Unnamed: 0
int64
0
7.72k
title
stringlengths
1
131
singer
stringclasses
680 values
album
stringclasses
133 values
year
stringclasses
60 values
lyrics
stringlengths
35
8.85k
url
stringlengths
32
167
6,900
Məhəbbət Nəğməsi
Xumar Qədimova
not available
2013
(Bənd 1: Xumar Qədimova) Nəğmələr söyləyən bir bülbüləm mən Mənə ilham verən bil ki sənsən, sən Sənsiz nəğməm bitib lal olmuşam mən İnləyən, sızlayan kaman kimiyəm Gəl mənə ruh verən, gülüm, gülzarım Duy, sənə yetişsin bu ahuzarım Bizi ayırmasın qoy Uca Tanrım Dolmuşam, yağacaq bulud kimiyəm Dolmuşam, yağacaq bulud kimiyəm İnləyən, sızlayan kaman kimiyəm [Nəqərat] Yetirsin nəğməmi sənə küləklər Sənsiz fəğan edən bülbül kimiyəm Gəl, qayıt geriyə, gəl mənim yarım Gəl, suyu qurumuş çaylar kimiyəm Yetirsin nəğməmi sənə küləklər Sənsiz fəğan edən bülbül kimiyəm Gəl, qayıt geriyə, gəl mənim yarım Mən suyu qurumuş çaylar kimiyəm Gəl, suyu qurumuş çaylar kimiyəm Dolmuşam, yağacaq bulud kimiyəm İnləyən, sızlayan kaman kimiyəm [Bənd 2: Ülvi Qılınc] Gülüm, gözlərinin qurbanı ollam Sənin həsrətinlə sarallam, sollam Sən getsən dünyada mən yalnız qallam Nəvazişə möhtac uşaq kimiyəm Ruhumu oxşayan ətirli gülsən Sən mənim qəlbimə axan bir nursan Dodağımda donan segahsan, şursan Yerində kül qalan ocaq kimiyəm Yerinə kül qalan... Yerində kül qalan ocaq kimiyəm Nəvazişə möhtac uşaq kimiyəm [Nəqərat: Xumar Qədimova] Əllərin əlimdə olduğu zaman Dərd – kədər yox olur, yox olur tamam Sən mənim yanımda olduğun zaman Fəzada sayrışan ulduz kimiyəm [Ülvi Qılınc] Əllərin əlimdə... Eşqi badələrə... Mənimlə yanaşı... Səmaya ucalan qartal kimiyəm [Xumar Qədimova] Əllərin əlimdə olduğu zaman Dərd – kədər yox olur, yox olur tamam Sən mənim yanımda olduğun zaman Fəzada sayrışan ulduz kimiyəm [Xumar Qədimova – Ülvi Qılınc] Fəzada parlayan ulduz kimiyəm Səmaya ucalan qartal kimiyəm Fəzada parlayan ulduz kimiyəm Fəzaya ucalan...
https://genius.com/Xumar-qdimova-mhbbt-ngmsi-lyrics
6,901
Yağmur Ağlıyor
Xumar Qədimova
not available
2013
[Bənd 1] Yağmur ağlayır ikimiz için Ağlayır, həm keçmişi silir Qədərimdin, xəyal oldum Eşqimiz bitdi nağıllar kimi [Nəqərat] Qiymətini biləmədim, biləmədim, biləmədim Səni necə sezəmədim, sezəmədim, sezəmədim? Bu gün rəsmini endirdim duvardan Duvar ağladı, mən ağladım [Bənd 2] Qar çiçəkləri kimisən, təmiz Səndə tapdım sevgimi henüz Son bir busə ver, səndən qalsın Sən yoxkən könlüm yanımda sansın [Nəqərat] Qiymətini biləmədim, biləmədim, biləmədim Səni necə sezəmədim, sezəmədim, sezəmədim? Bu gün rəsmini endirdim duvardan Duvar ağladı, mən ağladım Qiymətini biləmədim, biləmədim, biləmədim Səni necə çözəmədim, çözəmədim, çözəmədim? Bu gün rəsmini endirdim duvardan Duvar ağladı, mən ağladım
https://genius.com/Xumar-qdimova-yagmur-aglyor-lyrics
6,902
Yaş Gəlir
Orkhan Zeynalli
not available
2012
[Bənd 1] Mən həmişə istəmişdim, qızım olsun Körpə gülüşlərində həyatı tapdığımdandır, yəqin ki Musiqini dinləyəndə deməyə daim sözüm olsun Heç olmasa, okean sahillərindən olum dərin Albomun bir parçası, həyatın bir parçasıdır Səmimiyyətin ən bol olduğu yer Mahnı və uşaq bağçasıdır Bax qulaq asır, yəqin, indi yaşlılar da Kaş ki hər sözüm bir iz qoyaydı yaxşılarda (Gör bizə neçə göz baxır...) Gözlərinsə arxasında sevgilər və hisslər durur (Biz neçə evin bərk damı...) Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost Bəlkə Günəş batmayıb və çökməyib hələ qaranlıq Quşların azadlığı səma, mənimsə musiqi Əlini ver, uçaq, biz əsl sevgilərdən yarandıq [Nəqərat] Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlıq illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq [Bənd 2] Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla Cangüdənlərin məni qorumağı çox gülünc idi Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla Zarafat etmə çox, deyib-gülmə, danışma çox Özünü qabağa atma həyat adlı yarışda çox Amma dostların və dinləyicilərin bilmədiyi bir şey “Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir” Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur Amma ki bu gün bu qəlbin ortasında tək qalmışam Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam Cavabsız məktublar və cavabsız zənglərlə Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam Tortda “23” yazmışam, deyəsən, doğrudan, böyümüşəm [Nəqərat] Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq [Bənd 3] Yaxın dur, qulağını aç, hələ ki bitməyib sözüm Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən Mənimlə doğmasan, "Karusel"imə minmisənsə Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i Mənimlə eynidir, yəqin, sənin sevimli günlərin [Nəqərat] Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq
https://genius.com/Orkhan-zeynalli-yas-glir-lyrics
6,903
Uzaqdan
Tomris
not available
2020
Sanki tutmaz əlimi uzatsam Xəbəri vardır duyğularımdan Gözlərini qaçırır baxdığım an “Həyəcanlı deyiləm” deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan (Uzaqdan) (Uzaqdan) (Uzaqdan) Bəlkə, söylər səhər olmadan Gün nur saçar sevgi bağından Gözlərini qaçırır baxdığım an “Həyəcanlı deyiləm” deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan (Uzaqdan) (Uzaqdan) (Uzaqdan) Sözlər uçuşdu, titrədi səsim Gözlərim bağlı sevdim Çağırdı göylər, güldü çiçəklər Daha sevməyək bu gündən Uzaqdan (Uzaqdan) (Uzaqdan) (Uzaqdan) Uzaqdan (uzaqdan) (Uzaqdan) (Uzaqdan) (Uzaqdan) …
https://genius.com/Tomris-uzaqdan-lyrics
6,904
Gecələr
Xumar Qədimova
not available
2014
[Bənd 1] Dayanıb arada ayrılıq dağı Yol çəkən gözümə çəkər göz dağı O sevgi şərabı, o vüsal çağı Könlümü yandırar, yaxar gecələr [Keçid] Sən getdin, nəfəsim getdi, gəlmədi Yaşama həvəsim getdi, gəlmədi Dərdindən öləsi getdi, gəlmədi Gəldi bir – birindən ağır gecələr [Nəqərat] Gecələr, gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz ağır keçir Ağır gecələr [Bənd 2] Hanı o nəğmələr mənə yazdığın? Ürək səslərimə qulaq asdığın? Sənsiz qəribsəyən ipək yastığın Məni sinəsinə sıxar gecələr [Keçid] Sən getdin, nəfəsim getdi, gəlmədi Yaşama həvəsim getdi, gəlmədi Dərdindən öləsi getdi, gəlmədi Gəldi bir – birindən ağır gecələr [Nəqərat] Gecələr, gecələr Gecələr, gecələr Sənsiz ağır keçir Ağır gecələr Gecələr, gecələr Gecələr, gecələr Könlümü yandırar... Gecələr, gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz ağır keçir Ağır gecələr Gecələr, gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz gecələr Gecələr, gecələr Gecələr, gecələr Sənsiz ağır keçir Ağır gecələr Sənsiz ağır, ağır...
https://genius.com/Xumar-qdimova-geclr-lyrics
6,905
Şükür Ki Ölməmişəm
Xumar Qədimova
not available
2013
[Bənd 1] Bir gün getsəm bu dünyadan Elə bilməyin ölmüşəm Elə bilin kimdənsə, nədənsə Küsüb getmişəm Bir mehriban baxışa Şirin sözə bəndəm Bəlkə, geri dönəm? Bəlkə, geri dönəm? Bir mehriban baxışa Şirin sözə bəndəm Bəlkə, geri dönəm? Bəlkə, geri dönəm? Bəlkələr yol ola dönəm, kaş! Dönəm bir ay işığına Boylanam yer üzünə [Nəqərat] Boylanam mənsiz qalan həyətimə Boylanam mənsiz qalan həyatıma Darıxan evim üçün, balam üçün Yarım üçün... Darıxan evim üçün, balam üçün Yarım üçün... [Bənd 2] Hanı məndə o bəxt, görən? Dönəm o bəxtəvər gözələ əvvəlkitək Siz də ağlamayın bu gedişimə, doğmalar Mənim nigarançılığımı başqa dünya götürməz Qayıdacağam... [Nəqərat] Boylanam mənsiz qalan həyətimə Boylanam mənsiz qalan həyatıma Darıxan evim üçün, balam üçün Sevgim üçün... Darıxan balam üçün, yarım üçün Evim üçün... [Sonluq] Şükür Allaha, ölməmişəm! Elə - belə bu dünyadan getmişəm Qayıdacağam, qayıdacağam Qayıdacağam...
https://genius.com/Xumar-qdimova-sukur-ki-olmmism-lyrics
6,906
Heyif
BadClause Music
not available
2019
[Bənd] Biz ikimiz heç vaxt bir cəm ola bilmərik Münasibət fərq etdikcə Sənlə necə tamamlandığımı görürdüm Tənhalığımı dərk etdikcə Nədənsə yaşamaq xoş gəlirdi sənə Mən nəfəs almağı tərgitdikcə Sona qalan təkcə xətrin var idi O da gedir əldən sən getdikcə Bitdiyini sandığım hekayənin Qaldığı yerdən başlaması Lap zəhləsi getsin məndən nifrət eləsin Amma heç vaxt daşlamasın Başqa ürəyin içində olmaram, olsa da Başqa qələm, başqa yazı Sadəcə fərqli qucaqlarda tapır özün o Heç kim başqa şey anlamasın (!) Qorxuram onla danışmağa Bilmirəm üzləşəcəm hansı üzüylə Dəli-dolu vaxtlarımıza düşdü bu sevgi Çox oynadıq ocağın közüylə Xəyalları uzaqlar idi Məni də aparacaqdı getsə özüylə Amma indi fırlanır yüzüylə Hətta ayaq yeri də qoyub nişan üzüyünə Həyat davam edir onunçün heç nə fani Nə də ölüm ani deyil Əvvəlkitək nurani də deyil ki Baxan gözlərinə “mirvari” deyim Həmi imkanatı xudmani deyil Daha dəyişib çox şey, çox eyib! Kiçik şeylərlə xoşbəxt ola bilmir Ömrünü versən “yox” deyir! Elə bir küskünlük qoymusan ki Hüzür saxlamağa gəlmir üzüm Elə bədbəxt bir kəssən ki Özgə xoşbəxtliklərə belə gözün düşür! Mən yanlışamsa, sən de düzün Düzgünlüyün varsa, bəs bir üzr Amma dolubdur zir-zibillərinlə səbr küpüm Daha qalanın özün düşün...
https://genius.com/Badclause-music-heyif-lyrics
6,907
Məni Kim Bağışlayacaq?!
BadClause Music
not available
2016
[Bənd 1] [Lakonik] Yağış yağanda dənizlər nə hiss edər? Düşün ki, kor birinin qaranlığısan Və mən də yuxu əvəzinə səni çəkdim gözlərimə Rəssam şeir çəksin, şair rəsm yazsın içdən-içə Necə kövrək baxırdı bu şəhər səni itirməyimə Gəl artıq, ehtiyac duyur bu ev gülümsəməyinə Həmin dənizdir axı, həmin yer, amma sən yoxsan Səni məndən daha çoxmu sevdi axı yaş torpaq? Getdi bax həmin qatar, relslərdə yalnızlıq Neçə dəfə duruxmuşduq, oysa nə qədər sarsıldıq Bu şəhər, bu dünya bizi ayıra bilməyəcək ikən Necə olur da ağ bir parçanın üzündən ayrıldıq? [BadClause] Səni görmək çətindir, amma səni yazmaq asan Sənə gəlmək çətindir, amma yanında qalmaq asan Aşiqin şeiri gözəl, şeirinə görə dəlidir yazanlar Şairlər əqli belədir, şeiri dəli olub da yazarlar Yorğun gözlərimə həm qara, həm ağsan sən Dönsək beş əsr əvvələ, “divanə yar”san sən Bayatı Şiraza rəngi qatan tarsan sən Həyatda olmasan da şeirlərdə varsan sən Qarsan sən, buz əllərimi yandıran Səndən böyük ağrı yoxdur ağrıdan İnan ki, yoxluğun hələ də sığışmır ağlıma Soyuq bir abidə üstünə adını cızdı arzular [Nəqərat: BadClause, Ali Ashikar] Səni məndən alıb aparıb göylər Soruşurdum səni əsən küləkdən Kim sevər ki, məni yenə sənintək? Kim sevər ki, məni belə ürəkdən? Səni məndən alıb aparıb göylər Soruşurdum səni əsən küləkdən Kim sevər ki, məni yenə sənintək? Kim sevər ki, məni belə ürəkdən? [Bənd 2] [Lakonik] Axı, mənə sevməyi öyrətdin tək Sevib də ayrı qalmaq, ayrı qalıb, amma sevməyi Bəs bu qədər yaxınıq indi, gəlib də göstərsinlər Səni mənə "keçər" deyənlər (gecikər "keçər" deyənlər) Nədənsə yox kimsə, şərabın tərkibisən İçində var kimisən, elə bilirəm var kimsəm Otaqda şamın işartısı, onu söndürən yaş kimisən Soyuqsan, can, məni yardan ayıran daş kimisən (kaş bilsən) Bax kimsəm qalmadı, məktublarda qalıb adı Bir də hər baxanda gözümü dolduran mərmər parçası Yadında, mənə demişdin - “olmasam da yaz-yarat” Gözün arxada qalmasın, can, yerində rahat yat [BadClause] Bu otaq sənsiz üzümə baxmır daha Sarayda yazarlar da daha sən haqda yazmırlar Son gedişindən sənə 40 gecə, 40 gün səcdəyə getdim Sonra sənli cümlələr ayrıldı bağrımdan Qəbrinə qoyulan gülləri dərdim könül bağımdan Yazılan mətnlərdə eyni məqama dönür nağıllar Gedəndə unuda bilməz axı, sevir bir ömür fağırlar Gərək ki, möcüzə olsun, yenə səni görüm yaxından Süzürəm dərdi yadımdan, heç nə olmamış kimi Düşün ki, dolub ürəyin, həm heç vaxt dolmamış kimi Düşün ki, yanımdasan, düşün ki, qollarımdasan Düşün ki, boşdur məzar cismin orda olmamış kimi [Nəqərat: BadClause, Ali Ashikar] Səni məndən alıb aparıb göylər Soruşurdum səni əsən küləkdən Kim sevər ki, məni yenə sənintək? Kim sevər ki, məni belə ürəkdən? Səni məndən alıb aparıb göylər Soruşurdum səni əsən küləkdən Kim sevər ki, məni yenə sənintək? Kim sevər ki, məni belə ürəkdən?
https://genius.com/Badclause-music-mni-kim-bagslayacaq-lyrics
6,908
Yeddinci Ay
BadClause Music
not available
2019
[Bənd] Sənin mərhəmətin yox, eşqin yarım saatlıq Həmin sevgi mahnıları daha məni xatırlatmır Qayğısız, nəvazişsiz körpə kimiyəm Tərk edilmək üçün çox tezdir sənsizliyə yaşım çatmır Bir ömür mənə dar gəlir, ağrılarımı izah etmək üçün Bir vərəq yetəri qədər bəsdir, eşqi kitab etmək üçün İndi ziyan etmək üçün əlimdə tək canım qalıbdı O qədər ürək sözüm var ki, deməmişəm heç yarım qalıbdı Yoxdur dərd ortağım daha, heç kimim qalmayıb artıq Şərəfini görəcəyim günə saxladım badənin axrın Həsrətin rahat buraxmır, bu əzab qəlbimə yatıb Artıq bir ay olacaq ki, ölümdən betərdir həyatım İnsafsız ol vur qır dağıt, yaşaran gözümə baxma Bir ömür arxamca bax razıyam amma, üzümə baxma Sən də hamı kimi ən dar anda get, sözümə baxma Əgər varsa sevgini ver mənə, qalanını özünə saxla İçində gözəl hisslərdi amma cismən səhv tanınırsan Öldürür həyat eşqini boğur içində qəddar o insan Basdırılan hər duyğunu tənhalıqla səhv salırıqsa Nəyə gərəkdi sevgi ən sonunda tək qalırıqsa Sənlə bir evin ayrı otaqlarında eşqə düşmüşük Unudulan o mahnıların hər notunda birgə ölmüşük Rəsminə gözüm düşüb, yağışlı vaxtlarda üşüyüb Ağlayan gözlərindən öpdüyüm anları bir də düşün Məsafələrə dözməyən eşq əlvidana təslim olub Mən pis olub yolunu gözləyəndə gəldi qəmli sonum Yaşımla islananda saçları, gözümdən sərdim onu Bir dəfə üzümə gülən gözəl neçə ildir ki, dərdim olub Aşiq olan ürək qəmgin halım ilə zalim olub Saf eşqin bəyani nazlı yar əğyarə dair olub Düşünür daim onu arzuladığı həyata sahib olub Və keçib keçmişin izləri, axı ayırıb tale yolu
https://genius.com/Badclause-music-yeddinci-ay-lyrics
6,909
Məktub
BadClause Music
not available
2019
[Bənd] Salam... Danışan elə həminki adamdır Uşaq ürəkli, amma bir az da kobud olan qocamandır Rəvadırsa danışacam bir şey haqda, elə biz barədə Ağıla gələn min bir əzab, canıma gəlib sadəcə İstəmədiyim o yerdəyəm, istəmədiyim haldayam Yarımçıq qalan içkiyəm, boş süfrədə dardayam İzim yoxdur, nə də tozum. Mən hardayam?! ... Onun maraq dairəsindən kənardayam Necə bir əzabdır, ya necə əziyyətdir, necə bir eşqdir bu? Nəfəs nəfəsə dayaq ola bilmir, daralır boşluğum Bəlkə, son ayrılığın idi, tənhalığıma tək sübut Fərqli tərəfə getsək də, biz eyni yolda yorğunuq Durğunuq biraz, tənha çaylar kimiyik Təbiət bizi sevmir, biz barsız ağaclar kimiyik Quruyan torpağıq, sınıq budaqda yarpaq kimiyik İnsan insana rast gələr, amma biz dağlar kimiyik İki divanə bir dəryada, hekayə oldular bir misalə Birisi axmağın biridir, amma birisinə heyran aləm Qalıblar eyni dərd içrə, ümidsizcə, biçarə Üzə bilməsələr də, batmağa Rəbb verməz icazə Bəlkə də, bir sınaqdı, şair və şeiri tək qalıb Sözlər vərəqə təslimdir, bir cüt ayaq səs salıb Gəzir yanağımın üstündə, naxış çəkir, nəm salır Cavan çəkilən üz cizgiləri idi, səhvi rəssamın Necə yaraşdıra bildi yad birinə bu qədər doğmalığı? Necə başa sala bildi bir yarıda sevginin olmadığın? O, zalıma aldanan anda bağlandı yolu fağırın Sonuncu boş səhifəm idi bu yazdığım son nağılım Sonu kədərli. Son qədəhi bir ömürə bədəl edərmi sevgi? Yüzü hədərdi bir nəfərə. Bir dəfə də mənlə bir gedərdi Bu yolu necə kəsəkli-daşlı olduğunu görəydi gərək Məni tək görəydi gərək üzümə qəm hörəydi fələk İçimdə bağırtılar baxışlarıma pərdə asıb Görə bilmirəm həqiqəti və geyinirəm səhv libası Əsir əllər, donuram istidə nə qışım var, nə yazım Həmişə su içdiyim quyuda, məzarımı tapdım, qısası Ömür bu nöqtəyə düyünlənibdir bir dəfəlik Üzündə gülüş saxla və xatırlama kinlə məni İnan yüz sevənin yaşayar, amma uğruna ölər biri Özünə yaxşı bax, hələlik İmza: Sevgilərlə Miri
https://genius.com/Badclause-music-mktub-lyrics
6,910
Torpaq
BadClause Music
not available
2018
[Bənd] Mən yalan həsrətə dustaq qalan azadlıq eşqi Hər şeyi boş verməklə həyatın sadələşmir Nədənsə olmadı pis ruh haldan narazı heç kim Zamanın durduğundan şübhələnən saat hələ işləyir Günəşimə bulud düzmə zülmət olan bir zaman gəl Sonsuza bir yol gedir həmin yolda iz salan mən Qüruru şərt edəndə sən puç oldu vicdan əldə Bu şəhərdə səni tərk edəcək sonuncu insanam mən Keçən heç bir gözəl gecəm vermir bir sabahını Xeyrini şərinə qatan dosta qarşı üsyan artır Hissləri dinləyən qələm, şərh edir misralarımı Axı yalnızlığa hakim ola bilmir insan ağlı Həyatı zibil edən tərk edişlərmi, müəmmalarmı? Dərdimə mənlə yananlar 10 il sonra mənlə qalarmı? Nağılların su pərisi uydurmadır, dənizi yalandır Cənnəti tapasan deyə tanrı göyə ayaq izi salarmı? Ağlayan mələklərin hüzurunda eşqdən yazıram Qanlı əllərimlə duaları behiştdən yazıram Yırtdı sinə qəfəsimi, aldı sevgi qəlbi solumdan Buranın dilənçiləri bədəni satıb zəngin olurlar Dövran elə o dövrandır - dost unudur dərd ortağını Nə vaxtsa şirin yuxuya getsəm, eşir qəm torpağımı Qaçanda eşqə doğru yolda xeyli məyus tanıdım Çoxumuz hələ də sevgililəri "Leyli və Məcnun" sanırıq Dünya məni tərk elədi, apardı hər əşyasın Günah-savabı yazan mələklərsə tanrı nə işə baxırdı? Gördüyüm hər şeyə susdum ki, sükut dəyişər axırımı Sonra göz qapaqlarımın arasından n*şə tapıldı Qәlәmim boşboğazdır, onu әcәl dә susdura bilmәz Sәn әxlaqsızlığın materiyası, kor hislәrin dilemması Mәn torpağa qandallı bәdәn, Drezden qalereyası İçimdәkı qarğa meyidlәri üsyanıma qәzәb yazır
https://genius.com/Badclause-music-torpaq-lyrics
6,911
Yaz Şair
BadClause Music
not available
2015
[Bənd 1] Gəldim yenə, getmişdim gəldim, yenə vuruldum Yarıda qoyduğun gün biləklərdə qan duruldu İçimdə bir çöküntü var, ikinci adı qürurdur Sevirdim sənsizliyi, hər dərdimi üzümə vurdu Verdiyin sözlər belə itirib mahiyyətin İstədim susum, amma artıq alınmırdı qəti Xüsusi qoxum yoxdur, bax, üstümdə adi ətir Saçının hər bir tonu kimi tünddür xasiyyətin Bədahətim səmimiydi münasibət yox olmadan İzlərin silinmir ki, xırda-xırda dolur yada O dahi gözəl deyib: “Yuxulu gözünü sevdiyin adam Sənə şair oldu, həm də gecələri yatmadan” Uzatmadan davam eləyim kaş xətrimi itirməsən Barmaqlar daşa dönəcək əgər əlinlə isitməsən Sabahım zühur olsun, şəfəqimə gəl, parılda sən Sağ yanım çürüyübdür dustaq o biri yarımda sən Xətrinə dəymərəm heç bilirəm tez inciyənsən Mən yox olsam illərcə, sən yenə gözləyərsən Mənə yer-göy dar gələrdi, bircə dəfə “hə” desən sən Hərşeyin bir həddi varsa, bu şairin həddi sənsən [Nəqərat] Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma Yaz, şair, yaz ki, daha da dərinə enək, sən Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan Yaz, şair, məhəbbətin meyvəsin dərək Yenə yaz, şair, sığallasın yazıların külək, özündən Yaz, şair, əhvalın necədir bilək, dözümdən Yaz, şair, ümidlərin ölübdürmü görək, ürəyini Yaz, şair, çəkinmə, yaz şair [Bənd 2] Çox da yaxına durma, uzaqlaş, ardınca baxım Bəlkə də sən olardın həyatımda axırıncı qadın O qədər dibə endim ki, kədəri sətirə sancır adın Butulkada içkinin sən sonuncu damcıları Sancılarım daha da çökür, min bir ağrı var könüldə Sən mənim tək dərdim ən gözəl, şad günümdə Əlimdən sutək axdın, öldü balıqlar gölümdə Yadıma da düşmədin çünki, içkiliydim ad günündə Soldu ləçəklər gülümdə, yaşadım səncə nələr? Qəlbə dəyən cümlələrin olubdur bir gəncə bədəl Birinci ümid ölürsə yaşaya bilməz öncə bədən Otağında işıq yanır, hərdən bax pənəcərədən Gedərdim incimədən, qəlbini təmizləsən Bakını dərd eləmə, ölkəni belə tərk edərəm Hər şeyim sənlə bağlı, əgər ki, sən istəsən Siqaret çəkmək nədir, nəfəs alımağı tərgidərəm! Alınmaz həqiqətən, heçnə yoluna düşmürsə Yenə də içib şair axşam evinə dönmürsə Əgər ki, xatirələr bakallarda ölmürsə Deməli hələ də səni yazaram önümdə şam sönmürsə [Nəqərat] Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma Yaz, şair, yaz ki, daha da dərinə enək, sən Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan Yaz, şair, məhəbbətin meyvəsin dərək Yenə yaz, şair, sığallasın yazıların külək, özündən Yaz, şair, əhvalın necədir bilək, dözümdən Yaz, şair, ümidlərin ölübdü mü görək,ürəyini Yaz, şair, çəkinmə, yaz şair [Bənd 3] Arzuların günəşə dönür, gecələr itir gözlərində Səhərimi qaytar mənə açım sənin sözlərinlə İndiki halıma yanan yalan yanır düzlərində Mənliyini satan aşiq yoxa çıxırdı öz əlində Axtarma sən heçvaxt tapmayacaqsan Nə də ki, məndən özgə yar damında qalmayacaqsan Ağzıma gələni yazıb şahəsərim ərsə gəlirsə mənim Başdan bəri bilirdim mən ayrılığda ağlayacaqsan Dayanma sən, məktubları qucağla sən, qanadım yox uçaq desən Uzaqda sən, yaxın olaram “uzağ” desən Leylim, yum gözümü, açarsan mən oyan desəm Lalam mən, koram mən, kar bilmirəm hayanda sən Aldatma, məhlədəyəm, düş aşağı Yağış yağır, o qəhvəyi buludlardan yağış yağır Elə bilirsən unutmuşam xatirən hər qarışdadır Və mən sənə aşiqəm deyə ruhumu bağışladım Adətən özümə güvənirəm heçkimlə yarışmıram Eşq elə bir şeydir ki, bütün hissləri qarışdırar Şeirimi yazdığım qız özlüyündə çox sevinmə Qələmin gözəlliyidir səni vərəqimə yaraşdıran [Nəqərat] Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma Yaz, şair, yaz ki, daha da dərinə enək, sən Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan Yaz, şair, məhəbbətin meyvəsin dərək Yenə yaz, şair, sığallasın yazıların külək, özündən Yaz, şair, əhvalın necədir bilək, dözümdən Yaz, şair, ümidlərin ölübdü mü görək,ürəyini Yaz, şair, yaz, şair...
https://genius.com/Badclause-music-yaz-sair-lyrics
6,912
Şərqi
BadClause Music
not available
2020
[Bənd 1: BadClause] Deyirlər Bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət Nə vaxtsa çıxarar qabağıma səni keçdiyimiz küçələr Heç vaxt danışmasaq da, arada xətir soruşarıq əlbət Çünki, davam eləyir hələ də, həmişəki içkili gecələr Tuta bilmir heç bir budaqdan, daha yorulub əllərim Sənsiz hallarımın ilki ayıq, sonu gicəllənir Tüstü tüstünün dalıyca dolub soyudur əsəbi Qəlbimə xəyanət olsa da, bilə-bilə unuduram səni Başqası var idi həyatında, mənlə idin hərfiyən Dodaqların deyən yalanı gözün bir təhər deyər Sən mənə vida cümləsi, mən isə sənə şərqiyəm Nə mən deyən olmadı, yar, olmadı nə də sən deyən ... nə vaxtsa dərdə bürünsən denən Yenə də yanına gələrəm inan, amma bir azca səbr elə Əllərimi buraxsan da, məni qəlbinə həbs elə Bunu sevgidən sayaram məni qəsdən öldürsən belə [Nəqərat: Şahin Əlizadə] Al mənim əllərimdən Yazdığım sətirləri, yandır Dayanma... Ümid yox Bildiyim hər şeydən usandım Divardan asılmış şəkillər... Ətrini gətirməz küləklər... [Bənd 2: BadClause] Onun saçlarında külək, gözündə nəm, yanağı buzdan Mənim eşqim - qırıq qələm, vərəq, qəlbimdə ahu-zar Sən intizarımdan uzaq, özgə xəyallarına dustaq Əgər məhəbbət budursa, izahına tək mənəm ustad Qəlbimdəki sarayımı görməyib heç bir memar Bir vaxt sevdiyin ruh, indi cəsəd, üstü tikili ehram Məni tapa biləsən deyə yollarına gül düzür hər hecam Və haqq yox ağlamağına, qələm alırsa səndən ilham Nədir bu naz mənə, bu nə işvə, nə əda, bu nə eyham?! Səndən toy-nişan xəbərləri gələcək, məndən edam Nə gərək idi ki, könül bağçaların elədin viran Axı, bizə qocalmağa bəs edərdi közərən ocaq, bir dam ... İtirir bütün hissləri bir məqamda insan Onda tək qalırsan, yanında özündən özgə kim var? Məcnun olsa yerimdə o da, ümidlərin üzər daha Nə edim mən dili bimar məni sevmirsə gözəl yar? [Nəqərat: Şahin Əlizadə] Al mənim əllərimdən Yazdığım sətirləri, yandır Dayanma... Ümid yox Bildiyim hər şeydən usandım Divardan asılmış şəkillər... Ətrini gətirməz küləklər...
https://genius.com/Badclause-music-srqi-lyrics
6,913
Rəsm
BadClause Music
not available
2018
[Bənd 1: BadClause] Ləçəklərini qopardığım güllər Tikanlarla acığını çıxır indi Əlimdə qələm, vərəqlər və hisslər Onun çıxıb getməyin istəmirdi Məni mən olaraq sevən var idi Mənim dostlarım var idi, bir idik Ayaq izləri gözdən itən gözəlsə Orda-burda məni axtarır indi Nədənsə tərk edib gedən kəslərdən Xatirə tək rəsmlər qalıb Lal-dinməz dalğalar idi, bəlkə də Limandakı həsrətin dərmanı Əsirgədiyin hisslərlə ölür bədahətim İtirir hər sətir mənanı Mənə görə ağlayan anda Gözündən öpməyim idi ən qəliz məqamım Axı bu qədər tez ayrılığa Hazır deyildim mən, hisslərim yaralı Nəzm ilə, nəsr ilə təsvir edirdim sevgimi Sən gizlədin hər halın Ləzzəti qalmayıb daha sevib-sevilməyin belə Ömürdən gün gedir Ən dar anda, darıxanda Bağırda qalan ağrılar könüldən gec keçir Marağında qaldı o köhnә hisslәr Zamanım daraldı Axı bir tәrәfdә gün çıxır-batır Keçir günüm, qalanım qaranlıq Narahatmı qaldın mәndәn Gün, aylar, hәftәlәrlә sәs çıxmayanda?! Lazım oldu-olmadı yanında qalıram Sonra yaddan çıxıram bir yandan Əslində “Əlvidalar”ı öldürür Hәr günün ertәsi qorxudur mәni Mənəvi dəyərlərimi məhv edir Hər eşq okeanında boğduğum gəmi Axtarmır məni, yerimi bilmir Maraqlanmır, oxumur heç şeirləri Nazlı dilbərin qəmzələrinə qəzəblənirdim Əzib zir-zibilləri [Nəqərat: Hasan Badalbayli] Nə qədər soyuq yanaq isitmişəm görən Sırf sən deyə? Əllərimə sahiblənən o yad əlləri Batırmışam qəmə Bir dəfə də hüzn sol yanıma yad gələ Ah, sən mənə Gör necə döngələr qoymusan ki, hələ də Çata bilmirəm sənə [Bənd 2: BadClause] Lazım deyildi nə mərhəmətin Nə insafın, nə də ki, vicdanın mənə Əlini qolumdan ayırdığın gündən İncə cümlələrim iz salır yerə Məndən gedişin səni xoşbəxt etsə də Yadda qalan pis qalır yenə Adını şərəf dediyin şey qürurudur Tanıdığım ən pis insanın belə Nümunə olmayacaq bu sevgi Nə də tarixə düşməyəcək sətirlərim Layiq olsam əgər ən ağır dərdə Yarım üzülməyəcək mənimlə bir Əzabın çəksə tək keçən ömrün Yenə bilə bilməz qədrin illərin Mahnılarımda yaşatdığım o qızın Dodağı "get" dedi, amma qəlbi dinmədi Ağladıqca isladır soyuq yastığı Gözlərindən axan damcılar Nə dadı, nə duzu qaldı sevginin Zülmətə qarışıb daha yanmayan çıraq Leysan yağır yanaqlarının üstünə Xatırladır qəmli vaxtları Əza saxlayır o, qara libasını geyinib Yad ocağında cənnət axtarır Məndən ayrı düşər hər addımında sevgi Hisslərimlə tərk edilsəm Ardına baxmadan gedər gedənlər Əgər məsafəni dərd edirsə Nə olursa olsun, əsla tək qoyma Buraxma qollarına onu kiminsə Bir insanın səndən getməyi çox normaldır Gəldiyi yolu bilirsə! [Nəqərat: Hasan Badalbayli] Nə qədər soyuq yanaq isitmişəm görən Sırf sən deyə? Əllərimə sahiblənən o yad əlləri Batırmışam qəmə Bir dəfə də hüzn sol yanıma yad gələ Ah, sən mənə Gör necə döngələr qoymusan ki, hələ də Çata bilmirəm sənə
https://genius.com/Badclause-music-rsm-lyrics
6,914
Marron
BadClause Music
not available
2017
[Bənd 1] Sәmimi deyil canımı alanlar Görәndә ki, gün çıxmır, ümid hissi dә batdı zamanla Güvәn mәni tәrk elәdi, yarı yolda qaldığım anda Gülüşün yaddaşımda, әl izlәrin qaldı masamda Sirr açanda baxışım zillәndi dodaqlarına Eşidәndә başqa ünvanda tapıb xoşbәxtliyi Yaşardı bir cüt göz, tәk bәhanә "yollar" var Addım atmamağının özü qәhәrdir, inan, yol şәrt deyil Gördüyün bu әyyaş cavan sәni sevәn hәmin uşaq idi Sәn şeir gözlü gözәlim idin, şöhrәtimә şan idin Әhvalımı hәmişә pis görürdün, özün sәbәbkar idin Sevgi gecikmişdi, daha nә mәn, nә dә sәn var idin Kәdәr sәnәtkar idi, әn gözәl әsәr sən oldun Və nə isə cəlb eliyirdi məni soyuq nəzərinə doğru Görəsən, qəsdən uzaqlaşdın sən, ya səhvən oldu? Fərq etməz. Ölüb sevgi, qalan əlamət əsər mən oldum [Nəqərat] Qәhvәyi gözlәrinin sәmasında Bir-iki qağayı süzәr qanadlarını Tam sәnә gәlәn yolların astanasında Qürurum tutar ayaqlarımı Qollarımız ayrılır bu gündәn Xatirәnlә solurdu o güllәr Xәyalıma gәlmişdin o gün sәn Olmur axı de hanı o günlәr? [Bənd 2] Xətrimə dəyirdi hər bir sözünün yalan olmağı Şəhvətə boyun əydilər, amma sevgini sayan olmadı Yalnızlıq üzsüz gəlir, doğma görür yad olanları Sən məni məndən aldın, amma səni mənə alan olmadı Adın möhürlü dәrdә. Əhvalım hәr nә qәdәr Pis olsa belə mesajlarda gülürdüm hərdən Yalan dedilәr, içdәn istәsәn dә olmur Xoşbәxtliyә gedәn yol keçmir әrәbcә cümlәlәrdәn Bizi ruhdan saldı seçimlər "Əlvida" dillərə dastan, sevgi qaldı sətirdə Şəkillərimizi silsən də, kitabı tullama heç vaxt Gözüm yollarında yazılarımsa qan tər içində Sənə fәrq elәmәz, sevgilisi ya sevgisiyәm Ağlına gələndə belə, salam verdim tanımadın sәn O mesajı yazmazdım, biraz әvvәlә qayıda bilsәm Özgәyә hәyat olma, birisi sәni yanında xәyal edirsә [Nəqərat] Qәhvәyi gözlәrinin sәmasında Bir-iki qağayı süzәr qanadlarını Tam sәnә gәlәn yolların astanasında Qürurum tutar ayaqlarımı Qollarımız ayrılır bu gündәn Xatirәnlә solurdu o güllәr Xәyalıma gәlmişdin o gün sәn Olmur axı de hanı o günlәr?
https://genius.com/Badclause-music-marron-lyrics
6,915
Oyuncaq
BadClause Music
not available
2015
[Bənd] Birinci dəfə görəndə baxışların gəldi dilə Ayrılanda ağladığını uşaqlar dünən dedilər Hər temaya pox qoyursan, ala, uzatma nəysə Girən giribdir onsuzda əyri otur, düzün denən Çıx indi ağlımdan, yatım, ətağa başım dağılır Sevgi var gücüylə vurur, sonra yıxır fağırı Sən məni silsən belə saxlayarsan boyunbağımı Sevgi sənçün oyundursa, sox bir yerinə oyuncağını Bizimçün oyun bağlı, demişdin axı hər dəfə mən Mənimlə “seryozna” danış bambılılıq hələ bəs edər Sənə iki dənə bənd yazaram ağlayarsan səhərə qədər Başına elə bir oyun açaram gülüşlərin çorta gedər Hər görüşdə loxlamaq istədin elə bilmə ki qoyunam Əgər çağırsan, gələrəm sevgilimlə birgə toyuna Elədiyin artistliyi yaraşdırmadım boyuna Mən sənin qədər deyiləm gedib tay-tuşunla oyna Belədir ki, gözəl qız - adamın qırmağa heyfi gəlir Sevinmə, bir pox deyilsən - qaradan ağa dəymir əlin Məni “draznit” eliyirdin, ləzzət eləmir nervilənim Kiftə bişirə bilmirsənsə səninlə niyə evlənim? Gəlməyin üstümüzə, biz neynərik özümüz bilərik Sevgi özü də qumar kimidir, olurdu düşməz-düşəri Arzum - eyni evdə qalaq hər bazar da dolma bükərik Lap istəsən yaxın olarıq, hələ bir o tərəfə də keçərik Sonu zibil olmazdı başdan ipini atsaydım Yaxına duranı dost saydım, içəndə vurmaz ayılım Cümlələrin səmimiydi, kaş yerində qalsaydın Kefim yoxdur, sora danışaq - bax bu da qırmaq sayılır Hə, incitsəm də məndən soyumazsan Dodaqlarım baltika kimi və sən heç vaxt doymazsan Dedilər mırt tutursa sənətağa sən yaz dastan Mən yazaram, amma adamı xıyar yerinə qoymazlar
https://genius.com/Badclause-music-oyuncaq-lyrics
6,916
Nerden Bileceksiniz
Xumar Qədimova
not available
2014
[Bənd 1] Üstüm başım toz içinde Önüm arkam pus içinde Saçlarım pas içinde Siz benim neler çektiğimi Nereden bileceksiniz? Siz benim neler çektiğimi Nereden bileceksiniz? [Nəqərat] Bir fidandım derildim Fırtınaydım duruldum Yoruldum çok yoruldum Siz benim neler çektiğimi Nereden bileceksiniz? Siz benim neden kaçtığımı Nereden bileceksiniz?? [Bənd 2] Üstüm başım toz içinde Önüm arkam pus içinde Saçlarım pas içinde Siz bеnim neler çektiğimi Nеreden bileceksiniz? Siz benim neden içtiğimi Nereden bileceksiniz? [Nəqərat] Bir fidandım derildim Fırtınaydım duruldum Yoruldum çok yoruldum Siz benim neden kaçtığımı Nereden bileceksiniz? Siz benim neden sustuğumu Nereden bileceksiniz? [Keçid] Ben ardımda yaş bıraktım Ağlayan bir eş bıraktım Sol yanımı boş bıraktım hey! Ben ardımda yaş bıraktım Ağlayan bir eş bıraktım Sol yanımı boş bıraktım hey! [Nəqərat] Siz benim neden kaçtığımı Nereden bileceksiniz? Siz benim neler çektiğimi Nereden bileceksiniz?
https://genius.com/Xumar-qdimova-nerden-bileceksiniz-lyrics
6,917
Lalələr
BadClause Music
not available
2015
[Bənd 1] Həqiqət az tapılır, amma olanda olur yalan tək ürəkli Bu şəhər bizi ayırdı, amma günah özümdəydi Deyirsən ki, yaxşı ol, halımı dünən gecə görəydin Axmaq olmağımçün tək bəhanə də səni sevməkdir Bu yolda itirərdik əziyyəti belə qram-qram Sən getsən belə 19-u unutmaram Qolların mənim evimdir, başqa ailə qurammaram Mənim olsan sevincimdən sən öl bir həftə yatmaram Mən yazıram, sən də qarala dayanmadan Gecələr üstünü örtüb gedəcəm oyanmadan Yarı yolda qoyan deyiləm eləsən belə oyan-buyan Qolunda varsa başqası mənə demə ki, yanındayam Uzaq dayan yaxına gəlmə, mən xəstəliyəm Şair öldü dünən sənə musiqi bəstələyən Sənsizlik davam eləyir, üçüncü çərşənbədəyəm Son mesajın ağrı verdi - “incimə can, getməliyəm” [Nəqərat] Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr [Bənd 2] Qəlb öləndə bir dəfə ayağa dura bilmir Sətirlər danışsa da, hisslərini dindirmir Şairin dərdi varsa, gecələr yata bilmir Səninçün dolan gözlərim, artıq sənə baxa bilmir Sənə yazılan mahnılarda yaşayır indi özgələri Biz ayrı dünyalarıq, yaraşdırma özünə məni Dərin bir yuxuya ehtiyac var, özümə gəlim Sən dünyaya məhkum mələk, abidəsi gözəllərin Əgər güvən varsa, hər şeyə söz verərəm Dodağın sussa belə, ürək baxar göz deyənə Təki sən bir addım at, mən bir il gözləyərəm Bu münasibət getməsə, sadəcə döz deyərəm Gölməçə bizi batırır, sevgi kağız qayıqlarda Geri dönsən yenə səni yazacam, amma ayıq halda Öldürdüyün bədənim doğulur özgə yataqlarda Bu sevgi xəyali gerçəkdir, yoxdu kitablarda [Nəqərat] Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr
https://genius.com/Badclause-music-lallr-lyrics
6,918
Qüssə
BadClause Music
not available
2016
[Bənd 1] İndi çox uzaqdayıq, düşünürəm ki, səbəb mənmi? Mən ki, heç incitmədim, de axı nə idi sənin dərdin? Olaydı köhnə vaxtlar - hər gün görüş, eyni məkanda Danışıram uşaqlarla, amma ki, səndən xəbər gəlmir Bəlkə də istəmsizcə öldürdüm içimdə eşqi Mən piyan olanda sənə deyirdilər ki, "içib səninki" Həyatıma gəlirsən bircə ay sonra itirsən iki il O qәdәr qəlb qırmaların sonunda olur səbr - kin Və bəzən əsəbi yazıram, sonra alıram könlün Yazaram dayanmadan hәr nә qәdәr ki, şam sönmür İnan ki, başqa birisi sәni bu qәdәr gözәl yaza bilmәz Sən mənə "can" belə demədiyində mən yazıram "ömrüm" Mәn sәni sevәnә qәdәr vallah ölümә inanmırdım O qәdәr ağırdır ki, ruh bәdәndә dayanmırdı Sonra yalanla inam sındı, guya ki, xoşbәxt idik Dәrin yuxudaydın, çağırsam da oyanmırdın [Nəqərat] Mәn sәndәn getdim, yoxsa sәnmi "gәl" demisәn yar? Otaqda hara baxsam gözüm dolur, dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni, yoxsa bәdәnmi müqәvva? Sәnsiz ürәk durur, göz qapanır, can verir әndam Mәn sәndәn getdim, yoxsa sәnmi "gәl" demisәn yar? Otaqda hara baxsam gözüm dolur, dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni, yoxsa bәdәnmi müqәvva? Sәnsiz ürәk durur, göz qapanır, can verir әndam [Bənd 2] Cәnnәt bizi qollarında qovuşdurmasa Sırf mәni görmәk üçün cәhәnnәmә gәlәrsәnmi? Әgәr ki, ölsәm mәn sonra yenidәn dünyaya gәlsәm Vә onda şair olmasam necә? Yenә sevәrsәnmi? Nәyә görә yaş axır axı gözündәn, hüzn camalından Gecәlәri sevәn adamın әskik olur gün sәmasından Eşqimi öldürmüşdün, qәlbimә güllәr atırlar Yenә sәni şeir edәrәm, tamamlanar cümlәm adınla De görüm sәn nә vaxtsa ölmüsәnmi mahnılarımda? Dәrdinә dәrman olardım, qurtulub ağrılarımdan Görәsәn, kimlәr alıb apardı cananı canımdan? Nәdәnsә sәni әvәz etmәk istәyir ayrı qadınlar Adicә mәsafә belә ayırır bizi, yox soraqların Yarımın eşqi dönüb vecsizliyә, yazsam ağlamır Etiraf eləyirәm ki, bәdәn yerdә, can sәmadadır Vә necә sevdiyimi gözlәrinә dә baxsam anlamır [Nəqərat] Mәn sәndәn getdim, yoxsa sәnmi "gәl" demisәn yar? Otaqda hara baxsam gözüm dolur, dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni, yoxsa bәdәnmi müqәvva? Sәnsiz ürәk durur, göz qapanır, can verir әndam Mәn sәndәn getdim, yoxsa sәnmi "gәl" demisәn yar? Otaqda hara baxsam gözüm dolur, dәrddirmi hәr yan? Sәn sevә bilmirsәn məni, yoxsa bәdәnmi müqәvva? Sәnsiz ürәk durur, göz qapanır, can verir әndam
https://genius.com/Badclause-music-quss-lyrics
6,919
Əvəzsiz
BadClause Music
not available
2016
[Bənd 1] Yerindә olsam әgәr, inan, Mirini çox sevәrdim Vә sonra şeir elәsin deyә sәn kimi tәrk edәrdim Ürәyin çox üzülәrdi, mәnsә ümidlә bәrkidәrdim Әgәr ki, o xoş getsәydi, xoş gәlәrdi bәlkә dәrdi Sənsiz qocalmış cavan, mən əsiri əsrlərin Yazım səndən əsinlənib, vəfat edə fəsillərim Eşq günahı müqəssirlərin, saxlamışam nə sirləri Nəzm edib də nəsirləri, yazan əllərim əsir mənim Hisslәrim yerlә-yeksan olub, kimsә kömәyә gәlmәdi Tәlәsәn addımların arasında sıxışıb qalıb hәyatım Heç kimdәn heç nə gözlәmirәm, özümә gәlmәdim İçimdә parçalanır dünya, gözlә tәr axır Tuta bilmәz zamanı mәsafәlәr qurbanı insan Hava sәni xatırladır - sәrilib yollara vicdan Ağlama demişdim axı, yağmasın yanaqlara leysan Nә olursa olsun, boyun bağımı tullama heç vaxt Yolunda sürünәrkәn durdum, gözlәdim qüruru Gәrәk ki, ölәydi xatirә, sәninlә yaşamayaydı can Deyәsәn mәndәn soyudun, sonra gözlәrin qurudu Bir az da sәbrli ol, bir ay sonra Bakıya qayıdıram [Nəqərat] Yerini verәn olmadı doğma mahnılarda sәnin Başqaları yaraşdırır yanıma sәni Yenә yanıma gәlib Sevgin gözәldir, olmaya canıma qәnim Yerini verәn olmadı doğma mahnılarda sәnin Başqaları yaraşdırır yanıma sәni Yenә yanıma gәlib Sevgin gözәldir, olmaya canıma qәnim [Bənd 2] Nә qәdәr baxdım üzünә, gözünü qaçırdın gözümdәn Nә qәdәr düzün danışsam da, çıxırdın sözümdәn Nә qәdәr çarәsiz oldum, yolu axtardım özümdә Çoxusu da sanır ki, dәrdi yoxdur, tәk yazır dözümdәn Düşәndә gözdәn üzrlәr, qırıldıq istәmsizcә Kürәyimdә yara çoxdur, qucaqla, izlәri gizlә "Bizi tәk bizdәn başqa ayıra bilmәz heçkimsә" Dedik, sonra kül olub öldü, toza qarışdı әn dәrin hisslәr Böyükdür ətrafın, çata bilmədim yollarımız dar Sol yanı boş görәndә yazar әllәr, qollar sızlar O kәsi mәn öldürәrәm toxunan olsa bircә telinә Sənsә mәni comment-lərdə tanımadığım qızlara qısqan Mәndәn gizlәnirdin, amma gözümә dәyirdi eybin Daha mәni itirirdin könül verib yad könülә Bir sәn yoxsan deyә, yaşamaq çox çәtin şeydir Mәzar bir gün qazılar, amma insan hәr gün ölәr [Nəqərat] Yerini verәn olmadı doğma mahnılarda sәnin Başqaları yaraşdırır yanıma sәni Yenә yanıma gәlib Sevgin gözәldir, olmaya canıma qәnim Yerini verәn olmadı doğma mahnılarda sәnin Başqaları yaraşdırır yanıma sәni Yenә yanıma gәlib Sevgin gözәldir, olmaya canıma qәnim
https://genius.com/Badclause-music-vzsiz-lyrics
6,920
Pərdə Arxası
BadClause Music
not available
0001
[Nəqərat] Sənin baxışların səma, gözlərinsə ay-günəşim Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim Tək qalmışam, (tək-tənha) zülmət hər tərəfim Soyuq gecə, soyuqdur necə... Mən ötüb keçər deyə düşünürəm hələ [Bənd 1] Necə ki ötüb keçib istəmədən itirdiyimiz hər şey Necə yaddan çıxıb, o doğmalıqlar, gör necə yadlaşmışıq... Artıq göz-gözə gəlsək də, dodaqlar dinmir Ruhlar tanışdır çoxdan, ürək isə tanıya bilmir İnsanı dəyişən elə məncə tənhalıqlar olur Çünki özün öz səhvlərinlə məcbur olaraq üzləşirsən Həyatsa elə bir tələdir ki, ora həm düşmək, həm çıxmaq olur Əgər ki, elədiyin düşündüyünlə düz gəlirsə Nə qədər göz yumacağıq olanlara? Nə qədər yalandan “yaxşıyıq” deyəcəyik hal soranlara Hara qədər saxta təbəssümlə günlər ötəcək ömürdən? Kimləri alacaq yaradan, kimi döndərəcək ölümdən? Hər şey təsadüfdür, bəlkə də səhv qərar düzdür Nə vaxtsa ölür sevgi, amma ki, nifrət ölümsüzdür Yaşamaq könülsüzdür, həyata gözün toxdursa Çox pul da mənasızdır, qoyacağın boş cibin yoxdursa [Nəqərat] Baxışların səma, gözlərinsə ay-günəşim Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim Tək qalmışam, (tək-tənha) zülmət hər tərəfim Soyuq gecə, soyuqdur necə... Mən ötüb keçər deyə düşünürəm hələ [Bənd 2] Hər kəs doğrudursa əgər günahkardır kim? Hər şeyi rədd eləyib çıxıb getmək necə asandır ki? Nədənsə yüz haqsızlıq görürük bir az haqq edib Adətən dəlilər böyük düşünür, ağıllı axmaq kimi Nə dost, nə tanış, nə də ki, doğma birisi çatır köməyinə Qalırsan sarayda möhtac, kasıbın yavan çörəyinə Fikirlərin anlaşılmazdır və əl çatmır ürəyinə Saxtadır həqiqətlər, düşürük onun-bunun kələyinə Bizi xilas edən yoxdur, dustaq olmuşuq daha Bizə mərhəmət göstərən yox, həyat çəkir çarmıxa Pambığı yığıb sandığa, gizlətdik həqiqətləri Hər şey darmadağındır, artıq yox səliqəm qəti Göylər yerin güzgüsü, əslində yoxdur səma Tanrı gözlərini yumur və qaranlıq çökür tamam Zaman çəkir sınağa, (vurur, yıxır) qəddarcasına Gülə bilmirsən ürəkdən, dərdin dönür dağa (çünki,sənin) [Nəqərat] Baxışların səma, gözlərinsə ay-günəşim Kirpiklərin ulduzlar, göz qapaqların cəhətim Tək qalmışam, (tək-tənha) zülmət hər tərəfim Soyuq gecə, soyuqdur necə... Mən ötüb keçər deyə düşünürəm hələ
https://genius.com/Badclause-music-prd-arxas-lyrics
6,921
Şərhsiz (Explicit)
BadClause Music
not available
2015
[Bənd] Gözümdə işıq gedirdi bir yana gedirdi, bir yana divar Dedim ki, "başım uçur gedir" elə bildi ki, qanadı var Nə qədər boş vərəq varsa, deməli bir o qədər də qələm var Mən reper olmaq istədim, "şair" deyib tanıdılar Hörmətim özümə görədir, demədilər ki, çağır dayını Yaşayış yeri: Xırdalan, məktəbim də filan saylı Keçmiş olan yaxınlar, xəyallarda yanımdaydı Yuxudan oyanmaq ayrı şey, ayılmaq tamam ayrı Mən bir dəfə qələm qoysam, dinləyiciyə dastan gəlir Birinci şərt əziyət, sonrasında ad-san gəlir Mənçün elə bir babat alliance olmayıbdır HOST-dan bəri Düşmənim qalıb qırağda, cındırlıq dostdan gəlir Vaxt varı idı şair idim, elə indi də şairəm Yazdığım tək mövzu lirika və də ki, lirika sairə... Biz tərəfdə sevgi gəmisi yanaşmazdı sahilə Yenə köhnə sevgililərim hələ də elə bilir ki, xainəm Abırsızam zahirən, içdə fərqli biri deyiləm Düşmənim ölməyimi istəyər axı məni diri neylər? ... Sən də susma, arada bir də dinib eylə Mən indi BadClause-am, sən öl köhnə Miri deyləm Həyatım adlanan roman, toz basıb indi rəfdə Bil, əvvəla gözüm dolar, sonra dolardı dəftər Boş vaxtım olmurdu ki, görüşə bilək hər həftə, bax Haqqsız olan tərəf sənsən, ona görə səhv tərəf mən Yazıram bir tərəfdən, cırıb atırdım ard-arda Hopubdur deyə iy buraxır tütün köhnə paltardan Bu adam düzünü yazsa, səhvdir deyərək unudarlar Danışmayım deyə dodağımı dilimə bağla qandalla Elə bil, elə bir hambal var, hər pis işi də yoluna gətirə Yaxınlarım yağışa dönsə, zibili də bulana çətirə Çalış öncə asanı bacar, prinsipinə getmə çətinə Dərd nə qədər böyük olsa, yerləşdirim onu bir sətirə Doğma olan kəs doğmadır, doğmadır hər hərfə bil Dostum, mənə ağrı vermə, çalış pay elə məlhəmi Mənlə birgə kitab açma, sildim ən yaxınımı çünki Səhvimi əzbərləyəndə tez çevirdi səhifəni Döyünür içdə, tərpənir, deməli, yaşıyır kiminçünsə Mən əslində darıxdırıcı, maraqlı kiminçünsə Özlüyündə düşün bir az, nə üçün, ya da kiminçünsən? Bu mahnı ya həyatdır, ya da mp3-dür kiminçünsə Hər şeyin bir əvəzi var, çalış xeyri şərə qatma Su axar, axarı tapar, yeritmə onu saman altdan Nömrə 1 olmaqçün sən elə hərəkəti tələbatla Qanun budur - "Sözün düzünü soxurlar elə zarafatla!" İstedad batır altda, ümid çırağı hələ sönmür Bu dəfə mən piyanam, dünya tərsinə dönmür Fatihəyə də gərək yoxdur, baş daşıma da yazarsınız ki Bu qəbir həmişə boşdur, dahilər heç vaxt ölmür Yaxşılıqlar əzbərimdə, saxlamışam eybi həm də Haqqın əgər tapdaq altda, sən də ver işgəncə Burda elə vəziyyət var, gözdən düşə xeyli bəndə Cındırlığa cındırlıq - “padlo” deyil məncə Arada xeyir itəndə olar, o kəsi pislə sən Böyüklərin sənə günəşdir, kiçiyin üstə kölgəsən Paxıllıqdan adına yalan yaxanları da dərd eləmə Çünki, həmin alçaqlardan bir addım öndəsən Dost, mən ayrı bölgəyəm, heç biriniz girişməyin Dinləyicin yaltaqdırsa, fəxr eləmək bir iş deyil Fame-ə can atan əqidələr dəyişsə belə Qardaşlığı qırağa atıb sənət uğruna didişməyin Dedilər, yaz, şair, yazdım ona görə dastan Sən indi yanımdasan, bəs hara kimi qalacaqsan? Mən piyanam, dost, qınama, həyatına bir qız girəcək Qardaş süfrəsində sağlığına “rumka” vuracaqsan Sonuna az qalıbdır dinlə, səbr elə bir az da Dəyər verənlə maraqlan, boş gedər ipi buraxsan Rəqabətdə - bəxtimlə mən, amma arada bir şərt var Hər nə olsa da olsun, o vursa sən susacaqsan Bir-iki adam var ki, üzünə söyərəm, çıxsa rasta Başa salanda kiçiklərini sən ərk eylə, vur asta Bu bölgədə biz biriksə təməldir Mc. Bus-dan "Xaraba" da bir yumruq idi, qalmadı köhnə “sostav” “Kruqovoy” gedək “ostav”, bir tüstülük həmdəm ol Həycanlandım düzdür, alboma çəkəndə qol Bu gün heç nəyə gec olmasın deyə çalış ki, tələs dünən Səndən özgə qalan yoxdur, bağlıdır mənə tərəf yol Yalanla alçaltma özünü, ol doğrunu tələb güdən Gözümə bax və inan mənə, gərək varmı tərəddüdə? Atam mənlə fəxr eləyir, xəttdədir Əhmədov! 5 iyul 1997 təvəllüdəm...
https://genius.com/Badclause-music-srhsiz-explicit-lyrics
6,922
Bilmirəm
Rast
not available
2003
[Instrumental intro] [1-ci bənd: Jalə Kərimova] Yadımda ötən günlər var Onları mən heç vaxt silmirəm Ömrümün neçə günü var? Bilmirəm Könlümdə neçə sual var Cavabın bilsəm də, dinmirəm Yuxusuz neçə gecəm var? Bilmirəm [Körpü: Lamiyə Kərimova] Bu gecə məni yağan yağış oyadarmı? (Bilmirəm, bilmirəm) Bu yağış ötən günlərimi qaytararmı? Qaytararmı? [Nəqarət: Jalə Kərimova, Lamiyə Kərimova] Gecələr neçə ulduz axar bu göylərdə? Sahili neçə dəfə öpər ləpədöyən? Nə zaman gün işığı itər gözlərimdən? Bilmirəm, bilmirəm, bilmirəm [2-ci bənd: Lamiyə Kərimova] Qəlbimdə bircə arzum var Arzumu heç kimlə bölmürəm Ömrümdə bircə yolum var Amma görmürəm Sevgisiz neçə insan var? Sevgi qapını birdən döyər Yuxusuz neçə gecəm var? Amma kim bilər? [Körpü: Jalə Kərimova] Bu gecə məni yağan yağış oyadarmı? (Bilmirəm, bilmirəm) Bu yağış ötən günlərimi qaytararmı? Qaytararmı? [Nəqarət: Jalə Kərimova, Lamiyə Kərimova] Gecələr neçə ulduz axar bu göylərdə? Sahili neçə dəfə öpər ləpədöyən? Nə zaman gün işığı itər gözlərimdən? Bilmirəm, bilmirəm, bilmirəm
https://genius.com/Rast-bilmirm-lyrics
6,923
Yaşa, Prezidentim
Rast
not available
2023
[Bənd 1] Sevimli könüllərin, dua deyən dillərin Obaların, ellərin sönməz alovusan sən Sevimli könüllərin, dua deyən dillərin Obaların, ellərin sönməz alovusan sən [Nəqərat] Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa [Bənd 2] Nə qədər dostun, yarın, üzə gələn baharın Gülyanaq balaların doğma xatirisən sən Bu aylar, illər gözəl, əllərdə güllər gözəl Millətimin fəxrisən, qələbəmin rəmzisən [Nəqərat] Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim tarixdə yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim bizimlə yaşa Yaşa, Vətənim, min yaşa Yaşa, Vətənim, min yaşa Qəlbimizdə min yaşa Daim bizimlə yaşa Yaşa, Vətənim, min yaşa Yaşa, Vətənim, min yaşa Qəlbimizdə min yaşa Daim bizimlə yaşa Yaşa, Vətənim, min yaşa, min yaşa Yaşa, Prezidentim, yaşa Qəlbimizdə min yaşa Daim bizimlə yaşa Yaşa, Vətənim, min yaşa Yaşa, Vətənim, min yaşa Qəlbimizdə min yaşa Daim bizimlə yaşa Yaşa, Vətənim, yaşa
https://genius.com/Rast-yasa-prezidentim-lyrics
6,924
Qayıdıram
Rast
not available
2016
[Bənd 1] Yenə evə mən qayıdıram Göz yaşımı mən gizlədirəm Mən aldanıb aldanmaq istəyirəm Neyləyim, mən səni sevirəm [Keçid] Yenə qaldım yuxusuz Hərdən göylər də qalar ulduzsuz İsindirməz məni kimsəsiz sevgi Çarəsiz sevgi [Nəqərat] Qayıdıram mən sənsizliyə Qayıdıram soyuq dünyaya Qayıdıram sənsiz, sözsüz sənə görə Yenə mən... [Bənd 2] Yenə sənsiz mən oyanıram Mən şamları tək yandırıram O anlara yenidən qayıdıram Neyləyim, mən səni sevirəm [Keçid] Yenə qaldım yuxusuz Hərdən göylər də qalar ulduzsuz İsindirməz məni kimsəsiz sevgi Çarəsiz sevgi [Nəqərat] Qayıdıram mən sənsizliyə Qayıdıram soyuq dünyaya Qayıdıram bilmirəm niyə Qayıdıram səssiz dünyaya Qayıdıram sənsiz, sözsüz sənə görə Yenə mən... Qayıdıram mən sənsizliyə Qayıdıram sözsüz dünyaya Qayıdıram bilmirəm niyə, niyə Qayıdıram səssiz dünyaya Qayıdıram sənsiz, sözsüz sənə görə Yenə mən...
https://genius.com/Rast-qaydram-lyrics
6,925
Torpaqdan Ev
Orkhan Zeynalli
not available
2020
[Nəqərat] Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ [Bənd 1] Salam, əsgər! Danışır Vətən Sağ ol ki, varsan! Bünövrəsi millət olan evdə sən, bil ki, divarsan Həm oğulsan, həm ata Həm qardaş, həm də ki yarsan Bilirdim ki, gələcəksən 30 ildir tərk-i diyarsan Döyüşə gedir igidlər Gedir ömürlük yurda Əmrini verir komandir Qışqırır bölük burada '92 fevralında qar içində qaçan körpələr Əridib buzlar içində Böyüyüb dönüb qurda Döyüşə gedir igidlər Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm" "Kor Zabit", "Okaber - Taboo" "Guantanamero", "Marş" "İgid Əsgər - Şəmistan" Sənə hər an can qurban Sən olasan Gülüstan Nigaran ananın göz qapaqlarında gir, islan Əllərindən öpürəm, ana Qəlbində bitsin üsyan Doğsun günəş camalında Kəsilsin əbədi leysan Oğlun bitirdi hicran Evinə dönür, gör, neçə insan [Nəqərat] Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ [Bənd 2] Bağışlasın şəhid anaları qələbə sevincimizi Şad olur ruhlar düşmənin yerə dəyincə dizi Sizin gözyaşlarınıza qurban hər nəfəsimiz Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz Vicdanım vermir izin Qürbətdən döyüşə səsləyim Yazmaq asandır mahnılar isti otaqlardan Ədalət eşqi də qoymur yazım "Döyüşü kəs!" deyim Sizin silah üstün qələmdən soyuq torpaqlardan Könüllü gənclər küçədə Əyilməz ordu bizdə Bu döyüş Mübariz'in adına layiq sonluq istər Yaxşı ki, var idin Çingiz Bu tarix sənlə başladı Cəbhədə demir heç kim bu gün "Qayıdın, n'olub sizə?!" Döyüş başlar, masalar boşalar, danışıq bitər Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək Qulaqlarını aç, Qarabağ! Danışır Vətən Qapını aç, Qarabağ! Övladların qayıdır evə [Nəqərat] Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ
https://genius.com/Orkhan-zeynalli-torpaqdan-ev-lyrics
6,926
Tesbih
Xumar Qədimova
not available
2014
[Bənd 1] Aşkdan ölen tekrar ölmez diyorlar Kırılan kalp tekrar sevmez diyorlar O gitti bir daha gelmez diyorlar Söylesene söyle inanayım mı? Söylesene söyle inanayım mı? [Nəqərat] Hayatı tesbih yapmışım sallıyormuşum Adını duyunca ağlıyormuşum Deli diyorlarmış benim halime Gelmişine geçmişine sayıyormuşum Gelmişine geçmişine sayıyormuşum [Nəqərat] Akan gözyaşımı kurut diyorlar Coştu deli gönlüm durult diyorlar Unut artık onu unut diyorlar Söyle söyle inanayım mı? Söylesene söyle inanayım mı? [Nəqərat] Hayatı tesbih yapmışım sallıyormuşum Adını duydukca ağlıyormuşum Deli diyorlarmış benim halime Gelmişine geçmişinе sayıyormuşum Gelmişine geçmişinе sayıyormuşum Gelmişine geçmişine sayıyormuşum Gelmişine geçmişine sayıyormuşum Hayatı tesbih yapmışım sallıyormuşum Adını duyunca ağlıyormuşum Deli diyorlarmış benim halime Gelmişine geçmişine sayıyormuşum Gelmişine geçmişine sayıyormuşum
https://genius.com/Xumar-qdimova-tesbih-lyrics
6,927
Kertenkele Benim Adım
Xumar Qədimova
not available
2013
[Bənd 1] Səndə tapdım sevgimi Eşqi sənlə yaşadım Səndə tapdım sevgimi Eşqi sənlə yaşadım Bilsəydim ayrılıq var Sənə heç bağlanmazdım Bilsəydim ayrılıq var Sənə heç bağlanmazdım Yıxıq divar məkanım Tepetaklak yaşarım Təqdir Allahın Bu mənim halım Təqdir Allahın Bu mənim halım [Nəqərat] Kərtənkələ mənim adım Sürünürəm sadəcə Kərtənkələ mənim adım Sürünürəm sadəcə [Bənd 2] Torpaqlardır sirdaşım Küçələr hey yoldaşım Torpaqlardır sirdaşım Küçələr hey yoldaşım Kim anlar dilimizdən? Kim anlar halımızdan? Kim anlar dilimizdən? Kim anlar halımızdan? [Nəqərat] Kərtənkələ mənim adım Sürünürəm sadəcə Kərtənkələ mənim adım Sürünürəm sadəcə [Keçid] Bu həyat belə keçməz Qədərər üsyan bitməz Bu həyat belə keçməz Qədərər üsyan bitməz [Nəqərat] Sürünürəm sadəcə Kərtənkələ mənim adım Sürünürəm sadəcə
https://genius.com/Xumar-qdimova-kertenkele-benim-adm-lyrics
6,928
Jenesaispas
BadClause Music
not available
2017
[Bənd 1: BadClause] Bilmirәm hansı qızda qalıb uşaqlığım Kiminçün darıxacağımı belә bilmirәm - qәlizdir vәziyyәt Nәdәnsә ümid olurdu kimәsә xoş anlar yaşatdığım Dik durmağa çalışırdım, dost mәni әzirdi qәsdәn Özümә dә güvәnә bilmirәm, deyәsәn, mәn dә saxtayam Qaçırdım uğura doğru yenә uçuruma qayıdırdı bu yol Tәqvimdә günlәr ölür, yoxdu hәr ay yasın saxlayan Gedişini gözlәrimdә sәhnәlәşdirirdi pavilyun Kostyum sevmirәm deyә evlәnmәk istәmirәm mәn Hamı yalan deyibdi mәnә, hәyat gözәl deyil Mahnılarımın sәbәbin hərkəsdən gizlәdirәm mәn Burda dәrd yazıram, dinlәyicim "gözәldir" deyir Mәn heç vaxt qanun qoymuram, qoyulan qanunlara zidd gedirәm Yalnızlıq azadlıqdır, azadlığım sıxır hәrdәn Hәyatında yerim yoxdur, varlığım üstün qәhәrdәn Doğmalıq qalmayıbdı orda, küsmüşәm vәtәndәn Yalan tәbәssümlә örtülü çöhrәm Yandı siqaretim vә bir-iki damcı süzüldü göydәn Mәndәn xәbәr ala bilmәyәndә heç üzüldünmü sәn? Xәyanәtinin sayәsindә eşq düşürdü gözdәn [Nəqərat: Fidan Ərəbli] Hər keçən illərdə ömrün məhbusu kimiyəm Gәl xoş günümdә gedişin olmasın hәdiyyә Mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn İnsan cənnətə gedirmiş әcәliylә Yolunu gözlədim, demә getmәliyәm [Bənd 2: BadClause] Heç nә hiss elәmirәm o qızdan sonra Necә ki torpaq quruyur, sonuncu yağışdan sonra Gördülәr ki, ölmәdәn yaşayıram elә yaxşı sandılar Sәn demә, ağılla bir dәrd verirmiş yaş insanlara Hәr gün içirdim elә sәhәri günümü düşünmәdәn Sıxırdı düşüncәlәr, nә vaxtsa başa düşәn gәlәr Getmәdim universitetә, evdәkilәr nigaran orda Mәn nә düz әmәlli tәlәbә oldum, nә dә düz-әmәlli övlad Atam mәnlә fәxr elәmәyә bәhanә tapmır Heç nә o vaxtlardakı kimi deyil, yanımda qalmır Nә әzizlәrim, nә dә ki tanışlarım yoruldum artıq Dostlar xain idi, ya mәni qırağa mәsafә atdı Tanrı qәlәmi aldı, yazdı bәxti qara mәtn Eşq elәbil yağmurdur ki, ola bilmir çarә çәtir Mәnә ümidә işarә gәtir, bilim ki, hardadır cәnnәt Yalanlarında boğuldum, o da mәni ayırdı sәndәn Fikirlәrim düyünlәnir, qırışır ovuclarım Dәrimә hәris naxışlar çәkәrdi barmaq ucların Düşündükcә yuxun qaçır, ağlını yorursa adım Salam verәndәn sonra niyә hal-әhvalımı soruşmadın? Yuxuda gördüyüm mәlәk pis günün elçisi idi Ertәsindәn sәbәbsizcә tәrkedişindәn anladım daha Yaddaşımda köhnә sәsin sevgi şәrqisiydi Başqasıyla necә gülüm axı sәnli şәkillәr ağladırsa? [Nəqərat: Fidan Ərəbli] Hər keçən illərdə ömrün məhbusu kimiyəm Gәl xoş günümdә gedişin olmasın hәdiyyә Mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn İnsan cənnətə gedirmiş әcәliylә Yolunu gözlədim, demә getmәliyәm
https://genius.com/Badclause-music-jenesaispas-lyrics
6,929
Nil
Orkhan Zeynalli
not available
2016
[Bənd 1: AiD] Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdur gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt, dedik Yatağın istidir, yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da [Nəqərat: Tomris] Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni [Bənd 2: AiD] Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da, heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn soyuqdan donmuş әllәr Deyәsәn, qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan [Nəqərat: Tomris] Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni
https://genius.com/Orkhan-zeynalli-nil-lyrics
6,930
Uzaq Sahillərdə
Orkhan Zeynalli
not available
2014
[Bənd 1] Görəsən, vicdanım vurarmı bir gün üzümə şillə? Görəsən, necə bu cür vecsizliyimə dözmüş illər? Görəsən, doğmalarım bir gün atıb gedəcəkmi? Görəsən, harada enər sürdüyüm həyatda sərnişinlər? Alagöz fahişələrə şirin söz və nəvazişlər Müştəri hüzurunda süni gülüş, bəyaz dişlər Doğmalar dözər, bağışlayar, onsuz öyrəşiblər Hər soyuq addımımı qəbul edib, başa düşüblər Görəsən, xoş sözlərə aldanıb ulduzmu oldum? Cəmiyyətə yem uzatdım, dişlədi, quduzmu oldum? Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum? Dünən evin idim, bu gün masanın üstündə tozmu oldum? Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə Ya bir gün doğrudan böyüyüb, doğrudan düzəldimsə?! Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə Son dəfə bərk yapış, əgər tutduğun düz əl idimsə [Nəqərat] Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər [Bənd 2] Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım Babamın qəbri üstündə doyunca ağlamağım Yadımda deyil, nə vaxt demişəm bacıma sevdiyimi Atam heç bilirmi, görəsən, onu çox istəməyimi? Məni doğrudan sevənlər qalır həmişə diqqətdən kənar Mən gərək qəbul edim gələn hər bir dərddən qərar Mən gərək məğlub edim içimi çürüdən mənləri Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin İllərlə paylamaq sətirləri kimə görə, nəyə görə? Ən pis gündə səni atıb gedən sevgiliyə görə?! Və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır Budurmu ədalət? Ondan sonra sevgidən sətrin azalır Onu göz yaşı içində küçədə qoyub getmək Əslində isə ona görə dəyər hər şeyi atıb getmək Nə vaxt ki çıxdı, nəhayət, bir mələk həyatında Onunla cənnətə uçmaqdansa, qanadın qırdın Sahilə çatmamış niyə dərinlərə dalğalandın? O can verən sevgini xilas edən son damla qandın Uçdun, etibar etdiyin insanlığa aldandın Doğmalar tərk edir bir-bir, gəl çıx, harada qaldın? Harada qaldın, harada qaldın… [Nəqərat] Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər Gedəcək həyatımdan dəqiqələr Nə qədər uzaq getsəm də, tapacaq məni sevgilər
https://genius.com/Orkhan-zeynalli-uzaq-sahillrd-lyrics
6,931
İlk və Son
Orkhan Zeynalli
not available
2016
[Bənd 1: AiD] Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən, mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolub Bu gözlər hərdən boz olur, hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik, 1 saatdır, qapıda dayanıb vurur zəngi [Nəqərat: Tomris] İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara [Bənd 2: AiD] Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq ilk dəfə şən notlarla Həyat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki əbədi qalacaq, sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən, doğrudanmı, ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa, son dəfə əssin orada Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq [Nəqərat: Tomris] Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara
https://genius.com/Orkhan-zeynalli-ilk-v-son-lyrics
6,932
Fərqli Arzular (Explicit)
Okaber
not available
2024
[Bənd 1: Okaber] Sevirdim sevgini, dəyişdim xəyanətə Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə Sevirdim bayramları, dəyişdim faciələrə Sevirdim şokoladı, dəyişdim fahişələrə Atdığım addımlar baxmadan ardıma Sürətimi dəyişdirdim təcili yardıma Hər sətirdə vergül qoyurdum, dəyişdim nidaya Sevirdim görüşləri, dəyişdim əlvidaya Sevirdim arzuları, dəyişdim qəbirlə Sevirdim danışmağı, dəyişdim sətirlə Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə Aqressiv satira, tənqid yazılır hər xanaya Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya [Nəqərat: RG] Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin [Bənd 2: Okaber] Sevirdin sevgini sən, dəyişdin ehtirasa Mən gedəndə yazılarım dönəcək mirasa Qardaşım, çox ayağımın altını qazan var idi Deyərsən, Azərbaycanda belə yazan var idi Yox, mən adi bir insan olardım 37-də yaşasaydım, repressiya qurban olardım Həyatımı xırdalayıb yazdım çox hecalı şeirə Orxan Mustafazadəni dəyişdim Okaberə Sevirdim yenilikləri, dəyişdim köhnələrə Uşaq meydançalarını dəyişdim səhnələrə Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə Məktəbdə sevgi məktubunu dinləyici ‘’SMS’’inə Söz tapmayanda yazmamışam ‘’Ляка’’dan, ‘’Лика’’dan Nə Premyer Liqa-dan, nə də ki ‘’super Chika’’dan Bir az aqressiya, lirika, bir az satira Varlığım bənzəyir 25-ci kadra [Nəqərat: RG] Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin [Çıxış] Sən sevirdin, dəyişdin Ye-ah, ye-ah, ye-ah Karabin, 20-ci Kalibr Florida, ‘’MadHouse Community’’
https://genius.com/Okaber-frqli-arzular-explicit-lyrics
6,933
Vətən Xaini
Okaber
not available
2024
[Bənd 1] İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Üzdən sığınacaq tapıb içdən talanırdılar Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım Millət acından qan qusanda mən milyonlar yığırdım Mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım Kiminsə xəbəri yox, mən günahsızları asırdım Yazırdım yuxarılara ki, qonşum millətçi şairdir Dilini kəsin, qələmini qırın, o, buna layiqdir O yazır həqiqətləri, mən isə gizlədirəm O sevir azadlığı, mən isə istəmirəm Mən satıram qadınları, orqanları, torpaqları Ətrafıma yığıram yaltaqları, qorxaqları Yazmışdı son məktubunda vətən xaini [Bənd 2] İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Əslində alçaq biri idim, məni dahi sanırdılar Mən qatdım haramı halala ki, heç nə günah sayılmır Siğədən nə qədər uşaq öz atasını tanımır Silah alveri, sektalar və bir sıra məsələlərdir Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi Fəlakətlər, faciələr, kütləvi qırğınlar Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar İnsanlar boğulur kədərində, batır qəhərində Mənə təsir etmirdi fəryad çadır şəhərində Əllərim qana batıb, qatı cinayətkar, cani İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini
https://genius.com/Okaber-vtn-xaini-lyrics
6,934
Meloman
Okaber
not available
2024
[Nəqərat] Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman [Bənd 1] Boş flakonları yığırdı sandığa Necə sevdiyi əşyaları insan yığar, bax belə Essensiyadan hazırlanmış preparatlar Səhifələri itmiş ‘’Decameron’’ Xatirələr və həmin pavilyon Və həmin “Amur və Psixeya” Bu sanki serial və yenə həmin seriya Bax belə... [Bənd 2] Ölümü arzulayan insanlar az olmur ‘’Mən melomanam’’ deyəndə razı olmurdu Bilirsən, musiqi hər şey, həm də heç nədir Səndə əsəb problemi, məndə içkidir Məndə də belə idi ilk addımları Söyürdüm düyünlərə üfürən qadınları Mən də insanam axı, sevirdim ürəkdən İndi isə həyatım yalnız tünd şərab Məhəbbət məktublarını yazan mürəkkəb Quruyub, rəngi illərlə bozarıb Ver o futlyarın üstünü toz alıb Onsuz qladioluslarda əzab Söndürdüm melodiyaları, söndürdüm... (söndürdüm, söndürdüm, söndürdüm, söndürdüm) [Nəqərat] Tək yaradan götürər məni aradan Mən qalaram... Mən qalaram insanlar adlanan sıradan Mən meloman... Tək yaradan götürər məni aradan Mən qalaram... Mən qalaram insanlar adlanan sıradan Mən meloman... [Çıxış] Bax belə... Mən meloman... Bax belə...
https://genius.com/Okaber-meloman-lyrics
6,935
Sən Olsaydın
Okaber
not available
2024
[Bənd 1] Sən olsaydın Nə bu yazılar olardı Nə qəmli süjetlərlə bol səhnələr Nə payızlar olardı Nə məni darıxdıran boş məhlələr Nə qızlar olardı Həyatımda səndən başqa Sən olsaydın Sevdiyim azadlıq Nə dəmir barmaqlıq Qollarımda qandal Yalvarırdım, sən qal Getmə, indi günah Açılmazdı sabah Həyatımda səndən başqa Sən olsaydın Hətta ölüm xoş gələrdi mənə Görüş yeri boş qalardı Yenə hədəfi unutsaydım Unudardım varlığımı Təki səni unutsaydım Heç bir kəsi unutmazdım Həyatımda səndən başqa [Keçid] Sən bir xəyal kimi gözümdən itdin Mənsə xəyalınla xəyala daldım Sən bir insan kimi gəldin və getdin Mənsə dünya kimi yerimdə qaldım [Nəqərat] Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını [Bənd 2] Eyni lənəti hər gecə pıçıldayaraq əzbər Sən həyatımda təksən, duyğulartək məxmər Sarışın, əsmər, ünvanlar dolu dəftər Həyata vurulan cəftə, buraxılan səhvlər məni uçurdan həblər ‘'Бархат’' oyundur həyat Bir gün şah, bir gün mat 4 sutka koma, süni nəfəs, aparat Təyinatım psixopat, mənə müxtəlif preparat Sonra sən gəldin, sonra sən getdin Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim Yazardıq melodramalar, yanımda qalsaydın Yazardıq melodramalar, sən olsaydın Sən olsaydın Nə bu yazılar olardı Nə də ki hər gecə gördüyüm ulduzlar olardı Nə kabuslar olardı Həyatım olardı bumbuz Olmazdı kabus həyatımda səndən başqa [Nəqərat] Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını
https://genius.com/Okaber-sn-olsaydn-lyrics
6,936
Nifrətimə Görə Bağışla
Okaber
not available
2024
[Bənd 1] Bu, məndəki paranoya Mənə lazım deyildi şan, şöhrət, eyforiya Gəl qaytarım səni bir az əvvələ, romantik maya Gəl unudaq varlığımızı, lənət olsun dünyaya Bu mahnını yazanda mən bir az içkiliydim Bu mahnı yazıldı, sevildi, mənsə heç kim idim Nifrət edirdim sənə, sən isə bağışlamadın Səhnədə görəndə məni ağladın, alqışlamadın Bağışla, həyatım, mənim həyatım dəyişdi Bağışla ki, özüm də bilmədim, bu nə işdir Yazdığım kompozisiyalarda sənin baxışların Baxdığımız səhnələrdə indi mənim çıxışlarım Qazandığım uğurlara ən çox sən sevinərdin Məni təbrik edərdin və birgə qeyd edərdik Çoxaldı sənin yerini tutmağa çalışan özgələr Böyüdü səhnələr, alqışlarla açılan pərdələr [Bənd 2] Sənsizlik necə soyuq Ayrılıq nəğmələrindən ikimiz də yorulmuşuq Gəl qaytar məni bir az əvvələ - soyuq noyabra Etdiyim səhvlər çaşdırdı, qaçıram ora-bura Səndən sonra içimdə yoxdur qorxu Çünki səni itirmək idi ən pis qorxulu duyğu Xəstə şair yazdı haqqımızda gözündə yaşla Yazdı ki, ən böyük sevgilər nifrətlə başlar Bağışla, həyatım, amma sənin həyatın dəyişdi Sadəliyin itdi, insanlara münasibətin dəyişdi Hamıya yuxarıdan aşağı baxırsan, təbiətin dəyişdi Geyim tərzi, görünüş, sir-sifətin dəyişdi Sənin hərisliyin, mənim bir az tərsliyim var Səndən öyrəndiyim yalanlardan dərsliyim var Boğulanda göz yaşlarımda bil ki, gəlirəm, qarşıla Mən unutmadım olanları, nifrətimə görə bağışla
https://genius.com/Okaber-nifrtim-gor-bagsla-lyrics
6,937
Çək Pərdə (Explicit)
Okaber
not available
2024
[Nəqərat: Okaber] Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə [Bənd 1: RG] Qaqa, mən bu gün Parij, sabah Praqa Sən Mokoka, ‘’Waka Flocka’’, aç plakat ‘’Tipo rap’’də “brak”am, ‘’сука’’, “Pont”unuza yadam Düzünü desəm, sən siyəndə bloka Məndə ‘’Prado’’ və ya ‘’Prada’’ Bu arada, bilirəm canavar büdrəyəndə yığılır neçə ‘’шакал’’ Amma salamatam, ehtiyac yoxdur salavata RG 20-ci kalibr, ya da AKA Mənəm ‘’G-Coast’’, mənəm ‘’AKA HOST’’, ‘’motherfucker’’ Taktda ‘’Baraka’’, ‘’фатал атака’’, ‘’fatality’’, ‘’knockout saga’’ ‘’Rap’’i bir növ yoqa, atır ‘’block’’a ‘’Hook’’am, dözə bilmir heç bir ‘’капа’’ Və ‘’flow’’ dilimdə sanki ‘’Bruce Lee’’nin əlində “nunchaku” Çapa-çapa dağıdıram ‘’beat’’i Bu onunla on altıncı ‘’feat’’im Bir dəfə də yazmamışam “социалка” Bu “расклад”a, baxır Oka Yazdığı ruhumun dərmanı kimi ‘’Bars’’ım gülməli olar yumurta fərmanı kimi [Nəqərat: Okaber] Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə [Bənd 2: Okaber] Fikirlərim formaldır, Okaber anormaldır Mənim tərəfdarlarım yox, fanatım olan ‘’mal’’dır Mənim canavarlarım çox, hamısı alınır qeyd Xroniki yazılarım mənim qanlı ‘’chroma key’’də Bir, beş, on, yüz, milyondur bu Tikanlı məftillərlə bağlı qarnizondur bu Biz bəlli millətlərə, siyasətə, parlamentlərə ‘’Rapper’’lərə, ‘’rocker’’lərə, ‘’biker’’ və ‘’skinhead’’lərə Hər təbəqə tanıyır bizi, adımız olub tarix Qara qüvvələr ştrix, yenə də oluram ‘’psix’’ Karabin doldurulub, ‘’Joker’’də sonuncu kart Okaber sürüb ötdü, sən yerində ‘’ручной’’u dart ‘’Rapper’’lər silib gedir, adımı bilib gedir “Шпана” gəlib-gedir, mimikam gülüb gedir Bizim səsimiz çatır maksimum ulamağa Sizdə quyruq bulamağa gələn hürüb gedir [Nəqərat: Okaber] Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə
https://genius.com/Okaber-ck-prd-explicit-lyrics
6,938
Repressiya
Okaber
not available
2024
[Bənd 1] Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümidlərim də batdı azadlığım batan gəmidə Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm, dost Mənim üçün də hökm verildi [Bənd 2] Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heç nə yazma bunların Katorqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt Hətta yağır dərd yağışlarla Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır Sıxır qəlbi, ağrıdır Repressiya qəribə mühitə bağlıdır, inan ki Burada olmayıb dostluq və sevgi Nə musiqi, nə şeiriyyat Nə də həyat olmayıb sanki (sanki)
https://genius.com/Okaber-repressiya-lyrics
6,939
Paranoia
Okaber
not available
2024
[Bənd 1] Günahkar gözlərin var, səsin gəlir çox həzin Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir Ümidlər sona çatmaqdan, arzular gözləməkdən Məncə, bezir Nə sənin kaprizin, nə intihar cəhdlərin Heç nə qalmadı, yenə mənim indi var səhvlərim Zaman pozar vədləri, qalar məzar yerləri Yazar bəndləri Yenə qəlbim səni soruşar yağışa Xəstə ruhum danışa-danışa səni soruşar Bir az gülər, ağlayar, yenə barışar Ürəyim yanar, alışar... [Bənd 2] Günahkar gözlərin var, bu məndəki paranoya Mənə lazım deyildi şan-şöhrət, eyforiya Həzin ‘’Ave Maria’’ Mən dəlixana divarlarından bağırardım Səni çağırardım, sən isə ağlayardın bərkdən Lap ürəkdən gələn sözlər kimi Qəlbimdə yaşatdı, əlimdən qopardı səni Ən bədbəxt günlər tapardı səni, atardı səni Gözlərin sən yalan danışanda satardı səni [Bənd 3] Günahkar gözlərin var, məni yaşadan gözlərin Mənim kobudluğum və sənin yaşaran gözlərin Yadımda yenə soyuq noyabr, yağışlar Bağışla, əzizim, nifrətimə görə bağışla Bizi ayırır sətirlər, qatarlar ayırır Dəli olmuş şairlərin dövrü bitmiş sayılır Axtarma, bizə rekviyem həsr olundu Onun yazdığı dramalarda bizdən bəhs olundu Sevgi məhz onundur, onun adı ayrılıq Biz isə hər zaman xatirələrə qayıdırıq Və hər şərait yaradırıq ki, sadəcə unudaq Və sonunda... Unuduruq... (Unuduruq...)
https://genius.com/Okaber-paranoia-lyrics
6,940
Məkr
Okaber
not available
2023
[Bənd 1] Sağ göstərib sol vururam Şərq göstərib qərb aparıram Nə qədər qəlb aparıram Bir o qədər də özümü qəribə aparıram Oxuyur xanəndələr, eşitmirəm Eşidirəm daha mən nələr Dar məngənədə var bəndələr ki Hamısı Çələbi, hamısı Danəndələrdir Necə olur həmrəylik?! Güvəndiyin insanlar sürüyür cəmdəyini Kimdə balta, kimdə mişar, kimdə rəndə idi Və təkcə büdrəməyinin günahı səndə idi Cavab gəlmir axmaqdan (axmaqdan) Kor olmuşuq baxmaqdan (baxmaqdan) Soruşun bədbəxtlərdən Niyə yuyulmurdu qan ləkələri metlaxlardan [Bənd 2] Hərəkətə qiymət Dərə-təpə qeybət Bərəkətə hiylə Mənə görə, siğə elə zinadır Yenə öz boyunlarına günahı Belə yazmır din axı Belə yazmır din ağır [Bənd 3] Bədənlərdə məkr Ruhlarda çirkab, gözlərdə intizar tapdım Evini itirən başını vurmağa divar tapmır Hər gün xəbərlərdə hər cürə intihar tapılır Getdim sonsuzluğa, gördüm, görüb gəldim Ölüb dirildim, dirilib ölüb gəldim Sən çevrəndəki insanları görmürsən Mən cəhənnəmin çevrəsini dönüb gəldim [Nəqərat] Kimin əvvəlidir, kimin axırı Kimin əvvəli, kimin axırı Kimə axırı, kimə əvvəli Kimə əvvəli, kimə axırı Kimin əvvəlidir, kimin axırı Kimin əvvəli, kimin axırı Kimə axırı, kimə əvvəli Kimə əvvəli, kimə axırı
https://genius.com/Okaber-mkr-lyrics
6,941
Bəsimdir
İlqar Muradov
not available
2021
[Bənd 1] Bu dünyadan yox bir qeyri təmənnam Bahar vaxtı gül töhfəsi bəsimdir Şəlalənin istəyinə heyranam Bulaqların zümzüməsi bəsimdir Səni deyib yaşamışam hər zaman Bu sevdada mən bir damla, sən ümman Bu ümmanda səbrim ilə oynayan Dalğaların kükrəməsi bəsimdir [Nəqərat] Ömür keçir, ay dəyişkən, il qısa Nə gözəldir göz danışa, dil susa Əgər sənin ürəyində varamsa Köynəyinin titrəməsi bəsimdir Ömür keçir, ay dəyişkən, il qısa Nə gözəldir göz danışa, dil susa Əgər sənin ürəyində varamsa Köynəyinin titrəməsi bəsimdir [Bənd 2] Yoxluğumu eşidəndə bir səhər Hücum çəkər üzərinə qəm, kədər Gülüm, səni incitməsin bu qədər Göz yaşının bir damlası bəsimdir Səni deyib yaşamışam hər zaman Bu sevdada mən bir damla, sən ümman Bu ümmanda səbrim ilə oynayan Dalğaların kükrəməsi bəsimdir [Nəqərat] Ömür keçir, ay dəyişkən, il qısa Nə gözəldir göz danışa, dil susa Əgər sənin ürəyində varamsa Köynəyinin titrəməsi bəsimdir Ömür keçir, ay dəyişkən, il qısa Nə gözəldir göz danışa, dil susa Əgər sənin ürəyində varamsa Köynəyinin titrəməsi bəsimdir Ömür keçir, ay dəyişkən, il qısa Nə gözəldir göz danışa, dil susa Əgər sənin ürəyində varamsa Köynəyinin titrəməsi bəsimdir Bəsimdir...
https://genius.com/Ilqar-muradov-bsimdir-lyrics
6,942
Hədəf Ümidlərdi (Explicit)
Okaber
not available
2024
[Bənd 1] Hər əsər yazılanda mən də böyüyürdüm Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Sevirdim, amma xəyanəti görəndə ölürdüm Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm Varlığım olsa da sənə möhtac, barışırdım Sən şahzadə deyildin, amma sənə tac yaraşırdı Necə dəyişərmiş məna sözlər yozulanda Necə pozularmış ətraf bir nəfər pozulanda Hər əsər yazılanda mən də böyüyürdüm Qonşum içirdi hər gün, anasını döyürdü Onda balacaydım, anlamırdım maldan, tozdan Sonralar başa düşdüm ki, ölüb “передоз”dan Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər Müəllimə hörmətin adı olub rüşvət, dedilər Ruhumu kirlətdilər, onsuz da çirkabdır Yazdığım əsərlər verilən suallara cavabdır [Keçid] Hər əsər yazılanda mən də böyüyürdüm (böyüyürdüm, böyüyürdüm) Ruhumu kirlətdilər [Bənd 2] Hər əsər yazılır paranoyya harayımdan Gündə bir kərpic düşür ömrümün sarayından Neyrocərrahiyyə, hər dəfə ‘’ukol’’ beyinə ‘’Капсула’’, lirika, ‘’гранула’’, ‘’tramadol’’ meyitə Dönən bədənimi ‘’морг’’a buz kimi qoydular hətta Məni kafir kimi tanıyıb dərimi soydular hətta Dedilər qəlbin qaradır, ətrafı da qaraldır Mənsə yazırdım, yoxsulluq vətənə sevgini azaldır Dedilər, aralı dur, dur bir az o tayda Qanımda quduzluq var, gəlirəm boz ayda Dövr də dəyişilib artıq, burcudur omba ‘’gay’’lər Gözəl qız kəlməsi əvəz olunub ‘bomba şey’’lə Dedilər: ‘’Psixopatsan? Yazırsan axmaq kimi’’ İndi yaşamaq üçün olmalısan yaltaq kimi Sapı özümüzdən olan balta kimi doğra, kəs Hədəfdə əks ümidlər gəlir tərs Ömür qəfəs (ömür qəfəs, ömür qəfəs, ömür qəfəs) [Çıxış] Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Sadəcə (sadəcə, sadəcə) Sadəcə (sadəcə, sadəcə)
https://genius.com/Okaber-hdf-umidlrdi-explicit-lyrics
6,943
OLMADIM
A4 - Orxan
not available
2020
Olmadım məktəbdə şuluq uşaq 9-a qədər yalnız 5-le oxumuşam Olmadım amma botanik, tək kitab görən biri Yalan deyil görən bilir, köləm dilim Olmadım risovka, hype manyak Qaib sayına görə lider univerde Bunu ver də! Demədim etdim əldə Etməsəm də fövqaladə deyil deyib verdim boş Olmadım borzu, dembel herbidə Hamının yolunu gözləyəni var, bir də Eyni millətdənik biz, bir qəbirdə Yatarıq olsaq sabah helak əgər birdən Olmadım məşhur reper ölkəmdə Her gün fərqli görkəmdə Döngədə vurulmadım silahla öl gəbər Deyilmədi amma A4-ə var hörmətlər Olmadım tapdalayan uzanan əli Hər nankorluq gördükdən sonra sanan dəli Az olmadı mənsə israrla davam etdim Düşünürəm edərdim yenə dönsə zaman geri Olmadım fake, saxta üzdəkilərdən Baxıram bunlara lazim yüz həkim əridə Bəlkə bu egonu, bu nəhəng buzları Qıraqdan sadəcə gülürəm sizdəki dərdə Olmadım narkoman, nə tərəfdardı Hər birimiz ola bilərdik hədəfdə arı Kimi sancır amma ki bu zəhrimarı Dadmadım, dadma dedim dinləsəydi barı Təvəzökarlıqdan uzaq oldu qüsursuzam Demirəm əksinə kimlərsə gülüb susar Bu track-in bəlkə tərifli sözü boldu Əsas mən onlar istəyən yox özüm oldum Mən özümü olmadığım kimi göstərib sevilməkdənsə olduğum kimi qalıb nifrət edilməyi üstün tuturam
https://genius.com/A4-orxan-olmadim-lyrics
6,944
Axşam Mahnısı
Akif İslamzadə
not available
2023
[Bənd 1] Qaş qaralır, kölgə tutur Yavaş-yavaş meşəni Könlüm səsdə, gözüm yolda Gözləyirəm mən səni [Nəqərat] Səbrim getdi, harada qaldın? Qaş qaraldı, gəlmədin Bəlkə, mənim qəlbimdəki Döyüntünü bilmədin? A, a, a... Döyüntünü bilməyir A, a, a... Döyüntünü bilməyir [Bənd 2] Suya düşür, budur yaşıl Yarpaqların kölgəsi Ürəyimdən xəbər verir Ötən quşların səsi [Nəqərat] Səbrim getdi, harada qaldın? Qaş qaraldı, gəlmədin Bəlkə, mənim qəlbimdəki Döyüntünü bilmədin? A, a, a... Döyüntünü bilməyir A, a, a... Döyüntünü bilməyir [Bənd 3] Aydın göylər, uca dağlar Göy meşələr, lal sular Sizi gördüm ürəyimdə Aşdı, daşdı arzular [Nəqərat] Səbrim getdi, harada qaldın? Qaş qaraldı, gəlmədin Bəlkə, mənim qəlbimdəki Döyüntünü bilmədin? A, a, a... Döyüntünü bilməyir A, a, a... Döyüntünü bilməyir
https://genius.com/Mirz-babayev-axsam-mahns-lyrics
6,945
Ay Qız (Təkcə Səni Sevmişəm)
Brilliant Dadaşova
not available
2023
[Bənd 1] Çiçək açıb düzlərin, ay qız Nə şirindir sözlərin Heyran edər görəni, ay qız Sənin qara gözlərin [Nəqərat] Çiçək kimi gözəlsən sən Baharın ətri gəlir tellərindən Çiçək kimi gözəlsən sən Baharın ətri gəlir tellərindən [Bənd 2] Bulaq suyu içmişəm, ay qız Qapınızdan keçmişəm Gözəl qızlar içindən, ay qız Təkcə səni sevmişəm [Nəqərat] Çiçək kimi gözəlsən sən Baharın ətri gəlir tellərindən Çiçək kimi gözəlsən sən Baharın ətri gəlir tellərindən [Çıxış] Çiçək kimi gözəlsən sən Baharın ətri gəlir tellərindən
https://genius.com/Mirz-babayev-ay-qz-tkc-sni-sevmism-lyrics
6,946
Gözüm Yoldadır
Mirzə Babayev
not available
2023
[Bənd 1] Şirin xəyal kimi keçdin qəlbimdən Şirin xəyal kimi keçdin qəlbimdən Qara gözlü, səni düşünürəm mən [Nəqərat] Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır [Keçid] Dodağında gülüş, əlində çiçək Dodağında gülüş, əlində çiçək Hərdən aç qapını sən ilk bahartək Sən ilk bahartək [Nəqərat] Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır [Bənd 2] Ay qız, şirin dillə qəlbimi dindir Ay qız, şirin dillə qəlbimi dindir Özün bilirsən ki, könlüm sənindir [Nəqərat] Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır [Keçid] Dodağında gülüş, əlində çiçək Dodağında gülüş, əlində çiçək Hərdən aç qapını sən ilk bahartək Sən ilk bahartək [Nəqərat] Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır Gözüm yoldadır, qulağım səsdə Hər addım səsi məni aldadır
https://genius.com/Mirz-babayev-gozum-yoldadr-lyrics
6,947
Nargilə
Brilliant Dadaşova
not available
2023
[Bənd 1] Qız sevdim, Nargilə Tutdum şirin dilə Dedim: “Gəl, əhd eyləyək’’ Canan dedi belə ‘’Sevmirəm, sevmirəm, sevmirəm’’ ‘’Yox, yox, yox’’ [Nəqərat] Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız [Bənd 2] Neçə gündür, inan Yata bilmirəm Vəslinə, ey canan Çata bilmirəm Neyləyim? Kimə söyləyim? Bu dərdi? [Keçid] Elə yox-yox deyir Danışıb gülməyir Dərdimi bilməyir Ay qız, ay qız [Nəqərat] Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız [Bənd 3] Ay qız maaşım var Altımda maşın var Hər qəmzən göz üstədir Bollu daş-qaşım var Sevirəm, sevirəm, sevirəm Mən, mən, mən [Nəqərat] Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız [Bənd 4] Qız dedi: “Daş-qaşın Başına dəysin’’ “Qadam o mindiyin Maşına dəysin’’ Neyləyim? Kimə söyləyim? Bu dərdi? [Keçid] Elə yox-yox deyir Danışıb gülməyir Dərdimi bilməyir Ay qız, ay qız [Nəqərat] Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız Qаdаnı mən alım Başına dolanım Durulum, bulanım Ay qız, ay qız
https://genius.com/Mirz-babayev-nargil-lyrics
6,948
Oxutmuram, Əl Çəkin
Akif İslamzadə
not available
2023
[Bənd 1] Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır Elmin əbəs olduğun anlamayır, qanmayır Sair uşaqlar kimi hər sözə aldanmayır Sair uşaqlar kimi hər sözə aldanmayır [Nəqərat] Eyləyir ömrün hədər, oxutmuram əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! [Bənd 2] Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? Yatmaram əsla belə dinə dəyər sözlərə Yatmaram əsla belə dinə dəyər sözlərə [Nəqərat] Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! [Bənd 3] Bəsdir, cəhənnəm olun, bunca ki, aldatmısız İndi beş ildir, tamam dinimə əl qatmısız Sevgili övladımı kafirə oxşatmısız Sevgili övladımı kafirə oxşatmısız [Nəqərat] Duydum işin sərbəsər, oxutmuram əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Heç dəxli var? [Bənd 4] Satmaram öz əqlimi siz kimi laməzhəbə Razıyam oğlum gedə qəbirə, nə ki məktəbə Məktəb adın çəkməyin, mələbədir, mələbə Məktəb adın çəkməyin, mələbədir, mələbə [Nəqərat] Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! [Çıxış] Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
https://genius.com/Mirz-babayev-oxutmuram-l-ckin-lyrics
6,949
Kimlər Gəldi
Brilliant Dadaşova
not available
2023
[Bənd 1] Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Arif olan nakam olmaz Bu dünyada, bu dünyada Arif olan nakam olmaz Bu dünyada, bu dünyada [Bənd 2] Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hünər göstər, bir şey apar Bu dünyadan, bu dünyadan Hünər göstər, bir şey apar Bu dünyadan, bu dünyadan [Bənd 3] Zeynal gəzər el-obanı Gözəllərdir dini-imanı Zeynal gəzər el-obanı Gözəllərdir dini-imanı Bir gün çəkər öz kərvanın Bu dünyadan, bu dünyadan Bir gün çəkər öz kərvanın Bu dünyadan, bu dünyadan
https://genius.com/Mirz-babayev-kimlr-gldi-lyrics
6,950
İndi Günah Nə Səndədir, Nə Məndə
Mirzə Babayev
not available
2023
[Bənd 1] Sevişəndə iki idik Ən saf büllur təki idik Yüz ilqarın kökü idik İndi günah nə səndədir, nə məndə [Nəqərat] Güneylərdə bələnərdik Quzeylərdə ələnərdik Məhəbbətlə dinlənərdik İndi günah nə səndədir, nə məndə İndi günah nə səndədir, nə məndə [Bənd 2] Hər ikimiz bilə-bilə Nədən belə qalxdıq zilə? Göz yaşımız dönüb selə İndi günah nə səndədir, nə məndə [Nəqərat] Güneylərdə bələnərdik Quzeylərdə ələnərdik Məhəbbətlə dinlənərdik İndi günah nə səndədir, nə məndə İndi günah nə səndədir, nə məndə [Bənd 3] Aydan arı, sudan duru Hərəmiz bir evin nuru Həm yaş yanıb, həm də quru İndi günah nə səndədir, nə məndə [Nəqərat] Güneylərdə bələnərdik Quzeylərdə ələnərdik Məhəbbətlə dinlənərdik İndi günah nə səndədir, nə məndə İndi günah nə səndədir, nə məndə Güneylərdə bələnərdik Quzeylərdə ələnərdik Məhəbbətlə dinlənərdik İndi günah nə səndədir, nə məndə İndi günah nə səndədir, nə məndə İndi günah nə səndədir, nə məndə İndi günah, eh, nə səndədir, nə məndə
https://genius.com/Mirz-babayev-indi-gunah-n-snddir-n-mnd-lyrics
6,951
Limanda
Mirzə Babayev
not available
2023
[Bənd 1] Bir səhər bir liman, sən idin, bir də mən Sən getdin, tək qaldı bir liman, bir də mən Sən getdin, tək qaldı bir liman, bir də mən O gündən göy sular, göy nəğmə oxudu O gündən ürəyim limanda uyudu O gündən ürəyim limanda uyudu [Nəqərat] Bir səhər bəlkə sən limana dönərsən Gözlərik yolunu bir liman, bir də mən Gözlərik yolunu bir liman, bir də mən [Keçid] Limanlar ayrı salar ümidsiz sevgiləri Limanlar qovuşdurar yol gözləyən gözləri [Nəqərat] Bir səhər bəlkə sən limana dönərsən Gözlərik yolunu bir liman, bir də mən Gözlərik yolunu bir liman, bir də mən [Çıxış] Sən getdin, tək qaldı bir liman, bir də mən Gözlərik yolunu bir liman, bir də mən
https://genius.com/Mirz-babayev-limanda-lyrics
6,952
Yalquzaq
Okaber
not available
2024
[Bənd 1] Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər Verilən boş vədlər deyil yazdığım əsərlər Cənazələr cismində kəsdiyim misralar mənim kultum Son akkordları vurdum İnsanla tamam, ayrı, fərqli, başqa varlığımız Ölümdən sonra dəyərli olmaq oxşarlığımız Xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin Başlıqsız sətirlərim başlığıdır manifestlərin Dostlar ən yaxşı günlərimdə hamısı yanımda Ən pis günlərimdə yoxdur yarısı yanımda Həyat bir dəfə verilmişdi, ölüm bir dəfə Addımlayırdıq mən, bir də ölüm, ölüm, bir də mən İnsanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil Ruh azaddır gəlib-gedər, ömürlük məhbus deyil Şairlər məni seçdi, sətirlər məni sevir Mən sevirəm musiqini, çünki o, möcüzəni sevir [Nəqərat] Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq [Bənd 2] O öyrətdi mənə, həyatın müxtəlif qolları var Qumar oynamaq istəyirsən? Qanuni yolları var Varlı var, milyonları bir oyunda karta gedir Fərqi yox, onsuz onun xoruzu da yumurta verir O, elə körpə göstərdi mənə ki, hamı ondan iyrənir Ana qucağında indidən dilənmək öyrənir Var elə-belə deşilənlər, var damarı deşilənlər Var bahalı fahişələr, var divara işəyənlər Gənclik indi söz atıb tanış olmaqla yarışır Yaş 30, hələ də ‘’Bluetooth’’la qız tutmağa çalışır O göstərdi mənə, həyat yalan, nifrət doludur Hamı susub şəhər, kənd, oba, el səs eləmir axı Neftin bir barreli yenə filan qiymət oldu 9 milyona bir barrel bəs eləmir axı O, məni fərqli yaratdı, boz ayda qurd dedi ‘’Beyinləri manqurt’’ dedi, ‘’olanları yırt’’ dedi [Nəqərat] Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq Arxamda əcəl, önümdə məzar Mən qaçıram günahlardan uzaq Toxunma mənə, məni rahat burax Mən tənhalığı sevən yalquzaq
https://genius.com/Okaber-yalquzaq-lyrics
6,953
Proqress Var
RG & Okaber
not available
2012
["Proqress Var" üçün mahnı sözləri] [Giriş] Bandit Beatz! [Hissə 1: Okaber] Proqress var Məni satan nə qədər сука, peys var Gangsta rep yazmaq, bu bizim dəstəlikdir Üstəlik də, Karabin pislikdir, xəstəlikdir Dedim ki: “Müharibə davam edir” Hamı çaşdı, qaldı Əsrlərlə adımız чурбан-чушка qaldı Canavar ünvanını yaratdıq, verdik beyinə info Gəlişim xatırladır Hitler-i və "Mein Kampf"ı Nə sən Mobb Deep-ə oxşayırsan, nə mən Tupac-a Nə mən Robin Hood-am, nə sən Kот в Сапогах Sən oturmusan həyatıma, dönmüsən quyruğuma Mən inanıram qələbəyə, sən göz muncuğuna Mən deyirəm: "Qatıq qaradır" Kim deyir: "Qatıq ağdır?" Biz üzdəki qaymaqlar, altda qalan qatıqlardır Yerin altı üstü ilə bir olanda biz gəlirik Okapella of Underground – music gallery [Nəqərat: Okaber & RG ] Müharibə davam edir MadHouse Okapella of Underground MadHouse Müharibə davam edir MadHouse? Okapella of Underground MadHouse [Hissə 2: RG] Mikrofonda RG, bir də ki Oka-dır Okapella of Underground – shock attack Elə zərbəniz yox ki, ona mən blok atam Çaşanların çoxusu педик, hater, ya da сука-dır AzRep-i təmizliyirik, moydadır Bu treki dad, sonra de nə dadır?! Diss atır, nədir adı? Beynini açar bass-larım, bars-larım sanki naşatır Daş atır boş bir bostana Yaş artır, coş Sil, SOS denən Baş atıb xoş bil, boss denən Yaşardıb boğazı, ağızı, "qoz-qoz" demə Toz sil, dost bil, tost denən Qurdala, mənə eks-G-Coast denən Çox forsluyam, çatmaz Air Force belə Yəni “Nike” бля, elə like elə Rep mənə yaraşır, necə bayk baykerə [Nəqərat: Okaber & RG ] Müharibə davam edir MadHouse Okapella of Underground MadHouse Müharibə davam edir MadHouse? Okapella of Underground MadHouse
https://genius.com/Rg-and-okaber-proqress-var-lyrics
6,954
Gəlmədin
Akif İslamzadə
not available
2023
[Bənd 1] Axar sular dayandı Qəlbim həsrətlə yandı, yar Axar sular dayandı Qəlbim həsrətlə yandı, yar Rəyin nədən dolandı, yar? İlk görüşə gəlmədin Rəyin nədən dolandı, yar? İlk görüşə gəlmədin [Nəqərat] Gəlmədin, gəlmədin Gəlmədin, yar, gəlmədin Gəlmədin, gəlmədin Gəlmədin, gəlmədin [Bənd 2] Gün batdı, qaş qaraldı Qəlbimi qüssə aldı, yar Gün batdı, qaş qaraldı Qəlbimi qüssə aldı, yar Gözüm yollarda qaldı, yar İlk görüşə gəlmədin Gözüm yollarda qaldı, yar İlk görüşə gəlmədin [Nəqərat] Gəlmədin, gəlmədin Gəlmədin, yar, gəlmədin Gəlmədin, gəlmədin Gəlmədin, gəlmədin [Bənd 3] Könlümdə xoş ümiddin Atəşdim, sən soyutdun, yar Könlümdə xoş ümiddin Atəşdim, sən soyutdun, yar Öz vədəni unutdun, yar İlk görüşə gəlmədin Öz vədəni unutdun, yar İlk görüşə gəlmədin [Nəqərat] Gəlmədin, gəlmədin Gəlmədin, yar, gəlmədin Gəlmədin, gəlmədin Gəlmədin, gəlmədin...
https://genius.com/Mirz-babayev-glmdin-lyrics
6,955
Boz Ay
Okaber
not available
2024
[Bənd 1] Can dastanıdır yazılan şeir ‘’Qan basmalıdır’’ var belə deyim Mən yazmalıyam, çoxalıb eyib Siz ölmək əvəzinə çoxalıb şəhid Fironun tələsinə düşən olur meyit Onlara önəmli moda və geyim Hamısının adı dəftərimdə qeyd Tanrı inancını oğurlayıb seyid Var siyasət, adını qoyub soyqırım İndi icazə ver mənə, qoy qırım Çılpaq həqiqəti yenə soyundurum Mənə düşmən göstər, ona toy tutum Mənim Havuş dağlarında hər izim var Borçalım, İrəvanım, Təbrizim var Ağrılarım boyda Ağrı Dağım var Faciələrim boyda Qarabağım var Bu gündən tariximizi yaz buradan Bura döyüş meydanı, mən Boz Qurdam Gəlirəm boz ayda, qara çovğunam Hər sorğuya cavab verilən doğruyam Mən Türkəm, Türk oğluyam
https://genius.com/Okaber-boz-ay-lyrics
6,956
Don Marleone (Original Soundtrack)
Okaber
not available
2017
[Bənd] Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı? Hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir… Biz haqqın yolçuları Biz susmayan Karabin! - Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa [Nəqərat] Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının... Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun... İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının... Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?
https://genius.com/Okaber-don-marleone-original-soundtrack-lyrics
6,957
Evtanaziya (Explicit)
Okaber
not available
2024
[Bənd 1] Mən hər gün meditasiyada, sən mənə ateist deyirsən Fikirlərim maraqsız, sən Jan Batist deyilsən Əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır Karabin obrazına RG, Okaberə Əli Xəyyam lazımdır İnsanlar yazdığım sətirlərdə nədənsə nifrət axtarırdılar Əlamət axtarırdılar, bayquşda lənət axtarırdılar Həyatın rəngini soruşdum, boz, bir də qara dedi ‘’Пропорция’’sı təyin olunmamış müharibə davam edir Sənə kim dedi ki, qorxma? Gözlərin bərəldi, qorx Yalan satıblar sənə, Əzrailin əlində kərənti yox Və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm Dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü Məzar da zövqə görə olur, dostum, özün seç, bax [Keçid] Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) [Bənd 2] Bu sadəcə həyatdır, bu həyatın həyatları var Məsih, Nazaretli, Yehovanın övladları var Dəvələrin qanadları, binaların bərbadları var Pulları, maşınları, fahişə arvadları var Fiquru insanlardan ibarət olan şahmatları var "Kim daha çox qan içə bilər?" deyə zarafatları var Vətən sataraq yüksələn biznesmen adları var Erməni kirvələrinin soyqırım fəryadları var Mavi ekranlarda yetimlərə imdadları var İnsanı kütləşdirə biləcək qədər savadları var Zəhərin dadları var müxtəlif, özün iç, bax [Keçid] Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) [Bənd 3] Keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım Evtanaziya əsrlərlə davam edirdi və canlanırdı İlk dəfə bir ruhani danışanda anladım, batildir Kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir Mən də peşmanam indi, hətta qalmadı xatirələr Bütlərin arasında sındı, necə mansarda pəncərələr Biz fironları mumiyaladıq və modern günümüzə gətirdik Və hələ də fironlar var, Tanrımızı itirdik Hər ürəkdə bir Allah varsa, hər canda bir ürək Dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək O tanınmır nə görünüşdən, nə də ki holoqramlardan O görünməz efirlərdə, çıxmaz şou-proqramlardan Bu yolda mən varam və yanımda bir neçə dəli şair Yolumuzdan döndərmir qara qeyb və tağı yalan şayiə Qeyrətsiz keçmişi qeyrətli gələcək almır heç vaxt [Çıxış] Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) (keç, bax, keç, bax, keç, bax)
https://genius.com/Okaber-evtanaziya-explicit-lyrics
6,958
Bir Otaqlı Ev
Orkhan Zeynalli
not available
2014
[Bənd 1: Orkhan Zeynalli] Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək Zamanın təkid etdiyi bir həvəsdir İnanıb yaşlanıram, bir az olar, gəldim işdən evə Bağışla, söhbətə heç vaxt salamdan başlamıram Piyada gəldim, istədim, bir az yağışda qalım Sən Allah, bağışla, halım pisdir bir az Kefim də yoxdur sən deyən, haradasa artıq 18 ildir Sağ qonşum bərbər, bax bu böyürdəkisə gizirdir Hərbi hissə var burada, bayaq topayla əsgərlər gəzirdi Gəl, çay süzüm, bağışla, ev də tör-töküntüdür Tək qalıram, səliqə tək qalan kişini hörküdür Damım damır, evdə darıxmıram yağışçün Yoxdur deyə qapım açıq deyil dost-tanışçün 96-cı ildən çəkirəm bu zibili Cəhənnəm xatırladar mənə Bakını Necə Hüseyn Cavidə Sibiri [Nəqərat: Tomris] Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım, həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə [Bənd 2: Orkhan Zeynalli] İlk səsi eşidən kimi qaçmışdım çölə, uşaqlar həyətdə idi Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi Əzrail üfüqdəydi, gülləylə bir qanad çalıb Canın alıb? Doğmalarımın ölümü önümdəydi Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı Qızımla qaçdım meşəyə, o biri dünyada yarım qaldı Budaqlardan çiynimə tökülən qar əriyir qanla Alışmış evlərdəki nalələrdən əriyir damlar Mərd insanlar döyüşdə ölümə qərq insanlar İllərin ağrıların mücrülərtək qəlbim saxlar Əllərimi açıb yalvardım - Ay Allah, dəyiş alın yazımı Əllərimin içində vurdular ayaqyalın qızımı Qalıb döyüşdüm iki il, qaçmadım Azərbaycandan Heyif, qaytarmadı itirdiyim canları aldığım canlar Soyadımı daşımağa biri qalmayıb həyatda, bu da bir dərd (Heç kim qalmayıb) Adımısa bəlkə öləndən sonra daşıyar küçə, ya məktəb [Nəqərat: Tomris] Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım, həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım, həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
https://genius.com/Orkhan-zeynalli-bir-otaql-ev-lyrics
6,959
İlk Bahar
Orkhan Zeynalli
not available
2014
[Bənd 1] [Orkhan Zeynalli] Soyuq əlimi ocağa tutub isitmək Bir adama bir ömürlük bəs etmək Şəhər işıqlarında itən o baxışları Doğmaların kədərləri kimi hiss etmək Bağlı pəncərələr Əlimdə incə qələm Həyatda yoxdur heç nə Ailədən öncə gələn Mən hərdən incidərəm Hərdən sevincə tənəm Sən oldun ilk baharda gülləri birinci dərən Sən oldun ən dərin sularda yoluma dalğalar sərən Sən ən soyuq sabahlarıma günəş olub işıq saçan Sən ən xoş arzularda deyilən sözlər kimi doğma Payız küləklərimi duyan quru gözlər kimi dolmaq Gün gələr biz oyanmarıq eyni şəhərdə Bizə aid dörd divarda görüşək hərdən Mən ustərəm ən çətin sətirlər bitsin Mənim tək bacım onu sevdiyimi bilsin [Nəqərat] [Tomris] Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda “sev” deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər [Bənd 2] [Orkhan Zeynalli] Mən bəlkə həyatda gördüyün insaların ən soyuğu Mən bəlkə mahnı hansı ki, qırıq qəlblərə həsr olunub Mən bəlkə yaddaş hansı ki, sonralar nəsr olunub Mən bəlkə bu tamaşalarda oynamışam əbəs rolumu Mən bəlkə böyük bir zirvə, ancaq səndən balaca Ən şirin uşaqlıq xatirələrim səndən qalacaq Mən bəlkə, qırıq-sökük daxmalarda son divaram Nə qədər sən varsan bu sütunlar möhkəm qalacaq Mən bəlkə payız fəsli, səni məndən qış ayırır Mən bəlkə qəhər, məni göz yaşımdan alqış ayırır Mən bəlkə ayaq basdığım Londontək əlçatan arzu Mən bəlkə həmin uşaq, hansı ki, istərdim baxçada qalsın Mən bəlkə unutduğun yuxular kimi səni təqib edəcəm Mən bəlkə tək qalacam, bir gün hərkəs tərk edəcək Mən bəlkə qar adamı tək əriyib bir gün bahar fəslində İlk gülü dərib, gəlib səni canlı təbrik edəcəm [Nəqərat] [Tomris] Həyat açır bizə yeni-yeni səhifələr Dünənləri çevirərək xoş günlərə Günəş hər işıq saçanda “sev” deyə Sevən qəlblərdə yer yox dərdlərə Quru sözlər bəsmi gülən üzlərə? Səbəb - səhv addımlar dolu gözlərə Məni gözləmə, məni gözləmə Həyat ən xoş üzünü sənə göstərər
https://genius.com/Orkhan-zeynalli-ilk-bahar-lyrics
6,960
Satılmış Səhnələr
Orkhan Zeynalli
not available
2014
[Bənd 1: Orkhan Zeynalli] Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq, sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında, bacarsan, düz dur Həyat verir, alır, elədiklərin qayıdır - bu düstur Səhnələr satılıb artıq, qələmə, kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac [Nəqərat: Tomris] Dəyişdikcə illərlə bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə susursa gözlər də Qalır mahnılar ancaq dillərdə [Bənd 2: Orkhan Zeynalli] Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv, eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost ''витрин''də, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orada Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub niyə pisə çevrilirik axırlarda? Görəsən, peşmandırmı Yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət, insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! [Nəqərat: Tomris] Dəyişdikcə illərlə bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
https://genius.com/Orkhan-zeynalli-satlms-shnlr-lyrics
6,961
Niyə
Tomris
not available
2022
[Bənd 1] Külək məni haralara aparır? Heç bilmirəm, heç bilmirəm Tək istəyim uzaqlaşmaqdır Küləklərdən də, lap özümdən də Niyə? [Nəqərat] Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini [Bənd 2] Yenə sənsən, yenə köhnə ümid Heç bilmirəm, heç bilmirəm Düşünürəm, hələ yaxınımdasan Hiss etmirəm, hiss etmirəm Niyə? [Nəqərat] Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini [Çıxış] Niyə?
https://genius.com/Tomris-niy-lyrics
6,962
Do Re Mi
Tomris
not available
2022
[Bənd 1] Yada salır o evi Ağlımdadır do-re-mi Ruhumu tək o sevir Onun adı musiqi Tək qalıb uçuram 5 dilin üçü ağ Eşq odu saçıram Eşq dolu saçım ağ [Nəqərat] Hm… Hm… Hm… Hm… Huu.. Huu.. Huu... Huu... [Bənd 2] Qələm olub kağıza ürək açaram Evim olmasa, mikrofondur çarəm Hələ neçələri küçədə biçarə Mahnılar olaq, ruhumuza açaq ev Tək gəzirsən, qulağında mən Neçə boş ürəyin tək qonağıyam mən?! Olsa da bir ömür uzun bircə mahnıdan Ömür bitəcək, amma mahnılar… [Nəqərat] Hm… Hm… Hm… Hm… Huu.. Huu.. Huu... Huu... Huu.. Huu.. Huu... Huu...
https://genius.com/Tomris-do-re-mi-lyrics
6,963
Göyərçin
Tomris
not available
2023
[Bənd 1] Göy səmada ağ qanadları Pambıq kimi bulud ağları Keçib gəldin sən bu dağları Kəsən kəsibdir budaqları [Nəqərat] Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin [Bənd 2] Bax, dünya dəyişir Söz kəsir atəşi Sülh sənin əl işin Xoş olur gəlişin Bax, dünya dəyişir Söz kəsir atəşi Sülh sənin əl işin Xoş olur gəlişin [Nəqərat] Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin (Uça-uça-uça) [Keçid] Uçuram yerdən göyə Uçuram birdən-birə Uçuram hərdən belə Uçuram göyərçin kimi [Nəqərat] Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin
https://genius.com/Tomris-goyrcin-lyrics
6,964
Qısqanır
Tomris
not available
2024
[Bənd 1] Denən mənə Hansı daha qorxudar? Şirin yalan ağır Yoxsa acı doğrular? Nədir səbəb? Bu nə soyuq duyğular? İnamsızlıq gətirir aramıza Soyuqlar [Nəqərat] O, məni qısqanır Gecəyə Ay kimi O, məni qısqanır Günəşə yay kimi O, məni qısqanır Özünə tay kimi Məni yaxın sanır Ömrünə pay kimi O, məni qısqanır O, məni qısqanır O, məni qısqanır Məni yaxın sanır Ömrünə pay kimi [Bənd 2] Səssiz küçələrə Zülmət gecələrə Qaranlıq düşəndə Fikrim qalır səndə Şəhər bulud, çəndə Yağış yağır bəmdə Baxışların qəmdə Pis oluram mən də [Keçid] Qəlbin qəlbimə həmdəm, ya yox? Mənə bağlıdır möhkəm, ya yox? Sevgin gizli bir aləm, ya yox? Hamıdan gizlədiyin, mənəm o gözlədiyin [Nəqərat] O, məni qısqanır Gecəyə Ay kimi O, məni qısqanır Günəşə yay kimi O, məni qısqanır Özünə tay kimi Məni yaxın sanır Ömrünə pay kimi O, məni qısqanır O, məni qısqanır O, məni qısqanır Məni yaxın sanır Ömrünə pay kimi
https://genius.com/Tomris-qsqanr-lyrics
6,965
Niyə
SULEYMAN
not available
2023
[Bənd 1] Külək məni haralara aparır? Heç bilmirəm, heç bilmirəm Tək istəyim uzaqlaşmaqdır Küləklərdən də, lap özümdən də Külək məni haralara aparır? Heç bilmirəm, heç bilmirəm Tək istəyim uzaqlaşmaqdır Küləklərdən də, lap özümdən də Niyə? [Nəqərat] Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini [Bənd 2] Yenə sənsən, yenə köhnə ümid Heç bilmirəm, heç bilmirəm Düşünürəm, hələ yaxınımdasan Hiss etmirəm, hiss etmirəm Niyə? Bu sevgini Bu sevgini Aa, niyə? [Nəqərat] Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Bu sevgini Bu sevgini Aaa Aaa niyə?
https://genius.com/Suleyman-niy-lyrics
6,966
Qəmərim
Xumar Qədimova
not available
2014
[Bənd 1] Həsrətini yollarına sərim mən Boylanaram yollarına qərib mən Həsrətini yollarına sərim mən Boylanaram yollarına qərib mən [Keçid] Boylanaram yollara Yol uzun, ömür qısa Səni axtarıb, gəzib Tapmayıb, batar yasa [Nəqərat] Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim [Bənd 2] Həsrətindən bir xoş gülü dərib mən Yaralı könlümə məlhəm eylərəm Həsrətindən bir xoş gülü dərib mən Yaralı könlümə məlhəm eylərəm [Keçid] Boylanaram yollara Yol uzun, ömür qısa Səni axtarıb, gəzib Tapmayıb, batar yasa [Nəqərat] Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim Duman, dağlar gözlərim Ağlar, ağlar gözlərim Qəmərim, can, Qəmərim Sənə qurban, Qəmərim
https://genius.com/Xumar-qdimova-qmrim-lyrics
6,967
Ruhunla Yaşayıram
Xumar Qədimova
not available
2013
[Bənd 1] Elə bilmə unudulub o günlər Hər xatirən bir sehrdir, tilsimdir Mizrabından ayrı düşmüş siməm mən Köklənmərəm, çalınmaram, ha dindir! [Nəqərat] Kaş, görəydim sən yaşayan yeri mən! Bəxtəvərmiş kölgə kimi sürünən Elə sənsən gözlərimə görünən Qulağıma gələn doğma səsindir Köklənmərəm, çalınmaram, ha dindir! [Bənd 2] Ruhundurmu yenə çıxan qarşıma? Ürəyimdə başlar həzin oxşama Səma kimi saçlarımı oxşama Gözlərindən ürəyimə əsimdir [Nəqərat] Bəlkə ömrün yox mənası kədərsiz?! İndi heçəm mən sənsiz, sən mənsiz Hərdən qəlbin bir kimsədən xəbərsiz Məni deyib döyünürsə bəsimdir Məni deyib döyünürsə bəsimdir Gözlərindən ürəyimə əsimdir Köklənmərəm, çalınmaram, ha dindir!
https://genius.com/Xumar-qdimova-ruhunla-yasayram-lyrics
6,968
Dilbərim
Xumar Qədimova
not available
2014
[Bənd 1] Dilbərim, Dilbər halım xarab eylər Dilbərim, Dilbər halım xarab eylər Xumar gözləriylə mənə əzab eylər Xumar gözləriylə mənə əzab eylər [Nəqərat] Dilbərim, Dilbər Öz gülüm, Dilbər Söylə vafan hanı? Bu qədər incidər mi Sevən öz yarını? Dilbərim, Dilbər Öz gülüm, Dilbər Söylə vafan hanı? Bu qədər incidər mi Sevən öz yarını? Dilbərim, Dilbər Dilbərim, Dilbər [Bənd 2] Dilbərim, Dilbər halım xarab eylər Dilbərim, Dilbər halım xarab eylər Qara gözləriylə mənə əzab eylər Qara gözləriylə mənə əzab eylər [Nəqərat] Dilbərim, Dilbər Öz gülüm, Dilbər Söylə vafan var mı? Bu qədər incidər mi Sevən öz yarını? Dilbər o Dilbər Dilbərim, Dilbərim Söylə vafan hanı? Bu qədər incidər mi Sevən öz yarını? Dilbərim, Dilbər Dilbərim, Dilbər Dilbərim, Dilbər Dilbər, o Dilbər [Keçid] Xumar gözlərinlə mənə belə baxma Acı sözlərinlə yandırıb yaxma Xumar gözlərinlə mənə belə baxma Acı sözlərinlə yandırıb yaxma [Nəqərat] Dilbərim, Dilbər… Öz gülüm Dilbər… Dilbərim, Dilbər… Öz gülüm Dilbər… Dilbərim, Dilbər Dilbərim, Dilbər Dilbərim, Dilbər Dilbərim, Dilbər Dilbər, o Dilbər
https://genius.com/Xumar-qdimova-dilbrim-lyrics
6,969
Dustaq Bir də Sevər Oldu
Xumar Qədimova
not available
2014
[Bənd 1] İşıqlan ey, könlüm, gözüm Sübh açıldı, səhər oldu Çin çıxacaq yuxum bu gün Mənim yarım gələr oldu İşıqlan ey, könlüm, gözüm Sübh açıldı, səhər oldu Çin çıxacaq yuxum bu gün Mənim yarım gələr oldu [Nəqərat] Bu gəlişin heyranıyam Qədəminin qurbanıyam Bir saatlıq mehmanıyam Bəxtim yenə gülər oldu Bu gəlişin heyranıyam Qədəmlərin qurbanıyam Bir saatlıq mehmanıyam Bəxtim yenə gülər oldu [Bənd 2] Xoş gəlmisən ömrüm - günüm Mutluluğun səsim, ünüm Nəfəs dər, başına dönüm Bu gəlişin hünər oldu Xoş gəlmisən ömrüm - günüm Mutluluğun səsim ünüm Nəfəs dər, başına dönüm Bu gəlişin hünər oldu [Nəqərat] Oxşayacam tellərini Sıxacağam mərd əlini Öz könlünün həmdəmini Dustaq bir də sevər oldu Oxşayacam tellərini Sıxacağam mərd əlini Öz könlünün həmdəmini Dustaq bir də sevər oldu
https://genius.com/Xumar-qdimova-dustaq-bir-d-sevr-oldu-lyrics
6,970
Mənim Gülüm
Xumar Qədimova
not available
2014
Bənd 1] Getməyinlə sən etdin Etdin mənə zülm Getməyinlə sən etdin Etdin mənə zülm Heç zaman toxunmasın Aayağın daşa gülüm Heç zaman toxunmasın Aayağın daşa gülüm [Keçid] Dərdini çəkdim yaman Nazını çəkmək çətin Dərdini çəkdim yaman Nazını çəkmək çətin Sənsiz necə olacaq Sonu bu məhəbbətin? Sənsiz necə olacaq Sonu bu məhəbbətin? [Nəqərat] Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni [Bənd 2] Dönür durnalar geri Sən hansı qatardasan? Dönür durnalar geri Sən hansı qatardasan? Sən sevgidən doğulan Şirin mahnılardasan Sən sevgidən doğulan Şirin mahnılardasan [Keçid] Dərdini çəkdim yaman Nazını çəkmək çətin Dərdini çəkdim yaman Nazını çəkmək çətin Sənsiz necə olacaq Sonu bu məhəbbətin? Sənsiz necə olacaq Sonu bu məhəbbətin? [Nəqərat] Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni Ya məni öldür, qurtar Yada ki yaşat məni Sən yoxsan deyə, gülüm Yaşatmır həyat məni
https://genius.com/Xumar-qdimova-mnim-gulum-lyrics
6,971
Bir Də Gəlməyəcək Mənim Tək Qadın
Xumar Qədimova
not available
2014
[Bənd 1] Elə möcüzələr yaratmısan ki Elə dəqiqələr yaşatmısan ki Olmayıb heç onun yüzdə biri də Olmayıb heç onun yüzdə biri də Nə mənim dünyamda, nə bu dünyada Nə mənim dünyamda, nə bu dünyada [Nəqərat] Sən elə telləri qırıb getmisən Sən elə yaralar vurub getmisən Sən elə telləri qırıb getmisən Sən elə yaralar vurub getmisən Təpəri yox, dözüb – dayansın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın [Bənd 2] Qəfil gəlişinlə suç eləmisən Sənsiz keçən ömrü puç eləmisən Görməyib heç zaman belə yağış – qar Görməyib heç zaman belə yağış – qar Nə mənim dünyamı, nə bu dünyanı Nə mənim dünyamı, nə bu dünyanı [Nəqərat] Sən elə telləri qırıb getmisən Sən elə yaralar vurub getmisən Sən elə telləri qırıb getmisən Sən elə yaralar vurub getmisən Təpəri yox, dözsün, dayansın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın Nə mənim dünyamın, nə bu dünyanın [Şeir] Bilmədim iblissən, ya mələk, qadın? Ətri, gözəlliyi çiyələk qadın Bir də gəlməyəcək sənin tək qadın Nə mənim dünyama, nə bu dünyaya Bir də gəlməyəcək, gəlməyəcək mənim tək qadın Nə sənin dünyana, nə bu dünyaya Nə sənin dünyana, nə bu dünyaya Nə sənin dünyana, nə bu dünyaya Nə sənin dünyana, nə bu dünyaya
https://genius.com/Xumar-qdimova-bir-d-glmyck-mnim-tk-qadn-lyrics
6,972
Gəl İnad Etmə
Xumar Qədimova
not available
2013
[Bənd 1] Gəl inad etmə böylə, sevimli dilbərim Yollarını gözləyir intizar gözlərim Gəl inad etmə böylə, sevimli dilbərim Yollarını gözləyir intizar gözlərim Gəl, gəl, gəl, gəl yar, dildar, qadan alım, yar Gəl, gəl, gəl, qadan, bəlan alım, yar [Nəqərat] Gəl yada salma, dildar, ey vəfadar Olub keçənləri hər nədir Qəlbinə dəymişəm, yar, bilirəm, yar Bilirəm, hər günah məndədir Bilirəm, hər günah məndədir Eşqim, gözüm, yar, yenə səndədir Eşqim, qəlbim, yar, yar, yenə səndədir [Bənd 2] Laylasını dinlə, yar, suların, sevgilim Seyrinə çıxaq birgə baharın, sevgilim Laylasını dinlə, yar, suların, sevgilim Seyrinə çıxaq birgə baharın, sevgilim Gəl, gəl, yar qadan, bəlan alım, yar Gəl, gəl, gəl, yar, gəl, qadan alım. yar [Nəqərat] Gəl yada salma, dildar, ey vəfadar Olub keçənləri hər nədir Qəlbinə dəymişəm, yar, bilirəm, yar Bilirəm, hər günah məndədir Bilirəm, hər günah məndədir Eşqim, gözüm, yar, yenə səndədir Eşqim, qəlbim, yar, yar, yenə səndədir Gəl yada salma, dildar, ey vəfadar Olub keçənləri hər nədir Qəlbinə dəymişəm, yar, bilirəm, yar Bilirəm, hər günah məndədir Bilirəm, hər günah məndədir Eşqim, gözüm, yar, yenə səndədir Eşqim, qəlbim, yar, yar, yenə səndədir
https://genius.com/Xumar-qdimova-gl-inad-etm-lyrics
6,973
Səni Qəmli Görəndə
Xumar Qədimova
not available
2014
[Bənd 1] Olaram dərdə həmdəm Səni qəmli görəndə Olaram dərdə həmdəm Səni qəmli görəndə Saçlarıma düşər dən Səni qəmli görəndə Ürəyimi üzər qəm Səni qəmli görəndə [Nəqərat] Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə [Keçid] O günəş üzün hərdən Bürüməsin duman, çən O günəş üzün hərdən Bürüməsin duman, çən Saçlarıma düşər dən Səni qəmli görəndə Saçlarıma düşər dən Səni qəmli görəndə [Nəqərat] Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə [Bənd 2] Əsən külək dayanar Göylər qara boyanar Əsən külək dayanar Göylər qara boyanar Aşiq odlara yanar Səni qəmli görəndə Aşiq odlara yanar Səni qəmli görəndə [Nəqərat] Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə [Keçid] O günəş üzün hərdən Bürüməsin duman, çən O günəş üzün hərdən Bürüməsin duman, çən Saçlarıma düşər dən Səni qəmli görəndə Saçlarıma düşər dən Səni qəmli görəndə [Nəqərat] Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə Boran olar... Xəzan olar... Qar olar... Səni qəmli görəndə Boran olar, qar olar İşim ahzuar olar Mənə dünya dar olar Səni qəmli görəndə
https://genius.com/Xumar-qdimova-sni-qmli-gornd-lyrics
6,974
Yalan Dünya
Xumar Qədimova
not available
2014
[Bənd 1] Sənin bəhrən yeyən kimdir? Kiminkisən, yiyən kimdir? Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya! Sənə doğru deyən kimdir? Yalan dünya, yalan dünya! [Nəqərat] Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! Yalan dünya, yalan dünya! [Bənd 2] Atı əzəl dağa saldıq Yorulduqca dala qaldıq Atı satdıq, ulaq aldıq Yəhər oldu palan, dünya Atı satdıq, ulaq aldıq Yəhər oldu palan, dünya [Nəqərat] Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! İçi boşla dolan dünya [Bənd 3] Biri ayna, biri pasdır Biri aydın, biri kasdır Burada toydur, orada yasdır Gül açdıqca solan dünya Burada toydur, orada yasdır Gül açdıqca solan dünya [Nəqərat] Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! Qazanıb, hey talanıbsan Qalanıb, hey calanıbsan Əzəldən çalxalanıbsan Yenə də çalxalan, dünya! Yalan, yalan, yalan dünya Bizi dərdə salann dünya Yalan, yalan, yalan dünya Nağıl, yalan – palan dünya Yalan, yalan, yalan dünya
https://genius.com/Xumar-qdimova-yalan-dunya-lyrics
6,975
Yarım
Xumar Qədimova
not available
2013
[Bənd 1] Sən gələn yolda mən daş – qaya ollam Sənsiz bir gül kimi sarallam, sollam Sən gələn yolda mən daş – qaya ollam Sənsiz bir gül kimi sarallam, sollam Simanda qəm görsəm buludtək dollam… [Keçid] Dünyani görürəm mən iki rəngdə Musiqi dinlərəm eyni ahəngdə Mən su daşıyıram qırınq səhəngdə Gəl, dünyam rəngini dəyişsin, yarım [Nəqərat] Yarım, yarım, yarım... Yarım, yarım, yarım... [Bənd 2] Sən gələn yolda mən daş – qaya ollam Sənsiz gül kimi sarallam, sollam Sən gələn yolda mən daş – qaya ollam Sənsiz gül kimi sarallam, sollam Simanda qəm görsəm buludtək dollam… [Keçid] Dünyani görürəm mən iki rəngdə Musiqi dinlərəm eyni ahəngdə Mən su daşıyıram qırınq səhəngdə Gəl, dünyam rəngini dəyişsin, yarım [Nəqərat] Yarım, yarım, yaram... Yarım, yarım, yarım... Yarım, yarım, yarım... Yarım, yarım, yarım... [Sonluq] Gəl, gəl mənim tacımın daş – qaşı Yarım, gəl Gəl, gəl mənim ruhumun sultanı Yarım, gəl, yarım Yarım, yarım...
https://genius.com/Xumar-qdimova-yarm-lyrics
6,976
Küsmərəm
Xumar Qədimova
not available
2013
[Bənd 1] Mən şirin ləhcəli bir bülbüləm ki Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Mən şirin ləhcəli bir bülbüləm ki Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! [Nəqərat] Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan İllərdən küsərəm, səndən küsmərəm! [Bənd 2] Mən şirin ləhcəli bir bülbüləm ki Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! Mən şirin ləhcəli bir bülbüləm ki Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm! [Nəqərat] Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan İllərdən küsərəm, səndən küsmərəm! [Bənd 3] El içində bizə derlər Sayadlı Tərlan ovçusuyam, ruhum qanadlı İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm! Dillərdən küsərəm, səndən küsmərəm! [Nəqərat] Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan İllərdən küsərəm, səndən küsmərəm! Gözlərin misaldır axan çaylardan Kirpiyin oxlardan, qaşın yaylardan Qarşımıza gələn uzun aylardan İllərdən küsərəm, səndən küsmərəm! Küsmərəm...
https://genius.com/Xumar-qdimova-kusmrm-lyrics
6,977
#OnÜç
Okaber
not available
2014
[Bənd 1: Okaber] Elə bil MS-13 , Yakudza , Kasta qurublar! Marsda buruqlar tapılır Usta kruqları dağıdır asta qruplar Hansı ki gözləri qan səhərə qədər postda durublar Bizdə belədi gərdişi-dövran Hər işi böhran olanın, vərdişi böhtan Gəlmişi çoxdan unudub keçmişini bu qədər sadə Vəziyyət fövqəladə! Dön gəl Adəm! Adə, mənə bax biradər Bu qədər matəm niyə? Madam hər kəs bərabər Danışır soyqırımdan, danışıdıqca soy qırılır Deyir ki: “üzümə tüpür, döy məni, söy qırılım” Əşşi nəisə.. Bir gün başıvız daşa dəysə Ölümün gözünə baxın 10 nəfərin 5-i geysə İncə-mincə, domestic animal ya da pet Bizlər lycan, majestic cannibal ya da Mad! [Nəqarət 2x: Okaber] Mən. Siz. Birdə külək, birdə yağış! Sülh. Hərb. Müharibə. Yoxdu barış! Gəl. Bax. Gələn gedir, gedən ölür! Dön get #OnÜç addım, geriyə dön gəl! [Bənd 2: Okaber] Mənə lazım deyil qafiyə əvəzinə rhyme demək Əsas daim demək! Kim nə qədər hit yazıb? Bilmirəm sayın bilək Medal asaq boynundan, ağzının payını verək! Qlamur həyat tərzinə can atır can xanım Gönçeyigül Badi-Səfa Tövhə Müşərrəf Pikə Sultan xanım Adriana Lima karması Mənim sinəm dəftər, beynim mina tarlası Tər basır düşməni - atıram replika Satıram papryka, ədəbiyyata rap qatıram Bir dənə Ustad var öldürəcək ulduzlar onu Uşaqlıq travmam dostumun sevdiyi qızlar olub Show-business’i tanımıram əsl show rap Bura Alcatraz , Guantanamo, Shawshank Divarlar qan içində, qanlı əllər murdar Dəlixanaya xoş gəldin! Hər şey xaotik burda [Nəqarət 2x: Okaber] [Outro: Ali Khayyam] Əsas gözlərimi anla Sözlərimi başa düşməsən də olar Özündən keçib gəlməlisən Yoxsa bağlanar üzünə ilahi qapılar Sevgi ən vacib şərtdir Səcdə etməsən də olar Qurd ziyafətində bütün balıqları dünyanın Allah çəkəcək qarmağın Bu gün dostların yarısı əclaflıq titulunda Oyanmışıq qardaş, xeyirli olsun sabahın
https://genius.com/Okaber-onuc-lyrics
6,978
Simulyativ Oyun (3/3)
Ali Khayyam
not available
2022
Elə yorğunam, Ürəyim daş olmuşdu, İndi mən dağ olmuşam Həyatda mənə qalan, Cəmi iki ağaç, Nə xeyri? Mən yenə çöl olmuşam Bu nə qaranlıqdı belə?! Bu nə uzun gecədir?! Yaşamağa bir səhərim də yox İlham da küsüb gedib məndən, Gəlmir daha, Yazıb, oxuyub, ağlamağa bir şeirim də yox Kaş inanardım yenə, İndi namazıma qibləm də yox Bu nə boşluğdur?! Bu nə göy üzüdür?! Bu nə hüzndür?! İlahi! İnanmağa bir Allahım da yox Yıxılıb ölərəm elə burda Elə burda soyunaram bədənimi, Gəl gör ki, Ölüb girməyə bir məzarım da yox Küçələrim yenə boş Küçələrimdə yanımda, Anarım yox Ən dərin üsyanlarımda, Orxanım yox Dərinlikdə qalmışam, səssiz və tənha Elxanım yox Çöl olsam, Üstümə bir damcı su tökməyə, Röyalım yox Boylanıb baxa bilmirəm içimə, qorxuram İlahi! Bu nə bəladır?! Bu nə haldır belə?! Tükənmişəm qələm kimi Yazılıb, dolmuş kağız kimi Gedilmiş yol kimi İnanmaq kimi Göydəkilər kimi "O"nun kimi Hə, "o"nun kimi! Bəlkə də, bu hal onun ahıdır! Tükənmişlik ölməyin ikinci adıdır! Dost tapan yaşım keçib mənim Fikir vermə başım qaçıb məni Qaçıb, adını da bilmədiyim yerlərə Gəlmir daha, Görsən de ki: Tək ürəklə yaşamaq olmur daha. Bu şeir, bu qədəh, bu içki, bu siqaret Və bir də, sarışan hallar nevrozu Yenə atıram addımlarımı, Ancaq ağ səkilərə Yenə, yenə, yenə Saata baxıram, dört dəfə. Hara getsəm, dəyişmir sanki otağım Sıxışıb qalıram, bu çirkli içki burulğanında Hamıda qan axsa, mənim çaxır axır qanımda. Bir də, gərək Səması ola yanında Uzaqlarda anası, atası Bir də, bir də, bir balaca, lap az, belə çox az ha, xeyir-duası Ya da, gərək boş verəsən buraları Məsələn Bakını, məsələn İçərişəhəri, məsələn parkları. Hə, gərək boş verəsən, itir bu zəhərə qalmış xatirələri Gərək tüpürəsən bütün uşaqlıq yaddaşlarına Çıxıb gedəsən, rədd olub gedəsən bir yolluq Hey Allah düzünü de, Biz də "Simulyativ Oyunuq"? Dad gəlir, bu dünyadan gəlir axmaqlıq dadı Bilirəm, bu saxtalığın başqa nə adı?! Bilirəm, bilirəm hardansa baxıb gülürsən Sən, sən, mən bilirəm bu sənsən Amma mən yenə kefsizəm, yenə halsız Yenə yarıda saxladılmış şeir Yenə cəmi iki saat yatıb gözlərim İşdir, yenə qalıb eləsən bu zibil gecələrin elində, Bilim ki, bir-iki adama xatirə qaldı sözlərim.
https://genius.com/Ali-khayyam-simulyativ-oyun-3-3-annotated
6,979
My Baby
ABD Malik (Dəyirman)
not available
2018
[Nəqərat] Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” [Bənd 1] Gəl qovuşaq “you got me crazy” Mən sənin “maço”, sənsə “my lady” Səninçün göylə yeri alt-üst edərəm Səhraları bükərəm, qabağına sərərəm, “baby” Sənsiz olan bir gün əsrə bərabərdir Başqasına bu sözləri heç vaxt deməzdim Dərdimi vecinə almayan gözəl xanım Naz-naz xanım, nazik xanım Mənə qarşı qəddarsan, sənə bu gəlmir Hirsini söndür, tərs, mənə bu çatmır Açarı taparam qıfılladığın qapıların I love you baby, you know my darling [Keçid] Zəng, dəng “bugi, bang-bang” Hər gün eyni rəngdən tənqidə gəlmək Bəsdir, gəl bu işdən əl çəkək Yağışdan çıxıb yağmura düşmək [Nəqərat] Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” [Bənd 2] Qulaq as, xəyalımın kədəri olan “my lady” Bu sözləri sənə eşitdirirəm, “baby” Hərdən səni başa salmaq mümkün deyil Nə vaxtsa sevdiyimi dərk edərsən “maybe” Sənə qarşı hisslər çoxdandır ki, sirr deyil Yaxın olmaq təşəbbüsüm bilirsən ki, bir deyil Getmə, məni peşman etmə, qız Sənlə nəfəs alıram, sənsiz boğuluram “please” Hirslənib getdin sağa, mən sola Qayalar da hördü divarı aramızda İndi mən bu yanda, sən isə o yanda Uduzmaq yoxdur bu qaydasız oyunda [Keçid] Sən tərs, mən sənə əks, bilirəm Səsini kəs, hər şey əbəs - deyirəm Rənglər qarışdı, sözlər alışdı Yana-yana bir-birinə, hər şey qarışdı [Nəqərat] Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” [Bənd 3] Yuxum təzədən qaçır, balışımı danışdırırsan Şəklimi kəsib, təzədən yapışdırırsan Bizim roman sanki duman, çox güman Bulanıq qaldı uzun zaman, aman “crazy” Bilirəm, aramızdakı hava tutqundur Bilirəm, hər an günəşin çıxması mümkündür Ağlını yığ başına, qaşqabaq olma “please” Bir-birimizçün yarandır, tərs olma, qız Naz nazıyla oynamaq mənimçün həzzdir, bilirsən Ona görə məni məndən çıxarırsan “Don’t stop, don’t stop, I wanna be a player” (Ehtirasımla oynamaq – yaxşı idea) Ou, ou, ou, qızım, don’t you know Qısqanclıq səninçün gündəlik şou Səni heç kimlə bölüşməmək həvəsindəyəm “Please, believe me” sənə qarşı tam ciddiyəm [Nəqərat] Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go” Vuruldum sənə, “my baby” Gəl qovuşaq, “you got me crazy” Sən və mən “let’s go” Bir yerdə “let’s go”
https://genius.com/Abd-malik-dyirman-my-baby-lyrics
6,980
Qara Qüvvələr
Okaber
not available
2024
[Bənd 1] Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq, amma yenə qərar itir Bu dəfə alınacaq, bu dəfə son dəfə Şablon səhifə əzbər milyon dəfə Nə qədər televiziya, nə qədər informasiya? İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasiya, hər yerdə mafiya Hər yerdə siyasət, təşkilatlar, partiya Qara qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, mənə düşmən göstər Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı? Mənim yeməyim ‘’перлова’’, mənim evim kazarma Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm, mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram [Nəqərat] Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir [Bənd 2] ‘’Progress’’ var Məndə əsəb gərginliyi, stress var Bir az səs var, amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partlayır mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə, xəbərin yox Xəbərin yox, qardaşım, xəbərin yox Hər cürə insan olub yoldaşım, xəbərin yox Mənim ürəyim indi olub xəstə, xəbərin yox İntizam cəzalarından, həbsdən xəbərin yox Kim kimi harada və necə satıb, xəbərin yox Kimisə hətta sevgilisi atıb, xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə, sənin ordudan xəbərin yox [Nəqərat] Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Müharibə davam edir...
https://genius.com/Okaber-qara-quvvlr-lyrics
6,981
Nahaq-haqq
BadClause Music
not available
2015
[Bənd 1] [BadClause] Dəniz, sən özün bilirdin ki, yarım aldı sevgi özgə payından Dekabrım qara-qura, xatirəmdir yanvar ayından Mən eşqimin vəziri, xilafətim vicdan hayında Dedilər dilbərim gəlib, qonağdır şah sarayında O qüsursuz mələkdir, xasiyyəti eybi qatır Oğuz elində gözəl saxlamışdı igidin atın O elə bir qəzəldir ki, görən şair qələmi atır Mən onun haqda yazmışam deyə sevilir şeiriyyatım [Dəniz] Miri, aldatma özünü, dilbər, yar deyil Özgə atın minən, özgə yurda salar meyil O gözəl dilbər, şaha xidmətdə durar Sənə lazım olan qız, sənin evində salar yer Bahəm gülmədinizsə, nəyinə gərək gülüşü onun? Bahəm gəzmədinizsə, qoy yerisin, yerişi onun Sənə Oğuz elindən xəbər gətirən qaqaşa de ki Daha namə almıram, neynir eləsin, öz işi onun [BadClause] Amma məni anla, Dəniz, ruh bədənimi təslim edib Məndən can elə gedir ki, sanki Nəsimi dərisi gedir Düzünə düşündüyüm hər şey indi tərsə gedir O dəfə qızla xəyal qurdum, uşağımız da dərsə gedir Gəl qopart kökünü güvəndiyim dar ağacın Mənə bir məhəbbət göstər, usanmadan yara qaçım Dərdi qəlbə yara açır, haram əğyara saçı Dedilər xəstələnmişəm, tək divanə yar əlacım [Dəniz] Lap divara ismini yaz, mətbəxdən şəklini as Bürün o alan şərfə gecəni, üfür, köksünə bas ... Miri, ayıbdır, şairə yaraşmaz Onunla nə xəyal qur, nə də onun haqda şeir yaz Bilirsən niyə? Axı, qış qara fəda Oxumuş şair olammaz, deməsək şeirə xəta Demirəm sevmə filan, demirəm sevmə ilan Sadəcə özümə rəva deyilsə, görmürəm sənə də rəva [Nəqərat] [BadClause] Salam can-la başlayan sevgi bitir əlvidayla Bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar Hamı bizi başa düşür, amma sən özünü hamı sayma Biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran [Dəniz] Salam can-la başlayan sevgi bitir əlvidayla Bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar Hamı bizi başa düşür, amma sən özünü hamı sayma Biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran [Bənd 2] [BadClause] Gözəlin eşqi gəlib yıxdı məni qəfildən Vacib məsləhət, məni yola döndər xəlvətində Uzağam afətimdən, xəbərsizəm hal-xətirdən Mən özüm özümə sığmıram heç, iki cahanı dar gətirmə Dəli şeytanım ağıllanıb, şərik dərdə bir Bu yollarımda mən səfil, amma qalmadı qiymət-qədir Ona yazdığım mahnılardadır şan-şöhrətim Və denən ki, yenə yaz, şair, yaz o eşqə dörd sətir [Dəniz] Ay şair, mən sənə nə deyim bundan artıq? Elə bil, eyni şəhərə gedən ayrı qatarlardayıq Sənə o cahan dar gəlirsə, deməli dardayıq Gec olmadan ayıl ki, bilək hardayıq Yaxşı, yaz, şair, sən yaz, amma ki, məncə kifayətdir Özün demişdin axı, o qız çəkir xəcalətin Ya Rəbb, bəla gətir, qoy anlasın rəzaləti Görək ondan sonra, tərgidərmi Miri bu pis adətin? [BadClause] O yeddi notun qibləsidir, tükənməz ibadətim İstədin ki, tərgidim rədd eliyim pis adəti Dəniz, bilirsən ki, hər şeirim cəhalətim Musiqi də ki, yuxu kimidir, gözəl yerdə bitir mətn Yaşayır guya mənə görə, amma ölür özgə dərdinə Qayıtsın istəyərəm, qucaqlayım, öpüm yenə Qəlbim eşqə qul sayılar, dərdi qalar xətrimə Məsləhətin əmrin olar, silərəm o yarı xətrinə [Dəniz] Xətrimə deyil də, öz xətrinə et bunu Sənə ən pakı qismət olar, aqibət budur Dahi, kəs qolu, at, yazsa eşqin acı dilindən O boğaza nəfəs vermə, nəfəsi kəs, qurut Yadda saxla, Miri, cənnət-ü rizvan ötəndir Bu yurda xoşbəxtlik tapmadınsa dəyiş kəndi Bir də unutma ki, şair olan şeiri sevər İndi belə deyirsən, şair əhlin əqli dəyişkəndir [Nəqərat] [BadClause] Salam can-la başlayan sevgi bitir əlvidayla Bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar Hamı bizi başa düşür, amma sən özünü hamı sayma Biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran [Dəniz] Salam can-la başlayan sevgi bitir əlvidayla Bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar Hamı bizi başa düşür, amma sən özünü hamı sayma Biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran
https://genius.com/Badclause-music-nahaq-haqq-lyrics
6,982
Ayrılıq
BadClause Music
not available
2016
[Bənd 1] Burda sәnsiz әsir külәk, sәnsiz keçir zaman Sәnsiz otaq kiçilir, üstümә gәlir tavan Yağışlar da sәnsiz yağır, xәtrimә dәyir sәma Halsızam... sәnsizlik ziyandır sağlamlığıma Xәtrinә xoş olar bәndim Varlığınla nәfәs alan mәn idim, yox olan sәn idin Küpünә dolub-daşar, tökülәr yerә, toz olar sәbrim İntiharda tәk ümidim o ki, boşalar kәndir İsti otaqda donuram sәnsiz, dәrәcәm mәnfi Sәni sevirәm hәrdәn, amma arada yadıma gәlir sәhvin Ayrıldıq, uzaq düşdüm sәnә edәrәk ömrü tәhvil Gecә qucaqlayıb yatıram deyә tütün qoxur şәrfin Getdin bir gün, o günün ertәsi olmadı Ruhumu öldürdün, çox cismi yormadın Bir müddәt yox oldum, axtarmadın izimi, sormadın Sәn mәnim hәrşeyim oldun, mәndәn bir zibil olmadı [Nəqərat] Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr Ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn Әgәr ki, sәndәn getsәm tut mәni, "getmә" denәn Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr Ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn Әgәr ki, sәndәn getsәm tut mәni, "getmә" denәn Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn [Bənd 2] Bilmirsәn nә demәkdir - bu şәhәrdә sәnsiz qalmaq Sәssiz qalmaq vә nәfәssiz qalmaq Başa düşmür mәni tәrs insanlar Şәkillәrdә üzüm gülәr, amma mәni dәrdsiz sanma Vaxtilә qəsddin canıma, kədəri qəlbə həkk edən Sәn hәr gecә geri dönәn olardın, sәhәri günsә tәrk edәn Divarların da halı yoxdur ki, yumruğumu bәrkidә Biz bir ailә olmadıq ki, masaya vuraraq әrk edәm Ruhən ayrısan, şeirdə, sözdə mənimsən Mənim sükutumsan, susanda səsimə səmirsən Səni düşünməməyin tək yolu yuxuya getməkdir O da ki, alınmır, yatan kimi yuxuma gəlirsən Sabahına unutmaram, mən hər gün "bu gün də sevirəm" Mən səni gülərək sevmirəm, can, hüznlə sevirəm Çıxıb getsən belə səhvinlə, düzünlə sevirəm Narahat olma. Səni hər iki üzünlə sevirəm [Nəqərat] Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr Ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn Әgәr ki, sәndәn getsәm tut mәni, "getmә" denәn Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn Mәhәbbәt okeanında dәm vurar eşqdәn lәpәlәr Ayrılıqlar bol oldu, soyudum, axı hәr dәfә mәn Әgәr ki, sәndәn getsәm tut mәni, "getmә" denәn Yoxluğunda ruhum itir, bir şeirdir әrsә gәlәn
https://genius.com/Badclause-music-ayrlq-lyrics
6,983
9 Noyabr
BadClause Music
not available
2016
[Bənd 1] Hislәrim әcәl, sanki kimsә deyir ölümә gәlmә Qәlәmlә mәnasızdır, şeirә dönür cümlә sәnlә Zәngimә cavab yoxdur, cavab yoxdur cümlәlәrimә Sәnlә görüşә gәlmirәmsә yaraşmırdı güllәr әlimә Adına sәtir düzüb şeir elәdim baxışlarını Sәnә yad olmuşdum, dost sayaraq tanışlarımı Unudan bir insan, de geriyә dönüb bağışlarmı? Mәndәn getdiyindәn bәri hәyatına yağış yağmır Ölmünә sevәrәm mәn tay tutaraq yari canla Sәnsiz qalmaq indi qarışıbdır, bax adi halla Xatirәlәr ölmәz, yaşayar yadigarla Uçuşar sevgi göyәrçinlәri bәyaz asimanda İçkilәr ağladar, ancaq mәsafәlәri azaltmaz Nәfsimi yoxluğunla qarışdıranda Bir də getsən əgər, göy ağlayar, yağış dayanmaz Әllәrini әlimdәn alıb özgә әllә qovuşduranda [Nəqərat] Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür Sәn mәni eşitmirsәn içimdә fәryad ölür Vә dost ağlar, yad gülür, can, mübarәk ad günün! Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür Sәn mәni eşitmirsәn içimdә fәryad ölür Vә dost ağlar, yad gülür, can, mübarәk ad günün! [Bənd 2] Günün keçir dostlarınla, danışarıq biz hәrdәnbir Düşündüm yadındayam, unutmuşdun hәrçәnd ki Vay o gündәn tutular xoşunla zәhlәn bir Hamı deyir ki, sevir hәlә dә, amma sәndәn zәng gәlmir Qurulan әn gözәl cümlәlәrin sonu “lakin” idi Mәn yanvarı sevәn insan, sәn ovucda qar kimiydin Soyuq әllәrin, titrәyәn dodaqların İslanan göz qapaqlarınsa etiraf kimiydi Dedim ki, gözlә mәni, canım, qayıdacam yanına Narahat ola bilәrsәn, bu adam sәni yazmırsa Sәn özlüyündә tamsan, amma mәn yarımam Üfüqdә günәş çıxmamış ağlımdan çıxmırsan Mәn sәni incitmәrәm, sәbәbsiz hirslәnirsәn Dodaqların susur, danışır hisslәrinsә Әn böyük arzum "biz"-dir, o da ki, nәdәnsә olmur Ya mәn çox istәyirәm, ya da sәn istәmirsәn [Nəqərat] Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür Sәn mәni eşitmirsәn içimdә fәryad ölür Vә dost ağlar, yad gülür, can, mübarәk ad günün! Qәdәhimә süzdüm sәni, gözümdә dünya dönür Gülәrdi üzü vә baxışı sәnlә sürsә yar ömür Sәn mәni eşitmirsәn içimdә fәryad ölür Vә dost ağlar, yad gülür, can, mübarәk ad günün!
https://genius.com/Badclause-music-9-noyabr-lyrics
6,984
Ayrı Dünyalar
BadClause Music
not available
2020
[Bənd] Çoxdandır ki, sən barədə yazmırdım Unutduğumu sanmışdım, yanılmışam mən Gedən qədəmlərinə xeyir-dua, qarğışam hərdən Bir müddət qal bu şəhərdə, gəl qalmışam həmdəm Yarı gecələr yas tuturam, yarı səhərlər Şərəfin qaldısa səhvən, qoy onda yazım əzəldən Danışım nə etdiklərindən, əfv etdiklərimdən Danışım dəyərindən, bir az da sən yan qəhərindən Yadında; demişdim ki, bizi bizdən tək biz ayıra bilərik onda Bizdən başqa hər kəsin odunda köz olmuşduq Yalanlar danışdıq, bir az inanmışdıq Hər şey öz yoluna düşər, düşürdü az qalmışdı Amma öz axmaqlıqlarımızın ucbatından elə bir yerə gəldik ki Artıq hisslər belə kömək olmur Nə qədər ürək-dirək oldum, körpə qəlbə bələk oldum Sonda bacarmadıq və ayrılıq gərək oldu Yarım qalan bir hekayə yoxdur, ömür var Mənlə birgə doğulub orda-burda mənsiz ölür yar Özgəsiylə sıxma qəlbi, gəlsə könül dar Nə vaxtsa bezib, çıxıb getsən, inan, yol deyil intihar Deyirəm geri dön, göz qayıdır, dil “yox” – deyir, “imkan” Səninçün heçəm artıq, bilirəm ağıla yer eləyib inkar Əgər ki, könül toxsa, görəcəksən hər ürəyi zindan Olmasa qeyri bir ünvan, çəkinmə, burda yerin var [Nəqərat] Biz ayrı dünyaların adamları Ayrı röyalarda tək qalanlar idik, bunu sonda anladım Gəzişir sarışan halım, közlər üstündə ayaqyalın Ötür doğum günləri, tək üfürüb yanılı şamları Biz ayrı dünyaların adamları Ayrı röyalarda tək qalanlar idik, bunu sonda anladım Gəzişir sarışan halım, közlər üstündə ayaqyalın Ötür doğum günləri, tək üfürüb yanılı şamları
https://genius.com/Badclause-music-ayr-dunyalar-lyrics
6,985
Səni Sevirəm
Elton Hüseynəliyev
not available
2018
[Bənd 1] Bu gün sevgi günü – toy günümüzdür Sən mənim hər zaman ürəyimdəsən Əllərin əlimdə, gözlərin gülür Mənim həyatımın mənası sənsən Bu gün sevgi günü – toy günümüzdür Sən mənim hər zaman ürəyimdəsən Əllərin əlimdə, gözlərin gülür Mənim həyatımın mənası sənsən Mənə bu həyatı sevdirən insan Qəlbimə yazılıb tək sənin adın, tək sənin adın [Nəqərat] Bu gün ömrümüzün ən gözəl günü Səninlə dünyanın xoşbəxtiyəm mən Həyatda ilk dəfə söyləyirəm mən Bütün varlığımla səni sevirəm Bu gün ömrümüzün ən gözəl günü Səninlə dünyanın xoşbəxtiyəm mən Həyatda ilk dəfə söyləyirəm mən Bütün varlığımla səni sevirəm [Bənd 2] Как хорошо что встретились с тобой На этом долгом жизненном пути Пусть Бог позволит нам, прожить с тобой Согретую лучами солнца жизнь Как хорошо что встретились с тобой На этом долгом жизненном пути Пусть Бог позволит нам, прожить с тобой Согретую лучами солнца жизнь Сегодня наш венчальный день Рука в руке и блеск колец и блеск колец [Nəqərat] Как хорошо что есть на свете ты Своим теплом согрела мою душу Хочу кричать я громко с высоты О том как сильно я тебя люблю Как хорошо что есть на свете ты Своим теплом согрела мою душу Хочу кричать я громко с высоты О том как сильно я тебя люблю [Nəqərat] Как хорошо что есть на свете ты Своим теплом согрела мою душу Хочу кричать я громко с высоты О том как сильно я тебя люблю Bu gün ömrümüzün ən gözəl günü Səninlə dünyanın xoşbəxtiyəm mən Həyatda ilk dəfə söyləyirəm mən Bütün varlığımla səni sevirəm
https://genius.com/Elton-huseynliyev-sni-sevirm-lyrics
6,986
Azərbaycan
Akif İslamzadə
not available
2024
[Bənd 1] Hər kəsi məni yaxşı duysun Azərbaycan oğluyam mən Qarabağdır elim-obam Vətənimə bağlıyam mən Qarabağdır elim-obam Vətənimə bağlıyam mən [Bənd 2] Əhli-beyti Səfəviyəm Hüseynciyəm, Heydəriyəm Əbülfəzin əsgəriyəm Vətənimdən dərdliyəm mən Əbülfəzin əsgəriyəm Vətənimdən dərdliyəm mən [Bənd 3] Beş barmağım biləyimdə Peyğəmbərim ürəyimdə İmam Əli kürəyimdə Şahlardan da varlıyam mən İmam Əli kürəyimdə Şahlardan da varlıyam mən [Bənd 4] İmam Əli şiəsiyəm Zirehimi geyəsiyəm Düşmənimə deyəsiyəm Cavanşirəm, Babəkəm mən Düşmənimə deyəsiyəm Koroğluyam, Nəbiyəm mən [Bənd 5] Azancıyam, adım Fərman Məğrur dayan, əhli-iman Zühur edəcək Sahib Zaman Dağtək başı qarlıyam mən Zühur edəcək Sahib Zaman Dağtək başı qarlıyam mən [Bənd 6] Azərbaycan dövlətimdir Öz vətənim, şöhrətimdir Ana vətən qeyrətimdir Yalan deyil, doğruyam mən Azərbaycan dövlətimdir Öz vətənim, şöhrətimdir
https://genius.com/Tacir-sahmaloglu-azrbaycan-lyrics
6,987
Sən Görüşə Gələndə
Akif İslamzadə
not available
2024
[Giriş] Gələndə, gələndə, gələndə Gələndə, gələndə, gələndə Gələndə, gələndə, gələndə Sən gələndə [Bənd 1] Dəniz olub daşaram, daşaram Qayalardan aşaram, aşaram Dəniz olub daşaram, daşaram Qayalardan aşaram, aşaram Sənə nəğmə qoşaram, qoşaram Sənə nəğmə qoşaram, qoşaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə [Nəqərat] Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Ürəyimi açaram, açaram Ürəyimi açaram, açaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə [Bənd 2] Alışaram, yanaram, yanaram Buza dönüb donaram, donaram Alışaram, yanaram, yanaram Buza dönüb donaram, donaram Əriyib su olaram, olaram Əriyib su olaram, olaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə [Nəqərat] Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Ürəyimi açaram, açaram Ürəyimi açaram, açaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Dünyaya nur saçaram, saçaram Qanad açıb uçaram, uçaram Ürəyimi açaram, açaram Ürəyimi açaram, açaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə Ürəyimi açaram, açaram Ürəyimi açaram, açaram Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə Sən görüşə gələndə, gələndə
https://genius.com/Tacir-sahmaloglu-sn-gorus-glnd-lyrics
6,988
Ana, Mən Döyüşə Gedirəm
Akif İslamzadə
not available
2024
[Giriş] Yar, aman... Ay yar, ey... Könlümün sevgili məhbubu mənim... Ay... Aman... Vətənimdir, vətənimdir, vətənim Vətəni sevməyən insan olmaz... Ay... Aman... Vətəni sevməyən insan olmaz Olsa da, o şəxsdə vicdan olmaz, ey, dadi, ey... Ay, aman, ay... [Bənd 1] Bir halallıq ver mənə Ana, mən döyüşə gedirəm Borcum qalıb bu vətənə Ana, mən döyüşə gedirəm Qəlbimdəsən həmişə Sən pis olma gəl bu işə Zəfər bizimdir, bilirəm Ana, mən döyüşə gedirəm Döyüşə gedirəm, döyüşə gedirəm [Keçid] Mənə qanad verən... Ay... Ay... Mənə qanad verən odlu diləksən Adına, özünə vətən deyirəm Çölünə, düzünə vətən deyirəm, ey... Dadi, ey... Yar... Ay... Yar... [Nəqərat] Axsa da son damla qanım Qurbandır, ana, bu canım Doğmadır Azərbaycanım Ana, mən döyüşə gedirəm Sən ağlama için-için Demə: ‘’Oğlum getdi neyçün?’’ Başın ucan olmaq üçün Ana, mən döyüşə gedirəm Ana, mən döyüşə gedirəm Döyüşə gedirəm, döyüşə gedirəm [Bənd 2] Gözlərində yaş olmasın Ağlın məndə heç qalmasın Gözləmişəm haqq davasını Ana, mən döyüşə gedirəm Görməyim qəm-qüssəni Sevindirmə sən düşməni Fikirləşib mən səni Ana, mən döyüşə gedirəm Döyüşə gedirəm, döyüşə gedirəm [Keçid] Ay... Ay... Ay... Yar... Ay... [Nəqərat] Axsa da son damla qanım Qurbandır, ana, bu canım Doğmadır Azərbaycanım Ana, mən döyüşə gedirəm Sən toxtaq ol hər bir halda Gözün qalmasın yollarda Dönməmək vardır bu yoldan Ana, mən döyüşə gedirəm Ana, mən döyüşə gedirəm Döyüşə gedirəm, döyüşə gedirəm [Çıxış] Aman, aman... Aman, ey... Aman, aman, ay aman, aman... Yar... Bedad, aman... Aman...
https://genius.com/Tacir-sahmaloglu-ana-mn-doyus-gedirm-lyrics
6,989
Mənə Yol Göstər
Akif İslamzadə
not available
2024
[Bənd 1] Bu yol çox uzundur, uzun Mənə qısa yol de, anam Bəxtimi yenidən yazın Mənə nəsə yol de, anam Yol dediyin çətin yoldur Üstü tikanlarla doludur Bilsən, mənə nələr oldu Mənə bir yol göstər, anam Bilsən, mənə nələr oldu Mənə bir yol göstər, anam [Nəqərat] Dağ olmasın, getmək olmur Düz olmasın, bitmək olmur Gəlmək olmur, getmək olmur Mənə bir yol göstər, anam Mənə bir yol göstər, anam [Bənd 2] Hər addımda daşı olar Gah qurusu, yaşı olar Yol bilməyən naşı olar Mənə bir yol göstər, anam Bir yol tapsam, çıxıb gedəm Dərdimi yaradana deyəm İstəsən, yenə gələrəm Mənə sirli yol göstər, anam İstəsən, yenə gələrəm Mənə sirli yol göstər, anam [Nəqərat] Dağ olmasın, getmək olmur Düz olmasın, bitmək olmur Gəlmək olmur, getmək olmur Mənə bir yol göstər, anam Ey, mənə bir yol göstər, anam Mənə bir yol göstər, anam [Çıxış] Vəsilənin yolu uzun Nə çətinmiş alın yazım Sənsiz keçməz qışım, yazım Mənə sən yol göstər, anam Mənə sən yol göstər, anam Anam... (Ana, ana, ana)
https://genius.com/Tacir-sahmaloglu-mn-yol-gostr-lyrics
6,990
Ana Ayrılığı
Akif İslamzadə
not available
2024
[Bənd 1] Ana, ayrılığın yaman ağırdır Ağladım, gözümü yaşlar apardı Sənsiz talan olmuş xırman yeriyəm Daşıdı dənimi, quşlar apardı [Nəqərat] Qaçsam da dünyanın dərd-kədərindən Bağrım şan-şan oldu min bir yerindən Qəm öz kotanını çəkdi dərindən Şumladı sinəmi, xışlar apardı Şumladı sinəmi, şumlar apardı [Bənd 2] İnana bilməzdim, vüqarım sına Mən dözə bilmədim ana yasına Yaman öyrənmişdim yaz havasına Üşüdüm, qəlbimi qışlar apardı [Nəqərat] Yağıbdır başıma dağların qarı Heç oldu gözümdə dünyanın varı Yeriyə bilmədim qəbrinə sarı Süründüm, dizimi daşlar apardı Süründüm, dizimi daşlar apardı [Keçid] Oğul həsrətinə dözə bilmədi Yaman bükülübdür beli anamın Beli anamın... O gedəli bir gün üzü gülmədi Nə tez açılıb soldu gülü anamın Coşqun çaylar kimi çağlayammadı Sinəsi aşkar dağlayammadı Oğluna dil deyib ağlayammadı Sanki tutulmuşdu dili anamın Dili anamın... Fələk ağ gününə qaralar yazdı Qəlbini dağladı, bağrını əzdi Dərdi olmayanlar bilə bilməzdi Göylərə sovruldu külü anamın Külü anamın, külü anamın Külü anamın... [Nəqərat] Yağıbdır başıma dağların qarı Heç oldu gözümdə dünyanın varı Yeriyə bilmədim qəbrinə sarı Süründüm, dizimi daşlar apardı Süründüm, dizimi daşlar apardı Süründüm, dizimi daşlar apardı Süründüm, dizimi daşlar apardı [Çıxış] Yerimək istədim qəbrinə sarı Süründüm, dizimi daşlar apardı Süründüm, dizimi daşlar apardı (Süründüm, dizimi daşlar apardı)
https://genius.com/Tacir-sahmaloglu-ana-ayrlg-lyrics
6,991
Mata Hari
Efendi
not available
2021
[Intro] Mata Hari [Verse 1] I'm a godless spy I'ma spy, I uncover All of your secrets, I want them There's no stopping me now I'm a liar Playing the game of desire Ain't gonna leave no survivors Would you fall for me now? [Pre-Chorus] Just like Cleopatra (Aah-aah) The army of lovers I start a fire Yalan da mən, yanan da mən, yaman da mən [Chorus] Ma-Ma-Ma-Mata Hari Mata Hari (Ma-ma-ma-ma, ma-ma-ma-ma) (Ma-ma-ma-ma) Ma-Ma-Ma-Mata Hari Mata Hari (Ma-ma-ma-ma, ma-ma-ma-ma) (Ma-ma-ma-ma, ma-ma-ma-ma) Mata Hari [Verse 2] Undercover I am a dangerous lover Drinking my poisonous water And you're under my spell Mesmerizing Moving my hips, you are trying You can't resist, try to fight it Got a story to tell [Pre-Chorus] Just like Cleopatra (Aah-aah) The army of lovers I start a fire Yalan da mən, yanan da mən, yaman da mən [Chorus] Ma-Ma-Ma-Mata Hari Mata Hari (Ma-ma-ma-ma, ma-ma-ma-ma) (Ma-ma-ma-ma) Ma-Ma-Ma-Mata Hari Mata Hari (Ma-ma-ma-ma, ma-ma-ma-ma) (Ma-ma-ma-ma, ma-ma-ma-ma) Mata Hari [Bridge] Ma-ma-ma-ma, ma-ma-ma-ma Ma-ma-ma-ma, ma-ma-ma-ma Just like Cleopatra Let's start a fire (Shh) Let's go [Outro] Ma-ma-ma-ma, Mata Hari Ma-ma-ma-ma, ma-ma-ma-ma, Mata Hari Mata Hari
https://genius.com/Efendi-mata-hari-lyrics
6,992
Mata Hari (Slow version)
Efendi
not available
2021
[Verse 1] I'm a godless spy I'm a spy, I uncover All of your secrets, I want them (Want them) There's no stopping me now I'm a liar Playing the game of desire Ain't gonna leave no survivors (-Vivors) Would you fall for me now? (For me now?) [Pre-Chorus] Just like Cleopatra (Cleopatra) The army of lovers (Lovers) Just like Cleopatra (Cleopatra) The army of lovers (Lovers) I start a fire [Verse 2] Undercover I am a dangerous lover Drinking my poisonous water And you're under my spell Mesmerizing Moving my hips, you are trying You can't resist, try to fight it Got a story to tеll [Pre-Chorus] Just like Cleopatra (Just like Clеopatra) The army of lovers (The army of lovers) Just like Cleopatra (Just like Cleopatra) The army of lovers (The army of lovers) I start a fire (I start a fire) [Chorus] Mata Hari (Mata Hari) (Mata Hari) Mata Hari (Hari) (Mata Hari) Mata Hari (Mata Hari) (Mata Hari) Mata Hari (Hari) (Mata Hari) (Yalan da mən, yanan da mən, yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yaman da mən) Mata Hari (Mata Hari) (Yalan da mən, yanan da mən, yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yo-oh-oh...) Mata Hari (Hari) (Yalan da mən, yanan da mən, yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yo-oh-oh...) Mata Hari (Mata Hari) (Yalan da mən, yanan da mən, yaman da mən) (Yaman da mən) (Yaman da mən) (Yaman da mən) Mata Hari (Hari, Hari, Hari, Hari, Hari)
https://genius.com/Efendi-mata-hari-slow-version-lyrics
6,993
Bu sevgi
Efendi
not available
2016
Aramızda nə qalır ki? Bir keçilməz dərya var Yadımızda nə qalır ki? Bir yozulmaz röya var… Səni məndən kim alar ki? Qismətimə kim qalar ki? Mənim olsan, nə olar ki?! Dağılmaz ki bu dünya!.. Nəqərat: Bilməz idim, sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsaq mənimlə sən Dağılmaz ki bu dünya!.. Bu çalınan nə kamandır Ürəyimin telləri? Görüşmürük nə zamandır Saymaq olmur illəri!
https://genius.com/Efendi-bu-sevgi-lyrics
6,994
Sev Məni
Efendi
not available
2024
[Bənd 1] Sev məni, məni mələklər kimi Həm sonsuz, həm təmənnasız Darıxdır göz yaşlarım üçün Qəm gəzim mən ağlamağa [Nəqərat] Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın [Bənd 2] Sev məni, məni mələklər kimi Həm sonsuz, həm təmənnasız Günəş mənə həsrət qalsın Gizlət məni öz kölgəndə [Nəqərat] Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın [Keçid] Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız Ver tutum əllərindən Hərarətdən içim yansın (Sev məni, sev məni) (Sev məni) [Nəqərat] Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın Sev məni, məni mələklər kimi Həm sonsuz, təmənnasız İslat məni öpüşlərdə, islat məni öpüşlərdə Yağış dodağa qısqansın [Çıxış] İslat məni öpüşlərdə, məni öpüşlərdə Yağış dodağa qısqansın...
https://genius.com/Efendi-sev-mni-lyrics
6,995
Təbriz
Akif İslamzadə
not available
2024
[Giriş] Yaxşı dosta yalan satma Etibar əldən gedər Həm səxavət, həm təmiz and Düz ilqar əldən gedər Öz payınla kifayətlən Özgələrdən çək gözünü Tale sənə bəndə salar Xeyir, şər əldən gedər Cənnət bağı demək olmaz Hər açılan güllərə Namərdlərə bel bağlayıb Uyma yağlı dillərə Leyli deyib aşiq olma Leyli deyib aşiq olma Hər yetən dillərə Təzə aşna axtarınca Köhnə yar əldən gedər Təzə aşna axtarınca Köhnə yar əldən gedər Köhnə yar əldən gedər [Bənd 1] Qollarım dolana boynuma bir gün Yenə baş qoyaram dizinə, Təbriz Həsrətdən, hicrandan cana doymuşam [Bənd 2] Qollarım dolana boynuna bir gün Yenə baş qoyaram dizinə, Təbriz Həsrətdən, hicrandan cana doymuşam Doyunca baxaram gözünə, Təbriz Həsrətdən, hicrandan cana doymuşam Doyunca baxaram gözünə, Təbriz [Nəqərat] Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz Bir qubar qonmasın üzünə, Təbriz [Bənd 3] Gülüstan bağının seyrinə gəlim Lalə yamacında bir də dincəlim Ötən günlərimə yetişməsəm də Düşüm heç olmasa izinə, Təbriz Ötən günlərimə yetişməsəm də Düşüm heç olmasa izinə, Təbriz [Nəqərat] Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz Bir qubar qonmasın üzünə, Təbriz [Keçid] Gülüstan bağının seyrinə gəlim Lalə yamacında bir də dincəlim Ötən günlərimə yetişməsəm də Düşüm heç olmasa izinə, Təbriz Düşüm heç olmasa izinə, Təbriz [Nəqərat] Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın üzünə, Təbriz Bulanıq suların axsın, durulsun Təzə güllərindən büsat qurulsun O gül camalına bir də vurulsun Bir qubar qonmasın gözünə, Təbriz Bir qubar qonmasın gözünə, Təbriz Bir qubar qonmasın gözünə, Təbriz Ey, bir qubar qonmasın gözünə, Təbriz
https://genius.com/Tacir-sahmaloglu-tbriz-lyrics
6,996
Yarımın Yarı
Efendi
not available
2024
[Giriş] Leyliya, leyliya, omon-omon Həyatımın mənası Hey, houo (ye-ah) Na-na-ney (Ladies and gentlemen, welcome) [Nəqərat] Yarımın yarı mənəm Yarımın canı mənəm Yarım yetərdir mənə Yarımın yarı mənəm Yarımın canı mənəm Yarım yetərdir mənə [Bənd 1] Sənsiz keçməz günüm Sənsən ömrüm günüm Ol mənim, ol yanımda, ol sən Ol mənim hər günüm Sənlə keçən zaman Donur məndə zaman Üzümdəki təbəssümü Çox görmə heç zaman Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən [Keçid] Sənsiz keçməz günüm Sənsən ömrüm günüm Ol mənim, ol yanımda, ol sən Ol mənim hər günüm Sənlə keçən zaman Donur məndə zaman Üzümdəki təbəssümü Çox görmə heç zaman [Nəqərat] Yarımın yarı mənəm Yarımın canı mənəm Yarım yetərdir mənə (Mənə, mənə, mənə) [Bənd 2] Sənsiz keçməz günüm Sənsən ömrüm günüm Ol mənim, ol yanımda, ol sən Ol mənim hər günüm Sənlə keçən zaman Donur məndə zaman Üzümdəki təbəssümü Çox görmə heç zaman Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən [Nəqərat] Yangra dilim sadosi, yor-yor, yoroney Qo'shiqlarim jilosi, yor-yor, yoroney Munis kuyining navosi, yor-yor, yoroney Navolarning a'losi, yor-yor, yoroney [Bənd 3] Rako-rako, raktatum Sevgi məndədir ancaq Ürək vurur ritm ilə Gəl rəqs edək doyunca Dərdini, sərini unutginən Yanaş Əfəndiyə, sev ginən Kim nə deyir, desin, sevgi bizə Yaraşırmış çox da bizə Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən Yaz adımı, silinməsin Könlündən, qəlbindən Yaz adımı ürəyinə dərindən, dərindən [Nəqərat] Yangra dilim sadosi, yor-yor, yoroney Qo'shiqlarim jilosi, yor-yor, yoroney Munis kuyining navosi, yor-yor, yoroney Navolarning a'losi, yor-yor, yoroney
https://genius.com/Efendi-yarmn-yar-lyrics
6,997
Sən Olmuşdum
İlqar Muradov
not available
2022
[Bənd 1] Sən yuxu olub gələcəksən Məndən məni ala bilib gedəcəksən Sən mənim özüm olacaqsan Ruhunla həyatıma dolacaqsan [Keçid] Çox şey var, sən yoxsan deyə dünyam susub Alnımda izlər, bəxtim belə yazılıb Sən mənim gözəl olanım, qalanım Mənim ən sevimli anım, həyanım [Nəqərat] Hər şey var, yerin bomboşdur Bir fəsil var, qışdır Göydən yağan sənsən, həm qar, həm yağışdır Bax, yerin bomboşdur Yuxular nə xoşdur! Mən orada sən olmuşdum [Bənd 2] Mən səni sevən o adam Yerdən göyə ürək açıb susacağam Mən hələ ömrün sonunadək Yaşaya biləcəyəm gözləyərək [Keçid] Çox şey var, sən yoxsan deyə dünyam susub Alnımda izlər, bəxtim belə yazılıb Sən mənim gözəl olanım, qalanım Mənim ən sevimli anım, həyanım [Nəqərat] Hər şey var, yerin bomboşdur Bir fəsil var, qışdır Göydən yağan sənsən, həm qar, həm yağışdır Bax yerin bomboşdur Yuxular nə xoşdur! Mən orada sən olmuşdum Hər şey var, yerin bomboşdur Bir fəsil var, qışdır Göydən yağan sənsən, həm qar, həm yağışdır Bax yerin bomboşdur Yuxular nə xoşdur! Mən orada sən olmuşdum
https://genius.com/Ilqar-muradov-sn-olmusdum-lyrics
6,998
Şəhid Bacısı
İlqar Muradov
not available
2021
[Nəqərat] Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı - acısı [Bənd 1] Biri vardır, biri yoxdur, bir gültəkin bibim vardır Səmimidir, sədaqətli, səsi vardır məlahətli Mahnıları təravətli, kəsmə idi şikəstəsi Kəsmə idi şikəstəsi, ürək dağlar ahəstəsi İstəyirəm, şərik edim sizləri bir heyrətə Yanıqlı bir hıçqırtının qəlbimdədir sızıltısı Göz yaşının qan olması gözlərimin önündədir Yanıqlı bir hıçqırtının qəlbimdədir sızıltısı Göz yaşının qan olması gözlərimin önündədir [Nəqərat] Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı [Bənd 2] Dəsmal gözdən aralandı, qan, yaş orada talalandı Anladım ki, qan, yaş sözü əfsanə yox, həqiqətmiş Ağladığın insan üçün sonsuz sevgi, məhəbbətmiş Anladım ki, qan, yaş sözü əfsanə yox, həqiqətmiş Ağladığın insan üçün sonsuz sevgi, məhəbbətmiş Sonsuz həsrət, məhəbbətmiş [Nəqərat] Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı Ağlama, ağlama, şəhid bacısı Ağırdır itkinin ağrı – acısı Bütün şəhidlərə sən oldun bacı Bütün bacıların başının tacı Bütün bacıların başının tacı
https://genius.com/Ilqar-muradov-shid-bacs-lyrics
6,999
Şəhidlər
İlqar Muradov
not available
2020
[Bənd 1] Ağlama, ay ana, dik tut başımı Şəhidlər ölmürlər, tutma yasımı Ruhum ətrafında dolanır, durur Halal et vətənə mənə qanınmı Gedən cismim oldu, ruhum səninlə Dua et yenə də sən öz dilinlə Hər kəsin bir alın yazısı olur Fəxr elə, ay ana, sən şəhidinlə [Nəqərat] Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım [Bənd 2] Kimi əməliylə, kimi canıyla Kimi qələmiylə, kimi qanıyla Hər kəs bu vətənə xidmət etməli Gücü yetən qədər hər amalıyla Vətənin başını uca tutanlar Ən ali rütbəyə layiq olanlar Ya şəhid oldular, ya da ki, qazi Vətənin uğrunda canın qoyanlar [Nəqərat] Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım [Bənd 3] Gülün qönçəsitək açmadan soldun Ananın gözünü sən yolda qoydun Ruhun qarşısında baş əyirəm mən Ən uca rütbəyə sən layiq oldun Bir gözün ağlasın, bir gözün gülsün Halaldır oğluna verdiyin südün Torpaqdan yaranan torpaq olacaq Bir şəhid yerinə min doğulacaq [Nəqərat] Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım Şəhid adın mübarək, şəhid qardaşım Vətənin oğlusan, sən vətəndaşım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım Yerdə qalmayacaq bir damla qanın Sizinlə fəxr edir Azərbaycanım
https://genius.com/Ilqar-muradov-shidlr-lyrics