Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,400
https://kayzen.az/blog/marstrat/2427/2.-marketinqin-strateji-planla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1.html
2. Marketinqin strateji planlaşdırılması
marketoloq
Marketinq strategiyaları
26 iyul 2010, 08:03
Kompaniyanın marketinq strategiyasının hazırlanmasının məqsədi hazırkı vaxtda və nəzərə alına bilinən gələcəkdə kompaniyanın imkanları ilə rəqabətli bazar şərtləri arasında uyğunluğun yaradılmasıdır. Kom­mer­si­ya təşkilatı üçün strategiyanın hazırlanması onun imkanları ilə  fəa­liy­yət göstərdiyi bazarın tələb və şərtləri arasında uyğunluğun təmin edil­mə­sidir. Xeyriyyə təşkilatları və ya kommunal təsərrüfatlar kimi qeyri-kom­mer­siya təşkilatları üçün isə strategiyanın hazırlanması onların xidmət gös­tərmə qabiliyyəti ilə xidmət göstərdiyi insanların və ya işin tələbləri ara­sında uyğunluğun yaradılmasıdır. Strategiyanın mərkəzində təkcə təş­kilatın resurslarının profili deyil (bunu tez-tez onun güclü və zəif tərəfləri ad­landırırlar), həm də onun qarşılaşdığı mühitin(onun imkanları və qar­şı­laşa biləcəyi təhlükələr) tənqidi qiymətləndirilməsinə olan ehtiyac durur. Strateji planlaşdırma üç önəmli suala cavab verməyə çalışır: 1.Təşkilat indi nə işlə məşğul olur? 2. Onun ətrafında nə baş verir? 3. Təşkilatın nə işlə məşğul olması daha məqsədəuyğun olardı? Strategiya əsas etibarilə nəticəliliklə deyil(sizin daha yaşı bacardığınız işlə məşğul olmaq), səmərəliliklə(lazım olanla məşğul olmaq) məşğul olur. İdarəetmə vaxtının əsas hissəsi gündəlik işlərə sərf olunur. Hətta ən yüksək idarəetmə səviyyəsində də  menecerlərin iş vaxtının təftişi gös­tə­rir ki, vaxt sərfinin əsas hissəsi gündəlik ətalətli işlərin görülməsinə gedir və daha mürəkkəb və məsuliyyətli  planlaşdırma məsələləri  daha uzaq perspektivə-həftə sonu və ya ildə bir həftə keçirilən   rəsmi görüşlərə sax­la­nılır. Lakin ən uğurlu kompaniyalarda strateji dərketmə prosesi-cari prob­lemlərin abstraktlaşdırılaraq siz indi nə işlə məşğul olursunuzu yaxşılaşdırmaq və siz nə işlə məşğul olursunuz sualına cavab vermək-daima gedir. Şəkil 2.1 Strateji uyğunluq Bu fəslin əvvəlində Conson və Şoulsdan(1988) sitat gətirdiyimiz və Şəkil 2.1-də sxem şəklində göstərdiyimiz “Strateji uyğunluq” konsepsiyası stra­teji təfəkkürün əsasıdır. İstənilən strategiyanın uğurlu olması onun müş­tərilərin ehtiyac və tələbatlarına, həmçinin həmin strategiyanı tətbiq edən təşkilatın imkan və resurslarına dəqiq istiqamətlənməsindən asılıdır. Müştərilərin tələbatlarının ödənilməsinə istiqamətlənməyən strategiya nə qədər yaxşı hazırlanmasından və tərtib edilməsindən asılı olmayaraq mü­vəf­fəqiyyətsizliyə məhkumdur. Eyni qaydada, əgər, təşkilatda stra­te­gi­ya­nın tətbiq edilməsi üçün kifayət qədər resurs olmadığı və ya onların əldə edilməsi mümkün olmadığı təqdirdə də uğur əldə etmək çox çətin olacaq. Təşkilat çərçivəsində marketinq fəlsəfəsinin qəbul edilməsində olduğu kimi strateji təfəkkürün də qəbulu təkcə marketinq menecerləri ilə məhdudlaşmır.  Təşkilatın və ya kompaniyanın  bütün birinci şəxsləri  kom­­paniyanın strateji profilinin və strateji istiqamətinin vəzifələrinin işlən­məsinə görə məsuliyyət daşıyırlar. Strateji marketinq planlaşdırması və strateji planlaşdırma əksər fəaliyyət növlərində birgə iştirak edir, lakin, strateji planlaşdırma daha  geniş fəaliyyət sahəsini və təşkilatın  bü­tün fəaliyyət növlərini əhatə edir. Bazara istiqamətlənmə bütün təşkilata nüfuz etdiyi halda, strateji marketinq planı kompaniyanın ümumi strateji planına bağlı olan funksional planlardan biri hesab olunur. Eyni zamanda, təşkilat daxili və onun ətrafında(müştərilər də, rəqiblər də daxildir) qarşılıqlı əlaqələrin idarəedilməsinin spesifik xüsusiyyətlərilə mar­ketinqin idarəedilməsi təşkilatın ümumi strategiyasının hazır­lan­ma­sında  daha mühüm rol oynayır. Marketinq strategiyası ümumi korporativ strategiyaya daxil edilməlidir.  Ümumi işin aidiyyatı iştirakçılarının fikirlərinin nəzərə alımaqla təş­ki­latın ümumi istiqaməti hazırlanan kimi marketinq strategiyasının kom­pa­ni­ya tərəfindən dəstəkləndiyini təmin etmək məqsədilə onlarla uyğun­laşdırılmalıdır. Həmçinin bax: 2. Marketinqin strateji planlaşdırılması 2.1 Təşkilatın məqsədi və ya missiyası 2.2 Marketinq strategiyasının hazırlanma prosesi 2.3 Baza strategiyasının müəyyənləşdirilməsi 2.4 Rəqabətli mövqeləndirmənin yaradılması 2.5 Strategiyanın tətbiqi 2.6. Praktikadan misal: Playboy
['strateji planlaşdırma']
6,401
https://kayzen.az/blog/Nesin/2300/tarzan%C4%B1n-sahibi-kimdir.html
Tarzanın sahibi kimdir?
2ral
Əziz Nesin satirası
24 iyul 2010, 20:49
Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap küçük vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: - Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, - deyir. Amma bu da Tarzanın yaşını, təxmini də olsa, müəyyənləşdirməyə əsas vermir. On səkkiz il olar ki, biz bu məhəlləyə gəlmişik. Bibim ölüb, biz bu evə köçdüyümüz zaman Tarzan qoca bir köpək idi. Qonşumuz Memduh bəygil isə 21 ildir məhəllədə yaşayırlar. Onlar bura gəldikləri vaxt da Tarzan vardı, qoca bir köpək idi. Baqqal İlyasın dediyinə görə, Tarzanın yaşı otuzu ötməlidir. Çünki o, bura 30 ildir ki, gəlib. Tarzanı da elə bu kökdə görüb. Dəmiryol nəzarətçisi Mehmet əfəndi isə deyir ki, Tarzanın yaşı 40-ı çoxdan keçib, bu məhəlləyə köçdükləri zaman Tarzanın azı 3-4 yaşı vardı. Dürriyə bibi özünün Tarzandan cavan olduğunu hey təkid edir. Bu hesabla isə, Tarzanın yaşı gərək 50-ni çoxdan keçmiş olsun. Ona "Tarzan" adını kimin verdiyi də bəlli deyil. Elə bil ki, it: - Mənim adım Tarzandır, - deyə, hər kəsə özünü tanıtmışdır. Tarzanın sarı-boz rəngdə, qısa tükləri var. Nə çox kiçik, nə də çox böyükdür, təsəvvür elədiyimiz adi küçə itlərindəndir. Topal olmasa da, elə hey axsayar. Məhəllə uşaqları onu daşa basır, vururlar. Hələ heç kim zavallı itin dörd ayağının eyni vaxtda salamat olduğunu görməyib. Məhəllə uşaqlarının ən böyük əyləncəsi elə Tarzandır. Yazığın belinə minirlər, heç cınqırını da çıxarmır. Beli bükülə-bükülə, üstündəki uşağı daşımağa çalışır. Uşaqlar bununla da kifayətlənmir, ikisi birdən Tarzanın belinə minir. Tarzanın beli qırılır, taqəti tükənir. Beş-altı gün belini dikəldə bilmir, tozlu küçələrdə hey sürünür. Lap balacalar isə, quyruğunu çəkər, ora-burasına iynə batırarlar. Biçarə Tarzansa, heç elə bil it deyilmiş, quzu kimi lal-dinməz durub baxar. Yalnız canı çox ağrımış olarsa, başını yaramaz uşaqlara tərəf çevirər, sarı rəngli, çirk basmış gözləri ilə ağıllı-ağıllı baxar. Bu da kar eləməsə, köpək səsinə bənzəməyən yanıqlı bir səslə inildəyər. Məhəllə uşaqlarının ən əyləncəli oyunu isə Tarzanı hamılıqla birdən daşa tutmaqları sayılır. Bir də görürsən ki, Tarzanı bir divara söykəyiblər, özləri üçün hədəfə çeviriblər. İti daşa basır, nişan təlimi keçirlər. Bir axşam evə gəlirdim. Gördüm ki, on - on beş uşaq bir sıraya düzülüb, əllərində daş, hazır vəziyyətdə gözləyirlər. Elə bu vaxt biri: - Atın! - deyə, bağırdı. Uşaqlar, buna bənd imişlər kimi, əllərindəki daşları Tarzana sarı tolazladılar. Soruşdum: - Neynirsiz? - "Gülləbaran" oynayırıq, dayı, - deyə, dilləndilər. Uşaqdılar da, uşaq oynayar da. Biz də uşaq olanda Tarzanla beləcə çox oynamışıq. Başına nə oyun açırlarsa-açsınlar, Tarzan bizim məhəlləni tərk eləmir. Başı bərkdir. Uşaqlar bir yana qalsın, heç böyüklərdən də bir nəvaziş görməyib. Məhəlləmizdəkilər Tarzana, heç olmasa, bir dəfə daş atmağı bu məhəlləli olmağın başlıca şərtlərindən biri sayırlar. Elə ki, Tarzan kiminsə ayaqlarına dolaşdı ha, dərhal onu təpiklə vurub yerə sərirlər. "Yaramaz heyvan, yaralı-bitli köpək", - deyirlər. Onun heç yara-xorasız olduğu vaxtlarını görməmişəm. Biz uşaq olanda onun qulaqlarını kəsmişdik. Bizdən sonrakılar da quyruğunu kəsdilər. Tarzanın qarnını necə doldurduğu da məlum deyil. Nə o bizim məhəllədən bir başqa yerə getməz, nə də məhəlləmizdən bir kimsə ona bir parça quru çörək verməz. Nə yeyər, nə içər - bəlli deyil. Bunu düşünmək belə heç birimizin ağlına gəlməyib. Bir arada bələdiyyə qulluqçuları küçə itlərini öldürürdülər. Bu tamaşanı heç olmasa bir dəfə görmüsünüzmü? Başqa aləmdir. Bir maşın gəlir. İtöldürənlər maşından düşürlər. Əllərində təxminən iki metr uzunluğunda maşaya oxşar karastı olur. Bu karastıların ucları itidir. Bununla köpəkləri tuturlar. Karastının ucları itin qarnına girir, sonra da ki, yarasından qanlar axan köpəyi qaldırıb maşına atırlar. Bələdiyyənin itöldürənləri bizim Tarzanı da yaxaladılar. Bütün məhəllə camaatı bu mənzərəni seyr edirdi. Dəmir alətin iti ucları qarnına girincə: Tarzan ağlayırmış kimi bir səs çıxardı. Sonra başını çevirib bizə baxdı. İtöldürən Tarzanı havaya qaldırdı, maşına atarkən isə, gözlənilməz hadisə baş verdi. Tarzan çırpındı, dartındı, qarnı yırtıldısa da, karastının ucundan qurtula bildi. Qanı axa-axa, qaçıb uzaqlaşdı. Ertəsi gün Tarzanı yenə də məhəllədə gördük. Bir müddət yaralı gəzdi, süründü. Sonra yaxşılaşdı. İtləri bu sayaq alətlərlə öldürməyin insanlıqdan uzaq bir hərəkət olduğu barədə çoxlu şikayətlər edildiyindən, bundan sonra köpəkləri tüfənglə vurub öldürməyə qərar verildi. Bir gün köpək ovçuları bizim məhəlləyə də gəldilər. Bu, çox əyləncəli bir ov idi. Sahibi olan köpəkləri evdə saxlamışdılar. Tarzanı vurmaq çətin olmadı. Güllə heyvancığazın sol döşündən dəydi. Yerə yıxıldı. Amma ovçular onu tuta bilmədilər, qaçdı getdi. Onu yaralı-birəli yenə məhəllədə gördük. İtöldürənlər, səhvən, sahibi olan bir iti də vurmuşdular. Sahibi də sayılanlardandır. Buna görə də, itləri tüfənglə vurmağın da insanlığa yaraşmayan hərəkət olması məlum olduqdan sonra, bu üsuldan da əl çəkdilər. İndi də köpəkləri zəhərləməyə başladılar. İtzəhərləyənlər bizim məhəlləyə də gəldilər. Məhəlləmizdən, Tarzandan əlavə, daha iki köpək zəhərli ət yemişdi. Heyvanlar bir qədər sonra yerə sərilib gəbərməyə başladılar. Köpəklərin ikisinin sahibi vardı. İtlərinə sarımsaqla qatıq içirdilər ki, bəlkə xilas olsunlar. Amma əlac olmadı, ikisi də öldü. Yalnız Tarzan xilas ola bildi. Hamımız elə bilirdik ki, artıq o ölüb. Çünki onu heç kim xilas etməyə çalışmamışdı. Gecəyə kimi düşdüyü yerdə hərəkətsiz qalmışdı. Səhər tezdən gördük ki, budur, Tarzan ayaq üstdədir. Uşaqlar sevincək halda - Yaşa, Tarzan! - deyə, qışqıra-qışqıra, onu daşa basmağa başladılar. Məhəlləmizə bir amerikan ailəsi köçmüşdü. Və həmin gündən də Tarzanın bəxti açıldı. Əvvəlcə amerikalının on dörd yaşlı oğlu Tarzana yemək verməyə başladı. Sonra onu evin bağçasına buraxmağa başladılar. Onun üçün bir evcik də tikdilər. Üç-dörd ayın içində Tarzan dəyişdi. Bir dəri - bir sümük qalmış Tarzan dumbul kimi oldu. Gözlərinə işıq gəldi, tükləri par-par parıldadı. Bambaşqa bir heyvan oldu... Tarzan bu qədər gözəlləşincə, hamımız onu sevməyə başladıq. Axı gözəl heyvanı kim sevməz ki?! Məhəllənin uşaqları ona çörək atmağa başladılar. Təkcə çörək yox ey, daha nələr... Məhəllədə hansı evə ət gəlsə, evin xanımı sür-sümüyü Tarzan üçün ayırır, oğluna deyirdi: - Götür bunları, apar Tarzana ver. Tarzanın yeməyi əskik olmurdu. Bir sözlə, hamımızın fikri-zikri Tarzanın yanında idi. - Amandı, Tarzan susuz qalmasın. Ağzı var, dili yox heyvancığazın. Yazıq susuzluqdan yanar ha! - Tarzan üçün ət aparın!.. Amerikalılar Tarzanı iki-üç gündən bir çimizdirirdilər. Tarzan par-par yanırdı. Qadınlar: - Ay uşaq, - deyirdilər, - siz də Tarzanı çimizdirsəniz!.. Qış gəldi. Amerikalılar Tarzanı evin alt mərtəbəsində saxlamağa başladılar. Amma onlar iti içəri aparmaqdan əvvəl, məhəllədə artıq dedi-qodu başlamışdı: - Heyvanı soyuqdan donduracaqlar... - Qışın bu qiyamətində heç iti bağçada saxlayarlarmı?.. və s. və i. Bəli, qış da keçdi. Məlum oldu ki, yazda amerikalılar vətənlərinə qayıdacaqlar. Bu arada söz çıxdı ki, Tarzanı da aparmaq istəyirlər. Pəh, məhəlləmizdə bir müsibət qopdu ki!.. Bəs necə, haqqımız da vardı. Dəmiryolu gözətçisi Mehmet əfəndi irəli çıxdı: - Heç yerindən tərpədə də bilməzlər, - dedi - Məhəlləmizin köpəyini onlara verəcəyik? Ömründə ola bilməz! Dürriyə bibinin gözlərinin yaşı sel kimi axırdı. Ağlaya-ağlaya deyirdi ki: - Heyvan əlimdə dünyaya göz açdı, böyüdü. Mən Tarzanı heç kimə vermərəm. Bircə Amerikaya getməyi çatmırdı. Vallahi ki, evlərini başlarına uçuraram. Baqqal İlyas söhbətə qarışdı: - Ay balam, kimin köpəyini kimə verirsiniz? İt ki mənimkidir?! Onu lap körpəlikdən özüm bəsləyib böyütmüşəm. Məmduh bəy məhəlləmizin ən oxumuşu olduğundan, qanunlara görə danışmağa başladı: - Heç darıxmayın, heç yerə apara bilməzlər. - Niyə ki? - deyə, soruşduq. - Çünki, qanunlar yol vermir. Belə ki, Tarzan burada doğulmuş, böyümüş, bu məhəllədə yetişmişdir. Necə ola bilər ki, onu yad bir ölkəyə aparsınlar? Axı pasport verməzlər, bu bir... Ondan sonra... Sözü ağzında qaldı. Bütün məhəllə ayağa qalxmışdı. Tarzana görə məhəllədə Amerika əleyhinə dəhşətli bir əhval-ruhiyyə baş qaldırmışdı. Az qala bir faciə də baş verəcəkdi. Nə faciə? - Məhəlləmizdə Özgür adında bir universitet tələbəsi var. Bir gün necə olubsa, qəhvəxanada deyib ki, əşşi, qoyun aparsınlar da, heç olmasa, heyvanın canı qurtular. Pəh, az qalmışdı ki, oğlandan ötrü Linç məhkəməsi qursunlar. - Necə yəni "heç olmasa heyvanın canı qurtular"? Bu nə deməkdir? Biçarə tələbə: - Yox ey, məqsədimi düzgün başa düşmədiniz. Bu saat izah edim, - desə də, qulaq asmayıb baş-gözünü yarmışdılar. Yazıq canını birtəhər qurtara bilmişdi. Amerikalıların evləri qarşısında toplaşırdıq, - Tarzanı istəyirik, - deyib bağırırdıq. Onlardan isə heç bir səs çıxmırdı. - Amerikalılar bizim Tarzanı aparmaq istəyirlər, - deyə, polis idarəsinə getdik. Komissar bizi dinləyib dedi: - Bir şikayət yazın ki, köpək sizinkidir. Sonrasına əncam çəkərik. Bütün məhəllə adından "Tarzan bizimdir!" - deyə bir şikayət ərizəsi tərtib etdik. Ayrıca olaraq, "Biz Tarzanımızı vermərik" tələbnaməsi altına da imza topladıq. İş get-gedə daha da böyüyürdü. Qonşu məhəllələr də işə qarışırdı. Bu arada, günlərin bir günü gördük ki, amerikalılar əşyalarını satıb getməyə hazırlaşırlar. Biz onların qapısının ağzına toplaşdıq. Onlar isə Tarzanı maşına qoydular. Birbaşa təyyarə meydanına gedəcək, birlikdə təyyarəyə minəcəkdilər. Amerikalı etirazımızı görüncə dedi: - Əlli dollar verirəm, köpəyi satın mənə. Bu söz bizim səbir kasamızı daşırdı. Əcəb işdir, cibində dolları var deyə, bu amerikalı nəyimiz varsa satın alacaq? - Əlli yox ey, lap yüz dollar, min dollar versən də, Tarzanımızı vermərik! - deyib, qəzəbimizi bildirdik. Zavallı Tarzan da, yazıq-yazıq baxır, sanki: - Nə olar, məni bu amerikalının əlindən qurtarın, - deyə, yalvarırdı. Uşaqlar, qadınlar ağlamağa, qışqırmağa başladılar. Hay-küyə polis də gəlib çıxdı. Tarzan məsələsindən xəbərləri vardı. Amerikalıya dedilər: - Mister, bu köpəyi apara bilməyəcəksiniz. - Nə səbəbə? - deyə, amerikalı çaşqın halda soruşdu. - Çünki, sahibi var!... Xülasə, polisin köməyi ilə Tarzanımızı amerikalının əlindən qurtara bildik. Amerikalılar da arxalarına baxa-baxa getdilər. İndi Tarzan bizimdir. On günün içərisində yenə də əvvəlki halını aldı. Sısqalaşdı, qabırğaları çıxdı, yara-birə içində itib-batdı. Büsbütün bizim məhəllənin köpəyi oldu. Uşaqlar səhərdən-axşama kimi onu daşa basır, ora-burasına iynə sancır, belinə minirlər. Keçən axşam evə gəlirdim. Gördüm ki, uşaqlar Tarzanı başaşağı vəziyyətdə iplərlə ayaqlarından ağacdan sallamışlar. Əllərində bıçaq vardı. - Nə edirsiz, ay uşaq? - deyə, maraqlandım. Dedilər ki, məktəbdə müəllim qurbağa kəsərək, ürəyini onlara göstərib. İndi onlar da Tarzanın üzərində eyni əməliyyatı aparmaq istəyirlər. ...Tarzan bir neçə gün yara-xora içində dolaşdı. Sonra yaxşılaşdı. Yenə məhəllənin küçələrində yıxıla-dura, gəzib dolaşır.
['ev heyvanları', 'Tarzan', 'amerikanlar', 'Şərq və Qərb']
6,402
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2679/dostluq.html
Dostluq
Zahid_GDMLI
Düşündürücü hekayələr
24 iyul 2010, 14:27
Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin yanına gəlir və deyir: - Komandir icazə verin gedim dostumu gətirim. - Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma! Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: - Yaxşi, get. Necə olursa əsgər yaralanmiş dostunu yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu ölür. Komandir əsgərə deyir: - Sənə dəyməz demişdim.Dostun sonda öldü, öz həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna? - Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ ölməmişdi.Onun son sözləri mənim üçün dünyaya dəyərdi. "Son sözü nə oldu?"-deyə komandir soruşur. Əsgər isə hıcqıraraq dostunun son sözlərini təkrarladı. - MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM....
['dostluq']
6,403
https://kayzen.az/blog/burcler-xarakter/1787/bu%C4%9Fa-b%C3%BCrc%C3%BC.html
Buğa bürcü
Tomris
Bürclərin xarakteri
24 iyul 2010, 09:08
Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.Buğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır. Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə. Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər. Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s. Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar. Buğa bürcü haqqında ulduzlar bə deyir? Kişi Buğanın başqa bürclərlə uyğunluğu Buğa - Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər. Buğa - Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun. Buğa - Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur. Buğa - Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər. Buğa - Şir. Xarakter baxımından bir-birindən fərqlidirlər. Şir həyatsevər, şən olduğu halda Buğalar hisslərini gizlədə bilən və eqoistdir. Şirləri yola vermək çətin olduğu üçün münasibətlər mürəkkəbləşir. Ailə çox vaxt uğurlu sayılmır. Buğa - Qız. Uğurlu ailə alınır. Hər iki bürc sahiblərinin düşüncələri, istəkləri üst-üstə düşür. Yaranan problemlərin həllində hər ikisi aktiv iştirak edir. Bu da münasibətlərin daha da istiləşməsinə gətirib çıxardır. Buğa - Tərəzi. Bu münasibətdə Tərəzilər çox emosionaldirlar. Ailədə Buğa başçı olmağa can atır. Hər iki bürc sahiblərinin maraqları eynidir. Münasibətlər  pis deyil, uzun müddətli və daimi ola bilər. Buğa - Əqrəb. Bu bürc sahiblərinin ünsiyyəti yaxşı sayıla bilər. Bəzi mənfi xüsusiyyətləri yox etməklə, Əqrəblər dözümsüz olsa da, Buğaların səbri münasibətlərin uzun müddətli olmasına imkan verir. Çox vaxt yaranan ailə səadət nümunəsinə çevrilir. Buğa - Oxatan. Zəka yönümündən bir-birini cəzb etsələr də, ailə-məişət zəminində rabitələri tez qırılır. Məhəbbət bir ildırım parıltısı kimi gurultulu, işıqlı və ani olur. Bir-birinə güzəştə getməmələri ailəni dağıdır. Buğa - Oğlaq. Əla cütlükdür. Müəyyən yaş həddinə çatandan sonra, bu aydın görünür. Xarakter baxımından bir-birinə çox uyğunluqları vardır. Biri çətinə düşdüyü zaman, digəri onun köməyinə çatır. Hər iki bürcün sakitliyi və səbri harmoniya, ahəngdarlıq yaradır. İşləməyi sevirlər, təmizkardırlar. Buğa - Dolça. Dolçalar ərköyünlükdən tərslik edir. Bu da narazılıqlara gətirib çıxarır. Çox vaxt Buğalar Dolçalara qarşı çox tələbkar və qısqanc olurlar. Hər ikisi bu münasibətdən çox tez yorulurlar. Bir-birinin başa düşülməməsi ailənin dağılmasına gətirib çıxara bilər. Ehtirasca Buğa Dolça-dan güclüdür, bu da münasibətlərə təsirsiz keçmir. Buğa - Balıqlar. Bu münasibətdə Buğalar başçı olmalıdır. Balıqlara çox köməyi dəyir. Xarakter baxımından Buğalar Balıqlardan güclüdür. Bir yerdə bu bürc sahibləri xoşbəxt ola bilərlər. Ailədə yaranan bəzi problemlər Balıqların eqoist olmasından irəli gəlir. Balıqlar unutmamalıdırlar ki, Buğalar onlardan çox güclüdür.Qədim tiirkcə - Ud; Latınca - Taurus;Farsca - Gav; Ərəbcə - Sur;Qədim yunanca - Tauros Rusca - Telets Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından Həmçinin bax: Buğa bürcünün xüsusiyyətləri və Buğa bürcü haqqında astroloji məlumat
['buğa bürcü', 'taurus']
6,404
https://kayzen.az/blog/r9perviz/2660/az%C9%99rbaycanda-h%C9%99qiqi-h%C9%99rbi-xidm%C9%99t.html
Azərbaycanda "həqiqi" hərbi xidmət
r9perviz
Bloq: r9perviz
24 iyul 2010, 02:23
Bu gün eşitdiyim bir xəbərdən sonra Azərbaycanda həqiqi hərbi xidmət haqqında yazmaq qərarına gəldim. Düzdü, mən hələ ki hərbi xidmətdə olmamışam, ona görə də hərbi xidmətin içindən, orda əsgərə qarşı münasibətdən, verilən yeməklər, təhqirlərdən, haqsızlıqlardan danışmayacam. Bunları mənim kimi yəqin ki bir çoxlarınız hərbi xidmətlərini başa vurmuşlardan eşitmisiniz, bəziləriniz isə bunları hərbi xidmətin özündə yaşamısınız. Mənim bu gün toxunacağım mövzu gənc oğlanlarımızın hərbi xidmət problemindəndir. Əslində hərbi xidmətin özünü problem adlandırmaq olmaz, çünki hər bir azərbaycanlı gənc oğlanın hərbi xidmət keçmək borcudur və vəzifəsidir. Hərbi xidməti problemə çevirən məhz bizim dövlət qurumlarımızdır. Bizdə belə bir qanun var ki, orta məktəbi bitirdin, ali məktəbə daxil olmadınsa, hərbi xidmətə getməlisən. Bununla müəyyən qədər razılaşmaq olar. Ali məktəbə qiyabi qəbul olanlar da təhsillərini dondurub 1.5 il hərbi xidmət keçməlidirlər, bununla nə qədər razılaşmaq olar, bilmirəm. Bundan başqa, əyani olaraq ali məktəbin bakalavr pilləsində təhsil alan gənc oğlan magistratura imtahanı verə bilər, amma həmin pilləni oxumadan hərbi xidmətə getməli, ondan sonra gəlib təhsilini davam etdirməlidir. Mən məhz bu hissəni başa düşə bilmirəm, başa düşmürəm ki, niyə bizim dövlət tələbəni təhsildən ayırıb hərbi xidmətə göndərir, sonra da həmin mühitdən qayıdandan sonra təhsilini davam etdirməsini istəyir? Onsuz da hər bir azərbaycanlı oğlan 35 yaşına kimi mütləq əsgərliyə getməlidir. Tələbənin təhsilini tam başa vurmasını gözləmək olmazmı? Amma bu gün eşitdiyim xəbər ölkə daxilində yox, məhz ölkə xaricində təhsillə bağlıdır. Prezidentimizin imzaladığı fərmana görə 2015-ci ilə kimi 5000 gənc Dövlət hesabına xaricdə təhsil almağa göndəriləcək. Bu fərman təqdirəlayiq haldır. Fərmana əsasən il ərzində yüzlərlə gənc müxtəlif dillərə hazırlaşır, müxtəlif xarici ölkələrin universitetlərinə qəbul olur və sənədlərini Təhsil Nazirliyinə təqdim edirlər. İndi isə nazirlik xaricdə təhsil almaq istəyən (deyəsən bu magistrə aiddi) oğlanlardan sənədlərinə baxılmaq üçün hərbi bilet tələb edir. Adamı yandıran isə, Təhsil Nazirliyiin hərbi bileti məhz indi, 22 iyulda, tələbələrin bir il əziyyət çəkməsindən sonra deməsidir. Tələbə hərbi bileti hardan əldə etməlidi? Ya külli miqdarda pul verib qeyri-qanuni yollarla “yararsız” hərbi bileti almalı, ya da ki, xaricdə oxumaq arzusunun üstündən yekə bir xətt çəkməlidir. Bundan sonra da deyirlər ki, oğlanlar hərbi xidmətdən yayınır, “yararsız” hərbi bilet alırlar. Bəs dövlət təhsilini davam etdirmək, arzularını həyata keçirmək istəyən gəncə başqa seçim yolu qoyurmu? Mən yarasız hərbi bileti alanların tərəfdarı deyiləm, amma 22 iyulda bu xəbəri alan və iyulun 28-nə kimi hərbi bilet təqdim etməli olan tələbə nə etməlidir?
['hərbi mükəlləfiyyət', 'hərbi-siyasi problemlər', 'xaricdə təhsil']
6,405
https://kayzen.az/blog/Voogar/2659/ay%C4%B1b-olmas%C4%B1n.html
Ayıb olmasın!
Voogar
Bloq: Voogar
23 iyul 2010, 21:53
Xalqımızın milli, mənəvi və mental dəyərlərinin zənginliyini nəzərə alaraq bu günkü yazımı ayıblara həsr etmək qərarına gəldim.>Hamı razılaşar ki, xalqımızın ən dəyərli dəyərlərindən ən dəyərlisi utancaqlıqdı. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, XXI əsrdə yaşayırıq, nə utancaqlıq. Amma əminəm ki aşağıda yazacağım nümunələr fikrinizi dəyişəcək.Həmişə böyüklərimiz bizə nəyinsə ayıb olub olmadığını deyir. Bəzi geridə qalmış xalqlardakı kimi nəyin doğru nəyin yalnış olduğunu demirlər. Məsələn, hamilə qadlna "hamilədir", "uşaq dünyaya gətirəcək" və "doğacaq" kimi ifadələr işlətmək ayıbdır. Ən azından bizə uşaqlıqdan bunu öyrədirlər. Amma hər hansı bir qadının əri ilə olan münasibəti haqda həyətdə oturub tum yeyə-yeyə müzakirələr aparmaq ayıb deyil. Digər bir misal, bir atanın qızının başqa oğlanla söhbət eləməsi ayıbdır, amma həmin atanın öz qızını varlı bir oğlana ərə verməsi ayıb deyil. İndi bəzi qara qəlbli insanlar bunun öz qızını satmaq olduğunu deyəcək. Amma bu belə deyil, ata da öz qızının gələcəyini düşünür. Sonra, toya qədər qızla oğlanın görüşməsi ayıbdır, amma toy gecəsi elliklə yeni həyat quranların yataq otağından xəbər gözləmək ayıb deyil. (Mövzudan uzaqlaşıramsa, xəbər eliyin). Daha sonra, şortikdə gəzmək ayıbdır, amma söyüş söymək yox, atanın yanında siqarət çəkmək ayıbdır, amma atanın pullarıyla barda qızla əylənmək yox. Öz bacının internətdən istifadə etməsi ayıbdır, amma başqasının bacısının istifadə etməsi yox. Və ən nəhayət! Fahişəlik etmək ayıbdır, amma şəriyyət qanunlarına uyğun siğə etmək deyil.Bu cür mental dəyərləri olan xalqın gələcəyi çox parlaqdır. İndi bəzi qara qəlbli, müasirlikdən dəm vuran insalar bunların mənəviyyatsızlıq olduğunu deyəcək amma  biz azərbaycanlı olaraq bu dəyərlərə sahib çıxmalıyıq. Mənfi cəhətlərimiz də yoxdur deyil. Məsələn avtobusda böyüklərə və qadınlara yer vermək. İnanırsız Avropada belə şey yoxdur. Çox şükür ki, artıq bu cəhət də yavaş-yavaş aradan qaldırılır. Gənclərimiz artıq yer vermirlər. Mənə həmişə maraqlı gəlib ki, bu qədər gözəl mental dəyərləri olan cəmiyyətimizdə necə belə mənasız adətlvar. Axı mən niyə başqasına yer verməliyəm? Nəisə, deyəsən yenə mövzudan uzaqlaşdım. Unutmayın! Əsas odur ki, insanın ürəyi təmiz olsun. (Mənəviyyatı olmasa da)
['milli mentalitet', 'Azərbaycan reallıqları']
6,406
https://kayzen.az/blog/ikinci/1822/m%C3%BCharib%C9%99d%C9%99-%C9%99sasl%C4%B1-d%C3%B6n%C3%BC%C5%9F.html
Müharibədə əsaslı dönüş
papatürk
İkinci Dünya Müharibəsi
23 iyul 2010, 05:40
1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 - 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar. Müttəfıq (İngiltərə və ABŞ) qoşunları 1942-ci ilin oktyabrında Şimali Afrikada hücuma keçərək Misirin El-Alameyn rayonunda faşist ordularına güclü zərbə vurdular. 1942-ci ilin oktyabr və noyabrında Kirinaikanı və Tripolitaniyanı azad etdilər. 1943-cü ilin fevralında amerikan və ingilis qoşunları Liviya-Tunis sərhədinə çıxdılar. May ayında Tunisdə faşistlərin 250 minlik ordusunu təslim etdilər. Şimali Afrikanın azad edilməsi müttəfiq qoşunlarının İtaliyaya çıxarılması üçün şərait yaratdı. Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942 - 1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. Çox müstəsna strateji əhəmiyyəti olan Stalinqrad uğrunda döyüşlər  1942-ci  ilin yayından (iyulun  17-dən) başlamışdı. Avqustun 25-də Stalinqrad mühasirə vəziyyətinə salınmışdı. Stalinqradın müdafiəsi general V.İ.Çuykovun komandanlığı altında olan 62-ci orduya və general M.S.Şumilovun 64-cü ordusunun hissələrinə həvalə olunmuşdu. Azərbaycan xalqının qəhrəman oğlu general Həzi Aslanovun tank alayı da bu döyüşlərdə iştirak etmişdi. Döyüş igidliyinə görə general Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü, 1942-ci il sentyabrın ortalarından (13) etibarən şəhərin küçələri, tinlərı və evləri uğrunda döyüşlər başlamışdı, Dördmərtəbəli bir ev 58 gün müdafiə olunmuşdu. O əldən-ələ keçməsinə baxmayaraq düşmənə təslim edilməmişdi. Şəhərin müəyyən hissəsi almanlar tərəfindən zəbt edilməsinə baxmayaraq o, qorunub saxlanılmışdı. Faşistlərin Stalinqradı tutmaq niyyəti baş tutmamışdı. 1942-ci il noyabrın 10-da sovet qoşunları Stalinqrad ətrafında əks hücuma keçdi. Əməliyyata marşal G.K.Jukov rəhbərlik etmişdi. Stalinqrad əməliyyatı 1943-cü il fevralın 2-də başa çatmışdı. Bu əməliyyat zamanı almanların 22 diviziyası - 330 mindən çox əskər və zabiti mühasirəyə alınaraq məhv edilmişdi: Onlardan 147 mini öldürülmüş, 91 min nəfəri, o cümlədən general-feldmarşal fon Pauls olmaqla 24 general əsir götürülmüşdü. Bu döyüşdə faşistlər 1.5 milyon adam itirmişdilər. Hitler 1943-cü il fevralın 2ni ümumalman matəm günü elan etmişdi. Stalinqrad ətrafındakı qələbə zəbt olunmuş sovet ərazilərini almanlardan azad olunması uğrunda mübarizə üçün əlverişli şərait yaratdı. 1942 - 1943-cü illərin qışında sovet ordularının əməliyyatları zamanı 500 min km2 sovet ərazisi işğalçılardan azad edildi. Bu dövrdə müttəfiqlərin iqtisadiyyatında da köklü dönüş baş vermişdi. 1942-ci ilin sonunda müttəfiqlər faşist blokundan üç dəfə çox hərbi təyyarə, 10 dəfə çox tank istehsal edirdilər.Əsaslı dönüşün həlledici döyüşçülərindən biri də Oryol-Kursk rayonunda aparılan əməliyyat olmuşdu. Faşistlər bu rayona 50-yə qədər diviziya toplamışdılar, Onlardan 20-si motorlu diviziya idi. 50 gün (1943-cü il iyulun 5-dən-avqusmn 25-i) davam edən bu döyüşdə faşistlər yarım milyon adam itirmişdilər, Bu döyüş zamanı almanların 30 seçmə diviziyası, o cümlədən 7 tank diviziyası məhv edilmişdi. Oryol-Kursk ətrafında qələbə ilə ikinci dünya müharibəsinin gedişində əsaslı dönüş başa çatmışdı. Bundan sonra bütün cəbhələrdə təşəbbüskarlıq müttəfiq qoşunlarının əlinə keçmişdi. Müharibənin bu mərhələsinin ən mühüm əməliyyatlarından biri də Dnepr uğrunda olan döyüşlərdir. Bu döyüşlər 1943-cü il avqustun axırı - oktyabrın sonu müddətində olmuşdu, Bu döyüşlər nəticəsində almanların sovet qoşunlarının hücumlarının qarşısını almaq səyləri puç edilmişdi. Dnepr uğrundakı döyüşlərdə düşmənin 26 diviziyası məhv edilmişdi. Ukraynanın paytaxtı Kiyev şəhəri düşməndən azad edilmişdi. Dnepr uğrunda döyüşlər zamanı misilsiz igidlik göstərən 2438 nəfərə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. 1943-cü ilin iyulunda amerikan-ingilis qoşunları Siciliyaya, avqustun ikinci yarısında isə Appenin yarımadasına çıxarılmışdı. İtaliyada faşist diktatoru Mussolini devrilmiş, marşal Badolyo başda olmaqla yeni hökumət hakimiyyətə gəlmişdi. 1943-ci ilin sentyabrında İtaliya müharibədən çıxarılmış və keçmiş müttəfiqi Almaniyaya müharibə elan etmişdi. Bu faşist hərbi blokunun dağılmasında ilk addım olmuşdu. Bu mərhələdə 1942-ci ildən etibarən açılması gecikdirilən ikinci cəbhə məsələsi ən aktual problemlərdən idi. Üç dövlət (SSRİ, ABŞ, B.Britaniya) başçılarının Tehran konfransında (1943cü il 28 noyabr-1 dekabr) bu məsələ müzakirə edilməmiş və onun 1944-cü ilin may ayında Fransanın şimalından açılması müəyyənləşdirilmişdi. Habelə konfransda müharibədən sonra da birgə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi bəyan olunmuşdu.
['El-Alameyn döyüşü', 'Stalinqrad döyüşü', 'antihitler koalisiyası', 'ikinci dünya müharibəsi']
6,407
https://kayzen.az/blog/futbol/2642/az%C9%99rbaycan-klublar%C4%B1-avrokuboklarda.html
Azərbaycan klubları Avrokuboklarda
r9perviz
Futbol
23 iyul 2010, 04:36
Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş. Mən artıq futbolçularımız məğlubiyyətinə vərdiş olmuşam, amma hər oyuna imkan daxilində baxıram, həmişə də ümid edirəm ki, bu dəfə biz qalib gələcəyik. Amma təəssüflər olsun ki, çox hallarda ümidim puç olur. Amma keçən il isə, futboçularımız, daha doğrusu, Qarabağ komandası məni və hamımızı çox sevindirdi. Bizim futbol üçün keçən il sevindiyim qədər sevindiyim bir hal yadıma gəlmir. Yadıma gəlir, Qarabağın Norveç nəhəngi Rosenburqla oyunu zamanı tez-tez telefondan livescore-a girib hesaba baxır, hesabın hələ də 0-0 olduğunu görüb sevinir, dua edirdim ki, bizimkilər məğlub olmasınlar. Elə də oldu və Qarabağ səfərdən lazımı nəticə ilə qayıtdı. Cavab oyununda isə, iyulun 23-də, Ağdamın Qarabağ klubu Ağdamın işğalı günündə Rosenburq üzərində möhtəşəm qələbə qazandı və stadionda minləri, ekran qarşısında isə milyonları sevindirdi. Qarabağın uğuru Honka üzərində də davam elədi, 4-cü mərhələ isə Tvente səddini keçə bilmədi. Məhz Qarabağın bu uğurları minlərlə azarkeşi stadionlara tökürdü. Heyətinin böyük əksəriyyəti milli oyunçulardan ibarət olan Qarabağdan fərqli olaraq legionerlərə külli miqdarda pul xərcləyən Bakı, İnter, Xəzər Lənkəran isə bizləri məyus etdilər. Düzdü, Bakı ilk mərhələdə zəif rəqibinə qalib gələrək mərhələ adladı, amma sonrakı oyunlara bir ad vermək olar, fiasko. (Ötən illərdə dəfələrlə mərhələ keçən və bizə sevinc yaşatan Nefçini də unutmayaq). Analoji hadisələr bu il də təkrarlanmaqdadı, Qarabağ milli oyunçularımzla uğurlarını davam etdirir, digər klublarımız isə legionerlərlə hələ yerlərində sayırlar. Amma keçən ilə nisbətən bir az irəliləyiş var. Bakı, öz səhlənkarlığının qurbanı oldu – hər iki oyunda qələbə, nəticədə isə məğlub. Xəzər Lənkəran zəif rəqibinə məğlub olmasa da, qalib də gələ bilmədi və əlviə Avroliqa. İnter isə bu dəfə bir az təqdirəlayiq oyun nümayiş etdirdi. İlk oyunda Polşa nəhənginə məğlub olmasına baxmayaraq cavan oyununda eyni hesabla qalib gəldi və oyun penallara qədər uzandı. Həmin oyunun penallaşmaları isə Azərbaycan futbolu üçün keçirdiyim ən həyəcanlı dəqiqələr idi. Amma təəssüf ki, 11-ci penalda, oyunun qəhrəmanlarından olan qapıçımız Lamayanın zərbəsini rəqib qapıçının qaytarmasıyla İnter də Avrokuboklara vəda etdi. Çox şükür ki, Avrokuboklarda hələ də bir təmsilçimiz var və hamımızın ümidi onadı. Bizə bu qədər sevinci yaşatdıqları üçün Qarabağın bütün futbolçularına və Baş məşqçi Qurban Qurbanova təşəkkürlər və uğurlar!  Rəşad Sadıqovun Rosenburqa vurduğu möhtəşəm qol. Keçən ilin bu günü. Dünən keçirilən Qarabağ-Portadovn qaşılaşmasının icmalı. Oyuna baxa bilməmişdim, Əfran İsmayılovun qoluna baxanda isə gözlərim doldu (yəqin Azərbaycan futbolunun gələcək vəd etdiyini düşündüyümə görə)
['Futbol']
6,408
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2635/kino-memento.html
KİNO: Memento
Türkəl
Bloq: Türkəl
23 iyul 2010, 01:22
Memento - latın sözüdür, "yadda saxla" deməkdir.Görəsən niyə onun ardınca qaçıram?... Lənətə gələsən....., deyəsən o mənim ardımca qaçır.....Leonard hər gün yuxudan durur və güzgüyə yaxınlaşır. Özünün kim olduğunu yadına saldıqdan sonra, harada olduğu barədə fikirləşir. Son dəfə nə etdiyini öyrənmək üçün bədənindəki tatuları diqqətlə tədqiq edir, yaxınlığa qoymalı olduğu "Polaroid" şəkilləri axtarır. Lenny..., yox, yalnız sevimli həyat yoldaşı onu belə çağırırdı...., Leonard amneziya xəstəliyinin xüsusi növündən əziyyət çəkir. Reliz:              2000Rejissor:         Christopher NolanSsenari:          Christopher Nolan Baş Rollarda:   Guy Pierce, Carrie-Anne Moss, Joe Pantaliano- Salam, mənim bu problemim var. Mən özüm haqda hər şeyi bilirəm, amma evimə girən və arvadımı qətlə yetirən basqınçılar tərəfindən zərbə aldıqdan sonra yadımda heç nə qalmır, yeni xatirələr yarada bilmirəm.......niyə gülürsən?.... bunu artıq sənə demişəm? biz artıq görüşmüşük? sən kimsən?Nadir xəstəlikdən əziyyət çəkən Leonardın yadında yalnız zərbə alan ana kimi olan hadisələr qalıb, bundan sonra baş verənlərdən isə yalnız həyat yoldaşının soyuq cəsədi gözünün qarşısına gəlir. O, söhbətin ortasında söhbəti nədən başladıqdan və kimlə etdiyindən unudur. Ağır vəziyyəti onun qarşısına manelər çıxartsa da, o arvadının qisasını almaq üçün axıra kimi getməyə hazırdı. Tələsməyin. Bu baxmağa öyrəşdiyiniz tematik filmlərdən deyil. JOHN G. RAPED AND MURDERED MY WIFEFilm öz üslubunda yeganədir. Bunun üçün Nolan qardaşlarına təşəkkür etməliyik. Günümüzün ən adlı-sanlı rejissorlarından olan Christopher Nolan (Yuxusuzluq - Insomnia, Prestij - Prestige, Başlanğıc - Inception) kiçik qardaşı Jonathan'ın yazdığı kiçik novellanı bəyənir və ondan xahiş edir ki, əsəri dolğun hala gətirsin. Bundan sonra isə o yazını kinossenariyə çevirir.Mən özüm haqda hər şeyi bilirəm: Mənim adım Leonard Shelby'dir. Mən San-Fransiskodanam. Mənim arvadımı öldürüblər.....Filmin unikallığı ondadır ki, biz Leonardın həyatını ardıcıl halda izləmirik. Gördüyümüz hər növbəti kadr Leonardın əvvəlki gününü əks etdirir və belə nümayiş izləyicini yaddaşsız qəhrəmanın halına salır. Bura haradır? Bu adam kimdir? Biz həyata Leonardın gözləriylə baxırıq və baş verənləri onun kimi təhlil edirik. Biz sabaha doğru yox, dünənə tərəf gedirik. Çünki onun hər günü növbəti gündən daha gözəldir. Leonard hər gün eyni adamı görür, lakin bu görüş onda hər dəfə müxtəlif təəssüratlar yaradır. İlk təəssürat yanlış olar... yaddaşı olmadığından bu, hər dəfə onun üçün "ilk" olur.Remember Sammy JenkinsFilmdə baş rolu avstraliyalı Guy Pierce (Los-Ancelesin Sirləri - L.A. Confidential, Qraf Monte-Kristo - The Count of Monte Cristo, Zaman Maşını - Time Machnie) ifa edir. Deyərdim ki, bu aktyorun ən uğurlu rolu və filmidir. Əlbəttə Mementoda Brad Pitt oynasaydı, film ikiqat çox populyar olardı. Lakin burda çox da populyar olmayan məharətli aktyorun olması, filmi daha da həqiqətəbənzər edir.- Yadında qalan son şey nədir? - Arvadım........ın ölümü......Filmdə baş qadın rolunu daha çox Matrix trilogiyasından tanıdığımız Carrie Anne Moss ifa edir. Filmin böyük hissəsində onun yaratdığı personaj qəhrəmanın etibar etdiyi yeganə adam olur.Mənim səndən də yaxşı yoldaşlarım olub..... Amma səninlə daha maraqlıdır çünki, hər gün sənə danışdığım eyni zarafata gülürsənBacarıqlı aktyor triosunu təkrarolunmaz Joe Pantoliano bağlayır. Əgər siz ardıcıl olaraq onun iştirakı ilə 5 filmə baxsanız orda eyni aktyorun oynadığını başa düşməzsiz. Təsadüfü deyil ki, onun adını birinci dəfədir  eşidirsiz. Çalışın yaddaşınıza çox etibar etməyin.........* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. * Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['kino', 'triller', 'psixologiya', 'fəlsəfə', 'yaddaş']
6,409
https://kayzen.az/blog/marstrat/2424/1.4-marketinqin-%C9%99saslar%C4%B1.html
1.4 Marketinqin əsasları
marketoloq
Marketinq strategiyaları
22 iyul 2010, 08:32
Marketinqin yuxarıda qeyd etdiyimiz baza konsepsiyasına, resurslara istiqamətlənən marketinqin qanunauyğunluqlarına və ümumi biznesin iştirakçılarının alternativ maraqlarına əsaslanaraq marketinq nəzəriyyə və praktikasında əsaslanıla biləcək bir sıra əsas və yüksək səviyyəli tətbiqi marketinq prinsiplərini irəli sürmək olar. Bu prinsiplər dəyərə əsaslanan və Vebster tərəfindən təsvir olunan proseslərin məntiqinə tabedir.  Bu prinsiplərin hər biri o qədər aydındır ki, onların ifadə edilməsinə ehtiyac qalmır. Buna baxmayaraq bu prinsiplərin qəbul edilməsi və təşkilatın fəaliyyətində tətbiq edilməsi təşkilatın müştərilərin ehtiyaclarına reak­si­ya­sında və müştərilərlə qarşılıqlı əlaqələrində köklü dəyişikliklərə səbəb ola bilər. 1-ci prinsip. Müştərilərin ehtiyaclarına yönəlin Marketinqin birinci prinsipi yuxarıda qeyd edilənlərdən doğur və marketinqin konsepsiyasından irəli gəlir. Bu prinsipə görə maliyyə və sosial sferaya aid olmasına baxmayaraq təşkilatın uzunmüddətli məq­səd­lərinə çatmasında müştərilərə istiqamətlənmə əsas rol oynayır-yalnız mütləq istiqamətlənmə! Bu fakta görə təşkilat müştərinin arzu və tələ­bat­larını diqqətlə öyrənməli və bundan sonra  təşkilat onların nədən ibarət olduğunu və ən yaxşı şəkildə onların necə ödənilə biləcəyini dəqiq təyin etməlidir. İkinci nəticə: müştərilərin təşkilatdan razı qalıb-qalmamasını ancaq müştərilər təyin edə bilər. Bazara çıxarılan məhsulun və ya  xidmətin keyfiyyətinə, müştərilər, onların tələbatına hansı səviyyədə cavab verməsinə görə qiymət verəcəklər. Müştərilərin fikrincə, müş­tərilərə lazım olmayan dəbdəbəsi ilə fərqlənənlər deyil, onları razı salan və  ya “onların məqsədlərinə uyğun gələn” məhsul və ya xidmətlər keyfiyyətli məhsuldur. Levittin (Levitt, 1986) göstərdiyi kimi, təşkilatın fəaliyyətinin bazarla tənzimləndiyi yanaşmanın qəbulu təşkilatın qarşısında bir neçə sual qaldırır. Onlardan ən vacibləri aşağıdakılardır: Biz hansı biznesdə işləyirik? Biz hansı biznesdə işləyə bilərdik? Hansı biznesdə biz işləmək istəyirik? Biz nə etməliyik ki, həmin biznesə girişə və ya orada möhkəmlənə bilək? Bu suallara verilən cavablar təşkilatın perspektivi və ona olan bütün ba­xış­lar sistemini dəyişdirə bilər. 2-ci fəsildə biz biznesin müəyyən­ləş­dirilməsi üzərində ətraflı dayanacaq və bu müəyyənləşmənin strateji fəaliyyət istiqamətində hansı əhəmiyyətli rolu oynadığını göstərəcəyik. 2-ci prinsip. Üstünlük əldə edə biləcəyiniz bazarlarda rəqabət aparın Bazarın seçilməsi istənilən təşkilatın əsas vəzifəsidir. Təşkilat haraya öz resurslarını istiqamətləndirəcəyini və harda fəaliyyət göstərəcəyini seçir. Bazarın seçilməsində bir çox amillər, o cümlədən təşkilat üçün bazarın cəlbedilciliyi nəzərdən keçirilir.  Lakin rəqabətli bazarda başqa məsələ daha vacib olacaq: bizim rəqabət aparmaq üçün kifayət qədər bilik və bacarığımız varmı?  Bazarın cəlbediciliyindən həvəslənmiş kompaniyalar sonradan anlamışlar ki, onların mübarizə aparmaq üçün real imkanları yoxdur və nəticədə iflasa uğramışlar. Uğursuz .com internet kom­paniyaları 2000-ci ilin əvvəllərində imkanları görmüşlər, lakin, digər internet-kompaniyalar və ya “real binalı ənənəvi təşkilatlar” üzərində üs­tün­lük əldə etmək üçün kifayət qədər bilik və vərdişə malik olmamışlar. 3-cü prinsip. Müştərilər məhsulları almır Marketinqin üçüncü baza prinsipinə görə müştərilər məhsulları almır; onlar məhsulların nəyə yarayacağını- yəni öz problemlərinin həll edə biləcəyini alırlar.  Başqa sözlə, müştəriləri məhsul və ya xidmətin texniki xüsusiyyətləri deyil, həmin məhsulu və ya xidməti əldə etməkdən, isti­fadə etməkdən və ya istehlak etməkdən nə qədər fayda əldə edə bilməsi maraqlandırır. Misal üçün, hər şeyi özü görməyi xoşlayan həvəskar, kitab rəflə­rini divara bərkitmək üçün lazım ola biləcək bütün alətləri toplayır. Bunlardan biri, rəfləri bərkitmək məqsədilə şurupları bağlamaq üçün deşik­lərin açılmasında istifadə edilən burğu aləti ola bilər.  Lakin həvəs­kar ustaya, dörddüymlü  burğu aləti deyil, dörd düym diametri olan deşik lazımdır. Burğu aləti bu nəticəni (deşiyi) əldə etmək üçün sadəcə vasitədir; o, yalnız, daha yaxşı metod və ya həllin meydana gəlməsinədək həmin tələbatın ödənilməsi vasitəsi kimi çıxış edir (Kotler, 1997). Bu sahədə tədqiqatlar inkişafda etdirilə və  kitablar üçün saxlanc yerinin vacibliyinə də toxuna bilər (yaxud da-hər halda uzaq perspektivdə bilik və informasiyaların elektron daşıyıcılarda saxlanması kimi alternativ vasitələr yaranacaq). Rəqabət təkcə digər burğu istehsalçıları tərəfindən deyil, həm də divarda deşik açan lazer alətləri; əvvəllər rəflərin bərki­dilməsi üçün ştiftlər kimi nəzərdə tutulan stendlərin layiləri; rəfləri yapışdıra bilən yapışdırıcı maddələr; kitabların alternativ saxlanma vasitələri tərəfindən yarana bilər. Elə bunlarla sahələr öz aralarında-analoji texnologiya və məhsulları ilə kompaniyalar və bazarlar - həll edilməli problemi və ya ödənilməli tələbatı olan müştəriylə fərqlənirlər. Bu mənada məişət elektrik cihazları istehsalçıları özlərini sahə hesab edə bilərlər-onların hamısı elektrik mühərrrikli ağ qutular istehsal edirlər-lakin onların xidmət etdikləri bazarlar müxtəlifdirlər-bu çamaşırxana, yeyinti məhsullarının saxlanılması bazarı və s. ola bilər. Eynilə bağbana da ot biçən maşın lazım deyil. Onlara otun 1 düymdən yuxarı olmaması lazımdır. Uyğun olaraq, 1 düymədək uzana bilən yeni növ otlar da, həmçinin otların süni əvəzediciləri və ya bağın otsuz dizayn üslubu da otbiçən maşınlar istehsalçıları ilə ciddi rəqabət apara bilərlər. Bu heç də elmi nəzəriyyəbazlıq deyil. Qastronomlarda pərakən­dəsatış marketinqinin istiqamətlərindən biri kateqoriyaların idarə­edil­məsidir. Pərakəndə tacirlər istehsalçıların brendlərindən deyil, müş­tərilərin tələbatlarından asılı olaraq kateqoriyaları seçirlər.  Misal üçün, geniş yayılmış kateqoriyalardan biri-“istehlaka hazır olan məhsulların əvəzlənməsidir”. İstehsalçıların vəzifəsi pərakəndə tacirə məhsullarının və brendlərinin həmin kateqoriyaya dəyərli nə əlavə etdiyini sübut etməkdir. Kateqoriyanın müəyyənləşdirilməsi ən sadə şəkildə aşağıdakı kimi görsənir: İstehsalçı istehsal edir kartof çipsiləri Pərakəndə tacir satır duzlu qəlyanaltı Müştəri alır səhər yeməyi   Əgər bazara müştərinin gözü ilə baxılsa, onda, bazar imkanları və təş­ki­latın rəqabətqabiliyyətliliyinə qarşı olan təhlükələr barədə tamamilə başqa təsəvvürlər yaranar. Aparılan bəzi müşahidələrin nəticələri gözlənilməz olub. ABŞ-da pərakəndə ticarətlə məşğul olan və güzəştlə sövdələşmələr aparan Wal-Mart və Britaniyada qastronomlar şəbəkəsinin sahibi olan Asda cümə günləri uşaq əskilərini və pivəni  birgə qablaşdırılmış şəkildə satırlar. Niyə? Ticarət nöqtələrindən yığılmış məlumatların təhlili bu məhsulların birgə alındığını göstərir. Öz həyat yoldaşlarının xahişi ilə işdən evə qayıdarkən yolüstü birdəfəlik uşaq əskisini almağa dönən gənc ata fürsətdən istifadə edərək pivə də alır(belə alışlara tələbat bir-biriləri arasında təsadüfi əlaqəyə əsaslana bilər!)-və bu da pərakəndə tacirlərə kateqoriyanı müəyyənləşdirməyə imkan yaradır. Satıcıların məhsul və ya xidmətlərə “faydalılıq naboru” və ya müştəriyə birgə fayda gətirən tələ yemi birləşməsi kimi baxması çox vacibdir.  Marketinq üzrə rəhbərlərin əsas vəzifəsi təşkilatın fəaliyyətini yal­nız şəxsi qərarlarının yerinə yetirilməsinə deyil, müştərilərin prob­lem­lərinin həll edilməsinə istiqamətləndirməkdən ibarət olmalıdır. 4-cü prinsip. Marketinq –o qədər vacib sferadır ki, onu təkcə marketinq bölməsinə(əgər belə xidmət hələ möv­cud­dursa)  həvalə etmək olmaz Artıq  tez-tez marketinq təşkilatda olan hər bir şəxsin məşğul olduğu işə çevrilir. Hər bir şəxsin fəaliyyəti son müştəriyə və onların razı qalmasına təsir göstərə bilər. Kinq (King, 1985) marketinqin nə olması barəsində bir sıra müm­kün yanılmaları göstərir. O, ən çox hiyləgər yanılmalardan birini “mar­ketinq xidmətinin marketinqi”  olduğunu qeyd edir. Bu hal, təşkilatın, marketinq məlumatlarını yüksək səviyyədə təhlil etməyi bacaran və bazar payını mində bir dəqiqliyə qədər hesablaya bilən, lakin müştəriyə təqdim edilən məhsul və ya xidmətə təsir qabiliyyəti aşağı olan mütəxəssislərin marketinq sahəsində işə qəbulu zamanı yarana bilər. Marketinq bölməsi “marketinqi həyata keçirən” yeganə bölmə kimi nəzərdən keçirilir, beləliklə də, digər bölmələr ancaq öz vəzifələri ilə məşğul olur və öz məqsədlərinə çatmağa can atırlar. İdarəetmədə bürokratik səviyyələrin sayını azaltmaq və bölmələr arasında süni funksional maneələri aradan qaldırmaqla təşkilat öz strukturunu sadələşdirəndən sonra marketinqin hər bir şəxsin işi olduğu aydın görünür. Marketinqin təşkilatın çiçəklənməsi və həyat qabililiy­yət­liliyinin təmin edilməsində əhəmiyyətini nəzərə alaraq belə vacib sahənin tək marketinq bölməsinə həvalə edilməsinin mümkünsüzdür. Eyni zamanda da, marketinqin “hər bir şəxsin işi olduğunu” bə­yan etməklə kifayətlənmək olmaz. Əgər marketinq “hər bir şəxsin işidirsə”, onda, o, “heç kimin işinə” çevrilir. Qreyzer(Greyser, 1997) ba­zara istiqamətlənmə statusunu yüksəltməklə bərabər(eyni zamanda) rəsmi funksional marketinq bölməsinin ləğv edilməsini zəruri sayır və onları bir medalın iki üzü hesab edirdi: “Marketinq funksiyası (“marketinqin həyata keçirilməsi”) marke­tinq bölməsinin işi olmasına baxmayaraq, marketinqə maraq gös­tərilməsi və daima marketinq təfəkkürü ilə işləmə hər bir şəxsin işinə çevrilməlidir. Hər bir şəxs(demək olak ki) bu işlə məşğul olsa nə baş verəcək?  Kompaniyaların marketinqə marağı art­dıqca, onlar rəsmi “marketinq bölməsində” böyük ixtisarlar aparırlar”. Qısacası, təşkilatlar marketinqi daha yaxşı dərk etdikcə və ona daha yaxşı münasibət bəslədikcə marketinqin həyata keçi­ril­məsi səpələnmiş formada olur, misal üçün, konkret vəzifələrin həyata keçirilməsi üçün  operativ qrupların yaradılması yolu ilə”. 5-ci prinsip. Bazarlar tərkibinə görə müxtəlifdir Getdikcə, bazarların müxtəlif tərkibə malik olduğu aydınlaşır; onlar müxtəlif fərdi müştərilərdən, subbazarlardan və ya müştərilərdən ibarətdir. Misal üçün, bir müştəri, avtomobili A punktundan B punktuna ucuz gedişini təmin etmək üçün, digəri onu rahat və ya təhlükəsiz səfəri həyata keçirmək üçün, üçüncüsü isə onu öz ictimai vəziyyətinə görə və ya şəxsi imicinin yaratması və öz iddialarını təmin etmək məqsədilə ala bilər.  Universal məhsulla seqmentlərdən ibarət bazarı ödəməyə can atan təşkilat praktiki olaraq iki və ya daha çox kürsünün arasına düşür və dəqiq istiqamətlənmiş rəqiblər qarşısında aciz olur. 2-ci prinsipi nəzərə alsaq, biz bu nəticəyə gələrik: bazarı seqment­ləş­dirmənin əsas üsulu müştərinin məhsul və ya xidməti əldə etməsi və ya istehlakı zamanı əldə etdiyi faydalılığa əsaslanır. Təcrübə göstərir ki, faydalılığa görə seqmentləşdirmə (10-cu fəsil) bazarın seqmentləş­diril­məsinin ən səmərəli üsullarındandır, belə ki, bu zaman, müxtəlif fay­dalılığa tələbat kimi seqmentləşdirmənin əsil səbəbi əsas götürülür. 6-cı prinsip. Bazar və müştərilər daimi olaraq dəyişir Heç nəyin daimi olmadığı və hər şeyin müvəqqəti olduğunu qeyd etmək artıq bayağılaşıb.  Bazarlar daima dəyişir, demək olar ki, bütün məhsullar müvəqqəti olaraq mövcud olur və ödədikləri arzu və ya tələbatın ödənilməsinin yeni və ya daha yaxşı üsulu meydana gəldikdə sıradan çıxır; başqa sözlə, onlar yeni həll və ya başqa faydalılıq təchizatçısı meydana gələnədək mövcud olurlar. Loqarifm xətkeşlərinin taleyi, ondan əvvəl –loqarifmik cədvəlləri, sıradan çıxmış cib kalkulyatorları-problemin (sürətli və sadə hesab­lama­lara olan tələbat) daha müasir texnika vasitəsilə və daha yaxşı həll edil­məsinə klassik misaldır. Kalkulyatorların təqdim etdiyi sadə və sürətli istifadə faydalılığı loqarifmik xətkeşlərdən bir baş üstün idi.     Məhsulların hər şeyə qadir olmadığını və onların bazara daxil olma, inkişaf, təkmilləşmə və tənəzzül kimi məhsulun həyat tsiklinə tabe olduğunun qəbul edilməsi kompaniyada daha uzaq perspektivi plan­laşdırmağa maraq oyatdı. Onlar, bugünki mövcudluqlarının mənbəyi sıradan çıxanda, onun əvəz olunması üçün kompaniyanın portfelində yeni məhsullar olacağına əmin olmalıydılar. Məhsul portfelinin planlaş­dırıl­masının hazırlanması, son illərdə, marketinqin strateji idarəetməyə verdiyi ən dəyərli töhfə oldu. Məhsul və xidmətlərin mütəmadi təkmilləşdirilməsi ehtiyacı da açıq-aşkar idi. Müştərilərin ehtiyaclarının dəyişməsi, məhsul və ya xidmətdən almaq istədikləri keyfiyyətə qarşı daha da tələbkar olması təşkilatları öz mövqelərini inkişaf etdirmək və hətta qorumaq üçün təkliflərinin səviyyəsini daima yüksəltməyə məcbur edir. Şəkil 1.6 Məhsul və proseslərin təkmilləşdirilməsi Təkmilləşdirmənin iki əsas prosesi mövcuddur. Birincidə, innovasiyanın köməyilə eyni zamanda nisbətən böyük mərhələ həyata keçirilir. Cib kalkulyatorlarının meydana gəlməsi əhəmiyyətli hadisə idi və loqarifmik xətkeşləri sənayesini bir anda məhv etdi. Rəngli televizorlar və kompakt disklər kimi texnikada olan digər mərhələli dəyişikliklər qısa vaxt ərzində bütün sahəni dəyişdirdilər. İkinci yanaşmada kiçik miqyaslı dəyişikliklər fasiləsiz olaraq aparılır. Bir sıra müəlliflər(misal üçün, İmai, 1986) belə yanaşmanın 1950-ci illərdə yapon təşkilatlarının dünya bazarında müvəffəqiyyətinin əsas amillərindən biri hesab edirdilər. Yaponlar fasiləsiz təkmilləşməni Kaizen adlandırır və onu təşkilatın həyatının ayrılmaz hissəsi hesab edirdilər. Təşkilatlar, artıq çox mərhələli innovasiya dəyişikliklərinin üstünlükləri ilə fasiləsiz təkmilləşmənin üstünlüklərini birləşdirməyə çalışırlar.  Şəkil 1.6-da bu prosesin sxem təsviri verilmişdir. Dəyişiklikərin texnika və texnologiyaya daha ciddi təsiri, yəqin ki, ən çox kompüter sənayesində hiss olunur. Kompüterlərin hal-hazırda çox ciddi şəkildə işgüzar həyata daxil olması səbəbindən onların yalnız İkinci dünya müharibəsindən sonra meydana gəlməsini xatırlamaq da bəzən çətin olur. Computer World Toffler (Toffle, 1981) qeyd olunurdu: “Əgər avtomobil sənayesində də son 30 ildə kompüter səna­ye­sində olduğu kimi inkişaf olsa idi, onda Rolls Royce-un dəyəri 2.5 dollara olar, 1 qallon yanacağa 2 milyon mil gedər və baş sancağına 6 belə av­tomobil yerləşərdi!” Əgər 20 il bundan qabaq bu münasibət belə təsvir olunurdusa, gör indi hansı bənzəmələr aparıla bilər! Həmçinin bax: 1.Bazarla tənzimlənən strateji idarəetmə 1.1 Marketinq konsepsiyası və bazara istiqamətlənmə 1.2 Resurslar baxımından marketinqə yanaşma 1.3 Təşkilatda maraqlı olan iştirakçılar 1.3.1 Ümumi işin iştirakçılarının məqsədlərinə çatmaqda marketinqin rolu 1.4 Marketinqin əsasları 1.5 Strateji idarəetməyə rəhbərlikdə marketinq 1.6 Marketinq-keys: Psion
['marketinq konsepsiyası']
6,410
https://kayzen.az/blog/burcler-xarakter/1786/qo%C3%A7-b%C3%BCrc%C3%BC.html
Qoç bürcü
Tomris
Bürclərin xarakteri
22 iyul 2010, 00:13
Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür. Öz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq «bəlkə belə olsa yaxşıdır» — söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox «Nə edim?» — sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir. Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır. Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın. Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar. Kişi Qoçun başqa bürclərlə uyğunluğu Qoç — Qoç. Hər biri lider olmaq üçün çalışacaq, bu da bir çox narazılıqlara gətirib çıxaracaq. Söz-söhbətlərin əsasında qısqanclıq, inamsızlıq olsa da, qarşı tərəfdən birinin sakitliyi bu münaqişələrə son qoya bilər. Birinci 7 ildə dözümlü olsalar ailə uğurlu olar. Qoç — Buğa. Qoç öz hissləri ilə yaşayan və hərəkət edən bürc olduğundan, Buğaların hər şeyi ölçüb-biçib hərəkət etməsi Qoçları əsəbiləşdirəcək. Bu uyğunsuzluq münasibətlərin korlanmasına gətirib çıxaracaq. Qarşılıqlı simpatiya uzun müddətli deyil. Qoç — Əkizlər. Bu bürclərin uyğunluğu və bir-birini başa düşməsi mümkündür. Hər iki bürcün sahibləri impulsiv, eyniliyi sevməyən, daim yenilik axtaran olduğundan münasibətləri mümkündür. Yaranan ailə uğurlu ola bilər. Qoç — Xərçəng. Uzun müddətli ailə bu bürc sahiblərinin münasibətində çox vaxt mümkün olmur. Onlar hər bir mənasız, boş şeylərin üstündə dalaşacaqlar. Bir-birini başa düşməməsi bu bürclərin uyğunsuzluğu ilə əlaqədardır. Qoç — Şir. Temperament baxımından bir-birinə uyğundurlar. Onların dueti mümkündür. Narazılıqlar çox vaxt ailədə kimin lider olması ilə əlaqədardır. Ailə münasibətlərinin ideal olması o vaxt mümkündür ki, Şirlər Qoçların hökmranlığı altına keçsinlər. Qoç — Qız. Bunların ailə münasibətləri problemlidir. Dostluq münasibətləri də daimi deyil. Bu bürc sahiblərinin ünsiyyəti yalnız işgüzarlıq səviyyəsindədir. Qoç — Tərəzi. Ünsürlərinin, xarakterlərinin fərqli olmasına baxmayaraq, ünsiyyət mümkündür. Xarakterlərində olan mənfi xüsusiyyətləri gizlədib yox etmək şərtilə yaxın münasibətləri alınır. Qoç — Əqrəb. Hər iki bürcün sahibləri yüksək fiziki enerjiyə malikdirlər. İşgüzar, səmimidirlər, amma hər ikisinin dözümsüzlüyü ailədə bir çox problemlərin yaranmasına gətirib çıxarır. İlk baxışdan yaranan məhəbbət, sonradan daimi mübahisəyə və anlaşılmazlıqlara gətirib çıxarır. Qoç — Oxatan. Bir-birinə uyğundurlar. Onlarda ailə, dostluq, işgüzarlıq münasibətləri alınır. Hər ikisində oxşar cəhətlər var. Bir sözlə, hər şey əla olacaq. Yaranan cüzi problemlər həll olunan və müvəqqətidir. Qoç — Oğlaq. Xarakter baxımından, ünsür baxımından bu bürc sahibləri bir-birindən fərqlənir. Onlar çox nadir hallarda ailə qururlar. Bir-birinin əksi olduqlarından dostluqları da tutmur. Qoç — Dolça. Əgər bu bürclərin sahibləri ailə qurubsa, problemləri yox deyil. Dolçanın passivliyi, sakitliyi Qoçun dominantlığına əsas verir. Əgər bu ailə sevgi əsasında qurulmayıbsa, münasibətlərin mövcudluğu sual altındadır. Qoç — Balıqlar. Bu bürc sahiblərinin ailə münasibətlərini uğurlu saymaq olmaz. Bir-birinə simpatiyaları olsa da, ailə münasibətləri üçün uyarlı cütlük deyil. Çünki, Balıqların sakit, təmiz ürəyi Qoçların dözümsüzlükləri ilə uyğun gəlmir. Onlar bir-birini heç vaxt başa düşməyəcəklər. Qədim türkcə — Quzu; Farsca — Berre; Qədim yunanca — Krios Latınca — Aries; Ərəbcə — Həməl, Kəbş; Rusca — Oven Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından Həmçinin bax: Qoç bürcünün xüsusiyyətləri və qoç bürcü haqda astroloji məlumat
['qoç bürcü']
6,411
https://kayzen.az/blog/fizikl%C9%99r/1462/nyuton-isaak.html
Nyuton Isaak
Aynur
Görkəmli fiziklər
19 iyul 2010, 23:25
Elm tarixində çox az adam tapılar ki, İsaak Nyutonla müqayisə olunsun, Elm yaradıcılıq aləmində, dünya elminin xəzinəsinə Nyuton qədər kəşflər, ixtiralar gətirən, fizika elmini inkişaf etdirən az adam tapılar. Nyuton((4.1.1643-31.3.1727) bir də ona görə dahidir ki, o, öz yaradıcılığı ilə təbiətin tədqiq olunmasında səmərəli metodlar və üsullar vermişdir. Məşhur tarixi lətifələrin birində deyilir ki, payız günlərində Nyuton bağa gəzməyə çıxır. Alma ağacının yanından keçərkən təsadüfən budaqdan bir alma düşür. Almanın düşməsi onun diqqətini cəlb edir. Onun ağlına belə bir fikir gəlir ki, alma nə üçün kənara tərəf deyil, şaquli istiqamətdə Yerin mərkəzinə tərəf düşür? Görünür materiyanın, Yerin mərkəzində cəmlənmiş cazibə qüvvəsi var. Nyuton dərhal belə fikrə gəlir: Yer almanı cəzb etdiyi kimi alma da Yeri cəzb edir. Cisimlərin Yerə düşməsini Nyutondan qabaq alimlər görmüşdülər. Bəs bu qanunu nə üçün onlardan biri kəşf etməmişdir? Deməli, Nyutonun yeniliyi görmə qabiliyyəti. istedadı, zəkası buna imkan vermişdir. Almanın budaqdan düşməsi, onun dərin biliyi, elmi dünyagörüşü, axtarmaq qabiliyyəti, uzun müddət fikirləşməsi ilə birləşərək ümumdünya cazibə qanununun kəşfinə səbəb olmuşdur. İsaak Nyuton İngiltərədə Vulstorp kəndində çox da varlı olmayan fermer ailəsində anadan olmuşdur. O, dünyaya gəlməmiş atası vəfat edib və 12 yaşına kimi onun tərbiyəsi ilə nənəsi məşğul olub. Əvvəlcə kənd məktəbində, 12 yaşı olanda isə Qrantam şəhər məktəbində oxumuşdur. Nyutonun istedadını görən məktəbin direktoru, onun anasına məsləhət görür ki, onu universitetə oxumağa göndərsin. Yaxşı oxumaqla bərabər özü üçün oyuncaqlar da düzəldərmiş. Onun düzəltdiyi «yel» dəyirmanı olduqca maraqlı olub. Dəyirmanı külək deyil, buğdanın dalınca qaçan siçan işlədirmiş. O vaxt belə modellərə heç yerdə rast gəlinməzdi. Bu, balaca İsaakın ixtirası idi. İngiltərədə ilk dəfə olaraq uçan çərpələngi o düzəltmişdir. 14 yaşında Nyuton özügedən araba düzəldib. İxtiraçılıq istedadı, qurub-yaratmaq həvəsi onun başlıca xüsusiyyətlərindən sayılırdı. Kiçik yaşlarında Nyuton bütün həyatını elmə həsr etmişdir. Onun etdiyi ixtiralar və kəşflər müasirlərini heyrətə gətirirdi. 1660-cı ildə Nyuton Kembric universitetinə daxil olur. Universitetdə optikadan ona mühazirəni məşhur professor İsaak Barrou oxuyur. Elə bu vaxtlardan o, optika ilə maraqlanmağa başlamış, müəllimini böyük həvəslə dinləmiş və onun ən yaxın dostuna çevrilmişdir. 1665-ci ildə Nyuton universiteti bitirir və ilk alimlik dərəcəsi alır. Həmin ildə cümə xəstəliyi yayıldığından o, Kembricdən öz kəndlərinə gəlir. 1668-ci ildə Kembricə yenidən qayıdana kimi kənddə gərgin işləmiş və bir sıra kəşflər etmişdir. Nyutonun ilk tədqiqatları optikaya aid olmuşdur. O, işığın dispersiyasını, difraksiyasını, interferensiyasını kəşf etmiş, güzgülü teleskop düzəltmiş, işıq şüası linzadan keçəndə alınan halqaları (Nyuton halqaları) müşahidə edib, onun elmi izahını vermiş, işıq dalğasının uzunluğunu hesablamış və işığın korpuskulyar nəzəriyyəsini vermişdir. 1666-cı ildə Nyuton günəş işığının ümumiyyətlə ağ işığın şüşə prizmadan keçərkən müxtəlif rənglərə parçalanmasını müşahidə etmişdir. Deməliyik ki, o vaxtlar prizmada işığın sınması, rəngin alınması məlum idi. Hətta alim Martsi bilirdi ki, hər rəngin özünə məxsus sınması var. Lakin Nyuton birinci olaraq spektrləri hərtərəfli və dərin tədqiq etmiş və spektroskopiyanın əsasını qoymuşdur. Nyuton cazibə qüvvəsinin təsiri ilə Ayın necə hərəkət etməli olduğunu hesablayır və müşahidə apararkən görür ki, hesablama Ayın hərəkəti ilə tamam düz gəlir. Bu kəşfləri ilə o, elmdə yeni istiqamətin - səma mexanikasının başlanğıcını qoymuşdur. Mərkəzəqaçma təcilinin riyazi ifadəsini də Nyuton vermişdir. Yer ətrafı fəzada cisimlərin dövrə vura biləcəyi haqqında ilk fikri söyləyən Nyuton olmuşdur. Nyutona görə ən uca dağın başından cismə saniyədə 7.9 km sürət verilsə bu cisim Yer ətrafında dolana bilər. Lakin, Nyutonun dövründəki elm və texnika dahi alimin bu fikrini həqiqətə çevirə bilməzdi. 1668-ci ildə Nyuton xromatik aberrasiyadan xilas olan öz reflektorlu teleskopunu qurmuşdur. Həmin miniatür liliput - teleskopun uzunluğu 15 sm böyütməsi 40 dəfə olub. 1671-ci ildə Nyuton ikinci teleskopunu qurur və buna görə də onu London Kral cəmiyyətinə üzv seçirlər. 1669-cu ildə İsaak Barrou öz yerini - kafedra müdirliyini Nyutona verir və o, Kembric universitetinin professoru olur. Bundan sonra Nyuton cazibə məsələləri, optika və riyaziyyatla ciddi məşğul olur. 1673-cü ildən 1683-cü ilə kimi Nyuton Kembric universitetində cəbrdən mühazirə oxumuşdur. Riyaziyyat sahə­sində Nyuton Leybnislə birlikdə inteqral və diferensial hesabını işləmiş və onun adı ilə məşhur olan «Nyuton binomu» düsturunu vermişdir. 1687-ciildə Nyutonun ən böyük əsəri «Natural fəlsəfənin riyazi başlanğıcları» nəşr olunur. Burada Nyuton kütlə anlayışını, hərəkət miqdarı, qüvvə, təcil, mərkəzəqaçma qüvvəsi və klassik mexanikanın üç əsas qanunu. Ümumdünya cazibə qanununu geniş şərh etmiş, Günəş sisteminin dinamikasını işləmişdir. Bu əsərində o, eyni zamanda qabarma və çəkilmə hadisəsini, boşluq vasitəsilə təsirin bir cisimdən digərinə ötürülməsini də izah etmiş və bununla dünyanın fizika mənzərəsini qurmuşdur. 1699-cu ildə Nyuton Londona gəlir və Sikkəxananın direktoru təyin edilir. 1703-cü ildə o, Kral cəmiyyətinin Prezidenti seçilir. Ömrünün sonuna kimi bu vəzifəni şərəflə daşıyır. Nyuton çox təvazökar alim olub. O, həmişə qeyd edirmiş ki, bütün kəşfləri üçün müəllimlərinə və alim yoldaşlarına borcludur. Ancaq onun təvazökarlığı arxasında yüksək vətəndaşlıq borcundan doğan şücaət gizlənirdi. 1687-ci ildə kral II Yakov Kembric universitetinə təklif edir ki, bir nəfərə elmi dərəcə versin. Universitet bu xahişi yerinə yetirməkdən imtina edib bu işi Londona Kral cəmiyyətinin heyətinə göndərir. Kralın etdiyi təzyiqdən bütün üzvlər həmin adama elmi dərəcə verilməsinə razı olduğu halda, yalnız Nyutonun prinsipiallığı və sərt xarakterinə görə Kral öz təklifini geri götürməyə məcbur olur. Dahi alim 84 yaşında vəfat edir və Vestminster abbatlığında dəfn olunur. Qəbir daşı üzərində aşağıdakı sözlər yazılmışdır: «İşıq şüalarının rəngarəngliyi və rənglərin buradan alınan və o vaxta qədər heç kəsin xəyalına belə gəlməyən xüsusiyyətlərini tədqiq etmişdir». Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Nyuton', 'İsaak Nyuton', 'Newton']
6,412
https://kayzen.az/blog/Voogar/2623/gecikm%C9%99k-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Gecikmək mədəniyyəti.
Voogar
Bloq: Voogar
19 iyul 2010, 22:14
Gecikmək mill-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir. Umumiyyətlə gecikməyən insana bizdə bir az qeyri-ciddi yanaşırlar. Əlbəttə insan görüş yeriənə vaxtında gəlirsə, demək heç bir işi-gücü yoxdur. "Vallah təcili iş çıxdı, ona görə gecikdim" ifadəsi çoxunuza tanışdır. Bu bir daha bizim millətin nə qədər işgüzar olduğunu göstərir. Deyəsən yenə mövzudan yayınıram. Nəisə.. Məsələyə elmi cahətdən yanaşsaq, gecikmək insanın fantaziya qabiliyyətini artırır. Məsələn gecikən insan beynində müxtəlif bəhanələr ifraz edərək əqli cəhətdən inkişaf etmiş olur. Çox təəsüflə qeyd etməliyəm ki, Hollivud bizim gecikənlərin ssenarilərindən istifadə etmir. Mən səmimi qəlbdən inanıram ki, gecikənlərin ssenariləri heç də Avatar kimi filmlərin ssenarisindən geri qalmaz. Yenə mövzudan yayındım..Bir çoxunuz avtobusda, metroda olarkən bəzi telefon danışıqlarının şahidi olmusuz. Məsələn Nefçilər m.s-dan İçərişəhərə tələsən şəxs Q. Qarayev ms-də olarkən deyirki, 28-dəyəm 5 dəqiqəyə ordayam. Bu bir daha bizim xalqın nə qədər pozitiv, nə qədər qarşısındakı insanı düşünən bir xalq olduğunun göstəricisidir. İndi bəzi qara qəlbli insanlar bunun yalançılıq olduğunu deyəcək. Amma bu belə deyil.Məsələnin yaxşı tərəfini araşdırdıq. Gəlin bir az gecikməyənlərdən danışaq. Bir qrup insan hansıkı özünü punktual adlandırır, cəmiyyətimizin nizamını pozmağa çalışır. Mən bu insanları monoton insanlar adlandırardım. Hər gün eyni yerə eyni saatda getmək olar? Məsələn mən ali məktəbdə oxuyanda metroda elə bizim Akademiyaya gedən bir qız görürdüm. Bu qız hər gün 08:09-da 28 may ms-dan keçən qatarın 2ci vaqonunda olurdu. Hər dəfə fikirləşirdim ki, bu nə həyat tərzidi. Çox sevdiyim bir ifadəni bu hala da şamil etmək olar - "Biz tərəfdə gecikməyən qıza pis baxırlar". Deyəsən yenə... İndi də işə gedirəm. Hər gün köhnə Çaparidze parkının yanınnan keçirəm. Orda bir bağban var. Hər gün eyni vaxtda parkın yalnız bir hissəsini sulayır. Bir gün dedim bir 10 dəqiqə tez çıxım evdən. Gördüm bu bağban parkın digər hissəsini sulayır. Belə bir neçə gün müşahidə elədim. Bu bağbanı da gecikməyənlər kateqoriyasına aid etdim. Ürəyimdə dedim, söhbətə dəxli olmasa da deyim ki, ürəkdə demək də gözəl xüsusiyyətlərimizdəndir. Nəisə, ürəyimdə dedim, elə ona görə bağbansan da, belə prinsiplə yaşamaq olar?İndi deyəcəksiz, sən o qızla, o bağbanla eyni saatda qarşılaşırsansa, sən də gecikməyənlərdənsən. Belə qara fikirlərə qapılmayın, mənim gecikməməyim ancaq elmi-tədqiqi xarakter daşıyır. Mövzudan yayındığımı hiss edərək, hələlik bu qədər.Unutmayın, əsas odur ki, insanın ürəyi təmiz olsun (40 dəqiqə sizi gözlətsə də)
['gecikmək', 'taym-menecment', 'Azərbaycan reallıqları']
6,413
https://kayzen.az/blog/marstrat/2421/1.2-resurslar-bax%C4%B1m%C4%B1ndan-marketinq%C9%99-yana%C5%9Fma.html
1.2 Resurslar baxımından marketinqə yanaşma
marketoloq
Marketinq strategiyaları
19 iyul 2010, 10:18
Təxminən son on il ərzində elmi tədqiqatçılar və marketinq menecerləri “bazara istiqamətlənmə”nin mahiyyətinin (bu cür istiqamətin qiy­mət­lən­dirilməsi və ona çatmanı) anlaşılmasında mühüm irəliləyişlər əldə etmiş və strateji menecment sahəsində inqilab baş veməkdədir. 1980-ci illərdə Harvard biznes məktəbinin nümayəndəsi Maykl Porterin strategiya haqqında baxışları hakim mövqe tutmuşdur(Porter, 1980, 1985) və o hesab edirdi ki, strategiyanın açarı sahənin xüsu­siy­yətlərində və dinamikasındadır. Porter hesab edirdi ki, bir sahə digər sahəyə nisbətən daha cəlbedicidir və rentabelliyi müəyyənləşdirən əsas amil­lər sahəvi rəqabəti yaradan amillərdən qaynaqlanır. Lakin iş nəti­cə­lərinin müxtəlifliyini izah edən səbəblərə yeni yanaşma diqqəti firmanın xarici mühitindən(onun fəaliyyət göstərdiyi sahə) firmanın  özünə yönəltdi. Matris 1.1. Bazara yönümlülüyün qiymətləndirilməsi MÜŞTƏRİLƏRƏ İSTİQAMƏTLƏNMƏ   Tam razı Razı Bitərəf Narazı Tam narazı Bilmirəm Müştərilərin ehtiyacları və tələbatları haqqında  informasiyalar mütəmadi toplanılır 5 4 3 2 1 0 Bizim korporativ məqsəd və siyasət – müştəriləri razı salmaq 5 4 3 2 1 0 Müştərilərin razılıq səviyyəsi mütəmadi qiymətləndirilir və lazım gəldikdə situasiyanın yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir 5 4 3 2 1 0 Biz gücümüzü əsas müştərilərlə və müştəri qrupları ilə daha möhkəm əlaqələrin yaradılmasına veririk 5 4 3 2 1 0 Biz bazarda tələbatları ilə bir-birindən aydın şəkildə fərqlənən qrupların və seqmentlərin olduğunu qəbul edir və öz təklifimizi onlara uyğunlaşdırırıq 5 4 3 2 1 0 “Müştərilərə istiqamətlənmə” bölməsi üçün balların ümumi miqdarı (25 mümkün baldan) RƏQİBLƏRƏ İSTİQAMƏTLƏNMƏ   Tam razı Razı Bitərəf Narazı Tam narazı Bilmirəm Rəqiblərin fəaliyyəti haqqında informasiya mütəmadi olaraq yığılır 5 4 3 2 1 0 Biz əsas rəqiblərin təklifləri üzrə daima bençmarkinq (müqayisəli sınaqların aparılması) aparırıq 5 4 3 2 1 0 Rəqiblərin əsas hərəkətlərinə çevik reaksiya veririk 5 4 3 2 1 0 Biz müştərilərin vacib hesab etdikləri amillər üzrə rəqiblərdən fərqlənməyə ciddi fikir veririk 5 4 3 2 1 0 “Rəqiblərə istiqamətlənmə” bölməsi üçün balların ümumi miqdarı (20 mümkün baldan) UZUNMÜDDƏTLİ PERSPEKTİVLƏR   Tam razı Razı Bitərəf Narazı Tam narazı Bilmirəm Biz qısamüdətli mənfəətin alınmasını deyil, bazar payının uzunmüddətli artımını daha vacib hesab edirik 5 4 3 2 1 0 Biz daxili səmərəliliyin yüksəlməsinə deyil, bazardakı fəaliyyətimizin yaxşılaşmasına böyük diqqət göstəririk 5 4 3 2 1 0 Qərarların qəbulu zamanı qısamüddətli faydalar deyil, uzunmüddətli mülahizələr əsas götürülür 5 4 3 2 1 0     “Uzunmüddətli perspektivlər” bölməsi üçün balların ümumi miqdarı (15 mümkün baldan) 4. FƏALİYYƏT İSTİQAMƏTLƏRİ ARASINDA KOORDİNASİYA   Tam razı Razı Bitərəf Narazı Tam narazı Bilmirəm Müştərilər haqqında informasiya bütün təşkilata yayılır və bütün bölmələrə çatdırılır 5 4 3 2 1 0 Müştərilərin ehtiyaclarını ödəmək üçün təşkilatın müxtəlif bölmələri səmərəli əməkdaşlıq edirlər 5 4 3 2 1 0 Bölmələr arasında rəqabətin və ixtilafın müştərilərə səmərəli xidmət göstərməyə mane olmasına imkan verilmir 5 4 3 2 1 0 Bizim təşkilat yaranan imkanları ierarxik maneələr nəticəsində əldən buraxmır, əksinə onlardan istifadə etmək üçün kifayət qədər çevikdir 5 4 3 2 1 0 “Fəaliyyət istiqamətləri arasında koordinasiya” bölməsi üçün balların ümumi miqdarı (20 mümkün baldan) KORPORATİV MƏDƏNİYYƏT   Tam razı Razı Bitərəf Narazı Tam narazı Bilmirəm Bütün işçilər müştəriləri razı salmaq üçün öz köməkçi rollarını başa düşməlidirlər 5 4 3 2 1 0 Mükafatlandırma sistemi xarici bazarlarda fəaliyyətin nəticələri və müştəriləri razı salmaq səviyyəsi ilə sıx bağlıdır 5 4 3 2 1 0 Bütün funksional sahələrin ali rəhbərliyi müştəriləri razı salmağı ən mühüm hal hesab edirlər 5 4 3 2 1 0 Ali rəhbərlik iclaslarda müştəri razılığı səviyyəsinə təsir göstərəcək məsələlərin müzakirəsini bir nömrəli hesab edir. 5 4 3 2 1 0 Yekun Müştərilərə istiqamətlənmə (25 mümkün baldan) Rəqiblərə istiqamətlənmə (20 mümkün baldan) Uzunmüddətli perspektivlər (15 mümkün baldan) Fəaliyyət istiqamətləri arasında koordinasiya (20 mümkün baldan) Korporativ mədəniyyət (20 mümkün baldan) Toplanmış balların ümumi miqdarı (100 mümkün baldan) İzahat 80-100 bal yüksək bazara istiqamətlənmə deməkdir. Lakin, 100 baldan aşağı nəticələri yaxşılaşdırmaq olar! 60-80 bal bazara orta istiqamətlənməni göstərir – təkmilləşdirməsi daha çox lazım olan sahələri müəyyənləşdirin. 40-60 bal bazara istiqamətlənmə üçün hələ çox tədbirlər həyata keçirilməsi lazım gəldiyini göstərir. Əsas boşluqları təyin edin və onları aradan qaldırmaq üçün tədbirlər ardıcıllığını müəyyənləşdirin. 20-40 bal bazara istiqamətlənmə üçün dağı hərəkətə gətirmək lazımdır! Üzdə görünəndən başlayaraq məqsədə doğru irəliləyin. Amillərin bəzilərinə siz digərlərindən daha güclü təsir edə bilərsiniz. Onlarla ilk növbədə məşğul olun. Qeyd. Əgər siz əksər göstəricilər üzrə “0” bal almısınızsa, onda, ən yaxşısı kompaniyanızı öyrənməyə başlayın! Şəkil 1.3. Marketinq yanaşmaları Bu yeni yanaşmanı resurslar baxımından təşkilata yanaşma(Wernerfelt, 1984) və ya “rəqabətin açar növlərinə” istiqamətlənmə(Prahalad and Hamel, 1990) adlandırdılar. Marketinqə və strategiyaya olan müasir baxışlar bu iki yanaş­manın hər ikisinin uyğun şəklidə birləşdirməyə əsaslanır(bax. Hooley et al., 1998). Eyni zamanda, onlar, hələ də bir çox təşkilatlarda müşahidə olunan, strategiyaya və xüsusən də marketinqə olan müxtəlif yanaşmaları sıxışdırmır. Üç alternativ yanaşmanı asanlıqla ayırmaq olar(şəkil 1.3): Məhsulu irəlilədən marketinq. Bu yanaşmada təşkilat öz diqqətini hazır  məhsul və xidmətlərə yönəldir və alıcıların onları alması üçün həvəsləndirmə və hətta inandırma üsullarını axtarır. Bu, resurslar baxımından marketinqə yanaşmanın bəsit izahıdır-bizdə rəqiblərin təklif etdiyindən fərqlənən və bizim yaxşı istehsal edə bildiyimiz resurs (bizim məhsul və ya təklif etdiyimiz xidmət) var. Başlıcası, müştərini bizim yaxşı hazırlaya bildiyimiz məhsulu almağa inandırmaqdır.  Dey (Day, 1999) bu yanaşmanı İBM kom­paniyasının 1983-cü ildəki məqsədinə uyğun gəldiyini bil­dirir. Bu fikri əsas götürərək firma məqsədini müəyyən­ləş­dir­miş­dir: sənayeni inkişaf etdirmək, öz məhsullarının  bütün assor­ti­mentlərinin rəqiblərinin məhsullarından üstünlüyünün təmin edil­məsi,   bütün  fəaliyyət növləri üzrə ən səmərəli firmaya çev­ril­mək və stabil rentabelliyi saxlamaq. Bu siyahının əsas diqqət­çə­kən məqamı, orada müştərilərin adının bir dəfə də olsa çəkil­məməsidir. Bütün diqqət həmin vaxtda(1983-cü ildə) İBM fir­ma­sının nə etdiyinə və nəyi daha səmərəli edə biləcəyinə isti­qamətlənib. Maraqlı fakt: 1980-cı illərdə İBM firmasının nəti­cələri elə də qibtə doğurası deyildi. Müştəriyə istiqamətlənən marketinq. Digər yanaşma müştə­rilərə istiqamətlənən marketinqdir(Slater, 1998). Bu yanaşmada təşkilat nəyin bahasına olursa-olsun öz müştərilərini əldə etməyə çalışır. Belə təşkilatların məqsədi-müştərilərin istədiklərini müəyyən etmək və onlara istədikləri məhsulları təqdim etməkdir. Belə yanaşmada da problemlər yaranır. 1980-cı illərdə Procter & Gamble rəqiblərinin kütləvi hücumlarına və getdikcə güclənən pərakəndə tacirlərin təzyiqinə məruz qaldı. Kompaniyanın cavab tədbirlərinə müştərilərə geniş azad seçim imkanının verilməsi, məhsulların fəal sürətdə irəlilədilməsi, alışın stimullaşdırılması üçün sövdələşmələr həyata keçirilməsi, həmçinin satıcıların qarşısında ciddi məqsədlərin qoyulması daxil idi. Nəticədə misli görülməyən dərəcədə məhsul növləri əmələ gəldi(hətta elə vəziy­yət yaranmışdı ki, kompaniya eyni zamanda müştərilərə 35 adda Bounce kondisionerləri təqdim edirdi). Müştərilər  məhsulların irə­lilədilməsi zamanı mənasız addımlardan çaşıb qalır (sövdə­ləş­mələr, kuponlar, təkliflər və s.), pərakəndə tacirlər isə məhsulun saysız-hesabsız növlərini piştaxtalarda saxlamalı olduqlarından qəzəblənirdilər. Yaxın məhsulların assortimentlərinin geniş­lən­məsi istehsal prosesində tamamilə hərc-mərclik yaratdı: maddi-texniki təchizatda ciddi çətinliklər yarandı (Day, 1999). Müştə­ri­lərə əsaslandırılmamış istiqamətlənmə kompaniyanı qısamüddətli məqsədlərə yuvarlandıra, mənasız əlavə məhsulların yaradıl­ma­sının genişləndirilməsinə və gələcəyi nəzərə almayan tədqi­qat­ların və işləmələrin  həyata keçirilməsinə səbəb ola bilər(Frosch, 1996). Kristensen və Bauer(Christensen  and Bower, 1996) öz fikirlərində irəliyə gedərək qeyd edirlər ki, belə “firmalar sənaye liderliyi mövqeyini itirirlər...çünki onlar öz müştərilərinin istədiklərini edirlər”. Resurslara əsaslanan marketinq. Bu kitabda biz təsvir etdi­yi­miz iki yanaşma arasında yerləşən konsepsiyanı təbliğ edirik. Bu yanaşmada firma öz marketinq strategiyasını işləməklə yanaşı bazar tələbatını və onu ödəmə qabiliyyətini nəzərə alır. Bu yanaş­mada uzunmüddətli perspektiv üçün müştərilərin tələbatlarının formalaşdırılması təsəvvürü digər bazar amilləri (təklif və rəqiblərin strategiyaları, həmçinin təchizat zəncirinin xüsu­siy­yət­ləri kimi) və aktivlər sxeminin yaradılmasının və bütün alətlərdən tam istifadə edə bilmək üçün təşkilatın səriştəsi və bacarığının nəzərə alınması ilə birgə həyata keçirilir. 1980-cı illərin sonlarında İBM kompaniyası öz strategiyasında dəyişikliklər edərək bazarla tənzimlənən keyfiyyət uğrunda mübarizəyə qalxdı. Onu sözlə belə ifadə etmək olar: “biz fəaliyyət göstərmək üçün seçdiyimiz bazarlarda müştərilərin tələbatlarını və arzularını digər təşkilatlardan daha yaxşı ödəyə bilsək, onda qalan hər şey öz yoluna düşəcək”. Kompaniya tərəfindən seçilən yanaşmada müştəri mərkəzi mövqedə qalır; lakin eyni zamanda, yanaşmada, İBM-in mövcud resurslarla(aktivlər və imkanlar) lider ola biləcəyi bazarların seçilməsi əhəmiyyəti də ön plana çəkilir. Resurslara istiqamətlənən marketinq mahiyyət etibarilə, bazar tələbatı və təşkilatın rəqabət apara bilmək qabiliyyəti arasında uzunmüddətli uyğun­luğu axtarır.  Bu o demək deyil ki, təşkilatın resursları donmuş və dəyiş­məz şəklində nəzərdən keçirilir. Heç də belə deyil. Bazar tələbatı daima təkamül etdiyinə görə təşkilatın resursları da gərək daima inkişaf etsin ki, o, əvvəlki kimi rəqabətqabiliyyətli olsun və yeni imkanlardan istifadə edə bilsin. Lakin əsas məsələ, imkanlardan istifadə, onları əldə etmək üçün xüsusi üsullardan istifadə etməklə deyil, təşkilata maddi bazanı təmin edən real və potensial üstünlüyün olduğu təqdirdə mümkünlüyə çevrilə bilər. Həmçinin bax: 1.Bazarla tənzimlənən strateji idarəetmə 1.1 Marketinq konsepsiyası və bazara istiqamətlənmə 1.2 Resurslar baxımından marketinqə yanaşma 1.3 Təşkilatda maraqlı olan iştirakçılar 1.3.1 Ümumi işin iştirakçılarının məqsədlərinə çatmaqda marketinqin rolu 1.4 Marketinqin əsasları 1.5 Strateji idarəetməyə rəhbərlikdə marketinq 1.6 Marketinq-keys: Psion
['müştərilərə istiqamətlənmə']
6,414
https://kayzen.az/blog/T%C3%BCrkiy%C9%99-tarixi/2540/t%C3%BCrkiy%C9%99nin-b%C3%BCt%C3%BCn-tarixi-bir-yaz%C4%B1da.html
Türkiyənin bütün tarixi bir yazıda
papatürk
Türkiyənin tarixi
18 iyul 2010, 23:57
E.ə. 2600 -1900-cu illər (qədim tunc dövrü) -Mərkəzi Cənub-şərqi Anadoluda qedim Xettlərin padşahlığı. E.ə. 1900-1300-cü illər -Böyük Xettlər padşahlığı, Misirlə müharibə (Suriyanın işğalı), Patriarx Avram Uradan Xana gedir və Mesopotomiyanın şimal-şərqində dayanır.E.ə.1250-ci il -Troya Müharibəsi.E.ə. 1200-600-cü illər -Yunan adalarından frigiyalıların və “Dəniz Xalqları”nın basqını, Midas və Krez çarlığı, sikkələrin kəşfi, Urartu dövləti, İoniyada Şəhərlər ittifaqıE.ə. 550-ci il -İran şahı Kirin Anadoluya hücumu.E.ə. 334-cü il -Makedoniyalı İsgəndər İran ordusunu məğlub edir və Kiçik Asiyanı işğal edir.E.ə. 250-ci il -Perqam dövləti.E.ə. 129-cu il -Kiçik Asiya Roma İmperiyasının əyalətinə çevrilir.47-57-ci illər -Apostol Pavelin Anadoluya səfəri.330-cu il -Böyük Konstantin Roma İmperiyasının paytaxtını Bizansa köçürür və adını dəyişdirib Konstantinopol edir.527-565ci illər -I Yustinianın dövründə Bizans İmperiyası özünün ən yüksək çiçəklənmə dövrünə çatır və dünyada ən böyük Xristian kilsəsi olan Müqəddəs Sofiya (Ayasofya) kilsəsi tikilir.1037-1109-cu illər - Səlcuq türklərinin dövləti.1000-1200-cü illər -Xaç Yürüşləri . 1071-1243-cü illər -Konya və Kayseridə Səlcuq türklərinin sultanlığının paytaxtı. Monqolların darmadağın edilməsi.   1288-ci il -Osmanlı İmperiyasının yaranması.1453-cü il -Sultan II Mehmet Fatehin Konstantinopolu fəthi və onu Osmanlı İmperiyasının paytaxtına çevirməsi. 1514-1517-ci illər -Sultan Selim I Qroznı İran ordusunu məğlub edir, imperiyanın sərhədlərini Misirə qədər genişləndirir, Müqəddəs Məkkə və Mədinə şəhərlərini işğal edir və faktiki olaraq bütün Müsəlmanların başçısına çevrilir.1520-1566-ci illər -Sultan I Süleyman Qanuninin hakimiyyəti, Avropada o, Böyük Süleyman, Türkiyədə isə Qanuni adlandırılır. İmperiyanın ən yüksək çiçəklənmə dövrü: türk sultan Afrikanın şimalının böyük hissəsini, Şərqi Avropanı (1529-cu ildə Sultanın ordusu Vyanaya çatdı) və bütün Orta Şərqi nəzarət edirdi.1683-cü il -Türk ordusu böyük vəzir Qara Mustafanın başçılığı altında Vyana yaxınlığında birləşmiş Avstriya və Polyak orduları tərəfindən məğlub olur.1735-1739-cu illər -Qara dənizə çıxış və Kırım tatarlarının basqınlarının qarşısını almaq üçün rus-türk müharibəsi (Avstriya ilə bir ittifaqda). Rus qoşunu Minixin komandanlığı altında Azov, Açaqov, Xotin,Yassını tutur və iki dəfə Krımı alır. Müharibə 1739-cu ildə Belqrad sülhünün imzalanması ilə başa çatır.1768-1774-cü illər -Rusiyanın öz qoşunlarını Polşadan çəkməsinə etiraz etməsi nəticəsində Türkiyə müharibəyə başlayır. Türk qoşunlarının Larqa və Kaqula yaxınlığında darmadağın olunması, türk donanmasının Çeşmə döyüşündə məğlub olması və Krımın tutulması türk hökümətini 1774-ci ildə Kiçik Qaynarca sülhünü bağlamağa məcbur etdi. 1787-1791-ci illər -Türkiyə bütünlükdə Kırımı və digər əraziləri geri qaytarmaq üçün rus-türk müharibəsinə başlayır. Rus qoşunları Suvorovun komandanlığı altında qələbə (Kinburun, Fokşan Rımnık, İsmail), rus donanması Uşakovun komandanlığı altında qələbəsi. 1791-ci ildə müharibə Yassıçəmən sülhü ilə qurtardı.1806-1812-ci illər -Rus-türk müharibəsi, Türkiyə bütünlükdə şimali Qara dəniz ətrafında və Qafqazda keçmiş hökmranlığını bərpa etmək üçün müharibəyə başlayır. Rus qoşunlarının qələbəsi və Kutuzovun diplomatik məharəti 1812-ci ildə Buxarest sülhünün imzalanması ilə nəticələnir.1828-1829-cu illər -Rus-türk müharibəsi Avropa dövlətlərinin Türkiyəni parçalamaq siyasətinin bir hissəsi kimi. Rus qoşunları Qafqazda Qarı (Каре) şəhərləri və Erzurumu tutur, Rusiya türk qoşunlarını Bolqarıstanda məğlub edir və Konstantinopola yaxınlaşır. Müharibə 1829-cu ildə Edirne (Andrianopol) sülhü ilə başa çatır.1877-1878-ci illər -Rus-türk müharibəsi, Rusiya Balkan yarmadasında öz nüfuzunu artırmaq üçün Türkiyə ilə müharibəyə başlayır. 1877-ci ildə Şipkə üzərində döyüş zamanı rus qoşunları mühasirəyə alınır və əsir alınaraq Karsa aparılır.1878-ci il -Rus qoşunlarının Balkan sıradağları ilə qış keçidi, Şipkə üzərində qələbə-Şeynov Filipolya, Edirnenin tutulması. 1878-ci ildə müharibə San-Stefan sülhü ilə başa çatdı və 1878-ci ildə Berlin Konqresində müzakirə olunan qərarla müharibə Balkan yarımadasında yaşayan xalqlara müstəqillik verilməsilə nəticələndi. 1853-1856-ci illər -Krım müharibəsi, Türkiyə ilə bir ittifaqda olan Fransa və İngiltərə Rusiyaya qarşı çıxış edirlər.   1876-1909-cu illər -Sonuncu sultan II Əbdülhəmidin hakimiyyəti. O Kayzer Almaniyasının köməkliyi ilə imperiyanın hakimiyyətini saxlamaq üçün cəhdlər göstərir.1908-ci il -Gənctürklər inqilabından sonra sultan hakimiyyətdən uzaqlaşır. 1911-1913-ci illər –Trablus (Tripoli) üzərinə yürüş, Balkan müharibəsi.1914-1919-cu illər -Türkiyə ilk dəfə olaraq I dünya müharibəsində Almaniya tərəfindən çıxış edir. 1920-1922-ci illər -Mustafa Kamalın başçılığı altında müstəqillik uğrunda mübarizə.1923-1924-cü illər -Türkiyə Cümhuriyyətinin elan olunması. Paytaxt Ankaraya köçürülür. Anayasa (Əsas qanun) qəbul olunur. 1925-1935-ci illər -Mustafa Kamal (Atatürk ) bütünlükdə türk cəmiyyətində köklü islahatlar həyata keçirir. Çox arvadlılıq, ənənəvi geyimlərin geyinilməsi (fəs -Osmanlı imperiyasının nişanəsi) qadağan olunur. Avropa hüquq sisteminə keçid, mütləq ailə nikahının bağlanması, Qreqorian kalendarı, bazar gününün istirahət günü elan olunması tətbiq olunur. Din hökumətdən ayrılır, Ərəb əlifbası ləğv olunaraq Latın əlifbası tətbiq olunur. Qadınlara seçmək hüququ verilir. Bütün vətəndaşlar soyadı daşımağa başlayır və ən asası Mustafa Kamala parlament Atatürk (Türklərin atası) soyadını verir. 1938-ci il -Atatürkün ölümü. Hakimiyyət Atatürkün silahdaşı olan və II dünya müharibəsində Türkiyəni birtərəf elan etmiş İsmət İnönüyə keçir. Yeganə qərar verən siyasi partiya Cümhuriyyət Xalq Partiyası (Atatürkün partiyası) olur.   1946-1950-ci illər -Demokratik institutların yaradılması. Müxalif Demokrat Partiya seçkilərdə qalib gəlir. 1950-1960-cı illər -Demokrat Partiyasının hakimiyyəti.1960-cı il -Ordu siyasi səhnəyə çıxır və Demokrat Partiyanın bir çox üzvlərini “Anayasa”nın pozulması maddəsi ilə məhkəməyə verir. Partiya sədri ve baş nazir Adnan Menderes edam edilir. Təzə seçkilər keçirilir.1971-ci il - Ali hərbi zabitlərin hökümətə xəbərdarlıq etməsi.1980-ci il -Parlament böhranı: Parlamentin iki əsas partiyasının barışmazlığı və razılığa gələ bilməməsi nəticəsində bir neçə ay cümhurbaşkanı seçilmir. İl ərzində inflyasiya 130 %-ə çatır, cinayətkarlıq və terrorizm çoxalır. Yenidən ordu müdaxilə edir və vətəndaşların hüquqlarını məhdudlaşdırmağa başlayır. Belə olan şəraitdə gələcəkdə parlamentdə yenidən baş verəcək çıxılmaz vəziyyətin qarşısını almaq üçün anayasa yenidən yazılır. Referendum nəticəsində nəzarətdə olan hakimiyyətdə anayasa qəbul olunur və hərbi hakimiyyətin rəhbəri Kənan Evren hərbi komitəni buraxır.1983-1993-cü illər -Yeni anayasaya uyğun seçkilər keçirilir və Ana Vətən Partiyası qalib gəlir. Yeni baş nazir Turqut Özal dövründə iqtisadiyyatın liberallaşmasına başlanılır və bütün 80-ci illər boyu davam edir. Sonra Turqut Özal qətlə yetirilir.Həmçinin bax:Türkiyə haqqında qısa məlumat
['Türkiyənin tarixi']
6,415
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2614/cosa-nostra-bizim-i%C5%9Fimiz.-5-ail%C9%99-ikinci-hiss%C9%99.html
Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (İkinci hissə)
Türkəl
Bloq: Türkəl
18 iyul 2010, 19:30
1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza-Nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. II Dünya Müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş CİA agenti Edward Hunt isə ölümündən qabaq ABŞ-ın 35-ci prezidenti John Kennedy'nin qətlində agentlik və Mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza Nostra 80-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir. Nəsillər bir-birini dəyişdikcə, köhnə adət-ənənələr yeniləri ilə əvəz olunmuş və Koza Nostra dayaq nöqtəsini itirmişdir. Ailə üzvlərinə törətdiyi cinayətlərə görə əfv və milyonlar vəd edən Federal Tədqiqat Bürosu (FBİ) nəhayət ki, öz istəyinə çatır. Kolombo Cinayət Ailəsi (Colombo Crime Family). Kolombo 5 ailənin ən gəncidir. Bu cinayət qrupunda uzun müddət ikihakimiyyətlilik hökm sürmüş və 3 böyük ailədaxili çəkişmə yaşanmışdır. Əvvəllər Profaki cinayət ailəsi kimi tanınan mafiya qruplaşması, Cozef Kolombonun rəhbərliyi altında adını dəyişir və Bonanno ailəsindən aldığı xeyir-dua vasitəsilə hakimiyyətini gücləndirir. Ailə başçılarının heç birinin hakimiyyət uzun sürməmiş, onlar tez-tez başçılığa can atan rəqiblərinin təşkil etdiyi qəsdin qurbanı olmuş və ya həbs olmuşdurlar. Hazırda ailəni idarə edənlər kimi, bir-birinin qatı düşməni olan 72 yaşlı Karmayn Presiko və 92 yaşlı Con Franzese göstərilir. Kolombo XXI əsrə Koza Nostranın ən zəif üzvü kimi daxil olmuşdur və bu "statusunu" qorumaqdadır.Qambino Cinayət Ailəsi (Gambino Crime Family).Qambino klanı 5 ailənin ən güclüsü sayılır. Ailənin fəaliyyətinə reket, qumar, yüksək faizlə borc vermə, hədə-qorxuyla pul alma, narkotik trafiki, çirkli pulların yuyulması, bədən alveri, sifarişli qətllər, bərk və zəhərli tullantıların qeyri-qanuni idarə edilməsi, avtomobil qarəti və s. cinayət formaları daxildir. Qrup 1957-ci ildə Karlo Qambinonun hakimiyyətə gəlişindən sonra uğurla cinayət dairəsini artırır. 1976-cı ildə ailənin rəhbəri öz yerinə qaynı Pol Kastellanonu təyin edir. Müasirliyə daha çox önəm verən Kastellano mafiya bossundan daha çox biznesmen təəssüratı yaradır. Bu bir çoxunun xoşuna gəlmir, lakin bir nəfəri - Con Qotti adlı ailə üzvünü daha çox qəzəbləndirir. Bunun nəticəsində 1985-ci ildə Qotti Kastellanonun qətlini həyata keçirir. Bu nəinki Qambino, həmçinin digər 4 cinayət qrupu tərəfindən rəğbətlə qarşılanır və bununla da Qotti ailənin başçısı təyin olunur. Lakin öz dövrünün ən məhşur qanqsterinin hakimiyyəti uzun çəkmir. 1991-ci ildə ən yaxın adamı Salvatore Qravano FBİ ilə saziş bağlayaraq onu dövlətə satır. 19 nəfərin qətlində günahını etiraf edən Qravano cəmi 5 il, Qotti isə ömrünün sonuna kimi həbsxana cəzası alır. Həbsdən vaxtından da tez çıxan Qravano dövlət tərəfindən şahidlərin müdafiəsi proqramına daxil olur, üzündə plastik əməliyyat aparır, Qotti ilə münasibətləri haqda kitab yazaraq kifayət qədər gəlir əldə edir. Bu da Koza Nostrada domino effekti yaradır. Uzun illər qüvvədə olan "geriyə yol yoxdur" ifadəsi mafiya sıralarında öz gücünü itirir. Başçılara qarşı xəyanətlərin sayı gündən günə artır və xainlər sudan quru çıxır. Bu isə sonradan ailə başçılarının özlərinin FBİ xəbərçisi olmaları ilə nəticələnir. Qravano sözü satqın sözünün sinoniminə çevrilir. Lukkeze Cinayət Ailəsi (Lucchese Crime Family).Qravano yuxarı zümrəyə məxsus olan ilk FBİ informantı olsa da mafiya qurumlarında bu fenomenə əvvəllər də rast gəlinmişdir. Damarlarında irland qanı axan Henri Hill bilirdi ki, italo-amerikanlardan təşkil olunmuş cinayət qurumunda onu potensial gözləmir və 1980-ci ildə Lukkeze ailəsinin bəzi üzvlərini dövlətə sataraq şahidlərin müdafiə proqramına qəbul olunmuşdur. Buna kimi də o qədər güclü olmayan Lukkeze ailəsinin ən məhsuldar dövrü 1950-ci illərə təsadüf edir. Həmin vaxtlar ailləni "Tommy Brown" ləqəbi ilə tanınan Qaetano Lukkeze idarə edirdi. 44 il mafiya üzvü olan Tommy bir dəfə də olsun cinayətdə günahlandırılmamışdır. Lukkeze əvvəlcə Vito Cenoveze və Karlo Qambinoya öz klanlarında hakimiyyətə gəlməyə kömək edir. Sonra onlarla birləşərək 1962-ci ildə Komissiyaya rəhbərlik edirlər. Bu mövqeyindən istifadə edən Lukkeze Cozef Bonannonun ailə başçısı vəzifəsini onun əlindən alır və onun gəlirlərini digər ailə başçıları ilə bölüşdürür. Qaetano 1967-ci ildə beyin şişindən öləndə, Lukkeze ailəsini olduqca güclü pozisiyaya malik olur. O öz yerini Entoni Koralloya vəsiyyət edir, amma Korallo 2 illik həbs cəzası çəkdiyindən ailəyə rəhbərliyi Kermayn Tramunti edir. 1973-də Tramunti özü həbs olunur və Korallo layiqli yerini ələ keçirir. 1987-ci ildə Korallo yenidən həbs olunur, lakin bu dəfə ona nə az, nə çox 100 il iş kəsilir. Onun həbsindən bu günə kimi ailəni Vittorio Amuso idarə edir. *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['koza nostra', 'cosa nostra', 'mafia', 'mafiya', 'mütəşəkkil cinayətkarlıq', 'kriminal', 'Nyu-York']
6,416
https://kayzen.az/blog/Voogar/2613/hippokrata-r%C9%99hm%C9%99t-oxuyanlar.html
Hippokrata rəhmət oxuyanlar.
Voogar
Bloq: Voogar
18 iyul 2010, 17:38
«Həkimlik çox gözəl peşədir. Bununlar həm pul qazanırsan, həm insanları sağaldırsan. Lakin Azərbaycanda həkimlərin əksəriyyəti 1-ciyə o qədər alüdə olub ki, 2-ci yaddan çıxıb. Bəli, bir çoxunuz deyəcək ki, həkimin maaşı azdır ona görə onu qınamaq olmaz. Amma bir dəqiqə… Müəllim rüşvət alır, tələbə qiymət. Nəticə: Heç kəs ölmür. Sahibkar gəlirini gizlərdir, dövlətə vergi vermir. Nəticə: Heç kəs ölmür.  Həkim rüsvət istəyir...bağışlayın, hörmət, xəstədə pul yoxdur. Xəstə ölür. Söhbətimizə heç bir dəxli olmasa da, deyim ki, Azərbaycanda tibbi xidmət pulsuzdu. Hə mövzudan uzaqlaşmayaq.» Çox qara fikirli sözlərdir, elə deyilmi? İndi adamın üstündə Allahı var — rəsmi statistikaya görə Azərbaycanda xərçəng xəstəliyindən sağalanlar çoxdu. Hətta biz bu sahədə 1-ci yerdəyik. Bəli, bəzi qara qəlbli insanlar fikirləşə bilər ki, həkimlərimiz xəstəyə səhv diaqnoz qoyur, onu əməliyyat eliyir, onu şikəst eliyir sonra da deyir ki, mən xəstəni xərçəngdən sağaltdım. Həqiqətən də Azərbaycanda tibb çox inkişaf edib. O qədət inkişaf edib ki, artıq həkimlər UZİ-nin, KT-nin nəticələrini qəbul etmir. Müasir texnika artıq bizim həkimlərimizlə ayaqlaşmır. Bizim həkimlər o qədər qəlbi təmiz insanlardı ki, hətta öz sahəsi olmayan xəstəlikləri də müalicə etməyə çalışır. Bir az da gələcəkdə həkim olmaq istəyən gənclərimizdən danışaq. Onların həkim olmaq həvəsi o qədər çoxdur ki, hətta 5 almaq üçün 500 AZN də verməyə hazırdılar. Fikirləşəndə ki bu tələbələr gələcəkdə insanları müalicə etmək üçün nələrdən keçəcək, insanı fərəh hissi bürüyür. Söhbətimizə heç bir dəxli olmasa da deyim ki, 500 AZN oxumaq üçün yox, oxumamaq üçün verilir. Əlbəttə bizim də universitetdə ATU-nun həyəti kimi həyət olsaydı, mən də günümü otun üstündə keçirərdim. Əşi oxumaqla işləmək olmur ki, əsas təcrübədi. İşləyəndə öyrənəcəm də. Birini öldürəcəm, ikisini öldürəcəm, üçüncünü sağaldacam da. Yenə mövzudan uzaqlaşdıq. Amma adamın üstündə Allahı var, tibb tələbələri tələbə olarkən də təcrübə keçməyə meyilləri var. Buna sübut kimi ATU-nun tualetində tapılan iynələri göstərmək olar. İndi bəzi qara qəlbli insanlar bunun narkomaniya əlamətləri olduğunu fikirləşəcək amma bu belə deyil. Bu günlük bu qədər. Yazdıqca hiss edirəm ki, mövzudan yayınıram. Unutmayın, əsas odur ki, insanın ürəyi təmiz olsun (EKQ bunu təkzib etsə də).
['tibb', 'ictimai şüur']
6,417
https://kayzen.az/blog/dieta/2267/g%C3%BCnd%C9%99lik-normal-qidalanma.html
Gündəlik normal qidalanma
burla xatun
Dietologiya
18 iyul 2010, 12:17
Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, "nə bişirim" problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır. Zülallar Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir. Yağlar Süd məhsullarının (kərə yağı, xama, kəsmik, qaymaq, süd) tərkibinə daxil olan yağlar insana daha çox xeyirlidir. Bu yağların tərkibində vitaminlər çoxdur və onlar asanlıqla həzm olunur. Bitki mənşəli yağlar isə yüksək qidalılığı ilə seçilir... İnsana bir gündə lazım olan yağların orta miqdarı 80-110 qramdır. Onların yarısı bitki, yarısı isə heyvan mənşəli yağlar olmalıdır. Karbohidratlar Karbohidratlar da enerji mənbəyi hesab olunur. Onlar məhsulların tərkibinə şəkər və nişasta hüceyrələri şəklində daxil olur. Həm şəkər, həm də nişasta çox dəyərli qida məhsullarıdır. Onlar ən çox bitki mənşəli məhsulların (tərəvəzlər, giləmeyvələr, yarmalar, un, çörək) tərkibində olur. Karbohidratlar mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün lazımdır. Mineral duzlar Həyat üçün çox zəruri olan üzvi maddələrdir. Kalsium - sümüklərə, əzələlərin və ürəyin normal işinə; fosfor - sümüklərə, toxumalar və sisnir sisteminin işi üçün; maqnium - qan damar sistemi; dəmir - qanın tərkibi üçün zəruridir. Mineral düzlara ən çox meyvə və tərəvəzlərin tərkibində rast gəlinir. Yarmalarda və süd məhsullarında da mineral duzlar var. Fosfor - ət, balıq, pendir, kələm, yumurta və çörəkdə; maqnium - yarmalarda, qara çörəkdə; dəmir - təzə göyərtidə, ətdə və çörəkdə var. Hər gün orqanizmə orta hesabla 0,8-1 qram kalsium, 1,5-1,7 qram fosfor, 0,3-0,5 qram maqnium, 1,4-1,6 qram dəmir lazımdır. Vitaminlər Vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir. Onların çatışmazlığı qısa müddətdə insanın orqanizmində xəstəlik şəklində üzə çıxır. Qida məhsullarının tərkibində mövcud olan hər bir vitamin orqanizmə özünəməxsus tərzdə təsir edir. A vitamini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə kömək edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır. B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur. B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal və başqalarında rast gəlinir. S vitamininin gündəlik norması 50 milliqramdır. D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə yumurta sarısı, kərə yağı və balıq yağında rast gəlinir. P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur. PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır. Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Kənardan çətin görünən bu iş əslində çox asandır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Açıq şəkildə aldığımız məhsulları isə xörəyə vitamin tərkibinə əsasən daxil etmək olar. Əvvəllər bir az vaxtınızı alacaq bu iş, tezliklə adət halına keçəcək və siz məhsulların üzərinə baxmadan belə onların qidalılıq dəyərini biləcəksiniz.Həmçinin bax:Normal bədən kütləsi haqqında
['düzgün qidalanma', 'qidalanma', 'zülallar', 'vitamin', 'kalori sərfi', 'nutrisiologiya', 'mineral duzlar']
6,418
https://kayzen.az/blog/ugura-yol/2344/3.-h%C9%99d%C9%99f-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fdirm%C9%99k.html
3. Hədəf müəyyənləşdirmək
Cavid
Müvəffəqiyyətə gedən yol
18 iyul 2010, 00:22
Məqsədi və ona çatmaq üçün zəhməti olmadan heç bir insan yaşaya bilməz. Fyodor Dostoyevski Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün "Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim", - deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir. Bu minvalla illər keçir. Bir gün qoca işdən qayıdarkən evinin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına "Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər verərsən", - deyə səslənir. Elə bu zaman xarabalıqdan bir səs yüksəlir: "Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, səni xəbərdar edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu." Həyatımız da eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Çatlaqları sementləmə misalı saçlarımıza rəng vurmamız, nə də xəstəliklərdən qurtulma naminə dərman qəbul etməmiz, bu prosesi durdurmayacaq. Və olan olacaq. Bir kərə yaşanılacaq həyat, nəhayət bir gün bitəcək. Şairin "Həyat sən nə şirinsən, kim səndən doydu getdi?", - deyə vəsf etdiyi bu həyat, madəm bizə bir dəfə veriləcək, o zaman onu ən gözəl şəkildə yaşamalıyıq. Hər anını belə qiymətləndirməli və yaşlanarkən onu "kaşki"lərə bürünmüş bir keçmiş olmaqdan qurtarmalıyıq. Maksim Qorkiyə görə "Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və onu daha gözəl hədəflərə yönləndirmək lazımdır". Həyatda konkret yolumuzu və dəqiq hədəfimizi müəyyən etmək çox önəmli məsələ olduğu kimi, düşünülmədən atılmış hər bir hərəkətin də fiaskolarla nəticələnməsi labüddür. Həyat böyük okean kimidir. Hara gedəcəyimizi bilməsək heç bir ruzigar bizə kömək edə bilməz... Və nəhəng su kütləsinin ortasında tək-tənha qalarıq. O zaman fırtınalara qurban getməmiz, Bermud üçbucağına rast gələrək əbədiyyən bilinməzlik aləminə yelkən açmamız möhtəməl olar. Yollar çox və qarışıq, rotası təyin olunmamış səyahətlərin qorxunc sonu isə qaçınılmazdır. Dolayısıyla, düşüncə platformasında hədəf və məqsəd daima ilk yeri tutmalıdır. Əks təqdirdə, çoxluğa gedilmiş və xaosa düçar olunmuş olar. Hədəf müvəffəqiyyətə gedəcək yolun ən önəmli addımıdır. Minlərlə yolun arasından biri seçiləcək və əmin addımlarla irəli doğru gediləcək. Çəkinməyin! Düşünün və hədəfinizi müəyyən edin. Yoxsa universitetə qəbul olmaq istəmirsinizmi? Yaxşı ailə başçısı olmağı düşünmədinizmi? Tərbiyəli övlad böyütmək arzusunda deyilsinizmi? Sahənizdə ən yaxşı mütəxəssis olmağı xəyal etmirsinizmi? Zəngin olmaq yuxularınızı qaçırmadımı? İllər sonra miskin, aciz və əlibaxımlı olsanız, bu öz səhvinizin zərərli meyvəsi olacaq. Gələcək sıxıntılardan qurtulma naminə hədəfinizi bu gündən müəyyən edin. İtiriləcək günümüz yoxdur. Çünki biz hər insanın bir gündə iki günü olduğuna inanırıq. Biri hər kəsin özünə aid günü, digəri isə gələcək nəsillərə aid günü. İki qat məsuliyyət... Elə isə, vaxt keçirməyə lüzum yoxdur. Düşünün, daşının və hədəfinizi seçin. Siz hara gedəcəyinizi bilsəniz, yol vermək üçün bütün dünya bir yana çəkiləcək. Böyük hədəflər seçin. Nədənsə çox vaxt iç aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmaq üzrə qərar qılırıq. Halbuki, böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Bacara bildiyiniz qədər böyük düşünəcəksiniz. Fransız siyasətçi Roques Montqayllard "Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq", - deyir. Demək ki, hədəfiniz sərhəd tanımayacaq, yerlə çarpışıb, göylə əlləşəcəksiniz. Tam hədəfiniz reallaşarsa belə, çatdığınız məqam hədəfiniz nisbətdə böyük olacaq. Məhz buna görə Konfutsi əsrlər əvvəldən eyni şəkildə səslənir: "Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzları hədəf alın." Böyük düşünün! Hədəf Himalay olunca, Elbrus təpə kimi olacaq. Ayaqlarınızın altına alın böyük işlər görməkdən çəkinmə duyğusunu. Yüksəklərə dikin gözünüzü, əminlik və güvənlə. Rajneş Bhaqvanın dediyi kimi "Zirvələrlə oynayın! Enerjinizin nələrə qadir olduğunu dərk edə bilsəniz, müvəffəqiyyət sizi izləməyə başlayacaq". Dəqiq və konkret hədəflər seçin. Hədəfiniz dəqiq və konkret olmalıdır. Bu, planlarınızı reallaşdıracaq yollar müəyyənləşdirməniz üçün ən önəmli faktordur. Nə istədiyinizi dəqiq biləcək və əsla müxtəlif məcralarda, bir-birinə zidd hədəf və arzulara yanaşmayacaqsınız. Məşhur həkim olmağı göz önünə alarkən, mükəmməl mühəndis olmağı düşünməməlisiniz. Həyatınız bir-birindən uzaq hədəfləri reallaşdırmaq üçün mümkün qədər qısa, tələb və ehtiyaclarınız sonsuzdur. Əks təqdirdə, hər şeyi əldə etmək istərkən, heç bir şeylə qarşılaşacaqsınız. İ.A.Krılovun "Qu quşu, durnabalığı və xərçəng" təmsilini bilirsiniz. Bir zamanlar qu quşu, durnabalığı və xərçəng dostluq edirlər. Bir gün onlar yüklərini araba ilə daşımaq qərarına gəlirlər. Qu quşu dərhal uçaraq arabanı havaya, durnabalığı üzərək suyun dibinə və xərçəng geriyə gedərək özünə doğru çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də, arabanı konkret bir yerə yönləndirə bilmirlər. Dəqiq düşünün. Nə olmaq istəyirsiniz. İstəkləriniz eyni istiqamətdə, birinin reallaşdırılması digərinə kölgə salmayacaq şəkildə olsun. Və bütün varlığınızı hədəfinizi reallaşdırmağa həsr edin. Nəzərləriniz, əsla başqa yerə yönəlməsin. Aleksandr Qreham Bell "Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz", - deyir. Demək, bütün fəaliyyətləriniz hədəflərinizin ətrafında dövr edəcək. Lakin... Hədəfləriniz müəyyən plan çərçivəsində olmalıdır. Hal-hazırda üzərində işlədiyiniz obyekt bu fəaliyyətlər üçün bir zərgər dəqiqliyi tələb edən həyatınızdır. Etdiyiniz hər hansı boş vermənin fakturasını ödəyəcək sizsiniz. Bu məramda mütləq planlı və proqramlı olmasınız. Diqqət etsəniz, iş həyatında insanların çoxu mövcud şəraiti bəyənməz, giley-güzar edərlər. Çünki, başqalarının tətbiqini məcburi qıldığı qərarlar heç də hər kəsə xoş gəlməz. Bəzən ən mükəmməli fikirləşərsiniz, amma nadfilə, kimsə sizi dinləməz. Təşəkkür edilib, təriflənmək yerinə, məzəmmət olunub tənqidçi bilinərsiniz. Üzülməyin, çarə qılın. Gələcək planlarınız haqqında düşünün. Yoxsa həyatın hökmüdür, öz gələcəyi haqqında planları olmayanlar başqalarının planlarına tabe olarlar. Hədəfinizi yazın. "Qələm ağlın dilidir", - deyirlər. Çəkilin hər kəsdən uzaq bir məkana. Gözlərinizi yumun. Xəyal mexanizminizi hərəkətə gətirin. Düşünün və yazın. Hansı sahədə, nəyi, nə vaxt və necə reallaşdırmaq istəyirsiniz. Hədəflərinizin yazılı olması çox önəmlidir, çünki bu, özünüzlə bağladığınız müqavilə mahiyyəti daşıyır. Qeydiyyat kitabçanızda beş başlıq qeyd edin. "Maddi durumum", "Xüsusi qabiliyyətlərim", "Vəzifələrim", "İnsanlarla münasibətlərim" və "Əsərlərim". Hər başlığı ayrı-ayrılıqda ələ alın. Maddi vəziyyətim. Bir neçə evim olacaq, aylıq gəlirim_______olacaq. Dostlarıma böyük hədiyyələr verəcək imkana sahib olma... Vəzifələrim. Müdir, şirkət sahibi, millət vəkili, nazir, elmlər namizədi, professor,... Qabiliyyətlərim. Bir neçə dildə danışmaq, musiqi alətlərinin ən az birində ifa edə bilmək, sürətli kitab oxumaq qabiliyyəti,.. İnsanlarla münasibətlərim. Hər zaman gülərüz olmaq, güclü dostluqlar qurmaq, hər kəsə önəm vermək,... Əsərlərim. Şeir, roman, hekayə, məqalə, kitab yazmaq. Məktəb, xəstəxana açmaq... Seçdiyiniz hədəfləri zaman planlamasına görə sıralayın. Öhdəsindən gəldiyiniz işlərin üzərindən xətt çəkin. Hədəflərinizin reallaşacağı günə kimi qeyd kitabçanızı itirməyin. Hədəfinizə bağlanın. Hədəflərinizə qovuşmada ən əsas kriterilərdən biri bu hədəflərə bütün varlığınızla bağlanmanızdır. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə bağlanması mövzusunda tövsiyələri çox mənalıdır: "Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır. Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək. Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını "Delenda est Carthago!" (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu. Hədəfinizi sizə xatırladacaq yollar seçin. Hədəfinizi daim xatırladacaq yollar seçməniz hər gün sizə böyük enerji verəcək, fəaliyyətlərinizi hədəfiniz istiqamətində yönəldilməyə təşviq edəcəkdir. İstər hədəfinizi danışaraq lentə qeyd etməniz və hər gün bunu dəfələrlə dinləməniz və ya hədəflərinizi kiçik kağızlara yazaraq müxtəlif yerlərə asmanız, ya da fikirləşəcəyiniz başqa bir yol. Mahiyyəti nə olursa, olsun, mütləq sizə hədəflərinizi xatırladacaq bir yol seçin. 1997-ci ildə "Hewlett-Packard" şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun birgə həyata keçirdiyi layihənin nəticələrinə əsasən, görərək məlumatların yadda qalmasının eşitməyə nisbətən daha effektiv olduğu ortaya qoyulmuşdur. Beləki, əldə edilmiş nəticələr hər hansı bir məlumatın eşitmə yolu ilə keçici hafizəyə qeyd olunma surətinin 640.000 b/san, qalıcı hafizəyə qeyd olunma surətinin 2 b/san ikən, bunun görmə yolu il müvafiq olaraq 1.300.000 b/san və 40 b/san təşkil etdiyini göstərirdi. Elə isə hədəflərinizi sizə xatırladacaq yollar seçərkən gözlə görünən vasitələrə baş vurmağınız daha məqsədə uyğun olardı. Aşağıdakı əhvalat bu fikrin təsdiqləyir. 4 iyul 1952-ci il. 34 yaşlı qadın Sakit okeanına dalaraq Katalina adasının 21 mil qərbindəki Kaliforniyaya doğru üzməyə başladı. Əgər müvəffəq olsa, bu uğura ilk imza atan qadın olacaqdı. Adı Florens Çadvik olan bu üzgüçü İngiltərə və Fransa arasındakı La-Manş boğazını hər iki yöndə üzüb keçən ilk qadındı. O səhər su bədəni donduracaq qədər soyuq idi və elə duman vardı ki, Florens onunla bərabər hərəkət edən qayıqları çətinliklə görə bilirdi. Milyonlarla insan televiziya ilə onu izləyirdi. Dondurucu soyuğa və köpək balığı təhlükəsinə baxmayaraq tam 15 saat üzdü. Artıq Kaliforniyaya sahillərinə çatmağa yarım mil qalmışdı. Birdən Florens anası və məşqçisinin olduğu qayığa yaxınlaşaraq, onu sudan çıxarmalarını istədi. Öz növbəsində həm anası, həm də məşqçisi Kaliforniyaya yarım mil qaldığını xatırladıb çıxmamağı üçün israr etsələr də, heç bir şəkildə onu razı sala bilmədilər. Hər kəs üçün maraqlı idi, bu əzmli üzgüçünün vaz keçmə səbəbi. Və Florens onu sual yağmuruna tutan media nümayəndələrinə bunları deyirdi: "Vaz keçməyimin səbəbi nə soyuq, nə də yorğunluq idi. Duman səbəbindən sahili görə bilmirdim. Sahili görə bilsəydim, müvəffəq ola bilərdim". Görmə vasitəsilə ilə hədəflərini xatırladacaq yollar seçən insanlar arasında Qrey Uolterin yolu daha maraqlıdır. Uolter hədəflərini unutmamaq üçün onların baş hərflərini kiçik kağızlara yazıb, evinin müxtəlif yerlərinə asırdı. Yemək yeyərkən, üzünü yuyarkən gördüyü bu yazılar hədəflərini unutmamaqda ona kömək edirdi. Hədəflərin daim xatırlanması isə müvəffəqiyyəti özü ilə bərabər gətirmişdi. Siz də hədəflərinizin baş hərflərini kiçik kağızlara yazın: M Maşın almaq Y Yazar olma İ İngilis dili bilmə Ş Şirkət sahibi olmaq Bu kağızları hər yerə - evinizə, iş yerinizə asın. Gündə dəfələrlə təkrarlayın. Beləcə, şüuraltınıza yerləşən bu görüntülər fəaliyyətlə hədəflərinizə istiqamələndirmədə böyük rol oynayacaq. Hədəfinizi parçalara ayırın. Heç bir şey çətin deyil, əsas məsələ onu kiçik parçalara ayıra bilməkdir. Henri Ford hər səhər Nyu-Yorkun cənub məhəlləsindən şimalda yerləşən məhəlləsinə piyada gedərmiş. Getdiyi yolda xeyli uzaq məsafədə idi. Bu idealist adam hər gün təkrarladığı gəzintini belə izah edir: "Səhər evdən çıxanda yolun uzunluğunu əsla ağlıma gətirməzdim. Qabaqda gül mağazası var idi. Ora çatıb, yeni açılan gülləri qoxulamağı fikirləşirdim. Gül mağazasına çatanda qarşıda olan qəzet köşkünə çatmağı hədəfləyirdim. Görəsən aşağıdakı qəzetlərin manjetlərində nələr yazılıb. Köşkə çatdıqdan sonra qarşıda olan paltar mağazasına çatmağı hədəfləyirdim." Henri Ford hər yüz metrdən bir özünə hədəf seçdiyi üçün davamlı qət etdiyi kilometrlərlə yolu gözündə böyütmədən bitirirdi. Beləliklə o, Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir sözünü özünə düstur edir və bu yolla böyük uğur qazanır. "Yolu qət etməyi asanlaşdırdığım kimi maşın istehsalını da asanlaşdıra bilərəmmi?" sualını özünə verir və cavab tapır - hərəkət edən konveyer üzərində maşın istehsalı. Motor konveyer üzərində hərəkət edir. Bir işçi onun bir hissəsini, digər işçisi isə başqa bir hissəsini motora taxır. Hər işçi bir parça əlavə edəndə avtomobil sürətlə istehsal edilir. Amma heç bir işçi böyük bir maşını istehsal etdiyini düşünmür. İşçi sadəcə olaraq işinin şurup taxmaq olduğunu biləcək və ona əməl edəcəkdir. "Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir". Elə isə siz də hədəflərinizi parçalara ayırın. Bütövlükdə sizə böyük görünən işlər addım-addım irəlilədikcə kiçiləcək. Hər gün edəcəyiniz işləri müəyyənləşdirin. Və bir günü də olsa, boş buraxmayın. Günlük görüləcək işlər sizə az gəlsə də, böyük xəyallarınızı reallaşmasına hamilədir. Unutmayın, dəryalar damlalardan meydana gəlir, amma damlaların dəryalaşacağı zamanı önləməyə kimsənin gücü yetməz. Hədəflərinizi reallaşdırmağa bu gündən başlayın. Artıq planlarınızı qurdunuzmu, hərəkətə bu gündən başlayın. Özünüzü havanızda hiss edincəyə qədər gözləməyin. O ruh halı, əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin. Əgər verildiyi vaxt ala bilməzsəniz, heç ala bilməyəcəksiniz. Unutmayın, günəş sadəcə sizin üçün dönmür.
['hədəfləmə', 'uğur psixologiyası', 'uğur qazanmaq', 'müvəffəqiyyət', 'motivasiya', 'hədəf']
6,419
https://kayzen.az/blog/dusundurucu-hekayeler/1703/iki-x%C9%99st%C9%99.html
İki xəstə
burla xatun
Düşündürücü hekayələr
17 iyul 2010, 11:06
İki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə.Çarpayılardan biri pəncərənin qarşısında,o biri isə divarın dibindədir.Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördükləini divarın dibində yatan yoldaşına danışır:"Bu gün dəniz dünənkindən daha sakitdir.Külək də dünənki kimi əsmir.Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır.Park?!Parkda hələ ki,heç kim yoxdur.Yelləncəklər də boşdur.Budur,keçən həftəki sevgililər gəldilər.Əl-ələ tutublar.Skamyalardan birində əyləşdilər.Gözlərini bir-birindən çəkmirlər.Oğlan pıçıltı ilə qıza nəsə danışır.Nə qədər də bir-birilərinə yaraşırlar.Kaş ki,öz gözlərinlə görəydin.Qızılgüllər sanki,bu gün bayram edirlər.Elə açıblar ki,hər tərəf qırmızı rəngə boyanıb.Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər. İndi də parkın bəzəyi uşaqlar gəldilər.Əllərində rəngbərəng çərpələnglər,şarlar var.Sanki,ümidlərini göyə uçururlar. Bu gün qağayıların da kefi kökdür.Mavi dənizin üzərində o yan-bu yana uçur,hərdən də suya baş vururlar..."Günlər də beləcə keçib gedir,xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.Bir gen pəncərənin yanındakı xəstənin ürəyi tutdu.Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsa idi,bəlkə də yoldaşını xilas edə bilərdi.Ancaq o,düyməyə basmadı.Çünki,yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər.Beləcə bugünə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi.Çox keçmədi ki, yoldaşı öldü.Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər.Gözlədiyi an gəlib çatmışdı.Həyəcanla pəncərədən baxdı.Ancaq...Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi.
['palata', 'xəstəxana']
6,420
https://kayzen.az/blog/ugura-yol/2342/2.-x%C9%99yal-qurmaq.html
2. Xəyal qurmaq
Cavid
Müvəffəqiyyətə gedən yol
16 iyul 2010, 07:32
Ən böyük işlər böyük xəyallar qurma xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir. Uilliam Russell Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir. Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur. Jül Vern "Bir adamın xəyal edə biləcəyini başqasının reallaşdırması çətin deyildir", - deyir. Elmi-fantastik janrın əsasını qoyan yazarın həyatına baxsanız, bunun örnəklərilə dolu olduğunu görərsiniz. "Hava şarı ilə beş həftə", "XX əsrdə Paris", "Yerin mərkəzinə səyahət", "Dünyadan aya", "Dəniz altında 20 min lyö", "80 gün Yer ətrafında səyahət" kimi əsərləri onlarla ixtiranın toxumunu daşıyırdı. Dalbadal o qədər roman yazırdı ki, Fransada bir çoxları Jül Vernin bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər onun ideyalarının bəhrəsi idi. Bir çox ixtiraçının Jül Vernə ithafən söylədiyi sözlər boşuna deyildi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan Admiral Riçard Börd "Mənə Jül Vern yol göstərdi", - deyirdi. Sualtı dünyasının atası hesab olunan Simon Leyk isə "İşığım Jül Vern oldu", - deyərək onun yazdıqlarının önəmini vurğulayırdı. Sadalanan bu kimi faktları nəzərə alan Albert Eynşteyn xəyal gücünün bilikdən daha önəmli olduğunu söyləyir. Onun sözləri, sizcə necə, xəyal qurmağın müvəffəqiyyətə qazanmadakı rolunun ən gözəl təcəssümü deyilmi? Böyük işlərin xəyallarını qurun. Böyük nəticəyə gedən yol böyük düşüncədən başlayır. Halbuki insanların əksəriyyəti sadəcə düşünür, böyük düşünən insanlar isə azlıq təşkil edir. David Şvartz "Böyük düşünməyin sehri" adlı kitabında Amerikadakı böyük şirkətlərdən birinin işəgötürmə departamentinə aid statistik göstəricilərdən bəhs açaraq, maraqlı məqama toxunur. Belə ki, şirkətin ildə on min dollar məvacib verdiyi işlərə müraciət edənlərin sayı, ildə əlli min dollar məvacib verilən işlərə müraciət edənlərin sayından 50-250 qat daha çox olmuşdur. İnsanların çoxu ucuz işlərə müraciət edirlər. Bunun mənası çox açıqdır: Çoxumuz böyük işlərin xəyallarını qurmaqdan belə çəkinirik. C. Maksvelin gözəl sözü var: "Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur". Böyük uğurları əldə etmək üçün böyük işlərin xəyalını qurur. Xəyal qurarkən şərtlənməyin. Həyatda heç bir riski olmayan ən zövqlü və yeganə işdir, xəyala dalmaq. Xəyal dənizində gəmi batmaz. Lakin şərtlənmələriniz zamansız və məkansız bu müstəvidə sizi manevr etmənizə çətinliklər yaradacaq dayaz sahillərə götürər. Xətti proqramlaşdırmanın atası hesab olunan amerikalı riyaziyyatçı Corc Bernard Danziqin başından keçmiş bir hadisə şərtlənmələrin həyatımızdakı təsirinə gözəl nümunədir. "Berklidə Kaliforniya universitetinin riyaziyyat fakültəsinin tələbəsiydim. Həmişə olduğu kimi sinfə gec girdim və lövhədəki iki sualı ev tapşırığı bilərək dəftərimə köçürdüm. Həmin axşam sualları həll etməyə çalışarkən bunun professorun verdiyi ən çətin tapşırıq olduğunu gördüm. Hər gecə bu məsələləri həll etmək üçün saatlarla çalışdım. İnad edirdim. Birdən beynimdə şimşək çaxdı və hər iki məsələni həll etdim. Ertəsi gün cavabları dərsə apardım. Professor masanın üzərinə qoymamı istədi. Masanın üzərində xeyli vərəq var idi. Mənim vərəqlərimin bunların arasına qarışacağını düşünüb, sakitcə yerimə oturdum. Altı həftə sonra, bir bazar səhəri qapımızın döyülməsilə yuxudan oyandım. Qapıda professoru görüncə çaşıb qalmışdım. "Corc, Corc!", - deyə səsləndi, "Məsələləri həll etmisən". "Təbii ki,...", -deyərək cavab verdim, "Həll etməli deyildimmi?" Professor lövhəyə yazılmış o iki sualın ev tapşırığı olmadığını və dünyanın qabaqcıl riyaziyyatçılarının indiyə qədər həll edə bilmədiyi ən çətin iki sual olduğunu bildirdi. Bir neçə gün içində ikisini birdən həll etdiyimə inanmırdı. Əgər kimsə mənə bu sualların həll edilə bilinməyən iki sual olduğunu söyləsəydi, zənnimcə onları heç vaxt həll edə bilməzdim". Müsbət şeyləri xəyal edin. Bir də bəzi insanların bədbin xəyalları vardır. Onlar iş qurtarmadan istənilməyən nəticə ilə qarşılaşacaqlarını və onların üzərində buraxacağı təsiri xəyal edərlər. Belə xəyal isə insanı hədəflərindən uzaqlaşdırar, bədbinliyə sürükləyər və hərəkət etmək üçün lazımi ilham qaynağını özündə tapmamasına səbəb olar. Beləcə narahatçılıqlar başlayar və daxili motivasiya yox səviyyəsinə enər. Madəm şüuraltımızı öz istəklərimiz yönündə istiqamətləndirmə şansına sahibik, niyə müsbət işlərin yerinə ideallarımızı baltalayacaq bədbin xəyallara baş vururuq? Maykl Cordan "Mən heç vaxt uğursuz olsam, nələr olacağını düşünmərəm. Çünki bunları düşünməyə başladığınızda istər-istəməz, fikirlərinizi mənfi nəticə üzərinə cəmləşdirərsiniz. Əgər bir işə atılıramsa, müvəffəq olacağımı düşünürəm, uğursuz olarsam, nə olacağını yox." Özünüzü olmaq istədiyiniz şəkildə xəyal edin. Hər zaman nikbin xəyalların arxasınca gedin. Görəcəksiniz, xəyallarınıza qovuşacağınız gün çox uzaqda deyildir. Kiçik işlərin böyük fərqlər yaratdığına diqqət edin. Quldurlar Az və Öz adlı iki qardaşı qaçırıb, gözləri bağlı şəkildə uzun müddət yol getdikdən sonra ətrafı daşla hörülü bir otaqda həbs edirlər. Otağın kiçik bir pəncərəsi vardı və oradan yalnız göy üzünü seyr etmək mümkün idi. Qardaşlar harada olduqlarını bilmirdilər. Öz çox yorulduğuna görə bir az keçməmiş yuxuya dalır. Az isə həm onu qorumaq, həm də olacaqlardan xəbərdar olmaq üçün oyaq qalır. Bir müddət sonra yuxudan oyanan Öz Aza dönərək "Mən yatarkən nələr baş verdi?", -  deyə soruşur. Az heç bir şeyin baş vermədiyini bildirir. Öz isə Azın cavabına qane olmayaraq, "Yatdığım müddətdə heç bir şey görüb, heç bir şey eşitmədinmi?", - soruşaraq onu yenidən suala tutur. "Yox.", - cavabını verir Az, "Sadəcə pəncərəyə bir quş qonmuşdu". Öz həyəcanla yenidən Aza yönəlir: - Necə quş idi? - Bilmirəm, adi bir quş idi. Tam görmədim, sadəcə dimdiyini gördüm. - Dimdiyi necə idi? - Nə bilim, diqqət etmədim. - Çox nahaq. Əgər o quşun dimdiyinə diqqətlə baxsaydın, indi harada olduğumuzu bilərdik. - Dimdik kiçik bir şeydir. Ona baxıb harada olduğumuzu necə müəyyən edə bilərsən ki? - Baxıb qiymətləndirməyi bilənlər üçün dünyada kiçik bir şey yoxdur. Əgər quşun dimdiyi uzun idisə, bu, bizim Almanın şimali şərqindəki bataqlıq ərazidə olduğumuzu göstərir, çünki uzun dimdikli quşlar suyun dibindəki qurdları və kiçik qabıqları yeyərək yaşayırlar. Əgər quşun dimdiyi qısa, incə və sivri olarsa, bu, onların ağac qabığındakı böcəkləri yeyib yaşadığını göstərir. Demək, bizi cənubdakı meşəlik bölgəyə qaçırıblar. Əgər dimdiyi əyri və çarpaz uclu idisə, bu, onların şam qozaları ilə qidalandıqlarını və müvafiq olaraq bizim qərbdəki şamlıq ərazidə olduğumuzu göstərir. Əgər dimdiyi qısa, qalın və güclü idisə, demək dimdiklərilə toxumların və çəyirdəklərin sərt qabıqlarını qırırlar. Bu da bizim şimal-qərb bölgəsində yerləşdiyimizi göstərir. Harada olduğumuzu bilməyimiz qurtuluşumuz yolunda ilk addım ola bilər. Həyat yolçuluğunda heç bir işi bəsit görməyin. Kiçik şeylər üzərinə qurulmuş böyük xəyalların başdöndürücü nəticələri gözlər önündədir. Müasir animasiya kinematoqrafiyasında çoxsaylı nağıl və multiplikasiyaların ustadı hesab olunan Uolt Disney cizgi film çəkimlərinə əmisinin qarajında başlamış, Mikki Maus obrazı üzərində böyük xəyallar qurmuşdu. Həm yaşadığı, həm də vəfatından sonrakı dövrlərdə şirkətinin uğur qazanması heç bir şeyin kiçik görülməməsinə ən gözəl nümunə deyilmi? Hazırda "Uolt Disney"də dünyanın ən bacarıqlı animatorları işləyir. Bütün cizgi filmləri nəhəng studiyalarda 150-200 nəfər tərəfindən hazırlanır. Hər saniyə üçün 25 şəkil çəkilir və cizgi filminin hər dəqiqəsi 6000 ABŞ dollarına başa gəlir. Yaponiya istehsalı cizgi filmlərində bu göstərici 3500-4000 ABŞ dolları təşkil edir. Fransa və Yaponiyada istehsal olunan cizgi filmlərinə çəkilən xərclərin 70%-i dövlət və özəl qurumlar tərəfindən qarşılanır. Ancaq illik 60 milyard ABŞ dolları məbləğində satış həcmi olan "Uolt Disney" isə qeyri qurumlardan dəstək almadan fəaliyyət göstərir. Sektorun gəlirliliyi artdıqca şirkətlər həm keyfiyyətli, həm də prestijli cizgi filmlərinin çəkiminə yönəldilər və "Oskar" mükafatına layiq görülən uğurlu filmlərə imzalarını atdılar. Hətta, 2003-cü ildə ən yaxşı animasiya filmi nominasiyası üzrə "Oskar" mükafatına layiq görülən "Uolt Disney" istehsalı "İtmiş balıq Nemo" cizgi filminin bilet satışları 850 milyon dollara çatdı. Qəribə orasıdır ki, bu göstəricini sadəcə 11 "Oskar"lı "Üzüklərin sahibi" filmi üstələyə bildi. Müqayisə edin. Borc olaraq götürülmüş 500 dollarla qurulmuş şirkət və illər sonra sadəcə bir filmindən milyonlarla ifadə edilən qazanc. Heyrətamiz deyilmi? Elə isə, bu uğurların müəllifinin məsləhətinə qulaq kəsilin: "Xəyal qura bilirsinizsə, onu reallaşdırın, hər şeyin bir siçanla başladığını unutmayın." (Uolt Disney) Xəyallarınızı sizə ilham qaynağı olacaq yerlərdə qurun. Mikelancelo hələ 13 yaşında ikən bir balıq şəkli çəkmək istədiyi zaman balıq bazarına gedib, saatlarla balıqların üzgəclərini, formalarını, gözlərinin rəngini nəzərdən keçirər, sonra oturub rəsmlərini çəkərdi. Düzəltdiyi heykəllərin uğurlu alınması insan bədəni üzrə apardığı uzun müddətli araşdırmalarına əsaslanır. Mikelancelodan bəhs edən bir çox mənbədə, onun anatomiya tələbəsi kimi çalışdığını, Mediçi sarayında tanış olduğu bir cərrahla uzun müddət anatomiya araşdırmalarını apardığını oxuya bilərsiniz. O, daxili orqanları da görmə istəyi ilə insanın xarici görüşünü mükəmməl şəkildə əsərlərinə yansıtdı. Çünki insan bədənini ən incə detallarına qədər tədqiq etməsi və tanıması əsərlərinə güc qatardı. Siz də xəyal qurmaq üçün uzaq bir yerə çəkilməyin. Müvəffəq olan insanların ən çox olduğu yerlərə gedin və orada xəyal edin! Universitetə imtahan vermək istəyirsinizsə, universitetlərin önünə gedin. Dərsdən çıxan tələbələri nəzərdən keçirin. Özünüzü onların yerinə qoyun. Xəyallarınızın başqaları tərəfindən reallaşdırılmış olduğunu görmək sizə güc verəcəkdir. Zəngin olmağın xəyallarını qurmaq istəyirsinizsə, varlı insanların çox olduğu yerlərə və ya iş adamlarının işlək olduğu küçələrə gedin. Özünüzü onlar kimi xəyal edin. Əgər düşündüklərinizi başqaları artıq çoxdan reallaşdırmışlarsa, bunu siz də reallaşdıra bilərsiniz. Düşünün. İstəklərinizi həyata keçirdiyiniz zaman nələr əldə edəcəyinizi, həyəcanınızı, sevincinizi, yaxınlarınızın sevincini düşünün. Daha çoxunu xəyal etməkdən çəkinməyin. Benjamin Franklinin çox bəyəndiyim bir sözü var: "Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır." Xəyallarınızı unutmayın. Jurnalistlər 1972-ci il Olimpiadalarında 7 qızıl medala layiq görülən amerikalı üzgüçü Mark Spitzdən müvəffəqiyyətinin sirrini soruşurlar. Girdiyi bütün müsabiqələrdə uğurlu olacağından əmin olimpiada qalibinin verdiyi cavab çox maraqlıdır: "Normal olaraq insan üzməyə başladığı an və üzərkən üzməyi düşünər. Halbuki mən gəzərkən, yatarkən, yemək yeyərkən, bir sözlə hər an üzməyi düşünür və üzürdüm." Siz də daim xəyallarınızı düşünün. Unutmayın, daima eyni nöqtəyə düşən damla qayanı dələr, ancaq coşqun və bol sulu sellər heç bir iz qoymadan axıb gedərlər.   UPD.Xəyal pərisi haqqında maraqlı fakt Böyük Britaniyanın "Deyli Teleqraf" qəzeti yazır ki, ağıllı fikirlər insan beyninə, çətin ki, nahardan sonra gələr. Bu məsələyə həsr olunmuş tədqiqatın nəticələrinə görə, ofis işçiləri günün ikinci yarısında qərar qəbul etmək iqtidarında olmuşlar. Aparılan sorğunun nəticələrinə görə, günün ən səmərəsiz vaxtı 16:33-dür. Rəyi soruşulanların 92 faizinin fikrincə, onlar günün ikinci yarısında ruh düşkünlüyü hiss edirlər. İlham pərisinin gəlişi isə 22:04-ə təsadüf edir. 1,5 minə yaxın adamın iştirak ediyi sorğu göstərmişdir ki, insanların 25 faizi gecə yarısına kimi yatmayıb ilham pərisini gözləməyə hazırdır. Bir çoxlarının isə beyninə ən gözəl fikirlər duş qəbul etdikdən sonra gəlir.Ancaq beyinin aydınlaşdığı vaxtı dəqiq bilmək heç də hamıya kömək etmir. Sorğu müəyyənləşdirmişdir ki, insanların 58 faizi ən yaxşı ideyalarını qeyd etməsələr, yadda saxlaya bilmirlər. Doğrudur, qadınlar bu baxımdan daha diqqətlidir. Onlar kişilərə nisbətən daha tez-tez qeydlər aparırlar. Yaşı 35-dən yuxarı olanların 30 faizi qeydlər üçün kağızdan və yaxud elektron qurğulardan deyil, ovuclarının içindən istifadə edirlər.
['xəyal qurmaq', 'xəyal', 'optimizm', 'uğur qazanmaq', 'uğur', 'uğur psixologiyası', 'müvəffəqiyyət', 'müvəffəqiyyət qanunu', 'nikbinlik']
6,421
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2586/kino-quduz-k%C3%B6p%C9%99kl%C9%99r-reservoir-dogs.html
KİNO: Quduz Köpəklər (Reservoir Dogs)
Türkəl
Bloq: Türkəl
16 iyul 2010, 02:25
"....Yox, hamınıza deyəcəm bu mahnı nə barəsindədir. Bu mahnı oğlanları əlcək kimi dəyişən bir əxlaqsız qız haqqındadır. O artıq illərnən, səhərdən-axşama kimi bu işlə məşğul olur. Lakin bir gün o doğrudan da çox güclü bir oğlanla tanış olur. Bu oğlanla olmaq ona əsl həzz verir. Və o özünü bakirə kimi hiss edir. Ona görə də mahnının adı belədir - Like a Virgin. Oğlanla olanda o ağrı hiss edir, bu ona həzz verir - lap bakirə kimi".Yalnız bir nəfər ilk filmini belə sözlərlə başlaya bilərdi.....Reliz:                    1992Rejiisor:                Quentin TarantinoSsenari:                Quentin Tarantino Baş Rollarda:         Harvey Keitel, Michael Madsen, Tim Roth, Steve Buschemi, Chris Penn və başqalarıQuentin Tarantino kasıb oğlan idi. Onun heç professional təhsili də yox idi. Lakin o Əsl Sevgi (True Romance) filminin ssenarisini satmağa müvəffəq olur və qazandığı 30.000 dollara ilk filmini çəkməyə hazırlaşır. Filmin rejissoru, ssenaristi və prodüseri olmaqla yanaşı o baş rollardan birində də çəkilmək istəyir. Bu ərəfədə dostu və ko-prodüser Laurence Bender ondan soruşur: "İmkanın olsaydı filmdə kimi çəkərdin?" Tarantino tərəddüdsüz: "Harvey Keitel" deyir. "Məncə bunu təşkil etmək olar, mənim aktyorluq müəllimimin həyat yoldaşı Keitel'i şəxsən tanıyır". Yaxın tanışlıq deyil, lakin Quentin ümüdünü itirmir. Ssenarini vasitəçilərlə sevdiyi aktyora ötürür. Bir neçə gündən sonra aktyor özü ona zəng edir: "Mən bu filmdə bir şərtlə iştirak edəcəm...  filmin prodüseri özüm olacam". Və budur!!! filmi çəkmək üçün Tarantinonun 50-qat çox pulu var - 1.5 milyon dollar! Üstəlik Harvey Keitel baş rolda. Filmin ssenarisinə görə Joe Cabbot adlı veteran cinayətkar əvvəllər qarşılaşmamış və bir-birini tanımayan 6 nəfəri bir yerə yığaraq ideal basqın həyata keçirməyi planlaşdırır. Hədəf zərgərlik dükanıdır. Təcrübəli oğrular ilk dəfədir ki, belə metodla işləyirlər, lakin onlar Joe'ya etibar edirlər. Çoxları onu artıq uzun illərdir tanıyır, üstəlik Joe'nun oğlu da onlara kömək edir. Tarantino filmi çəkənə kimi ömrünün çox vacib hissəsini kino-prokat salonunda klerk kimi işləyirdi. Hər həftənin müəyyən günü o eyni mövzulara aid olan kinoları prokat dükanının mərkəzinə yığıb dükanda bu günü həmin mövzu ilə əlaqələndirirdi. "Western" filmləri günü, Qorxu filmləri günü, Retro filmləri günü.... Qarət filmləri günü. Məhz həmin gün onun ağlıa belə bir fikir gəldi. Qarətin özünü göstərməyən lakin bu mövzuda olan film! Kinoda hadisələr qarətdən əvvəl və sonra baş verənləri əks etdirəcəkdir.  - Siz bir-birinizi tanımırsınız, və tanımağınıza da ehtiyac yoxdur, bir-birinizə özünüz haqda heç nə demirsiz, adınız, ailə vəziyyətiniz və ya gözəl Sankt-Peterburq gecələri barədə yalnız işi bitirdikdən sonra danışa bilərsiz. Bir-brinizi fərqləndirmək üçün isə sizə aşağıdakı "adları" verirəm: Mr. Brown, Mr. White, Mr. Blonde, Mr. Blue, Mr. Orange və... Mr. Pink. - Niyə mən çəhrayı oldum? - Çünki, arvad-sifətsən, razı qaldın?! Tarantino Mr. Pink rolunu original olaraq özü oynamaq istəyirdi. Lakin Harvey Keitel'in maliyyə təklifindən sonra rola professional aktyor dəvət etməyə imkanı çatdı. Özü isə Mr. Brown rolunu mənimsədi. Filmdə o özünü oynayır, heç bir rol yaratmır. Film ərzində biz bu personaj haqqında çox az öyrənirik. Yalnız onu başa düşürük ki, o özünü musiqi dahisi  bilir, və düşünür ki. musiqinin sözlərində özündən başqa heç kəsin başa düşmədiyi mənanı tutur. Madonnanın "Like a Virgin" mahnısını özünəməxsus tərzdə izah edən "Brown" həmkarları tərəfindən ciddi qarşılanmır. Keitel filmi maliyyələşdirdiyindən istədiyi rolu özü seçir və Mr. White olur. Əslində bu rol üçün Quentin ağlında James Woods'u tutmuşdu və filmin ssenarisini aktyorun agentinə göstərmişdi.    Süjeti bəyənməyən agent onu Woods'a göstərməmiş tullayır. Woods bu barədə yalnız bir neçə il  sonra, Tarantino ilə şəxsən tanış olduqdan sonra xəbər tutur və bunun sabahısı günü onun agenti   yeni iş axtarmaqla məşğul olur. Mr. White oğruların arasında ən təcrübəlisi sayılır və filmin əvvəlində bizə məlum olur ki, onlar Joe ilə bir-birini lap çoxdan tanıyır. O hamıdan səbrlidir və heç vaxt panikaya düşmür. Oğru ko- deksinə riayyət edir və acımasızlığına görə Mr. Blonde'dan sonra gəlir Mr. Blonde filmin ən xarizmatik qəhrəmanıdır. Lakin Michael Madsen'in yaratdığ bu obraz     anadangəlmə sadistdir. Heç bir filmdə siz ondan pis oğlan görməmisinz. Əsl adı Vic Vega olan bu qəddar cani polisə mizantropdan da çox nifrət edir. 2 il sonra Tarantino "Kriminal Qiraət" (Pulp Fictional) filmində bizə Vic'in qardaşı Vincent Vega'nı (John Travolta'nın ifasında) təq- dim edəcək. Tarantino yenə original olmağa çalışır və qarətçilərdən birinin roluna əsl qarətçini çağırır. Mr. Blue rolunu ifa edən Edward Bunker, həyatının böyük hissəsini cinayətkar kimi keçirib. Uzun il- lər türmədə məhbus həyatı yaşayan "aktyor" həbsxananı tərk etdikdən sonra xatirələri əsasın- da kriminal əsərlər yazmağa başlayır və uğur tapır. Bundan sonra isə o, televiziyada kriminal      proqramlarının aparıcısına çevrilir. Lakin onun filmdəki rolu o qədər də geniş olmur. Mr. Blue yazlnız bir neçə dəfə ağzını söz demək üçün açır. Qarətdən əvvəlki və sonrakı taleyi film boyu geniş açıqlanmır.  Filmdə Mr. Orange rolunu ingilis aktyor Tim Roth canlandırır. Orange tez-tez başqalarının sözünə girişir, lakin özü heç vaxt söhbətə başlamır. Hələ qarətdən əvvəl White'la dostlaşan oğru qarət vaxtı yaralanır və filmin sonuna kimi tamaşaçı onun yerdə uzanıb qan itirməsinin şahidi olur. Adından razı qalmayan Mr. Pink'i filmdə Steve Buschemi oynayır. Mr. Pink filmdə, ən çox danışan, ən isterik personajdır. Uğursuz aktyor olan Buschemi filmlərin birində sınaqdan keçir, lakin onu dəvət etmirlər. Həmin sınaqların videolenti Tarantinonun əlinə düşür və "köhnədəbli geyimdə həyasız oğlan" personajını bəyənir. Aktyorla görüşəndə ona aydın olur ki, əslində bu heç də personaj deyil, Buschemi'nin özüdür. Filmdə çəkildikdən sonra, italo-amerikan aktyor Hollivuddan ardıcıl təkliflər almağa başlayır. Filmin əvvəlində bir-biri ilə ideal anlaşma tapan bu qəhrəmanlar, planları istədiyi şəkildə baş tutmayanda bir-birindən şübhələnməyə başlayırlar. Qarətçilərin aralarında bir nəfərin hamıdan fərqli məqsəd gütdüyü fikri ortalığa çıxır və bu qızğın müzakirə obyektinə çevrilir. Bəziləri artıq bir yerdə işləməklərinin səbəbini unudaraq, xainin kim olduğunu üzə çıxartmaq istəyirlər. Bu onlara məlum olanda artıq çox gec ola bilər..... Tarantinonun filmi birdən-birə tanınmır. Bəziləri kinoteatrlarda filmə yarımçıq baxdıqdan sonra, gördükləri zorakılıqla dolu səhnələrdən narazı halda zalı tərk edirlər, tənqidçilər isə bunun qeyri-professional çəkildiyi rəyə gəlirdilər. 1994-cü ildə Kriminal Qiraətin uğurundan sonra rejissorun debüt filmi maraq dairəsinə düşür, və layiqli şöhrətini taparaq kult statusu qazanır. * Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. * Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['Tarantino', 'kino', 'kult filmi']
6,422
https://kayzen.az/blog/kastanka/2562/morze-haqq%C4%B1nda-bildikl%C9%99rimiz-v%C9%99-bilm%C9%99dikl%C9%99rimiz.html
Morze haqqında bildiklərimiz və bilmədiklərimiz
kastanka
Bloq: kastanka
16 iyul 2010, 00:19
Samuel Finli Briz Morze 27 aprel 1791-ci ildə Amerikanın Çarlztaun(Massaçusets ştatı) şəhərində moizəçi Cedid Morzenin ailəsində anadan olmuşdur.1805 -ci ildə o, Yel Universitetinə (Yale University) daxil olmuşdur. 1811-ci ildə Samüel, Vaşinqton Olstondan  təsviri incəsənəti öyrənmək üçün Avropaya gedir. Gənc Samüelin rəssamlıq istedadı çox ümidverici idi.1813-cü ildə o, London Krallığının  bədii incəsənət akademiyasına "Herkules ölüm ayağında" əsərini təqdim edir və qızıl medala layiq görülür. 1815 -ci ildə Samüel gənc amerika rəssamlarının lideri və kumiri olur.1825-ci ildə o, Nyu-Yorkda rəssamlar cəmiyyətini yaradır və onun prezidenti olur. 1829-cu ildə isə rəsm məktəblərinin yaradılması yollarını öyrənmək üçün yenidən Avropaya gedir. 1832-ci il oktyabrın 1-də yelkənli gəmi "Salli"  Havrdan-Nyu-Yorka yola düşür.Təsadüfən bu gəmidə məşhur həkim ,narkozun ixtiraçısı Çarlz Cekson da öz sınaq-fokusunu nümayiş etdirirdi: qalvanik elementə birləşdirilmiş naqili kompasa yaxınlaşdırdıqda onun əqrəbi hərəkətə gəlirdi. Samüel də diqqətlə bu təcrübəni izləyirdi. Samüelin müşahidə etdiyi bu təcrübə onu çox düşündürdü.O naqillərlə  elektrik qığılcımlarının  ötürülməsini, siqnalların ötürülməsi ilə əlaqələndirən bir sistem düşünür.evə qayıdan zaman bir ay ərzində Morze  bir neçə çertyoj işləyir.Növbəti üç ilini isə   qardaşı Raçardın evinin çardağında çertyojlara əsasən düzəltmək istədiyi cihaza həsr edir.lakin nəticə ürəkaçan olmur. 1835-ci ildə o, Yeni açılmış Nyu-York Universitetində  rəssamlıq üzrə professor vəzifəsinə təyin olunur, və orada 1837-ci ildə öz ixtirasını nümayiş etdirir.Siqnal 1700 fut uzunluqda naqillə ötürürlür. Amerikanın böyük müəssisə sahiblərindən biri Stiv Veyl Morzenin işləri ilə maraqlanır və ona öz gələcək işlərini davam etmək üçün  2 min dollar bağışlamaq istədiyini bildirir.lakin bu şərtlə ki, onun oğlu Alfred Veyli özünə köməkçi götürsün.Morze ilə Veylin birliyi məhsuldar olur. NƏhayət, ilk məlumat yəni müasir dillə desək sms 27 may 1844-cü ildə  Vaşinqtondan Baltimora göndərilir.Məlumatın mətni isə belə idi: "Tanrım, sənin işlərin möcüzəlidir" Məlumatın göndərilməsi üçün rus alimi Yakobi tərəfindən kəşf edilmiş açardan, qəbulu üçünsə elektromaqnitdən istifadə olunmuşdur hansı ki, onun lövbəri mürəkkəbli peronun kağız üzərində hərərkətini idarə edirdi. Yaratdığı teleqraf aparatını mükəmməlləşdirmək yolunda Morze 1838-ci ildə teleqraf əlifbasını-kod"u ixtira etdi.Həmin kod indiki istifadə olunan koddan müəyyən qədər fərqli idi.Bir çox tədqiqatçılar isə belə hesab edir ki, onun müəllifi Alfred Veyl olmuşdur.Qeyd etmək lazımdır ki, əvvəlki "Morze kodu"  indikindən çox fərqli idi.Birincisi -orada üç müxtəlif uzunluqda işarələrdən (nöqtə, tire və uzun tire) istifadə olunurdu.ikincisi - Bəzi simvollar öz kodları daxilində pauzalara malik di. Həmçinin müasir və köhnə cədvəldəki kodlar yalnız hərflərin yarısına uyğun gəlir və heç bir rəqəmə uyğun gəlmir.Morze əlifbasının müasir variantı 1939-cu ildə formalaşır.Maraqlıdır ki, hələ XX əsrin 60-cı illərinin ortalarınadək  Morze kodunun ilkin variantı bəzi dəmiryolu stansiyalarında istifadə olunurdu. Samüel Morze 1872-ci il aprel ayının 2-də vəfat edir. Bu  da Morzenin  hərf,  rəqəm  və işarə kodları: Bu mövzuyla bağlı digər məlumatları tezliklə sevimli saytımızda yerləşdirəcəm.Gözləyin.. ps.Tapın görüm nə yazmışam? -.- .- -.-- --. . . -.   dekoder morze
['Morze', 'Morze əlifbası']
6,423
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/1812/stalin-iosif-vissarionovi%C3%A7.html
Stalin Iosif Vissarionoviç
Aynur
Böyük insanlar,şəxsiyyətlər
15 iyul 2010, 01:45
«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək» (Uinston Çörçill) Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi. Anasının səhhəti gündən-günə pisləşdiyindən Stalin 1935-ci ildə çoxillik ayrılıqdan sonra özü onu yoluxmaq qərarına gəlir. 1935-ci il oktyabrın 18-də Tbilisidə çıxan «Zarya Vostoka» qəzetində iri hərflərlə belə bir xəbər dərc edilmişdi: «Yoldaş Stalin Tiflisdə. Oktyabrın on yeddisində səhər yoldaş İ.Stalin Tiflisdə anasını görməyə gəlmişdir. Yoldaş Stalin bütün gününü anasının yanında olduqdan sonra oktyabrın on yeddisində gecə Moskvaya yola düşmüşdür.» Anası soruşmuşdu: «İosif, indi sən nəçisən?» - «Mərkəzi Komitənin katibiyəm.» - deyə Stalin cavab vermişdir. Lakin hamının «Keke» çağırdığı qarı «Mərkəzi Komitənin» nə olduğunu bilmirdi. Buna görə Stalin izah etmişdi: - Ana, bizim çar yadımızdadır ? (Stalin anasına «siz» deyə müraciət edirdi) - Bəs necə. Əlbəttə, yadımdadır. - Bax, mən həmin çarın yerində işləyirəm. Anası köks ötürərək, kədərlə, astadan: - Oğlum, kaş keşiş olaydın, - demişdi. (Roy Medvedev)Müharibə zamanı Xruşovun birinci arvadından olan oğlu sərxoş vəziyyətdə öz yavərinin başına araq dolu stəkan qoyub, tapança atəşiylə «igidcəsinə» stəkanı partlatmaqla əylənirdi. Lakin bu «əyləncə» uzun sürmədi, növbəti güllələrdən biri yavərin alından dəydi. Xruşov Stalinin yanına yollanaraq məsələni ona danışmış və kömək istəmişdir. Stalin uzun müddət susaraq, bəlkə də talesiz oğlu baş leytenant Yakovu, cəbhədə döyüşən digər oğlu Vasilini düşünə-düşünə demişdir: «Mən bu məsələni bilirəm. Öldürülən atasız böyümüşdü, anasının bircə balası idi. Yaxşı, gəl bir yerdə o ananın yanına üzrxahlığa gedək, o, bağışlasa mən də bağışlaram !» Xruşov bundan imtina etmişdir. Bununla belə, oğlu cərimə batalyonuna göndərilməklə canını qurtarmışdır. Lakin elə ilk döyüşdə könüllü əsir düşmüş və can-başla almanlara xidmət etməyə başlamışdır. O, hər gün yerli radio ilə çıxış edir, sovet əsgərlərini təslim olmağa çağırırdı. Stalin belorus partizanlarına satqını «oğurlamaq» əmrini verir. Əmr dərhal yerinə yetirilir və Stalinə məlumat verilir. Stalin deyir: «Bildikləri kimi hərəkət etsinlər.» Elə həmin gün yerli partizanlıların qərarı ilə satqın güllələnir. Sonralar, Stalinin ölümündən sonra Xruşovun öz «ağasından» müxtəlif, bəzən isə eybəcər şəkillərdə intiqam almasının səbəblərindən biri də budur. Məlum olduğuna görə ilk beşillik dövründə Stalinə «Sosialist Əməyi Qəhrəmanı» adı verilmişdi və öz «Qızıl ulduzu» ilə fəxr edir, həmişə kitelində gəzdirirdi. Müharibədən sonra Siyasi Büro Baş komandanı sevindirmək üçün onu Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif etmək qərarına gəldi. Stalin bunu eşidəndə bərk hirsləndi: «Saray yaltaqları! Bu cür yüksək mükafat döyüş meydanında qəhrəmanlıq göstərən əsgərlərə verilir. Mənsə əlimdə tüfəng hücuma getməmişəm.» O, axıra qədər bu mükafatı qəbul etmək istəmədi. Orden Stalin bağının komendantı Orlovda saxlanılırdı. Yalnız Stalin öləndən sonra Malenkov ulduzu cənazənin kitelinə sancdı.(A.T.Rıbin) Ruhani məktəbini qurtarmaq haqqında şəhadətnamədə Soso Çuqaşvillinin yalnız iki «dördü» var - riyaziyyatdan və yunan dilindən. Qalan fənlərdən bütün qiymətlər «beş»dir. Stalin rus dilini ruhani seminariyasında təhsil alarkən mükəmməl öyrənə bilmişdi. Sonralar o, alman dilini öyrənmək istəmiş, lakin güclü gürcü ləhcəsi buna mane olmuşdur. (Roy Medvedev). Ruhani təhsili sonralar onun təfəkküründəki məlum ehkamçılıqda, hər şeyi yalnız iki rəngdə - ağ və qara rəngdə görmək vərdişlərində üzə çıxarmışdı. Stalin bolşevik inqilabını həyata keçirənlərin hamısını ömürlərinin ən çiçəklənən vaxtında bir-birinin ardınca aradan götürdü. Yüzlərlə, minlərlə bolşevik onun göstərişi ilə məhv edildi. Ancaq onları əməllərinə görə deyil, şübhələndiyinə görə güllələtdi. Qəribə bir cəhət də odur ki, milyonlarla adam, yəni kütlə doğurdan da, onu sevirdi. Hətta deyildiyinə görə, onu gözləri ilə görənlərin içərisində xoşbəxtlikdən ürəyi partlayanlar da olmuşdur. Stalin yeniyetmə yaşlarında şeir yazırdı. Bu dinməz, utancaq adamayovuşmaz seminariya tələbəsinin şeirlərinə gürcü ədəbiyyatının klassiki İlya Çavçavadze müəyyən maraq göstərir və redaktoru olduğu «İveriya» qəzetinin birinci səhifəsində dərc edirdi. Stalin öz şeirlərini «İ.Cuqaşvili» və «Soso» təxəllüsü ilə yalnız 1896-cı ildə çap etdirmiş və sonra inqilabi fəaliyyətlə əlaqədar poeziyadan uzaqlaşmışdı. Onun «Səhər» şeiri 1916-cı ildə gürcü məktəbləri üçün hazırlanmış dərsliyə daxil edilmişdir, («Sobesednik») Stalin kimi Hitler də Lambaxdakı kilsə xorunda oxumuş və kilsə mərasimlərinin təntənə və dəbdəbəsi onda dərin izlər qoymuşdu. Adolf uşaq yaşlarında nizam-intizam və müntəzəm məşğələlərə nifrət edirdi, yeganə müsbət aldığı dərs şəkil çəkmək idi. O, 16 yaşında məktəbi atdıqdan sonra iki dəfə Vyana sənətşünaslıq akademiyasına daxil olmağa cəhd göstərsə də iflasa uğramışdır.(Alan Bullok) Həmin illərdə onu səfil görkəmində kürəyində asma çanta, əynində cırıq pencək, ayaqlarında sarı köhnə çəkmələr Vyana küçələrində sərgərdan dolaşan görmək olardı. Akvarel rəsmlər çəkir, lakin heç kəsə sırıya bilmirdi. Kobadan fərqli olaraq Adolfun qarşısında aydın bir məqsəd yox idi. Onlar bir şeydə oxşar idilər. Stalin özünü əfsanəvi Koba, sonralar isə Leninlə eyniləşdirdiyi kimi, Hitler də özünü Vaqnerlə eyniləşdirir, onun musiqisindən ilham və güc alırdı. (Dan Vipperman) Artıq o vaxt Kobanı tanıyanlar onun qeyri-adi soyuqqanlığını, ehtiyatkarlığını, dəyanətini, ağlasığmaz «dəmir» iradəsini xüsusi qeyd edirdilər. O, səs-küyün içində rahatca yatır, cəza hökmlərini gözünü qırpmadan dinləyir. Növbəti dəfə sürgündən qaçdıqdan sonra yaxalanıb, güclü polis dəstəsinin müşayiətlə həbs yerinə aparılanda, cibindən çıxardığı hansısa kitabı oxuya-oxuya laqeyd bir görkəmlə addımlayır, «etap» zamanı o zalım qaydalardan belə şikayət etmirdi. Bu çəlimsiz siyasi məhbusdan ən qorxunc cinayətkarlar belə ehtiyat edir, onun «pələng» qəzəbindən qorxurdular. (D.Volkoqonov) Koba 7 dəfə yaxalanaraq, həbs yaxud sürgün edilmiş və 5 dəfə sürgündən qaçmışdır. 1908-ci ilin mayından 1917-ci ilin mayınadək olan müddətdə cəmi yarım il azadlıqda olmuşdur. Leqal bolşevik vərəqələrində və redaktoru olduğu «Bakinski Raboçi» qəzetində dərc etdiyi məqalələrin nüsxəsini müntəzəm olaraq Leninə göndərirdi. Lenini bu yazılarda dərin fikirlər deyil, ifadə dəqiqliyi və bolşevik ideyasına sonsuz sədaqət heyran edirdi. Hətta, Stalin Bakı sovetinin digər üzvləri ilə birgə həbs edildikdən sonra da, onun həbs yerindən göndərdiyi xülasələr və fəhlələrə tövsiyələri bolşevik mətbuatlarında dərc olunurdu. Gənc Stalin portreti: Bakı quberniyası jandarm idarəsinin 1903-cü ilə aid blankında arıq və üzü tüklü bir gəncin iki pozada foto-şəkli yapışdırılıb. Şəkillərin altındakı mətndə deyilir ki, İosif Çuqaşvili arıqdır, saçları qara və sıxdır, saqqalı yoxdur, bığları nazikdir, sifəti çopurdur, sarıya çaları var, səsi astadır, sol qulağında xal var, sol əli «qurudur», sol ayağında ikinci və üçüncü barmaqları bitişikdir. Menşeviklərin lideri Martov sübut edirdi ki, 1907-ci ildə Tiflisdə böyük miqdarda pul daşıyan ekipajı müşayiət edən kazak dəstəsinə öz azğınlığı ilə məşhur olan basqını məhz Stalin təşkil etmişdi. Bu hadisədən sonra polis təqibindən yaxa qurtarmaq üçün Koba öz fəaliyyətinin ağırlıq mərkəzini Tiflisdən Bakıya keçirmişdir. Qəsb edilmiş məbləği Koba son qəpiyinə qədər partiya kassasına ötürürdü. Məhz bu cür pulların hesabına Lenin və digər bolşevik liderləri mühacirətdə korluq çəkmədən yaşaya bilirdilər. Kobanın özü isə yarı dilənçi həyatı sürürdü. Sonralar E.Lüdviq Stalinlə söhbət edərkən soruşdu:-Sizin tərcümeyi halınızda, necə deyərlər, «quldur basqınları» məqamı var. Siz Stepan Razinin şəxsiyyəti ilə maraqlandınızmı? Sizin «ideya naminə quldurluğa» münasibətiniz?-Biz bolşeviklər Bolotnikov, Razin, Puqaçov kimi şəxsiyyətlərlə həmişə maraqlanmışıq... Daha sonra kəndli hərəkatı rəhbərləri haqqında mülahizə yürüdən Stalin öz «quldur çıxışları» haqda heç nə deməmişdir.Stalin Turuxanskda ilk vaxtlar digər görkəmli bolşevik Y.Sverdlovla bir komada qalırdı. Sverdlov sürgündən arvadına göndərdiyi məktubda Stalini «dözülməz adam», Leninə yazdığı məktubda isə «məişət həyatında böyük fərdiyyətçi» kimi təqdim edirdi. Stalin günlərlə onu dindirmir, şaxtalı qasırğanın silkələdiyi miskin komada ensiz taxtada arxasını Sverdlova çevirərək uzanır, saatlarla nə barədəsə kəskin düşünür, «yoldaş Yakovun» hazırladığı xörəyi yeyəndən sonra bulaşıq qabları yumamaq üçün itə yalatdırırdı və əlbəttə ki, Sverdlov belə «it rəftarına» dözməyib başqa daxmaya köçməyi məsləhət bildi. Uzun illərdən sonra Stalin öz yaxın əshabələrinə bu əhvalatı gülə-gülə danışırdı. «Sverdlovun həkimlikdən az-çox başı çıxdığı üçün camaat onu öz aralarında «Doktor» çağırır və başçı hesab edirdi. Məni isə öz aralarında «Çopur» adlandırırdılar. O, özünə başqa daxma axtarmağa başlayanda yerli sakinlər təəccüblə deyirdilər: «Qəribədir, biz elə bilirdik ki, «Doktor» başçıdı, demə «Çopur» ondan güclü imiş.»(Sənədlərdən) Stalin uşaqlıq illərində kilsə xorunda oxuyub. O, öz məlahətli səsi ilə hamının diqqətini cəlb edirdi. Soso anasının min zillətlə topladığı vəsait hesabına Qori müəllimlər seminariyasına, sonra Tiflis ruhani seminariyasına qəbul olunaraq, orada da öz qeyri-adi xarakteri, yaddaşı, fitri istedadı ilə diqqət mərkəzində olmuşdur. (Alan Bullok) Stalin öz ölüm qorxan zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən «zarafatlardan» biri Mikoyanla bağlı idi. Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən Mikoyana üzünü tutub deyirdi: «Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil 27 olub. Sən bir öyrən bu nə məsələdir?!» Bayaqdan ləzginka rəqsi ilə diktatoru əyləndirən Mikoyanın sifəti ölü rəngi alır, çənəsi sallanırdı. Bu «zarafat' müxtəlif variantlarda təkrar olunurdu: «Anastas, mən axı sənə demişdim: O, satqın 27-ci komissarı axtar tap! Tapdınmı?» Mikoyan hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: «Çalışıram, axtararam» - deyirdi... Stalin özünə «Koba» təxəllüsünü seçmişdi. Bu, gürcü yazıçısı A.Kazbeqinin «Ata qatili» əsərinin qəhrəmanı, rus kazakları ilə ölüm-dirim vuruşuna girmiş «Robun Qud»un adı idi. Koba-Soso üçün tanrı, onun həyatının mənası idi. O, yeni bir koba olmaq istədi və özünü yəqin etdi ki, kobanın ruhu onda öz təcəssümünü tapıb.(İremaşvili)Жизнь Сталина,5 seriya Çerçillin Londonda, Lordlar palatasında Stalinin anadan olmasının 80 illiyi (09.12.59) münasibətilə çıxışı: «Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim.» Akademik Aleksandr Aleksandroviç Boqomoley uzunömürlülük problemi ilə məşğul idi. Onun işlərinə Stalin də maraq göstərirdi və müxtəlif dairələrdə onun işlərinə yaşıl işıq yandırtdırmışdı. Buna görə də o ölənə qədər xeyli fəxri adlar və titullar qazandı. Lakin o özü 65 yaşında dünyasını dəyişdi. Bunu eşidən Stalin zarafatla dedi: - Ay səni, moşennik. Hamını aldatdı... Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından Həmçinin bax: İosif Stalinin həyatı
['Stalin', 'İosif Vissarionoviç Cuqaşvili', 'Сталин', 'Stalinin həyatı', 'böyük rəhbər']
6,424
https://kayzen.az/blog/litosfer/2088/yer-qab%C4%B1%C4%9F%C4%B1nda-ba%C5%9F-ver%C9%99n-prosesl%C9%99r.-z%C9%99lz%C9%99l%C9%99-v%C9%99-vulkanlar.html
Yer qabığında baş verən proseslər. Zəlzələ və vulkanlar
2ral
litosfer
14 iyul 2010, 22:05
Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır. Şaquli hərəkətlər - düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məs: Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fay adlanır. Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə «sürüşərək» hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal və qalxmış sahə isə sinklinal adlanır. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni «seysmoqraf» adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar əsasən okeanlarda baş verir. Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Yeraltı təkanlar zəlzələdan ən qısa məsafə qət etdiyi üçün ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə isə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Zəlzələlər çox güclü vulkan partlayışı nəticəsində də baş verir. Dünyada ən güclü zəlzələlər Amerikanın qərb sahilindəki Kordilyer-And dağlarında, Cənubi Avropa ilə Asiya arasındakı Alp-Himalay dağlıq qurşağında, Sakit Okeanın qərb sahilindəki müasir geosinklinal qurşaqda (Yaponiya, Indoneziya, Filippin və s.) baş verir. Avstraliya, Braziliya yaylası, Labrador yarımadasında isə zəlzələlər demək olar ki, baş vermir. Izoseyslər- seysmik xəritələrdə –eyni güclü seysmik təkanların hiss olunduğu məntəqələri birləşdirən xəttlərdir. Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adlanır. Lava soyuduqdan müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. «Vulkan» qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır.(Stratovulkan). Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir. Vulkanlar - fəaliyyətdə olan və sönmüş vulkanlara bölünürlər. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan mövcuddur ki, onların 620 - si yaxın keçmişdə püskürüb. Bu vulkanların 75%-i Sakit okeanın «odlu həlqəsində» (məs. Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adalarındadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çoxlu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vulkanlardan - Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali Amerika) - Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Kotopaxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus (Antarktida), Krakatau (Indoneziya) -Cənub yarımkürəsində yerləşir. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyalako (6723 v) dağıdır. Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus, Kazbek, Azərbaycandakı - Böyük Işıqlı, Qızılboğaz, Savalan sönmüş vukanlardır. Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilərdə - litosfer tavalarının sərhəddində geniş yayılıb. Qədim platforma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast gəlinmir. Vulkanların bir növü olan palçıq vulkanları püskürdükləri lavanın temperaturunun az olması ilə fərqlənirlər. Lavanın tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qobustanda). Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olmasına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir. Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində çay və dənizlərə tökülür. Bəzən yeraltı sular yüksək təzyiq altında səthə çıxaraq fəvvarə vururlar. Fəvvarə şəklində Yer səthinə çıxan isti bulaqlara qeyzerlər deyilir. Qeyzerlər adətən müəyyən fasilələrlə fəvvarə vururlar. Hər 1 qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir. Qeyzer sularının tərkibində həll olmuş halda müxtəlif mineral birləşmələr, xüsusi ilə kükürdlü maddələr olur. Qeyzer qrifonlarının kənarında toplanan bu minerallar qeyzerit adlandırılan süxurlar yaradırlar. Qeyzerlər ən çox - Islandiya, Kamçatka, Yeni Zelandiya və Sakit okean adalarında yayılıb. Yeraltı isti sulardan evlərin, istixanaların qızdırılmasında, mineral sulardan isə müalicə məqsədi ilə istifadə edilir. FƏALİYYƏTDƏ ОLAN VULKANLAR Avrasiya Afrika Şimali Amerika Cənubi Amerika Оkeaniya Antarktida Avrоpa Asiya Hekla, Vezuvi, Etna Klyuçevskaya sоpka, Krоnоs sоpkası, Fudziyama, Azо, Apо, Krakatau Kilimancarо, Kamerun Müqəddəs Yelena, Şasta, Kоlima, Оrisaba, Taхumulkо, Pоpоkatepetl Lyulyalyakо, Ruis, Kоtоpaхi, San-Pedrо Kilauea, Mauna-Kea, Mauna-Lоa, Ruapeхu Erebus SÖNMÜŞ VULKANLAR Avrasiya Afrika Cənubi Amerika Avrоpa Asiya Eyfel Kazbek, Elbrus, Savalan, Səhənd, Aхar-Baхar, Gəlinqaya, Böyük İşıqlı, Qızılbоğaz Keniya Çimbоrasо Cədvəlin müəllifi coğrafiya müəllimi Yaşar Seyidəliyevdir. Müəllimin saytı- http://yasharaz.narod.ru
['zəlzələ', 'vulkan']
6,425
https://kayzen.az/blog/safty333/2566/nokia-%C3%BC%C3%A7%C3%BCn-m%C3%B6vzutema-yaratma-%C3%BCsulu.html
Nokia üçün mövzu(tema) yaratma üsulu
safty333
Bloq: safty333
14 iyul 2010, 14:51
Nokia telefonlarının ən gözəl tərəflərindən biri telefona istənilən növ mövzuları sadə bir şəkildə quraşdırmaq və onları yaratmaq olur. Hal-hazırda mövzu yaratmaq üçün müxtəlif üsullar var. Bunun üçün xüsusi proqramlar da çoxdur. Amma bu proqlamların çoxunun istifadə imkanları məhduddur. Misal üçün şriftlərin rəngi,forması,arxa fonun rəngi, kalendarda aylara uyğun şəkillərin quraşdırılması imkanları bir çox proqramlarda yoxdur. Buna görə də  başqa üsullar daha funksiyonaldır. İstər Symbian S60, istərsə də S40 platformasında cürbəcür üsullar var. Lakin S60 platforması mürəkkəb olduğundan bu haqda sonrakı postlarımda məlumat verməyi nəzərdə tutmuşam. S40 platformasında bu iş çox da çətin deyil. Bunu həm kömpüterdə, həm smartfonlarda etmək mümkündür.  Telefonda bu işləri görmək üçün fayl menecer olmalıdır. Şəxsən mən X-plore proqramına üstünlük verirəm. Amma kömpüterdə bu iş daha rahatdır. Bunun üçün bizə arxivləşdirmə proqramı lazımdır. Əvvəlcə .nth faylı, yəni mövzunu arxivləşdirmə proqramı ilə(misal üçün Winrar) açırıq. Faylın içində şəkillər görünəcək. Mövzudan asılı olaraq faylın içində animasiyalar, musiqi parçaları ola bilər. Mövzu seçəndə çalışın ki, həcmi böyük olsun. Çünki belə mövzular daha funksiyonaldır. Faylın içindəki theme descriptor.xml faylını mətn redaktoru vasitəsilə açırıq. Burada ingilis dilini bilən insan heç bir çətinlik çəkməyəcək. Bu fayl  mözunun yaradılmasında əsas rolu oynayır. Başlanğıcda yazıların, arxa fonun rəng kodları verilir. <colors display="main" header_font_color="0x99ff" status_area_font_color="0x99ff".... Rənglərin kodlarını internetdən tapmaq olar. Daha sonra menyu bölməsinin göstəriciləri  verilir.<menu_item item_id="settings" list_view_icon="setts.png" grid_view_icon="setts.png" animating_grid="sett.png" app_specific_bg="3.jpg" />Bu menyudakı settings(sazlama) bölməsinin  göstəriciləridir. Siz ikonu dəyişə bilərsiniz. Bunun üçün istədiyiniz ikonun adını və formatını setts.png yazılan bölmələrə köçürməlisiniz. Misal üçün mən safty333.jpg qoyuram.  <menu_item item_id="settings" list_view_icon="safty333.jpg" grid_view_icon="safty333.jpg" animating_grid="safty333.jpg" app_specific_bg="3.jpg" /> Bu cür forma alınmalıdır. 3.jpg isə arxa fondu. Onu da bu üsulla dəyişə bilərsiniz. Qalan hissələrdə də dəyişiklik bu cür aparılır. Siz screensaver(ekran qoruyucu), wallpaper(fon şəkli) və arxa fondakı şəkilləri də düzəldə bilərsiniz. Sonda theme descriptor.xml faylını  istədiyiniz şəkillərlə birlikdə(məsləhət görülür ki, köhnə mövzudakı dəyişmədiyiniz şəkilləri bura əlavə edəsiniz) .zip faylda arxivləşdirərək saxlayın. .zip faylının formatını dəyişərək .nth formatına çevirin və telefona quraşdırın. Qeydlər: Şəkillərin formatı theme descriptor.xml faylındakı formatla eyni olmalıdı. Şəkillərin ölçüsü maksimum 640x480 olmalıdı. Əks təqdirdə temanın həcmi çox olacaq və bunu açmağa telefonun gücü çatmayacaq. Bütün şəkillər portret formasında(uzununa) olmalıdı. Məsləhət görülür ki, temanın arxa fon şəkillərinə(background,qısa -bg) toxunmayasınız.Yeni başlayanlarda bu alınmayacaq. Əgər siz menyu ikonlarını dəyişmək istəmirsinizsə, istənilən mövzunun ikonlarından istifadə edə bilərsiniz.  Nümunə üçün öz mövzularımdan birini təqdim edirəm.Yükləyə bilərsiniz. Файл для скачивания Ayrıca .xml fayl da yerləşdirirəm.Файл для скачивания
['mobil telefon']
6,426
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2565/cosa-nostra-bizim-i%C5%9Fimiz.-5-ail%C9%99-birinci-hiss%C9%99.html
Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (Birinci hissə)
Türkəl
Bloq: Türkəl
14 iyul 2010, 02:41
Dünyanın ən güclü mafiya ailələrindən biri olan İtalo-Amerikan mafiyasının əsasını təşkil edən "Koza Nostra" Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri mütəşəkkil cinayət qrupunun başında durmuşdur. Məhz bu dövrdən Koza Nostra 5 ailənin nəzarəti altında fəaliyyət göstərməyə başlayır:  Bonanno, Cenoveze, Kolombo, Qambino və Luçeze. Nyu-York şəhərinin ərazisi bu ailələr tərəfindən razılıq əsasında bölüşdürülmüşdü. Bunun təşəbbüskarı dövrünün ən tanınmış cinayətkarlarından biri - daha çox Laki (Lucky - ingilis dilində bəxti gətirən)  ləqəbi ilə tanınan Çarls Luçiano olur. Cenoveze cinayət ailəsinin ilk rəsmi başçısı olan Luçiano Amerikada mütəşəkkil cinayətin atası sayılır. 5 ailəni "Komissiya" adlanan və bu ailənin üzvlərindən ibarət olan təşkilat birləşdirir. Komissiya Koza Nostrada adət-ənənələrin gözlənilməsi və daxili qanunlara riayyət olunmasına nəzarət edir. Yarandığı dövrdən Komissiyanı Luçiano özü idarə edirdi. Məhz Komissiyanın səyləri nəticəsində "5 ailənin" mövcudluğu qanun qüvvələrinə 1959-cu ilədək sirr olaraq qalırdı.Bonanno Cinayət Ailəsi (Bonanno Crime Family). İlk başçısı - Cozef Bonnano. Hazırki başçısı - Vinsent Asaro. Məhşur üzvlərindən biri - "Nicky Mouth" kimi tanınmış (ingilis dilindən - ağız Niki) Nikolas  Santora. Böyük Şöhrət ona Donni Brasko və Kazino filmlərində təsvir olunmasından sonra gəlmişdir. İndiyə kimi sağ-salamat olsa da, hər iki filmdə vəhşicəsinə "öldürülmüşdür". 70-ci illərdə özünü Donni Brasko kimi təqdim edən FTB (FBI) agenti olan Cosef Pistone ailəyə daxil olur və onun bütün sirlərindən xəbərdar olur. Bunun üstü açıldıqdan sonra Komissiya Bonanno ailəsini üzvlükdən çıxarmaq qərarına gəlir. Lakin sonradan ailə gücünü bərpa etməyə başladı. Yeni əsrdə Cozef Massino ailəyə əvvəlki hörmətini qaytararaq, Komissiyanın rəğbətini və üzvlüyünü qazandı. Lakin hadisələr heç kəsin gözləmədiyi tərzdə cərəyan etdi və 2004-cü ildə məlum oldu ki, Massino özü FTB informantıdır. Komissiya qapılarını həmişəlik Bonnano ailəsinin üzünə bağladı. Tarixində Cozef adlı şəxslərin mühüm rol oynadığı ailə indi çətin günlərini yaşayır. Cenoveze Cinayət Ailəsi (Genovese Crime Family)İlkin dövrlərdə şəxsən Laki Luçianonun rəhbərliyi altında yaradılan ailə nəinki Nyu-Yorkda, həmçinin ətraf şəhərlərdə də öz qanunsuz fəaliyyətini həyata keçirirdi. Ailə Vito Cenoveznin şərəfinə belə adlandırılmışdır. O 5 ailə qurulmamışdan əvvəl dəstənin başçısı olmuşdur. Luçiano isə cinayət aləmində əsasən "quru qanunun" hesabına yuxarı pillələrə çatmışdı. Akoqola olan qadağadan istifadə edən Laki spitli içkilərin qaçaqmalı və qanunsuz satışı ilə məşğul olmuş sonradan Vito və Frank Kostello ilə tanış olmuşdur. 1935-ci ildə Luçiano həbs olunur, lakin biznesi dəmir barmaqlıqlar arxasından da idarə edir. II Dünya Müharibəsində dövlət Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Laki Luçianodan kömək istəyir. Kiçik kömək göstərən Mafiya başçısı 1946-cı ildə İtaliyaya deportasiya olunur. Və Kastello onu əvəz edir. 1959-cu ildə Genovesi ailəsinin aşağı ranq üzvü paranoyadan əziyyət çəkən Cozef Vallaki türmədə digər məhbusu öldürür və sonra da məhkəmədə çıxış edir və 5 ailənin mövcudluğunu açıqlayır. Və bununla Nyu-York Mafiyasına böyük zərbə dəyir. 80-cı illərdə ailə əvvəlki gücünü bərpa edir. Oddfather (ing. dilindən - qəribə ata, godfather - xaç atası sözünə bənzətmə) ləqəbli Vinsent Qiqante rəhbərliyi əlinə keçirir. Satqınlardan qorxan Qiqante hətta ən yaxın adamları ilə belə oğullarının vasitəsilə əlaqə saxlayır, heç vaxt üz-üzə görüşmürdü. Onun daha bir hiyləgərliyi, FTB-nin nəzərini üstündən götürmək üçün özünü ruhi xəstə yerinə qoyması idi. Qiqante 1992-ci ildə öz səylərinə baxmayaraq həbs edildi. Hazırda ailəyə "Aslan Denni" (Danny the Lion) ləqəbli Daniel Leo başçılıq edir. *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
['koza nostra', 'cosa nostra', 'mafia', 'mafiya', 'nyu-york']
6,427
https://kayzen.az/blog/stil/2258/b%C9%99d%C9%99n-d%C9%99risin%C9%99-qulluq.html
Bədən dərisinə qulluq
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
13 iyul 2010, 10:36
Bədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız. Gərgin iş günündən sonra ilıq vanna bütün yorğunluğunuzu unutdura bilər. Ancaq uzun müddət vannada qalmaq ürəyə və qan-damar sisteminə mənfi təsir edə bilər. Bu, həm də dəri üçün ziyandır. Buna görə də, vannada 15-20 dəqiqədən artıq qalmayın. Su isti olmamalıdır. İsti vanna orqanizmə mənfi təsir göstərir və yorğunluğu azaltmaq əvəzinə, daha da artırır. Dərinin quruluğunun və qabıq verməsinin qarşısını almaq istəyirsinizsə, vannadan sonra ona krem, yaxud bədən üçün nəzərdə tutulan kosmetik süd çəkin. Bu, dərinizi hamar və elastik edər. Sellülit probleminiz varsa, çoxlu maye qəbul edin. Sellülitin ilkin mərhələlərində sizə kömək edə biləcək əsas vasitə masajdır. Masajı quru şotka və masaj əlcəyinin köməyilə edə bilərsiniz. Tərkibində dəniz bitkiləri olan vitaminlər qəbul edin, dəniz kələmi və balıq yeyin. Bu məhsullar əzələ liflərini bərkidir, bununla da sellülitin qarşısını alır. Bədən dərisi üçün əsas qulluq yuyunmadır. Yuyunmaqla siz dərinizi tək çirkdən deyil, həm də toz, mikrob, tər, dəri piyindən də təmizləyirsiniz. Əgər dəriniz normal və ya yağlıdırsa, adi sabundan, yaxud bədən üçün geldən istifadə etmək məsləhətdir. Dəriniz qurudursa, yumşaq uşaq sabunundan istifadə edin və yuyunduqdan sonra dərinizə müxtəlif kosmetik yağlar çəkin. İdman məşğələlərindən sonra bədəninizə kimyəvi yuyucu vasitələr vurmamağa çalışın. Bunu yalnız həddən artıq tərlədikdə edə bilərsiniz. Əgər gərgin gündən sonra dincəlmək istəyirsinizsə, yaxşısı budur, duş qəbul edin. Əvvəlcə ilıq suyun altında durun, get-gedə suyu istiləşdirin. Su onurğa sutunu boyunca axdıqca, yorğunluq bədəndən çıxır. Yayda dərini qaraltmaq orqanizmə xeyirdir. Bu, immuniteti yüksəldir, sinir sistemini möhkəmləndirir, "D" vitamini yaranmasını, maddələr mübadiləsini və qan dövranını qaydasına salır. Dərini qaraltmaq üçün ya xüsusi kremlərdən, ya da adi məhsullardan istifadə edə bilərsiniz. Məsələn, quru dəriyə zeytun yağı çəkmək olar. Yağlı dəriyə isə adi çay dəmi çəkib quruyana qədər gözləmək lazımdır. Orqanizmdə "D" vitamininin qədərini artırmaq üçün, yay aylarında yarım saat olmaq şərtilə, həftədə 2-3 dəfə günəş vannası qəbul etmək olar. Sellülitin yaranmasının və artmasının səbəbi artıq çəki, intensiv və düzgün olmayan pəhrizlər, bağırsaq problemlərilə bağlı ola bilər. Çox dar geyim, uzun sürən stresslər, əyri qamət, hərəkətsiz iş rejimi də sellülit üçün münbit şərait hesab edilir. Əgər sizdə sellülit inkişaf mərhələsinə keçibsə, təəssüf ki, ondan tam azad olmaq şansını artıq itirmisiniz. Siz ancaq onun qarşısını ala və bir qədər azalda bilərsiniz.
['dəriyə qulluq', 'gözəl görünüş', 'gözəllik sirrləri', 'dermatologiya']
6,428
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2560/tenderin-ke%C3%A7irilm%C9%99si-v%C9%99-onun-metodlar%C4%B1.html
Tenderin Keçirilməsi və Onun Metodları
Türkəl
Bloq: Türkəl
13 iyul 2010, 03:02
Ehtimal olunan qiyməti 50.000 AZN və daha çox olan bütün dövlət satınalmaları Tender vasitəsilə həyata keçirilməlidir. Tender iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir.Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s. daxil olur. Tenderin metodları Açıq Tender - yuxarıda göstərilən qaydada, iddiaçıların iştirakına məhdudiyyət qoyulmadan keçirilir. Açıq tender keçirilərkən təkliflər tender elanı verildikdən sonra ən azı 30 iş günü ərzində qəbul edilir. Satınalan təşkilata tenderin keçirilməsi barədə ən azı iki dəfə dövrü mətbuatda bildiriş verməlidir. Bunlardan biri qəbul olunmuş təklif zərflərin açılmasına ən azı 30, digəri isə ən azı 20 gün qalmış elan şəklində çıxmalıdır. Tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə, satınalma predmetinin ehtimal olunan qiymətin 0,5%-i və ya tender xərclərinin 1,5 mislindən artıq olmamaq şərti ilə təyin olunmuş haqqı ödəyərək tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Bu məbləğ heç bir şərt altında qaytarılmır. Tenderdə iştirak edən müəssisə öz təklifinə təminat verməlidir. Bu təminat satınalan təşkilat tərəfindən tenderin təklifinin 1-5% məbləğində müəyyənləşir. Təminatın qüvvədə olma müddəti, tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 gün çox olmalıdır. Tender təklifləri satınalan təşkilatın şərtlər toplusunda göstərdiyi meyarlar əsasında qiymətləndirilir və ən sərfəli sayılan tender təklifi qalib sayılır. İkimərhələli Tender - satınalan təşkilatın tender predmetinin xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi halda keçirilir. Bu zaman ilkin mərhələdə satınalan təşkilat əldə etdiyi təkliflər vasitəsilə malların texniki xarakterini öyrənir və bununla əlaqədar malgöndərənlər ilə müzakirələr aparır. Təkliflər sorğusu - tenderin predmetlərinin alınmasında təcili tələbat yaranarsa, və satınalan müəssisənin açıq tender və satınalmanın digər növərindən istifadəsi vaxt və digər amilər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu növ tenderin keçirilməsinə açıq tendetdən fərqli olaraq vaxt məhdudiyyəti qoyulmur. Məhdud İştiraklı Tender - satınalma predmeti həddən artıq mürəkkəb olduqda və yalnız məhdud sayda malgöndərən olduqda keçirilir. Qapalı Tender - Dövlət əhəmiyyətli və strateji məhsulların alınmasında tətbiq edilir. Açıq tenderdən başqa digər növ tenderlərin keçirilməsi üçün satınalan təşkilat Satınalmalar üzrə Dövlət Agentliyin razılığını almalıdır. Tenderin keçirilməsi haqqında daha geniş məlumatı Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyin rəsmi internet səhifəsindən əldə etmək olar*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.
['satınalma', 'tender', 'qanunvericilik', 'təchizat', 'təkliflər sorğusu']
6,429
https://kayzen.az/blog/mizantrop/2544/milli-kitabc%C4%B1q-m%C3%BCsabiq%C9%99si.html
Milli kitabcıq müsabiqəsi
mizantrop
Bloq: mizantrop
12 iyul 2010, 17:16
Azərbaycan absurdistan olmalıdır əslində.Bu ölkədə hər şey qəribədir. Elə ədəbiyyatı da.Günlərin bir günü Əli və Nino adlı kitab mağazasının böyüyü Nigar Köçərli başına bir dəstə adam yığıb deyirlər ki,gəlin Milli Kitab müsabiqəsi keçirdək.Qalibə də pul mükafatı verək. Deməli Milli Kitab Mükafatına 265 əsər qəbul edilir. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar. Münsiflər heyətinə isə bu adamları dəvət etmişdilər:Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyyət Aslanova.Özlərinə yaxşı sponsor da tapırlar. səsvermə müddətində baş-beynimizi xarab edirlər. Qəzet,televiziya,internet bu müsabiqə haqqında bar-bar bağırır. Kayzen.az saytından başqa hansı saytı açırdın müsabiqədən danışırdılar. Yaman günün ömrü az olur deyirlər.Axır ki müsabiqə başa çatır.Qaliblər elan olunur. Birinci yeri Elxan Qaraqanın “A” romanı(3000 manat), ikinci yeri Əjdər Olun portret hekayələri(2000 manat), üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” (hərəsi 500 manat) alır. Bu Elxan Qaraqan məşhur HOST qrupunun üzvüdür.Özü də hərbi xidmətdə idi(təzəlikcə gəlib). təbii ki qaliblərin kitablarını özlərindən başqa heç kim oxumayıb. Amma maraqlı cəhət başqa şeydir. Mikrobloqda Türkel adlı istifadəçi xəbər verəndən sonra bildim ki,sən demə bu roman plagiatdır.Yaxşı ki Absurdistanda ağlı başında olan adamlar var.Onlardan biri olan Cavid Ramazon Azadlıq radiosunda açıb sandığı,töküb pambığı-http://www.azadliq.org/content/article/2093771.htmlQaraqanda günah görmürəm. 19 yaşlı,hərbi xidmətdə olan cavan uşaqdır.Günah münsiflərdədir. Cındo-münsiflərin xəvbəri olmayıb ki, dünyada David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“fight club”) filmi deyilən bir şey var.Yazıçıların Çak Panaik,kino mütəxəssisinin isə Бойцовский  клуб filmindən xəbəri olmayıb. Kitab müsabiqəsinin təşkilatçılarının fikri varmış ki kitabı ingilis dilinə tərcümə etsinlər. Təsəvvür edin ki,yazıq ingilis bu kitabı oxuyanda hansı hisslər keçirəcək.Bu müsabiqənin yaraşığı olan Rəşad Məcid kimilər durduqca,"A" romanları,plagiat,düşüklük də olacaq.Təklif edirəm ki sayt istifadəçiləri yeni kitablar nəşr etsin.Plagiat obyekti kimi Homerin "İliada",Şekspirin "Otello", Dostoyevskinin "Cinayət və Cəza" romanlarını tərcümə edib, adları milliləşdirək, milli toy səhnələri,qədim adət-ənənələri ilə zənginləşdirib kitab nəşr edək. Bestseller olacağına əminəm.
['Qaraqan', 'kitab', 'düşüklük', 'plagiat', 'bədbəxt Azərbaycan']
6,430
https://kayzen.az/blog/qan-damar/2162/limfa-v%C9%99-limfa-d%C3%B6vran%C4%B1.html
Limfa və limfa dövranı
loğman
Qan-damar sistemi
12 iyul 2010, 12:53
Hüceyrələr arasındakı ensiz boşluqlar öz aralarında birləşərək limfa kapilyarlarını əmələ gətirir. Qan damarlarında oduğu kimi limfa kapilyarları da birləşib limfa sistemini əmələ gətirir. Limfa kapilyarlarının qan kapilyarlarından fərqi ondadır ki, limfa kapilyarlarının ucu küt qurtarır. Limfa damarlarının divarının quruluşu vena damarlarının divarının quruluşuna oxşardır. Limfa xüsusi axarlar vasitəsilə döş boşluğunda vena damarlarına açılır. İnsanda 2 limfa axarı var. Döş limfa axarı və sağ limfa axarı. Döş limfa axarı aşağı ətraflardan başlayır. Aşağı ətrafların sağ və sol nahiyyələrindən limfa mayesi toplanır və limfa damarlarının genişlənmiş hissəsinə açılır. Oradan isə aorta boyunca yuxarı qalxaraq diafraqmanı keçib sola əyilir və sol vena əyrisinə açılır. Sağ limfa axarı isə sağ vena küncünə açılır. Bura döş boşluğunun sağ payındakı orqanlardan, sağ ön ətrafdan, baş və boyunun sağ nahiyyəsindən limfa axarları açılır. Bəzi hallarda limfa axarı körpücükaltı venaya açılır. İnsan limfasının tərkibində 94-95,8% su, 4% albumin, qlobuli və fibriogen zərdabı zülal 0,7-0,8% mineral duz var. Limfa qan plazmasına çox oxşayır, ona görə belə güman edilir ki, o qandan əmələ gəlib.  Lakin limfanın əmələ gəlməsi haqqında vahid bir fikir yoxdur. Filtrasiya nəzəriyyəsi. Bu fikrin tərəfdarları güman edirlər ki, limfanın əmələ gəlməsində əsas yeri qan və limfa arasındakı təzyiq fərqi tutur. Həqiqətən də qan və limfa lazım olan osmotik təzyiq fərqi olur. Bu nəzəriyyəni təsdiqləyən bəzi faktlar var. Belə ki, kapilyarlarda təzyiqin artması limfa əmələ gəlməsinə səbəb olur və əksinə də olur. Sekresiya nəzəriyyəsi-bu fikri təsdiqləyənlər belə güman edirlər ki, limfa kapilyarını təşkil edən hüceyrələrin aktiv sekretor fəaliyyəti nəticəsində əmələ gəlir. Bu nəzəriyyənin müəllifləri göstərirlər ki, limfanın əmələ gəlməsi mədə şirəsinin əmələ gəlməsinə oxşardır. Limfanın limfa axarı vasitəsilə hərəkəti maraq doğurur və bütün heyvanlarda eyni deyil. Sürünənlərdə limfa axarının müəyyən nahiyəsi yığılıb-açılır və mayesinin hərəkətinə səbəb olur. Həmin nahiyə “limfa ürəyi” adlanır, onun divarında əzələlərin fəaliyyəti nəticəsində limfa limfa damarlarına qovulur. Məməlilərdə, o cümlədən insanda limfa ürəyi yoxdur. İnsan orqanizmində limfanın hərəkəti bir neçə amillərlə tənzim olunur. Bədənimizdəki əzələlər yığılıb-açılır, limfa damarlarını sıxır və limfanın ürəyə doğru hərəkətini təmin edir. Bu prosesdə limfa damarlarının quruluşu da mühüm qol oynayır. Limfa damarlarında xüsusi qapaqlar var ki, bu da limfanın ürəyə doğru hərəkətinə şərait yaradır, əksinə hərəkət etməsinin qarşısını alır. 2-ci döş qəfəsinin soruculuq qabiliyyəti limfanın hərəkətini təmin edir. 3-cü limfa damarlarının divsrındakı əzələlər yığılıb açılır və onun hesabına limfa mayesi hərəkət edir. Limfa mayesi çox zəif, bir dəqiqədə 270-300mm sürətlə hərəkət edir. Limfa damarları bədənin bəzi yerlərində xüsusi yığım əmələ gətirir ki, ona da limfa düyünləri deyilir. Limfa düyünlərinə qoltuq altında, dirsəkdə, boşluğunda, çanaq qurşağında rast gəlinir. Onların müdafiə sistemində böyük rol var. həmin düyünlərdə limfositlər əmələ gəlir. Əmələ gələn limfositlər limfaya düşür, sonra isə qana keçir və orqanizmə düşmüş bakteriyalara qarşı mübarizə aparır. Bununla yanaşı limfa düyünlərində bakteriyalar tutulub, zərərsizləşdirilir və bu zaman düyünlərin özlərində də müəyyən dəyişmələr gedir. –şişir, ağrayır, bəzən isə çirk əmələ gəlir. İnsan bədənində 460 limfa düyünü var ki, onların diametri təxminən 2mm-dən 30mm arasında dəyişir. Əsnək nahiyyəsinin selikli qişasından limfa toxumasının toplanması nəticəsində badamcıqlar əmələ gəlir.Məqalədən istifadə edərkən yazıya hiperkeçid qoymaq məcburidir.
['limfa', 'limfa damarı']
6,431
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2542/bir-mahn%C4%B1-il%C9%99-m%C9%99%C5%9Fhurla%C5%9Fan-ulduzlar.html
Bir Mahnı ilə Məşhurlaşan Ulduzlar
Türkəl
Bloq: Türkəl
12 iyul 2010, 01:23
Siz nə vaxtsa Bobby McFerrin'in adını eşitmisiniz? Yox? Amma onun mahnısını çox yaxşı tanıyırsınız.Elə mahnılar var ki, uşaqlıqdan qulaq asıram və həmin mahnıdan çox xoşum gəlir. Lakin bir problem var, həmin hitin ifaçısının başqa heç bir mahnısını eşitməmişəm. Eşidəndə də deyirəm "bu nə mahnıdır, onun sevdiyim mahnısı kimi başqa yaxşı mahnıları yoxdur?" Cavab da olur "yoxdur!". Belə musiqiçilərə "One Hit Wonder" deyilir, yəni "Bir Hit Möcüzəsi". Bu zaman mahnını oxuyan qrup və ya fərd, yalnız bu mahnıya görə məşhurlaşır və bütün sənəti illər keçdikdən sonra da çoxlarının zövqünü oxşayan bu hitin kölgəsi altında qalır. Aşağıda ən çox sevdiyim bir hit möcüzələrini yerləşdirmişəm:10. MC Hammer - You can't Touch This (1990)Xalq arasında daha çox "Kintaztes" kimi tanınan bu mahnı çoxsaylı filmlərdə istifadə edilib və hətta Simpsonlar cizgi filmində parodiya olunub. 9. Shoking Blue - Venus (1969)Çoxu bu mahnını İngiltərənin Bananarama qrupunun ifasıda eşidib. 60-cı illərdə rok üslubunda Shocking Blue qrupu tərəfindən yazılmış mahnı sonralar ingilislərin versiyasında klub mahnısına çevrildi. Və beləliklə musiqi tarixinə adını zorla yazmış Shocking Blue ən böyük əsərinə görə də tanınma şansını əlindən qaçırdı. 8. The Rembrandts - I'll be There for You (1995)Çox sevdiyim sitkom olan Dostlar serialının ("Friends") saundtreki. Rembrandts barədə başqa heç nə bilmirəm və bilmək də istəmirəm. 7. Los del Rio - Macarena (1995)90'cı illərin ortaları. Braziliya seriallarının televizorun ekranından zorla evimizə soxulduğu dövrdə, braziliya makarenası da radiolardan səslənərək bizə həmin axmaq rəqsi öyrənməyə məcbur edirdi. Heeeeyyyyy Macarena!!!!! 6. Baha Men - Who Let the Dogs Out (2000)Kommersiya cəhətdən çox uğurlu mahnı, Bu mahnını oxuyan  həmən Baha Men'dir ki,...... onlar barəsində heç bir təsəvvürüm yoxdur.   5. Lou Bega - Mambo No. 5 (1999) Bu mahnını o vaxt hamı öz maşınında oxudurdu. Əminəm ki, Lou Bega bu mahnının hesabına özünə gözəl və sürətli maşın aldı, uzaqlara-uzaqlara getdi, və ondan biz bir də heç nə eşitmədik.... 4. Survivor - Eyes of the Tiger (1982)"Rokki 3" filmi üçün Silvester Stallonenin sifarişi ilə yazılmış mahnı çox uzağa getdi. 50 dəfədən çox başqa musiqiçilər tərəfindən bəyənilərək oxunan hit hətta ermənisifət John McCain'in 2008-ci il seçki kompaniyasında da istifadə edildi. McCain'in seçkilərdə məğlub olduğunu nəzərə alsaq mahnını uğurlu hesab etmək olar. 3. Europe - Final CountdownBaxdığım 2-3 televiziya verilişlərindən birinin açılış mahnısı olan Final Countdown həm də tez-tez AzTV-nin idman yarışları haqda proqramlarında istifadə edilir. Mahnının valideynləri olan Europe qrupu isə bu yarışlara yalnız evdə oturub televizordan baxır. Çünki ortalığa başqa düz-əməlli heç nə çıxatmayıblar. 2. Bobby McFerrin - Don't Worry, Be HappyƏlbəttə ki, mahnını və onun az qala Azərbaycan atalar sözünə dönmüş sözlərini yaxşı tanıyırsınız, bəs müəllifi? Mən özüm cəmi iki il bundan qabaq onun qaradərili olduğunu öyrənmişəm. Həmişə mənə elə gəlirdi ki, bunu çəmənlikdə at otaran kovboy oxuyur. Qardaşım bir dəfə mənə belə bir əhvalat danışmışdı ki, guya mahnını oxuyan görəndə ki, mahnısı çox populyardır və dillər əzbəri olub, lakin onun nə adını nə də digər mahnılarını tanıyan yoxdur özünü öldürüb (və tüfəngini Kurt Cobain'ə vəsiyyət edib). Əslində isə Bobby McFerrin'lə hər şey qaydasındadır. Əksinə, o öz mahnısı çox sevir və onun sözlərini çox ürəyə yaxın tutub deyəsən, narahat olmur və xoşbəxtdir, mahnıdan gələn royaliti ona çoxlu pullar qazandırır. Mahnının klipi isə ömrümdə gördüyüm ən əyləndirici videolardandır. 1. Vanilla Ice - Ice Ice Baby (1990)Əsl adı Robert Van  Winkle olan ilk ağ reper mahnısının 40 milyon sinqlini satıb. Queen və David Bowie'nin "Under Pressure" musiqisinin əsasında qurulmuş "Ice Ice Baby" əsl hitə çevrilmişdi. Billboard çartında birinci yerə çıxan ilk "rep mahnısı" və tarixin ən çox satılan sinqlı oldu. Nə qədər uğurlu olmasına baxmayaraq, mahnının əsl repə heç bir aidiyyatı yox idi və ona görə hip-hop icması tərəfindən mənfi qarşılandı. Lakin bu mahnının hip-hopa nə qədər böyük təsiri olacağını heç kəs bilmirdi. Musiqi  biznesinə yenicə gələn keçmiş quldur Suge Knight iddia etdi ki, mahnının oranjmanı onun səsyazma studiyasının (Death Row) işçilərindən birinə məxsusdur. Vanilla Ice'ın 20-ci mərtəbədə yerləşən mehmanxana otağına təşrif buyuran Knight "çıx eyvana sənə bir şey göstərəcəm" deyə Vanilla'nı çölə çıxardır və mahnının satışından gələn gəlirin "Death Row" leyblinə köçürülməsi barədə ona müqavilə uzadır. Deyilənə görə Knight onun dabanlarından tutub onu yüksəkliktdən yerə tullayacağı haqda hədələdikdən sonra Vanilla tərəddüdsüz sənədi imzalayır. Suge Knight bu vəsaitin hesabına öz musiqi biznesini genişlədir və bura Dr. Dre, Snoop Dogg və Tupac kimi hip-hop nəhənglərini dəvət etdi. Dr. Dre buradan qazandığı gəlirin hesabına öz leyblini açdı və Eminem'i sənət gətirdi. Eminem burda çoxlu pul qazandıqdan sonra öz leyblini açdı və 50 Cent'i sənətə gətirdi. 50 Cent isə bütün pulları xərclədi və Bakıya konsert verməyə gəldi... Bundan sonra Vanillanın başına çox şey gəldi. Madonna ilə görüşmədən tutmuş intihar cəhdinə kimi. Sonradan o stilini dəyişərək nü-metal janrına üz tutdu. 2009-cu ildə isə "Ice Ice Baby" mahnısına görə rəsmən hamıdan üzr istədi: "Mən cavan idim, mən axmaq idim, məni idarə edirdilər..." Bəs sizin sevdiyiniz mahnılar arasında belələri var? *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['Musiqi', 'hit', 'ulduz', 'One Hit Wonder']
6,432
https://kayzen.az/blog/litosfer/2059/%C9%99sas-relyef-formalar%C4%B1.html
Əsas relyef formaları
2ral
litosfer
11 iyul 2010, 23:29
Litosfer tavalarının toqquşması və bir-birindən aralanması nəticəsində Yer səthində hündürlükləri müxtəlif olan nahamarlıqlar yaranır. Bu nahamarlıqlar cəminə relyef deyilir. Yer səthinin relyefini geomorfologiya elmi öyrənir. Geomorfoloji xəritələr də relyef tipləri və formaları təsvir olunur. Relyef 2 böyük qüvvənin-daxili (endogen) və xarici (ekzogen) proseslərinin təsiri ilə yaranır.  Endogen mənşəli relyef formaları — morfostruktur (daha böyük ölçülü olur. Məs. okean və qurudakı sıra dağlar, dağarası çökəkliklər və s.); ekzogen mənşəli relyef formalarına isə — morfoskulptur (daha kiçik ölçülü olur. Məs. yarğan, qobu, çay dərəsi, moren tirələri və s.) adlanır. Əgər endogen qüvvələr yer səthində kələ-kötürlük yaradırsa, ekzogen qüvvələr yaranmış bu relyefi hamarlamağa çalışır. Endogen və ekzogen qüvvələrin qarşılıqlı fəaliyyəti relyefin müsbət (qabarıq) və mənfi (çökək) formalarını əmələ gətirir. Planetimizin ən iri müsbət relyef formaları — materik çıxıntıları, mənfi relyef formaları isə-okean çökəklikləridir. Həm materikdə, həm də okeanlarda relyef dağlıq və düzənlik kimi 2 əsas formaya ayrılır. Ölçülərinə görə relyef formaları 5 qrupa bölünür. Relyefin planetar formaları-sahəsinə görə ən iri relyef formalardır.Meqaforma (çox böyük deməkdir)-relyefin planetar formalarının tərkib hissəsidir.Makroformalar (makro iri deməkdir)-meqaformaların tərkib hissəsidir.Mezoformalar (mezo orta deməkdir) makroformaları təşkil edir.Mikroformalar (mikro kiçik deməkdir)-ən kiçik relyef formalarıdır.Okean dibinin relyefi-dağ və düzənliklərdən ibarətdir. Okean dibinin relyefi, quru səthindən fərqli olaraq, əsasən, endogen proseslərin hesabına formalaşıb. Okean dibinin düzənlikləri 3 yerə ayrılır. Şelf (və ya materik dayazlığı) — dərinliyi 200m-ə qədər olan dayaz dəniz suları ilə örtülü olan akkumlyativ düzənliklərdən ibarətdir. Okean sahillərini əhatə edən bu sahələrin meylliyi 10-dən azdır. Şelf zonası dünyanın ən mühüm balıqçılıq regionudur. Bu zonadan həm də bir sıra faydalı qazıntılar, məs. neft-qaz çıxarılır. Dünyanın Ən iri şelf düzənlikləri Şimal Buzlu okeanında yerləşir.Materik yamacı düzənlikləri 200-2000 m dərinlikdə yerləşmiş əraziləri əhatə edir. Materik yamacı düzənlikləri ilə abissal düzənliklər arasında 2,5-3 km dərinlikdə materik ətəyi düzənlikləri yerləşir.Okean yatağı(abissal) düzənliklər — okean dibinin ən iri relyef forması olub, Yer kürəsinin yarısını əhatə edir. Qranit təbəqəsi olmadığından bu düzənliklərin qalınlığı materik yer qabığına nisbətən nazikdir.Okeanda mövcud olan dərin okean çökəklikləri (novları) materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində yaranır. Dünyanın ən dərin çökəkliyi dərinliyi 11022 m olan Marian çökəkliyi Sakit okeanda yerləşir. Orta okean dağ silsilələri-okean tavalarının bir-birindən uzaqlaşması nəticəsində yaranır və okean dibinin 15%-ni əhatə edir. Bu dağlar vulkanik mənşəli olduğundan fəal vulkanizmi və seysmikliyi ilə fərqlənir. Orta okean dağ silsilələri zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs. Havay, Islandiya adaları). Orta okean dağ silsilələrinin mərkəzində fəal seysmikliyə malik rift dərələri yaranır. Burada süxurların yaşı daha cavandır.
['relyef', 'relyef formaları']
6,433
https://kayzen.az/blog/r9perviz/2538/s%C4%B1rada-durmaq-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Sırada durmaq mədəniyyəti
r9perviz
Bloq: r9perviz
11 iyul 2010, 05:27
Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlcası isə insanın özünə hörmətdən irəli gəlir. Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni İngilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasında fərqli olmayaraq hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Son dövrlərdə ən böyük qayda-qanunsuzluğu, basabası bankomatların qabağında görürük. Bir aydır maaşlarını, və ya təqaüdlərini gözləyən insanlar kart hesabınlarına pul oturan kimi bankomatların qabağında sıraya düzülürlər toplaşırlar. Bunu insanların bir ay pula həsrət qalması ilə bağışlamaq olar, amma bu hal təkcə bankomatların qarşısında baş vermir ki... Sırada durmaq mədəniyyəti insanlara lap uşaq vaxtından aşılanmalıdı. Amma uşaqlara bu aşılansa da, çətin ki bizim cəmiyyətdə bu haqsızlığa dözmək olsun.Düzdü, sırada durmaq mədəniyyəti olanlar bəzən digərlərinin sıraya durmamasına, bəzən sırada başqa bir tanışının qarşısına keçən insanlara mədəniyyətləri olduğu üçün dözürlər, bəziləri isə mədəniyyətləri olsa da, insanların haqsızlığına dözməyib haqqını tələb də edirlər. Amma təəssüf ki Azərbaycanda belə tipli insanlar azdı. Mən özüm türk litseyini bitirmişəm. Beş il orda yemək sırasına dayanmışam. Həmin sırada qarşımıza o qədər insanlar keçib ki... Bəzən sıranı pozanlara öz etirazımızı bildirmişik, bəzənsə susmuş, hirsimizi içimizdə saxlamışıq. Sonralar artıq biz də sıraları pozmağa başladıq, neyləməliyik, hamı necə, biz də elə... Azərbaycanda vəziyyət həddiəndən artıq pisdi. Bizdə hətta sıraya durmaq üçün nömrə götürülən yerlərdə belə sıranı pozan insanlar var. Bir hadisə heç vaxt yadımdan çıxmayacaq. Bir gün Azərbaycan Beynəlxalq Bankın mərkəzi filialında sırada dayanmış, öz növbəmi gözləyirdim. Bank həmin gün çox məşğul olduğundan bir saatdan çox sırada durdum. Həmin bir saat ərzində 5 nəfər sıranı pozub, əlində nömrə olmadan, arsız-arsız xidmət göstərən masalarda əyləşdilər. Bunlardan biri isə, hamımızın tanıdığı, dəfələrlə xaricdə olmuş, xarici dövlətlərin həyatını televiziya vasitəsilə evimizə gətirən bir nəfər idi. İçəri daxil olanda televiziyada gördüyüm bir sima kimi ona həsədlə baxdım. Nömrə götürmədən, 2-3 dəqiqə ayaq üstə dayandı, masalardan birindən müştəri duran kimi, digər müştəri çağrılmamış özünü soxub keçib xidmət göstərən bank işçisinin qarşısında oturdu. Onda ah çəkdim və içimdən “Bərəkallah” dedim. Həmin şəxs bir çox QƏRİB ölkələri gəzməsinə, mədəniyyətlərlə tanış olmasına baxmayaraq, təəssüf ki heç nə öyrənməmişdi. Atalarımız yaxşı deyib, quyuya su tökməklə quyu dolmaz ki.....
['mədəniyyət', 'mədəniyyətsizlik', 'Azərbaycan reallıqları']
6,434
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2537/paul.-s%C9%99kkiz-ayaql%C4%B1-proqnoz%C3%A7u.html
Paul. Səkkiz ayaqlı proqnozçu.
Türkəl
Bloq: Türkəl
11 iyul 2010, 03:15
10 iyul. Ekzotik dəniz heyvanı olan Paul növbəti dəfə qarşıdakı Dünya Çempionatı oyununun qalibini seçməlidir. Bu dəfə 3-cü yerin qalibi müəyyən olunacaq. Final qabağı hazırlıq. Uruqvay - Almaniya. Paul qutulara yaxınlaşır. Əvvəl üzərində almaniyanın bayrağı olanı seçir. Sonra əks tərəfə - Uruqvayın qutusuna yönəlir. 15 dəqqəlik tərəddüddən sonra səkkizayaqlı ilbiz son qərarını verir - Almaniya. 11 iyul. Futbol üzrə 19-cu Dünya çempionatı. 3-yer uğrunda görüş. Almaniya hesabı açır. Uruqvay iki qolla hesabda irəli keçir. Almanlar güc toplayaraq daha 2 qol vurur və qalib gəlir. Hər oyundan qabaq ilginc münəccim öz dəqiq proqnozlarını verir. Onun akvariumuna içində qida olan iki şəffaf, plastik paket qoyulur. Hər paket iştirakçı ölkələrin bayraqları ilə işarələnir. Səkkizayaqlı ilbizin içindən yemək yediyi akvariumdakı bayrağın təmsilçiləri növbəti görüşdə qalib gəlir. Bu günə kimi onun 13 proqnozundan 11 düz gəlib. 85% - yüksək göstəricidir. Əslən ingilis olan, hazırda Almaniyanın Oberhausen şəhərində yaşayan proqnozçu karyerasını Almaniyanın oyunları üzərində qurub. 2008-ci ildən bu işlə məşğul olan Paul elə o vaxt ilk səhvinə yol vermiş və Avropa Çempionatının finalında Almaniyanın İspaniyaya qalib gələcəyini "iddia etmişdi". Amma çempion ispanlar oldu. Yəqin buna heyvancığazın patriotik hissləri səbəb olmuşdu. Almanlar cari çempionatın yarımfinaılnda Paulun göstərdiyi kimi yenə ispanlara məğlub olduqdan sonra yerli fanatlar hiddətləndi. "Görəsən qızarmış halda o necə görünərdi?" ifadəsi alman azarkeşlər arasında adi zarafata döndü. Belə şeylərin qarşısını almaq üçün su heyvanının peyğəmbərliyinə simpatiya göstərən İspaniyanın Baş Naziri Jose Zapatero isə zarafatca onun üçün müdafiə dəstəsi göndərməyi təklif etdi. Sənaye Naziri Miguel Sebastian Paula İspaniyada sığınacaq verilməsi fikri ilə çıxış edib. İspaniyanın Ətraf-mühit və Balıqçılıq Naziri Elena Espinoza isə bir qədər da irəli gedərək Avropa Nazirlər Şurasında Paul-un almanlar tərəfindən ovlanmaması və yeyilməməsinə dair müracitə edəcəyini bildirmişdir. Bir sutkadan az müddətdən sonra biz yeni Dünya Çempionunun adını biləcəyik. Paul isə öz proqnozunu artıq verib. *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['Paul', 'futbol', 'proqnoz', 'osminoq', 'səkkizayaqlı ilbiz']
6,435
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2499/kino-12-q%C9%99z%C9%99bli-ki%C5%9Fi-12-angry-men.html
KİNO: 12 Qəzəbli Kişi (12 Angry Men)
Türkəl
Bloq: Türkəl
9 iyul 2010, 02:29
1 qətl, 1 qurban, 1 qatil, 1 məhkəmə, 1 müttəhim, 1 hakim, 1 qərar qəbul etməli olan 12 qəzəbli kişi. Həyat onların əlindədir, ölüm hökmü isə onların fikrində. Reliz:         1957Rejissor:     Sidney LumetSsenari:      Reginald RoseBaş rolda:   Henry Fonda ABŞ hüquq sistemində bəzi cinayət işlərinə münsiflər məhkəməsində baxılır. 12 nəfərdən ibarət olan münsiflər, hər dəfə nümunəvi vətəndaşlar arasından seçilir. Filmin bəhs etdiyi dövrdə, münsiflərin verdiyi son qərar yekdil olmalı idi. Ya onlardan hamısı, ya da heç biri müttəhimin günakar olduğu qənaətinə gəlməli idi. Bəlkə mən səhv mühitdə yaşayıram, amma tanıdığım adamlardan çoxu televizorda ağ-qara film görən kimi sürətli reaksiya ilə kanalı dəyişir. Sanki, belə kino görəndə onları yüksək gərginlikli cərəyan vurur. Özüm haqqımda onu deyə bilərəm ki, retro filmlərin böyük həvaskarı olmasam da hər dəfə bu filmə baxdıqdan sonra aldığım təəssüratdan özümü cərəyanla vurulmuş hiss edirəm. Filmin 95%-i yalnız bir kiçik yarı-qaranlıq otaqda baş verir. İri stol ətrafında oturmuş 12 münsif ilk baxışdan çox sadə görünən bir cinayət işinə görə qərar verməlidirlər. Həddi-buluğa təzəcə çatmış gənc öz doğma atasının qətlində günahlandırılır. Şahidlər, dəlillər, ittihamçının odlu-alovlu çıxışı... Ona ölüm cəzası çıxatmaq üçün 10 səbəb var, onu elektrik stuluna göndərməyə hazır olan 11 nəfər var. Lakin 7 saylı münsif qalanlarını tələsməməyə çağırır. "Biz insan taleyini həll edirik, bəlkə qərarımız barədə bir qədər artıq düşünməliyik?" Münsiflərin onlar üçün ayrılmış xüsusi otaqda heç bir tərəddüdsüz qəti qərar çıxartdığı anda onlardan yalnız biri buna cəsarət etmir. Müxtəlif sosial təbəqələri təmsil edən, bir-birini əvvəllər heç vaxt görməmiş, ayrı-ayrı peşə sahibləri.  Onları yalnız "günahkardır!" ifadəsi birləşdirir. Yalnız №7, öz fikrinə görə onlardan fərqlənir. Və bu bəzilərinin hiddətinə səbəb olur. 12 sadə kişi, filmin sonuna doğru 12 qəzəbli kişiyə dönür. Münsiflərdən çoxu əllərində olan tutarlı sübutlara görə ona bəraət qazandırmır. Bəzilərinin isə başqa bəhanələri var. Kimsə yalnız müttəhimin milli azlığa mənsub olduğunu bəhanə gətirir, kimsə öz şəxsi həyatındakı uğursuzluğa görə, bir başqası isə, beysbol oyununa tələsdiyinə görə qətiyyən fikrindən dönmək, onun günahsız olma ehtimalını müzakirə etmək istəmir. №3 - "Axı qonşular onun atasını ölümlə hədələdiyini eşidib!" №7 - "Biz bunu hər gün deyirik - Səni öldürmək istəyirəm! Əzizim səni özldürəcəm! Vur onu Rokki! Amma kimisə öldürməyi doğrudan nəzərdə tutmuruq. Demək başqa, etmək başqa....." №3 - "Sən çox çərənniyirsən......" №7 - "Niyə özünüzü belə aparırsınız, elə bil qanun elə siz özünüzsüz" №3 - "Bəli! Elə mənəm ki varam!" №7 - "Bu otağa girdiyinizdən özünüz sadist kimi aparısız, və o uşağı elektrik stuluna göndərmək üçün alışıb yanırsız!" №3 - "Kəs səsini, yoxsa səni öldürəcəm!!!" №7 - "Məni öldürəcəyinizi doğrudan nəzərdə tutmurdunuz, deyilmi?".... Öz məntiqi düşüncə tərzi və əvvəlcədən düşünülmüş addımları ilə ittihamçı tərəfin gətirdiyi sübutları bir-bir şübhə altına salan qəhrəman, digər münsiflərin də simpatiyasını qazanır..., lakin onların səsini qazana biləcəkmi? Filmin bütün iştirakçıları elə təəssürrat yaradır ki, elə bil biz doğrudan da 12 nəfərin mübahisəsinə tamaşa edirik. Operator işi isə izləyicini sanki həmin otağın bir küncündə otuzdurur. Film sona yaxınlaşdıqca, 12 nəfərin hamısının psixoloji portretini əldə edirik, öz fikri olmayan, başqalarının ardınca - populyar fikrə meyl edən, və ya başqalarının fikri heç vecinə olmayan, yalnız özünün doğru bildiyi kimi qərar çıxardan. №7 - "Nə oldu, nə dərin xəyala getdiniz?" №5 - "Mən də sizinləyəm, qərarımı dəyişirəm, günahsızdır!" №3 - "Daha bir qəlbiyumşaq......." №7 - "Bəs siz?" №12 - "Bimirəm....." №3 - "Necə yəni bilmirəm?!" №12 - "....sadəcə olaraq bilmirəm!" Hər dəfə münsiflərdən biri "mən rəyimi dəyişirəm - o günahsızdır!" dedikdə, insan elə hiss keçirdir ki, sanki sevimli futbol komandası rəqib qapısına daha bir qol vurur. Filmə baxarkən məhkəmə sisteminin bəzən ədalətsiz olduğunu düşünürsən. Doğrudan da axı insan səhv edir. Fərqi yoxdur, riyazi hesablama apardıqda, yoxsa kiminsə taleyini həll etdikdə. İnsanın həyatını hər adama etibar etmək olmaz. Filmin mərkəzində belə prosesləri əks etdirəm "əsaslı şübhə (ing. reasonable doubt)"  anlayışı durur. "Mən demirəm ki, onun atasını öldürmək ehtimalı yox idi, sadəcə olaraq artıq onun günahkar olduğuna şübhəm oyanıb. Belə şübhəylə mən ona ölüm cəzası kəsilməyinə razı ola bilmərəm." Aktyorların 12-sinin də parlaq ifası, həmçinin kamera onları fokusa tutmadıqda belə rollarını gözəl yerinə yetirməsi hətta film bitdikdən sonra uzun müddət bayaqdan gözümüzn qabağında baş verənin sadəcə  bədii filmin olduğunu unutdurur. "12 qəzəbli kişi" baxmalı olduğunuz kinodur. Əgər filmə baxmısınızsa, onun barədə nə düşünürsünüz?* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['12 qəzəbli kişi', 'kino', 'film', 'retro', 'şedevr']
6,436
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2488/mexiko-1968,-qara-q%C3%BCvv%C9%99-alq%C4%B1%C5%9F%C4%B1-meksikada-qa%C3%A7d%C4%B1qdan-sonra-niy%C9%99-amerikada-s%C3%BCr%C3%BCnm%C9%99liyik.html
Mexiko 1968, Qara Qüvvə Alqışı: Meksikada qaçdıqdan sonra niyə Amerikada sürünməliyik?
Türkəl
Bloq: Türkəl
8 iyul 2010, 02:53
1968-ci il, oktyabr.Mexiko şəhəri Yay olimpiya oyunlarına ev sahibliyi edir. Bu vaxta kimi yalnız inkişaf etmiş ölkələrdə keçirilən bu yarış iki ilkə imza atdı. Belə ki, Meksika inkişaf etmiş ölkələrin sırasına daxil deyildi və Olimpiya oyunları əvvəllər heç vaxt Latın Amerikası və ya ispandilli ölkədə keçirilməmişdi. Olimpiya komitəsi tərəfindən atılan bu addım ölkələr və xalqlar arasında ayrıseçkiliyin olmadığına bir nümunə idi. Lakin Olimpiya oyunlarının beşinci günündə baş verən hadisə bütün idman dünyasını silkələdi. ABŞ-ı 200 metrlik məsafəyə qaçışda təmsil edən iki qaradərili idmançı vətənlərində, dünyanın ən inkişaf etmiş ölkələrindən birində, insan hüquqlarının kobudcasına pozulmasına qarşı laqeyd olmadıqlarını hamıya göstərməyi düşünürdülər. Qarşılarına yarışda ilk iki yeri tutmağı məqsəd qoyan Tommie Smith və John Carlos Amerika bayrağının havalara yüksəlməsini özlərinə məxsus şəkildə alqışlamağı planlaşdırırdılar. Onların məşqlərdə çəkdiləri zəhmət hədər olmadı. Onlar medalarını qazandılar, istisna o idi ki, Smith birinci, Carlos isə yalnız üçüncü yerə çıxdı. Gümüş medal isə avstraliyalı atlet Peter Norman'a çatdı. Beləliklə idmançılar medallarını qəbul etmək üçün podiuma yaxınlaşır. Dünyanı şoka salmağa hazırlaşan Afroamerikalı cütlük, növbəti saniyədə özü şoka düşür. Onların planlarından xəbərdar olan avstraliyalı idmançı onları dəstəklədiyini bildirir: "Siz jestinizi göstərən vaxt mən də sizə qoşularaq İnsan Hüquqları Olimpiya Layihəsinin isimliyini sinəmdən asacam". Normanın qeyd etdiyi Olimpiya Layihəsi bir il bundan qabaq qızıl medalçı Tommie Smith'in şərikliyi ilə yaradılmışdı. Təəccüb içində qalmış Smith nitqini itirir, lakin elə bu zaman həmvətəni sanki onu yuxudan ayıldır: "Tommie, mən əlcəyimi olimpiya şəhərciyində unutdum. Əlcəysiz bizdə heç nə alınmayacaq!"  Lakin avstraliyalı gənc bu dəfə də onların köməyinə çatır: "Narahat olmayın. Hərəniz Tommie'nin əlcəyinin bir tayını taxa bilərsiniz, onsuzda alqış vaxtı havaya yalnız bir əlinizi qaldıracaqsınız." Özünü itirməyən idmançılar podiuma yaxınlaşır və tarix yazır.1968-ci il ABŞ tarixinin ən uğurlu dövrlərindən deyildi. İnsan hüquqları müdafiəçiləri və görkəmli şəxsiyyət sayılan Robert F. Kennedy və Martin L. King soyuqqanlılıqla qətlə yetirilir, Vyetnamda müharibə tərəfdarı olan prezident Lyndon B. Johnson Ağ Evi Vyetnamdakı vəziyyəti bir qədər də korlayacaq Richard Nixon'a "təhvil verməyə" hazırlaşırır. Bərabər hüquq tələb edən Afroamerikalılar müxtəlif ittihamlarla azadlıqdan məhrum olurlar. "Vətənə qalib qayıtdıqda xoş qarşılanacayıq, amerikalılar birinci oldu deyə bizi havaya atıb-tutacaqlar, yer tuta bilməyəndə isə nigger'lər uduzdu deyirlər". "Meksikada qaçdıqdan sonra niyə Amerikada sürünməliyik?". Bu fikirlərnən podiuma yaxınlaşan Smith və Carlos medallarını boyunlarından asırlar. Bu zaman onların ayaqlarında yalnız qaraların kasıblığını simvolizə edən qara corablar olur. Smith boynunda qaraların qürurunu təmsil edən şərf asır. Carlos isə bütün fəhlə sinfi ilə həmrəy olduğunu göstərmək üçün yaxasını açıq saxlayır  və boyunbağısını aşkara qoyur. Sonradan o bunu aşağıdakılarnan izah edir: "Biz bunu ağaclardan asılmış, heç vaxt ruhlarına dua oxunmamış, Afrikadan Amerikaya gətirələrkən qayıqlardan Atlantik okeanına atılmış fərdlər üçün etdik".Doğrudan da onların buna haqqı var idi. Mən özüm "Qara Qüvvə Alqışı" (Black Power Salute) təsvir olunan şəkli görəndə yadıma illər əvvəl gördüyüm aşağıdakı şəkil düşmüşdü: 7 Avqust 1930. Bu insanlar heç bir məhkəməsiz, və polisin iştirakı ilə vəhşicəsinə edam edilmişdir. Bundan cəmi 38 il sonra isə qaradərili amerikalılar zolaqlı və ulduzlu bayrağı səmalara yüksəltməli idi. Lakin onlar ABŞ-ın himni səslənməyə başlayarkən əllərini yumruq şəklinə saldılar. Bayraq havaya qalxdıqca onlar sinxron şəkildə başlarını aşağı salaraq gözlərini yerə dikdilər və əllərini havaya qaldırararaq Amerika bayrağını utanc, lakin qürur hissi ilə alqışladılar. Əlbəttə onların bu hərəkəti cəzasız qalmadı. 1936-cı ildə Nasist alqışına heç bir etiraz göstərəməyən Olimpiya Komitəsi Smith və Carlos'a qarşı sərt tədbirlər göstərməyə hazırlaşdı. Əvvəl idmançıların medallarını əllərindən almağı düşünən komitə, sonra fikrini dəyişərək daha yumşaq qərara gəldi və onları olimpiya şəhərciyindən qovdu. Lakin avstraliyalı sprinterin bəxti daha da az gətirdi. Tommie Smith və John Carlos Amerikada tənqidlə qarşılandı. Onlar və ailə üzvləri mütəmadi olaraq ölüm hədələri alırdılar. Lakin vaxt keçdikcə hər şey öz yerini tutdu. Olimpiya qəhrəmanlarının hər ikisi idmançı karyeralarını NFL-də reqbi oyunçuları kimi davam etdirilər. 1990-cı illərə kimi isə onlar artıq ölkələrində qəhrəman statusu almışdılar. 2005-ci ildə isə onlara San Xose Dövlət Universitetinin kampusunda abidə ucaldı. Peter Norman vətəninə döndükdə, onu elə qarşıladılar ki, elə bil o heç gümüş medal udmayıb və Mexikoda gördüyü yeganə iş Avstraliyanı biabır etmək olub. 200 metr məsafəyə qaçmada Avstraliyanın ən yaxşı uğuruna imza atmasına və ölkəsində ən yaxşı sprinter olmasına baxmayaraq Normanı 1972-ci il Olimpiya çempionatına göndərmirlər. Norman 43 yaşına kimi, qanqrenaya yoluxana kimi qaçmaqla məşğul olur. Bundan sonra isə həyat yoldaşı onu tərk edir, o alkoqol və ağrıkəsicilərə qurşanır. 2000-ci il. Yeni əsrin başlanğıcı. Fikirlərin və baxışların tamamilə dəyişdiyi dövr. Olimpiya məşəli Sidneyə gətirilir. Avstraliya olimpiya komitəsi yarışların bütün tarixi dövrü dövlət bayrağını ucaldan medalçıları yarışın keçirildiyi stadionun ətrafında şərəf dövrəsi vurmağa dəvət edir. Lakin rekordsmenə dəvət gəlmir. Bundan xəbər tutan Amerikalılar vaxt itirməyərək yarışlar keçirilən vaxtı Normanı öz VİP məkanlarında qonaq edirlər. 6 il sonra Norman keçirtdiyi infarktdan 64 yaşında dünyasını dəyişir. Tommie Smith və John Carlos onun tabutunu daşımaq üçün Avstraliyaya gəlirlər.2008-ci ildə Peter Normanın qardaşı oğlu kinomatoqraf Matt Norman 1968-ci ildə baş vermiş hadisə haqda "Alqış" (Salute) filmini hazırlayır. Sosial-siyasi mövzuda çəkilmiş filmdə rejissor əmisinin həyatı haqda geniş məlumat verir, və həmin hadisənin cəmiyyətə təsirini təhlil etməyə çalışır.Sonda öz qısa fikrimi bildirmək istərdim. Amerikaya gətirildiyi gündən irqi ayrıseçkiliklə qarşılaşan Afroamerikalılar üçün bu etiraz doqrudan da cəsur addım idi. Lakin qara olub anti-irqçi olmaq olduqca təbiidir. Bu öz hüquqların uğrunda mübarizə aparmaq deməkdir. Bu gün bizə anti-irqçi olmaq və bərabər hüquqlardan danışmaq olduqca asandır. 42 il bundan qabaq isə hamı belə düşünmürdü. Amma onda belə addımın ağ adam tərəfindən atılması müqaisəedilməzdir. Mən onun qəhrəman olduğunu iddia etmirəm. Bəlkə də etdiyi hərəkətlərin hasilatından xəbərsiz idi. Bunun professional və şəxsi həyatına mənfi təsirlərini fikirləşə bilməzdi. Lakin Peter Norman mənim üçün həmişə birlik, həmrəylik və insan hüquqları uğrunda mübarizənin simvolu olacaq.Siz bu barədə nə düşünürsüz?*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Mətnin bütün hüquqları müəllifə məxsusdur və müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['mexiko 1968', 'Olimpiya oyunları', 'irqçilik']
6,437
https://kayzen.az/blog/kastanka/2469/oxatan.html
OxAtan = >
kastanka
Bloq: kastanka
7 iyul 2010, 18:39
Başlığı görən kimi elə bildiniz ki, bürclərdən yazmışam..,??? )))) Bax burdayanılırsınız.İndi isə yaxın əyləşin və əgər həvəsiniz varsa mənim məlumatımı sonuna qədər oxuyun.birdən lazım olar. Sözün düzü bu mövzu haqqında yazmaq heç fikrimdən keçməmişdi.Sadəcə olaraq son vaxtlar "darts" sözüylə yaman tez-tez rastlaşırdım.Maraqlandım ki, bu söz nə ifadə edir.Əslində bir idman növü olduğunu bilirdim.Amma konkret hansı idman növüdür?? bax onu bilmirdim. Və bir az araşdırma aparandan sonra sizə bu idman növü haqqında məlumatları çatdırmağı qərara aldım.Yəqin ki, çoxunuz bu haqda bilirsiniz.Amma bilməyənlər də az deyil.Mən öyrəndim.İndi də yazım ki,qoy bilməyənlər də bilsin.Beləliklə.. Darts   nədir ??? Darts sözünün mənşəyi ingiliscə dartboard sözündən götürülüb azərbaycan dilinə küp və yaxud dibcik kimi tərcümə olunur.Belə güman edilir ki, ilk vaxtlar boşalmış çaxır çəlləklərinin alt hissəsi hədəf kimi istifadə olunurdu. Bu idman növünün dəqiq tarixi məlum olmasa da , hələ orta əsrlərdə Böyük Birtaniyada yaranması güman edilir.İlk vaxtlarda pab və tavernalarda yayılmışdır.O zaman ox atmaq (Robin Qudun dövründə olub yəqin bu) dəb imiş və qapalı məkanlarda bu idman növünü oynamaq istəyənlər müəyyən çətinliklərlə qarşılaşırdılar.Məkan kiçik olduğuna və oxların uzunluğu əlverişsiz olduğuna görə bu oyun növünü fikirləşirlər.Yuxarıda qeyd etdiyim kimi hədəf rolunu arxası çevrilmiş çəlləklər oynayırdı.Hədəfin mərkəzi (яблочко) isə taxtadan hazırlanmış tıxaclar idi.Bu şəkildə oyun dövrümüzə qədər gəlib çıxmış və tədricən darts üzrə müxtəlif yarışlar və liqalar təşkil olunmuşdur.Oyunun əsas alətləri: Hədəf və Mızraq(kiçik oxlar) Darts üçün hədəf adətən aqava liflərinin preslənməsindən alınan materialdan düzəldilir.Standart hədəf 20 ədəd rəqəmlənmiş sektora bölünür.Hər sektorun öz rəqəmi olur.Adətən sektorlar növbə ilə sarı və qara rənglərlə rənglənmiş olur.Mərkəzdə isə “alma” hədəf nöqtəsi yerləşir ki, ora sancılan ox 50 xal sayılır.Onun ətrafındakı yaşıl rəngli dairə isə 25 xal verir.Bundan başqa hədəfin üzərində iki halqa var.Daxili( trebl) və xarici (dabl) halqalar.Xarici halqa sektor xalının ikiyə vurulmasını, daxili halqa isə üçə vurulmasını göstərir.Hər iki halqa ənənəvi olaraq növbə ilə yaşıl və qırmızı rəngə boyanmışdır. Hədəfin mərkəzi yəni “yabloçko” standart oyunda yerdən 1.73 metr məsafədə, oyunçudan isə 2.37 metr uzaqlıqda olmalıdırMızraqın xarici halqadan kənara sancılması xal qazandırmır.Adətən hər oyunçu 3 mızraq atandan sonra xallar hesablanır və növbə digər oyunçuya keçir.Standart olaraq mızrağın çəkisi 50 qramdan çox olmamalıdır.Həvəskar oyunda çəkisi 50 qr-dan yuxarı olan mızraqdan istifadə etmək olar.Amma professional yarışlarda bu hal oyunçunun diskvalifikasiyası ilə nəticələnə bilər. Darts üzrə bir neçə variant var. Bunlardan ən geniş yayılanı..301/501Oyunun qaydası: Hər iki oyunçu 301 sayından başlayır.(501-ci variant).Hesabın aparılma qaydası budur ki, olan xaldan yəni 301-dən qazanılan xallar çıxılır.Bu hal oyunçunun hesabı “0” olana qədər davam edir.Oyun dabl və ya “yabloçko” ilə bitməlidir.Bu zaman alınan rəqəm elə olmalıdır ki, onu çıxanda hesab mütləq “0” olsun.Sıfırdan az olsa və ya bir qalsa o zaman son 3 atışdan heç biri sayılmır və oyun qaldığı yerdən yenidən davam etməlidir. Hər 301 oyunu “Leq”adlanır.Beş leq “Set” i təşkil edir.(Oyun leq”lərdə 3 qələbəyədək aparılır).Sonda qalib verilmiş sayda “set”ləri udan oyunçu olur. Oyunun digər növlərindən raund, killer, 27, sektor 20 , 1000 ,diametr və s. göstərmək olar.Hazırkı dövrdə darts üzrə müxtəlif çempionatlar keçirilir.Bu idman növü üzrə ilk rəsmi turnir isə 1927 ci ildə keçirilmişdir. Dünya üzrə məşhur dartsmenlər – Aleksey Marçenko,Fed Xankey, Fil Teylor, Anastasiya Dobromıslova, Frensis Xyunselaar.Bu oyun haqqında az da olsa öyrəndim.Ümid edirəm ki , siz də faydalanacaqsınız.Əgər kimsə əlavə məlumat tapsa buyurub şərhlərdə yerləşdirə bilər. />
['darts', 'idman', 'hədəf', 'idman oyunları']
6,438
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2461/d%C3%BCnyan%C4%B1n-%C9%99n-t%C9%99hl%C3%BCk%C9%99li-mafiya-qurumlar%C4%B1.html
Dünyanın ən təhlükəli Mafiya qurumları
Türkəl
Bloq: Türkəl
7 iyul 2010, 03:37
Mafia sözünün kökü "məfyuz" ərəb sözü olub, mənası sığınacaq deməkdir. Sonradan bu söz italyan dilinə daxil olaraq formasını dəyişərək mafiozi - cinayət dəstəsinin - mafiyanın başçısı anlamına gəlmişdir. Müasir dildə mafiya dedikdə mütəşəkkil cinayətkarlıq nəzərdə tutulur. Göründüyü kimi sözün ilkin forması onilliklər ərzində öz mənasın ıitirmiş və tamam başqa məna qazanmışdır. Sadə kəndlilərin etibar etdiyi və problemləri çıxdıqda üz tutduqları sözükeçən  insan anlayışı dəyişərək silah və narkotik alveri vasitəsilə özünə milyonlar qazanmış soyuqqanlı cinayətkar təsviri ilə əvəzlənmişdir.  Londonda dərc olunan "Daily News" nəşriyyatı dünyanın ən təhlükəli 10 mafiyasını ölkələr üzrə təsnifləndirərək aşağıdakı kimi sıralamışdır. 10. Yardie - Yamayka əsilli Britaniya Mafiyası Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında  baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar.Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar. 9. Alban Mafiyası Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir. 8. Serb Mafiyası Serb mafiyası Almaniya, ABŞ, İngiltərə və Fransa da daxil olmaqla 10-dan çox ölkədə fəaliyyət göstərir. Onlar narkotik alveri, qaçaqmal, sifarişli qətl, reket və informasiya oğurluğu kimi müxtəlif qanunsuz fəaliyyətlə məşğul olurlar. Serb mafiyasının əsas hissəsini üç böyük qrup təşkil edir: Vozdovac, Surcin, Zemun. Onlar öz növbəsində kiçik dəstələri idarə edirlər. Günümüzdə Serbiyanın özündə 30-40 cinayətkar qrup mövcuddur. 7. Yəhudi Mafiyası Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir. 6. Meksika Mafiyası. Meksika mafiyası Amerika türmələrində olduqca güclü quldur dəstəsi sayılır. Onların əsası 1950-cu illərin  sonunda, dəmir barmaqlıqlar arxasında olan Meksikalıların, digər məhbus və türmə keçikçilərindən mühafizə edilməsi məqsədi ilə qoyulub. ABŞ üzrə üzvlərinin sayı 30.000 nəfəri keçən bu cinayətkar qrup qorxutmaqla pul alma və narkotik trafiki ilə məşğul olurlar. Meksikalı quldurlar spesifik tatuajlarına görə tanınırlar. Onların bədənlərini milli simvollar, alovlu dairələr və kəsişən bıçaqlar kimi rəsmlər bəzəyir. Deyilənə görə türmələrdə 150 qətl əmri vermək səlahiyyəti olan və bu əmrləri yerinə yetirə biləcək 2000 Meksikalı məhbus cəza çəkir. Türmədə digər zümrədən olan məhbuslardan qorunma üçün onlara "vergi" ödəməyənlər, elə onların özü tərəfindən tez bir zamanda öldürülür. 5. Yakudza - Yapon Mafiyası Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu,  bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. 4. Triada - Çin Mafiyası. Triadalar, böyük hissəsi Çin, Malaysiya, Honq-Konq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu York, Los Anceles, Sietl, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan  mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. 3. Kolumbiya Narkotik Kartelləri ABŞ da daxil olmaqla çoxsaylı ölkərdə yuva qurmuş Kolumbiya kartelləri əsasən narkotik trafikinin idarəedilməsi məqsədi ilə yaradılmışdır. Kartelin siyasi, hərbi və hüquqi məsələlər ilə məşğul olan müxtəlif təşkilatları vardır. Ən böyük dəstələr Kali, Medellin və Norte del Valle kartelləri sayılır. Bir neçə il bundan qabaq ortalığa Amerika ilə Kolumbiya arasında bu kartellərin ekstradisiyası barədə müqavilə çıxdı. Lakin Kartel başçıları məhartlə gizlənərək əlaltılarına bu müqavilənin tərəfdarlarını cəzalandırmağı tapşırdılar. Müqavilə heç vaxt qüvvəyə minmədi. Kartellərin aktivinə həmçinin insan oğurluğu və terorizm də daxildir. 2. Siciliya və Amerika Koza Nostrası. Koza Nostra digər cinayət qurumlarına nisbətən gənc qrupdur. Başlanğıcını XIX-cu əsrin ikinci yarısında götürüb. Lakin buna baxmayaraq təşkilatın iri cinayətlərin həyata keçirilməsi və cəzasız qalması kimi bacarığı vardır. Reket, narkotik və silah alveri, qanunsuz biznesdə vasitəçilik və s. Koza Nostranın fəaliyyət dairəsinə aid olan işlərdəndir. İtalo-Amerikanların "biznesinin" belə uğurlu olmasının səbəblərindən biri, mafiyanın cəmi 3500-4000 həqiqi üzvü olmasıdır. Xırda işləri yerinə yetirən digər adamlar isə həqiqi üzvlər sayılmır və onların üzvliyi müvəqqəti xarakter daşıyır. Bundan başqa Koza Nostranı qapalı mühitə çevirən Omerta - sükut kodu mövcuddur. Koza Nostranın həqiqi üzvü olmaq və ailədə hörmətli yerə sahib olmaq istəyən hər bir kəs istisnasız təmiz İtalyan olmalıdır. Burada qan qarışıqlığı müsbət qarşılanmır. Ailəyə daxil olmazdan əvvəl potensial "üzv" öz dəyərini sübut etmək üçün tapşırıqla kimisə öldürməlidir və yalnız bundan sonra xüsusi mərasimdə onun sadiqliyi təsdiqlənir. 1. Rus Mafiyası. Rus Mafiyası Sovet dövrü yaranmışdır və bugün bütün dünyaya ağalığ edir. Üzvlərinin sayı 100.000-500.000 təxmin edilən Rus mafiyası gəlirlərinin böyük hissəsini İsrail, Macarıstan, İspaniya, Böyük Britaniya, ABŞ və Rusiya kimi ölkələrdən əldə edir. Bəziləri yəhudi və alman köklərindən istifadə edərək İsrail, Amerika və Almaniyaya geniş axın etmişdirlər. Fəaliyyətlərinə narkotik və silah alveri, qaçaqmal, pornoqrafiya, internet fırıldaqları və s. daxildir. Əsas qanunlarından biri - hakimiyyətlə birgə işləməmək və ya qanunla əlbir olmamaqdır. Tutulan istənilən quldur, artıq-əskik danışarsa, bölməni tərk etdikdən bir neçə saat sonra ölü olaraq tapılır. Bütün dünya onların vandalism, sifarişli qətl, insan orqanı alveri və terrorsim kimi dəhşətli cinayətlərindən qorxur. *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Postun hazırlanmasında www.crystalkiss.com saytındakı məqalədən istifadə olunmuşdur. Məqalə müəllif tərəfindən tərcümə olunmuşdur və bütün tərcümə hüquqları müəllifə məxsusdur. *Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['mafia', 'cinayət', 'kriminal', 'koza nostra', 'kartel', 'yakudza', 'triada', 'mafiya', 'narko-biznes', 'oğru aləmi']
6,439
https://kayzen.az/blog/informatika/2456/alqoritm-anlay%C4%B1%C5%9F%C4%B1.html
Alqoritm anlayışı
Silen_ce
İnformatika
7 iyul 2010, 00:06
Alqoritm və onun xassələri Alqoritm - verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır. Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, başqa sözlə, məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Bizim hər bir görəcəyimiz iş müəyyən bir alqoritmə əsaslanır. Məsələn, yeməyin hazırlanma resepti, mebelin quraşdırılması üzrə təlimat, kompyuter proqramlarının istifadəsi üçün dərslik və s. Bu siyahını istənilən qədər artırmaq olar. Alqoritmin dəqiq riyazi tərifi yoxdur. Alqoritmin yaranma tarixi Alqoritm anlayışı riyaziyyatda eyni tip məsələlərin həllində ümumi metodların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı   Əl-Xarəzm tərəfindən verilmişdir. Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi). Onun hesab elminə dair yazdığı "Hind rəqəmləri ilə hesablama kitabı" adlı əsərinin latınca tərcüməsi gəlib bizə çatmışdır. Bu kitab "Alqoritm dedi" kəlmələri ilə başlayır. Burada işlədilən "Alqoritm" sözü uzun müddət riyaziyyatçılar üçün riyazi sirr olaraq qalmışdır. Nəhayət, XIX əsrin 40-cı illərində dəqiq müəyyən edildi ki, bu söz "ƏL-XARƏZMİ" sözünün latıncada düzgün olmayan tələffüzü nəticəsində alınmışdır. Məsələnin kompyuterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesab və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq digər mərhələnin icrasına keçilir. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əməllər kompyuterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir:1. Hesablamada mütləq qiymətcə kompyuterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;2. Sıfırın və ya mənfi ədədlərin loqarifmlərinin hesablanması;3. Mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi (məs, |x|>1 olduqda, arcsin x və ya arccos x-in hesablanması) və s. Alqoritmin əsas xassələri Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir. Alqoritmin əsas xassələri aşağıdakılardır: ·Determiniklik (müəyyənlik) ·Kütləvilik ·Nəticəvilik (sonluluq) ·Diskretlik 1. Determiniklik (müəyyənlik) Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir. 2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur: a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır; b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. 3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin. 4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır. Alqoritmin təsvir üsulları Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır: ·Sözlə təsvir (Təbii dillə); ·Alqoritmik dillə təsvir (proqram); ·Qrafik təsvir (Blok-sxem).
['alqoritm']
6,440
https://kayzen.az/blog/informatika/2454/informasiya-anlay%C4%B1%C5%9F%C4%B1.html
İnformasiya anlayışı
Silen_ce
İnformatika
6 iyul 2010, 23:08
İnformasiya anlayışı, onun formaları və xassələri İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik. Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir. Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar. Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.  İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır. İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir. Tipinə görə verilənləri 4 qrupa ayırırlar:— hesabi (və ya rəqəm tipli); — mətn (və ya simvol tipli); — məntiqi tipli; — göstərici tipli. Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»). Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı rəngli»). Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması doğru deyil»). Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə görə də xarakterizə edilir.İnformasiyanın təsvir üsulları Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər. İnformasiya prosesləri və onların avtomatlaşdırılması İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator — demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir. İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur. İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır. Son illərdə «Kompyuter texnologiyası» və "İnformasiya texnologiyası" terminlərindən də geniş istifadə olunur. «Texnologiya» yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. İnformasiya texnologiyası — informasiya ehtiyatlarından istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Bütün texnologiya növləri içərisində informasiya texnologiyası «insan amilinə» çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.). İnformasiya sistemləri kompyuterlərdən, kompyuter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.İnformasiyanın kodlaşdırılmasıYalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod «0» və ya «1» rəqəmlərindən hansısa biri deməkdir.    Kompyuter yaddaşının tutumunu göstərmək üçün əsasən aşağıdakı ölçü vahidlərindən istifadə olunur: Mətn tipli informasiyanın kodlaşdırılması Mətn tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. Bütün tələblərin hər kəs tərəfindən ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir: 1. Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir. 2. Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə yerləşdirə bilər. ASCII cədvəli ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt  istifadə edilir. 1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt — simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir. Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında "Ə", "ə" hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri «qeyri-standart» hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.
['informasiya', 'rəqəmli informasiya', 'analoq informasiya', 'bit', 'bayt', 'unicode', 'ascii']
6,441
https://kayzen.az/blog/herb/2446/katyusha-silah%C4%B1.html
Катюша silahı
Əliyev
Hərb
6 iyul 2010, 15:06
1941-ci il iyunun 21-də, Almaniyanın SSRİ-yə hücumundan bir gün əvvəl sovet hökuməti reaktiv artilleriya sistemlərinin seriyalı istehsalı haqqında qərar qəbul etmişdi. Beləliklə, adı gözəl, özü isə zəhmli «Katyuşa»nın istehsalına başlandı. «ZiS-6» markalı yük maşınlarının bazasında yaradılan «Katyuşa»lardan bu gün bütün MDB məkanında cəmi ikisi qalmışdır. Biri Peterburq Artilleriya Muzeyində, digəri isə Zaporojyedədir. Bir raket qurğusunun yaylım atəşi düşmənin başına 132 millimetrlik on altı və ya 82 millimetrlik otuz iki mərmi yağdırırdı. Raketlər, demək olar, eyni vaxtda buraxılır və hədəfə alınan rayonda ərazini bir neçə saniyə ərzində "şumlayırdı". SSRİ-də M-13 reaktiv mərmiləri və BM-13 buraxıcı qurğuları ilə təchiz edilən silahın layihələşdirilib hazırlanmasına XX əsrin 30-cu illərində başlanmışdı. 1937-ci ilin axırlarında qəlpələnən 82 millimetrlik reaktiv mərmilər havadakı və yerdəki hədəflərin vurulması üçün qırıcı təyyarələrin səmərəli silahı sayılırdı. Yarım il sonra sınaqlar keçirildi və sürətli bombardmançı təyyarələr 132 millimetrlik qəlpələnən-fuqas reaktiv mərmiləri ilə silahlandırıldı. Lakin 1938-ci ildə ilk sınaqların nəticələri uğurlu olmadı. Hərbi ixtiralar şöbəsində uzun müddət işləmiş polkovnik V.Qluxov o illərin müşavirələrindən biri haqqında xatirələrində yazır: «Budur, raketçilərdən soruşurlar: Atəşin sıxlığı məsələsində vəziyyət necədir? Onlar deyirlər: „Toplarla müqayisədə bir neçə dəfə pisdir. Salondakılar gülürlər. Bəs atəşin dəqiqliyi necə? O da toplara nisbətən pisdir. Yenə gülürlər. Yaxşı, bəs barıt məsrəfi? Toplarla müqayisədə barıtı bir neçə dəfə çox işlədir. Salondakılar uğunub getdilər“.  Buna baxmayaraq, „Katyuşa“ getdikcə təkmilləşdirilir və daha səmərəli olurdu. 1941-ci il iyunun əvvəllərində BM-13-ün ilk təcrübi hissəsi hərtərəfli poliqon sınaqları üçün hazırlanıb başa çatdırıldı. Onda hələ heç kim bilmirdi ki, onları müharibədə sınaqdan çıxarmaq lazım gələcəkdir. „Katyuşa“nın heyrətamiz gücü vardı — o, düşmən nöqtələrinin külünü göyə sovurmaqla yanaşı, çox dəhşətli psixoloji təsir də göstərirdi.  Yeri gəlmişkən, ona nə üçün belə gözəl ad verildiyi indiyədək məlum deyildir. Belə ehtimal var ki, bu, Komintern adına Voronej zavodunun markası ilə bağlıdır və onun buraxdığı maşınların üstündə „K“ hərfi yazılırdı. Lakin güman edilir ki, bu ad Katyuşa haqqında mahnıdan götürülmüşdür.  Faşist komandanlığının məxfi sənədlərində „rusların avtomatik çoxlüləli odsaçan topu“ barədə məlumat verilirdi. „Katyuşa“nın atəşindən sağ çıxan alman hərbçiləri daha müqavimət göstərə bilmirdilər, çünki ya kontuziya olur, ya da dəhşət və qorxudan donub yerlərində qalırdılar. Almanlar „Katyuşa“nı nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırdılar. Lakin sovet komandanlığı tribunalla hədələyərək, təhlükə yarandıqda maşını partlatmağı əmr etmişdi ki, bu silah düşmənin əlinə keçməsin.  Əsir düşən bir alman zabiti „Katyuşa“nı „iş başında“ gördükdən sonra dindirilərkən soruşmuşdu: „Mən yaralanmışam və tezliklə öləcəyəm. Odur ki, sirlərinizi heç kimə aça bilməyəcəyəm. Amma ölümqabağı mənə deyin, bu, nə olan şeydir? Başımıza yağan od-alov Tanrınınmı qəzəbidir?“.
['Katyuşa', 'Катюша', 'artilleriya']
6,442
https://kayzen.az/blog/stil/2256/qad%C4%B1n-g%C3%B6z%C9%99lliyi-v%C9%99-ya%C5%9F.html
Qadın gözəlliyi və yaş
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
6 iyul 2010, 09:19
Çirkin bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi olmusunuzmu? Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik. Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər? Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var! 14-18 yaş - qızların həm fiziki, həm də psixoloji cəhətdən formalaşdığı dövrdür. Bu yaşda olan qızlar imiclərini, əsasən, sevdikləri artistlərə, kumirlərinə bənzəmək üzərində qururlar. Yeniyetmə qızınızın rok ulduzları kimi geyinmək həvəsi sizi qorxutmasın. Onlar üçün şəxsi stil seçmək, qərar qəbul etmək hələlik çox çətindir. Yeniyetmələrdə özünə inamsızlıq və seçilmək hissi çox güclü olur. Müasir yeniyetmələr idman, cins stillərinə üstünlük verirlər. Lakin yeniyetmə qızlar da ümumi qaydalara tabe olmalıdırlar. Bu yaşda olan xanımlar, makiyajdan istifadə etməyin! Böyük görünmək arzusu sizə ananızın paltarlarını geyinmək və qadın kimi bəzənməyinizə əsas vermir. Ümumiyyətlə, klassikadan uzaq olun. Əgər düzgün bədən quruluşuna maliksinizsə, dar cins, şalvar, hədsiz qısa olmayan mini yubka, mayka geyinin. Hələ ki, bunu etmək imkanınız var. 18-25 yaşda bütün qızlar artıq formalaşırlar. Bu qadın gözəlliyinin ən zirvə mərhələsidir. Bu yaşda qadınlarda "Kim olmaq?" sualı meydana çıxır. Həm ixtisas, həm də stil baxımından. Qızlar xarici görünüşləri barədə ən çox elə bu yaşda düşünməyə başlayırlar. Siz nə etməlisiniz? Özünü əsl qadın kimi tərbiyə etməli, diqqəti individuallığa yönəltməli, özünüzdə sayılan şəxsiyyət yetişdirməlisiniz. Lakin təqlid yolu ilə yox! Maksimum dərəcədə zərif olun. Bütün bəzək aksessuarlarından istifadə etmək imkanınız var. Bundan yararlanın. 25-35 yaş. 30 yaşı keçmiş qadının artıq konkret stili olmalıdır. İndi siz qadın gözəlliyinin, yetkinliyinin ən parlaq mərhələsindəsiniz. Bu yaşda qadın özünə əmin olduğu qədər də açıq fikirli olur. Siz artıq öz üstünlüklərinizi bilirsiniz və onlardan yerində istifadə etmək imkanına maliksiniz. Gözəl geyinmək fürsətini əldən verməyin. İşdə və adi həyatda ayrı-ayrı imiclərə malik olmalısınız. Modanın dalınca qaçmayın, lakin ona biganə də yanaşmayın. İstifadə etdiyiniz bəzək əşyaları mütləq nəcib metallardan və qiymətli daşlardan olmalıdır. 35-45 yaş qüsursuz gözəllik mərhələsidir. Hisslərin ən yüksək mərhələsindəsiniz, bu, əsas üstünlüyünüzdür. Bu yaşda qadınlar qüsursuzluğa can atırlar. Qarderobu diqqətlə seçir, bahalı ayaqqabı və zinət əşyalarına üstünlük verirlər. Bu yaşda ümumi stil seçilsə də, bəzi toqquşmalar olur. Geyimdə və makiyajda yüngüllükdən, ifrat dərəcədən uzaq olun. Ekstravaqant saç düzümlərindən və gənclərə uyğun modalardan istifadə etməyin. 45-55 yaşda da qadın gözəldir! Bu illər eleqantlığın təcəssümüdür. Bu dövrü yaşayan qadınlar öz dəyərlərini bilirlər, inamlıdırlar və şəxsi imkanlara malikdirlər. Həyata rəngli şüşə arxasından baxmırlar. Bu yaşda qarderob bir də yeniləşir. Geyimdə və makiyajda qüsursuz rəng qamması, bahalı və mütləq hündür daban ayaqqabılar sizin əsas seçiminiz olmalıdır. Unutmayın ki, illər sizdən özünüzə daha diqqətlə yanaşmağı tələb edir. Üzə, bədənə, saçlara xüsusi fikir verin. Emosiyalarınızı boğun, ekstravaqantlıqdan uzaq olun. Ərköyünlüyü bu yaşda birdəfəlik unutmaq lazımdır! Zinət əşayalarına gəlincə, sizə yalnız brilyant yaraşır!Təbii ki, bunlar yalnız ümumi məsləhətlərdir. Amma hər halda imic seçərkən bu qaydalara əməl etsəniz uduzmazsınız. Mənbə: Bizim Əsr jurnalıHəmçinin bax:Həm gözəl,həm də evdar qadınların sirri
['qadın gözəlliyi', 'qocalma', 'bioloji yaş']
6,443
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2444/sat%C4%B1nalmalar.-sat%C4%B1nalmalar%C4%B1n-subyekti-v%C9%99-n%C3%B6vl%C9%99ri.html
Satınalmalar. Satınalmaların subyekti və növləri
Türkəl
Bloq: Türkəl
6 iyul 2010, 02:43
Müvafiq mal, xidmət və ya işlərin ən münasib qiymətlə, tələb olunan kəmiyyət və keyfiyyətlə əldə olunmasına satınalma deyilir. Müxtəlif şirkət və şəxslər satınalma üsullarından istifadə edərək öz tələbatlarını maksimum ödəyir və bu zaman minimum sərfiyyata yol verirlər. Satınalmalar aşkarlıq prinsipi və iddiaçıların bərabərliyi əsasında qurulan müsabiqələr vasitəsilə həyata keçirilir. Satınalmalardan daha çox təchizat (procurement) sahəsində istifadə olunur.Satınalmanın subyektləri.Satınalmanın aşağıdakı 3 subyekti ola bilər:1. Mallar - gözlə görülən və insan tələbatını ödəyən hər hansı bir məhsul (mebel, kompüter, avtomobil, və s.).2. İşlər - insan əməyi tələb edən və müəyyən müddətə tamamlanan sifarişlər (tikinti, quraşdırma, layihələndirmə və s.)3. Xidmətlər - yerinə yetirilərkən heç bir yeni məhsul yaratmayan işlər (məsləhət/konsaltinq, icarə, və s.) Satınalmaların üsullarıSatınalma üsulları dövlət və büdcə təşkilatları tərəfindən geniş istifadə olunur. Azərbaycanda dövlət satınalmalarını Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi tənzimləyir. Bu zaman Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında qanunundan istifadə olunur. Nizamnamə fondunun 30% və daha çox hissəsini dövlət büdcəsinin vəsaiti təşkil edən müəssisə və təşkilatlar yalnız bu qanunda göstərildiyi kimi satınalma əməliyyatlarını apara bilərlər. Mal, iş və xidmətlərin (bundan sonra - sadəcə malların) satın alınmasının  əsas 3 üsulu vardır: Qiyməti 2.000 AZN-ə kimi olan mallar sərbəst satınalınma üsülu ilə alına bilər. Bu zaman satınalan təşkilat heç bir müsabiqə keçirmədən istədiyi şirkətlə malın alınması üçün müqavilə imzalayır. Qiyməti 2.000-50.000 AZN arası olan malların alınması üçün isə kotirovka sorğusu keçirilməlidir. Bu zaman satınalan təşkilat ən azı 3 şirkətə qiymət sorğusu göndərir. Ən münasib qiymətlə çıxış edən iddiaçı kotirovka sorğusunun qalibi elan edilir. Kotirovka sorğusu keçirən müəssisə müsabiqə barədə elan nəşr etdirməyə borclu deyildir. Qiyməti 50.000 AZN-i aşan satınalmaların həyata keçirilməsində bir qədər mürəkkəb olan Açıq Tender üsulundan istifadə olunur. Kotirovka sorğusunda olduğu kimi burada da ən azı 3 iddiaçı iştirak etməlidir. Lakin kotirovkadan fərqli olaraq Açıq tenderdə iştirak edən müəssisələrin təklifləri yalnız qiymət meyarına görə deyil, həm də keyfiyyət, yerinə yetirilmə müddəti, zəmanət və s. meyarlara görə qiymətləndirilir. Bu zaman həm də təkliflər ən azı 30 iş günü müddətində qəbul edilməlidirlər. Açıq tender keçirən müəssisə mütləq bu barədə dövrü mətbuatda elanlar dərc etdirməlidir (müvafiq olaraq təkliflərin qəbul edilməsinin son gününə 30 və 20 iş günü qalmış şərti ilə 2 dəfə). Həm kotirovka, həm də tender prosedurunda hər iddiaçı yalnız bir qiymət təklifi ilə çıxış edə bilər. Nisbətən qəliz proses olduğundan Açıq Tender özü bir neçə növə bölünür.Satınalmalar haqqında geniş məlumatı Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi səhifəsindən almaq olar.*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.
['satınalma', 'qanunvericilik', 'təchizat', 'kotirovka', 'tender']
6,444
https://kayzen.az/blog/kontinent/2185/avrasiya.html
Avrasiya
2ral
Materiklər və qitələr
5 iyul 2010, 18:09
Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir. Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejnyov burnu. Avropanın ucqar nöqtələri: şimalda — Nordkin burnu, cənubda — Marokko burnu, qərbdə – Roka burnu, şərqdə — Qütb Uralı.Asiyanın ucqar nöqtələri: şimalda — Çelyuskin burnu, cənubda — Piay burnu, qərbdə – Baba burnu, şərqdə – Dejnyov burnu. Avrasiya 4 yarımkürədə yerləşib. Avrasiya ekvatordan şimalda, bəzi adaları isə ekvatordan cənubda yerləşib. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşib. O, bütün okeanlarla həmsərhəddir. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb. Adalar-Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Sardiniya, Kipr, Krit, Şri-Lanka, Kuril, Yapon, Saxalin, Böyük Zond adaları. Yarmadalar –Skandinaviya, Priney, Apennin, Balkan (Avropada) Kiçik Asiya, Ərəbistan, Hindistan, Hind-Çin, Koreya, Kamçatka, Çukot, Taymır (Asiyada) Körfəzlər: Biskay, Fin, Botnik, Iran, Benqal, Ədən, Siam. Dənizlər –Azov, Qara, Mərmərə, Egey, Aralıq, Adriatik, Şimal, Baltik (Atlantik okeanı), Barens, Norveç, Ağ, Kara, Laptevlər, Şərqi-Sibir, Çukot (Şm.Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi və Cənub-Şərqi Çin (Sakit okean), Ərəbistan, Andaman, Qırmızı (Hind okeanı).Avrasiyanın relyefiAvrasiya qədim Lavraziya materikinin 1 hissəsidir. Avrasiya-şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarının birləşməsindən yaranıb. Sonralar bura Qondvananın hissələri olan Ərəbistan və Hindistan tavaları birləşib. Məhz bu tavaların qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir. Nəticədə Atlantik okeanından Sakit okeana qədər ərazidə Alp-Himalay geosinklinal qurşağı yaranmışdır. Bu qurşağa Pireney, Appenin, Alp, Dinar, Balkan, Karpat, Krım, Qafqaz, Pond, Tavr, Elbrus, Kapetdağ, Pamir, Hindiquş, Karakorum, Himalay dağları daxildir. Bu dağlar cavan olduğundan burada tez-tez vulkanlar püskürür (Yalnız Aralıq dənizi sahillərində) və zəlzələlər baş verir. Ikinci dağlıq qurşaq materikin şərqində Avrasiya və Sakit okean tavalarının toqquşduğu sahədədir. Burada hündür dağlarla yanaşı, dərin okean çökəklikləri və adalar var. Kamçatka yarmadasından Böyük Zond adalarına qədər uzanan bu qurşaq Sakit okean dağlıq (odlu) qurşağı adı ilə tanınır. Bu qurşaqda da tez-tez zəlzələ və vulkanlar olur. Avrasiyanın ən uca vulkanı Klyuçeviskaya Sopka (4750m) bu qurşaqdadır. (Kamçatka yarımadasında) Vulkanlar. Krakatau, Fudziyama, Hekla, Vezuvi, Etna Klyuçeviskaya Sopka və s. Avrasiyadan bəzi dağlar qədim olduğundan hündür deyil. Bura Skandinaviya, Tyan-Şan, Altay, Ural dağları, Qazaxıstan xırda təpəliyi aiddir. Onların bəzisində məs. Tyan-Şan, Ural, Altayda yenidən qalxma prosesi gedir.Düzənliklər. Avrasiyanın ən qədim sahəsi Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi platforma üzərində yerləşib. Ərəbistan və Dekan yaylaları da qədimdir. Sahil zolağında çoxlu ovalıq var. Hind-Qanq, Mesopotomiya, Qərbi Sibir, Orta Dünay, Kür-Araz və s. Qədim materik birləşməsi Avrasiyanın relyefinə onun şimal hissəsini (Skandinaviya və Kola yarımadaları, Novaya Zemlya adası) tutmuş qədim buzlaşma böyük təsir göstərmişdir. Bu buzlaşma nəticəsində bir sıra dağlar hamarlanmış, daimi donuşluq sahələri yaranmış, buzlaq əridikdən sonra isə moren təpələri və çökəkliklər formalaşmışdır. Bu çökəkliklərdə buzlaq mənşəli göllər formalaşmışdır. Avrasiyanın ən hündür zirvəsi Himalay dağlarındakı Comolunqma (Everest) dağıdır. Hündürlüyü 8848 m-dir. Ən alcaq yeri Ölü dənizin sahillərindədir (-395 m). Bu ərazi dünyada ən dərin quru çökəkliyi sayılır.Faydalı qazıntıları: Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır. (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqlar var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir.Qərbi Sibir, Volqa-Ural, Iran körfəzi, Şimal dənizi neft və qazın əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Pecora, Kuznetsk, Kansk-Acinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa ( Yuxarı Sileziya), Almaniya (Rur), Çin, Hindistan v s.-dir.Avrasiyanın iqlimiAvrasiyanın iqlimi başqa materiklərdə olduğundan çox müxtəlifdir. Buna səbəb ərazinin çox böyük olması, relyefin müxtəlifliyi və daxili hissənin okeanlardan çox uzaqlaşmasıdır. Şimal yarımkürəsinin ən soyuq yeri Oymyakon -710S buradadır. Ekvatordan qütbə doğru getdikçə temperatur aşağı düşür. Avrasiyanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının rolu böyükdür. Materikin şimalında və qərbində dağlar olmadığından bu okeanlardan gələn hava kütlələri maneəsiz olaraq materikin daxili hissələrinə qədər irəliləyir. Xüsusi ilə Avropanın iqliminin formalaşmasında qərbdən (Atlantik okeanından) gələn dəniz hava kütlələri mühüm rol oynayır. Şərqdən və cənubdan hündür dağların olması Hind və Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okean və quru arasında kəskin təzyiq fərqinin yaranması nəticəsində Şərqi və Cənub-Şərqi Asiyada güclü tayfun küləkləri yaranır. Avrasiya bütün iqlim qurşaqlarında yerləşib: 1. Arktik qurşaq-materikin ucqar şimalını və Şm.Buzlu okeanındakı adaları əhatə edir. Il boyu arktik hava kütləsi hakimdir. Təzyiq yüksək, hava enən hərəkətli, il boyu quru və soyuqdur. Bu qurşaqda arktik səhra təbii zonası formalaşıb. 2. Subarktik qurşaq — materikin şimalında nazik zolaq əmələ gətirir. Yay rütubətli, mülayim, qış quru və soyuq olur. Daimi donuşluq və ifrat nəmlənmə nəticəsində burada bataqlıqlar geniş sahə tutur. Bu qurşaqda tundra və meşə-tundra kimi təibii zonalar formalaşıb. 3. Mülayim qurşaq Avrasiyada mövcud olan ən geniş iqlim qurşağıdır. Qərbdən şərqə doğru 4 iqlim tipi yaranır. Buna səbəb Atlantik hava kütlələrinin materikin daxilində təsirinin zəifləməsi, kontinentallığın artmasıdır. a) materikin qərb kənarında Avropada-mülayim-dəniz, b) Şərqi Avropadan Ural dağlarına qədər mülayim-kontinental; c) Materikin daxilində (Orta Sibir yaylası və Mərkəzi Asiyada) kontinental; d) Sakit okean sahillərində musson iqlim tipləri yaranır. Avrasiyanın mülayim iqlim qurşağında-iynəyarpaq, enliyarpaq, qarışıq və musson meşələri, çöl, meşə-çöl, yarımsəhra və səhralar kimi təbii zonalar formalaşıb. 4. Subtropik qurşaq daxilində 3 iqlim tipi var: a) materikin qərbində (Xəzərə qədər) yayı isti və quru, qışı mülayim və rütubətli Aralıq dənizi iqlimi; b) materikin daxilində kontinental; c) Şərqdə musson iqlim tipi var. Bu qurşaqda cod yarpaqlı meşə və kolluqlar, yarımsəhra və səhralar, musson meşələri kimi təibii zonalar formalaşıb. 5. Tropik qurşaq – musson küləklərinin təsiri nəticəsində Avrasiyada tam zolaq əmələ gətirmir. Bu qurşaq yalnız Ərəbistan yarımadası və Iran yaylasının cənubunu əhatə edir. Hava il boyu isti və quru olduğundan səhralar geniş yayılıb. 6. Subekvatorial qurşaq — musson iqlim tipli olub, Hindistan və Hind-Çin yarımadalarını əhatə edir. Musson küləklərinin təsiri nəticəsində şimalda tropik yox, subtropik iqlim qurşağı ilə həmsərhəddir. Bu qurşaqda musson tipli meşələr və savannalar formalaşıb. 7. Ekvatorial qurşaq-rütubətli ekvatorial meşələrdə örtülü olan Indoneziya adalarını əhatə edir. Asiyada bütün, Avropada isə arktik, subarktik, mülayim və subtropik iqlim qurşaqları var.Avrasiyanın çayları5 hövzəyə aiddir.Atlantik okeanın çayları-Sena, Dnepr, Dnestr, Don. Reyn, Rona, Po, Ebra, Dunay, Elba, Oder, Visla və s. Bunlardan ən uzunu və daha çox çirklənmişi Dunaydır.Sakit okean hövzəsinin çayları –Amur, Xuanxe, Yansızı, Mekonq və s. Musson iqlim qurşağında yerləşdiyindən yağış suları ilə qidalanırlar. Əsasən yayda bol sulu olur. Ən uzun çayı Yansızdır.Hind okeanın çayları-Dəclə, Fərat, Hind, Qanq, Braxmaputra. Yağış və buzlaqlarla qidalanır.Şimal Buzlu okeanın çayları — Peçora, Ob, Irtış, Yenisey, Lena və s. Daimi donuşluq və rütubətlik əmsalı vahiddən böyük olduğundan bu çaylar il boyu bol suludur. əsasən qar və yağışla qidalanır, qışda donurlar.Daxili axarsız hövzənin çayları – əsasən 2 hövzəyə aiddir: a) Kür, Volqa, Terek, Ural, Emba, Samur-Xəzər tökülür və bu çayların hamısının mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. b) Amudərya və Sırdərya isə Aral dənizinə tökülürlər. əsasən hündür dağlardan başladıqlarından buzlaqla qidalanırlar.Avrasiyanın ən uzun çayları- Amur, Xuanxe, Yansızı, Mekonq, Volqa (Avropanın ən uzun çayı): ən bol sulu çayları isə Qanq və Yansızıdır. Avrasiyanın gölləri — əsasən Şimali Avropada (Skandinaviya, Finlandiya və Koreliyada) daha çoxdur. Buna səbəb qədim buzlaqların fəaliyyəti nəticəsində yaranan çökək relyef formalarnıın geniş yayılmasıdır. ən iri gölləri-Xəzər, Venerin, Balaton, Cenevrə, Boden, Ladoqa, Oneqa (Avropada); Aral, Sevan, Tuz, Van, Urmiyə, Baykal, Balxaş, Issık-kul (Asiyada).Avrasiyanın təbii zonalarıDünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var: 1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır. 2-3. Tundra və meşə tundra zonası — Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir. 4. Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır: a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir. b) Qarışıq meşələr — torpaqları çimli-podzoldur. c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir. d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb. Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır. 5-6. Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb. 7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir. 9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir. 10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb. 12. Ekvatorial meşələr — əsasən Böyük Zond adalarını əhatə edir.Avrasiyanın əhalisiDünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır. Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb. 
['Avrasiya', 'Asiya', 'Avropa', 'materik', 'Avrasiya materiki', 'Avrasiyanın coğrafiyası']
6,445
https://kayzen.az/blog/T%C3%BCrk%C9%99l/2439/%C9%99n-%C5%9Fokedici-musiqi%C3%A7i-%C3%B6l%C3%BCml%C9%99ri.html
Ən Şokedici Musiqiçi Ölümləri
Türkəl
Bloq: Türkəl
5 iyul 2010, 01:22
Musiqiçilər ətraflarına ən çox pərəstişkar yığan sənət sahiblərindən biridirlər. Onların yaratdığı əsərlər dinləyiciləri sevindirdiyi halda, onların qəfil ölümü fanatlara əsl şok yaşadır. Aşağıdakı siyahıda fikrimcə ən şokedici olan 15 musiqiçi ölümünü göstərməyə çalışmışam. 15. Eazy-E (1963-1995) - Narkobaron. Keçmiş narkotik alverçisi və "Ruthless Records" səs yazma studiyasının təsisçisi olan Eric Wright həm də Eazy-E ləğəbi altında öz mətnlərini yazmayan reper və ən təhlükli musiqi qrupu NWA-in üzvü kimi tanınırdı. O QİÇS-dən öləndə heç kəs təəccüblənmədi. 5 qadınla 6 uşağa ata olan Eazy üçün bu məntiqi sonluq idi. 14. Jim Morrison (1943-1971) - Diqqətli olun, qapılar bağlanır. Amerikalı musiqiçi, The Doors qrupunun vokalisti. Paris şəhərində naməlum səbəbdən qəfil vəfat etmişdir. Fransa qanunlarına əsasən, ölünün qohumlarının xahişi olmadan otopsiya keçirilmədiyindən ölümü hələ də sirr olaraq qalır. 13. Dimebag Darrell (1966-2004) - Səhnədə ölüm. Keçmiş fanatı tərəfindən öldürülərkən Dimebag əlində qitara tutub öz hitlərini canlı konsertdə ifa edirdi. Qatil pərəstişkar isə təkidlə Dimebag'in onun şerlərini oğurlayıb öz mahnılarında mətn əvəzi istifadə etdiyini iddia edirdi. Tibbdə buna paranoya deyilir. 12. Proof (1972-2006) - Karma zarafat deyil. Detroitli reper və D12 qrupunun yaradıcısı. Ölümündən iki əvvəl dostu Eminemin "Like Toy Soldiers" klipində odlu silahla "qətlə yetirilir". Bir il sonra çıxdığı albomunda isə bütün mahnıları ölmüş musiqiçilərin isimləri ilə adlandırmaq istəyir, lakin son anda fikrini dəyişərək yalnız albomdakı son mahnının adını Kurt Cobain qoyur, mahnının sonunda isə atəş səsi gəlir, və Proof "həyatla vidalaşdır". 40 OZ mahnısında "I'm in the club to beef, you gotta murder me there" deyen Proof 2006-cı ildə klubda mübahisə etdiyi və nəticədə öldürdüyü adamın qardaşı tərəfindən qətlə yetirilir. Proof bu günə kimi qatili məlum olan yeganə ölmüş reper sayılır. 11. Hillel Slovak (1962-1988) - Ağ ölüm. İsrail əsilli Amerikalı qitaraçı və Red Hot Chili Peppers qrupunun əsasını qoyanlardan biri. Qrupla iki albom buraxdıqdan sonra Slovakın narkotiklərə qarşı mübarizəsi bir fayda vermir və heroin onun axırına çıxır. Onun ölümündən sonra qrupun digər üzvləri heroini tərgitmək barədə qəti qərara gəlirlər. 10. Bob Marley (1945-1981) - No cancer, no cry. Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsis rolu olmuş Bob Marley, "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifi olmuşdur. 36 yaşında beyin xərçəngindən vəfat edən reqqi ustası ölüm ayağında olarkən böyük oğlu Ziggy'nin qulağına son sözlərini pıçıldayır: "Pulla həyat almaq olmur". 9. Jam Master Jay (1965-2002) - Video oyunlar həyat üçün təhlükəlidir. Hip-hop musiqisinin Beatles-ı sayılan Run-DMC qrupunun di-ceyi Jam Master Jay, 2002-ci ildə "playstation" oynadığı vaxt arxadan tapanca atəşi ilə qətlə yetrilib. Şahidlərin dediyinə görə qatil onun tanıdığı adam olub, lakin onun kimliyi indiyənə kimi müəyyən olunmayıb. Şayiələrə görə JMJ reper 50 Cent'ə himayədarlıq etdiyinə görə cəzalandırılmışdır. Qeyd edim ki, 50 Cent "Ghetto Guran" mahnısında cinayət dünyası haqda dediyi bəzi açıqlamalara görə qanqsterlərin hiddətinə və 9 gülləsinə tuş gəlmişdi. Müəllimindən fərqli olaraq enlikürək reper bu günə kimi yaşayır.  8. Marvin Gaye (1939-1984) - Axı dünyada nə baş verir? "Father, father.... What's goin on?". Məhşur hitin müəllifi, şöhrət və narkotiklərin səbəb olduğu stressdən dincəlmək üçün valideynləri ilə yaşamağa başlayır. Lakin hər şey onun fikirləşdiyinin əksinə olur. Bir səhər yuxudan atası və anasının mübahisə səslərinə oyanan soul ifaçısı anasını müdafiə edərək, atasına kobud sözlər deyir. Buna dözməyən ata Marvinin özünün ona hədiyyə etdiyi tüfənglə oğlunu öldürür. What the fu*k is really going on? 7. Freddie Mercury (1946-1991) - Şou davam edir. Queen qrupunun vokalisti və inanılmaz səsə malik olan Fərrux Bulsara musiqi dünyasında daha çox Freddie Mercury adı ilə tanınırdı. Zənzibarda doğulmuş istedadlı musiqiçi gənc yaşlarından homoseksual olduğunu etiraf etmiş və Glum Rock-un ən görkəmli nümayəndələrindən biri sayılmışdır. Ölümündən altı həftə əvvəl "The Show Must Go On" mahnısını öz ölümünə ithaf etmiş və fanatları ilə layiqlə şəkildə vidalaşmışdı. Onun ölümü QİÇS-in təhlükəsinə dair insanlar arasında ehtiyatlılığı bir qədər də artırmışdı. 6. Notorious B.I.G. (1972-1997) - Ölməyə hazır. Hip-hop təhlükəli musiqidir və reperlər tez-tez hücuma məruz qalırlar. Belə hücumların qurbanlarından biri də Notorious B.I.G. və ya Biggie Smalls ləqəbləri ilə tanınmış Chritopher Wallace'dır. 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupac Shakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir. 5. Michael Jackson (1958-2009) - Pop Kralı. Pop əfsanəsinin ölümü barədə xırdalıqlardan hamınız xəbərdarsınız. İllərlə yada düşməyən ulduz XXI əsrdə televiziya ekranlarını hitləri ilə yox, daha çox qalmaqallı məhkəmə prosedurları barədə xəbərlərlə bəzəyirdi. Borclarından xilas olmaq və daha çox pul qazanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığı haqda şayiləri isə bəlkə elə sizin aranızda dəstəkləyənlər də tapıldı. Bir onu bilirəm ki, Jackson ölümündən sonra həyatında olduğundan ikiqat çox fanat ordusu yığdı. Qəbrin nurla dolsun Maykl ! 4. Elvis Presley (1935-1977) - Onu geri qaytarın! Qara musiqinin oğurlanmasında ittham edilən Rok-n-Roll kralının qəfil ölümünu bəzi çılğın fanatlar onun özünün yadplanetlilər tərəfindən oğurlanması ilə izah edirlər. 42 yaşında ürək çatışmamazlığından vəfat edən Elvis ən çox albom satmış musiqiçidir. 3. Tupac Shakur (1971-1996) - Qara Məsih. 2pac'ın Las Veqasda naməlum şəxslər tərəfindən güllələnməsi xəbərini eşidəndə bəziləri ona görə heç narahat olmadı, çünki reper əvvəllər də oxşar hadisələrin iştirakçısı olmuş və həmişə situasiyadan salamat çıxmışdı. Amma bu dəfə belə olmadı və 6 gün komada yatdıqdan sonra o aldığı güllə yaralarından keçindi. Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupac üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən 2pac'ın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupac ömrünün bir ilini türmədə keçirmişdi. 2. John Lennon (1940-1980) - Sülh elçisi. Amerikalıları sevməmək üçün daha bir səbəb. The Beatles'dan ayrılan Lennon həyat yoldaşı Yoko Ono ilə birlikdə ABŞ-a köçməyi qərarı alır. Musiqisini bütün dünyada sülhə həsr edən sənətkar Nyu York şəhərində 72nd Avenue və Central Park'ın kəsişməsində öz fanatı tərəfindən qətlə yetirilir. İngilis rokerə arxadan 5 dəfə atəş açan Mark David Chapman, məhz bunun üçün Havayi adalarından Nyu Yorka təşrif buyurmuşdu. İndiyə kimi türmədə olan Chapman tutularkən "Çovdar tarlasında beysbol oynayan (The Catcher in the Rye)" əsərinin 27-ci fəslində Lennonu öldürmək haqqında gizli mesajlar oxuduğunu iddia edirdi. İllər keçdikdən sonra isə o məhşur "I was nobody who wanted to be somebody" etirafını etdi. Onun qətl motivləri indiyə kimi mübahisəli qalır. "Chapman'i türmədən buraxmayan, azadlıqda onu təhlükə gözəyir" - Yoko Ono. 1. Kurt Cobain (1967-1994) - İntihar Kralı. Roka qulaq asan adamın yanında intihar sözü işlədən kimi onun yadına birinci Kurtun adı düşür. Nirvana qrupunun solisti həyat yoldaşı Courtney Love və narkotiklərlə yaşadığı uğursuzluğdan sonra yalnız bir çıxış yolu görür, şəxsi malikanəsində tüfəngi çənəsinin altına sıxır və BANG! "Come as You are" mahnısında dediyi "And I swear that I don't have a gun" indi grundge ustasınn yaradıcılığına başqa bəzək verir.  Kurt Cobain'in ölümündən əvvəl yazdığı vida məktubu: Qəribə təsadüf nəticəsində Cobain'in ölümünün on birinci il dönümündə populyarlarlığına görə Nirvana qrupundan sonra ikinci olan digər grunge qrupunun (Alice in Chains) vokalisti Layne Staley eyni tərzdə öz həyatına qəsd edir. Sizi daha çox hansı musiqiçinin ölümü heyfsləndirib? Siyahıya kimisə əlavə etmək istəyərdiniz? *Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır. *Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
['musiqi', 'ölüm', 'intihar', 'qətl', 'Nirvana', 'Beatles', 'Queen', 'D12', 'Run-DMC', 'rep', 'rok']
6,446
https://kayzen.az/blog/moda/2260/pay%C4%B1z-modas%C4%B1.html
Payız modası
burla xatun
Moda dünyası
4 iyul 2010, 10:44
Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və sairə. XX əsr modanı insanların həyatının ayrılmaz hissəsinə çevirdi. Bu fakt həm qadınların, həm də kişilərin yaşam tərzini kəskin surətdə dəyişdi. Xüsusilə də şəhər şəraitində yaşayan və çalışan, cəmiyyətdə mövqeyi olan insanlar moda ilə hesablaşmaya bilmirlər. Doğrudur, geyimini mütləq dəblə uyğunlaşdırmaq barədə qətiyyən düşünməyən, bunu özünə dərd etməyən insanlar da az deyil. Ancaq böyük şəhərdə, mərkəzdə yaşayırsınızsa, təəssüf ki, bunsuz keçinə bilməyəcəksiniz. Son illərdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan geriyə qayıdışdır. Bu fakt özünü əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmədi. Əksinə, hamı böyük həvəslə XX əsrin ortalarını xatırladan tərzdə geyinməyə başladı. Son illərdə modanın, demək olar ki, kuliminasiya nöqtəsinə qədər inkişaf etməsi belə, bu faktın ciddiliyinə xələl gətirə bilmədi. Qarşıdan gələn fəsildə "mod" adlı dəb cərəyanının yenidən gündəmə gəlməsi bu faktı bir daha təsdiqləyir. Bəs "mod" nədir? Yenə Avropaya üz tutaq. "Mod" ötən əsrin 50-ci illərində Böyük Britaniyanın iqtisadi böhrandan sonra hələ özünə gəlmədiyi bir dövrdə yaranan dəb cərəyanıdır. "Yaxşı ailələrin" övladları artıq əvvəlki kimi işsiz gəzib, valideynlərinin pulunu sağa-sola xərcləyə bilmirdilər. Bahalı əyləncələrdən kənarda qalmaq istəməyən gənc qızlar və oğlanlar təmiz "ofis" işlərinə üz tutmağa başladılar. Ailə ənənələrindən kənar olan, rok-n-roll pərəstişkarları - yəni qaba, kobud britaniyalı gənclər tezliklə özləri üçün yeni bir stil yaratdılar. Onların "mod" adlandırdıqları bu stil adını "modernləşmə" sözündən götürüb. Yeni cərəyan yaşlı nəslin qəbul edə bilmədiyi mini ətəklərdən, isti, qaynar rənglərdən və rəng çalarlarının qarışığından olan vilivet pencəklərdən, dəri gödəkçələrdən, qalın altlığı olan botilərdən və başqa ultra-modern geyim və aksessuarlardan ibarət idi. Bütün görünüşü ilə cəmiyyətə etiraz edən cərəyan sanki "Böyük olmaq istəmirəm! Darıxdırıcı olmaq istəmirəm! Valideynlərimə oxşamaq istəmirəm!" deyə üsyan edirdi. Bütün gənclərin həvəslə uyduqları bu dəb tezliklə bütün dünyanı çulğamağa başladı və hər yerdə eyni həvəslə qəbul olundu. Bütün inkişaf etmiş ölkələrin gəncləri canla-başla "mod"u izləməyə və tətbiq etməyə başladılar. Bir qədər sonra isə "mod" təbii olaraq, yavaş-yavaş yerini başqa cərəyanlara verməyə başladı. Dizaynerlər, demək olar ki, tamamilə İv Sen-Loran, Meri Kuant və Pako Rabann kimi dahi modelyerlərin minimalist şedevrlərini təkrarlayırlar. Podiumlara nəzər salsanız, hər yerdə oxşar stilləri görəcəksiniz: parlaq rəngli, şəffaf olmayan kalqotkalar, müxtəlif rəngli parçaların birləşməsindən ibarət olan dar, qısa donlar, sarafanların altından geyinilən uzun və dar boğazlı vadolazkalar, böyük, dekorativ düymələr, paltoların və jaketlərin qısaldılmış qolları... Bir sözlə, romantik detallardan tamamilə uzaq bir stil. Parlaq, qara dəriyə olan maraq dəbin pijon stilini ona tamamilə zidd olan roker stili ilə birləşdirir. Bu payızın ayaqqabı dəbinin əsas tendensiyasının əksinə olaraq, "mod" stilindəki ansamblları boğazı qısaldılmış, nazik altlıqlı çəkmələr və alçaq dabanlı kəskin biz burunlu ayaqqabılar müşayiət edir. Bu stil qadına ciddi və işgüzar görünüş verməyə bilər, ancaq cazibədar və ecazkar görünəcəyinizə əmin ola bilərsiniz. Klassik kostyumlar, köynəklər, enli şalvarlar və dar qısa ətəklər şirkət və ofislərdə çalışan xanımların həmişə ən yaxın dostu olub. Bu il onları unutmağa çalışın. Doğrudur, dəb tendensiyaları həmişə olduğu kimi bu dəfə də klassik cərəyanı saxlayacaq, ancaq hər halda bu ağır geyimlərdən bir qədər dincəlmək pis olmazdı. İndi isə payız modasında makiyaj haqqında. Makiyajın ötən ilki tendensiyaları qadınların həyatına yetərincə rahatlıq gətirmişdi. Hər cizgini təbii formada saxlamağı və solğun rəngləri tələb edən stil səhərlər güzgünün qabağında dayanmağa sərf etdiyimiz vaxtı yarıbayarı azaltmışdı. Artıq bu makiyaj stilini unudun. Qarşıdan gələn fəsilin tələbi bizi yenə də güzgünün qabağında ləngidəcək. Makiyajın bu ilki tendensiyası ötən əsrin 60-cı illərini büsbütün təkrarlayacaq. Böyük diqqət və vaxt tələb edən göz haşiyələri və çox parlaq dodaqlar makiyajın ən vacib çalarları olacaq. Ənlik, kirşan və göz kölgələri kimi digər dekorativ kosmetika vasitələrindən necə və nə dərəcədə istifadə etmək isə sizin öz işinizdir. Lakin diqqəti çox cəlb etməməsi üçün ənliyi və kölgələri açıq rəngdə etməyə çalışın. Tuş yenə də qadınların ən yaxın dostu olacaq. Saç rənglərində təbii və tünd çalarlar üstünlük təşkil edir. Ancaq bu, sarışın qadınların imicinə qətiyyən xələl gətirmir. Qardirobumuza yenilik gətirmək üçün payız mövsümündə nələrin dəbdə olacağına bir də nəzər salaq. Payız modasında geyim * Paltar Mini ətəklər, düzbucaqlı və A siluetli paltarlar, qrafik naxışlar, parlaq rənglər, laklı dəri, iri detallar, modernləşmiş ekstravaqant dəstlər, vodolazkalar, sarafanlar, velivet pencəklər, dar və qısa şalvarlar, qısa və dar gödəkçələr. * Ayaqqabı Biz burunlu, çox alçaq "şpilka" dabanlı ayaqqabılar, küt burunlu, qısa boğazlı payız çəkmələri, alçaq dabanlı, düzbucaq burunlu tuflilər. * Aksessuarlar Şəffaf olmayan tünd rəngli kalqotkalar, hündür, dairəvi ətraflı şlyapa və papaqlar, iri plastik haşiyəli eynəklər, laklı dəridən ekstrovaqant dizaynlı, qart çantalar. Təbii ki, həmişə olduğu kimi,ÿbudəfə də qardirobunuzun əsas amili şəxsi əlavələriniz və zövqünüzdür. Sizə yaraşmayan geyim ən dəbli olsa belə, onu unudun! Yeni mövsümdə uğurlu seçim arzu edirik.Mənbə Bizim Əsr jurnalıHəmçinin bax: 2010-cu ilin payız modasında əsas rənglər Payız paltarları (fotoşəkillər)
['payız modası', 'moda', 'moda tarixi']
6,447
https://kayzen.az/blog/mizantrop/2415/s%C9%99feh-apar%C4%B1c%C4%B1lar-v%C9%99-jurnalistl%C9%99r.html
Səfeh aparıcılar və jurnalistlər
mizantrop
Bloq: mizantrop
3 iyul 2010, 23:52
Azərbaycan dilini ən yaxşı Xəzər TV-nin aparıcıları və redaktorları bilir. Onların verilişlərində səhv tapmaq qeyri-mümkündür. Şopen əvəzinə Şapen deyib öz intellektlərini göstərən AzTv müxbirlərindən fərqli olaraq fərqli olaraq bu kanalın işçiləri qətiyyən səhv etmir.Onlar bilir ki, pensiya kartı və penisiya kartı eyni şeydir: Özlərini professional saysalar da,ANS işçilərində aparıcılıq qabiliyyəti,diktorluq qabiliyyəti ən pis səviyyədədir. Afət Telmanqızı adlı bir jurnalistinin rus dilində səlis danışması isə dillər əzbəridir.Rus dili bilmirsənsə danışmaq vacibdir? Gərək özünü rüsvay edəsən? İstəyənlər həmin anlara qulaq asa bilər.Afət Telmanqızı rus dilində danışa bilmir Telekanlların hamısında ləhcə səhvləri var. Corc Buş əvəzinə Dzordz Buş Ukrayna əvəzinə Ukrayniya Amerika əvəzinə Amerka Presdent yaxud prezdent demək adi hal alıb. Avstriya əvəzinə Avstraliya deyəni məcburi şəkildə qadın alverinə cəlb etmək lazımdır. Çünki Motsartın vətəniylə kenqurunun vətəni ayrıdır. Atlantida qədimdə Atlantik okeanda olmuş mifik bir ölkədir. Antarktida isə dünyanın 6 materikindən biri. Təzə təbə minmiş amplua əvəzinə ampula deyənlər isə adamı lap əsəbiləşdirir. Ampula ayrı şeydir,amplua ayrı. Jurnalistlərin və aparıcıların səhvləri hər yerdə olur. Hətta böyük jurnalistika məktəbi olan Rusiyada belə турнир Большого шлема əvəzinə турнир  Большого члена deyənlər olur. Amma onlarda bu çaşqınlıqdan olur.Azərbaycanda isə savadsızlıqdan. Dəqiq,qərəzsiz və vicdanlı şəkildə ANS  jurnalistləri dünya ölkələrinin prezidentlərini də dəyişə bilir: Telefirdə ən böyük kuryezlərdən biri də bu sayılır: AzTv-də işləyən birisi Amerikanın Hyuston şəhəri əvəzinə Huyston demişdi. Хьюстон əvəzinə Хуйстон!Qeyd. Yazının hazırlanmasında disput.az forumunda verilən materiallardan istifadə edilib. Nəticə: Az səviyyəsiz televiziya verilişlərinə baxın. Vaxtınızı daha faydalı şeylərlə keçirin. Məsələn, mənim yazılarımı oxumaqla.
['aparıcı', 'jurnalist', 'diktor', 'aşibka']
6,448
https://kayzen.az/blog/kontinent/2203/c%C9%99nubi-amerika.html
Cənubi Amerika
2ral
Materiklər və qitələr
1 iyul 2010, 23:53
Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib. Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir. Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı. Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti). Tədqiqi ilk dəfə 1498-çi ildə X.Kolumb, sonralar A.Vespuççi, burada olub. A.Humbolt — And dağlarında yüksəklik qurşağını müəyyən etmiş, ilk dəfə materikin geoloji xəritəsini tərtib etmiş və soyuq cərəyanların qərb sahil rayonlarının iqliminə təsir etdiyini müəyyənləşdirmişdir.Cənubi Amerikanın relyefiCənubi Amerikanın ən hündür zirvəsi Akankaqua dağı (6960 m), ən alçaq yeri Valdes yarmadasındadır (Salinas-cikas gölü -40 m). Relyefinə görə Cənubi Amerika 2 hissəyə bölünür; Şərq və Qərb hissə a) Şərq hissə platforma üzərindəki düzənliklərdən ibarətdir. Burada vulkan və zəlzələlər olmur. Platformanının qalxan hissəsində Braziliya və Qvineya yaylaları, platformanın çökən sahələrində Amazon, Orinoko, La-Plata ovalıqları yerləşib. b) Qərb hissəsi 2 litosfer tavasının toqquşması nəticəsində yaranıb. Okean tipli tava materik tavasının altına girmiş, nəticədə And dağları (mənası mis deməkdir) yaranıb. Bu dağlar dünyanın ən uzun dağ sistemi olub Cənubi Amerikanın qərbində meridianal istiqamətdə uzanır. Alp qırışıqlığı nəticəsində yaranan bu dağlar cavan olduğundan burada tez-tez zəlzələ və vulkanlar olur. Vulkanları Kotopaxi, San-Pedro, Ruis. Faydalı qazıntıları. And dağlarında mis, qalay, dəmir filizi, qurğuşun, nikel və sink çıxarılır. Braziliya və Qviyana yaylalarında- dəmir filizi, qızıl, manqan, nikel, almaz; Amazon, Orinoko və La-Plata ovalığında neft, qaz yataqları mövcuddur. Çilidə təbii gübrə – çili şorası (selitra) hasil edilir.Cənubi Amerikanın iqlimiAfrikanın iqliminə oxşayır. Cənubi Amerikanın iqliminə Atlantik okeanının təsiri çoxdur. Cənubi Amerika ən rütubətli materikdir. Yüksək rütubətli və çox quraq məntəqələr vardır. Amazon ovalığı  dünyanın ən rütubətli yerlərindən biridir. Buraya 2500-3000 mm yağıntı düşür. Atakama səhrası dünyanın ən quru səhralarındandır. Bura ildə 2-3 mm yağıntı düşür.Bu okeandan gələn rütubətli hava kütlələri maneəsiz olaraq materikin şərqindən daxilinə doğru irəliləyir. Passat küləkləri Cənubi Amerikanın şərq sahillərinin iqliminə güclü təsir göstərir. Cənubi Amerikanın qərbində And dağları yerləşdiyindən Sakit okeandan gələn hava kütlələri materikin daxilinə doğru hərəkət edə bilmir. Cənubi Amerikanın əsas hissəsi ekvatorial və subekvatorial iqlim qurşaqları daxilində yerləşdiyindən o, dünyanın ən rütubətli materiki sayılır. Cənubi Amerikada aşağıdakı iqlim qurşaqları var; 1. Ekvatorial qurşaq –Amazon ovalığının əsas hissəsini əhatə edir. Il boyu isti və rütubətlidir. 2. Subekvatorial qurşaq (2 dəfə) — materikin ekvatorial qurşağının şimalında və cənubunda qalan hissəsini əhatə edir. Burada yayda ekvatorial (isti, rütubətli); qışda tropik (isti, quru) hava kütlələri hakimdir. 3. Tropik qurşağın 2 yarım tipi var; a) rütubətli tropik iqlim — materikin şərqindəki Braziliya yaylasında hakimdir. Bura il boyu Atlantik okeanından tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili hissəsi üçün səciyyəvidir. Buranın qışı quraq, yayı yağıntılıdır. Sakit okeanındakı soyuq Peru cərəyanının təsiri nəticəsində sahildə Atakama səhrası yaranır. 4. Subtropik iqlim-Braziliya yaylasının cənubunu, Parana və Uruqvay çayları sahilini əhatə edir. Yayı isti, qışı mülayim, rütubətli olur. 5. Mülayim iqlim –materikin cənub hissəsini əhatə edir. Qərb hissədə mülayim- dəniz, şərqdə mülayim-kontinental iqlim tipi səçiyyəvidir. Çaylar Cənubi Amerikada yağıntı bol olduğundan o, dünyanın ən bol sulu materikidir. Materikinin qərbindəki And dağları suayrıcı rolu oynadığından ən iri çayları — Amazon, Parana və Orinoko Atlantik okeanına tökülür. Amazon –Cənubi Amerikanın ən uzun, dünyanın isə ən bol sulu, dərin və enli çayıdır. Sahəsi 7 mln km2, uzunluğu 6400 km-dir. Çayın orta eni 20 km, maksimum eni 80 km-dir. Çoxlu qolu olan və yağışla qidalanan Amazon çayı ilə 2 dəfə (may-iyun və noyabr) bol sulu, avqust-sentyabr ayında isə ən az sulu olur. Düzən ərazidən axdığından üzərində astana və şəlalələr yoxdur. Qabarma-çəkilmə hadisəsi və okean cərəyanlarının təsiri nəticəsində bu çayın mənsəbində delta yaranmır. Çayda delfin və timsahlar yaşayır. Parana çayı-materikin 2-ci böyük çayıdır. Uzunluğu 4700 km-dir. Bu çayın qollarından biri üzərində dünyada məşhur olan Iquasu şəlaləsi yerləşmişdir. Orinoko çayının uzunluğu 2574 km-dir. Onun qollarından biri üzərində dünyanın ən hündür şəlaləsi olan Anhel yerləşib. Gölləri. –azdır. Ən böyük gölü Marakaybo materikin şimalında Karib dənizi sahilində yerləşib. Laqun (yəni dəniz) mənşəlidir. And dağlarında yerləşən Titikaka gölü dünyanın ən hündür dağ gölüdür.Cənubi Amerikada təbii zonalar1) Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. Torpaqları qırmızı-sarı ferraritdir. Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. 2) Savanna materikinin şimalındakı savannalar lyanos (ispanca düzənlik deməkdir) adlanır. Bu savannaların qırmızı-ferrarit torpaqları üzərində hündür otlarla yanaşı palma və akasiya ağacları bitir. Materikin cənubundakı savannalar kampos (portuqalca düzənlik deməkdir) adlanır. Torpaqları qırmızı-qonur, ağacları daha azdır. Cənubi Amerika savannaları Afrika savannalarından heyvanat aləminin kasıblığı ilə fərqlənir. 3) Çöl zonası-subtropik iqlim qurşağını əhatə edir. Pampa (meşəsiz düzənlik deməkdir) adlanır. Torpaqları qaradır. Yağıntıları boldur. 4) Yarımsəhralar — materikin cənubunda yağıntıların az olduğu mülayim iqlim qurşağında yayılıb. Bu ərazi Pataqoniya adlanır. Soyuq Peru cərəyanın təsiri ilə Sakit okean sahilində Atakama səhrası yaranır. And dağlarında yüksəklik qurşaqlarının sayı və tərkibi bu dağların hansı enlikdə yerləşməsindən asılıdır. Ekvator yaxınlığında hündürlüyə doğru getdikcə aşağıdakı təbii zonalar yaranır; ekvatorial meşələr-dağ meşələri-yüksək dağ meşələri-dağ çəmənləri (paramos adlanır)-qar və buzlaqlıqlar. Subtropik qurşaqda yüksəklik qurşağı aşağıdakı kimi mövcuddur: yarımsəhra-cod yarpaqlı meşələr-fıstıq ağaclarından ibarət yarpağını tökülən meşələr-alp çəmənləri-buzlaqlar. And dağlarında dünyanın ən iri və yırtıcı quşu olan kondor yaşayır. Cənubi Amerika-kartof, pomidor, qarğıdalı, günəbaxan, bibər, vanil, kakao, ananas və balqabaq kimi bitkilərin vətənidir. Problemi: Dünyanın «ağ ciyəri» adlanan ekvatorial meşələrin qırılması. Cənubi Amerikanın əhalisi -300 mln nəfərdir. Amerikanın yerli əhalisi monqoloid iqrinə mənsub hindilərdən ibarətdir. Amerika kəşf olunduqdan sonra bura Avropadan avropoid irqinə mənsub əhali gəldi. Afrikadan isə neqroid irqinə mənsub zəncilər gətirildi. Sonralar bu 3 irqin nümayəndələrinin qaynayıb-qarışması nəticəsində aşağıdakı nəsillər yarandı. 1. Avropoid+hindu=metis 2. Avropoid+zənci=mulat 3. Zənci+hindu=sambo Metislər materikin qərbində, mulat və sambolar şərqində yaşayır. Cənubi Amerikanın əhalisi And dağlarının mərkəzi yaylalarında və materikin şərqində daha sıx, materikin qərbində və ekvatorial meşələrdə isə seyrəkdir. Cənubi Amerikanın yarıdan çoxunu 2 ölkə – Braziliya və Argentina tutur.
['Cənubi Amerika', 'Amazon', 'Latın Amerikası', 'materik', 'Cənubi Amerikanın coğrafiyası']
6,449
https://kayzen.az/blog/bloq%C3%A7u/2396/ist%C9%99diyini-%C9%99ld%C9%99-et.html
İstədiyini əldə et
bloqçu
Bloq: bloqçu
1 iyul 2010, 13:09
“Geriyə boylananda” adlı bir yazı yerləşdirmişdim.  Əslində ordakı məğzdən yola çıxaraq çox misallar çəkmək olardı və bu gün burda yazacağım yazını da qısaca olaraq orda qeyd etmək olardı, amma istədim ki bunun barəsində ayrıca mövzu olsun. Belə ki, biz məktəb bitirərkən düşünürük ki, ali təhsil ocağına sənəd verək, imtahanlardan uğurlu nəticələr əldə edək və qəbul olaq. Çoxları artıq nəyi istədiklərini çox yaxşı bilirlər, çoxları isə yox. İkinci halda olanlar üçün əsas olan universitetə qəbul olmaqdır. Hansı qrupun, hansı sənətin olması önəmli deyil. Əsas odur ki, qəbul olsunlar. Özü də ən maraqlısı da budur ki, oxumayanlar bir yana, oxuyan uşaqlar içində də belə hallara çox rast gəlinir.Qəbul olmama qorxusu, keçid balının çoxluğu, valideynin təkidi və ya indi hansı sahədə yaxşı pul var və s. səbəblərdən dolayı hara gəldi qəbul olmaq istəyirlər.  Amma bir anlıq dayansalar, gözlərini yumub həqiqətən də nə istədiklərini düşünsələr... Mən əminəm ki içlərindəki hiss onlara çox gözəl yol göstərəcək və o da öz istədiyini seçəcəkdir. Sabahkı gəlcək bu günkü seçimdən asılıdır. Sən bu gün yaşayırsan və sabah da inşallah qarşında gələcək var və sən təsəvvür et ki, sən bu gələcəyini istəmədiyin işə sərf edərək yaşayacaqsan. Yorula-yorula, bezə-bezə. Halbuki istədiyin sənnətə yiyələnib, sevdiyin, sənə maraq verən bir işlə məğul olsan necə də yaxşı olar.Düzdür indi “əsas odur ki qəbul olum” fikri daha çox da o səbəbdən yaranır ki, diplomun elə də önəm daşımadığını düşünürük. “Əsas diplom olsun, mən özüm harda istəsəm işləyə bilərəm!”  Bizim bəlamız da elə burdan başlayır. Biz daima rüşvəti pisləyirik, amma bunuözümüz üçün gərəkli sayır, öz həyatımızda buna yol açır və beləliklə, özümüz yerə batır, rüşvətin başını bir az daha uca edirik, elə ucalıq ki, onu sonra yerə salmaq çətin gəlir. Daha sonra da ki, sənətə yaxşı bələd olmamış bir işə başlayıb, hər şeyi üzümüzə-gözümüzə bulaşdırırıq. Çünki ciddi sahələrdə ciddi və dəqiq olmalısan, məsuliyyətli və vicdanla davranmalısan. Amma biz savad yetərsizliyindən o işə qurşanırıq, sonrası da ki hamımıza bəllidir... Hər nə isə deyəsən yavaş-yavaş mövzudan yayınıram. Qayıdaq bəhsimizə. Mənim əziz bir adamım Rusiyada biologiya üzrə ali təhsil aldı, daha sonra magistraturasını bitirdi. Hələ ona məsləhət görürdülər ki aspiranturaya da versin. Amma vermədi. Qəti şəkildə etiraz elədi. Çünki artıq magistrlıq dərəcəsini oxuduğu müddətdə belə o bezmişdi, yorulmuşdu, həvəssiz idi. Deyirdi ki, “4 il getdim mənə lazım olamayan bir sahəyə yiyələndim. Sonra magistraturasını davam elədim. Amma həvəssizcə...saatları, günləri sayırdım ki, bu nə vaxt bitəcək. Halbuki universitetə qəbul olanda elə sevinirdim ki...” Onun üçün də əsas qəbul olmaq idi. Təhsilini də, diplom işlərini də uğurla başa vurmuşdu. Amma indi çox peşmandır, deyir ki, “mən ömrümün 6 ilini itirdim, mən indi gedib bioloqmu olacağam, yoxsa biologiya müəlliməsimi? Xeyr, mən bu sahələri istəmirəm! O vaxt ərzindəki mən o sahəni oxudum, mən elə bir sahəyə yiyələnə bilərdim ki, indi o sahə üzrə də işləyərdim!” Baxıb görürsən ki düz deyir. Geridə buraxdığı illərə, o illərdə keçirdiyi sıxıntılara, həvəssizliyə hayıfı gəlir və mən onu çox yaxşı başa düşürəm.Geriyə boylananda adam çox şeyləri götür-qoy edir, çox şeyləri dəyişmək istəyir, amma geriyə ancaq boylana bilirsən, geridə qalanlarını isə dəyişmək iqtidarında deyilik. Bu mümkünsüz bir şeydir. O vaxt ğtdü getdi artıq, indi gələcəyə boylanmaq lazımdır. İstərdim ki, ali təhsil ocaqlarına sənəd verəcək olanların hamısı istədikləri sahəni seçsinlər və oxusunlar. Bununla onlar həm özlərinə xeyir vermiş olarlar, həm də cəmiyyətə.Çalışın ki, istədiyinizi, sevdiyinizi əldə edə biləsiniz, əks halda əldə etdiyinizi sevməli olacaqsınız. (Bernard Şou)
['ali təhsil', 'sevmədiyin sahə', 'abituriyent', 'ixtisas seçimi']
6,450
https://kayzen.az/blog/porno-yaxud-erotika/2397/seks-terminologiyas%C4%B1-1.html
Seks terminologiyası-1
Wizard
Pornoqrafiya və erotika
30 iyun 2010, 15:21
Seks terminləri,seks lüğəti.XXX Terminologiya A-C 3 Some  və 4 Some - uyğun olaraq 3 və 4 iştirakçı ilə qrup seksi (Групповой секс) A2M(Ass To Mouth) - arxadan  ağıza All sex - seksin bütün növlərindən istifadə edilir                                                      Amateur - qeyri-professional modellər Anal  - arxa qapıdan.Anal yolla seks Anal Beads - oyuncaq növü.Arxa dəliyə daxil olunmaq üçün oyuncaq Animals (zoo) - Azərbaycanda kənd rayonlarında geniş istifadə olunur (qoyun və eşşək). Lakin dünya praktikasında, aktiv rolda heyvanlar (it, at, eşşək) çıxış edirlər. Anime (Hentai anime) - Erotik şəkillər və multiplikasiya videoları (Yaponlarda) Babes - Gözəl qızlar, studiya çəkilişi, yüksək keyfiyyət (DVD və ya HD)                                                  Barebacking - 1. Kontraseptlərsiz seks 2. Gey slenqdə - kontraseptlərsiz anal seks Barely Legal - Təzəcə 18 yaşı olmuş (İnanmağım gəlmir J Bbw - Böyük, gözəl qadınlar (Orta yaşlı qadınlar) BDSM -bondaj,dominantlıq,sadism və mazoxizm Bestiality - heyvanlarla sex Bi (bisexual) - Biseksualların iştirakı ilə sex. (İndiki halda 99.9% geylərin iştirakı ilə) Bizarre - iyrənc seks                                                                                                     Ebony - Afrika və afroamerikalıların iştirakı ilə cinsi əlaqə Blowjob  - oral sex Body Builders - Əzələli geylər Bondage - Yapon bədii incəsənət nümunəsi (Kəndirlə bağlama) Booty -  slenqdir, mənası arxa deməkdir CFMN -çılpak kişi, paltarda qadın (daha çox oral sex) Caning - Spankinqin bir növü (taxtadan istifadə) Cheerleaders -  Futbol və digər yarışlarda dəstək qrupundan olan qızlarlaı Bu terminlərin izahını daha geniş formada növbəti hissələrdə verməyə çalışacağıq! Xahiş olunur mənəvi tərəflərli barədə fikir bildirməyəsiniz!Əgər terminlə razı deyilsinizsə, sübut gətirərək iradınızı bildirin və biz də araşdıraq :)
['porno', 'terminlər', 'seks haqqında', 'seksual mədəniyyət']
6,451
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/2393/ayl%C4%B1q-icmal-30-iyun.html
Aylıq icmal-30 iyun
admin
kayzen.az saytının rəsmi bloqu
30 iyun 2010, 11:39
Neftin qiymətinin bahalaşdığı, Türkiyə-İsrail münaqişəsi və s. məsələlərlə əlaqədar olaraq saytda köklü dəyişikliklər var. Bundan sonra saytda açıq qeydiyyat bağlanır,invayt (invite ingiliscə dəvətnamə deməkdir) sistemi tətbiq olunur. Saytda qeydiyyatdan keçmək üçün gərək invayt əldə edəsən. Tutaq ki mənim bir yaxşı dostum var və onun saytda qeydiyyatını uyğun bilirəm. Bundan sonra gərək İnvayt hesabımdan dostumun e-mailini əlavə edib ona dəvət göndərim. İnvaytı hər adama verib xərclərməyin. Onun sayı məhduddur. Elə adamlar var ki (onlar çoxdur) kayzendə qeydiyyatdan keçmiş dostu yoxdur yaxud dostu simiclik edib invaytı ona vermir. Bəs onlar neyləsin? Həmin insanların da arzusunu nəzərə almışıq. Saytda ancaq intellektual-mədəni səviyyəsi yüksək olan istifadəçilərin qalması üçün belə fikirləşmişik ki,qoy həmin adamlar xüsusi formda suallara cavab versin. Onların verdiyi cavablardan asılı olaraq onların kayzendə qeydiyyatdan keçib-keçməməsi məsələsinə baxılacaq. Saytda təmizlik işlərinə başlanılır. Saytda qeydiyyatdan keçmiş bir çox insanların hesabı silinir. İndiyə kimi heç bir şərh yazmamış, saytda faydası olmayan insanların qeydiyyatda qalması məqsədəuyğun sayılmır. Ramzesin bir vaxtlar dediyi kimi artıq kayzendə də yalnız qız tutmaq üçün qeydiyyatdan keçib düşük mesajlar göndərən, loginindən belə səviyyəsizliyi bilinən istifadəçilər bizə lazım deyil. Onların çoxunun hesabı silindi. Dünən 150-dən çox istifadəçinin hesabı silindi. Yaxın vaxt ərzində saytda qeydiyyatdan keçmiş istifadəçilərin sayı yavaş-yavaş azalacaq. Saytda qapalı qeydiyyata keçməsi ilə əlaqədar olaraq aylıq reytinq yarışdırması dayandırılır. Təmizlik işləri hələ də davam edir. Bir çox istifadəçilərin klonları aşkarlandı. Yaxşı olar ki,klon yaratmış istifadəçilər [email protected] səmimi şəkildə klonlarının hesablarını göstərsinlər. Onlara qarşı heç bir sanksiya olmayacaq. Bundan sonra içində 3-dən çox şərh olan yazıları müəlliflərin silməməsi tələb olunur. Başqasının fikir bildirdiyi yazını silməklə müəyyən qədər həmin istifadəçinin özünə də hörmətsizlik edilmiş olur. İndi keçək ayın nəticələrinə. Bu ayın reytinq yarışmasının qalibi kimi 250 dollar mükafatı papatürk alır. Lakin bu ay bloqçu çox aktiv olmuşdur: mikrobloqda və fərdi postlarda göstərdiyi fəallığa görə bloqçuya sayt administrasiyası 100 AZN mükafat verir. 100 AZN də saytda fəallıq göstərməsə də, kayzen icmasına çox böyük köməyi dəymiş telebe yoldaşımıza çatır. Tezliklə çalışacağıq ki,onun işinin nəticəsini saytda görək. Bu ay saytda aktivliyi ilə fərqlənmiş ramzesin fikirlərinə aqressiv yanaşmalar da oldu. Xahiş olunur bundan sonra hamı fikir bildirərkən ehtiyatlı olsun. Onsuz da azıq. Durub öz aramızda da dava etməyə nə ehtiyac? Bundan sonra saytda qeydiyyat çətinləşdiyi və saytın öz istifadəçiləri aralarında daha mütəşəkkil olacağı üçün istifadəçilər bir-birinə sən deyə müraciət edə bilər. Siyasi lətifələr adlı bloqun yaranması təklifinə rədd cavabı verilir.  Əvəzində əhvali-ruhiyyəni yüksəltmək üçün bir bloq yaradılması planlaşdırılır. Sayt istifadəçilərinin çoxu (xüsusilə də aktiv istifadəçilər) yay tətilindədir. Çalışın istirahətinizi yaxşı və mənalı edin. Kitablar oxuyun,maraqlı filmlərə baxın, sağlamlığınıza fikir verin. Gördüyünüz maraqlı təəssüratları tez-tez bloqlarda və mikrobloqda qeyd etməyi unutmayın.
['kayzen.az rəsmi anonsu']
6,452
https://kayzen.az/blog/bloq%C3%A7u/2389/geriy%C9%99-boylananda.html
Geriyə boylananda...
bloqçu
Bloq: bloqçu
30 iyun 2010, 01:05
Deyirlər ki, şairlər, yazarlar otuzundan (30 yaşından) sonra daha gözəl əsərlər yaradırlar. İndi bilmirəm bu nə dərəcədə doğrudur, nə dərəcədə yox, hər halda bir fikirlə razılaşmamaq mükün deyil ki, insan yaş ötürdükcə həyatdan daha çox şey öyrənmiş olur. Bilik qazanır, dünya görüşü artır, maraq dairəsi genişlənir və beləliklə insan daima öz zövqünü də tərbiyələndirmiş olur.Keçənlərdə 3-4 il bundan öncə getdiyim bir toyun video çəkilişinə baxırdım və özümü görəndə istəyirdim ki, o kaseti tez dayandırıb, yox edim. Halbuki həmin toy anbaan xatirimdədir. O taya elə hazırlaşmışdım ki... Geyimim, saç düzümüm- bunların hamısına zövqlə, xüsusi həvəslə yanaşmışdım və o vaxt elə zənn edirdim ki, çox gözəl görünürəm. Amma indi o görüntülərdən dolayı özümə o qədər gülürəm ki... Düzdür, hər zamanın bir hökmü var və moda özü də daim dəyişiləndir. Bəlkə də o vaxt o geyimlər dəbdə idi, indi isə yox. Yaxşı axı mən ancaq özümə yaraşanı, öz bəyəndiyimi geyinirəm. Bəs onda necə? Burda ki, modanın bir təqsiri yoxdur. Sadəcə olaraq fikir vermişəm biz bir ifadəni çox tez-tez işlədirik: indiki ağlım olsaydı...  Burdan da öz-özlüyümdə xoş bir fikir yaranır, “düşünürəmsə deməli yaşayıram” və dünənki halımı bu gün bəyənmirəmsə deməli zövqüm də düşünür, deməli genişlənirəm, deməli özümü artırıram və bu  mənim xoşuma gəlir. Buna tək geyim-keçim barəsində yox, bir çox hallarda rast gəlirəm ki, o vaxtki düşüncələrim ilə indikilər arasınada çox fərq var.Düzdür, təəssüflə anılacaq hallar da az olmur. Məsələn xarici görünüş bir yana, bəzən ola bilər ki, həyatda elə səhvlər buraxılır ki, artıq sən nə qədər peşmançılıq keçirtsən də bir faydası olmaz. Daha doğrusu bir fayda var ki, dərs almış olursan, amma itiriləni geri qaytarmaq olmur. Şükr Allaha ki başıma belə ciddi bir iş gəlməyib, amma sənətlə, təhsillə əlaqədar düşünsək, adama elə gəlir ki, sən başqa yolu da seçə bilərdin. Ürəyin istədiyini. Hər halda “olacağa və öləcəyə çarə yoxdur”. Səhvlərimizlə, düzlərimizlə yaşayırıq. Səhvlər də insana məxsusdur. Biz çox şeyi bununla da öyrənmiş oluruq. Odur ki, əgər nədənsə dərs alır, nədəsə düzəliriksə, irəli gediriksə bu çox sevindirici bir haldır. Yaşasın inkişaf!
['zövqün inkişafı', 'inkişaf', 'ağıl', 'təkamül']
6,453
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1856/haynts-vilhelm-quderian.html
Haynts Vilhelm Quderian
papatürk
böyük hərbi xadimlər
29 iyun 2010, 23:33
Prussiya zabiti ailəsində doğulan Xaynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək,Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı. Nəticədə onu ən yaxşı zabitlərdən biri kimi Birinci Dünya müharibəsindən sonra yeni yaradılan alman ordusu üçün seçdilər. O, ordu başçılarına öz konsepsiyası barədə məlumat verdi. Lakin ali hərbçilər bu konsepsiyanı qəbul etmədilər. Çünki bunun üçün ordu quruculuğunu tamamilə dəyişməli, hətta hərbi sənayeni başqa bir tərəfə yönəltməli idilər. Üstəlik, tank diviziyaları atıcılıq diviziyalarından qat-qat baha başa gəlirdi.Quderian illərlə gözləməli oldu. Və nəhayət, Hitler hakimiyyətə gələndə polkovnik Quderian öz konsepsiyasını tankların iştirak etdiyi təlim əməliyyatları ilə fürerə nümayiş etdirdi. Ona öz ilk tank batalyonunu, sonra isə diviziyasını yaratmağa icazə verildi. Aydın idi ki, mobil tank orduları ilə hər hansı düşmən gözlənilməz və effektli hücuma məruz qala bilər. Bunun üçün Quderian Füllerin nəzəriyyəsinə "Blitskriq" konsepsiyasını da əlavə etmişdi. Bütün alman hərb maşınında ən çox bu sahəyə diqqət verilirdi. Və 1939-cu ildə artıq beş tank diviziyası hazır idi. Elə həmin zirehli tank ordularının baş komandanı general Quderiana da Polşaya girmək əmri verildi. O, sentyabrın 1-də sərhədi keçib cəmi dörd günə Polşa ordularının müqavimətini qırdı və sentyabrın 16-da bu böyük ölkə təslim oldu.Yalnız bundan sonra Almaniyada hərbi-ictimai rəy tamamilə dəyişdi. İndi artıq heç kim tank diviziyalarının qarşısıalınmazlığına şübhə etmirdi. Amma əlbəttə, bir şərtlə, havadan müdafiə şərti ilə. Ona görə ilk növbədə düşmənin hava hücumu texnikasını, yəni aviasiyasını məhv etmək lazım idi. Hitler generalı mükafatlandırıb 1940-cı ildə general-polkovnik rütbəsi ilə tamamilə gözlənilmədən Qərb cəbhəsinə göndərdi. Quderian 13-15 mayda general Reynxard və Fon Kleytslə bərabər Sedana doğru irəlilədi. Fransızların doqquzuncu ordusu büsbütün məhv edildi. 80 kilometr məsafə qət edilib Sedan alındı. Mayın 21-də Quderian Bulonu aldı və sonra Britaniya ekspedisiya korpusunu əsir götürdü. Mayın 25-27-də Belçika kralı III Leopold təslim oldu. Mayın 28-də Quderiana gözlənilmədən dayanmaq əmri verildi. Bununla da Hitler İngiltərə aviasiyasına əl-qol açmağa imkan verdi. Nəhayət, iyunun 5-də Hitler yenidən hücum göstərişi verdi. General-polkovnik Quderianın tank diviziyası Fransanın ortasından cənubuna doğru elə sürət götürdü ki, qabağına çıxan bütün orduları əzib iyunun 13-də Parisə daxil oldu. Yalnız bundan sonra Almaniya üzünü Şərqə, qədim və qart düşmənlərinə - Rusiyaya qarşı çevirdi. Quderian Füllerdən blitskriqi Rusiya üzərində tətbiq etmək üçün əmr aldı və daha bir neçə generalla cəmi bir neçə aya bu nəhəng hərbi imperiyanın inadını qırıb milyona qədər əsir alaraq yanvarda gəlib Moskvaya çatdı. Amma birdən-birə gözlənilmədən, fəlakətli halda yorğunluğu bəhanə gətirib paytaxta həmləni yubatdı. Nəhayət, ordu generalı ƏLAHƏZRƏT QIŞ göndərdiyi 46 dərəcə şaxta ilə Quderianın qalibiyyətli ordusunu sıradan çıxartdı (Böyük Vətən müharibəsində dönüş). Qalib dövlətlər 1945-ci ildə sırf hərbçi olduğunu nəzərə alıb Nürnberq prosesində Quderiana güldən də ağır söz demədilər. Mənbə: Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Quderian', 'alman sərkərdəsi', 'Guderian Heinz']
6,454
https://kayzen.az/blog/bloq%C3%A7u/2387/reklam.html
Reklam
bloqçu
Bloq: bloqçu
29 iyun 2010, 21:28
Bu reklam “çıxardanı” o qədər söyənlər olub ki? Yaşlılar, nənələr, babalar, atalar, analar, hətta bir verlişə maraqla baxdığı zaman onun bölündüyünə əsəbləşən gənc nəsil belə.Reklam televiziya, qəzet, radio, internet, kino, verliş və s. xasitələrin yolu ilə müxtəlif malların və xidmətlərin insanlara tanıdılmasıdır. Təbii ki, burda məbləğ söhbəti də böyük rol alır. Peşəkar, bir sfera saılmasa da reklam yayılma, tanıdılma sahəsində böyük qüvvəyə malikdir. Reklam alıcıya öz seçimində çox geniş təsir gücünə malikdir.Bizlər bir filmi və ya verlişi izlədiyimiz zaman onu reklam böləndə nə qədər əsəbləşsək də xeyri yoxdur. O reklam bu gün var, sabah da olacaq,hətta artacaq da. Müxtəlif firmalar verlişlərə sponsorluq edərək öz mallarını insanların diqqətinə buraxaraq reklam edirlər və bu da öz növbəsində geniş tanıtıma səbəb olur. Təbii ki, o firmalar da bu yolla uduzmurlar. Yoxsa reklam günümüzdə bu qədər önəmli yer tutmazdı ki. Hər hansısa bir mal reklamda diqqətə buraxılır, tanıtılır, təriflənir və insanlar da bu malın yaxşı olduğunu düşünüb məhz onu əldə etmək istəyirlər və yaxud da mal olmasın olsun xidmətlər. Əslində reklamı yaradanı söyüb batırsaq da belə görünür ki, reklamın özünü də bir sənət sahəsi adlandırmaq olar. Reklam üzərində görülən işlər heç də helə-belə işlər deyil və buna zaman, diqqət və pul sərf olunur. Reklam elə hazırlanmalı, elə çəkilməlidir ki, o yadaşlarda qala bilsin, həm də yaxşı qala bilsin. İnsanı inandıra bilsin, insanda o mala qarşı etibar yaratsın. Axı reklamın işi tək tanıtmaq deyil, burda həm də tələbat da önəmlidir. Hər halda ya yalan ya gerçək - əgər bir malın keyfiyyəti çox pisdirsə, reklam üzərində işləyən şirkət bunu pisləyə bilmir, o mütləq onu şişirdəcək və tərifləyəcəkdir. Bu da ki o işi qurub, keyfiyyətsiz mal buraxanların vicdanına qalıb. Hər halda reklam üzərində işləyən, bu işi ərsəyə gətirən də bu yerdə mənfi qarşılanır, amma o sadəcə bir dizaynerdir. Yaxşı, keyfiyyəti, vicdanı qoyaq bir kənara. Onsuz da bu sahədə çalışanların özlərini də tərifləmək yersizdir. Çünki bəzən elə reklamlar görürsən ki, adamın ürəyi bulanır. Başa düşmək lazımdır ki, bu iş milyonların gözü önünə çıxarılacaq bir işdir. Burda qabarıqlığa, şişirdilməyə ehtiyac yoxdur. Bacarırsan reklamı elə hazırla, elə qoş ki o həqiqətən də insana təsir etsin. Yoxsa boş-boş görüntülərlə bir iş düzələn deyil. Sadəcə ucuz bir tanıtım ola bilər. Yuxarıda dedim ki, reklam alıcıya öz seçimində çox geniş təsir gücünə malikdir. Amma burda da istisnalar var. Hər reklama da reklam demək düzgün deyil.Nə qədər olar yuyucu vasitələrinin eyni tipli reklamını izləmək, nə qədər olar ki, bütün ev qadınlarının paltaryuyan maşını sına və ya başqa bir dövlətin çəkdiyi reklamı götürüb, ordakı mal ilə öz malınmı əvəz edib, tərcümə edib, efirə buraxırıq. Uşaqların adlarına da Saşa, Maşa yerinə Tofiq, Aytən adlandırırıq. Guya heç kim bilmir ki, bu reklam hansı dövlətin reklamıdır – orijinallıq yoxdur. Necə ki verlişlər kopyalanmış verlişlərdir, eləcə də reklamlar. Yaxşı, kopyalanmışları da qoyaq bir kənara dilimə belə gətirmək istəmirəm, amma demək məcburiyyətindəyəm – əminəm ki, hamınız görmüsünüz, o diş fırçası,  məcunu, diş dərmanı reklamlarıı varee, hansı ki,  orda ya qan göstərirlər, ya tüpürcək. Özü də iyrənc şəkildə – bunları kim düşünüb ərsəyə gətirir? Mən belə reklam görəndə o kanalı çevirmək məcburiyyətində qalıram, heç reklamı sonuna kimi izləmirəmdə ki, görüm o diş məcunu hansıdır, nədir.. Daha təbiilik, təbiilik dedik, demədik ki, vur öldür! Haqqında danışılası o qədər reklamlar var ki..Qısacası nəticə: reklamlarımızda nə orijinallıq var, nə təbiilik, nə də incəlik. Təbii ki istisnalar da var. İndi mən də reklam etmiş olacam, amma qeyd edim ki Azərcell-in bəzi reklamlarını çox bəyənirəm. Ən çox da səhv etmirəmsə sonuncu olanı: “bu səs bizim səsimizdir.” Bundan əlavə də fikir verirsən ki, tərifə layiqli olan işlər var, sadəcə ortalıqda mənfi sayılanlar da olmaya...
['reklam']
6,455
https://kayzen.az/blog/bloq%C3%A7u/2386/nahaqdan-dan%C4%B1%C5%9F%C4%B1b-haqq%C4%B1-danmayaq.html
Nahaqdan danışıb haqqı danmayaq
bloqçu
Bloq: bloqçu
29 iyun 2010, 19:41
Hər cəmiyyətin öz qaydası, hər mədəniyyətin öz sözü! Amma, dəyişməz bir şey var ki, o da insanlıqdır. Bəzən otururam və düşünürəm. Bizi və digər xalqları tərəziyə qoyuram. Pisliklər və yaxşılıqları ölçürəm. Bundan sonra da düşünürəm ki, görəsən biz nahaq danışaraq çoxmu haqsızlıq törədirik?Misal üçün götürək ailəni və valideyn-övlad münasibətlərini. Bəzən bu hadqa uzun-uzadı çox danışırıq və çox gileylənirik. Amma gərək yaxşını da deyək.Azərbaycanda ailənin cəmiyyətdə rolu və yeri çox önəmlidir. Ana və ata öz övladına bioloji və psixoloji sarıdan dərin bir duyğu, dərin hisslə bağlı olurlar. Sadəcə olaraq bizdə və eləcə də bəzi türk xalqlarında ailə anlayışı, valideyn-övlad münasibəti tamam fərqldir. Bizdə yaşımız nə qədər böyük olsa da anaya, ataya bağlılıq hissi daha möhkəmdir. Eləcə də valideynlərin övladına. Başqa xalqlarda olan münasibət ilə bizimkini müqaisə etsək çox fərqlər görərik. Bu da öz növbəsində təbiidir. Sadəcə olaraq bizdə qayğı, bağlılıq tamam başqadır. Bizdə valideyn övlad münasibəti müəyyən yaşa çatdıqdan sonra boşalmır, əksinə bütün ömrün boyu bu bağlılıq hökm sürür. Amerikalı və Yapon ailələr uşaqlarını fərqli şüurla böyüdürlər. Amerikalılar uşaqlarını müstəqil böyütməyə çalışır, rəqabətə dözümlü olmağı şlayırlar, Yaponlar isə əksinə ətrafı diqqətə alır, uşağı daha asıəlı vəziyyətdə böyüdürlər. Ruslar isə uşaqlarını həyata individual olaraq yetişdirirlər. Onlarda üstün hal budur ki, uşaq sosial cəmiyyətə daha tez uyğunlaşsın. Misal üçün övlad- istər qız, istər oğlan olsun – 17 yaşı keçdikdən sonra azaddır, eləcə də onların valideyni, bu yaşa çatdıqdan sonra uşaq öz həyatına, valideyn də öz həyatına baxır. Hər biri öz həyatını yaşamağa çalışır. Amma ortada bir məsələ var ki, adı keçən xalqlarda uşaqlara şəfqət, itaətkarlıq, fədakarlıq kimi hisslər aşıalnamır. Buna görə də zamanla onlar valideynlərinə qulaq asma, itaətetmə prinsiplərindən kənar olurlar. İndi söhbət gedəcək ki, azadlıq, filan... Amma burda söhbət azadlıqdan yox, məhz ailə abu-havasından gedir. Şəxsən mənimçün bizim ailə dəyərlərimiz çox qiymətlidir. Böyüyün kiçiyin yeri, hörmət, sevgi, qayğı, birlik.Bizdə küçədə biri yıxılsa belə ətrafda dayanan 10 nəfərdən 8-i mütləq yaxınlaşıb kömək edəcəkdir. Bəlkə də eşitmiş olarsınız, Rusiyada 17 yaşlı bir qız metropolitendə olarkən başı gicəllənmiş və ürəyi getmişdi. Bu vaxt o, dayanmış qatarın iki vaqonun arasına düşmüşdü. Sonra kameralardakı görüntülərdən məlum olur ki, o yıxılan vaxtda onun ətrafında olan iki nəfər onun yıxılmasına fikir verməyib  keçib getmişdilər. Qatar da hərəkət gəlmişdi. Qatar keçib getdikdən sonra həmin şəxslər gəlib baxdılar ki, görək qıza nə olub? Bu hansı insanlığa sığır ki? Faciənin xəbəri və video görüntüsü Mən demirəm ki, o millətlərdə hamı belədir, amma bizdə insanlara olan yaxınlıq, istilik başqa yerdə yoxdur. Bizdə qonşu münasibətləri də qohum münasibətləri kimi yaxındır.Bəzən ourub düşünürəm ki, bizim fəxr ediləsi dəyərlərimiz çoxdur, amma təəssüflər olsun ki baş alıb gedən mənfiliklərin, savadsızlığın, mədəniyyətsizliyin, rüşvətxorluğun dəli dalğası bütün qalan dəyərlərimizi yuyub aparacaq. Onsuz da bir çoxlarımız bu gün sabaha naümid yanaşırıq. Otururq beləcə, danışırıq, danışırıq, danışırıq – amma nə fayda?! Elə bil ki, hər şeylə barışmışıq. Amma içimizdə küskünlük var. Azərbaycan bizdən küsüb, biz də Azərbaycandan. Yox, biz bəzən nahaq danışmırıq!
['cəmiyyət', 'mədəniyyət', 'ailə', 'insanlıq']
6,456
https://kayzen.az/blog/islam-ve-aile/2384/evd%C9%99ki-dini-ab-hava-n%C9%99sih%C9%99t-4.html
Evdəki dini ab-hava - Nəsihət 4
mr13
İslam və Ailə tərbiyəsi
29 iyun 2010, 18:55
Evlərinizi qiblə edin!«Evlərinizi qiblə edin!» dedikdə burada evlərin namazgah və ibadətgah edilməsinə işarə edilir. Bu fikir aşağıdakı ayədə də öz əksini tapmışdır:«Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə [namazgah] edin, namaz qılın və möminləri [zəfərlə, Cənnətlə] müjdələyin!” – deyə vəhy etdik».İbn Abbas (r.a.) ayənin təfsirində buyurur ki, onlara evlərini məscidlərə döndərmək əmr edilmişdir.İbn Kəsir isə bu ayəni belə izah edir: «Firon və tərəfdarları tərəfindən Musa və onun xalqına gələn bəlalar şiddətləndiyi zaman və onlar eyni düşmənlər tərəfindən sıxışdırıldıqda onlara çoxlu namaz qılmaları əmr edilmişdir. Belə ki, Allah-taala insanların bəlalara məruz qaldıqları zaman onlara namaz qılmalarını əmr edərək buyurur: «Ey iman gətirənlər! Səbir və dua ilə [namazla] Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir [onların dostudur]».Bir hədisi-şərifdə isə Peyğəmbər haqqında belə deyilir:«Allahın elçisi hər hansı bir işdən dilxor olardısa, namaz qılardı».Yuxarıda qeyd olunanlar insanın xüsusi ilə zəiflədiyi hallarda ibadətlərin evlərdə yerinə yetirilməsinin nə dərəcədə əhəmiyyətli olmasını açıq-aydın göstərir. Həmçinin bəzən müsəlmanlar elə vəziyyətlərə düşürlər ki, bu zaman onlar namazlarını düşmənlər önündə açıqcasına qılmaq imkanından məhrum olurlar. Gəlin bu cür vəziyyətlərdən söz düşmüşkən Məryəmin ibadət yeri olan mehrabını yadımıza salaq.  Bu barədə Allah-taala buyurur: «…Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi».Peyğəmbərin (s.ə.s.) səhabələri də (Allah onlardan razı olsun!) fərz namazları istisna olmaqla digər namazlarını daim evlərində qılmağa can atardılar. Bu barədə ibrətli bir hekayəni xatırlamaq lap yerinə düşərdi.Mədinə əhalisindən olan Mahmud ibn Rəbiədən rəvayət olunur ki, Peyğəmbərin (s.ə.s.) səhabələrindən və Bədr döyüşünün iştirakçılarından olan mədinəli İtban ibn Malik (r.a.) Allah elçisinin hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Mən öz tayfama namazda imamlıq edərkən gözlərim zəiflədi. Yağış yağarkən mənimlə onların məscidi arasında olan vadini apardıqdan sonra mən onların məscidinə gedib onlara namazda imamlıq edə bilmədim. Ey Allahın elçisi! İstərdim ki, sən bizim evə gəlib orada namaz qılasan ki, mən də evimi namaz qılınan bir yer olaraq qəbul edim». Allahın elçisi (s.ə.s.): «Yaxşı, Allah qoysa, gələcəyəm» – deyə bu işə razılıq verdi. İtbanın dediyinə görə ertəsi gün Allahın elçisi (s.ə.s.) və Əbu Bəkr (r.a.) günortaya yaxın gəlib çıxdılar. Allahın elçisi içəri təşrif buyurmaq üçün izn istədi və mən bunun üçün ona izn verdim. O, içrəi girər-girməz əyləşməyərək soruşdu: «Sən evin harasında mənim namaz qılmağımı istəyirsən?» Mən də evin müəyyən bir bucağını ona işarə etdim. Bundan sonra Allahın elçisi namaza durdu, təkbir etdi. Biz də ayağa qalxaraq cərgəyə dayandıq. Peyğəmbər (s.ə.s.) iki rükət namaz qılıb sonda da salam verdi.İbn Hacər əl-Əsqəlani (Allah ona rəhmət eləsin!) hədisinfaydaları barədə belə buyurur:Hədisdə ev daxilində müəyyən bir yerin namaz qılmaq üçün seçilməsinin caizliyi öz əksini tapmışdır. Məsciddə müəyyən bir yerin daim namaz qılmaq üçün götürülməsinin qadağan olunmasına gəldikdə, bu barədə Əbu Davudun rəvayət etdiyi hədisi sübut olaraq göstərmək olar. Bu hədisə görə məsciddə müəyyən bir yerin namazgah olaraq götürülməsi riyakarlığa, özünü nümayişə gətirib çıxarır. Lakin Əbu Davudun rəvayət etdiyi hədisdəki qadağanı məscid statusu almış evlərə belə şamil etmək olmaz.
['islamda ailə']
6,457
https://kayzen.az/blog/islam-ve-aile/2383/evd%C9%99ki-dini-ab-hava-n%C9%99sih%C9%99t-3.html
Evdəki dini ab-hava - Nəsihət 3
mr13
İslam və Ailə tərbiyəsi
29 iyun 2010, 18:28
Evi Allahın zikri üçün bir məkana çevirin Allahın elçisi ρ bu barədə buyurur: «Allahın zikr olunduğu evlə Allahın zikrindən uzaq olan ev diri ilə ölünün misalındadır».Evlərdə qəlblərin və ağızların Allahı daim zikr etməsinə, namazların qılınmasına, duaların edilməsinə, Quranın oxunmasına, ilahiyyat elmi məsələlərinin müzakirə edilməsinə və bu elmə aid müxtəlif növ kitabların oxunmasına lazımi şərait yaradılmalı və sadaladığımız ibadətlərin həyata keçirilməsi üçün ev bir məkana çevrilməlidir. Hal-hazırda müsəlmanların yaşadıqları neçə-neçə evlər vardır ki, bu evlər Allahın zikr və ibadətlərindən uzaq olduğundan hədisdə də qeyd olunduğu kimi ölü evlər hesab olunur. Həmin evlərdə ancaq tütəklərdə ifa olunan şeytani bəstələri, nəğmələri, bundan əlavə qeybət, böhtan və iftira xarakteri daşıyan söhbətləri eşitmək olar. Gələn naməhrəm qohum və qonşular arasındakı açıq-saçıqlıq kimi qadağaların bir-birinə qarışdığı və günahlarla dolub-daşan bir evin vəziyyəti necə ola bilər?! Bu cür halların ayaq açdığı bir evə mələklər necə və nə üçün daxil olsunlar?! Buna görə də ey müsəlmanlar, evlərinizə zikr və ibadətin müxtəlif növləri ilə həyat verin ki, Allah da sizə öz mərhəmətini əsirgəməsin!
['islamda ailə']
6,458
https://kayzen.az/blog/bloq%C3%A7u/2382/k%C3%B6rp%C9%99mizd%C9%99n-n%C9%99-x%C9%99b%C9%99r.html
Körpəmizdən nə xəbər?!
bloqçu
Bloq: bloqçu
29 iyun 2010, 17:11
Zaman addımlayır, irəliləyir və keçdiyi yollarda yeni-yeni toxumlar səpərək yeni-yeni bitkilər yetişdirir. Çox şey ərsəyə gəlir, çox şey yaranır. Texnika genişlənir, müasir avadanlıqlar qurulur və s. İndi müasir avadınlıqlar yaradılıb, istifadəyə verilib ki, biz insanlar onlardan yararlana bilək. Bü gün xəstəxanalara üz tutduğumuz vaxt tibbi avadanlıqlar olmadan düz-əməllib bir müayinədən söz belə gedə bilməz. Belə müayinələrədən biri də ultrasəs müayinə adlanır - USM. Qısaca məlumat verim ki, hamiləlik dövründə dölün inkişafının vəziyyətinin araşdırılması yolunda görülən müayinə üsuludur ki, bu da prepatal diaqnostika adlanır və bir də ki, prepatal skrininq adlanan bir müayinə kompleksi də var ki, bu da hamiləlik vaxtı ağırlaşma hallarının, dölün hansısa patologiyasının aşkara çıxarılması üçün nəzərdə tutulur. Bax bu ultrasəs müayinəsi də həmin prepatal skrinqinin ən vacib hissəsi sayılır. Mən yuxarıda hamiləlikdən, döldən qısaca bəhs etdim, amma, USM tək hamiləlik dövrünə xas olan müayinə metodu deyil. Ultrasəs müayinə orqanların strukturu haqqında məlumat verməyə qadir olan tibbi görüntüləmə üsuludur. Ultrasəs müayinə üsulu ilk dəfə olaraq 1958-ci ildə D.Donald tətbiq etmişdir və o gündən bu yana bu sahədə davamlılıq göstərilir, təkmilləşdirmə işləri görülür və geniş işlənərək, istifadə olunur. Ultrasəs müayinəsi çox önəmli bir müayinə üsuludur. Qayıdıram yenə də hamiləliyə. Hamiləlik öncəsi və hamiləlik zamanı qadınlar üçün dölün vəziyyətinin araşdırılması önəmli olduğu üçün USM aparatlarından geniş istifadə olunur. Hər halda bunda da bir sərhəd var. Azı xeyirlidir, çoxu xeyirsiz. İstər – istəməz bu aparatlardan çox istifadə etmək özü də xeyirli deyil, dölə ziyan vura bilər. Buna görə də Ümumdünya Səh iyyə Təşkilatı ekspertlərdən sonra aldığı nəticələrdən dolayı hamilə qadınlara tövsiyyə edir ki, bu müayinə hamiləlik müddətində cəmi 4 dəfə aparılsın. Bütün qadınları və kişilərin arzusu budur ki, dünayya sapsağlam bir körpə gətirsinlər. Buna görə də çalışmaq lazımdır ki, ciddi işlərə daha diqqətlə yanaşasan, mənfi hallardan qaça biləsən. Hamiləlik dövrü qadın üçün çox həyəcanlı, çox sevincli bir dövr olsa gərək. Ancaq qadınlar dedim, amma kişilər də bəlkə də bu anı həyəcanla yaşayırlar və körpələrini dörd gözlə gözləyirlər. Arzum budur ki, bütün qadınlara bu dövrü yaşamaq, özü ilə brabər yoldaşına da bu hissi yaşatmaq və ikisinə də bu dövrün ləzzətli, gözəl bəhrəsindən dadmaq nəsib olsun.
['ultrasəs müayinə', 'USM', 'Ultrasound Examination']
6,459
https://kayzen.az/blog/islam-ve-aile/2381/ail%C9%99-qurmaq-n%C9%99sih%C9%99t-2.html
Ailə Qurmaq - Nəsihət 2
mr13
İslam və Ailə tərbiyəsi
29 iyun 2010, 16:48
Övrətin saleh olmasına çalışmaq Əgər övrət saleh bəndədirsə, bu necə də xoşbəxtlikdir və Allahın bəxş etdiyi bir nemətdir. Bu keyfiyyət olmadığı halda övrətinin islah edilməsinə çalışmaq ailə başçısının üzərinə düşən vacibatlardandır. Övrətin saleh bəndələrdən olmaması ilə adətən aşağıdakı hallarda rastlaşılır:Kişi özü dinə yeni gəldiyinə görə dindarlığa əhəmiyyət vermədiyi üçün, evləndikdən sonra övrətini islah etmək ümidilə, yaxud da qohumlarının təzyiqi ilə dindar olmayan bir qadınla ailə həyatı qurur. Belə bir məqamda isə qolları çırmalayıb islah əməliyyatına başlamaq lazımdır. Lakin ər hər şeydən əvvəl bilməlidir ki, hidayət Allahdandır və islah edən də Odur. Allah-taala Zəkəriyyaya olan mərhəməti haqda Öz müqəddəs kitabında belə buyurur: «Biz Zəkəriyyanın duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini [doğmağa] qabil bir hala gətirdik…». İstər cismani, istərsə də dini baxımdan Allah-taala onun zövcəsini islah etmişdir.İbn Abbasın τ təfsirinə görə əvvəl Zəkəriyyanın zövcəsi sonsuz idi, sonra isə doğmağa qabil oldu. Əta isə ayənin təfsiri haqda belə deyir: Zəkəriyyanın zövcəsinin dilində uzunluq var idi, Allah da bu qüsuru ondan götürdü.Övrətin islah edilməsi yolunda bəzi tədbir və metodlar:1. Onun bir çox ibadət növləri ilə Allaha ibadət etməsinə diqqət yetirmək:2. Aşağıdakı tədbirlərlə övrətin imanının qalxmasına çalışmaq:a. Onu gecə namazlarını qılmağa sövq etmək. b. Qurani-Kərimi oxutdurmaq.c. Zikrlərin əzbərlətdirilməsi və münasib məqamlarda onların yada salınması.ç. Sədəqə verməyə sövq etmək.d. Övrəti faydalı islam ədəbiyyatları oxumağa həvəsləndirmək.q. Elm və imandan bəhs edən faydalı islam kasetlərini dinləməyə həvəsləndirmək və bu növ kasetlərlə ona kömək etməyə davam etmək.e. Övrət üçün dindar rəfiqələr tapmaq lazımdır ki, onlarla bacılıq əlaqələri qursun, yaxşı söhbətlər etsin və məqsədyönlü ziyarətlər həyata keçirsin.f. Şəri övrətdən dəf etmək, şərin ona açılan qapılarını bağlamaq və övrəti pis rəfiqələrdən və pis yerlərdən uzaq saxlamaq. Məhəmməd Saleh əl-Münəccid
['islamda ailə']
6,460
https://kayzen.az/blog/islam-ve-aile/2380/ail%C9%99-qurmaq-n%C9%99sih%C9%99t-1.html
Ailə Qurmaq - Nəsihət 1
mr13
İslam və Ailə tərbiyəsi
29 iyun 2010, 13:41
Gözəl həyat yoldaşı seçməkAllah-taala bu barədə buyurur: «[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah [lütfü, mərhəməti] geniş olan və [hər şeyi] biləndir!».Hər bir kişi özünə əməlisaleh zövcə seçərkən aşağıdakı hədislərdə vurğulanan motivlərə riayət etməlidir:Peyğəmbər  (s.ə.s) buyurmuşdur:«Qadınla dörd şeyə görə nikah bağlanılar: var-dövlətinə, ləyaqətinə, gözəlliyinə və dininə görə. Ona görə əlini çirmələ, dindarla evlən».«Dünya bütünlüklə nemətlərlə doludur. Bu nemətlərin ən xeyirlisi isə əməlisaleh qadındır». «Şükr edən qəlbi, zikr edən dili və axirəti qazanmaqda sizə yardımçı olan mömin zövcəni seçin!»Başqa bir rəvayətdə isə belə deyilir:«…dünya və dinində sənə yardımçı olan əməlisaleh zövcəni seç. Bil ki, bu insanların yığıb topladıqlarının ən xeyirlisidir». «Tez-tez doğan və sevən qadınlarla evlənin. Həqiqətən, mən qiyamət günü başqa peyğəmbərlər yanında sizin say çoxluğunuzla fəxr edəcəyəm».«Bakirə qızlarla evlənin. Çünki onlar tez-tez doğan, daha çox xoş sözlər söyləyən və aza ən çox qane olanlardır».Başqa bir rəvayətdə isə belə bir əlavə vardır: «…çox az hiylə işlədənlərdir».Qeyd olunmalıdır ki, əməlisaleh qadınla ailə həyatı qurmaq dörd xoşbəxtlikdən birisidirdir. Həmçinin pis qadının əri olmaq bədbəxtçilik hesab olunan dörd amildən birisidir. Bu fikir aşağıda qeyd edəcəyimiz Peyğəmbərin (s.ə.s)səhih hədisində də öz təsdiqini tapmışdır: «Xoşbəxtlik odur ki, həyat yoldaşın əməlisaleh qadındırsa, onu görərkən halın daha xoş olsun, ondan ayrı düşdükdə isə həm onun özündən, həm də öz əmlakından arxayın ola biləsən. Bədbəxtçiliyin bir növü də odur ki, həyat yoldaşınla üz-üzə gəlməyin halının pisləşməsinə səbəb olsun, onun dilindən daim əziyyət çəkmiş olasan və ondan ayrıldığın zaman nə onun özündən, nə də öz əmlakından arxayın ola biləsən».Eləcə də müsəlman qadına təklif edilən oğlan barəsində də gözüaçıq və diqqətli olmaq lazımdır. Bunun üçün də aşağıdakı hədisdə göstərilən şərtlərə riayət edilməlidir.«Qapınıza qız istəməyə gələnin əxlaqını və dinini bəyənmiş olsanız, qızınızı onunla evləndirin. Əks təqdirdə edəcəyiniz hərəkətlər yer üzərində fitnə və böyük bir fəsadın baş verməsi ilə nəticələnəcəkdir».Yeri gəlmişkən qeyd edilməlidir ki, insan evlənmək istədiyi şəxsin keçmişini çox dəqiqliklə öyrənməli, bu barədə soruşarkən əxlaq normalarına riayət etməli, əldə etdiyi məlumatlarda mötəbər mənbələrə istinad etməlidir ki, bu gələcəkdə ailədəki münasibətlərin pozulması və ya ailənin dağılması ilə nəticələnməsin.Əməlisaleh kişi ilə əməlisaleh qadın bir yerdə olduqları zaman gözəl bir ailənin təməlini qoymuş olurlar. Təmiz, torpağı münbit bir məmləkətin bitkiləri Tanrının izni ilə bol və vaxtında yetişərək çıxar. Pis, torpağı qeyri-münbit bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə, özü də az yetişər.  Məhəmməd Saleh əl-Münəccid
['islamda ailə']
6,461
https://kayzen.az/blog/bloq%C3%A7u/2377/zibill%C9%99m%C9%99k-zibill%C9%99%C5%9Fm%C9%99k.html
Zibilləmək- zibilləşmək
bloqçu
Bloq: bloqçu
29 iyun 2010, 10:03
Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama... düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi? Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?Özümüzü təmiz zənn edirik. Çünki, gündə neçə dəfə çimir, səliqəli, təmiz geyinir, özümüzə baxır, evimizi yığışdırıb səhmana salırıq. Vəssəlam. Bununla təmizliyi sərhədləmiş. Amma halbuki təmizliyin sahəsi daha genişdir. Ətraf mühitin təmizliyi özü özlüyündə böyük bir sahədir. Bəzən çox deyinirik ki, camaat işini görmür, küçələr süpürülmür, yuyulmur, zibillər vaxtında yığışdırlmır...və s. Amma bəs biz özümüz bu yolda hansı işləri görürük?Lap pəncərən aşağı zibil atan olmasa da küçədə adi tum çırtlamağamız belə natəmizliyə yol açır, mədəniyyətsizlik sərgiləyirik.Ətraf mühiti çirkləndirməklə başqalarını da narahat etmiş oluruq. Halbuki biz insanlar heç bir canlıya zərər verməməli, heç kimə narahatlıq yaşatmamalıyıq, əksinə çalışmalıyıq ki, hamımızın könlü xoş olsun. Dinimiz də buna şiddətlə qarşıdır. Lap din də bir yana İnsanların oturub qalxdığı yerlərin, gəlib keçdiyi yolların, istirahət məkanlarının çirkləndirilməsi əxlaq normasına sığmır, insanlığa yaraşmır.Küçədə gəzirsən biri elə tüpürür ki, gəl görəsən. Başqa biri üzr istəyirəm burnunu çəkir, digəri tum çırtlayır. Məndə də olur ki, gəzərkən və ya hardasa oturarkən tum çırtlayıram, amma zibilimiz əlimə yığır, sonra da lazım olan yerə atıram. Hərçənd ki, bizdə bir çox yerlərdə zibil qabı tapmaq özü də müşkül məsələdir. Zibildən bol olsaq da zibil qabı sarısından qıtlıq çəkirik.Nə bilimee, dərin və ağrılı mövzudur. Başından tutmuş ayağınacan hər birimizin bir yalnış əməli var.Biz camaatın nifrətini qazana-qazana hara gedirik belə? Çirkab içində sonumuz nə olacaq? Sadəcə olaraq biz sevginin nə olduğunu anlamrıqı, başa düşmürük. Bizdə vətənə bağlılıq, vətənə sevgi çatışmır, bizdə vətənpərvərlik ruhu çatışmır. Off.. bizdə o qədər çatışmayan şeylər var ki...Qısacası, ətraf mühitin çirklənməsinə vəsilə olaraq nifrət qazanmaqdansa, onun təmizliyinə səbəb olub sevgi, rəhmət qazanaq bəlkə?!  
['ətraf mühitin təmizliyi', 'zibil', 'natəmizlik', 'mədəniyyətsizlik']
6,462
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/2037/xiyaxiro-toqo.html
Xiyaxiro Toqo
papatürk
böyük hərbi xadimlər
29 iyun 2010, 02:16
Yapon admiralı Toqo(1848 — 1934) hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo (Tōgō Heihachirō) Vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi.Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz «Paniva» kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı. İmperator təcrübəli dənizçi kimi admiral Toqonu yapon donanmasının baş komandanı təyin etdi. Toqo bilirdi ki, Rusiya daha çox Avropa ölkələrindən ehtiyat edib donanmasının yarıdan çoxunu Baltik dənizində saxlayır. Həmin hərbi zirehli gəmilərin Vladivostoka və Port-Artura gəlməsi üçün isə aylarca vaxt lazımdır. Buna görə o, fürsəti fövtə verməyib güclü Port-Artur limanındakı gəmilərə hücum etdi. 1904-cü ilin iyununda o, donanmasının başqa admiralları ilə bərabər Sarı dənizdə rus Sakit Okean eskadrasının demək olar ki, yarısını batırdı. Qalanları tələsik Port-Artura çəkildilər. Lakin Toqo quru qoşunların arxadan Port-Arturu qəhrəmancasına top atəşinə tutması nəticəsində bu qala limanı dənizdən yaylım atəşləri ilə təslim olmağa məcbur etdi. Beləliklə, qəhrəman Toqo rus imperiyasının Uzaq Şərq donanmasını demək olar ki, məhv etdi. Rusiya tələsik Baltik donanmasının böyük əksəriyyətini Vladivostoka göndərdi. Nəhayət, 28 may 1905-ci ildə gəmilər gəlib Uzaq Şərqə çatdılar. Rus donanması çox güclü idi. Lakin Toqo da manevr etməkdə usta idi. Döyüş mayın 14-də başlandı. Rus donanması 8 eskadra zirehli gəmisi, 3 müdafiə zirehlisi, 1 zirehli kreyser, 8 döyüş kreyseri, 5 köməkçi kreyser və 9 eskadra minaatanından ibarət idi. Donanma komandanı vitse-admiral Rojestvenski «Suvorov» zirehlisini flaqman gəmisi edib döyüşə başçılıq edirdi. Yaponlar donanmalarını iki hissəyə ayırıb birinə Toqo, digərinə isə admiral Kamimura başçılıq edirdi. Donanmalar keyfiyyət və kəmiyyətcə eyni olsalar da, rəhbərlik fərqli idi. Və bu da son nəticədə öz təsirini göstərdi. Yaponlar Koreyanın Mozampo limanında və Tsusima adasında dayanıb rəqiblərini gözləyirdilər. Admiral Rojestvenski Koreya körfəzindən Vladivostoka keçib, orada yaponları qarşılamağı qərara aldı. 14 may gecəsi rus donanması körfəzə daxil oldu. Qabaqda kreyserlər, dalınca da bütün başqa hərbi və yük gəmiləri gəlirdi. Ruslara məlum oldu ki, onların hərəkətini görüblər. Ancaq Rojestvenski planını dəyişmədi. Bu zaman Toqo çox cəsur bir fikrə gəlib rus flaqman gəmisini və başqa gəmilərini batırmağı qərara aldı. Lakin ilk atəşi ruslar açdı. Ancaq bu atəşlər effekt vermədi. Sonra yaponlar yaylım atəşlərilə rusların «Oslyaba» zirehli gəmisini batırdılar. Mayın 14-ü saat 13.30 dəqiqədə isə «Suvorov» kreyseri sıradan çıxdı. Bundan sonra isə «3-cü Aleksandr» kreyseri də məhv edildi. Ruslar bunu görüb geriyə — Susima adasına tərəf döndülər. Axşama yaxın yaponlar daha zirehli rus gəmisini — «Borodino»nu batırdılar. Nəhayət, ruslar da üç yapon zirehlisini məhv etdilər. 15 may səhərin sübh çağı məlum oldu ki, rus gəmilərinin nizamı büsbütün pozulub. «Admiral Uşakov» və «Dmitri Donskoy» zirehlisinin də məhv edilməsindən sonra admiral özü də təslim oldu. Qalan gəmilərin hərəsi bir yana üz tutub başqa ölkələrə tabe oldular. Toqo rus-yapon müharibəsinin baş qəhrəmanı oldu. Onun qalibiyyətli «Mikasa» flaqman gəmisi muzeyə çevrildi. Toqo bundan sonra da 30 il yaşayıb yapon hərbi donanmasını elə bir yüksəkliyə qaldırdı ki, hətta ABŞ kimi nəhəng bir dəniz dövləti ilə illərlə vuruşan Yaponiya son nəticədə yalnız atom bombalarının qırğını ilə məğlub edildi. Mənbə: böyük insan Əlisa Nicatın «Dünya sərkərdələri» kitabı
['yapon ordusu', 'xiyaxiro Toqo', 'Heihachiro Togo', 'admiral']
6,463
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1858/ervin-rommel-1891-1944.html
Ervin Rommel (1891-1944)
papatürk
böyük hərbi xadimlər
29 iyun 2010, 02:11
Almaniyanın Ulma yaxınlığındakı Hendenheym şəhərində müəllim ailəsində anadan olmuş, 1910-cu ildə 124-cü piyada diviziyasına kadet kimi daxil olmuşdur. Sonra hərbi məktəbi bitirib leytenant rütbəsində qulluğa başlamışdır. 24-25 yaşında ikən Birinci Dünya müharibəsində göstərdiyi hünərə görə bu kiçik zabit I dərəcəli dəmir xaç ordeni ilə təltif olunmuş, iki yüz nəfərlik bir dəstə ilə italyan şəhərlərindən birinə hücum edib, doqquz min düşmən əsgərini əsir almışdı. Müharibədən sonra bir sıra hərbi vəzifələr daşıyıb, 1937ci ildə Hitlerin şəxsi qoruyucularının komandiri olmuşdur. Bu dövrdə artıq briqada generalı olan Rommel Hitler hərbi ştabının üzvü kimi alman dövlətinin "Blitskriq" hərbi doktrinası ilə tanış olandan sonra ona valeh oldu.1940-cı ilin may-iyun aylarında Fransaya hücumlar başlandı. Rommel Fransa ordusunun müdafiəsini yarıb arxaya keçdi. Cəmi 2500 əsgər və 42 tank itirməklə yüz minə qədər əsir alıb 450 fransız tankını məhv etdi. Bundan sonra Hitler ona Cəngavər xaçı ordenini verib 1941-ci ilin martında Afrikaya göndərdi. Rommelin motorlu və zirehli tank diviziyası iki general əsir almaqla ingilisləri El-Aqeyldən çıxartdı. İyunda Rommel Sallun Xalfay keçidində ingilislərin güclü hücumunu dəf etdi. Bundan sonra Ervin Rommel Afrika korpusuna daxil olan 15 və 21-ci alman tank diviziyalarını Misiri işğal etmək üçün Ess-Saldun və onun ətrafındakı rayonları bazaya çevirdi. Bu zaman gözlənilmədən ingilis general-leytenantı Alan Qordon Kanningen yüngül amerikan "Stüart" tanklarıyla Rommelin ordularıyla toqquşdu. Noyabrın 19-22-də bir sıra nizamsız toqquşmalardan sonra Rommel ingilislərin hücumlarının qarşısını aldı. Bundan sonra o, ingilis-amerikan birləşmiş çoxsaylı korpuslarının hücumunu dəf edib qərbə və cənuba (Tabruka) doğru çəkildi.Nəhayət, 1942-ci ilin yanvarında general Klod Okinlenqin səkkizinci ordusu Rommelin ordusu ilə Liviyanın El-Aqeyl şəhərində üz-üzə gəldi. Rommel ingilisləri əzdi. Yanvarın 21-də o, hücumu davam etdirib britaniyalıların ön hissələrini yenidən əzib geri oturtdu. Almanlar xeyli qənimət ələ keçirdilər. Səhrada britaniyalılar marşal Mari Pyerin başçılığıyla piyada diviziyası ilə birləşdilər. Onların sol cinahını Britaniya tankları qoruyurdu. Burada Rommelin 113 minlik ordusu, 570 tankı və 500 təyyarəsi, britaniyalıların isə 125 minlik diviziyaları, 740 tankı və 700 təyyarəsi vardı. Üstünlük açıq-aşkar şimallıların tərəfində idi. Bir neçə həftəlik ağır döyüşlərdən sonra nəhayət, Rommel britaniyalıların üstün qüvvələrini əzib, geri oturtdu. Çörçill Afrikadakı uğursuzluqlara görə Okinlenq və Ritçini kənarlaşdırıb yerlərinə general-leytenant Ser Cerald Aleksander və general-leytenant Ser Bernard Montqomerini təyin etdi.Sonrakı döyüşlərdə hər iki tərəf gücdən düşüb gözləmə mövqeyində dayandı. Alman ordularının hərbi sursatı çatışmırdı. Üstəlik, Amerika hərbi qüvvələrinin desantı nəticəsində Rommelə kömək gəlmək imkanı yox idi. Bundan sonra Rommel Afrikadan çıxıb Malta adasını ələ keçirmək istədi. Lakin burada təyyarə gəmisi olan Britaniyanın hərbi gəmiləri sayca çox idilər.Bundan sonra 1944-cü ilin oktyabrında bir dəstə yaxın adamları Hitlerə sui-qəsd təşkil etdilər. Sui-qəsd açıldıqda Hitler Rommeli də müqəssirlərə qatdı. Və nəticədə feldmarşal Ervin Rommel zəhər içib intihar etdi. Bu gün Rommelin adı hər yerdə hörmətlə çəkilir və onun döyüşləri hərbi məktəblərdə diqqətlə öyrənilib şərh edilir. Mənbə: Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Rommel', 'alman hərb tarixi']
6,464
https://kayzen.az/blog/ikinci/1821/m%C3%BCharib%C9%99nin-ilk-m%C9%99rh%C9%99l%C9%99si.html
Müharibənin ilk mərhələsi
papatürk
İkinci Dünya Müharibəsi
29 iyun 2010, 02:10
Sözügedən mərhələ 1939-cu il sentyabrın birindən 1942-ci ilin iyununadək olan dövrü əhatə edir. Bu mərhələdə Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəyyən edilmiş sərhəddə (Lvov, Vladimir-Volınski, Brest-Litovski) çatmaqla Polşanın qərb hissəsini zəbt etdi. Polşanın hökumət üzvləri, hərbi komandanlıq ölkəni tərk etdilər. Mühasirəyə alınmış Varşava sentyabrın 28-ə kimi müqavimət göstərdi. Oktyabrın 2-də Polşa ordularının mühasirə olunan hissələri təslim oldular. 1939-cu il sentyabrın 30-da general V.Sikorski başda olmaqla Anjeredə (Fransa) mühacir Polşa hökuməti yaradıldı. 1940-cı ilin iyunundan hökumət Londonda sakinləşdi. 1939-cu il sentyabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qərbi Belarusiyanı SSRİ-nin tərkibinə qatdılar.   İkinci Dünya müharibəsinin ilk əməliyyatları SSRİ və Almaniya arasında sentyabrın 28-də bağlanmış "Sərhədlər və dostluq barədə" müqaviləyə əsasən sovet-alman sərhədi Narev, Qərbi Buq və San çayları xətti müəyyən olundu. Bu, əsasən, hələ 1919-cu ildə Antanta ölkələri tərəfindən Polşanın şərq sərhədi kimi müəyyən olunmuş "Kerzon xəttinə uyğun idi. Hələ 1939-cu ilin sentyabrın 3-də Almaniyaya müharibə elan etmiş İngiltərə və Fransa 1940-cı il mayın 10-a kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar. Halbuki, qərb cəbhəsində 23 alman diviziyasına qarşı onların 115 diviziyası durmuşdu. Buna görə də bu dövr "qəribə müharibə" adını almışdı. Müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edən Almaniya təcavüzü genişləndirirdi. 1940-cı ilin aprelində o, Danimarkanı və Norveçi işğal edərək mayın 10-da Şimal dənizinin sahillərindən "Majino xəttinə " qədərki məsafədə hücuma keçdi. May ayı ərzində Luksemburqu, Belçikanı, Hollandiyanı zəbt etdi. 1940-cı il iyunun 14-də Alman qoşunları Parisə daxil oldular. İyunun 22-də Fransa Kompyendə Almaniya ilə sülh imzalamağa məcbur oldu. Təslim aktına əsasən Fransanın şimal və mərkəzi hissəsi Almaniyanın işğal dairəsi oldu. Cənub hissəsində isə marşal A.Petenin (1856-1951) başçılığı ilə paytaxtı Vişi şəhəri olmaqla nasistlərlə əməkdaşlıq edən hökümət (Vişi rejimi) yaradıldı. Lakin general Şarl de Qollun (1890-1970) başçılığı ilə Fransa xalqı faşist işğalçılarına qarşı mübarizəni davam etdirirdilər. Onlar xaricdə "Azad Fransa" təşkilatı yaratmışdılar. Peten (Petain) Anri Filipp (1856-1951). Fransa hərbi və dövlət xadimi, marşal (1918). Birinci dünya müharibəsində iştirak etmiş, Fransa ordusunun qərargah rəisi, sonra isə baş komandanı olmuşdur. 1940-cü ildə baş nazirin müavini, sonra baş nazir olmuş, Almaniya ilə Kompyen barışığını (1940) imzalamışdır. Faşist "Vişi" rejimində dövlət başçısı (1940 iyul-1944 avqust) idi. Almaniya faşistləri ilə əməkdaşlıq etmişdir. 1945-ci ildə ölüm cəzasına məhkum olunmuşdur (ömürlük həbslə əvəz edilmişdir). Şarl de Qoll (Gaulfe) (1890-1970). Fransa dövlət, hərbi və siyasi xadimi, briqada generalı (1940). Birinci dünya müharibəsində iştirak etmiş, müxtəlif hərbi vəzifələrdə işləmişdir, İkinci dünya müharibəsi dövründə tank və zirehli tank dıviziyalarına başçılıq etmiş, milli müdafiə nazirinin müavini olmuşdu. Alman faşist qoşunları Parisi tutduqdan və Petenin təslimçi hökuməti hakimiyyətə gəldikdən sonra Böyük Britaniyaya getmiş, Londonda "Azad Fransa" hərəkatının əsasını qoymuşdur. 1943-cü ildə Fransa Milli Azadlıq Komitəsinin, 1944-cü ildə Fransa Respublikası müvəqqəti hökumətinin sədri olmuş, 1958-ci ildə Nazirlər Şurasının sədri olmuş, 2 dəfə (1958 və 1965) Fransanın prezidenti seçilmişdir. 1940-cı ilin mayında (10-da) Böyük Britaniyanın rəhbərliyində dəyişiklik baş verdi. Almaniyaya münasibətdə yumşaqlıq edən N.Çemberlenin yerinə hakimiyyətə antialmanpərəst, antifaşist, habelə antisovet əhval-ruhiyyəli U.Çörçill (1874-1965) gəldi. Bununla da "qəribə müharibə" dövrü sona çatdı. Çörçill Uinston Leonard Spenser (1874-1965) Böyük Britaniya dövlət, siyasi və hərbi xadimi, Mühafizəkarlar partiyasının liderlərindən biri, 19241929-cu illərdə maliyyə naziri, 1939-cu ilin sentyabrında hərbi nazir, 1940945-cı illərdə baş nazir olmuşdur. O, "soyuq müharibə" siyasətinin ilhamçılarından biri olmuşdu. Nobel mükafatına layiq görülmüşdü. 1940-cı ilin avqustundan 1941-ci ilin may ayına kimi alman komandanlığı İngiltərənin müharibədən çıxmasına nail olmaq məqsədilə "Dəniz pələngi" şərti direktivi əsasında onun şəhərlərini müntəzəm olaraq havadan bombardman etməyi təşkil etdi. Bunun nəticəsində göstərilən zaman ərzində İngiltərəyə 190 min tona yaxın bomba atılmışdı. 1941-ci ilin iyunu üçün İngiltərənin ticarət donanmasının 1/3-i batırılmışdı. 1940-cı ildə Almaniya öz növbəsində faşist-militarist bloku möhkəmləndirmək məqsədilə tədbirlər gördü. 1940-cı ilin sentyabrında (27) Berlində Almaniya, İtaliya və Yaponiya arasında siyasi və hərbi-iqtisadi ittifaq barədə üçlük paktı imzalandı. O, dünyanı yenidən bölmək paktı idi. Paktda üç dövlətin hər birinin nüfuz dairələri müəyyənləşdirilmişdi. İtaliya 1940-cı ildə Afrikada İngiltərənin və Fransanın müstəmləkə torpaqlarında hərbi əməliyyatı gücləndirdi. O, Britaniya Somalisini tutdu, Keniya və Sudana soxuldu. Sentyabrda İtaliya Liviyadan Aralıq dənizi boyu Şərqə doğru irəliləməyə başladı. O, Misirə daxil oldu. Lakin özünü tezliklə düzəldən İngiltərə Misirdən italyan qoşunlarını sıxışdırıb çıxartdı. O, 1941ci ilin əvvəllərində Eritreyanı, Somalini və Efiopiyanı italyanlardan geri aldı, onları Keniya və Sudanda sıxışdırdı. Bu əməliyyatlar nəticəsində İtaliyanın Şərqi Afrikada tutduqları ərazilər geri qaytarıldı. Almaniya 1940-cı ilin sentyabr - 1941-ci ilin mart ayları arasında Rumıniyanı, Macarıstanı, Bolqarıstanı öz müttəfiqinə çevirdi. 1941-ci ilin yazında Almaniya Yuqoslaviyaya hücum etdi. O, İtaliya ilə birlikdə Yunanıstanı zəbt etdi: bütün Cənub-Şərqi Avropa ölkələri onlar tərəfindən işğal olundular. Almaniya Türkiyədə və İranda möhkəmlənməyə başladı. Qərbi Avropadakı hadisələr kontinentdən kənar ABŞ-ı narahat etməyə bilməzdi. O, 1940-cı ildən müharibə edən ölkələrə yardımı genişləndirdi. İngiltərəyə hərbi-iqtisadi yardımı daha da artırdı. 1941-ci ildə ABŞ üçün həyat əhəmiyyəti olan ölkələrə borc və ya icarə yolu ilə silah və hərbi ləvazimat verilməsini nəzərdə tutan Lend-liz qanununu qəbul etdi.1941-ci il martın 11-də ABŞ ilə İngiltərə arasında Lend-liz barədə müqavilə imzalandı. Müharibənin ilk dövründə SSRİ təhlükəni özündən uzaqlaşdırmaq və ölkənin müdafiəsini gücləndirmək siyasəti yürüdürdü. O, Almaniya ilə diplomatik və iqtisadi əlaqələri davam etdirir, öz növbəsində hərbi-sənaye potensialını gücləndirir və sərhədlərini genişləndirırdi. 1939-1940-cı illər sovet-fın müharibəsinin nəticəsi olaraq SSRİ Vıborq şəhəri daxil olmaqla Kareliya bərzəxini, Ladoqa gölünün qərb və şimal sahillərini və b, şimal ərazilərini özünə birləşdirdi. 1940-cı ilin yayında Litva, Latviya və Estoniyanı, Şimali Bukovinanı və Bessarabiyanın çox hissəsini SSRİ-yə qatdı. SSRİ-nin sərhədləri 300-400 km qərbə çəkildi. SSRİ və ABŞ-ın müharibəyə qatılması Bu mərhələ, həm də SSRİ və ABŞ-ın müharibəyə qoşulması,sovet ordusunun ilk uğursuzluqları, alman ordularının Moskva altında ilk məğlubiyyəti, antihitler koalisiyasının yaradılması, və b. hadisələrlə səciyyələnirdi. Artıq 1941-ci ilin yayı üçün faşistlər, demək olar ki, bütün Avropanı zəbt etmişdilər. Onlar, Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kv kilometr ərazisini ələ keçirmişdilər. Bu ərazidə təqribən 32 milyon ton polad, 422 milyon ton daş kömür istehsal olunurdu. Bundan sonra, onlar üzlərini şərqə yönəltdilər. Almaniya hələ 1940-cı ilin ikinci yarısından SSRİ-yə hücum etmək planı hazırlamağa başlamışdı. O, 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq "Barbarossa" adı verilmişdi. Bu "ildırım sürətli müharibə" planı adlandırılırdı. Belə ki, həmin plana görə 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi. Almaniya 1941-ci il iyunun 22-də 1939-cu il avqustun 23-də bağladığı 10 il müddətinə hücum etməmək və sentyabrın 28-də imzaladığı "Sərhədlər və dostluq barədə" müqavilələri pozaraq bütün sərhəd boyu 190 diviziya ilə SSRİ üzərinə hücuma keçdi. Alman-sovet müharibəsi başlandı. Bu Rusiyanın Sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Hitler öz antikommunizm, antisovet hisslərini izhar edərək SSRİ-yə hücumundan bir neçə saat əvvəl dostu B.Mussolinə yazmışdı: "Bu qərara gəldikdən sonra daxilən özümü yenə çox azad hiss edirəm. SSRİ ilə əməkdaşlıq etmək mənə çox əziyyət verirdi. Mənə elə gəlirdi ki, mən öz keçmişimdən, öz dünyagörüşümdən, öz niyyətlərimdən əl çəkmişəm. Çox şadam ki, indi mən bu mənəvi yükdən azad olmuşam". Müharibənin ilk dövründə SSRİ qoşunları məğlubiyyətə uğrayırdılar. Çünki faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. O, təpədən dırnağa kimi silahlanmışdı. Sovet-alman müharibəsi başlanan zaman Almaniya ildə 11 min təyyarə, 5200 tank və zirehli maşın, 30 mindən çox top, 1.7 milyon tüfəng və avtomat silah istehsal edirdi. Onun silah altında 8.5 milyon əsgəri var idi. Onun da 5.5 milyonu şərq cəbhəsinə yeridilmişdi. SSRİ isə hələ müharibəyə tam hazır deyildi. Müharibə başlayan vaxt sovet ordusu sıralarında 4.2 milyon nəfər adam var idi. Sovet sənayesi ildə 1800 tank, 4 minə yaxın hərbi təyyarə, 800 mindən bir az çox tüfəng və avtomat silah istehsal edirdi. Sovet ordusunun ancaq 18.2% yeni tanklarla, 21.3% təyyarələrlə silahlanmışdı. Ölkədə arxayınçılıq da hökm sürürdü Üstəlik müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar da orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyyətindən 43 min nəfəri repressiyaya məruz qalmışdı. Ali zabit heyyətinin 80%-ə qədəri məhv edilmişdi. Belə ki, ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan üçü, 15 ordu komandanından 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Orduda silahların modernləşdirilməsi sahəsində də ciddi gerilik var idi. Məhz bunlara və digər obyektiv və subyektiv səbəblərə görə alman-faşist orduları müharibənin ilk vaxtlarında böyük müvəffəqiyyətlər qazanmışdılar. Onlar tezliklə ölkənin içərilərinə irəliləmiş, Sovetlərin ilk paytaxtı Leninqradı (Sankt-Peterburq) mühasirəyə almış, Moskva həndəvərinə gəlib çıxmışdılar. Faşist blokunun orduları digər döyüş cəbhələrində də üstünlüyü öz əllərində saxlayırdılar. Onlar Afrikada, Asiyada və Sakit okeanda uğurlu hərbi əməliyyatlar aparırdılar. Yaponiya 1941-ci ilin yayında Hind-Çini işğal etmişdi. O, dekabrın 7-də Havay adalarında ABŞ-ın ən iri hərbi-dəniz bazası olan Perl-Harbora qəfildən hücum etdi. ABŞ-m reyddə dayanmış 8 linkorundan 5-i batırıldı, 3-ü zədələndi, 18 hərbi gəmi sıradan çıxarıldı. Dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etdi. Dekabrın 11-də isə Almaniya ilə İtaliya ABŞ-a müharibə elan etdilər. Beləliklə, ABŞ da müharibəyə qatıldı. 1942-ci ilin mayına kimi Yaponiya Malayziyanı, Birmanı, İndoneziyanı və Filippini işğal etdi. Britaniyanın Sinqapur və Honkonq kimi ən iri hərbi bazalarını ələ keçirdi. Yapon qoşunları Cənub-Şərqi Çinə və Şərqi Hindistana soxuldular. Müharibənin 5 ayı ərzində Yaponiya əhalisi 150 milyon nəfərdən çox olan 3,8 milyon kvadrat kilometrlik ərazini işğal etdi. İtaliyanın 1941-ci ildə şimali və şərqi Afrikada uğursuzluqlarından təşvişə düşən Almaniya ona kömək üçün general Rommelin komandanlığı altında Liviyaya hərbi qüvvələr göndərdi. 1941-ci ilin martında italyan-alman qoşunları hücuma keçərək Tobrukda ingilis qarnizonunu mühasirəyə aldılar. İngilis qoşunları Misir sərhəddinə çəkilməli oldular. Lakin Almaniya qüvvələrinin bir hissəsinin Şimali Afrikadan sovet cəbhəsinə göndərilməsi ingilislərə hücum şansı yaratdı. Onlar, 1941-ci ilin noyabrında Tobrukun blokadasını ləğv etməyə nail oldular. Tezliklə Kirenaikanın bütün ərazisi azad edildi. Sovet rəhbərliyi ölkəni vahid hərbi düşərgəyə çevirmək məqsədilə ciddi tədbirlər gördü. 1941-ci il iyunun 30-da İ.Stalin başda olmaqla Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Hər şey onun əlində cəmləşdi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında bütün sahələr müharibənin tələblərinə uyğun şəkildə quruldu. Ümumhərbi səfərbərlik keçirildi. 1941-ci il iyulun əvvəli üçün Ordu sıralarına 5.3 milyon adam səfərbərliyə alındı. 1941-ci il iyunun 22-dən dekabrın 1-dək olan müddətdə döyüşən orduya 291 diviziya və 94 briqada təşkil olunub göndərildi. Ölkənin, düşmənin hücum təhlükəsində olan qərb hissəsindən 2539 sənaye müəssisəsi, o cümlədən 1523 iri müəssisə şərqə - Urala, Volqaboyuna, Sibirə və Mərkəzi Asiya respublikalarına köçürülüb yenidən qurularaq işə salındı. 1941-ci ilin ikinci yarısında aylıq hərbi təyyarə istehsalı 2.2 dəfə, pulemyot istehsalı 2.5 dəfə, top istehsalı 3 dəfə artdı. Düşmənin işğal etdiyi sovet ərazisində partizan hərəkatı təşkil edildi. Antihitler koalisiyasının yaranması Müharibənin birinci mərhələsinin ən mühüm hadisələrindən biri də Antihitler koalisiyasının formalaşmasıdır. 1941-ci il iyunun 22-də İngiltərə SSRİ-ni müdafiə edəcəyini, iyunun 23-də isə ABŞ müharibədə ona iqtisadi yardım göstərəcəyini bildirdilər. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. İyulun 12-də Moskvada SSRİ və Böyük Britaniya arasında "Almaniyaya qarşı müharibədə birgə hərəkət etmək barədə", avqustun 16-da isə mal dövriyyəsi haqqında sazişlər imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. SSRİ hökuməti Çexoslovakiya, Polşa mühacir hökumətləri və "Azad Fransa" Milli Komitəsi ilə əlaqələr yaratdı. Antihitler koalisiyasının yaradılmasında F.Ruzveltin və U.Çörçillin məşvərəti əsasında 1941-ci il avqustun 14-də Arcenmiyada (Nyufaundlend adaları) imzalanmış Atlantika Xartiyasının mühüm rolu olmuşdu. 1941-ci il sentyabrın 24-də SSRİ də ona qoşuldu. Artıq 1942-ci il yanvarın 1-i üçün Atlantika Xartiyasına 26 dövlət qoşulmuşdu. Onların nümayəndələri 1942-ci il yanvarın 1 -də Birləşmiş Millətlər Bəyannaməsini imzaladılar. SSRİ, ABŞ və Böyük Britaniya nümayəndələrinin 1941-ci il sentyabrın 29 - oktyabrın 1 -də Moskvada toplanmış konfransında SSRİ-yə silah və strateji mallar verilməsi müzakirə olundu. 1941ci ilin noyabrında SSRİ ilə ABŞ və Böyük Britaniya arasında Lend-liz barədə saziş imzalandı. SSRİ-yə 9,8 milyon dollar yardım göstərilməsi qərara alındı. Müttəfiqlər SSRİ-yə 2 min təyyarə, 13 min tank, 427 min yük maşını və çox miqdarda ərzaq məhsulları göndərmişdilər. 1942-ci ilin fevralında (23-də) ABŞ və B.Britaniya arasında təcavüzkarlara qarşı mübarizəyə qarşılıqlı yardımın prinsipləri barədə saziş imzalandı. 1943-cü ilin dekabrında Moskvada üç dövlət nümayəndələrinin dostluq, qarşılıqlı yardım və müharibədən sonra əməkdaşlıq barədə sazişi imzalandı. Antihitler koalisiyasına daxil olan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində Moskva (1941-ci il 28 sentyabr - 1 oktyabr, 1942-ci il yanvar, 1943-cü il 19-30 oktyabr, 1944-cü il 9-20 oktyabr), Kasablanka (1943-cü il 14-21 yanvar), Vaşinqton (1943-cü il 12-26 mart), Kvebek (1943-cü il 14-24 avqust), Qahirə (1943-cü il 22-26 noyabr), Tehran (1943-cü il 28 noyabr - 1 dekabr), Yalta (1945-ci il 4-11 fevral) və Potsdam (1945-ci il 17 iyul - 5 avqust) konfranslarının çox mühüm əhəmiyyəti olmuşdu. Bunların sırasında Tehran, Yalta və Potsdam konfransları müstəsna əhəmiyyətə malik olmuşdular. Tehran konfransında (1943) Almaniyaya qarşı Avropada ikinci cəbhənin açılması, müharibədən sonra əlaqələr, İranla münasibətlər, Yalta konfransında (1945) müharibədən sonra Almaniyanın yenidən qurulması, beynəlxalq əlaqələr, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə qatılması, Potsdam (1945) konfransında Avropanın sərhədlərinin müəyyən olunması, Almaniya məsələsi, müharibə cinayətkarlarının cəzalandırüması, beynəlxalq sülh və təhlükəsizlik təşkilatlarının (BMT) yaradılması və s. vacib məsələlər müzakirə olunmuşdu. Beləliklə, hələ XX əsrin 30-cu illərinin sonlarında, müharibə təhlükəsinin qarşısını almaq üçün müəyyən səbəblər üzündən vahid cəbhədə birləşməyi bacarmayan burjua-demokratik və sosializm qüvvələri dünya müharibəsi gedişində birgə hərəkət etməyə məcbur oldular. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı. Müharibənin axırı üçün koalisiyanın sıralarında 50 dövlət birləşmişdi. Ruzvelt, Franklin Delano (1882-1945) ABŞ-in görkəmli dövlət və siyasi xadimi, varlı aristokrat ailəsində anadan olmuşdu. Harvard (1904) və Kolumbiya (1907) universitetlərini bitirmişdi. 1913-1920-ci illərdə Dəniz nazirinin müavini işləmişdir 1921-ci ildə dənizdə çimərkən poliomielit xəstəliyinə tutularaq ömürlük sərbəst yerimək qabiliyyətini itirmişdi. 1932-ci ildə prezident seçilən Ruzvelt 4 dəfə (1932, 1936, 1940 və 1944) bu vəzifəni tutmuşdu. O, kapitalizmin yeni inkişaf mərhələsinə daxil olmasında çox mühüm əhəmiyyəti olan "Yeni xətt" siyasətinin yaradıcısıdır. O, ikinci dünya müharibəsi dövründə antihitler koalisiyasının yaradılmasının təşəbbüskarlarından biri olmuşdur.   Müqavimət və partizan hərəkatı  Müharibə dövründə nasistlərin işğal etdikləri ərazilərdə  yaratdıqları  dözülməz "yeni qaydaya" qarşı geniş Müqavimət hərəkatı başladı. O, mahiyyət etibarı ilə milli-azadlıq hərəkatı idi. Bu hərəkatda milliyəti, yaşı, siyasi baxışları və dini etiqadı müxtəlif adamlar birləşmişdilər. Nasistlər zəbt etdikləri ərazilərdə olmazın dözülməz şərait yaratmışdılar. Onlar irqçilik siyasəti ilə "qeyri-yetkin" hesab etdikləri xalqları-yəhudiləri, qaraçıları, slavyanları kütləvi surətdə məhv edirdilər. Osvensim, Maydanek, Treblinka, Dahau, Buhenvald, Zaksenhauzen, Ravensbryuk, Mauthauzen və b. ölüm düşərgələri yaratmışdılar. Fransada Oradur, Çexoslovakiyada Liditse, Belorusiyada Xatın kəndlərinin əhalisini ucdantutma məhv etmişdilər. 1942-ci il yanvarın 20-də Avropada bütün yəhudiləri məhv etmək planı təsdiq etmişdilər. Bu plan əsasında 6 milyon yəhudini qırmışdılar.Yaponlar Vyetnamda, Laosda, Malayziyada, Kambocada, Filippində və İndoneziyada dözülməz rejim yaratmışdılar. Müqavimət hərəkatı 1939-1941-ci illərdə meydana gəlib sonradan geniş miqyas almışdı. Bu hərəkat Yuqoslaviyada, Yunanıstanda, Albaniyada, Fransada, Polşada, Çexoslovakiyada daha güclü idi. Bu ölkələrdə hərəkat silahlı döyüşlərə çevrilmişdi. Onun sıralarında Fransada 300 min, Yuqoslaviyada 350 min, Yunanıstanda 70 min, Norveçdə 50 min, Çində 2.2 milyon adam var idi. Hərəkata Fransada general Ş. de Qoll başda olmaqla "Döyüşən Fransa", Yuqoslaviyada marşal Tito başda olmaqla "Xalq Azadlıq Ordusu", Albaniyada Milli Azadlıq cəbhəsi, Yunanıstanda Milli Azadlıq cəbhəsi, Polşada, "Krayevoy Radı Narodovoy", Çexoslovakiyada Mərkəzi Milli İnqilabi Komitə rəhbərlik edirdi. Antifaşist hərəkatı faşist blokuna daxil olan ölkələrdə İtaliyada, Almaniyada, Bolqarıstanda, Macarıstanda da geniş yayılmışdı. Hərəkata İtaliyada Milli Azadlıq Komitəsi, Almaniyada müxtəlif vaxtlarda fəaliyyət göstərən Şults Boyzen (qırmızı kapella) (1935 - 1942), Robert Urix (1938 - 1942), Anton Zevkov (1942 - 1944), Şuman (1939 - 1944), "Azad Almaniya" Milli Komitəsi (1943), Alman Antifaşist cəbhəsi (1942) "hərbi əsirlərin qardaşlıq əməkdaşlığı" və başqa bu kimi təşkilatlar başçılıq edirdi. Bolqarıstanda antifaşist hərəkat təşkilatları 1943-cü ildən kütləvi xarakter almışdı. Ona Vətən cəbhəsinin Milli Komitəsi rəhbərlik edirdi. Macarıstanda bu hərəkata antifaşist Milli cəbhə təşkilatı başçılıq edirdi. Antifaşist Müqavimət hərəkatı Avstriya, Belçika, Danimarka, Hollandiya, Norveç, Rumıniya, Finlandiya. İslandiya, Portuqaliya kimi ölkələrdə də yayılmışdı. Müharibə illərində Asiya, Afrika və Latın Amerikası ölkələrində də antifaşist, antiimperialist hərəkatları yayılmışdı. Çində antimilitarist və antiimperialist hərəkata Homindan və Kommunist partiyaları rəhbərlik edirdilər. 1944-cü ildə onlar Çinin 19 vilayətini öz nəzarətləri altında saxlayırdılar. Antiimperialist hərəkat Vyetnamda da geniş yayılmışdı. Bu hərəkata Vyetnamın müstəqilliyi uğrunda mübarizə Liqas (Vyetmin) rəhbərlik edirdi. O, artıq 1945-ci ildə xalq hökuməti yaratmışdı. Antiimperialist, antimilitarist hərəkat Hindistanda, Birmada, Filippində, İndoneziyada, Malayziyada da yayılmışdı. Bu hərəkata Hindistanda Milli konqres partiyası, Birmada Xalq Azadlıq Liqası, Filippində Xukbalaxan (milli antiyapon ordusu), İndoneziyada Qeraf (antifaşist hərəkatı), Malayziyada antiyapon İttifaqı rəhbərlik edirdi. Əsas mübarizə formaları partizan müharibəsi və itaətsizlik nümayişləri idi. Müharibə illərində İranda da antifaşist və milli-azadlıq hərəkatı başlanmışdı. Onun əsas mərkəzi Güney Azərbaycanı və Kürdüstan idi. Bu hərəkat 1945-ci ilin axırında Milli Azərbaycan hökumətinin yaradılmasına gətirib çıxarmışdı. Lakin 1946-cı ilin axırlarında o, sovet-iran sövdələşməsinin qurbanı olmuşdu. Latın Amerikası ölkələrində də antifaşist hərəkat geniş yayılmışdı. Argentina və Paraqvay istisna olmaqla Mərkəzi və Cənubi Amerika ölkələrinin hamısında faşistpərəst təşkilatların fəaliyyəti qadağan edilmişdi. Meksika 1942-ci ilin martında (22), Braziliya 1942-ci ilin avqustunda faşist dövlətlərinə müharibə elan etmişdilər. Artıq 1943-cü il üçün demək olar ki, bütün Latın Amerikası ölkələri faşistlərə qarşı müharibəyə qoşulmuşdular. SSRİ xalqlarının faşizmə qarşı mübarizəsində "Müqavimət hərəkatı" timsalında yayılmış partizan hərəkatının mühüm rolu olmuşdu. 1941-ci ildə düşmən arxasında 2 mindən çox, 1942-ci ildə 6200-dən çox partizan dəstəsi və qrupu fəaliyyət göstərmişdi. 1943-cü ildə partizan hərəkatında bir milyondan çox adam iştirak edirdi. Müharibə illərində partizanlar düşmənin bir milyondan çox adamını öldürmüş və əsir almışdılar. Müharibə illərində antitotalitar, antisovet hərəkatları da baş vermişdi. Bu, Baltikyanı ölkələrdə, Qərbi Ukraynada, Krımda daha çox yayılmışdı. Qərbi Ukraynada benderevçilər, Rusiyanın Qərb vilayətlərində sonradan Avropada yaratdıqları "Rusiya xilaskar ordusu"nun antisovet hərəkatı genişlənmişdi. Xarici ölkələrdə də, xüsusən Avropada, Kanadada, Ərəb ölkələrində, Türkiyədə, İranda, Çində, Latın Amerikasında mühacirlərin antisovet, antibolşevik hərəkatları baş vermişdi. Almaniyada sovetlər əleyhinə hərbi əsirlərdən milli legionlar yaradılmışdı. Trotskinin təşəbbüsü ilə hələ müharibədən əvvəl yaradılan IV İnternasionalın "Sovet bölməsi" antistalinçi və antitotalitar mübarizənin mərkəzinə çevrilmişdi. Mancuriyada K.Radzayevski tərəfindən "Rusiya faşist partiyası " yaradılmışdı.Digər partiyalar kimi "Musavat" partiyası da xaricdə, antisovet, antibolşevik fəaliyyətini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdi. Müharibə illərində antifaşist hərəkatından öz məqsədləri üçün istifadə etməyə çalışan Sovet rejimi kimi, nasistlər də müxtəlif millət və milli qüvvələrdən Sovetlər əleyhinə istifadə etmək siyasəti yürüdürdülər. Onlardan antisovet dəstələr təşkil etmişdilər. 1942-ci ildə Hitlerçilər kalmık süvari körpüsü yaratmışdılar. Simferepolda toplanan müsəlman qurultayında Bilal Aksanov başda olmaqla Krım hökuməti yaradılmışdı. Bununla yanaşı, alman komandanlığı Krım tatarlarından hər birində 200-300 nəfər olan 10 antisovet batalyon yaratmışdı. Bütün bunlar da öz növbəsində Sovet rejiminin qeyri-millətlərə düşmənçilik münasibətini gücləndirmişdi. Məsələn, 1941-ci ildə Volqaboyu almanların, 1943-cü ildə kalmıkların, 1944-cü ildə Çeçen-inquşların, krım-tatarların milli müxtariyyatları ləğv edilmişdi. Hətta çeçenlər və inquşlar Qızıl Ordu sıralarından tərxis edilmişdilər. 1943 - 1945-ci illərdə Krım tatarları, çeçenlər, inquşlar, kalmıklar, bolqarlar, karaçaylılar, ahısqa türkləri, yunanlar və bir sıra digər azsaylı millətlər öz doğma yurdlarından sürgün edilmişdilər. 1944-cü ilin fevralın sonuna qədər Şərqə 650 min çeçen, inquş, kalmık və karaçaylı sürgün edilmişdi. 1944-cü ilin yayında 225 min tatar sürgün edilmişdi. Ümumiyyətlə, 1944-cü ilin payızında sürgün olunanların sayı 1,5 milyon nəfər olmuşdu. Bu vaxt azərbaycanlılar da belə təhlükə qarşısında qalmışdılar. Lakin təhlükə tezliklə sovuşmuşdu. Faşist qoşunlarının şərq cəbhəsindəki uğurları uzun çəkmədi: SSRİ tezliklə qəddini düzəltdi. Moskva ətrafında faşist qoşunlarına ilk güclü zərbə vuruldu. 1941-ci il sentyabrın 30-dan - 1942-ci il aprelin 20-nə kimi davam edən Moskva uğrunda döyüşlərdə faşistlərin 11 tank, 4 motorlu və 23 piyada diviziyası darmadağın edildi. Faşistlər bu döyüşlər zamanı 1.5 milyon adam itirdilər. Bu, müharibədə almanların ilk məğlubiyyəti idi. Moskva ətrafındakı qələbə Hitlerin "İldırım sürətli müharibə" planını puç etdi. Faşist qoşunlarının "məğlubedilməzliyi" barədə əfsanəyə də son qoyuldu. O, faşizmə qarşı müharibənin gedişində ilk dönüş əməliyyatı oldu. Bu əməliyyatdan sonra SSRİ-nin faşizm üzərində qələbəyə inamı artdı. 1942-ci ilin yayında şərq cəbhəsində almanlar yenə də fəallaşdılar. Onlar sovet-alman cəbhəsinə yeni qüvvələr gətirdilər. Sovet qoşunlarına qarşı duran düşmən diviziyalarının sayı 1942-ci ilin yayında 237-yə, payızında 266-ya çatdırılmışdı. Onlardan 193ü alman diviziyası idi. Alman qoşunları Moskvanın 120 km-də möhkəmlənmiş, Leninqradı (Sankt-Peterburqu) mühasirədə saxlamışdılar. Onlar SSRİ-nin cənub hissəsində hücumları gücləndirmişdilər. 1942-ci ilin mayında Kerç yarımadasını ələ keçirmişdilər. 1942-ci il iyulun əvvəllərində 250 günlük mühasirədən sonra Sevastopolu tutmuşdular. 1942-ci il yay hücumları ərzində faşist qoşunları əsas kömür hövzəsi olan Donbası, Rostovu və Şimali Qafqazı ələ keçirmişdilər. 1942-ci il iyulun 17-dən Çır çayı boyunca Stalinqrad (Indi Volqoqrad) uğrunda döyüşlərə başlamışdılar.
['Hitler Almaniyası', 'Böyük Vətən müharibəsi', 'faşist bloku', 'antihitler koalisiyası', 'Şarl de Qoll', 'Almaniya ordusu', 'alman hərb tarixi']
6,465
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2370/d%C3%BCnyan%C4%B1n-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri.html
Dünyanın möcüzələri
bloqçu
Düşündürücü hekayələr
29 iyun 2010, 00:24
Bir gün müəllim şagirdlərindən soruşur ki, dünyanın yeddi möcüsəsi nələrdir. Şagirdlər də başlayırlar müəllimin verdiyi sualın cavabını dəftərlərində yazmağa. Demək olar ki, hər biri eyni şeyləri yazmışdılar: 1.Misir piramidaları2.Tac Mahal3.Panama kanalı4.Amerikadakı böyük kanal5.Empire State binası6.Müqəddəs Pyotr kilsəsi7.Çin səddiAmma şagirdlərdən biri yaman fikirli oturmuşdu. Müəllim ondan nə olduğunu soruşanda, şagird dedi ki, “dünyada o qədər möcüzələr var ki, heç qərar verə bilmirəm ki, hansıları qeyd edim..Bu zaman müəllim deyir: - Onda sən öz yazdıqlarını mənə göstər, sonra birlikdə seçərik.Şagird də başlayır öz yazdıqlarını sadalamağa. Ona görə dünyanın möcüzələri bunlar idi:1.Görmək2.Eşitmək3.Toxunmaq4.Dad bilmək, almaq qabiliyyəti...5.Hiss etmək6.Gülmək7.Sevmək.
['əsl möcüzə']
6,466
https://kayzen.az/blog/bloq%C3%A7u/2375/public-journalism-ictimai-jurnalistika.html
Public Journalism – İctimai Jurnalistika
bloqçu
Bloq: bloqçu
28 iyun 2010, 22:48
Səthi və populist jurnalistikaya qarşı etiraz reportyorlar arasında artmaqdadır. ABŞ-da bu etiraz public journalism, yəni ictimai jurnalistika adını daşıyan cərəyanın yaranmasına səbəb olmuşdur. Bu cərəyana qoşulan jurnalistlər qarşılarına belə bir vəzifə qoymuşlar: ölkənin vətəndaşları ilə birlikdə cəmiyyət üçün ən mühüm və vacib olan məsələləri müəyyən etmək, birlikdə aşkara çıxarılan problemli vəziyyətdən çıxış yollarını tapmaq və təklif etmək.Bu məsələlərin müzakirəsi ictimaiyyət və ya ayrı-ayrı rayonların əhalisi ilə jurnalistlərin təşkil etdikləri görüşlərdə keçirilir. Qəzet, radiostansiya və ya televiziya kanalı müzakirə və təkliflər üçün meydan yaradır. Son illər Amerika Birləşmiş Ştatlarının yüzlərlə redaksiyası ictimai jurnalistika çərçivəsində çoxsaylı layihələr irəli sürmüşlər. Peşəkar dairələrdə public journalismə münasibət birmənalı deyil. Bu hadisə bizi cəmiyyətdəki rolumuz barədə yenidən düşünməyə vadar edir. Jurnalistin hansı bir problemisə həll etməkdə iştirakı nə qədər mümkun və nə qədər məsləhətdir? Reportyoru məruzəçidən, təbliğatçıdan, yaxud siyasətçidən ayıran gözəgörünməz sərhəd haradan keçir? Jurnalist öz rolunu dəyişərkən hansı məsuliyyəti daşıyır? Bu halda kimin marağını müdafiə edir? Cəmiyyətdə jurnalistin vəzifələri haqqında müzakirə hələ də davam edir. Bununla əlaqədar həmişəki kimi yenə də bütün suallara hazır cavablar yoxdur. Bizim ən aydın və əsas vəzifəmiz mühüm məsələ barədə xəbər verməkdir. Böyük informasiya axınından dərc etmək üçün seçdiyimizin auditoriyadan ötrü əhəmiyyəti olmalıdır. Məhz buna görə də xəbərlərlə işləyən repotyorlar xəbər vermək üçün material seçərkən həmişə özönə belə bir sual verməlidir: bu informasiya mənim tamaşaçıma, dinləyicimə, oxucuma nə verir? Erik Fichtelius — «Jurnalistikanın 10 qızıl qaydası» kitabından. Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər
['jurnalistika', 'journalism', 'İctimai jurnalistika', 'Public Journalism']
6,467
https://kayzen.az/blog/bloq%C3%A7u/2369/problemin-k%C3%B6k%C3%BCn%C3%BC-h%C9%99ll-etm%C9%99k.html
Problemin kökünü həll etmək
bloqçu
Bloq: bloqçu
28 iyun 2010, 16:29
Bəzən oturub düşünürəm. Düşünürəm ki, görəsən məsələnin kökünün həlli məqsədə uyğundur, yoxsa məsələnin nəticəsinin? Bir problem yaranır və biz onu ortadan qaldırmalıyıq və bunun üçün qarşıda iki yol var. Sən o peroblemin yaratdığını aradan götürməlisən və yaxud da o problemin kökünü tapıb, onu yox eləməlisən. Yəqin ki, bu yerdə məsələnin kökünün həlli daha məqsədə uyğundur, nəinki nəticəsi. Son vaxtlar “xəstəliklər yayılıb, baş alıb gedir” deyə ifadələr eşidirik. Bu xəstəliklər sırasında sonsuzluğa gətirib çıxaran xəstəliklər heç də az deyil. Həqiqətən də fikir versək axır vaxtlar müəyyən səbəblərdən dolayı uşaq dünyaya gətirə bilməyənlərin sayı artıb. Bu səbəblər sırasında bəlkə də xəstəliklər başda gedir. Bu xəstəliklər sırasından isə “yumurtalıqların polikistozunu” misal çəkim. İndi həkimə gedirsən, sənə bu diaqnozu qoyur və bəziləri dərman yazır, ki yumurtalıqların üstündəki bu kistadırmı, hər nədirsə, o yoxa çıxsın, bəziləri isə, ümumiyyətlə, əməliyyat məsləhət görürlər ki, yumurtalıqların üstündəki qatı götürsünlər. Hə yaxşı, xəstə dərman da atsın və ya əməliyyat da olsun. Bəs sonra? Təəssüflər olsun ki, kənardan etdiyim müşahidələrdən belə nəticəyə gəlmişəm ki, bunun bir xeyri olmur. Bir müddət bəzi şeylər yoluna düşsə də zamanla polikistoz deylən həmin xəstəlik özünü yenə biruzə verir. Yumurtalıqların üstü yenə də qatla örtülür. Belə çıxır ki, belə bir ciddi məsələdə yaranmış nəticəni həll etmək heç də məqsədə uyğun deyil. Hətta, elə həkimlər var ki, əməliyyatı sırf ultrasəs müayinəsindən yola çıxaraq, analizlərsiz məsləhət görürlər. Bu mənim sahəm deyil, bəlkə də başım çıxmadığından dolayı yanılıram da. Amma məncə bir xəstəliyi müalicə etdiyin zaman onun səbəbini tapıb sağaltmaq daha düzgündür. Elə deyilmi? Mən nədə yanılsam da bu yerdə fikrimin arxasındayam. Bizdə hal-hazırda bəzi həkimlər xəstəlikdən dolayı yaranmış problemi aradan qaldırmağa çalışırlar. Bu da nə qədər uğurlu alınır, alınmır – bu artıq başqa məsələdir. Uğursuzluq yəqin ki, öndə olar. Belə götürəndə bir yerdə ki, stomatoloqlar özlərinə tibbi təhsili olmayan tələbə tutacaqlarsa ki, o da stomatoloqluğu öyrənsin, o zaman burda hansı uğurlu işlərdən söz gedə bilər ki? Elə bil ki, bərbərlik öyrədilir. Təbii ki, sözüm hamının ünvanına deyil. İçlərində vicdanlıları, savadlıları, öz işinin üstaları olanlar da var. Sadəcə olaraq biz bunu bilmirik. Etibar azaldığı, hətta “azaldığı” yüngül ifadədir, etibar yox olduğu zaman artıq heç kimə tam inana bilmirsən. Düşünürsən ki, mən ortaya canımı qoyuram. Bu praktikalıq bir can yox, insan canıdır. İnsan bu yolda canını, zamanını, həyatını, səbrini, ümidini və qazandığı pullarını qoyur. Bu pulu qazanmaq üçün də sən can qoyursan. Amma yenə də “pul cəhənnəmə, canım sağlam olsun” deyib, müalicələrə girişirsən. Lakin nəticələr xoşagələn olmadıqda üzülürsən. Hər tərəfli bir travma. Üstünə etibarsızlığı, narahatlığı da gəlsək, çətin ki, sağala bilək. Vəziyyət daha da pisləşir. Müəllimlik, həkimlik – bunlar o qədər məsuliyyətli, dəyərli sahələrdir ki, bu sahənin yiyəsinə çevrilirsənsə sən bu işin haqqını da vicdanınla verməlisən. Pul ilə tibbi diplom almaq və yaxud da satomatoloq yanında diş həkimiliyini öyrətməklə çətin ki, uzağa getmək mükün olsun. Nə sənə, nə də mənə. “Bu sahədə pul var” deyə düşünürək bu sahəyə girişməyin. Bunu sevmirsinizsə, bu işə canla, vicdanla, məsuliyyətlə yanaşmayacaqsınızsa buraxın getsin. Həyatları zəhərləmək lazım deyil. Bunu oyuncağa çevirmək lazım deyil. Hələ təhsildən danışmıram. Çünki o “həkim”lər hardan diplom alır, hardan həkim adını qazanırlar ki? Təhsildən söz açsam, gərək burdan bir yerə tərpənməyəm, ancaq yazam. Deyirlər ki, burda işləməyə İranadan həkim gəlib. Mən çox vaxt düşünürdüm ki, deməli, bəlkə də o yaxşı həkim olar. Ta o vaxtacan ki, bir dəfə bizə İrandan gələn bir müəllim tanışımız bəzi şeylərə aydınlıq gətirməyincə. O deyir ki, İranda təhsilə və tibbə çox ciddi yanaşırlar. Orda savadsız bir müəllim və ya işinin öhdəsindən layiqincə gələ bilməyən bir həkim tutsalar onları o dəqiqə işdən azad edir və orda həmiş şəxsi bu sahələrdə işləməyə icazə vermirlər. İşdən azad olunmuşlar da üz tuturlar xarici ölkələrə. Misal üçün elə Şimali Azərbaycana. Yəni bizə. Deyir ki, İranda ağlı başında olan heç bir həkim öz rizası ilə işdən çıxıb, işləmək üçün başqa ölkəyə getməz. Çünki orda həkimlərin maaşı çox yaxşıdır və iş vaxtından əlavə də iş yerlərində yenə də xəstələr qəbul edə bilərlər, hansı ki, burdan qalan məbləğ də sərf həkimin özünə çatır. Məqsədim burda hansısa başqa ölkəni tərifləmək deyil, (amma tərifə layiq olanları elə tərifləmək lazımdır) sadəcə canım yanır ki, niyə bizdə belə ciddi sahələrdə məsuliyətsizlik var? Niyə bizlər müalicə almaq üçün xaricə yollanmalıyıq? Niyə bizlər işə can qoymuruq? Niyə hər şeyi pula görə edirik? Niyə, niyə, niyə, niyə....??? Cavabsız qalan o qədər suallarım var ki... Özəl, tanınmış klinikalara ayaq basmalı deyil, pulun iyi barmaqlarıvın ucunu yandırır. İçəri girsən büsbütün yanarsan. Dövlətləri də bilmirəm. Laboratoriyalara da inana bilmirsən ki, analizaləri düz aparırlar, ya səhv. İstər özəli, istər dövləti - kimə inanasan, kimə güvənəsən? Qalırsan belə..
['problem', 'tibb', 'müalicə', 'əməliyyat']
6,468
https://kayzen.az/blog/hidrosfer/2029/hind-okean%C4%B1.html
Hind okeanı
2ral
Hidrosfer
28 iyun 2010, 15:19
Sahəsi 75 mln. km2dir. Ekvator onu əsasən şimaldan kəsib keçdiyindən, okeanın əsas hissəsi cənub yarım kürəsində yerləşir. O, şimaldan Avrasiya, cənubdan Antarktida, qərbdən Afrika, şərqdən isə Avstraliya ilə həmsərhəddir. O, həmçinin qərbdən Atlantik, şərqdən isə Malakka və Zond boğazları vasitəsi ilə Sakit okeanla həmsərhəddir. Hind okeanı yalnız Şimal Buzlu okeanı ilə birbaşa əlaqəyə malik deyil. Hind okeanının beş dənizi var: Qırmızı, Timor, Arafur, Andaman, Ərəbistan. Ən iri körfəzləri: Benqal, Iran, Böyük Avstraliya, Ədən. Ən iri yarımadaları: Ərəbistan, Hindistan, Somali. Ən iri adaları: Madakaskar, Şri-Lanka, Seyşel və s. Cərəyanları: Somali, Qərb küləkləri (soyuq), Cənubi Passat, Musson, Mozambik, Iynə burnu (isti). Hind okeanının ən dərin yeri Yava (Zond) çökəkliyidir. (7450 m). Okeanın dibində Orta Hind silsiləsi var. O, üç hissədən — Şərqi Hind, Ərəb-Hind və Avstraliya-Antarktida silsilələrindən ibarətdir. Bu zonada tez-tez vulkan və zəlzələlər olur. Okeanın şelf zonasında, əsasən Iran körfəzində neft çıxarılır. Okeanın şimalında — Musson, cənub tropiki zonasında — Passat, mülayim qurşaqda isə Qərb küləkləri hakimdir. Okeanın ən soyuq yeri Antaktida sahillərindədir. Isti okean cərəyanlarının təsiri nəticəsində Hind okeanının şimal hissəsi daha istidir. Okeanda orta duzuluq Dünya okeanının orta duzluluğundan çoxdur. (Xüsusən Qırmızı dənizdə). Qanq, Braxmaputra və Iravadi çaylarının töküldüyü Benqal körfəzi isə Hind okeanının ən «şirin» hissəsi sayılır. Hind okeanı da Atlantik okeanı kimi «cavan» olduğundan sahəsini genişləndirir.   Hind Okeanı Yer səthinin təqribən 20%-ini tutur. Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahil xəttinin uzunluğu 66,526 km-dir. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 km², həcmi 292,131,000 km²-dir. Okeanın orta dərinliyi 3700 m, maksimal dərinliyi isə Yava çökəkliyində 7729 m-dir. Okean 4 materik arasında yerləşir. Onun ən enli hissəsi tropiklər arasındadır. Sahil xətləri az girinyili çıxıntılıdır. Üzvi aləmində mərcankimilər və kürəkayaqlılar, ov əhəmiyyətli balıqlar, zəhərli dəniz ilanları, balinalar cinsindən olanlar və dəniz tısbağaları var. Okeanın dib relyefi mürəkkəbdir. Ərəbistan-Hindistan, Şərqi Hindistan, Qərbi Hind, Avstraliya-Antarktida silsilələri okean yatağını Maskaren, Madaqaskar, Mərkəzi, Kokos, Qərbi Avstraliya çökəkliklərinə ayırır. Hind okeanının ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim və subantarktik iqlim qurşaqlarında yerləşir. Onun şimalı isti cənubu isə soyuqdur. Dünya okeanının maksimum tempraturu +35oC və maksimum duzluluq 42‰ Qırmızı dənizdə müşahidə olunur. İsti okean cərəyanları İynə burnu, Mozambik, Cənubi Passat, Musson və s. Soyuq okean cərəyanları Qərb küləkləri, Somali, Qərbi Avstraliya və s.dir.
['Hind okeanı', 'Dünya okeanı', 'hind okeanı haqqında', 'okean']
6,469
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/2341/%C9%99z%C9%99m%C9%99tli-%C3%BC%C3%A7l%C3%BCk-i%C5%9F%C4%B1q,-hava-v%C9%99-su.html
Əzəmətli üçlük: işıq, hava və su
bloqçu
sağlam həyat tərzi
27 iyun 2010, 19:35
İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir. Çoxumuz bilirik ki, uşaq “üzməyi” ana bətnində öyrənir. Əlbəttə ki bu bir zarafatdır.Əslində isə həqiqətən də uşağın yerləşdiyi “torba” su ilə dolu olur. Uşaq həmin su ilə bərabər dünyaya gəlir və su bütün həyatı boyu ona lazım olur. Təkcə onu qeyd etmək kifayətdir ki, insanın ümumi çəkisinin 71 faizni su təşkil edir. Su orqanizmdə aşağıdakı şəkildə yerləşir: əzələlərdə 50 %, sümüklərdə 13, qanda 5, qara ciyərdə 16, dalaqda 0.4%. Bəs suyun orqanizmdə fizioloji funksiyası nədən ibarətdir? Su sadə kimyəvi formula ilə işarə olunsa da (H2O), onun tərkibi çox mürəkkəbdir.Su – universal həlledicidir. Təbii suda oksigendən başqa müxtəlif üzvi maddələr vardır, həmçinin müəyyən miqdarda rodiaktiv şüa da mövcuddur. Öz nadir kimyəvi tərkibibə görə təbii su orqanizmdə xüsusi reaksiyay girir.Tərkibində daha çox əhəng daşı olan suya “ağır” yaxud “cod” su deyirik, az olana isə “yüngül”. Qaynanmış su “ölü” sudur. Onun tərkibindəki mikroelementlər su qaynayandan sonra dəyişilir və faydasını itirir. Odur ki, təmiz bulaqlar olmayan yerdə su filtrindən istifadə etmək, suyu təmizləyib, çiy içmək məsləhətdir. Filtr olmasa bir stəkan suya bir az yod, alma sirkəsi yaxud bal əlavə edib için. Bilin ki, heç bir mikroorqanizm turş mühitdə yaşaya bilmir. Torpağında maqnizum olan rayonda çoxlu su içən və tərəvəz yeyən adamlar xərçəng xəstəliyinə çox nadir hallarda tutulur. Maqnizum xərçəng xəstəliyinin qarşısını alır, onu sağaldır. Maqnizum həm də əsəb, əzələ, endokrin, damar və digər sistemlərəyaxşı təsir göstərir. Ona görə də Nişi suyun maqnezum duzları ilə zənginləşdirilməsinə böyük əhəmiyyət verir. Qidanın tərkib hissəsi olan su maddələr mübadiləsinin gedişində güclü təsir göstərir.Nəfəs verərkən ağ ciyərdən buxar şəklində, tər şəklində dəridən və nəhayət düz bağırsaqdan çıxır.Xaric edilən suyun sutkalıq həcmi 3500 qrama bərabərdir. Əlbəttə bu miqdar bədənin parametrlərindən, işin xarakterindən, şəxsin davranışından çox asılıdır. Amma bir şey hamı üçün eynidir: xaric edilən su qədər su içmək vacibdir!Su içməyən adam bədənindəki zir-zibillin hüceyrələrdə və damarlarda yığılıb qalmasına və müxtəlif xəstəliklər törətməsinə gözəl şərait yaradır. Su təkcə orqanizmi təmizləmək funksiyası daşımır, həm də insanı əhatə edən mühitin temperaturuna uyğun tənzimləyir. Eyni zamanda yağın mübadiləsinə kömək edir, piyi tər vasitəsilə bədəndən qovur. Normaya uyğun həcmə içilən su yoğun bağırsaqdakı bakteriyaların azalmasına səbəb olur. Su olmayanda maddələr mübadiləsi zamanı yaranan bir çox zərərli maddələr qana sorulur, beləliklə də damarların daralması, qan təzyiqinin yüksəlməsi baş verir.Sual olunur: suyu necə içməli? Əvvəla səhər yerdən duran kimi. Mütləq. Lakin stəkanı ilıq su ilə doldurub başınıza çəkməzdən əvvəl tualetə gedin, sonra ağzınız və boğazınız təmiz-təmiz yaxalayın. Əgər dilinizin üstündə alt təbəqə əmələ gəlibsə, onu qaşığın qırağı ilə təmizləyin. İndi buyurub nuş edə bilərsiniz. Amma xəbərdarlıq edirəm: ürəyi yaxud da qara ciyəri xəstəliyə meylli olan adam suyu qurtum-qurtum içməlidir. Fəal fəaliyyət göstərən sağlam adamların gündəlik su norması 2-3 litrdir. Səhərlər ürəyiniz istəyən qədər su içə bilərsiniz. Suduyə tez-tez gedən adam yatar qarnına su içərsə, qara ciyərini və böyrəklərini xəstələndirə bilər.Suyu hamamda çimdikdən və vanna qəbul etdikdən sonra içmək çox faydalıdır. Bu, orqanizmə müxtəlif zibillərdən xilas olmaqda köməklik edir. Nişi belə hesab edir ki, isti vanna qəbul etməzdən öncə suyu o şəxs içə bilər ki, həmin adam düz və bərk yataqda yatır. Bunu etməyən şəxs suyu ən azı isti vannadan bir saat öncə içə bilər.Bəzi adamlar soruşur: çörək yeyərkən su içmək məsləhətdirmi? Əsla yox. Zərərli vərdişdir. Fikir verin: yemək zamanı və ondan sonra su içən adam öz əli ilə həzm etmə prosesini pozur və qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Mədə qalır şirəsiz. “Dəyirman” dəni üyüdə bilmir”. Zənnimcə bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.Gəzin vaxtı yaxud qaçarkən su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan çox içilməsi, orqanizmdə insulinin çatışmamasına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir... Müəllif: Ərşad ƏzimzadəMənbə: Möcüzəsiz möcüzə
['işıq', 'hava', 'su']
6,470
https://kayzen.az/blog/bloq%C3%A7u/2339/beyind%C9%99-duman%C4%B1n-h%C3%B6km%C3%BC.html
Beyində dumanın hökmü
bloqçu
Bloq: bloqçu
27 iyun 2010, 15:03
Gənclərin beyni duman içindədir! Son vaxtlar elə bil ki hər tərəfədən  narkomanlar, alkoqollu içkiyə aludə olanlar  barəsində yaman çox sözlər eşidirəm və burdan da elə təəssürat yaranır ki, elə bil indi Azərbaycanda içkiyə, narkotik maddələrə aludə olanların sayı çoxala-çoxala gedir. Bizlər saytlarda, bloqlarda, məqalələrdə siqaretin belə ziyanından danışdığımız vaxt, bundan qurtulmağı məsləhət gördüyümüz vaxt, eşidirsən ki, camaat nə haldadır. Siqaret, alkoqollu içkilər, narkotik maddələr -  bunlar insanlığı təhdid etmə cəhdinə malik olan və insanlığı barmağında oynadan böyük bir təhlükədir. Amma təəssüflər olsun ki bizlər bunu anlaya bilmirik. Müxtəlif problemlərdən dolayı çarə tapdığımız yollar dost-tanış adlandırdığımız kimlərinsə təsiri ilə bizi gətirib belə pis qapılara çıxarır. Halbuki anlasaq ki bu çarə deyil, bu həll deyil. Bu daha böyük problemdir. Bu zarafat deyil. Yer üzündə və ölkəmizdə narkotik maddələrdən istifadənlərin artması, buna gündən-günə ehtiyac duyulması çox ciddi bir məsələdir və biz bundan yan keçə bilmərik. Buna qarşı mütləq tədbirlər görülməlidir.“Bütün pisliklərin anası olan içkidən çəkinin”  (Məhəmməd Peyğəmbər). Əgər ki, alkoqollu içkilər, tütünlər, narko maddələr xeyirli bir şey olsaydı bu dinizmizdə də haram sayılmazdı ki. İnsan öz bədəninə, öz həyatına ziyan vurur və üstəlik ətrafdakılara da. Bizim üçün vacib olan ağıl və düşüncəmiz əlimizdən gedərsə ki, onsuz da həmin maddələrlə gedir – bu çox təhlükəli bir haldır. Gülünc və acınacaqlı bir halın şahidi oluruq. Təəssüf, çox təssüf ki, bəzi toy mərasimlərində olan piyan şəxslərə baxdıqda keçirdiyin hissləri bir-birinə qarışır. Həm gülürsən, həm də içində üsyan edirsən. İnsanlar özlərini bilə-bilə zəhərləyirlər. İstər içkilər, istər narkotik maddələr bunlar hamısı şirin zəhərlərdir. Narkotik maddələr insanın əqli müvazinətini, sinir sitemini pozan, bədəninə zərər verərək onu axır əvvəl mütləq ölümə götürən bir zəhərdir. Buna düçar olmusunuzsa çalışın mütləq bundan əl çəkin. Öz beyninizdə bunu həll edin. Siz atmaq istədikdən sonra sizə heç nə mane ola bilməz. Övladı böyüdürsən, boya-başa çatdırırsan, qoruyursan, amma insan evdən əlavə ömrünün 11 ilini məktəbdə, sonra 4 ilini universitetdə keçirir. Bundan sonra öz maraqları, öz əhatə dairəsi daha da genişlənməyə başlayır. Yəni valideyn övladı nə qədər qorumağa çalışsa da cəmiyyət içinə çıxan hər bir şəxs, ələlxüsus da ki, zəif olanlar, problemlər yaşayanlar və təsir altına tez düşən şəxslərin başına belə hallar gələ bilər.  İnsanın ətrafındakılardan da çox şey asılıdır. O “dost”lar, o tanışlar ki, sizi bunun təsirinə salır, o tüccarlar ki, sizə bu “zəhrimarı” satırlar, onlardan uzaq olun. Hər kəs öz əməlinə görə cavab verəcəkdir. Hər şey hardan başlayır ki, “bir dəfədən nə olar ki, dadım baxım?” deməklə; vəssəlam! Bitdi! İndi baxır kimin ağlı başındadır, kimin yox. Bu işə girşməklə geriyə yol çətin olan bir işə imza atılmış olunur. Hər halda geriyə yol var, amma istək, əzm, dözüm, səbr və vaxt tələb edir. Öz canınıza xəstəliklər gətirməyin. Öz canınıza ziyan vurmayın. Valideynlər həmişə deyirlər ki, “mən balam etməz; mənim uşağım belə şeylərə əl atmaz”. Belə deməməliyik. Başqalarının uşaqları haqqında da pis düşünüb, özümüzünkü barədə böyük-böyük danışmamalıyıq. Çünki övladının yoldaşlıq etdiyi şəxslər elə şəxslər ola bilər ki, onlarla oturub durduqca səninki də bu “zəhrimar”a aludə olmuş olar. Necə deyərlər: atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar. Valideynlər övladlarının tərbiyə təməlini elə qoymalıdılar ki, o çox bərk olsun, hər bir tərpənişdə bərk qala bilsin, yerində qala bilsin. Sağlam düşüncəyə, sağlam iradəyə malik olsunlar. Təsir altına düşməsin, zəif olmasınlar. Ağlı başlarında olsun. Bu zaman təhlükələrdən qaçmaq mümkündür. Hər halda bir məsələ də var ki, onlar istəməsələr də onları məcburi yollarla, aldadaraq, tələlərlə də bu maddələrin istifadəsinə düçar edənlər var. Bu saat pula görə nə işlər görmürlər ki?Özünüzü bilə-bilə uçurumdan aşağı atmayın. Bəlkə də indi bu məddələrin istifadəsi qığılcımlanma halındadır, gərək ki, bunun alova çevrilməsinə mane olaq. Bu çox ciddi bir problemdir.  Necə olur-olsun bunun qarşısını almaq məcburiyyətindəyik. Bunu nə dadıb, dadına baxın, nə də bunun tiryakisi olun! Özünüzü düşünün, sizi düşünən ailənizi, əzizlərinizi düşünün, gələcəyinizi, həyatınızı düşünün. Qarşıda işıqlı yollar olduğu halda onu qaranlığa çevirməyin!
['siqaret', 'narkotik maddələr', 'alkoqollu içkilər']
6,471
https://kayzen.az/blog/kontinent/2188/avstraliya.html
Avstraliya
2ral
Materiklər və qitələr
27 iyun 2010, 10:52
Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir. Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur. Adaları — Tasman, Kenquru, Kinq, Melvil v s. Cərəyanları: — şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq). Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.Avstraliyanın relyefiQondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır. Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır. Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.Avstraliyanın iqlimidünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir. Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.ropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var; a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.ÇaylarAvstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara “kriklər” deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur. Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.Avstraliyanın təbii zonalarıAvstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları. Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir. Səhralar — Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər. Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır. Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir. Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.Okeaniya — Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır: 1. Meloneziya (qara adalar deməkdir). 2. Mikroneziya (kiçik adalar deməkdir). 3. Polineziya (çoxlu adalar deməkdir). 4. Yeni Zelandiya — Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir. Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.
['Avstraliya', 'Okeaniya', 'Avstraliyanın coğrafiyası']
6,472
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/2329/duz-var-da%C4%9F%C4%B1d%C4%B1r,-duz-var-qurur.html
Duz var dağıdır, duz var qurur
bloqçu
sağlam həyat tərzi
26 iyun 2010, 23:35
Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir. Kalsium duzu.Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma, albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, portağal, ananas, üzüm, şaftalı, göy-göyərti, turpun, kökün və çuğundurun yaşıl hissələri, cücərmiş buğda, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsulları. Kalium duzu.Əzələlərin normal funksiyasını təmin edir (xüsusilə də ürək əzələlərinin), orqanizmdən suyun ifrazına yardımcı olur, sklerozun qarşısını alır. Kalium duzu natriumun yaranmasına səbəb olur, bununla da tuluqvari şişlərin çəkilməsini təmin edir.Maqnezium duzu.Antiseptik və damargenişləndirici təsir göstərir, qan təzyiqini aşağı salır, qanda xolesterini azaldır. Beyin qabığında tormozlaşma prosesini gücləndirdiyi üçün əsəb sisteminə sakitləşdirici təsir göstərir. Xərçəng xəstəliyinə qarşı mübarizədə güclü rol oynayır.Əsas mənbə:badam, yumurta sarısı (çiy), qara ciyər, nanə, zeytun, cəfəri, araxis, kartof, boranı, gavalı, qoz, buğda, yulaf dəni, qarabaşaq, covdar çörəyi, kəpəklər, lobya.Dəmir duzu.Qan yaratmaq üçün lazımdır, oksigeni ağ ciyərdən alıb, bütün orqanların toxumlarına (o cümlədən, beyinin) paylayır. Hemoqlabinin tərkibinə daxildir. Qırmızı qan kürəcikləri qanda altı həftə ərzində damarada hərəkət etdikdən sonra, bir neçə tərkib hissəyə bölünür. Onda olan dəmir isə qara ciyərə və dalağa daxil olub, orada qalır, tələb olunacağı anı gözləyir. Dəmir hüceyrə nüvəsini yaratmaq üçün lazımdır.Əsas mənbə: göy-göyərti, kök, cavan turpun və kökün gövdəsi və yarpağı, yumurta sarısı, qara ciyər, böyrək, quzuqulağı, göy noxud, kələm, pomidor, sarımsaq, mərci, xiyar, alma, armud, çiyələk, gavalı, quru meyvələrin bütün növləri. Fosfor duzu.Kalsium kimi o da sümük toxumasının tərkib hissəsidir. Kalsiumla fosfor ayrılmaz dostlardır və bədənə ondan 2 dəfə artıq tələb olunur. Bu iki duzun balansını pozmaq olmaz. Pozulsa orqanizm “yaşamaq üçün” sümük (diş, dırnaq, böyük oynaqlar) “ambarından” (əslində isə belə bir ambar yoxdur) kalsium “qoparmağa” məcbur olacaq. Xoşbəxtlikdən D vitamini fosfor-kalsium balansını tənzimləyir və bizi sümük xəstəliyindən, sümük ağrılarından, oynaq, dəri və əsəbxəstəliklərinə tutacaqlarından ehtiyat etməyə bilərlər.Əsas mənbə: Göy noxud, buğda, mərci, soya, yulaf, paxlalı bitkilər, covdar, arpa, alma, armud, xiyar, rəngli kələm, pendir, ət, yumurta, balıq, araxis, soya, qoz, fındıq, turp, treska balığının ciyəri, göbələk, cücərmiş buğda.Kobalt.B12 vitmininin tərkib hissəsidir. Kobalt çatışmayanda qan xərçəngi baş verir.Əsas mənbə: qatıq, yumurta, qara ciyər, böyrək, əridilmiş yağ, kərə yağı ( qızdırılmadan sutkada 17-20 qram). Sink.Vacib mikroelementdir, qanın və əzələ toxumasının tərkibinə daxildir, kimyəvi reaksiyaları gücləndirən katalizotor rolunu oynayır, orqanizmdə turşunun səviyyəsini saxlayır. İnsulinin tərkibinə daxildir, qanda şəkəri təmizləyir.Əsas mənbə: buğda kəpəyi, cücərməmiş buğda. Mis.Qan tərkibinin normal qalmasında mühüm rol oynayır. Mis çatmırsa qara ciyərdə yerləşən və hemoqlabin hazırlamaq prosesində iştirak edə bilməyəcək.Əsas mənbə: qoz, fındıq, püstə, badam, yumurta sarısı, qara ciyər, qatıq məhsulları.Yod.İmmuniteti qaldırmağa xidmət edir. “keşikçi” (patrul) hüceyrələrin yaradılmasında iştirak edir. Onun yaratdığı keşikçilərin vəzifəsi zərərli virusların qana daxil olmasının qarşısını almaqdır.Əsas mənbə: dəniz balıqları, dəniz bitkiləri, bitkilərin yaşıl hissələri, turp, dəniz kələmi,  yemiş, sarımsaq, kök, kələm, kartof, soğan, pomidor, lobya, yulaq, quzuqulağı, çiyələk, üzüm.Uşaqlara və yeniyetmə yaşlılara dah çox gərəkdir.Qod qatlığı maddələr mübadiləsini pozur və zob xəstəliyini törədir. Kremnezem.Bitişdirici, birləşdirici toxumların tərkib hissəsidir. Qanda az miqdarda olur. Lakin lıazım olan miqdar azaldıqda- adam hava dəyişkənliyini tez hiss edir, onun psixoloji halı pisləşir, başının tükü nazikləşir və tez qırılır, tezliklə dazlıq prosesi başlayır, dəri öz elastikliyni itirir.Göz büllurunda gözün əzələlərinə nisbətən 25 dəfə artıq kremnezem vardır. Əvvəllər kremnezemle\ə astma xəstəliyini və soyuqdəyməni müalicə edirdilər. İndi distrofiya, epilepsiya, revmatizm, piylənmə, aterosklerozxəstəliklərini də onun köməyi ilə dəf etmək mümkündür. Kremnezem dəmirə və kalsiuma nisbətən daha rahat həzm olunur. Hətta, ahıl adamlar da onu çox yaxşı həzm edirlər.Əsəs mənbə: xiyar, selder balığı, qatıq məhsulları, turp, günəbaxan tumu, pomidor, bir sıra çöl otlarından dəmlənmiş çay. Mışyak.Bu mikroelement  şəkərdən başqa bütün bitki və heyvanat qidalarında var. Bitkilərdə olan miqdar insanlar üçün kifayətdir.Mışyak fosgor itkisinin qarşısını alır və fosfor mübadiləsini tənzimləyir. Bişmiş xörəyi çox yeyən və tərəvəzdən, göy-göyərtidən az istifadə edən adamlarda allergiyanın güclü olmasını alimlər mışyak qatlığı ilə izah edirlə. Vanadium.Orqanizmin müdafiə funksiyasını gücləndirməkdə müstəsna rolu var. O, xəstəlik törədən mikroblarl udmağa qadir olan hüceyrələri (faqositlər) düzgün istiqamətləndirir, bununla da orqanizmi infeksiyalara qarşı qeyri-həssas edir.Digər mikroelementlərlə birlikdə qocalma prosesini yubadır.Əsas mənbə: çəltik, yulaq, arpa, buğda, qarabaşaq, çay, kartof, covdar, kök, çuğundur, üzüm, armud, çiyələk. Kükürd.Orqanizmi təmizləmək funksiyasını daşıyır.Əsas mənbə: kələm, sarımsaq, soğan, turp, boranı, kök, kartof, gavalı, əncir. Xörək duzu.Gündəlik norma 4-8 q. olduğu halda adamlar bundan 20 dəfə artıq  xörək duzu qəbul edir. Bu da böyrəklərin fəaliyyətini 8 pisləşdirir, ürək-damar xəstəliklərni törədir, maddələr mübadiləsinə pis təsir göstərir. “Ağ ölüm” adını buna görə almışdır. Ftor. İçməli suda, ətdə və tərəvəzdə var.Bor. Tərəvəzdə və ətdə var.Aliminium. Bütün qidalarda mövcuddur. Müəllif: Ərşad ƏzimzadəMənbə: Möcüzəsiz möcüzə
['duzlar', 'mikroelementlər', 'vitaminlər']
6,473
https://kayzen.az/blog/ilham/2328/obama-v%C9%99-medvedyev-fast-fudda.html
Obama və Medvedyev fast-fudda
ilham
Bloq: ilham
26 iyun 2010, 23:04
ABŞ prezidenti Obama və Rusiya prezidenti Dmitriy Medvedyev rəsmi görüşdən sonra öz söhbətlərini Ray’s Hell Burger restoranında davam etdiriblər. ABŞ prezidenti Obamanın pulu az olduğu üçün rus həmkarını baha yerə apara bilməyib. Medvedyevin menyusu  burger with onion, salad, tomatoes and cheddar cheese Obamanın menyusu- a burger with onion, cheddar cheese, jalapeño and mushrooms. hər ikisi kola və kartoşka fri sifariş ediblər.
['fast-food', 'Barak Obama', 'Dmitriy Medvedyev', 'prezident']
6,474
https://kayzen.az/blog/bloq%C3%A7u/2312/vur%C4%9Funluq-v%C9%99-obyektivlik.html
Vurğunluq və obyektivlik
bloqçu
Bloq: bloqçu
26 iyun 2010, 13:57
Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdırki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun, oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq quldurları tutmaq və ya yanğını sondurmək onun vəzifəsi deyil. Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən peyğəmbərə çevrilir.Gəlin konkret bir misalı nəzərdən keçirək. Bu, Eresun boğazından keçən körpünün salınması ilə bağlıdır və bu hadisə İsveçdə çox böyük mübahisələrə və müzakirələrə səbəb olmuşdur. Öz işinə vurğun olan jurnalist dərhal deyəcək ki, bu, mühüm müzakirə mövzusudur. Bu əhvalat intriqadan xali deyil, burada pul, emosiya, konflikt, siyasət, ekologiya məsələləri bir-birinə qarışır…Layihə müəlliflərinin fikrincə, körpü Baltik dənizinin hər iki sahilində Eresun regionunu, iki ölkəni bir-birinə bağlayacaq. Beləliklə, İsveçin Malmo şəhəri və Danimarkanın paytaxtı Kopenhagen yeni mədəni və iqtisadi konqlemerat kimi birləşəcəklər. Körpü texniki baxımdan nəhəng, mürəkkəb inşaat layihəsidir və bunu həyata keçirmək uçun böyük işçi qüvvəsi və geniş miqyasda nəqliyyat daşımaları tələb olunur. Bir tərəfdən, tikinti yalnız körpü dirəklərin təməlinin qoyulduğu yerlərdə deyil, bütün Baltik dənizində və Eresuna yaxın rayonlarda ətraf mühitə təsir edəcək, heyvanat aləmi, bitkilər, balıq vətəgələri üçün təhlükə yaradacaq. Digər tərəfdən, tikinti bir çox Danimarka və İsveç müəssisələri üçün milyardlarla kron investisiya deməkdir. İsveç höküməti iki duşərgəyə bölündü.Bu cür kəskin və konfliktli mövzu hər bir jurnalisti cəlb edə bilər. Ancaq jurnalist unutmamalıdır ki, onun vəzifəsi layihə ilə bağlı baş verən hadisələr barədə cəmiyyətə informasiya verməkdir, körpünün tikilib tikilməməsi onun işi deyil. Ola bilsin ki, bizim peşəmizin ən mürəkkəb cəhəti qərəzsizlik və işguzarlıq prinsiplərinə əməl etməkdir. Reportyor onu maraqlandıran mövzu ilə bağlı faktları tapmaqla kifayətlənməməli, eyni zamanda bu movzu ilə yaşamalı, həyəcanlanmalı, mübahisəli məsələlər ətrafında yaranan şəraitə nüfuz etməlidir, lakin bu kiminsə tərəfini saxlayacaq dərəcədə olmamalıdır. Kim ki xəbərlərlə işləyir, o, maksimum obyektivliyə çalışmalı, bu və ya digər tərəfə rəğbətini bildirməməlidir. Əlbəttə, bu, asan iş deyil, amma onun çətin olmasını bəhanə edib bu məqsədə çatmaqdan imtina etmək olmaz. Hər şeyə oxucunun, tamaşaçının, dinləyicinin gözü ilə baxın. Razılaşın ki, onların jurnalistin şəxsi simpatiyası və ya antipatiyası ilə boyanmamış informasiya almağa haqqı var. Bir çox həmkarlarımız bu vəzifənin öhdəsindən layiqincə gələ bilmirlər və buna görə də məsələnin bu cur qoyuluşu ilə razılaşa bilmirlər. Hər halda jurnalistin həvəsi ilə onun obyektivliyi arasındakı bəzi ziddiyyətlər olduğunu qəbul etmək, anlamaq, eyni zamanda bizim sənətimizin tələblərinə əsasən onları bir-birindən ayırmaq lazımdır. Rollar arasında qoyulan sədd ona gətirib çıxarır ki, bəzən biz sosial təcrid hissi keçirməli oluruq. Jurnalist hadisələr haqqında xəbər yayır, amma bu hadisələrdə iştirak etmir, bu sistemin içində olsa da, elə bil eyni zamanda ondan kənarda dayanır. Şahidi olduğu hadisələrin iştirakçılarının bu və ya digər məsələ barədə öz fikirlərini demək imkanı var, reportyor isə bir qədər kənarda dayanmaq məcburiyyətindədir: «Mən burada ona görə deyiləm ki, rəyimi söyləyim, ona görəyəm ki, sizin nə rəydə olduğunuz və nə etdiyiniz barədə xəbər verim».Jurnalistlərin bəziləri bunu çox ağrılı keçirirlər. Axı material üzərində işlədiyi zaman reportyor insanlarla tanış olur, onların keçirdikləri hissləri bölüşür, onların həyəcanlarına şərik olur və ya onlarla birlikdə hiddətlənir və birdən hansı andasa ümumi fikirdən kənarda qalmağa məcbur olur ki, öz işini qərəzsiz yerinə yetirmək üçün imkan əldə etsin. Jurnalist də digər peşə sahibləri kimi adi insandır. Lakin real həyatda şəxsi və ictimai həyat arasında sərhəd qoymaq asan iş deyil.Beləliklə, jurnalistin marağı və öz işinə vurğunluğu arasında sərhəd olmalıdır. Bizim peşəmiz üçün bu şərtin o qədər mühüm əhəmiyyəti var ki, dərc olunan materialların nəticəsi baxımından mən bu məsələyə dəfələrələ dönməli olacağam. Vurğunluqla obyektivlik arasındakı ziddiyyət bizim cəmiyyətdəki rolumuzun ən əsas cəhətini təşkil edir. Erik Fichtelius — «Jurnalistikanın 10 qızıl qaydası» kitabından. Tərcümə: Hacı Hacıyev, Ramiz Əsgər
['jurnalist', 'reportyor', 'jurnalistika', 'obyektivlik']
6,475
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2311/bir-damc%C4%B1-kifay%C9%99tdir.html
Bir damcı kifayətdir
bloqçu
Düşündürücü hekayələr
25 iyun 2010, 20:32
Səhra əfsanələrindən birində deyilir ki, bir kişi var imiş, hansı ki, qonşu vahəyə (oazisə) köçmək istəyib. Buna görə də o başlayıb dəvəsini yükləmyə. Belə ki, xalçalarla, mətbəx ləvazimatlarıyla, geyimlər toplanmış sandıqlarla yüklənmiş dəvə də bütün bunlara dözürdü. Onlar yola çıxacaqları vaxt kişinin yadına atasının ona verdiyi mavi pero düşür. O bu peronu da götürür və qoyur dəvənin kürəyinə. O bunu elədiyi vaxt, heyvan ağırlıqdan yerə çırpılır və ölür. Kişi düşündü: “Mənim dəvəm heç bir dənə peronu belə saxlaya bilmədi” Bəzən biz də başqaları kimi düşünürük-  balaca bir zarafatımız əzab badəsini daşdıracaq bir damcı ola biləcəyini anlamadan. Paulo Koelyonun "Maktub"undan
['dözüm', 'əzab']
6,476
https://kayzen.az/blog/bloq%C3%A7u/2310/qurtulu%C5%9F-m%C3%BCharib%C9%99sind%C9%99-bir-t%C3%BCrk-qad%C4%B1n%C4%B1.html
Qurtuluş müharibəsində bir türk qadını
bloqçu
Bloq: bloqçu
25 iyun 2010, 20:15
Paroxod və katerlərlə İneboluya çıxarılan silah və döyüş ləvazimatı Kastomonudan Ankaraya, oradan da cəbhəyə göndərilirdi.1921-ci ilin dekabr ayında birdən-birə yağmağa başlayan qar bütün yolları örtmüşdü.İstanbuldan Kastamonuya kimi gedən və necə olubsa yolda qafilədən geri qalan gənc bir qadın fırtınalı bir gecədə sabaha qədər yağan qarın altında yoluna davam etmişdi. Döyüş sursatı yüklənmiş iritəkərli arabası ilə yorğun-arğın bir halda Kastamonu qışlağının qapısına qədər ancaq gələ bilmiş və daha şəhərə girmək ona qismət olmadan yolun kənarında durmuşdu. Arabanın yanına gedənlər ürək ağrıdıcı və çox dəhşətli bir mənzərə ilə qarşılaşmışdılar.Bu vətənvərpər qadının bu qiymətli yükü qorumaq üçün yorğanlarını top mərmilərin üstünə sərdiyi və özü də bir əlində qırmanc qollarını açaraq yorğanları qucaqladığı və həmin vəziyyətdə də səhərə yaxın donduğu məlum olmuşdu. Hadisə yerinə göndərilən Cəmil və Rifat çavuşlar ağlaya-ağlaya şəhidin üzərindəki qarı süpürüb, onu arabadan götürərkən, ağlayan bir uşağın səsini eşitmişdilər. Və ananı yana çəkib, yorğanları qaldırdıqda, gördükləri mənzərədən heyrətə gəlmişdilər. Otlara sarılmış, mərmilərin arasında yerləşdirilmiş çulların içərisində qundaqdakı bir qız uşağı donmaqdan qurtulmuş və ətrafdakı hərəkətlilikdən oyanaraq, əmizdirlmək üçün ağlamağa başlamışdı.Döyüş sursatı və balası uğrunda özünü qurban verən bu qəhrəman türk anasının acı hekayəsini bu vətən torpaqlarında yaşayan hər kəsin, xüsusilə də gənc nəsillərin yaxşı qiymətləndirilməsi lazımdır. Nurettin Peker 1918-1923-cü illər “İstiqlal savaş”ının İnebolu və Kastamonu Havalisi, s.396 vd. Türkiyə Respublikasının şanlı Kurtuluş savaşı
['Qurtuluş müharibəsi', 'istiqlal savaşı', 'türk qadını', 'Kurtuluş savaşı', 'türk ordusu']
6,477
https://kayzen.az/blog/edebiyyat/2308/anam%C4%B1n-kitab%C4%B1.html
Anamın kitabı
bloqçu
Ədəbiyyat
25 iyun 2010, 16:12
ANAMIN KİTABI - bu əsəri çox xoşlayıram."Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.  Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər. Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
['Anamın kitabı']
6,478
https://kayzen.az/blog/bloq%C3%A7u/2307/loxotron.html
Loxotron
bloqçu
Bloq: bloqçu
25 iyun 2010, 15:52
“Zəng elə, zəng elə, zəng elə; nə gözləyirsən, elə bu dəqiqə zəng elə və milyonlara sahib ol?! Bu sənin şansındır. Gözləyirəm, sizin zənginizi gözləyirəm – bu dörd hərfli sözü tapmaq heç də çətin deyil.. Çox, çox, çox asan bir sual verilir və cavabı da çox rahatlıqla tapa bilərsən, indi, bu dəqiqə al telefonu əlinə, bizimlə əlaqə saxla, şansını əldən qaçırma. Unutma ki, sən ... məbləğdə pul qazana bilərsən.”Bla-bla-bla, dır-dır-dır.  Bir gün TV-də kanalları fırladanda belə verlişlərdən birinə rast gəldim. Və pult əlimdə, ilişdim qaldım. Dedim ki, görüm bu nə qədər danışacaq? Sizi inandırım ki, heç 3-4 dəqiqə olmazdı bəlkə də, o danışan aparıcının əvəzinə mənim boğazım qurudu. Dayanmadan, fasiləsiz olaraq eyni sözləri təkrar edir. Özü də verlişin bir mənası ola. Yayım şirkətlərinin  belə bir işə imza atmasının nə mənası var axı? Həə, ucunda pul var... Guya indi bunlar belə verliş təşkil etməklə guya camaata pul qazandırırlar.  Camaata qazandırmırlaree, camaatdan qazanırlar. Çünki belə şeylərə inanlar və o verlişlərə zəng edənlər az deyil. Yəqin ki, proses belə baş verər:Zəng edirsən, deyir ki, "xahiş edirik xəttə qalın" və sən də bu xəttə musiqi sədaları altında gözlədiyin müddətdə pul gedir. Sonra da ya əlaqə kəsilri, ya da nə bilim nə... İndi hərə bu mənasız bir işə (“iş” də demək düzgün olsa) müəyyən miqdarda pul sərf edərsə, bundan sizcə kim və nə qədər qazanar? Özü də orda elə asan sözlər olur ki, zəng edənlər nədənsə cavabı heç tapa bilmirlər. Bu da bbir daha təsdiq edir ki, o verlişə edilən zənglərin əksəriyyətifırıldaqdır, qurmadır.Eşitdiyimə görə Rusiyada bir çox təqaüdə çıxmış qocaman insanlar belə oyunların tələsinə çox düşüblər (təbii ki, belə tələlərə hər yerdə düşürlər), hansı ki, nəticədə pullarından da olublar. İçlərində məhkəməyə verənlər də tapılıb, amma burda sən uduzursan. Çünki, ekranda alt yazıda xırda şriftlərlə zəngin dəqiqəsinin qiyməti də qed olunub.  Belə çıxır ki, sən əgər ora zəng edirsənsə, deməli, oranın qaydalarıyla da razılaşmısan. İndi nə məhkəmə, nə hüquq?Məncə bütün bu işlər qurma işlərdir. Ən təsirlisi də budur ki, bu işi görənlər bir yana, bunlarla yanaşı Yayım şirkətlərinin belə yayımlara izn verməsidir. Ekstrasesnsliyi, falçılığı, fırıldaqçılığı və s. – belə şeyləri təbliğ edək, görək sonumuz hara gedir. Heç işıq görmürəm.P.S. Nikbin biri idim, amma hiss edirəm ki, nikbinliyim yerini bədbinliklə əvəz edir. Təəssüf!
['loxotron', 'pul qazanmaq', 'fırıldaqçılıq']
6,479
https://kayzen.az/blog/qadin/2263/g%C3%B6z%C9%99l-qad%C4%B1n,a%C4%9F%C4%B1ll%C4%B1-qad%C4%B1n.html
Gözəl qadın,ağıllı qadın
burla xatun
Qadın
25 iyun 2010, 15:20
Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır. Halbuki bu, elə bir vaxt aparmır. Bunun üçün hər gün səhər və axşam özünüzə beş-on dəqiqə ayırsanız, hər şey yaxşı olar. Necə? Diqqətli olun! Səhər yuxudan ayıldıqdan sonra əzələlərinizi fəallaşdırmaq üçün 5 dəqiqə yüngül gimnastika edin. Sonra ilıq duş qəbul edin. Bu gün ərzində sizə komfort hissi bəxş edəcək. Bundan sonra üzün dərisilə məşğul olmağın vaxtıdır. Yuyunduqdan sonra üzünüzə dərinizə uyğun seçdiyiniz gündüz kremi çəkin. 15-20 dəqiqə sonra evdar və yaxud işgüzar qadın olmağınızdan asılı olmayaraq, makiyaj edin. Təbii ki, hər iki halın özünə uyğun makiyajı var. Evin içində parlaq, tam makiyajla dolaşmaq düzgün deyil, ancaq makiyajsız gəzmək də böyük səhvdir! Qadın əvvəlcə öz evində gözəl görünməlidir. Bundan sonra nə geyinəcəyinizi dəqiqləşdirin və gündəlik işlərinizə başlayın. Bir də unutmayın ki, evdə məhz xalatla gəzmək vacib deyil... Daha doğrusu, lazım deyil! Özünə baxmağın davamı isə axşam, yuxudan öncədir. Bu zaman proseslər səhərkinin tam əksidir. Yəni səhər istifadə etdiyiniz bütün ənlik-kirşanı axşam təmizləmək lazımdır. Yatan zaman üzünüzdə heç bir makiyaj qalığı olmamalıdır. Hətta gecə kremlərindən də hər gün istifadə etmək məsləhət deyil. Yuxudan öncə üzünüzü lasyon, yaxud toniklə tam təmizləyin. Əllərinizə və ayaqlarınıza qidalandırıcı krem çəkin. Gözünüzün üzərinə 5 dəqiqəlik çay kompresi qoymaqla günün yorğunluğundan qurtula bilərsiniz. Yuxudan qabaq şotka daraqla saçınızı bir neçə dəqiqə darayın. Bu, saçınızı gün ərzində çökmüş tozdan azad edəcək və onların uzanmasına şərait yaradacaq. Yuxuya gəldikdə isə, mütəxəssislər hesab edirlər ki, qadın axşam tez yatıb, səhər tez durmalıdır. Gündəlik yuxu saatı isə 8 saatdan bir dəqiqə də az olmamalıdır! Bu gün nə bişirim? Mətbəx ancaq qadınlara məxsus olan, məhz onların əmrlərinin keçdiyi yeganə məkandır. Bəlkə də elə bu səbəbdəndir ki, biz qadınlar mətbəximizi qoruyur, oraya kiminsə müdaxilə etməsini sevmirik. Hər qadının əlinin öz spesifik dadı var. Bir neçə qadının bişirdiyi eyni xörək heç vaxt eyni dada malik olmur. Ancaq hər halda mətbəximizi də həyatımıza uyğun şəkildə qurmalıyıq. Əksər qadınların işlədiyi müasir dövrdə mətbəx, həqiqətən də, böyük problemdir. Bu baxımdan, işinizi yüngülləşdirmək istərdinizmi? Evdar qadınların mətbəxlə, demək olar ki, problemi yoxdur. Səhər erkəndən üzərində fikirləşdiyi "Bu gün nə bişirim" sualına cavab tamaq üçün onların kifayət qədər vaxtı var. İşgüzar qadınları isə bu cəhət daim narahat edir. Buna görə də, indi verəcəyimiz məsləhətlər, əsasən, işgüzar qadınlara aiddir. İlk öncə, imkan daxilidə ailə bazarlığında özünüz də iştirak etməyə çalışın. Evə nəyin lazım olduğunu qadınlar kişilərdən daha yaxşı bilirlər. Bazara istirahət günündən bir gün öncə getsəniz yaxşıdır. Beləliklə, sabahı gün həm istirahətə, həm də gələn həftənin menyusunu hazırlamağa vaxt taparsınız. Həftə ərzində gərəyiniz olacaq ərzaqları əvvəlcədən alın. Məhsulları yarımfabrikat və yaxud yarım bişmiş vəziyyətdə saxlamalısınız. Məsələn, nə bişirəcəyinizdən asılı olaraq, əti doğramaq, çəkmək, sümüyündən isə bulyon hazırlamaq olar. Duru yeməyin gündəlik qida rasionunda böyük əhəmiyyət kəsb etdiyini, yəqin ki, bilirsiniz. Soyuducuda hazır bulyon olduqda çox qısa müddətdə müxtəlif yarma və lapşalardan (düyü, yulaf, makaron, əriştə) şorba hazırlaya bilərsiniz. Beləliklə, hər gün süfrənizdə başqa bir şorba olacaq. Göyərtini təmizlədikdən sonra soyuq suda isladılmış dəsmala büküb saxlasanız o, uzun müdət təzə qalar, siz isə hər gün göyərti almaq və təmizləmək problemindən qurtularsınız. Toyuğu duxovada diri bişirmək fikriniz yoxdursa, onu da əvvəlcədən doğrayıb hazır saxlayın. Toyuq asan bişən ət məhsuludur və ondan xörək hazırlamaq çox vaxt tələb etmir. Həftədə bir-iki dəfə ətsiz xörək bişirin. Xolesterin və artıq çəkidən əziyyət çəkənlər bunu daha tez-tez edə bilərlər. Üstəlik, tərvəz ətə nisbətən tez bişir. Qaynadıldıqdan sonra süzülüb soyuducuda saxlanılan əti bir neçə gün sonra da bişirmək olar. Langetlik əti əvvəlcədən döyün. Meyvə və tərəvəzi soyuducuda saxlamaq lazım deyil. Soyuducu onların tərkibindəki vitaminləri öldürür. Çəkilmiş əti də bişirəcəyiniz yeməyə görə hissələrə bölün və əlavələrini qarışdıraraq saxlayın. İşdən evə gələndən sonra ət çəkmək, çəkilmiş ətdən hissə ayırıb ona əlavələr etmək probleminiz olmasa, bircə saatın içində Azərbaycan ailələrinin çoxunun sevimli xörəyi olan dolmanı hazırlaya bilərsiniz. Əgər evə sizdən tez gələn, lakin yemək bişirmək imkanı olmayan ailə üzvləriniz, məsələn, uşaqlarınız varsa, yeməyi bir gün əvvəl bişirib soyuducuda saxlayın. Etiraf etmək lazımdır ki, işdən qayıtdıqdan sonra nə bişirəcəyini fikirləşmək xeyli vaxt aparır. Buna görə də həftəlik menyünü qabaqcadan hazırlasanız yaxşıdır. Menyüyə mütləq duru xörək də daxil edilməlidir. Uşaqlarınız azyaşlıdırlarsa, həftədə bir-iki dəfə mütləq şirniyyat bişirməlisiniz. Unutmayın ki, uşaqların qidasında şəkər ən əhəmiyyətli qida məhsuludur. Evdar qadınların bu baxımdan, heç bir çətinliyi yoxdur. İşdən gəldikdən sonra isə şirniyyat bişirmək... həqiqətən də problemdir. Sizin üçün ən asan çıxış yolu tez hazırlanan oladilər, yağda qızardılan peçenyelərdir. Yarımfabrikat şəkilində satılan və bir neçə dəqiqəyə hazır olan şirniyyat növlərindən də istifadə edə bilərsiniz. Qadınlar evdarlıqla yanaşı, qənaət etməyi də bacarmalıdır. Hətta kiçik ailənin də normal qidalanması üçün müəyyən vəsait lazımdır. Unutmayın ki, xarab olan hər bir ərzaq sizin büdcənizə dəyən ziyandır. Qənaət etməyi isə heç kimə öyrətmək olmaz. Hərə öz qabiliyyətinə uyğun hərəkət etməlidir.
['gözəllik sirləri', 'gözəl görünüş', 'qadınlar', 'qadın biclikləri', 'qadın gözəlliyi']
6,480
https://kayzen.az/blog/bloq%C3%A7u/2305/%C9%99xlaq.html
Əxlaq
bloqçu
Bloq: bloqçu
25 iyun 2010, 15:10
Peyğəmbərdən soruşublar: Allah dərgahında ən sevimli qullar kimlərdir?O isə cavab verir: Əxlaqı gözəl olanlar. Nəfs, mənfi vərdişlər... bu kimi xüsusiyyətlər dünya yaranandan bəri insanların içində cərəyan edərək yer üzündə bir iz buraxır. Elə bir iz ki, bunu heç də yaxşı adlandırmaq olmaz və o izi silmək də bəzən çox çətin olur. Əxlaqımız bizim kim olduğumuzu göstərir. Əxlaqsız insan isə daim yerin dibinə batmaqdadır, amma bununla yanaşı yer üzündə də həmişə əxlaqsızlığın nişanələrinə rast gəlinir.Nədir əxlaq? Tərifi varmı? Mən belə deyərdim ki, biz insanlar müxtəlif cür xüsusiyyətlərə, xasiyyətlərə sahibik. Hansı ki, bu xasiyyət və xüsusiyyətlər də çox bir çox hallarda bizim ruhumuza hopmuş vərdişlərimizdən irəli gəlir. Demək ki, əxlaqa belə bir tərif versəm heç yanılmaram: əxlaq ruhumuzda, canımızda yerləşən vərdişlərdir. Bu vərdişlərdən doğan əxlaq göstəricisi xüsusiyyətlərimiz, davranışlarımız insanı göyün üzünə də çıxarar, yerin dibinə də batırar. Həm də düşünəndə ki, vərdişlər fikirləşməyə, düşünməyə macal vermir. Vərdişlər düşünmədən yaranan davranışlara səbəb olur. İndi baxır ki, ruhumuza hopmuş bu vərdişlər pis vərdişlərdirmi, yoxsa yaxşı. Burdan da gözəl əxlaq, ya da ki əksinə əxlaqsız kimi damğalar, ləqəblər meydana gəlir. Tərbiyə.. Bu çox önəmlidir. Biz öz ruhumuzun da tərbiyəçisiyik. Məhsulu necə alırıq? -Əkdiyimiz toxuma görə, elə deyilmi? Arpa toxumu əksək, arpa, buğda əksək, buğda əldə edərik. Eləcə də ruhumuz. Biz ruhumuzun dərinliklərinə yaxşı xüsusiyyətlər, yaxşı vərdişlərin toxumunu əkib, gözəl əxlaq sahibi ola bilərik. Hər yerdə də başı uca, alnıaçıq gəzərik. Ürəyimiz də rahatlıq tapar, həyatımız da. Sabah bu dünyadan köçdüyümüzdə də o gözəl dünyanı, gözəl həyatı qazanmış olarıq. Əxlaq dində də böyük önəm daşıyır. Quranı oxumaqla biz bir daha başa düşürük ki, islam insanlarda gözəl əxlaq, ağıl, kamillik kimi xüsusiyyətlərin olması üçün səy göstərir. Şəxsən mən özüm Quranı oxuduğum zaman özümü bəzən çox halda səhv etmiş, günah qazanmış kimi zənn edir və bir çox vərdişlərdən uzaq durmağa məcbur edirəm. İstənilən halda bir işi görmək üçün öz üzərimizdə etdiyimiz məcburiyyət işə yarayır. Çünki, insan öyrəşir. O zaman nə üçün bizim vərdişlərimiz pis vərdişlər olsun? Özümüzü bundan müalicə edək, nəfsin qurbanı olmayaq. Düzgünlük də bir əxlaq göstəricisidir. Dünən bazara getmişdim. Orda tərəvəz satanların çoxsusu belə satırdılar: kartofun, pomidorun 3 kilosu 1 manata və ya 5 kilosu 1 manata. Dedim nə yaxşı. Sonra mənə tanışlar dedilər ki, onlar tərəzidə fırıldaq iş tuturlar. Yəni sənin 3 kilo bilib aldığın heç də 3 kilo deyil. Biz işlədikdə belə hiyələyə, yalana əl atarıqsa nahaq pul qazanma üsulundan istifadə edəriksə, bu da bizim əxlaqımızın zəif olduğuna bir işarə olar. Biz vəzifəmizi məsuliyyətlə, dəqiq yerinə yetirməliyik. Qoy halallıq olsun. Fırıldaqçılıq, hiyləgərlik, başdan sovdalıq – bunlar pis xüsusiyyətlərdir. Məsuliyyət, düzgünlük, haqq hissi olmayan insanların, fərdlərin yetişdiyi bir cəmiyyət heç vaxt uğur qazana bilməz, təşəkkül tapmaz. Necə ki, çürük, xarab bir taxtadana gəmi düzəltməyin mümükün olmadığı kimi.Biz dünyaya gəlirik, boy atırıq, ailə qururuq. Cəmiyyətin bir üzvü oluruq. Sabah bu cəmiyyətin aqibəti məndən və mənim qurduğum ailədən asılıdır. Belə ki, əgər mən əxlaqda pis olarsam, yetişdirdiyim ailəyə də o əxlaqla tərbiyə verərsəm və cəmiyyət içində də əxlaqsız bir fərd yetişərsə bu zaman o cəmiyyətin gələcəyi, sabah qurulan ailələr, onlaın quracağı ailələr və s. və i.a. –bunlar hamısı uçuruma gedər.Əslində Biz yurdumuzun çox mənfiliklərindən danışırıq. Bu təbiidir. Mənfi hallar çoxaldıqca müsbətləri geridə qoyur. Qurunun oduna yaş da yanır. Amma fikir verin ki, Azərbaycanda mənfi halların sayı azalsaydı, davranışlar, xüsusiyyətlər, tərzlər yaxşılaşsaydı hər şey necə də yaxşı olardı. Adi bir misal çəkəcəm: biz ki o torpağın yetirmələriyik ki, bizdə avtobusda, metroda, ümumiyyətlə, nəqliyyat vasitələrində qocalara yer verilir. Buna başqa yerdə rast gəlmək çətindir. Amma təəssüf ki, mənfi xüsusiyyətlər çoxaldıqca əxlaqsızlıqlar sərgilənir və bütün müsbət xüsusiyyətlər də üstüörtülü qalır və zamanla batıb-gedir. Batıb gedir dedim, amma bəlkə də düz demədim, öz xasiyyətinə, xüsusiyyətinə, gözəl əxlaqına sadiq olanlar da daim yaşayır və yaşayacaqlar da.
['əxlaq', 'tərbiyə']
6,481
https://kayzen.az/blog/Leyla/2118/yer-%C3%BCz%C9%99rind%C9%99-h%C9%99yat%C4%B1n-%C9%99m%C9%99l%C9%99-g%C9%99lm%C9%99si.html
Yer üzərində həyatın əmələ gəlməsi
Leyla
Bloq: Leyla
25 iyun 2010, 11:00
Canlı və cansız arasında fərq həyatın bu mahiyyəti hələ qədim zamanlardan insanları düşündürmüş, min illər ərzində dinlə elm, materializm ilə idealizm arasında həmişə mübarizə getmişdir. Idealistlər ilahi qüvvə tərəfindən yazıldığını söyləyirlər onlar söyləyirlərdilər ki, həyatın qeyri-maddi başlanğıcı olan can, ruh təşkil edir.Materialist isə dünya görüşünə görə həyat materiyanın varlıq, hərəkət forması olub, fəzada yerdəyişməsi deyil, həm də onda gedən dəyişikliklərin, inkişafını və mürəkkəbliyin məcmusu kimi başa düşülür. Materialistlərə görə canlı və cansız arasında uçurum yoxdur. Həm canlılar, həm də cansızlar materiyanın mövcudluğunun müxtəlif formalarıdır.Həyat anlayışı - Biologiya elminin inkişafı canlılar və cansızlar arasında kəskin sərhəddin olmadığını müəyyən etdi. Hələ qədimdən həyatın canlılarla cansızları fərqləndirən cəhətini tapmaq. Ona dəfələrlə tərif verilsə də bu həyat anlayışını tam əks etdirmir. Belə təriflər içərisində özünə nisbətən yer tutan F.Engels və M.V.Volkenşteynin həyata verdiyi təriflərdir. F.Engels həyata belə bir tərif vermişdir. Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur. Həmin cisimlər kimyəvi tərkibinin və hissələrinin daim özü özünə yeniləşməsindən ibarətdir. Engelsin bu tərifi 2 hissədən təşkil olunmuşdur. Birinci hissə canlıların cansızlardan fərqli olaraq zülalardan təşkil olunması, 2-ci hissədə isə zülalların yaşama üsulu-maddələr mübadiləsini göstərir.Həyatın müasir tərifi isə M.V.Volkenşteynə məxsusdur. M.V.Volkenşteyn həyata belə tərif vermişdir. “Yer üzərində yaşayan bütün canlı varlıqlar zülallar və niklein turşularından ibarət biopolimerlərdən qurulmuş özünütörədən və tənzimləyən açıq sistemdir”.  Açıq sistem dedikdə ətraf mühitlə daim maddələr və enerji mübadiləsi aparan sistem nəzərdə tutulur. Yer üzərində həyatən yaranması haqqında bir şox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrin düzgünlüyünü sübuta yetirmək üçün bir şox cəhdlər edilsə də, onların hamısı həyatın canlı və cansızlardan yaranması tərəfdarı kimi 2 qrupa ayrılır. Həyatın cansızlardan yaranmasını iddia edənlər balığın lildən, qurdların torpaqdan, milçəklərin çirkdən əmələ gəlməsi fərziyyəsini irəli sürmüşdür. 1661-ci ildə italyan bioloqu F.Redi canlıların cansızlardan əmələ gəlməsi fərziyyəsinə qarşı çıxaraq öz təcrübəsinin nəticəsini elan etdi. O,8 qaba ət qoyaraq 4-nün ağzını açıq, 4-nün isə ağzını tənziflə bağladı. Açıq qabda qurdların əmələ gəlməsinə istinad edərək, canlı orqanizmlərin cansızlardan əmələ gəlməsini inkar etdi. Lakin buna baxmayaraq bir çox alimlər bu fikrə qarşı çıxırdılar. Həyatın özü-özünə yaranmasının mümkünlüyü haqda mübahisəyə son qoymaq Paris Akademiyası 1860-cı ildə xüsusi mükafat təyin etdi. 3 il sonra 1863-cü ildə bu mükafatı L.Paster aldı. O, bir ədəd kolba götürdü. S şəkilli şüşə borunu kolbaya əlavə edərək təcrübəni davam etdi. Kolbada mikroorqanizmlərin inkişafı üçün lazım olan qidalı mühit yaratdı və qaynatdı. Bura şüşə borudan sərbəst  surətdə hava girirdi. Bakteriyalar borunun əyri olan hissəsində çökdüyü üçün qidalı mühitdə çürümə baş vermədi və uzun müddət dəyişilmədi. Kolbadakı mayeni şüşənin dar boğazına toxundurduqda məhlulda tez bir zamanda çürümə getdi. Paster bu təcrübəsi ilə sübut etdi ki, canlı elə canlıdan yaranır.Bəzi alimlər yer üzərində həyatın başqa planetlərdə gətirilməsi fərziyyəsini irəli sürdülər. Bu fikrə kimyaçı S.Arrenius və V.İ.Vernadski də tərəfdar olmuşdur. Arreniusa görə Yer və planetlər bir-birindən təcrid olmamışdır. Buna görə də həyatın rüşeymi kosmik fəzada işığın təsiri ilə başqa planetə sürətlə ötürülür. Bu fərziyyənin düzgünlüyü şübhə altındadır. Çünki canlı orqanizmlər yerə gəlib çatana qədər radiasiyaya məruz qalırlar, həmçinin atmosferin yuxarı qatlarında yanmalı idilər. Buna görə bu fikir qəbul edilmir. Yerin formalaşması   Elmi tədqiqatlara görə Günəş sistemi əvvəllər sərbəst atomlar şəklində qaz dumanlarından ibarət olmuşdur. Atomların dumanlıqların mərkəzinə toplanması nəticəsində Günəş, mərkəzdən ayrılan sıx topalardan isə planetlə, onların peykləri formalaşmışdır. Məlumatlara görə yerin yaşı 4.5 milyard ilə çatır. Yeri əmələ gətirən qaz buludları fırlandıqca ağır metallar, xüsusən də dəmir atomları onun mərkəzinə toplanmışdır. Sonralar isə dəmir, silisium və alüminium kimi atomlar birləşib, Yerin üst qatını – Yer qabığını əmələ gətirdi. Daha yüngül atomlar isə atmosferi əmələ gətirdi. Atmosferin tərkibini N, O, H, C kimi elementlər təşkil etmişlər. Bu elementlərdən yalnız H atomu digər N, O, C atomu ilə reaksiyaya girmək qabiliyyətinə malikdir. Ilk atmosferi təşkil edən elementlər H və O-nin qarşılıqlı təsirindən su (H2O), N-la birləşməsindən ammonyak (NH3), C-la birləşməsindən metan (CH4) yarandı. Bundan əlavə yerdə hidrogen sianid (HCN), karbon qazı (CO2), həmçinin H atomlarının birləşməsindən H molekulu (H2) yarandı.Yerə intensiv təsir edən günəşin ultrabənövşəyi şüaları quruda həyatın inkişafını qeyri-mümkün edirdi. Su bu şüaları uda bildiyi üçün həyat suda mümkün idi. Fotosintez prosesində yaranmış oksigenin quruda ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsiri xeyli azaltdı. Nəticədə quruda həyat üçün əlverişli şərait yarandı. Yerin inkişaf tarixini 5 eraya bölmüşdür.1.Arxey erası          2.Proterozoy erası            3.Paleozoy4.Mezozoy erası     5.Kaynezoy erasıYerin ilk erası arxey erasıdır. Arxey erası ən qədim eradır. 3.5 milyard il əvvəl başlamış və təxminən 1 mlrd il davam etmişdir. Ilk canlı orqanizmin bu erada meydana gəlməsi güman edilir. Onlar okeanda yaşayan, oradakı üzvi maddələrlə qidalanan hetrotroflardır. Fotosintezin yaranması Yerdə həyatın yaranmasına şərait yaratdı və üzvi aləmi bitki və heyvanlar aləminə böldü. Ilk fotosintezedici orqanizmlər yaşıl və qırmızı bakteriyalar və sianobakteriyalar (göy-yaşıl yosun) oldu. Arxey və Proterozoy erasının sərhəddində cinsiyyətli proses və çoxhüceyrəlilik kimi 2 təkamül hadisəsi meydana gəldi. Cinsiyyətli proses xromosomlarda saysız-hesabsız kombinasiyalar yaradaraq ətraf mühitə uyğunlaşmanı artırdı. Bu zaman haploid xromosom yığımına malik orqanizmlərdə (sianobakteriyalar) baş verən irsi dəyişkənlik özünü biruzə verdi. Bu zaman faydalı mutasiyalar təbii seçmə yolu ilə saxlandı, əlverişsizləri isə kənarlaşdı. Birhüceyrəli eukariotlarda diploidin və genetik müxtəlifliyin yaranması koloniyaların yaranmasına səbəb oldu. Koloniyada halında yaşayan hüceyrələrin bölünməsi sonrakı eralarda ilkin toxumaların yaranmasına səbəb oldu. Toxumaların diferensasiyası orqanizmlərin struktur və funksional imkanlarını artırdı. Nəticədə isə mürəkkəb quruluşlu orqanlar meydana gəldi. Hüceyrələr  ÜZVİ  ALƏMİN TƏKAMÜLÜ eralar DÖVRLƏR (davam etmə müddəti min illər) İLK MEYDANA GƏLƏN BİTKİLƏR VƏ DİGƏR ORQANİZMLƏR İLK MEYDANA GƏLƏN HEYVANLAR NƏSLİ KƏSİLMİŞ BİTKİ VƏ HEYVANLAR     KAYNOZOY (yeni həyat), yaşı-62-70 min il, davam etmə müddəti – 60-70 min il Antropogen  1,5-2 Mədəni bitkilər İnsanın meydana gəlməsi İri məməlilər (mamontlar, mağara ayısı və şiri, buynuzsuz kəngərdən, qılıncdişli pələng) Neogen 24,0-24,5 Müasir örtülü toxumlular İri məməlilər və insana-bənzər meymunlar Lrio-piteklər, avstralopiteklər Nəhəng sürünənlər, baş-ayaqlı mollyusklar, kisəli və yumurtaqoyan məməli-lərin bəzi qruqları Paleogen 41 Qədim örtülü toxumlular Dəniz məməliləri, dırnaqlı məməlilər, ibtidai mey-munlar, quyruqlu lemurlar Qədim məməlilər, baş-ayaqlı mollyusklar, (belemnitlər)   MEZOZOY (orta həyat), yaşı-240mln il, davam edən müddəti- 173 min il Təbaşir 70 İlk örtülü toxumlular Müasir quşlar, plasentalı məməlilər və həşəratyeyənlər çılpaqtoxumlular, qıjıların bəzi qrupları, baş-ayaqlı mollyusklar (ammonitlər) Yura 58   Müasir suda-quruda yaşayanlar, müasir sürü-nənlər və dişli quşlar Qədim çılpaqtoxumlular, toxumlu  qıjılar, qədim qığırdaqlı balıqlar Trias 45 Müasir çılpaqtoxumlular Əsl sümüklü balıqlar, dinozavrlar, yumurtaqoyan kisəli məməlilər Qədim zirehli balıqlar     PALEOZOY (qədim həyat), yaşı 570 min il, davam etmə müddəti 330 min il Perm 45 Qədim çılpaqtoxumlular Yırtıcıdişli və otyeyən sürünənələr Trilobitlər, steqosefallar Daş kömür 55-75 Toxumlu qıjılar (İlk çılpaqtoxum-lular) qalıqlarına həm də Devonda rast gəlinir Qanadlı həşəratlar, akulalar, ilk sürünənlər Qədim qıjıkimilər, qatır-quyruğular, plaunlar, pəncəüzgəcli və zirehli balıqların bəzi qrupları Devon 70-50 Mamırlar, qıjılar, plaunlar, qatır-quyruğular və əsl göbələklər İkitənənffüslü və  pəncəüzgəcli balıqlar, çənəli zirehli balıqlar, steqosefallar   (ilk suda-quruda yaşayanlar) Psilofitlər, mollyusklar, kökayaqlılar, mərcan poliplərinin əksər növləri Silur 30 Psilofitlər Hörümçəkkimilər(əqrəbər), qanadsız həşəratlar, zirehli balıqların bəzi növləri   Ordovik 60 kembri ola bilsin ki,  70 İri çoxhüceyrəli yosunlar İlk çənəsiz zirehli balıqlar Yosunların bir çox növləri PROTEROZOY (ilk həyat), yaşı 2,6 mlrd. il davam etmə müddəti-2mlrd il     Yaşıl və qırmızı yosunlar Süngərlər, bağırsaqboşluq-ular, yastı qurdlar, mollyusklar, dərisitikanlılar, buğumayaq-lılar, kəlləsiz xordalılar   Arxey yaşı-3,5 mlrd. il davam etmə müddəti-1 mlrd il   Göy-yaşıl yosunlar və bakteriyalar   İbtidailər   Cədvəl 12. Yer üzərində həyatın inkişaf tarixiarasında sinir və humoral sistemli qarşılıqlı əlaqənin daha da təkmilləşməsi çoxhüceyrəli orqanizmlərin əmələgəlməsinə səbəb oldu. Arxey erasından sonra gələn 2-ci era Proterezoy erası oldu. Inkişaf tarixinə görə ən uzun era hesab olunur. Təxminən 2mlrd il davam etmişdir. Bu dəniz və quru sahələrin dəyişməsinə səbəb oldu. Bir çox mikroorqanizmlər belə dəyişikliyə dözməyib məhv oldu. Protezoy erasında bakteriyalar və sianobakteriyalar sürətli inkişaf etməyə başladı. Bu orqanizmlərin suyun dibinə çökməsi nəticəsində çökmə qatı meydana gəldi. Proterezoy erasında bir çox yataqlar, dəmir bakteriyalarının fəaliyyəti nəticəsində dəmir, yosun və ibtidailərin skeletindən əhəng yataqları meydana gəldi. Sianobakteriyaların hökmranlığı zəiflədi. Eukariot yosun və bakteriyaların hökmranlığı ilə əvəz olundu. Proterezoy erasında çoxhüceyrəli yosunlar yarandı. Bitkilərlə yanaşı heyvanların əksəriyyəti çoxhüceyrədən ibarət oldu. Dənizdə ibtidai quruluşlu heyvanlarla yanaşı iki tərəfli simmetriya və aktiv hərəkətli heyvanlar meydana gəldi. Onların arasında yastı və həlqəvi qurdlar var idi. Proterezoyun axırında buğumayaqlıların qədim nümayəndələri xərçəng-əqrəblər meydana gəldi. Arxey və proterezoyda canlı orqanizmlər yer qabığını dəyişərək biosferin üst qatını əmələ gətirdi.Proterezoy erasından sonra gələn 3-cü era paleozoy erasıdır. Paleozoy erasında da proterezoy erasında olduğu kimi dağ əmələ gəlmə prosesi davam etmişdir. Nəticədə isə quru və su sərhədləri dəyişildi. Heyvan və bitki növlərinin bir çoxu məhv oldu. Məhv olmuş bitki və heyvan qalıqları dənizin dibinə çökmüşdür. Dənizin dibinin qalxması nəticəsində bu balıqlar Yer səthinə çıxaraq dağ süxurları əmələ gəlmişdir. Paleozoyun əvvəlində heyvanlarda üzvi və mineral maddələrdən təşkil olunmuş xarici skelet yarandı. Paleozoy erasının 6 dövrü vardır.1.Kembri – Bu dövrdə iqlim mülayim olmuşdur, materiklə geniş düzənliklərdən ibarət olmuşdür. Dəniz sahələri müasir dəniz sahələrindən çox olmuşdur. Demək olar ki, bütün Avropanı əhatə etmişdir. Kembridə bir çox tiplərin nümayəndələri yaşayırdı. Bu dövrdə süngərlər, məryəmqurdlarını xatırladan trilobitlər çox yayıldı.2.Ordovik - Bu dövrdə mərcan poliplərinin fəaliyyəti nəticəsində mərcan qayaları yarandı. Bitkilərdən yaşıl, qonur, qırmızı yosunlar, heyvanlardan qarınayaqlı və başayaqlı molyusklar yarandı. Ilk zirehli balıqlar yaranmağa başladı.  3. Silur - Bu dövrdə güclü dağəmələ gəlmə prosesləri nəticəsində ordovikin isti və dayaz sulu dənizləri quru sahələrlə əvəz olundu. Atmosferdə ozon qatının yaranması nəticəsində bitkilər sudan çıxaraq yer səthinə yayıldı. Ali sporlu bitkilərin quruda inkişafı başladı. Silurda ilk quru bitkilər yarandı. Silur dövründə onurğasızlardan dərisitikanlıların yeni nümayəndələri meydana gəldi. Dənizlərdə zirehli balıqlar artmağa başladı. Bu balıqların yalnız bir burun dəliyi, tək üzgəci və qığırdaqdan ibarət daxili skeleti var idi. Silurda həmçinin torpaqda çoxlu miqdarda üzvi maddələrin toplanması hetrotrofla qidalanan göbələklərin meydana gəlməsinə səbəb oldu. Silurun sonu Devonun əvvəlində heyvanların quruya çıxması başlandı. Sudan quruya çıxanlar hörümçəkkimilər oldu.4.Devon-Bu dövrdə bəzi yerlərdə buzlaqlar yarandı. Daha isti yerlərdə isə iqlim quraqlıqlaşdı, səhralar və yarımsəhralar yarandı. Devonda quruda nəhəng qıjılar, qatırquyruğukimilər meydana gəldi. Quruya çıxan buğumayaqlılara çoxayaqlılara və ilk həşəratlara başlanğıc verdi. Devon dövründə zirehli balıqlardan əsl balıqların müxtəlif nümayəndələri meydana gəldi. Devonun axırında bu balıqlar quru mühitinə çıxaraq ilk quruda yaşayan suda-quruda yaşayanlara başlanğıc verdilər. Daş kömür-havanın nəzərəçarpacaq dərəcədə istiləşməsi nəticəsində hündürlüyü 40m-ə çatan ağacşəkilli qıjılar meydana gəldi. Lakin daş kömürün axırında iqlim quruması və soyuması baş verdi. Bununla əlaqədar olaraq qıjılar məhv oldu. Onların qalıqlarından indiki daş kömür yataqları yarandı.Daş kömür dövründə dənizlərdə həyat devonkindən fərqlənməsi də quruda ilk qanadlı həşəratlar, ilk sürünənlər meydana gəldi. Perm-Bu dövrdə iqlim quruması və soyuması ilə nəticələndi. Qıjıkimilər çılpaqtoxumlularla əvəz olundu. Əlverişsiz quru iqlim suda-quruda yaşayanların–steqosefalların tədricən aradan çıxması ilə nəticələndi. Daş kömür dövründə əmələ gələn sürünənlər Permdə inkişaf etməyə başladı. Beləliklə permdə çoxhüceyrəli bitkilər və heyvanlar quru mühitini tutdular. Quru mühitinə uyğunlaşma ilə əlaqədar olaraq bitki və heyvanlarda bu mühitdə uyğunlaşmağa imkan verən bir sıra dəyişiklik yarandı. Məs: çılpaqtoxumlularda toxum borusunun yaranması mayalanma prosesinin sudan asılılğı azaltdı. Sürünənlərdə bədən dərisinin qurumasının qarşısını almaq üçün dəri üzərindən pulcuq əmələ gəldi. Ağ ciyər tənəffüsü mürəkkəbləşdi ki, bu da dəri tənəffüsünün itməsinə səbəb oldu. Sürünənlərdə quru mühitində mayalanmanı təmin edən daxili mayalanma yarandı. Nəticədə quruda sürətlə yayılmağa başladılar.Paleozoy erasından sonrakı era Mezozoy erasıdır. Bu erada həyat daha da inkişaf etməyə başladı. Quru səhralar çoxalmağa başladı. Mezozoy erasını 3 dövrə bölürlər.1.Trias                   2.Yura                    3.Tabaşir      Trias. Bu dövrdə iqlim sərtləşməyə başladı. Daxili su hövzələrinin azalması və quru sahələrin artması inkişafları su mühitində olan quru orqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaratdı. Onların əvəzinə çılpaqtoxumlular, heyvanlardan sürünənlər inkişaf etməyə başladı. Trias dövründən bizim dövrə gəlib çıxanlar tısbağalar, timsahlar və hatteriya kərtənkələsidir. Bu dövrdə bitkilərlə qidalanan quru heyvanları, yırtıcı dinozavrlar və sümüklü balıqlar meydana gəldi.Ətraf mühitin temperaturunun aşağı düşməsi sürünənlərdə mübadilə prosesinin zəifləməsinə və belə şəraitdə onların süst vəziyyətdə qalmasına səbəb oldu. Triasda istiqanlıların ilk nümayəndələri olan yumurtaqoyanlar, triasın axırında isə kisəli məməlilər meydana gəldi.Yura dövrü-isti sulu dənizlər genişlənməyə baladı. Dənizlərdə ixtiozavrlarla yanaşı, iri gövdəli, ilanabənzər boyuna malik pleziozavrlar meydana gəldi. Pleziozavrlar sahilə yaxın ərazlərin dayaz suları, ixtiozavrlar isə açıq dənizlərdə qidalanır. Quruda sürünənlər hava mühitini tutmağa başladı. Həşəratlarla qidalanan uçan kələz meydana gəldi. Bu dövrdə uçan kələzlə yanaşı, həm sürünənlərin, həm də quşların əlamətini daşıyan dişli quş arxeopterikslər meydana gəldi. Tabaşir-dəniz çöküntülərində çökmüş tabaşirin yaranması ilə səciyyələnir. Tabaşir canaqla ibtidai heyvanların, xüsusən foraminiferlərin qalıqlarından əmələ gəlmişdir. Bu dövrdə havaların soyuması baş verdi.  Bu dövrdə proqressiv quruluşlu örtülü toxumlular meydana gəldi. Örtülü toxumlularda çoxalma orqanı çiçək əmələ gəldi. Çiçəklərdə həşəratları cəlb edən rəng, qoxu və nektarın olması həşəratla çarpaz tozlanmanın meydana gəlməsi ilə nəticələndi. Iqlimin soyuması ilə əlaqədar olaraq dəniz kələzi-ixtiozavrlar məhv oldu. Bununla yanaşı sürünənlərin yeni formaları yarandı. Quruda ot yeyən dinozavrların qidasını təşkil edən rütubərsevən bitkilərin azalması bu heyvanların azalmasına gətirib çıxartdı. Bu dövrdə sürünənlər də məv oldular. Tısbağalar, timsahlar, hatteriyalar qaldı. Iqlimin soyuması ilə əlaqədar istiqanlı heyvanlar artmağa başladı ki, onların da hökmranlığı kaynozoy erasına düşdü. Bu dövrdə dişli quşlar daha çox yayılmışdır. Bununla yanaşı  müasir quşlar da yaranmağa başladı. Bədən temperaturunun qeyri sabit olması yumurta qoymaqla çoxalma sürünənləri ətraf mühitdən asılı saldı. Təbaşirin 2-ci yarısında plasentalı ali məməlilər meydana gəldi dölün ana bətnində inkişafı, plasenta ilə qidalanma, diribala doğma, nəsil qayğısına qalma, istiqanlılıq kimi əlamətlər məməlilərin tərəqqisini tərənnüm etdi. Belə əlamətlər heyvanların ətraf mühitdən asılılığını azaldır, onların qeyri-sabit həyat şəraitinə uyğunlaşmasına səbəb olur. Axırıncı era Kaynezoy erasıdır. Bu erada çiçəkli bitkilər, həşəratlar, məməlilər daha geniş yayıldı. Bu era hazırda da davam edir və 3 dövrə bölünür.1.Paleogen 2.Neogen3. AntropogenPaleogen-Kaynezoy erasının əvvəlində dağəmələgəlmə prosesi sona çatır. Müasir dövrdə olan qitələr və dənizlər yarandı. Mülayim iqlim şəraiti bitkilərin yayılmasına səbəb oldu. Örtülü toxumlu bitkilər həm su, həm də quru mühitinə yayıldı. Bu erada havaların soyuması başladı ki, bu da yarpağını tökən bir çox ağacların meydana gəlməsinə səbəb oldu. Həmişəyaşıl meşələrin əksəriyyəti yarpaqlarını tökən meşələrlə əvəz olundu. Bir çox meşələr isə otlu çöllərlə əvəz olundu. Kaynezoy erasında sürünənlər istiqanlı, sabit bədən temperaturuna malik məməlilərlə əvəz olundu. Məməlilər bütün sahələri tutmağa başladılar. Paleogendə məməlilər 3 yarımsinifdən – ilkməməlilər, kisəlilər və plasentalılardan ibarət idi. Hələ Trias dövründə yaranan yumurta qoyan məməlilər, təkmilləşmiş plasentalı məməlilər tərəfindən bir çox qitələrdən sıxışdırıldı. Paleogendə quşlar həm hava mühitini, həm də quru sahələrini tutdu, ali məməlilər (kürəkayaqlılar və balinakimilər) dənizləri tutmağa başladılar.  Paleogendə primatlar dəstəsinin ilk formaları lemurlar, əsl meymunlar, sonra ilk insanabənzər meymunlar (parapiteklər) meydana gəldi. Neogen – iqlimin daha quru və soyuq olması tropik meşələrin savannalarla əvəz olması ilə nəticələndi. Belə şəraitdə otyeyən bitkilərin qidasını təşkil edən dənli bitkilər yayılmağa başladı. Məməlilərdən-yırtıcılar, balinakimilər, dırnaqlı heyvanlar, həşaratyeyənlər inkişaf etdi. Neogendə meymunların insan cinsinə başlanğıc verən avstralopiteklər yarandı. Antropogen-Bu dövr şərti olaraq 2 hissəyə ayrılır-pleistosen və qolosene Neogenin axırı  antropogenin əvvəlində havalar soyumağa başlandı və bir çox sahələrdə buz örtüyü əmələ gəldi. Buzlaqlar yaranan yerlərdə bütün canlılar məhv oldu.Buzlaqların ətəyində arktik floranın başlanğıcını qoyan cırtdan bitkilər, buzlaqların gəlib çatmadığı yerlərdə soyuğadavamlı iynəyarpaqlılar və yarpaqlarını tökən ağaclar salamat qaldılar. Beləliklə, soyuğadavamlı bitkilər əmələ gəldi. Lənkəran təbii vilayətində və Xəzər dənizinin sahillərində buzlaqlar çatmadığı yerlərdə bəzi bitkilər (dəmir ağacı) həmin dövrdə qalmışdır. Iqlimin soyuq keçməsi məməlilərin-mamontların, tük örtüyünə amlik kərkədanların, nəhəng maralların yaranmasına səbəb oldu. Buzlaq olan yerlərdə mənfi temperaturun olması buz kütlələrinin yaranmasına səbəb oldu ki, bu da dünya okeanlarının səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Şimali Amerika ilə Şimali Avropa arasında quru körpü yarandı ki, bu da heyvan və bitkilərin bir qitədən o birisinə keçməsinə səbəb oldu. Avstraliya ilə Avropa arasında quru körpünün olmaması buradakı kisəlilər və kloakalılar kimi ibtidai məməlilərin qalmasına səbəb oldu. Digər materiklərdə ali məməlilər tərəfindən sıxışdırıldı. Qolosenin əvvəlində iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əridi. Bir çox məməlilər-mamontlar, kərkədanlar, mağara ayıları məhv oldular. Onların nəslinin kəsilməsi təkcə iqlim şəraiti ilə deyil, həm də insanlar tərəfindən məhv edilmişdir. Antropogendə bitki və heyvanlar aləmi formalaşdı. Insan cinsi meydana gəldi. Antropogen hazırki dövrdə davam edir.  Dünyanın tarixi 1 dəqiqə ərzində Kim elmə aid olmayan şərhlər yazsa məndən inciməsin.Yaza bilməyən heç yazmasın.Həmçinin bax: təkamül nəzəriyyəsi
['həyatın yaranması', 'protoerozoy', 'paleozoy', 'mezozoy', 'kaynozoy', 'antropogen', 'üzvi aləmin təkamülü', 'təkamül nəzəriyyəsi', 'paleogen', 'neogen']
6,482
https://kayzen.az/blog/bloq%C3%A7u/2294/zaman-o-zaman-deyil.html
Zaman o zaman deyil
bloqçu
Bloq: bloqçu
24 iyun 2010, 18:42
Bu gün tozları silərkən gözüm  video kasetlərə sataşdı. Üst-üstə düzülmüş bir sıra kaset, lent və s. Bu an video maqnitafona, DVD-yə, lentlərə və disklərə baxıb düşünməyə başladım ki, ehh..bunların da vaxtı vardı. Sanki bunlar da qocaldılar.Köhnə video m.-zu hələ də xatırlayıram.O bizdə peydah olan vaxt elə sevinmişdim ki.. Onu hələ də xatırlayıram, yekə idi və sol tərəfdən qarşısında hərəkət gətirmə işarələri var idi. Mən də maq.-nun kasset salınan yerinin  "knopka" sını basmağı çox sevərdim, bu mənə əyləncəli gəlirdi, çünki, onu basan zaman kasset yerinin qapağı yuxarıya doğru açılardı ki, kasset içinə salınsın. Ehh..ondan sonra çox şey dəyişdi.. Daha rahat maqnitafonlar çıxdılar, indi isə DVD, hətta, bunun da vaxtı keçib artıq. O kassetlərə də uşaqlığımıza bir anlıq geri qayıtmaq namine qoyub baxırıq -"nostalji hisslər"- amma, çox maraqlı olur. Video maq.-la, kassetlərlə yanaşı, başqa texniki alərtlər, əşyalar... ümumiyyətlə, geriyə baxdıqda hər şeyin necə dəyişildiyini addım-addım xatırlayanda insana elə maraqlı gəlir ki.. Bir vaxt bu əşyanı aldığın zaman keçirdiyin o hissləri xatırlayırsan və indiki zaman ilə qiyaslayanda, indi həmən o əşyaların lazımsız olduğunu görəndə...ehh.. nə bilim. Televizorlar.. Köhnə bir televizorumuz var idi, hansi ki, hələ pultu yox idi))) Ayağa qalxmalı kanalları dəyişmək üçün olan o hissəni fırlatmalı və ya başqa bir televizorumuz var idi, onda isə kanallar knopka vasitəsilə dəyişilirdi. İlk dəfə evimizəə "pult" gətiriləndə isə bu mənim və eləcə də qardaşım üçün çox möcüzəvi bir şey idi. Elə bil ki, fokusdur, sehirdir. Uzaqdan oturursan və istədiyin kanala keçirisən. İnanılmaz idi.. Televizorun üstündə qurulan antennalar.. İndi bunlar yoxdur; indi Bakıya yuxarıdan baxsan "Göbələkli şəhər" adlandırmaq olar. Peyk antennalarının yaratdığı görüntü məni məcbur edir ki, binalara "göbələk" adı taxım. İndi plazma televizorlar məşhurdular. Düzünü desəm mən bu plazmaları heç sevmirəm. İnsanları boydan balaca, enli göstərirlər. Hələ audio maqnitafonları, audio kassetlərimizi demirəm.. Alfa maqnitafonumuz hələ də durur, heç atarıqmı??? Birdə ki, onun (lentləri) yumru kassetləri. Hansı ki, o lentlərdə bizim uşaqlıq səslərimiz yazılıb..İnternetdə o maqnitafonun şəklini tapa bilmədim, amma, buna bənzər bir şeydir: Ehhh...daldım getdim bir anlığa.. Amma köhnə əşyaları tullamaq bəzən heç də xoş olmur.  Məncə bununla öz nostalji və uşaqsı anlarımızı, həyəcanlarımızı, xatirələrimizi də tapdalayırıq, atırıq gedir..Ehhh...indi nələr yoxdur nələr?!!! İndi "flashka" dövrüdür, hələ bu da geriləyir... İndi hər şey var, amma həyəcan yoxdur, məncə, əvvəlki tək maraq yoxdur..İndiki maraqlar tamam başqadır və bu da hardasa təbiidir.İndi gedib eşib, o köhnə audio maqnitafonu, lentlərini və atamın qədim akkordionunu da çıxardacam))))
['televizor', 'maqnitafon', 'pult', 'nostalji']
6,483
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/2039/attila.html
Attila
papatürk
böyük hərbi xadimlər
24 iyun 2010, 17:06
Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi. V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın. V əsrin 20-ci, 30-cu illərində Hun sərkərdəsi Royanın səylə nadir enerjilər yenidən vahid bir axında toplandı. Röya Roma imperiyasının ərazisi olan Pannoniyanı özünə ordugah seçib Avropanın gələcək idarəsi üçün gözəl coğrafi və strateji sığınacaq əldə etdi. Roya hər il romalılardan 70 funt qızıl alıb dünyanı titrədən imperiyanı dinc buraxdı. 433-cü ildə Royanın ölümündən sonra yarım milyonluq igidlər ordusunu itaətdə saxlamaq üçün qüdrətli bir zəka lazım idi. Və tarixin xoşbəxtliyindən tale bir zəkanı yaratdı. 445-ci ildə tarix meydanında İsgəndər və Sezardan sonra üçüncü bir düha - türk oğlu Attila zühur etdi. Əslində Avropa tarixinin yeni erası bu dövrdən başlamalıdır. Attila zamanında vestqotlar düşmən cəbhəsində, osqotlar isə hunlarla müttəfiq idilər. Daha doğrusu, ilk məğlubiyyətdən sonra özləri qırmızı qurd təsvirli Hun bayrağı altında döyüşməyi intixab etmişdilər. Ostqotlardan başqa Şərqi və Mərkəzi Avropanın onlarla qəbiləsi və xalqın ən fəal, döyüşkən hissələri Attilanın xidmətində idi. Bunu həm Şərqi, həm də Qərbi Roma imperatorları Feodosi və Valentinian yaxşı bilirdilər. Məşhur ingilis tarixçisi Eduard Gibbon yazır ki, dinc zamanda şahlar və krallar öz qoşunlarıyla növbə ilə Attilanın keşiyini çəkirdilər. Attilaya dövrünün iki böyük imperiyası xərac verirdi. Az qala bütün Avropa hun-türk dilində danışırdı. Analar hər üç körpədən birinə hun adı qoyurdu. Hətta Şərqi Avropanın zərgər və başqa məişət sənəti ustaları belə hun-türk üslubunda bəzək və geyim əşyaları düzəldirdilər. Attila ona görə imperiyalıları məhv etmirdi ki, bəs sonra kimdən ildə 600 funt (iki ton) qızıl alacaqdı?! Lakin az sonra o, Bizans imperatorunu cəzalandırmalı oldu. Attila bir-birinin ardınca 70-ə qədər Balkan ölkələri şəhərlərini fəth etdi. İmperator Feodosi tələsik elçilər göndərib yürüşü saxlamaqla hunların bütün şərtlərinə əməl etməyə hazır olduğunu bildirdi. Attilanın zahiri görünüşü yalnız düşmənlərinin təsvirində qalıb. Qot tarixçisi İordan yazır ki, o, ortaboylu, iribaşlı, enlisinəli, kiçikgözlü, seyrəksaqqallı bir adam idi. Qarşımda hansı bir avropalı rəssamınsa çəkdiyi «Attilanın yanında ziyafət» əsərinin reproduksiyası durur. Qüdrətli fatehin burada rəsm edilən obrazı daha real və inandırıcıdır. Lövhədən mənə məğrur, müdrik və qüdrətli bir hökmdar baxır. Onun cansız kağızda belə sərt və vahiməli görünən nəzərləri bütün varlığıma nüfuz edir. O, doğrudan da qeyri-adi dərəcədə sərtdir. Lakin bu sərtlikdə nə qədər dərin bir təmkin və sakitlik var. Belə dərin sakitlik isə yalnız coşqun ehtirasların qaynadığı bir ürəkdə məskun ola bilər. Attilanın doğrudan da belə bir qeyri-adi şəxsiyyət olduğunu iki dəfə onun ziyafətində iştirak edən ləyaqətli Bizans tarixçisi Paniyalı Priskin qeydləri də təsdiq edir. 450-ci ildə Qərbi Roma imperatoru III Valentinian bacısı Qonoriyanı ömürlük qızlığa məhkum edib qəsrdə saxlayırdı. Lakin zirək qız öz üzüyünü xacə Qiatsinat ilə xəlvəti Attilaya göndərdi. O, məktubunda Attilaya ərə getmək istədiyini bildirib onu Romaya dəvət edir. Lakin əhvalatdan xəbərdar olan imperator bacısını Konstantinopola - əmisi oğlu imperator II Feodosinin yanına göndərir. O da tələsik Qonoriyanı əhəmiyyətsiz bir adama ərə verib Attiladan xilas olmaq istəyir. Həmin il II Feodosi ölür. Tarixçilər Attilanın Qərbə yürüşünü bu hadisə ilə əlaqələndirirlər. Bu cəhətdən Priskin dedikləri daha real və ağlabatandır. O yazır: «Attila bu əhvalatdan sonra tərəddüd edib bilmirdi ki, əvvəlcə iki dövlətdən hansı birinə hücum eləsin. Nəhayət, o fikirləşib belə qərara gəldi ki, daha çətin olan müharibəyə - Qərbi Roma imperiyasına qarşı müharibəyə başlasın. Burada o, təkcə İtaliya ilə deyil, həm də vesqotlar və franklarla döyüşməli idi». Bundan şərəfli nə ola bilərdi? Axı Şərqi romalılara o neçə dəfə qalib gəlmişdi. Məşhur ingilis tarixçisi Eduard Gibbon yazır: «Bütün bəşəriyyət ürək döyüntüsü ilə Attilanın nə qərara gələcəyini gözləyərkən o Ravenna və Konstantinopola (Qərbi və Şərqi Roma imperiyalarının paytaxtlarına) elçi göndərib eyni təşəxxüslə yazırdı: «Attila hər iki imperatora əmr edir ki, onu qəbul etmək üçün təcili olaraq saray tikdirsinlər!»» Attila əvvəlcə üzünü Yuli Sezardan bəri məğlubiyyət nə olduğunu bilməyən Qalliyaya tərəf çevirdi. Orada Attilanın yolunu özgəsi deyil, dönə-dönə himayədarlıq etdiyi Qərbi Roma imperiyası ordularının baş komandanı Aetsi kəsmişdi. İstər qədim, istərsə də yeni tarixçilər Attilanın bayrağı altında yarım milyona qədər döyüşçünün yürüşə çıxdığını yazırlar. Hətta indinin özündə belə böyük qüvvə olan bu qədər qoşun kimlərdən ibarət idi? Əlbəttə, əsas və aparıcı qüvvə türk qəbilələri - hunlar, türklinq, skir, alan, sonra isə akasir, roksalan, bellonq, qelont və bastarnlar idi. Bu qəbilələrin hərəsi yürüşə öz yaraq-yasağı, adət-ənənəsi, sərkərdəsi və kralı ilə çıxmışdılar. Sonra german tayfaları - üç qardaş Velamir, Teodomir və Videmirin krallığı ilə üç yerə bölünmüş ostqotlar, sonra mərd Arderixin krallığı ilə kepidlər, daha sonra qerullar, ruqlar, slavyanlar, antlar və başqa qəbilə və xalqların ən igid döyüşçüləri, ümumiyyətlə otuza qədər kral öz ordusu ilə gözlərini Attilaya zilləyib onun barmağının işarəsi ilə hərəkət edirdilər. Bu krallardan Attila yalnız ikisini Velamir və Arderixi yanında saxlayıb onlarla məsləhətləşərdi. ...Qoşun hər yerdə Roma qarnizonlarını dağıdıb Qalliya torpağına daxil olanda artıq bahar idi. Franklar öz krallarını öldürüb yerinə qardaşını kral seçdilər. Və öz gənc kralları ilə birgə yürüşə qoşuldular. Yolda burqundların bir hissəsi də Attilanın ordusuna daxil oldular. Böyük ordu bir-birinin ardınca Qalliyanın şəhərlərini almağa başladı. 451-ci ilin aprelində, Mets, Strasburq, Şneyer, Vorms, Maynts, Bezenson və başqa iri şəhərlər fəth edildi. Attila sadə bir kətildə oturub şəhərlərin kurnallarını (bələdiyyə rəislərini) qəbul edib öz şərtlərini deyirdi. Bütün Avropa türk atlarının dırnaqları altında idi. Nəhayət, qart Roma qartalı qanadlarını çırpıb hərəkətə gəldi. Vesqotların kralı I Teodorix imperator Valentinianın yalvarışlarından sonra saysız-hesabsız qoşunla romalıların tərəfində olan alanlara, franklara və burqundlara qoşuldu. Attila Roma üzərinə yeridi, Ancaq papa I Lev çoxlu hədiyyə ilə gəlib ondan aman istədi. Bu səhnəni rəssam Rafael əks etdirmiş, fatehin ən gözəl portretini isə Delakrua yaratmışdır. Beləcə, Roma yeni eranın 452-ci ilində Hun kralının mərhəməti ilə fəlakətdən xilas oldu. ...Bu qədər böyük triumflardan sonra həyatda nə qalırdı?! Taleyin insanı ucaltmaq həddi varmı? Bir şəxsiyyət öz həmcinsləri arasında nə qədər yüksələ bilər? Deyirlər ki, böyük fatehlərdən yalnız Makedoniyalı İsgəndər gənc yaşında ölsə də, əzabsız, iztirabsız can verib. Belə olduqda Attilanın ölümünü toy-bayram saymaq lazımdır. Pannoniyaya qayıtdıqdan sonra o, İldiko adında misilsiz gözəl bir alman şahzadəsi ilə evlənir. Toy gecəsinin səhəri içəridə hıçqırtı eşidən yaxın adamları qapını sındırıb otağa girirlər. Attilanın burnundan həmişə qan açılırmış. Toy gecəsi o, arxası üstə yatır və burnundan açılan qandan özü də hiss etmədən ölür.. Bütün qohum-qardaş və xalq qədim türk adətincə saçlarını kəsib, üz-gözlərini cırırlar. (Üzünü cırmaq adəti bizdə indi də qalır). Bu xəbərdən bütün Avropa sarsılır. Düşmənlər də, dostlar da. İordan yazır: «Attila hər iki imperiyanı o qədər vahiməyə salmışdı ki, hər iki hökmdar onun ölüm xəbərini Allahın mərhəməti kimi qəbul etdilər». Hunlar öz kaqanlarının meyitini üçqat tabuta əvvəlcə qızıl, üstündən gümüş və nəhayət ikisini də üçüncü dəmir tabuta qoyub, kimsəsiz düzənliyə gətirdilər. Burada nəhəng bir kurqan qazıb Şumerdən bəri qədim türk adətinə görə sarayının bütün sərvətiylə birgə gecənin yarısı dəfn etdilər. Sonra kurqanı hamarlayıb və dəfndə iştirak edənlərin hamısını qılıncdan keçirib, geri qayıtdılar. İndi də hardasa Mərkəzi Avropa düzənliklərinin birində Avropa xalqlarının zehnində ən dərin iz buraxan bir insan bütün cah-calalı ilə qızıl tabunun içində uyuyur. Torpaq isə özünün ən qüdrətli fatehini inadla, yer üstündəki miskin və cılız övladlarından gizlədir. Attilanın ölümündən sonra onun oğlanları təbii ki, atalarının böyük irsini saxlayacaq qüdrətə malik deyildilər. Fatehin böyük oğlu Ellak döyüş meydanında birinci, özü də qəhrəmanlıqla həlak oldu. Denzi, İrnak və başqaları isə öz xalqları ilə ətrafda qaynaşan düşmən qəbilələrini yara-yara qədim vətənlərinə - Skif çöllərinə qayıtdılar. Bununla da Avropa xalqlarının tarixində hun dövrü və ya qəhrəmanlıq eposu sona yetdi. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Attila', 'Atilla', 'hun imperiyası', 'sərkərdə']
6,484
https://kayzen.az/blog/edebiyyat/2290/sonet-sevgisi.html
Sonet sevgisi.
bloqçu
Ədəbiyyat
24 iyun 2010, 14:31
İngilis intihabının nəhəngi Vilyam Şekspirin (1564-1616) “hamlet” faciəsindəki “Olum, ya ölüm?” monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyi”nə qarşı son misrada şairin (lirik qəhrəmanının) “qələbə hökmü” yaşatmaq yanğılı ürəyinin odundan xəbər verir:Ölüm istəyirəm, çarə budur, bax,Səni tək qoymağa qıymıram ancaq!- deyən Şekspirin işıqlı qəlbininin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta sədaqətinin, qadına mehr-ülfətinin, məhəbbətinin... gözəl, yadda qalan bədii lirik lövhələrini yaratmışdır.“Hamlet” faciəsi şair-dramaturq Şekspirin yaradıcılığının, eləcə də ingilis intihabının şah əsəri kimi qiymətləndirildi. Bir müddət “kölgə”də qalan “Sonetlər” isə şairin zəngin ədəbi irsində öz ideya-estetik dəyərinə görə “Hamlet”dən sonra ikinci yeri qazandı. V. Şekspirin müasiri Frensiz Merez 1598-ci ildə nəşr etdirdiyi “Zəka xəzinəsi” əsərində şairin “...yaxın dostlarına məlum olan dadlı-ləzzətli sonetlər” yazdığını göstərmişdir. Həqiqətdə isə onun şair qəlbindən doğan şaqraq nəğmələri – “Şekspirin əvvəllər heç vaxt nəşr olunmamış sonetləri” adı ilə 1609-cu ildə işıq üzü görmüşdür. Amma nədənsə şairin ölümündən sonra küliyyatı nəşr olunanda (1623) sonetlər unudulmuşdur. İngilis şairi Con Benson sonetlərin ilk nəşrindən təxminən 30 il sonra onları yenidən nəşr etdirmişdir (1640).Əlbəttə, sontelərin doğurduğu böyük əks-səda sonrakı əsrlərin payına düşmüşdür. V. Şekspirin özünü əslində XVIII əsrin ortalarından klassik şair-dramaturq kimi tanımağa başlamışlar.Sonet nə vaxt yaranmışdır? Qərbi Avropa ədəbiyyatında bu janrın geniş yayılmasına səbəb nə olmuşdur?Əvvəla, orta əsrlər dövründə Şərq xalqları ədəbiyyatında, o cümlədən Azərbaycan poeziyasında qəzəlin, yapon şerində tankanın, fransız və İtaliya ədəbiyyatlarlnda “doğulan” triolet, virile, sekstina kimi... Qərbi Avropa intibahının beşiyi sayılan İtaliyada ədəbiyyata vəsiqə alan sonet (sətri tərcümədə “şaqraq nəğmə” deməkdir – Ş. X.) sonralar İspaniya, Portuqaliya, Fransa, İngiltərədə geniş yayılmışdır. İtaliya şairi Jakopo (Cakomo) da Lenti sonet janrında yazan ilk müəllif sayılır. XIII yüzilliyin əvvllərində yaranmış sonetin bu gün 750 “yaşı” vardır. İtaliya intibahının astanasında “orta əsrlər dövrünün sonuncu” habelə “yeni dövrün birinci” şairi (F.Engels) sayılan Aligyeri Dante Beatriçeyə, dostlarına, intibahın nəhəngləri Françesko Petrarka Lauranın ölümünə, Covanni Bokkaçço (məşhur “Dekameroan” əsərinin müəllifi) həyata, sevgiyə həsr etdiyi sonetləri ilə ədəbiyyatda özlərinə məxsus iz qoymuşlar. İtaliya poeziyasının ələlxüsus da Petrarkanın son dərəcə sehrli-ovsunlu sonetlərinin İngiltərədəki şairlərin yaradıcılığına təsirini isə unutmaq olmaz.Bir sıra mötəbər alim-tədqiqatçıların hesablamalarına görə Qərbi Avropa ədəbiyyatında intibah mədəniyyəti dövründə təxminən üç yüz min sonet nəşr edilmişdir. İngiltərədə isə yalnız XVI əsrin axırıncı onilliyində bu say üç minə çatmışdır. Əlbəttə, V. Şekspir İngiltərədə sonet yazanların birincisi olmamışdır. (Amma sonet janrının zirvəsi əslində onun adına yazılmışdır). Hələ XVI əsrin 30-cu illərində ingilis şairi Tomas Uayet ilk sontelərini yazmış, sonet janrının doğma ədəbiyyatında “yaradıcısı” sayılmışdır. Şairlərdən Henri Hovard, qraf Serrey də bu janrda bir sıra gözəl nümunələr yaratmışlar. Sonet janrının yayılmasında “ingilis poeziyasının atası” Cefri Coserin (1340-1400) böyük xidmətləri olmuşdur. Belə ki, o, Petrarkanın (C.Coserin İtaliyada olarkən Petrarka ilə şəxsən tanış olduğu göstərilir – Ş. X.) 102 sonetini tərcümə etmişdir. Bu tərcümədə sonet forması qorunub saxlanılmasa da, həmin nümunələr İngiltərədə sonet janrının yayılmasında “körpü” rolu oynamışdır. Hələ öz sağlığında “şairlər şairi” adına layiq görülmüş intibahınböyük şairi Edmund Spenser (1552-1599) də özünün məşhur sonetlərini yazanda bu sonet möcüzəsinə ürəkdən vurulmuşdu.Amma V.Şekspirin sonetləri ingilis ədəbiyyatında yeni səhifələr açdı.Şairin sonetlər silsiləsinin gözəlliyi, məftuediciliyi ondadır ki, burda şerin dili ilə həyat, sevgi həqiqəti bəşəri duyğularla yoğrulmuşdur. Hər misranın arxasında şairin özü, sözü oxucu ürəyindən xəbər verir, onu düşündürür, narahat edir. Bax, sonetin ecazkarlığı, böyüklüyü də elə bundadır.Başlıcası budur ki, sonetlər V.Şekspirin özü və sözü haqda oxucuda müəyyən təsəvvür yaradır, hər dəfə onları oxuduqca şairin mənəvi zənginliyinin dərin ideya-estetik, fəlsəfi duyğularının poetik ifadəsinə heyran olursan.O, sonetlərində qeyri-adi, bənzərsiz bir gözəllikdən söhbət açmışdır. “Qara rəng gözəllik olaydı gərək” deyən şairin qadın gözəlliyini ilhamla vəsf etmişdir.Gözəl sayılmazdı əvvəl qara rəng,İndi gözəlliyə tək odur varis. Sünilik hər yerdə adlanır qəşəng,Təbii boyadan qalmayıb bir iz.Əsl gözəlliyi süni boyalarGizlədib, gözəllik dustaq olubdur.Onun nə adı var, nə ünvanı var,Bütün gözəllərdən uzaq olubdur.Qarğa qanadıdır yarın qaşları,Gözləri gecədən heç cür ayrılamaz,-Geyinib əyninə matəm paltarı,Gözlər gözəlliyə sanki tutur yas.Bunu hər gördükcə qəmlənir ürək;Qara rəng gözəllik olaydı gərək.Sonetlər həmişə 14 misradan ibarət olmuşdur. Amma, Şekspir soneti eyni saylı misralardan ibarət olsa da, klassik İtaliya sonetinin düzümündən-quruluşundan fərqlənmişdir. Onun qafiyə sistemi belədir: abab cdcd efef gg. Bəzən bu normaya sonetlərdə riayət olunmamışdır. Əslində 126-cı sonet 14 yox, 12 misradan iabrətdir. İkincisi isə Şekspir dövründə kiçik şerlər də sonet adlandırılırdı.Romantik ingilis şairi Con Kits Şekspir sonetləri haqda yazırdı: “...Əfsuslar olsun ki, əvvəllər “Sonetlər”dəki bu gözəlliyi bilməmişəm. Burda qəfil spylənilmiş əla şerlər vardır, bütün bunlar poetik obrazlıarın dərinliyi ilə seçilir”. Şairin sonetlərində həqiqətlə məkrin, həyatla ölümün, sevinclə kədərin... keçdiyi “qoşa yol”da sözün sehri ovsunu ilə ürəkləri oxşayır. V.Şekspir sonetlərinin rus dilində tərcümələri O.Rumer, S. Marşak, B. Pasternak, A.Finkelə... məxsusdur. 42 il əvvəl- 1949-cu ildə tanınmış rus sovet şairi, mütərcimi C.Marşak sonetlərin gözəl tərcüməsini yaratmışdır. (Həmin tərcüməsinə görə  o, Dövlət Mükafatına layiq görülmüşdür – Ş. X.)Azərbaycan oxucusu isə Şekspirin sonetləri ilə 1955-ci ildən-sonetlərin istedadlı şairimiz Tələt Əyyubov (o, Azərbaycanda Şekspir yaradıcılığının ən məhsuldar tərcüməçisi sayıla bilər: “Hamlet”, “Qış nağılı”, “İki veronalı”, “Antoni və Kleopatra”nı, poemaları dilimizə tərcümə etmişdir) tərcüməsinin ilk nəşrindən tanışdır. Ədəbi fikir tariximizdə bu haqda maraqlı mühakimələr söylənmiş, tanınmış alim və ictimai xadim Cəfər Cəfərov “Vilyam Şekspir. Sonetlər və poemalar” (Bakı, 1964) kitabına yazdığı ön sözdə sonet tərcümələrini T. Əyyubovun “ən yaxşı xidmətlərindən biri” kimi qiymətləndirmişdir.S. Mustafanın Şekspirdən etdiyi tərcümələr bütövlükdə uğurludur. Sabir Şekspirin sənət dünyasına yaxşı bələddir.Orijinaldakı sonetlərlə Sabirin etdiyi əksər tərcümələri müqaisə etdikdə bu fikrə gəldik: mütərcim ingilis sözlərini heç də Azərbaycan sözləri ilə əvəz etməmişdir. O, sonetlərdəki Şekspir “mən”ini, Şekspir ruhunu Azərbaycan şerinin gözəl deyiminə çevirmişdir. “...Şekspir poeziyadır, tapmaca, bilməcə deyildir. Ona görə də mütərcimin şair kimi hərəkət etmək qüdrəti olmalıdır” ( V.Petrov). Əgər sözlərimdə yoxsa həqiqət,Nə mənim şerim var, nə də məhəbbət, - deyən Şekspir poeziyasının bu gözəl, şaqraq incilərini  oxuyan hər kəs hələ bundan sonra onun mənəvi zənginlik çələnginin görünməz “qatlar”ına enəcəkdir. Müəllif: Şahin Xəlili (filologiya elmləri namizədi)Mənbə: “Vilyam Şekspir. Sonetlər” (Bakı -1992)
['sonet', 'sonnet', 'şer', 'Vilyam Şekspir']
6,485
https://kayzen.az/blog/hidrosfer/2030/g%C3%B6ll%C9%99r-v%C9%99-dig%C9%99r-su-h%C3%B6vz%C9%99l%C9%99ri.html
Göllər və digər su hövzələri
2ral
Hidrosfer
24 iyun 2010, 10:14
Qurunun təbii çökəkliyində yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsinə göl deyilir. Gölün olduğu çökəkliyə göl çuxuru deyilir. Mənşəyinə görə göl çuxurları aşağıdakı növlərə bölünür: 1. Tektonik göllər - yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal Ladoqa. 2. Vulkanik göllər - sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur. 3. Buzlaq gölləri - yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Tufangöl, Böyük Kölə, Böyük Ayı. 4. Çökmə göllər - karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir. 5. Uçqun gölləri - zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır Göygöl, Maralgöl. 6. Relikt (və ya qalıq) göllər - okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir: Xəzər, Aral, Ölü. 7. Axmaz göllər - çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Sarısu, Mehman, Ağgöl. 8.Meteorit mənşəli göllər-meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır. Suyunun tərkibinə görə göllər: şirin və şor olur: a) Şirin sulu göllər - mülayim və ekvatorial iqlim qurşaqlarında daha çox yayılıb. Bu cür göllərdən çay mənbəyini götürdüyü üçün gölün suyu daim təmizlənir və duz yığılmağa imkan vermir, Belə göllər axarlı göllər adlanır. Onlarda duzluluq l ‰ -dən az olur. Dünyanın ən böyük şirin gölü Şimali Amerikadakı Yuxarı göldür; b) Şor sulu gölə çay tökülüb, lakin ondan heç bir çay başlamırsa duzluluq artır. Belə göllər axarsız göllər adlanır. Tropik və quraq ərazilərdə daha çoxdur. Dünyada ən şor göl Ölü dənizdir (45 ‰). Su rejiminə görə göllər: 1. Axarlı (şirin) – Ontario, Baykal, Eri, Viktoriya və s.: 2. Axarsız (şor) – Xəzər, Aral, Ölü, Acınohur və s. Göllərin yayılması yağıntı və buxarlanmadan asılıdır. Ən böyük göllər - Xəzər (I yer), Yuxarı, Viktoriya, Baykal, Aral, Huron, Miçiqan, Tanqanika, Çad və s. Ən dərin göllər - Baykal (1 yer - 1620 m). Tanqanika (1435 m), Xəzər (1025 m), Issik-kul (668 m). Dünyanın ən uzun gölü Afrikadakı - Tanqanika, ən hündür gölü Cənubi Amerikadakı Titikaka gölüdür. Eyr, Çad, Lobnor göllərinin səviyyəsi fəsillərdən asılı olaraq kəskin dəyişir, GÖLLƏR Аvrаsiyа Аfrikа Şimаli Аmеrikа Cənubi Аmеrikа Аvstrаliyа Хəzər dənizi, Lаdоqа, Оnеqа, Vеnеrn, Vеttеrn, Sаymа, İnаri, Bаlаtоn, Bоdеn, Cеnеvrə, Tаymır, Аrаl dənizi, Bаykаl, Bаlхаş, İssık-Kul, Urmiyа, Vаn, Ölü dəniz, Kukunоr, Lоbnоr Viktоriyа, Nyаsа, Tаnqаnikа, Rudоlf, Tаnа, Çаd Yuхаrı, Miçiqаn, Hurоn, Еri, Оntаriо, Vinnipеq, Аtаbаskа, Böyük Kölə, Böyük Аyı, Böyük Şоr Titikаkа, Pооpо, Mаrаkаybо Еyr Cədvəl Yaşar Seyidəliyev tərəfindən hazırlanıb-http://yasharaz.narod.ru Buzlaqlar Buzlaqlar qardan əmələ gəlir və ən çox dağlarda və qütb ərazilərində olur. Buzlaqlar daimi müstəqil hərəkətdədir. Buzlaqlar 2 qrupa bölünür: 1. Örtük buzlaqları - bütün buzlaqların 98,5%-ni tutur ki, bunun da ən çoxu Antarktidadadır. Qütb ətrafında quru üzərində toplanan çoxillik buz qatının qalınlığı 100 m-dən 4 km-ə qədər, gümbəzvari formada toplanaraq kənarlara doğru əyilir və aysberqə çevrilir. Örtük buzlaqlarını okean buzlaqlarından fərqləndirən əsas əlamətlər onların şirinsulu, böyük qalınlıqlı və əsasən qardan yaranmalarıdır. 2. Dağ buzlaqları - uca dağlarda qar xəttindən yüksəkdə - yəni qarın əriməyə macal tapmadığı sərhəddən yuxarıda yaranır. Qar xətti ekvatordan qütblərə doğru azalır. O ekvatorda - 5 km, tropikdə - 6 km, mülayimdə - 2 km, qütblərdə 0 m-dən keçir. Şimal yarımkürəsində yerləşən dağların cənub yamacı daha çox Günəş istiliyi aldığından burada qar xətti şimal yamaclarına nisbətən daha hündürdən keçir. Himalay, Pamir, Tyan-Şan, Qafqaz və s. bu kimi hündür dağların zirvələri qar xəttindən hündürdə yerləşdiklərindən onlarda buzlaqlar formalaşır. Kap, Appalaç, Böyük Suayrıcı, Talış və s. bu kimi alçaq dağların ən hündür zirvələri qar xəttindən aşağıda yerləşdiyindən onlarda buzlaqlar yaranmır. Dağ buzlaqları dərələrə doğru sürüşür və buzlaq dilinə çevrilir,əriyərək süxurları aşındırır və morenlər yaradır. Böyüklüyündən asılı olmayaraq buzlağın apardığı bütün qırıntı materialları kompleksinə morenlər deyilir. Morenlər toz hissəciklərindən tutmuş diametri bir neçə m-ə qədər ölçülərdə ola bilər. Daimi donuşluq. Şimali Amerika və Avrasiyanın şimalındakı arktik, subarktik və mülayim iqlim qurşaqlarında geniş yayılıb. Onun yaranmasının başlıca səbəbi - orta illik temperaurun 0°C-dən aşağı olması, nazik qar örtüyü və sukeçirməyən süxurların olmasıdır. Qısa yayda bəzən süxurların üstü buzdan açılır və nəhəng göl-bataqlıqlar yaranır. Bataqlıqlar Bataqlıqlar quru səthinin ifrat nəmlənmiş rütubətsevər bitkilərlə örtülmüş, torf əmələgəlmə prosesi gedən sahəsidir. Bataqlığın 80%-i su, 20%-i bərk maddələrdən ibarətdir. Bataqlıqlar meşələrin qırılması, buxarlanmanın yağıntıdan az olması, yeraltı suların səthə çox yaxın olması, relyefin az meylliliyi, çay və dənizlərin sahili tez-tez basması nəticəsində yaranır. Bataqlıqda bitən bitkilər məhv olduqdan sonra suyun dibinə çökərək torf əmələ gətirir. Bataqlıqda ən azı 30 sm qalınlığında torf olur. Bataqlıqlar ekvatorial, mülayim və subarktik qurşaqlarda daha çoxdur. Amazon və Qərbi-Sibir ovalıqları dünyanın ən iri bataqlıqlaşmış regionlardır. Qidalanmasına görə bataqlıqlar: a) Alçaq (və ya çökək) bataqlıqlar çöl zonasında olur və yeraltı sularla qidalanırlar. Buradakı torfdan kənd təsərrüfatında gübrə şəklində istifadə edirlər; b) Üst (və ya qabarıq) bataqlıqlar meşə zonasında daha çoxdur və atmosfer yağıntıları ilə qidalanırlar. Buradakı torfdan yanacaq kimi istifadə olunur. Bataqlıqlar şirin su mənbəyidir. Bəzi bataqlıqlar qurudularaq yüksək məhsuldar əkin sahələrinə çevrilirlər. Yeraltı sular Yeraltı suların yaranması üçün atmosfer yağıntıları və süxurların su keçirmə qabiliyyəti olmalıdır. Yerə düşən yağıntının bir qismi yer səthindəki su keçirən məsaməli süxurlardan (qum, çınqıl, çay daşı) keçərək, altda su keçirməyən (qranit, gil) qatın üzərində toplanaraq meylli istiqamətdə hərəkət edir. O süxurlardan süzüldüyünə görə müxtəlif tərkibli olur: radioaktiv, kükürdlü, duzlu və s. Dərinliyi 0,5 m-15 km arasındadır. 2 növü var: 1. Qrunt suları. Yer səthindən hopan su I sukeçirməyən layın üzərində yığılır. Sulu qat yaranaraq qrunt sularına çevrilir. Təzyiqsiz olur; 2. Artezian və ya layarası sular. Su I sukeçirməyən qatdan sızaraq saflaşır və II lay üzərində böyük təzyiqli laylararası su yaranır. Ilk artezian quyusu XII əsrdə Fransanın Artua əyalətində qazılıb. Dünyanın ən iri artezian hövzəsi Qərbi-Sibirdədir. Təbii şəkildə yer səthinə çıxan yeraltı sulara bulaq deyilir. Temperaturuna görə bulaqlar isti, adi və soyuq olur. Süni su hövzələri – insan tərəfindən yaradılır. 2 qrupa ayrılır: 1. Su anbarları - süni göl olub, enerji, balıqçılıq, suvarma məqsədi güdür. Çayda suyu tənzimləyir, daşqının qarşısını alır, ətrafda rütubət artır, qrunt sularının səviyyəsi artaraq isti ərazidə şoranlar, soyuq ərazidə isə bataqlıq yarada bilər. 2. Kanallar - süni çaylardır. Gəmiçilik və suvarma kanalları olur. Gəmiçilik kanalı bir çayı digəri ilə, çayı dənizlə, okeanı okeanla birləşdirir. Məsələn: Süveyş, Panama, Volqa-Baltik, Volqa-Don və s. Suvarma kanalı quraq ərazidə tarlaları suvarmaq üçün tikilir. Şirin suya olan tələbatı ödəmək üçün: 1. Qapalı su dövriyyəsi yaratmaq; 2. Dəniz suyunu şirinləşdirmək: 3. Atmosfer sularını yığmaq: 4. Aysberq və artezian quyularından istifadə etmək; 5. Sənaye və məişətdə çirkab suları təmizləmək lazımdır.
['göllər', 'bataqlıq', 'buzlaqlar', 'su anbarı']
6,486
https://kayzen.az/blog/Hagverdiyev/2287/adlar%C4%B1n-informasiya-d%C9%99y%C9%99ri.html
Adların informasiya dəyəri
Hagverdiyev
Bloq: Hagverdiyev
23 iyun 2010, 17:42
Adların yaranma tarixi insanların dil açıb danışmağa başladığı dövrdən sonraya təsadüf edir. Əcdadlarımız gördüklərini, hiss etdiklərini, xəyallarına gətirdiklərini bir-birindən fərqləndirmək və izah etmək üçün onları müxtəlif səslərlə ifadə etməklə adlandırmağa başlayıblar. Ona görə də ad hər şeydən əvvəl insan səsidir. Lakin, bu adi deyil, müəyyən məna kəsb edən səsdir, daha doğrusu səs qiyafəsində olan mənadır. Yazı yarandıqdan sonra bu mənanı kağız üzərində hərflərin köməyi ilə də qeyd etmək mümkün oldu. Bu səbəbdən adlara əşyaların səslə və yaxud hərflərlə ifadəsi kimi baxmaq olar. İnsanlar isimləri yaratmaqla öz aralarında informasiya mübadiləsini operativ və yığcam şəkildə etməyə nail olublar. Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib, bu da öz növbəsində insanları yaratdıqları adların necə səslənməsinə, onların forma və məzmunlarına fikir verməyə məcbur edib. Məntiqlə, yeni adın uğurlu alınması üçün, o özündən əvvəlkilərlə ziddiyyət yaratmamalı, bir növ, mövcud olan sözlərin sintezindən əmələ gəlməli, onlarla qanunauyğunluq və ahəngdarlıq təşkil etməli, sahibinin nəzərə çarpacaq əlamət və xassələrini ifadə etməklə ürəyə və dilə yatan səslənməlidir. Belə olduqda yeni ad öz daşıyıcısını düzgün ifadə edə bilər və insanlar tərəfindən rahat qəbul edilər. Sadə bir misala baxaq, məlumdur ki, “gün” və “baxan” sözləri “günəbaxan” adını yaradıb. Əgər o vaxtlar “gün” anlayışının yerinə “yer” olsaydı “günəbaxan” olacaqdı “yerəbaxan”. Lakin, “gün” özü də təsadüfən yaranmayıb, o, da “günəş” adından əmələ gəlib. Yaxud, başqa bir misal, rəng bildirən “ağ” sözündən “ağüzlü”, “ağbəniz”, “ağbirçək”, “ağsaqqal” və s. kimi müxtəlif adlar əmələ gəlib. Əgər, biz vaxtı ilə “ağ” rənginə başqa, məsələn, “qara” adı versəydik, onda təbii ki, ağla bağlı bütün adlar da dəyişərdi, hər şey əksinə olardı, yəni qatıq ağ yox qara olardı. Müşahidələr göstərir ki, zaman keçdikcə ad və onun daşıyıcısı arasında sıx vəhdət yaranır və isim öz sahibinin əsas xassələrinin özündə cəmləşdirir. Əgər biz nəzərə alsaq ki, belə xassələr vaxt keçdikcə müəyyən dəyişikliklərə uğraya bilər, onda bu dəyişikliklər təbii ki, adın verdiyi informasiyaya da öz təsirini göstərməlidir. Adlar, bir növ öz sahiblərinin daxili xassələri ilə tarazlıq yaradır. Bu daxili xassələr dəyişdikcə, müvafiq olaraq adların informasiya dəyəri də dəyişməyə başlayır. Məsələn, 50 il bundan əvvəl “kompüter” dedikdə elektron hesablama maşını başa düşülürdüsə, ötən müddət ərzində kompüterin funksiyasının və onun tətbiq sahələrinin ağlasığmaz dərəcədə genişləndirilməsi “kompüter” adının informasiya dəyərini xeyli artırıb və bu ad bizim üçün bu gün hesablama maşınından əlavə, internet əlaqələndiricisi, multimedia, kitabxana, müəllim, həkim və s. deməkdir. Ümumiyyətlə, bu günə kimi bizə məlum olan hər nə varsa, onların hamısının adları artıq qoyulub və insanlar tərəfindən qəbul edilib. Mövcud adların yenidən dəyişdirilməsi isə çox nadir hallarda baş verir. Belə hal həm qərəzli, həm də ədalətli ola bilər. Məsələn, Azərbaycan şəhərlərinin adlarının: “Gəncə”nin tarixən müxtəlif adlara, sovet dövründə isə “Kirovabad”a, “Biləsuvar”ın “Puşkin”ə, “Beyləqan”ın “Jdanov”a, “Şərur”un “İliç”ə və yaxud “Xankəndi”nin “Stepanakert”ə dəyişdirilməsi nəticəsində bu saxta adlar həmin şəhərləri yaxından tanımayan insanlara çox böyük yanlış informasiya verirdi. Bu faktlar göstərir ki, əsl adın qərəzli surətdə dəyişdirilməsi onun verdiyi informasiyaya birbaşa təsir edir. Bəzən isə adına böyük keyfiyyətlər yazılan, sonradan məlum olur ki, əslində heç də belə deyilmiş. Məsələn, dağılmaz, qüdrətli, azad respublikalar birliyi hesab edilən SSRİ sən demə milyonların qanı bahasına gəlmiş bir ittifaq imiş. Bundan əlavə, ölkəmizdə tikilən hər bir yeni obyektə, salınan küçəyə, parka Lenin “babanın”, inqilabçıların, xalqımıza düşmən gözü ilə baxmış Şamuyan kimi qaniçənlərin adının qoyulması sovet dövrünün tələbi idi. Bu faktlar onu göstərir ki, nəinki ad dəyişməklə, hətta yeni yaradılan obyektlərə qondarma adlar qoymaqla, elə ilk gündən onların yanlış informasiya verməsinə nail olmaq olar. Lakin, atalar demişkən: “Kələklə gələn, küləklə gedər”. Artıq bu saxta adların əsl informasiya dəyəri xalqımıza məlumdur. Qeyd etmək lazımdır ki, adlarla bağlı göstərilən yuxarıdakı faktlarda ermənilərin birbaşa əli olmuşdur. Özünün hər hansı bir milli-mənəvi, maddi-mədəni sərvəti olmayan, “yer mənim” kimi sağalmaz irsi xəstəliyə tutulmuş ermənilər əsrlər boyu qədim xalqlara, ən çox da Azərbaycan xalqına məxsus olan yer, musiqi, alət, abidə və digər dəyərlərin adlarını dəyişməklə onları özününkü etməyə çalışıb və biz görürük ki, onlar bu gün də öz çirkin əməllərindən əl çəkmirlər. Belə bəd əməllər “erməni” adını da bütün dünya qarşısında bədnam edibdir. Artıq beynəlxalq arenada “erməni” adının hansı informasiya verməsini yəqin ki, kiməsə izah etməyə ehtiyac yoxdur. Çox fərəhli haldır ki, xalqımız müstəqillik əldə etdikdən sonra, bir çox tarixi həqiqətlərin bərpa olunmasına, o cümlədən erməni saxtakarlığının qurbanı olmuş adların bərpa edilməsinə, sovet hakimiyyəti dövründə yaradılmış qondarma adların milli adlarla əvəz edilməsinə başlanıldı və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.  Vüqar HAQVERDİYEV Yazını tam variantda buradan oxumaq olar  http://ucnoqta.az/cemiyyet/6908.html
['adlar', 'söz', 'isimlər']
6,487
https://kayzen.az/blog/avtomobil/2286/yol-h%C9%99r%C9%99k%C9%99ti-qaydalar%C4%B1n%C4%B1n-yaranmas%C4%B1.html
Yol hərəkəti qaydalarının yaranması
mr13
Avtomobil dünyası
23 iyun 2010, 16:56
Əvvəli Avtomobilin yaranma tarixi məqaləsində Səliqəli yollar salındıqca onlarda nizamlı hərəkət edilməməyi problemi ortaya çıxmağa başladı. Bunu nəzərə alan Britaniya parlamenti 1756-cı ildə London körpüsündə sol tərəfli hərəkəti qanuniləşdirdi. Hətta bu qanunu pozan şəxs 1 funt sterlinq məbləğində çərimə olunurdu.Amma fransızlar sağ tərəfli hərəkətə üstünlük verərək1798-ci ildən onu qanuniləşdirdilər.  Avtomobillər çoxaldıqca yalnız sol və ya sağ tərəfli hərəkətlərlə kifayətlənmək olmazdı. Yeni yol hərəkəti qaydaları haqqında düşünmək lazım idi. Belə bir düşünülmüş addım 1683-cü il yanvarın 3-də rus çarı I Pyotr tərifindən atıldı. Sürətli hərəkəti qadağan edən bu çar fərmanı 1828 - ci il Moskvada qəbul olunan digər fərmanla təkmilləşdirildi fərmana əsasən sağ tərəfli hərəkət, avtomobillərin texniki vəziyyətinə nəzarət və nömrə nişanlarının tətbiq edilməsi qaydaları qəbul edildi.Sonra polis tərəfindən hərəkətin jezl ilə (1908-ci il, Peterburq) və hərəkətin iki rəngli (qırmızı, yaşıl svetoforla nizamlanması (ABŞ, 1914-cü il) kimi mükəmməl yeniliklər baş verdi.Qəbul edilmiş qaydalar ayrı-ayrı ölkələrə aid olduğundan beynəlxalq aləmdə bir effekt vermirdi. Bütün bunları nəzərə alan dünyanın mütərəqqi adamları vahid qaydalar qəbul etmək üçün 1909-cu ildə Paris şəhərinə toplaşdılar. Bu mövzuda çağırılan ilk beynəlxalq konfransda aşağıdakı qaydalar: avtomobillərin istismarı üçün beynəlxalq Tədbirlər, yol nişanlarının tətbiqi, Avtomobillərdə şassi nömrəsinin və istehsalçı firmanın adının həkk edilməsi, Sürücülərin yaşının 18-dən aşağı olmamağı sərhədlərin avtomobillə keçilməsi və 4 yol nişanı (yol ayrıcı, şlaqbaum, nahamar yol, əyri yol) qəbul olundu. Yol hərəkəti qaydalarının qəbul edilməsi onlara nəzarət məqsədi ilə SSRİ də 1935-ci ildə DAM yaradıldı və 1936-cı ilin 3 iyununda isə onun ilk Əsasnaməsi qəbul edildi.Sonra, 1949-cu ildə Cenevrə və 1968-ci ildə Vyana şəhərlərində yol hərəkəti ilə bağlı Beynəlxalq konvensiyalar qəbul olunmuşdur. Bu konvensiyalara Hindistan və Yaponiyadan başqa əsas dövlətlər qoşulmuşlar. SSRİ 1959-cu ildə, müstəqil Azərbaycan isə 1997-ci ildə həmin konvensiyalara qoşulmuşdur, Ölkəmiz Beynəlxalq konvensiyalarda qəbul olunan qaydalara uyğun olaraq, 1998 - ci ildə Yol hərəkəti haqqında Qanununu da imzalamışdır.Bütün bu qayda-qanunlara baxmayaraq, avtomobillərin insanlar üçün yaratdıqları problemlər bitib tükənmir.Avtonəqliyyat vasitələri haqqında ümumi məlumat » V.Əliyev X. Muxtarov Ardı Var...
['yol hərəkəti qaydaları']
6,488
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2285/art%C4%B1q-d%C9%99yi%C5%9F%C9%99c%C9%99y%C9%99m.html
Artıq dəyişəcəyəm!
bloqçu
Düşündürücü hekayələr
23 iyun 2010, 15:23
Oğlum, sən indi yatmısan, mən sənə bunları sən yuxuda olan zaman deyə bilirəm. İndi sən yanağını kiçicik, toppuş əlinə söykəmisən. Mən də ki, sənin otağına gizlincə, sanki bir oğru tək girmişəm. Bir neçə dəqiqə öncə divanda əyləşib, qəzet oxuyurdum və bu an məni vicdan əzabı bürüdü. Buna dözə bilməyib, günahkar biri kimi  durub sənin çarpayının yanına gəldim. Bilmək istəyirsənmi ki, mən qəzet oxuyan zaman nə düşünürdüm? Səhər əsəbləşmişdim. Sən səhər üzünü nəm dəsmalla necə gəldi quruladığın üçün səni danlamışdım. Ayaqqabıların da çirkli idi. Səni məcbur etdim ki, onları yaxşı-yaxşı təmizləyəsən. Sonra da sən bəzi əşyaları yerə dağıtdığın zaman sənə hirslənib, qışqırdım. Hələ səhər yeməyində də süfrə arxasında bir çox nöqsanlarını gördüm. Yediklərini ətrafa da tökürdün, tikələri yaxşı-yaxşı çeynəmirdin, bütövcəsinə udurdun. Daha sonra isə sən həyətə gedirdin ki, oyun oynayasan, mən isə avtobusa çatmaq üçün tələsirdim. Sən mənə baxıb, dedin ki, “yaxşı yol, atacan”. Bəs mən neylədim – sənə sərt bir baxışla və qəzəbli tonda “Belini əymə, düz saxla!” dedim. Axşam yenə də xoşagəlməz hal oldu. Evə gələndə həyətdə gördüm ki, dostlarını toplamısan, oyun ynayırsınız. Gözlərim bir an corablarına sataşdı. Onların cırıq olduğunu gördüm, buna görə də sənə qəzəbləndim və dostlarının yanında səni də pərt elədim, sonra da onların gözü önündə sənin qolundan tutub evə apardım və dedim: bu corablar bahalıdır, geyinirsənsə ehtiyatla davranmalısan.Daha sonra isə qəzet oxuyurdum və sən yanıma gəldin. Deyəsən dizlərim üstünə çıxmaq istəyirdin. Mən isə o an əsəbi halda sənə “Nə istəyirsən?” dedim. Sən isə heç nə demədin, boyunuma sarılıb, böyük bir sevgi ilə qucaqlayıb üzümdən öpdün və qaçdın. İndi isə özümü çox pis hiss edirəm. Hmm...Səninlə belə rəftar edən hər hansı bir şəxs deyil, atan idi, oğlum. Bayaq, sən məni öpüb qaçanda, yerimdəcə donub qaldım, qəzet əlimdən yerə düşdü. Özümə sual verdim: axı, mənə nə olub belə? Mən səndə ancaq nöqsan tapırdım və bununla da elə düşünürdüm ki, mən səni bu yolla mükafatlandırıram! Səndən çox şey gözləyirəm. Səndən çox şey gözlədiyim üçün də ancaq nöqsanlarını görürəm. İndi başa düşürəm ki, mən səni öz dövrümün meyarlarına görə ölçür və mühakimə edirəm.Canım balam, halbuki sənin nə gözəl xüsusiyyətlərin var.  Mənim oğlumun qəlbi çox təmizdir. Bunu bu gecə anladım - gəlib, mənə isti baxışlarla baxıb, qucaqladığında, öpdüyündə. İnan ki, bu gecə mənimçün başqa heç nə əhəmiyyətli deyil. İndi çox utanıram. Çarpayının yanında diz çökmüşəm və öz-özümə danışıram. Bilirəm ki, bu dediklərimi sənə oyaq olanda desəm də anlamayacaqsan, çünki hələ balacasan. Sabah hər şey tamam başqa olacaq. Mən əsl ata olacağam. Səninlə vaxt keçirəcək, səninlə oynayacam. Sən qəmlənəndə qəmlənəcək, sən güləndə güləcəyəm. Sənin bir yalnışın olduğu zaman sənə qəzəblənib, hirslənməyəcək, əkinə şirin dillə səni başa salacağam. Dilimə pis bir söz gələn zaman dilimi dişləyəcəm. Öz özümə deyəcəyəm ki, “o uşaqdır hələ!” Səndən tələblərim böyük idi, mən səni böyük bir insan kimi görürdüm, lakin sən hələ kiçik bir uşaqsan. Amma ürəyin elə böyükdür ki...Artıq dəyişiləcəyəm, oğlum. Söz verirəm ki, dəyişiləcəyəm..
['ata', 'oğul', 'münasibət']
6,489
https://kayzen.az/blog/stil/2268/ya%C4%9Fl%C4%B1-d%C9%99ri.html
Yağlı dəri
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
23 iyun 2010, 13:33
Yağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır. Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır. Yağlı dəriyə yalnız qüsur kimi baxmaq ədalətsizlik olardı. Unutmayın ki, yağlı dəri çox gec qocalır. Məsələ bundadır ki, qoruyucu lipid qatı ətraf mühitin istənilən təsirinin qarşısını alır və dərinin nəmliyini qoruyur. Buna görə də yağlı dəri maksimal müddətə hamar və elastik qalır. Belə dəridə ilk qırışlar 45 yaşdan sonra əmələ gəlməyə başlayır. Yağlı dərinin başqa bir üstün cəhəti onun müvəqqəti xarakter daşımasındadır. Əksər halda dəridə yağlılıq yetkinlik dövründə başlayır, 25-27 yaşda isə başa çatır. Yağlı dəri yalnız 10 faiz insanlarda axıradək qalır. Öz gözəlliyinin üstündə əsən gənclər seboreyin (dəri yağlılığı) əmələ gəlməsindən çox əziyyət çəkirlər. Dəri qüsurlarının ən çox əmələ gəldiyi hissə alın, burunun kənarları, çənə, kürək və sinədir. Dəri vəzisinin həddən artıq yağ ifraz etməsi üzdəki məsamələri genişləndirir, məsamələrə dolan toz və çirk isə orada civizələr əmələ gətirir. Beləliklə, yağlı dəridə eyni zamanda həm genişlənmiş məsamələr, həm də qara və qırmızı rəngli civizələr olur. Bundan başqa, çoxlarında yağlı dəridə ölü hüceyrələr toplaşaraq qalın, xoşagəlməz epidermis əmələ gətirir. Nəticədə əmələ gələn görünüş, təbii ki, ürəkaçan olmur. Belə qüsurlar gənclərdə hətta sinir depresiyaları doğurur. Adətən, gənclər səbirsizliklə ani nəticə gözləyirlər. Təəssüf ki, bir göz qırpımında uzunmüddətli effekt əldə etmək o qədər də asan deyil. Yağlı dərini gözəlləşdirməyə ən azı bir neçə ay vaxt lazımdır. Bütün sirr ardıcıl qulluqdadır. Əgər görünüşünüzü dəyişdirmək istəyirsinizsə, onda səbirli olun. Hər şeydən əvvəl pəhrizdən başlamaq lazımdır. Qızardılmış, istiotlu, yağlı və şirin yeməklərdən imtina etmək vacibdir. Şokalad və başqa şirniyyatlardan da mütləq uzaq olmaq, vitaminlərin qəbulunu isə bir qədər intensivləşdirmək lazımdır. Bu cür qidalanma təkcə üzün dərisinə deyil, ümumiyyətlə, bütün orqanizmə öz müsbət təsirini göstərəcək. Uğurun başqa bir zəmanəti epidermisin gündəlik təmizlənməsindədir. Üzü səhər və axşam, imkan varsa, hətta günorta da təmizləmək lazımdır. Bunun üçün xüsusi köpük, gel və musslardan istifadə etmək lazımdır. Dərini dezinfeksiya edən, qoruyan bu məhsulları indi istənilən qiymətə əldə etmək olar. Üzü nə ilə yumaqdan əlavə, necə yumaq da az əhəmiyyət daşımır. İsti sudan istifadə etmək qəti qadağandır. İsti su piyin əmələ gəlməsini bir az da sürətləndirir. Üzü azacıq ilıq su ilə yumaq və sərin su ilə yaxalamaq lazımdır. Bundan başqa, üzün xüsusi vasitələrlə pilinqi də vacibdir. Pilinqi soyuqdəyməli, qırmızı səpkilər olan üzdə etmək məsləhət deyil. Təmizləyici maskalar pilinqin bir hissəsidir. Lakin onlardan gündəlik istifadə edəndə üzün dərisi quruyur. Buna görə də daimi pilinqlə yağlı dəridən qurtulmaq tamamilə mümkünsüzdür. Pilinqi həftədə ən çox üç dəfə etmək olar. Qaşov maskanı nəm dəriyə çəkmək lazımdır. Bundan sonra onu yumşaq, dairəvi hərəkətlərlə, 2-3 dəqiqədən artıq olmayaraq sürtmək lazımdır. Kəskin hərəkətlər dəridə mikro travmalar əmələ gətirə bilər. Vasitə kimi üz üçün olan şotkalardan da istifadə etmək olar. Üzünüzə istənilən təmizləyici maddəni çəkib belə şotka ilə sürtdükdən sonra üz hamar və təmiz olur. Mütəxəssislər pilinqi axşam etməyi məsləhət görürlər. Qaşov maddələrindən başqa da təmizləyici maskalar var. Şəffaf konsentrasiyaya malik bu maskalar üzdə quruduqdan sonra nazik qabıq şəklini alır. Həm yumşaq, həm də xoş olan bu üsül pilinq qədər effektlidir. Belə maskaların tərkibinə müalicə otları da daxil edilir. Bu maskaları iki həftədən artıq etmək olmaz. Həftədə bir dəfə palçıq və ya gil maskaları da etmək mümkündür. Soyuqdəyməsi olan dəridə bu maskalardan istifadə etmək olmaz. Üzün yağlılığı yalnız parıltı və qara civizələrlə özünü büruzə verirsə, onda palçıq maskaları əvəzsiz vasitədir. Həssas dəri üçün ağ və çəhrayı gel xeyirlidir. Ancaq bu maskaların effekti müvəqqətidir. Üzü yuduqdan sonra silərkən diqqətli olun. Dəsmalı üzə sıxıb sürtmək məsləhət deyil. Ən yaxşısı dərini yüngül döyəcləyərək qurulamaqdır. Hər gün səhər üzünüzü yağlı dəri üçün olan lasyon və ya toniklə silmək lazımdır. Bu vasitələr yağlılığı aparır və məsamələri sıxır. Təmizlənmiş dəriyə krem çəkin. Bunun da öz xüsusiyyətləri var. Mütəxəssislər yağlı dərili insanlara yağlı kremlərdən istifadə etməyi məsləhət görmürlər. Yumşaldıcı və nəmləndirici vasitə kimi tərkibində yağ olmayan hidrogel və emulsiyalardan istifadə etməyi lazım bilirlər. Bu vasitələr bir qayda olaraq, duru konsentrasiyaya malikdir, həmin an da dəriyə hopur və yağlı parıltı əmələ gətirmir. Üzü tamamilə təmizlədikdən sonra dekorativ kosmetikadan istifadə etmək olar. Tonal krem seçərkən onun yağlı dəriyə uyğun gəlib-gəlmədiyinə diqqət yetirin. Yağlı dərilər üçün kirşan vacib vasitədir. Məhz kirşan üzün yağlı parıltısını gizlədir və dəriyə sağlam görünüş verir. Çox nadir hallarda müalicəvi xarakterə malik tibbi kirşanlardan da istifadə etmək olar. Bütün kosmetoloqlar əmindirlər ki, yağlı dəri ən problemli və ən «qədirbilməz» dəridir. Bu tip dərilər çox qulluq, diqqət və nəzarət tələb edir. Bir balaca nəzarətdən kənarda qalan kimi bütün «pisliklərini» büruzə verirlər. Lakin təəssüflənmək lazım deyil. İndiki kosmetikaların çeşidi o qədər genişdir ki, hər kəs öz dərisinə və cibinə uyğun vasitə tapa bilər. Üzünüzün dərisinə qulluq etmək üçün əsas vasitələrdən biri, qeyd etdiyimiz kimi, maskalardır. Maskaları hazır almaq və ya ev şəraitində də hazırlamaq olar. İndi sizə ev şəraitində hazırlana biləcək bir neçə maska resepti təklif edirik. Qabıq verən dəri üçün maska: 1 yumurta sarısını 1 çay qaşığı bal ilə çalın. Sonra bura 3-4 damcı bitki yağı, 10 damcı limon şirəsi əlavə edib yenə tam qarışana qədər çalın. Alınan bircinsli məhlula 1 çay qaşığı un şəklinə salınmış yulaf və yaxud kəpək əlavə edin. Maskanı üzdə 20-25 dəqiqə saxladıqdan sonra yuyun. Yağlı dəri üçün maska: 2 yumurta sarısına 1 çay qaşığı badam yağı əlavə edin. Tam qarışdırdıqdan sonra məhlula 1 xörək qaşığı bal, 5-6 damcı limon şirəsi və 1 xörək qaşığı kəpək əlavə edin. Maskanı üzdə 25 dəqiqə saxlayın, ilıq su ilə yuyun və sonra soyuq su ilə yaxalayın. Ağardıcı maska: 1 xörək qaşığı su süngərini (badyaqa) 1 çay qaşığı 3 faizli hidrogen peroksidlə qarışdırıb üzünüzə çəkin. Maskanı 20 dəqiqə saxladıqdan sonra ilıq su və pambıqla çıxarın. Maskadan sonra üzünüz bir müddət dalansa da, effekti həmin anda hiss edəcəksiniz. Bu maska professional təmizləmədən sonra qalan ləkələri də aparır. Su süngərini istənilən aptekdən çox ucuz qiymətə əldə edə bilərsiniz.
['dəriyə qulluq', 'yağlı dəri', 'dəri üçün maska', 'pilinq', 'kosmetologiya', 'kosmetika', 'sifətə qulluq', 'dermatologiya', 'üz maskaları', 'yağlı dəriyə qulluq', 'yagli deriye qulluq', 'yagli deri', 'cildə qulluq qaydaları']
6,490
https://kayzen.az/blog/avtomobil/2282/avtomobilin-yaranma-tarixi.html
Avtomobilin yaranma tarixi
mr13
Avtomobil dünyası
22 iyun 2010, 17:34
Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cuildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı. Avtomobillər artıq dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi. 1886-cı ildə alman mühəndisi Daymlerin böyük zəhməti bahasına ilk daxiliyanma mühərrikli avtomobil içad ediləndən sonra, bu işdə böyük perespektivlər görən alman milyoneri Eminel qızı Mersedesin şərəfinə yeni "özü yeriyən" sifariş verdi. İlk «Mersedes»-in sürəti 13 km/s-dan artıt deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində (1909) həmin sürət 102 km/s-a çatdı. Getdikcə aristokratlıq rəmzinə çevrilən "özü yeriyənlərə" 1887-ci ildə türk sultanı Əbdül Həmidin sifarişi ilə akkumulyator, 1895-ci ildə Mişel qardaşları tərəfindən hava doldurulmuş rezin təkər və 1923-cü ildə hidravlik tormoz sistemi tətbiq edildi. Bu gün ABŞ-da və Avropanın 55 dövlətində 492 mln. avtomobil istehsal olunur və onların dünyada ümumi sayı 1 milyardı keçir. Belə möhtəşəm "özü yeriyənlər" ordusunun müsbət keyfiyyətləri ilə yanaşı mənfi xüsusiyyətləri də az deyildir. Ətraf mühitin çirklənməsi, nahamar yollarda nizamsız hərəkət edən avtomobillər insan həyatı üçün böyüktəhlükə törədir. Avtomobillər məişət həyatımıza daxil olandan sonra yüksək səviyyəli nəqliyyat yollarının çəkilməsi bizim əsas sosial qayğılarımızdan birinə çevrilmişdir. Ancaq onu da qeyd edək ki, insanlar rahat yol haqqında hələ qədim zamanlardan düşünməyə başlamışlar. Məsələn, hələ eramızdan 312 il əvvəl Roma imperiyasında düz, səliqəli yollar salınmağa başlanılmış və həmin yollardan bir hissəsinin Sezar Api Klavdi adlandırılması da bizə məlumdur.   Əsrlər keçdikcə yollara daha çox diqqət yetirilir, onların çəkilməsi adi iş sayılırdı. Amma peşəkarcasına həyata keçirilməyən bu iş həmişə müsbət nəticə vermirdi. Ona görə də XVII əsrdə Fransa kralı IV Henrix yolların və körpülərin tikintisi üçün ilk inşaat mühəndisləri korpusunu təşkil etdi. «Avtonəqliyyat vasitələri haqqında ümumi məlumat » V.Əliyev X. Muxtarov Avtomobil həvəskarlarının diqqətinə: Changan modellərini 5il müddətinə və ya 150 000 km zəmanətlə sahib ola bilərsiniz.
['avtomobil tarixi']
6,491
https://kayzen.az/blog/bloq%C3%A7u/2233/m%C3%BCtl%C9%99q-q%C9%99bul-olmal%C4%B1san.html
Mütləq qəbul olmalısan
bloqçu
Bloq: bloqçu
22 iyun 2010, 14:52
Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir. Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma , bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan.. Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!”  Bu da valideynin övladına dilədiyi uğurlar. Uşaq da gedir imtahan verməyə. Bu düşüncələrlə imtahan verməyə gedən şəxs heç qəbul olarmı? Əlbəttə ki, övladda məsuliyyət hissi olmalıdır, amma, biz övladı borclu vəziyyətinə salmamlıyıq. Valideynlər görmüşəm ki, qızlarını saçlarından sürüyüb, oğlanlarını da döyüblər ki, nədi-nədi onlar universitetə qəbul olmayıblar. Hər şey bir yana, uşaqların boyu valideynlərin boylarına çatıb da keçir, onu necə döymək olar? Döymək, ümumiyyətlə, bir nəticə vermir, daha doğrusu veriree, sadəcə xeyirli bir nəticə vermir. Nə bilim heç başa düşə bilmirəm, heç. Elələri də var ki, övladı düşündüklərindən deyil, özlərini düşündükləri üçün, qonum-qonşu nə deyər, hamının balası girdi, bir mənimkindən başqa, vay-vay-vay deyərək, uşağı da incidirlər. Onun bunun düşüncsi mənim övladımdan əzizdirmi? Alınmadı, gələn il inşallah qəbul olar. Dildən şirinlik yağmalıdır, əməl, nəticəsi də şirin olsun.Valideyn “əziz balam, sənə bol-bol şans, uğurlar!, Narahat olma, hər şey yaxşı keçəcək, canıvı üzmə. İnşallah yaxşı olar. ” və s. bu kimi ifadələr işlətsə necə də yaxşı olar. Övlad da rahatlıqla gedib, imtahanını verər. Əks halda isə nəinki yaxşı imtahan nəticələri, o övladdan heç sağlam psixika da gözləmək yersizdir. Hələ bu səbəbdən imtahandan sonrası evə gələ bilməyənlər, canlarına qəsd etməyə çalışanlar da var. Abituriyentlərin yaşadığı bu yaş dövrləri elə dövrlərdir ki, orqanizmdə dəyişikliklər, stressə daha tez qapılma halları, bəzilərində özünə əminsizlik baş qaldırır. Bir sözlə bu yaş dövründə uşaqlarla daha da diqqətli davranmaq lazımdır. Təbii ki, diqqət hər yaşdakı insana lazım olan bir şeydir. Eləcə də bu yaş dövründəkilərə. Valideynlərin hədəsindən, tənqidindən əlavə o gənclər bunlarsız da stressə qapılıb, narahatlıq keçirə bilərlər. Hətta, Rusiyada son vaxtlar imtahan sistemi bizimki kimi keçirilir və eşitdiyimə görə bundan da qorxuya düşən abituriyentlər var ki, heç imtahan olmamışdan artıq psixikalarını bu qorxuyla pozmuş və özlərinə qəsd etmişdilər. Kimi damarlarını kəsir, kimi hər şeyi atıb qaçır və s. Bir çox ölkələrdə ailələrdə və təhsil ocaqlarında abituriyentlər üçün psixoloji məşqlər də keçirlir ki, onlar rahat olsunlar, imtahan qabağı və vaxtı həyəcanlanmasınlar; onlara bu yolla dəstək olunur. Bizdə isə özümüz övladın əlinə həyəcan veririk. Onlar onsuz da həyəcanlıdılar, qorxurlar, narahatdılar. Hər halda burda qorxulası nə var ki? İmtahandırdaa, narahatlıığa heç bir ehtiyac yoxdur. Əgər onlarda bir sıxıntı varsa valideynlər onları rahatlatlatmalıdılar. Onları daha da stress vəziyyətinə salmamalıdılar. Bəlkə də çoxumuz bunu istəmədən edirik, başa düşmürük, amma, yalnışdır yalnış! Bütün abituriyentlərə uğurlar arzulayıram, inşallah qəbul olaralar. Olmasanız da üzülməyin, oxumaq heç vaxt gec deyil, inşallah gələn il qəbul olarsınız. Canınızı sıxmayın ki, imtahanda fikrləinizi lazımı yerdə cəmləyə biləsiniz. Bir daha uğurlar! Həmçinin oxu: Uşağın uğurlu ixtisas seçimində valideyn rolu
['imtahan', 'valideynin münasibəti', 'qəbul imtahanı', 'abituriyent']
6,492
https://kayzen.az/blog/edebiyyat/2247/gi-de-mopassan-k%C9%99nd%C9%99-s%C9%99f%C9%99r.html
Gi de Mopassan-Kəndə səfər
2ral
Ədəbiyyat
22 iyun 2010, 11:21
Ən sentimental fransız yazıçısı Gi de Mopassanın "Kəndə Səfər" yazısı ən romantik,ən təsirli povestlərdəndir.İnsan taleyi,insan psixologiyası haqqında çox gözəl bu əsəri oxumaqla heç nə itirməyəcəksiniz.10 dəqiqə sərf etsəniz də,çox güclü təssürat alacaqsınız. Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı. Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi. Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü. Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafı tamaşa eləməyə başladılar. Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi: — Axır ki, kənd yerinə çatdıq. Onun bu xəbərdarlığından sonra arvadı məmnun-məmnun təbiətə tamaşa eləməyə qurşandı. Lap uzaqda, kəndlərin və tarlaların arxasında dumana bürünmüş bir yaşıllıq, meşə görünürdü. Günəş yandırmağa başlayırdı, toz qaxıb arabadakıların gözünə dolurdu. Yol, çılpaq, çirkli və üfunətli bir kəndin ortasından keçirdi. Kəndə elə bil cüzam düşmüşdü, evləri də çürüdüb dağıtmışdı. Hər tərəfdə tərk edilmiş, dağıdılmış evlərin qəfəsəsi, yaxud pulsuzluq üzündən tikliib başa çatdırılmamış daxmaların çılpaq, damsız divarları görünürdü. Nəhayət, Sena çayını ikinci dəfə keçdilər, körpünün üstündə hamı çayın gözəlliyinə tamaşa edirdi. Çay günəş şüalarının altında bərq vururdu, sanki su buxarlanıb çayın üzərində seyrək bir duman əmələ gətirmişdi. Adam ləzzət alırdı, hava təmiz idi. Havaya nə zavodların tüstüsü, nə də zibilliklərdən gələn üfunət qarışmışdı. Yol keçənlərin birindən bu yerin anını soruşdular, dedi ki, bura Bezondur. Cənab Düfur arabanı saxladlı, yeməkxananın üstündəki qarışıq yazını oxudu: “Pulen restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır, istirahət otaqları, bağça və yelləncəklər”. — Hə, necədir? Düfur xanım, xoşuna gəlirmi? Bir qərara gələcəksən, ya yox? Yazını arvad da oxudu: “Pulən restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər”. Xanım xeyli dayanıb evə baxdı. Ev yol kənarında tikilmiş kənd meyxanası idi, yaxşı ağardılmışdı. Açıq qapıdan bufetin tənəkə haşiyəsi görünürdü, bufetin qarşısında iki fəhlə baş-başa verib vaxtlarını keçirirdilər. Nəhayət, xanım Düfur qərara gəldi: — Hə, bura yaxşıdır, — dedi, — tamaşa eləməli mənzərə də var. Arabanı meyxananın arxasandakı, geniş bağa sürdülər. Bağ, Sena çayına qədər uzanırdı. Hər tərəfi iri ağaclar örtmüşdü. Arabadan tökülüşdülər. Ər əvvəlcə düşdü, əllərini irəli uzadıb, arvadını qucağına alıb düşürmək istədi. Amma dəmir qoldan asılmış ayaqlıq çox hündürdə idi, xanım Düfur ərinin qolları arasına düşmək üçün bir qıçını sallamalı oldu, qıçının yuxarıları da göründü, incəlikdən nişanə qalmamışdı, budu köklükdən qat-qat idi. Kənd havasından bir az cuşə gəlmiş cənab Düfur, arvadından bir çimdik aldı, sonra onu ağır bir bağlama kimi güc-bəla ilə götürüb yerə qoydu. Arvad ipək donunun tozunu təmizlimək üçün üst-başını çırpdı, sonra yan-yörəyə tamaşa eləməyə başladı. Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gəlirdi. Korset belini elə möhkəm sıxırdı ki, təngənəfəs olurdu. Sinəsinin yumşaq əti sıxılıb yuxarıya lap buxağına qədər qalxmışdı. Qız əlini atasının çiyninə qoyub heç kəsin köməyini gözləmədən çevikliklə yerə atıldı. Sarısaç oğlan ayaqlarını arabanın təkərinə qoyub yerə düşdü. Sonra o, nənəni düşürməkdə cənab Düfura kömək elədi. Atı arabadan açıb bir ağaca bağladılar. Arabanın qolları yerə dirəndi, arxası yuxarı qalxdı. Kişilər pencəklərini çıxarıb əllərini bir vedrə suda yudular, sonra yelləncəklərdə əyləşmiş arvadların yanına qayıtdılar. Xanım qız Düfur yelləncəkdə tək ayaq üstə durub yellənmək istəyirdi, amma təkan vura bilmirdi. O, on səkkiz, iyirmi yaşlarında gözəl bir qızdı. Belə qadınlara yolda rast gələndə adamın ürəyi çırpınır, gecə yarıya qədər qəribə bir hisslə yaşayırsan, unuda bilmirsən. Boyu uca, beli incə, sağrısı enli idi. Dərisi çəhrayı, gözləri iri, saçı qara idi. Bədəninin ətli olmasını donu büruzə verirdi. Hər dəfə yelləncəyə təkan verəndə budları daha çox nəzərə çarpırdı. O, yelləncəyin ipindən bərk-bərk yapışmışdı, sinəsini dik tutmuşdu, təkan vuranda da əsmirdi. Şlyapasını külək qaldırıb arxaya atmışdı, yelləncək yavaş-yavaş işə düşmüşdü. Hər dəfə qalxanda yaraşıqlı qıçları dizə qədər görünürdü, paltarının ətri güləgülə ona baxan kişilərin burnuna vururdu. Bu onlara şərab iyi kimi ləzzət verirdi. Xanım Düfur başqa bir yelləncəkdə oturub incik səslə çağırırdı: — Sipryən, gəl məni itələ, gəl məni yellə Sipryən! Axır ki, kişi arvadına tərəf getdi, ağır bir işə hazırlaşırmış kimi, köynəyinin qolunu çirmələdi, sonra güc-bəla ilə arvadını yelləməyə başladı. Xanım kəndirdən bərk-bərk yapışmışdı, ayaqlarını irəliyə uzatmışdı ki, yerə toxunmasın. Yelləndikcə vəcdə gəlirdi. Hər təkanda bədəni, donmuş baş-ayaq suyu kimi, titrəyirdi. Yelləncək yuxarı qalxdıqca xanım Həyacanlanır və qorxurdu. Hər dəfə enəndə bərkdən qışqırırdı. Axırda kəndin uşaqları qaçıb tamaşaya gəldilər. Xanım aşağıda üz-gözlərini qırışdırıb hırıldaşan bir dəstə uşaq gördü. Xidmətçi qadın gəldi. Onlar nahar sifariş elədilər. — Çay balığı, dovşan əti, salat, bir də desert, — deyə xanım əda ilə dilləndi. — İki litr süfrə şərabı və bir şüşə də Bordo şərabı gətirin, — deyə əri içki sifariş elədi. Qız da əlavə etdi: — Biz çəmənlikdə nahar edəcəyik. Qarı isə həyətin pişiyinə vurulmuşdu, onu cürbəcür şirin sözlərlə oxşayıb yanına çağırırdı. Pişik bu mehribanlıqdan xoşhallansa da, çox yaxına gəlmirdi, qarının yan-yörəsində dolanır, ağacların başına fırlanır, quyruğunu dik qaldırır, ağaca sürtünüb qaşınır, ləzzət alır, astaca xoruldayırdı. Yerdə oturmuş sarısaç oğlan qəfildən qışqırdı: — Bir ora baxın, görün nə gözəl qayıqlardır! Qayıqlara baxmağa getdilər. Balaca çardağın altında iki qəşəng qayıq asılmışdı. Qayıqlar zövqlə düzəldilmişdilər, yanaşı durmuş bir cüt ucaboy qıza oxşayırdı: uzun ensiz və yaraşıqlı idilər. Onlara baxanda gözəl axşamçağında yaxud yay səhərində suda üzmək, çiçəyə qərq olmuş sahil boyu, suya sallanan budaqların arası ilə, mavi ox kimi uçan su quşlarının arxasınca üzmək istəyirsən. Bütün ailə həsədlə qayıqlara baxırdı. Cənab Düfur onları tə’riflədi: — Hə, bax, bunlara qayıq deyərəm. O, qayıqları usta gözü ilə yoxlayırdı. Deyridi ki, cavanlığında o da qayıq sürürmüş. Avarları göstərib lovğalanırdı ki, avarı əlinə aldımı, qurtardı, heç kəs onunla bacarmazmış. Əvvəllər Jüənvildə neçə-neçə ingilisi yarı yolda qoyubmuş. Sonra o, avarlar bərkidilən çıxıntıları göstərib, onların “dama” adlandırıldığını söylədi, dedi ki, qayıqçılar “dama”ları hər ehtimala qarşı özləri ilə gəzdirirdilər. O danışdıqca özündən çıxır, yanındakılarla mərc gəlmək istəiyrdi ki, belə bir qayıqla tələsmədən saat da 27 km üzə bilər. — Yemək hazırdır, — deyə xidmətçi qadın çardağın altındakıları xəbərdar elədi. Onlar həyətə tələsdilər. Xanım Düfurun xəyalən seçdiyi ən gözəl yerdə iki nəfər gənc oturub nahar edirdi. Onlar dənizçi köynəyi geymişdilər, yə’qin qayıqların sahibləri idilər. Oğlanlar alçaq stulların üstündə yayxanmışdılar. Üzləri gündən qaralmışdı, əyinlərində nazik mayka vardı. Çılpaq qolları dəmirçi qolu kimi əzələli idi. Onlar canlı idilər. Ancaq hər hərəkətlərində  incəlik vardı. Hiss olunurdu ki, idmançıdırlar, əzələləri ağır və yeaknəsəq əməkdən yaranmış fəhlə əzələsinə oxşamırdı. Onlar xanımı görəndə bir-birinə baxıb gülümsədilər, qızı görəndə isə biri dedi: — Gəl, yerimizi onlara verək, tanışlıq üçün imkan yaranar. O birisi həmin dəqiqə yarıqırmızı, yarıqara papağını əlinə alıb ayağa qalxdı və bağda gün dəyməyən bu yeganə yeri qadınlara təklif elədi. Qadınlan uzun-uzadı təşəkkürdən sonra təklifi qəbul elədilər, kəndi daha yaxından duymaq üçün çəmənlikdə oturdular, nə masa istədilər, nə də stul. Oğlanlar qablarını bir kənara aparıb, naharı başa vurdular, Onların tez-tez gözə çarpdırdıqları çılpaq qolları gənc qızı bir az narahat edirdi. O, üzünü yana çevirir, özünü görməməzliyə vururdu. Xanım Düfur isə gözüaçıqlıq eləyirdi, maraqla, bəlkə də həsədlə tez-tez çevrilib onlara baxırdı: yəqin onların qıvraqlığını ərinin gizli yebəcərliləri ilə müqayisə edir, təəssüflənirdi. Xanım Düfur qıçlarını qatlayıb, yerdə oturmuşdu, bədəninə qarışqa daraşdığını bəhanə edərək tez-tez ora-burasını qaşıyırdı. Cənab Düfur bu oğlanların yaxınlıqda olmasına və canfəşanlıq etdiklərinə görə dilxor olmuşdu, hey qurdalanır, yerini rahatlaya bilmirdi. Sarıbaş oğlan isə başını aşağı salıb yeməyə qurşanmışdı. — Gözəl hava var, cənab, — deyə kök qadın qayıqçılardan birinə müraciət etdi. Öz yerlərini verdiklərinə görə xanım onalra dilağız eləmək istəyirdi. — Elədir, xanım, deyə oğlan cavab verdi. — Siz kəndə tez-tez gəlirsiniz? — İldə bir, ya da iki dəyə, hava almağa gəlirik; bəs siz necə, cənab? — Mən hər gecə burada oluram. — Ah yəqin ləzzət alırsınız? — Bəli, xanım. Sonra o, şairanə sözlərlə gününü necə keçirdiyindən danışdı. Elə danışırdı ki, çəmənlik və tarlalardan məhrum olmuş, təbiət həsrəti ilə yaşayan, bütün ili dükanda oturmaqdan bezikmiş bu meşşanların ürəyi sızıldayırdı. Gənc qız başını qaldırıb maraqla qayıqçı oğlana baxdı. Cənab Düfur axır ki danışdı: — Bax, buna həyat deyərəm. — Sonra əlavə elədi: — Bir az da dovşan əti istəyirsənmi, gözəlim? — Yox, sağ ol, əzizim. Xanım yenə üzünü oğlanlara çevirdi, onların çılpaq qollarını göstərib dedi: — Siz belə üşümürsünüz? Onların ikisi də güldülər. Bütün günü necə çalışdıqlarından, qan-tərə batdıqlarından, gecənin qaranlığında necə üzdüklərindən danışıb qonşularını heyrətə gətirdilər. Sonra yumruqlarını siinələrinə döyüb necə möhkəm olduqlarını göstərdilər. Xanımın əri daha ingilisləri necə ötüb keçdiyindən danışmırdı, oğlanlara dedi: — Sizin sağlam bədəniniz var. Gənc qız çevrilib onlara baxırdı. Sarıbaş oğlan şərabı birbaş şüşədən içirdi, qəfildən çeçədi, ösgürdü, xanımın qırmızımtıl ipək donunu batırdı. Xanım hirsləndi, ləkələri təmizləmək üçün su istədi. Hava bərk qızmışdı. Günəşin şüalarında bərq vuran çay elə bil istidən qaynayırdı. Şərab Düfurların başını kicəlləndirdi. Cənab Düfur bərk hıçqırırdı, jiletinin yaxasını açmış və şalvarının belini boşaltmışdı. Xanım təngnəfəs olmuşdu, yavaş-yavaş donunun yaxasını açırdı. Sarıbaş oğlan şən-şən saçı pırpızaq başını yelləyir, ara vermədən şərab süzüb içirdi. Qarı kefləndiyini duyub özünü şax və təmkinli saxlamağa çalışırdı. Qız isə heç nə büruzə vermirdi, ancaq gözləri azacıq parıldayırdı, həm də qarabuğdayı yanaqnları bir az qızarmışdı. Qəhvə içib naharı başa vurdular. Oxumaq istədilər. Hərə öz bildiyi mahnını oxudu, qalanları hərarətlə əl çaldılar. Sonra ağırağır ayağa qalxdılar. Arvadlar keyləşmişdilər, təngnəfəs olmuşdular. Kişilərin ikisi də kefli idi, gimnastika ilə məşğul olmağa başladılar. İkisi də kütləşmiş, üzləri səfeh bir ifadə almışdı. Asma həlqələrdən sallandılar, amma heç biri özünü qaldıra bilmədi. Köynəkləri az qala şalvarlarından çıxıb sallanacaqdı. Qayıqçılar qayıqları suya salmışdılar, yaxınlaşıb nəzakətlə xanımları çayda gəzməyə də’vət etdilər. — Cənab Düfur, icazə verirsinizmi? Xahiş edirəm! — deyə Düfurun arvadı həyəcanla soruşdu. Düfur axan gözlərini arvadına zillədi, heç nə anlamadı. Qayıqçı oğlanlardan biri iki tilov gətirdi. Balıq tutmaq həvəsi kişinin dumanlanmış gözlərinə işıq gətirdi, xardavatçıların hamısı həvəskar olurlar. O hər şeylə razılaşdı, gəlib körpünün altında, kölgədə tilov atdı, qıçlarını aşağı sallayıb oturdu. Sarıbaş oğlan özünü onun yanına verib yuxuya getdi. Qayıqçılardan biri güzəştə getməli oldu xanımı öz qayığına götürdü. İnglis adasındakı balaca meşəyə gedirik, — deyə dostunu xəbərdar elədi. O biri qayıq asta-asta üzürdü. Avar çəkən öz sərnişininə elə aludə olmuşdu ki, başqa heç nə fikirləşə bilmirdi. Qəribə bir həyəcan onu gücdən salmışdı. Gənc qız avarçının kreslosunda oturmuşdu, qayıqdan, sudan ləzzət alırdı. O heç nə fikirləşmirdi, özünü rahat və sərbəst hiss edirdi, məst olmuşdu. Yanaqları qıpqırmızı idi, tez-tez nəfəs alırdı. Şərabın sərməstliyi ətrafı oda qərq eləmiş günəşin istisinə qarışmışdı. Qız sahildəki ağacların hər birinə dərin məhəbbətlə baxırdı. Havanın hərarəti onun qanını qaynadır, ürəyində qəribə bir arzu baş qaldırırdı. İstinin qorxusundan heç kəsin görünmədiyi bu kimsəsiz yerdə, suyun üzündə oğlanla tək qalması da qıza qəribə bir şəyəcan gətirirdi; özü də oğlan onun gözəlliyinə heyran olduğunu büruzə verir, baxışları ilə onu öpüşə qərq eləyir, ehtirasdan od tutub yanırdı. Onlar cəsarət edib danışa bilmədiklərinə görə daha da həyəcanlanır, yan-yörəyə tamaşa edirdilər. Axırda oğlan iradəsini toplayıb onun adını soruşdu. — Anriyet, — deyə qız cavab verdi. — Nə yaxşı, mənim adım isə Anridir. Onlar bir-birinin səsii eşidib sakitləşdilər. Sahilə tamaşa eləməyə başladılar. O bil qayıq dayanmışdı, deyəsən, onları gözləyirdi. Qayıqçı oğlan qışqırdı: — Meşədə görüşərək, biz Robinzona getməli olduq, xanım su içmək istəyir. Sonra o, avaralara güc gəldi, elə tez uzaqlaşdı ki, az sonra gözdən itdilər. Uzaqdan boğuq bir gurultu eşidilirdi, səs yavaş-yavaş yaxınlaşırdı. Elə bil çayın suyu titrəyir, gurultu suyun dibindən gəlirdi. — Bu nə səsdir? — deyə qız soruşdu. Səs adanın başındakı bənddən gəlirdi. Bənd burada çayın suyunu iki yerə bölür. Oğlan uzun-uzadı izah eləməyə başladı. Birdən şəlalənin gurultulu səsinə bir bülbülün cəh-cəhi qarışdı. Onların hər ikisi bu zəif səsə heyran-heyr qulaq asdı. Oğlan dilləndi: — İşə bax, bülbül günün günorta çağı oxumağa başlayıb, deməli, dişi bülbül kürt yatır. Bülbül! Qız heç vaxt bülbül cəh-cəhi eşitməmişdi, bu səs onun xəyalında şairanə məhəbbət mənzərələri yaratdı. Bülbül! Bu quş Cülyettanın öz balkonundakı məhəbbət görüşlərinin gözəgörünməz şahididir, bu musiqi göydən enib kişilərin öpüşlərinə qarışır. Bütün həzin romansların ifaçısı bu quş, gözəllik vurğunu zavallı qızların xırdaca ürəklərini şirin arzularla doldurur. Qız bülbülü dikləmək istəyirdi. — Gəl səsimizi çıxarmayaq, — deyə oğlan qıza işarə elədi. — Meşəyə girib bülbülün lap yaxınlığında oturaraq. Qayıq asta-asta üzürdü. Sahil qayası elə alçaq idi ki, ağaclar və kolların arası görünürdü. Onlar dayandılar, oğlan qayığı sahilə bağladı. Anriyeğ Anrinin qoluna söykəndi, onlar budaqların arası ilə irəlilədilər. Oğlan dedi: — Əyilin aşağıya. Qız əyildi, onlar sarmaşıq, yarpaq və qamışlarla örtülmüş bir yerə girdilər, bura lap evə oxşayırdı, tanımayan adam bu yeri tapa bilməz. Oğlan zarafatla dedi ki, bura onun “şəxsi kabineti”dir. Bülbül onların başı üstündəki budaqda idi, ara vermədən cəhcəh vururdu. O gah asta, gah titrək səslə oxuyur, gah da elə zəngulə vururdu ki, elə bil səsi üfüqə çatır, çay boyu axır, istidən kimsəsiz qalmış tarlalara, bağlara yayılırdı. Onlar quşu qorxudacaqlarından ehtiyat edib danışmırdılar. Yanaşı oturmuşdular. Anrinin qolu yavaş-yavaş Anriyetin belinə dolandı və onu astaca sıxdı. Qız acıqlanmadı, oğlanın cəsarətli əlini kənar elədi. Sonra bu yüngül mübarizə tez-tez təkrar olundu: çünki əl dinc durmurdu. Qız oğlanın nəvazişindən narahat olmurdu, elə bil əlin onu sığallaması da onun əli kənar etməsi də adi bir iş imiş. Qız bülbülə qulaq asırdı, şirin bir xəyala dalmışdı. O sonsuz bir xoşbəxtlik, mehriban bir nəvaziş, ən gözəl şe’rlər arzulayırdı. Əsəbləri süstləşmiş, ürəyi elə kövrəlmişdi ki, özündən xəbərsiz ağlayırdı. Oğlan indi onu sinəsinə sıxırdı. Qız onu daha itələmirdi. Birdən bülbül susdu. Uzaqdan bir səs eşidildi: — Anriyet! Oğlan astadan dedi: — Cavab verməyin, yoxsa quş uçar. Qızın özünün də cavab vermək fikri yox idi. Onlar bir anlıq beləcə qaldılar. Xanım Düfur haradasa oturmuşdu. Hərdən qarışıq səs eşidilirdi, xanım astadan ufuldayırdı, deyəsən, o biri qayıqçı dəcəllik edirdi. Qız şirin xəyala dalıb ağlayırdı, bədənini qəribə bir hərarət bürümüşdü, Anri başını onun çiyninə qoymuşdu, birdən qızın dodaqlarından öpdü. Qız diksindi, ondan yaxa qurtarmaq üçün arxaya dartında. Oğlan qızın üstünə yıxıldı, bədəni ilə onun bədənini örtdü. Ağzı ilə qızın dodaqlarını axtardı, qız imkan vermədi, axır ki, Anri dodaqlarını qızın dodaqlarına sıxdı. Qız ehtirasından titrədi öpüşə cavab verdi, oğlanı sinəsinə basdı, onun müqaviməti elə bir ağır bir yük altında qalıb çilik-çəlik oldu. Ətraf sakit idi. Quş yenidən oxumağa başladı. Əvvəlcə üç dəfə ucadan cəh-cəh vurdu, sanki dünyanı sevib-sevilməyə çağırırdı. Sonra azacıq ara verib incə səslə nəğməsinə başladı. Mülayim bir meh əsdi, yarpaqlar pıçıldaşdı. Budaqların arasına ehtirasdan təngnəfəs olmuş iki nəfərin odlu nəfəsi dolur, orada bülbülün nəğməsinə, yarpaqların xışıltısına qarışırdı. Bülbül sərməstləşirdi, nəğməsi güclənən yanğının alov dilləri kimi ucalır, insan ehtirası kimi güclənir, elə bil ağacın altından gələn öpüş səslərini müşayiət edirdi. Sonra hey qıy vurur, səsini uzadır, sanki titrək səslə fit çalırdı. Hərdən bülbül nəfəsini dərirdi, iki-üç dəfə astadan oxuyub, sonra cır səslə nəğməyə yekun vururdu. Bə’zən də coşur, ara vermədən cəh-cəh vurur, özündən çıxır, elə bil alovlu bir eşqə nəğmə deyir, nəğməyə qələbə sədaları ilə yekun vururdu. Birdən bülbül susdu, ağacın altında bir inilti eşidildi, sanki kim isə can verirdi. Səs xeyli davam elədi, sonra hönkürtüyə çevrildi. Onlar ayağa qalxanda hər ikisinin rəngi sapsarı idi. Gözlərində günəş sönmüş, mavi səma tutulmuşdu. Özlərini tənha sanır, susurdalar. Onlar yanaşı gedir, tələsirdilər, nə kəlmə kəsir, nə də bir-birinə toxundurdular. Elə bil düşmən kəsilmişdilər, bir-birindən iyrənir, bir-birinə nifrət edirdilər. Hərdən Anriyet anasını səsləyirdi: — Ana! Kolluqların birində çaxnaşma düşdü. Anriyə elə gəldi ki, orada iri, ətli bir qılçanı tələm-tələsik ağ gecə köynəyi ilə örtdülər. Sonra kök qadın göründü, bir az pərt olmuşdu, rəngi daha da qızarmışdı. Xanımın gözləri parıldayırdı, yaxası yaxşı düymələnməmişdi, oğlana çox yaxın oturmuşdu. Deyəsən oğlan maraqlı şeylər görmüşdü, özü büruzə vermək istəmirsə də, gözləri bic-bic gülürdü. Xanım Düfur mehribanlıqla qolunu oğlanın qoluna keçirdi, onlar qayıqların yanına qayıtdılar. Anri irəlidə lal-dinməz, qızla yanaşı gedirdi. Ona elə gəldi ki, arxadan nəfəskəsən, uzun bir öpüş səsi eşidildi. Axır ki, gəlib Bezona çatdılar. Cənab Düfur ayılmışdı, darıxırdı, sarıbaş oğlan yola düşməzdən əvvəl yeyirdi. Araba qoşulmuşdu. Qarı yerini tutmuşdu, narahat idi, qorxurdu ki, gecəyə düşsünlər, Parisin ətrafı yaramaz adamlarla doludur. Əl verib ayrıldılar. Düfurlar ailəsi yola düşdü. Qayıqçılar onların arxasınca qışqırdılar: — “Görüşənə qədər!” Arabadakılardan biri köksünü ötürdü, başqa birinin isə gözləri doldu. İki ay sonra Martir küçəsi ilə gedəndə Anri qapılardan birinin üstündə belə bir yazı gördü: “Dəmir mə’mulatı mağazası, Düfur”. O, mağazaya girdi. Kök qadın kassanın arxasında oturmuşdu. Həmin saat bir-birini tanıdılar. Xeyli şirin söhbət eləyəndən sonra Anri soruşdu: — Anriyet necədir? — Çox yaxşıdır, sağ olun: ərə gedib. — Hə? Anri qəribə bir həyəcanla soruşdu: — Kimə… Kimə gedib? — Bizimlə gəzintidə olan oğlana, tanıyırsınız, o bizim varisimiz olacaq. — Hə, çox gözəl! Anri qaşqabağını tökmüşdü, heç özü də bilmirdi ki, niyə pərt olub. Çıxıb getmək istəyəndə xanım Düfur arxadan çağırdı: — Bəs sizin dostunuz necədir? — deyə utancaq-utancaq soruşdu. — Lap yaxşıdır. — Bizdən ona salam söyləyin, yaxşımı, tapşırın ki, bu tərəflərə yolu düşəndə bizə baş çəksin… Xanım qıpqırmızı qızardı, sonra əlavə elədi: — Ona deyin ki, mən çox məmnun olaram. — Mütləq deyərəm, xadahafiz! — Xadahafiz, yox… yaxın görüşə qədər! Bir il sonra qızmar bazar günlərindən birində meşədəki əhvalat Anrinin yadına düşdü. Əslində həmin əhvalatı o, heç unutmurdu, amma bu dəfə elə aydın, elə ürək yanğısı ilə xatırladı ki, dözə bilməyib tək-tənha həmin guşəyə getdi. Ora çatanda mat qaldı. Qız orada idi. Həmin yerdə, otun üstündə oturmuşdu, qəmgin idi. Əri, sarıbaş oğlan onun yanında yuxuya gedib heyvan kimi xoruldayırdı, geçən il geydiyi uzunqol köynəyi də əynində idi. Anrini görəndə qızın rəngi elə qaçdı ki, az qala ürəyi gedəcəkdi. Sonra onlar aralarında heç nə olmayıbmış kimi, söhbət eləməyə başladılar. Oğlan deyirdi ki, bu yeri çox sevir, hərdən bazar günləri gəlib burada istirahət edir, keçmiş gözəl dəqiqələri xatırlayır. Bu sözləri eşidəndə qız gözlərini oğlanın gözünə zilləyib xeyli baxdı, sonar dedi: — Mən bu yeri hər axşam yadıma salıram. — Gedək, əzizim, — deyə onun əri oyanıb əsnəyə-əsnəyə söhbəti kəsdi. — Məncə, qayıtmaq vaxtıdır. Həmçinin bax: Mopassanın Qəbirbazlar adlı hekayəsi
['Gi de Mopassan', 'sevgi hekayəsi']
6,493
https://kayzen.az/blog/ilham/2024/hokinq-steven.html
Hokinq Steven
ilham
Bloq: ilham
22 iyun 2010, 10:48
Steven Hokinq (Stephen William Hawking)1942-ci ildə, Qalileo Qalileyin ölümünün 300 illiyi günündə doğulub. 1959-cu ildə Oksford Universitetinə daxil olub, kosmologiyanı öyrənmək üçün 1962-ci ildə Kembric Universitetinə keçib. Erkən yaşlarında həkimlər ona dəhşətli diaqnoz qoymuşlar – amiotrofik yan sklerozu. 30 yaşına yaxın əlil arabasının əsiri olur. Sonralar həkimlər onun traxeyasını kəsməli olurlar və o, səsini tamamilə itirir. Stiven ünsiyyət üçün xüsusi kompyuterdən istifadə edir. Kompyuterin displeyində görünən sözlərdən ona lazım olanlarını sağ əlinin barmaqları ilə seçir. Sözlərdən cümlə əmələ gəlir. Sonra bu cümlələri alimin göstərişi ilə kompyuter sintezatoru nitq kimi səsləndirir. Hokinq çox məşhur alimdir, onun pərəstişkarlarından biri də sabiq ABŞ Prezidenti Bill Klintondur. 1979-cu ildən Kembric Universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasına başçılıq edir. Yeri gəlmişkən, vaxtilə bu kafedranın müdiri İsaak Nyuton olmuşdur. Alimin 1988-ci ildə çapdan çıxan “Zamanın qısa tarixi” «Краткая история времени») kitabı ona dünya şöhrəti qazandırmışdır. Kitab Kainatın yaranması və inkişafı nəzəriyyəsini oxucuya, müəllifin özünün təsəvvür etdiyi, sadə bir dildə izah edir. Bu zaman riyazi düsturlardan və mürəkkəb hesablamalardan qətiyyən istifadə olunmur. O, qara çuxurlar haqqında bir çox elmi işlər yazmışdır. Stiven Hokinq kosmologiya, nisbilik nəzəriyyəsi, qravitasiya və kvant mexanikası, Kainatın tarixi sahəsində tədqiqatları ilə məşhurdur. Alimin 12 fəxri adı var. O, Britaniya Kral Elmi Cəmiyyətinin və ABŞ Elmlər Akademiyasının üzvüdür, elmi xidmətlərinə görə bir çox mükafat, orden və medallarla təltif olunmuşdur. Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:qara dəliklərin təsvirində termodinamikanın tədbiqi sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".21 iyul 2004–cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.Bir qədər sonra Qara dəliklər və yeni kainatlar (1993), Dünya iki kəlmə ilə (2001) kitabları nəşr olunur.Nəzəri fizikanı və Kosmosun meydana gəlməsinə dair inqilabi təlimlərin populyarlaşdırılması sayəsində böyük şöhrət qazanan alim Stiven Hokinq bildirmişdir ki, bəşəriyyət Kainatı kimin, necə və başlıcası isə, nəyə görə yaratdığı barədə suala cavabın cəmi bir neçə addımlığındadır. Uzun illərdən bəri bütünlüklə əlil arabasının “əsiri” olan alim Honkonq Elm və Texnologiyalar Universitetində mühazirə oxumuşdur. O, öz geniş məruzəsini assistent qıza bədəninin hərəkətdə olan yeganə bir hissəsinin – bir barmağının köməyi ilə “diktə etmişdir”. Hokinqin fikrincə, müasir kosmologiya iri addımlarla irəliləyir və sürəti getdikcə daha da artırır. O, mühazirə zamanı belə bir fikir də söyləmişdir ki, tezliklə bəşəriyyət həyat üçün Yer kürəsi əvəzinə, yeni ev axtarmalı olacaqdır. Çünki planeti o qədər qəfil təhlükələr hədələyir ki, onun məhvi son dərəcə gözlənilməz ola bilər. Yer üzündə həyat qəfil qlobal istiləşmələr, nüvə müharibəsi, genetik cəhətdən modifikasiya olunmuş virus və haqqında hələ heç nə bilmədiyimiz digər təhlükələr kimi fəlakətlər nəticəsində dağılmaq qorxusu qarşısındadır. Hokinq problemin həllini Günəş sistemindəki digər planetləri tezliklə mənimsəməkdə görür. Onun fikrincə, insanlar 20 ildən sonra Ayda daimi bazaya və sonrakı 40 ildə isə Marsda məskənə malik ola bilərlər. Onlar hətta yaxın 100 ildə özlərini məhv etməsələr də, kosmik məskənlər yaratmalıdırlar. Özü də, bütün bunlar Yer kürəsindən dəstək və yardım almadan mövcud ola bilər.
['Steven Hokinq', 'Stephen William Hawking']
6,494
https://kayzen.az/blog/bloq%C3%A7u/2275/pianinoya-qulluq.html
Pianinoya qulluq.
bloqçu
Bloq: bloqçu
21 iyun 2010, 23:50
Çox gözəl pianinom var idi. Rastov-Don. Rəngi digər pianoların rəngi kimi tünd şabalıdı deyildi, əksinə açıq sarı, bej və kök rənglərin 3-də bir yerdə toplanmış və laklanmış halda idi. Yuxarı hissəsində kənarlarında da bej rəngdə incə bir naxış da var idi. Pianomla fəxr edirdim, onu elə çox sevirdim ki... Mənə o pianinonu aldıqları vaxt mən orta məktəbdə, bəlkə də 2-ci sinifdə oxuyardım. Çox keçmədi ki, valideynlərim məni musiqi məktəbinə də yazdırdılar. 7 illik təhsil alacaqdım. Hardasa musiqi təhsilimin 2-ci ilindəydim, deməzdim ki, çox uğurlu bir şagird idim, iki əllə eyni vaxtda işləməyə çətinlik çəkirdim. Bir əlimlə çaldığım zaman digərində akkordu tutmaq bəzən mənə çox çətin gəlirdi.  Çox çalışırdım, amma, sonralar isə bu işə nədənsə bir az da həvəssiz yanaşmağa başladım. Mən istəyirdim ki, tez-bazar çalmağı öyrənim, bildiyimiz mahnılardan çalım, buna görə də qonşunun, hansısa çalmağı bilən tanışın öyrətdiyi mahnıları çalmağa daha meylliydim, nəinki sonata, etüd və s. musiqilərə. Bunu anlamırdım. Yəqin ki, musiqinin bu sahəsinə elə də həvəs bəsləmirdim. Buna görə də 3 illik təhsildən sonra daha getmək istəmədim. Amma, pianinomu çox sevirdim...çox.Lakin təəssüf ki, elə  bir vaxt gəldi ki,köçmək məcburiyyətində qaldıq və o pianonun özümüzlə aparmaq mümkün olmadığından onu satmaq qərarına gəldik. Satdıq da. Mənim pianinomu alıb, Bakıdan düz Naxçıvana apardılar.  Dördüncü mərtəbədən, onun dalıyca baxa-baxa qalmışdım. Hələ gizlində ağlamışdım da. Atam sonra mənə sintezator almışdı, amma onun yerini vermir, verməz də. Bu alət çox gözəl alətdir. Hərçənd ki, bir vaxtlar buna elə də çalmağa həvəs bəsləməsəm də, bu alətdə ifa olunan musiqiləri dinləməyi çox sevirəm. Hələ royal..aləmdir, aləm.Bir pianino gördüyümdə ürəyim axır... istəyirəım ki, kimin ki, pianinosu var, ona yaxşı baxsın və onu uzun ömürlü saxlaya bilsin. Buna görə pianinoya edilməli olan qulluq barəsində söz açmaq istərdim. Hər şeyə olduğu kimi musiqi alətlərinə də qulluğu əsirgəməmliyik. Əks halda musiqi alətləri də xarab ola bilər. Bu isə bizə heç lazım deyil. Digər alətlərdə olduğu ki, pianinonun da zahiri görünüşü və musiqi keyfiyyətlərini saxlamaq üçün ona daim qulluq etməliyik. Hər halda nəyəsə sevgi bəsləyiriksə, onu hər şeydən qorumalıyıq, elə deyilmi?! Hər şeyə olduğu kimi musiqi alətlərinə də qulluğu əsirgəməmliyik. Əks halda musiqi alətləri də xarab ola bilər. Bu isə bizə heç lazım deyil. deyil. Digər alətlərdə olduğu ki, pianinonun da zahiri görünüşü və musiqi keyfiyyətlərini saxlamaq üçün ona daim qulluq etməliyik. Hər halda nəyəsə sevgi bəsləyiriksə, onu hər şeydən qorumalıyıq, elə deyilmi?! Nəmişlik pianonun düşmənidir. Bu aləti otağın daxili divarının yanına qoymaq lazımdır və həm də ki divarla alət arasında ən azı 10 sm yer qalmalıdır ki, nəmişlik pianomuzu xarab eləməsin.  Əks halda tellər pas atır, toxmaqcıqlar da nəm çəkir. Belə olan halda da tellərə dəyəndə onlar boğuq səs çıxarırlar. Onu vaxtında nəmişlikdən qorumalıyıq, yoxsa, bu nöqsanı sonradan aradan qaldırmaq çətin olur. Pianinomuzu qızdırıcı cihazlardan, pəncərə və qapılardan da aralı qoymaq məsləhətlidir. Deyilənə görə yumşaq mebel, ağır pərdə və xalçalar səsi udurmuş. Bu səbəbdən də alətin altına xalça salmaq məqsədə uyğun deyil. Eləcə də ağır pərdələrdən, yumşaq mebeldən də kənar qoyulması məsləhətdir.Yəqin ki, naftalinlər hər birinizə tanış olar.  Biz bilməsək də bunun nə olduğunu valideynlərimiz çox yaxşı bilərlər. Belə ki, yoğan, döşəklərə, xalçalara xətər yetirən həmin o güvə pianinoya da ziyan vurur.Bunun qarşısını almaq üçün, pianonun içində mane olmayan bir yerdən naftalin torbaları asmaq olar. Amma onları ildə iki dəfə onları dəyişməliyik. Pianinomuz ildə bir dəfə sazlanmalıdır. Yoxsa diləri korlana bilər. Həm də pianonun dillərini vaxtaşırı nəm əski ilə silmək və dərhal qurulamaq lazımdır.  Bəzən elə olur ki, pedaldan cırıltı gəlir. Bu zaman onun aşağı qapağını açırıq, ordan yığılmış tozu ehmalca kənar edirik və əllə pedala basmaqla müəyyən etməliyik ki,  cırıldayan onun harasıdır. Bunu bildikdən sonra isə həmin yerə vazelin sürtə bilərik.
['pianino', 'fortepiano']
6,495
https://kayzen.az/blog/Hagverdiyev/2271/yuxular%C4%B1n-informasiya-dili.html
Yuxuların informasiya dili
Hagverdiyev
Bloq: Hagverdiyev
21 iyun 2010, 18:02
Yuxunun təbiəti, röyanın necə yaranması və onun özündə hansı informasiyalar daşıması bəşəriyyət tarixinin bütün dövrlərində insan zehnini daima məşğul edən məsələlərdən biri olmuşdur. Ana təbiətin orijinal ideyası olan röyanı millətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar görür. Elm artıq sübut edib ki, hətta yatanda yuxu görmədiklərini təkid edən insanlar da vaqiə görürlər, sadəcə, onlar ayılanda öz gördüklərini yada sala bilmirlər.  Ümumiyyətlə, yuxular iki cür olur: dərk olunan və başa düşülməyən. Dərk olunan yuxu adından göründüyü kimi insana müəyyən mənada aydın olur. Başa düşülməyən yuxularda isə informasiyalar kodlaşdırılmış şəkildə olur. Həmin kodları açmaq hər adamın işi deyildir. Bu işlə şamanlar, mollalar, kahinlər və peşəkar yuxu yozucuları məşğul olurlar. Yuxuların informasiya dilini anlamaq üçün bu gün bütün dünyada, demək olar ki, hər dildə yuxuları yozan müxtəlif kitablar var. Onların əksəriyyəti qədimlərdən üzü köçürülmüş, az hissəsi isə müasir yuxu kitablarıdır. Bəzi yuxu yozanlar isə yuxuları şərh etmək üçün öz üsullarını, təcrübələrini, müxtəlif prinsip və yanaşmalarını istifadə edirlər. Xarici ölkələrin bəzilərində yuxu yozanlar birbaşa xüsusi telefonlar, televiziya və radio kanalları vasitəsilə canlı yayımda insanların yuxularını izah edir, onlara gördükləri yuxuların mənasını başa salırlar. Yuxuda gizlənən informasiyanı izah etmək üçün hazırda ən çox istifadə edilən kitablardan Millerin, Freydin, Vanqanın, Nostradamusun, Svetkovun, Devid Loffanın, Yuriy Lonqonun, Assiriya, Müsəlman, Rus, bunlardan əlavə, məhəbbət, mətbəx və s. yuxu yozan kitablarını göstərmək olar.Lakin bu kitablardan istifadə edərkən hər şey nəzərə alınmalıdır. Çünki, məzmunca oxşar yuxular, yuxu görən adamın həyat tərzindən, sosial vəziyyətindən, cəmiyyətdə mövqeyindən, vəzifəsindən, cinsindən, yaşından və s. parametrlərdən asılı olaraq müxtəlif informasiyalar verə bilər. Aydındır ki, böyük vəzifəli adamın yuxusuna girən hər hansı bir obraz, fəhlənin yuxusundakından tam fərqli məna verəcək. Yaradıcı adam üçün yeni uğurlar vəd edən bir yuxu, avara adam üçün böyük uçurum vəd edə bilər. Məşhur rus həkimi İ.M.Seçenov yuxunu görünən təsəvvürlərin görünməmiş kombinasiyası kimi adlandırmışdır. Ona görə də, bu kombinasiyanı açmaq üçün bir sıra məsləhətlərə əməl etmək məqsədəuyğun olar. Belə ki, peşəkar yuxu tədqiqatçısı Robert Moss özünün “Yuxuların qapısı” əsərində bu qapını açmaq üçün doqquz açar təklif edir. Professor məsləhət görür ki, ilk növbədə ayılan kimi yuxunun məzmununu olduğu kimi bir kağıza köçürəsən, yaxud maqnitofon lentinə səslə yazasan. Belə etmədikdə yuxu elementlərindən çoxu sonradan yaddan çıxır və yuxunu düz yozmaq mümkün olmur. Yuxunu analiz edərkən insan yuxudan aldığı ilk təəssürata fikir verməli, sonra yuxu elementləri arasında ağlına gələn ilk assosiasiyanı qeyd etməli, onun gerçəkliklə oxşarlığını aparmalı, əgər bir şey alınmırsa, yuxunu tam dərk edənə kimi təkrarən eyni yuxuya qayıtmağı öyrənməlidir. Bundan əlavə, insan yuxu personajları ilə dil tapmağı və onlarla dialoq aparmağı bacarmalı, özünün yuxuda hansı rolda olduğuna fikir verməli, yuxu simvollarını sonsuz sayda tədqiq etməklə öz simvollarının mənasını dəqiqləşdirməlidir. Məsələn, hər dəfə eyni simvolu görəndən sonra nə baş verir? gün necə keçir? kim gəlir? və s. İnsan konkret bir röyanın onun şəxsiyyətinin hansı hissəsini təmsil etdiyini müəyyənləşdirməlidir. Misal üçün, vaqiədə görülən ev insanın şüuraltısını təmsil edə bilər, əgər bu evin təmirə ehtiyacı varsa, onda insan öz xarakterinin, yaxud hər hansı orqanın “təmirə” ehtiyacı olduğu barədə düşünməlidir. Sonda Robert Moss məsləhət görür ki, insanlar yuxuda olan informasiyaya ciddi yanaşmalı, müdrik və yaradıcı ruhda onların həyata keçirilməsinə çalışmalıdır. Tanınmış Amerika filosofu R.U.Emerson deyirdi ki, təcrübəli adam vaqiələri gələcəyi görmək üçün yox, özünü dərk etmək baxımından analiz edib öyrənir. Röyalar bizə özümüz və həyatımız haqqında həqiqətləri deyir. Onların informasiya dilini açmaqla biz öz daxili aləmimizə də yol açırıq. Yuxu, hətta nə qədər dəhşətli olsa belə ondan qorxmaq lazım deyil, əksinə, biz yuxularımızla yoldaşlıq edib onu daha dərindən öyrənməklə tədricən öz həyata keçməyən arzularımızı, şüuraltı istəklərimizi başa düşə bilərik və bizə gizli surətdə əziyyət verən problemlərdən azad olarıq. Yazını tam variantda buradan oxumaq olarhttp://www.rabitadunyasi.info.az/print_preview.php?id=197Vüqar HAQVERDİYEV
['Yuxu', 'vaqiə', 'röya']
6,496
https://kayzen.az/blog/346/2249/q%C4%B1z-tutmaq-2.html
qız tutmaq 2
ramzes
346 saylı marşrut
21 iyun 2010, 13:26
Qız tutmaq öz inkişaf dövrünü yaşayır.  Qız tutmaq  termini dövrdən, fəsildən asılı olaraq öz adını dəyişir. Bu yaxınlarda marşrutda iki ovçunun(hunter) Şıxov çimərliyinə getmək haqqında danışması diqqətimi cəlb etdi. Məhz buna görə də bu postu onlara ithaf edirəm. Gəncləri şərti olaraq cındır və cındırquyruğu adlandırıram. Dialoq:Cındır:  Bəlkə Şıxova gedək?Cındırquyruğu:  niyə?Cındır: Ay yazıq sən nə biləsən niyə, balıq tutmağa.Cındırquyruğu: adama 2 manat yol pulu verincən bazardan alaram da( hələ məsələni anlamıb), həm də tilovmuz da yoxdur, necə tutacayıq?Cındır: çox rahat, eləsi var özü yaxınlaşırCındırquyruğu:  özü yaxınlaşır? Yox bir deyir “gəl tut məni”,  balıq tutanın gərək quyruğu suda ola. Cındır:  Ay bədbəxt sən nə vaxt ayılacaqsan? Bayaq platformada tutduğum balıqdan deyirəm.Bu dialoq həqiqətən sübut edir ki, sizin Üzeyir kimi karifeyiniz var. Üzeyirə qulaq asan balıq, ceyran, cüyür, quzu, tutar. Cındır və Cındırquyruğunun beyin hüceyrələrinin qız tutmaq üçün necə hərəkət etdiyini bilmək asandır. Cındırın beyin hüceyrələrinin hərəkətinin riyazi funksiyası sinx funksiyasında olduğu kimi, cındırquyruğununki isə cosx funksiyasında olduğu kimidir, yəni eyni zibildir. Həqiqətən qız tutmaq üçün müəyyən fəsillər və bu fəsillərə uyğun musiqilər var. Yaz fəsli: “gedək sənə gül dərim, səni gülə döndərim” qız rolunda: cüyürYay fəsli: “özidə mini yupkada ay can ay can” qız rolunda: Kərtənkələ(kərtənkələm mənim)Payız fəsli: "payız gəldi, uçdu getdi quşlar" qız rolunda: köçəri qazQış fəsli: "yenə qış gələcək, qar yağacaq, qız olmayacaq ruhunuz donacaq"  qız rolunda: qış yuxusuna getmiş ayıQız tutmaq elmi əsrlərin bizə yadigarıdır. Əgər sən marşrut sürürsənsə, sənin geniş imkanların var, marşrutda üzeyirin musiqisini səsləndirməklə ürəklərə xal sala bilərsən. Mən Üzeyiri qınamıram, ona halaldır, o ürəkləri fəth edir, pul qazanır, ona qulaq asıb feyzyab olan, köks ötürən yüz minlərlə tutan və tutulan var. Üzeyir telefona səsini yazıb amr formatından mp3 formatına keçirməklə qəlblərə yol tapır. Üzeyir bu yaxınlarda “incə maraqlar” verilişinin qonağı olub, verilişin reytinqi 100%-a yaxınlaşıb, digər kanallar müflisləşmə təhlükəsiylə qarşılaşıb,  bunu görən səyyah muğamla yaşlı nəsili bihuş, feyzyab etmək üçün regionlara üz tutub özlərini müflüsləşmə təhlükəsindən qurtardı. Bəzən adam fikirləşir ki, görəsən bu qız tutanların axırı necə olacaq? Cavab tapmaq sadədir, yəni onlar arvad tutacaqlar. Qız tutanlar feyzyab olurlar, bihuş olurlar, sazın sözün sehrinə düşürlər, qafiyə tuturlar, çırtma vururlar, yuxu yozurlar, Üzeyirə qulaq asıb daha da dərindən sevirlər. Qız tutun, chatları fəth edin, neandertal quş vurub qazan doldurar, baş kəsər.
['qız tutmaq', 'səviyyəsizlik', 'cındırlıq']
6,497
https://kayzen.az/blog/stil/2264/normal-d%C9%99ri.html
Normal dəri
burla xatun
Yaraşıqlı görünüş, gözəl imic
21 iyun 2010, 11:49
Gözəllik və dəriyə qulluq haqqında olan bütün mənbələrdə adətən problemli dərilərdən söhbət açılır. Yağlı dəri, quru dəri, qarışıq dəri... problemlərinə dəfələrlə müraciət olunub.  Diqqətdən kənarda qalan bircə dəri quruluşu var: normal dəri. Nəmliyin, yağlılığın normal səviyyədə olduğu bu dəridə problemlər, adətən, az olur. Lakin bu, o demək deyil ki, normal dəriyə qulluq etmək lazım deyil. Dəri bütün hallarda qulluq tələb edir. Ən azından ona görə ki, ötən hər il insanın orqanizmində dəyişikliklərlə müşahidə olunur. Müəyyən yaş həddi keçdikdən sonra isə bu dəyişikliklərin heç biri yaxşılığa doğru getmir.Əgər dərinizin normallığına arxayın olaraq onu diqqətdən kənarda qoymusunuzsa, deməli, artıq problem yaratmısınız. Lakin kədərlənməyin. Yaxşı işə başlamaq heç vaxt gec deyil. Bütün başqa hallarda olduğu kimi, burda da qulluq səhər və axşam müəyyən qaydalara əməl edilməklə aparılır. Dərimizə qulluq edək Səhər qulluğu Səhər yuyunarkən sabundan istifadə etmək olmaz. Otaq temperaturunda olan qaynanmış su ilə yuyunun. Sərin sudan da istifadə etmək olar. Sonra dərini üzünüzün xətləri boyu buz parçası ilə silin. Normal dərili insanlar sabundan həftədə iki dəfə istifadə edə bilərlər. Çünki sabunun intensiv istifadəsi gec-tez dərini quruluğuna səbəb olur. Bu isə qıcıqlanmanı artırır və dəri qabıq verməyə başlayır. Üzü buzla sildikdən sonra yumşaq dəsmalla qurulayın. Bu zaman dəsmalı üzünüzə bərk sıxmayın. Ümumiyyətlə, bütün tip dərilərdə yuyunduqdan sonra üzü bu qayda ilə silmək lazımdır. Dəsmalı üzə bərk sıxaraq dartdıqda dəri gərilir və vaxtından əvvəl qırışır. Əgər yuyunduqdan sonra kremdən istifadə edəcəksinizsə, onda üzü bir qədər nəm saxlamaq lazımdır. İşgüzar qadınlara bu məsləhət görülmür. Çünki küçəyə çıxmazdan əvvəl dəri mütləq tam qurudulmalıdır. Dərinin təravətli, canlı olması, qanın üzə vurması və yanaqların qızarması effektini əldə etmək istəyirsinizsə, soyuq su ilə yuyunun. Sonra isə dəsmalı üzünüzə yapışdıraraq bir balaca sıxın. Dəriniz normal olmaqla yanaşı, həm də həssasdırsa onda səhər təmizliyi üçün sudan yox, lasyondan, yaxud duru kremdən istifadə edin. Pambıq tamponu bu vasitələrin hər hansı birində isladıb üzünüzü silin.Dərinin yumşaldılması Ən yaxşısı yağlı olmayan kremlərdən istifadə etməkdir. Kremi barmaqların ucu ilə üz xətləri boyu yumşaq hərəkətlə, ən əsası isə nazik qatla çəkmək lazımdır. Sifət cizgiləri hamıda eyni cürdür: alında qaşların uzanma istiqamətində saçlara doğru, göz ətrafında içəri küncdən qaşların kənarlarına qədər, kənar göz küncündən aşağı göz qapağı istiqaməti ilə buruna qədər, sonra isə bütün üzdən qulağın yuxarı sərhədinə qədər. Bu hissələrdə kremi dördüncü barmaqla çəkmək lazımdır. Yanaqlara və çənəyə kremi dörd barmağınızla birdən çəkin. Quru dəridə olduğu kimi, burda da kremi isti suda qızdırılmış çay qaşığının arxası ilə masaj edərək çəkmək yaxşı effekt verir. Qaşıq çox isti olmamalıdır. Masajı üz xətləri istiqamətində, boyunda və sinənin yuxarı hissəsində etmək lazımdır. İntensiv istifadə zamanı ilk günlər masaj müddəti iki dəqiqə, sonralar isə beş dəqiqəyə qədər ola bilər. Bu proses qan dövranını yaxşılaşdırır, dəri kremi tez canına çəkir və tez nəmlənir. Masajdan sonra kremi yumşaq salfetlə təmizləmək yaxşıdır. Bununçün kağız salfeti üzünüzə yapışdırın və çəkin.Dərinin qorunması Normal dəri xüsusi diqqət tələb etmir. Dekorativ kosmetikadan istifadə etməklə edilən gündəlik makiyaj bütün qoruma prosesini həyata keçirir. Dərisində qan damarları genişlənmiş insanların qış aylarında nəmliyi olmayan kremlərdən, təbii heyvan yağlarından və yaxud zeytun, günəbaxan, qarğıdalı kimi bitki yağlarından istifadə etmələri məsləhətdir.Axşam qulluğu Axşam üzü qaynanmış ilıq su ilə yumaq lazımdır. Həftədə üç dəfə ağ rəngli kosmetik sabunlardan istifadə edə bilərsiniz. Sabunun üzünüzə kobud təsir etməməsinə diqqət yetirin. Əks halda dəriniz quruya bilər. Həftənin qalan günlərində isə yuyunmaq üçün sabun əvəzinə duru qatıq və bitki yağı ilə qarışdırılmış yumurta sarısından da istifadə edə bilərsiniz. Bu vasitələri yuyunmazdan 2-3 dəqiqə əvvəl üzə çəkin. Daha sonra isə pambıq tamponla və ya adi qaydada əllə yuyunun. Axşamlar üzünüzü yumağı sevmirsinizsə, normal dəri üçün hazır lasyonlardan istifadə edin. Ev şəraitində hazılanmış lasyonlardan da bu məqsədlə istifadə oluna bilər. Normal dəri üçün maskalar * 1 yumurtanın sarısına 1 xörək qaşığı qleserin əlavə edib qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda saxlanılan qaynanmış su ilə yuyun. * 1 xörək qaşığı bala 5-10 damcı limon əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Əgər əldə etdiyiniz qarışıq durudursa, bura az miqdarda un, yaxud nişasta əlavə edə bilərsiniz. * 1 xörək qaşığı una 1 yumurta ağının yarısını əlavə edib qarışdırın. Sonra bu qarışığa 1 çay qaşığı bal əlavə edin. Əmələ gəlmiş xəmirəbənzər kütləni 10-15 dəqiqəlik üzünüzə qoyun. Otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin. * Bir neçə çiyələyi əzin və 1 xörək qaşığı kəsmik (yaxud xama) ilə qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan su ilə yuyun. Çiyələk əvəzinə moruq, gavalı, şaftalı, ərik və almadan istifadə etmək olar. Təzə meyvə və tərəvəz üzə istənilən kremdən daha yaxşı təsir edir. * 1 xörək qaşığı kəsmiyi 1 çay qaşığı xama ilə qarışdırın və bir çimdik duz əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan qaynanmış su ilə yuyun. * 1 xörək qaşığı qatığı 1 çay qaşığı un ilə qarışdırın. Əmələ gələn kütləni üzünzə çəkin və 10-15 dəqiqədən sonra ilıq suda isladılmış pambıqla silin. * 30 qram mayanı az miqdarda süd ilə sıyığa bənzər kütlə əmələ gələnə qədər qarışdırın. Maskanı üzdə 15-20 dəqiqə saxladıdan sonra ilıq su və pambıqla təmizləyin. Əgər maskadan sonra dərinin dartıldığını hiss etsəniz, üzünüzə normal, yaxud quru dəri üçün olan krem çəkin. 15-20 dəqiqədən sonra kremin qalığını kağız salfetlə silin. * Almanın qabığını soyub sürtkəcdən keçirin. Üstünə 1 çay qaşığı xama, yaxud 1 çay qaşığı zeytun (günəbaxan, qarğıdalı) yağı, həmçinin 1 çay qaşığı nişasta əlavə edin. Maskanı üzdə 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. * Şaftalının qabığını soyun və əzin. Üzərinə 1 çay qaşığı nişasta, yaxud un əlavə edib alınan kütləni 20 dəqiqəlik üzünüzə çəkin. İlıq su ilə yuyun. * Təmizlənib əzilmiş gavalıya 0,5 çay qaşığı xama, 0,5 çay qaşığı bitki yağı və 1 çay qaşığı nişasta əlavə edin. Maskanı üzdə 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. * Xiyarı xırda gözlü sürtkəcdən keçirin və cunanın üzərinə sərərək üzünüzə qoyun. 20 dəqiqədən sonra cunanı götürüb otaq temperaturunda olan su ilə yuyunun. Maskaya bir neçə damcı limon əlavə etmək olar. * Bir-iki salxım qarağatın üzərinə yarım stəkan qaynar su töküb ağzı qapalı vəziyyətdə 15-20 dəqiqə saxladıqdan sonra süzün. Mayeyə bir xörək qaşığı qarağat şirəsi əlavə edin. Bir neçə dəfə qatlanmış cunanı bu mayedə isladaraq, 15-20 dəqiqəlik üzünüzə qoyun. Sonra otaq temperaturunda su ilə yuyunun.
['dəriyə qulluq', 'gözəl görünüş', 'normal dəri', 'dəri üçün maska']
6,498
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/2254/a%C4%9Fa-musa-na%C4%9F%C4%B1yev.html
Ağa Musa Nağıyev
Aynur
Böyük insanlar,şəxsiyyətlər
20 iyun 2010, 22:41
1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu.. Bir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, «Mis nədir, o da neft kimi fontan vurur?» Təəccüblə cavab verirlər ki, «Mis də fontan vurar? Əlbəttə ki, yox!» cavabında Ağa Musa deyir: «Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz.» Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişdilərsə də xeyri olmayıb və ondan heç nə qopara bilməmişdilər. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxarırlar ki, gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: «Min manat verə bilərəm, artıq yox.» Qaçıranlar onu ölümlə hədələyəndə halını pozmadan deyir: «Atam, atam, öldürün. Öldürsəniz o min manat da əlinizdən çıxacaq, onu da ala bilməyəcəksiniz.» Üç gün girov saxlayıb, yedirdib-içirdib, kart oynamışdılarsa da, min manatdan artıq boynuna qoya bilmirlər. Ağa Musanın Bibi-heybətdəki mədənlərindən biri güclü fontan vurur. Ağa Musa əl-ayağa düşüb, fəhlələrə yalvarıb deyirmiş ki: ''Başınıza dönüm, qoymayın, neft hədər yerə axıb getsin, zay olsun. Sizə xələt verəcəyəm. Yanğın baş versə hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar. Axı bu sizin cibinizdən gedir.» Fəhlələr birtəhər fontanı bağlayırlar. İki gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə o, boyun qaçırıb deyir: «Atam, atam, hardan?! Hardan verim xələti?! Bir az neft çıxdı, onu da gözünüzün qabağında qonşular talan etdilər...» Sabahısı gün Musanın oğlu Ağa İsmayıl mədənə gəlir. Fəhlələr şikayət edirlər ki, atan verdiyi vədə əməl etmədi. Ağa İsmayıl iki araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd və beş manat pul paylatdırır. Bunu eşidən Ağa Musa cəld mədənə qaçır və özünü çatdırıb deyir: «Atam, atam, mənim də payımı verin. Fontanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağzımdan çıxsın. Gedib o dünyanı görüb qayıtmışdım.» Bir dəfə Ağa Musa mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan ocaq qalayıb qızınır, çörək yeyib, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti alışdırıb yandırır. Ağa Musa deyir: «Bala, sən sabahdan işə çıxma, get kontora haqq-hesabını al. «İş icraçısı çaşır: «Niyə görə, Ağa Musa?» Ağa Musa əsəbiləşərək deyir: «Qabağında o boyda ocaq ola-ola papirosu kibritlə yandırırsan. Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?» Rus-Yapon mühabirəsi vaxtı Bakı şəhər prokuroru Voronov cəbhəyə maddi yardım üçün varlılardan pul vəsaiti yığmaq üçün komissiya təşkil edir. Komissiya, ilk növbədə, milyonçu Hacı Zeynalabdinə müraciət edir. O, 50000 (əlli min) rubl yardım edir. Sonra o biri milyonçu - Ağamusa Nağıyevin yanına gedirlər. Ağamusa cəmi 50 (əlli) rubl yardım edir. Voronov siyahını göstərərək deyir: - Hacı Zeynalabdin 50000 rubl yardım etdi, sizsə 50 rubl". Ağamusa cavab verir ki, Hacı dövlətlidir, o isə ondan kasıbdır. Başqa əlacı olmayan komissiya başa düşür ki, Ağamusanı heç cürə yola gətirmək mümkün olmayacaq. Komissiya kontordan çıxır. Voronov divardakı lövhədən onun oğlu Ağaismayılın kontorunun yerini müəyyənləşdirir və ora yollanırlar. Ağaismayıl siyahıda Hacı Zeynalabdinin və atasının verdikləri miqdarı gördükdən sonra, öz təşəbbüsüylə 50000 (əlli min) rubl verir. Ağaismayılın kontorundan çıxdıqdan sonra Voronov Ağamusanın yanına gəlir və deyir: - Siz cəmi 50 rubla qol çəkdiniz, oğlunuz isə 50000 (əlli min) rubla". Ağamusa cavab verir: - Valideynlərim məni saman yüklənmiş ulaqnan şəhərə göndərirdilər və əgər mən satdığım samanın pulundan 5 qəpik xərcləsəydim, onlar məni cəzalandırardılar. Ağaismayıl isə başqa şəraitdə böyüyüb, buna görə də 50000 onun üçün pul deyil". ...Avqust ayının axırlarında, günəşli bir gündə, günorta saat birdə Bakının Telefonnı küçəsi ilə irəliləyən faytonda milyonçu Ağamusa Nağıyev dostu Məşədi Baba Səmədovla gedirdi. Üç nəfər gürcü faytonu saxlayır. Onlar Səmədova faytondan düşməyi təklif edirlər. Səmədov xahiş edir ki, Ağamusa düşsün, onu isə hara istəyirlər, aparsınlar. Həm də, onlara bildirir ki, Ağamusa məni darda qoymaz, nə qədər lazımdı, pul verib alar. Gürcülər bu təkliflə razılaşmırlar, nəticədə Səmədov faytondan düşməyə məcbur olur. Gürcülər faytonda Ağamusanın yanında oturaraq, faytonçuya vağzal istiqamətində yoluna davam etməyi əmr edirlər. Dəmiryol vağzalına çatmamış, böyük bir binanın zirzəmisi önündə, gürcülər faytonu saxlamağı əmr edirlər. Onlar faytondan düşüb Ağamusadan onların ardınca zirzəmiyə gəlməsini xahiş edirlər. Ağamusa itaət göstərir. Zirzəmidə Ağamusa cəh-cəlalla üzləşir. Zirzəminin döşəməsi parket idi, otaqda pianino, yumşaq mebel, çilçıraq vardı. Bir sözlə, çox təmiz və rahat idi. Bütün bunlara əlavə olaraq, Ağamusanı gözəl xanımlar əhatə edirdi. Çünki Ağamusa, yaşına baxmayaraq, gözəl xanımların məclisini sevirdi. Stalin tez-tez Ağamusaya yaxınlaşaraq soruşurdu: "Darıxmırsınız ki, Ağamusa?" Burada olduğu ikinci ya üçüncü gün, Stalin onunla ciddi söhbətə başlayır. Stalin Ağamusadan soruşur: - Ağamusa, zəhmət olmasa, deyin, II Nikolay və onun hökuməti müsəlmanları sıxışdırırdımı? Ağamusa cavab verir ki, hə. Onda Stalin deyir: - Biz onlarla mübarizə aparırıq və mübarizəni davam etdirmək üçün bizə pul lazımdır. Və siz, Ağamusa, bizə maddi yardım edin ki, biz mübarizəni son qələbəyə qədər davam edə bilək. Amma heç Ağamusa dərhal pul verməyə razı olardımı? Onunla yaxşı rəftar edirdilər, xanımlar onu əyləndirirdilər. Yeməyi də yaxşı və vaxtında verirdilər. Nəhayət, Ağamusanı yola gətirirlər və o, 250000 (iki yüz əlli min) rubl verməyə razı olur. Amma bir şərtlə ki, indi və Bakıda yox. "Əgər belə böyük məbləği sizə burda versəm, həm mənim üçün, həm də sizin üçün yaxşı olmaz. Həm də ki, burda bankdan sizə pul verməzlər", - deyir. Qərara alırlar ki, Ağamusa 20 gündən sonra Moskvaya, Şəmsi Əsədullayevin mənzilinə getsin və müəyyən edilmiş gündə, düz günorta saat 12-də ora gələrək, çeki alsınlar. Təyin olunmuş gündə və saatda qapı döyülür və Şəmsi Əsədullayev özü qapını açmağa gedir. Qapıdakı gürcüləri görəndə, Şəmsi heyrətlənir: "Mən özüm qoçuyam", - deyib qəzəblənir. Bu zaman Ağamusa arxadan onu saxlayır və danışdıqları miqdarda pul çekini gələnlərə verir. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['neft milyonçusu', 'Musa Nağıyev']
6,499
https://kayzen.az/blog/bloq%C3%A7u/2250/musiqi-ruhun-qidas%C4%B1d%C4%B1r,-can%C4%B1n-d%C9%99rman%C4%B1.html
Musiqi ruhun qidasıdır, canın dərmanı!
bloqçu
Bloq: bloqçu
20 iyun 2010, 17:06
Biz elə bir dairəylə maraqlana bilərik ki, bu istər-istəməz bizə mənfi təsir göstərə bilər və həmin maraq dairəmiz orqanizmimizə arzuolunmaz ziyan verə bilər. Hər cür insan olduğu kimi yer üzündə o qədər də zövqlər və maraqlar mövcuddur və bunların hər biri də öz həddini aşanda insana yorğunluq, stress və hətta depresiya da gətirə bilər. İşləyirik, çalışırıq, gedirik, gəlirik – dincəlmək bilmədən vurnuxuruq və nəticədə orqanizmimizdə baş verən fəsadlarla qarşılaşmaq məcburiyyətində qalırıq. Nəinki, işləmək, hətta seçdiyimiz əyləncələr də bizləri yora bilər. Professorlar deyirlər ki, diskotekalara, səs-küylü pop musiqisinə, kompüterlərə olan hədsiz maraq bəzən insanı yükləmiş olur, hətta psixikanı da məhv edir, ən əsası da ki, cavan orqanizmləri. Xarici ölkələrdə bəzi tibbi mərkəzlərdə psixiatorlarla bərabər musiqiçilər də çalışırlar. Belə ki, musiqiçilər də insanı müalicə edirlər. Sırf səslərlə- sənətlə, musiqiylə. Kimisi orda şəkil çəkir, kimisi isə musiqi dinləyir. Daha çox da klassik musiqi. Musiqi ilə müalicənin həyatı daha qədimdən başlayıb. Belə ki, qədim Misirdə və Yunanıstanda həkimlər xəstələri səslərlə müalicə edirdilər. Qədim Çinlilər də deyirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar, hətta xəstə üçün “musiqili reseptlər” də yazırdılar. Amma ilk dəqiq və ciddi araşdırmalar isə XIX əsrin sonlarında həkim-nevropotoloq Ceyms Korninq tərəfindən aparılmışdı və bu gün artıq musiqi terpiyası Amerikanın və Avropanın bir çox tibb mərkəzlərində istifadə olunmaqdadır. Musiqi və sağlamlıq – bu anlayışlar bir-birinə çox yaxındır. Bu gün bir çox musiqiçilərin həyat və yaradıcılıqları ilə maraqlansaq görərik ki, onların çoxu nəinki muisiqiçi eləcə də həkimdilər. Elələri də bu iki sahəni bərabərləşdirərək bu sahədə dərindən məşğul olub, həqiqətən də musiqiterapiyasıyla insanları müalicəyə çağırıblar. Alman həkimləri Münhendə adi müalicədən başqa xəstələrərə musiqiterpiyası da məsləhət görürlər, belə ki Betxoven, Motsart, Şopen, Bax və digər bəstəkarların əsərlərini dinləmək çox xeyirlidir. Məşhur rus alimləri V.M.Bexterev, İ.M.Seçenov və başqaları da qeyd etmişdilər ki, musiqi əsəb sisteminə, tənəffüs orqanlarına, qan dövranına böyük təsir edir. Musiqilər arterial təzyiqi ya qaldıra ya da endirə bilərlər. Eləcə də nəbzi də sürətləndirə və ya zəiflədə də bilər.“Изобретатель и рационализатор” (“İxtiraçı və səmərələşdirici”) jurnalının 1986-cı ildəki nəşrinin 5-ci sayında təcrübəli həkim A.R.Quskova öz musiqiterapiyası barəsində ətraflıca məlumat vermişdi. O deyirdi ki, musiqi vasitəsilə sidik axarından daşı sala bilir. Əbəs yerə deməyiblər ki, musiqi ruha qidadır. Bir də deyirlər ki, gözəllik dünyanı xisal edəcək. Amma, bura əlavə etmək­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ olar ki, dünyanı gözəllik və həyat üçün incəsənət xilas edəcək. Bu yolda rəssamların, şairlərin, yazıçıların və musiqiçilərin əməyi böyükdür. Musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdilər. Kiminsə kefini qaldıracaq, kimdəsə isə sakitlik, həzinlik...ən əsası budur ki, burda insan sakitləşəcək və hisslər də harmoniya təşkil edəcək. Bütün dünyanı və ürəkləri fəth edən musiqiçilərin əsərləri bu gün sağlamlığımız üçün də xeyirli bir vasitədir. Və bu da həmin dahi şəxsiyyətlərin dahiliyini bir daha sübut etmiş olur. Musiqinin insanda necə təəssüratlar yaratdığını və insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir. Amma biz özümüz də bunun şahidi ola bilərik. Məyər biz hansısa bir musiqini dinlədiyimiz vaxt hansısa bir hiss keçirmirikmi? Musiqi həqiqətən də canlı orqanizm üstündə güclü təsirə malikdir. Vals… Ştraus. İnsanda ruh yüksəkliyini qaldırır, insanın kefini qaldırır. Ştrausun valsını eşitdiyin vaxt sanki ürək sevinir. Hələ Betxovenin, Çaykovskinin, Şopenin, Baxın və başqalarının musiqilərindən və bu musiqilərlə qidalananlardan danışmıram... Musiqi sədaları altında insan hisslərin əsirinə çevrilir. Musiqi sədaları altında biz oxuyuruq, oynayırıq, gülürük, şənlənirik… Musiqi alətləri ən gözəl dərman vasitələridir desəm, zənn edirəm ki, burda da yanılmaram:Klarnet qan dövranına müsbət təsir göstərir. Klarnetdə ifa olunan musiqi ürək-damar sistemini də normallaşdırır. Pianinoda ifa olunan musiqi həm insanı rahatladır, həm də qalxanabənzər vəzini təmizləyir. Nağara ürəyin ritmini bərpa edir, tənzimləyir, qan-damar sistemini qaydaya salır, onurğa sümüyü üçün də yararalı hesab olunur. Fleyta ciyərləri təmizləyir. Arfa ürəyin işini hormonlaşdırır. Violançel bağırsaqlara yaxşı təsir edir. Gitara ürək üçün xeyirlidir. Akkordion qarın boşluğunun işini aktivləşdirir. Saksafon ən “cazibədar (seksual)” alət hesab olunur. Çünki, seksual enerjini aktivləşdirir. Bundan əlavə saksafon böyrəklər üçün xeyirlidir. Skripkada ifa olunan incə melodiyalar isə insanda mərhəmət, xeyirxahlıq kimi hisslər oyadır.“Şərqin min-bir sirri” kitabında belə deyilir: “Tar. Tarda çalınan musiqi yuxusuzluq malxulya (mеlanxoliya),  baş ağrısı, əsəb və əzələ spazmalarını  aradan götürmə gücünə malikdir. Tarda olan ifalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, insanı vadar edir ki, o həyat barədə düşünsün. Bu alətdə ifa olunan təntənəli bir musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»-nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini sеçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flеqmatik (soyuqqanlı, laqеyd), yüksək pərdələr (zil) – xolеrik (tündməcaz, tеz hirslənənlər), orta pərdələr isə mеlanxolik (qəmgin, məyus) insanlar üçündür.Kamança. Kamançada səslənən musiqi də müalicəvi təsiri güclüdür. O da öz növbəsində  əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Bu alətin еcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk еtmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527 il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.Ney. Nеyin incə səsi də əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nеy, əksər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzzalmağa təhrik еdir, bəzən isə fəlsəfi düşüncələrə aparır. Qamışdan hazırlanan nеyi hələ qədim Misirdə tanıyırdılar. Bu alətin təsviri bizim еradan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabilərinin divar rəsmlərində saxlanılır. Tütək Azərbaycan xalqının ən çox sеvdiyi alətlərdən biridir. Sadə xalqın sеvimlisi olmaqla bərabər, o, əsrlər boyu kubar, aristokrat mühitində, şah saraylarında da sеvilirdi. Ud. Babalarımız hеsab еdirdilər ki, udun səsi baş ağrısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir..." Maraqlıdır, elə deyilmi? Vibrasiyalar, səslər – bunlar hər biri özündə xeyir daşıyır. Hər şey öz ritmində gedir. Bu ritm musiqinin ürəyi olduğu kimi, bizim orqanizmimiz üçün də az önəm daşımır. Bizim də hər bir orqanımız öz ritmində davam eləməlidir. Bu pozulduğu zaman isə xəstəliklər yaranır. Biz də musiqinin ritminin köməkliyi ilə öz orqanlarımızın ritmini bərpa edə bilərik. İndi yapışmışıq depressiya, əsəb, yuxusuzluq, ağrıkəsici dərmanlarından. Orqanizmimiz kimyəvi maddələrin hücumuna buraxırıq. Demirəm ki, dərmanlardan istifadə olunmasın. Xeyir, yeri gəldiyində həkimə də müraciət etməliyik, amma bütün günü oturub hər şeyə görə dərman içmək də ziyandır. Bir yerə xeyri varsa, digərinə də ziyanı var. Buna görə də çalışaq ki, dərmanlardan çox istifadə etməyək. Musiqi dinləyək, musiqi)) Musiqiyə qulaq verin və siz də başa düşəcəksiniz ki, cana necə də istilik, sakitlik yayılır.Sevdiyimiz işlə məşğul olaq,  gülək, dinləyək, oxuyaq, oynayaq… Yaşayaq, sağlam yaşayaq!UPD. Sevimli musiqi ürəyi sağlam saxlayırMerilend Tibb Məktəbindən olan tədqiqatçılar izah etmişlər ki, sevimli musiqi səslənən zaman insanın keçirdiyi emosiyalar qan damarlarının fəaliyyətində özünü müsbət şəkildə göstərir. 3 il əvvəl ABŞ Kardioloqlar Assosiasiyasının elmi sessiyasında alimlər ürəyin fəaliyyətinə gülüşün müsbət təsir etdiyini bildirmişdilər. İndi onlar öz tədqiqatlarının bundan heç də az əhəmiyyətli olmayan digər tərəfini də təqlid etmişlər.   Merilend Tibb Məktəbi nəzdində ürək xəstəliklərinin profilaktikasının tədqiqat şöbəsinə rəhbərlik edən professor Maykl Miller bildirir ki, o, musiqini dinləyənə qədər və ondan sonra ürəyin müxtəlif fəaliyyətlərindən, həmçinin ürəyin müxtəlif mahnılara — kədərli, şən, oynaq və s. mahnılara reaksiyasından heyrətə gəlmişdir. Tədqiqatların gedişində 10 nəfərdən ibarət sağlam, siqaret çəkməyən könüllülər qrupundan bir neçə həftə onlarda müsbət emosiyalar yaradan musiqi dinləməyi xahiş etmişlər. Həkimlər nəticələri müqayisə edərək müəyyən etmişlər ki, sevimli musiqini dinləyəndən sonra musiqisevər insanın damarı, orta hesabla, demək olar ki, 26 faiz genişlənir. Eyni zamanda həyəcanlı musiqi dinləyən zaman qan damarları 6 faiz daralır.   Millerin firincə, bu, insanın gündəlik həyatında ürək xəstəliklərinin müalicəsi üçün primitiv strategiya üsulu ola bilər.
['musiqi', 'sağlamlıq', 'musiqi dinləmək', 'mahnıya qulag asmaq', 'mahnı dinləmək']