!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əvəz bəy Ustaclı
Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri. Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 167–168, 180, 209. ISBN 978-1933823232. Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Willem Floor; Edmund Herzig eds. Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. ISBN 978-1780769905. ([[:Category:|link]])[[Category:]] Michael J. McCaffrey. ČĀLDERĀN. London and New Yor: Encyclopædia Iranica, Volume IV/6 - Routledge & Kegan Paul. 1990. 656–658. ISBN 978-0-71009-129-1.
https://az.wikipedia.org/w/index.php?curid=763490
Əvəz qatilləri (film, 1998)
Əvəz qatilləri (ing. The Replacement Killers) — 1998-ci ildə ABŞ rejissoru Antuan Fukua tərəfindən çəkilən filmdir. Professioanl muzdu qatil olan Con Li yalnız qanqsterləri öldürməknən məşğuldur. Vey adında böyük banda başçısının oğlu Sten Zidkov adında polis tərəfindən öldürülür. Bu hadisədən sonra Vey Con Lini yanına çağırır və ondan Stenin az yaşlı oğlunu öldürməyi təklif edir. Lakin Con Li az yaşlı uşağı görən zaman planından daşınır. Bunun əvəzini isə banda ondan mütləq çıxacaqdır. Bu səbəbdən Con Li ailəsini qorumaq üçün vətəninə dönməlidir. Bunun üçün ona sənəd lazımdır. Con Li bunun üçün saxta sənədlərin hazırlanması ilə məşğul olan Meq Kobun adlı cavan qıza müraciət edir. Bu müddətdə onu banda dəstəsi izləyir... Xarici keçidlər «Əvəz qatilləri» — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=294030
Əvəz Şükürov
Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). 1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir. 1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, "Pravda" kolxozunun sədri olmuşdur. 1950–1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954–1964-cu illərdə isə yenə də "Pravda" kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958–1968 illərdə V–VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışmişdir. 1993–1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyətinin sədr müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir. 1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mutəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun atasıdır. Hidayət Elvüsal, "Sanki dağ uçdu", "Ədalət" qəzeti 24 yanvar 2006-cı il
https://az.wikipedia.org/w/index.php?curid=272430
Əvəz Şıxməmmədov
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır. Əvəz Hafizli "Kanal13" müstəqil video xəbər saytında müxbir kimi çalışmış və burada LGBTİ+ hüquqları da daxil olmaqla bir sıra məsələləri işıqlandırmışdır. O, Azərbaycanda media haqqında qəbul edilən qanunun əleyhinə mitinqlərdə iştirak etmiş və hökumətdən LGBT vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb edən etiraz aksiyaları təşkil etmiş, prezident administrasiyası qarşısında göy qurşağı bayrağını qaldırmışdır. Birləşmiş Krallığa köçənə qədər Hafizli ilə işləmiş, adını açıqlamayan azərbaycanlı fəal "PinkNews"a bildirmişdir ki, Hafizli həm də "polis zorakılığının qurbanı" olmuşdur. Bundan başqa, Hafizli 2021-ci ildə gey icmasına qarşı təhdidlərə qarşı tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləmişdi. O, cinsi orientasiyasına görə hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi. Bu səbəbdən o, kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi. Hafizlinin dostlarının məlumatına görə, ailəsi və başqaları onu jurnalist və LGBTİ+ fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiq göstərirdilər. Bəzi qohumları onunla əlaqəni kəsmişdir. Hafizli anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.Azərbaycanlı blogger Sevinc Hüseynova 2021-ci ilin iyul ayından başlayaraq, mütəmadi şəkildə özünün "İnstaqram" hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar etmiş, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləmiş, icmanı ölümlə hədələmişdir. Əvəz iddia etmişdir ki, Hüseynovanın çıxışlarından sonra ailə üzvləri tərəfindən hədələnmişdir. Bundan sonra, sentyabrında 4-dən 5-nə keçən gecə Əvəz Hafizli bu təhdidlərə reaksiya olaraq intihara cəhd etmişdir. O, ardınca "Semaşko" xəstəxanasının toksikologiya şöbəsinə çatdırılmıış və vəziyyəti yaxşılaşdıqdan sonra xəstəxanadan buraxılmışdır. O, 5 sentyabrda Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət etmiş, həmçinin özünün "Feysbuk" sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirmişdir. Hafizli dəfələrlə həyatının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün təkbaşına aksiyalar keçirmişdir. Əvəz Hafizlinin ögey əmisioğlu, 1998-ci il təvəllüdlü Əmrulla Gülalıyev 2014-cü ildən Hafizlinin homoseksual olduğunu bilirdi və Gülalıyev onu homoseksuallıqdan yayınmağa dəvət edirdi, bu səbəbdən də onunla mübahisədə idi. Gülalıyev sonradan Hafizli haqqında danışarkən "nəslimizin adını batırırdı" demişdir. Həmçinin, Gülalıyev əlavə etmişdir ki, Hafizlinin homoseksual olması səbəbilə ictimaiyyətdə ona diskriminasiya edilirdi. Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, Gülalıyev yerli vaxtla saat 16:00 radələrində Əvəz Hafizlini bıçaqla qətlə yetirmişdir.Əmrulla Gülalıyev hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə və istintaqa iki fərqli ifadə vermişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, 22 fevralda Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan əmisigilin həyətində, ayrı evdə yaşayan Hafizlinin yanına getmişdir. Burada o, Hafizliyə homoseksuallıqdan yayınması barədə bir daha xəbərdarlıq etmişdir. Gülalıyevin sözlərinə görə, Hafizli cavabında "bu, mənim sənətimdir, get işinlə məşğul ol" demişdir. Bu sözlərə görə qəzəblənən Gülalıyev ardınca Hafizlinin evində mətbəxdən bıçağı götürmüşdür. Gülalıyev istintaqa verdiyi ifadədə bildirmişdir ki, o, 2021-ci ilin dekabrında Hafizlini öldürmək qərarı vermişdir. Gülalıyev 22 fevralda Balaxanıda digər əmisioğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşmuş, Hafizlinin evdə tək olduğunu və həyətdə yaşayanların şəhərdən kənarda olduğunu öyrənmişdir. O, bundan sonra bıçağı götürüb xəbərsiz Hafizlinin qaldığı evə getmiş, onu həyətə çağırmış və yerə yıxaraq boğazına xəsarət yetirmişdir. Gülalıyev daha sonra Hafizlinin bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürmüşdür. O, ardınca polisə gedərək təslim olmuşdur.Gülalıyev ardınca Hafizlinin başını və cinsiyyət orqanını kəsmişdir. "Star Observer" nəşrinin məlumatına görə, hadisədən sonra da ona qarşı homofob rəftar qeydə alınmışdır. Hafizlinin meyiti ölümündən sonra kirli xalçaya bükülmüşdür, həmçinin hadisə yerinə gələn polis əməkdaşları və həkimlər Hafizlinin meyitinə toxunmaqdan, onu daşımaqdan imtina etmişdilər. Bu səbəbdən Hafizlinin meyitini öz dostları morqa aparmalı olmuşdular. Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülalıyevin "cinayəti törədərkən sərxoş vəziyyətdə olmuşdur" və ifadəsində "cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf etmişdir". Hafizlinin həmkarı Teymur Kərimovun sözlərinə görə, Gülalıyev qətli törətdikdən sonra "Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa" demişdir. Məhkəmə və həbs Əmrulla Gülalıyev hadisə yerində polis əməkdaşları tərəfindən dərhal tutularaq istintaqa təhvil verilmişdir. Həmin gün faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlamışdır. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Əmrulla Gülalıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə ittiham olunmuşdur.20 iyunda hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən Əmrulla Gülalıyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulmuşdur, lakin vəkili məhkəmədə iştirak etmişdir. Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməmişdir. Prosesi izləməyə gələn LGBTİ+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmamışdır. Məhkəmə prosesini izləməyə gələn Birləşmiş Krallıq səfirliyinin təmsilçilərinə məhkəmədə iştirak etməyə imkan yaradılmışdır. Daha iki nəfər isə özlərini Hafizlinin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olmuşdur. Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmiş, açıq məhkəmə prosesinin "faktiki olaraq qapalı keçirilməsinə" etiraz etmişdir. Hafizlinin qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilmişdir. Qardaşı Təbriz Şıxməmmədov bildirmişdir ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. Buna baxmayaraq, Hafizlinin anası Cəmalə Şıxməmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir, ona ağır cəza verilməsini tələb etmişdir. Hər halda, bu işdə zərərçəkmişin hüquqi varisi qismində Təbriz Şıxməmmədov tanınmışdır.4 iyulda məhkəmə prosesi keçirilməli idi və bu səbəbdən məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTİ+ fəalları toplaşmışdır. Buna baxmayaraq, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşmüşdür. LGBTQ+ fəalı Əli Məlikovun sözlərinə görə, fəallar Əvəz Hafizlinin məhkəmə prosesini izləyə bilmirdi. 18 iyulda keçirilən məhkəmə prosesində Gülalıyev bildirmişdir ki, o, Hafizlini öldürmək niyyətində olmayıb və qətli emosional vəziyyətdə törədib, əməlindən peşmandır. Həmçinin, Məlikovun sözlərinə görə, həmin gün keçirilən məhkəmə zamanı insanların zal dolana qədər açıq məhkəməyə girə bilməsinə imkan yaradan qanuna baxmayaraq, əməkdaşlardan biri binaya yalnız dörd-beş nəfərin girə biləcəyini israr etmişdir. 25 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə dair iş üzrə prosesdə prokuror son sözlə çıxış etmiş və təqsirləndirilən Əmrulla Gülalıyevin 120.1-ci (qəsdən adamöldürmə) maddə ilə təqsirli bilinərək 10,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.29 iyulda Əmrulla Güləliyevin məhkəməsi yekunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunmuşdur. Hakim Əli Məmmədovun sədrliyi ilə çıxarılan hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Reaksiyalar Əvəz Hafizlinin ölümü sosial mediada ictimai rezonansa səbəb olmuş, bir çox fəal Azərbaycanda xüsusən də ölkədəki marjinal qruplara qarşı yönəlmiş nifrət cinayətləri ilə bağlı hərəkətsizliyini tənqid etmişdir. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. 23 fevralda ABŞ-nin Azərbaycandakı səfirliyi Əvəz Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. 2022-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış etmişdir. Deputatlar xüsusi olaraq başqa hadisələrlə birlikdə Əvəz Hafizlinin evində qətlə yetirilməsini istinad etmişdir.Azərbaycan media eksperti Şəmşad Ağa Hafizlinin qətlini "Azərbaycanda həm jurnalistika, həm də cəmiyyət üçün faciəvi hadisə" adlandırmışdır. LGBTİ+ hüquqlarının müdafiəçisi Cavid Nəbiyev bildirmişdir ki, "Azərbaycanda LGBT icmasına qarşı hər bir cinayət siyasi xarakter daşıyır". LGBTQ+ fəalı Əli Məlikov qeyd etmişdir ki, Hafizlinin ölümü Azərbaycanda yeganə insident deyil, LGBTQ+ fərdlərə qarşı törədilən nifrət cinayətlərinin ən son nümunələrindən biridir. O, bunun geniş yayılmış anti-LGBTQ narrativinin nəticəsi olduğunu söyləmişdir. İctimai fəal Gülnarə Mehdiyeva özünün "Feysbuk" sosial şəbəkə hesabında hadisə ilə əlaqədar yazmışdır ki, "Azərbaycan hökuməti LGBTQ şəxslərin qətlini hər səviyyədə legitimləşdirdiyi üçün bilavasitə günahkardır". Mehdiyeva Əvəz Hafizlinin qətlini "nifrət cinayəti" kimi şərh etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=759973
Əvəz Ələkbərov
Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Cil, Krasnoselsk rayonu) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının keçmiş Maliyyə naziri (1999–2006). Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur. 1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.1980-cı ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir. 1999-cı ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir, O bu vəzifədə 7 il işləmişdir. Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında ilk "Vergi məcəlləsi", "Büdcə sistemi haqqında qanun" və "Sosial sığorta haqqında qanun" hazırlanmış və tətbiqinə nail olunmuşdur. Dövlət və hökumət komissiyalarının üzvü olmuşdur. Ölkəmizi ABŞ, Birləşmiş Krallıq, Çin, Türkiyə, İsveçrə, Belçika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan və başqa ölkələrdə beynəlxalq, ikitərəfli dövlətlərarası konfranslar və tədbirlərdə çıxış edərək təmsil etmişdir. Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyasının həmsədri kimi iqtisadi əlaqələrin qurulmasında xidmətləri vardır. Beynəlxalq Valyuta fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olmuşdur. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olmuşdur. 2000–2013-cü illərdə YAP Siyasi Şurasının üzvü olmuşdur. Hal-hazırda YAP Nəsimi rayon təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Elmi fəaliyyəti 2003-cü ilin sentyabrn 30-da Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, Bakı şəhərində "Bazar münasibətləri şəraitində Azərbaycanda sosial sığortanın formalaşması və inkişafı problemləri" mövzusunda (elmi rəhbər məşhur iqtisadçı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev, rəsmi opponentlər iqtisad elmləri doktoru, professor Kamil Şahbazov, iqtisad elmləri namizədi, dosent Adilə Gözəlova, aparıcı təşkilat Rusiya Əmək və Sosial Münasibətlər Akademiyası) dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi, 2008-ci ilin yanvarın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış Birdəfəlik Dissertasiya Şurasında "Sosial-iqtisadi inkişafın maliyyə-büdcə tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (rəsmi opponentlər AMEA-nın müxbir üzvü Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayev və iqtisad elmləri doktoru, professor Rafiq Əliyev,aparıcı təşkilat Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu), iqtisad elmləri doktoru elmi dərəcəsi almış və elmi fəaliyyətlə məşğul olmuşdur, 80-dən çox elmi əsərlərin, o cümlədən 5 monoqrafiyanın,1 biblioqrafik kitabın, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifidir. Həm namizədlik dissertasiya, həm də doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalələri var. 2016-cı ilin fevral ayından Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədridir.O, 5 iqtisad üzrə fəlsəfə doktoru və 2 iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üzrə elmi rəhbər və elmi məsləhətçi kimi doktorant və dissertantlara töhfə verir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə 2019-cu ildə "Maliyyə və maliyyə institutları" kafedrası üzrə professor elmi adı verilmişdir. Həmmüəlliflə Moskvada mötəbər "İqtisadiyyat" nəşriyyatında "Qlobal iqtisadi böhranın anatomiyası" adlı monoqrafiyası çox saylı tirajla çap edilmişdir. (resenzentlər Plexanov adına Rusiya iqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri, əməkdar elm xadimi, RF Akademiyasının müxbir üzvü, prof.Xasbulatov R.İ və RF Hökuməti yanında Maliyyə Universitetinin elmi tədqiqat institutunun direktoru, əməkdar iqtisadçı, professor Perskaya V.V.). "Davamlı İnkişafın Sosial-iqtisadi problemləri" üzrə 37-ci Beynəlxalq Elmi Konfransda "Bank sektorunun maliyyə sabitliyinin dəyərləndirilməsinin kompozid indeksinin tədqiqi" mövzusunda həmmüəlliflərlə tam mətnli elmi məqalə Web of science bazasında dərc edilmişdir. 2019-cu ilin mayın 15-də dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının "Sülh səfiri" beynəlxalq adına layiq gürülmüşdür. 20 iyul 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.Azərbaycan dili, Rus dili və Türk dili dillərini bilir. Ailəlidir. İki övladı və nəvələri vardır. Fəxri adları və təltifləri "Barons Who's Who" tərəfindən Yeni Əsrin 500 lideri (2001) Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü (2005) "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi yubileyi" medalı (2006) Avropa Nəşr Mətbuat Evinin qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı (2016) Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü (2016) Türk dünyası fəxri mədəniyyət və sülh səfiri (2017) BMT tərəfindən elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeni (2017) "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı (2017) Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk mükafatı" (2018) Avropa Təbii Elmlər Akademiyası tərəfindən Qotfrid Leybnits medalı (2018) "Avropanın əməkdar elm xadimi" (2018) BMT tərəfindən dünya elminə və iqtisadiyyatına xidmətlətinə görə "Sülh Səfiri" adı (2019) BMT tərəfindən dünya elmində xidmətlərinə görə "Leonhard Euler medalı" beynəlxalq mükafatı (2019) BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə "İlin alimi" beynəlxalq mükafatı (2019) BMT tərəfindən dünya elminə və təhsilinə xidmətlətinə görə "Avropa Lideri Ulduzu" ordeni (2020)
https://az.wikipedia.org/w/index.php?curid=39759
Əvəzağa Məlikov
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Erkən illəri Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir. Sentyabr ayından isə rayon mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, bir il ərzində 700-dən çox uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Baş həkim kimi fəaliyyəti 1971-ci ilin mart ayında Əvəzağa Məlikov Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə səhəti ilə bağlı olaraq öz xahişi ilə Salyan Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsindən istefa verərək Salyan rayon mərkəzi xəstəxanasında proktologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. Siyasi fəaliyyəti 1960-ci ildə Əvəzağa Məlikov Rusiya federasiyasi Rostov vilayətinin Milyutinsk rayon Sovetinə 5-ci seçki dairəsindən deputat seçilmişdir. Elmi fəaliyyəti 1971-ci ildə də Namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 3 mart 1972-ci il tarixdə AAK-nın qərarı ilə Tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. “Sərbəst düşüncələr işığında” adlı memuar kitabı 2004-cü ildə çapdan çıxmışdır. Barəsində yazılanlar Yazıçı publisistlərdən Qulam Sadiq Əvəzağa Məlikovun 70 illik yubileyinə həsr edilmiş "İnam", Rüstəm Məlikov isə 80 illik yubileyi ilə əlaqədar "80 illik ömrün 80 səhifəsi" adlı sənədli publisistik povestlər yazmışlar. Təltif və mükafatları 1967-ci il mayın 27-də SSRİ Səhiyyə Nazirinin əmri ilə SSRİ-nin "Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunub. 1976-cı il martın 11-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə SSRİ-nin "Şərəf Nişanı ordeni" ilə təltif olunub. 1982-ci ildə anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə "Əməkdar həkim" fəxri adına layıq görülüb. 1986-cı ilin avqustun 20-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə SSRİ-nin "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunub.
https://az.wikipedia.org/w/index.php?curid=666100
Əvəzetmə effekti
İqtisadi nəzəriyyədə, xüsusən də istehlakçı seçimi nəzəriyyəsində “əvəzetmə effekti” məhsulun qiymətindəki dəyişikliklərin istehlakçı tərəfindən bu məhsula olan tələbin miqdarına təsir növlərindən biridir. Bu hadisələrdən ikincisi gəlir effekti adlanır. Əgər istehlak dəstinin dəyişməz olduğunu fərz etsək, onda əmtəənin qiymətinin aşağı düşməsi gəlirin bir hissəsinin sərbəst buraxılmasına gətirib çıxarır ki, bu da verilmiş istehlak səbətində olan malların hər birinin daha çox istehlakı üçün istifadə oluna bilər. Nəticədə, əvvəlki ilə müqayisədə yeni istehlak paketi iki əmtəənin nisbi qiymətlərindəki dəyişikliyin təsirini əks etdirəcək (bir əmtəənin vahidi indi ikinci əmtəənin digər kəmiyyəti ilə dəyişdirilə bilər, çünki malların nisbəti iki əmtəənin digər kəmiyyətinə dəyişdirilə bilər). onların qiymətləri dəyişdi), eləcə də azad edilmiş gəlirin təsiri. Nisbi qiymət dəyişikliklərinin təsiri əvəzetmə effekti, gəlirin sərbəst buraxılması effekti isə gəlir effekti adlanır. Əgər gəlir qiymət dəyişikliyi ilə elə dəyişirsə ki, yeni büdcə xətti ilkin istehlak paketindən keçsin, lakin yamac yeni qiymətlər əsasında müəyyən edilir və optimal istehlak seçimi büdcə xəttində yerləşirsə, istehlakın nəticədə dəyişməsi belə olur. Slutskiyə görə əvəzedici effektin adı. İstehlakçının orijinal (və ya ilkin) mal dəstini cari (əvvəlkilərdən fərqli olaraq yeni) qiymətlərlə almaq üçün kifayət qədər gəliri olduqda istehlakçı seçimindəki dəyişiklikləri təsvir edir. Bununla belə, əgər yeni büdcə xəttinin mailliyi yeni (cari) qiymətlər əsasında formalaşırsa və laqeydlik əyrisinə toxunan istehlakçının ilkin çoxluğundan keçirsə, onda yeni toxunma nöqtəsi ilə ilkin çoxluq arasında fərq yaranır. mallar Hiks əvəzetmə effekti ilə təsvir olunur. İstehlakçının cari qiymətlərlə ilkin faydalılıq səviyyəsinə çatmaq üçün kifayət qədər gəliri olduqda istehlakçı seçimində dəyişiklikdir. Eyni təsirlər, bir əmtəənin qiymətinin azalmaq əvəzinə yüksəldiyi, əvəzetmə effekti nisbi qiymətlərdəki dəyişiklikləri əks etdirdiyi halda, gəlir effekti gəlirin sabit saxlanılan mallar toplusunu istehlak etmək üçün daha baha istifadə edildiyi vəziyyəti əks etdirir. Məlumata görə, K.R. Makkonnell və S.L. Bryu əvəzetmə effekti — 1) məhsulun qiymətinin dəyişməsinin onun nisbi yüksək maya dəyərinə və istehlakçının daimi gəlirlə alacağı kəmiyyətə təsiri; 2) resursun qiyməti dəyişdikdə, şirkətin sabit istehsal həcmi ilə istifadə etdiyi onun miqdarına təsiri. Təsərrüfat subyektinin büdcəsi məhdud olduğundan bu o deməkdir ki, qiyməti dəyişməmiş məhsulun müəyyən həcmdə istehlak həcmini daha ucuz məhsul əvəz edir. Əgər bir məhsulun qiymətinin düşməsi hər iki məhsulun istehlakının artmasına səbəb olarsa, söhbət gəlir effektindən gedir. Qrafik analizi Fərz edək ki, ilkin vəziyyət laqeydlik əyrisi (sabit) və BC1 büdcə məhdudiyyəti olan qrafiklə (üfüqi oxda yaxşı Y göstərilir), həmçinin A nöqtəsində istehlakçı seçimi ilə verilir, çünki məhz bu nöqtədir. bu onu BC1-ə uyğun gələn laqeydlik əyrisinin ən yüksək səviyyəsinə aparır. Büdcə məhdudiyyəti istehlakçının gəliri və iki X və Y malının qiymətləri əsasında formalaşır. Əgər Y malının qiyməti aşağı düşərsə, onda büdcə xətti BC2-yə keçir, bu da Y malının daha böyük miqdarını nəzərdə tutur, çünki bütün gəlir yaxşı Y-ni istehlak etmək üçün istifadə olunurdusa, o zaman onu nisbətən aşağı qiymətə böyük miqdarda almaq olar. Qiymət dəyişikliyinin xalis təsiri ondan ibarətdir ki, istehlakçı indi C nöqtəsində istehlak paketini seçir. Amma A-dan C-yə keçidi iki tərəfdən izah etmək olar. Əvəzetmə effekti istehlakçı ilkin laqeydlik əyrisini saxladıqda baş verən dəyişiklikdir (A-dan B-yə keçid). Gəlir effekti B-dən C-yə eyni vaxtda keçiddir, çünki bir əmtəənin aşağı qiyməti effektiv şəkildə daha yüksək laqeydlik əyrisinə hərəkət etməyə imkan verir. (Bu qrafikdə Y aşağı dəyərdir)
https://az.wikipedia.org/w/index.php?curid=828734
Əvəzetmənin marjinal nisbəti
Mikroiqtisadiyyatda əvəzetmənin marjinal nisbəti — istehlakçının digər əmtəəni bir ədəd artırmaq üçün imtina etməyə hazır olduğu əmtəənin kəmiyyətini müəyyən edən kəmiyyət. Bu halda, bir məhsul digəri ilə əvəz olunur və əvəzetmənin intensivliyi sadəcə əvəzetmənin marjinal sürətini göstərir. Əvəzetmənin marjinal dərəcəsi MRS ilə işarələnir (İngiliscə marjinal əvəzetmə nisbətindən) və düsturla hesablanır: S x y / {\displaystyle x} — bir əmtəə məbləğidir, {\displaystyle y} — müvafiq olaraq başqa bir yaxşının məbləğidir {\displaystyle \Delta x} {\displaystyle \Delta y} müvafiq əmtəələri dəyişdirir. {\displaystyle x} {\displaystyle y} əmtəələrinin marjinal faydalılıqlar münasibətləri vasitəsilə (faydalılıq nəzəriyyəsinə kəmiyyət (kardinal) yanaşma ilə) marjinal əvəzetmə dərəcəsi müəyyən edilə bilər: S x y U x / U y Əgər fərqsizlik əyrisi anlayışına (istehlakçının laqeyd olduğu seçimdə iki əmtəənin bütün kombinasiyalarını göstərən xətt, yəni bütün bu birləşmələr ona eyni faydalılıq səviyyəsini gətirir) etibar etsək, onda marjinal əvəzetmə dərəcəsi. laqeydlik əyrisinin mailliyi kimi qəbul etmək olar. Yəni hesab edilir ki, əldə edilmiş faydalılıq səviyyəsini saxlamaq üçün istehlakçı başqa bir əmtəənin müəyyən miqdarını istehlak etməklə eyni miqdarda ümumi faydalılıq əldə etmək üçün hər hansı bir maldan imtina edə bilər. Həndəsi olaraq, MRS əks işarə ilə götürülmüş verilmiş nöqtədə laqeydlik əyrisinin tangensinin yamacının tangensinə bərabərdir. Məsələn, istehlakçı aşağıdakı dəstlər arasında seçimə biganə yanaşır: üç alma və bir portağal - birinci dəst və iki alma və iki portağal — ikinci dəst. Bu iki nöqtədən birmənalı şəkildə laqeydlik əyrisi çəkilə bilməsə də, portağalların alma ilə əvəzlənməsinin marjinal nisbətini aşağıdakı kimi hesablamaq olar: S x y Δ y Δ x 2 − 1 2 − 3 {\displaystyle x} almaların sayı, {\displaystyle y} müvafiq olaraq portağalların sayıdır, {\displaystyle \Delta x} alma istehlakının ikinci hissəsindəki dəyişiklikdir. Birinciyə nisbətən çoxluq, {\displaystyle \ Deltay} — ikinci çoxluqdakı portağal istehlakının birinciyə nisbətən dəyişməsidir. Yəni bu misalda portağalların alma ilə əvəzlənməsinin marjinal nisbəti birə bərabərdir və istehlakçı almanın istehlakını bir azaldıb portağal istehlakını bir dəfə artırmağa hazırdır ki, bu meyvələrin tərkibi dəyişmir, istehlakdan məmnun olsun. Ancaq bəzi iki malın 10:2 çoxluğundan 8:3 çoxluğuna keçdikdə, bu nöqtələr eyni laqeydlik əyrisində yerləşdiyi təqdirdə, birinci əmtəənin ikinci ilə əvəzlənməsinin marjinal nisbəti ikiyə bərabər olacaqdır,
https://az.wikipedia.org/w/index.php?curid=795243
Əvəzlik
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.Əvəzlik əsas nitq hissələrindən biridir. Əvəzliyin mənaca növləri Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur. İşarə əvəzlikləri - o, bu, elə, belə, həmin, həmən İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin) Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs. Filankəs sözü mürəkkəbdir Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni. Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir. Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir. Əvəzlik nitq hissəsi Əvəzlik daha loru dildən desək bütün nitq hissələrini əvəz edən əsas nitq hissəsidir. Əvəzliyin quruluşa 3 növü var. Sadə, düzəltmə, mürəkkəb Sadə əvəzliklər-həmin, belə, o, bu, elə, hamı, mən, necə və.s Düzəltmə əvəzliklər-biri, birisi, kimsə, neçənci, hərə və.s Mürəkkəb əvəzliklər-filankəs, hərkəs, kim isə, heçkimə və.s Əvəzliyin mənaca növlərinin xüsusiyyətləri Əvəzliyin mənaca növləri aşağıdaķılardır: Şəxs əvəzliyi İsmin yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, şəxsə görə üç növə bölünür: I şəxs (danışan): təkdə — mən, cəmdə — biz II şəxs (dinləyən): təkdə — sən, cəmdə — siz III şəxs (haqqında danışılan): təkdə — o, cəmdə onlar I və II şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Pişik ev heyvanıdır. O, ildə dört, bəzən də beş bala verir. Yaqut qiymətli daşdır O, əsasən Bədəxşəndə çox tapılır.III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada "şəxs" sözü qrammatik mənadadır. Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isim kimi hallanır. Mən və biz əvəzlikləri hallandıqda yiyəlik halda -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: sən ismi yiyəlik halda sən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. O şəxs əvəzliyi cümlədə mübtəda olduqda çox vaxt ondan sonra vergül qoyulur. Məsələn: O, xalamgil ilə qonşudur. Şəxs əvəzliklərindən sonra xəbər işlənərsə, vergül qoyulmaz. Məsələn: O gedir. Şəxs əvəzlikləri əşyaların adını bildirmir,onları əvəz edir. Əvəzlik isim kimi qoşmalarla da işlənə bilir. Qeyri-müəyyən əvəzliklər İsmin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.Azərbaycan dilində ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kim, kimsə (kim isə), nə isə, hamı, hərə, bəzisi, hər kəs, hər şey və s. Bu əvəzliklərdən hamı, hərə quruluşca sadə; biri, kimi, kimsə düzəltmə; hər kəs, kim isə, nə isə, hər şey mürəkkəbdir (tərkibi əvəzlikdır). Kim isə, nə isə qeyri-müəyyən əvəzliklərindən başqa, qalan qeyri-müəyyən əvəzliklər hallanır. Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur. Məsələn: Hamı gülür (mübtəda). Hərənizə bir sualım var (tamamlıq).Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıq. İnkar əvəzlikləri İnkar əvəzliklərinin çoxu heç sözünün köməyi ilə düzəlir: heç kim, heç nə, heç kəs, kimsə (heç kim mənasında). İnkar əvəzlikləri də ismin yerində işlənir, kim? nə? suallarından birinə cavab olur və cümlədə mübtəda, tamamlıq olur və hallanır. Qeyd: Kimsə əvəzliyindən sonra gələn feil təsdiqdə olduqda o, qeyri-müəyyən əvəzlik olur. Məsələn: Kimsə səni soruşurdu. Bu əvəzlikdən sonra gələn feil inkarda olduqda isə o, inkar əvəzliyi olur. Məsələn: Kimsə bu sualın cavabını tapmadı. Sual əvəzlikləri Sual bildirən sözlərə deyilir. Bütün əsas nitq hissələrinin sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara? ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur. Məsələn: Kim dərsə gəlməyib? Kimi istəyirsiniz? Haranız ağrıyır? Nələri görmədik? Kimlər gəldi, kimlər getdi?Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür? Biz kəndə gedirik. Kim kəndə gedir? Təyini əvəzliklər Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Öz,(öz+mənsubiyyətət), hər, bütün, filan, eyni sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin bir eybi olar. Mənim üçün bütün günlər gözəldir. Hər gülün öz ətri var.Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin olur. Təyini əvəzliklər hallanmır və sifətə aid olur. İşarə əvəzlikləri İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı? sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir.Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur. Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.Bu əvəzliklər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur. Bu, o əvəzlikləri omonimdir: həm işarə bildirir, həm də əşyanı göstərmək üçün işlədilir. Bu əvəzliklər əşyanı göstərmək üçün işlədikdə ismin xüsusiyyətlərini daşıyır. Bu halda onlar cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu (nə?), uşağın kitabıdır. Bundan (kimdən?) muğayat ol. Onu (nəyi?) bura gətir. Təriflədiyim oğlan budur (kimdir?).Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra fel və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Qayıdış əvəzliyi Mənsubiyyət şəkilçisi qəbul etmiş öz əvəzliyinə deyilir: özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzliyi ismin yerində işlənir və ismin xüsusiyyətlərini daşıyır: hallanır, cümlədə mübtəda və tamamlıq olur: Özüm (kim?) gəlmişəm. Özündən (kimdən?) küssün. Qeyd: Mən, sən, o şəxs əvəzliklərinin və qayıdış əvəzliyinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi [-nan²] şəklində tələffüz olunur məndən — [mənnən], səndən — [sənnən], ondan — [onnan], ozümdən — [özümnən], özündən — [özünnən] və s. Əvəzliyin cümlədə rolu Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən, inkar və qayıdış əvəzlikləri mübtəda, tamamlıq və xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur və yeganə əvəzliyin özünü əvəz edən "sual əvəzlikləri"dir. Əvəzliyin təhlil qaydası Əvəzlik aşağıdakı qaydada təhlil olunur: Hansı nitq hissəsini əvəz etməsi və sual Quruluşca növü Mənaca növü Halı, mənsubiyyət şəkilçisi (əgər varsa) Cümlədə roluBir nümunə: O, sinifdə hamıdan biliklidir. O — ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır. Hamıdan — ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadədir, qeyri-müəyyən əvəzlikdir. Çıxışlıq haldadır, cümlədə tamamlıqdır.
https://az.wikipedia.org/w/index.php?curid=106938
Əvəzlərsəyyadlar (Astara, İran)
Əvəzlərsəyyadlar (fars. عوض لرصيادلر) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (15 ailə). Şablon:Astara şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=767715
Əvəzsiz sesurslar
Əvəzsiz sesurslar- digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.). Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=523484
Əvəzəli Muğanlı
Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).rəssamDövrün məşhur miniatüristi. Tərcüməçi Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır."Kəlilə və Dimnə" (1809) miniatüru məşhurdur.
https://az.wikipedia.org/w/index.php?curid=547248
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
https://az.wikipedia.org/w/index.php?curid=58267
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır. Dəndənəkan döyüşündən 1092-ci ildə Sultan Məlikşahın ölümünə qədərki dövrdən bəhs edən qismində verilən məlumatlar özünəməxsusdur və başqa heç bir qaynaqda yoxdur. Bu əhəmiyyətinə görə bu əsərdə Malazgird döyüşündə Səlcuqluların Bizans üzərində qələbə qazanması barədə olan hissə artıq 1887-ci ildə tərcümə edilmşdi.Əsər Atabəylər tarixinə dair əsas mənbə hesab olunur. “Əxbar əl-dəvlə əl-səlcuqiyyə” Səlcuq hökmdarlarının, vassal hökmdarlarının və xəlifələrinin müxtəlifliyi haqqında müsbət danışır. Mətn sadə və böyük miqdarda qafiyəli nəsr və hiperbola arasında dəyişir. Əsərdə atalar sözləri və misralar yer almasına baxmayaraq, onlar İmadəddin əl-İsfahani və Məhəmməd ibn Əli Rəvandi kimi çağdaş İran yazıçıları tərəfindən yazılmış salnamələrdən xeyli az tezlikdə rast gəlinir.Tarixçi David Durand-Guedy İslam Ensiklopediyasının üçüncü nəşrində qeyd edir ki, ixtisar edilmiş əsərin müəllifinin kimliyi ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Əsərin Əyyubilər dövrünün tarixçisi İbn Zafir tərəfindən yazıldığı fikrini təqdim edən və 1911-ci ildə yazılmış Karl Süssheimin düşüncələri Martin Teodor Houtsma (1943-cü ildə vəfat etmişdir) və Klod Kahen (1991-ci ildə vəfat etmişdir) tərəfindən təkzib edilmişdir. Kahen özü "qeyri-dəqiq və müvəqqəti nəticəsini" təqdim edərək bildirmişdir ki, Sədrəddin Hüseyninin müəllifi olduğu orijinal əsər 1203-cü ildə "şimal-qərbdən olan iranlı" tərəfindən yazılmışdır, bundan sonra adı məlum olmayan üçüncü bir yazıçı tərəfindən bütövlükdə yenidən qurulmuşdur və İmadəddin İsfahaninin 1092-ci ildən 1152-ci ilə qədər olan illəri əhatə edən yuxarıda qeyd olunan salnaməsinin qısaldılmış versiyasını əlavə etmişdir. Durand-Guédy hesab edir ki, digər təkliflər daha az inandırıcıdır: Çarlz Pierre Henri Rieunun sonradan Angelika Hartmann tərəfindən də qəbul edilən hipotezisinə görə, orijinal əsər Bağdadda yazılmışdır, bunun qarşılığında, Dr. Qiblə Ayaz iddia edir ki, Sədrəddin əl-Hüseyni ilə Seyid Sədrəddin Nişapuri eyni adamdırlar və o, Xarəzmilərə tabe olan Nişapur şəhərində mülki xidmətçi olmuşdur. O, həmçinin Xarəzm hökmdarı II Məhəmmədin hakimiyyəti dövründən bəhs edən əsərin müəllifir.Əxbar əl-dövlə əl-səlcuqiyyə Səlcuq tarixinin ən az başa düşülən salnaməsi olması ilə tanınır. Həmçinin bax David Durand-Guédy. al-Ḥusaynī, Ṣadr al-Dīn. Encyclopaedia of Islam. 2017. ISBN 1873-9830.
https://az.wikipedia.org/w/index.php?curid=772199
Əxbarilər
Əxbarilik (ərəb. الاخبارية; əl-əxbariyyə) On iki imam şiəliyinin azlıq məktəbidir. On iki şiələrin əksəriyyətini təşkil edən Üsulilar kimi Əxbarilər də Quran və Hədislərə əməl edirlər. Bununla belə, Əxbarilər ictihaddan (İslam fəqihləri ilə əsaslandırma) istifadə etməyi rədd edirlər. Bu o deməkdir ki, Əxbarilər Mərcənin təqlidini rədd edir və “On dörd məsum”dan başqa hər kəsin qanuni hökmlərinə tabe olmağın haram olduğuna inanırlar.Əxbarilər İmam Muhəmməd Mehdinin təqlid etdiyi usul-ul-fiqh Əxbarilər İmamın məsum olması və yeganə etibarlı mərcə olduğunu əsas gətirərək qəbul etmirlər. Əxbarilər dini hökmlər və ya islam fiqhi haqqında biliklərini On dörd Məsumdan (ə) gələn hədislərdən, heç bir insanın təfsir etməsinə icazə vermədən əldə edirlər. Əxbarilər həmçinin Quranın təfsirini və tam İslami bilikləri imamlardan müasir dövrümüzə qədər ötürürlər.Əxbarilər ictihad ve müctəhidləri rədd edirlər. Onlar bunu İmam Mehdinin Kiçik Qeybənin dördüncü etibarlı yoldaşı olan Əli ibn Məhəmmədə yazdığı son məktub əsasında tətbiq edirlər. Məktubda İmam Mehdi buyurur: Əxbarilər Hədis-ül-Tariqə əsaslanaraq yalnız imamları Ayatullah (آيات الله "Allahın nişanələri") adlandıra biləcəyini iddia edirlər.İyirmi birinci əsrdən etibarən Əxbarilər Şiə İslamında kiçik bir azlıq təşkil edir, Usulilər isə əsas əksəriyyət təşkil edir. Əxbarilik bir hərəkat olaraq Məhəmməd Əmin əl-Astarabadinin (ö. 1627) yazıları ilə başlamış və ən böyük təsirini mərhum Səfəvi (1501-1736) və Səfəvidən sonrakı erkən dövrlərdə əldə etmişdir. Lakin az sonra Məhəmməd Baqir Behbəhani (ö. 1792) digər Üsuli müctəhidləri ilə birlikdə Əxbariləri soyqırım etməyə və Əxbari hərəkatını aradan qaldırmağa cəhd etdi. Əxbariliyin məqsədi budur ki, İslamda Məsumların hədislərindən başqa heç bir şey mötəbər dəlil ola bilməz. Əxbarilər təməllərini "İki əhəmiyyətli şeyin hədisi"nə (Səqaleyn hədisi) həsr edirlər, burada İslam peyğəmbəri Məhəmməd öz ardıcıllarına ölümündən sonra yalnız iki ilahi hidayət mənbəyinə - Qurana və onun nəslinə tabe olmağı buyurmuşdur, Əhli-Beyt. Buna görə də, Mehdinin Böyük Qeybə getməsindən sonra baş verən yeni hadisələrdə belə, əxbarilər Əhli-beyt ənənələrinə əməl etməyə davam edirlər, İmam Məhəmməd əl-Mehdinin dediyi kimi: Ey qeybəm, bizim rəvayətlərimizin rəvayətçilərinə müraciət et, çünki onlar sənin üçün mənim dəlilim, mən isə onlar üçün Allahın hüccətiyəm”. Əxbarilər ictihada əsaslanan fətvaları rədd edir, Əhli-beytdən rəvayətlər gətirmədən Quran təfsirinin yazılmasının caiz olduğunu da rədd edirlər. Əxbari təfsir əməlini qadağan etmək üçün “Səqəleyn” hədisini və on iki imamın bir neçə səhih hədislərini sitat gətirir. Əxbarilər hədisin ümumiləşdirilməsinə inanmırlar, hədisi ya doğru, ya da zəif deyirlər; daha sonra onlar şiələrin dörd kitabında toplanmış hədislərin etibarlı olduğuna inanırlar.Əxbarilər Vilayəti-Fəqih qəti şəkildə rədd edərək deyirlər ki, din təbliğatçılarının siyasətdə heç bir rolu yoxdur və din xadimləri siyasi liderlərə nəsihət etməli, lakin Əhli-beyt kimi kamil olmadığı üçün heç nəyi idarə etməməlidirlər. Əxbarilər on ikinci imamın qeybində din və dövlətin ayrılmasına inanır, deyirlər ki, ancaq məsum hakim imam dini və dövləti birləşdirəcək lazımi elm və nemətə malikdir; və yalnız gözlənilən şiə imamının gəlişindən sonra yerinə yetiriləcək.Əxbarilər şəriətin yalnız məsumlardan olan əbədiliyinə inanırlar, ona görə də Quranı təfsir etmək hüququ yalnız tam biliyə malik olan 14 məsumun (əl-rasıxun fil-ilm; ərəb: الراسخون فی العلم) qədərdir. Usulilər zamanla fiqhin dəyişməsi və təkamülünə inandıqları halda, Usul-ul-fiqh. Əxbarilər, On dörd Məsumun hökmlərini təfsir etmədən rəvayət edən və ya rəvayət edən ölü və ya diri Mühəddisdən dini hökmləri və ya İslam fiqhini axtarırlar. Bundan əlavə, Əxbarilər deyirlər ki, On dörd Məsum (bura şiə imamları da daxildir) heç vaxt ictihad etməyə icazə verməmişdir. Əgər əxbarilər bir şeyin haram və ya halal olduğuna əmin deyillərsə, həmişə onu haram zənn edib, Allah və əhli-beyt üçün ondan bəraət alırlar.
https://az.wikipedia.org/w/index.php?curid=819742
Əxbarnamə
"Əxbarnamə"də əsas etibarı ilə 60 illik bir dövrdə (1740–1800) Talışda cərayan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir."Əxbarnamə" 1955-ci ildə AzSSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən turk dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir.2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbüsü ilə "Əxbarnamə"nin 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nusxə ilə işıq üzü görür.XIX əsrin 80-cı illərində "Əxbarnamə" ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır. İshaq Axundov kitabı çapa hazırlasa da, 1992-ci ilin 15 oktyabrında öldüyündən son arzusunu yerinə yetirə bilməmişdir. Onun oğlu Tufan Axundov atasının işini başa çatdıraraq 2009-cu ildə "Əxbarnamə"ni çap etdirmişdir. Həmçinin bax Talış xanlığı Xarici keçidlər Kitabın 2009-cu il nəşrini: oxu; yüklə "Mirzə Əhməd xanın qəzalı vəziyyətə düşmüş evindən REPORTAJ" ( (az.)). lent.az. 2016-08-16. 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.; APA TV-də izlə Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=494614
Əxberdil Məhəmməd
Şamil sağlığında varisi olaraq rəsmən elan edilir. Şimali Qafqaz imamlığında İmam Şamildən sonra ikinci şəxs və Şamilin "sağ əli" olaraq tanınır. 1839-cu ildə Axulqodakı məğlubiyyətdən sonra Kiçik Çeçenistana köçür, burada Kunak və dostu Naib İsa ilə birlikdə yaşayır. Onlar birlikdə basqınlara qoşulur. Mənşəyi və ilkin illəri XIX əsrin əvvəllərində Avarıstanın Xunzax kəndində anadan olmuşdur. Milliyyətinə görə avardır. Bunu həm rus mənbələri, həm də digərləri iddia edir. Uşaqlığı və gəncliyi haqqında az şey məlumdur. Avarıstanda ona Axberdil Məhəmməd və ya Axberdilav, 19-cu əsrin rus mənbələrində Axberdı Maqoma kimi tanınır. Nikolay Dubrovin sözlərinə görə ağlı və ədaləti ilə seçilirdi. Axberdil əla təhsil almış avar, ərəb, çeçen və qumuq dillərini mükəmməl bilirdi. Səid Arakan, Laçinilav kimi görkəmli ilahiyyatçılərdən təhsil alır, daha sonra isə ilk imam Qazi Məhəmmədlə birlikdə təhsil almışdır. Qafqazda muridizmin yaranması ilə onun qızğın davamçısı olur. Dağıstan və Çeçenistanın ilk imamı Qazi-Məhəmmədin xütbələri ona güclü təsir göstərir. Axberdil Məhəmməd birinci imamın hərəkatına qatılır, ölümündən sonra ikinci imam Qəmzət-bəyin tərəfdarları arasında olur. Kiçik Çeçenistanda naib olaraq Axberdil Məhəmməd çeçenlər arasında çox hörmət qazanır. Axberdilav Çeçenistanın indiki Şatoyvski rayonunun Quş-Kert kəndində dəfn edilmişdir. Ədəbiyyatda və kinoda 2014-cü ilin aprel ayında “Naslediya” telekanalı naibin həyat və fəaliyyətindən bəhs edən Əxberdil Məhəmməd – İmam Şamilin varisi sənədli filmini nümayiş etdirir.
https://az.wikipedia.org/w/index.php?curid=722487
Əxi Evrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi. Adının etimologiyası Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir. Fransız alim Taeschner də onun kimi Evrən tələffüzündən istifadə edib. Bir digər türk tarixçi Cavad Haqqı Tarım isə Evran adını ön plana çəkir. Örən tələffüzünə isə Fuad Körpülünün tədqiqatlarında rast gəlmək mümkündür. Şeyx Nəsirəddin Əbül Haqayiq Mahmud bin Əhməd əl-Xoyi hicri 566/ miladi 1171-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Atasının adı Əhməddir. Anasından öz əsərlərində “Qadın ana” kimi bəhs etdiyi üçün əsl adı tam dəqiq bilinmir. Onun Cənubi Azərbaycanın Xoy şəhərində anadan olması tarixşünaslıqda etnik mənasubluğu ilə bağlı bəzi mübahisələr doğursa da, Xoy şəhəri Səlcuqlu sultanı Toğrul zamanından Türkmənlərin yaşayış məntəqələrindən biri olduğu üçün əslən türk olması qəbul edilən faktlardandır. Əxi Evrənin doğum ili ilə bağlı da bir sıra iddialar irəli sürülmüşdür. Belə ki, onun doğum ili bəzi mənbələrdə 1171 bəzi mənbələrdə isə 1236-cı il kimi qarşımıza çıxır. Lakin yaxın dostu Sədrəddin Konəviyə yazdığı bir məktubda 1199-cu ildə Heratda Fəxrəddin ər-Razinin xidmətində çalışdığını bildirməsi bu məsələ ilə bağlı mübahisələri sonlandırmışdır.Əxi Evrənin uşaqlığı doğulduğu Azərbaycanda, Xoy şəhərində keçib. İlk təhsilini Əhməd Yəsəvinin Xorasan və Mavəraünnəhr ətrafındakı tələbələrindən alıb. Daha sonra həcc ziyarəti zamanı Əvhədüddin Kirmani ilə tanış olur. Kirmani də Əhməd Yəsəvi kimi türkcə danışan, Anadolu türkmənləri və dərvişləri üzərində dərin iz buraxan bir şəxs idi. Bu cəhəti ilə Əxi Evrənə də təsir etmiş, hətta onu qızı Fatma Bacı ilə evləndirmişdir.Əxi Evrən 1204-cü ildə Bağdada gəlir. Burada bir sıra elm adamları ilə yanaşı Fəxrəddin ər-Razi ilə tanış olur. Bağdadda olarkən 34-cü Abbasi xəlifəsi Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatına qoşulur. Əsərlərindən də məlum olur ki, Əxi Evrən Bağdadda öz təhsilini geniş inkişaf etdirərək, təfsir, hədis, kəlam, fiqh, təsəvvüf, fəlsəfə və tibb sahəsində əsərlər qələmə almışdır. O həmçinin, İhvanüs-Səfanın, Fərabinin, İbn Sinanın , Fəxrəddin ər-Razinin əsərlərini oxumuş bəzilərini isə tərcümə etmişdir. Kayseriyə gəlişi və Əxilik təşkilatı Əxi Evrən 1205-ci ildə müəllimi Kirmani ilə birlikdə Anadoluya, daha sonra isə Türkiyənin Kayseri şəhərinə gəlir. Hacı Bektaş Vəlinin Vəlayətnamə əsərində Əxi Evrən ilə bağlı belə bir qeyd var “Həzrəti Hükar Hacı Bektaş Vəli Xorasan diyarından Ruma gəlib suluyca Qarauyuqda qərar qıldıqdan sonra, Əxi Evrən sultan Konya şəhərindən Kayseriyə oradan Kırşəhərə gəlmişdir. ” Vəlayətnamənin başqa bir bölməsində isə Əxi Evrənin Kayseridə bir dabbaqxanası olduğu və burada işlənilmiş dəri satdığından bəhs olunur.Burada o, yerli əhalisi ermənilərdən, yunanlardan və çox az sayda xristian türklərdən və sonradan buraya köçən müsəlman türkmənlərdən ibarət bir Kayseri ilə qarşılaşmış, Ədməd Vəhbi Əcərin qeyd etdiyi kimi özünü etnik və etnik cəhətdən tək hiss etmişdir. Mərkəzi Asiyadan köçüb Kayseridə məskunlaşan türklər arasında Əhməd Yəsəvi dərvişləri, alimlərlə yanaşı , tacir və sənətkarlar da var idi. Yerli erməni və yunan (Bizans) həmkarları ilə rəqabət aparmaq, peşə və ticarətlərini möhkəm saxlamaq üçün onlara birlik və həmrəylik lazım idi. Bu ehtiyacı çox yaxşı təsbit edən Əxi Evrən əvvəlcə Kayserili əsnaf və sənətkarları bir ittifaq altında toplayaraq, sənət və ticarət etikasını və maraqlarını təmin etmək məqsədilə Əxilik qurumunu yaratdı. Daha sonra dövlətin himayəsi və dəstəyi ilə sənətkarların sənətlərini icra etmələri üçün bir sənaye şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edən Əxi Evrən bu şəbəkənin mərkəzindəki məscid və xanəgahda təşkilat mənsublarına dini və dünyəvi təhsil verməyə başlayır. Əxilik zaman ilə elə bir məqama çatır ki, əsrlər boyu tacir və sənətkarlara istiqamət göstərərək, Hacı Bektaş adət-ənənələri ilə birlikdə yeniçəriliyin yaranmasında da mühüm amil olur. Hətta dövlət adamları da bu təşkilata qoşulmağı şərəf hesab edirdilər. I Əlaəddin Keyqubadın Əxilik institutuna himayədarlığı nəticəsində bu şəbəkə bütün Anadoluya yayıldı. Bundan əlavə, Əxi Evrən Bəktaşilər arasında “Qadın Ana” kimi tanınan Kirmaninin qızı, həyat yoldaşı Fatma Xatun vasitəsilə Kayseridə Baciyan-ı Rum (Anadolu Bacıları) təşkilatını qurmuşdur.Əxi Evrənin 1227-1228 (h. 625) ildən sonra Konyada məskunlaşdığı və sənəti ilə məşğul olduğu, həmçinin müdərrislik etdiyi bilinir. II Qiyasəddin əxilərin hamisi atası Sultan I Əlaəddin Keyqubad (miladi 1237) öldürərək onun yerinə keçir. Sultan və vəziri Sadəddin Köpək əxilərə qarşı çıxırlar. Nəricədə Əxi Evrən və bir çox əxilər həbs edib cəzalandırılır. Bu hadisələr əxilərin və türkmənlərin üsyanına səbəb oldu. Bu vaxt monqol ordusu Anadoluya girərək Səlcuq ordusunu məğlub etdi. Əxilər monqollara müqavimət göstərsələr də, şəhərə daxil olan monqollar Əxi Evrənin həyat yoldaşı Fatma Bacı da daxil olmaqla bir çox şəxsi qılıncdan keçirib, bəzilərini əsir götürürlər. Bu hadisələrdən sonra Əxi və Bacı təşkilatı dağıldı. Kırşəhərə gəlişi Qiyasəddin Keyxosrovun vəfatından sonra azadlığa çıxan Əxi Evrən, təxminən bir il Dənizlidə qaldıqdan qısa müddət sonra Şəms-i Təbrizinin qətlində əməkdaşlıq etdiyi, Mövlananın oğlu Əlaəddin Çələbi ilə Kırşehərdə məskunlaşır. Evrən həyatının təqribən 14-15 ilini burada yaşayır.Əxi Evrənin Kırşəhərdə məskunlaşması ilə əxi təşkilatı (əvvəlki qədər olmasa da) güclənir. Lakin əxilərin və türkmənlərin monqollara qarşı dəstəklədiyi vəzir Qadı İzzəddinin məğlubiyyəti ilə onlar daha bir ağır zərbə alırlar. Monqol tərəfdarı olan IV Rüknüddin Qılıncarslan Konyada taxta çıxdıqdan sonra Əxi Evrən və əxilərə qarşı mübarizəyə başlayır. Mövlana Cəlaləddin Rumi ilə ixtilafı Əxi Evrən və ətrafı ilə Mövlana Cəlaləddin Rumi və ətrafı arasında baş verən qarşıdurmanın kökləri çox qədim dövrlərə gedib çıxır . Bu qarşıdurmalar Əxi Evrənin müəllimi, təfsirçi-ilahiyyatçı Fəxrəddin ər- Razi ilə Mövlananın atası Bahaəddin Vələd arasındakı ixtilafın Anadolu uzantısıdır. Bu ixtilaf və mübahisə nəticəsində Xarəzm sultanı Məhəmməd şah Fəxrəddin ər -Razini dəstəkləyincə, Bəhaəddin Vələd mühacirət edir və Anadoluya gəlir. Əslində, istər Mövlanə, istərsə də Şəmsi Təbrizi əsərlərində ər-Razini tənqid edirdi.Bu iki şəxs arasında ixtilafın digər bir səbəbi isə məzhəb və məşrəbləri arasındakı fərqlər idi. Bunların üzərinə siyasi qarşıdurmanın əlavə olunması düşmənçiliyin pik həddə çatmasına səbəb oldu. Bu siyasi qarşıdurmalardan birincisi Əxi Evrən və Türkmənlər II Qiyasəddin Keyxosrova müxalif olduğu halda, Mövlanə və onun çevrəsinin dost olması idi. Ancaq Əxi Evrən ilə Mövlana Cəlaləddin Rumi arasında siyasi qarşıdurma monqolların Anadoluya hücumu ilə başladı. Əxilər və türkmənlər monqollarla döyüşərkən, Mövlana və çevrəsi monqolları dəstəkləyir. Əcər yazır: O, Çingiz xanın ilahi şəxsiyyət olduğunu iddia edərək, monqolların oruc tutduqlarını, hətta atlarının da oruc tutduqlarını söyləyirdi. Mövlana və Şəms-i Təbrizi söhbət məclislərində monqolların zülmündən bəhs edənlərə qəzəblənir və monqol zülmünü yumşatmağa çalışırdılar. Əxi Evrənin doğum tarixi kimi, ölüm tarixində də dəqiqlik yoxdur. Bununla belə, Mikayıl Bayram bildirir ki, onun dostlarına yazdığı məktubların tarixləri və əsərləri əsasında Əxi Evrənin miladi 1257 (miladi 655) və 1262 (miladi 660) illəri arasında öldüyü, hətta öldürüldüyü demək olar ki, dəqiqdir. Buna baxmayaraü Əxi Evrənin vəqfiyyəsi hicri 1307-ci ildə (hicri 706) tərtib edilmişdir. Mikayıl Bayram da 1277 (hicri 676) və 1307-ci (hicri 706) illəri Əxi Evrənin vəqfiyyəsinin hazırlanma tarixi kimi verir. Bu halda Əxi Evrənin 1307 (706) ildə sağ olduğu düşünülür. Yenə də mövcud mənbələrdəki bəzi qeydlərə əsasən, Əxi Evrənin öldürüldüyü iddia edilsə də, bu məsələdə dəqiqlik yoxdur. Lakin Keramat-i Əxi Evrən adlı əsərə və bəzi Əxi şəcərələrinə əsasən , onun 93 il yaşadığı qəbul edilən faktlardandır. Əxi Evrənin əsərləri ilə bağlı tədqiqatlar aparan Mikayıl Bayram aşağıdakı siyahını təqdim edir: Mətali ül-İman (ilahiyyata dair) Tabsıratü-l Mübtıdu və Təzkiratül- Müntəhi (təsəvvüf fəlsəfəsi haqqında) Mənacihi Seyfi (Şafi məzhəbi haqqında) Lətaif-i Qiyasiyyə (4 cildlik əsər, ilk cilddə fəlsəfə, ikinci cilddə əxlaq və siyasət, üçüncü cilddə fiqh, sonuncu cilddə isə dua və ibadətlərdən bəhs olunur. Lətaif-i Hikmət (siyasətnamə janrında əsər) Ağaz u Əncüm (vəsiyətnamə) Mürşidül Kifayə Tuhfətüş - Şəkür (itmiş əsərlərindən biri) Ulam-ı Həqiqi (itmiş əsərlərindən biri) Elmüt- Təşrih (tibbə və anatomiyaya dair əsər) Yezdan- Şinaht (fəlsəfi mahiyyətli əsər) Müariul Musari (Şəhristaninin İbn Sinanı rəddiyəsinə rəddiyə) Məth-i Fəqr u Zəmm-i Dünya (Sührəverdi əl- Maqtulun Vəsiyyəsinin tərcüməsi) Tərcümə-i Əlvahul-İmadiyyə (tərcümə) Tərcümə-i Nəfsün-Natiqə (İbn Sinadan tərcümə) Tərcümə-i Kitabül-Hamsin fi-Usulid-din (Fəxrəddin ər-Razidən tərcümə) Tərcümə-i ət-Təvəccühül-Ətəmm Nahvəl-Həqq (Sədrəddin Konəvidən tərcümə) Tərcümə-i Miftahul-Qeyb (Sədrəddin Konəvidən tərcümə) Neşet Çağatay. Anadoluda Ahilik ve Bunun Kurucusu Ahi Evren. XLVI. Ankara: TTK Basımevi. Belleten. 1982. Mikail Bayram. Ahi Evren ve Ahilik Teşkilatının Kuruluşu. Damla Matbaacılık. 1991. Ahmet Vehbi Ecer. AHMED YESEVİ DERVİŞİ AHİ EVREN ve KAYSERİíDE AHİLİK. 1. Dergipark. 2001. 47–64. Erol Ülgen. Esnaf ve Sanatkârların Pîri Ahi Evran ve Geçmişten Günümüze Ahilik. 61. Türk Dili ve Edebiyatı Dergisi. 2021. 447–469. İsmet Uçma. Bir Sosyal Siyaset Kurumu Olarak Ahilik. İstanbul: T.C İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ÜNSTİTÜSÜ ÇALIŞMA EKONİMİSİ VE ENDÜSTRİ İLİŞKİLERİ ANABİLİM DALI. 2003.
https://az.wikipedia.org/w/index.php?curid=102612
Əxi Fərəc Zəncani
Əxi Fərəc Zəncani, Şeyx Şəqiq Fərəc (?-1065) — XI əsr sufi alimi. Əxi Fərəc Zəncani Seyid Əbülabbas Nəhavəndinin müridi idi. İran ərazisində yaşayan XI əsr əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi Xuciviri o vaxtın ən məşhur əxisi (əxi sözü fütüvvət əhli mənasında işlənir) kimi Fərəc Zəncani adlı bir nəfərdən söz açır. Müəllif bu şəxsin milliyyətindən danışmır, amma iranlı təsəvvüfçülərin ən böyüyü olduğunu deyir. Dövlətşah Səmərqəndiyə görə Fərəc Zəncani Azərbaycanda yaşayan türklərdən olmuş, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması haqqında məlumatlar vermişdir. Həmçinin bax Xoca Məhəmməd Xoşnam Xarici keçidlər Şeyx Əxi Fərəc Zəngani Yazıçı Məhəmməd Şukuhi Zəncani Arxivləşdirilib 2013-03-27 at the Wayback Machine Zəncan Mədəni Mirası, Əl Sənətləri və Turizm Təşkilatının saytı.Yoxlanılıb 16 mart 2012 (fars.)
https://az.wikipedia.org/w/index.php?curid=277323
Əxi Məhəmməd Xəlvəti
Əxi Məhəmməd Xəlvəti — sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir. Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yanlış tarix kimi dəyərləndirir. Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir. Həmçinin bax Azərbaycanda təsəvvüf
https://az.wikipedia.org/w/index.php?curid=102615
Əxi Təvəkkül zaviyəsi
Əxi Təvəkkül zaviyəsi — Dərələyəz mahalının Keşişkənd (1957-ci ildən Yeğeqnadzor) rayonunun Ələyəz kəndində azərbaycanlılara məxsus tarixi abidə.Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Abidənin kitabəsində yazılmışdı: "Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür-Allah onun günahlarını bağışlasın-məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə" . Abidə 1961 – ci ildə azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində zaviyənin bünövrəsi və Əxi Təvəkkülün baş daşı formasında iki xatirə daşı abidəsi aşkar olunmuşdur. Xatirə daşlarının üzərində ərəb və erməni dillərində həkk olunmuş kitabələrdə Əxi Təvəkkülün hicri 951 – ci ilin məhərrəm ayında (25. 03. – 24. 04. 1544) şəhid olduğu göstərilir. Kitabəninn iki dildə olması Azərbaycanda XI əsrin sonu – XII əsrin əvvəllərindən fəaliyyət göstərən və sonrakı dövrlərdə (XIV – XVI əsrlərdə) milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, şəhər sənətkarlarının hüquqlarını qoruyan quruma çevirilən əxi təşkilatının başçısı olduğunu ehtimal etməyə imkan vermişdir. Tarixin memarlıq dəyəri olan abidə azərbaycanlıların müqəddəs hesab etdikləri ziyarətgahlardan idi. Abidənin girəcəyində yerləşən daş lövhədə azərbaycanlıların inanclarını əks etdirən, yerin, ayın və günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və tarixən Dərələyəz mahalında yaşamış türk tayfasının sayını bildirən doqquz ədəd səkkizguşəli ulduz həkk olunmuşdu. Daha sonralar bu abidə ermənilər tərəfindən dağıdılmış, bütöv qalan daş lövhənin bir hissəsində isə xaç şəkli çəkilərək erməniləşdirilmişdir. Həmçinin bax Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı
https://az.wikipedia.org/w/index.php?curid=157067
Əxi Əmrə
Əxi Əmrə (Təbriz – 1409) — Mənşəcə türk olan Azərbaycan sufi alimi. Ömər Xəlvətinin davamçısı Əxi Əmrə Təbrizin Heri qəsəbəsinin Kəlibat kəndində doğulub. Heri və Şirvanda yaşamış və elm təhsilini də bu yerlərdə almışdır. Əmir Teymurun yürüşləri zamanı Heridən köç edərək Anadoluya gəlmiş və Qırşəhərdə məskunlaşmışdır. Bəzi müəlliflər qeyd edirlər ki, ona əxi deyilməsinin səbəbi Əxi Evrənin nəslindən olmasıdır, lakin Mehmet Rıhtım yazır ki, Əxi Evrənin Xoylu olduğunu nəzərə alsaq və Anadoluda yaşayıb öldüyünü düşünsək bu ehtimal zəif xarakter daşıyır. Şeyx Əxi Əmrə 1409–1410-cu ildə vəfat etmişdir. Qəbrinin Qırşəhərdə Təpəviran kəndində və Heri qəsəbəsində Güzərgah körpüsü yaxınlığında xəlvətilər qəbristanlığında olması kimi iki ziddiyyətli məlumat var. Qırşəhərdə Əxi Evrənin xanəgahı və qəbri mövcuddur, lakin Əxi Əmrəyə aid hər hansı bir qəbrə rast gəlinməyib. Mehmet Rıhtım isə qeyd edir ki, Əxi Əmrənin Şirvanda yaşayıb, elə burada da dəfn edildiyini güman etmək olar. Onun vəfatı zamanı Şirvanda Şirvanşah Şirvanşah I İbrahim xan (1382–1417) hakimiyyətdə idi. Şeyxin dörd xəlifəsi bunlardır: məkkəli Əbu Talib, sinoplu Pir Təvəkkül, şirvanlı Əmir Rəbbani və şamaxılı İzzəddin Xəlvəti. Həmçinin bax Azərbaycanda təsəvvüf
https://az.wikipedia.org/w/index.php?curid=102598
Əxi Əvrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi. Adının etimologiyası Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir. Fransız alim Taeschner də onun kimi Evrən tələffüzündən istifadə edib. Bir digər türk tarixçi Cavad Haqqı Tarım isə Evran adını ön plana çəkir. Örən tələffüzünə isə Fuad Körpülünün tədqiqatlarında rast gəlmək mümkündür. Şeyx Nəsirəddin Əbül Haqayiq Mahmud bin Əhməd əl-Xoyi hicri 566/ miladi 1171-ci ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Atasının adı Əhməddir. Anasından öz əsərlərində “Qadın ana” kimi bəhs etdiyi üçün əsl adı tam dəqiq bilinmir. Onun Cənubi Azərbaycanın Xoy şəhərində anadan olması tarixşünaslıqda etnik mənasubluğu ilə bağlı bəzi mübahisələr doğursa da, Xoy şəhəri Səlcuqlu sultanı Toğrul zamanından Türkmənlərin yaşayış məntəqələrindən biri olduğu üçün əslən türk olması qəbul edilən faktlardandır. Əxi Evrənin doğum ili ilə bağlı da bir sıra iddialar irəli sürülmüşdür. Belə ki, onun doğum ili bəzi mənbələrdə 1171 bəzi mənbələrdə isə 1236-cı il kimi qarşımıza çıxır. Lakin yaxın dostu Sədrəddin Konəviyə yazdığı bir məktubda 1199-cu ildə Heratda Fəxrəddin ər-Razinin xidmətində çalışdığını bildirməsi bu məsələ ilə bağlı mübahisələri sonlandırmışdır.Əxi Evrənin uşaqlığı doğulduğu Azərbaycanda, Xoy şəhərində keçib. İlk təhsilini Əhməd Yəsəvinin Xorasan və Mavəraünnəhr ətrafındakı tələbələrindən alıb. Daha sonra həcc ziyarəti zamanı Əvhədüddin Kirmani ilə tanış olur. Kirmani də Əhməd Yəsəvi kimi türkcə danışan, Anadolu türkmənləri və dərvişləri üzərində dərin iz buraxan bir şəxs idi. Bu cəhəti ilə Əxi Evrənə də təsir etmiş, hətta onu qızı Fatma Bacı ilə evləndirmişdir.Əxi Evrən 1204-cü ildə Bağdada gəlir. Burada bir sıra elm adamları ilə yanaşı Fəxrəddin ər-Razi ilə tanış olur. Bağdadda olarkən 34-cü Abbasi xəlifəsi Nasir li-Dinillahın qurduğu Fütüvvət təşkilatına qoşulur. Əsərlərindən də məlum olur ki, Əxi Evrən Bağdadda öz təhsilini geniş inkişaf etdirərək, təfsir, hədis, kəlam, fiqh, təsəvvüf, fəlsəfə və tibb sahəsində əsərlər qələmə almışdır. O həmçinin, İhvanüs-Səfanın, Fərabinin, İbn Sinanın , Fəxrəddin ər-Razinin əsərlərini oxumuş bəzilərini isə tərcümə etmişdir. Kayseriyə gəlişi və Əxilik təşkilatı Əxi Evrən 1205-ci ildə müəllimi Kirmani ilə birlikdə Anadoluya, daha sonra isə Türkiyənin Kayseri şəhərinə gəlir. Hacı Bektaş Vəlinin Vəlayətnamə əsərində Əxi Evrən ilə bağlı belə bir qeyd var “Həzrəti Hükar Hacı Bektaş Vəli Xorasan diyarından Ruma gəlib suluyca Qarauyuqda qərar qıldıqdan sonra, Əxi Evrən sultan Konya şəhərindən Kayseriyə oradan Kırşəhərə gəlmişdir. ” Vəlayətnamənin başqa bir bölməsində isə Əxi Evrənin Kayseridə bir dabbaqxanası olduğu və burada işlənilmiş dəri satdığından bəhs olunur.Burada o, yerli əhalisi ermənilərdən, yunanlardan və çox az sayda xristian türklərdən və sonradan buraya köçən müsəlman türkmənlərdən ibarət bir Kayseri ilə qarşılaşmış, Ədməd Vəhbi Əcərin qeyd etdiyi kimi özünü etnik və etnik cəhətdən tək hiss etmişdir. Mərkəzi Asiyadan köçüb Kayseridə məskunlaşan türklər arasında Əhməd Yəsəvi dərvişləri, alimlərlə yanaşı , tacir və sənətkarlar da var idi. Yerli erməni və yunan (Bizans) həmkarları ilə rəqabət aparmaq, peşə və ticarətlərini möhkəm saxlamaq üçün onlara birlik və həmrəylik lazım idi. Bu ehtiyacı çox yaxşı təsbit edən Əxi Evrən əvvəlcə Kayserili əsnaf və sənətkarları bir ittifaq altında toplayaraq, sənət və ticarət etikasını və maraqlarını təmin etmək məqsədilə Əxilik qurumunu yaratdı. Daha sonra dövlətin himayəsi və dəstəyi ilə sənətkarların sənətlərini icra etmələri üçün bir sənaye şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edən Əxi Evrən bu şəbəkənin mərkəzindəki məscid və xanəgahda təşkilat mənsublarına dini və dünyəvi təhsil verməyə başlayır. Əxilik zaman ilə elə bir məqama çatır ki, əsrlər boyu tacir və sənətkarlara istiqamət göstərərək, Hacı Bektaş adət-ənənələri ilə birlikdə yeniçəriliyin yaranmasında da mühüm amil olur. Hətta dövlət adamları da bu təşkilata qoşulmağı şərəf hesab edirdilər. I Əlaəddin Keyqubadın Əxilik institutuna himayədarlığı nəticəsində bu şəbəkə bütün Anadoluya yayıldı. Bundan əlavə, Əxi Evrən Bəktaşilər arasında “Qadın Ana” kimi tanınan Kirmaninin qızı, həyat yoldaşı Fatma Xatun vasitəsilə Kayseridə Baciyan-ı Rum (Anadolu Bacıları) təşkilatını qurmuşdur.Əxi Evrənin 1227-1228 (h. 625) ildən sonra Konyada məskunlaşdığı və sənəti ilə məşğul olduğu, həmçinin müdərrislik etdiyi bilinir. II Qiyasəddin əxilərin hamisi atası Sultan I Əlaəddin Keyqubad (miladi 1237) öldürərək onun yerinə keçir. Sultan və vəziri Sadəddin Köpək əxilərə qarşı çıxırlar. Nəricədə Əxi Evrən və bir çox əxilər həbs edib cəzalandırılır. Bu hadisələr əxilərin və türkmənlərin üsyanına səbəb oldu. Bu vaxt monqol ordusu Anadoluya girərək Səlcuq ordusunu məğlub etdi. Əxilər monqollara müqavimət göstərsələr də, şəhərə daxil olan monqollar Əxi Evrənin həyat yoldaşı Fatma Bacı da daxil olmaqla bir çox şəxsi qılıncdan keçirib, bəzilərini əsir götürürlər. Bu hadisələrdən sonra Əxi və Bacı təşkilatı dağıldı. Kırşəhərə gəlişi Qiyasəddin Keyxosrovun vəfatından sonra azadlığa çıxan Əxi Evrən, təxminən bir il Dənizlidə qaldıqdan qısa müddət sonra Şəms-i Təbrizinin qətlində əməkdaşlıq etdiyi, Mövlananın oğlu Əlaəddin Çələbi ilə Kırşehərdə məskunlaşır. Evrən həyatının təqribən 14-15 ilini burada yaşayır.Əxi Evrənin Kırşəhərdə məskunlaşması ilə əxi təşkilatı (əvvəlki qədər olmasa da) güclənir. Lakin əxilərin və türkmənlərin monqollara qarşı dəstəklədiyi vəzir Qadı İzzəddinin məğlubiyyəti ilə onlar daha bir ağır zərbə alırlar. Monqol tərəfdarı olan IV Rüknüddin Qılıncarslan Konyada taxta çıxdıqdan sonra Əxi Evrən və əxilərə qarşı mübarizəyə başlayır. Mövlana Cəlaləddin Rumi ilə ixtilafı Əxi Evrən və ətrafı ilə Mövlana Cəlaləddin Rumi və ətrafı arasında baş verən qarşıdurmanın kökləri çox qədim dövrlərə gedib çıxır . Bu qarşıdurmalar Əxi Evrənin müəllimi, təfsirçi-ilahiyyatçı Fəxrəddin ər- Razi ilə Mövlananın atası Bahaəddin Vələd arasındakı ixtilafın Anadolu uzantısıdır. Bu ixtilaf və mübahisə nəticəsində Xarəzm sultanı Məhəmməd şah Fəxrəddin ər -Razini dəstəkləyincə, Bəhaəddin Vələd mühacirət edir və Anadoluya gəlir. Əslində, istər Mövlanə, istərsə də Şəmsi Təbrizi əsərlərində ər-Razini tənqid edirdi.Bu iki şəxs arasında ixtilafın digər bir səbəbi isə məzhəb və məşrəbləri arasındakı fərqlər idi. Bunların üzərinə siyasi qarşıdurmanın əlavə olunması düşmənçiliyin pik həddə çatmasına səbəb oldu. Bu siyasi qarşıdurmalardan birincisi Əxi Evrən və Türkmənlər II Qiyasəddin Keyxosrova müxalif olduğu halda, Mövlanə və onun çevrəsinin dost olması idi. Ancaq Əxi Evrən ilə Mövlana Cəlaləddin Rumi arasında siyasi qarşıdurma monqolların Anadoluya hücumu ilə başladı. Əxilər və türkmənlər monqollarla döyüşərkən, Mövlana və çevrəsi monqolları dəstəkləyir. Əcər yazır: O, Çingiz xanın ilahi şəxsiyyət olduğunu iddia edərək, monqolların oruc tutduqlarını, hətta atlarının da oruc tutduqlarını söyləyirdi. Mövlana və Şəms-i Təbrizi söhbət məclislərində monqolların zülmündən bəhs edənlərə qəzəblənir və monqol zülmünü yumşatmağa çalışırdılar. Əxi Evrənin doğum tarixi kimi, ölüm tarixində də dəqiqlik yoxdur. Bununla belə, Mikayıl Bayram bildirir ki, onun dostlarına yazdığı məktubların tarixləri və əsərləri əsasında Əxi Evrənin miladi 1257 (miladi 655) və 1262 (miladi 660) illəri arasında öldüyü, hətta öldürüldüyü demək olar ki, dəqiqdir. Buna baxmayaraü Əxi Evrənin vəqfiyyəsi hicri 1307-ci ildə (hicri 706) tərtib edilmişdir. Mikayıl Bayram da 1277 (hicri 676) və 1307-ci (hicri 706) illəri Əxi Evrənin vəqfiyyəsinin hazırlanma tarixi kimi verir. Bu halda Əxi Evrənin 1307 (706) ildə sağ olduğu düşünülür. Yenə də mövcud mənbələrdəki bəzi qeydlərə əsasən, Əxi Evrənin öldürüldüyü iddia edilsə də, bu məsələdə dəqiqlik yoxdur. Lakin Keramat-i Əxi Evrən adlı əsərə və bəzi Əxi şəcərələrinə əsasən , onun 93 il yaşadığı qəbul edilən faktlardandır. Əxi Evrənin əsərləri ilə bağlı tədqiqatlar aparan Mikayıl Bayram aşağıdakı siyahını təqdim edir: Mətali ül-İman (ilahiyyata dair) Tabsıratü-l Mübtıdu və Təzkiratül- Müntəhi (təsəvvüf fəlsəfəsi haqqında) Mənacihi Seyfi (Şafi məzhəbi haqqında) Lətaif-i Qiyasiyyə (4 cildlik əsər, ilk cilddə fəlsəfə, ikinci cilddə əxlaq və siyasət, üçüncü cilddə fiqh, sonuncu cilddə isə dua və ibadətlərdən bəhs olunur. Lətaif-i Hikmət (siyasətnamə janrında əsər) Ağaz u Əncüm (vəsiyətnamə) Mürşidül Kifayə Tuhfətüş - Şəkür (itmiş əsərlərindən biri) Ulam-ı Həqiqi (itmiş əsərlərindən biri) Elmüt- Təşrih (tibbə və anatomiyaya dair əsər) Yezdan- Şinaht (fəlsəfi mahiyyətli əsər) Müariul Musari (Şəhristaninin İbn Sinanı rəddiyəsinə rəddiyə) Məth-i Fəqr u Zəmm-i Dünya (Sührəverdi əl- Maqtulun Vəsiyyəsinin tərcüməsi) Tərcümə-i Əlvahul-İmadiyyə (tərcümə) Tərcümə-i Nəfsün-Natiqə (İbn Sinadan tərcümə) Tərcümə-i Kitabül-Hamsin fi-Usulid-din (Fəxrəddin ər-Razidən tərcümə) Tərcümə-i ət-Təvəccühül-Ətəmm Nahvəl-Həqq (Sədrəddin Konəvidən tərcümə) Tərcümə-i Miftahul-Qeyb (Sədrəddin Konəvidən tərcümə) Neşet Çağatay. Anadoluda Ahilik ve Bunun Kurucusu Ahi Evren. XLVI. Ankara: TTK Basımevi. Belleten. 1982. Mikail Bayram. Ahi Evren ve Ahilik Teşkilatının Kuruluşu. Damla Matbaacılık. 1991. Ahmet Vehbi Ecer. AHMED YESEVİ DERVİŞİ AHİ EVREN ve KAYSERİíDE AHİLİK. 1. Dergipark. 2001. 47–64. Erol Ülgen. Esnaf ve Sanatkârların Pîri Ahi Evran ve Geçmişten Günümüze Ahilik. 61. Türk Dili ve Edebiyatı Dergisi. 2021. 447–469. İsmet Uçma. Bir Sosyal Siyaset Kurumu Olarak Ahilik. İstanbul: T.C İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ÜNSTİTÜSÜ ÇALIŞMA EKONİMİSİ VE ENDÜSTRİ İLİŞKİLERİ ANABİLİM DALI. 2003.
https://az.wikipedia.org/w/index.php?curid=390482
Əxicahan (Azərşəhr)
Əxicahan (fars. دستجرد) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Tufarqan qəsəbəsindən 5 km şimal-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 2,290 nəfər yaşayır (589 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=523387
Əxilik
Əxilik — İslamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona sual verib, nəsihət istəyənlərə — "Ey əxi qardaşım! Alış-veriş elmini bilməyən haram lixmadan xilas ola bilməz. Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhməti həmişə boça gedərSonunda böyük əzaba tutular və peşman olar." – deyərmiş. O, getdiyi yerlərdə bütün əsnafı bir araya toplayıb təşkilatlandırırdı. Beləliklə o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu oldu, bütün Anadolu əxilərini şeyxi qəbul edildi. Əxi Evrən təsəvvüf fəlsəfəsi və ədəbiyyatı sahəsində əsərlər də yaratmışdır. Bunlardan bilinənləri Mətaliul-iman, Mənahıci-səyfi, Tabsiratul-mübtədi, Təzkirətül-müntəhi, Yəzdani-şinahi, Müridül-kiyafə, Ağaz-u əncam, Mədhi-fakr u Zəmmi-dünya, Risaleyi-arz, Mukatəbat Beynə Sadruddin Konevi, Cihadnamə əsərləridir. Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi ucqarlara yerləşdirilən əxilər özlərinin təkyə və zaviyələrini qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə verərək, aralarında qohumluq əlaqəsi yaratdı. Əxilik XI–XV əsrlərdə Azərbaycanda da mövcud olmuşdur. Əxi Əbülfərəc Zəncani (vəf.1062–1065), Sadəddin Əbulqasim Təbrizi (vəf.1181) və yüzlərlə məşhur əxi şeyxlərinin adını çəkmək olar. Həmçinin bax Azərbaycanda təsəvvüf Türkiyədə təsəvvüf
https://az.wikipedia.org/w/index.php?curid=102617
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. Ümumi məlumat Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür). Necə başa düşülməsindən asılı olmayaraq, xeyirə canatma qismində mənəvi canatma insan üçün özdəyərlilik mənası daşıyır, onun şəxsi məhrəm başlanğıcının və daxili ləyaqətinin ifadəsi kimi çıxış edir. Şüurlu iradi səylərin əsas dəyər özəyi kimi xeyirin və şərin əksliyi insanın bilavasitə davranış məhdudluğunu onun ideal vəziyyəti ilə birləşdirir və mövcudluğunu vəzifə, tale, missiya səviyyəsinə qaldırır. Əxlaq insanın öz qərarlarını və hərəkətlərini necə görmək istəməsi, bütünlükdə onun iradəsindən asılı olacağı və ideal təsəvvürlərə uyğun gələ biləcәyi təqdirdə, o hərəkətlərin necə olması nöqteyi-nəzərindən irəli gələn baxışdan ibarətdir. Əxlaqın fərdi-şəxsiliyi Əxlaq fərdi və ümuminin vəhdətindən yaranır, həyat fəaliyyətinin məqsədli şəkildə reallaşdırılan fərdi mənasını ifadə edir və bununla yanaşı, ümumi əhəmiyyət daşıyan universal təbiətə malikdir. Müvafiq olaraq, o, fərdi-şəxsi və obyektivləşdirilmiş-şəxssiz formalara ayrılır. Əxlaqın fərdi-şəxsi formalarını insanın xasiyyəti (xarakteri, daxili nizamı) anlayışında ümumiləşdirmək olar. Onlar aşağıdakılardan ibarətdir: 1) ümumi dəyər mənası (buna görə insanı mehriban, mülayim, təmkinli, ciddi, ədalətli, yaxud zalım, pozğun və s. adlandırırlar); 2) daxili qiymətləndirmə mexanizmləri (vicdan, həya, peşmanlıq, günah, yaxud vicdansızlıq, həyasızlıq, özündənrazılıq və s.); 3) həyat fəaliyyətinin konkret sahələrində ləyaqətli və ləyaqətsiz hərəkətlərin icrasına yönəlmiş və müvafiq olaraq, fərdi Əxlaqın yekun göstəricisi kimi xeyir və şər əməllər adını almış sabit davranış vərdişləri. Bunlar insanın fəaliyyəti prosesində formalaşan qazanılmış insani keyfiyyətlərdir və yalnız fəaliyyətdə olan şəxsiyyətə uyğunluğu ilə (onun bilərəkdən etdiyi seçiminin nəticəsi kimi) səciyyələndirilir. Müsbət keyfiyyətlərin əsrlərlə toplanmış siyahısı çox böyükdür və tam şəkildə ehtiva olunması mümkün deyil, çünki o hər bir kollektiv və fərdi təcrübədə inkişaf edən canlı prosesdir. Platonun təsvir etdiyi dörd əsas antik məziyyətə (mötədillik, cəsarətlilik, müdriklik və ədalətlilik) dünya dinləri ilə birlikdə dünya praktikasına daxil olmuş mərhəmətlilik, Yeni dövrdə isə demokratik həyat quruluşu ilə bağlı olan tolerantlıq əlavə edilmişdir. Əxlaqın obyektivləşdirilmiş-şəxssiz formaları cəmiyyət əxlaqı anlayışında cəmlənir və aşağıdakılara bölünür: a) adətlər — bu və ya digər cəmiyyətdə həyata keçirilən sabit kütləvi davranış formaları; b) ictimai rəylə və hamının qəbul etdiyi davranış nümunələri (təqdir, yaxud məzəmmət olunan) ilə dəstəklənən qiymətləndirmə kanonları; c) davranış meyarlarını yaradan normalar (universal prinsiplərdən etiket qaydalarına qədər). Çıxış nöqtəsi və bazis əsası kimi əxlaq normaları, aralarındakı istənilən fərqlərdən asılı olmayaraq, bütün insanlar üçün vacib, istisna tanımayan mütləq qanun statusuna iddia Onlar iradənin muxtariyyətinə əsaslanır, buna görə də obyektə və subyektə bölünmür: belə güman edilir ki, insanın danışıqsız tabe olduğu əxlaq normalarını o, öz-özü üçün irəli sürür, çünki özünü öz şüurlu və ictimai varlıq mahiyyətinə adekvat aparır. Qeyd-şərtsizlik, universallıq və muxtarlıq Əxlaqın real səciyyələridir, onlar məhz bu şəkildə ictimai şüurda təmsil olunur və öz təsirliliyini üzə çıxarır. Onlar Musanın Dekaloqu (On qüsurlu hərəkət), İsa Məsihin dağdakı vəzi, Quran və Məhəmməd peyğəmbərin hədisləri, yeni Avropa insan hüquqları bəyannamələri kimi hamının qəbul etdiyi toplularda məhz bu cür məcəllələşdirilmişdir; ilk iki halda onlar Allahın əmrləri, üçüncüdə isə aşkar təbii həqiqətlər kimi ifadə olunmuşdur. Əxlaqın bu cür qeyd-şərtsiz və bir qayda olaraq, sakral şəkildə mədəniyyətə daxil edilməsinin özü o deməkdir ki, hansısa məziyyətinə görə mənəviyyat adından danışmaq və onun keşiyində durmaq imtiyazına malik insanlar olmadığı kimi, öz çatışmazlıqları və alçaqlıqları səbəbindən Əxlaqın onlar üzərinə qoyduğu vəzifələrdən kənarlaşdırılmış insanlar da yoxdur. İstisnasız olaraq bütün insanlar onların davranışlarına insani legitimlik verən ali instansiya kimi Əxlaqa eyni dərəcədə müraciət etmək hüququna malikdirlər. Əxlaqın ilkinliyi və mütləqliyi ictimai təcrübədə onun qeyri-məhdud sayda rəngarəng interpretasiyalarını və konkretləşdirmələrini nəzərdə tutur. İctimai praktikada ayrı-ayrı fərdlərin və institutların öz Əxlaq anlayışlarını yeganə həqiqət kimi qələmə vermələri və bunun əsasında cəmiyyətdə mənəvi məhkəmə keçirmək hüququnu qəsb etmələri ilə əxlaqi qiymətləndirmədən və meyarlardan sui-istifadə hallarına çox rast gəlinmişdir. Öyüd-nəsihət verən fərd (məs., Tartüf) bədii ədəbiyyatın ən sevimli satirik tiplərindəndir. Əxlaqın fərdi-şəxsi və obyektivləşdirilmişşəxssiz formaları onun iki müxtəlif tarixi konfiqurasiyası — aristokrat və bürger etosları üçün çıxış nöqtəsi olmuşdur. Burada şəxsi formalar şübhəsiz üstünlüyə malikdir və bu üstünlük yalnız fərdi Əxlaqa deyil, həm də öz fəaliyyətini əsasən şəxsi iştirak zonalarında (gedişinə və nəticəsinə əvvəlcədən nəzarət edilməsi mümkün olmayan, buna görə də prosesə cəlb edilmiş insanların mənəvi keyfiyyətlərindən bilavasitə asılı olan hadisələrdə, insanlardan peşəkar bilik və vərdişlərdən başqa, aydın ifadə olunmuş şəxsi mövqe, qətiyyət, məsuliyyəti öz üzərinə götürə bilmək bacarığı tələb olunan zamanlarda) aşkarlayan ictimai Əxlaqa aiddir. Müsbət keyfiyyətlər və normalar öz-özlüyündə davranışın əxlaqi keyfiyyətliliyinə zəmanət verə bilməz. Birincisi, insanın hərəkətində mənəvi motivlər bir çox digər motivlərlə qaynayıb-qarışır, əxlaq normaları adətlərlə, hüquqi müddəalarla, peşəkar və digər qaydalarla vəhdətdə üzə çıxır. Mənəvi motivlər predmetə əsaslanan motivlərə münasibətdə muxtar vəziyyətdə olub, yekun sanksiya kimi onları üstələyir, buna görə də elə situasiyalar olur ki, fərd üçün sərfəli olan hərəkət onun özü tərəfindən ləyaqətsiz sayılır. Eyni zamanda mənəvi motivlər müstəqillikdən məhrumdur, onların fəaliyyəti empirik təmayüllü digər motivlərdən asılıdır. İkincisi, əməlləri əxlaqi meyarlarla təsnif etməyə imkan verən mənəvi motivlər bu və ya digər fərdin düşdüyü konkret vəziyyətdə nəyi və necə edəcәyi haqqında heç nə demir. Əxlaq üçün dünyanı qavramanın əsas və spesifik üsulu olan əməldə onun məzmununu və həyata keçirilmə faktının özünü fərqləndirmək mühümdür. Əməlin məzmunu onun əsaslandırılmış və məqsədəuyğun olmasını müəyyənləşdirən biliklər (o cümlədən etik tövsiyələr və xəbərdarlıqlarla), vərdişlər, təcrübə və digər cəhətlərlə müəyyənləşən xüsusi məsuliyyətin predmetidir. Lakin əməlin həyata keçirilmə imkanından, şərtlərindən və üsullarından xəbər verən xüsusi məsuliyyətdən heç də belə nəticəyə gəlmək olmaz ki, həmin fərd o əməli həyata keçirməlidir. Bu, mənəvi məsuliyyətin predmetidir və əməli həyata keçirməyin yeganə əsası konkret şəxsin onu həyata keçirmək qərarıdır. Xüsusi məsuliyyətdən fərqli olaraq, mənəvi məsuliyyətin özünəməxsusluğu da bundadır. Əməli həyata keçirmək qərarı və konkret şəxsin ona görə bütün məsuliyyəti öz üzərinə götürməsi, o əməlin məzmunu ilə bağlı bütün mülahizələrdən muxtar vəziyyətdədir, lakin bu qərar qəbul edildikdən sonra həmin mülahizələr müəyyənləşdirici olur: mənəvi məsuliyyət birbaşa xüsusi məsuliyyətdən irəli gəlməsə də, öz davamını onda tapır (heç bir elm fərdə deyə bilməz ki, o, hansı əməli nə zaman törətməlidir ki, həmin əməl şübhəsiz əxlaqi olsun). Beləliklə, hər zaman insanın və cəmiyyətin mənəvi yetkinliyinin qüsursuz meyarları sayıla biləcәk xüsusi əməllər və fəaliyyət növləri mövcud deyil (çünki, hətta mərhəmət və yardım işləri də bəzi hallarda görüntü, riyakarlıq səciyyəsi daşıya bilir). Bu halda Əxlaq təkcə niyyətlər sferasına daxil olmur; xüsusi əxlaqi əməllər sinfinin yoxluğu o deməkdir ki, bütün əməllər şəxsiyyətə öz mənbəyi kimi əsaslanma dərəcəsinə görə mənəvi məsuliyyətlə yaşama sferası daxilindədir. Fərdi və ictimai həyat təcrübəsi, eləcə də fəlsəfi-etik nəzəriyyə üçün ən çətin sual odur ki, şəxsiyyətin iştirakı ilə baş vermiş, lakin ondan asılı olmayan obyektiv səbəblərlə şərtlənmiş hərəkətlər üçün həmin şəxsiyyətin fərdi mənəvi məsuliyyəti nə qədər əsaslandırılmışdır? Bu məsuliyyətin ölçüsü necə olmalıdır? Fərdin öz şəxsi məsuliyyət daşıdığı və məzəmmət oluna biləcәyi obyektiv şərtlənmiş hərəkətini daxilən azad seçilmiş hərəkət kimi qavraması, belə bir sərt faktla əsaslandırılır ki, o, həmin hərəkəti etməyə də bilərdi. Məhz ləyaqətsiz hesab etdiyi hərəkəti etməmək iradəsi insanın öz hərəkətlərinə şəxsi, mənəvi anlaqlı münasibətinin ölçüsünü müəyyənləşdirir. Bu, Əxlaqın təsirini anlamaq üçün mərkəzi məqamdır. Əxlaqi tələblər əsasən qadağa formasında olur. Bu, daha çox normalara (səmavi dinlərdə qətl, oğurluq, zina, yalan şahidlik və s. əməllərə qoyulan qadağalar), həm də müsbət keyfiyyətlərə (çılğınlığın, acgözlüyün, şəhvətpərəstliyin qadağası kimi mötədillik; qorxaqlığın qadağası kimi cəsurluq; nadanlıq və mövhumatın qadağası kimi müdriklik; haqsızlığın qadağası kimi ədalət; zorakılığın qadağası kimi mərhəmət; insanlar arasında irqi, dini, siyasi və s. cəhətlərə görə ayrı-seçkiliyə qadağa kimi tolerantlıq) aiddir. Qadağalar bilavasitə insani mövcudiyyət sferası ilə onları əhatələyən vəhşilik sferası arasında sərhədi müəyyənləşdirir (heyvanlarla ümumi olan təbii ehtiyaclarımızı insan kimi ödəmək onları heyvanlar kimi ödəməmək deməkdir). Yalnız qadağalar bəşəriyyət miqyasında universal işlək mexanizm ola bilər, onların hamı üçün əhəmiyyətliliyinin zəmanəti isə insanların onları bu cür qəbul etmək bacarığıdır. Fərdlər öz empirik fərqlilikləri səbəbindən eyni hərəkətləri edə bilməzlər, lakin onlar etməmək haqqında ümumi razılığa gəldikləri eyni hərəkətləri etməyə bilərlər. Qadağalarda insanlar ağıllı varlıqlar kimi çıxış edirlər: şüurlu iradənin mövcudluğu onların fəaliyyət qabiliyyətliliyi üçün kifayətedici əsasdır. Bu mənada geniş tətbiq olunan qida qadağalarını əxlaqi tələblərə nümunə göstərmək mümkündür: Pifaqor ittifaqında paxlalı qidaları yeməmək öhdəliyi vardı; donuz əti qadağası müsəlman və yəhudi icmasının əsas qadağalarından biridir; vegeterianları ətli qidalardan imtina etmək birləşdirir və s. Əxlaqi qadağaların və neqativ hərəkətlərin yayılmasında insanın mənəvi-ruhani başlanğıcı birbaşa onun fəaliyyət varlığı ilə üst-üstə düşür. İnsan günaha batma və nəfsə uyma vəziyyətində, onu qadağan olunmuşu həyata keçirməyə təhrik edən meyillərlə və şəraitlərlə ziddiyyətdə olduqda qadağalara riayət edir və neqativ hərəkətlər formasında özünü fəal təsdiqləməyə çalışır. Neqativ hərəkət ruhi cəhətdən gərgin aktdır. O, mübarizədə yaranır və qadağanın əxlaqi cəhətdən qətiliyini dərk etmək onun yeganə motividir. İnsan öldürmək qadağasını öldürmək tələbatı, istəyi və imkanı olduğu təqdirdə düşməninə yardım əli uzatdığı, yaxud özündə intiqam hissini önlədiyi zamanlarda həyata keçirir. Əxlaq qadağalarda və qadağalar vasitəsilə insan varlığında dərin kök salır. Fərd təbii və sosial instinktlərin dağıdıcı stixiyasını məhdudlaşdırmaq, cismani istəklərini, hakimiyyət hərisliyini, varlanmaq şövqünü azaltmaq və ehtiraslarını şüurun səsinə tabe etməklə özünü bir şəxsiyyət olaraq mükəmməlləşdirir. Əxlaqi cəhətdən təsdiqlənmiş təcrübə özünün bütün formalarında qadağalarla çərçivələnmişdir (məs., ailə zina ilə, ədalət mühakiməsi yalan şahidliklə, Vətən təəssübü xəyanət qadağası ilə və s.). Bunlarla yanaşı, heç bir məhdudiyyəti olmayan, mütləq kimi düşünülən universal qadağalar da vardır. Belə qadağalardan iki ən mühümü zorakılığa və yalana qoyulan qadağadır. Onlar insana fiziki məcburiyyət (zorakılıq), yaxud aldatma yolu ilə digər insanın iradəsini özünə tabe etməyə qadağa qoymaqla, fərdlərin mənəvi cəhətdən yetkinləşmiş şəxsiyyətlər və fərdi məsuliyyətli davranış subyektləri qismində varlıqlarını hüdudlandırırlar. İnsanın bədəni həzzə canatması, ağrıya və əzablara nifrət etməsi ilə özündə spesifik həyat memorandumu daşıdığı kimi, onun xeyirə istiqamətlənən və şərə qarşı duran şüurlu iradəsi də Əxlaqı spesifik insanlıq öhdəliyi kimi özündə ehtiva edir; memorandumun ilk iki maddəsi insanların öz aralarındakı bütün problemləri şüurlu şəkildə danışıqlar vasitəsilə həll etmək və bütün aidiyyətli tərəflərin razılığı ilə qərarlar almaq borcundan ibarət köklü qadağalardır. Əxlaqi zəruriliklər yalnız qadağalarla məhdudlaşmasa da, məhz onlarda özünün qətiliyini və mütləqliyini aşkarlayır. Əxlaqa uyğun gəlməyən əməlləri istisna etməklə, qadağalar bütün digər əməllərə üstüörtülü mənəvi icazə verir. Bu icazə yaxın adamına sevgi, düzgünlük, ədalət, vicdan, mərhəmət və s. kimi pozitiv tələblərdə aşkar üzə çıxır. Sonuncular Əxlaqın müxtəlif aspektlərinin ifadəsidir, mahiyyətcə onunla eyni olub, fəaliyyətin ümumi dəyər əsasları kimi çıxış edir. Əxlaqi təlimatlar prinsipcə abstraktdır və ona görə də nisbidir: onlardan əməllərə birbaşa keçid yoxdur (onların qadağalardan fərqi də bundadır). Eyni təlimat birbirinə əks olan davranış xətləri üçün bəhanə ola bilər (məs., vətən sevgisi hərbçi üçün də, pasifist üçün də arqumentdir; valideynlik borcunu bəziləri uşaqları ciddi himayə etməkdə, digərləri onlara güzəştə getməkdə görürlər). Əxlaqa hərəkətlərin legitimlik mənbəyi kimi müraciət etmək ondan sui-istifadə forması ola, demaqoji məna daşıya bilər. Ümumi əxlaqi təlimatların məzmunca dolğunlaşdırılması haqqında məsələ konkret (bu və ya digər zamana, cəmiyyətə, fəaliyyət sahəsinə, iştirakçı şəxslərə və s. tətbiqdən asılı olaraq) həll edilir, kütləvi etik diskursun predmeti və daimi mənbəyi olur.
https://az.wikipedia.org/w/index.php?curid=309973
Əxlaq fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır. İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır. Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir. O biri yandan heyvanların da etdikləri hərəkətlər var. Ancaq insan fəaliyyətləri, heyvanlarda gördüyümüz davranış və hərəkətlərdən çox fərqlidirlər. Heyvan davranışları və hərəkətləri təbii meyllərə, instiktlərə və məcburiyyətə söykənirlər. Məsələn, quşların yuva tikməsi, müəyyən vaxtlarda uçub getməsi ,ov tutması, çoxalması və s. kimi davranış və hərəkətlər, instinktlərlə müəyyən edilən, dəyişməyən, məcburi, mexaniki hərəkətlərdir. İnsanlarda da bu növ instinktiv hərəkətlər olur. Qidalanma, özünü müdafiə və çoxalma kimi. Amma insanın bunlardan başqa azad olaraq etdiyi hərəkətlər də var. Bunlar iradəyə dayanan hərəkətlərdir. Bunları məcburi hərəkətlərdən ayırmaq üçün onlara əxlaqi fəaliyyətlər deyilir. Bunlar istəyərək, şüurlu olaraq etdiyimiz hərəkətlərdir. İradəyə dayandıqları üçün də azad hərəkətlərdir. İnsan fəaliyyətlərin bu xüsusiyyətini görən alimlər hələ qədim dövrdən bu fəaliyyətlərin izah etməyə çalışmışlar. Bu işi görən fəlsəfəyə də praktik fəlsəfə və ya əxlaq fəlsəfəsi (etika) adını vermişlər.
https://az.wikipedia.org/w/index.php?curid=177743
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
https://az.wikipedia.org/w/index.php?curid=766024
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
https://az.wikipedia.org/w/index.php?curid=347575
Əxlaq statistikası
Əxlaq statistikası mәnәviyyat statistikası — elmi fәnn vә praktiki biliklәr sahәsi; obyekti qarşılıqlı әlaqәli statistik göstәricilәr sisteminin hesablanması vә tәhlili metodu ilә insanın, ailәnin vә cәmiyyәtin әxlaqi (mәnәvi) vәziyyәtini, iradә bәyanını vә inkişafını sәciyyәlәndirәn kütlәvi halların kәmiyyәtcә müşahidәsi vә ümumilәşdirilmәsindәn ibarәtdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir. Əxlaq statistikası dedikdə sosial-əxlaqi davranışın xüsusiyyətləri, etika, gender, qloballaşma, ədalət və bərabərlik problemlərinin qarşılıqlı münasibətləri, ailədə mənəvi və cinsi tərbiyə, zorakılıq problemlərinin araşdırılması və digər sosial problemlər nəzərdə tutulur. Əxlaq statistikasının banisi Adolf Ketle insanın yaxşı vә pis cәhәtlәrini (pis irsiyyәt, cinayәtә, intihara meyillilik vә s.) sosial fenomen kimi antropometrik metodlarla (özünәmәxsus sosial fizika metodları ilә) öyrәnmәyә başlamış vә bu da onların dәyişmә qanunauyğunluqlarını (ona qәdәr yalnız tәsadüf kimi tәsnif olunurdu) müәyyәnlәşdirmәyә imkan vermişdi. İlk dәfә Ketle insanın çatışmazlıqlarını, pis meyillәrini ictimai münasibәtlәrin qeyrimükәmmәlliyinin, sosial quruluşun qüsurluluğunun nәticәsi kimi qiymәtlәndirmәyә, әxlaqın onlardan birbaşa asılılığını göstәrmәyә başlamışdır. Əxlaq statistikasının mәqsәdi әxlaqi (mәnәvi) sahәnin müsbәt vә mәnfi göstәricilәrini kompleks öyrәnmәk, onların öz aralarında vә xarici dünya ilә qarşılıqlı әu sahәnin insan cәmiyyәtinin vә әtraf mühitin inkişafına mümkün mәnfi tәsirini minimuma endirmәkdir. Əxlaq statistikasının predmeti vә mәzmunu әxlaqın vәzifәlәri vә strukturu, onun inkişaf tarixi ilә müәyyәnlәşir. Xüsusiyyətləri Əxlaq statistikasının göstәricilәr sisteminә aşağıdakılar daxildir: insanların mәskunlaşma mühitinin ilkin şәrtlәri vә standartları, şәxsiyyәtin yaradıcı inkişafını tәmin edәn elm, sәhiyyә vә mәdәniyyәtin optimal inkişafı, onun hüquq vә azadlıqlarına riayәt olunması, mәlumatları, biliklәri vә elmi-texniki innovasiyaları açıq şәkildә әldә etmәk; cәmiyyәtin demokratiklәşmә sәviyyәsi, onun mәnәvi әsasları, dövlәt quruluşunun davamlılığı vә effektivliyi, sosial standartlar; әhalinin tәkrar istehsalının – onun doğum sayı, ölüm sayı, sağlamlığı, miqrasiyası vә s.-nin ilkin şәrtlәri vә standartları; әhalinin hәyat sәviyyәsinin mәqbul standartlarına riayәt olunması, onun sosial tәminatı, anaların, uşaqların, әlillәrin vә tәqaüdçülәrin müdafiәsi, gәlirlәrin yolverilәn diferensiasiyası, şәxsi mülkiyyәtin toxunulmazlığı, әxlaqi (mәnәvi) standartlardan sistemli yayınmalar – hüquq pozuntuları vә әxlaqsız hәrәkәtlәr, insan hüquqlarının pozulması, zorakılıq vә kütlәvi cinayәtkarlıq, intihar, korrupsiya, fahişәlik, uşaq alveri, alkoqolizmin vә narkomaniyanın artımı, cәmiyyәtin marjinallaşması vә s.. Bәşәriyyәt tәkamülünün müxtәlif mәrhәlәlәrindә əxlaq statistikası әxlaq sahәsindә baş verәn hadisәlәri müxtәlif cür – intibah vә sosial inqilablar dövründә daha tam, inkvizisiya vә böhranlar dövründә isә daha az әks etdirmişdir. Yalnız XX әsrin başlanğıcında, bütün dünyada insanın cәmiyyәtdәki vәziyyәtinin öyrәnilmәsinә, onun humanitar hüquq vә azadlıqlarının müdafiәsinә böyük tәlәb yarandığı zaman əxlaq statistikasının mükәmmәl metodları formalaşmağa başladı. İctimai rәyin öyrәnilmәsi, anket sorğuları vә ekspertizaları, hәmçinin monoqrafik araşdırmalardan (yoxlamalardan) ibarәt metodlar sinfi Əxlaq statistikasının әsas müasir üsullarıdır. Əxlaq statistikası mәlumatlarının ilkin mәnbәlәri mütәmadi işlәnib-hazırlanan statistik hesabat materiallarından, ayrı-ayrı istiqamәtlәrdә isә (sosial tәminat, insan hüquqlarının qorunması statistikası, hüquq pozuntularının, intiharların, korrupsiyanın statistikası, mәhkәmә statistikası vә s.) mәlumatların vә birdәfәlik yoxlamaların (mәs., aliment ödәmәkdәn yayınan şәxslәri, mәhbusları) gündәlik qeydiyyat materiallarından ibarәtdir Əxlaqi və adət-ənənələrin formalaşması bir neçə ilin məhsulu kimi qiymətləndirilə bilməz. İnsan adətləri əsrlər, minilliklər boyu bərqərar olur. Müasir dövrün ən səciyyəvi cəhətlərindən biri odur ki, insani münasibətlərin dairəsi hədsiz dərəcədə genişlənmişdir. Dar standartlığı yeni, ahəngdar, geniş münasibətlər əvəz etməkdədir. Kompüterləşmə, kommunikasiya vasitələri, İnternet, radio və televiziya, nümayiş etdirilən filmlər, çap olunan kitab və jurnallar müxtəlif ölkələr arasında mənəvi körpülər qurmuşdur. Mövcud əlaqələr insanların əxlaq və dünyagörüşünə birbaşa təsir göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=696597
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir.Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Nəşr və tərcümə Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Həmçinin bax Övsafül-Əşraf Xarici keçidlər Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005. dinlə; yüklə ISBN 978-9952-417-43-6 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı, 2009. 400 səh. ISBN 978-9952-8095-1-0 "Əxlaqi-Nasiri" ( (az.)). kitabklubu.org. 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
https://az.wikipedia.org/w/index.php?curid=513459
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir.Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Nəşr və tərcümə Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Həmçinin bax Övsafül-Əşraf Xarici keçidlər Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005. dinlə; yüklə ISBN 978-9952-417-43-6 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı, 2009. 400 səh. ISBN 978-9952-8095-1-0 "Əxlaqi-Nasiri" ( (az.)). kitabklubu.org. 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
https://az.wikipedia.org/w/index.php?curid=513458
Əxlaqi qiymət
Əxlaqi qiymət — sosial gerçəkliyin müxtəlif hadisələrinin və insanların davranışlarının hansı əxlaqi məna daşımalarından asılı olaraq bəyənilməsi və ya pislənməsidir. İnsanlara müəyyən əxlaqi davranışların həyata keçirilməsini təlqin edən Əxlaq normasından fərqli əxlaqi qiymət davranışların əxlaqın tələblərinə uyğunluğu və ya uyğun gəlməməsinin müəyyən edir. Ümumi əxlaqi qiymət xeyir və şər kateqoriyaları ilə həyata keçirilir, əxlaqın obyektiv meyarına əsaslanır. Bu meyar da tarixi xarakterə malikdir və ictimai quruluşdan, sinfi mübarizədən və . s. asılı olaraq dəyişir. Əxlaqi qiymətin əsasında davranışların sosial əhəmiyyətinin dərk edilməsi durur. Bu əsasda da əxlaqi qiymətin köməyilə insanların davranışını tənzim etmək mümkündür.
https://az.wikipedia.org/w/index.php?curid=347578
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir. Lakin naməlum səbəblərdən o yoxa çıxır. İndia yeni dayısı tərəfindən ona himayədarlıq və dostluq etmək cəhdlərinə müqavimət göstərməyə davam edərkən, Evelin onunla daha da yaxınlaşır və bu yaxınlıq artıq intim əlaqələrə çevrilməyə başlayır. Daha sonra İndianın xalası Qvendolin onları görmək üçün evə qonaq gəlir. Evdə Çarlini görən Qvendolin, Evelini bu qərardan daşındırmağa və yeni qonağın bu evdə yaşamasının doğru olmadığını bildirməyə çalışır. Evelin onun xurafat hisslərinin əsassız olduğunu bildirir. Cinni xala qaldığı otelə gedərkən hər bir halda İndiaya öz mobil telefonunun nömrəsini verir. Qvendolin Çarliyə əvvəlcə qaldığı otelin adını deyir, lakin sonradan açıqlana bilməyən qorxu hissi səbəbindən taksiyə minərək şəhərdəki digər otelə gedir. Lakin yolda öz mobil telefonunu itirdiyindən, Cinni otelin yanındakı taksofona girərək Stokerlərə zəng vurmağa çalışır. Cinni zəng edərkən taksofon kabinasından ona yaxınlaşan Çarlini görür. Çarli qadının onu aldatmasından dilxor olur, buna görə də onu küncə salır. O Qvendolini taksi xidməti vasitəsilə aşkar etdiyini bildirərək onun telefonunu qaytarır; daha sonra isə kəməri ilə boğaraq öldürür. Bu arada İndia dondurma yemək üçün evin zirzəmisinə düşür və burada o xanım MakQarrikin soyuducuda buzlamış bədənini tapır. O, Çarlinin qatil olduğunu anlayır. Məktəbdə İndia özünün daxili aqressiyasını toplayaraq, ona təcavüz göstərən dələduz Kris Pittsə qələmlə zərbə yetirir. Bu başqa bir sinif yoldaşı, Vip Teylorun (Olden Erenrayx) diqqətini çəkir. Evə qayıdarkən, İndia Çarlinin anası ilə intim əlaqələrini görür və bundan bərk qəzəblənərək yaxınlıqdakı kafeyə üz tutur. Yolda İndiya Viplə rastlaşır. Vip və İndiya birlikdə meşəyə gedirlər və orada öpüşürlər və bu zaman İndia onu dodağından bərk dişləyir. Bundan şəhvətlənən Vip İndianı zorlamağa cəhd göstərir, ancaq hadisə yerinə tez gələn Çarli müdaxilə edərək onun ayaqlarını bağlayır. Oğlanın İndiadan əl çəkməyəcəyini anlayan Çarli ayağı ilə onun belini sıxaraq, kəmərlə onun boynunu sındırır. İndia daha sonra meşədə cəsədi basdırmaq üçün Çarliyə yardım edir. Qvendolinə zəng etməyə çalışarkən, İndia torpağın dərinliyindən zəng səsini eşidir və bu anda o, xalasının da Çarli tərəfindən öldürüldüyünü başa düşür. Evə gəldikdə, İndia duş qəbul edir və qətlin xatirəsi üçün masturbasiya ilə məşğul olur; o Çarlinin Vipin necə boynunu sındırdığını, hətta boğazın sındırıldığı an eşitdiyi səsi xatırlayaraq ekstaz hissi keçirir. Saxlamaq istədiyi əşyaları toplamaq üçün Riçardın ofisində keçərkən, İndiya ona ad günündə hədiyyə olunan və bu vaxtadək boynunda gəzdirdiyi açarın atasının masası üzərində yerləşən qapalı qutuya məxsus olduğunu anlayır. Qutunun içərisində, o Çarlinin səyahətləri haqqda ətraflı məlumat verən çoxlu məktublar aşkar edir. Lakin zərflərin arxasında göndərilmə ünvan olaraq ruhi xəstəxana qeyd olunmuşdu. İndia həqiqəti öyrənmək istəyir və Çarli ona hər şeyi izah edir: Riçardın onun kiçik qardaşı Conatana daha çox diqqət yetirdiyindən, o qısqanclıq hissləri ilə kiçik qardaşını diri-diri torpağa basdırır. Çarli daha sonralar bir neçə il ruhi xəstəxanada saxlanılır. İndianın 18 yaşı tamam olduqda, Riçard onun ailəsindən uzaq durmaq şərti ilə Çarliyə avtomobil, səxavətli pul məbləği və Nyu Yorkda mənzil hədiyyə edir. Özünü atılmış və xəyanət olunduğunu hiss edən Çarli böyük daş parçası ilə Riçardı qəddarcasına döyərək qətlə yetirir və onun avtomobilini qəzaya salır. Əvvəlcə İndiya şok və təlatümə düşür. Lakin Şerif Hovardın (Ralf Braun) Vipin naməlum hadisələr nəticəsində yoxa çıxması haqqda İndiaya verdiyi suallar zamanı Çarli onun üçün uğurlu alibi təmin edir və bundan sonra filmdə göründüyü kimi, İndia onu bağışlayır. Onlar arasında yaşanan intim yaxınlığı Evelin şahid olur. Həmin günün axşamı Evelin soyuqqanlılıqla Riçardın ölümü haqqında həqiqəti öyrənir və bunu elə əvvəlcədən bildiyini elan edir. Çarli Evelini başdan çıxararaq onu boğmağa çalışır, lakin bu vaxt İndia özünün ovçu tüfəngi ilə ona atəş açır və qətlə yetirir. O, daha sonra arxa bağçada Çarlinin cəsədini torpağa basdırır və Nyu Yorka getmək üçün onun avtomobilini götürür. Sürət həddini keçdiyindən şerif Hovard İndianın sürdüyü avtomobili saxlayaraq, onun tələsməsinin səbəbini öyrənməyə çalışır. İndia onun diqqətini cəlb etmək istədiyini deyərək, oturacaq üzərindəki qayçını onun boynuna soxur. Dəhşət içərisində qaçmağa çalışan şerifi İndiya təqib edir və tüfənglə gülləliyir. Filmin çəkilişləri Filmin çəkilişləri 2011-ci ilin sentyabr ayında Tennesi ştatının Neşvill şəhərində başladılmışdı. Pak Çxan Uk filmin istehsal prosesini sürətləndirmək məqsədilə 40 gün ərzində çəkilişləri başa vurmağa məcbur olduğunu intervyuların birində bildirmişdi. Çəkiliş meydanında rejissor ingilis dilli tərcüməçinin və eyni zamanda filmin birgə istehsalçısı olan Vonçjo Çonun köməyi ilə aktyorlar ilə ünsiyyət qururdu. Maraqlı faktlar Bu cənubi koreyalı rejissor Pak Çxan Ukun ilk ingilis dilli filmidir. Uentuort Millerin ssenarisi 2010-cu ildə «Qara siyahının» — 10 ən yaxşı reallaşdırılmamış ssenarilər içərisində 5 yerə layiq görülmüşdü. Həmçinin Miller bu hekayə üçün «Çarli dayı» adında prikvel yazmışdı. Bəstəkarlar Filip Qlass və Klint Mensell film soundtrekinin inkişafında birgə əməkdaşlıq etmişdirlər: Mensell film musiqisinin əsas hissəsini, Qlass isə İndia və Çarlinin pianoda çaldıqları melodiyanı yazmışdı. Alfred Hiçkokun «Shadow of a Doubt» əsəri Stoker filminin ssenari yazılması üçün bir ilham mənbəyi olaraq xidmət etmişdir. İndia və Evelin Stoker rollarına namizədlər sırasında Keri Melliqan və Codi Foster baxılmışdı. İndia rolu üzrə pretendentlər içərisində həmçinin Kristen Stüart, Runi Mara, Emili Brauninq, Emma Roberts, Bella Hitkot və Eşli Qrin də nəzərdən keçirilmişdir. Çarli Stoker rolu üzrə namizədlər sırasında Kolin Fört, Ceyms Franko, Maykl Fassbender və Coel Edgerton baxılmışdı. I'm Not Formed By Things That Are of Myself Alone — Mia Vasikovska — 00:01:08 Becomes the Color — Emili Uells — 00:04:44 Happy Birthday (A Death in the Family) — Klint Mansell — 00:01:25 Uncle Charlie — Klint Mansell — 00:03:40 A Whistling Tune From a Lonely Man — Hadson Teyms — 00:00:40 The Hunter and the Game — Klint Mansell — 00:03:52 Blossoming... — Klint Mansell — 00:02:24 Summer Wine — Nensi Sinatra və Li Hazlvud — 00:03:38 A Family Affair — Klint Mansell — 00:02:57 Becoming... — Klint Mansell — 00:05:30 Duet Sugar Vendil & Trevor Gurekis — 00:02:46 Crawford Institute (Family Secrets) — Klint Mansell — 00:04:56 Stride la vampa (From Il trovatore) — Viorika Kortez — 00:02:45 The Hunter Plays the Game — Klint Mansell — 00:03:20 In Full Bloom — Klint Mansell — 00:02:34 The Hunter Becomes the Game — Klint Mansell — 00:02:39 We are Not Responsible for Who We Come To Be (Free) — Klint Mansell — 00:02:48 If I Ever Had a Heart — Emili Uells və Klint Mansell — 00:02:08 Mükafat və nominasiyalar Ev üçün buraxılış Böyük Britaniyada film 18 iyun 2013-cü ildə Blu-ray Disc və DVD formatında satışa çıxarılmışdı. Xarici keçidlər foxsearchlight.com/stoker — Əxlaqsız oyunlar rəsmi saytı Stoker — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=350149
Əxlaqsızlıq
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər "A resource for educating the public and reporting violations of internet obscenity laws" Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine 2005, Senate Commerce, Science & Transportation Cmte. Hearing on Decency in the Media archive at CSpan. Arxivləşdirilib 2006-05-16 at the Wayback Machine Ethical Spectacle article on problems with definition of obscenity
https://az.wikipedia.org/w/index.php?curid=494119
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
https://az.wikipedia.org/w/index.php?curid=368059
Əxlat tüməni
Əxlat tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Ərminiyyə vilayətinin tümənindən biri Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281–1345) Ərmən vilayəti və xüsusilə də, "Böyük" və "Kiçik" Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif "Ərmən", "Ərminiyyə" adlandırdığı bu vilayətin 2 hissədən -"Böyük Ərminiyyə" və "Kiçik Ərminiyyə"dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi). Əxlat tüməninin tərkibinə Əxlat, Ərciş, Xəradin, Van, Vəstan və s. kimi şəhər, qala, qəsəbə və başqa məskənlər (müəllif 18 ad sadalayır) daxil idi .Alimin məlumatından göründüyü kimi, "Böyük Ərminiyyə" Hülakular dövləti tərkibində kiçik inzibati vahid — təkcə bir tüməndən (Əxlat tüməni) ibarət idi və onun şərq hüdudları Arran, Azərbaycan (tarixi Atropatena) və Kürdüstanla sərhədlənirdi. Şadi Sargur Aka b. Çağan Aka
https://az.wikipedia.org/w/index.php?curid=678988
Əxlatşahlar dövləti
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi. I Sökmən əl-Qütbi (1100—1112) Zahirəddin İbrahim (1112—1127) Sultan Əhməd Sökmənli (1127—1128) II Nasirəddin Sökmən (1128—1185) Saifəddin Bəgtimur (1185—1193) Bədrəddin Ağsunqur (1193—1198) Məhəmməd əl-Mənsur (1198—1206) İzzəddin Balban (1206—1207) Həmçinin bax Anadolu bəylikləri
https://az.wikipedia.org/w/index.php?curid=368058
Əxlatşahlar sülaləsi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi. I Sökmən əl-Qütbi (1100—1112) Zahirəddin İbrahim (1112—1127) Sultan Əhməd Sökmənli (1127—1128) II Nasirəddin Sökmən (1128—1185) Saifəddin Bəgtimur (1185—1193) Bədrəddin Ağsunqur (1193—1198) Məhəmməd əl-Mənsur (1198—1206) İzzəddin Balban (1206—1207) Həmçinin bax Anadolu bəylikləri
https://az.wikipedia.org/w/index.php?curid=550843
Əxlətyan
Əxlətyan, Əhlətyan, Axlatyan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Bazarçayın sağ tərəfində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Axlatyan formasında yazılır. Toponim ehtimal ki, «qardaşlar» mənasında işlənən əxi sözü ilə bağlıdır. S.P.Zelinski yazır ki, Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826-28-ci illərdən sonra gəlmədir
https://az.wikipedia.org/w/index.php?curid=678529
Əxmər (Auırqazı)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 25 km, kənd sovetliyindən (İşli): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=696434
Əxmər (Avurğazı)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 25 km, kənd sovetliyindən (İşli): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=519780
Əxmər (Bakalı)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Bakalı):27 km, kənd sovetliyindən (Köhnə Koros): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 101 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (76 %) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=523277
Əxmər (Baymak)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Baymak): 66 km, kənd sovetliyindən (1-ci Türkmən): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 25 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=521795
Əxmət Söləymənov
Həyatı və fəaliyyəti Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryən rayonunun Nəbi kəndində kasıb bir ailədə anadan olmuşdur. O, 1957-ci ildə rayon mərkəzindəki orta məktəbi bitirdikdən sonra iki il kolxozda işləmiş; 1958-ci ildə hərbi xidmətə aparılmışdır. Onu diribaşlığına görə hərbi xidmət dövründə tankçılar hazırlayan kursa yazıblar. Nəticədə tank komandiri olmuş, hərbi məktəb bitirməsə də, ali təhsili olmasa da ona zabit rütbəsi verilmişdir. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa vurub öz kəndlərinə dönür. Elə həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuyarkən tələbələr arasından seçilənlərdən olsa da, 1964–1965-ci illərdə təhsilini dayandırıb, səkkizillik məktəbdə müəllim işləmişdir. Universiteti 1967-ci ildə bitirdikdən sonra yenə də kəndlərinə dönür. Nəbi kənd səkkizillik məktəbində müəllim işləyib. Elə bu dövrdə də folklor materialları toplayaraq, aspiranturada təhsilini qiyabi davam etdirmişdir. 1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində başqırd dili və folklorundan dərs deməyə dəvət edirlər. 1973-cü ilin fevralında isə yazdığı dissertasiyanı müdafiə edərək "10.01.09 — folklorşünaslıq" ixtisası üzrə elmlər namizədi elmi dərəcəsi alıb. Əxmət Söləymənov 1973–1991-ci illərdə əsasən pedaqoji fəaliyyətlə məşğul olaraq, universitetdə dərs demişdir. Həmin illərdə o, elmi fəaliyyət adına yazdığı beş-on məqalə yazmış, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adını da həmin dövrdə almışdır. Əxmət Söləymənov SSRİ-nin süqutundan sonra isə ciddi elmi fəaliyyətlə məşğul olmuşdur. Elə həmin il Rusiya Federasiyası Elmlər Akademiyasının M. Qafuri adına Tarix, Dil və Ədəbiyyat İnstitutunun folklor və incəsənət şöbəsində müdir kimi işə başlayıb, dosent seçilib. Gənclik illərində yazdığı, topladığı, lakin çap etdirə bilmədiyi əsərlərinin üzərində yenidən işləyərək dalbadal nəşr etdirməyə başlayıb. 1991–2002-ci illərdə Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyən Əxmət Söləymənovu Ümumdünya Başqırdları Qurultayı İcraiyyə Komitəsinin sədri seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə Miftaxetdin Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin Başqırd Ədəbiyyatı və Mədəniyyəti kafedrasına müdir seçilir. Burada işləyərkən "Folklor mərkəzi" yarada bilir və ona da rəhbərlik edir. AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə başlayan "Türkologiya" jurnalının redaksiya heyətinə daxil edilmişdir. 30-a yaxın monoqrafiya, 400-ə yaxın elmi məqalə, orta və ali məktəblər üçün 40-a yaxın metodik vəsait çap etdirən Əxmət Söləymənov bədii yaradıcılıqla da məşğul olduğuna görə onu Başqırdıstan Respublikası Yazıçılar Birliyi və Rusiya Fedarasiyası Yazıçılar Birliyinə üzv seçmişdilər. 75 illik yubileyi Ufada təntənəli şəkildə keçiriləndə AMEA Folklor İnstitutu da onu təbrik etmişdir. 21 noyabr 2016-cı ildə Ufada vəfat etmişdir. İctimai-siyasi fəaliyyəti Əxmət Söləymənov ictimai-siyasi işlərdə də fəal olmuş, zamanında baş verən hadisələrə münasibətini yazıları və radio-televiziyadakı çıxışları ilə bildirmiş, başqırdların müasir yazılı ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdı. "Seçkilər haqqında düşüncələr", "Ölkəmizin sevinci — xalq şairi Mustay Kərim haqqında esse", "Üç möcüzə: M. Akmulla, Ş. Babiç yaradıcılığının folklorizminə dair və Xalq şairi Mustay Kərim haqqında esse" (2009), qızı Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi əsərlərin təhlil yolları" və başqa əsərləri bu qəbildəndir. Doktorluq dissertasiyası "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" (1990, Ufa, rus dilində) "Başqırd xalq məişət nağılları: süjet repertuarı və poetika" (1994, Moskvadakı "Elm" nəşriyyatı) "Nağılda həqiqət" (1997) "Yumoristik xalq nəsri" (1998) R. Rajapovla birgə yazdığı "Başqırd xalqının arxaik eposu" (1999) L. Baraq ilə birgə yazdığı "Başqırd folklorunun təhkiyə janrları" (2000) "Möcüzənin mənbəyi" (2001) "Hesabını bilən qədirbilən olar" (2002) "Yolumuz hayanadır?" (2003) "Ayıq-sayıq olaq" (2003) "Şairi ulduzlar işıqlandırdı: şair Rif Mitxatovun ədəbi portreti" (2003) "Seçkilər haqqında düşüncələr" (2004) Folklorla bağlı "Başqırd xalq novellası" (2005) Q. Xusainov və M. Naderqulovla birgə yazdığı "Yazılı dastanlar" (2006) "Akmullanın soydaşlarının — minlərin folkloru" 1-ci hissə (2006) "Uşaq oyun folkloru" (2007) "Bizim epik abidələr" (2007) "Məhəbbət dastanları" (2007) "Ölkəmizin sevinci — xalq şairi Mustay Kərim haqqında esse" (2007) qızı Nərgiz Xubiddinova ilə birgə hazırladığı "Akmullanın soydaşlarının — minlərin folkloru. 3-cü hissə" (2008) qızı Nərgiz Xubiddinova ilə birgə hazırladıqları "Başqırd uşaq təhkiyə folkloru. 3-cü hissə" (2008) "Üç möcüzə: M. Akmulla, Ş. Babiç yaradıcılığının folklorizminə dair və Xalq şairi Mustay Kərim haqqında esse" (2009) Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi əsərlərin təhlil yolları" (2012) Mükafatları Başqırdıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Başqırdıstan Respublikasının "Əməkdar elm xadimi" (1997) Başqırdıstan Respublikasının "Təhsil Əlaçısı" (1999) Rusiya Federasiyasının "Əməkdar elm xadimi" (2006) "Cəlil Kiakbayev" adına mükafat (2004) "Miftaxetdin Akmulla" adına mükafat (2009) Faniya Bayqidiyeva ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən Leysan və Nərgiz adlı qızları və Cəlil adlı oğulları var. Xanımı Faniya Bayqidiyeva uzun illər Başqırdıstan radiosunun Musiqi redaksiyasına rəhbərlik etmiş; xalq artisti adını almış və Başqırdıstan Respublikasının Şaqit Xudayberdiyev adına mükafatına layiq görülmüşdür. Böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir. Hazırda Başqırdıstan Dövlət Universitetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir. Kiçik qızı Nərgiz Xubbetdinova filologiya elmləri doktorudur. O, Rusiya Federasiyasi Elmlər Akademiyası Ufa Elmi Mərkəzində böyük elmi işçidir. Oğlu Cəlil Söləymanov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin müavinidir. Cəlil Şeyxzadə Babiç adına Respublika mükafatına layiq görülmüşdür. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=513548
Əxrənnəhr
Əxrənnəhr (Axər ən-nəhr, α Eri) Eridan bürcünün ən parlaq ulduzu, 0,5 ölçülü. Günəşdən 980 dəfə parlaq, ondan məsafəsi 13 parsekdir. Eridanus bürcünün cənub ucunda Alpha Eridani (α Eridani, qısaldılmış Alpha Eri, α Eri) adlı ən parlaq "ulduz" və ya nöqtəsi olan ikili sistemin ən parlaq komponenti olan Achernar / eɪkərnɑr / Onlu işıqda, göydə onuncu parlaq ulduzdur. İki komponentə "Alpha Eridania" və "Alpha Eridani B" (rəsmi olaraq Achernar B kimi tanınır) adı verilir. Gecə göyündə on parlaq parlaq ulduzlar Alpha Eridani Achernar B tipli spektrinə görə ən isti və yumşaq rəngdir. Achernar, dönmə sürətinə sahibdir, bu qeyri-adi yüksəkdir və çiyin üzərində qaranlıq yaradır. formalaşdırır. Spektral tipdən orta, təxminən 12 astronomik vahid (AŞ) Achernar orbitindən uzaqdır. Achernar, cənub yarımkürəsində ən yaxşı noyabrda görülür; Santiago'nun paraleli olan təxminən 33 ° lik yuxarıdakı (yəni cənubun) sirkumpolaridir. Achernar, Günəşin təxminən yeddi qatına sahib parlaq, mavi bir ulduzdur. B6 Vep'in ulduz sınıflamasıyla ana dizi ulduzu, ancaq Günəşdən təxminən 3,150 qat çox işıqlıqdır. Çox Böyük Teleskop üzərindəki bir adaptiv optik sistemi istifadə edərək ulduzun infraqırmızı müşahidələri, yaxın orbitdə bir yoldaş ulduzunun olduğunu göstərir. Bu A0V-A3V ulduz təsnifat aralığında A tipi ulduz kimi görünür və Günəşin təxminən iki qatı ulduz kütləsi təklif edir. İki ulduzun ayrılması 12.3 AU'dır və orbit periodu ən az 14–15 ildir. 2003-cü ildən etibarən Achernar Samky Way-də ən qlobal ulduzdur. Çox sürətli döndü, ekvator diametri qutusunun diametrindən 56% daha çox olan bir sferonun şəkli aldı. Qutu oxu 65 ° -dən Earth-dən görünüş xəttinə meyilli olur. Bir ikili ulduz olduğundan, çox təhrif olunmuş bir forma Keplin ellipsinə nisbətdə dostunuzun orbital orbitində gözləməz qaçışlara səbəb ola bilər. oiyyət yarnı Bu ulduzun təhrif olunmuş forması sayəsində genişliklə əhəmiyyətli bir temperatur dəyişikliyi mövcuddur. Ekvatorda 10.000 K və ya daha az, pole temperatur isə 20.000 K-dan çox ola bilər. Yağın orta temperaturu təxminən 15,000 K-dir. Yüksək qutu temperaturu, ulduzdan maddəyə sürətli bir qutu küləyi gətirir, isti qaz və plazma polar zərfləri yaradır. Bütün ulduz həddindən artıq infraqırmızı emissiya və ya polarite ilə aşkarlana bilən böyük bir zərflə əhatə olunmuşdur. İyonlaşmış qazın bir periferik diskoid varlığı ulduzların ümumi xüsusiyyətidir. Disk balanslı deyil və mütəmadi olaraq ulduza qaytarılır. Achernar disk üçün maksimum polarizasiya 2014-cü ilin sentyabrında müşahidə olundu və indi də azalır.
https://az.wikipedia.org/w/index.php?curid=77537
Əxtitar (Bükan)
Əxtitar (fars. اختتر) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (54 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=575010
Əxtur (İşembay)
Coğrafi yerləşməsi rayon mərkəzindən (İşembay): 32 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 21 km. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=563038
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir. Əbu Səid əs-Sükkərinin tərtib etdiyi divanı ilk dəfə 1891 ildə, Əbu Təmmam tərəfindən "Nəqaizu Cərir vəl-Əxtəl" adı ilə toplanmış Cərir ilə olan atmacaları Salxani tərəfindən 1922 ildə Beyrutda nəşr edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=590206
Əxtər
Əxtər -(farsca ulduz deməkdir) M.T.Sidqinin 1892-ci ildə Ordubadda təsis etdiyi,yeni təlim-tədris üsulu ilə fəaliyyət göstərən ibtidai məktəb. Ümumi məlumat Məktəbdə dərslər ana dilində aparılırdı. Lakin o zaman Azərbaycan dilində dərsliklə olmadığından M.T.Sidqi "Əxtər" məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı. "Əxtər əhalidən toplanan maddi vəsait hesabına fəaliyyət göstərirdi. Milli məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrilir. M.T.Sidqi 2 il "Əxtər" məktəbinə rəhbərlik etmişdir. Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini bu məktəbdə almışlar. Həmçinin bax Naxçıvan daşyonma məktəbi Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəb Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb Məhəmməd Tağı Sidqi Xarici keçidlər Yorulmaz maarif fədaisi
https://az.wikipedia.org/w/index.php?curid=498849
Əxtər (qəzet)
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı. Qəzetin nəşri və naşirləri 1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. Qəzetdəki yazıların müəllifləri «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi: «M.Müştəri» «Vətən və azadlıq sevən» «Əxtər» və s.Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər. Qəzetin başlıca mövzuları «Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq Qacarlar dövlətində mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet olub. «Əxtər» tək Qacarlar dövlətində deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. «Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla Qacarlar dövlətinin nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. «Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». Qəzet xarici siyasət məsələsində Qacarlar dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək birtərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər Qacarlar dövlətində ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq Qacarlar dövlətinə heç bir fayda gətirməz. Qəzetdən sitatlar «Əxtər» qəzetinin 1880-ci il (1298) 9-cu sayında belə qeyd olunurdu: Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin Qacarlar dövlətinə verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı: Həmçinin bax Cənubi Azərbaycan mətbuatı Əkinçi qəzeti Xarici keçidlər Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib Güney Azərbaycan mətbuatı
https://az.wikipedia.org/w/index.php?curid=526828
Əxtər qəzeti
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı. Qəzetin nəşri və naşirləri 1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. Qəzetdəki yazıların müəllifləri «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi: «M.Müştəri» «Vətən və azadlıq sevən» «Əxtər» və s.Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər. Qəzetin başlıca mövzuları «Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq Qacarlar dövlətində mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet olub. «Əxtər» tək Qacarlar dövlətində deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. «Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla Qacarlar dövlətinin nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. «Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». Qəzet xarici siyasət məsələsində Qacarlar dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək birtərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər Qacarlar dövlətində ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq Qacarlar dövlətinə heç bir fayda gətirməz. Qəzetdən sitatlar «Əxtər» qəzetinin 1880-ci il (1298) 9-cu sayında belə qeyd olunurdu: Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin Qacarlar dövlətinə verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı: Həmçinin bax Cənubi Azərbaycan mətbuatı Əkinçi qəzeti Xarici keçidlər Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib Güney Azərbaycan mətbuatı
https://az.wikipedia.org/w/index.php?curid=708207
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqanların fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi haqqında qanun. Qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. Bu idarə vətəndaşların hərbi xidmətə çağırılması və onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni zamanda, çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxmalı, həmin şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsini hazırlamalı, ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürməli və digər məsələləri həll etməli idi. Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. Yaradılacaq orqan və görəcəyi işlər Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər. Qanuna əsasən, bütün qəza mərkəzlərində qəza əxzi-əsgər şöbələri təsis edilməli idi. Bu şöbələr hərbi nazirliklə razılaşdırıldıqdan sonra daxili işlər nazirliyinin qərarı ilə açılmalı idi. Qəza əxzi-əsgər şöbələri tədriclə açıla bilərdi. Lakin qanuna əsasən, Gəncə, Qazax, Nuxa, Tərtər, Cəbrayıl, Bakı, Göyçay, Salyan, Şamaxı, Zaqatala və Şuşa qəzalarında isə əxzi-əsgər şöbələri dərhal açılmalı idi. Parlamentin "Azərbaycan Respublikasında hərbi mükəlləfiyyətin icrasına rəhbərlik edən təşkilatların yaradılması haqqında qanun"una (1919, 26 may) əsasən, Mərkəzi Əxzi-əsgər İdarəsinin və qəza əxzi-əsgər şöbələrinin fəaliyyəti üçün zəruri olan büdcə təsdiq edilmişdi. Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
https://az.wikipedia.org/w/index.php?curid=546258
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
https://az.wikipedia.org/w/index.php?curid=109057
Əxət Mostafin
Əxət Mostafin (21 yanvar 1957, Kolsora, Başqırd MSSR) — kimyaçı, kimya elmlər doktoru, professor (2003), Başqırdıstan Respublikası Elmlər Akademiyası akademiki (2009), Başqırdıstan Dövlət Universitetinin rektoru (2010–2013). Bioqrafiyası Əxət Qəzizyən oğlu Mostafin Başqırdıstan MSSR Baymak rayonu, Kolsora kəndində 21 yanvar 1957-ci ildə anadan olmuşdur. 1979-cu ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir. Mustafin Universiteti bitirdikdən sonra 1980–1985-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetinda elmi işçi olaraq işləmişdir. 1985–1985–1999-cu illərdə isə SSRİ-nin (mühəndis, kiçik, böyük, aparıcı elmi işçisi) Başqırdıstan Elmlər Akademiyası Filialında elmi işçisi kimi fəaliyyət göstərmişdir 1999–2000-ci illər — Başqırd Dövlət Aviasiya Universitetinin dosenti, professor. 2000–2002-ci illər — Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini. 2002–2004-ci illər — BR təhsil nazirinin müavini. 2004-cü ildən — Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti. "Başqırdıstan Respublikasının əməkdar elm xadimi" adına layiq görülmüşdür. 2009 — Başqırdıstan Respublikası Elmlər Akademiyasının tam üzvü, 2010 — Başqırdıstan Dövlət Universitetinin rektoru. Təhsil Nazirliyin qərarı ilə 18 mart 2013-cü ildə heç bir səbəb gətirilmədən rektor vəzifəsindən çıxarılmışdır. Mustafinin tələbələri arasında 6 elmlər namizədi vardır. Təltif və mükafatlar Başqırdıstan Respublikası EA akademiki (2009), kimya elmləri doktoru (1999), professor (2003), başqırdıstan Respublikasının əməkdar elm xadimi (2007). Elmi işləri 150 elmi işimn və 16 ixtiranın müəllifidir. Yanmaz keramika materiallarının yüksək temperaturda süründürmə xüsusiyyətləri. Moskva: Kimya, 2005 (müəllif). Pirrofilit və onun əsasında materiallar. M.: Elm, 2006 (həm müəllif). Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=542062
Əyad Ələvi
Əyad Ələvi (kürd. إياد علاوي; 31 may 1945, Bağdad) — İraq siyasətçisi. O, 2014–2015-ci illərdə və 2016–2018-ci illərdə İraqın vitse-prezidenti vəzifəsində çalışmışdır. Əvvəllər o, 2004–2005-ci illərdə İraqın müvəqqəti baş naziri və 2003-cü ildə İraqın İdarə Heyətinin sədri (38-ci baş nazir) vəzifələrində işləmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=738078
Əyalət (inzibati vahid)
Əyalət, əsasən qubernatorlar tərəfindən idarə olunan və bəzi idarəetmə muxtariyyətləri olan böyük bir idarəetmə vahididir. Əyalət sözünün mənşəyi ərəbcə “wly” kökündən gələn yazılı nümunəsi olmayan *iyālat يالة “idarəetmə, idarə” sözündən yaranmışdır. Əyalət; Osmanlı dövlətinin əyalət təşkilatında bəylərbəyinin başçılıq etdiyi ən böyük inzibati vahid idi. ABŞ, Avstriya və Avstraliya kimi federal ölkələri təşkil edən əsas inzibati vahidlərə Azərbaycan dilində əyalətlər deyilir. Bəzi federativ dövlət strukturlarında əyalətlərin öz muxtar hökumətləri var. Dövlətlərin konstitusiya quruluşlarından asılı olaraq xalq tərəfindən seçilən baş nazirlər/qubernatorlar və ya mərkəzi hökumətin təyin etdiyi qubernatorlar bu hökumətlərin başında durur. Məsələn, ABŞ ştatlarının qubernatorları xalq tərəfindən seçilir. Avstraliya əyalətlərinin qubernatorlarını mərkəzi hökumət təyin edir. Almaniya Federativ Respublikası əyalətlərinin baş nazirləri isə seçki yolu ilə hakimiyyətə gətirilirlər. Əyalət sistemi əsrlər boyu Osmanlı imperiyasının əsas dövlət quruluşu olaraq istifadə edilmişdir. Son əsrində isə vilayət sistemi tətbiq edildi. Province (Vilayət) sistemləri Avropa tarixində istifadə edilmişdir. Feodalizm dövründən qalmış vilayət sözü bu gün də istifadə olunur. Bununla birlikdə, bir çox ölkələrdə inzibati vahidlərin adları “province” (vilayət) adlandırılsa da, hamısında eyni inzibati sistem haqqında danışmaq olmaz.
https://az.wikipedia.org/w/index.php?curid=629640
Əyani dərslik
Əyani dərslik - biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
https://az.wikipedia.org/w/index.php?curid=135854
Əyilgən əsmə
Anemonastrum flaccidum (lat. Anemonastrum flaccidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü. Sinonimləri Homotipik sinonimləri Heterotipik sinonimləri
https://az.wikipedia.org/w/index.php?curid=836226
Əyilmiş dəvəqıran
Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır. Botaniki təsviri: Hündürlüyü 50-80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4-8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2-6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir. Ekologiyası: Kserofit, kalsiefildir. Yamaclarda təbaşir substratında rast gəlinir, ancaq xırda qumla qarışığı olan təbaşirdə yaxşı inkişaf edir. Quru, daşlı və təbaşirli yamaclarda, gilli torpaqlarda, dəniz sahilində bitir. Azərbaycanda yayılması: Böyük Qafqazda və Xəzər dənizyanı ərazilərdə təbii halda yayılmışdır. İstifadəsi: Gələcəkdə yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə olunur. Həmçinin bax Qafqaz dəvəqıranı Daryarpaq dəvəqıran Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
https://az.wikipedia.org/w/index.php?curid=524835
Əyilmiş karpezium
Əyilmiş karpezium (lat. Carpesium cernuum) — bromeliyakimilər fəsiləsinin karpezium cinsinə aid bitki növü. Təbii yayılması Botaniki təsviri Ekologiyası Azərbaycanda yayılması
https://az.wikipedia.org/w/index.php?curid=141216
Əyilmiş kladoniya
Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Qısa morfoloji təsviri Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir. Qəhvəyi rəngli apotesiləri podesiləri ucunda yerləşir. Tallom pulcuqları üzərində piknidilər yerləşir. Tallomun rəngi KOH əsirində dəyişmir, Ca (Clo)2 təsirində yaşı rəng alır, C6H4(NH2)2 təsirində saralır. Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Yarpaq və pulcuq formalı talloma malikdir. Vegetativ çoxalması tallom hissələri, qeyri-cinsi çoxalması-piknokonidlər, cinsi çoxalması-sporlar, illik boy artımı 0,5-1 sm, quru daşlı yamaclarda, ot örtüyü pozulmuş boqır torpaqlarda bitir. Talış (lerik, Velyaçula 1060 m., Xanagah, 1200 m kəndi ətrafında; Yardımlı, Kürəkçi, 1700 m., Odurakeran 1000 m.) Şəmkir rayonu (Çardağlı kəndinin ətrafı), Qəbələ rayonu (Savalan kəndi ətrafında, 750 m) quru daşlı yamaclarda, ot örtüyü pozulmuş bozqır torpaqlarda bitir. Sayı və tendensiyası Populyasiya az rast gəlinir. Məhdudlaşdırıcı amillər Bozqırların becərilməsi. Heyvanların sistemsiz otarılması və tapdalanmadır. Mühafizə tədbirləri Növün rast gəlmə yerini tam mühafizəyə almaq, populyasiyalar üzərində daimi nəzarət təşkil etmək, otarılmanın qarşısını almaq, yeni yayılma yerlərini axtarmaq lazımdır. Faydalı xüsusiyətlər Bitki örtüyünün genofondu baxımından əhəmiyyətlidir.
https://az.wikipedia.org/w/index.php?curid=489126
Əyilmiş zirinc
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbii yayılması Qərbi Çində yayılmışdır. Botaniki təsviri Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. Ekologiyası Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır. Azərbaycanda yayılması Mərdəkan Dendrarisində 1997-ci ildə introduksiya edilmişdir. Bəzi rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. Tək və qrup əkinlərində istifadə edilməklə yanaşı, təsərrüfat əhəmiyyətlidir.
https://az.wikipedia.org/w/index.php?curid=558584
Əyilmişyarpaq yukka
Əyilmişyarpaq yukka (lat. Yucca recurvifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Təbii yayılması Vətəni ABŞ-dır. Meksika körfəzində Georgi ştatında və Missuri gölünə qədər təbii halda yayılmışdır. Botaniki təsviri Hündürlüyü 2 m-ə qədər olan həmişəyaşıl koldur. Gövdəsi kifayət qədər yumşaq, tünd-yaşıl rənglidir. Təpə hissəsi xətvari yarpaqların sıx topası ilə qurtarır. Qısa, şaxələnmiş gövdəsi 1-1,5 m-ə qədərdir. Cod lifli yarpaqları gövdənin ucunda rozetə yığılmışdır. Yarpaq ayası uzunsov-lansetvari, dərili, boz-yaşıl, uzunluğu 90 sm-ə çatan, sallaq, kənarları dişli və ucu iynəlidir. Yarpaqlarının uzunluğu 40-60 sm-ə və eni 50-60 mm-ə çatır. Rozetlərdə xarici yarpaqlaraşağıya tərəf əyilmişdir. Süpürgə çiçək qrupunun uzunluğu 50-75 sm olub, qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari, yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır. Abşeronda 2 dəfə: iyun-iyul aylarında birinci çiçəkləmə, sentyabr-oktyabr aylarında isə ikinci çiçəkləmə müşahidə edilir. Meyvə və toxum verir. Toxumlarla, uc qələmləri və gövdənin hissələrə bölünməsi ilə çoxaldılır. Ekologiyası Quraqlığa, istiyə, soyuğadavamlı və torpağa tələbkar olmayan bitkidir. Çiləməni çox sevir. Yazda və ya yayda köçürülür. Azərbaycanda yayılması Lənkəran zonasında, habelə Abşeronda və Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir. Qrup halında və tək-tək əklir. Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=560205
Əyilən tütəkcə
Əyilən tütəkcə (lat. Angelica anomala) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=139612
Əyilən yatıqqanqal
Əyilən yatıqqanqal (lat. Bidens cernua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. Sinonimləri Bidens cernua var. bidens (L.) Farw. Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var. elatior Torr. ex Greene Bidens cernua var. ligulata Bonnet Bidens cernua var. monocephala Zersi ex Fiori Bidens cernua var. nana Wimm. & Grab. Bidens cernua var. nutans osswald & Sagorski ex Sagorski Bidens cernua var. radiata Roth Bidens cernua var. rugosa Coss. & Germ. Bidens ciliolata Greene Bidens cusickii Greene Bidens dentata (Nutt.) Wiegand Bidens elliptica (Wiegand) Gleason Bidens elliptica var. elliptica Bidens elliptica var. integra Wiegand Bidens elliptica var. minima (Huds.) Pursh Bidens elliptica var. oligodonta Fernald & H.St.John Bidens filamentosa Rydb. Bidens gracilenta Greene Bidens graveolens Kom. Bidens kelloggii Greene Bidens leptomeria Greene Bidens leptopoda Greene Bidens lonchophylla Greene Bidens macounii Greene Bidens marginata Greene Bidens minima Huds. Bidens prionophylla Greene Bidens quadriaristata var. dentata Nutt. Bidens tripartita var. minima Huds. Buphthalmum nutans Vitman Coreopsis bidens L. Coreopsis quadricornis Krock.
https://az.wikipedia.org/w/index.php?curid=139035
Əyilən şeytanqanqalı
Əyilən şeytanqanqalı (lat. Carduus nutans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü. Sinonimləri Ascalea nutans (L.) Hill Carduus armenus Boiss. Carduus coloratus Tamamsch. Carduus nutans var. armenus Boiss. Carduus nutans var. leiophyllus (Petrovič) Arènes Carduus nutans f. nutans Carduus nutans subsp. nutans nutans Carduus nutans var. nutans nutans Carduus nutans var. songaricus C.Winkl. ex O.Fedtsch. & B.Fedtsch. Carduus nutans var. vestitus (Hallier) B.Boivin Carduus phyllolepis Willk. Carduus schischkinii Tamamsch. Carduus songoricus (C.Winkl. ex C.Winkl.) Tamamsch. Carduus thoermeri subsp. armenus (Boiss.) Kazmi Yarımnövləri Carduus nutans subsp. alpicola (Gillot) Chass. & Arènes Carduus nutans subsp. granatensis (Willk.) O.Bolòs & Vigo Carduus nutans subsp. leiophyllus (Petrovič) Stoj. & Stef. Carduus nutans subsp. macrocephalus (Desf.) Nyman Carduus nutans subsp. maurus (Emb. & Maire) Greuter Carduus nutans subsp. micropterus (Borbás) Hayek Carduus nutans subsp. numidicus (Coss. & Durieu) Arènes Carduus nutans subsp. perspinosus (Fiori) Arènes Carduus nutans subsp. platylepis (Rchb. & Saut.) Nyman Carduus nutans subsp. platypus (Lange) Greuter Carduus nutans subsp. siculus (Franco) Greuter Carduus nutans subsp. subacaulis Arènes Carduus nutans subsp. taygeteus (Boiss. & Heldr.) Hayek
https://az.wikipedia.org/w/index.php?curid=141203
Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Toponimikası Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 168 nəfər yaşayırdı. Tanınmış şəxsləri Süleyman Rəhimov Famil Həşimov Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=88846
Əyirdək
Əyirdək — südlə yoğrulub kərə yağında qızardılmış qoğal. Əyirdək adətən bayram mərasimlərində, səfərə çıxacaq adam üçün və s. hallarda hazırlanır. Un südlə yoğrulub xəmir hazırlanır, südə şəkər (çox hallarda bal) qatılaraq yoğrulur. Xəmiri doğrayaraq 1,5-2 sm diametrində uzununa yumurulayır, 2,5-3 sm uzunluqda hərsinlə xırdaladıqdan sonra yun daraqda doğranmış xırda xəmirin hər iki üzünü uzunasına darağın dişləri üzərinə basaraq paralel xətli nişanlar vurub, qaynayan yağda yaxşı-yaxşı qızardırlar. Əyirdək bişdikdən sonra qazandan çıxardılır və sərilərək soyudulur. Əyirdək uzun müddət qalır, öz keyfiyyətini saxlayır və xarab olmur. çox dadlı olduğundan onu yeməkdən heç kəs etiraz etmir.
https://az.wikipedia.org/w/index.php?curid=290908
Əylis
Aşağı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd, eyniadlı bələdiyyənin mərkəzi. Yuxarı Əylis — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi.
https://az.wikipedia.org/w/index.php?curid=313943
Əylis məscidi
Əylis məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi. Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə Səfəvi şahı I Şah Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas məscidi də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilmişdir. Əylis məscidi Arxivləşdirilib 2010-09-26 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=490232
Əylis şəhəri
Əylis — Azərbaycan ərazisində XVI-XVIII əsrlərdə mövcud olmuş şəhər, nahiyə mərkəzi Tarixi-coğrafi yerləşməsi XVI əsrdə məhsuldar qüvvələrin inkişafı nəticəsində Əylis xeyli tərəqqi etmiş, şəhərə çevrilmişdir. M.Heydərov yazır ki, Culfanın tənəzzülündən sonra Əylis bölgənin əsas ticarət mərkəzi rolunu öz üzərinə götürmüşdü. Mənbələrdə verilən məlumatlar sübut edir ki, bu dövrdə Əylis şəhəri Naxçıvan ölkəsinin Şorlut nahiyyəsinə aid idi. Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mənbələrdəki faktlar sübut edir ki, mahalın mərkəzi sayılan Əylis şəhəri Səfəvi şahlarının xüsusi himayəçiliyi altında olmuşdur. Bu şəhər də əsas ipək ticarəti mərkəzlərindən biri sayılırdı Əylis təkcə tranzit keçid şəhəri olmamış, həm də tacirlərin və səyyahların müvəqqəti məskunlaşaraq gətirdikləri malları satdıqları, mübadilə etdikləri bir mərkəz olmuşdur. I Osmanlı idarəçiliyi dövründə (1590-1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur. XVII əsrin əvvəllərində Osmanlı zülmündən bezmiş yerli əhalinin İsfahana - Şah Abbasın sarayına göndərdikləri nümayəndələr arasında Əylis və yaxınlığında yerləşən Dəştin nümayəndəsinin adı çəkilir. Mənbələrdə qeyd olunur ki, Dizaqlılar və Dəştlilər əsasən vergi və mükəlləfiyyətlərin ağırlığından əziyyət çəkirdilər . Səfəvilərin Naxçıvan ölkəsini Osmanlı əsarətindən azad etməsindən sonra Əylis şəhəri XVII əsrdə sürətlə tərəqqi etməyə başlamış, bölgənin digər iri ticarət şəhəri olan Culfanın tənəzzülündən sonra onun ticarət yolları üzərindəki rolunu öz üzərinə götürmüşdür. XVIII əsrin əvvəllərində Səfəvilər imperiyasında yaşanan ümumi siyasi, iqtisadi və sosial böhranlar Əylisə şəhərindən də yan keçməmişdir. Əylisin bir şəhər kimi tənəzzül dövrünə qədəm qoyması bu dövrdən başlamışdır. Şah Sultan Hüseynin dövründə Əylis şəhəri o qədər tənəzzül etmişdi ki, burada olmuş Jozef Tiflisli Əylisdən “Əklis adlı kənd” kimi bəhs etmişdir. Bütün tənəzzül proseslərinə baxmayaraq Əylis XVIII əsrin ortalarında yenidən kiçik şəhər kimi öz statusunu bərpa etmişdir. Şopen, Sısoyev və digər müəlliflərin veriyi məlumatlardan aydın olur ki, XVIII əsrin 40-50-ci illərində Əylisdə 2000 ailə yaşamışdır. Tarixçi M.Quliyev apardığı tədqiqatların nəticəsi olaraq göstərmişdir ki, hətta xanlığın yarandığı dövrə qədər Naxçıvan və Ordubadla yanaşı Əylis də şəhər kimi varlığını qorumuş, yalnız 1752-ci ildə Azad xan Əfqanlının hücumu nəticəsində dağıdılmışdır. Tarixçi S.Budaqova da Əylisin XVIII əsrin ortalarına qədər şəhər kimi varlığını qoruyub saxladığını, 1751-1752-ci illərdə Azərbaycanın cənub vilayətlərində hakimiyyət uğrunda mübarizə aparan Azad xanın Kartli-Kaxetiya çarlığına hücum edərkən yolüstü Əylis şəhərini mühasirəyə alaraq yerlə yeksan etdiyini yazmışdır yazmışdır. "Əylis" toponiminin izahı Əylis toponimindən bəhs edərkən AMEA-nın müxbir üzvü Adil Bağırov yazır: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır”. Toponimin izahı ilə bağlı bir çox tarixi mənbələrdən iqtibaslar gətirən müəllif “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur. Qədim türk yurdu olan bu yaşayış məntəqəsinin bu diyarın aborigen sakinləri olan türklər tərəfindən türk dilində adlandırılması daha ağlabatandır. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur. Dəqiqləşdirmə aparmaq üçün AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” kitabından aşağıdakı sitata diqqət yetirək: “Uluş termini. Bu leksem ...“İki yıldız nom” abidəsindəki Talas uluş oykonimində işlənmiş, runik abidələrdə isə “Bukarak uluş bodun” şəklində çıxış etmişdir. Bu coğrafi termin də türklərin böyük bir qismi tərəfindən “şəhər” mənasında işlədilirdi: Balasaqun şəhərinə Kuz uluş deyildiyi kimi”. Göründüyü kimi, “uluş” sözü şəhər mənasında hələ Orxon-Yenisey abidələrində işlədilib. Əylisin isə orta əsrlərdə böyük bir şəhər olduğu inkarolunmaz faktdır. Digər tərəfdən, Əylisi “Ağ ulu su” kimi də izah etmək olar ki, “ulu” türk dillərində qədim mənasını ifadə edir. “Su” hissəciyini isə həm su tayfaları ilə, həm də maye, su, çay anlayışları ilə izah etmək olar. Nəzərə alsaq ki, Araz çayının cənub tərəfində eyni istiqamətdə Siyahrud – Qara çay – “Qara su” adlı yaşayış məntəqəsi var, onda Ağ ulu su və Qara su sakinlərinin fərqlənmək üçün bu adlarla yaşadıqları məntəqələri adlandırdıqları iddiasını da irəli sürmək olar. Təsadüfi deyildir ki, Araz çayının qollarından biri məhz Əylis adlanır. Türk tayfa adlarında “ağ” və “qara” təyinedici sözləri ilə fərqlənməni biz Ağqoyunlu və Qaraqoyunlu tayfa adlarında da görürük. Digər bir məsələni də diqqət mərkəzində saxlamaq lazımdır ki, su bir sıra qədim tayfalarda müqəddəs hesab edilmiş və bu faktor xüsusilə türkdilli tayfalarda daha qabarıq şəkildə özünü büruzə vermişdir. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində K.N.Smirnov yazırdı ki, XIX əsrdə Yuxarı Əylisdə zərdüşti məbədində su kultu mövcud olmuşdur. “Əylis” sözünü “Ay ulusu” kimi izah edərkən yenə də yol əski türk və monqol inanclarından keçir. Məlumdur ki, əski türklərdə Ay tanrısına inam olub. Hətta arattalıların bərəkət tanrısı İnanna da (En-ana – hökmdar qadın, ana) bəzi hallarda Ay tanrısı kimi göstərilir. Monqollarda Ay Tanrısının Böyük xan adlandırılması və ona sitayiş obyekti kimi baxılması barədə hələ XIII əsrdə Monqol ölkəsinə Papanın məktubunu aparmış İohan Karpini də məlumat vermişdir. O yazırdı ki, monqollar hər hansı səfərə çıxacaqları zamanı hilalı və ya bütöv ayı gözləyərlər. Aya böyük xan deyər və qarşısında baş əyərək onları qoruması üçün dua edərlər. Ay tanrısına inancın qalıqları bu gün də məişətimizdə qalmaqdadır. İslamaqədərki inanclardan bəhs edən tarix üzrə fəlsəfə doktoru Türkan Qədirzadə bununla bağlı yazır: “Təzə Ay çıxanda müəyyən inamlara əməl olunur. Xalq arasında Ay təzələnəndə deyirlər ki, Ay yeng olub. ...Deyirlər ki, Aya salavat verib yaşıl ota, qızıl üzüyə baxanda ruzi bol olar”. Mənbələrin əksəriyyətində bugünkü Aşağı Əylisin adından “Dəşt” kimi bəhs olunur. N.Məmmədov “Vətən dərdi” adlı kitabında Aşağı Əylisə “Dəşt” deyilməsinin səbəbini ərazinin relyef quruluşu ilə əlaqələndirərək yazır ki, “Aşağı Əylis kəndi həm də “Dəşt” adlandırılıb (Dəşt – fars dilində düz, çöl deməkdir). Görünür, eramızdan əvvəl indiki Aşağı Əylis kəndinin ərazisi düzənlik, tikintisiz olduğuna görə “Dəşt” adlandırılmışdır. “Aşağı Əylis” adlandırılan kənd XVII əsrin sonuna qədər “Dəşt” adını qoruyub saxlamışdır”. Digər tərəfdən, bəzi tədqiqatçılar Aşağı Əylisdə məskunlaşan əhalinin Yuxarı Əylisdən gələrək bu ərazidə məskən saldıqlarını iddia edirlər. O zaman “Dəşt”in “Dış” (kənar) olması daha ağlabatandır. Hər hansı bir səbəbdən Yuxarı Əylisdən çıxan yerli sakinlərin “Dış Ulus sakinləri” deyə adlandırılması mümkündür. Digər tərəfdən, mahalın İç Ulus və Dış Ulus adlanması mümkündür. Tarixi-coğrafi baxımdan yanaşdığımız zaman da görünür ki, Yuxarı Əylis nisbətən dağların içinə tərəf yerləşib. Sonralar İç Ulusun Əylisə çevrilməsi, Dış Ulusun isə “ulus” komponentinin düşməsindən sonra “Dış” kimi adlanması fikrini irəli sürmək olar. Sasanilər dövründə sərhəd məntəqələrinə köçürülmüş pəhləvi dilli əhalinin isə bu ərazidə məskunlaşdıqdan sonra “Dış”ı özlərinə daha yaxın olan “Dəşt” kimi ifadə etməsi də mümkün bir haldır. Necə ki, “Dəşt” sözünü tələffüz edə bilməyən ruslar ərazini “Nijniy Akulis” (Aşağı Əylis) adlandırmışdılar. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s.
https://az.wikipedia.org/w/index.php?curid=488901
Əylisçay
Əylisçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu. Uzunluğu 24 km, hövzəsinin sahəsi 58 kv. km-dir. Zəngəzur silsiləsindəki Xoşlu dağından (3100 m hünd.-dən) başlanır. Əsasən qar suları və yeraltı sularla qidalanır. Sel və daşqınlar olur. Suvarmada istifadə edilir. Əylis çayının üzərində müxtəlif vaxtlarda yüksək inşaat texnikası səviyyəsində dörd körpü tikilmişdir. Orta əsr Əylis yaşayış məntəqəsi çayın hər iki sahilində yerləşirdi.
https://az.wikipedia.org/w/index.php?curid=502143
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması.Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar. Onlar sərt və ya hərəkətli olaraq bərkidilirlər. Diskli əyləclərin istismarı nisbətən asandır. Kötüklərin üz qatı yeyildikdə onları asanlıqla dəyişmək olur. Çatışmayan cəhəti dayandırma zamanı bu konstruksiyanın gücləndirici effektə malik olmamasıdır. Ona görə də, bu əyləclər tətbiq edilən maşınlarda əlavə olaraq aşağı təzyiq ilə işləyən sistemdən istifadə edilir. Onlar əsasən qabaq təkərlərdə tətbiq tapırlar. Diskli əyləclərdə sıxıcı qüvvənin yaradılması üsuluna görə hidravlik sistemlə bərabər yayla işləyən diskli əyləclər də mövcuddur. Yaylı diskli əyləc üfüqi və şaquli vəziyyətdə hərəkətləri saxlamaq üçün tətbiq edilir. Əsas tətbiq sahəsi maşınqayırma, külək dəyirmanları, nəqledicilərdir. Onlar böyük fırlanma momenti üçün nəzərdə tutulur və yüksək istilikötürmə qabiliyyətinə görə daha davamlıdırlar. Barabanlı əyləc avtomobillər üçün nəzərdə tutulmuş sürtünmə əyləcidir. O, xarici baraban, daxildən təsir edəbilən iki əyləc dodaqları və dodaqları barbanın divarlarına sıxmaq üçün hidravlik silindrdən ibarətdir. Dodaqlar barabanın divarına hidravlik olaraq sıxıldıqda yaranan sürtünmə qüvvəsi hərəkəti ləngidir və ya dayandırır. Təzyiq götürüldükdə isə yaylar dodaqları geriyə çəkir və barabanın xarici fırlanan hissəsini sərbəst buraxır. Barabanlı əyləclərin üstün cəhəti ondan ibarətdir ki, qapalı sistemdə işləyən baraban əyləclər xarici mühitin təsirindən (məsələn: su, duz, toz) daha yaxşı qorunur. Buna görə də, təmir intervalı disk əyləclərinə nisbətən çox böyükdür. Çatışmayan cəhəti ondan ibarətdir ki, fasiləsiz işlədikdə qızır və nəticədə əyləc qatı yeyilir, baraban istidən deformasiya edərək öz formasını itirir və dodaqlar səthə düzgün sıxılmır. Lentli əyləc də sürtünmə ilə işləyən əyləc olub, başqalarından fərqi ondadır ki, burada barabanın xaricinə lent dolamaqla sürtünmə yaradılır. Bu üsul texnikada çox az tətbiq olunur. Əsas tətbiq sahəsi kranlardır. Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
https://az.wikipedia.org/w/index.php?curid=315755
Əyləncə
ABŞ-də şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-nin göydələnləriylə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir. Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb.30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb.Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir.Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.Amma, insanlar heç vaxt içkilərinin nə vaxt yarandığı və niyə belə adlanmaları barədə fikirləşmirlər. Privilage klubu Ginnesin rekordlar kitabına düşən daha bir qəribə tikili isə Privilage klubudur.Bu binaya 11 min adam yerləşə bilir. Klub 70-ci illərdə açılıb. İlk öncə buraya gələn insanlar açıq səmadan ləzzət ala bilərdilər. Necə deyərlər "Open air".O kosmik gəmi görünüşünü xatirladir.Böyüklükdə isə futbol stadionuna bənzəyir. 80-ci illərdə rokerlərin və modellərin sevimli yeri olan klub 90-cı ilə qədər bir müddətlik bağlanıb.Kluba giriş 50 dollardır.İldə bir dəfə burada möhtəşəm partilər keçirilir ki, sanki nağıllar aləmini xatırladır və dillərdə uzun müddət əzbər qalır. Partidə mümkün ola biləcək hər şey olur... Bütün insanların əylənməsi üçün hər şey nəzərə alınır..axı insanlar ağır iş günündən və çətin əməkdən sonra bir az da istirahət etmək istəyirlər.Təbii ki, burada onların seçdiyi zaman və məkan zövqlərə əsaslanır.
https://az.wikipedia.org/w/index.php?curid=78811
Əyləncə jurnalistikası
Əyləncə jurnalistikası — populyar mədəniyyətə və əyləncə biznesinə və məhsullarına yönəlmiş hər hansı bir jurnalistikadır. Moda jurnalistikası kimi, əyləncə jurnalistikası da sənayenin özündə işləyənlərdən kənarda ümumi auditoriyanı hədəf alarkən, sənayenə aid xəbərləri əhatə edir. Ümumi formalara həyat tərzi, televiziya və film, teatr musiqisi, videooyun və ünlücoverage daxildir. Xəbər jurnalistikası cari hadisələrin məlumatları və ya əvvəllər baş vermiş hadisələrin hesabatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi məlumat verməkdir. Əyləncə jurnalistikası başqalarının arasında filmlər, televiziya şouları, hadisələr, musiqi, moda və videooyunlar kimi əyləncə sənayesinin məlumatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi əylənməkdir. Jurnalistlər hekayələrinin əyləncəli hala gəlməsinə səbəb olan müəyyən bir məsələdə faktlar ata bilərlər. Bu hərəkət istehlakçıya dərin təsir göstərə bilər və hesabatın həqiqiliyini şübhə altına alır. Bu problemin halları xəbər məqalələrində, jurnallarda və sənədli filmlərdə baş verə bilər. Həyat tərzi və məşhurluq Bu, məşhurlara və onların həyat tərzlərinə yönəldilir və televiziya sabun operaları, reallıq televiziyası, kral ailələrinin üzvləri və digərləri ilə qidalanır. Film festivalları və mükafat şoularında qırmızı xalça reportajı və məşhurların müsahibəsi əyləncə jurnalistikasının bir hissəsidir. Cəmiyyətə yayımlanan bir kinofilmə baxış və ya təhlil. Tənqidçinin rəyi və ya təhlili subyektiv və məlumatverici, istehlakçını məlumatlandırmaq və əyləndirmək məqsədi daşıyır. Film tənqidinin kinonun əsas mediaya inteqrasiyasına böyük təsiri olduğu hesab olunur. 1960-cı illərdə film geniş qəbul olunana qədər kino tənqidinin bir sənət olaraq tam qəbul edilmədiyi bildirilir. İnternet, bu blog əyləncə jurnalistikasının qəbulunu film bloqları və film araşdırma saytları ilə daha da inkişaf etdirdi. Bəzi məşhur film araşdırma saytları və bloqlarına Rotten Tomatoes, IMDb və Metacritic daxildir. Videooyun sənayesinin bütün sahələrini əhatə edən bir jurnalistika forması. 1990-cı illərdə kompüter dövrünün yaranması media şirkətlərini videooyun nəsilində istehlakçıları cəlb edəcək məzmun buraxmağa məcbur etdi. Videooyun sənayesini əhatə edən vizual stimullaşdırıcı çap jurnalları bazara təqdim edildi. Bəzi məşhur videooyun araşdırma saytları və çap əsaslı jurnallar arasında IGN, Game Informer, Nintendo Power və GameSpot var. İnternetin artması bir çox həvəskar və yarı peşəkar şəxsiyyətlərin əyləncə jurnalistikası ilə əlaqəli öz bloglarını açmasına imkan verdi. Me Too hərəkatı əyləncə jurnalistikasında öz köklərini izləyə bilər, çünki onun mərkəzində yalnız müstəqil və blokçeyn filmləri istehsal etməyən, eyni zamanda televiziya və teatrda da çalışan Hollywood Hollywood-u olan Harvey Weinstein durur. Həmçinin bax Yayım jurnalistikası Tibbi jurnalistika İncəsənət jurnalistikası Hərbi jurnalistika
https://az.wikipedia.org/w/index.php?curid=620787
Əyləncə parkı (Pripyat)
Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. Attraksionlar Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib. Park populyar mədəniyyətdə S.T.A.L.K.E.R.: Shadow of Chernobyl Call of Duty 4: Modern Warfare İnsanlardan sonra həyat Qadağan edilmiş zona Oryol i Reşka (3-cü mövsüm, 16-cı buraxılış) Xarici keçidlər Pripyat - attraksionlar parkı Graham Gilmore Photography | Chernobyl Exclusion Zone (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=596738
Əylənli
Əylənli, Aynalı, Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir. Toponim əylənli türk tayfa adı əsasında yaranmışdır.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur. Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir. 1828–1832-ci illərdə kənd dağılmışdır. XIX əsrin 80-ci illərində Yuxarı Əylənli Əbdürrəhmanlı və Aşağı Əylənli Yasaqlı kəndləri vardı. Kəndin əsasını qoymuş tayfa adıdır. 1593-cü ilə aid mənbədə Gəncə və Bərdə nahiyələrində Əglənlu elinin yaşadığı qeyd olunur. Kənddə 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər, 1918-ci ilin yanvarında 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur və kəndə 1916–18-ci illərdə Türkiyənin Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
https://az.wikipedia.org/w/index.php?curid=127627
Əyn-Bəyda (Uarqla)
Əyn-Bəyda (ərəb. عين البيضاء) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şərqdə, vilayətdən təxminən 563 kilometr (350 mil) cənub-şərqdə yerləşir. ölkənin paytaxtı Əlcəzair . Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metr (453 ft)r yüksəkdir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,7 °C, ən isti ay (iyul) 34,2 °C-dir.
https://az.wikipedia.org/w/index.php?curid=758221
Əyn-Bəyda (Umm-el-Buaqi)
Əyn-Bəyda (ərəb. عين البيضاء) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Coğrafi mövqe Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 1,020 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 118,662 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Hava limanı şəhərdən 7 kilometr şimal-qərbdə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=758206
Əyn-Dəfla
Əyn-Dəfla (ərəb. عين الدفلى) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Tell-Atlas massivinin yüksək dağlarında, Şelif çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 283 metr yüksəkdir. İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı Əş-Şəliffdə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=758208
Əyn-Məlilə
Əyn-Məlilə (ərəb. عين مليلة) — Əlcəzairin şimal-şərqində, Umm-el-Buaqi vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. Coğrafi mövqe Şəhər vilayətin şimal-qərb hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 772 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 88,441 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:
https://az.wikipedia.org/w/index.php?curid=758207
Əyn-Təmüşənt
Əyn-Təmüşənt (ərəb. عين تموشنت) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Coğrafi mövqe İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı Tlemsen şəhərində yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=758213
Əyn-Təmüşənt vilayəti
Ayn-Temuşent vilayəti — Ayn-Temuşent vilayətinin ərazisi 2 379 Km2-dır. Ayn-Temuşent vilayətinə 8 rayon daxilidir. 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Temuşent vilayətinin əhalisi 372 239 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir. İnzibati bölgüsü
https://az.wikipedia.org/w/index.php?curid=567128
Əyn-Üsəra
Əyn-Üsəra ( ərəb. عين وسارة) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, nisbətən düz ərazidə, dəniz səviyyəsindən 683 metr yüksəklikdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 101,239 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:
https://az.wikipedia.org/w/index.php?curid=758214
Əyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى, kürd. Bozanê, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. Eyn-İsa qaçqın düşərgəsi 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, qəsəbənin əhalisi 6.730 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=605370
Əyn-əl-Türk
Ayn Əl Türk (ərəbcə:عين الترك) — Əlcəzairin şimalında Oran vilayətində, Aralıq dənizi sahilində yerləşən şəhər. Doqquz bələdiyyəsi var, eyni adı daşıyan çimərliyi var. Əlcəzairin önəmli turizm mərkəzlərindən biridir.
https://az.wikipedia.org/w/index.php?curid=355409
Əyn Cəllud döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. Əvvəlki hadisələr 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı. Nəticədə, 500 ildir ki hakimmiyyətdə olan Abbasilər xilafəti və Dəməşqdəki Əyyubilər sülaləsi süqut etdi. Hülakünün sonrakı planı Yerusəlim krallığının ərazisilə cənuba doğru hərəkət edərək əsas İslam qüvvəsi olan Məmlük sultanlığına hücum etmək idi.Monqolların Orta Şərqdə məmlüklərə hücumu zamanı məmlüklərin əksəriyyəti qıpçaqlar idi və Qızıl Ordanın məmlüklərə qıpçaqlardan ibarət əlavə ordu göndərməsi Məmlük sultanlığının gücünü daha da artırdı və monqollarla mübarizədə onlara yüksək dərəcədə yardım etdi. Monqolların Misirə elçi göndərməsi 1260-cı ildə Hülakü xan təslim olmasını tələb etmək üçün Qahirədəki Seyfəddin Qotazın yanına elçilər göndərdi: Buna cavab olaraq Qotaz elçiləri öldürdü və onların başlarını Qahirə qapılarından biri olan Bab-Zuveliyada xalqa nümayiş etdirdi. Döyüşdən qısa müddət əvvəl Hülakü ordunun əksəriyyətini Levantdan geri çəkdi və orada yalnız Fərat çayının qərb sahilində nayman Kit Buğa noyon nestorianın komandanlığı altında bir tümən (formal olaraq 10000 nəfərdən ibarət ordu, adətən daha az olur) və az miqdarda vassal qoşunlar qaldı. Müasir məmlük salnaməçisi Musa ibn Məhəmməd Yunini "Dəyl Mirat əl-Zaman" əsərində qeyd edir ki, Kit Buğanın başçılıq etdiyi monqol qoşunları vassallar da daxil olmaqla, ümumilikdə 100000 nəfər idi, lakin bu şişirtmə kimi görünürdü. 20-ci əsrin sonlarına qədər tarixçilər inanırdılar ki, Hülakünün qəfildən geri çəkilməsi Münke xaqanın Çinə ekspedisiyası zamanı ölməsi nəticəsində meydana gələn güc dinamikliyi ilə əlaqəli idi və bu, Hülakü xan və digər əsas monqol dəstələrinin yeni hökmdarı seçmək üçün geri qayıtmalarını tələb edirdi. Halbuki, 1980-ci illərdə aşkara çıxarılan sənədlər bunun doğru olmadığını təsdiqləyir. Hülakü bu ərazidə yemin əksər hissəsinin istifadə olunduğunu deyərək məntiqi cəhətdən bu qədər orduyla uzun müddət fəaliyyət göstərməyin mümkünsüzlüyünü bildirirdi və həmçinin yay aylarında daha sərin ərazilərə çəkilmək monqolların adəti idi.Hülakünun gəlməsi xəbərini alan Məmlük sultanı Qotaz tez bir zamanda Qahirədə böyük ordu toplayaraq Fələstinə hücum etdi. Avqustun sonlarında Kit Buğa noyonun qüvvələri aşağı Qalileyada yerlərən Təbəriyyə gölünün şərqindən keçərək Bəəlbəkdəki mərkəzlərindən cənuba hərəkət etdilər. Bu zaman Qotaz məmlük I Baybarsla müttəfiq oldu. Həmçinin I Baybars da monqolların Dəməşqi və Bilad əl-Şamın böyük hissəsini işğal etməsindən sonra bu müttəfiqliyi seçmişdi.Monqollar da öz növbəsində Yerusəlim krallığının qalıqları olan səlibçilərlə (indi Əkka şəhərində mərkəzləşiblər) frank-monqol ittifaqı yaratmağa (və ya ən azından tabe olmalarını tələb etməyə) cəhd etdilər, amma Papa IV Aleksandr buna icazə etmişdi. Həmçinin Sidonlu Yuliyan Kit Buğanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olduqdan sonra franklar və monqollar arasında gərginlik daha da artmışdı. Qəzəblənən Kit Buğa Sidon şəhərini talan etdi. Monqolların əlaqədə olduğu səlibçilərin qalıqları və Əkka baronları ilə, həmçinin monqollara qarşı hərbi yardım axtarışında olan məmlüklər də ittifaq qurmağa çalışırdılar.Məmlüklərin franklarla ənənəvi düşmənçilik münasibətləri olmasına baxmayaraq Əkka baronları monqolları özləri üçün daha böyük təhlükə hesab edirdilər və beləliklə, səlibçilər də bu iki qüvvə arasında neytral qalmağı üstün tutdular. Onlar qeyri-adi şəkildə Misir məmlüklərinin öz ərazilərindən keçərək təhlükəsiz şəraitdə şimala yürüş etmələrinə və hətta ordunun yenidən təchizatı üçün Əkka yaxınlığında düşərgə salmalarına icazə verdilər. Monqolların İordan çayını keçməsi xəbərini aldıqda Sultan Qotaz və qüvvələri cənuba — Yizreel vadisindəki Eyn Calut bulağına doğru irəlilədilər. İlk öncə hərəkətə keçən, tərkibinə daxil etdiyi Gürcüstan krallığı və Kilikaya erməni çarlığından da 500-ə yaxın qoşun əldə etmiş monqollar oldu. Məmlüklərin ərazini yaxşı tanıma üstünlüyü vardı və Qotaz qoşunun əsas hissəsini dağlıq ərazilərdə gizlədərək monqolları Baybarsın rəhbərliyi altındakı sayı az olan ordu ilə məğlub edəcəklərini ümid edirdi. İki ordu saatlarla davam edən döyüşdə üz-üzə gəldi. Baybars həm monqolları qıcıqlandırmaq, həm də ordunun daha çox hissəsini qorumaq üçün, əsasən, vur-qaç taktikasından istifadə edirdi. Baybars erkən yaşlarından qaçqın kimi uzun illər bu ərazidə yaşadığı üçün döyüşün ümumi strategiyasını hazırlamaq ona tapşırılmışdı. Monqollar növbəti ağır hücumunu həyata keçirdikdə Baybars son dəfə geri çəkilirmiş kimi hərəkət etdi və monqolları məmlüklərin ağacların arasında gizlənmiş dəstələri olan dağlıq əraziyə gətirərək pusquya saldı. Artıq Baybars və qoşunlarının irəli-geri hərəkət etməsindən hiddətlənmiş Monqol hökmdarı Kit Buğa ağır səhv etdi. O, bunun pusqu olacağından şübhələnmək əvəzinə bütün ordu ilə məmlüklərin üzərinə yürüş etdi. Monqollar dağlıq ərazilərə çatdıqda gizlənmiş məmlüklər oxlar atmağa və süvarilərlə hücuma keçməyə başladılar. Monqollar hər tərəfdən mühasirəyə alındı. Bundan əlavə, Timoti Mey qeyd edirdi ki, döyüşdə həlledici məqam Monqol-Suriya müttəfiqliyinin pozulması idi.Monqol ordusu xilas olmaq çox güclü və aqressiv mübarizə apardı. Qotaz öz şəxsi legionu ilə bir qədər uzaqdan döyüşü izlədi. Qotaz məmlüklərin sol qanadının mühasirədən qaçmağa çalışan monqollar tərəfindən məhv edildiyini görəndə döyüş dəbilqəsini irəli altı və beləliklə, döyüşçüləri onu tanıya bildi. Daha sonra o, ordusunu qətiyyətli olmağa səslədi və "Ey İslamım!" deyərək məmlüklərin zəifləmiş qolunun müdafiəsinə başçılıq etdi. Onlar monqolları geri çəkilməyə və Bet-Şean şəhəri yaxınlığına qaçmağa məcbur etdilər, amma monqollar ordunu yenidən təşkil edərək uğurlu əks-hücum ilə döyüş meydanına qayıtdılar. Buna baxmayaraq döyüş artıq coğrafi və psixoloji üstünlüyü ələ alan məmlüklərin xeyrinə idi və nəhayət, onlar monqolları geri çəkilməyə məcbur etdilər. Kit Buğa və demək olar ki, monqolların bölgədə qalan bütün ordusu həlak oldu. Eyn Calutdakı qələbədən sonra Qahirəyə dönərkən Qotaz Baybarsın təşkil etdiyi sui-qəsd nəticəsində bir neçə əmir tərəfindən öldürüldü və beləliklə, Baybars yeni sultan oldu. Məmlüklərə sığınan yerli Əyyubi əmirləri də sonda Suriyada ilk monqol ekspedisiyasını başa vuran 6000 nəfərdən ibarət monqol ordusu tərəfindən Hümsdə öldürüldü. Baybars və onun ardıcılları 1291-ci ilə qədər "Müqəddəs torpaqlar"dakı səlibçilər tərəfindən əsası qoyulmuş digər dövlətləri də işğal etməyə davam etdilər. Qanlı münaqişə Hülakü xanın Eyn Calutdakı əsas məğlubiyyətin qisasını almaq üçün bütün monqol ordusunu məmlüklərə qarşı silahlandırmasına mane oldu. Elxanilərin şimalında yerləşən Qızıl Ordanın hökmdarı Bərkə xan İslamı qəbul etdi və əmisi oğlunun İslamın mənəvi və inzibati mərkəzi olan Abbasilər xilafətini işğal etməsini vahiməli bir şəkildə qarşılamışdı. Müsəlman tarixçisi Fəzullah Rəşidəddin Münke xanın Bağdada hücum etməsinə etiraz edən Bərkə xanın ona belə bir mesaj yolladığını (Münke xanın Çində öldüyünü bilməyərək) qeyd edirdi: "O, (Hülakü xan) müsəlmanların bütün şəhərlərini işğal etdi və xəlifənin ölümünə səbəb oldu. Allahın köməyi ilə onu bu qədər günahsız qan axıtdığına görə mənə cavab verməyə məcbur edəcəm." Bərkənin həm müsəlman olduğunu, həm də əmisi oğluyla münasibətlərinin yaxşı olmadığını öyrənən məmlüklər Bərkə və onun xanlığıyla əlaqələri yaxşı saxlamağa xüsusi diqqət göstərirdilər. Nəhayət, Monqol varisliyi qurulduqdan sonra Hülakü xan sonuncu xaqan hesab edilən Xubilay ilə birlikdə 1262-ci ildə öz torpaqlarına qayıtdı və məmlüklərə hücum edərək Eyn Calutdakı məğlubiyyətin qisasını almaq üçün qoşun topladı. Halbuki Bərkə xan Hülakünün şimala yürüş etməsini və Levantdan uzaqlaşıb özüylə görüşməsini təmin etmək üçün bir neçə dəfə onun üzərinə yürüş təşkil etdi. Onlar arasında ilk ciddi döyüş 1263-cü ildə Qafqazın şimalında baş verdi və Hülakü xan ağır məğlubiyyətə uğradı. Bu monqollar arasında ilk açıq müharibə idi və bu, vahid Monqol İmperiyasının sonuna işarə edirdi. Hülakü Eyn Calutdan sonra məmlüklərə etdiyi yeganə hücum cəhdində onların üzərinə yalnız iki tüməndən ibarət ordu göndərə bildi və onların bu hücumu məmlüklər tərəfindən dəf edildi. Hülakü xan 1265-ci ildə vəfat etdi və onun yerinə hakimiyyətə oğlu Abaqa xan gəldi. Fərqli dillərdə mənbələrin çox olması səbəbindən monqol tarixçiləri ümumi olaraq imperiyanın bir məhdud tərəfinə diqqət yetirmişdilər. Bu nöqtəyi-nəzərdən Eyn Calut döyüşü bir çox akademik və məşhur alim tərəfindən monqolların ilk dəfə ağır məğlubiyyətə uğradıldığı və yürüşlərinin daimi olaraq qarşısının alındığı döyüş kimi təqdim olunmuşdur. Halbuki Monqol istilaları dövrünün başlıca hissəsi kimi qəbul olunan Eyn Calut müasir dövrdə edilən daha əhatəli araşdırmalara görə əvvəlki tarixçilərin təqdim etdiyindən fərqli olaraq nə ilk, nə də əsas döyüş deyildi. Monqollar Eyn Calutdan əvvəl də bir neçə dəfə məğlub olmuşdur. Hətta Çingiz xanın monqolları vahid imperiya şəklində birləşdirmək üçün Camuqa-Seçen və kereitlərlə apardığı mübarizələrdəki məğlubiyyətlərdən əlavə monqolların uduzduğu bir neçə döyüş məlumdur. Monqol generalı Boroğul 1215–1217-ci illər arasında olan bir tarixdə serb tayfası olan Tumad tərəfindən pusquya salınmış və öldürülmüşdü. Bundan sonra Çingiz xan Dorbey Doqşini Tumad tayfasını işğal edərək özlərinə tabe etməsi üçün göndərdi. 1221-ci ildə (monqolların Xarəzmşahlar dövlətini işğal etdiyi dövrdə) baş verən Pərvan döyüşündə Şiqi-Xutuxu Cəlaləddin tərəfindən məğlub edildi. Nəticədə Çingiz xan özü Cəlaləddinin üzərinə yürüş etdi və onu İndus döyüşündə məğlub etdi. Ögedey xanın ilk hakimiyyət dövründə onun generallarından biri olan Dolğolğu Çzin sülaləsinin generalları Uan Yen-Yi və Puya tərəfindən ağır məğlubiyyətə uğradıldı. Buna cavab olaraq Ögedey xan əfsanəvi sərkərdə Sabutayı onların üzərinə göndərdi, amma güclü müqavimətlə qarşılaşdı. Belə müqavimətlə üzləşdikdən sonra monqollar bütün ordusunu Ögedey, Toluy və Sabutay xanın rəhbərliyi altında ayrı-ayrı qoşunlar şəklində toplayaraq Çzin İmperatorluğunun mühasirəsini yarmağa çalışdılar. Çzin ordusu qətiyyətlə məğlub edildi və Sabutay 1233-cü ildə Kayfın şəhəri işğal edərək Çzin sülaləsinin sonunu daha da yaxınlaşdırdı. Bundan əlavə Eyn Calut döyüşü Monqol işğalını nə limitlədi, nə də ki onların fəthlərinə son qoydu. 1299-cu ildə Elxani hökmdarı Qazan xan əl-Xəznədar vadisi döyüşündə Dəməşqi tutaraq məmlükləri məğlub etdi və işğalı Qəzzə şəhərinə qədər davam etdirdi. Amma yem bazasının zəif olması və Cığatay xanlığına qarşı davam edən müharibə Qazan xanı ordusunu İranın şimal-şərqinə çəkməyə məcbur etdi. Bu yürüş başa çatdıqdan sonra o, Suriyaya daha kiçik bir ordu göndərdi, lakin Şahab döyüşündə məmlüklər tərəfindən məğlub edildi. Beləliklə, monqolların Suriya işğalına məmlüklər tərəfindən son qoyuldu. Həm Cığatay xanlığında baş verən müharibələr, həm də xanın qəfil ölümü səbəbindən Qazan xan sonrakı hakimiyyət dövründə (1305-ci ilə qədər) heç bir əks-hücum etməyə qadir olmadı. Doğru perspektivdən baxdıqda Eyn Calut monqolların məğlub olduğu və sonra daha güclü orduyla qisas almaq üçün qayıtmadıqları ilk döyüş idi. Ümumi sferadan baxdıqda Eyn Calut monqollar üçün hər nə qədər kiçik məğlubiyyət kimi görünsə də, bu, gələcəkdə monqolların genişlənmə cəhdlərini daim pozacaq bir problemi göstərdi. Hücum edərək intiqam almaq istəyən monqol qüvvələri tez-tez əsas xanın ölümü səbəbindən məqsədlərindən yayındırıl və ya digər monqol xanlıqlarına qarşı vuruşmağa daha çox üstünlük verilirdi. Ərəb hərbi traktatlarına görə əl topu Eyn Calut döyüşündə məmlüklər tərəfindən Monqol ordusunu qorxutmaq üçün istifadə edilmişdir və bu, əl toplarının istifadə edildiyi ilk döyüş olaraq bilinir. Həmin toplarda istifadə olunan barıt kompozisiyaları, həmçinin bu nizamnamələrdə verilmişdir. Əsərlərdə Eyn Calut döyüşü Robert Şi tərəfindən yazılmış tarixi roman olan "Saratinlər"də Eyn Calut döyüşü və Sultan Qotazın sui-qəsdindən geniş şəkildə bəhs olunur. Həmçinin bax Məmlük dövləti Monqol İmperiyası Elxanilər dövləti Kit Buğa noyon Al-Maqrizi. Al Selouk Leme'refatt Dewall al-Melouk. Dar al-kotob. 1997. Henry G. Bohn. The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades. AMS Press, New York. 1848. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press, Cambridge. 1995. ISBN 978-0-521-46226-6. W. B. Bartlett. God Wills It! – An Illustrated History of the Crusades. Sutton Publishing Limited. 1999. ISBN 978-0-7509-1880-0. Eric H. Cline. The Battles of Armageddon. University of Michigan Press. 2002. ISBN 978-0-472-06739-8. Robert Cowley; Geoffrey Parker. The Reader's Companion to Military History. Houghton Mifflin. 2001. ISBN 978-0-618-12742-9. J. D. Fage; Roland Anthony Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. ISBN 978-0-521-20981-6. René Grousset. Histoire des Croisades, III. Editions Perrin. 1991. ISBN 2-262-02569-X.Erik Hildinger. Warriors of the Steppe. Editions Perrin. 1997. ISBN 0-306-81065-4. Holt, P. M.; Lambton, Ann; Lewis, Bernard. The Cambridge History of Islam, Vol. 1A: The Central Islamic Lands from Pre-Islamic Times to the First World War. Cambridge University Press. 1977. ISBN 978-0-521-29135-4. David Morgan. The Mongols. Brockhampton Press. 1990. ISBN 9781853141041. David Nicolle. The Mongol Warlords. Editions Perrin. 1998. ISBN 2-262-02569-X. Glenn E. Perry. The History of Egypt. Greenwood Publishing Group. 2004. ISBN 978-0-313-32264-8. Geoffry Reagan. The Guinness Book of Decisive Battles. Canopy Books, NY. 1992. ISBN 9780851125206. J. J. Saunders. The History of the Mongol Conquests. Routledge & Kegan Paul Ltd. 1971. ISBN 0-8122-1766-7. Martin Sicker. The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Praeger Publishers. 2000. ISBN 978-0275968922. Svatopluk Soucek. A History of Inner Asia. Cambridge University Press. 2000. ISBN 978-0521657044. David W. Tschanz. History's Hinge: Ain Jalut. Saudi Aramco World. iyul–avqust 2007. Sheila S. Blair. A compendium of chronicles: Rashid al-Din's illustrated history of the world. Nour Foundation. 1995. ISBN 978-1874780656. Jr. John Masson Smith. Mongol armies and Indian campaigns. University of California, Berkeley. 1984. J. M. Smith Jr. Ayn Jalut: Mamluk Success or Mongol Failure?. Harvard Journal of Asiatic Studies. 1984. ISBN 9780851125206. James Waterson. The Knights of Islam: The Wars of the Mamluks. Greenhill Books, London. 2007. ISBN 978-1-85367-734-2. Xarici keçidlər Eyn Calut döyüşü (1260)
https://az.wikipedia.org/w/index.php?curid=179624
Əyn Cəllud vuruşu
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. Əvvəlki hadisələr 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı. Nəticədə, 500 ildir ki hakimmiyyətdə olan Abbasilər xilafəti və Dəməşqdəki Əyyubilər sülaləsi süqut etdi. Hülakünün sonrakı planı Yerusəlim krallığının ərazisilə cənuba doğru hərəkət edərək əsas İslam qüvvəsi olan Məmlük sultanlığına hücum etmək idi.Monqolların Orta Şərqdə məmlüklərə hücumu zamanı məmlüklərin əksəriyyəti qıpçaqlar idi və Qızıl Ordanın məmlüklərə qıpçaqlardan ibarət əlavə ordu göndərməsi Məmlük sultanlığının gücünü daha da artırdı və monqollarla mübarizədə onlara yüksək dərəcədə yardım etdi. Monqolların Misirə elçi göndərməsi 1260-cı ildə Hülakü xan təslim olmasını tələb etmək üçün Qahirədəki Seyfəddin Qotazın yanına elçilər göndərdi: Buna cavab olaraq Qotaz elçiləri öldürdü və onların başlarını Qahirə qapılarından biri olan Bab-Zuveliyada xalqa nümayiş etdirdi. Döyüşdən qısa müddət əvvəl Hülakü ordunun əksəriyyətini Levantdan geri çəkdi və orada yalnız Fərat çayının qərb sahilində nayman Kit Buğa noyon nestorianın komandanlığı altında bir tümən (formal olaraq 10000 nəfərdən ibarət ordu, adətən daha az olur) və az miqdarda vassal qoşunlar qaldı. Müasir məmlük salnaməçisi Musa ibn Məhəmməd Yunini "Dəyl Mirat əl-Zaman" əsərində qeyd edir ki, Kit Buğanın başçılıq etdiyi monqol qoşunları vassallar da daxil olmaqla, ümumilikdə 100000 nəfər idi, lakin bu şişirtmə kimi görünürdü. 20-ci əsrin sonlarına qədər tarixçilər inanırdılar ki, Hülakünün qəfildən geri çəkilməsi Münke xaqanın Çinə ekspedisiyası zamanı ölməsi nəticəsində meydana gələn güc dinamikliyi ilə əlaqəli idi və bu, Hülakü xan və digər əsas monqol dəstələrinin yeni hökmdarı seçmək üçün geri qayıtmalarını tələb edirdi. Halbuki, 1980-ci illərdə aşkara çıxarılan sənədlər bunun doğru olmadığını təsdiqləyir. Hülakü bu ərazidə yemin əksər hissəsinin istifadə olunduğunu deyərək məntiqi cəhətdən bu qədər orduyla uzun müddət fəaliyyət göstərməyin mümkünsüzlüyünü bildirirdi və həmçinin yay aylarında daha sərin ərazilərə çəkilmək monqolların adəti idi.Hülakünun gəlməsi xəbərini alan Məmlük sultanı Qotaz tez bir zamanda Qahirədə böyük ordu toplayaraq Fələstinə hücum etdi. Avqustun sonlarında Kit Buğa noyonun qüvvələri aşağı Qalileyada yerlərən Təbəriyyə gölünün şərqindən keçərək Bəəlbəkdəki mərkəzlərindən cənuba hərəkət etdilər. Bu zaman Qotaz məmlük I Baybarsla müttəfiq oldu. Həmçinin I Baybars da monqolların Dəməşqi və Bilad əl-Şamın böyük hissəsini işğal etməsindən sonra bu müttəfiqliyi seçmişdi.Monqollar da öz növbəsində Yerusəlim krallığının qalıqları olan səlibçilərlə (indi Əkka şəhərində mərkəzləşiblər) frank-monqol ittifaqı yaratmağa (və ya ən azından tabe olmalarını tələb etməyə) cəhd etdilər, amma Papa IV Aleksandr buna icazə etmişdi. Həmçinin Sidonlu Yuliyan Kit Buğanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olduqdan sonra franklar və monqollar arasında gərginlik daha da artmışdı. Qəzəblənən Kit Buğa Sidon şəhərini talan etdi. Monqolların əlaqədə olduğu səlibçilərin qalıqları və Əkka baronları ilə, həmçinin monqollara qarşı hərbi yardım axtarışında olan məmlüklər də ittifaq qurmağa çalışırdılar.Məmlüklərin franklarla ənənəvi düşmənçilik münasibətləri olmasına baxmayaraq Əkka baronları monqolları özləri üçün daha böyük təhlükə hesab edirdilər və beləliklə, səlibçilər də bu iki qüvvə arasında neytral qalmağı üstün tutdular. Onlar qeyri-adi şəkildə Misir məmlüklərinin öz ərazilərindən keçərək təhlükəsiz şəraitdə şimala yürüş etmələrinə və hətta ordunun yenidən təchizatı üçün Əkka yaxınlığında düşərgə salmalarına icazə verdilər. Monqolların İordan çayını keçməsi xəbərini aldıqda Sultan Qotaz və qüvvələri cənuba — Yizreel vadisindəki Eyn Calut bulağına doğru irəlilədilər. İlk öncə hərəkətə keçən, tərkibinə daxil etdiyi Gürcüstan krallığı və Kilikaya erməni çarlığından da 500-ə yaxın qoşun əldə etmiş monqollar oldu. Məmlüklərin ərazini yaxşı tanıma üstünlüyü vardı və Qotaz qoşunun əsas hissəsini dağlıq ərazilərdə gizlədərək monqolları Baybarsın rəhbərliyi altındakı sayı az olan ordu ilə məğlub edəcəklərini ümid edirdi. İki ordu saatlarla davam edən döyüşdə üz-üzə gəldi. Baybars həm monqolları qıcıqlandırmaq, həm də ordunun daha çox hissəsini qorumaq üçün, əsasən, vur-qaç taktikasından istifadə edirdi. Baybars erkən yaşlarından qaçqın kimi uzun illər bu ərazidə yaşadığı üçün döyüşün ümumi strategiyasını hazırlamaq ona tapşırılmışdı. Monqollar növbəti ağır hücumunu həyata keçirdikdə Baybars son dəfə geri çəkilirmiş kimi hərəkət etdi və monqolları məmlüklərin ağacların arasında gizlənmiş dəstələri olan dağlıq əraziyə gətirərək pusquya saldı. Artıq Baybars və qoşunlarının irəli-geri hərəkət etməsindən hiddətlənmiş Monqol hökmdarı Kit Buğa ağır səhv etdi. O, bunun pusqu olacağından şübhələnmək əvəzinə bütün ordu ilə məmlüklərin üzərinə yürüş etdi. Monqollar dağlıq ərazilərə çatdıqda gizlənmiş məmlüklər oxlar atmağa və süvarilərlə hücuma keçməyə başladılar. Monqollar hər tərəfdən mühasirəyə alındı. Bundan əlavə, Timoti Mey qeyd edirdi ki, döyüşdə həlledici məqam Monqol-Suriya müttəfiqliyinin pozulması idi.Monqol ordusu xilas olmaq çox güclü və aqressiv mübarizə apardı. Qotaz öz şəxsi legionu ilə bir qədər uzaqdan döyüşü izlədi. Qotaz məmlüklərin sol qanadının mühasirədən qaçmağa çalışan monqollar tərəfindən məhv edildiyini görəndə döyüş dəbilqəsini irəli altı və beləliklə, döyüşçüləri onu tanıya bildi. Daha sonra o, ordusunu qətiyyətli olmağa səslədi və "Ey İslamım!" deyərək məmlüklərin zəifləmiş qolunun müdafiəsinə başçılıq etdi. Onlar monqolları geri çəkilməyə və Bet-Şean şəhəri yaxınlığına qaçmağa məcbur etdilər, amma monqollar ordunu yenidən təşkil edərək uğurlu əks-hücum ilə döyüş meydanına qayıtdılar. Buna baxmayaraq döyüş artıq coğrafi və psixoloji üstünlüyü ələ alan məmlüklərin xeyrinə idi və nəhayət, onlar monqolları geri çəkilməyə məcbur etdilər. Kit Buğa və demək olar ki, monqolların bölgədə qalan bütün ordusu həlak oldu. Eyn Calutdakı qələbədən sonra Qahirəyə dönərkən Qotaz Baybarsın təşkil etdiyi sui-qəsd nəticəsində bir neçə əmir tərəfindən öldürüldü və beləliklə, Baybars yeni sultan oldu. Məmlüklərə sığınan yerli Əyyubi əmirləri də sonda Suriyada ilk monqol ekspedisiyasını başa vuran 6000 nəfərdən ibarət monqol ordusu tərəfindən Hümsdə öldürüldü. Baybars və onun ardıcılları 1291-ci ilə qədər "Müqəddəs torpaqlar"dakı səlibçilər tərəfindən əsası qoyulmuş digər dövlətləri də işğal etməyə davam etdilər. Qanlı münaqişə Hülakü xanın Eyn Calutdakı əsas məğlubiyyətin qisasını almaq üçün bütün monqol ordusunu məmlüklərə qarşı silahlandırmasına mane oldu. Elxanilərin şimalında yerləşən Qızıl Ordanın hökmdarı Bərkə xan İslamı qəbul etdi və əmisi oğlunun İslamın mənəvi və inzibati mərkəzi olan Abbasilər xilafətini işğal etməsini vahiməli bir şəkildə qarşılamışdı. Müsəlman tarixçisi Fəzullah Rəşidəddin Münke xanın Bağdada hücum etməsinə etiraz edən Bərkə xanın ona belə bir mesaj yolladığını (Münke xanın Çində öldüyünü bilməyərək) qeyd edirdi: "O, (Hülakü xan) müsəlmanların bütün şəhərlərini işğal etdi və xəlifənin ölümünə səbəb oldu. Allahın köməyi ilə onu bu qədər günahsız qan axıtdığına görə mənə cavab verməyə məcbur edəcəm." Bərkənin həm müsəlman olduğunu, həm də əmisi oğluyla münasibətlərinin yaxşı olmadığını öyrənən məmlüklər Bərkə və onun xanlığıyla əlaqələri yaxşı saxlamağa xüsusi diqqət göstərirdilər. Nəhayət, Monqol varisliyi qurulduqdan sonra Hülakü xan sonuncu xaqan hesab edilən Xubilay ilə birlikdə 1262-ci ildə öz torpaqlarına qayıtdı və məmlüklərə hücum edərək Eyn Calutdakı məğlubiyyətin qisasını almaq üçün qoşun topladı. Halbuki Bərkə xan Hülakünün şimala yürüş etməsini və Levantdan uzaqlaşıb özüylə görüşməsini təmin etmək üçün bir neçə dəfə onun üzərinə yürüş təşkil etdi. Onlar arasında ilk ciddi döyüş 1263-cü ildə Qafqazın şimalında baş verdi və Hülakü xan ağır məğlubiyyətə uğradı. Bu monqollar arasında ilk açıq müharibə idi və bu, vahid Monqol İmperiyasının sonuna işarə edirdi. Hülakü Eyn Calutdan sonra məmlüklərə etdiyi yeganə hücum cəhdində onların üzərinə yalnız iki tüməndən ibarət ordu göndərə bildi və onların bu hücumu məmlüklər tərəfindən dəf edildi. Hülakü xan 1265-ci ildə vəfat etdi və onun yerinə hakimiyyətə oğlu Abaqa xan gəldi. Fərqli dillərdə mənbələrin çox olması səbəbindən monqol tarixçiləri ümumi olaraq imperiyanın bir məhdud tərəfinə diqqət yetirmişdilər. Bu nöqtəyi-nəzərdən Eyn Calut döyüşü bir çox akademik və məşhur alim tərəfindən monqolların ilk dəfə ağır məğlubiyyətə uğradıldığı və yürüşlərinin daimi olaraq qarşısının alındığı döyüş kimi təqdim olunmuşdur. Halbuki Monqol istilaları dövrünün başlıca hissəsi kimi qəbul olunan Eyn Calut müasir dövrdə edilən daha əhatəli araşdırmalara görə əvvəlki tarixçilərin təqdim etdiyindən fərqli olaraq nə ilk, nə də əsas döyüş deyildi. Monqollar Eyn Calutdan əvvəl də bir neçə dəfə məğlub olmuşdur. Hətta Çingiz xanın monqolları vahid imperiya şəklində birləşdirmək üçün Camuqa-Seçen və kereitlərlə apardığı mübarizələrdəki məğlubiyyətlərdən əlavə monqolların uduzduğu bir neçə döyüş məlumdur. Monqol generalı Boroğul 1215–1217-ci illər arasında olan bir tarixdə serb tayfası olan Tumad tərəfindən pusquya salınmış və öldürülmüşdü. Bundan sonra Çingiz xan Dorbey Doqşini Tumad tayfasını işğal edərək özlərinə tabe etməsi üçün göndərdi. 1221-ci ildə (monqolların Xarəzmşahlar dövlətini işğal etdiyi dövrdə) baş verən Pərvan döyüşündə Şiqi-Xutuxu Cəlaləddin tərəfindən məğlub edildi. Nəticədə Çingiz xan özü Cəlaləddinin üzərinə yürüş etdi və onu İndus döyüşündə məğlub etdi. Ögedey xanın ilk hakimiyyət dövründə onun generallarından biri olan Dolğolğu Çzin sülaləsinin generalları Uan Yen-Yi və Puya tərəfindən ağır məğlubiyyətə uğradıldı. Buna cavab olaraq Ögedey xan əfsanəvi sərkərdə Sabutayı onların üzərinə göndərdi, amma güclü müqavimətlə qarşılaşdı. Belə müqavimətlə üzləşdikdən sonra monqollar bütün ordusunu Ögedey, Toluy və Sabutay xanın rəhbərliyi altında ayrı-ayrı qoşunlar şəklində toplayaraq Çzin İmperatorluğunun mühasirəsini yarmağa çalışdılar. Çzin ordusu qətiyyətlə məğlub edildi və Sabutay 1233-cü ildə Kayfın şəhəri işğal edərək Çzin sülaləsinin sonunu daha da yaxınlaşdırdı. Bundan əlavə Eyn Calut döyüşü Monqol işğalını nə limitlədi, nə də ki onların fəthlərinə son qoydu. 1299-cu ildə Elxani hökmdarı Qazan xan əl-Xəznədar vadisi döyüşündə Dəməşqi tutaraq məmlükləri məğlub etdi və işğalı Qəzzə şəhərinə qədər davam etdirdi. Amma yem bazasının zəif olması və Cığatay xanlığına qarşı davam edən müharibə Qazan xanı ordusunu İranın şimal-şərqinə çəkməyə məcbur etdi. Bu yürüş başa çatdıqdan sonra o, Suriyaya daha kiçik bir ordu göndərdi, lakin Şahab döyüşündə məmlüklər tərəfindən məğlub edildi. Beləliklə, monqolların Suriya işğalına məmlüklər tərəfindən son qoyuldu. Həm Cığatay xanlığında baş verən müharibələr, həm də xanın qəfil ölümü səbəbindən Qazan xan sonrakı hakimiyyət dövründə (1305-ci ilə qədər) heç bir əks-hücum etməyə qadir olmadı. Doğru perspektivdən baxdıqda Eyn Calut monqolların məğlub olduğu və sonra daha güclü orduyla qisas almaq üçün qayıtmadıqları ilk döyüş idi. Ümumi sferadan baxdıqda Eyn Calut monqollar üçün hər nə qədər kiçik məğlubiyyət kimi görünsə də, bu, gələcəkdə monqolların genişlənmə cəhdlərini daim pozacaq bir problemi göstərdi. Hücum edərək intiqam almaq istəyən monqol qüvvələri tez-tez əsas xanın ölümü səbəbindən məqsədlərindən yayındırıl və ya digər monqol xanlıqlarına qarşı vuruşmağa daha çox üstünlük verilirdi. Ərəb hərbi traktatlarına görə əl topu Eyn Calut döyüşündə məmlüklər tərəfindən Monqol ordusunu qorxutmaq üçün istifadə edilmişdir və bu, əl toplarının istifadə edildiyi ilk döyüş olaraq bilinir. Həmin toplarda istifadə olunan barıt kompozisiyaları, həmçinin bu nizamnamələrdə verilmişdir. Əsərlərdə Eyn Calut döyüşü Robert Şi tərəfindən yazılmış tarixi roman olan "Saratinlər"də Eyn Calut döyüşü və Sultan Qotazın sui-qəsdindən geniş şəkildə bəhs olunur. Həmçinin bax Məmlük dövləti Monqol İmperiyası Elxanilər dövləti Kit Buğa noyon Al-Maqrizi. Al Selouk Leme'refatt Dewall al-Melouk. Dar al-kotob. 1997. Henry G. Bohn. The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades. AMS Press, New York. 1848. Amitai-Preiss Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press, Cambridge. 1995. ISBN 978-0-521-46226-6. W. B. Bartlett. God Wills It! – An Illustrated History of the Crusades. Sutton Publishing Limited. 1999. ISBN 978-0-7509-1880-0. Eric H. Cline. The Battles of Armageddon. University of Michigan Press. 2002. ISBN 978-0-472-06739-8. Robert Cowley; Geoffrey Parker. The Reader's Companion to Military History. Houghton Mifflin. 2001. ISBN 978-0-618-12742-9. J. D. Fage; Roland Anthony Oliver. The Cambridge History of Africa. Cambridge University Press. 1975. ISBN 978-0-521-20981-6. René Grousset. Histoire des Croisades, III. Editions Perrin. 1991. ISBN 2-262-02569-X.Erik Hildinger. Warriors of the Steppe. Editions Perrin. 1997. ISBN 0-306-81065-4. Holt, P. M.; Lambton, Ann; Lewis, Bernard. The Cambridge History of Islam, Vol. 1A: The Central Islamic Lands from Pre-Islamic Times to the First World War. Cambridge University Press. 1977. ISBN 978-0-521-29135-4. David Morgan. The Mongols. Brockhampton Press. 1990. ISBN 9781853141041. David Nicolle. The Mongol Warlords. Editions Perrin. 1998. ISBN 2-262-02569-X. Glenn E. Perry. The History of Egypt. Greenwood Publishing Group. 2004. ISBN 978-0-313-32264-8. Geoffry Reagan. The Guinness Book of Decisive Battles. Canopy Books, NY. 1992. ISBN 9780851125206. J. J. Saunders. The History of the Mongol Conquests. Routledge & Kegan Paul Ltd. 1971. ISBN 0-8122-1766-7. Martin Sicker. The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Praeger Publishers. 2000. ISBN 978-0275968922. Svatopluk Soucek. A History of Inner Asia. Cambridge University Press. 2000. ISBN 978-0521657044. David W. Tschanz. History's Hinge: Ain Jalut. Saudi Aramco World. iyul–avqust 2007. Sheila S. Blair. A compendium of chronicles: Rashid al-Din's illustrated history of the world. Nour Foundation. 1995. ISBN 978-1874780656. Jr. John Masson Smith. Mongol armies and Indian campaigns. University of California, Berkeley. 1984. J. M. Smith Jr. Ayn Jalut: Mamluk Success or Mongol Failure?. Harvard Journal of Asiatic Studies. 1984. ISBN 9780851125206. James Waterson. The Knights of Islam: The Wars of the Mamluks. Greenhill Books, London. 2007. ISBN 978-1-85367-734-2. Xarici keçidlər Eyn Calut döyüşü (1260)
https://az.wikipedia.org/w/index.php?curid=395466
Əynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=813296
Əynul-Vərdə
Əynul-Vərdə — (ərəb. عين الوردة) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) “Təvvabin” (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. “Təvvabin”, İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir. Həmçinin bax Təvvabin hərəkatı Süleyman ibn Sürəd Xüzai
https://az.wikipedia.org/w/index.php?curid=833881
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir.Uyğurlar onlara qaraçılar deyirlər. Sayı 30 minə yaxındır, dəqiq məlumat yoxdur. Yalnız məlumdur ki, 1976-cı ildə çinli dilçilərin əynu dilini öyrəndiyi Xotan rayonunun Givoz kəndində 1000-ə yaxın əynu yaşayır. Əynular uyğurlarla birlikdə İslamı qəbul ediblər. Uyğurlar və bölgənin digər türk xalqları ilə gərginlik onların Təkləməkan səhrası yaxınlığındakı Tarım hövzəsinin daha az məhsuldar bölgəsinə sıxışdırılması ilə nəticələnib.Əynular 1864-cü ildə Yaqub bəyin Tzin sülaləsi hakimiyyətinə qarşı üsyanına qoşulub. 1930-cu illərdə əynular Kumul üsyanında iştirak ediblər. Əynu termininin mənşəyi qeyri-müəyyəndir. Uyğurlar və digər qonşu xalqlar bu etnik qrupu abdal adlandırırlar. Əynular öz növbəsində bu termini qəbul etmirlər. Abdal, abdali adlı etnik qrup haqqında tarixi məlumatlar Suriya və Yunan müəlliflərinin yazılarında qeyd edildiyi zaman eramızın 1-ci minilliyinə aid edilə bilər. Bu xalq elmi ədəbiyyatda daha çox eftalitlər kimi tanınır. Əgər bu xalqın mənşə yeri hələ də müzakirə olunursa, deməli, etnik mənsubiyyəti əksər müasir müəlliflər tərəfindən tanınır: onlar ərazicə əsasən Orta Asiya, dil baxımından türkdilli tayfalar idi. Digər görkəmli alman şərqşünası İosif Markvart eftalitlərin qədim adını müasir əfqan (yəni dildə də Şərqi İran) tayfalarının böyük bir qrupunun - abdalların adı ilə müqayisə etmişdir. Bundan əlavə, Abdal etnonimi Orta Asiyanın türkdilli xalqlarının - türkmənlərin tayfa birləşmələri adları arasında qeyd olunur. Bu, müasir türkmənlərin ən böyük tayfalarından birinin - XVIII əsrdə yaşamış Çoudorların adı idi. Onlar XIX əsrlərdə Şimali Xarəzm, Manqışlaq və Türkiyədə məskun idilər. Abdal tayfa adlarına azərbaycanlılar və başqırdlar arasında da rast gəlinir. Abdalların qaraçılarla eyni kökə bağlı olması fərziyyəsi tamamilə təkzib olunur. Görünür, bu Abdal termininin ikinci (etnonim funksiyasından başqa) mənası ilə bağlıdır. Orta əsrlərdən başlayaraq Türkiyədə və ola bilsin ki, Mərkəzi Asiyada da abdalı adı ilə tanınan qələndər dərvişlərinin birliyi mövcud idi. Şərqi Türkistan abdal-əynu haqqında bütün məlumatlar XIX əsrin sonu - XX əsrin əvvəllərində Şərqi Türkistanda bu terminin hər iki mənasının birləşməsinə dəlalət edir. Əynuların əksəriyyəti uyğur dilində danışır, az bir hissəsi də Çin dilində danışır. Əynu xalqının ana dili farscanın güclü təsiri olan türk dili qrupuna daxil olan Əynu dilidir. Bəzi tədqiqatçılar əynu dilini türk dili qrupu olan qarluk qrupunun bir hissəsi hesab edirlər. Hind-Avropa ailəsinin Qərbi İran qrupuna aid olan əynu dilinin uyğur dilinin güclü struktur və qrammatik təsirinə məruz qaldığına dair fikirlər də var. Elmə məlum olan 4200 əynu sözünün 3000-ni, yəni 65%-ni uyğur dilindən və fars və ərəb dillərindən alınma sözlər təşkil edir. Əynu dilində adətən yalnız məişətdə istifadə edilir. Gündəlik həyatda isə adətən uyğurcadan istifadə olunur. Əynular arasında üstünlük təşkil edən din İslamın ələvi qoludur, baxmayaraq ki, bəziləri sünniliyi də qəbul edirlər.Şərqi Türkistana təşkil edilmiş ekspedisiyanın üzvü Dutrey de Rena, fransız tədqiqatçısı Fernand Grenar, abdalların sünniliyi qəbul etməyə çalışdıqlarına, lakin şiələrə aid olduqlarının bəzi izlərini saxladıqlarına diqqət çəkirlər. Belə ki, onlar gizli şəkildə bəzi şiə ayinlərini icra edirdilər, məsələn, İmam Əlinin nəslindən olan imamlara hörmət etmək qaydasını. Şiələr arasında mütləq adət olan hər il imamlara yas tutaraq məhərrəmlik ayını isə gizli şəkildə qeyd edirdilər. Bu baxımdan, Qrenar əynuları daha sonra sünni köçkünləri tərəfindən sıxışdırılan və aşağı sosial vəziyyətə salınan qədim şiə kolonistləri hesab edirdi. Onlar Böyük İpək Yolunun tənəzzülündən sonra əvvəlki statuslarını və dolanışıqlarını itirərək, uyğurlarla qohumlaşıblar. Məşğulliyyətləri Əynu xalqı əsasən kənd təsərrüfatı,sənətkarlıq, xırda ticarət, heyvandarlıqla məşğul olur və ya şəhərlərdə tikinti sənayesində işləyir. Bir hissəsi balıqçılıq və ovçuluqla məşğuldur. Əynular arasında dilənçilik, nəğmə, musiqi ifaçılığı və müxtəlif xidmətlər geniş yayılıb. Şəhərdə yaşayan bəzi əynular dərman bitkiləri satışı və türkəçarə ilə də məşğuldur.Yaşadıqları evlər yerli tipli palçıq daxmalardır. Əvvəllər qara yun çadırlar geniş yayılmışdı. Kişilər üçün geyim uzun ağ tunik formalı köynək, qadınlar üçün - metaldan tikilmiş yubka və gödəkçədir. Povest, mahnı, rəqs və musiqi folkloru zəngindir. Ayrı-seçkilik Qonşu xalqlar, xüsusəndə uyğurlar tərəfindən əynulara qarşı ayrı-seçkilik ənənəsi mövcuddur. Onlar əynuları abdal kimi tanıdırlar, bu ad aşağılayıcı məna daşıyır. Uyğur xalqının öz qonşuları ilə nikahı qeyri-adi haldır. Çin hökuməti əynu xalqını uyğurların bir hissəsi hesab edir. Lee-Smith Mei W. The Ejnu language // Atlas of Languages of Intercultural Communication in the Pacific, Asia, and the Americas / Editors Stephen A. Wurm, Peter Mühlhäusler, Darrell T. Tyron. Berlin-New York: Mouton de Gruyter, 1996. Volume 2, Part 1. P. 851—863. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=748268
Əynəş kəndi
Coğrafi yerləşməsi rayon mərkəzindən (Askorovo): 35 km., kənd sovetliyindən (Yangil): 2 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 45 km.
https://az.wikipedia.org/w/index.php?curid=516675
Əyri Meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır. Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyi istisna etmirlər. Belə ki, bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var. Ən maraqlı versiya isə budur: deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub. Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur. Xarici keçidlər Əyri meşə - Polşada qeyri-adi təbiət abidəsi — YouTube (az.) Möcüzəli "Əyri Meşədən" şəkillər Polşa turizmi
https://az.wikipedia.org/w/index.php?curid=325696
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür. Əyri körpü (Sivas Kültür Envanteri)
https://az.wikipedia.org/w/index.php?curid=540342
Əyri meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır. Bəziləri ağacları bu yerlərdə əsən güclü küləklərin əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyi istisna etmirlər. Belə ki, bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var. Ən maraqlı versiya isə budur: deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda da yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub. Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə müşahidə olunan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur. Xarici keçidlər Əyri meşə - Polşada qeyri-adi təbiət abidəsi — YouTube (az.) Möcüzəli "Əyri Meşədən" şəkillər Polşa turizmi
https://az.wikipedia.org/w/index.php?curid=296426
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Hazırkı vəziyyəti Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb. Terror təşkilatı isə minarənin ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən partladıldığını bildirib. Həmin zaman İraq hökuməti minarənin partladılmasında İŞİD-i ittihamlandırıb. Bu minarənin olduğu əl-Nuri məscidinin gündəmdə olmasının əsas səbəblərindən biri də, İŞİD terror təşkilatının lideri əbu-Bəkr əl-Bağdadinin ilk "xütbə"sini 2014-cü ilin iyulunda buradan etməsi və özünü məhz burada "xəlifə" adlandırması ilə bağlıdır. Mosuldakı Əl-Nuri məscidinin və minarənin yenidən qurulmasının təməl daşı 2018-ci il dekabrın 16-da UNESCO-nun yardımı və Birləşmiş Ərəb Əmirliklərinin maliyyəsi ilə qoyulub. Bərpa işlərinin beş il çəkəcəyi bu tarixi abidənin yenidən bərpasına 50 milyon ABŞ dollarının sərf ediləcəyi gözlənilir. Həmçinin bax Mosul müharibəsi (2016) Xarici keçidlər Əyri minarənin partladılması anı
https://az.wikipedia.org/w/index.php?curid=795011
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur. Məsələn: Facebook.com/
https://az.wikipedia.org/w/index.php?curid=331557
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur. Filmin heyəti Film üzərində işləyənlər Quruluşçu rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli Quruluşçu operator: Əsgər İsmayılov Məsləhətçi: Xəlil Məmmədov, Abdulla İbrahimov
https://az.wikipedia.org/w/index.php?curid=30751
Əyri yolla qazanc (film, 1960)
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur. Filmin heyəti Film üzərində işləyənlər Quruluşçu rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli Quruluşçu operator: Əsgər İsmayılov Məsləhətçi: Xəlil Məmmədov, Abdulla İbrahimov
https://az.wikipedia.org/w/index.php?curid=810876