Unnamed: 0
int64 0
7.72k
| title
stringlengths 1
131
| singer
stringclasses 680
values | album
stringclasses 133
values | year
stringclasses 60
values | lyrics
stringlengths 35
8.85k
| url
stringlengths 32
167
|
---|---|---|---|---|---|---|
7,700 | Yadigar | Ali Ashikar | not available | 2016 | [Bənd]
Yarım qalan şeirlərim yadigardır o günlərdən
Elə bil illər bizi böyütmüşdü bir bələkdə
Axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim
Ona görə üzülürdüm gülməməyinə
Buraxa bilmədiyim ipin ortasından kəsdin sən
Yarada bilmədiyim evin qapısını kəsdin sən
Heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən
Elə bilirdi tanımayacam, saçlarını kəsdirsə
Gördüm onu, o evin divarlarına sarılmışdı
Külqabımda yanan insan məktublara yazılmışdı
Gördüm onu, kül olub gözlərimdə yaşarmışdı
Ən gözəl xatirələr çünki səninlə yaşanmışdı
Güldürüb ağlamışdım, gül dərəndə aldanmışdım
Səninlə haldan düşdüm
“Get” deyəndə dilim sürüşdü
Görmədin nə haldaydım, imdadıma yadlar düşdü
Qocalıb soyuq əllər
Ocağım soyuq yerdə
O çağın illərindən mənə qalan bir yadigartək rəsmlərin
Sürüşüb düşər əldən
Bacarsan, dilə gətir bu eşqi məndə
Yenidən bir olaq biz, bir bədəndə kövrələk gəl
Yazarsan məktublar mən olmayan şəhərlərdən
Gözünü yumub uçurdarsan məni, düşünüb pəncərəndən
Məncə gəlmə sən də bu gün, kim gəlib ki, gəlməsəndə?
Gedənlər gəlməyə hazır deyil ki, əlac yoxdur dərdə səndən
Və bir gün təsadüfən görüşərik, sən anlayarsan gözlərimdən sevdiyimi
Bizi ayıran insanları danlayarsan
Səhərçağı ac qarına bir siqaret
Və yaxud baş qarışıb, içilməyən çay kimiyəm sən gedendən
Dilim biçarə susur
Yazılan hər cümlə nəğmələrimi qəlbə süzür
[Nəqərat]
Məndən sənə yadigar
Nəğmələrim qaldı
Ötüb keçən o günləri
Yenə yadıma saldı
Səndən mənə yadigar
Acı sözlər qaldı
Məni məndən alarkən
Səni yadıma saldı
Yenə gözləri doldu
Unudaram özümü siləndə o gözləri mən
[Keçid]
Düşür gözlərimdən bir damla yaş
Düşün, bu sevgidən hər yanda var
Amma bizə bax, nə hala qalıb sevgimiz...
Düşüb yerə, qaldır, üzünə baxım
Amma bizə bax, nə hala qalıb sevgimiz...
Düşüb yerə, qaldır, üzünə baxım
[Nəqərat]
Məndən sənə yadigar
Nəğmələrim qaldı
Ötüb keçən o günləri
Yenə yadıma saldı
Səndən mənə yadigar
Acı sözlər qaldı
Məni məndən alarkən
Səni yadıma saldı
Yenə gözləri doldu
Unudaram özümü siləndə o gözləri mən | https://genius.com/Ali-ashikar-yadigar-lyrics |
7,701 | Üzbəüz | Ali Ashikar | not available | 2020 | [Bənd 1]
Ara bir zəng et mənə
Özün də bilirsən ki, heç bir işim düz getmir
Daha taqətim yoxdur o yolu bir də tək getməyə
Çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir
Gözündə gözüm qalıb
Mən sənə hələ də vurğunam, ürəkdə sözüm qalıb
Güzgüdə üz cizgilərin, otaqda səsin qalıb
Yadımda son cümlələrin, “əlvida” sözün qalıb
Gedənlər unudulmur
Gedənlər elə gedir ki, dönəcəyinə bir ümid olmur
Ona görə saatlarla gözləməyinə dəyməz onu
Görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur?
Səni mənsiz görəndə niyə görən mən ölməmişdim?
Niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi?
Nə deyər deyə düşünürdüm məni sənsiz görənlər?
Utanıb yerə girmişdim səni mənsiz görəndə
[Nəqərat]
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən
[Bənd 2]
Özümlə barışmıram
O həddə çatmışam ki dözümdən heç danışmıram
Qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən
Bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən
Əlimi əllərindən üzmüşəm mən
Nə sevginin soyadı, nə ayrılığın adı yoxdur
Daha təəccüblü deyil neçə belə üz görmüşəm mən
Nə yağan yağışların, damcıların dadı yoxdur
Son dəfə güldüyüm heç yadıma gəlmir
Nə əllərim qələmə, nə qələm kağıza dəymir
Bəlkə də sona yaxınam, uzaqlarda yol görünür
Ayağım dasa ilişir, di gəl başım daşa dəymir
Hər nə etsəm olmur yəni
Nə qədər yoxlamışam, səndən sonra alınmayıb
Duyğular yığılır içimdə, birləşib gözdən gəlir
İllər sonra tanımayacaqsan bəlkə də görsən məni
[Nəqərat]
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən | https://genius.com/Ali-ashikar-uzbuz-lyrics |
7,702 | İnkar | Ravan (AZ) | not available | 2023 | Kardır bu şəhər, ən saf hisslərə
İmdadı eşit gəl, orda gözləmə
İnkardır bu şəhər, söylə yüz dəfə
Həçnə eşitməz, axı nə sərf edər
Bilsən həqiqəti
Oxu susma qəti
Küçələrə göydən nəğmələri səpir
Bu adam
Belədir təbiətim
Durmadan, oxusam da mən
Bilsən həqiqəti
Oxu susma qəti
Küçələrə göydən nəğmələri səpir
Bu adam
Belədir təbiətim
Durmadan, oxusam da mən
Kardır bu şəhər, ən saf hisslərə
İmdadı eşit gəl, orda gözləmə
İnkardır bu şəhər, söylə yüz dəfə
Həçnə eşitməz, axı nə sərf edər
Birgün mənim kimi olsan
Sən də sərxoş olub dolsan
Bilki dəyməz heçkimə görə
Həyata qalma gec
Son günün kimi yaşa
Kardır bu şəhər (Kardır bu şəhər)
İmdadı eşit gəl (İmdadı eşit gəl)
İnkardır bu şəhər (İnkardır bu şəhər)
Həçnə eşitməz (Həçnə eşitməz)
Axı nə sərf edər | https://genius.com/Ravan-az-inkar-lyrics |
7,703 | Günah Özümdədir | Melan Məhər | not available | 2021 | [bənd 1]
Çox istədim atım bu zibili
Gec olmadan dönüm bu yoldan
Kimi həyatını qurur bu işlə
Kimi ömrünü bölür bu yolda
Amma səhv başa düşülməsin
Varislərəm mən də yaşamaq üçün
Biz tez keçirdi uşaqlığımız
Öyrəndik böyümək yaşa baxmır
Kim vərəqimə düşüb üzüb məni
Düzünü desəm günah özümdədi
Bezdirib bu gecə hüznləri
Ən sevmədiyim sima özümdədi
Çoxdandı ki səhəri görmürəm
Gecələr çox uzundu burda
Əslində heç yuxum da yoxdu
Gözüm açıqdı, amma özüm durmuram
Heç nəyə inan həvəsim qalmayıb
Əvvəlkitək dərin şeirlər
İyirmi ikimdə ilişib qalmışam
2020 gəlib deyirlər
Ölür insan dəyər görmədikcə
Daha həyatdan heç nə gözləmir
Mənə uşaqlığımı ver ana
Böyümək istədim, günah özümdədir
[nəqərat]
Mən bilmirəm nə səhv etmişəm ki
Sərf etmişəm özümü onlara
Mahnılarda özünü tapanlara
Ən doğmalardan yalanlara
Daha gəlmərəm, tərk edilmişəm
Vətən bildiyim eşqi sol yana
Basdırmasam canım çox yanar
Axı getməsəm ölümü qucaqlaram
Mən bilmirəm nə səhv etmişəm ki
Sərf etmişəm özümü onlara
Mahnılarda özünü tapanlara
Ən doğmalardan yalanlara
Daha gəlmərəm, tərk edilmişəm
Vətən bildiyim eşqi sol yana
Basdırmasam canım çox yanar
Axı getməsəm ölümü qucaqlaram
[bənd 2]
Gəlirəm arzuladığım uzaqlar
Vaxtıdı kimsə arxamca ağlamaz
Məni yola salmaz gülərək bu şəhər
Kədər yığar çamadanlarıma
Gərək çıxım gedim burdan
Məni burax, ana, fikirdən havalanıram
Çoxdandıkı yaşamadığımla
Yaşıdlarımdan dala qalıram
Mənim yolumu buran hər kəs doğru
Həqiqət bağıran hər səs boğulur
Burda niyə hər kəs yorğun?
Niyə sevilir daha rüşvətxorluq?
Durma, bacarsan qaç burdan
Durmaz, gözlərdə yaş qurumaz
Olmaz, haqqını bilən dinməz
Yetməsə daha neçə gülər-gülməz
[keçid]
Qanla badəmizi doldurur
Mən getmək istəyirəm, yol durur
Axı yorğunam, halımı soruşma
Cavab verə bilmirəm, hər şey üzümdədir
Məni inandır ki, sondu bu
Orda səni gözləyir bol uğur
Bilmirəm səhvim ya düzüm nədir
Gedirəm, ölsəm, günah özümdədir
[nəqərat]
Mən bilmirəm nə səhv etmişəm ki
Sərf etmişəm özümü onlara
Mahnılarda özünü tapanlara
Ən doğmalardan yalanlara
Daha gəlmərəm, tərk edilmişəm
Vətən bildiyim eşqi sol yana
Basdırmasam canım çox yanar
Axı getməsəm ölümü qucaqlaram
Mən bilmirəm nə səhv etmişəm ki
Sərf etmişəm özümü onlara
Mahnılarda özünü tapanlara
Ən doğmalardan yalanlara
Daha gəlmərəm, tərk edilmişəm
Vətən bildiyim eşqi sol yana
Basdırmasam canım çox yanar
Axı getməsəm ölümü qucaqlaram | https://genius.com/Melan-mhr-gunah-ozumddir-lyrics |
7,704 | Gəlməmisən | İntizar Məmmədzadə | not available | 2024 | [Nəqərat]
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
[Bənd 1]
Bu sabahlar və divarlar
Nə qədər sıxırlar indi tək məni
Bu suallar və olanlar
Nə qədər üzür qırıq, yaralı qəlbimi
[Keçid]
Biz gəldiyimiz o yolların sonundayıq
Bu daha deyil vecimə, inan, əsla yorulmadım
Amma mən o günləri bizə xatir unutmadım
Əsla yaxşı sənsə, pis mən olum, bu roldayıq
[Nəqərat]
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
[Bənd 2]
Və yalandan üzə gülmən
Günü-gündən boğur indi bax məni
Amma səndən tək istəyim
Unut məni, dönmə sən geri
[Keçid]
Biz gəldiyimiz o yolların sonundayıq
Bu daha deyil vecimə, inan, əsla yorulmadım
Amma mən o günləri bizə xatir unutmadım
Əsla yaxşı sənsə, pis mən olum, bu roldayıq
[Nəqərat]
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
Ürəyim dərdlə silər ağrıları, əgər ki sən
Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən
Nə edim? Unutmaq da olmur indi olanları
Belə tez unutmusan, gözləmişəm, gəlməmisən
[Çıxış]
Gəlməmisən... | https://genius.com/Intizar-mmmdzad-glmmisn-lyrics |
7,705 | Azərbaycanım | İlhamə Qasımova | not available | 2010 | [Bənd 1]
Qoca şərqin qapısı, odlar diyarı
Mərd igidlər qalası, zəfər meydanı
Canlı tarix yaşadı neçə şəhərin
Hər gün xeyrə açılır sənin səhərin
Gözü qalıb yadların əsrlər boyu
Qalib gəlib düşmənə Babək, Koroğlu
Adın düşüb tarixə, igid vətənim
Məğrur oldun hər zaman, sən əyilmədin
[Keçid]
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
[Nəqərat]
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
[Bənd 2]
Mavi gözlü Xəzərin sular sonası
Heyran edir Göygölün yaşıl aynası
Başı qarlı dağların varmı heç tayı?
Bol bəhrəli bağların dadlı meyvəsi
Tanrı verib sərvəti, qara qızılı
Ağ günlərə yol açdı, özü ruzili
Neçə dahi dünyaya burda göz açdı
Nələr verdi cahana, nələr yaratdı
[Keçid]
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
[Nəqərat]
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım | https://genius.com/Ilham-qasmova-azrbaycanm-lyrics |
7,706 | Ey Vətən | İlhamə Qasımova | not available | 2010 | [Bənd 1]
Nəğmə dolu bir ürəyəm
Torpağına baş əyərəm, ey vətən
Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir!
Ey vətən, ey vətən!
[Nəqərat]
Dağlarına düşən şehdən
Çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
[Bənd 2]
Tarixlərdən adın ulu
Ağ günlərin nəğmə dolu, ey vətən
Sənin günəş məhəbbətin
Tükənməzdir sədaqətin, ey vətən
Ey vətən...
[Nəqərat]
Dağlarına düşən şehdən
Çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Dağlarına düşən şehdən
Çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Ey vətən...
Ey vətən... | https://genius.com/Ilham-qasmova-ey-vtn-lyrics |
7,707 | Taleyim Gəl | İlhamə Qasımova | not available | 2010 | [Bənd 1]
Yandım, döndüm külə, neynim?
Döndüm solan gülə, neynim?
Ümidim var hələ, neynim?
Səadətim, gəl
Yandım, döndüm külə, neynim?
Döndüm solan gülə, neynim?
Ümidim var hələ, neynim?
Səadətim, gəl
[Keçid]
Məni oda yaxa-yaxa
Ey yar, batma gəl günaha, gəl
(Ey yar, batma gəl günaha)
Məni oda yaxa-yaxa
Ey yar, batma gəl günaha, gəl
Ey yar, batma gəl günaha, gəl
(Ey yar, batma gəl günaha)
[Nəqərat]
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Gəl, taleyim, gəl
[Bənd 2]
Qəm əliylə sinəm dağlı
Sənmi haqsız, mənmi haqlı?
Ömrüm-günüm sənə bağlı
Gəl, taleyim, gəl
Qəm əliylə sinəm dağlı
Sənmi haqsız, mənmi haqlı?
Ömrüm-günüm sənə bağlı
Gəl, taleyim, gəl
[Keçid]
Məni oda yaxa-yaxa
Ey yar, batma gəl günaha, gəl
(Ey yar, batma gəl günaha)
Məni oda yaxa-yaxa
Ey yar, batma gəl günaha, gəl
Ey yar, batma gəl günaha, gəl
(Ey yar, batma gəl günaha)
[Nəqərat]
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Gəl, taleyim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Səadətim, gəl
Hicran məni çəkib dara
Heç bilmirəm gedim hara
Sən üz tutdun uzaqlara
Məhəbbətim, gəl
Səadətim, gəl
Gəl, taleyim, gəl | https://genius.com/Ilham-qasmova-taleyim-gl-lyrics |
7,708 | Sevməməliydim | Hacı Nazim | not available | 2019 | [Bənd 1]
Sən belə deyildin, dəyişdin yaman
Səni də dəyişdi vəfasız zaman
Sən belə deyildin, dəyişdin yaman
Səni də dəyişdi vəfasız zaman
And içib, yalandan ağlayan zaman
Göz yaşını silərdim, silməməliydim
And içib, yalandan ağlayan zaman
Göz yaşını silərdim, silməməliydim
[Nəqərat]
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım
[Bənd 2]
Nə gecəm var indi, nə də gündüzüm
Ürəyimdə yandı, qaldı sözlərim
Nə gecəm var indi, nə də gündüzüm
Ürəyimdə yandı, qaldı sözlərim
Hər yada düşəndə doldu gözlərim
Mən səni sevmişəm, sevməməliydim
Hər yada düşəndə doldu gözlərim
Səhv edib sevmişəm, sevməməliydim
[Nəqərat]
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım
Yoxdur sabahım, nə idi günahım?
Qorx ki, səni bir zaman tutmasın ahım | https://genius.com/Hac-nazim-sevmmliydim-lyrics |
7,709 | Niyə Sevdin Məni | İlhamə Qasımova | not available | 2010 | [Bənd 1]
Niyə sən sevdin məni?
Niyə kövrəltdin məni?
Axı mən sevdim səni
Niyə incitdin məni?
Niyə sən sevdin məni?
Niyə kövrəltdin məni?
Axı mən sevdim səni
Niyə incitdin məni?
[Nəqərat]
Hər günüm bir yalan
Axı mən səni sevirəm
İnama heç qalmır güman
Nə üçün sən məni sevirsən?
Hər günüm bir yalan
Axı mən səni sevirəm
İnama heç qalmır güman
Nə üçün sən məni sevirsən?
[Bənd 2]
Niyə sən sevdin məni?
Niyə ağlatdın məni?
Ürəyim dözməz buna
Niyə sən üzdün məni?
Niyə sən sevdin məni?
Niyə ağlatdın məni?
Ürəyim dözməz buna
Niyə sən üzdün məni?
[Nəqərat]
Hər günüm bir yalan
Axı mən səni sevirəm
İnama heç qalmır güman
Nə üçün sən məni sevirsən?
Hər günüm bir yalan
Axı mən səni sevirəm
İnama heç qalmır güman
Nə üçün sən məni sevirsən?
[Bənd 3]
Sənsiz xoşbəxt olan günlərim
Sənsiz sevinc dolu günlərim
Səndən küsər, gedər taleyim
Sevginin sonuna
Sənsiz xoşbəxt olan günlərim
Sənsiz sevinc dolu günlərim
Səndən küsər, gedər taleyim
Sevginin sonuna
Sevginin sonuna | https://genius.com/Ilham-qasmova-niy-sevdin-mni-lyrics |
7,710 | Tut Əlimdən | Hacı Nazim | not available | 2018 | [Bənd 1]
Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət
Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət
Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər
Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər
Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət
Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət
Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər
Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər
[Nəqərat]
Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl
Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl
Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə
Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə
[Bənd 2]
Geri dön ki, yaşayaq bir də həmin günləri təkrar
Geri dön ki, səni səndən daha artıq sevənin var
Gəl, həyatım, səni yollarda gözüm axtarır hər gün
Əzizim, sənə qəlbim dil açıb, yalvarır hər gün
[Nəqərat]
Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl
Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl
Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə
Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə
Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl
Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl
Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə
Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə | https://genius.com/Hac-nazim-tut-limdn-lyrics |
7,711 | Gec Oldu | Hacı Nazim | not available | 2023 | [Bənd 1]
Yağış düşər salxım-salxım axşama
Pəncərədən süzülər baxışlarım
Bu mahnını haradasa eşitmişəm
Bu ağıya ağlamışam nə vaxtsa
Neçə bahar yola saldım, neçə qış
Kandarımda ayaq izin tapılmaz
Hara getdin bu eşqi yaşamamış?
O yerlərdə bu sevdadan tapılmaz
[Nəqərat]
Dönüb dolandın ömrümün başına
Yollarıma çıxmadın ki, çıxmadın
Bir yastıqda qocalmadı bizimki
Bir ocaqda kül olmadı, gec oldu
Dönüb dolandın ömrümün başına
Yollarıma çıxmadın ki, çıxmadın
Bir yastıqda qocalmadı bizimki
Bir ocaqda kül olmadı, gec oldu
[Bənd 2]
Yağış düşər salxım-salxım axşama
Pəncərədən süzülər baxışlarım
Bu mahnını haradasa eşitmişəm
Bu ağıya ağlamışam nə vaxtsa
Neçə bahar yola saldım, neçə qış
Kandarımda ayaq izin tapılmaz
Hara getdin bu eşqi yaşamamış?
O yerlərdə bu sevdadan tapılmaz
[Nəqərat]
Dönüb dolandın ömrümün başına
Yollarıma çıxmadın ki, çıxmadın
Bir yastıqda qocalmadı bizimki
Bir ocaqda kül olmadı, gec oldu
Dönüb dolandın ömrümün başına
Yollarıma çıxmadın ki, çıxmadın
Bir yastıqda qocalmadı bizimki
Bir ocaqda kül olmadı, gec oldu | https://genius.com/Hac-nazim-gec-oldu-lyrics |
7,712 | Tarix Yazan Sərkərdə | Hacı Nazim | not available | 2020 | [Bənd 1]
İllərlə müdriklik dərsini alıb
Uğurlu gələcək vəd etdi bizə
Andının, sözünün ağası olub
Parlaq bir qələbə bəxş etdi bizə
Andının, sözünün ağası olub
Parlaq bir qələbə bəxş etdi bizə
[Keçid]
Əzmlə, qürurla bütün dünyada
Qətiyyət, cəsarət göstərə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
[Nəqərat]
Yumruğun sıxaraq “İrəli!” deyib
Sözü haqq səsidir, əsgər səsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
[Bənd 2]
Dünyada tayımız yoxdur bizlərin
Çünki rəhbərimiz ər oğlu ərdir
Poladdan dərs alan Mübarizlərin
Yolu haqq yoludur, sonu zəfərdir
Poladdan dərs alan Mübarizlərin
Yolu haqq yoludur, sonu zəfərdir
[Nəqərat]
Yumruğun sıxaraq “İrəli!” deyib
Sözü haqq səsidir, əsgər səsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
[Keçid]
Əzmlə, qürurla bütün dünyada
Qətiyyət, cəsarət göstərə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
Orduya, millətə arxalanaraq
O xain düşmənə dərs verə bildik
[Nəqərat]
Yumruğun sıxaraq “İrəli!” deyib
Sözü haqq səsidir, əsgər səsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
Qarabağ naminə verildi əmr
Xalqın tarix yazan sərkərdəsidir
[Çıxış]
Məramı sülh olub onun hər zaman
İstəməz kimsənin qanı tökülsün
Səbrlə gözləyib sonun hər zaman
Analar sevinsin, körpələr gülsün | https://genius.com/Hac-nazim-tarix-yazan-srkrd-lyrics |
7,713 | Gözləyə-Gözləyə | İlhamə Qasımova | not available | 2010 | [Giriş]
Gözləyə
Gözləyə
[Bənd 1]
Keçən günlər hədər oldu
Xəzan gəldi, güllər soldu
Söyüdlər də saçın yoldu
Qaldım gözləyə-gözləyə
[Keçid]
Qayıdaydım o günlərə
Gül açaydı düzənlərə
Dən də düşdü o tellərə
Öldüm gözləyə-gözləyə
[Nəqərat]
Hey axtardım, hey aradım
Sorağını alamadım
Adına düşmədi yadım
Qaldım gözləyə-gözləyə
Öldüm gözləyə-gözləyə
Qaldım gözləyə-gözləyə
(Gözləyə)
(Gözləyə)
(Gözləyə)
(Gözləyə)
(Gözləyə)
(Gözləyə)
(Gözləyə)
[Keçid]
Qayıdaydım o günlərə
Gül açaydı düzənlərə
Dən də düşdü o tellərə
Öldüm gözləyə-gözləyə
[Bənd 2]
Gəl, gözümdə yaşa dönmə
Gəl özümdə yaşa, dönmə
Sevirsənsə, daşa dönmə
Öldüm gözləyə-gözləyə
[Nəqərat]
Hey axtardım, hey aradım
Sorağını alamadım
Adına düşmədi yadım
Qaldım gözləyə-gözləyə
Öldüm gözləyə-gözləyə
Qaldım gözləyə-gözləyə
Öldüm gözləyə-gözləyə
Qaldım gözləyə-gözləyə
(Gözləyə)
(Gözləyə) | https://genius.com/Ilham-qasmova-gozly-gozly-lyrics |
7,714 | Keçə Bilmədim | Hacı Nazim | not available | 2023 | [Bənd 1]
Sevgim gur çağlayan qaynar bir bulaq
Bu büllur çeşmədən içə bilmədim
Sevgim gur çağlayan qaynar bir bulaq
Bu büllur çeşmədən içə bilmədim
Bahar təravətli güllər içində səni mən
Səni mən arayıb seçə bilmədim
Səni mən arayıb...
Səni mən arayıb seçə bilmədim
[Nəqərat]
Bu eşqin dadında vüsal aradım
Saçımı qüssənin əli daradı
Bu eşqin dadında vüsal aradım
Saçımı qüssənin əli daradı
Gözümdə yaş oldu arzum, muradım
Gözümdə yaş oldu arzum, muradım
Sirrimi kimsəyə aça bilmədim
Gözümdə yaş oldu arzum, muradım
Gözümdə yaş oldu arzum, muradım
Sirrimi kimsəyə aça bilmədim
Sirrimi kimsəyə aça bilmədim
[Bənd 2]
Bir dəli həsrəti mənəm oyadan
Yanağım od alıb, yanır həyadan
Bir dəli həsrəti mənəm oyadan
Yanağım od alıb, yanır həyadan
Gedirəm, kəkliyim uçub qayadan
Mən hicran səddini...
Mən hicran səddini keçə bilmədim
Mən hicran səddini...
Mən hicran səddini keçə bilmədim
[Nəqərat]
Bu eşqin dadında vüsal aradım
Saçımı qüssənin əli daradı
Bu eşqin dadında vüsal aradım
Saçımı qüssənin əli daradı
Gözümdə yaş oldu arzum, muradım
Gözümdə yaş oldu arzum, muradım, muradım
Sirrimi kimsəyə aça bilmədim
Gözümdə yaş oldu arzum, muradım
Gözümdə yaş oldu arzum, muradım
Sirrimi kimsəyə aça bilmədim
Sirrimi kimsəyə aça bilmədim
Sirrimi kimsəyə... | https://genius.com/Hac-nazim-kec-bilmdim-lyrics |
7,715 | İstərəm | İlhamə Qasımova | not available | 2010 | [Bənd 1]
İstərəm (istərəm)
Yenə gələsən...
Dərdini mənlə böləsən
[Keçid]
Bu gecə arzu, ümidli
Könlümü sən də görəsən
[Nəqərat]
Bu sevgimiz şirin nəğmə
Hər kəlməsi zərif, incə
Mən istərəm, hər ikimiz
Könül verək min sevincə
[Bənd 2]
İstərəm
Yenə gələsən...
Sevinci mənlə böləsən
[Keçid]
Dünyada məndən çox sənin
Sevən yox, bunu biləsən
[Nəqərat]
Bu sevgimiz şirin nəğmə
Hər kəlməsi zərif, incə
Mən istərəm, hər ikimiz
Könül verək min sevincə
(Bu sevgimiz)
Bu sevgimiz şirin nəğmə
Hər kəlməsi zərif, incə
Mən istərəm, hər ikimiz
Könül verək min sevincə | https://genius.com/Ilham-qasmova-istrm-lyrics |
7,716 | Bəs Niyə | Hacı Nazim | not available | 2023 | [Bənd 1]
Gözümü yollarda qoyacaqdınsa
Könlümü yandıran od-ocaqdınsa
Ruhumu tüstüdə boğacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
Ruhumu tüstüdə boğacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
[Nəqərat]
Göylərdən yağıştək yağacaqdınsa
Sel olub gözümdən axacaqdınsa
Göylərdən yağıştək yağacaqdınsa
Sel olub gözümdən axacaqdınsa
Bu ulu evimi yıxacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
Bəs niyə gəlirdin mənim ömrümə?
[Bənd 2]
Dünyanı dünyamdan alacaqdınsa
Ruhumu daşlara çalacaqdınsa
Payız çiçəyitək solacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
Dünyanı dünyamdan alacaqdınsa
Qəlbimi daşlara çalacaqdınsa
Payız çiçəyitək solacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
[Nəqərat]
Göylərdən yağıştək yağacaqdınsa
Sel olub gözümdən axacaqdınsa
Göylərdən yağıştək yağacaqdınsa
Sel olub gözümdən axacaqdınsa
Bu ulu evimi yıxacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
Bəs niyə gəlirdin mənim ömrümə?
[Bənd 3]
Dünyanı dünyamdan alacaqdınsa
Qəlbimi daşlara çalacaqdınsa
Payız çiçəyitək solacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə?
Dünyanı dünyamdan alacaqdınsa
Qəlbimi daşlara çalacaqdınsa
Payız çiçəyitək solacaqdınsa
Bəs niyə gəlirdin mənim ömrümə? | https://genius.com/Hac-nazim-bs-niy-lyrics |
7,717 | Əlvida | Hacı Nazim | not available | 2020 | [Bənd 1]
Səni çox sevmiş idim, yar
Qəlbimi vermiş idim, yar
Sənin bu atdığın addım
Məni etdi bu eldə xar
[Keçid]
Başım dərdli, bəlalı
Qəlbim oldu yaralı
Sən ol məndən aralı
Əlvida, yar, əlvida…
[Nəqərat]
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əlvida, yar, əlvida, yar
Əlvida, yar, əlvida…
[Bənd 2]
Sevgini qədrini bildim
Yaxşını, həm pisi gördüm
Sənin kimi bifəvanı
Ürəyimdən elə sildim
[Keçid]
Başım dərdli, bəlalı
Qəlbim oldu yaralı
Sən ol məndən aralı
Əlvida, yar, əlvida…
[Nəqərat]
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əfv etmərəm səni mən
Boş-boşuna cəhd eləmə
Sən özün öz əlin ilə
Məni bədbəxt eləmə
Əlvida, yar, əlvida, yar
Əlvida, yar, əlvida… | https://genius.com/Hac-nazim-lvida-lyrics |
7,718 | Dünya Qocalır | Musta [AZ] | not available | 2021 | Biz cavan ölürük
Bu dünya qocalır
[Bənd 1]
Zamanın döyüşü bu
Guya öc alır
Biz cavan ölürük
Bu dünya qocalır
Zamanın döyüşü bu
Guya öc alır
Biz cavan ölürük
Bu dünya qocalır
Bax itirik, biz burax itirik
Taxt tikirik, elə vaxt itirib sonsuz
Bax itirik, biz burax itirik
Taxt tikirik, elə vaxt itirib
[Bənd 2]
Açılmır səhər düzə
Dolubdur zəhər üzə
Dözürük bir təhər
Bir səfər, bir zəfər
Bir səfər, bir zəfər
Açılmır səhər düzə
Dolubdur zəhər üzə
Dözürük bir təhər
Bir səfər, bir zəfər
Bir səfər, bir zəfər | https://genius.com/Musta-az-dunya-qocalr-lyrics |
7,719 | Gəl, Ata | Hacı Nazim | not available | 2016 | [Bənd 1]
Gözümün önündən getmir baxışın
Sözlü nəzərlərin parıldayırdı
Yağdırıb qəlbimə ən son yağışın
Gözlərin nə isə pıçıldayırdı
Gözümün önündən getmir baxışın
Sözlü nəzərlərin parıldayırdı
Yağdırıb qəlbimə ən son yağışın
Gözlərin nə isə pıçıldayırdı
[Nəqərat]
Hər bir qırpımında yeni ifadə
Gah imdad harayı, gah da təbəssüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
[Keçid]
Gəl, ay ata
Gəl, ay ata
Canımın cananısan
Gəl, ay ata
(Gəl) Ay ata
Qəlbimin parasısan
[Bənd 2]
Bəlkə yuxularda bir yer danışıb
Görüşək, nəhayət anlat sözünü
Fikrim yanındadır, yaman qarışıb
Mənə nə deyirdin, söylə düzünü
Bəlkə yuxularda bir yer danışıb
Görüşək, nəhayət anlat sözünü
Fikrim yanındadır, yaman qarışıb
Mənə nə deyirdin, söylə düzünü
[Nəqərat]
Hər bir qırpımında yeni ifadə
Gah imdad harayı, gah da təbəssüm
İki gözə sığan minlərlə sözü
Anlaya bilmirdim, inan mən özüm
[Keçid]
Gəl, ay ata
Gəl, ay ata
Canımın cananısan
Gəl, ay ata
Gəl, ay ata
Qəlbimin parasısan | https://genius.com/Hac-nazim-gl-ata-lyrics |
7,720 | Fatimə | Hacı Nazim | not available | 2014 | [Giriş]
Qızım, heç bilirsən dünyanın ən varlı insanı kimdir?
Sənin atan
Çünki, mənim sənin kimi gözəl, ağıllı
Şirin və zəkalı qızım var
[Bənd 1]
Xoş gəldin dünyama sən, ömrüm-günüm
Ömrümə nur saçan ay üzlü gülüm
Canımın can evi – şirin, bal balam
Günümə rəng qatdın bənövşə gülüm
[Nəqərat]
Fatimə, Fatimə
Varım, dəyərin, canım mənim
Fatimə, Fatimə
Doğum günün mübarək, qızım
Fatimə, Fatimə
Ay şirinim, şəkərim mənim
Fatimə, Fatimə
Doğum günün mübarək, qızım
[Bənd 2]
Adını Fatimə qoyub, qəlbimə onu yazdım
Sənsiz keçən günləri ömrümdən silib atdım
Bil ki, ürək dolusu arzu-diləklərim var, ay qızım
Sən oldun həyatımda ilk baharım, ilk yazım
[Nəqərat]
Fatimə, Fatimə
Varım, dəyərin, canım mənim
Fatimə, Fatimə
Doğum günün mübarək, qızım
Fatimə, Fatimə
Ay şirinim, şəkərim mənim
Fatimə, Fatimə
Sənin günün mübarək
Fatimə, Fatimə
Varım, dəyərin, canım mənim
Fatimə, Fatimə
Doğum günün mübarək, qızım
Fatimə, Fatimə
Ay şirinim, şəkərim mənim
Fatimə, Fatimə
Doğum günün mübarək | https://genius.com/Hac-nazim-fatim-lyrics |
7,721 | Gəl, Sevgilim | Hacı Nazim | not available | 2016 | [Bənd 1] [Hacı Nazim]
Gələrəm, yenə də gələrəm
Nə qədər istəsən gözləyərəm
Gəlməsən, mən tənha neylərəm?
Özümü kimsəsiz bilərəm
Şimşəklər çaxmasa, yağışlar yağmasa
Sən mənə qayıdan deyilsən
Havalar dönməsə, küləklər əsməsə
Sən mənə heç dönən deyilsən
[Nəqərat] [Hacı Nazim, Ruhi]
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
[Bənd 2] [Ruhi]
Göylərə hər gecə baxıram
Mən səni düşünüb dalıram
Getdiyin yollara qaçıram
Tənhalıq içində susuram
Yanıma gəlməsən, “sevirəm” deməsən
Mən sənə qayıdan deyiləm
Buludlar dolmasa, yağışlar yağmasa
Mən sənə qayıdan deyiləm
[Nəqərat] [Hacı Nazim, Ruhi]
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
Gəl, sevgilim, birgə olaq yenidən
Gəl, həsrətlər olsun uzaq
(Olsun uzaq) | https://genius.com/Hac-nazim-gl-sevgilim-lyrics |
7,722 | Ağıllı Dəli | Eqo | not available | 2020 | [Bənd 1: Eqo]
Danışanda gəlin düzünü danışaq
Bilməlisən kim kimlə burda girir yarışa
Siz balışa qoyub yatın başınızı, ay uşaq
Kim yatmış, kim oyaq?
İnan, heç deyil qamışa
Sənin xarakterin, mənim adım Eqo'dur
Bakı sənin olsun, Culfa mənə Ghetto'dur
Öncə danışmağı bacar, sonra gəl otur
Vəziyyətin demo'dur, sən çəkməginən hər otu
[Nəqarət: Eqo]
(x2)
Musiqini sevirik
Biz hamı kimi deyilik
Yolumuzu gedirik
Biz təbiəti sevirik
Alırıqsa, veririk
Hər işi halal edirik
Hazır olun, gəlirik
Biz ən ağıllı dəliyik!
[Bənd 2: Eqo]
Küçələr dar amma hərəkətimiz geniş
Atalar "Yorğana görə ayaq uzat" demiş
"Gəl, iş görək" deyən adamların cibi boş
Xoş getdiniz, ordan mənim hit'i qoş
Musiqidir işimiz, sətir kəsir dilimiz
Biz bu sənətin adamlarıyıq, ağarmır dişimiz
Ey! Çatır izimiz qulaqlardan ürəklərə
Kim tapır özünü, bilirsiniz, özünü bizim səhnələrdə
Birdən ara qarışar, bu şəhər yanar, alışar
AzTV'nin xəbərləri çaşıb bizdən danışar
Siz balışa qoyub yatın başınızı, yarışa
Kim yatmış, kim oyaq?
Yenə də deyil qamışa
Əziyyətimiz o deyil, vəziyyətin düzələ
Otur, gözlə payızı ki, böyüyəcək cücələr
Düz edər düz danışan adam burda işini
Amma güc edər, güclü olan çəkib atar dişini
Axı necə bütün olanlarla barışaq?
Kimə gedib bu cür vəziyyəti danışaq?
Halal işimizə haram necə qarışar?
Çoxu razılaşıb artıq 300 manat maaşa
[Nəqarət: Eqo]
(x3)
Musiqini sevirik
Biz hamı kimi deyilik
Yolumuzu gedirik
Biz təbiəti sevirik
Alırıqsa, veririk
Hər işi halal edirik
Hazır olun, gəlirik
Biz ən ağıllı dəliyik!
[Çıxış]
Biz dəliyik! Ən ağıllı dəliyik!
Biz dəliyik! Ən ağıllı dəliyik!
Biz dəliyik! Ən ağıllı dəliyik!
Biz dəliyik! Ən ağıllı dəliyik! | https://genius.com/Eqo-agll-dli-lyrics |
7,723 | Ceyran | Sədəf Budaqova | not available | 2022 | [Nəqərat]
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
[Bənd 1]
Dünya-aləm bir yana, sənsə bir yana
Canım qurban belə gözəl Yaradana
Dünya-aləm bir yana, sənsə bir yana
Canım qurban belə gözəl Yaradana
[Nəqərat]
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
[Bənd 2]
Bu nə işvə, nə nazdır, ceyran?
Mələk desəm də azdır, ceyran
Qara telin bəyazdır, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Bu nə işvə, nə nazdır, ceyran?
Mələk desəm də azdır, ceyran
Qara telin bəyazdır, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Dünya-aləm bir yana, sənsə bir yana
Canım qurban belə gözəl Yaradana
Dünya-aləm bir yana, sənsə bir yana
Canım qurban belə gözəl Yaradana
[Nəqərat]
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran?
Qara gözlər sürməli, ceyran
Dərdindən oldum dəli, ceyran
Ya sev, ya öldür məni, ceyran
Bəs sən harada qalmısan, ceyran? | https://genius.com/Sdf-budaqova-ceyran-lyrics |