Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,600
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1591/amerika-xalqlar%C4%B1-b%C3%B6y%C3%BCk-co%C4%9Frafi-k%C9%99%C5%9Ffl%C9%99r-%C9%99r%C9%99f%C9%99sind%C9%99.html
Amerika xalqları böyük coğrafi kəşflər ərəfəsində
papatürk
orta əsrlər tarixi
23 may 2010, 11:11
Amerika xalqları XV əsrdə. XV əsrdə avropalılar 3 qitəni, yəni Avropa, Asiya və Afrika qitələrini tanıyırdılar. 1000-ci ildə Skandinaviya dənizçiləri Qrenlandiyanı kəşf etdilər. Oradan Şimali Amerikaya gedib çıxdılar. Bu dövrdə Amerika xalqları ibtidai icma quruluşunda yaşayırdı, əsasən, ovçuluq və balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar ağac, daş və tuncdan idi. Onlar kotan, odlu silah, təkər və dəmirin nə olduğunu bilmirdilər. Ölkənin simalında ancaq it və lamalar əhliləşdirilmişdi. Yalnız Mərkəzi və Cənubi Amerikada əkinçilik və sənətkarlıqla məşğul olan xalqlar var idi. Amerikada yaşayan tayfalar kartof, günəbaxan, qarğıdalı, pomidor, kakao becərir, torpağı ağac xışla şumlayırdılar. Mayya, astek, ink xalqlarının inkişaf səviyyəsi Amerikanın başqa xalqlarına nisbətən yüksək idi. Mayyalar Mərkəzi Amerikadakı Yukatan yarımadasında yaşayırdılar, qədimdən əkinçiliklə məşğul olurdu və şəhər-dövlətlər yaratmışdılar. Hökmdarlar yaxın adamlarını nəzarətçi qoyur, vergi toplayırdılar. Mayyalarda sənət inkişaf etmişdi, onlar gözəl saray və məbədlər tikirdilər. Onların hökmdarları hündür saraylarda yaşayırdılar. Mayyalarda torpaq icmaya məxsus idi. İcma hər bir ailəyə meşədən təmizlənmiş pay torpağı verirdi. Sadə icma üzvləri həm özlərinin, həm də əyan və kahinlərin torpağını becərirdilər. Asteklər Meksikada, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yaylada yaşayırdılar. Paytaxtı Mexiko idi. Ölkəni irsi hakimiyyətə malik hökmdar idarə edirdi. Dövlət vəzifələrinə varlılar təyin edilirdi. Müharibə vaxtı onlar 150 minlik ordu çıxara bilirdilər. Ölkənin paytaxtında iki qul bazarı var idi. Asteklərdə əkinçilik, bağçılıq, bostançılıq, sənət və ticarət inkişaf etmişdi. Asteklər qonşu qəbilə və tayfaları özündən asdı salır, onlardan bac qul və döyüşçü alırdılar. Mexiko şəhərində gözəl küçələr, şəhəri kəsib keçən kanallar, ona xüsusi gözəllik verən Məbəd və saraylar var idi. İnklər Cənubi Amerikanın qərbində And dağlarında min km-lərlə məsafədə Peruda yaşayırdılar. Paytaxtı Kusko şəhəri idi. Onlar XII əsrdə dövlət yaratmağa başlamışdılar. Dövlətin başında hökmdar dururdu. İnklər tabe etdikləri tayfaların hesabına yaşayırdılar. Ölkədə hər şey müharibənin tələblərinə tabe edilmişdi. Ordu onluq, yüzlük, minlik dəstələrə bölünürdü. Say çoxluğu ilə düşmənə qələbə çalırdılar. Bir nəfərin üzərinə 20 nəfər yeriyirdi. Yeriş zamanı sıradan çıxana ölüm cəzası verilirdi. İnklərdə əkin sahəsi üç yerə bölünürdü: kahinlərə, hökmdarlara, icma üzvlərinə məxsus sahələr. Məhsulun üçdə biri onu becərənə çatırdı. Nikaha girmək məcburi idi. Acından ölən adam olduqda həmin ərazinin məmuru edam edilirdi. Peru dağlıq ölkə olduğuna görə yollar tunellərdən və uçurumlar üzərində salınmış asma körpülərdən keçirdi. Ayrı-ayrı ərazilər arasında poçt rabitəsindən istifadə olunurdu. Amerika xalqlarının mədəniyyəti Mayyalar məbədlər, padşah sarayları, rəsədxanalar, ehramlar tikmişdilər. Məbədlər pilləli ehramlar idi. Uşmaladakı hökmdar sarayı VIII-IX əsrlərə aiddir. Məbəd və saraylar allahların heykəlləri və qabarıq şəkillərlə bəzədilmişdi. Mayyalar daş döşənmiş yollar çəkirdilər. III əsrdə mayyaların heroqliflərdən ibarət yazısı var idi. Yazı, əsasən, məbədlərin divarlarına və daş sütunlara yazılırdı. Onlarda əkinçilik təqvimi yaradılmışdı. Bu qədim xalqların ən dəqiq təqvimidir. Mayyalar hindlilərdən əvvəl sıfırdan istifadə etmişdilər. Mayya kahinləri planetlərin Günəş ətrafında fırlanmasını hesablamış, Günəş və Ayın tutulmasını əvvəlcədən xəbər vermişdilər. Onlarda riyaziyyat və astronomiya elmləri inkişaf etmişdi. Orta əsrlərdə Çiçen-İtsada (XII-XIII əsrlərdə) ehram tikilmişdi. XI-XII əsrlərə aid Çiçen-İtsada rəsədxana inşa edilmişdi. Asteklərdə mədəniyyət inkişaf etmişdi. Mexiko şəhərindəki məktəblərdə əkinçilik, sənətkarlıq və hərbi iş öyrədilirdi. Uşaqlar yazmaq, oxumaq, hesablamaq ilə yanaşı, tarixi, mifologiyam, dini, astronomiyanı, poeziyanı da öyrənirdilər. Dramlar və şerlər asteklərin ən gözəl ədəbi nümunələri idi. Mexiko böyük gölün ortasında yerləşirdi. Şəhərdə düz küçələr əmələ gətirən kanallar çəkilmişdi. Məbədlərin tikintisi asteklərdə riyaziyyatın inkişaf etdiyini göstərirdi. İnklər böyük coğrafi kəşflər ərəfəsində tunellərdən, asma körpülərdən, poçt rabitəsindən istifadə edirdilər. Peruda olan iki abad yol uçurumlar üzərində asma körpülərdən ibarət idi. Ölkənin ayn-ayrı yerləri arasında poçt əlaqəsi yaradılmışdı. Sənətkarlar pambıq parça, tikmə, naxışlı xalça hazırlayırdılar. Gil qablar və ağacdan qədəh düzəldirdilər. İnklərdə məktəb fəaliyyət göstərirdi. Günəşin oğlu adlandırılan hökmdarların uşaqları xüsusi məktəblərdə təhsil alırdılar. Musiqi və poeziya təlim prosesinin tərkib hissəsi idi. İnklər saraylar, məbədlər, qalalar inşa edirdilər. Əsas qala sayılan Kuskonun şəhərlə əlaqəsi yalnız tunellə idi. Amerika xalqları Kolumbun kəşfinə qədər Avropa və Asiya xalqlarının mədəniyyəti ilə əlaqəsi olmayan orijinal bir mədəniyyət yaratmışdılar. Kolumbun Amerikanı kəşf etməsi XV əsrdə dənizçilər yerin kürə şəklində olması ilə maraqlanırdılar. Belə adamlardan biri Xristofor Kolumb idi. O, İtaliyanın Genuya şəhərindən idi və güman edirdi ki, qərbə tərəf üzərək Hindistana gedib çıxmaq olar, guya bu yol Afrikanı dolanmaqdan qısadır. 0,1492-ci ildə 3 karavella gəmisi ilə yola düşdü. Onun gəmiləri 70 gündən sonra Kuba və Haiti adalarına gəlib çıxdı. Kolumb həmin yolla daha 3 dəfə Amerikaya səfər etmişdi. Kolumb belə hesab edirdi ki, kəşf etdiyi ərazi Hindistandır. Ona görə buranı «Hindistan», əhalisini isə «hindular» adlandırdı. İtaliya səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanın şimal sahillərini öyrəndi və oranı Yeni Dünya adlandırdı. Sonralar bu qitə onun şərəfinə Amerika adlandırıldı. Nəsrəddin Tusi Kolumbdan 200 il əvvəl Amerika materikinin olduğunu göstərmişdi. Kolumbun müəllimi Toskanelli bu haqda Kolumba məlumat vermişdi. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elminin böyük rolu olmuşdu. Böyük coğrafi kəşflərin nəticələri Coğrafi kəşflər nəticəsində dünya ticarəti meydana gəldi. Uzaq qitələr arasında ticarət genişləndi. Əsas ticarət yolları Aralıq dənizindən okeanlara keçdi. Avropada əmtəə istehsalı artdı. Ticarət yolları Aralıq dənizindən dünya okeanına keçdiyinə görə Genuya və Venesiya yeni ticarət yollarından kənarda qaldı. Müstəmləkələrlə ticarəti, əsasən İngiltərə, Niderland, Portuqaliya aparırdı və ticarət bu dövlətlərin limanlarında cəmləşmişdi. Niderlanddakı Antverpen limanı dünya ticarətinin əsas mərkəzinə çevrildi. Coğrafi kəşflər nəticəsində İspaniya və Portuqaliyaya çoxlu qızıl gətirildi, lakin onlar geridə qalmış ölkələr olduğuna görə bu sərvət Avropanın inkişaf etmiş ölkələrindəki tacir, bankir və sənaye sahiblərinin əlinə keçdi. Beləliklə, coğrafi kəşflər Amerika, Asiya, Afrikada müstəmləkə əsarətinin əsasını qoydu.
['Amerika hindiləri', 'asteklər', 'inklər', 'Mayya']
6,601
https://kayzen.az/blog/bloq%C3%A7u/1678/pula-qul.html
Pula qul.
bloqçu
Bloq: bloqçu
22 may 2010, 16:12
“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir) Bir dəfə bir səfərdən qayıdanda  yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı. Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar...İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür. Yadınızdadırsa donuz qripi yayılan vaxt, təbliğ edilirdi ki, hər kəs respirator taxmalıdır. TV elan verir ki, respiratorların qiyməti 10-15 qəpikdir. Amma, aptekə girirsən, respirator 50 qəpik, 1 manata satılır;Aran rayonlarını Kür aparır, sürücülər isə əhalini rayondan şəhərə gətirmək üçün adambaşına 200 manat pul istəyirlər. Bu yerdə çox düz deyiblər ki, “keçi nə hayda, qəssab piy axtarır.” Dilənçilər də Bakının küçələrində durub, yalandan “Sabirabad qaçqınıyam” deyərək dilənirlər.Biz başqasının kədərinə sevinirik! Biz düşünürük ki, nə yaxşı ki, xəstəliklər yayılır, nə yaxşı ki, fəlakətlər baş verir. Əllərimiz qaşınır, pul qazanmaq vaxtıdır.Biz artıq xərcə yol verməməliyik. Ərzaqların üstündə qeyd olunmuş köhnə tarixi yenisi ilə əvəz edərək, saxlanma müddətini dəyişdirməliyik. Cibim ziyan görüncə, qoy canlar xarab olsun.Çörək bişirilən, qida istehsal edilən, bərəkət dolu zavodlar mütləq natəmiz olmalıdır. Nəyimə gərək, dolanışıq belədir; mən nə qazanıram ki, xadiməyə də nə verim?!Biz süni yolla meyvə-tərəvəz yetişdirməliyik. Təbii vitamin əvəzinə kimyəvi qatqılarla qidalanmalıyıq. Pul qazanaq deyə mütləq su, şirə, şirniyyətlar, şampun, qabyuyan, paltaryuyan kimi vasitələrin saxtasını düzəltməliyik. Hətta, körpə qidalarını belə!Biz duzu da göldən yığıb, təmizləməmiş qablaşdırıb, satışa buraxmalıyıq. Biz südə, yağa mütləq su qatmalıyıq. Axı, bu yağ dondurucuda donub sonra kəsildiyi zaman 50 min parçaya bölünməsə, o nə yağdır?Dolanışıq yoxdur, vəziyyət çətindir, gəlsənə insanlara pişik, eşşək ətindən dönər də hazırlayaq, nə biləcəklər ki, sırı getsin?! Başqasının canı mənim nəyimə gərək, qoy canı çıxsın! Biz xəstələrə yalnız o dərmanları təqdim etməliyik, hansından ki, faiz əldə edəcəyik. Şərt deyil ki, dərman doğru ünvana gedir, əsas odur ki, mən qazanım.Biz təmirə gətirilmiş telefonların, televizorların, maşınların, kompüterlərin orijinal ehtiyat hissələrini, batareyalarını mütləq saxtaları ilə dəyişdirməliyik; axı onlar orijinaldır, onları baha sata bilərik. Sonra da təmirə gətirilmiş əşyaları elə hala salmalıyıq ki, yiyəsi onu 1 həftə sonra yenə də gətirsin, nə edək ki, dolanışıq belədir!Biz avtobusda, marşrutda camaatı bir-birinin boynuna mindirməliyik ki, planı doldurub, pul qazana bilək.  Biz işçini 14 saat işlədib, ona 100 manat maaş verməliyik. "Krizis"dir dəə neyləyək?! Biz saxta şirkət qurub, camaatı yalançı ümidlərlə aldadaraq, pullarını yığıb qaçmalıyıq.Biz təhsildə də qiyməti satmalıyıq. Elm nədir, savad nədir? Ehhh...o qədər söz var ki deyiləsi..hansını deyim, hansından danışım?! Biz, axı, nə vaxt, niyə belə olduq?! Rüşvət, laqeydlik, məsuliyyətsizlik, səfalət...Əslində, səbəb özümüzdədir. Biri kənardan millətimə “qoyun” deyəndə, ürəyim partlayır, amma... Bizim gözlərimizi pul, şöhrət elə bürüyüb ki, insanlıqdan çıxmışıq, fərqində deyilik! Bizim əlimizə pul düşəndə elə zənn edirik ki, pullar bizimdir, biz ağayıq, hökmdarıq. Amma, xeyir -pul bizim üstümüzdə ağalıq edir, biz quluq, köləyik, kölə!
['pul', 'şöhrət', 'mədəniyyətsizlik', 'yalan', 'haram']
6,602
https://kayzen.az/blog/346/1667/seriallar-haqq%C4%B1nda.html
seriallar haqqında
ramzes
346 saylı marşrut
22 may 2010, 14:29
Serial mövzusu çox yaralı mövzulardandır. Bir neçə ildir ki, bizim də televiziya efirinə yol tapan seriallar çox şeyləri dəyişdi. Əsasən Cənubi Amerika və Latın Amerikası serilaları yayımlansa da, türkdilli seriallar da peyda oldu. Bizə ən əsas təsir göstərən mədəniyyət isə, Hadi və Lukas mədəniyyəti oldu. Düzdü bu seriallarda bəzi müsbət məqamlar olsa da, hər kəs bu məqamlara öz mədəniyyəti səviyyəsində yanaşdı. Səid Hadeyə şillə vurur: Dilimiz də seriallardan az bəhrələnmədi. Insanlar ilk dəfə klon anlayışı ilə tanış oldular. Gənclər və yaşlı nəsil arasında bu, çox müzakirəli bir mövzuya çevrildi. Orta məktəblərdə dərsin əsas mövzusu oldu. Adamlar seriallardan təsirləndilər. Adamlar aktyorlara çox ciddi şəkildə bağlandılar. Xoşu gəlməyən aktyorun ünvanına nalayiq söyüşlərdən tutmuş, qarğışlara, pirlərə şıxlara tapşırmaya kimi məsələ ciddiləşdi. Bu tragikomik hadisələrin kulminasiya nöqtəsi toylarda tamadaların gənclərə sevgilərinin Lukas və Hadi sevgisi kimi əbədi olmasını arzulamalarında, uşaqların özlərini serial qəhramanlarına bənzətmələrində, xəbərlər proqramlarında seriallarda olan hadisələrdən xəbər verilməsində və s özünü göstərdi. Son dövrün ən qalmaqallı serialı isə Yaprak Dökümü serialı oldu, gülməli olsa da bu serialdan sonra evet və hayır deyənlərin sayı sürətlə artmağa başladı. Bir müddət hamının telefonunda Yaprak Dökümündəki musiqi dəbdə oldu: Fikret, Şövket, Aliye, Polad, Çakır, Abdulhey kimi tanınan aktyorlar az qala milli qəhraman səviyyəsində adamların yaddaşında əbədiləşdi. 99% adam Kurtlar vadisi serialından tanıdığı aktyorlar qədər milli qəhraman tanımır.   Gülməli də olsa insanlar bu serialın dünyanın bütün sirlərini açdığını söylədilər. İndiki kimi yadımdadı, dərsdə birinci dərsi uşaqlar adətən bu serial haqda danışırdılar, öz proqnozlarını verirdilər. Mərc gələnlər də olurdu. Adətən həftənin altıncı və bazar günləri efirə çıxan bu serialı gözləməyə səbirləri çatmırdı, mobil telefonlarda hər gün Poladın videoları canlanırdı. Hal hazırda efirə buraxılmayan bu serialı internet klublarda həvəslə izləyirlər. Gənclər bir-birini hörmət əlaməti olaraq Polad və ya Çakır adlandırırdılar. Polad və Çakırın şəkillərinə hər yerdə rast gəlinir, bu siyahıya satış rekordunu vuran köynəkləri, kalendarları, papaqların üzərindəki şəkilləri və ən əsası qızların xatirə dəftəri bəzəyən şəkilləri əlavə etmək olar. Zəngimsellərinə Polad və Çakırın səs yazısını qoyan gənclər bir növ cəsarət tapırlar, zəngimsell kodları hər beş dəqiqədən bir televiziya efirində göstərilir və bir parça ifa da səsləndirilirdi. Metroların çıxışında disk satılan yerlərdə Poladla İskəndərin titrəyişli səsləri və dalbadal açılan atəş səsləri bu gündə gəncləri ruhlandırır. Bu bir dəfə olsa dərd yarıdır, bəla orasındadır kı, dəfələrlə metroya girəndə də, çıxanda da bunu eşitmək məcburiyyətindəsən. Bu yazılanlar bu gün də var, dünyanın sonuna kimi də olacaq. Aktyorlar bir neçə əsr ürəklərdə yaşayıb sonra dəyişsə də, yuxarıdakı faciələr dünyanın sonuna kimi bizimlədi. Həmçinin bax: Serial xəstəliyi Serialların həyatda rolu
['serial', 'düşüklük', 'Kurtlar Vadisi', 'kinoseriallar', 'səviyyəsizlik']
6,603
https://kayzen.az/blog/d%C9%99ri-z%C3%B6hr%C9%99vi/834/d%C9%99ri-x%C9%99st%C9%99likl%C9%99ri.html
Dəri xəstəlikləri
loğman
dəri-zöhrəvi xəstəliklər
22 may 2010, 14:14
Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir. Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur. Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər. Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri. Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan yox olur. Qabarcıq. Dermanın dəri qatlarında infiltrat hüceyrələrinin məhdud toplantısı nəticəsində əmələ gəlmiş boşluqsuz dəri elementidir. Onlar sifilisdə, dəri vərəmində, cüzamda, dəri leyşmaniozunda və s. olduğu kimi iltihablı infiltratın əmələ gəlməsi nəticəsində törənir. Qabarcıq adətən dəri səthində qabarır. Sağalarkən özündən sonra çapıq və yaxud atrofiya buraxır. Sudurcuq. Sudurcuq boşluqlu dəri elementidir. O, epidermis təbəqələrinin arasına ekssudat mayesinin yığılması nəticəsində əmələ gəlir. Sudurcuq bilavasitə buynuz təbəqəsinin altında, epidermis təbəqələrinin və epidermislə xüsusi dəri arasında əmələ gəlir, darıdan mərcimək böyüklüyünə qədər olur. Mərciməkdən böyük sudurcuqlar sudur adlanır. O, yanıqda daha böyük ola bilər. Bir neçə sudurcuq bəzən birləşib çoxboşluqlu sudurlar əmələ gətirir. İrinlik. Epidermisdə və ya dermada irinli ekssudatın yığılması nəticəsində əmələ gəlmiş boşluqlu dəri elementinə irinlik deyilir. Dərinin irinli xəstəlikləri. Piodermitlər. Piodermitlər yaxud piodermiya insanlara məlum olan ən qədim dəri xəstəliklərindəndir. Piodermitlər dəri örtüyünün bütün sahələrində əmələ gələ bilər. Ancaq onlar ən çox əllərdə, qollarda, üzdə və ayaqlarda müşahidə olunur. Piodermitləri əsas etibarilə orqanizmin müqavimətinin zəifləməsi və dəri bütövlüyünün pozulması şəraitində piokokklar törədir. Piodermitlərin əsas törədiciləri stafilokoklar və streptokoklardır. Follikulit. Bu, tük kisəciyinin irinli iltihabıdır. Xəstəlik zamanı iltihab prosesi tük kisəciyini, onun ətraf toxumalarını və tük məməciyini əhatə edir. Follikulitin mərkəzindən adətən tük keçir, içərisində irin müşahidə olunur; 3-4 gündən sonra mərkəzində əmələ gəlmiş irinlik quruyub qartmağa çevrilir; qartmaq düşəndən sonra infiltrat tezliklə sorulub yox olur. Bəzi hallarda follikulit abses verir. Həmin abses cərrahi yolla müalicə olunduqda, yerində xırda çapıq qalır. Follikulitin gedişi 7-8 gün çəkir, sonra isə adətən sağalır, yerində qısa müddətdə sorulub gedən piqmentli ləkə və ya nöqtəşəkilli çapıq qalır. Müalicəsi. Follikulitlərin müalicəsi antibiotiklərlə başlanır. Penisillin 200000 - 300000 vahid, gündə 3-4 dəfə əzələyə yeridilir. Penisillin 0,5 %-li novokain məhlulunda həll edilir. Bəzi uzun sürən follikulitlərdə penisillin autoqanla vurula bilər. Bundan başqa biomisin, tetrasiklin, oksimetilpenisillin və s. 200000 vahiddən gündə 3-4 dəfə daxilə təyin olunur. Antibiotiklərlə müalicə bütün hallarda piokokkların onlara qarşı həssaslığının müəyyən olunması əsasında aparılmalıdır. Follikulitlərin ətrafındakı sağlam dərinin tüklərini qırxmaq və həmin yerləri arabir 50 spirtlə və yaxud odekolonla təmizləmək lazımdır. Follikulitli xəstənin yuyunması məqsədəuyğun deyil. Furunkul. Furunkul və ya çiban tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir. İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır. Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır. Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır. Gedişi. Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər. Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin, biomisin, oksimetilpenisillin. Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 %-li ixtiol məlhəmi, 10 %-li sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud odekolonla təmizlənir. Karbunkul. Karbunkul stafilokoklu piodermitlərin ən ağırıdır. O, nekroz verən kəskin iltihablı irinlikdir. Xəstəlik dəri örtüyünün məhdud nahiyəsində bir neçə furunkulun birləşməsi nəticəsində əmələ gəlir. Xəstələrdə ümumi əzginlik, yorğunluq, başağrısı, üşütmə, qızdırma və zədələnmə nahiyəsində şiddətli ağrı müşahidə edilir. Arı pətəyi kimi bir çox deşiyi olan karbunkuldan ilk zamanlar irin, sonralar irinli maye axır; deşiklər tədricən böyüyərək xırda xoralar əmələ gətirir. Bu xoralar sonralar daha da böyüyür, bir-biri ilə birləşib ümumi böyük bir xoraya çevrilir. Çox keçmədən karbunkulun özəyi düşür. Yalnız bundan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, əhval-ruhiyyəsi bərpa olur. Nəhayət, karbunkul çoxguşəli çapıq buraxmaqla qurtarır. Karbunkulun inkişaf dövrü 3-4 həftədir. Bu müddətdən sonra adətən sağalır. Bəzi xəstələrdə karbunkul bir sıra ağırlaşmalar (sepsis, piemiya, qanaxma, kollaps və s.) verməklə ölümlə nəticələnə bilər. Məhz buna görə də karbunkul erkən və düzgün müalicə tələb edir. Müalicəsi. Ümumi müalicə üsullarından penisillin, tetrasiklin, terramisin, prednizolon, triamsiolon, autohemoterapiya, laktoterapiya, sulfanilamid preparatları və s. məsləhət görülür.     Yerli müalicə cərrahi yolla aparılır. Karbunkulda təhlükəli əlamətlər baş verdikdə təcili olaraq onu xaçabənzər şəkildə yarmaq və yaraya penisillin yeritmək tələb olunur. Streptokoklu paranixiya (dolama). Sənaye müəssisələrində iş prosesi zamanı və ya məişətdə dırnaq lövhələrinin təsadüfi zədələnmələri nəticəsində streptokoklu paranixiya əmələ gəlir. Streptokoklu paranixiya zamanı zədələnmə nahiyəsində dəri qızarır, xeyli şişir və ağrıyır. Dırnaq köbəsini sıxdıqda altından irinli maye ifraz olur. Proses gah kəskinləşir, gah da sakitləşir. Beləliklə, xəstəlik xeyli uzanır, nəticədə zədələnmiş dırnaq lövhəsi öz normal parıltısını itirir və səthində müxtəlif çuxurlar əmələ gəlir, sonralar isə dırnaq düşə də bilər. İrinli dəri xəstəliklərinin profilaktikası. Sənaye müəssisələri və kənd təsərrüfatı şəraitində irinli dəri xəstəliklərinin profilaktikası bir sıra ümumi və xüsusi tədbirlərdən ibarətdir. Artıq alətlər, metal qırıntıları və taxta parçaları iş yerindən kənar edilməlidir. Kompleks profilaktika tədbirlərindən dərinin gigiyenasının böyük əhəmiyyəti var. Belə ki, sənaye müəssisələrində, kənd təsərrüfatında və məişətdə dərinin daim təmiz saxlanılması çox mühüm şərtdir. İş prosesində xırda zədələnən yerlər vaxtında dərmanlanmalıdır. Bir sözlə, dərinin sağlamlığı üçün bütün tədbirlərdən istifadə etmək vacibdir. Gənclik sızaqları. Seboreya kimi məlum olan gənclik sızaqları yeniyetmələr arasında çox geniş yayılmışdır. Gənclik sızaqları piy vəzilərinin hasil etdiyi dəri piyinin kəmiyyətcə və keyfiyyətcə dəyişilməsindən asılıdır ki, bu da cinsiyyət orqanlarının funksiyası ilə əlaqədardır. Bu sızaqlar gənclər arasında daha geniş yayıldığından və onlarda çox böyük narahatlıq doğurduğundan, onun üzərində bir qədər geniş dayanmaq vacibdir. İnsanlarda piy vəziləri ovuclardan, ayaqların altından və dodaqların qırmızı haşiyəsindən başqa bədənin bütün sahələrində mövcuddur. Piy vəziləri dərinin dərin qatlarında yerləşir. Onların axacaqları tük kisəciklərinə və dəri səthinə açılır. Beləliklə, dəri piyi dəri səthinə və tüklərə çatdırılır. Seboreya dəri səthində kimyəvi tərkibi dəyişilmiş piylənmənin artması xəstəliyidir. Bu vaxt keyfiyyət və kəmiyyət etibarilə dəyişilmiş həddindən artıq piylənmə şəraitində ağırlaşma əmələ gəlir. Sifətdə komedonlar (çivzə), sızaqlar görünür, irinli dəri xəstəlikləri, başın tüklü hissəsində kəpəklənmə, tüklərin seyrəlməsi və dazlıq müşahidə olunur. Seboreyanın ilk əlamətləri 12-14 yaşlı gənclərdə başlanır. Belə hal adətən 12-20 yaşlı gənclərdə cinsi yetişkənlik dövründə fizioloji hal kimi təsvir olunur. 20-26 yaşına bu səpgilər keçib gedir. Kəpəklənmə. Duru seboreyalı xəstələrin başının tüklü hissəsində kəpəklənmə də müşahidə olunur. Bu zədələnmənin ilk əlamətləri 12-14 yaşlarında başın tüklü hissəsində piylənmənin artması ilə başlanır. Tədricən kəpəklənmə artır, 16 - 20 yaşında başın bütün tüklü hissəsini əhatə edir. Bu vaxt başda külli miqdarda kəpəklənmə müşahidə olunur. Onlar bozumtul-ağ rəngdə kəpəyə bənzəyir, xəstənin saçlarına və paltarına (çiyinlərinə) tökülür. Xəstələr başın tüklü hissəsində qaşınmadan və qaşınma nəticəsində sıyrıntıdan şikayət edirlər. Xəstələr başını yuyandan sonra başın dərisi qızarır, quruyur və dartılır. Bəzi xəstələrdə 22-25 yaşında, adətən, kəpəklənmə qurtarır, lakin ayrı-ayrı hallarda 35 - 40 yaşadək uzanır. Seboreyanın profilaktikası. 1. Şirniyyat, şirin qida məhsulları (pirojna, tort, paxlava, şəkərbura, peçenye, xəmir xörəkləri, ağ çörək və s.) ciddi məhdudlaşdırılmalıdır. 2. Yağlı ət xörəkləri (yağlı qoyun və mal əti, toyuq, balıq və s.) də məhdudlaşdırılmalıdır. Ət məhsullarını soyutma yemək məqsədəuyğundur. 3. Qızardılmış, duza, sirkəyə qoyulmuş (xiyar, pomidor, sarımsaq və s.), konservləşdirilmiş məhsullar da seboreyanın müalicəsində mənfi rol oynayır. 4. Spirtli içkilər və papiros çəkmək seboreyanın gedişini xeyli ağırlaşdırır və müalicəsini çətinləşdirir. Odur ki, seboreyanın müalicə müddətində bu adətlərdən çəkinmək lazımdır. 5. Süd və süd məhsullarına (kəsmik, süzmə, qatıq, kərə yağı və s.) üstünlük verilməlidir. 6. Meyvə, tərəvəz və göyərti çox xeyirlidir. 7. Qatı seboreyalı şəxslər isə başını ilıq su, uşaq sabunu, yumurta sarısı ilə yumalıdırlar. Sulsen sabunu, şampun hər iki halda işlətmək olar. Saçları seyrək daraqla daramaq məsləhətdir.
['dəri xəstəlikləri', 'dəriyə qulluq', 'seboreya']
6,604
https://kayzen.az/blog/moda/1663/christian-dior.html
Christian Dior
Dior
Moda dünyası
21 may 2010, 17:56
Christian Dior 1905-cil il yanvarın 21-i normandın balaca Qarnvil şəhərciyində anadan olmuşdur.1911 ci ildə isə o ailəsi ilə birlikdə Parisə köçmüşdür.Diorun valideynləri çox imkanlı insanlar idi.Baxmayaraq ki,o 5 uşağın ikincisi idi,onun heç nəyə ehtiyacı yox idi.O ilk təhsilini evdə almışdır.Sonra isə valideynlərinin təkidi ilə diplomatik karyera qurmaq üçün hazırlaşmağa başlamışdır. Kristian siyasi elmlər məktəbinə daxil olmuş,elə bununla da onun siyası fəaliyyəti sona yetmişdir.Coğrafiya və beynəlxalq hüquqla məşgul olmaq əvəzinə o öz vaxtlarını muzeylərdə keçirtmiş,musiqi ilə maraqlanmışdır. 1928-ci ildə Kristian öz dostu Jan Bonjakla birlikdə qalereya açmış və burda Pikassonun,Derenanın,Matissonun əl işləri nümayiş olunmuşdur. 1931-ci ildə onun anası xərçəng xəstəliyindən vəfat etmiş,atası isə fırıldaqçılığın qurbanı olub,müflisləşmiş və tuberkulyiz xəstəliyinə tutulmuşdur.Elə bu vaxtda Kristianın qalereyası bağlanmışdı.Bu zaman Le Figaro Illustre jurnalında onun şlyapa və paltar eskizləri çap olunur.Baxmayaraq ki,şlyapa eskizləri daha çox marağa səbəb olur,Dior qadın paltarları üzərində çalışmağa başlayır.1938 ci ildə məşhur modelyer Rober Piq ilə tanış olsada,müharibə onun karyerasına mane olur.Lakin 1941-ci ildə yenidən Parijə qayıdır və Lucien Lelong moda evi ilə çalışmağa başlayır. 1942 ci ildə Dior parfumeriya labaratoriyası açır.Sonra isə Christian Dior Perfume adlı böyük firmaya çevrilir.. Müharibədən sonra 1946-dı ildə o fabrikant  Marcel Boussac-ın maddi köməkliyi ilə öz moda evini açır. 1947-ci ildə o özünün ilk kolleksiyasını təqdim edir.Bu müharibə dövründə qadınların gözəlliyini biruzə verən çox gözəl bir kolleksiya idi.İlk dövrlərdə  Dior bir o qədərdə uğur əldə etməsədə,bir ildən sonra  Avropa və Amerika onun yeni stilini qəbul etdi. Dior həmçinin Parisin moda paytaxtı adlandırılmasında əməyi olmuş modelyerlərdən biri olmuşdu. Dior 24 oktyabr 1957- ci ildə 52 yaşında ürək xəstəliyindən vəfat etmişdir. 1953-cü ildə İv Sen  Loran moda  evinə gəlir,və Diorun qəfil ölümündən sonra firmanın idarə etməyə başlayır.1960-cı ildə İv Sen Loran hərbi xidmətə çağırılandan sonra onun yerini Mark Boan tutur.Sonra isə 1989-cu ildə onu Janfranko Ferre əvəz edir.1996 cı ildə isə Dior evinin baş modelyeri vəzifəsinə Con Qalyano təyin olunur. Dior parfumeriyası öz satış həcminə görə dünyada 4-cü yeri tutur. Hal-hazırda Dior ətrinin 97 növü vardır.Onlardan birincisi isə 1957 ci ilə buraxılan Christian Dior Miss Dior ətridir. Christian Dior brendi altında təkcə paltarlar,aksesuarlar, yox həmçinin kosmetik vasitələr,dəriyə qulluq vasitələri də buraxılır.2006-cı ildə isə brend kişilər üçün kosmetik vasitələr buraxmağa başlayıb.
['Christian Dior', 'Kristian Dior']
6,605
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1562/b%C3%B6y%C3%BCk-co%C4%9Frafi-k%C9%99%C5%9Ffl%C9%99r-v%C9%99-m%C3%BCst%C9%99ml%C9%99k%C9%99%C3%A7ilik-eras%C4%B1n%C4%B1n-ba%C5%9Flanmas%C4%B1.html
Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması
papatürk
orta əsrlər tarixi
21 may 2010, 16:49
Böyük coğrafi kəşflərin səbəbləri aşağıdakılardır: Avropada əmtəə istehsalı çoxaldı, ticarət inkişaf etdi, pula tələbat artdı, əmtəəni satmaq üçün bazar lazım idi.Feodalların və şəhərlilərin qızıla hərisliyi artmışdı. XV əsrdə avropalılar qızıl əldə etmək üçün uzaq ölkələrə səfərə çıxırdılar.Çin və Hindistanla ticarət əvvəllər ərəblərin, sonralar isə osmanlıların əlinə keçdi. Kiçik Asiya və Suriyadan keçən ticarət yollarına türklər yiyələnmişdilər. Gömrük haqqı o qədər yüksək idi ki, tacirlər bu yolla ticarət aparmırdılar.Avropalılar şərqə birbaşa ticarət etmək, ticarətdən gələn böyük gəlirə sahib olmaq istəyirdilər. Bu səbəbdən avropalılar Hindistana dəniz yolları axtarmağa başladılar.Dəniz cihazlarından, kompasdan istifadə, karavella gəmilərinin düzəldilməsi avropalıların uzaq dəniz səyahətlərinə çıxmasına imkan verdi. Hindistana gedən dəniz yollarının kəşfiXV əsrin əvvəlindən başlayaraq Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə ardıcıl gəmilər göndərdi. Bu gəmilər Afrikanın qərb sahilləri ilə üzürdü. 1441-ci ildə portuqaliyalılar ilk dəfə kölə alverinə başladılar. Onlar yerli əhaliyə şüşə parçaları, kiçik güzgü verir, yerinə qızıl tozu, fil sümüyü alırdılar. Qızıl sahili, Fil dişi sahili, Kölə sahili adı buradan yaranmışdı.Bartalomey Diaş (1487-1488)öz ekspedisiyası ilə Afrikanın qərb sahili boyu üzüb, qitənin cənub qurtaracağından keçərək Hind okeanına çıxdı. Lakin yolun çətinliyi və uzunluğu dənizçiləri yorduğuna görə onlar geri qayıtdılar. Afrikanın cənub burnunu Ümid burnu adlandırdılar (indi İynə burnu adlanır).Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək üçün 1497- ci ildə Vasko da Qamanın  başçılığı ilə ekspedisiya göndərdi. Vasko da Qama ərəb İbn Məcidin köməyi ilə Hindistanın Kəlküttə (Kalikut) şəhərinə gəlib çıxdı və Hindistanı kəşf etdi.Hindistanla ticarəti öz əllərində saxlayan, portuqaliyalıların bura gəlişindən narahat olan ərəb tacirlərinin məsləhəti ilə racə sahilə çıxan portuqaliyalıları həbs etdi. Buna cavab olaraq, Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmadı.Racənin əyanlar üçün göndərdiyi qayığı portuqaliyalılar atəşə tutdu. Vasko da Qama çoxlu ədviyyat aldı və Avropaya qayıtdı. Portuqaliyalılar ekspedisiyaya çəkilən xərcdən 60 dəfə çox qazanc götürdülər.Portuqaliyalılar donanma və odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Afrikanın Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır, yerində qalalar tikirdilər. Ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxartdılar. Onlar bununla kifayətlənmədilər və Şərqə doğru irəlilədilər. Daha çox ədviyyat növləri becərilən Zond və Molukk adalarını tutdular. Onlar Çinə və Yaponiyaya gedib çıxdılar. Beləliklə, böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.Fernando Magellanın başçılığı altında ispan gəmiləri 1519-cu ildə dünya səyahətinə çıxdı və onu 1522-ci ildə başa çatdırdı. Magellanın ekspedisiyası Cənubi Amerika sahilləri boyu üzüb qərbə doğru gedən bir boğaza çatdılar və oradan keçib okeana çıxdılar. Bu okeanda 4 ay üzdükləri müddət ərzində heç bir hadisə baş vermədiyinə görə ona «Sakit okean», keçdikləri həmin boğaza isə «Magellan boğazı» adı verildi.Magellanın ilk dünya səyahəti yerin kürə şəklində olduğunu və vahid dünya okeanının mövcudluğunu sübut etdi. Magellandan sonra dünya səyahətini dəniz qulduru ingilis Frensis Dreyk təkrar etmişdir.Avropalıların müstəmləkə işğallarında cəngavərlər, tacirlər, keşişlər, var-dövlət sahibləri iştirak edirdilər.1519-cu ildə zadəgan Ernando Kortes Meksikada asteklərin üzərinə hücum etdi. Asteklərin zülmündən narazı olan yerli qəbilələr də avropalılara qoşuldular. İspanlar at və toplardan istifadə etdilər, hiylə yolu ilə asteklərin başçısını tutub əsir etdilər. Ölkəni onun adından idarə edən Kortes onun sərvətlərini çapıb-taladı.Fransisko Pissaronun başçılığı ilə ispanlar Perunu tutdular, inklərin padşahım xəyanət yolu ilə ələ keçirdilər. Çoxlu qızıl alsalar da, hökmdarı öldürdülər. İspanlar Braziliyadan başqa, bütün Cənubi Amerikanı işğal etdilər. Yalnız Braziliya portuqaliyalıların əlində idi.İspanlar Amerika xalqlarını, onların qədim mədəniyyətlərim məhv edirdilər. Lakin yerli əhali gəlmələrə tabe olmur, torpağı əlindən alınır, xristianlığı qəbul etməyəndə edam edilirdi. Sağ qalmaq istəyən əhali dağlara və meşələrə çəkilirdi. XVI əsrin ortalarında ispanlar Kubada və Karib dənizinin digər adalarında yerli əhalini tamamilə məhv etdilər. Yerli əhalinin kütləvi şəkildə məhv edilməsi Amerikada qula ehtiyacı artırdı. İşçi qüvvəsi çatışmadığına görə Afrikadan zənci qullar gətirməyə başladılar. Qul alveri — bu çirkin əməllə əvvəlcə portuqaliyalılar, sonra isə ispaniyalılar, hollandiyalılar, ingilislər məşğul oldular.Həmçinin bax:Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)
['böyük coğrafi kəşflər', 'müstəmləkəçilik', 'boyuk cografi kesfler', 'ilk coğrafi kəşflər']
6,606
https://kayzen.az/blog/346/1661/s%C9%99bir-v%C9%99-d%C3%B6zm%C9%99k-anlay%C4%B1%C5%9Flar%C4%B1.html
səbir və dözmək anlayışları
ramzes
346 saylı marşrut
21 may 2010, 13:59
Səbirsizlər oxumaya da bilər. Həyatda hər şeyin öz yeri olduğu kimi səbirli olmağın da öz yeri var. Səbirli olmağı çox vaxt başqa anlayışlarla qarışıq salırlar. Bəzən səbirli olmaqla dözmək anlayışlarını qarışdırırlar, düzdür səbirin özündə bir dözümlülük var, amma bu dözmək anlamına gəlməməlidir. Səbirli olmaq da bir neçə cür olur. Bunların hamısını aşağıda izah etmişəm. Deyilənə görə dünyanın ən səbirli xalqı ingilislərdir, belə bir deyim də var ki, filankəsdə ingilis səbiri var. Bunlar hamısı öz yerində keçək əsas məsələyə: Deyim ki, küçədə, yolda, marşrutda, metroda və s. yerlərdə gördüyüm insanların çoxu səbirsizdirlər, amma dözümlüdürlər, dözürlər. Marşrutda sürücünün qulaq asdığı hansısa bozbaş mahnıya qoyun kimi başını aşağı salaraq qulaq asırsansa, bu, o demək deyil ki, sən səbirlisən, sadəcə sən dözürsən. Buna etiraz edə bilmirsənsə deməli qoyunsan. Bax buna dözmək deyirlər. Xəstə olub həkimə getməmək də dözmək deməkdir, 90%-dan çoxu pulunun olub olmamasına baxmayraq həkimə öləndə gedir. Bunlar səbirli olmaq deyil, bunları səbirli olmaq sayırsansa demək sən də qoyunsan. Səbirli olmaq həm uzaqgörən olmaqdı, həm ağıllı olmaqdı, həm dərindən düşünmək anlamına gəlir bunları uzatmaq olar, amma dözmək səbirli olmaq deyil. Svetaforda bir-iki dəqiqə gözləyə bilməyənlər səbirsizdirlər, ya da fərqlənmək istəyirlər. Bankomatda növbəsini gözləyə bilməyənlər də səbirsizdirlər, kassadan rayona billet alarkən gözləyə bilməyənlər də səbirsizdirlər, ən əsas məsələlərdən biri isə eskalatorda insanları itələyə-itələyə qaçıb qatara tələsənləri heç başa düşmək olmur, bunlar səbirsiz olmaqla yanaşı həm də ağıldan biraz kəmdirlər, ona görə ki, başa düşmürlər ki, ikimizdə səndə məndə eyni qatarı gözləyəcəyik, hətta qatara minərkən də səbirləri çatmır, qatardan düşənlərdən tez qatara minmək istəyirlər. Çox maraqlıdır ki, bəzən elə səbirlilərimiz çıxır ki, adam mat müəttəl qalır, qız tutmaq təcrübəsi olanlar bu fəsilədəndirlər. Onlar elə səbirlə, təmkinlə, düşünülmüş şəkildə elə qız bişirirlər ki, ingilisin o birinin bu birinin səbiri bunlarınkının yanında yalandı. Belələrinin səbiri ya qız tutmağa yarayır, ya da toaletdə yarım saat vaxt itirməyə. Səbirsizlər siyahısına dərsdə 5 dəqiqə gözləyə bilməyənləri, serialın başlamasına qalmış bir-iki dəqiqəni gözləyə bilməyənləri, 20 qəpiyin qədrini bilərək həm də bilməyərək yol kənarlarında qoyulan kontur yükləmə yerlərində kontur yüklətdirərkən “ gəlmədi? Neçə yüz gəldi? Hələ qutarmır?” deyənləri, xüsusilə də dilənçiləri də (ona görə xüsusilə ki, başqa millətlərdə də dilənçilər var, başlarını aşağı salıb gözləyirlər ki, kimsə pul versin, daha vay-şüvən qoparıb, əl açıb adamın üstünə şığımırlar) aid etmək olar, amma yuxarıda göstərilənlər vaxt keçirmək üçün nəzərdə tutulan nərd oyununu səbir və təmkinlə həm də böyük məharətlə oynayırlar, hətta öz aləmlərində marsa da çıxırlar. Səbirsizliklərini yox etmək üçün çoxları çarəni siqaretdə görsələr də intihar edənlər daha sürətlə artmaqdadırlar. Səbirlilərimiz azdır, amma dözənlərimiz çoxdur. Səbirsizliyi sübut edən bir neçə deyimlərimiz də var: “artıq səbir kasam dolub eee…” kimi heçnəyə yaramayan, səbirsiz olmağa yönəlmiş, təslimçiliyi təbliğ edən deyim buna bir missal ola bilər. Səbirləri bir kasaya sığmayanların yer kürəsinə necə sığması sirrixudadadır. Səbirim tükəndi deyənlər də var. Görünür səbirləri elə tük kimidir, nə yazıq ki, səbirləri tros olanlarımız barmaqla sayılacaq qədər azdır. Haşiyə: Yuxarıda yazdığım serial mövzusu çox yaralı mövzulardandır. Əyalətlərdə adamlar tanı yıram ki, serialda acığı gələnləri( adətən pis bir rolu oynayanları) pirlərə, şıxlara tapşırırlar, hətt qurban kəsənlər də olur. Bu mövzu çox aktuladır, gərək bu barədə bir post yazam.
['səviyyəsizlik', 'düşüklük', 'səbirsizlik']
6,607
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/1660/yas-x%C9%99rci.html
Yas xərci
bankir
adət-ənənələr
21 may 2010, 13:30
Avropaya inteqrasiyanı çox vaxt pisləyirik,deyirik ki adətlərimiz əldən gedir.Amma Avropanın çox yaxşı yas adətləri var. Son günlərdə başım elə bu məsələyə qarışmışdı. Çox pis vəziyyətdir. Yas xərclərini sayım, siz də baxın:Ölünün öz xərcləriQəbiristanlıqda yer(kəndlərdə pulsuz,şəhərlərdə isə pullu). Sonra tibbi arayış almaq lazımdır ki, mərhum doğurdan da ölüb. Bu zaman müəyyən haqq ödənilir.Qəbir daşları. Adi daş, mərmər (ağ və qara),heykəl tipli qəbirlər və bəzən mavzoley tipində. Məzarın özündən başqa ətrafındakı mişar daşları,künc-bucaq da imkandan asılı olaraq fərqlənir. Pis məqam odur ki,məzar daşı istehsal edən sexlər ən ucuz daşlardan qəbiri düzəltməkdən çox vaxt boyun qaçırır.Matəmdə iştirak edənlərin xərciBuraya qəbirqazanın, mollanın ,ölüyuyanın, şəhərdə isə ölü daşıyan maşının pulu daxildir. Üç,yeddi,qırx,cümə axşamlarında mollanın pulu əsas xərc aparan hissədirEhsan xərcləri Burada əsas yeri çadır tutur. Çadır biznesi indi ən gəlirli sahələrdəndir. Çadırın materialı,oturacaqlar, çilçıraqlar,stol-stul asılı olaraq kirayə çadırların qiyməti dəyişir. Bakıda ölünün yaşadığı yerdən asılı olaraq küçədə çadırın qurulmasına görə JEK-ə verilən pullar da dəyişir.Ehsan süfrəsi barədə çox danışmaq olar. Qışda qarpız,yayda portağal süfrəyə qoyan adamlar da var, adi çay və qoğal qoyan da. Amma süfrənin dəbdəbəsindən asılı olmayaraq ölünün qohumları çox xərcə düşür. Çünki kasıb adam da belə qoğal,xurma, çay,düyü və s. alarkən xeyli xərc çəkir(mən meyvə,başqa şirniyyatdan danışmıram).İndi məsələnin ən maraqlı tərəfi. Əslində islam belə səxavətin əleyhinədir. Çünki səxavət burda artıq israfçılığa çevrilir. Dinimizə görə dünyadan köçən insan üçün 4 işin görülməsi vacibdir. Bunlar vəfat edən şəxsin şəri qaydalara uyğun şəkildə yuyularaq qüsl verilməsi, kəfənlənməsi, mərhum üçün cənazə namazının qılınması və nəhayət, mərhumun torpağa tapşırılmasıdır. Bundan əlavə, mərhum üçün ilk günlərdə ardıcıl, sonrakı dövrdə cümə axşamları Quran ayələrinin oxunması, ehsan verilməsi savab niyyətilə edilən vacib olmayan əməldir. islam mətnlərinə görə, Quran ayələrinin oxunması dünyadan yeni köçmüş insanın ruhunun rahatlıq tapması üçündür, eyni zamanda yas mərasimində verilən ehsanlar (“ehsan” ərəb sözü olub xeyirxahlıq, yaxşılıq mənasını bildirir) da həmçinin mərhumun ruhunun rahatlığı üçün edilir. Dünyanın əksər müsəlman ölkələrində yas mərasimləri məscidlərdə keçirilir və mərhumun yaxınları məscidə yığışaraq Quran ayəsi oxunmasında iştirak edir və şəraitdən asılı olaraq çay, yemək süfrəsində əyləşirlər. Əgər nəzərə alsaq ki, islam din olaraq israfçılığı qətiyyətlə pisləyir (Qurani-Kərimdə israfçılığı pisləyən ayələrə bax - M.) o zaman dəbdəbəli ehsan süfrələrinin din baxımından nə dərəcədə qeyri-məqbul olduğunu söyləyə bilərik.Məsələnin həlli yolu isə sadədir:1.Küçələrdə çadırların qoyulmasına qadağa qoymaq.həm nəqliyyat üçün problem yaradır,həm də adəti yığışdırmaqda yaxşıdır.2.Ehsanı ancaq kimsəsizlər üçün etmək. Əgər bir biznesmenin qohumu ölürsə və ora dostu gəlirsə,onun qabağına aş qoymaq lazım deyil.Ehsan yaxşılıq məqsədi üçündür,kiməsə qonaqlıq vermək üçün yox.Ona görə də Azərbaycanın ən nümunəvi insanları yığışan kayzen istifadəçilərindən xahişim budur ki,ehsana yemək-içmək üçün getməyin və getsəniz yeməyin. Hər şeyi özümüzdən başlayaq. Yavaş-yavaş bu adətlər özü yoxa çıxacaq.3.Başdaşı qoymaq adətini ortadan qaldırmaq. Ölüyə əgər 800-1000 manatlıq mərmər daşın xeyri olarsa mən lap milyon dollarlıq mavzoley tikdirərəm. Amma ölüyə bundan nə fayda? Odur ki,məzar daşına verilən pulu kimsəsizlərə,yetimlərə vermək daha yaxşı olar. Mərhumun ruhunun şad olması üçün bir etimin duası daha faydalıdır nəinki şəkilli mərmər daşı.
['matəm', 'yas mərasimləri']
6,608
https://kayzen.az/blog/moda/1652/moda-n%C9%99dir.html
Moda nədir?
bloqçu
Moda dünyası
20 may 2010, 21:27
Əgər təbiət qadını modanın saldığı halda yaratsaydı, o zaman qadın ümidsiz halda olardı. (P. Buast) Ətrafda modadan söhbət açan jurnallar, qəzetlər onu göstərir ki, bir çoxları üçün moda bəhsi və ya daha doğrusu modanın özü həqiqətən də maraqlıdır.  Görəsən moda həqiqətən də bu qədər önəmlidirmi, yoxsa, biz onu bu qədər böyüdürük? Fikir verdinizsə saytda “Moda imperiyası” adlı bir bloq açdıq. Moda imperiyası – bu ad özü də böyük səslənir, hər-halda o yerdə ki bir “imperiya” sözü ki işlənir, demək ki, moda günümüzdə həqiqətən də önəmli bir yer daşıyır. Hər-halda bunun önəm dərəcəsinə görə də ayrılan bir təbəqə var. Hər kəs üçün moda fərqli bir tərzdə alqılanır. Kiminçünsə moda, sadəcə maraqdır, kimisi üçünsə zəruri. Kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur. Kimi onu həyatın bir çox sferaları üzərində zövqün allahı zənn edir, kimi üçün isə moda mədəniyyətin daha bir qolu, forması sayılır, hansı ki, insan manerasında və ən əsası da ki, geyimində üzə çıxır. Moda tərz və geyim manerasında müəyyən qaydalar qoyur. Burdan da belə çıxır ki, modayla gedənlər “dəbli şəxslər”, bununla ayaqlaşmayanlar isə “dəbsiz” və ya lori dildə desəm, çox-çox üzr istəyirəm, hətta “çuşka” kimi də adlandırılırlar. Mən isə bununla heç razı deyiləm. Bəli, ola bilsin ki, moda hansısa qaydalar qoyur, bəs modanı yaradan kimdir ki?! Şəxsən mənim fikrim belədir ki, şərt deyil ki, insan daima modanı izləyə və dəblə geyinə. Məncə insan özünə nə yaraşırsa onu da geyinməlidir. Təbii ki, bunun üçün də bir çərçivə var. Yuxarıda da qeyd elədim ki, “moda tez-tez dəyişir”. Bu nə deməkdir? Bu, o deməkdir ki, kimlərsə öz fantaziyalarındakıları həyata keçirib, hansısa yeniliyi ərsəyə qoyub, nəyisə dəbə gətirirlər. Və yaxud da heç fantaziyalar da olmasın, insan hər an, hər daim nəsə görür və bu an insanın ağlından o qədər şeylər keçir ki. Axı, hal-hazırda həyat və yaradıcılıqları ilə maraqlandığımız, yeri gəldiyində adı keçən sahədə dahi belə adlandırdığımız dizaynerlər, modelyerlər də adi bir insandılar. Sadəcə nəsə düzüb-qoşmaq, bir yenilik ortaya atmaq onların işidir. Kimi modayla ayaqlaşır, kimi yox. Keçənlərdə yadımda deyil, hansısa saytlarımızın birində gənclər moda haqqında elə rəy bildirirdilər ki, elə bil ki, moda həqiqətən də hansısa bir ilahi qüvvə tərəfindən göndərilmiş bir şeydir, hansı ki, bizlər buna tabe olmalı və mütləq bununla ayaqlaşmalıyıq. Xeyir! Hər sezon bizlər üçün yeni bir şeylər təklif olunur. Məhz, təklif olunur! Bizim isə öz növbəmizdə nəyisə seçib seçməmək kimi bir haqqımız var, hətta, nəyəsə nəsə qatıb, yeniləşdirmək kimi də bir gücümüz (ideyalar, fantaziyalar). Bir əhvalat eşitmişdim: bir qız nənəsinin sandığında eşələnirmiş və təsadüfən losinlər görür. Elə bu an qızın ağlından bir fikir keçir ki, dostları ilə məzələnsin, buna görə də o həmin losinləri diskotekaya geyinmək qərarına gəlir. Bu kiminsə xoşuna gəlir kiminsə yox, hətta, buna dəhşət dərəcədə ağız büzənlər də olur. Bu təbiidir. Amma, bir həqiqət var ki, hamı şokda idi. Bu da effect! Elə bir çox dizaynerlər də, nədənsə idaya əldə edir, bunun üzərində işləyir və bunu cəmiyyətə təqdim edirlər və elə olur ki, vaxt gəlir həmin ağız büzənlər də bu dəbin qurbanına çevrilirlər. Məzələnmək naminə nənəsinin sandığından onun nəyinisə götürüb geyinən bir qız var idi və çoxları ona ağız büzdülər, bu gün isə həmin “nənələrin” hər şeyindən geyinirik. 80-cı illərin paltarları, ayaqqabıları, çantaları, musiqiləri və s. 80-cı illər indi hər yerdə mövcuddur! Ətrafa boylanırsan və sanki hər şey keçmişə qayıtmış kimi bir hal alır. Bəlkə də bunun da ömrü çox olmayacaq, çünki, moda dəyişkəndir, tez-tez dəyişilir, biz keçmişdəkilərə alışmışkən, bir də görəcəyik ki, moda yenidən döndü. Hər halda bir stil var ki, bu heç vaxt moddan düşmür - klassika! Bernard Şou deyir ki, “moda idarə edən bir epidemiyadır”. Bəlkə də bu həqiqətə uyğundur. Amma, biz özümüzü buna məcbur saymasaq, bəlkə də, bu xəstəliyə tutulmarıq. Mən demirəm ki, bizlər modadan imtina etməli, bunu rədd etməliyik. Xeyir! O modanı ərsəyə gətirənlər öz sahələrinə peşəkar olan dizayner-modelyerlərdir, hansı ki, onlar bir sezonu hansısa bir rəngdə görürlər və bunu da öz işlərində həyata keçirirlər və həmin rəng də həmin sezon dəbdə olur – bu da bizə təklif olunur! Bunu istəyib istəməmək isə öz əlimizdədir. İstəməsək də izləyə bilərik. İzləmək isə tamam başqa məsələdir. Şəxslər var ki, məsələn bu sezonun rəngi qırmızıdırsa, bütün qarderobunu yeniləyib, hər şeyini qırmızı ilə əvəz edir. Məncə bu çox gülüncdür. Bəlkə, biz özümüz özümüzə nəsə təklif edək?! Nə üçün biz hamıdan kopyalamalı, hamının geyindiyini geyinməli, hamının etdiyini etməliyik?! Bizim də öz zövqümüz, öz tərzimiz var! Hər birimiz individual şəxslərik! Təsəvvür edin, qırmızıya bürünmüş, eyni tipli geyinmiş hər kəsin fonunda sən nə iləsə fərqlənirsən! Sən tamam başqasan. Bu fikir də xahiş edirəm səhv alqılanmasın. Bir çoxları da “fərqlənmək” sözü eşidəndə elə bilirlər ki, bunun üçün xüsusi “əndrabani” bir şey geyinməlidir, hansı ki, ətrafdan baxanda bu insan həqiqətən də çox pis, vulqar görünür. Buna da diqqət yetirmək lazımdır. Ən başlıcası budur ki, sənin obrazın sən özünsən! Sənin geyimin sənin daxili aləmini əks etdirir. Modanın ardıyca qaçanda isə bəzilərimiz bunu unuduruq və buna görə də bəzən bayağı, şit görünüş alırıq. Zövqlə geyinmək böyük məharətdir. Hələ-hələ nəzərə alsaq ki, zövq hissi bizə təbiət tərəfindən verilməyib, biz özümüz onu tərbiyələndiririk. Yaxşı zövqü olan kəs isə heç vaxt ən dəbli bir brendin ən son kolleksiyasından olan bir geyimə pul sərf edib, ondan geyinməyəcək ki, bu geyim kiminsə üstündə çox gözəl görünür. Belə çıxır ki, əslində fərqlənsək də, fərqlənməsək də, dəbdə oldu-olmadı, qısacası əynimizə nə yaraşırsa onu da geyinək. Əsl qadın, əsl şəxs belə də etməlidir! Nəinki geyim, eləcə də aksesuarlar, çantalar və s. və i.a. Bir də unutmayaq ki, moda sadəcə olaraq bir yöndür, hansı ki bizə seçim hüququ verir. Biz modanı izləyərək, hər zaman özümüz olaraq qalmalıyıq. Ancaq bu yolla, biz həqiqətən də gözəl və təkrarolunmaz olacağıq. Hər-halda dəblə ayqlaşsaq da ayaqlaşmasaq da bir şeyi də unutmamalıyıq ki, hər şeyin bir həddi var və hər şey həddini aşmadıqca gözlədir. Qeyd: Moda – “modus” latın sözündən götürlmüş – ölçü, hədd, tərz, qayda, təlimat mənasını verir.)
['moda', 'dəb', 'zövq', 'tərz', 'yaraşıq']
6,609
https://kayzen.az/blog/t%C3%BCrkl%C9%99r/1649/anayurt-mar%C5%9F%C4%B1-b%C3%BCt%C3%BCn-t%C3%BCrkl%C9%99rin-himni.html
Anayurt marşı-bütün türklərin himni
papatürk
Türklərin tarixi
20 may 2010, 12:07
Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur. Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.Özbekistan, Türkmenistan diye kurmuşlar.Anayurdum Türkistan'ı bölüp koymuşlar.İnanmayın, aldanmayın ey Türk yiğitler.Kırk yüz yıllık geçmişleri var olan Türkler.Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur. Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.Türkistan, Kafkasistan ey güzel yurdumuz.Sana kurban olalım hey anayurdumuz.Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur. sözləri Hayati Bice, bestesi Sabir Karger Eyni mahnı uyğur dilində. Bizdən nə qədər uzaqda yaşasalar da,sözlərini yenə başa düşmək olar:
['türklərin himni', 'Anayurt marşı', 'Türküstan']
6,610
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/1641/az%C9%99rbaycan%C4%B1n-iqtisadi-co%C4%9Frafi-rayonla%C5%9Fmas%C4%B1.html
Azərbaycanın iqtisadi-coğrafi rayonlaşması
2ral
Azərbaycan coğrafiyası
19 may 2010, 22:19
1930-cu ildə Azərbaycanda qəza bölgüsü ləğv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçildi. Hazırda Azərbaycanda 66 kənd rayonu və 13 şəhər rayonu (bunun 11-i Bakıda, 2-si isə Gəncədədir) var. Təbii şəraitinə görə Azərbaycan 5 təbii fiziki-coğrafi vilayətdən, təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir. Lənkəran, Naxçıvan və Aran (və ya Kür-Aran) fiziki-coğrafi vilayətləri eyni adlı iqtisadi rayonları yaradır. Böyük Qafqaz vilayəti daxilində - 4, Kiçik Qafqaz vilayəti daxilində isə - 3 iqtisadi rayon yerləşib. 1. Sahəsi böyük olan: Aran, Gəncə-Qazax;2. Rusiya ilə həmsərhəd olan : Quba-Xaçmaz, Şəki-Zaqatala;3. Gürcüstan ilə həmsərhəd olan : Şəki-Zaqatala, Gəncə-Qazax;4. Ermənistan ilə həmsərhəd olan : Gəncə-Qazax, Kəlbəcər-Laçın, Naxçıvan;5. Türkiyə ilə həmsərhəd olan : Naxçıvan; 6. Iran ilə həmsərhəd olan : Naxçıvan, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara;7. Xəzər ilə həmsərhəd olan : Quba-Xaçmaz, Abşeron, Aran, Lənkəran-Astara;8. Respublika tabeli şəhərləri olan - Aran-3 (Mingəçevir, Yevlax, Şirvan (Əli-Bayramlı), Abşeron-2 (Bakı, Sumqayıt), Gəncə-Qazax-2 (Gəncə, Naftalan), Yuxarı Qarabağ-2 (Şuşa, Xankəndi), Şəki-Zaqatala-1 (Şəki), Lənkəran-Astara-1 (Lənkəran);9. Respublika tabeli şəhəri olmayan iqtisadi rayonlar - Dağlıq Şirvan, Quba-Xaçmaz, Kəlbəcər-Laçın;10. Erməni təcavüzünə məruz qalmış iqtisadi rayonlar -Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax; 11. Əhalisi çox olan - Abşeron, Gəncə-Qazax, Aran;12. Əhalisi az olan - Dağlıq Şirvan, Kəlbəcər-Laçın, Naxçıvan;13. Şəhər əhalisi çox olan - Abşeron, Gəncə-Qazax;14. Kənd əhalisi çox olan - Kəlbəcər-Laçın, Dağlıq Şirvan;15. Sahəsi intensiv mənimsənilmiş rayon -Abşeron, Lənkəran-Astara, Gəncə-Qazax; 16. Sənayesi güclü inkişaf etmiş rayonlar - Abşeron, Aran, Gəncə-Qazax;17. Neft-qaz hasil olunan iqtisadi rayonlar - Abşeron, Aran, Quba-Xaçmaz;18. Ən çox enerji istehsal edən rayon - Aran, Abşeron, Gəncə-Qazax;19. Polimetal filizi olan iqtisadi rayonlar - Yuxarı Qarabağ, Şəki-Zaqatala, Naxçıvan; 20. Filiz yatağı olmayan iqtisadi rayonlar - Quba-Xaçmaz, Aran, Abşeron, Lənkəran-Astara, Dağlıq Şirvan; 21. Əlvan metallurgiyası inkişaf etmiş rayonlar-Abşeron, Gəncə-Qazax, Naxçıvan;22. Əlvan metallurgiyası gələcəkdə inkişaf edə biləcək rayonlar - Şəki-Zaqatala, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ;23. Qara metallurgiyası inkişaf etmiş rayonlar - Abşeron, Gəncə-Qazax;24. Balıq sənayesi inkişaf etmiş rayonlar - Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara, Aran;25. Mineral suyu olan rayonlar- Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın; 26. Meşə ehtiyatı bol olan - Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara;27. Meşə ehtiyatı olmayan - Abşeron, Aran, Naxçıvan;28. Mineral tikinti xammalı olan - Abşeron, Aran, Gəncə-Qazax;29. Yüngül və yeyinti sənayesi bütün rayonlarda inkişaf edib;30. Pambıqçılıq - Aran; qismən Gəncə-Qazax və Yuxarı Qarabağ 31. Tütünçülük - Şəki-Zaqatala, Naxçıvan;32. Tərəvəzçilik - Lənkəran-Astara (faraş), Quba-Xaçmaz (gecyetişən), Aran;33. Bostançılıq - Aran, Lənkəran-Astara;34. Çayçılıq - Lənkəran-Astara, Şəki-Zaqatala;35. Meyvəçilik - Quba-Xaçmaz (tumlu), Şəki-Zaqatala (qərzəkli), Naxçıvan (çəyirdəkli), Lənkəran-Astara (sitrus), Aran və Abşeron (quru subtropik); 36. Üzümçülük- Gəncə-Qazax, Dağlıq Şirvan;37. Suvarma əkinçilik - Aran, Lənkəran-Astara, Quba-Xaçmaz;38. Əkinçiliyə nisbətən heyvandarlığı daha güclü inkişaf etmiş Dağlıq Şirvan, Kəlbəcər-Laçın.39. Nəqliyyat şəbəkəsi sıx olan - Abşeron, Aran.
['rayonlaşdırma', 'iqtisadi rayonlar']
6,611
https://kayzen.az/blog/346/1636/zibil-qablar%C4%B1n%C4%B1-v%C9%99-divarlar%C4%B1-zibill%C9%99m%C9%99yin.html
Zibil qablarını və divarları zibilləməyin!
ramzes
346 saylı marşrut
19 may 2010, 19:02
Son dövrlər minlərlə, on minlərlə wap saytlar yaranaraq çoxlu istifadəçisiylə gecə-gündüz gənclərin xidmətindədir. Əslində bu mürəkkəb dizaynlı saytlarda nə desən tapmaq olar. Gənclər də bu saytlardan məharətlə yararlanırlar, amma necə? Məsələnin əmması da burdadı. Bu saytlardakı chatda 24 saatın hər birində bir sözlə gündüz-gecə online 30 dan artıq istifadəçi olur. Belə ki onlar da Tarkanın sözlərindən ilham alaraq ruhlanırlar və deyirlər “uzun incə bir saytda yazışıram gündüz-gecə, yetişmək üçün sevgiyə, bilmiyirəm nə gündəyəm çatlaşıram gündüz gecə...” axırı bu saytların onlara bir faydası olur uzun incə bir yolla yetişirlər sevgiyə. Bununla iş bitsəydi dərd yarıydı, sonra bu kövrək qəlbli sevgililər üz tuturlar insanların az olduğu zibilxanalara. Başlayırlar bu zibilxanalarda sayta təşəkkür məktubu yazmağa. Zibilin ətrini duya-duya zibil qablarını və divarları it gününə qoyurlar. Yenə səliqəli şəkildə saytları reklam etsələr, deyərsən zibil qabıdır da səliqəli naxışlarla bəzənib, nəticədə zibil qabını axırda cehiz apara da bilərlər, axı belə etmirlər. Mixi yazıları ilk dəfə oxuyub araşdıran Qrotefend də gəlsə bu yazılardan baş açmaz, bu yazıların mənası yalnız sirrixudadadır, sayt altında da sevgi etirafları, nəbilim nömrələr, sevgi dastanları nələr nələr, hətta bəziləri özünü göstərmək və fərqlənmək üçün adını daş divarlara yazaraq ardından da fars dilinidə “yek” bizim loru dildəsə bir dənə( bomba oğlan) mənasını verən sözü yazaraq öz aləmlərinə qapılırlar. Fikirləşirlər ki,qızlar adımı zibil qutusunun yanında rəngli karandaşla yazılmış şəkildə görəcək və məni bomba oğlan biləcəklər. Sözün düzü mən aşağıdakı şəkilləri çəkəndə ətrafda bir neçə yenicə qız tutmuş oğlan və yenicə bişmiş qız da var idi. Mənim bu şəkilləri çəkməyimi onlar da gördülər. Elə sevinə sevinə baxırdılar ki, elə bildilər bunların bütün vaxtlarını sərf etdiyi saytlar populyarlaşıb, yəqin fikirləşdilər ki, mən hardasa aparıb bu saytları reklam edəcəm. Görünür toyuq kimi yuxuda darı görüb, röyada balıq sevdasına düşüb balıqlı plov arzuları da var imiş. Nə desən ola bilər bu sirli-sehirli yazıları yazan adam nə desən fikirləşər və edər. Şərhsiz (no comment): Həmçinin bax:Azərbaycanlılar
['wap saytlar', 'zibilxana', 'Azərbaycan reallıqları', 'səviyyəsizlik', 'düşüklük']
6,612
https://kayzen.az/blog/moda/1623/dolcegabbana.html
Dolce&Gabbana
bloqçu
Moda dünyası
18 may 2010, 18:49
“Qadın bədəni eyni zamanda həm cəlbedici, həm də əlçatmaz təsir bağışlamalıdır” Vaxt var idi, xarci kanallarda cırıq-mırıq, sürtülmüş görüntüyə malik olan cins şalvarlar görəndə bir təhər baxır, gülürdük. Sonra buna bəzilərimiz də alışdıq. Hərçənd ki, böyüklərdən, nənələrdən soruşsan yenə də söyüb keçirlər)))) İstəyirəm o şalvarları dəbə gətirən şəxslərdən bəhs edim. Domeniko Dolçe Bizlər bəzən məşhurlar barəsində düşünəndə, nədənsə elə bilirik ki, onlar mütləq varlı ailədə dünyaya gəlib, yetişmiş, pulları sayəsində xaricdə təhsil almış və gələcəklərində beləcə uğur qazanmışlar. Amma, onların həyatını öyrənəndə görürük ki, bu hamısında heç də belə deyil. Məşhur dəb duetinin bir üzvü olan D. Dolçe 1958-ci ilin avqust ayının 13-də Sicilyada anadan olmuşdur və yazımın ilk misralarından da bəlli olduğu kimi, o heç də varlı yox, əksinə kasıb bir ailədə dünyaya göz açmışdır.Amma, onun atası bir balaca bir atelyeyə sahib idi. Elə Dominiko da bu işi 6-7 yaşından etibarən həmin atelyedə atasına yardım edərək öyrənmişdi və tez bir zamanda işə elə mənimsəmişdi ki, boş vaxtlarında belə artıq qalan parça kəsiklərindən miniatür kastyum və donlar tikərmiş və deyilənə görə, o, hətta, köynəklərin qolunu gözüyumulu şəkildə tikə bilirdi. Buna görə yaxınları onu "Motsart" adlandırar və deyərdilər ki, “o musiqinin dahisi olduğu kimi, sən də tikişin dahisisən” Qanunlarla yayayan Siciliya. Ailə bir silciliya ailəsi idi, ağır, hansı ki, orda ata sözü hər şeydən öndə idi. O vaxt da adət belə idi ki, övladlar ata sənətini davam etdirər və bu işin başına keçərlərdi. Amma, o ata sənətini davam etmək istəməyib, yarıda qoyub, təhsil almaq istədi. Amma, bunun da ömrü uzun olmur, çünki, o təhsili sıxıcı sayır və 1 ildən sonra onu da yarımçıq saxlayıb, incəsənət məktəbinə daxil olur. Daha sonra isə yol alır birbaşa Milana.   Stefano Qabbana Domeniko Dolçedən fərqli olaraq Stefano Qabbananın atası zəngin, məşhur bir milan stilisti idi. Qanunsuz nigahın bəhrəsi olan Stefano 1963-cü ilin noyabr ayının 14-də Milanda dünyaya gəlmişdir. Ailə tam deyildi, amma, heç bir məcburiyyətləri, çətinlikləri də yox idi, çünki, Stefanonun atası onları lazım olan hər şeylə (maddi baxımdan) təmin edirdi. Stefano elə bil ki, əlində karandaşla böyüyüb, belə ki, o uşaqlıqdan rəsm çəkməyi çox sevirmiş.Təbii ki, bu da gələcəkdə özünü biruzə vermiş oldu, belə ki, o sonralar incəsənət kollecinə daxil olub, qrafika və dizayn şöbəsində təhsil alır. Amma, oranı rəssam kimi yox, “kreativ direktor” ixtisası üzrə başa vurur. Təbii ki o da bir çoxları kimi ixtisası üzrə işləmir, öz həvəsinin dalınca gedir. Cavanlığından modaya hədsiz maraq göstərən, “Fioruççi” firmasından ən son dəbə uyğun geyimlər geyinən Stefano deyir ki, “o vaxt heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa mən özüm də geyimlə məşğul olacağam, düşünməzdim ki, geyim yaratmaq mənim öz biznesimə çevriləcək.” Domeniko Dolçe və Stefano Qabbana Arzularının, planlarının şəhəri Milan! Biri arzularının dalınca Milana gəlir, digəri isə onsuz da burdadır. Sadəcə onlara görüşmək lazım idi, hansı ki, bu da bir atelyedə baş verdi. Gələcəyin məşhur dəb duetinə çevriləcək olan bu ikili ikisi də bir atelyedə asistant kimi işləyirdilər. Çox maraqlıdır ki, həm xasiyyətcə uyğunlaşmayan, həm ailə tərzinə görə tamam fərqli, bir-birinə zidd olan iki şəxs bu yolda dil tapır. Onlar ilk baxışdan çox fərqlidilər, amma, əlbəttə ki, hansısa bərabərlik, əlaqə üçün insani xüsusiyyətlər, xasiyyətlər, yaşam tərzi eyni olmalıdır deyə bir qayda yoxdur ki! Bu beyin və ürəklə əlaqdar olan bir şeydir. Onlar bir-birlərini tanıyandan sonra məlum olur ki, bəyəndikləri ortaq şeylər də var. Beləliklə, həvəslərinin, düşüncələrinin, tərzlərinin üst-üstüə düşdüyünü anlayan bu iki şəxs özlərini moda aləmində sınamaq istədilər və sınadılar da. Hər zaman, hər yerdə, bütün işlərində və hətta, dincələndə də bir yerdə olan bu cütlüyü dostları “dolçeqabbanata” adlandırırlar. Sonralar müsahibələrin birində onlara belə bir sual verirlər: Siz uzun müddətdir ki, bir yerdə işləyirsiniz, bəlkə də sizin gördüyünüz yuxular da eynidir, elə deyilmi?! - Əlbəttə ki, biz həmişə bilirik ki, hər birimiz nə düşünürük, başımızda hansı düşüncələr hərlənir. Həm də təbiidir ki, biz fərqli yuxular görə bilərik, bəzən fərqli istəklər hiss edə bilərik, fərqli ideyalara tutula bilərik. İlk baxışdan bunlar fərqli olsalar da, bizi birləşdirən xüsusi dalğalar sayəsində biz bütün qarşıçıxmaları yenə bilər və bir nəticəyə gələ bilərik – bəzən də gözlənilməz, amma, bu situasiyada sırf düzgün nəticəyə. Stefano deyir ki, “əgər mənim Domeniko ilə işləməyim dayansaydı, mən, ümumiyyətlə, moda dünyasından çəkilərdim” 1982-ci il, Milan! Şəhərin mərkəzində kiçik bir studiya açıldı. Sonralar böyük podiumları fəth edəcək bu ikili ilk kolleksiyalarını şəhərdə adi bir kafedə nümayiş etdirməli olurlar. Çünki başa düşmək olur ki, bu işə girişən gənclər hələ o imkana malik deyildilər ki, öz əməklərini yetirncə maliyyələşdirsinlər. Səylər, çalışmalar, əzm ona gətirib çıxarır ki, artıq 3 il sonra 1985-ci ildə Stefano və Domenikoya təklif olunur ki, Milano Collezioni moda nümayişində onlar da iştirak etsinlər. Onların “Gözəl, güclü, amma, ideal olmayan qadın” kolleksiyası həmin nümayişdə çox böyük uğur qazanmış olur. Bax bu! İstədilər, səy göstərdilər, əzmlə çalışdılar və nəticədə bu yerə gəlib, özlərini təsdiq etdilər. Bu böyük bir uğur idi. Bundan sonrası isə mütləq gəlməli idi, belə ki, onlar 1986-cı ildə öz kolleksiyalarını Real Women şousunda təqdim etmiş olurlar. 1987-ci ilin mart ayında isə modelyerlər ilk trikotaj kolleksiyalarını da sərgiləyirlər. Fikir verdinizsə “modelyerlər”dedim. Bunu belə də deməli idi, bayaqdan cütlük, ikili deyə adlandırdığım şəxslər artıq modelyer, dizayner adını qazanmışdılar. Artıq kifayət qədər məhurlaşan modelyerlər 1989-cu ildə çimərlik və alt paltarları kolleksiyasını da ictimaiyyətə təqdim edirlər. Qadın gözəldir, incədir və güclüdür, qadın cəlbedicidir. Onlar kolleksiyalarında qadının güclülüyünü və eyni zamanda incəliyini, gözəlliyini göstərirdilər. Onlar qadının çəkiciliyini, seksuallığını və eyni zamanda da əlçatmazlılığını göstərirdilər. Onlar qadında özünə əminliyi görmək istəyir və bunu öz geyimlərində vurğulayırlar. Uğur, şan-şöhrət və pul! Onların bu sahədə qazandıqları uğur kommersiya sahəsində də özün biruzə verir, belə ki, 10 il ərzində kiçik, balaca bir otelyedən əsl brendə, markaya çevrilməyi bacarır və şöhrətlə milyonlara sahib olurlar. 1982-ci ildən yaranmış şirkət, böyük bir əzmlə, bərk addımlarla irəliləyir, 1987-ci ildən etibarən genişlənməyə başlayır, sürətlə böyüyür və çox yerləri fəth etmiş olur. İlk öncə studiya, sonra demonstrasiya zalı, daha sonra şəxsi mağaza və beləliklə 1994-cü ildə Milan və Nyu-Yorkda iki salon artıq fəaliyyətə göstərmiş olur. Onlar 1988-ci ildən Onward Kashiyama şirkəti ilə müqavilə bağlayaraq öz geyimlərini Yaponiyaya da ixrac eləməyə başlayırlar. Sonralar isə dünyaya açılmaq istəyən modelyerlər “Genny group”dan maddi dəstək alaraq artıq dünyanın bir çox yerlərində - Honkonq, Sinqapur və s. başqa yerlərdə də butiklər açırlar. Təbii ki, dünya şöhrətli şəxslər də belə uğurun qarşısında laqeyd qala bilməzdilər. Belə ki, məşhur modelyerlərin modelləri və müştəriləri sırasında N. Kembel, N.Kidman, Demi Mur, Madonna, U.Hyuston, İsabella Rosselini və s. kimi tanınmış simalar durur. Cırıq-mırıq cins şalvarlar, incə belli donlar, pencəyin altından görünən top-büstqalterlər, şəffaf-tüldən alt paltarları, krujevalı corablar – bunların hamısını məhz Dolçe və Qabbana dəbə gətirmişdir. Hətta, o zamanlar ancaq dul qadınların geyindiyi qara donları da elə dəbə saldılar ki, artıq hamının şkafında bu donlardan görmək olardı. Qısa qara don bütün zamanların klassik üslubuna çevrilmişdi. “Dolce & Gabbana pour Homme” – onların yaradıcılığında tək geyimlər yox, eləcə də ətirlər də ad qazanıb. Dolçe və Qabbana tərəfindən adını qeyd elədiyim eleqant kişi ətri 1996-cı ildə yaradılmışdır. Bundan sonra “Light Blue”, “Light Blue pour Homme”, “Pour Homme”, “The One pour Femme” ətirləri, bundan əlavə çantalar, eynəklər və s. və i. a. Dolce & Gabbana женский показ зима 2009 Həmçinin bax: Pierre Cardin Versace Giorgio Armani Dolce və Qabbana Kristian Dior Koko Şanel Gucci
['Dolce&Gabbana', 'Dolçe Qabbana', 'Domeniko Dolçe', 'Stefano Qabbana']
6,613
https://kayzen.az/blog/346/1622/bu-g%C3%BCn%C3%BCn-m%C9%99nz%C9%99r%C9%99si.html
bu günün mənzərəsi
ramzes
346 saylı marşrut
18 may 2010, 17:34
Bu gün müxtəlif tragikomik hadisələrlə rastlaşdım, daha doğrusu hər gün rastlaşıram. Nə isə keçək mətləbə. Səhər açılır, uğurlu, gözəl bir günün keçəcəyi ümidi ilə yola çıxıram, səfərim Səməd Vurğun bağı istiqamətindədir. Əhmədli qəsəbəsindən yola düşürəm, amma necə Əsas məsələ də budur. Mənim ən sevimli,həm də sevimsiz marşrutum olan 346 nömrəli marşrut gəlir, sonuncu dayanacağa yaxın oladuğundan əvvəlcə hər şey adi görünür, hər kəs əyləşib, hətta boş yerlər də var. Marşrut saxlayır minmək istəyirsən ki, sürücülükdən bixəbər sürücü yarı minmiş yarı minməmiş marşrutu az qala iki təkər qaldırır və ən azından təkərlərin qarası üstümü it gününə qoyur. Bir az qanı qaralmış vəziyyətdə marşruta minirəm və özümü digər hadisələrə hazırlayıram. Yavaş yavaş basabas başlayır, nə başlayır. Marşrut təcrübəsi olanlar özlərinə arxada yer tutublar. Mənimsə sifətim qapının şüşəsindəki bütün mikrobları, tozları mənimsəyir. Tez-tez pəncərənin üzərində rusca yazılan “ Zapasnıy vıxod” (əlavə çıxış) ifadəsinə baxaraq özümə təsəlli verə verə qeyri-adilikləri izləməyə davam edirəm. Ən faciəli ifadələrdən bir neçəsi: Sıxılmış qadın dözə bilməyərək: Əşi nə olub eee? Elə bil çarmıxa çəkiblər kişini, İsa peyğəmbər falan deyilsən ki? Az keçmir ki, qadın“Utanmırsan? Sənin atan yaşdayam” kimi cavab atəşləri ilə susdurulur. Digər hadisə :“Filankəs düşərsən” iflankəs də özünü yeyib tökür ki, yalandan andlar içir ki, guya yox, dəhşət birazdan başlayır marşrut axırıncı stansiyaya çatanda yalnız qabaq qapını açır ki, birdən arxadan kimsə əkilər və 20 qəpiklik ziyana düşər. Filankəs də yenidən and-aman eləyir ki, mənim pulumu veriblər, məşhər ayağından birtəhər çıxır. Diqqətimi bir neçə məqam da cəlb etdi, ən maraqlısı sürücünün eynəyiydi (el arasında açki), bir neçə üzəri sevgi dastanları ilə dolu olan reklam kağızları da vardı. Bu şəkili bu gün çəkmişəm ən diqqəti çəkən məqam isə sürücünün eynəyi və onun yanındakı dovşan quyruğudur: Şükür eləyib marşrutdan təzəcə düşmüşdüm ki, öyüncəy bir müğənnini gördüm, yanında özündən təxminən iki dəfə balaca bir mühafizəçi də var idi, gözdə eynək, əldə bir diplomat çantası, qollarının arasına elə bil qarpız qoyublar özünəməxsus yerişi və s. Düşündüm ki, bu cırtdan bunun nəyinə lazımdır axı, sonra belə qənaətə gəldim ki, yəqin deyir qoy vuran elə bilsin mühavizəçi mənəm bu cırtdanı vursun. Mühafizəçi son vaxtlar yaman dəb düşüb. Adətən dövlət əhəmiyyətli adamların mühvizəçisi olur. Yoxsa hər dılğır-dulğur müğənninin yox. Onların bu mühavizəçi fəlsəfəsi fərqlənmək ideyalarından irəli gəlir. Hər kəs fərqlənmək istəyir marşrut sürücüsü eynəyiylə, dılğır müğənni mühavizəçisiylə, gənclərin böyük əksəriyyəti telefonu ilə və s. Fərqlənməsək heyvandan fərqimiz olmaz axı )))))))
['düşüklük', 'səviyyəsizlik', 'Azərbaycan reallıqları']
6,614
https://kayzen.az/blog/papat%C3%BCrk/1621/marazm.html
Marazm
papatürk
Bloq: papatürk
18 may 2010, 16:29
Çalışıram həmişə öz işimlə məşğul olum.Hər şeydən narazı olan insanlardan da uzaq qaçıram. Nəsə alınmayanda o dəqiqə narazılığımı bildirmir,haray-həşir salmıram.Amma bəzən reallıq qarşısında qalırsan.Elə şeylər olur ki,nə ali təhsil,nə böyük həyat təcrübəsi onları izah edə bilmir.Baxır və başa düşürsən ki,doğurdan da hər şey getdikcə pisləşir. Bu cavanın şəhərin mərkəzində yolun ortasında dayanıb etdiyi hərəkəti heç cür anlaya bilmirəm.Burda olanların çoxu psixologiyanı yaxşı bilir,çoxları ağıllı uşaqlardır. Mənə bu hərəkətin mənasını izah etsəniz minnətdar olaram.
['marazm']
6,615
https://kayzen.az/blog/mr13/1617/la%C3%A7%C4%B1n-%C3%A7ingiz-mustafayev.html
Laçın - Çingiz Mustafayev
mr13
Bloq: mr13
18 may 2010, 11:14
Dior öz bloqunda 18 il bundan əvvəl baş verən itkimiz haqda yazdı. Bu isə Milli Qəhramanımız Çingiz Mustafayevin çəkdiyi kadrlar.  
['Laçın', 'Çingiz Mustafayev']
6,616
https://kayzen.az/blog/u%C4%9Fur/1608/%C3%B6z%C3%BCn%C9%99-inam-ralf-uoldo-emerson.html
Özünə İnam - Ralf Uoldo Emerson
mr13
uğur psixologiyası
17 may 2010, 17:45
Ne te qu­a­e­si­ve­ris ex­tra ( Sə­nə hər nə la­zım­dır­sa özün­də ax­tar (lat).) İn­san özü­nün yol gös­tə­rən ul­du­zu­dur.İn­sa­nın qəl­bi onu na­mus­lu və mü­kəm­məl edir,Onu saf­laş­dı­rır, nur­lan­dı­rır və ta­le­yi­nə tə­sir gös­tə­rir.Heç nə on­dan öt­rü həd­siz tez və ya həd­siz gec ol­mur.Bi­zim həm yax­şı, həm də pis hə­rə­kət­lə­ri­mizFa­tal köl­gə ki­mi, da­im bi­zi iz­lə­yən mə­lək­lər­dir.Ber­mont və Flet­çe­rin “Na­mus­lu in­sa­nın ta­le­yi” essesinə epi­loq Kör­pə­ni qa­ya­lıq­lar ara­sı­na at,Onu ca­na­var sü­dü ilə bəs­lə,Qoy o, qı­şı ça­la­ğan­lar və tül­kü­lər ara­sın­da ke­çir­sin,On­da bu kör­pə­nin əl­lə­ri və ayaq­la­rı güc­lü və çe­vik ola­caq. Bu ya­xın­lar­da bir məş­hur şa­i­rin bir ne­çə şe­ri­ni oxu­dum. Bu şeir­lər mə­nə çox ori­ji­nal və qey­ri-adi gö­rün­dü. Be­lə şeir­lər­də nə­dən bəhs edil­mə­sin­dən ası­lı ol­ma­ya­raq on­lar in­sa­nı san­ki nə ba­rə­də­sə xə­bər­dar edir, onu eh­ti­yat­lı ol­ma­ğa ça­ğı­rır­lar. Bu şeri­lə­rin do­ğur­du­ğu hiss­lər on­la­rın əsa­sı­nı təş­kil edən fi­kir­lər­dən da­ha əhə­miy­yət­li­dir.İn­sa­nın öz tə­fək­kü­rü­nə ina­mı, onun qəl­bin­də­ki hə­qi­qə­tin ha­mı üçün hə­qi­qət ol­ma­sı­na ina­mı – da­hi­ya­nə­lik­dir. Öz giz­li əqi­də­lə­ri­niz ba­rə­də da­nı­şın, qoy on­lar ha­mı­nın əqi­də­si­nə çev­ril­sin. Çün­ki əv­vəl­cə giz­li olan­lar son­ra­dan hə­mi­şə aş­kar­la­şır və nə­ti­cə­də bi­zim il­kin fi­kir­lə­ri­miz məh­şər gü­nü – İs­ra­fi­lin su­ru­nun sə­da­la­rı al­tın­da özü­mü­zə qa­yı­da­caq­dır. Mu­sa pey­ğəm­bər ki­mi, Pla­ton və Mil­ton ki­mi da­hi­lə­rin ən bö­yük mə­ziy­yə­ti on­dan iba­rət idi ki, on­lar ki­tab­la­ra və ənə­nə­lə­rə gü­vən­mir, baş­qa­la­rı­nın de­dik­lə­ri­ni de­mir, yal­nız öz­lə­ri­nin dü­şün­dük­lə­ri ba­rə­də da­nı­şır­dı­lar.İn­san onun zə­ka­sı­na il­dı­rım ki­mi ça­xan (və çox­say­lı us­tad­la­rı­nın, müd­rik­lə­rin de­di­yin­dən qat-qat əhə­miy­yət­li olan) işıq şü­a­sı­nı gör­mə­yi və onun ar­xa­sın­ca get­mə­yi öy­rən­mə­li­dir. La­kin nə­dən­sə in­san öz fi­kir­lə­ri­ni, sa­də­cə ola­raq bu fi­kir­lər onun özü­nə məx­sus ol­du­ğu­na gö­rə əs­la tə­rəd­düd et­mə­dən, bir kə­na­ra atır. Biz da­hi­nin hər bir işin­də vax­ti­lə özü­mü­zə məx­sus ol­muş, son­ra isə elə özü­mü­zün tək­zib et­di­yi­miz fi­kir­lər gö­rü­rük və bu fi­kir­lə­ri baş­qa bi­ri­sin­dən eşi­dən­də onu az qa­la mö­cü­zə ki­mi qə­bul edi­rik. Bö­yük in­cə­sə­nət əsər­lə­ri də bi­zə ey­ni­lə bu cür tə­sir gös­tə­rir. On­lar bi­zə öz qəl­bi­mi­zin sə­si­ni din­lə­mə­yi o qə­dər inan­dı­rı­cı şə­kil­də öy­rə­dir ki, bü­töv bir xor dəs­tə­si bu­nu edə bil­məz. Biz hə­mi­şə bil­di­yi­miz bir mə­sə­lə ba­rə­də ta­nı­ma­dı­ğı­mız ada­mın fik­ri­ni eşi­dən­də az qa­la xə­ca­lət çə­kə­rək eti­raf et­mə­yə məc­bur olu­ruq ki, özü­mü­zün çı­xar­dı­ğı­mız nə­ti­cə­ni bir baş­qa­sın­dan eşi­di­rik.Dün­ya­nın dərk edil­mə­si pro­se­sin­də hər bir in­san mü­əy­yən bir mə­qam­da yə­qin edir ki, pa­xıl­lıq – na­dan­lıq­dır, imi­ta­si­ya isə – in­ti­har­dır, in­san gö­rür ki, öz ta­le­yi­ni özü qur­ma­lı­dır, ka­i­nat­da bə­rə­kə­tin sa­yı-he­sa­bı ol­ma­sa da, in­san özü bir qa­rış ha­lal tor­pa­ğın­da gər­gin əmək sərf et­mə­sə, bu bə­rə­kə­tin bir­cə zər­rə­si də ər­sə­yə gəl­mir. İn­sa­nın da­xi­lin­də giz­lə­nən qüv­və hə­lə tə­zə­dir və o özü bu qüv­və­ni sı­naq­dan ke­çir­mə­yin­cə, heç kəs onun nə­yə qa­dir ol­du­ğu­nu bil­mək iq­ti­da­rın­da de­yil.Bir şəxs, bir xa­rak­ter və ya mü­əy­yən bir fakt in­sa­na çox güc­lü tə­sir gös­tə­rə bi­lər, baş­qa­la­rı isə bu­nu edə bil­mir. Bü­tün bun­lar in­sa­nın yad­da­şın­da əks olu­nur və bu ək­so­lun­ma pro­se­sin­də yad­daş­da qa­baq­ca­dan mü­əy­yən edil­miş har­mo­ni­ya­nın tə­si­ri də özü­nü gös­tə­rir.Şüa han­sı nöq­tə­yə düş­mə­li­dir­sə, göz qa­baq­ca­dan hə­min nöq­tə­yə yö­nəl­miş olur. La­kin be­lə olan­da göz yal­nız hə­min şü­a­nı se­çə bi­lə­cək­dir. Be­lə­lik­lə, biz özü­mü­zü tə­əs­sü­rat­la­rın ya­rı­sın­dan məh­rum edir və biz­lər­dən hər bi­ri­nin təm­sil et­di­yi ila­hi ide­ya­nı na­qis­ləş­di­ri­rik. Şü­a­nın bu cür gö­rü­nə­cə­yi­nə inan­maq və on­dan xe­yir­xah əməl­lər üçün is­ti­fa­də et­mək olar, la­kin Al­lah öz qüd­rə­ti­nin təb­liğ olun­ma­sı­nı qor­xaq adam­la­ra eti­bar et­məz­di. İnsan öz işinə can qoyanda buna se­vi­nir və vəc­də gə­lir, bu müm­kün ol­ma­yan­da isə insan rahat ola bilmir. Bu elə bir qur­tu­luş­dur ki, in­sa­nı heç nə­dən qur­tar­mır. Bu hal­da in­sa­nın dü­ha­sı onu tərk edir, il­ham pə­ri­lə­ri da­ha onun kö­mə­yi­nə gəl­mir, bə­si­rət qa­bi­liy­yə­ti, ümid his­si itir.Özü­nü­zə eti­bar edin: hər bir in­sa­nın qəl­bi məhz bu po­lad si­min he­sa­bı­na dö­yü­nür.İla­hi vəhy si­zi han­sı yo­la sövq edir­sə, hə­min yo­lu tu­tun. Mü­a­sir­lə­ri­ni­zin cə­miy­yə­ti­ni və ha­di­sə­lər ara­sın­da əla­qə­lə­ri ne­cə var­sa, elə, ol­du­ğu ki­mi də qə­bul edin.Bö­yük in­san­lar hə­mi­şə bu cür hə­rə­kət et­miş və uşaq­la­ra xas olan bir sə­mi­mi­lik­lə öz zə­ma­nə­si­nin ru­hu­na inan­mış­dı­lar. On­lar öz his­siy­yat­la­rı­na ina­nır­dı­lar ki, ən eti­bar­lı qüv­və on­la­rın qəl­bin­də­dir, on­la­rın əl­lə­ri ilə hə­rə­kət edir və on­la­rın bü­tün var­lı­ğı­nı ida­rə edir.İn­di öz yük­sək zə­ka­sı­nın qüv­və­si ilə bu trans­sen­dent (qey­ri-adi) ta­le­yi qə­bul et­mə­li olan in­san­lar – bi­zik. Bu­nu xəl­vət bir yer­də giz­lə­nən zə­if və şi­kəst adam­lar, in­qi­lab dal­ğa­sın­dan qa­çıb can­la­rı­nı qur­ta­ran qor­xaq­lar yox, bu­nu ulu tan­rı­nın əm­ri­nə ta­be olan, xa­o­sa və qa­ran­lıq­la­ra mey­dan oxu­yan bə­ləd­çi­lər, xi­las­kar­lar və hi­ma­yə­dar­lar et­mə­li­dir­lər.Tə­bi­ət in­san­la­rın si­fə­ti­nin ifa­də­si­nə gö­rə, uşaq­la­rın, kör­pə­lə­rin və hət­ta hey­van­la­rın dav­ra­nı­şı­na gö­rə, bi­zim çox şe­yi an­la­ma­ğı­mı­za im­kan ve­rir. Xeyr, be­lə im­ka­na ma­lik olan zə­ka heç də par­ça­lan­mış və qi­yam et­miş, bi­zim mü­əy­yən məq­sə­də na­il ol­maq na­mi­nə öz qüv­və və və­sa­it­lə­ri­mi­zi he­sab­la­ma­ğı ba­car­dı­ğı­mı­za gö­rə hiss­lə­ri­mi­zə eti­bar et­mə­yən zə­ka de­yil. On­la­rın zə­ka­sı bü­töv, ba­xış­la­rı isə qə­tiy­yət­li­dir və biz on­la­rın üzü­nə ba­xan­da özü­mü­zü itir­irik. Kör­pə­lər heç kə­sə ta­be ol­mur, on­lar ha­mı­nı öz­lə­ri­nə ta­be edir­lər. La­kin Al­lah yaş­lı in­san­la­ra da, uşaq­lar və ye­ni­yet­mə­lər ki­mi, ca­zi­bə və gö­zəl­lik bəxş et­miş­dir. Al­lah bö­yük lütf­kar­lıq gös­tə­rə­rək bi­zə be­lə bir üs­tün­lük ver­miş­dir və əgər bu üs­tün­lük qəf­lə­tən var qüv­və ilə di­lə gəl­sə, onu rədd et­mək müm­kün de­yil. Əgər ca­van bir oğ­lan mə­nim­lə və ya si­zin­lə da­nı­şa bil­mir­sə, elə bil­mə­yin ki, bun­dan öt­rü onun gü­cü yox­dur. Qu­laq asın, gö­rün o bi­ri otaq­da onun sə­si ki­fa­yət qə­dər ay­dın və ifa­də­li eşi­di­lir. Gö­rü­nür, o öz ya­şıd­la­rı ilə ne­cə da­nış­maq la­zım ol­du­ğu­nu yax­şı bi­lir. La­kin onun utan­caq və ya bə­la­ğət­li ol­ma­sı­nın fər­qi yox­dur: o, bi­zi – yaş­lı­la­rı gə­rək­siz et­mək yol­la­rı­nı ba­şa dü­şə­cək­dir.Na­har süf­rə­si ar­xa­sın­da öz­lə­ri­ni inam­lı hiss edən və ət­raf­da­kı in­san­la­ra yu­xa­rı­dan aşa­ğı ba­xan oğ­lan­la­rın qay­ğı­sız­lı­ğı (bi­ri­si­nə ba­rış­dı­rı­cı ruh­da bir söz de­yən ev sa­hi­bi­nin et­di­yi ki­mi) əsl sağ­lam mü­na­si­bə­tin gös­tə­ri­ci­si­dir. Qo­naq ota­ğın­da­kı oğ­lan dram te­at­rın­da­kı “par­ter” ki­mi müs­tə­qil qay­ğı­sız­dır, o, in­san­la­ra və ha­di­sə­lə­rə öz ba­xış bu­ca­ğın­dan nə­zər sa­lır, in­san­lar ba­rə­sin­də on­la­rın lə­ya­qə­ti­nə gö­rə mü­ha­ki­mə yü­rü­dür və bu­nu uşaq­la­ra məx­sus olan tərz­də, qı­sa xü­la­sə­lər şək­lin­də edir: “yax­şı­dır”, “pis­dir”, “ma­raq­lı­dır”, “sə­feh­dir”, “gö­zəl­dir” və ya “ağır­dır”. Onu bu hökm­lə­rin nə­ti­cə­lə­ri və ya ki­min­sə bunlarda ma­raq­la­rı na­ra­hat et­mir. Onun qə­ra­rı müs­tə­qil və sə­mi­mi­dir. Siz ona diq­qət gös­tər­mə­li­si­niz, o, si­zə yox. La­kin in­san öz şü­ur­lu­lu­ğu­nun gi­ro­vu­na çev­ri­lir. O, uğur­lu bir hə­rə­kət edən ki­mi dər­hal müs­tə­qil­li­yi­ni iti­rir, yüz­lər­lə in­san onu rəğ­bət və ya nif­rət his­si ilə iz­lə­mə­yə baş­la­yır və bu in­san on­la­rın fi­kir­lə­ri ilə he­sab­laş­ma­lı olur. Və bu­ra­da Le­ta unut­qan­lıq ça­yı­nın su­la­rı da kö­mək et­mir.Axı in­san hət­ta bü­tün bun­lar­dan son­ra da ney­tral­lı­ğa qa­yı­da bi­lər! Kim bü­tün öh­də­lik­lər­dən yan ke­çə­rək, qə­rəz­siz, möh­kəm, əzm­li ba­xış­la­rı ilə baş­qa­la­rı­nın mü­ha­ki­mə­lə­ri­nə da­vam gə­tir­mək is­tə­sə, o, hə­mi­şə va­hi­mə­li ol­ma­lı­dır.Bun­dan son­ra o in­san baş ve­rən bü­tün ha­di­sə­lər haq­qın­da fi­kir yü­rü­də­cək­dir; bu fi­kir ar­tıq tək­cə o in­san üçün yox, ha­mı üçün zə­ru­ri he­sab edi­lə­cək; o in­san san­ki miz­raq ki­mi, in­san­la­rın qu­laq­la­rı­nı de­şə­rək on­la­rı dəh­şə­tə gə­ti­rə­cək­dir.Biz tən­ha qa­lan­da məhz bu cür səs­lər eşi­di­rik, la­kin biz dün­ya­ya qə­dəm qo­yan­da hə­min səs­lər sa­kit­lə­şir və bi­r az­dan güc­lə eşi­di­lir. Cə­miy­yət öz üz­vü­nün əzm­kar­lı­ğı­na qar­şı qə­rəz­li plan­lar qu­rur. Cə­miy­yət elə bir səhm­dar şir­kə­ti­nə ox­şa­yır ki, onun üzv­lə­ri öz əma­nət­lə­ri­ni qo­ru­yub sax­la­maq na­mi­nə azad­lıq­la­rı­nı və mə­də­niy­yət­lə­ri­ni qur­ban ver­mək ba­rə­də bir-bi­ri ilə söv­də­lə­şir. Eh­kam­la­ra ri­a­yət et­mək çox­la­rı­nın nə­zə­rin­də yax­şı əməl sa­yı­lır. Bu­ra­da bi­ri­si­nin özü­nə ina­mı baş­qa­la­rın­da ik­rah his­si do­ğu­rur. Cə­miy­yət re­al­lı­ğı və onu ya­ra­dan­la­rı de­yil, ad­la­rı və ənə­nə­lə­ri xoş­la­yır.Kim adam ol­maq is­tə­yir­sə o, non­kor­fi­mis­tə (Nonkonformist – çoxluq tərəfindən qəbul olunmuş fikirlə razılaşmayan insan.) çev­ril­mə­li­dir. Kim mü­qəd­dəs pal­ma bu­daq­la­rı­nı yığ­maq is­tə­yir­sə, “əmə­li­sa­leh­lik” onu çaş­dır­ma­ma­lı­dır, o öz hə­rə­kət­lə­ri­nin doğ­ru­dan da “əmə­li­sa­leh­lik” olub-ol­ma­dı­ğı­nı ay­dın­laş­dır­ma­lı­dır. Dü­şün­cə­mi­zin sə­mi­mi­li­yin­dən da­ha mü­qəd­dəs sa­yı­la bi­lə­cək heç bir də­yər yox­dur. Özü­nü­zü azad edin, on­da bü­tün dün­ya si­zi bə­yə­nə­cək­dir.Ca­van yaş­la­rım­da olar­kən hör­mət­li bir məs­lə­hət­çim var­dı. O, köh­nə, xe­yir­xah ruh­lu kil­sə dok­tri­na­la­rı ilə mə­ni lap tən­gə gə­tir­miş­di. Bir də­fə hə­min məs­lə­hət­çi­yə ver­di­yim ca­vab hə­lə də ya­dım­da­dır. Mən ona su­al ve­rən­də ki, əgər mən ta­ma­mi­lə özü­mə qa­pan­mış hal­da ya­şa­yı­ram­sa, mü­qəd­dəs ənə­nə­lər mə­nim nə­yi­mə gə­rək­dir, – dos­tum de­di: “Ola bil­sin ki, bu im­puls­lar yu­xa­rı­dan de­yil, aşa­ğı­dan gə­lir”. On­da mən be­lə ca­vab ver­dim: “Mən be­lə he­sab et­mi­rəm, la­kin əgər mən ib­li­sin öv­la­dı­yam­sa, on­da mə­nim hə­ya­tım da ib­li­sin hə­ya­tı­na uy­ğun ol­ma­lı­dır”.Mən­cə, heç bir qa­nun mə­nim öz tə­bi­ə­ti­min qa­nu­nun­dan mü­qəd­dəs ola bil­məz. İs­tə­ni­lən şe­yə lap asan­lıq­la yax­şı da de­mək olar, pis də; ye­ga­nə doğ­ru olan o şey­dir ki, qu­ru­lu­şu­ma uy­ğun ol­sun, uy­ğun ol­ma­ya­nı isə – yan­lış­dır. İn­san bü­tün hü­cum­la­ra si­nə gər­mə­yi ba­car­ma­lı­dır, özü­nü elə apar­ma­lı­dır ki, gu­ya on­dan baş­qa ət­raf­da nə var­sa, ha­mı­sı for­mal və efe­mer­dir. Ad­lı-san­lı şəxs­lə­rin, bö­yük bir­lik­lə­rin və can­sız tə­si­sat­la­rın qar­şı­sın­da ne­cə asan­lıq­la təs­lim ol­du­ğu­mu­zu fi­kir­lə­şən­də xə­ca­lət çə­ki­rəm. Bu ad­lı-san­lı və in­cə zövq­lü şəxs­lər mə­nə əs­lin­də, la­zım ol­du­ğun­dan qat-qat ar­tıq tə­sir edib is­ti­qa­mət­lən­di­rir­lər. Am­ma mən na­mus­lu, əzm­kar ol­ma­lı və bü­tün hal­lar­da acı hə­qi­qə­ti de­mə­li­yəm.Məkr­li­lik və şöh­rət­pə­rəst­lik fi­lan­tro­pi­ya do­nu­na gi­rir­sə, bu­nun bir sə­mə­rə­si ola bi­lər­mi? Əgər qul­la­rın azad edil­mə­si uğ­run­da hə­rə­ka­tın qə­zəb­lən­miş və fa­na­tik bir üz­vü mə­nim ya­nı­ma gə­lib Bar­ba­dos­dan al­dı­ğı son xə­bər­lə­ri mə­nə söy­lə­mə­yə baş­la­yır­sa, nə üçün mən ona be­lə de­yə bil­mə­rəm: “Get, əv­vəl­cə öz uşaq­la­rı­nı, öz odun­çu­nu sev, xe­yir­xah və tə­va­zö­kar ol, şəf­qət­li ol; bir ne­çə min mil uzaq­da ya­şa­yan qa­ra­də­ri­li sa­kin­lər ba­rə­də qey­ri-tə­bii və qey­ri-sə­mi­mi qay­ğı­keş­li­yin­lə heç vaxt öz am­bi­si­ya­la­rı­nı giz­lət­mə. Sə­nin sev­gi­nə öz evin­də da­ha çox eh­ti­yac var”. Əl­bət­tə, bu cür rəf­tar kəs­kin və xo­şa­gəl­məz olar­dı, la­kin hə­qi­qət hə­mi­şə sax­ta sev­gi­dən daha gö­zəl gö­rü­nür. Mə­ziy­yət­lə­ri­niz sizə mü­əy­yən üstünlüklər ver­mir­sə, on­la­rın bir qə­pik­lik qiy­mə­ti yox­dur. Mə­həb­bət ah-za­ra və fa­si­lə­siz şi­ka­yət­lə­rə çev­ri­lən­də mə­həb­bət dok­tri­na­sı­nın ək­si­nə, nif­rət dok­tri­na­sı da təb­liğ olun­ma­lı­dır.Ru­hum mə­ni səs­lə­yən­də mən atam­dan, anam­dan, ar­va­dım­dan, qar­da­şım­dan im­ti­na edə­rək, bu ça­ğı­rı­şa ca­vab ve­ri­rəm. Mə­nə qal­sa, bü­tün qa­pı­la­rın üzə­ri­nə “gə­ri­bə­lik” sö­zü ya­zar­dım. Hər hal­da, bu, qə­ri­bə­lik­dən aza­cıq da ol­sa yax­şı­dır, la­kin bu­nu araş­dır­maq üçün bü­tün gü­nü­mü­zü sərf edə bil­mə­rik. Mə­nim cür­bə­cür cə­miy­yət­lə­rə ni­yə qo­şul­du­ğu­mu və ya qo­şul­ma­dı­ğı­mı so­ruş­ma­yın. Və bu gün xe­yir­xah bir in­sa­nın et­di­yi ki­mi, siz də mə­nim yox­sul­la­rın və­ziy­yə­ti­ni yax­şı­laş­dır­maq və­zi­fə­lə­rim ba­rə­də da­nış­ma­yın. Mə­gər on­lar mə­nim yox­sul­la­rım­dır? Sə­nin­lə­yəm, ey sə­feh fi­lan­trop, mə­nə mən­sub ol­ma­yan və mə­nim mən­sub ol­ma­dı­ğım bu cür adam­la­ra sərf edi­lən hər bir dol­la­ra, hər bir sen­tə hey­fim gə­lir. Mə­nim mə­nə­vi ya­xın­lıq his­si bəs­lə­di­yim in­san­lar sin­fi var; on­la­rın xa­ti­ri­nə, la­zım gəl­sə, həbs­xa­na­ya düş­mə­yə də ha­zı­ram. La­kin si­zin bu po­pu­list xey­riy­yə­çi­li­yi­niz, ağıl­dan­kəm­lər üçün kol­lec­lər­də ve­ri­lən təh­sil, müx­tə­lif mə­na­sız assamb­le­ya­lar üçün bi­na­lar ti­kil­mə­si (bu bi­na­la­rın ço­xu ar­tıq ti­kil­miş­dir), əy­yaş­la­ra ve­ri­lən i­a­nə­lər və eh­ti­ya­cı olan­la­ra yar­dım gös­tə­rən min­lər­lə cə­miy­yət – bun­lar qə­bu­le­dil­məz­dir. Mən xə­ca­lət his­si ilə eti­raf edi­rəm ki, bə­zən mən də bu hiss­lə­rə uya­raq bir dol­lar ba­ğış­la­sam ­da bu dol­lar on­la­ra ha­lal ol­mur və gə­lə­cək­də ira­dəm çat­ma­lı­dır ki, bu­nu bir da­ha et­mə­yim.Xe­yir­xah əməl­lər cə­miy­yə­tin nə­zə­rin­də adi qay­da­dan da­ha çox, müs­təs­na hal sa­yı­lır. Bi­ri var in­san, bi­ri də var onun xe­yir­xah əməl­lə­ri. İn­san­lar xe­yir­xah hə­rə­kət­lər de­yi­lən əməl­lə­ri edən­də, mə­sə­lən, cə­sur­luq və ya xe­yir­xah­lıq gös­tə­rən­də bu­nu elə edir­lər ki, san­ki gün­də­lik rəs­mi gə­zin­ti­də iş­ti­rak et­mə­dik­lə­ri­nə gö­rə cə­ri­mə ödə­yir­lər; elə bil hə­yat­da yer tut­ma­la­rı­na gö­rə kim­dən­sə üzr is­tə­yir və ya öz­lə­ri­ni tə­mi­zə çı­xar­dır­lar. (Şi­kəst və ru­hi xəs­tə­lər də öz ta­le­lə­ri­nə gö­rə be­lə­cə ca­vab ver­mə­li olur­lar.) Elə bil bu in­san­lar öz xe­yir əməl­lə­ri­nə gö­rə cə­za çə­kir­lər. Mən öm­rüm bo­yu özü­mü tə­mi­zə çı­xar­maq is­tə­mi­rəm, mən ya­şa­maq is­tə­yi­rəm. Mə­nim hə­ya­tım – ta­ma­şa de­yil, mə­nim öz öm­rüm-gü­nüm­dür. Mən is­tər­dim ki, bu hə­yat in­di­ki qə­dər gər­gin ol­ma­sın, yə­ni pa­rıl­tı­lı və qey­ri-sa­bit de­yil, nor­mal və ha­mar ol­sun. Mən is­tər­dim ki, hə­ya­tım qan sa­çan prob­lem­lər­lə do­lu ol­ma­sın, sağ­lam və xo­şa­gə­lən ol­sun.Gö­rü­rəm ki, adi bir in­san­sı­nız və si­zin fə­a­liy­yə­ti­ni­zə qo­şul­maq ba­rə­də ça­ğı­rış­la­rı­nı­za əməl et­mək is­tə­mi­rəm. Çox nə­cib he­sab edi­lən bu fə­a­liy­yə­tə qo­şu­lub – qo­şul­ma­ya­ca­ğı­mın mən­dən öt­rü fər­qi yox­dur. Mə­nim bu­na ana­dan­gəl­mə hü­qu­qum var. İs­te­da­dım nə qə­dər cü­zi və mis­kin ol­sa da, mən ne­cə va­ram­sa elə­yəm və bu­nu tə­zə­dən sü­but et­mə­yə və ya ət­ra­fım­da­kı in­san­la­rın bu­nu eti­raf et­mə­lə­ri­nə eh­ti­yac duy­mu­ram.Mən baş­qa­la­rı­nın dü­şün­dük­lə­ri­ni de­yil, özü­mü na­ra­hat edən işi gör­mə­li­yəm. Ger­çək və in­tel­lek­tu­al hə­yat­da ey­ni də­rə­cə­də çə­tin olan bu qay­da bö­yük­lü­yün və mis­kin­li­yin nə de­mək ol­du­ğu­nu an­la­ma­ğı xey­li də­rə­cə­də asan­laş­dı­ra bi­lər. Bu qay­da­ya ri­a­yət et­mək çox çə­tin­dir, çün­ki hə­mi­şə elə adam­lar ta­pı­la­caq ki, on­lar və­zi­fə­lə­ri­ni­zi si­zin özü­nüz­dən yax­şı bil­dik­lə­ri­ni gü­man edə­cək­lər. Ha­mı tə­rə­fin­dən qə­bul edil­miş fi­kir­lə ra­zı­la­şa­raq ya­şa­maq asan­dır. Əvə­zi­ni­zə bü­tün qə­rar­la­rı baş­qa­la­rı qə­bul edir­sə, on­da ya­şa­ma­ğı­nız xey­li asan­la­şır. La­kin bö­yük şəxs odur ki, küt­lə­nin ara­sın­da öz tən­ha­lı­ğı­nın müs­tə­qil­li­yi­ni hay­sız-küy­süz qo­ru­yub sax­la­ya bi­lir.Siz­dən öt­rü heç bir əhə­miy­yə­ti ol­ma­yan ümu­mi fi­kir­dən im­ti­na edin, çün­ki bu cür fi­kir qüv­və­lə­ri­ni­zi bu­xov­la­yır. Siz vax­tı­nı­zı iti­rir­si­niz, öz xa­rak­te­ri­ni­zin də­yər­li cə­hət­lə­ri­ni məhv edir­si­niz. Əgər siz öl­müş bir məz­hə­bi dəs­tək­lə­yir­si­niz­sə, ölüb get­miş bir Bib­li­ya bir­li­yi­nin xey­ri­nə i­a­nə­lər ve­rir­si­niz­sə, bö­yük bir təş­ki­lat­la bir­lik­də döv­lə­tin le­hi­nə və ya əley­hi­nə səs ve­rir­si­niz­sə, de­mə­li, siz, sa­də­cə ola­raq, pan­si­on sa­hib­lə­ri­nin et­dik­lə­ri ki­mi qo­naq­la­ra açıl­mış süf­rə­yə qul­luq edir­si­niz – bü­tün bu səh­nə­lər si­zin ne­cə in­san ol­ma­ğı­nız ba­rə­də mən­də heç bir tə­səv­vür ya­rat­mır, bun­dan öt­rü nə qə­dər qüv­və­ni­zi hə­dər ye­rə sərf et­mə­yi­niz də öz ye­rin­də.La­kin siz iş­lə­yin, on­da mən si­zin kim­li­yi­ni­zi bi­lə­rəm. İş­lə­yin, ca­nı­nız bər­ki­sin. İn­san ba­şa düş­mə­li­dir ki, kon­for­mizm sa­də­cə ola­raq, giz­lənqaç oyu­nu­dur. Əgər siz han­sı­sa bir sek­ta­nın üz­vü­sü­nüz­sə, on­da mən si­zin ar­qu­ment­lə­ri­ni­zi təx­mi­nən bi­li­rəm. Bu­dur, mən öz məz­hə­bi­nin qay­da­la­rın­dan bi­ri­nin hə­qi­qi­li­yi ba­rə­də da­nı­şan va­i­zi din­lə­yi­rəm. Axı əv­vəl­cə­dən bi­li­rəm ki, onun nit­qin­də bir­cə kəl­mə də tə­zə söz ol­ma­ya­caq. Axı gö­rü­rəm ki, bu va­iz za­hi­rən açıq mü­za­ki­rə apar­maq niy­yə­tin­də ol­sa be­lə, əs­lin­də bu­na heç ya­xın gəl­mək fik­rin­də de­yil. Axı bi­li­rəm ki, o, mə­sə­lə­yə yal­nız bir­tə­rəf­li, ica­zə ve­ril­miş möv­qe­dən ya­na­şa­caq və bu­nu qə­rəz­siz bir adam ki­mi de­yil, kil­sə ke­şi­şi ki­mi edə­cə­yi­nə and iç­miş­dir. O, sa­də­cə ola­raq, muzd­lu və­kil­dir və kil­sə ka­fed­ra­sın­dan çı­xış edən bu ada­mın bü­tün hə­rə­kət­lə­ri baş­dan-ba­şa ədəbazlıqdır.Be­lə­lik­lə, in­san­la­rın ək­sə­riy­yə­ti öz­lə­ri­ni möv­cud fi­kir­lər­dən bi­ri­nə bağ­la­maq üçün göz­lə­ri­nin bi­ri­ni və ya hər iki­si­ni bağ­la­mış­dır. Bu kon­for­mizm on­la­rı yal­nız ay­rı-ay­rı hal­lar­da sax­ta­kar­lı­ğa sövq et­mək­lə və ya han­sı­sa bir ya­la­nın mü­əl­li­fi­nə çe­vir­mək­lə ki­fa­yət­lən­mir, on­lar ar­tıq bü­tün hal­lar­da sax­ta­kar­lıq­la məş­ğul olur­lar. On­la­rın hə­qi­qə­ti də tam hə­qi­qət de­yil. On­la­rın de­dik­lə­ri “iki” hə­qi­qi iki de­yil, on­la­rın de­dik­lə­ri “dörd” hə­qi­qi dörd de­yil. On­lar hər nə de­sə­lər, bi­zi mə­yus edir­lər və biz bil­mi­rik, on­la­rın de­dik­lə­ri­ni cid­di qə­bul et­mə­yə də­yər­mi. Bu­nun­la be­lə, tə­bi­ət bi­zim əy­ni­mi­zə san­ki mən­sub ol­du­ğu­muz təş­ki­la­tın həbs­xa­na li­ba­sı­nı ge­yin­di­rir. Si­fə­ti­miz və gör­kə­mi­miz ey­ni olur, sir-si­fə­ti­miz­dən küt­lük ya­ğır.Siz­də nə isə al­çal­dı­cı, təh­qi­ra­miz bir vər­diş də ya­ra­nır. Çox vaxt bu vər­diş bü­tün öm­rü­nüz bo­yu si­zi iz­lə­yir. Təh­qi­ra­miz vər­diş de­dik­də, bi­zi tə­rif­lə­yən olan­da si­fə­ti­mi­zin sə­feh gör­kəm al­ma­sı­nı, özü­mü­zü yax­şı hiss et­mə­yən­də, ya­xud ma­raq­sız söh­bət mə­qa­mın­da si­fə­ti­miz­də­ki sax­ta tə­bəs­sü­mü, ya­lan­dan gü­lüm­sə­mə­yi­mi­zi nə­zər­də tu­tu­ram. Be­lə hal­lar­da si­fə­ti­mi­zin əzə­lə­lə­ri tə­bii şə­kil­də hə­rə­kət et­mir, biz on­la­rı qəs­dən si­fə­ti­mi­zin kə­nar­la­rı­na doğ­ru sı­xı­rıq və əzə­lə­lər si­fə­tə həd­siz na­ra­zı­lıq ifa­də­si ve­rir.Si­zin non­kor­for­miz­mi­ni­zə görə dünya sizə qarşı qəddarlıq edəcək. Bu­na gö­rə də in­san baş­qa­la­rı­nın si­fə­tin­də­ki hə­qi­qi na­ra­zı­lıq ifa­də­si­ni hiss et­mə­yi ba­car­ma­lı­dır. Tə­səv­vür edin ki, ic­ti­mai yer­də və ya dos­tu­nu­zun qo­naq ota­ğın­da ya­nı­nız­da da­ya­nan adam­lar si­zə çə­pə­ki ba­xır­lar. Əgər bu nif­rət his­si hə­min ada­mın ora­da­kı in­san­lar tə­rə­fin­dən qə­bul edil­mə­mə­si­nin nə­ti­cə­si ol­say­dı, bu adam qəm­li bir gör­kəm­lə çı­xıb evi­nə ge­də bi­lər­di, la­kin çox­la­rı­nın si­fə­ti­ni tur­şut­ma­sı­nın, elə­cə də baş­qa­la­rı­nın çöh­rə­sin­də­ki tə­bəs­süm­lü ifa­də­nin elə bir cid­di sə­bə­bi yox­dur. Bu adamlar istədikləri vaxt sifətlərinə istədikləri görkəm verməyi bacarırlar və buna külək əsəndə qəzeti necə yellədirsə, eynilə o dərəcədə təbii şəkildə edirlər.Mə­gər ək­sə­riy­yə­tin siz­dən na­ra­zı ol­ma­sı se­na­tın və ya kol­le­cin siz­dən na­ra­zı ol­ma­sın­dan çox qor­xu­lu­dur? Dün­ya­dan bi­xə­bər ol­ma­yan əzm­kar adam sa­vad­lı si­nif­lə­rin qə­zə­bi­nə asan­lıq­la dö­zə­cək­dir. On­la­rın qə­zə­bi mə­ri­fət­li və ağ­la­ba­tan xa­rak­ter da­şı­yır, çün­ki on­lar öz­lə­ri utan­caq və in­cə qəlb­li in­san­lar­dır. La­kin on­la­rın qə­zə­bi­nə xal­qın na­ra­zı­lı­ğı da əla­və edi­lən­də, sa­vad­sız­lar və yox­sul­lar ayı­lan­da, bi­sa­vad və ko­bud qüv­və­lər, cə­miy­yə­tin tör-­tö­kün­tü­lə­ri qış­qı­rıb-ba­ğır­ma­ğa baş­la­yan­da on­da bu­ra­da sən­dən al­lah­se­vər­lik və ali­cə­nab­lıq tə­ləb olu­nur ki, bü­tün bun­la­ra əhə­miy­yət­siz bir şey ki­mi ba­xa­san.Bi­zi öz qüv­və­lə­ri­mi­zə inan­maq­dan çə­kin­di­rən da­ha bir dəh­şət­li mə­qam var: bu, bi­zim ar­dı­cıl­lı­ğı­mız, keç­miş­də­ki hə­rə­kət­lə­ri­mi­zə və söz­lə­ri­mi­zə hör­mət bəs­lə­mə­yi­miz­dir, çün­ki bi­zi əha­tə edən­lə­rin nə­zə­rin­də öz hə­yat yo­lu­mu­zun me­ya­rı məhz əv­vəl­ki hə­rə­kət­lə­ri­miz ola bi­lər və biz hə­min adam­la­rı mə­yus et­mək is­tə­mi­rik.La­kin ba­şı­mı­zı hə­mi­şə dik tut­ma­ğa nə eh­ti­yac var? Biz əv­vəl­ki hə­rə­kət­lə­ri­mi­zə və açıq söy­lə­di­yi­miz fi­kir­lə­rə nə qə­dər zidd ol­saq da, nə üçün keç­mi­şin bu gə­rək­siz yü­kü­nü özü­müz­lə da­şı­ma­lı­yıq? Fərz edək ki, de­di­yi­mi­zin zid­di­nə çıx­ma­lı­yıq, axı nə ol­sun? De­yə­sən, be­lə bir müd­rik qay­da var: in­san hət­ta nə­yi­sə ya­da sa­lan­da, tək­cə öz yad­da­şı­na ar­xa­yın ol­ma­ma­lı­dır, o öz keç­mi­şi­nə bu gü­nün min göz­lü ba­xı­şı ilə bax­ma­lı­dır və hə­mi­şə bu­gün­kü gün­lə ya­şa­ma­ğa ça­lış­ma­lı­dır.Siz öz me­ta­fi­zi­ka­nız­da Tanrını şəx­siy­yət­siz­ləş­dir­di­niz, la­kin qəl­bi­ni­zin xoş mə­ram­lı sə­da­la­rı eşi­di­lən­də hə­ya­tı­nız­dan, ca­nı­nız­dan keç­mə­yi ba­ca­rın, məhz on­lar ila­hi qüv­və­yə rəng və for­ma ver­mə­li­dir­lər. Yu­sif öz li­ba­sı­nı kə­ni­zə ba­ğış­la­dı­ğı ki­mi, siz də öz nə­zə­riy­yə­ni­zi bir kə­na­ra atıb qa­çın.Kor-ko­ra­nə ar­dı­cıl­lıq cı­lız in­san­la­rın bay­ra­ğı­dır. Xır­da döv­lət xa­dim­lə­ri, fi­lo­sof­lar və il­a­hiy­yat­çı­lar bu­nu çox qiy­mət­lən­di­rir­lər. Ge­niş dün­ya ba­xı­şı­na ma­lik olan in­sa­na isə bu cür ar­dı­cıl­lıq sa­də­cə ola­raq, gə­rək de­yil. Bu onun üçün öz köl­gə­si­nin da­lın­ca qaç­maq ki­mi bir şey olar­dı. İn­di bu sa­at nə dü­şü­nür­sü­nüz­sə yal­nız onu, özü də ən sərt şə­kil­də de­yin, sa­bah isə – sa­bah nə fi­kir­lə­şir­si­niz­sə onu və ye­nə də ən sərt for­ma­da de­yin. Hər­çənd, si­zin sa­bah­kı söz­lə­ri­niz bu gün de­dik­lə­ri­ni­zə zidd ola bi­lər. De­yir­lər, əmin olun, si­zi hök­mən ba­şa düş­mə­yə­cək­lər. Mə­gər düz­gün ba­şa dü­şül­mə­mək çox pis şey­dir? Axı Pi­fa­qo­ru da, Sok­ra­tı da, İsa pey­ğəm­bə­ri də, Lü­te­ri də, Ko­per­ni­ki də, Qa­li­le­yi və Nyu­to­nu da düz­gün ba­şa düş­mür­dü­lər. Ümu­miy­yət­lə, bü­tün dövr­lər­də, dün­ya­ya gəl­miş hər bir müd­rik və saf in­sa­nı hə­mi­şə səhv ba­şa düş­müş­dü­lər. Da­hi­lə­ri heç vaxt düz­gün ba­şa düş­mə­yib­lər…
['Ralf Uoldo Emerson', 'inam', 'inam və uğur', 'özünəinam']
6,617
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1604/ingilt%C9%99r%C9%99nin-d%C9%99niz-ticar%C9%99ti-v%C9%99-m%C3%BCst%C9%99ml%C9%99k%C9%99l%C9%99r-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99si.html
İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizəsi
papatürk
orta əsrlər tarixi
17 may 2010, 13:21
Böyük coğrafi kəşflərdən sonra İngiltərə mühüm dəniz yollarının keçdiyi rayonlara daxil idi. Londonda çoxlu tacir kontorları və banklar meydana gəlmişdi. Manufaktura yaranandan sonra İngiltərə başqa ölkələrə yun göndərmir, ancaq mahud, kömür, balıq və s. aparırdı. Ticarət sürətlə inkişaf edirdi. Uzaq ölkələrlə aparılan bütün ticarət ən varlı tacirlərin təşkil etdiyi şirkətlərin əlində idi. Şirkətlərə daxil olan tacirlər mah birlikdə satır, gəlirini qoyulan pula görə bölüşürdülər. Rusiya ilə ticarət etmək üçün Moskva şirkəti, Afrika ilə Qvineya şirkəti, Hind okeanı və Sakit okeanı sahillərindəki ölkələrlə ticarət aparmaq üçün Ost-Hind şirkəti (1600) yaranmışdı. Ümid burnundan şərqə tərəf olan ölkələrlə yalnız bu şirkət ticarət apara bilərdi. XVI əsrin əvvəllərində dünya okeanlarında ağalıq uğrunda İngiltərə və İspaniya mübarizə aparırdı. Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya idi. İspaniya başqa ölkələrin onun müstəmləkələrində ticarət aparmasını qadağan etmişdi. İngiltərə hökuməti bununla razılaşmadı. Elə buna görə də, İngiltərə dəniz quldurları İspaniya müstəmləkələrində, İspaniya sahillərində quldurluğu genişləndirdilər. İngiltərə kraliçası I Yelizaveta Tüdor (1558-1603) ticarət və gəmiçiliyi, dəniz quldurluğunu əl altdan (gizli) müdafiə edirdi. O, İngiltərənin qüdrətli donanmasını yaratdı, dəniz quldurlarına kral donanmasının admiralı rütbəsini verdi. İngiltərədə dəniz quldurluğu çox zaman qul alveri ilə birləşirdi. Gəmi sahibi Con Hokins London varlılarının köməyi ilə Afrikaya ekspedisiya təşkil etdi. Kraliça ona iki hərbi gəmi vermişdi. O, Afrikada 500 qul alıb İspaniyanın müstəmləkələrində satmaq istədi. Lakin ispan qubernatoru qul satmağa icazə vermədi. Hokins toplardan atəş açdı, qubernator qul satışına icazə verməyə məcbur oldu. Bu «qəhrəmanlığa» görə I Yelizaveta ona cəngavər rütbəsi verdi. İngilis dəniz qulduru Frensis Dreyk kiçik donanması ilə Magellan boğazından Cənubi Amerikanın qərbinə keçmiş, qızıl və gümüş yüklənən ispan gəmisini ələ keçirib dünya okeanmı dolaşdıqdan sonra İngiltərəyə gəlib çıxmışdı. O, Magellandan sonra dünya səyahətini həyata keçirmişdi. Kraliça Yelizaveta onun gəmisinə gəlib onu təbrik etmişdi. «Məğlubedilməz armada»nm məhvi. Dəniz ticarətində İspaniya İngiltərənin əsas rəqibi idi. İspaniyanın böyük donanması və ən geniş müstəmləkələri var idi. İspaniya kralı başqa ölkələrin onun Amerikadakı müstəmləkələri ilə ticarət aparmasını qadağan etdi. Buna cavab olaraq, İngiltərə kraliçası başda olmaqla ispan müstəmləkələrində, hətta İspaniya sahillərində quldurluq və qarətçilik genişləndi. İngiltərə bu sadə və əsas yolla sərvət ələ keçirmək və dənizdə ağalığı İspaniyanın əlindən almaq istəyirdi. Dreyk, Hokins və başqaları donanmaya başçılıq etdilər. İngiltərə İspaniyaya qarşı, İspaniya da İngiltərəyə qarşı hücuma hazırlaşdı. 1588-ci ildə ispanlar 130 yelkənli gəmi və 20 min əsgərlə Temza çayının dənizə tökülən hissəsinə yaxınlaşdılar. İspanlar öz donanmalarını «məğlubedilməz Armada» adlandırırdılar. Armada böyük donanma deməkdir. 1588-ci ildə İngilis gəmiləri La-Manş boğazında ispan gəmilərinə hücum etdilər. 2 həftə davam edən döyüşdə ingilislər qalib gəldilər. İngilislər abordaj döyüş qaydasından istifadə etdilər. Abordaj gəmi bortu deməkdir. Döyüş zamanı düşmən gəmisi əks tərəfin gəmisinə yanaşır, qarmaqla onu öz gəmisinə bağlayır və düşmən gəmisinə keçib vuruşur. İspan gəmiləri Şimal dənizinə sıxışdırıldı. Qayalara dəyən gəmilər məhv oldu. Beləliklə, 1588-ci ildə İngiltərə-İspaniya müharibəsi nəticəsində İspaniyanın dəniz qüdrəti sarsıldı, dənizlərdə hökmranlıq tədricən İngiltərənin əlinə keçdi. Məğlubedilməz Armada haqqında: İngiltərənin ilk müstəmləkələri. İspaniyanın məğlub edilməsi ingilislərin yeni müstəmləkələr ələ keçirməsini asanlaşdırdı. 1607-ci ildə ingilislər Şimali Amerikanın şərq sahillərində özlərinin ilk müstəmləkəsi olan Virciniyanın əsasını qoydular. Buranın yerli əhalisi ingilisləri dostcasına qarşıladı. Lakin az sonra ingilislər onlara divan tutmağa başladı və bütöv tayfaları məhv etdilər. İngilislər portuqaliyalıları Asiyada sıxışdırmağa başladılar. 1600-cü ildə yaranmış Ost-Hind şirkəti Böyük Moğol hökmdarından Hindistanda gömrüksüz ticarət etməyə icazə aldı. İngilis burjuaziyası öz ölkəsinin zəhmətkeşlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət topladı. Həmin sərvəti iri müəssisələr tikməyə sərf etdilər.
['armada', 'Ost-Hind', 'İngiltərə tarixi', 'Britaniya tarixi']
6,618
https://kayzen.az/blog/astronomiya/1603/astronomiya-n%C9%99dir-v%C9%99-n%C9%99yi-%C3%B6yr%C9%99nir.html
Astronomiya nədir və nəyi öyrənir
mr13
Astronomiya
17 may 2010, 13:10
Kitab dilsiz müəllimdir. Platon 1. Astronomiya fənni "Astronomiya" sözü yunanca "astron" - ulduz və "nomos" - qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada "ulduzlar qanunu" kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir. Astronomiya əsasən üç məsələnin həlli ilə məşğuldur: 1. Göy cisimlərinin görünən və həqiqi vəziyyətlərinin və hərəkətlərinin öyrənilməsi, göy cisimlərinin forma və ölçülərinin, onlara qədər məsafələrin təyini; 2. Göy cisimlərinin quruluşunun, fiziki halının və kimyəvi tərkibinin təyini; 3. Göy cisimlərinin və onların əmələ gətirdiyi sistemlərin əmələ gəlməsi və təkamülünün öyrənilməsi. 2. Astronomiyanın tədqiqat üsulları Astronomiya müşahidə elmidir. Astronomiyada göy cisimləri haqqındakı bütün bilgilər uzun astronomik müşahidələr nəticəsində əldə edilir. Ilk əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahidələr xeyli mükəmməlləşdi, bu da göy cisimləri haqqında bilgilərin qat-qat zənginləşməsinə səbəb oldu. 1957- ci ildə Yerin ilk süni peykinin buraxılması ilə astronomiyada yeni bir dövr başlandı. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması və nəhayət Aya uçuşla astronomiya müşahidə elmi çərçivəsindən çıxdı və qismən eksperimental elmə çevrilməyə başladı. 3. Astronomiyanın bölmələri Astronomiyanı əsasən üç bölməyə ayırmaq olar: 1. Astrometriya - Göy cisimlərinin vəziyyətini, koordinatlarını və vaxtı ölçməklə məşğul olur; 2. Göy mexanikası - Cazibə qüvvəsinin təsiri ilə göy cisimlərinin hərəkət qanunlarını öyrənməklə məşğul olur; 3. Astrofizika - Göy cisimlərinin quruluşunu, fiziki halını, kimyəvi tərkibini, yaranmasını və təkamülünü öyrənməklə məşğul olur. 4. Astronomiyanın yaranması və əsas inkişaf mərhələləri Astronomiya dəqiq elmlərin ən qədimidir. Astronomiya qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Yunan alimi Filolay bizim eradan əvvəl (b.e.ə. »400-cü il) Yerin kürə şəklində olduğunu söyləmiş, b.e.ə. III əsrdə Eratosfen Yerin radiusunu təyin etmiş, b.e.ə. II əsrdə Hipparx minə qədər ulduzu içərən ilk ulduz kataloqu tərtib etmiş və Yer oxunun presessiyasını kəşf etmişdir. Bizim eranın II əsrində Ptolemey dünyanın geosentrik sistemini riyazi olaraq çox böyük dəqiqliklə işləmiş və bir çox göy hadisələrini izah etmişdir. Aristarx Samosskiy heliosentrizm ideyasını vermiş, Yer- dən Günəşə və Aya qədər məsafələrin nisbətini təyin etmişdir. Çin astronomları bizim eradan iki min il əvvəl Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verə bilirdi. Misirdə bizim eradan üç min il əvvəl ilin uzunluğunu kifayət qədər büyük dəqiqliklə təyin edə bilmişlər. Yeni eradan əvvəl VIII əsrdən başlayaraq astronomiya müşahidələrinin qeydi aparılmağa başlamışdır, onların bəziləri günümüzə qədər gəlib çatmışlar. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Orta Asiyada əl-Bəttani (850-929), Biruni (973-1048) və Uluqbəy (1394-1449) astronomik müşahidələr aparmış və astronomiyanın inkişafında büyük rol oynamışlar. XIII əsrin əvvəllərində büyük Azərbaycan astronomu Nəsirəddin Tusi (1201-1274) Azərbaycanda dünyanın ən böyük və ən mükəmməl Marağa rəsədxanasını qurmuşdur. Qısa müddətdə bu rəsədxana dünyanın astronomiya mərkəzinə çevrilmişdir. Rəsədxanada astronomiyaya dair 100-dən çox monoqrafiya hazırlanmışdır. Onlardan 30-u şəxsən Tusinin özünə məxsusdur. Rəsədxana çox zəngin kitabxanaya malik olmuş və o dövrün Elmlər Akademiyası kimi şöhrət tapmışdır. Marağa rəsədxanasında sistematik astronomiya müşahidələri aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyətini itirməmiş məşhur "Elxan cədvəlləri" tərtib olunmuşdur. Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Nikolay Kopernik (1473-1543) "Dünyanın heliosentrik sistemi"ni vermişdir. Bu yeni astronomiyanın meydana gəlməsinə və sürətlə inkişafına səbəb olmuşdur. Tixo Brahe (1546-1601), Iohan Kepler (1571 1630), Qalileo Qaliley (1564-1642), Isaak Nyuton (1643-1727) və başqaları astronomiyanın inkişafında büyük rol oynamışlar. Kepler planetlərin hərəkət qanunlarını vermiş, Nyuton Ümumdünya Cazibə qanunu kəşf etmiş və müşahidələr əsasında verilmiş Kepler qanunlarını riyazi olaraq almış və ümumiləşdirmişdir. O, ilk dəfə olaraq bir çox astronomik hadisələrin düzgün izahını vermişdir. etməyə başlayır. 1781-ci ildə Uran planeti, 1846-cı ildə isə Neptun planeti kəşf olunur. 1930-cu ildə Günəş sisteminin IX planeti Pluton kəşf olunur. 2006-cı il avqustun 24-də Beynəlxalq Astronomiya Ittifaqının Baş Assambleyasında qərara alınmışdır ki, Pluton planet deyil. 1859-cu ildə Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoqrafiya kəşf olunur və astronomiyada fotoqrafik müşahidələrə başlanılır. Beləliklə, astronomiyanın ən gənc sahəsi - astrofizika yaranır. XX əsrin 40-50-ci illərində radioastronomiya meydana gəlir. 1957-ci ildə Yerin ilk süni peyki buraxılır. 1961-ci ildə kosmosa ilk insan uçuşu, 1969-cu ildə Aya yumşaq enmə həyata keçirilir. Bununla da astronomiyada yeni era başlanır. Beləliklə, astronomiyanın inkişafını aşağıdakı mərhələlərə ayırmaq olar: I. Qədim yunan mərhələsi: Bu mərhələ yeni eradan əvvəl III əsrdən bizim eranın II əsrində Ptolemeyin dünyanın geosentrik sistemi təliminin yaranmasına qədər olan dövrü əhatə edir; II. Şərq mərhələsi: Orta Asiya və Azərbaycanda astronomiyanın təşəkkül tapdığı X-XVI əsrləri əhatə edir; III. Avropa mərhələsi: XVI əsrdə Kopernikin dünyanın heliosentrik sisteminin kəşfindən XIX əsrdə fotoqrafiyanın və spektral analizin kəşfinə qədər olan düvrü əhatə edir; IV. Kosmik mərhələ: 1957-ci ildə Yerin ilk süni peykinin buraxılmasından bu günə qədər olan dövrü əhatə edir. 5. Astronomiyanın digər elmlər arasında yeri Astronomiyanın digər təbiət elmlərinin inkişafında böyük rolu olmuşdur. Göy cisimlərində müvcud olan bəzi fiziki şəraiti yer laboratoriyalarında almaq mümkün olmur. Ona görə göy cisimlərindəki fiziki şəraiti öyrənməklə onu Yerdə gedən proseslərə də şamil etmək olar. Məsələn, maddənin yüksək temperatur və yüksək sıxlıq şəraitində halı ulduzlarda aşkar edilmiş və sonra Yer şəraitində də öyrənilməyə başlamışdır. Helium elementi ilk dəfə Günəşdə, sonra isə Yerdə kəşf olunmuşdur. Astronomiyanın böyük fəlsəfi əhəmiyyəti də vardır. Insan yaşadığı Kainatı dərk etmək üçün astronomiyanı öyrənməli və Kainatda öz yerini bilməlidir. Bəzi göy hadisələrinin, məsələn, Günəş və Ay tutulmalarının mahiyyətini öyrənməklə insanlıq əsrlər boyu yaşadığı vahimələrdən azad olmuşdur. Göy cisimlərinin hərəkət qanunlarını bilmədən kosmik uçuşlar mümkün olmazdı. Müasir aviasiyanı və naviqasiyanı da astronomiyasız təsəvvür etmək olmaz. Beləliklə, astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir və onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz. C.M.Quluzadə
['astronomiya', 'astronomiyanın tarixi']
6,619
https://kayzen.az/blog/videofan/1602/%C9%99n-%C3%A7%C9%99tin-se%C3%A7im.html
Ən çətin seçim
videofan
Bloq: videofan
17 may 2010, 10:06
Əsəbi və hamilə qadınlar baxmasın.Dünyada ən çətin seçim bunu sayırlar. Bu hadisə doğurdan da bir vaxtlar İngiltərədə olub. bir vaxtlar qatar yolunda bir adam operator işləyirmiş. Qatarların körpüdə keçdiyi yolu requlirovka edirmiş. Hər şeydən çox sevdiyi oğlu varmış. Ata-bala bir yerdə olurlarmış.Bir gün qatar körpünün üstündən keçərkən problem yaranır.Ata seçim qarşısında qalmalı olur.Ya öz oğlunu qurban verməlidir,ya da bütün qatardakılar ölməlidir.
['valideyn']
6,620
https://kayzen.az/blog/kino/1601/leon.html
Leon
Dior
Kino
17 may 2010, 00:33
Film 1994 cü ildə rejissor Lyuk Besson tərəfindən çəkilmişdir. Leon pulla adam öldürən soyuqqanlı bir killerdir.O çox tapşırıqlarını əsasən dostu Tonidən alır.Toni öz işlərini balaca bir restoranda işləməklə aparır. Leon boş vaxtlarında qimnastika ilə məşğul olur,kinoya gedir və ən əsası özünün daimi dostu olan otaq bitkisinə qulluq edir. Leon bir gün gözlənilmədən öz qonşusu 12 yaşlı Matilda ilə qarşılaşır. Matilda bir o qədərdə yaxşı olmayan ailədə böyüyür.Onun atası narkotika alveri ilə məşğul olan polislərlə iş qurur.Onlar üçün kokain gizlədib əvəzində pul alır..Lakin bir gün onlar öyrənirlərki o kokainin çox hissəsini özü üçün oğurlayıb.Buna görə də Stensfild öz dəstəsi ilə onun evinə hücum edib,bütün ailə üzvlərini vəhşicəsinə qətlə yetirirlər.Matildə isə bu vaxt dükanda olur. Evə qayıdarkən olanları hiss edib,növbəti qurban olmamaq üçün,soyuqqanlı bir halda Leonun qapısını döyməyə başlayır.Guya ki,orda yaşayır.Bütün hadisəni qapının gözlüyündən izləyən Leonun bu xəbərsiz gəliş xoşuna gəlməsədə və qapını açmağın böyük bir risk olmasını bilsə də Matildanı içəri buraxır.Və beləliklə onların görüşü burda başlayır. Matilda sonradan Leonun killer olduğunu öyrənir.Balaca qardaşının qisasını almaq üçün,Leondan ona adam öldürməyi öyrətməyi xahiş edir.Əvəzində isə söz verirki,ona ev işlərində kömək edəcək və ən əsası ona yazmağı və oxumağı öyrədəcək.Beləlilkə Leon razılaşır.Matilda isə vaxt keçdikcə Leonu sevməyə başlayır və bunu ona dəfələrlə söyləyir.Leon isə həmişəki kimi sakitliyini qoruyur.Lakin ürəyində Matildaya qarşı xoş təəsüratlar yaranmağa başlayır. Bu müddət ərzində artıq Matilda özünə güvənməyə başlayır.Qərara gəlir ki artıq intiqam almağın vaxtıdır.Stensfildi izləyib onun ofisinə qədər gedir.Onu vurmaq istəyən zaman Stensfild ona mane olur. Bu vaxt evə gələn Leon Matildanın yazdığı məktubu görüb,tez onu xilas etməyə gedir.Stensfildin iki admını öldürərək,Matildanı ordan götürüb qaçır. Stensfild bu haldan çox qəzəblənir.Bir gün adamları Matildanı izləyir.O evə gələndə onu tutub,hədələyirlər.Matilda qapını döymək məcburiyyətində qalır.Lakin Leonla danışdıqları kimi yox.Bunu hiss edən Leon,aqentlərə qarşı plan qurur.Onlardan birini əsir götürərək əvəzində,Matildanı alır.Və mətbəxdə şaxtaya gedən bir divarı sökərək Matildanı ordan yola salır.Bu zaman Leon Matildaya onu sevdiyini deyir. Evə qumbara atırlar.Qarışıqlıqdan istifadə edən Leon,öldürülmüş polislərdən birinin paltarını geyib maskanı taxaraq aradan çıxmaq istəyir.Lakin Stensfild bunu hiss edərək onu təqib edərək yaralayır.Qələbəsini qeyd etmək üçün ona tərəf əyilir.Bu zaman Leon əlindəki qumbaranı onun əlinə verərək,bunun Matildadan hədiyyə olduğunu söyləyir.Və Stensfild Leonun bütün sinəsinin qumbara ilə dolu olduğunu görür.Dəhşətli partlayış onların ikisini də məhv edir. Bundan sonra Matilda Toninin yanına gedir.Çünki Leon ona bunu məsləhət görmüşdü.Matilda Tonidən iş istəyir.Toni isə Matildaya məktəbə getməyi məsləhət görür.Matilda Tonidən heç bir kömək görməyəcəyinə əmin olaraq, məktəbə gedir. Həyətdə Leonun otaq bitkisini dibçəkdən çıxarıb,yerdə əkir.Bə bununla da o simvolik olaraq Leonun arzusunu yerinə yetirir. Bu filmi çox sevirəm.Dəfələrlə baxsamda həmişə ilk dəfə baxdığım həyəcanla filmi izləyirəm.O vaxt uşaq idim.Elə o zamandan Jan Renoya qarşı məndə xoş təəsüratlar yarandı. Leon obrazı əslində o qədərdə qəddar bir obraz deyil.Pulla tutulmuş killer olsada,onun ürəyinin dərinliyində sevgi adlı hisslər də olur.O qara eynəyin arxasında yumşaq bir insanın gözləri gizlənir.Və bu yumşaqlıqda Matilda ilə görüşdən sonra özünü biruzə verməyə başlayır. Filmin soundtrack-ı  da çox gözəldi.Stinqin ifasında Shape of my heart
['leon', 'Jan Reno', 'fransız kinosu', 'Lük Besson']
6,621
https://kayzen.az/blog/rus-dili/155/z%C9%99rfl%C9%99r.html
Zərflər
2ral
Rus dilini öyrənək
16 may 2010, 21:04
Zərf (наречие) müstəqil nitq hissəsi kimi iş, hal, hərəkət və keyfiyyətə aid olub, onların əlamətini bildirir və başqa sözlərlə əlaqədə dəyişmir. Zərflər əsas etibarilə fellərin, bəzi hallarda isə sifət və habelə zərflərin özünün əlamətini göstərərək, cümlədə əvəzlik vəzifəsini ifadə edirlər: 1) Тогда он встретил под горой старушечку, чуть-чуть живую, горбатую (qozbel, beli bükülmüş, donqar), совсем седую. Burada тогда zərfi встретил felinə aid olub cümlədə zaman zərfliyini (обстоятельство времени) ifadə edir; чуть-чуть zərfi живую sifətinə, совсем zərfi isə седую sifətinə aiddir. hər iki zərf cümlədə dərəcə zərfliyini (обстоятельство степени) ifadə edir. 2) Собрание продолжалось довольно долго. Долго zərfi продолжалось felinə aid olan dərəcə çalarlı (оттенок степени) zaman zərfliyi, довольно zərfi isə долго zərfinə aid olub, müddət dərəcəsini göstərir (указывает на степень длительности) və cümlədə dərəcə zərfliyidir (обстоятельство степени). Bəzi zərflər isimlərə də aid ola bilər. Buna əsasən aşağıdakı hallarda təsadüf edilir: 1) isim hərəkət bildirəndə: движение вперед, шаг назад, чтение вслух; 2) isim keyfiyyət bildirəndə: почти старик (старик в значении «старый»), совсем дитя (дитя в значении «неопытный»); 3) bəzi zərflər isimlərə aid olub yeyinti şeylərini göstərir: яйцо всмятку (ilıq bişmiş yumurta), кофе по-варшавски və s. Zərflərdən bəziləri əvəzliklərin xüsusiyyətlərini də özlərində birləşdirir. Bunlar əvəzlikli-zərflər (местоименные наречия) və ya əvəzlik-zərflər (местоимения-наречия) adlanır. Məsələn: там, тогда, здесь, сюда, где, когда, везде, всюду. Əvəzlikli zərflər də fellərə, sifətlərə və zərflərin özlərinə aid olub cümlədə zərflik rolunu ifadə edirlər: куда ты скачешь, гордый конь, и где опустишь ты копыта? (копыто—дырнаг). Əvəzlikli zərflər aşağıdakı qruplara bölünür: Sual (вопросительные): где? куда? откуда? когда? отчего? почему? зачем? как? Inkar (отрицательные): нигде, никуда, ниоткуда, никогда, никак, негде. Qeyri-müəyyən (неопределенные): некогда, неоткуда, незачем, некогда (vaxt, macal yoxdur). то, -либо, -нибудь, -кое ədatları ilə düzələnlər: где-то, куда-нибудь, кое-как вэ с. Işarə (указательные): там, туда, сюда, здесь, тогда, так, потому, поэтому, затем. Təyin (определительные): везде, всюду, всегда, иногда və s. Sual əvəzlikli zərflərə (вопросительные местоименные наречия) nisbi (относительные) zərflər də deyilir, çünki onlar budaq cümlə(ni baş cümlə ilə əlaqələndirirlər. Məsələn: Все бросились туда, откуда доносились выстрелы. Zərflərin mənalarına görə təsnifi. Zərflərin mənaları bir tərəfdən onların yaranması, mənşəyi (происхождение) ilə, digər tərəfdən isə bu və ya digər sözlə birləşməsi ilə bağlıdır. Mənalarına görə zərfləri aşağıdakı qruplara ayırmaq olar: Yer zərfləri (наречия места)—hərəkətin yerini bildirir və где? куда? откуда? suallarına cavab verir: здесь, там,тут, вблизи, вдали, везде və s. Zaman zərfləri -(наречия времени)—hərəkətin nə vaxt icra olunduğunu bildirir. Bu sözlərə когда? sualını vermək olar: вчера, сегодня, завтра, послезавтра, позавчера, утром, вечером və s. Tərzi-hərəkət zərfləri (наречия образа действия)—hərəkətin necə və nə tərzdə icra olunduğunu göstərir və как? каким образом? suallarından birinə cavab verir. Быстро, медленно, скоро, тихо, хорошо, плохо, отлично və s. Ölçü, hədd, hüdud zərfləri (наречия меры)—сколько раз? во сколько раз? на сколько частей? в каком количестве? suallarına cavab olur: дважды, трижды, четырежды, вдвое, втрое, вчетверо və s. Dərəcə bildirən zərflər (наречия степени)—в какой степени? sualına cavab verir: очень, вполне, весьма, довольно və s. Səbəb bildirən zərflər (наречия причины)—почему? sualına cavab verirlər: сдуру (axmaqlıqdan, səfehlikdən, düşüncəsizlikdən), сослепу (korluqdan, görmədiyindən), почему, потому və s. Məqsəd zərflərinə (наречия цели)—зачем? sualını vermək olar: назло (acığına, açıqdan), нарочно (qəsdən, bilə-bilə, yalandan, zarafatla), зачем, затем və s.
['zərf', 'zərflər', 'наречия']
6,622
https://kayzen.az/blog/Rovshan_Quliyev/1584/h%C9%99rbi-rekordlar-2.html
Hərbi rekordlar-2
Rovshan_Quliyev
Bloq: Rovshan_Quliyev
16 may 2010, 11:16
- İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar isilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir. Yaralananlar,kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil etmişdir. - Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxartdı. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi.Onun ordusu "Taypin tyanqo" adlanırdı və tərcümədə "Səmavi rifah dövləti" mənasını verir. - Bəlli olan mühasirələrdən ən uzunmüddətlisi,qədim dünyanın tarixçisi Herodotun verdiyi məlumata görə,Misir hakimi I Psammetikin İsraildə İsdudun mühasirəsi olub.O.b.e.ə 664-cü ildən başlayaraq 29 il davam etmişdir.— SSRİ-də ən çox mükafat alan L.İ.Brejnev almışdır.Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda»ali hərbi ordeni,8 Lenin,2 Oktyabr İnqilabı,2 Qırmızı Bayraq,Boqdan Xmelnitski,I dərəcəli Vətən müharibəsi,Qırmızı ulduz ordenləri,SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu,xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı. — Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir.O,58 mükafata,o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına layiq görülmüşdür.Bundan əlavə Mkartur hərbi kompaniyalarda iştirakına görə 18 ulduz almışdır.O,İkinci Cahan savaşı zamanı Şərəf ordeni ilə təltif edilmişdir.- ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən,SSRİ-nin hərbi xərcləri 80-cı illərin sonunda ümumi milli məhsulun 13%-dən 17%-nə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞdan 3 dəfə çox idi. - Ekvatorial Qvineyasının prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar vermişdir.Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn "həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir". - Ən ağır adi bomba-"Qrand sxem" 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən tətbiq edilmişdir. Onun çəkisi 9975 kq,uzunluğu 8 m idi.Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiruolu körpüsünə atılmışdır. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxartmışlar.
['hərbi rekordlar', 'müharibələr']
6,623
https://kayzen.az/blog/herb/1583/h%C9%99rbi-rekordlar-1.html
Hərbi rekordlar-1
Rovshan_Quliyev
Hərb
16 may 2010, 11:04
— Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar. — 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir. — Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir. Rusiyanın nə vaxtsa apardığı müharibələrdən ən sürəklisi Qafqaz müharibəsi olmuşdur.Məqsədi Dağlıq Dağıstanı,Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü ilədək davam etmişdir. — Böyük Britaniya və Zanzibar(hal hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlamış və cəmi 38 dəqiqə davam etmişdir.Həmin gün admiral Rousonun komandalığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ültümatum təqdim etdi.Ültümatum dənizdən qısa bombardmandam sonra qəbul olundu və bundan sonra müharibə başa çatdı. — Dövrümüzün nəhəng vuruşması 1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşurdu.İngilislər orad 14 gəmi və 6097 adam itirmişlər.Almanların itkisi isə 11 gəmi və 2545 adam olmuşdur. — Sovet İttifaqı dövründə dünyada ən çox sualtı qayıqlara malik olmuşdur-375.Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ 80-cı illərin sonunda 92 atom sualtı qayığına malik idi. — Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olmuşdur.1989-cu ildə onun sayı 4.258.000 nəfər idi.Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi. — Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurmuşdur. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olmuşdur. — II Dünya Müharibəsində vurulan təyyarələrin sayına görə rekord(352 təyyarə)alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet ası İvan Kojedub-62,ingilis pilotu,kral HHQ-nin polkovniki Edqar Conson -38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O,6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 rəqib təyyarəsi vurub. — II Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmilərini batırmışdır. O,bir yürüş zamanı 54 sualtı qayığı suyun dibinə oturtmuşdur.
['hərbi rekordlar', 'hərbi igidliklər']
6,624
https://kayzen.az/blog/atmosfer/1448/atmosferd%C9%99-temperatur.html
Atmosferdə temperatur
2ral
Atmosfer
16 may 2010, 10:50
Havanın temperaturu termometr adlı cihazla ölçülür. Termometri metereoloji stansiyada 2 m hündürlükdə quraşdırılan qutuya qoyurlar. Orta sutkalıq temperaturu bilmək üçün hər 3 saatdan bir (sutkada 8 dəfə) temperaturu ölçürlər. Sonra temperaturları toplayaraq ölçmələrin sayına (8-a) bölürlər. Əgər gün ərzində həm müsbət həm də mənfi temperaturlar olarsa, müsbət və mənfi temperaturlar ayrılıqda toplanır, böyük rəqəmdən kiçik rəqəm çıxılır və ölçmələrin sayına bölünür. Bu zaman nisbətdə bölünənin işarəsi saxlanılır. Orta sutkalıq temperaturları toplayıb, aydakı günlərin sayına bölməklə orta aylıq temperaturu, orta aylıq temperaturları toplayıb ilin 12 ayına bölməklə orta illik temperaturu tapmaq olar. Yer səthində Günəş istiliyinin qeyri-bərabər paylanması - Yerin formasından və günəş şüalarının düşmə bucağının müxtəlifliyindən asılıdır. Sutka ərzində ən alçaq temperatur, səhər Günəş çıxmamışdan bir az əvvəl, ən yüksək temperatur isə günortadan 2-3 saat sonra (saat 14.00-15.00) olur. Buna səbəb Günəşin əvvəl yeri, sonra isə havanı qızdırmasıdır. Deməli troposfer havasının qızmasının əsas mənbəyi -Yer səthidir. Sutka ərzində havanın temperaturunun ən yüksək və ən alçaq qiymətləri arasındakı fərqə sutkalıq amplituda deyilir. Sutkalıq amplituda - coğrafi enlikdən, səth örtüyündən, bululudluqdan və relyefdən asılıdır. Coğrafi enlik artdıqca sutkalıq amplituda da artır. Havanın enən hərəkəti və buludluluğun az olması nəticəsində tropik enliklərdə temperaturun sutkalıq amplitudası böyük olur. Sutkalıq ampletuda - su səthində, buludlu havada, meşə sahəsində, qışda, sahildə az; quru səthində buludsuz, aydın havada, səhrada, yayda, sahildən uzaqda isə çox olur. Relyefin qabarıq formaları temperaturun sutkalıq amplitudunu azaldır. Çökək formaları isə artırır. Ilin ən isti və ən soyuq aylarının orta temperaturları arasındakı fərqə temperatur dəyişmələrinin illik amplitudası deyilir. Ekvatordan qütblərə doğru getdikcə illik temperatur amplitudası artır. Ən böyük illik temperatur amplitudası kontinentallığın çoxluğu ilə əlaqədar mülayim enliklərdə, ən az isə ekvatorda müşahidə olunur. Quru səthində temperaturun illik maksimumu iyulda, minimum isə yanvarda (Şimal yarımkürəsində) qeyd edilir, bu kəmiyyət su sahələri üzərində avqust və fevralda baş verir. Çünki dünyada ən yüksək istilik tutumu suya məxsus olsa da, su çox zəif istilik keçirmə qabiliyyətinə malikdir. Bu səbəbdən su gec qızır və gec də soyuyur. Dünyanın orta illik temperaturu 14°C-dir. Ekvatordan qütblərə doğru getdikcə Günəş şüalarının düşmə bucağı kiçildliyi üçün temperatur aşağı düşür. Günəş şüaları əvvəl yeri, sonra isə havanı qızdırdığından hündürlük artdıqca, temperatur hər 100 m-də 0,6°C aşağı düşür (1 km-də 6°C). Lakin bəzən temperaturun yuxarıya doğru artması müşahidə olunur ki, buna temperatur inversiyasi deyilir. (Məs. Talış dağlarında). Xəritədə eyni temperatura malik olan nöqtələri birləşdirən əyri xətlərə izotermlər deyilir. Iqlim xəritələrində göy rənglə yanvar, qırmızı rənglə isə iyul izotermləri göstərilir. Əgər Yer kürəsində quru sudan daha çox olsaydı - havanın orta illik temperaturu və yağıntıların illik miqdarı azalardı, sutkalıq temperatur amplitudası isə artardı. Dünyanın ən yüksək temperaturu ekvatorda deyil, tropiklərdə müşahidə edilir. Buna səbəb burada buludluluğun az olmasıdır. Dünyada ən isti yer - Liviyada-Tripoli şəhərində + 58C qeydə alınıb.(Şimal yarımkürəsində). Ikinci yüksək temperatur ABŞ-da - Ölüm dərəsində + 56,7°C (Qərb yarımkürəsində ən yüksək temperaturdur). Üçüncü yerdə Tar səhrası durur +53°C). Cənub yarımkürəsində ən yüksək temperatur Avstraliyada Nollarbor düzənliyindədir (+51DC). Dünyada ən alçaq temperatur - Antraktidanın «Vostok» stansiyasında -89°C qeydə alınıb. Şimal yarımkürəsində isə Oymyakonda (Yakutiya) -77,8°C qeydə alınıb. Azərbaycanda isə ən isti və ən soyuq yer-Naxçıvanda (Culfada) qeydə alınıb. Günəşdən Yer səthinə gəlib çatan bütün şüa enerjisinin cəminə Günəş radiasiyası deyilir və k.kal/sm2/il ilə ölçülür. Eyni bir paralel üzərindəki məntəqələrdə buludluluq və relyefin müxtəlif olması həmin məntəqələrin müxtəlif miqdarda Günəş radiasiyası almasına səbəb ola bilər. Dağlarda yüksəkliyə doğru buludluluq azaldığı üçün Günəş radiasiyası artır. Radiasiyanın 3 növü var: 1.Günəşdən Yer səthinə birbaşa (maneəsiz) düşən şüalara düz radiasiya deyilir. Bulud olmadıqda düz radiasiya artır. Düz radiasiya buludsuzluğun çox olması ilə əlaqədar tropik qurşaqda çox, ekvatorial qurşaqda isə daha az olur. 2. Atmosferdə qaz, toz, su buxarı və buludlar tərəfindən səpələnən və Yer səthinə daxil olan şüalara səpələnmiş radiasiya deyilir. Buludluluğun çoxluğu ilə əlaqədar olaraq ekvator və mülayim enliklərdə daha çox olur. 3. Düz və səpələnmiş radiasiyanın cəminə ümumi radiasiya deyilir. Ümumi radiasiya tropik səhralarda (200-220 k.kal/sm2) ən çox, qütb sahələrində isə (30-50 k.kal/sm2) ən azdır. Ekvatorial qurşaqda buludluluğun çox olması radiasiyanın (100-140 k.kal/sm2) azalmasına səbəb olur. Ümumi radiasiyanın bir qismi Yer səthi tərəfindən udulur, digər qismi isə əks olunur. Yer səthindən əks olunan radiasiyaya əks olunan, Yer səthi tərəfindən udulan radiasiyaya isə udulan radiasiya deyilir. Udulan radiasiya Günəş, şüalarının düşmə bucağı artdıqda artır, azaldıqda isə azalır. Günəş radiasiyasını ən çox qar və buzlaqlar, ən az isə yaşıl çəmən, meşə və qara torpaq əks etdirir. Arktik və Antarktik iqlim qurşaqlarında qar və buzlaqlar çox olduğundan burada əks olunan radiasiyanın miqdarı da çox olur. Yüksək dağ zirvələrində Günəş radiasiyasının çox olmasına baxmayaraq, buraya Günəş şüalarının zirvələrə kiçik bucaq altında düşməsi və səthin onları əksetdirmə qabiliyyətinin çox olması nəticəsində buradakı qar və buzlaqlar ərimir. Əks olunan radiasiyanın ümumi radiasiyaya olan nisbəti albedo adlanır. Ümumi radiasiya ilə əks olunan radiasiya arasındakı fərq radiasiya balansı adlanır. Bu balans buzlu qütb zonalarından başqa hər yerdə müsbətdir. Dünyada 7 istilik qurşağı var: 1. Isti qurşaq- hər iki yarım kürənin 20°-lik izotermləri arasındakı ərazini əhatə edir. 2-3. Mülayim qurşaq (2 dənə) - hər iki yarımkürədə 200 və 100 -lik izotermlər arasındakı əraziləri əhatə edir. 4-5. Soyuq qurşaq (2 dənə) hər iki yarımkürədə 10° və 0°-lik izotermlər arasındakı əraziləri əhatə edir. 6-7, Daimi sərt qursaqlar (2 dənə) - hər iki yarımkürədə 0°-dən aşağı temperatura malik əraziləri əhatə edir. Atmosfer təzyiqi Havanın Yer səthinə və onun üzərindəki cisimlərə göstərdiyi təzyiqə atmosfer təzyiqi deyilir. 45° en dairəsində dəniz səviyyəsində 0°C temperaturda Yer səthinin 1 sm2 sahəsinə atmosfer havası 1 kq 33 q ağırlıqla təzyiq göstərir ki, bu da 760 mm civə sütununa bərabərdir. Şərti olaraq 760 mm təzyiq normal atmosfer təzyiqi adlanır. Hər bir insan öz çiyinlərində 15 ton hava gəzdirir. Lakin bizim daxili təzyiqimiz bu təzyiqə bərabər olduğundan biz bu ağırlığı hiss etmirik. Hündürlük və temperatur artdıqca, təzyiq aşağı düşür. Hündürlük artdıqca təzyiq hər 10 m-dən bir 1 mm aşağı düşür. Buna səbəb havanın sıxlığının azalmasıdır. Təzyiqi barometr və barometr-aneroidlə ölçürlər. Təzyiq 760 mm-dən çox olduqda yüksək təzyiq, 760 mm-dən az olduqda isə alçaq təzyiq hesab olunur. Xəritədə eyni təzyiqə malik olan nöqtələri birləşdirən xətlərə izobarlar deyilir. Dünyada Günəş istiliyinin qeyri-bərabər paylanması və Yer kürəsinin öz oxu ətrafında fırlanması nəticəsində 3 alçaq və 4 yüksək təzyiq qursağı yaranır: Alçaq təzyiq qurşaqları - ekvatorial və mülayim iqlim qurşaqlarını əhatə edir. Burada hava qalxan hərəkətli olduğundan – hava, buludlu, yağıntılı, səpələnən radiasiyanın miqdarı böyük olur. Yüksək təzyiq qurşaqları - tropik və qütb iqlim qurşaqlarını əhatə edir. Burada hava enən hərəkətli olduğundan - hava aydın, buludsuz, düz radiasiyanın miqdarı böyük olur.
['temperatur', 'atmosfer təzyiqi', 'amplituda', 'radiasiya']
6,625
https://kayzen.az/blog/cqk/1582/sakura-16-may-turniri.html
Sakura 16 may turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
16 may 2010, 10:15
Bugün yenə axşam saat 18:00 (saat) Sakura turniri olacaq.Yenə də 15 sual,yenə də reytinqi yuxarı olanlar üçün 2 dəqiqə əlavə vaxt.Sualların mövzusu yenə müxtəlif olacaq.Bu dəfə bir yenilik də olacaq. dəqiq cavabı olmayan suallar da veriləcək. Burada istifadəçinin məntiqi tutması əsas olacaq,suala məhz düzgün cavab verməsi yox.Nümunə:Lətifəni tamamlayın:Bir dost o birisinə şikayət edir.-Dünən yuxuda görmüşəm ki,ayağıma tikan batıb.Bütün gecəni ayağım ağrıyıb.Dostu da ona məsləhət verir?......Sual odur ki dost nə məsləhət görür? Düzgün cavab lətifədə odur ki, yatanda ayaqqabı gey. Lakin əgər yarışdakılar daha maraqlı və lətifə üçün yumorlu cavablar tapsa,onlar da qəbul olunacaq.Əgər iştirakçıların xoşuna gəlsə gələn yarışlarda da edərik.Suallar bu ünvandadır.Sualların cavabı: 1. Fəxri xiyabana baş çəkən müsəlmanları bu problem narahat edir.Belə hesab olunur ki Qabil, Nəbi Xəzri, Fuad Əbdürrəhmanov, Cəlil Məmmədquluzadə, həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə  , Seyid Şuşinski , Seyid Cəfər Pişəvərinin ruhları narahatdır. Bəs bu nə problemdir? Cavab: onların qəbirləri üzü qibləyə dəfn olunmayıb.  İslam dininə görə müsəlmanlar üzü qibləyə dəfn olunmalıdır. 2. Kimyəvi elementlərdən cəmi ikisi- brom və civə bu xüsusiyyətə malikdir. Hansı? Cavab: Normal şəraitdə maye haldadır. 3 İkinci dünya müharibəsi dövründə dünyada bu xüsusiyyətə malik 3 insan olub: Çan Kayşi,Franko,Stalin. Cavab: generalissimus adını daşıyan hərbi xadimlər. 4.  2009-cu ilin dekabr ayında qəzetlərdə: “onlar dünyanı fəth etdi” , “dünyanın ən böyüyü”, “məğlubedilməz ordu” və bu kimi başlıqlı məqalələr yer almağa başladı. Bəs söhbət hansı “ordudan” gedirdi? Cavab: Barcelona futbol klubu . Xosep Qvardiolanın yetirmələri il ərzində iştirak etdikləri bütün turnirlərin qalibi olub. "Barsa" klublararası dünya çempionu olanadək İspaniya çempionatı, kuboku və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu da əldə edib.Ən böyük uğurları isə təbii ki 2009-cu ilin dekabr ayında klublararası dünya çempionu olmalarıdır. 5. Yunan dilində “bəzəmək məharəti” deyin Cavab: Kosmetika 6.  I 1994 dekabırın 3-də işıq üzü gördü, II 2000-də və nəhayət III 2006-cı il noyabrın 11-də. Bəs söhbət nədən gedir? Cavab: Play Station 7. Ən böyük hüceyrə hansıdır? Cavab: dəvəquşu yumurtası 8. Onun anası oğlunun karyerasının daha uğurlu olması üçün familiyasının sonluğunu dəyişir. Biz onu əsil yəhudi famiiyası ilə yox,məhz belə tanıyırıq.O,xarici dillər üzrə pedaqoji institutu bitirmişdi. Dünyada öz sahəsı üzrə ən güclülərdən,bəlkə də ən güclüsü sayılır. Hazırda vətəndaşı olduğu ölkənin siyasi rejiminə qarşı mübarizə aparır. Cavab: Harri Kasparov. Əsl familiyası Vaynşteyn,ana familiyası isə Kasparyan olub. 9. Avraam Linkoln demişdi ki, bəşəriyyətin bütün bəlaları ona görə baş verir ki,qoyunlar və canavarlar bu sözü müxtəlif cür başa düşür. Bakıda yaşayanlar bu sözü metro və marşrut avtobuslarında daha çox eşidir. Sonda isə demək istəyirəm ki,Babək kişi olub:) Söhbət hansı sözdən gedir? Cavab: azadlıq. 10. İqtisad Universitetində bir rüşvətxor riyaziyyat müəlliminin yaxşı sözü var. “Pul hər şeyi həll edir, hətta .... “ Cavab: diferensial tənlikləri də. Cavab kimi məntiqə uyğun olan digər cavablar da götürüləcək.   11: 1997-ci ildə Milanda maraqlı məhkəmə prosesi başladı. Məhkəmə təqibən 200 il əvvəl baş vermiş məşhur bir hadisənin üstünü açmaq məqsədi güdürdü. Təqsirləndirilən şəxsin işinə baxıldı. Nəhayət 200 illik söz-söhbətdən sonra o bəraət aldı. DİQQƏT SUAL: Bəraət alan şəxs kim idi? Cavab: Antonio Salyeri . Salyerinin Motsartı zəhərləməsi ilə bağlı şübhələr məhkəmədə sübut olunmadı. 12. O, Yaxın Şərq xalqlarının çoxunda qədimdən mövcuddur. Onların bunu qədim misirlilərdən götürdüyü hesab edilir. Antik dövrdə avropalılar üçün bu çox vəhşi şey sayılırdı. Onu qadağan etdiyinə qədim dünyanın ən böyük üsyanlarından baş vermiş və bu bir xalqın tarixində öz izini əsrlərlə saxlamışdı. Bəzilərinin fikrinə görə o faydalı, bəzilərinə görə isə o qeyri-insani bir şeydir. Azərbaycanlılarda ona obrazlı şəkildə kiçik ... deyilir. Nöqtələrin yerinə nə yazılmalıdır? Cavab kiçik toy. Roma imperatoru Adrian sünnəti qadağan etdiyinə görə yəhudilərin Bar-Koxba(132-135) üsyanı baş vermişdi. 13. İkinci ..... kimi casusluq fəaliyyəti, jurnalistika,  siyasət və s. sayılır. Birinci ...... isə fahişəlik sayılır. Nöqtələrin yerinə hansı ifadə yazılmalıdır? Cavab: ən qədim peşə fahişəlik sayılır. 14. Rus dissidenti Aleksandr Soljenitsın Жить не по лжи adlı essesində rus intelligensiyasına müraciət etmişdi. Digər müasir rus yazıçısı Viktor Pelevin isə bu cümlədə bir sözü dəyişdirmiş və bir məşhur sirkətə sataşmışdı. Hansı firmaya? Cavab: Əlbəttə ki LG. 15. Çəkisi 83,6 kq idi. 1958-ci il 4 yanvarda yandı. Cavab: Yerin ilk süni peyki.
['sakura turniri']
6,626
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1526/ingilt%C9%99r%C9%99-xi-xv-%C9%99srl%C9%99rd%C9%99.html
İngiltərə XI-XV əsrlərdə
papatürk
orta əsrlər tarixi
15 may 2010, 19:16
İngiltərədə mərkəzləşmiş dövlətin yaranması. Fateh Vilhelm. Anqlların və saksların yaratdığı krallıqların birləşməsi nəticəsində IX əsrdə İngiltərə krallığı meydana gəldi və ölkədə feodalizm quruluşu bərqərar oldu. 1066-cı ildə Normandiya hersoqu Vilhelm İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, Lamanşı keçdi. Hastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu. Şəxsən azad olan kəndlilər təhkimli kimi qeydə alındılar. Vergilərin ağırlığına baxmayaraq, şəhərlilər kralı müdafiə edirdilər. Onlar «yüz zülmkardansa, bir zülmkarın olmasını» üstün tuturdular. Kəndlilər feodallara qarşı mübarizəni dayandırmadılar. Onlar meşələrə qaçırdılar. Onları «azad oxatanlar» adlandırır, xalq XIV əsrdə onlara nəğmələr - balladalar qoşmuşdu. Balladaların qəhrəmanı Robin Qud idi. XII əsrdə İngiltərə kralı II Henrixin islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.   İngiltərə parlamenti. XIII əsrdə İngiltərə kralı qüdrətli hakimiyyətə malik idi. Bundan istifadə edən kral öz vassallarından çoxlu ödənişlər, şəhərlilərdən ağır vergilər aldı. İri feodallar, cəngavər və şəhərlilər krala qarşı çıxdılar. Kəndlilər bundan istifadə edib malikanələri dağıtmağa başladı. Bundan qorxuya düşən feodallar barışmağa məcbur oldular. Belə bir şəraitdə 1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi. İngiltərə cəngavərləri ilə şəhərliləri arasında Fransada olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. Fransada olduğu kimi, XIII-XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi. Uot Tayler üsyanı. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu. İngiltərədə feodal zülmünün güclənməsi, yoxsullar haqqında amansız qanunların verilməsi, vergilərin artırılması Uot Tayler üsyanına səbəb oldu. 1381-ci ildə Uot Taylerin başçılığı ilə kəndli üsyanı başlandı. Londonun şimalında bir neçə kəndin əhalisinin vergi yığanlara və kral məmurlarına divan tutması üsyan üçün siqnal oldu. Üsyançı kəndlilərə sənətkar,Yüzillik müharibənin iştirakçısı Uot Tayler başçılıq edirdi. Üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral Tauer qəsrində gizləndi. Xalq qəsri mühasirəyə aldı, kral kəndlilərlə görüşməyə məcbur oldu. Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması tələblərini krala verdilər. Kral bu vədlərin yerinə yetirilməsinə söz verdi. Lakin Uot Tayler başda olmaqla ardıcıl üsyançılar kralla yenidən görüşdülər və 2-ci tələblərini irəli sürdülər. İcmaların əlindən alınmış örüşlərin və meşələrin geri qaytarılmasını, yepiskopların və monastırların torpaqlarının müsadirə olunub kəndlilər arasında bölüşdürülməsini, İngiltərədə bütün adamlara hüquq bərabərliyi verilməsini tələb etdilər. Danışıq zamanı əyanlar Uot Tayleri öldürdülər. Con Boll edam edildi, üsyançılara divan tutuldu. Üsyan məğlub oldu. Çünki kəndlilər arasında birlik və mütəşəkkillik yox idi,onlarda yaxşı krallara inam güclü idi. Lakin üsyan nəticəsiz qalmadı: XIV əsrdə bütün kəndlilərin ödənc müqabilində şəxsi asılılıqdan azad olması başa çatdı, feodallar kəndliləri bir daha biyara cəlb edə bilmədilər, yoxsullara qarşı amansız qanunlar yumşaldıldı. Al qızılgül və ağ qızılgül müharibələri. Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il (1455-1485) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485-1509) qalib gəldi və Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. XV əsrin sonu - XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.
['İngiltərə tarixi', 'Britaniya tarixi', 'Fateh Vilhelm', 'Uot Tayler', 'qızılgül müharibəsi']
6,627
https://kayzen.az/blog/atmosfer/1451/buludlar-v%C9%99-ya%C4%9F%C4%B1nt%C4%B1.html
Buludlar və yağıntı
2ral
Atmosfer
15 may 2010, 14:59
Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Formasına görə buludlar 3 cür olur: 1. Laylı buludlar - 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. 2. Topa buludlar - qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır. 3. Lələkvari buludlar - daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır. Buludun yaranması üçün ən əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə olan bərk (bitki sporları, dənizdən daxil olan duzlar) maddələrdir. Onlar buludun yaranması üçün nüvə rolunu oynayırlar. Buludluluq faizlə və ya 10 ballıq sistem üzrə ölçülür. 1 bal səmanın görünən sahəsinin l/10-nə və ya 10%-nə bərabərdir. Əgər göy üzü tam buludla örtülərsə, buludluluq 10 bal səmada bulud yoxdursa, 0 bala bərabərdir. Tərkibinə görə buludlar sulu. buzlu və qarışıq olurlar. Buludluluğun əhəmiyyəti; - qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir. Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur. Sahildən materikin içərisinə doğru buludluluq azalır. Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür. Nəticədə aydın hava, yüksək sutkalıq temperatur amplitudu, fiziki aşınma hökm sürür. Buludlar haqqında daha bir video(əvvəli lazımsızdır,30-cu saniyədən baxın): Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur. Yağıntılar Yağıntı və ya atmosfer çöküntüsü atmosferdən Yer səthinə tökülən maye və ya bərk sudur. Yağıntı həm buluddan, həm də havadan tökülür. I. Havadan tökülən yağıntı (duman, şeh, qırov, sırsıra) 1. Duman - Yer səthinə yaxın hava qatında mikroskopik su damcılarının və ya buz kristallarının toplanmasıdır. Duman da bulud kimi su buxarının kondensasiyası nəticəsində yaranır. Lakin duman Yer səthinə yaxın, bulud isə Yer səthindən yüksəkdə formalaşır. 2. Şeh - gecə açıq, buludsuz, sakit havada Yer səthinin soyuması nəticəsində 0° C-dən yuxarı temperaturda su buxarının kondensasiyalaşmasıdır. Əsasən yayda yaranır. 3. Qırov - Əgər Yer səthinin soyuması mənfi temperatura qədər davam edirsə, onda sublimasiya nəticəsində qırov yaranır. Qırov yazın əvvəli və payızın sonu daha çox olur. 4. Sırsıra - qışda şaxtalı, sakit havada sublimasiya nəticəsində ağac, məftil və s. üzərində yaranan ağ rəngli, yüngül buz kristallarıdır. II. Buluddan tökülən yağıntı (yağış, dolu, qar) 1. Yağış - ölçüsü 0,1-7 mm arasında olur. 2. Dolu - yayda isti havada yuxarı sürətlə qalxan su buxarı sublimasiya nəticəsində buz dənələrinə çevrilərək sürətlə yerə tökülür. Əgər bu buz dənələri yerə çatınca əriməyə imkan tapmırsa, dolu yağır. Dolu subtropik və mülayim qurşaqlar üçün səciyyəvidir. Təsərrüfata güclü ziyan vurur. 3. Qar – temperatur 0°C-dən aşağı olduqda laylı və lələkli buludlardan tökülən altı üzlü buz kristallarıdır. Subtropik, mülayim, subarktik və arktik iqlim qurşaqları üçün səciyyəvidir. Yağıntı yağıntıölçən cihazı ilə ölçülür. Yağıntılar Yer səthində qeyri-bərabər paylanır. Xəritədə eyni yağıntıya malik məntəqələri birləşdirən xəttlərə izogiyetlər deyilir. Yağıntının miqdarı aşağıdakı amillərdən asılıdır: 1. Coğrafi enlikdən - sahildən materikin daxilinə doğru yağıntı azalır; 2. Dəniz və okeanlara yaxınlıqdan isti okean cərəyanları sahildə rütubət, soyuq cərəyanlar isə quraqlıq (səhra) yaradır: 3. Relyefdən - ən bol yağıntı dağ yamaclarına düşür. Yüksəklik artdıqca yağıntı azalır. 4. Hakim küləklərin istiqamətindən: 5. Təzyiq sahəsindən - alçaq təzyiq sahəsində yağıntı çox, yüksək təzyiq sahəsində isə az düşür: 6. Ərazinin yerləşməsindən - ətrafında sıra dağların, okeanın, düzənliyin və s. olmasından. Dünyada 4 yağıntı qurşağı var: 1. Ekvatorial - dünyada yağan yağıntının yarısı bura düşür. Buna səbəb bu zonada alçaq təzyiqin və havanın qalxan hərəkətli olmasıdır. Ekvatorial zonaya il boyu 2000 mm yağıntı düşür; 2. Tropik - yüksək təzyiqin və havanın enən hərəkətli olmasından bura yağıntı az düşür (200-500 mm): 3. Mülayim - alçaq təzyiqin və havanın qalxan hərəkətli olmasından yağıntının miqdarı artır (700-800 mm); 4. Qütb -yüksək təzyiq olduğundan yağıntı çox az miqdarda və yalnız qar şəklində düşür (100-200 mm). Yer səthində orta illik yağıntı 1120 mm-dir. Maksimum yağıntı Hindistanın Çerrapunci məntəqəsinə 12-13 min mm (bəzən 23 min mm) düşür. Buna səbəb Hind okeanından əsən rütubətli musson küləklərinin Himalay dağları tərəfindən qarşısının alınmasıdır. Dünyada 2-ci rütubətli yer Havay (ABŞ-da) adalarıdır. Dünyada ən az yağıntı Misirin Asuan məntəqəsinə və Atakama səhrasına (0 mm) düşür.
['bulud', 'buludluluq', 'yağıntılar']
6,628
https://kayzen.az/blog/qadin/1119/ki%C5%9Fil%C9%99r%C9%99-n%C9%99-h%C9%99diyy%C9%99-etm%C9%99li.html
Kişilərə nə hədiyyə etməli?
Leyla
Qadın
15 may 2010, 14:28
İdeal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən ol­mamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə ol­mayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik: Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diskiəgər mütaliəni sevirsə, kitabspirtli içkiteatr və kinoya bilet, əvvəlcədən onun ha­min vaxt boş olduğunu öyrənin bilərzik və digər bəzək aksessuarlarıfilmlər kolleksiyasiqol saatıtəbiəti gəzməyi xoşlayana cib bıçağıqələmidmanla məşğul olana idman geyimi ya­xud alətlərikişilər üçün ətir dəstikəmərpul kisəsiəgər onun pis vərdişi sizi qıcıqlandırmırsa,alışqansuvenirətirelektrik üzqırxanırestorana dəvət  Kişilərə ətir hədiyyə alarkən İstər atanız, istər qardaşınız, istərsə də sevgiliniz üçün ətir alın. Kişi ətiri almaq asandır, onu seçmək çətin deyilmi? Alacağınız ətirin iyi onun xoşuna gəlməli, dəyişik olmalı, təəccübləndirməli, getdiyi hər yerdə istifadə edə bilməli, tərzini əks etdirməlidir. Ən yaxşısı budur ki, siz ön hazırlıqlara başlayın, sonra alış-verişə çıxın! Əvvəlcə nələrdən istifadə edirdisə, onları nəzərdən keçirin. Əgər lazımdırsa, özünüzlə aparın və ona uyğun ətir seçin. Vücud tipi çox vacibdir — quru, normal və ya yağlı.Gecə, yoxsa gündüz istifadə etməsi üçün alırsınız? Buna da qərar verin.Kişi dostunuzdan kömək istəyə bilərsiniz.Eyni yaşda olan kişilərin ən sevdiyi ortalama ətirlərə internetdə baxa bilərsiniz. Bu şəkildə dəbdən də agah ola bilərsiniz.Artıq üzərində durduğunuz bir ətir varsa, o zaman onu yanınızdakı bir kişinin üzərində qoxlaya bilərsiniz.Ətirlər arasındakı fərqlərə bələd olun.Ağır, yoxsa yüngül qoxu?Mövsüm şərtlərini gözardı etməyin.Cibinizə uyğununu seçin.İdman, yoxsa klassik üslubdakı ətir?Kimdən soruşursunuzsa-soruşun, kişilərə alınacaq olan hədiyyələr siyahısında mütləq ətir vardır!
['hədiyyə', 'ətir seçmək', 'kisiye hediyye']
6,629
https://kayzen.az/blog/videofan/1572/plasido-dominqo-az%C9%99rbaycan-mahn%C4%B1s%C4%B1n%C4%B1-ifa-edib.html
Plasido Dominqo Azərbaycan mahnısını ifa edib
videofan
Bloq: videofan
14 may 2010, 15:45
Məşhur ispan tenoru,opera müğənnisi Plasido Dominqo (José Plácido Domingo Embil) Heydər Əliyevin anadan olmasının 87-ci ildönümündə Tofiq Quliyevin Sənə də qalmaz məhnısını Dinana Əliyeva ilə birlikdə ifa edib: Mahnın sözləri Rəsul Rzaya məxsusdur:Könlum sənin əsirin, qəlbim sənindir, yar, qəlbim sənindirInsaf eylə xoş sozlə məni gəl dindir, yar, məni gəl dindirSöylə nədir bu ədalar, bu işvə, bu nazVallah, ay qız, bu gözəllik sənə də qalmazYalqızam, yalqız, yalqızam, yalqızGəl məni möhnətə, oda salan ,vəfasiz.Söylə nədir bu ədalar, bu işvə, bu naz,Gedər bir gun bu gözəllik, sənə də qalmaz. Dağlar başı dumandır, aman Allah, yar, yenə dumandır,Ayrılığın ölümdən mənə yamandir, yar, mənə yamandir.Söylə nədir bu ədalar, bu işvə, bu nazGedər bir gun bu gözəllik sənə də qalmazYalqızam, yalqız, yalqızam, yalqızGəl məni möhnətə, oda salan ,vəfasizSöylə nədir bu ədalar, bu işvə, bu nazGedər bir gun bu gözəllik, sənə də qalmazBu mahnını birinci dəfə Rəşid Behbudov ifa etmişdi: digər bir inanılmaz ifa Lütfiyar İmanovun ifasında olub:
['Plasido Dominqo']
6,630
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1560/baltik-xalqlar%C4%B1-orta-%C9%99srl%C9%99rd%C9%99.html
Baltik xalqları orta əsrlərdə
papatürk
orta əsrlər tarixi
14 may 2010, 09:49
Litva knyazlığının yaradılması. XI-XII əsrdə - XIII əsrin əvvəllərində Baltik dənizinin cənub-şərqində müasir estonların, litvalıların, latışların ulu babaları yaşayırdılar. Həmin dövrdə onlarda ibtidai icma münasibətləri dağılmağa və feodal münasibətləri yaranmağa başladı. Litva knyazlığı XIII əsrin ortalarında yaranmışdır. Alman cəngavərlərinin və isveçlərin Şərqə hücumu. XII əsrdə Avropa cəngavərləri estonlar, litvalılar, latışlar üzərinə hücum etməyə başladılar. Onlar Baltikyanı xalqların sərvətini ələ keçirmək və Roma papasının göstərişi ilə onları xristianlaşdırmaq istəyirdilər. Roma papası 1184-cü ildə monax Meynardı xristianlığı yaymaq üçün Litvaya göndərdi. Lakin əhali onu qovdu. Bundan sonra 1198-ci ildə səlibçiləri litvalıların üzərinə göndərdi. Alman cəngavərləri 1201-ci ildə Riqa şəhərinin əsasını qoyub Livoniya ordenini yaratdılar. Demək olar ki, almanlarla eyni vaxtda İsveç feodalları və Danimarka kralı da Baltikyanı torpaqlara hücum etdilər. Danimarkalılar estonların torpağını tutdular. 1219-cu ildə Revel qalasının əsası qoyuldu. Estonlar üsyan qaldırdılar, novqorodlular da onlara qoşuldu, lakin üsyançılar məğlub oldu. Neva çayı sahilində döyüş 1237-ci ildə Tevton ordeni ilə Livoniya ordeni birləşdi. İsveç kralı böyük ordu ilə Novqoroda hücum etdi. Novqoroda dəvət edilmiş knyaz Aleksandr isveçlərin ölkənin içərilərinə irəliləməsinin qarşısını almaq üçün onların üzərinə qəflətən hücum etməyi qərara aldı. 1240-cı il iyunun 15-də Aleksandr öz drujinası ilə Neva çayının sol sahilində İsveç qoşunlarının düşərgəsinə hücum etdi və ağır məğlubiyyətə uğratdı. Aleksandra göstərdiyi igidliyə görə «Nevski» ləqəbi verildi. Buz döyüşü Alman cəngavərləri 1240-cı ildə Pskov torpağının bir hissəsini tutdular. Knyaz Aleksandr öz drujinası ilə cəngavərləri məğlub etdi və Pskov torpaqlarını azad etdi.1242-ci ildə alman cəngavərləri hücuma keçdilər. Aleksandr ağır silahlı cəngavərlərlə Çud gölünün donmuş səthində döyüş aparmağı qərara aldı. 1242-ci il aprelin 5-də Çud gölü üzərində döyüş başlandı və novqorodlular qələbə çaldılar, çoxlu əsir aldılar. Səlibçilər əsirləri buraxmağı xahiş etdilər. Novqoroda səlibçilərin hücum etməyəcəyinə təminat verən saziş imzaladılar. Ледовое побоище. Невская битва. Александр Невский Beləliklə, Çud gölü üzərində qələbə nəticəsində Pskov və Novqorod torpaqları öz müstəqilliklərini qoruyub saxlaya bildi. Qrünvald vuruşması XIV əsrdə Litva dövləti ölkənin təhlükəsizliyini təmin edirdi. Knyaz Gediminin dövründə Litva knyazlığının ərazisi genişləndi. Kulikovo döyüşündən (1380) sonra almanların və rusların fəallaşması Polşa və Litvanı yaxınlaşdırdı. 1385-ci ildə Polşa və Litva arasında uniya bağlandı. Tevton ordeni öz torpağını genişləndirmək üçün litvalıların üzərinə hücum etdi, onların ərazisinin bir hissəsini tutub, əhalini qırmağa başladı. XV əsrin əvvəllərində cəngavərlərin tutduğu ərazidə litvalıların üsyanı baş verdi. Cəngavərlər Polşa torpaqlarına da soxuldular. Böyük Litva knyazı Vitovt və Polşa kralı Yaqoylo güclü qoşun topladılar. Bu qoşunun tərkibində polyaklar, çexlər, ukraynalılar, beloruslar, Smolensk torpağından gəlmiş ruslar da var idi. 1410-cu il iyulun 15-də Qrünvald kəndi yaxınlığında Polşa və Litva ilə Tevton ordeni arasında vuruşma baş verdi. Almanlar Litva qoşununu sıxışdırdı, Smolensk, Vitebsk, Polotsk polkları döyüşə girdikdən sonra almanların hücumunun qarşısı alındı. Polyak qoşunumın döyüşə qoşulması nəticəsində Tevton ordeni tam məğlub oldu. Qrünvald qələbəsi cəngavərlərin Şərqə hücumuna son qoydu. Tevton ordeni bir daha özünü düzəldə bilmədi və süqut etdi.
['Litva', 'Nevski', 'Buz döyüşü', 'Qrünvald', 'Tevton ordeni', 'Александр Невский']
6,631
https://kayzen.az/blog/qadin/1546/qad%C4%B1n-daxilind%C9%99-6-qad%C4%B1n.html
Qadın daxilində 6 qadın
Leyla
Qadın
14 may 2010, 09:48
Çox zaman həyatında parçalara bölünən bir qadına baxıb bütün bunları necə bir arada tutmalarını düşünmədən olmur.Qadınlar gündəlik həyat içində qılıqdan qılığa keçən həyat sehrbazlarıdır.Gündüzlər iş qadını,axşamlar yaxşı bir ana,ev qadını və aşbaz,gecələr isə yaxşı bir həyat yoldaşı... 1.Rol Ev qadını: İstədiyiniz qədər modern bir xarici görünüşdə olsanız belə,istədiyiniz qədər "Mən iş qadınıyam,ev işlərinə vaxtım yoxdur"desəniz belə,subay olsanız belə,bir ev qadını kimi dağınıq,pəs,zövqsüz bir ev sahibi olmaq heç kimə xoş deyildir.Yemək bişirməkdən vaz keçərsinizmi? Tutaq ki,bir yardımçınız var və hər işinizi O,görür.Belə halda qopan düymənizi də ona tiktirəcəksiniz? Bunu da unutmayın ki,karyer mövzusunda son dərəcə məsuliyyətli olan qadınlar eyni məsuliyyəti evlərində də göstərirlər, hətta hobi olsun deyə,tikiş kurslarına və s. də gedirlər.Nəticə olaraq ev qadını rolu müasir qadınlar arasında bəyənilən bir roldur.2.Rol Azad qadın: Keçmidə qadınlar məktəbi bitirər-bitirməz ailə qurar,uşaq sahibi olar və həyatlarını sadəcə ana kimi davam etdirərdilər.İndi isə karyer ardınca qaçdıqları üçün deyil,tənha yaşamağı,rəfiqələri ilə əylanmayi,kişilərlə flört etməyi daha uyğun bilirlər.3.Rol Şəfqətli Ana: Günümüzdə bir çox qadın 30 yaşlarında belə hormonlarının səsinə qulaq asaraq karyerilərinə ara verərək körpə sahibi olub,Onu böyütmənin xoşbəxtliyini yaşayırlar.Qadın rolları arasında ən çətini və eyni zamanda ən zövqlüsü də Ana olmaqdır.Sonsuz səbr və güc gərəkdirən,amma inssana bambaşqa duyğular daddıran, tərifsiz bir rol... 4.Rol Atasının qızı: Ən güclü ana,ayaqları üstündə dura bilən qadın həyatının hər dövründə yenə də atasının balaca şahzadəsidir.Çox qadınlar həyatla başa çıxa bilmədikdə,insanlar tərəfindən incidildikdə,xüsusilə də acılı məhəbbət yaşadıqda,özlərini ailəsinə sığındırır,Atalarının təsəllilərinə və hər zaman lazımlı nəsihətlərinə verirlər.Kiçik yaşlarda Ata sevgisi görən qadınlar irəli yaşlarda həyata tutuna bilmək və özünə inam mövzusunda daha bacarıqlı olurlar.Atalardan qorxmurlar və sonsuz hörmət hissi duyurlar.5.Rol Bacarıqlı iş qadını: İş həyatının içində olan qadınlar üçün,iş qadını rolu vazkeçilməzdir.Dişlərini dırnaqlarına taxıb özlərini isbatlamağa,önlərində olan əngəlləri aşıb keçərək patronlarının tərifini qazanmağa can ataraq layiq olduqları mərtəbəyə çatmağı məqsəd bilirlər.Bütün bunlarla yanaşı həm də ailələrinə zaman ayırmağa,uşaqları ilə məşğul olmağa da gücləri yetir.6.Rol Gənc qız: Qadın rolları arasında ən şirini,ən keyiflisi...Hər bir qadın özünü zamanla həyat dolu,ərköyün,nəşəli bir qız kimi hiss edər və bu zaman harda olursa olsun,olduğu yerə rəng qatar.Alış-veriş və kafelər,rəngarəng geyimlər,ayaqqabılar,çoxlu dostlar,dedi-qodular və s.
['qadınlar', 'qadın psixologiyası']
6,632
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1561/kiyev-rus-d%C3%B6vl%C9%99ti.ruslar-v%C9%99-monqollar.html
Kiyev Rus dövləti.Ruslar və monqollar
papatürk
orta əsrlər tarixi
13 may 2010, 23:52
Kiyev dövlətinin knyazlıqlara parçalanması. Kiyev Rus dövləti IX əsrin ikinci yarısında yaranmışdı. XI əsrin axırları - XII əsrin əvvəllərində Kiyev dövləti geniş ərazini əhatə edirdi. Lakin möhkəm deyildi. Kiyev knyazlığından varlı və güclü knyazlıqlar meydana gəlmişdi. Natural təsərrüfatın yaranması və feodalların iqtisadi müstəqilliyə can atması, yerli boyar və knyazların siyasi hakimiyyətinin güclənməsi, şəhərlərin siyasi və mədəniyyət mərkəzi kimi meydana gəlməsi feodal dağınıqlığına səbəb oldu. Knyazlar hakimiyyətlərini möhkəmləndirmək üçün 1097-ci ildə Lübeçdə yığıncaq keçirdilər və qərara aldılar ki, «hər kəs öz votçinasını qorusun». Beləliklə, Kiyev Rus dövlətinin ayrı-ayrı knyazlıqlara parçalanması rəsmiləşdirildi və Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minsk knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəldi. Qüvvətli knyazlar Kiyevə qarşı çıxdılar, feodal ara müharibələri başlandı. Feodallıqlara parçalanma knyazlar arasında narazılığı və ədavəti daha da dərinləşdirdi. Knyazlıqlar kiçik udellərə, yəni kiçik hissələrə parçalandı. Knyazlıqlarda irsi torpaq sahibliyi Votçina adlanırdı. Bu torpaqlar atadan oğula keçirdi. Pomestye knyazların kiçik xidmətçilərinə onların xidmətinə görə kəndli ilə birlikdə müvəqqəti verdiyi torpaq sahəsi idi. Novqorod boyar respublikası. Novqorod torpaqları mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və onunla əlaqəni açıqdan-açığa kəsən ilk knyazlıqlardan biri idi. Mənbələrdə Novqorod «üç dəniz» limanı adlandırılırdı. Əhali əsasən əkinçiliklə, həm də maldarlıq, ovçuluq, arıçılıqla da məşğul olurdu. Sənətkarlıq inkişaf etmişdi. Dövlət quruluşuna görə Novqorod boyar respublikası idi. Novqorodda xalq yığıncağı, bütün şərq slavyanlarında^ olduğu kimi, veçe adlanırdı. Veçe ali qanunverici hakimiyyəti və məhkəmə hakimiyyətini həyata keçirirdi. Posadnik, minbaşı, «Ağsaqqallar Şurası» və knyaz veçedə seçilirdi. «Ağsaqqallar şurası»na Arxiyepiskop rəhbərlik edirdi. Posadnik icra hakimiyyətinin başçısı idi. Əhalini mühakimə edir, diplomatik danışıqlar aparırdı. Minbaşı şəhər vergi sisteminə rəhbərlik edir və şəhərin müdafiəsi məsələləri ilə məşğul olurdu. Knyaz Novqoroda dəvət olunur, Veçe tərəfindən seçilirdi, hüququ məhdud idi. Knyaz dövlət işinə cüzi qədər qarışardısa, qovulardı. Novqorod feodal respublikasında hakimiyyət adlı-sanlı boyarlara məxsus idi. Bu isə Novqorod respublikasının demokratik əsasda fəaliyyət göstərməsinə imkan vermirdi. Rusiyada monqol dövrü. Monqolların hücumu ərəfəsində Rusiya knyazlıqlara parçalanmışdı. Ara müharibələri knyazları zəif salmışdı. 1222-ci ildə monqollar Dərbənd keçidini keçib əvvəl alanları, sonra qıpçaqları məğlub etdilər. 1223-cü il mayın 31-də monqollar Kalka sayı sahilində vuruşmada qıpçaq və rus knyazlarının birləşmiş qüvvələrinə qalib gəldilər. Qıpçaq və rus qoşunları fəaliyyətlərini əlaqələndirə bilmədilər. Monqollar Dneprə qədər irəlilədilər və sonra orta Volqaya qayıtdılar. Burada Kama bulqarlarına məğlub olub vətənlərinə getdilər. 1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cucinin oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər. 1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı. 1240-cı ildə monqollar Kiyevi tutdular. Qaliç-Voln knyazlığından keçib Avropaya soxuldular. Polontsk-Minsk, Smolensk,Novqorod-Pskov torpaqlarını tuta bilmədilər. 1242-ci ildə onlar Olomoutsedə çex və macarlara məğlub olub geri qayıtdılar. Beləliklə, monqollar 1237-1240-cı illərdə rus knyazlıqlarını işğal etdilər. Rusların 240 il monqolların hakimiyyəti altında qalması dövrü başlandı. Uzun müddət ruslar vahid dövlətdə birləşə bilmədilər və Qızıl Orduya bac verdilər. XIV əsrin 2-ci yarısından başlayaraq monqollara qarşı mübarizənin mərkəzi Moskva knyazlığı oldu. Rus torpaqlarının birləşdirilməsi uğrunda mübarizə. Moskva knyazlığının yaranması. XIV əsrdən başlayaraq rus torpaqlarının vahid mərkəzləşmiş dövlətdə birləşməsi prosesinə başlandı. Bu prosesə 1147-ci ildə əsası qoyulmuş Moskva şəhəri başçılıq edirdi. Moskva XIII əsrdə knyazlığa çevrilmişdi. Moskva knyazı İvan Kalita (1325-1340) Tverdə Qızıl Orduya qarşı çevrilmiş üsyanı məğlub etdi. Qızıl Ordu xanından yarlıq alaraq «Böyük knyaz» oldu. Bundan sonra İvan Kalita ətraf torpaqları Moskva ətrafında birləşdirməyə başladı. Hələ İvan Kalitadan əvvəl 1301ci ildə Kolomna, 1303-cü ildə Mojayski Moskva knyazlığına birləşdirilmişdi. 1380-ci il sentyabrın 8-də Dmitri Donskoy və Qızıl Ordu xanı Mamay arasında baş verən Kulikovo döyüşündə ruslar qalib gəldilər və birləşmə prosesi sürətləndi. Lakin 1382-ci ildə Toxtamış Moskvanı talan etdi, Moskva knyazlığı yenidən Qızıl Ordunun vassalına çevrildi və ona xərac verdi. III İvan (1462-1505) dövründə Rusiya torpaqlarının Moskva ətrafında birləşdirilməsi sürətləndi. Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoyuldu. Novqorod boyarları Litva knyazlığından kömək istədilər. Bundan xəbər tutan III İvan Novqorod üzərinə hücum etdi. 1471-ci ildə Selon çayı üzərində baş vermiş döyüşdə III İvan qalib gəldi. Novqorod knyazlığı 1478-ci ilə qədər müstəqilliyini saxladı, həmin ildən sonra Moskvaya birləşdirildi. Mərkəzləşmiş dövləti Böyük knyaz və Boyar duması idarə edirdi. 1497-ci ildə qəbul edilmiş «Qanunnaməyə» əsasən kəndlilərin təhkimli halına salınmasına başlandı. Kəndlilərin mülkədarların yanından getməsi məhdudlaşdırıldı. Kəndli mülkədarın yanından ancaq Yuryev günündən (26 noyabr) bir həftə əvvəl, bir həftə sonra gedə bilərdi.
['Kiyev Rus dövləti', 'Kulikovo', 'monqol işğalları', 'Киевская Русь']
6,633
https://kayzen.az/blog/maraqli-faktlar/1556/h%C9%99rf-s%C9%99hvl%C9%99ri.html
Hərf səhvləri
burla xatun
Maraqlı faktlar
13 may 2010, 14:53
Mətbuat səhifələrində xətalar təqsirkarların vəzifəsindən kənarlaşdırılmasına, maliyyə itkilərinə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Bəzən isə bir və ya bir neçə əməkdaşın həbsi, yaxud da həyatla vidalaşması ilə nəticələnir. ABŞ Konqresinin rəsmi veb-saytında bildirilmişdir ki, 1960-cı illərdə Amerika Sudanda nüvə sınaqları keçirmişdir. Bundan dəhşətə gələn Sudan hökuməti izahat tələb etmiş və məlum olmuşdur ki, mətndə səhv getmişdir. Demə, bu sınaqlar Sudanda deyil, Nevada ştatındakı Sedan poliqonunda keçirilibmiş.Fransada Avropa Konstitusiyasının səhifələrindən birində təsadüfən tapılmış səhvə görə onun 162 min nüsxəsini yandırmışlar. Kitabçalar ölkənin müxtəlif dövlət təşkilatlarına və kitabxanalarına göndərilməli idi. Lakin son anda səhifələrdən birində belə ifadə aşkarlanmışdır: “Mənasız mətn”. Onu buraya kimin əlavə etdiyini aydınlaşdırmaq mümkün olmamışdır. Konstitusiyanın yeni tirajının nəşri Fransa xəzinəsinə 74 min avroya başa gəlmişdir. İspaniyada hakimlərdən birinin təkcə bir hərf səhvi ölkəni az qala var-yoxdan çıxaracaqdı. Madrid məhkəməsinin çıxardığı qərara görə, İspaniya Bank Depozitlərinin Zəmanəti Fondu “Valyadolid” bankının sabiq prezidentinə 1122 bilyon avro kompensasiya ödəməli idi. Qərar Fondu çıxılmaz vəziyyətlə qarşılaşdırmışdı. Axı, onun pul ehtiyatı cəmi 1 milyard 613 milyon avrodur. Kompensasiyanı ödəmək üçünsə İspaniyanın min ildən artıq bir dövrdəki milli gəlirinin bütün məbləği gərək idi. Sovet dövründə Rusiyanın Xalq Daxili İşlər Komissarlığı heç bir qrammatik səhvi bağışlamırdı. Müvafiq göstərişdə çekistlərdən — əksinqilab, sabotaj və möhtəkirliklə mübarizə aparan Fövqəladə Komissiyanın əməkdaşlarından mətbuata soxularaq, antisovet xarakterli hərf xətaları buraxan sinfi düşmənə qarşı mübarizədə sayıqlığı artırmaq tələb edilirdi. 1939-cu ildə senzorlar mətbuatda hansı antisovet xətalara daha tez-tez yol verildiyinə diqqət yetirmişlər. Məlum olmuşdur ki, bu sözlər liderdir: “klassovıy” (“sinfi”) əvəzinə “kassovıy” (“kassa”), “predsedatel” (“sədr”) əvəzinə “predatel” (“xain”), “istoriçeskiy” (“tarixi”) əvəzinə “isteriçeskiy” (“isterik”) və s. («кассовый» вместо «классовый», «предатель» вместо «председатель», «истерический» вместо «исторический».)Antisovet xətalara yol verən mürəttibləri, korrektor və redaktorları 58-10-cu maddə üzrə (əksinqilabi təbliğat və ya təşviqat) üç il müddətinə həbs, yaxud ölüm cəzasına məhkum edirdilər.Uzun illər “İzvestiya”da işləyən və hazırda ABŞ-da yaşayan məşhur jurnalist Melor Strua söyləyirdi ki, 1940-cı ildə qəzetin nömrələrindən birində “mudrıy vojd” (“müdrik rəhbər”) sözlərində “r” hərfi düşmüşdü. Tiraj müsadirə edilsə də, xətada əli olanların hamısını işdən çıxardılar. 1947-ci ilin yanvarında “Molodoy kolxoznik” jurnalı oxucuları dəhşətə gətirmişdi. Məqalələrdən birində deyilirdi ki, “v 1920 qodu V.İ.Lenin okotilsya v Bryanskix lesax” (1920-ci ildə V.İ.Lenin Bryansk meşələrində balalamışdır) Orijinalda «в 1920 г. В. И. Ленин окотился в Брянских лесах» Əslində isə, “oxotilsya” (“ova çıxmışdır”) yazılmalı idi.Mahaçqalanın mərkəzi qəzetinin baş redaktoru yeganə bir hərf səhvinə görə tutularaq, güllələnmişdir. Səhv rəhbərin soyadında getmişdi: “t” əvəzinə “r” çap olunmuşdu. Əgər ufalı korrektoru “Salin”ə görə beş il müddətinə həbs etmişdilərsə, “Stadin”ə görə isə vilayət qəzetlərindən birinin bütün işçilərini işdən qovmuşdularsa, mahaçqalalı baş redaktoru həmin səhvə görə “bağışlamamışdılar”.Odessa qəzetlərindən birində tacqoyma mərasimi haqqındakı xəbərdə “korona” (“tac”) əvəzinə, “vorona” (“qarğa”) yazılmış və belə bir cümlə alınmışdı: “Mitropolit İmperator həzrətlərinin başına qarğa qoymuşdur”. Ertəsi gün düzəliş verən qəzetin, necə dəyərlər, üzrü günahından betər olmuşdur: qəzet həmin xəbərdəki “voronu” sözünün “korovu” (“inək”) kimi oxunmalı olduğunu bildirmişdi.  Söhbət «Митрополит возложил на голову Его Императорского Величества ворону» cümləsindən gedir.Cümləni düzəldəndə isə «В предыдущем номере нашей газеты, в отчете о священном короновании Их Императорских Величеств, вкралась досадная опечатка. Hапечатано: Митрополит возложил на голову Его Императорского Величества ворону» — читай: «корову» Bununla belə, hərf xətalarının xeyri də olmuşdur. Məsələn, faiz işarəsi — % — XVII əsrdə mürəttibin “yüz” sözünü kəsr kimi başa düşməsi nəticəsində meydana gəlmişdir.
['səhvlər', 'ошибка', 'опечатки', 'maraqlı faktlar']
6,634
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1527/ispaniya-xi-xv-%C9%99srl%C9%99rd%C9%99.html
İspaniya XI-XV əsrlərdə
papatürk
orta əsrlər tarixi
13 may 2010, 10:55
İspaniya klassik feodalizmə keçid dövründə. Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət . mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı - Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi. Müsəlmanlara qarşı səlib yürüşü. Rekonkista Əndəlusda müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian kilsəsi rekonkista (Müsəlman əhalisinin zorla Pireney yarımadasından çıxarılması) hərəkatmı genişləndirdi. Kilsə Pireney yarımadasında bütün xristianları ərəblərə qarşı birləşdirə bildi. Rekonkista nəticəsində xristian feodalları yeni torpaq ələ keçirir, kəndlilər torpaq almaqla yanaşı, şəxsən azadlıq əldə edirdilər. Mavrların əlindən alınmış şəhərlərə özünüidarə hüququ verilirdi. Bu hərəkatda Pireneyin yerli xristian əhalisi ilə yanaşı, fransızlar, italyanlar da iştirak edirdilər. Roma papası buradakı müsəlmanlara qarşı səlib müharibəsi elan etmişdi. Rekonkistanın gedişində Pireney yarımadasının simalında Kastiliya və Araqon, Pireney dağlarında Navarra, XIII əsrdə yarımadanın qərbində Portuqaliya krallıqları yarandı. 1030-cu ildə Kordova xilafəti bir neçə əmirliklərə parçalandı. Bu parçalanma Rekonkista hərəkatının genişlənməsinə şərait yaratdı. 1085-ci ildə Toledo şəhəri tutuldu və Kastiliya krallığının paytaxtı oldu. Portuqaliya Lissabonu tutub paytaxt etdi. 1212-ci ildə səlibçilərin birləşmiş qüvvələri Las-Navas-deTolosa kəndi yaxınlığında müsəlmanları məğlub etdilər. XIV əsrdə Kastiliya Kordova və Sevilya şəhərlərini ələ keçirdi. Pireney yarımadasında yaranmış krallıqlarda Kortes, yəni İspaniyada qanunverici orqan yarandı. Kortes silki orqan idi. Pireney yarımadasında xristian dövlətlərinin yaranması. Pireney yarımadasında müsəlmanların əlində ancaq Qranada əmirliyi qalmışdı. 1479-cu ildə Kastiliya hökmdarı İzabella ilə Araqon hökmdarı Ferdinand evləndi və hər iki krallıq vahid İspaniya dövlətində birləşdi, mərkəzləşmiş dövlət yarandı. Navarra İspaniya və Fransa arasında bölüşdürüldü. İspaniya 1492ci ildə Qranada müsəlman əmirliyini tutdu. Müsəlmanlar və yəhudilər xristian kilsəsi tərəfindən zülm və təhqirlərə məruz qaldılar. Onların bir çoxu Şimali Afrikaya köçdülər. İspaniyada güclü katolik kilsəsi yaradıldı. Ölkədə güclü inkvizisiya məhkəməsi təşkil edildi. İnkvizisiya məhkəməsinə qəddar Tomas Torkvemada başcılıq edirdi. Ölkədə bidətçilərə qarşı qəddar autodafe (Bidətçilərin tonqalda yandırılması) həyata keçirildi.
['İspaniya tarixi', 'İspaniya', 'Kordova', 'rekonkista']
6,635
https://kayzen.az/blog/ugura-yol/1547/u%C4%9Fur-qazan.html
Uğur qazan!
Cavid
Müvəffəqiyyətə gedən yol
13 may 2010, 00:01
İkinci dünya müharibəsindən sonra iki yüz mindən artıq fransız hafizələrini itirmiş şəkildə Parisə geri qayıtmışdı. Əsir düşərgələrində elə pis işgəncələrə məruz qalmışdılar ki, adlarını belə xatırlaya bilmirdilər. Tibbi qeydlərdən sadəcə otuz iki nəfərin kim olduğu anlaşılmışdı. Buna görə digərlərinin şəkilləri ölkədəki bütün qəzetlərin ilk səhifələrində yayımlanmış və qohum-əqrəbalarının müəyyən bir gündə Parisdə toplanmaları istənmişdi. Təyin edilmiş gündə meydan insanlarla dolmuşdu. Hər kəs yaxınını görmək intizarında idi. Anidən meydanda sakitlik hakim oldu. Və əsirlərdən biri səhnədə göründü. O, ağır addımlarla önə doğru gəldi və yüksək səslə soruşdu: "Aranızda mənim kim olduğumu bilən varmı?" İndi mən bu sualı sizə soruşuram. Kim olduğunuzu bilirsinizmi? Nələrə qadir olduğunuzu düşünmüsünüzmü? Böyük potensiala malik olduğunuzdan, sizi müvəffəqiyyətə götürəcək cövhərlərlə zəngin olduğunuzdan və böyük işlər bacara biləcəyinizdən xəbərdarsınızmı? Təəssüf ki, "hə" deyəcək insanların sayının az olacağından əminəm, çünki böyük əksəriyyətimiz nələrə qadir olduğumuzdan bixəbərik. Əsilsiz qəbullanmalarımıza ram olmuş, özümüzü heç bir şey ola bilməyəcəyimizə və məhrumiyyətlərimizə inandırmışıq. Eyni fillər kimi... Bir fil bir tonluq yükü xortumu ilə rahatca qaldıra bilər. Ancaq sirklərdə onların başqa yerə getməmələri məqsədilə kiçik bir taxta dirəyə bağlandıqlarını bilirdinizmi? Filləri hələ kiçik və gücsüz olarkən ağır bir zəncirlə hərəkətsiz bir dəmirə bağlayırlar. Nə qədər güc sərf etsələr də, zəncirlərini qırmağa müvəffəq olmayan fillər, nəhayət dəmir dirəyi yerindən hərəkət etdirə bilməyəcəklərini qəbul edirlər. Sonralar fillər nə qədər böyük və güclü hala gəlirlərsə, gəlsinlər, yanlarında duran dirəyi gördükləri müddət ərzində hərəkət edə bilməyəcəklərinə inanırlar. İnsanların çoxu da fillər kimi davranırlar. Mənasız düşüncələr və aksioma halına gətirdikləri nəticələrə həbs olub, öz qoyduqları məhrumiyyətlərin çərçivəsindən kənara çıxa bilmirlər. Ya siz, müəyyən etdiyiniz məhrumiyyətlər çərçivəsindən çıxmağa hazırsınızmı? Zənn etmirəm. Fikrimlə razılaşmırsınızsa aşağıdakı araşdırmaya nəzər yetirin. "Taym" jurnalı apardığı sorğu nəticəsində "Liderlər və inqilabçılar", "İncəsənət xadimləri", "Qurucular", "Alimlər və mütəfəkkirlər" və "Qəhrəmanlar" kateqoriyaları üzrə əsrin ən məşhur yüz nəfərini müəyyənləşdirdi. 100 ilə damğasını vuran 100 nəfər. Bunlardan sadəcə "Qurucular" kateqoriyası üzrə ən məşhurlar nəzərinizə çatdırmaq fikrindəyəm. XX ƏSRİN ƏN BÖYÜK QURUCULARI VƏ TƏŞƏBBÜSÇÜLƏRİ 1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti "Betçel Korporasiyası"nın qurucusu. 2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və "Leo Burnet Uorldvayd" şirkətinin qurucusu. 3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Karrier Korporasiyası"nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı. 4. Uolt Disney. "Uolt Disney Korporasiyası"nın qurucusu animasiya multimediasının ilk imperatoru. 5. Henri Ford. "Ford Motor" şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini tətbiq edən və işçilərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin formalaşmasında önəmli rol oynayan insan. 6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan "Microsoft” şirkətinin qurucusu. 7. Amadeo Qiannini. "Bank of America"nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü. 8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb və 1955-ci ildə "Makdonalds Korporasiyası"nı quraraq, "fast-food" sənayesində inqilab yaradan adam. 9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şirkətlərindən biri olan "Este Lauder" şirkətinin qurucusu. 10. Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edilən adam. 11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri. 12. Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan. 13. Çarles Merril. "Merril Linç" şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan. 14. Akio Morita. "Soni" şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı. 15. Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu kontekstli hərəkatlara öndərlik etmiş adam. 16. Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyunları liqası olmasında mühüm rolu olan insan. 17. David Sarnoff. "Radio Corporation of America" şirkətinin idarəçilərindən biri. 18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri. 19. Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti "Wal-Mart"ın qurucusu. 20. Tomas Uotson. "İBM"in qurucusu və vəfat etdiyi zamanlarda dünyanın ən böyük satıcısı hesab olunan adam. 21. ___________. Boşluğa adınızı yazın. Bu sizsiniz. Böyük bir sərvətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri olmayan yek mütəxəssissiniz. Və budur, son model "Rolls Roys"unuzdan aşağı endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən insanlar toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən  "Müvəffəqiyyətə Gedən Yol" adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz. "Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri" başlıqlı yazıda öz adınızı gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə idi. Əminəm ki, gülümsəyəcəksiniz. "Mənim bununla yaxından-uzaqdan əlaqəm yoxdur", "Mən hara, məşhurluq hara? - deyəcəksiniz. Əvvəlcədən də qeyd etmişdim. Hələ də müəyyən etdiyiniz məhdudiyyətlər çərçivəsindən çıxmağa hazır deyilsiniz.Halbuki, hər şey öz əlinizdədir - sevgi, müvəffəqiyyət, öz güvən, səmimiyyət, hüzur,... Bunlara nail olmaq yolunda lazım olan şey isə məhkum etdiyimiz, utandığımız, gizlətdiyimiz yanlarımıza sarılmaq və aydınladıldıqda necə böyük enerji və güc qaynağı olduqlarını müşahidə etməkdir. Ətrafımızda heç kimsə yoxdur. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına yanşadılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq. Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq. Əgər dəyişməyə hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət şans işidirmi, yoxsa onun da prinsipləri var? "Atillanın qələbə sirləri" kitabının yazan Uess Roberts "Bir işdə müvəffəq olmanın şansla əlaqəsi yoxdur. Müvəffəqiyyət diqqət, düşüncə və çalışmağı lazım qılır, şans isə ancaq lotereya, rulet ya da qumar oynayarkən işə yaraya bilər", - deyir. Demək, qəbul etmək lazımdır ki, müvəffəqiyyət şans işi deyil, onun da yolu və prinsipləri var. Amerikada müxtəlif sahələrdə müvəffəq olmuş yüzdən çox insanın həyatı tədqiq edilmiş, iyirmi il sürən araşdırma və analizlər nəticəsində müvəffəqiyyətin qızıl prinsipləri müəyyən olunmuşdur. Henri Ford, Tomas Edison, Con Rokfeller, Teodor Ruzvelt, Aleksandr Qreham Bell və Andryu Karnegie kimi qərbin məşhur adamların da həyatlarının təhlil edildiyi bu araşdırmaya görə müvəffəqiyyətin prinsipləri belədir: 1 Özünü kəşf etmək 2. Xəyal qurmaq 3. Hədəf müəyyənləşdirmək 4. İnanmaq və əzmlə çalışmaq 5. Əngəllərlə mübarizə 6. Gözəl görmək 7. Fürsətləri qiymətləndirmək 8. Zamanı qiymətləndirmək 9. İnsanlarla uğurlu münasibətlər qurmaq 10. İşi bitirmək Bəlkə çoxunuz dərslərdə olduğu kimi bu yolda da prinsiplərin olduğunu görüb, çəkiləcəksiniz. "Yenəmi prinsiplər?", - deyəcəksiniz. Bir az realist olun və unutmayın ki, müvəffəqiyyət, ancaq prinsiplərinə və şərtlərinə əməl olunduğu zəmində reallaşır. 1946-cı ildə müharibənin xarabaxanaya çevirdiyi Tokyoda yanmış bir mağazanın üçüncü mərtəbəsində qurulan və sonralar dünyanın nəhəng şirkətləri arasına qatılan "Soni"nin məşhur idarəçisi Akio Morita "Made in Japan: Akio Morita & Sony" adlı kitabında belə yazır: "Yaponiyanın idarəetməsi o qədər yaxşıdırsa, niyə hər il on səkkiz min yapon şirkəti iflas edir", - deyə soruşmuşdu amerikalı bir dostum. Cavabı çox bəsitdir. Dünyadakı digər şirkətlər hansı səbəbdən iflas edirsə, yapon şirkətləri də eyni səbəbdən iflas edir. Bir çox şərt yerinə yetirilməzsə, yapon şirkətlərini müvəffəq edəcək gizli bir formul və sehr yoxdur. Deməli, müvəffəqiyyət şərtlərinə riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə doğru irəliləmək lazımdır. Buyur, yol sənindir. Yolçu yolunda gərək. Müəllif: Əsədulla Əliyev Mənbə: Müvəffəqiyyətə gedən yol kitabnın girişi  
['müvəffəqiyyət', 'uğur psixologiyası', 'uğur qazanmaq', 'optimizm', 'özünəinam', 'fərdi inkişaf']
6,636
https://kayzen.az/blog/masonluq/1531/harun-y%C9%99hya-qlobal-masonluq-materializmin-p%C9%99rd%C9%99arxas%C4%B1.html
Harun Yəhya "Qlobal Masonluq" - Materializmin Pərdəarxası
mr13
Masonluq,onun tarixi
12 may 2010, 20:06
Kitabın ilk bölümündə Qədim Misirdəki firon rejimindən söz açmış və bu rejimin fəlsəfi dayaqlarının ən əsas məqamlarına toxunmuşduq. Artıq bilirik ki, Qədim Misirdə materialist dünyagörüşü hakim idi, yəni onlar maddənin əzəli və əbədi olduğuna, yaradılmadıqlаrına inanırdılar. Bununla bağlı mason yazarları Kristofer Nayt (Christopher Knight) və Robert Lomasın (Robert Lomas) "The Hiram Key" (Hiram Açarları) adlı kitabından gətirdiyimiz sitatı yenidən xatırladaq: "Qədim Misirdə maddənin əbədi olduğuna inanırdılar. Bir Yaradıcının heçlikdən hər şey yaratdığını düşünmək onlara məntiqsiz görünürdü. Onların fikrincə, dünya xaosun içindən düzənin doğması ilə yaranmışdı. Bu xaosu onlar da şumerlər kimi "Nun" adlandırırdılar. Nun - qaranlıq, su dolu bir dərinlikdi, bu dərinliyin öz içində bir gücü vardı və bu yaradıcı güc düzənin formalaşmasını əmr etmişdi... Xaosun içindəki həmin güc öz varlığının fərqində deyildi. O, qarışıqlığın təsadüfən əmələ gətirdiyi bir potensial idi..."Bəli, Qədim Misirdəki bu məntiqsiz fikirlərlə dövrümüzün materialist nəzəriyyələri arasında xeyli bənzərlik var. Bunun gizli, amma çox önəmli bir səbəbi isə Qədim Misir inanclarını mənimsəyən və bu günümüzə qədər yaşadan, bundan sonra da yaşatmaq istəyən bir təşkilatla bağlıdır - masonlarla... Masonlar və Qədim Misir Qədim Misir sivilizasiyası süqutа uğrаyаndаn sonra da onların materialist fəlsəfəsi yaşamaqda davam etdi. Bəzi yəhudilər bu fəlsəfəni Kabbala təliminin içində yaşatdılar. Digər tərəfdən, bəzi yunan filosofları da bu düşüncəni əsas götürdülər və "Hermetizm" adlanan qədim yunan təliminə dаxil etdilər. “Hermetizm” anlayışı Qədim Misir inancındakı xəyali tanrılardan biri olan "Sot"un Yunanıstandakı alternativi Hermesin adından gəlir. Başqa cür desək, “Hermetizm” - Qədim Misir fəlsəfəsinin Qədim Yunanıstandakı alternatividir. Artıq tanıdığımız ustad mason Səlami Işındağ bu fəlsəfənin mənşəyini belə izah edir: “Qədim Misirdə Hermetizm inanc sistemini əmələ gətirən bir təriqət var idi. Masonluğun da ona bənzər tərəfləri mövcuddur. Məsələn, müəyyən səviyyəyə çatmış insanlar gizli toplantılarda xüsusi ayinlər yerinə yetirir, öz fikirlərini açıqlayır, daha aşağı dərəcəli üzvlərini öyrədirlər. Yunanıstan hermetikləri də belə idilər və onların başında böyük alim-filosof Pifaqor dururdu. Qədim Misir təlimlərindən qаynаqlаnаn Iskəndəriyyə məktəbi və Qədim Yunanıstandakı Neoplatonizm kimi təşkilatlar da quruluş və üzvlərinin davranışları bаxımındаn mason ritlərinə çox bənzəyirlər.Işındağ masonluğun mənşəyində Qədim Misir faktorunun təsirini daha açıq şəkildə belə ifadə edir: "Franmasonluq ictimai və ideoloji bir quruluşdur. Kökləri də Qədim Misirə qədər gedib çıxır".Digər mason nüfuzluları da masonluğun Qədim Misir və Qədim Yunanıstan kimi bütpərəst sivilizasiyaların gizli dərnəklərindən qаynаqlаndığını bildirirlər. Türk masonlarının böyüklərindən olan Cəlil Layiqtez "Memar Sinan" dərgisində dərc olunan "Masonluğun sirri nədir, nə deyildir?" sərlövhəli məqaləsində belə yazır:“Qədim Misir, Yunan və Roma sivilizasiyalarında müəyyən bir elm, "qnos" və ya gizli məktəblərdə öyrədilən biliklər sistemi olurdu. Bu gizli məktəblərin tələbələri ancaq uzun araşdırmalardan sonra qəbul edilirdilər. Həmin tədris ocaqlarının arasında birinci olan "Osiris" məktəbi Osirisin doğuluşu, yenitməlik illəri, qaranlığa qarşı mübarizəsi, nəhayət, ölümü və təkrar doğuluşunu öyrədirdi. Bu mövzular həmçinin mərasim tamaşaları şəklində kahinlər tərəfindən oynanılır və beləliklə, çeşidli rəmz və ritualların təsiri daha da artırılırdı. Bütün bunlar illər sonra "masonluq" adı altında davam edəcək bir qardaşlıq sisteminin ilk halqaları idi. Belə qardaşlıqlar daim eyni ideallar çərçivəsində qurulub, təzyiqlər altında öz varlıqlarını gizlincə qoruyub, adlarını, şəkillərini dəyişdirə-dəyişdirə, ancaq qədim rəmzlərə sadiq qala-qala müasir dövrə qədər gəlib yetişiblər. Onlar cəhlin qəzəbindən qurtula bilmək üçün birləşib, sistemləşiblər, öz məslək qaydalarını müəyyənləşdirən Operativ Masonluğa sığınaraq, onun ideoloji əsasını qoyublar və beləcə, müasir Spekulyativ Masonluğun formalaşmasına təsir göstəriblər”. Layiqtez bu sözlərlə qədim masonların məxfi fəaliyyətə keçməklə guya "cəhl qarşısında" gizləndiklərini göstərir. Sаdаlаnаn izahlar bir kənara qoyularsa, gətirdiyimiz sitatdan masonların Qədim Misir, Qədim Yunanıstan və Qədim Roma kimi bütpərəst sivilizasiyalarda qurulan dərnəklərin dövrümüzə gəlib çıxan nümayəndələri olduqları anlaşılır. Bu üç sivilizasiyanın arasında ən qədimi və digərlərinə öncüllük edəni, təbii ki, Misirdir. Buna görə, masonluğun əsası da elə oradan başlayır (Həmin bütpərəst adətlərlə müasir dövrümüz arasındakı əsas bağın tampliyerlər olduğunu artıq bilirik). Bu yerdə bir daha təkrarlayaq ki, Allah Qurani-Kərimdə Qədim Misirdəki quruluşu "inkarçı sistem" adlandırır. Xüsusilə də Misirin hakimləri olan fironlar və onların yaxın ətrafı bir çox ayələrdə zalım, ədalətsiz, azğın insanlar kimi təsvir edilirlər. Misir xalqı da bu sistemi qəbul etmiş, fironu və digər saxta "ilahi"lərı mənimsəyərək yolundan azmış bir qövm olmuşdur. Amma bu gerçəyin qarşılığında masonlar həm öz köklərinin Qədim Misirdən olduğunu deyir, həm də Qədim Misirin təqdirəlayiq cəmiyyət modeli olduğunu bildirirlər. "Mimar Sinan" jurnаlındа nəşr olunаn bir məqalədə Qədim Misir bütpərəst inanclarının təqdir olunması və eyni zamanda "mason məsləyinin mənşəyi" kimi təqdim edilməsi diqqətçəkicidir: "...Misirlilər Heliopolis (Günəş şəhəri) və Memfis şəhərlərini qurmuşdular. Mason əfsanələrinə görə, bu iki şəhər elmin, yəni mason təbirinə görə, nuru-ziyanın qaynağı olub. Heliopolisi ziyarət edən Pifaqor oradakı məbəddən ustalıqla danışır. Memfis məbədi isə tarixi əhəmiyyətə malikdir. Teb şəhərində yüksək səviyyəli məktəblər vardı. Pifaqor, Platon və Siseron mason məsləyinə bu şəhərlərdə qovuşmuşdular”.Mason qaynaqlarında Qədim Misirin zalım başçıları olan fironlara da təqdirlə yanaşılır. Məsələn, elə həmin "Memar Sinan" dərgisində çap olunan digər bir məqalədə belə yazılıb: "Fironun başlıca vəzifəsi NURu aramaqdır. Gizli Nuru daha canlı və daha qüvvətli bir surətdə ucaltmaqdır. Necə ki, biz masonlar Süleyman məbədini inşa etməyə çalışırıq, eləcə də qədim misirlilər ehramı, yəni Nur Evini tikməyə çalışırdılar. Qədim Misir məbədlərində yerinə yetirilən ayinlər müəyyən dərəcələrə ayrılırdı. Onlar əsasən iki qismə bölünürdü - kiçik və böyük dərəcələr. Kiçik dərəcələr bir-iki-üç deyə ayrılmışdı, bundan sonra isə böyük dərəcələr gəlirdi”.5Buradan anlaşılır ki, Qədim Misir fironları ilə masonların aradıqları və "nur" dedikləri nəsnə eynidir. Başqa cür desək, masonluq - firon dövründəki fəlsəfənin çağdaş təmsilçisidir. Bu fəlsəfənin nə olduğunu isə Allah Quranda Firon və qövmü üçün işlətdiyi "Gerçəkdən də, onlar yolunu azmış bir qövmdürlər" (“Nəml” surəsi, 12) ifadəsilə göstərir. Digər ayələrdə isə Misirin inkarçı sistemi belə təsvir edilir:“Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altından axan bu çaylar mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü? Beləliklə, öz qövmünü yelbeyin, yüngül yerinə qoydu, onlar da itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər” (“Zuxruf” surəsi, 51-54).
['materializm', 'masonlar və qədim Misir']
6,637
https://kayzen.az/blog/mr13/1530/timur-bekmambetov.html
Timur Bekmambetov
mr13
Bloq: mr13
12 may 2010, 18:16
adı: Timursoyadı: Bekmambetovdoğum tarixi: 21.06.1961doğulduğu yer: Qazaxstan SSR, Quryev (indiki Atırau) şəhərimilliyəti: qazax Dahilərin vətəni olmur. Onların vətəni bütün kainatdır. Timur Bekmambetov da belələrindəndir. Bir az yaşı çox olanlar onun “Ночной дозор” və “Дневной Дозор. Мел Судьбы” filmlərin xatırlayır. Lukyanenkonın eyni adlı əsərlərinə çəkilmiş bu filmlər 2004-2005-ci illərdə belə desək hollivud filmlərinə rusiya kinomatoqrafiyasının bir cavabı idi. Şəxsən mənim fikirimcə çox uğurlu və tutarlı bir cavab alınmışdı. Hollivuddan fərqli olaraq səliqəli və lazım olan yerdə işlədilmiş qrafik effektlər filmin marağını daha da artırır. Daha sonra hollivud özü onun “ayağına gəldi”. 2008-də “Особа опасен” filmi ilə dünya kinosuna imza atdı. Yenə fantastik-sakit bir film sadə və yerində işlədilmiş qrafik effektlərlə. 09.09.2009-cu il artıq prodüser kimi Timur Bekmambetov “9” cizgi filminin dünyaya təqdim edir. Və həmin ilin sonunda növbəti bir film “Чёрная Молния” prokatlara çıxır. Bütün filmlərdəBekmambetov dəsti xətti görünür. Amma sözün düzü bütün bunları yazmaqda məqsədim Bekmambetovun hələ məşhur olmadığı dövrdə çəkdiyi “Банк Империал”-ın reklam rolikləri ilə sizi tanış etmək idi. Sovetlər ittifaqının son dövrlərinin şahidi olan insanlar yəqin ki, yaxşı xatırlayarlar. Hərəsi 1 dəqiqə çəkən bu reklam çarxları ayrı ayrılıqda bir şedevrdir deyərdim. Nəsə başınızı çox ağrıtmayım baxın.    
['Timur Bekmambetov']
6,638
https://kayzen.az/blog/orta-%C9%99srl%C9%99r-tarixi/1528/xristian-kils%C9%99sinin-par%C3%A7alanmas%C4%B1.s%C9%99lib-y%C3%BCr%C3%BC%C5%9Fl%C9%99ri.html
Xristian kilsəsinin parçalanması.Səlib yürüşləri
papatürk
orta əsrlər tarixi
12 may 2010, 16:14
Xristian kilsəsinin parçalanması. Kilsənin qüdrətinin artması. XI əsrin ortalarına qədər xristian kilsəsi vahid kilsə hesab edilirdi. Qərbi Roma kilsəsinin başçısı Roma papası idi. Bizansda isə kilsənin başçısı Konstantinopol patriarxı idi. Şərqi Avropanın bir çox ölkələri, o cümlədən Serbiya, Bolqarıstan və Kiyev Rus dövləti xristianlığı Bizansdan qəbul etmişdilər. Lakin Roma papası bu ölkələrin kilsələrini özünə tabe etmək istəyirdi. Papa və patriarx xristian kilsəsinə ağalıq və onun gəlirini bölüşdürmək uğrunda mübarizəyə başladılar. Nəticədə 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə parçalandı. Qərb kilsəsi katolik (ümumdünya kilsəsi), Şərq kilsəsi isə pravoslav (həqiqi din) kilsəsi adlanmağa başladı. Bundan sonra hər iki kilsə müstəqil oldu. Feodal dağınıqlığı dövründə İtaliyada Roma papasının başçılıq etdiyi bir dövlət var idi. Papa vilayəti adlanan bu dövlət Avropa krallarını özünə tabe etmək istəyirdi. XI əsrin sonunda Roma papası VII Qriqori ilə Almaniya kralı IV Henrix arasında müharibə başlandı. Müharibənin başlanmasına səbəb yepiskopun kimin təyin etməsi olmuşdur. Roma papası alman feodallarını krala qarşı qaldıra bildi. IV Henrix təbəələri ona tabe olmadılar. O, Roma papası ilə barışmağa məcbur oldu və Romaya getdi. IV Henrix 3 gün gecə-gündüz ayaqyalın, başı açıq İtaliyanın simalındakı Kanossa qəsrində gizlənmiş Roma papasından bağışlanmasını xahiş etdi. Papa onu bağışladı. «Kanossaya getmək» ifadəsi müasir dövrdə məcburiyyət qarşısında alçaldıcı güzəştə getmək mənasında işlənir. Lakin bundan sonra da Alman kralı IV Henrix papaya qarşı müharibədən əl çəkmədi. Bu müharibə fasilələrlə 200 ilə qədər davam etdi. Roma papasının ən qüdrətli dövrü III İnnokenti (1198-1216) zamanında olmuşdu. O deyirdi: papalar bütün xalqlara və dövlətlərə ağalıq etməlidir. Hamı onun qarşısında diz çökməli, ayağını öpməlidir. Katolik kilsəsi Avropada ən böyük torpaq sahibi idi. Avropada torpaqların üçdə biri kilsəyə məxsus idi. Bütün Qərbi Avropa əhalisindən kilsə üçün onda bir vergisi alınırdı. Bundan əlavə kilsə dini mərasimlərə, kəbin kəsməyə, xaç suyuna salmağa, müqəddəs şeyləri satmağa görə çoxlu gəlir əldə edirdi. Günahların bağışlanması haqqında Roma papasının fərmanı (indulgensiya) geniş yayılmışdı. Indulgensiya - cənnət qəbzi deməkdir. Günahların bağışlanması haqqında kilsə fərmanı belə adlanırdı. Guya kim bu fərmanı alsa, Allah onun bütün günahlarını bağışlar, fərmanı alan cənnətə gedər. Bidətçilərə qarşı mübarizə. Kilsə təliminə qarşı çıxanlar bidətçi, yəni dönük adlandırılırdı. Bidətçilər papaya qarşı çıxır, adamları kilsəyə, Roma papasına vergi verməməyə çağırırdılar.Bidətçilər kafir elan edilir, onlara qarşı kilsə məhkəməsi (inkvizisiya) qurulurdu. XIII əsrdə kilsə məhkəməsi inkvizisiya adlanırdı. XI-XIII əsrlərdə kəndli və yoxsullar bidətçiləri müdafiə edirdilər, ona görə ki, bidətçilər feodal vergilərinə və mükəlləfiyyətlərinə qarşı çıxırdılar. Inkvizisiya məhkəməsi bidətçiləri çox halda tonqalda yandırma cəzasına məhkum edirdi. XAÇ (SƏLIB) YÜRÜŞLƏRI Səlib yürüşləri fasilələrlə 1096-1270 illərdə olmuşdu. 8 xaç yürüşü təşkil edilmişdir. 1095-ildə Fransanın Klermo şəhəri yaxınlığındakı düzdə xalq yığıncağında Roma papası II Urban nitq söylədi. O, xalqı qılınca qurşanmağa, İsanın qəbrini kafirlərdən (müsəlmanlardan) xilas etməyə çağırdı. Xristian rəvayətinə görə, İsa Fələstində Qüds şəhərində (Yerusəlim) dəfn olunmuşdu. Papa vəd edirdi ki, günahkarların bütün günahı bağışlanacaq. Çoxları «Müqəddəs torpağı» azad etməyə hazır olduqlarını bildirdilər. Paltarlarına qırmızı parçadan xaç tikdilər. Şərqə yürüş edənləri səlibçilər, yürüşü isə səlib yürüşü adlandırdılar. Səlib müharibəsinin səbəbi: XI əsrin sonunda Avropada quraqlıq və aclıq, feodalların varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin olması, ruhanilərin yeni torpaqlar ələ keçirmək istəyi idi. Avropada güman edirdilər ki, Səlcuq imperiyası dağıldığına görə oram tutmaq asan olar. I Səlib müharibəsi 1096-ilin yazında başlandı. Bu müharibədə yoxsul kəndlilər iştirak edirdilər. Bizans imperatoru onları Kiçik Asiyaya keçirdi. Səlcuqlar səlibçiləri qılıncdan keçirdilər. 1096-cı ilin payızında Fransa, Almaniya və İngiltərənin feodallarının başçılığı altında cəngavərlər Şərqə hərəkət etdilər. Onlar Kiçik Asiyada səlcuqları məğlub etdilər. 3 ildən sonra 1099-iIdə Qüdsə çatıb oranı tutdular. Səlibçilər I xaç yürüşündən sonra Suriya və Fələstinin Aralıq dənizi sahillərindəki sahil torpaqlarda, yəni sahil boyunca ensiz bir zolaqda Qüds krallığını yaratdılar. Səlibçilərin yaratdığı krallıqlar Qüdsə tabe idi. II Səlib müharibəsi 1147-1149 illərdə oldu və tam məğlubiyyətlə nəticələndi. III Səlib müharibəsi 1189-1192 illərdə baş verdi, buna səbəb Misir hökmdarı Səlahəddin Əyyubinin 1187-iIdə Qüdsü tutması, səlibçiləri məğlub etməsi və onları Qüdsdən qovması olmuşdu. Bu müharibədə Fransa, İngiltərə kralları və Almaniya imperatoru iştirak etmiş və məğlubiyyətə uğramışdılar. IV Səlib müharibəsi 1199-1204 illərdə olmuş və onu Roma Papası III İnnokenti təşkil etmişdi. Səlibçilər Fələstinə gəmi ilə getməyi qərara aldılar. Onlar dəniz kraliçası adlanan Venesiya şəhər dövlətindən gəmi kirayə götürdülər. Venesiya Aralıq dənizində ticarət aparmaq üstündə Bizansla rəqabət aparırdı. Bizansı ticarətdə sıxışdırmaq üçün venesiyalılar səlibçiləri Bizansa qarşı yönəltdilər. Səlibçilər 1204-cü ildə Bizansın paytaxtı Konstantinopolu tutdular və dağıtdılar. Şəhər, hətta Müqəddəs Sofiya kilsəsi də qarət olundu. Latın imperiyası yaradıldı. Səlibçilər Bizansdan ancaq 1261-ci ildə qovuldular, IV Səlib müharibəsi səlibçilərin işğalçılıq və qarətçilik niyyətini açıb göstərdi. V Səlib müharibəsi 1217-1221-ci illərdə oldu və səlibçilər üçün uğursuzluqla nəticələndi. VI Səlib müharibəsi 1228-1229-cu illərdə aparıldı. Bu müharibə Misirə qarşı başlanmış və səlibçilərin məğlubiyyəti ilə başa çatmışdı. VII Səlib müharibəsi 1248-1254-cü illərdə,VIII Səlib müharibəsi 1270-ci ildə Şimali Afrikada getmiş və səlibçilər məğlub olmuşdular. Səlib müharibəsinin nəticələri Avropa cəngavərləri şərq ölkələrini tuta bilməsələr də oradakı xalqlara böyük bəlalar gətirdilər. Aralıq dənizində birincilik Bizansdan Şimali İtaliya şəhərləri Genuya və Venesiyaya keçdi. İtaliya tacirləri Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yaratdılar. Avropalılar Şərqdən yeni kənd təsərrüfatı bitkilərini, xüsusilə çəltik, qarabaşaq, limon, ərik, qarpız, şəkər çuğunduru əkib becərməyi öyrəndilər. Yel dəyirmanından istifadə etdilər. Avropalılar ipək parçalar toxumağı, güzgü istehsal etməyi, metalı daha yaxşı emal etməyi öyrəndilər. Kağız, barıt və kompasla tanış oldular. Avropalılar yeməkdən qabaq əllərini yumağı, isti hamamda çimməyi, alt və üst paltarlarını dəyişməyi şərqdən öyrənməyə başladılar. Avropa feodalları dəbdəbəli yaşamağı da şərqdən öyrənmişdilər.
['xristianliq', 'xristian kilsəsi', 'Roma papası', 'xaç yürüşləri', 'səlib yürüşləri', 'səlibçilər']
6,639
https://kayzen.az/blog/bankir/1524/yevgeniy-%C3%A7i%C3%A7varkin.html
Yevgeniy Çiçvarkin
bankir
Bloq: bankir
12 may 2010, 14:19
Yevgeniy Aleksandroviç Çiçvarkin (Евге́ний Алекса́ндрович Чичва́ркин) tanınmış rus sahibkarı,MDB-də ən böyük məşhur «Евросеть» mağazalar şəbəkəsinin yaradıcısıdır. 1974-cü ildə anadan olan Çiçvarkin,hələ tələbə olarkən bizneslə məşğöul olub.Sovet dövrünün dağıldığı vaxtlarda o ,kolqotka,saqqız,qadın alt paltarları və s. satmaqla qaz vurub qazan doldururdu.1997-ci ildə isə o məşhur «Евросеть»   adlı ən böyük telefon riteyler(retailer) mağazasını açır.Onun mobil telefon satışı menecmentindəki yenilikləri nəinki rusiyada,eləcə də Azərbaycanda uğurla tətbiq olunmuşdu.Çox ekstravaqant insan olan Yevgeniy söyüş spyür,cins şalvar və krossovkada gəzir,məşhur http://users.livejournal.com/chich8/ bloqunu aparır,televiziya şousnda aparılıcıq edirdi. Çoxları üçün o yenilikçi biznesmen obrazında idi. Lakin,çox uğurlu Yevroset mağazası Rusiya hüquq-mühafizə orqanları ilə arası pis olur.Əvvəlcə 2006-cı il martda Motorola C115 markalı 167500 telefon müsadirə olunur.Tez-tez reydlər,polislərin özbaşınlığı,rəqib telefon satan şirkıtlərin haqsız rəqabəti nəticəsində vaxtilə milyard dollardan çox dəyəri olan firma axırda satılır.Aleksandr MAmutun rəhbərlik etdiyi ANN investisiya şirkləti və «Вымпел-Коммуникации» tərəfindən alınır.Sonra Çiçvarkin 2008-ci ildə Londona gedir.Sonra Rusiyada onunəleyhinə cinayət işi başlayır,beynəlxalq axtarışa verilir.İndi də İngiltərədə o tez-tez məhkəmə salonlarında dindirilir.Bu yaxında,daha doğrusu 3 apreldə onun anası vəfat edir,amma özünün dediyinə görə o öldürülüb. İndi isə Çiçvarkinin Rusiya prezidenti Dmitri Medvedyevə ünvanladığı videogörüntünü sizə təqdim edirəm: videoya axıra qədər baxmağı məslhət görürəm.Gördüyünüz kimi Rusiya DİN azad biznesi boğur,Çiçvarkin və onun dostu Levinə qarşı qanunsuz işlər görür.Rusiyada indi hamı bu videoya baxır.görək prezident Medvedyev buna münasibət bildirəcəkmi? P.S. Danışarkən həyəcanlandığından Motorolanın Rusiyadakı nümayəndəliyinin adını səhv deyir: Я приношу свои извинения, главу  представительства компании Motorola в России Козлова звали Сергей, я оговорился из-за волнения.. В обращении Чичваркин рассказывает о состоянии здоровья бывшего вице-президента «Евросети» Бориса Левина. Бизнесмен утверждает, что Левин болен гепатитом и «может быть убит в тюрьме, как был убит юрист Магнитский и многие другие». Евгений Чичваркин также обвинил сотрудников подразделения в доведении до попытки самоубийства бывшего начальника отдела службы безопасности «Евросети» Юрия Рогова, в смерти матери своей помощницы Натальи Иконниковой, в смерти главы Motorola в России Сергея Козлова, а также в хищении ноутбука с материалами дела у адвоката Бориса Левина и многочисленных нарушениях.В частности, в принадлежности к группе «оборотней в погонах» Чичваркин обвиняет генерала Константина Мачабели, генерала Бориса Мирошникова, подполковника Дмитрия Освальдо и еще 10 человек. К видеообращению прилагаются ссылки на материалы, связанные с изъятием у «Евросети» партии телефонов Motorola. Евгений Чичваркин просит президента предотвратить смерть Бориса Левина и принять решительные меры «по выжиганию коррупции из правоохранительных органов».
['Çiçvarkin', 'Чичваркин']
6,640
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/1523/bioloji-ya%C5%9F.html
Bioloji yaş
burla xatun
sağlam həyat tərzi
12 may 2010, 13:08
Etiraf edin sizin həqiqətən necə yaşınız var?Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz.Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasına yaxınlaşdıq,hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur. Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir.Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır:- Müntəzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;-Hər gün 1 tablet aspirin qəbul etmək (yeməkdən sonra, 1 stakan su ilə qəbul etmək) 2,2 il yaşdan azaltmağa imkan verir; -30 dəqiqəlik təmiz havada gündəlik gəzinti 1,6 il yaşdan azaltmağa imkan verir; -Həftədə 30 dəqiqəlik güc tələb edən məşqlər və ya fiziki fəaliyyət 1,7 il yaşdan azaltmağa imkan verir; -Az miqdarda gündəlik şokolad yemək imkan verir ki, həyatı 1,3 il uzadasınız; -Qidada yalnız yaxşı yağların işlədilməsi həyata 3,4 il əlavə edir;-Gündəlik 5 müxtəlif meyvə yeyilməsi həyata 1,4 il əlavə edir;-Gündə istənilən qoz – fındıqdan 5-8 ədəd yeyilməsi imkan verir ki, həyatı 3 il uzadasınız;-Suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək ömrü 3 il uzatmağa imkan verir;-Qidada balanslaşdırılmış vitaminli məhsullardan istifadə etmək 3,3 il yaşdan azaltmağa imkan verir;-Gülüş əhəmiyyətli dərəcədə - 1,7 ildən 8 ilə qədər ömürü uzadır; -Fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək ömürə 1,2 il əlavə edir;-Gündəlik B6 vitaminin qəbulu 0,4 il ömürə əlavə edilir;-Kalsi və kalsi ilə zəngin gida qəbulu 0,5 il ömürə əlavə edilir;-Ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir stomatoloqda müayinədən kecmək - bu daha 6,4 il ömürə əlavə edilir;-Gündəlik səhər yeməyi- bu ömürə 1,1 il əlavədir;-Əlin yuyulması və qidanın yaxşı hazırlanması 0,4 il həyta əlavədir;-Keyfiyyətli, sağlam yuxu- 7 saat qadınlar üçün, 8 saat kişilər üçün. 3 ildən 12 ilə qədər əlavə ömürdür; -Güclü stress cox zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömürü 32 il qısaltmağa qadirdir; -Normal cəkini saxlaya bilmək (qadınlar üçün ideal çəki onun 18 yaşındaki çəkisi, kişilər üçün isə 21 yaşındakı çəkisidir ) – 6 il həyat deməkdir;-Daimi partnyorla gündəlik, keyfiyyətli seks insanı 2 ildən 8 ilə qədər cavanlaşdırır; Beləliklə, doktor Maykl Royzen təxirə salmadan öz bioloji saatınızın gedişini ləngitməyə məsləhət görür və öz həyatınıza 5-8 il əlavə etmək üçün təqdim olunan siyahıdan minimum 5 məsləhəti seçin və yerinə yetirməyə başlayınNədən başlamalı? Ən sadədən: 1. səhər yaməyi, 2. gündəlik gəzinti, 3. tomatların yeyilməsi, 4. sağlam yuxu və 5. seks. Seks haqqında xüsusi danışmaq lazımdır. Orta statistik amerikalı ildə sekslə cəmi 58 dəfə məşğul olur(!). Doktor Maykl Royzen hesab edir ki, əgər bu rəqəm 116 olsa idi, onda ömrün uzunluğu 1,6 il artardı. Əgər sekslə hər gün məşğul olunsa, onda həyatın uzunluğu 12 il artardı(!).Doktor Maykl Royzen hesab edir ki, bu 5 qaydanı gözləsəniz artıq effekt yarım ildən sonra özünü göstərəcəkdir. Əgər bütün qaydalara əməl etməyə başlasanız, artıq 1-2 ildən sonra əhəmiyyətli cavanlaşmanı hiss edəcəksiniz, həyatınız isə müvafiq olaraq 15-17 il artacaqdır. Yaxşı vərdişlər sizə qocalıqla effektiv mübarizə aparmağa kömək edəcəkdir (hansı ki, biz hamımız bilirik ki, artıq 25 yaşdan başlayır), əgər siz bütün qaydalara əməl etsəniz, effekt çox tez alınacaqdır.doktor Royzen,yəni Michael Roizen özünün Real Age proyekti ilə məşhurdur.
['uzunömürlü olmaq', 'herontologiya', 'yuvenologiya', 'cavanlaşmaq', 'bioloji yaş', 'uzun ömür']
6,641
https://kayzen.az/blog/mizantrop/660/medik-c%C4%B1ndo.html
medik-cındo
mizantrop
Bloq: mizantrop
12 may 2010, 10:17
İki il zülümlə müəllim yanına gedib Tibb Universitetinə qəbul olur, ilk kursda ümumi şeyləri öyrənirlər. Sonra isə əyinlərində xalat, əllərində pinset, boyunlarında fonendoskop, ciblərində pul, beyinlərində isə heç nə başlayırlar tibb elminin dərinliklərini öyrənməyə. Hamıdan çox oxusalar da(77 il 6 ay 8 gün) həkimlərin maaşı az olur. Ona görə bəziləri ilk kursdan dərman firmalarında işləməyə başlayır. Əczaçılığın uşaqları elə institutun qapısına girməmiş dərman firmalarına özlərini soxuşdurmağa çalışırlar. Stomatoloqlar sürü ilə universitetə girir, qurtarandan sonra naxır ilə dental klinika açır, amma heç biri taraz diş düzəltməyi bacarmır. Üçüncü-dördüncü kursda artıq bölünməyə başlayan müalicə işi fakültəsinin uşaqlarının işi zülümdür. Onurğa fəqərəsində dalağın sol yuxarı küncündə arteriyadakı trombositlərin faqositozunun albumin zülalı ilə qarşılıqlı təsir zamanı bazu sümüyünün yuxarı nahiyəsindəki vətərin parasimpatik sinir sisteminə təsirini əzbərləyirlər. Həftədə 5 gün oxumaq bəs deyilmiş kimi otrabotka, leksiyalarda qoyun kimi oturub mühazirə yazmaq, evdə mədənin hipofizinin aktivlik periodu cədvəlini əzbərləmək və s. əzablara da dözməli olurlar. Gələcək xirurqlar anatomiyanı əzbərlərləyir, it-pişiyin kor bağırsağını yarırlar. Terapevtlər isə cərrahlardan fərqli olaraq əllərini qana-sidiyə bulamırlar. Amma əvəzində kliniki farmakologiya oxuyur, gecə 72 yaşlı qadının aybaşısı zamanı fimoz aortasının neyrofizioloji təsirini aktivləşdirmək üçün aspirini venaya vurmağı öyrənirlər. Çoxları indidən poliklinikalarda praktika keçir, gələcəyi üçün iş yeri hazırlamağa çalışır. Yazıqlar! Qalan qızlar ginekologiyanı öyrənir, dünyaya daha bir əclaf, cəmiyyətə lazımsız adamın gəlməsi üçün Kesarevo əməliyyatında uşaqlıq yolunun neçə santimetr daraldığını öyrənir, AKUŞERLIYIN ƏSASLARI adlı 1964-cü ilin rus dilində olan kitabını oxuyur. Qalan dəli-dülülər isə psixologiya, patoloqoanatomiya, fiziki tərbiyə və s. gic-gici şeylər oxuyur. Buna baxmayaraq tibb ixtisası yenə də prestijlidir. Kənddə çobanın qızı da, şəhərin baş polis idarəsinin yüksək vəzifəli işçisinin uşağı da ora gedir. Girən girir, girməyəni də dədə-anası birtəhər soxuşdurur. Başqa universitetlərlə müqayisədə avara-uvaranın sayı azdır. Çünki savadsız iqtisadçı(onsuz da savadlısı azdır),savadsız hüquqşünas(savadlısı heç yoxdur),savadsız neftçi(neftçi savadı neynir?) təhlükəli deyil. Amma savadsız həkim!!! Təəssüfləndirici haldır ki, az-çox savadlı həkimlər ölür, qocalır, yerinə gələnlər də spazmalqonla valerianı fərqləndirə bilmir. Vay halınıza! Bütün tibb ixtisasında oxuyanlar hemodializin hipotalamusa necə təsiri olduğu haqda gedən mühazirələrdə 2 saat dəftərdə yazı yazsalar da, ereksiya zamanı tənasül alətinin necə böyüdüyü kimi sadə şeyləri bilmədiyi üçün ali məktəbdən qovulmalıdırlar.
['medik', 'Tibb Universiteti', 'ixtisas seçimi']
6,642
https://kayzen.az/blog/musiqi-qruplar%C4%B1/1498/boney-m-qrupu.html
Boney M qrupu
təpəgöz
Musiqi qrupları
11 may 2010, 13:29
Ardında qrup haqqında və çoxlu video. Boney M. –alman qrupudur. Qrupun yaranma tarixi çox qeyri adidir. Beləki alman prodüsseri Frenk Farian(Frank Farian.) yeni diska stili yaratmaq üzərində işlər aparır. O qeyri-adi Baby Do You Wanna Bump?mahnısını ərsəyə gətirir və 1975-ci ildə onu Boney M. ləqəbi adı altında tamaşaçılara təqdim edir. Bu ad o zaman məhşur olan Avstraliya detektiv serialının qəhrəmanına məxsus idi. Kompazisiyanı o özü ifa edir. Frenk Farian Europa Sound Studiyasında səsini bir neçə variantda sintez edir bu kompazisiya duet şəklində olur, yəni həm qız həm də oğlan səsləri bu singlı bəzəyir. Lakin gözlənilməz hal baş verir. Musiqi sevərlər bu mahnını çöx bəyənirlər, eləcə də bir çox studiyalardan təkliflər gəlir. Bu halda produsser qrup yaratmaq qərarına gəlir. Meyzi Vilyams, Şeyla Bonnik, Natali və rəqqas Maykın daxil olduqları qrup Boney M. adı altında müvəqqəti fəaliyyətə başlayır. Qrupun əsas formalaşmış üzvləri isə 1976-ci ildə Liz Mitşell, Marsiya Barret, rəqqasə Meyzi Vilyams və rəqqas Bobbi Farrell bir yerdə işləməyə başladılar. Musiqilərdəki əsas hissələri Farianla birlikdə Liz və Marsiya ifa edirdilər. Qrupun üzvləri deyəndə ağla Liz Mitchell, Maizie Williams, Marcia Barrett, və Bobby Farrell gəlir. 1986-cı ildə qrup fəaliyyətini dayandırır. 10 il fəaliyyəti ərzində Boney M. bir çox mükafatlar alıb, bütün dünyada məhşurluq qazanıb, eləcə də müxtəlif ölkələrdəki disk satılma tirajının ən yüksək olmasına görə adı Ginnesin rekordlar kitabına düşüb.  Sonralar onlar ayrı-ayrı fəaliyyət göstərsələr də özlərini Boney M. adlandırırdılar. Qrup 2006-cı ildə özünün 30 illiyini qeyd etdi. bu zaman çıxarılan disk isə ağlasığmaz populyarlıq qazandı. Pirat nüsxələri saymasaq qrupun albomları 120 milyondan çox tirajla satılıb.Boney M o qədər məşhur idi ki,hətta dəmir pərdə arxasında olan SSRİ_də belə o konsert vermiş,populyarlıq qazanmışdı.Bunu Qaynana filmində cənnət xalanın gəlininin Sunny mahnıs ının sədaları altında oynamasından da görmək olar. Qrupun diskoqrafiyası: * Take The Heat Off Me (1976) (yenidən: 1994, 2007, 2008) * Love For Sale (1977) (yenidən CD formatda: 1994, 2007, 2008) * Nightflight To Venus (1978) (yenidən CD formatda: 1994, 2007, 2008) * Oceans Of Fantasy (1979) (yenidən CD formatda: 1994, 2007, 2008) * The Magic of Boney M — 20 Golden Hits (1980) * Boonoonoonoos (1981) (yenidən CD formatda: 1994, 2007, 2008) * Christmas Album (1981) (yenidən CD formatda: 1990) * Kalimba De Luna (1984) (yenidən CD formatda: 1994, 2007, 2008) * Ten Thousand Lightyears (1984) (yenidən CD formatda: 1994, 2007, 2008) * Eye Dance (1985) (yenidən CD formatda: 1994, 2007, 2008) * The Best of 10 Years — 32 Superhits (1986) * Die 20 schonsten Weihnachtslieder der Welt (1986) * Reunion — Greatest Hits of all Times vol.1 (remix’88) (1988) * Reunion — Greatest Hits of all Times vol.2 (remix’89) (1989) * Gold (1992) * Gold — videoalbum (VHS/VCD) (1992) * More Gold (1993) * 20th Century Hits (Boney M 2000) (1999) * Gold — videoalbum (DVD) (2002) * The Magic Of Boney M. (2006) * The Magic Of Boney M. — videoalbum (DVD) (2006) * Christmas With Boney M. (2007) * Fantastic Boney M. — videoalbum (2007) * The Collection 3CD box-set (2008) * Rivers Of Babylon (2008) * ULTIMATE Boney M. Long Versions And Rarities vol.1 1976—1980 (2008) * Christmas Time (2008) * In The Mix (2008) * The Complete Boney M. 9 CD Box-set incl.DVD with ZDF TV Show «Fantastic Boney M.» (2008) * ULTIMATE Boney M. Long Versions And Rarities vol.2 1981—1983 (2009) * Let It All Be Music — The Party Album 2CD box (2009) * Greatest Hits — steel box collection (2009) * ULTIMATE Boney M. Long Versions And Rarities vol.3 1984—1987 (2009) * Boney M. AMERICA (2009) * 3CD set GOLD Greatest Hits (original masters) (2009) * The Magic Of Boney M. Limited Edition (Blu-spec CD, RCA Japan) (2009) Qrupun mahnıları çartlarda çox vaxt yüksək pillələrdə olub.Britaniya,Yaponiya,ABŞ,İsveç və s. həmişə TOPlarda olub(Almaniya barədə heç danışmıram) Rivers Of Babylon By the rivers of babylon, there we sat down Ye-eah we wept, when we remembered zion. By the rivers of babylon, there we sat down Ye-eah we wept, when we remembered zion. Ma Baker 1976 She was the meanest cat In old chicago town She was the meanest cat She really moved them down She had no heart at all No no no heart at all .... Ma ma ma ma — ma baker — she taught her four sons Ma ma ma ma — ma baker — to handle their guns Ma ma ma ma — ma baker — she never could cry Ma ma ma ma — ma baker — but she knew how to die Boney M Hooray! Hooray! Hooray hooray its a holi-holiday What a world of fun for everyone holi-holiday Hooray hooray its a holi-holiday Sing a summer song skip along holi-holiday Its a holi-holiday Rasputin ekstravaqant bir perfomans: There lived a certain man in Russia long ago He was big and strong, in his eyes a flaming glow Most people looked at him with terror and with fear But to Moscow chicks he was such a lovely dear He could preach the bible like a preacher Full of ecstacy and fire But he also was the kind of teacher Women would desire RA RA RASPUTIN Lover of the Russian queen There was a cat that really was gone RA RA RASPUTIN Russia's greatest love machine It was a shame how he carried on Boney m Brown girl in the ring Brown girl in the ring Tra la la la la There's a brown girl in the ring Tra la la la la la Brown girl in the ring Tra la la la la She looks like a sugar in a plum Plum plum Show me your motion Tra la la la la Come on show me your motion Tra la la la la la Show me your motion Tra la la la la She looks like a sugar in a plum Plum plum   Sunny Sunny, yesterday my life was filled with rain. Sunny, you smiled at me and really eased the pain. The dark days are gone, and the bright days are here, My sunny one shines so sincere. Sunny one so true, I love you. Sunny, thank you for the sunshine bouquet. Sunny, thank you for the love you brought my way. You gave to me your all and all. Now I feel ten feet tall. Sunny one so true, I love you. Bahama Mama Bahama, bahama mama Got the biggest house in town bahama mama Bahama, bahama mama But her trouble's getting down bahama mama Boney M qrupunun bütün mahnılarının sözləri http://www.lyricsfreak.com/b/boney+m/ Maizzie Williams rəsmi saytı
['Boney m', 'disko stili', 'musiqi şedevrləri']
6,643
https://kayzen.az/blog/optimist/1287/g%C3%BClm%C9%99k-yax%C5%9F%C4%B1-%C5%9Feydir.html
Gülmək yaxşı şeydir
Leyla
Hər şey gözəldir
11 may 2010, 10:26
Gizlin dеyil ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan «Mədənüş-şifa» (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni bеlə izah еdir: «İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən nə də ruh xəstələnmək bacarığına qadir dеyil». Ortaəsr mənbələrinə görə, hər hansı bir еmosiya orqanizmdə spеsеfik funksional dəyişiklik yaradır.KİN. Ödü hərəkətə gətirir və üzə sarı rəng vеrir, isti təbiətli insanlara üçün çox zərərdir. Ancaq məzacında rütubətlilik və soyuqluq olaq adamlara müəyyən xеyir gətirir.SЕVİNC. Üzün rəngini yaxşılaşdırır, bədəni sağlam saxlayır və kökəldir.GÜCLÜ QƏM, KƏDƏR VƏ QORXU. Ürək-damar sistеminə mənfi təsir göstərir. Bəzən ürək partlaması və ölümlə nəticələnə bilər. UTANMAQ VƏ ÖZÜNÜ İTİRMƏK. Əvvəlcə üzün qızarmasına səbəb olur və insanı tərlədir, sonra isə üzün rəngi saralır. ÜMİD. Mülayim sеvinc kimi təsirə malikdir.ÜMİDSİZLİK. Qəm və kədərdə olduğu kimi еyni ziyanı vardır. Əsgi mənbələrdə həddindən artıq еmosianallığın və psixiki gərginliyin fəlakəti qеyd olunur. (24, s. 34). Yusif İbn Məhəmməd 1511-ci ildə yazırdı: «Uzunmüddətli psixiki rahatlıq insan məzacını soyudur və sakitləşdirir. Həddindən artıq fiziki fəaliyyət və həyacan, məsələn, ifrat qəm, qüssə və kədər, və ya əksinə, hədsiz və qəfildən baş vеrən şadlıq məhvеdicidir. (74, s. 76). Bununla yanaşı ortaəsr alimləri mənfi еmosiyaları sakitləşdirmək yox, onların səbəbini aradan qaldırmağı məsləhət bilirlər. KİN SAXLAMAYIN! Nəsrəddin Tusi (1201-1274) “Əxlaqi-nasiri” əsərində aşağıdakıları yazırdı: «Bəzən bеlə olur, insan öz kinini boğur və içində gizlədərək, uzun müddət onu ürəyində gəzdirir. Axırda o, ölümlə nəticələnə bilən ağır xəstəliklərə düçar olur. Kinin müalicəsi onun səbəbini aradan qaldırmaqdan ibarətdir, çünki səbəb gücləndikcə, nəticə də güclənir». (86, s. 91)Orta əsr mənbələrinə əsasən, mənfi еmosiyalar və psixiki gərginlikdən qorunmaq üçün aşağıdakılar kömək еdir:Fiziki məşqlər.Autotrеninq (özünütəlqin, psixoloji məşğələlər).Sеvdiyin işlə mütəmadi məşğul olmaq.Vaxtında istirahət еtmək. Və əksinə, sağlamlığa qarşı layqеdlik, pis tərbiyə, həmişə kеf dalınca qaçmaq şüurun еmosianal sfеrasının ifrat inkişafına gətirib çıxarır ki, bu sağlam həyat tərzi üçün böyük manеdir. Kin, kədər, dеprеssiya və başqa mənfi еmosiyalara qarşı ən yaxşı dərman aktiv istirahət və əməkdir (sеvdiyin işlə məşğul olmaq). Sultan Əli Xorasani XVI əsrdə yazırdı: «Həvəsləndirici məşğuliyyətlər, şəhər və ölkələri səyahət еtmək təzə və naməlum şеyləri kəşf еtmək orqanizmin tonusunu qaldırır və xəstəliklərdən qoruyur». (56, s. 89).Göstərilən mənbələrdə xarici faktorların da (görmək, еşitmək, iy bilmək və s.) insanın еmosional tonusuna böyük təsiri qеyd еdilir. Bеləliklə, “Tibbnamə”-yə görə musiqiyə, bağda yarpağların xışıltısına, çayların və fəvvarələrin şırıltısına qulaq asmaq şəkil və güllərə, gözəl təbiət mənzərələrinə tamaşa еtmək insanın həyat еnеrjisi artırır.GÜLMƏK TЕRAPİYASI. Kеçmişdə yaşayan alim və mütəfəkkirlərin bir çoxu gülüşün müalicəvi gücündən yazırdılar. Onlar bеlə hеsab еdilirdi ki, gülüş gözdəyməni, cadunu qovur və şər qüvvələrlə mübarizə aparır. Aristotеl (е.ə. IV əsr) gülüşə böyük bir еlmi əsər həsr еtmişdi. Ortaəsr ərəb yazısıçı, yumorist Əbu Osman əl-Cahiz (775-868 illər) qеyd еdirdi: «Gülüş uşağın duyduğu ilk nеmətdir, gülüşə görə o özünü yaxşı hiss еdir. Gülüş piyin yığılmasına və qanın çoxalmasına kömək еdir ki, bunlar da onun güc və sеvincinin mənbəyidir… Əgər gülmək və güldürmək еybəcər hеsab еdilsəydi, onda gül və rəng-bərəng parça, qiymətli bəzək və gözəl imarət haqqında dеməzdilər ki, “o, sankı gülür!” (15, s. 23-24). Gülüşü müalicəvi gücü müasir alimlər tərəfindən də təsdiqlənir. Məsələn, V. Baxtin «gülüş mədəniyyət»-inin müxtəlif çalarlarını tədqiq еtmişdir. Britaniya və hind alimləri müəyyət еtmişlər ki, gülüşlə kişilərdə impotеnsiyanı müalicə еtmək olar. Bir qrup xəstələrdən üzərində aparılan еkspеrеmеnt nəticəsində müəyyən olmuşdur ki, «gülüşlə müalicə» olunan pasiyеntlərin 60%-i sağaldılar. Sonrakı kliniki müşahidələr göstərdi ki, gülüş həqiqətən də müxtəlif xəstəliklərlə mübarizə aparır, insanda imunitеti artırır, onu sağalmağa doğru aparır və xəstəlikdən sonra orqanizmin bərpasını tеzləşdirir.Fərid Ələkbərli "ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ"dən
['gülüş']
6,644
https://kayzen.az/blog/masonluq/1480/harun-y%C9%99hya-qlobal-masonluq-masonlu%C4%9Fun-h%C9%99d%C9%99fi-humanist-d%C3%BCnya-qurmaq.html
Harun Yəhya "Qlobal Masonluq"-Masonluğun hədəfi: humanist dünya qurmaq
mr13
Masonluq,onun tarixi
10 may 2010, 19:43
Artıq bilirik ki, masonlar humanist fəlsəfəsinə böyük önəm verirlər. Bu fəlsəfə isə Allaha imanı rədd edir və insana sitаyiş etməyi lazım bilir. Amma əsas məsələ bu deyil. Əsаs məsələ ondаn ibаrətdir ki, masonlar bu inamı özləri üçün quraşdırıblar, yoxsa onu bütün insanlara qəbul etdirmək istəyirlər?Masonluğun mənbələrinə nəzər salanda cavabı açıq-аydın görmək mümkündür: bu təşkilat humanist fəlsəfəni bütün dünyaya yaymaq və nəticədə Ilahi dinləri (Islamı, xristianlığı və hətta yəhudiliyi) tamamilə aradan qaldırmaq niyyətindədir. Məsələn, "Mimar Sinan" jurnаlındа Moiz Berker (Moiz Berker) imzalı müəllif yazır: "Masonluq pislik, yaxşılıq, düzgünlük, ədalət anlayışlarının kökünü fövqəltəbii aləmdə aramır, insanlar arasındakı sosial münasibətlərdən doğduğuna inanır. Və masonluq bu tezisi bütün dünyaya yaymağa çalışır".ən böyük türk masonlarından biri - Səlami Işındağ isə "Masonluktan Esinlenmeler" adlı kitabında belə yazır:"Masonluğa görə, insanları fövqəltəbii, ilahi təməllərə dayanmış bir əxlaqdan qurtararaq, insani əxlaq, yəni insaniyyətə dayanan əxlaqi sistem qurmaq gərəkdir. Masonluq bütün cəmiyyətlərdə bunu etməyi qarşısına məqsəd qoyub".Bütün bunlar başqa sözlə, bütün insanları dinsizləşdirmək deməkdir. Işındağ eyni kitabda bu hədəfi "yüksək sivilizasiyanın qurulması yolları" adı altında belə açıqlayır:"Masonluğun təklif etdiyi vasitələr inkişaf etmiş sivilizasiyanın qurulması üçün yetərlidir. Bunun üçün:- Kainatın Ulu Memarı anlayışının mənimsənilməsi;- Vəhyə inanmamaq;- Rasional humanizmə dayanan əmək sistemini yaymaq lazımdır".Göründüyü kimi, bu üç maddədən ikisi açıq-aşkar Allahın varlığını rədd edir. Ikinci maddə eyni zamanda həm də vəhy əsasında qurulan dinlərə qarşıdır. Masonluq məhz bu üç müddəa ilə yayılmağa çalışır. Masonluq dini fikirlərə qalib gəlmək üçün kütləvi təlqin metodlarından da yaralanmağa çalışır. Bu baxımdan, Işındağın kitabındakı aşağıdakı fikirlər maraq doğurur:"...Hətta diktator rejimləri belə dini quruluşları ləğv etməyi bacarmayıblar. Həmin rejimlərin zorla qapatmaq istədikləri ibadət yerlərinə bu gün daha çox adam axışır, yasaqlanan dini inanclar daha çox tərəfdar toplayır. Bu cür məsələlərdə zor tətbiq etməyin heç bir faydası yoxdur. Insanları qaranlıqdan aydınlığa çıxaracaq tək bir yol elm və ağıl prinsipləridir. Insanlara bu yolla təlim verilsə, onlar dinlərinin boş inanc və ehkamlarından canlarını qurtarar, humanizmə sayğı duyarlar.Burada məqsədin nə olduğunu yaxşı-yaxşı araşdırmaq gərəkdir. Işındağ göstərir ki, dinə qarşı təzyiq onu daha da gücləndirəcək, buna görə də, dini yox etmək üçün başqa prinsiplərə əl atılmalıdır. Onun "elm və ağıl" dediyi prinsiplər əslində, əlbəttə ki, elm və ağıl deyil, bu sözlərlə pərdələnmiş humanizm fəlsəfəsidir, təkamül nəzəriyyəsidir. Işındağ kitabında izah edir ki, bu təlimlər cəmiyyətə yayılarsa, insanlar Ilahi dinlərin sadəcə humanizm fəlsəfəsi ilə üst-üstə düşən tərəflərini qəbul edəcəklər. Nəticədə Ilahi dinlərin bünövrəsi sarsılacaq, tədricən isə sıradan çıxacaqlar. Bütün dinlərin bünövrəsi isə, bəllidir ki, insanın Allahın qulu olduğuna təməl inancdır.Qısası, masonlar dinin özəyi olan iman əsaslarını (yəni Allahın varlığına, birliyinə, hər şeyi Onun yaratmasına, insanın Allah qarşısında məsuliyyət qazanmasına inancı) aradan qaldırmaq niyyətindədirlər. Onun yerinə isə "elm və ağıl" adı ilə pərdələdikləri ateizmi irəli sürürlər. Yenə də Işındağın masonların dərgisində yer alan bir məqaləsində deyilir: "Hamımızın ən əsas vəzifəsi elm və ağıldan əl çəkməmək, onun kainatda yeganə və ən yaxşı yol olduğunu başa düşmək, bu inancımızı insanlar arasında yaymaq, başqalarına qəbul etdirməkdir. Ernest Renanın bu fikri çox önəmlidir: xalq əgər ağıl və elmlə təlim görərsə, dinlərin boş bir şey olduğunu anlayacaq. Lessinqin sözləri də həmçinin yerinə düşür: Insanlar elm və ağıl yolunu tutarlarsa, bir gün dinlərə gərək qalmayacaq".Bəli, masonluğun hədəfi budur: dinləri tamamilə yox edərək, insanı müqəddəsləşdirən bir humanist dünya qurmaq. Yəni insanların onları yaradan Allahı inkar edərək, özlərini ilah zənn etdikləri bir cəhalət sistemi formalaşdırmaq. Masonluq məhz bu hədəfə çatmaq üçün yaradılıb. "Ayna" adlı mason jurnalında bununla bağlı yazılıb: "Müasir masonluğun məbədləri bir növ "ideologiya məbədləri" qurmaqdır... Bu, mason ideologiyasının yayılıb möhkəmlənməsi nəticəsində bir araya gələn insanların Yer üzündə çoxalması nəticəsində gerçəkləşəcəkdir".Masonlar bu məqsədə yetişmək üçün dünyanın bir sıra ölkələrində var- gücləri ilə çalışırlar. Universitetlərdə, digər təhsil ocaqlarında, mediada, sənət və fikir dünyasında öz təsirini göstərən masonluq daim humanizm fəlsəfəsini cəmiyyətdə yaymağa, dinin təməli olan iman əsaslarını məhv etməyə çalışır. Kitabın sonrakı bölümlərində də görəcəyimiz kimi, təkamül təlimi masonların bir nömrəli təbliğat kartıdır. Onlar dinin yerinə Allahı qəbul etməyən, sadəcə insan emosiyalarına dayanan bir sivilizasiya qurmaq istəyirlər. Bu, Quranda bəhs edilən Mədyən qövmü kimi "Allaha arxa çevirmiş" insanların mədəniyyətidir. (“Hud” surəsi, 92) Bu cahiliyyə mədəniyyətində Allah qorxusu, Allah sevgisi, Allah rizası, ibadət, axirət kimi anlayışlara yer yoxdur. Özü də nəinki yoxdur, hətta bu anlayışların "geridə qalmış, savadsız insanlara aid fikirlər" olduğu iddia edilir. Filmlərdə, karikaturalarda, romanlarda həmişə buna işarə edilir. Bu istiqamətdə masonlar həmişə liderdirlər. Ancaq onlarla bir sırada duran bəzi qruplar və fərdlər də var. Masonlar onları "fəxri mason" kimi qəbul edir və özlərinə lider sayırlar. çünki eyni humanist fəlsəfədə birləşirlər. Yuxarıda adını çəkdiyimiz Səlami Işındağ bununla bağlı yazır: "Elə insanlar da var ki, mason olmadıqları halda, masonluq ideologiyasını çox yaxşı mənimsəyiblər. çünki bu ideologiya bütün insanlara və insanlığa aiddir".Dinə qarşı yürüdülən bu uzun savaşın iki təməl dayağı var: Materialist fəlsəfə və Darvinin təkamül nəzəriyyəsi. Qarşıdakı iki bölümdə biz bu dayaqların köklərini və masonluqla əlaqələrini araşdıracağıq. Və XIX əsrdən bаşlаyаrаq dünyanı bürüyən, insanlara "ağıl və elm" pərdəsi altında təqdim olunan fikirlərin iç üzünə daha yaxından bələd olacağıq.
['masonluğun tarixi', 'humanizm']
6,645
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/1381/uzun%C3%B6m%C3%BCrl%C3%BC-v%C9%99-xo%C5%9Fb%C9%99xt-olmaq-%C3%BC%C3%A7%C3%BCn.html
Uzunömürlü və xoşbəxt olmaq üçün
Leyla
sağlam həyat tərzi
10 may 2010, 18:28
Hər bir insan uzun və xoşbəxt yaşamağı təbii olaraq arzu edir.Bunları necə reallaşdırmaq olar.Bir neçə yoxlanılmış elmi metod vardır:1.Gülün! Ürək həkimləri gülüşün ürək-damar sisteminin hərəkət etməsinə səbəb olur və həm də gülmək stres hormonlarının səviyyəsini azaldır,orqanizmi müdafiə edir.2.Çox yatmayın! Son araşdırmalar göstərir ki, 8 saatdan artıq yatmaq ömrü azaldırmış.3.Ailə münasibətləri qurun! Statik məlumatlara görə ailə qurub xoşbəxt nigahla yaşayan insanlar yalnız yaşayanlardan daha uzunömürlü olurlar.4.Çəkinizə nəzarət edin! Çox yemək və sağlıqsız yemək bir çox xəstəliklər riskini artırır.5. Uşaq sahibi olun! Qadınların nə qədər çox uşağı olarsa ömrü də o qədər uzun olar. 6.Pianoda çalmağı öyrənin! Bu bir misal olaraq yazılmışdır.Mənası hansı yaş dövrünüzdən asılı olmayaraq yeni bir şeylər öyrənməkdən vaz keçməyin.7.Optimist olun! Amerika alimlərinə görə optimist düşüncəlilər pessimistlərə görə 12 il çox yaşayırlar.8.Tez-tez ananızla danışın! Harvard tibb məktəbinin araşdırmasına görə 91% insan, hansılar ki, anaları ilə kontakt yaratmırlar,onlar vaxtından əvvəl bir neçə xəstəlikdən əziyyət çəkməyə başlayırlar.9.Şokalad yeyin! Əlbəttə çox yeyin demirik.Ancaq az miqdarda şokalad yemək ömrü uzadırmış.Əsasən qara şokalad. 10.Oyun oynayın! Hansı yaşınızda olmanıza baxmayaraq uşaqlıqdakı kimi oyun oynamaqdan utanmayın.Evdə uşaqlarınızla(sərhədi keçməmək şərti ilə),yaşlı halınızda nəvələrinizlə və s. Məqsəd oyunlar zamanı sizin özünüzü yaxşı hiss etməniz olmalıdır.Daha maraqlı olsun deyə komyuter oyunu da oynaya bilərsiniz. UPD, Xoşbəxtlik üçün xeyirxah olmaq lazımdırKent State University-dən (ABŞ) olan mütəxəssislər müəyyən etmişlər ki, xeyirxahlığı yazılı şəkildə ifadə etmək əhval-ruhiyyəni və xoşbəxtliyin ümumi göstəricilərini yaxşılaşdırır. Eksperimentin gedişində tələbələrə hər iki həftədə sadə qaydaları olan məktub yazmaq təklif edilmişdir: onların məzmunu müəyyən düşüncənin tələb etdiyi kimi, müsbət olmalı və istənilən adama öz razılığını və minnətdarlığını bildirməlidir. Hər yazılmış məktubdan sonra psixoloqlar iştirakçıların əhval-ruhiyyəsini və onların həyatdan aldıqları ləzzəti dəyərləndirmək üçün onları müayinə etmişlər.Nəticədə məlum olmuşdur ki, hər bir məktubdan sonra xoşbəxtlik göstəriciləri artmış, insanlar, sözün həqiqi mənasında, daha xeyirxah olmuşlar, çünki xeyirxahlığın səviyyəsi də artmış, depressiyanın və qıcıqlandırmanın əlamətləri isə, əksinə, azalmışdır. Eksperiment bitən vaxt bu gənc adamların 75 faizi bildirmişlər ki, gələcəkdə də məktub yazmağı planlaşdırırlar. Ekspertlərin sözlərinə görə, qərəzsiz və səmimi xeyirxahlıq şəxsi xoşbəxtliyin və həyat keyfiyyətinin təkmilləşdirilməsində heyrətamiz və qiymətli rola malikdir.
['xoşbəxtlik üçün məsləhətlər', 'uzunömürlü olmaq']
6,646
https://kayzen.az/blog/mr13/1476/d%C3%BCnyan%C4%B1n-7-t%C9%99bi%C9%99t-m%C3%B6c%C3%BCz%C9%99si.html
Dünyanın 7 təbiət möcüzəsi
mr13
Bloq: mr13
10 may 2010, 18:19
Misir ehramları, Babil asma bağları, Rodos nəhəngi, Zefsin əzəmətli heykəli, Mavzoley, Artemida məbədi və İsgəndəriyyə mayakı qədim dünyanın 7 möcüzələri. Minilliklər keçsə, onların özü dağılıb məhv olsada onlar haqqında əfsanələr hələ də yaşamaqdadır. 3-cü minilliyin əvvəlində isə New7Wonders fondu dünyanın 7 müasir möcüzəsini müəyyənləşdirməyi qərara aldı. İnternet vasitəsilə kecirilən səsvermədə 100 milyondan artiq insan iştirak etdi və dünyan;n 7 yeni möcüzələri 07.07.2007 tarixində elan olundu...... İndi isə fond dünyan;n 7 təbiət möcüzəsini seçmək üçün səsvermə başlatmışdır. 2011 ci ildək davam edəcək bu səsvermə bütün dünyadan namizədlərin qəbulu ilə başlanmışdır. Mütəxəssislər namizədlər arasından ən layiqli 441-inin siyahısını tərtib etdilər. 2-ci tura isə hər ölkədən yalnız 1 namizəd keçirildi və nəhayət 2009-cu ilin iyulunda 28 finalçının adı elan olundu.  Finalçılar arasında Azərbaycanımızın da adı yer almışdır. Ölkəmizi Qobustanın palçıq vulkanları təmsil edir. Vulkanlarımıza dəstək olamaq üçün öz ingilis diliinə güvənənlər www.new7wonders.com , rusdillilər isə www.inpath.ru/wonders/nature ünvanına girib 6 digər namizədlə birgə vulkanlarımızı da qeyd edə bilər.  
['dünyanın 7 təbiət möcüzəsi']
6,647
https://kayzen.az/blog/masonluq/1472/harun-y%C9%99hya-qlobal-masonluq-humanist-%C9%99xlaq-n%C9%99z%C9%99riyy%C9%99si.html
Harun Yəhya "Qlobal Masonluq" - Humanist əxlaq nəzəriyyəsi
mr13
Masonluq,onun tarixi
10 may 2010, 17:34
Humanist əxlaq nəzəriyyəsi Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar. Masonların nisbətən liberal və sərbəst qanadları olan Rotari və Lion klubları haqqında da eyni fikirləri demək olar. Bütün bu təşkilatlar "cəmiyyətin xeyri üçün çalışdıqlarını" dönə-dönə vurğulayırlar.Şübhəsiz ki, "cəmiyyətin xeyri üçün çalışmaq" qətiyyən pis niyyət deyil və biz də buna etiraz edə bilmərik. Ancaq bu deyimin altında gizli və son dərəcə önəmli bir məqsəd dаyаnır. Masonlar "insanların dinsiz də əxlaqlı ola biləcəyini, əxlaqlı dünya qura biləcəyini" cəmiyyətə аşılаmаq istəyirlər və bütün "xeyriyyəçilik"ləri də bu fikri reаllаşdırmаq məqsədi daşıyır. Həmin "dinsiz əxlaq" anlayışı masonların internet-saytlarında bu cür izah olunur: "Insan nədir? Hardan gəlib, hara gedir? Insan necə yaşayır? əslində necə yaşaması lazımdır? Dinlər bu suallara qurduqları əxlaq prinsiplərilə cavab verməyə çalışırlar. Fəqət həmin prinsipləri Allah, cənnət, cəhənnəm, ibadət kimi metafizik anlayışlarla bağlayırlar. Insanlara isə anlamadan inanmaları lazım gələn metifizik problemlərə getmədən, həyat prinsiplərini tapmaları lazımdır. Masonluq bu prinsipləri azadlıq, bərabərlik, qardaşlıq, zəhmətkeşlik, barış, sevgi, demokratiya və s. ideyaları əsrlərdən bəri bəyan etməkdədir. Bunlar insana bir həyat fəlsəfəsi verir, onun kökləri isə metafizik anlayışlarda deyil, dünyada yaşayan kamil insanın özündədir".Göründüyü kimi, masonluq insanın Allaha inanaraq, Onun rizası üçün xeyir işlər görməsinə qarşıdır. Onlara görə hər şey sadəcə "insanlıq" üçün edilməlidir. Mason dərnəklərinin nəşr etdirdiyi, xüsusi "üçüncü dərəcə" ayininin incələnməsinə aid kitabda bu fikir açıq-aşkar görünür:“Mason əxlaqı hər şeydən öncə insanlıq sevgisinə dayanır. Bir insandan dini və ya siyasi qurumdan, naməlum fövqəltəbii qüvvələrdən qorxaraq mənfəət, mükafat, cənnət... naminə yaxşı olmağı qətiyyən qəbul etmir. Amma bütün yaxşılıqları ailə, yurd, insan və insanlıq sevgisilə edənləri, yalnız bu duyğularla yaxşı olanları ucaldır. Mason təkamülünün ən əsas məqsədlərindən biri budur. Insanları sevmək və heç nə ummadan yaxşı olmaq, bu mərhələyə çatmaq çox böyük bir təkamüldür”.Bu sitatdakı iddialar son dərəcə aldadıcıdır. Din əxlaqı olmayan bir yerdə millət, yurd, ailə sevgisi kimi anlayışlar formalaşa bilməz. Formalaşdığı görünsə də, əslində, saxta olacaq. Din əxlaqını yaşamayan insanlar qəlblərində Allah qorxusu olmayan insanlardır, Allah qorxusu olmayan yerdə isə insanlar yalnız öz maraq və mənfəətlərini düşünürlər. Belə insanların şəxsi maraq və mənfəətlərinə hansısa ziyan dəyərsə, onlar bir anda sevgini də, sədaqəti də kənara atarlar. Ancaq fayda götürə biləcəkləri şəxslərə sevgi və sayğı bəsləyərlər. çünki öz yanlış inanclarına görə dünyaya cəmisi bir dəfə gəliblər, ona görə də burada nə qədər çox fayda görsələr, bir o qədər qənimətdir, üstəlik, dünyada etdikləri heç bir pisliyin də cəzasını çəkməyəcəklər. Mason ədəbiyyatı bu gerçəyi ört-basdır eləməyə çalışan qondarma "əxlaq dərsləri"lə doludur. Amma tarix də sübut edir ki, dinin insan ruhuna verdiyi həqiqi tərbiyə və Allahın yol göstərən hökmləri olmasa, gerçək əxlaq heç bir halda qurula bilməz. Buna ən parlaq misal 1789-cu il Böyük Fransа Inqilabıdır. Inqilabı hazırlayan masonlar "Azadlıq, Qardaşlıq, Bərabərlik" kimi ilk baxışdan əxlaqlı görünən şüarlarla ortaya çıxsalar da, sonradan on minlərlə insanı günahsız yerə gilyotinə göndərdilər, ölkəni qan gölünə çevirdilər. Hətta inqilabın öz liderləri də bu vəhşətdən qurtula bilməmiş, bir-birinin ardınca boyunları vurulmuşdu.XIX əsrdə yenə də "dinsiz əxlaq" düşüncəsilə yola çıxan sosializm isə daha dəhşətli nəticələr verdi. Sözdə ədaləti, bərabərliyi, istismarsız cəmiyyəti dəstəkləyən və bunun üçün də dinin yox edilməsini vacib sayan sosializm XX əsrdə Sovetlər Birliyi, Şərq Bloku, çin, Hind-çin, Afrika, Mərkəzi Amerika kimi bölgələrdə milyonlarla insanlara qorxunc acılar yaşatmışdı. Üst-üstə 120 milyon insan (!) kommunist rejimlərinin qurbanı olmuşdu.Bundan başqa, kommunist rejimlərində heç vaxt, bəyаn etdikləri kimi ədalət və bərabərlik qurulmayıb, rəhbərlər ayrıca bir istismarçı sinif kimi formalaşıblar. (Yuqoslav fikir adamı Milovan Dcilas (Milovan Djilas) "Yeni Sinif" adlı klassik kitabında "nomenklatura" adlandırılan kommunist kadrların sosializm iddialarının tamamilə əksinə, "imtiyazlı sinif" olduqlarını çox yaxşı izah edir. Müasir dövrdə də özlərini "cəmiyyətin xeyrinə çalışan", "insanlıq üçün fədakarlıq göstərən" təşkilat kimi tanıtmağa çalışan masonların çox dəhşətli bir iç üzü var. əksər ölkələrdə masonluq gizli gəlirlər əldə etmək üçün bir vasitədir.1980-ci illərdə Italiyanı silkələyən "P2 Mason Lojası" skandalı bu ölkədə masonluğun mafiya ilə əlaqəsini, loja rəhbərlərinin silah qaçaqmalçılığı, narkotik аlveri, qara pulların yuyulması ilə məşğul olduğunu, rəqiblərinə və ya özlərinə "xəyanət" edənlərə qarşı sui-qəsdlər təşkil etdiklərini üzə çıxarmışdı.1992-ci ildə Fransada gündəmə gələn "Böyük şərq lojası" skandalında, 1995-ci ildə Ingiltərədə mediaya yol tapan "Ingilis təmiz əlləri" əməliyyatında mason lojalarının qaranlıq əməlləri üzə çıxdı. Və bəlli oldu ki, masonların "humanist əxlaq" anlayışı, sadəcə, sözdədir. Başqa cür mümkün də deyil, çünki artıq dediyimiz kimi, cəmiyyətdə əxlaq sadəcə Ilahi dinin yaşanması sayəsində qurulur. əxlaqın təməlində insanın eqoizmdən və kibrdən qurtulması dayanır. Bunun üçün isə insan ancaq Allah qarşısındakı acizliyini və məsuliyyətini dərk etməlidir. Allah Quranda möminlərin fədakarlığını anlatdıqdan sonra, "Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır" (“Həşr” surəsi, /9),- buyuraraq, gerçək əxlaqın nə olduğunu xəbər verir.Quranın “Furqan” surəsində isə ancaq Rəhmanın qullarının sahib olduqları əxlaqın xüsusiyyətləri belə təsvir olunur:“Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirər. Və belə deyərlər: "Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir". Doğrudan da o, nə pis məskən, nə pis yerdir. Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında ortaq bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir. Hər kəs tövbə edib, yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər” (“Furqan” surəsi, 63-73).Allahın ayələri oxunarkən ona qarşı lal-kar olmamaq, yəni Allaha hörmət qarışıq qorxu və sədaqət hissləri bəsləmək möminin əsas vəzifəsdir. Bunun sayəsində insan eqoizmdən, qərəzdən, özünü başqalarından üstün tutmaq mərəzindən qurtulur və yuxarıdakı ayələrdə təsvir olunan əxlaqa qovuşur. Ona görə də Allaha inamın və Allah qorxusunun olmadığı bir cəmiyyətdə əxlaq da olmaz. Heç nəyin mütləq meyarları olmadığına görə, insanlar "doğru" və "yalan" anlayışlarını öz mənfəətlərinə uyğun müəyyənləşdirir və tətbiq edirlər. Masonluğun və ateist humanizmin məqsədi də elə "əxlaqlı dünya qurmaq" deyil, dinsiz dünya qurmaqdır. Başqa cür desək, masonlar əxlaqa önəm verdikləri üçün deyil, cəmiyyətə "dinin lazımsız olduğunu" göstərmək üçün humanist fəlsəfəyə əl atıblar. Halbuki nə humanizm, nə də başqa bir batil düşüncə insanlara gözəl əxlaq yaşada bilməz. Ancaq Allahdan gərəyincə qorxan insanlar gözəl əxlaq sahibi ola bilərlər.
['humanizm', 'masonluğun tarixi']
6,648
https://kayzen.az/blog/fotoanons/1468/heyd%C9%99r-%C9%99liyevin-ail%C9%99-%C5%9F%C9%99kill%C9%99ri.html
Heydər Əliyevin ailə şəkilləri
papatürk
fotoanonslar
10 may 2010, 16:24
Bugün Heydər Əliyevin doğum günüdür.Onun həyatı haqda məqalə yazmağa vaxt tapmadım.Amma onun qeyri-standart şəkilləri məncə çoxlarına maraqlı olar.bəzi şəkillər unikaldır,onları başqa yerdə görməmisiniz. Şəkillərin hamısına və böyük ölçüdə albomda baxa bilərsiniz.
['Heydər Əliyev']
6,649
https://kayzen.az/blog/mr13/1459/dilim-dilim-olasan-dilim.html
Dilim dilim olasan dilim
mr13
Bloq: mr13
10 may 2010, 12:26
  Sizə ingiliscə bir şeir təqdim etmək istəyirəm.SOME AT WORK ONI'L BE LIAR KISSEN MAN I'M SON? YOUR DOOM YOU'VE I'M MUST CAN I'M SON!AND I'M DOG MY WATER NEAR I'M SON!İlk baxışdan mənasız söz yığını olduğunu düşünəcəksiniz amma qərar verməyə tələsməyin ardını oxuyunI REAL ARMY CHANEL JOHN DONE?AZERBAİJAN! AZERBAİJAN!MAN BEAR U SHAGY, SON BEAR ANNA.OH DOOR KEEP AGLY I'M SON A..., HANN KISS EMPTY HANN KEY ANNA. HEY OUCH SOME THE YOU'VE I'M SON SON! LM, GOON IM OBAMA SON SON! Bir tanış uşaq demişkən indi yuxarıdakıları ingiliscə yox, "QıJıvari" oxuyun. Bu Xalq şairimiz Səməd Vurğunun Azərbaycan şeirindən 2 bənddir. Bu mnemonik üsulla İngilislər və ya ingilis dilli xalqlar bizim şeiri öyrənirlər. Eyni variantla ingilislərin rus dilini öyrənməsini də eşitmişdim. Məsələn "Yellow Blue Bus" yəni "я люблю вас". Belə variantda Azərbaycanın himni və başqa şeirlər də var, tapsam onları da yerləşdirərəm. El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!  
['azərbaycan dili', 'mnemonik üsullar']
6,650
https://kayzen.az/blog/fizikl%C9%99r/1458/qalileo-qaliley.html
Qalileo Qaliley
Aynur
Görkəmli fiziklər
10 may 2010, 11:55
Qaliley Qalileo (15.2.1564 -8.1.1642) «Qaliley - ağ saçlı alim ixtiyar Ömürlük zindana salındın ki, sən Belini bükdükcə zalım ruzigar. Bəlkə əl çəkəsən dediklərindən Sonra çıxartdılar səni zindandan Gördün ki, Asiman alışıb yanır, Ölüm ayağında, ey böyük insan Sən yenə dedin ki, «Yer yuvarlanır» S. Vurğun Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur. Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir. Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.Qaliley 1581-ei ildə Piza universitetinə daxil olub təbabət elmini öyrənməyə başlamışdır. Buraya o, atasının təkidi ilə getmişdir. Çünki atasının məqsədi onu həkim etmək idi. Lakin Qaliley Evklidin, Arximedin əsərlərini oxumuşdur, ona görə onun ən çox marağı riyaziyyat və mexanika sahələrinə idi. O, universitetdə bir az oxuduqdan sonra atasının razılığı ilə buranı tərk edib Florensiyaya ge­dir. Orada fizika və riyaziyyat elmlərini öyrənməyə başlayır. Tələbəlik illərində Qaliley böyük elmi və praktik əhəmiyyəti olan rəqqasın rəqsinin izoxronluq qanununu kəşf edir. Qaliley öz müəllimi Ostilio Riccinin rəhbərliyi ilə riya­ziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexani­kanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənmiş və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzim edilməsi və s. işləri müşahidə etmişdir. Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən Qaliley, rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir. Qaliley fitri istedadın əsasında Aristotel fizikasının səhv­lərini göstərmiş, təbiət elmlərinin yeni təməlini qurmuş, onun gizli sirlərini açaraq, cəmiyyətin materialist dünya görüşünün inkişafına böyük təkan vermişdir. Qaliley Kopernikin nəzəriyyəsi və dünyagörüşü ilə tanış olduqdan sonra nəinki onun tərəfdarı olmuş, hətta onun doğruluğunu təcrübədə sübut etməyə çalışmışdır. 1608-ci ildə teleskopun hollandiyalılar /Z.Yansen, Y.Metsius və Q.Lippersqey/ tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır. Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar «allahın işlərinə» nəzər yetirməməlidirlər. Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir. Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir. 1607-ci ildə Qaliley dünyada ilk dəfə olaraq işıq sürətini təyin etmək üçün "təşəbbüs göstərmişdir. Lakin zaman fasiləsini dəqiq ölçə bilmədiyindən düzgün nəticə almamışdır. Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, müxtəlif əyrilikli linzalar hazırlamışdır. Qaliley həm həndəsi optikanın, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olmuş, ömrünün 15 ilini boloniya daşının fosforessensiyasının tədqiqinə sərf etmişdir. O, Bolo­niya şəhərinin yaxınlığındakı dağdan tapılmış işıldayan bo­loniya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah etmişdir: Boloniya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda o işıq atomlarını udub, özündə saxlayır və sonra yavaş-yavaş şüalanmağa başlayır. Qalileyin bu nöqteyi-nəzəri onun işığın təbiəti haqqındakı fikrinə və eləcə də enerjinin saxlanması mülahizələrinə tamamilə uyğundur. 1597-ci ildə Qaliley ilk termometr hesab edilən termoskopu qurmuşdur ki, istilik hadisələrini öyrənməkdə cihazın böyük rolu olmuşdur. Akustika bir elm kimi Qalileylə başlayır. O, eksperimental üsulla səs hadisələrini öyrənən birinci fizikdir. Qaliley öyrənir ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır. Qalileyin mexanikaya aid kəşfləri içərisində ətalət qanunu, nisbilik prinsipi, sərbəst düşmə qanunları, mail müstəvidə düşmə, rəqqasın hərəkəti, üfüqə paralel və üfüqə bucaq altında atılmış cismin hərəkəti, mühitin müqaviməti, zərbə və s. göstərmək olar. Qaliley zamanı ölçmək üçün rəqqasdan istifadə etmişdir. Qeyd etmək lazımdır ki, Aristotel tərəfindən kəşf edilmiş: «Cisim qiymət və istiqaməti sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabər sürətli hərəkət edir» kimi səhv nəzəriyyə Qalileyə qədər elmdə «həqiqət» kimi qəbul edilmişdir. Qaliley bu səhvi düzəltdi və göstərdi ki, cisim qiymət və istiqamətcə sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabərartan hərəkət edir və belə bir qüvvə cismə təsir etmədikdə cisim düz xətt boyunca bərabərsürətli hərəkət edir. Bu, hərəkətin birinci qanunu olub «Ətalət» qanunu adı ilə məşhurdur. Qaliley isbat etmişdir ki, havanın müqaviməti olmadıqda bütün cisimlər kütlələrindən asılı olmayaraq eyni sürətlə düşür və bərabəryeyinləşən hərəkət edirlər. O, öyrənmişdir ki, sərbəst düşmədə cismə sabit qüvvə /cazibə qüvvəsi/ təsir etdiyindən cisim şaquli istiqamətdə bərabərartan sürətlə hərəkət edir. Dahi alim bu kəşflərlə yanaşı hərəkətin nisbilik prinsipini də kəşf etmişdir. 1632-ci ildə Qalileyin «Dünyanın iki əsas sistemi - Ptolemey və Kopernik sistemləri haqqında söhbət» əsəri çapdan çıxır. Bu kitab üç venetsiyalının /Salviati, Saqredo və Simpliçio/ söhbəti şəklində yazılmışdır. Salviati öz söhbətində Qa­lileyin görüşlərini ifadə edir; Saqredo canıyananlıq edir. Simpliçio isə Ptolemey və Aristotelin nüfuzunu müdafiə etməklə, Aristotel fəlsəfəsi tərəfdarlarının görüşlərini ifadə edir. Bu kitabın yazılmasına görə Qaliley kilsə tərəfindən təqib olunmuşdur. Aristotel belə hesab edib ki, cisim sabit qüvvənin təsiri ilə hərəkət etdikdə getdiyi yol zamanla düz mütənasib olmalıdır. Lakin Qaliley isbat edir ki, bu hərəkət təcilli olduğundan, gedilən yol, həmin yola sərf olunan zamanın kvadratı ilə mütənasibdir: Qaliley əvvəllər vaxtı nəbzin vurması ilə ölçürmüş, sonralar isə rəqqasdan istifadə etmişdir. Rəqqaslı saatı ilk dəfə 1649-cu ildə onun oğlu Vinçes Qaliley qurub düzəltmişdir.Aristotelə görə cismin düşmə sürəti onun çəkisi ilə düz mütənasibdir. Bunun əksinə olaraq Qaliley isbat etmişdir ki, sərbəstdüşmədə sürət cismin çəkisindən asılı deyildir. Bunu isbat etmək üçün Maili Piza qülləsinin başından çəkiləri müxtəlif olan iki cisim salınmaqla təcrübə aparılır və bu təcrübədə Qalileyin nəzəriyyəsi özünü doğruldur. 1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək «tövbə etməyə» məcbur edilmişdir. Lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra «onsuzda o fırlanır» demişdir. /Burada O, yerin fırlanmasını nəzərdə tuturdu/. Məhkəmədən sonra yenə də qoca alim elmi yaradıcılıqdan əl çəkməmiş və öz ideyasını dəyişməmişdir. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat etmişdir. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
['Qaliley', 'Galileo Galilei']
6,651
https://kayzen.az/blog/finance/1316/4.2.2.-fransa-bank%C4%B1.html
4.2.2. Fransa bankı
bankir
Xarici ölkələrin maliyyə-kredit sistemi
10 may 2010, 10:28
Avropanın ən qədim mərkəzi banklarından biri olan Fransa Bankı 1800-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. 1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə təsdiq olunmuş emissiya hüququ 1945-ci ilə qədər dörd dəfə təzələnmişdir. Doqquz əyalət emissiya bankının udulma­sından sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün ərazisində inhisarçı emissiya hüququnu əldə etdi.1936-cı ilə qədər Fransa Bankını 15 «reqent»dən ibarət olan Şura idarə edirdi. Lakin 1936-cı ildə Şura artıq 20 direk­tordan ibarət olan Baş şura ilə əvəzləndi. 1945-ci il 2 dekabr qanunu ilə Fransa Bankının kapitalı dövlətə verildi və bu səbəb­dən də, o indiyədək dövlət müəssisəsi statusunu saxla­maq­­dadır.1993-cü il 4 avqust qanununa uyğun olaraq aparılmış islahat Fransa Bankının tarixində dönüş nöqtəsi oldu. Milli pul vahidinin stabilliyini və Bankın həyata keçiridiyi mone­tar siyasətin ardıcıllığını təmin etmək məq­sə­dilə ona müstə­qil­lik statusu verildi. Eyni zamanda Fransa Bankının nizam­namə­sində onun müstəqilliyinə zə­manət verən təshihlər aparıldı: Fransa Bankı qiymət stabilliyinin təmin edilməsi məq­sədilə monetar siyasətin hazırlanmasına və reallaş­dırıl­masına cavabdehdir; qərarlar monetar siyasət Şurası tərəfindən kolle­gial şəkildə  qəbul olunur. Şura doqquz nəfərdən ibarət olur və nizamnamədə onların təyinatları və səlahiyyət müddətləri ilə bağlı maddələrdə onların fikir sərbəstlyinə zəmanət verilir; monetar siyasət Şurasının müstəqil statusunun təmin edilməsi məqsədilə qərarların qəbul edilmə pro­se­sində şura üzvlərinə hökumətin bu sahədəki fikrini öyrənmək və göstəriş­lərinə əməl etmək qadağan olunur. Monetar siyasətin hazırlanmasında və reallaş­dırıl­ma­sında Fransa Bankının nisbi müstəqilliyinə bax­ma­ya­raq, fran­kın paritetinin və mübadilə kursu rejiminin müəy­yənləş­dirilmə məsələləri ilə hökumət məşğul olur. Fransa Bankı isə yalnız frankın və xarici valyutaların nisbətini dövlə­tin adından və monetar siyasətin ümumi istiqamətləri çərçivə­sin­də tənzim­lə­yir. Fransanın monetar siyasətinin əsas məqsə­di ilə 1994-cü ildən inflyasiya səviyyəsinin konkret göstəricisi müəy­yən­ləşdirilmişdir. Bu isə inflyasiyanın targetinq siyasə­tini real­laş­dıran ölkələr sırasına Fransanı aid etməyə imkan verir.Inflyasiyanın targetinq siyasəti bir neçə elementdən ibarətdir:  1. Inflyasiyanın konkret göstəricilərinin əldə edil­mə­si üzrə ortamüddətli deklarasiya; 2. Inflyasiyanın məq­sədli parametrlərinin ölkə inkişafının uzunmüddətli konsep­siyasına daxil edilməsi; 3. Inflyasiyanın optimal səviyyəsinin əldə edil­mə­si üzrə ümumi strategiyada aralıq göstəricilərin, məsələn, pul kütləsi artımının rolunun azalması; 4. Uzun­müd­dətli monetar siyasətin şəffaflığı, cari vəzifələrin və planların aşkar­lığı; 5.Inflyasiyanın məq­sədli səviyyələ­rinin əldə edilməsi üçün mər­kəzi bankın hesabat verməsi.Inflya­siyanın məqsədli səviyyələrinin əldə edilməsi üçün Fransa Bankının istifadə etdiyi əsas alətlər aşağıdakılardır: dinamikası bilavasitə frankın valyuta kursunun dinamikasına və dövriyyədəki pulların miqdarına təsir edən faiz dərəcələrinin tənzimlənməsi. Faiz dərəcələrinin tənzim­lən­mə mexanizmi banklararası bazarda kredit hərracları vasi­tə­silə və ya veksellərin 5-10 günlük girovu altında kredit inter­ven­siyalarına əsaslanır; valyuta intervensiyaları. Monetar tənzimlənmə orqanları valyuta bazarlarında intervensiyaları müxtəlif məq­sədlərlə, o cümlədən mübadilə kursunun saxlanması və bey­nəl­xalq ehtiyatların arzuolunan səviyyəsinin əldə edil­məsi üçün apara bilər. Milli valyuta kursunun qal­dı­rılması üçün xarici valyutanı satmaq, milli valyuta kur­su­nun aşağı salın­ması üçün isə xarici valyutanı almaq lazımdır. məcburi ehtiyat normaları vasitəsilə manevr etmə (1971-ci ilin aprelindən tətbiq olunmuşdur); açıq bazarda əməliyyatlar və başqaları. Fransa Bankının strukturu iki şuradan ibarətdir: mone­tar siyasət üzrə Şuradan və Baş şuradan.Monetar siyasət  üzrə Şurasının səlahiyyətlərinə dövlə­tin monetar taktika və strategiyasının hazırlanması, əsas pul aqreqatlarının müəyyənləşdirilməsi və monetar siyasətin son məqsədlərinin əldə edilməsini təmin edən digər göstəricilərin müəyyənləşdirilməsi daxildir. Şuraya Bankın müdiri başçılıq edir. Ondan başqa Şuraya nazirlər şurası tərəfindən təyin edilmiş səkkiz üzv daxildir. Fransa Bankının operativ fəaliyyətinə Baş Şura rəh­bərlik edir. Baş Şura kadr məsələləri ilə, Bank gəlirinin müəy­yənləşdirilməsi və başqa işlərlə məşğul olur. Təş­ki­lati olaraq Baş Şuraya monetar siyasət üzrə Şura, Na­zirlər şurasının, xəzinədarlığın və digər strukturların nümayən­dələri daxildir.Fransa Bankının regionlarda mövcudluğu XIX əsrin ortalarına qədər məhdudlaşdırılmışdır. O dövrdə bankın yalnız 15 şöbəsi var idi. XX əsrin əvvəlində şöbələrin sayı 160, 1928-ci ildə isə 258 olmuş və bu miqdar 40 il ərzində dəyişməz olaraq qalmışdır. Son 30 ildə Fransa Bankının ərazi müəs­sisə­lər şəbəkəsi iki dəfə dəyişikliklər dalğasına məruz qalmışdır. 1970-ci illərin əvvəlində 27 şöbə bağlan­mış, 2 şöbə açılmışdır. 1980-ci illərin axırlarında 23 şöbə ləğv olunmuş, 1 şöbə yaradılmışdır. Bu dəyişikliklər aşağı­dakı faktorların təsiri altında baş vermişdi:*1970-ci ildə müəssisələrin veksellərinin birbaşa uçotunun ləğv edilməsi nəticəsində Fransa Bankının bilavasitə kreditləşmə əməliyyatları kimi funksiyasının ləğv edil­məsi və mərkəzi bank qismində rolunun güclən­diril­məsi;*1970-ci ildən 1986-cı ilə qədərki dövrdə Fransa Bankı tərəfindən veksellərin yenidən hesablanmasının tədi­riclə ləğv edilməsinin nəticəsi olaraq kredit müəs­sisə­lərinin yenidən maliyyələşdirmə texnikasının gələcəkdə təkmil­ləşməsi və onun mərkəzləşdirilməsi;*təhlükəsizliyin artırılması və xərclərin azaldılması məqsədilə pulların daşınmasında mərkəzləşmə ilə əla­qədar olaraq, nağd banknotların dövretmə kanallarına toxu­nan dəyişiklilər, o cümlədən pulların dövretmə sahə­sinin kom­pyu­ter­ləşmə şəraitində qeyri nağd hesab­laş­maların inkişafı.Fransa Bankının bütün ərazi müəssisələri eyni hü­quqi statusa malikdirlər. 1980-ci illərin axırında aparılmış yenidən strukturlaşma nəticəsində ərazi müəssisələri ilə onların kontor­ları arasındakı fərqlər aradan götürüldü. Bağlanm­a­yan kon­tor­lar ərazi müəssisələrinə çevrildilər. Ərazi müəssisə­sinin direktoru Bankın müdiri tərəfindən təyin edilir və 6 nəfərdən 17 nəfərədək üzvü olan məs­ləhət şura­sına əsaslanır.Fransa Bankının ərazi müəssisələrinin işçi heyəti müx­təlifdir: ən kiçik müəssisədə işçilərin sayı 10 nəfər­disə, Lionda yerləşən ən iri müəssisədə 256 əməkdaş çalışır. Fransa Bankının 211 ərazi müəssisəsinin 68-də əməkdaş­ların sayı 20-dən az, 83 müəssisədə 20 ilə 40 arasında, 45 müəssisədə 40 -80, 15 müəssisədə isə 80 nəfərdir.Hər bir ərazi müəssisəsi, nəzəri olaraq, filiallar şəbəkəsinə aid olan bütün funksiyaları yerinə yetirməlidir. Fak­tiki olaraq, hər bir ərazi müəssisəsinin iştirakı əsasən yerli şəraitdən asılıdır.Fransa Bankının ərazi müəssisələri şəbəkəsi təş­kilati olaraq coğrafi prinsiplə qurulmuşdur. Hər bir ərazi müəssi­səsi öz coğrafi zonasında fəaliyyət göstərir və bu zona adətən, inzibati vahidlərin (departamentlərin və dairələrin) sərhədləri ilə üst- üstə düşür. Ərazinin ölçüsü nə­zərə alınır. Belə ki, 66 departamentdə bir neçə ərazi müəssisəsi, 30 departamentin hərəsində isə bir ərazi müəssisəsi fəaliyyət göstərir.Fransa Bankının ərazi müəssisələr şəbəkəsinin qurul­ma­sının funksional prinsipləri onların profil etibarilə ixtisas­laş­ması və fəaliyyətinin konkret istiqamətləridir. Onlar arasın­da aşağıdakıları göstərə bilərik: nağd və qeyri nağd pul dövriyyəsinin və hesab­laşma sistemlərinin idarəetməsi; xarici əməliyyatların idarəetməsi (o cümlədən ödə­niş balansı işində iştirakı); bank sisteminə nəzarət və risklərin yoxlanması; qeyri maliyyə müəssisələri barədə məlumatların top­lan­ması, analizi və informasiya-analitik materialların hazır­lanması; statistik materialların, iqtisadi, maliyyə və pul-kre­dit icmallarının hazırlanması və yayılması; fiziki şəxslərin həddən çox borcları barədə məlu­mat­la­rın hazırlanması, müştərilərin idarəetməsi, «Infobank» (Info­banque) informasiya pəncərəsinin fəaliyyəti və başqaları. 1993-cü ildə aparılmış islahat nəticəsində Fransa Bankı ərazi müəssisələr şəbəkəsinin idarəetməsinin yeni sxemini əldə etdi. Bu sxemin dünyada analoqu yoxdur və o, fransız mərkəzi bankının fəaliyyətinin özünəməxsus xüsusiyyətini ifadə edir. Belə ki, Fransa Bankı ərazi şəbəkəsinin tarixən təşəkkül tapmış təşkilini saxlayaraq, 211 şöbəyə malikdir (müqayisə üçün bildirək ki, Alman federal bankının 145 şöbəsi var və onların 9-u torpaqların mərkəzi banklarıdır, Italiya Bankının 99, Ingiltərə Bankının 2 şöbəsi var).
['Fransa maliyyəsi', 'Fransa bankı', 'banque de France']
6,652
https://kayzen.az/blog/turko-rus/1379/kutuzov.html
Kutuzov
papatürk
Türk əsilli ruslar
10 may 2010, 10:25
Kutuzov haqqında çox yazılıb. Əgər onun haqqında nələrsə hələ yazılmayıbsa bu təkcə sərkərdənin mürəkkəb və çətin həyat yolu və ya ömrün qəhrəmanlıq səhifələri ilə bağlı deyil, bizim nəzərimizcə Kutuzovlar kimi məşhur bir nəslin mənşə məsələsinin düzgün həlli də əvvəldə qeyd etdiyimiz həmin cəhətlərdən az əhəmiyyət kəsb etmir. Rus nücəbasının "Məxməri kitab"ında Kutuzovların ulu babasının almanların içindən çıxaraq Aleksandr Nevskinin yanında xidmətə girməsindən danışılır. Bu "alman əsilli" məsələsi şöhrətli ailələrin o zaman öz soylarına şərəf-şan artırmaq məqsədilə qoşduqları uydurmalar idi, belə nağıllara tez-tez təsadüf edilirdi. Çünki türk əslini etiraf etmək bir növ cinayəti və onun xəcalətini boynuna çəkmək qədər həqarətli idi. Bu "qissəyə" inansaq həmin almanların içindən qopub gələn həmin namuslu kişinin adı Qavrila idi. Sonralar həmin Qavrilanın kötücəsi Kutuz ləqəbi daşıyacaqdı. Bu ləqəbdən Kutuzovlar nəsli başlayır. Hətta Kutuzovların qızı sonuncu Kazan çarı Simeon Bekbulatoviçin xatunu idi (Qeyd: Simeon Bekbulatoviç xristianlığı qəbul etmiş xan nəslindəndir). Sonra Kutuzovlardan qardaşlardan birinin ləqəbi ilə (Qolenişçe) Qolenişev-Kutuzov deyə bir qol da ayrılmışdır. Kutuzovların soy adları ilə bərabər türk adları ilə də yaşadıqları məlum olur. Məsələn, sənədlərdə Kutuzovların Bulıqa, Burduk və s. kimi adları da qeyd olunmuşdu. Kutuz və ya kudur (maq) r və z səslərinin türk dillərində xarakterik əvəzlənməsi hadisəsini nəzərə alsaq sözlərin eyniliyini qəbul etmək lazım gəlir. Rus dilində kutuzka "türmə, kamera, təcridxana" mənaları (quduz sözü ilə bağlı) daşıyır. Türk dillərində quduz "qudurmuş, quduz dəymiş, dəlisov, qızğın adam" mənasını daşıyır. Tədqiqatçılar Aksak, Bulqak kimi qədim türk ləqəbləri içərisində Kutuz (qudurmuş) adını da göstərmişlər (3. 12, 35, 92; 44. 69). Nəhayət, Kutuzovların ilk nümayəndəsinin Aleksandr Nevskinin yanında xidmətə girən Bahadır Qavriladan və ya türk əsilli Kutuzovların 1230-1240-cı illər arasında Moğol istilasından qorxaraq Aleksandr Nevskiyə qaçıb sığınan bir Bulqar tayfasından olması da güman edilir. Kutuzovun atası da hərbçi idi, hələ I Pyotrun vaxtında hərbi xidmətə başlamış, general rütbəsində istefaya çıxmışdı. O qədər ağıllı kişi idi ki, xalq arasında "Ağıllı kitab" ləqəbi qazanmışdı. General Kutuzovdan öz oğluna irsən elmə həvəs, təhsilə maraq, zəhmətə sevgi hissləri keçmişdi. Oğul Kutuzov oxumağa, öyrənməyə, hər şeyi dərindən bilməyə can artırdı. Gənc Mixail Kutuzovu artıq artilleriya mühəndis məktəblərində həm də şən xarakterinə görə sevirdilər. Lakin onda ağılla bərabər tizfəhmlilik, ehtiyatlılıq və demək lazımdır ki, hiyləgərlik də sezilirdi. Gənclikdə - öyrəndiyi xarici dillər arasında türk dili də var idi. Bu fəndgirlik bütün yürüşlərdə həlledici məqamda onun dadına çatırdı. Borodino döyüşündə gecə ikən qaçıb aradan çıxarkən də ehtiyatlılığı, hiyləgərliyi əlindən tutmuşdu. Filidə Hərbi Şurada qardaşı oğlu mürəkkəb şəraiti nəzərdə tutaraq ondan: "Nə edəcəksiniz?" deyə sorduqda "döyüş olmayacaq, o birinə baxarıq", deyə tək gözü ilə mənalı-mənalı göz vuranda da həmin hiyləgərliyi işinə yaramışdı. Kutuzov haqqında adətən belə düşünürlər ki, o birbaşa rəhbər mövqeyə qalxmış, ordunu o saat qələbədən qələbəyə aparmışdı. Əslində bu şöhrət naminə ömrün 40 ili səfərlərdə - müharibələrdə keçmişdi. Ordu komandanlığına gələn yol cəbhələrdən keçirdi. 1770-ci ildən isə onun Türk cəbhələrindən keçən yolu başlayır. General Rumyantsevin ordusunda Dunay kompaniyasında iştirak edir. Kutuzov Dnestr, Prut və Dunay arasındakı böyük ərazilərin ruslara keçməsinin şahidi olur. İlk döyüş qələbəsini dadır. Bu əzəli türk torpaqları uğrunda Pyotr çox səy göstərmişdi, indi onun ölümündən 40 il keçdikdən sonra həmin yerlər Rus imperiyasına daxil edilməkdə idi. Bu qələbəyə görə Rumyantsev 39 yaşında feldmarşal rütbəsinə layiq görülür. Gənc Kutuzov üçün isə bu qələbə hərbi sənət məktəbi rolunu oynadı. Baş Ştab zabiti kimi o rus qoşunlarının da, əleyhdarlarının qoşununun da hərəkəti barədə mükəmməl məlumatlara malik olur, mürəkkəb əməliyyatlardan baş çıxardırdı. Kutuzovun gözünü kor edən yaranı isə (o buna görə şəklini həmişə yandan çəkdirirdi) 1774-cü ildə Krımda Aluşta döyüşlərində almışdı. İlk müalicəsini alan kimi xaricə - sularda müalicəyə göndərilir. II Yekaterina: "Kutuzovu qorumaq lazımdır. O mənim böyük generalım olacaqdır" deyə uzaqgörənlik göstərmiş və Kutuzovun qədrini bilmişdi. Artıq Kutuzov Suvorovun qoşununda döyüş komandiridir. Kutuzov ağıl və böyük taktika tələb edən diplomatik işi də döyüş tapşırığı kimi ciddiyyətlə yerinə yetirirdi. Arvadına yazdığı məktublarda (arvadının qızlıq familiyası Bibikova idi) yeni oxuduğu kitablardan danışır, ondan da bunu tələb edib gözləyirdi; paytaxtın mədəni və elmi aləmindən aldığı xəbərləri acgözlüklə dinləyirdi. Allah ona beş qız övladı pay vermişdi. Qızlarından biri - ağıllı Liza Puşkinlə dostluq edirdi. Alınmaz türk qalası şöhrətini daşıyan İsmayılın taleyi həll olunanda Potyomkin Suvorova "ümidim bir Allaha və sənin igidliyinədir", deyə yazırdı. Suvorov qala üstünə gələrkən qoşunda ehtiyat nərdivanları və kəndirləri, dərin müdafiə xəndəklərini dolduran çuvalları götürməklə yanaşı ona bərk lazım olan adamı - Kutuzovu da yanına alıb qala altına gətirmişdi. Suvorov zabitlərə döyüşqabağı tapşırıqları göndərib hər kəsin vəzifəsini özünə anlatdıqda dərhal özünəməxsus lakonik tərzdə: "bu Kutuzova aid deyil, o özü hər şeyi bilir"- deyirdi. İsmayıl qalasına hücumda Kutuzov məsul yerdə durmuşdu. Ona altıncı cinaha komandirlik etmək tapşırılmışdı. İtki çox idi, qan su yerinə axırdı. Hətta kazakların belə gözü qorxmuşdu, geri çəkilmək lazım idi. Amma bunu Suvorova heç kim cürət edib çatdıra bilməzdi. Yalnız Kutuzov, qan tökməkdə, qırğında Suvorovdan heç də az hünərli olmayan Kutuzov ürək edib Suvorova: güc bitir, mənə əsgər verin, deyə bildi: bilirdi ki, belə güc yoxdur, meydanda ölülər qalmışdır. Suvorov: "Rusiyaya artıq İsmayılın alınması və Kutuzovun ona komendant təyin olunması haqqında raport yola salınmışdır" deyə qələbə yolunda silahla bərabər işlətdiyi inadı və rəşadəti işə saldı. İndi son hücuma başlamaq olardı, lazım olan səviyyədə ruh yüksəkliyi təmin olunmuşdu. Həqiqətən qalada qırğına ilk başlayan da Kutuzovun kazakarı və yeger alayları oldu. Döyüşün sonunda özünə gələn kimi arvadına yazırdı: "Daha ömrümdə belə döyüş görmərəm. Başımda tüklərim bimbiz durub. Yanımda kim vardı həlak olub. Düşərgədə kimi soruşuram ya ölüb, ya da can üstündədir. Ürəyim qanla dolub, gözlərimdən yaş süzülür. Bütün gecəni tək idim. Həm də o qədər iş var ki, heç yaralıları hələ yerləşdirə bilməmişəm. Şəhəri də qaydaya salmaq lazımdır. Elə türklərin on beş mindən artıq meyidi qalıb. Korpusu da cəm edə bilmirəm, sağ qalan zabitimiz demək olar ki, yoxdur". Kutuzov səmimi dostuna (arvadına) yazdığı elə səmimi məktubunda ruslardan ölənləri demirsə də onların sayı türklərdən ikiqat artıq olmalı idi. Odur ki, bu cəfəngiyyat qələbə heç kimə lazım deyildi. Paytaxtda, hətta əyanlar belə Suvorovun qan hərisliyindən nifrət edib çiyrinmişdilər. Yara dəyməyən ailə qalmamışdı. Aylar belə keçir, nəinki türklərin, heç rusların meyidini yığışdırıb qurtara bilmirdilər. Suvorov Peterburqdan Kutuzovun təltif olunmasını xahiş etdi. Qələbədən dərhal sonra Kutuzov general rütbəsinə layiq görülür. Bu zaman Kutuzovun 45 yaşı var idi. İsmayıl qalası alındığı ərəfədə taledən zərbə almışdı: yeganə oğlu çox gənc ikən çiçəkdən ölür. Məktublardan göründüyü kimi qanla dolu açıq qəbrə çevrilən Türk qalası İsmayılın dərdi kimi onun da bir insan kimi öz dərdi var idi. Məğrur türk qalası İsmayıl alındısa (Bu qalanın adı onun qəhrəman komendantı igid kapitan İsmayılın (XV əsr) adındandır) rusların hələ Dunay səfərləri, Maçin, Babadağ və İsakçı döyüşləri Qara dəniz uğrunda müharibələr irəlidə idi. Lakin hələlik də uğurlar böyük idi: Yassı sülhündə (1791) qazanılan nailiyyətlər nəticəsində Qara dənizə yol açılmışdı. Müharibə və döyüşlərin şəraiti imkan verirdi ki, düşmənin gözünün içinə baxasan, qılınclar çaqqışanda kükrəyən sinələr, qanlı gözlər özü qılınc kimi işləyirdi. Bəzən bu savaş meydanı pəhləvan meydanına dönrdü. Dəfələrlə türklə üzləşən Kutuzov da onlara heyrətini gizlədə bilmirdi; düşməndən təhsinlər almaq hər orduya nəsib olmur. Kutuzov türkləri Dunay boyundakı Slistriya qalasında mühasirədə saxlarkən arvadına 1811-ci il 10 oktyabr tarixli məktubunda yazırdı: "Турки, которые заперты восемь дней, уже едят лошадиное мясо, без хлеба и без соли, и не сдаются" (24, c.257). Qızı E.M.Kutuzovaya (Tizenhauzenə) - Puşkinin dostuna 1811-ci il 13 dekabr tarixində Buxarestdən yazırdı: “Не знаю, что будут говорить о моей компании по ее окончании, но я ею очень доволен…Среди пленных есть один трехбунчужный паша Чапан-оглу в возрасте 25 лет. Он так красив и элегантен, что мог бы вскружить голову всему Петербургу” (24, c.275). ...Napoleon Moskvaya hücum edəndə isə sərkərdə Kutuzov artıq yaşlanmışdı. Qoca qartal Borodino çölündən rusların vahimə içində qaçdığını görürdü. Odur ki, hər şey itirilməmiş, yəni ordu məhv olmamış dərhal geri çəkilməyin vacib olduğunu başa düşdü. 8 sentyabr sübhçağı fransızlar qarşı tərəfi - cəbhəni boş gördülər. Kutuzovun Rastopçin (Moskvanın general-qubernatoru) və general Benniqsen kimi əleyhdarları ona gülüb ələ salırdılar: Qoca fransızlardan qorxur... Qoca isə səbr və təcrübəsini işə salmışdı: dözüm və fəndə güvənirdi. Bu böyük səbr içində rahatlıq və müdrikliyini əldən vermirdi. Qarlı qış günlərində hələlik "dincə oturan" rus düşərgələrində ümumdüşmən elan olunmuş  Napoleonu  zarafat  və  hədyan  mənbəyi  edib gülürdülər. Xalq folkloru yaranmaqda idi. Bir dəfə bir zabit Napoleonu dolayıb güldükdə Kutuzov onu saxlayıb "cavan oğlan, kim sənə icazə verib ki, dahi sərkərdə haqqında belə danışasan?" deyə onu məzəmmət etmişdi. Qoca sərkərdə taleyin, qismətin yazısına inanmalı idi. Enən qalxmalı, qalxan enməli idi. Necə? Nə zaman?.. Rusiya fəci günlər yaşayırdı. Çar Peterburqdan hər şeyi arxivin, hətta I Pyotrun Senat meydanında olan atlı heykəlinin də evakuasiya edilməsi barədə sərəncam vermişdi. Belə halda günahı yıxmağa bir günahsız boyun axtarırdılar. Hər köhnə tarixçələr eşilib araşdırılırdı. Peterburqa - panika içində çabalayan paytaxta Filidəki hərbi şuranın protokolunu da tələb edirdilər. Lakin çar qoca əsgəri baş komandanlıqdan çıxarmağa cürət etmirdi. Müasirləri, daha doğrusu o günün şahidləri Kutuzov haqqında deyirdilər ki, "onun bir hərəkətsiz günü min qələbəyə dəyər!" Qoca əsgərinsə özü susurdu, onun zarafatla bir vaxt dediyi "Sərkərdənin başını qoyduğu yastıq da onun fikirlərini bilməməlidir" sözlərini xatırlayıb bu susmağın qızıl olduğunu dərk edirdilər. Amma bərk fikir çəkirdi... Və sonra gələn ölümün səbəbi də bu "gözəl" fikir oldu. O bilirdimi ki, inam və sevgiylə yanaşı Napoleona qələbə çalan rus şaxtası da olacaqdı?! İndi bu şaxta çox yerində və vaxtında zühur etmişdi. Kutuzova xalq kömək edirdi. Qaçan düşməni qovub haqlayan xalq indi-indi cürətə gələn qoşunu da qabaqlayırdı. Yalın əllə belə indi yıxılan düşməni döyürdü. Xalq yaba götürüb, pas tutmuş dəryazını itiləyib axın-axın axışıb düşmən qabağını kəsirdi, çayın buzunu sındırıb əllərinə keçən fransızı buz deşiyindən suya salıb boğurdu. Şaxta qılınc kimi kəsir, qəzəbdən qudurmuş xalq yatmalı olduğu uzun ayların "qış yuxusu"ndan silkinib həyasız düşməni ayağı tutduqca, qılıncı kəsincə qovmaq istəyirdi. Bu düşmən ona görə həyasız idi ki, keçən yüzilliyi başdan-başa uzaq yad torpaqlarda keçirən istila edən, çalan-biçən rusun öz vətəninə ayaq qoymuşdu. ...Nəhayət Kutuzov düşüncələrdən başını qaldırır, vaxtın çatdığını anlayırdı. Fransız elçisindən müharibənin qurtarması barədə Napoleonun dəvətini etinasızlıqla dinləyib "Necə yəni müharibəni qurtaraq? O indi başlayır" - cavabı sərkərdənin qələbəyə inamının, başlıcası bu işdə özünə, öz ömrünə inamının ölmədiyini, yaşadığını göstərdi. Həqiqətən getdiyi qələbə yolunda öldü. Ölüm onu Almaniyada yaxaladı, yataqda yox, əsgər tək səfərdə öldü. Türklərlə savaşa həsr olunmuş bir türk ömrü sona yetdi. Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı
['Kutuzov', 'Кутузов', 'rus hərbi', 'sərkərdə']
6,653
https://kayzen.az/blog/flora/1450/banan.html
Banan
Dior
Flora
9 may 2010, 16:18
Banan paxla (Fabaceae) fəsiləsindəndir.O hündür boylu ot bitkisi olub dünyanın bir sıra tropik və subtropik ölkələrində çox qədimdən geniş miqyasda becərilir.Belə ölkələrdən xüsusliə Çini,Cənubi və Mərkəzi Amerikanı,Afrikanı,Hindistanı və Avstraliyanı göstərmək olar.Bananın bir çox növləri və sortları məşhurdur.Bunlardan: "Qromişel","Finger","Lakatan","Kavendiş","Qırmızı dakkan" və s.dünya ticarətinə çoxdan məlumdur.Bananın meyvələrindən istifadə olunur.Meyvələri iri dəstə şəklində inkişaf edir.Hər dəstədə 19-a qədər dəstəciklər olur.Hər dəstədə isə 10-15-ə qədər bir birinə sıx surətdə söykənmiş meyvələr yetişir.Hər dəstənin çəkisi 50 kq-a qədərdir.Meyvələrinin üstü qalın qabıqla örtülür.Lakin qabıq hissəsi yeyilmir.Yaxşı yetişmiş banan meyvələrinin lat hissəsi son dərəcə zərif,yumşaq,xoşagələn ətirli dada malikdir. Tam yetişmiş bananın meyvələrinin tərkibində 20-%ə qədər şəkər,1,2% nişasta,1,4% üzvi turşular,A,B1,B2,C,PP vitaminləri və 0,89% mineral maddələr var.Banan çox qiymətli yeyinti məhsulu olmaqla yanaşı,müalicəvi əhəmiyyətə də malikdir.Belə ki,banan sinir sisteminin möhkəmlənməsinə,ürəyin qüvvətlənməsinə,qanın artmasına,eləcə də mədə bağırsağın normal işləməsinə yaxşı təsir göstərir.İndi isə rep sevərləri möhtəşəm bir repə qulaq asmağa dəvət edirəm. :) Banan sizin üçün rep deyəcək.)))Bana-nah-nah-nah
['banan']
6,654
https://kayzen.az/blog/cqk/1446/sakura-9-may.html
Sakura 9 may
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
9 may 2010, 13:44
Bugün yenə həmişəki kimi saat 18:00 Sakura turniri başlayır.Suallar yenə bu səhifədə veriləcək.Saatı isə https://kayzen.az/page/saat/ ilə uyğunlaşdırın.Suallar bu ünvandadır. 1. 50 dollar pul, qeyri-hökümət təşkilatları, dənizçi atalarını itirmiş uşaqlar haqqında əsər. Bunları nə birləşdirir? Cavab. Qrant. 2. Amsterdam, Stokholm və Peterburqa bəzən Şimal .... deyirlər. Cavab. Venesiyası 3. Kornilov,Alekseyev,Alekseyev,Vrangel,Denikin,Miller,Yudeniç-bir sözlə ifadə edin. Cavab: ağqvardiyaçılar(Белое движение) 4. Böyük diktator filminin ssenaristi,rejissoru və ifaçısı kim idi? O həm də pedofil olub:) Cavab: Çaplin. 5. Amerikada 3 il ərzində dnL adlı sərinləşdirici içki istehsal edirdilər. Hansı digər məşhur içki ilə bu ad asossasiya olunur? Cavab: 7uP içkisi.dnl sözünü şaquli güzgüdəki kimi oxusanız 7uP kimi görünəcək. 6. 13 yaşında məktəbi qurtarıb,18 yaşında ilk elmi iş,27 yaşında professor, 56 yaşında Nobel mükafatı almış bu alim kimdir? Cavab: https://kayzen.az/blog/fiziklər/515/lev-davıdoviç-landau.html 7. Artur Porcessin Saymon Fleqq və İblis əsərində riyaziyyatçı öz ruhunu Şeytana bir şərtlə satır ki(Faust ilə oxşarlıq),İblis bu riyazi məsələni həll etsin.Söhbət hansı məsələdən gedir? Cavab: Əlbəttə ki,Ferma teoremi. 8. Latın dilində “dəniz qızılgülü” deyin. Cavab: rozmarin. Rusca Розмарин,latınca Rosmarinus 9. Rus dilində Копейка рубль бережет! adlı atalar sözü var. Birinci sözdə bir hərfi dəyişməklə bir avtomobil firmasını Rusiyada reklam etmişdilər. Bu avtomobil firması hansıdır? Cavab: Hyundai (Kia cavabı da qəbul olunur). «Корейка рубль бережет» 10. JULY IV  MDCCLXXVI–bu yazı hansı nəhəngin əlindədir? Cavab: 1776-cı il,4 iyul,ABŞ-ın müstəqillik tarixi. Bu tarix Azadlıq Heykəlinin əlindəki kitabda əks olunub.Şəkil üçün http://farm1.static.flickr.com/187/398074085_94de57f4e9.jpg?v=0 baxın. 11. 1951-ci il 14 martda öz ad günündə Prinston fiziki tədqiqatlar institutunun bir əməkdaşı ad günündə jurnalistin foto üçün gülmək təklifinə bu jestlə cavab verir. Bu yaxınlarda Almaniyada bu alimin pərəstişkarı olan bir nəfər pasportda da belə çəkildi: əvvəlcə icazə verməsələr də o alman məhkəməsinə müraciət edib bunun şəxsi hüququ olduğunu sübut etdi. Tez-tez baxçada uşaqlar da bunu edir. Cavab. Dili çıxartmaq. Söhbət Eynşteynin məşhur dilini çıxartdığı şəkildən gedir. 12. 1848-1916-cı illərdə Avropanın mərkəzində bir kişi yaman “xod” gedirdi. Hazırda onun yaşadığı dövlət mövcud olmasa da, onun adını 196 adadan ibarət bir coğrafi obyekt daşıyır. İndi orada içində neft məhsulları olan çəllək zir-zibillərindən başqa heç nə yoxdur, çünki orda insan yaşamır.Bu coğrafi obyekt hansı ölkəyə məxsusdur? Cavab: Rusiya. Söhbət Avstriya-Macarıstan imperatoru Frans-İosif haqqında gedirdi.Ada isə Frans-İosif torpağı adlanır. 13.Fransa imperatoru olandan sonra Napoleon öz katibinə tapşırmışdı ki,ona hər səhər bütün Avropa ölkələrinin qəzetlərinin xülasəsini çatdırsın,amma bir ölkədən başqa. Hansı ölkədən başqa? Cavab. Fransa. 14. Zair əhalisi Konqo çayına nə deyir? Cavab: Zair 15. Rusiyada internet istifadəçiləri zarafatla bu cümləni yaradıblar: каждый оформитель желает знать, где скачать фотошоп. Onun Azərbaycanca variantını fikirləşib yazın. Cavab: Söhbət fizikada işığın dispersiyasından gedir. Ağ işıq prizmadan keçərkən sınma nəticəsində ayrıldığı rənglər: qırmızı, narıncı, sarı, yaşıl, göy, mavi, bənövşəyi. Rus dilində bu Каждый охотник желает знать, где сидит фазан kimi səslənir: Каждый — Красный Охотник — Оранжевый Желает — Жёлтый Знать — Зелёный Где — Голубой Сидит — Синий Фазан — Фиолетовый Azərbaycan dilində isə ən məşhur cümlələr bunlardır: Qarı nənə sarı yubkada madmazel gəlinə bənzəyir. Qövsi-qüzeh Nur Saçır, Yerdənsə Min Göz Baxır.
['NHN sualları', 'intellektual suallar']
6,655
https://kayzen.az/blog/ikinci/1345/b%C3%B6y%C3%BCk-v%C9%99t%C9%99n-m%C3%BCharib%C9%99sind%C9%99-d%C3%B6n%C3%BC%C5%9F-olmaya-da-bil%C9%99rdi.html
Böyük Vətən müharibəsində dönüş olmaya da bilərdi
Sufi
İkinci Dünya Müharibəsi
9 may 2010, 11:33
Sovet sərkərdələrinin yüksək bacarıq və duyma qabiliyyəti Moskva döyüşlərində müvəffəqiyyətləri şərtləndirdi. Hesab edirlər ki, müharibələrdə ancaq onların başlanma və son tarixləri dəqiqliklə müəyyən edilə bilər. Düzünü desək, İkinci Dünya müharibəsi barədə hələ də mübahisələr gedir - başlanma tarixi, ənənəvi olan 1939-cu il sentyabrın 1-dən, yoxsa daha əvvəllər olan Uzaq Şərqdəki müharibələrin tarixindən hesablanılmalı olması hələ dəqiqləşdirilməyib. Lakin müharibələrin sonunun olması şübhəsizdir: kapitulyasiyalar buradakı mübahisələrə son qoyur. Keytelin Karlsxorstdakı imzasına və «Missuri» gəmisindəki mərasimə şübhə edilməməlidir. Buna müqabil, döyüşlərin gedişindəki həlledici dönüşlərin vaxtını necə müəyyən etmək olar? Xüsusilə də, hələ döyüşlər gedərkən tərəflərdən birinin digər tərəfin həm niyyətini bildiyi, həm də həmişə onu çaşdırdığı vaxt! Əlbəttə, 1812-ci ilin təcrübəsini öyrənərək, Almaniya baş qərargahındakı hərbçilər güman edə bilərdilər ki, 1941-ci ilin hansısa bir vaxtında, rus ordusu əks hücuma keçəcək - xoşbəxtlikdən bu cür cəhdlər Qızıl Ordu tərəfdən kifayət qədər idi. Ancaq о zaman Hitlerin hərbi qərarlarını, əlbəttə ki, tarixçilər müəyyən etmirdilər. İndi arxiv məlumatları və fürerin ən mühüm çıxışları ilə tanışlıq əsasında belə nəticəyə gəlmək olar ki, Hitler, yay məğlubiyyətlərindən sonra Stalinin özünə gələcəyini və vermaxta 1941-ci il 6 dekabr tarixli əks-zərbə endirəcəyini heç cürə gözləmirdi. Nə Hitler! Quru qoşun qüvvələri baş qərargahının rəisi - yüksək dərəcədə ehtiyatlı və böyük təcrübəyə malik olan general Frans Qalder, hələ 1941-ci il iyulun 3-də hesab edirdi ki, «bütün Şərq kampaniyası 14 gün ərzində qazanılmışdır». Ertəsi gün (4 iyul) vermaxtın baş komandanlığı (VBK) Hitlerdən belə bir tapşırıq aldı: Şərqdə qələbə qazanılmışdır... Vermaxtın hərbi piyada birləşmələrinin sayı azaldılsın! Bu tapşırığı alan general Valter Varlimont müharibədən somakı illərdə Berlindəki ab-havanı belə səciyyələndirirdi: — Bilirsinizmi, belə müvəffəqiyyətə görə, sevincimdən, mən az qalırdım ağlımı itirəm.Hitler ordusunun planları və ümumilikdə müharibə haqqında Bu cür «ağılsızlıq» uzun müddət davam etdi. Səbəbsiz deyil ki, 1941-ci il dekabrın 10-da «Fyölkişer Beobaxter» öz fəaliyyətinə son qoydu: Böyük zəfər saatı vurdu. «Şərqdəki hərbi əməliyyatın nəticəsi öz həllini tapdı». Əlbəttə, Valter Varlimont olduqca həyəcanlı idi. О və onun həmkarlarının VBK-da qalması məqsədəuyğun idi və Moskvanın süqutundan sonra, baş qərargahların hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş bir sıra tədbirlərini hazırlayırdılar (Zaqafqaziya, İran, Əfqanıstan, Hindistana doğru irəliləyiş haqqında 11 iyun tarixli 32 №-li məşhur direktiv»). Bu, təkcə nümayişkaranə aktlar deyil, Qızıl meydanda alman paradının hazırlığı kimi, real addımlar idi. Yeri gəlmişkən, birincilər, daha çox, təsir bağışlayıcı jurnalist uydurmaları sırasına aiddir. Berlindəkilərə elə golirdi ki, Minsk, Kiyev və Smo­lensk şəhərləri yaxınlığında mühasirədən sonra Qızıl Or­du müqavimət göstərə bilməyəcokdir. 1941-ci il oktyabnn 24-də Uinston Çörçill Britaniya hərbi kəşfiyyat idarəsinin rəisi general Devidsona yazrrdı: «Sizin fikrinizcə, Moskvanın qışa qədər təslim olmaq ehtimalı nə qədər yüksəkdir? Mən özüm bu şansı 1:1 kimi qiymətləndirirəm». Bu cür bədbin fikirlər Vaşinqtonda da söylənilirdi. Bir sözlə: bütün dünya Moskvanın təslim olmasını gözləyirdi. Bu cür əhval-ruhiyyə sirayətedici tərzdə təsirli idi: buna baxmayaraq, Jukov paytaxtın təslim edilməsini ağlına da gətirmirdi, oktyabrın 15-də Siyasi Büronun mühüm iclasından bir az əvvəl Lavrenti Beriya bəyan etmişdi: - Moskva - Sovet İttifaqı demək deyildir. Mos­kvanın müdafiəsi faydasız bir işdir. Beriyanın bu fikirləri «buraxması» heç də təsadüf deyildir. Onun bütün aparatı, gizli iş şəraitinə keçməyə fəal hazırlıq görürdü (və bunlar düzgün tədbirlər idi). Hətta Sta­lin, Jukovun almanları Moskvaya buraxmamasına daxilən əmin olsa da, o, öz vaqonunu Abelman zastavasına göndərməyə icazə vermişdi və onun göstərişlərinin yerinə yetirilməsi qaydasını yoxlamaq üçün, bu çıxışsız yola özü də gəlmişdi. Sözün doğrusu, vaqona daxil olmadı və geri - Kremlə qayıtdı.Bütün müharibəni əks etdirən çox gözəl video.Axıra qədər baxın. Berlində əks-zərbəni gözləyirdilərmi? Almaniya baş qərargahı, «varlimont ağılsızlığına» uymayaraq, Moskva yaxınlığında Qızıl Ordunun fəal hərəkət etməsini güman edirdilər. Hit­ler, Quru Qoşun Qüvvələrinin baş komandam Brauxiç və başqaları çox yaxşı başa düşürdülər ki, Alma­niya tərəfdən qələbələrin və parlaq müvəffəqiyyətlərın reallaşması «Barbarossa» əməliyyatında düşünülənlərin nəticəsində olmuşdur. Çox maraqlıdır, Stalinin «Mayakovski» metrosunda və Qızıl meydandakı nümayişlərdə söylədiyi nitqlər haqqında məlumat, rəsmi Berlinə çatdırılanda, bu çıxışların mənasını çox gözəl başa düşən Yozef Göbbels, öz gündəliyinə rahatca qeyd etmişdi: «Siyasi səhnənin çox mühüm dərəcədə dəyişməsi, Stalinin nadir nitqləri ilə müəyyən edilir. Görünür, o, Sovet İttifaqı xalqlarına müraciət edərək, onları ürəkləndirməkdə marağı vardır... O, bizim itkiləri 4,3 milyon adam miqyasında, özlərininkini isə 2 milyon adam və onların da 378 mininin xəbərsiz itkin düşənlər siyahısında olduğunu müəyyən etmişdir». Bu rəqəmlər Göbbelsə heç bir təəssürat bağışlamadı (yeri gəlmişkən, şübhəsiz ki, bu rəqəmlər dəqiq deyildir). Sonra о, qeyd etmişdi: «Əslində isə, bizim əlimizdə 3,5 milyondan çox bolşevik əsir saxlanılır». Əfsus ki, həqiqətə Stalindən daha çox Göbbels yaxın idi. Almaniyadakı vəziyyətin kinayə ilə «Barıt çəlləyində» partlayışa hazır olan (Hitlerə qarşı) kimi təsvir edilməsi də, həqiqətə yaxın idi. Vermaxtın real hərbi üstünlüyə malik olması halını, Londonda və Vaşinqtonda da, məhz belə görürdülər. Əlbəttə, bu zaman Göbbels «ani sürətli müharibənin» alınmadığını artıq başa düşürdü. Hələ sentyabra qədər o, qeyd etmişdi: «Əsası olmayan xəyallara son qoymaq lazımdır. Şərq kampaniyasına qısa müddətdə yekun vurulmaması məlum olduqdan sonra, almanlar bilməlidirlər ki, bizi hansı çətinliklər gözləyir». Ola bilsin, Smolensk və Vyazma yaxınlığındakı döyüşlərdən sonra «əsası olmayan xəyallara» Berlində son qoyulmuşdu. Amma, nəyi, əsası olmayan he­sab etmək lazımdır? 13 noyabrda baş qərargahın rəisi Qalder Ordudakı həlledici müşavirəyə gələndə, dayandırılmış mövqelərin, yenidən hücum ilə əvəz olunması haqqında general feldmarşal fon Bokun fikirləri ilə razılaşmasınımı? O, söhbətdə belə demişdi: — Əgər Bokun qələbəyə inamı varsa, biz onu saxlamaq istəmirik. Növbəti xəyaldır? Moskvada hansı hadisələrin baş verdiyini almanlar bilirdilərmi? Almanların baş qərargahının və döyüş komandirlərinin məharəti sayəsində yayda əldə edilmiş müvəffəqiyyətlərin şübhəsiz olduğu - 1941-ci ilin payızında öz cavabını tapdı. Bəs kəşfiyyat sahəsində? Bir tərəfdən elə gəlirdi ki, vermaxt burada da müvəffəqiyyətə nail olmuşdur. Smolensk və Vyazma yaxınlığında «Mərkəz» ordu hissəsi (fon Bok) sovet müdafiəsinin zəif yerlərini aşkar edib, bir neçə sovet ordusunun mühasirəyə düşməsinə nail oldu. Alman kəşfiyyatı, nə sovet hərbi müdafiəsinı, nə də Sovet İttifaqının qurduğu planları öyrənməyə nail ola bilmədi. Məsələn, noyabrın axırında, alman kəşfiyyat agentliyi Hitlerə, marşal Timoşenkonun sovet qərargahmda, guya söylədiyi nitq barədə məruzə etmişdi. O, hesab etmişdi ki, guya Moskvanın təslim olması mümkündür və o, bu vəziyyətə, «hələ oktyabr ayından» hazırlaşırdı. Guya əks-hücumu Timoşenko «5-6 aydan sonra» təklif etmişdir, ancaq Moskva yox, Rostov yaxınlığında. Alman kəşfiyyatının ulduzu olan gələcək general Qelen, bu məlumatların həqiqətə uyğun olmasına zəmanət verirdi. Ancaq bunlar uydurmalar idi: bundan əlavə, onlar alman agentlərini ələ keçirmiş sovet kəşfiyyatı tərəfindən, «qəsdən verilmişdi». Əlavə edək ki, Qelen 16-19 oktyabrda, Moskvada, almanlar üçün əlverişli şəraitin yaranması haqqında məlumat əldə edə bilmədi və çaxnaşma düşməsi haqqında məlumatı, yalnız bir neçə ay keçdikdən sonra aldı. Əlbəttə, hərbi qərarlar təkcə agentura məlumatları əsasında qəbul edilmir. VBK-da və fon Bokun qərargahında başqa mənbələr də var idi, ilk növbədə sovet qərb cəbhəsindəki müqavimətin güclənməsi, əks hücumların çoxalması, hətta yeni ordu hissələrinin yaranması barədə (nadir hallarda) məlumat verən ordu kəşfiyyatı idi. Hansı nəticələr əldə edilmişdir? Hitler (19 noyabrda Qalderlə söhbətdə): «Düşmən iri həcmli hücumlara qadir deyildir və buna baxmayaraq, tez-tez fəallıq göstərir». Qura qoşunlar qərargahı, dekabrın 4-ü: «Hücum xarakterli döyüşlərin son günləri ərzində, düşmən haqqında təəssüratımız bir daha doğru çıxdı... Bütövlükdə onların vəziyyəti belədir, indiki zamanda («Mərkəz») cəbhə ordusuna qarşı, onlarda olan hərbi qüvvələr hesabına böyük əks-hücumlar baslamasını gözləməyə dəyməz». Dekabrın 6-da isə başqa cür fikirləşmək lazım gəldi. Hər halda dönüş baş verdi. Dönüşü müşahidə etmədilər Bu, uydurma deyildir, Moskva yaxınlığında so­vet qoşunlarının məşhur əks-hücuma keçməsini Berlində... hiss etmədilər. Belə güman etdilər ki, növbəti yerli əks-hücumlar barədə söhbət gedir. Adət üzrə fikirləşirdilər ki, təşəbbüs almanların əlindədir və qanuni hərəkətlər onlar tərəfdədir. Onların ağlına da gəlmirdi ki, əməliyyatın başlanması sovet qərargahında 6 dekabra təyin edilmişdi, «qanunla» isə fürerin 8 dekabrda dərc edilmiş №-39 əmri hesab olunurdu. Hitler burada sərəncam vermişdi: «qışın vaxtından əvvəl, gözlənilmədən gəlməsi ilə bağlı yaranmış təminat çətinliklərinə görə, müdafıəyə keçmək lazımdır». Ancaq çox tezliklə fon Bok, sonra Qalder və Hit­ler artıq bilirdilər ki, hadisələrin gedişatına nəzarəti onlar etmirlər. Dekabrın 16-da Hitler, kədərlə qarşılanan «Dayan» əmrini dərc etdi, sonra feldmarşallar Brauxiç, Quderian, fon Bok və fon Leebin istefa vermələri səs-küyə səbəb oldu. Qərb cəbhəsindən almanların 36 diviziyası, 6 briqadası, 300 minlik əlavə qoşunları yerini dəyişməyə məcbur oldular. Сражение у стен Столицы. Московская битва. Buna necə nail oldular Podmoskovye şamlığının sakit bir yerində (indiki dairəvi avtostradaya olduqca yaxındır) mənə çox nadir və xoşbəxt bir an qismət oldu, Georgi Konstantinoviç Jukovla Moskva yaxrnlığındakı döyüşlər barədə söhbət etmək imkanım oldu və marşal söyləyəndə, mən öz təəccübümü gizlədə bilmədim: — Noyabrın 29-da mən, Stalindən əks-hücum haqqında əmr verməsini xahiş etdim. Ancaq Stalin о saat razılıq vermədi və dedi ki, baş qərargahla məsləhətləşməlidir. O, söhbət etdi ki, ilk əvvəllər Qərb Cəbhəsinin komandanlığı çox ciddi əks-hücumlar barədə fikirləşmirdi və ancaq 60-100 km məsafəsində zərbələr endirilməsini nəzərdə tuturdu. Jukov üçün ən başlıcası, vermaxtın Moskva üçün təhlükə yaradan hissələrini aradan qaldırmaq idi. Beləliklə, qarşıya qoyulan məqsəd xüsusi əhəmiyyətli idi. Qonşu və digər cəbhə xətləri ilə qarşılıqlı əlaqə saxlamaq nəzərdə tutulmamışdı və noyabrın 30-da Stalin bununla razılaşdı. Jukovun noyabrın 29-da Stalinə verdiyi məlumatda «düşmən əldən düşmüşdür» sözləri, onun ordularının ağır döyüşlərdə aldığı acı təcrübələrə əsaslanırdı. Xarici görünüşdən, Qızıl Ordu üçün əlverişli sınaq olmasa da, ancaq gələcək marşal, ağlabatmaz duyğular arxasında obyektiv həqiqəti duydu. İndi fon Bokun və Qalderin gündəliyindəki yazıları oxuyaraq çox təəccüb edirsən: elə bil ki, Jukov, bu gündəlikləri və onların açıqlanmış sətirlərini oxumuşdur. Moskva yaxınlığındakı döyüşlərin mahiyyəti, dahi sərkərdə tərəfindən, nə qədər də dərindən dərk edilmişdir! Bu cür istedada Stalin də malik idi, marşal Şapoşnikovun məsləhəti ilə о çoxdan arzu olunan vaxtın gəlib çatmasını dərk etmişdi. Ali Baş Komandanın, Baş Hərbi qərargaha, əvvəllər olan inamsızlığı indi yoxa çrxdı. Jukovun təklifinə olan cavabda, Stalin ilk görünüşdə çox qəribə hərəkət etdi: bir tərəfdən, o, Qərb Cəbhəsinin hücumunu, onun ilk variantında (yəni əvvəlki məsafələrlə) təsdiq etdi. Digər tərəfdən həmin gün, noyabrın 30-da, qərargahın adından, təkcə Qərb və Cənub-Qərb cəbhələrinə deyil, həm də Kalininsk cəbhəsinın daha tez əks-hücuma keçməsi barədə əmr verdi. Yəni Qərargah tərəfindən zərbələr daha yüksək səviyyələrə çatdırıldı. Bəli, qərargah bu imkanları çoxdan gözləyirdi. Arxada on yeni ordunun və bir neçə tank birləşməsinin yaradılması haqqında, hələ noyabrın 1-də əmr var idi. Buna baxmayaraq, onlardan tezliklə istifadə edilməsinə razılıq verilməmişdi (general Bok, ön sıralardan yenidən hücuma keçmişdi və onu dəf etmək lazım gəldi). Noyabrın 24-də Qərargah özünün ehtiyat hissələrini Povoljiyadan göndərməyə başladı, bunun üçün 7-10 gün ərzində 60 mindən çox dəmiryol vaqonu səfərbər olundu. Ancaq Qərargah ehtiyatlı idi: Aleksandr Mixayloviç Vasilyevski - Moskva hərbi əməliyyatlarının yaradıcılarından biri - mənimlə söhbət zamanı etiraf etdi ki, bəzən o, təəccüb edirdi, nəyə görə Qərargah, Jukova kömək etmək üçün ehtiyat hissələrini vermirdi. - Keçmiş günləri xatırlayan marşal deyirdi - an­caq Stalin haqlı idi. Həqiqətən də, üçə qədər ehtiyat ordusu əks-hücum üçün saxlanılmışdı. Dekabrın 6-na hücum edən üç cəbhə, 27 diviziya qəbul etdi. Bu­nunla da hərbi dəstələr, 1,1 milyona qədər əsgər, 700-dən çox tank və 1000 təyyarə alaraq, öz güclərini artırdı. Buna baxmayaraq, yenə də, alman ordu dəstələri sovet hərbi qüvvələrindən quruda və tankların sayında 1,5 dəfə üstünlük təşkil edirdi. Başqa sözlə, Moskva yaxınlığındakı qələbə, ilk dəfə olaraq sayca yox, bacarıqla qazanılmışdır. Bu­nunla belə, və Jukovun qabaqcadan duyduqları psixoloji məqam etibarlı çıxdı: düşmən həqiqətən də əldən düşmüşdü. 4-cü alman ordusunun dayanması və 39 №-li əmr haqqında Moskvada heç nə bilmirdilər. Dekabrın 5-də Konev də hücuma keçdi. Dekabrın 13-də Qərargah ölkəyə və bütün dünyaya əks-hücumlar barədə xəbər verdi. Əks-hücumlar, yalnız 1942-ci il yanvarın ortalarında başa çatdı. İndi də Hərb tarixşünasları, sovet qərargahını da təqsirləndirirlər ki, sovet qərargahı öz qüvvələrinə düzgün qiymət verməməsindən, Qərb cəbhəsinin da­ha da irəliyə getmək imkanı olmadı. Onlar da özlərinə görə haqlıdırlar. 1942-ci ildə müharibə qurtarmamışdı. Ancaq bu, Moskva döyüşlərinin əhəmiyyətini aradan qaldıra bilməz və onun siyasi, hərbi və psixoloji cəhətdən əhəmiyyəti müharibənin gedişatına çox böyük təsir göstərmişdi. Əks-hücumların müddətini, dəqiq müəyyən etmək, bunun üçün qüvvələr yığmaq və onlardan düzgün istifadə etmək lazım idi. Bu üç elementin yekunu Qızıl Ordunun Moskva yaxınlığındakı qələbəsi idi. «Новое Время» jurnalının materialları əsasında hazırlanmışdır. Mənbə Qanun jurnalı Həmçinin bax: İkinci dünya müharibəsində əsaslı dönüş
['Sovet ordusu', 'Böyük Vətən müharibəsi', 'alman hərb tarixi', 'Almaniya ordusu']
6,656
https://kayzen.az/blog/BMT/1361/2.1.-bmt-nin-qurulu%C5%9Fu.-%C9%99sas-orqanlar%C4%B1.html
2.1. BMT-nin quruluşu. Əsas orqanları
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
9 may 2010, 10:17
XIX əsrdən başlayaraq cəmiyyət həyatının bir çox tə­rəf­lə­rinin beynəlmiləlçiliyə cəhd göstərməsinə can atması beynəlxalq əməkdaşlığın yeni formasını yaratmağın lazım olduğunu qarşıya qoydu. 1865-ci ildə yaranan – Ümumdünya Teleqraf Itti­faqı və 1874-cü ildə Ümumdünya Poçt Ittifaqı dünya icti­maiyyətinin yeni inkişaf mərhələsində ilk beynəlxalq universal təşkilat müəssisəsi hesab edilirdi. Hazırkı dövrdə mindən çox müxtəlif hüquqi statusu olan beynəlxalq təşkilatlar vardır. Bu isə Mərkəzi BMT (Birləşmiş Millətlər Təşkilatı) olan beynəlxalq təşkilatlar sis­temi haqqında danışmağa imkan verir. BMT sistemi dünya ictimaiyyətinin idarəetmə mexa­nizmi olmaqla yüz il bundan əvvəl yaranmışdır. XIX yüzil­liyin orta­la­rın­da ilk beynəlxalq hökumətlərarası təşkilatlar meydana gəlmişdir. Bu təşkilatların yaranması iki əsas bir-birinə zidd olan səbəbdən baş vermişdir: birincisi milli müstəqilliyinə cəhd göstərən və nəticədə burjua-demokratik respublikasının yaran­ması, ikincisi dövlətləri qarşılıqlı asılılıq və qarşılıqlı bağlılıq meyllərindən doğan elmi-texniki inqila­bın nailiyyətləri idi. Elmi-texniki tərəqqi ona gətirib çıxartmışdır ki, inteqra­siya sistemi bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatına da­xil olmuşdur. Avropa millətləri bir-birilə hərtərəfli əlaqəyə ça­ğırırdı. Müstəqil dövlət çərçivəsində inkişaf etmək həvəsi və bunun digər müstəqil dövlətlərlə əməkdaşlıq etmədən mümkün olmaması beynəlxalq hökumətlərarası təşkilatlarda olduğu kimi beynəlxalq qarşılıqlı əlaqələr formasının baş verməsinə səbəb olmuşdur. Başlanğıcda beynəlxalq təşkilatlar çərçivəsində beynəl­xalq əməkdaşlıq inteqrasiya proseslərinə nəzarət hesab et­məkdə əsas məqsəd sayılırdı. Ilk mərhələdə hökumətlərarası təşkilatlar si­ya­si funksiyalarda nisbətən daha çox təşkilatçılı­qda möh­kəm­lənmişdir. Bu dövləti və üzvləri cəlb etmək məq­sədilə inteq­rasiya meyllərini inkişaf etdirmək baxımından irəli gəlmişdir. Əməkdaşlığın sadə sferası müstəmləkələrlə – rabitə, nəqliyyat, münasibət idi. Həmin dövrdə inzibati ittifaq hökumətlərarası təşkilat­ları inkişaf etdirmək üçün nisbətən münasib forma hesab edilirdi. Belə inzibati ittifaqların əsas oxşarlığı beynəlxalq təşkilatların bütün əsrlər ərzində inkişaf etməsidir, lakin əsas məsələ dövlətlərin müxtəlif sferalarda əməkdaşlığı idi. XX yüzilliyin əvvəli bir çox dövlətlərin sakit inkişafının sona çatması ilə əlamətdar  idi. Kapitalizmin inkişaf etməyə başlaması, II Dünya müharibəsini doğurdu ki, bu da əsas ziddiyyət hesab edilirdi. I Dünya müharibəsi nəinki beynəl­xalq təşkilatların inkişafını yubatdı, eyni zamanda onlardan çoxunun artmasına səbəb oldu. Eyni zamanda bütün bəşər si­vilizasiyasının məhvinə səbəb ola biləcək müharibələr,  on­ların aradan qaldırılması məqsədləri siyasi istiqamətli bey­nəlxalq təşkilatların yaradılması layihəsinə  təsir göstərirdi. Qədimdən hökumətlərarası qlobal təşkilatların yara­dılması  müharibəni aradan qaldırmaq və sülhü dəstəkləmək ideyası ilə insan ağlı məşğul olurdu. Belə layihələrdən biri hesab edilən «Millətlər cəmiyyəti» (1919-cu il) siyasi və beynəlxalq əməkdaşlığa heç bir səmərə verməmişdir. Ümumiyyətlə I Dünya müharibəsindən II Dünya mühari­bəsinə qədər olan dövrdə beynəlxalq sülh və təhlükə­sizlik təşkilatları problemlərinin işlənib hazırlanması çox zəif  idi. Bununla belə ilk növbədə II Dünya müharibəsi, o cümlədən inteqrasiya prosesləri ilə bağlı olan dünyanın siyasi hadisələri öz fəaliyyətinin təşkilində «Millətlər cəmiyyəti»nin təcrübəsindən istifadə edən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) yaranmasına gətirib çıxardı.  Millətlər cəmiyyəti I Dünya müharibəsindən dərhal so­nra yarandı. Əvvəlcə ona 42 ölkə daxil olmuşdu ki, bunlar­dan 26-sı Avropa dövlətləri idi. Onun üzvləri  tarix boyu 57 ölkədən çox olmamışdır. Ölkələrin hökumətləri inanırdılar ki, yalnız ümumdünya təşkilatı sülhü  qoruya bilər və insanları Avropada mühari­bənin təkrar olmasından xilas etmək üçün  «Millətlər cə­miyyəti» lazım idi. I Dünya müharibəsi qurtardıqdan sonra 1919-cu ildə qalib gəlmiş dövlətlər – Ingiltərə, Fransa, Italiya, ABŞ, Ya­poniya, (Atlanta) – Millətlər cəmiyyəti başlanğıcda az və ya çox halda beynəlxalq qaydaları gözləmək və sülhü qoruyub sax­la­maq uğrunda nəzarət etmək və münaqişələri aradan qaldırmaq məsələlərinin öhdəsindən gəlirdi. 1930-cu illərdə təşkilatda böhran baş verdi və onun ən yüksək həddi müha­ribədən əvvəl onilliklərin ortalarına təsadüf edirdi ki, bu da Millətlər cəmiyyətinin həmin dövrün tələblərini ödəmədiyini göstərirdi. Cəmiyyətin üzvü olan Yaponiyanın Çinə qarşı təcavüz etdiyi, 1931-ci ili əhatə edən, Mancuriyanı tutan və 1933-cü ildə Yaponiyanın cəmiyyətdən çıxan dövrü yada salmaq lazım­dır. Bundan sonra 1926-cı ildən həmin cəmiyyətin üzvü olan Almaniya Yaponiyadan sonra cəmiyyətdən çıxdı. Sonra Romaya qarşı iqtisadi qadağaların qoyulmasına və bu cə­miy­yətin heç bir maneəçilik edə bilməməsinə baxmayaraq Italiya (həmçinin cəmiyyətin üzvü olan ölkələrin) cəmiyyətin üzvü olan Həbəşistanı 1935-1936-cı illərdə zəbt etdi. Yapo­niya və Alma­niyanın ardınca 1937-ci ildə Italiya Millətlər cəmiyyətindən çıxdı. Son məlum idi: 1 sentyabr 1939-cu ildə Cəmiyyətin Ni­zamnaməsi (onunla birlikdə bütün beynəlxalq münasibətlə­rin Versal sistemi) öz funksiyasını yerinə yetirməyi dayandı­ran və heç nəyə lazım olmayan bir vərəq kağıza çevrilmişdi. Artıq faktiki olaraq bu vaxtlar Millətlər cəmiyyəti yox idi. Onda keçmişdə yaddan çıxarılmış belə bir fakt indi mövcud­dur: 1 sentyabr 1939-cu ilə Almaniya Polşaya hücum etdi və qaynar II Dünya müharibəsi başlandı, heç kəs Cenevrə haq­qında belə düşünmür, baxmayaraq həmin dövrdə cəmiyyət özünü hörmətdən salmış və aradan çıxmışdı. Ümumiyyətlə, I və II Dünya müharibələri dövründə bey­nəl­xalq sülhün və təhlükəsizliyin təşkili problemlərinin işlənib hazırlanması çox ləng gedirdi. Bununla belə dünyanın siyasi hadisələri I Dünya müha­ribəsi və həmçinin inteqrasiya prosesləri öz fəaliyyətində Millət­lər cəmiyyətinin təcrübəsindən istifadə edən Birləşmiş Millət­lər Təşkilatının (BMT-nin) yaradılmasına gətirib çı­xarmışdır. Hökumətlər səviyyəsində beynəlxalq təhlükəsizlik təş­kilatının yaradılması məsələsi müharibənin ilk günlərindən meydana çıxdı. 1941-ci ilin 14 avqustunda ABŞ prezidenti Franklin De­lano Ruzveld və Birləşmiş Krallığın Baş Naziri Uinston Çerçill «həm müharibədə və həm də sülh dövründə digər azad xalqlarla birlikdə işləmək» haqqında öhdəlik sənədini imza­ladılar. Sülh və təhlükəsizliyi saxlamaqda beynəlxalq əmək­daşlıq prinsipləri sonradan Atlantiya xartiyası adını almışdır. BMT-nin yaranması yolunda əsas mərhələ 1943-cü ildə Moskvada müttəfiq dövlətlərin konfransı idi.  SSRI, ABŞ, Bö­yük Britaniya və Çin tərəfindən imza edilmiş 30 oktyabr 1943-cü il böyük və kiçik olan bütün dövlətlərin sülhsevər və müs­təqillik prinsiplərinə əsaslanaraq beynəlxalq sülhü və təh­lükəsizliyi qoruyub saxlamaq haqqında qısa müddətdə ümumi beynəlxalq təşkilatın olmasının vacibliyi haqqında Bəyan­naməni imza etmişlər. BMT-nin yaranmasında başlıca mərhələ gələcək təş­kilatın əsas prinsipləri və fəaliyyət mexanizminin parametr­ləri haqqında razılıq əldə edilən Dumbarton-Oks (1944-cü il) Konfransı adlanır. 1945-ci ilin fevralında Yaltada (Krımda) üç dövlət başçısının – Sovet Ittifaqının, Britaniya­nın və Ameri­kanın Dumbarton-Oksedə keçirilən Konfransı­nın təkliflərini – sənədlər paketini müzakirə edib bir sıra bəndlər əlavə edərək 1945-ci ilin aprelində ABŞ-da Millətlər təşkilatının konfransını çağırmaq haqqında qərar qəbul et­dilər. Bu qərar 1945-ci ilin 25 aprelindən 26 iyuna qədər San-Fransiskoda keçirilən və 56 ölkənin nümayəndələrinin top­laşdığı Millətlər təşkilatının müşavirəsində (ad ilk dəfə Ruz­veld tərəfindən təklif olunmuşdur) 19 fəsildən və 3 bölmədən ibarət Nizamnamə qəbul olundu. 24 oktyabrda Nizamnamə Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən təsdiq edilmişdir və qüvvəyə minmiş­dir. Həmin vaxtdan 24 oktyabr beynəlxalq təqvimdə BMT günü adlanır. Birləşmiş Millətlər / Birləşmiş Millətlər Təşkilatı – BMT  (United Nations – UN/ United Nations Organization — UNO). BMT  dövlətlər  arasında  sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanması və əmək­daşlığın inkişaf  etdirilməsi üçün uni­versal bir təşkilat  olaraq  yaradılmışdır.  BMT-nin Nizam­naməsi və beynəlxalq təhlükəsizliyin qorunub saxlan­ması və əmək­daşlığın inkişaf  etdirilməsi üçün universal bir təşkilat olaraq yaradılmışdır. BMT-nin Nizamnaməsi ancaq beynəlxalq təş­kilatların həyat fəaliyyətini tənzimləmək, eyni zamanda bütün dövlətlər üçün bərabər kollektiv təhlükəsizliyi  for­ma­laşdıran bünövrə olmaqla bütün dövlətlər üçün məcburi hesab edilən Konstitusiya sənədidir. Nizamnamə dövlətin hərbi, siyasi, iqtisadi, ekoloji, humanitar və digər sənədlərdə müxtəlif əxlaqi kodekslərini təqdim edir. BMT-nin Nizam­naməsi əsa­sında BMT çərçivəsində müxtəlif tərəfli müqavi­lələr siste­minin şaxələnməsinə başladı. BMT-nin əsas məqsədləri:münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması;xalqın özünü dərketmə və bərabərlik prinsipinə hör­mət etmək əsasında ölkələr arasında dostluq münasibətləri­nin in­kişaf etdirilməsi;beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarak­terli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata ke­çirmək, bütün insanlara heç bir fərq qoymadan azadlıq, in­san hüquq­larına hörmət və onun genişləndirilməsi;müxtəlif ölkələrin razılaşması üzrə; bu məqsədlərə çat­mağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsi.BMT-nin prinsipləri:onun bütün üzvlərinin bərabərliyi;nizamnamə üzrə qəbul edilən öhdəçiliyi vicdanla ye­rinə yetirmək;beynəlxalq münasibətlərin sülh vasitəsi ilə həll edil­məsi;beynəlxalq münasibətlərdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etmək;bu prinsipləri qəbul etməklə bütün hərəkətlərdə Təşkila­tın bütün üzvlərinə köməklik göstərmək;beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək BMT-nin üzvü olmayan dövlət BMT-nin prinsiplərinə uyğun ola­raq lazım gələrsə  hər şeyi təmin etməlidir;dövlətlərin daxili işlərinə qarışmamaq;insanların əsas hüquq və azadlıqlarına hörmət etmək;xalqların özünüidarə etməsi və bərabər hüquqlu ol­ması;əməkdaşlıq və tərksilah.BMT tövsiyələr, bəyannamələr, tədbirlər işləyib ha­zırlayır və üzvlərinə öz qanunvericiliklərinə və normativ aktlara daxil etməklə həyata keçirməyi təklif edir. BMT la­zımi tədbirlər hazırlamaq,  onların hərəkət  koordinasiya  et­məkdə    dövlət­ləri qıcıqlandırmağa cəhd göstərir.BMT Ni­zamnaməsinin mü­qəd­diməsində elan edir: «Biz Millətlər Təşkilatı tam qətiy­yətlə beynəlxalq hüquq normalarından və müqavilələrdən çıxan gələcək nəsli insan şəxsiyyətinə, ləyaqə­tinə toxunan, onlara kədər,  qəm   gətirən   müharibədən  azad  olmaq,  insan hüquq­larını bir daha qoruyub saxlamaq, kişi və qadınların, böyük və kiçik xalqların hüquq bərabər­liyini təmin etmək, götürülən öhdəçiliyə hörmət etmək, əda­lətliliyi gözləmək, sosial tərəqqiyə yardımçı olmaq və bu məqsədlərlə dözümlü olmaq, rəhimli qonşular kimi bir-biri ilə sülh şəraitində yaşamaq, bey­nəlxalq sülhü və təhlükə­sizliyi qoruyub saxlamaq üçün bütün qüvvələri birləşdirmək, qəbul edilmiş prinsipləri və metodları təmin etmək, hərbi gücü ümumi maraq baxımından tətbiq etmək və beynəlxalq aparatı bütün dövlətlərin iqtisadi və sosial tərəq­qisində isti­fadə etmək və bu məqsədlərə çatmaq üçün GÜCÜMÜZÜ BIRLƏŞDIRMƏK QƏRARINA GƏL­DIK». BMT-nin yarandığı gündən üzvlərinin sayı 1945-ci il­dəki 51 ölkədən, 1960-cı ildə 99-a qədər artmışdır, hazırda 191 dövlət BMT-nin üzvüdür. 192 müstəqil ölkədən indiyə qədər Vatikan onun üzvü deyil. Belə ki, Vatikanda haki­miyyət Roma Papasına məxsusdur (2002-ci ildə müstəqil öl­kələrin sayı Timor Adalarının Indoneziyadan ayrılaraq müstəqil dövlət olması ilə əlaqədar olaraq 191-dən 192-yə qalxmışdır). BMT ən nəhəng beynəlxalq təşkilatdır. 191 dövlət onun üzvü olmaqla təcrübi cəhətdən dünyanın bütün ölkələrini təmsil edir.Hər bir ölkədə onun nüma­yəndəliyi və missiyası vardır. Bu təşkilatın hər hansı bir məsələni həll etmək  spektri çox genişdir. Əgər əvvəllər təhlü­kəsizlik əsas istiqamət hesab edilirdisə, indi isə iqtisadi təsir ilkin plan hesab edilir. BMT-nin üzvü olan bütün dövlətlər hər il BMT-nin büdcəsinə öz üzvlük haqqını köçürür. Üzvlük haqqının həcmi BMT-nin büdcəsinin 25 %-dən çox və 0,001 %-dən az olmaqla hər bir ölkənin milli məhsulunun həcmindən asılı olaraq Baş Assambleya tərəfindən müəyyən edilir. Hazırda üzvlük haqqı BMT büdcəsində ABŞ üçün 25 %, Yaponiya üçün 18 %, Rusiya üçün 2,8 % və Qvineya-Bi­sau üçün 0,001 % təşkil edir. Təşkilatın üzvlüyünə qəbul Nizamnamə üzrə öz öh­də­çiliyini qəbul edən və bu öhdəçiliyi yerinə yetirə bilən və ya yerinə yetirməkdə həvəsi olan bütün sülhsevər dövlətlər üçün açıqdır.Həmçinin bax: BMT haqqinda
['Birləşmiş Millətlər Təşkilatı', 'United Nations', 'BMT']
6,657
https://kayzen.az/blog/maraqli-faktlar/1444/maraql%C4%B1-faktlar.html
Maraqlı faktlar
Dior
Maraqlı faktlar
9 may 2010, 01:10
Dəvəquşunun yumurtasını qaynatmaq üçün 40 dəqiqədən artıq vaxt sərf etmək lazımdır. Safsar sutka ərzində 20 saat yatır. Fransızlar göyərçini “uçan siçovul” adlandırırlar. Pələnglərin yalnız xəzləri zolaqlı deyil, eyni zamanda dəriləri də zolaqlıdır. Sarqan adlı balıqların sümükləri sarı rəngdədir. Səkkizayaqlı ilbizin düzbucaqlı göz bəbəkləri vardır. Toyuqların indiki dövrə kimi ən uzun uçuşlarının 13 saniyə olduğu qeydə alınmışdır. Folklend adalarında yaşayan əhalinin (məskunlaşmış şəxslərin sayı 2000 – dir) hər birinə 350 qoyun düşür (ümumilikdə 700 000 – dir), Yeni Zellandiyada isə onların sayı 20 qoyundan ibarətdir. Pişiklərin çənələri yan tərəflərə doğru hərəkət edə bilmir. İlk dəfə olaraq 1850 – ci ildə Avropadan Amerikaya sərçələr gətirildikdə, amerikanlar sevinclərindən onları ölənə qədər yedizdirirdilər. Bibliya kitabında ev heyvanı kimi yer almayan və adı belə çəkilməyən pişikdir. Siçovullar ac vəziyyətə nisbətən susuz şəraitdə daha çox yaşayırlar. Dünyanın ən iri basseyni Çilidə San Alfonso Del Mar kurortunda yerləşir. Basseyn 8 hektar ərazini əhatə edir və 1 km uzanır. Basseynin doldurulması üçün 2,5 milyon litr su lazımdır. Bu ehtiyac Sakit okeanın hesabına ödənir.
['maraqlı faktlar']
6,658
https://kayzen.az/blog/qadin/1438/qad%C4%B1nlar%C4%B1n-yax%C5%9F%C4%B1-ev-xan%C4%B1m%C4%B1-olmas%C4%B1n%C4%B1-qiym%C9%99tl%C9%99ndirm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-test.html
Qadınların yaxşı ev xanımı olmasını qiymətləndirmək üçün test
IDEAL
Qadın
8 may 2010, 19:40
Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.  1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?a) soyuducu (30 xal)b) televizor (5 xal)c) paltaryuyan maşın (20 xal)d) palto (10 xal) 2- Qarderobunuzu tez-tezmi nizama salırsınız?a) hə (20 xal)b) yox (10 xal) 3- Mənzilinizi hər həftə eyni gündəmi yır-yığış edirsiniz?a) hə (20 xal)b) yox (6 xal) 4- Qonaqlar gələnə qədər mətbəxdəki işlərinizi yerinə yetirə bilirsinizmi?a) hə  (20 xal)b) yox (8 xal) 5- Olurmu ki, qonaqlara yanmış piroq təqdim edirsiniz?a) hə (10 xal) b) yox (15 xal) 6- Qonaqlara özünüz xidmət etmək sizə xoş təəsurat bağışlayırmı?a) hə (15 xal)b) yox (6 xal) 7- Mağazaya gedərkən əvvəlcədən alacağınız ərzağın siyahısını tutursunuzmu?a) hə (20 xal)b) yox (3 xal) 8- Özünüzün seçmə yeməyi varmı? Hansı ki, deyilənə görə heç kəs onu sizin kimi bacarmır?a) hə (15 xal)b) yox (8 xal)9- Kulinariya kitablarindan istifadə edirsinizmi?a) hə (12 xal)b) yox (8 xal) 10- Ev işlərində əriniz sizə kömək edirmi?a) hə (12 xal)b) yox (6 xal) 11- Mətbəxdə cihaz və əşyalar hər zaman rəflərə yığılmış haldadırmı? a) hə (25 xal)b) yox (6 xal) 12- Hesab edirsinizmi ki, soyuducu ev təsərrüfatında ən zəruri əşyadır?  a) hə (16 xal)b) yox (4 xal) Əgər xallarınızın cəmi: 155-ə qədərdirsə, onda evdar qadın öz vaxtını düzgün bölmür, yəni o, kifayət qədər düzgün təsərrüfatçı deyil. 155-dən 195-ə qədər olduqda evdar xanım zəhmətsevərdi və evdə hər bir əşya öz yerindədir 195-dən yuxarıdırsa, evdar qadın həddindən artıq yaxşıdır, yəni o, həmişə nə isə eləyir, yuyur, təmizləyir və s. Lakin o, bilməlidir ki, həyat ev işlərindən ibarət deyil.  
['qadın', 'evdar qadın']
6,659
https://kayzen.az/blog/cqk/1436/renessans-komandas%C4%B1n%C4%B1n-suallar%C4%B1-xiii-hiss%C9%99.html
"Renessans" komandasının sualları ( XIII hissə)
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
8 may 2010, 19:07
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.61. Bu bayramın yaranmasının çox fərziyələri var. Və bir neçəsini yəqin ki, bilirsiniz. Birin də biz danışaq. Deyirlər bu bayram neopolitan kralı Monteryunun dövründə yaranıb. Zəlzələnin bitməsi günü münasibəti ilə ona alıq bişirib vermişdilər. Bir ildən sonra elə həmin gündə o eyni balıqdan istədi. Eynisini tapmadılar. Amma ona çox oxşarını tapdılar və krala bişirib verdilər. Kral dəyişikliyi hiss etsə də hirslənmədi. Əksinə bu onun xoşuna gəldi və kefini açdı. O vaxtdan bu bayramın simvolu Balıq oldu ki, siz bunu həmin bayrama həsr olunmuş açıqcalarda da görürsünüz. Diqqət sual !!! Bəs bu bayram hansı gün qeyd olunur?Müəllif: Nadir Zamanov (mr13) 62. Qarşınızdakı rekvizitlər İstanbuldakı mağazalar şəbəkəsinin birinin reklam parçasından götürülmüşdür.Şəklə diqqətlə baxın və reklamın şüarını bir dəqiqə ərzində cavab kartınıza qeyd edin Müəııif: Azər Tarverdiyev (Azero)63. Bu yaxınlarda universitetimizin kitabxanasından bir müəllifin seçilmiş əsərləri olan kitabı götürdüm. Hər əsərin başlanğıcında əsərin adının qarşısında qələmlə karikatura çəkilmişdi. Onlardan bəziləri sizə rekvizitdə verilmişdir. Karikaturaların hansı ağıllının təxəyülünün məhsulu olduğunu bilməsəm də doyunca güldüm. Sizsə oxuyub tamamladığım sonuncu kitab olan bu kitabın müəllifini cavab kartiniza yazın.Müəllif: Şamxal Cəmilzadə (Erudit) 64. Bu termin ilk dəfə 1973-cü ildə “Westworld” fantastik filmində istifadə olunmuşdur. Həmin filmdə bu söz birləşməsi bugünkü anlamında işlədilmişdir. Söhbətin nədən getdiyini təxmin etdinizsə onun rekvizitdə təsvir olunmuş və sizi tez-tez özünüzdən çıxaran və ilk dəfə 1985-ci ildə peyda olan növünü cavab kartınıza yazın.Müəllif: Şamxal Cəmilzadə (Erudit) 65. Rekvizitlər Portuqaliya biznes dərgisi “Economiko”dan götürülmüşdür.Şəkildə görünən şəxsiyyətlər yəqin çoxlarınıza tanışdır.. Lenin, MaoTse Dun, Karl Marks, Çe Qevara.. Veriləcək sualın cavabını tapmaqdabəlkə də bu məsəl ipucu ola bilər: “Sən saydığını say, gör fələk nə sayır” Siz isə bir dəqiqə ərzində Portuqaliya maliyyə qəzetinin hesab etdiyi tarizi uyğunsuzluğu maksimum dəqiqliklə cavab kartına qeyd edin.Müəııif: Azər Tarverdiyev (Azero)
['NHN sualları', 'cqk', 'intellektual suallar', 'məntiqi sual', 'məntiq sualları']
6,660
https://kayzen.az/blog/fotoanons/1435/heyk%C9%99l-adamlar.html
Heykəl adamlar
mr13
fotoanonslar
8 may 2010, 18:42
Neft akademiyasında oxuyarkən belə bir zarafatımız var idi: - "Qaqa sənə qəşəng bir iş yeri tapmışam" - "Doğurdan? Nə işidi ki?" - "Çətin bi şey yoxdu. Cəfər Cabbarlının heykəli "obedə" gedəndə onun yerinə dayanacaqsan" Sən demə doğurdan da bu üsulla pul qazananlar var imiş. Canlı Heykəllər
['canlı heykəllər']
6,661
https://kayzen.az/blog/masonluq/1434/harun-y%C9%99hya-qlobal-masonluq-masonluq-humanizmi-insana-sitayi%C5%9F-etm%C9%99.html
Harun Yəhya "Qlobal Masonluq" - Masonluq humanizmi: insana sitаyiş etmə
mr13
Masonluq,onun tarixi
8 may 2010, 18:29
Masonluq humanizmi: insana sitаyiş etmə Masonlar öz əbədiyyatlarında humanist fəlsəfələrini və Ilahi dinlərə qarşı çıxmalarını təfsilаtı ilə izаh edirlər. Onların nəşrlərində bu mövzu ilə bаğlı xeyli açıqlama, izah, şərh və simvollar var. Artıq dediyimiz kimi, humanizm insanın Yaradıcısı olan Allaha arxa çevirməsi və özünü kainatın "ən uca varlığı" kimi görməsidir. Bu, əslində elə insana etiqaddır. Həmin ağılsız inanc XIV və XV əsrlərin kabbalist humanistlərindən günümüzün masonlarına qədər davam etdirilir. XIV əsrin ən məşhur kabbalist humanistlərindən biri Piko Della Mirandoladır (Pico Della Mirandola). Onun "Conclusiones" adlı əsəri Papa VIII Innokenti tərəfindən "kafir və xəstə ağlın sayıqlaması" adlandırılaraq, 1489-cu ildə lənətlənmişdi. çünki Mirandola əsərində "dünyada heç bir şey insana heyran olmaqdan daha üstün deyil" yazmışdı. Kilsə də əslində insana sitаyiş etmədən başqa bir şey olmayan bu düşüncəni küfr kimi dəyərləndirmişdi. Həmin düşüncə gerçəkdən də küfrdür, haqqı inkar edir, çünki əsil heyran olunacaq varlıq Allahdır. Insan ancaq Onun əsəri, itaətkar bəndəsi olaraq dəyərə malikdir.Günümüzün masonları isə Mirandolanın qapalı şəkildə ifadə etdiyi insana sitаyiş etməni açıq-aşkar ortaya qoyurlar: "Ibtidai cəmiyyətlər aciz idilər, dolayısı ilə, ətraflarındakı qüvvələri və hadisələri ilahiləşdirirdilər. Masonluq isə insanı ilahiləşdirdi".Mason yazarı Menli P.Holl (Manly P. Hall) tərəfindən qələmə alınan "The Lost Keys of Freemasonry" (Masonluğun itmiş açarları) adlı kitabında isə masonluğun humanist doktrinasının Qədim Misirdən qаynаqlаndığını belə açıqlayır:“Misirin mistik əfsanələrində olduğu kimi, insan bir tanrıdır. Hər şeyi qorumağa qadir işığı parlayanda isə üçlü tanrılıq tacı qazanır və ustad masonların cərgəsinə qoşulur. Onlar mavi-qızılı rəngli cübbələrinin içində mason lojasının üçlü işığı ilə gecənin qaranlığını aydınlatmağı hədəfə alıblar”.Yəni masonların batil inancına görə, insan bir ilahidir, ancaq yalnız ustad mason olanda gerçəkdən bu zirvəyə yetişir. Ustad mason olmağın yolu isə Allaha inanmaqdan və Onun qulu olmaq şüurundan tamamilə uzaqlaşmaqdan keçir. Bu gerçək digər araşdırmaçı C.D.Bakın (Y.D.Buck) "Mystic Masonry" (Mistik Masonluq) adlı kitabında belə vurğulanır: "Masonluğun qəbul etdiyi yeganə tanrı insanlığın özüdür. Dolayısı ilə, insanlıq qavramı masonluqdakı tək tanrıdır".Göründüyü kimi, masonluq bir növ dindir; amma ilahi din deyil, humanist və dolayısı ilə, batil bir dindir. Allaha deyil, məhz insanlığa sitаyiş edir. Masonluğun qaynaqları bunu israrla vurğulayırlar. Türk Mason dərgisindəki bir yazıda "...Daim təqdir edirik ki, masonluğun yüksək idealı Humanizm doktrinasındadır", - deyə bildirilir. Bu doktrinanın özlüyündə din olduğu isə yenə də türk masonlarına aid bir qaynaqda belə vurğulanır: "Qəti şəkildə bəyan edilmiş dini ehkamlardan uzaq, fəqət həqiqi bir din, beləcə də həyatın mənası olan humanizm gənclərin bütün arzularını həyata keçirəcəkdir".Bəs masonlar inandıqları bu batil dinə necə xidmət edirlər? Bunu görmək üçün masonların cəmiyyətə verdikləri mesajların anlamını bir az da dərindən incələmək gərəkdir. Humanist əxlaq nəzəriyyəsi Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar. Masonların nisbətən liberal və sərbəst qanadları olan Rotari və Lion klubları haqqında da eyni fikirləri demək olar. Bütün bu təşkilatlar "cəmiyyətin xeyri üçün çalışdıqlarını" dönə-dönə vurğulayırlar.Şübhəsiz ki, "cəmiyyətin xeyri üçün çalışmaq" qətiyyən pis niyyət deyil və biz də buna etiraz edə bilmərik. Ancaq bu deyimin altında gizli və son dərəcə önəmli bir məqsəd dаyаnır. Masonlar "insanların dinsiz də əxlaqlı ola biləcəyini, əxlaqlı dünya qura biləcəyini" cəmiyyətə аşılаmаq istəyirlər və bütün "xeyriyyəçilik"ləri də bu fikri reаllаşdırmаq məqsədi daşıyır. Həmin "dinsiz əxlaq" anlayışı masonların internet-saytlarında bu cür izah olunur: "Insan nədir? Hardan gəlib, hara gedir? Insan necə yaşayır? əslində necə yaşaması lazımdır? Dinlər bu suallara qurduqları əxlaq prinsiplərilə cavab verməyə çalışırlar. Fəqət həmin prinsipləri Allah, cənnət, cəhənnəm, ibadət kimi metafizik anlayışlarla bağlayırlar. Insanlara isə anlamadan inanmaları lazım gələn metifizik problemlərə getmədən, həyat prinsiplərini tapmaları lazımdır. Masonluq bu prinsipləri azadlıq, bərabərlik, qardaşlıq, zəhmətkeşlik, barış, sevgi, demokratiya və s. ideyaları əsrlərdən bəri bəyan etməkdədir. Bunlar insana bir həyat fəlsəfəsi verir, onun kökləri isə metafizik anlayışlarda deyil, dünyada yaşayan kamil insanın özündədir".Göründüyü kimi, masonluq insanın Allaha inanaraq, Onun rizası üçün xeyir işlər görməsinə qarşıdır. Onlara görə hər şey sadəcə "insanlıq" üçün edilməlidir. Mason dərnəklərinin nəşr etdirdiyi, xüsusi "üçüncü dərəcə" ayininin incələnməsinə aid kitabda bu fikir açıq-aşkar görünür: “Mason əxlaqı hər şeydən öncə insanlıq sevgisinə dayanır. Bir insandan dini və ya siyasi qurumdan, naməlum fövqəltəbii qüvvələrdən qorxaraq mənfəət, mükafat, cənnət... naminə yaxşı olmağı qətiyyən qəbul etmir. Amma bütün yaxşılıqları ailə, yurd, insan və insanlıq sevgisilə edənləri, yalnız bu duyğularla yaxşı olanları ucaldır. Mason təkamülünün ən əsas məqsədlərindən biri budur. Insanları sevmək və heç nə ummadan yaxşı olmaq, bu mərhələyə çatmaq çox böyük bir təkamüldür”.Bu sitatdakı iddialar son dərəcə aldadıcıdır. Din əxlaqı olmayan bir yerdə millət, yurd, ailə sevgisi kimi anlayışlar formalaşa bilməz. Formalaşdığı görünsə də, əslində, saxta olacaq. Din əxlaqını yaşamayan insanlar qəlblərində Allah qorxusu olmayan insanlardır, Allah qorxusu olmayan yerdə isə insanlar yalnız öz maraq və mənfəətlərini düşünürlər. Belə insanların şəxsi maraq və mənfəətlərinə hansısa ziyan dəyərsə, onlar bir anda sevgini də, sədaqəti də kənara atarlar. Ancaq fayda götürə biləcəkləri şəxslərə sevgi və sayğı bəsləyərlər. çünki öz yanlış inanclarına görə dünyaya cəmisi bir dəfə gəliblər, ona görə də burada nə qədər çox fayda görsələr, bir o qədər qənimətdir, üstəlik, dünyada etdikləri heç bir pisliyin də cəzasını çəkməyəcəklər. Mason ədəbiyyatı bu gerçəyi ört-basdır eləməyə çalışan qondarma "əxlaq dərsləri"lə doludur. Amma tarix də sübut edir ki, dinin insan ruhuna verdiyi həqiqi tərbiyə və Allahın yol göstərən hökmləri olmasa, gerçək əxlaq heç bir halda qurula bilməz. Buna ən parlaq misal 1789-cu il Böyük Fransа Inqilabıdır. Inqilabı hazırlayan masonlar "Azadlıq, Qardaşlıq, Bərabərlik" kimi ilk baxışdan əxlaqlı görünən şüarlarla ortaya çıxsalar da, sonradan on minlərlə insanı günahsız yerə gilyotinə göndərdilər, ölkəni qan gölünə çevirdilər. Hətta inqilabın öz liderləri də bu vəhşətdən qurtula bilməmiş, bir-birinin ardınca boyunları vurulmuşdu.XIX əsrdə yenə də "dinsiz əxlaq" düşüncəsilə yola çıxan sosializm isə daha dəhşətli nəticələr verdi. Sözdə ədaləti, bərabərliyi, istismarsız cəmiyyəti dəstəkləyən və bunun üçün də dinin yox edilməsini vacib sayan sosializm XX əsrdə Sovetlər Birliyi, Şərq Bloku, çin, Hind-çin, Afrika, Mərkəzi Amerika kimi bölgələrdə milyonlarla insanlara qorxunc acılar yaşatmışdı. Üst-üstə 120 milyon insan (!) kommunist rejimlərinin qurbanı olmuşdu.Bundan başqa, kommunist rejimlərində heç vaxt, bəyаn etdikləri kimi ədalət və bərabərlik qurulmayıb, rəhbərlər ayrıca bir istismarçı sinif kimi formalaşıblar. (Yuqoslav fikir adamı Milovan Dcilas (Milovan Djilas) "Yeni Sinif" adlı klassik kitabında "nomenklatura" adlandırılan kommunist kadrların sosializm iddialarının tamamilə əksinə, "imtiyazlı sinif" olduqlarını çox yaxşı izah edir.Müasir dövrdə də özlərini "cəmiyyətin xeyrinə çalışan", "insanlıq üçün fədakarlıq göstərən" təşkilat kimi tanıtmağa çalışan masonların çox dəhşətli bir iç üzü var. əksər ölkələrdə masonluq gizli gəlirlər əldə etmək üçün bir vasitədir.1980-ci illərdə Italiyanı silkələyən "P2 Mason Lojası" skandalı bu ölkədə masonluğun mafiya ilə əlaqəsini, loja rəhbərlərinin silah qaçaqmalçılığı, narkotik аlveri, qara pulların yuyulması ilə məşğul olduğunu, rəqiblərinə və ya özlərinə "xəyanət" edənlərə qarşı sui-qəsdlər təşkil etdiklərini üzə çıxarmışdı.1992-ci ildə Fransada gündəmə gələn "Böyük şərq lojası" skandalında, 1995-ci ildə Ingiltərədə mediaya yol tapan "Ingilis təmiz əlləri" əməliyyatında mason lojalarının qaranlıq əməlləri üzə çıxdı. Və bəlli oldu ki, masonların "humanist əxlaq" anlayışı, sadəcə, sözdədir. Başqa cür mümkün də deyil, çünki artıq dediyimiz kimi, cəmiyyətdə əxlaq sadəcə Ilahi dinin yaşanması sayəsində qurulur. əxlaqın təməlində insanın eqoizmdən və kibrdən qurtulması dayanır. Bunun üçün isə insan ancaq Allah qarşısındakı acizliyini və məsuliyyətini dərk etməlidir. Allah Quranda möminlərin fədakarlığını anlatdıqdan sonra, "Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır" (“Həşr” surəsi, /9),- buyuraraq, gerçək əxlaqın nə olduğunu xəbər verir.Quranın “Furqan” surəsində isə ancaq Rəhmanın qullarının sahib olduqları əxlaqın xüsusiyyətləri belə təsvir olunur:“Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl, yumşaq danışarlar. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirər. Və belə deyərlər: "Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir". Doğrudan da o, nə pis məskən, nə pis yerdir. Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında ortaq bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir. Hər kəs tövbə edib, yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər” (“Furqan” surəsi, 63-73).Allahın ayələri oxunarkən ona qarşı lal-kar olmamaq, yəni Allaha hörmət qarışıq qorxu və sədaqət hissləri bəsləmək möminin əsas vəzifəsdir. Bunun sayəsində insan eqoizmdən, qərəzdən, özünü başqalarından üstün tutmaq mərəzindən qurtulur və yuxarıdakı ayələrdə təsvir olunan əxlaqa qovuşur. Ona görə də Allaha inamın və Allah qorxusunun olmadığı bir cəmiyyətdə əxlaq da olmaz. Heç nəyin mütləq meyarları olmadığına görə, insanlar "doğru" və "yalan" anlayışlarını öz mənfəətlərinə uyğun müəyyənləşdirir və tətbiq edirlər. Masonluğun və ateist humanizmin məqsədi də elə "əxlaqlı dünya qurmaq" deyil, dinsiz dünya qurmaqdır. Başqa cür desək, masonlar əxlaqa önəm verdikləri üçün deyil, cəmiyyətə "dinin lazımsız olduğunu" göstərmək üçün humanist fəlsəfəyə əl atıblar. Halbuki nə humanizm, nə də başqa bir batil düşüncə insanlara gözəl əxlaq yaşada bilməz. Ancaq Allahdan gərəyincə qorxan insanlar gözəl əxlaq sahibi ola bilərlər.
['humanizm', 'kabbalistika']
6,662
https://kayzen.az/blog/flora/1431/%C3%A7iy%C9%99l%C9%99k.html
Çiyələk
Dior
Flora
8 may 2010, 16:07
Çiyələk qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Quba,Xaçmaz, Qusar,Qonaqkənd,Şəki, Zaqatala,Şuşa, Kəlbəcər,Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.Çiyələk orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır,həzmi asanlaşdırır.Meşə çiyələyinin tərkibində qlükoza,saxaroza şəkərləri,aşı maddələri,C vitamini karotini,pektin maddələri,dəmir duzları,efir yağı var.Yarpaqlarında isə 250-280mq% C vitamini,2-3%-ə qədər aşı maddəsi, üzvi turşular vardır.Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə ilə birlikdə çay kimi dəmləyib,sooyuqdəymədən baş verən xəstəliklər zamanı istifadə olunur.Təzə dərilmiş meyvələrinin şirələrindən isə dietik vasitə kimi də istifadə olunur.Qurudulmuş meyvələrindən və yarpaqlarından,öd yolları xəstəliklərində öd qovucu,böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə,eləcə də podaqra və uşaqlıq qanaxmaları zamanı qankəsici və şəfaverici dərman kimi istifadə edilir. Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən yəni 1q şirəni 10 q suda həll etməklə "çiyələk suyu" hazırlayıb,körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.Bununla yanaşı diabet xəstəliyində də çiyələk şirəsindən istifadə olunur.Ümumiyyətlə,çiyələyin təzə dərilmiş meyvələri və ondan hazırlanan şirə,mürəbbə,sinqa raxit və digər avitaminoz xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır.A, B və C vitaminləri, həmçinin kalsium, dəmir və fosfor kimi minerallarla zəngin olan çiyələk xərçəng xəstəliyinə qarşı çox faydalıdır. İmmunitet sistemini gücləndirir, qida dəyəri yüksəkdir, uşaqlarda iflic xəstəliyinə, ağız və dəri yaralarına səbəb olan bəzi virusları öldürür. Çiyələk dəridəki səpkiləri müalicə edir, sidikqovucudur, revmatizm ağrılarına qarşı təsirlidir. Sinirləri qüvvətləndirir, bağırsaq qurdlarını tökür, qızdırmanı aşağı salır. Ancaq çox güclü qida olduğu üçün bəzən allergiyaya səbəb olur. Çiyələk alarkən canlı, qırmızı rəngli və ləkəsiz olanları seçin. Alan kimi saxlamadan istifadə edin. Soyuducuda 1-2 gün saxlayacaqsınızsa, saplaqlarını qoparmayın və yumadan geniş bir qaba qoyun. Təzə çiyələkdən tort, mürəbbə, marmelad, kompot, şirə və dondurma hazırlayıb, süfrəyə verə bilərsiniz. p.s Bu dəfə də çiyələyə aid super bir musiqi.İfaçı isə Президент & Амазонка
['çiyələk', 'Fragaria Vesca Z']
6,663
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/1430/%C3%B6l%C3%BCm-n%C9%99dir.html
Ölüm nədir?
IDEAL
Fəlsəfə
8 may 2010, 15:11
Tanatologiya və ya ölüm fəlsəfəsi. Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün "Fedon" dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur. Ölümün fəlsəfi problem olması fikrini alman filosofu Artur Şopenhauerdə təsdiqləyirdi: "Ölüm-fəlsəfənin həqiqi ilhamlandırıcısı və ya muzasıdır(ilham mənbəyidir)...Ölümsüz fəlsəfənin mövcud olmasına az ehtimal var. Ona görədə tamami ilə təbiidir ki, mən ölümün xüsusi tədqiqini mənim axırıncı ən ciddi və əhəmiyyətli əsərimdə birinci yerə qoyuram" Hətta 16-cı əsrin fransız filosofu M. Monten özünün "Təcrübələr" kitabında "Filosofluq etmək-bu ölümü öyrənmək deməkdir" adlı bir mövzu da işləmişdir. Bu mövzuda Monten qədim Roma filosofu Mark Tulliy Siserona istinad edərək yazır ki, "Siseron soyləmişdir ki, filosofluq etmək-bu özünü ölümə hazırlamaqdan başqa bir şey deyildir" Bu mənada heç bir fəlsəfi konsepsiyanı, əgər o həyat və ölüm haqqındakı suallara düzgün və obyektiv cavablar verə bilmirsə onu insana uyğun, insana layiq bir nəzəriyyə hesab etmək olmaz. U.Şibl qeyd edib ki,  insanlar qarşısında duran suallar sırasında ən böyükləri "Ölüm nədir?" və "Biz onun öhdəsindən gəlmək üçün nə edə bilərik?"   suallarıdır. Bəziləri bu sualların həlli barədə düşünmür bəziləri isə daha çox mövhumat xarakterli fikirlər irəli sürürlər. Ümumiyyətlə ölüm mövzusuna qadağan olunmuş mövzu kimi də yanaşanlanlar az deyil. U.Şiblin fikrinə görə, ölümün nədən ibarət olmasının fəlsəfi tədqiqi ölüm qorxusu ilə mübarizə aparmağın ən yaxşı vasitəsidir. Ölümü düşünən insan həyatını yenidən qiymətləndirməyə başlayır. Bu mövzünün tədqiqi insanda ölüm haqında daha aydın təsəvvür yaratmağa imkan verir. P.S. Demək olar bütün dinlər və fəlsəfi sistemlər bu suala cavab verməyə çalışır. Ölüm nədir?  İnsan öləcəyini bilir ancaq ölümün nə olduğunu bilmir. Bu səbəbdən də özü üçün bir "SON" ssenarisi seçib ona inanmağa məcburdur və yaxud mövcud ssenariləri bəyənmirsə filosof olmalıdır ki, özü üçün yeni bir ssenari uydurub, ona inana bilsin. Yoxsa sonunu bilmədən rahat yaşamaq elədə asan deyil.Mətn H.Əlizadənin "İnsan fəlsəfəsi" kitabından istifadə olunaraq tərtib edilib.
['fəlsəfə', 'tanatologiya', 'ölüm fəlsəfəsi', 'ölüm']
6,664
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/1387/evd%C9%99-dava-olanda.html
Evdə dava olanda
Leyla
Xoşbəxt ailə
8 may 2010, 14:30
Əgər evdə bir-birinizdən küsmüsüznüzsə,aranız sərindirsə,bir-birinizə lazımi diqqəti göstərmirsinizsə,seksual harmoniya yoxdursa məsləhət görülür ki,bu cümlələri tez-tez işlədəsiniz: 1) Haqlısan! 2) Mümkündür! 3) Səni sevirəm! 4) Səni yaxşı başa düşürəm! 5) Səndən bir dənədir! 6) Əllərinə sağlıq! 7) Üzr istəyirəm! 8) Sənin yerin başqadır! 9) Xeyirlisi olar İnşallah! 10) Sən Allahın bir lütfüsən və ya gözümün nurusan! 11) Problem deyil 12) Təşəkkür edirəm! 13) Əsəbim sənə qarşı deyil 14) Dualarım səninlədir! 15) Mənə bir az vaxt ver! 16) Sən belə eləməzsən,mən bilirəm! 17) Canın sağ olsun! 18) Haqqını halal et! 19) Allah səndən razı olsun! 20) Çox gözəl olmuş 21) Sən dünyanın 8-ci möcüzəsisən!
['mehribanlıq', 'səmimilik', 'şirindil', 'kompliment', 'xoş münasibət', 'xoşbəxt ailə', 'xoşbəxt evlilik']
6,665
https://kayzen.az/blog/flora/1428/%C3%A7i%C3%A7%C9%99kl%C9%99r-haqq%C4%B1nda.html
Çiçəklər haqqında
bloqçu
Flora
8 may 2010, 13:34
Yaz fəslini çox sevriəm və yazın gətirdiyi yaşıllığı, təravəti, sərinliyi və rəngarəngliyi heç nə ilə dəyişmərəm. İndi hər yan gözəlləşməkdə, çiçək açmaqdadır. Çiçəklər klassik hədiyyə kimi adlandırılsalar da, məncə, onlar indi də öz birincilik, vaciblik və incəliklərini qoruyub saxlayırıar. Yadınızdadırsa keçən yazıların birində qızılgüldən danışmışdım, indi də düşündüm ki, qızılgülün gözəlliyini vəsf elədim, bəs başqa güllər küsməzmi, onlara haqsızlıq olmazmı?! İstəyirəm çox sevdiyimiz başqa çiçəklərdən də qeyd edəm. Tülpan. Bu gözəl gülün ismi (tyurban) fars sözündən götürülmüşdür, tərcümədə “çalma”, “əmmamə” mənasını verir. Fikir versəniz gülün klassik formaları baş örtüyünü xatırladır. Tülpan digər güllərindən fərqli olaraq Avropaya daha tez, XVI əsrin ortalarında gətirilmişdir. Bundan sonra isə o yavaş-yavaş Avrasiya ərazisində də yayılmağa başlayıbmış. Belə ki, müxtəlif yerlərdə onun düz 150 növ yabani formaları yayılmışdır. Tülpanın yayılması üzrə başlıca şərəf isə Mərkəzi Asiyaya düşür. XVII əsrin ortalarında Hollandiyanı “Tülpan həyəcanı” bürümüşdü. Onlar o qədər məşhur və modda idilər ki, onların bir soğanağı sözün əsl mənasında qızıl çəkisi dəyərində imiş. Bir neçə saat ərzində bir tülpan soğanağı sayəsində misli görünməyəcək qədər varlana və ya əksinə, bütün var-dövlətini itirə bilərdin. Məsələn, rəvayət olunur ki, vaxtilə bir ağa var imiş. Bu ağa güc-bəla ilə nadir və çox qiymətli bir tülpan soğanağı almışdı. Lakin ağanın diqqətsizliyi ucbatından qulluqcu onu yeyibmiş. İndi o ağanın vəziyyətini təsəvvür edin hələ. İndi insan bütün var-dövlətini buna sərf edə və bir də görə ki, iflas oldu. İflaslıq çox üzücü olsa da, buna səbəb də çox gülünc oldu.. Jasmin. Jasmin- bu da öz növbəsində gözəl və ətirli bir güldür. Bü gül gözəlliyi ilə yanaşı bir çox yerlərdə- məişətdə və tibbdə, faydalı şəkildə istifadə olunurmuş. Belə ki, Fransada bu gülün gövdəsindən fleyta və tütək düzəldərdilər. Çində isə onu çaya əlavə edirdilər; onunla gözləri yuyurdular; ondan özgürəyə qarşı əla bir sirop hazırlayırdılar. Hətta hesab edirdilər ki, o, qanı da təmizləyir. Jasmının çiçəkləri bal verən çiçəklərdir, onun cavan yarpaqlarından isə ədva kimi istifadə olunur. Hindistanda Jasmini “sevginin ay işığı” adlandırardılar. Qızlar isə bu güldən bəzək və kosmetika vasitəsi kimi istifadə edirdilər. Belə ki, onlar bu gülübəzək əşyası kimi saçlarına taxardılar. Bu gül haqqında qədim misirlilərin papiruslarında çox rast gəlmək olar. Əfsanəyə görə Ellinlər inaırdılar ki, jasmini insanlara Afina ilahəsi bağışlayıb. Alimlərin qeydinə görə isə bu heyranedici gülün ətri beyni canlandırır, yaradıcılığı, orijinal ideyaları stimullaşdırır. Lalə. Nazənin, gözəl bir gül. Gözəlliyindən əlavə, lalə öz barlıllığına görə münbitliyin, məhsuldarlığın rəmzi sayılırdı. Onun qutucuğunda 30 000 toxum mövcuddur, buna görə də o məhsuldarlıq və izdivaclıq İlahəsinin rəmzi hesab olunurdu. Lalə haqqında belə bir əfsanə var ki, guya Allah yeri, heyvanları və bitkiləri yaradanda, bir gecədən savayı, hamısı xoşbəxt idilər. Gecə ulduzların və işıq saçan böcəklərinköməkliyi ilə özünün zülmətini qaçırmağa çalışırdı. Çünki, o, təbiətin bütün gözəlliklərini gizlədir və bununla hər kəsi özündən uzaqlaşdırırdı. Bu zaman isə Allah yuxunu, röyanı yaratdı. Vaxt keçdi, zaman ötdü, yavaş-yavaş insanlarda müxtəlif ehtiraslar yaranmağa başladı, hətta bir nəfər qardaşını öldürmək fikrinə düşmüşdü. Yuxu onu saxlamaq istəyirmiş, ancaq, onun günahları ona geri çəkilməyə mane olurdu. Bu zaman yuxu öz sehrli əsasını hirclə yerə sacdı, gecə isə ona öz nəfəsi ilə həyat vermiş oldu. Belə ki, əsa kök salıb, yaşıllaşdı və özünün cəlbedici yuxu gücünü saxlayaraq Laləyə çevrildi. Xrizantem (Payızgülü). Xrizantem də öz növbəsində sevilən dekorativ bir bitki növüdür. Bu gülün adı “kiku” – yaponcadan tərcümədə “günəş” mənasını verir və dünyaya həyat verənbu günəşin rəmzi sayılır. Bu onunla bağlıdır ki, hesab edilir ki, XII əsrdə gülün təsviri imperatorun tiyəsində əmələ gəlibmiş. Yaponiyada bu çiçəyə daha da böyük bir sevgi ilə yanaşırdılar. Əvvəllər xrizantem gülünün təsviri müqəddəs hesab olunurmuş və demək olar ki, bu təsvir geyimlərdə də olardı, hansı ki, o geyimlər acaq imperatorlara məxsus idi. Yaponiyada xrizantem dövlət emblemasına çevrilmişdi. Onun görünüşü milli bayraqda, qəpiklərdə və yüksək yaponordenində (Xrizantem ordeni) təsvir edilib. Bu güllə əlaqədar olaraq Yaponiyada Xrizantem bayramı adlı sevimli bir bayram da mövcuddur. Ağ suzanbağı Ağ suzanbağı gölün təmiz, durğun, şirin su sahələrinin səthində yetişən, çox nadir bitki növü olan, qeyri-adi gözəl bir güldür. Bizdə bu gül Lənkəran rayonunun yaxınlığında yerləşən Mortso gölünün şimal hissələrində və Zərdabda Qarasu çayı sahələrində yetişir. Belə hesab edilirdi ki, su pərilərinin gülləridillər. Ağ suzanbağı barəsində maraqlı və üzücü bir əfsanə oxumuşdum: Qədim zamanlarda gözəl bir qız var imiş və bu qızı çox yaraşıqlı bir oğlana aşiq imiş. Di gəl ki, qız bu oğlana heç cür açıla bilmir, çox utanar, çəkinərmiş. Nəhayət ki, qız bir gün qərar verir ki, bu gün oğlana açılacaq və may gecəsində qəlbindəkiləri ona deyib, eşqini etiraf etsin və belə də edir. Oğlan isə qıza qarşılıq vermir. Oğlandan müsbət cavab almayan qız artıq yaş.amaq istməri, çarəni bir tək ölümdə görərək, dənizin düz dibinə dalıb, ölür. Çox keçmədən orda bir gül yetişir və bundan sonra hər il may ayında hər bir gözəl qız rəfiqələri ilə göldə bu güllər ətrafında üzərək yarları olacaq oğlanı gözləyirlər. O isə gəlmir ki, gəlmir. Deyilənə görə bu zaman isə pərilər bütün suya girənləri qıdıqlayırlarmış. Nə isə çiçəklərdən hələ ki bu qədər.  
['ağ suzanbağı', 'lalə', 'tülpan', 'xrizantema', 'zanbaq']
6,666
https://kayzen.az/blog/musiqi-qruplar%C4%B1/1411/modern-talking.html
Modern Talking
Dior
Musiqi qrupları
8 may 2010, 00:27
Avropada 80-ci illərin ən məşhur qruplarından olan Modern Talking qrupunun üzvləri Diter Bolen  və Tomas Andersdən ibarət idi.Bu musiqiçilərin görüşməsinə əsas səbəkar “Hansa” Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüsser Diter Bolen özünün “ Was macht das schon” adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983-1984-cü illərdə musiqiçilər ən uğurlusu “Wovon traumst du denn” olmaqla alman dilində 5 sinql buraxırlar. Lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun “Catch me İ`m falling” hit mahnısının kaver-versiyasını işləyirlər. Lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri). Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan “You`re my heart, you`re my soul” superhiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız Formel Eins proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Dünya şöhrətli Adidas idman geyimləri kompaniyası Diterlə geyimlərinin qrupun klip və konsertlərində nümayiş etdirilməsi barədə müqavilə bağlayır. 1985-ci ilin martında Modern Talking növbəti hitlərini – “You can win if you want” mahnısını, az sonra isə ilk albomlarını “The First Album” buraxır. Albomda mahnıların əksəriyyətində vokal hissəni Tomas Anders ifa edirdi, yalnız bir mahnını “There`s Too Much Blue In Missing You” Diter Bolen ifa edir və bu Diterin qrupun 20 illik tarixində yeganə vokal ifası olur. Bütövlükdə albom böyük uğur əldə edir. Məşhur “Peter`s Pop Show” televiziya layihəsində qrupa 75 “qızıl” və “platin” disk təqdim olunur. Modern Talking super-pop-qrup statusunu əldə edir və bütün Avropa boyu böyük və sədaqətli pərəstişkar ordusu toplayır. Qrupun buraxdığı albomlar böyük tirajlarla satılır. Bununla belə qrup üzvləri arasında get-gedə fikir ayrılığı yaranır və bu sonda qrupun dağılması ilə nəticələnir. Tənəzzülün son səhnısi 1986-cı il konsertlərin birində baş verir. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir və bu müddətdə daha iki albom (“Romantic Warriors” və “In The Garden Of Venus”) buraxmağa nail olur. Nəhayət qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Ayrılıqdan sonra Tomas solo-karyeraya başlayır və ABŞ-a yollanır. Diter də yeni Blue System qrupu ilə yaradıclıq fəaliyyətinı davam edir. Hər iki musiqiçi kifayət qədər məşhur olsalar da, heç biri Modern Talkingin uğurunu təkrarlaya bilmir. Diter Bolen Blue Systemdən əlavə C.C.Catch, Kris Norman, Bonni Tayler, Errol Braun kimi müğənilərə mahnılar yazır, Tomas Anders isə konsertləində tez-tez Modern Talkingin mahnılarına müraciət edir. Modern Talking 1998-ci ilin yazında təntənəli şəkildə yenidən səhnəyə qayıdır. Tomas və Diter tezliklə “Back For Good” adlı yeni-könhə albomu buraxır. Belə ki, albom əsasən qrupun köhnə manhılarınn remikslərindən təşkil olunur. Yeni albomun dünya üzrə satışı 26 milyon nüsxə təşkil edir. 1999-2003-cü illər aralığında qrup 5 albom buraxır. Qrupun üslubu demək olar ki, yüngül müasir rəqs musiqisi olaraq dəyişilməz qalır. Bəzi mahnılar amerikalı reper Erik Sinqletonun iştirakı ilə yazılır. Səbəb qrupun Amerika tamaşaçılarını fəth etmək olur, lakin arzuları həyata keçmir . Qrupda reperin iştirakı köhnə pərəstişkarlarda mənfi reaksiya oyadır. Modern Talkingin yaradıcılığında bu mahnı da mühüm yerlərdən birini tutur.Mənim də çox xoşuma gəlir bu mahnı.Hər dəfə qulaq asdıqca lap əvvəlki vaxtlar yadıma düşür. Deep in my heart - there's a fire - a burning heartDeep in my heart - there's desire - for a startI'm dying in emotionIt's my world in fantasyI'm living in my, living in my dreamsYou're my heart, you're my soulI'll keep it shining everywhere I goYou're my heart, you're my soulI'll be holding you foreverStay with you togetherYour my heart, you're my soulYeah, I'm feeling that our love will growYou're my heart, you're my soulThat's the only thing I really knowChery,chery lady Oh I cannot explainEvery time it's the sameOh I feel that it's realTake my heartI've been lonely too longOh I can't be so strongTake a chance for romanceTake my heartI need you soThere's no timeI'll ever goCheri Cheri LadyGoin' through emotionLove is where you find itListen to your heartCheri Cheri LadyLivin' in devotionAlways like the first timeLet me take a part Cheri Cheri LadyLike there's no tomorrowTake my heart don't lose itListen to your heartCheri Cheri LadyTo know you is to love youIf you call me babyI'll be always yoursI get up and get downOh my world turns aroundWho is right, who is wrongI don't knowI've got pain in my heartGotta love in my soulEasy come but I think easy goI need you soAll those timesI'm not so strongRəqs etmək lazımdır,rəqs! Brother Luie Deep love is a burnin' fire stay'cause then the flame grows higher babeDon't let him steal your heartIt's easy easyGirl this game can't last forever whyWe cannot live together tryDon't let him take your love from meYou're no good can't you seeBrother Louie Louie LouieI'm in love set her freeOh she's only lookin' to meOnly love breaks her heartBrother Louie Louie LouieOnly love's paradiseOh she's only lookin' to meBrother Louie Louie LouieOh she's only lookin' to meOh let it LouieShe's under coverBrother Louie Louie LouieOh doin' what he's doin'So leave it Louie'cause I'm her loverStay 'cause this boy wants to gamble stayLove's more than he can handle girlOh come on stay by meForever everWhy does he go on pretendin' thatHis love is never ending babeDon't let him steal your love from me
['Modern Talking', 'Cheri Cheri lady', 'brother Louie']
6,667
https://kayzen.az/blog/masonluq/1395/harun-y%C9%99hya-qlobal-masonluq-humanizmin-kabbalistik-m%C9%99n%C5%9F%C9%99yi.html
Harun Yəhya "Qlobal Masonluq" - Humanizmin kabbalistik mənşəyi
mr13
Masonluq,onun tarixi
7 may 2010, 18:15
Kabbalanın Allahın Israil oğullarına göndərdiyi haqq dinin içinə girən, onu dəyişdirən, köklərinin isə Qədim Misirə gedib çıxan bir təlim olduğunu artıq bilirik. Onu da bilirik ki, bu təlimin əsasında insanın Allah tərəfindən yaradılmamış, əzəldən mövcud olan varlıq olması fikri dayanır. Avropa humanizmi də bu məndəndə qaynaqlаnır. Xristianlıqda Allahın varlığına və bütün insanların Onun aciz bəndələri olduğuna inam əsas yeri tutur. Amma tampliyerlərin əli ilə Avropaya yayılan Kabbala əksər fikir adamlarını öz təsiri altına almışdı. Beləcə, XV əsrdən bаşlаyаrаq Avropa fikir dünyasına "humanizm" dünyаgörüşü nüfuz etməyə başladı. Humanizm ilə Kabbala arasındakı bu bağlılıq tarixi proseslərin pərdəarxasının araşdırılmasına həsr olunmuş əksər qaynaqlarda vurğulanır. Bu qaynaqlardan biri də Müqəddəs Vatikan Kitab Institutunda tarix professoru, tаnınmış yazar Malaki Martininin (Malachi Martin) "The Keys of This Blood" (Bu qanın açarları) adlı kitabıdır. Prof. Martin Kabbalanın humanistlərə açıq-aşkar təsirin etməsini belə izah edir:“Renessans Italiyasının erkən dönəmlərində özünü göstərən qeyri-ənənəvi üsyançılıq atmosferində mövcud sistemin nəzarətini neytrallaşdırmağı qarşısına məqsəd qoyan humanist dərnəklər fəaliyyətə başlamışdı. Onlar, təbii ki, gizlin çalışırdılar. Bu humanist qruplar həm Incilə, həm də kilsənin ictimai-siyasi sahələrdə qurduğu fəlsəfi və dini münasibətlərə qarşı çıxırdılar. Onlar Müqəddəs Kitabı tamam fərqli şəkildə yozur və təfsir edirdilər. Həmin yozumların kökü isə Şimali Afrikayа, xüsusilə də Misirdəki bəzi məzhəblərə gedib çıxırdı. Bir müddət sonra Italiya humanistləri daha da irəli gedərək, Kabbalanı bir yol göstərən kimi qəbul etdilər, Qnostik (xristianlığın ilk vaxtlarında yaranmış və Kabbala ilə əlaqəsi olan metafizik təlim) təfəkkürünü yenidən dirçəltdilər. Və həmin təlimi bir dünya mərkəzi halına gətirdilər. Onların məqsədi Kabbaladan yararlanaraq, təbiətin gizli qüvvələrini sosial məqsədlər nаminə istifаdə etmək idi.34Qısası, o dönəmdə qurulan humanist dərnəkləri Avropaya hakim olan katolik mədəniyyətinin yerində kökləri Kabbaladan qаynаqlаnаn yeni bir mədəniyyət qurmaq, bu məqsədlə "sosial çevriliş" etmək niyyətində idi. Bu mədəniyyətin Qədim Misir təlimlərinə əsaslanmasını prof. Martin belə təsvir edir: "Həmin humanist cəmiyyətlərinin üzvləri "Kainatın Ulu Memarını" aradıqlarını və özlərini ona həsr etdiklərini deyirdilər. "Kainatın Ulu Memarı" ibranicə dörd müqəddəs hərflə, yəni ÜNWN ilə işarələnirdi. Bununla yanaşı, humanistlər Qədim Misir mənşəli piramida və göz təsvirlərini simvolları olаrаq seçmişdilər..."Qeyd edək ki, humanistlərin "Kainatın Ulu Memarı" ifadəsi hələ də masonlar tərəfindən işlədilir. Bu da öz növbəsində, humanistlərlə masonların arasında bağlılıq olduğunu göstərir. Prof. Martinin yazdığı kimi:“Avropanın digər şimal bölgələrində humanistlərlə paralel daha bir birlik yaranmışdı. Mаhiyyətinə heç bir əhəmiyyət verilməyən bir birlik... XIV əsrdə kabbalist-humanist cəmiyyətlər təzəcə formalaşmağa başlayanda Ingiltərə, Şotlandiya və Fransada orta əsr bənna lojaları mövcud idi. Onlar yavaş-yavaş mason lojalarına çevrilirdilər. O vaxtlar heç kim masonlarla italyan humanistləri arasında fikir birliyinin olduğunu təxmin edə bilməzdi. Hərçənd, onların hər ikisi katolik kilsəsindən tamamilə uzaq, məxfi təşkilatlar idi. Hər ikisi "Kainatın Ulu Memarı" inancını qəbul edirdi. Bu "Ulu Memar" (Katolik inancından fərqli olaraq) maddi kainatın bir parçası, "aydınlaşmış düşüncə"nin bir ünsürü idi. Humanistlərin və masonların qəbul etdiyi bu yeni inanc xristianlıqla qətiyyən uyğun gəlmirdi, günah, cəhənnəm, cənnət, peyğəmbərlər, mələklər, rahiblər və papa kimi əksər anlayışları rədd edirdi”.Qısası, XIV əsrdə Avropada Kabbaladаn qаynаqlаnаn humanist - mason təşkilatlanması prosesi gedirdi. Özü də bu təşkilat yəhudilikdə, xristianlıqda və islamda olduğuna rəğmən, Allahı bütün kainatın yaradıcısı, hakimi, cəmi insanların Rəbbi kimi qəbul etmirdi. Bunun yerinə "Kainatın Ulu Memarı" kimi fərqli bir anlayışdan istifadə edirdi və onlara görə, həmin varlıq maddi kainatın bir parçası idi... Başqa sözlə desək, XIV əsr Avropasında yaranan bu gizli təşkilat örtülü şəkildə Allahı inkar edir, maddi təbiətə sitаyiş edirdilər.  Bu əcaib inancın başqa bir tərəfini görmək üçün gəlin yenidən XX əsrə qаyıdаq və çağdaş masonların nəşrlərinə nəzər salaq. ən məşhur türk masonlarından olan Səlami Işındağın gənc masonlara təlim məqsədilə yazdığı və 1977-ci ildə yalnız masonların arasında yayılan "Masonluktan Esinlenmeler" adlı kitabında "Kainatın Ulu Memarı" inancı belə anladılır:“Masonluq tanrısız deyil. Amma onun mənimsədiyi Tanrı anlayışı dinlərdəkinə bənzəmir. Masonluqda tanrı ən uca bir prinsipdir. Kainatın son pilləsi, sərhədidir. Öz varlığımızı tənqid edərək, özümüzü tanıyaraq, elm, ağıl və iradə yolunda getdikcə, onunla aramızdakı məsafə azala bilər. Onda insanların yaxşı və ya pis cəhətləri yoxdur. O, şəxsləndirilməyib. Təbiətin və bəşəriyyətin idarə edicisi sayıla bilməz. Kainatdakı böyük və uca çalışmanın, birliyin, harmoniyanın Memarıdır. Kainatdakı bütün varlıqların cəmidir. Hər şeyi görən və əhatə edən total gözdür, enerjidir. Amma bütün bunlarla belə, onun bir başlanğıc olduğu deyilə bilməz. O, böyük bir sirrdir”.Yenə də eyni qaynaqda masonların "Kainatın Ulu Memarı" deyərkən əslində təbiəti nəzərdə tutduqları, yəni təbiətə sitаyiş etdikləri belə ifadə edilir: "Təbiətdən kənarda bizi yönəldən, hərəkətlərimizə görə məsuliyyət daşıyan bir güc ola bilməz. Mason təlimlərinin əsasında elm və ağıl dayanan gerçəkliklərdir. Tanrı elə kainatın özü və onu əhatəyə alan güc, enerjidir".Türk masonlarının özəl nəşrlərindən sаyılаn "Memar Sinan" jurnalında isə eyni fəlsəfə bu cür açıqlanır: "Kainatın Ulu Memarı sonsuzluğa doğru meyllənmək deməkdir. Sonsuzluqdakı mütləqliyi, tamlığı, mükəmməlliyi aramaq və dönə-dönə aramaq gərəkdir. Bunu düşünən masonla yaşanan an arasında bir məsafə yaranır".Bəli, masonların "biz Allaha inanırıq, aramızda qətiyyən ateist yoxdur" deyərkən nəzərdə tutduqları "Allah inancı" budur. Masonluq əslində Allaha deyil, öz daxili fəlsəfəsində ilahiləşdirdiyi "təbiət", "kainat", "insanlıq" kimi humanist və naturalist anlayışlara inаnır. Mason ədəbiyyatını incələyəndə bu qurumun əslində "təşkilatlanmış humanizm"dən başqa bir şey olmadığı və bütün dünyada dinsiz cəmiyyət qurmağı qarşısına məqsəd qoyduğu anlaşılır. XIV əsr Avropasının humanist dərnəklərində yaranan fikirlər müasir masonlar tərəfindən də eyni şəkildə qorunur və qəbul edilir.
['humanizm', 'kabbalistika', 'masonluğun prinsipləri']
6,668
https://kayzen.az/blog/flora/1393/t%C9%99r%C9%99v%C9%99zl%C9%99r-haqq%C4%B1nda.html
Tərəvəzlər haqqında
Dior
Flora
7 may 2010, 16:00
Pomidor SOLANUM LYCOPERSİCUM -badımcançiçəklilər (Solanaceae) fəsinləsindəndir.Tərkibində olan B qruplu vitaminlər,C vitamini və karotin,eləcə də şəkər və üzvi turşular onun son dərəcə yüksək qiymətli yeyinti məhsulu olmasına zəmin yaradır.Pomidorda orta hesabla 4% şəkər,0,6% mini,karotin,B1,B2,və K vitaminləri,yod birləşmələri müəyyən edilmişdir.Pomidorda olan yodun zob xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti vardır.Pomidordan maddələr mübadiləsi pozğunluqlarında,ateroskleroza qarşı və ürək damar sistemi xəstəliklərində istifadə etmək faydalıdır.Xiyar CUCUMUS SATİVUS Z.-xiyarçiçəklilər (Cruciferae) fəsiləsindən olub,tərkibində B,C vitaminləri və sink duzu vardır.Xalq təbabətində xiyarın suyu sidikqovucu,sərinləşdirici,hərarəti azaldıcı dərman kimi işlədilir.Xiyarın qatılaşdırılmış suyu vərəm xəstəliyinə tutulanlara,sinə yumşaldıcı və bəlğəm gətirici dərman kimi verilir. Kartof SOLANUM TUBEROSUM -badımcançiçəklilər (Solanaceae)fəsiləsindən olub,tərkibində nişasta, müxtəlif şəkərlər (əsasən qlükoza),pentozan,dekstrin,pektin maddələri,B1,B2,C və K vitaminləri,limon və alma turşuları,eləcə də maqnezium duzu vardır.Xalq təbabətində kartof şirəsindən vərəmə qarşı və tənəffüs orqanlarının digər xəstəliklərinə qarşı istifadə olunur.Eyni zamanda kartof şirəsi mədə yarasının və 12 barmaq bağırsağın müalicəsində də işlədilir.Bundan başqa təzə kartofun şirəsi hipertoniya xəstəliyinə tutulanlara kömək edir.Baş soğan ALLİUM CEPA Z.- süsənçiçəklilər (Ziliaceae) fəsiləsindəndir.Yaşıl hissələrində və soğanaqlarında karotin B1,B2,C vitaminləri,pektin və qatranlı maddələr,limon və alma turşuları,yod və şəkərli maddələr vardır.Soğan mədənin həzm prosesini yaxşılaşdırır,iştahanı artırır,avitaminozun  qarşısını alır,eləcə də mədə bağırsaqda əmələ gələn iltihabı və çürümələri aradan qaldırır.Soğanin şirəsindən qurdqovucu kimi də istifadə olunur.Allilçep və Allilqliser adlı preparatlarından isə xüsusən mədə bağırsaq xoralarına qarşı,eləcə də qrip və anginada da geniş istifadə olunur.Sonda isə video:
['tərəvəzlər', 'pomidor', 'xiyar', 'soğan', 'kartof']
6,669
https://kayzen.az/blog/karyera/1382/qad%C4%B1n-karyeras%C4%B1.html
Qadın karyerası
Leyla
Karyera və yüksəliş
7 may 2010, 12:54
"Qadın karyerası" bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi "mətbəx, məişət qayğıları" sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini - uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir. Qadın üçün iş seçərkən üstünlük verdiyi və ya məhdudiyyətlər olan zonalar hansılardır? Daimi "iş, yoxsa ailə" ənənəvi dilemmasının müasir həlli necədir? Gəlin bir qədər bunlar üzərində dayanaq. Bəzi peşələr qadın üçün arzuolunandır. Bəlkə də əvvəldən bu peşələrə qadınlar üstünlük verdiyindən, ənənəvi olaraq qadın peşələri hesab edilir. Elə peşələr var ki, işəgötürənlər məhz qadınları bu vəzifəyə götürür. Məsələn, katibə, ofis meneceri, prezident köməkçisi, mağazada satıcı, səhiyyə müəssisələrində tibb bacısı, xadimə və s. Bəzən elə hesab edilir ki, monoton texniki işlərdən ibarət, əmək haqqı aşağı olan işlər qadınlara aiddir. Lakin son zamanlar bəzi sahələrdə qadınlar heç də kişilərdən geri qalmayaraq, əvvəllər ənənəvi hesab edilən və fiziki qüvvə, dözüm tələb edən kişi peşələrinə də uğurla yiyələnirlər. Hazırda qadınlar arasında çoxlu cərrahlar, diş həkimləri, sürücülər, menecerlər, dizaynerlər vardır.Kişi və qadın peşələrindən danışarkən bəzi statistik qanunauyğunluqları nəzərə almaq lazımdır. Mütəxəssislər belə hesab edirlər ki, bu gün hüquq bərabərliyi uğrunda mübarizədə qadınlar xeyli irəliləmişlər. Hətta bəzi yerlərdə kişilərlə qadınlar sanki yerlərini dəyişmişlər. Peşəkar fəaliyyətdə bu özünü qadınların bəzi kişi peşələrinə yiyələnməsində, kişilərin isə, əksinə, qadın işlərinə keçməsində göstərir. Hazırda qadınlar nəinki biznesdə, siyasətdə də özlərini doğrultmuşlar. İndira Qandi, Marqaret Tetçer, Madlen Olbrayt, Angela Merkel, Hillari Klinton, Kondoliza Rays, Tansu Çiller, Benəzir Bhutto və başqaları bunu dəfələrlə sübut etmişlər.İndi qadınlar kişilərlə rəqabətdə istedad, enerji, peşəkarlıq parametrlərinə görə daha ön mövqeləri tutur. Sərhədlər yoxa çıxır: müasir qadınlar kişi işlərini də uğurla görürlər. Əmək bazarı dəyişmişdir - yaş, cins əlamətləri artıq ikinci plana keçir, birinci yeri istedad, intizam, məsuliyyət, ünsiyyət, davranış tutmağa başlayır. Müasir işəgötürənlər kadrları seçərkən, ilk növbədə, ali təhsilli, iş təcrübəsi olan, zərərli vərdişlərdən uzaq olan intizamlı işçilərə üstünlük verir.İşəgötürənlərin belə bir problemi mövcuddur: azyaşlı uşaqları olan anaları işə götürmək nə dərəcədə məqsədəuyğundur? Və ümumiyyətlə, uşaqların doğulması gənc qadınların karyerasını nə dərəcədə ləngidir? Əvvəl ana olmaq, sonra karyera qurmaq, ya əksinə?..İlk ana sevincini, zənnimizcə, heç bir karyera əvəz edə bilməz. Hələ yuxudan oyanan körpənin qığıltısı, balaca əllərinin hərarəti hansı qadını xoşbəxt etməyib?... Bəlkə əvvəl övlad böyütmək, sonra karyera qurmaq daha məqsədəuyğundur?!..
['biznes-ledi', 'biznesvumen', 'qadınlar', 'qadın karyerası', 'qadın statusu', 'qadın emansipasiyası', 'qadın hüququ']
6,670
https://kayzen.az/blog/gender/1384/cinsl%C9%99r-aras%C4%B1nda-sosial-f%C9%99rq-olmal%C4%B1d%C4%B1.html
Cinslər arasında sosial fərq olmalıdı?
IDEAL
Gender-Cinslərin fəlsəfəsi
7 may 2010, 12:05
Cəmiyyət bir-birindən fərqli iki cinsdən ibarət olması ortalığa bir sıra suallar qoyur ki, bunlarında cavabları hələ də mübahisə doğurmaqdadır. Əgər cinslərin bioloji fərqəri və funksiyaları şübhə doğurmursa, psixi, emosianal, intuitiv fərqlər məsələsi, qadın və kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb edir. Həmçinin burada bir sualda yaranır. İnsanlatrın cinsi fərqləri onların sosial fərqlərinin səbəbidirmi? Yoxsa bu tarixin təsadüfi seçimindən və yaxud şəraitdən asılıdır? Cinslərin qeyri bərabərliyi ayrı-ayrı cəmiyyətlərdə özlərini müxtəlif göstərir. Ona görə də kişi və qadının cəmiyyətdəki statusunu tədqiq etməklə bu cəmiyyət, onun mədəniyyət və ən-ənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir. Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi insanlar üçün heç də həmişə problem olmamışdır. Bir sıra insanlar, istər kişi olsun, istərsə də qadın olsun, bu məsələ üzərində hətta ciddi düşünməmişlər. Digər qisim insanlar isə haqların pozulmasını görmür və cəmiyyətdə qadın və kişinin üzərinə düşən vəzifələr onlara ədalətli görünür. Cəmiyyətdə cinslərin qərarlaşmış davranış qaydaları, tarix, ən-ənə, din və ya əjdadlardan gələn əxlaq normaları ilə müqəddəsləşdirildiyindən, insanlar bu qaydaların ədalətsiz  olmasını bəzən mühakimə edə bilmirlər. Əsasəndə qərbdən öz konservativliyi ilə fərqlənən şərqdə bu daha çox müşahidə olunur. Bu gün qərbdə feminizm hərəkatları mövcud olsa da şərqdə feminizmə meyl ciddi müşahidə olunmur. Möhkəm və dəyişməz norma və dəyərlərlə hərəkət edən cəmiyyətdə ümumiyyətlə kişi və qadının rolları ciddi şəkildə bölünür. Belə tip ənənəvi cəmiyyətdə yaşayan kişi və qadın fərqli bir statusa malik olmaq üçün mübarizə apara bilmir. Hətta qədim dövr və orta əsrlər Avropasında  dəyərlərə qarşı münasibət daha ciddi olduğundan, feminizm hərakatları çox gec meydana gəlmişdir. Əsasən bu hərəkat feodalizm buxovlarından azad olmuş Avropa ölkələrində meydana gəlməyə başladı. Lakin bunu da qeyd edək ki, bəzi tədqiqatçıların fikrincə feminizmə maraq qədim yunan fəlsəfəsində görünür. Hətta bəziləri Platonu ilk feminist adlandırırlar. Uzun illər ərzində SSSR-də qadın hüquqlarına dair hər hansı elmi görüşlərin meydana çıxmasına və ya bu məsələyə dair tədbirlərin keçirilməsinə imkan verilmirdi. Keçmiş sovetlərin təbliğat aparatı bütün dünyaya sübut etməyə çalışırdı ki, "bizim ölkədə" qadın məsələsi bir dəfəlik həll edilmiş, qadınlarla kişilərin bərabər hüquqlarına tam nail olunmuşdur.  Sovet dövrünün "qadın məsələ"sində cinslərin rəsmi bərabərliyi de-yure mövcud idi. Bərabər iş günü üçün bərabər əmək haqqı mövcud idi. Hökümətin bütün səviyyələrində qadınların təmsil olunmalarını təmin edən kvota sistemi və xüsusi sosial yönumlü - qadınların bir çox hüquqlarını tənzimləyən qanunvericilik qüvvədə idi. Lakin de-fakto isə cinslər arasında bərabərlik məsələsi asimmetrik idi. Hakim idealogiyaya tabe olan "Qadın şura"ları "qadın məsələsini" tənzimləyir,qadınların mənafe və maraqlarını ideologiyaya uyğun təmsil edirdilər. P. S. Hal-hazırda  bizim ölkədə də qadınlara və kişilərə münasibət cəmiyyətdə müxtəlifdi. Düzdü demokratik dövlət olaraq konstitusiyamıza əsasən hər iki cins bərabər hüquqludur. Lakin hər birimiz bilirik ki, əslində bu qanun sadəcə mövcuddur və tətbiqata gəlincə isə cinslər arasında sosial ayrıseçkilik mövcuddur. Bu səbəbdən sizə belə bir sual ünvanlamaq qərarına gəldim. Cəmiyyətin intellektual təbəqəsinin fikrini öyrənmək mənim üçün maraqlıdır. Sizin fikrinizə əsasən cinslər arasında sosial fərqlər olmalıdırmı?
['feminizm', 'gender']
6,671
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/1380/az%C9%99rbaycan-xanl%C4%B1qlar%C4%B1.html
Azərbaycan xanlıqları
papatürk
Azərbaycan tarixi
7 may 2010, 11:02
Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi. Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü. Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur. Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu. Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur. Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür. Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi. Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər. Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü. 1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı. Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur. İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir. Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu. Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran  şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür. Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü. Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur. Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.   Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklərCar-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.  Müəllif R.F.Sadıqov Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı
['xanlıqlar', 'məliklik', 'xanlıq', 'Azərbaycan tarixi']
6,672
https://kayzen.az/blog/diplomat/957/diplomatik-s%C9%99n%C9%99dl%C9%99rin-n%C3%B6vl%C9%99ri.html
Diplomatik sənədlərin növləri
rokfeller
Diplomatiyada protokol və etiket
7 may 2010, 09:12
Diplomatik sənədlərin növləri Şəxsi nota Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. Nota onu imzalayanın adından - birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır. Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir. Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresata cənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur. Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb. Xarici işlər naziri, yaxud səfirinə: Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Elçiyə, işlər üzrə müvəkkilə: Cənab işlər üzrə müvəkkil, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Adətən komplimentlər qarşılıqlıq prinsipi əsasında (xüsusən də cavab notasında) istifadə olunurlar. Ünvan birinci səhifənin sol aşağı küncündə yazılır. Ünvanda nota göndərilən şəxsin ranqı - dərəcəsi göstərilir. Zərfdə ünvan şəxsi notadakı kimi ifadə edilir. E.Satou və C.Feltxem şəxsi notanı diplomatik yazışmanın müstəqil sənəd növü kimi ayırmır və sadəcə «nota» adından istifadə edirlər. Bu zaman notanın həm birinci, həm də üçüncü şəxs adından tərtib edilməsinin mümkünlüyü, lakin verbal notadan fərqli olaraq mütləq imzalı olması nəzərdə tutulur.   Şəxsi müraciətnamə Şəxsi müraciətnamələr öz formal parametrlərinə görə şəxsi notalar sırasına aid edilə bilər. Lakin müraciətnaməni göndərənin və alıcının xüsusi mövqeyinə, bu cür sənədlərin əhəmiyyətinə görə onları diplomatik yazışmanın ayrıca xüsusi sənəd növünə ayırmaq qəbul edilib. Bu kateqoriyaya dövlət başçısı, hökumət başçısı və xarici işlər nazirinin məktubları aid edirlər. Bu cür sənədlərdə protokol formulları müraciət və yekun komplimentdir. Bütün şəxsi müraciətnamələr və məktublar göndərənin şəxsi imzasına malikdirlər. Bəzən şəxsi müraciətnamələri birinci şəxs adından rəsmi məktub adlandırırlar. O, yüksək keyfiyyətli yazı kağızında yuxarısında ünvan, tarix və missiya başçısına yaxud xarici işlər nazirinə ifadəsi ilə yazılır. Diplomatik nümayəndəlik başçısı adından xarici işlər nazirinə rəsmi məktub, bir qayda olaraq, «zati-aliləri», yaxud bəzən sadəcə cənab… sözləri ilə başlayır. Sonra şərəf duyuram ifadəsi gedir. Sonda yazılır: Zati-aliləri, imkandan istifadə edərək, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Yaxud: Zati-aliləri, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz. (Göndərənin adı). Bəzən, səfirlər xarici işlər naziri arasında for­ma­laş­mış münasibətlərdən asılı olaraq, məktub hörmətli nazir müraciəti ilə başlaya və səmimən sizin sözləri ilə bitir. Qeyd edək ki, həmişə yerli xüsusiyyətlər möv­cud­dur. Məsələn, Böyük Britaniyada, ABŞ-da olduğu kimi, for­mal yanaş­maya daha az yer verirlər, çünki nə britaniya naziri, nə də rəsmi şəxslərdən birinə burada zati-aliləri deyə müraciət etmirlər. Rəsmi şəxslər arasında yazışma zamanı hörmətli (adresatın adı) müraciəti istifadə edilir və məktub səmimən sizin (göndərənin adı) sözləri ilə bitir. Əgər məktub zati-aliləri sözü ilə başlayırsa, o, dəqiq olaraq eyni stildə davam etdirilməlidir, məsələn: Bizim hökumət zati-alilərinizin təklifi ilə tanış oldu… Lakin bu cür ifadələr ifrat ağıryana ola bilərlər və buna görə daha adət edilmiş ikinci şəxs adından (Siz, Sizi) müraciət mümkündür. Üçüncü şəxs adından rəsmi nota Bu sənəd, formal nöqteyi nəzərindən, verbal no­talar kateqoriyasına aid edilə bilər. Bəzən onları məzmun hissəsi və həmin sənədlərin əhəmiyyətindən çıxış edərək ayırırlar. Nota ümumən qəbul edilmiş beynəlxalq dildə milli gerblə bəzədilmiş rəsmi blankda, ünvanın gös­tərilməsi ilə çap edilir və aşağıdakı sözlərlə başlanır: Səfirlik… Xarici işlər nazirinə öz hörmətini izhar (ifadə) edir və Sizi… məlumatlandırmaqdan... (yaxud) Sizin diqqətinizi … çəkməkdən şərəf duyur. Sonra notanın məzmunu gedir və sənəd aşağıdakı nəzakət formulu ilə bitir: Səfirlik, fürsətdən istifadə edərək, Xarici işlər nazirinə öz dərin hörmətini izhar edir (ifadə edir, bildirir). ( tarix) (göndərənin inisialları və səfirliyin möhürü) Rəsmi nota həmçinin diplomatik missiyalar arasında standart ünsiyyət formasıdır. Verbal nota Verbal nota, çox güman ki, ən geniş yayılmış dip­lomatik sənəddir. «Verbal nota» ifadəsi «ciddi diqqətə alınmalı olan kağız» mənasını daşıyır. Verbal notaya münasibət vaxt keçdikcə dəyişirdi. Diplomatik sənədlərin seçiminə xüsusi həssaslıqla «klassik diplomatiya» adlanan dövrdə yanaşırdılar. Y.Y.Solovyovun «Diplomatın xatirələri» kitabından misal: «1909-cu ildə Rusiya XIN Peterburqdakı Avstriya-Macarıstan səfirliyi ilə yalnız verbal notalarla əlaqə saxlamağı məqbul sayırdı. Bu gərgin münasibətlərin əlaməti kimi qiymətləndirilirdi». Bizim zəmanəda verbal notanın göndərilməsini bədxahlıq əlaməti kimi qəbul etmək heç kimin ağlına gəlməz. Diplomatik praktikada kollektiv notalara da rast gəlinir. Məsələn, bütün diplomatik korpus, yaxud səfirliklər qrupu adından. Xarici işlər nazirliyi və səfirliklər bu diplomatik sənəd növünü yazışmada kifayət qədər geniş məsələlər dairəsi üzrə istifadə edirlər. Çoxsaylı verbal notaların məzmununu siyasi, iqtisadi, elmi-texniki, mədəni məsələlər, viza sorğusu, təmsiledici xarakterli informasiya təşkil edir. Verbal nota üçüncü şəxs adından yazılır və adətən rəsmi nota ilə eyni formada ifadə olunur və yüksək keyfiyyətli gerbli kağızda çap edilir. Ünvan birinci vərəqdə sol aşağı küncdə göstərilir. Eyni ünvan zərfin üzərində çap edilir. Nota komplimentlə başlayır və bitir. Notanın əvvəlində alıcının və göndərənin tam adı yazılır: Xarici işlər nazirliyi… Səfirliyə öz ehtiramını bildirir və … verməyindən şərəf duyur… Yekun komplimentdə göndərənin qısa adını vermək olar: Fürsətdən istifadə edərək, Nazirlik Səfirliyə bir daha öz dərin ehtiramını izhar edir. Bəzən komplimentdə «fürsətdən istifadə edərək» sözləri buraxılır. Məsələn, notada hansısa qəzalar və digər xoşagəlməz xəbərlər barədə məlumat verilirsə: Nazirlik Səfirliyə öz dərin hörmətini izhar edir. Bəzi dövlətlərdə, məsələn ABŞ-da, yekun nəzakət formulu buraxılır. Cavab notasının əvvəli bu cür olacaq: Xarici işlər nazirliyi… Səfirliyə öz dərin hörmətini bildirir… və Səfirliyin …№ (gün, ay, il) nota ilə əlaqədar aşağıdakıları bildirməkdən şərəf duyur… Nota səfirlik, yaxud dövlət nümayəndələrinin hərəkətləri ilə bağlı etiraz ehtiva edirsə, kompliment buraxılır. Matəm elan edilən, başsağlığı verilən zaman da komplimentdən istifadə edilmir. Verbal nota göndərmə nömrəyə və tarixə malikdir, mətnin sonunda göndərmə tarixinin yanında XIN, yaxud səfirliyin möhürü ilə bağlanılır. Verbal notanın protokol formulları şəxsi notanın protokol formullarından fərqlənir: Xarici işlər nazirliyi öz ehtiramını bildirir və aşağıdakıları elan etməkdən şərəf duyur… Viza verbal notaları adətən aşağıdakı formada olurlar: XIN Səfirliyə öz ehtiramını bildirir… və (şəxslərin siyahısı gedir) giriş-çıxış vizalarını vermək iltifatını gös­tərməyinizi xahiş etməkdən şərəf duyur.   Yekun kompliment: Nazirlik xahişinin yerinə yetirilməsinə görə Səfirliyə əvvəlcədən öz təşəkkürünü bildirir. Yaddaş qeydləri Yaddaş qeydləri şifahi söhbətlərin qeydlərindən ibarətdir. Diplomatik nümayəndəlik başçıları hərdən öz hökumətlərindən akkreditə olduqları dövlətin xarici işlər nazirliyinə etirazı bil­dirmək, yaxud hər-hansı məsələ üzrə ondan izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsi vizitə ehtiyac var ki, vizit zamanı diplomat öz məsələsini açıqlayır. Onun vizitinin məqsədində heç bir şübhə qalmasın deyə, o, nazirlikdə öz qeydlərinin xülasəsini qoyur. Bu xülasə aşağıdakı formada ola bilər: yaddaş qeydləri (aide-memoire) – burada hərəkətlər yaxud hökumətin nəzər-nöqtəsi izah edilir və ya təklif əks olunur. Yaddaş qeydində «Aide-memoire» başlığı, sonda tarix yazılır, lakin ünvan göstərilmir, imza və möhür qoyulmur; kağız parçası, vərəq (bout de papier) - başlıqsız, tarixsiz və imzasız məktubdur ki, lazım gəldikdə onun yaranma mənşəyini inkar etmək mümkün olsun. Beləliklə, kağız parçası yaddaş qeydinə nisbətən rəsmiyyət daha azdır. Yaddaş qeydi şifahi söhbət zamanı edilmiş bəyanatın yaxud xahişin əhəmiyyətini qeyd etmək, söhbətin və ya bəyanatın səhv şərhi və anlaşılması mümkün­lü­yü­nü qabaqlamaq üçün şəxsən təqdim edilir. Şəxssiz forma­da xahiş irəli sürülür, təsdiq etməyə məcburuq, məlumat verilir ifadələrinin istifadəsi ilə tərtib edilir. Mətn adi gerbsiz kağızda çap olunur; yalnız göndəriş tarixi və yeri gös­tərilir. Mətnin yuxarısında yaddaş qeydi yazılır.   Memorandum Bu sənəddə hər-hansı məsələnin faktiki tərəfi ətraflı nəzərdən keçirilir. Bu memorandum şəxsi, yaxud verbal notaya əlavə, yaxud müstəqil sənəd ola bilər və şəxsən yaxud kuryerlə göndərilir. Gerbsiz nota kağızında çap edilir. Gön­dərişin nömrəsi, möhürü, yeri və tarixi göstərilmir. Əvvəllər memorandumu çox vaxt fransızca deduction (nəticə) yaxud expose des motifs (motivlərin qeydi) adlandırırdılar. Mərkəzdə memorandum sözünün yazılması nəzərdə tutulur. Diplomatlar konfrans zamanı, yaxud öz hökumətinin təlimatına görə hər-hansı incə, prinsipial təklifi müzakirəyə çıxarmaqdan çəkinə bilərlər. Belə olan halda dip­lomat qeyd olunan məsələni özü müzakirə edə və məsələnin qeyri-müəyyən, bir qədər mücərrəd formada əks olunduğu qeyri-rəsmi kağız (non paper) qoya bilər. Non paper Non paper (ingilis dilindən tərcümədə mövcud olmayan kağız deməkdir) müasir diplomatik və siyasi praktikada geniş tətbiq edilən sənəd növüdür. Özünəməxsus şəxssiz memo­ran­dum – məsələnin mahiyyəti əks olunmuş, müzakirə olunan sənədin təklif olunan forması olan xülasədir. Adətən bu cür sənədin başlığı və imzası olmur, hərçənd texniki yarımbaşlıqları özündə ehtiva edə bilər. Bu cür sənəd­lərin istifadəsi kifayət qədər sərbəst şəkildə irəli sürülmüş təklifi, danışıqlarda yaranmış vəziyyəti təsbit etmək, qarşı tərəfin nəzərdən keçirməsi üçün yeni elementləri daxil etmək imkanı verir. Bir qayda olaraq, bu cür sənədlər rəsmi sənədlər qismində nəzərdən keçirilmir və iş materialı kimi xidmət edirlər. Non paperin müddəasına hardasa istinad etmək yalnız sənədin müəllifinin göstərilməməsi ilə qəbul edilib. Non paper sitat gətirilmə, bəzən isə aşkar edilmək üçün nəzərdə tutul­mayıb. Hərçənd bəzi hallarda bu sənəd məhz ictimai və siyasi şərhlərin, bu və ya digər məsələ üzrə qiymətləndirmələrin əldə edilməsi üsulu kimi təklif edilir. Xüsusi (şəxsi) məktub Xüsusi məktub tanış rəsmi şəxslərə, məsələn, hər-hansı məsələdə dəstəyə ehtiyac olduqda göndərilir. Adi kağızda, bəzən sol yuxarı küncündə nəşriyyat üsulu ilə göndərənin ad və soyadı yaxud rəsmi mövqeyi çap edilmiş blankda hazırlanır və bu zaman kağızın yalnız bir tərəfi istifadə edilir. Nəzakət formullarını tələb edir – Hörmətli Cənab… Yekun kompliment mütləqdir. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir. Digər diplomatik sənədlərə də rast gəlinir. Məsələn, etimadnamə, geri çağırılma sənədləri, bildiriş sənədləri (bir dövlət başçısının diplomatik münasibətlər saxladığı digər dövlət başçısının ünvanına özünün seçilməsi və səlahiyyətlərinin icrasına keçməsi haqqında məktub. Mütləqiyyət quruluşlu dövlətlərin başçıları taxta keçmələri, bəzən ailə üzvünün dünyaya gəlməsi barədə məlumatlandırırlar. Bildiriş sənədləri və ona cavab etimadnamə tək tərtib edilirlər. Diplomatik praktikada nadir hallarda təsadüf edilir.), danışıqların yekun sənədləri, beynəlxalq müqavilələr. Danışıqlar və vizitlərin yekun sənədləri Bu diplomatik sənədlərin xüsusi növüdür: onlar adətən kommyunike, birgə bəyanat, bəyannamə forması daşıyırlar. Onların əsas vəzifəsi baş vermiş danışıqların, fikir müba­diləsinin yekununu dəqiq əks etdirməkdir. Kommünike – beynəlxalq danışıqların gedişatı və nəticə­ləri, onların abu-havası və əldə olunmuş beynəlxalq razılaşma haqqında rəsmi məlumatdır. Birgə bəyanat – imzalayanlar üçün daha da məcburi xarakter daşıyan sənəd. Bu cür sənədin imzalanması ehtiva edir ki, danışıqlar gedişatında mühüm nəsə aşkar edilib və bunun nəticəsi olaraq tərəflər müştərək, birgə bəyanatla çıxış etmək qərarına gəldilər. Bəyannamədə adətən birgə baxışlar və niyyətlər bəyan edilir. Danışıqların, fikir mübadiləsinin nəticələrinin təsbiti zamanı kifayət qədər çox tətbiq edilən bəzi tipik frazeoloji ifadələrə nəzər salaq: tərəflər bunda vahiddirlər ki; tərəflər bu yaxınlarda bu barədə danışıqlara başlamaq qərarına gəldilər; bunun məqsədəuyğunluğu və zamanın tələbi olduğu fikrinə gəlinmişdik; tərəflər lazım bildilər; məqsədəuyğunluğu haqqında razılığa gəlindi; tərəflər tədbirlərin həyata keçirilməsini xeyirli hesab etdilər; tərəflər bu fikirdədirlər ki; fikir mübadiləsi zamanı baxışların yaxınlığı və ya üst-üstə düşməsi aşkar edildi; tərəflər tədbirləri, planları birgə nəzərdən keçirib, tərəflər… vacib olduğuna dair razılaşdılar; hər iki tərəfin qarşılıqlı istəyi ifadə edildi; tərəflər öz əminlikliklərini ifadə etdilər ki; tərəflər böyük əhəmiyyətini qeyd etdilər; (filan məsələlərin) nəzərdən keçirilməsi qeyd etməyə imkan verdi ki və s. _____________________________________ Kommünike, birgə bəyanatlar, bəyannamələrdə özünün protokol hissəsi var. Danışıqların iştirakçıları sadalanan zaman onların tutduğu mövqe, soyadları və inisiallarını dəqiq göstərmək vacibdir. Anlaşılmazlıqlardan qaçmaq üçün hər tərəf öz protokol hissəsini özü hazırlayır. _____________________________________ Kommünikenin adi sxemi aşağıdakı formadadır: əvvəlcə danışıqların, yaxud vizitin faktı, onların davamiyyəti qeyd olunur, sonra baş vermiş görüşlər göstərilir və iştirakçılar sadalanır, nəzərdən keçirilmiş məsələlərin dairəsi cızılır, əvvəl beynəlxalq məsələlər, sonra isə ikitərəfli münasibətlər üzrə danışıqların nəticələri açıqlanır. Məsələlər vaciblik və aktuallıq üzrə sıralanır.
['diplomatik sənəd', 'verbal nota', 'memorandum', 'non paper', 'kommunike', 'diplomatlar üçün', 'diplomat peşəsi']
6,673
https://kayzen.az/blog/moda/1374/moda-dahisi-koko-%C5%9Fanel.html
Moda dahisi - Koko Şanel
bloqçu
Moda dünyası
6 may 2010, 18:49
“Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz.” Bunu, işləməkdən heç vaxt yorulmayan, ən əsası da fədakarcasına çalışan, işi yolunda can qoyan valehedici bir qadın – Koko Şanel demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona görə, insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik ki, biz daha çox nə ilə məşğul olmağı xoşlayırıq; bunu anladıqdan sonra isə biz həyatda özümüzü, öz yerimizi tapmalı, sonra çalışıb, şərait qurub, uğura dərs verməliyik. Bundandır ki, o uğur qazanmış və “əfsanəvi  qadın” adına layiq görülmüşdür. Belə bir deyim var: “Uğurlu bir başlanğıc üçün hansısa xüsusi bir şərtlər tələb olunur” deyə bir deyim var. Amma, Şanel bu fikri, illuziyanı darmadağın edir. Buna yetərincə səbəbi və deyədim ki haqqı da var. Çünki, Qabriel Şanel dünyaya şanslı bir ulduz altında gələnlərdən deyildi. Onun həyatını izləyənlər bilirlər ki, Şanel 1883-cü ilin (bəzi mənbələrdə isə 1893) Fransanın Overni şəhərində kəndli qanından olan, qanunsuz olaraq dünyaya gəlmiş, yetimlər evindi yetişdirilmiş bir qız. Məşhur modelyerin yaranması üçün belə bir yerdə yetişməsini insan çətin təsəvvür edir. Amma, Şanel bu təsəvvürləri yerləyeksan etmiş olur. 18 yaşından geyim dükanında satıcı kimi işləyən, boş vaxtlarında isə kabaredə mahnı oxuyan bir qız -   sonra da adi, provinsial bir modaçıdan öz mada evinin sahibi bir qadın.  Məşhur bir modelyer olana kimi onun keçdiyi yollar heç də asan olmayıb.Onun tanışları, dostları sırasında məşhur musiqiçilər və rəssamlar olub. Eləcə də, hersoq və knyazlar da onun rəğbətini qazanırdılar. Belə demək üzgün olarsa Şanel varlı kişilərlə qurduğu münasibətlərdən sonra o 1910-cu ildə öz dükanını açmaq imkanına sahib olur, hansı ki, orda qadın şlyapaları satılırdı. Amma, gözəllik və çəkiciliklə yanaşı bu qadında sözsüz talant, əməksevərlik, xasiyyətində qətilik də var idi.O çox qabiliyyətli, bacarıqlı idi və o heç vaxt özünü rəssam adlandırmırmış, uzaq başı kustar, dərzi. O əllə nəsə düzəltmək bacarığına malik idi. Kişi modelyerlər öz kolleksiyalarında valehedici qadını, gülü tərənnüm edirdilərsə, o, qadın olduğu halda ancaq bir şeyə can atırdı, o da ki – azadlıq. Sosial yollardan, əziyyətli narahatlığacan, bütün şeylər, hansı ki, bədənin hərəkətini, beyni və ürəyi sıxlaşdırırdı – o bütün bunlara qarşı idi. Qadınların üstündən karseti çıxararaq, onların bədəninə rahatlıq gətirdi. Onun arzusu bu idi ki, qadına özü olmağı, öz təbiəti ilə qarmoniya içində yaşamağı çatdıra bilsin.Artıq 1912-ci ildə o özünün ilk Moda evini açmışdı. Amma, Birinci Dünya Müharibəsi onun bu işini yarıda qoymuşdu. Sonra isə 1919-cu ildə bu qısa saçlı, şlyapalı və eynəkli qadın (daha çox bu görünüşdə olardı) yenidən Moda evi açdı, amma, bu vaxtacan onun artıq bütün dünyadan müştəriləri var idi.“Qadınlar üçün o ətir ki, hansı ki ordan ancaq qadın ətri gəlir.” Qabriel Şanel bu sözləri sırf bu ətir üçün demişdi – məşhur “Chanel №5” ətirləri. Tərkibində 80 inqredient olan bir ətir. O, nəyə əl atırdısa o iş mütləq uğurıu alınırdı. Şanelin vaxtınacan qadın ətirləri heç də sərt iylərə sahib olmamışdılar. Şanel ətir dünyasına yenilik qataraq novatorluq etmiş oldu. Belə ki, qadınlara digər ətirlərdən savayı elə bir ətir təklif olundu ki, artıq bu ətirdə hansısa gülün iyi gəlməyəcəkdi. Ətir özündə bütün bağçanın təravətini əks etdirirdə, amma, ordan heç bir gülün iyini hiss etmək olmurdu.  Bu həqiqətən də qeyri-adilik və yenilik idi. Belə bir işə imza atmaq da Şanelə yaraşan bir iş idi və nəticədə 1921-ci ildə də “Chanel №5” ətirləri meydana çıxdı.Jaklin Kennedi hər zaman bu ətirdən istifadə edirdi. Eləcə də məşhur sarışın Merlin Monro. Bir dəfə jurnalistlər Monrodan soruşublar ki, “o nə ilə yatmağı xoşlayır?”, cavabında isə Monro deyir ki, “ona sırf 2 damcı “Chanel №5” ətri kifayət edir”. Bu, o vaxt elə böyük səs-küyə səbəb olmuşdu ki, bir neçə gün içində milyonlarla flakonlar satılmış oldu. Bu çox böyük uğur idi.Beləcə illər bir-birinin üstünə qalandıqca həyat da öz axarını sürdürür, davam edir. Şanel bəzi varlı, tanınmış şəxslərlə əlaqələrdə olur və eyni zamanda da öz işinin üstündə duraraq fəaliyyətlərini artırmış olur. Belə ki, artıq 1928-ci ildə Şanel Parijin mərkəzində “Şanel Evi” adlı möhtəşəm bir moda evinin sahibinə çevrilir.Fransanın təmsilçisi… Onu amerikalılar belə adlandırardılar. 1920-1939-cu illər Şanel ömrünün “qızıl tarixi” adlandırılır. Onun daim şöhrəti yayılır və var-dövləti də artırdı. Amma, artıq elə bir zaman yetişmişdi ki, onun konkurentləri də var idi. 1931-ci ildən sonra elə hal yarandı ki, onun qulluqçuları tətil elan etdilər və Şanel Hollivuddan Parijə döndüyü vaxt öz evinə belə girə bilmirdi. Necə deyərlər hər bir gözəl nağılın da bir sonu var. Sonra İkinci Dünya Müharibəsi başlandı və “Şanel evi”, bununla yanaşı bütün butikləri bağlandı, işçilər qovuldu və beləcə Şanel öz işini dayandırmış oldu. Məşhur Şanelin adı bir çox yerlərdə hallanmış oldu, eləcə də siyasətdə. Onu hətta həbs də eləmişdilər.1940-cı illərdən sonra Kristian Dior adlı bir modelyerin gün işığına çıxması Şanel üçün daha bir zərbə oldu. Şanelin qadın üçün yaratdığı rahatlıq və sadəlik elə bil ki, yerləyeksan edildi və Şanelə görə yenidən əvvəlki darıxdırıcı və sıxıcı geyimlər modaya düşdü. Amma, Şanel bilirdi ki, bunun ömrü çox olmayacaq. Elə düz də bilibmiş. Artıq 85 yaşında Şanel yenidən öz işinin başına geri dönmüş olur. Təbii, bu sırf öz istəyi ilə deyil, həm də çoxsaylı insanların Şanel markasını, bu markanın yetişdirdiyi rahalıq dolu geyimləri axtarması, istəməsi ilə baş verdi. Yenidən yeni bir stil üzərində çalışmağa başladı. O stil ki, asketlik və ya klassika ilə bərabərlik təşkil edirdi. Başqa modelyerlərlə onun işlərindən, ideylarından kopyalayaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi. Jaklin Kennedinin çəhrayı kostyumu da Şanel tərəfindən yaradılmışdı. Bununla Şanel elə bil ki, artıq ikinci dəfə idi ki, qadın görüntüsünü dəyişirdi.Koko Şanel 88 yaşında vəfat etdi. Bu 88 il ərzində məşhur xanım geyim stillərinə, kostyumlara, moda evlərinə, ətirlərə öz adını və həyatını vermiş oldu. Şanel çox yeniliklər yaratmaışdı, ən əsası da, o elə bir qadın yaratmışdı ki, hansı ki, ona qədər heç kim bunu bilmir, tanımırdı. Bu məşhur xanım “moda dahisi, filosofu” idi. Amma, bütün bunlara baxmayaraq qoca yaşlarında Şanel elə tərfiləniləsi halda deyildi: özündənrazı, burnu göylərdə, kinli, ədavətli və hökmlü bir qarı kimi idi və tənha idi.XX əsrin qadın siluetini yaradan, “Mən bütün dünyanın qadınları üçün geyim yaratdım, amma, indi onlar lüt gəzməyə can atırlar” deyən Qabriel Şanel 10 yanvar 1971-ci ildə ömrünün sonuna da tamamilə tənhalıqda son vermiş oldu. O, tənhalığı da sevirdi.Chanel çantalarını və aksessuarları
['Koko Şanel', 'moda tarixi', 'Coco Chanel', 'Chanel N5']
6,674
https://kayzen.az/blog/turko-rus/1372/dostoyevski-1821-1881.html
Dostoyevski (1821-1881)
papatürk
Türk əsilli ruslar
6 may 2010, 14:58
Dostoevski(Достоевский, Фёдор Михайлович) ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi «bahadırlar» yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı. Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin «Yazıq adamlar» əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı — həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi. Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşş edərək özündən getmişdi (9, s.386). Bu çılğınlıq onun «bəzəyi» idi. Moskvada Puşkinin abidəsinin açılışında elə həyəcanlı nitq söyləmişdi ki, ondan sonra gözəl; ədəbiyyatşünas sayılan İvan Aksakov öz sözündən imtina etmişdi. Bu çıxışdan sonra elə alqışlar qopur ki, onun əllərini təşəkkür üçün əllərinə alan gənc də çıldırıb bayılır (9, s.581). Bu ürəkkeçmə onun qəhrəmanlarının da bir çoxunda var idi. Ömrü boyu alçaldılan və təhqir edilən bu insanlar yarımdəli idilər. Yazıçının özünün duyduğu əzabları və iztirabları zavallı qəhrəmanları da təbii bir tərzdə — dəlilik içində daşımaqda idi. Əsil əzabkeş idi; gənclik havasına uyub qoşulduğu gizli təşkilatın fəal üzvü kimi ölümə məhkum olması, son anda əfv olunmaq, həbsxana, sürgün, daha sonra isə sarayda qəbullar, ehtiram-ehtişam, ona büt kimi baxan şahzadələr, yüksək saray əyanları. Taleyə bax, necə amansız, necə də lütfkar, səxavətli! Qumarbaz idi: asan, yüngül yolla qazanılan pul ona ağır, müdhiş nəticələr bəxş edirdi. Arvadının paltarlarına qədər uduzurdu (30, s. 156-167). Ağlayırdı, tövbə edirdi, təkrar qumar masasına dönürdü, yenidən and-qəsəm. Onu yalnız özündən 24 yaş kiçik olan arvadı — son məhəbbəti Anya başa düşüb bağışlaya bilirdi. ...Dostoevskilər nəslinin gerbi ay-ulduzludur; bu gerbdə çalın-çarpaz qoyulmuş yatağan və ox təsvir olunmuşdu. Bu təsvirin hər iki tərəfində çiynində oxla dolu sadağı olan, kaftanı qurşaqla bağlanmış, şalvarının balağını yumşaq sapoqlara (uzunboğaz çəkmə) salmış iki silahlı türk əks olunmuşdu (9, s.68). Belə bir gerb özü bu ailənin birbaşa pravoslav nəsillərə mənsub olmadığını aydın göstərməkdədir. Dostoevskinin kiçik qardaşı hələ yazıçının sağlığından yazmağa başladığı xatirələrində özlərinin Litva zadəganlarından olduqlarını göstərir. Sonradan Ukraynada məskunlaşdıqlarını və ruhani babalarınadək bu şəcərənin tarixini uzada bilir. Əsl mənşələri haqqında bilərəkdən və ya bilməyərəkdən susur (15,s.31). İnqilabdan hələ çox əvvəldən xaricdə yerləşən yazıçının öz qızı Lyuba da özlərinin mənşəcə ruslara mənsub olmalarını bilmərrə inkar edir. Hər yerdə atasının Norman-Litva əsilli olduğunu israrla qeyd edir. Zira ana nənəsi də İsveçdən gəlmişdi bu qızın. Dostoevskilər nəsli əvvəllər İrtiş adlanırdı. Bu familiya müxtəlif mənbələrdə müxtəlif şəkillərdə — Rtişeviç, İrtişeviç, Artışeviç yazılır. Sonralar güclü və nüfuzlu rus familiyası kimi tanınan Rtişev belə yaranır (44, s.84). Bu familiya Azərbaycanın taleyində görünür: Rusiya və İran arasında Gülüstan müqaviləsi bağlanarkən rus hökuməti tərəfdən aktı imzalayan həmin soydan olan baş komandan Nikolay Rtişev idi. Bəs Rtişevlər (əslində Artışevlər: rus danışıq dilinə xas olaraq söz başındakı sait səs düşür) kimdir? Bilindiyi üzrə Qızıl Orda öz qüdrətini Əmir Teymurun ardıcıl hücumları nəticəsində itirməyə başlamışdı. Qızıl Ordadakı Parçalanmanı daxili çəkişmələr də sürətləndirirdi. Rus zadəganlarının şəcərə kitabında da göstərildiyi kimi 1389-cu ildə Qızıl Ordadan ayrılaraq Arslan Çələbi-Murza başında 30 əyan-əşrəfi və yaxınları ilə öz bayrağının altında böyük knyaz Dmitri Donskoya sığınır. Arslan (rus mənbələrində Orslan) Çələbi Mirzə pravoslavlığı qəbul edərək xaçlanır və Prokopi adını alır. Böyük knyaz özü belə bir türk əyanini xaçlanmasında iştirak edir və mükafat olaraq yeni xristiana dolanmaq üçün Kremenetsk şəhərini bağışlayır. Öz əyanı Zotin Jitovun qızı ilə onu evləndirir (9, s.9, Arslan Mirzə (Prokopi) oğlu doğularkən ona Lev adı verir yəni oğluna öz Arslan adının rus variantını qoyur. Lev artıq İrti­şev yazılır. Sonrakı nəsillər də bu adı unutmurdular; bu ailədə Lev (Arslan) adı tez-tez qoyulurdu. Nüfuzlu əyan, böyük nəsil başçısı olan Arslan Çelebi Murza həm də Arsenyevlərin, Somovların, Rtişevlərin və daha bir neçə rus ailəsinin nəsil başçısı (sələfi) olmuşdur (27, s.292). Bəs onda Arslan Çələbinin oğullarının Dostoevski familiyası haradandır? O necə yaranmışdır? 1456-cı ildə Moskva knyazı Vasili Temni ilə yola getməyən İrtişevlər öz tərəfdarları olan knyaz ailələri ilə, başlıcası isə öz nəsillərinin vəlineməti olan Dmitri Donskoyun əmisi uşaqları ilə Litva torpaqlarına köçür. (İndi onların yaşayış məskənləri müasir Belorusiya ərazisindədir). Düz bu tarixdən 50 il sonra Minskdən 282 verst aralı olan, onlara knyazın bağışladığı həmin Dostoev kəndinin adından da yeni familiyalarını götürürlər. Odur ki, bu nəsil hələ bir müddət müxtəlif familiya ilə — bəziləri Artiş, bəziləri isə yeni familiya ilə — Dostoevski çağırılır (9, s.59). Yazıçı özü etiraf edirdi ki, o Artişevlərdəndir və Dostoevski familiyası soy qohumlarının yaşadığı Dostoevo kəndinin adındandır (27, s.292). Yazıçı özü də, ailəsi də nəsillərindən çıxmış 1577-ci ildən Minskin Rozesensk monastrının yepiskopu olan Stefan Dostoevskini əslində özlərinin pravoslav qolunun əcdadı sanırdı və onun adını fəxr və ehtiramla anırdı. Çünki bu nəsildən ilk dəfə bu kişi rus dilini öyrənməyə və yazmağa başlamışdı. Bu torpaqlar hələ Rusdan çox aralı idi; istila tarixi hələ qabaqda idi. Bəlkə buna görə Dmitri Karamazov (yazıçının «Karamazov qardaşları» əsərinin qəhrəmanı) sabiq sevgilisinin dalınca gələn polyaklarla mehmanxanada Rusiyanın şərəfinə badə qaldıranda onlar inadla bu sağlığı rədd edirdilər?! Onlar 1772-ci ilə qədərki Rusiyanın şərəfinə! Deyə güzəştli tost irəli sürəndə özlərinin köhnə yurd qayğısını çəkirdilər bəlkə?! Axı ortada tarixi həqiqət dururdu: Rusiya Polşanı istila edib — o zaman Ukrayna, Belorusiya da Reç Pospolitaya daxil idi, — bölmüşdü dəfələrlə. ...1620-ci ildə türklər və Krım tatarlarının Polşa ilə müharibəsində Stefan Dostoevski türklərə əsir düşür. 1624-cü ildə əsir­likdən qayıdaraq kilsələrdə minnətdarlıq ziyarətləri keçirir (9, s.58). Ailə sonralar Ukraynaya köçməli olur. II Yekaterinanın apardığı rus-türk müharibələrinin nəticəsində xeyli Osmanlı torpaqları Rusiyaya ilhaq edilirdi. Yazıçının atası isə 15 yaşında məskunlaşdıqları Kamenetsk Podolsku öz başına, xeyir-duasız tərk edir. Moskvada yerləşir, həkimlik sənətinə yiyələnir. Əsrlərlə Belorusiya, nisbətən sonralar Ukraynada (əvvəl bu torpaqlar Rusiya imperiyasına daxil idi) güzəran keçirən bu Qızıl Ordalı ailəsindən ilk kişi yazıçının atası olur ki, nəhayət paytaxtda — Moskvada yerləşir. Uşaqları doğularkən o, kilsə nəzdindəki Yoxsullar xəstəxanasında həkim işləyirdi. Lakin bu xəstəxana padşah himayəsində idi. Əvvəlcə çar I Aleksandr və I Nikolayın anası buraya qəyyumluq edirdi, onun ölümündən sonra isə çar özü anasının adını daşıyan bu xəstəxananı öhdəsinə götürmüşdü. Düzdür, əli çörəyə çatandan sonra yazıçının atası nə qədər kəndlərinə məktub yazsa da, hətta qəzetlərdə elan versə də, valideynlərindən bir xəbər çıxmayır. Nəhayət, ata-anasının öldüyünü güman edən gənc həkim axtarışlarını kəsir. Amma valideynlərinin sadəcə naxələf övladlarından inciyə bilmiş olmaları nədənsə onun ağlına gəlmir. Sonralar Dostoevskinin atası öz kəndliləri tərəfindən öldürülür. Bu barədə uşaqları daim xəcalətlə susurdu. Amma çoxları belə güman edirdi ki, o öz arvadbazlığının qurbanı olmuşdu. Arada bic doğulan uşaq da var idi. Öz zülmkarlığının bəlasına tuş olduğunu deyənlər də tapıldı. Axır ki, kəndlilərinin onu görməyə gözü yox idi. Deyirdilər ki, yazıçı «Karamazov qardaşları» əsərindəki ata Karamazovda — şərab düşkünü, şəhvətpərəst və xəsis Fyodor Pavloviç Karamazov surətində öz atasının obrazını yaratmışdı. Lakin haqq üçün deməliyik ki, bu ata ağır işdən sonra hər axşam balalarını başına yığıb Karamzinin tarixini onlara oxuyardı. Yazıçı gələcəkdə tez-tez bu səbəbdən rus tarixini əvvəldən axıradək bildiyini qürurla qeyd edəcəkdi (9, s.157) Varlı və övladsız xalalarının nəzəri hələ çox kiçikkən anasız qalan bu uşaqların üstündə olsa da, eləcə də hələ analarının sağlığından onlarda qalan mehriban dayələrinin nəvazişini hiss etsələr də zalım atanın qəddarlığı onlara öz yetimliklərini daim hiss etdirməkdə idi. Bunlarla bərabər, oğul — gələcəyin yazıçısı isə qəlbində qızılgülləri qönçələndirirdi. Qəlblərə soxulan iblisin boğulmasını, insan ürəyinə daim fərəh bəxş edən gözəlliyin isə var olmasını istəyirdi. «Dünyanı yalnız gözəllik xilas edəcək!» deyir, özü də buna hər kəsdən artıq inanırdı. Yeganə xilaskar olaraq gözəlliyi qəbul edirdi. Ürəkləri fəth edən, iblisi diz çökdürən gözəlliyi. Axı öz insanlıq simasını itirən, içində gözəlliyi boğan, şər qüvvələrə təslim olan və çirkinləşən yalnız bədbəxtlərdir. Yazıçı beləliklə əsirlikdə qalan, çarmıxa çəkilən ruhani gözəlliyin azad olmasını bəşəriyyətin xilasını başlıca şərti olaraq qəbul edirdi. Mitya Karamazov da belə düşünür. Bu natural gözəllikdən kənar və uca tutulan mənəvi gözəllik, ürəklərin, düşüncələrin gözəlliyidir. Bu gözəlliyi — nəfsdən uzaq gözəlliyi o dəhşətlər içində öz ürəyində daşıyırdı. Əslən fransız olan sevimli arvadının ölümü, ölmüş qardaşının boynuna çəkdiyi ailəsinin xərcləri, boğazadək girdiyi borclar onu bədbəxt edirdi. Onun katorqa cəzası bitmişdisə də masa arxasında əsil katorqaçı kimi işləyirdi. Yeni arvadı — atası xaxol, anası alman qızı olan Anya daim təşviş içində idi. Xəstə kişiyə güvənə bilmirdi. Onu uşaqlarının gələcəyi dərdə salırdı. Odur ki, o, xəstə yazıçını ciddi rejimli iş şəraitinə salmışdı. «Alman dəqiqliyi» bu qızın öz cəza metodu idi. Yazıçı isə çəkdiyi qayğının dəhşətindən fantastikaya qapılırdı, xəyallara güc verirdi. Ən qəribəsi o idi ki, İstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə İstanbuldakı rus konsuluna tövsiyə məktubu da almışdı (14, s.81). Artıq bu fakt bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi. Kilsə əsiri idi və imanında, sevgisində ifrata varırdı, dərvişlər kimi vəcdə gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir iş dalınca gedirlər. Küçədə yığıncaq olduğunu görüb dayanırlar. Müharibə başlamış, 12 apreldə (1877) rus ordusu türk sərhədlərini aşmış, indi qəzetlərdə çap olunmuş müharibənin elan olunduğu manifest əllərdədir. Manifesti müjdə kimi əlində tutan yazıçı ekstaz içində: kilsəyə! Deyə sürücüyə əmr edir. Düşüb özü kimi ağlını itirmiş kütləyə qarışır və sidq-ürəklə rus silahının şərəfinə duaya başlayır. Həmin gün aldığı həmin manifesti göz bəbəyi kimi qoruyur. İndi arxivində mühüm sənədlər arasında həmin manifest də vardır (14, s.340). Ölümündən 4-5 ay əvvəl naşir Suvorinin arvadını kilsədə cani-dildən ibadət edərkən görüb dərhal ona yaxınlaşır, andaman edib yalvarır ki, söz ver mən öldükdə məndən ötrü belə dua edəcəksən. Qadın Suvorinin ikinci arvadı idi; çox cavan və təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxşayarlar... Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoevski elə buna görə də tez-tez mənzil dəyişirdi. Bu zaman ona fikir verirdi ki, evin pəncərələrindən dünyanın əbədi mənası olan kilsə qübbələri və xaçları görünsün; bu harmoniya ona dinclik, rahatlıq verirmiş. Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi təmizliyinə və eləcə də öz aralarında bir-birinə mehri-ülfəti ilə nəzərləri cəlb edən Qafqazlı müsəlmanları (Qafqazda milli-azadlıq müharibəsi gedirdi və Sibir həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir. ...Ölüm hökmü katorqa ilə əvəz olunduqda qəlbi əfvin riqqəti ilə dolan yazıçı elə o edam kürsüsündən yeni adam kimi düşür. Bu minnətdarlığı ömrü boyu özü ilə gəzdirir. Sonrakı dinc həyatında onu çarpərəstlikdə məzəmməd edənlərə: mən çara qarşı çıxa bilmərəm, o mənə həyat bəxş etdi, — deyir. Həmişə padşahı yerdə allahın kölgəsi sanmağında qalır. Çox gec ata olmuşdu, daim onların fikrini çəkir, onların sabahını düşünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uşaqlarına vəsiyyət etmişdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər kəs öz payının az olduğunu, aldadıldığını düşünürdü. Belə «ailə» davalarının birində ən çox sevdiyi bacısı ilə aralarında düşən mübahisə yazıçının ölümü ilə nəticələndi. Qədimi türk ailəsinin axırına sevdiyi pul çıxdı. … Oktyabr çevrilişinin yaratdığı o müdhiş hərc-mərclikdə yazıçının dul arvadı Adler yaxınlığında aldıqları torpaqlarındakı malikanəsində yaşayırdı. Bu malikanəyə o «Otrada» adı vermişdi. İndi gəlini və nəvələri də onunla idi. Amma onun öz dalandarı müharibədən qayıdıb elə baş-gözlə ona hücum çəkdi ki, bu təhdid və qorxudan sonra o evdə qalmaq olmazdı. Yazıq Anna Yaltada «Fransa» otelində xəstə yatırdı. Vətəndaş müharibəsi gedirdi. Oğlu onu itirmiş, qızı isə unutmuşdu. Oğlunun var qüvvəsini sərf etdiyi, sevdiyi və öyündüyü atçılıq idi; indi özünün at zavodunu itirmişdisə də, atlarından ayrılmır, müsadirə edilmiş at zavodunda mehtərbaşı işləyirdi. Görünür ömrü at belində keçən babalarının — Qızıl Orda xanı Arslan Çələbinin ruhu ölüb itməmişdi. Anna isə özü ilə bir səbət götürə bilmişdi. Bu səbətdə Dostoevskinin ona, onunsa Dostoevskiyə məktubları vardı. Ölümqabağı Anna ərinin məktublarındakı bir çox sözləri, cümlələri bərk-bərk pozdu. Elə pozdu ki, kimsə onu təkrar oxuya bilməsin. Yarımdəli yazıçı Təpəgöz gücündə bir məşuq idi; arvaddan uzaqda bu ehtirası o sözlərə köçürürdü. O yazmağı yaxşı bilən türk idi. Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı
['Dostoyevski', 'Достоевский', 'rus yazıçısı', 'Türk əsilli görkəmli şəxslər']
6,675
https://kayzen.az/blog/IDEAL/1370/professor-v%C9%99-m%C9%99ntiqli-t%C9%99l%C9%99b%C9%99l%C9%99r.html
Professor və "məntiqli" tələbələr :-)
IDEAL
Bloq: IDEAL
6 may 2010, 13:41
Professor və "məntiqli" tələbələr Fizikadan dərs deyən professor tələbələrdən imtahan götürür. Mövzu isə işıq və səs olur. Professor yanına gələn 1-ci tələbəyə sual verir: -Səs sürətlidi yoxsa işıq? Tələbə cavab verir: -Səs sürətlidi. Professor əsəbləşir. Tələbədən əsaslandırma tələb edir. Tələbənin "əsaslandırılmış" cavabı isə belə olur. -Mən televizoru yandıranda əvvəl səsi gəlir. Daha sonra isə göstərməyə başlayır. Yəni işığı səsindən gec çıxır. Deməli, səs sürətlidir. Bu sözləri eşidən professor tələbəni qovur. İkinci tələbə gəlir. Professor eyni sualı bu tələbəyə də ünvanlayır.  Tələbə işığın daha sürətli olduğunu deyəndə isə sevinir. Lakin bu dəfə də əsaslandırma istəyir əvəzində isə tələbə deyir: -Radionu yandırıram əvvəl işığı yanır sonra səsi gəlir. Professor bu tələbəni də əsəbləşib, qovur. 3-cü tələbə gələndə Professor düşünür ki, yəqin sualın qoyuluşu çox çətindi bu səbəbdən tələbələr belə cavab verir. Bu dəfə o sualı başqa formada verir. Üçüncü tələbəyə deyir; -Təsəvvür et dağın başında dayanmısan. Qarşı tərəfdə isə çox uzaq məsafədə olan başqa bir dağ var. Həmin dağın zirvəsindən top atəşi açılır. İndi cavab ver görək, sən əvvəlcə onun işığını görərsən, yoxsa səsini eşidərsən? Tələbə deyir: -Əlbətdə ki, işığını görərəm. Təbii ki, professor bu cavaba çox sevinir və bu tələbədən də əsaslandırma istəyir. Tələbə isə belə cavab verir. -İşığını daha tez görərəm çünki gözlərim qulaqlarımdan qabaqdadı. P.S. Bu əhvalatın axırında Professora  nə olduğu barədə heç bir məlumatım yoxdu. Ancaq mən sonuncu tələbənin cavabından sonra onun sağ qalmasına çox az ehtimal verirəm :)
['məntiqsiz tələbələr']
6,676
https://kayzen.az/blog/sendeme/1366/obama-da-zarafatc%C4%B1l-imi%C5%9F.html
Obama da zarafatcıl imiş...
Freddie
Sən demə
6 may 2010, 07:37
Ötən şənbə, Barak Obama “həyatda bir neçə şeyi tapmaq onu saxlayıb sevməkdən daha çətindir” deyərək, bir neçə ağıllı fikirlərini bölüşüb. "Yaxşı, sevgi və doğum haqda şəhadətnamə", Obama Ağ Ev Müxbirlər Birliyinin axşam yeməyində onun doğum yerini sorğulayan jurnalistlərə rişxəndlə cavab verdi. "Mənə dedilər ki, reytinqim doğulduğum yerdə hələ də yüksəkdir”. Obama Havay adalarında doğulub, amma bəziləri onun başqa ölkədə doğulduğundan şübhələnirlər. Obama yeməkdə olan komedia ustası Jay Lenoya da sataşdı. Obama Leno üçün “yeganə insandır ki, reytinqi mənimkinə (türkün məsəli) nisbətən aşağı düşüb", dedi Respublikaçılar da Obamanın zarafatlarına tuş gəldi. Obama Con Makkeynin (Sen. John McCain) bu il digərlərindən seçilmədiyini irəli sürüb “biz bilirik ki, Arizonada şəxsiyyət vəsiqəsini itirəndə nə olur.... xoş getdin, dostum” dedi və Arizonda immiqrasiya ilə bağlı qəbul edilən yeni qanunla məzələndi. Baxmayaraq ki, onun seçki reytinqi enib, Obama dedi ki, o, Twitter və Facebookda çox məşhurdur və ya necə ki, Sarah Palin onu adlandırır “sosial media”da Məclisdə iştirak edən 3000 qonaq arasında Olimpiya çempionu Elnur Məmmədli, eee bağışlayın, Lindsey Vonn (öyrəşmişəm olimpiya çempionu sözündən sonra Elnur Məmmədli deməyə:D), aktyor Alec Baldwin, aktrisa Michelle Pfeiffer, Nyu-Yorkun meri Maykl Blumberq kimi insanlar yer alırdı.. Obamanın nitqinə bax:  Hətta Obama söyüş də söyür... deyir ki, yeməyə gəlməyəcəkdim, vitse-prezident Biden mənu dilə tutdu. Mənə dedi ki, bu adi yemək deyile, it is a big fucking meal.. Əlbəttə ki, fucking sözü gələndə beep verirlər...  
['Obama']
6,677
https://kayzen.az/blog/masonluq/1358/harun-y%C9%99hya-qlobal-masonluq-tampliyerl%C9%99rd%C9%99n-masonlara-do%C4%9Fru.html
Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlərdən masonlara doğru
mr13
Masonluq,onun tarixi
5 may 2010, 18:16
Tampliyerlərdən bəhs edərkən bu qəribə səlibçi təşkilatın Qüdsdə tapdığı gizli təlimdən yararlandığını bildirmişdik. Onların məhz bunun nəticəsində xristianlığı tərk edərək, magiya ayinləri həyata keçirdiklərini də demişdik. Okultizm (gizli elmlər) tarixinin məşhur ekspertlərindən sаyılan fransız yazarı Elias Lui (Elias Lui) "Histoire de la Magie" (Magiya Tarixi) adlı kitabında tampliyerlərin Kabbala doktrinası əsаsındа gizli təlim yаrаtdıqlаrını tutarlı arqumentlərlə əsaslandırır. Kabbala isə, artıq bildiyiniz kimi, kökləri Qədim Misir kahinlərinə qədər gedib çıxаn, magiyaya əsаslаnаn bütpərəst bir təlimdir. Yəhudilərin Qədim Misirdə mənimsədikləri bu təlim Orta Şərqdəki bütpərəst qövmlərin mistik inanclarıyla da qarışdırılaraq (Quranın “Bəqərə” surəsinin 102-ci ayəsində Harut və Marutla bağlı xəbər verildiyi kimi), bir sistem halına gətirmişlər və Tövratı da ona uyğun olaraq təhrif etmişdilər. Beləcə, Qədim Misirdən qаynаqlаnаn bu təlim Kabbala vasitəsilə tampliyerlərə çаtmışdı.Məşhur italiyalı yazıçı Umberto Eko "Fuko rəqqası" romanında bu gerçəklərdən bəhs edib. Eko əsərindəki obrazların dililə tampliyerlərin Kabbalanın təsirinə düşdüklərini və kabbalistlərin Qədim Misir dövründəki fironlara gedib çıxan bir sirrə malik olduqlarını bildirir. Ekoya görə, qədim misirlilərin bəzi mistik adətləri yəhudilərin liderləri tərəfindən öyrənilmiş və əhdi-ətiqin ilk beş kitabına salınmışdı. Ancaq elə üstüörtülü şəkildə salınıb ki, onu ancaq kabbalistlər anlaya bilirlər (Qeyd edək ki, sonralar Ispaniyada yazılan və Kabbalanın əsasını təşkil edən Zöhar bu beş kitabın sirləri haqqındadır.Umberto Eko kabbalistlərin Qədim Misirdən mənimsədikləri bu mistik bilgilərin Süleyman Məbədinin həndəsi quruluşundan və ölçülərindən də öyrənildiyini yazır. Eyni zamanda qeyd edir ki, tampliyerlər bu sirləri həm də "...o zaman Qüdsdə qalan bir ovuc kabbalist hahamdan öyrəniblər".Tampliyerlər Qədim Misir-Kabbala təlimini mənimsəməklə, təbii ki, Avropada hakim din olan xristianlığa qarşı çıxırdılar. Bu işdə onlarla bir sırada duran digər qüvvə isə yəhudilər idi. 1307-ci ildə Fransa kralı və Papanın birgə qərarı ilə tampliyerlərin darmadağın edilməsindən sonra xristianlığa qarşı çıxan qüvvələr fəaliyyətlərini üstüörtülü və daha radikal şəkildə davam etdirmişdilər. Öncə dediyimiz kimi, tampliyerlərin bir qismi həbsdən və edamlardan qurtularaq, o vaxtkı Avropada Papanın əlinin çatmadığı yeganə dövlətdə - Şotlandiya krallığında gizlənmişdilər. Şotlandiyada bənna birliklərinə (lojalarına) yol tapаrаq, tədricən onları tamamilə ələ keçirmişlər və beləliklə, masonlar bu ölkədə kök sаlmаğа bаşlаmışdılаr. Hətta indi də masonluğun əsas təməllərindən biri Şotlandiya Ritidir."Yeni masonluq düzəni" adlı kitabımızda аrаşdırdığımız kimi, XIV əsrin əvvəllərindən başlayaraq, Avropa tarixinin ən əsas məqamlarında tampliyerlərin və onlarla əlaqədə olan yəhudilərin izlərini görmək mümkündür. Bu məsələlərə bir daha qısaca nəzər salaq:* Fransadakı Provans əyaləti tampliyerlərin ən əsas sığınacaqlarından biri idi. Həbslər zamanı onların çoxu burada gizlənmişdilər. Bu bölgə həm də Avropanın sanballı Kabbala mərkəzlərindən biri idi. O vaxta qədər şifahi halda yaşadılan Kabbala məhz Provansda kitab halına salınmışdı. * Tarixçilərin qənaətinə görə, 1381-ci ildə Ingiltərədə başlayan kəndli qiyamı hansısa bir "gizli təşkilat" tərəfindən qızışdırılmışdı. Həmin "gizli təşkilat" isə çox böyük ehtimalla, Tampliyerlər Ordeni olub. Qiyamın məqsədi sosial partlayışı katolik kilsəsinə tərəf istiqаmətləndirməkdən ibarət idi. * Bu qiyamdan yarım əsr sonra indiki çexiyanın Bohemiya bölgəsində Con Hass (John Huss) adlı bir din xadiminin katolik kilsəsinə qarşı başlatdığı hərəkatın arxasında da tampliyerlər durmuşdular. Hass Kabbala ilə yaxından tanış idi. Öz fikirlərini Aviqdor Ben Isaak Kara (Avigdor Ben Isaac Kara) adlı bir nəfərin təsirilə formalaşdırmışdı ki, həmin şəxs də Praqadakı yəhudi icmasının hahamlarından biri və tanınmış kabbalist idi.Bu misallar (onların sayını xeyli artırmaq da olar) göstərir ki, tampliyerlərlə kabbalaçıların ittifaqı Avropa tarixinə və sosial sisteminə ciddi təsir göstərmişdi. Onlar xristianlıq üzərində qurulan Avropa mədəniyyətini dəyişdirməyə, Kabbalaya əsaslanan mədəniyyətlə əvəzləməyə çalışırdılar. Bunun ardınca isə siyasi dəyişmələr bаş verəcəkdi - Fransa və Italiya inqilabları kimi...Qarşıdakı bölümlərdə Avropa tarixinin bəzi vacib mərhələlərini araşdıracağıq. Və hər dəfə şahid olacağıq ki, Avropada dini sarsıtmağa, onun əvəzində dinsiz bir sistem qurmağa çalışan ciddi bir qüvvə var idi. Bu qüvvə Qədim Misirdən Kabbalaya qədər gələn təlimi Avropaya qəbul etdirməyə çalışıb. Həmin təlimin əsasında isə, öncə də dediyimiz kimi, iki anlayış dururdu: humanizm və materializm.Gəlin, əvvəlcə humanizmin nə olduğunu araşdıraq.
['kabbalistika', 'kabbala', 'tampliyerlər']
6,678
https://kayzen.az/blog/ginekologiya/1356/hamil%C9%99lik-%C9%99leyhin%C9%99-vasit%C9%99l%C9%99r-kontrasepsiya.html
Hamiləlik əleyhinə vasitələr (kontrasepsiya)
burla xatun
ginekologiya
5 may 2010, 17:12
Hamiləliyin qarşısının alınmasında real yol kontrasepsiyadır. Kontrasepsiya metodları çox qədim dövrlərdən məlumdur. Hər bir kontraseptiv vasitənin effektivliyi onun dəqiq və ardıcıllıqla istifadə edilməsindən asılıdır. Əgər 100 seksual aktiv qadın kontraseptiv vasitələrdən istifadə etməzsə, onlardan il ərzində 80-90-ı hamilə olacaqdır. Kontrasepsiya metodları: • Hormonal həblər; • • kombinə olunmuş • • Mini-pili • Baryer vasitələr və spermisidlər; • • Prezervativ (kondom) • Hamiləlik əleyhinə uzun müddətli təsirə malik olan hormonal preparatlar • Uşaqlıqdaxili vasitələr (spirallar) • Təxirəsalınmaz kontrasepsiya • Kontrasepsiyanın cərrahi metodları • Təbii kontrasepsiya Hormonal həblər Hormonal həblər ən effektiv vasitə hesab olunur. Onların tərkibində az miqdarda hormon vardır. Bu həblərin 2 növü vardır: kombinəolunmuş və hestagen (Mini-Pili). Kombinə olunmuş həblər Kombinəolunmuş həblər 2 hormondan – estrogen və progesterondan ibarətdir. Bu hormonlar yumurtalıqların ifraz etdiyi təbii hormonlara yaxındır. Müxtəlif kombinəolunmuş həblər istifadə edilir. Kombinəolunmuş həblərin təsir prinsipi ovulyasiya prosesinin qarşısını almaqdır. Bundan başqa bu hormonlar: • Uşaqlıq boynunda olan seliyi qatılaşdırır ki, bununla da spermatozoidlərin uşaqlığa daxil olmasını çətinləşdirir; • Endometrinin atrofiyasına səbəb olur və bunun nəticəsində mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışması demək olar ki, baş tutmur. Kombinəolunmuş həblərin üstünlükləri: • Onların qəbul edilməsi cinsi əlaqə ilə bağlı deyildir; • Menstrual tsikli nizamlayır, ifrazatların miqdarını və aybaşı zamanı ağrıları azaldır; • Predmenstrual simptomları yüngülləşdirə bilir; • Uşaqlığın, yumurtalıqların, düz bağırsağın xərçənginin riskini azaldır; • Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını alır; • Uşaqlıqdankənar hamiləlik riskini azaldır; • Fibroz törəmələrin, yumurtalıqların kistasının, döş vəzilərinin xoşxassəli xəstəliklərinin əmələ gəlmə riskini azaldır; Bu həblərin ən vacib üstünlüklərindən biri də onların qəbul edilməsi dayandırıldıqdan sonra qısa müddətdə reproduktiv funksiyanın bərpa olunmasıdır. Mərkəzi nizamlanma mexanizmi və yumurtalıqların funksiyaları 2-6 ay ərzində 90% hallarda bərpa olunur. 2% hallarda amenoreya ola bilər. Kombinəolunmuş həblərin çatmamazlıqları: • Baş ağrıları; • Ürək bulanma; • Döş vəzilərinin gərginliyi və yüksək həssaslığı; • Əhval-ruhiyyənin dəyişməsi; • Aybaşılar arası dövrdə az miqdarda qanın ifrazı; • Qan təzyiqinin yüksəlməsi. Bu kənar hallar preparatların qəbul edilməsinin ilk aylarında özünü büruzə verir, bəzi hallarda onlar daha ciddi xarakter ala bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. O, sizə daha uyğun metod seçməkdə kömək edər. Yadda saxlayın ki, bu preparatlar sizi cinsi yolla ötürülən infeksiyalardan qoruya bilməz. Əgər sizdə yoluxma riski yaranarsa, həmçinin kondomdan da istifadə edin. Həblərin qəbul edilməsinə dair məsləhətlər: • Həbləri aybaşının 5-ci günündən hər gün, cəmi 21 gün qəbul etmək lazımdır; • Həbləri axşam həmişə eyni vaxtda yeməkdən sonra qəbul etmək lazımdır; • Həbləri həkimin təyinatından sonra qəbul etmək lazımdır; • Həkimlə məsləhətləşmədən həblərin qəbulunu dayandırmaq olmaz. Mini-Pili həbləri Mini-Pili ancaq 1 növ hormon-progesterondan ibarətdir. Kombinəolunmuş həblərdən fərqli olaraq bunlarda estrogen yoxdur və ona görə də laktasiya dövründə də qəbul edilə bilər. Mini-Pili həbləri südün əmələ gəlməsinə mane olmur. Bu həblərdə progesteron minimal miqdardadır. Progesteron həblərinin kontraseptiv üstünlükləri: • Yüksək effektivlik (hər gün qəbul edildiyi birinci ildə hər 100 qadına – 0,5-8 hamiləlik hadisəsi); • Qəbul edildiyi ilk günlərdən effektivlik; • Asan qəbul edilir; • Təsiri geri dönən metoddur, qəbulun dayandırılmasından sonra 12-24 saat müddətində reproduktiv funksiya bərpa olunur; • Qəbul etmə cinsi əlaqə ilə bağlı deyildir; • Tərkibində estrogen yoxdur; • Kənar hallar çox güclü deyildir; • Qadın həblərin qəbulunu özü dayandıra bilər; • Bu həblərin qəbul edilməsi təklifini orta tibb işçiləri də verə bilər. Mini-Pili həblərinin qeyri-kontraseptiv üstünlükləri: • Uşaqlıqdan kənar hamiləlik riskini azaldır; • Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin inkişafı riskini azaldır; • Dismenoreya (ağrılı aybaşı) simptomlarının azalmasına və aradan qalxmasına kömək edir; • Anemiya riskini azaldır; • Menstrual ifrazatların miqdarını azaldır; • Endometridə və yumurtalıqlarda xərçəng xəstəliklərinin inkişafı riskini azaldır; • Döş vəzilərinin xoşxassəli xəstəliklərinin riskini azaldır; Diafraqmalar və örtüklər Diafraqmalar və örtüklər kontrasepsiyanın baryer metodları sayılır. Onlar uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Baryer kontraseptivlər müxtəlif formada və ölçüdə olur. Vaginal diafraqmalar əsasən dairəvi formada olur və nazik, yumşaq lateksdən (rezindən) və ya silikondan hazırlanır. Örtüklərin də ölçüləri kiçikdir və onlar da lateks və ya silikondan hazırlanır. Lateksdən hazırlanan diafraqmalar yastı, üzükvari və yayvari, silikondan hazırlananlar isə həlqəvari və yayvari olur. Bütün bunlar müxtəlif ölçülərdə təqdim edilir. Üç növ lateks və bir növ silikon (FemCap) kolpaklar mövcuddur. Onlar müxtəlif ölçülü olur. Müayinə vaxtı həkim və ya tibb bacısı sizə daha uyğun variant seçə bilər. Diafraqma və kolpakların daha effektiv olması üçün onları spermisidlərlə birlikdə istifadə etmək lazımdır. Spermisidlər – kimyəvi maddə olub spermanı inaktivləşdirir. Diafraqma və örtüklərin üstünlükləri: • Onlar ancaq cinsi əlaqə zamanı istifadə edilir; • Sağlamlıq üçün heç bir ciddi riski yoxdur; • Kontrasepsiyaya nəzarət etmək asandır; • Seçim vardır; • Onlardan cinsi əlaqədən əvvəl hər zaman istifadə edə bilərsiniz; • Onlar müəyyən qədər uşaqlıq boynunun xərçəngindən və CYÖİ-dən qoruya bilər. Diafraqma və örtüklərin çatmamazlıqları: • Onlardan istifadə edildikdə cinsi əlaqə dayandırılmalıdır; • Onların bəziləri spermisidlərə uyğun gəlmir; • Onlardan istifadə etməyi öyrənmək üçün müəyyən vaxt tələb olunur; • Onlardan istifadə etdikdə bəzi qadınları sistit simptomları narahat edir. Burada nisbətən kiçik ölçülü diafraqma problemi yüngülləşdirmiş olur; • Bəzi insanlar kimyəvi maddələrdən olan lateks və spermisidlərə çox həssasdırlar. Onlar dərini və selikli qişaları qıcıqlandıra bilər. Prezervativlər (kondomlar) İngilis alimi Kondom arzuolunmaz hamiləliyin qarşısını almaq üçün xüsusi “kisəciklərdən” istifadə etməyi təklif etmişdir. Hal-hazırda prezervativlər dünyada ən çox istifadə edilən kontraseptiv vasitələrdən sayılır. Kişi və qadın prezervativləri baryer konraseptivlərindən sayılır. Onlar spermatozoidlərin uşaqlığa keçməsinin qarşısını alır. Kişi prezervativləri çox nazik lateksdən (rezindən) və yaxud poliuretandan (plastik) hazırlanır. Qadın kondomları ən nazik poliuretandan hazırlanır və uşaqlıq yoluna yerləşdirilir. Kondomların üstünlükləri: • Ancaq cinsi əlaqə zamanı istifadə edilir; • Partnyorları cinsi infeksiyalar, insan immunçatışmazlıq virusu (İİV), qazanılmış immun çatışmazlıq sindromu (QİÇS), virus hepatitlərindən qoruyur; • Praktiki olaraq kənar əlamətlərə malik deyil və fəsadlar törətmir; • İstifadəsi çox sadədir və maliyyə cəhətdən sərfəlidir. Kondomların çatmamazlıqları: • Cinsi əlaqə vaxtı istifadə edilməsi; • Kişi kondomu sürüşüb çıxa və ya cırıla bilər. Müayinələr göstərmişdir ki, poliuretan kondomları lateksə nisbətən tez cırılır; • Az hallarda da olsa, bəzi insanlar lateks kondomlarına kimyəvi maddədən hazırlandığına görə həssasdırlar; • Cinsi əlaqə qurtardıqda kişilər kondomla çox ehtiyatlı olmalıdırlar ki, sperma uşaqlıq yoluna, kənara tökülməsin; • Qadınlar da kondomdan istifadə etdikdə çox ehtiyatlı olmalıdırlar ki, kondomun açıq tərəfi uşaqlıq yolundan xaricdə olsun. Kondomdan effektiv istifadə etmək üçün aşağıdakı qaydalara riayət edilməlidir: o Kondom qaranlıq və sərin yerdə saxlanılmalıdır. İstifadə etməkdən əvvəl paketin tamlığına fikir vermək lazımdır: o Paketi iti əşyalarla açmayın; o Yararlılıq müddəti bitmiş kondomdan istifadə etməyin; o Kondomu ancaq bir dəfə istifadə etmək olar; o Kondomu uzun müddət cibdə və balışın altında saxlamaq olmaz, ona görə ki, isti lateksi zədələyə bilər; o Prezervativin istifadəsi zamanı vazelin və digər yağlı maddələr onun tamlığını poza bilər; o Kondomların spermisidlərlə birlikdə istifadəsi məqsədəuyğundur. Bu sizi arzuolunmaz hamiləlikdən (kondom zədələnərsə) qoruyur və metodun effektivliyini 95-98%-ə çatdırır. Hamiləlik əleyhinə uzun müddətli təsirə malik olan hormonal preparatlar Progestin inyeksion kontraseptivlər (PİK) Əgər sizə hər gün həb qəbul etmək çətindirsə və yaxın gələcəkdə hamiləliyi planlaşdırmırsınızsa, inyeksion vasitələrdən istifadə edin. Onlar yüksək effektivdir və 2-3 aydan bir vurulur. Progesteron inyeksion kontraseptivlərin üstünlükləri: o Yüksək effektivlik; o Uzun müddətli təsir (2-3 ay); o Cinsi akt ilə heç bir əlaqəsi yoxdur; o Ən təsirli konfidensial (məxfi) metodlardan biridir; o Asan həyata keçirilən metoddur; o Həb kimi hər günün qayğısı yoxdur; o Təsiri geri qayıdan metoddur (reproduktiv funksiya 4-9 aydan sonra bərpa olunur); o Tərkibində estrogenlər yoxdur; o Əgər qadın laktasion amenoreya metodundan istifadə etmirsə, onlara laktasiya (döşlə əmizdirmə) vaxtı (doğuşdan 6 həftə sonra) daha uyğundur. Progesteron inyeksion kontraseptivlərin çatmamazlıqları: o Menstrual tsiklin xarakteri dəyişir; o Preparatın inyeksiyası üçün 2-3 aydan bir həkimə müraciət etmək lazımdır; o Bədən çəkisinin artması, xüsusən depo-provera preparatının qəbulundan sonra (orta hesabla ildə 2-4 kq) müşahidə edilir; o Reproduktiv funksiyanın bərpası (depo-provera preparatının qəbulundan 5,5 ay sonra) nisbətən gec baş verir; o Uşaqlıq yolundan güclü qanaxma (hər 1000 hadisədə 1-dən az, xüsusən depo-provera preparatının qəbulundan sonra) ola bilər; o Bir sıra infeksiyalardan, həmçinin İİV/QİÇS-dən qoruya bilmir. Kontraseptiv implantasiya Uzunmüddətli kontrasepsiyaya ehtiyacı olan, uşaqlıqdaxili vasitələr əks göstəriş olan qadınlar kontraseptiv implantasiyadan istifadə edə bilər. İmplantat kiçik yumşaq kapsula bənzəyir və aybaşının təyin olunmuş günü çiyin nahiyəsində dəri altına yerləşdirilir. O progesterona oxşar hormon ifraz edir. Implantat 3-5 il fəaliyyət göstərir. İmplantatın təsir mexanizmi: • Ovulyasiyanın qarşısını alır; • Uşaqlıq boynunun seliyini qatılaşdırır və bununla spermatozoidlərin hərəkətini zəiflədir; • Endometridə atrofik dəyişikliklər törədir, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışmasına mane olur. İmplantatı ancaq xüsusi təlim keçmiş həkim və ya tibb bacısı yerləşdirə bilər. Kontraseptiv implantatın üstünlükləri: • İmplantatin təsir müddəti 3-5 ildir; • Cinsi əlaqəyə mane olmur; • Döşlə əmizdirmə zamanı da ondan istifadə etmək olar; • Əgər sizə kombinəolunmuş həblərin tərkibinə daxil olan estrogen əks göstərişdirsə, onda implantatdan istifadə edə bilərsiniz; • Reproduktiv funksiya implantat xaric edildikdən sonra dərhal bərpa olunur; • Qadınları müəyyən qədər kiçik çanaq orqanlarının iltihabi proseslərindən qoruyur; • Uşaqlığın xərçəngi riskini azaldır; • Aybaşı zamanı qanaxmanın və ağrıların intensivliyini azaldır; • Bu metoddan abortdan dərhal sonra da istifadə etmək olar. Kontraseptiv implantatın çatışmamazlıqları: • Menstrual tsiklin pozulması; • Kənar hallar – akne və baş ağrıları; • Bəzi qadınlarda döş vəzilərinin yüksək həssaslığı, qarının köpməsi, əhvalın pozulması, seksual aktivlikdə dəyişikliklər, baş ağrıları müşahidə edilir; • Enzimləri stimulyasiya edən preparatlar qəbul edən qadınlar üçün əks göstərişdir; • İmplantatın dərialtına yerləşdirilməsi və çıxarılması üçün kiçik tibbi əməliyyat aparılmalıdır; • Implantat CYÖİ-dən qoruya bilmir, bunun üçün kondomdan istifadə edilməlidir. Kontraseptiv plastır Kontraseptiv plastır – kiçik, nazik lövhəcikdən ibarətdir (5x5 sm). O dəri üzərinə yapışdırılır və 2 hormon (estrogen və progesteron) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir, sonra onlar dəridən qana keçir. Bunun təsir mexanizmi kombinəolunmuş həblər kimidir. Onun əsas prinsipi ovulyasiyanın qarşısını almaqdır. Bundan əlavə: • Uşaqlıq boynunun seliyini qatılaşdırır və bununla spermatozoidlərin hərəkətini zəiflədir; • Endometrinin atrofiyasına səbəb olur ki, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışmasına mane olur. Kontraseptiv plastırın üstünlükləri: • Onun haqqında hər gün fikirləşmək lazım deyildir. Yadda saxlamaq lazımdır ki, onu həftədə bir dəfə dəyişmək lazımdır; • İstifadə edilməsi asandır, cinsi aktla əlaqəsi yoxdur; • Kombinəolunmuş həblər kimi aybaşını tənzimləyir, onun ağrısını və ifrazatını azaldır; • Premenstrual simptomları yüngülləşdirir; • Yumurtalıqların, uşaqlığın və düz bağırsağın xərçəngi riskini azaldır; • Kiçik çanaq orqanlarının fibroz, sistoz, döş vəzilərinin xoşxassəli xəstəliklərinin inkişafı riskini azaldır. Kontraseptiv plastırın çatmamazlıqları: • Kontraseptiv plastır görünür; • Bəzi qadınlarda o dərinin qıcıqlanmasına səbəb olur; • CYÖİ-nin qarşısını almır, bunun üçün kondomdan istifadə edilməlidir; • Qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər; • Birinci mərhələdə baş ağrıları, ürəkbulanma, döş vəzilərinin həssaslığının artması, əhvalın dəyişməsi kimi kənar hallar ola bilər ki, bunlar da bir neçə aydan sonra aradan qalxır; • Qəflətən uşaqliq yolundan orta miqdarda qanaxma qeyd oluna bilər, lakin plastır düzgün istifadə edilərsə, bu təhlükə yaranmır. Uşaqlıqdaxili vasitələr (spirallar) Təsiri geri dönən hamiləlik əleyhinə uzunmüddətli vasitədir. Uşaqlıq daxilinə yerləşdirilən spiral spermatozoidlərin hərəkətini zəiflədir və bununla da mayalanma prosesini pozur. Uşaqlıqdaxili vasitələrin üstünlükləri: o Yüksək effektivlik; o Ani effektivlik; o Əksər qadınlar üçün təhlükəsizdir (CYÖİ, İİV/QİÇS ilə yoluxma riski olmayan qadınlar üçün); o Təsiri geri dönəndir və iqtisadi cəhətdən sərfəlidir; o Doğuşdan sonrakı və laktasiya dövründə olan qadınlar üçün təhlükəsizdir; o Kombinəolunmuş oral kontraseptivləri ehtiyatla qəbul edən yaşlı qadınlar üçün də təhlükəsizdir; o Uzun müddət (2-12 il) istifadə edilə bilər; o Həkimə müraciət: daxil etmək üçün, daxil edildikdən 3-6 həftə sonra yoxlanış üçün, sonradan minimal müşahidə (əgər hər hansı problem yoxdursa); o Cinsi akt zamanı əlavə vasitələrə ehtiyac yoxdur və bu da intim təmasa şərait yaradır və fertilliyə nəzarət etməyə imkan verır. Uşaqlıqdaxili vasitələrin çatmamazlıqları: o CYÖİ, İİV/QİÇS-dən qoruya bilmir; o İnfeksiyalara qarşı profilaktika tədbirləri aparılmamışdırsa, spiral yerləşdirilən zaman yoluxma ola bilər; o Spiral yerləşdiriləndə ağrı və qanaxma ola bilər; o Spiralın düşməsi də mümkündür; o Çox nadir hallarda (1000 haldan 1-də) uşaqlığın deşilməsi də ola bilər; o Birinci 3 ayda qeyd oluna bilər: güclü qanaxma ilə müşayiət edilən uzunmüddətli menstruasiya, ağrıların artması, qanlı ifrazat (bəzi hallarda bu hallar 3 aydan artıq müddətdə də qeyd edilə bilər). O, yumurtalıqları, uşaqlıq boynunu, endometrini xərçəng xəstəliyindən qoruya bilmir; o Ağır fəsadlar zamanı mütləq yüksək səviyyədə tibbi kömək göstərilməlidir. Təxirəsalınmaz kontrasepsiya Əgər planlaşdırılmamış cinsi əlaqədə olmusunuzsa, siz təxirəsalınmaz kontrasepsiyadan istifadə edə bilərsiniz. Təxirəsalınmaz kontrasepsiyanın 2 metodu vardır: • Hormonal təxirəsalınmaz kontrasepsiya (təxirəsalınmaz kontraseptiv həb); • Mis tərkibli uşaqlıqdaxili vasitə - ən etibarlı vasitə. Tez hərəkət etsəniz, təxirəsalınmaz kontrasepsiya hamiləliyin qarşısını ala bilər. I metod – hormonal təxirəsalınmaz kontrasepsiya Təxirəsalınmaz kontraseptiv həblərə progesteron daxildir. Onların təsir mexanizmi-ovulyasiyanın qarşısının alınmasıdır. Bu metod çox effektivdir, cinsi aktdan sonra nə qədər tez həyata keçirilsə, o qədər effektiv ola bilər. Bununla belə təxirəsalınmaz kontrasepsiya kontrasepsiyanın digər metodları kimi effektiv sayılmır və sizi CYÖİ-dən qoruya bilmir. Metodun effektivliyi: Cinsi əlaqədən sonra • 24 saat müddətində istifadə edildikdə 95%-ə qədər • 24-48 saat müddətində istifadə edildikdə 85%-ə qədər • 49-72 saat müddətində istifadə edildikdə 58%-ə qədər Təxirəsalınmaz kontraseptiv vasitələr 72 saatdan sonra istifadə edilərsə, onun effektivliyinin nə dərəcədə olacağı haqqında fikir yürütmək çətindir. Onu da bilmək lazımdır ki, təxirəsalınmaz kontraseptiv vasitələrdən vacib olduqda istifadə edilməlidir, çünki onlar menstrual tsiklin pozulmasına səbəb olur. Əgər siz müntəzəm olaraq cinsi əlaqədə olursunuzsa, onda kontrasepsiyanın digər metodlarından istifadə edin. Kənar hallar: • Təxirəsalınmaz kontraseptiv həblərin istifadə edilməsi hər hansı ciddi kənar hallar törətmir; • Bəzi qadınlarda zəiflik, başgicəllənmə, yorğunluq, baş ağrıları, döş vəzilərinin həssaslığının artması, qarın nahiyəsində ağrılar ola bilər; • Nadir hallarda qusma ola bilər; • Aybaşı tsiklinin pozulması ola bilər. II metod – Mis tərkibli uşaqlıqdaxili vasitə Bu vasitələr misdən və plastikdən hazırlanır. Bu metod həm təxirəsalınmaz, həm də uzunmüddətli kontrasepsiya məqsədilə istifadə edilə bilər. Təxirəsalınmaz kontrasepsiya məqsədilə bu vasitə uşaqlıqda 5 günə qədər qalır. Əgər bu sizin axırıncı aybaşıdan sonra yeganə qorunmayan cinsi əlaqənizdirsə, uşaqlıqdaxili vasitə bu əlaqədən dən sonra menstrual tsiklin hər hansı günü yerləşdirilə bilər. Əgər axırıncı aybaşıdan sonra cinsi əlaqə bir dəfədən çox olmuşdursa, onda uşaqlıqdaxili vasitə yumurta hüceyrəsinin yaranması günündən sonra 5 gün ərzində uşaqlıqda qalmalıdır. Əgər uşaqlıqdaxili vasitəni təcili yerləşdirə bilmirsinizsə, onda təxirəsalınmaz kontraseptiv həb qəbul edilməlidir. Uşaqlıqdaxili vasitə təxirəsalınmaz kontrasepsiyanın ən etibarlı metodudur. Onun effektivliyi 99%-dir. Kontrasepsiyanın cərrahi metodları Bu metodun məğzi uşaqlıq borularının bağlanmasından ibarətdir ki, bu zaman yumurta hüceyrəsi ilə spermatozoidin birləşməsi baş tutmur. Uşaqlıq borularının bağlanması əməliyyatı qadının arzusu olduqda həyata keçirilir. Bu məqsədlə kişilərdə vazektomiya əməliyyatı aparılır. Bu metod menstrual tsiklə, endokrin funksiyaya, potensiyaya, zahiri görkəmə, hormonal statusa təsir etmir, lakin CYÖİ, İİV/QİÇS-dən qoruya bilmir. Bu metod müxtəlif səbəblərdən hamiləlik və doğuş məsləhət görülməyən və yaxud daha uşaq istəməyən insanlar üçün istifadə edilir. Metodun effektivliyi 100%-dir. Təbii kontrasepsiya Arzuolunmaz hamiləlikdən təbii yolla da qorunmaq olar. Bu metod hamiləliyə görə kritik günlərin təyin edilməsinə əsaslanır. Ailənin təbii planlaşdırılması orqanizmin müxtəlif təbii əlamətlərinə əsaslanaraq aparıla bilər. Məsələn: • Bazal hərarətin ölçülməsi (düz bağırsaqdan səhər, yataqdan durmadan) və bu göstəricilərin menstrual tsiklin günləri ilə uyğun qeydiyyatı; • Uşaqlıq boynu ifrazatlarına nəzarət; • Menstrual tsiklin müddətinin hesablanması. Yumurta hüceyrəsi cəmi 24 saat yaşayır. Hərdən yumurtalıqda bir yumurta hüceyrəsindən çox (24 saat ərzində birinci yumurta hüceyrəsindən sonra)yumurta hüceyrəsi əmələ gəlir, spermatozoid isə qadının orqanizmində 7 günə qədər yaşaya bilər. Bu onu göstərir ki, sizdə cinsi akt yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından 7 gün əvvəl olmuşdursa, hamiləlik baş tuta bilər. Təbii kontrasepsiyadan istifadə qaydaları: • 6 ay ərzində aybaşının birinci günlərini qeyd etmək; • 6 ay ərzində ən uzun və ən qısa menstrual tsikli təyin etmək; • Birinci fertil günü təyin etmək üçün ən qısa menstrual tsiklin müddətindən 18 rəqəmini çıxmaq lazımdır. Birinci fertil gün = ən qısa menstrual tsikl – 18 • Axırıncı fertil günü təyin etmək üçün isə ən uzun menstrual tsiklin müddətindən 11 rəqəmini çıxmaq lazımdır. Axırıncı fertil gün = ən uzun menstrual tsikl – 11 • Fertil günlərdə cinsi əlaqədən çəkinmək lazımdır. Məs.: əgər 6 ay ərzində menstrual tsikl 28, 26, 29, 27, 29, 27 gün olmuşdursa, birinci fertil gün 26-18=8, axırıncı fertil gün isə 29-11=18 bərabər olacaqdır. Beləliklə, fertil günlər (cinsi əlaqədən çəkinmək günləri) menstrual tsiklin 8-18 günləri arasındadır. Ailənin təbii yolla planlaşdırılması metodunun üstünlükləri • Sizin menstrual tsikl haqqında məlumat orqanizminiz haqqında çoxlu biliklər verə bilər ki, bunun da ailənin təbii yolla planlaşdırılmasında, hamiləliyin qarşısının alınmasında böyük köməyi var; • Bu metod kimyəvi maddələrin istifadəsinə əsaslanmır; • Sağlamlıq üçün risk yoxdur; • Kənar hallar olmur; • Uşaqlıq yolu ifrazatlarınin normal və ya patoloji olduğunu ayırqetməkdə kömək edə bilər; • Fertillik dərhal bərpa olunur; • Metod bütün dinlər və mədəniyyətlər üçün uyğundur.İndi isə kontrasepsiya və hamiləlik əleyhinə yazılanların hamısı ingilis dilində maraqlı bir videoda: İngilis dilini bilməyənlər də narahat olmasın. Rus ginekoloq xanım kontrasepsiya haqqında düz yarım saat hər şeyi danışır: http://smotri.com/video/view/?id=v117847100ad
['kontrasepsiya', 'hamiləlik əleyhinə', 'hormonal həb', 'Mini-Pili', 'prezervativ', 'kondom', 'kontraseptiv vasitə', 'hamiləlik', 'ginekologiya']
6,679
https://kayzen.az/blog/mr13/1357/b%C9%99s-s%C9%99n-kayzen.az-a-%C3%BCzv-olmusan.html
Bəs sən kayzen.az-a üzv olmusan?
mr13
Bloq: mr13
5 may 2010, 16:48
Bu albomdakı şəkillərdən bir neçəsini mikrobloqda yerləşdirmişdim. indi isə tam kolleksiya.
['kayzen.az']
6,680
https://kayzen.az/blog/qadin/1355/qad%C4%B1nlar-n%C9%99-ist%C9%99yir.html
Qadınlar nə istəyir?
burla xatun
Qadın
5 may 2010, 15:44
1.Mənə heç olmasa 10dəqiqə sakit qulaq assınlar. 2.Əşyalar özləri öz yerinə yığılsın. 3.Qaynanamdan ayrı yaşamaq ücün evim olsun. 4.Hər ay bir təzə paltar ala bilim. 5.Ərim və uşaqlarım səliqəli olsunlar. 6.Vannada 1 saat rahatca uzanım,ərim və uşaqlar qapını döyməsin ki,corabım hardadır? 7.Ərim yatmazdan qabaq məni yaxşıca masaj etsin 8.Kritik günlərimdə ailəm mənim qayğıma qalsın və bütün işləri özləri görsunlər 9.Uşağı bağçadan ərim gətirsin 10.Gözümün kənarından qırışlar,burnumdakı civzələr,bədənimdəki piylər,zəhrimara qalmış sellülit öz-özünə yoxa cıxsın 11.Ərim mənə tez- tez pul versin və soruşmasın ki, pulu nəyə xərclədin? 12.Sinəm həmişə gözəl və möhkəm qalsın 13.Ərim qəflətən evə iş yoldaşını və ya dostunu çay içməyə dəvət etməsin 14.Bədənimdəki artıq tüklər tökülsün. Hər gün eşidim ,görüm və hiss edim ki ,məni sevirlər..
['qadın psixologiyası', 'qadınlar', 'qadınlar nə istəyir', 'qadinlar ne isteyir', 'qadın istəkləri']
6,681
https://kayzen.az/blog/BMT/1336/bmt-nin-beyn%C9%99lxalq-m%C9%99hk%C9%99m%C9%99si.html
BMT-nin Beynəlxalq Məhkəməsi
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
5 may 2010, 15:24
BMT-nin Beynəlxalq məhkəməsi – BM (The Interna­tional Court of the UN)  baş məhkəmə orqanıdır. Bununla da bey­nəlxalq məhkəmənin əsas fəaliyyət sferası müəyyən edilir. Bu orqan özünün çoxsaylı spesifik xüsusiyyətlərinə malikdir. Belə ki, digər beynəlxalq məhkəmələrdən fərqli ola­raq məhkəmənin baxdığı tərəf ancaq dövlət sayılır. BMT-nin bey­nəl­xalq məhkəməsinə müraciət fakültetiv – yəni könü­llülük xarakteri daşıyır. Yəni mübahisəni ancaq onunla bağladığı razılaşmaya – güzəştə getmək əsasında göndərir. Bir çox dövlətlər bir neçə beynəlxalq müqaviləyə görə bunu hüquqi məhkəmə kimi qəbul edir. Məhkəmə ona təqdim olunan mübahisələri beynəlxalq qay­dalara uyğun olaraq həll etməlidir. Beynəlxalq bəyan­na­mə­ləri qəbul edərək sivilizasiy­alı millətlər tərəfindən qəbul edilmiş beynəlxalq adətləri, ümumi prinsipləri, qaydaları və həmçinin köməkçi vasitələri, məhkəmə qərarlarını, müxtəlif millətlərin bu istiqamətdə hüquqlarını müdafiə edən yüksək ixtisaslı mütəxəssislərin siyasi baxışlarını nəzərə almaqla məsələni həll etməlidir.Beynəlxalq məhkəmə beynəlxalq hüquq sahəsində qə­bul edilmiş və hörmətə layiq hüquqşünas olan, yüksək mə­nəvi keyfiyyətlərə malik, vətəndaşlığından asılı olmayaraq seçilmiş 15 müstəqil məhkəmədən ibarətdir. Məhkəmə Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən yenidən se­çilmək hüququna malik olmaqla 9 il müddətinə seçilir. Yer­ləşdiyi yer – Haaqadır (Niderland). Məhkəmə fəaliyyəti ilə yanaşı Beynəlxalq Məh­kəmə hüquqi məsləhətlər də  həyata keçirir. Beynəlxalq Məhkəmə BMT sisteminin bir hissəsi ol­maqla 1945-ci ildə yaradılmışdır. Məhkəmə daimi palatada Millət Cəmiyyətinin beynəlxalq ədalət məhkəməsini əvəz et­mişdir. Keçmiş Ümumdünya Məhkəməsi cəmiyyətin ən fəa­liyyətdə olan institutlarından biri idi. Işlədiyi 18 ildə 32 ən ağır cinayətlərə dair hökm çıxarmış və 27 məsləhət rəyi ver­mişdir. Heç bir ölkəni beynəlxalq məhkəmədə başqa tərəfi din­lə­məyə məcbur etmək olmaz, lakin məhkəməyə müraciət edən hər hansı bir ölkə Məhkəmənin qərarını qəbul etməyə hazır olmalıdır. Məcburetmə mexanizmi nəzərdə tutulma­mışdır. Ayrı-ayrı vətəndaşlar onun hökuməti təqdim etdiyi hallarda müraciət edə bilər. Məhkəmə səs çoxluğu ilə qərar qəbul edir. Məhkəmənin səlahiyyətlərini Təhlükəsizlik Şurası təmin edir. Beynəlxalq Məhkəmə işləri 4 müxtəlif tipdə aparılır: 1.Şərq-Qərb arasında münaqişə; 2.Müstəmləkə əleyhinə mübarizə; 3.Regional daxili mübahisə; 4.BMT hüquqi səlahiyyətlərini müdafiə etmək. 1980-cı illərdən başlayaraq Şimal-Cənub, bir qayda ola­raq ABŞ ilə onun əleyhinə olan ölkələr arasında münaqişələr kimi yeni kateqoriyadan olan işlər baş vermişdir. Ən kəskin münaqişə kommunist olan və olmayan ölkə­lər arasında münaqişə idi ki, bunun da istintaqı ilə Məhkəmə məşğul olur. Məhkəmə Albaniya ilə Böyük Britaniya ara­sında Korf körfəzi üzrə dinləmələri eşitdi. 1964-cü ildə iki Ingilis hərbi gəmisi Albaniyanın ərazi sularında Korf körfə­zindən ke­çən zaman minaya düşmüş və 44 ingilis dənizçisi həlak olmuş­dur. Iş hər iki tərəfi dinləmək əsasında Beynəl­xalq məhkəməyə təqdim olunmuşdur. Böyük Britaniya təs­diq edirdi ki, Alban hökuməti minanın qoyulmasını bilməli idi. Əks halda Alban hökuməti minanın qoyulmasına özü əmr vermişdir və bunun üçün o cavabdehlik daşıyır. Alba­niya isə Böyük Britaniyanın gəmilərinin onun suverenliyini pozduğunu bildirmişdir. Məhkəmə 11 səsə qarşı 5 səslə məsələni Ingiltərənin xeyrinə həll edərək Albaniyanın 2,4 mln. dollar kompensa­siya ödəməsi haqqında qərar qəbul etdi. Lakin Albaniya Məh­kəmənin qərarını yerinə yetirməkdən imtina etdi və nə Məhkəmə, nə də Ingilis hökuməti onu məcbur edə bilmədi­lər. Məhkəməyə müstəmləkə xarakterli yeganə məsələ Cə­nubi-Qərbi Afrikadan (indiki Namibiya) daxil olmuşdur ki, bu da keçmişdə Millətlər cəmiyyətinin tabeliyində olan ərazi idi. Məhkəmə 1950-ci ildə bu məsələni qaldırdı və Baş As­sambleya həqiqətən həmin ərazinin Cənubi Afrikanın əsas hissəsi olmaqla idarə edilməsi haqqında məsləhət sorğu apardı. Axırıncı – yəni Cənubi Afrikanın həqiqi ərazisi haq­qında beynəlxalq nəzarətin hər hansı bir formasından tam imtina etdi. Məhkəmə bir səslə keçmiş Millətlər cəmiyyətinin ərazisinin idarə edilməsinin BMT-nin ixtiyarına verilməsini qəbul etmiş və Cənubi Afrikanın qeyd olunan ərazi haqqında beynəlxalq statusu dəyişməyə ixtiyarı yoxdur. 1962-ci ildə Həbəşistan və Liberiya Cənubi Afrikaya qarşı iddia qaldır­mışdılar ki, bu da çox böyük olmayan üstünlüklə kənar edildi. Belə halda Baş Assambleya Cənubi-Qərbi Afrikanın Cənubi Afrika Respublikasından ayrılıb Baş Assambleya tərə­findən idarə olunması hüququ haqqında Qətnamə qəbul etdi. Məhkəmə həmçinin xırda regionlarda daxili münaqişələrin, xüsusilə Qərb yarımkürəsində həll edilməsində də iştirak etdi. Məhkəmənin ən vacib qərarlarından biri hüquqi və siy­asi təşkilat olan BMT-ni gücləndirmək idi. 1947-ci ildə BMT-nin Fələstində vasitəçisi qraf Folke Bernadott sionist ter­rorçu qrup tərəfindən öldürülmüşdü. Onda BMT «ola bil­məzmi beynəlxalq təşkilat ərazisində onun tapşırığı ilə hərə­kət edən nüma­yən­dəsinin onun ərazisində öldürülən dövləti məsuliyyətə cəlb edə bilərmi» sualı ilə Məhkəmədən məslə­hətçi qərar tələb etdi. Məhkəmə müsbət qərar qəbul etdi. Bu qərapa əsasən BMT Israildən Bernadottun ölümü əvəzini və BMT-nin digər nümayəndələrinə dəymiş ziyanı ödəməyi tə­ləb etdi. Israil hökuməti bu tələbi ödədi. Beynəlxalq məhkəmə BMT-nin beynəlxalq maliyyələş­dirilməsinin işlənib hazırlanmasında da az rol oynamamışdır. Beynəlxalq Məhkəmə Assambleyadan öz üzvlərinin qanuni əsaslandırılmış səlahiyyətlərini təsdiq etdi. 3/2 iki səs çox­luğu, bu və ya digər aksiyaların əleyhinə səs verən hər hansı bir dövlətin nümayəndəsi Katibliyin tərkibinə daxil olan za­man mütləq onun BMT-yə sadiq olmasına və hər hansı bir dövlətin marağını kənarda qoymamalıdır. Katibliyin yerinə yetirdiyi vəzifələr Birləşmiş Millətlər Təşkilatının yerinə yetirdiyi vəzifələr kimi çoxsahəlidir. Bu vəzifələrə sülhməramlı əməliyyatlardan başlayaraq beynəl­xalq mübahisələrdə vasitəçiliyə qədər, iqtisadi və sosial meyllər, insan hüquqları haqqında tədqiqatlar aparmaq və sabitlik prob­lemləri haqqında əməliyyatlar və s. aiddir. Bun­dan başqa, Katib­liyin əməkdaşları Birləşmiş Millətlər Təşki­latının işi haq­qında dünya informasiya vasitələrini məlu­matlandırır, istiqa­mətləndirir, dünya problemləri üzrə əhə­miyyətli beynəl­xalq konfranslar təşkil edir və Birləşmiş Mil­lətlər Təşkilatının qərarlarının yerinə yetirilməsinə nəzarət edir, çıxışların və sənədlərin Təşkilatın əsas dillərinə tərcümə­sini həyata keçirir.
['beynəlxalq məhkəmə', 'Haaqa məhkəməsi']
6,682
https://kayzen.az/blog/qadin/1301/qad%C4%B1n-sirl%C9%99ri.html
Qadın sirləri
Leyla
Qadın
5 may 2010, 14:37
Qadınların bir sıra vərdişləri o dərəcədə müəmmalıdır ki,bəzən özləri də bunların səbəblərini açıqlaya bilmirlər.1.Qadınlar demək olar ki,hər şeyi: ayaqqabı,yubka,aptekdən dərman və s.ni sadəcə özlərini xoşbəxt etmək üçün alırlar.Bunlara verdikləri ödəmənin miqdarını da hər zaman az söylərlər.Yalan söyləmənin də doğru olduğunu düşünürlər.2.Qadınlar ərlərinə tez-tez sekslə məşğul olmaq düşüncələrini söyləməzlər.Səbəbi isə yorğun olduqları zaman ərləri bu mövzuda israr edərlərsə,onu önləmək və dincəlməkdir.3.Nə qədər müasir və sərbəst olsalar belə,yenə də həyatın çətinliklərinin çoxunu kişilərin çəkməsini istərlər. 4.Qadınlar analarına bənzəməkdən çox qorxarlar,amma ərlərinin anaları haqqında "sən də anan kimisin elə" demələrinə əsla qatlanamazlar.Bu səbəbdən ərlərinin yanında analarının səhvlərini bildirmirlər,özlərini görməməzliyə vururlar.5.Ərlərinin bir az da olsa onları qısqanmasını istərlər.6.Yaraşıqlı və seksi məşhur ulduzlarla fantaziyalı xəyallar qurarlar.7.Qadınlar sirlərinin çox hissəsini rəfiqələri ilə bölüşürlər.8.Qadınlar kişilərə bütün qəlbi ilə aşiq olurlar,amma bu başlanğıcdakı kimi olmur.Çünki, qadınlar eşqə aşiqdirlər.
['kişi və qadın', 'qadın psixologiyası', 'qadına münasibət']
6,683
https://kayzen.az/blog/roma-tarixi/1323/patrisil%C9%99rl%C9%99-plebeyl%C9%99rin-m%C3%BCbariz%C9%99si.italiyan%C4%B1n-i%C5%9F%C4%9Fal%C4%B1.html
Patrisilərlə plebeylərin mübarizəsi.Italiyanın işğalı
papatürk
qədim Roma
4 may 2010, 18:56
Plebeylərin qələbəsi. Respublika yaranandan sonra da plebeylər hüquqsuz qaldılar. Onlar patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III əsrlərdə mübarizə aparırdılar. Patrisilər onlara icma torpaqlarından istifadə etməyə, dövlət idarə işlərində iştirak etməyə imkan vermirdi. Buna cavab olaraq, plebeylər orduda xidmətdən imtina etmək, Romadan çıxıb yeni şəhərlər salmaqla və s. ilə hədələyirdilər. E.ə. V əsrin əvvəllərində plebeylər onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail oldular. Tribun senatın və konsulun plebeylərin mənafeyinə zidd olan istənilən qanunu ləğv edə bilərdi. Onun «veto», yəni «qadağan edirəm» deməsi kifayət idi. Romada xalq tribununu öldürmək ən ağır cinayət sayılırdı. E.ə. III əsrin əvvəllərində plebeylər qələbə qazanıb Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar yüksək vəzifə tutmaq, icma torpaqlarından istifadə etmək hüquqlarına malik. oldular. Hər bir Roma vətəndaşı dövlət vəzifələrinə seçilə bilərdi, lakin vəzifə üçün heç bir haqq verilmədiyinə görə vəzifəyə ancaq varlılar seçilirdi. Roma quldarlar və aristokratlar respublikası idi. İtaliyanın Roma tərəfindən işğalı Roma respublikasının qoşunu əsasən kəndlilərdən təşkil olunurdu. Qoşun legionlara bölünürdü. Bir legionda 4500 döyüşçü olurdu. Legionun cinahlarını atlı qoşun qoruyurdu. Döyüşə yüngül silahlı döyüşçülər başlayırdı. Sonra onlar geri çəkilib ağır silahlı legionerlərə yol verirdilər. Onlar zirehli paltar geyir, nizə və qılıncla silahlanırdılar. Silahı itirməyə, keşikdə yatmağa görə ölüm cəzası verilirdi. Falanqa ancaq düzən yerdə, legion isə hər bir şəraitdə vuruşa bilirdi. İtaliyada 12-yə yaxın xalq yaşayırdı. Roma 200 il onlara qarşı müharibə apardı. Romalılar İtaliyanın şimalında qallarla toqquşdular və məğlub oldular. E.ə. 390-cı ildə qallar Romanı talan edib dağıtmış və yandırmışdılar. Romalılar Kapitoli təpəsində müdafiə olunurdular. Qallar gecə xəlvəti Kapitoli təpəsinə çıxdılar. Qazlar səs-küy salıb döyüşçüləri oyatdılar. Qallar Kapitolidən aşağı qovuldu. «Qazlar Romanı xilas etdi» ifadəsi buradan yaranmışdır. Yunanlar və romalılar qalları kelt adlandırırdılar. Keltlər papaqlarına xoruz lələyi taxırdılar. Romalılar İtaliyada olan yunan koloniyalarını da işğal etməyə başladılar. Balkan yarımadasında olan Kiçik Epir padşahlığının hökmdarı Pirr yunan koloniyalarına köməyə gəldi. O, e.ə. 279-cu ildə Auskulun şəhəri yaxınlığındakı döyüşdə böyük itki bahasına romalılara qalib gəldi. Pirr bu döyüşdən sonra demişdi: «Bir də belə qələbə olsa, mən qoşunsuz qalaram». «Pirr qələbəsi» ifadəsi buradan əmələ gəlmişdir və məğlubiyyətə bərabər qələbə deməkdir. Romalılar İtaliyada olan bütün yunan koloniyalarını ələ keçirdilər. 200 ildən çox davam edən bu müharibə e.ə. III əsrin birinci yarısında İtaliyanın işğalının başa çatması ilə nəticələndi. Roma senatı itaət altına alınmış xalqların Roma əleyhinə birləşməsinə yol verməmək üçün onların arasında ədavət salmağa cəhd edir və «Parçala, hökmranlıq et» prinsipini əsas tuturdu. Roma torpaqları Siciliya adasına çatdı və Roma burada Karfagenlə toqquşdu.
['plebey', 'tribun', 'patrisilər', 'qədim romalılar']
6,684
https://kayzen.az/blog/fotoanons/1349/kreativ-ixtiralar.html
Kreativ İxtiralar
mr13
fotoanonslar
4 may 2010, 18:46
İnsanlar işlərini güclərini atıb gör nələr fikirləşiblər. Bəziləri lazımlı bəziləri lazımsız "Kreativ ixtiralar"
['kreativ']
6,685
https://kayzen.az/blog/masonluq/1347/harun-y%C9%99hya-qlobal-masonluq-q%C9%99dim-misird%C9%99n-kabbalaya,-t%C3%B6vrata-sal%C4%B1nan-b%C3%BCtp%C9%99r%C9%99st-fikirl%C9%99r,-kabbalan%C4%B1n-yarad%C4%B1l%C4%B1%C5%9F-t%C9%99limi.html
Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirdən Kabbalaya, Tövrata salınan bütpərəst fikirlər, Kabbalanın yaradılış təlimi
mr13
Masonluq,onun tarixi
4 may 2010, 18:24
Qədim Misirdən Kabbalaya Hələ Hz. Musa həyatda ikən Qədim Misirdə gördükləri bütləri düzəldib, onlara ibadət etməyə bаşlаyаn Israil oğulları peyğəmbərin vəfatından sonra haqq yolundan tamamilə аzdılar. Şübhəsiz ki, eyni fikri bütün yəhudilərin haqqında söyləmək doğru olmaz, amma onların bəziləri Qədim Misirin bütpərəst sivilizasiyasını yaşadaraq, bu fəlsəfənin təməli olan Misir kahinlərinin (Fironun sehrbazları) təlimini davam etdiriblər, üstəlik, onu öz xalqları arasında da yayıblar. Qədim Misirdən yəhudilərə miras qalan bu təlim isə Kabbaladır. Kabbala da eyni ilə Misir kahinlərinin sistemi kimi ezoterik təlim şəklində yayılıb və magiya ilə bağlı olub. Kabbalanın diqqət çəkən bir cəhəti də yaradılışı Tövratda olduğundan tamamilə fərqli şəkildə izah etməsi, Qədim Misir inancının maddənin əzəli və əbədi olmasına dair materialist dünyа görüşünü əsas tutmаsıdır. Türk masonlarından olan Murad Özgən Ayfər bununla bağlı yazır:“Kabbalanın Tövratdan çox-çox əvvəl meydana çıxdığı bəllidir. Onun əsas bölmələrindən biri də kainatın yaradılışı ilə bağlıdır. Bu müddəalar monoteist dinlərdəki yaradılış təsəvvürlərindən tamamilə fərqlənir. Kabbalaya görə, yaradılışın başlanğıcında "dairələr", yaxud "orbitlər" anlamına gələn və SEFIROT adlanan maddi-mənəvi mahiyyətli varlıqlar ortaya çıxıb. Onların toplam sayı 32-dir; ilk 10-u Günəş sistemini, digərləri isə fəzadakı digər ulduz topalarını təmsil edir. Kabbalanın bu cəhəti onun qədim astroloji inanc sistemləri ilə bağlılığını göstərir. Beləliklə, Kabbala Yəhudi dinindən xeyli uzaqdır və Şərqin qədim mistik inanc sistemləri ilə daha çox uzlaşır”.Qədim Misirin materialist, magiyaya əsaslanan ezoterik təlimlərini öyrənən yəhudilər Tövratın bununla bağlı yasaqlarını tamamilə bir kənara ataraq, digər bütpərəst qövmlərin sehrbazlıq ayinlərini də mənimsəyiblər və beləliklə, Kabbala yəhudilərin içində, amma Tövrata müxalif bir təlim kimi inkişaf edib. Ingilis yazarı Nesta H.Vebster (Nesta N. Webster) "Ancient Secret Tradition" (Qədim sirli adət) adlı məqaləsində məsələni belə açıqlayır:“Bildiyimiz kimi, Israil oğulları Fələstini tutmazdan əvvəl sehrbazlıq Kənanlılar tərəfindən edilirdi. Misir, Hindistan və Yunanıstanın da öz kahinləri vardı. Tövratda sehrbazlığın lənətlənməsinə baxmayaraq, yəhudilər bu qadağaya fikir verməmiş və müqəddəs təlimi digər qövmlərdən götürdükləri magiya ilə qarışdırmışdılar. Eyni zamanda, yəhudilərin Kabbalası parfiyalıların sehrbazlığının, neoplatonizmin və pifaqorçuluğun təsirinə düşmüşdü. Yəni Kabbalanın təmiz yəhudi mənşəli olmaması haqqında deyilən fikirlərin əsası var”.Israil oğullarının öz dinləri xaricindəki mənbələrdən şeytani təlimləri götürmələrinə dair Allah Qurani-Kərimdə bunları deyir:- Yəhudilər Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: "Biz imtahanıq, sən gəl kafir olma!"- deməmiş heç kəsə öyrətmirdilər. Bununla belə yəhudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər (“Bəqərə” surəsi, 102).Ayədə bəzi yəhudilərin axirətdə ziyan çəkəcəklərini bilə-bilə sehr öyrəndikləri və sehrbazlıq etdikləri xəbər verilir. Bununla da onlar Allahın qoyduğu şəriətdən azıb, bütpərəstlərin təsirinə düşərək, imanı tərk etmişdilər.Bu ayədə xəbər verilən gerçək yəhudilərin tarixindəki önəmli bir mübarizənin ana xəttini göstərir. Bu mübarizə Allahın yəhudilərə göndərdiyi peyğəmbərlər və onlara itaət edən mömin yəhudilər ilə Allaha qarşı üsyan edən, bütpərəstliyə üz tutaraq, yollarından azmış yəhudilərin arasındadır. Tövrata salınan bütpərəst fikirlər Maraqlıdır ki, yollarını azmış yəhudilərin günahı yəhudi dininin müqəddəs kitabı olan əhdi-ətiqdə də əks olunub. əhdi-ətiqin tarixi olaylardan "Nihemiya" adlı bölməsində yəhudilərin öz günаhlаrını etiraf etmələri belə təsvir olunur:"Israil zürriyyəti bütün əcnəbilərdən ayrıldı və durub ata-babalarının günаhlarını, fəsadlarını etiraf etdilər. Olduqları yerdə ayağa qalxdılar və günlərin birində tаnrılаrı RəBBIN şəriət kitabını oxudular; günаhlarını etiraf edib, tаnrıları Rəbbə səcdə qıldılar. Yesua və Bani, Kadmiel Sebanya, Bunni, Serebya, Kənani, Levillər pillələrilə ayağa qalxıb, yüksək səslə tаnrılаrı Rəbbə fəryad etdilər. (Dedilər ki): Atalarımız... itaətsizlik etdilər və Sənə qarşı asi oldular, sənin şəriətinə arxa çevirib, onları Sənə qaytarmaq üçün şəhadət edən peyğəmbərlərini öldürməklə böyük küfr etdilər. Sən onları düşmənlərinin əlinə verdin və əzab çəkdilər. əzab çəkərkən Sənə fəryad etdilər; Sən göylərdə onların fəryadını eşidərək, xilaskarlar göndərdin, onlar da düşmənlərin əlindən qurtuldular. Fəqət rahatlaşandan sonra yenə də Sənə qarşı pislik etdilər, buna görə də onları təzədən düşmən əsarətinə verdin. Onlar Sənə fəryad edincə, göylərdə bunu eşitdin; rəhm edərək dəfələrlə onları çətinlikdən qurtardın, sənin şəriətinə dönsünlər deyə, onlara qarşı şəhadət etdin. Fəqət azğınlıq etdilər və sənin əmrlərini dinləmədilər, hökmlərinə qarşı çıxdılar - o hökmlərə ki, insanlar onlara əməl etməklə yaşayar. Və çiyinlərini yükdən qaçırıb, peysərlərini yoğunlatdılar, Səni dinləmədilər... Amma böyük mərhəmətindən dolayı onları tamamilə məhv etmədin və atmadın; çünki sən lütf edən və rəhmli Allahsan. Və indi ey Allahımız, əhdi, inayəti qoruyan böyük, qüdrətli və heybətli Allah... Sən başımıza gətirdiyin hər işdə adilsən, çünki haq davrandın, biz isə pislik etdik. Bizim krallarımız, rəislərimiz, kahinlərimiz və atalarımız sənin şəriətini tutmadılar, əmrlərini və şəhadətlərini dinləmədilər. Və öz ölkələrində, onlara verdiyin bol yaxşılıq içində, geniş, səmərəli diyarda Sənə qulluq etmədilər, pis işlərdən dönmədilər. (“Nihemiya”, 9, 1-35)Bu ifadə yəhudilərin təzədən Allahın dininə dönməsini istəyən bir düşüncənin məhsuludur. Amma yəhudilərin tarixi boyunca digər tərəf üstünlük qazanаrаq, yəhudi toplumuna hakim olub, sonra da yəhudliyi tamamilə ələ keçirərək, təhrif etmişdir. Buna görə də Tövratda və əhdi-ətiqin digər kitablarında haqq dinə meyli əks etdirən bu cür fikirlərlə yanaşı, bütpərəstlikdən doğan sapqın yanaşmalar da var. Məsələn:* Tövratın ilk kitabında Allahın bütün kainatı 6 gündə yaratmаsındаn bəhs edilir. Bu, vəhydən qaynaqlanan doğru xəbərdir. Amma elə bunun ardınca Allahın 7-ci gündə "dincəldiyi" haqda boş və mənasız fikir ortaya atılır. Allaha insani sifət "yapışdırmağa" yönəlmiş bu sapqın fikir bütpərəst şüurunun məhsuludur.* Tövratın bəzi yerlərində Allaha qarşı sayğısız üslub var, xüsusilə də insana aid olan bəzi zəif cəhətləri Allaha aid etməyə cəhd göstərilir. Bu uydurmalar bütpərəst qövmlərin öz saxta tanrılarını insani xüsusiyyətləri ilə təsəvvür etməsinə bənzəyir. * Allaha qarşı uydurulan iftiraların biri də Israil oğullarının babası olan Hz. Yaqubun "Allah ilə güləşib, onu yıxması" kimi son dərəcə səfeh bir fikirdir. Israil oğullarına "üstün irq" imici qazandırmaq üçün uydurulаn bu iddia bütpərəst qövmlərin əfsanələrini çox xatırladır.* əhdi-ətiqdə Allahın yalnız Israil oğullarının ilahı kimi təqdim olunması meyli var. Halbuki, Allah şübhəsiz bütün aləmlərin və xalqların Ilahı və Rəbbidir. əhdi-ətiqdəki bu "milli din" fikri hər qəbilənin yalnız öz bütünə sitаyiş etməsi adətinə gedib çıxır.* əhdi-ətiqin bəzi kitablarında (məsələn, "Yeşu"da), yəhudi olmayan qövmlərə qarşı böyük vəhşət buyuruqları verilir. Qadın, uşaq və qocaya fərq qoyulmadan kütləvi qətliam törətmək əmr edilir. Allahın ədalətinə tamamilə yad olan bu qəddarlıq xəyali "savaş tanrı"larına inanan barbar bütpərəstlərin vəhşi mədəniyyətini xаtırlаdır.Şübhəsiz ki, Tövrata əlavə olunan bu bütpərəst fikirlərin bir mənbəyi var. Yəhudilərin Tövratdan kənar etibar etdikləri, mənimsədikləri və qoruduqları bir adət-ənənə olmalıdır ki, oradakı sapqın fikirləri Allahın göndərdiyi kitaba salaraq, onu dəyişdirsinlər. Bax, həmin o adət-ənənə kökləri Qədim Misirin kahinlərinə (Fironun sehrbazlarına) gedib çıxan və bəzi yəhudilər tərəfindən mənimsənilərək, qorunan Kabbaladır. Onun vasitəsilə Qədim Misirin və sonra da digər bütpərəst mədəniyyətlərin ünsürləri yəhudiliyin içinə yol taparaq, müqəddəs kitab Tövrat da daxil olmaqla, hər şeyi təhrifə uğradıblar. Kabbalaçılar əslində Kabbalanın guya "Tövratın gizli sirlərini açan bir təlim" olduğunu iddia etsələr də, gerçəkdə yəhudi tarixçisi Teodor Reynaxın (Theodore Reinach) dediyi kimi, Kabbala "Yəhudiliyin damarlarına hopаn və onu tamamilə ələ keçirən gizli bir zəhərdir". ən azından, Kabbalada Qədim Misirin materialist dünya görüşünün açıq izlərini sezmək mümkündür. Kabbalanın yaradılış təlimi Allah Tövratın haqq bir kitab olduğunu, insanlara hidayət və nur gətirdiyini Quranda belə açıqlayır:“Şübhəsiz ki, Tövratı biz nazil etdik. Onda haqq yol və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə Kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. Insanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (“Maidə” surəsi, 44).Dolayısı ilə, Tövrat Allahın varlığı, birliyi, sifətləri, digər məxluqları və insanı yaratması, insanın yaradılışının məqsədi, Allahın insana qoyduğu əxlaq kimi məsələlərdə Qurana tamamilə paralel bilgilər və hökmlər çatdıran bir kitabdır. (Amma təəssüf ki, haqqında danışılan gerçək Tövrat bu gün əlimizdə yoxdur, mövcud Tövrat isə insanlar tərəfindən məqsədəuyğun şəkildə təhrif edilmiş bir kitabdır.)Gerçək Tövratda Quranla üst-üstə düşən çox önəmli bir məsələ var - Allahın "Yaradan" sifətinə malik olduğu bildirilir. Allah əzəldən mövcud olan yeganə mütləq varlıqdır. Allahdan başqa hər şey Onun yoxluqdan yaratdığı məxluqlardır. Allah bütün kainatı, onun içindəki göy cisimlərini, cansız maddələri, canlıları və ən nəhayət, insanı yaradaraq, müəyyən bir şəklə salıb. Allah təkdir və heç bir şəriki yoxdur.Gerçəklik bu ikən, "Bəzi yəhudilərin damarına hopаn və onları ələ keçirən gizli zəhər" - yəni Kabbala tamam başqa şeyləri bildirir. Kabbalanın Allah və yaradılış haqqındakı təlimi Quranda və gerçək Tövratda deyilənlərlə qətiyyən düz gəlmir. Amerikalı araşdırmaçı Lans S. Ouens (Lance S. Owens) Kabbalının yaradılış təlimini belə açıqlayır:“Kabbalistik fikirlərin çoxu ümumi qəbul edilən dünyаgörüşlərindən xeyli uzaqlaşıb. Israil inancının ən təməl daşı əslində "Tanrımız birdir" şəklində olub. Amma Kabbala Tanrının təkliyinin və dərkolunmazlığının ən yüksək formasında var olduğunu qəbul etsə də (Kabbala dilində bu, Ein Sof, yəni "sonsuzluq" adlanır), bu dərkedilməz təkliyin çoxlu tanrılara çevrildiyini bildirir. Kabbalistlər bu tanrıları "Sefirot" adlandırırlar ki, bu da tanrının "üzləri" və ya "qapıları" anlamına gəlir. Tanrının anlaşılmaz təklikdən çoxluğa gedişi kabbalistlərin meditasiya və spekulyasiyalarına səbəb olmuş bir sirrdir. Bu çoxüzlü tanrı təsəvvürü çoxallahlılıq ittihamlarına gətirib çıxarıb. Kabbalistlər buna etiraz etsələr də, məsələyə heç bir aydınlıq gətirə bilməyiblər.Kabbalistik teologiyada eyni zamanda tanrının erkək və dişi formalarda olmаsı kimi bir inаnc vаr. Bunlar müqəddəs Ata və Anadır ki, kabbala dilində "Hoxmah" və "Binah" adlanırlar. Onların yeni formaları necə yaratdıqlarını izah etmək üçün kabbalistlər açıq-aşkar seksual ifadələr işlədirlər”.Kabbalanın başdan-ayağa xurafat olan bu təlimi eyni zamanda insanı yaradılmış bir məxluq saymır, ona ilahi sifət verir. Lans S. Ouens (Lance S. Owens) bu məsələni belə açıqlayır:“Kabbalanın mürəkkəb və qarışıq tanrı təsəvvürü eyni zamanda antropomorfik (Allaha insani sifətlər aid edən) xüsusiyyət daşıyır. Kabbalistik təsəvvürlərin birinə görə, Tanrı "Adam Kadmo"dur - yəni ilk və örnək insan. Bu inanca görə, insan tanrı ilə onun özündən gələn yaradılmamış bir qığılcım və kompleksə, eyni üzvi formaya malikdir. Adam (adəm) ilə Tanrı arasındakı bu qəribə kabbalistik paralel eyni zamanda bir şifrlə dəstəklənir; belə ki, ibrani dilində "Adəm" və "Yəhova" kəlmələrindəki hərflərin sayı da eynidir. Dolayısı ilə, kabbalistik yozumda Yəhova Adəmə bərabər sayılır. Bu iddia isə öz növbəsində bütün insanların ən yüksək səviyyəsinin Allahlıq olduğuna gətirib çıxаrdı.Bütpərəst dinlərin xürafatından doğan bu uydurma fikirlər yəhudiliyin degenerasiyasına səbəb olmuşdu. Insanı "tаnrılаşdırmаq" qədər mənasız iddialara düşən yəhudi kabbalistlər eyni zamanda həmin insanın yalnız yəhudilər olduğunu, digər irqlərin insan sayılmadığını iddiа edirdilər. Nəticədə Allaha itaət və qulluq üzərində qurulmuş bir ilahi dinin yerində yəhudi eqoizmini təcəssüm etdirən yаnlış bir təlim inkişaf etməyə başlamışdı. Və kabbalistlər bir müddət sonra Tövratı da təhrif edərək, öz ideyalarını ona köçürməyə başladılar.Kabbalada Qədim Misirin bütpərəst təlimlərilə paralellər də açıq-aşkar görünür. Qədim Misirlilər, artıq dediyimiz kimi, maddənin əzəli və əbədi olduğuna inanır, varlığın yoxdan yaradılması fikrini rədd edirdilər. Kabbala isə eyni yanaşmanı insana tətbiq edir, insanın yaradılmadığını, öz varlığının sahibi və idarəedicicisi olduğunu bildirirdi.əgər müasir terminlərlə danışsaq, Qədim Misirdəki təlimin adı materializm idi. Kabbala təlimi isə "sekyular (dinsiz) humanizmdir". çox maraqlıdır ki, son iki əsrdə bu iki anlayış bütün dünyaya hakim olan mədəniyyəti formalaşmışdır. Bəs Qədim Misir və Kabbala təlimlərini tarixin dərinliklərindən günümüzə qədər gətirənlər kimlərdir?
['kabbala', 'Tövrat', 'kabbalistika', 'yəhudilər']
6,686
https://kayzen.az/blog/flora/1346/q%C9%99hv%C9%99-coffea-arabica.html
Qəhvə-Coffea Arabica
Dior
Flora
4 may 2010, 15:25
Qəhvə boyaqotu Rubiaceae fəsiləsindəndir.Lazımi miqdarda istifadə olunduqda,orqanizmin fəaliyyəti və qüvvəti xeyli artır,eyni zamanda fiziki və zehni yorğunluq götürülür.Qəhvə poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır.Bu ağacın isə əsl vətəni Həbəşistan və Ərəb ölkələridir.Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında becərilir.Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır.Bu ölkələrdə qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır.Maraqlıdır ki,qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyildir.Məsələn bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində nə də digər ölkələrdə becərmək mümkün olmamışdır.Qəhvə ağacı xeyli məhsuldar bitkidir.O ildə 3 dəfə meyvə verir.Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir.,hər bir meyvəsində qalın qabıqla örtülmüş,yastı qabarıq şəkildə iki toxumu yerləşir.Toxumlarının tərkibində kofein alkaloidi,2%-əqədər kofein,20%-ə qədər aşı maddə,40%-ə qədər piyli yağ,0,2%-efir yağı,şəkər, üzvi turşular və digər vacib maddələr vardır. Bir çay qaşığı qəhvə paraşokunda 0,2%kofein olur.Bu miqdarda qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır,zehni və fiziki qabiliyyəti yüksəlir,əhval-ruhiyyəsi yaxşılaşır.Yadda saxlamaq lazımdır ki,qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz,çünki belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhəmiyyətli maddələr efir yağı,kofein və digər qiymətli maddələr parçalanaraq öz təsirini itirir.Nəticədə qəhvəyə xas olan xoş ətirli iyi və dadı,eləcə də başqa müalicəvi maddələrin təsiri yox dərəcəsinə çatır.Qəhvə çox faydalı və qiymətli təbii nemətdir.Lakin ondan lazımi qədər istifadə etmək məqsədə uyğundur.Qəhvə haqqında olan bu gözəl fransız melodiyasından sonra qəhvə içmək istəyəcəksiniz:
['qəhvə', 'kofe', 'coffee']
6,687
https://kayzen.az/blog/happy/1344/daha-xo%C5%9Fb%C9%99xt-olmaq-%C3%BC%C3%A7%C3%BCn-psixoloq-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99ri.html
Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri
IDEAL
Xoşbəxtlik üçün
4 may 2010, 11:39
Daha xoşbəxt olmaq üçün psixoloq məsləhətləri 1-Dostlarınızın yanında özünüzə hörməti artırın. 2-Tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın bunlar kiçik olsa belə. 3-Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var. 4-Çalışın yuxunuz gəlmədən yatağa girməyəsiz. Səhər-səhər yerinizdən qalxmazdan əvvəl yaxşı olar ki, yerinizdə o tərəf bu tərəfə dönəsiz. 5-Boş vaxtınız olan kimi istirahət etməyə çalışın-istirahətin növündən asılı olmayaraq (çalışın istirahətiniz maraqlı keçsin). 6-Tez-tez vanna qəbul edin. 7-Yatmazdan əvvəl balla süd içməyə çalışın. 8-Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın. 9-Çalışın açıq rəngli paltarlar geyinin. 10-Əgər imkan varsa evdə it və ya pişik saxlayın. 11-Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz. 12-Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın. 13-Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər. 14-ən sonda isə ümumi bir ressepti unutmatın: Gün ərzində 30 dəfə "Mən xoşbəxtəm" deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir. Bu məsləhətlər psixologiya elmləri namizədi Rəşid Cabbarova aiddir. P.S. Təbii ki, bu məsləhət siyahısını artırmaq mümkündür. Əgər faydalı məsləhət bilirsizsə bizimlə bölüşməyinizi istərdim.
['xoşbəxtlik', 'xoşbəxt olmaq', 'psixoloq məsləhətləri']
6,688
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/831/%C3%A7%C3%B6r%C3%A7ill-uinston-%C5%9Flyapal%C4%B1-adam.html
Çörçill Uinston-şlyapalı adam
Sufi
Böyük insanlar,şəxsiyyətlər
4 may 2010, 09:33
Cənab Uinston Çörçill (Sir Winston Leonard Spencer-Churchill) həqiqətən da sitayiş olunası şəxsiyyətdir və onun - Nyuton, şahzadə Diana, Şekspir, Darvin və Con Lennon kimi görkəmli ingilislərlə bir sırada durması labüddür. Özünün 90 illik ömründə, o, bənna və bağ memarının yanında öyrənmiş, zabit və hərbi müxbir, redaktor və rəssam, yazıçı və tarixçi olmuş, 25 yaşından isə siyasi yola qədəm qoymuş, yarım əsr Britaniya Krallığı hökumətinin həyatını müəyyən etmişdir. O, dünya tarixinin görkəmli siyasi simalarından biri və bütün XX əsrin aqibətinə təsir göstərən siyasətçi olmuşdur. Rəqs gecəsindəki uğurlar 1874-cü ilin payızında Londonun «Tayms» qəzetinin birinci səhifəsində Malboro hersoqları ailəsində növbəti övladın anadan olması haqqında xəbər yayılmışdı: «Noyabrın 30-da Blenxeym imarətində xanım Rendolf Çörçill vaxtından əvvəl doğmuşdur». Vaxtından əvvəl, ona görə ki, zahı vəziyyətinə düşməyə 2 ay qalmış, zalda həddindən artıq rəqs elədiyinə görə, özünü çox çətinliklə qarderob otağına çatdıra bilmişdir. Yeddiaylıq uşaq kürən və gursəsli idi - о hadisənin şahidləri sonradan belə xatırlayırdılar ki, doğum evində, hələ bu qədər gur uşaq səsi eşitməmişdilər. Bu oğlan uşağına Uinston Leo­nard Spenser adı qoyuldu, ancaq evdə Vinni çağırırdı. Çörçillərin uzunəsrli qəbilə şəcərəsinə görə, Uinston cənabının qanında, İstilaçı Vilhelmin normandiyalı silahdaşlarının və pirat Frensis Dreykin ulu babalarının babasının genləri qarışmışdır, amerikan anası tərəfdən isə prezident Ruzveltin ailəsi ilə qohumluğu məlum olmuşdur. İyirmi yaşına qədər Uinston ümidvar idi ki, Malboro titulunu və üstəlik qədim mülkü də alacaq, lakin birbaşa varis doğulduğuna görə qardaş oğlunu varislikdən məğmun etdilər. Ata-Çörçillin başı si­yasi fəaliyyətə qarışmış, anası isə kübar həyat sürdüyündən, balaca Vinninin tərbiyəsi evdəki mürəbbiyə qadının üzərinə düşürdü. О vaxtın zadəgan və aristokrat ailələrində bu cür qayda, ənənəvi şəkil almışdı və bununla belə «ikinci anası» - sevimli Everest xanıının portreti Çörçillin ölümünədək onun iş otağını zinətləndirmişdir.Uşaqda digər tərbiyəçisi haqqında isə dəhşətli xatirələr qalmışdır: Askotdakı özəl hazırlıq məktəbinin direktoru, keçmiş İngiltərənin xeyirxah ənənələrinə uyğun olaraq, şagirdlərini müntəzəm surətdə çubuqla döyərdi. О vaxtlar ibtidai siniflərdə təhsil verməkdən daha çox təlim-tərbiyə ilə məşğul idilər, çubuqla döyülmə ən etibarlı üsul hesab olunurdu və bununla belə inadkar, həm də, heç bir nizam-intizamı qəbul etməyən yeniyetmə, söyüd çubuqlarının elastikliyini tamamilə dərk etməli olmuşdu. Hər hansı zorakılığı qəbul etməyən, xüsusən də döyülərək təhqir olunan Çörçillin heysiyyatı о qədər yüksək idi ki, həddi-büluğa çatar-çatmaz, yeganə bir məqsədlə Askota yola düşür ki, keçmiş düşməninin cəzasını versin. An­caq uşaqlıq incikliyi intiqamsız qaldı: müəllimi artıq dünyasını dəyişmişdi, məktəbə gedən yo­lu isə ot basmışdı. Yüksək təbəqəyə aid «qapalı» məktəblər (İton, Kembric, Xarrou), avara həyat keçirən gənclərin təkcə universitetə daxil olmasını hazırlamaqla yanaşı, həm de buraxılış tələbələrinin, ingilis cəmiyyətinin ali təbəqələrinə mənsub olması haqqında attestat və şəhadətnamə verirdi. Çörçillər ailəsinin kişiləri üçün belə məktəbin İton olmasına baxmayaraq, Xarrou məktəbində tələblərin mülayimliyinə və təhsil alma şərtlərinin sadəliyinə görə, Uinstonun, müstəsna olaraq, bu məktəbdə oxuması məsləhət bilindi. Gənc Çörçill, qəbul imtahanı zamanı ayrılmış iki saat ərzində, vərəqdə «1» rəqəmi yazmaqla kifayətlənmiş, onu da mötərizəyə alaraq, yağlı ləkələr salmış və bütün sənədi mürəkkəblə bəzəmişdir. Belə bir vəziyyətdə, başqa bir abituriyenti boynundan tutub dərhal qova bilərdilər, ancaq bu, Malboro nəslinin. nümayəndələrinə aid deyildi (Böyük Britaniyanın məktəblərində pul və titullar həmişə həlledici əhəmiyyət kəsb etmişdir). Dəbdəbəli gənclik 300 il ömrü olan və Londonun tarixi yerlərində yerləşən Xarrou məktəbinin yarısı bu gün xatirə yerinə çevrilib – cənab Çörçill isə, həmin məktəbin xüsusi iftixarı hesab olunur. Gənc Uinstonun simasında, məktəb tamamilə avara bır şagird tapdı - oxumamaq arzusunu hərtərəfli nümayiş etdirərək, o, latın və yunan dillərinin öyrənilməsində, əlifbanı bilməkdən başqa, heç bir şeyə nail olmadı, dəqiq elmlərdən isə zəhləsi gedirdi. Doğrusu, Vinninin möhkəm yaddaşı var idi, ancaq o, yaddaşından, Şekspiri dəqiqliklə sitat gətirməyən müəllimləri susdurmaq üçün istifadə edərdi. Onun sevdiyi şeylərdə: ancaq at üstündə gəzməkdə, müxtəlif cür atüstü oyunlarda, natiqlik sənətində, ingilis dilini mükəmməl bilməkdə müvəffəqiyyət qazanırdı (bununla yanaşı, Çörçill uşaqlıqdan pəltək idi və bir neçə hərfi tələffüz edə bilmirdi). Əlbəttə, valideynləri həyəcan keçirirdilər: axı, oğlunun vəkil, yaxud hüquqşünas olması haqqında ümidləri, atasının gözü qabağında puça çıxırdı. Zadəganlar üçün münasib. olan axırıncı variant - uşaqlıqdan sayıqladığı əsgərlik karyerası (onun ən sevimli oyuncaqları min beş yüz ədəd qalaylı əsgərciklər idi) qalırdı. Xarrouda axırıncı tədris illərində, Uinston, hərbi məktəbə daxil olmağa hazırlıq keçən siniflərdə məşğul olurdu. Təhsilində olan qüsurlar özünü büruzə verməyə bilməzdi - Çörçill, Sandxerst məktəbində qəbul imtahanlarında iki dəfə müvəffəqiyyətsizliyə uğramışdı. Lakin buna baxmayaraq, bir il yarımdan sonra, məktəbi ləyaqətlə qurtarmaq naminə, üçüncü dəfə qəbul olunur. Bu­nunla bərabər, atasının ona qarşı münasibəti yaxşılaşmadı. Cənab Rendolf oğlunu piyada zabit kimi təsəvvür edirdi və buna görə də, o, Kormaut hersoqu vasitəsi ilə oğluna, seçmə polkda ehtiyat üçün yer saxlatdırmışdı. Ancaq Uinston süvari qoşunda xidmət etməyi daha üstün tuturdu. Bununla bərabər, təhsilin qiyməti dəfələrlə artmışdı, axı, süvarilərə bir neçə at saxlamaq tələb olunurdu (xidmət üçün, atüstü oyun və idman üçün, ənənəvi ov üçün), ancaq Çörçillər ailəsinin büdcəsinə bu cür xərclər münasib deyildi. Uinstonun Krallıq nəzdində olan hərbi məktəbi qurtarması və ona hərbi zabit rütbəsi verilməsi münasibəti ilə yaranan sevinci qəmlə nəticələndi - 1895-ci ilin yanvarında 45 yaşlı atası dünyasını dəyişdi. Oğlu ancaq indi dərk etdi ki, cənab Rendolf onun həyatında hansı rolu oynayırdı və sonralar etiraf etdiyi kimi, məhz atasının işini davam etdirməsi ilə əlaqədar on­da siyasi meydana addım atmaq meyli oyanmışdı. İyirmi yaşlı Uinston üçün daha bir həqiqət açıqlandı: tələsmək lazımdır, axı, vaxt tez ötüb keçir! (Əlavə edək ki, tale Çörçill üçün əliaçıq oldu ona atasından düz iki dəfə çox ömür ayırdı.) Çörçill dörd müharibə iştirakçısıdırGənc zabitin etibarlı karyera yüksəkliyi üçün cəbhə xəttinə düşmək ehtiyacı var idi. Krım kampaniyasından sonra İngiltərə heç bir ölkə ilə müharibə aparmırdı, həm də ətrafda sakitlik hökm sürürdü. Təkcə Kubada ispanlar yerli üsyançılarla vuruşurdular və Çörçill qeyri-adi inadkarlıq göstərərək, yad bir orduya düşdü (atasının əlaqələri lazım gəldi - ispan səfiri mərhum dostunun oğluna icazəverici viza aldı). Madam ki, atasının ölümündən sonra ailələri fəlakətli vəziyyətə düşmüşdür, Uinston əlavə gəlir probleminin qayğısını çəkməli oldu (zabit məvacibi onların gen-bol yaşamasına icazə vermirdi) və o, özünü hərbi müxbir kimi London qəzetinə təklif etdi. Hərbi əməliyyat meydanından reportaja görə, olduqca layiqli qonorar vəd edərək, təklifini qəbul etdilər: illik zabit məvacibi 120 funt sterlinq olduğu hal­da, hər məqaləyə 10 funt cəlbedici məbləğ idi. Süvari leytenant Çörçill Kubaya gələrək, tezliklə ilk döyüşdə iştirak etməyə icazə aldı - aksiya zamanı onunla yanaşı, bir neçə əsgər bihuş vəziyyətinə düşmüşdü. Uinstonun öz dözümlülüyünə qəti inamı var idi, axı,bu döyüş onun 21-ci ad gününə təsadüf edirdi. Çörçillin hərbi reportajları daha çox öz igidliyi haqqında idi. О, baş verməkdə olan hadisələri təhlil etmək həvəsində olmayaraq, ancaq hekayəçinin coşğun intonasiyası və hadisə şahidinin iti baxışlar;, jurnalist diletantlığı diqqəti cəlb edirdi. Geri qayıtması ilə əlaqədar, tanınmış şəxslər tərəfindən onu ziyafətlərə dəvət edirdilər. Uinstonun xidmət etdiyi polku 1896-cı ilin avqustunda Hindistana yola saldılar - Çörçill aparıcı Britaniya qəzetlərinin sifarişini götürüb, növbəti müharibəyə yola düşdü. Ancaq Bombeydə və Banqalorda darıxdırıcı qarnizon xidmətindən başqa heç bir şey baş vermirdi - zabitlər vaxt keçirərək, əsgərlərə təlim verirdilər. Çörçill demək olar ki, əsl müharibənin barıt tüstüsünü iyləməkdən ümidini kəsmişdi. Lakin gözlənilmədən cəngavər puştunların üsyan qaldırmaları ilə əlaqədar, o, səkkiz ay yəhərdən düşməyərək, qanlı döyüşlərdə iştirak etdi. Hind kampaniyasının gedişindən alınmış təcrübə onu tələsik reportajlar verməməyə cəlb edərək, ədəbi debütə gətirib çıxartdı. 1923-cü ildə birinci kitabının buraxılması ilə, Çörçill özünü çox maraqlı yazılar təqdim edən yazıçı kimi göstərdi. Hollandiyanın varlı müstəmləkəsini ələ keçirmək məqsədi ilə, 1899-cu ildə4Böyük Britaniya dövləti Cənubi Afrikada müharibəyə başlaması ilə əlaqədar, Çörçill peşəkar jurnalist rütbəsində səfərə yola düşür: məzuniyyət və yol xərclərini nəzərə almayaraq, 250 funt məbləğində maaş alması, onun özünü tamamilə qeyri-adi şəxsiyyət kimi hiss etməsinə imkan verirdi. Nəticədə Çörçillin qeyri-adiliyi onu xi­las etdi: ingilislərin uğursuz hərbi əməliyyatları zamanı, o, mauzer əlində, mülki paltarda, burlara əsir düşür və bu cür şəxsləri, müharibə qanunlarına görə, məhkəməsiz və istintaqsız güllələyirdilər, ancaq onun üçün müstəsnalıq etdilər: lord oğludur - qeyri-standart şəxsiyyətdir. O, hansısa möcüzə nəticəsində əsirlikdən qaçmağa nail oldu, holland dilində bir söz də bilməyən və camaat arasında itə bilməyən avantüristin başına görə 25 funt sterlinq məbləğində mükafat elan etmişdilər. Çörçilli bu cür ümidsiz halda Allah saxladı - yad bir ölkədə, o, yeganə bir ingilisə rast gəldi, həmvətənlisi onu daş kömür mədənində gizlətməli oldu və sonra isə yük vaqonunda özününkülərə tərəf yola saldı. Cənab Uinstonun: «Kişilik - yaramaz halların təzyiqi altında mənliyi saxlamaq məharətidir» məzmunlu məşhur aforizmi də həmin zaman yaranmışdı. Çörçill, əsirlikdən qaçması ilə bağlı gözlənilməz hadisələri növbəti reportajında təsvir etdi və onun «Morninq Post» qəzetində nəşr edilməsi müəllifi bütün İngiltərədə məşhur etdi. Onun dördüncü müharibəsi olan Birinci Dünya müharibəsində Çörçill artıq siyasətçi idi. 1915-ci ilin payızında Çörçill dəniz naziri vəzifəsində bir sıra müvəffəqiyyətsizliklər və səhvlərdən sonra öz istefasını elan edərək, kapitan-leytenant rütbəsində qrenaderlərə komandanlıq etmək üçün Almaniyaya yola düşür: döyüşlərdə real iştirak edərək, o, səngər həyatının bürün çətinliklərini əsgərlərlə bölüşmüşdü. Böyük yollarin mərhələləri Siyasətlə məşğul olmaq, Çörçilli, hələ cavanlıqdan qeyri-iradi surətdə cəlb edirdi: İngiltərədə yaranmış ənənələrə görə, Nümayəndələr Palatasında edilən müzakirələr, ca­maat üçün açıq şəkildə keçirilirdi və gənc Uinston kollecdən daha çox yüksək həvəslə parlament qalereyasına baş çəkirdi. Hindistan və Afrika hərbi əməliyyatları arasında Uinston cənab Rendolfun əsas prinsipindən istifadə edərək, siyasi fəaliyyətini sınamağa başladı: cəsarətlə hamını tənqid et, birinci növbədə də öz partiyanı. Çörçillin konservatorlar qurultayında söylədiyi nitq səs-küyə səbəb oldu, lakin əsas məqsədə çatmadı - öyüd-nəsihətlə küsdürülmüş partiya veteranları, parlamentə zorla gedən zirək bambılının fikirlərinə qarşı etinasızlıq göstərdilər. Konservatorlarla bir nəticə əldə etmədiyinə liberal partiyada nail oldu: 1904-cü ildən, şəxsiyyəti ilə maraqlandığı Corc Loydla birlikdə Çörçill ölkədə sosial islahatlar aparmağa başladı. Liberal partiya hökumətində Uins­ton, ticarət nazirindən tutmuş daxili işlər nazirinə qədər bir neçə məsul vəzifələrdə çalışmışdır. «Baş polis» vəzifəsində işləyərkən, fəhlələrin öz hüquqları uğrunda etdikləri nümayişləri yatızdıraraq, Çörçill elə qəddarlıq göstərdi ki, 1911-ci ildə onu tezliklə dəniz nazirliyinə göndərdilər. Çörçill 1920-ci illərin əvvəllərində yenidən Konservator partiyasının liderlərindən biri oldu. Onu «ora-bura qaçmaqda» günahlandırdıqda, belə cavab verirdi: «Partiyanı dəyişmək - əqidədən dönmək deyildir». O, öz məqsədini giz­li saxlamırdı: nəyə görə nazir olmaq istəyirlər? - Baş nazir olmaq üçün!» Uinston Çörçillin tutduğu vəzifələri nəzərinizə çatdıraq: 1917-1921 - hərbi nazir və aviasiya naziri; 1921-1922 - müstəmləkə işləri üzrə nazir; 1924-1929 - maliyyə naziri; 1939-1940 - hərbi-dəniz naziri; 1940-1945, 1951-1955 - Baş Nazir Əlbəttə, bu siyahı onun iş fəaliyyətinin an­caq dəyərli olmasını deyil, həm də nə qədər gücçatmaz və uzunömürlü siyasətçi olmasını sübut edir. 1918-ci ildən sonra Kolçaka və Denikinə istinad edərək, Sovet Rusiyasına (Çörçillin genetik olaraq zəhləsi gedən) qarşı dərhal başlanan müdaxilə iflasa uğradı. Müstəmləkə altında qalmış ölkələr üzrə fəaliyyəti zamanı, Yaxın Şərqdə (əfsanəvi Ərəbistanlı Lourensin vasitəsi ilə) müəyyən tərəqqiyə nail olaraq, Ərəb liderləri ilə olan bütün məsələləri nizama salmışdı. İrlandiya terrorçuları ilə apardığı danışıqlar Çörçillin «siyasi qüvvəsinin» zəfər nöqtəsi hesab edilirdi. 1922-ci ilin seçkilərində Konservatorlar partiyası, amansızcasına məğlubiyyətə uğradı. İki il ərzində işsizlikdən əziyyət çəkən Çörçill, milyonçu sponsorun hesabına fəaliyyətə başlayaraq, 100 faizli tərəfdar olan seçki məntəqəsi tapır və müstəqil deputat kimi Nümayəndələr Palatasına qayıdır. Maliyyə naziri vəzifəsinə təyin olunur və maliyyə işlərində tamamilə səriştəsiz olması ölkəni faciəli böhrana gətirib çıxardır. 1930-cu illərin əvvəllərində, 60 yaşına çatmış cənab Uinstonun dövlət işinə qayıtmaq ehtimalı sıfıra bərabər idi. İkinci Dünya müharibəsi ərəfəsində, Britaniya ordusunun yenidən silahlandırılması ilə məşğul olmaqla, o, yüksək müvəffəqiyyətlərə nail oldu (onda istehsala buraxılan ağır tank, silahlar kataloquna «Churchill-crocodile» adı ilə daxil olmuşdur). İkinci Dünya müharibəsi - Uinston Çörçillin zəfər saatıdır: ölkə üçün ən ağır olan zaman Böyük Britaniyanın Baş naziri vəzifəsinə təyin olunaraq, o, faşizmə qarşı mübarizə şüan altında milləti birləşdirmiş, antihitler koalisiyasının yaranmasında fəal iştirak etmiş, ABŞ prezidenti Ruzveltlə və SSSR-nin lideri Stalinlə birlikdə xalqların və dövlətlərin aqibətini müəyyən etmişdi. Çörçill siyasi fəaliyyətini «soyuq müharibə» nəzəriyyəçisi kimi qurtardı. Çörçill, özünün siyasətçi adlandırılmasını sevmirdi - «ictimai xadim» kimi müraciət olunmasını daha üstün tuturdu. Onun fikrincə, «ictimai xadim siyasətçidən onunla fərqlənir ki, onlar növbəti seçkilər haqqında deyil, sonrakı nəsillər barədə fikirləşirlər». Üslub-insan Əgər xanım Çörçill, onun ərinin nöqsansız geyim sənətinə yiyələnmiş imtiyazlı adamlar sırasına daxil edilməsini bilsəydi, onda bu nailiyyəti əsaslı olaraq özününkü hesab edə bilərdi. Ona görə ki, 1908-ci ildə Klementina Xozyer ser Uinstonun həyat yoldaşı olan zaman, onun 'qarderobunu hərbi frençlər, işə yararlı kombinezonlar və parlamentariyanın «xüsusi geyim»ləri - ənənəvi frak və şlyapa kimi baş geyimlərindən (sovet rəssamları məhz Çörçillin şəklinə baxıb, burjuaziya nümayəndələrinin siya­si karikaturalarını çəkirdilər) ibarət idi. Çörçillin həyatında müxtəlif tərzdə uğurlarla bir neçə qadın olsa da, bütün ömrü boyu ən vəfalı qadını Klementina - həyat yoldaşı olmuşdur. Həyat yoldaşı ser Uinstona oğlu Rendolfu və Diana, Saru, Meriqold (cəmi üç il yaşayan), Meri kimi qızlan bəxş etmiş və Çörçillin fikrincə, elə bunlar onun həyatına dinclik və rahatlıq gətirmişdi. Xanım Klementinanın özünə isə həsəd aparmaq bir qədər çətin idi: ona, köhnəlmiş yaramaz vərdişli, patoloji intizamsız, maniakal depressiv əsəb sistemli və çox ağır xarakterli ər qismət olmuşdur. Ser Uinstonun şüarı aşağıdakı məzmunda idi: «Gündə beş-altı siqar (əslində isə 8-10, arabir 15), üç-dörd stəkan viski və heç bir bədən tərbiyəsi!» Onun siqara olan həvəsi Kubada yaranmışdı, sonralar isə oradan hədsiz miqdarda sifariş edərdi (o, yalnız ehtiyatda 3-4 min siqar olduğu halda özünü rahat hiss edərdi). O, siqarı, demək olar ki, ağzından çıxartmırdı: siqarı yandırmağı yaddan çıxardaraq, sadəcə olaraq, tənbəkini çeynəyirdi, siqarı çəkərək - külünü hara gəlsə tökərdi, söndürülməmiş siqar ilə yuxulayaraq, köynək və şalvarlarını yandırıb deşmişdi (heç olmasa, qarderobun bir hissəsini qoruyub saxlamaq üçün, Klementina ərinə xüsusi yaxacıqlar tikmişdi). Çörçill siqarı hər yerdə və hər vaxt çəkməkdə özünü incitməyi lazım bilmirdi: qitələrarası aviauçuşa görə, siqar üçün deşiyi olan xüsusi oksigenli maska sifariş etmişdi, hətta o, səhər yeməyi zamanı, tənbəki tüstüsündən zəhləsi gedən Səudiyyə Ərəbistanı kralının yanında da siqar çəkmişdi. Ümumiyyətlə, ser Uinston heç vaxt şəraitlə hesablaşmırdı. Afrikadakı müstəmləkə qoşunlarına nəzarət edərkən, əsgərlərə gündə bir qədər su verildiyi halda, onun könlünə vanna qəbul etmək düşən kimi, paravozun buxar qazanını boşaltmağı əmr verirdi. Həm də Çörçill hər hansı pis işləri, öz xeyrinə həll edə bilən heyranedicı qabiliyyətə malik idi. 1931-ci ildə ABŞ-da mühazirə oxumağa gedən zaman - ya diqqətsizliyinə görə, ya da sol tərəfli yol hərəkətinə vərdiş etdiyinə görə, bəlkə də ona görə ki, dekabr ayının 13-ü idi - maşın altına düşmüşdü. Amma o, 15 yerindən sındığı bir halda güclə özünə gələrək, «Kolyerz» jurnalında «Mənim xoşagəlməz Nyu-York macəralarım» adlı məqaləni diktə etmişdir. Bu rişxəndli esse, az qala bütün Amerika qəzetlərində yenidən dərc olunmuş, müəllifə isə, iki min beş yüz dollar pul gətirmişdi (qonorar, xəstəxanadan sonra Çörçillə həyat yoldaşının və qızının Baham adalarında üçhəftəlik istirahətinin dəyərini bütövlüklə çıxartdı) və bu mühazirəçinin əla istirahətini təmin etdi. İngilis cəmiyyətində pul haqqında danışmaq, ümumiyyətlə, qəbul edilmir. Çörçill isə, həm siqarının xərclərini, həm də kazinodakı uduşların məbləğini, ucadan hesablamağı sevirdi (qızğın oyunçu kimi, о həmişə «18» və «22» rəqəmlərinə risk edirdi - kiçik qızlarının anadan olduqları tarixlərdir). О başqalarını utandırmağın məftunu idi - hətta o, tünlükdə, böyük aktyordan hərbi filmdəki Çörçill roluna görə aldığı qonorar haqqında soruşanda, olduqca yüksək rəqəmi eşitdikdən sonra, mızıldanaraq demişdi: «Bu miqdarda pula görə, mən özüm, bu rolu daha yaxşı oynayardım!»Çörçillin olduqca qarınqulu olmasını, portret və şəkilləri çox aydın göstərir: o, çox gözəl qurman və epikürçü olmuşdur. Yalta konfransı zamanı, ser Uinston, yüksək dağlardan Vorontsov sarayına gündəlik gətirilən alabalıq balığını о qədər sevirdi ki, hətta özünün qızıl saatını bu işə məsul olan DİXK əməkdaşına hədiyyə vermişdi. Çörçillin şotland viskisinə və Fransanın «Napoleon» konyakına vəfalı olması, bu günlərdə açıq-aydın ödənilmiş reklam kimi qiymətlendirilə bilərdi. Tamamilə öhdəsindən gəlinməyən qarınqululuq tutması, «qara itlərin yürüşü» vaxtında ser Uinstonu lap əldən salırdı, o, hər dəfə işlərdən kənar qaldıqda, düşdüyü depressiya dövrünü, bu cür adlandırırdı. Bu ağır illərdə Çörçill, kolleksiya yığırdı: siqarın ucunu kəsməkdən ötrü gilyotinləri, kül qablarını, müxtəlif modelli avtomobilləri toplayırdı. O, özünə hər hansı məşğuliyyəti tapırdı: qazonu biçir və mənzərə şəkilləri çəkirdi, yaxud sevimli filmi olan «Xanım Hamiltona» yüzüncü dəfə olsa da baxırdı.
['Çörçill', 'Uinston Çörçill', 'Winston Churchill']
6,689
https://kayzen.az/blog/BMT/1335/bmt-nin-ba%C5%9F-assambleyas%C4%B1.html
BMT-nin Baş Assambleyası
təpəgöz
Birləşmiş Millətlər Təşkilatı
3 may 2010, 23:01
BMT-nin Baş Assambleyası – BA – (General Assambly of the UN)  BMT-nin baş məşvərətçi orqanı adlanır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. Ona BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsində vəkil edil­mişdir. Baxmayaraq ki, Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır. Baş Assambleya BMT-nin siyasətini və proqramını müəyyən edir, büdcəni təsdiqləyir, konfransları təşkil edir və çağırır, əsas fəaliyyət istiqamətini təyin edir, müxtəlif kom­paniyalar keçirir.Baş Assambleya fikirləşən bir forum kimi dünya mil­lətlərinə hər hansı bir məsələni Nizamnamə ətrafında müza­kirə etmək üçün geniş imkanlar yaratmalıdır. Bu BMT-nin nəhəng, nisbətən hörmətli olsa da, lakin Assambleyanı öz qərarlarını həyata keçirməyə məcbur edən BMT-nin tam ha­kimiyyət orqanı deyildir. Assambleya tərəfindən qəbul edilən Qətnamələr Təhlü­kəsizlik Şurasının qərarlarından fərqli olaraq əsas gücə malik olma­dığından heç bir millət həmin qərarları ləğv etmək hüqu­quna malik deyil. Baş Assambleya iqtisadi və sosial qəyyumluq, həmçinin xüsusi müəssisələrin şurasının fəaliyyətinə nəzarət edir. As­sambleyanın üzərinə həmçinin əsas elektron öhdəçiliklər qoyu­lur. Təhlükəsizlik Şurası ilə birlikdə Assambleyanın Baş Katibi, Beynəlxalq Məhkəmənin hakimlərini seçir və o həm­çinin BMT-yə yeni üzvlərin qəbulu haqqında qərar qəbul edir. Assambleya on daimi üzv olmayan üzv seçir. Nəhayət  Assambleya BMT-nin büdcə təşkilatının üzvü olan hər döv­lətin üzvlük haqqını müəyyən edir. Nizamnaməyə uyğun olaraq Baş Assambleyanın fun­ksiya və səlahiyyətləri aşağıdakılardan ibarətdir: beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək, o cümlədən silahlanmanı tənzimləmək və dayandırmaq sahə­sində əməkdaşlıq prinsiplərini formalaşdırmaq; beynəlxalq sülhə və təhlükəsizliyə aid olan hər hansı bir məsələni müzakirə etmək, hər hansı bir mübahisəyə bax­maq səlahiyyətinə malikdir (əgər məsələyə baxılması Təhlü­kəsizlik Şurasında deyildirsə). Nizamnamə çərçivəsində və Millətlər Təşkilatının səla­hiyyətlərinə və funksiyasına aid olub və onun hər hansı bir bölməsinə uyğun olan məsələləri müzakirə etmək və töv­siyələr vermək; Beynəlxalq siyasi əməkdaşlığa köməklik etmək məq­sədi ilə tədqiqatlar aparmaq və tövsiyyələr hazırlamaq, in­sanların əsas azadlıq və hüquqlarını həyata keçirmək üçün beynəlxalq hüquq normalarını inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni, təhsil və səhiyyədə əməkdaşlığa kö­məklik göstərmək; Hər hansı bir vəziyyətin başvermə səbəblərindən və onun millətlərə ziyan verməsindən asılı olmayaraq onun sülh yolu ilə tənzimlənməsi üçün tədbirlər irəli sürmək; Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurası­nın və digər orqanların məruzələrini almaq və baxmaq; Birləşmiş Millətlər Təşkilatının büdcəsinə baxmaq və təsdiq etmək, ayrı-ayrı üzvlərin üzvlük haqqını müəyyən et­mək; Təhlükəsizlik Şurasının, Iqtisadi və Sosial Şuranın daimi olmayan üzvlərini seçmək qəyyumluq şurası üzrə üzvləri seçmək, Təhlükəsizlik Şurası ilə birlikdə Beynəlxalq Məhkəmə hakimlərini seçmək və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin etmək. Baş Assambleyanın qərarı sadə səs çoxluğu ilə qəbul edilir. Lakin Nizamnaməyə görə əsas hesab edilən bəzi mə­sələlər (yeni üzvlərin seçilməsi, dünya əhəmiyyəti kəsb edən Qətnamələr) haqqında Qətnamə qəbul edir ki, bu da üçdə iki səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayında Baş Assambleyanın növbəti ses­siyası toplanır. Bundan başqa, Assambleya Təhlükəsizlik Şu­rasının, Birləşmiş Millətlər Təşkilatının, təşkilatın bir üzvünün və digər çoxluğun razılığı ilə  toplana bilər. Şuranın doqquz üzvünün və ya Birləşmiş Millətlər Təş­kilatı üzvlərinin çoxunun Təhlükəsizlik Şurasının Fövqəladə xüsusi sessiyasının tələbi ilə daxil olduğu vaxtdan 24 saat müddətində çağrıla bilər. Assambleyanın hər sessiyasının başlanğıcında müzaki­rədə dövlət və hökumət başçıları çıxış edir. Müzakirədə onlar çoxlu beynəlxalq məsələlər üzrə öz fikirlərini ifadə edirlər. Şuraların çoxu altı əsas komitədə müzakirə olunur. Birinci Komitə (Beynəlxalq Təhlükəsizlik və Tərksilah məsələləri): Ikinci Komitə (Iqtisadi və Maliyyə məsələləri); Üçüncü Komitə (Sosial, humanitar və mədəniyyət mə­sələləri); Dördüncü Komitə (Xüsusi Siyasi məsələlər və Dekoloni­zasiya məsələləri); Beşinci Komitə (Inzibati və Büdcə məsələləri); Altıncı Komitə (Hüquqi məsələlər). Baş Assambleyanın 1950-ci ildə «Sülh naminə birlik» Qətnaməsini qəbul etməsi onun rolunu nisbətən artırmışdır. Bu qətnamə fövqəladə hallarda Təhlükəsizlik Şurası fəaliyyət göstərə bilmədikdə kollektiv tədbirlər görmək, hətta hərbi güc tətbiq etmək üçün Assambleyaya təcili çağrılma səla­hiyyəti vermişdir. Qətnamə dünyanın hər hansı bir hissəsində təhlükəli vəziyyətə nəzarət etmək üçün müxtəlif dövlətlərin 14 nümay­əndəsinin iştirak etdiyi Təhlükəsizlik Şurasının və Baş As­sambleyanın tələbi ilə bütün dövlətlər (BMT-nin üzvü olan) Hərbi komissiyanı təsis etdi. Öz səlahiyyətlərini genişləndirərək Assambleya 1950-ci ildə Çinin Koreyaya müdaxiləsinə, 1956-cı ildə Süveyş böh­ranına, SSRI-nin Macarıstana müdaxiləsinə, 1958-ci ildə Li­van böhranına, 1960-cı ildə Konqo böhranına və digər bir neçə böhran vəziyyətinə nəzarət etməyi öz əlində saxlamışdır. Həmin dövrdə dekolonizasiya siyasəti Assambleyanın siyasi bazasının genişlənməsinə səbəb oldu. Təhlükəsizlik Şurası bazasının genişlənməsinə səbəb oldu, Təhlükəsizlik Şurası ancaq təhlükə­sizlik məsələləri ilə məşğul olmağa başladı. ABŞ bir qayda olaraq Baş Assambleyada həyati əhə­miyyət kəsb edən məsələlərə səsvermədə üstünlüyü əldə et­məyə nail oldu. 1960-1970-ci illərdə Afrika – Asiya – Ərəb blokunun güclənməsi ilə əlaqədar olaraq üstünlüyü əldə et­mək üçün dün­yanın üçüncü ölkələrinə siyasi, iqtisadi, diplo­matik təzyiqləri artırmağa başladılar. Bu qərar Assambleyanın, həmçinin Təhlükəsizlik Şura­sının bu baxımdan BMT çərçivəsindən kənarda müəyyən ba­xımdan güc nisbətlərini əks etdirirdi, hətta Assambleyada qəbul edilən «bir dövlət – bir səs» siyasi prinsipi müxtəlif öl­kələrin siyasi, hərbi, iqtisadi maraqlarında bərabərsizliyi ara­dan qaldırmaq gücünə malik olmadı. Əsas çoxluğa nail ol­maq bəzi hallarda səhnə arxasında gizli, hətta rüşvət və qor­xutmaq tez-tez köməklik edirdi. Baş Assambleyanın hesabında bir çox nailiyyətlər olsa da açıq şəkildə müvəffəqiyyətsizlik də az deyildi. 1956-cı ildə Assambleyaya Süveyş böhranından sonra Yaxın Şərqdə Sta­tus – KVO-nu bərpa etmək sülhü qoruyub saxlamaq üçün yeni səmərəli vasitələr – BMT-nin fövqəladə hərbi gücünü yaratmaq nəsib oldu. Bununla belə Baş Assambleya SSRI-nin 1956-cı ildə Macarıstana və 1967-ci ildə Çexoslovakiyaya müdaxiləsini dayandırmaq üçün səmərəli fəaliyyət göstərə bilmədi. O, Vyet­namda gedən müharibəyə təsir göstərə bil­mədi. Yaxın Şərqdə Assambleyaya müharibədən sonra 1967-ci ildə Israillə qonşu dövlətlər arasında Ərəb əhval-ruhiyyəli danışıqlar yarada bilmədi. Bununla belə, Assambleyanın müzakirə aparmaq üçün fəaliyyəti məhdudlaşmır. Belə ki, Baş Katibliyin himayəçiliyi ilə beynəlxalq hüquq sferasında Atom enerjisi üzrə Beynəl­xalq Agentlik (MAQATE) təsis edilmişdir. Assambleyanın əsas töhfəsi 1948-ci ildə insan hüquqları haqqında Bəyan­namənin və soyqırım haqqında Konvensiyanın qəbul edilmə­sidir. Baş Assambleya silahlanmaya nəzarət üzrə üç əsas sa­ziş qəbul et­mişdir: 1966-cı ildə Kosmos məkan haqqında, 1968-ci ildə Nüvə silahının yayılması haqqında müqavilə və 1971-ci ildə Dənizin təkindən istifadə olunması haqqında müqavilə, 1974-cü ildə Baş Assambleya Tokioda bir dövlət bir səs prinsipi  Birləşmiş Millətlər Təşkilatının mənzil-qəra­rgahı ilə Univer­si­tetin yaran­masının təşəbbüskarı olmuş və onun dünya regio­nları üzrə şöbələrini təsis etmişdir. Avra­siya – ərəb blokunun «77- qrup» un yaranması və əsas blok­lara qoşulmayan ölkələrin birliyinin üstün olması Amerikanı məcbur etdi ki, Assambleyanın «bir dövlət – bir səs» siyasi prinsipindən şübhə­lənməyə vadar etdi. Məsələ aşağıdakılarla əhatə olunurdu: doğrudanmı iqtisadi cəhətdən zəif, savadsız əhalisi olan, qüdrətsiz orduya malik olan bütün hüquqlardan bərabər olan kiçik bir ölkəyə nisbətən böyük dövlətlər orqa­nının qərarlarını   qəbul  etsinlər.  ABŞ-ın BMT büdcəsinin  25 %-ni öz öhdəsinə götürməklə daha çox səs almaq faktı böyük dövlətlərin Assambleyasını rədd etmək fikrinə səbəb olurdu.Bu zaman amerikanlar bu və ya digər dövlətin səs­vermədə real siyasi gücü nəzərə alınmaqla səsver­məni apar­maq kimi qeyri-formal təklif verdilər. Bütün bu təkliflər siy­asi güc meyarını müəyyən etmək imkanlarının müm­kün ol­madığına əsaslanırdı. Ona görə də iri dövlətlərin Assamb­ley­anı saymamalarının nə qədər təhlükəli olmasına bax­maraq «bir dövlət – bir səs» siyasi prinsipi saxlandı. Bu zaman hər bir fəaliyyət ya ancaq Təhlükəsizlik Şurasında və ya BMT çərçivəsindən kənarda baş verməli idi. Iqtisadi baxımdan Baş Assambleyanın quruluşunda dörd komitə çalışır və onlardan hər biri onun səlahiyyətinə aid olan məsələləri həll edir və Baş Assambleyanın qarşısında məsuliyyət daşıyırlar. 1.Iqtisadi və Maliyyə məsələləri üzrə komitə (Economic and Financial – Second Committec). 2.BMT-nin beynəlxalq ticarət qaydaları üzrə Komissiya – YUNSITRAL – (Un Commission on International Trade Law  - UNCITRAL). 3.Beynəlxalq hüquq üzrə Komissiya – KMP – (Interna­tional  Law   Commission - ILC). 4.Investisiya üzrə Komitə (Investment Committee). Bu komitələr çərçivəsində Baş Assambleyanın plenar iclasına təqdim üçün təkliflər və bəyannamələr  işlənib ha­zır­lanır. BMT-nin hər bir üzvü bu komitələrin hər birində təq­dim oluna bilər. Hər bir Komitə öz sədrini seçir. Iştirak edənlərin və səs verənlərin çoxluğu ilə qərar qəbul edilir.
['BMT Baş Assembleyası']
6,690
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/1332/kimya%C3%A7%C4%B1lar-v%C9%99-kimya%C3%A7%C4%B1lar%C4%B1n-h%C9%99yat%C4%B1ndan-maraql%C4%B1-faktlar.html
Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar
Aynur
Böyük insanlar,şəxsiyyətlər
3 may 2010, 20:40
Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:Hara belə, Aleksandr Porfiyeviç?- Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi. 1811-ci ildə Kurtua kimya laboratoriyasında barıt istehsalı üçün lazım olan xammal növlərinin alınması və xassələrinin öyrənilməsi ilə məşğul idi. O, bir bankada spirtdə həll edilmiş dəniz otlarının külünü saxlayırdı. Başqa bir qabda isə sulfat turşusu məhlulu vardı. Alim stol arxasında əyləşərək nahar edirdi. Kurtuanın sevimli pişiyi isə bu zaman onun çiynində oturmuşdu. Birdən pişik yerə atıldı. Maye dolu qablar bir-birinə toxunub sındı və döşəmənin üstündə gölməçə əmələ gəldi. Mayelərin qarışığı köpüklənir, ondan göyümtül-bənövşəyi buxar qalxdı. Həmin buxar soyudulduqda metal parlaqlığına malik kristallar yaranırdı. Kəskin iyi olan bu maddənin yeni element olduğunu yəqin edən Kurtua onu yod adlandırdı. «Yod» sözü yunanca «yodes» sözündən götürülmüşdür, mənası «bənövşəyi» deməkdir. 1912-ci ildə məşhur qütb tədqiqatçısı Skot və onun yoldaşlarının məhvinin səbəbkarı qalay çuması adlanan hadisə olmuşdur. Qalay çuması zamanı metalın quruluşu pozulur və toz halında ovxalanıb tökülür. Belə ki onların maye yanacaq saxladıqları qablar qalay cuması nəticəsində deşilmiş və nəticədə yanacaq axıb getmişdir. XVIII əsrdə yaşamış İsveç Alimi K.Şeyele hazırda kimyaçılara yaxşı məlum olan xlor qazını, manqan metalını kəşf etmişdir. Onu çox mühüm kəşflərinə və ixtiralarına görə bütün dünya tanıyırdı. O, heç vaxt özünü gözə soxmaz, lovğalanmaz, kiçik bir aptekə çəkilib, gecə-gündüz kimya sahəsində axtarışlar aparardı. Bir dəfə İsveç kralı Avropa ölkələrinə səyahətə çıxır. Bu zaman kral Şeyele haqqında o qədər xoş sözlər eşidir ki, vətənə qayıdan kimi onun mükafatlandırılması və təltif edilməsi barədə əmr verir. Lakin kimyaçı Şeeleni dövlət adamlarından heç kəs tanımadığından, kralın əmri yerinə yetirilsin deyə ordeni və mükafatı qarşıya çıxan ilk Şeyele familiyalı bir adama verirlər. İsveç alimi məşhur kimyaçı K.Şeyele növbəti kəşf etdiyi maddənin xassələrini öyrənərək onun xüsusi çəkisini, rəngini, iyini və s. fiziki xassələrini müəyyən etdikdən sonra, həmin maddənin dadını və istilik əmələ gətirmə xassəsini dadmaq yolu ilə yoxlamışdır. Alim möhkəm zəhərlənərək xeyli əziyyətdən sonra keçinmişdir. Sən demə, alimin kəşf etdiyi yeni maddə dünyada ən güclü zəhərlərdən biri olan sianid turşusu imiş. Gəncliyində hüquqşünas olsa da, Lauvazye daha çox təcrübi kimyanı özünə sənət seçmiş, bu sahədə fəaliyyətə başlamışdı. Lakin o, eyni zamanda dövlət işində xidmət edib, vergi komissiyasının üzvü olmuşdu. 1789-cu ildə başlanan fransız inqilabı zamanı o, başqa həmkarları ilə birlikdə həbs olunub, bir neçə ildən sonra gilyotində edam olundu. Məhkəmə hökm çıxaranda hakimdən xahiş etmişdilər ki, bu adam dahidir, ona güzəşt etmək lazımdır. Hakim isə belə cavab vermişdir: «İnqilaba dahilər gərək deyil.» Məşhur alman kimyaçısı Yustus Libix 1871-ci ildə fransız ordusunu məğlub etdikdən sonra vətəninə qayıtmış bir qrup əsgəri öz evinə nahar yeməyinə dəvət etmişdir. Bavariyalı əsgər təəccüblə kitab rəflərinə baxaraq demişdir: «Sizdə ki, bu qədər kitab görürəm, yəqin ki, cildçisiniz.» R.Buzenlə birlikdə spektral analizi kəşf etmiş R.Kirxqof köhnə məktəbin tərəfdarlarından olan bir kimyaçı ilə olan söhbətini belə xatırlayır: Kimyaçı R.Kirxofdan onun hansı isə bir dəlinin özünün spektroskopu vasitəsi ilə günəşin kimyəvi tərkibini öyrənmək arzusunda olması haqqında bir şey eşidib-eşitməməsi barəsində soruşduqda Kirxqof buna müsbət cavab verir və boynuna alır ki, bu dəli onun özüdür. Xlorla təcrübə aparan alman kimyaçısı Eqon Viber tələbələrə dərs deyəndə bu sözlərlə müraciət etmişdir: «Məlum olduğu kimi, xlor zəhərli qazdır. Əgər mən huşumu itirsəm, xahiş edirəm məni təmiz havaya çıxarasınız. Ondan sonra dağılışa bilərsiniz. Hər ehtimala qarşı yadınıza salıram ki, növbəti mühazirə dördüncü gün olacaqdır.» Görkəmli İsveç kimyaçısı İ.Y.Bertselius (1779-1848) kiçik bir şəhərdə yaşayıb və işləyirdi. Bir dəfə həmyerliləri onun qulluqçusundan soruşurlar: «Alim nə ilə məşğuldur? - Dürüst deyə bilmirəm. Yalnız bunu bilirəm ki, o, böyük şüşədəki mayeni çalxalayaraq nisbətən kiçik şüşəyə, oradan da daha kiçik şüşəyə tökür. - Bəs sonra nə edir? - Sonra da atır bayıra» - deyə qız cavab verir. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['kimyaçı', 'kimyaçılar', 'Şeyele', 'Bertselius', 'dahi kimyaçı', 'dahilərin həyatı']
6,691
https://kayzen.az/blog/roma-tarixi/1330/romada-quldarl%C4%B1q-v%C9%99-islahatlar.html
Romada quldarlıq və islahatlar
papatürk
qədim Roma
3 may 2010, 19:30
E.Ə. II-I ƏSRLƏRDƏ ROMADA QULDARLIĞIN İNKİŞAFI Romalılar əmək alətlərini iki yerə bölürdülər: canlı və cansız alətlər. Canlı alətləri isə iki qrupa ayırırdılar: danışan və danışmayan alətlər. Danışan alətlər dedikdə qullar nəzərdə tutulurdu. Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və üzümlüklər salır, mal-qara sürüləri saxlayır, şəhərlərdə emalatxanalar açır, iri gəmilər inşa edirdilər. Roma imperiyasının hər yerində qul bazarı var idi. Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında idi. Qullardan təsərrüfatın bütün sahələrində: daş karxanalarında, mədənlərdə, tikintilərdə, ev işlərində, gəmiçilikdə istifadə olunurdu. İtaliyada kənd təsərrüfatında quldan daha çox istifadə edirdilər. İş qabiliyyətini itirmiş qullar kimsəsiz adalara atılır və orada acından ölürdülər. Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qullar qladiator adlanırdı. Qədim etrusklarda həlak olan döyüşçülərin şərəfinə əsirləri qurban vermək adəti var idi. Sonralar isə əsirləri bir-biri ilə vuruşdururdular. E.ə. III əsrdən Romada qladiator döyüşləri keçirilməyə başladı. Bu qladiator döyüşləri etruskların adəti ilə bağlı idi. Romada qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə oxşar amfiteatr tikilirdi. Amfıteatrın mərkəzi - qırmızı qum tökülmüş meydança arena adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Onlar baş barmaqlarını aşağı salanda məğlub qladiator öldürülməli idi. Əllərini yuxarı qaldırdıqda isə onu sağ saxlayırdılar. Qədim Roma və Yunanıstan qədim dünyanın klassik quldar dövləti idi. Qədim dünyanın heç bir ölkəsində bu qədər qul yox idi, E.ə. II əsrdə Roma əyalətlərində qulların üsyanı baş verdi. Bu dövrdə Siciliyada baş vermiş üsyan 6 il davam etdi. Quldarlar onu çox çətinliklə yatırtdılar. QRAKX QARDAŞLARI VƏ ONLARIN İSLAHATLARI Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli əməyini ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın alırdılar. Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış kəndlilər şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar, çünki burada da bütün işləri qullar görürdü, nəticədə kəndlilər işsiz qalır, ölkədə evsiz-eşiksiz adamların sayı artırdı. Kəndlilər var-yoxdan çıxdığı üçün Roma ordusu zəifləməyə başladı. Çünki Roma qoşununun əsasını kəndlilər təşkil edirdi. Kəndlilərin yoxsullaşması, çoxlu qul kütləsi Roma üçün təhlükə törədirdi. Bir çox Romalı aristokratlar kimi plebeylər nəslindən olan Tiberi və Qay Qrakx qardaşları da bunu yaxşı başa düşürdülər. Tiberi xalq qarşısında çıxış edərkən deyirdi: «Hətta vəhşi heyvanların da öz yuvaları var. Roma uğrunda vuruşan və ölənlərin isə hava və işıqdan başqa heç nəyi yoxdur». Tiberi və Qay qardaşları Roma quldarlıq dövlətini xilas etmək üçün torpaq islahatı hazırladılar. E.ə. 133-cü ildə Tiberi Qrakx tribun seçildi. Onun təklif etdiyi torpaq qanununa görə, hər bir romalı ailəsi 250 hektardan artıq dövlət torpağından istifadə edə bilməzdi; qalan torpaqlar pulsuz həmişəlik yoxsul kəndlilərə verilməli idi və onları satmaq qadağan olunmalı idi. Senat bu təklifi rədd etdi. Forumda çağırılmış xalq yığıncağında Tiberi xalqa müraciət edib irəli sürdüyü qanunun ədalətli olduğunu sübut etdi. Xalq yığıncağı torpaq qanununu qəbul etdi. Senat xalqdan qorxub xalq yığıncağının qanununa qarşı çıxmadı. Tiberinin düşmənləri ona böhtan atıb dedilər ki, Tiberi padşah olmaq və respublikanı məhv etmək istəyir. Bundan istifadə edən senat xalqı «respublikanı xilas etməyə» çağırdı. Onlar isə Tiberini və onun 300 tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar. Torpaq qanunu həyata keçmədi. On ildən sonra, yəni e.ə. 123-cü ildə Tiberinin qardaşı Qay Qrakx tribun seçildi. O, qardaşının işini davam etdirib torpağı kəndlilərə paylamağa başladı. 80 min yoxsul torpaq aldı. O, senatın hüququnu məhdudlaşdırmağı, yoxsulları dövlət işlərinə cəlb etməyi irəli sürdü, lakin Qayın tribun vaxtı başa çatandan sonra senatorlar ona qarşı çıxdılar. Roma küçələrində baş verən vuruşmalarda Qay və onun üç min tərəfdarı həlak oldu. Qayı öldürənə onun başı ağırlığında qızlı vəd etdilər. Torpağın yoxsullara verilməsi yenə də dayandırıldı. Kəndlilərin dövlətdən aldığı torpağın satılmasını qadağan edən qanun ləğv edildi. Varlılar kəndlilərin torpaqlarını satın almağa başladılar.
['quldarlıq', 'Qrakx qardaşları']
6,692
https://kayzen.az/blog/masonluq/1327/harun-y%C9%99hya-qlobal-masonluq-kabbalan%C4%B1n-i%C3%A7-%C3%BCz%C3%BC.html
Harun Yəhya "Qlobal Masonluq" - Kabbalanın iç üzü
mr13
Masonluq,onun tarixi
3 may 2010, 18:24
Tövratın 2 kitabının başlığı olan "Exodus" kəlməsi tərcümədə "çıxış" anlamına gəlir. Bu kitabda İsrail oğullarının Hz.Musanın öndərliyi ilə Misirdən çıxaraq, fironun zülmündən qurtulmalarından söhbət gedir. Firon qul kimi işlətdiyi İsrail oğullarını azad etmək istəməsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr və Fironun qövmünə göndərdiyi fəlakətlər qarşısında aciz qalmışdı. Bunun sayəsində İsrail oğulları bir gecədə Misirdən gizlincə köçə bilmişdilər. Firon onların ardınca düşsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr İsrail oğullarını bəladan qurtarmışdı.Ancaq bu vaqiəni bizə daha düzgün çatdıran qaynaq Qurani-Kərimdir, çünki Hz.Musaya vəhy olunan Tövrat bu günə qədər xeyli təhrif edilib. Tövratın beş kitabı (Təkvin, çıxış, Levililər, Saylar və Təsniyə) arasında xeyli ciddi ziddiyyətlərin olması da buna sübutdur. Bu beş kitabdan axırıncısı olan Təsniyənin sonlarında Hz.Musanın ölümünün və dəfninin təsvir olunması da açıq-aşkar göstərir ki, o, peyğəmbərin ölümündən sonra yazılıb, yəni ona gələn vəhy deyil. Quran isə İsrail oğullarının Misirdən necə çıxmalarını bütün digər qissələr kimi, heç bir ziddiyyətsiz-filansız, ağla və məntiqə tamamilə uyğun şəkildə çatdırır. Üstəlik, Allah Quranın digər qissələrində olduğu kimi, burada da hadisələrin cərəyan etməsilə çox böyük hikmət və sirr aşılayır. Ona görə də ağıl və hikmət gözü ilə baxanda bu qissələrdən böyük ibrət götürmək mümkündür.Böyürən buzov heykəliQuranda İsrail oğullarının Misirdən çıxışı haqqında bəhs edilən gerçəkliкlərdən biri də onların Hz.Musa vasitəsilə Fironun zülmündən qurtulmalarına rəğmən, yenə də Allaha və dininə qarşı üsyan etmələridir. İsrail oğulları Hz. Musanın təbliğ etdiyi tövhid dinini heç cür qəbul etməyərək, bütpərəstlikdən əl çəkməyiblər. Bu olay Quranda belə çatdırılır:"Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" Musa belə cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("əraf" surəsi, 138-139).İsrail oğullarının bu sapqın meyli Hz.Musanın xəbərdarlığına rəğmən də davam edib, peyğəmbər onlardan ayrılaraq, təkbaşına Tur dağına gedəndə isə açıqca ortaya çıxmışdı. Hz.Musanın yoxluğundan istifadə edən Samiri adlı bir nəfər İsrail oğullarının bütpərəstlik meyillərinə əsаslаnаrаq, bir buzov heykəli düzəltmiş və qövmünü ona ibadət etməyə çağırmışdı:"Musa qəzəbli və kədərli halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsauzun bir müddət keçdi? Yaxud, Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib, mənə verdiyiniz vədə xilaf çıxdınız?"Onlar dedilər: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı. Samiri onlara böyürən bir buzov heykəli çıxartdı. Dedilər: "Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur" ("Taha" surəsi, 86-88).Maraqlıdır, nəyə görə İsrail oğullarının büt düzəldib, ona ibadət etmək kimi əcaib bir adətləri vardı? Bunun kökü haralara gedib çıxır? Aydın məsələdir ki, əvvəlcədən bütpərəst olmayan bir xalq qəfildən büt düzəldərək, ona ibadət etməyə başlaya bilməz. Bunu ancaq bütpərəstliyi təbii qarşılayan, bu səfeh inancı mənimsəmiş insanlar edə bilərdilər. Halbuki, İsrail oğulları babaları Hz. Ibrahimdən sonra tək Tanrıya ibadət etmiş bir qövm idi. "İsrail oğulları" ifadəsi Hz.Ibrahimin nəvəsi olan Hz.Yaqubun oğullarını və onlardan gələn soyu nəzərdə tutur. İsrail oğulları öz babaları Hz.Ibrahim, Hz.Ishaq və Hz.Yaqubdan tək Allaha iman gətirməklə bağlı tövhid inancını miras almış və qorumuşdular. Hz.Yusiflə birlikdə Misirə getmiş, orada uzun zaman yaşamış, bütpərəst misirlilərin arasında öz tövhid inanclarını qoruyub saxlayа bilmişdilər. Quran qissələrindən anlaşılır ki, Hz.Musa göndəriləndə də İsrail oğulları tək Allaha iman edən bir qövm imişlər. Yaxşı, bəs necə oldu ki, onlar həm bütün bunlardan, həm də Hz.Musa tərəfindən göstərilən çoxlu möcüzələrdən sonra qəfildən asanlıqla bütpərəstliyə doğru yönəldilər? Bunun səbəbi nə ola bilər?Yeganə izah budur ki, İsrail oğulları tövhid dini ilə yaşayan bir toplum olsalar da, оnlаrı əhаtə edən bütpərəst qövmlərin təsirinə düşərək, Allahın göndəriyi dinin əvəzinə bütlərə üz tutmuşdulаr. Təbii ki, bu təsiri göstərən onların uzun müddət yaşadıqları Qədim Misirin bütpərəst sivilizasiyası idi. Buna aid çox qüvvətli bir sübut da var - fikir verin: Hz. Musa Tur dağında ikən İsrail oğullarının haqq yoldan saparaq, ibadət etdikləri "böyürən buzov heykəli" əslində Qədim Misirdəki Ator və Afis adlı bütlərin anoloqudur!Xristian araşdırmaçısı Riçard Rayvs (Richard Rives) "Too Long in the Sun" (Uzun müddət Günəşin altında) adlı kitabında yazır:"Qədim Misirdəki buğa və inək tanrıları, yəni Ator və Afis Günəşə sitаyişin simvollarıdır. Bu bütlərə ibadət Qədim Misirdə Günəşə sitаyişin uzun tarixinin sadəcə kiçik bir hissəsidir. Sina dağındakı (İsrail oğullarının sitаyiş etdiyi) qızıl buzov isə orada keçirilən bayramın Günəşə ibadətlə bağlılığını göstərir.Qədim Misirin bütpərəst dininin İsrail oğullarına təsiri çox müxtəlif mərhələlərdə özünü göstərib. Məsələn, bir az əvvəl də dediyimiz kimi, onlar səfərləri zamanı bütpərəst bir qövmlə rastlaşanda bu sapqın inanca meyl edərək, "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" söyləmişdilər ("əraf" surəsi, 138-139). Həmçinin peyğəmbərə dedikləri "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq!" ("Bəqərə" surəsi, 55) sözləri də Qədim Misirin bütpərəst dinində olduğu kimi, "gözlə görünən", yəni maddi varlıqlara (bütlərə) sitаyiş etməк istəyindən xəbər verir.İsrail oğullarının bu cəhəti son dərəcə vacibdir və bizə Tövratın təhrifi, bir də Kabbalanın mənşəyi ilə bağlı önəmli baxış bucağını açır. Bu iki məsələni dərindən аrаşdırаndа, onların köklərinin Qədim Misirin bütpərəst və materialist inancına əsaslandığını görürük.
['masonluğun tarixi', 'kabbala', 'Musa peyğəmbər', 'İsrail oğulları']
6,693
https://kayzen.az/blog/mr13/1326/siqaret-qutusundan-q%C4%B1r%C4%B1c%C4%B1-t%C9%99yyar%C9%99.html
Siqaret qutusundan qırıcı təyyarə
mr13
Bloq: mr13
3 may 2010, 17:57
Diorun Oriqami haqqında topikindən və siqaretlə bağlı bir neçə topkdən ilhamlanaraq sizə siqaret qutusundan qırıcı təyyarə düzəltməyi öyrətmək istəyirəm. Uşaqlıqda çox düzəldərdik.
['oriqami']
6,694
https://kayzen.az/blog/fotoanons/1325/reklam-bilbordlar%C4%B1.html
Reklam Bilbordları
mr13
fotoanonslar
3 may 2010, 17:22
İnsan Fantaziyası çox şeylərə qadirdir və bunun bariz nümunəsi kimi reklam sahəsini göstərmək olar. Çox super Bilbordlar  olan albomu sizə təqdim edirəm.
['reklam', 'kreativ']
6,695
https://kayzen.az/blog/bloq%C3%A7u/1324/skafandr-v%C9%99-k%C9%99p%C9%99n%C9%99k.html
Skafandr və Kəpənək.
bloqçu
Bloq: bloqçu
3 may 2010, 17:16
"Bəzən mənə elə gəlir ki ki, mən ürəyimin döyüntülərini eşidirəm, amma, mən hər dəfəsində özümü əmin edirəm ki, -bu kəpənəyin qanadlarıdır..."Kitabın hekayəsimi, yoxsa, bilmirəm kitabı yazanın hekayəsimi desəm -hansı düzgün olar?! Yaxşı ilk öncə filmdən bəhs edim, sonra keçəcəm kitaba.Həyatdan götürülmüş filmlər hər zaman həyatın özü kimi maraqlı olur. Niyə də olmasın?! Əslində, belə götürsək, bütün filmlər elə həyatın özüdür. Amma, elə filmlər var ki, real həyatı əks etdirir və təbii ki, bu da maraq dərəcəsinə görə digərlərindən fərqlənir.Jan Dominik Bobun kitabı əsasında çəkilmiş "Skafandr və kəpənək" filminin mənim üçün xüsusi yeri var. Çünki, filmi çox bəyənir və maraqlı sayıram. Çünki film həyatdan götürülüb, o həyatdan ki, adi həyat deyil...Heç düşünmüsünüzmü insult keçirən bir şəxs nə fikirləşir deyə? Onun bədəni işləmir, amma, görür, eşidir və düşünür. Bəli bu mövzuda çox filmlər çəkilib, amma, heç bir film həmin düşünən şəxsin düşüncələrini, onun nəzərini, onun içini əks etdirmir. Hər halda mən belə düşünürəm.Bu film üçün kinoteatra gedəndə elə də həvəslə getmirdim, çünki, eynəyimi sındırmışdım. Amma, düşündüm ki, kinoteatrda filmə baxmağa nə var ki, maşallah, nə boyda ekran. Orda məlum oldu ki, film orijinal dilindədir (fransızca), subtitrla və bu məni bir az da məyus etdi, çünki, eynəyim olmaması üzündən alt yazıları o qədər da yaxşı seçə bilməyib, filmdəki fraqmentləri qaçıracağdım. Amma, sizi inandırım ki, filmə baxanda bu mənimçün elə də önəmli olmadı. Gözümün zəifliyi bir yana, dilin fransızca olması bir yana, film mənə o qədər maraqlı gəldi ki..Filmin qıısaca izahatıSkafandr və kəpənək - bu nə deməkdir?! Skafandr - qəhrəman öz bədəninin içində əsirdir. Kəpənək- onun qəlbidir. Film real həyat əsasında çəkilmişdir. Bir ailə başçısı, kənarda sevgilisi və uğurlu işi (Elle jurnalının redaktoru) olan adi bir insan Jan Dominik Bob 1995-ci ildə 8 dekabr tarixində 45 yaşında insult keçirir, hansı ki, bu onu bütünlüklə iflic vəziyyətinə salır. Üzərində çoxlu sayda (səhv xatırlamıramsa 19) əməliyyat keçirilən Janın sadəcə bir gözü açıq vəziyyətdə qalır. O bu gözü ilə görür, hamını eşidir, düşünür. Filmdə əsasən onun gördükləri, onun düşündükləri əks etdirilir. Yəni, film başlayar-başlamaz siz elə bil önun zehnindəsiniz. Siz onun düşüncələrini, səsini, qışqırıqlarını eşidirsiniz. O deyir ki: "mən burdayam, mən varam, yaşayıram, mən eşidirəm " Elə bil ki, sən də onunla birlikdə skafandrın içindəsən. Bob deyir ki "mənim gözümdən başqa iflic olmayan daha 2 üstünlüyüm var: yaddaş və təxəyyül."O öz fikirlərini ətrafındakılara ancaq bir yolla izah edə bilir: onun yanında bir həkim və ya tibb bacısı daim ona əlifba sırası ilə hərfləri sayır və o da öz növbəsində sözün hansı hərfi deyilməlidirsə o hərfdə gözünü qırpır və bu yolla insanlar onunla söhbət edirlər. Bundan əlavə ən əsası da, bu yolla o öz kitabını yazmış olur. Film çəkilən ərəfədə rejissor Culian Şnabel Jan Dominik Boba baxan xidmətçilər, tibb bacıları ilə mütəmmadi olaraq əlaqə saxlayır və hər bir şeyi dəqiqliyi ilə öyrənirdi ki, filmi düzgün çəkə bilsin.Bob həm də öz yumor hissini də qoruyub saxlamışdı. Öz aləmində insanlarla məzələnirdi də. Ən gülməlisi isə budur ki, o daha çox öz halına gülür və özü ilə məzələnirdi)) Bir çoxları isə belə vəziyyətə düşdüklərindən dolayı içləri qan ağlayır, amma, Bob bu halıyla belə az da olsa yaşamağı bacardı.Onun daxili ailəmi.. Jan Dominik elə bil ki bir skafandrın içindəydi, amma, o uçmağı bacardı. Əvvəl görmədiyi yerləri gördü...Bir kəpənək kimi uçdu. Onun düşüncələri, onun fikirləri buna qanad oldu. Halbuki əvvəllər, o, bu qədər düşünməzdi..Kitab haqqında.140 səhifəlik əmək. Gör neçə dəfə hərf sayılmalı və neçə göz qırpımı olmalıdır ki, bir kəsin daxili ailəmi, düşüncələri paylaşıla, 140 səhifəlik bir kitab yazıla. Maraqlıdır elə deyilmi?! İnsan bu halda belə kitab yazır. Biri üçün bir cümlə qurulsun deyə saatlarla oturub hərfləri əzbərdən təkrar etmək və bununla yanaşı onun gözünə də fikir vermək asan iş deyil. Bu yolla o boyda kitab ərsəyə gətirmək böyük məharətdir. Kitab Jan Dominik ölməmişdən bir neçə gün əvvəl nəşr olunub. Yəni, kitab 1997-ci ililn mart ayında işıq üzü gördü, hansı ki, Fransada düz 400 000 tirajla satışa buraxıldı və deyilənə görə də elə bundan sonra onun ekranlaşdırılması üçün də səylər göstərilməyə başlanmışdı. Yox-yox, bu kitabı mütləq tapıb oxumalıyam. Çox maraqlı olsa gərək.Əbəs yerə deyil ki, film müxtəlif mükafatlara layiq görülüb. Hələ rejissordan danışmıram. Çox uğurlu bir işdir.
['skafandr', 'kəpənək', 'insult', 'iflic', 'düşüncələr', 'kitab']
6,696
https://kayzen.az/blog/cqk/1322/renessans-komandas%C4%B1n%C4%B1n-suallar%C4%B1-xii-hiss%C9%99.html
"Renessans" komandasının sualları ( XII hissə)
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
3 may 2010, 16:40
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. 56. Sualda əvəzetmə var! II “ölməz” hər baxımdan bizə ən yaxın olanıdır. Bu göstəricilərin əksəriyyətinə görə III “ölməz” II-dir. I “ölməz” isə onlar arasında ən qədimidir və II və III onun davamçıları hesab olunurdu və bəzən onun adı ilə də adlandirilirlar. Ölməz sözü ilə hansı xüsusi ismin əvəz olunduğunu tapdınızsa I, II və III nün müasir adlarını ardıcıl olaraq cavab kartınıza yazın. Müəllif: Şamxal Cəmilzadə (Erudit) 57. Diqqət sualda əvəzetmələr var.  “V- vendetta deməkdir filmindən” İvi Xemmondun bir ifadəsinə qulaq asın: “Mənim atam həmişə deyərdi: Artistlər “Şirin” danışırlar ki, “acı”nı deyə bilsinlər, siyasətçilər isə şirin danışırlar ki, acını gizlətsinlər. Biz acı və şirin sözləri ilə hansı sözləri əvəz etmişik. Müəllif: Nadir Zamanov (mr13) 58. Əvvəlcə bir neçə həmkəndli aldadıldı. Sonrasa möhtərəm bir qonaq. Daha sonra bir neçə nəfər qanunsuz yolla pul qazanmağa cəhd etdi. Sonrasa bir gənc pis yollara düşdü. Bundan sonra bir qadının yalanı baş tutmadı. Diqqət sual: Bəs sonuncu aldadılanın peşəsi nə idi? Müəllif: Şamxal Cəmilzadə (Erudit) 59. əqin ki, bəziləriniz Corc Oruelin “Animal farm” (“Heyvan ferması”)əsərini oxumusunuz.Oxumayanlar üçün qeyd edək ki, bu alleqorik əsərSovet İttifaqının həyatına həsr olunmuşdur.Əsərdəki Napoleon adlı donuz Stalinin, Snoubord adlı digər donuz Trotskinin, Pincfild fermasının rəhbəri mister Frederik Hitlerin, Foksfud fermasının rəhbəri mister Pilkinqton isə Ruzveltin bədii obrazıdır və s.Nə isə sizi çox yormayaq. Əsərin sonunda ziyafət zamanı kart oyununda həm “Stalin”, həm də “Ruzvelt” eyni tuzları çıxarır. Müəllifin nəyə işarə vurduğunu bildinizsə onu I növ təyini söz birləşməsilə cavab kartınıza qeyd edin. Müəııif: Azər Tarverdiyev (Azero) 60. Onun haqqında təzadlı fikirlər doğrudan da çoxdur.. Rus şərqşünası Valentin Jukovski onun barəsində belə yazırdı: ”O azadfikirlidir, dinə inanmır; o allahsızdır və materialistdir; o sufizmə gülür və panteistdir; o dindar müsəlmandır, o əyyaşdır, pozğundur, ikiüzlüdür, o filosofdur, iti müşahidəçidir, alimdir; o Şərqin Volteridir, Heynesidir.. ” O kimdir???? Vaxt getdi. Müəllif: Rövşən Zamanov
['Renessans klubu', 'NHN sualları', 'cqk']
6,697
https://kayzen.az/blog/roma-tarixi/1321/pun-m%C3%BCharib%C9%99l%C9%99ri.html
Pun müharibələri
papatürk
qədim Roma
3 may 2010, 16:21
«Karfagen» Finikiya dilində «yeni şəhər» deməkdir. Şimali Afrikada quldar şəhər dövləti olan Karfagen şəhəri dənizə uzanmış daşlı burun üzərində yerləşmişdi, coğrafi mövqeyi əlverişli idi. Dəniz ticarəti aparırdı. Şəhər ətrafındakı münbit torpaqlar quldarlara məxsus idi. Şimali Afrikanın bir hissəsi, İspaniyanın cənubu, Aralıq dənizinin bir sıra adaları Karfagenə tabe idi. E.ə. III əsrdə Karfagen və Roma Siciliya adasını ələ keçirməyə çalışırdı. Bu hər iki dövlət arasında müharibəyə səbəb oldu. Romalılar karfagenliləri «pun» adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir. E.ə. 264-146-cı illərdə fasilələrlə üç pun müharibəsi olmuşdu. Birinci pun nıüharibəsinə səbəb (e.ə. 264-241) Roma və Karfagenin Siciliyanı işğal etmək cəhdi idi. Müharibə 20 il davam etdi. Romalılar quruda, karfagenlilər dənizdə üstün idilər. Romalılar müharibənin gedişində güclü donanma yaradaraq Siciliyanı işğal etdilər. E.ə. 241-ci ildəbirinci Pun müharibəsi qurtardı. Karfagen Siciliyanı Romaya güzəştə getdi, təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi Roma Sardiniya və Korsika adalarını da tutdu. Pun müharibəsini əks etdirən video: İkinci pun müharibəsi e.ə. 218-201-ci illərdə olmuşdu. Roma Sardiniya və Korsika adalarını tutduğu bir vaxtda e.ə. 219-cu ildə karfagenlilər İspaniyada Romanın müttəfiqi olan Saqunt şəhərini ələ keçirdilər. Bu isə ikinci Pun müharibəsinin başlanması üçün bəhanə oldu. Hər iki dövlət Aralıq dənizinin qərb sahillərinə sahib olmaq istəyirdi. Karfagen qoşununa gənc sərkərdə Hannibal başçılıq edirdi. O, Romaya ömürlük nifrət edəcəyinə uşaqlıqda and içmişdi. Romalılar müharibəni İspaniya və Afrikada aparmağı nəzərdə tutdular. Lakin gözlənilmədən Hannibalın qoşunu Şimali İtaliyada göründü. Hannibal İspaniyadan hərəkət edərək, Alp dağlarına gəlib çıxmış, döyüş filləri və qoşunları ilə Alp buzlaqlarından keçib Şimali İtaliyada Po çayı vadisinə çıxdı. Onun bütün filləri, qoşunun yarısı Alp dağlarında məhv olmuşdu. Hannibal İtaliyanın simalında qallarla birləşmiş, digər narazı xalqları öz tərəfinə çəkmiş, Roma üçün təhlükə törətmişdi. Bir neçə vuruşmada Roma legionlarını məhv etmiş,Roma dövlətində vahimə yaratmışdı. E.ə. 216-cı ildə Roma ordusu ilə Karfagen ordusu arasında Kanna kəndi yaxınlığında vuruşmabaşlandı. Hannibal Romanın 80 min piyada, 6 min süvarisinə qarşı özünün 40 min piyada, 14 min atlı döyüşçüsünü aypara şəklində düzdü. Ortada zəif, cinahlarda ən güclü hissələri yerləşdirdi. Dördbucaq şəklində düzülmüş Roma legionu Hannibalın ordusunun içərisinə yeridi, cinahdan güclü zərbə alıb mühasirəyə düşdülər. Karfagenlilər 70 min Roma döyüşçünü qırdı və əsir aldılar. Kanna döyüşü videosu(Hasdrubal və Hannibal Roma ordusunu məlub edir) Kanna vuruşmasından sonra karfagenlilər sülh bağlamaq istədilər. Lakin Roma senatı onların elçisini heç dinləmədi. Karfagenlilər Romanı təhlükə altına aldılar. Hannibal İtaliyanın cənubuna gəldi, orada yaşayan xalqları Romaya qarşı qaldırdı, Siciliyadakı Sirakuz şəhərindən və Makedoniyadan kömək istədi. Roma onların hər ikisinə müharibə elan etdi. Sirakuz şəhərini tutdu. Məşhur alim-riyaziyyatçı Arximed burada öldürüldü. Romalılar Hannibalın qoşunu ilə üzbəüz vuruşmayaraq karfagenlilər tərəfinə keçmiş şəhərləri mühasirəyə alır, karfagenlilərin kiçik dəstələrinə hücum edir, böyük döyüşlərdən çəkinir, beləliklə, «qüvvə tükədən» müharibə aparırdılar. Onların qoşununda vuruşan gənclər inadla döyüşür, Hannibalın qoşunu azalır, romalıların qoşunu artırdı. Bu müharibə Hannibalın qüvvəsini tükəndirdi. Kanna vuruşmasından 12 il sonra e.ə. 204-cü ildə Roma sərkərdəsi Ssipionun başçılığı ilə Afrikaya qoşun çıxarıldı. Bunu eşidən Hannibal Karfagenə qayıtmağa məcbur oldu. E.ə. 202-ci ildə Zama şəhəri yaxınlığında vuruşmada romalılar Hannibala qalib gəldilər. Bir il sonra İkinci Pun müharibəsi qurtardı. Karfagen hərbi donanmasını Romaya təslim etdi, çoxlu miqdarda pul verməyə, bütün torpaqlarından əl çəkməyə məcbur oldu. Afrikadakı ərazisi ilə kifayətləndi. Senat Hannibalı tələb etdi. O, Kiçik Asiyaya qaçdı. Buradakı evi tapılıb mühasirəyə alındı. Hannibal ələ keçməmək üçün özü həyatına qəsd etdi. İkinci Pun müharibəsində qələbədən sonra Roma həm Aralıq dənizinin Qərb sahillərinə sahib oldu, həm də başqa əraziləri işğal etmək üçün yeni imkan əldə etdi. Üçüncü Pun müharibəsi e.ə. 149-146-cı illərdə oldu.Karfagen dəniz ticarəti aparır və varlanırdı. Roma aristokratları və tacirləri Karfageni yer üzərindən silməyi tələb edirdilər. Roma Karfagenin Numidiya dövləti ilə müharibə aparmasını bəhanə edərək, Afrikaya qoşun çıxartdı. Şəhər üç il qəhrəmancasına müdafiə olundu. Xəstəlik və aclıq əhalinin taqətdən saldı. Gənc Roma döyüşçüsü Tiberi Qrakx qala divarları üzərinə birinci çıxdı və qızıl çələnglə mükafatlandı. E.ə. 146-cı ildə şəhər tamamilə dağıdıldı, sakinləri qul kimi satıldı, şəhərin yeri şumlandı. Karfagen Romanın Afrika əyaləti elan edildi.Roma Aralıq dənizində ən güclü dövlətə çevrildi.
['Pun müharibəsi', 'Hannibal', 'Karfagen']
6,698
https://kayzen.az/blog/daily-problems/1317/depressiya-%C9%99lam%C9%99tl%C9%99ri.html
Depressiya əlamətləri
IDEAL
Gündəlik həyatın çətinlikləri
3 may 2010, 12:27
Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumat verməyə çalışacam. Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa bu onun depressiyada olduğunu göstərir. 1-özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması 2- qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu 3- daha əvvəl zövq alınan iş və fəaliyyətlədən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək 4- işdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək 5- digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq 6- enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə 7- yuxu pozğunluğu 8- iştahsızlıq və yaxud əksinə çox yemək 9- səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək 10- son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək 11- özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək 12- gələcəyə ümidsizlik 13-işdən əli üzülmək və heç bir iş görə bilməməkamətləndirilməlidilər. Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dafə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə özlərini bədbəxt hiss edirlər. Depressiyada olduğunuzu bilmək üçün bu ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Bu şikayətlərin bir neçəsi sizdə varsa həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil başqa xəstəliklərərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki ya da psixoloji xəstəliklərdən biri ola bilər. Psixi xəstəliklərin çoxunda görülə bilər. Depressiyadan əziyyət çəkən xəstələr yuxu pozğunluğundan şikayətl edirlər. Başqa sözlə belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya öz başına aldığınız yuxu dərmanını istifadə etmək yerinə bir ekspertə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadanılan əlamətlər eyni anda kimdəsə varsa deməli həmin şəxs çox ağır depresiyadadır. Depressiya ciddi bir xəstəlikdir. Bundan müalicə olunmaq üçün ciddi tədbirlər tökülməsə zamanla düzəlməyə bilər. Hətta ümumiyyətlə uzun müddət davam edib, daha da ağırlaşa bilər. Ağır depressiyalar zamanı isə xəstənin intihara cəhd etmə ehtimalı olduqca yüksəkdir. ABŞ-da depressiya xəstələrinin 2/3 müxtəlif səbəblərdən müalicə olunmurlar. Əminəm ki, bizim ölkədə də bir çoxları bu xəstəlikdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Psixiatra müraciət etməmə səbəblərindən bəziləri bunlardır: * xəstə olduğunu bilmir * xəstə ətrafındakı insanlar tərəfindən zəif olduqğu səbəbi ilə günahlandırılır * xəstə depresiya səbəbindən özünə qapandığından kömək istəyəcək enerjini özlərində tapa bilmir * bazən də səhv diaqnoz qoyulur və müalicə səhv aparılır Onu da qeyd edim ki, depressiya xəstələrinin hətta «kömək istəmək üçün» belə köməyə ehtiyacı olur. Depressiyanın xüsusiyyətlərinə əsasən xəstələr ümumiyyətlə özbaşına kömək istəmirlər. Bu səbəbdən də depressiyası olan xəstələr ailələri, dostları və ya digər həkimləri tərəfindən psixiatra istiqamətləndirilməlidilər. Əgər yaxınınız intihar barədə danışırsa təcili olaraq psixiatra müraciət etmək lazımdır. El arasında belə bir fikir var ki, özünü öldürəcəyini ifadə edən şəxslər heç də özlərinə qəsd etmirlər. Ancaq edilən araşdırmalar bunun əksini göstərir. Əgər sizə yaxın olan insanlardan belə sözlər eşidirsizsə, ən qısa zamanda bir ekspertə müraciət etməsinə kömək etsəz yaxşı olar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir. P.S. Yəqin ki, ya özünüz ya da yaxınınız belə bir problemlə qarşılaşıb. Əgər şərhlərinizdə ona etdiyiniz kömək və ya məsləhət barədə yazsaz, bizim də bu barədə daha çox məlumat almağımıza kömək ola bilərsiz. Topladı və tərcümə etdi: Nuranə Heybətova
['depressiya', 'depressiya əlamətləri']
6,699
https://kayzen.az/blog/bloq%C3%A7u/1310/dublyaj.html
Dublyaj
bloqçu
Bloq: bloqçu
3 may 2010, 01:40
Bir vaxtlar xarici bir film izləyəndə deyirdim bu səs nədireee - əgər xatırlayırsınızsa bəzi filmlərdə avtomatik bir səsləndirmə var idi. Kiçikli, böyüklü hamını ağır tonda, burnunda danışan bir kişi səsləndirirdi. Hətta, bir çoxları nə qədər desələr də ki, bu səs insan səsidir, dəlil görməsəm inanmaram, elə bilirəm ki, robot səsləndirmədir. Mən filmizləməyi çox sevirəm. Təbii ki, mənə görə maraqlı zənn etdiyim filmləri. İnsan istər istəməz öz həyatından, işindən bir anlığa ayrılıb real və ya qeyri-real olan başqa bir həyatın ekran versiyasını izləyərək əylənir və ya vaxt keçirir və bununla yanaşı düşüncələrini də yeniləşdirir, özündə yeni fikirlər, özündə yeni zövqlər də aşkar edir. Amma, bütün bunlar təbii ki, maraqlı filmlər sayəsində baş verir. Təəssüqflər olsun ki, maraqlı filmləri də maraqsızlaşdırmaq olur. Səbəb isə - dublyaj. Bu günkü günümüzdə öz kanallarımızda olan xarici filmləri heç də maraqla izləmək olmur. Təəssüflə qeyd edim ki, yəqin ki, sizlər də bunun şahidisiniz ki, bu gün bizim ekranlarımızda xarici filmlərin, seriaların səsləndirilməsi bərbaddır. Bizimkilər bu səsləri hardan tapırlar mən bilmirəm?! Bəzi kanallarda elə dublyaj var ki, uşağı da, gənci də, orta yaşlını da, qocanı da eyni insan səsləndirir. Belə olan halda da təbiiliyi axı hardan alasan, filmdəki emosiyaları, hissləri hardan duyasan?! Ümumiyyətlə bunlar bir yana səsləndirmə o haldadır ki, insanın televizoru söndürməyi gəlir. Məyər o kanal sahibləri özləri heç bir dəfə də olsun buna qulaq verməyiblərmi?! O zaman hamı hər şeydən razıdır, bir tək mənəm narazı qalan.Bu tərcümələrdənsə subtitr olsun bəsdir - izləyici xeyli razı qalar. Bildiyiniz kimi "subtitr" film zamanı ekranda filmin orijinal dilinin tərcüməsini qeyd edir. Belə olan halda da filmdə insanların intonasıyası, səsi daha aydın olur və insanın keçirdiyi hisslər film izləyənlərə daha da çox ötürülür və belə olan halda da daha da  təsirli olur. Subtitrın bir şeyini sevmirəm ki, o zaman insan bəzən çatdırmayıb filmin hansısa anına itirə bilir. Yəni, əgər, yazını oxuyursansa baxışları görə bilmirsən, baxışlara baxırsansa yazını oxuya bilmirsən. Amma, vallah bizdəki dublyajdansa subtitr olsa bu min dəfə yaxşıdır. Hətta, çox yaxşıdır. Heç olmasa filmi maraqla izləməklə yanaşı, dil də öyrənmək olar. Dublyajımızda bir mənfi məqam da var ki, kanallar təmbəllik edib, filmləri ancaq rus dilindən tərcümə edirlər və ya efirə daha çox rus kinoları verirlər. Təsəvvür edin, film hər hansısa bir dildən rus dilinə tərcümə olunur, bizimkilər də bunun üstündən onu Azərbaycan dilinə tərcümə edirlər. Belə olan halda da film efirdə olan zaman 3 səsi birdən eşidirsən. Axı niyə? Məyər tərcüməçilərimiz yoxdur?! Nə üçün bu ölkə tərcüməçilər yetişdirir? Niyə ancaq filmləri orijinal yox da, rus dilindən çevirməliyik. Bu ya təmbəllikdir, ya öz işinə laqeydlik, ya da "simiclik". "Tərüməçi üçün də artıq pul xərclənir axı, niyə pul sərf edilsin ki, hazır rus dili var daa, ondan çevirək." Nəticə: nə işini bilən kadrlara yer verilir, nə də düz-əməlli bir iş görülür. Bax belə.
['dublyaj', 'səsləndirmə', 'subtitr']