Unnamed: 0
int64
0
7.72k
title
stringlengths
1
131
singer
stringclasses
680 values
album
stringclasses
133 values
year
stringclasses
60 values
lyrics
stringlengths
35
8.85k
url
stringlengths
32
167
7,500
Nə İsə
Miro [AZ]
not available
2023
[Giriş] Xəyallarımız nə isə... [Nəqərat] Axı biz əl-ələ yaşayıb öləcəkdik, nə isə... Həyatı, ömrü yarıya böləcəkdik, nə isə... Hələ çox görüşüb, danışıb güləcəkdik, nə isə... Artıq sən təksən, üstünə xətt çək sən Axı biz bir ömür yaşayıb sevəcəkdik, nə isə... Ayrılıb, barışıb geriyə dönəcəkdik, nə isə... Hansımız daha çox sevirik? Görəcəkdik, nə isə... Artıq sən təksən [Bənd 1] Qara qələmlə çəkirəm, göyqurşağının bozaran rəngləri kimiyəm Yalnızlığıma xəyanət etmişəm Bilirəm ki, günahkar biriyəm Əllərimiz bomboş, gözyaşlarımız daha donmuş Boş ver, onsuz olanlar olmuş Gedirik, yol görünür, dönüş yoxdur geriyə [Keçid] Gedirsən, eybi yox, gedəcəyin yerə qədər aparım səni Xətrim varmı? O qədər yara var ki içimdə və sağalmaq üçün də səbrim qalmır Ürəyim necə yandı, kül oldu Gəl, qorxma, yaxın gəl, günahını yandır Yazdım, mahnılarda qaldın, dinləyicilərimin ahını aldın, nə isə... [Nəqərat] Axı biz əl-ələ yaşayıb öləcəkdik, nə isə... Həyatı, ömrü yarıya böləcəkdik, nə isə... Hələ çox görüşüb, danışıb güləcəkdik, nə isə... Artıq sən təksən, üstünə xətt çək sən Axı biz bir ömür yaşayıb sevəcəkdik, nə isə... Ayrılıb, barışıb geriyə dönəcəkdik, nə isə... Hansımız daha çox sevirik? Görəcəkdik, nə isə... Artıq sən təksən [Bənd 2] Getdi qəlbim onda, bük kağızlara ki Axı yolda qırılar, tökülər yaralı ürəyim Qırılıb bir dəfə, şüşələr kimi həssas İllər öncə bundan, hələ səni təzə sevirdi onda “Olacaqmı?” - dedim, “Unudaqmı?” - dedim Dəfələrlə desəm də, sevsə, qulaq asmaz [Keçid] Gedirsən, eybi yox, gedəcəyin yerə qədər aparım səni Xətrim varmı? O qədər yara var ki içimdə və sağalmaq üçün də səbrim qalmır Ürəyim necə yandı, kül oldu Gəl, qorxma, yaxın gəl, günahını yandır Yazdım, mahnılarda qaldın, dinləyicilərimin ahını aldın, nə isə... [Nəqərat] Axı biz əl-ələ yaşayıb öləcəkdik, nə isə... Həyatı, ömrü yarıya böləcəkdik, nə isə... Hələ çox görüşüb, danışıb güləcəkdik, nə isə... Artıq sən təksən, üstünə xətt çək sən Axı biz bir ömür yaşayıb sevəcəkdik, nə isə... Ayrılıb, barışıb geriyə dönəcəkdik, nə isə... Hansımız daha çox sevirik? Görəcəkdik, nə isə... Artıq sən təksən
https://genius.com/Miro-az-n-is-lyrics
7,501
And İçərəm
Farid Gasanov
not available
2021
[Nəqərat] Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm [Bənd 1] Səninlə yoxdur axırı düşündükcə dərindən Hər şey bitib, onsuz, yoxdur səbəb gəlim mən Qırılmışam içimdə, heç nə gəlmir əlimdən Barışıb sonra küsək, nə qədər oldu səninlə?! Alınmaz inan bizdə sınıq qəlbin aynası Bu sevgi onun əlində, istəmirəm anlasın Yalandan otursun və hönkür - hönkür ağlasın Ürəyin yoxdur günahı, mənə də heç inanmasın O anlamaz, odur məni belə heç edən Çox sevər insan özün elə heç edər Mən bu evdən qapını bağlayıb Gedərəm, and içərəm [Nəqərat] Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm [Bənd 2] Canımda yorğunluq, səbəbi sən də bilirsən Artıq yalan - yalan dolu beyində gəzirsən O qədər fərqli olmusan ki, tanış gəlmirsən! Necə də dəyişdin bu ciddi - ciddi sənmisən? İndi də deyirsən ki, “yaxşı olar olmasan” Yanında olmaram, danışmaram və yormaram Sənsiz varıydım, düşünmə sənsiz olmaram Gedirəm yavaş - yavaş yolum düşür yollara [Nəqərat] Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm Sənin yoxluğunda sanma boğar gecələr Bütün duyğuları əzərəm, keçərəm Son dəfə bu evdən bu qapını Bağlayıb gedərəm and içərəm
https://genius.com/Farid-gasanov-and-icrm-lyrics
7,502
Gəl Çıx
Miro [AZ]
not available
2021
[Bənd 1] Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq nə qədər istəsəm də, bil Çıxmır yadımdan Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq nə qədər istəsəm də, bil Çıxmır yadımdan Çünki mən sevgimizəm, görünməyən Bir ürəyə məxsus, bölünməyən Evinizin qapısının önündəyəm Gəl çıx... Çünki mən sevgimizəm, görünməyən Bir ürəyə məxsus, bölünməyən Evinizin qapısının önündəyəm Gəl çıx... [Nəqərat] Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx... Saat ilişib, qalıbdır neçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx... Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx... Saat ilişib, qalıbdır neçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx... [Bənd 2] Mənim bu gecə də ay yox pəncərəmdə Axı yatdığım otaq qaranlıqdır Niyə gələnlər gedir, qalan yoxdur? Belə tək keçir ömrün qalan vaxtı Hər şey dünəndə, yarın yoxdur De ki boş-boş sözlərə qarın toxdur Ürəyimin içində yalan taxtı var Heç vaxt demərəm yerin yoxdur Bu sevgi yaralara dönüşdü Niyə hər şey bitəndə görüşdük? Qalan nifrəti doldurub axı niyə atdın? Qızıl ürəyə mərmi gümüşdən Unut, mənə görə dəyməz ağlamaq Etdiklərim axı danılmaz Sevgi yanıb, amma bir də belə yanılmaz Mənə bir şans ver desəm, alınmaz axı Məni tanınmaz hala saldı bu sevgi Və yarım naz edir Getdiyi gündən yarım qalmışam Tək qalan ürəyim sarınmaz Ölüm, hiss etmirəm hələ özümü hazır Məktubumda düzünü yazım Bıçağı, kəndiri, alovu boş ver Gəl saçlarından özümü asım Aldadım özümü, yatım Unutmasın qoy üzünü yadım Bu gecə xəyal qur, üst-üstə ucalt Çıxım, üzərindən özümü atım Artıq az qalıb vaxta Köhnə şəkilləri bax, tap Bütün arzu və hissləri doldurub keçmişə Atıram ürəyimə - "ta-ta-ta-ta" [Nəqərat] Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Ya da bax pəncərədən gecəyə Yağıram yağışlarla küçəyə Bilmirsən axı sənsiz necəyəm Gəl çıx... Saat ilişib, qalıbdır nеçəyə? Ətrini bölmüsən neçə çiçəyə? Mən səndən ayrı düşən ləçəyəm Gəl çıx...
https://genius.com/Miro-az-gl-cx-lyrics
7,503
Hasarlar
Miro [AZ]
not available
2023
[Bənd 1] Yenə xəyallarım səni xatırladır mənə iki daşın arasında Axı xatirələr ölümcül zəhər, eşq kəndir boğazımda Bilmirəm varam, yoxam, haradayam sənin ömrünün arasında Daha silahsızam sevgidə, inanmasalar üstümü arasınlar [Nəqərat] Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür [Bənd 2] Bəlkə sevgini yenidən başladaq bir də, ya adını dəyişək? Ya da doğma olaq bir-birimizə əbədi, ya yad olaq həmişə? Gecələr gündüzlərə qarışıb, yuxusuzluqdan viran ürək Ya qovuşaq artıq nə olar, ya darıxmağın saatın dəyişək [Keçid] Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, uzaqlardan görünür [Nəqərat] Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür
https://genius.com/Miro-az-hasarlar-lyrics
7,504
Məni Gözləmə
Miro [AZ]
not available
2023
[Nəqərat] Məni gözləmə, çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən yıxılmış və ümidsiz bir anda Yalnız qalanda gözləmə Çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən qırılmış və çarəsiz zamanda Yalnız qalanda gözləmə [Bənd 1] Gəmilər yanır, tufan, duman, param-param liman Sənə eşq baxan bu gözlərim kor olmuş, indi qan Nə səhv etmişəm ki, bilmədim, nədir bu kin axı? Mənə bənzəyən biriylə aldatmaqmı intiqam? [Keçid] Unut, həsrətin çəkib yalanlarınla izləmə Sənə illərimlə üz vermişəm, astar istəmə Bu yolun dönüşləri kəsir, tikan-tikan batır Lap otur, dizin-dizin sürün sən [Nəqərat] Amma gözləmə, çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən qırılmış və çarəsiz zamanda Yalnız qalanda gözləmə Çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən qırılmış və çarəsiz zamanda Yalnız qalanda gözləmə Bu səfər bu məsafəyə göz yaşımız qarışıb Kor ümidləri bəsləmə, həll edərik danışıb Daha gözləmə, axı bağrıma od kimi Köz düşüb eşqindən alışıb [Bənd 2] Boğaza qədər gəlib çatır, tutur bu eşq divan Səni səslədim, biləmmədim ki, bəslədim ilan Nə səhv etmişəm ki, bilmədim, nədir bu kin axı? Mənə bənzəyən biriylə aldatmaqmı intiqam? [Keçid] Unut, həsrətin çəkib yalanlarınla izləmə Sənə illərimlə üz vermişəm, astar istəmə Bu yolun dönüşləri kəsir, tikan-tikan batır Lap otur, dizin-dizin sürün sən [Nəqərat] Amma gözləmə, çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən qırılmış və çarəsiz zamanda Yalnız qalanda gözləmə Çətin gəlim Yaralanmışam dərin-dərin Çox uzaqdasan, çatmaz əlim mənim Sən qırılmış və çarəsiz zamanda Yalnız qalanda gözləmə Bu səfər bu məsafəyə göz yaşımız qarışıb Kor ümidləri bəsləmə, həll edərik danışıb Daha gözləmə, axı bağrıma od kimi Köz düşüb eşqindən alışıb
https://genius.com/Miro-az-mni-gozlm-lyrics
7,505
Nəfəsim Daralır
Farid Gasanov
not available
2023
[Giriş] Səni düşündükcə nəfəsim daralır Gözdən iraq, könüldən aralı Səni düşündükcə nəfəsim daralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma [Nəqərat] Səni düşündükcə nəfəsim daralır Gözdən iraq, könüldən aralı Bizi necə axı saya bildin heçə? İçib hər gecə arabir, bir neçə Şüşələr boşalır, hava qaralır Yaralar sağalır, yenə yaralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma [Bənd 1] Bu sevgi əmanətdir sənə Bəs niyə cavabın xəyanətdir? Bu nə qərardır, ədalətdir? Əllər soyuq, ürəyim hərarətli Fikir aparır, xəyal gətirir Eşqim qiyamətə bir əlamətmi? İndi ayrılıq təravətlidir O evimin hər yerini saran ətri [Keçid] Mənə şans gətirən gözlərin Həsrətdən indi bax, bəla gətirir Eşqmi, yoxsa bu fəlakətmi? Axı mənə belə sevməyi sən öyrətdin Əzbərmi, ya bədahətmi? Budur səndən mənə tək sədaqətli Hər gecə məni öldürən Üst-üstə bu üstümə yapışıb qalan ətri [Nəqərat] Səni düşündükcə nəfəsim daralır Gözdən iraq, könüldən aralı Bizi necə axı saya bildin heçə? İçib hər gecə arabir, bir neçə Şüşələr boşalır, hava qaralır Yaralar sağalır, yenə yaralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma Düşündükcə səni nəfəsim daralır Gözdən iraq, könüldən aralı Bizi necə axı saya bildin heçə? İçib hər gecə arabir, bir neçə Şüşələr boşalır, hava qaralır Yaralar sağalır, yenə yaralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma [Bənd 2] Düşün, daşın bir qərar ver Ya güldürən ol, baş ağrıdan deyil Sevgi gətir, ağrılar deyil, de Nədir bu qədər bizi yandıran?, de Yaxşı könlümü tut ki, aldın Ürəkdə də bir ümid yox ki, artıq Sanki bədən çürüyüb, binadır eşq Zəlzələ içində on iki ballıq [Keçid] Yoxsan, amma sanki varsan Bir ümid yanında da yox ki, qalsam Sən sevgidə intiharsan Ya zindansan mənə, dörd divarsan Sən qəlbimə ehtiyacsan Həm yarasan, həm yaralarıma ilacsan Mənə düşməz eşqdən bir parça Yağıştək üstümə sevgi yağsa [Nəqərat] Səni düşündükcə nəfəsim daralır Gözdən iraq, könüldən aralı Bizi necə axı saya bildin heçə? İçib hər gecə arabir, bir neçə Şüşələr boşalır, hava qaralır Yaralar sağalır, yenə yaralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma Düşündükcə səni nəfəsim daralır Gözdən iraq, könüldən aralı Bizi axı necə saya bildin heçə? İçib hər gecə arabir, bir neçə Şüşələr boşalır, hava qaralır Yaralar sağalır, yenə yaralır Ürəyimdə dözülməz ağrılar Söz də keçirə bilmirəm bu ağlıma
https://genius.com/Farid-gasanov-nfsim-daralr-lyrics
7,506
Dolar
Farid Gasanov
not available
2021
[Nəqərat] Ürək dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən bu qəlbimdə mənim solar Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar [Bənd 1] Səninlə mən işıqlı nur içində qaraldıq Dərin yaramdır, sevgin əvvəlindən yalanmı Dayan, düşün bir anlıq, sevən düşürmü yalnız? Cəhənnəm odu belə sənin qədər yandırarmı? Cavab verir sevənlərə bu sevgi bəs harammı? Ölüm də varmı yoldu fərqi yox qoca cavanlıq Nə etsən olmur artıq həyatı durduraqmı? Saatı çək geriyə, bəlkə onda gec gələr Bu zaman donur mən görəndə onu Nə ömür olur, nə həyatımın sonu Mən sənin dərdinin üzündən gecələrin qəhəriyəm Və qaça bilmirəm daha yorğunam, bir təhəriyəm [Nəqərat] Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar [Bənd 2] Üzümüzü görən nə vaxtsa dünya güldürərmi? Yaralayır ağır, amma zamanla öldürərmi? Gedəni döndürərmi, gələndən görmürəm bil Qaranlıqa dönüşüb gəl Günəşi söndürək biz Zaman donur mən görəndə onu Nə ömür olur, nə həyatımın sonu Mən sənin dərdinin üzündən gecələrin qəhəriyəm Və qaça bilmirəm daha yorğunam, bir təhəriyəm Yadımdasan gəl yanımda qal Mən yorulmadan və toxunmadan Sevərəm ətrini gətirən bu soyuq küləyi Axı sənin üçün döyünür bu yarım ürəyim [Nəqərat] Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar Dolar, gecədən qələm vərəqi yorar Adınla sözdə bitən sonlar Sənə aldığım güllər Sənə vermədən də qəlbimdə mənim solar
https://genius.com/Farid-gasanov-dolar-lyrics
7,507
Gecələr
Saybu Swag
not available
2018
Tək adamın yeri deyil Gecələr Tək qalanın evi kimidi Gecələr Bizi şəhvət ayırır Bizi tərpət ayılaq Sevgi sərvət sayılır Çalışaq hisləri ayıraq Ol gecəm gündüzüm Təklik sıxıcı O keçən gündüzü Mənsiz keçirib Hələ gecələri demirəm Ən sevdiyin nəğmələr Məni xatırladar sənə Səni xatırladar mənə Necə gecələri sevirəm Göz önündə səhnələr Məni xatırladan sənə Səni xatıradan mənə Mən çəkirəm yaşıl, gözlərini Sənin rəssamınam Mən bilirəm ən zəif yerini Sənin həssasınam Nəqarət: Tək adamın yeri deyil Gecələr Tək qalanın evi kimidi Gecələr Verse 2: Soyuqluğun bəyaz rəngdədi Gözlərin hər an zəngdədi Sən sahibsiz Gecələrə sığınan Mən aşaraq özümü Sənə sığıram Yenə yığıram açmırsan Yalnızlıq tək qalmısan Hədd aşmısan həb atmısan Ağ divarda rəng tapmısan Yağış səs salır danışır sevgilim Tanış rəssamın Dağınıq evi kimi Saçların hecalanır adın Hər gecə sənsizəm mən necə bilsən Mən çəkirəm yaşıl, gözlərini Sənin rəssamınam Mən bilirəm ən zəif yerini Sənin həssasınam
https://genius.com/Saybu-swag-geclr-lyrics
7,508
Saybu
Saybu Swag
not available
2015
[Giriş: Youn Sun Nah] I'm not ready to play I'm not ready to fight I'm not ready to be the prey of this one-sided game I'm not ready to climb I'm not ready to reach there I'm not ready to see you’re not the higher hill appear I'm not ready to scowl I'm not ready to smile I'm not ready to speak out from the bottom of my heart [Bənd: Saybu] Ah, mama, hamı üçün Saybu var Sənin üçün Səbuhiyəm, ərköyün biri var Bu işi buraxsam, olar pis halım Başqa cür desək, Big-L misalı Məni öldürə bilməzsiniz, çün ölü doğulmuşam Sona varmasam, çətin olam şad Gün ola hər yer, dola afişam Buna görə də varam çətin yarışa Problemlər, ah, əsəb, hirs Uğursuzluq, bir də alınan risk Sonu nəyə varar? Boş ömür heyif olar, desələr, ayıb ona Arzuma sahib olam, gerisi vecimə deyil Gedin onlara deyin ki, "rap"im həyatım, ey! Əlavə sual verməyin! Rahat buraxın, rahat tur atım, ha, ha, ha, ah! İki yolun var, ya adam ol, ya ol alçaq Atamın son dəfə qapını bağladığı 10 il olacaq Anamsa çox üzgün, bilirəm, çox üzdüm Gülürdüm, ölürəm, indi tellərinə ağ düzdüm Olduğum kimiyəm, adını sən qoy Lalə Sən indi guya xoşbəxtsən ailənlə piyalə Pul-parası olmuyanlarçün nə var eşqdən ziyadə Pulu da olanın tək bildiyi daha yaxşı ziyafət Zibilə qalsın, mən Saybu, bir də olmayacam Səbuhi Fərq etməz, müsəlman, xaç, ya hürufi sufi Həqiqi birisənsə, yaxınlaş, gəl bəri Dayaz bildiyin yer boğar səni, mazi ən dərin, ah! Mənə Razin doğma, olum Razinə torpağ Təmiz ad üçün soxmaq lazım gəldi və qorxmam Bir Cavid, bir də mən, qalan hamınız qorxaq "Boss" yaxşı bilir ölümdən sağ çıxmaq Bil ki, xaindir ətraf, tütündə ağırdır qətran Sizinçün Qəsr Boss heçdir, mənimçün Coşqun və Səttar Bəlkə də hər şey başqa cür ola bilərdi Məsələn, yaxşı vəzifə, iş-güc, ailə və sairə Daxili satmadım zahirə Həyatdır da, yaşayırıq, ömürsə nafilə, yeah! Saybu Swag, yo, hah! [Çıxış: Youn Sun Nah] I'm not ready to play I'm not ready to fight I'm not ready to be the prey of this one-sided game
https://genius.com/Saybu-swag-saybu-lyrics
7,509
Mən Küləyəm
Miri Yusif
not available
2013
[Bənd 1] Mən ölsəm, yox olsam Çinar kimi solaram Bilsəm ki, xoşbəxtsən Bəxtəvər olaram Amma unutma ki, mən qayıdaram Ötən günlər limanına Oradan yuxuna qonaq gəlib Öpüb oyadaram... [Nəqərat] Mən küləyəm, mən küləyəm Məni sınama Mən özgəyəm, mən özgəyəm Məni saxlama Cənnətdən qovulmuş şeytanam Məni qınama Mən küləyəm, mən küləyəm Məni sınama... [Bənd 2] Necə qaranlıq, necə sükut var Bura kölgələr ölkəsi Bura öz dünyam, bura çox viran Bura çağırmam hər kəsi Bəlkə bir gün yenə mən qayıdaram Ötən günlər limanına Oradan yuxuna qonaq gəlib Öpüb oyadaram... [Nəqərat] Mən küləyəm, mən küləyəm Məni sınama Mən özgəyəm, mən özgəyəm Məni saxlama Cənnətdən qovulmuş şeytanam Məni qınama Mən küləyəm, mən küləyəm Məni sınama... [Çıxış] Səsimin qəmli notlarısan Sən bunu anla Səmalara açılmış qanadımsan Yadında saxla Könülsüz, qəmli otağımsan Günəşim alma Mən küləyəm, mən küləyəm Məni qınama...
https://genius.com/Miri-yusif-mn-kulym-lyrics
7,510
Alo De
Saybu Swag
not available
2022
Ay lo-lo-lo-lo-lo-lo-lo Hu… La-la-la-la-la-la-la-la-la-la Yeah, yeah [Nəqərat] Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç telefonu Mənə alo de, bu gecə də hal o deyil Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç telefonu Mənə alo de, bu gecə də hal o deyil [Bənd 1] Bir bilsən özlədim səni Bir zəngini gözlədim sənin Gözlərim axtarar səni Gözlərim axtarar səni “Harada qırılar, qırılar” demirəm Harada taparam, ataram Qəlbimin ən dərin yerinə Orada da saxlaram səni [Nəqərat] Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç telefonu Mənə alo de, bu gecə də hal o deyil Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç telefonu Mənə alo de, bu gecə də hal o deyil [Bənd 2] İçmişəm, hara düşmüşəm? Səni unutmuşam deyib soyuq duş almışam Rədd etmişəm bütün zəngləri Dözməyib yenə sənə yığmışam Yığıb-yığışdırmaq olmur məni Yəqin deyərlər nələr etmişəm Bir gün ömrüm gələr yetmişə Bir də baxaram hədər getmişəm [Nəqərat] Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç telefonu Mənə alo de, bu gecə də hal o deyil Nə çox, nə az Hisslər ac Ya qal, ya get, ya qaç, ya aç tеlefonu Mənə alo de, bu gecə də hal o dеyil
https://genius.com/Saybu-swag-alo-de-lyrics
7,511
Yadıma Sən Düşürsən
Ramil Qasımov
not available
2021
[Bənd] Hər çiçəyin öz ətri, hər gülün öz rəngi var Hər qəlbin öz istəyi, öz sözü, ahəngi var Hər insan öz ömrünə dost seçir, həmdəm seçir Mənimsə ürəyimdən qəmli bir nisgil keçir Yadıma sən düşürsən... Göydə bulud dolaşır, axşam düşür, yel əsir Heç bilmirəm nə üçün könlüm tələsir Qulaqlarım səsdədir, gözüm yenə yoldadır Gələn hər addım səsi məni aldadır Qəlbimdəki intizar, qəlbimdəki intizar Nədir, düşünürəm mən, nədir, düşünürəm mən Yadıma sən düşürsən... Təklik üz verir mənə, çıxıram otağımdan Sevgililər küçədə deyib-gülür mehriban Onları belə xoşbəxt, belə məsud görəndə Duyğular ürəyimdə, çırpınır bu sinəmdə Yadıma sən düşürsən... Yadıma sən düşürsən...
https://genius.com/Ramil-qasmov-yadma-sn-dusursn-lyrics
7,512
Yad Eylərəm
Ramil Qasımov
not available
2021
[Bənd] Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm Ruzi-hicrandır sevin, ey mürği-rühim ki, bu gün Ruzi-hicrandır sevin, ey mürği-rühim ki, bu gün Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm Qan yaşım qılmaz vəfa, giryan gözlü israfına Qan yaşım qılmaz vəfa, giryan gözlü israfına Bunca kim, hərdəm ciyər qanında imdad eylərəm Bilmişəm bulman visalın, leyk bir ümid ilə Gah-gah öz xatiri-nəşadımı şad eylərəm Lövhi-aləmdən yolum əşk ilə Məcnun adını Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm
https://genius.com/Ramil-qasmov-yad-eylrm-lyrics
7,513
Məlahət Sultanı
Ramil Qasımov
not available
2021
[Bənd 1] Ol pərivəş kim, məlahət mülkünün sultanıdır Hökm onun hökmüdür, fərman onun fərmanıdır Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq Doğru deyirlər, hər zaman bir aşiqin dövranıdır Doğru deyirlər, hər zaman bir aşiqin dövranıdır Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan Qətrə-qətrə göz tökən sanmın sirin qanıdır Çəkilər cismimdə tiği-eşqimdən eyib etməyiz Kim cünun gülzarının, bunlar gülü-xəndanıdır Kim cünun gülzarının, bunlar gülü-xəndanıdır Ey Füzuli, ola kim rəhm edə yar əfqanına Ey Füzuli, ola kim rəhm edə yar əfqanına Ağla, gülzar, onda kim, zar ağlamaq imkanıdır Ağla, gülzar, onda kim, zar ağlamaq imkanıdır Ey Füzuli... Ey Füzuli...
https://genius.com/Ramil-qasmov-mlaht-sultan-lyrics
7,514
Aygünün Mahnısı (Aygün Kinofilmindən)
İnarə Babayeva
not available
2020
[Bənd 1] Mən indi bildim ki Ürəyim acdır Elə bil çörəyə Suya möhtacdır Məhəbbət əbədi Bir ehtiyacdır Mənim də dünyada Sevənim varmı? Mənim də dünyada Sevənim varmı? Doğrudur insanlar mənə əl çalır Yalnız səadətim yarımçıq qalır Dağlar da eşq ilə qalxıb ucalır Eşqisiz bir bahar, deyin, baharmı? Hanı saçlarımı oxşayan bir əl? Bir Mehriban nəfəs, bir isti əməl Gəl ey məhəbbətim Müjdəsi tez gəl Məni düşündürən bu arzularmı? Məni düşündürən bu arzularmı?
https://genius.com/Inar-babayeva-aygunun-mahns-aygun-kinofilmindn-lyrics
7,515
Dağ Küləyi
İnarə Babayeva
not available
2021
[Bənd 1] Tanrım, məni məndən qopar Qoş məni dağ küləyinə Dağların bəyaz qarnından Rəng alan ağ küləyinə [Nəqərat] Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə [Bənd 2] Nə vaxt qəmim dəm olacaq Bəlkə qəmim kəm olacaq Heyif ömrüm yem olacaq Əsrin uzun küləyinə [Nəqərat] Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Nəğməsi var daşın, qumun Nəyim qalır, nə də umum? Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Söykənim ana yurdumun Xəfif, yumşaq küləyinə Tanrım, məni məndən qopar Qoş məni dağ küləyinə
https://genius.com/Inar-babayeva-dag-kulyi-lyrics
7,516
Səni Unutsam
Tamilla Ahadova
not available
2022
Mən səni unuda bilmirəm, axı! Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Ayları, illəri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Unutsam, göyləri unudam gərək!
https://genius.com/Tamilla-ahadova-sni-unutsam-lyrics
7,517
Ölkəm
Tamilla Ahadova
not available
2021
[Bənd 1] Sən mənim canda ruhum, ruhda canımsan, ölkəm Bayrağımda parlayan ulduz, ayımsan, ölkəm Sevgimin nübarısan, əyilməz vüqarısan Səadət baharısan, şərəf, şanımsan, ölkəm [Nəqərat] Hər eşqin zirvəsi, hər zirvənin eşqi var Sən zirvələr içində eşqi ucasan, ölkəm Qismətin qismətimdir, ismətin ismətimdir Haqdan gələn səsimdir, xeyir duamsan, ölkəm [Bənd 2] Ocağın aman yerim, qucağın güman yerim Etibar, inam yerim, tək pənahımsan, ölkəm Qaranlıqdan yarılan, yaralara sarılan Azadlıqla dolu olan zəfər payımsan, ölkəm [Nəqərat] Hər eşqin zirvəsi, hər zirvənin eşqi var Sən zirvələr içində eşqi ucasan, ölkəm Qismətin qismətimdir, ismətim ismətindir Haqdan gələn səsimdir, xeyir duamsan, ölkəm
https://genius.com/Tamilla-ahadova-olkm-lyrics
7,518
Dağ Döşündə Çiçəkləyən Qönçəm
Tamilla Ahadova
not available
2021
[Bənd 1] Dağ döşündə çiçəkləyən qönçəm, ey! Zərdən zərif, incələrdən incəm, ey! Dağ döşündə çiçəkləyən qönçəm, ey! Nəfəsim sən, həvəsim sən, səsim sən Həyat eşqim, sevgi barım, bircəm, ey! Bircəm, ey! Dağ döşündə çiçəkləyən qönçəm, ey! Zərdən zərif, incələrdən incəm, ey!
https://genius.com/Tamilla-ahadova-dag-dosund-cicklyn-qoncm-lyrics
7,519
Heç Vaxt
Joseph Abbas
not available
2021
[Bənd 1] Adı kimi yanan bu ölkənin İki gözə görünməz sakini Gizlənib boz kütlənin arasında Heç olmayan rənglərdəyik Ya qalıb ruhun boş divarlar arasında Ya da məğlub oldun bu yolun yarısında De görüm, hansında qaldın fəsillərin? Taxtadan, daşdan, dəmirdən insanlar Şəhərin küləyi bezdirər zamanla Bezdirər zamanla [Keçid] Şər qalxdığında (qapını döyəndə ölüm) Qaranlıq yanında (qalmaz qaçacaq yerin) Mən olmadığımda (və bir az) Düşün, düşün, düşün (düşün) [Nəqərat] Kimlər çatar fəryada İtib getsən dəryada Hər kəs çox təmizdir Əllərindən tutmağa Çünki onlar sevmədi Heç vaxt aşiq olmadı Unutdular hisslərin Arxasınca qaçmağı Kimlər çatar fəryada İtib getsən dəryada Hər kəs çox təmizdir Əllərindən tutmağa Çünki onlar sevmədi Heç vaxt aşiq olmadı Unutdular hisslərin Arxasınca qaçmağı [Bənd 2] Ya qalıb ruhun boş divarlar arasında Ya da məğlub oldun bu yolun yarısında De görüm, hansında qaldın fəsillərin? Taxtadan, daşdan, dəmirdən insanlar Şəhərin küləyi bezdirər zamanla Bezdirər zamanla [Keçid] Şər qalxdığında (qapını döyəndə ölüm) Qaranlıq yanında (qalmaz qaçacaq yerin) Mən olmadığımda (və bir az) Düşün, düşün, düşün (düşün) [Nəqərat] Kimlər çatar fəryada İtib getsən dəryada Hər kəs çox təmizdir Əllərindən tutmağa Çünki onlar sevmədi Heç vaxt aşiq olmadı Unutdular hisslərin Arxasınca qaçmağı Kimlər çatar fəryada İtib getsən dəryada Hər kəs çox təmizdir Əllərindən tutmağa Çünki onlar sevmədi Heç vaxt aşiq olmadı Unutdular hisslərin Arxasınca qaçmağı [Çıxış] Bakı bizi heç vaxt bir yerdə görmədi Bakı bizi heç vaxt bir yerdə görmədi Bakı bizi heç vaxt bir yerdə görmədi Bakı bizi heç vaxt bir yerdə görmədi
https://genius.com/Joseph-abbas-hec-vaxt-lyrics
7,520
MaNoPa
Joseph Abbas
not available
2019
[Bənd 1] Adınla yazacam gecəni mən Fərqi yox, gündüz ya, gecə gəzən Pozanacan çox qazacam Qaçan hisslərin tapmadan macal Bilirəm adımla başlayan hər səhvim Yeni addımlara, aparar hara? (Yad qollara) Yenə sənə görə səndən küsəcəm Başında bəlalar, doyunca adalar Sahillər yaradar dənizlərinə Sənə də, mənə də cavabsız bir sual Darıxsaq, geri dönməyək Darıxsaq, geri dönməyək Geri dönməyək [Nəqərat] Yorma... Sakitcə keç yanımdan, olmaz İsti həsrət, soyuq qollar Kaş olardı əlim belində Her şey dilində Yorma... Sakitcə keç yanımdan, olmaz İsti həsrət, soyuq qollar Kaş olardı əlim belində Her şey dilində, dilində [Bənd 2] Sən bağlarımın ən gözəl gülü Yanında susacaq yaz bülbülü Çox qorxuram, qorxuram ki Duyan hər kəs sevə sənin xoş ətrini At keçmişi üzərindən Yaşaya bilərsən yenə gözəl illər Bilmirlər, səni tanıya bilmirlər Nələr bildiyini bilmirlər Səni tanıya bilmirlər Nələr bildiyini bilmirlər Axı bilmirlər (Səni bilmirlər) Bitdisə içkin Başını qaldır bir, səmaya bax Çətin bu gecəni xatırlayaq Seviş mənimlə gündüzlər Qulaqlarına xoş sözlər Deyim doyunca Vannada mahnılardan Ən gözəlini seç, soyun Məni gözlə [Nəqərat] Yorma... Sakitcə keç yanımdan, olmaz İsti həsrət, soyuq qollar Kaş olardı əlim belində Her şey dilində Yorma... Sakitcə keç yanımdan, olmaz İsti həsrət, soyuq qollar Kaş olardı əlim belində Her şey dilində, dilində
https://genius.com/Joseph-abbas-manopa-lyrics
7,521
Azad Qarabağım
Kamilə Nəbiyeva
not available
2021
[Bənd 1] Hər gün yeni zəfər himni səslənəcək elimizdən Azərbaycan qalib oldu, bu səs düşməz dilimizdən Bir daha da alınmasın Qarabağım əlimizdən Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı Bir daha da alınmasın Qarabağım əlimizdən Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı [Nəqərat] Azad oldu ana vətən, azad gördük Qarabağı Azad oldu ana vətən, azad gördük Qarabağı [Bənd 2] Səngərlərdə əsgərlərin toplaşıbdır qalaq-qalaq Hər birinin dilindədir: “Bu vətənə qurban olaq!” Vətən oğlu, bu torpağı geri almaq sənə qaldı Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı Vətən oğlu, bu torpağı geri almaq sənə qaldı Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı [Nəqərat] Azad oldu ana vətən, azad gördük Qarabağı Azad oldu ana vətən, azad gördük Qarabağı [Bənd 3] İndi artıq bizimkidir Kəlbəcərlə Xocalı Həm Xankəndi, Şuşa, Laçın, Xocavəndlə Qubadlı Cəbrayıl, Zəngilan, Füzuli, bir də gözəl Ağdamımı Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı Cəbrayıl, Zəngilan, Füzuli, bir də gözəl Ağdamımı Qaytardın, sən - ulu Tanrım, aldıq geri Qarabağı [Nəqərat] Azad oldu ana vətən, azad gördük Qarabağı Azad oldu ana vətən, azad gördük Qarabağı [Muğam] Fəxr eyləmə, ey bülbüli şeyda, çəmənin var Qoy fəxr eləyim mən ki gözəl bir vətənim - Azərbaycanım var [Nəqərat] Bir daha da alınmasın Qarabağım əlimizdən Şahid olsun andımıza bu torpağın yurddaşları Azad oldu ana vətən, azad gördük Qarabağı Azad oldu ana vətən, azad gördük Qarabağı
https://genius.com/Kamil-nbiyeva-azad-qarabagm-lyrics
7,522
Hifz Eylə
Kamilə Nəbiyeva
not available
2023
[Bənd 1] Torpağa dönüb iki yerə Dünya bölünüb xeyir, şərə Cənnət, cəhənnəm aralarında Yaranan gündən addım-addım İnsanı izlər sevinc, kədər Hər an ölümlə olum arasında Torpağa dönüb iki yerə Dünya bölünüb xeyir, şərə Cənnət, cəhənnəm aralarında Yaranan gündən addım-addım İnsanı izlər sevinc, kədər Hər an ölümlə olum arasında [Keçid] İlahi, sən varsan sonsuz göylərdə [Nəqərat] Hifz eylə, hifz eylə haqqı nahaqdan İnsanı qandan, körpəni hər bəladan Yarəbb, duy fəryadı Tanrı, sən özün hifz eylə, hifz eylə Bəşəri heçdən özün yaradan Bu dilsiz dünyanı sən hifz eylə Hifz eylə, hifz eylə haqqı nahaqdan İnsanı qandan, körpəni hər bəladan Yarəbb, duy fəryadı Tanrı, sən özün hifz eylə, hifz eylə Bəşəri heçdən özün yaradan Bu dilsiz dünyanı sən hifz eylə [Çıxış] Dilsiz dünyanı aman, aman İnsanı qandan aman, aman Haqqı nahaqdan hifz eylə Dilsiz dünyanı aman, aman İnsanı qandan aman, aman Haqqı nahaqdan hifz eylə Aman, aman Aman, aman Hifz eylə
https://genius.com/Kamil-nbiyeva-hifz-eyl-lyrics
7,523
Şəhid Əmanəti
Kamilə Nəbiyeva
not available
2023
[Bənd 1] Şəhid balam yuxuda mənə bir söz söylədi Dedim: “Oğul, arzun nə?” Bir işarə eylədi Dedi: “Ana, dörd nəfər əmanətim var səndə Sən onlara yaxşı bax, nigaran olma məndən” Dedi: “Ana, dörd nəfər əmanətim var səndə Sən onlara yaxşı bax, nigaran olma məndən” [Nəqərat] Ana, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, anam, yarım əmanət Anam, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, anam, yarım əmanət Anam, yarım əmanət... [Bənd 2] Füzuli torpağına qarışmışam mən indi Qanla yuyulan torpaq, anam indi sənindir Mixailim, igidim, bu anan sənə qurban Vətən yaşasın deyə sən oldun ona qurban Mixailim, igidim, bu anan sənə qurban Vətən yaşasın deyə sən oldun ona qurban [Nəqərat] Ana, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, ana, yarım əmanət Ana, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, anam, yarım əmanət Anam, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, anam, yarım əmanət Ana, oğlum əmanət, ana, qızım əmanət Gözləri yaşlı qalan, anam, yarım əmanət Anam, yarım əmanət... [Çıxış] Mixailim, igidim, bu anan sənə qurban Vətən, vətən yaşasın deyə sən oldun ona qurban Mixailim, igidim, igidim...
https://genius.com/Kamil-nbiyeva-shid-manti-lyrics
7,524
Hennessy
Ghost’xx
not available
2023
[Verse 1] Açılıb yeni gün Hər gün yaşanan dünənin eynisi Açım sizə indi isə yeni sirr Sağa-sola fırladır məni yenə Hennessy Böyük hədəflərim var deyə səmaya baxıram Uzaq qalan ulduzlara olduqca yaxınam Uzat əlini mənlə gəl, düşünmə ki gerisin Hamısını bacaracam, Tanrım, mənə ver izin [Verse 2] Çəkdim üzümə maska ballada Studiyam Valhalla Barbie'lərlə dolu party’lərdəyəm Çıxışda gözləyir qara İmpala Ötdüm nə qədər dar tin-dalan İşin mətbəxindəyəm - Timbaland Oyun bitti bütün fiqurlar qutuya Meydandaysa tək king qalar
https://genius.com/Ghostxx-hennessy-lyrics
7,525
Çağırma Məni
Kamilə Nəbiyeva
not available
2024
[Bənd 1] Sən unudarsan məni lap indi Sənə nə var ki? Mənə ağırdır, mənə çətindir Sənə nə var ki? Sən unudarsan məni lap indi Sənə nə var ki? Mənə ağırdır, mənə çətindir Sənə nə var ki? [Nəqərat] Bax o gün ki yolumda izin qalacaq O gün ki dilində sözün qalacaq O gün ki gözümdə gözün qalacaq Çağırma məni O gün ki soyuqdan əlin donacaq O gün ki yanaqların islanacaq O gün ki sənin ürəyin yanacaq Çağırma məni [Bənd 2] Gün gələr, sən üzülüb qırılarsan Gün gələr, bu yuxudan ayılarsan Gün gələr, məni görüb sarılarsan Amma bir anlamı yox Gün gələr, səsimə möhtac olarsan Gün gələr, nəfəsi məndən alarsan Gün gələr, yuxularımda qalarsan Amma bir anlamı yox [Nəqərat] Bax o gün ki yolumda izin qalacaq O gün ki dilində sözün qalacaq O gün ki gözümdə gözün qalacaq Çağırma məni Ey, o gün ki soyuqdan əlin donacaq O gün ki yanaqların islanacaq O gün ki sənin ürəyin yanacaq Çağırma məni Çağırma məni Çağırma məni Çağırma məni Çağırma məni
https://genius.com/Kamil-nbiyeva-cagrma-mni-lyrics
7,526
Yaşa, Ürəyim
Islama Abdullayeva
not available
2022
Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim! Sən onun eşqilə, məhəbbətilə Vurmadın ömrünü başa, ürəyim! Sevgi hədəfini nişan alanda Dəydi mi oxların daşa, ürəyim! Sevgi hədəfini nişan alanda Dəydi mi oxların daşa, ürəyim! Sən canı canandan ayrı tutmadın Odur ki, vəfasız deyildir adın Sən canı canandan ayrı tutmadın Odur ki, vəfasız deyildir adın… O səni unutdu, sən unutmadın… Yaşa, məhəbbətim, yaşa, ürəyim! O səni unutdu, sən unutmadın… Yaşa, məhəbbətim, yaşa, ürəyim! Sevgi dəryasında ruhum bir ada Fırtınam ziyada, dalğam ziyada Sevgi dəryasında ruhum bir ada Fırtınam ziyada, dalğam ziyada O ellər gözəli düşəndə yada Az qalır, xəyalım şaşa, ürəyim O ellər gözəli düşəndə yada Az qalır, xəyalım şaşa, ürəyim Sən canı canandan ayrı tutmadın Odur ki, vəfasız deyildir adın Sən canı canandan ayrı tutmadın Odur ki, vəfasız deyildir adın… O səni unutdu, sən unutmadın… Yaşa, məhəbbətim, yaşa, ürəyim! O səni unutdu, sən unutmadın… Yaşa, məhəbbətim, yaşa, ürəyim!
https://genius.com/Islama-abdullayeva-yasa-uryim-lyrics
7,527
Uçurumlar
Tomris
not available
2021
[Giriş] Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini [Bənd] Daha bir neçə gün Daha bir neçə gül Sənin hədiyyə etmədiyin Mənə vermədiyin ömür Daha bir neçə an Bir gecə tam bitəcək, ən son saatlar Bu gün burdayıq, amma Bura yox daha sabahdan [Keçid] Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl [Nəqərat] Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini [Keçid] Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl [Nəqərat] Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Ver əlini Ver əlini [Çıxış] Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini
https://genius.com/Tomris-ucurumlar-lyrics
7,528
Şadlanasan, Güləsən
Maşallah Mirzəliyev
not available
2022
[Bənd 1] Həsrət ilə baxma, gülüm, gülə sən Yanaq lalə, dodaq incə, üz ağdır Həsrət ilə baxma, gülüm, gülə sən Yanaq lalə, dodaq incə, üz ağdır Sən gərəkdir şadlanasan, güləsən Sən gərəkdir şadlanasan, güləsən Çünki kədər, qüssə səndən uzaqdır Çünki kədər, qüssə səndən uzaqdır [Nəqərat] Fürsət yoxsa danışmağa, göz eylə Doğrudan da, düşməz belə göz ələ Vurulmadım hər boyalı gözələ Vurulmadım hər boyalı gözələ Yar yanında alın açıq, üz ağdır Yar yanında alın açıq, üz ağdır [Bənd 2] Qəmzə oxu bağrım başın yaralar Xoşdur mənə sən vurduğun yaralar Qəmzə oxu bağrım başın yaralar Xoşdur mənə sən vurduğun yaralar Demişlər ki, yar qadasın yar alar Demişlər ki, yar qadasın yar alar Deməmişlər, gəl sən məndən uzaq dur Deməmişlər, gəl sən məndən uzaq dur [Nəqərat] Fürsət yoxsa danışmağa, göz eylə Doğrudan da, düşməz belə göz ələ Vurulmadım hər boyalı gözələ Vurulmadım hər boyalı gözələ Yar yanında alın açıq, üz ağdır Yar yanında alın açıq, üz ağdır Yar yanında alın açıq, üz ağdır Yar yanında alın açıq, üz ağdır [Muğam] El düşdü bütün heyrətə divanəliyimdən, ay balam Sirrin demədim bir kəsə mərdanəliyimdən, ay balam, oy! Məcnun kimi mən barigəhi-eşqi bəyəndim Keçdim bu təmənna ilə şahanəliyimdən, ay aman, ay!
https://genius.com/Masallah-mirzliyev-sadlanasan-gulsn-lyrics
7,529
Bakı/Söz Olmayaydı (Popurri)
Brilliant Dadaşova
not available
2023
[Bənd 1] Bakı, göz dəyməsin, gözəlsən yaman Adına bağlıdır zəfərim mənim Bakı, göz dəyməsin, gözəlsən yaman Adına bağlıdır zəfərim mənim Mahnılar qoşuram gül camalına Keçmişində qalıb kədərim mənim Mahnılar qoşuram gül camalına Keçmişində qalıb kədərim mənim [Nəqərat] Şerimsən, mahnımsan, sözümsən, Bakı Mənim uzaqgörən gözümsən, Bakı Canım-ciyərimsən, özümsən, Bakı Sayıq keşikçindir nəzərim mənim Öz mavi aynamdır Xəzərin mənim Öz mavi aynamdır Xəzərin mənim [Bənd 2] İlləri vurmuşam zəhmətlə başa Mən sənin qoynunda olmuşam yaşar İlləri vurmuşam zəhmətlə başa Mən sənin qoynunda olmuşam yaşar Hüsnünü göstərir dosta-tanışa Öz mavi aynamdır Xəzərin mənim Hüsnünü göstərir dosta-tanışa Öz mavi aynamdır Xəzərin mənim [Keçid] Gündüzüm kimidir gecələri də Ayaq izləri var küçələrində Gündüzüm kimidir gecələri də Ayaq izləri var küçələrində Olsam da dünyanın mən hər yerində Sənsiz açılmayır səhərim mənim Olsaq da dünyanın biz hər yerində Sənsiz açılmayır səhərim mənim [Nəqərat] Şerimsən, mahnımsan, sözümsən, Bakı Mənim uzaqgörən gözümsən, Bakı Canım-ciyərimsən, özümsən, Bakı Sayıq keşikçindir nəzərim mənim Öz mavi aynamdır Xəzərin mənim Öz mavi aynamdır Xəzərin mənim [Keçid] Gündüzüm kimidir gecələri də Ayaq izləri var küçələrində Gündüzüm kimidir gecələri də Ayaq izləri var küçələrində Olsaq da dünyanın biz hər yerində Sənsiz açılmayır səhərim mənim Olsam da dünyanın mən hər yerində Sənsiz açılmayır səhərim mənim [Nəqərat] Şerimsən, mahnımsan, sözümsən, Bakı Mənim uzaqgörən gözümsən, Bakı Canım-ciyərimsən, özümsən, Bakı Sayıq keşikçindir nəzərim mənim Öz mavi aynamdır Xəzərin mənim Öz mavi aynamdır Xəzərin mənim Öz mavi aynamdır Xəzərin mənim Öz mavi aynamdır Xəzərin mənim... [Bənd 3] Söyüdlər boynun əyəndə Sənə mən “yarım” deyəndə Söyüdlər boynun əyəndə Sənə mən “yarım” deyəndə Sanıram dünya mənimdir Əlimə əlin dəyəndə Sanıram dünya mənimdir Əlinə əlim dəyəndə [Keçid] Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan [Nəqərat] Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar [Bənd 4] Dağlarda duman gözəldir Qaşlarda kaman gözəldir Dağlarda duman gözəldir Qaşlarda kaman gözəldir Hüsnünə heç bir söz olmaz Gözlərin yaman gözəldir Hüsnünə heç bir söz olmaz Gözlərin yaman gözəldir [Keçid] Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan [Nəqərat] Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar [Keçid] Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan Əqlimi alıbdır başdan Keçmək olmaz bu göz-qaşdan [Nəqərat] Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Səni mən yaman sevirəm Ürəkdən, candan sevirəm Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar Mənə gəl eylə vəfa, yar Aşiqə etmə cəfa, yar
https://genius.com/Nazim-faytoncu-bak-soz-olmayayd-popurri-lyrics
7,530
Söylə
Akif İslamzadə
not available
2024
[Bənd 1] Günlərin ötüşür bir uyqu kimi Dərədən dərəyə aхan su kimi Günlərin ötüşür bir uyqu kimi Dərədən dərəyə aхan su kimi Sevgilim hərcayi bir ahu kimi Sevgilim hərcayi bir ahu kimi Hicran dağlarını aşarmı, söylə? Hicran dağlarını aşarmı, söylə? [Nəqərat] Sənsiz nə zövqü var bağın, baharın? Açan çiçəklərin, uçan quşların? Sənsiz cənnət olsa kainat yarı Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə? [Bənd 2] Səninlə bağlayıb mən əhdi-peyman Dedim: ‘’Qismətimiz olmasın hicran’’ Səninlə bağlayıb mən əhdi-peyman Dedim: ‘’Qismətimiz olmasın hicran’’ Müşfiq quş olsa da, görəsən, bir an [Keçid] Yar... Ay aman, aman... Ayüzlü Nigarım, kimə mehman olacaqsan? Yar... Bir söylə, kimin şəninə şayan olacaqsan? Yar... Yar... Ey... Zülmət gecə, sən nurlu çıraq Bəd gözə gəlmə... Yar... A-a-a-ay... Ey abi-həyat, sən kimə canan olacaqsan? Yar... Ey... [Nəqərat] Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə? Heç mənim ruhumu oxşarmı, söylə?
https://genius.com/Rvan-qurbanova-soyl-lyrics
7,531
Nazlı
Lil’ Pac
not available
2021
[Hook] (×2) Oooo,Nazlı,nazlı,nazlı Vaxtımız azdı,azdı,azdı Yuxularımda azdın,qaldın,aldın Zəhərinin dadı,baldı,baldı,baldı Oooo Nazlı,nazlı,nazlı Səni gözlərim bağlı,bağlı, yazdım Mənə tərəf gəlmə,mənə tərəf gəlmə Keçirdə bilərəm ürək spazmı [Verse] Dərdlərə artım gəlib yenidən Çəkər bizi yuxular yenə içinə Oturub düşün bir şəkli,bir fonda Kim bilir indi kimin qucağında Yazaram sevgimi,romantik bir şairəm Bir qadınam ama insan deyil heç vaxt Keçə bilmirəm səndən vaz keçib İstəmirəm yenə həyat,pas keçsin Çəkər bizi içinə zəhərli o dünya Ağlım qarışdı birdən yanaşdı şeytan Yanımda səni görüb bulaşar mənə Tüpürdü üzümə və dostluq bura qədər Zibilin içində yaşa,görüb ölüm Dünya da fırlanıb başa dönüb Köhnə sevgilim də medusa Ona görə qəlbim daşa dönüb Keçib gedər zaman əlimizdən Ən böyük yalnışım sən imişsən Dolub daşıb qusaram səmayə kini Düşünmə,beynim qarışıq bir trip də Solar yatağının baş ucunda ki, güllər Günahlar səsiz,üzünə əks edir Gülü ortaya qoymaq imiş ən böyük günahım Əlini uzadıb qoyaq bunun bir adını,Nazlı [Hook] (×2) Oooo,Nazlı,nazlı,nazlı Vaxtımız azdı,azdı,azdı Yuxularımda azdın,qaldın,aldın Zəhərinin dadı,baldı,baldı,baldı Oooo Nazlı,nazlı,nazlı Səni gözlərim bağlı,bağlı, yazdım Mənə tərəf gəlmə,mənə tərəf gəlmə Keçirdə bilərəm ürək spazmı
https://genius.com/Lil-pac-nazl-lyrics
7,532
Qaytar Eşqimi
Tural Manaflı
not available
2020
[Bənd 1] Dünyada min gözəl tapardım Sən mənim ömrümü qopardın Qaytar ver ömrümü, günümü Sən onu özünlə apardın Dünyada min gözəl tapardım Sən mənim ömrümü qopardın Qaytar ver ömrümü, günümü Sən onu özünlə apardın [Keçid] Gəl məni ucuz tutma sən Getmisən, heç qayıtma sən Qaytar ötən günləri Sən qaytar, qaytar ömrümü [Nəqərat] Ver mənim eşqimi O sənə heç gərək deyil Gəl qaytar eşqimi O solğun bir çiçək deyil Ver mənim eşqimi O sənə heç gərək deyil Gəl qaytar eşqimi O solğun bir çiçək deyil [Bənd 2] Uzanıb qaldı əllərim Əlimdə soldu güllərim Mən sənə - “qayıt gəl” demirəm Qaytar o ayları, illəri [Keçid] Gəl məni ucuz tutma sən Getmisən, heç qayıtma sən Qaytar ötən günləri Sən qaytar, qaytar ömrümü [Nəqərat] Ver mənim eşqimi O sənə heç gərək deyil Gəl qaytar eşqimi O solğun bir çiçək deyil Ver mənim eşqimi O sənə heç gərək deyil Gəl qaytar eşqimi O solğun bir çiçək deyil
https://genius.com/Tural-manafl-qaytar-esqimi-lyrics
7,533
Niyə Belə Uzundur Bu Yollar
No Land
not available
2016
Sən, mən, bir də bu şəhər Bitməyən kədər Yenə payız... Küçələr ayaz, küçələr dayaz Yağış yağır Dünya ağlayır, bizə ağlayır Niyə ayrı düşdük, bir şəhərdə? Mən tinləri seçirəm Qısa fikirləri uzun edən tinləri Sən yolları keçirsən Hansı biri qovuşmamızı istər ki? Yar yar yar... Niyə belə uzundur bu yollar? Dendan darurey, rundande
https://genius.com/No-land-niy-bel-uzundur-bu-yollar-lyrics
7,534
Üzümə Bax
No Land
not available
2013
Üzüme bax, seni çağırır gözlerim Görsem seni, eşitsem terk etdiyim o sözleri Gelen gedir geden qalır, heyat yene qapanan perde Baş rolda oynayan insan bu defe Lal-kor-kar, inkarlar, tekrarlar Yollar artdıqca, yolsuzlaşıram mən Sordum, sual etdim haqqında gəzmişlərdən Başdan ayağa bədən kirə dönur Qelbin saf qismin öyrendim bezmişlerden Üzüme bax, seni danışır sözlərim Görsəm yenə, səninlə kəşf etdiyim o izləri Gələn gedir gedən qalır, həyat yenə qapanan pərdə Baş rolda oynayan insan bu dəfə Lal-kor-kar, inkarlar, təkrarlar Yollar artdıqca, yolsuzlaşıram mən Sordum, sual etdim haqqında gəzmişlərdən Başdan ayağa bədən kirə dönur Qəlbin saf qismin öyrəndim bezmişlərdən
https://genius.com/No-land-uzum-bax-lyrics
7,535
Müstefilatun
No Land
not available
2016
Ey könül üstümə gəlmə, özündən küs məni səndən bezdirəcəksən So(n)ra çəkilib kənara yazıq-yazıq ruhuma göz gəzdirəcəksən Mənasız axmaq gündüz-gecələr, köhnə hamamlar, köhnə ləyənlər Sənə heyfim gəlir, hər sözə uyma qorxuram özünü əzdirəcəksən Torpağa baxdım, bağlara küsdüm Zəlzələlərdən dağlara küsdüm Səhmana həsrət duyğularımla Səhmanı gördüm, görməz olaydım Hökmünə yaddım, bir neçə addım Taxtına atdım, qəflətən ancaq 'Cəzb edən’ adlı 'Dünya' soyadlı Zindanı gördüm, görməz olaydım...
https://genius.com/No-land-mustefilatun-lyrics
7,536
Dəşti Təsnifi (Live)
Joseph Abbas
not available
2021
[Bənd 1] Sənin eşqin məni gətirdi dilə Necə aşiq olub bülbüllər gülə? Sənin eşqin məni gətirdi dilə Necə aşiq olub bülbüllər gülə? Həsrət çəkdim Səni sevdim Könül verdim mən Həsrət çəkdim Səni sevdim Könül verdim mən [Nəqərat] Belə bir gözələ Eşqimi təzələ Şeirə, qəzələ Könül verdim şeirə, qəzələ Belə bir gözələ Eşqimi təzələ Şeirə, qəzələ... Könül verdim şeirə, qəzələ Könül verdim şeirə, qəzələ [Bənd 2] Əgər məndən ayrı gəzib dolansan Məni öz eşqinə biganə sənsən Əgər məndən ayrı gəzib dolansan Məni öz eşqinə biganə sənsən Alışaram Od tutaram Hey yanaram mən Alışaram Od tutaram Hey yanaram mən [Nəqərat] Unuda bilmərəm Sənsiz mən gülmərəm Könlümü vermərəm Heç kəsə mən könlümü vermərəm Unuda bilmərəm Sənsiz mən gülmərəm Könlümü vermərəm... Heç kəsə mən könlümü vermərəm Belə bir gözələ Eşqimi təzələ Şeirə, qəzələ Könül verdim şeirə, qəzələ Belə bir gözələ Eşqimi təzələ Şeirə, qəzələ... Könül verdim şeirə, qəzələ Könül verdim şeirə, qəzələ
https://genius.com/Joseph-abbas-dsti-tsnifi-live-lyrics
7,537
XX
Ghost’xx
not available
2022
[Nəqarət] Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda, get çəkil yolumdan (yolumdan) Hərə bir tərəfdən, salır özün dərdə Düşmürəm dəbdən, təkrarolunmazam Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda get, çəkil yolumdan (yolumdan) Şeytana qandım, həyatımın ardını Bağışla Tanrım, təkrar olunmaz yenə [Verse 1] Sətirlər balistik, bu mənə xas ritmik Bir şeir, varislik edirəm mən Taxt-tacı istəyən hər kəsin Önünə keçib tətiyə köklənirəm mən tək-tək Atıram mərmini hər hədəfə Hər dəfə də vurmuşam ən dibə mən Sığmıram heç bir məntiqə də və də Sən gələnə qədər məntəqədə Qalmadı adamların, yanında qalanları Sıxdım, qırdım, atdım məngənədə amma Amma mən diss yaza bilmərəm hər gələnə Aldım əlində nə varsa hamısını Qoymuruq gilas zad biz zənbilə Bir zəng ilə dağılar круг'un 20 nəfərsiz, cəminiz bizdən yenə aşağıdı (hahaha) Pis xəbərim var, G artıq bax başağrıdı Yaş artırıb bu tracklə, naşatırı iyləyin Üstünə toz-mozdan, beynim dağınıq kosmosdan Təlxəklərə qarşı mən tək Yoxdu yanımda dost-most zad Demişdim axı mən quldurlardanam İzimiz var ala hər dənizdə Hansı fame'dən danışırsan Səni tanıyan yoxdu məhlənizdə [Nəqarət] Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda, get çəkil yolumdan (yolumdan) Hərə bir tərəfdən, salır özün dərdə Düşmürəm dəbdən, təkrarolunmazam Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda get, çəkil yolumdan (çəkil yolumdan) Şeytana qandım, həyatımın ardını Bağışla Tanrım, təkrar olunmaz yenə [Verse 2] Yeni nəsil repləri istismar edəndə İstiqrarla edirəm mistik rhyme (mistik rhyme) Cinayətdən geriyə də bir iz tap Hələ də istintaq, davam edir Bir list'im var - Death Note'da Dərdləri olmaq billboard'da Div-xortdan görmüsüz elə bil Bir yol tap, sonra yazarsan milyondan Bilmirəm kim orda danışır, kinodan Çıxan bu repçilərin hamısına çatdırın Mənim ala punch'ım ağırdı min ton dan İzah edirəm yenə adi yolla və də Fanlar yox, yеnə anti tonla Zirvəyə gedən yolum real hiphop'dı Səninsə bir yerə "daxil olmaq" İçimdən səs dеyir: "yaz, yaz, yaz!" Amma yenə qatil olma Alter egomdu Hannibal Lecter Qalıram hələ də Baltimorda Yazdığım hər bir misradan insanlar israrla Diss anlar, mismarla iz salmaq lazımdı Çarmıxda, insafla olmaram, heç bir şey Пристав'dan keçməz gəlib də isbatla Risk alaraq pis adam oldum və 10:0 üstünəm hesabda [Nəqarət] Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda, get çəkil yolumdan (çəkil yolumdan) Hərə bir tərəfdən, salır özün dərdə Düşmürəm dəbdən, təkrarolunmazam Gedirəm mən öz yolumu, heç vaxt yorulmam (yey) Qandal qolumda get, çəkil yolumdan (çəkil yolumdan) Şeytana qandım, həyatımın ardını Bağışla Tanrım, təkrar olunmaz yenə
https://genius.com/Ghostxx-xx-lyrics
7,538
Last shot
Ghost’xx
not available
2022
Yenə keçdim mic'a, beynim dəli-dolu Yaza bilmir onlar, qələmləri qənim olur Səviyyənin fərqi odur, test ediblər hər bir yolu Amma hələ də bilmirlər, bu işlərin həlli yoxdu Bacarıram bu işi Ona görə yazacam, çalışıb son ana qədər Amma yazmaram birdə mən sevgidən track "Gözlə məni gələcəm, güllərin solana qədər" (haaa) Bunlar gülməliydi Zamanda geriyə gedib, köhnə Ceyhun ölməliydi Boş yerə də sərf edirdi, çox dəyərli günlərini Güvəndiyi dağların da dağıldığını görməliydi Ilham aldığım eminem rhyme edəndə portağal Xaiş edirəm orda qal, bomba olar onda hal Flow'larım normadan artıq olar, sonradan Görən tiplərsiz, necə edim bozarmadan, qovmadan Anlayasız, yediyi qaba tüpürmədən kənara tullayansız Dolaşarsız ordan-ora, tapdayarsız bütün dəyərləri Sonda tapmasanız bomba yer, qayıdarsız kor peşman Gedib o qabı yalayarsız Nəyə lazımdı axı pul qız renta car? Kliplərdə fırlanır, boş beyinlər repdə var Verməliyəm tez qərar, qalmayacam mən kənar Game'ə qatıl, fame'ə yatın, gətirib önümə birini atın Oyanıram ağzımın qanı yaxılan asfaltda Boynundakı tasmayla, aslan yox, tasmaniya Iblisisən bas bayıra, bunlar da az manyak Deyillər, ona görə çalış vermə əldən ehtiyyatı Etdiyim bu şeiriyyatın yeddi qatın yazmağının Ehtimalı bərabərdi doğrultduğun etibarı sıfıra Vurmağına, indi məhv edirəm texnikanı Söndürün o trendləri, underground raplə qalın Nə qədər qalxdım bilmirəm, hər dəfə yerə dəyərək mən Deyil beyin məhsulu, sеhirli bir dəyənəkdən Tökülən bu rhyme'larla hər bir taktı əzərək mən Bir gün oldu, itdi getdi, danışmayın kəpənəkdən Deyiləm o qədər dеpressiv, dediklərim fakt idi Faktiki silib atıram sizi, dəyişmədən taktiki Dondururam beyinləri antraktik,tak-tiki vaxtım Azalır qolumda, bu Cheki'nin klassiki
https://genius.com/Ghostxx-last-shot-lyrics
7,539
Kəpənək
Ghost’xx
not available
2022
Nəqarət: Neynirəm axı mən boş qəlbi elə Ona görə ürəyimə xoş gəldin Səninlə gəldi xoşbəxtlik Səni sevirəm mən səni sevirəm Ürəyim axır ki yerinə gəldi Sən də sev məni ver təsəlli Bunu demək belə necə gözəldi Səni sevirəm mən səni sevirəm Sən mənə Tanrıdan əmanət Tapdım özümdə cəsarət Bunu deyə bildim nəhayət Səni sevirəm mən səni sevirəm Bir dəfə ağlına gəlməsəm də Sevgini mənimlə bölməsən də Sən məni sevsəndə sevməsən də Səni sevirəm mən səni sevirəm Verse: İstəmirəm ölüm mən arzularla Çalışıram yüksəlim hər gün mən Doğur nəfəsim yenə hər küldən Səninsə ətrin hər güldən, gözəldi Mənə, duyduğum hisslər özəldi sənə Daş qəlbimsə közərdi sənə Gəl unudaq hər şeyi Bir ömür dözərdim sənə Hərşeyi apardı səhvlər (a) Qalmadı əlimdə doğrularım Səni itirmək, uzaq qalmaq Bax bunlardı qorxularım Hər gün, hər gün sorğuladım Ata bilmərəm (a) geri addım Gedəcək o qədər ünvan var Ama sənsən tək limanım Olmasın aramızda bəhanələr Hər gün azalır məsafələr Ama yaratmaz bizlərə əngəl 10 il də gözləyərəm, təki sən gəl Sözlər etmir kifayət bizə Gözlər danışır dillər susur Səninlə olanda içimdə hüzur Mükəmməlik biz axtarma qüsur Nəqarət: Neynirəm axı mən boş qəlbi elə Ona görə ürəyimə xoş gəldin Səninlə gəldi xoşbəxtlik Səni sevirəm mən səni sevirəm Ürəyim axır ki yerinə gəldi Sən də sev məni ver təsəlli Bunu demək belə necə gözəldi Səni sevirəm mən səni sevirəm Sən mənə Tanrıdan əmanət Tapdım özümdə cəsarət Bunu deyə bildim nəhayət Səni sevirəm mən səni sеvirəm Bir dəfə ağlına gəlməsəm də Sevgini mənimlə bölməsən də Sən məni sevsəndə sevməsən də Səni sеvirəm mən səni sevirəm Verse: Gülüşün həyatıma yeni bir nəfəsdi Sənə görə bunlar ötəri həvəsdi Bu qədər bəsdir, etməsən tərslik Bilmirəm səninlə nə qədər gəzdik Küçələrdə, səninlə birgə səhər olan Həmin o (həmin o) gecələrdə Bilmirəm neçələrdə Zəng edirəm yenə... Keçmişkən bu qədər zaman aradan Seçə bilmirdim ağı-qaradan Çıxardı səni bax qarşıma Yaradan Bilmirəm gəldin ağlıma haradan Səninlə bildim sevginin dadını Sən mənim dünyamın ən gözəl qadını        Ordan silinməz daha Əbədi ürəyimə yazmışam adını Bir günlük yox bir ömür Getmə uzaqlara qal mənimlə Səni görən anda üzüm gülür Göstərə bilmirəm sevgim dərində Denən mənə yenə sən "artist" Ama xatirələr dolu hard disk Çəkirəm nə qədər kapriz Burda çox sevgi, az risk var Nəqarət: Neynirəm axı mən boş qəlbi elə Ona görə ürəyimə xoş gəldin Səninlə gəldi xoşbəxtlik Səni sevirəm mən səni sevirəm Ürəyim axır ki yerinə gəldi Sən də sev məni ver təsəlli Bunu demək belə necə gözəldi Səni sevirəm mən səni sevirəm Sən mənə Tanrıdan əmanət Tapdım özümdə cəsarət Bunu deyə bildim nəhayət Səni sevirəm mən səni sevirəm Bir dəfə ağlına gəlməsəm də Sevgini mənimlə bölməsən də Sən məni sevsəndə sevməsən də Səni sevirəm mən səni sevirəm
https://genius.com/Ghostxx-kpnk-lyrics
7,540
Xoşbəxtlik Saxtadır
Bakhshvar
not available
2023
Sanki həyat deyil, xəcalətdi bu Baxma nəfəs alıram, bir adətdi bu... Kimin gücü çatsa başqasını əzsin Zəmanəmdə ədalətdi bu (İşçi adlı kölə, Diplomlu yalançı) (Yalan,yalan,yalan...) İşçi adı ilə kölə yaradıb Pula sövq edilmiş ibadətdi bu Diplomlu yalançı, oğru, canilər Təhsil deyil, cəhalətdi bu Kişi istədiyini edə biləndir Qadın nə etsə də xəyanətdi bu Yalan ayıb yox qürur sayılır İşini aşırtsan fərasətdi bu (Qaranlıq gecə, Xoşbəxtlik saxtadır) (Yalan,yalan,yalan...) Hər ağ gün qaranlıq gecəylə bitir Düşünən yoxdur heç nə ayətdi bu? Xoşbəxtlik saxtadır, dillərdə gəzir Heç vaxt var olmamış rəvayətdi bu O qədər alçaq bir varlığa döndük İnsan ağır sözdü, həqarətdi bu... Dərin nəfəslərim iri addımdır Sona çatmağa məharətdi bu Hər nəfəs ölümü dadacaq Könlümdə bir hacətdi bu Mən ölən zaman "öldü" deməyin! Deyin "yaşamadı", kifayətdir bu... (Mən ölən zaman "öldü" deməyin!) (Deyin "yaşamadı", kifayətdir bu... ) Sanki həyat deyil, xəcalətdi bu Baxma nəfəs alıram, bir adətdi bu... Kimin gücü çatsa başqasını əzsin Zəmanəmdə ədalətdi bu (Xoşbəxtlik saxtadır) (Yalan,yalan,yalan...)
https://genius.com/Bakhshvar-xosbxtlik-saxtadr-lyrics
7,541
Taqətim Yox
Bakhshvar
not available
2023
(Taqətim yox) Uşaq idim, yerə gömdülər səni Həyata qanadsız atdılar məni Bax, necə pozulub ömür gülşəni sənsiz Qoynunda bəslənir gözəl diləklər Layiqdir səcdəyə sənə mələklər Hardasan gözlərim hələ də səni gözlər Bir ah çəksəm sənsiz, qopmazmı tufan Əzizim anacan, gözüm anacan Yumuq gözlərini aç və bir də oyan Susduqca içimə batır əzab Nədir bu ağrı,intizar Belimə sancılan bıçaqlara Taqətim yox Bəlkə səbəbkaram bütün olanlara Batan arzulara,donan xəyallara Satılmış,saxta vicdanlara Taqətim yox Susduqca içimə batır əzab Nədir bu ağrı,intizar Belimə sancılan bıçaqlara Taqətim yox Bəlkə səbəbkaram bütün olanlara Batan arzulara,donan xəyallara Satılmış,saxta vicdanlara Taqətim yox (Yox Taqətim) Susduqca içimə batır əzab Nədir bu ağrı,intizar Belimə sancılan bıçaqlara Taqətim yox Bəlkə səbəbkaram bütün olanlara Batan arzulara,donan xəyallara Satılmış,saxta vicdanlara Taqətim yox (Susduqca içimə batır əzab) (Bəlkə səbəbkaram bütün olanlara) (Susduqca içimə batır əzab) (Bəlkə səbəbkaram bütün olanlara) Qoynunda bəslənir gözəl diləklər Layiqdir səcdəyə sənə mələklər Hardasan gözlərim hələ də səni gözlər Bir ah çəksəm sənsiz, qopmazmı tufan? Əzizim anacan, gözüm anacan! Yumuq gözlərini aç və bir də oyan Susduqca içimə batır əzab Nədir bu ağrı,intizar Belimə sancılan bıçaqlara Taqətim yox Bəlkə səbəbkaram bütün olanlara Batan arzulara,donan xəyallara Satılmış,saxta vicdanlara Taqətim yox Susduqca içimə batır əzab Nədir bu ağrı,intizar Belimə sancılan bıçaqlara Taqətim yox Bəlkə səbəbkaram bütün olanlara Batan arzulara,donan xəyallara Satılmış,saxta vicdanlara Taqətim yox (Yox Taqətim)
https://genius.com/Bakhshvar-taqtim-yox-lyrics
7,542
Bütün Sabahlarım
Bakhshvar
not available
2023
[Intro] (Sabahlarım) (Bütün sabahlarım) [Verse] Solmuşdu güllərim (Solmuşdu güllərim) Sevincsiz idi günlərim Mənasız əziyyətlərim bitdi (Bitdi) Qaranlığı dərk etdim (Qaranlığı dərk etdim) Sənlə tərk etdim Sənlə qayıtdım həyata (Sənlə qayıtdım) [Pre-Chorus] Əzizim mənim, sən olmasaydın, (Əzizim mənim) Mən olmazdım.. (Mən olmazdım) Əzizim mənim, sən olmasaydın, (Əzizim mənim) Mən olmazdım.. (Mən olmazdım) [Chorus] Sən bugünümsən, ya da bütün sabahlarım (Sən bugünüm) Sən bugünümsən, ya da bütün sabahlarım (Bütün sabahlarım) Sən bugünümsən, ya da bütün sabahlarım (Sən bugünüm) Sən bugünümsən, ya da bütün sabahlarım (Bütün sabahlarım) (Sabahlarım) (Bütün Sabahlarım) [Verse] Solmuşdu güllərim (Solmuşdu güllərim) Sevincsiz idi günlərim Mənasız əziyyətlərim bitdi (Bitdi) Qaranlığı dərk etdim Sənlə tərk etdim (Sənlə tərk etdim) Sənlə qayıtdım həyata (Həyata) [Pre-Chorus] Əzizim mənim, sən olmasaydın, (Olmasaydın) Mən olmazdım.. (Olmazdım) Əzizim mənim, sən olmasaydın, (Olmasaydın) Mən olmazdım.. (Olmazdım) [Chorus] Sən bugünümsən, ya da bütün sabahlarım (Bütün sabahlarım) Sən bugünümsən, ya da bütün sabahlarım (Sən bugünümsən) Sən bugünümsən, ya da bütün sabahlarım (Bütün sabahlarım) Sən bugünümsən, ya da bütün sabahlarım (Sən bugünümsən) (Bütün sabahlarım)
https://genius.com/Bakhshvar-butun-sabahlarm-lyrics
7,543
Məni Onlarla Buraxmayın
Bakhshvar
not available
2023
(Buraxmayın) Heç olubmu səndə Dayanıb güzgünün qabağında Özünü görməmisən dərin baxanda Sanki başqa biri hələ də ordadır Yox olmayıb Heç olubmu səndə Qanın titrəsin damarlarında Qorxu bassın hər gözünü yumanda Sanki zəhər çıxmayıb canından Yox olmayıb Qabağımda oturub 6 nəfər Danışırlar, inanıram, qorxuram Bəzən gəlir beynimə düşüncələr Heç biri gerçək deyil Nə olar kömək Məni onlarla buraxmayın Məni onlarla buraxmayın Məni onlarla buraxmayın Buraxmayın Məni onlarla buraxmayın Məni onlarla buraxmayın Buraxmayın Buraxmayın Məni onlarla buraxmayın Məni onlarla buraxmayın Məni onlarla buraxmayın Buraxmayın
https://genius.com/Bakhshvar-mni-onlarla-buraxmayn-lyrics
7,544
Tequila və Sən
Bakhshvar
not available
2023
Gecənin ağuşuna al məni Günəşin doğuşunu izləyərik Gecənin ağuşuna al məni Günəşin doğuşunu izləyərik Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən? Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən? Gecənin ağuşuna al məni Günəşin doğuşunu izləyərik Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən? Dırnaqlar çəkilir dərimə Belimdə qırmızı izlər Bədəndəki həyəcan siqnalları Xoş pıçıltılarını gözlər Bu bizim unutqanlığımızla bağlı Gizli bir mahnımız Sən və mən durmadan rəqs edək Günboyu əylənək Tequila və sən, nə gözəlsiz ! (Tequila və sən) Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən? Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən? Gecənin ağuşuna al məni Günəşin doğuşunu izləyərik Tequila və sən Nə gözəlsiz birlikdə Bu gün getməsən?
https://genius.com/Bakhshvar-tequila-v-sn-lyrics
7,545
XAN
RVFET
not available
2021
[Bənd 1] Hər zülmə, hər dərdə, dözdük, dözdük Səbr etdik, səbr etdik, bezdik, bezdik Axı nə qədər olar gözü yaşlı analar? Artıq vaxtdır, üç rəngli bayraq dalğalanar İllər keçdi, amma qurumaz yaramız İndi tarix yazırsan, canım əsgər balamız Sənə haqqın halal etmiş ulu torpağımız Möhkəm dayan, arxandayıq hamımız [Nəqərat] İndi qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır [Bənd 2] Məhfur qonşunun xəyanəti Olsaydı dünyanın ədaləti Susmazdı haqsızlığa qəti Düşmən gözləməsin mərhəməti Qovuruq hamısını evimizdən Bizə doğma olan elimizdən Bir vaxt zərbə vurub belimizdən İndi tir-tir əsir bizim əlimizdən Şəhidimin yerdə qalmır qanı İti qovan kimi qovduq, hanı? Gəlibdir haqq-hesabın zamanı Yaşa, doğma Azərbaycanım! [Keçid] Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır [Nəqərat] Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır [Keçid] Gör bir neçə vaxtdır gözün yolda qalıb Xankəndi, biz gəlirik, dərdin alım Qarabağımın hər yerində yenə ucalır Şanlı bayrağı Azərbaycanımın [Nəqərat] Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır Qaçsın Stepan, çünki Xan kəndinə qayıdır Xan kəndinə qayıdır, Xan kəndinə qayıdır
https://genius.com/Rvfet-xan-lyrics
7,546
Bir Saatım Var
RAFAEL [AZ]
not available
2021
[Nəqarət] Öz-özümə qaldığım otaqdayam Yalnız bir həyatım var Nəyi deyim, kimə deyim, harda deyim? Cəmi düz bir saatım var [Bənd 1] Səndə var məndən artıq romantika Bu necə bir gözəllikdir, zil qaradı mimika Ayıldı o gələndə həyəcanın siqnalı Satılmır vaxtım hardasa gedim mən pulnan alım Give me roll, give me, four, two, zero day Look! give me now, around the moon I waiting for you Mənası yoxdu belə qısa söhbətin Ordan 20 litr su, bir də duz gətir Səpərəm getdiyim yolun tozunun üstünə Yəqin 1 saata palçıq olub tüstülər Mahnını dəyiş bu adam dəli Artıq arılarda sevmir qızılgülləri [Nəqarət] Öz-özümə qaldığım otaqdayam Yalnız bir həyatım var Nəyi deyim, kimə deyim, harda deyim? Cəmi düz bir saatım var Öz-özümə qaldığım otaqdayam Yalnız bir həyatım var Nəyi deyim, kimə deyim, harda deyim? Cəmi düz bir saatım var [Bənd 2] Bəs sənin qalsa bir saatın Otaqda sən, bir də vaxtın itirən həyatın Bilirəm ağlına gəlmiyib belə fikirlər Beynim əllərimlədi nəyisə sözləşirlər Yataram deyənin qatarı gedəndən, sataram deyənin satışı yox Onun özünün özünə xeyiri yoxdu, həyatın ***uynan barışıb o Baxma sən ona qəti Qorxma görünəndən İşim yoxdu geriyə dönənlərdən Mənə gələnlər gətirdilər öz yüklərini günahlarını Qapımın ağzı dolu adamla, sağaltmalıyam qanadlarımı [Nəqarət] Öz-özümə qaldığım otaqdayam Yalnız bir həyatım var Nəyi deyim, kimə deyim, harda deyim? Cəmi düz bir saatım var Öz-özümə qaldığım otaqdayam Yalnız bir həyatım var Nəyi deyim, kimə deyim, harda deyim? Cəmi düz bir saatım var
https://genius.com/Rafael-az-bir-saatm-var-lyrics
7,547
Ölürəm Sənsiz
Alvin [AZ]
not available
2022
[Nəqərat] Təklik yenə də Yenidən ölürəm Sönürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm Ölürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm mən [Bənd 1] Onu görür gözlərim yuxuda beyin Varlığı deyən həyat yuxuda deyir Mən az olana qəbullanmışam Siz az olanı deyəndə çoxu da deyin Bu gün səmanın rəngi sən tərəfə Yönəlir, düzəlirəm mən də sən tərəfə Ayağım tutmur yolumu Səssiz, sakit göyə baxıram həmin ərəfə Demərəm, soruşsa ağrılardan Qəlbimdə yaranan yanğınlardan Deyərəm gözünə baxaraq Mən yoxkən de mənə yarana sarğılardan [Nəqərat] Təklik yenə də Yenidən ölürəm Sönürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm Ölürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm mən [Bənd 2] Gülüşün qalıb ürəyimdə Ala bilməzlər səni ürəyimdən heç vaxt Yanıma keç bax, gör nələr oldu Çox sevgi gərəyindən Dözə bilərmi yoxluğa? Atdı, getdi məni boşluğa Yaralar təzə-təzə sağalarkən gecələr Yandım mən bu soyuqluğa Gülüşün qəlbimə buz bağlar, yar-yar Burada titrədi dağlar, yar-yar Yoxsan, neçə gecədir bil ki Hər səhər ürəyim ağlar, yar-yar [Nəqərat] Təklik yenə də Yenidən ölürəm Sönürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm Ölürəm sənsiz Gecə sənə dönürəm səssiz Xəyalımın bir günündə yox olub Hər gün ölürəm mən
https://genius.com/Alvin-az-olurm-snsiz-lyrics
7,548
Saatlar
RAFAEL [AZ]
not available
2021
[Bənd 1] Tutdular arzuları ad günündə tək Hər zaman bu gün oldu, bitdi Sabah etdi dərk İnsanın həyatı lap qısadır Uzun olur beyində tək Hər gün beyinimlə təkbətək qalıram Bu gün olub mənə dəqiq nəsə Özümü yerdən ayrı hiss edirəm mən Əqrəbim, saatım, saniyəm, həyatım Əllərimdədir, sağol, getdim mən [Nəqərat] Ölümsüz deyil həyatlar Əqrəbləri saxlamır saatlar Dön gəl, gecəsiylə sən Yarıda qalmışam, mənim köməyim sənsən Ölümsüz deyil həyatlar Əqrəbləri saxlamır saatlar Dön gəl, gecəsiylə sən Yarıda qalmışam, mənim köməyim sənsən [Bənd 2] Onlara baxanda maraqsız gəlir Buna görə mən özüm-özümün xəstəsiyəm Eyni-eyni həyat eyni qaldılar Sizə uzun görünən o yolun qısa kəsməsiyəm Gözlə məni “Brooklyn”, yazdım sənə treki Rəngimə baxa-baxa ritmi dondu, oldu “reggaeton” da Var özümə görə dəbim, mənə aid səbəbim Alkaqolun yuxusudur bu elə bil Sevmə səni sevməyəni Dəniz ilə qum kimi Görmə səni görməyəni Gözlərini yum ki Gəlib tapsın səni musiqilərim Məndə bir otağa sığdı bütün zir-zibillərim [Nəqərat] Ölümsüz deyil həyatlar Əqrəbləri saxlamır saatlar Dön gəl, gecəsiylə sən Yarıda qalmışam, mənim köməyim sənsən Ölümsüz deyil həyatlar Əqrəbləri saxlamır saatlar Dön gəl, gecəsiylə sən Yarıda qalmışam, mənim köməyim sənsən
https://genius.com/Rafael-az-saatlar-lyrics
7,549
Uzaqlıq
Novruz Qurban
not available
2020
[Bənd 1] Adını təkrarlayıb özüm özümə Tənha dolanıram boş küçələrdə Uzaqlıq ölümün eynisi imiş Yaman darıxıram gecə düşəndə Uzaqlıq ölümün eynisi imiş Yaman darıxıram gecə düşəndə (gecə düşəndə…) [Nəqərat] Nə ağrılar olur, nə də ki, dərd-qəm Divarlara danışır adam Uzaqlıq ölümün eynisi imiş Nə ağrılar olur, nə də ki, dərd-qəm Divarlara danışır adam Uzaqlıq ölümün eynisi imiş Hər cür ölməyə öyrəşir adam (Uzaqlıq ölümün eynisi imiş) [Bənd 2] Bir təhər qatıram hər gün başımı Sən demə unutmaq çox asan imiş Rahatdır deyirsən uzaqda bəlkə Uzaqlıq ölümün eynisi imiş (Uzaqlıq ölümün eynisi imiş) (Uzaqlıq ölümün eynisi imiş) [Çıxış] Hər cür ölməyə öyrəşir adam Hər cür ölməyə öyrəşir adam
https://genius.com/Novruz-qurban-uzaqlq-lyrics
7,550
Ayrılıq X Gel
RapHaellogy
not available
2021
Ayrılıq: Niyə attın getdin məni? Sevdiyini sandım bəli Yoxluğunda oldum dəli Düşündüm hər gün səni Qəlbimdə durar acı Yox bunun bir ilacı Zehnim səni sevmirəm Desə də qəlbim sənə qaçır Gözlərim səni arar Bəlkə bir gün o varar Sevinc qəlbə dolanar Qəlb köz misali yanar Rüyalarda yaşayaram Ki, orada gördüm səni Yazıram sənsizliydən Ayrılıq çətin gəlir Yoxluğun məni dəlir Gözləmədiyim anda Gəzərkən parkda Önümdə sən də bəlir Nə olardı qalsan yanımda Yağmurdakı çətir Kimisən mənim üçün Sevgimiz qalsın əbədi Bir dəfə görsəm yetər Sevilən həmişə gedər Sevirəm desəm olmaz Deməsəm ondan betər Demirəm heç kimə Sirr kimi saxlayıram, səni mi? Nə desəm boşdur artıq Xəyallarımın qənimi Ayrılıq bizə görə deyilmiş, bunu anladım Səni sevdiyimi heç zaman danmadım Aynaya baxıb da özümü danladım Dan-la-dım Gel: Noluyor lan?! deyə düşünsənə davay Beat dəyişti birdən birə, qalx və çək halay Sevgidən yazarmıyam? Sevginin dadı bayat Sevməməyi öyrətməz mi? onsuz da bu həyat Yedin mi de fake-i, Xoşuna gəldisə musiqi Dayanma "Shake it", Ayrılıq imiş Elə bir şey edərəm, ey gic? Sevgidən yazmaram, yazsam da qırılar çəkic Tərzi əsla etmərəm dedim, sandın ki, etdim İstədiyini düşün haqqımda, "Adios" getdim Dinləmirsən dinləmə, mən dəyişmərəm özümü Əksini iddia etsəm də, tutaram mən sözümü RapHaeləm ala, adım da qəribə Daha qəribəsini söyləyim, qalmaram dala Nə qədər istəsəm, o qədər yazaram bala Dedim sevgidən yazım, trеndə salam... Gəl! Buradayam mən özüməm Güvən olmaz ki, sözümə Dözərəm mən özümə Gəl! Sevərmiyəm səncə? Part 1: işkəncə Tanıyacaqsınız sonda, len
https://genius.com/Raphaellogy-ayrlq-x-gel-lyrics
7,551
Jupiter
RapHaellogy
not available
2023
Hook Eyni qalmalı Ya dəyişməli və yada salmalı Keçən hər şeyi, məndən almalı Ulduzları, amma çalmalı Musiqini və geri qalxmalı Susmamalı, yenə çaxmalı Parıldayan aylar sönərsə bir gün Jupiterə baxmalı... Verse 1 Hələ də eyni gəmidəyəm Qabağımda uzun bir yol Sonu işıq amma qaranlıqda Təkliyə dəydi mi deyə bilmərəm Dedikləri kimiysəm əgər Yavaş-yavaş gəzən, hamını əzən Hirsləndirən bəzən Və hər kəsi yenə dinləyən Yox, o günlər geridə qaldı Nə qədər istəsəm də geri dönməz artıq Çox gözləmək geriyə saldı Bunu dərk eləmək elə bil özü asandı Yuxularım hisslərimin ikinci aynası kimi Öz kabusumu özüm qazandım Hər kəsdən üstün olduğumu düşünürdüm Öz dünyamda özüm azaldım İnanıram hər şeyin bir səbəbi var Yəni yaşadığım günlər niyə ağlımda qalacaq? Ətrafı eşidir də hədəfi kar Bunu bir mən, bir də o anlayar ancaq Sorğulasan sənə qatdıqlarını birdən Əlindəkilər də səninlə yanacaq Bir gün ömrüm var məqsədim bir dildən Deməyimizdir mənimdir sancaq Hook Eyni qalmalı Ya dəyişməli və yada salmalı Keçən hər şeyi, məndən almalı Ulduzları, amma çalmalı Musiqini və geri qalxmalı Susmamalı, yenə çaxmalı Parıldayan aylar sönərsə bir gün Jupiterə baxmalı... Verse 2 Dəyişməyən tək şey niyə dəyişimdir? Tuturlar yaxamdan silahı çıxarıb Qəlbimə dayayıb da deyirlər ki, dəyiş indi Necə? Çalışsam da gecə-gündüz, yolum dümdüz qarışmıram heç kimə, olsam da üzsüz Rahatam öz zehnimdə Çünki bu tək işimdi Gəlmisən və yanımdasan sanki Aşa bilmədiyim o qədər məsafələr var ki Yaşa dolur olsam belə yenə başa sal ki Dolum daşım o dağın üstündəki qar ki- Miyəm bu gün xoşbəxtcə yaşamağa varkən Ruhum azadkən, qəlbim atarkən Kainatlardan üstümə düşən kölgələr Önümdə durmuş, maska taxarkən Həyatım o qədər qəribə bir hal Aldı, xəyalındakı yaşı daşı minimal Dəyişən nə oldu de saylardan başqa İçindəki uşağa niyə demədin ki qal? Məcnun ol uzaq dur çöllərdən Heç bir fərqim yox yaşayan ölülərdən Hər gecə yatmağa çalışırkən hələ də Biri səslənir mənə göylərdən...
https://genius.com/Raphaellogy-jupiter-lyrics
7,552
Günah keçisi
RapHaellogy
not available
2023
Qaranlıqdan aydınlıqlar doğar Görməzdən gəlinən günahların səni boğar O gün fərqi yoxdu istər azal istər çoxal Bilmək istəmədiyin hər şeyi beyninə soxar İnkişafı unut bir də boş-boşuna dolan Amma hekayənin sonunda mən olmayacam solan Kolgələrdir məncə daşları yerinə qoyan Zaman gəlib keçici mənim adımsa "Nolan" Haha, danışmaqla itirmirəm vaxtı Çünki dinləyəndə anlayırsan ki ildırım çaxtı Şeytanların cəhənnəmi cənnət deyə tanıtdıqları Bir yerdə necə deyərəm "gətir o taxtı"? Zehinləri anlamağa çalışmaqla məşğul Kölələri inkar eləyəcək qədər boşdur Sonum onlar kimidirsə istəmirəm məşhur Olmağı... yerimdə sayıb duraram mənə xoşdur Bəlkə də göylərə yüksəlib Gecəyə bir ulduz kimi parlayacaq Qatili hökm edəcək yenə Günah keçisini sirr kimi saxlayacaq Davam edir beatim, gözümün önündən itil Yola çıxdım çantamda hip-hop altımdaysa ritm Bir anda başlayan hər şey, bir anda da bitir Üsyan marşı çalınır öz səslərində itir Şeytan oyunlarının bilənini sevməz ki Bəhs etdiyi oyunları ondan yaxşı bilirəm Hiləylə sürüyə daxil olan qoyun getməz ki Getməsi üçün tez davranıb hilələri silirəm Şərəfi-mərəfi boş ver, bu məsələ ayrı Güc-bəlayla girilən yoldan belə çətin olsa da dönülər Yerlər qara bürünər, çoban acizcə sürünər Hər kəs bölünər, bəlkə o zaman uğrunda ölünər İkiüzlülərdən şöhrət dilənməklə nə işim? Səfalətə fərq eləməz ki, ac ya da tox ol İstədiyin qədər danış, fikrim yoxdur dəyişim Yanımda dur sonsuza qədər ya da yox ol Bəlkə də göylərə yüksəlib Gecəyə bir ulduz kimi parlayacaq Qatili hökm edəcək yenə Günah keçisini sirr kimi saxlayacaq
https://genius.com/Raphaellogy-gunah-kecisi-lyrics
7,553
Darıxıram Sənin Üçün
NM qrupu
not available
2001
[1-ci Hissə] Ay sevgilim, bilsən necə Darıxıram sənin üçün Səhər, axşam, gündüz, gecə Darıxıram sənin üçün Ay sevgilim, bilsən necə Darıxıram sənin üçün Səhər, axşam, gündüz, gecə Darıxıram sənin üçün [2-ci Hissə] Darıxıram divanətək Şama həsrət pərvanətək Bu hicrana dözmür ürək Darıxıram sənin üçün Darıxıram divanətək Şama həsrət pərvanətək Bu hicrana dözmür ürək Darıxıram sənin üçün [3-cü Hissə] Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün [4-cü Hissə] Darıxıram dönə-dönə Qəlbim dönüb qəm evinə Sən yanımda olsan yenə Darıxıram sənin üçün Darıxıram dönə-dönə Qəlbim dönüb qəm evinə Sən yanımda olsan yenə Darıxıram sənin üçün [5-ci Hissə] Darıxıram divanətək Şama həsrət pərvanətək Bu hicrana dözmür ürək Darıxıram sənin üçün Darıxıram divanətək Şama həsrət pərvanətək Bu hicrana dözmür ürək Darıxıram sənin üçün [6-cı Hissə] Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün Darıxıram qucaq-qucaq Qəlbim köksündən çıxacaq Burda nə var utanacaq ? Darıxıram sənin üçün
https://genius.com/Nm-qrupu-darxram-snin-ucun-lyrics
7,554
Nə Yaxşı Ki
NM qrupu
not available
2001
[Bənd 1] Çox nazla yeriyir bu qız Körpə uşaqtək qayğısız Sanki, parlayan bir ulduz O, mənim olacaq yalnız Düşüb arxamca bu oğlan Yaman göyçəkdir o, yaman Ürək əsir baxışından Ay aman, ay aman, aman [Nəqərat] Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki [Bənd 2] Nə vaxtdır məni izləyir Əlim, ayağım titrəyir Biləydim kaş adı nədir! Bəlkə taleyim, bəxtimdir Sevgidə yandım, alışdım Necə ona yaxınlaşım Könlümdəkini danışım Ay xanım, xanım, ay xanım [Nəqərat] Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki Nə yaxşı ki, səni gördüm Görəntək dərdindən öldüm Sən, sən ilk eşqimə döndün Nə yaxşı ki, nə yaxşı ki
https://genius.com/Nm-qrupu-n-yaxs-ki-lyrics
7,555
Bu Gecə
Süleyman Tənahirli
not available
2021
Bu gecə yenə darıxıram sənsiz Bu gecə yenə ağlayıram səssiz səssiz Qaranlıq otağ bir şam yanır birdə mən Bu gecə yenə içirəm Bu gecə gedirəm Bu gecə mən gedirəm Bu gecə son qatarla gedirəm hava buludlu biraz yağış yağır biraz soyuq var Mən üşüyürəm Mən üşüyürəm Gəl sarıl mənə Mən üşüyürəm
https://genius.com/Suleyman-tnahirli-bu-gec-lyrics
7,556
Yox İdi
Elvin Ahmed
not available
2021
[Bənd 1] Məcnun da deyildim Səhra da yox idi Mən tək bu şəhərdə Tənha da yox idi Məcnun da deyildim Səhra da yox idi Mən tək bu şəhərdə Tənha da yox idi Heyranın olubdur Gur, mavi dənizlər Yar, səndəki gözlər Leylada yox idi Heyranın olubdur Gur, mavi dənizlər Yar, səndəki gözlər Leylada yox idi [Bənd 2] Qəlbindəki eşqin Dəryası olanda Aləmdə dənizlər Dərya da yox idi Qəlbindəki eşqin Dəryası olanda Aləmdə dənizlər Dərya da yox idi Zənn eyləyərəm ki Sən xəlq olunanda Leyla yaşayan yer Dünya da yox idi Zənn eyləyərəm ki Sən xəlq olunanda Leyla yaşayan yer Dünya da yox idi [Bənd 3] Hər kəs mənə Yarın avarə - deyirdi Könlündə məhəbbət Sevda da yox idi Hər kəs mənə Yarın avarə - deyirdi Könlündə məhəbbət Sevda da yox idi Sevdim səni, yazdım Mənalı şeirlər Səndən daha əvvəl Məna da yox idi Sevdim səni, yazdım Mənalı şeirlər Səndən daha əvvəl Məna da yox idi [Çıxış] Zənn eyləyərəm ki Sən xəlq olunanda Leyla yaşayan yer Dünya da yox idi Zənn eyləyərəm ki Sən xəlq olunanda Leyla yaşayan yer Dünya da yox idi
https://genius.com/Elvin-ahmed-yox-idi-lyrics
7,557
16
Xnolie
not available
2021
[Bənd] Həyat işığımın qarşısın qapatdın Sükut yox savaşır qəlbim və ağlım Düşünmə zərbələrin canımı ağrıtdı Buraxmaz'lar yaxamı, hər gün yoluma baxdım Hər gün yoluma baxdım Çabaladım bu sikik bataqlıq da Hər gün problem qarışıq bu ortam Gizli gizli izləyirlər buraxmaz'lar yaxamı Zirvəyə çatsam bəlkə gülər üzü anamın Əvvəl isti idi, indi niyə soyuq yatağım Güvənim yox dost bildik'lərim saxtadan ağlar Bir işıq var, hamımız axtarır isti qucaq Geriyə yolumuz daha yox, yox Riskə atdım hər şeyimi, indi bingo İz buraxmadan getsəm də bəlli olar Boşa qaçır bir çoxunun hədəfi yox Bəyənməyin siz məni yüksəyə qalxdıq ca Var hekayəmin sonu ama yolum bitənə qədər Anlatmağa bir şeyim qalmasa yazmam Kəsə bilmərəm sürətimi,yox tormuza basan
https://genius.com/Xnolie-16-lyrics
7,558
Gəlsən Də, Gəlməsən Də
Vahid Həmidov
not available
2020
[Nəqərat] Axşamüstü sərin külək əsəndə Gözləyəcəyəm gəlsən də, gəlməsən də Axşamüstü sərin külək əsəndə Gözləyəcəyəm gəlsən də, gəlməsən də [Bənd 1] Gəl mənimlə dolan, gəz - demirəm ki Ayrı fikir, ayrı söz demirəm ki Gəl mənimlə dolan, gəz - demirəm ki Ayrı fikir, ayrı söz demirəm ki Səndən qarşılıq gözləmirəm ki Qəbulumdur sevsəndə, sevməsən də Səndən qarşılıq gözləmirəm ki Qəbulumdur sevsəndə, sevməsən də [Nəqərat] Axşamüstü sərin külək əsəndə Gözləyəcəyəm gəlsən də, gəlməsən də Axşamüstü sərin külək əsəndə Gözləyəcəyəm gəlsən də, gəlməsən də [Bənd 2] Dinləyərəm hecalarını, sətrini Sən gülsən, bəyənmişəm ətrini Dinləyərəm hecalarını, sətrini Sən gülsən, bəyənmişəm ətrini Ölənə qədər mən biləcəm qədrini Qədrimi sən bilsən də, bilməsən də Ölənə qədər mən biləcəm qədrini Qədrimi sən bilsən də, bilməsən də...
https://genius.com/Vahid-hmidov-glsn-d-glmsn-d-lyrics
7,559
Sənsizlik
Vahid Həmidov
not available
2018
[Bənd] Ayrılıq niyə tez oldu? Sənə bu qədər öyrəşmişkən mən Aramızda nə söz oldu? Məni niyə belə tərk etdin sən? Amma səni mən unutmaram Sən varsansa, mən də varam Səni unutmaram Səni qəlbimdə saxlaram Mən səni bir ömür boyu gözlərəm Mən səni özümdən də çox sevirəm Mən səni, ah, bir ömür boyu gözlərəm Mən səni özümdən də çox sevirəm
https://genius.com/Vahid-hmidov-snsizlik-lyrics
7,560
Aylar
Dikta ft. ByNihad
not available
2021
Aylar Keçəcək aylar Qarışır saylar İtirirəm hamısını İçəcəyəm ayılam (2x) Saçlarımdan qarışıq həyatım Tək özümlə barışım Mən divarlarla danışım Tənhayam, kim anlarsa, tanışım Ya Üzgünəm Tərsəm düzgünə Ya yatıb öl, ya mürgülə Yanımda olmayıb heç kəs Söz verib, güya gedəcək mənlə sürgünə Duyğular tərk eləyir əzaba Nə bu gün sağ qala bilərəm, nə sabah Bəlkə də, sevgidi günahkar Sevib-sevib batıram günaha At qəmi, qəmi, qəmi, qəmi, qəmi Limandayam, götürməyə məni gəmi gəlir Açın, açın uzun yolu günəşə doğru Baş üstünə qoyuram hər dəqiqəmi (2x) Təmiz dəniz Təmiz dalğa İşim qəliz Təki qalxaq Olan hər iz Bizə arxa Duran insanlar Hər il artar (2x) Aylar Keçəcək aylar Qarışır saylar İtirirəm hamısını İçəcəyəm ayılam (2x)
https://genius.com/Dikta-ft-bynihad-aylar-lyrics
7,561
DissTance
Ghost’xx
not available
2020
[Chorus] Gəlmək üçün keç dalan, tin Necə sözlərim bitmir karantin, mən Çəkirəm həyatının fraqmentlərin Sən kino ol, mən Tarantino Önümə hədəflər qoymuşam yeni (qoymuşam yeni) Gəl dala baxmayaq Pis günləri mən yolladım geri Ona görə baxmıram bir daha arxaya [Verse 1] Bilmirəm neçə müddətdi İçimdə toplanan hiddəti Göstərməyin vaxtı gəldi, həmdə Çəkməyin üstümə diqqətin Artır hər gün nifrətim Yaxşıya getmir niyyətim Burda yaxınlıq eləyənlərin Heçdə az olmur minnəti Hər şeyə alışar millətim Adam etməz səni zinətin Əgər repə dəyər versəydiz Haqqını verərdiz xidmətin Götürə bilmədin ibrəti Hər gün dəyişən sifətin Yazdığlarım bir zəlzələ Hesabla bunun şiddətin [Pre-Hook] Deyilik axı sizdən biri elə Bəlkə də ona görə istənmirik Azrap'ı göylərə biz qaldırmışıq Altına girərək gizlənmişik Mənim ölməyə haqqım yoxdu Yaşamalıyam hələ vaxtım yoxdu Oyan ey insan, yatdın çoxlu Qırağda yazdım çoxunu (çoxunu) [Hook] Dedilər: "rap sənə görə deyil Get axtar tayını tap" Mənimsə tək bir arzum var Varlanıb məhləmə qayıtmaq Rap'in sayəsində (sayəsində) İki baş üstünəm sizdən necəki "Battle rap" deyib, girməyə Çəkindiyiniz o rap'in sahəsində, sən [Chorus] Gəlmək üçün keç dalan, tin Necə sözlərim bitmir karantin, mən Çəkirəm həyatının fraqmentlərin Sən kino ol, mən Tarantino Önümə hədəflər qoymuşam yeni (qoymuşam yeni) Gəl dala baxmayaq Pis günləri mən yolladım geri Ona görə baxmıram bir daha arxaya [Verse 2] Ölə bilmərəm (ölə bilmərəm) Bağışla, gələ bilmərəm Əcəl də təsir eləmir mənə, mən Demişdim axı ölə bilmərəm Saxtasız Bakıdakı ərəblər qədər Sülh imzalanan vərəqlər qədər Bişərəfdəki şərəflər qədər Əlifbadakı hərflər qədər Saxtasız Aygünün ariyası qədər Xəzərin dəryası qədər Rəsul ilə Xananın "faydası" qədər Ərəb ölkəsinin mafiyası qədər Saxtasız yanımda başqası qədər Serialın ən son seriyası qədər Qaydasız döyüşün qaydası qədər Dostun dostunu vurması qədər [Pre-Hook] Qocalır xalqım cavan ölkədə İnsanlar sənə yalan öyrədər Yaşa ölmədən Ağırlıq eləyir başa bir bədən Yaşamır gedən Dəyişib zəmanə paşadır gədə Qurbağa gölünə daş atım gedək Yaşasın qələm Qaranlıq bölgədən baş alıb gedək (baş alıb gedək) [Hook] Track'lərin verir mənə xərçəng Deyirəm hərçənd, gеt evə dərd çək Xətt çək planının üstündən bizləri sən Məğlub etmək üçün xərc çək (xərc çək) Olmaq üçün əyər bizdən biri Gərəy eləməlisən bu işi bizlər kimi Sənə hər track'imdə disslər batır dəli Olduğum üçün izlənmirik, sən [Chorus] Gəlmək üçün kеç dalan, tin Necə sözlərim bitmir karantin, mən Çəkirəm həyatının fraqmentlərin Sən kino ol, mən Tarantino Önümə hədəflər qoymuşam yeni (qoymuşam yeni) Gəl dala baxmayaq Pis günləri mən yolladım geri Ona görə baxmıram bir daha arxaya
https://genius.com/Ghostxx-disstance-lyrics
7,562
Son Gecə
Tural Karem
not available
2020
[Bənd 1] Bu gün son gecə Sabah son səhər Dənizdə son gəmi Üzür birtəhər Bu gün son payız Solur insanlar Yağan son yağış Düşən son damlalar Bu gün son gecə Sabah son səhər Dənizdə son gəmi Üzür birtəhər Bu gün son payız (Bu gün son payız) Solur insanlar (Solur insanlar) Yağan son yağış Düşən son damlalar [Nəqərat] Qoy yağsın yağışın damlaları Göylərə qanadlarını aç Qoy islatsın səni yağmurlar Göylərə qanadlarını aç [Bənd 2] Bu gün son payız (Bu gün son payız) Solur insanlar (Solur insanlar) Yağan son yağış Düşən son damlalar Bu gün son payız (Bu gün son payız) Solur insanlar (Solur insanlar) Yağan son yağış Düşən son damlalar [Nəqərat] Qoy yağsın yağışın damlaları Göylərə qanadlarını aç Qoy islatsın səni yağmurlar Göylərə qanadlarını aç
https://genius.com/Tural-karem-son-gec-lyrics
7,563
Payız
No Land
not available
2016
Gülür yenə yağış hüzünlərdən Bilən bilir nədir səssizliklər Atıb-tutur ürək bu günlərdə Yalan həyat, yalan sənsizliklər Tez solur yarpaqlar Solmadan səndən yazıram Axır gedir yenə barmaqlar Çağır, gəlim dünəndən hazıram
https://genius.com/No-land-payz-lyrics
7,564
Yara
Bakhshvar
not available
2020
Mən islanmışam amma yagış yağmır Yenə uçuram amma təyyarəm çatmır Cibimdə portmanat amma bir manatım yox,yox Gözümü açandan başladı Dərdlər bir cür qurtarmadı Dərmanım yox idi amma Ümidim var idi,sən gəldin dəyişdi Hər şey yaxşılaşdı aman Elə tez keçirdi zaman səninlə İnanmamışdım buna Gərək qalardım elə o fikirdə Çünki bir gün gəldi sən getdin O bir gün məndən getmədi amma Çox rahat tərk etdin O rahatlıq yaratdı əlavə yara
https://genius.com/Bakhshvar-yara-lyrics
7,565
Şehr-i Yar
No Land
not available
2019
Uzağı soruşum uzağı bilənə 'Nə zaman çataram?' deyirəm ona mən Dedi ki: 'Adı var, uzağın adı var' Doğulan uşağı bu dəfə bələmə Böyüdürdüm uzağı, dedi 'etmə, eləmə' Uzağın adı var, uzağın adı var Tutulub, qalıram uzaq adlı tələdə Üzümə baxaraq dedi o yenə də Uzağın adı var, elə bir adı var Tutulub qalıram uzaq adlı tələdə Niyə bəs bu beyin başa düşmür hələ də? Uzağın adı var, uzağın adı var
https://genius.com/No-land-sehr-i-yar-lyrics
7,566
PARDON
Medo (TUR)
not available
2021
İndi burda bizik rahat ol Ya bizlə gəl ya rəddol Saxta deyilik biz pardon Yəni yaşamırığ şablon PARDON Yenə gecələri gəzirik Hər nə istəsək biz edirik Köhnə fikirlərə baxmaram Yıxılsaq qalxmağı bilirik ------- Gülürəm mən Pulların içində üzürəm mən Baxıram hamıya sadəcə susuram ona görəki Yıxılıb qalxmağı bilirəm mən Kim qalar yanında Bütün keçmiş yadımda Gecə səhər maşında Həyat gedir dadında Vaxtı var ,inan vaxtı var Qabağa get arada bax dala Pullar,maşın və yaxtalar Gözlə hərşeyin vaxtı var Çəkilin önümüzdən Fərqlilik yaradaq özümüzdən Bunlar səhv tutur axı düzümüzdən Elə ona görə düşdüz gözümüzdən ------- Nəqarət ------- İndi burda bizik rahat ol Ya bizlə gəl ya rəddol Saxta deyilik biz pardon Yəni yaşamırığ şablon PARDON Yenə gecələri gəzirik Hər nə istəsək biz edirik Köhnə fikirlərə baxmaram Yıxılsaq qalxmağı bilirik ------- Gəl bir deyim Necədə dəyişilmişəm mən Həyatım eyni deyil Baxıram saxtalaşdı hamı Səmimiyyətsiz həyatınız mənlik deyil Vaxtında çox yaxşılıq edib indi anladım 100 doğru 1 səhvi keçməz deyim Ona görə vecinə alma heç nəyi Başını kəs kim ki xətrinə dəyir Gəlsən görsən köhnə günlərimiz bir gün dönse Bizimlə gəl ya reddol yoldan Bizimləsənsə rahat ol onda ------- Nəqarət ------- İndi burda bizik rahat ol Ya bizlə gəl ya rəddol Saxta deyilik biz pardon Yəni yaşamırığ şablon PARDON Yenə gecələri gəzirik Hər nə istəsək biz edirik Köhnə fikirlərə baxmaram Yıxılsaq qalxmağı bilirik
https://genius.com/Medo-tur-pardon-lyrics
7,567
Hekayəm (Live)
Orkhan Zeynalli
not available
2023
[Bənd 1] 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin, bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi, görəsən? Düşünürdüm, necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin, dözər, deyirdin Bilsəydim, necə sənlə dayanardım həminkitək Həm də ki o vaxt Bulvar bu cür gözəl deyildi [Nəqərat] Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım [Bənd 2] Səni sevərdim, əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım, doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın “Bir H.O.S.T-çunun həyatı”nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış [Nəqərat] Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım [Bənd 3] Çoxu bilmir, “track”lərimin hansı sənə aiddir Nə də ki bilmirdilər, AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür? Niyə axı böyüdükcə mən içim dolur qəhərlə? Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq, artar məhəbbətin Amma ki səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız ... [Nəqərat] Yenə sən getdin (Yenə tək qaldım) (Sənə olan sevgimdən bu gün son) (Mahnını yazdım) (Yenə sən getdin) (Yenə tək qaldım) (Sənə olan sevgimdən bu gün son) (Mahnını yazdım) Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım
https://genius.com/Orkhan-zeynalli-hekaym-live-lyrics
7,568
Karusel (Live)
Orkhan Zeynalli
not available
2023
[Bənd 1] Mənim sevgilim, sən hamıdan gözəlsən Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini Səhifələr tükəndikcə sanki bitir hər şey Mən kitab olsaydım, adım olardı sənin səhvin Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan Mən mahnı olsaydım, susub səni dinləyərdim Əzab ver, qorxma, sevgidən ölmür heç kim Mən ürək olsaydım, səni çöldən bağlayardım Mənim sevgilim, sən hamıdan gözəlsən Sənə mən gül verdim, sənsə sevdin tikanların Uçmaq istəsən, göyə çıxmaq lazım deyil Qəlbim sənin səman, sevgimsə qanadların Dünyaya baxıram hərdən, o, bəzən bizə oxşayır Mən dünya olsaydım, fırlanardım başqa səmtə Sənin əksini sevdim, ürəyini tapa bilmədim Ürəyin olsaydım, yəqin, gizlənərdim mən də Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur Küsəndə külək kimisən, sənə toxunmaq olmur Sən hər dəfə əsdikcə yanaqdan axır sel Dünya fırlandıqca fırlanır bizim karusel [Nəqərat] Üzündəki xal - ürəyimdədir xal Gündüzlər getmə, get Gecələr qalma, qal Yadına bir də sal Marsel, fırlanır karusel Üzündəki xal - ürəyimdədir xal Gündüzlər getmə, get Gecələr qalma, qal Yadına bir də sal Marsel, fırlanır karusel [Bənd 2] Mənim sevgilim, sən hamıdan gözəlsən Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım Cənnətdə görüşməkçün gərək əbədi sevəsən Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım Dünyanı gözəl göstərməkçün hərdən uydurursan Mən yalan olmuşdum, səni onda mələk etmişdim Sənə tərəf hər addım atdıqca təzyiq azalır İtmiş şəhər olsaydın, ora çoxdan getmişdim Sevməkçün hər şey var, bu dünya əliaçıqdır Qaça bilmədiyin dərddən zövq al, ya da barış Xəstəlik olsaydım, olardım yaddaşsızlıq Ki, unudaq olanları, yenidən olaq tanış Mənim sevgilim, sən bu gün çox gözəlsən Mən həyat olsaydım, bu qədər şirin olmazdım Sənin eşitməyinçün demirəm mən bu sözləri Mən sevgi olsaydım, sözlərdən yığılmazdım Yuxuna gəlsəm də, tez oyadacam ki, tez gedim Qoy mən damcı gözündən axandan daha tez gedim Sən ağladıqca həyat yollarımdan axır sel Dünya fırlandıqca fırlanır bizim karusel [Nəqərat] Üzündəki xal - ürəyimdədir xal Gündüzlər getmə, get Gecələr qalma, qal Yadına bir də sal Marsel, fırlanır karusel Üzündəki xal - ürəyimdədir xal Gündüzlər getmə, get Gecələr qalma, qal Yadına bir də sal Üzündəki xal - ürəyimdədir xal Gündüzlər getmə, get Gecələr qalma, qal Yadına bir də sal Marsel, Marsel, Marsel, fırlanır karusel Fırlanır karusel Üzündəki xal - (ürəyimdədir xal) (Gündüzlər getmə, get) (Gecələr qalma, qal) Yadına bir də sal (Marsel), fırlanır karusel Üzündəki xal - (ürəyimdədir xal) Gündüzlər getmə, get (Gecələr qalma, qal) Yadına bir də sal Marsel, fırlanır karusel Fırlanır karusel... Fırlanır karusel... Mənim sevgilim, mənim sevgilim İtmiş şəhər olsaydın Mənim sevgilim, sən hamıdan gözəlsən
https://genius.com/Orkhan-zeynalli-karusel-live-lyrics
7,569
Yadımda Deyilsən (Live)
Orkhan Zeynalli
not available
2023
[Giriş] Are you really here or am I dreaming? I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore [Bənd 1] Üzün yadımda deyil artıq, yəqin, illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm, sən get, mən gəldim, bəlkə, keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən “zamanı aldatdıq”, birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de, sonra sus, çoxluqda itə bilərsən Ya da ki fərq etməz, birdən özünə dərd etsən Adın yadımda deyil artıq, adını deməyə də bilərsən [Nəqərat] If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me [Bənd 2] Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar “Yaddan çıxmaz doğmalar” - deyirdik bir vaxtlar Unudulmuş gör nə qədər insan var ətrafda Unudulub titrəyən səs, artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur “çox sağ ol”lar İnanmazdım, nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər ilk gün kimi Sönür gedir hisslər solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin, qələm də həminki deyil artıq Hansı mahnı kimə yazılıb yadımda deyil artıq [Nəqərat] If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me
https://genius.com/Orkhan-zeynalli-yadmda-deyilsn-live-lyrics
7,570
Turan Marşı
Abdul Xalid
not available
2021
[Bənd 1] Yer üzünə haqq - ədalət, mərhəmət, divan gəlir Zalimlərə qənim olan böyük hökmran gəlir Sıxıb dəmir yumruğunu düşmənin başı üstə [Nəqərat] Bir əlində misri qılınc, bir əldə Quran gəlir Dərdlərə dərman gəlir, tanrıdan fərman gəlir, yol verin Turan gəlir Bir əldə misri qılınc, bir əldə Quran gəlir Tanrıdan fərman gəlir, yol verin Turan gəlir [Bənd 2] Kainata işıq saçır bu birliyin şöləsi Onun bircə zərbəsindən titrəyir yer kürəsi Başı üstə Türk bayrağı, Allahu Əkbər səsi [Nəqərat] Bir əlində misri qılınc, bir əldə Quran gəlir Dərdlərə dərman gəlir, tanrıdan fərman gəlir, yol verin Turan gəlir Bir əldə misri qılınc, bir əldə Quran gəlir Tanrıdan fərman gəlir, yol verin Turan gəlir [Bənd 3] Şəhidlərin qisasını aldı şanlı ordumuz Qarabağım azad oldu, bayram edir yurdumuz Düşmənlərə qan udduran yenilməz boz qurdumuz [Nəqərat] Bir əlində misri qılınc, bir əldə Quran gəlir Dərdlərə dərman gəlir, tanrıdan fərman gəlir, yol verin Turan gəlir Bir əldə misri qılınc, bir əldə Quran gəlir Tanrıdan fərman gəlir, yol verin Turan gəlir Al bayrağa bükülən şəhidlərə can gəlir Dərdlərə dərman gəlir, yol verin Turan gəlir Al bayrağa bükülən şəhidlərə can gəlir Tanrıdan fərman gəlir, yol verin Turan gəlir
https://genius.com/Abdul-xalid-turan-mars-lyrics
7,571
Sənin Yanında
Abdul Xalid
not available
2022
[Nəqərat: Abdul Xalid] Asandır deməyə gedirəm, sevgilim Sənin yanında olanda Əzabdır yaşamaq bircə gün, sevgilim Səndən uzaqda qalanda [Nəqərat: Mina Hüseyn] Asandır deməyə gedirəm, sevgilim Sənin yanında olanda Əzabdır yaşamaq bircə gün, sevgilim Səndən uzaqda qalanda [Bənd 1: Abdul Xalid] Bu həyat var mənə bu gün də, sabah da Gəl girək qol-qola, bir gedək həyatda Səninlə ayrılıq olmasın heç zaman Sevgimi mən bölüm səninlə hər zaman [Mina Hüseyn] Bu həyat var mənə bu gün də, sabah da Gəl girək qol-qola, bir gedək həyatda Səninlə ayrılıq olmasın heç zaman Sevgimi mən bölüm səninlə hər zaman [Bənd 2: Mina Hüseyn] Sevgisiz hər ürək tənhadır həyatda Sevgiylə həll olur ən çətin savaş da Məhəbbət yoludur hər kəsi yaşadan Sevənləri qorusun daim yaradan [Abdul Xalid] Sevgisiz hər ürək tənhadır həyatda Sevgiylə həll olur ən çətin savaş da Məhəbbət yoludur hər kəsi yaşadan Sevənləri qorusun daim yaradan [Nəqərat: Mina Hüseyn] Asandır deməyə gedirəm, sevgilim Sənin yanında olanda Əzabdır yaşamaq bircə gün, sevgilim Səndən uzaqda qalanda [Nəqərat: Abdul Xalid] Asandır deməyə gedirəm, sevgilim Sənin yanında olanda Əzabdır yaşamaq bircə gün, sevgilim Səndən uzaqda qalanda [Şeir: Abdul Xalid] Əslində bir çox sevənlər var ki Bir-birilərinə çox “mən-mən” deyirlər “Gedərəm, a” deyirlər Amma sən heç düşünmüsənmi ki onsuz necə olarsan? [Çıxış: Mina Hüseyn, Abdul Xalid] Nə var ki deməyə gedirəm, sevgilim Sənin yanında olanda? Əzabdır yaşamaq bircə gün, sevgilim Səndən uzaqda qalanda
https://genius.com/Abdul-xalid-snin-yannda-lyrics
7,572
Dostum
Abdul Xalid
not available
2023
[Bənd 1] Bəzən hər kəsdən çox sevdiyin adam Səni tərk edər, baş alıb gedər Bəzən özün qədər güvəndiyin adam Özgəyə uyar, gün gələr, səni tək qoyar [Keçid] Nə dərd olsa olsun, ona dərman arasam tapılar Gözəl günlər gələr geriyə təkrar Sən Allahdan istə, açılar bağlı olan qapılar Axı sənin dünya boyda ürəyin var [Nəqərat] Darıxma, dostum, hər şey yaxşı olar Ürəyindəki boşluqlar bir gün dolar Darıxma, dostum, yanındayam hər zaman Həyat gözəlliklərlə doludur, inan [Bənd 2] Bəzən özün qədər güvəndiyin adam Özgəyə uyar, gün gələr, səni tək qoyar [Keçid] Nə dərd olsa olsun, ona dərman arasam tapılar Gözəl günlər gələr geriyə təkrar Sən Allahdan istə, açılar bağlı olan qapılar Axı sənin dünya boyda ürəyin var [Nəqərat] Darıxma, dostum, hər şey yaxşı olar Ürəyindəki boşluqlar bir gün dolar Darıxma, dostum, yanındayam hər zaman Həyat gözəlliklərlə doludur, inan Darıxma, dostum, hər şey yaxşı olar Ürəyindəki boşluqlar bir gün dolar Darıxma, dostum, yanındayam hər zaman Həyat gözəlliklərlə doludur, inan
https://genius.com/Abdul-xalid-dostum-lyrics
7,573
Bizik Patron
Abdul Xalid
not available
2021
[Giriş] “Patron” gəlir “Patron” gəlir? “Patron” gəlir “Patron” gəlir? Pardon, burada bizik “Patron” Pardon, burada bizik “Patron” Pardon, burada bizik “Patron” Pardon, burada bizik “Patron” [Bənd 1: Ülvi Həsəni] Tapın, alın onu marketlərdən Qiyməti cibinizə uyğun qoyduq Yaranan gündən bu günə qədər Yoxdur rəqibimiz, nömrə bir olduq “Yaquar”, “4D”, “Yerfıstığı” Belədi ki, ölkədə brend yaratdıq Unudulmaz etdik dadını İçinə bir a zsevgini qatdıq Bizi hər kəs sevdi və seçdi Məhsullarımız evlərə qonaqdır Pillə-pillə qalxdıq, ucaldıq ““Patron”” zirvədir, ““Patron”” dağdır [Nəqərat: Abdul Xalid] Ad səndə, dad səndə Ləzzətindən doymaq olmaz Bir kimsə səni alsa, səndən dadsa Səndən doymaz Tərtərimizin çox səfalı yerlərdindən Biz səni aldıq Sən “Patron”san, “Patron” qal Biz də səni sevdik, inandıq [Bənd 2: Ülvi Həsəni] Tək Bakıda deyilsən Biz səni ölkəmizin hər yerində gördük Biz ölkəmizi bölgələrə bölmədik “Patron”umuzu bölgəyə böldük Tovuzda, Qazaxda, Gəncədə, Şamaxıda Məhsul həmişəki, Qax, Zaqatala, Şəki Tanıyın bizi! Qoymuşuq izi! Hər addım atanda düşündük sizi Fərqi yox şimal, fərqi yox cənub Qarabağımızda da qoyarlq izimizi Lənkəran, Astara, siz hara, biz ora Başqa seçim yox, “Patron” dura-dura Hər bir tərəfdə, hər bir bölgədə “Patron” sevilir bütün ölkədə “Patron” – vitrinlər bəzəyir “Patron” – məhsullar gözəli Neçə aylar, neçə illər keçəcək Biz tanıyacaq hələ çox insan Biz qəlblərə yol tapmağa gəldik “Patron”u alan olmaz peşman [Nəqərat: Abdul Xalid] Ad səndə, dad səndə Ləzzətindən doymaq olmaz Bir kimsə səni alsa, səndən dadsa Səndən doymaz Tərtərimizin çox səfalı yerlərdindən Biz səni aldıq Sən “Patron”san, “Patron” qal Biz də səni sevdik, inandıq Ad səndə, dad səndə Ləzzətindən doymaq olmaz Bir kimsə səni alsa, səndən dadsa Səndən doymaz
https://genius.com/Abdul-xalid-bizik-patron-lyrics
7,574
Onun Adı Dünyadır
Elton Hüseynəliyev
not available
2021
[Bənd 1] Onun adı dünyadır Sözlərdən mənalı Elə gözəl idi, oldum İlk gündən sevdalı Onun adı dünyadır Yuxu kimi şirin, həm də Olduqca ecazkar Onun adı dünyadır Bir vaxtlar sanmışdım daim var Onun adı dünyadır Fani imiş, çox qəddarmış, qəddar [Nəqərat] Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan [Bənd 2] Hey... Onun adı dünyadır O heç kimə qalmaz Hamımıza düşməndir Düşməndən dost olmaz Bizi elə hala saldı Sevdik, ona bağlandıq Onun adı dünyadır Eşqindən od tutduq, odlandıq Onun adı dünyadır Aldatdı, bizlər də aldandıq [Nəqərat] Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan (Onun adı dünyadır)
https://genius.com/Elton-huseynliyev-onun-ad-dunyadr-lyrics
7,575
Kaş Ki, Gözəl Olmayaydın
Elton Hüseynəliyev
not available
2018
[Bənd 1] Gözəl, sənə məlum olsun Alışıban yanıram mən Ala gözlər süzüləndə Canımdan usanıram mən Gözəl, sənə məlum olsun Alışıban yanıram Ala gözlər süzüləndə Canımdan usanıram mən [Nəqərat] Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən [Bənd 2] Hansı dağın maralısan? Heyif, məndən aralısan Sən də yardan yaralısan Baxışından qanıram mən Hansı dağın maralısan? Heyif, məndən aralısan Sən də yardan yaralısan Baxışından qanıram mən [Nəqərat] Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Kaş ki, gözəl olmayaydın Saralıban solmayaydın Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən Məndən ayrı olmayaydın, olmayaydın Ayrılanda yanıram mən
https://genius.com/Elton-huseynliyev-kas-ki-gozl-olmayaydn-lyrics
7,576
Qayıt Gəl
Miri Yusif
not available
2018
[Bənd 1] Gecələrə işıq idi qəlbim Pəncərədə qonaq idim hər gün Evimdə, sən ən dərində Küləklə həyatıma əsdin Xoşbəxtliyə çağıran bir səsdin Səninlə eşq və qəmində [Keçid] Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdim ki, sonu gələcək [Nəqərat] Səmalara uçardı Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt, gəl Ağlayıb və gülərdik Sevgimizi bölərdik Eyni gündə ölərdik Həyatıma qayıt, gəl Qayıt, gəl... [Bənd 2] Dumanlıdır sabahları sənsiz Dolanıram küçələri səssiz-səmirsiz Qəmgin, həvəssiz Bu sevgi bir nağıl idi, bitdi Hər səhifəsi qırılan ümiddi Sənlə biz qaldıq nəfəssiz [Keçid] Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdim ki, sonu gələcək [Nəqərat] Səmalara uçardı Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt, gəl Ağlayıb və gülərdik Sevgimizi bölərdik Eyni gündə ölərdik Həyatıma qayıt, gəl Qayıt, gəl... [Keçid] Yadındamı görüşlərə qaça-qaça Günəş olub səhərləri aça-aça Bilirdim ki, sonu gələcək [Nəqərat] Səmalara uçardı Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt, gəl Ağlayıb və gülərdik Sevgimizi bölərdik Eyni gündə ölərdik Həyatıma qayıt, gəl Səmalara uçardı Arzuları puç artıq Mənə tərəf uç artıq Xəyalıma qayıt, gəl Ağlayıb və gülərdik Sevgimizi bölərdik Eyni gündə ölərdik Həyatıma qayıt, gəl Qayıt, gəl... Qayıt, gəl... [Çıxış] Qayıt, gəl...
https://genius.com/Miri-yusif-qayt-gl-lyrics
7,577
5 Günlük Dünya
Orkhan Zeynalli
not available
2012
[Bənd 1] Mən böyüməmişəm yetim ailəsində Bilmirəm, nədir şəhid oğlu olmaq, ailəni tək saxlamaq İtirməmişəm doğma heç kimi Bilmirəm, nədir ölmüş qardaşın otağında tək ağlamaq Bilmirəm, nədir səngərdə olmaq soyuqda, qışda Bilmirəm, nədir qalmaq çöldə Günəşdə, yağışda Qəddar müdirə dözməmişəm çörək qazanmaq üçün Qardan yastıq düzəltməmişəm rahat uzanmaq üçün Bilmirəm, nədir ölümcül xəstə olduğun kağızı almaq Bilmirəm, nədir palçığı susuzluqdan ağıza almaq Ölümlə üz-üzə olmaq, yanan maşında olmaq Ya da maşında yanan sevgilinin yanında olmaq Mənim həyatımda olmayıb mənə nifrət edən anam Olmayıb düşmən qardaşım, məni atıb getməyib atam Bilmirəm, nədir bələkdə ikən özgə əllərə düşmək Bilmirəm, nədir varlı olub, sonra pis günlərə düşmək [Nəqərat] Həyat tez keçir, bəzən bizdən yan keçir Həyat can verir, ölüm üçün yer seçir Biz isə bir ümidin hər əlini zəbt etdikcə Ümid dil açıb bizə deyir "Əl çəkin!" Həyat tez keçir, bəzən bizdən yan keçir Həyat can verir, ölüm üçün yer seçir Biz isə bu həyatın hər ilini məhv etdikcə Həyat dil açıb bizə deyir "Əl çəkin!" [Bənd 2] Həyatım çətin olmayıb, razıyam, sıradan biriyəm Bəlkə də, başqa həyatı yaxşı işıqlandıran biriyəm 23 ildir diriyəm, bilmədiyim çox şey var Həm də ki bildiyim və gizlətdiyim çox şey var Bilirəm, körpə ikən evdə göz yaşı içində Dalaşan ata ilə ananın arasında durmaq nədir Bilirəm, uşaq beyni, cəmi 20 yaş içində 4 divar arasında ümidsiz xəyal qurmaq nədir Bilirəm, yaşıdların qaçanda, topla oynayanda Onlara həsrətlə baxıb ürəyi xəstə olmaq nədir Bilirəm, evə gələn məktubları oxuyanda 10 il sevdiyinin toyuna dəvət almaq nədir Hə, bir də susmaq nədir ədalətsizliyi görə-görə Dostunu itirmək nədir içkiyə, nəşəyə görə Və əllər açılır göyə hər dəfə Allah üçün Bilirəm, ancaq dar gündəki duadan utanmaq nədir [Nəqərat] Həyat tez keçir, bəzən bizdən yan keçir Həyat can verir, ölüm üçün yer seçir Biz isə bir ümidin hər əlini zəbt etdikcə Ümid dil açıb bizə deyir "Əl çəkin!" Həyat tez keçir, bəzən bizdən yan keçir Həyat can verir, ölüm üçün yer seçir Biz isə bu həyatın hər ilini məhv etdikcə Həyat dil açıb bizə deyir "Əl çəkin!"
https://genius.com/Orkhan-zeynalli-5-gunluk-dunya-lyrics
7,578
Məncə
Orkhan Zeynalli
not available
2012
[Bənd 1] Məncə soyuq müharibə qışdan daha soyuqdur Əlcəyi götür, qar topu oynayaq viruslarla Guya ki, brendləri sevmək indi “krutoyluq”dur Yo! Sözlərim bu gün sevişir minuslarla Məncə bu repim bu qədər qlobal olmasın gərək Sözlərim dərdi, kədərə olana olsun dirək Məncə gedək, gizlincə cənnətin almasını dərək Sataq burda, yalandan “Qubadan gəlibdir” - deyək Məncə içkilərdə fərqli adlar olmasın gərək Bütün içkililər gəyirəndə eyni səs çıxırsa Məncə “sevirəm” sözü fərqli dillərdə olmasın gərək Bütün sevgililər sevişəndə eyni səs çıxırsa Bir az pauza! Mövzudan qıraq çıxsaq Məncə bu repin duzu, mövzunun olmamağındadır Tempi tutmusan. Yo! Dinləyirsən dalbadal Həvəsindəsən, bəlkə sözlərim yaratdı qalmaqal Bugün deyiləm radikal, gəldim məzələnmək üçün Axşam görüşüm var, rep deyirəm bəzənmək üçün Bəzən mənim üçün də bezəndə Çin son seçimdir Görəsən son seçkilərdə kim masson seçildi? Məncə sən “facebook”a girirsən qız tutmaq üçün Sənin xəyalındakılar yəqin məndə arxivdədir Biz çeynəmirik sonda saqqızı udmaq üçün Amma hıçqırırsan və saqqız artıq mədədədir Məncə bizim ölkə xəritədə səhv yerdədir Televizya onu göstərir ki, bura Əfqanıstandır Ya da ki, Pakistan, ya da hələ kəşf olunmamış ölkə Özbəkistandan düz gedəndə birinci döngəyik [Nəqərat] Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə “məncə”lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə “məncə”lər [Bənd 2] Məncə, rep əyləncə Diz çökəcək popstar repçi ilə görüşüncə Rep nə qədər bərk gedər Bilən sözü ilə mıxı vurub qoyar çəkicini küncə Məncə Bakının adını qoyaq “mərmər” Ölkəmizə qiyməti qoysun zərgər Parkların imicini dəyişsin bərbər Şəhərin gözü qaşı eləsin “gəl-gəl” Hərdən mənə gələndə təb əziyyət çəkir ölkə Yalvarsalar bəlkə, yazmaram bir də Radio, efirdə son dəfəsində Çıxıb hamıya deyərəm – “yo!” Məncə rep ölsə buraxaq onu dənizə Torpağın altında qalmasın yazıqdır Çoxunuzun repi bugün kömək edir pəhrizə Maraqlı bir rep istəyirdiniz ala yazdıq da [Nəqərat] Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə “məncə”lər Repin odunu yığdıq küçələrdən Qoruya bilmədik repi cücələrdən Sən də təb alırsansa gecələrdən Sənin də beynində öncə “məncə”lər
https://genius.com/Orkhan-zeynalli-mnc-lyrics
7,579
Qravitasiya
Orkhan Zeynalli
not available
2016
[Bənd 1] Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar [Nəqərat] Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə
https://genius.com/Orkhan-zeynalli-qravitasiya-lyrics
7,580
Şərbət
Orkhan Zeynalli
not available
2016
[Bənd 1: AiD] Soyuq işıqların əhatəsində isti gözlər Bu gün sevgili olmaqçün ən uyğun gecədir Bakal uzadanda toxunmaq barmaqlara gizlincə Bu ilk baxışdan sevgi deyil, əyləncədir Bu gün şouya verdim ''play'', hələ ki lirika ''stop'' da An etibarı ilə sən məni fəth elədin Axtar ürəyimi, bəlkə tapdın mikroskopla Bədənim avqust kimi isti, bir az meh istəyir Bütün sətirlərim yalan, indi bizə yaxın tavan Bir azdan uçub açıq səmada edərik davam Hələ açılmayıb səhər, toxunuşlar önə sərər Axı gözlərin tələ, üzürəm içimdə bərəl Eləmə dram, bakalın içi qan, içirəm "Marry Dark Horse" səsiylə Katy Parry Batan şəhərdə arzuları birgə puç edərik Diqqətlə bax - qəlb bədənimə necə dəyir [Nəqərat: Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı [Bənd 2: AiD] Qulaq as Mrs... Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis Bir anlıq dondum Mənə tanış gəlir üzün Deyəsən, bir vaxtlar ''desktop''umda fondun Qəribədir ardıcıllıq Bakıda Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər Guya utancaq və kübar Şairlərlə eşq yaşayıb ərə gedirsiniz bankirlərə Mən dəfələrlə xoşbəxtliyi almışam pulla Bax, çekləri də saxlamışam yadigar Mən bilirəm nədir - eşq ovundakı nişanda olmaq Qadınlar gedir, qalır ancaq mahnılar Səninlə var bir neçə sətirlik macəram Ən kobud qollar ortasında keçir, bil, ən incə an Yaşa! Sonra hansısa maymaqla ''MayBach''da Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına [Nəqərat: Del] Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı Yaxın dur... Mənə tərəf atılan hər addım önəmli Əlimə toxunma... Biləyim əsir, nəbzim olur sənə görə sürətli Yaxın dur... Bulanıq baxışlar axır üstümə Məni apar özünlə, dolanarıq sözünlə Bir günün ərzində dəyiş dünyamı
https://genius.com/Orkhan-zeynalli-srbt-lyrics
7,581
Məni Xatırla
Orkhan Zeynalli
not available
2020
[Bənd 1] Yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda Baxıram kənardan öz ad gününü qeyd eləyən Orxana asta Asta baxıram ki, tanımasın, birdən tanıyar, qorxar Necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, Orxan? Yenə 13 yaşındayam, iyunun sonu, Mərkəzi Univermaq Dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma Bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan? Yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın 20 yaşındayam, gözlərim yol çəkir, inanıram, çox sevənim var Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan? Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində Bu soyuq körpüdə həyat hönkürər, həyat bəhs edər ölümün əksinə Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum Əlimdə son damla cəsarət və ilk vəda məktubu [Nəqərat] Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Bu qədər günahı kim dedi bir “bağışla” silər? Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Bu qədər günahı kim dedi bir “bağışla” silər? (“bağışla” silər) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla...
https://genius.com/Orkhan-zeynalli-mni-xatrla-lyrics
7,582
Verdiyim Sözlər
Orkhan Zeynalli
not available
2012
[Bənd 1] Mən söz vermişdim, bir gün böyüyəcəm Hamı kimi olub, hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost-tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcək plana uyğun Dərdsiz, problemsiz, amma durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi - vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey - dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu [Nəqərat] Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı [Bənd 2] İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi yaşamaq istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda? Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlinə götür, oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studiya Tanışım yoxsa, deməli, yaxşı peşə bir illuziya Sevgili tapmaqla problem tapmaq eynidir “Sms”lər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu [Nəqərat] Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı [Bənd 3] Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, “Orxan” yox “Aid” olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbiristanlığa gedə bilməzdim Universitеtə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəkdim Ərköyün böyüyüb yıxılmaq nədir, bilməsəydim Qalxmağın çətin, amma zövqlü olduğunu bilməyəcəkdim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim “Kapüşon” taxıb konsеrt vermək nədir, bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu [Nəqərat] Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı
https://genius.com/Orkhan-zeynalli-verdiyim-sozlr-lyrics
7,583
Hisslər danışanda
Orkhan Zeynalli
not available
2010
[Bənd 1: AiD] Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan Baxıram özümə hərdən qıraqdan Axı bu qədər vecsizlik, bir addım uçurumdan Dəfələrlə kömək istəmişdim sabahdan Qaçıram günahdan növbəti günaha doğru Əllərim yaxınlaşır hər gün silaha doğru Təlaşa səbəb varmı buranın vəziyyətindən? Bəzi şəhərlərdə ümumiyyətlə Günəş doğmur Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir Amma ki indi qorxu yoxdur Çünki iynə batsa, artıq çıxarmağa qan da yoxdur Səhərlərdə əlimi açmağa duam yoxdur Artıq sual yoxdur, yeganə maraq idi Eşidən mən deyildim, bu iki qulaq idi Sənin soraqlarınla tələsən gözlərimdir Ürəyimi kimsə döyür, deyəsən, hisslərimdir [Nəqərat: Ayka, AiD, PRoMete] Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) [Bənd 2: AiD] Düşün, necə də qəribə olar, insan olsaydı bulud kimi Baxırsan, şəffaf və gücsüzdür Amma ki Günəşin qabağın təkcə o ala bilir İnsan isə aciz, itirmədən darıxa bilmir Qabağın ala bilmir adi pislik etmək istəyinin də O ki qaldı bəşəri məsələlərə Bu haqda danışmayım heç Kimə lazımdır dünya? Hamıya kifayətdir onun kiçik çərçivəsi Sevginin tərcüməsi, görəsən, nədir axı? Mənasın heç kim bilmir, amma ki hamı danışır Gözlərin yumur, baxır, əslində qaranlıq görür Amma ki uydurur ki, göyərçinlər uçur burada... Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis Realda olmayanlar burada alınır köməksiz Yenə öz qəhəri ilə sözümü kəsən kimdir? Həmişə olduğu kimi, deyəsən, hisslərimdir [Nəqərat: Ayka, AiD, PRoMete] Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) [Bənd 3: AiD] Cənnətin göz yaşıdır əlimə düşən damcı Bezib artıq insanların yolunu gözləməkdən Sıxıntımı, depressiyamı ürəyimdəki sancı? Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə? Zibilin içində işləyirik sonda zibil almaqçün Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün? Ondansa körpə qalardım və heç nə bilməzdim Heç nə də etməzdim ki, desinlər - səhvsizdir Cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə Sevgini rəngləyən sözlərə, həyatdan doymadım Həyatdan doymadım, doymadım süz yenə! Beyində fikirlər addımlara tərs yenə Sənin o baxışların ömürlük bəs mənə Edirdi qəsd mənə, səbəbsə gözlərindir Kimsə son qoyur artıq, deyəsən, hisslərimdir [Nəqərat: Ayka, AiD, PRoMete] Biz... Qoruya bilərikmi sevgini? Bitirə bilərikmi nəğməni? Yadında saxla bu əlləri... (Səni isidən...) Mən... Sənə doğma xal kimi yanaqda Eyni vaxtda iki qulaqda Səs kimiyəm bu otağda... (Səni sevdirən...) Sus... Pıçıldasın, qoy gözlərin Yadıma düşür məni üzməyin Göz yaşlarımda üzməyin... (Qızıl balıq kimi) Yaxınlaş... Üzündəki o qırışlar Cavanlığını sənə bağışlar Təsirsiz olub yağışlar... (Kiçik bir arx kimi)
https://genius.com/Orkhan-zeynalli-hisslr-dansanda-lyrics
7,584
Əllərimi burax
Orkhan Zeynalli
not available
2016
[Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 1] Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi Tez-tez gedir, amma ki iz qoyur Dalğalar... Rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış [Bənd 2] Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi (kimi) Beyində dünən olub, amma bu gün yox Son ümid olan Günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olmuş əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi, bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə [Nəqərat] Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq Qanadımıza şaxta qonmamış Əllərimi burax Ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq
https://genius.com/Orkhan-zeynalli-llrimi-burax-lyrics
7,585
Qanadlar
Orkhan Zeynalli
not available
2016
[Nəqərat] Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here [Bənd 1] Səni sıxır hər səhər eyni üzlər eyni yollarda Arzuya çatmaq istəyir hamı əyri yollarla Ofis pəncərəsindən baxıb xəyala dalırsan Bəlkə bir gün kimsə aparar səni uzaqlara Səni sıxır ətraf xeyir güdən sevgilərlə Səni sıxır yanaqların süni hər güləndə Bəlkə bir gün bağışlamağı tərgidəndə Cəmi bir dostun qalar yanında, o da ki özün Sən məni incidirsən, toxunur hər bir sözün Səmimi mahnılar artıq ən dərində üzür Qalxmaq istəyəndə qırılır nərdivanlar Yıxılan dərdi anlar, nə edək belədir özül Şəhərdə hərə bir cürdür, hərə də bir cür dözür Hərənin bir olsa da ürəyi, amma çoxdur üzü Səni uzaqlara aparmaq istəyirəm bu şəhərdən Qorxma! Mən dözməsəm də, qanadlarım dözür [Nəqərat] Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here [Bənd 2] Yoxdur pəncərədən baxanda sevə biləcəyim şəhər Yoxdur Bakının tüstüsündən artıq boğan qəhər Yoxdur bu şəhərdə təmiz qəlblərin vəhdəti Yoxdur mənim üçün dostların istifadə müddəti Yoxdur inam heç kimə, yoxdur güvən heç kimə İşi düşməyincə yoxdur zəng edən heç kimə Yoxdur qələm, vərəq səmimiyyət bitib artıq Elektron məktublarda sevgi itib artıq Yoxdur gələcək planlar, gələcək özü yoxdur Tanrını görməyənlərin, yəqin, gözü yoxdur Yoxdur bu gün saf uşaqlıq illərinin izləri Yoxdur artıq içimdə yaxşı insan olmaq istəyi Yoxdur dünənlərdən bu günə miras bir şey Yoxdur ayağım dəyməyən yer, dayaz hər şey Məni apar bu şəhərdən, uzaqlar daha gözəl Qorxma! Sən dözməsən də, qanadların dözər [Nəqərat] Take me away from here, take me away Take me away, away, away from here Take me away from here, take me away Take me away, away, away from here
https://genius.com/Orkhan-zeynalli-qanadlar-lyrics
7,586
Qorxma Özündən
Orkhan Zeynalli
not available
2016
[Bənd 1: AiD] Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... Həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər... Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə, demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə [Nəqərat: Gul’nar] Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Haradadır düz, harada yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Haradadır düz, harada yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? [Bənd 2: AiD] Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər - həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə, keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək, dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını [Nəqərat: Gul’nar] Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Haradadır düz, harada yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Haradadır düz, harada yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq?
https://genius.com/Orkhan-zeynalli-qorxma-ozundn-lyrics
7,587
Vaxt Var İdi
Orkhan Zeynalli
not available
2012
[Bənd 1] Sən gedəndən yeddi-səkkiz ildir artıq O vaxtdan Bakı dost nədir, bilmir artıq Köhnə “Торговый”da, 2002-2003 Davalarda kimin silahı söz idi, kimin güc Vaxt var idi, iki ölkə adı bilirdik Biri Azərbaycan, qalan hər yer isə “xaric” Vaxt var idi, bir neçə fərqli dad bilirdik Yadında möcüzəvi “yuppy”, tök balona və iç Yadında, cümə namazlarından çıxıb gəzirdik Telefon yox idi, amma heç kim gecikmirdi Passajdan hər keçəndə Emrahın şəklin görmək Vaxt var idi, gülüş üzdən çəkilmirdi Vaxt var idi, “SEGA” hər şeydən maraqlı idi “Touch screen” yox idi, barmaqlar “Мозол” idi “Mortal Combat”da sən seçirdin “Sub Zero”nu Vaxt var idi, uşaq idik, həyat zor idi [Nəqərat] Həyat bildiyim ən şirin şey idi Vaxt var idi, biz inanırdıq göylərə Həyat əzbərlədiyim tək şeir idi Vaxt var idi, biz inanırdıq sözlərə Biz böyüdükcə, həyat göründükcə Daha yaxşı bildim ki, tələ idi böyümək Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi, ən böyük dilək idi böyümək [Bənd 2] Sən gedəndən yeddi-səkkiz ildir artıq O vaxtdan Bakı bizim dildə bilmir artıq Akademiya parkı, hər gün yeddidən sonra İndi ora qocalardan başqa heç kim getmir artıq 7b sinifi, “шпаргалка”lar məktubla Damda siqaret çəkməyimiz ilk və son dəfə Tanış deyildik nə “Facebook”la, nə “Youtube”la “VHS”ə çəkmişdik yığışmağımızı son dəfə Vaxt var idi, vurulmuşdum Milagrosa Hər addımda vurulmağımı sən pisləyirdin Keçən il mesaj yazdın "Hekayəm" çıxandan sonra Narahat olma, unutmuşam, indi mən başqa cürəm Bir az məşhur olmuşam, hə, amma ki boş şeydir Sən gəl prospektə, oturaq əvvəlkitək Bakını şəkillərdə görürsən, amma aldanma Bakıdan çox inkişaf eləyib fotoqraflar [Nəqərat] Həyat bildiyim ən şirin şey idi Vaxt var idi, biz inanırdıq göylərə Həyat əzbərlədiyim tək şeir idi Vaxt var idi, biz inanırdıq sözlərə Biz böyüdükcə, həyat göründükcə Daha yaxşı bildim ki, tələ idi böyümək Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi, ən böyük dilək idi böyümək [Bənd 3] Sən gedəndən sükutlar pozulmur artıq İndiki dostların dedikləri çox vaxt keçir yan Sən gedəndən yuxular yozulmur artıq Hər gün prospektdə, bilmirdik, necə keçir yay “Tupac”ın kasetini almışdım 99'da Sən “Barış Manço”ya qulaq asırdın, mənsə repə Sənə dinlətdim köhnə “player”də blokunuzda Bir saat dayanmadan qulaq asdıq 7-ci “track”ə Yox indi fəvvarələr, nə doğma “Portofino” Gəzməkdən yorulurduq, o gün gəzdim, yorulmadım Eşitdim evlənmisən, yaz onun haqda, kimdir o? Sən də uzun illər sevdiyinlə bir olmadın Bağçanın həyətində mən sənə görə dalaşmışdım Hərdən olurdu, amma doğrudan, yaxşı vaxtlar idi Bütün gün bir yerdə, şən gündə, zibildə Mən indi Bakıda, sən haradasan? Amma vaxt var idi [Nəqərat] Həyat bildiyim ən şirin şey idi Vaxt var idi, biz inanırdıq göylərə Həyat əzbərlədiyim tək şeir idi Vaxt var idi, biz inanırdıq sözlərə Biz böyüdükcə, həyat göründükcə Daha yaxşı bildim ki, tələ idi böyümək Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi, ən böyük dilək idi böyümək Həyat bildiyim ən şirin şey idi Vaxt var idi, biz inanırdıq göylərə Həyat əzbərlədiyim tək şeir idi Vaxt var idi, biz inanırdıq sözlərə Biz böyüdükcə, həyat göründükcə Daha yaxşı bildim ki, tələ idi böyümək Şəhər böyüdükcə, şərə büründükcə Vaxt var idi, ən böyük dilək idi böyümək
https://genius.com/Orkhan-zeynalli-vaxt-var-idi-lyrics
7,588
Səbəbkar
Miri Yusif
not available
2018
[Bənd 1] Pəncərələrdən qəlbə nur saçan gündə Çarəsiz şəfəqlərdə əksin var Güzgü önündə sevgidən yanan gözlər Susduğum bütün sözlər səndə donar [Keçid] Nə qədər uzaq uçsaq Bir-birimizdən qaçsaq Qəlbdə eşqə yer varsa Sevgi qovuşar Nə qədər uzaq uçsaq Bir-birimizdən qaçsaq Qəlbdə eşqə yer varsa Sevgi qovuşar [Nəqərat] Səbəbkarısan şirin arzularımın Tək açarısan sevgi qapılarımın Səbəbkarımsan, sənə yazılar ömür Əlvan arzularımız daima yanar Səbəbkarısan şirin arzularımın Tək açarısan sevgi qapılarımın Səbəbkarımsan, sənə yazılar ömür Əlvan arzularımız daima yanar [Bənd 2] Tək diləyimsən, ən çox dinlədiyim səs Döyünən ürəyimdə rəsmin var Boş qaçışları, ümidsiz yağışları Səbəbsiz yağışları sənlə dolaq [Keçid] Nə qədər uzaq uçsaq Bir-birimizdən qaçsaq Qəlbdə eşqə yer varsa Sevgi qovuşar Nə qədər uzaq uçsaq Bir-birimizdən qaçsaq Qəlbdə eşqə yer varsa Sevgi qovuşar [Nəqərat] Səbəbkarısan şirin arzularımın Tək açarısan sevgi qapılarımın Səbəbkarımsan, sənə yazılar ömür Əlvan arzularımız daima yanar Səbəbkarısan şirin arzularımın Tək açarısan sevgi qapılarımın Səbəbkarımsan, sənə yazılar ömür Əlvan arzularımız daima yanar
https://genius.com/Miri-yusif-sbbkar-lyrics
7,589
Hekayəm
Orkhan Zeynalli
not available
2014
[Bənd 1] 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin, bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi, görəsən? Düşünürdüm, necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin, dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki o vaxt Bulvar bu cür gözəl deyildi [Nəqərat] Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım [Bənd 2] Səni sevərdim, əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım, doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın “Bir HOSTçunun həyatı”nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış [Nəqərat] Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım [Bənd 3] Çoxu bilmir “track”lərimin hansı sənə aiddir Nə də ki bilmirdilər, AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq, artar məhəbbətin Amma ki səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri
https://genius.com/Orkhan-zeynalli-hekaym-lyrics
7,590
Time Out
Orkhan Zeynalli
not available
2013
[Nəqərat] Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda [Bənd 1] Mən inqilabçıyam, hərdən idmançıyam Məktəbdə o vaxt demişdim, guya boksçuyam Amma ki ilk davadan məni döydülər Onda bildilər ki, mən sadəcə gopçuyam Heç yerdə işləmirəm, ağ köynəyim, qalstukum yoxdur Toy-zad olanda səliqəli geyim tapmıram Mən sizi dişləmirəm, repimlə aclığım yoxdur Azad olanda ifadə olunmağa deyim tapmıram Kral-zad deyiləm, zarafat elədim "Hostlandiya"da Sərkərdə də çıxmaz məndən, qılıncım yoxdur Amma ki at sürə bilirəm, sürürdüm Şamaxıda Yarışmalarda isə gəlirdim ən axırda [Keçid] İlham pərilərimin kefi kökdür Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da, dinlə Qoy “track’’im kefini açsın, töksün İlham pərilərimin kefi kökdür Şit havasın ruhum vərəqə tökdü Sən də kimlə olsan da, dinlə Qoy “track’’im kefini açsın, töksün [Nəqərat] Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda [Bənd 2] Xoşum gəlmir ağ köynək geyinəndə ‘’Вишня’’ suyu içəndə üstümə dağıtmaqdan Bir də ki ayaqqabını barmaqla geyinəndə Çıxardanda dırnağın altın dağıtmaqdan Küçədə gəzəndə yağışda yolun qırağıyla Birdən kamaz keçəndə üstün su olur təmiz Hanı bəs bayaqkı romantika mahnıyla? Mənəsə maraqlı indi təkcə paltardır təmiz Bir də ki vacib anda ‘’зарядка’’m qurtaranda ‘’Блин’’, elə bil ki, başıma daş düşür Evdəkilərdən uzaq yerdə yemək qurtaranda Tərslikdən yadıma niyəsə həmişə aş düşür Gör nə qədər dərd var hər addım başı Nəsə еlə bil bir az tərs gedir Yenə xəyallar tək adalarda... Müəllim oyadıb deyir "Bala, dərs gеdir" Gör nə qədər dərd var hər addım başı Nəsə elə bil bir az tərs gedir Mənim inqilabım bu qədər bəsitdir Qoy qiyməti mənə bütün xalq desin [Nəqərat] Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda Mən küçələr boyunca protestdən inqilaba gedən yolda Rep deyirəm doyunca prospektdən İnqilaba gedən yolda
https://genius.com/Orkhan-zeynalli-time-out-lyrics
7,591
AiD Vuracaq Qol
Orkhan Zeynalli
not available
2014
[Nəqərat] Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol! [Bənd 1] Repim səni sıxır kommunal borc kimi Sən xəritədə yersiz Kamboca kimi Gir qucağa, çağır çağa kimi köməyə məni Ya da yağ bıçağı götür, gəl öldürməyə məni Sevgilinin gözünü yum səhnəyə mən çıxanda Özüm gəlməmişəm, arzuladın, mən çin oldum Sən “brak” doğulmusansa, günahkar Çin deyil, ''bro'' Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol İntellektual, qlamur qızlarımız “tipo-tipo” Baxdıqları kino - ''Titanic'', bir də ''Zita-Gita'' ''O margarito...'' Bura Bakı, yoxsa bura Kito? Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton ''Brand''lər ən yaxın dost dar gündə, hər işdə Efirlər həyat öyrədir həm əvvəldə, həm “finish”də Və bizə qarşı olan bəzi-bəzi verilişlər Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə [Nəqərat] Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol! [Bənd 2] Repim səni dəyişir dövran kimi Xan kimi danışırsan ''Jeep''ə oturan kimi Sanki ''Franklin''in sürüsündəsən mal kimi Çəməninə bağlayır səni qandal kimi Cavanlar qışqırır küçələrdə, nəsə istəyir Qocalar çay içir və xilas edir bəşəriyyəti Bakını bürüyüb qara bulud, bir də bir az da stress Bakıya lazım deyil pul, lazımdır ''sex'' Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız Xarab bütün məhsulları pisləyib, söyüb alırsınız TV-də bazar verlişlərində gedən bazarlıq Manıslar topdan satılır, bu fəsil biz qazandıq Mən söz soxuram, söz girmir, deşik çox balaca Cibləri böyüyən cəmiyyətin beyni çox balaca Süfrə açdım sözlərdən hər mətbəxə uyğun Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq [Nəqərat] Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol! [Bənd 3] ''HOST Production'', səsim çatır hər insana Bizim ikona - dəyişmirik pula, mikrofonu Mənim ifamı qoy “ringtone”a BlackBerry, iPhone''a Mənim motorum “opora”, mənim susmağımdır “fora” Bu maratonda qələbə verir mənə kantora Mən ora-bura burun soxmadan çıxdım monitora Mənə “корона” lazım deyil girmək üçün dona Nəqəratı xorla oxunaraq ''track''im çatır sona [Nəqərat] Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
https://genius.com/Orkhan-zeynalli-aid-vuracaq-qol-lyrics
7,592
Sən Hara, Bura hara
Miri Yusif
not available
2017
[Bənd 1] Miri var idi, Miri yox idi Bakının gecələri mənə dar idi Zirvədəyəm tənha Yenə səhnədə, yeni nəğmələr Vicdanım təmiz, mənə qəsd edər Arzularla dərhal Piyada, ya da sol qanadımda Ya da yarı, ya da dolu, ya dodağımda Əylənir günahlar Ruhum “dance” edər, ruhum rəqs edər Məni əks edər, məni vəsf edər verdiyi suallar Sən hara, bura hara? Sən hara, bura hara? Sən hara, bura hara? Sən hara, bura hara? [Bənd 2] Miri var idi, Miri yox idi Bakının küçələri mənə dar idi Məskənim budaqda Yeni yerlərə gedirəm yenə Ağ təyyarə, uçuram göyə Darıxıram orada Uzun uçuşlar, yeni tanışlar Qəribədir bu məkan haqqında danışmaq Cavabsız günahdan Yenə it hürər, karvanlar keçər Yanımdan keçər, kölgəmi görər Soruşar uzaqdan Sən hara, bura hara? Sən hara, bura hara? Sən hara, bura hara? Sən hara, bura hara?
https://genius.com/Miri-yusif-sn-hara-bura-hara-lyrics
7,593
Yuxum Çin Olmaz
Kamilə Nəbiyeva
not available
2022
[Bənd 1] Yollarım, yorursan məni Elə mən olmaz, mən olmaz Yollarım, yorursan məni Elə mən olmaz, mən olmaz Nifrətim sevgim qədərsə Belə kin olmaz, kin olmaz Belə kin olmaz, kin olmaz Nifrətim sevgim qədərsə Belə kin olmaz, kin olmaz Belə kin olmaz, kin olmaz [Nəqərat] Ya bəxtimin gözü kordur Ya dünyamın özü dardır Gah beşikdir, gah məzardır Yerim gen olmaz Ya bəxtimin gözü kordur Ya dünyamın özü dardır Gah beşikdir, gah məzardır Yerim gen olmaz Yerim gen olmaz [Bənd 2] Hərdən ağzımdan süd qoxur Gah içimdə ölüm xofu Hərdən ağzımdan süd qoxur Gah içimdə ölüm xofu Ötən ömrüm şirin yuxu Yuxum çin olmaz, çin olmaz Yuxum çin olmaz, çin olmaz Ötən ömrüm şirin yuxu Yuxum çin olmaz, çin olmaz Yuxum çin olmaz, çin olmaz [Nəqərat] Ya bəxtimin gözü kordur Ya dünyamın özü dardır Gah beşikdir, gah məzardır Yerim gen olmaz Ya bəxtimin gözü kordur Ya dünyamın özü dardır Gah beşikdir, gah məzardır Yerim gen olmaz Yerim gen olmaz Yerim gen olmaz, ay! Yerim gen olmaz
https://genius.com/Kamil-nbiyeva-yuxum-cin-olmaz-lyrics
7,594
Unut Kədərini, Qəmini Unut
Kamilə Nəbiyeva
not available
2022
[Bənd 1: Hilal Nəbiyev] Nədir gözlərində bu qəmli sual? Unut kədərini, qəmini unut Hələ ki ömründə mən varam sənin Unut kədərini, qəmini unut [Kamilə Nəbiyeva] Nədir gözlərində bu qəmli sual? Unut kədərini, qəmini unut Hələ ki ömründə mən varam sənin Unut kədərini, qəmini unut [Keçid: Hilal Nəbiyev, Kamilə Nəbiyeva] Bu da bir zamandır, gəlib, gedəcək Sevincin kədərə gülüb gedəcək Bu qəmli günlərin ölüb gedəcək Unut kədərini, qəmini unut Bu da bir zamandır, gəlib, gedəcək Sevincin kədərə gülüb gedəcək Bu qəmli günlərin ölüb gedəcək Unut, ay sevgilim, qəmini unut [Nəqərat: Hilal Nəbiyev, Kamilə Nəbiyeva] Dağlardan gəlmişik, çəni unutma O şirin çağları, dəmi unutma Qurban gözlərinə, məni unutma Unut kədərini, qəmini unut Dağlardan gəlmişik, çəni unutma O şirin çağları, dəmi unutma Qurban gözlərinə, məni unutma Unut, ay sevgilim, qəmini unut [Bənd 2: Kamilə Nəbiyeva] Elə bir dağsan ki, vüqar yaraşır Söylə, taleyində kimlər dolaşır? Sən elə işıqsan, görənlər çaşır Unut kədərini, qəmini unut [Hilal Nəbiyev] Elə bir dağsan ki, vüqar yaraşır Söylə, taleyində kimlər dolaşır? Sən elə işıqsan, görənlər çaşır Unut kədərini, qəmini unut [Keçid: Hilal Nəbiyev, Kamilə Nəbiyeva] Bu da bir zamandır, gəlib, gedəcək Sevincin kədərə gülüb gedəcək Bu qəmli günlərin ölüb gedəcək Unut kədərini, qəmini unut Bu da bir zamandır, gəlib, gedəcək Sevincin kədərə gülüb gedəcək Bu qəmli günlərin ölüb gedəcək Unut kədərini, qəmini unut [Nəqərat: Hilal Nəbiyev, Kamilə Nəbiyeva] Dağlardan gəlmişik, çəni unutma O şirin çağları, dəmi unutma Qurban gözlərinə, məni unutma Unut kədərini, qəmini unut Dağlardan gəlmişik, çəni unutma O şirin çağları, dəmi unutma Qurban gözlərinə, məni unutma Unut kədərini, qəmini unut Unut kədərini, qəmini unut
https://genius.com/Kamil-nbiyeva-unut-kdrini-qmini-unut-lyrics
7,595
Mənim Alagöz Yarım
Kamilə Nəbiyeva
not available
2022
[Bənd 1] Gör bir nələr, gör bir nələr eylədin, eylədin Ürəyimlə, ürəyimlə oynadın, oynadın Mənə yalan söylədin, söylədin, söylədin Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Mənə yalan söylədin, söylədin, söylədin Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, ala göz yarım Mənə yalan söylədin, söylədin Mənim ala, alagöz yarım Mənə yalan söylədin, söylədin Mənim ala, alagöz yarım [Nəqərat] Daha yuxum qarışmaz, qarışmaz Sönən eşqim alışmaz, alışmaz Daha yuxum qarışmaz, qarışmaz Sönən eşqim alışmaz, alışmaz Könlüm səninlə barışmaz, barışmaz, barışmaz Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım [Bənd 2] Sən bir sınmış, sən bir sınmış qanaddın, qanaddın Səmalara, səmalara can atdın, can atdın Öz əhdini unutdun, unutdun, unutdun Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Öz əhdini unutdun, unutdun, unutdun Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Mənə yalan söylədin, söylədin Mənim ala, alagöz yarım Mənə yalan söylədin, söylədin Mənim ala, alagöz yarım [Nəqərat] Daha yuxum qarışmaz, qarışmaz Sönən eşqim alışmaz, alışmaz Daha yuxum qarışmaz, qarışmaz Sönən eşqim alışmaz, alışmaz Könlüm səninlə barışmaz, barışmaz, barışmaz Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Mənim ala, alagöz, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım Yalan sənə yaraşmaz, yaraşmaz Mənim ala, alagöz yarım
https://genius.com/Kamil-nbiyeva-mnim-alagoz-yarm-lyrics
7,596
Darıxıram Sənsiz
Kamilə Nəbiyeva
not available
2022
[Bənd 1] Gözlərimin yaddaşı var, yadı var Dodağımda çəkilməyən dadı var Sol tərəfdə, ürəyimdə adı var Xəyallarda səni sevən o mənəm Xəyallarda səni sevən o mənəm [Keçid] Eşq o deyil, sevəsən, ayrılasan Eşq o deyil, otağında tək qalasan Eşq o deyil, sevəsən, ayrılasan Eşq o deyil ki, otağında tək qalasan [Nəqərat] Darıxır ürəyim, darıxır sənsiz Necə bəs dözdün hər günü mənsiz? Eşqimi qorudum, qorudum sənsiz Bilirəm, sən də dözə bilmirsən mənsiz [Keçid] Eşq o deyil, sevəsən, ayrılasan Eşq o deyil, otağında tək qalasan Eşq o deyil, sevəsən, ayrılasan Eşq o deyil ki, otağında tək qalasan [Nəqərat] Darıxır ürəyim, darıxır sənsiz Necə bəs dözdün hər günü mənsiz? Eşqimi qorudum, qorudum sənsiz Bilirəm, sən də qala bilmirsən mənsiz [Şeir] Sənsiz darıxır ürəyim, sevgilim Artıq sənsiz dura bilmirəm Səni o qədər sevirəm ki Ürəyim çox darıxır sənsiz, əzizim
https://genius.com/Kamil-nbiyeva-darxram-snsiz-lyrics
7,597
Ata
Kamilə Nəbiyeva
not available
2022
[Bənd 1] Ürəyim qubardır, gözyaşım sellər Könlümdə qış oldu bütün fəsillər Dərdimi ovuda bilmədi ellər Sənin yoxluğuna alışmayıram [Nəqərat] Atasız dünyamla barışmayıram Ata, ata, sənsiz bu dünyamla barışmayıram Ata, ata, sənsiz bu dünyamla barışmayıram [Keçid] Bağbanı sən idin qəlbimdə bağın Soldu qönçə gülün, sındı budağın Tufanlar qoynunda sındı ocağın Bir ovuc külünə alışmayıram [Nəqərat] Atasız dünyamla barışmayıram Ata, ata, sənsiz bu dünyamla barışmayıram Ata, ata, sənsiz bu dünyamla barışmayıram [Keçid] Bağbanı sən idin qəlbimdə bağın Soldu qönçə gülün, sındı budağın Tufanlar qoynunda sındı ocağın Bir ovuc külünə alışmayıram [Nəqərat] Atasız dünyamla barışmayıram Ata, ata... Ata, ata, sənsiz bu dünyamla barışmayıram
https://genius.com/Kamil-nbiyeva-ata-lyrics
7,598
Vəfalım Mənim
Kamilə Nəbiyeva
not available
2024
[Giriş] Bu vəfasız dünyada sən ol vəfalım mənim Hər zaman səninlədir fikri-xəyalım mənim Bir-birimiz üçün varıq bu dünyada, əzizim Nə yaxşı sən varımsan, abırı-həyalım mənim [Bənd 1] Candan əzizsən mənə, mehribanımsan Əhdə vəfalısan, nazlı, duzlu bacımsan Candan əzizsən mənə, mehribanımsan Əhdə vəfalısan, nazlı, duzlu bacımsan [Keçid] Qısqanar bu sevgiyə bizi xain ürəklər Tanrı köməyimizdir, dua eylər mələklər [Nəqərat] Bu vəfasız dünyada sən ol vəfalım mənim Hər zaman səninlədir fikri-xəyalım mənim Bir-birimiz üçün varıq bu dünyada, əzizim Nə yaxşı sən varımsan, abırı-həyalım mənim [Bənd 2] Gəzərlər diyar-diyar Leyli olanlar Bizim tək vəfalılar, söylə, harada var? Gəzərlər diyar-diyar Leyli olanlar Bizim tək vəfalılar, söylə, harada var? [Keçid] Qısqanar bu sevgiyə bizi xain ürəklər Tanrı köməyimizdir, dua eylər mələklər [Nəqərat] Bu vəfasız dünyada sən ol vəfalım mənim Hər zaman səninlədir fikri-xəyalım mənim Bir-birimiz üçün varıq bu dünyada, əzizim Nə yaxşı sən varımsan, abırı-həyalım mənim Bu vəfasız dünyada sən ol vəfalım mənim Hər zaman səninlədir fikri-xəyalım mənim Bir-birimiz üçün varıq bu dünyada, əzizim Nə yaxşı sən varımsan, abırı-həyalım mənim Bu vəfasız dünyada sən ol vəfalım mənim Hər zaman səninlədir fikri-xəyalım mənim Bir-birimiz üçün varıq bu dünyada, əzizim Nə yaxşı sən varımsan, abırı-həyalım mənim
https://genius.com/Kamil-nbiyeva-vfalm-mnim-lyrics
7,599
Ona Görə
Kamilə Nəbiyeva
not available
2023
[Giriş] Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan [Bənd 1] O, bir başqadır mənim həyatımda Ağlımda dolaşır hər saatımda O, bir başqadır mənim həyatımda Ağlımda dolaşır hər saatımda [Keçid] Könlümün sahibi, ömrümün mənası Dərdimin çarəsi, qəlbimin sevdası Könlümün sahibi, ömrümün mənası Dərdimin çarəsi, qəlbimin sevdası [Nəqərat] Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan [Bənd 2] Ürəyim özgəsin sevə bilməz Gözlərim ayrısın görə bilməz Ürəyim özgəsin sevə bilməz Gözlərim ayrısın görə bilməz [Keçid] Könlümün sahibi, ömrümün mənası Dərdimin çarəsi, qəlbimin sevdası Könlümün sahibi, ömrümün mənası Dərdimin çarəsi, qəlbimin sevdası [Nəqərat] Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan Ah, ah... Ah... Ona görə mən eşq nədir, bildim Aşiq olub sevdim Ona görə mən sildim hər kəsi Nə lazım özgəsi? Ona görə mən keçərəm candan Keçmərəm ondan
https://genius.com/Kamil-nbiyeva-ona-gor-lyrics