dalkey Archive Press. 1960. ISBN 978-1-56478-163-5. French. J. D. Salinger, Revisited. Twayne Publishers. sentyabr 1988. ISBN 978-0-8057-7522-8. Graham, Sarah. J.D. Salinger's The Catcher in the Rye – Routledge Guides to Literature. Taylor & Francis. 2007. ISBN 978-0-415-34452-4. Kennedy, J. Gerald. Modern American Short Story Sequences: Composite Fictions and Fictive Communities. Cambridge University Press. 1995. ISBN 978-0-521-43010-4. Miller, James Edwin. J. D. Salinger. University of Minnesota Press. 1965. ISBN 978-0-8166-0366-4. Reiff, Raychel Haugrud. J.D. Salinger: The Catcher in the Rye and Other Works. Marshall Cavendish. 2008. ISBN 978-0-7614-2594-6. C.D., Selincer. Doqquz hekayə. I nəşr. İstanbul: Yapı Kredi nəşriyyatı. 1993. ISBN 9753630484. Salinger, J.D. For Esmé – With Love and Squalor. Penguin Books. 2010. ISBN 978-0-14-104925-0. C.D, Selincer. Doqquz hekayə. İstanbul: Yapı Kredi nəşriyyatı, XVI nəşr. 2012. ISBN 9789753630481. Shuman, R. Baird. Great American Writers: Twentieth Century. Marshall Cavendish. 2002. ISBN 978-0-7614-7240-7. Slawenski, Kenneth. Üzücü banan qabığı ve C. D. Selincer. Sel nəşriyyatı. 2011. ISBN 9789755705200. Kenneth, Slawenski. Authorship Chronology ( (ing.)). 2010. İstifadə tarixi: 24 iyun 2019. Wintle, Justin. Makers of Modern Culture. Routledge. 2002. ISBN 978-0-415-26583-6. Həmçinin bax Cerom Selincer Doqquz hekayə Çovdarlıqda uçurumdan qoruyan Xarici keçidlər “Esme üçün – məhəbbət və səfalətlə” əsərinin “The New Yorker” jurnalının arxivindəki səhifəsi (ing.) “Deadcaulfields” saytında “Doqquz hekayə” və “Esme üçün – məhəbbət və səfalətlə” əsərləri ( (ing.)) | https://az.wikipedia.org/w/index.php?curid=594471 |
Əsməd Muxtarova | Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır. 1999-cu ildən həmin kafedranın müdiridir. "Türk və Qafqaz xalqları tarixi (qədim və orta əsrlər dövrü)" fənni üzrə bakalavr pilləsində dərs aparır. Magistratura təhsil pilləsində "Türk dünyasi tarixi" ixtisasında "Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)"; "Regionşünasliq-Qafqazşünasliq" ixtisasında "Qafqaza türk axınları" problemləri üzrə dərslər aparır. 40-dan çox məqalənin, 2 monoqrafiyanın, 2 kitabın müəllifidir. Rəhbəri olduğu 1 aspirant və 3 dissertant namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışlar. 1999-cu ildə nəşr etdirdiyi "Türk xalqlarının tarixi (qədim dövr və ota əsrlər)" dərsliyinə görə "Xatun" jurnalının redaksiya heyətinin və "Xatun" Əbədi Məclisinin təşkilat komitəsinin qərarı ilə "Sara Xatun" adına fəxri diplomla təltif edilib. 1997-ci ildən nəşr olunmasina başlanmış, təsisçisi və baş redaktoru olduğu "Tarix və onun problemləri" elmi, nəzəri, metodik jurnal vasitəsi ilə Sank-Peterburqun Azərbaycanlı diasporası ilə, Moskva Dövlət Universiteti ilə, Daşkənd Universiteti ilə, İsrail, İran, Almaniya ilə əlaqələr yaradılmışdır. Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi konfransda iştirak etmişdir (Bakı, 2006). Tədqiqat sahəsi Türk xalqlarının qədim dövr və orta əsrlər tarixini tədqiq edir. Seçilmiş əsərləri Əsməd Muxtarova, Nisbət Mehdiyeva, Altay Göyüşov. Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Vahid proqram. Bakı: Adiloğlu, 2012 Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixi. Təhsilin magistratura pilləsi üçün proqram.B., 2002 Əsməd Muxtarova. Qafqaza türk axınları. Təhsilin magistratura pilləsi üçün proqram, B., 2008 Əsməd Muxtarova. Türk dünyasının Əbədiyaşar lideri // "Tarix və onun problemləri" jurnalı. Xüsusi buraxılış. Bakı Dövlət Universiteti, 2004 Əsməd Muxtarova, Qabil Əliyev. Fədakar elm adamı // "Tarix və onun problemləri" jurnalı, № 2. Əsməd Muxtarova. Ustad alim və Böyük müəllim // "Tarix və onun problemləri" jurnalı, 2005, № 1. Əsməd Muxtarova. Türk xalqları tarixinin tarixşünaslığı // "Tarix və onun problemləri" jurnali, 2005, № 4. Əsməd Muxtarova. "A view to Korean Azerbaijan historical relations", 2006, the 1st. new international silk Road Cultural and Akademic Conferebce. 2006 New Silk Road International Siterary Symposium: Baku, 23rd june, 2006. Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və erkən orta əsrlər) // Bakı Universiteti Xəbərləri. Humanitar elmlər seriyası, № 4. Əsməd Muxtarova. Skiflər Qafqaza yürüşləri // "Tarix və onun problemləri" jurnalı, 2007, № 3 (həmmüəllif). Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və erkən orta əsrlər) // Bakı Universiteti Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1. Əsməd Muxtarova. Türk dünyasının əbədiyaşar lideri Heydər Əliyev ömrünün əfsanəyə çevrilmiş səhifələrindən // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları. B., 2008. Əsməd Muxtarova, Səidə Əli qızı. Milli qürur və iftixar doğuran ömür (Y.Mahmudovun anadan olmasının 70 illiyi) // Tarix və onun problemləri, 2009, № 1–2, s.483–488 Əsməd Muxtarova, Sənubər İsmayılova. Dünya və milli mədəniyyətin korifeyləri // Tarix və onun problemləri, 2010, № 4, s.13–19 (rus dilində) Əsməd Muxtarova, Sənubər İsmayılova. Türk xalqlarının orta əsrlərdə məişəti və mənəvi mədəniyyəti // Tarix və onun problemləri, 2011, № 2, s.5–11 (rus dilində) Əsməd Muxtarova, Gülnar Useynova. Krım tatarlarının Vətənə geri gönmək uğrunda mübarizəsi // Tarix və onun problemləri, 2012, № 3, s.72–80 (rus dilində) Əsməd Muxtarova. Azərbaycanın müasir türk dünyasına inteqrasiyası prosesi və Heydər Əliyev // Tarix və onun problemləri, 2013, № 2 (Ümummilli lider Heydər Əliyev – 90), s.34–40 Əsməd Muxtarova, Sənubər İsmayılova. Orta əsrlərdə Türkmənistan xalqılarının mədəniyyətinin və elminin inkişafı // Tarix və onun problemləri, 2013, № 4, S.5–11 (rus dilində) Əsməd Muxtarova. Bakı Dövlət Universiteti "Türk xalqları tarixi" tədrisinin mərkəzidir // Tarix və onun problemləri, 2014, № 4 (Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş XÜSUSİ BURAXILIŞ), S.17–26 Manixeizmin qəbulu və Uyğurların sosial-mədəni həyatında təsiri. Tarix və Onun problemləri N1, səh, 26–312016 Türk Xalqalrının Mədəniyyət tarixində ibtidai dinlərin rolu. Tarix və Onun problemləri N 3. Bakı.2017 5–11 "Türk xalqlarının tarixinə dair mənbələr (Qıpçaqlar haqqında məlumat verən mənbələr)". Türk Tarixi jurnalında (Turkish Historical Review 2017 .8.294–306) — Türk xalqlarının mədəniyyət tarixində ibtidai dinlərin rolu ("Tarix və onun problem-ləri" jurnalı 2017, № 3, s. 18 – 22) Qədim Türklərdə Totemizm və Onqon kultu("Tarix və onun problem¬ləri" jurnalı 2017.№ 41, s. 18 – 22) XIX əsrin II yarısında Osmanlı İmperiyasında Ermənlərin inglis-rus rəqabətindən yararlanmaq cəhdləri: Erməni məsələsi-nin meydana gəlməsi. hımmüəllif Şəbnəm Cəfərova. Tarix və Onun Problemləri № 1, 2018, s. 41–51. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin əsərlərində İnsan və inkişaf etmiş modeli bağlı məsələlər. Tarix və Onun problemləri, N2. 2018, s. 13–19. Azərbaycan Xalq Cünhuriyyətinin yuxarı Qarabağ və Zəngəzur bölgələrində erməni separatizm güclənməsi. həmmüəlif Taleh Cəfərov. Tarix və Onun Problemləri, N2 2018. s. 20–25 Aqrar sənaye kompleksi şəraitində fəhlə kadrlarının hazırlanması. B., 1972. Monoqrafiya Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər). Bakı, 1999. -Dərslik (2008-ci ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşr). Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və orta əsrlər). Bakı, 2002. Təhsilin magistratura pilləsi üçün dərs vəsaiti. III dərəcəli "Əmək" ordeni (2019); "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı (2019). | https://az.wikipedia.org/w/index.php?curid=565147 |
Əsməhan (müğənni) | Əsməhan (ərəb. أسمهان, əsl adı Amal əl-Ətrəş آمال الأطرش; 25 noyabr 1912, Aralıq dənizi – 14 iyul 1944) — Suriya əsilli müğənni. Fərid əl-Ətrəşin bacısı idi. | https://az.wikipedia.org/w/index.php?curid=748127 |
Əsməhan Qaya Sultan | Əsməhan Qaya Sultan (d. 1633, İstanbul — ö. 28 fevral 1659, İstanbul) — Osmanlı padşahı IV. Murad'ın Aişə Hasəki Sultandan doğulan üçüncü qızı. Tarixi mənbələrdə haqqında çox az məlumat olan Əsməhan Sultan 1633-cü ildə IV. Murad və Aişə Hasəki Sultanın üçüncü qızları olaraq İstanbulda dünyaya gəldi. Hələ 7 yaşındaykən atası vəfat etmiş, bundan sonrakı illərini əmisi I. İbrahimin himayəsində böyüdülmüşdür. 1644-cü ildə əmisinin istəyi ilə vəzir Mələk Əhməd Paşa ilə evləndirilmişdir. Əsməhan Sultana aid bəzi əşyalar hal-hazırda Topqapı Sarayında sərgilənir. Uzun müddət övlad sahibi olmayan Əsməhan Sultan 1659-cu ildə Afifə Sultan adında bir qız uşağı dünyaya gətirdi ancaq doğum əsnasında vəfat etdi. Məzarı Ayasofyadakı Sultan İbrahim türbəsindədir. | https://az.wikipedia.org/w/index.php?curid=451127 |
Əsməhan Sultan | Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu. 1566-cı ilin sentyabr ayında babası Qanuni Sultan Süleymanın ölümündən sonra anası və qardaşı ilə birlikdə İstanbula gəldi. Atasının səltənəti dövründə dövlət əri Sokullu Mehmed Paşa tərəfindən idarə edilirdi. Bu səbəbdən Əsməhan Sultan dövrün güclü qadınlarından birinə çevrildi. 1574-cü ildə atası vəfat etdi və yerinə qardaşı III Murad taxta çıxdı. Əsməhan Sultanın qardaşı III Muradın baş hasəkisi Safiyə Sultanla münasibətləri pis idi. Hətta bəzi mənbələrdə bu səbəbdən qardaşına onlarla kəniz hədiyyə etdiyi qeyd olunur. Bu düşmənçiliyin nəticəsində 1579-cu ildə həyat yoldaşı Sokullu Mehmed Paşa Safiyə Sultan tərəfindən tutulan bir əsgər tərəfindən öldürüldü və Əsməhan Sultan dul qaldı. Birinci ərinin ölümündən sonra Özdəmiroğlu Osman Paşayla nişanlansa da, naməlum səbəblərdən nikah ləğv edildi. Daha sonra Əsməhan Sultan Budin (Budapeşt) hakimi Əli Paşa ilə evləndirildi. 1585-ci ildə İstanbulda uşaq dünyaya gətirdiyi əsnada vəfat etdi. Dünyaya gələn uşaq isə hələ qırxı çıxmadan dünyasını dəyişdi. Məzarı atası Sultan Səlimin türbəsindədir. Xeyriyyə işləri 1571-ci ildə birinci həyat yoldaşının adına Memar Sinan tərəfindən bir məscid inşa etdirdi. (Sokullu Mehmed Paşa Məscidi) və Sokullu Mehmed Paşanın ölümündən sonra isə onun adına bir bulaq tikdirdi. 1573-1575-ci illər arasında Rumıniyada bir məscid inşa etdirdi. Bu məscid Rumıniyanın ən qədim məscididir. Sultanzadə İbrahim (1565-1621): Sokullu Mehmed Paşanın oğlu olduğundan Sokullu İbrahim kimi, Əsməhan Sultanının oğlu olduğu üçün isə Sultanzadə İbrahim kimi tanınırdı. 1565-ci ildə İstanbulda dünyaya gəlib. Budində hakimlik etdi. 1621-ci ildə vəfat etdi və Əyyub Sultan məscidində atasının yanına dəfn edilib. Gülruh Sultan: Haqqında çox məlumat yoxdur, Şeyxülislamın oğlu ilə evlənmişdir. Sultanzadə Mahmud (1585): Əsməhan Sultanın ikinci evliliyindən dünyaya gələn və doğumundan 40 gün sonra vəfat edən oğludur. Xarici keçidlər Esmehan Sultan Kimdir ? Esmehan(ismihan) Hanım Sultan(d.1544, Uşak -ö.1585 İstanbul) Arxivləşdirilib 2014-06-11 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=391079 |
Əsmələr | Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Coğrafi mövqeyi Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər. Xarici keçidlər www.borchali.net Arxivləşdirilib 2012-03-27 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=201445 |
Əsməqovaq | Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Botaniki xarakteristikası Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir. Mart-aprel aylarında meyvə verir. Koreya, Monqolustan və Rusiyada təbii halda yayılmışdır. Azərbaycanda BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.) Yaşayış mühiti Meşələrdə rast gəlinir. Təsərrüfat əhəmiyyəti Dərman kimi istifadə olunur. Selliloza alınmasında, çəllək üçün taxta, kibrit çöpləri və s. almaq üçün istifadə olunur. Sinonimləri Homotipik sinonimləri Tremula vulgaris Opiz Heterotipik sinonimləri | https://az.wikipedia.org/w/index.php?curid=113367 |
Əsməra | Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). Qardaşlaşmış şəhərlər Fransa Never Coğrafiyası Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir. Şəhər əsası XII əsrdə qoyulan 4 kəndin yerində yaranmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=260538 |
Əsməra Universiteti | Əsməra Universiteti (ing. University of Asmara) — Eritreyanın paytaxtı Əsməra şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1958-ci ildə qoyulmuşdur. Həmçinin bax Xarici keçidlər uoa.edu.er — Əsməra Universitetinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=431693 |
Əsmərud | Əsmərud (fars. اسمرود) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (18 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=753394 |
Əsmətxanım Məmmədova | Əsmətxanım Məmmədova — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti. Məmmədova Əsmətxanım Bəyəhməd qızı 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə C. Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1963-cü ildə III kursda oxuyarkən "Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər" məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Onun 2007-ci ildə nəşr olunan "Fars dilində vurğu" eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. "Fars dilinin orfoqrafiyası" kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin "Lətifələr, yumoristik hekayələr və tapmacalar" adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Ə. Məmmədova bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Uzun illər pedaqoji təcrübəyə malik Əsmətxanım Məmmədovanın 150-yə yaxın məqaləsinin Azərbaycanda və xaricdə çap olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunmuşdur. Qeyd etmək lazımdır ki, alimin elmi axtarış və düşüncələrini ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 10 kitabın müəllifi Ə. Məmmədova Milli Məclisin həm I çağırış, həm də II çağırış seçkilərində 17 saylı Sabunçu-Əzizbəyov seçki dairəsi üzrə 2 dəfə deputat seçilib. Müstəqil Azərbaycan Respublikasının inkişafının erkən vaxtlarında bir çox qanun layihələrinin hazırlanması, əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələrdə fəal iştirak etmiş, həmin illərdə vətəndaşların bir çox məsələlərinin həll olunmasına köməklik göstərməkdən əlavə daim pedaqoji fəaliyyətini davam etdirərək tələbələrinə elm öyrənmək yolunda köməkliyini əsirgəməmişdir. 7 aprel 2012-ci ildə Bakı Dövlət Universitetində tanınmış şərqşünas alim, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova, universitetin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Akademiyanın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq Artisti Əlibaba Məmmədov və digərləri iştirak etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=311384 |
Əsnaf | Əsnaf (ərəbcə - sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir. | https://az.wikipedia.org/w/index.php?curid=327646 |
Əsnəmək | Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir. İnsanların əsnəməsi | https://az.wikipedia.org/w/index.php?curid=495344 |
Əsnəq (Sərab) | Əsnəq (fars. اسنق) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 725 nəfər yaşayır (175 ailə). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=685700 |
Əspuğə (Bükan) | Əspuğə (fars. اسپوغه) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (28 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=575699 |
Əspərin (Xudabəndə) | Əspərin (fars. اسپرين) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 258 nəfər yaşayır (52 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=782243 |
Əspərək | Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi. Reseda alba - Ağ əspərək Reseda complicata Reseda lutea Reseda luteola Reseda odorata Reseda phyteuma Reseda scoparia | https://az.wikipedia.org/w/index.php?curid=142844 |
Əsqalan | Aşkelon(ivr. אַשְׁקְלוֹן) və ya Əsqəlan (ərəb. عسقلان) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225). Xəlifə Ömər, Kayseriyyəni fəth edən Suriya valisi Müaviyəyə yazdığı məktubda Fələstinin geri qalan yerlərinin fəthinə davam etməsini əmr etmişdir. Bu əmir üzərinə Müaviyə 640-cı ildə Askalanı fəth etdi və oraya əsgəri birliklər yerləşdirdi. Digər bəzi rəvayətlərdə isə Əmr ibn Asın daha öncə buranı fəth etmiş olduğu, ancaq Askalan əhalisinin rumların (Bizanslılar) onlara yardım etmələri üzərinə aparılan andlaşmanı pozmuş olduqları və Müaviyənin buranı Xəlifə Ömərin vəfat etdiyi 644-cü ildə yenidən fəth etdiyi bildirilir. Xəlifə Ömər və Xəlifə Osman Əsqalanı bəzi kimsələrə iqta etmişdilər. Rumlar Abdullah b. Zübeyr zamanında Əsqalanı yıxdılar və xalqını da oradan çıxardılar. Əbdülməlik b. Mərvan xəlifə olunca şəhəri yenidən inşa və təhkim etdi; ayrıca buraya bir çox insan yerləşdirərək onlara torpaq iqta etdi. Abbasi xəlifəsi Mehdinin 772-ci ildə burada bir məscid və minarə tikdirdi, qazılarda olan kitabələrdən anlaşılır. Qardaş şəhərlər Belarus, Qrodno Kanada, Kvebek ÇXR, Xinyanq Çili, İkike Fransa, Eks-An Provans Gürcüstan, Vani Gürcüstan, Kutaisi İtaliya, Aviano Almaniya, Pankov (Berlin) Polşa, Sopot Uqanda, Entebbe ABŞ, Portlend ABŞ, Baltimor ABŞ, Sakramento Erkən dövrdə şəhər əsasən mizrahi yəhudiləri tərəfindən məskunlaşmışdır. Hazırda da əhalinin əksər hissəsini mizrahi yəhudiləri təşkil edir. 1950-ci ilin əvvəllərində çox sayda Cənubi Afrika yəhudiləri Aşkelon şəhərində məskunlaşmışdır. Bu hadisədən sonra Britaniya yəhudilərinin də immiqrasiyası başlamışdır. Efiopiya və Rusiya yəhudilərinin köçü isə 1990-cı illərin əvvəlində başlamışdır. Şəhərdə 19 ibtidai, 9 orta-ixtisas və ali təhsil məktəbi yerləşir. Burada yerləşən Aşkelon Akademik Kolleci 1998-ci ildə açılmışdır və hazırda bu təhsil ocağında minlərlə tələbə təhsil alır. Aşkelon şəhərində Harvard Universitetinin arxeoloji yay məktəbi fəaliyyət göstərir. Həmçinin bax İsrail cənub dairəsi Xarici keçidlər Ashkelon City Council Arxivləşdirilib 2006-08-27 at the Wayback Machine Pictures of Ashkelon—Holy Land Pictures Ancient Ashkelon—University of Chicago | https://az.wikipedia.org/w/index.php?curid=820373 |
Əsqəlan | Aşkelon(ivr. אַשְׁקְלוֹן) və ya Əsqəlan (ərəb. عسقلان) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225). Xəlifə Ömər, Kayseriyyəni fəth edən Suriya valisi Müaviyəyə yazdığı məktubda Fələstinin geri qalan yerlərinin fəthinə davam etməsini əmr etmişdir. Bu əmir üzərinə Müaviyə 640-cı ildə Askalanı fəth etdi və oraya əsgəri birliklər yerləşdirdi. Digər bəzi rəvayətlərdə isə Əmr ibn Asın daha öncə buranı fəth etmiş olduğu, ancaq Askalan əhalisinin rumların (Bizanslılar) onlara yardım etmələri üzərinə aparılan andlaşmanı pozmuş olduqları və Müaviyənin buranı Xəlifə Ömərin vəfat etdiyi 644-cü ildə yenidən fəth etdiyi bildirilir. Xəlifə Ömər və Xəlifə Osman Əsqalanı bəzi kimsələrə iqta etmişdilər. Rumlar Abdullah b. Zübeyr zamanında Əsqalanı yıxdılar və xalqını da oradan çıxardılar. Əbdülməlik b. Mərvan xəlifə olunca şəhəri yenidən inşa və təhkim etdi; ayrıca buraya bir çox insan yerləşdirərək onlara torpaq iqta etdi. Abbasi xəlifəsi Mehdinin 772-ci ildə burada bir məscid və minarə tikdirdi, qazılarda olan kitabələrdən anlaşılır. Qardaş şəhərlər Belarus, Qrodno Kanada, Kvebek ÇXR, Xinyanq Çili, İkike Fransa, Eks-An Provans Gürcüstan, Vani Gürcüstan, Kutaisi İtaliya, Aviano Almaniya, Pankov (Berlin) Polşa, Sopot Uqanda, Entebbe ABŞ, Portlend ABŞ, Baltimor ABŞ, Sakramento Erkən dövrdə şəhər əsasən mizrahi yəhudiləri tərəfindən məskunlaşmışdır. Hazırda da əhalinin əksər hissəsini mizrahi yəhudiləri təşkil edir. 1950-ci ilin əvvəllərində çox sayda Cənubi Afrika yəhudiləri Aşkelon şəhərində məskunlaşmışdır. Bu hadisədən sonra Britaniya yəhudilərinin də immiqrasiyası başlamışdır. Efiopiya və Rusiya yəhudilərinin köçü isə 1990-cı illərin əvvəlində başlamışdır. Şəhərdə 19 ibtidai, 9 orta-ixtisas və ali təhsil məktəbi yerləşir. Burada yerləşən Aşkelon Akademik Kolleci 1998-ci ildə açılmışdır və hazırda bu təhsil ocağında minlərlə tələbə təhsil alır. Aşkelon şəhərində Harvard Universitetinin arxeoloji yay məktəbi fəaliyyət göstərir. Həmçinin bax İsrail cənub dairəsi Xarici keçidlər Ashkelon City Council Arxivləşdirilib 2006-08-27 at the Wayback Machine Pictures of Ashkelon—Holy Land Pictures Ancient Ashkelon—University of Chicago | https://az.wikipedia.org/w/index.php?curid=820372 |
Əsr | Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır. | https://az.wikipedia.org/w/index.php?curid=177910 |
Əsr Surəsi | Əsr surəsi (ərəb. سورة العصر (oxunuşu: əl-Əsr) - axşam çağı) - Quranın 103-cü surəsi. Məkkədə nazil olmuşdur, 3 ayədir. Əsr çağ, uzun zaman mənasında işlənir. | https://az.wikipedia.org/w/index.php?curid=115524 |
Əsr namazı | Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır. Qılınma qaydası 1-ci rükət:Niyyət; 2 səcdə;2-ci rükət:Həmd-surə; Təşəhhüd3-cü rükət:Təsbihati-ərbəə; 2 səcdə;4-cü rükət:Təsbihati-ərbəə; Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd". Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən. Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir. Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh". Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.. Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar. | https://az.wikipedia.org/w/index.php?curid=88449 |
Əsr surəsi | Əsr surəsi (ərəb. سورة العصر (oxunuşu: əl-Əsr) - axşam çağı) - Quranın 103-cü surəsi. Məkkədə nazil olmuşdur, 3 ayədir. Əsr çağ, uzun zaman mənasında işlənir. | https://az.wikipedia.org/w/index.php?curid=22122 |
Əsra Pənahinin qətli | Əsra Pənahi (az-əbcəd. عصرا پناهی; 5 mart 2007, Ərdəbil – 13 oktyabr 2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə. O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi. Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir. Əsra Pənahi 5 mart 2007-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. O, etnik cəhətdən azərbaycanlı idi.Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir.Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir. O, 2018-ci ilin sentyabr ayında İranın ən yaxşı üzgüçülük istedadlarının olimpiadasında Şərqi Azərbaycan ostanının nümayəndəsi kimi iştirak etmiş, 13–14 yaş qrupunda 50 metr arxası üstə üzmə üzrə respublika üzrə altıncı yeri tutmuşdur. Əsra Pənahi 12 oktyabr 2022-ci ildə mülki geyimli qüvvələrin Ərdəbildə Şəhid Qızlar Liseyinə basqın etməsindən sonra qətlə yetirilmişdir. Məktəbin rəsmiləri tələbələri hökumətyönlü nümayişdə iştirak etməyə və Əli Xamneyini tərifləyən ideoloji "Salam Fərmandeh" mahnısını oxumağa məcbur etmək istəyirdilər. Məktəbə toplaşan bəzi məktəbli qızlar Məhsa Əmininin öldürülməsinə, hökumətə və məcburi hicaba etiraz olaraq burada iştirak etməkdən imtina etmişdir. Şagirdlərdən birinin valideyni demişdir ki, müəllimlər və tələbələr "diktatora ölüm" şüarları səsləndirmişdilər. Məktəb rəsmiləri tərəfindən çağırılan mülki geyimli təhlükəsizlik qüvvələrinin şagirdlərə hücum etdiyi, onları döydüyü və qızlardan 10 nəfərinin həbs edildiyi bildirilmişdir. Pənahi hücumdan sonra Fatimi xəstəxanasına aparılan 12 tələbə arasında olmuşdur. O, aldığı ağır xəsarətlər, o cümlədən daxili qanaxma səbəbindən vəfat etmişdir. Reaksiyalar Əsra Pənahinin ölümü İslam Respublikasına son qoyulmasını tələb edən nümayişçilərin, xüsusən də Ərdəbildə nümayişlər üçün çağırışa çevrilmişdir. 15 oktyabr 2022-ci ildə Pənahinin ölümü ilə bağlı Ərdəbildə genişmiqyaslı etirazlar və nümayişlər keçirilmişdir.Pənahinin ölümünün hansı şəraitdə olması dövlət rəsmiləri tərəfindən mübahisələndirilmişdir. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Dana" informasiya şəbəkəsi Pənahinin əmisi olduğunu iddia edilən maskalı şəxsin müsahibəsinin videosunu yayımlamışdır. O, Pənahinin anadangəlmə ürək xəstəliyinin olduğunu və xəstəxanaya aparıldıqdan sonra gecə yarısı vəfat etdiyini demiş, onun ölümünün "heç bir mitinq və ya üsyanla bağlı olmadığını" vurğulamışdır. İranın dövlət rəsmiləri və dövlət xəbər agentlikləri Pənahinin ürək xəstəliyindən əziyyət çəkdiyini iddia etmişdilər. Onun əmisi dövlət televiziyasında onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən deyil, ürək problemindən qaynaqlandığını iddia edən müsahibə vermişdir. Ərdəbil parlamentinin üzvü Kazım Musəvi Pənahinin intihar edərək öldüyünü iddia etmişdir.2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər. Fləşmobun sonunda Əsra Pənahi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb.İran Mütəxəssislər Məclisinin üzvü və Ərdəbil imam cüməsi Həsən Amili verdiyi müsahibədə tələbələrin valideynlərinin icazəsi olmadan Ərdəbildə "Salam Fərmandeh" mərasiminə aparılmamalı olduğunu bildirmi.dir. O, Pənahinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsini təkzib etmi.? onun təbii yolla vəfat etdiyi iddiasını dəstəkləmişdir.İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası ilkin olaraq Pənahinin ölümünün məktəbə mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində baş verdiyini bildirmişdir. Saatlar sonra onlar ifadələrində dəyişiklik edərək qeyd etmişdilər ki, tələbənin ölüm səbəbini nə təsdiq, nə də təkzib edə bilməyiblər.Keçmiş iranlı futbolçu, azərbaycanəsilli Əli Dayi demişdir: "Bu müəssisədə elmi və bilik bazalarımı inkişaf etdirdiyim Şərif Texnologiya Universitetinin tələbələrinin etirazlarına və onlara təhqirlərə qarşı hökumətin təzyiqi nəticəsində yaranan səssizlik bu gün Ərdəbilin məktəblərində günahsız şagirdlərə hücum doğma şəhərim Ərdəbildə məktəblilərin döyülməsinə və digər qızlarımın qanının axıdılmasına səbəb oldu. Bu susqunluq ölümlə başa gəlir və hər gün İranın ürəyinə başqa hərarət gətirir. Bu, insanlığa və ölkəmə xəyanətdir". | https://az.wikipedia.org/w/index.php?curid=819299 |
Əsrabad (Meşkinşəhr) | Əsrabad (fars. عصراباد) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 570 nəfər yaşayır (121 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=762120 |
Əsrarül-məlaküt | "Əsrarül-məlakut" (Kainatın sirləri) — XIX əsr Azərbaycan maarifçi-alimi, tarixçisi Abbasqulu ağa Bakıxanovun 1839–1840-cı illərdə yazdığı astronomiyaya dair essesi. Əsər fars dilindədir və kosmoqrafiya məsələlərinə həsr olunub. Əsəri ərəb dilinə müəllif özü tərcümə edib. Bakıxanovun fikrincə, bu əsər onun yarımçıq qalmış "Ümumi coğrafiya"sının "riyazi hissəsini" təmsil edir. Əlyazmanın ərəb dilinə tərcüməsi eyni nüsxələrdə mühafizə olunur. Əsərin tarixi Abbasqulu ağa Bakıxanov 19-cu əsrin 30-cu illərinin sonlarından Polşa astronomu Nikolay Kopernikin vəfatının 300 illiyinə hazırlıqla əlaqədar kosmoqrafiya məsələlərini öyrənməyə başladı. Hələ 30-cu illərin əvvəllərində Bakıxanovun diqqətini Böyük coğrafi kəşflər və Varşavada olarkən Bakıxanovun sistemi ilə maraqlandığı Kopernik tərəfindən dünyanın heliosentrik sistemi cəlb etmişdi. Həmin vaxt Bakıxanovun əlində "Kəşfül-Karaib" əsərinin əlyazması var idi, onun son səhifəsində belə bir qeyd vardı: "Kopernik 1543-cü ildə Yerin fırlanmasını sübut etdi. Varşava, 8 noyabr 1833-cü il". Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" adlı əsərinin Tiflisdə nəşri ilə əlaqədar "astronom Kopernikin abidəsinin ucaldılması üçün" könüllü ianələr toplanmağa başlaması da Bakıxanovun kosmoqrafiya məsələlərinə diqqətini çəkdi. " (abidə 1853-cü ildə qoyulmuşdur) . Bakıxanov tərcümeyi-halında yazırdı: Əsərin əlyazmaları Əsərin farsca orijinal əlyazması hələ aşkarlanmayıb. Müəllif tərəfindən bu əsərin ərəb dilinə tərcüməsi demək olar ki, eyni olan iki siyahıda qorunub saxlanılmışdır ki, onlar bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda 23373 və 24295 nömrələri ilə saxlanılır. Onlardan biri 1845-ci ildə, digəri isə 1867/68-ci illərdə itmişdir. A. V. Saqadeyevin rus dilinə tərcümə etdiyi ilk siyahı 1983-cü ildə Bakıda nəşr edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=811742 |
Əsrarüt-Talibin | Əsrarüt-Talibin – Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər kəlimeyi-tövhidin ərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanır. Bəhs edilən mövzulardan bəziləri bunlardır: elm və növləri, şəriət-təriqət-mərifət, zikr və prinsipləri, tövhid kəlməsinin Hz.Əliyə təlqini, tövbə, övliya, təsəvvüf kəlməsinin qaynağı, qəlb, mənfi və müsbət insani xüsusiyyətlər, dərvişin halları, ibadətin təsəvvüfi yönləri, cazibə, feyz, xəlvət-üzlət, təriqətə girənlərin virdləri, yuxuların yozumu, təsəvvüf əhlinin inancları və s. Əsərdə təsəvvüfi məsələlər qısa və xüsusi olaraq izah edilmişdir. Fəlsəfi yozum və şərhlərə də təsadüf edilir. Seyid Yəhyanın Şəfaül-əsrar əsərinin xülasəsi mahiyyətində olan bu əsər təsəvvüf dairələrində olduqca məşhur olmuşdur. Kitabxanalarda bir çox nüsxələri vardır. Məzmunu və üslubu Seyid Yəhyaya aid olduğunu təsdiq edir. Əsrarüt-Talibin bəzən başqa müəlliflərə də aid edilmişdir. Ancaq Bəyanül-əsrar lit-talibin adı altında qeyd edilən kitabların hamısı Seyid Yəhyaya aid olan Əsrarüt-Talibin əsəridir. Əsərin çoxlu nüsxələri vardır. Onlardan bəziləri aşağıdakılardır: Manisa Muradiyyə,8025/2 Millət A. E. Ərəbi,4427/21 Süleymaniyyə, Əsəd əf.,3597 Süleymani, Ərzincani,63 | https://az.wikipedia.org/w/index.php?curid=102594 |
Əsrik (Kəlbəcər) | Əsrik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır. Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd. Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağı. Məşhur yerlər Mozgörükən, Donuzgüneyinin beli, Sarıtəpə, Mərəklərin başı, Marığın başı, Haçadaş, Böyükgüneyin qayası, Qaraqaya, Qurdqarğasının boynu, Oyuğun şişi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şişgüney, Alaqayanın başı, Cəddənin təpəsi, Ortaburunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şişi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudamazarlıyanın yalı, Qırmızıtəpə, Toyolan, Ağduzdağ, Qazantapılan, Çoban dağı, Oyuxlu dağı, Oyuğun şişi, Tutxun çayı. Binələr-Qışlaq Kilsə binəsi, Çökək binə, Təkdam binəsi, Maydan ölən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə. | https://az.wikipedia.org/w/index.php?curid=71170 |
Əsrik Cırdaxan | Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Tarixi abidələri Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Mədəniyyəti Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əsrik Cırdaxan kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əsrik Cırdaxan kənd xəstəxanası yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=17227 |
Əsrik Cırdaxan kilsəsi | Əsrik Cırdaxan kilsəsi - Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarları. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Məbədin divarına əl vurmaq kifayıtdir ki, daşlar yerə tökülsün. Bütün bunlar azmış kimi abidənin ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə baxımsızlıqdan qəzalı vəziyyətə düşərək bir hissəsi uçub. Abidənin mütəxəssislər tərəfindən yenidən bərpasına ehtiyac var. | https://az.wikipedia.org/w/index.php?curid=88654 |
Əsrik nahiyəsi | Əsrik nahiyəsi — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi Əsrik Cırdaxan «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» [1] Arxivləşdirilib 2019-04-09 at the Wayback Machine Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=502891 |
Əsrik travertin təzahürü | Kəlbəcər rayonu Çobankərəkməz kəndindən 2 km cənub-qərbdə “Qoturlu İstisu”nun mineral su çıxan ərazisində yerləşir. Təzahür 1978-ci ildə S. A. Babayev və A. F. Heydərov tərəfindən aşkar olunub. Yayılma sahəsi Yayılma sahəsi 3000 km2 , orta qalınlığı 12–14 m.-dir. Traveritləri araqonitli təbəqələrdən təşkil olunmuş konsentrik ellips şəklində olurlar. Ehtiyat miqdarı 700 min. m³-dir. | https://az.wikipedia.org/w/index.php?curid=526914 |
Əsrik Çırdaxan | Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Tarixi abidələri Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Mədəniyyəti Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əsrik Cırdaxan kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əsrik Cırdaxan kənd xəstəxanası yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=90185 |
Əsrik Çırdaxan kəndi | Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Tarixi abidələri Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Mədəniyyəti Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əsrik Cırdaxan kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əsrik Cırdaxan kənd xəstəxanası yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=53419 |
Əsrimizin Siyavuşu | Əsrimizin Siyavuşu (Osmanlı türkcəsi: عصریمیزین سیاووشو, türk. Asrımızın Siyavuşu) — Müsavat partiyasının keçmiş lideri və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi əsəri (esse). Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib. Yazılma tarixi Bakı 1920-ci ildə bolşeviklərin əlinə keçdikdən sonra Məhəmməd Əmin Rəsulzadə bir ay müddətində şəhərdə qalmışdı. Daha sonra o, dostu ilə birlikdə Gürcüstana getdi. Onlar səyahət zamanı Şamaxı qəzasının Lahıc qəsəbəsində, yerli sakinlərin birinin evində qalırlar. Evin kiçik kitabxanasında fars, azərbaycan və rus dillərində kitablar var idi. Kitabxanada Məhəmməd Əmin diqqətini çəkən əsər Firdovsinin "Şahnamə"si idi. Məhəmməd Əmin ev sahibinin icazəsi ilə kitabı oxumağa başladı. Onun ən çox xoşuna gələn hissə Siyavuş haqqında dastan idi. Məhəmməd Əmin hekayə ilə tanış olsa da, bir dəfə də dostuna yüksək səslə oxudu. Əsərdən ilhamlanan Məhəmməd Əmin dedi: Məhəmməd Əminin dostu hər dəqiqə basqın gözləntisi olduğu halda onun yazı yazacağına inanmadı. Ancaq o, yazmağa başladı. Məhəmməd Əmin bir neçə səhifə yazdıqdan sonra onlar yerlərini dəyişdirməli oldular. Yeni yer onun daha da ilhamla işləməsinə kömək etdi. Altı gün sonra yenidən yerlərini dəyişdilər. Burada sonuncu bölmənin qaralama variantı tamamlandı.Amma Rəsulzadə dostu ilə Lahıcda daha çox qala bilməzdilər. Qəsəbə sakinlərindən bəziləri nəzarət altına alınmışdılar, qəsəbənin üzərində isə müşahidə edilirdi. Rəsulzadə Lahıcı tərk etdi və kəndlərin birində əsərini təzədən yazmağa başladı. Tutulacaq deyə ehtiyatlanan Məhəmməd Əmin Rəsulzadə, əsərin surətini kəndlinin evində saxladı, qaralama halın isə özündə. Amma tezliklə onun gizləndiyi yer tapıldı, özü isə həbs edildi. Təslim olmadan öncə Rəsulzadə onda olan surəti məhv etmişdi. Rəsulzadə Moskvaya aparıldı. İki ildən sonra onu Finlandiyaya, oradan isə İstanbula köçürtmək mümkün oldu. Bu iki il ərzində kəndliyə verdiyi nüsxənin saxlanılması haqda heç bir şey öyrənə bilməmişdi. Həmən əsərin onun dostlarında olması mümkün deyil idi, çünki Məhəmməd Əmin Rəsulzadə kəndliyə tapşırmışdı ki, onun yazılı icazəsi olmadan nüsxəni heç kəsə verməsin. Nəhayət, 1923-ci ildə Rəsulzadə İstanbula gəlib çatmış əsəri tapdı. "Əsrimizin Siyavuş" həmin il İstanbulda dərc olundu.Rəsulzadə itirilmiş əməyinə görə çox üzülürdü. Onun dostları ona əsəri yenidən yazmağı məsləhət görürdülər, amma Rəsulzadə qeyd edirdi ki: "Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun (saxlanıldığım zaman daşıdığım gizli ad) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək. "Əsrimizin Siyavuşu" ilk dəfə 1923-cü ildə İstanbulda türk dilində çap edildi. 1928-ci ildə əsər yenidən İstanbulda çapdan çıxdı. 1989-cu ildə "Əsrimizin Siyavuşu" Ankarada nəşr olundu."Əsrimizin Siyavuşu" ilk dəfə azərbaycan dilində 1990-cı ildə Bakıda çap edildi. Mais Əlizadə əsəri türk dilindən tərcümə etmişdi. | https://az.wikipedia.org/w/index.php?curid=465921 |
Əsrin Müqaviləsi | Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə. Müqavilənin bağlanması 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün “Əsrin müqaviləsi” adlandırılması sualına verilən cavablardan biri ola bilər. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günləri "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. "Əsrin müqaviləsi"nin həyata keçirilməsi 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta sabiq prezident Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə Azərbaycanda neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir. Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50–475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50–700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında sabiq prezident Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. Cabir Məmmədov. "Avrasiyanın islam dövlətləri". Bakı,2000. Həmçinin bax Azərbaycan neft sənayesi Xarici keçidlər Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər? Vəfa Quluzadənin 20 il saxladığı sirr — Eksklüziv "Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir 'Heydər Əliyev dedi: 'Bu haqda hələ heç kim bilmir, neft kontraktlarını təcili imzalayaq | https://az.wikipedia.org/w/index.php?curid=430042 |
Əsrin kontraktı (film, 1996) | Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. Festivallar və mükafatlar 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür. Film haqqında Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Filmdə kinoxronika materiallarından istifadə olunmuşdur. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Teymur Bəkirzadə, Cahangir Zeynallı Operator: Cahangir Zeynallı, Şərif Şərifov Səs operatoru: Kamal Seyidov "Azərkinovideo" İB Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358-359. | https://az.wikipedia.org/w/index.php?curid=30748 |
Əsrin müqaviləsi | Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə. Müqavilənin bağlanması 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün “Əsrin müqaviləsi” adlandırılması sualına verilən cavablardan biri ola bilər. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. "Əsrin müqaviləsi"nin ilk günləri "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. "Əsrin müqaviləsi"nin həyata keçirilməsi 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta sabiq prezident Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə Azərbaycanda neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçmişdir. Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50–475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50–700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında sabiq prezident Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. Cabir Məmmədov. "Avrasiyanın islam dövlətləri". Bakı,2000. Həmçinin bax Azərbaycan neft sənayesi Xarici keçidlər Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər? Vəfa Quluzadənin 20 il saxladığı sirr — Eksklüziv "Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir 'Heydər Əliyev dedi: 'Bu haqda hələ heç kim bilmir, neft kontraktlarını təcili imzalayaq | https://az.wikipedia.org/w/index.php?curid=113125 |
Əsrin tufanı (mini-serial, 1999) | Əsrin tufanı (ing. Storm of the Century) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Əsərin müəllifi Stiven Kinqdir. Litl-Toll adasında güclü qasırğa baş verir. Bu adada belə qasırğa artıq 100 il idi ki, baş vermirdi. Bu zaman adaya dəhşətli adam gəlir. Bu dəhşətli adam insanlardan istədiyi şeyə çatmayanadək, buradan getməyəcəkdir. Xarici keçidlər Əsrin tufanı — Internet Movie Database saytında.Allmovie entry for Storm of the Century | https://az.wikipedia.org/w/index.php?curid=272326 |
Əsrlər boyu Qviddiç | Əsrlər boyu Kviddiç (ing. Quidditch Through the Ages) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında ən məşhur idman növü olan Kviddiç oyunundan bəhs edir. Həmin kitab Hoqvarts Sehrbazlıq və Ovsun Məktəbinin kitabxanasında saxlanılan orijinal ensiklopediyanın surətidir və romanların bir neçəsində xatırlanır. Qısa məlumat Kitabda qviddiçin tarixi, habelə süpürgə əsasında erkən oyunlar təsvir olunur. Bundan əlavə, uçan süpürgənin təkamülü, qviddiçin sehrli idman növü kimi yaranması və inkişafı, tarix boyu qaydaların modifikasiyaları və qızıl sniçin yaranması müzakirə olunur. Kitab oyunun əsas qaydaları, mümkün olan pozuntuları və cəzaları, ingiltərəli və irlandiyalı komandaları, sürətli süpürgələrin əsas modelləri və eləcə də oyunun taktiki üsullarından bəhs edir. Birinci fəsil: Uçan süpürgənin inkişafı İkinci fəsil: Qədim süpürgə oyunları Üçüncü fəsil: Qvirdiç bataqlığından gələn oyun Dördüncü fəsil: Qızıl sniçin yaranması Beşinci fəsil: Anti-Maql ehtiyat tədbirləri Altıncı fəsil: XIV əsrdən bəri qviddiçə edilən dəyişikliklər Yeddinci fəsil: Britaniya və İrlandiyanın qviddiç üzrə komandaları Səkkizinci fəsil: Qviddiçin dünyada yayımlası Doqquzuncu fəsil: Sürətli süpürgənin inkişafı Onuncu fəsil: Bu günkü qviddiç Xəyali kitab Harri Potterin sehrli dünyasının çərçivəsində Əsrlər boyu Qviddiç tanınmış Qviddiç eksperti Kenniluorti Visp tərəfindən yazılmışdır. Həmin kitab hər iki uydurma və real dünyada oyunun tarixi və incəlikləri üzrə ən düstur mənbədir. Bir çox qviddiç üzrə Britaniyalı komandaların kataloqu kimi xidmət edir. Harri Potter və Fəlsəfə Daşı kitabında Severus Sneyp Harri Potteri məktəbdən kənar tutaraq, həmin kitabı onun əlindən alır. Kenniluorti Uisp Harri Potterin dünyasında, Kenniluorti Visp idman haqqında bir çox kitablar yazan ekspetdir və öz sözlərinə görə qviddiçin dəlisidir. O, Nottinqemşirdə yaşayır. Vispin hobbilərin siyahısına nərd oyunu, vegetarian kulinariya və köhnəlmiş süpürgələrin toplanması daxildir. Onun sözlərinə görə Firebolt ən yaxşı süpürgədir. Xarici keçidlər Interview with J. K. Rowling about her book Quidditch Through the Ages Coan Roulinq və onun əsərləri haqqında Arxivləşdirilib 2016-11-09 at the Wayback Machine, Qanun nəşriyyatı. | https://az.wikipedia.org/w/index.php?curid=466966 |
Əsrlər və illər (film, 1964) | Publisistik filmdir. Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Burada iki xalqın arasındakı münasibətlərdən, onların həyatından söhbət açılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: S.Aslanov Ssenari müəllifi: C.Məmmədov Operator: V.Zlotin Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. | https://az.wikipedia.org/w/index.php?curid=30754 |
Əsrlərin yadigarı (film, 1967) | Film qədim tarixi abidə, Abşeronun müdafiə qalalarından biri — Qız qalası haqqındadır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Nazim Rzayev Ssenari müəllifi: Fuad Tanrıverdiyev, Nazim Rzayev Operator: Faiq Aslanbəyov Səs operatoru: İsgəndər Kərimov Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=30750 |
Əsrlərə görə Ay tutulmaları | Bu məqalədə əsrlər üzrə qruplaşdırılmış Ay tutulmalarının statistikası verilmişdir. Tetradlar, vaxt və digər faktlar haqqında ətraflı məlumatı əlaqəli istinadlarda tapa bilərsiniz. Ümumi statistika Eramızdan əvvəl 20-ci əsrdən 30-cu əsrə qədər olan beş minillikdə cəmi 12.064 Ay tutulması baş verib. Bu dövrdə ən uzun qismən Ay tutulması 8 fevral 2669-cu ildə baş verəcək və 3:30:02 davam edəcək. Ən uzun tam tutulma 31 may 318-ci ildə baş verib və 01:46:36 davam edib. Əsrlərə görə Ay tutulmaları | https://az.wikipedia.org/w/index.php?curid=754196 |
Əssar Təbrizi | Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı. Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir. Yaradıcılığı Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül - qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır. “Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”. Əsərdə iştirak edən surətlərin təqribən hamısı Günəş sistemini, bürcləri və ulduzları təmsil edirlər. Əssar Təbrizi əsərinin sonunda öz fikrini yekunlaşdıraraq yazır: “Mən mübaliğəli şəkildə böyükləri mədh etməkdən boyun qaçırıb həqiqi pak sevgi aləminə yol axtardım, mən qəsidə mirvarilərini şahların boynuna düzmək istəmədim. Bu sadə güzəranıma qane olaraq, böyük rütbəli adamların qulluğunada durmadım. Mən də Nizami kimi özümü xəlvətə çəkərək xəyalımın qüdrətilə xəzinələr yaratdım”. “Mehr və Müştəri” məsnəvisi nadir əsərdir, 5120 beytdən ibarətdir. Əbdürrəhman Cami bu məsnəvini mütaliə etdikdə onu çox tərifləmiş və aşağıdakı sözləri onun haqqında söyləmişdir: “Bu şəxs Təbriz əhlinin üzünü ağartmışdır. Bu vəzndə belə bir gözəl məsnəvi demək mahaldır (yəni, hər kəsin işi deyildir)". Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şerlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır. Xarici keçidlər Mehr və Müştəri. Farscadan tərc. edəni M. Sultanov. Bakı: "Şərq-Qərb", 2006. | https://az.wikipedia.org/w/index.php?curid=79524 |
Əstindar-i Süfla | Əstindar-i Süfla (fars. استين درسفلي) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 56 nəfər yaşayır (15 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=670816 |
Əstindar-i Vusta | Əstindar-i Vusta (fars. اسدي) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 21 nəfər yaşayır (5 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=670814 |
Əstindar-i Ülya | Əstindar-i Ülya (fars. استين درعليا) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 23 nəfər yaşayır (8 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=670813 |
Əstup | Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur. | https://az.wikipedia.org/w/index.php?curid=672252 |
Əstələk | Əstələk (fars. اصطلك) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 184 nəfər yaşayır (55 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=670812 |
Əsvan | Əsvan (ərəb. أسوان) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 267.913 nəfərdir (2006). | https://az.wikipedia.org/w/index.php?curid=721620 |
Əsvan bəndi | Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=323020 |
Əsvənk | Əsvənk — Filippin mifologiyasında təsvir edilən xəyali varlıq. Haqqında bir sıra əhvalat və xalq rəvayətləri mövcuddur. XVI əsrdə İspaniya koloniyaçılarının dediklərinə görə, yerli xalq hətta o dövrdə belə bu canlının var olduğuna inanmış, müxtəlif yollarla onlara da bu haqda məlumat vermişlər. Varlıq, fərqli bölgələrdə tik-tik, fi-fi, bayot, vak-vak, sok-sok, mariz və klinq-klinq adları ilə də çağrılır. | https://az.wikipedia.org/w/index.php?curid=474019 |
Əsyut | Əsyut (ərəb. أسيوط) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 389.307 nəfərdir (2006). | https://az.wikipedia.org/w/index.php?curid=721631 |
Əsğər Fərdi | Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin]O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin]Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin]Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır. Şair və yazıçı Əsğər Fərdi yüzlərlə ictimai, elmi və ədəbi məqalənin və onlarla kitabın muəllifi olmaqla eyni zamanda Ustad Şəhriyarın yeganə tələbəsi kimi tanınmışdır.[mənbə göstərin]Əsğər Fərdi 1981 ci. ildən etibarən (sonuncu dəfə habsdən buraxıldıqdan bir neçə ay sonar) Təbriz radiosunda Azərbaycan ədabiyyatına dair verilişlərin müəllifi və aparıcısi kimi 10 il müddəti boyunca səmərəli fəaliyyət göstərmiş və bununla da şah dövrünün ana dili üzərinə qoyduğu yasaqlardan yenicə qurtulmuş Iran Azərbaycan xalqının təmiz ana dili və ədəbiyyatı ilə tanış olmasında unudulmaz rol ifa etmişdir. Professor Ə.Fərdi 1988-ci ildə Iran dövlətinin rəhbər şəxsləri və dövlət rəsmiləri ilə uzun müzakirələri və səyləri nəticəsində Təbriz universitetinin dil və ədabiyyat fakultəsində ilk olaraq rəsmən və dövlət qərarı ilə Azərbaycan dili və ədabiyyatı şöbsinin açılışına nail olmuş və bir il müddətincə bu kafedrada tək başına tədrislə məşgul olub, dil və ədəbiyyatımıza həvəskar və marağlı olan geniş tələbə kütləsi yaratdıqdan sonra universitetin siyasi şöbəsi tərəfindən işdən uzaqlaşdırılmışdır. Ə.Fərdi 1991.ci ildə A.E.A. nəzdində filologia elmləri bölümündə dokora dissertasiasını müdafiə etmiş və Moskovada S.S.S.R E.A. ndan doktora diplomasını almağa nail olmuşdur. O Ustadı Şəhriyarın vəfatından sonra qeyri ixtiyari olaraq Tabrizi tərk edib Tehrana köçmüş, orada radio Televiziya təşkilatının nəzdində fəaliyyət göstərən Səhər kanalında Azəri TV.ni təsis etmiş və eyni zamanda Iran Islam respublikasının xarici işlər nazirliyində post sovet məkanı üzrə nazir müşaviri işləmişdir. Rejissor Ə.Fərdi 1993.cü ildən başlayaraq 3 il boyunca "17 Qafqaz şəhəri" adlı və 39 bölümlü sənədli filmin çəkilişilə məşqul olub. "17 Qafqaz şəhəri" filmində XIX yüzillikdə Rusiya ilə müharibədə İranın guya itirdiyi şəhərlərdən − Bakıdan, Gəncədən, Şamaxıdan, İrəvandan, Naxçıvandan… söhbət gedir.Ə.Fərdi 1996-cı ildə isə bütün Xəzəryanı ölkələrin tanıdılması məqsədilə 41 bölümdə "Xəzər Səfərnaməsi" adlı sənədli filmin yaradılması uğrunda ömrünün 3 ilini vəqf etmişdir. Şair Ə.Fərdi dən 20 dən artıq səsli şeir albomu (cd və kaset) nəşr edilmişdir. Əsğər Fərdi 5 avqust 2018-ci il tarixində ürək tutması nəticəsində dünyasını dəyişib. | https://az.wikipedia.org/w/index.php?curid=49583 |
Əsğər Fərhadi | Əsgər Fərhadi (fars. اصغر فرهادی, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur. Rejissorluq etdiyi filmlər Xarici keçidlər Official website Everybody Knows (film) Əsgər Fərhadi — IMDb səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=306864 |
Əsəb sistemi | Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. Ümumi məlumat Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir. Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır. Somatik və vegetativ sinir sistemi Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas – heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür. somatik (lat. soma – bədən deməkdir) ya animal (heyvani) vegetativ ya bitki sinir sistemi. Somatik sinir sistemi eninəzolaqlı skelet əzələlərini və bir qisim daxili üzvlərin (dil, damaq, udlaq və qida borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsilə insan orqanizmini xarici mühitlə rabitədə saxlayır. Vegetativ sinir sistemi daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət aparatlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda sklet əzələlərini də təchiz edir, onların tonusunu nizama salır; bütün üzvlərin qidalanmasını təmin edir (trofik vəzifə daşıyır). Vegetativ sinir sistemi də iki hissəyə bölünür: simpatik hissə – (lat. pars sympatica) və parasimpatik hissə – (lat. pars parasympatica). Digər bir təsnifata əsasən sinir sistemi iki şöbəyə bölünür: mərkəzi sinir sistemi – (lat. systema nervosum centrale) və ucqar və ya periferik sinir sistemi – (lat. gysema nevrosum periphericum). Mərkəzi sinir sisteminə beyin – (lat. encephalon) və onurğa beyni – (lat. medulla spinalis), ucqar sinir sisteminə isə beyindən çıxan 12 cüt kəllə (beyin sinirləri) – (lat. nn. craniales (nn. cerebrales – BNA)) və onurğa beynindən çıxan 31 cüt onurğa beyni sinirləri – (lat. nn. spinales) aiddir. Ucqar sinir sisteminə qeyd olunan sinirlərdən başqa qanqlionlar (sinir düyünləri) və həm xarici mühitdən, həm də orqanizmin özündən (daxili mühitdən) qıcıqları qəbul edən, və bu qıcıqları işçi orqanlara (əzələlərə, vəzilərə) verən uc aparatlar – reseptorlar da daxildir. Sinir sisteminin somatik və vegetativ sinir sistemlərinə bölünməsi, yuxarıda qeyd olunduğu kimi şərtidir, bu bölünmənin şərti olması bir tərəfdən vegetativ sinir sisteminin somatik üzvlərlə (yəni sklet əzələləri ilə) müəyyən nisbətdə olması ilə (onları innervasiya etməsi ilə), digər tərəfdən animal və vegetativ sinir sistemi elementlərinin eyni zamanda sinir sisteminin mərkəzi və ücqar şöbələrdə yerləşməsi ilə izah olunur. Sinir sisteminin vəzifələrinə gəldikdə qeyd etmək lazımdır ki, o, orqanizmi təşkil edən sistemlərin fəaliyyətini nizama salır; bununla da orqanizmin vəzifəcə vəhdətliyi və tamlığı təmin edilir. Sinir sisteminin əsas vəzifələrindən biri də ondan ibarətdir ki, o, orqanizmlə xarici mühit arasında olan qarşılıqlı təsiri təmin edir. Sinir sistemi düyğu üzvlərində və daxili orqanlarda olan xüsusi hissəsi uc aparatlar (reseptorlar) vasitəsilə müxtəlif qıcıqları qəbul edərək, orqanizmin onlara qarşı bütün reaksiyalarını təmin edir və bununla da orqanizmlə onun yaşadığı mühit arasında vəhdət yaradır. Rus fizioloqu İ.M. Seçenov orqanizmin elmi tərifinə mühiti daxil edərək belə yazır: Sinir sisteminin təkamülündə həlledici rolu mühit amilləri oynamışdır. Mühit və onun fiziki, kimyəvi, bioloji və başqa şərtləri dəyişdikdicə, orqanizm də daima du dəyişikliklərə uyğunlaşır. Həmin uyğunlaşmanın nəticəsidir ki, orqanizmlə mühit qırılmaz bir vəhdət təşkil edir. Orqanizmlə mühit arasındakı, bu qarşılıqlı əlaqəni, qarşılıqlı təsir və vəhdəti təmin edən sinir tənzimidir. Bu tənzim sayəsində orqanların reaksiyaları çox sürətlə başa gəlir. Orqanizmdə sinir tənzimindən başqa çox yavaş cərəyan edən və nisbətən uyun vaxt tələb edən kimyəvi – humoral (hormonlar vasitəsilə) tənzim də vardır. Sinir tənziminin kimyəvi tənzimə nisbətən çox sürətlə davam etdiyini aşağıdaki misalda göstərmək olar: nəli əzələnin sinir qıcığı təsiri ilə yığılması üçün 0,01 san. vaxt tələb olunduğu halda, humoral üsul ilə (hormonlar təsiri ilə) həmin əzələnin yığılması üçün 30 san. vaxt lazımdır. Lakin kimyəvi tənzimin özü də sinir sistemi vasitəsilə icra olunur. (K.İ. Bıkov və İ.P. Razenkov). Sinir sisteminin əsas vəzifəsi aşağıdakılardan ibarətdir: müxtəlif qıcıqları reseptorlar vasitəsilə qəbul edib sinir lifləri ilə mərkəzə doğru nəql etmə – reseptor vəzifəsi (İ.P.Pavlova görə bu hadisə ilə tədqiqat başlanır); sinir mərkəzi qəbul etdiyi qıcığı, ya sinir mərkəzində meydana çıxan oyanmanı müəyyən xarici reaksiyaya çevirmə – qapayıcı vəzifə (İ.P.Pavlova görə bunun nəticəsində sintez əmələ gəlir); cavab reaksiyalarını törətmə (hərəki ya sekretor reaksiyaları) törətmə – effektor vəzifə.Sinir sisteminin yuxarıda təsvir olunan fəaliyyətini ifa edən cihazın quruluşunu İ.P.Pavlov bu cür təsvir edir: Sinir sisteminin ən ali şöbəsini beyin (böyük beyin) yarımkürələrinin qabığı təşkil edir. Böyük beyin qabığı ali sinir fəaliyyəti vəzifəsini daşıyır və onun maddi əsasını təşkil edir. Beyin və onun qabığı bütün üzvlərin fəaliyyətini tənzim edir və öz növbəsində orqanizmi təşkil edən orqan və toxumalar tərəfindən təsirə məruz qalır. İ.P.Pavlov öz şərti reflekslər təlimi ilə obyektiv aləmin insan şüurunda əks olunması kimi son dərəcə mürəkkəb hadisələrin maddi-fizioloji mexanizmlərini elmi surətdə dərindən göstərdi və izah etdi. İ.P. Pavlova görə sinir sisteminin təkamül inkişafı ali heyvanlarda və insanda şərtsiz və şərti əmələgəlməsi ilə əlaqədardır. Heyvanat aləminin sinir sisteminin quruluş formaları Heyvanat aləmində sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqlarda meydana çıxır. Bu heyvanlardan başlayaraq sinir sisteminin təkamülü inkişafında dörd quruluş formasına təsadüf edilir: səpgin ya diffuz, sapabənzər, düyünlü və borulu sinir sistemi. Səpgin ya diffuz və ya torabənzər sinir sistemi Səpgin ya diffuz və ya torabənzər sinir sistemi hidropoliplərdə təsadüf olunur. Bunların sinir sistemi xüsusi sinir-əzələ, ya epitel-əzələ hüceyrələrindən, ilk hissi hüceyrələrdən və sinir hüceyrələrindən ibarətdir. Bu hüceyrələr ektodermadan inkişaf edib bir-birilə çıxıntılar vasitəsilə rabitədə olur və beləliklə heyvanın vücudunda tor təşkil edir; bunlardan bir qismi örtük epitelinin arasında və digər qismi isə onun altında yerləşir. Səpgin sinir sisteminin verdiyi reaksiyalar son dərəcə ümumi xassə daşıyır. ƏgƏr qıcıq heyvanın bir yerinə düşərsə, oyanma bütün sistem boyu yayılır və nəticədə əzələ hüceyrələrinin hamısı yığılır. Sapabənzər sinir sistemi Sapabənzər sinir sistemi meduzalarda təsadüf olunur. Sinir hüceyrələri başlıca olaraq çətirin kənarında toplaşıb, sinir lifləri ilə birlikdə bir kəmər əmələ gətirir. Kəmərdə olan sinir hüceyrələri bir tərəfdən qıcığı qəbul edən reseptor törəmələrlə və digər tərəfdən əzələ hüceyrələri ilə əlaqədar olur. Düyünlü sinir sistemi Düyünlü sinir sistemi yumşaqbədənlilərdə, qurdlarda və buğumayaqlılarda inkişaf edir. Bu sinir sistemi üç əsas xassəyə malikdir: sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzi sinir sistemi əmələ gəlir; sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır (kefalizasiya ya ensefalizasiya); sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir. Borulu sinir sistemi Borulu sinir sistemi onurğalı heyvanlarda təsadüf olunur. Bu heyvanlarda sinir sistemi iki hissəyə bölünür: mərkəzi və periferik sinir sistemi. Sinir sisteminin mayası boru şəklində olur və beyin borusu adlanır. Bu borunun baş hissəsi kəllədə (kranial) yerləşərək genişlənir və beynin mayasını təşkil edir. beyin borusunun quyruq (kaudal) hissəsi onurğa kanalında qalır; bu hissədən onuğa beyni inkişaf edir. Onurğalı heyvanların sinir sisteminin təkamülündə əsas xüsusiyyət ondan ibarətdir ki, onların mərkəzi sinir sistemində orqanizmin həyatında mühüm rol oynayan xüsusi törəmələr (boz maddə, beyin qabığı) inkişaf edir. Eyni zamanda beyin qurluş və vəzifəcə çox inkişaf edir. burada üzvlərin vəzifələrini nizama salan, uyğunlaşdıran, birləşdirən və onlara başçılıq edən ali mərkəzlər meydana çıxır. Ucqar sinir sistemində isə sinirlər, düyünlər və kələflər diferensiasiya edir. Beləliklə heyvanat aləmində sinir sistemi tədricən mürəkkəbləşir. səpgin və sapabənzər sinir sisteminə malik heyvanlarda xarici mühit qıcıqlarına qarşı verilən cavablar ümumi xarakter daşıyır. Düyünlü və borulu sinir sistemində isə qıcıqlara qarşı verilən cavablar ümumiliyini itirir, ilk dəfə olaraq şərtsiz reflekslərə çevrilir. Mərkəzi sinir sisteminin ön hissəsinin (uc beyinin) inkişafı ilə əlaqədar olaraq, orqanizmin xarici mühitin qıcıqlarına qarşı verdiyi cavabları da dəyişir və yeni, daha mükəmməl şəkil alır. Yeni refleks növü – şərti rehlekslər meydana çıxır. Şərti reflekslərin əmələ gəlməsi uc beyin və xüsusən də onun ali şöbəsi olan böyük beyin yarımkürələrinin qabığı ilə əlaqədardır. İnsanda, ictimai mühit və əməklə əlaqədar olaraq, şərti reflekslər ali inkişaf dərəcəsinə çatmış, onda ikinci qabıq siqnal sistemi (nitq) meydana çıxmışdır; bu xüsusiyyət də insanı heyvandan fərqləndirir. Quruluş elementləri Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması yüksək dərəcədə diferensiasiya etmiş toxumadır. Bunun əsas xüsusiyyəti onun oyanma (qıcığı qəbul etmə) və naqillik (keçiricilik) qabiliyyətinin olmasıdır. Sinir toxuması sinir hüceyrələrindən, onların çıxıntılarından və qliya adlanan stromadan təşkil olunmuşdur. Sinir hüceyrəsi öz çıxıntıları və onların uc (hərəki və hissi) aparatları ilə birlikdə neyron adlanır. İnsan beynində neyronların sayı 15 milyarda çatır. Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Hər bir neyron hüceyrə cismindən, dendrit adlanan protoplazmatik çıxıntılardan və neyrit və akson deyilən uzun silindrik ox çıxıntıdan ibarətdir. Hər neyronun ancaq bir aksonu olur: dendritlərin miqdarı isə çox ola bilər. Hüceyrə cismi bir sıra törəmələrdən – neyroplazmadan, nüvədən və sinir fibrillərindən (neyrofibrillərdən) təşkil olunmuş və xaricdən qişa ilə örtülmüşdür. Hüceyrə cismində olan neyrofibrillərin ardı sinir hüceyrəsinin çıxıntılarına keçir. Neyrit ya akson neyrofibrillərdən təşkil olunmuş silindirik oxdan ibaraətdir; o, xaricdən mielin ya özəkli qişa və Şvann qişası ya da nevrillemma ilə örtülmüşdür. Neyrit boyu uzunu yan kollateral şaxələr verir və periferik ucu telodendrit adlanan şaxələrə bölünür. Bu şaxələr müxtəlif uc aparatlarla tamamlanır. Bəzi neyritlərin uzunluğu 1 m-dən də çox olur. Sinir hüceyrələri çıxıntılarının miqdarına görə üç qrupa bölünür: birçıxıntılı ya təkqütblü unipolyar sinir hüceyrəsi; ikiçıxıntılı, ya ikiqütblü bipolyar sinir hüceyrəsi; bunlardan biri dendrit, digəri neyritdir: məsələn, gözün tor qişasında olan bipolyar hüceyrələr. Mənşə etibarilə bipolyar hüceyrələrə yalançı unipolyar sinir hüceyrələri də aiddir. Bunların sanki bir çıxıntısı olur; bu çıxıntı hüceyrə cismindən çıxdıqdan sonra T – şəkilli iki çıxıntıya (neyrit və dendritə) bölünür. Əslində yalançı unipolyar hüceyrələr bipolyar hüceyrələrin neyrit və dendritlərinin başlanan yerində bir-birilə bitişməsi nəticəsində əmələ gəlir. Bu növ hüceyrələrə onurğa beyni qanqlionlarında təsadüf edilir. Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi; bunun bir neyriti və bir neçə dendriti olur; bu növ sinir hüceyrələrinə beyin qabığında və onurğa beynində təsadüf edilir.Sinir hüceyrələrinin qişalarla örtülmüş çıxıntılarına sinir lifləri deyilir. Sinir lifləri əhatə olunduqları qişalara görə dörd qrupa bölünür: Mielin və Şvann qişalı sinir lifləri, bunlar hər iki qişa ilə örtülü olur, ucqar sinir sistemini təşkil edən sinirlər bu növ liflərdən əmələ gəlmişdir. mielinli ya özəkli sinir lifləri yalnız mielin qişa ilə örtülü olur; mərkəzi sinir sisteminin ağ maddəsi həmin liflərdən ibarətdir. mielinsiz ya özəksiz (amielin) sinir lifləri – yalnız Şvann qişası ilə örtülü olur; bu növ liflərə simpatik sinir sistemində təsadüf edilir. Çılpaq silindrik oxlar – qişasız olur və mərkəzi sinir sisteminin boz maddəsində yerləşir.Vəzifə etibarilə dendritlər oyanmanı hüceyrə cisminə (sellülopetal istiqamətdə), neyritlər isə əksinə, hüceyrədən periferiyaya doğru (sellülofuqal istiqamətdə) nəql edir. Oyanmanın bir neyrondan digər neyrona keçməsi neyritin həm uc, həm də yan şaxələrilə ifa olunur. Sinir toxumasının ikinci tərkib hissəsi stroma ya qliya (yaxud neyroqliya) bir sıra hüceyrələrdən ibarətdir. Qliya xüsusi quruluşa malik əlavə törəmə kimi sinir sistemində məhdudlaşdırıcı, istinadyaradıcı və trofik (qidalandırıcı) vəzifə daşıyır. Sinir sistemini təşkil edən neyronlar bir-birilə müəyyən nisbətdə olur. Bu və ya başqa yerdə qıcıq nəticəsində meydana çıxan oyanma bir neyrondan digər neyrona, buradan da üçüncü neyrona və s. verilir. Qıcığın bir neyrondan digər neyrona keçməsi üçün bir neyronun neyriti digər neyronun dendriti ilə rabitədə olmalıdır. Bu növ rabitə neyronlar arasına ifraz olunan xüsusi kimyəvi maddələr (mediatorlar) vasitəsilə əmələ gəlir ki, buna sinaps (lat. synapsis) deyilir. Sinaps yalnız neyritin dendritlə rabitədə olması ilə deyil, eyni zamanda neyritin bilavasitə neyronun hüceyrə cismi ilə rabitədə olması ilə əmələ gəlir; birinci halda aksodendritik sinaps, ikincisinə isə asosomatik sinaps deyilir. Aksodendrik sinapslara artıq miqdarda beyin qabığının yuxarı qatlarında təsadüf olunur. Neyron nəzəriyyəsi Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan ibarətdir; lakin bunlar vəzifə etibarilə bir-birlə rabitədədir. neyrofibrillər isə bir neyrondan digərinə keçməyib, rabitədə olduqları yerdə qalırlar; həmin yerdə sinir çıxıntılarının uclarında xüsusi törəmələr – sinaptik aparatlar əmələ gəlir. Oyanma bu aparatlar vasitəsilə qeyd olunduğu kimi bir neyrondan digər neyrona verilir. Sinapslardakı bu ötürücülük kiyəvi və biofiziki hadisələrlə izah edilir. Beləliklə neyronların quruluşca bir-birindən ayrı olmalarına baxmayaraq, neyronarası rabitənin və onların arasındakı qarşılıqlı təsirin olması sayəsində sinir sistemi həm quruluş, həm də vəzifə etibarilə bir vəhdət təşkil edir. Adətən, orqanizmdə bir neyron başqalarından ayrı olaraq heç bir vəzifə icra etmir; o ancaq digər neyronlarla birlikdə silsilə təşkil edib müəyyən vəzifə daşıyır. Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin xarici və daxili qıcıqlara qarşı verdiyi cəld cavablara deyilir. Refleks lat. reflecto – əks edirəm sözündən alınmışdır. Hər bir refleksin meydana çıxması üçün müəyyən bir yol lazımdır. refleks aktında sinir hisslərinin getdiyi yola refleks qövsü adı verilmişdir. Refleks qövsü iki növdür. Sadə refleks qövsü iki neyron ibarətdir Mürəkkəb refleks qövsündə isə ikidən artıq neyron iştirak edir.sadə refleks qövsünü təşkil edən birinci neyron reseptor (qəbuledici ya mərkəzəgedən) neyron adlanır. reseptor neyron duyğu üzvlərindən (məsələn dəridən) qıcığı qəbul edib, onu mərkəzə (sentropetal istiqamətə) doğru nəql edir və reflektor mərkəzdə (məsələn onurğa beynində) oyanmanı ikinci neyrona – effektor (ifaedici ya mərkəzdəngələn) neyrona verir. İkinci neyron da öz növbəsində oyanmanı işcil üzvə (əzələyə) aparır, bunların nəticəsində hərəkət, məsələn diz-vətər refleksi, meydana çıxır. sadə refleks qövsündə sinaps yalnız bir yardə, reflektor mərkəzində meydana çıxdığı üçün bu qövsə birsinapslı refleks qövsü də deyilir. sadə refleks qövsü orqanizmdə az təsadüf edilir: adətən refleks qövsü üç neyrondan təşkil olunur; beləki reseptor neyronla effektor neyron arasında üçüncü bir neyron da yerləşir; buna birləşdirici ya qapayıcı neyron deyilir. Birləşdirici neyron oyanmanı reseptor neyrondan effektor neyrona verir və beləliklə, ötürücü vəzifə ifa etmiş olur. Morfoloji quruluş və vəzifə etibarilə refleks qövsü beş hissədən ibarətsir: Reseptor – qıcıqları qəbuledici reseptor törəmə. Afferen və ya reseptor sinir lifi – oyanmanı mərkəzə daşıyan sinir lifi. Sinir mərkəzi – oyanmanı reseptor neyrondan effektor neyrona verən mərkəz. Efferent və ya effektor sinir lifi – oyanmanı işcil üzvə daşıyan sinir lifi. Effektor, yəni uc aparat – effektor sinir lifinin işcil üzvə daxil olan ucu.Ali heyvanlarda və insanda, mürəkkəb reflekslər arasında neyronların iştirakı ilə şərti reflekslər adı ilə bir çox yüksək dərəcəli müvəqqəti reflektor rabitələr meydana çıxır. Beləliklə qeyd etmək olar ki sinir sistemi vəzifə etibarilə üç növ neyrondan təşkil olunmuşdur: Reseptor ya afferent (hissi ya mərkəzəgedən, ya da sentropetal) neyronlar; bunların hüceyrə cisimləri həmişə mərkəzi sinir sistemindən xaric, kəllə və onurğa beyni hissi sinirlərinin qanqlionlarında yerləşir. Çıxıntılardan biri (dendrit) mühitə doğru gedərək hissi uc aparat vasitəsilə ucqar üzvlərdə (məsələn, dəridə) tamam olur, digəri isə (neyrit) mərkəzi sinir sisteminə (onurğa beyninə ya beyin sütununa) daxil olur. Qapayıcı, ya birləşdirici (assosiatik) neyronlar; bunlar mərkəzi sinir sistemində yerləşib, ya reseptor neyronlar ilə effektor neyronlar arasında, ya da mərkəzi sinir sisteminin müxtəlif nahiyələri arasında rabitə yaradır. Effektor ya efferent (hərəki ya mərkəzdəngələn və ya sentrofuqal) neyronlar; bunların hüceyrə cisimləri mərkəzi sinir sistemində, ya vegetativ qanqlionlarda yerləşir, neyritləri (aksonları) isə işcil üzvlərə (əzələ və vəzilərə) doğru gedərək uc aparatlar vasitəsilə onlarda tamam olur. Reflektor dövran Sinir sisteminə refleks qövsündən başqa reflektor dövran da ayırd edilir. Sinir sistemi mərkəzlərində işcil üzvə efferent impulslar göndərildikdə, həminüzvdə müəyyən bi hadisə – effekt (hərəkət ya sekresiya) meydana çıxır. bu effekt öz növbəsində işcil üzvdə hissi-sinir impulsları törədir ki, bunlar da afferent yollar (sinir lifləri) vasitəsilə geriyə (onurğa beyinə və ya beyinə) qayıdır və işcil üzvün gördüyü iş haqqında mərkəzləri xəbərdar edir. Beləliklə işcil üzv ilə mərkəz arasında əks rabitə yaranır. Bu hadisəyə əks afferentasiya deyilir (P.K.Anoxin). İşcil üzvün fəaliyyətinin yoxlanılması "əks afferentasiya" mexanizmi ilə ifa olunur. Bu üsul ilə qapalı bir dövran əmələ gəlir: Bunun sayəsində, daxili və xarici şəraitin hər hansı bir dəyişıkliyi zamanı orqanizmdə davam edən proseslərin mürəkkəb korellyasiyası həmin qapalı reflektor dövran vasitəsilə təmin olunur. Ağ və boz maddələr Mərkəzi sinir sistemi iki növ maddədən təşkil olunmuşdur: 1) ağ maddə – lat. substantia alba və 2) boz maddə – lat. substantia grisea. Ağ maddə mielinli sinir liflərindən təşkil olunmuşdur. Bunun daxilində oyanmanı müəyyən istiqamətə doğru daşıyan dəstələr təşkil edir; həmin dəstələrə aparıcı yollar deyilir. Boz maddə neyronların hüceyrə cisimlərindən ibarətdir; bunun tərkibində çılpaq silindrik oxlu sinir çıxıntıları vardır. bu maddə böyük beynin və beyincik yarımkürələrini xaricdən örtərək böyük beyin və beyincik qabığını – lat. cortex cerebri et cortex cerebelli əmələ gətirir. beyin qabığında eyni vəzifə daşıyan müəyyən qrup sinir hüceyrələri mərkəz adlanır. Ağ maddə daxilində ayrı-ayrı boz maddə parçalarına təsadüf edilir. Binlara nüvə – lat. nucleus deyilir. Həmin nüvələr vəzifə etibarilə ara mərkəz (sinaptik dayanacaq) vəzifəsini daşıyır. Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat. epineurium deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını (lat. vasa nevrosum) və sinir kötüyünü innervasiya edən sinir liflərini (lat. nervi nervosum) müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır. Sinir sisteminin inkişafı Sinir sistemi xarici rüşeym vərəqəsindən – ektodermadan inkişaf edir. Embrionun (embrional meydançanın) arxa səthində orta xətdə olan ektodermal hüceyrələr diferensasiya nəticəsində silindr ya iy şəklini alıb embrion boyu (kranio-kaudal istiqamətdə) bir qalınlaşma əmələ gətirir; bu qalınlaşmaya sinir, ya beyin səfhəsi deyilir. Ektodermanın qalan hissəsi buynuz, ya dəri səfhəsi adlanaraq dərinin epidermis qatını və duyğu üzvlərinin qəbuledici (reseptor) törəmələrini əmələ gətirir. Sinir səfhəsi inkişaf edərək yavaş-yavaş dərinləşir və rüşeym 1,5 mm olarkən sinir şırımı – lat. sulcus nervosus meydana çıxarır. bu şırımın kənarları (sinir yastıqları) qatlanaraq getdikcə hündürləşir və orta xəttə çataraq bir-birilə bitişir; nəticədə sinir şırımı sinir ya beyin borusuna çevrilir. Sinir şırımının sinir borusuna çevrilməsi, yəni sinir şırımı kənarının bitişməsi ortadan başlayıb uclara doğru davam edir. Sinir borusu əmələ gəldikdən sonra yavaş-yavaş buynuz səfhəsindən uzaqlaşır; bunların arasına mezoderma elementləri daxil olur. Sinir borusu bütün sinir sisteminin mayasını təşkil edir. Bu borunun kranial ucu genəlir; həmin genişlik qeyri-bərabər inkişaf prosesi nəticəsində daralmalar vasitəsilə əvvəlcə üç və sonra beş hissəyə bölünür. Bu hissələrə beyin qovuqları deyilir. Həmin qovuqlardan beynin ayrı-ayrı hissələri inkişaf edir. Sinir borusunun qalan hissəsi boru şəklində olub onurğa beyninin mayasını təşkil edir. Sinir borusunun divarları ilk dəfə birnövlü hüceyrələrdən təşkil olunur; sonradan inkişaf prosesi nəticəsində onlardan müxtəlif növ sinir hüceyrələri meydana çıxır. Bu hüceyrələrin hüceyrə cisimlərindən boz maddə və onların çıxıntılarından ağ maddə əmələ gəlir. Sinir borusunun daxilində mənfəz – dar bir kanal qalır. Sinir yastıqlarına gəldikdə, onlardan ayrılan bir sıra qanqlioz sinir hüceyrələri sinir borusunun arxa səthində həmin boruya paralel bir cüt zolaq – sağ və sol sinir düyünü zolağı (qanqlioz zolaq) əmlə gətirir. Bunlar ektoderma ilə sinir borusunun arasında yerləşərək onurğa beyni və simpatik kötük qanqlionlarının mayalarını təşkil edir. Sinir borusu mərkəzi sinir sisteminin mayasını təşkil etməklə bərabər, eyni zamanda ucqar sinir sisteminin mayasını da əmələ gətirir. Onurğa beyin qurluş etibarilə 31 seqmentdən təşkil olunmuşdur. Sinir seqmentinin hər birinə nevrotom ya nevromer deyilir. Onurğa beyni sahəsində hər bir nevrotom aşağıdakı hissələrdən: 1) onurğa beyninin müvafiq seqmentlərindən; 2) onurğa beynindən xaric olan bir cüt ventral (hərəki) və ona daxil olan bir cüt arxa (hissi) kökdən; 3) bir cüt onurğa beyni qanqlionundan və 4) bir cüt onurğa beyni sinirindən təşkil olunmuşdur. Beyində seqmentasiya zəif gözə çarpır; yalnız onun kötük hissəsində bir qədər məlum olur. Müqayisəli anatomiya cəhətcə beyində 11 seqment (nevrotom) ayırd edilir. Xəstəliklər İşemik insult Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 3–19, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Xarici keçidlər Anatomy: Embryologie Neuroscience for Kids The Human Brain Project Homepage Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine Kimball's Biology Pages, CNS Arxivləşdirilib 2010-01-03 at the Wayback Machine Kimball's Biology Pages, PNS Arxivləşdirilib 2010-01-03 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=362509 |
Əsəbilik | Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir. | https://az.wikipedia.org/w/index.php?curid=704631 |
Əsəbkəf | Əsəbkəf- Babək rayonunda dağ. Babək rayonunda dağ. Hündürlüyü 1661 m. Oronim Asəfkəhv adından təhrif olunmuşdur. Əsədkef variantında da qeydə alınmışdır.Tədqiqatçıların fikrincə, Asəf (ər. "büt") və kəf (ər. kəhv "təbii mağara") sözlərindən yaranan toponim "büt mağarası" mənasını ifadə edir. Yerli əhali dağdakı mağaraya qədimdən ziyarətə gedir, qurbanlar kəsir. Dağdakı mağara ilə bağlı belə bir rəvayət vardır: Yunis peyğəmbərin dövründə üç nəfər müqəddəs Şəxs bir itlə həmin mağaraya girmiş və orada ölmüşdür. Uzun müddətdən sonra dirilərək möcüzə sahibi olmuşdur. Digər rəvayətə görə, islamı qəbul etmiş təqib olunan bir qrup şəxs mağaraya girmiş, 300 il yuxuya getdikdən sonra ayılmışdır. Əslində, oronim ərəb dilindəki əshab (bir qrup adam) və kəf (mağara) komponentlərindən düzəlib, "mağara adamları" mənasındadır. Həmçinin bax Babək rayonu Əshabi-Kəhf (mağara)Dərələyəz silsiləsi Zəngəzur silsiləsi Xarici keçid haqqinda.az | https://az.wikipedia.org/w/index.php?curid=529773 |
Əsəd | Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. | https://az.wikipedia.org/w/index.php?curid=829609 |
Əsəd Dilbazov | Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı. Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar. Elm yolunda Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir. 1950–53-cü illərdə bu kafedramn assistenti, 1953–60-cı illərdə isə baş müəllimi olmuşdu. Əsəd Dilbazov namizədlik dissertasiyasını 1959-cu ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində müdafiə etmişdi, Ümumittifaq Attestasiya Komissiyasından (VAK) elmlər namizədi diplomunda 20 iyul 1960-cı il tarixi qeyd olunur. İndi xatırlandığı kimi, bu namizədlik işi ölkənin aparıcı elm ocaqlarından olan ADU-nun elmi çevrələrində yaxşı qarşılanmışdı. Bu baxımdan onun 1960-cı il sentyabrın 1-dən artıq respublikanın ən prestijli ali məktəbi sayılan Azərbaycan Dövlət Universitetinə keçməsi təsadüfi sayıla biiməzdi. Burada 1966-cı il sentyabrın 1-dək ADU Azərbaycan tarixi kafedrasının dosenti işiədi. 1980-ci ilın oktyabrından 1984-cü ilin oktyabrınadək isə AXTİ siyasi iqtisad kafedra- sının professoru (iqtisad tarixini tədris etməklə) idi.1984-cü ilin dekabrından 1987-ci ilin noyabrınadək AXTİ iqtisad tarixi kafedrasının müdiri vəzifəsində çalışdı.Bu arada, yəni 1984-cü ildə Tbilisi Dövlət Universiteti iqtisad tarixi və iqtisadi təlimlər tarixi kafedrasında stai kecmisdi. Onun elmi bioqrafiyasında belə bir qeyd də var ki, 1987-ci ilin noyabr-dekabr aylarında — hardasa bir aylıq müddətdə AXTİ Sov.İKP tarixi kafedrasının professoru (iqtisad tarixini tədris etməklə) vəzifəsinə dəyişdirilmişdi.Qeyd edək ki, sovet dönəmində bu kafedralar ali məktəblərdə ciddi mövqeyə sahib idi. Professor Əsəd Dilbazov 1988-ci ilin yanvarından müddətli müqavilə ilə Voz nesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının Sov.İKP tarixi ka- fedrasının professoru vəzifəsinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almaq üçün institut şurası tərəfindən müsabiqə qaydasında seçki keçirilmişdi. Elmi mühitdə etiraf olunurdu Təbii ki, sovet dövründə iqtisadiyyat inzibati-amirlik sisteminə söykənirdi və iqtisadçı alimlər onlar üçün cızılmış bu yoldan kənara çıxa, "özfəaliyyətlə" məşğul ola bilməzdilər. Professor Əsəd Dilbazov da öz mühitinin yetirməsi idi və elmi araşdırmalarını bu çərçivədə aparırdı.Amma öz hazırlığı, intellekti, mənsub olduğu elm sahəsini dərindən bilməsi ilə fərqlənir, seçilir, etiraf olunurdu. Ümumiyyətlə, professor Əsəd Dilbazovun iqtisad elmi sahəsində elmi marağı və yaradıcılıq fəaliyyəti geniş əhatəli olmaqla — ən sanballı problemləri əhatə edir. Onun elmi fəaliyyəti barədə fikir belədir ki, əsərlərində istər nəzəri, istərsə də tətbiqi baxımdan bilavasitə ölkənin inkişafının sosial-iqtisadi problemləri aparıcı yer tutur və bunlara yanaşma öz orijinallığı ilə fərqlənir.Professor Əsəd Dilbazov respublikanın, eləcə də keçmiş İttifaqın nəşriyyatlarında çap olunmuş xeyli sayda monoqrafiya, dərslik, elmi səciyyəli jurnal məqalələrinin elmi redaktoru və müəllifi olmuşdur. Məsələn, göstərilir ki, professor Əsəd Dilbazov 5 monoqrafiya, 50-dən çox elmi məqalənin müəllifidir. Bu dəyərli əsərlərilə sovet dönəmində və sonra onun iqtisad elminin zənginləşdirilməsində az rol oynamadığı şəksiz qəbul edilir. Zamanında onun ciddi qarşılanmış əsərləri sırasında "Sənayenin milliləşdirilməsinın Sovet metodu" (1970), "Azərbaycan SSR-də sosialist sənayesinın formalaşması problemləri" (1976), "SSRİ və xarici ölkələrın iqtisadi tarixi" (1978), "Azərbaycanda kapitalist sənayesinin inkişaf mərhələləri" (2000) və s. kıtabları, çoxlu elmi məqalələri onun elmi-tədqiqat dairəsinin genişliyindən xəbər verir Asəf Nadirov və Tofiq Quliyevin də qeyd etdiklərı kımi, professor Əsəd Dilbazovun elmi əsərlərində iqtisadi nəzəriyyə və iqtısadi tarix problemlərinin qovuşuğu həmin problemlərin sistemli təhlilinin aparıldığı hiss olunur. Professor Əsəd Dilbazov bir çox beynəlxalq sımpoziumlarda, keçmiş SSRİ-nin Ümumittifaq elmi konfranslarında iqtısadi-nəzəri və praktik problemlər üzrə məruzələr və çıxışlar etmişdır. O,1970-ci ildə Leninqradda iqtısadi tarix problemləri üzrə keçirilən beynəlxalq konqresdə "Sənayenin milliləşdirilməsinin Sovet metodu" adlı məruzə ilə çıxış etmişdi. Sonradan həmin məruzə kitab şəklində çap olunmuşdu Bundan başqa, umumittifaq və respublika elmi konfranslarında, elmi seminarlarda iqtisadi məsələlərə dair dəfələrlə nəzəri-metodoloji aspektli məruzələrlə çıxış etmiışdir. Sovet dönəmində nəşr edilmiş kitabları Bakı fəhlələrinin Azərbaycan kəndlərinə köməyi.Bakı.Azərnəşr. 1959 Azərbaycan SSR-də xalq təsərrüfatınıın bərpa və inkişaf etdirilməsinə dair (1921–25-ci illər) Bakı, APİ nəşriyyatı, 1961. Azərbaycan SSR-də sosialist sənayesinin yaranması və inkişafı. Bakı, Azərnəşr, 1974. Azərbaycanda sosialist sənayesinin formalaşması, Moskva, 1976 (rusca. 9 çap vərəqi). Azərbaycanda sənayenin sosialistcəsinə yenidən qurulmasının başlanması.Azərbaycanın iqtısad tarixinin aktual problemləri Bakı, "Elm" nəşriyyatı, 1978. İqtisad tarixi, 1990 (20 çap vərəqi).Bunlardan başqa, 1978 ci ildə Moskvanın "Vısşaya şkola" nəşriyyatında çapdan çıxmış 20 çap vərəqli həcmində "SSRİ və xarıci ölkələrin iqtisad tarixi" dərsliyinin (rusca) hazırlanmasında iştirak etmişdi. Yeni çağın yeni tələbləri 1988-ci ildə ölkədə ictımai-siyasi vəziyyət məcrasından çıxdı və ali məktəblər. onların tələbə və professor-müəllim kontingentlərı siyasi dalğanın aparıcı ünsürlərindən bırınə çevrildilər. Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsini alqışlayanlardan biri də professor Əsəd Dilbazov idı.Azərbaycanın müstəqil dövlət olaraq ınkişaf yoluna çıxdığı mürəkkəb siyasi və iqtisadi şəraitdə bir düşüncə adamı olaraq, ölkəsinin iqtisadı tarixinin tədris olunması məsələsinİ irəli sürmüş və bununla bağlı xüsusi tədris proqramı hazırlamışdı. indi Azərbaycanınn suverenlik qazandığı, onun yeni iqtisadı sistemə qədəm qoyması ilə iqtisadiyyatının inkişaf yönümünün tədriclə köklü sürətdə dəyişdiyi və yeni istiqamət aldığı bir şəraitdə, o, bir iqtisadçı alim kimi bu sahədə vəzifə borcunu uğurla yerinə yetirməyə çalışırdı. Hələ bazar iqtisadiyyatına keçidin ilk vaxtlarından başlayaraq, bu problemlərə dair mütəmadi şəkildə elmi araşdırmalar aparmağa başlamış, təklif və tövsiyələr irəli sürmüşdü. 2002-ci ildə anadan olmasının 75 illiyi münasıbəti ilə ölkə prezidentinin fərmanı ilə "Şöhrət Ordeni" ilə təltif edılməsi ısə onun elmi fəalıyyətınə dövlətın verdıyı ən yüksək qiymət idi. Bu yubiley onun çalışdığı Azərbaycən Dövlət İqtisad Unversitetinin kollektivi tərəfindən hörmətlə qeyd edilmişdı. Ömrünün son gününə qədər bu elm və tədris müəssisəsində Azərbaycan tarixi kafedrasının məsləhətçi-professoru olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. | https://az.wikipedia.org/w/index.php?curid=342729 |
Əsəd Həsənov | Əsəd Fərhad oğlu Həsənov (16 aprel 1988, İmişli rayonu – 1 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Əsəd Həsənova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.2022-ci ildə haqqında "Vəsiyyət" sənədli filmi çəkilib. (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2019) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=684073 |
Əsəd Oktay | Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. Avtobioqrafiyası Əsəd bəy özü haqqında belə yazmışdır: Evli olmuşdur, 7 uşağı var idi. İctimai-siyasi fəaliyyəti Cənub-Qərbi Qafqaz 5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. 30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. 7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. Parlamentin sədri Əsəd Oktay seçilmişdir. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur. 13 aprel 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ingilis ordusu tərəfindən dağıdılmasıyla Əsəd Oktay Qarsa keçmiş və orada fəaliyyət göstərməyə başlamışdır. Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırışlarının Qarsdan Cümhuriyyət Xalq Partiyası namizədi olaraq millət vəkili seçilmişdir. O, üç çağırış ərzində 38 dəfə çıxış etmişdir.Əsəd bəy Türk Ocaqları Himayeyi-Etfal, Qızılay, Xalq Evi kimi qurumların da üzvü olmuşdur. Mükafatları İstiqlal Medalı ilə təltif olunmuşdur. Ardahanın Çıldır ilçəsində bir prospekt Dr. Esat Oktay adı ilə adlandırılıb. Çıldırdakı evi hal-hazırda viranə haldadır. | https://az.wikipedia.org/w/index.php?curid=716977 |
Əsəd Oqtay İldıran | Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir.Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.İddialara görə, İldıran 1980-ci ildən sonra Diyarbəkir həbsxanasına təyin olunduqdan sonra həbsxanada fukoçu intizam üsulları tətbiq olunmağa başlanmışdır. Onun türk dilini bilməyən məhbusları bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə xitab və Atatürk prinsiplərini əzbərlətdirdiyi haqqında məlumatlar mövcuddur. İldıranın terror təşkilatı üzvü olduğu iddia edilən kürd məhbuslar üçün yeni həbsxana qaydaları hazırladığı bildirilir.İldıran ilə bağlı şikayətlər olsa da, istintaq və ya məhkəmə istəyi heç vaxt qəbul edilməmişdir. Əsəd Oqtay İldıran 22 oktyabr 1988-ci il tarixində həyat yoldaşı və oğlu ilə Ümraniyənin Sarıqazi səmtindəki hərbi mənzillərin qarşısındakı dayanacaqdan ictimai avtobusa minmişdir. Eyni dayanacaqdan avtobusa minən iki nəfər İldıranın oturduğu oturacağın arxasındakı sıraya keçmişdir. İzdihamlı avtobus saat 14:50-də Qısıqlı meydanındakı dayanacağa gəldiyi zaman dayanmış və qapılar açıldığı vaxt hücumçulardan biri atəş açmışdır. Arxadan açılan atəş nəticəsində güllələrdən ikisi İldıranın boynuna və kürəyinə dəymişdir. Bir güllə də avtobusdakı sərnişinlərdən birinə dəymişdir. Atəş açan iki hücumçu avtobusdan düşərək ərazidən qaçmışdır. İldıran və güllələnən digər sərnişin xəstəxanaya aparılmışdır. İldıran xəstəxanada vəfat etmişdir. Sui-qəsdə görə məsuliyyəti PKK öz üzərinə götürmüşdür. Əsəd Oqtay İldıranın nəşi Ədirnəqapı şəhidliyi qəbiristanlığında dəfn edilmişdir. Əsəd Oqtay İldıran Türkiyə Silahlı Qüvvələrində xidmətə görə medalı və Prezident təqdir medalına layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=760645 |
Əsəd Qarayev | Qarayev Əsəd Həsənəli oğlu (1884, Qarğabazar, Cəbrayıl qəzası – 11 yanvar 1938, Bakı)-nazir, dövlət xadimi Əsəd Həsənəli oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində doğulmuşdu. Kənd məktəbini bitirmişdi. Sonra partiya məktəbində oxumuşdu. Qaryagin və Kürdüstan qəza komitəsinin sədri, Azərbaycan torpaq komissarı işləmişdi. Əsəd Qarayev Zaqafqaziya MIK-nin üzvü idi. Əsəd Qarayev 7 dekabr 1937-ci ildə tutulub. 1 yanvar 1938-ci ildə repressiyaya uğrayıb. Əsəd Qarayev Sitarə Hüseyn qızı ilə ailə qurmuşdu. Rafiq adlı oglu, Şəfiqə adlı qızı vardı. | https://az.wikipedia.org/w/index.php?curid=85073 |
Əsəd Qeysər | Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır.1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu. | https://az.wikipedia.org/w/index.php?curid=637749 |
Əsəd Saqay | Əsəd Saqay (türk. Esat Sagay; 1 yanvar 1874, Saloniki – 22 may 1938, İstanbul) — Osmanlı və Türkiyə hərbi zabit, təhsil xadimi, siyasətçi və keçmiş hökumət naziri. Əsəd Saqay 1874-cü ildə Yunanıstanın Saloniki şəhərinə yaxın, o dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Karaferiye şəhərində anadan olmuşdur. O,1894-cü ildə hərbi akademiyanı bitirmişdir. Bundan sonra Osmanlı imperiyasının bir hissəsi olan Suriyada xidmət müddətinin ardından hərbi akademiyada müəllim olaraq İstanbula qayıtmışdır. Türkiyə Cümhuriyyətinin qurucusu olacaq Mustafa Kamal onun tələbələri arasında idi. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə iştirak etmişdir. Saqay 1919-cu ildə polkovnik rütbəsində olarkən hərbi xidmətdən təqaüdə çıxmış və mülki həyata qayıtmışdır. O, 22 may 1938-ci ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=758085 |
Əsəd Zeynallı | Əsəd Arzuman oğlu Zeynallı (12 avqust 1999; Seyidqışlaq, Qəbələ rayonu, Azərbaycan — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsəd Zeynallı 12 avqust 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuşdur. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əsəd Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsəd Zeynallı 13 oktyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=715494 |
Əsəd ağa Fişəngçi | Əsəd ağa Eyvaz oğlu Fişəngçi(1846-?)—İran Məşrutə hərəkatının fəal üzvü, Səttar xanın silahdaşı. Əsəd ağa Eyvaz oğlu 1846-cı ildə Təbriz şəhərinin Çərəndab məhəlləsində anadan olmuşdu. Məhəllə mollasının yanında ibtidai təhsil almışdı. Təbriz bazarında silah mağazası vardı. Silah-sursat satdığından Fişəngçi ləqəbi ilə tanınırdı. Əsəd ağa Fişəngçi "İctimai-Amiyyun" təşkilatının üzvü idi. Məşrutə hərəkatına qatılmışdı. Əsəd ağa Fişəngçi Məhəmməd naib Əhrabi ilə bərabər mücahid dəstəsinin başçısı idi. O, Maku hadisələrində və Qaraməlik vuruşunda seçilmişdi. 1908-ci ildə Təbrizdə əksinqilabçılara ciddi zərbə endirilmişdi. Məşədi Məhəmmədəli xanın, Əsəd ağanın, Hacı Mehdi Ağa Kuzekunanin və başqalarının başçılıq etdikləri mücahid dəstələri Axuni yolu ilə Hökmabada çatıb düşmənin mövqelərinə hücum etmişdilər. Mücahidlərdən bir dəstəsi evlərin divarlarını deşərək Səməd xan Şücaəddövlənin qərargahına çatmış və qəflətən atəş açmışdı. Günün ikinci yarısında Səməd xan hökmabada gəldiyindən bir saat vuruşma olmadı. Bundan istifadə edən mücahidlər qəflətən toplardan və tüfənglərdən atəş açdılar. Dizəc tərəfdən Səməd xanın qərargahına yaxınlaşan mücahidlər onu və başqa irtica başçılarının qaçmağa məcbur etmişdilər. Əsəd ağa Fişəngçi Məşrutə inqilabından sonra İstanbul şəhərinə yerləşmişdi. İstanbul jandarmeriyasında xidmət etmişdi. Orda ali təhsil almış, 1918-ci ildən sonra İrana dönmüşdü. Tehran, Təbriz və Urmiya şəhərləri polis idarələrində xidmət etmişdi. Əsəd ağa Fişəngçi Urmiya jandarmeriyasının rəisi vəzifəsini icra etmişdi. İsmayıl ağa Simitqo tüğyanını yatıranlardan biri olmuşdu. Əsəd ağa Fişəngçinin Nüsrətulla xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=547187 |
Əsəd bəy Axundov | Axundov Əsəd bəy Nəsir bəy oğlu (1893, Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 19 aprel 1939, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərnəşrin direktoru. | https://az.wikipedia.org/w/index.php?curid=517095 |
Əsəd bəy Ağabababəyov | Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov (1891, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – bilinmir) — Ermənistan Demokratik Respublikası Parlamentinin I və II çağırış deputatı, hüquqşünas. Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 12 sentyabr 1902-ci ildə İrəvan kişi gimnaziyasının 1-ci sinfinə daxil olub. Buranın 8-sinifli tam kursunu 5 iyun 1911-ci ildə bitirib. Yaxşı qiymətlərlə oxuyub.4 iyul 1911-ci ildə İrəvan şəhəri, Pənah xan küçəsi, 10-cu ev ünvanında Moskva Universitetinin rektoruna yazdığı ərizəsinə sənədlərini və 25 manat təhsil haqqını əlavə edərək hüquq fakültəsinin 1-ci kursuna götürülməsini xahiş edib. 9 avqust 1911-ci ildə onun adı artıq İmperator Moskva Universitetinin hüquq fakültəsi tələbələri siyahısına salınmışdı.Universitetdə Əsəd bəy hüquq ensiklopediyası, Roma hüququ tarixi, Rusiya hüququ tarixi, hüquq fakültəsi tarixi, siyasi iqtisad, statistika, dövlət hüququ, kilsə hüququ, cinayət hüququ, cinayət prosesi, mülki proses, maliyyə hüququ, beynəlxalq hüquq kimi fənlərdən imtahan verib və onların əksəriyyətindən yüksək qiymət alıb.Hüquq İmtahan Komissiyasının 29 mart 1916-cı il tarixli qərarı ilə ona 2-ci dərəcəli diplom verilib və o, 45308 saylı diplomu 7 dekabr 1916-cı ildə alıb.Əsəd bəy Ağabababəyovun sonrakı həyat fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Siyasi fəaliyyəti 1918-ci ildə Ermənistan Demokratik Respublikasının seçkisiz formalaşmış Parlamentində müsəlman əhalinin sayı hesabına seçilmiş 6 deputatdan (Əsəd bəy Ağabababəyov, Mirbağır Mirbabayev, Seyid Rza Mirbababəyov, Mirzə Cabbar Məmmədov, Əşrəf ağa İsmayılov, Zülfüqar bəy Makinski) biri idi. 21–23 iyun 1919-cu ildə Ermənistanın tarixində ilk milli seçkilər keçirildi. Seçkidə ermənilər, müsəlmanlar (azərbaycanlılar), kürdlər və aysorlar iştirak edirdi. 7-ci nömrə altında iştirak edən "Müsəlmanların Partiyasız İttifaqı"nın 16 namizədindən 3-ü Ermənistan parlamentinin üzv seçildi. Lakin onlardan sadəcə 2-sinin adı məlumdur: Əsəd bəy Ağabababəyov və Mirbağır Mirbabayev. | https://az.wikipedia.org/w/index.php?curid=761580 |
Əsəd bəy Hacıyev | Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. Avtobioqrafiyası Əsəd bəy özü haqqında belə yazmışdır: Evli olmuşdur, 7 uşağı var idi. İctimai-siyasi fəaliyyəti Cənub-Qərbi Qafqaz 5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. 30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. 7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. Parlamentin sədri Əsəd Oktay seçilmişdir. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur. 13 aprel 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ingilis ordusu tərəfindən dağıdılmasıyla Əsəd Oktay Qarsa keçmiş və orada fəaliyyət göstərməyə başlamışdır. Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırışlarının Qarsdan Cümhuriyyət Xalq Partiyası namizədi olaraq millət vəkili seçilmişdir. O, üç çağırış ərzində 38 dəfə çıxış etmişdir.Əsəd bəy Türk Ocaqları Himayeyi-Etfal, Qızılay, Xalq Evi kimi qurumların da üzvü olmuşdur. Mükafatları İstiqlal Medalı ilə təltif olunmuşdur. Ardahanın Çıldır ilçəsində bir prospekt Dr. Esat Oktay adı ilə adlandırılıb. Çıldırdakı evi hal-hazırda viranə haldadır. | https://az.wikipedia.org/w/index.php?curid=716994 |
Əsəd bəy Oktay | Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri. Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır. Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir. Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir. Avtobioqrafiyası Əsəd bəy özü haqqında belə yazmışdır: Evli olmuşdur, 7 uşağı var idi. İctimai-siyasi fəaliyyəti Cənub-Qərbi Qafqaz 5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. 30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. 7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. Parlamentin sədri Əsəd Oktay seçilmişdir. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur. 13 aprel 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin ingilis ordusu tərəfindən dağıdılmasıyla Əsəd Oktay Qarsa keçmiş və orada fəaliyyət göstərməyə başlamışdır. Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırışlarının Qarsdan Cümhuriyyət Xalq Partiyası namizədi olaraq millət vəkili seçilmişdir. O, üç çağırış ərzində 38 dəfə çıxış etmişdir.Əsəd bəy Türk Ocaqları Himayeyi-Etfal, Qızılay, Xalq Evi kimi qurumların da üzvü olmuşdur. Mükafatları İstiqlal Medalı ilə təltif olunmuşdur. Ardahanın Çıldır ilçəsində bir prospekt Dr. Esat Oktay adı ilə adlandırılıb. Çıldırdakı evi hal-hazırda viranə haldadır. | https://az.wikipedia.org/w/index.php?curid=716993 |
Əsəd bəy Rüstəmbəyov | Rüstəmbəyov Əsəd bəy Fətulla bəy oğlu (2 sentyabr 1911, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası - Bakı, Azərbaycan SSR, SSRİ, 17 oktyabr 1982) — mühəndis, Azərbaycan alimi, neft və qaz quyu qazıması sahəsində mütəxəssis. Texnika elmləri namizədi (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1960). SSRİ-nin fəxri neftçisi (1971). Əsəd bəy Fətulla bəy oğlu 2 sentyabr 1911-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir (İNDİKİ Azərbaycan Neft Akademiyası). Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir.Rüstəmbəyov Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, həmçinin Azərbaycanın müxtəlif rayonlarındakı mütəxəsislərinin təkmilləşdirilməsi prosesində, yeni texnika və texnologiyanın tətbiqi işində iştirak etmişdir. Bir sıra elmi əsər və ixtiranın müəlifidir. 8 orden və medallarla təltif olunmuşdur. 17 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir. Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir.Bacısı Aliyə Rüstəmbəyova İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim olmuşdur.Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi. | https://az.wikipedia.org/w/index.php?curid=175219 |
Əsəd bəy Talışxanov | Əsəd bəy Ağaəli bəy oğlu Talışxanov (16 noyabr 1857, Buynaksk, Dağıstan MSSR – 1919) — Rusiya İmperator Ordusunda general-mayor. Mirkazım bəyin əmisi oğlu Əsədbəy Talışxanov ondan cəmi iki yaş kiçik idi. Əsəd bəy Ağaəlibəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumağa başladı… S.Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə Əsədbəyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtələşmiş yetkin bir zabit idi. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsədbəy praporşik rütbəsində əlli ikinci briqadada xidmətə başladı. Xidmətinin üçüncü ilində əlaçı zabit olduğuna görə, Əsədbəy Talışxanovu batareya komandiri təyin etdilər. Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirdi, hətta ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağladı. Çar ordusu ötən əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti aparmağa başladı. Qafqazda Krım müharibəsi (1853–56) sona yetən kimi Şərqə tərəf yürüş başlandı. Ən böyük Kokand və Buxara xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin dalınca alındı. 1880-ci ildə isə Türkmənistanı fəth etmək üçün ruslar oraya on bir minlik qoşun yeritdilər. Torpağın hər qarışı uğrunda inadla döyüşən Axal-Təkinlilər general Lazerevin kiçik dəstəsini məğlub edirlər. Şərqə yürüşdə qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün Şipka qəhrəmanı general Skobelevi də göndərdi. Skobelevin qoşunu Qafqaz hərbi Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə şəhərini dağıtdı, onu müdafiə edən 25 min döyüşçünü qılıncdan keçirtdi. Axal-Təkini və Mərv şəhərini özlərinə tabe etdilər. Əsədbəy Talışxanov da öz batareyası ilə Axal-Tekini işğal edən ekspedisiyanın tərkibində iki il iştirak etdi. Bu döyüşlərdəki igidliyinə görə üçüncü dərəcəli, qılınc və bantlı "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenləri ilə təltif olundu. On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan kapitan Əsədbəy Talışxanov yeni əsri podpolkovnik rütbəsində qarşılamışdır. Tədqiqatçı M. Əliyev yazır ki, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə Əsədbəy 1902-ci ildə dördüncü dərəcəli, bantlı "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuş, 1910-cu il iyulun doqquzunda isə polkovnik rütbəsi qazanmışdır. Bu illər ərzində o əlli ikinci artilleriya briqadasının birinci diviziyonun komandir vəzifəsinə qədər yüksələ bilmişdir. Əsədbəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin iyirmi ikisində general-mayor rütbəsi ilə təltif olunmuşdur. O, həmin il iyulun iyirmi beşində Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə o, birinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav", üçüncü dərəcəli "Müqəddəs Vladimir" və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur. General-mayor Əsədbəy Talışxanov 1921-ci ildə Dağıstanın Teymurxan-Şura (indiki Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur. Həmçinin bax Mirkazım bəy Talışxanov Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı, Gənclik, 1991. | https://az.wikipedia.org/w/index.php?curid=199352 |
Əsəd bəy Vəzir | Əsəd bəy Qasım bəy oğlu Vəzirov — şair, həkim, Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu. Əsəd bəy Qasım bəy oğlu 1824-cü ildə Cavanşir-Dizaq mahalının Hacılı camaatına bağlı Mirzəcamallı obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir neçə dil bilirdi. Mülkədar olmaqla yanaşı həkimliklə məşğul idi. Yayı Şuşa şəhərində, qışı doğma kəndlərində keçirirdi. "Dizaq şairləri" məclisinin üzvü idi. Dostu Mir Mehdi Xəzani ilə bədiyələşərdi. Xəzani qoşqularının birində ona yazırdı: Məhəmməd ağa Müctəhidzadə "Riyazün-aşiqin" adlı əsərində ondan hərtərəfli bəhs edib. Mir Möhsün Nəvvab isə onu tanımadığını yazıb. Sonra qeyd edib ki, bəs Bəhram bəy Fədai dedi: "mənim atamdır". Əsəd bəy Aşıq Pəri Maralyanlı ilə deyişib. Əsəd bəy 1873-cü ildə vəfat edib. Əsəd bəy Qasım bəy Zakirin nəvəsi ilə, Əli bəy Fuladovun qızı Tutu xanımla yaşam qurmuşdu. Səməd bəy, Bəhram bəy, İsfəndiyar bəy, Baxış bəy adlı oğulları, Şirin xanım adlı qızı vardı. Yaradıcılığı Ənvər Çingizoğlu. Hacılılar. "Soy" dərgisinin özəl nəşri, Bakı, 2004. Həmçinin bax Dağlıq Qarabağ | https://az.wikipedia.org/w/index.php?curid=77538 |
Əsəd bəy Əmirov | Əsəd bəy Əmirov (1889, Şuşa – 1939, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Parlamentdəki İttihad fraksiyasının üzvü, Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü. Əsəd bəy Əmirov 1887-ci ildə Bakıda anadan olub. 1909-cu ildə Bakıda III Aleksandr kişi gimnaziyasını, 1916-cı ildə isə Petroqrad Universitetini bitirib. Əsəd bəy 1939-cu ildə vəfat edib. Siyasi fəaliyyəti Əsəd bəy Əmirov 24 aprel 1919-cu il tarixində Bakı Şəhər İdarəsi tərəfindən İttihad Partiyası üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Parlamentdə Əsəd bəy İttihad fraksiyasının üzvü olmuşdur.Həmçinin Əsəd bəy Bakı Şəhər İctimai Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsi üçün semilən 46 yeni üzvdən biri olaraq seçilmişdir. Partiya fəaliyyəti Əsəd bəy Əmirov İttihad Partiyasının üzvü olmuşdur. 1919-cu ilin aprel ayının 10-da İttihad Patyiyasının I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultaya 300 qurultay nümayəndəsi çağrılmışdı. Qurultayda Əsəd bəy Əmirov İttihad Partiyasının 22 nəfərdən ibarət Mərkəzi Komitəsinə üzv seçilmişdir. 1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirildi. Qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda Əsəd bəy Əmirov parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir. Əhməd Seyidov. "Qori Seminariyası və onun məzunları". Maarif nəşriyat, Bakı, 1988. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992. Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997. | https://az.wikipedia.org/w/index.php?curid=145150 |
Əsəd bəyin evi | Əsəd bəyin evi — Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür. Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir. Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa etdirilmişdir. Memarlıq xüsusiyyətləri Natəvanın sarayı yaxınlığında yerlşən Əsəd bəyin evinin memarlıq və plan həllində Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır. Şəkixanovların evində olduğu kimi, Əsəd bəyin də evinin kompozisiya mərkəzində T-formalı böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılıb.Əsəd bəyin evini bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyət onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir.Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Pilləkənlərin hər biri xarici marş və dərin nişdə yerləşdirilmiş daxili marşdan ibarətdir. Bu pilləkənlər ikinci mərtəbədə yerləşən iki vestibülə aparır. Həmin vestibüllərdən kiçik dəhlizlər vasitəsiylə iri qonaq zalına keçmək mümkündür. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir.Evin poliqonal daş hörgüsünə və kiçik pəncərə yerlərinə malik birinci mərtəbəsi üzərində həm bölünmələrinə, həm də inşaat materialına görə daha yüngül təsir bağışlayan ikinci mərtəbə yerləşir. Birinci mərtəbənin pəncərələri petrik tağlar sırası ilə əhatə edilmişdir. Birinci mərtəbənin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur. Fasadın kompozisiyası üç nəhəng şəbəkə pəncərə və onların yanında yerləşməklə bir qədər birinci mərtəbəyə də keçən iki dərin niş əsasında qurulmuşdur. Erməni işğalından sonra evin vəziyyəti: Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu Xarici keçidlər Əsəd bəyin evi mctgov.az Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=597774 |
Əsəd bəyin əzabları | Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. Təqdimatları 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər. Premyerada iştirak edən Almaniya (Berlin) Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb, bu böyük yazarın dünya ədəbiyyatında, eləcə də alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli yeri olduğunu xüsusi vurğulayıb. Xarici keçidlər "Əsəd bəyin əzabları" bitdi?! Berlində "Əsəd bəyin əzabları" filminin premyerası olacaq Qurban Səid haqqında film çəkilib Berlində "Əsəd bəyin əzabları" filminin premyerası olub | https://az.wikipedia.org/w/index.php?curid=537938 |
Əsəd bəyin əzabları (film, 2013) | Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. Təqdimatları 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər. Premyerada iştirak edən Almaniya (Berlin) Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb, bu böyük yazarın dünya ədəbiyyatında, eləcə də alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli yeri olduğunu xüsusi vurğulayıb. Xarici keçidlər "Əsəd bəyin əzabları" bitdi?! Berlində "Əsəd bəyin əzabları" filminin premyerası olacaq Qurban Səid haqqında film çəkilib Berlində "Əsəd bəyin əzabları" filminin premyerası olub | https://az.wikipedia.org/w/index.php?curid=440040 |
Əsəd ibn Yezid | Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi. Hakimiyyəti Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=478719 |
Əsəd ibn Yəzid | Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi. Hakimiyyəti Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=390241 |