!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əzgil | Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur. Qədim zamanlarda əzgil möcüzəli və sehrli bir ağac sayılırdı. Məsələn, səyahətə çıxan dərvişlər, özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaçından əsa gəzdirirdilər. Hamilə qadınlar isə, hamiləliyin uğurlu keçməsi üçün, boyunlarından bu ağacdan düzəlmiş həmayil asarmışlar. Əzgili əsasən meyvəsinə görə becərirlər. Mədəni sortların meyvələri daha iri və ətli olması ilə fərqlənir. Xalq təbabətində əzgildən qanlı ishala (məsələn: dizenteriyada) qarşı istifadə edirlər. Bundan ötrü hər səhər 200-300 q qabığından təmizlənmiş əzgil meyvəsini yeyirlər. 1 kq əzgil şirəsinə bir qədər şəkər qataraq şərbət hazırlayırlar və onu 4 gün ərzində hər gün 1 stəkan miqdarında içirlər. Sidikqovucu dərman hazırlamaq üçün əzgilnın toxumunu əzmək lazımdır. Sonra bu tozdan 1 çay qaşığı götürüb, cəfəri kökünün həlimi ilə qarışdırıb içirlər. Bu dərman böyrəklərdə və sidik kisəsində daş olduqda çox faydalı təsir göstərir. Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir. NKPI.AZ tibbi nəşr və mənbələrə istinadən xəbər verir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək ağrılarını yüngülləşdirir. Əzgil şirəsi böyrək daşlarını parçalayır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır. Əzgilin meyvəsini ağacdan dərib bir qədər saxladıqdan sonra yeyirlər. Bu müddət ərzində o, bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur. Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı təsir göstərir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, onların qanamasını azaldır, ağızda iltihablara qarşı mübarizə aparır. Əzgil yarpaqlarından hazırlanan çay ağciyər, ağız və bağırsaq xərçənginin qarşısını almaq üçün istifadə oluna bilər. Yetişmiş yumşaq meyvəsinin tərkibində şəkər — 10-16% və alma turşusu — 1,2%, qabığında isə karotin və C vitamini vardır. Qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngindir. Meyvəsi çiy halda yeyilir və cemlər, içkilər hazırlamaq üçün istifadə edilir. Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir Əzgil meyvə bitkisidir. Bir neçə növü var — alman əzgili, adi əzgil, yaxud Qafqaz əzgili. Yabanı halda, əsasən, Qərbi Avropanın, Krımın, Ön Asiyanın aşağı dağ qurşağında və Orta Asiyanın cənub-qərbində bitir. Şimali Amerikada yabanılaşmış Sterna əzgili (M. canescens) xüsusi növ kimi təsvir edilmişdir. Yarpağınıtökən alçaqboylu (3–6 m), birevli ağac, yaxud keçətüklü, tikanlı zoğları olan kollardır (becəriləni tikan sızdır). Yarpaqları lansetvarı, yaxud ellipsşəkilli, tamkənarlı, yaxud dişli olub spiral şəklindədir, çiçəkləri isə iri və ağ olub, zoğların ucunda tək-tək yerləşir. Meyvəsi kiçik (diametri 2-3 sm, becərilən əzgilin meyvəsi 5-7 sm, kütləsi 10 q-dan artıq), kürəşəkilli, armudvarı, yaxud ellipsşəkillidir; qonurumtul, yaxud qonurumtul-sarı rəngli, iri toxumlu olur. Ləti qəhvəyi rəngdə, turş, büzücüdür; tərkibində şəkər (17%-ədək), pektin, aşı maddəsi, C vitamini, alma turşusu və s. var. Meyvəsi sentyabrın axırı — oktyabrda yetişir; uzun müddət ağacda qalır və don vurduqda şirinləşir. Təzə halda yeyilir, turşuya qoyulur və s. Yarpaqları, qabığı və kal meyvələrindən dəri aşılanmasında, oduncağından müxtəlif əşyalar düzəltmək üçün istifadə olunur. Əzgil isti və işıqsevən, kölgəyə və quraqlığa davamlı, nisbətən şaxtaya davamlıdır. Zəif turşulu torpaqlarda yaxşı bitir. Balkan yarımadası ölkələri, Türkiyə, İran, İraq, Azərbaycanda, əsasən dağlarda yetişdirilir. Əzgil toxum və qələmlə çoxaldılır; əsasən, yemişan, heyva və armuda calaq etməklə becərilir. Çox vaxt əzgildən yapon eriobotriyası (səhvən yapon əzgili adlanır) üçün calaqaltı kimi istifadə olunur. Mespilus coccinea (L.) Castigl. Mespilus flava (Aiton) Dum. Cours. Mespilus germanica L. Mespilus monogyna (Jacq.) All. Mespilus punctata (Jacq.) Dum. Cours. | https://az.wikipedia.org/w/index.php?curid=66784 |
Əzgili | Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır. Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=356064 |
Əzgilli | Əzgilli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli burun — Kəlbəcər rayonunda dağ. Əzgilli dağ — Qubadlı, Qəbələ Laçın, Xocavənd rayonlarında dağ. Əzgilli dərə — Ağsu, Qəbələ, Gədəbəy, Tovuz, Şəmkir, Şuşa rayonlarında dərə. Əzgilli dərə boğazı — Gədəbəy rayonunda dağ. Əzgilli düz — Qubadlı rayonunun Göyərcik kəndi ərazisində düz. Əzgilli təpə — Qəbələ rayonunun Nic kəndi ərazisində yüksəklik. | https://az.wikipedia.org/w/index.php?curid=447376 |
Əzgilli (Göygöl) | Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır. Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=108519 |
Əzgilli (Zaqatala) | Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. | https://az.wikipedia.org/w/index.php?curid=327285 |
Əzgiləbənzər cisim | Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır. Epifiz xaricdən nazik birləşdirici toxuma qişası ilə örtülüdür; bu qişa onun daxilinə atmalar buraxır, belə ki, əzgiləbənzər cisim bir sıra pazcıqlara ya follikullara bölünür. Vəzi stromadan və parenximadan təşkil olunmuşdur; bunun stroması yuxarıda qeyd olunan birləşdirici toxuma atmalarından ibarətdir; parenximi isə müxtəlif hüceyrələrdən təşkil olunmuşdur. Pinelositlərdən fərqli olaraq qalan parenxim hüceyrələri tipi uzunsov nüvəyə malikdir və qliya liflərilə rabitədədir. Epifiz vəzi 2 yaşa kimi yüksək inkişaf dərəcəsinə çatır; 7 yaşından sonra kiçilməyə başlayır. 18 yaşına çatanda fəaliyyətdən qalır, belə ki, 25 yaşında involyusiya (əks-inkişaf) prosesinə uğrayır; birləşdirici toxuma elementləri çoxalır, vəzi elementlərinin əksəri məhv olur; bunların yerinə beyin qumu – lat. acervulus cerebri adlanan əhəng duzları çöküntüləri toplanır; bu çöküntülər kalsium-karbonat və kalsium-fosfat duzlarından ibarətdir. Beləliklə əzgiləbənzər cism böyüklərdə başlıca olaraq birləşdirici toxumadan (stromadan) və duzların çöküntüsündən ibarət olur. Epifiz ara beynin yuxarı divarının arxa ucundan kiçik hündürlük – qovucuq şəklində inkişaf edir. İlk dəfə bu qovucuğun daxilində mənfəz olur və ara beyin boşluğu (gələcək III mədəcik) ilə birləşir; divarları bir qat ependimdən təşkil olunur. Sonradan hüceyrələrin miqdarı çoxalır, qovuqcuğun divarları qalınlaşır, belə ki, daxilində olan mənfəz itir; yalnız bunun qalığı III mədəcik boşluğunun cibi – lat. recessus pinealis şəklində qalır. Eyni zamanda əzgiləbənzər cismin mayası daxilinə mezenxim elementləri və qan damarları daxil olur. Bu üsul ilə əzgiləbənzər cismin vəzi elementləri və stroması hasil olur. Bəzi sürünən heyvanlarda epifizə homoloji olan üzv təpə gözü adı ilə məlumdur. Qidalanması və innervasiyası Əzgiləbənzər cisim lat. art. chorioidea posterior (ex art. cerebri posterior), art cerebelti anterior superior et art. cerebri media şaxələrilə qidalanır. Bu vəzinin innervasiyası az öyrənilmişdir; bir qisim sinir lifləri (simpatik liflər) vəziyə daxil olur və güman ki. qan damarlarını innervasiya edir. Əzgiləbənzər cismin vəzifəsi hələ də tam öyrənilməmişdir. İfraz etdiyi [melatonin] hormonu bioloji saat rolunu oynayaraq gecə və gündüz vaxtı fizioloji proseslərin tənzimləyir. Melotonin hormonu həm də cinsi yetişməni tormozlayır. Bunun hiperfunksiyası cinsi yetişməni gecikdirir, əksinə hipofunksiyası cinsi yetişməni sürətləndirir, yəni həddindən qabaq uşaq həddi-büluğa çatır (lat. pubertas precox). Bu vəzin digər bir hormonu kalium mübadiləsini tənzim edir, onun orqanizmdə toplanmasına səbəb olur. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 275-276, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Anatomy: Embryologie Macchi M, Bruce J (2004). "Human pineal physiology and functional significance of melatonin". Front Neuroendocrinol 25 (3–4): 177–95. doi:10.1016/j.yfrne.2004.08.001. PMID 15589268. Arendt J, Skene DJ (2005). "Melatonin as a chronobiotic". Sleep Med Rev 9 (1): 25–39. doi:10.1016/j.smrv.2004.05.002. PMID 15649736. "Exogenous melatonin has acute sleepiness-inducing and temperature-lowering effects during 'biological daytime', and when suitably timed (it is most effective around dusk and dawn) it will shift the phase of the human circadian clock (sleep, endogenous melatonin, core body temperature, cortisol) to earlier (advance phase shift) or later (delay phase shift) times.". Kleinschmidt-DeMasters BK, Prayson RA (November 2006). "An algorithmic approach to the brain biopsy—part I". Arch. Pathol. Lab. Med. 130 (11): 1630–8. PMID 17076524. Bocchi G, Valdre G (1993). "Physical, chemical, and mineralogical characterization of carbonate-hydroxyapatite concretions of the human pineal gland". J Inorg Biochem 49 (3): 209–20. doi:10.1016/0162-0134(93)80006-U. PMID 8381851. Baconnier S, Lang S, Polomska M, Hilczer B, Berkovic G, Meshulam G (2002). "Calcite microcrystals in the pineal gland of the human brain: first physical and chemical studies". Bioelectromagnetics 23 (7): 488–95. doi:10.1002/bem.10053. PMID 12224052. "IngentaConnect High Accumulation of Calcium and Phosphorus in the Pineal Bodies". Ingentaconnect.com. 2006-06-16. Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine. Retrieved 2009-07-06. a b Luke, Jennifer. "Fluoride Deposition in the Aged Human Pineal Gland". Caries Res 2991 (35): 125–28. Arxivləşdirilib 2009-07-17 at the Wayback Machine. Retrieved 2009-05-20. a b Klein D (2004). "The 2004 Aschoff/Pittendrigh lecture: Theory of the origin of the pineal gland—a tale of conflict and resolution". J Biol Rhythms 19 (4): 264–79. doi:10.1177/0748730404267340. PMID 15245646. Moore RY, Heller A, Wurtman RJ, Axelrod J. Visual pathway mediating pineal response to environmental light. Lerner AB, Case JD, Takahashi Y (1960). "Isolation of melatonin and 5-methoxyindole-3-acetic acid from bovine pineal glands". J Biol Chem 235: 1992–7. PMID 14415935. Axelrod J (1970). "The pineal gland". Endeavour 29 (108): 144–8. PMID 4195878. Lack of pineal growth during childhood. Schmidt F, Penka B, Trauner M, Reinsperger L, Ranner G, Ebner F, Waldhauser F. J Clin Endocrinol Metab. 1995 Apr;80(4):1221–5. Development of the pineal gland: measurement with MR. Sumida M, Barkovich AJ, Newton TH. AJNR Am J Neuroradiol. 1996 Feb;17(2):233–6. Tapp E, Huxley M. The weight and degree of calcification of the pineal gland. J Pathol 1971;105:31–39 Tapp E, Huxley M. The histological appearance of the human pineal gland from puberty to old age. J Pathol 1972;108:137–144 Natesan A, Geetha L, Zatz M (2002). "Rhythm and soul in the avian pineal". Cell Tissue Res 309 (1): 35–45. doi:10.1007/s00441-002-0571-6. PMID 12111535. Uz T, Akhisaroglu M, Ahmed R, Manev H (2003). "The pineal gland is critical for circadian Period1 expression in the striatum and for circadian cocaine sensitization in mice". Neuropsychopharmacology 28 (12): 2117–23. doi:10.1038/sj.npp.1300254. PMID 12865893. Uz T, Dimitrijevic N, Akhisaroglu M, Imbesi M, Kurtuncu M, Manev H (2004). "The pineal gland and anxiogenic-like action of fluoxetine in mice". Neuroreport 15 (4): 691–4. doi:10.1097/00001756-200403220-00023. PMID 15094477. Manev H, Uz T, Kharlamov A, Joo J (1996). "Increased brain damage after stroke or excitotoxic seizures in melatonin-deficient rats". FASEB J 10 (13): 1546–51. PMID 8940301. a b Descartes and the Pineal Gland (Stanford Encyclopedia of Philosophy) Descartes R. Treatise of Man. New York: Prometheus Books; 2003. ISBN 1-59102-090-5 Descartes R. "The Passions of the Soul" excerpted from "Philosophy of the Mind", Chalmers, D. New York: Oxford University Press, Inc.; 2002. ISBN 978-0-19-514581-6 Hollier, D, Against Architecture: The Writings of Georges Bataille, trans. Betsy Wing, MIT, 1989. Bataille, G, Visions of Excess: Selected Writings, 1927–1939 (Theory and History of Literature, Vol 14), trans. Allan Stoekl et al., Manchester University Press, 1985 Həmçinin bax Daxili sekresiya vəziləri | https://az.wikipedia.org/w/index.php?curid=151031 |
Əzhar Universiteti | Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır. Onun dinləyiciləri çox idi. Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir. Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürmüşdür: universitet islam elmlərini öyrənmək və islamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır; universitet müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir; universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir; universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir; universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmışdır. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır. Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva (İslam çağırışı — islam missionerliyi), Üsuliddin (Dinin əsasları — islam ilahiyyatı), Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün əl-Əzhər universitetinin ayrı-ayrı fakültələrində bütün islam dünyasından, o cümlədən, Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır. Hazırda Əl-Əzhərdə 156 azərbaycanlı müdavim biliklərə yiyələnir. Bu gün Əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gəlmək olar. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309606 |
Əzhər Universiteti | Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır. Onun dinləyiciləri çox idi. Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir. Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürmüşdür: universitet islam elmlərini öyrənmək və islamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır; universitet müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir; universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir; universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir; universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmışdır. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır. Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva (İslam çağırışı — islam missionerliyi), Üsuliddin (Dinin əsasları — islam ilahiyyatı), Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün əl-Əzhər universitetinin ayrı-ayrı fakültələrində bütün islam dünyasından, o cümlədən, Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır. Hazırda Əl-Əzhərdə 156 azərbaycanlı müdavim biliklərə yiyələnir. Bu gün Əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gəlmək olar. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309605 |
Əzilmiş fotoşəkillər (roman) | "Əzilmiş fotoşəkillər" — Varis Yolçiyev tərəfindən yazılmış roman. Əzilmiş fotoşəkillər - Varisin oxucularla beşinci görüşüdür. 2008-ci ildə "Sonuncu ölən ümidlərdir" kitabı ilə oxucularla ilk görüşə gələn və dərhal da özünə böyük oxucu auditoriyası toplamağa müvəffəq olan yazıçının sonrakı kitabları da ("Bir ovuc torpaq" - 2009, "Sənə inanıram" - 2010, "Yetmiş yeddinci gün" - 2011) sevildi, populyarlıq qazandı. "Əzilmiş fotoşəkillər" adlanan 5-ci romanın süjeti həyatdan, günümüzün reallığından götürülmüşdür. Yeniliklər etməyi xoşlayan yazıçının bu əsərində bədiiliklə publisistika son dərəcə orijinal bir şəkildə birləşmiş, ortaya olduqca maraqlı, oxunaqlı bir material qoyulmuşdur. Və bu yeni romanın da bəyəniləcəyinə müəllifin inamı olduqca böyükdür. | https://az.wikipedia.org/w/index.php?curid=742551 |
Əzim Həsənov | Əzim Fikrət oğlu Həsənov (13 iyun 1998, Balakən rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İkinci Qarabağ müharibəsi şəhidi. Həsənov Əzim Fikrət oğlu 13 iyun 1998-ci il tarixində Balakən rayonun Kortala kəndində anadan olub.O, 2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində yerləşən Ağdam rayonu 52 saylı köçkün tam orta məktəbin birinci sinfinə daxil olub, 3-cü sinifə qədər Ağdam rayonu 52 saylı məktəbdə təhsil alıb, sonra isə Mingəçevir şəhər 19 nömrəli məktəbdə təhsilini davam etdirib. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Hərbi xidməti Azərbaycan Ordusunun əsgər olan Əzim Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzim Həsənov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 30 oktyabr-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=688431 |
Əzim Müzəffərov | Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır. Ölümündən sonra 1992-ci ildə ailəsinin dəstəyi ilə “Ürəyimdə sözüm vardı” adlı seçilmiş şeirlərindən ibarət kitabı nəşr olunmuşdur. Təltif və mükafatları 1984-cü il 13 avqust tarixində SSRİ Ali sovetinin №762-XI qərarı ilə “Qırmızı Ulduz “ ordeni layiq görülmüşdür. 9 noyabr 1988-ci il tarixli , Əfqanıstan Demokratik Respublikası tərəfindən "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı ilə təltif olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1987-ci il tarixli, 418 nömrəli qərarı ilə Saray 8-illik məktəbinə Azim Ələkbər oğlu Müzəffərovun adı verilmişdir. "Ulduz " jurnalı №1, Yanvar 1985-ci il, İSSN 0134-5222, səh. 30 "Ulduz" jurnalı №2, Fevral 1990-cı il, İSSN 0134-5222 , səh. 44-47 | https://az.wikipedia.org/w/index.php?curid=482714 |
Əzim Qeyçisaz | Əzim Qeyçisaz (fars. عظیم قیچیساز) İran alpinisti. O, 8000 metrdən hündür bütün zirvələri fəth edən yeganə iranlı alpinistdir. Əzim Qeyçisaz 1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 2002-ci ildən aktiv peşəkar alpinizmlə məşğuldur. 2016-cı ildə oksigen və Hi-porterlər olmadan ikinci dəfə Everest zirvəsinə qalxmağı bacarmışdır. 2017-ci ilin may ayının 19-da yerli vaxtla 12:12-də Lhotze zirvəsinə qalxmışdır. Bununla da o, dünyadakı 8000 metrdən hündür 14 zirvənin hamısına dırmana ilk iranlı alpinist olmuşdur. Uğurla çıxış etdiyi zirvələrin siyahısı Əzim Qeyçisazın uğurla dırmandığı zirvələr: Marbl Vall (6400 m, 2002) Gaşerbrum I (7800, 2003) Diran (2004, 5500) Spantik (2004) Everest ((8,848m) oksigen ilə) Ağrı ((5,137m) 2005) Noşaq ((7,492m) 2006) Broud pik ((8,051m) 2008) pobeda ((7,439m) 2009) Dhaulagiri ((8,167m) bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2010) Nanga Parbat (2010) Kançencaqra (bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2011) Gaşerbrum II (2011) Gaşerbrum I (2011) Annapurna (bu zirvəni fəth edən ilk iranlı alpinistdir, 2012) Çoqori (2012) Manaslu (2012) Ço-Oyu ((8,188) bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2013) Şishapangma (bu zirvəni fəth edən ilk iranlı alpinistdir, 2014) Everest ((8,848m) ikinci dəfə, oksigensiz, 2016) Lhotze (2017) | https://az.wikipedia.org/w/index.php?curid=383210 |
Əzim kəndi (Şot) | Əzimkəndi (fars. عظيم كندي) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 440 nəfər yaşayır (109 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=598356 |
Əzim xan | Əzim xan (puşt. عظیم خان, hind. अज़ीम ख़ान) — puştun əsilli Kəşmir hakimi. Əzim xan Abdulla xan Alukzaydan (1796–1808) sonra, 1810 - 1816-cı illərdə Kəşmirin hakimi olmuşdu. Amansızlığı və qəddarlığı ilə tanınırdı. | https://az.wikipedia.org/w/index.php?curid=442447 |
Əzim Şahmalıyev | Əzim Namiq oğlu Şahmalıyev (20 dekabr 1990; Əlirzalı, Goranboy — 15 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əzim Şahmalıyev 20 dekabr 1990-cı ildə Goranboyda anadan olub. Məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əzim Şahmalıyev Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Goranboyda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=773003 |
Əzim Əzimzadə | Əzim Aslan oğlu Əzimzadə (25 aprel (7 may) 1880, Novxanı, Bakı qəzası – 15 iyun 1943, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti (1927), Əmək Qəhrəmanı (1927). Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir. Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920–1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932–1937-ci illərdə isə direktor olmuşdur. Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. 2022-ci ildə Bakıda Əzim Əzimzadəyə həsr olunan Bakı Dizayn Festivalı keçirilib. Bəzi əsərlərinin məzmunu Neft qurbanı Əsərdə Bakının XX əsrə aid neft mədənləri üçün xarakterik olan hadisələr öz əksini tapmışdı. Mövzunun ciddiliyindən asılı olaraq rəssam, əsərində müvafiq süjetlər axtarmış, eyni zamanda həmin süjetlərə uyğun ifadə vasitələri seçmişdir. Rəsm əsərindən göründüyü kimi o zaman ağır, çətin, qorxulu iş quyu qazmaq, neft çıxarmaq, bir də neft təmizləmək idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə hərlənirdi. Zəhərli qaz, yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən salırdı. Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr baş verirdi. Əsərdə Ə. Əzimzadə böyük bir ustalıqla faciə ilə bitən hadisənin mövzusunu acı satira vasitəsi ilə tamaşaçılara təqdim etmişdir. XX əsrin əvvəllərində xarici istehsalçıların yerli əhalinin ehtiyac içində yaşayan minlərlə nümayəndəsindən ucuz qüvvəsi kimi istifadə edərək, onları həris pul qazanma ehtirasına qurban verir və buna adi hal kimi baxırdılar. Rəssam "Neft qurbanı" adlanan bu kiçik qrafik lövhədə qazanc üçün hər cür işə razı olan qara fəhlənin kəşfiyyat üçün kəndirlə neft quyusuna salladılaraq, həyatı ilə vidalaşmaq bahasına bir parça çörək qazanmaq kimi acı həqiqəti məharətlə çatdırmışdır. Neft quyuları sahiblərinin insan həyatına zərrə qədər də olsa qiymət verməyərək, ölümlə nəticələnməsinə baxmayaraq hər dəfə bədbəxt fəhlələrin taleləri ilə bu dərəcədə laqeyd davranmaları qabarıq şəkildə, bütün real çılpaqlığı ilə göstərilmişdir. Rəsm əsərində ölən fəhlənin başı üstündə oturan və "saralmış" kağızlardan dua oxuyan molla təsvir olunmuşdur. Sahibinin isə artıq yeni bir işçi axtarmasında danışıqlar aparması, insanı dəhşətə gətirən bir fakt olaraq, tamaşaçısını düşündürməyə vadar edərək, əsərin dərin məzmununa dəlalət edir. Bununla yanaşı, Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. Novruz bayramı Əzim Əzimzadənin başqa bir qrafik etnoqrafik lövhəsi Azərbaycan xalqının bütün qadağalara baxmayaraq, bu günədək böyük bir məhəbbətlə qoruyub saxladığı milli bayramı olan Novruz bayramına həsr olunmuşdu. Görkəmli rəssamın muzeyin fondunda Novruz bayramına həsr olunmuş əsərdə milli adət-ənənəlimiz uyğun, hamının bir-birini bu əziz bayramla təbrik etməsi, bütün şəhərdə — küçədə, bazarda, həyətlərdə tənətnəli bir şadyanalıq əhvalı təsvir olunmuşdur. Rəssam kiçik həcmli bir əsərində Novruz bayramına xas olan bütün nəzərə almış, xalqımız üçün bayramdan xeyli sonra da uzun müddət davam edən sevinc, şadlıq hissini və ovqatı tamaşaçıya geniş surətdə təqdim etmişdir. Əsərdə də göründüyü kimi, kimisi əl verib, qucaqlaşıb təbrikləşir, kimisi kosanın ətrafına toplaşıb, kimisi bazarlıq edir, digərləri isə bayramlıq xonçalar göndərirlər. Görkəmli fırça ustası sulu boya ilə işlədiyi əsərində gözəl, şux rənglərdən istifadə edərək, Novruz bayramının şən əhval ruhiyyəsini daha da qabarıq təsvir etmişdir. Bununla yanaşı, rəssam əsərində müxtəlif süjetləri canlandırmışdır. Göründüyü kimi, Bakı məhəllələrinin birini əsərində canlandıran rəssam uşaqları həyətləri gəzməklə kosa-kosa adlanan bir oyun oynadığını göstərir. Əsərdə, Novruzda damları gəzib nünnünü (qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. N. Ə.) getmək adəti də öz əksini tapır. Bakı evləri əksəriyyətlə alçaq, bir mərtəbəli evlər olduğundan küçədən onların damına çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam varsa) və ya sadəcə, evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Bayram milli bayram olduğundan kasıb dövlətli təbəqəsi olsa da hamı bir-birini bayram münasibətilə təbrik edib, salamlaşırlar. Əsərdə də gördüyümüz kimi eyvanlar xalçalar ilə bəzədilərək bayram ab-havası təsvir olunur. Rəssam əsərində XX əsrin əvvəlinə aid xalça – palazla döşənmiş çadırda kişi toy məclisi təsvir etmişdir. Müəyyən bir kütlənin toylarında əyləncə sayılan səhnəni öz qarfikasında canlandıran Əzim Əzimzadə bu mövzunu kəskin satira atəşinə tutmuşdur. Toyda məzhəkə xatirinə kişi məclisinə qadın paltarı geyinmiş kişi dəvət edib, ona çürük meyvə ataraq, fit, çırtma çalaraq, əl vurub, təhrik edər və bu yolla əylənərmişlər. Ortada dövrə vuran mütrüf işə şəbeh çıxararaq toyxanadakı qonaqları güldürməklə məşğul olardı. Bir ziyalı kimi bu adəti əsərində tənqid edən Əzimzadə Azərbaycanın əsrlərlə formalaşmış zəngin adət və ənənələrinin bu cür təhrif olunmasına öz münasibətini bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 372–374. Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh. 73. Həmçinin bax Əzim Əzimzadə (film, 1967) | https://az.wikipedia.org/w/index.php?curid=61330 |
Əzim Əzimzadə (1967) | Film Azərbaycanın görkəmli xalq rəssamı, karikaturaçı Əzim Əzimzadənin həyat və yaradıcılığına həsr olunmuşdur. Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ramiz Əsgərov Rejissor: Zeynəb Kazımova Operator: Əlibala Ələkbərov Rəssam : Eduard Abdullayev Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: N.Xarbikov, Aleksandr Milov Rejissor assistenti: Əlisəttar Məlikov Operator assistenti: O.Nikolenko Montaj edən: A.Filimonova Məsləhətçi: M.Nəcəfov (sənətşünaslıq elmləri namizədi) Filmin direktoru: A.Şuşkin Mətni Oxuyan: Həsənağa Turabov Filmdə iştirak edənlər Ağasadıq Gəraybəyli (şəkil) (titrlərdə yoxdur) Ağahüseyn Cavadov (şəkil) (titrlərdə yoxdur) İsmayıl Osmanlı (şəkil) (titrlərdə yoxdur) Arxiv kadrlarda iştirak edənlər Əzim Əzimzadə (şəkil) (titrlərdə yoxdur) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=190524 |
Əzim Əzimzadə (film, 1967) | Film Azərbaycanın görkəmli xalq rəssamı, karikaturaçı Əzim Əzimzadənin həyat və yaradıcılığına həsr olunmuşdur. Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ramiz Əsgərov Rejissor: Zeynəb Kazımova Operator: Əlibala Ələkbərov Rəssam : Eduard Abdullayev Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: N.Xarbikov, Aleksandr Milov Rejissor assistenti: Əlisəttar Məlikov Operator assistenti: O.Nikolenko Montaj edən: A.Filimonova Məsləhətçi: M.Nəcəfov (sənətşünaslıq elmləri namizədi) Filmin direktoru: A.Şuşkin Mətni Oxuyan: Həsənağa Turabov Filmdə iştirak edənlər Ağasadıq Gəraybəyli (şəkil) (titrlərdə yoxdur) Ağahüseyn Cavadov (şəkil) (titrlərdə yoxdur) İsmayıl Osmanlı (şəkil) (titrlərdə yoxdur) Arxiv kadrlarda iştirak edənlər Əzim Əzimzadə (şəkil) (titrlərdə yoxdur) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=21247 |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 Həmçinin bax Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Xarici keçidlər "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. | https://az.wikipedia.org/w/index.php?curid=378242 |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 Həmçinin bax Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Xarici keçidlər "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. | https://az.wikipedia.org/w/index.php?curid=617872 |
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 Həmçinin bax Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Xarici keçidlər "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. | https://az.wikipedia.org/w/index.php?curid=617869 |
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 Həmçinin bax Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Xarici keçidlər "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. | https://az.wikipedia.org/w/index.php?curid=586222 |
Əzim Əzimzadənin ev-muzeyi | Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir. Muzeyin eksponatları Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir: 1. Karikaturalar 2. Portretlər 3. Ornamentlər Rəssamın digər muzeylərdəki eksponatları Ə.Əzimzadənin R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır. Muzeyi rəssamın çəkdiyi "Füzulinin portreti", "Cəlaləddin Ruminin portreti", "Qaçqınlar günü", "Tut ağacı", "Nəsiminin edamı", "Votan", "Qurban bayramı" və. s. rəsmləri bəzəyir. Həmçinin bax Əzim Əzimzadə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi Əzim Əzimzadə (film, 1967) Xarici keçidlər "Əzim Əzimzadənin naməlum portreti". medeniyyet.az. İstifadə tarixi: 05.02.2021. "baku-art.com". az.baku-art.com. İstifadə tarixi: 05.04.2021. | https://az.wikipedia.org/w/index.php?curid=286424 |
Əzimabad (Ərdəbil) | Əzimabad (fars. عظيم اباد) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=754161 |
Əzimbala Əzimov | Əzimbala Xanbaba oğlu Əzimov (7 sentyabr 1948, Əmircan) — Azərbaycan pilotu, mühəndis-təyyarəçi, eskadriliya komandiri, "Şöhrət" ordenli (2006). | https://az.wikipedia.org/w/index.php?curid=632122 |
Əzimcan Əskərov | Şəxsi həyatı Əskərov 1951-ci il 17 may tarixində Qırğızıstanın Bazar-Korqon kəndində dünyaya gəldi. O, Daşkənddəki incəsənət kollecinə daxil oldu. Əskərov məzun olduqdan sonra 15 il rəssam və dekorator kimi işlədi. 1990-cı illərin əvvəllərində o, yerli qəzetlərin birində insan hüquqları məsələsi barədə yazmağa başladı. O, Xədicə Əskərova ilə evləndi və onların 3 oğlu oldu. İnsan hüquqları işi Əskərov 1990-cı illərin ortaların bəri insan hüquqları aktivisti kimi işləməyə başladı. O, 2002-ci ildə qırğız məhkumların vəziyyətinə nəzarət etmək üçün "Vozdux" qrupunun əsasını qoydu. Əsasən Bazar-Korqon ərazisində işləyən Əskərov həbs olunduğu vaxta qədər bu qrupa yönələ və bir neçə polis zorakılığı və işgəncəsi ilə bağlı olan məsələni qaldırmağa müvəffəq ola bildi. Bir neçə polis rəsmisi Əskərovun istintaqları nəticəsində vəzifəsindən azad edildi. Əskərov 2006-cı ildə bir prokuror müstəntiqi Əsgərovun işgəncə iddialarını açıqladığı bir məqaləsindən sonra məhkəməyə verdiyini söylədi; altı ay davam edən məhkəmə prosesi Əsgərovun lehinə hökm ilə sona çatdı. Nəticədə Əskərov "Hüquq-mühafizə orqanları içərisində məni vurmaq üçün fürsət axtaran düşmənlər var", deyə iddia etdi." Həbsi və məhkəməsi 2010-cu ilin iyulunda Qırğızıstanda etnik zorakılıq baş qaldırdı: 400- qədər insan, həm qırğız, həm də özbək öldürüldü və yüzlərlə özbək evlərindən didərgin salındı. Zorakılıqlardan sonra Özbək icmasının onlarla üzvü və dini rəhbərlər Qırğızıstan hökuməti tərəfindən həbs edildi və etnik zorakılığa təhrik etmə ilə günahlandırıldı, Onların arasında iğtişaşlar zamanı qətlləri və alov hücumlarını videoya çəkən Əzimcan Əskərov da var idi. Əskərov daha sonra bu videoları beynəlxalq mediaya ötürdü və Qırğızıstan ordusunu qətllərdə rol oynadığına görə günahlandırdı.O, 2010-cu ilin 15 iyununda Bazar-Korqonda saxlanıldı. Qırğızsıtanın insan hüquqları ombudsanı Tursunbek Akun qısa müddət sonra həbsə etiraz etdi.Əskərov digər insan hüquqları aktivistləri ilə birlikdə Cəlalabad vilayətinin Nooken rayonundakı məhkəmədən öncə məhkəməyə çıxarıldı. "Human Rights Watch" müşahidəçisi həm müttəhimlərin, həm də şahidlərin bədənində əzik izlərinin olduğunu və işgəncəyə məruz qaldıqlarını bildirdi. Müşahidəçi məhkəmədə iştirak edənlərin Əskərov, digər müttəhim və onların vəkillərini təhdid etdiyini və onlara hücum etdiyini və hüquq-mühafizə orqanlarının hadisəyə müdaxilə etmədiyini qeyd etdi. Əskərovun vəkili Nurbek Toktaqunov polis zabitinin qohumlarının ona yaxınlaşdığını və Əskərovu müdafiə etməyə davam edəcəyi təqdirdə zorakılığa məruz qalması ilə bağlı təhdid edildiyini dedi. Bu məsələdən sonra Amnesty International Toktaqunov və Əskərovun təhlükəsizliyi üçün müraciət etdi.Əskərov özü də polis nəzarətindəykən döyüldüyünü və ona işgəncə verildiyini bildirdi və onun vəkili Əskərovun belində daha çox yara izinin olduğunu dedi. Ancaq 2010-cu il noyabrın 4-də baş prokurorluq hər hansısa bir döyülməni inkar etmək üçün mətbuat konfransı keçirdi. Məhbusluq dövrü və səhhəti 10 noyabr 2010-cu ildə Əskərovun cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqləndi. İki gün sonra "Amnesty International" Əskərovun səhhətinin pisləşdiyini bildirdi; o, qısa zamanda həbsxanadakı xəstəxanada Bişkekdəki xəstəxanaya köçürüldü. Onun ailə üzvləri Əskərova həbsxanadakı səlahiyyətlilər tərəfindən yetərli diqqət göstərilmədiyini bildirərək, öz narahatlıqların ifadə etdilər.8 fevral 2011-ci ildə Qırğızıstan Ali Məhkəməsi Əskərovun işində yeni sübuta qulaq asmağa razı olsa da, onun məhkəməsi təxirə salındı. 11 aprel 2011-ci ildə onun məhkəməsi ikinci dəfə təxirə salındı. 20 dekabr 2011-ci ildə Qırğızıstan Ali Məhkəməsi Əskərovun cəzasını təsdiqlədi.Əskərovun vəkili BMT İnsan Hüquqları Şurasında Ali Məhkəmənin qərarına etiraz edəcəyini dedi, ancaq Əskərov özü buna qarşı idi: o, qərar gününə qədər sağ qala bilməyəcəyindən qorxurdu. Əskərov öz işinə Qırğızıstan qanunvericiliyində baxılmasını tələb edirdi.24 yanvar 2017-ci ildə Qırğızıstan məhkəməsi Əskərovun günahkar olduğunu təsbit etdi və ona ömürlük həbs cəzası verdi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi. Ancaq 2019-cu il 30 iyul tarixində Çui regional məhkəməsi Əskərovun ömürlük həbsini dəyişdirmədi. Beynəlxalq diqqət Amnesty International, "Human Rights Watch", Jurnalistləri Qoruma Komitəsi, Ön Cəbhə, İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq ("IPHR"), və İnsan Hüquqları üçün Beynəlxalq Federasiya Əskərova qarşı olan ittihamları qınadı. Jurnalistləri Qoruma Komitəsi onun və digər saxlanılan Uluqbek Abdulsalomovun sərbəst buraxılmasını və onları həbs edən polis nəfərlərinin "vəzifədən sui-istifadəyə" görə ittiham edilməsini tələb etdi. Amerikalı aktyor Martin Şin də Əskərova öz dəstəyini bildirdi. Bişkekdəki ABŞ səfirliyi də Qırğızıstan hökumətinə Əskərovun kassasiya şikayətində "ədalətli məhkəmənin" keçirilməsi üçün təzyiq etdi. Sərhədsiz Müxbirlər onun dərhal sərbəst buraxılmasını tələb etdi.8 mart 2011-ci ildə "People In Need" Əskərova "insan hüquqları, demokratiya və siyasi konfliktlərin qeyri-zorakı həll yollarının önə çıxarılması uğrunda mübarizəyə görə" Homo Homini mükafatını verdi. Həbsdən yazdığı qəbul nitqində Əskərov belə cavab verdi: "Mən uşaq kimi ağladım. Ürəyimdəki sevinci ifadə edəcək söz yoxdu. Çox əzab, işgəncə və təhqirdən sonra bir daha ədalət və insan hüquqları üçün mübarizə aparmağın yüksək sosial dəyərini anladım!"2011-ci ilin mayında həyat yoldaşı və müxtəlif qırğız insan hüquqları təşkilatları tərəfindən Bişkekdə Əskərovun rəsm əsərlərinin sərgisi təşkil olundu. Rəsm əsərlərində "Fərqanə vadisindəki sakinlərə və onların gündəlik həyatlarına" fokuslanılmışdı.2012-ci ildə Əskərov Jurnalistləri Qoruma Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatıına layiq görüldü. Mükafat hücumlara, təhdidlərə və ya həbslərə rəğmən mətbuat azadlığını müdafiə etmə cəsarəti göstərən jurnalistlərə təqdim olunur. Əskərov pnevmaniya diaqnozu ilə xəstəxanaya yatırıldıqdan bir gün sonra, 25 iyul 2020-ci ildə vəfat etdi. O, 69 yaşında idi və ürəyindəki problemlərdən və onun ölümünə səbəb olan digər xroniki xəstəliklərdən əziyyət çəkirdi. O, 31 iyulda Özbəkistanın Daşkənd vilayətində dəfn edildi. Əskərov hələmə ölümündən öncə Özbəkistanda dəfn edilmək istədiyini demişdi. Bundan əlavə, qohumları onun Qırğızıstandakı qəbrinin qırğız milliyətçilər tərəfindən vandalizmə məruz qalacağından qorxurdular. Xarici keçidlər Azimjan Askarov, a short documentary by Freedom House (With English, Kyrgyz, and Russian subtitles) | https://az.wikipedia.org/w/index.php?curid=699672 |
Əzimkəndi | Əzimkəndi (fars. عظيم كندي) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 440 nəfər yaşayır (109 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=475670 |
Əzimov | Əzimov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Cəbrayıl Əzimov — Azərbaycan kino və geyim rəssamı. Nadir Əzimov — Azərbaycan bəstəkar, kino bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rafiq Əzimov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq Artisti. Hacıbaba Əzimov — Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri. Əfrasiyab Əzimov — xalq qəhrəmanı Novruz Əzimov — Azərbaycanlı futbol mütəxəssisi. Böyükağa Əzimov — kibernetika və hesablama texnikası sahəsində sovet alimi. Ayzek Əzimov — Amerika yazıçısı. Aleksandr Əzimov — Sovet futbolçusu. Ənvər Əzimov — Rusiya diplomatı Roza Əzimov — Sovet İttifaqı Qəhrəmanı. Sərvər Əzimov — Sovet və Özbəkistan yazıçısı, diplomat. Yəhya Əzimov — Tacikistanın dövlət xadimi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=378301 |
Əzimxanlı (Sulduz) | Əzimxanlı (fars. عظيم خانلو) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (34 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474984 |
Əzimə Ağalarova | Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. Yaradıcılığı Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır. Yıpranmış hayellerin peşinde romanı (2016-cı ildə İstanbulda anadolu türkcəsi ilə, Mərmərə Universitetində əsərin təqdimatı keçirildi); Bakıdan Qahirəyə və Stokholma uzanan yol romanı (2015-ci ildə ingilis dilində "A long trip from Baku to Cairo and Stokholm" adı ilə İsveçdə yayımlanmış, Avropanın 5 ölkəsində online satışa verilmiş, 2016-cı ildə isə Azərbaycanda da azerbaycan dilində nəşr olunmuşdur. Hal-hazırda isveç dilinə təcümə olunur); Gecələrdə gizli qaldim (Azərbaycanda); Təyyarə qanadinda uçan ruh. (Azərbaycanda) Ağlayan Duvar romanı (Qısa zamanda Türkiyədə anadolu türkcəsi ilə yayımlanacaq) Həmçinin bax Sevinc Nuruqızı Güllü Yoloğlu Xarici keçidlər Azərbaycanlı yazıçının Türkiyədə yeni kitabı nəşr olunub Azərbaycanlı yazıçının müsahibəsi Azərbaycanlı Yazıçının Türkiyədə Kitabı Çıxdı – Foto | https://az.wikipedia.org/w/index.php?curid=562566 |
Əziyev məscidi | Əziyev (Əzi, Əziyevskaya, Qazi, Qaziyev) məscidi - 1736-cı ilə qədər Tarixi Başqırdıstan ərazisindəki əsas məscid sayılırdı. Başqırdların daxili özünüidarəetməsində ən yüksək güc olan məsciddə ümumbaşqır xalq məclisləri (yiyinlər) keçirilirdi. Bersuvan çayı yaxınlığında (Bersianka), Kurqaul dağının (Çesnokovskaya dağı) yaxınlığında - indi Ufa şəhərinin ərazisində (Kirov rayonu) yerləşirdi. Bu ərazi Ufa qalası ilə Başqırdıstının tarixi torpaqları arasındakı sərhəddə idi. Bersuvanda Ufa məmurları Rusiya, Orta Asiya və Qazaxıstandan gələn xarici diplomatları və ticarətçiləri təntənəli şəkildə qarşılayırdılar. Başqırdların daxili özünüidarəetməsində ən yüksək güc olan məsciddə ümumbaşqır xalq məclisləri (yiyinlər) keçirilirdi. Bu yığıncaqlarda gələcəkdə bölgənin gələcəyini təyin edən ən vacib qərarlar qəbul edilirdi. Yığıncaqlarda Başqırd soylarının nümayəndələri bütün digər soyların ümumi hərəkətlərini koordinasiya edir, çar hökumətinin bəzi tədbirləri ilə bağlı ortaq qərarlar, müharibənin və ya qiyamın başlaması və ya bitməsi barədə qərarlar qəbul edilir və hərbi hissələrin qoşunlarının rəhbərləri seçilirdi. Bundan əlavə, bu yiyinlərə xanlar dəvət edilir və kənarlaşdırılırdı, burada yalnız hər hansı bir üsyan və ya hərbi liderlərin müharibəsi zamanı lazımlı sayılırdılar. Qurultayda alınan qərarlar bütün başqırdlar üçün məcburi idi, təsdiqi, Quran üzərində and içmə şəklində müsəlman dini liderlərin iştirakı ilə qəbul edilirdi. 11 fevral 1736-cı il fərmanlarının qəbulundan sonra, hakimiyyət nümayəndələrinin məcburi iştirakı ilə Lamyan çayı (indiki Başqırdıstan Respublikasının Qafuri rayonu) yaxınlığında ildə bir dəfə yiyin qurultayının keçirilməsinə icazə verildi, təşkilatçılar qurultayın çağırılması üçün məsələlərin siyahısı barədə razılığa gəlməli və iclasın keçirilməsi üçün Ufa qubernatorundan icazə almalı idilər. Daha sonra yiyin yığıncaqlarının keirilməsi qadağan edildi. Məscidin dağıdılması 4 oktyabr 1704-cü ildə ümumbaşqır iclasında qəbilə başçıları Jixarev və Doxov başqırdlara bölgədə 1704-1711 qiyamının başlanmasına səbəb olan 72 yeni vergi və verginin tətbiq olunduğunu elan etdilər. Əhməd Zəki Vəlidi Toğanın məlumatına görə başqırdlar bir qurultay üçün Bersuvanidə toplandılar, Aldar Tarxan da 5007 qırğız ilə 1707-ci ildə qırğızların yanına qaçan Seyid Batır oğlu 750 başqırdla birlikdə qurultaya gəldi. Qurultayda Ufaya hücum qərarı verildi.1734-cü ilin dekabrında Orenburq ekspedisiyasının fəaliyyəti ilə əlaqədar olaraq Əziyev məscidinin binasında Başqırd konqresi çağırıldı, onun çağırılmasının təşəbbüskarlarından biri abız Kilmyak Nuruşev idi. Qurultayda, A.İ.Dobrosmıslova görə başqırdlar üsyanın qaldırılmasına qərar verildi “Ori şəhərinin girəcəyində bir şəhər və bir qala inşa etdirməklə Başqırdıstanın tədricən şərq tərəfindən mühasirəyə alınacağı qənaətinə gəlindi və beləliklə,Başqırdıstan əbədi olaraq Rusiyanın bir hissəsi olacaqdı, ancaq bundan əlavə, dörddə bir əsr əvvəl onlardan aldıqları torpaqlardan (indiki Turqay bölgəsinin şimal hissələrindən) qırğızlara qayıtmaq üçün bir yol qalmayacaqdı".Tarixçi N. A. Firsov "1762-ci ilə qədər yeni Rusiyada keçmiş Kazan xanlığının xarici əhalisi və zakamsk torpaqlarının müstəmləkəçiliyi" adlı əsərində bu hadisələr haqqında belə yazırdı: “..Tokçura, Sankt-Peterburqda yaşayan rusların bütün Başqırd torpaqlarına sahib çıxmaq istədiklərini və bunun üçün Ori çayı üzərində bir şəhər qurmaq istədiklərini öyrəndi. Kilmyak abız dərhal bu məlumatdan sonra hərəkətə keçdi. Başqırd ustaları Bepenya Syuyanqulov, Seyitbay Eratkulov, Rısanbay Himbətov, Kusanbay batır və Kazan bölgəsindən qaçan Amin Kilmyakın ilk və əsas silahdaşlarından idilər. Noqay yolundakı Əziyev məscidi ruslara qarşı qiyamın ilkin planının hazırlandığı yer idi. Nəhayət, rusların orada əhər qurmalarının qarşısını almaq üçün, 1735-ci ildə bu üsyanı Ori çayı istiqamətindəki hərəkət etmək lazım idi".Tarixçi S. M. Solovyov "Qədim dövrlərdən bəri Rusiya tarixi" adlı əsərində Aziev məscidini Başqırdıstanda ilk adlandırır, həm də Orenburq ekspedisiyasının rəhbəri İ.K. Kirilov çar hökumətinə bu məsciddə müsəlman din xadimlərinin "qanunlarını təsdiqlədiklərini və yaydıqlarını və yalnız çuvaşlar və mordovalıları deyil, həm də rus qaçqınlarını sünnət etdiklərini" yazırdı. 16 dekabr 1735-ci il tarixli bir sənəddə, "İ. K. Kirilov və A. İ. Rumyantsev tərəfindən Nazirlər Kabinetində, Başqırd üsyanı bitdikdən sonra Ufa bölgəsi əhalisinin idarə edilməsinə dair təqdimat" olaraq adlandırılan Əziyev məscidindən bəhs olunur. Bu sənəd Əziyev məscidinin eyni zamanda Başqırdıstanın çuvaş, mordoviya, rus və digər əhalisi arasında islamın yayılması üçün bir yer olduğunu düşünməyə əsas verir. 1735-ci ilin sonu və ya 1736-cı ilin əvvəllərində baş verən, Başqırd qiyamlarının yatırılması zamanı Əziyev məscidi Voloqda Draqon alayının iştirakı ilə İ.K.Kirilovun dəstələri tərəfindən dağıdıldı. Tarixçi V.N.Vitevski, Əziyev məscidinin "bütün iğtişaşlarda başqırdlar üçün müzakirə yeri rolunu oynadığını" və 1736-cı ilin yazında məscidin qiyamın yatırılması zamanı İ.K.Kirilovun cəza dəstələri tərəfindən dağıdıldığını yazır.Qiyam yatırıldıqdan sonra Ufa Uspenski monastrı rahibləri məscidin yerində fəaliyyətə başladılar. Həmçinin bax Başqırdıstan | https://az.wikipedia.org/w/index.php?curid=711185 |
Əziz | Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı.Əziz ƏliyevƏziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Əziz Əliyev (kinoprodüser) — kinoprodüser, İTV-də musiqi, əyləncə, ədəbi verilişlər departamnetinin direktor müavini.OxşarƏl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=601809 |
Əziz Alpoud | Əziz Alpoud, Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov — 1918–1920-ci illərdə Əziz Alpoud Azərbaycanın dəmir yolları üzrə baş hakimi olub. Əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa "Həyatımın hekayətləri"ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də… Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır. O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Murad bəy Tlexas və başqaları. Həyatımın hekayətləri Xarici keçidlər Arxivləşdirilib 2011-03-06 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=199932 |
Əziz Behiç | Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir. | https://az.wikipedia.org/w/index.php?curid=737673 |
Əziz Boran | Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. Təhsili və elmi adları 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir Əmək fəaliyyəti 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. Tədqiqat sahəsi Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi və digər məsələlər mühüm yer tutur. Beynəxalq seminar, simpozium və konfranslarda iştirakı 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən "Türkiyənin erməni məsələsi" adlı Beynəlxalq elmi konfransda iştirak edərək orada "Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri" mövzusunda məruzə etmişdir.Məruzə konfransın materiallarında dərc olunmuşdur. 2003-cü ilin mart-may aylarında Bakıda "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri" mövzusunda keçirilən Beynəlxalq elmi sessiyada çıxış etmişdir. Məruzə konfransın materiallarında dərc olunmuşdur. Seçilmiş əsərləri Müharibəyə qarşı sülh uğrunda. Bakı, 1987 Azərbaycan Evliyə Çələninin 1954-cü il "Səyahətnaməsi"ndə. Bakı, 2000(Z.Bayramlı ilə birlikdə) Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı,2008-12-24 Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənnindən magistr pilləsi üçün proqram. Bakı, 2007; yeniləşdirilmiş nəşr, 2008. Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi.// AXC-nin aktual problemləri, beynəlxalq elmi sessiyanın materialları. Bakı,mart-may 2003. Ali məktəblərdə milli-azadlıq hərəkatı mövzunun tədrisi təcrübəsindən. BDU-nun Xəbərləri.Humanitarelmlər seriyası.№ 2, 2007. Milli-azadlıq hərəkatı tarixinin dövrləri haqqında qeydlər.// Tarix və onun probblemləri.Bakı, № 4, 2007 Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub. | https://az.wikipedia.org/w/index.php?curid=357556 |
Əziz Con (film, 2010) | Sevgili John (ing. Dear John) — 2006-cı ildə Nikolas Sparksın eyni adlı romanı əsasında rejissor Lasse Hallström tərəfindən çəkilmiş 2010-cu ldə Amerika romantik döyüş dram filmidir. Əsgərin (Channing Tatum) gənc bir qadına (Amanda Seyfried) aşiq olmasından sonrakı həyatından bəhs edilir. O, müharibəyə göndərildikdən sonra bir-birləri ilə məktub mübadiləsi aparmaq qərarına gəlirlər. ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin gənc əsgəri Con Tayri yaralanır və yerdə uzanaraq sikkəxanada gəzinti zamanı uşaqlığını xatırlayır. O, özünü iki deşik almış və artıq mükəmməl olmayan bir sikkə ilə müqayisə edir. “Ancaq şüurun qaralmasından bir qədər əvvəl ağlıma gələn son şey “sən” idi.” 2001-ci ildə tətildə olarkən, Con sahildə gözəl bir qızla tanış olur, o, əl çantasını suya atır və Con dörd metrlik estakadadan tullanaraq onu çıxarır. O, məzuniyyətdə olan kollec tələbəsi Savannah Lin Curtis ilə belə tanış olur. Bir neçə gün ərzində onlar bir-birlərinə aşiq olurlar . "Tezliklə görüşərik ..." - ayrılarkən bir-birlərinə dedikləri ifadə. Con Savannanın dostu Tim Viddon və Savanna ilə çox mehriban olan autizmli oğlu Alanla tanış olur. Savanna Cohn'un atası ilə tanış olur, yalnız onun sikkə kolleksiyası ilə maraqlanır, Conu böyüdür, baxmayaraq ki, o, oğluna görə yaxşı ata deyildi. Alan ilə daim təmasda olan Savanna Conun atasının da autizm xəstəsi olduğunu fərz edir. Bu, Conu əsəbiləşdirdi və o, Savannahın qonşusu Rendi ilə sahildə döyüşə başladı və bu, təsadüfən Timi əldə etdi. Ertəsi gün Con ondan üzr istəyir və Conun məzuniyyəti sona çatdığı üçün Savannaya bir qeyd verməsini xahiş edir. Son günü, tanışlıqlarının 2 həftəsini tamamlayaraq, bir yerdə keçirirlər və davamlı olaraq bir-birlərinə məktublar yazmağa razılaşırlar. Con daha bir il xidmət etməli olduğu orduya qayıtdı. Onlar müntəzəm olaraq bir-birlərinə məktub yazır, onları nömrələyirlər çünki poçt gec gəlir və məktublar sıradan çıxa bilər. "Sevgili Cohn" Savannah həmişə məktublarına belə başlayır. Lakin 2001-ci il sentyabrın 11-də baş verən terrordan sonra Conun bütün heyəti könüllü olaraq başqa bir vəzifəyə getdi və Conun onlardan nümunə götürməkdən başqa çarəsi qalmadı. O, bir neçə gün istirahət edir və evinə Savannaya uçur. Conun daha 2 il xidmət etmək üçün imza atdığını biləndə Savanna sarsılır. Amma yenə də bir-birlərinə “Tezliklə görüşənədək” deyərək ayrılırlar. Növbəti iki il ərzində Con təhlükəli missiyalarda iştirak edir və yalnız Savannanın məktubları ilə yaşayır. Lakin birdən, uzun fasilədən sonra Con ondan bir məktub alır ki, o, tək yaşaya bilməyəcəyini və evləndiyini bildirir. Con çox depressiyadadır, Savannanın Rendinin keçmiş sevgilisi ilə əlaqə saxladığından şübhələnir və onun bütün məktublarını yandırır. Yaralandıqdan sonra ona evə qayıtmaq və atası ilə vaxt keçirmək təklif olundu, lakin Con yenidən əsgər getməyi üstün tutur. Mümkün qədər uzun müddət orada qalaraq orduda karyera qurmaq qərarına gəlir. Növbəti 4 il ərzində Con İraq və Əfqanıstanda bir çox missiyalarda iştirak edir. Və bir gün ona xəbər verirlər ki, evə gedir, çünki atası insult keçirib və xəstəxanada pis vəziyyətdədir. Con atasının həyatının son günlərini onun yanında keçirir, ona məktub yazır. Con bu məktubu ona oxuyur və öyrənirik ki, zədə zamanı Savanna haqqında deyil, atası haqqında düşünürdü. Con Savannaya səyahət edir və o, Rendinin zəngin qonşusu ilə deyil, Timlə evləndiyini öyrənir. Savanna Tim-in xərçəng olduğunu, bahalı dərmanları ala bilməyəcəyini və artıq evi satdıqlarını açıqlayır. Con xəstəxanada Timi ziyarət edir, ondan üzr istəyir və etiraf edir ki, o, həmişə Savannanı sevib və indi oğlu Alana hər zaman baxılacağına əmindir. O, həmçinin Savannanın Conu hələ də sevdiyini və heç vaxt Cona baxdığı kimi ona baxmadığını deyir. Savannanın evində nahar etdikdən sonra Con ona "Tezliklə görüşənədək" cavabını vermədən onunla vidalaşır. Sonra o, Conun uşaqlıqda tapdığı və bütün kolleksiyanın başladığı ilk qatır istisna olmaqla, atasının pul kolleksiyasını satır. O, anonim olaraq Tim-in əməliyyatı üçün pul bağışlayır. Və qatır orduda əməliyyatlarda qərar vermək üçün istifadə olunur - hara getmək lazımdır: sağa və ya sola. Bir gün o, Savannadan məktub alır və orada Tim-in anonim pul aldığını və onların kimdən olduğunu bildiyini bildirir. Bu pul sayəsində Tim oğlu ilə vidalaşmaq üçün daha bir neçə ay əldə etdi. Savanna yazır ki, o, Con haqqında daim maraqlanır, onun harada olduğunu, yanında nə olduğunu, lakin bunu bilmək hüququnu itirdiyini etiraf edir. Con vətəninə qayıdır, kafedə şüşənin arasından Savannanı görür, çıxıb onu qucaqlayır. | https://az.wikipedia.org/w/index.php?curid=774392 |
Əziz Cəfərov | Cəfərov Əziz Novruz oğlu (2 fevral 1971, Əlibəyli, Tovuz rayonu – 31 mart 1994, Əsrik Cırdaxan, Tovuz rayonu) — 2 fevral 1971-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş və orta məktəbi həmin kənddə tamamlamışdır. Daha sonra isə, o, Sovet İqttifaqı N saylı hərbi hissəsində 2 il hərbi xidmət keçmiş. Hərbi xidmət dövrünü bitirdikdən sonra Əziz 1991-ci ildə 8 Nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində işə başlayıb. Həmin dövrə təsadüf edən erməni hücumları zamanı o, öz rayonunun müdafiəsi üçün geri qayıdaraq könüllü şəkildə döyüşlərə qoşulur. 1993-cü il 16 apreldə Ağstafa uğrunda gedən döyüşlərdə iştirak etmiş və rəqibin geri oturdulmasında xüsusi cəsurluq nümayiş etdirmişdir. 1994-cü ildə Tovuz rayonunun Əsrik kəndində yerləşən "Sulu Təpə" adlı strateji mövqeyin erməni silahlılarından geri alınması əməliyyatında iştirak etmiş, bu əmliyyatı uğurla tamamladıqdan sonra 31 mart 1994-cü ildə Əziz həmin mövqedə qəhrəmancasına həlak olmuşdur. Həmin strateji mövqe isə elə o gündən Azərbaycan əsgərinin nəzarətindədir. | https://az.wikipedia.org/w/index.php?curid=791816 |
Əziz Cəfərov (şəhid) | Cəfərov Əziz Novruz oğlu (2 fevral 1971, Əlibəyli, Tovuz rayonu – 31 mart 1994, Əsrik Cırdaxan, Tovuz rayonu) — 2 fevral 1971-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş və orta məktəbi həmin kənddə tamamlamışdır. Daha sonra isə, o, Sovet İqttifaqı N saylı hərbi hissəsində 2 il hərbi xidmət keçmiş. Hərbi xidmət dövrünü bitirdikdən sonra Əziz 1991-ci ildə 8 Nömrəli İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində işə başlayıb. Həmin dövrə təsadüf edən erməni hücumları zamanı o, öz rayonunun müdafiəsi üçün geri qayıdaraq könüllü şəkildə döyüşlərə qoşulur. 1993-cü il 16 apreldə Ağstafa uğrunda gedən döyüşlərdə iştirak etmiş və rəqibin geri oturdulmasında xüsusi cəsurluq nümayiş etdirmişdir. 1994-cü ildə Tovuz rayonunun Əsrik kəndində yerləşən "Sulu Təpə" adlı strateji mövqeyin erməni silahlılarından geri alınması əməliyyatında iştirak etmiş, bu əmliyyatı uğurla tamamladıqdan sonra 31 mart 1994-cü ildə Əziz həmin mövqedə qəhrəmancasına həlak olmuşdur. Həmin strateji mövqe isə elə o gündən Azərbaycan əsgərinin nəzarətindədir. | https://az.wikipedia.org/w/index.php?curid=828537 |
Əziz Cəmaləddin Yusif | Əziz Cəmaləddin Yusif (ərəb. العزيز جمال الدين أبو المحاسن يوسف بن برسباي) — Sultan Barsbayın oğlu, 7 iyun — 9 sentyabr 1438-ci il tarixlərində Misirdə Məmlük sultanı. | https://az.wikipedia.org/w/index.php?curid=633728 |
Əziz Dövlətabadi | Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı. Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib. Elmi fəaliyyəti XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir. Həmçinin bax Təbriz Milli Kitabxanası | https://az.wikipedia.org/w/index.php?curid=304290 |
Əziz Kərimov | Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb. Həyat və İş təcrübəsi 1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb. 2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur. 2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır. 2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir. " 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib. 2020-ci ildə "İkinci Qarabağ Müharibəsi"ndə çəkdiyi foto fAssociated Press Agentliyinin hazırladığı "2020-ci ilin Ən Maraqlı Fotoları" hesabatında yer alır." 2021-ci ilin noyabrın 8-də həmkarları ilə birlikdə İkinci Qarabağ Müharibəsindən bəhs edən ilk foto jurnal - JPEG (foto jurnal) nəşr edirlər 2022-ci ildə Rusiya–Ukrayna müharibəsini işıqlandırmaq üçün Azərbaycandan Ukraynaya ezam olunan ilk foto Jurnalist olur. 2022-ci il noyabr ayında Italiyanın Venesiya şəhərində və 2023-cü il may ayında Türkiyənin İstanbul şəhərində MAGNUM PHOTOS agentliyinin təlimində iştirak edib. Mükafatları 2013 Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin Press Fotoqrafı 2015 Azərbaycanlı jurnalistlər Aİ tərəfindən maliyyələşdirilən Media layihəsinin qalibləri arasında 2020 Azərbaycan fotoqrafları qızıl medal qazandılar 2020 Əziz Kərimov Free Media Awards 2020 mükafatına layiq görülüb 2023 Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi "İlin Press Fotoqrafı" mükafatına layiq görülüb Xarici keçidlər Rəsmi internet saytıArchived 19 August 2013 at the Wayback Machine Fritt Ord, Helsingforskomiteen-də namizədliyini irəli sürdü Turan İnformasiya Agentliyinin fotomüxbiri nüfuzlu beynəlxalq mükafata layiq görülüb 2-ci Qarabağ müharibəsi haqqında müsahibə Ukraynada baş verənlər foto jurnalistin gözü ilə Əziz Kərimov - Buçada Rusiya əsgərləri öldürdükləri 70 sakini kütləvi şəkildə basdırıb ARB 24 | İşgüzar səhər Əziz Kərimov: 5 dəqiqə geciksəydik, bomba yanımızda partlayacaqdı – İşgüzar səhər - Ukraynada yaşananlar: azərbaycanlı jurnalistlər nələrin şahidi oldular? | https://az.wikipedia.org/w/index.php?curid=738721 |
Əziz Mahmud Xudayi | Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili – 1628, Konstantinopol) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib.Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir. 1541-ci ildə Şərəfliqoçhisarda anadan olan şair mütəsəvvif, Cəlvətiyyə təriqətinin qurucusu Mahmud Xudayi uşaqlığını keçirdiyi Sivrihisarda ilk təhsilini almağa başladı. Sonra İstanbula gəlib və Kiçikayasofya mədrəsəsinə daxil oldu. Mədrəsədə təhsilini başa vurduqdan sonra müəllimi Nazirzadə Ramazan əfəndinin köməkçisi oldu. Təhsil aldığı və oxuduğu illərdə Xəlvətiyyə təriqətinə mənsub olan Kiçikayasofa məscidinin şeyxi Nurəddinzadə Müslixuddin əfəndi ilə ünsiyyət qurmağa davam etdi. Müəllimi Nazirzadə Ədirnədəki Səlimiyyə mədrəsəsinə müəllim, Misirdə və Dəməşqdə Qazı təyin olunduğu illərdə belə onu yanından ayırmadı. Mahmud Xudayi Misirdə müəllimi ilə birlikdə olduğu dövrdə, Xəlvətiyyə təriqətinin Dəmirdaşiyyə qolundan Kərimuddin əl-Xəlvətidən "üsül-i əsma" təhsili aldı. 1573-cü ildə Misirdən qayıtdıqdan sonra Bursadakı Fərhadiyə mədrəsəsinə müəllim və Cami-Ətiq məhkəməsinə naib kimi təyin edildi. Onun müəllimi Nazirzadə Bursa mövləviyətinə gətirildi. Bursaya gəlişinin üçüncü ilində müəllimi vəfat etdi. Tələbəlik və müridlik illərindən bəri təsəvvüf çevrəsi ilə sıx təmasda olan Xudayi, müəlliminin ölümünə göstərdiyi dərin təsir səbəbiylə rəsmi vəzifələrini tərk etdi və əvvəllər xütbələrində və söhbətlərində iştirak etdiyi Mühyəddin Üftadəyə müraciət etdi. Onun Seyri-sülukunu cəmi üç ildə başa vurdu. Şeyx Üftadə onu məmləkəti Sivrihisara xəlifə təyin etdi. Yalnız altı ay burada qalan Xudayi şeyxi Üftadəni ziyarət etmək üçün təkrar Bursaya geri qayıtdı, lakin bu vaxt şeyxi vəfat etdiyi üçün Rumelinə qayıtdı. Bir müddət Trakya və Balkanlarda qaldıqdan sonra İstanbula gəldi. Səkkiz il Şeyxülislam Xoca Sadəddin əfəndinin göstərişi ilə təyin olunduğu Kiçikayasofya məscidinin Təkkəsində Şeyx vəzifəsini icra etdi. Digər tərəfdən, Fateh Məscidində təbliğçi olub, təfsir və hədis oxuyurdu. Daha sonra 1589-cu ildə Üsküdarda Xudayi Dərgahın yerləşdiyi yeri satın aldı. Dərgahın tikintisində daha yaxından iştirak etmək üçün iqamətgahını Rum Mehmet Paşa Məscidinin ətrafına köçürdü. 1595-ci ildə dərgachın inşası başa çatdı. 1599-cu ildə Fatih Məscidində vaizlikdən çıxıb, Üsküdar Mehrimah Sultan məscidində cümə axşamları vəz verməyə başladı. Əziz Mahmud Xudayi Sultan Əhməd məscidinin açılışında (1616) ilk xütbəsini oxudu və hər ayın ilk bazar ertəsi burada vəz razı oldu. Əziz Mahmud Xudayi 1628-ci ilin oktyabrında vəfat etdi. | https://az.wikipedia.org/w/index.php?curid=793266 |
Əziz Mirəhmədov | Əziz Mirəhmədov (tam adı: Mirəhmədov Əziz Mirfeyzulla oğlu; 11 fevral 1920–2002) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980). Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda M. A. Əliyev və M. F. Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943–1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B. Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza — 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". Onu yaxşı tanıyan müəllimləri H. Araslı və M. Arif tezliklə Əziz Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı. Yaradıcılığı Əziz Mirəhmədovun yaradıcılıq yolu ədəbi-elmi fikrimizin yarım əsrə yaxın əldə etdiyi nailiyyətləri, nəzəri axtarışların istiqamətlərini, onun uğurlarını və metodoloji qüsurlarını bütün dolğunluğu ilə özündə əks etdirir. Onun bir ədəbiyyatşünas kimi təfəkkür tipi Azərbaycan klassik filologiya məktəbinin ənənələri zəminində formalaşmış, milli-ədəbi irsi professionallıq və məsuliyyət hissi ilə öyrənməyin tarixi təcrübəsi onun alim və tədqiqatçı yaddaşına buradan süzülüb gəlmişdi.Əziz Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır.Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Əziz Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Onun əsərləri XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir. Digər tərəfdən, alimin Avropa və rus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələd olması onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M. F. Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980) , "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair" , "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943–1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958–1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951–1954), üçcildliyi (1966–1967) və altıcildliyi (1981–1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdırƏziz Mirəhmədovun M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şerimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarır. "Xudojestvennaya literatura" nəşriyyatının çap etdiyi "Ağlar güləyən" monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ və təqdir etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirdi. Xarici keçidlər Zamanın sorağında. Əziz Mirəhmədov (film) | https://az.wikipedia.org/w/index.php?curid=200927 |
Əziz Məmmədov | Əziz Məmmədov — kino və dekor rəssamı, animator. Əziz Məmmədov 1955-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1969-1973), İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1985-1990). 1976-cı ildən dekor rəssamı, daha sonra quruluşçu rəssam işləyir. Filmoqrafiya Arxada qalmış gələcək (film, 2004) Arxası qibləyə (film, 2009) Bağ mövsümü (film, 1985) Buta (film, 2011) Dərvişin qeydləri (film, 2013) Düyün (film, 2008) Etiraf (film, 1992) Əlvida, cənub şəhəri (film, 2006) Əlvida, Şmidt! (film, 2019) Fəryad (film, 1993) Girov (film, 2005) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Hökmdarın taleyi (film, 2008) Kənar adamlar (film, 1992) Köpək (film, 1994) Qala (film, 2008) Qara bağ (film, 2016) Qətl günü (film, 1990) Mən evə qayıdıram (film, 2014) Nar ağacının nağılı (film, 1989) Nizami (film, 1982) O dünyadan salam (film, 1991) Teatral həyat (film, 2009) Yalançılar (film, 2008) Yuxu (film, 2001) | https://az.wikipedia.org/w/index.php?curid=32985 |
Əziz Nesin | Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada, İstanbul ili və ya Konstantinopol – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — türk yazıçısı, publisist və dramaturq. Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944-cü ildə "vəzifəsini və rütbəsini pis yerinə yetirməsi" maddəsi ilə ordudan qovulur. Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü "Tan" qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı "Partiya qurmaq, partiya vurmaq" 1946-cı ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə "Marko Paşa" adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. "Marko Paşa"nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini davam etdirir. O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda "Oluş" nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Həyatı boyu iki yüzdən artıq təxəllüsdən istifadə etmişdi. Ə. Nesin iki dəfə evlilik həyatı yaşayıb. Ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabla anası Vedia xanımın atasına xəyanət etdiyini açıqladı. Yazıçı, çox sevdiyi Vedia xanımın bu xəyanətində xəyal qırıqlığına uğramışdı. Ə. Nesinin ikinci həyat yoldaşı Meral Çelen ədəbiyyatçı idi. Meral xanımın "Əziz Nesinli illər" kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957-ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. 1967-ci ildə boşanıblar. Neşet Güriş adlı bir şəxs 2007-ci ildə "TEMPO" adlı jurnalına verdiyi müsahibədə Ə. Nesinin İstixbarat Təşkilatına çalışmasını iddia edirdi. O, 1946-cı il Səbahəddin Əliyə qarşı keçirilən 16 dekabr əməliyyatı zamanı həbs edilir və sorğu-sual edilərkən İstanbulun polis rəisi Əhmət Dəmir tərəfindən döyülür. Bu zaman yazıçı MİT üçün çalışdığını deyir. 17 gündə sonra Ə. Nesini həbsdən buraxırlar. Səbahəddin Əli isə 1948-ci ildə həbsxanada vəhşicəsinə öldürülür. Yazıçının 1993-cü il 12 iyul qanlı Madımak hadisələrindən sağ çıxmasında MİT-çi olması rol oynayıb. Həmin tarixdə Türkiyənin Sivas şəhərində hər il keçirilən Pir Sultan Abdal şənlikləri zamanı Madımak hotelində əksəriyyəti ələvi olan 33 şair və yazıçı, iki hotel əməkdaşı qəzəblənmiş kütlə tərəfindən hotelin yandırılması nəticəsində həlak olmuşdular. Tədbirə qatılanlardan 51 nəfəri yaralı vəziyyətdə çətinliklə də olsa xilas olmuşdu. Ə. Nesin də başından yaralanmışdı. Bu hadisə Türkiyə ictimaiyyətində böyük üzüntü yaratdı. Jurnalistlərin iddialarına görə, Ə. Nesin MİT-ə Qüllə hərbi məktəbində təhsil aldığı zamanlarda cəlb edilib. 1982-ci ildə "Türkiyə xalqının 60 faizi səfehdir" cümləsi işlətməsi etirazlara səbəb olub. 56 ədəbi mükafat almışdı. Dəfələrlə Moskvaya səfər edib. 1972-ci ildə kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açmışdı. Əsərlərindən əldə etdiyi qonorarları bu fonda xərcləyirdi. İndi bu fondda Əziz Nezinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. İllər öncə oğlu Əli Nesin fondun xəttiylə İzmirin Şirincə kəndində "Riyaziyyat kəndi"yaradıb. Ehtimal var ki, Ə. Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. 1995-ci il iyulun 6 da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi. Partiya qurmaq və partiya vurmaq (1946) Geriyə qalan (1953) İt quyruğu (1955) Ehtiyat parça (1955) Fil Hamdi (1956) Damda dəli var (1956) Kreslo (1957) Qazan mərasimi (1957) Dəlilər boşandı (1957) Məhəllənin qisməti (1957) Ölmüş eşşək (1957) Hansı partiya qalib gələcək? (1957) Toros Canavarı (1957) Məmləkətin birində (1958) Havadan, sudan (1958) Bəy düdük (1958) Nazik alət (1958) Gıdıgıdı (1958) Afərin (1959) Kor döyüşü (1959) Mahmud ilə Nigar (1959) Hoptirinam (1960) Gözünə eynək (1960) Ax, biz eşşəklər (1960) Yüz lirəyə bir dəli (1961) Bir kreslo necə aşırılır (1961) Biz adam olmarıq (1962) Yaşıl rəngli Namus qazı (1964) Rıfat bəy niyə qaşınır (1965) Vətən sağ olsun (1968) İnsanlar oyanır (1972) Heyvan deyib keçmə (1973) Səyahətnamə (1976) Büyük tətil (1978) Mənim dəlilərim (1979) 70 yaşım salamlar (1984) Yuxularım hədər getməsin (1990) Eşqim dinimdir (1991) Gözünüz aydın, əfəndim (1997) Hər kəsin işi-gücü var (2005) Məndə uşaqdım (1979) Qadın olan kişi (1955) Futbol kralı (1957) Erkək Sabahat (1957) Saçqıran (1959) Zübük (1961) İndiki uşaqlar əladılar (1967) Dadlı Betüş (1974) Yaşar nə yaşar, nə yaşamaz (1977) Surnamə (1976) Tək yol (1978) Bir sürgünün xatirələri (1968) Belə gəlib belə getməz (1. hissə 1966, 2. hissə 1976) Polisdə (1967) Salxım salxım asılacaq adamlar (1987) Yuxularım hədər getməsin (1990) Bir məmləkətdə (1953) Hoptirinam (1960) Yat da tosunum (1971) Əziz dədənin nağılları La Fontaine'nin yazamadığı nağıl Lətifə kitabları Az getdik, üz getdik (1959) Salamlar (1971) Qorxudan qorxmaq (1988) Bir az gələ bilərsiniz (1950) Toros Canavarı (1963) Düdükçülərlə fırçacıların davası (1968) Çiçu (1970) Tut əlimdən Rovni (1970) Hə öldürsənə canım (1970) Beş qısa oyun (1979) Uğurumu həyat yoldaşlarıma borcluyam (1992) Sondan başa (1984) Bağışla (1986) Özünü tutmaq (1988) Xudahafiz (1990) Sivas acısı (1995) Ən uzun marafon Kimin var ki Aldığı mükafatlar 1957 — Qızıl Palma, İtaliya (Fil Hamdi adlı öyküsüyle) 1975 — Lotus Asiyaa-Afrika Yazıçılar Birliyi Mükafatı 1985 — TÜYAP Xalqın Seçdiyi ilın yazıçısı Xarici keçidlər Əziz Nesin. Seçilmiş əsərləri / B.: Şərq-Qərb, 2006.- 240 s. Nesin Vakfı Nesin Yayınevi | https://az.wikipedia.org/w/index.php?curid=135722 |
Əziz Nəzərov | Nəzərov Əziz Nəzər oğlu (1898, Hacı Elyaz, İrəvan qəzası – 29 noyabr 1942, Bakı) — partiya və dövlət xadimi. 1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur. 1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə gədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur1926–1930-cu illərdə — Bakı şəhər soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılırdır Bakı milisinin ən gənc rəhbərlərindən biri olmuşdur. 1929-cu ilin sentyabr ayında quldur Aslanovun yaxalanması əməliyyatı zamanı ağır yaralanır. Respublika gəzetləri Ə. N. Nəzərovun vəziyyəti barədə hər gün məlumat dərc edirdi. 1930-cu ilin sentyabr ayından dekabrına gədər Bakı şəhər prokuroru olmuşdur. 1930-cu ilin dekabr ayında öz xahişi ilə Moskvaya Senaye Akademiyasına təhsil almağa göndərilir. Təhsilini uğurla başa vurub mühəndis-kimyaçı diplomunu müdafiə edir və Stalinogorsk şəhərinə neft-kimya kombinatına təyinat alır. Böyük Vətən müharibəsi başlayana gədər burada işləyir və kombinatın baş mühəndisi vəzifəsinə gədər yüksəlir. 1941-ci ilin mayında Bakıya gayıdır. Təcrübəli kimyaçı mühəndisə ixtisası üzrə iş tapılmır. Mərkəzi kəndlilər evinə direktor göndərilir. 27 iyul 1942-ci ildə saxta ittiham əsasında həbs edilir, 18 oktyabr 1942-ci ildə hökm oxunur: on il müddətinə azadlıqdan məhrum edilsin, 5 il müddətinə hüquqlarından məhrum edilsin, ona məxsus əmlakı müsadirə olunsun. 29 noyabr 1942-ci ildə Azərbaycan SSR DİXK gazamatında erkən vəfat edir. 8 may 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin Qərarı ilə Azərbaycan SSR DİXK goşunlarının Hərbi tribunalının Nəzərov Əziz Nəzəroviçin barəsində 18.10.1942-ci il tarixli hökmü ləğv edilmiş və ona garşi irəli sürülmüş ittiham sübuta yetirilmədiyinə görə işə xitam verilmişdir. Mükafatları Əziz Nəzərov Azərbaycan MİK Rəyasət Heyəti və Bakı şəhər Soveti tərəfindən adı yazılmış silahla təltif olunmuşdur. 1930-cu ildə Əziz Nəzərov iki dəfə: 1930-cu ilin mayında Bakı şəhər İcraiyyə Komitəsi Rəyasət Heyəti tərəfindən Sovet hakimiyyətinin daxili düşmənləri ilə mübarizədə göstərdiyi şücaətə və gəhrəmanlığa görə " Nagan " sistemli tapança ilə, 1930-cu ilin dekabr ayında Azərbaycan SSR MİK tərəfindən banditizmə garşı mübarizədə göstərdiyi şücaətə görə döyüş silahı ilə təltif edilmişdir. Adına Bakı və Gəncə şəhərlərində küçə vardır. | https://az.wikipedia.org/w/index.php?curid=484950 |
Əziz Qubaydullin | Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 – 13 oktyabr 1937, Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı. 1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur. Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar. Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər. Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib. Burada rus yazıçısı Lev Tolstoyun əsərlərini sevə-sevə oxuyub, onun düyagörüşünə, həyata baxışına heyran olub. Kazan şəhərində Rusların sayının gündən günə artması, onlar arasındakı fikir ayrılıqları gənc Əzizə də təsrini göstərib. O, xalqçılarla, anarxistlərlə və sosial demokratlarla yaxından tanış olub. Rus tələbələrinin təsiri altında gimnaziyanın üçüncü sinfinə qəbul olunmağa hazırlaşıb. Lakin ailələrində Rusiyaya nifrət güclü olduğundan, Rus dilində təhsil alanlara bir çox tatar ailələrində yaxşı baxmadığından o, gimnaziyaya qəbul olmaqdan çəkinib. Əziz Qubaydullin 1904-cü ildə Xalidiyyə mədrəsəsini bitirib. 1905-ci ildə Rusiyada baş verən iğtişaş, mitinq və tətillərdə tatar gəncləri də fəal iştirak edib. Əziz Qubaydullin də gənclik çılğınlığıyla inqilaba qoşulub və monarxiya, müstəmləkəçilik əleyihinə mübarizə aparıb. Onun fəaliyyəti hökumət məmurlarının diqqətindən kənar qalmayıb. 1906-cı ildə yenidən gimnaziyanın səkkizinci sinfinə hazırlaşan Əziz tatar qəzet və jurnalları ilə əməkdaşlıq edib. Necə deyərlər, fikirlərini xalqa çatdırmaq, xalqı qəflət yuxusundan oyatmaq, öz haqqı uğrunda mübarizəyə səfərbər etmək üçün məqalələr yazıb. 1909-cu ildə Kazan Universitetinin hüquq fakültəsinə qəbul olunan Əziz Qubaydullin burada Azərbaycanlı Soltan Məcid Əfəndiyevlə tanış olub. Bu tanışlıq sonralar sıx dostluğa, əqidə birliyinə çevrilərək ömrlərinin sonunadək davam edib. Onun hüquq fakültəsində oxuması o qədər də uzun sürməyib. Prof. A.A.İvanovun tapşırığıyla dövlətin və millətin əmələ gəlməsi mövzusunda araşdırmalar aparıb. 1909-cu ildə "Türk xalqlarının qəhrəmanlıq eposu "Seyd Battal"ın yaranması" əsərini yazıb. Bu əsər universitetin tarix professorları M.M.Xvostovun və N.N.Firsovun diqqətini cəlb edib. Ona tarix şöbəsinə dəyişilməyi məsləhət görüblər. Sevimli müəllimlərinin, xüsusən milliyətcə xakas olan Nikolay Fyodorovic Katanovun məsləhətilə "Marko Polo monqol tarixinin araşdırıcısı kimi" mövzusunda diplom işi üzərində işləyib və 1914-cü ildə onu tamamlayıb. Həmin il gənc alim "Türk-tatar xalqlarında qadınların vəziyyəti – qədim dövrdən Teymura qədər", "Mərcani və bədii incəsənət" əsərlərini yazıb. Universitetin rəhbərliyi onun təhsildə qazandığı uğurları və yazdığı böyük həcmli diplom işini nəzərə alaraq 1916-cı ildə birinci dərəcəli diplomla təltif ediblər. Birinci dərəcəli diplomla universiteti bitirənləri yuksək qiymətləndirir və onlara bitirdikləri ali məktəbdə qalıb işləmək təklif olunurdu. Lakin hökumət yanında siyasi etibarsızlığına və tatar olduğuna görə dövlət qulluğuna keçməyə, universitetdə işləməyə icazə verməyiblər. Bu azmış kimi 1914-cü ildən işlədiyi yeni tipli Məhəmmədiyə tatar mədrəsəsindən də uzaqlaşdırıblar. Kazan qubernatoru onu sürgün yeri sayılan Sibirə göndərib. Əziz Qubaydullin Orenburq vilayətinin Troitsk şəhərinə gəlib. Buradakı müəllimlər seminariyasında rəsmi işə götürülməs də, savadına, bacarığına görə onu qeyri-rəsmi şəkildə işə götürüblər. 1917-ci ilin fevralında II Nikolay taxtdan salınanadək orada işləyib. Yenidən Kazana qayıdan Əziz Qubaydullinn universitetdə işə duzəlməsi 1917-ci ilin noyabrına kimi yubadılıb. Çünki II Nikolay taxtdan uzaqlaşdırılsa da, monarxiya dövründə verilmiş qanunlar hələ də qüvvədə idi. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra köhnə qanunların qüvvədən düşdüyünü elan etdikdə Əziz QQubaydullinn unversitetdə magisturaturaya qəbuluna yol açıb. 1919-cu il iki professorun, milliyətcə xakas olan türkoloq N.F.Katanov və rus tarixçisi N.N.Firsovun himayəsilə o, universitetin tarix kafedrasında işə götürülüb. O, az bir zamanda, yəni 1918-ci ildə "Din tarixi kursu" 1919-cu ildə "Rusiya tarixi kursu" və "Qədim dünya tarixi kursu" dərsliklərini yazıb. 1921-ci ildə Sovet təhsil sistemində magistratura pilləsi ləgv edilib. Əziz Qubaydullin son imtahanlarını verib magistir adı almadan həmin ildən Şərq Akademiyası və Şərq Pedaqoji İnstitutunda müəllim işləməyə başlayıb. "Xəzər xaqanlığının tarixi təcrübəsi", "Bir tatar salnaməsinin məhvi", "Puqaçev üsyanında tatarların iştirakı" və "Puqaçev üsyanı və tatarlar" mövzusunda apardığı araşdırmalar ona böyük hörmət qazandırıb. Əziz Qubaydullin unversitetdə dərs deməsinə baxmayaraq, həmişə bolşeviklərin təziqiylə üzləşib. Onun xalqını azadlıq mübarizəsinə, müstəmləkəçilər əleyhinə səsləyən məqalə və çıxışları bolşevik görüntülü velikorusları rahatsız edib. Onlar yaxşı bilirdilər ki, sosializm, kommunizm şüarları ilə hakimiyyətə gələnlər də Rusiyanın müstəmləkəçilik siyasətini davam etdiriblər. Ə.Qubaydullin də onlara qarşı durub və xalq arasında da onun sözü eşidilib. 1925-ci ildə Səmərqəndə keçmiş Rusiya müstəmləkəsi olan, indi də Sovetlərin zülmü altında inləyən Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və b. bölgələri azad edib vahid bir dövlət qurmaq istəyilə bir gizli təşkilat qurulub. Az sonra bu təşkilatın ağırlıq mərkəzi Bakıya dəyişdirilib. Təşkilatın bir çox rəhbərləri kimi Əziz Qubaydullin də Bakıya gəlməli olub. Bakıda onun səmərəli işləməsi və gizli fəaliyyətini davam etdirməsi, təşkilatın formalaşdırması üçün lazımı şərait olub. Gənclik dostu və tələbə yoldaşı S.M.Əfəndiyev də burada rəhbər vəzifədə işləyib. Odur ki, Ə. Qubaydullin Azərbaycan Dövlət Universitetinə dosent seçib və yeni yaradılan tarix- ictimaiyyət şöbəsinə müdir təyin edilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək 1927-ci ildə "Xəzərlərin mənşəyi məsələsi", "Tatar burjuaziyasının tarixindən" və "Azərbaycan bəyləri və onların tabeliliyində olan kəndlilər", 1928-ci ildə "Teymur imperiyasının tənəzzülü və özbəklər mərhələsi", 1929-cu ildə "Tatarların mənşəyi məsələsi", "XVI-XVII əsrlərdə tatarların kəndli hərəkatlarında iştirakı", 1930-cu ildə "İsmayıl Qaspıralının ideologiyasına bir nəzər" əsərlərini yazıb. 1928-ci ildə Şərq tarixi kafedrasına professor seçilən Əziz Qubaydullinin şöhrəti Bakıdan uzaqlara yayılıb. Belə ki, 1930-cu ildə onu Moskva Dövlət Unversitetinə də professor seçiblər və Qubadullin orada mühazirələr oxuyub. Əziz Qubaydullin dərs deməklə yanaşı, yorulmadan araşdırmalar apararaq "Didərgin tatarların sosial inkişafının mərhələləri", "Bakı və ətrafı kəndlər", "Fatih Əmirxanov və tatar ədəbiyyatı", "Türk-tatar xalqlarının elminin inkişaf tarixi" əsərlərini və "Feodal epoxasında SSRİ xalqlarının tarixi kursu", "Kəndli müharibələri" və b. dərs vəsaitlərini tamamlayıb. 1931-ci ildən Yaxın Şərq tarixi kafedrasına müdirlik edən prof. Əziz Qubaydullini SSRİ Xalqları Tədqiqat İnstitutunun, Marksistlər Tarixi Cəmiyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstituna, Tarix və Arxeologiya Cəmiyyətinə, Tatarşünaslıq Cəmiyyəti və b. təşkilatlara üzv seçiblər. Əziz Qubaydullin ali məktəblərdə dərs deməklə yanaşı, gizli təşkilata kadrlar cəlb edib, tələbələrinə getdikləri yerdə gizli təşkilatın özəklərini yaratmağı öyrədib. Rəhbər vəzifələrdə işləyən partiya, sovet işçiləri ilə görüşən, onları da gizli təşkilatın işinə cəlb edən Əziz Qubaydullin 1937-ci il martın 17-də çalışdığı universitetdən və SSRİ Elmər Akademiyası Azərbaycan Filialından işdən azad edilib, həbs olunaraq güllələnib. | https://az.wikipedia.org/w/index.php?curid=247692 |
Əziz Sancar | Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu. 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə, Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı. Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını, ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir. Sancar, hər reportajında ərəb kimi göstərilməsindən narahat olduğunu bildirir və türk olduğunu vurğulayır. Qardaşı Tahir Sancarın ifadəsinə görə, ailəsi Oğuz türklərinin Xas qolundan idi və Xorasandan Mardinə köç etmişdir. Əziz Sancar ilk və orta təhsilini Mardində almışdır. Orta məktəb illərində futbolla maraqlanırdı, amma məktəbi bitirənə yaxın futbolçu olmaqdan imtina edərək ali təhsilini davam etdirmək üçün İstanbula gedir.1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirdi. İki il Savurdakı sağlamlıq mərkəzində həkim olaraq çalışdıqdan sonra NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (türk. Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) təqaüdü xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi. sonra isə Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alır. Bu laboratoriyada Sancar məsləhətçisi Klaud Rupert ilə fotoliaz adlı geni klonlayaraq, gen mühəndisliyi ilə bakteriyalarda çox yüksək nisbətdə çoxaltmışdır. Bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi süalar tərəfindən zədələnmiş DNT-ni bərpa edirdi.Sancar 1977–1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyir. Bu dövrdə fotoliaz fermenti işlərinə ara verildi və nükleotid parçalanma təmir işləri başlandı. DNT təmiri sahəsində dosentlik tezisini tamamladı. 1997-ci ildən bəri, ABŞ-nin Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir. DNT bərpa, hüceyrə sıralaması, xərçəngin müalicəsi və bioloji saatla əlaqədar işlərinə davam edən Sancar,415 elmi məqalə və 33 kitab nəşr etdirdi. Sancar, sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar aldı. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar,2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçildi və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-də təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Aziz & Qven Sancar Vəqfini quraraq, ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradır. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Sancar, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çox bir müddərdə müstəqil olaraq, əsasən bakteriya hüceyrələri üzərində işləyirlər. Sancar nükleotid kəsikli təmir sahəsində ixtiralar etdi, Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf etdilər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olundu. Məsələn, nükleotid kəsikli təmir qüsurları ilə dəri xərçəngləri arasında birbaşa səbəb əlaqəsi aşkar edilmişdir. Sancar,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafat, İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilmişdir. Sancar: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək Nobel mükafatı, medal və sertifikatı Anıtqəbirə bağışlayır. Mükafat, Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində nümayiş olunur.Sancar etdiyi açıqlamaların birində 5 TL-dən yuxarı olan DNT metodunun səhv olduğunu və bunu Mərkəzi banka çatdırdığını, ancaq xəbərdarlıqlarına baxmayaraq düzəlmədiyini söylədi. Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda 2018-ci ildə məktəb layihəsi olaraq açılan Əziz Sancar Anadolu liseyinə verildi.2019-cu ildə Əziz Sancar,Əhməd Davudoğlunun xahişi ilə qatıldığı və 4 il rəhbərlik etdiyi İstanbul Şəhər Universitetinin Mütəvəlli heyəti üzvlüyündən istefa etdiyini açıqladı.2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüç keçirib. "Türk dünyasını birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Sancar 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür. Şəxsi həyatı Sancar, Dallasda eyni zamanda molekulyar biologiya sahəsində təhsili aldığı doktorluq müddətində tanış olduğu Qven Bouls Sancar ilə evlidir. Onlar 1978-ci ildə evləndilər. Nobel mükafatına layiq görüldükdən dərhal sonra sosial şəbəkələrdə etnik mənsubiyyəti soruşuldu. Sancar, "aldığı bəzi suallardan, xüsusən də etnik mənşəyinə dair suallardan narahat olduğunu" söylədi. BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı barədə soruşduqda, Əziz Sancar belə cavab verdi: "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğumu söylədim." "Mən türkəm, budur." Əziz Sancarın qardaşı Tahir bir müsahibəsində ailələrinin bir zamanlar Orta Asiyadan köçmüş Oğuz türklərindən olduqlarını bildirdi. Qardaşının Nobel mükafatının kürdlər də daxil olmaqla bütün Türkiyə üçün bir qürur olduğunu söylədi. Bir müsahibədə Sancar gəncliyində millətçi olduğunu, ancaq fəaliyyətlərə qatılmadığını bildirdi: Mükafatları ABŞ Milli Elm Fondu (National Science Foundation) Gənç Araşdırmacı mükafatı (1984) Amerika Fotobioloji Birliyi (American Society for Photobiology) mükafatı (1990) ABŞ Milli Səhiyyə İnstitutu (National Institutes of Health) mükafatı (1995) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası TUBİTAK Elm mükafatı (1997) ABŞ Elm və Sosial Elmlər Akademiyası (American Academy of Arts and Sciences) mükafatı (2004) ABŞ Milli Elmlər Akademiyasının üzvü(2005) TÜBA (Türkiyə Elmlər Akademiyası) üzvü (2006) Vehbi Koç mükafatı (2007) Kimya üzrə Nobel mükafatı (2015) Nizami Gəncəvi adına Qızıl medal (2021) "Diaspor fəaliyyətində xidmətə görə" medalı Xarici keçidlər Nobel mükafatçısı Aziz Sancar Bakıda Elm sahəsində Nobel mükafatı alan ilk türk — Əziz Sancar | https://az.wikipedia.org/w/index.php?curid=723197 |
Əziz Seyidov | Əziz Cəfər oğlu Seyidov — Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir. Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayından 2017-ci ilin aprel ayının 25nə qədər Baki şəhər prokuroru olmuşdur. 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. Ailəlidir, dörd övladı var. Əmək fəaliyyəti 1983–1988 Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, Baki şəhər prokuroluğunun boyük müstəntiqi. 1988–1993 Azərbaycan Respublikası Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiqi. 1993–1998 Azərbaycan Respublikası Hərbi Prokuroruğun istindaq idarəsinin rəisi. 1998–1999 Azərbaycan Respublikası Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi. 1999–2001 İxtisaslaşdırılmış Hərbi Prokuror 2001–2007 Azərbaycan Respublikası Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30.09.2004-cü il tarixli Sərəncamı ilə III Dərəcəli ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. 2007–2017 Baki şəhər prokuroru. 2017ci ilin aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının hakimi vəzifəsinə təyin olunub. 2017ci ilin iyulun 11-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının sədri vəzifəsinə təyin olunmuşdur. Mükafatları "İgidliyə görə"- 24 dekabr 1998-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən təltif olunmuşdur Prokurorluğun fəxri işçisi döş nişanı- 26.09.2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorun sərəncamı ilə təltif olunmuşdur. "Azərbaycan Bayrağı" ordeni- 2008 ildə Prezident İlham Əliyev tərəfindən təltif olunmuşdur Belarusiya Prokurorluğunun "90 illik Yubiley medalı" — 05.06.2014-cü il tarixində Belarusiya Baş Prokuroru tərəfindən təltif olunub. MDB Parlamentlərarası Assambleyasının 25 illik yubileyi münasibətilə 27.03.2017-ci il tarixində Assambleya Şurası Sədrinin tərəfindən ilə təltif olunub. | https://az.wikipedia.org/w/index.php?curid=308628 |
Əziz Səncər | Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu. 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə, Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı. Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını, ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir. Sancar, hər reportajında ərəb kimi göstərilməsindən narahat olduğunu bildirir və türk olduğunu vurğulayır. Qardaşı Tahir Sancarın ifadəsinə görə, ailəsi Oğuz türklərinin Xas qolundan idi və Xorasandan Mardinə köç etmişdir. Əziz Sancar ilk və orta təhsilini Mardində almışdır. Orta məktəb illərində futbolla maraqlanırdı, amma məktəbi bitirənə yaxın futbolçu olmaqdan imtina edərək ali təhsilini davam etdirmək üçün İstanbula gedir.1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirdi. İki il Savurdakı sağlamlıq mərkəzində həkim olaraq çalışdıqdan sonra NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (türk. Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) təqaüdü xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi. sonra isə Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alır. Bu laboratoriyada Sancar məsləhətçisi Klaud Rupert ilə fotoliaz adlı geni klonlayaraq, gen mühəndisliyi ilə bakteriyalarda çox yüksək nisbətdə çoxaltmışdır. Bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi süalar tərəfindən zədələnmiş DNT-ni bərpa edirdi.Sancar 1977–1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyir. Bu dövrdə fotoliaz fermenti işlərinə ara verildi və nükleotid parçalanma təmir işləri başlandı. DNT təmiri sahəsində dosentlik tezisini tamamladı. 1997-ci ildən bəri, ABŞ-nin Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir. DNT bərpa, hüceyrə sıralaması, xərçəngin müalicəsi və bioloji saatla əlaqədar işlərinə davam edən Sancar,415 elmi məqalə və 33 kitab nəşr etdirdi. Sancar, sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar aldı. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar,2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçildi və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-də təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Aziz & Qven Sancar Vəqfini quraraq, ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradır. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Sancar, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çox bir müddərdə müstəqil olaraq, əsasən bakteriya hüceyrələri üzərində işləyirlər. Sancar nükleotid kəsikli təmir sahəsində ixtiralar etdi, Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf etdilər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olundu. Məsələn, nükleotid kəsikli təmir qüsurları ilə dəri xərçəngləri arasında birbaşa səbəb əlaqəsi aşkar edilmişdir. Sancar,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafat, İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilmişdir. Sancar: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək Nobel mükafatı, medal və sertifikatı Anıtqəbirə bağışlayır. Mükafat, Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində nümayiş olunur.Sancar etdiyi açıqlamaların birində 5 TL-dən yuxarı olan DNT metodunun səhv olduğunu və bunu Mərkəzi banka çatdırdığını, ancaq xəbərdarlıqlarına baxmayaraq düzəlmədiyini söylədi. Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda 2018-ci ildə məktəb layihəsi olaraq açılan Əziz Sancar Anadolu liseyinə verildi.2019-cu ildə Əziz Sancar,Əhməd Davudoğlunun xahişi ilə qatıldığı və 4 il rəhbərlik etdiyi İstanbul Şəhər Universitetinin Mütəvəlli heyəti üzvlüyündən istefa etdiyini açıqladı.2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüç keçirib. "Türk dünyasını birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Sancar 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür. Şəxsi həyatı Sancar, Dallasda eyni zamanda molekulyar biologiya sahəsində təhsili aldığı doktorluq müddətində tanış olduğu Qven Bouls Sancar ilə evlidir. Onlar 1978-ci ildə evləndilər. Nobel mükafatına layiq görüldükdən dərhal sonra sosial şəbəkələrdə etnik mənsubiyyəti soruşuldu. Sancar, "aldığı bəzi suallardan, xüsusən də etnik mənşəyinə dair suallardan narahat olduğunu" söylədi. BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı barədə soruşduqda, Əziz Sancar belə cavab verdi: "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğumu söylədim." "Mən türkəm, budur." Əziz Sancarın qardaşı Tahir bir müsahibəsində ailələrinin bir zamanlar Orta Asiyadan köçmüş Oğuz türklərindən olduqlarını bildirdi. Qardaşının Nobel mükafatının kürdlər də daxil olmaqla bütün Türkiyə üçün bir qürur olduğunu söylədi. Bir müsahibədə Sancar gəncliyində millətçi olduğunu, ancaq fəaliyyətlərə qatılmadığını bildirdi: Mükafatları ABŞ Milli Elm Fondu (National Science Foundation) Gənç Araşdırmacı mükafatı (1984) Amerika Fotobioloji Birliyi (American Society for Photobiology) mükafatı (1990) ABŞ Milli Səhiyyə İnstitutu (National Institutes of Health) mükafatı (1995) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası TUBİTAK Elm mükafatı (1997) ABŞ Elm və Sosial Elmlər Akademiyası (American Academy of Arts and Sciences) mükafatı (2004) ABŞ Milli Elmlər Akademiyasının üzvü(2005) TÜBA (Türkiyə Elmlər Akademiyası) üzvü (2006) Vehbi Koç mükafatı (2007) Kimya üzrə Nobel mükafatı (2015) Nizami Gəncəvi adına Qızıl medal (2021) "Diaspor fəaliyyətində xidmətə görə" medalı Xarici keçidlər Nobel mükafatçısı Aziz Sancar Bakıda Elm sahəsində Nobel mükafatı alan ilk türk — Əziz Sancar | https://az.wikipedia.org/w/index.php?curid=421438 |
Əziz Xələfov | Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Əməkdar həkim, milli qəhrəman Salatın Əsgərovanın atası. Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi. Cəbhədən dönəndən sonra Leninqrad (indiki Sankt-Peterburq) Tibb institutunda oxumuşdu. Həkim kimi nəsil ixtisasını davam etdirmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kim çalışmışdı. Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətl edilib. Mükafatları Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdir. Əziz Xələfov çoxillik və qüsursuz tibbi fəaliyyətinə görə bir çox orden və medallarla təltif olunub. "Respublikanın əməkdar həkimi" fəxri adını daşıyır. Ənvər Çingizoğlu. Sərdarlı kəndi. Bakı: "Elnur-P", 2005, 320 səh. | https://az.wikipedia.org/w/index.php?curid=78156 |
Əziz dost (film, 2006) | "Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. Atama deyərəm Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl Xarici keçidlər Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq Xarici keçidlər YouTubeda izlə Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq Xarici keçidlər YouTubeda izlə Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor Xarici keçidlər Vimeo-da izlə Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir. İstər-istəməz onlar hesabı yaxşı bilirlər. Film üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Xədicə Mollazadə (Xədicə Mövlazadə kimi) — ana Maqsud Məmmədov — ata Emil Həsənov — uşaq Xarici keçidlər YouTubeda izlə Kəndə müsahibə götürməyə gələn müxbirin başına gələn məzəli əhvalat filmin əsasını təşkil edir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Eldəniz Ağasoy Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Elməddin Cəfərov — müxbir Asim Ramazanlı — Alim Qəzənfər Ülvin Adıgözəlov — kənd uşağı Vasif Ramazanlı — kənd uşağı Xarici keçidlər YouTubeda izlə Nümunəvi şagird Filmdə bəstəkar Tofiq Quliyevin "Gecə Serenadası" mahnısından fraqment istifadə olunmuşdur. Filmdə məktəbə getmək yerinə alverlə məşğul olan uşaqlar tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Mətni oxuyan: Tahir İmanov Rəşad Məcidzadə — şagird Xarici keçidlər YouTubeda izlə Filmdə uşaqların özlərinə peşənin uşaq yaşlarından seçməsinin gərəkliliyi göstərilir. Təbii ki, yanlış peşə yox. Filmdə İncəsənət Gimnaziyasının 6 d sinfi çəkilmişdir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Günay Firudinqızı Filmin direktoru: Saleh Məmmədov Prodüser: Tural Məmmədov İradə İbrahimova — müəllimə Fəridə Həsənova — şagird Hökümə Hüseynzadə — şagird Tural İslamov — şagird Camal İbrahimov — şagird Hafiz Məmmədov — şagird Xarici keçidlər YouTubeda izlə Filmdə qorxaq uşaqlar tənqid edilir. Güclü həmişə zəifin üzərində qələbə çalır. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Mikayıl Həsənli Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruzi Hacıyev — Ağabala Mirelmir Əlizadə — Mustafa Elnur Fərzəliyev — Anar Xarici keçidlər YouTubeda izlə Filmdə rüşvətxor həkimlər tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Müşfiq Hətəmov Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Mətni oxuyan: Tahir İmanov Fərda Xudaverdiyev — İsfəndiyar həkim Günel Əhmədova — tibb bacısı Səməd Şirməmmədov — Seyfulla Xarici keçidlər YouTubeda izlə Həmçinin bax Mozalan (kinojurnal) Kirpi (kinojurnal) Xarici keçidlər AGP PRODAKŞN əfsanəvi tarixi və indiki zamandan bəhs edəcək filmlərin çəkilişlərinə başlayir YouTubeda – izlə | https://az.wikipedia.org/w/index.php?curid=24284 |
Əziz kəndi (Bukan) | Əziz kəndi (fars. عزيزكندي) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (31 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=476292 |
Əziz xan Mükri | Əziz xan bin Məhəmməd xan bin Sam bəy bin Mahmud bəy bin Sarəm bəy bin Qubad xan bin Şeyx Heydər Mükri-Nasirəddin şah Qacar dövründə İran ordusunun Əmir Nizamı idi.Bütün Əsgərlərin Sərdari (Sərdare Kolle Əsaker), Acudanbaşı və Darülfünun mədrəsəsinin başçısı və Azərbaycan pişkarı da olub. Bioqrafiyası Əziz xan Mükri, 1793-cü ildə Sərdəştin Nestan kəndində dünyaya gəlibdir.İlk təhsil alandan sonra qardaşı Fərəc xan ilə Təbrizə gedib.Sonra savadlı, xoş xətti və nüfuzlu kəlama sahib olduquna görə, Məhəmməd şah Qacar saray adamları ilə əlaqəqələndi və onların vasitəsilə Təbriz ordusuna daxil olub. Həyat yoldaşları və Uşaqları Hurizad xanım Əziz xan Mükrinin həyat yoldaşlarında biri idi ki Bukan yaxınlıqında Kəhrizə Hurizad Xanım kəndi hələdə onun adına movcud dur.İkinci həyat yoldaşı Tiləkuy xanım, Divandərə ətrafında olan Tiləku elindən idi və Seyəddin xan onun oğlu idi.Əziz xan Əmir Kəbirin ikinci qızı Əmirzadə xanım ilə də evlənmişdir.Əziz xanın üç oğlu var idi:Əli xan, Hüseyn xan (?-1914 və Seyfəddin xan (?-1914. Əli xan orduda xidmət etmişdir, Seyfəddin xan Savucbulaq Mükri hakimi oldu. Hüseyn xan da Osmanlı imperiyası hücumunda ölübdür. Sərdəşt körpüsü Sərdəştdə Kon hamamı Sərdəşt-Mahabad yolunda Kortək kərvansarası Şeyx Mahmud Şəbüstəri türbəsinin təmir və bərpası Eyn Əli və Zeyn Əli türbəsin Təbrizdə tikintisi Əziz xan Mükri islahweb.org Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=303422 |
Əziz xan Sərdar | Əziz xan bin Məhəmməd xan bin Sam bəy bin Mahmud bəy bin Sarəm bəy bin Qubad xan bin Şeyx Heydər Mükri-Nasirəddin şah Qacar dövründə İran ordusunun Əmir Nizamı idi.Bütün Əsgərlərin Sərdari (Sərdare Kolle Əsaker), Acudanbaşı və Darülfünun mədrəsəsinin başçısı və Azərbaycan pişkarı da olub. Bioqrafiyası Əziz xan Mükri, 1793-cü ildə Sərdəştin Nestan kəndində dünyaya gəlibdir.İlk təhsil alandan sonra qardaşı Fərəc xan ilə Təbrizə gedib.Sonra savadlı, xoş xətti və nüfuzlu kəlama sahib olduquna görə, Məhəmməd şah Qacar saray adamları ilə əlaqəqələndi və onların vasitəsilə Təbriz ordusuna daxil olub. Həyat yoldaşları və Uşaqları Hurizad xanım Əziz xan Mükrinin həyat yoldaşlarında biri idi ki Bukan yaxınlıqında Kəhrizə Hurizad Xanım kəndi hələdə onun adına movcud dur.İkinci həyat yoldaşı Tiləkuy xanım, Divandərə ətrafında olan Tiləku elindən idi və Seyəddin xan onun oğlu idi.Əziz xan Əmir Kəbirin ikinci qızı Əmirzadə xanım ilə də evlənmişdir.Əziz xanın üç oğlu var idi:Əli xan, Hüseyn xan (?-1914 və Seyfəddin xan (?-1914. Əli xan orduda xidmət etmişdir, Seyfəddin xan Savucbulaq Mükri hakimi oldu. Hüseyn xan da Osmanlı imperiyası hücumunda ölübdür. Sərdəşt körpüsü Sərdəştdə Kon hamamı Sərdəşt-Mahabad yolunda Kortək kərvansarası Şeyx Mahmud Şəbüstəri türbəsinin təmir və bərpası Eyn Əli və Zeyn Əli türbəsin Təbrizdə tikintisi Əziz xan Mükri islahweb.org Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=484476 |
Əziz İldırım | Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir. | https://az.wikipedia.org/w/index.php?curid=533484 |
Əziz Şeyx xan | Əziz Şeyx xan — Qızıl Orda xanı. Şeyban xanın nəslindən gəlirdi. Qızıl Ordanı bürümüş vətəndaş müharibəsi vaxtında Mir Polad xanı məğlub edərək taxta çıxmışdı. 1367-ci ildə Mamay xanın adamları tərəfindən yatağında bıçaqlanmışdı. | https://az.wikipedia.org/w/index.php?curid=318768 |
Əziz Şuşa | Əziz Şuşa (ing. Aziz Shusha) — 2022-ci ildən Azərbaycan ərazisindən keçən çoxgünlük şose velosipedi yarışı. Yarış 2022-ci ildə yaradılmışdır. Onun debüt turniri milli təqvim çərçivəsində keçirilmiş və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan fərdi və qrup olmaqla iki mərhələdən ibarət olmuşdur. Qalib azərbaycanlı velosipedçi Elçin Əsədov olmuşdur. 2023-cü ildə keçirilən turnir 2.2 kateqoriyasını alaraq UCI Avropa Turunun təqviminə daxil olmuşdur. Bu, Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və onun marşrutu beş mərhələyə yüksəlmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=800502 |
Əziz Şuşa 2022 | Əziz Şuşa 2022 — 2022-ci ilin iyulun 9-dan 10-dək Azərbaycanda keçirilən çoxgünlük şose veloidman turniri. Yarışda səkkiz ölkəni – Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan və Özbəkistanı təmsil edən 13 komandadan 75 velosipedçi iştirak etmişdir. İştirakçılar Yarışda 2 "UCI Continental Team" kateqoriyalı komanda, 3 milli komanda, 4 həvəskar komanda və 1 regional komanda olmaqla 13 komanda iştirak etmişdir. Yarış ümumi uzunluğu 100 kilometrdən bir qədər az olan iki mərhələdən ibarət idi. Əvvəlcə 21 km uzunluğunda olan Pirallahı kəndində fərdi yarış keçirilmişdir. Daha sonra Füzuli Hava Limanından 1,300 metrdən artıq hündürlükdə yerləşən Şuşa şəhərinə qədər 71 km məsafəyə qrup yarışı keçirilmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=800503 |
Əziz Şuşa 2023 | Əziz Şuşa 2023 — UCI Avropa Turu 2023-ün təqvimi çərçivəsində 7–11 iyun 2023-cü il tarixlərində Azərbaycanda keçirilmiş və 2.2 kateqoriyalı şose velosipedi üzrə çoxgünlük yarış. Yarış keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, "Heydər Əliyev ili" çərçivəsində keçirilmişdir. Ən yaxşı velosipedçilər 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya xalları qazana bilərlər. İştirakçılar Yarışda 11-i "UCI Continental Team" kateqoriyalı, 4-ü milli komanda və biri həvəskar komanda olmaqla 16 komanda iştirak etmişdir. Hər komanda 5–6 iştirakçıdan ibarət idi . Yarış ümumi uzunluğu təxminən 770 kilometr olan 5 mərhələdən ibarət idi. Bu, Azərbaycanın paytaxtı Bakı şəhərində başlamış, Şuşada bitmişdir. İlk üç mərhələ dağlıq əraziyə malik idi və cəmi üç kateqoriyalı dırmaşmanı əhatə edirdi. Qalan iki mərhələ Göygöl Milli Parkı və Şuşa Şəhər Dövlət Qoruğu ərazisində müvafiq olaraq 1,300 metrdən çox hündürlükdə başa çatan dağlıq ərazi olmuşdur. Onlara 8 dırmaşma, o cümlədən uzunluğu 5–6 km, orta qradiyenti 7–8% və maksimum qradiyenti 10,5% olan 5 kateqoriyalı qalxma daxildir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=800500 |
Əziz Şərif | Şərifzadə Əziz Qurbanəli oğlu (28 mart 1895, Naxçıvan – 1 iyun 1988, Moskva) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). Əziz Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan şəhərində maarifçi Qurbanəli Şərifzadənin ailəsində anadan olmuşdur. 1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir. "Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988). Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir. Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur. Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur. Diplomatik fəaliyyəti Naxçıvan tarixinin ən keşməkeşli dövrlərindən biri hesab edilən 1920-1924-cü illərdə isə bir müddət Naxçıvan MSR-in İran və Türkiyə kimi xarici dövlətlərlə yanaşı, artıq sovet hakimiyyətinin qurulduğu Qafqaz respublikalarında da nümayəndəlikləri fəaliyyət göstərmişdir. Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən” kitabında yazır ki, XX əsrin 20-ci illərində Naxçıvanın Bakı, Tiflis və İrəvan şəhərlərində də nümayəndəlikləri yaradılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan SSR-in Gürcüstanda nümayəndəsi təyin edilən şəxs isə tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanıdığımız Əziz Şərif olmuşdur. Görünür XX əsrin 20-30-cu illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifin Gürcüstan mühitinə yaxşı bələd olması, Tiflisdə müxtəlif ziyalılarla əlaqələrinin genişliyi, fransız, rus, fars dillərini mükəmməl bilməsi məhz ona Naxçıvan SSR-i təmsil etmək səlahiyyətinin həvalə edilməsinin əsas səbəbləri olmuşdur. Sabir bu gün. Bakı: Uşaqgəncnəşr, 1942, 23 səh. Molla Nəsrəddin (C.Məmmədquluzadə). Bakı: Azərnəşr, 1946, 56 səh. Keçmiş günlərdən. Bakı: Azərnəşr, 1977, 301 səh. Keçmiş günlərdən, Atam və mən. Bakı: Yazıçı, 198. 613 səh. Molla Nəsrəddin necə yarandı? Bakı: Yazıçı, 1986, 38 səh. Ziyalı ömrü - Əziz Şərif Televiziya filmi (Naxçıvan televiziyası) Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s. Xarici keçidlər Əziz Şərifin bioqrafiyası | https://az.wikipedia.org/w/index.php?curid=62163 |
Əziz Əhməd Paşa | Laz Əziz Əhməd Paşa (türk. Laz Aziz Ahmet Paşa; laz ლაზი აზიზ აჰმედ-ფაშა, Lazi Aziz Ahmed-Paşa; v. mart 1819, Ərzurum) — Osmanlı sədrəzəmi. Laz Əziz Əhməd Paşa dövlətə xidmətinə yeniçərilərdən başlamış, Qapıçıbaşı rütbəsinə yüksəlmişdir. O, daha sonra Breila şəhərinin valisi olmuşdur. Əziz Əhməd Paşa rus-türk müharibəsinin başlanması ilə qoşunları uyğunlaşdırmaq üçün Ədirnə şəhərinə köçmüşdür. Əziz Əhməd Paşa Hacı Mustafa Ağanın ordusunun ilkin qələbələrindən sonra sədrəzəm olmudur. Osmanlı imperiyasının məğlubiyyəti və 28 may 1812-ci il tarixində Buxarest sülh müqaviləsinin imzalanmasından sonra Xurşid Əhməd Paşa onu məharətsiz olmaqla ittiham edir. Əziz Əhməd Paşa çox keçməmiş vəzifəsindən azad edilir. Laz Əziz Əhməd Paşa 1814-cü ildə Bursa, daha sonra isə Hələb və Ərzurum şəhərlərinə vali təyin edilir. O, 1819-cu ilin mart ayında Ərzurumda vəfat edir. Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul: Türkiye Yayınevi. Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul: Çatı Yayınevi. | https://az.wikipedia.org/w/index.php?curid=665290 |
Əziz Əl-Əzmeh | Professor Əziz Əl-Əzmeh (d.24 iyul 1947, Dəməşq, Suriya) — orta əsrlər və müasir dövr ərəb və İslam tarixinin tədqiqatları üzrə mütəxəssis. Bu mövzulara dair Mərkəzi Avropa Universiteti, Beyrut Amerikan Universiteti, Yel, Kolumbiya, Ekseter, Kornel, Oksford, Corctaun, Berkli Kaliforniya universitetlərində, Ağa Xan Universitetinin Müsəlman Sivilizasiyalarının Tədqiqi İnstitutunda mühazirələr verir. Öz sahəsi üzrə dünyada qəbul olunmuş aparıcı tədqiqatçılardandır.Şərq tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsini Şri-Lankanın Müqəddəs Entoni Kollecində və Oksford Universitetində alıb, Tübingen və Pensilvaniya universitetlərində oxuyub. | https://az.wikipedia.org/w/index.php?curid=215912 |
Əziz Əli | Əziz Əli (15 sentyabr 1980-ci ildə anadan olub) 2008- ci il Olimpiadasına son döyüşdə Basti Samir tərəfindən nokauta düşməsinə baxmayaraq, 2- ci AİBA Afrika 2008 Olimpiya Təsnifat Turnirində yüngül çəkidə vəsiqə qazanmış keniyalı həvəskar boksçudur . O, olimpiadada türkiyəli Bəhram Müzəffərlə ilk görüşündə 3:8 hesabı ilə uduzub . Xarici keçidlər Kvalifikator İdman arayışı | https://az.wikipedia.org/w/index.php?curid=775688 |
Əziz Əliyev | Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (cərrah-onkoloq) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Həmçinin bax Əziz Əliyev küçəsi | https://az.wikipedia.org/w/index.php?curid=601063 |
Əziz Əliyev (alim) | Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib. On ildən çoxdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır. Ə. C. Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi və onkologiya üzrə "Professor" elmi adı verilmişdir. Azərbaycan Tibb Universitetinin müalicə işləri üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunmuşdur. Avropanın Onkoloqlar Cəmiyyətinin və Amerika Birləşmiş Ştatların klinik onkologiya üzrə cəmiyyətinin üzvüdür. "Azərbaycan Onkologiya Jurnalı"nın redaksiya heyətinin, "Onkologiya" və "Şüa diaqnostikası və terapiyası" ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür. Milli Onkologiya Mərkəzi Elmi Şurasının sədr müavinidir. Təcrübəli səhiyyə təşkilatçısı kimi onun başçılığı altında Respublikada beynəlxalq konfranslar və konqreslər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Dəfələrlə ABŞ, Almaniya, Avstriya və Rusiyada apardığı tədqiqatların nəticələri haqqında müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda məruzələrlə çıxış edib. Onkologiya sahəsində gələcək tədqiqatların inkişafı üçün Milli Onkologiya Mərkəzinin ABŞ MD Anderson xərçəng mərkəzi, Weill Cornell Universiteti, Illinoys Universiteti və Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə elmi mübadilə haqqında sazişlərin imzalanmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi altında onkologiya ixtisasında müvəffəqiyətlə tibb üzrə fəlsəfə doktoru elmi adına 2 dissertasiya işlərini müdafiə olunub, daha 2 dissertasiya işi yerinə yetirilir. Ə. C. Əliyevin onkologiya sahəsində 50-dən çox dərc olunmuş elmi işi, 1 monoqrafiyası, 4 dərsliyi və1metodik tövsiyəsi vardır. Professor Əziz Əliyev Azərbaycanda baş boyun şişlərinin diaqnostikası və cərrahi müalicəsi sahəsində aparıcı mütəxəssisdir. Onun elmi-praktik fəaliyyətinin ən mühüm istiqamətləri qalxanabənzər vəzi, qırtlaq, udlaq, dil, dəri və baş-boyun nahiyəsində olan digər patologiyalardır. Professor Əziz Əliyevin rəhbərliyi ilə baş-boyun xərçəngi və xərçəngönü xəstəliklərinin ilkin diaqnostikası və müalicəsinin kompleks proqramı hazırlanmışdır. Ailəlidir, iki övladı var. Atası — akademik Əliyev Cəmil Əziz oğlu, Milli Onkologiya Mərkəzinin direktoru, anası — Əliyeva Dilşad Hüseyn qızı, Azərbaycan Dövlət Neft və Sənaye univetsitetinin dosenti. Xarici keçidlər Əliyev Əziz Cəmil oğlu Müalicə işləri üzrə prorektor Əziz Əliyev Arxivləşdirilib 2015-02-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=703487 |
Əziz Əliyev (cərrah-onkoloq) | Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib. On ildən çoxdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır. Ə. C. Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi və onkologiya üzrə "Professor" elmi adı verilmişdir. Azərbaycan Tibb Universitetinin müalicə işləri üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunmuşdur. Avropanın Onkoloqlar Cəmiyyətinin və Amerika Birləşmiş Ştatların klinik onkologiya üzrə cəmiyyətinin üzvüdür. "Azərbaycan Onkologiya Jurnalı"nın redaksiya heyətinin, "Onkologiya" və "Şüa diaqnostikası və terapiyası" ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür. Milli Onkologiya Mərkəzi Elmi Şurasının sədr müavinidir. Təcrübəli səhiyyə təşkilatçısı kimi onun başçılığı altında Respublikada beynəlxalq konfranslar və konqreslər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Dəfələrlə ABŞ, Almaniya, Avstriya və Rusiyada apardığı tədqiqatların nəticələri haqqında müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda məruzələrlə çıxış edib. Onkologiya sahəsində gələcək tədqiqatların inkişafı üçün Milli Onkologiya Mərkəzinin ABŞ MD Anderson xərçəng mərkəzi, Weill Cornell Universiteti, Illinoys Universiteti və Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə elmi mübadilə haqqında sazişlərin imzalanmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi altında onkologiya ixtisasında müvəffəqiyətlə tibb üzrə fəlsəfə doktoru elmi adına 2 dissertasiya işlərini müdafiə olunub, daha 2 dissertasiya işi yerinə yetirilir. Ə. C. Əliyevin onkologiya sahəsində 50-dən çox dərc olunmuş elmi işi, 1 monoqrafiyası, 4 dərsliyi və1metodik tövsiyəsi vardır. Professor Əziz Əliyev Azərbaycanda baş boyun şişlərinin diaqnostikası və cərrahi müalicəsi sahəsində aparıcı mütəxəssisdir. Onun elmi-praktik fəaliyyətinin ən mühüm istiqamətləri qalxanabənzər vəzi, qırtlaq, udlaq, dil, dəri və baş-boyun nahiyəsində olan digər patologiyalardır. Professor Əziz Əliyevin rəhbərliyi ilə baş-boyun xərçəngi və xərçəngönü xəstəliklərinin ilkin diaqnostikası və müalicəsinin kompleks proqramı hazırlanmışdır. Ailəlidir, iki övladı var. Atası — akademik Əliyev Cəmil Əziz oğlu, Milli Onkologiya Mərkəzinin direktoru, anası — Əliyeva Dilşad Hüseyn qızı, Azərbaycan Dövlət Neft və Sənaye univetsitetinin dosenti. Xarici keçidlər Əliyev Əziz Cəmil oğlu Müalicə işləri üzrə prorektor Əziz Əliyev Arxivləşdirilib 2015-02-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=395391 |
Əziz Əliyev (dövlət xadimi) | Əziz Məmməd Kərim oğlu Əliyev (1 yanvar 1897, Hamamlı, Aleksandropol qəzası – 27 iyul 1962, Bakı) — Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmməd Kərim Əliyevin ailəsində anadan olmuşdur. Atası Məmməd Kərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi. Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır. Elə həmin il o Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Ə. Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir. 1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. O 1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur. Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, 1929-cu ildə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb və namizədlik dissertasiyasını müdafiə etmişdir. 1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində işləmişdir. 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o həmin institutun rektoru olur. Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur. 1932–1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ə. Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən onun özünün "Klinik analizlər" kitabı, K. Ə. Balakişiyevin "İnsanın normal anatomiyası", M. Qəniyevin "Mikrobiologiya kursu", C. Hüseynovun "Patoloji anatomiya", Y. Qazıyevin "Ağciyər vərəmi", Ü. Musabəyovanın "Göz xəstəlikləri", Ə. Talışinskinin "Travmatologiya", Q. Səfərov və Ə. Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M. A. Mirqasımovun, M. A. Topçubaşovun, M. M. Mirsəlimovun, M. Ə. Əfəndiyevin, Z. M. Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin də Azərbaycan dilinə tərcüməsinə nail olur. Onun təşəbbüsü ilə İ. Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A. Qaltıçinin "Uşaq xəstəlikləri", V. Skvortsovun "Farmakologiya kursu", E. Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunur. 1930–1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunur. Onun 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir. Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünür. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayır və institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı surətdə təkmilləşdirilir. 1933-cü ildə o, jurnalın Baş redaktoru təyin edilir. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapı qaydaya salınır. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyasını müdafiə edir. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir və həmin ildə də professor elmi adı təsdiq olunur. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan və Mahaçqalada mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır. Əziz Əliyevin əbədi heykəli xalqın qəlbində çoxdan ucaldılıb. Bunu İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M. S. Umaxanovun, Əhməd Musayevin, N. İ. Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının Əziz Əliyev haqqındakı xatirələrində də aydın müşahidə etmək olar. Akademik M. Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır". 1997-ci ildə əməkdar jurnalist Tahir Talıblı "Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti" adlı kitab yazmışdır.1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən prezident Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı. 2006-cı il dekabr ayının 5-də Əziz Əliyevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində yenidən qeyd edildi. 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Babası İbrahim bəy Süleymanbəyov İrəvan şəhərində doğulmuşdur. 1900-cü ildə ölmüşdür. Bilqeyis xanım Qazıyevayla evlənmişdir. Anası Zəhra xanım Süleymanbəyova (? — 1920) — Məmməd Kərim Kərbəlayi Qurbanəli oğlu həyat yoldaşı. Xalası Fatma xanım Süleymanbəyova (1875–1950) — Ələkbər bəy Qədimbəyovun həyat yoldaşı, Mirzə Qədim İrəvaninin gəlini. Xalası Leyla xanım Süleymanbəyova — poçt-teleqraf məmuru Qasımbəyovun həyat yoldaşı. Xalası Bülbül xanım Süleymanbəyova — Həsən Qazıyevin həyat yoldaşı. Xalası Şövkət xanım Süleymanbəyova Dayısı Süleymanbəyov — İrəvan quberniyasının pristavı Tahir Talıblı. Əziz Əliyev:dövrü, həyatı, şəxsiyyəti // Bakı, Göytürk nəşr.,1997, səh.285 Xarici keçidlər Zəfərə aparan yollar Arxivləşdirilib 2010-05-25 at the Wayback Machine Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub | https://az.wikipedia.org/w/index.php?curid=61332 |
Əziz Əliyev küçəsi (Bakı) | Əziz Əliyev küçəsi — Bakı şəhərində İçərişəhərdə küçə. Küçə 1995-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin (1887-1962) şərəfinə adlandırılmışdır. İlkin adı Mixaylovski küçəsi olan Əziz Əliyev küçəsi sovet dövründə Zevin küçəsi, 1991-1995-ci illərdə İncəsənət küçəsi adlandırılmışdır.. Əsas tikililər Xarici keçid Küçə üzrə video ekskursiya | https://az.wikipedia.org/w/index.php?curid=554932 |
Əziz Əliyevin kitabları | Əziz Əliyevin kitabları — O, kitabları sevirdi, xiridarı idi. Hər yerdə həmdəmi kitablar idi, özü də onu maraqlandıran bütün problemlərin cavabını və həllini onlardan tapırdı. Klinik analizlər: Həkimlər va talabalar üçün Əziz Əliyev; red. M.Ə.Əfəndiyev.- Bakı: Azərnəşr, 1933.- 107, s. Kitabın içindəkilər: Müqəddimə. Qan: Ümumi məlumat; Qan almaq texnikası; Hemoqlabin miqdarının tayini; Rəng göstə ricisinin təyini; Qanın formalı elementlərinin sayılması; Təzə qan preparatının hazırlanması və müayinəsi; Quru, boyanmış qan preparatlarının hazırlanması və müayinəsi; Qalın damcının hazır lanma və boyanması; Qan lövhəçiklərinin trombositlərin sayılması; Retiqulositlərin sayılması; Eritrositlərin normal və patoloji morfolojisi; Ağ qan kürəciklərinin normal və patoloji morfolojisi; Plazmotik hüceyrələr — Türkin qıcıqlanma hüceyrələri; Leykosi tar formula; Malariya plazmodiyalarının qanda aranılması.- Bəl gam: Ümumi məlumat; Bəlğəmin maqrosqopik müayinəsi; Si diyin kimyəvi müayinəsi; Sidiyin mikroskopik müayinəsi.- Nəcis: Ümumi məlumat; Nəcisin maqrosqopik tədqiqi; Nəcisin mikros kopik müayinəsi. Klinik analizlər: Həkimlər və tələbələr üçün Əziz Əliyev; red. M.Ə.Əfəndiyev.- Bakı: Azərnəşr, 1934.- 107 s. Kitabın içindəkilər: Müqəddimə. Qan: Ümumi məlumat; Qan almaq texnikası; Hemoqlabin miqdarının toyini; Rong göstə ricisinin toyini; Qanın formalı elementlərinin sayılması; Təzə qan preparatının hazırlanması və müayinəsi; Quru, boyanmış qan pre paratlarının hazırlanması və müayinəsi; Qalın damcının hazırlan ma və boyanması; Qan lövhaçiklərinin trombositlərin sayılması; Retiqulositlərin sayılması; Eritrositlərin normal va patoloji mor folojisi: Ağ qan kürəciklərinin normal va patoloji morfolojisi, Plazmotik hüceyrələr — Türkin qıcıqlanma hüceyralari; Leyko sitar formula; Malariya plazmodiyalarının qanda aranılması. Bəlğəm: Ümumi məlumat ; Bəlğəmin maqrosqopik muajinasi , Si diyin kimyəvi müayinəsi ; Sidiyin mikroskopik müayinəsi.- Nacis : Ümumi məlumat ; Nəcisin maqrosqopik tədqiqi; Nəcisin mikros kopik müayinəsi. Yaralanma və bədbəxt hadisələr zamanı ilk yardım Əziz Əliyev; red. Ş.Ələkbərov; Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi sanitariya maarifi metod stansiyası.- Bakı: Azərnəşr, 1947. — 34 s. Alkoqolizmlə mübarizə sağlam məişət uğrunda mü barizədir/Əziz Əliyev.- Bakı: Azərb.SSR Siyasi və Elmi Bilik Yayan Cəmiyyət, 1959.- 28 s Həyat və fəaliyyəti haqqında Xatirələr: Əziz Əliyev haqqinda. ed. V.Rüstəmov Bakı: Yazıçı, 1983.- 125 s. Kitabın içindəkilər: İmran Qasımov. Gözəl dost; M.C.Umaxanov. Partiyanın və xalqın sədaqətli oğlu; Mustafa Topçibaşov. Səməndər quşu; Mirzə İbrahimov. Sədaqət, dəya nət, mədəniyyət: Süleyman Rüstəm. Yada düşənlər; Rəsul Həmzətov. Unudulmaz illərin əziz insanı; N.İ.Trufanov. Əziz Əliyev haqqında xatirə; Əhməd Musayev. Unudulmaz illər; Abdulla Quliyev. İstedadlı pedaqoq; Baxış Qəhrəmanov. Əziz müəllim; Həmid Rüstəmov. Sadə və qüdrətli şəxsiyyət; Əbdül vahab Süleymanov. Minnətdaram. Əmiraslanov, Ə.Ömür salnaməsi və xatirələr — Əziz Əliyev Əhliman Əmiraslanov.- Bakı: Təbib, 1996.- 124 s. Kitabın içindəkilər: F.İslamzadə. Ön söz. Birinci hissə: Əziz Əliyevin həyatı və fəaliyyəti. Ə.Əmiraslanov. Görkəmli alim, mahir təşkilatçı və dövlət xadimi; M.Cabbarov. Əziz Mammadkarim oğlu Əliyevin Səhiyya təşkilatçılığı sahəsindəki amali və elmi irsi; R.Məmmədhəsənov. Əziz Əliyevin "Klinik analizlar" kitabı haqqında; A.Baxşəliyev, D.Hüseynov. Farmo kologiya elmi və tədrisi sahəsində professor Ə.M.Əliyevin xid matlari. II hissa : Əziz Əliyev haqqında xatirələr. M.Topçubaşov. Səməndər quşu: N.Trufanov. Əziz Əliyev haqqında xatirə; A.Quliyev. İstedadlı pedaqoq; Z.Quliyeva. Əziz Əliyevin 100 illik yubileyinə həsr edilir; B.Qəhrəmanov. Əziz müəllim; D.Hüseynov. Mərhum professor Əziz Əliyev haqda xatirələrim; H.İsazadə. Qaygıkeş müəllim; N.Oliyev. Nadir şəxsiyyət; K.Cabbarov. Professor Əziz Məmmədkərim oğlu Əliyev haqqm da xatirələrim. Talıblı, T.Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti/Tahir Talıblı; red. və ön söz. müəl. H.Orucov; baş red. S.Nəzərli; red. N.İsmayılova.- Bakı: Göytürk, 1997.- 286 s. Kitabın içindəkilər: Qurucu Əziz (Hidayət Orucov); Müəl lifdən; Ata ocağı - Hamamlı; Soy kökümüzün işığında; İrəvan mühiti; Peterburqda bir il; Didərginlik; Bakı həyatı; Fədakar alim. Əziz Əliyevin müasirləri: Mustafa Topçubaşov; Mirəsədulla Mirqasımov; Heydər Hüseynov; Yusif Məmmədəliyev; Həsən Əliyev; Siyasi lider; Dar günlərin dayağı; Dağıstan gündəliyi; Bakı qəbul eləmirdi; Tətcümeyi - halı; Partiya xasiyyətnaməsi; Xidməti xasiyyətnamə; Həkimləri Təkmilləşdirmə İnstitutunda; Ə.Əliyev dövri mətbuatda; Həkimlərin ailəsi; Tamerlan Əliyev; Zərifə Əliyeva; Gülarə Əliyeva; Cəmil Əliyev; Ləzifə Əliyeva; Dilbər Məmmədova; Ə.Əliyevin kadrlar uçotunun şəxsi vərəqə sindən çıxarış. Azərbaycanın və Dağıstanın böyük oğlu/tort.-red. S.A.Nəzərli.- Bakı: Göytürk, 1998.- 250 s. Kitabın içindəkindən: Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 6 sentyabr 1996-cı il. | https://az.wikipedia.org/w/index.php?curid=743140 |
Əziz Ələkbərli | Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur. 1987-ci ildə təyinat müddətini bitirib, Vedibasar mahalının Qaralar kəndiə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. Ə. Ələkbərli 1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir. 2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun "Qərbi Azərbaycan folkloru" şöbəsinin şöbəsinin müdiri, dosentdir. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. İctimai-siyasi fəaliyyəti Ə. Ələkbərli 1991–1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993–1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997–1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur. 1996–1997-ci illərdə "Xalq qəzeti" qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ə. Ələkbərli həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısı və direktorudur. Eyni zamanda Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru vəzifəsində çalışır və Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biridir. Həmçinin "Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun üzvüdür. 2012-2014-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, 2014-2022-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olmuşdur. 2019-cu il martın 3-də Qərbi Azərbaycan İcmasını yaratmış və onun ilk sədri olmuşdur. 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir, Milli Məclisin Əmək və sosial siyasət və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvüdür. 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilmiş və Ə.Ələkbərli İcmanın sədri seçilmişdir. Yaradıcılığı Ə. Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir. Qədim Türk-Oğuz yurdu "Ermənistan". Bakı, Sabah. 1994. Abbasqulu bəy Şadlinski. Bakı, Sabah. 1996. 320 səh. "Abşeron şəhidləri", Bakı, "Ağrıdağ", 1997. Dramaturgiyada sənətkarlıq axtarışları. Bakı, Ağrıdağ. 1997. Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, Bakı, Ağrıdağ. 2000. 564 səh. Qərbi Azərbaycan, II cild. (Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları). "Ağrıdağ" nəşriyyatı, Bakı, 2002-ci il, 736 səhifə, formatı: 60/84 1/16, qapaq: sərt, rəngli, Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı, (2-ci nəşri) Bakı, Ağrıdağ. 2003. 736 səh. Azərbaycan Folkloru Antologiyası, X kitab, İrəvan Çuxuru folkloru, Bakı, Nurlan, 2004. Qərbi Azərbaycan abidələri (Azərbaycan və ingilis dillərində), Bakı, Ağrıdağ. 2006. Azərbaycan Folkloru Antologiyası, XV kitab, Dərələyəz folkloru, Bakı, Nurlan, 2006. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007. Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (rus dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (ingilis dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (fransız dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (alman dilində), Bakı, Nurlan. 2007. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı: Sənədlərin dili ilə, B, Nurlan, 2008. Qax: folklor-etnoqrafik etüdlər. Bakı, Nurlan. 2008. Qərbi Azərbaycanın dialektoloji lüğəti, Bakı, Nurlan. 2009. Azərbaycan Folkloru Antologiyası, XIX kitab, Zəngəzur folkloru, Bakı, Nurlan, 2009. Qürbət folkloru, Bakı, Nurlan, 2009. Kadim Türk-Oğuz Yurdu "Ermenistan", İstanbul, 2009. Azərbaycan folklor külliyyatı (12-25-ci cildlər), Bakı, Nurlan, 2009-2011. Türk mənşəli erməni soyadları, Bakı, Nurlan. 2011. Azərbaycan Folkloru Antologiyası, XX kitab, Loru-Pəmbək folkloru, Bakı, Nurlan, 2011. Azərbaycan Folkloru Antologiyası, XXI kitab, Qazax folkloru, Bakı, Nurlan, 2012. Azərbaycan Folkloru Antologiyası, XXIII kitab, Naxçıvan folkloru, Bakı, Nurlan, 2013. Quba-Şabran folklor örnəkləri, I kitab, Bakı, Nurlan, 2013. Dastanlar, 1-3-cü cildlər, Şərq-Qərb nəşriyyatı, 2016. Folklor və tarix, Bakı, Elm və təhsil, 2017. Türk mənşəli erməni soyadları, ikinci nəşri (1001 erməni soyadı), Bakı, Elm və təhsil. 2017. 1988–1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyan, I kitab (qaçqınların ictimai təsərrüfatlarda qalan əmlakı), Bakı, Elm və təhsil, 2016. 1988–1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyan, II kitab (qaçqınların fərdi təsərrüfatlarda qalan əmlakı), Bakı, Elm və təhsil, 2017. 1988–1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyan, III kitab (maddi mədəniyyət abidələrinə dəyən ziyan), Bakı, Elm və təhsil, 2018. Stepan Orbelian - Sünik tarixi, Bakı, Elm və təhsil, 2019. Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz. Bakı, Elm və təhsil, 2020. Filmoqrafiya Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015) Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıdır. Həmçinin bir sıra media mükafatlarına layiq görülmüşdür. 2021 — "BONA — The Best National Awards" (İlin ən yaxşı milli mükafatı) 29. dekabr 2021 — "Aşıq Ələsgər – 200" yubiley medalı 30. noyabr 2022 — "Tərəqqi" medalı | https://az.wikipedia.org/w/index.php?curid=41806 |
Əziz Əsgərov | Əsgərov Əziz Həmzə oğlu — (6 may 1907, Dərbənd — 6 iyul 1993, Bakı) — sovet və Azərbaycan hidrogeoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Azərbaycan Dövlət Universitetində Geologiya-coğrafiya fakültəsinin (1943) ilk dekanı, Hidrogeologiya kafedrasının müdiri (1951), Hidrogeologiya üzrə Elmi Şuranın sədri (1952) olmuşdur. O Azərbaycan hidrogeologiya tarixində ilk dəfə Kurort İdarəetmə və Kurortologiya İnstitutunun (Bakı), eləcə də "Azgeokaptajminvod" Respublika ekspedisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. "Badamlı" mineral mənbəyini şəxsi axtarışı nəticəsində kəşf etmiş (1944), daha sonra bu kəşfin öyrənilməsi üçün xüsusi ekspedisiya təşkil etmişdir (1945 və 1946-cı illər). Daha sonra 1947-ci ildə çoxlu elmi sübutları toplayaraq Moskvadan icazə alıb, Azərbaycanda birinci mineral su zavodu yaradılmasına nail olmuşdur. Azərbaycan və Dağıstan ərazisində mineral su zavodlarının, kurortlarının yaradılmasının təşəbbüskarıdır. Bioqrafiyası Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində anadan olmuşdur. Atası - Həmzə Əsgərov müəllim və şair olmuş, amma zamanınn çətin və ağır vaxtlarında isə ailəni dolandırmaq üçün sənətkar kimi papaqçılıq peşəsi ilə məşğul olmuşdur. Anası - Rübabə Əsgərova ailənin yeddi oğul və bir qız övladına layiqli tərbiyə verən ziyalı xanım olmuşdur. Dərbənddə 7 illik məktəbi bitirərək, 1924-cü ildən Bakı Pedaqoji Texnikumunda təhsil almış, daha sonra "Dağıstan füqərası" adlı nüfuzlu Respublika qəzetinin şöbə müdiri, sonra isə məsul katibi vəzifələrində çalışmışdır. 1929-1934-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsində ali təhsil almış, eyni zamanda Geologiya və mineralogiya kafedrasında laborant işləmişdir. 3-cü və 4-cü kurs tələbəsi olsa da artıq birinci kurs tələbələrinə Geologiya üzrə rus və Azərbaycan dillərində mühazirələr oxumuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Universitetinin aspirantı (elmi rəhbər — professor V. V. Boqaçov) olmuşdur. Əziz Əsgərov 1938-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, universitetin Biologiya fakültəsinin Geologiya və paleontologiya kafedrasının müdiri vəzifəsinə yüksəlmişdir. Muharibə zamani Əziz Əsgərov Mərkəzi Komitəyə, yəni Moskvaya məktubla müraciət edir ki, Azərbaycan muharibənin qələbə ilə bitməsi üçün fasiləsiz neft verir və bununla bağlı ixtisaslı geoloqlar hazırlamaq zəruridir. Bunun üçün o müvafiq fakültənin yaradılması məsələsini qaldırır və beləliklə onun adina təsdiq gəlir. 1943-cü ildən Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin ilk dekanı olmuşdur. Fakültəyə abituriyenləri cəlb etmək və eyni zamanda təhsil alan tələbələrə əyani vəsait və elmi izah kimi fakültədə özünün şəxsi kolleksiyasından ibarət eksponatdan nadir faydalı qazıntılar muzeyini yaratmışdır. 1945-ci ildə Qələbə bayramı ərəfəsində dekan Əziz Əsgərovun təşəbbüsü ilə bu muzeyə M.A.Kaşkayın, Yakubovun və digər məşhur geoloqların kolleksiyaları da əlavə olunmuşdur. 1943-1986-cı illərdə Bakı Dövlət Universitetinin Ümumi Geologiya və Hidrogeologiya kafedrasının müdiri olmuşdur. Həyat yoldaşı — Tamara Zeynallı, bəstəkar Asəf Zeynallının qardaşı qızı. Oğlu - Elnur Əsgərov (1946—1962)Qızı - Elşanə Əsgərova, Bakı Slavyan Universitetinin Fəlsəfə kafedrasının dosenti; Qızı - Elbəzək Əsgərova - Akamdemiya, elmi işçi Qardaşı - Cəlil Əsgərov Azərbaycan KP MK-nın şöbə müdiri, inqilab Muzeyinin direktoru və maarif narkomunun müavini, Qırmızı Professorlar İnstitutunun məzunu (Moskva) olmuşdur. 1937-ci il repressiyasının qurbanlarındandır. Elmi fəaliyyəti Əsas tədqiqat istiqamətləri — mineral su mənbələrinin formalaşması və istifadəsi problemləri olmuşdur. Tələbəlik illərində ölkənin məşhur geoloq-alimlərinə məktub yazaraq onları Azərbaycan mənbələrini görməyə dəvət etmişdir. Beləliklə o, İ.N.Yakovlev (1930), K.N.Paffenqolts (1931), A.A.Florenski (Naxçıvan, 1932), N.E.Kruq (İstisu, 1932), S.N.Sokolov (Naftalan, İstisu, (1933) ilə birlikdə elmi ekspedisiyalar təşkil etmişdir. 1933-cü ildən aşağıdakı müstəqil axtarış-tədqiqat işlərini həyata keçirmişdir: Astara rayonunda Geoloji çəkiliş (1935); Azərbaycanın cənub-şərq hissəsində ekspedisiya (1936); Azərbaycan SSR Xalq Maarif Komissarlığının Gədəbəy ekspedisiyası (sentyabr, 1937); Azərbaycan SSR Xalq Maarif Komissarlığının Azərbaycanın şimal-şərq hissəsinin mineral mənbələrinin öyrənilməsi üzrə ekspedisiyası (1939); Naxcıvan ASSR-də onun rəhbərliyi altında ekspedisiyalar (1940-1944 və 1945-1947).1938-ci ildə namizədlik ("Azərbaycanın cənub-şərq hissəsinin mineral mənbələrinin geologiyası"), 1949-cu ildə doktorluq ("Azərbaycan SSR mineral bulaqları") dissertasiyalarını müdafiə etmişdir. Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması Geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1944-1947-ci illərdə onun rəhbərliyi altında Şahbuz rayonu, Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Badamlı” mineral bulağı aşkar olunub. [1] Professor Əziz Əsgərovun təşəbbüsü ilə Azərbaycanda Badamlı, Aşağı-İstisu, Sirab, Vayxır, Turşsu və Qızılca mineral su zavodları tikilmişdir. Həmçinin İstisu, Qalaaltı, Şuşa, Şixov, Şirlan və digər kurort-müaliçəxanalarının əsası qoyulmasında onun böyük əməyi olmuşdur. Sonralar Sirab, Vayxır mineral su mənbələrinin misilsiz dəyərini, Qalaaltı mineral suyunun müalicəvi əhəmiyyətini, mineral suların sənaye üsulu ilə istehsalına nail olmuş və ilk dəfə elmi cəhətdən əsaslandırmışdır. Eyni zamanda Dağıstanın mineral və termal qaynaqlarını da araşdırmışdır. 1948-1954-cü illərdə mineral suların təsnifatını işləyib hazırlamış, onların altı tipini, 9 qrupunu, 49 növə və 225 altnövə bölmüşdür. 1952-ci ildən onun təşəbbüsü ilə yaradılmış "Hidrogeologiya" ixtisası üzrə Müdafiə üzrə Elmi Şuranın sədri olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi geoloji Fondunda Ə. Əsgərovun rəhbərliyi ilə yerinə yetirilmiş çöl ekspedisiya işlərinin hesabatları saxlanılır: 1. Azərbaycan SSR mineral sularının formalaşması üçün hidrogeoloji şərait, onların kurort və Sənaye qiymətləndirilməsi (1960-1962). - Cild. 1-12. — 1684 S. — Respublikanın 17 mineral su yatağı sistemləşdirilmiş və pasportlaşdırılmışdır. 2. Abşeron yarımadasının yüksəkotermal suları və onların xalq təsərrüfatında istifadəsi (1963-1964). — 563 S. — Balaxanı-Sabunçu-Romaninski, Suraxanı-Zığ, Qala, Buzovna-Maştağa, Binəqədi-Sulutəpə, Bibiheybət və Cənub-Qərbi Abşeron neft-hidrogeoloji bölgələrində 15 böyük neft yatağının yüksək otermal sularını tədqiq edilmiş, mineral suların yod, brom, litium, bor, stronsium və digər nadir elementlərin hasilatında istifadəsi müalicəvi məqsədlər üçün tövsiyə olunmuşdur. Onun layihə və təklifləri əsasında beş mineral su tökülməsi zavodu — Badamlı, aşağı İstisu, Sirab, Vayxır, Turşsu və qızılca zavodları tikilib; eyni zamanda, İstisu, Qalaaltı, Şıxov, Şirlan və s.kurortların yaradılmasına da kömək edib. Geologiya-mineralogiya elmləri üzrə 40-dan çox elmləri namizədi və 10 elmlər doktoru hazırlamışdır. Azərbaycanın mineral mənbələri haqqında 200-dən çox elmi və elmi-populyar əsərin, eləcə də ali məktəblər üçün metodiki vəsaitlərin, dərsliklərin (Hidrogeologiya) müəllifidir. - Maarif, 1989). Ə.Əsgərovun xidmətləri Qırmızı Əmək Bayrağı ordeni ilə, onlarla medalla, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə, Ümumittifaq Həmkarlar ittifaqı kurort idarəsinin döş nişanı ilə, müxtəlif nazirliklərin və hərbi təşkilatların 60 fəxri fərmanı ilə qiymətləndirilib. 1979-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ona dövlət mükafatı və üç (Badamlı, Sirab, Vayxır) qiymətli mineral suların yataqlarının ilk kəşf edicisi diplomu verilmişdir. Onu haqlı olaraq Azərbaycan hidrogeologiyasının patriarxı adlandırırlar. 1992-ci ildə "Xalq qarşısındakı və elmin zənginləşdirilməsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən görkəmli alimin 85 illik yubileyinə həsr olunmuş təntənəli gecələr və mərasimlər keçirilmişdir. Seçilmiş əsərləri Əsgərov Ə.H. Azərbaycanın cənub-şərq hissəsinin mineral mənbələrinin geologiyası. Elmlər namzədliyi üzrə doktorluq dissertasiyası. Bakı, 1938; Əsgərov Ə.H. "Azərbaycan SSR-nin mineral bulaqları". Elmlər doktoru üzrə doktorluq dissertasiyası, Bakı, 1949; | https://az.wikipedia.org/w/index.php?curid=756051 |
Əziz Əsli | Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib. Xarici keçidlər Əziz Əslinin rəsmi vebsaytı | https://az.wikipedia.org/w/index.php?curid=292104 |
Əziz Əsədov | Əziz İsmayıl oğlu Əsədov (v. 1991) — Alim, hərbi hüquqşunas, hərbi prokuror köməkçisi, hüquq elmləri doktoru, professor, 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur. Həyatı və elmi fəaliyyəti Əziz Əsədov 1916-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1932-ci ildə orta məktəbi bitirdikdən sonra Qazax rayon prokurorluğunda katib vəzifəsində çalışmışdır.1934-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1938-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.1938-1944-cü illərdə Sovet ordusu sıralarında xidmət etmiş, ona "hərbi hüquqşunas" adı verilmişdir. Müharibə illərində hərbi müstəntiq işləmiş, hərbi prokurorun köməkçisi olmuşdur.Hərbi xidmətdən sonra Respublikanın partiya və Sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.Hüquq üzrə professor elmi adı verilmişdir. Sonrakı əmək fəaliyyəti ömrünün sonuna qədər Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. 1952-1968 və 1972-1990-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri olmuşdur.Hüquq elmina aid çoxsaylı darsliyin, dərs vəsaitinin, 100-dən çox elmi moqalənin müəllifidir. İttifaq və Respublika səviyyəsində keçirilən onlarla konfrans, simpoziumların iştirakçısıdır. Onun rəhbərliyi ilə çox sayda elmlər namizədi və doktoru yetişmişdir. Bir sıra dövlət və hökumət mükafatlarına layiq görülmüşdür. 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh. | https://az.wikipedia.org/w/index.php?curid=599023 |
Əziz Əzizli | Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir. | https://az.wikipedia.org/w/index.php?curid=551149 |
Əziz Əzizov | Əziz Əzizov (icra başçısı) (09.12.1963) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. Əziz Əzizov (əsgər) (01.03.2000) — əsgər, Vətən müharibəsi şəhidi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=704285 |
Əziz Əzizov (icra başçısı) | Əziz Əzizov (tam adı: Əziz İmran oğlu Əzizov; 9 dekabr 1963, Soltanlı, Cəbrayıl rayonu) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır. 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=272561 |
Əziz Əzizov (əsgər) | Əziz Məmmədvəli oğlu Əzizov (1 mart 2000; Qayabaşı, Şəki rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əziz Əzizov 1 mart 2000-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Orta təhsilini Qayabaşı kəndindəki orta məktəbdə alıb. Hərbi xidməti Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Əziz 2019-cu ilin oktyabrınadək xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Əziz Əzizov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əziz Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. Əziz Əzizov 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (29. dekabr 2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (29. dekabr 2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (30. dekabr 2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (5. noyabr 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=704290 |
Əzizabad (Biləsuvar) | Əzizabad (fars. عزيزاباد) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (40 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=752051 |
Əzizabad (Həştrud) | Əzizabad (fars. عزيزاباد) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 197 nəfər yaşayır (38 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=688300 |
Əzizabad (Masallı) | Əzizabad — Azərbaycan Respublikasının Masallı rayonunun Qodman inzibati ərazi vahidində kənd. Əhalisi 398 nəfərdir. Toponimiyası Kənd Lənkəran ovalığındadır. Oykonim Əziz (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib, "Əzizə məxsus kənd" mənasındadır. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=86574 |
Əzizabad (Tarım) | Əzizabad (az-əbcəd. عزیزآباد, fars. عزیزآباد) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 93 nəfər yaşayır (27 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=773863 |
Əzizabad (Xalxal) | Əzizabad (fars. عزيزاباد) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (12 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=753695 |
Əzizağa | Əzizağa — kişi adı. Əzizağa Dadaşov — əsgər Əzizağa Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əzizağa Məmmədov — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Əsədov — Qarabağ müharibəsinin iştirakçısı Əzizağa Qasımov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982) Əzizağa Əzizbəyov — Azərbaycan Xalq Komissarları Sovetinin sədr. Əzizağa Süleymanov — Milli Qvardiyanın keçmiş komandiri, istefada olan polkovnik. Əzizağa Əzizov — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). Əzizağa Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı Əzizağa Şahverdiyev Əzizağa Elsevər | https://az.wikipedia.org/w/index.php?curid=802015 |
Əzizağa Dadaşov | Əzizağa Ramiz oğlu Dadaşov (1 iyul 1994, Sumqayıt – 19 oktyabr 2020, Yarəhmədli, Cəbrayıl rayonu) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əzizağa Dadaşov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Əzizağa Dadaşov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Hərbi xidməti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=732027 |
Əzizağa Elsevər | Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir. 1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. 2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Əzizağa Ələkbərovun “Azadlıq” qəzetində (1990-1991-ci illər) korrektor, Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor (1992- 1995-ci illər), “Savalan” (1995-1996-cı illər), “Şəhriyar” (1996- 1997-ci illər) qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, “Respublika” qəzetinin əməkdaşı (1998-1999-cu illər), “Təzə həyat” qəzetinin redaktoru (1999- 2001-ci illər), Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix- ictimaiyyat müəllimi (2001- 2003-ci illər), Kooperasiya Universitetində müəllim (2003-2005-ci illər), Lənkəran Dövlət Universitetində müəllim (2003- 2008-ci illər) işləmişdir. Hazırda o, Bakı Qızlar Universitetində (2003-cü ildən bu günə qədər) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (2008-ci ildən bu günə qədər) dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir. Əzizağa Ələkbərov Ali Attestasiya Komissiyası tərəfindən 4 aprel 2018-ci ildə dosent elmi adını almışdır. Tarix İnstitutunun Müdafiə Şurası yanında yaradılmış Elmi Seminarın 2007-ci ildən bugünə qədər üzvüdür. Fəlsəfə doktorluğu üzrə müdafiə edilmiş 5 dissertasiyanın rəsmi opponenti olmuşdur. 80-dan çox elmi məqaləsi müxtəlif elmi jurnallrda (o cümlədən, Daşkənd, Səmərqənd, Çimkənd, Moskva, Ufa, Alma-Ata, Ankara, Minsk, Kiyev, Nazran, Maxaçqala və s. şəhərlərin elmi jurnallarında) çap olunmuş və 30 ilə yaxın pedaqoji fəaliyyəti dövründə magistr və bakalavrlar üçün hazırladığı 15 tədris proqramı nəşr edilmişdir. Əzizağa Ələkbərov Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının akkreditasiyasının keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 noyabr 2010-cu il tarixli əmri ilə yaradılmış komissiyanın üzvü və yenə həmin nazirliyin 15 iyul 2011-ci il tarixli əmri ilə təşkil edilmiş Təhsil Sektorunun İnkişafına dair İkinci Layihə Çərçivəsində “ Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə” komponenti üzrə, Ümumtəhsil məktəbləri üçün “ Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinə dair işçi qrupunun üzvü olmuşdur. O, elmi–tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də Əzizağa Elsevər imzası ilə ardıcıl bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilmişdir. Povest və hekayələrdən ibarət 3 kitabın - “ İki kölgə” (1989), “ Əbədiyyət yolçusu” (2003), “ Anam üçün darıxmışam” (2005) müəllifidir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2018-ci il sentyabrın 4-dən Türkiyə Cümhuriyyətində nəşr olunan "Akademik mətbuat" Sosial araşdırmalar dərgisinin redaksiya heyətinin üzvüdür. Əsərləri özbək, qazax, başqırd, rus, fars və talış dillərinə tərcümə edilmişdir. “Şəhriyar” qəzeti xətti ilə 1997-ci il fevralın 23-dən martın 3-dək İran İslam Respublikasında Tehran-Məşhəd-Qum ziyarətində olmuşdur. Elmi əsərləri Elsevər, Ə. İki kölgə: hekayələr. Bakı, 1989 Elsevər, Ə. Əbədiyyət yolçusu. Bakı, 2003 Elsevər, Ə. Anam üçün darıxmışam. Bakı, 2005 Böyük dostluq (Azərbaycan - Monqolustan əlaqələri)// Taxılçı. 1976. 24 iyun. Səməd Vurğun və uşaq ədəbiyyatı// Taxılçı. 1976. 24 iyul. Tarix dərsi və əsrin nəhəng tikintisi// Taxılçı. 1978. 11 aprel. Tarix dərslərində BAM haqqında söhbətlər // Azərbaycan müəllimi. 1978. 21 iyul. Dostluq görüşü (Özbəkistanda Azərbaycan SSR ədəbiyyat və incəsənət günləri)// Yeni gün. 1980. 10 iyun. IV beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı (1946-1950-ci illər)// Azərbaycan SSR EA Tarix İnstitutu elmi konfransının materialları. Bakı: Elm, 1989, s.120-122 Beşinci beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı tarixindən (50-ci illər)// Azərbaycan EA Tarix İnstitutu elmi konfransının əsərləri. Bakı: Elm, 1991, s.196-198 Kənd təsərrüfatının inkişafında Azərbaycan SSR avtomobil nəqliyyatı işçilərinin köməyi (1951-1955-ci illər)// Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri.1 hissə, Bakı, 1991, s.178-180 Azərbaycan Respublikasında abtomobil nəqliyyatı üzrə kadrların hazırlanması (1946-1960-cı illər)// Azərbaycan tarixinin problemləri/ Azərbaycan EA Tarix İnstitutu elmi konfransının məruzələri. Bakı: Elm,1992, s.191-194 Azərbaycan SSR abtomobil nəqliyyatının inkişafında fəhlələrin texniki yaradıcılığının rolu (1946-1960-cı illər)// Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi. Bakı, 1992, s. 251-253 Azərbaycan avtomobil nəqliyyatı işçilərinin mədəni həyat səviyyəsinin yüksəldilməsi (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 81-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.65-71 Azərbaycan avtomobil nəqliyyatı işçilərinin sağlamlığının mühafizəsində bədən tərbiyəsi və idmanın rolu (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnsitutu Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.19-21 Azərbaycan- Özbəkistan mədəni əlaqələrinin inkişafında teatrın rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2001, s.114-118 Azərbaycan Respublikasının Özbəkistan Respublikası ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Ağrıdağ, 2002, s.125-128. Azərbaycan Respublikasının Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 70-ci illəri)// Azərbaycan Tarix Qurumu və Azərbaycan MEA Tarix İnstitutunun elmi əsərləri. Bakı: Elm,2003, s. 105-112. Nəqliyyat və rabitə, I fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s.26-31. Sovet qoşunlarının İrana girməsi və Cənubi Azərbaycanda baş verən hadisələr, III fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 90-100. Xronoloji cədvəl // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 601-629. Biblioqrafiya // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 493-536. Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu // Milli mədəni irsimiz ən qiymətli sərvətimizdir elmi-praktik konfransının materialları / Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Bakı, 2004, s.148-150. Dostluq carçısı (Xəlil Rza Ulutürk haqqında) // BAPQS. Elmi xəbərlər. 2004, № 4, s.184-190. Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) //Azərbaycan Tarix Qurumu və AMEA Tarix İnstitutunun Elmi əsərləri. Bakı: Elm, 2006, s. 97-104 Azərbaycan – özbək mədəni əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)// Elmi axtarışlar/AMEA Folklor İnstitutu, 2006, № 21, s.113-118. Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu// Elmi axtarışlar/ AMEA Folklor İnstitutu. - 2006, № 22, s.193-196. Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında teatrın rolu (70-ci illər)/ Sosial-siyasi problemlər/AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar İnstitutu // Sosial -siyasi problemlər. 2007, № 3(16), s. 219-223. Azərbaycan – türkmən mədəni əlaqələrin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri. HE ser, 2007, №4, s.74-79. Milli təsviri incəsənət və Azərbaycan – Qazaxıstan mədəni əlaqələri // BQU Elmi xəbərləri. 2008, № 1, s. 82-86. Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // BQU Elmi xəbərləri. 2008, № 2, s.116-121. Azərbaycan – Qırğızıstan kino əlaqələri tarixindən (XX əsrin 60-cı illəri). // BQU Elmi xəbərləri. 2008, № 3, s.118-124. Sovet qoşunlarının İrana daxil olması. Cənubi Azərbaycanda baş verən hadisələr //Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu). Bakı: Elm, 2008, s.75-90. 1941-1945-ci illərdə Azərbaycan SSR-də nəqliyyat və rabitə. Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu). Bakı: Elm, 2008, s.91-101. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında təsviri-incəsənətin rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser./ 2008, № 1, s.94-98 Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2008, № 4, s. 92-102. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // BDU Xəbərləri HE ser., 2008, № 3, s. 142-146. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında Oljas Süleymenovun rolu // Dirçəliş – XXI əsr . 2008. № 128-129, s. 380-395. Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) //AMEA Xəbərləri. TFH, 2008, № 9, s.132-144. Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2009, № 6, s. 72-77 Milli təsviri-incəsənətdə müasirlik ruhu və Azərbaycan – Türkmənistan mədəni əlaqələri (XX əsrin 60-cı illəri)// BQU Elmi əsərləri, 2009, № 2, s.77-83. Azərbaycan – Tacikistan elmi əlaqələri tarixindən (XX əsrin 80-cı illəri) // AMEA Məruzələri. 2010, № 6, s. 114-122. Azərbaycan tarixinin mənbəşünaslığı fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı, 2010. s. 24-49. - /müştərək/ Azərbaycan tarixinin tarixşünaslığı fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı , 2010. s. 50-78. - /müştərək/ Türk xalqlarının tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı, 2010. s. 79-100. -/müştərək/ Orta əsrlər tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı , 2010. -s. 1-37. -/müştərək/ Vatan sevgisi bılan parvozlangan inson. // “Şaxs bayninq jamiyatda tutqan urni” mavzusidaqi professor Saxovat Qalamirza uğli Odjiev tavalludininq 6- yilliqiqa bağişlanqan ilmiy-amaliy anjumani materialları. Samarqand, Samdu naşri, 2011. s. 8-10 . /Özbək dilində/ Daşkənd zəlzələsi: Azərbaycanın qardaşlıq köməyi //Azərbaycan Respublikası: uğurlar və perspektivlər. 16 noyabr 2011-ci il Beynəlxalq elmi konfransının materialları. Bakı: 2012. s.103-110. Qazaxıstan: neft sənayesi və Azərbaycan // “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları”. /Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları (27-28 iyun 2013-cü il). Bakı : 2013. s. 607-610. Qazaxıstanın neft sənayesinin inkişafında Azərbaycanın rolu // ADPU Xəbərləri. Bakı: 2013. №3. s. 97-101. Qazaxıstan və Mərkəzi Asiya respublikalarında neft sənayesinin təşəkkülü və inkişafında Azərbaycanın rolu // Dirçəliş-XXI əsr. 2013. - №180. s. 378-392. Azərbaycan tələbələrinin Qazaxıstanın xam torpaqlarının istifadəyə verilməsində iştirakı tarixindən (XX əsrin 50-60-cı illəri) // ADPU Xəbərləri, HE ser. 2014. № 3. s. 104-110. Sovet hakimiyyəti illərində Azərbaycan- Özbəkistan mədəni əlaqələrində görkəmli şərqşünas S.R. Əlizadənin rolu// AMEA Tarix İnstirunun Elmi əsərləri, 34-35-ci cild. Bakı: 2010. s. 187- 195. Müasirlik ruhu və Azərbaycan- Qırğızıstan kino əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, FHT ser. - Gəncə: 2014. № 3. s. 185-190. Azərbaycan- qırğız musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)// ADPU Xəbərləri . HE ser. 2015. № 1. s. 137-141. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı fənni üzrə proqram // BQU-nun Tarix kafedrasının proqramları. –Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 24-78.-/müştərək/ Türk xalqlarının tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 79-100.- /müştərək/ Qafqaz xalqlarının tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2015. s. 101-121. -/müştərək/ Azərbaycan tarixşünaslığında Mərkəzi Asiya problemləri // “Tarix, insan və cəmiyyət” (elmi-nəzəri və elmi-metodiki jurnal). Bakı, 2015. № 2 (13).s. 24-36. Azərbaycanın Kazakistan və Orta Asya Cümuriyyetleri ilə ilişkilerinin gelişmesinde kinonun rölü ( XX asrin 60” li yilları) // «Yeni Türkiyə” dərgisi, VI cild. Ankara, 2015. № 76. s. 580- 593. Azərbaycan-Qırğızıstan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2015. № 1. s. 201 – 207. Türk xalqlarının sovet dövrü tarixi fənninin proqramı. BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2016. -s. 106-118. Azərbaycanın beynəlxalq əlaqələri fənni üzrə proqram. BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU –nun nəşriyyatı, 2016. - s. 89-105.-/müştərək/ Orta əsrlər tarixi fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2016. s. 67- 96.-/müştərək/ Müstəqillik dövründə Azərbaycan-Qazaxıstan mədəni əlaqələri // Müstəqillik illərində Azərbaycanın sosial- iqtisadi, siyasi və mədəni inkişafı./Sumqayıt Dövlət Universitetində 13-14 oktyabr 2016-cı ildə keçirilən Respublika Elmi Konfransının materialları. Sumqayıt, 2016. - s. 242-245 Müasir dövrdə Azərbaycanın türkdilli ölkələrlə əlaqələri tarixi fənni üzrə magistr proqramı. BQU-nun Tarix kafedrasının proqramları. Bakı: BQU-nun nəşriyyatı, 2016. s.47-56. Azərbaycan-Özbəkistan elmi əlaqələri tarixindən (XX əsrin 50-ci illəri) // Tarix, İnsan və Cəmiyyət (elmi-nəzəri və elmi-metodik jurnal). 2017. № 1 (16) s. 70-78. Azərbaycan-Özbəkistan elmi əlaqələri tarixindən (XX əsrin 70-ci illər) // AMEA-nın Xəbərləri ( ictimai elmlər seriyası) . 2018. №4. s. 31- 41. Azərbaycan-Tacikistan ədəbi-mədəni əlaqələri tarixindən (XX əsrin 70-ci illəri) // “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. 04-05 dekabr 2018-ci il. Sumqayıt Dövlət Universiteti. SDU: 2018, s 53-55. Həmçinin bax Azərbaycan şair və yazıçılarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=591533 |
Əzizağa Hüseynov | Əzizağa Nizami oğlu Hüseynov (1 fevral 1999, Bozavand, Ağsu rayonu – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əzizağa Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2005-ci ildən Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində alan Əzizağa 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Hərbi xidməti Əzizağa Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanmış, Şəmkirdəki hərbi xidmət müddətini 2018-ci ildə başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əzizağa Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzizağa Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=686806 |
Əzizağa Məmmədov | Məmmədov Əzizağa Seyfəddin oğlu (26 avqust 1957, Tivi, Ordubad rayonu) — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Məmmədov 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib [1]. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti [2], 2008-ci ildə isə Xalq artisti [3] fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub [4]. Yaradıcılığı Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur. Təltif və mükafatları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti. Azərbaycan Respublikasının əməkdar artisti[5] Azərbaycan Respublikasının xalq artisti[6]. Xarici keçidlər Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov - Barı Naxçıvan [7]. Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.[8] Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub [9]. | https://az.wikipedia.org/w/index.php?curid=616134 |
Əzizağa Qasımov | Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı – 18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru. Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. Əsl adı Ağababa idi, lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Yeddici sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950–1953) Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı. Teatrda çalışdığı üçün təhsilini yarımcıq qoyub. Ə. Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə rəhbərlik edib. Əzizağa Qasımovun səs tembiri bariton idi, cingiltili və gur ahəngi ilə seçilirdi. Nəfəsi geniş, ləhcəsi aydın və ifadəli dinlənilirdi. O uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib. Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycanfilmin istehsalı olan "Ulduz"(Əliş) "Musiqi müəllimi" (Coğrafiya müəllimi) "Qara qız"(Bəy) ekran əsərlərində kiçik rollara çəkilib. Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov 1982-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adı ilə təltif olunub.18 fevral 1985-ci ildə Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub. Teatr sahəsindəki rolları Vokal imkanları geniş olan səhnə personajları 1. Süleyman və Rüstəm bəy — ("Arşın mal alan","O olmasın bu olsun" Üzeyir Hacıbəyli) 2. Gülümsərov — ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov) 3. Nadir — ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov) 4. Qaçay — ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov, Ənvər Əlibəyli) 5. Əsgər bəy və Səfər bəy — ("Hacı Qara yaxud Xəsis", M. F. Axundzadə, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov, Ramiz Mustafayev) 6. Kamran — ("Qızılaxtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev, Zeynal Cabbarzadə) 7. Kərim — ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov) 8. Professor — ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) 9. Sandro — ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov) 10. Knyaz Levan– ("Keto və Kote", Levon Cubabriya, Viktor Dolidze və Tələt Əyyubov) 11. Hacı Soltan və Orduxan bəy – ("Evliykən subay","Əlli yaşında cavan" Zülfüqar Hacıbəyli) 12. Poladov – ("Bizə bircə xal lazımdı", Qulamrza Cəmşidi, Əbülfəz Hüseyni, Telman Hacıyev) 13. Məmmədhəsən əmi – ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə, Cənnət Səlimova, Tofiq Quliyev) 14. Qədim Qədimoviç – ("Nənəmin şahlıq quşu", Əliğa Kürçaylı və Vasif Adıgözəlov)Daha çox yumorla işlənmiş, tipik məşət xarakterli səhnə personajları 15. Göyüş – ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) 16. Kərim kişi — ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov) 17. Murtuzov və Səfər, xidmətçi ("Özümüz bilərik","Milyonçunun dilənçi oğlu" Şıxəli Qurbanov və Süleyman Ələsgərov) 18. Nəriman və Məmməd – ("Rəisin arvadı" Məhərrəm Əlizadə və Süleyman Ələsgərov) 19. Kəbleyi — ("Keçmiş məşiət səhnələri" Mirzə Ələkbər Sabir, Soldan Dadaşov və Vasif Adıgözəlov) 20. Lətif kişi — ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov) 21. Balakişi – ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev) 22. Hüseynəli — ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov) 23. Usta Əflatun ("Naznaz xanım naz edir", Məhərrəm Əlizadə və Nazim Əliverdiyev) 24. Cənnətəli – ("Təzə gəlin" Seyfəddin Dağlı, Cahangir Cahangirov) 25. Qəmərəli — ("Qonşumuzda bir oğlan var" Məhərrəm Əlizadə və Ramiz Mustafayev) 26. Yekəpər — ("Boşanaq evlənək", Əliağa Kürçaylı və Vasif Adıgözəlov) 27. Əlimərdan – ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov) 28. İsrafil — ("Lənət şeytana", Firudin Aşurov və Vasif Adıgözəlov) 29. Bığlı kişi ("Seyindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov) 30. Məmmədəli– ("Həyətim mənim həyatım mənim" Cahangir Məmmədov, Əşrəf Abbasov) 31. Fərrux kişi — ("Nəğməli könül" Xalidə Hasilova, Emin Sabitoğlu) 32. Mərdan — ("Gurultulu məhəbbət", Salam Qədirzadə və Süleyman Ələsgərov) Filmoqrafiya Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Aktrisanın təbəssümü (film, 1974) Arşın mal alan (film, 1965) Aygün (film, 1960) Bizim küçə (film, 1961) Evləri köndələn yar (film, 1982) İnsan məskən salır (film, 1967) İyirmialtılar (film, 1966) Qanun naminə (film, 1968) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Musiqi müəllimi (film, 1983) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Poçt qutusu (film, 1967) Skripkanın sərgüzəşti (film, 1972) Sonuncu məhəbbət (film, 1985) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Tütək səsi (film, 1975) Ulduz (film, 1964) Uşaqlığın son gecəsi (film, 1968) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) İlham Rəhimli-Azərbaycan Dövlət Musiqili Teatrı(səhifə 438-439-440-441) | https://az.wikipedia.org/w/index.php?curid=33079 |
Əzizağa Qənizadə | Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik. Əzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib. 1990-ci ilin avqust ayından Ordu, Hava və Dəniz Donanmasına Könüllü İdman Yardım Cəmiyyətində Hərbi Hazırlıq üzrə sədr müavini vəzifəsində xidmət edib. 1992-ci ilin mart ayında Müdafiə Nazirliyinə gedərək döyüş bölgəsinə göndərilməsiylə bağlı raportla müraciət edib. Beləliklə, 1992-ci ilin fevral ayında Milli Ordunun 853 hh (sonradan bu hərbi hissə 771 saylı hərbi hissəyə çevriləcək) komandiri vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayından 1992-ci ilin noyabr ayına qədər 771 saylı hərbi hissənin (I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin) komandiri vəzifəsində Qarabağın (Cabrayıl, Zəngilan və Qubadlı rayonlarından başqa) bütün bölgələrində, Müdafiə Nazirliyi tərəfindən göndərilərək Xüsusi Təyinatlı Reyd Dəstəsinə rəhbərlik etməklə onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 1992-ci ilin aprel ayında I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin komandiri vəzifəsində xidmət edərkən növbəti polkovnik-leytenent hərbi rütbəsini alıb.1992-ci ilin noyabr ayında 701 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunub. Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur. Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi. Biz az idik və zabit heyəti demək olar ki, yox idi. Mən Laçın rayonundan döyüşlərdən çıxarıb Kəlbəcər rayonuna ən cox 150 – 300 nəfər əsgər hissə-hissə gətizdirə bildim. 701-ci Briqadanı isə tamamilə Laçın rayonundan çıxarmağa mənim səlahiyyətlərim yox idi. Kəlbəcərə gətirdiyim bölüklər mənimlə bütün döyüşləri mühasirə şəraitdə döyüşüblər. Düşmən bilmirdi ki, biz hansı qüvvə ilə onların qabağına çıxırıq. Son 4 gündə aramsız gedən döyüşlərdə mənimlə hücuma gedən hərbçilərdən az bir hissəsi döyüşlərdən sağ çıxdı. Şəhid olanları çıxarmağa adam qalmırdı. Təxminən hər 50 nəfər döyüşə gedən hərbçilərdən 5-6 nəfər sağ çıxırdı. Düşmənin hücumu 280 kilometr uzunluğu olan cəbhədən, mühasirə şəraitndə qalan Kəlbəcər rayonuna hücumları və manevrləri müdafiəsiz olan 190 km-lik ərazidən keçirilirdi. Müdafiəsiz qalan ərazidən düşmən asanlıqla bizim arxasına keçir və bizi mühasirəyə alırdı.” 701-ci briqada 1992 ilin may ayından sentyabr ayına qədər Kəlbəcər rayonunda yerləşirdi və onu müdafiə edirdi; 1992 ilin sentyabr ayının əvvəlində 701-ci briqada gözlənilmədən Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. Kəlbəcər rayonunda isə hərbi hissələr qalmır. 1993 ilin fevralın ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonu əli yalın düşmənlə üz üzə qalır, nəticədə işğal qaçılmaz olur. Kəlbəcər rayonu düşmən tərəfindən 80 % işğal olunur və Müdafiə Nazirliyindən 701-ci briqada Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilmək əmri alır. 701-ci briqada hissə-hissə Kəlbəcər rayonuna geri piyada çəkilməyə başlayır. Aparıla bilməyən silah və sursat məhv edilir. Düşmən geri çəkilən briqadanı təqib edir. 701-ci Briqadanın bömələri tədricən bir neçə sutka ərzində düşmən tərəfindən halqa şəklində bütün yüksəklikləri zəbt olunan Kəlbəcər rayonuna daxil olur. Qeyri-bərabər şəraitdə döyüşən 701-ci Briqada mühasirədə döyüşərək Kəlbəcər rayonun əhalisini xilas edir və Kəlbəcərliləri xilas edərkən 400 nəfər şəhid verir. Halbuki indiyə qədər 701-ci Briqadanın fədakarlığı dilə gətirilmək əvəzinə bəzi insanlar tərəfindən şərlənir. Həmçinin bax Kəlbəcər döyüşü 701-ci Briqada Əkbər Mirzəzadə, "Polkovnik Qənizadə Əzizağa Tofiq oğlu", "5-ci Bərdə taboru" kitabı, Bakı, MTR Group, 2012. səh.24-25 Xarici keçidlər Azərbaycan Ordusunun 701 saylı hərbi hissəsi Kəlbəcər döyüşü Əzizağa Qənizadə: “Onlar Kəlbəcərdədir, meyitləri gətirilməyib, dəfn edilməyib” | https://az.wikipedia.org/w/index.php?curid=369253 |
Əzizağa Süleymanov | Əzizağa Mirpaşa oğlu Süleymanov — Milli Qvardiyanın (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) keçmiş komandiri, istefada olan polkovnik. Süleymanov Əzizağa Mirpaşa oğlu 1957-ci ildə Şamaxı rayonunda anadan olub. Ali Hərbi təhsilli hüquqşünasdı və Bakı Dövlət Universitetinin tarix fakultəsini qiyabi bitirib. 3 xarici dövlətdə hərbi kurslarda təhsil alıbdır. 1991-ci ildən Milli Qvardiyanın təməlini qoyan zabitlərdən biridir. 1993-cü il aprel ayının 5 -də Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olub. Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=379615 |
Əzizağa Şahverdiyev | Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib. 1984-cü ildə Ə.Şahverdiyev Moskvaya köçüb və A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda işə düzəlib. Burada o, kiçik elmi işçidən Neft yataqlarının işlənməsi prosesini idarəetmənin avtomatlaşdırılması elmi Mərkəzinin direktoru vəzifəsinədək yüksəlib. 1998-ci ildə institutu tərk etmək məcburiyyətində qalıb. 1999-cu ildə Ə.Şahverdiyev direktorun birinci müavini vəzifəsində instituta qayıdıb, bir il sonra isə baş direktor təyin edilib. Rəhbər vəzifədə o, qısa müddətdə dərin böhran keçirən institutun keçmiş şöhrətini qaytara bilib. Hazırda Ə.Şahverdiyev Neft-Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru, Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının yeraltı sərvətlər bölməsinin sədridir. O, 250-dən çox elmi əsərin, Rusiya və xarici patentlərlə müdafiə olunan 100 ixtiranın müəllifidir. Neft və qaz yataqlarının işlənmə prosesinin sistemli opitimallaşdırma konsepsiyasının, o cümlədən layların məhsuldarlığının inkişafı və neft hasilatının intensivləşdirilməsi və işlənmə obyektlərinin modelləşdirməsinin yaradıcısıdır. Ə.Şahverdiyev tərəfindən yaradılan “Geoloji-texniki tədbirlərin texnoloji effektivliliyinin müəyyən edilməsinin vahid metodikası” və “ŞAHMET”, “ŞAHMETEK” proqram kompleksləri neft və qaz sənayesində geniş tətbiq olunub. Bununla bərabər, Ə.Şahverdiyev qeyri-müəyyənlik və informasiya çatışmazlığı şəraitində karbohidrogen yataqlarının işlənməsi layihəsinin optimal variant seçimini təmin edən yeni metodika hazırlayıb. Ə.Şahverdiyev tərəfindən qeyri-səlis çoxluq nəzəriyyəsinin istifadəsi ilə tətbiqi proqram təminatının alqoritmi, ehtimal-statistika və evristik minimaks meyarlar – “OPTİMA” təklif edilib. Ə.Şahverdiyev tərəfindən neft-qaz yataqlarının işlənməsi prosesinin kiçik parametrli stoxastik modelləşdirmənin, o cümlədən karbohidrogen yataqlarının işlənməsində bütövlükdə sinergistik effekt təzahürü ilə lay sisteminin fəaliyyətinin qanunauyğunluğunun əsasları yaradılıb. Elastik, elastik-plastik və plastik-məsaməli mühitlərdə flüidlərin filtrasiya nəzəriyyəsi hazırlanıb. Bu nəzəriyyə neft-qaz yataqlarının işlənməsi prosesində təzyiq dəyişikliklərinin məsaməlilik və keçiricilik dönməzliyini nəzərə alır. Rusiya Təbiət Elmləri Akademiyası yeraltı sərvətlər bölməsi çərçivəsində Ə.Şahverdiyevin təşəbbüsü və özünün fəal iştirakı ilə Rusiyada səmt neft qazının səmərəli istifadəsi konsepsiyası yaradılır. Konsepsiyanın məqsədi səmt neft qazının atmosferdə yandırılmasını və seyrəldilməsini xeyli azaltmaqdır. Ə.Şahverdiyev Rusiya Federasiyası Təbii Resurslar və Ekologiya Nazirliyi ilə dövlət müqaviləsi çərçivəsində “İnnovasiya texnologiyalarını istifadə etməklə neft yataqları laylarının məhsuldarlığının artırılması və səmt qazından istifadənin artırılması sayəsində neft yataqlarının səmərəli mənimsənilməsinə dair tövsiyələrin hazırlanması” layihəsinin rəhbəridir. Ə.Şahverdiyev SPE Beynəlxalq Neftçilər Assosiasiyasının (ABŞ, Riçardson), “Neftyanoye xozyaystvo”, “Bureniye i neft”, “Oborudovaniye i texnologii dlya nefteqazovoqo kompleksa”, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” (“Yer elmləri” seriyası), Rusiya Elmlər Akademiyasının “Vestnik”, ARDNŞ-in Neft-Qaz Problemləri Elmi-Tədqiqat İnstitutunun “Elmi əsərləri” kimi tanınmış jurnalların redaksiya heyəti və redaksiya şuralarının üzvüdür. Mükafatları Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə 1999-cu ildə Ə.Şahverdiyev “Rusiya Federasiyasının Əməkdar İxtiraçısı” dövlət mükafatına layiq görülüb. Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və sənət cəngavəri” fəxri adı, “Ağ Qartal” ordeni, “Nobel mükafatı laureatı P.S.Kapitsa” gümüş medalı, “V.İ.Vernadski” gümüş medalı ilə təltif olunub. 2003-cü ildə fəxri fransız mükafatı – strateji idarəetmə sahəsində əldə etdiyi nailiyyətlərə görə Sənaye Təşviqi Assosiasiyasının “Qızıl medal”ını alıb. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=527939 |
Əzizağa Əzizbəyov | Əzizağa Əzizbəyov (tam adı: Əzizağa Məşədi oğlu Əzizbəyov; 14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini, intendant xidməti general-mayoru. Məşədi Əzizbəyovn oğlu. Püstəxanım Əzizbəyovanın atası. Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində doğulmuşdu. 15 yaşında ikən kommunist gənclər ittifaqı sıralarına daxil olmuş Ə.Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi. 1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə.Əzizbəyovu özünün Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərmişdi. Sonradan o, həmin işi Quba qəzasında davam etdirmişdi. 1921-ci ildə Ə.Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa ezam edilmişdir. 1923-cü ildə Bakıya qayıdan Ə.M.Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləmişdir. Bir neçə il xalq ticarət komissarı işləmiş Ə.Əzizbəyov, sonradan Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsində çalışmışdır. II Dünya müharibəsi zamanı, 1943-cü ildə, ona intendant xidməti polkovniki, 16 may 1944-cü ildə isə general-mayor hərbi rütbəsi verilmişdr. Bu dövrdə Əzizbəyov Zaqafqaziya arxa cəbhə rəisinin müavini, SSR Xalq Müdafiə Komissarlığı Mərkəzinin Zaqafqaziya bazasının rəisi və Qızıl Ordunun arxa cəbhəsinin rəis köməkçisi kimi məsul vəzifələrdə çalışmışdır. Müharibədən sonra Müharibədən sonrakı illərdə Əzizbəyov Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sənaye məhsullarının təchizatı və satışı idarəsinin rəisi, "Azəriitifaq"ın idarə heyətinin sədri vəzifələrini tutmuşdur. O, bir neçə dəfə SSRİ Ali Soveti, Azərbaycan SSRİ Ali Soveti, Bakı Sovetinin deputatı seçilmişdir. Mükafatları Ə.Əzizbəyovun dinc quruculuq və müharibə illərindəki xidmətləri Lenin, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri və bir neçə medal kimi yüksək hökumət mükafatları ilə təltif olunmuşdur. Əzizağa Məşədi oğlu Əzizbəyov 1963-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Həmçinin bax Əzizbəyovlar Tərlan Əliyarbəyov "Azərbaycan generalları" Kataloq. — Bakı, "Elm", 2005, səh. 83–101 | https://az.wikipedia.org/w/index.php?curid=514763 |
Əzizağa Əzizov | Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s. kimi yaddaqalan obrazları yaratmış Ə.Əzizov, həmçinin televiziya tamaşalarında və verlişlərində də duzlu, məzəli obrazlar yaratmaqda davam edir. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Evlidir, 2 övladı var. Filmoqrafiya Əzizağa Əzizov Xarici keçidlər Səda - “Qızıl toy” tamaşası keçirilib | https://az.wikipedia.org/w/index.php?curid=34692 |
Əzizbala Hacıyev | Əzizbala Hacıyev (1895, Təbriz – 1973) - Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri. Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir. Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur. Bəyimxanım ailənin ilk övladı olmuşdur. Ailənin ən kiçik uşağı olan Zümrüd isə Böyük Vətən müharibəsi illərində təxminən 3-4 yaşlarında yeməkdən zəhərlənərək ölmüş , Paşa və Loğman isə daha sonralar dünyalarını dəyişmişlər. Təhsil və iş Ə.Hacıyev Hacınskinin oğlanları ilə birlikdə kişi gimnaziyasını oxuyub bitirmişdir. Riyaziyyat fənnini yaxşı bildiyinə görə başqalarından fərqlənirdi. Gimnaziyanı bitirdikdən sonra o, Hacınskinin Bayıl qəsəbəsində şəxsi mülkləri icarəyə verən idarəsində işləməyə başlamışdır. Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiya ilə məşğul olmağa başlamışdır. Qeyd etmək lazımdır ki, bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorunun xüsusi icazə sənədi olmalı idi. XX əsrin əvvəllərində neft Bakısında foto işi ilə əsasən yəhudilər, ruslar və ermənilər məşğul olurdu. O zamanlar Bakıda ilk fotostudiya Bazar küçəsində ( indiki Azərbaycan prospekti ) yerləşirdi. Əzizbala da əvvəlcə burada fotoqraflar artelində çalışırdı. Fotostudiya Fotoqrafiyaya sonsuz həvəsi və marağı olduğu üçün öz şəxsi fotostudiyasını açmaq qərarına gəlir və bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək fotostudiyanı aça bilir. Əsrin əvvəllərində çoxmillətli Bakıda azərbaycanlı bir gəncin fotoqrafıya ilə məşğul olması ,üstəlik studiya açması həmin dövr üçün çox cürətli bir addım hesab olunmalıdır. Fotostudiyada Əzizbala müəllim həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı. Fotostudiya üçün lazım olan bütün avadanlıqları, hər cür xırdalığı da daxil olmaqla, o, Almaniyadan sifariş edib gətizdirirdi. Yüksək keyfiyyətli şəkil çıxarmaqdan ötrü foto sənəti üçün lazım olan bütün texniki vasitələrin, o zaman üçün texniki yeniliklər hesab edilən bu dəyərli avadanlıqların qiyməti də baha idi. Üstəlik onların Almaniyadan Bakıya gətirilməsi də çox xərc tələb edirdi. Həmin dövrdə foto sahəsində ən dəbdə olan bir mövzu portret mövzusu idi. Buna görə də fotostudiyanın divarları boyunca bir çox müxtəlif yaş və təbəqələrdən olan adamların portretləri asılardı. Ə.Hacıyevin sənəti ilə bağlı olaraq çoxlu dost və tanışı var idi. Onun ən yaxın dostlarından biri Hüseyn Cavid idi. H.Cavid yenicə çapdan çıxmış əsərlərinin tam külliyyatının bir nüsxəsini ona hədiyyə etmişdi. Çox güman ki, bu hədiyyə də fotoqrafa çox baha başa gəldi. Stalinin şəxsiyyətinə pərəstiş dövrünün ab-havası bu ailədən də yan keçmədi. 1937 –ci il repressiya qurbanlarının siyahısına daha bir ad əlavə olundu. Onu həbsə atdıran bir erməni fotoqrafı oldu. Həmin bu erməninin fotostudiyası Ə. Hacıyevin iş yerinin yaxınlığında yerləşirdi. Gecə saat 3-də evlərindəki axtarışdan sonra atasının NKVD-nin həbsxanasına salınması bu ailənin sonrakı faciələrinin başlanğıcı oldu. Axtarış zamanı heç bir şey tapılmasa da , azərbaycanlı fotoqrafı məhkum etməkdən ötrü onun "canfəşanları" öz qüvvələrini əsirgəmədilər. H.Cavidin hədiyyə etdiyi kitabları isə axtarışa qədər Səkinə xanım həyətdəki təndirə atıb yandırmışdı. Azərbaycanlı fotoqrafa , Sibirə sürgün edilməklə , 5 il həbs cəzası kəsildi. O, İranla əlaqəsinə, qaçaqmalçılığa, H. Cavidlə dostluq etdiyinə görə ittiham olundu. Üstəlik onun bütün əmlakı müsadirə olundu ,studiyası isə dağıdıldı. Sonralar Hüseyn Cavidlə bağlı Əzizbala Hacıyevin dediklərindən: "Həbsxanada mən H.Cavidlə bir kamerada idim. O, məndən qələm istədi. Xoşbəxtlikdən üstümdə qələm var idi, ancaq qələm olsa da, kağız yox idi. Onda H.Cavid şeiri balışın üstündə yazmağa başladı." Sibirə sürgünə göndərilməsini isə fotoqraf belə xatırlayırdı: "Məni ağır cinayətlər törətmiş məhbuslar ( avtoritetlər ) olan bir yük vaqonuna mindirdilər. Vaqonda çox soyuq idi, hər yerdən külək vururdu. Onlar vaqonda olan digər məhbusların pal–paltarlarını əllərindən alıb geyinirdilər, hərdən isə bu məhbuslardan bəzilərini öldürüb, vaqon gedə-gedə döşəməsinin taxtalarını aralayıb meyitləri oradan atırdılar. Mənə isə nədənsə toxunmurdular. Nəhayət, bir müddətdən sonra onlardan biri mənə yaxınlaşdı və soruşdu: "Siz məni xatırlayırsınızmı? Mən sizi tanıyıram, siz fotoqrafsınız. Bayılda studiyada şəkil çəkdirmişəm. Şəklimi çox gözəl çəkmişdiniz. Məhz həmin adamın sayəsində mən sağ qala bildim". Arxangelskdə sürgündə olarkən Əzizbala müəllimin, necə deyərlər, "bəxti gətirdi". Zona naçalnikinə fotoqraf lazım idi. Azərbaycanlı fotoqraf sənədlər üçün məhbusların şəkillərini çəkirdi. Əslində, sevdiyi peşəsi onu ölümdən belə qurtardı. Sürgün illərində məhbusun adına verilmiş sənədlərdən aydınlaşdırdıq ki, o, Arxangelsk vilayətində Oneqlaq adlı yerdə cəza çəkmişdir. Çox güman ki, həmin yer qəsəbə olmuşdur. Vətənə döndükdən sonra o dövrün qayda-qanununa görə ona 6 il Bakıda yaşamaq qadağan edildi. Əvvəlcə Gədəbəydə geoloji-kəşfiyyat işi ilə məşğul olan tanışı Səttar Süleymanovun yanında işləyir. S. Süleymanov Zaqatalaya göndəriləndə Ə.Hacıyev də onunla birlikdə burada işləməyə gedir. Repressiya qurbanı olmuş digər məhbuslar kimi Əzizbala müəllim də sürgündən tamam başqa bir adam kimi qayıdır. Əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş Ə. Hacıyev bir daha öz sevimli sənətinə qayıda bilmir. Bakıya döndükdən sonra bir müddət mənzil-istismar idarələrindən birində müdir vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının 1920-1937-ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir. XX əsrin başlanğıcında tikilmiş bu qədim binanın birinci mərtəbəsində vaxtı ilə Bayıldakı studiyada foto işində istifadə olunan avadanlıq və cihazlar illərlədir ki, bu evdə qorunub saxlanılır. Ə.Hacıyevin ata mülkü Bakının arxitekturasından bəhs edən və 2011-ci ildə çap edilmiş "Köhnə Bakının qapıları" adlı kitaba da salınmışdır. Dünyada ilk dəfə neftin çıxarıldığı Bakının tarixinin təbliği sahəsində bina və buradakı əşyalar unikal eksponat sayıla bilər. "Bir ömrün fotosu - İlk azərbaycanlı fotoqraf Əzizbala Hacıyev (YENİLƏNDİ)" ( (az.)). azpress.az. 2015-02-20. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-18. | https://az.wikipedia.org/w/index.php?curid=389557 |
Əzizbəy Muradov | Əzizbəy Muradov (3 fevral 1998, Ulacalı, Sabirabad rayonu – 6 oktyabr 2023, Xocavənd rayonu) — qarmon ifaçısı, kiçik polis serjantı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olmuşdur. Əzizbəy Muradov 1998-ci il fevralın 3-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 2015-cü ildə Sabirabad rayon Ulacalı kənd tam orta məktəbində ümumi orta təhsilini bitirmişdir. O, 2009-cu ildə daxil olduğu Sabirabad rayon Üzeyir Hacıbəyov adına Uşaq Musiqi Məktəbininin qarmon ixtisasını 2014-cü ildə müvəffəqiyyətlə bitirmiş, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Xalq çalğı alətləri ifaçılığına (qarmon) qəbul olmuşdur. III kursda olarkən təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanan Əzizbəy 44 günlük Vətən müharibəsi zamanı azad edilən yaşayış məntəqələrində qarmonda və pianoda etdiyi ifalar ilə məşhurlaşmışdı. İlk dəfə Qubadlıda qarmonda ifa etdiyi "Qarabağ şikəstəsi" sosial şəbəkələrdə böyük maraq yaradır. Şuşada isə pianoda ifa etdiyi "İncə bellim" mahnısı sosial şəbəkələrdə qısa bir zaman ərzində trendə çevrilir. 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı qüvvələri sırasına daxil olur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik, yüksək peşəkarlıq, şücaət və mərdlik nümayiş etdirərək fərqlənmiş Muradov Əzizbəy Etibar oğlu "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Qarabağda keçirilən antiteror tədbirləri zamanı öz xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Əzizbəy Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanaraq şəhid olan Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov Ulacalı kənd qəbirstanlığında dəfn edilib. Şəhidin nəşi günorta radələrində torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı atası Muradov Etibar Xanoğlan oğluna təqdim olunub. Şəhidin məzarı önündə atası onun seçdiyi yoldan danışıb: "Mənim oğlum Əzizbəy atasının başını ucaltdı belə şəhidlik zirvəsinə ucalmaqla. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq getmişdi. Ordan gələndən sonra mən onu müharibə qurtarandan sonra onu saxlaya bilmədim. O, yenədə polis sıralarına getdiki mən işləyib vətənimizə xidmət eləmək istəyirəm. Asəf Zeynallının III kurs tələbəsi olanda müharibəyə gedib. Azərbaycan məni tək qoymayıb. Xalqımız məni tək qoymayıb… Sabah da yenə də əgər vətən darda olsa atası kimi iki oğlumla özüm yenə getməyə hazıram. Mən başımı dik tutub deyirəm bax bu xalqımızın yanında "Vətən sağolsun!". Allah bütün şəhidlərimizə rəhmət eləsin." Yaşadığı küçəyə adı verilmişdir. Ulacalı kəndində adına bulaq tikilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=823567 |
Əzizbəyli | Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. Toponimikası Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. Görkəmli şəxsləri Abdulla bəy Divanbəyoğlu (1883–1936) — yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913–1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir. Həmçinin bax Qazax rayonu Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr | https://az.wikipedia.org/w/index.php?curid=116784 |
Əzizbəyov | Əzizbəyov — Azərbaycanda daha çox işlədilən soyad. Məşədi Əzizbəyov — peşəkar inqilabçı. Şamil Əzizbəyov — Azərbaycan-sovet geoloqu, geologiya–mineralogiya elmləri doktoru (1943), professor (1944) Xudadat bəy Əzizbəyov — müəllim, tərcüməçi.Yaşayış məntəqələri Əzizbəyov rayonu (dəqiqləşdirmə)Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Xəzər rayonunun 1966-cı ildən 11 may 2012-ci ilədək istifadə olunmuş rəsmi adı. Əzizbəyov rayonu — Ermənistan SSR-in inzibati bölgüsünə daxil olan Vayk rayonunun 12 oktyabr 1956-cı ildən 1991-ci ilədək istifadənolunmuş rəsmi adı. Əzizbəyov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan Qaradağ rayonunun 1963-cü ildən 1966-cı ilədək istifadə olunmuş rəsmi adı.Əzizbəyov (Ermənistan) — Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisində şəhər. Əzizbəyov (Amasiya) — Qərbi Azərbaycanın Şörəyel mahalı ərazisində kənd (Qaraçanta). Əzizbəyov (kənd, Göygöl) — Xanlar rayonunda kənd. 26 iyul 1994-cü ildə Xasabağ qəsəbəsi ilə birləşdirilərək Əzizbəyov qəsəbəsi təşkil olunmuşdur. Əzizbəyov (qəsəbə, Göygöl) — Xanlar rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildən Hacıməlik qəsəbəsi adlanır. Əzizbəyov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Əzizbəyov bələdiyyəsi — Azərbaycan Respublikasının Goranboy rayonunda bələdiyyə.Digər Məşədi Əzizbəyov metrostansiyası — İndiki Koroğlu metrostansiyasının əvvəlki adı. | https://az.wikipedia.org/w/index.php?curid=68454 |
Əzizbəyov (Amasiya) | Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd. Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür. Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur. Coğrafiyası Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq", dağ, dərə, bulaq adlarıdır. 1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır.1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1750 nəfər olmuşdur. Tanınmışları Qaraçantalı Əhməd bəy Hacıoğlu — Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti qurucularından və hökumət üzvü Ramiz Əskər — filologiya elmləri doktoru, professor Sübhan Namazov — texnika elmləri doktoru, professor Pərviz Abdullayev — texnika elmlər doktoru, professor Tənzilə Rüstəmxanlı — Azəri Türk Qadınlar Birliyinin sədri Murtaza Karaçanta — 2014-2019-cu illərdə Qars Bələdiyyə Başqanı Kərim Əskərov — SSRİ Jurnalistlər İttifaqının həqiqi üzvü (1973) Pərvanə İbrahimova — dosent Nailə Əskər — dosent Hamler Əskərov — dosent Əsgər Əsgərov — SSRİ (1967) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986) Atilla Əskər — National Aeronautics and Space Administration (NASA), mühəndis Cavid Süyfullah oğlu Abdullayev —Boeing 747 hava gəmisi pilotu, kapitan Sərxan Məhərrəmov — Boeing 787 hava gəmisi pilotu, kapitan Cahandar Bayoğlu — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. Səxavət Məhərrəmov — Şəhid, Azərbaycan Milli Qəhrəmanı Məhərrəm Seyidov — Şəhid, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub (ölümündən sonra) Əli Rəfiyev — Şəhid Arslan Bayramov — Şəhid Şair Rzayev — Şəhid Mehman Məhərrəmov — Şəhid Daşqın Səmədov — Şəhid Elvin Həsənov — Şəhid | https://az.wikipedia.org/w/index.php?curid=537865 |
Əzizbəyov (Goranboy) | Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimikası 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır. Tanınmışları Aşıq Hüseyn Cavan — Aşıq Həmçinin bax Goranboy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=550112 |