Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,500
https://kayzen.az/blog/Hagverdiyev/2248/s%C3%B6z%C3%BCn-q%C3%BCdr%C9%99ti.html
Sözün qüdrəti
Hagverdiyev
Bloq: Hagverdiyev
20 iyun 2010, 12:38
Nitq bacarığı bəşəriyyətin unikal nailiyyətidir. Hesab olunur ki, insanı bütün canlılardan fərqləndirən əsas faktorlardan biri məhz dildir. Dil insan şüurunun və şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Nitq insanlar arasında ünsiyyəti təmin edir. Dil vasitəsilə ötürülən məlumat təbii ki, söz şəkilində olmalıdır. Sözlər vasitəsilə insan düşünür, öz fikrini, hissini, biliyini, gördüyünü ifadə edə bilir. Müqəddəs kitablarda qeyd olunur ki, dünyada mövcud olanlar elə sözdən yaranıb. Yəni, Allah deyib dəniz olsun və dəniz yaranıb, işıq olsun işıq olub. Məşhur psixiatr Ziqmund Freyd güman edirdi ki, söz insan şüurunun baza instrumentidir, ona görə də o, xüsusi təsirə malikdir. Freyd yazırdı: “Söz və magiya əzəldən bir olub, hətta bu gün də əksər sözlərin sehrli qüvvəsi itməyib. Söz vasitəsilə insan digərinə böyük xoşbəxtlik bəxş edə bilər və yaxud onu sonsuz ümidsizliyə salar. Sözün köməyi ilə müəllim öz biliyini şagirdə ötürür, sözlə natiq auditoriyanı ələ alır, onun fikrini və qərarını müəyyənləşdirir. Söz emosiya yaradır və bütövlükdə o, bizim əlimizdə yaxınlarımıza təsir etmək vasitəsidir”. Sözlər yalnız bir-birinin ardınca gələn sadəcə səslər, hecalar, hərflər deyil nə isə daha əhəmiyyətlidir. Sözlərlə bağlı əldə edilən təcrübə, həmin sözlərə bədənin verdiyi reaksiya və insanın keçirdiyi hislər, hamısı toplanaraq informasiya kimi beyində qalır. Yəni, beyin nəinki sözlərin yazılışını və mənasını yadda saxlayır, həm də həmin sözlə əlaqədar əmələ gələn duyğuları və orqanizmin verdiyi reaksiyaları da kodlaşdırır. Sözlərin təsir qüvvəsini yaxşı başa düşmək üçün bir neçə adi misala baxaq: “alça”, “limon” adını çəkəndə adamın ağzı sulanır, “imtahan başlayır”, “yoxlama gəlir” deyən kimi insan qorxuya düşür, “müftə yeyib-içmək” təklif edəndə yoldaşın üzü-gözü qımışır, “pulun var?” soruşanda çoxları ağlaşma qurur və s.. Sözün müsbət enerjisini yaxşı duyan təcrübəli həkimlər xəstəyə ilk yardımı da məhz sözlə etməyə, onu tezliklə sağalacağına inandırmağa çalışırlar. Yaxşı həkimin ümidverici sözləri hətta çarəsiz xəstənin əhvalını xeyli yaxşılaşdıra bilər. Sözün qüdrətindən ali məqsədlər üçün istifadə insanlar bəşəriyyətin inkişafında çox mühüm rol oynamışlar. Bununla belə, çox təəssüf ki, sözün potensial enerjisini düzgün istiqamətə yönəltməyən insanlar da vardır. Onlar sözləri boş danışıqlara, şayiələrə, kiminsə dalınca böhtan atmağa sərf edirlər. Enerjinin saxlanılması qanunu isə deyir ki, enerji itmir, sadəcə başqa formaya keçir. İnsan sözləri haqsız yerə və ya pislik məqsədi ilə işlətdikdə onların mənfi enerjisi son nəticədə müxtəlif cür problem şəklində onun özünə qayıdır. Müdriklər göstərirlər ki, bizim bədbəxtçiliklərimizin çoxu elə dilimizin ucbatından olur. Çünki, “Yerli söz yerin tapar, yersiz söz, yiyəsin”. “Sözün bilməyən ağız başa toxmaq vurdurar”.Sözün neqativ təsirindən pisniyyətli, kinli və yaxşılığı gözü götürməyən insanlar daha çox istifadə edirlər. Xeyirsöyləməzə deyirlər: səfərə çıxıram bir xeyir söylə, gələndə sənə on manat verəcəyəm deyir: indidən ver, bəlkə getdin heç qayıtmadın. Paxıl adamların dilindən nəinki xoş söz çıxmaz, onlar hətta başqasına pislik etmək üçün bəd dualardan da istifadə edirlər. Bəd duaları təşkil edən sözlər çox güclü mənfi enerjiyə malik olur. Bu sözlər qarğış xarakterli olur və hədəfə aldığı adamın bəxtinin bağlanmasına hesablanır. Cadulu sözlərin təsirindən əmələ gələn xətərlər adamın fiziki, mənəvi nasazlığında, onun yaxınları, ətrafdakıları ilə münasibətinin korlanmasında özünü göstərir. Ovsunlu sözlər nişan seçdiyi adamın əxlaqının pozulmasına, içkiyə qurşanmasına, ailəsinin dağılmasına, qəfildən ağır xəstəliyə tutulmasına səbəb ola bilər. Bütün bunlar sözlərin neqativ təsirinin daha güclü olduğuna dəlalət edir. Düzdür, belə halların elmi izahı olmasa da, hər-halda, yəqin ki, çoxları bəd duaların ağır nəticələri ilə rastlaşıb. El arasında bəd dualardan qorunmaq üçün xoş dualar söyləmək məsləhət görülür. Qədim xalqların, o cümlədən Azərbaycan xalqının dilində xoşniyyətli dualar çoxdur. Allaha şükür etmək, həmişə əmin-amanlıq, firavanlıq, sülh, ruzi-bərəkət arzulamaq kimi xoşməramlı dualar min illərlə xalqımızın mənəvi həyatında mövcud olmuş və bu günə kimi bu adət qorunub saxlanılmışdır.  Bəzən sözün mənası və təsiri onu necə deyilməsi, hansı məqamda işlədilməsi ilə sıx bağlı olur. Biz səsimiz, bədənimizin hərəkətləri, jestlər və sifətimizin ifadəsi ilə danışdığımız sözlərin mənasına böyük müxtəliflik veririk. İlk baxışdan adi görünən “Salam!” sözü, intonasiyadan asılı olaraq həm həqiqi salamlamaq, həm də hədələmək, qorxutmaq kimi səslənə bilər. Təsadüfi deyildir ki, incəsənət sahəsində professional aktyorlar ən çox intonasiya və bədən hərəkətlərinin dili ilə danışmağa daha çıx üstünlük verirlər.Təcrübə göstərir ki, bəzən eyni söz ayrı-ayrı şəxslər tərəfindən müxtəlif cür qəbul edilir. Sözün təsiri insanın reaksiyasından, onun təəssüratının həmin söz altında nə dərəcədə və hansı istiqamətdə dəyişməsindən asılı olur. "Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur" məsəli göstərir ki, sözü başa düşmək üçün onu qəbul edən, ən aşağısı, söhbət gedən obyekt və ya mövzu haqqında müəyyən biliyə malik olmalıdır. Əks halda deyilən söz onun üçün tam təsirsiz olacaq və ya heç bir əhəmiyyət kəsb etməyəcək. Dahi Nizami deyib ki, “Sözdən xəbərsiz qalır, könüldən xəbərsizlər, Sözün yozumu sözdən daha şux, daha dilbər”.Ümumiyyətlə, sözün düzgün başa düşülməməsi bu gün də problem olaraq qalır. İnsan, sözü başa düşülməyəndə özünü çox pis hiss edir. Ona görə də adam söhbəti alınmayan, deyilən sözü, fikri dərk etməyən şəxsdən həmişə uzaq olmağa çalışır. "Dünyada iki şəxs heç vaxt dost olmaz: biri - qanan, biri - qanmaz" deyən babalarımız qeyd edir ki, "Dünyada ən zor iş anlamaza söz anlatmaqdır". "Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır". Müdriklər hətta arzu edirlər ki, kaş adamın düşməni də başa düşən olsun. "Ağıllı düşmən nadan dostdan yaxşıdır". "Başa düşənə can qurban" deyən ariflər xahiş edir ki, "Başa düş, başımı yar". Nadan isə deyir: "Necəsən qanmayım atan yansın!" Beləliklə, ağsaqqalların dili ilə desək: “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. Söz necə olmalıdır? sualına müdriklər belə cavab verirlər ki, “Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Söz odur ki, haqqa vara”. Sonda məsləhət görürlər ki, “Sözü xiridarı olana deyərlər”. Vüqar Haqverdiyev
['Söz', 'sözün qüdrəti']
6,501
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/1937/az%C9%99rbaycan%C4%B1n-iqtisadi-co%C4%9Frafi-m%C3%B6vqeyi.html
Azərbaycanın iqtisadi-coğrafi mövqeyi
2ral
Azərbaycan coğrafiyası
20 iyun 2010, 11:01
Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi - əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır. Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər dənizindəki Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxır. «Böyül Ipək yolunun» - Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin-bərpası, Xəzər hövzəsində dünyanın iri neft rayonunun kəşfi və s. ilə bağlı Azərbaysanın geosiyasi mövqeyinin əhəmiyyəti artmışdır. Yaxın vaxtlarda Rusiya və Iran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdiriləcəyi gözlənilir. Bu məqsədlə Iran ərazisindən Astara şəhərinə qədər dəmir yol xətti çəkiliməlidir. Eyni zamanda Iran dəmir yol xətləri Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcək. Nəticədə Azərbaycan Avropa ilə Asiyanı bir-biri ilə birləşdirən nəqliyyat dəhlizi-koridoru olacaq. Lakin dünya okeanına birbaşa çıxışın olmaması, Ermənistanla qonşuluq təsərrüfatın inkişafına mənfi təsir göstərir. Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, heyvanat aləmi və təbii ehtiyatları başa düşülür. Təbii şərait kənd təsərrüfatına, faydalı qazıntı yataqlarının mənimsənilməsinə və nəqliyyata daha çox təsir göstərir. Azərbaycanın təbii şəraiti əlverişlidir. Lakin bəzi ərazilər - Böyük və Kiçik Qafqazın dağlıq relyefi, Qobustanın, Ceyrancölün quraq iqlimi və susuzluğu bu ərazilərin mənimsənilməsini çətinləşdirir. Kür-Araz və Lənkəran ovalığında, Abşeronda orta illik temperatur +14,50 C olduğundan burada istilik sevər bitkilər əkmək və ildə iki dəfə məhsul götürmək olar. Lakin bu ərazilərdə yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya ehtiyac var.Həmçinin bax: Azərbaycanın coğrafi mövqeyi
['Azərbaycanın coğrafi mövqeyi']
6,502
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2232/bir-m%C9%99nzild%C9%99n-dig%C9%99rin%C9%99.html
Bir mənzildən digərinə.
bloqçu
Düşündürücü hekayələr
19 iyun 2010, 16:32
Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.Bu an yenə başlayırlar danışmağa:- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!- Bizim burda olan ömrümüz sona yetir.- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda! - Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.- Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!
['dünya', 'doğuş', 'ölüm', 'Allah']
6,503
https://kayzen.az/blog/edebiyyat/2230/s%C3%B6z-s%C9%99n%C9%99tinin-ac%C4%B1-s%C9%99hif%C9%99l%C9%99ri.html
Söz sənətinin acı səhifələri.
bloqçu
Ədəbiyyat
19 iyun 2010, 15:49
Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim "qurban getdilər" deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr - Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi. Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar. Beləliklə, 20-30-cu illərdə olan siyasi-mədəni quruculuq şəraitində də Azərbaycan ədəbiyatı geri qalmadı, əksinə irəliləyərək, keyfiyyətlə inkişaf edirdi. Amma külək əsəndə elə əsir ki, yerin dərinliklərində belə kök salmış, torpağa bəmbərk sarılmış illərin ağacını qoparıb atır. 30-50-ci illərin repressiyası da o küləklərdən idi. Stalinin əməlləri nəticəsində bu illərdə Azərbaycan xalqının həyatında ən qanlı, faciəli hadisələr baş verir və ədəbiyat qaralara bürünür.Azərbaycan irəliyə gedirdi, çünki onun elm adamları, ziyalıları, xalqın maariflənməsində səy göstərən, xalqı irəliyə apara biləcək düşünən beyinləri var idi. Amma onlar bircə-bircə zalım erməni daşnaklarının əməlləri ilə ya güllələndilər, ya mənəvi cəhətdən şikəst edildilər, ya da sürgün olundular. Bircə ad çəkim: Firudun bəy Köçərli. Bu helə-belə adam deyildi.  Ziyalı şəxsiyyət, böyük maarifçi, görkəmli ədəbiyyatşunas. Bu cümləmdə yan-yana düzlmüş düz altı söz var və 3 ifadə versə də hər biri ayrı-ayrılıqda F.Köçərlinin ünvanına olan ən doğru sözlərdir. Və bu böyük şəxsiyyət də güllənən həmin ziyalılardan biridir. Azərbaycanın İran və Türkiyə ilə sərhəddə yerləşməsi, əhalinin türdilli müsəlman xalqalarından biri olması və nəticədə camaatın maariflənməsi bütün o pis əməllərə səbəb oldu. Gör nə böyük günahımız var imiş..İmperiya rəhbərləri zənn edirdilər ki, bir yerdə ki, bu qədər ziyalı yetişə, bu qədər beyin inkişaf edə bu gələcəkdə sovet quruluşu üçün böyük təhlükə olar. Çünki bu böyük silahdır, çünki bu qüvvədir. Buna görə də onlar bildilər ki, hardan vursunlar –mütləq ki xalqın düşünən beyinlərini aradan çıxarmalı idilər. Tuşda ilk növbədə alimlər, tənqiçdilər, yazıçılar, şairlər, sənət və teatr adamları durudular, belə ki, onların hamısına amansız divan tutdular. Bu açıq-aydın göürünürdü ki, xalqı manqurtlaşdırma prosesinə təkan idi. Çünki o insanlara divan tutmaqla onlar millətin özünüdərkinə mane olur, milləti öz kökündən ayrı salır və kor-koranə icraçıya çevirmək niyyətindəydilər. Bu əməllərər də yalançı səbəbələr də var idi: guya hansısa hökümətə qarşı mıxdı, guya digəri müsavatçıdır, başqa birisi turançıdır və ya kimsə terrorçudur, cəsusdur və s. Nə oldu, bizim elə bütün şəxsiyyətlərimiz cinayətkarlar imişlər ki... Dəhşətdir, dəhşət. Murdar baəhanələrlə sürgün və ölüm haqda olan bütün qərarlar 15-20 dəqiqə içərisində həyata keçirilmiş olurdu.O dövrlərin hadisələri ədəbiyyatımıza, xalqımıza, mədəniyyətimizə ağır zərbələr vurdu. Biz o zərbələrin ağır nəticəsini bu gün də yaşamaqda davam edirik. Hətta sizə bunu da deyim ki, bü günkü gündə də yaşadığımız yalnışarın, maarifsizliyin kökünü o günlərdəki hadisələrlə əlaqələndirirəm. Düşünürəm ki, bu günkü maarifsizlik o zərbələrin əsəridir. Amma hər şey öz əlimizdə deyilmi? Düzəldə bilərik. Hərçənd ki bütün bunlara baxmayaraq yenə də ayaqdayıq, ədəbiyyatımız da dirçəlib, uğurlu işlər də göürtülür, parlaq nəaliyyətlər də qazanılır. Amma o günlə və o şəxsiyyətlər heç vaxt unudlmayacaqlar.Repressiyaya məruz qalmış, sevdiyim şairlərdən biri də Mikayıl Müşfiqdir.  İndi iyun ayıdır. O da iyunda dünaya gəlmişdi. Ömrünün cəmi 30-cu baharında dünyadan köçdü. Köçürtdülər. Bir forumda Dərviş nickli bir istifadəçi Müşfiq haqqında belə deyir:Lirika, poeziya deyəndə ağıla ilk gələn Azərbaycan ədiblərindən biri də rəhmətlik Mikayıl Müşfiqdir. Mən deyərdim ki şairin ən gözəl əsərləri, şerləri təqribən otuz yaşından sonra yaranır. Yəni insan dolğunlaşdıqca, yaşlaşdıqca dünyaya baxışı dəyişir, dünyagörüşü artır və sairə... Mikayıl Müşfiq cavan rəhmətə getməsinə baxmayaraq ədəbiyyatda öz sözünü dedi, öz izini buraxdı. Yaşasaydı daha çox yaradardı. Ruhun şad olsun ustad!!! Qəbrin nurla dolsun!!!    Bu istifadəçinin dediklərinə qatılıram. Bəli yaşasaydı...bəli yaşasaydılar! Hamısının ruhu şad olsun, məkanları cənnət olsun. Bax, bizlər bur yurdun yetirmələriyik ki, bizim dahi şəxsiyyətlərimiz mədəniyyəti, xalqı, ədəbiyyatı yolunda canlarından keçiblər. Bizim yurdumuz da, mədəniyyətimiz də, ədəbiyyatımız da, dilimiz də, dinimiz də dəyərlidir. Ən azından nəzərə alın ki, bütün bunlara görə kimlərsə necə-necə əməllər törədiblər və ziyalılar da, camaat da canlarından keçiblər. Dəyər verək, öz dilimizə, dinimizə, sətrvətlərimizə dəyər verək. Öz dilimizdə danışaq, əsl mədəniyyətimizi sərgiləyək, bir olaq, birlik olaq. Qoy düşmənlər görsünlər ki, bizə qalib gəlməyiblər. Qoy o canlarından keçənlər də görsünlər ki, əbəs yerə səy gəstərib, əbəs yerə ölməyiblər.
['ədəbiyyat', 'repressiya', 'maarif. mədəniyyət']
6,504
https://kayzen.az/blog/astronomiya/2229/yerin-iqlim-qur%C5%9Faqlar%C4%B1.-g%C3%B6y-sferinin-%C9%99sas-elementl%C9%99ri.html
Yerin iqlim qurşaqları. Göy sferinin əsas elementləri
mr13
Astronomiya
19 iyun 2010, 15:00
Yerin iqlim qurşaqlarıYerin şəkil müstəvisinə proyeksiyasına baxaq (şəkil 1.3).Coğrafi enliyi φ=±66°33’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (a’a) və cənub (d’d) qütb dairələri deyilir.Coğrafi enliyi φ=±23°26’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (b’b) və cənub (c’c) tropikləri deyilir.Şimal (b’b) və cənub (c’c) tropikləri arasındakı qurşağa isti və ya tropik qurşaq deyilir. Şimal qütb dairəsi (a’a) ilə şimal tropiki (b’b) arasındakı qurşağa şimal mülayim qurşaq, cənub qütb dairəsi (d’d) ilə cənub tropiki (c’c) arasındakı qurşağa isə cənub mülayim qurşaq deyilir.Şimal qütb dairəsindən (a’a) Yerin şimal qütbünə (pN) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən (d’d) Yerin cənub qütbünə (ps ) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.Göy sferinin əsas elementləri Əgər ulduz göyünə nəzər salsaq, bizə elə gələr ki, başımızın üstündə böyük bir qübbə və ya yarımsfer var və bütün ulduzlar, Günəş, A y, planetlər və s. bu yarımsferin səthində yerləşmişlər. Özüdə Yer səthinin istənilən nöqtəsində olan müşahidəçiyə elə gəlir ki, o, bu sferin mərkəzində yerləşmişdir.Mərkəzi müşahidəçinin gözündə yerləşən ixtiyari radiuslu sferə göy sferi deyilir.Göy sferi xəyali bir ox ətrafında fırlanır və gündə bir dövr edir. Ona görə bu fırlanma göy sferinin günlük fırlanması adlanır. Göy sferinin xəyali PP’ fırlanma oxuna dünya oxu deyilir (şəkil 1.4).Əvvəlcədən qeyd edək ki, göy sferinin günlük fırlanması həqiqi olmayıb, zahiri və ya görünən hərəkətdir. Əslində Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır, Yer səthindəki müşahidəçiyə isə elə gəlir ki, göy sferi bütün göy cisimləri ilə birlikdə onun əksi istiqamətində şərqdən qərbə doğru fırlanır.Dünya oxu iki nöqtədə göy sferi ilə kəsişir. Bu kəsişmə nöqtələri dünyanın qütbləri adlanır. Şərti olaraq dünyanın şimal qütbü o qütb götürülür ki, xəyalən kənardan ona baxdıqda göy sferinin fırlanması saat əqrəbi istiqamətində olsun. Şəkil 1.4-də P- dünyanın şimal qütbü, P’ - dünyanın cənub qütbüdur.Göy sferində istiqamətlər Yerdəki istiqamətlərlə təyin olunduğundan dünya oxu Yerin fırlanma oxuna paralel olacaqdır.Əgər Yerin ölçülərini nəzərə almasaq, dünya oxu Yerin fırlanma oxu ilə üst-üstə düşər, dünyanın şimal və cənub qütbləri uyğun olaraq Yerin şimal və cənub qütbləri istiqamətində olar. Müstəvisi PP’ dünya oxuna perpendikulyar olan Q’WQEQ’ böyük göy dairəsinə göy ekvatoru deyilir.Aydındır ki, göy ekvatoru müstəvisi göy sferinin mərkəzindən keçir və Yerin ekvator müstəvisinə paralel olur.Göy ekvatoru göy sferini (və ya dünyanı) iki yarımsferə şimal qütbü yerləşən şimal yarımsferinə və cənub qütbü yerləşən cənub yarımsferinə ayırır.Göy sferinin günlük fırlanması nəticəsində göy cisimləri gün ərzində müstəvisi ekvator müstəvisinə paralel olan kiçik göy dairələri cızır. Bu dairələrə günlük paralellər deyilir.Göy sferində əsas istiqamət olaraq ZZ’ şaquli xəttin istiqaməti (ağırlıq qüvvəsinin istiqaməti) götürülür. Şaquli xətt göy sferini iki nöqtədə - başımızın üstündə (Z) və ona diametral əks nöqtədə (Z’) kəsir. Bu kəsişmə nöqtələri uyğun olaraq zenit Z və nadir Z’ adlanır.Müstəvisi ZZ’ şaquli xəttə perpendikulyar olan NESWN bö yük göy dairəsinə riyazi və ya həqiqi üfüq deyilir.Riyazi üfüq göy sferini iki yarımsferə bölür: təpəsində zenit olan görünən yarımsferə və təpəsində nadir olan görünməyən yarımsferə.Göy ekvatoru ilə riyazi üfüq iki nöqtədə kəsişir. Bu kəsişmə nöqtələri şərq E və qərb W nöqtələri adlanır. Dünyanın qütblərindən, zenitdən və nadirdən keçən PZQSP’Z’Q’NP bö yük göy dairəsinə göy meridianı deyilir.Aydındır ki, göy meridianının müstəvisi dünya oxundan və şaquli xətdən keçir.Göy meridianı göy sferini iki yarımsferə ayırır: şərq nöqtəsi yerləşən şərq yarımsferinə və qərb nöqtəsi yerləşən qərb yarımsferinə.Göy meridianı iki nöqtədə göy ekvatoru ilə kəsişir. Onlardan zenitə yaxın olan Q nöqtəsi ekvatorun yuxarı nöqtəsi, nadirə yaxın olan Q’ nöqtəsi isə ekvatorun aşağı nöqtəsi adlanır.Göy meridianı iki nöqtədə riyazi üfüqlə kəsişir. Bu kəsişmə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olanı şimal N nöqtəsi, dünyanın cənub qütbünə yaxın olanı isə cənub S nöqtəsi adlanır. Göy meridianı müstəvisinin riyazi üfüq müstəvisi ilə kəsişmə xətti NS günorta xətti adlanır. Göy sferində ixtiyari M göy cismi götürək. Zenitdən, nadirdən və M göy cismindən keçən ZMZ’ bö yük göy yarımdairəsinə şaquli dairə və ya hündürlük dairəsi deyilir.Bəzən şaquli dairə sadəcə şaqul adlanır. Şərq E və qərb W nöqtələrindən keçən şaquli dairə yə birinci şaquli dairə və ya sadəcə birinci şaqul deyilir.Dünyanın P və P’ qütblərindən və M göy cismindən keçən PMP’ bö yük göy yarımdairəsinə meyl dairəsi və ya saat dairəsi deyilir.
['iqlim qurşaqları', 'Göy sferi']
6,505
https://kayzen.az/blog/kartoqrafiya/2034/yerin-g%C3%BCn%C9%99%C5%9F-%C9%99traf%C4%B1nda-h%C9%99r%C9%99k%C9%99ti.html
Yerin Günəş ətrafında hərəkəti
2ral
Kartoqrafiya
19 iyun 2010, 12:54
Yerin Günəş ətrafında hərəkət etdiyi orbit yolunun uzunluğu 940 mln km-dir O, bu yolu saniyədə 29,8 km hərəkət etməklə tam dövrünü 365 gün 5 saat 48 dəqiqə 46 saniyə başa vurur. Buna il deyilir. Sadə olsun deyə qalıqlar toplanaraq 4 ildən bir (366 gün) fevral 29-dan uzun il yaranır. Yalnız Yerin coğrafi qütblərində Yeni ilin gəlməsini 24 dəfə qeyd etmək olar. Yerin xəyalı fırlanma oxu orbit müstəvisinə 66,50 bucaq altında meyillidir və o, həmişə şimal ucu ilə qütb ulduzuna tərəf yönəlmişdir. Bu meylilik 4 fəslin yaranmasına və gecə ilə gündüzün qeyri bərabər olmasına səbəb olur. Əgər Yerin xəyali oxu Günəş ətrafındakı hərəkət orbitinə perpendikulyar olsa idi, onda fəsillərin bir-birini əvəz etməsi baş verməz, gecə ilə gündüzün uzunluğu həmişə və hər yerdə bərabər olardı. 21 mart – Yaz gecə –gündüz bərabərliyidir. Günəş ekvatorda zenitdə (900) olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində yaz, Cənub yarım kürəsində payız fəsli başlanır. 22 iyun - yay gündönümüdür. 21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək 90 gündən sonra (22 iyunda) Günəş şüaları 23,50 şm. eni (Şimal tropiki) üzərində zenitdə (yəni düz bucaq altında) olur. Şimal yarım kürəsində yay, Cənub yarım kürəsində qış başlanır. Şimal yarım kürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarım kürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən (66,50 şm. en) şimal qütbünə qədər bütün sutka Günəş görünür. Burada - qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə (66,50 şm. en) cənub qütbü arasında Günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki, cənub qütbü fazaya tərəf (Günəşə əks) çevrilmiş olur. 23 sentyabr –payız gecə-gündüz bərabərliyidir. Günəş 22 iyundan başlayaraq yenidən ekvatora doğru hərəkət edir və 23 sentyabrda ekvatorda zenitdə olur. Şimal və Cənub yarım kürələri bərabər işıqlanır. Şimal yarım kürəsində payız, Cənub yarım kürəsində yaz fəsli daxil olur. 22 dekabr - qış gündönümüdür. 23 sentyabrdan başlayaraq Yerin xəyali oxunun Cənub ucu Günəşə tərəf irəliləyərək 90 gündən sonra 22 dekabrda Günəş Cənub tropiki üzərində (23,50 c. en) zenitdə olur. Cənub yarım kürəsində yay, Şimal yarım kürəsində qış başlayır. Həmin gün Şimal yarım kürəsində ən uzun gecə, ən qısa gündüz olur. Buna səbəb burada Günəşin düşmə bucağının azalmasıdır. Bu vaxt şimal qütb dairəsindən Şimal qütbünə kimi (66,50 şm. en -900 şm e.) qütb gecələri, bunun əksinə Cənub qütb dairəsindən cənub qütbünə (66,50 c. en - 900 c. e.) qədər isə qütb gündüzləri yaranır. Qütb dairələrinin əsas fərqi burada ildə 1 dəfə qütb gündüzü və qütb gecəsinin yaranmasıdır. Qütb gündüzləri və gecələri ən çox Yerin coğrafi qütblərində (900-lik enliklərdə) 6 aya qədər davam edir. Qütb gündüz və gecələrinin sayı coğrafi qütblərə yaxınlıqdan asılıdır. Tropiklərin (23,50 c. en) digər paralallerdən əsas fərqi burada Günəşin ildə 1 dəfə zenitdə olmasıdır. Şimal və Cənub tropikləri arasındakı paralellərdə isə Günəş ildə 2 dəfə zenitdə olur. Günəş eyni vaxtda yalnız 1 paralel üzərində zenitdə ola bilər və yalnız həmin paraleldə Günəş səhər tam Şərqdən «çıxar» axşam isə qərbdə «batar» Günorta isə baş üzərində (900) görünə bilər. Işıqlanma qurşaqları –Günəş şüalarının Yer səthini qeyri bərabər işıqlandırması nəticəsində yaranır. Dünyada 5 işıqlanma qurşağı var. 1. Tropik və ya isti qurşaq – Şimal və Cənub tropikləri arasındakı əraziləri əhatə edir. Günəş ildə 1 dəfə tropiklərdə, 2 dəfə isə tropiklər arasında qalan enliklərdə zenitdə olur. Burada daima yaydır. 2-3. Mülayim qurşaqlar – tropik və qütb dairələri arasındakı əraziləri əhatə edir. Günəş burada heç vaxt zenitdə olmur və heç vaxt qütb gecə-gündüzləri müşahidə edilmir. 4-5. Qütb və ya soyuq qurşaqlar – qütb dairələrindən qütbə qədər əraziləri əhatə edir. Qütblərdə qütb gündüzü və gecələrinin uğunluğu 6 aydan qütb dairələrində 1 günə qədər azalır. Burada daima qışdır. Işıqlanma qurşaqları Yerdə təbii zonaların yaranmasının əsasını təşkil edir.
['Yer planeti', 'Günəş sistemi']
6,506
https://kayzen.az/blog/cqk/2227/vunderklass-suallar-ix.html
Vunderklass - suallar IX
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
19 iyun 2010, 11:59
111. “Gəlin dilimizi öyrənək!” seriyasından növbəti sual: Bu məişət əşyasının tarixi yəqin ki çox qədimdir. Adından da məlum olduğu kimi, işini zor tətbiq edərək görür. Əsas vəzifəsi isə bir Azərbaycan məsəlindəki korla eynidir. Siz isə bu əşyanın adını Azərbaycan dilində yazın!  Müəllif: Vüqar Bağırlı 112. Diqqət sualda əvəzetmə var! Suxomlinskinin fikrincə qızı X kimi sevməzdən əvvəl, onu Y kimi sevmək lazımdır. Deyim ki, bütün X-lər Y-dir, amma bütün Y-lər X deyil. 1 dəqiqə ərzində X və Y-i düzgün ardıcıllıqla yazın.  Müəllif: Seymur Salamov, Vüqar Bağırlı 113. Bu siyahıda böyük şəhərlərdən Milan, Lion və Monrealı görmək olar. Paytaxtlardan isə Filippinin, Bəhreynin, Perunun, İordaniyanın və bir neçə kiçik dövlətin paytaxtı bu siyahıya daxildir. Siz isə bu siyahıya düşən yeganə Avropa paytaxtını deyin. Müəllif: Seymur Salamov
['NHN', 'NHN sualları', 'intellektual suallar']
6,507
https://kayzen.az/blog/moda/2225/guess.html
Guess
bloqçu
Moda dünyası
18 iyun 2010, 22:15
“Cins bizim dünyamızdır” (“Denim is our world”)  - "Guess" yaradıcılarından.80-cı illərin əvvəllərində artıq cins geyimlər köhnəlməyə başlamışdı, elə Marsiano qardaşları da bunu fürsət bilib, milli amerikan parçalasından avropa stilli cinslər yaradaraq bir yeniliyə imza atmış olurlar və bu yenilik də moda dünyasında çox uğurla qarşılanmış olur. Belə ki, 1981-ci ildə Marsiano qardaşları (Paul Marsiano, Maurice Marsiano) Kaliforniyada cinslərin istehsalı üzrə çox böyük olmayan bir kompaniya açmış olurlar. Onların yaratdığı orijinal dizayna məxsus olan cinslər zamanla bütün vaxtların məhsuluna çevrilməyə başlayır. Və beləliklə Fransada boya başa çatmış iki qardaş Amerika vəhşilyi ilə avropa hissiyatını bir-birinə qataraq Guess brendinin möhürünü vurmuş oldular. Guess adı altında buraxılan cinslər bir vaxtların çox kobud sayılan kovboysayağı imicindən uzaq olan cinslərdir. Bu cinslər naməlum, sirli, əlçatmaz və qüsursuz bir bədəni canlandırır.“Gözəllik cazibədar və sağlam olmalıdır” – bunu Guess-in yaradıcılarından sayılan qardaşlardan biri Paul Marciano deyir. Modellərin həddindən artıq, çox arıq olmasına qarşı olan Paul M. Guess üçün belə bir ənənə də qoymuşdu: bu brend geyimlər buraxmaqla yanaşı  super-modellər də yaratmalıdır. Belə ki, o reklamlarda məşhur modellərdən istifadə etmir və model agentlikləri ilə də əlaqə saxlamırdı. Əksinə, reklamlara dünyanın müxtəlif yerlərindən heç kimin tanımadığı, məşhur olmayan qızlar çəkilirdilər. Guess-in qızları sirrli olmalıdır. Bu onlara olan marağı daha da artırmalı idi. Belə də oldu. Hal-hazırda məşhurlar sırasında tanıdığımız ulduz adlandırdıqlarımız öz modellik karyeralarını da məhz Guess-in reklamlarında iştirak etməklə başlayıblar: Klaudia Şiffer, Yeva Hersigova, Letisiya Kasta, Karla Bruni, Naomi Kempbel və s. Hazırda “Guess” adı çəkildiyi zaman ağla yəqin ki, ilk öncə  “cins”lər gəlir. Amma, Guess də genişlənib, şaxələndi: 2005-ci ildən etibarən Guess kişi və qadın ətirləri də sitehsal etməyə başlayır. 2007-ci ildə isə daha bir xətt də buraxıldı- G by Guess. Bu yeni brend daha çox əlvan və çəkici geyimlər yaradırdı və bu elə qiymətə nəzərə alınmışdı ki, bütün gənclər bu geyimlərdən alıb, geyinə bilsinlər. Kişi, qadın və uşaq cinsləri, saatlar, ayaqqabılar, eynəklər, ətirlər, çantalar, aktiv tətil üçün rahat geyimlər, dəniz geyimləri, şallar, üzük, sırğa-bir sözlə bəzək əşyaları yaradan Guess bu gün yer üzündə 750-dən çox mağazaya sahibdir və bu son da deyil, belə ki, mağazaların sayı günü-gündən artmağa başlayır. Öz sadəliyi və zövqlülüyü ilə fərqlənən Guess bu gün moda sahəsində ad qazanaraq məşhur olmuş brendlər sırasındadır. Halbuki, Marsiano qardaşları bu işə bir neçə cüt sadə cinslərlə başlamışdılar. İstəməkdən, bütün çətinliklərə rəğmən istdiyinin üstündə durmaqdan və bu yolda irəliləməkdən çox şey asılıdır. Və biz də bir daha bu fikrin doğruluğunun şahidi olduq.
['Guess', 'Paul Marciano', 'Maurice Marciano']
6,508
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2224/z%C9%99nginlik-pulla-%C3%B6l%C3%A7%C3%BClm%C3%BCr.html
Zənginlik pulla ölçülmür.
bloqçu
Düşündürücü hekayələr
18 iyun 2010, 17:26
Günlərin bir günü varlı bir kişi övladına göstərmək istəyir ki, “gör insanlar necə də kasıbdılar.”  Bu səbəbdən də oğlunu özüylə kəndə aparırOnlar maddi cəhətdən çox kasıb olan bir adamın evinə gəlirlər və bütün günü o evdə qalır və gecə də o evdə gecələyirlər.  Səhər isə şəhərə qayıdanda yolda atası oğlundan soruşur ki, “hə, balam, de görüm səyahətimiz necə oldu?” Oğul da cavab verir ki, “çox gözəl”. Sonra atası soruşur: - Bəs camaatın necə kasıb olduğunu gördünmü? Uşaq cavab verir ki, “bəli, atacan, gördüm”.Bu zaman atası yenə soruşur: - Bəs bu kasıblığı görüb, nə öyrəndin?Uşaq cavab verir:  - Öyrəndim ki, bizim cəmi bir dənə itimiz var, onların isə dörd. Bizim hovuzumuz var, hansı ki, çox böyükdür, düz  bağımızın yarısı qədər, amma onların isə çayları, hansı ki, kilometrlərlə uzanır. Bizim bağımızda lampalar yanır, onlara isə ulduzlar işıq saçır. Atacan, öyrəndim ki, biz nə qədər də kasıbıq. Bunu mənə göstərdiyinçün sənə təşəkkür edirəm!
['zənginlik']
6,509
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2021/m%C3%BCdrik-qad%C4%B1nlara-psixoloq-m%C9%99sl%C9%99h%C9%99ti.html
Müdrik qadınlara psixoloq məsləhəti
ilham
Xoşbəxt ailə
18 iyun 2010, 11:25
Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir. Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsəki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.2. SON QƏRAR QƏBUL ETMƏK ŞANSINI KIŞILƏRƏ VERINXüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda. Qadın daim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qoyum-əqraba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Halbuki, məlumdur ki, güclü ailəni – güclü, qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!3. TƏNQIDDƏN UZAQ OLUN! Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlə, düzgün hərəkətləri tə'rifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Ehtiyyatlı olun!4. EVINIZ RAHAT VƏ SƏLIQƏLI OLSUN.Ağır, çətin iş günündən sonra hər bir kişi rahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur, xüsusən, sevən qadın üçün!5. ÖZ MARAQLARINIZI UNUTMAYIN!Bəzi qadınlar evlilik zamanı yalnız, yoldaşlarının maraqları ilə yaşayırlar. Özlərini unudur, ikinci plana çəkir. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.XOŞBƏXT OLUN!BIR-BIRINIZI, AILƏNIZI QORUYUN!
['ailə səadəti', 'ər-arvad', 'ailə münasibətləri', 'ailə həyatı']
6,510
https://kayzen.az/blog/kontinent/2183/afrika.html
Afrika
2ral
Materiklər və qitələr
18 iyun 2010, 10:43
Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir. Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu, Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb. Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə) Cərəyanları — Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti) Tədqiqi: XV əsrə kimi Afrikanın şimali və şərqi yaxşı öyrənilmişdir 1498-ci ildə ilk dəfə Vasko da Qama Afrikanın cənub hissəsində oldu. XIX əsrdə D.Livinqstan Afrikanın daxili rayonlarında olmuş, Zambezi çayındakı Viktoriya şəlaləsini tapmış, lakin Nil çayının mənbəyini tapa bilməmişdir. Sonralar Afrikada Stenli, Yunker və s. səyyahlar olub. XX əsrin əvvəli rus səyyahı N.Vavilov Afrikada 6000-ə qədər bitki növü tapıb və bərk buğdanın vətəninin Efiyopiya olduğunu sübut edib.Afrikanın relyefiAfrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür: 1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə 2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika. Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir. Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir. Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır. Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur. Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var. Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir. Vulkanları. Kilmancaro, Kamerun, Meru və s. Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada, Şm. Qvineya və Katanqadadır. Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.Afrikanın iqlimiAfrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var. 1. Ekvatorial qurşaq — Qvineya körfəzindən Viktoriya gölünə qədər olan əraziləri əhatə edir. Ilboyu alçaq atmosfer təzyiqi, ekvatorial hava kütlələri hakimdir. Hava qalxan hərəkətli, isti və bol rütubətli olur. Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur. 2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur. 4-5 Tropik qurşaqlar — hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur. Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır. 6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.Afrikanın çaylarıYağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər: 1. Atlantik okeanına -Nil, Konqo, Niger, Seneqal, Narıncı. 2. Hind okeanına-Zambezi. Limpopo. 3. Daxili axarsız hövzəyə: Şiri, Şari. Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır. Afrikanın ən bol sulu və uzunluğuna görə 2-ci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bolsuludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür. Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km). Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.Afrikanın gölləriAfrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnib Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır. Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır. Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4-7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.Afrikada təbii zonalar:1. Ekvatorial meşələr — ekvatorial iqlim qurşağında yayılıb. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır. 2. Savannalar — Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılıb. 3. Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılıb. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir. Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşib. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir. Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın Şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur. Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınıb. 4. Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılıb.Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq. Əhalisi 3 irqə mənsubdur. Şimali Afrikada avropoid irqinə mənsub ərəblər və bərbərlər, Böyük Səhradan cənubda neqroidlər yaşayır. Afrikanın səhralarında – efioplar, Cənubi Afrikanın səhralarında buşmenlər və hottentotlar, Madaqaskar adasında isə malaqasilər yaşayır. Afrikanın ən ucaboylu xalqı (180-120 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır. Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşıb. XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Indi Afrikada 55-ə yaxın müstəqil ölkə var. Sonuncu müstəmləkə 1990-cı ildə CAR-dan müstəqillik alıb. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngidib. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə IEÖ-si CAR-dır.
['Afrika', 'Afrika materiki', 'materik', 'Afrikanın coğrafiyası']
6,511
https://kayzen.az/blog/bloq%C3%A7u/2220/s%C9%99n-bel%C9%99-olmal%C4%B1san.html
Sən belə olmalısan!
bloqçu
Bloq: bloqçu
17 iyun 2010, 20:31
Bir psixatriya xəstəxanasında iki nəfər bir-birləri ilə maraqlanmağa başlayırlar. Beləcə biri o birisindən soruşur ki, bəs “sizin burda olmağınıza səbəb nədir?”Digəri də belə cavab verir:- Mən hamının istədiyi kimi biri deyiləm. Hamının istədiyi kimi bir şəxs ola bilmədiyim üçün.- Başa düşmədim ki, siz nə demək istəyirsiniz?- Atam mənimlə fəxr etmirdi, məndən utanırdı. Çünki mən çox yaxşı şagird deyildim və qiymətlərim də orta səviyyədə idi. Bu səbəbdən də məni həmişə ittiham edirdi ki, mən tənbələm. Çünki o zənn edirdi ki, bir kəs ki, onun uşağıdır, deməli o, adi insan olmamalıdır. Atam, bir gün məni də özünə qoşub, ova apardı. Orda isə məndən istədi ki, mən tüfəngi əlimə alıb, bir ceyran vurum. Çünki, belə olan halda mən onun gözündə əsl kişi hesab olunacaqdım.- Yaxşı, bəs neçə xal ilə qiymətləndirildin? (bu sualı verən həmsöhbəti də demə yaxşı ovçu imiş) Heç bir xal... Çünki, ceyranı vura bilmədim, ağlamağa başladım. O gündən sonra atam məni daha heç vaxt özüylə ova aparmadı. Atam istəyirdi ki, mən də onun kimi vəkil olum. Babam da istəyirdi ki, babamın işini davam etdirim, onun kimi dülgər olum. Anam ilə dayım özləri kimi bank işçisi, nənəm isə ki, din xadimi olmağımı istəyirdi.Məhəlləmizdə bir molla var idi, o istəyirdi ki, mələk tək qüsursuz olum, dostlarım isə film aktyorlarına bənzəməyimi istəyirdilər. Nişanlım isə ümumiyyətlə, hər şey olmağımı istədiyi halda qaynatam olacaq şəxs qızının gözündə qiymətdən düşməsin, həmişə uca qalsın deyə mənim “heç nə” olmağımı diləyirdi.Televiziyadakı nümayişlər, verlişlər, proqramlar mənə öyrədirdilər ki, içkidən istifadə edim, məni həvəsləndirirdilər ki, siqaretə, maşınlara aludə olum, “xəbərlər” verlişi isə əksinə, istəyirdi ki, mən belə şeylərdən uzaq olumBunları dedikdən sonra bir az nəfəs alıb, sonra davam elədi: Bağışlayın, bəlkə də sizi də narahat etdim. Mən düz bir ildir bu xəstəxanadayam və artıq dəqiq bilirəm ki, mən dəli olmaq istəmirəm. Yaxşı, bəs, siz nə qədər vaxtdır ki buradasınız?- Mən buraya öz qohumumu görmək üçün gəlmişəm- Aydındır, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız.  *** Heç kim ideal deyil. Hər kəs əslində özü olmalıdır. Mənim kimdənsə ideal olmasını, mənim istədiyim kimi olmasını, mənim istədiyim kimi yaşamasını istəmək düzgün deyil, bu eqoistlik, bu haqsızlıqdır. Ətrafa boylansaq və münasibətlərə fikir versək belə hallara çox rast gələrik. Misal üçün sevənlərdən biri digərinə deyir ki, bunu belə etmə, bunu belə demə, ora getmə, bunu oxuma, sən belə ol, sən elə ol və s. Sual olunur: bəs sən bu adamın nəyini sevmisən? İnsan yoldaşına məsləhət verə bilər, nəyisə başa sala bilər, nədəsə gözünü aça bilər. Amma, ondan sənin istədiyin kimi olmasını tələb etmək olmaz. Bu onsuz da alınmayacaq. O özünü nə qədər zorlasa da bir gün elə biruzə verəcəkdir ki, o gün artıq gec olacaq.  Həm səninçün, həm onunçun.
['ideal insan']
6,512
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2219/c%C9%99hal%C9%99t-s%C9%99nin-d%C3%BC%C5%9Fm%C9%99nindir.html
Cəhalət sənin düşmənindir
bloqçu
Düşündürücü hekayələr
17 iyun 2010, 19:15
Atanın oğula məktubu.Əziz balam Enriko! Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar. Heç nə vaxtsa düşünmüsənmi ki, hər səhər məktəbə yollananda səninlə eyni vaxtda neçə ölkədə, neçə milyon uşaq məktəbə gedir? Şəhər küçələrində, kənd yollarında, dənizlərin, göllərin sahillərində, səhralarda, dağlarda, qarlı və dumanlı vadilərdə milyonlarla uşaq, qoltuqlarında kitab daşıyaraq və yaxud da çiyinləri ya da əllərində çantalarıyla məktəbə gedirlər. Bir az düşün. Sənin də qatıldığın yüzlərlə ölkənin uşaqları Rusiyadan Afrikaya qədər milyonlarla uşaq ayrı-ayrı yollardan, eyni şeyi öyrənməkçün gedirlər. Düşün ki, bu hərəkət dayansa insanlar cahillik vaxtına geri dönərlər.Bu səbəbdən də ey, böyük bir ordunun kiçik əsgəri, cəsarətli ol! Sənin silahların məhz kitablarındır, bölüyün məktəbin, düşmənin isə tənbəllik və cəhalətdir. Bütün yer üzü isə müharibə meydanı.Unutma əziz Enriko, qorxaq və tənbəl bir əsgər heç vaxt zəfər qazana bilməz.Səni sevən və sənə inanan atan. Edmundo de Amikis “Uşaq Ürəyi” əsərindən
['məktub', 'kitab', 'oxumaq', 'tənbəllik', 'cahillik']
6,513
https://kayzen.az/blog/f%C9%99ls%C9%99f%C9%99/2209/insan,-f%C9%99rd,-f%C9%99rdiyyat-v%C9%99-%C5%9F%C9%99xsiyy%C9%99t.html
İnsan, fərd, fərdiyyat və şəxsiyyət.
bloqçu
Fəlsəfə
16 iyun 2010, 16:46
İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.İnsan ictimai varlıqdır, lakin o, ayrı - ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir  «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün işlədilir. Deməli, ikinci mənada fərd «ictimailəşmiş», sosial təkdir. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır. Şəxsiyyət həmişə ictimai inkişaf etmış sosial münasibətlərin daşıyıcısına çevrilir. Şəxsiyyət fərdin sosiallaşmasından, onun ictimai fəaliyyətinə və ünsiyyətə girməsi prosesindən yaranır. Şəxsiyyəti istiqamətləndirən və onu ətraf sosial-təbii mühitlə bağlayan onun dünyagörüşüdür, mənəvi simasıdır, iradəsi və mənəviyyatıdır.Şəxsiyyət ən azı aşağıdakı mənəvi keyfiyyətlərə malik olmalıdır: a) sosial fəallıq, təşəbbüskarlıq, idraki yetkinlik, əxlaqi saflıqla yanaşı mənəvi tamlıq, «özünəməxsusluq», fərdi «mənlik»;b)  fərdiliyin çoxsahəliliyi, məhdudluğun olmaması;v) başqa cür ola bilməmək, ancaq göründüyü kimi olmaq;q) öz hərəkətlərinə nəzarət və hökmranlıq etməyi bacarmaq, özünün ağası olmaq;d) müstəqilliyini heç vaxt itirməmək;e) sosial-sinfi həyat prinsiplərinə sədaqət, tutduğu yolun düzgünlüyünə inam;j) ən sadə bəşəri cağırışları daim rəhbər tutmaq;i) prinsipiallıq;k) mənfi hallarla barışmazlıq.  K.Marks düzgün qeyd edirdi ki, şəxsiyyətin mahiyyətini heç də onun fiziki-fizionomiyası deyil, sosial keyfiyyətləri müəyyən edir.Cəmiyyət - bütün canlı orqanizmlər içərisində ən yüksək mütəşəkkillikdir. İnsan cəmiyyətlə kollektivlər vasitəsilə əlaqəyə girir. Kollektiv şəxsiyyətin özünəməxsusluğunu itirmir, onu qoruyur, fərdi təşəbbüsə geniş meydan verir. Odur ki, burada şəxsiyyət özünü biriuzə verir və təsdiqləyir. Fəlsəfə mühazirəsindən.
['insan', 'fərd']
6,514
https://kayzen.az/blog/bloq%C3%A7u/2208/k%C9%99nd%C3%A7i,-k%C9%99nto%C5%9F-bu-n%C9%99-dem%C9%99kdir-ki.html
Kəndçi, kəntoş - bu nə deməkdir ki?
bloqçu
Bloq: bloqçu
16 iyun 2010, 15:28
Biz hər nə qədər desək də ki, özümüzü bölgələrə bölməməliyik, bölməyək, hamımız Azərbaycanlıyıq, amma gəlin qəbul edək ki, hər kəs özünü mütləq ki, hansısa bölgədən, rayondan sayır. Amma bu yerlibazlığa çevrilməməlidir. Hər nə isə, deməli məsələ belədir ki, mənim atam da, anam da Sabirabad rayonundandılar. Mən isə Bakıda anadan olmuşam. Məndən soruşanda ki haralısan, mən təbii ki, yad vətəndaşdırsa hər yerdə özümü Azərbaycan vətəndaşı kimi təqdim edir, Azərbaycanlıyam deyirəm. Öz elimizdə də məndən bölgə olaraq soruşulandan Sabirabadlıyam deyirəm. Lakin bir çoxları məni qınayır ki, sən belə deməməlisən. Çünki sən Bakılısan!Axı mənim atam, babam haralıdırsa və mən də o nəslin yetirməsiyəmsə, deməli, mən də oralıyam. Elə deyilmi? Mən niyə o obaları danmalıyam ki?Bəziləri bu fikirlərini də həqiqi saydığından, bəziləri isə Bakılı olmağı daha da gözəl, fərqli və perspektivli saydığından belə düşünürlər. Vallah, mənim ata-babalarımın Azərbaycanlı olub Sabirabad rayon sakini olmalarından nə utanıram, nə çəkinirəm. Mən rayonluyam, lap elə kəndliyəm, kəndçiyəm. Burda nə var ki? Nə bilim bəlkə o yer məsələsinə görə mən yanılıram, bəlkə də həqiqətən də mən də Bakılı sayılıram, hər-halda bu haqda bir bilgim yoxdur, sadəcə düşündüklərimi deyirəm. Bunun müzakirəsini və hardasa mübarizəsini etmək də ola bilsin ki, yersizdir. Çünki mən Azərbaycanlıyam. Azərbaycanın bütün şəhərlərindən, rayonlarından, kəndlərindənəm.Yəqin ki, yuxarıda yazdıqlarımı səhv alqılamayıb, sözümün canını düz başa düşdünüz. Mənim demək istədiyim budur ki, rayondan olduğuna görə, kənddən gəldiyinə görə utanmamalı, buna görə şəhərli olmağı arzulamamalısan. Və ya kənardan biri rayonlu, kəndli olduğuna görə kiməsə xor baxmamalısan. İnsanın insanlığı, mənəviyyatı şəhər və ya rayondan olmasından asılı deyil. Hətta savad da bununla ölçülmür. Hər halda kənd camaatı “çuşka” adlandıran gənclər kimlərdirlər ki: özünü hamıdan üstün saymaqla, rus dillində bir neçə söz bilib, yarı düz yarı səhv danışmaqla, “risofkalanmaqla” məşhur olan şəhərlilər də az deyil.İnsanlıq, ağıl, elm, savad, dərrakə, mənəviyyat, mədəniyyət – hər yerdə mövcud olduğu kimi, əksi də mövcuddur – yerindən asılı olmayaraq! Biz başqalarına mənfi mənada “kəndçi”, “kəntoş” deyərək onları lağa qoyuruq. Niyə, nə üçün? Bu sözlər nə üçün məzə obyektinə çevrilir ki? Demək ki, biz kəndlərimizə dəyər vermirik; o kəndin torpağında otlayan heyvanın ətini yeyirik, yununun üstündə yatırıq, südündən içirik, ağartılarından, buğdasından, arpasından, bitkisindən, meyvəsindən, tərəvəzindən qidalanırıq, amma oranı alçaq görürük? Bəyəm hamımız şəhərdə doğulub, şəhərdən çıxmışıq? Ola bilsin ki, kənddən şəhərə gələnlər şəhərdəki dəblə ayaqlaşmasınlar, müasir geyinməyib, müasir düşünməsinlər. Hər halda hər yerin öz tələbi var və hər kəsin də o tələbə görə bir norması və ən əsası da ki öz zövqü var. İnsanlıq xarici görünüşə, geyimə, diploma və elmə görə ölçülmür. Yeri gələndə elə tanınmış, uğur qazanmış insanlar var ki, hansı ki, onlar da kəndlərdən gəliblər.Lap dərinə də getsək, hamımızın kökündə hansısa kənd dayanır.Heç kimə yurxarıdan aşağı doğru baxmaq lazım deyil, çünki hamı insandır. Sadəcə olaraq səhvlərimiz, düzlərimiz var. Səhv edənləri alçaqda görüb onlarla məzələnməməli, bir olub, düzəltməyə çalışmalıyıq.Tələffüz. İnsanları daha çox da danışığına görə qınayırlar. Amma bu yerdə də bölgələrdəki ləhcələri nəzərə alsaq və onu da bir çox rus sözləri ilə qarışdırsaq, məsələ aydın olur. Hər-halda ləhcə də olsa, insan dilin qrammatikasınının incəliklərini öyrənməli, sözlərin yazılışını, oxunuşunu bilməlidir. Bu zaman ləhcə necə olur-olsun o insan düzü səhvdən ayıracaqdır və heç kimin ona bir söz deməsinə belə imkan verməyəcəkdir. (P.S. ləhcələr çox şirin səslənir))))Sözlər məzəli səslənə bilər. Mən özüm də bəzən ləhcələrdən və rus sözlərinin qarışığından dolayı alınan səhv sözləri məzə kimi istifadə edirəm. Amma yazı yazanda da bu zaman o sözü dırnaq içinə alıram. Bəlkə də, həqiqətən də özümün də bilmədiyim və işlətdiyim səhv sözlərim var. Çalışıram öyrənəm.Bir nəticə var ki, biz heç kimi lağa qoymamalıyıq. Kimsə nəyisə bilmirsə öyrədə bilərik, başa sala bilərik. Gülüb keçmək bizlik deyil - o sözə gülə bilərik, o adama yox. Biz kimisə təhqir və ya tənqid edə bilmərik, çünki buna ixtiyarımız çatmır. Daha doğrusu tənqid var! Əlbəttə ki, ümumi mövzularda fikrimizi bildirərək, hansısa yalnışı tənqidlə qarşılaya bilərik. Amma bu tənqid o yalnış üçün səslənir və düzlüyü bərpa etmək üçün dilə gətirilir. Yiyəsi isə özü başa düşəcəkdir. Yox əgər, o adam özü heç nə öyrənmək istəmir, özü elə öz durduğu yerdə sayıb qalmaq istəyirsə, bu zaman da nə edə bilərik ki, təəssüf?!
['kəndçi', 'kəntoş', 'çuşka', 'şəhərli']
6,515
https://kayzen.az/blog/kontinent/2186/antarktida.html
Antarktida
2ral
Materiklər və qitələr
15 iyun 2010, 13:40
Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar. Antarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb. Dənizləri — Ross, Bellinshauzen, Uedella, Amundsen. Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır. Adaları — Aleksandr, Beredina, I Pyotr, Cənubi Georgiya, Cənubi Şotlandiya, Kerqelan. Ucqar nöqtələri. Antarktidanın mərkəzində cənub qütbü yerləşdiyindən onun bütün sahilləri şimala doğru yönəlmiş olaçaq. Bu səbəbdən Antraktidanın ucqar cənub, şərq və qərb nöqtələri yoxdur. Yeganə ucqar şimal nöqtəsi-Antarktika yarmadasındadır. Kəşfi. Antarktida ən gec kəşf edilmiş materikdir. Hələ qədim alimlər cənub qütbündə materikin olduğunu söyləmişdir. C.Kuk bu materiki tapmaq istəsə də buna nail ola bilmədi. 1820-ci il yanvarın 28-də Lazarev və Bellinshauzen bu materiki kəşf etdilər. 1909-çu ildə ingilis səyyahı Şeklton cənub maqnit qütbünü, 1911-çi ildə Amundsen, 1912-çi ildə isə Skott cənub qütbünü kəşf etdilər. Antarktida hec bir dövlətə mənsub deyil. Beynəlxalq sazişə əsasən onun ərazisində hərbi xarakterli tədbirlərin görülməsi, silahların və nüvə partlayışlarının keçirilməsi qadağandır. Hazırda burada 16 dövlətin alimləri tədqiqat aparır. Antarktidanın relyefi Antarktidanın əsas hissəsi Antarktida platforması üzərindədir. Materik səthinin 1/3-i okean səviyyəsindən aşağıda yerləşir. Buzlaqların altında dağ silsilələri aşkar edilib. Uedella dənizindən Ross dənizinədək Transantarktida dağları yerləşib. Antarkida yarımadası və materikin qərb kənarı ilə uzanan dağlar C.Amerikadakı And dağlarının davamıdır. Burada Antarktidanın ən hündür zirvəsi Vinson (5140 m) və ən dərin cökəkliyi Meri-Berd (-2555 m) yerləşir. Antarktida qədim Qondvana materikinin bir hissəsidir. Burada fəaliyyətdə olan Erebus vulkanı, materikdə dağəmələgəlmə prosesinin getdiyini sübut edir. Antarktida da neft, qaz, kömür, dəmir filizi, almaz, uran, qızıl və s yataqlar var. Antarktidanın Iqlimi Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri – a) çox yüksəkdə yerləşməsi, b) qütb ətrafında yerləşməsi, c) qalın buzla örtülməsi, d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20C Vostok stansiyasında qeydə alınıb. Yayda Antarktida ekvatorial qurşağa nisbətən daha çox istilik alsa da, bunun 90%-i buz və qaz örtüyü tərəfində əks olunur. Nəticədə materik üzərində soyuq hava kütləsi yaranır. Antarktida ən az yağıntı olan materik olsa da, Günəş tərəfindən zəif qızması nəticəsində burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Materikin əsas hissəsi antarktik iqlim qurşağındadır. Burada ilboyu soyuq və quru antarktik hava kütləsi hakimdir. Materikin kənar hissəsi 3 okean suları ilə əhatə olunan subantraktik iqlim qurşağında yerləşir. Materik və okeana arasında kəskin təzyiq fərqi olduğundan Antarktidada dünyada ən güclü küləklər (84 m/san) yaranır. Materikin mərkəzindən kənarlara doğru temperatur və yağıntının miqdarı artır. Yağıntı əsasən qar halında düşür. Bitki və heyvanlar aləmi çox kasıbdır. Sahil boyunda mamır, şibyə, yosunlar bitir. Materikin əsas hissəsini antarkit səhra- təbii zonası tutur. Yayda buzlaqdan azad olan ərazi vahə adlanır. Vahələrdə yosunlar bitir. Dünyanın ən iri heyvanı mavi balina, habelə kaşalot morjlar sahil ərazisində yaşayır. Antarktidanın daimi sakini pinqvindir. Antarktidada 4 qütb- coğrafi, maqnit, küləklər və soyuqluq qütbləri yerləşir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.
['Antarktida', 'Antarktika']
6,516
https://kayzen.az/blog/bloq%C3%A7u/2187/onlar-pey%C4%9F%C9%99mb%C9%99rd%C9%99n-dan%C4%B1%C5%9Fd%C4%B1lar.html
Onlar Peyğəmbərdən danışdılar.
bloqçu
Bloq: bloqçu
14 iyun 2010, 23:42
Ordan-burdan maraqlı yazılar oxuyandan sonra ağlıma maraqlı bir fikir gəldi. Belə ki, bir çox şəxsiyyətlər Məhəmməd Peyğəmbər haqqında maraqlı fikirlər bildiriblər. Mən də onlardan toplayıb, tərcümə edib, bura yerləşdirmək qərarına gəldim. Düşünürəm ki, sizin üçün də maraqlı olar. Baxaq görək, onlar Peyğəmbərimiz haqqında nələr danışıblar: “İnsanlıq tarixinin ən böyük şəxsiyyəti Hz.Məhəmməddir.”“Michael H. Hart adlı Amerikalı alim “İnsanlıq tarixinin ən böyük 100 şəxsiyyəti” adlanan tədqiqatında; tarixdə və bugünkü gündə ən əhəmiyyətli 100 adam arasında Hz.Məhəmmədin (s.a.s) dünyanın ən böyük şəxsiyyəti olduğunu yazmışdır. Amerikalı alimin yazmış olduğu bu kitab, 1978-ci ilin oktyabr ayında çap olunmuş və böyük maraqla qarşılanmışdır. Kitabın müəllifi Prof. Dr. Michael H. Hart əsərində Hz.Məhəmmədin (s.a.s) ən böyük şəxsiyyət olduğunu belə sübut edir:“Dünyanın ən böyük şəxsiyyətlərinin başına Hz. Məhəmmədi seçmiş olmağım bəzi oxuyucuları təəccübləndirə bilər. Bəzilərinin sual vermələrinə səbəb ola bilər. Fəqət Hz. Məhəmməd tarixdə dini və dünyəvi baxımdan ən böyük uğurlar əldə etmiş tək şəxsiyyətdir.” (“Diyanət qəzeti” 15 yanvar 1979-cu il, say:205) *** “Mən sənin müasirin olmadığım üçün çox təssüf edirəm, ey Məhəmməd!... İnsanlıq sənin kimi böyük bir qüdrəti yalnız bir dəfə görmüş və bundan sonra da görməyəcəkdir. Mən heybətli hüzurunda dərin bir sayğı ilə əyilirəm.” Alman dövlət adamı prins Bismark. *** “İnsanların hidayəti üçün göndərilən Quran hikmətlə dolu olan parlaq bir kitabdır. Hz. Məhəmmədin həqiqi  peyğəmbər olduğuna heç bir şübhə yoxdur.” Fransız filosofu Alexsi Lövazon *** “O şair deyil, Peyğəmbərdir və onun Quranı – insan tərəfindən əyləncə və ya ümumi biliyin artırılması üçün yazılmış bir kitab deyil, ilahi qanundur!” İohan Volfqanq Höte. *** “O nə sezar olub, nə də ki papa. Onun heç vaxt belə bir iddiası da olmayıb. Onun arxasında cəbhəsi olmayıb. Heç bir şəxsi cüngüdənlərdən söhbət belə gedə gilməzdi. O böyük maddi şəraitə sahib deyildi, heç bunu arzu da etmirdi. O heç vaxt saraylarda yaşamayıb. Əgər kimsə dini qaydaların köməkliyi ilə arxasında kütlə daşıya bilirdisə, bu Məhəmməd olub. O heç vaxt dəstəyə (dəstək mənasında) və ya xüsusi geyimə ehtiyac duymayıb. O heç vaxt özünü həddindən artıq qiymətləndirməzdi. Şübhəzi ki, Peyğəmbər olmaq haqqı ona məxsusdur. Hal-hazırda bu peyğəmbərin həyatını və baxışlarını izləyənlər onun əzəməti qarşısında baş əyirlər. Bu mövzuda mən çox şey deyə bilərdim, amma, ümumiləşdirilmiş halda qeyd etmək istərdim: onun haqqında olan hər-hansısa bir mətn məndə pərəstiş və heyranlıq hissi yaradır. Və mən bu möhtəşəm Müəllimin əsirliyində hələ çox qalacam.” Anni Bezant (ANNIE BESANT. The life and Teachings of Muhammad. Madras, 1932) *** “Peyğəmbər Hz. Məhəmməd (s.a.s) byük bir islahatçıdır.  İnsanlığa çox böyük bir xidmət etmişdir. O bir hümməti haqq nuruna qovuşdurmuşdur. Ona bu şərəf kifayətdir. O hümmətini qan tökməkdən xilas etmiş, əmin-amanlığa çatdırmış, onlara yüksəlmə yollarını açmışdır. Onun kimi böyük bir zat hər cür hörmətə layiqdir.” Məşhur Tolstoy. *** “Beləcə, biz deyə bilərik ki, Məhəmməd tarixin tanıdığı ən uca insanlardan biri olub. Bəzi tarixçilər peyğəmbərin böyüklüyünü öz dini inamlarının gücü qarşısında kiçildirdilər, amma, bu gün, hətta, xristian yazıçılar belə ona haqq qazandırırlar.” Qüstav Lebon. *** “Əslində Məhəmməd (s.a.s)- dünya yaranandan müxtəlif vaxtlarda yer üzünə göndərilmiş peyğəmbərlərdən sonuncusudur. Əgər söhbət 3 ölçüdən gedirsə, axı kimi onunla müqaisə etmək olar ki: inanılmaz böyük məqsəd və əhəmiyyətsiz yollarla əldə edilmiş heyranedici nəticələr.Bizə şöhrətli sərkərdələrin, dövlət xadimlərinin və böyük imperiya başçılarının adları məlumdur, hansı ki, inanılmaz dağıdıcı qüvvəylə rəğbət qazanıblar. Bəs, Adəmin bu oğlu haqqında nə demək olar? Bütün ordunu, imperiyanı və dini qanunları hərəkət salması onu qane etmirdi. Planetin sakinlərinin üçdə bir hissəsi onun arxasınca gedirdilər. Onun qüvvəli iradəsi, əzəmətli edaya üçün heyranedici fədakarlığı, yüksək rütbə, mənsəb və taxt-taca görə şirniklənməmək bacarığı, onun Allahla olan dialoqu, ölüm və zəfər yürüyüşü - onun işləri faktdır, hansı ki, onun şəxsiyyətinin və ideyalarının böyüklüyünü təsdiq edir. Peyğəmbər, filosof, orator, qanunçu, döyüşçü, ürəkləri fəth edən, idealar novatoru, imam, dövlət nigahlı ər, yür kürəsinin 20 rayonunda dini imperiya qurucusu – Məhəmməd (s.a.s) budur. Onu hansı böyük adamla müqaisə edim? Onun əzəməti ölçülməlidirmi?” LA MARTIN. Historie la Turguie. Paris, 1854 *** “Mən həmişə Məhəmmədin uca həyatiliyindən dolayı onun dininə böyük hörmətlə yanaşmaşım. Mənim zənnimcə bu din həyatın dəyişgən qaydalarına uyğunlaşma xüsusiyyətinə malik olan yeganə dindir, hansı, (şübhəsiz ki) müxtəlif yaşda olan insanların xoşuna gələ bilər. Mən onun həyatını öyrəndim – məncə o, heyranedici insandır – antixrist deyil – onu insanlığın xilaskarı adlandırmaq olar. Düşünürəm ki, onun kimi birinə müasir həyatda diktatorluq haqqı verilsəydi, o problemləri elə həll edə bilərdi ki, bu həll arzuolunan barışıq və xoşbəxtliyi gətirərdi:  mən Məhəmmədin dini haqqında belə xəbər verdim ki, bu din sabahkı Avropa tərəfindən qəbul olunacaq və o artıq müasir Avropa tərəfindən qəbul olunmağa başlayıb.” Bernard Şou *** “Mən şahidlik edirəm...Bu propaqanda deyil. Bizim diqqətimiz onun dininin davamlı xadimliyinə zəncirlənib. Məkkə və Mədinədə bu kristal tək təmiz ediyaların təsir dərəcəsində zərrə qədərdə eniş olmurdu. Afrikalılar, Asiyalılar və türklər üçün yol göstərən ulduz rolunda olan Quran sönməyəcək. Bu ideologiyanın tərəfdarları hər bir rədd edilmələr və fraksiyalara qarşı onlara məxsus olan emosionallıqdan, nikbinlikdən və ağıldan mikron belə itirmədən ehtirasla mübarizə aparırlar.Mən öz inamıma şahidlik edirəm ki, Allah birdir, Məhəmməd (s.a.s)  isə - Onun Peyğəmbəri. Onun canlı nəsihətləri həmfikirliləri (moizə xütbə təbliğat) ağıl və din çərçivəsində alicənablıqla birləşdirir.” EDWARD GIBBON AND SIMON Ocklay History of the Saracen Empire. London 1870 *** “Öz etiqadı, inamı uğrunda Məhəmməd (s.a.s) bütün əzablara dözməyə hazır idi.O lider olaraq təmkinli və sarsılmaz xarakterə malik idi. O insanları yüksək qiymətləndirir və onlara hörmət edirdi. Onun uğurları onun böyüklüyünün sübutudur. Onun şəxsiyyətinin böyüklüyü onun işlərinə də uğur təmin edir.Şərq bu qədər qədr-qiymət qazanmış başqa şəxsiyyət tanımır” W. MONTGOMERI. Muhammad at Macca. Oxford, 1953, p.52. *** “Biz onun peyğəmbərliyini qəbul etmək məcburiyyətindəyik”Məhəmməd xristianlıq və iudaizmin yanılma təhlükəsini başa düşmüşdü. O öz həyatı ilə riskə gedərək büdpərəstləri təkallahlılığa çağırır və əbədi həyat zəmisini əkməyə başlamışdı.Onu sırf bəşəriyyət tarixindəki seçilmiş məşhur şəxslər sırasına daxil etmək haqsızlıq olardı. Biz onun peyğəmbərliyini və yer üzündəki ilahi elçiliyini qəbul etmək məcburiyyətindəyik.” Karl Marks *** “Time Out” adlı London jurnalı öz məqalələrinin birində Məhəmməd Peyğəmbəri ilk ekoloq adlandırmışdı.
['Məhəmməd Peyğəmbər', 'məşhurlar']
6,517
https://kayzen.az/blog/bloq%C3%A7u/2184/barmaql%C4%B1qlar-arxas%C4%B1ndak%C4%B1-muzey.html
Barmaqlıqlar arxasındakı muzey!
bloqçu
Bloq: bloqçu
14 iyun 2010, 23:12
Bir ailədə dünyaya gəlib, böyüyürsün, məktəb oxuyub, sonra da hansısa bir sənətə yiyələnmək üçün ali məktəbə üz tutrsan. Kimi texniki, kimi humanitar fənlər üzrə təhsil alır və sabahkı günü üçün bir peşə sahibi olur. Elələləri də var ki, ailə içində dünyaya gəlmir, istədiyi kimi məktəb oxuya bilmir, burda artıq ali təhsildən söz belə getmir. Çoxu güclü olur, bu vəziyyətin içində çıxmağı bacarırı, çoxunun üzünə şans üfürür, çoxuna isə acı tale. Bəli, çoxları həyat qazanında yaxşı qovrula bilmir, hayıf olur. Avara adını alıb, bu adı doğrultmağa səy göstərir. Bəlkə də bunu istəmir, bəlkə də buna məcburdur, ya əksinə, hər halda avaralana-avaralana axır-əvvəl gəlib çatacağı mənzil barmaqlılaqlar arxasındakı dörd divar olur. Türmə! İndi düşünürük ki, türmə adı çəkildisə burda söz cinayətkarlardan, oğrulardan, fırıldaqçılardan gedəcək, amma, belə deyil. Əslində mənim demək istədiyim başqadır. İnsan azadlıqda azaddır, istədiyini edə bilər, öyrənə bilər və yaşaya bilər, türmədə isə yox. Amma, türmədəkilər elə şeylər öyrənirlər ki, azadlıqdakıların bir çoxları şeyləri ya təhsil alaraq, ya bir usta yanına gedərək öyrənirlər. Barmaqlıqlar arxasındakı muzey! İndi yəqin ki, yazımın adının nə məna verdiyini daha aydın başa düşmüş olarsınız. Türmədə onların o qədər boş vaxtları olur ki, onlar öz işlərinin daxilində yatan sənətkarlığı oyatmış olurlar. Halbuki, azadlıqda bunun fərqində belə deyildilər, halbuki özlərini heç nəyə, heç bir işə yaramadaqlarını zənn edib, avaralnmağa adayan bu insanlar əslində bir sənətkardılar. Bəli, mən, bu sözü deməkdən heç çəkinmirəm. Onlar nə cinayət törədiblər, törətməyiblər – bu başqa məsələ. Mənim məsələm isə tamam başqadır. Mən bu gün türmələrdə hazırlanan əşyalara baxanda heyranlıq hissi duyuram. Gözəllikdən və incəlikdən dolayı gözlərim qamaşır. Həm də o əşyalara bir də buna görə dəyər verirəm ki, onlar təmiz əl işidir, göz nurudur. Müxtəlif cür nərd taxtaları, şaxmatlar, təsbehlər, mücrülər, qutular, rəsm əsərləri, bıçaqlar (bıçaq qabları), ikonalar və s., və s. Taxta üzərində vurulmuş naxışlara baxırsan, heyrətlənməmək mümkün deyil, o qədər incəliklə işlənib, hazırlanır ki, qablaq bir-birinə elə halda bərkidilir ki, elə bilirsən ki, bu hansısa fabrikdə düzəldilib, amma, əsl əl işidir, əsl ideyanın nəticəsidir. Bu gün bir çox saytlarda həbsxana əhlinin hazırladığı müxtəlif əşyaları satışa da buraxıblar. Hətta, Rusiyada “Türmə sənəti muzeyi” də yaradılıb. Bundan əlavə Yaponiyada da məhbusların dizaynı əsasında hazırlanmış önlük tikilib, işlədilirdi. Maraqlıdır, elə deyilmi?! “Azadlıq”. Kim bu azadlığı harda və necə dəyərləndirir... Kimi azadlıqda həqiqətən məhbus sayılır, kimi isə həbsxanada azaddır və yaşayır. Ziddiyyət daşıyan bir termin - Azadlıq! Həbsxana sənətinin nümunələri
['türmə sənəti', 'muzey', 'əl işləri']
6,518
https://kayzen.az/blog/bloq%C3%A7u/2178/muzeyl%C9%99r-canl%C4%B1-tarix.html
Muzeylər-canlı tarix
bloqçu
Bloq: bloqçu
14 iyun 2010, 22:12
Tariximiz yeni don geyinir əyninə.. Gündən-günə şəhər dəyişilir, modernləşir. Gözəlləşir, çirkinləşir və s. Kiminə gözəl, kiminə tam əksi. Mən şəxsən şəhərimizin tarixi abidələrinə toxunulmasını heç istəməzdim. Yenilənsin, təmizlənsin, gözəlləşsin - razıyam. Sadəcə tarixi abidələrə toxunulmasın. Nə isə sözüm bunda deyil. Əl-qərəz ki, mövzum başqadır. Bizim ki başımız qarışır bütün bu işlərə, gəzirik, əylənirik, işləyirik, lakin, zamanla tariximizi unuduruq. Teatrlara, incəsənət məkanlarına, muzeylərə, sərgilərə çox az baş çəkilir. Halbuki, o yerlərdə tarix yatır. Bloqlarda, saytlarda çox oxuyur, çox danışırıq, amma, elə məkanlara gesən, çox az sayda adamla qarşılaşarsan. Nədənsə bu tip məkanlara maraq azdır. Səbəb isə çoxdur. Günah da axtarsaq, çoxunun sinəsinə dirənmək olar. Nə isə, bu da bəzi muzeylərimizin ünvanı. Bunların bəzisində özüm də olmamışam. Baxaq, gedək ziyarət edək və gələcək nəslə də aşılayaq. Azərbaycan tarixi muzeyi- Z.Tağıyev küç. 4Şirvanşahlar Sarayı kompleksi Dövlət tarixi memarlıq qoruğu muzeyi- İçərişəhər, K. Qala küç.S.Vurğunun ev muzeyi- T.Əliyarbəyov küç.4Cəfər Cabbarlının Ev-Muzeyi- Bakı, AZ1073, İ.Qutqaşınlı küç., 44C.Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyi- Neftçilçər pr.123aHüseyn Cavidin Ev-Muzeyi- Bakı, AZ1001, istiqlaliyyət küç.,8Dövlət Din tarixi muzeyi- Neftçilçər pr.123aM.S.Ordubadinin xatirə muzeyi- Bülbül pr.15 Rüstəm Mustafayev adına İncəsənət muzeyi Niyazi küç.9/11N.Nərimanovun xatirə muzeyi- İstiqlaliyyət küç.35Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi-Neftçilçər pr.123aMuzey mərkəzi- Neftçilçər pr.123aAzərbaycan istiqlal muzeyi- Neftçilçər pr.123aN.Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyi- İstiqlaliyyət küç.53Bülbülün memorial muzeyi- Bülbül pr.15Azərbaycan Müsiqi Mədəniyyəti Dövlət Muzeyi- R.Behbudov küç.5 Abdulla Şaiqin Mənzil-Muzeyi- Bakı, Abdulla Şaiq küç.,21Arxeologiya və Etnoqrafiya Muzeyi- Bakı, Böyük Qala küç., 42Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi- Bakı, Dərnəgül şossesi, 30/97Azərbaycan Geologiya Muzeyi- Bakı, İ.Qutqaşenlı küç., 95Azərbaycan Respublikası Xalq Təhsili Muzeyi- Bakı, Niyazi küç., 11Azərbaycan Təbabəti Muzeyi- Bakı, N.Rəfiyev küç., 18Cəlil Məmmədquluzadənin Ev-Muzeyi- Bakı, Süleyman Tağızadə küç., 56Əzim Əzimzadənin Mənzil-Muzeyi- Bakı, Dilarə Əliyeva küç., 157Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi- Bakı, Lermontov küç., 3Hüseyn Cavidın Ev-Muzeyi- Bakı, istiqlaliyyət küç., 8Qobustan Dövlət Tarix-Bədii Qoruğu- Bakı, Lermontov küç., 3Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi - Bakı, L və M. Rostropoviçlər küç., 19Milli Neft Muzeyi- Bakı, Təbriz küç., 68Miniatür Kitab Muzeyi- Bakı, içəri şəhər, 1-ci Qala döngəsi, 67Olimpiya Muzeyi- Bakı, Olimpiya küç., 5"Rinay" Malakofauna Muzeyi- Bakı, İbrahim Məmmədov küç., 2a, mən. 85. Aman Allah biz heç küçələri də düz-əməlli tanımırıq ki...((
['tarix', 'muzeylər']
6,519
https://kayzen.az/blog/bloq%C3%A7u/2172/h%C3%BCzura-qovu%C5%9Fmaq-v%C9%99-xo%C5%9Fb%C9%99xt-olmaq.html
Hüzura qovuşmaq və xoşbəxt olmaq.
bloqçu
Bloq: bloqçu
14 iyun 2010, 18:15
İnsan bədən və ruhun birləşməsindən meydana gələn bir varlıqdır. Bədənimizin yeməyə, içməyə ehtiyacı olduğu kimi, ruhumuzun da qidaya ehtiyacı var.Ruhun ən önəmli qidası sağlam inancdır. Allaha inanan və güvənən bir insan mənəvi cəhətdən qidalanmış və böyük bir güc qazanmış olur. Çünki, insan həmişə Allahın köməyinə möhtacdır. Möhtac olduğumuz o yüksək Varlığa inanıb, Ona bağlanmaq, hüzur və güvənmə mənbəyidir. Böyük Allah belə buyurur:“Diqqət edin, ürəklər ancaq Allahı anmaqla hüzura qovuşar.”İman insanı yalnızlıqdan, boşluqda qalmaqdan qurtarır. İman ruhumuzun qidası qəlbimizin işığıdır. İmansız bir insanın ruhu qidasız, qəlbi qaranlıq qalır və özü də ən böyük köməkdən məhum olur.Çətin vaxtlarda qəlbləri Allaha bağlı olanlar heç vaxt ümidsizliyə düşməzlər. Onlar Allaha pənah aparar, Ona arxalanaraq səbrlə nəticəni gözləyərlər. Belə güclü bir dosta məhəbbət və hörmətlə bağlanmaq insana böyük xoşbəxtlik gətirər. İmanı olmayan insanlar isə ümidsizliyə düşər, hüzursuzluq içərisində qıvranarlar. Onlar sıxıntıdan qurtulmaq düşüncəsi ilə hüzuru içkidə, narkotik maddələrdən istifadə etməkdə və daha böyük fəlakətlərə sürüklənərlər. Beləliklə, həm dünyadakı, həm də axirətdəki xoşbəxtliyi əldən vermiş olarlar. Seyfəddin Yazıçı
['iman', 'hüzur', 'Allah']
6,520
https://kayzen.az/blog/bloq%C3%A7u/2171/art%C4%B1q-uje-demir%C9%99m.html
Artıq "uje" demirəm!
bloqçu
Bloq: bloqçu
14 iyun 2010, 16:51
Dil, Dil, Dil… Milli qürurumuz. Ayaqlar altına atdığımız — qürurumuz! Bu haqda çox yazılıb, çox deyilib… Çox da deyiləcək hələ..Bu həm əziz, həm doğma, həm də dərin və yaralı bir mövzudur. Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər.  Dilimizdə rus sözlərini çox işlədirik, özü də gülməlidirmi deyim, ağlamalıdırmı, bilmirəm — çoxunu da səhv işlədirik, bərbad! Bəlkə çalışaq ki, öz sözlərimizdən istifadə edək, bizdə «uje» əvəzinə «artıq» sözü vərdişə çevrilsin və bunun kimi başqa sözlər də.Ay başına dönüm, taxta sexi, şüşə sexi əvəzinə bir Azərbaycan sözü tapmaq çox çətindir?! Bilirəm ki, “цех” sözü Azərbaycan dilinin orfoqrafiq lüğətində də sex kimi çevrilir. Amma, bu heç xoşuma gəlmir, bunun davasını da edə bilmərəm… Allah bilir xaricilər bu sözləri oxuduqca nə düşünürlər? Ziddiyyətli fikirlərə sahib biri kimi onu da deyə bilərəm ki, bir tərəfdən də “kimin dilində bu söz nə məna verir versin, onun bizə nə dəxli var ki, elə deyilmi? Ona görə də özümdə bu haqda bir söz demək haqqı görmürəm, nə qədər xoşlamasam da. “Aftamoyka”, “pıraşka satılır”, “nasqı satılır” ...- vallah bunlara gülmürəm, yazığım gəlir. Hər tin, bucaq belə sözlərlə doludur. Daha çox da səhv-sühv yazılmış rus sözləri və s… Dövlət bunları görmür, niyə səliqə-sahman üçün müxtəlif qadağalar qoyulmur? Tutaq ki, bu sahibin savadı yoxdur, onda elə belə də qalsın? Niyə o kağızı ordan cırıb, o taxtanı ordan qoparıb düz-əməlli elan vurulmur. Ümumiyyətlə, bu işlərə kim baxır?Bəzən düşünürəm ki, belə boş-boş danışmaqdansa harda kağızda belə yazılmış elanlar görsəm, onun əvəzinə doğrusunu düzəldəcəm və əvəz edəcəm. Bilmirəm məni  öldürəcəklər, söyəcəklər və ya qovacaqlar, amma, cəhd eləmək lazımdır. Elə deyə-deyə də qalmışam. Mən bu hala yanıram, savadsızlıq daha haraya kimi? Tutaq ki, insanlar savadsızdır, oxumayıblar, bilmirlər, nə edək, bəzilərini qınamalı deyil. Əsas bu işə baxanlar bir əncam çəksinlər, bir yerdə dayanmasınlar. Hərçənd ki, yuxarıdakı şəkillərdə bir aksiya bəhrəsidir, amma, daha da işləmək lazımdır... Çöldən, bayırdan, cəmiyyətdən əlavə virtual aləmdə də öz dilimidə yazmağa, öz dilimizin qaydalarına əməl etməyə təmbəlliklə yanaşırıq. Halbuki, nə gözəl və heç kimə xas olmayan hərflərimiz var. İnternet aləmində dolaşanlar ola bilsin ki, xəbərdarlar olarlar ki, biz (bəzi bloqçular) keçən illərdə «Düzgün yaz» deyə bir aksiya keçirtdik. O aksiyaya qoşulanlar yad hərflərdən istifadə etmir və aksiyanın  şərtlərinə görə də bloqa yad hərflərlə yazılan şərhlər silinirdi. Bu səbəbdən dolayı o qədər şərh silmişəm. Amma, o qədər bloqçular var idi ki, klaviaturda xarici hərflərə öyrəşdiklərindən onlar üçün birdən-birə bizim hərflərlə yazmaq çətin idi və lakin sevindirici hal o oldu ki, onlar da zamanla buna öyrəşib öz hərflərimizlə yazdılar. Təəssüf ki, həmin o aksiya iştirakçısı olan bloqçular indi hərəsi bir yerə dağılışıb, yoxsa bu aksiyanı davam etdirəcək və genişləndirəcəkdik.Əgər kiminsə kompüterində Azərbaycan dili qoşulmayıbsa, necə etməli? Bu çox sadədir: İlk öncə Start-a basın və orda Settings/Control Panel. Control Panel-də Regional and Language Options-a iki dəfə tıkla pəncərə açılacaq. Orda Languages bölməsini açın və Details düyməsini basın. Bundan sonra yeni bir pəncərə açılacaq və orda Add düyməsini basın və dillər sırasından Azərbaycan dilini tapıb, əlavə edin. Sonra Apply düyməsini basın ki, dəyişiklik kompyuterinizdə saxlanılsın. Bundan əlavə bir proqram da var, hansı ki, bu proqramda istədiyiniz hərfi (işarəni) sizə çətin olan yerdən götürüb, rahat olanla əvəz edərək, onun yerinə qoya bilərsiniz. Məsələn, mən, azərbaycan hərfləri ilə yazıram və tez-tez @- bu işarədən istifadə edirəm. Bunun üçün də mən gərək dili hər o işarə lazım olanda ingilis dilinə çevirəm. Amma, bu proqram vasitəsilə onun yerini dəyişib № işarəsi ilə əvəz etdim və rahatca işləyirəm. Eləcə də"ə" hərfini«j» hərfinin yeri ilə əvəz etmək olar. Yənin "ə" nin yerində «j» olsa daha rahatdır. Çünki, dilimizdə j hərfindən çox ə hərfi işlənir. AzeriKeyboard proqramı ilə bunu asanlıqla edə bilərsiniz, burdan yükləyin: http://www.unicode.az/az/azkeyboard_nt.htm Əzizlərim «bu dil şirinlikdə şərbət kimidir»; gəlin bəhanələr gətirməyək, gəlin öz dilimizdə yazıb, öz dilimizdə danışaq!P.S. Son dediyim proqram haqda digər bloqlarımda da qeyd aparmışdım, belə ki, məni təkrarda günahlandıra bilərsiniz. Sadəcə bu proqram faydalı olduğu üçün burda da qeyd etmək istədim.
['Azərbaycan dili', 'orfoqrafiya', 'Azərbaycan reallıqları']
6,521
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2169/g%C9%99r%C9%99k-iman-sahibi-olasan.html
Gərək iman sahibi olasan!
bloqçu
Düşündürücü hekayələr
14 iyun 2010, 14:59
O vaxtlardan indiyədək gəlib, ayaq alıb gedən nahaq əməllərdən: südə su qatmaq, odunları sulamaq, tərəzidə bir fırıldaq bir iş tutmaq və s. Bununla bağlı bir rəvayət:Həzrəti Ömər xəlifə olduğu dövrdə haqq naminə bir çox qadağalar qoymuşdu. Belə ki, bu qadağalardan biri də bu imiş ki, südçülər südə su qatmamalıdılar. Bir gün xəlifə Mədinədə nəzarətdən dolayı gəzdikdən sonra çox yorulduğunu hiss edir və bir az dincəlmək istəyir. istədi. Buna görə də o yolun kənarındakı bir evə söykənib, dincəlib, sonra da yoluna davam etmək fikrinə gəlir. Belə də edir. Amma, dincəldiyi an, o, evdə yaşayan qız ilə anasının söhbətinə də qulaq qonaqlığı etmiş olur.Ana deyir: - Ay Qızım, get südə bir az su qat.Qız isə: - Ana, axı bu qadağandır, xəlifənin südə su qatılmasına qəti qadağa qoyub, bilmirsənmi? Ana cavabında: - Yox bala, bilirəm.Bu zaman qız deyir: - Bəs axı mən, Hz. Ömərin qadağasınmın üstündən südə necə su qata bilərəm ki?Ana: - Yaxşı da, nə olsun ki, dur bala dur, get südə su əlavə et, kim görür, kim bilir ki? Lap xəlifə özü səni haradan görəcək ki, sən südə su qatmısan?Qız deyir: - Xəlifə görməsə də Allah ki görür. Mən onun gördüyü yerdə etmədiyim bir işi, görmədiyi yerdə də eləmərəm axı. Həzrəti Ömər bu söhbətdən təsirlənərək, evinə geri dönür. Daha sonra isə həmin bu kasın qızı oğlu Asimlə evləndirərək özünə gəlin edir. Allaha imanın insanın hərəkətlərinə etdiyi müsbət təsir məhz budur!
['haqq', 'iman', 'yalan']
6,522
https://kayzen.az/blog/litosfer/2085/qurunun-da%C4%9F-v%C9%99-d%C3%BCz%C9%99nlikl%C9%99ri.html
Qurunun dağ və düzənlikləri
2ral
litosfer
14 iyun 2010, 13:30
Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur. Yer səthində dağlara, adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir. Dağlar – onların ən yüksək nöqtələri olan zirvədən, bu zirvələri birləşdirən suayrıcından, iki zirvə arasında qalan nisbətən az meylliyə malik olan aşırımdan, dağları düzənlikdən ayıran ətəkdən ibarətdir. Zirvəni ətəkdən ayıran meylli sahə yamac adlanır. Paralel uzanan sıra dağlar dağarası çökəkliklər vasitəsilə bir-birindən ayrılır. Əgər sıra dağlar kəsişirsə, onlar dağ qovşaqlarını yaradır. Şiş uclu zirvələrə pik deyilir. Dünyanın ən nəhəng dağlıq qurşaqları Kordilyer-And, Sakit okeanın qərbindəki müasir geosinklinal qurşaq və Alp-Himalay qurşaqlarıdır. Alp-Himalay qurşağının digər qurşaqlardan başlıca fərqi qərbdən-şərqə doğru Avropa və Asiya qitələrini əhatə etməsidir. Bu qurşaq fəal seysmikliyi ilə seçilsə də fəaliyyətdə olan vulkanlar yalnız Aralıq dənizi bölgəsində yerləşir. Bu qurşağa – Pireney, Alp, Karpat, Qafqaz, Pamir, Krım, Pont, Tavr, Kopetdağ, Himalay dağları aiddir. Bu dağların hamısı Kaynozoy erasındakı Alp qırışıqlığı nəticəsində yaranıb. Dünyanın ən uca zirvəsi (8848 m) Çomolunqma (Everest) bu qurşaq daxilindədir. Havay adalarındakı Manua-Kea dağının okean səviyyəsindən mütləq hündürlüyü 4200 m, su altı hissəsi isə 5840 m-dir. Beləliklə bu dağın ümumi hündürlüyü (4200+5840=) 10040 m-dir. Okean səviyyəsini nəzərə almasaq bu dünyanın ən uca zirvəsidir. Mənşəyinə görə dağlar qırışıqlı, qırışıqlı-faylı, faylı və vulkanik olur. Dünyanın ən hündür vulkanik dağı Cənubi Amerikadakı Çimborasodur. Hündürlüyünə görə dağlar 3 yerə ayrılır: 1. Alçaq dağlar – mütləq hündürlüyü 1000 m-ə qədər. 2. Orta dağlar – hündürlüyü 1000 m-dən 2000 m-ə qədər. 3. Hündür dağlar – hündürlüyü 2000 m-dən çox. Yaşına görə dağlar 3 qrupa ayrılır: 1. Cavan dağlar – mezozoy və kaynozoy yaşlı olub, hündür, şiş uclu, torpaqsız, faydalı qazıntıları dərində, endogen qüvvələrin təsiri böyük olur. Cavan dağlarda seysmik proseslər eyni zamanda qar uçqunları və sürüşmələrlə müşahidə olunur. And, Pamir, Atlas, Qafqaz, Karpat və s. cavan dağlara misal ola bilər. 2. Qoca dağlar – proterozoy və paleozoy yaşlı olub, cavan dağların əksi bu dağlar üçün xasdır. Qoca dağlar çox qədimdən mövcud olduqlarından denudasiya nəticəsində aşınaraq hündür olmurlar. Kap, Əjdaha, Appalaç, Böyük Suayrıcı, Ural qoca dağlara aiddir. 3. Yenidən cavanlaşan dağlar – qədim dağların yaxınlığında yeni seysmik zona yarananda həmin dağlar yüksəlməyə məruz qalır, kəskin qırışır. Metamorfik süxurlar yaranır. Məsələn: Pribaykalye, Sayan, Altay, Tyan-Şan. Yerin geoloji inkişaf tarixində 5 dağəmələgəlmə mərhələsi baş verib. Bunlardan – Baykal, Kaledon, Hertsin qoca; Mezozoy və Alp qırışıqlığı isə cavandır. Dünyanın sonuncu dağəmələgəlmə mərhələsi olan Alp qırışıqlığı hələ sona yetmədiyindən Yer kürəsində tez-tez vulkan və zəlzələlər baş verir. Tektonik hərəkət nəticəsində o, zaman dağ və yüksəklik yaranar ki, qalxmanın sürəti denudasiyanın (süxurların aşınaraq alçaq sahələrə aparılması) sürətindən artıq olsun. Yer kürəsindəki bütün dağlar geosinklinal ərazilərdə, litosfer tavalarının sərhəddində yaranır.   Düzənliklər Yer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən artıq olmayan hamar sahələrinə düzənlik deyilir. Hündürlüyünə görə düzənliklər 3 yerə ayrılır: 1. Dəniz səviyyəsindən 200 m-ə qədər olan düzənliklərə ovalıq deyilir. Məs. Mesopotamiya, Amazon, Qərbi Sibir ovalığı və s. Bəzi ovalıqlar okean səviyyəsindən aşağıda yerləşir. Belə ovalıqlara çökəklik deyilir. Məs. Xəzəryanı, Turan, Kür-Araz ovalığı və s. 2. Mütləq hündürlüyü 200-500 m arasında olan düzənliklər yüksəklik və ya yüksək düzənliklər adlanır. Məs. Şərqi Sibir və s. 3. Hündürlüyü 500 m-dən çox olan düzənliklərə yayla deyilir. Məs. Orta Sibir, Dekan, Əhəqqar, Qiviana, Braziliya və s. Dünyanın ən böyük və ən hündür dağlıq yaylası Tibet dağlıq yaylasıdır (4500 m) .Yayla daha hamar olarsa- plato adlanır. Məs. Ust-Yurd platosu. Mənşəyinə görə düzənliklər-akkumlyativ və denudasion olur. a) Akkumlyativ düzənliklərin səthi az kələ-kötür olub, hündürlüyü 200 m-dən az olur. Axar suların, küləyin və buzlaqların fəaliyyəti ilə yaranan bu düzənliklər platformanın çökdüyü sahələrdə, çökmə süxurların gətirib çökdürülməsi nəticəsində yaranır. Akkumlyativ düzənliklər əsasən ovalıqları (çünki hündür olmurlar) əmələ gətirir. Məs. Amazon, Mesopotamiya, Hind-Qanq, Missipi, Turan və s. Çay çöküntülərinin çökək ərazilərdə toplanması nəticəsində allüvial düzənliklər yaranır. Məs. Kür-Araz ovalığı. b) Denudasion düzənliklər platformanın qalxmış hissələrinin aşınması və parçalanması nəticəsində yaranır. Bu düzənliklər adətən qədim dağların yerində yarandığından nisbətən hündür olur və əsasən yaylalara çevrilir. Məs. Dekan, Qviana, Orta Sibir yaylaları. Denudasion düzənliklərdə xarici qüvvələrin təsiri ilə aşınma nəticəsində bərk süxurlardan ibarət olan dağlar qəribə formalar alır ki, bu cür relyef formalarına «Şahid dağlar» deyilir. Bütün düzənliklər litosfer tavalarının mərkəzində, platformalarda yerləşir. Səth quruluşuna görə düzənliklər-hamar, dalğavari, maili, qabarıq və batıq olur.
['dağlar', 'düzənlik', 'relyef']
6,523
https://kayzen.az/blog/infeksion-x%C9%99st%C9%99likl%C9%99r/2166/mikroblar.html
Mikroblar
loğman
infeksion xəstəliklər
14 iyun 2010, 13:25
Mikroorqanizmlər mikroskopik - gözlə görünməyən canlılardır. Mikrobların həyat fəaliyyətini, hüceyrə quruluşunu mikrobiologiya elmi öyrənir. Mikroorqanizmlərin ölçüləri o qədər kiçikdir ki, məsələn, bir damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə də onları min, on min dəfələrlə böyüdən mikroskoplarda görmək mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar, ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir. Mikroorqanizmlər böyük əhəmiyyətə malikdirlər. Bunların iştirakı ilə üzvi və mineral birləşmələrin çevrilməsi prosesləri gedir. Çox qədim dövrlərdən hələ bu orqanizmlər haqqında heç bir məlumat olmadan onlardan istifadə etmişlər. Onların fəaliyyəti nəticəsində spirtli içkilər, süd məhsulları hazırlamış, xəmiri qıcqırtmışlar. Yalnız sonralar məlum olmuşdur ki, bütün bu proseslərin əmələ gəlməsinə səbəb mikroorqanizmlərdir.Təbiətdə elə bir sahə yoxdur ki, orada mikroblar bilavasitə iştirak etməsinlər. Onlar bitki və heyvan qalıqlarının parçalanmasında, üzvi və qeyri-üzvi maddələrin əmələ gəlməsində əsas rol oynayırlar. Mikroorqanizmlər torpağın ayrılmaz hissəsi olub, orada gedən bütün proseslərdə iştirak edirlər. Mikroorqanizmlərin bitkilərin həyatında rolu olduqca böyükdür. Mikroorqanizmlərin sənayedə də, xüsusilə yeyinti sənayesində, tibdə dərman hazırlanmasında və s. mühüm əhəmiyyəti vardır. Bir çox antibiotik maddələr, dərman preparatları mikroorqanizmlərdən hazırlanır. Bütün bu deyilənləri ümumiləşdirərək demək olar ki, əgər mikroorqanizmlər olmasaydı, nəinki bitkilərin, hətta insanların da yaşayışı mümkün olmazdı. Bunlar təbiətdə maddələrin dövranında iştirak etməsəydilər, yer kürəsi üzərində həyat da mümkün olmazdı. Bitki və heyvan orqanizmləri kimi, insanın bədəni də mikroorqanizmlər üçün ən əlverişli mühitdir. Ona görə də insanın dərisindən tutmuş bağırsaqlarına qədər müxtəlif saprofit və parazit mikroorqanizmlər yaşayır, onların daxilə keçməsinə dəri, selikli qişalar və onların seliyi mane olur. Dəri üzərində mikroorqanizmlərin artıb azalmasına dərinin gigiyenik vəziyyəti böyük təsir göstərir. Dəri üzərində zədə olduqda, bu mikroorqanizmlər irinli proseslər əmələ gətirir. Sağlam insanın qanı, limfası, ödü və sidiyi tamamilə steril olur, yəni tərkibində heç bir mikroorqanizm olmur. İnsan xəstələndikdə isə bu mayelərdə də müxtəlif mikroblar tapılır. Onlar orqanizmdə müqavimətə rast gəlmədikdə, çoxalıb xəstəliklər əmələ gətirir. Mikroorqanizmlər dedikdə mənşəyi, təbiəti və forması etibarilə bir-birindən fərqlənən, adi gözlə görünməyən və əksəriyyəti bir hüceyrədən ibarət olan kiçik canlılar nəzərdə tutulur. Bunlar başlıca olaraq aşağıdakı qruplara bölünür: 1. Bakteriyalar. 2. Göbələklər. 3. Spiroxetlər. 4. İbtidailər. 5. Rikketsiyalar. 6. Viruslar. 7. Yaşıl yosunlar. Bunlardan bakteriyalar, göbələklər və yaşıl yosunlar bitkilər aləminə mənsub canlılar sayılır. Spiroxetlər, ibtidailər həyat tərzinə görə heyvanlar aləminin nümayəndəsi olub, nisbətən sadə quruluşlu və mikroskopik olmaları ilə başqalarından fərqlənirlər.    Rikketsiya və viruslara gəldikdə, bunların canlılar sistemində tutduqları yer indiyə qədər aydınlaşdırılmamışdır. Rikketsiyalar morfoloji, kimyəvi xüsusiyyətlərinə görə bakteriyalara, bioloji xassələrinə görə isə viruslara yaxın olub, keçid təşkil edirlər. Viruslar ölçülərinə görə daha kiçik olub, başqa canlılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Daim xarici mühit amilləri mikroblara təsir edir və əksinə, mikroblar da xarici mühitə öz təsirlərini göstərirlər. Belə ki, süd turşusu bakteriyaları süddə inkişaf edərək, süd şəkərini süd turşusuna, südü qatığa, sirkə bakteriyaları üzüm şərabını sirkəyə çevirir, çürümə bakteriyaları ətin üzərində inkişaf edərək zülalları çürüdür. Mikrobların fizioloji funksiyaları onların kimyəvi tərkiblərindən çox asılıdır. Mikrob hüceyrəsinin tərkibi əsasən su, zülal, karbohidratlar, lipoidlər, mineral duzlar və s. maddələrdən ibarətdir. Su hüceyrənin 75 - 85 faizini təşkil edir; o, mikrobda gedən biokimyəvi proseslər üçün mühit olmaqla, oksigen və hidrogen mənbəyidir. Quru hissənin 50 faizi zülallardan ibarətdir. Mikrob hüceyrəsində karbohidratlar polisaxaridlər şəklində təsadüf edir. Onda nişasta və qlikogen də olur ki, bunlar ehtiyat qida maddələri vəzifəsini daşıyır. Odur ki, onun miqdarı mikrobun yaşından, növündən, yaşadığı qidalı mühitdən asılı olur. Lipoidlərə yağlar və yağabənzər maddələr aid olub, 1,7-40 faizə qədər olur. Bunlar mikrobların xarici mühitə davamlılığına kömək edir. Mineral duzlar mikrob orqanizminin 1,34-14 faizə qədərini təşkil edir. Əsasən fosfor, kalium, natrium, kükürd, xlor, kalsium, maqnezium, dəmir, silisium və s. tapılır. Mikrobların qidalanması. Göstərilən maddələr sərbəst halda mikrob tərəfindən mənimsənilə bilmir. Onlar birləşmələr şəklində qəbul edilir. Yalnız bəzi növlər azotu havadan, karbonu karbohidratlardan mənimsəmək qabiliyyətinə malikdir. Qidalı maddələr mikrobun qılafından keçərək içərisinə daxil olur, lazımsız maddələr xaricə çıxır. Bu proses osmos, diffuziya qanunlarına müvafiq gedir. Hüceyrədə, bir tərəfdən, mürəkkəb üzvi maddələr parçalanıb ən sadə qeyri-üzvi maddələr əmələ gətirir, digər tərəfdən isə sadə qeyri-üzvi maddələrdən mürəkkəb üzvi maddələr əmələ gəlir ki, bu da mikrobun qidalanması və yaşaması deməkdir. Xarici mühitdə osmos təzyiqi həddindən artıq və ya az olarsa, mikrobun məhvinə səbəb ola bilər. Yeyinti məhsullarının konservləşdirilməsi həmin prinsipə əsaslanır. Qidalanmalarına görə mikroblar iki cür olur: avtotrof, heterotrof. Avtotroflar karbonu üzvi, azotu isə qeyri-üzvi birləşmələrdən mənimsəmək qabiliyyətinə malikdirlər. Bunlara nitrifikasiya bakteriyalarını misal göstərə bilərik. Heterotroflar isə karbonu ancaq üzvi birləşmələrdən mənimsəyən mikroblardır. Bunlar əksəriyyəti təşkil edirlər. Heterotroflar da iki cür olur: saprofitlər və parazitlər (patogen mikroblar). Saprofitlər ölü üzvi maddələrin hesabına yaşayırlar. Parazitlər isə canlı üzvi maddələri mənimsəyir, bitki, heyvan və insan orqanizmində müxtəlif xəstəliklər törədirlər. Bunlara patogen mikroblar deyilir. Mikrobların tənəffüsü. Mikrob orqanizmində gedən fizioloji funksiyaların həyata keçirilməsi üçün enerji tələb olunur. Bu enerjini mikrob tənəffüs prosesində əldə edir. Mikroorqanizmlərin əksəriyyətinin bitki, heyvan və insan kimi tənəffüs üçün sərbəst oksigenə ehtiyacı vardır. Sərbəst oksigenin iştirakı olmadan tənəffüs edən mikroorqanizmlər anaerob adlanır. İlk dəfə belə mikrobları L.Paster öyrənmişdir. Onlar anaerob tənəffüsə o qədər uyğunlaşırlar ki, oksigenli mühit onlar üçün zəhər kimi qəbul olunur (məsələn, tetanus, botulizm çöpləri). Elə mikroblar da vardır ki, həm oksigenli, həm də oksigensiz mühitdə tənəffüs edirlər. Bunlar fakültativ (şərti) anaeroblar adlanır. Patogen mikrobların əksəriyyəti bu qrupa daxildir. Anaerob mikroblar başlıca olaraq azotsuz üzvi maddələri (karbohidratları) parçalayaraq cürbəcür məhsulların əmələ gəlməsinə səbəb olur. Bu hadisəyə qıcqırma deyilir. Qıcqırmadan yeyinti sənayesində, eləcə də başqa sənaye sahələrində geniş istifadə olunur. Həmin proseslərin hamısında sərbəst enerji ayrılır ki, bundan mikroorqanizm öz həyat fəaliyyətində istifadə edir. Mikrobların inkişafı və çoxalması. Mikroblar əlverişli mühitə düşdükdə inkişaf edir və çoxalmağa başlayır. Çoxalmadan qabaq mikrobun daxilində müəyyən dəyişikliklər gedir. Bunun nəticəsində o, bölünməyə hazırlanır, həcmi böyüyür. Mikroblar aləmi müxtəlif olduğu kimi, onların çoxalması da bir-birindən fərqlənir. Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Onlar hər 20-30 dəqiqədən bir 8 şəklində bölünürlər. Bu sürətlə bakteriyaların artması davam edərsə, beş gündə onlar bütün su hövzələrini doldura bilər. Lakin belə hallar olmur. Çünki onların çoxalmasına həmişə əlverişli şərait yaranmır, eyni zamanda onların çoxalmasına, inkişafına mane olan amillər çoxdur. Onlar sürətlə artdıqları kimi, sürətlə də tələf olurlar. Mikrobları süni surətdə artırdıqda bir neçə dövr keçirirlər. Birinci dövrdə mühitə uyğunlaşma prosesi gedir, ikinci dövrdə həndəsi silsilə üzrə çoxalma gedir. Üçüncü dövrdə sürətlə çoxalmış mikrobların məhv olması, çoxalması, böyüməsi paralel gedir. Bu dövr bir neçə günə qədər davam edir. Dördüncü dövr qocalma və ya sürətlə məhvolma dövrü adlanır. Bu dövrdə mühitin əlverişsizliyinin artması ilə əlaqədar mikroblar məhv olmağa başlayırlar. Bölünmədən başqa, mikroblar sporlanma, tumurcuqlanma, cinsi yolla da çoxala bilirlər. Belə ki, göbələklər tumurcuqlanma, sporlanma, həm də cinsi yolla çoxalırlar. Cinsi yolla çoxalma ibtidailərə də xasdır. Çoxalma zamanı mikroblar bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara mikrob ifrazatı deyilir. İfrazatlar zəhərli və zəhərsiz olmaqla iki yerə bölünür. Zəhərli ifrazat toksin adlanır. Bunlara ekzo və endotoksinlər aiddir. Ekzotoksinli mikroblarda toksin xaricə çıxır ki, belə bakteriyalara toksigen bakteriyalar deyilir. Bunlara misal olaraq qanqrena, botulizm, tetanus, difteriya və skarlatina törədən mikrobları göstərmək olar. Patogen mikrobların bir çoxu endotoksinli mikroblardır. Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Mənbə Tibbi biliklərin əsasları
['mikrob', 'mikroorqanizm']
6,524
https://kayzen.az/blog/karyera/2167/cv-n%C3%BCmun%C9%99si.html
CV nümunəsi
təpəgöz
Karyera və yüksəliş
14 iyun 2010, 01:43
Word sənədi kimi buradan yükləyə bilərsiniz- CV necə yazmalı?Həmçinin bax: Necə CV yazmaq lazımdır?CV forması necə yazılmalıdır?CV yazmaq üçün məsləhətlər
['CV', 'rezüme', 'tərcümeyi-hal', 'CV forması', 'CV yazmaq', 'curriculum vitae']
6,525
https://kayzen.az/blog/bloq%C3%A7u/2161/h%C9%99yat-da-bir-m%C9%99kt%C9%99bdir.html
Həyat da bir məktəbdir!
bloqçu
Bloq: bloqçu
13 iyun 2010, 21:13
Aylar öncə bir film ("Xarabalıqdan çıxmış milyonçu", “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb! Film mənə çox təsir etmişdi.Məncə filmi hər biriniz izləmiş olarsınız, amma, filmi izləməyənlər üçün bildirim ki, film kasıb, töküntü bir yerdən olan oğlandan, o oğlanın yaşamında başına gələnlərdən və bütün bunların onun milyonlara sahib olmasından bəhs edir. Ən əsası da sonda sevdiyi qıza qovuşur. Qısacası oğlanın sevdiyi qız həmişə milyonçu verlişini izləyirmiş və elə olur ki, müxtəlif səbəblərdən dolayı onlar bir-birindən ayrı düşürlər. Oğlan da düşünür ki, əgər o bu verlişə çıxarsa qız onu görər və onların qovuşmaq şansı olar. Oğlan çox çətin həyat şərtləri ilə böyümüş, oxumamış biridir və onun milyonçu verlişinə düşüb, bütün suallara doğru cavab verib, pulları qazanması hamını heyrətə salır və verliş aparıcısı düşünür ki, burda nəsə yolunda deyil, guya oğlan bu suallara hec cürə cavab verə bilməz, deməli burda hiylə var. Bundan sonra aparıcı onu həbsə verir ki, bu oğlanı danışdırıb, nə hiylə törətdiyini bilsinlər. Oğlan da öz növbəsində bu suallara necə cavab verdiyini danışır. O hər sualda öz həyatının bir məqamını xatırlayır. O dərsi, savadı kitablardan, məktəblərdən yox, həyatdan alıb və beləcə, o, suallara da cavab verib. Bilirsinizmi, filmdə mənə təsir edən nə oldu? Bizlər tez-tez təhsildən, bilikdən, savaddan, dünya görüşünüdən çox dəm vururuq. Amma, bəzən bəi şeylər bizə bir “stop” deyir. “Dur da ətrafa yaxşıca boylan” deyir. Hər şey əksinə necə də başqadır. Bir dəfə bir bloqda təhsil, kitab oxumaq haqqında bir yazı var idi və bu yazının ətrafında çox müzakirələr, mübahisələr olunmuşdu və mən də o vaxt belə bir şərh yazmışdım ki, bəzi insanlar ancaq düşünürlər ki, bir iş görüm, çörək pulu qazanım, balalarım ac qalmasın...və təsəvvür edin belə fikirlərlə gününü keçirən bir insanın həvəsi hardandır ki, kitablarla maraqlansın, oxusun...Həvəs də bir yana, heç vaxt da yoxdur. Çoxları deyəcək ki, kitab oxumaq istəyən gecə də oxuyar. Ay başına dönüm, bəs bu adam bütün günün mənəvi və fiziki yorğunluğunu necə çıxardacaq!? Çətin ki, həmən an Poelo Koelyo və ya digərləri ona yuxunu əvəz edəcək qədər şirin və gərəkli ola.Mən də, o filmə baxdıqdan sonra həmən o yazını xatırladım və bir daha öz sözlərimin üstündə durdum.Film insanı elə bil əsl həyata qaytarır. Hətta filmdə onlar hələ uşaq ikən biri iki turisti gəzdirən vaxt digərləri maşının nəyi var idisə söküb, aparmışdılar. Bu turistlər qayıdıb bu halı görəndə, uşaq onlara belə bir söz dedi: "Hindistanı gəzmək, görmək istəyirdiniz, bu da sizə əsl Hindistan." Bəli həyat bir rəngdən ibarət deyil, ağı da var qarası da, qırmızısı da var, yaşılı da və s. Biz isə ancaq birindən yapışır, qovrulduğumuz həyatın rəngində bişib gedirik. Danışanda da elə danışırıq ki, elə bil dünyanı biz yaratmış, hər şeyin doğrusunu biz bilirik. Mütləq oxumaq, oxumaq, oxumaq.. Bəli bu mütləqdir, vacibdir, amma, məncə oxumayanları, daha doğrusu da oxuya bilməyənləri, həyatda yaşaya bilmək üçün mübarizə aparanları dəhşətlə qınamaq da lazım deyil. Həyat çox başqadır. Kiminə rahat, kiminə çətin. Bir şeyi bir daha lap yaxşı başa düşdüm ki, həyat özü də məktəbdir.
['Xarabalıqdan çıxmış milyonçu', 'Slumdog Millionaire', 'Миллионер из трущоб', 'həyati kinolar']
6,526
https://kayzen.az/blog/bloq%C3%A7u/2160/baltan%C4%B1z%C4%B1-da%C5%9Fa-%C3%A7al%C4%B1n,-t%C9%99bi%C9%99t-l%C3%BCt-qalmas%C4%B1n.html
Baltanızı daşa çalın, təbiət lüt qalmasın!
bloqçu
Bloq: bloqçu
13 iyun 2010, 19:36
"... Bitkilərə diqqət yetirirəm, diqqətimi hər zaman çəkən maraqlı nə iləsə qarşılaşıram. Məsələn, onlara fikir versəniz görəcəksiniz ki, onların hamısının budaqları yuxarı qalxır, üzləri yuxarı baxır. Bunları görürəm və düşünürəm ki, onlar da əl açıb, Allaha dua edirlər. Niyə də etməsinlər, elə deyilmi?!..." Bu misraları 1-2 il bundan qabaq təbiət haqqında yazdığım bir mətndə qeyd eləmişdim. Mövzularımda da helə hərlənib, fırlanıb, təbiətə dönürəm, çünki, təbiəti sevirəm və sevincinə sevinib, kədərinə də üzülürəm. Çünki, gözlərim önündə hər halı yaşayan mənim Vətənimdir, mənim ttorpağımdır və mənim təbiətimdir. Mənfəət qurbanları seriyasına daxil etdiyim yazılarımdan biri də bu oldu: Təbiətimin acısı. Gözəlim ağaclar kəsilir, gözəlim meşələr yandırılır, canlılar da ya evsiz-eşiksiz qalır, ya da yanıb, məhv olub gedirlər.. Bunun axrı bəs hara gedir? Bir də görəcəyik ki, təbiət lüt qalıb, dağlar da keçəl. Həqiqətən də, maraqlıdır. Bizlər bu işləri görməklə görəsən, elə zənn edirikmi ki, həyat əbəbdidir və biz də əbədiyik? Görəsən nə üçün biz etməli olduğumuzun əksini edirik? Biz bilə-bilə ki, əməlimiz doğru deyil, amma, yenə də edirik, boynumuza günah yazırıq.   Peyğəmbər əfəndimiz belə buyurur: “Kim yaş bir ağac kəsərsə Allah Taala qiyamət günü onu başıaşağı cəhənnəmə atacaqdır.” Bu hədisi-şərif xəbərdarlıq deyilmi?Ağaclar, bitkilər, meşələr bir ölkənin zənginlik mənbəyidir. Ölkə və ölkə daxilindəki bütün canlılar təbiətdən bəhrələnirik. Meşələr canlıların yaşaya bilməsi üçün lazım olan oksigeni elə bil ki bir fabrika kimi istehsal edir. Meşələr heyvanların və quşları yuvasıdır. Meşələr torpağın və dənizlərin xilaskarıdır, çünki, meşə torpağın eroziyaya uğrayaraq dənizlərə tökülməsinin qarşısını alır.Parklar da meşələrdən salınsa... Təəssüf ki, bizdə park salındı deyəndə, bu mən də heç də xoş təəssürat yarada bilmir. Nə qədər sevinməyə çalışsam da mən əsl parkı başqa cürə zənn edirəm. Mənim üçün meşə, təbiət özü bir parkdır. Mənimçün park ağaclarla əhatə olunmuş, yaşıllıq dolu, quşları cəh-cəh vurduğu, küləklərin başında mahnı oxuduğu bir ərazidir. Mən ancaq belə parkda dincələr, belə parkda yorularam və gecə yatanda da o yorğunluqdan doğan ləzzətlə yuxuya gedərəm.  Rusiyanı sevmədiyim halda Rusiyadan misallar gətirirəm (vallah bundan özüm də bezirəm), amma, həqiqət budur, orda getdiyim parklar hara, burdakılar hara. Buna görə də adam baş alıb kəndə getmək və orda yaşamaq istəyir. Ağac yetişdirmək yaxşı bir övlad böyütmək kimi çox xeyirli bir işdir. Ağac əkib yetişdirmək nə qədər xeyirli və savab bir işdirsə, ağac kəsmək və meşələri yandırıb, məhv edib, təxrib etmək də bir o qədər günahdır. Bizə zəruri olmadıqca, biz buna ehtiyac duymadıqca ağacı niyə kəsək, meşələri niyə yandıraq, nə üçün meşələri yandırmaqla ağacların başındakı yuvaları məhv edib, meşənin qucağındakı heyvanları öldürək? Bizlər meşələrin yanıb kül olmasına və içində olan heyvanların diri-diri yanmasına imkan verməməliyik. Özümüzü "Vətənpərvər", "vətənsevər" adlandırırıq, amma, meşələri məhv etməyimiz  bunu göstərir ki, biz ancaq özümüzü sevir,özümüzü düşünür və mənfəətlərimiz naminə dəyərlərimizi qurban veririk. Axı, ağac əkmək ibadət etmək səviyyəsində çox xeyirli bir iş olduğu kimi, eyni zamanda bir vətənsevərlik nişanəsidir.  Peyğəmbərimiz (s.a.s) buyurur ki, “Bir adam ağac əkirsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılır.” Peyğmbərimiz tərəfindən buyrulan başqa bir hədisdə isə belə qeyd olunur: “Bir müsəlman bir ağac əkir və ya bir şeyi əkir və ondan bir quş, bir insan və ya bir heyvan yeyirsə, bu, onun özü üçün bir sədəqə olur.”Yəqin ki, “Bəxt üzüyü” filmini də hamınız izləmisiniz. Orda da ağaclarla bağlı maraqlı bir fraqment var, hansı ki, orda şəhərli qaqaşın dediyi kimi “nəyimə gərək, ağacları mən sulayım, başqaları da gəlib onun meyvəsini yesin, kölgəsində otursun” deyən şəxslərdən yer üzündə az deyil. Amma, o veteran Tanrıverdi dayı kimi  olanlar da tapılar.  Məsələ bu yerə gəlmişkən bir əhvalatı nəzərinizə çatdırım: Abbasi xəlifələrindən Harun Rəşid bir qocanın kiçik bir meyvə fidanı əkdiyini görüncə ona: - “Babacan! Sən artıq qocalmısan, əkdiyin fidanın meyvəsini görməyəcəksən, nə üçün belə zəhmət çəkirsən” dedi.Qoca isə belə cavab verdi: - “Bizdən əvvəlkilər ağac əkdilər, meyvələrini biz yedik. İndi biz də ağac əkməliyik ki, bizdən sonrakılar yesinlər.”Bu cavab Harun Rəşidin xoşuna gəldi və qocaya bir ovuc qızıl verdi.Qoca: - “Gördünmü övladım, əkdiyim ağacın meyvəsini mən indidən gördüm.” dedi.Həqiqətən də, qoca nə gözəl deyib: “Bizdən əvvəlkilər ağac əkdilər, meyvələrini biz yedik. İndi biz də ağac əkməliyik ki, bizdən sonrakılar yesinlər” Bizlər “mən”i yox da “biz”i həyat necə də gözəl olar, elə deyilmi?  Meşələr dağlarımızın örtüyü, vətənimizin bəzəyi, yurdumuzun yaraşığı, elimizin gözəlliyidir. Yuvamızı soyuq qış gecələrində isidən və isti yay günlərində də günəşdən qoruyan ağaclar deyilmi? Yuvamızın damı, evimizin qapısı, döşəməsi, masamızın taxtası, qələmimiz, kağızımız, kitabımız ağaclar deyilmi?Biz onları məhv olmadan qorumalıyıq- nə baltaya, nə yanğına, ən əsası da ki, özümüzə qurban verməməliyik. Onlardan onsuz da hər sahədə faydalanırıq, axı, niyə bu faydalı nemətləri məhv edək?! İllərin əməyini, bəhrəsini, barını məhv etdikdə təbiətin hər sahəsinə ziyan vururuq: bu zaman dərələr selə qərq olar, bulaqlar tutular, torpaqlar şoranlaşar, heyvanlar yuvasız qalar, təıbiət lütləşər, dağlar örtüksüz qalar və nəticədə Vətən də gözəlliyini itirmiş olar, biz də gözəl vətəni. Bizə ancaq günahlar qalar. Çünki, hər şeyi bir qırağa, budağında quşlar ötən bir ağacı məhv etmək günahdır, böyük günahdır.Biz günahlardan uzaq olmalı, düzgün işlər görməliyik - daima sevməli, sevgini aşılamalı, sevgini təbliğ etməliyik.
['ağac', 'meşə', 'təbiət']
6,527
https://kayzen.az/blog/u%C4%9Fur/1917/corc-soros-onun-kimi-milyoner-olaq.html
Corc Soros-onun kimi milyoner olaq
təpəgöz
uğur psixologiyası
13 iyun 2010, 12:37
Corc Soros investisiya aləminin ən məşhur simalarındandır. Əgər Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə və investisiyalara aidiyyatı olan insanlara məlumdursa, Corc Sorosun şöhrəti bu əhatə dairəsindən çoxdan çıxmışdır.Bu gün Corc Sorosun əsasını qoyduğu fondlar Şərqi Avropanın 50 ölkəsində, keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərir. Bu fondların prospektlərində qeyd olunduğu kimi, onların işinin məqsədi fəaliyyət göstərdikləri ölkələrdə açıq cəmiyyət institutlarının yaradılması və fəaliyyətinin təmin edilməsidir. Hesablamalara görə, Corc Sorosun xeyriyyə fondları şəbəkəsi hər il təhsil, səhiyyə, vətəndaş cəmiyyətinin inkişafına və s. sahələrdə layihələrin dəstəklənməsinə 400 milyon dollar vəsait sərf edir.Corc Soros 1930-cu il avqustun 12-də Budapeştdə ortabab ailədə, Tivador Şvarsın ailəsində anadan olmuşdur. Tivador vəkil, həyat yoldaşı Elizabet çox zəngin və adlı-sanlı ailədən idi. Atası vəkil olsa da, hüquq çərçivəsindən çıxaraq, əlavə işlərlə də məşğul idi. O, həm də yazıçı-esperantist idi, ədəbi jurnal nəşr etdirir, burada öz yazılarını dərc edirdi. Lakin ömrünün çox hissəsini hovuzda, kafedə, buz meydanlarında və başqa əyləncə yerlərində keçirdiyindən, bacardığı qədər işlə məşğul olmurdu. Təhlükələrdən həzz alan bu şəxs tez-tez riskə getməyi xoşlayır, birjada daim oynayardı. Onu hətta vətənpərvərlik hissi deyil, sadəcə riskdən həzz almaq həvəsi Birinci Dünya müharibəsinə aparmışdı. Avstriya-Macarıstan tərəfində döyüşən Şvars əsir düşmüş, Sibirə göndərilmiş və oradan qaçaraq Budapeştə qədər gəlib çıxa bilmişdi. Tivador Şvars heç vaxt oğulları Corc və Pavelə cib xərcliyi verməkdə xəsislik etmirdi. İstədikləri qədər onlara pul verir, bununla da onları pula qarşı məsuliyyətli olmağa öyrəşdirirdi. Tivadorun həyat tərzi ailə büdcəsində daim çətinliklərə səbəb olurdu. Yəqin ki, uşaq yaşlarından maddi çətinliklərlə üzləşmiş bu qardaşlar pulun qədrini bilməyə başlamışdılar. Corc Soros işlədikcə nəhəng kapitallar yığa bilmiş və bunu asanlıqla xeyriyyə məqsədlərinə sərf etməyə başlamışdı.İndi Corc Soros Nyu-Yorkun göydələnlərindən birində yaşayır. 50 il əvvəl böyük ambisiyalarla və cibində 2 dollarla Manhettenə gəlmişdi. Bu gün o, evinin yaxınlığında BMT-nin baş qərargahının yanında bayraqları dalğalanan dövlətlərdən daha zəngin və nüfuzludur. Lakin buna baxmayaraq, bir il ərzində milyard dollar qazana bilən insan kimi bütün dünya üçün tapmaca olaraq qalır. Onun maliyyə və iqtisadiyyat haqqında fəlsəfi açıqlamaların və fikirlərin müəllifinin birmənalı fiqur olmadığını təsdiqləyir. Jurnalistlər və bioqraflar hələ də onun uğurlarının sirlərini öyrənə bilməmişlər.MÜƏLLIF: SƏBINƏ Mənbə iqtisadiyyat.com Sorosun məşhur funt sterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.
['Corc Soros', 'George Soros']
6,528
https://kayzen.az/blog/cqk/2148/sakura-13-iyun-turniri.html
Sakura 13 iyun turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
13 iyun 2010, 10:13
Latın dilində "bağışlayan", "qurban verən" deyin: Cavab: donor 2. Gənc olanda günün altında şellənirəm)) Orta yaşlarımda hamını məsuliyyətsiz və kefcil edirəm. Qocaldıqca isə dəyərim artır. Mən nəyəm? Cavab: şərab. 3. Bu ölkənin paytaxtının adı tərcümədə 3 şəhər deməkdir. Cavab: Liviya. Söhbət Tripoli şəhərindən gedir (tri+poli) 4. Sokrat şagirdlərinə məsləhət görürdü ki: "Heç kimin məsləhətinə qulaq asmayın, hətta ... ". Cavab: " mənim də" 5. Alman dilində "möcüzə-uşaq" deyin Cavab: Vunderkind 6. Uzaq cisimləri görmək üçün-teleskop, kiçik əşyaları görmək üçün-mikroskop, olduğunuz yerdən hündürdə yerləşən cisimləri görmək üçün-periskop, bəs divardan o biri tərəfdə olanları görmək üçün? Cavab: pəncərə :) 7. Bu avtomobil markasının adı Zərdüşt tanrısının adından götürülüb: Cavab: Mazda (Ahura-Mazda).Firmanın əsasını qoyan Dzudziro Mazudanın adı ilə oxşar səslənir. 8. ”6 milyon meşəsi” hansı ölkədədir? Cavab: İsraildə. Faşistlərin öldürdüyü hər yəhudinin xatirəsinə İsraildə bu meşədə bir ağac əkilib. Ətraflı http://lichoman.livejournal.com/31541.html 9. Lətifəni tamamlayın. İnsanlar 3 yerə bölünür: Saymağı bilənlər və .... Cavab: İnsanlar 3 yerə bölünür: Saymağı bilənlər və saymağı bilməyənlər )) 10.  12 fut dərinliyi,13 düym eni və 14 qarış uzunluğu olan xəndəkdən nə qədər torpaq qruntu çıxarmaq olar? Cavab: Heç nə qədər. Çünki onsuz da xəndəkdə torpaq olmur,o qazılıb çıxardılıb))) 11. Bir neçə il bundan əvvəl Bakıya qonaq gəlmiş insan hüquqları və s. üzrə ixtisaslaşan bir qərbli Dərnəgül şosesi tərəfdən keçirmiş. Onun dediyinə görə Bakıda intim xidmətlər göstərilən yerlər kifayət qədərdir. Sizcə o nəyə əsasən belə fikir yürüdürdü? Cavab: sex (taxta sex, çörək sex) 12. Qaynana əlindən əziyyət çəkən kişilər ən çox ona paxıllıq edir. Cavab: Adəm peyğəmbər. 13. Bir az sərt olsa da pinqvin əti kifayət qədər dadlıdır. Bəs hansı xüsusiyyətinə görə ayılar pinqvin əti yemir? Cavab: ayrı-ayrı qütblərdə olurlar. 14. 8 vəhabit(vəhhabilik təriqətinə etiqad edən) adama proqrammistlər qısaca belə deyirlər? Cavab: vəhabayt(Восемь ваххабитов - один ваххабайт) 15. Bu uçuş 1975-də Üç Oskara layiq görüldü Cavab: Qu-qu quşu yuvası üzərindən uçuş (One Flew Over the Cuckoo's Nest, Пролет над гнездом кукушки)   Suallar burdadır. 1.
['sakura turniri']
6,529
https://kayzen.az/blog/bloq%C3%A7u/2121/d%C3%BCy%C3%BC-unuyla-tik%C9%99k.html
Düyü unuyla tikək!
bloqçu
Bloq: bloqçu
12 iyun 2010, 22:24
Təbiət bizə elə nemətlər bəxş edir ki... Elə bil ki, fəlakətləri üçün qoruyucu bir güc verir. Sadəcəb biz bunlardan bixəbər oluruq. Təzə bir üsul kəşf edilib ki, binalar davamlı, zəlzələyə dözümlü olsunlar. Hətta, demək olar ki, yüz illərlə ayaqda qalan məşhur Çin səddinin də sirri açılıb. Sual oluna bilər ki, birinin digərinə nə əlaqəsi. Elə maraq da, cavab da burda meydana çıxır. Çinin Zhejiand Universitetinin kimyaçı professoru olan Zhang Binjian bununla bağlı bir məqalə yazıb, hansı ki, bu məqalə də Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Belə ki, həmin professor araşdırmalar aparıb və burdan da məlum olub ki, həmin o Çin səddinin tikintisində düyü unundan və yandırılmış kirəcin tozundan istifadə olunub. Allah hər bir maddəni, hər bir qatqını özü bizə bəxş edib. Hər şeyin bir dərmanı var axı... Deməli, düyü ununun tərkibində amilopektin maddəsi var ki, hansı ki, bu divarların çox yerində bir çox bitkilərin yetişməsinin, böyüməsinin qarşısını alırmış və ən əsası da düyü unu yapışqan xüsusiyyətə malik olduğundan daş parçalarını bir-birini möhkəm şəkildə kip olaraq yapışdırıb, saxlanılmasına vəsilə olur. Elə məhz bu səbəbdəndir ki, düyü unu ilə tikilmiş bir çox binalar uçmamış və əzəmətini də itirməmişdir. Nə yaxşı! Elə bil ki, bu bina son illər ərzində tikilmiş yeni bir binadır. Bundan əlavə Çində Ming sülaləsinin hökmdarlığı dövründə inşa edilmiş tikililər zamanı da düyü unundan istifadə olunubmuş. Elə bu səbədəndir ki, həmin tikililər də zəlzələyə davamlılıqları ilə fərqlənirlər. Təbii ki, bu araşdırmalardan, nəticələrdən sonra düyü ununa qiymət verməmək çətindir. Belə ki, professor Zhang Binjian təklif edib ki, gələcəkdə olacaq tikililərdə daha çox da seysmik zonalardakı inşaatlarda düyü unu tətbiq edilsin. Maraqlıdır, elə deyilmi? Keçənlərdə tv-də eşitdim ki, Bakıda dənizdə zəlzələ baş verib və bu hündür binalarda səhv etmirəmsə 2.5 bal gücündə hiss olunub. Əslində hal-hazırda tikilən binalara kənardan fikir verəndə insanda qorxu hissi yaranır. O tikintini ki, mən görürəm, heç etibar edəsin gəlmir. Təbii ki, mənim bunılardan başım çıxmır, amma, hisslərim də məni qorxudur. Ay nə bilim sementə qum qatılır, filna şeyə bəhmən şey və s. Görüntü də insanı çəkindirir. Özü də biz də elə zonadayıq ki, zəlzələ qaçılmaz ola bilər. Buna görə bəlkə bizdə də düyü unundan istifadə oluna)) Bir də ki, pisdirmi çox hündür olmayan, amma, eninə uzadılan binalar? İndi belələri tikilmir. Amma, bunlar 1 -2 bloklu 16 mərtəbəli binalardan daha sağlam olar. Nə bilim vallah! Allah xeyir versin.Əvvəllər, hətta, indi də bəzi rayon yerlərində evlər tikiləndə samandan, palçıqdan istifadə edərdilər ki, bu da evə qışda istilik, yayda sərinlik verərdi. Həm də möhkəm olardı. İndi isə ehh..eh. Taxtadan evləri, fin evlərini çox sevirəm, amma, yanğından qorxuram. Ay, Allah mən nə qorxaq qızam belə!!!
['düyü unu', 'inşaat', 'tikili', 'Çin səddi']
6,530
https://kayzen.az/blog/Dior/2116/bir-c%C9%99nub-%C5%9F%C9%99h%C9%99rind%C9%99.html
Bir cənub şəhərində
Dior
Bloq: Dior
12 iyun 2010, 20:38
Bu film ən çox sevdiyim filmlərdən biridir.Film  komediya janrında olsada,əsas süjet xəttini traqikomediya tutur.Çünki burda o vaxtın qatı qanuları,insanların mənəvi azadlıqlarının tapdalanması,istədiyi və düşündüyü kimi hərəkət edə bilməməsi filmin ısasını təşkil edir.Bu film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu xrebtovı" povesti üzrə ekranlaşdırılıb.Rejissoru isə Eldar Quliyevdir.Film 1969 cu ildə şəkilmışdır.Əsas rolları paylaşan Həsən Məmmədov (Murad) və Eldəniz Zeynalovdur.(Tofiq)Murad neft mədənlərində işləyən,həyatı ilə bağlı yaxşı düşüncələrdə olan gəncdir.Lap erkən yaşlarından atasını itirib,anası,bacısı və qardaşına daim kömək olmuşdur.Onların oxumaqları üçün əlindən gələni etmişdir.Bacısı isə onun yaxın dostu həm də məhəllə qonşusu olan Tofiq ilə nişanlıdır.Tofiq isə bir o qədədrdə lazımi həyat sürməyən,çox vaxt bacısının qardaşından istifadə edən bir obrazdır.Bir gün Tofiqi atası müharibə qəhrəmanı olduğu üçün,yəni heykəlinin açılşı üçün onu Moskvaya dəvət edirlər.Tofiq orda iştirak edir,və qayıdandan sonra özü ilə bir qadın da gətirir.Nişanlısı ola-ola.Təbii ki,məhəllədə artıq bu hərəkətə hamı pis baxmağa başlayır.Əsas qınaq obyekti isə Murad olur.Tin dostları onunla artıq söhbət etmir,onun yanında belə oturmaq istəmirlər.Çünki o Tofiqi cəzalandırmır.Dəqiq desək namusunu yumur.Nəhayət bütün bunlardan bezən Murad Tofiqlə bir danışığa gəlir.Yüngülcə onu hədələyərək qonşularının gözündən tor asmaq qərarına gəlir.Bir gün Murad Tofiqi məhəllənin ortasında hədələyərək,azacıq bıçağı onun qarnına salır.Beləliklə də Murad həbsxanaya düşür.Həmin məhəllə və tin dostlarının sayəsində. Əslinə qalsa,elə indi də belə düşüncə ilə yaşayan insanlar çoxdur.Guya hər xırda məsələ qanla yuyulmalıdı.Bu əsl kişilikdi.Bəs heç nədən puç olan bir gəncin ömrü nə ilə əvəzlənəcək?Ömür boyu ona acı xatirələri xatırladan həbsxana divarları ilə.Ətrafda hər şey öz axarı ilə gedəcək,hamı öz işində olacaq.Amma bir gəncin taleyi kimlərinsə sözlərinə,atmacalarına görə puç olacaq.
['Bir cənub şəhərində', 'milli mentalitet']
6,531
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2115/%C9%99sl-qon%C5%9Fuluq.html
Əsl qonşuluq.
bloqçu
Düşündürücü hekayələr
12 iyun 2010, 18:21
Bir gün Fatih Sultan Məhmət yeyəcək maddələrinin keyfiyyətini və qiymətlərini öyrənmək məqsədilə paltarını dəyişib (tanınmamaq üçün) bazara çıxmışdı. O bir dükana girib, salam verir və deyir: -“Yarım batman yağ, yarım batman bal və yarım batman pendir verin”. Baqqal yarım batman yağ çəkib, pulunu hesab etdikdən sonra deyir:- “Ağam, digər istədikləriniz də qarşıdakı qonşumdan alın, çünki, onun malı həm daha yaxşıdır, həm də, qonşum daha heç siftə eləmədi.” Bunu eşitdikdən sonra padşah həmin ikinci dükana girir və ordan yarım batman bal alınca bu baqqal ona: - “Allaha şükr olsun ağam, mən siftəmi etdim və uşaqlarımın yeyəcək pulunu qazandım, qonşum isə daha siftə eləmədi” dedi. Bunun üzərinə padşah: - “Bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Millətin təmiz əxlaqını pozanlara Allah qənim olsun” dedi. Tahsin Ünal, "Osmanlılarda Fəzilət Mücadiləsi"
['qonşu', 'haqq', 'təmiz əxlaq']
6,532
https://kayzen.az/blog/dusundurucu-hekayeler/2113/g%C3%B6zl%C9%99m%C9%99.html
Gözləmə...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
12 iyun 2010, 16:39
Şən kompaniya-3 oğlan və 3 qız Floridanın qızıl çimərliyinə istirahətə gedirdi. Onları mehriban günəş, isti qum, mavi su və gözəl səfa gözləyirdi. Onlar sevib sevilirdilər. Ətrafdakılara xoş gülüş bəxş edirdilər. İstəyirdilər ki, hamı onlar kimi xoşbəxt, sevincli olsun. Avtobusda onlarla birlikdə bir gənc oğlan da gedirdi. O kədərli halda sanki nədənsə sıxılırdı. Qızlardan biri onun yanında əyləşdi. Bu gəncin adı Vinqo idi. Vinqo 4 il Nyu-york həbsxanasında olub, indi isə evinə qayıdır. Bu gənc qızı daha da təəccübləndirdi, bəs nə üçün o belə kədərlidir. - Siz evlisiniz? - qız soruşdu. Bu suala çox qəribə cavab gəldi - Bilmirəm... Qız təəcüblə soruşdu: -  bilmirsiniz? Vinqo dedi: - Bilirsiniz mən həbsxanaya düşəndə həyat yoldaşıma məktub yazdım və bildirdim ki, uzun müddət olmayacam. Əgər ona məni gözləmək çətin olarsa, əgər uşaqlar nə vaxtsa məni soruşmğa başlayarlarsa və bu ona əziyyət verəcəksə... Ümumiyyətlə əgər o çətinliyə dözə bilməyəcəksə, qoy təmiz vicdanla məni unutsun. Mən bunu başa düşərəm. "Başqa insanla ailə qur.- deyə mən ona yazdım-hətta bu haqda mənə xəbər verməyə də bilərsən". - İndi siz evə gedirsiniz və bilmirsiniz ki, sizi nə gözləyir? - Bəli- həyəcanla Vinqo cavab verdi. - 1 həftə əvvəl mənə bildirdilər ki, yaxşı davranışıma görə məni vaxtından əvvəl azad edirlər. Mən bu haqda ona yazdım. Mənim şəhərimə yaxınlaşanda siz böyük palıd ağacı görəcəkiniz. Mən ona yazdım ki, əgər o məni hələ də gözləyirsə və mən hələ də ona lazımamsa qoy o ağacın bir budağına sarı yaylıq bağlasın. Onda mən avtobusdan düşüb evə qayıdacam. Yox əgər o məni bir daha görmək istəmirsə qoy onda heç nə etməsin, onda mən bir daha onunla qarşılaşmamağa çalışacam. Artıq şəhərə çatmağa az qalırdı. Bütün sərnişinlər diqqətlə yola baxırdılar. Avtobusda həyəcan artırdı. Vinqo gözlərini yumdu. Artıq 10, daha sonra 5 km qalmışdı. Və birdən... Bütün sərnişinlər yerlərindən sıçrayıb qışqırmağa, oynamağa başladılar. Pəncərədən boylanan Vanqo təəccübdən donub qalmışdı. Ağac sanki günəş şüalarına qərq olunmuş kimi parıldayırdı, hər budaq sarı yaylığa bürünmüşdü. Onlar küləyin isti nəfəsi ilə sakitcə yırğalanır, sanki uzun müddətdən sonra öz doğma ocagına qayıdan qonağı qarşılayırdılar. Vanqo sevincindən göz yaşlarını saxlaya bilmədi. O tələsik avtobusdan düşdü və qaçamağa başladı. Oz isti ocağına, gözəl gələcəyinə və bir daha ayrılmamaq, qopmamaq üzərə sevdiyi insana qaçırdı... Boris QanaqoTərcümə: Rzayeva NailəHəmçinin bax:Sevgi fədakarlığı tələb edir
['sevgi', 'ümid', 'vəfa']
6,533
https://kayzen.az/blog/bloq%C3%A7u/2112/gil-il%C9%99-terapiya-v%C9%99-kosmetik-gill%C9%99r-haqq%C4%B1nda.html
Gil ilə terapiya və kosmetik gillər haqqında
bloqçu
Bloq: bloqçu
12 iyun 2010, 16:34
Təxminən 2 il bundan öncə Piterdə olanda belə bir xəbər aldıq ki, gil terapiyası keçirilir. Bizə çox maraqlı idi. Həm də ki, pulsuzdur, niyə də getməyək?! Biz də qızlarla həmin gün durduq, getdik ora ki, görək bu nədir, nə edirlər. O terapiya keçirilən binaya daxil olduq və içəri girəndə gördük ki, hardasa 35-40 nəfər insan yığılıb və 3-4 nəfər də bu terapiyanı keçirən şəxslər. Bu insanlar arasında müxtəlif yaşda adamlara rast gəlmək olardı. Hətta, eləsi ər-arvad gəlmişdilər. Gil terapiyasında mənim düzəltdiyim))) Otaq boyunca kənarlarda stullar düzülmşüdü, belə ki, əvvəlcə, hamımız oturduq bu stullarda və bu işən baxan xanımlardan biri hər birimizə bir-bir müraciət edərək, tanış olmağı, özümüz barədə məlumat verməyi xahiş edirdi və tanış olma mərasimi keçəndən sonra, 2 qrupa ayrıldıq. Hər qrupun başında da bu işlə vəzifələnən məsul şəxs dayanmışdı. Maqnitafona da çox həzin, sakit bir musiqi qoyulmuşdu, hansı ki, dənizin, quşların səsi ilə müşaiət olunurdu. Belə ki, hamımız otururuq masalarda və sonra bir-bir keçirik stolun başına, gözümüz də bir parça ilə bağlanır ki, heç nəyi görməyək. Qabağımıza isə bir qabda gil və su qoyulub. Bizdən tələb olunur ki, özümüzü boş buraxaq, heç nə düşünməyək, gözümüz bağlı halda gil ilə oynayaq. Ürəyimizdən, fikrimizdən nə keçirsə gil ilə onu da edək. Amma, biz gil ilə oynadığımız müddətdə xanım bizə sualar verir: nə hiss edirsən, nə düşünürsən, sən indi hardasan, nə görürsən və s.. Və biz də öz növbəmizdə ona hiss etdiklərimizi deyirik, bir tərəfdən də gildə nəsə edirik. Sizə onu da deyim ki, bu terapiya zamanı, hətta, ağlayanlar da oldu. Həqiqətən də gil ilə oynadığın vaxt bu səni elə rahatladır, elə hala salır ki, elə bil ki sən bu dünyadan ayrılıb, hər şeyi unudub, tamamilə başqa bir yerə gedirsən, elə bil ki, yuxudasn və yuxu görürsən və çox rahatlayırsan. Eləsi qala düzəltdi, eləsi qəfəs, eləsi yol... Hər biri də keçirdiyi hissləri danışırdı və çox maraqlı idi. Keçənlərdə “Svoy dom” adlı bir elan qəzetində kosmetik gil barəsində yazı oxudum, sözün düzü məhz elə bu yazı mənə o terapiyanı xatırlatdı, yoxsa, hardan yadıma düşərdi. Gil və onun xeyri. Gil, dəriyə qulluqda ən etibarlı müttəfiqdir. Onda balteriyalar yoxdur, o, toksinləri, qoxunu və qazları udur, zərərli bakteriyaları məhv edir və ən yaxşı təmizləyici xassələrə malikdir, bəzi elementlər əlavə edildikdə həm də qidalandırıcıdır. Təbiətdə kosmetik gilin müxtəlif növləri mövcuddur. Onlar mineral tərkiblərindən asılı olan rəngləri iləfərqlənirlər.Gilin tərkibi isə onları yerləşdiyi yerdən asılıdır. Gil ağ, mavi, yaşıl, qırmızı, sarı və boz rəng ola bilər.Gilin hər bir növünün özünəməxsus spesifik xüsusiyyətləri var ki, bu da gili tibbi və kosmetoloji məqsədlərdə müxtəlif məqsədlər üçün istifadə etməyə imkan verir.Təbii kosmetik gili apteklərdən və ya kosmetika mağazalarından əldə etmək olar. Kosmetik ağ gil. Ağ gil həm də kaolin adlanır. Kaolinin faydaları hələ e.ə. IV əsrdə hippokrat tərəfindən qeyd olunmuşdur. Məlumdur ki, ağ gil bütün zamanlarda gözəllərin kosmetik maskalarının tərkibinə daxil olub. Kaolin silisium oksidi, sink və maqnezium ilə zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zəif saçları möhkəmləndirir, regenerasiya xüsusiyyətinə malikdir, əla antiseptikdir. Ağ gil nazik və süst dəri üçün uyğundur.Ağ gildən mütəmadi istifadə dərinizi daha elastik və məxmər kimi edəcək. Üz dərisi yaxşılaşacaq və gümrahlaşacaq.Gilin rəngi nə qədər tünddürsə, o, dərinin yağlılığı, sızanaq və cizvələrlə daha yaxşı mübarizə aparır. Amma, çəhrayı cizvələr zamanı gildən istifadə etmək məsləhət deyil. Boz kosmetik gil Boz gil dənizin dərin qatlarından çıxarılır. Nəmləndirici və tonizəedici effektə malikdir. Əksər hallarda çox quru dəri üçün istifadə olunur. O dəridə və bütün orqanizmdə dərin detoksikasiyaedici xassəyə malikdir. Yaşıl kosmetik gilYaşıl gil tərkibindəki dəmir oksidə görə bu rəngə malikdir.  Karxanadan yığılan bu gil nəm tünd-yaşıl tərkibli olur. Bu gil kosmetikada geniş tətbiq sahəsi tapıb. O həm əsas maska, həm də maska tərkibi, bükülmə və kompreslərdə istifadə olunur. Tərkibindəki bol mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, həmçinin əla absorbsiya (sorulma) xüsusiyyətinə malikdir. Yaşıl gil dərini yumşaldır və təmizləyir. Qıcıqlanmanı aradan qaldırır, quruducu effektə malikdir. Yaşıl gil kapilyarların qan dövranını yaxşılaşdırır, dərini dartıb hamarlayır. Bu gildən maskalar dəridəki məsamələri əla təmizləyir, yağlı parıltını aradan qaldırır. Ev şəraitində yaşıl gili başqa növ gil ilə qarışdırıb işlətmək olar. Qırmızı kosmetik gil Bu gil tərkibindəki dəmir və mis oksidi birləşməsinə görə bu rəngə malikdir.Qırmızı gil həssas, alergiyalara meylli və tz reksiya verən dəri üçündür; qızarmağa meylli olan dəridə daha yararlıdır. Sarı kosmetik gilSarı gilin tərkibində böyük miqdarda kalium və dəmir var. O dərini oksigenlə təchiz edir. Müxtəlif iltihabi proseslər zamanı toksinlərin kənarlaşdırılması üçün istifadə olunur.  Canlandırıcı effektə malikdir. Bu gil ən çox yağlı, qarışıq (quru-yağlı), solğun, qocalmaqda olandəri üçün daha uyğundur. Üz dərisinin rəngini yaxşılaşdırır. Qara kosmetik gilQara gilin tərkibində stronsium, kvars, dəmir, mqnezium və kalsium var. O üz dərisini çox yaxşı təmizləyir. Bu gil növü zərərli toksinləri və dəri çirklənməsini özünə yaşı çəkir.Üzdəki məsamələrin yığılmasına (büzülməsinə) təsir göstərir. Normal, yağlı və qarışıq üz dərisi üçün yararlıdır. Mavi kosmetik gilMavi gil iltihabəleyhi xüsusiyyətə malikdir, onun tərkibinə bizə gərək olan mineral duzlar və mikroelementlər daxildir. Adətən mavi gildən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. O sızanaq və cizvələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını effektiv sürətləndirir. Bu gil üz dərisinin təmizlənməsində, rənginin yaxşılaşdırılmasında kmək edir. Mavi gildən adətən mimikadan yaranmış qırışların hamarlanmasında istifadə  olunur. Dərini cavanlaşdırır, onu elastik və möhkəm edir. Mavi gil həm də çil və piqment ləkələrinin rəngini açır.Mütəmadi  istifadə problemli dərisi onlara əla kömək edir. O dərini dezinfeksiya edir, onu hamarlandırır, sızanaqlardan təmizləyir. Bu gil dəri hüceyrələrində maddələr mübadiləsi prosesini və qan dövranını aktivləşdirir.Bundan başqa xalq təbabətində mavi gildən keçəlləşmədə xüsusilə effektiv vasitə kimi istifadə olunur.
['gil', 'kosmetik gil', 'глина']
6,534
https://kayzen.az/blog/informatika/2107/virus-proqramlar%C4%B1.html
Virus proqramları
HTML
İnformatika
12 iyun 2010, 16:01
Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara,sistem sahəsinə, şəbəkələrə və s, yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompüter virusları, əslində işlədiyiniz kompüterə dəyişik şəkillərdə zərər verə bilən kompüter proqramlarıdır. Kompüter viruslarının məşhur bulaşma yollarından biri “virus yoluxmuş kompüter proqramları” dır. Bu vəziyyətdə, virus kodu bir kompüter proqramına virusu yazan adam tərəfindən əlavə olunar. Beləcə, viruslu bu proqramları işlədən istifadəçilərin kompüterləri “potensial olaraq” virus mənbəyinə çevrilir. Xüsusilə, internet üzərində fayl arxivlərinin nə qədər sıx istifadə edildiyini düşünsək təhlükənin ölçülərini daha da yaxşı anlaya bilərik.Viruslanmış proqram işlədildiyində kompüter virus kodu da, ümumiyyətlə, kompüterinizin yaddaşına yerləşir və potensial olaraq zərər verməyə başlayır. Bəzi viruslar, sabit diskinizin ya da disketlərinizin “boot sector” deyilən və kompüter hər açıldığında ilk baxılan yer olan qisminə yerləşir. Bu vəziyyətdə, kompüteriniz hər açıldığında “viruslanmış” olaraq açılır. Belə olan təqdirdə, əhəmiyyətli sistem fayllarında da (MSDOS və windows üçün COMMAND.COM kimi) viruslar olur.Ümumiyyətlə, hər virusun bir adı vardır. Məsələn, Cansu, Stoned, Michaelangelo, Brain, Einstein və s. kimi virus növləri daha məşhurdur. Virus proqramları və ya kompüter virusları - müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Kompüter texnologiyasının sürətli inkişaf tempi günü-gündən sürətlənsə də, bu sahə də çatışmazlıqlardan xali deyil. Bu gün, kompüter istifadəçisi olan hər bir kəsin ən başlıca problemlərindən biri kompüterlərin virus hücumuna məruz qalması, bunun nəticəsində, kompüterin və sistemin sıradan çıxmasıdır. Hər il, iri müəssisə və şirkətlər bu problemdən milyonlarla dollar məbləğində ziyana düşür. Virus proqramlarının təsnifatı. Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar Yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları) yükləmə virusları, makro viruslar; Yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, NIX virusları və s.destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; Virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s. Kompüter viruslarını, ümumiyyətlə 2 qrupa ayırmaq mümkündür: 1.Fayllara bulaşan viruslar. 2.Kompüterin sistem sahələrinə bulaşan viruslar. İlk qrupa girənlər, ümumiyyətlə, istifadəçinin işlətdiyi proqramlara (DOS. EXE. və COM) bulaşar. Proqramların viruslanması iki yöndən ola bilər. Ya virus kodu kompüterin yaddaşına yerləşmişdir və hər proqram işləyərkən o proqrama bulaşar ya da viruslu proqram hər dəfə işləyərkən öz təsirini göstərə bilər. Ancaq virusların çoxu özünə kompüterin yaddaşında yer tapır. İlk açıldığında nəzarət etdiyi xüsusi sistem sahələrinə (boot sector) və xüsusi sistem fayllarına (command.com) yerləşir. Bəzi viruslar isə hər iki şəkildə də zərər verə bilər. Bəzi viruslar virus axtarış proqramları tərəfindən müəyyən olunmamaq üçün bəzi “gizlənmə” texnikaları istifadə edərlər (Stealth Virusları). Bəzi növ viruslar isə, işlədildiyində özünə bənzər başqa viruslar çıxara bilir ki, belə viruslara Polymorphic viruslar daxildir. Qeyd edək ki, bu tip virusların ilk nümunələrindən olan Dark Avanger və Cascade kompüter sistemlərinə ciddi zərər verir. Viuslarla mübarizə aparmaq üçün antiviruslar lazımdır. İlk virus “Creeper” proqramı dünyada ilk kompüter  virusu sayılır. Onu 1971-ci ildə  ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyinin (DARPA) ARPANET3 şəbəkəsinə xidmət göstərən əməkdaşı yazıb. “Creeper” müasir mənada başa düşülən kompüter vürusu olmayıb. Onun yaradıcısı mühəndis  Bob Tomas sadəcə kompüterlər arasına “hərəkət edən” proqram yazmağa cəhd göstərmişdi. O, bu yolla kompüterlərə hansısaı ziyan vurulmasının mümkünlüyünü təsəvvür belə etmirdi. Kompüterin yaddaşına girən proqram "I'm the creeper, catch me if you can!" məlumatını gəzdirib dərhal digərinə yönəlməyə cəhd edirdi. Creeper TENEX əməliyyat sistemi  ilə çalışan DEC PDP-10  kompüterlərində işləyirdi.  Bu kompüterlər indiki ölçülərlə müqayisədə həddən artıq iri idi. Zəhlətökən və ümumiyyyətlə zərərsiz  virusa qarşı “Reaper” proqramı işlənib hazırlanır. Buna  o zamanın antivirusu desək ,yanılmarıq. Yeri gəlmişkən, həmin illlərdə kompüter proqramlarına münasibətdə “virus” sözü işlənmirdi. “Kompüter virusu” termin kimi sonradan meydana gəlib. 1983-cü ildə Kaliforniyalı tələbə Fred Koen kompüter təhlükəsizliyi məşğələlərində öz- özünə artan və şəbəkəyə virus kimi yayılan proqram yaradır. Həmin proqram xüsusi təhlükəli deyildi. Fred Koen  o zamandan “kompüter virusu” termininin müəllifi sayılır. İndi virusların yayılması üçün ən əlverişli vasitə internetdir. 2000-ci ildə yaranan “yeni dövrün”  ilk genişmiqyaslı virusu “I LOVE YOU” epidemiyasıdır. O, elektron poçt vasitəsi ilə yayılır. Məktub alan istifadəçı cəlbedici başlığa aldanır, onu açan kimi ziyanverici proqramla üzləşir. Yeri gəlmişkən, Fred Koen 1987-ci ildə sübut edib ki, kompüter viruslarını  aşkarlayıb qeydə alan 100 %-lik alqoritm yaratmaq mümkün deyil.
['virus proqramları', 'kompüter virusları']
6,535
https://kayzen.az/blog/Hagverdiyev/2106/u%C5%9Faq-t%C9%99rbiy%C9%99si-haqq%C4%B1nda.html
Uşaq tərbiyəsi haqqında
Hagverdiyev
Bloq: Hagverdiyev
12 iyun 2010, 13:35
Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər ata ananın nöqsanlarını görməyə başlayır. Ona görə də gənc ailələr öz davranışları ilə övladlarına nümunə olmalıdırlar.Biz öz uşaqlığımızı yada salsaq, balacaları ən çox onların ehtiyacını ödəyən münasibət qane etdiyinə əmin olaraq. Məhz uşağın ehtiyacı ödənildikdə o, valideynlərinə böyük rəğbət və məhəbbət hissi ilə baxır, əks halda hər şey tərsinə olur. Bəzi ailələrdə “tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur.Kötəkləmə üsuluna əl atan valideyn, övladına tək fiziki deyil, həm də psixiki zədə vurur. Halbuki zorakılıq, qəddarlıq, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən bütün vasitələr qanunla qadağan edilir. Pedaqoqlar qeyd edirlər ki, ailədə tez-tez bədən cəzasına məruz qalan uşaqlar özgələşir, sırtıq, kobud, qəzəbli və kinli olurlar. Çünki, uşaqları döymək tərbiyə yox, təzyiq və qorxutma üsuludur. Lakin, uşaqları həddindən artıq əzizləməklə və nəvazişlə böyütmək də düzgün deyil. Onların bütün tələblərini yerinə yetirmək, balacalara hər hansı bir əziyyət verməmək, onların ən adi bir çətinliklərini həll etmək axır nəticədə övladların aciz və əfəl böyüməsinə gətirib çıxardır. Xüsusən oğlan uşaqlarının belə böyüməsi, onların müstəqil həyata qədəm qoyması və ya əsgərlikləri zamanı böyük problemlər yarada bilər. Uşağı düzgün tərbiyə etmək üçün valideynlər övladlarına individual yanaşmalı, onların xarakterlərində təzəcə cücərməyə başlayan mənfi və müsbət cəhətləri vaxtında ayırd edərək, yaxşılarını inkişaf etdirməli, zərərlilərin isə qarşısını dərhal almalıdır. Unutmamalıyıq ki, gələcəyimiz olan uşaqların öz gələcəyinin necə olacağı, müəyyən mənada həm də böyüklərdən asılıdır. Uşaqların işıqlı gələcəyini və xoşbəxtliyini isə biz balacalara həyatda düzgün yol göstərməklə, onlara məhəbbət, hörmət və qayğı ilə yanaşmaqla, uşaq hüquqlarını qorumaqla təmin edə bilərik.Müəllif: Vüqar Haqverdiyev
['uşaqlar və biz', 'övlad tərbiyəsi']
6,536
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/2104/xo%C5%9Fb%C9%99xt-ail%C9%99-olmaq-%C3%BC%C3%A7%C3%BCn.html
Xoşbəxt ailə olmaq üçün
Əliyev
Xoşbəxt ailə
12 iyun 2010, 11:50
Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq: 1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır. 2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər. 3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır. 4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz. 5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir. 6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər. 7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır. 8 ) Kiçik və böyük hər qüsurda ağır tənqidlərdən çəkinilməlidir. Bağışlayıcı olunmalıdır. 9 ) Mübahisəni çıxdığı nöqtədə tutmağa çalışılmalıdır; keçmişdə qalmış digər bir mövzunu da içinə alacaq şəkildə genişlətilməməlidir. Təşəbbüsün əldən qaçmasına fürsət verilməməlidir. 10 ) Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələr dağıdıcıdır. Reallığa baxmaq lazımdır, zənnlərə görə hərəkət etilməməlidir. 11 ) Yoldaşına, həm sənə həm də öz özünə güvən təlqin et/ət. Ona güvəndiyini göstər. 12 ) Xoşbəxt ola bilmək üçün, yaxşı bir yoldaşla evlənmiş olmaq yetərli deyil; sənin də münasib bir yoldaş olmağın lazımdır. 13 ) Təmizlik imanın yarısı və əbədi bir sevginin təməl şərtidir. 14 ) Həyat yoldaşınla xoşbəxt bir həyat üçün, şəxsiyyətinin ayrılmaz parçası saydığın bəzi şeylərdən güzəşt verməyin, elastik olmağın lazım ola bilər. 15 ) Özün üçün istədiyin gözəl şeyləri həyat yoldaşın üçün də istə, özünü düşündüyün qədər onu da düşün. 16 ) Almaq qədər verməyi də bilməlisən. Eqoist olunmamalıdır. 17 ) Hər kişi, xanımının hər mövzuda ən yaxşısını etməyə çalışan; günəş kimi sevgi və şəfqətiylə özünü istilədən ideal bir yoldaş olmasını istər. Hər xanım da, yoldaşının tam etibarlı güclü bir şəxsiyyət sahibi, hər cür ehtiyaclarını təmin edəcək bir kimsə olmasını arzu edər. Tərəflər, bu ideal standartı tutma səyi içində olmalıdır. 18 ) Həyatda əskik olmayan hər çətinlik və mənfilikdə dərhal yoldaşını günahlandırma; mövzuya insafla bax. 19 ) Tək bu günü yaşa, keçmişdə yaşanmış kədərləri və hələ gəlməyən sabahkı qayğıları bu günə daşıma. İmkanların çərçivəsini aşmadan yaşamağa bax. 20 ) Nigah aktının çox müqəddəs bir bağ və Allah'a verilmiş bir söz olduğunu bilməlisən. Bu mövzuda irəlidə peşman olacağın bir addımı atmadan əvvəl min dəfə düşünməlisən. 21) Ailə həyatı üçün eşq və sevgi əhəmiyyətli və zəruri olmaqla birlikdə, ailənin yalnız bunun üzərində dayanacağını sanmamalısan. Başqa xüsusiyyətlərin də lazım olduğunu bilməlisən. 22 ) Həyat yoldaşına qarşı nümunə davranışlar sərgiləməlisən; yaxşı şəxsiyyətini yalnız dilinlə deyil, davranışlarınla da ortaya qoymalısan. 23 ) Necə gəldi, qonşu və qohumlarının aranıza girməsinə fürsət verməməlisən; mümkün mərtəbə ailə içi problemləri özünüz həll etməyə çalışın. 24 ) Həyat yoldaşında səhv olaraq gördüyün bəzi şeyləri düzəltmədə tələsikçi olma; dəyişməsi üçün zamana ehtiyac duyan qüsurlar ola bilər. Kiçik səhvləri böyütmək lazım deyil. 25 ) Evliliyin öhdəçilik və məsuliyyətlərini könül xoşluğuyla qəbul etməlisən və tam bir inamla öz boynuna götürməlisən. 26 ) Anlaşılmazlıq və mübahisə səbəblərindən mümkün qədər çəkinməlisən. 27 ) Yoldaşınla müştərək işlər etməyə vaxt ayır ki, irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və sizi bir-birinizə daha çox yaxınlaşdırsın. 28 ) Yoldaşına, son dərəcə sərbəstcə özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanımalısan. Heç bir istiqamətini lağ mövzusu etməməlisən.   Xanımları maraqlandıran qaydalar 29 ) Maliyyə haqqlara hörmət göstərilməli və bu əsla laqeydlik edilməməlidir. Mübahisə mövzularının başında bu mövzu gəlir. 30 ) Mümkün olduqca, xarici problem və kədərlərinə yoldaşını ortaq etməməlisən, özün öhdəsindən gəlməyə çalışmalısan. Lakin sevinclərində də onu unutma. 31 ) Müşavirə, ailə həyatında əhəmiyyətli bir prinsipdir. Yoldaşlardan hər biri ailə həyatında özünü ortaq görməli və bir kənara itələnilib laqeydlik edilmədiyini hiss etməlidir. 32 ) Ailə xoşbəxtliyin, evdə heç bir problemlə qarşılaşmamağına deyil, problemlərin öhdəsindən gələ bilməyinə, onları çıxdığı nöqtəylə məhdud tutmağına, yoldaşınla olan əlaqələrini mənfi təsir etməsinə fürsət verməməyinə bağlıdır. 33 ) Problemdən qaçmaq, hələ-hələ evi tərk etmək həll deyil. Yaxşısı, sakit başla düşünüb problemin həllinə dərhal başlamaq. 34 ) Bir mübahisə əsnasında yoldaşının gözəl istiqamətlərini və yaxşılıqlarını da xatırlamağa çalış; bəyənmədiyin istiqamətlərinin, bütün yaxşılıqlarını örtməsinə fürsət verməməlisən. 35 ) Qılınc yarası keçər, dil yarası keçməz. Ailəvi mübahisələrdə, yaralayıcı sözlər sərf etməkdən çəkinməlisən, yoxsa kiçik bir məsələ ucbatından onun sevgi və əlaqəsini tamamilə itirə bilərsən. 36 ) "Qürurum", "qürurum" növü sözlər, şeytanın tez-tez tələ olaraq istifadə etdiyi sözlərdir. Bir mübahisə əsnasında şeytan bunları bəhanə edərək tərəflərə səhvini gözəl göstərər və barışma qapısını bağlamağa çalışar. 37 ) Uşaqların yanında yoldaşınla mübahisə etməkdən və ya səsini yüksəltməkdən çəkinməlisən. Çünki uşaqlar, əvvəlcə valideynlərini nümunə götürərək öyrənərlər. Bu cür problemlər və həll yolu uşağın zehinində yer edəcək və irəlidə üzərində mənfi təsirini göstərəcək. 38 ) Xanım, yoldaşının, bağlanılmağa layiq ideal bir şəxsiyyət olduğunu, özüylə fəxr etdiyini ona hiss etdirməlidir. 39 ) Hədiyyələr verin bir-birinizə ki, sevginiz artsın və bu, xoşbəxtlik və sevinc hər vəsiləylə sizin adətiniz olsun. 40 ) Ağıllı xanım, gərək özün gərəksə uşaqlarının ehtiyac və istəklərini yerinə yetirmək və yoldaşında düzəltməsini istədiyi bir davranışı düzəltdirmək üçün ən uyğun vaxtda hərəkət etməlidir. Bəzən uyğun vaxt zənn etdiyi, gerçəkdə uyğun olmağa bilər. Yaxşı düşünməlidir. 41 ) Səni maraqlandırmayan mövzularda yoldaşını suallarınla böhrana salma. Sənə açmaq istəmədiyi sirlərini israrla öyrənməyə çalışmamalısan. 42 ) Evdə bir küncə çəkilib tək başına oturmağı adət halına gətirməməlisən, mümkün qədər yoldaşınla maraqlanmalısan. 43 ) İşləyən bir qadın, birinci məsuliyyət sahəsinin evi olduğunu unutmamalıdır. Evinin işləriylə, işyerinin işlərini bir-birindən ayrı tutmasını bilməlidir. 44 ) Yoldaşının qohumları ziyarətə gəldiyində narazıçılıq göstərilməməlidir. Əksinə, onları gözəl bir şəkildə qarşılayıb örnək davranış sərgiləməlidir. 45 ) Xüsusilə qayınanana hörmət etməlisən, ona ailənin ənənələrinə görə ən gözəl şəkildə xitab etməlisən. Onunla mübahisəyə  girməməlisən. İrəlidə gəlininin sənə necə davranmasını istəyirsənsə elə davranmalısan. 46 ) Hər nə qədər günah qaynanada olsa da, mübahisədən çəkinilməlidir. Yoldaşınızda daha sonra bu barədə doğru məlumatı axtarmaq vacibdir. 47 ) Həzrəti Peyğəmbər, qonşu haqqı üzərində çox dayanmışdır. Qonşuya yaxşılıq etmək, sevinc və dərdlərinə ortaq olmaq, köməyi əsirgəməmək dinimizin əmridir. 48 ) Davamlı görüş ayrılığı, zamanla könül ayrılığını da meydana gətirər. Bəzən, razı olmasanda yoldaşının fikirinə qatılmalısan. Yetər ki, edilən iş Allah'a üsyan sayılan bir şey olmasın. 49 ) Evdə yoldaşının ehtiyac duyduğu sükunəti təmin etmək üçün uşaqları zehin inkişaf etdirici oyuncaqlarıyla əyləndirə bilərsən. 50 ) Uşaqlar Allahın böyük nemətləridir. Onları laqeydlik edərək, yaxşı tərbiyə etməyərək və ya başqa hər hansı bir işi daha əhəmiyyətli sayaraq bu neməti əzab vəsiləsinə çevirməməlisən. 51 ) Uşaq baxımı və tərbiyəsiylə əlaqədar sağlam məlumatlar əldə etməlisən ki, hər mərhələdə onlara necə davranılacağı bilinsin. Beləcə ruhən və cismən sağlam yetişsinlər. 52 ) Axirət işlərində yoldaşlar bir-birinə köməkçi olmalıdır. Dünya qədər axirəti də arzulamalı və əhəmiyyət verməliyik. 53 ) Bədxərclik ailə xoşbəxtliyini pozar. Allahın nemətini yox edər. Allah bədxərcləri sevməz. Tutumlu olmalısan ki, yoxluq çəkməyəsin. 54 ) Yaxşı niyyət və xeyirxahlıq bəhanəsiylə də olsa, yoldaşlarının sənin şəxsi həyatına qarışmasına icazə verməməlisən. 55 ) Evinin sirlərini nə bir dostuna, nə də bir yaxınına izah etməməlisən. M.Lənkəranlı / azerbaycaninsesi.com
['ailə səadəti', 'xoşbəxtlik üçün məsləhətlər', 'xoşbəxt olmaq', 'ailə münasibətləri', 'ailə həyatı', 'ər-arvad']
6,537
https://kayzen.az/blog/bloq%C3%A7u/2094/bloq-n%C9%99dir-v%C9%99-bloqumuz-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html
Bloq nədir və bloqumuz necə olmalıdır?
bloqçu
Bloq: bloqçu
11 iyun 2010, 16:34
Bloqlar artıq bizdə də internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa başlamış bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin açılması və yaxud da, ümumiyyətlə, sərf bloqlar yer alan saytın açılamsı, bu sahədə  müsaqələrin keçirilməsi (reklamı çıxsaq) buna işarədir ki, Azərbaycanda bloq istifadəçilərinin sayı artsın və bu sahə də mühüm yerlərdən birini tutsun.Amma, çoxları bunu tamam başqa cürə başa düşüb, hərə özünə bir bloq açır, ağzına gələni yazır və ya kopyalayır və s. Əslində, bəli, razılaşıram ki, internet elə bir məkandır ki, orda hamı sərbəstdir, istədiyin saytda oranın qaydalarıyla razılaşırsansa buyur, istifadəçi ol, vəssəlam. Və belə götürəndə bloq da bir gündəlikdir. Sadəcə virtual. Kimi bu yolla öz fikirləini bölüşür,  kimi ürəyini boşaldır, kimi məsləhət alır, kimi başqalarının fikirləri ilə maraqlanır, kimi də pul qazanır. Amma, həqiqətən də internetdəki azadlıqdan və bu virtual gündəliyin varlığından sui-istifadə edənlər də az deyil. Nə isə, sözüm bunda deyil.Yəqin ki, bu sahədə maraqlanan hər birimiz üçün sual olar ki, bu gün bir çoxlarımızın yaratdığımız bloqlar hardan ortaya çıxdı, bunu kim ərsəyə gətirdi, bu nə üçündür və s...?! Hələ 1994-cü ildə internet aləmində ilk gündəlik dünyaya gəlir. Bu gündəliyin sahibi tələbə olan Castin Xoll (Justin Hall) idi.  Sonra isə məşhur proqramist Deyv Viner (Dave Winer) tərəfindən “Scripting News” ərsəyə gətirilir, hansı ki, tez bir zamanda özünə çoxlu sayda maraq, internet-auditoriya yığmağı bacarır, tez bir zamanda geniş sürətdə məşhurlaşır. Məhz bu səbəbdən də araşdarmaçılar tarix boyu sırf onun bloqunu birinci bloq olaraq görürlər. Hərçənd ki, bu fikirlə çoxları razılaşmırdı.Bəziləri isə deyir ki, 1992-ci ildən etibarən də Tim Berners-Li öz səhifəsində xəbərlər yayımlayırdı. Yəni bu səbəbdən dolayı da onu da ilk bloq olaraq görənlər var.Amma, yuxarıda qeyd elədiyim kimi, ilk internet-gündəlik 1994-cü ildə məhz C.Xoll tərəfindən yaradılmışdı.Lakin, maraqlı bir sual ortaya çıxır: bəs bloq sözü, bloq termini hardan yaranıb? Belə ki, 1997-ci ilin 17 dekabırında “Robot Wisdom” internet-gündəliyin yaradıcısı və redaktoru olan Corn Barger (Jorn Barger) ilk dəfə olaraq weblog sözünü işlətmiş olur. O logging the web ifadəsindən əmələ gəlmişdi, hansı ki, belə demək olar ki, “Setdə gündəlik aparıram” kimi tərcümə olunur. Amma, “vebloq” anlayışı cəmi 1 il ömür sürür, belə ki, 1999-cu ildə həmin vebloqun yaradıcısı bu sözü yenidən açaraq və maraqlı bir ifadə əldə edir: “we blog”Bununla da internet-gündəliyin adı “blog” sözü ilə tanınmış olur. Amma, bir çoxları deyir ki, weblog sözünü iki hissəyə bölən C.Barger yox, Peterme bloqunun yaradıcısı Peter Merholz olub.Həmin ilin avqust ayında ilk dəfə olaraq Pyra Labs pulsuz və istifadədə çox rahat olan “Blogger” saytını yaradır, hansı ki, bu da internet istifadəçilərinə imkan verir ki, onlar özlərinə şəxsi bloq aça bilələr. İlin sonunda isə elə həmin kompaniyanın (Pyra Labs) istifadəçisi olan Rusty Foster  təşəbbüsü ilə Scoop adlı elə bir proqram yaranır ki, bu da bloq istifadəçiləri üçün daha da əlverişli olur. Belə ki, əgər əvvəl istifadəçilər öz qeydlərini yad saytlarda (bu zaman onların qeydləri adminstrator və moderatorlarlar tərəfindən redaktə olunur və ya nəyəsə qarşı çıxılıaraq bəzi halarda mane olunurdu) yerləşdirirdilərsə, artıq indi Scoop bu sxemi tamamilə dəyişmiş, yeniləmiş olur. Belə ki, artıq istifadəçilər rahatlıqla özləri moderatorluq edir və rəylər də bildirirdilər. Və, beləliklə, bu da bloqseferasında bir təkan oldu. Artıq zamanla real həyat internet sahəsinə tökülərək, bloq səhifələrində yer tutmuş olur. Azərbaycan istifadəçiləri də bloqlarla yaxından uzaqdan tanış olub, onlar da bloq işi təklif olunan müxtəlif saytlarda bloqlar yaradaraq öz fikirləini bölüşürlər.Azərbaycanda milli bloq sistemini (Fərhad) Əsgər Əsgərzadə yaradıb, belə ki, “AZERİBLOG.COM” blog sistemi Azərbaycanda ilk milli, azərbaycan dilli, pulsuz bloq sistemi idi. ("idi" deməyimə səbəb, saytın indi pullu olmasıdır) 20.05.2008 tarixində - “Azeriblog.com”un ərdəbilli qurucusu “Media forum”a danışır" adı altında keçirilən müsahibədə Fərhad bəy belə deyir:- "Bloq, bildiyiniz kimi, internet aləmində çox məşhurdur. Dünyanın istənilən nöqtəsində arzu edən hər kəsin bloqu var. Azərbaycanın saytlarına baxardım. Dost-tanışdan soruşdum ki, Azərbaycanda bloq saytı varmı? Dedilər yoxdur, bildim ki, buna ehtiyac var. Və yaratdıq. 2007-ci il iyulun 21-də yaranıb." Amma, 2009-cu ilin son aylarından etibarən Azəriblog-da müxtəlif maddi səbəblərdən dolayı pullu bir sistemə çevrildi. Mənim o sistemdə də bloqum var, ilk bloqum: Mürəkkəb dolu qələm. Sadə bir bloq.Sadə demişkən, istərdim ki, internetdə bloq açan istifadəçilərə bu yolda məsləhət verəm. Bəlkə də bəyənib-bəyənmədiklərimi deməklə çoxlarını qıcıqlandırmış olacam, amma, tənqid, kritika özü də təkanverici bir şey deyilmi? Düzdür, deyə bilərsiniz ki, sən kim, bizə ağıl vermək kim? Hər-halda burda sizinlə razılaşıram ki, mən nə jurnalist deyiləm, nə də özümü super-puper bir bloqçu da zənn etmirəm.Sadəcə olaraq başqa bloqlara nəzər salanda gördüyüm rahatlıqları bizimkilərdə olan bir çox bloq səhifələri ilə müqisə edəndə həqiqətən də insan özü də bir ölçü götürür və bununla bölüşəmək istəyir ki, hər birimiz düzgün bir işə imza ataq. Bu şəxsi internet-gündəlik olsa belə. Hər-halda nəzərə almalıyıq ki, bizim şəxsi gündəliyimiz, fikirlərimiz olsa da biz bunu cəmiyyətin izləməsinə və dəyərləndirməsinə buraxırıq. Belə ki, gərək onları yormayaq və elə hal yaradaq ki, onlar rahatlıqla oxusunlar. Dizayn. Bu hər sahədə önəmli olduğu kimi, internet sahəsində, ən çox da bloq sahəsində şox diqqət yetiriləsi bir şeydir. Belə ki, hal-hazırda saytlarımıza fikir versək çox artıq-urtuq, qara-qura, parıldayan, tullanıb düşən yazılar, atributlar, ikonkalar, qarışıq rənglər və s. ilə rastlaşarıq. Bəlkə də çoxları saytın görüntüsünü belə etməklə özlərini özünəməxsus bir iş görmüş  sayırlar və fərqlilik kimi alqılayırlar. Amma, bunlar sayta gələcək olan istifadəçini ordan qaçmağa məcbur edir. Həm də yüklənmə də problemli olur. Ola bilsin ki, kiminsə xoşuna gələ, amma, bu adətən qeyri-ciddiliyin əlaməti sayılır və kimsə axtarış zamanı gəlib sizin saytınıza çıxırsa o ordan yorularaq qaçacaqdır.Əsas da ki, rəngli yazılar. İnanın ki, yazıları rəngli etməyə heç ehtiyac yoxdur. Misal üçün, ağ fonda, bej rəngli (açıq yaşıl, sarı, çəhrayı, boz və s.), 6 və ya 16 ölçülü, kursiv və qarışıq bir şrift ilə yazılmış yazı və s. Belə olan halda oxumaq zövq vermir, əksinə, gözləri və beyni yorur. Sadə şrift seçsən, adi qara rəngdə yazsan, fon da ağ olsa necə yaxşı olar. Mən şəxsən özümdən götürürəm ki, mən rəngli yazıları oxuya bilmirəm. Bir az oxuyan kimi yorulur, bezir və ordan ayrılmaq məcburiyyətində qalıram. Yazı insanın gözünü yormamalıdır. Ola bilsin ki, bloq açmaq hər kəs üçün fərqli səbəblərdən irəli gəlsin. Amma, hər-halda hər bir şəxs üçün səbəb nə olursa-olsun, əgər biz bir bloq yaradırıqsa, demək ki, mütləq orda istifadəçi axını gözləyirik. Əgər saytın dizaynı xoş deyilsə, yazını oxumaq çətinlik törədirsə,  - bir sözlə sayt bizi yorursa biz hansı istifadəçidən, hansı qonaqdan söz aça bilər ki, onları biz özümüz qaçırdırıq.Bəzi saytlarımız var ki, axtarışdan sonra istədiyin nəticəyə görə bu sayta düşürsən. Amma, orda axtardığın məlumatı tapanacan 50 dəfə clickləməli olursan, hələ-hələ sürət də zəifdirsə, sən də, itirdiyin dəqiqələrdən, saatlardan sonra axtarışıvı da yarıda qoyub, saytı tərk etməli olursan. Buna da diqqət etmək lazımdır ki, saytınıza düşmüş istifdəçi burda istədiyi şeyi rahatlıqla tapsın.Yazıda mətnə, mövzuya uyğun şəkillərdən istifadə etsək yaxşı, olar, amma, bu da keyfiyyətdə, ölçüdə və qədərində həddini aşmamış ola. Eləcə də video.Ən əsası da ki, yazılarımıza fikir, mətnimizə, mövzularımıza fikir versək lap yaxşı olar. Elə həcmli, böyük yazılar var ki, oxu-oxu ordan heç bir nəticə əldə etmirsən. Amma, elə kiçik, hətta, deyərdim 5 cümlədən ibarət yazılar var ki, o cümlənin hər birində məsələ qısa-konkret və mənalı olaraq həll olunur.Mən şəxsən xoşlamıram ki, yazını bir abzasla yazım. Fikir vermisinizsə yerləşdirdiyim postlarda mətndə tez-tez aralar buraxıram. Mən belə düşünürəm ki, bu da oxumaq üçün rahatlıq verir. Çünki, məncə ekran boyunca uzun-uzadı fasiləsiz görünən bir yazı insanı sıxır. Mövzu kiməsə maraqlıdırsa, təbii ki, onu axıra kimi oxuyacaq, amma, o yazıda 2-3 abzas (yazının həcminə görə) və hər abzasda 2-3 dəfə də enter vursaq məncə heç də pis nəticə verməz. Hal-hazırda bloq sahibləri üçün müsabiqələr də keçirilir. Bu da Azərbaycanda keyfiyyətli bloqu və bloqçuluğu genişləndirmək üçündür. Yarışa qatılanların hər birisinə uğurlar arzu edirəm və sizi inandırım ki, qalibiyyət münsiflərin rəyində və bundan sonra qazandığın yerdə deyil. Sən düşünürsənsə və sən hər şeyi düzgün edirsənsə sən artıq qalibsən! Hər birinizə qalibiyyət diləyi ilə!
['bloq', 'blog', 'блог', 'blogger', 'veb-dizayn']
6,538
https://kayzen.az/blog/Z%C9%99rr%C9%99/2080/quran%C4%B1n-%C9%99n-b%C3%B6y%C3%BCk-m%C3%B6c%C3%BCz%C9%99si-b%C9%99la%C4%9Fat.html
Quranın ən böyük möcüzəsi- Bəlağat
Zərrə
Bloq: Zərrə
11 iyun 2010, 15:19
Peyğəmbərlər- yoxluq qaranlıqlarından varlıq aləminə çıxan və əbədi səadətə üz tutub gedən bəşər karvanına rəhbərlik edən insanlardır. Hər bir peğəmbərə təbliğ etdiyi həqiqətləri təsdiqləyici olaraq möcüzələr verilib. Bu möcüzə küfrün inadını qırmaq üçündür. İnkar edənləri təslim etmək üçündür. Yoxsa həssas qəlblər, həqiqətə açıq olan beyinlər möcüzələri görmədən belə iman edirlər. Möcüzələrin verilməsindən məqsəd - hidayətə aparan yolun üstündəki küfr baryerlərini dağıtmaq, haqq yolunu kəsənləri məğlub etmək, eyni zamanda artıq iman etmiş insanların imanlarını daha da qüvvətləndirməkdir. Diqqət etsək görərik ki, zaman-zaman bir cəmiyyətdə ən üstün, ən prioritet sahə nə olurdusa, göndərilən peyğəmbərin möcüzəsi də o qəbildən olurdu. Məsələn, Həzrət-i Musa (ə.s.)ın dövründə ən aparıcı sahə sehr idi. Sehirbazlar cəmiyyətin ən sayılıb- seçilən təbəqəsi idilər. Musa (ə.s.) sehirbazları heyrətdə qoyacaq möcüzələr göstərməklə onları təslim etdi, bununla da haqqı insanlara təbliğin qarşısındakı baryerləri qaldırmış oldu. İsa (ə.s.)ın peyğəmbər olaraq göndərildiyi cəmiyyətdə isə tibb aparıcı sahəyə çevrilmişdi. Hz.İsa(ə.s.) ölümcül xəstələri belə sağaldırdı. Bununla həm inkar edənlərin inadını qırır, həm də təbliğ etdiyi həqiqətlərin doğruluğunu təsdiqləmiş olurdu. Hz. Muhamməd (s.ə.v.)in peyğəmbər olaraq göndərildiyi əsrdə Ərəbistan yarımadasında ən aparıcı sahə bəlağat idi. Bəlağat- kəlimələri yerində, düzgün işlətmə, təsirli söz demə, yüksək üslub, fikri açıq-aydın ifadə etmə sənətidir. İslamdan əvvəl Ərəbistan yarımadasında yaşayan əhalinin əksəriyyəti oxuyub-yaza bilmirdilər. Ona görə də önəm verdikləri işləri, əhəmiyyətli hadisələri, dəyərli məsəl və fikirləri şifahi şəkildə nəzmlə, şerlə nəsildən-nəslə ötürürdülər. Zaman keçdikcə orada şifahi ədəbiyyat sürətlə inkişaf edib bəlağat elminin meydana çıxmasına səbəb oldu. Artıq bir qəbilənin bəliği (bəlağatla söz söyləyən) onların milli qəhrəmanı kimi sevilib-sayılırdı. Ərəblər öz ədibləri ilə fəxr edirdilər. O dövrdə ərəblər bəlağatda dünyanın bütün millətlərindən irəlidə idilər. Bəlağata o qədər dəyər verirdilər ki, bir şairin sözü ilə iki qəbilə müharibəyə başlayırdı, və ya düşmən qəbilələr sülh elan edirdilər. Hətta yeddi ərəb şairinin yeddi qəsidəsini qızılla Kəbənin divarlarına yazmışdılar.Quran-ı Kərim bəlağatın bu qədər dəyər qazandığı bir dövrdə nazil oldu. Musa(ə.s.)ın dövründə sehr, İsa(ə.s.)ın dövründə təbabət məşhur olub, möcüzələrin çoxu o qəbildən gəldiyi kimi, Quran-ı Kərimin də ən böyük möcüzəsi onun bəlağatıdır. Belə ki, Quranın yüksəkliyi qarşısında ərəb ədibləri səcdə edirdilər. Onlardan müsəlman olub-olmadıqları soruşulanda, müsəlman olmadıqlarını, amma nazil olmuş kitabın bəlağatı qarşısında səcdə etdiklərini deyirdilər.Quran bütün ərəblərə, onların məşhur bəliğlərinə səslənib deyirdi: "Əgər qulumuza endirdiyimiz Quranın Allah sözü olduğu haqqında şübhəniz varsa, onun surələrindən birinə bənzər bir surə meydana gətirin...Bunu edə bilməzsiniz, edə də bilməyəcəksiniz,odur ki odunu daşlarla insanlar olan və kafirlər üçün hazırlanmış oddan çəkinin"(Əl-Bəqərə 23,24). Ərəbin məşhur ədibləri bu xitab qarşısında aciz qalmışdılar. Məkkə müşrikləri isə məcbur olub müharibəyə əl atdılar. İnadcıl ərəb müşrikləri damarlarına toxunan bu çağırışa sözlə cavab verməkdən aciz qalmasaydılar, həm mənəvi, həm də maddi ziyana girib müharibə yolunu seçməzdilər. Çünki bir-iki kəlimə ilə Quranın davasını yalan çıxartmaq kimi asan bir yol olduğu halda, ən çətin, ən müşkil, ən təhlükəli olan müharibə yoluna əl atmazdılar. Quran-ı Kərim nazil olduqdan sonra həm ona dost olanlar, həm də düşmən olanlar Qurana nəzirə yazmaq üçün çox çalışdılar. Dost olanlar ona rəğbətlərindən kəlamlarını onun kəlamına bənzətmək istəyirdilər, düşmənləri isə Quranı yalan çıxartmaq üçün inadla çalışırdılar. Nəticədə minlərlə ərəbcə kitablar yazıldı, amma heç biri üslubda, bəyanda, bəlağatda, fəsahətdə-axıcılıqda, təsirdə Qurana yetişmədi. Əgər oxşar bir kitab yazılsaydı, bu dərəcədə böyük bir hadisə tarixdən gizli qalmayacaqdı. Çünki, İslamiyətin hər zaman kifayət qədər düşmənləri olub. Belə bir əsər olsa idi, dillərə dastan olacaqdı. Əgər indiyə kimi yoxdursa, deməli Quranın bir kəliməsinə belə misil gətirmək mümkün deyil. (Mübaliğə deyil, bu həqiqətən də belədir.) Əgər Quranın bənzərini gətirmək mümkün olsaydı, mütləq bu işə cəhd ediləcəkdi. Çünki izzət-namus məsələsi, can və mal təhlükəsi var idi. Əgər cəhd edilsəydi, bu işidə müvəffəq olmaq üçün çoxlu tərəfdar toplayacaqdılar. Çünki haqqa düşmən olanlar kifayət qədər çox idi. Əgər tərəfdarları toplasaydılar bu məsələ gizli qalmayıb, hər yerə yayılacaqdı. Çünki kiçik bir hərəkat belə tarixdə dastanlara çevrilib qalırsa, bütün insanlığı əlaqədar edən böyük bir məsələ səssiz qalmayacaqdı. Halbuki bu haqda Müsəylimə-i Kəzzabın yazdığı bir-iki cümlədən başqa eşidilməyib. O da yalançı-kəzzab("kizb"-yalan sözündən) olaraq yaddaşlarda qalıb. Müsəylimənin kəlamlarında bəlağat var idisə də, Quran günəşi yanında çox sönük idi. Odur ki, iki vur iki dörd etdiyi kimi, qəti qənaət hasil olur ki, Quranın misli yoxdur və ola bilməz.Hər zaman İslama qarşı olan qüvvələr müsəlmanların güc qaynağının Quran olduğunu çox yaxşı biliblər.Müsəlmanları Qurandan uzaqlaşdırmaq üçün min-bir fitnəyə əl atıblar. Halbuki, güclü dilçilər yetişdirib, Qurana nəzirə yazdırmaqla, onun hökümlərinin yalan olduğunu isbat edə bilərdilər, əgər edə bilsəydilər. Amma müharibələrə və fitnələrə əl ataraq, davranışlarıyla Quranın haqq olduğunu dəfələrlə təsdiqləyiblər. Quran-ı Kərim isə hər zaman cavanlığını, təravətini saxlayaraq bu əsrə də xitab edib deyir:" Mislimi gətirə bilməzlər və gətirə bilməyəcəklər..."Avropa dilçiləri, yazıçıları da ərəb ədibləri kimi dəfələrlə Quran qarşısında səcdəyə getmişlər." Quranın gözəlliyi bütün ədəbi əsərlərdən fərqlidir. Mənim fikir və qənaətimə görə Quran başdan-başa səmimiyyət və həqiqətlə doludur. Hz. Muhammədin (s.a.v.) aləmə təbliğ etdiyi dəvət haqq və həqiqətdir." Karlayl ( Carlyle)"Quran nədir? Hər tənqidin üstündə bir fəsahət və bəlağat möcüzəsidir" Dr. Moris (Maurice)
['Quran', 'bəlağat', 'ərəblər', 'möcüzə', 'peyğəmbərlər', 'Muhəmməd (s.ə.s)', 'islam']
6,539
https://kayzen.az/blog/karyera/1653/cv-n%C3%BCmun%C9%99si.html
CV nümunəsi
təpəgöz
Karyera və yüksəliş
11 iyun 2010, 11:40
Tez-tez rezüme (curriculum vitae) hazırlamağa ehtiyacımız olur.Sizə bir CV nümunəsi verirəm. Yazılan hər şey şərtidir. Məmmədov Sahil 14 Neftçilər Prospekti, Səbail Səbail rayonu,Bakı Tel: 012 4924856 Mob: 050 250 2525 [email protected] TƏHSİL Xəzər Universiteti Sentyabr 2007-May 2009Beynəlxalq Biznes İnzibatçılığı üzrə magistr dərəcəsi Bakı Dövlət Universiteti May 2003-İyun 2007 Beynəlxalq Hüquq fakültəsi 16 nömrəli məktəb Sentyabr 1990-May 2001 11 illik orta təhsil İŞ TƏCRÜBƏSİ McDonalds Satış şöbəsi Oktyabr 2004 - Yanvar 2005 İş müddətində mən hər şeyi edirdim gələn müştərilərin sifariş etdikləri məhsulları yığır,qablaşdırır və kassada hesablaşmanı aparırdım.Eşşək kimi işlədiyim Operativ işlədiyimə və sifarişləri tez yola saldığıma görə müdiriyyət tərəfindən mükafatlandırılmışam. Yeni iş tapdığım yekəbaş klientlərin sufatlarını görməmək üçün ilə əlaqədar orda fəaliyyətimi 3 aydan sonra dayandırdım. NURGÜN Motors Marketinq şöbəsi Fevral 2005 - Noyabr 2008 Avtomobillərin reklamı,promo-aksiyaların keçirilməsi,satış effektivliyinin artırılması üçün 4 ilə yaxın müddətdə işləmiş,ofis planktonu olmuş televiziyada reklamın monitorunqinə birbaşa nəzarət etmişəm. İşə girdikdən 8 ay sonra baş marketoloq vəzifəsinə keçirilmişəm.İşlədiyim müddətdə Yaponiya və Ukraynada 3 ay kef çəkmişəm treninqlərdə olmuşam. MARAQLARIM Boş vaxtlarımda şəhərdə sülənib qızlara söz atıram kayzen.az saytının NHN yarışlarında iştirak edirəm,şəxsi bloqumu həftədə 2 dəfə yeniləyirəm. Hər həftə şahmat dərnəyində turnirlərdə oynayıram.
['CV yazmaq', 'rezüme', 'curriculum vitae', 'tərcümeyi-hal', 'CV', 'CV forması']
6,540
https://kayzen.az/blog/346/2084/zibillikl%C9%99r-v%C9%99-%C3%A7%C3%B6r%C9%99k-qorunur.html
zibilliklər və çörək qorunur
ramzes
346 saylı marşrut
10 iyun 2010, 21:38
Zibillikləri və çörəyi qoruyaq: Bəzən elə hadisələr, elə obyektlər, elə söhbətlər, bir sözlə elə düşüklüklər görürsən ki,bunları yazmasan ürəyin partlayar, tez qocalarsan. Aşağıda sizə təqdim edəcəyim şəkil bir çox düşüklükləri açıq-aşkar göstərir. Aşağıdakı şəkildə milli elementlərlə yanaşı müasir qərb mədəniyyətinin də simvolu əks olunub. Adətən zibilliklərə (gözə görünməyən, gözdəniraq yerlərin çoxu), hasarların ətrafına və s. kimi yerlərə “bura zibil atanın...(dudddd), ay hansısa heyvan və digər dəhşətli ifadələr həkk olunur. Aşağıdakı şəkil müasir məhlələrdən birində çəkilib. Bu şəkildə qadağandır işarəsiylə (el arsında zınak) yanaşı “qənaət et! ÇÖRƏK” cümləsi də diqqəti cəlb edir. Həqiqətən inkişaf var, görünür kimsə zibilliklərdən kənara mütəmadi şəkildə zibilin atıldığını görüb, bezib, insani bir addım atıb, fikirləşib ki, heç olmasa zibillikləri təmiz saxlayaq. Həm də görünür mental düşüncəni dərindən bilən bir şəxs olub. Anlayıb ki, parklarda, küçələrdə, gözdəniraq yerlərdə belə işarələri və ya əlyazmaları yerləşdirdikdə bomba oğlanlar fərqlənmək, qayda-qanuna məhəl qoymamaq (el arasında vorzakon), bir sözlə bu ideyalarla bütün düşüklükləri son dərəcə mükəmməl şəkildə həyata keçirəcəklər. Bir növ qadağandır işarəsini yerləşdirən şəxs bu işarəni qoymaqla ətraf ərazilərdən zibilin zibilliklərə necə cəlb olunması metodunu tapıb. Bu şəkildə müasir dövrlə qədim dövrün sintezini görə bilərik, misal üçün zibil qablarının təkərləri (qədim at arabasında olduğu kimi). Keçək şəkildə qeyd olunmuş əlyazmaya: adətən belə qeydlərə türk liseylərinin yeməkxanalarında daha çox rast gəlinir. Mən çox fikirləşdim, amma tapa bilmədim ki, bu əlyazmanı yazan bununla çörəyə qənaət etməyi düşünüb, yoxsa çörəyə hörmət etdiyini ifadə etmək istəyib. Sonra dərindən düşündükdən sonra belə qərara gəldim ki, yəqin bu əlyazma hər gün çörəyi tapdalamaq istəməyən zibilyığanlar tərəfindən yazılıb. Ola bilsin ki, onlar da bunu çörəyə hörmətdən deyil, çörəyin əl-ayaqlarına ilişməməsi xatirinə yazıblar. Həqiqətən hansı niyyətlə yazılıbsa da, axırı inkişaf var. Çörək zibilliklərdə göz bəbəyi kimi qorunur. Çörəyi və zibillikləri qoruyun! Qənaət edin, axı çörək bol olsa basılmaz vətən.
['zibilliklər', 'çörək']
6,541
https://kayzen.az/blog/cqk/2083/vunderklass-suallar-vi.html
Vunderklass - suallar VI
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
10 iyun 2010, 19:36
96. Maltada yerləşən Müqəddəs Pavel kilsəsi ən məşhur kilsələrdəndir. 1702-ci ildə tikilmiş bu kilsədə iki saat var. Hər iki saat ayrı-ayrı vaxtları göstərir və bu bir məqsədə qulluq edir. Və bəlkə də elə buna görə deyirlər ki, o, heç vaxt yatmır. Kim? 97. Dr. Dulittl bədii filminin 3-cü hissəsində baş qəhrəman Maya Dulittl rançoda gecə heyvanların səs-küyündən yata bilmir və onların danışığına qulaq asır. Burada qoyun yata bilməyən digər heyvanlara nə məsləhət görürdü?  98. Onlardan biri 1841-ci ildə Hind okeanının bir adasında meydana gəldi. Digəri 1854-cü ildə Livinqston tərəfindən kəşf olundu. Başqa birisini üç Afrika ölkəsi öz arasında bölüşdürdü. Biri hal-hazırda Kanadaya məxsusdur. Biri isə bu yaxınlarda məşhur ingilisə qismət oldu. Sual: Həmin ingilisin adı nədir?  99. Orta əsrlərdə bu işlə çox vaxt varlılar boş vaxtlarında məşğul olurdular. Bu işin görüldüyü məkanlar isə şəhərlərin böyüməsi və sənayenin inkişafı ilə əlaqədar olaraq getdikcə şəhər kənarlarında tikilməyə başlandı. Dünya tarixində ən qədimlərinə misal olaraq Cənubi Koreyadakı Çxomsondeni, Perudakı Canquillonu və Makedoniyadakı Kokinonu göstərmək olar. Siz İsə Azərbaycan Respublikasındakı ən məşhurunu deyin. 100. Təklikdə xanım, gəlin mənasını verən bu söz şəhərlə birləşəndə Axundovun bir komediyasını, güllə birləşəndə kitabi-Dədə Qorqudu, Ayla birləşəndə Xəmsəni, günəşlə birləşəndə isə adı gücsüz, özü güclü olan bir insanı xatırladır. Həmin insan kimdir? 
['NHN sualları', 'cqk']
6,542
https://kayzen.az/blog/moda/2081/corablar,-kolqotkalar.html
Corablar, kolqotkalar
bloqçu
Moda dünyası
10 iyun 2010, 19:12
“İkinci dəri”. Yəqin ki, bu ifadəni çox eşitmisiniz. (müasir zamanın kalqotkaları). Deyilənə görə, corablar e.ə. 600-cü ildə qədim Yunanıstanda meydana çıxıbmış. Orda qədim bir mumia yapıblarmış ki, hansı ki, onun üzərində ev şəraitində hazırlanmış corab var idi. Əvəllər corablar əl ilə toxunardı, amma, sonralar toxunma işinə boş verilmiş və bir də XIII yüzillikdə yenidən bu iş bərpa edilmişdi. Bu vaxtadək isə corabları kətan və dəridən tikib, düzəldirdilər. Artıq XVI əsrdə İspaniyada yenidən əl ilə toxunmuş corablar yayılmağa başladı. Bu gün hər bir qadının qarderobunda rast gəldiyimiz vacib elementlərdən sayılan corab və kalqotkalar, keçmişə nəzər salsaq görərik ki, bir vaxtlar kişilərin, kavalerlərin də qarderobundan əskik olmazmış. Ən çox da çulkilər. O vaxtı "çulki"siz kişi geyimlərini təsəvvür etmək olmazdı. Elə çulkilər üçün toxuma dəzgahını da ilk olaraq 1589-cu ild ingilis keşişi Vilyam Li düzəltmişdi. Amma, XIX əsr çulkilər üçün dəbdən düşmə başlanğıcı oldu, belə ki, kişilər üçün boruşəkilli şalvarların ərsəyə gəlməsi onların çulkilərdən istifadəsini azaltdı və onlar corabdan istifadə etməyə başladılar. İndi min cür növdə, formada olan, qışda ayaqlarımızı isti soyuqdan qoruyub saxlayan corablar yavaş-yavaş böyüyərək ilk öncə “qulfi”yə, daha sonra çulkiyə, sonra da kalqotkaya çevrilərək yeni-yeni formalar almış oldu. Amma, bununla o, öz formasını itirmiş olmur, belə ki, corab elə corab olaraq da qalır.Qadınlar üçün çulkilər keçmiş zamanlarda utancverici bir element hesab olunurdu. Belə ki, qadın ayaqlarının demonstrasiyası ədəbsizlik kimi alqılanırdı. (bu düşüncə indi də mövcuddur!) XVII əsrdə britaniyadan İspaniya kraliçası üçün hədiyyə olaraq ipəkdən hazırlanmış çulki gətizdirilir və İspaniya səfirinə həvalə edilir ki, kraliçaya çatdırsın. Səfir isə cavabına hədiyyəni itələyərək belə deyir: bilin ki, İspaniya Kraliçasının ayaqları yoxdur.XVIII əsrdə isə bir nəfər yazır: qadın ayaqları elə məharətlə gizlədilir ki, bu da insanı düşünməyə vadar edir –heç onlar varmı ki?! Maraqlı fikirlərdir. Düşünəndə insana o qədər maraqlı gəlir ki, bir vaxtlar hamının ayıb saydığı görüntülər indi necə də adi hal alıb. Hər nə isə, hər halda bütün o ayıblara baxmayaraq çulkilər XVI yüzillikdə yenidən dəbə qayıtmış oldu. İpək çulkilərə qarşı olan hədsiz fanatikliyi ilə seçilən İngiltərə kraliçası I Yelizaveta heç kimin rəyinə, fikrinə əsas verməyib, onlardan rahatca istifadə edirdi. Bundan sonra da artqı çulkilər yayılmağa və qadın geyimləri sırasında vacib hal almağa başladı. Keçən əsrin 30-cu illərində amerikan konserni olan Du Pont elan etdi ki, hörümçək torundan qalın, poladdan bərk və ipəkdən də eleqant olan bir material hazırlanıb. Adını da neylon qoydular. İlk dəfə olaraq sintetik liflər yaradıldı. Müasir zamanda da bu sintetik liflərdən hazırlanmış kalqotkalar üstünlük təşkil edir. Bu kimya texnologiyasında və daha doğrusu çulki, kalqatka sahəsində elə bil ki, bir çevriliş oldu.  Bundan sonra da neylon çulkilər hazırlanıb, rəsmi olaraq satışa çıxarıldı və bundan sonra 1940-cı il 15 may tarixində 780 min üt çulki dəstləri hazırlandı. 40-cı ilərin sonlarında isə çulkilərin satışı milyonları da aşırdı.Neylon istifadədə və satışda nə qədər tələb olunan olsa da ikinci dünya müharibəsindən sonra neylon tellərdən olan çulkilərə nadir hallarda rast gəlinirdi. Belə ki, 40-cı illərin tikişli, məşhur neylon çulkilərini 50-ci illərdə yeni icadla buraxılan tikişsiz çulkilər əvəz etmiş olur. 60-cı illərdə mini yubkalar dəbə mindi və bu yubkalar qısaldıqca çulkilər də uzanırdı. Elə ki, bundan sonra çulkilər kalqotka halını aldılar. Kalqotka sözü çex dilindən götürülmüşdür və hərfi mənada “ çulkidən şalvarcıqlar” (çuloçnıye ştanişki) adlanır. Əvvəllər çulkiləri, kalqotkaları hər adam əldə edə bilmədi, onlar çox bahalı idilər, hətta, onlardan hədiyyə olaraq da istifadə olunurdu, amma, sonralar bu o qədər geniş yayıldı ki, yeni texnologiyalar, növlər, rənglər və s. artıq qiymətlər də endirildi və hamı ala bilirdi.1959-cu ildə DuPont peşəkarları tərəfindən ərsəyə gətirilən LYCRA ticarət markası adı ilə məşhurlaşan elastik “spandeks” lifləri yaradıldı. LYCRA – incə kauçuk liflərindən ibarətdir, hansı ki, kalqotkaları elastik edib, ayaqları kip örtürdü. Artıq zamanla elastik liflərdən hazırlanan kalqotkalar da məşhurlaşmağa başladılar. LYCRA malları ABŞ bazarlarında ən başda gedən mallar sırasında idi. Bunan əlavə LYCRA Avropada da ilkinlik və önəmlilik qələbələrinə nail olmuşdu. Artıq 90-cı illərdə corab, kalqotka sənayesində bu işlə məşğul olanların yarısından çoxunun tərkibində lucra var idi. Statistikaya görə LYCRA adi poliamid kalqotkalardan 20 % daha da davamlıdır. Fikir vermisinizsə kalqotkalar parlaq da olur, hansı ki, bir çoxlarımız elə bu parlaqlığa üstünlük veririk. Amma, kalqotkaya parlaqlıq verən laykra deyil. Poliamid sap adətən yumri doğranılır. Parlaqlıq isə onun üçbucaq fasonunda çapılmasından dolayı əmələ gəlir.LYCRA 3D- bu nə deməkdir? Kalqotkanın hər sətrində 3 laykralı sap yerləşdir, hansı ki, bir-birinə hörülərək keçirilib, bundan sonra da poliamid sapla birləşir. Bu texnologiyası ilə yaranan kalqotkalar eninə və uzununa görə bərabər elastikliyi təmin edir, hansı ki, bu da öz növbəsində hərəkəti rahatlaşdırıb, komfort yaradaraq, öz incə görünüşüylə qadınlara özlərini quş kimi hiss etməsinə nail olmuşdu. Bunlar digərlərindən həm bahalı, həm də kip, davamlı olurlar.Kalqotka qutularında qeyd olunan tərkib hissəsi:DEN DTEX (1 DEN = 1.11 DTEX) bu nə deməkdir?DEN – bu sapın qalınlığının ölçü göstəricisidir. Məsələn 70 DEN yazılıbsa, deməli sap 1 km elastan sap 70 qr. çəkisindədir. Rəqəm nə qədər yüksək göstərilirsə, kalqotka da bir o qədər qalın və kipdir. Ən nazikləri (yaylıq) 6-8, ən qalınları isə (qışlıq) 150 DEN olaraq qeyd olunur.5-10 DEN – nazik12-20 DEN – orta ə ya adi30-80 DEN qalın və möhkəmS - balaca, М - orta, L - böyük, XL və XXL – çox böyük.Bəzən də ölçülər müxtəlif ölkə standartalrında qeyd olunur. Bu zaman bilmək olar ki, avropa şkalası üzrə qeyd olunan 38, rus standartlarında 44-ə bərabərdir. P.S. Çulok və kalqotka yazdığıma görə qüsura baxmayın. Rusca yazdığım üçün üzrlü sayın, bilmədim, azəricə necə yazım.
['corab', 'kalqotka', 'чулки', 'колготки']
6,543
https://kayzen.az/blog/T%C3%BCrkiy%C9%99-tarixi/1710/t%C3%BCrkiy%C9%99-respublikas%C4%B1n%C4%B1n-yaranmas%C4%B1.html
Türkiyə Respublikasının yaranması
papatürk
Türkiyənin tarixi
10 iyun 2010, 14:03
Birinci Dünya müharibəsinin nəticələri Osmanlı imperiyası üçün daha fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperiyalardan biri oldu. Onun torpaqları pay-püşk edildi. Müharibədə qalib çıxan Antanta dövlətləri, xüsusən İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyəni bir dövlət kimi ləğv etmək niyyətində idilər. İzmir və onun ətraf rayonları «bəxşiş» olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları bölgəsini işğal etdilər. Türkiyə qarşısında "ölüm" ya «olum» məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 — 1938) rəhbərlik edirdi. O, Anadolunun müxtəlif ərazilərində pərakəndə halda fəaliyyət göstərən Hüquq Müdafiə Cəmiyyətlərini bir yerə topladı. 1919-cu ilin payızında keçirilən Ərzurum konfransında rəhbər mərkəz — Nümayəndələr Komitəsi təşkil olundu. Mustafa Kamal Paşa onun sədri seçildi. Onun təşəbbüsü ilə 1919-cu il sentyabrın əvvəlində Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi keçirildi. Konqres «Milli hüdudlar içində olan vətən torpağı bütövdür!» şüarını irəli sürdü. Ərzurum və Sivas konqreslərində seçilmiş 15 nəfərdən ibarət Nümayəndələr Komitəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) açılanadək özünü ölkədə yeganə səlahiyyətli orqan elan etdi, 1920-ci il yanvarın 28-də Nümayəndələr komitəsi „Milli And“ (»Misaqi Milli") qəbul etdi. Andda Mudros barışığı bağlanan andan Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyət və ərazi bütövlüyü toxunulmaz elan olunurdu. «Milli And» işğalçıları təşvişə saldı. Onlar martın 16-da İstanbulda fövqəladə vəziyyət elan etdilər. Əsas hökumət binalarını, kazarmaları, poçtu, teleqrafı, hərbi ləvazimat anbarlarını və b. zəbt etdilər, deputat palatasını qovdular. Bir sözlə, İstanbulu işğal etdilər. Bu hadisə xalqın qəzəbini coşdurdu. Bütün ölkədə «Rədd olsun işğalçılar!» şüarları ilə mitinq və nümayişlər başladı. Müvəqqəti hökumət vəzifəsini öz üzərinə götürən Nümayəndələr Komitəsi yeni Məclis çağırıldığını elan etdi. Aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal Paşa yekdilliklə TBMM-in sədri seçildi və onun başçılığı altında hökumət təşkil olundu. İstanbul hərbi məhkəməsinin Mustafa Kamal barədə edam hökmü verməsinə və Sultan tərəfindən onun təsdiq edilməsinə baxmayaraq xalq onu qətiyyətlə müdafiə etməyə qalxdı. Partizanlar və özünümüdafiə dəstələri Maraşı, İrfanı və Antepi işğalçılardan azad etdilər. Kurtuluş savaşı (6 bölüm) 2. bölümə baxın.Şanlı türk əskəri! Atatürk Qazi Mustafa Kamal (1881 — 1938) görk'mli dövlət, siyasi və hərbi xadim, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923 1938), Atatürk ləqəbi ona 1934-cü ildə Türkiye Böyük Millet Məclisi tərəfindən verilmişdi.Atatürk Gənc türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə (1909), İtaliya və Türkiyə (1911 — 1912), İkinci Balkan (1913) və Birinci dünya (1914 — 1918) müharibələrindi iştirak etmişdir. 1916-cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müdaxiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Türkiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919 — 1922). Sakariya döyüşündəki siyasətinə görə TBMM tərəfindin marşal rütbəsi və Qazi (Qalib) fəxri adlarını almışdır. 1923cü ilin oktyabrında Türkiyə Respublikasının ilk prezidenti seçilmiş və ömrünün sonunadək bu vəzifəni daşımışdır. Müttəfiq dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yunanıstan) 1920-ci ilin iyununda Qərbi Anadolunun xeyli hissəsini və Rumeli işğal etdilər. Onlar avqustun 10-da sultan hökumətini Türkiyəni parçalamağı nəzərdə tutan Sevr müqaviləsini imzalamağa məcbur etdilər.TBMM Sevr müqaviləsini tanımaqdan imtina etdi və xalqın, vətənin mənafeyini satmış olan sultan hökumətini qanundan kənar saydı. Elə bu şəraitdə Antantanın təhriki ilə Ermənistan Türkiyəyə müharibə elan etdi. Qars, Oltun, Sarıqamış ermənilər tərəfindən işğal olundu. Lakin Türkiyə qoşunları Kazım Qarabəkir Paşanın komandanlığı altında tezliklə hücuma keçərək işğal olunmuş əraziləri azad etdilər. Məğlub olan Ermənistan daşnak hökuməti təslim olaraq Gümrüdə sülh imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdahan və Arbvin vilayətləri də geri alındı. 1921-ci ilin yanvarında İnönü kəndi yaxınlığındakı uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsindəki irəliləyişlərinin qarşısı alındı. Həmin döyüşün komandanı İsmət Paşaya qələbəyə görə "İnönü" ləqəbi verildi. Bu döyüş Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi oldu. Yunanlar 1921-ci il mart ayının axırında ikinci İnönü döyüşündə də məğlub edildilər. Türk qoşunları 1921-ci il sentyabrın 13-də ingilislərin təhriki ilə yenidən Sakariya istiqamətində hücuma keçən yunan qoşunları üzərində parlaq qələbə çaldılar. TBMM bu qələbəyə görə Mustafa Kamal Paşaya muşir (marşal) rütbəsi və «Qazi» adını verdi. Bu qələbədən sonra Fransa və İtaliya Türkiyəyə qarşı müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək öz qoşunlarını Anadoludan çıxartdılar.Sakariya məğlubiyyətindən sonra müdafiəyə keçən yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək öz mövqelərini möhkəmlətməyə başladılar. Yunanlar türk qoşunlarının hücum etmək iqtidarında olmadığına ümid edərək vaxt qazanmaq məqsədilə işğal etdikləri torpaqları əllərində saxlayır, sülh imzalamaq barədə də düşünmürdülər. Türk orduları TBMM son dərəcə məxfi şəkildə hazırladığı plan əsasında 1922-ci il avqustun 26-da Qocatəpə rayonunda güclü hücuma keçdilər. Onlar qısa müddət ərzində Afyon-Qarahisar xəttini yararaq 200 minlik yunan ordusunu mühasirəyə saldılar. Afyon azad edildi. Dumlupinar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar. Anadolunu yunanlardan təmizləyən türk ordusu sentyabrın 9da İzmiri azad etdi. Oktyabrın 11-də Antanta dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar.Noyabrın 1-də TBMM sultan səltənətinin ləğv olunduğunu elan etdi. Antanta ilə Türkiyə arasında aparılan danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi tanındı. Beləliklə, türk milli dövlətçiliyi qorundu. O, öz mövcudluğunu beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etdirməyə nail oldu. 1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Qazi Mustafa Kamal Paşa prezident seçildi. Bununla Türkiyənin tarixində yeni mərhələ — demokratik tərəqqi mərhələsi başlandı. 1924-ci il aprelin 20-də Türkiyə Cumhuriyyətinin Anayasası (Konstitusiyası) qəbul olundu. Anayasada prezident Mustafa Kamalın respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsipləri öz təsbitini tapdı. Mustafa Kamal inqilabları kimi Türkiyə tarixinə daxil olan bu prinsiplər 20 — 30-cu illərdə real gerçəkliyə çevrildilər. Çox böyük xidmətlərinə görə 1934-cü ildə TBMM Mustafa Kamal Paşaya Atatürk soyadını verdi.
['Türkiyə tarixi', 'Atatürk', 'türk ordusu', 'Sakarya', 'Kurtuluş savaşı']
6,544
https://kayzen.az/blog/Hagverdiyev/2078/virtual-m%C9%99kanda-nikl%C9%99r-al%C9%99mi.html
Virtual məkanda niklər aləmi
Hagverdiyev
Bloq: Hagverdiyev
10 iyun 2010, 12:25
Bu gün internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq funksiyası daşımışdır. Demək olar ki, bütün xalqların ədəbiyyatında əsl adını gizlədən ədiblər olmuşlar. Onları belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Bir çox müəlliflər təqibdən qorunmaq üçün, digərləri adlarının yaxşı səslənmədiyinə görə və ya eyni adlı başqa yazanla səhv düşməmək üçün təxəllüslərdən istifadə etmişlər. İctimai vəziyyətləri açıq ədəbiyyat sahəsində fəaliyyət göstərməyə icazə verməyən insanlar da müxtəlif gizli adlar altında fəaliyyət göstərmişlər. Təzə yazmağa başlayanlar isə tənqiddən uzaq olmaq məqsədilə uydurma ad altında gizlənirdilər. Dəbə görə və ya oxucuları intizarda saxlamaq üçün təxəllüs götürənlər də olmuşdur. Bəzən isə təxəllüs götürməklə, müəllif öz adını gizlətmək yox, əksinə öz peşəsini, millətini, doğulduğu yeri, sosial vəziyyətini, yaradıcılıq istiqamətini və ya xarakterinin əsas cizgisini xüsusi qeyd etmək məqsədini güdmüşdür. Təxəllüslərə aid bütün bu xüsusiyyətləri, niklərə də şamil etmək olar. Yəni, insan həyatda öz adı ilə deyə bilmədiyini internetdə çox asanlıqla nik vasitəsilə söyləyə bilər və eyni zamanda da anonim qalar. Ümumiyyətlə, niklərdən, əsasən, internet forumlarda, çatlarda, virtual tanışlıqda istifadə olunur. Bunun üçün isə həmin xidmətlərdə qeydiyyata düşmək lazımdır. Registrasiya zamanı hər istifadəçiyə özü haqqında minimal məlumat vermək üçün anket açılır və xidmətə giriş üçün iştirakçı özünə nik və parol seçir. Administrator isə həmin nikləri digər iştirakçılarla müqayisə edir, eynilik olanda yeni iştirakçıdan başqa ad seçməyi tələb edir. Nik təsdiq olunduqdan sonra müəllif özünə şəxsi ikona da seçə bilər. Avatara adlanan belə ikonalar hərəkət edən .gif uzantılı və ya hərəkətsiz .jpg sonluqlu şəkil fayllarından ibarət olur və nikin yanında yerləşdirilir. Qeyd etmək lazımdır ki, nikləri hər hansı bir saytda qeydiyyata düşəndə və ya elektron poçta açanda istifadə edilən loginlərlə (ing. Log in – qeydiyyata alma) qatışdırmaq olmaz. Loginlər internetdə sistemə və ya istifadəçinin konfindensial informasiyalarına giriş üçündür. Ona görə də onlar digər istifadəçilər üçün əlçatmaz və görünməz olur. Bu gün virtual məkanda niklər aləmi çox zəngin və rəngarəngdir. Burda cansız əşyaların adından tutmuş canlı varlıqların isimlərini əks etdirən istənilən nikə təsadüf etmək olar. Onların arasında elmə məlum olan və olmayan, gülməli və kədərli, mənalı və ya ilk baxışdan mənasız görsənən niklər kifayət qədərdir. Uğurlu seçilmiş, yaxşı nik internetdə istifadəçilərin diqqətini tez cəlb etməklə onları maraqlanmağa və həmin nikin sahibi barədə düşünməyə məcbur edir. Psixoloqlar qeyd edirlər ki, nicklər, bir növ, insanın xarakterini əks etdirir. Onlar sahibinin özünü necə görməsi və ya görmək istəməsi amilindən yaranır. Virtual reallıq da elə yerdir ki, orda insan özünü istədiyi ampulada göstərməklə müxtəlif rollara girə bilər. Klassiklər demişkən "Yalnız bir rol oynayan həyatını uduzar". Şəbəkədə istifadəçilər ayrı-ayrı rollara elə məhz müxtəlif niklər vasitəsilə girirlər. Niklərin köməyi ilə insan əsil simasını gizlədərək özünü istədiyi adam kimi qələmə verməklə virtual şəxsiyyətə çevrilir. Virtual şəxsiyyət isə insanın daxili "Mən"inin real həyatda gerçəkləşdirə bilmədiyi bəzi aspektlərini özündə cəmləşdirir. İnternetdə münasibətlərin kompyuterlə əlaqələndirilməsi və söhbətlərin mətn yığımı ilə baş verməsi istifadəçilərə ünsiyyət zamanı öz duyğularını istədiyi kimi ifadə etməyə imkan verir. Yəni, insan öz həqiqi hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Çatlarda və ya forumlarda nik sahibinin gözəlliyi və ya çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az əhəmiyyət daşıyır. Bəzən məlum olur ki, həmsöhbətini aldatmaq məqsədilə çatda oğlan qızlara məxsus, qız isə oğlanlara aid niklərlə iştirak edirlər. Məhz belə imkanlardan istifadə edərək elə adam var ki, internet məkanında öz adına iyirmidən çox nik yaradıb. Belə niklərin hərəsinin öz təyinatı olur. İştirakçı hər tema üzrə uyğun niklərdən istifadə edə bilər. Məsələn, avtomobil mövzusunda "Avtoş", "Tormoz", idman söhbətində "Çempion", "Boksyor", məhəbbətə aid temalarda "Tənha", "Aşiq" və s. kimi niklər daha cəlbedici görsənə bilər. Dünyanın nüfuzlu nəşrlərindən biri, Fransanın "Rsychologies" (Psixologiya) jurnalının Rusiya variantının 34-cü nömrəsində gedən "Öz nickini mənə de, mən deyim sən kimsən" başlıqlı məqalədə çox maraqlı bir statistika var ki, internet istifadəçilərinin 36,5%-i nikləri öz şəxsi həyatları ilə əlaqədar, 28%-i mədəniyyət sahəsi ilə bağlı, 20,2%-i isə öz ad və familiyaları ilə əlaqədar seçirlər. Şəxsi həyatla bağlı olan niklərin 23,6%-i ailə vəziyyəti və ya yaxın adamlarla münasibətdən doğur, 8,6%-i ətrafdakıların adlandırdıqları ləqəblərlə bağlı olur, 4,3%-i isə öz sahibinin xarakterinin cizgilərindən birini əks etdirir. Mədəniyyət sahəsindən gələn niklərin 9%-i teatr pyeslərində və ya kinofilmlərdə olan adlardan düzəldilir, 8%-i nağıllardan, teleseriallardan, kompyuter oyunlarından və musiqi qruplarının adlarından, 5%-i komik qəhrəmanların şərəfinə düzəldilir, 4,3%-i mifologiyadan, 1%-i isə din sahəsindən əmələ gəlir. Adlar və familiyalar ilə bağlı olan niklərin 16%-i istifadəçilərin özlərinin əsl adları ilə, 4,2%-i isə onların etnik mənsubiyyəti və ya yaşadığı yerlə bağlı olur. Ümumiyyətlə, məntiqi düşüncəsi olan insanlar, adətən, funksional nicklər seçirlər, bəzən belə nuklərdən sahibinin peşəsini, hətta əsl adını da müəyyənləşdirmək olur. İnternet forumlarda və çatlarda təcrübəli iştirakçılar nikdən, onun avatarasından və forumdakı çıxışlarından nik sahibi haqqında müəyyən təsəvvürə gəlirlər. Psixoloq Aleksandr Batxen qeyd edir ki, bəzən niklər bizim kimə oxşamaq arzumuzu, hansı obrazın bizi cəlb etdiyini ifadə edir. Biz özümüzü bu obraza proyeksiya edirik və bir müddət keçdikdən sonra isə yenidən əvvəlki əslimizə qayıda bilərik. Həqiqi, yaxşı nik zaman keçdikcə öz sahibinə daha möhkəm qovuşur və nəticədə əks asılılıq əmələ gəlir. İnsan sadəlövhcəsinə hesab edir ki, o, nikin sahibidir, ancaq məlum olur ki, hər şey əksinədir. Hələ üstəlik niki imicə uyğunlaşdırmaq əvəzinə, çox vaxt imici nikə uyğun qururlar. Niklərlə bağlı bir ciddi məsələ də var ki, uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq, internetdə kiminlə ünsiyyətdə olduqlarını yaxşı dərk edə bilmirlər. Onlara elə gəlir ki, virtual məkanda söhbət etdikləri adamlar onların həmyaşıdları və onlarla həqiqətən dost olmaq istəyənlərdir. Müəyyən problemi olan uşaqlar müxtəlif forumlarda, çatlarda öz dərdlərini açıqlayır və kömək umurlar. Belə situasiyadan istifadə edən pis niyyətli insanlar müxtəlif cəlbedici niklərindən istifadə edərək forumlarda və çatlarda fəallıq göstərir, özlərini qayğıkeş, diqqətli insan kimi qələmə verərək uşaqların problemləri ilə maraqlanır, onlara canıyananlıq edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti öz istədikləri istiqamətə yönəldərək onları yoldan çıxartmağa çalışırlar. Belə söhbətlərin sonu isə dünya mətbuatından göründüyü kimi çox faciəvi qurtara bilər. Ona görə də valideynlər və müəllimlər bu barədə uşaqları məlumatlandırmalı, onları şübhəli söhbətlərə girişməməyi və özləri haqqında məlumatları tanımadıqları nik sahiblərinə verməməyi məsləhət görməlidirlər. Nicklərin dəyişdirilməsi isə çox vaxt insanın uzun müddət ünsiyyətdə olduğu dairədən çıxmaq, xoş olmayan, təngə gətirən kontaktlardan uzaqlaşmaq arzusu ilə, bəzən isə istifadəçinin şəbəkədə ifşa olunması ilə əlaqədar olur. Yeni seçilən niklər isə, yeni rollar, yeni əlaqələr gətirir. Niklər barədə bir şeyi də qeyd etmək lazımdır ki, artıq bu gün internetdə icazəsiz olaraq yaxşı nickləri mənimsəmək kimi ənənələr də yaranmışdır. Bu da əsl nick sahiblərinin haqlı narazılığına səbəb olur və onlar bunu müəllif hüquqlarının pozulması kimi qiymətləndirirlər. Başqasına mənsub niki götürmək, bu addımı atan adamın şüursuz olaraq daxilən həmin nikə uyğun gəlməyindən də xəbər verə bilər. Beləliklə, biz görürük ki, niklər barədə maraqlı faktlar çoxdur və onların hamısını eyni vaxtda sadalamaq çətin olar, lakin sonda bir şeyə ümid edək ki, niklər vasitəsilə özlərini virtual məkanın gizli sakinləri hesab edənlər, yəqin ki, bu söhbətdən sonra özlərinə yeni nik seçəndə hər şeyi ölçüb-biçəcək və niklərin də bizim haqqımızda müəyyən informasiyalar verdiyini nəzərə alacaqlar. Müəllif: Vüqar Haqverdiyev
['nik', 'təxəllüs', 'login', 'nickname']
6,545
https://kayzen.az/blog/bloq%C3%A7u/2061/fanatl%C4%B1q-x%C9%99st%C9%99likdir.html
Fanatlıq xəstəlikdir
bloqçu
Bloq: bloqçu
8 iyun 2010, 17:31
Məktəb vaxtı qızlar “xatirə” dəftəri tutardılar, hansı ki, bu dəftərdə sullar olardı ki, rəfiqələr, tanışlar, sinifyoldaşları onları cavablandırsın. Burdakı suallardan biri də bu idi: Kumiriniz kimdir?Bəli, belə baxanda “kumir”, “fanat” məsələsi adi bir məsələ kimi görünür, amma, əslində hər şeydə olduğu kimi, burda da, əgər, bir hal öz cığırından çıxırsa, demək ki, bu artıq qeyri-nomal bir haldır.Fanatizm- tutulmadır. Bu, elə bir mübtəlalığdır ki, bu tutulmanı bir çox yerlərdə müşahidə etmək olar. Əslində həddini aşmış fanatlıq psixi narahatçılığa işarədir.Həddini aşmış deyəndə nəyi nəzərdə tuturam: məsələn, götürək elə sənət dünyasını. Yəqin ki, ha canlı, ha TV vasitəsilə şahidi olmusunuz ki, dünya şöhrətli (lap olsun adi musiqiçi) musiqiçilər, ifaçılar, aktyorlar, bir sözlə sənət adamları üçün şüvən qoparıb, hay-həşir salıb, özlərini pis hala qoyanlar, qışqırmaqdan boğazları az qala partlayan, ağlamaqdan gözləri şişən, damarlarını kəsən və ya bədənin başqa hissələrini almazlayan (“lezvia”layan), intihar edənlərin sayı heç də az deyil. Bunu konsertlər zamanı zaldakı tamaşaçıların davranışlarında çox yaxşı müşahidə etmək mümkündür. Maykl Cekson. Dünya şöhrətli bu müğəənninin sağlığında olduğu kimi, ölümüdən sonra da onun ardınca, başqa əməllər demirəm, elə məhz intihar törədənlər də az olmadı. Nəinki Cekson, bunun kimi başqa sənət adamları da var ki, hansı ki, onlar üçün də belə xoşagəlməz və çox pis hallar törədilib və təəssüf ki, törədilməkdədir. Fanatizm çox təhlükəli bir davranış adlandırılcaq bir termindir. Nəinki, fanat üçün, eləcə də kumirləri üçün də bu qorxulu hallar törədir. Belə ki, özlərinə vurduqları ziyanla yanaşı bəziləri də var ki, hətta, kumirlərinin də həyatına son qoyurlar, yaralayırlar və ya dələduzluqla məşğul insanın əsəblərini korlayırlar. Elələri də var ki, öz kumirlərinin rəqiblərinə də xəsarət törədirlər. Məsələn, tennisçi Monika Seleş öz rəqibinin fanatı tərəfindən yaralanmışdı. Səbəblərsə (özlərinə görə) müxtəlifdir – qısqanclıq, diqqət çəkmək, özlərini təsdiq etmək və s. Hər-halda səbəb nə olursa-olsun bu psixi pozğunluqdan, xəstəlikdən yaranan bir xüsusiyyətdir.Fanatizmə tək musiqi dünyasında yox, dində, siyasətdə də rast gəlmək mümkündür. Dini fanatiklik də çox geniş və acılı bir mövzudur, belə ki, bu yolda olan zalımlığa, qəddarlığa, terrora əl atanlar da zəif və xəstə insanlardılar. O fanatiklərdilər ki, zülm törətdikləri təqdirdə özləri də daim qorxu içində yaşayır və hər tərəfdən təhlükə gözləyirlər. Fanatizmi bir sitayiş adlandırsam, bəlkə, də yanılmaram. Çünki, qeyri-normal olan bu əməlləri kənardan izləyəndə elə təəssürat yaranır ki, insan Allahdan başqa kiməsə və nəyəsə sitayiş edib, onun qarşısında baş əyib, onun üçün can yandırıb, can alır. Bu da bir şeytan əməlidir.“Dələduzluq”, “xuliqanlıq”- bunların da fanatlara məxsusluq payı var. Belə ki, idman sahəsinə fikir versək, hər hansısa bir idman yarışında, məsələn götürək elə futbol – bu zaman, tribunlarda oturan və ya daha doğrusu otura bilməyən fanatlar elə vəziyyət yaradırlar ki, heç bir normaya sığmır – davalar, bir-birlərinin başlarına çırpılan masalar, yanğınlar və s. bu kimi vəhşiliklər onu göstərir ki, insan yolunu azıb. Fanatizm – azğınlıqdır. Kənardan elə zənn olunur ki, fanat adlandırılan bu şəxslər nə istədiklərini çox yaşı bilirlər. Amma, əslində fikir versək başa düşərik ki, fanatizmə düçar olan şəxsin bir amalı yoxdur və o məqsədsiz həyat sürür. Məqsədsiz olan bir həyat isə boş keçir. Buna görə də insan nə istədiyini bilmir və özünə elə bir məşğuliyət tapır ki, bu da çox vaxt mənfi yöndə olur. O, bu məşğulityyətə elə bağlanır, elə tutulur ki, sonda mübtəlası olur.Birini bəyənmək, sənətini, işini izləmək, lazım gəldiyində yaxşı mənada faydalanmaq da olar, amma, öz həyatını heçə sayıb, onun üçün özünü fəda etmək, ona və özünə (ətrafındakılara) xəsarətlər törətmək, zülmə əl atmaq həqiqətən də xəstəlikdir, dəlilikdir. Bizə xas olan bircə ürəyimiz, ağlımız və fani olmayan həyatımızdır. Bunları da şeytani əməllərə qurban verib, itirsək bizdə bizlik heç nə qalmır. Diləyim budur ki, heç kim fanatizmə aludə olub, bu xəstəliyə tutulmasın və ağlımız daim başımızda olsun.
['fanat', 'kumir', 'fanatizm', 'dəlilik', 'psixi pozğunluq']
6,546
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1851/yuli-sezar.html
Yuli Sezar
papatürk
böyük hərbi xadimlər
8 iyun 2010, 12:41
Qədim Roma deyən kimi o dəqiqə Yuli Sezar(e.ə.100-44) yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib. Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü imiş... Sezar yoxsullaşmış qədim zadəgan ailəsində, rəvayətə görə əslən Kiçik Asiyalı, daha doğrusu troyalıların nəslindəndi. Onun siyasi fəaliyyətə başladığı dövr Mariy və Sullanın mübarizəsi dövrünə təsadüf etmişdi. Mariy ilə qohum olan Sezar bu qohumluqdan imtina etmək təklifini rədd etmişdi. Onu labüd ölümün pəncəsindən yalnız nüfuzlu dostları xilas etdi və Sezar Romanı tərk etməyə məcbur oldu. Yolda dəniz quldurlarına əsir düşdü. Amma pul verib azad oldu və qayıdıb həmin quldurları gəmiləri ilə batırdı. Sulladan sonra Romaya qayıdıb yenidən coşqun fəaliyyətə başladı. Xalqın rəğbətini qazanmaq üçün böyük ziyafətlər verib təntənəli oyun və tamaşalar təşkil edirdi. Müxtəlif vəzifələrdə olmuşdu. Nəhayət, 59-cu ildə Romada ən böyük vəzifə sayılan konsul seçilir, Krass və Pompeylə bərabər I triumviratın üzvü olur. Miladdan əvvəl 54-cü ildə Qalliyada konsul rütbəsini daşımaqla baş komandan kimi müharibələrə gedir və 10 ilə ramolunmaz german xalqlarını və tayfalarını itaət altına alır. Hətta iki dəfə Britaniya adalarına gedib oranı da Roma imperiyasına qatır. Krassın ölümündən sonra triumvirat dağılır, dünənki dostlar, Pompey və Sezar düşmənə çevrilirlər. 49-cu ilin yanvarında Sezar ona sadiq olan legionlarla Rubikon çayını keçib İtaliya torpağına qədəm basdı. Romadan azca aralı Farsal adlanan yerdə qədim dövrün bu iki məşhur sərkərdəsi qarşılaşdı. Pompeyin ordusunda 45 min piyada, 7 min süvari, Sezarın isə cəmi 22 min piyadası və 1000 atlısı vardı. Pompey ordusunu 3 cərgəyə böldü, sağda ox və praşa atanlar, solda süvarilər ortada isə özü qalanlarla bərabər mövqe seçdilər. Məqsəd Sezarın zəif müdafiə olunan sağ cinahına həmlə edib onu pərən-pərən salmaq idi. Əlbəttə, rəqibindən qat-qat istedadlı sərkərdə olan Sezar onun taktikasını başa düşməyə bilməzdi. O, süvarilərini və yüngül piyadaları sağ cinahda qoyub əsas zərbə qüvvəsini ehtiyatda saxladı. Döyüş başlananda nəzərdə tutulduğu kimi Pompeyin süvariləri güclü hücuma keçdi. Sezarın dəstələri geri çəkildi, qovanlar Sezarın əsas legionları tərəfindən darmadağın edildi. Pompey düşərgəni tərk edib Misirə qaçdı. Bu qələbədən sonra Sezar Romanın yeganə hakimi olub dünya hərb tarixinə yeni bir səhifə - ehtiyat qüvvə hesabına döyüşün taleyini həll etmək taktikasını əlavə etdi. Misirə qaçarı Pompey orada öldürüldü. Kiçik qoşunla Misirə gələn Yuli Sezar burada gecə ikən qəfil hücumla rastlaşsa da öz hərbi dühasının qüdrətiylə təhlükələrdən qurtuldu. Sonra İsgəndəriyyə döyüşündə qalib gəlib Misiri Roma imperiyasına qatdı. Gənc şahzadə Kleopatraya evləndi. Bir neçə aydan sonra Bospor çarı Farnak üzərində asanlıqla qələbə çaldı. Daha sonra Tapse şəhərində Pompeyin oğlu Sekt Pompeyin və Katonun başçılığı altında toplaşmış çoxlu qoşunlara qalib gəlib nəhayət, təntənəylə Romaya qayıtdı. Burada onun şəninə keçirilən triumfda iştirak edib Mund adlanan yerdə bu dəfə Pompeyin başqa bir oğluna qalib gəldi və nəhayət, neçə illərdən bəri gedən vətəndaş müharibəsinə son qoyuldu. Hələ Farnak qələbəsindən sonra ömürlük diktator elan olunan Sezar bundan sonra dövlət qurulucuğu ilə məşğul olub bir sıra islahatlar keçirdi. Senat ona varislərinə keçmək hüququ ilə «imperator» titulunu bəxş edib əlavə olaraq «Vətənin atası» dərəcəsini verdi. Və elə bu zaman, imperiyada qayda-qanun, ədalət və firavanlıq başlanarkən Brut və Kassi başda olmaqla bir dəstə keçmiş tərəfdarları ona qarşı sui-qəsd təşkil etdilər. Senatın toplaşdığı mart idası günlərində - 15 mart 44-cü ildə bu sui-qəsd qəddarcasına həyata keçirildi və dünya tarixinin daha bir qızıl səhifəsi örtüldü. Ona 23 xəncər zərbəsi vuruldu və imperatorun «Brut, sən də?» - sözləri onun son kəlamı oldu. Ölüm xəbəri şəhərə yayıldı. Xalq həyəcana gəldi, qadınlar sevgi əlaməti olaraq saçlarını kəsdilər. Onun qətlində iştirak edənlərin hamısı sonralar öldürüldü. Vəsiyyətnaməsi oxunarkən məlum oldu ki, o, Kleopatradan olan oğlu, kiçik Sezarionu deyil, bacısı nəvəsi Oktavianı özünə varis təyin etmişdir. Lakin Oktavian hakimiyyəti asanlıqla ələ ala bilmədiyindən böyük hiylə və məharətlə Siseron, Antoni və başqa güclü rəqiblərini bir-bir aldadıb aradan götürdü. Sezar çətin şəraitdə on il ərzində Qalliyada germanlarla apardığı saysız döyüşlərdə çaldığı qələbələrlə bu azadlıqsevər xalqı Romaya itaət etməyə məcbur etmişdi. O, bu yürüşlər və döyüşlər zamanı daim qeyd dəftərini yanında gəzdirərdi və nəticədə dünya hərbi memuar ədəbiyyatına ən parlaq bir tarixi və hərbi-siyasi əsər bəxş olundu. Üslub gözəlliyinə, təhkiyəsindəki təmkin və əzəmətli ifadə tərzinə əsaslanıb onu imperatoryanə üslub kimi qiymətləndirmişlər. Sezar haqqında yazılmış əsərlər cəm olunsa, bir kitabxana əmələ gələr və orasını qeyd etməyə dəyər ki, bu kitabxananın qiyməti hədsiz dərəcədə böyük olar. Çünki həmin kitablar çox qüdrətli tarixçilərinin qələminin məhsuludur. Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı. Vaxtilə Höte Sezara sui-qəsd edənləri qınayıb yazırdı ki, onlar bu «qeyri-adi təbiət hadisəsinin» əməllərini yarıda qırmaqla gələcək adamları onun daha nələr edəcəyini izləməkdən məhrum etdilər. Doğrudan da Yuli Sezar hədsiz dərəcədə qeyri-adi bir hadisə idi. Onun hər hərəkəti, sözü tarix və insanlar üçün nümunə və örnək idi. Sezarın hər döyüşündən qalibiyyətlə çıxması özü bir tarixdir. O, Afrikada ikən Numidiya çarı ilə döyüşdə çarın ona qarşı 120 döyüş fili ilə çıxacağını biləndə tez Siciliyadan bir neçə fil gətirdib məşqlərə başladı. Döyüşçülər fillərə əlləriylə toxundular, onlara tərəf küt nizələr atdılar. Atlar da fillərin qoxusuna və görkəminə öyrəşdilər. Bir neçə gündən sonra amansız döyüş başlandı. Bir yaralı fil romalını yıxıb ayağıyla onu əzdi, bunu görən başqa bir döyüşçü dostuna köməyə atıldı - fil xortumuyla onu tutub qaldırdı, döyüşçü xortumu qılıncla kəsib doğrayanda fil onu buraxıb qaçmağa başladı. Beləliklə, Sezar sadə bir yol ilə Numidiya fillərinə qalib gəldi. Sezar döyüşçülərinin onu Allah qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları belə təbəssümlə qarşılayırdı. Mənbə: Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Yuli Sezar', 'Caesar']
6,547
https://kayzen.az/blog/masonluq/2054/harun-y%C9%99hya-qlobal-masonluq-fransada-din%C9%99-qar%C5%9F%C4%B1-m%C3%BCbariz%C9%99.html
Harun Yəhya "Qlobal Masonluq" - Fransada dinə qarşı mübarizə
mr13
Masonluq,onun tarixi
7 iyun 2010, 18:21
Əvvəlki əsərlərimizdə masonların Fransa inqilabında oynadığı böyük rolunu araşdırmışdıq. Artıq bilirik ki, aydınlanma dövrü filosoflarının əksəriyyəti, xüsusilə də dinə qarşı çıxanlar mason olublar. Böyük Fransа inqilabını hazırlayan və ona başçılıq edən yakobinçilər də mason lojalarının üzvləri idi.Masonların inqilabda oynadıqları rol hələ o dövrdə Komt Kaliostro (Comte Cagliostro) adlı bir təxribatçı xəfiyyə tərəfindən etiraf edilmişdi. Kaliostro 1789-cü ildə həbs olunub və sorğu-sual zamanı bəzi vacib məsələləri boynuna almışdı. Onun etirafına görə, masonlar bütün Avropada silsilə inqilablar etməyi planlaşdırırdılar. əsl məqsədləri isə papalığı yox etmək və ya ələ keçirməkdir. Yəhudi bankirləri bütün bu işlərə maddi dəstək verirdilər, Fransа inqilabında da onların pulu çox böyük rol oynayıb.Sirr deyil ki, Böyük Fransа inqilabı sözün əsl mənasında dinə qarşı üsyan idi. Inqilabçılar minlərlə din adamını qətlə yetirdilər, dini qurumları ləğv etdilər, ibadət yerlərini xaraba qoydular. Yakobinçilər hətta xristianlığı ləğv edərək, "ağıl dini" adlanan bütpərəst bir inancla əvəzləməyə çalışmışdılar. Ancaq bir müddət sonra inqilab onların nəzarətindən çıxdı və Fransa dəhşətli bir xaosa sürükləndi.Masonların bu ölkədəki missiyası inqilabla yekunlaşmadı. Inqilabın ardınca ortaya çıxan qarışıqlıq sonda Napoleonun hakimiyyəti ələ keçirməsilə nəticələndi. Ancaq bu dövr də uzun sürmədi, Napoleonun bütün Avropaya hökmrаnlıq etmək arzusu öz başında çatladı və imperator hаkimiyyətdən devrildi. Bunun ardınca Fransada qurulan dövlətdə monarxiyaçılarla inqilabçıların mübaizəsi davam etmişdi. 1830, 1848 və 1871-ci illərdə daha üç inqilab baş verdi. 1848-ci ildə "Ikinci Respublika", 1871-ci ildə isə "Üçüncü Respublika" quruldu. Bu təlatümlü dövrlərdə masonlar həmişə son dərəcə aktiv olublar. ən böyük hədəfləri isə kilsəni və dinə inamı zəiflətmək, dini dəyər və qaydaların cəmiyyətə təsirini, dini təhsili aradan qaldırmaq olub. Masonluq "antiklerikalizm" (kilsə düşmənləri) kimi tanınan siyasi hərəkatın bir növ qərargahı rolunu oynаyırdı."The Catholic Encyclopedia"da (Katolik ensiklopediyası) "Grand Orient" kimi tanınan fransız masonluğunun dinə qarşı missiyası belə səciyyələndirilir: "Grand Orient-in rəsmi bülleten və sənədlərində Fransа parlamenti tərəfindən qəbul olunаn kilsəyə qarşı bütün qanunların mason lojalarında hazırlanmışdı. Bununla masonlar Fransada hər şeyi nəzarətə aldıqlarını göstərməyə çalışırdılar.Eyni ensiklopediyada 1903-cü il Konqresində rəsmi çıxışı olan Massi adlı vəkilin 1898-ci il Konqresindəki çıxışı da verilib. çıxışda deyilir: "Masonluğun əsas vəzifəsi siyasi mübarizələrə getdikcə daha dərindən müdaxilə etməkdir. Kilsəyə qarşı mübarizə də məhz masonluğun sayəsində uğurla gedir. Masonluğun ruhu, proqramları qalib gəlib. Ancaq bizim işlərimiz hələ yekunlaşmayıb və onu uğurla başa vurmaq üçün daim sayıq olmalı, bir-birimizə güvənməliyik. Bu iş, yəni kilsəyə qarşı mübarizə hələ də davam edir. Respublika özünü dini təşkilatlardan qurtarmalı, onları güclü bir zərbə ilə vurub darmadağın etməlidir. Yarımçıq işlər həmişə və hər yerdə təhlükəlidir, ona görə də qarşımızdakılar bir zərbə ilə əzilməlidir"."The Catholic Encyclopedia" fransız masonluğunun dinə qarşı savaşı ilə bağlı həmçinin bunları bildirir: "1877-ci ildən Fransada fəaliyyətə başlayan, təhsilin dindən ayrılması, dini qurumların, xristian məktəblərinin bağlanması kimi islahatlar gerçəkləşdirməyə çalışan masonlar təkcə Fransada deyil, bütün dünyada cəmiyyətin aint-xristian əsasda yenidən qurulmasına cəhd ediblər. Dolayısı ilə, fransız masonluğu Dünya Mason Dövləti qurmağa çalışan şəbəkənin tərkib hissəsidir. "Grand Orient"in böyük ustadı Senator Delpek (Delpech) 20 Sentyabr 1902-ci il tаrixli çıxışında açıq-aşkar bildirib ki, mason birliyi qurulduğu gündən cəliləli əfsanəsi üzərində qərar tutan kilsənin əriməsi başlayıb".Bu mason "Cəliləli" deyərkən Hz.Isanı nəzərdə tutur. çünki Incilə görə Hz.Isa Fələstinin Cəlilə kəndində doğulub və buna görə də "Cəliləli Isa" adlanırmış. Və masonların kilsəyə nifrəti Hz.Isaya, onun şəxsində bütün ilahi dinlərə duyduqları nifrətin bir hissəsidir. Onlar XIX əsrdə qurduqları materialist, darvinist və humanist mədəniyyətlə Ilahi dinləri öldürdüklərini və Avropanı təzədən xristianlıqdan əvvəl olduğu kimi, bütpərəstliyə qaytardıqlarını düşünürdülər. Elə həmin 1902-ci ildə Fransada qəbul edilən bir sıra qanunlar dinə qarşı mübarizəni xeyli gücləndirdi. 3000 dini məktəb bağlandı, məktəblərdə dini təhsilin verilməsi yasaqlandı. Xeyli din xadimi həbs edildi, sürgünə göndərildi. Dindarlar ikinci növ insan kimi nəzərdən keçirilirdi. Bu səbəbdən 1904-cü ildə Vatikan Fransa ilə bütün diplomatik əlaqələrini kəsməsinə bаxmаyаrаq, Fransanın davranışında heç bir dəyişiklik baş vermədi. Vəziyyət ancaq Fransa I Dünyа Mühаribəsində yenilib, qüruru qırılandan, yüz minlərlə insan qurban verəndən, "mənəviyyat" anlayışının önəmini dərk edəndən sonra dəyişdi. Fransа inqilabından başlayaraq, XX əsrə qədər dаvаm edən dinə qarşı savaş "The Catholic Encyclopedia"nın da bildirdiyi kimi, "mason lojalarında hazırlanmış qanun layihələrinin parlamentə keçirilməsilə" davam etdirilmişdir. Bu faktı mason qaynaqları da etiraf edirlər. Məsələn, türk masonlarının nəşrlərinin birində "Qambetta qardaşın 6 iyul 1875-ci ildə Klement Amiti Lojasındakı çıxışı"ndan belə bir sitat gətirilir: "Irtica Fransanı təhdid edərkən, din doktrinaları və geri fikirlər çağdaş cəmiyyətin prinsiplərinə və qanunlarına qarşı hücuma keçərkən Fran-masonluq kimi çalışqan, azad, açıq fikirli və qardaşlıq ideyalarına bağlı bir təşkilatın sayəsində kilsənin hüdudsuz iddiaları, təcavüzlərinə qаrşı mübarizə aparmağa güc tapdıq. Ayıq olmalı və mübarizəni dayandırmamalıyıq".Fikir verin ki, mason ədəbiyyatı daim öz ideyalarını "irəliçilik" kimi göstərir, dindarları isə "geriçilik"də itiham edir. Halbuki bu, söz oyunundan başqa bir şey deyil. əslində bütün dindarlar, sitatda deyildiyinə rəğmən, irticaya qarşıdırlar. Amma masonlar "irtica" ifadəsini haqq dinlərə yapışdırmağa çalışaraq, bununla insanları ondan uzaqlaşdırmağa cəhd göstərirlər. Və bunu da xüsusilə vurğulamaq lazımdır ki, əslində masonluğun müdafiə etdiyi materialist-humanist fəlsəfə, Qədim Misir və Yunanıstan kimi mədəniyyətlərin bütpərəst fikirləri olduqca batil və geri düşüncədir.Dolayısı ilə, masonların "irəliçilik-geriçilik" terminlərinin heç bir real əsası yoxdur. əslində, belə bir əsas ola da bilməz, çünki masonlarla dindarlar arasındakı ziddiyyət tarixin ən qədim dövrlərindən bəri davam edən din-dinsizlik savaşının təkrarından başqa bir şey deyildir. Bu fikirlərin birincisinə (və doğru olanına) görə, insanı Allah yaradıb və insan Allahın qarşısında məsuliyyət daşıyır. Digər fikir isə insanın yaradılmadığını, heç kim qarşısında məsuliyyət daşımadığını deyən inkarçı düşüncədir. Bu gerçək mübarizənin mahiyyəti aydın olanda, daha "irəliçilik-geriçilik" kimi anlayışların bir məna daşımadıqları görünür.Masonların "irəliləmə" anlayışını işlətməkdə əsl məqsədləri dini yox etməkdir. Bu gerçək "The Catholic Encyclopedia"-da belə açıqlanır:“Masonluğun işlətdiyi ən əsas üsullar bunlardır:Ya açıq təzyiqlə, ya da dövlətlə kilsə arasındakı ziddiyyətdən yararlanaraq, kilsənin və dinin bütün sosial təsirini yox etmək. əsl dini ortadan qaldırıb, yerində "insanlıq" kimi ideologiyalar yerləşdirmək. Eyni zamanda "dinlər arasında fərq qoymamaq" şüarı ilə dini təhsili ləğv etmək. "Grand Orient" (Böyük fransız lojası) tərəfindən irəli sürülən həmin "dinlər arasında fərq qoymamaq" anlayışı anti-katolik, anti-xristian, ateist, pozitivist və aqnostik xarakter daşıyır. "Grand Orient"ə görə, uşaqların düşüncə azadlığı və vicdanı tamamilə sistematik olaraq məktəbdə formalaşdırılmalı, mümkün olduqca kilsənin və dindarların, hətta öz ailələrinin belə təsirindən çıxarılmalıdır. "Grand Orient" bunu sosial cəmiyyətin qurulmasının əsas yolu kimi nəzərdən keçirir.Göründüyü kimi, masonluq cəmiyyətin tamamilə dinsizləşdirilməsi istiqamətində bir proqram tətbiq edib və indi də tətbiq etməkdədir. Bunu hər vətəndaşın dini inancına sayğı duyan, bu inancın azad yaşamasını təmin edən demokratik dünyəvi dövlətlə qarışdırmaq olmaz. Demokratik dünyəvi dövlət dindar olan və ya olmayan hər bir fərdin, yaxud qrupun azadlığına təminat verir. Masonların istədiyi isə bütün cəmiyyətin şüurundan dini düşüncənin yuyulub təmizlənməsidir. Masonluq fəaliyyət göstərdiyi hər bir ölkədə bu proqramı o ölkənin mədəniyyətinə və şəraitinə uyğun şəkildə gerçəkləşdirməyə çalışır. Belə ölkələrdən biri də Almaniyadır.
['Fransada masonluq', 'masonluğun tarixi']
6,548
https://kayzen.az/blog/cqk/2053/vunderklass-suallar-v.html
Vunderklass - suallar V
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
7 iyun 2010, 17:52
91. Etruskların yeraltı tanrılarından biri olan Setlansa Populoni şəhərində daha çox qəbul olunmuşdu. O, yeraltı alov tanrısı idi və metal şəhəri Populonidə metallurgiyanın himayədarı idi. Sual: Bəs onu hansı Roma tanrısına bənzədirdilər? Müəllif: Emin Əmirov 92. Latınca adı “Basiliscus basiliscus” olan bu kərtənkələ növü Mərkəzi və Cənubi Afrikada, əsasən də çay kənarlarında yaşayır. Adını bir yunan mifoloji varlığından götürən Basilisk kərtənkələsini digər növlərdən fərqləndirən bir özəlliyi var - o,sürəti hesabına suyun üzərində qaça bilir. Elə bu özəlliyinə görə də ona bu adı veriblər. Hansı adı?  Müəllif: Vüqar Bağırlı 93. Kubanın paytaxtı Havana şəhərinin küçələrində qədim amerikan avtomobillərini görmək olar. Onlar şəhərə xüsusi gözəllik verir və elə bu səbəbdən də sahibləri onları turistlərə satmaqdan imtina edirlər. Hətta bu avtomobillər xarab olduqda belə, onları təmir etməyə cəhd belə göstərmirlər. Niyə?  Müəllif: Emin Əmirov 94. Bu, hərkəsin həyatında maksimum bir dəfə baş verə biləcək hadisədir. Və onun ömrü yalnız bircə gündür. Bu ən tez halda 1 yaşında, ən gec halda isə 31 yaşında baş verir. 31 yaşdan sonra isə bunun baş verməsi mümkün deyil. Ağlınıza pis-pis şeylər gətirməyin və deyin: Söhbət nədən gedir? Müəllif: Seymur Salamov 95. Diqqət sualda bənzətmə var! Bu “beşayaqlı tısbağa” 90 ildən artiqdır ki, böyüyün böyüyüdür. Onun heç vaxt hərəkət etməməsi da çox təbiidir. Bir mahnının sözlərinə görə isə o, heç vaxt yatmır. Sual: Bəs biz onu hansı adla tanıyırıq? Müəllif: Seymur Salamov
['NHN sualları', 'cqk']
6,549
https://kayzen.az/blog/moda/2042/pyer-karden.html
Pyer Karden
bloqçu
Moda dünyası
7 iyun 2010, 13:40
Yaşamaq hamının qismətidir. Amma fərqli: kimi az, kimi isə çox yaşayır bu dünyada... Yaratdıqları ilə yaşamaq isə az insana qismət olur. Pyer Karden belə xoşbəxtlərdəndir. Bəlkə də xoşbəxtlərin xoşbəxtidir. Çünki hələ sağlığında ikən yaratdığı “Pierre Cardin” brendi ilə imzasını dünyaya tanıtdırıb. Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olmuş, Fransada böyüyüb təhsil almışdır. Çoxuşaqlı, ortaimkanlı ailədəndir. Atası şərabçı idi. Pyer də bu sənəti davam etdirməli idi. Lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başlayır.1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir. Keyfiyyət, zəriflik və orijinallıq Pyer Kardeni fərqləndirən əlamətlər idi. 50 ildən artıqdır o, moda aləmində öz üslubunu diktə edir. Bu müddət ərzində Pyer stilist, dizayner və dərzilərin çalışdığı böyük bir imperiya yaradıb. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksessuarlarını alıcılarına təqdim edir. Dünyada “Pierre Cardin” markalı məhsulların istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən, 12 mlrd. dollar təşkil edir. Bundan əlavə, Pyerin təsisçisi və rəhbəri olduğu teatr kollektivi də fəaliyyət göstərir. “Time” jurnalı onu, adını demək olar ki, hər şeyin üstünə yazmağı bacaran “hiyləgər fanatik” adlandırırdı. Çünki Pyer özünün “Pierre Cardin” brendini müvəffəqiyyətlə satmağı bacarırdı. Keyfiyyətin təminatı olaraq 800 müxtəlif məmulat, 8 min mağaza, 2 teatr, restoran, saat, ətir, siqaret, çətir, kəmər, çanta və s. onun adını daşıyır. 160 mln. insan “Pierre Cardin” markasının alıcısıdır.1985-ci ildə Pyer Karden Fransanın İncəsənət Akademiyasına üzv seçilir və Akademiyanın üzvlərinin dili ilə desək, “ölməz” qalır. O, beynəlxalq və Fransa səviyyəsində 24 nüfuzlu mükafatın sahibidir. 1988-ci ildə İtaliyanın “Xidmətə görə” ordeni və Vatikanın yüksək mükafatı “Müqəddəs xəzinə” ilə təltif olunub. 1991-ci ildə fəaliyyətinin 40 illiyi ilə əlaqədar Moskvada “Qızıl Meydan”da 200 minlik tamaşaçı qarşısında Pyer Kardenin 50 modelinin möhtəşəm təqdimatı keçirilir. Modelyerin etirafına görə, bu onun həyatında ən həyəcanlı və əlamətdar hadisə olmuşdu. 2008-ci ilin əvvəlində Parisin moda muzeyi “Galliera”da Pyer Kardenin 60 illik çalışmasının nəticəsi olan 10000 məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kv.metrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur. Karden yaradıcılığını “həndəsi üslub” adlandırmaq olar. Pyer Karden üslubu ilə tanış olanda hiss edirsən ki, dairələrə, kvadratlara və başqa həndəsi fiqurlara vurğundur. Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meyilinə görə tənqidçilər Pyeri “ipək baronu” adlandırırlar. Məhəbbət də modelyerin həyatından yan keçməyib. Aktrisa Janna Moro onun ömürlük sevgisi olub: bir gün Jannaya paltar lazım olur. Modelyeri Koko Şanel istirahətdə olduğundan, Jannaya gənc Pyeri məsləhət görür. Beləliklə də ilk baxışdan, daha dəqiq desək, ilk paltardan məhəbbət başlanır. “Mən Pyerə hələ əl işləri ilə tanış olanda vurulmuşdum. Özünü görəndə isə ilk baxışdan sevdim”. Pyer ilk dəfə olaraq aktrisaya qadın kimi pərəstiş etdi. “Mən homoseksual idim və qadınlarla heç vaxt fiziki yaxınlığım olmamışdı. Amma Janna məni həyəcanlandırdı. O, heyrətamiz qadındır. Yalnız o, mənim ürəyimi fəth edə bildi. Heç kim Moro ilə mənim birliyimə inanmırdı”. Soruşanlara isə Janna belə cavab verirdi: “O, necə varsa, mən onu elə də sevirəm. Mən onu istəyirdim, mənim də oldu”. “Təki Janna Moronun izlədiyi kişi olasan! Onun qarşısında heç kim dayana bilməz. Hətta mən də bacarmadım...” Cütlüyün yaşadığı ehtiraslı məhəbbət hekayəsi dörd il davam edib. Onlar uşaq istəyirdilər. Jannanınsa səhhətində problem var idi. O, ana ola bilməzdi. Ayrıldılar.Amma uzun çəkmədi. Dost kimi yenidən birləşdilər. Ömrünün 60 ilini moda aləminə həsr edən əfsanəvi fransız modelyeri Pyer Karden modanın onun üçün əvvəlki tək narkotik olduğunu etiraf edir. “Mən heç nəyə görə təəssüflənmirəm. Əgər karyeramı 20 yaşımda olduğu kimi yenidən başlamaq lazım gəlsəydi, məmnuniyyətlə bu yolu həmin şərəflə təkrar edərdim”. Pyer həyatda istəklərinə nail olub: modelyer, milyoner, nüfuzlu mükafatların, teatrların, qonaq evlərinin, restoranların, ən əsası “Pierre Cardin” imperiyasının sahibidir.Lakin bir şeydən nigarandır: imperiyasının varisi yoxdur. Moro ilə övladı olmadı, amma hələ də fikirləşir ki, ondan gözəl ata ola bilərdi. Artıq bir neçə ildir Pyer Karden öz imperiyasının alıcısını axtarır. Səbəbini açıqlamasa da, yəqin ki, əziyyətlə qurduğu imperiyanın gələcək sahibinin kim olacağını sağlığında görmək istəyir. Amma tələsmir, daha “maraqlı və sərfəli” alıcını gözləyir. “Mən işimi davam etdirəcəyəm, onu ehtirasla sevəcəyəm və ondan zövq alacağam. Mən hələ bezməmişəm. Çünki işimdən ruhən qidalanıram”. Mənbə: Nefertiti jurnalı
['Pyer Karden', 'Pierre Cardin', 'Пьер Карден']
6,550
https://kayzen.az/blog/346/2040/zir%C9%99ddin.html
Zirəddin
ramzes
346 saylı marşrut
7 iyun 2010, 13:24
Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir. Sözsüz ki, bu postda da yazılan şərhlərdə belə faktlar bir daha sübut olunacaq. Zirəddin möcüzə göstərməklə də adamları bihuş edə bilir. Belə ki, o, səs də çıxarır. Bu məsələ cəmiyyət arasında ən müzakirəli məsələlərdəndir, bəziləri bu səsin onun barmağından çıxdığını iddia edir və inanırlar ki, bu, o dünyadan gələn səsdir (dəhşətə bax e). Zirəddin marketinq elmini dərindən bilir və reklamın bu sahədə ən optimal variant olduğunu anlayır. Elə buna görə də, onun zaur bəxşəliyev, dilarə bajı ... və s. kimi öz verilişinin baxılma sayına görə lider olan aparıcıyabənzər dostları var. Yağ kimi verilişində dəfələrlə iştirak edir, və onun bahalı üzükləri müzakirə olunur. Zirəddin bir bəyanatı ilə böyük bir kütləni ayağa qaldırmağa və ya depressiyaya qapatmağa malik olan birisidir. Onun bəyanatları adətən ikibaşlı olur, “tutar tutar, tutmaz tutmaz” cümləsini özünə şüar edib. O adətən canlı efirdə proqnoz vermir. Dünyaya müsəlman gəldiyini iddia edir(çoxları buna inanır, amma bilmirəm necə? Yəqin əyani şəkildə tanış olublar, başqa versiyalar da ola bilər(yuxuda görmək, hiss etmək, və s.)). Falçı olmadığını deyir, exstrasens olduğunu qeyd edir, idealı Nostradamus və Vanqadır. Efirdə onun dediyi, amma yalan çıxan katrenlərini göstərmirlər (məsələn: “donuz qripi Azərbaycana gəlməyəcək”), evrovision haqqında dedikləri yarışma bitəndən sonra azarkeş ordusuna nümayiş etdirilir, sadəlöhvlər də deyir “allah amandır, möcüzəyə bax e”, təbii ki, yarışma bitəndən sonra. Zirəddin latın və kiril əlifbalarına alternativ əlifba da kəşf edib, o dünyadan gələnlərin bu əlifbanı ona öyrətdiklərini qeyd edir, əlifbanın gələcəyinə inanır. Əlifba kəşf etmək çətin məsələ deyil, müxtəlif formalara müxtəlif səsləri verməklə bunu istənilən Zirəddin edə bilər. Bunlar öz yerində, amma mən bu xülyalara inanıb burdan Moskvaya Zirəddinə pul verməyə gedən sadəlöhvləri başa düşə bilmirəm. Zirəddin Rusiyaya xeyir verən bir şəxs kimi artıq orda da məşhurdur, ora kütləvi valyuta axınına səbəb olur. Hindistana getmək onun arzusudur, ordan inək buynuzu, paslı açarlar və s. kimi kimdəsə müqəddəslik hissi yaradacaq əşyalar gətirəcək. Burda onun son dərəcə güclü rəqibləri də var, onları vurmaq üçün tez-tez paytaxta gəlir və danışıqlar aparır. Buralarda Zirəddinlə fəxr edib, qürur duyanlar bəs qədərdir, Zirəddin öz bölgəsinin ən sevimlisidir. Onu da qeyd edim ki, Zirəddinə inananlar keçmişdə Şeyx Nəsrullahlara qızlarını ərə verirlərmiş və ümid edirlərmiş ki, ölmüş yaxınları diriləcək(bu dəhşətə film də çəkilib). Zirəddinin Botsvana, Zimbabve, Ruanda, Uqanda, Mozambik ... fenomenlərindən bəzi fərqləri də var, o, bir qədər müasirdir, Afrikadakılar sifətlərinə kömür, boya vurur, ruhlarla əlaqəyə girirlər. Zirəddinsə bir qədər müasirdir, bahalı üzükləri, boyunbağısı var, üstünü başını təmiz saxlayır. Afrikada hər qəbilənin öz fenomeni olur, Zirəddin belə şeyləri sevmir və dominant fenomen olmağı sevir.
['düşüklük', 'səviyyəsizlik', 'ekstrasens', 'Zirəddin Rzayev']
6,551
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1855/adolf-hitler-1889-1945.html
Adolf Hitler (1889 - 1945)
papatürk
böyük hərbi xadimlər
7 iyun 2010, 09:58
Hitler dünya tarixinin mərkəzi fiqurlarından biri olmaqla heç şübhəsiz ki, dünya hərb tarixinin də titanlarından biridir. Çünki Amerika hərb tarixçisi Lenninqin yazdığı kimi heç Çingiz xan da bu qədər qısa bir müddətdə bu qədər çox ölkə fəth etməmişdi. O, İngiltərə istisna olmaqla demək olar ki, bütün Avropanı almışdı. Türkiyə, İtaliya və İsveçrə kimi işğal olunmayan ölkələr də onun iradəsi altında idi. Bütün bu ölkələr isə heç də hərbi-texniki və iqtisadi potensial cəhətdən Almaniyadan geridə qalmırdı. Üstəlik SSRİ və bəzi Afrika ölkələrini də bura qatsaq (əlbəttə, 46 dərəcəli şaxta və İngiltərə-ABŞ basqınları olmasaydı), onda bu fatehliyin miqyası fantastik şəkil alar. Bəs, yoxsul bir Avstriya kəndlisinin oğlu necə oldu ki, bu qədər böyük əməllərin sahibi oldu? Bunun kökünü əlbəttə, ambisiya ilə daxili əzəmətin uyğunluğunda axtarmaq lazımdır. Dünyanı öz ayaqları altında görmək istəyən siyasi və hərbi liderlər dünyada doludur. Amma yalnız milyonlardan birinə belə bir əzəmət qismət olur. Bəs bu əzəmət və böyüklük nədən yaranır? Onun mahiyyəti nədir? Hər cür ortabablığa, riyakarlığa, yalana, mənfurluğa, miskinliyə, qorxaqlığa nifrət və əksinə, ədalətə, həqiqətə, böyüklüyə, alicənablığa və ləyaqətə məhəbbət! Bəli, köksündə bu cür hisslər çağlayan gənc heç şübhəsiz ki, hansı sahədə olursa-olsun həyatda xariqələr yaradacaq və xariqə yaradanların bütü olacaq. Gənc Adolf da belə idi. Əlbəttə, biz faşist və kommunist deyilik və bu cür radikal partiyalara rəğbətimiz də yoxdur. Lakin hər hansı şəxsiyyətin və ya partiyanın əvvəlcə nə istədiyinə, sonra isə onun nə yaratdığına baxmaq lazımdır. Əlbəttə, bəsirətli şəxslər kimin kim olduğunu əvvəlcədən hiss edirlər. Hitler nə istəyirdi? O, nə istəyirdisə onu da yaratdı. Ölkəsini iki mənfur və riyakar subyektlərdən, kommunistlərdən və yəhudilərdən azad görmək! Və o, buna nail oldu. Bəs, Lenin və Stalin nə istəyirdilər? Guya azad cəmiyyət. Amma nə yaratdılar? Hər cür azadlığın izi-tozu da olmayan köləlik. Biz bilirik ki, yəhudilərə münasibətdə də Hitler haqlı idi. Çünki onlar harada varsa, orda öz mahirlik, işbazlıq və proteksionizm əməlləri ilə yerli xalqın qanını (yəni sərvətini) içəcəklər. Yəhudilər yaxşıdır, amma az miqdarda. Yəhudilər yaxşıdır, amma öz vətənlərində. Hitler onları buna nə qədər çağırsa da, yəhudilər yağlı yerlərini tərk etmək istəmirdilər. Bir daha qeyd edək ki, əlbəttə, heç kim faşizmi bəyənmir. Lakin ortaya seçim qoyulsa, əlbəttə, faşizm kommunizmdən çox-çox ləyaqətlidir.   Hitler bütün istedadlı gənclər kimi gəncliyində çoxlu məhrumiyyətlərdən keçmiş, sonra könülü 16-cı Bavariya piyada alayına yazılıb Birinci Dünya Müharibəsində cəsarətli və bacarıqlı döyüşçü kimi iştirak edib yaralanmış və döyüş mükafatları ilə təltif olunmuşdu. Ordudan tərxis olunan Adolf Münhenə gəlib yalnız kütləni ayağa qaldıracaq bir partiya ilə ölkədə hakimiyyətin ələ almağın mümkün olduğunu görüb alman Fəhlə Partiyası sıralarına daxil olub. Öz coşqun siyasi ehtirasları, vətəninin və xalqının Birinci Dünya Müharibəsinin nəticələri ilə alçaldılmasına qarşı çıxışları və təşkilatçılıq bacarığı ilə o, sürətlə nüfuz qazanaraq çox qısa müddətdə partiyanın əvəzsiz liderinə çevrilib. Dünya siyasət tarixinə Avropada gedən siyasi proseslərə dərindən bələd olan Hitler dahiyanə hissiyyat və bəsirətlə partiyasını doğru yola yönəldir. Xalqının psixologiyasına dərindən bələd olan Hitler partiyanın adını dəyişib Milli Sosialist Partiyası qoyub. Az müddətə çoxlu tərəfdarlar toplayaraq 1923-cü il noyabrın 8-9-da Bavariyada antihökumət nümayişi təşkil edir. Amma qiyam qaldırmaqda ittiham olunub həbs edilir. O, Lansberq həbsxanasına atılır. Hitler burada 9 ay qalır və bəşəriyyətin siyasi təbliğat tarixində ən qüdrətli, ən həqiqi və ən sərt bir kitab yazmağa nail olur. «Meyn Kampf» («Mənim savaşım») adlanan bu böyük əsər XX əsrin böyük təsir gücünə malik olan ən populyar və dərin məzmunlu kitablarından biri olur. Qeyd edək ki, nə Lenin, nə də Stalin belə dərin siyasi təhlil nümunəsi yaratmağa qadir olmamışlar. Və deyərdim ki, bu əsər hətta «Kommunist Partiyası Manifesti»ndən və ya «Kapital»dan obyektiv və həyatidir. Bundan sonra cəmi 8 ilə Hitler partiyasını Almaniyanın ən nüfuzlu və güclü siyasi təşkilatına çevirib 1933-cü ildə seçkilərdə qalib gəlib. Hakimiyyətə gələndən sonra cəmi bir neçə ilə Almaniyam ən qabaqcıl güclü və çiçəklənən Avropa ölkəsinə çevirir. Hərb sənətinə, taktika və strategiyaya xüsusilə hərbi-texniki yeniliklərə müasir müharibədə həlledici rol oynayan tank, təyyarə və sualtı gəmilərə böyük əhəmiyyət verən Hitler çox qısa müddətdə güclü texnika və silahlanmış dünyada ən qüdrətli ordu yaradır. O, Birinci Dünya Müharibəsində Almaniyanın qəsb edilmiş torpaqlarını geri almağa başlayır. Lakin onun ən əsas arzusu və planı köləlik yuvası və "şər imperiyası" (Reyqan) olan Sovet İttifaqının, daha doğrusu sovet Rusiyasını məhv etmək idi. Bir daha qeyd edək ki, o, bir neçə ilə bütün Avropanı diz çökdürmüşdü və o, sonra niyə tələsdi? Axı, Rusiya ucsuz-bucaqsızdır? Lakin o, gözəl plan — ildırım sürətli fütuhat da hazırlamışdı. Onun sərkərdəlik dühasının qabağında durmaq qeyri-mümkün idi və o, demək olar ki, planını həyata keçirmişdi. Lakin anlaşılmaz və fatal bir səhv, Moskva ətrafında hücumu dayandırmaq, gözləmək və sonra da 46 dərəcəlik şaxtada donmaq. Tərslikdən qorxuya düşən güclü və tükənməz ABŞ da İngiltərəyə və Sovet İttifaqına qoşuldu. Üç nəhəng dövlət və onlarla müqayisədə balaca Almaniya...   Sonrası hamıya məlumdur. 1945-ci ildə Stalin nəinki sovet imperiyasındakı köləliyi qoruyub saxladı, hətta Avropa və Asiyanın özündə Çin kimi nəhəngdə və başqa 10-a qədər ölkədə köləlik rejimini bərqərar etdi. Hitler ölsə də, onun adını çəkmək illərlə qadağan olsa da, son nəticədə qalib gələn o oldu. İş o dərəcəyə çıxıb ki, «Meyn Kampf» bu gün Rusiyada azad şəkildə çap olunub əldən-ələ gəzir. Mənbə: böyük insan Əlisa Nicatın «Dünya sərkərdələri» kitabı Siyasi liderlərin psixoloji portret kitabı oxunmaq üçün məsləhət görülür.Adolf Hitler haqqında maraqlı məqamlar orada çoxdur.
['Adolf Hitler', 'Hitler', 'tarixi şəxsiyyət']
6,552
https://kayzen.az/blog/bloq%C3%A7u/2019/g%C3%B6b%C9%99kk%C9%99sm%C9%99-v%C9%99-qan-qohumlar%C4%B1n%C4%B1n-izdivac%C4%B1.html
Göbəkkəsmə və qan qohumlarının izdivacı.
bloqçu
Bloq: bloqçu
6 iyun 2010, 14:50
Milli mentalitetimizin bir çox aparıcı xüsusiyyətləri vardır. Bunlardan biri də yaxın qohumlar, qan qohumları ilə qurulan ailələrdir. Həyat göstərir ki, kimisi bu sazişə sevərək, kimisi sadəcə olaraq baxışları eyni olduğundan, öz qohumluq əlaqələrini daha da bərkitmək niyyətilə, öz qohumuna yadlardan daha çox etibar edərək “ətini yesə də, sümüyünü çölə atmaz” misalını çəkərək ya valideynlərin təkidi ilə, ya da öz xoşlarına, kimisi də ümumiyyətlə, körpə ikən göbəkkəsmə əməlinin qurbanı olurlar. Məşhur göbəkkəsmə. Bu haqda çətin ki bilməyən olsun, amma, bir az məlumat vermək istərdim. Başqa adlarda, beşikkəsmə, beşikkərtmə, ərusəkbazlıq, yavuqluetmə adlanır. Yəni bu əməl bölgələrdən dolayı fərqli adlarla adlanır. Bu adət haqda hətta, Kitabı Dədə Qorqud dastanlarında təsadüf edilmişdir. Bu da onu göstərir ki, adət çox qədim zamanlara dayanıb günümüzə qədər ayaq açmışdır. Əvvəllər yurdumuzda iki qohum arasında bir saziş bağlanardı ki, birinin qızı o birisinin oğluna ərə veriləcək və bu zaman da onların beşiklərində kərtik, metal pul asar və bununla da iki körpəni bir-birinə nişanlayardılar. Hətta, uşaqlar doğulmamış olsalar belə valideynlər (atalar) öz aralarında artıq sözləşərdilər ki, nə vaxt ki, övladları dünyaya gələcək və böyüyəcəklər, bax o zaman onlar bir-birləri ilə ailə quracaqlar. Hətta, bu göbəkkəsmə münasibətlə ziyafət də verərdilər. Adətə görə övladlar ki, dünyaya gəldi, valideynlər bir-birlərinə övladlarına qoyduqları adları xəbər verərdilər və oğlan atası da düz 15 yaşına kimi qızın atasına hədiyyələr göndərərmiş. Daha sonra bu adətlər bir-bir yığışılmağa başlasa da övladlarını hələ uşaq ikən bir-birinə nişanlamaq adəti yenə də qalırdı. Amma, mənə elə gəlir ki, şəhərdə hal-hazırda bu adət azalmaqdadır, təbii ki, bölgələri, rayonları, kəndləri nəzərə almasaq.. Yaxşı, göbəkkəsmə bir yana, görəsən, iki yaxın qohum arasında ailə qurmaq labüddürmü? Bu nə dərəcədə düzgündür, sabha-bir gün bu fəsadlar törətməzmi? Tibb aləmində müəyyən olunub ki, qan qohumları arasında qurulan əlaqə dünyaya gələcək uşaqların xəstə doğulmasına səbəb olur. Hətta, mən sizə deyim ki, bizim bir tanış ailə var, onlar xalaqızı və xalaoğludular və onları övladları uşaqlıqdan bəri bir çox xəstəliklərlər mübarizə aparırılar: oynaqlar, bel və bu kimi problemlərlə həmişə çətinlik çəkiblər. Oynaqlar nə isə, statistika belə göstərir ki, belə izdivaclardan dünyaya gələn övladlar o xəstəliklərə düçar olurlar ki, hansı ki, onları müalicəsi çətin tapılır. Statistikaya görə Azərbaycanda əhalinin 40 %-dək hissəsi məhz belə sazişlərdən yaranan xəstəliklərdən dolayı problemlər yaşayırlar.Psixoloji cəhətdən çətinlik çəkən övladlar da az deyil. Çünki ata və anasının qohum olduğunu bilən və tibbin belə nəticələrini duyan tələbələr var ki, hansı ki, onlarda qorxu yaranır ki, birdən onlar da hansısa xəstəliklərə tutularlar. Amma, belələrinə də şad xəbərim var. Belə ki, araşdırmalar ona gətirib çıxarır ki, artıq tibb də də ziddiyyətlər yaranır. Alimlərin izləmələrinə görə son zamanlar belə bir fikir irəli sürülüb ki, yaxın qohumlar arasında qurulan nigahlar heç də uşaqların sağlam doğulmasına səbəb olmur. Bu xəstəliklərin həmin nigahlara heç bir dəxli yoxdur. Yuxarıda özüm misal çəkdim ki, tadınıqlarım var ki, uşaqları xəstə dünyaya gəlib, amma, elə tanıdıqlarım da var ki, yaxın qohumdular, bir-birləri ilə ailə qurublar və uşaqları da sapsağlamdır. Nə bilim, vallah adam çaşıb qalır, bilmirsən ki, nəyə inanasan. Bir tərəfdən deylir ki, İki qohum arasında nigahdan çox nadir hallarda sağlam uşaq dünyaya gəlir, digər tərəfdən də deyilir ki, xəstə dünyaya gəlmiş uşağın bu qan qohumluğuna heç bir aidiyyatı yoxdur. Yəqin ki, bu da qismətin bir həqiqətidir.Həm də deyirlər ki, çox yaxın yox, 4 tərəli ("четвероюродный" - bilmirəm, bu sözü bizim dildə necə deyim) qohumlarda dünyaya gələn uşaqlar ən yaxın qohumlar və bir-birinə yad olan adamların qurduğu nigahdan əmələ gələn uşaqlardan daha da sağlam olurlar.O ki qaldı göbəkkəsmələrə istəməzim belə hallar baş versin. Körpə beşikdəykən və ya hələ heç dünyaya da gəlməmişdən onun həyatını belə yönləndirmək məncə düzgün deyil. Həm insani tərəfən, həm də dini baxımdan. Çünki, bizim sabah nə, necə olacağımızı Allahdan başqa heç kim bilmir, bilə də bilməz.
['izdivac', 'nigah', 'qan qohumluğu', 'xəstəliklər', 'göbəkkəsmə', 'beşikkərtmə', 'beşikkəsmə']
6,553
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/1865/sergey-raxmaninov.html
Sergey Raxmaninov
2ral
böyük musiqiçilər
6 iyun 2010, 01:01
Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir. Raxmaninovu çox vaxt «gecikmiş romantik» adlandırırlar. Doğrudan da, müasir musiqinin ən radikal yeniləşmə meyllərindən tamamilə uzaq olan bəstəkar əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə istinad edir. Raxmaninov(Сергей Васильевич Рахманинов) musiqisinin həyəcanlı, səmimi xarakteri də onun romantik əhval-ruhiyyəsindən doğur. Raxmaninov dünya musiqisinin ən gözəl lirik bəstəkarlarındandır. Yaratdığı işıqlı, nikbin və ya çılğın, dramatik, hətta faciəvi obrazlar insan qəlbinin ən incə tellərinə toxunur. Raxmaninov rus təbiətinin, rus tarixinin gözəl tərənnümçüsüdür. Eyni zamanda, onun əsərlərində Şərq obrazları da geniş yer tutur. BÖHRANDAN ÇIXIŞ Raxmaninovun 1-ci simfoniyasının dinləyicilər və tənqidçilər tərəfindən mənfi qarşılanması bəstəkarın ağır sarsıntılar keçirməsinə səbəb olmuşdu. O, hətta məşhur həkim və psixoloq N.V.Dalın köməyinə müraciət etmiş və tədricən ağır mənəvi böhran vəziyyətindən çıxmışdı. Həkimə öz dərin minnətdarlıq hisslərini ifadə edən bəstəkar növbəti əsərini — məşhur 2-ci fortepiano konsertini N.V.Dala həsr etmisdir. Raxmaninov dünyanın ən məşhur virtuoz pianoçularından biri olmuşdur. Müasirlərinin söylədiklərinə görə, o, çaldığı əsərin məzmununu, xarakterini son dərəcədə sərbəst, sanki heç bir texniki çətinlik çəkmədən dinləyicilərə çatdırırmış. Raxmaninov bəstəkar kimi də fortepiano üçün dəyərli əsərlər yazmışdır; fortepiano və orkestr üçün konsertlər, «Paqanini mövzusunda rapsodiya», sonatalar, prelüdlər, etüd-lövhələr və digər əsərlər buna parlaq sübutdur. Bəstəkarın simfonik musiqi sahəsindəki nailiyyətləri sırasında onun simfoniyaları, «Simfonik rəqslər'i, xor əsərlərindən „Zənglər“ və „Bahar“ kantataları xüsusi qeyd olunmalıdır. Raxmaninov həmçinin bir neçə operanın, o cümlədən Puşkinin  poeması   əsasında „Aleko“ operasının müəllifıdir. Diplom işi olan bu əsəri 19 yaşlı bəstəkar cəmi on yeddi gün ərzində yaratmışdır. Opera Moskva Konservatoriyasının buraxılış komissiyası tərəfindən yüksək qiymətləndirilmiş (Çaykovski onu 5 + + + qiymətinə layiq görmüşdü) və imtahandan cəmi bir il sonra Moskvanın məşhur Böyük Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Raxmaninov irsinin ən qiymətli inciləri sırasında onun incə lirik duyumu ilə seçilən romanslarının da adını çəkmək lazımdır. Bəstəkarın „Burada yaxşıdır“, „Oxuma, gözəl“, „Bahar suları“, „Yuxu“ və digər romansları dünya vokal musiqisi xəzinəsinə daxildir. Raxmaninovun musiqisi bu günə qədər öz bənzərsiz təsir gücünü itirmir. O, dünyanın müxtəlif qitələrindəki pərəstişkarlarını yenə də özünə cəlb edir, həyəcanlandırır, düşünməyə vadar edir. Bu əsərlərlə tanış olun:Fortepiano və orkestr üçün 2 N-li konsert»Paqanini mövzusunda rapsodiya"«Oxuma, gözəl», «Yasəmən», «Bahar suları» romanslarıEtüd-lövhələr: or. 33 ("Çovğun"), or. 39 N6 («Qırmızı papaq və canavar»)Prelüd do diyez minor«Aleko» operasi: Alekonun kavatinasıMənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Raxmaninov', 'Рахманинов', 'rus bəstəkarı', 'məşhur pianist', 'rus mədəniyyəti', 'bəstəkar']
6,554
https://kayzen.az/blog/onkologiya/2017/x%C9%99r%C3%A7%C9%99ng.html
Xərçəng
Dior
Onkoloji xəstəliklər
5 iyun 2010, 20:16
Dövrümüzün vəbası sayılan xərçəng xəstəliyi insan bədənində olan hüceyrələrin bölünmələrinin sıradan çıxması ilə müşahidə olunan xəstəlikdir.Hər xəstəlikdə olduğu kimi xərçəng xəstəliyində də xəstəliyin tez vaxtlarda müalicəsi son dərəcə vacibdir.Xərçəng müalicələrini Klassik xərçəng müalicəsi və Alternativ xərçəng müalicəsi olaraq iki qrupa ayırmaq olar.Klassik xərçəng müalicəsinin lazımı qədər nəticə verməməsinə görə bir çox ölkələrdə Alternativ Xərçəng müalicəsi metodundan istifadə olunur.Xərçəng müalicə metodlarını aşağıdakı qruplara ayırmaq olar.1.Cərrahi Xərçəng Müalicəsi2.Kimyəvi üsullarla müalicə3.Radioterapiya4.Xərçəng müalicəsində bitkilərXərçəng xəstəliyi üçün iki qrup risk faktoru vardır.Birinci ,yaşa,cinsiyyətə və ailə genlərinə bağlı olan faktorlardır.İkinci qrup risk faktorlarını aşağıdakılara bölmək olar: Siqaret və spirtli içkilərin qəbulu Uzun müddət və təhlükəli saatlarda günəş altında qalmaq Həddindən artıq rentgen şüasına məruz qalmaq Bəzi kimyəvi maddələr (qətran,benzin,rəngləyici maddələr və s) Bəzi viruslar Hava çirkliliyi Radiasiyaya məruz qalmaq Normal qidalanmamaq Xərçəng xəstəliyinin aşagıdakı əlamətləri ola bilər. Döşlərin vəya bədənin hər hansı bir yerində əmələ gələn şiş və sərtliklər Sağalmayan yaralar Uzun müddət səsin tutulması və öskürək Udqunmaqda çətinlik çəkmək və həzmin pisləşməsi Zigillərdə əmələ gələn böyümə,qanaxma, rəng dəyişkənliyi,yara Böyük və kiçik tualet zamanı baş verən dəyişikliklər Tez-tez rast gəlinən xərçəng tipləri: Mədə xərçəngi Prostat xərçəngi Döş xərçəngi Ağciyər xərçəngi Yoğun bağırsaq xərçəngi
['xərçəng xəstəliyi']
6,555
https://kayzen.az/blog/346/1764/xo%C5%9Fb%C9%99xt-az%C9%99rbaycanl%C4%B1.html
xoşbəxt azərbaycanlı
ramzes
346 saylı marşrut
5 iyun 2010, 14:46
Xoşbəxt  olmaq:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın) Adam xoşbəxt də olar bədbəxt də, ilk baxışda bu bütün dünyada olduğu kimi özünü göstərsə də, əslində buralardakı xoşbəxtliklər və bədbəxtliklər tamamilə fərqlənir, bu xoşbəxt və bədbəxt hislərin dünyada analoqu yoxdur. Buralarda adamlar özlərini bədbəxt hiss edəndə adətən təsəlli versiyası ortaya çıxır. Əvvəlcə ucundan qulağından bir neçə kəlmə xoşbəxtlik haqqında. Əgər marşrutda sən yer tutmusansa, sən özünü xoşbəxt hiss edirsən, keçmişdə bu özünü at ( at olmayanda ulaq və ya uzunqulaq) çapmaqda, göstərirdi.Əyər at bərk gedirsə sevinirdilər ( eramızdan bir neçə min il əvvəl ata sitayiş də yaranmışdı, at nalı buna misal ola bilər), indi də eyni şeydir, tıxac (propka) yoxdursa, deməli dünyanın xoşbəxtisən. Buralarda xoşbəxtlik ani olur, amma tez-tez olur. Adamlar adi şeylərdən xoşbəxtlik hissi keçirirlər. Bəzən adamlar bədbəxtliklərdən sığortalanırlar, marşrutda və ya şəxsi maşında üzərlik, kiminsə şəkili, saman çöpü, dovşan quyruğu və s. kimi əşyalar varsa deməli xoşbəxtlik daima səninlədi. Rayonda işıq sönmübsə, deməli seriala, yağ kimiyə, çal çağıra və s. kimi verilişlərə baxmaq varsa, bu o deməkdir ki, yarım saatlığa xoşbəxtsən. Blokun ağzında marşrutdan düşmək istəyirsən və deyirsənsə ki, “sən allah burda saxla düşüm” o da saxlayırsa, xoşbəxtlik hissi keçirirsən, sevinirsən və deyirsən ki, “allah balanı sağ eləsin” (bir növ haqqını ödəyirsən). Əgər toyda səni evə başqası ( arvadını da qeyri başqası) gətirirsə, təbii ki vurmusan, aşırsan, deməli cənnətdəsən. Bu gün səhər tezdən 8:00 radələriydi, yağırdı, bir oğlan marşruta gözündə eynək daxil oldu, təbiidir ki, eynək gözdən çıxmadı, oğlan bomba oğlan kimi görsəndi. Deməli o, xoşbəxtdir. Yox əyər birdən eynək sınsaydı, deməli o bədbəxt olacaqdı. Buralarda hər şey tez unudulduğundan xoşbəxtlik və bədbəxtlik kimi hisslər də tez unudulur. Oğlan yenidən eynək alır, gün çıxır, yaz gəlir, göbələk kimi qız bitir və oğlan tutur və qoltuğunun altı şişir. Buralarda evlənəndə adəti üzrə evləndiyin gün xoşbəxt olursan, sonra ya xoşbəxtliyini başqa yerdə tapırsan ( hidden), ya da ömrü boyu bədbəxt olursan. Yuxarıda da qeyd olunduğu kimi bədbəxtlikləri aradan götürmək üçün versiyalar var. Bədbəxtlik ani baş verirsə, türkəçarə yolu ilə adam özünə ilkin tibbi yardım göstərə bilər. Buna misal olaraq, o dəqiqə tüpürmək, bir neçə sözü təkrarlmaq ( ay da, ay da, ay sənin, ay sənin...) və başqa yolları göstərmək olar. Bu yaxınlarda bulvar deyilən bir yerə yaxın avtobusdan düşdüm, digər avtobusu gözləyirdim, dondurmanın təzə çıxan vaxtları ola xoşbəxt olmaq istəyən gənc ola. Bir neçə gedə dayanıb söhbət edirdilər, hərdən əllərini bir birinə də vururdular, təxminən 30 metr aralıda oturacaqda ( skameyka kimi də adlanır) 2 qız dondurma yeyirdi. Birdən gedənin biri arxadan şığıyaraq oturacağın bu başından o başına tullandı. Qızlar diksindi (bismillah...), cavab tragikomik oldu “ qorxma daş yağıyla qorxuluğunu götürəcəm”. Gülə-gülə dostlarının yanına qayıdan gənc mükafatı tələb etdi “ tez eliyün da, davay atışun” digər beş nəfər mükafatı verməsəydilər kişiliydən olmazdı. Onlar da 20 qəpikdən atışdılar və qəhramana bir manatlıq içərişəhər dondurması aldılar. Dondurmanı yeyən gənc özünü güclü, son dərəcə xoşbəxt hiss etdi, amma bu xoşbəxtliyin də dondurmanın qurtarmasına kimi ömürü var. Təkrar edirəm, buralarda xoşbəxtlik ani olur, amma hər dəqiqə baş verə bilər. Bəlkə keçək bədbəxtliyə? Gələn yazını ürəyi yaralılara ithaf edəcəm...
['xoşbəxt olmaq', 'səviyyəsizlik', 'Azərbaycan reallıqları']
6,556
https://kayzen.az/blog/bloq%C3%A7u/2003/c%C9%99miyy%C9%99tin-fikri-v%C9%99-m%C9%99nim-h%C9%99yat%C4%B1m.html
Cəmiyyətin fikri və mənim həyatım.
bloqçu
Bloq: bloqçu
5 iyun 2010, 14:40
"Hər bir həddi buluğa çatmış insan öz beynindəki valideynlərini, müəllimlərini, qohumlarını öldürməlidir."Bizlər nə qədər demokratiyanın qanadları altında yaşasaq da, azadlıq fikri bizim üçün hələ də tam açılmayıb.Həm özümüz başqalarının işlərinə qarışırıq, həm də öz işimizdə “kim nə deyər, nə düşünər, filankəs buna necə baxar” deyə düşünürük və bu fikirlər daima beynimizdə cərəyən etməkdədir. Bəzən, düşünürsən ki, kiminsə düşüncəsini nəzərə alıb, öz istəyindən vaz keçmək nə dərəcədə düzgündür? Bəzən də tam əksini- bəzi məsələlərdə nə yaxşı ki, cəmiyyətin rəyindən çəkinib, həmin hallara düçar olmuruq, yoxsa, vəziyyət çox pis olardı. Hər halda mentalitet deyilən bir şey var. Görəsən, bu nə dərəcədə doğrudur? Başqalarının düşüncələri bizim bəzi maraqlarımızı yarıda qoymurmu? Elə bil ki, biz özümüzdən imtina edir, bu həyatı başqaları üçün yaşayırıq. Heç kimin fikrini götür-qoy etməyən, qulaq asmayanalar özləri üçün, öz həyatlarını yaşamaq istəyənlərdir. Əgər, biz ki, öz istəklərimizi başqalarının düşüncəsinə qurban veririksə, bəlkə də, özümüzdən, öz törədəcəyimiz hərəkətimizdən tam əmin olmuruq ki,  şüuraltı düşüncəmizdə öz hərəkətimizi səhv olaraq düşünür və “kim nə deyər” fikrinə bürünmüş oluruq. Ola bilsin ki, həqiqətən də, atacağımız addım səhv addımdır və kənar gözlərin nə deyəcəyini düşünərək biz həmin istəyimizi basdırmış oluruq. Yəni, “hər kəsin öz fikri, öz amalı var, mənim işimə qarışılmasın, kim nə deyir-desin, bu həyat mənim həyatımdır” desək də, bəzi məsələlərdə cəmiyyətin fikrinə qulaq verməyin də doğru olduğunu düşünürəm. Hər halda elə məsələlər var ki, bunun ağını çıxartmaq artıq yersizdir. Hamımızın içində bəzi məsələlərdə “filankəslərin düşüncələri” hökmranlıq edir. Bu inkar edilsə də inamaram. Məsələn, oğlanlar, hansınız ingilislər kimi küçənin ortasında balaca "şortik«də gəzərsiniz? (avropa təsirlilər istisnadır)Biz demokratiyanın nə olduğunu dərk eləmirik, buna görə də labüd olan bir fikir var ki, bizlər hər zaman cəmiyyətin təsirində olacağıq. Həm də yəqin ki demiokratiya o demək deyil ki, hər ağlına əsəni edəsən. Məncə demokratiya, azadlıq bunda cəmləşir ki, sənin etmək istədiyin hər nədirsə heç kimə mane olmasın. Mane olmursa, mənfi təsir vermir, əxlaqsız abu-hava yaratmırsa— qoy, kim nə deyir desin!P.S. Kompleksli deyiləm, özümə əminsizliyim də yoxdur, amma, bir iş gördüyüm zaman cəmiyyətin fikrini də götür-qoy edirəm. Bu da baxır məsələyə. Hər-halda haqqımda nə düşünəcək olan şəxsləri də ayırıram. Bir də bir şeyi heç vaxt unutmuram ki, mən əgər səhv addım atsam, deməyəcəklər „bu filankəsdir, ayıb olsun ona”, deyəcəklər ki, “bu filankəsin qızıdır!“ Buna görə də məncə məsələdən asılı olaraq nəsə bir iş gördüyümüz zaman ölçüsünü, biçimini yaxşı götür-qoy etmək lazımdır.
['cəmiyyətin rəyi', 'filankəsin düşüncəsi', 'mentalitet', 'demokratiya', 'azad fikirlilik']
6,557
https://kayzen.az/blog/islam-v%C9%99-qad%C4%B1nlar/1571/islam-%C3%B6lk%C9%99sind%C9%99-qad%C4%B1n.-ben%C9%99zir-bhutto.html
İslam ölkəsində qadın. Benəzir Bhutto
nərgiz
İslam və qadınlar
4 iyun 2010, 21:43
Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə… Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir. Baxmayaraq B. Bhutto Pakistanın nəcabətli ailəsindəndi və atası baş nazirdi. Məqam yetişdi, atası həlak oldu; qız qərara gəldi ki,hələlik ərə getmək barədə düşünməyə dəyişməz. Bhuttolarda belə bir adət də vardı; Nəsildən kimsə ölərsə, bir il toy eləmək olmaz. Bu adət hələ də bir sıra Şərq xalqlarında yaşayır. O daha iki ili gözlədi. Söz-söhbət isə kəsilmirdi, ailənin qohumları, tanışları Benəzirin ərə getməsini istəyirdilər. 1985-ci ildə ailə Kannda bir yerə yığışmazdan qabaq anası və Manna xala iri torpaq sahibi Zərdarilən ailəsindən alınan təklifi Benəzirə çatdırdılar. Onlar Asif adlı oğullarını nəzərdə tuturdular. Bir haşiyə çıxım ki, Şərq ailəsinə məxsus bir cəhəti açıqlayaq. Adətən, qızı ərə vermək istəyən valideyn ilk növbədə gələcək kürəkənin təhsili, peşəsi və öncə sağlamlığı, xasiyyətiylə maraqlanır. Sabah o, arvadını, hər şeydən əvvəl, ailəsini dolandırmalıdır, başqasına əl açmamalıdır. Təəssüf ki, belə bir gözəl ənənə tədricən olub sıradan çıxır. Nəticəsi ağır keçir… Benəzirin xalası Manna sən demə Asiflə maraqlanmışdır: Asif hərbi məktəbdə, London iqtisadi və siyasi tədqiqatlar mərkəzində oxumuş, əmlak satışı, kənd təsərrüfatı və ailə tikinti firması ilə məşğuldur, üzgüçülük, at polusu ilə maraqlanır. Bu vaxt daha bir faciə baş verdi, qardaşını öldürdülər. Təbiidir ki, ərə getmək barədə söz salmağa dəyməzdi. Benəzir belə hallarda keçirdiyi hissləri gizlətmir: «Tez-tez düşünürdüm ki, görəsən mənim keçirdiyim həyat tərzinə hansı ər dözər? Ümumiyyətlə, elə bir kişi varmı ki, ənənələrdən geri çəkilərək mənim əsas vəzifəmin ərim qarşısında yox, Pakistan xalqı qarşısında olması fikrinə alışsan? «Benəzir Bhuttonun subay qalması jurnalistlərin də dilinə düşdü və belə dəqiqələrdə o, əsəbiləşməyə bilmirdi, daha demirdi ki, bu barədə subay kişilərə sual verin. Amma incə mətləb də ürəyindən keçirdi: əgər qadın ərdə deyilsə, deməli, onda nəsə var. Bu, ona haqq qazandırırdı ki, bu cür qadın xalqın lideri ola bilməz… Şübhələr, gümanlar. O da bəlliydi ki, Qərbdəki dostları onu elçiliklə ərə getməyi məcbur eləyən mədəni və siyasi motivləri çətin başa düşsünlər. Qərbdəki feminizm Şərqdəkindən fərqlənir; burada əsas din və ailə gündəlik borcdur. Məsələnin şəxsi tərəfi: Pakistanın ən iri müxalifət partiyasının lideri kimi Benəzir Bhutto üçün fövqəladə şərait olmadan nişanı geri qaytarmaq və ya ayrılmaqla qalmaqala yol vermək yaramazdı. Və qohum-əqrəbanın gözü qabağında tanış olduğu bir adamla birgə yaşamalıdır. Asiflə axır ki, nişanlandı və bu da söz-söhbət üçün mövzulara çevrildi. Maraqlısı o idi ki, rejimin xəfiyyələri siyasətdən uzaqlaşmağı haqqında dərhal şayiələr buraxdılar. Mütəşəkkil dəstələr avtobusları yol­larda saxlayır, onun şəkilli olan plakatları cırır və açıqca bildirirdilər ki, Benəzir Bhutto ərə gedərsə, bu plakatların mənası yoxdur. B. Bhutto əqidəsindən əqidəsindən dönmürdü və siyasi yönümünü dəyişmirdi. Pakistanda olarkən camaatı inandırmağa çalışırdı ki, ərə getmək onun siyasi mövqeyinə xələl gətirməyəcəkdir. Asifə də tez-tez zəng vururdu və bu, onu daha yaxşı tanımağa imkan verirdi. Benezir bu haqda demişdi: «Biz bir-birimizi hələ əsl mənada sevmirdik: anam inandırmağa çalışırdı ki, məhəbbət sonra gələcək. Ancaq bizim aramızda mənəvi yaxınlıq yaranmış, bir-birimizi həmişəlik ər və arvad kimi tanımışdıq. Mən bağlılığın məhəbbətdən güclü olduğunu anladım. Hərçənd, heç vaxt elçiliklə bağlanan nikahları müdafiə etməmişəm, boynuma almalıyam ki, razılığı əsaslanan münasibətlərdə nə isə də var. Biz öz nikahımıza doğru qabaqcadan heç bir fikrimiz və xüsusi ümidlərimiz olmadan gedirik. Fikrimcə, sevgiylə ümidlər heç də həmişə doğrulmur. Bir də məhəbbətin, deməli, nikahın da qurtara bilməsi fikri qarşısında qorxu olur. Bizim sevgimizsə ancaq möhkəmlənə bilərdi». Benəzir Bhuttonun sadə, amma ağıllı qənaətləri tamamilə təbii və düzgündür. Ailələr var, evlənməzdən əvvəl bir-birilərini sevməmişlər, aralarına məhəbbət macəraları düşməmişdir. Sonralar onların möhkəm, xoşbəxt ailəsi yaranmış, heç vaxt dedi-qoduya imkan verməmişlər. El arasında «isinişmə» kimi qiymətləndirilən belə ər-arvad münasibətlərinə paradoks nəzəriylə baxmağa ehtiyac yoxdur. Məsələ ondadır ki, gələcəkdə ər və arvad bir-birlərinə dərin və incə tellərlə bağlansınlar. Benəzir Bhuttonun gəlin, toy barədə söylədikləri maraqlıdır.Adətə görə gəlin toya bir-iki həftə qalmış sarı geyinməli, üz-gözünə heç nə vurmamalıdır, hətta adam arasına çıxmamalıdır; ona göz dəyə bilər. Bərbəzək bağışlanması da adətən ənəyə müvafiqdir. Çox vaxt gəlinin üzərində yeddi ədəd boyunbağı olur. Adətən gəlinlərin hər iki qoluna biləkdən tutmuş dirsəklərinəcən qızıl bilərzik taxılır. O, bunların heç birinə əməl eləməmişdir. Və bir replikası ibrətamizdir: «İşə gedəndə necə brilyant boyunbağı taxmaq olar?» Mən hətta qızıl bilərziklərdən imtina elədim, taxdıqlarımın cəmisi bir neçəsi qızıl, qalanları şüşədən idi. İstəyirdim, xalq arasında desinlər: əgər Benəzir özü şüşə qolbağı taxa bilirsə, onda demək, mənim qızım da bunu edə bilər». İslam əxlaqında işıqlı cəhətlər: əlbəttə qadın-kişi münasibətləri, ailədə ər-arvadın rolu, xəyanət, boşanma və sair məsələləri nəzərdə tuturuq — son dərəcə maraq doğurur. Baxmayaraq, Şərqdə Qərbin nüfuzlu adət-ənənələri öz həmlələrini əsirgəməmişdir; bu əxlaq özülünü qoruya bilmişdir. Hərçənd əsrlərin təbii tələblərinə biganə qalmamışdır, yeri gəldikcə cilalanmışdır. Quranın surələrinin birində deyilir ki, özlərini tanrı buyruğuna həsr eləyən kişilər və qadınlar, həmişə Tanrı haqqında düşünən kişilər və qadınlar-onların hamısı bağışlanmaya layiqdirlər, və böyük şərəfə-şana yüksələcəklər. Qeyd eləyim ki, bu sətirləri məşhur islamşünas, Dehli Dövlət Universitetinin professoru Tahir Mahmudun «İslam və hüquq bərabərliyi» məqaləsindən götürmüşük və alimin fikirlərinə istinad eləmişik. Məlumdur ki, qadına bir övrət gözüylə baxmaq Şərqdə artıq qəbul olunmuşdur. Bu məsələyə Quranın əsas məqsədi ailədə arvadın nüfuzunu qaldırmaqdır. Arvadlarını (övrətlərini) xoşlamayan kişilərə Quranın münasibəti: «Əgər sən ona- arvada kin bəsləyirsənsə, sənin üçün Tanrı tərəfindən göndərilmiş xeyrə kin bəsləyirsən». Şəriət qadınların hüquqları, vəzifələri və məziyyətlərinin məcmusunu özündə birləşdirdi. Dini əsaslarla qurulmuş bu kitabda qadının nüfuzluğuna toxunulmamışdır, əksinə, İslam başqa qanunlara nisbətən qadınlara daha çox hörmət-izzət, təhlükəsiz yaşamağı tövsiyə eləyirdi. Məhz burada T. Mahmudun qənaəti davamlıdır: «Bizim zəmanədə qeyri — müsəlman dinlərinin davamçıları, ateistlər islamın qadına münasibətindəki mövqeyini tamamilə başa düşməmiş, yaxud onu güclü şəkildə saxtalaşdırmışdılar. Müsəlmanlar isə Quranın müəyyən ehkamlarının əksəriyyətini və ya hamısını inkar eləmiş, yaxud onların barəsində qeyri-şüuri unutqanlığa uymuşlar». İslam qadınlarının ailə-məişət vəziyyəti məsələsində İran mənşəli zadəgan, diplomat, iqtisadçı Ağa xan alman qəzetlərindən birinin müxbirinə verdiyi müsahibədə obyektiv mövqedə durur. Ağa xan demişdir: «Müsəlman cəmiyyətində qadının öhdəsinə həmişə böyük rol düşmüşdür. İş ondadır ki, bəzi ölkələrdə onlar adam içinə çıxmırlar. Mən bunu səhv hesab eləyirəm. Cinslərin tam hüquq bərabərliyi təmin olunmalıdır. Qadınların ailə həyatında aparıcı rol oynamaları artıq nadir şey deyildir. Müsəlman cəmiyyətində ana və nənələrin Qərbdə olduğundan daha görkəmli mövqeləri vardır. Heç bir müsəlman öz nənəsini qocalar evinə göndərməz. Bu mənada qadının təsirini qiymətləndirməmək olmaz. Bir Şərq qadınlarından danışarkən işıqlı tərəflərlə yanaşı kölgəli, hansı zümrəyəsə mütərəqqi görünən cəhətlərin üstündən keçmək istəmirik. Bu, ilk növbədə İranda İslam əxlaqında fərdi yanaşma ilə bağlıdır. … Tehranın Mehseni meydanı. İran şahı Rza Pəhləvi çadra gəzdirməyi ləğv eləmişdir. Bir qadın bu güzəştin əksinə, çadra ilə büründüyü üçün elə küçədə döyülmüşdür. Bu nənə-qadın heç cürə yeni qaydaya uyuşa bilməmiş və iradəsini boğmağı bacarmadığından 6 il evdə özünə «həbs» kəsmişdir! O vaxta qədər şah çadra örtməyə yenidən icazə vermişdir. Ruhulla Xomeyni 1979-cu ildə hakimiyyətə gəldi və İran Qərbin həyat tərzini qadağan eləyən İslam dövləti oldu. Çadra örtmək barədə qanununu pozanların taleyi həbslə nəticələnirdi. Çox keçmədi əxlaqa nəzarət üzrə İslam milli «komitəsi» yaradıldı. Məram beləydi: «Ədəbsiz davranışa görə həbs». Əlbəttə, ədəbsizlik deyəndə «komitə» nəyi nəzərdə tuturdu, çadra örtməməyimi, yoxsa? Təkcə iş çadradan gedirdisə həbsə nə ehtiyac, lap digər ədəbsizliklər olsun, başqa cəza tədbirlərinə əl atmaq məqsədəuyğun deyildimi? Hər sərt zamanda sərt də qadağanlar çıxır meydana O, mütərəqqi saydığı bəzi şeyləri götürür özünə. Axı, qadının bədənin tamam örtməyə, bəzək-düzəkdən qaçmağa ürəyini mübhəm saxlamağa ehtiyac qalmır və zaman öz işini görür. Maraqlıdır, hər bir hakim öz səlahiyyətinə güvənib adi detalı belə qanuniləşdirir və öz əqidəsinin düzgünlüyünü əsaslandırmağa çalışır. İranın ilk prezidenti Əbülhəsən Bənisədr 1979-cu il inqilabından sonra bildirmişdir ki, guya tədqiqatlara görə qadın saçları bir növ radiasiya şüalandırır, ona görə də qadının baş örtüyünün altından saç görünməməlidir. Xomeyninin naiblərindən olan inqilabçılar kişi-qadın münasibətlərini elə amansızcasına «təmizləyirdilər» ki, müsəlmanların çoxusu özlərini itirmişdilər. İslam ənənəsinə görə şəhvət və ehtiras yalnız ictimai yerlərdə qadağandı, ancaq bu, o demək deyildi müsəlmana İnsan kimi yaşamaq qadağandır. Vaxtilə. Məhəmməd peyğəmbər deyirdi ki, dünyada ikicə şeyi xoşlayır: namaz qılmağı və qadınları. Birinci arvadı Xədicə öldükdən sonra Məhəmməd peyğəmbər 9 arvad almışdı. Yazılan mənbələrə görə bu nikahların bir qismi siyasət məqsədi daşımışdır. Müsəlman teoloqları göstərirlər ki, İslam heç də cismani tələblərə qarşı çıxmır. Əksinə, bircə dəfə də evlənməmiş mömin müsəlman başçıları şübhə ilə yanaşırlar. Evlənməmək əvvəldən dinə zidd olmuşdur. Bakirlik («iffət», «ismət») özlüyündə İslam dini üçün heç də ali məqsəd daşımamışdır. Bir çox sufilərin, o cümlədən Mərakeşdən İndoneziyaya qədər savadlı müsəlmana tanış olan əndəluslu əl-Ərəbinin də arvadı, uşaqları mövcud idi. Ərəb və İranın sufi şairləri şəhvət və heysiyyət dolu obrazların tərənnümündə cismani, ehtiraslı hisslərə bələnmiş məftunedici lirik nümunələr yaratmışlar. İslam erotikanı (şöhvəti) heç də günah saymır. Məsələn, «Min bir gecə» nağılları. Bu, Şərqin özündən gələn nağıllardır ki, orta əsr İslam dünyasında şəhvət mövzularına təbii münasibətin ifadəsidir. Haşiyə çıxım ki, müasir valideynlər var, oğlanın imkansızlığına güzəştə getmir, bahalı geyim, qızıl, brilyant və s. tələb eləyirlər. Əlacsız qalan oğlan-gələcək ailə başçısı borc-xərc istəniləni tapır. Sonralar isə ər-arvad min bir zillətlə borcun altından çıxmağa çalışırlar. Şərqlilərə məxsusi hökmünü saxlayan bu adət «başlıq» adlanır. Guya ana qızının süd haqqını alır. Bu, zahirən yumşaq səslənə bilər, əslində elə deyil. Valideyn övladı və çürük adət naminə qız tərəfindən tələb edilən şeyləri — «başlığı» verməlidir. Azərbaycanın bir sıra bölgələrində bu, hələ də yaşayır. Biz başlığın qüvvədə qalması faktına Səudiyyə Ərəbistanında, Küveytdə, Katarda, Birləşmiş Ərəb Əmirliklərində təsadüf eləyirik. Mötəbər mənbələrə əsaslanıb, aşağıdakını veririk: Bu da ki, nəslin ad-sanından və qızın zahiri görünüşündən asılıdır. Burada, əlbəttə, üçgünlük toy tənliyinin xərci nəzərə alınmır, bu xərc təxminən başlıq pulunun məbləği qədər pula başa gəlir. Otuz yaşına qədər lazımi vəsait toplaya bilməyən gənclərin çoxusu özünə həyat yoldaşını Hindistandan və Filippindən olan qızlardan seçməyi lazım bilirlər. Xüsusən də İran körfəzinin ərəb ölkələrində onlar həddən çoxdurlar, çünki Küveytdə, Səudiyyə Ərəbistanında və Əmirliklərdə əhalinin təxminən 70 faizini qazanc dalınca gələn xaricilər təşkil edir. Qarışıq nikahlar orada kütləvi xarakter almış, bu da çoxsaylı şəxsi faciələrə gətirib çıxarmışdır — axı yerli qızlar özlərinin gələcək ərlərini itirmişlər, hökumət də öz növbəsində xaricilərlə nikahların yerli İslam mədəniyyətini dağıdacağından, çoxəsrlik adətlərin unudulmasına gətirib çıxaracağından qorxuya düşmüşdür. 70-ci illərdə neftin körfəz ölkələrinə axıdıb gətirdiyi dollar çoxlarını yolundan çıxarırdı — deyə yerli jurnalistlərlə söhbətdə İran körfəzindəki ərəb dövlətlərinin əməkdaşlıq şurasının üzvləri olan ölkələrin əmək dövlətlərinin əməkdaşlıq üzrə nazirlər komitələrinin başçısı Kamil Saleh bildirir. Cəmiyyətdə mənfi meyllər əmələ gəlmişdir. Onlardan gəlin üçün çoxlu başlıq tələb olunmasını, təmtəraqlı toyların keçirilməsini, təzə evlənənlərə gözəl mebel dəsti və dünya toy səyahəti üçün çeklər kimi bahalı hədiyyələri göstərmək olar. Bu da gənclər üçün bir sıra çətinliklər törədir. Halbuki bunlardan iyirmi-otuz il əvvəl toy ənənəsi həddən artıq ciddi idi. Gəlin öz toyunu ata evində rəfiqələri və doğmaları ilə qeyd edirdi. Kişilər isə ayrıca bəy evində yığışdılar. Ərəb dövlətlərində, xüsusilə də İran körfəzi sahilində yerləşən ərəb ölkələrində problemlərin həlli üçün xüsusi evlənmə fondu yaradılmışdır. Onlar öz ölkələrindən olan qızlarla evlənmək istəyən gənclərə ssuda və güzəştli kreditlər verirlər. Küveytdə, məsələn, əgər bir küveytli xarici qızla evlidirsə və yenidən yerli qızla evlənmək istəyirsə, ona da kömək göstərilir. İslam dini qanunlarına görə hər bir müsəlman, əgər imkanı çatırsa eyni vaxtda bir neçə arvad saxlaya bilər. Hakimiyyət orqanları tələbatı nəzərə almaq və öz qızlarının ləyaqətlərini açıq başla qiymətləndirmək valideynləri necə inandırmaq üzərində baş sındırdıqları halda, görünür, qızların özləri bu məsələni artıq həll etmişlər. İş orasındadır ki, son zamanlar bizdə insanın özünə qiymət meyarları dəyişmişdir, — deyə BMT inkişaf proqramının Bəhreyndə əməkdaşı Səbihə Ən Reyter agentliyinin müxbiri ilə öz fikrini bölüşdürür. «Əgər əvvəllər valideynlər gənc oğlanda onun savad səviyyəsini qiymətləndirirdilərsə, indi onun var-dövlətinə baxırlar. Bədbəxtlik orasındadır ki, indiki qızlar başlıq pulunu öz istəyəcəkləri təqdirdə oğlanın ona saymazyana münasibət bəsləyəcəyindən qorxurlar həmçinin, nə gizlədim, — deyə kədərlə Səhibə əlavə edir, — gənclərin çoxu belə fikirdədir ki, nə qədər təmtəraqlı toy edərlərsə, hörmətləri bir o qədər artar.
['Benəzir Bhutto', 'islamda qadın', 'islamda ailə', 'siyasətçi qadın', 'Bənazir Bhutto']
6,558
https://kayzen.az/blog/Nesin/1846/qulluq%C3%A7u-tutmaq-ist%C9%99yirdik.html
Qulluqçu tutmaq istəyirdik
2ral
Əziz Nesin satirası
4 iyun 2010, 16:33
Mənim evimizə xidmətçi qadın tutmağa fikrim yox idi. Arvadım məcbur etdi. Evdə hər gün bu sözləri eşidirdim: - Üst mərtəbədə yaşayan Nərmingil qulluqçu tutublar. Əri aşağıda ehtiyat hissələr alıb-satır... Əsas maşını sata bilmir, ehtiyat hissələri satmaqla evinə qulluqçu tutub... Hətta Pərizadgilin də qulluqçuları var. Sən isə ancaq mən elə yazıram, belə yazıram, - deyə basıb kəsirsən... - A kişi, bizim qonşu Laləgil də qulluqçu tutubdur. Əri nal mıxı satmaq sayəsində zənginləşib. Bu dünya belə gəlib, belə də gedəcək, kimi nal mıxı satmaqla dövlətlənir, kimi da nal sayəsində adam olur. - Ayfərgilin cüt-cüt qulluqçuları var. Çürük şinlərin sayəsində qarun kimi dövlətləndilər. Əllərim paltar yumaqdan, qab-qacaq təmizləməkdən qabar-qabar olub. Bu evdə on qəpiklik qiymətim qalmayıb. Heç kim məni adam yerinə qoymur. Nə balacası sayır, nə böyüyü sevir... Səhər, axşam «qulluqçu, qulluqçu» - sözünü eşitməkdən baş-beynim dəng olmuşdu. Axırda intihar etməyə qərar verən adam kimi, laqeydcəsinə: - Çox gözəl, - dedim, - bir qulluqçu tapın, tutaq! O gündən sonra bir müddət rahat oldum. Onlar heç cür qulluqçu tapa bilmirdilər. Evimizdə xörək bişmirdi. Axşam evə gəlib xörək istəyəndə, arvadım: - Ah, qulluqçu axtarırdım, xörək bişirə bilmədim. Bu gün çay içərik...- deyə cavab verirdi. - Köynəyim kirlənib, mənə təmiz köynək ver - deyəndə: - Bu gün də onu gey, paltar yumamışam - sözünü eşidirdim. Evdə nə otaqlar süpürülür, nə xörək bişir, nə də paltar yuyulurdu. Evin çoluq-çocuğu küçəyə düşüb qulluqçu axtarırdı. Bir dəfə axşam evə gələndə arvad-uşağı sevinc içərisində gördüm: - Nə var, nə olub? Xeyir ola...- deyə soruşdum. - Aman, sus, qulluqçu tapmışıq! - Qulluqçu tapmısınız? - Yavaş danış, canım, içəridədir, eşidər... - Mən pis bir söz demədim axı... - Heç qulluqçu deyərlərmi? Hirslənib getsə, nə edərik? - Yaxşı, bəs onu necə çağıraq? - İndi onlara daha qulluqçu demirlər. Ya mürəbbəyə deyirlər, ya da ki, fam de şambr. - Bizim evdə tərbiyə ediləcək yaşda heç kim yoxdur. Maşallah, hamımız tərbiyəliyik. Bu fam de şambr gəlsin baxaq, görək necə adamdır. - Sən allah, onunla danışanda sözlərinə fikir ver! Sonra arvadım qulluqçunu səslədi: - Aytən xanım! Offf! Qulluqçu elə çirkin idi ki, adam sifətinə baxmaq istəmirdi. Yəqin ki, arvadım, arada qısqanclıq olmasın deyə beləsini seçmişdi. - Ərim Möhsün! - deyə arvadım məni qulluqçuya təqdim etdi. O, əzilə-əzilə yaxına gəldi. Bilmədim ki, nə edim, ayağamı qalxım, əlinimi öpüm. Çaşıb qaldım. Sonra sadəcə əlini sıxdım. O, ağzını büzüb dedi: - Sizinlə tanış olmağıma çox məmnun oldum. Adım Aytəndir. Əsil xanımlar kimi geyinmişdi. Bir arvadıma baxdım, bir qulluqçu qıza... Yad bir qonaq evin xanımı ilə onu qarışıq salardı. Qulluqçu qabağımdakı kresloda oturdu. Ayağını-ayağının üstünə aşırdı. Sonra: - Bir siqaretiniz varmı? - deyə məndən soruşdu. - Yadımdan çıxıb gətirməmişəm. Arvadım cəld qaçıb içəri otaqdan siqaret gətirdi. Bizim fam de şambr Aytən xanım «Püff» - edib siqaretdən havaya halqa-halqa tüstü buraxmağa başladı. Heç birimiz danışmırdıq, hamımız heyran-heyran onu seyr edirdik. Yaxşı ki, o, bu səssizliyi pozdu: - E-e-e gəlin danışaq! - Danışaq, xanım, danışaq. - Nə verəcəksiniz? Yəni demək istəyirəm ki, nə qədər verə biləcəksiniz. Hamı gözlərini ağzıma dikdi. Qızı hirsləndirə biləcək ucuz qiymət söyləməyim deyə, qaş-gözlə mənə işarə etməyə başladılar. Fikir məni götürdü: əcəba, yüz lirə deyimmi! Bəlkə azdır? Yüzdən artıq da verə bilmərik axı... Eh, ayda on məqalə çox yazsam, qulluqçunun pulu çıxar. Amma məqaləni harada dərc etdirəsən? Qulluqçu qız mənim çox fikirləşdiyimi görüb dedi: - Canım, deyin, burada utanmalı bir şey yoxdur ki! - Qızım, sənə ayda yüz lirə verərəm. Qulluqçu ilə bərabər bizimkilər də: A-a-aa! - deyə səsləndilər. - Nə var, nə oldu? Qızım dedi: - Ata, heç belə şey olar? Sən heç qəzet-zad oxumursanmı? İndi heç yüz lirəyə məmur da tapmaq olmur. Arvadım: - A kişi, bir dodaq boyası on lirəyə, bir pudranın qiyməti 40 lirədir. Qulluqçu, yəni fam de şabr Aytən xanım dedi: - İdi bir cüt ən ucuz corab on dörd lirəyədir. İnsaf edin, adam ayda dörd-beş cüt corab geyməzmi? Corabımın yamağını görməsin deyə ayağımı çustun içində gizlətdim. Aytən xanım ayağa qalxdı. - Bağışlayın, mən sizinlə razılığa gələ bilmərəm. Rahatsız etdiyim üçün üzr istəyirəm... - Allah eşqinə otur... Nə oldu axı. Əzizim, incimə... - Mən köhnə yerimdə ayda 400 lirə alırdım. Bəy qoca olduğu üçün bəyənməyib oradan çıxdım. - Aytən xanım, qızım, - dedim, - kiminin parası, kiminin duası... Pulum az olsa da səni razı salmağa çalışarıq... Mən xoşniyyət bir adamam. - Nə olsun ki... Boş niyyətlə Fatıya tuman olmaz. Başında bir dənə tük yoxdur, məni razı salmaq istəyir! - Çingiz - deyə bağırdım. Oğlum doğrudan da boy-buxunda Çingiz xandan geri qalmaz. - Nə var, ata? - Burada dur! Qoy Aytən xanım bir az sənə baxsın! Aytən xanım aşağıdan yuxarı, yuxarıdan aşağı Çingizə baxıb dedi: - Pis oğlan deyil. Yaxşı, sizin xatirinizə 200 lirəyə razı olaram. Amma pulu dollarla verərsiniz. Yenə də oğluma baxdı. - Sizin xatirinizə razı oluram...- dedi. - Harada işləyirsiniz? - Mənmi? Yazıçıyam. - Ərizə yazırsan? - Xeyir, hekayə yazıram. - Əşi, insan hekayə ilə, nağılla dolana bilərmi? - Bir təhər dolanmağa çalışırıq. - Soyuducunuz hansındandır? Bir-birimizə baxdıq. Arvadım cəld dilləndi: - Hələ yoxumuzdur. Ancaq bu yaxınlarda kreditlə götürəcəyik... - Qorxuram ki, sizdə radiola da olmasın... - Radiomuz var. - Ürəyim istəyən vallar olmasa, dünyasında işləyə bilmərəm. - Val da alarıq. - Barı paltaryuyan maşınınız varmı? - Yoxdur. - Əşi, sən özünə adama yaraşan bir iş tap. Yazıçılığın daşını at, getsin. Bir Adanalı tacirin yanında qapıçı işləsən, bəy kimi dolanarsan... Heç olmazsa yaxşı tozsoranınız da yoxdur? Xanım tələsik: - Sabah mütləq tozsoran alacayıq. - dedi. - Bala, onda siz Əminönu meydanına gedin, hamınız bir yerdə dilənçilik edin... Mənə tərəf dönüb dedi: - Sən nə cür kişisən. Əlindən heç bir iş gəlmir. Bir qutu portağal da alıb, sata bilmirsən? Utandığımdan kreslonun üstündə yumaq kimi oldum. - Fitçalan qazancanız da yoxdur? Heç birimizdən səs-səmir çıxmadı. Aytən xanım hirslənib ayağa qalxdı. Üzünü Çingizə tutub dedi: - Şəkərim, yaxşısan, əlasan, amma sən yox, Marlon Brando da olsa bu cur səfalətə dözə bilmərəm! Sonra mənə tərəf dönüb: - Tfu, sənin kimi kişinin üzünə, - dedi - bir bunun vida-fasonuna bax! Gedərkən yarıyolda dönüb qızıma dedi: - Quzum, sən vaxt varkən başuvun çarəsini tap! Ən axırda arvadıma bu iltifatlı sözləri dedi: - Ay sənin ağlıva dua yazdırım. Buna bax, məni xidmətçi tutmaq istəyir. Siz əvvəlcə qarnınızı doyurun! Qulluqçu qız ağzından çıxanı bizə dedikdən sonra qapını çırpıb getdi. Evdə bir-birimizin üzünə baxa bilmirdik. Arvadımla qızım ağladı. Oğlum belə həyatı söyməyə başladı: - Sabahdan gec olmayaraq, məktəbin daşını atacağam. Özüm isə intihar etməyə qərar verdim. Amma qulluqçunun bizə bir xeyri dəydi. Çünki ailəliklə ağlımızı başımıza topladıq. İndi arvadım bir çürük şin tacirinin, qızım isə ehtiyat hissələr satanın evində fam de şambrlıq edirlər. Oğlum isə bir pambıq tacirinin villasında xidmətçidir. Mənə gəldiksə isə... məni nökər də götürmürlər. Arvad-uşaq «evimizin köhnə zəhmətkeşidir» - deyə halıma acıyıb mənə baxırlar... Söz aramızda qalsın, indi hətta bankda bir az pulumuz da var. Mənbə Əziz Nesin Kor döyüşü
['qulluqçu', 'fam de şambr', 'Əziz Nesin']
6,559
https://kayzen.az/blog/bloq%C3%A7u/1955/m%C9%99nf%C9%99%C9%99t-qurbanlar%C4%B1.html
Mənfəət qurbanları.
bloqçu
Bloq: bloqçu
3 iyun 2010, 15:58
«Animal Planet». Bu kanaldakı maraq dolu verlişləri izləməyə dəyər. Canlı aləm, heyvanların dünyası obyektivlərdə o qədər dəqiq, təmiz əks olunub ki, insan bəzən gözünü çəkə bilmir.  Amma bəzən gördüyün haqsızlıqlar da insanın canını yandırır. Düşünürsən ki, biz insanlar öz mənfəətimiz uğurunda çox səhv işlər görür, çox qanlar axıdırıq. Bəlkə də bu təbiətin qanunlarından biridir, belə ki, heyvanlar da, insanlar da- hər kəs nə tapırsa, onunla qidalanır, bunun sayəsində yaşayır. Amma düşünəndə görürsən ki, biz insanlar lap ağını çıxardırıq. Heyvanlardan hər sahədə istifadə edib, pul qazanır və bununla da haqsızlığa yol açırıq. Uşaq vaxtı sirkə getməyi çox sevirdim, indi də baxanda maraqlıdır. Amma bəzən içimdə bir hiss baş qaldırır: onlar orda tullanıb, düşsünlər deyə əhliləşdirirlər, bunun üçünsə onları ac saxlayırlar; bunun nəyinə maraq bəsləyirsən?!Sirklər bir yana, bəs zoopark?! Yəqin ki, bizim zooparkda olmusunuz; bərbad haldadır, bəzi qəfəslərin yanından keçmək mümkün deyil, elə iy gəlir ki; heyvana baxırsan- ayaq üstə canı çıxır, bap-balaca qəfəsin içində saatlarla o yana bu yana dolanır və hər gün küçən gün kimi təkrar olunur. Bizlər də bunlara seyr edirik, “nə yaxşı, zooparka gəlmişik” — park ki, nə park — həbsxana! Bu da bir pul qazanma sistemi.Hayıf deyilmi, qoruqlar?! Buraxaq heyvanları təbiətin qoynunda yaşasınlar, axı, onların evi 4 tərəfi «setkaya» alınmış balaca bir qəfəs deyil, ora onlar üçün türmədir. Onların yuvası təbiətdir, meşədir, dağdır, dərədir, havadır-hava! Əslində mən heyvanlara göstərilən zülmlər haqqında çox danışardım, amma indi istəyirəm atlardan söz açım. Mən atları çox sevirəm və onların çəkdiyi acı məni yandırır. Başa düşə bilmirəm, biz insanlar niyə bu qədər azmışıq, biz insanlar maraqlarımız, kaprizlərimiz, mənfəətimiz uğruna necə də bu canlıların canlarına düşmən kəsilirik?! Adı da odur ki, guya, biz onları çox sevirik. Yəqin bilirsiniz ki, atın cilovunu, yəni istifadəsini əlimizdə saxlamaq üçün, onun ağzına yüyən taxılır ki,biz o yüyənin ipini çəkəndə,ona “dur” dediyimiz zaman dursun. Bəs, heç düşünürükmü ki, yüyəni çəkəndə at nə üçün dayanır. 2 il bundan öncə bir sənədli filmdə izlədiyim görüntülər (filmin anonsundan parça) elə bil ki, gözümü açmışdı. Professionalca, dəqiq tərzdə bilməsəm də, başa düşdüyüm kimi yazacam. O yüyəni atın ağzına keçirtmək üçün atın bəzi dişlərini çıxarırlar. Bundan sonra yüyən taxılır atın ağzına və biz hər dəfə yüyəni dartdıqda atına ağzında (dəqiq bilmirəm hansı hisəsində) dözülməz bir acı baş verir və at məcbur olub dayanır. Dayanır ki, acı dinsin. Amma hara...hər dəfəsində bu təkrar olunur. Qalanını özünüz düşünün. Onlar yüyənin ağızlarında çəkdirdiyi ağrıdan əlavə məhz bu yüyənə görə başlarını da qabağa və arxaya doğru kəskin hərəkət etdirirlər və bu onların boyunlarına da ziyan vurur. Beləliklə, bu, zamanla atın orqanizmini tam çökdürür. Bununla da onlar həyata daha tez vida edirlər. Halbuki, daha çox yaşaya bilərlər. Bioloji, tibbi tərəfini tam açıq şəkildə, dəqiq yaza bilmədiyim üçün xahiş edirəm üzürlü sayın. Amma məncə sizə də hər şey aydındır.   At yarışlarına da nifrət edirəm. Biz deyirik ki, heyvanları sevirik, amma vallah, sevgi bu deyil. Onları yarışlarda istifadə etmək üçün bəsləmək sevgi deyil. Biz qalib olduğumuz zaman, ata müraciətlə “ey, dostum, biz qalibik, uraa!” dediyimiz, atı tərfilədiyimiz zaman, qalibiyyət sevincindən dolayı, atın saçlarına bir sığal çəkdiyimiz zaman, atın içi qan ağlayır. Bəlkə də dili olsaydı, “utanın insafsızlar” deyərdi, bizi lənətləyərdi də. Yarışlar zamanı o atları elə bəzəyirik ki, elə bil…. bəs, onlara çəkdirilən acı vicdanları sızlatmırmı??? Yəqin ki, yox! Atlardan beləcə istifadə edib, pul qazanırıq və zamanla da çəkdikləri iztirablara görə atların canını azar bürüyür və bir gün ölüb gedirlər. Onları elə harda gəldi də basdırırıq. TV-də izləmişdim: at yarışı keçirilən cıdır düzündən bir az aralıda, arxa tərəfində yerləşən bir sahədə yekə maşınla kran vasitəsilə torpaqdan ölmüş bir at çıxardırdılar. Çox xoşagəlməz bir görüntü idi və bunun kimi neçə-neçə atlar var, səssiz-soraqsız ölüb-gedən.Əslində, bizim vicdanımızdır ölən, vicdanımız!!!
['heyvan', 'zoopark', 'atlar', 'ev heyvanları']
6,560
https://kayzen.az/blog/xiridar/1953/m%C9%99%C5%9F%C9%99dibaban%C4%B1n-neyl%C9%99mis%C9%99n-q%C9%99z%C9%99li.html
Məşədibabanın Neyləmisən qəzəli
xiridar
Bloq: xiridar
3 iyun 2010, 15:15
Sənə çox can dedim ey can,can olub neynəmisən? Demə canan özüvə,canan olub neynəmisən? Getmisən biganəni şad eyləmisən, Həsrətinlə ürəyim al-qan olub neynəmisən? Demə imkanım olanda səni yad eyləyirəm, O qədər imkan olub, fürsət olub neynəmisən? Dərmanım olsa da səndə, ölərəm istəmərəm, Səndə hər dərdimə hər dərman olub neynəmisən? Baba, biz insanıq insan ilə insanlıq edək, Deməsinlər bizə qoy insan olub neynəmisən? məşhur meyxana ustadı Məşədibaba Maştağadan çox meyxana deyənlər çıxıb: Ağasəlim Çildağ,Kərim,Ağamirzə,Elçin Maştağalı,Vüqar və s. Amma onların içində Məşədinin öz yeri var.Həbsxanaya düşsə də,Məşədibaba öz qəzəlləri və meyxanaları ilə hələ də məşhurdur.Meyxanalarının çoxu söyüşlü və kobuddur.Amma xalq onu sadəliyinə görə sevir.Telezviorda kiməsə yaltaqlanmır,klip şəkdirmir,yarışlarda iştirak etmir.Amma Məşədibaba yenə də toyların yaraşığıdır.
['Məşədibaba']
6,561
https://kayzen.az/blog/qadin/1809/qad%C4%B1nlara-10-m%C9%99sl%C9%99h%C9%99t.html
Qadınlara 10 məsləhət
Tomris
Qadın
2 iyun 2010, 11:30
1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. "Mərhəmətli qəlb" adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin. 1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış. 2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır. 3. Ərin yatanda, onu oyatma. 4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə. 5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma. 6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə. 7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə. 8. Ondan mümkün olmayanı gözləmə. 9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar. 10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.
['qadınlar', 'ailə münasibətləri', 'ailə səadəti', 'ər-arvad']
6,562
https://kayzen.az/blog/moda/1933/versace.html
Versace
bloqçu
Moda dünyası
1 iyun 2010, 18:22
«Versace» – əsası 1978-ci ildə Canni Versaçe tərəfindən qoyulmuş, parça və paltarların istehsalı və satışı ilə məşğul olan Italyan firması. Canni Versaçe 2 dekabr 1946-cı ildə İtaliyada anadan olub. Anası Françeska peşəkar dərzi idi və işə gedərkən balaca Cannini də özü ilə aparardı. Görünür, elə saysız-hesabsız paltarların arasında keçirdiyi uşaqlıq illəri böyük modelyerin gələcək müqəddəratını həll etmişdi. Canni o illəri xatırlayaraq deyirdi: «Mən peşəkarlığıma və ustalığıma görə anama borcluyam». Lakin anasının onunla münasibəti heç də ürəkaçan deyildi. Ailənin kiçik uşağı Canninin özündən başqa böyük qardaşı Santo, bacısı Donatella da var idi və anası bütün diqqətini onlara ayırırdı. Canni isti ana baxışı gözləyir, Françeskanın hər addımını izləyirdi. Ən böyük arzusu isə heç olmasa onun köməkçisi olmaq idi. «Bilmirəm, bəlkə də həyatımın və yaradıcılığımın mənası ancaq onun diqqətini çəkmək idi» – sonralar Versaçe belə xatırlayırdı. Nəhayət ki, Canni ilk arzusuna çatdı və atelyedə anasının köməkçisi oldu. Lakin o, qəbul olunmuş formada paltar tikməklə məşğul olmaq fikrində deyildi. Vaxt keçdikcə Versaçe fantaziyalarını dəbə tətbiq edərək sərbəst işə başladı. Bununla kifayətlənməyən Canni, son yeniliklərdən xəbərdar olmaq üçün dünya modasının mərkəzi Londona, Parisə moda nümayişlərinə də gedirdi. Bir dəfə atelyeyə Canninin həyatını birdəfəlik dəyişdirən zəng gəldi. Versaçenin qeyri-adi istedadını eşidən Milanın varlı iş adamlarından biri, ona himayəçilik etmək qərarına gəlmişdi. Canni belə bir şansı qaçırmamaq üçün fikirləşmədən Milana – yeni taleyinin görüşünə getdi. Gənc Italyan dizayneri Canni Versaçenin «Dünya Moda Aləmi»nə gəlişi belə başlandı. O zaman onun 24 yaşı vardı və gələcək üçün iddialı planlar qururdu. Canni 1978-ci ildə «Gianni Versace» moda evini yaradaraq, rəhbərliyi bacısı Donatellaya və qardaşı Santoya təklif edir. Bir il sonra o, Milanda «Versace» markası ilə ilk kolleksiyasını təqdim edir. Kolleksiya Italiya ictimaiyyəti tərəfindən bəyənilir.Canni «Versace» markasını bəzəyən Meduza başını firması üçün nişan seçir. O, seçimini belə izah edir: «Bu bilərəkdən seçilmişdir. Çünki Meduza qədim Yunan klassikasında gözəlliyin və cazibənin rəmzi hesab olunur. O, gözəlliyin və sadəliyin əsl mənada iflic və hipnoz edən sintezidir». Həqiqətən də, Versaçenin paltarları gözəlliyi, sadəliyi və dəqiq biçimi ilə insanları cəzb edir. Versaçe materiallarla təcrübə etməkdən – dəri ilə incə ipəyi, krujevanı və cinsi birləşdirməkdən qorxmurdu… «Versace» podiumlarda «partlayış» edərək, 80-ci illərdə «Dünya Moda Aləmi»ndə lider oldu. İllik gəlir artıq 900 milyon dollara çatmışdı! Dünyada «Versace»nin 165 mağazası fəaliyyət göstərirdi.Modelyerin fantaziyaları təkcə moda ilə məhdudlaşmırdı. Versaçe ətirləri, saatları, çini qabları, dekorativ kafelləri, aksessuarlar, teatr üçün kostyumlar, rekvizitlər və hətta «Versace» üslubunda interyerlər hazırlanırdı. Moda aləmində «öz sözünü» deməkdən çəkinməyən Versaçe, şəxsi həyatında baş verənləri də cəmiyyətdən gizlətmirdi, əksinə… Qəribədir, Canni gözəl qadınları tərənnüm etsə də, heç vaxt onlara sahib olmamışdı. O, homoseksual olduğunu və kişi ilə yaşadığını da gizlətməmişdi. Amma, qadın psixologiyasının incəliklərini fantaziyası ilə yaratdığı paltarlarda necə də gözəl tərənnüm edirdi. Elə onun üçün də, çox qadınlar etiraf edirlər ki, Versaçenin paltarlarında özlərini kraliça kimi hiss edirlər. Kim bilir, məşhur modelyer hələ neçə-neçə «qəlbləri titrədərdi», əgər o səhər… həmin nəhs səhərdə – 1997-ci ilin 15 iyununda Canni Versaçe Mayami-Biçdəki imarətində idi. Təzə jurnal almaq üçün küçəyə çıxmışdı. Qayıdarkən gözlənilmədən açılan atəş, 50 yaşlı modelyerin həyatına son qoydu… FTB-nin casusları qatilin şəxsiyyətini və yerini müəyyənləşdirəndə artıq gec idi. Çünki qatil Endryu Kyunenen qətldən 9 gün sonra Cannini vurduğu silahla özünü də öldürmüşdü… Taleyin qəribə təsadüfüdür. Endryunun əynində «Versace» firmasının istehsalı olan alt paltarı olub. Bəlkə də təsadüf deyil, iki şəxsin ölümünə səbəb, elə «Versace» brendi idi...Bu gün moda evində həyat davam edir. «Versace» 100% ailə biznesidir: səhmin 30%-i Santoya, 20%-i Donatellaya, qalan 50%-i isə Donatellanın qızına məxsusdur. Hər şey bölüşdürülüb… bir Canni Versaçe xatirəsindən başqa… o xatirə ki, Madonna, Demi Mur, Helli Berri, Klaudiya Şiffer, Naomi Kempbell, Sindi Krouford və digər tanınmış simaların qəlbində əbədi yaşayacaqdır…Müəllif: Şahnaz Abdullayeva Mənbə: Nefertiti jurnalı
['Gianni Versace', 'Versace', 'Canni Versaçe', 'Джанни Версаче']
6,563
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/939/napoleon-bonapart.html
Napoleon Bonapart
Aynur
Böyük insanlar,şəxsiyyətlər
1 iyun 2010, 16:20
Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!» Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: - Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər. Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.Deyirlər ki, bir dəfə Napoleon, atını mahmızlayıb yerə düşən bombaya tərəf çapırmış, yanmaqda olan bomba partlayaraq atla birlikdə onu havaya qaldırır. Bonapart sıçrayaraq tez başqa ata oturub oradan uzaqlaşır. O, hətta cüzam və taun xəstəliyinə tutulanların yanına qorxmadan girərmiş. Döyüşün qızğın vaxtı ölümcül yaralanmış marşallardan biri Napoleona düşmən üzərində qələbəni xəbər vermək üçün bir neçə yüz metrlik məsafəni at üstündə çaparaq: «Əlahəzrət, biz qalib gəlirik» – deyəndə, Napoleon başından yaralanmış marşala qorxu və təəccüblə baxıb: «Aman allah, marşal siz necə də ölümcül yaralanmışsınız» - demişdi. Marşal: «Siz səhv edirsiniz, əlahəzrət, mən çoxdan ölmüşəm» - cavabını vermiş, dərhal atından yıxılıb canını tapşırmışdır. Misirdən Hindistana səfər zamanı Napoleon arvadı Jozefinanın ona xəyanət etdiyini eşidir. Bu xəbər Napoleonda şiddətli reaksiyaya hətta konvulsiyaya səbəb olur. Deyilənə görə bu səbəbdən ruhdan düşmüş sərkərdə Sen-Jan D'Akr qalasının mühasirəsini və Hindistana yürüşünü lazımi dərəcədə təşkil edə bilmir. Napoleon demişdir: «Düşmənə qələbə çalmağın ən əla üsulu – düşməni özünə dost etməkdir.» Napoleon döyüşdən sonra meydanda qalan minlərlə fransız əsgərləri­nin meyitinə baxıb demişdi: «Eybi yoxdur, Parisdə bir gecəyə bunun yeri bərpa olunacaq». Tarixi məlumatlara görə, Napoleon Bonapart 1821-ci il mayın 5-də Müqəddəs Yelena adasında vəfat etmişdir, həm də o arsenlə zəhərlənmişdi. Lakin ölən adamın Napoleon olması bir qədər şübhəli qalmışdır. Belə ki, güman edildiyinə görə, ölən Napoleona oxşayan Revar adlı bir şəxs olmuşdur. Napoleon etibarlı dostlarının köməyi ilə qaçırılmış, yerinə Revar salınmışdır. Napoleon isə Avstriyada arvadının təkidi ilə qeydiyyatsız bir qəbirdə basdırılmışdır. Fransa İmperatoru və böyük sərkərdə I Napoleon (1769-1821) müqəddəs Yelena adasında sürgündə olduğu zaman ingilislərin onun ətrafında güclü keşikçi dəstəsi qoyduqlarını görüb demişdi: «Mənim burada qaçacağımdan qorxmamaq üçün yeganə vasitə məni məhv etməkdir. Çünki ancaq ölülər qayıtmazlar.» Yaxınlığında gedən qanlı vuruşmaların qızğın çağında, düşmən fransız qoşunlarını şiddətli atəşə tutduğu zaman Napoleon qoşuna komandanlığı marşal Bertyeyə tapşıraraq özü yerə sərilmiş, xəz paltonun üstünə uzanaraq dərhal yuxuya getmişdir. Eyni hadisə Vaterlouda bir daha təkrar olunur. Səhər vuruşdan əvvəl onu yuxu aparır və döyüşün başlanmasına iki saat gecikir. Bütün bunlara səbəb əsəb gərginliyinin özünü göstərməsi və «stressə davamlı» Bonapartın buna davam gətirə bilməməsi olmuşdur. Bir dəfə Napoleon əsirlikdən qaçdıqdan sonra yenicə özünə qoşun topladığı vaxtlarda bir dəstə gizli bir marşrutla gecə bir neçə keçmiş silahdaşları ilə qayıqla gedirdi. Gecənin bir yarısında qayığın kənarında durub, dənizə bax-baxa qayıqda onu müşayiət edən Sent-Andre və qraf Benyoya deyir: - Görürsünüzmü necə heyrətamiz bir fürsət! Bütün dünyanın taleyi indi cəmisi bir güclü zərbədən asılıdır. Nəzərdə təbii ki, özünün itələnib dənizə atılmasını tutur. Qraf Benyo bu sözlərdən bərk həyəcanlanır və titrəyə-titrəyə deyir: - Nə danışırsınız ! Belə deməyin siz allah ! Sent-Andre isə çox sakitliklə deyir: - Narahat olmayın imperator, dünyada qətiyyətli insanlar çox nadirdir. Səfər uğurla başa çatdı qayıdan başı yolda Sent-Andre bayaqkı vəziyyəti yadına salıb Qraf Benyoya deyir : - Bilirsən, inanın ki, bir vaxt gələcək, biz onun bugünkü səfərinin onun üçün uğurla başa çatmasına görə qanlı göz yaşları ilə ağlayacağıq. Yəqin ki, Napoleonun həyatında bu cür hallar çox olubdu ki, insanlar sonradan belə fürsətləri əldən verdikləri üçün heyfslənsinlər.1798-ci ildə Napoleon növbəti dəfə verdiyi qonaqlıqlardan birində məclisə yığılanlara həvəslə öz İtaliya yürüşü barədə danışır. Məclis çoxdan başa çatıb və qonaqların bir çoxu artıq getmək istəyir. Lakin Napoleon söhbətə o qədər aludə olur ki, onu başa çatdırmağı hələ ağlına belə gətirmir və elə hey danışır. Bu vaxt Jozefina bir neçə dəfə ona işarə edir və yaxınlaşıb qulağına qurtarmaq barədə nə isə deyir. Lakin Napoleon hələ də danışmağında davam edir. Nəhayət Jozefina ona yaxınlaşır, zarafatla çiynindən vuraraq qulaq asmaqdan yorulduğunu deyir: - Cənablar - Napoleon zarafatla deyir - görürsünüz, arvadım məni döyür. Qonaqlardan biri Kollei d'Arlevil buna cavabən dərhal deyir : - Hamıya məlumdur ki, bu imtiyaza yalnız o malikdir, cənab imperator. Napoleon heç vaxt generalların «bəlkə», «deyəsən» və s. tipli qeyri-müəyyən sözlərlə danışmasını sevməzdi. Generallar da onun bu xasiyyətini çox yaxşı bilərdilər. Bir dəfə döyüşlərdən birinə hazırlıq ərəfəsində bir generaldan soruşur: - Polkunuzda nə qədər əsgər var ? - 1225, hökmdar! - general dərhal cavab verir. - Bəs bunların neçəsi yaralı, xəstədir ? - 1310! Cavabın belə səlis və sürətli verilməsi Napoleonu sakitləşdirir və ağlına da gəlmir ki, cavabları tutuşdursun. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['Napoleon Bonapart', 'sərkərdə', 'Napoleon']
6,564
https://kayzen.az/blog/marketinq/1848/seks-v%C9%99-marketinq.html
Seks və marketinq
2ral
Marketinq
1 iyun 2010, 10:38
Reklamların seksuallığı bizə nə deyir? Müasir dövrdə həyatımızın bir parçasına çevrilən reklamın yaxşısı pisi yoxdur deyərək məhsulun hər cür reklamı üçün hər vasitəyə əl atılır. Bu vasitələrdən biri də reklamlarda seksuallıqdan istifadə etməyə çalışılmasıdır. Çünki görüntünüzə, səsinizə, söz və ya ifadə xəzinənizə bir az seksual dad qatmaq, həqiqətən başdan çıxarıcı ola bilər. Lakin ondan istifadə etmək istəyib-istəmədiyinizə əvvəlcədən qərar verməlisiniz. İstədiyiniz halda nə qədər istifadə edə biləcəyinizi də bilməlisiniz. Reklam potensial alıcının məhsul ilə bir anlıq, xəyala gətirilən bir əlaqə qurulmasını hədəfə alır. Bu əlaqənin qurulmasına sevgi, simpatiya, dostluq, yaxınlıq, aktivlik, ucuzluq, rahatlıq, xoşbəxtlik, komfort, lüks kimi təsvirlər xidmət etdiyi kimi, seksuallıq da stimul, həzz və zövq kontekstində effektlidir. Seksuallıq bir məhsul və ya xidmət tərəfindən seksual görünüşün artırılacağı dəqiq bir şəkildə qaranti edildiyi zaman təsirli olur. Bu görünüşə ətir, geyim, son model avtomobil və ya daş-qaş daxildir. Diş məcunu kimi məhsullar belə hər cür nəfəs qoxusuna son verəcəyini və bir gülümsəmənizə qarşı əks cinsdə öpmə istəyi oyandıracağınızı vəd edir. Bu cür məhsullarla, artırılmış seksuallıq məhsulunuza maraq yaradar, beləcə reklamınızın fokus nöqtəsi formalaşar. Nə qədər irəli getmək istədiyinizə bağlı olaraq, nəticə həqiqi bir inqilab ola bilər. Bu sizə mükafatlar qazandıran və insanlar arasında məhsulunuz haqqında söz-söhbət yaradan bir kampaniyadır. Bəzən seksullıq mallarınızı daha rahat satdıra bilər. Güclü və ya xəfif seksuallıqdan istifadə, məhsul və ya xidmət nə olursa olsun, diqqəti onun üzərinə toplamağa kömək edə bilər. FCUK marka geyimlərindən Hyatt Otelinin “Kiminlə birlikdə yatırsınız” kampaniyalarına və ya bir təyyarənin WC kabinəsində saçlarını yuyan və ya ucadan qışqıran bir qadının yer aldığı şampun reklamına qədər müxtəliflik göstərə bilər. Başqa bir misalda, TV üçün hazırlanan Motorola telefonunun reklamında, bir qadın rəsm dərsi üçün poza verir. Üzərində belinə bağlanmış enli ətəklik var. Ətəklik, yavaş-yavaş aşağı sürüşür. Qadın, sonunda telefonun klipsini istifadə edərək ətəkliyi əynində saxlaya bilir. Bir çox tərəfdən mülayim seksullıq nümayiş etdirən bu reklam, 18-30 yaş arasındakı kişilərdən ibarət hədəf kütləsinə təsir etməyi bacarmışdı. Elə isə seksullıqdan istifadə etməkdə fayda var. Beynəlxalq kampaniyalarda, seksual dəyərlərin dünya miqyasında böyük fərqlilik yaratdığını və davamlı inkişaf etdiyini unutmayın. Amma seksullıqdan istifadə edərkən çox diqqətli olmağınız lazımdır. Əks təqdirdə, xoşagəlməz hallarla qarşılaşa bilərsiniz. Məsələn, Stokholmda bədən üzvlərini bol-bol nümayiş etdirə bilərsiniz, lakin eyni şeyi Cakartada etsəniz, dərinizi diri-diri soyarlar. İstehlakçılarda maraq doğurmayacağı düşünülən bir məhsulun daha cəlbedici alınması üçün reklamında aclıq, susuzluq, seksuallıq kimi təməl ehtiyacları ödəyən obyektlər məhsulla birlikdə istifadə olunmalıdır.Özəlliklə qadın seksuallığının ön planda durduğu bu strategiyanı günümüzdə bir çox jurnalların qapaq səhifələrində, avtomobil sərgilərində, avtomobillərin üzərindəki modellərdə, televiziyalarda dondurma reklamlarında tez-tez müşahidə edirik. Etika baxımından dəyərləndirdikdə, seksuallığın bir əmtəə kimi istifadə olunmasının istifadə qaydasına görə qəbul oluna biləcək bir tərzə gətirilə biləcək düşüncəsindəyik. Seksuallıq obrazının reklamlarda çılpaq insan bədəninin görüntüsü istifadə olunaraq reallaşdırılmasının xəyallardan məhrum etmə əlaməti olaraq görürük. Reklamda seksuallıq son illərdə xeyli mübahisəli bir mövzudur. Əslində mövzu sadəcə reklamın alınmamağında, bütün mediaya yayılmış, qadının seksual obyekt kimi istifadəsi ölçüsündə dəyərləndirilməkdədir. Dəyərləndirmələr ümumi mənada, məşhurların və modellərin seksuallığının ön plana çıxarılmasının sosial və psixoloji böhranlara səbəb olduğuna işarədir. Bu hərəkətin əvvəlcə gənclərə mənfi təsir göstərdiyi də vurğulanır. Reklamda seksual ünsürlərin istifadəsi ilə bağlı bu günə qədər bir çox tədbirlər həyata keçirilib. Reklamda istifadə olunan seksuallığın effektivliyi ilə bağlı görülən tədbirlərdən əldə edilən nəticələr, seksuallığın istehlakçıların satın alma motivasiyası və arzularını gerçəkləşdirməkdə işə yaradığını ortaya qoymuşdur. Cazibədarlığı yüksək seksual obrazlar daha çox istifadə olunanlar- təbii diqqət çəkənlərdir və bir çox məhsula yaxınlaşılmasının səbəbi qismən şəxsin də bu cür cəzbedicilik içində düşünmə meylidir. Bəzi hallarda, reklamda seksuallığın güclü, canlı və uzun ömürlü markaların yaradılmasında müsbət təsiri olduğu müəyyənləşdirilib.Seksual məzmunlu reklamlar bir çox fərqli şəkillərdə ola bilər. Məsələn, çılpaqlığın müxtəlif mərhələlərindəki modellər və yalnız və ya başqaları ilə birlikdə ədəbsiz pozalar nümayiş etdirən modellər. Bundan əlavə, reklam, yaxın mənalı sözlər, zəruri ifadələr, şüuraltı hisslərə yönəlmiş seksual obrazlar və seksuallıqla bağlı vədləri də istifadə etməkdədir. Bu tərz seksual obrazlar, istehlakçının seksuallığa olan marağını artırmağa və romantik hissləri qaldırmaqda faydalıdır.Reklamda seksuallığa yer verilməsinin səbəblərini kobud şəkildə aşağıdakı kimi sıralaya bilərik: Məhsul zorlaya bilir: paltar, çimərlik geyimi, alt geyimləri kimi məhsulların seksual obyektlərdən sərbəst dizayn güclüyü çəkilir. Dolayı istifadə lazım ola bilər: məhsul vasitəsilə başlanan bir əlaqənin ( nümunə üçün; bir kişinin reklamı olunan ətrin təsiri ilə başdan çıxan bir qadın arasında baş verəcək hadisələr! Və ya yataqda belinə qədər çılpaq qadının və dırnaq izləri belindəki kişinin yaşadıqları!) Pornoqrafik cəzbediciliklə üzləşdirmə problemi aradan qaldırıla bilər: istifadə olunan kişi və ya qadın tipinin məhsulla üzləşdirilməsi, məhsulla əlaqələndirilməsi və ya məhsula kimliyini ( zərif, incə, gözəl və s. kimi) əlaqələndirməsi gözlənilir.İstifadəçi/istehlakçının seksual kimliyi təkid oluna bilər; pornoqrafik mesajlar, alıcı kütlənin seksual kimliyi nəzərə alınaraq tərtib olunur. Yuyucu vasitənin məhsul kimi qadına istiqamətlənmiş olması və reklamların əksəriyyətində də qadının istifadə olunması buna nümunədir.Reklam mesajının və ya reklam olunan məhsulun bir biçimdə yaddaşlarda həkk olunması qarşıya məqsəd kimi qoyula bilər: bu məqsədlə hazırlanan pornoqrafik görüntülərdən narahatçılıq yaransa da, hətta vaxtaşırı məhsulun yadda qalmasına əngəl olsa da, pornoqrafik obrazların yaddaşlarda daha yaxşı qalacağı hər birimizə məlumdur.İstehlakçının diqqətini çəkmək məqsədilə reklamda seksuallığın hədsiz dərəcədə istifadəsi ilə bağlı iki fikir mövcuddur. Bunlardan birincisi aclığı doyurmaq; kifayət etmək əvəzinə, çatışmazlıq yaratdığını vurğulamaqdır. İkinci səbəb isə istehlakçının reklam ulduzları ilə üzləşdirilməsini təmin etməkdir. Məşhur bir reklam mütəxəssisinin dediyi kimi: “Film ulduzları, idmançılar o pulları boş yerə almırlar. Bu məhsulu satın alan şəxs, məhsulu istifadə etdikdə onlar kimi olacağını düşünür”.Seksual məzmun daşıyan reklamlar müxtəlif şəkildə ola bilər. Bu cür reklamlar istehlakçının şəhvət hissini qaldırmağa və romantik hisslərini oyandırmağa sövq edir. Reklamlar eyni zamanda seksual geyimlər və insan vücudunu ortaya qoyan mesajlar da verməkdədir. Reklamlarda həm də cütlüklərin bir-birinə yaxınlaşmasını göstərən görüntülərə tez-tez rast gəlinir. Toxunmaq, öpüşmək və ya sekslə məşğuldurlar kimi görünmək bunlardan sayıla bilər. Reklamda seksual məzmunun böyük hissəsinin vizual olmasına baxmayaraq, seksual danışıq və ifadələr də reklamda seksuallığın örnəkləri sayıla bilər. Həyat seksuallığı istisna edə bilmədiyi kimi, reklam da seksuallığı istisna edə bilməz. Hər halda bu mövzuda aydın, dəqiq fikir birliyi mövcuddur. Ancaq reklamda hər hansı bir obrazın səviyyəli istifadə olunması nə qədər əhəmiyyətlidirsə, seksuallığın istifadəsinin də səviyyəli olması olduqca əhəmiyyətlidir. Hətta seksuallığın, diqqət çəkici, effektlilik və əxlaqlılıq çərçivələrindən dəyərləndirilə bilməsi baxımından, səviyyəsiz reklamın daim reklamın uğuruna həm də markaya mənfi təsirinin əhəmiyyət baxımından önə çıxdığı nəticəsinə gəlmək mümkündür.Mənbə: Marketinq jurnalı. Yazının müəllifinin kim olduğunu dəqiq bilmirəm. Hər kimdirsə yaxşı yazıya görə ona təşəkkür.
['seks və marketinq', 'subliminal', 'erotika', 'sex sells', 'seks']
6,565
https://kayzen.az/blog/bloq%C3%A7u/1911/q%C9%99hr%C9%99man-ana.html
Qəhrəman ana!
bloqçu
Bloq: bloqçu
31 may 2010, 18:21
1944-cü ilin iyul ayının 8-də SSRİ də qərar qəbul olundu ki, çoxuşaqlı analar “qəhrəman” adını alsınlar və ordenlə mükafatlandırılınlar. Qəhrəman ana. 10 uşağa sahib olan ailələr çoxuşaqlı ailələr adlandırılaraq, analara qəhrəman adı verilir və bu ailələr dəyərləndirilirdi. Müxtəlif yerlərdə də analar qəhrəman adını alırdılar və illər ərzində minlərlər qadınlar bu adlara layiq görüldülər. Amma, bu,  yerlərdə fərqli olaraq övlad sayına görə dəyişilirdi. Azərbaycanda isə səhv etmirəmsə 5 uşaqlı analar artıq qəhrəman ana sayılır və   “Qəhrəman ana”, “Şöhrət”, “Analıq şöhrəti”, “Analıq şərəfi” ordenləri  kimi orden və medallarla fərqləndirilirdilər.Bəs indi qəhrəman ana varmı ki?Var, amma, azlıq təşkil edir. Ya da ki, baxır onun qəhrəmanlığına. Mənim anamgil 7 uşaq olublar. Babam öləndə ən böyükləri 12 yaşında, ən kiçikləri isə 6 aylıq olub. Körpə-körpə uşaqlar- nənəm bu uşaqları savadsız (o vaxtı atalar qızları oxutmağa üstünlük vermirdilər, nənəmin də atası onu oxumağa buraxmayıb) olduğu halda tək başına elə böyüdüb ki, heç kim deyə bilməzmiş ki, bunlar yetimdilər. Nə bir tikə çörəyə, nə geyimə, nə də başqa bir şeyə möhtac olublar. Gecələr də yuxu yatmayıb, paltarlar tikib başa vurarmış ki, səhər onları təhfil verib, pulunu alsın. Hər şeyin qıt olduğu vaxtda işgüzarlıq, hər şeyin bol olduğu vaxtda isə hədsiz yorğunluq, bezmək, təmbəllik. Tərəzidə hər şeyin bol olduğu, texnikanın irəlilədiyi indiki zamanın yorğunluğu ağır və maraqlı gəlir. O vaxtı nə paltaryuyanmaşın var idi, nə avtomatik isti-soyuq su, nə də pampaers; dayə də tutmazdılar. O vaxtın qadınları uşaqlara elə baxırdılar ki, gəl görəsən. O zaman heç “uff” da demirdilər. Uşaqları boya başa çatdırıb, lazımınca oxudurdular. İndi isə 1-2 uşaq vəssəlam. Onları da zar, zor böyüdürük. İndi deyirik ki, uşağa baxmaq çox çətindir, uşaq saxlamaq olmur. Pulu da səbəb götürürük. Amma, övlad payını verən Allah, onun nemətini verir. Həm də ki, evdə 1 qab yemək varsa, demək o iki nəfərə çatar, iki qab yemək varsa üç nəfərə və beləcə neçə nəfər varsa, Allaha şükür, hamı doyar. Amma, bu da bizi qane etmir. Böyütdüyümüz o 1-2 uşaq da cəmiyyətin mənfi təsirinə məruz qalıb, mənfi xüsusiyyətlər daşıyır (təbii ki, bu dediklərim hamıya aid deyil). Demək ki, düzgün böyütmürük ki, o da zəif düşür. Bəs biz nəyi düz edirik?Anaların qarşısında baş əyirəm. Amma, hər zaman deyib, üstündə durduğum bir söz var: analıq övladı doğub, dünyaya gətirmək deyil. Analıq seriala, filmə baxım, rahat oturum deyə uşağı saatlarla kompüter arxasında saxlamaq deyil, sonra uşaq buna öyrəşəndə dizimizə döyürük, ya da heç döymürük. Analıq qadının dözləri formada, gözəl qalsın deyə uşağı öz südündən məhrum etmək deyil, uşaq yatsın deyə onun çayına, suyuna dərman qatmaq deyil... Analıq başqa şeydir. Mən hələ bu hissi bilmirəm, yaşamıram, heç bilmirəm ki, bu qədər danışıram, danışıram, amma, özüm necə olacam. Hər halda görüb, öyrəndiklərim də mənə bir dərsdir. Gördüyüm mənfilərdən təəssüflə, müsbətlərdən isə sevə-sevə dərs alıram.Məncə indi qəhrəman ana yox dərəcəsindədir. Sadəcə müxtəlif düşüncəyə, xüsusiyyətə, xasiyyətə malik analar var. Əslində qəhrəman olmaq da asan deyil, belə götürəndə heç qəhrəman olmaq lazım da deyil, sadəcə öz borcumuzu ürəkdən və layiqincə yerinə yetirək, vəssəlam. Qiyməti də Allah verər, inşallah.
['qəhrəman ana', 'orden', 'analıq']
6,566
https://kayzen.az/blog/ginekologiya/1705/kesar-%C9%99m%C9%99liyyat%C4%B1-qeys%C9%99r-k%C9%99siyi.html
Kesar əməliyyatı (qeysər kəsiyi)
burla xatun
ginekologiya
31 may 2010, 15:23
Kesər kəsiyi basıq (boşluq) əməliyyatıdır; bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir; bu anesteziyanın təsiri ilə uşaq həyata gətirən qadının bədəninin aşağı hissəsinin hissiyyatı itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir xələl yetirilmir. Epidural anesteziyanın (arterial təzyiqin qəflətən düşməsi) aparılması zamanı başlıca təhlükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr vardır. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyyə edirlər, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun. Kesər kəsiyi necə aparılır?Əvvəlcə qarın divarı ya orta xətt boyunca, ya da qasığın yuxarısında eninə istiqmətində kəsilir. İkinci vasitə daha yaxşı kosmetik effekt verdiyindən o, hazırda tez-tez tətbiq edilir və ondan sonra nadir hallarda ağırlaşma halları baş verir. Yırtılma prosesindən sonra uşağı ehmalca əllə və ya alətlərin köməyi ilə — maşa və ya vakuum-ekstraktorla çıxardırlar. Qan itirmə riskini azaltmaq məqsədilə uşaqlıq yoluna uşaqlıq yolunu daraldan vasitə daxil edirlər. Uşaqlıq yolunun əllə yoxlanmasından və döllük yumurtanın kənarlaşdırılmasından sonra uşaqlıq yolunu tikirlər, daha sonra peritona, qarın əzələsinə və dəriyə tikiş qoyurlar. Qanaxmanı dayandırmaq üçün, əməliyyatdan sonra iki saat yarım ərzində qarına buzla dolu kisəcik qoyurlar. Doğuşdan sonrakı ilk həftələr ərzində zahı xüsusi doğuşdan sonrakı palatada qalmalıdır. Bu zaman ərzində ona həkim-anestezioloq nəzarət edir. Əməliyyatdan sonrakı ilk həftələrdə yalnız limon şirəli su içməyə icazə verilir. Yemək əvəzinə vena daxilinə damcısayan vasitəsilə qida qarışıqları yeridilir. Növbəti sutkalarda artıq yeni ana olmuş qadına toyuq bulyonu, şəkərsiz meyvə şərbəti içmək; ətçəkən maşınından keçirilmiş və qaynadılmış ət, sıyıq və yağsız kəsmik yemək olar. Adi qida rasionuna isə yalnız dördüncü-beşinci həftələrdə qayıtmaq olar. Kesər kəsiyindən iki-üç sutka sonra oturmaq və minimal məsafəyə hərəkət etmək mümkündür. Bununla yanaşı, həftə ərzində hər gün tikişi təmizləmək və sarğını dəyişmək lazımdır. Amma hazırda lazer üsullu tikiş deyilən bir prosesdən də istifadə edilir ki,bu zaman tikişdə istifadə edilən ipləri sökməyə ehtiyac qalmır,iplər orqanizm tərəfindən tədricən udulur. Qadın doğum evindən yeddinci-onuncu sutkadan sonra hər hansı ağırlaşma halları baş vermədikdə xaric edilir. Kesər kəsiyindən sonra növbəti hamiləliyi iki ildən sonra planlaşdırmaq daha məsləhətlidir. Bu zaman ərzində orqanizm əvvəlki hamiləlikdən və aparılmış əməliyyatdan sonra bərpa olunmağa müvəffəq ola bilər. Kesər kəsiyi ilə bağlı yanlış fikirlər:*qadın üçün doğuşdan sonrakı normal cinsi həyatı üçün adi doğuşda olduğu kimi problem yaratmır. Yəni vaginal doğuş zamanı uşaqlıq yollarının enlənməsi ucbatından onunla cinsi əlaqə zamanı partnyorunu təmin edə bilməyəcəyindən ehtiyatlanır. *körpənin uşaqlıq yolundan keçərkən, zədələnməsi ehtimalını heçə endirərək, onun sağlam dünyaya gəlməsinə daha çox təminat verir *yaşı artıq 27 – ni keçmiş anaların artıq təbii doğuş həyata keçirmək iqtidarında olmaması haqda təsəvvürləri dəstəkləyir *bu əməliyyat zamanı qadın adi doğuşda olduğu kimi qanaxma risqindən sığortalanıb və s. Kesər kəsiyi əməliyyatının müsbət və mənfi cəhətləri:Bütün əməliyyatlar kimi, Kesər kəsiyi əməliyyatının da müsbət və mənfi cəhətləri var. Şübhəsiz, Kesər kəsiyinin ən əsas üstünlüyü – uşağın və ananın həyatları təhlükədə olduğu təqdirdə uşağın doğumudur. Kesər kəsiyi ilə təbii yolla doğuş arasında seçim olduğu təqdirdə, nəyin yaxşı, nəyin pis olması barədə fikir yürütmək olar. Tez-tez eşidirik ki, Kesər kəsiyi yolu ilə doğuş etmək tez və ağrısızdır – doğum edən qadın və uşaq doğuş əziyyətlərindən yayınır və buna görə də Kesər kəsiyi əməliyyatına üstünlük verilməlidir. Əlbəttə, əməliyyat ağrısız aparılır. Ancaq əməliyyatdan sonrakı ağrı adi doğuşdan sonrakı ağrıya nisbətən daha ağır və daha uzun müddətli ola bilir. Doğuşun tezliyinə gəlincə isə, vəziyyət yenə eynidir. Təbii doğuşa nisbətən əməliyyata daha az vaxt sərf olunur. Ancaq ondan sonrakı məhdudiyyətlərin vaxtı daha çoxdur. Narkozdan ayılma, qarındakı yaraların sağalması, qanaxmadan sonrakı bərpa olunma, infeksion ağırlaşma ehtimalının yüksək olması, südün əmələ gəlməsi ilə bağlı problemlər, hərəkətdə məhdudiyyətlər, uşağın qaldırılmasına qadağa, o ağladığı zaman qucağa götürülməməsi – bütün bunlar Kesər kəsiyi əməliyyatından sonra qadının həyatını mürəkkəbləşdirir. Əməliyyatın mənfi cəhətlərindən biri də doğum edən qadının psixoloji vəziyyəti ilə bağlıdır. Bu isə, hormonal problemlərlə izah olunur. Orqanizm doğumun olması barədə siqnal almır, bununla da natamamlıq, baş verənlərin yanlışlığı hissi yaranır. Təbii doğuşdan fərqli olaraq, əməliyyatdan sonra əgər qadın uşağı əmizdirmirsə uşaqlığın yığılması elə də intensiv olmur. *Bu əməliyyatlar zamanı analar arasında ölüm faizi dünya statistikasına görə 1/2500-ə təşkil edirsə, vaginal doğuş zamanı bu rəqəm 1/10000-ə qədər, yəni 4 dəfə azdır. *körpənin bu əməliyyatlar zamanı sağ qalması ehtimalının daha yüksək olması yayılmış fikirlərə rəğmən, bu sahədə aparılan tədqiqatlar «qeysəriyyə körpələrinin» adi doğuşda olduğuna nisbətən ölüm faizinin bəzi ölkələr üzrə 70 faizə çatdığı qənaətindədirlər. *ümumdünya göstəricilərinə görə, Anqar şkalası üzrə qeysəriyyə «körpələrinin» təbii yolla dünyaya gələn körpələrə nisbətən daha az bal alması faktı mövcuddur. Burada bu körpələrin sərbəst həyata «dözümsüzlüyü»kimi onların cərrahi müdaxilə zamanı əlavə stress alması amili əsas gətirilir. *körpənin vaxtından əvvəl dünyaya gəlməsi (planlaşdırılmış doğuş tarixi zamanı) və deməli bəzi fəsadların üzə çıxması ehtimalı daha böyükdür. *cərrahi müdaxilə zamanı ananın orqanizminə infeksiya ötürülməsi faizi də vaginal doğuşda olduğundan yüksəkdir. *qeysəriyyə əməliyyatı zamanı mütləq tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər. *körpələrin dölyanı sudan azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması risqi var. Bu faktorla keysəriyyə yolu ilə dünyaya gələn südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksək olması hallarının daha çox rast gəlinməsini də izah etmək olar. *Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, habelə bağırsaq mikroblorasının daha çox problemliliyi faktını üzə çıxarıb. Yalnız zərurət yarandıqda Kesər kəsiyi əməliyyatı – ana və uşaq üçün xilaskar metod ola bilər. Lakin həm ana, həm də uşaq üçün təbii doğuş daha üstündür.
['Kesar əməliyyatı', 'qeysər əməliyyatı', 'Кесарево сечение', 'Caesarian section', 'Kesar kəsiyi', 'ginekologiya', 'qeysəriyyə']
6,567
https://kayzen.az/blog/dusundurucu-hekayeler/1910/unudulmaz-sevgi.html
Unudulmaz sevgi...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
31 may 2010, 13:03
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqal kədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum: - Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz? - Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm. Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar... Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki? Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi olduğumu da xatırlamır. O yaddaşını itirib. - Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət çəkirsiniz? Qoca gülümsünərək cavab verdi: - O məni xatırlamır, mən ki, onu xatırlayıram. Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra uzun müddət özümə gələ bilmədim: Bu ki, mənim daim axtardığım sevgidir” Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın xoşbəxtdir, çünki onu sevən belə insan var. Həqiqi sevgi – nə fiziki ehtiras, nə də romantikadır. Əsl sevgi hər şeyi olduğu kimi qəbul edə bilməkdir- necə olub, necə var və necə də olacaq... Tərcümə: Rzayeva Nailə
['sevgi', 'etibar']
6,568
https://kayzen.az/blog/romantika/1909/m%C9%99kt%C9%99b-ill%C9%99ri.html
Məktəb illəri
ilham
Romantika və düşüncələr
31 may 2010, 10:34
Insan çox vaxt bir şeyi itirdikdə onun qədrini bilir..Eləcə də məktəb illərinin.Ən gözəl,eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Bir tərəfdən məktəb artıq bezdirib, digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir sənə. Böyük,müstəqil həyatın cətin yoluna qədəm qoyulur. Bu maneəni hər kəs adlayır,amma baxır necə.“Son zəng”i əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq, onlarda bu gün fərqli şəkildə - “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” adı Azərbaycanda, Türkiyədə və Rusiyada işlənir.Əvvəllər son dərs günü - mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər. Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları, ilk məhəbbət) məktəb divarları arasında qalır.Amma hər kəs sonradan bu illəri xatırlayır. Geyimimiz,hüququmuz bir idi Şagird idik,hamımızın adıydı. Elə bil ki,boyumuz da eyniydi Aman allah nə xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz Bir töhmətdən için-için yanırdıq. Hələ onda bilmirdik ki,bunu biz Bir gün necə həsrət ilə anırıq. Dünya hələ bizim üçün nağıldı Min arzuyla-alışırdıq yanırdıq, Özümüzü biz hamıdan ağıllı Özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri,ömrümün ən şirin,duyğulu,qayğısız günləri Hər anı bir ömrə bərabər sehrli günləri,ən təmiz arzulu günləri. Экзамены кончатся скоро Последний звонок прозвенит Простимся со школой, жизнью веселой Прощайте, школьные дни Что ждет впереди - неизвестно И нам никогда не забыть Те добрые песни, что пели мы вместе Их будем беречь и любить Те добрые песни, что пели мы вместе Их будем беречь и любить Сложные заданья, первые признанья Озорной и очень дружный класс Длинные уроки и учитель строгий Не забудем никогда мы вас Недавно совсем нам казалось Что так этот вечер далек Но время промчалось, немного осталось Нас ждет последний звонок Но время промчалось, немного осталось Нас ждет последний звонок Стать бы первоклашкой День вернуть вчерашний Взять бы и сначала все начать Теплый вечер летний И звонок последний Будем мы с любовью вспоминать Экзамены кончатся скоро Последний звонок прозвенит Простимся со школой, жизнью веселой Прощайте, школьные дни Простимся со школой, жизнью веселой Прощайте, школьные дни Прощайте, школьные дни Прощайте, школьные дни
['son zəng', 'məktəb illəri', 'школьные дни']
6,569
https://kayzen.az/blog/ilham/1906/oxumaq-he%C3%A7-vaxt-gec-deyil.html
Oxumaq heç vaxt gec deyil
ilham
Bloq: ilham
30 may 2010, 23:54
ABŞ-ın Kaliforniya ştatının sakini amerikalı qadın Hazel Soares 94 yaşında kolleci bitirməsi barədə diplom almışdır(bachelor’s in art history from Mills College). 1915-ci ildə anadan olan  Soares  diplomu alarkəndemişdir: “Mənim bütün ömrüm məşğuliyyət içində keçmişdir. Buna görə də kollecdə təhsil ala bilməmişəm. Bu isə mənim ən böyük arzum olmuşdur”. Qeyd edək ki, Hazel Soares iki dəfə ailə həyatı qurmuş, onun 6 uşağı, 40-dan çox nəvəsi və nəticəsi vardır. ABŞ konqresi Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Soaresi təhsilini başa vurması münasibətilə təbrik etmiş, onun əldə etdiyi nailiyyəti yüksək qiymətləndirmişdir. Soaresin dediklərindən:“There’s no reason why you could not go back, Some people do give up the idea or postpone the idea. It’s too late. It’s too much work. They may not realize that once you try it it’s exciting to go to school”UPD. Massaçusets ştatının ən yaşlı qadını Harriet Riçardson Eyms ölümündən 1 gün əvvəl kollecdən diplom alıb. Qaynar.info xəbər verir ki, təqaüdə çıxana qədər 100 yaşlı qadın orta məktəb müəlliməsi işləyib.O, 1931-ci ildən dərs deməyə başlayıb və 20 il ardıcıl olaraq məktəb müdirəsi olub. Lakin qadın sonradan müxtəlif universitet proqramlarını oxuyaraq bakalavr diplomu almaq istəyib. 1970-ci illərdə təqaüdə çıxdıqdan sonra pis gördüyü üçün işləyə və oxuya bilməyib. ( It was Harriet Richardson Ames' dream to earn her bachelor's degree in education. She finally reached that milestone, nearly three weeks after achieving another: her 100th birthday)
['tələbələr', 'qocalıq', 'diplom', 'təhsilə həvəs']
6,570
https://kayzen.az/blog/maraqli-faktlar/1903/%C9%99n-q%C9%99rib%C9%99-fobiyalar.html
Ən qəribə fobiyalar
ilham
Maraqlı faktlar
30 may 2010, 23:11
Müasir dövrdə geniş yayılan fobiyaların sayı onlarla yox, bəlkə də yüzlərlədir. Bəs onlar arasında ən qəribələri hansılardır? Aşağıda onlardan bir neçəsini təqdim edirəm:Ablutofobiya (Yuyunmaqdan qorxmaq) Amnezifobiya (Yaddaşını itirməkdən qorxmaq) Batrakofobiya (Qurbağa, kərtənkələ və s. kimi heyvanlardan qorxmaq) Bibliofobiya (Kitabdan qorxmaq) Eysoptrofobiya (Güzgüdən qorxmaq) Qeliofobiya (Gülməkdən qorxmaq) Haptofobiya (Toxunmaqdan qorxmaq) Koulrofobiya (Klounlardan qorxmaq) Ksantofobiya (Sarı rəngdən qorxmaq) Leykofobiya (Ağ geyməkdən qorxmaq) Peladofobiya (Keçəllərdən və ya keçəl olmaqdan qorxmaq) Poqonofobiya (Saqqallı adamlardan və ya saqqaldan qorxmaq) Pteronofobiya (Quş tükündən qorxmaq) Politikofobiya (Siyasətçilərdən qorxmaq) Pupafobiya (Müqəvvalardan qorxmaq) Triskadekafobiya (13 rəqəmindən qorxmaq) Hidrofobiya (Sudan qorxmaq).UPD.Akluofobiya — qaranlıqdan qorxmaq.Antropofobiya — insanlardan qorxmaq.Batofobiya — dərinlik qorxusu.Bibliofobiya — kitablardan qorxmaq.Fotofobiya — işıqdan qorxmaq.Qolossofobiya — ictimai yerlərdə danışmaqdan qorxmaq.Monofobiya — təklikdən qorxmaq.Xlostorofobiya — qapalı yerlərdən qorxmaq.Agirofobiya — küçədən qorxmaqAgorafobiya – açıq yerdən və ya kütlədən qorxmaqAilurofobiya – pişikdən qorxmaqAkluofobiya – qaranlıqdan qorxmaqAkrofobiya – hündür yerdən qorxmaqAlgofobiya – ağrıdan qorxmaqAmaksofobiya – maşından (və ya nəqliyyatdan) qorxmaqAmatofobiya – toz qorxusuAmnezifobiya – hafizəsini itirməkdən qorxmaqAmofobiya – iti cisimlərdən qorxmaqAnemofobiya – fırtına qorxusuAntlofobiya – sel qorxusuApifobiya – arılardan qorxmaqAraknofobiya – hörümçəkdən qorxmaqAstenofobiya – gücsüz olmaqdan qorxmaqAstrafobiya – şimşək qorxusuAtelofobiya – mükəmməl olmamaq və ya ola bilməmək qorxusuAviofobiya – uçuş qorxusuBallistofobiya — silahdan ya da mərmidən qorxmaBatofobiya- dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxmaBatrakofobiya- qurbağa, salamandr kimi heyvanlardan qorxmaBelonefobiya- iynədən qorxmaBibliyofobiya- kitablardan qorxmaBromidrosifobiya- vücud qoxusundan qorxmaBrontofobiya- göy gurultusundan qorxmaDentofobiya- diş həkimindən qorxmaDekatriaparaskevifobiya- ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusuElektrofobiya- elektrikdən qorxmaEmetofobiya- qusmaqdan qorxmaEntomofobiya- böcəklərdən qorxmaEndofobiya- Geyim qorxusuEpistaksiyofobiya- burun qanamasından qorxmaEritrofobiya- üz qızarmasından qorxmaFarmakofobiya- dərmanlardan qorxmaqFazmofobiya- ruhdan qorxmaqFebrifobiya- qızdırmadan qorxmaqFilemafobiya- öpməkdən və ya öpüşməkdən qorxmaqFilofobiya- sevməkdən, aşiq olmaqdan qorxmaqFobofobiya-qorxmaqdan qorxmaqFotofobiya- işıqdan qorxmaqGametofobiya- evlənməkdən qorxmaqGefirofobiya- körpüdən keçməkdən qorxmaqGerontofobiya- yaşlı insanlardan və ya qocalmaqdan qorxmaqGlossofobiya-cəmiyyət qarşısında çıxış etməkdən qorxmaqHaptofobiya- toxunulmaqdan qorxmaqHarpaksofobiya- oğrulardan və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaqHelyofobiya- günəşdən qorxmaqHematofobiya- qan qorxusuHerpetofobiya-sürünənlərdən qorxmaqHidrofobiya-sudan, üzməkdən və ya boğulmaqdan qorxmaqHigrofobiya-nəmdən və ya yağışdan qorxmaqHipegiyafobiya- məsuliyyətdən (cavabdehlikdən) qorxmaqHipnofobiya- yatmaqdan qorxmaqHipofobiya- atlardan qorxmaqHomiklofobiya- sisdən qorxmaqHomofobiya- homoseksuallardan qorxmaqİhtiyofobiya- balıqlardan qorxmaİslamofobiya — müsəlmandan qorxma 
['fobiyalar', 'qorxu', 'fobiya', 'fobiya növləri']
6,571
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/1892/m%C9%99nim-ail%C9%99m-m%C9%99nim-qalam.html
Mənim ailəm - mənim qalam!
bloqçu
Xoşbəxt ailə
30 may 2010, 16:21
“İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel) Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.Bir ayədə belə buyrulmuşdur:  “Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.” Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir. O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq daha gözəldir, nəinki tək. Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin, hər anıyla daha da mənalaşmasının şahidi olurlar.Bu düşüncələrdən yola çıxaraq, mən deyərdim ki, ailə də bir Vətəndir. Bu Vətənin sakinləri bir-birinə bağlılıqları ilə öz yuvalarında hey püxtələşir, törəyir, yeni-yeni nəsillər yetişdirirlər. Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir. Ən azından belə olmalıdır. Ailə bizim gələcəyimizdir, bizi özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır. İndi nə ataxaqanlıq, nə anaxaqanlıq dövrüdür. Sağlam düşünən insan anlamalıdır ki, hər kəsin öz haqqı, hər əməlin, hər sözün öz yeri var. Bir-birlərimizin haqqını tapdalamadıqca, bir-brimizə hörmət etdikcə və bir-birimizi sevdikcə ailəmiz də möhkəm qalar, ailə qalamız da möhkəm təməl üstündə qurular. Mənim ailəm – mənim qalam! (Silovan Ramişvili) Həqiqətən də ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb yaşadığın. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun dəyəri ölçülməzdir.Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.
['ailə', 'yuva', 'hörmət', 'sevgi', 'ailə həyatı', 'ailənin möhkəmləməsi', 'ailə münasibətləri']
6,572
https://kayzen.az/blog/yazar/1889/%C3%A7ingiz-abdullayev-akif-o%C4%9Flu.html
Çingiz Abdullayev Akif oğlu
Əliyev
Yazıçılar
30 may 2010, 13:50
Abdullayev Çingiz — məşhur detektiv yazıçısı və publisistdir. Yüksək intellektual səviyyəsi,fərqli dünyagörüşü və Dronqo obrazı sayəsində o çox məşhurdur. Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir.hələ məktəbdə oxuyarkən dərs vaxtlarında tarix və bədii əsərlər oxumuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir Azərbaycan və rus dillərindən başqa ingilis,italyan,fars dillərində bilir(türk dili barədə deməyə ehtiyac yoxdur).Güllə atıcılığı üzrə idman ustasıdır(gəncliyində Bakı çempionu olub) Ümumilikdə 140 çox roman və povestin müəllifidir.Kitabları 27 dilə tərcümə olunub.Əsərləri ABŞ,Fransa,İsrail,Rumıniya,Britaniya,Bolqarıstan,İtaliya və s. ölkələrdə nəşr olunub(MDB ölkələri haqqında deməyə ehtiyac yoxdur).Kitablarının ümumi tirajı 26 milyondan çoxdur.Bu ədəd günü-gündən artır. 4 universitetin fəxri doktorudur,hüquq elmləri professorudur.Ailəlidir,iki övladı var(bir qızı və oğlu).Onun ilk kitabı Mavi Mələklər («Голубые ангелы») adlanır. 1988-ci ildə çıxan bu kitabın 3 il rəsmi çapa buraxılmağına qadağa qoyulmuşdur. Çingiz Abdullayev öz əsərlərini özü kompüterdə yazır,informasiya texnologiyalarından yaxşı başı çıxır.Onun əsərlərinin çoxunun qəhrəmanı Dronqo adlı obrazdır.Dronqo Cənub-Şərqi Asiyada,İndoneziyada yaşayan quşdur.Çingiz Akifoviç o quşu görəndə o çox xoşuna gəlmişdi.Dronqo quşu heç nədən qorxmur və başqa quşların səsini imitasiya edə bilir.   Azərbaycanın ədabiyyatı tarixində ən gənc yazıçı kimi, 46 yaşında ilk Xalq yazıçısı(oğlunun Xalq yazıçısı olduğunu görmüş yeganə ata Çingizin atasıdır) Çingiz Abdullayev həmişə bir partiyaya-Kommunist partiyasına sadiq olub,partbiletini də tullamayıb.O solçudur,pulun hər şeyi həll etmədiyinə və dünyada sosial ədalətin bərqarar olmasına inanır. Onun ən yaxşı sözü yəqin ki budur: XIII əsrdə Dante “İlahi Komediya”, XIX əsrdə Balzak “İnsan komediyası”, XX əsrdə Con Qolsuorsi “Müasir komediya” yazıb, mən isə XXI əsrdə kriminal komediya yazıram. Çingiz Abdullayev yalnız Dronqo,Marina Çernışeva,agent Yucin kimi obrazlarla tanınmır.O,həm də maraqlı hekayələr,povestlər yazır. Hətta detektivə aid olmayan bəzi povestləri daha çox yüksək qiymətləndirilr. Çingiz Abdullayev həm də Ukrayna prezidenti Viktor Yanukoviç haqqında da kitab yazıb. Ukraynada çox məşhur olan Çingiz Abdullayev eləcə də Rumıniyada Çauşesku,ADR-də kommunist rejimi və s. haqda kitablarında da faktik materiallardan geniş istifadə edib. Maraqlıdır ki,o,əsərlərinin çoxunu öz yuxusunda görür.Ona görə də rahat yatmır. Çingiz Abdullayevin Azərbaycan dilində kitabları Чинҝиз Абдуллајев. Мави мәләкләр: Роман.— Бакы: Јазычы, 1993. — 256 с. — 9000 экз.Чинҝиз Абдуллајев. Әслафларын гануну: Роман.— Бакы: Заман, 1997. — 304 с. — 500 экз.Чинҝиз Абдуллајев. Ганын үч рәнҝи: Роман.— Бакы: Азәрбајҹан, 2001. — 352 с. — 3000 экз.Çingiz Abdullayev. Allahın tərəfində: Roman.— Bakı: Çıraq, 2003. — 160 с. — 500 экз.Çingiz Abdullayev. Müqəddəs olmaq istəyi: Roman.— Bakı: Adiloğlu, 2004. — 278 с. — 1000 экз.Çingiz Abdullayev. Bir ümman nifrət: Povest.— Bakı: Çıraq, 2004. — 144 с. — 500 экз.Çingiz Abdullayev. Alçağın üslubu: Roman.— Bakı: Çıraq, 2005. — 240 с. — 500 экз.Çingiz Abdullayev. Məhşər ayağında: Roman.— Bakı: Çıraq, 2005. — Т. I. — 200 с. — 500 экз.Çingiz Abdullayev. Məhşər ayağında: Roman.— Bakı: Çıraq, 2005. — Т. II. — 184 с. — 500 экз.Çingiz Abdullayev. Payız madriqalı: Roman.— Bakı: Yurd, 2005. — 152 с. — 200 экз.Çingiz Abdullayev. Monte-Mario təpəsində ölüm: Roman.— Bakı: Çıraq, 2005. — 160 с. — 500 экз.Çingiz Abdullayev. Mənim gözəl alibim: Roman.— Bakı: Nurlan, 2006. — 165 с. — 300 экз.Çingiz Abdullayev. Bağdadlı əlaqələndirici: Roman.— Bakı: Çıraq, 2006. — 216 с. — 500 экз.Çingiz Abdullayev. Unudulmuş röya: Roman.— Bakı: Çıraq, 2006. — 216 с. — 500 экз.Çingiz Abdullayev. Yalnız özümüzünkülər: Roman.— Bakı: Çıraq, 2007. — 206 с. — 500 экз.Çingiz Abdullayev. Pəri busəsi: Povest.— Bakı: Nağıl evi, 2007. — 72 с. — 500 экз.Çingiz Abdullayev. Qatil üçün Qran-pri: Roman.— Bakı: Kitab Klubu, 2007. — 304 с. — 500 экз.Çingiz Abdullayev. Üçüncü variant: Roman.— Bakı: Nurlan, 2007. — 270 с. — 900 экз.Çingiz Abdullayev. Döyüşçünün yolu: Roman.— Bakı: Çıraq, 2007. — 304 с. — 500 экз.Çingiz Abdullayev. Manyakın idrakı: Roman.— Bakı: UniPrint, 2008. — 200 с. — 200 экз.Çingiz Abdullayev. Gedər-gəlməz: Roman.— Bakı: Nurlan, 2008. — 359 с. — 500 экз.Çingiz Abdullayev. Quba kapriççiosu: Roman.— Bakı: Nurlar NPM, 2008. — 224 с. — 2000 экз.Çingiz Abdullayev. Qisasın ölçüsü: Roman.— Bakı: Çıraq, 2008. — 320 с. — 500 экз.Çingiz Abdullayev. Məhəbbət və nifrətin zirvəsi: Roman.— Bakı: Çıraq, 2009. — 240 с. — 500 экз.Çingiz Abdullayev. Etiraflar vadisi: Roman.— Bakı: Çıraq, 2009. — 280 с. — 500 экз.Çingiz Abdullayev. Xammurapi məcəlləsi: Roman.— Bakı: UniPrint, 2009. — 204 с. — 800 экз.Çingiz Abdullayev. Centlmen sövdələşməsi: Roman.— Bakı: Çıraq, 2009. — 352 с. — 500 экз.Çingiz Abdullayev. Manipulyator. Üç payız günü: Roman.— Bakı: UniPrint, 2009. — 179 с.Çingiz Abdullayev. Göy mələklər: Roman.— Bakı: Çıraq, 2009. — 328 с. — 500 экз.Çingiz Abdullayevin rus dilində kitabları Дронгоhaqqında kitablar ~ «Гран-при» для убийцы ~ В ожидании апокалипсиса ~ В поисках бафоса ~ Джентльменское соглашение ~ День гнева ~ Взгляд Горгоны ~ Взращение грехов ~ Бремя идолов ~ Время нашего страха ~ Власть маски ~ Английский бульвар ~ Волшебный дар ~ Голубые ангелы ~ Апология здравого смысла ~ Всегда вчерашнее завтра ~ Второе рождение Венеры ~ Выбери себе смерть ~ Выстрел на Рождество ~ Забытый сон ~ Зеркало вампиров ~ Закон негодяев ~ Резонер ~ Рандеву с Валтасаром ~ Рассудок маньяка ~ Идеальная мишень ~ Игры профессионалов ~ Камни последней стены ~ Кредо негодяев ~ Крах лицедея ~ Линия аллигатора ~ Кубинское каприччио ~ На стороне бога ~ Мечта дилетантов ~ Пепел надежды ~ Правила логики ~ Правило профессионалов ~ Океан ненависти ~ Плата Харону ~ Окончательный диагноз ~ Почти невероятное убийство ~ Опрокинутая реальность ~ Последний синклит ~ Осенний мадригал ~ Ответный удар ~ Мудрость палача ~ Отравитель ~ Отрицание Оккама ~ Охота на человека ~ Путешествие по Апеннинам ~ Путь воина ~ Самое надёжное ~ Среда обитания ~ Символы распада ~ Сколько стоит миллиард ~ Совесть негодяев ~ Смерть на холме Монте-Марио ~ Смерть над Атлантикой ~ Стиль подлеца ~ Факир на все времена ~ Фактор страха ~ Цена бесчестья ~ Тень Ирода ~ Фестиваль для южного города ~ Три четверти его души ~ Три цвета крови ~ Тождественность любви и ненависти ~ Упраздненный ритуал ~ Хорошие парни не всегда бывают первыми ~ Тоннель призраков ~ Этюд для Фрейда Solaxay haqqında ~ Исповедь Сатурна ~ Третий вариант Серия Обретение ада ~ Обретение ада ~ Пройти чистилище Наследник олигархаseriyası ~ Возвращение олигарха ~ Завещание олигарха ~ Наследник олигарха ~ Ошибка олигарха Hakimiyyətə qəsd seriyası ~ Атрибут власти ~ Объект власти ~ Субъект власти СВР agenti Марина Чернышеваhaqqında ~ Зло в имени твоем ~ Измена в имени твоем ~ Инстинкт женщины ~ Месть женщины ~ Сотвори себе мир Müasir rus şpion ədəbiyyatı ~ Год обезьяны ~ Долина откровений ~ Казначей ~ Одноразовое использование ~ Полное каре ~ Свод Хаммурапи ~ Только свои Həmçinin: ~ День луны ~ Альтернатива для грешников ~ Альтернатива для дураков ~ Восточный ветер ~ Душа сутенера ~ Заговор в начале эры ~ Западный зной ~ Рай обреченных ~ И возьми мою боль ~ Лучше быть святым ~ Любить и умереть только в Андорре ~ Очевидная метаморфоза ~ Право на легенду ~ Мрак под солнцем ~ Моё прекрасное алиби ~ Поцелуй феи ~ Осуждение истины ~ Срок приговоренных ~ Стандарт возмездия ~ Тверской бульвар ~ Традиции демонов ~ Хранители холода ~ Уйти и не вернуться ~ Шпионы, не вернувшиеся с холода
['Çingiz Abdullayev', 'Чингиз Абдуллаев', 'Dronqo', 'Дронго']
6,573
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/1863/moris-ravel-v%C9%99-bolero.html
Moris Ravel və Bolero
2ral
böyük musiqiçilər
30 may 2010, 12:01
Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində - opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir. Ravelin bir çox əsərləri - məsələn, fortepiano üçün yazdığı "Suyun oyunu", "Əksolunma", "Gecə kabusları", skripka üçün bəstələdiyi "Qaraçı qız" rapsodiyası bütün dünya ifaçılarının repertuarına möhkəm daxil olmuşdur. Bəstəkarın ən məşhur əsəri, heç şübhəsiz, orkestr üçün yazılmış "Bolero" pyesidir. Eyniadlı ispan xalq rəqsinin ritminə əsaslanan "Bolero" xüsusi daxili ekspressiya və zəngin tembr çalarları ilə seçilir. Məhz bu cəhətlərinə görə əsas mövzunun dəfələrlə müəyyən dəyişikliklərlə təkrar olunması heç də yeknəsəq, darıxdırıcı səslənmir, əksinə, dinləyiciləri əsər boyu intizarda və gərgin vəziyyətdə saxlayır. "İspaniya vaxtı" operası, "İspan rapsodiyası" ilə yanaşı, "Bolero" da Ravel yaradıcılığına xas olan "ispan" xəttinin təzahürüdür. Ravelin ispan musiqisinə bəslədiyi bu maraq bəlkə də bəstəkarın ana tərəfdən ispan mənşəli bask xalqına mənsub olması ilə bağlıdır. Ravel yaradıcılığında, ümumiyyətlə, müxtəlif qədim və müasir rəqslərin oynaq və ifadəli ritmlərindən fəal istifadə olunmuşdur. "Dafnis və Xloya" baleti, fortepiano üçün bəstələdiyi "Nəcib və sentimental valslar", "Övlad və sehrbazlıq" operası, məşhur "Vals" xoreoqrafik poeması gözəl rəqs ritmləri ilə aşılanmışdır. Ravelin əsərlərində caz musiqisinin əlamətləri də müşahidə olunmaqdadır. Həmin meyl bəstəkarın skripka və fortepiano üçün sonatasında, fortepiano və orkestr üçün konsertlərində öz bariz əksini tapır. Ravelin fortepiano və orkestr üçün 1-ci konsertinin bir qeyri-adi xüsusiyyəti var. Birinci Dünya müharibəsində sağ əlini itirmiş Avstriya pianoçusu Paul Vitqenşteynin sifarişi ilə yazılmış bu əsər yalnız sol əl üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, Ravel özü də Birinci Dünya müharibəsində könüllü olaraq sürücü və sanitar kimi iştirak etmişdir. Sonralar bəstəkar "Kuperenin məqbərəsi" adlı fortepiano üçün süita yazmış və onu müharibə zamanı həlak olmuş dostlarının xatirəsinə ithaf etmişdir. Ravel irsi dünya musiqi mədəniyyətinin xəzinəsini dəyərli töhfələrlə zənginləşdirmiş və müasir musiqinin inkişafında böyük rol oynamışdır. İndi isə başınızı ağrıtmayır,məşhur Boleroya qulaq asmağa dəvət edirəm.Tam sakitlik içində bu musiqiyə qulaq asaq: Düzdür,orijinalın yerini heç cür verə bilməz.amma gitarada da gözəl alınır: Amma bəlkə də Bolero ən yaxşı ifada məhz aşağıdakı şəkildədir. Super; Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Moris Ravel', 'Bolero', 'Maurice Ravel']
6,574
https://kayzen.az/blog/musiqi-qruplar%C4%B1/1885/ace-of-base.html
Ace of Base
Dior
Musiqi qrupları
29 may 2010, 22:00
Ace of Base(Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə «Tech Noir»adı ilə qatılıb.Adından da göründüyü kimi onlar tecno musiqi ifa etmişlər.Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək Ace of Base adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Jenny Berggren, Jonas «Joker» Berggren, Malin «Linn» Berggren və Ulf «Buddha» Ekberg olub. Qrup İsveçdə yaranıb.1997-c- ildə onu üzvü Linn,2009 isə Cenni Berqqern tərk edir.1992- ci ildə ilk albomları olan Happy Nation satışına görə Kinesin rekordlar kitabına düşmüşdür.Satış 21 milyon olub.Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.Daha sonradan Wheel of Fortune ilə onlar daha da böyük uğur əldə etməyə başladırlar.Bu sinql çıxdığı gündən musiqi reytinqlərində birinci yerlərdə yerləşirdi. Bundan sonra Ace of Base bir birinin ardınca musiqi dünyasına uğurlu  albomlar təqdim etdi. Happy Nation (1992) Single: Wheel Of Fortune, All That She Wants, Happy Nation, Waiting For Magic.The Sign (Happy Nation ABD versiyonu) (1994) Single: All That She Wants, The Sign, Don't Turn Around, Living In Danger.The Bridge (1995) Single: Lucky Love, Beautiful Life, Never Gonna Say I'm Sorry.Flowers (1998) Single: Life Is A Flower, Always Have Always Will, Cruel Summer, Travel To Romantis.Cruel Summer (1998) Single: Cruel Summer, Whenever You're Near MeSingles of the Ninetees (1999) Single: C'est La Vie Always 21, Hallo Hallo.Da Capo (2002) Single: Beautiful Morning, UnspeakableAce of Base repertuarı arasında ən çox sevdiyim mahnılardan biri.Lap keçmiş zamanlar yadıma düşür. All that she wants She leads a lonely life She leads a lonely life When she woke up late in the morning light And the day had just begun She opened up her eyes and thought Oh what a morning It's not a day for work It's a day for catching tan Just lying on the beach and having fun She's going to get you All that she wants is another baby She's gone tomorrow boy All that she wants is another baby All that she wants is another baby She's gone tomorrow boy All that she wants is another baby All that she wants — all that she wants So if you are in sight and the day is right She's the hunter you're the fox The gentle voice that talks to you won't talk forever It is a night for passion But the morning means goodbye Beware of what is flashing in her eyes She's going to get you All that she wants is another baby She's gone tomorrow boy All that she wants is another baby All that she wants is another baby She's gone tomorrow boy All that she wants is another baby  Happy Nation Happy nation Laudate omnes gentes laudate Magnificat in secula Et anima mea laudate Magnificat in secula translated: (praise, all people praise) (the greatest in all time) (and praise my soul) (the greatest in all time) Happy nation living in a happy nation Where the people understand And dream of perfect man Situation lead to sweet salvation For the people for the good For mankind brotherhood We're traveling in time Ideas by man and only that will last And over time we've learned from the past That no man's fit to rule the world alone A man will die but not his ideas Happy nation... We're traveling in time Traveling in time Tell them we've gone too far Tell them we've gone too far Happy nation come through And I will dance with you Happy nation Happy nation… Ace of Base qrupunun ən məşhur,ən gözəl mahnısı olan Beautiful Life: You can do what you want just seize the day What you're doing tomorrow's gonna come your way Don't you ever consider givin' up, you will find, oooh It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo I just wanna be here beside you And stay until the break of dawn Take a walk in the park when you feel down There's so many things there That's gonna lift you up See the nature in bloom a laughing child Such a dream, oooh It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo I just wanna be here beside you I just wanna be here beside you And stay until the break of dawn You're looking for somewhere to belong You're standing all alone For someone to guide you on your way Now and Forever It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo It's a beautiful life, oh oh ooo I just wanna be anybody Living in different ways It's a beautiful life I'm gonna take you to a place I've never been Before oh yeah It's a beautiful life I'm gonna take you in my arms and fly away With you tonight It's a beautiful life, oooh It's a beautiful life, oooh
['ace of base', 'beautiful life']
6,575
https://kayzen.az/blog/masonluq/1883/harun-y%C9%99hya-qlobal-masonluq-t%C9%99kam%C3%BCl-t%C9%99liminin-p%C9%99rd%C9%99arxas%C4%B1.html
Harun Yəhya "Qlobal Masonluq" - Təkamül təliminin pərdəarxası
mr13
Masonluq,onun tarixi
29 may 2010, 18:18
1832-ci il."Biql" gəmisi Atlantik okeanın dərin sularında sürətlə irəliləyirdi. Kənardan baxanda, o, adi bir yük və ya sərnişin gəmisinə bənzəsə də, səfərinin məqsədi tamam başqa idi.Ingiltərədən yola düşən bu gəmi bütün okeanı qət edərək və Cənubi Amerika sahillərinə çatacaqdı. O zamanlar heç kim üçün böyük önəm daşımayan "Biql" gəmisinin 5 illik səyahəti başlayırdı...Sonralar gəmini xeyli məşhurlaşdıracaq amil onun içində olаn bir sərnişinin аdı ilə bаğlıdır - çarlz Robert Darvin adlı 22 yaşlı gənc tədqiqatçı. əslində biologiyа deyil, dini təhsil almış, Kembric Universitetinin teologiya fakültəsini bitirmiş Darvin. O, uzun-uzadı dini təhsil alsa da, yaşadığı əsrin materialist düşüncələrindən xeyli təsirlənmişdi. Hətta "Biql"da səfərə çıxmazdan bir il qabaq xristian dininin əsaslarını rədd etmişdi.Gənc Darvin bu düşüncələrin təsiri аltındа çıxdığı səfər boyunca bütün kəşflərini materialist gözü ilə şərh etməyə çаlışırdı. Araşdırdığı canlıların xüsusiyyətlərinə yaradılış xaricində açıqlama gətirməyə çalışdı. Sonrakı illərdə bu fikirlərini daha da inkişaf etdirdi, təsnifata saldı və bir nəzəriyyə olaraq irəli sürdü. Darvinin 1859-cu ildə çap olunan "Növlərin mənşəyi" adlı kitabında irəli sürdüyü bu nəzəriyyə XIX əsrin fikir dünyasına görünməmiş təsir etdi, ateizmin əsrlərdir aradığı "elmi əsas"a çevrildi.Yaxşı, bəs "təkamül nəzəriyyəsi" Darvinin öz fikri idimi? Dünya tarixinin ən böyük yalanlarından biri sаyılаn nəzəriyyə öz-özünəmi ortaya çıxmışdı?Bir azdan özünüz də şahid olacaqsınız ki, əslində, Darvin təməl arqumentləri əvvəlcədən hazırlanan fikri müəyyən mənаdа genişləndirərək yenidən irəli sürməkdən başqa heç bir iş görməmişdi.Qədim Yunanıstandan Yeni dövr Avropaya qədər "təkamül" xurafatıDarvinin təkamül nəzəriyyəsinə görə, cansız maddədən öz-özünə canlı yaranıb, sonra da təbii şərtlər və təsadüflər nəticəsində müxtəlif növlər əmələ gəlib. Başqa sözlə desək, təkamül təlimi təbiətin qapalı bir sistem olduğunu, öz-özünə yarandığını və yaratdığını iddia edir. Bu düşüncə tərzi "naturalizm" adlanır. Naturalizm bir kitabxananın heç bir yazıçı olmadan öz-özünə ortaya çıxdığını iddia etmək qədər səfeh dünyagörüşüdür. Amma buna baxmayaraq, ta qədim dövrlərdən bəri bəzi sivilizasiyalar və filosoflar onu qəbul ediblər. Tarixən naturalizm Qədim Misir və Qədim Yunanıstan kimi bütpərəst cəmiyyətlərdə yaranıb və inkişaf edib. Sonradan xristian dininin dünyada yayılmаsı ilə bu düşüncə əsasən arxa plana keçib və müvəqqəti olаrаq ortadan qalxıb. Bu zаmаn Qərbdə bütün təbiətin və kainatın Allah tərəfindən yaradılması fikri hakim olub. Eyni zamanda, Islam dininin Şərqdə yayılmasınа paralel olaraq, zərdüştilik, bütpərəstlik, şamanizm kimi paqan (bütpərəst) inanclarla yanaşı, naturalist fikirlərin də aradan qаlxmаsınа səbəb olub, yaradılış gerçəyi şüurlarda hakim olub. Fəqət naturalist fəlsəfə gizlincə həyatını davam etdirib, məxfi dərnəklər tərəfindən yaşadılıb və uyğun zəmin formalaşanda yenidən meydana çıxıb. Xristian dünyasında naturalizmi yaşadanlar artıq dediyimiz kimi, masonlar və onların sələfi olan oxşar gizli dərnəklər olub. Türk masonlarına məxsus "Mason dərgisi"ndə bununla bağlı bildirilir: "Allahlardan xaric, təbiət hadisələrini araşdıran və yeni-yeni kəşflər edən şəxslər bunları gizli saxlamaq məcburiyyətində qalıblar. Bu isə cürbəcür işarələrin və şifrələrin ortaya çıxmasına səbəb olurdu".Burada "yeni kəşflər" sözü "naturalizmə uyğun elm" anlayışını ifadə edir. Belə təlimlər dindar cəmiyyətlərdə gizlincə inkişaf etdirilib, xüsusi işarə -şifrələr sisteminin formalaşdırılmаsınа və nəticə etibаrilə masonluğun köklərinin möhkəmlənməsinə səbəb olub.Bu cür gizli dərnəklərdən biri Tampliyerlərlə masonlar arasında bir növ "keçid mərhələsi" olan Gül-Xaç (Rose-Croix) dərnəyidir. XV əsrdə аdınа təsаdüf edilən bu təşkilat Avropada, xüsusilə əlkimya sahəsində xeyli məşhur olub, hamı dərnək üzvlərinin kimyagərliyin gizli sirlərinə vaqif olduğuna inanıb. Ancaq "Gül-Xaç"dan qalan ən əsas miras naturalist fəlsəfə və onun ayrılmaz hissəsi olan təkamül nəzəriyyəsidir. "Mason dərgisi"ndə Tampliyerlərin "Gül-Xaç"la əlaqəsi izah olunur, ardınca isə bildirilir ki, "Istər spekulyativ, istərsə də çağdaş masonluğun təşkilatlanması "operativ masonluq" əsrləri dövründə fəаliyyət göstərən təşkilatların xidmətidir. Fəqət ən böyük xidmət qədim ezoterik bilgiləri öyrənərək yaşadan bəzi qurumlarа məxsusdur. Onların da ən əsası Tampliyerlər (Templiers) və Rozkrua (Rose-croix) təriqətləridir. Rozkrua təriqətinin harada və necə yaradıldığı dəqiq bilinmir. Onun izlərinə ilk dəfə XV əsr Avropasındа rast gəlinir. Fəqət təriqətin daha qədim olduğu bəllidir. Tampliyerlərdən fərqli olaraq, Rozkrua əsasən elm sahəsində fəaliyyət göstərib. Onun üzvləri əlkimya ilə ciddi məşğul olublar. Onlar hər bir varlıqda təkamül izlərinin olmasına inandıqlarından, fəlsəfi fikirləri əsasən naturalizm üzərində qurulub. Buna görə də Rozkrua təriqəti Şərqdə "Təbiyyun" (naturalistlər) adı ilə tanınıb".Təkamül fikrini inkişaf etdirən digər bir mason təşkilatı isə Qərbdə deyil, Şərqdə yaranıb. Ustad mason Səlami Işındağ "Quruluşdan bu günə masonluq və bizlər" başlıqlı məqaləsində yazır:“Islam dünyasında masonluğun anoloqu olan "Ihvanüssəfa" dərnəyi vardı. Abbasilər xilafəti dövründə Bəsrədə qurulan bu gizli dərnək 52 böyük cilddən ibarət bir ensiklopediya hazırlamışdı. Həmin cildlərin 17-si təbiət elmlərinə aid idi. O kitablarda müasir darvinizmə xeyli bənzəyən açıqlamalar var idi. Bu kitablar Ispaniyaya qədər yayılaraq, Qərbin fikir adamlarına ciddi təsir göstərmişdi.” Islam dünyasının inkişaf etməsinə baxmayaraq, Islamın təməllərinə qarşı çıxan bu dərnək qədim yunan fəlsəfəsindən bəhrələnib və onu gizli rəmzlərlə ifadə edib. Bununla bağlı yuxarıda gətirdiyimiz sitatda daha sonra belə yаzılır:- Ismailiyyə məzhəbindən qaynaqlanan bu gizli dərnəyin əsas məqsədi dini ehkamların şifrələr və simvollarla açıqlanması idi. Dərnək bu yolda Pifaqor və əflatundan (Platon) təsirlənmişdi. Bu gizli dərnəyə girmək üçün insan öncə mistik ayinlərlə həyəcanlandırılır, sonra mənasız dini fikir və ehkamlardan təmizləndirilirdi. Daha sonra ona fəlsəfi və rəmzi fikirlər təlqin olunurdu. Bu mərhələləri keçən şəxs kimya, astrologiya, arifmetika (hesаb) təlimlərinə başlayırdı. Amma bütün bu bilgilər gizli saxlanılır və yeni üzvə ancaq onun öyrənməli olduğu şeylər öyrədilirdi. Masonluq öz köklərini bu cür təşkilatlardan götürüb. Həmin dərnəklərin bəzi fikirləri indinin özündə də mason ayinlərində qalmaqdadır”.Bu sitatdan masonların dinə münasibəti bir daha aşkar görünür - onlar dini "boş fikirlər" hesab edirlər. Halbuki masonluğun öz fəlsəfəsi başdan-başa boş inanclardan ibarətdir, heç bir dəlilə dayanmır və sadəcə təbliğat, daha doğrusu, təlqin məqsədi daşıyır. Onların əlində heç bir elmi fakt, tutarlı sübut olmadığına görə, bu cür yollarla fikirlərini insanlara аşılаmağa çalışırlar. Sitatdan həmçinin aşkar görünür ki, masonluğun Islam dünyasında anoloqu olan "Ihvanüssəfa" dərnəyi hansı işlərlə məşğul olub. Bu qurum haqq dinə qarşı çıxaraq, bütpərəst fəlsəfəni yayıb, onu müxtəlif simvollarla ifadə edib, gizli təlimləri yavaş-yavaş yeni üzvlərin beyninə yeridib... Islam tarixində buna bənzər müxtəlif dərnəklər və ayrı-ayrı fikir adamları olub. Böyük Islam alimi Imam Qəzalinin əsərlərində darmadağın edilən bu fikirlərin masonlar tərəfindən yaşadılması çox tarixi mətləblərə aydınlıq gətirir. Qəzali "əl-Munkiz minəd-dəlal" adlı əsərində "Ixvanüssəfa"nı ciddi tənqid edib, onun Qədim Yunan fəlsəfəsinə əsaslanan yanlış yolla getdiyini bildirib. "Fədaih-ul-Batiniyyə" adlı əsərində isə "Ixvanüssəfa"nın da daxil olduğu Ismailiyyə məzhəbinin təşkilatlarının bütün pisliklərini açıb göstərib."Aydınlanma" və təkamül xurafatının açığa çıxması"Gül-Xaç", yaxud "Ihvanüssəfa" kimi mason təşkilatları tərəfindən mənimsənilən və gizli şəkildə, çox vaxt simvollar yolu ilə ifadə edilən materialist-təkamülçü düşüncələr Avropada katolik kilsənin sosial gücünün zəifləməsilə aşkara çıxmağa başladı. Beləcə, xristianlıq tərəfindən təxminən 1000 il boyunca sıxışdırılan dinsiz təlimlər qol-qanad açmağa başladı, XVII və XVIII əsrlərdə Avropa filosofları arasında geniş yayıldı. Bu dövr "aydınlanma dövrü" adlanır. Şübhəsiz ki, bu termini seçənlər özləri də həmin dinsiz fikirlərin tərəfdarı olublar. Onlar daha öncəki dönəmi "qaranlıq dövr" kimi qələmə verərək, bunun məsuliyyətinin dinin üzərinə düşdüyünü bəyan ediblər və Avropanın dindən uzaqlaşdıqca "aydınlandığını" bildiriblər. Bu səfeh bölgü indinin özündə də din düşmənlərinin əlində əsas arqumentlərdən biridir.əslində isə "aydınlanma" Qərbə yaxşı heç nə gətirməyib. Onun ən əsas mərhələsi Fransada baş verib və nəticədə, bir müddətdən sonra Böyük Fransа inqilabı ölkəni qan gölünə çevirib. Məşhur ingilis filosofu Edmund Börkün (Edmund Burke) Fransa inqilabı və "aydınlanma" dövrü ilə bağlı analizləri olduqca maraqlıdır. O, 1790-cı ildə nəşr etdirdiyi "Reflections on the French Revolution" (Fransız inqilabı haqqında düşüncələr) adlı məşhur əsərində həm "aydınlanmanı", həm də onun meyvəsi olan Fransа inqilabını kəskin tənqid edir, bu olayların cəmiyyəti birləşdirən din, əxlaq, ailə quruluşu kimi təməl dəyərləri məhv etdiyini, terrora və anarxiyaya zəmin hazırladığını vurğulayır, "aydınlanma"nı "insan ağlını parçalayan hərəkət" adlandırır.Bu parçalayıcı hərəkətin liderləri isə masonlardır. Fransа inqilabını hazırlayan Volter, Didro, Monteskye kimi şəxslərin hamısı mason olub. Fransа inqilabına liderlik edən yakobinçilər də masonlarla sıx əlaqədə olublar. Belə ki, bəzi tarixçilər hətta yakobinçilik ilə masonluğu bir-birindən ayırmağa çətinlik çəkirlər. (Bax: Harun Yəhya, "Yeni Mason Sistemi", 1996)Fransа inqilabı zamanı dinə qarşı çox ciddi düşmənçilik siyаsəti aparılıb. Xeyli din adamı gilyotinə göndərilib, kilsələr xaraba qoyulub, xristianlıq tamamilə ləğv edilərək, əvəzində "Ağıl dini" adlandırılan səfeh bir "din" təbliğ olunub. Inqilaba liderlik edənlərin özləri də sonda bu çılğınlığın qurbanı olaraq, minlərlə insanı göndərdikləri gilyotində edаm olunublаr. Qeyd edək ki, Böyük Fransа inqilabı ilə bağlı mübahisələr bu günün özündə də davam edir.Fransа inqilabından sonra din əleyhdarlarının dalğası sürətlə bütün Avropanı bürüyərək, XIX əsr din düşmənlərinin ən aqressiv dövrü kimi tarixə düşüb. Və elə bu zaman da əsrlərlə gizlində qalan materialist-təkamülçü fikirlər meydana atılıb. Didro, Baron Holbax kimi materialistlər dinə qarşı bayraq qaldırarkən, elm dünyasında Qədim Yunanıstanın təkamül əfsanəsi ortaya çıxıb.
['Rozenkreyserlər', 'təkamül nəzəriyyəsi', 'Darvin']
6,576
https://kayzen.az/blog/mr13/1881/no-smoking.html
No smoking!!!
mr13
Bloq: mr13
29 may 2010, 17:06
Siz hələ də siqaret çəkirsiniz? Amma mən tərgitdim. Bilmək istəyirsiniz necə?  Siqaret çəkmənin zərərləri haqda danışmayacam. Bu haqda saytda artıq "Siqaret çəkmənin zərərləri" adl topik olub. Siqareti tərgitmənin çox üsulları var amma məncə ən yaxşısı imandır. Bundan qabaq siqareti bir neçə dəfə tərgitmişdim, amma çifayda uzaq başı 1 ay. İndi Əlhəmdülillah çəkmirəm. Allah rizası üçün tərgitdim. İmanlı şəxs üçün bu artıq ən böyük vasitədir siqareti tərgiitmək üçün. Allah Təalə buyurur: “Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.”  Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək: «Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. » Bəli, ey insan! O gün əl şahidlik edərək deyəcək: ”Ya Rəbbi! mən verdim, mən aldım, mən götürdüm”. Ayaq deyəcək: “Mən getdim”. Dil deyəcək: “Mən danışdım”. Göz isə deyəcək: “Mən baxdım”. O gün insanın bütün əzaları danışacaq. İndi təsəvvür edin ki, Bu ağ ciyər sizə qarşı şahidlik edir. Təsəvvür etdiniz??? Əgər bütün bu dediklərim sizi hələ də siqareti tərgitməyə sövq etmədisə bəlkə albomdakı şəkillərin köməyi oldu.
['iman', 'siqaret çəkmək', 'siqaretin zərəri']
6,577
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1852/suvorov.html
Suvorov
papatürk
böyük hərbi xadimlər
29 may 2010, 11:35
Ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox da varlı deyillər. Ona görə istər rus çarları, istərsə də sovet çarlarının əmrilə tarixçi və publisistlər daim öz qələmlərilə bu boşluğu doldurmağa çalışırdılar. Və əgər XIX əsr çürük Osmanlı imperiyası olmasaydı, ümumiyyətlə Rusiya min il ərzində hər hansı bir döyüşdə qalib gələn sərkərdə nə olduğunu bilməyəcəkdilər. Ona görə bu xalq daim yalançı qəhrəmanlar və sərkərdələr düzəltməyi öz ideoloqlarına və sənətkarlarının qabağına tələb kimi qoyurdu. Rusların tək-tük həqiqi döyüş komandanlarından biri də türk mənşəli Suvorovdur. Damarlarında türk qanı axan bu sərkərdə kiçik hərbçi ailəsində anadan olmuş, 17 yaşlarında Semyonovsk alayında fəaliyyətə başlamışdır. 1749-cu ildə podporuçik, iki il sonra serjant olur. İlk döyüş sınaqlarını yeddiillik müharibədə keçirir (1756-1763). Rusiya bu zaman Liflandiya və Kurlandiya uğrunda isveçlilərlə qızğın döyüşlərdə idi. Bu zaman Suvorovu podpolkovnik rütbəsində Prussiyaya göndərirlər. Həmin ildə o, Sileziyanın alınmasında iştirak edir. 1761-ci ildə general Berqin yanında süvari alayının komandiri olur. Sonra Arxangelsk draqun alayına keçir. 1762-ci ildə Suvorov polkovnik rütbəsində Həştərxan alayına komandir təyin olunur. 1763-cü ildə Suzdal alayında ikən rus hərbi sistemində yenidənqurma başlayır. Və bu zaman Suvorovun ideyaları ilk dəfə orduda tətbiq olunur. Suvorov sistemində ilk mərkəzi fiqur sıravi əsgərdir. Lakin Suvorovun şəxsi hərbi məktəbi 1768-ci ildən başlayır. Onun alayı Smolenskini tərk edib, yeni Ladoqada polyak konfederatları ilə döyüşlərə başlayır. Alay tapşırıqları asanlıqla yerinə yetirir. Sonra sürətli bir gedişlə polyak Savvanın hissələrini əzir. Sonra Suvorov Dumurda mayın 13-də konfederatları təkrarən məğlub edir. O, polyak getmanı Oqinskinin Brestə hücum etdiyini eşidib ona doğru yeriyir. O, getmanı məğlub edib Lüblinə qayıdır. Lakin əvvəllər onun Krakovu həmlə ilə almaq cəhdi uğursuzluqla nəticələnir. Buna baxmayaraq, aprelin 12-də qala təslim olmağa məcbur olur. Peterburqa qayıdanda Suvorova general-mayor rütbəsi verilir. Ümumiyyətlə götürdükdə, Suvorov bir sərkərdə kimi yalnız o dövrdə artıq tənəzzüldə olan türk imperiyası sərkərdələri üzərində qələbələri ilə tarixə daxil olur. Bu illərdə təzəcə evləndiyi arvadı Varvara İvanovna hədsiz sayda adamlarla intim əlaqədə olması nəticəsində Suvorov rüsvayçılığa dözə bilməyib arvadından ayrılmalı olur. O, 1783-cü ildə Noqay tatarlarının müqavimətini amansızcasına qırıb onları Rusiyaya təslim edir. Üç ildən sonra diviziya komandanı təyin olunur. 1788-ci ildə Fokşan və Rımnikdə türkləri məğlub etdiyinə görə müqəddəs Roma imperiyasının qrafı tituluna layiq görülür. İki il sonra İzmayıl qalasını türklərdən həmlə ilə aldığına görə feldmarşal olur. 1795-ci ildə 65 yaşlı sərkərdə Praqanı aldığına görə bir çox Avropa dövlətlərinin orden və medalları ilə təltif olunur. Avropada onun sərkərdəlik fəaliyyətinin ən parlaq nöqtəsi öz qoşunları ilə Fransadan Alp dağlarını keçib İtaliyaya gəlməsi olur. Və bu şücaətinə görə 1799-cu il oktyabrın 29-da ölümündən bir neçə ay qabaq generalissimus tituluna layiq görülür. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Suvorov', 'Aleksandr Vasilyeviç Suvorov', 'Суворов']
6,578
https://kayzen.az/blog/ginekologiya/1388/ayba%C5%9F%C4%B1-zaman%C4%B1-probleml%C9%99r.html
Aybaşı zamanı problemlər
Leyla
ginekologiya
28 may 2010, 23:18
Aybaşılarla bağlı qadınlar müxtəlif problemlərlə — ağrı, güclü qanaxma, aybaşının gecikməsi və s. ilə üzləşə bilərlər. Amenoreya – aybaşının olmaması. Qızlarda 16 yaşına qədər aybaşının olmaması, qadınlarda 6 ay ərzində aybaşının kəsilməsi amenoreya adlanır. Amenoreya 16 yaşa qədər, klimaks və döşlə əmizdirmə dövründə fizioloji sayılır. Əgər amenoreya bədən çəkisinin kəskin azalması, ciddi xəstəlik, qidalanmanın pozulması, həddən artıq məşqlər və stress fonunda baş verərsə, bu patologiya sayılır. Güclü və uzunmüddətli qanaxma (menorragiya) – bu aybaşıdan fərqlənən vaginal qanaxmadır. Bəzən aybaşı menorragiyaya keçə bilər. Yeniyetməlik və preklimakterik dövründə tez-tez hormonların disbalansı (balansın pozulması) baş verir ki, bu da aybaşı tsiklinin pozulmasına və uşaqlıq qanaxmalarına səbəb olur. Uşaqlıq qanaxmaları həmçinin fertil yaşlarda da rast gələ bilər və bunun da səbəbi uşaqlığın fibromioması (şişi) və poliplərdir. Belə qanaxmaların müalicəsi fərdi, yəni hər bir konkret halda onun səbəbi aşkar ediləndən sonra aparılmalıdır. Uşaqlıq qanaxmalarının nəticəsi olan həyati təhlükə törədən anemiya (qanazlığı) əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.Dismenoreya – ağrılı aybaşıdır. Bu problemə münasibət birmənalı deyil. Aybaşının ilk günlərində ağrının olması normal sayılır. Əgər ağrılar intensiv, daimi deyilsə, qısamüddətlidirsə, onda həyəcana heç bir səbəb yoxdur. Əgər ağrılar həddən artıqdırsa və ürəkbulanmasına səbəb olursa, onda ağrıkəsici preparatlar qəbul etmək, səbəbi aşkara çıxarmaq və adekvat müalicə təyin etmək lazımdır. Bunu ancaq həkim etməlidir.Aybaşı pozğunluğu zamanı ağrılar haqqında da oxuya bilərsiniz.   Qadınları həmçinin aybaşı ilə əlaqədar olan premenstrual sindrom narahat edir. Aybaşıya 2 həftə qalmış qadını aşağıda qeyd edilənlər narahat edir: Qarının köpməsi;Döş vəzilərinin şişməsi və ağrılı olması;Susuzluq və şişkinlik;Bəzən ürək ritminin pozulması və ürək nahiyəsində ağrılar;Ürəkbulanma, başgicəllənmə, baş ağrıları;İştahanın azalması və ya artması;Bədən hərarətinin artması, üşütmə;Qıcıqlanma, aqressivlik, bəzən depressiv vəziyyət;Yuxunun və yaddaşın pozulması. Bu zaman nə etmək lazımdır? Özünüz üçün xoş əhval-ruhiyyə yaradın, gərgin vəziyyətlərdən yayının.İmkan daxilində təmiz havada çox gəzin, bədən tərbiyəsi ilə məşğul olun.Duzlu, acı, kəskin yeməklər, alkoqol, kofe, tünd çay, şokolad qəbul etməyin.Tərkibində zülalı çox olan yeməklər qəbul edin.Yaxşı istirahət və yuxu çox vacibdir.A, B, E qrup vitaminlərinin qəbulu məsləhətdir.Siqaretdən imtina edin.Səhər və axşam kontrast duş qəbul edin. Aybaşı zamanı gigiyena qaydaları Bezləri tez-tez dəyişin (hər 3 saatdan bir);Gündə bir dəfə ilıq duş qəbul edin;Bezləri hər dəfə dəyişdikdə yuyunun, çünkiAybaşı qanı bakteriyalar üçün əla qidalı mühitdir;Aybaşı qanı hava ilə təmasda olduqda iy əmələ gəlir;Qanlı ifrazat cinsiyyət üzvlərini qıcıqlandırır və ağrı baş verir;Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskinə görə arzuolunmazdır. Bezi / tamponu neçə vaxtdan bir dəyişmək lazımdır? Gigiyenik bez ona menstrual ifrazat tam hopmamış dəyişilməlidir. Tampon və ya bezlərdən istifadə etməyi hər qadın özü həll edir. Tamponları tez-tez (4-8 saatdan bir) dəyişmək lazımdır. İfrazatlar az olarsa super hopduran tamponlardan istifadə etməyin. Tamponların çox gec dəyişdirilməsi toksiki şok sindromuna (TŞS) səbəb ola bilər. TŞS çox az rast gələn, lakin ölümə səbəb olan xəstəlikdir. 30 yaşa qədər olan qadınlar, xüsusilə yeniyetmələr TŞS görə risk qrupuna daxildirlər. Pambıq və ya viskoza tamponlardan istifadə edən qadınlarda TŞS bezdən istifadə edən qadınlara nisbətən daha tez-tez baş verir. Tamponların istifadəsi ilə bağlı məsləhətlər:    Tamponlardan istifadə etdikdə onun təlimatı ilə tanış olun;Zəif hopdurucu tamponlardan istifadə edin;Tamponları 4-8 saatdan gec olmayaraq dəyişin;Tampon və bezlərdən növbə ilə istifadə edin;Toksiki şok sindromuna xəbərdarlıq edən əlamətləri yadda saxlayın (aşağıya baxın);Aybaşı arası vaxtlarda tampondan istifadə etməyin. Aybaşı zamanı tampondan istifadə etdikdə sizdə aşağıdakı simptomlar olarsa, dərhal həkimə müraciət edin: Qəflətən hərarətin qalxması;Əzələ ağrıları;Diareya;Baş gicəllənmə, ürək bulanma, bayılma;Günəş şüaları ilə yanığa bənzər qızartı;Boğazda ağrılar;Gözlərdə qansızmalar. mənbə qadin.net saytı
['aybaşı', 'menstruasiya', 'tampon', 'qanaxma', 'amenoreya', 'ginekoloji problemlər', 'ginekoloji sağlamlıq', 'intim gigiyena', 'qadın sağlamlığı', 'ginekalogiya', 'ginekologiya', 'qadın xəstəlikləri']
6,579
https://kayzen.az/blog/mr13/1869/aman-tello.html
Aman Tello
mr13
Bloq: mr13
28 may 2010, 21:15
İnternetdə qurdalanırdım bayaq və qarşıma erməni karaoke saytı çıxdı. iki dəqiqədən sonra artıq bir Azərbaycan mahnısı tapdım. Allah bilir saytda daha neçəsi var. НУНЕ ЕСАЯН — «АМАН ТЕЛО» Диск: НУНЕ ЕСАЯН-ХАВАРЕ МЕР Слова: НАРОДНАЯ ПЕСНЯ Музыка: НАРОДНАЯ
['Aman tello']
6,580
https://kayzen.az/blog/cqk/1866/vunderklass-suallar-iv.html
Vunderklass - suallar IV
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
28 may 2010, 20:06
Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından. 86.   Gördüyünüz şəkil bir aksiyanın təbliğat kompaniyasında istifadə olunmuşdur. Buradakı boş ƏRAZİNİ reklam plakatını hazırlayanlar necə adlandırmışdılar? Maksimal dəqiqliklə 3 sözdən ibarət ifadəni 1dəqiqə ərzində cavab kartlarınıza yazın. Müəllif : Vüqar 87.   (2004-cü ildə Fransada bir tədbirlə əlaqədar Paytaxtı 1 həftəlik Rekvizitdə gördüyünüz afişalar bəzəməyə başladı. Diqqət sual! Afişa hansı tədbirə həsr olunmuşdu? Müəllif : Emin 88. ekvizitdə 2 şəhərin həqiqi və məcazi kodları verilmişdir. Əgər diqqətli olsanız bu kodlar sizə həmin şəhərlərin adını tapmaqda kömək edər.  Müəllif : Seymur 89.   sms.spravka.dn.ua saytı Ukrayna mobil istifadəçiləri üçün xidmət göstərən bir saytdır. Sayt vasitəsi ilə mobil telefon istifadəçiləri özünün və ya başqasının telefonuna sms, mms, şəkil, musiqi və müxtəlif yükləmələr göndərə bilər. Rekvizitdə saytın ana səhifəsinin görünüşü təsvir olunub. İstifadəçilər əməliyyatı elə bu şəkil üzərindən yerinə yetirirlər. Diqqət sual! Bəs sayt Administrasiyası bu xidməti necə adlandırıb?  Müəllif : Emin 90.  1-ci qasırğa, 2-ci tərif, 3-cü isə hörmətli şəxsdir. 1983-cü ildə yaranmış bir incəsənət nümunəsi onların 3-nü də bir araya gətirdi. Söhbətin nədən getdiyini bildinizsə, bu incəsənət nümunəsinin adını cavab kartlarınıza yazın. Müəllif: Seymur Salamov
['NHN sualları', 'NHN', 'cqk']
6,581
https://kayzen.az/blog/346/1827/yeni-%C3%B6d%C9%99m%C9%99-sistemiarvad-k%C9%99%C5%9Ffi.html
yeni ödəmə sistemi(arvad kəşfi)
ramzes
346 saylı marşrut
28 may 2010, 14:56
Yeni ödəmə sistemi: (istəməyənlər  oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)Marşrut o qədər yazmalı mövzudur ki, bu haqda yazsan heç Drezden kitabxanasına da sığmaz. Hər gün olduğu kimi bu gün də marşrutda gördüklərimdən heyrətləndim, bir növ öyrəşsəm də, yeni yeni faciələrlə rastlaşıram. Səhər səhər həmişə olduğu kimi yenə basabas idi. Basabasda bir boş yer yarandı, şüşəyə yapışmış bir qızın yanında dayanan iki oğlan bir-birinə gülə-gülə keç otur deyərək, usta bir yolla qız ilişdilər. Maraqlıdır mən şəxsən marşrutda bircə sağ salamat marşrutdan düşəmək haqda düşünürəm. Gedələr hər şəraitdə qız ilişməyi bacarır. Marşrutda ayaq barmaqlarını itirmək təhlükəsi ilə qarşılaşan təxminən 50 yaşında bir qadın dözməyərək marşrut sürücüsü ilə mübahisə də etdi: “bundansa özəl taksi tutmaq daha sərfəlidir” hər halda bir qədər özünə təsəlli verdi. Marşrutun içərisində elə bil qavqamel döyüşü gedirdi. Ətrafda da vəziyyət gərgin idi. Kafelərdən birinin adı 777 idi. İki qız axşam pusu serialında Poladın qızının oğurlanacağı proqnozunu verdi, istər istəməz hər kəsin fikiri qaldı bunların söhbətində. Adəti üzrə marşrut axırıncı dayanacağa çatmağa 100 metr qalmış hər kəs yerindən qalxır və bir birini tapdalayır. Fiziki və psixoloji zədələr alıb birtəhər marşrutdan düşdüm. Qayıdarkən istənilən dəhşəti görə biləcəyimi bilirdim. Qayıdarkən çox böyük bir kəşf etdim. Yaşlı (hardasa 70 80 arası) bir arvad marşrutdan düşərkən “ allah köməyin olsun ay bala” cumləsini deyib marşrutdan düşdü. İstər istəməz sürücü ürəyində söydü. Bunun nə demək olduğunu elmi şəkildə izah etmək qəliz məsələdir. Bir neçə versiyanı nəzərdən keçirdim. Birinci fikirləşdim ki, yəqin elə bilir marşrutlar müftə(pulsuz) işləyir. İkinci variantım belə oldu ki, yəqin yadından çıxıb ona görə pulu vermib. Dərindən düşündükdən sonra hər iki variantın səhv olduğunu bildim. Hər şey çox sadə imiş, arvad yeni həm də qədim valyuta sistemi kəşf edib, amma bu kəşfi haqqında heç vaxt heç yerdə danışmayıb. Banklar, ehtiyatlı olun!Müflisləşə bilərsiz. Xahiş edirəm ki, bu kəşfə Ramzes kəşfi adı verməyəsiz, mən istəmirəm ki, o arvad Xristofor Kolumbun taleyini yaşasın. Gəlin onun müəlliflik hüququnu pozmayaq, ona görə də arvadın adını bilmədiyimiz üçün bu kəşfə arvad kəşfi adı verək. Marşrutadan səhər səhər düşəndə 10 , 20 ,50 , 100 manat verənlər qoy arvad kəşfindən faydalansınlar. Yeri gəlmişkən bir post da hazırlamışam maraqlı olsun deyə ucundan qulağından biraz məlumat verim. Postun adı “Tayson və Marşrut sürücüləri”dir. Bu postu  bir kəlamla bitirmək istəyirəm: Əgər pivənoyda oturub, pivələyib şot vermisənsə, deməli artıq kişisən.( 21-ci əsr atalar sözü)
['Azərbaycan reallıqları']
6,582
https://kayzen.az/blog/sinir/1127/meningitd%C9%99n-qorunun-u%C5%9Faqlara-baxmaq-olmaz.html
Meningitdən qorunun (uşaqlara baxmaq olmaz)
loğman
Sinir sistemi
28 may 2010, 12:11
Sinir xəstəlikləri ən qorxulu xəstəliklərdir.Kimsə inanmırsa aşağıdakı şəkillərə baxsın.
['meningit', 'sinir xəstəlikləri']
6,583
https://kayzen.az/blog/mr13/1841/g%C3%B6z-ya%C5%9Flar%C4%B1-v%C9%99-balaban.html
Göz Yaşları və Balaban
mr13
Bloq: mr13
28 may 2010, 11:44
Dünən Osloda Eurovision 2010 mahnı müsabiqəsinin II yarımfinalı keçirildi. Azərbaycan da bu yarımfinalda çıxış edirdi və finala vəsiqə qazanan komandalardan biri oldu. Biz dünyaya istedadımızı, sevgimizi və göz yaşlarımızı , "erməni" lər isə bizə balabanımızı göstərdi. Biz qalib gəlmək istəyirik, ermənilər isə təbliğ etmək.   P.S. Rusiya komentatorla Safuranın qalibiyyətə əsas namizədlərdən biri olduğu, gözəlliyi və paltarı barədə ağızdolusu danışdılar. "erməni"lər çıxış etdikdə isə ancaq və ancaq əfsanəvi "duduk" ifaçısını Jivan Qasparyandan danışdılar...
['eurovision 2010']
6,584
https://kayzen.az/blog/ugura-yol/1837/1.-add%C4%B1m-%C3%B6z%C3%BCn%C3%BC-k%C9%99%C5%9Ff-etm%C9%99k.html
1. addım-Özünü kəşf etmək
Cavid
Müvəffəqiyyətə gedən yol
28 may 2010, 01:20
Özünü tanımayan insanlar öz həbsxanalarını inşa edən məhkumlar kimidir. Con U.Qardner Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir. Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır: - Evrika, Evrika! Tapdım! Kəşf etdim! Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı? Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı "Almaz ərazisi" hekayəsi. Almaz ərazisi Qədim dövrlər. Hind çayı sahilləri. Almaz yatağı taparaq var-dövlət sahibi olan insanların sayı günü-gündən artmaqdadır. Bütün ərazi bu xəbərlə çalxalanır. Hər kəs almaz axtarışı və xülyasındadır. Böyük əraziyə, bağa-bağçaya sahib Əli Hafəd adlı bir nəfər bu xəbərlərdən elə mütəəssir olur ki, nəhayətdə bütün mal-mülkünü satıb zənginlik xəyalları ilə yola düşməyə qərar verir. Lakin illər sürən arayış, çəkilən zəhmət nəticəsiz qalır və o, yaşadığı hadisələrin təsirindən elə hala gəlir ki, özünü çaya ataraq intihar edir. Digər tərəfdən mal-mülkün yeni sahibi həyəti dolaşarkən parlaq cisimlərlə qarşılaşır. Daşların gözəlliyinə heyran qalaraq onların bir neçəsini evinin ən görkəmli yerinə qoyur. Yeni sahibkarın evinə bir gün yaşadığı yerin ən müdrik adamı qonaq gəlir. Evin görkəmli yerindəki daşlar qocanın diqqətini çəkir və yeni sahibkar ondan daşların almaz olduğunu öyrənir. Sən demə, ərazi almazlarla doludur. Özünü çaya ataraq canına qəsd edən adam zənginliyi öz bağçasında axtarmaq yerinə ətrafda axtarmışdır. Halbuki, bütün zənginlik öz bağçasındadır. İnsanların çoxunun sahib olduğu tipik hal. Başqalarının nailiyyətlərini alqışlayıb qibtə ilə baxarkən, özünün sahib olduğu böyük potensialdan bixəbər olma. Zənginlik daxildə gizli ikən, özünü heçliyin dəryasında boğma. Əslində Yaradıcı insanların hər birinə müvəffəqiyyət gətirəcək qabiliyyətlər və xüsusiyyətlər vermişdir. Lakin bu məqsədin meyvəsilə bəhrələnənlər verilmiş nemətləri pas tutmağa məhkum etməyənlərdir. Ən böyük kəşfinizə biganə qalmayın! Özünüzü kəşf edin! Bəzən bir sual gəlir ağla. Nə səbəbə özümüzü kəşf və idrak etməliyik? Cavab bəsitdir. Bir az düşünün. Sahib olduqlarınız və xəyal etdikləriniz arasındakı fərqi nəzərdən keçirin. Böyük uçurumla qarşılaşacaqsınız. Bu özünüzü kəşfiniz üçün yetərli əsas deyilmi? H.T.Bokl "Kim ki, qaranlığı hiss etmir, o işığa müraciət edə bilməz", - deyir. Yaşadığınız qaranlıqlan özünükəşf fənəri ilə aydınladın! Dəyişməyə qərar verin. Uestminister monastırının zirzəmisində dəfn edilən Anqlikan keşişinin məzarı üstündə bu ifadələr yazılıdır: "Gənc və xəyallarım sonsuz olduğu dövrdə dünyanı dəyişdirmək istəyirdim. Yaşlanıb dünya görüşüm artıqda dünyanın dəyişməyəcəyini anladım. Mən də istəklərimi bir az da azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim. Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını buraxdı. Daha da yaşlanarkən son bir cəhdlə ailəmi və ən yaxınlarımı dəyişdirməyə qərara aldım. Amma, çox təəssüf, onları da qəbul etdirə bilmədim. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim. Onlardan alacağım cəsarət və ilhamla məmləkətimi daha da inkişaf etdirərdim. Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim. Ətrafınızdakıları dəyişdirməklə işə başlamayın. Çünki indilik dəyişməsi lazım olan sizsiniz. Dəyişməyə qərar verin. Həyata fərqli prizmadan yanaşın. Müvəffəqiyyətə gedən yolda əməl etməyiniz vacib olan prinsiplərdən biri həyata yanaşmanızı dəyişdirmənizdir. Con Kolenso "Həyata küsən insan həyatdan dərs ala bilməz", - deyir. Həyata və gələcəyə daha inamla baxmalı, gözəl işlər görmə məqsədilə çalışmalısınız. Baxışınızla müvəffəqiyyət portretinizi çəkəcək, gələcək həyatınızı şəkilləndirəcəksiniz. Əşya və hadisələrin gözəl tərəflərini görmək zirvələrə yüksəlişə, bədbinlik isə heçliyə yelkən açmanıza zəmin yaradacaq. Unutmayın, həyatınız ona baxışınız və müvafiq davranışınızın yansımasıdır. Bir gün ata və oğul meşədə gəzirlər. Necə olursa, oğul yıxılır və "Ah" deyib qışqırır. Elə həmin an qarşıdakı dağdan "Ah" deyə bir səs gəlir. Oğul səsin sahibin araşdırmaq üçün "Sən kimsən?", - deyə səslənməyə başlayır. Aldığı cavab sualının eynisi olur - "Sən kimsən?". Oğul bu dəfə qəzəbindən "Sən qorxağın birisən", - deyə səslənir. Dağdan gələn səs də onu qorxaqlıqla tənbeh edir. Oğul atasına müraciət edərək məlumat almaq istəyir. Ata Oğlum, dinlə və öyrən", - deyib dağa səslənir: "Sənə heyranam!", - deyir. Gələn cavab "Sənə heyranam!", - şəklində olur. Ata yenidən səslənib, "Sən möhtəşəmsən!", - deyir. Dağdan cavab gəlir: "Sən möhtəşəmsən!". Sonra hələ də bir şey anlamayıb onu təəccüblü baxışlarla seyr edən oğluna dönərək sözünə davam edir: - Oğul, insanlar buna əks-səda deyirlər, amma əslində bu həyatdır. Həyat daima ona verdiklərini geri qaytarır. Həyat davranışların güzgüsüdür. Daha çox sevgi istədiyin zaman daha çox sev. Daha çox hörmət istəsən, daha çox hörmət et. İnsanların daha səbirli olmasını istəyirsənsə, daha səbirli olmağı öyrən. Bu qanun həyatımızın bir parçasıdır. Yadda saxla ki, həyatımız təsadüflərdən deyil, davranışlarımızın yansımasından ibarətdir. Elə isə həyata yanaşmanızı dəyişin. Gözəl görüb, gözəl düşünün. Çünki ancaq gözəl görən gözəl düşünər və gözəl düşünən həyatından ləzzət alar. Əsla "bit sindromuna" məruz qalmayın. Məlumunuzdur ki, öz boyundan dəfələrlə yüksəyə tullanma sahəsində rekord göstərici bitlərə aiddir. Beləki, onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın eyni performansı göstərməsi 200 metr hündürlüyə tullanmağı lazım qılır. Hətta işin daha da maraqlı yönü bitlərin 78 saat dayanmadan tullanmalarına davam etmələridir. Bitlər üzərində aparılmış maraqlı bir təcrübənin nəticəsini sizlə paylaşmaq istəyirəm. Bir gün bitləri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanmağa davam edən bitlərin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra bitləri 30 sm hündürlükdə qaba qoyur və qapağını örtərək isidirlər. Tullandıqca başı qapağa dəyən bitlər beləliklə 29 sm hündürlüyə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qabı qapağı açıq şəkildə isitməyə davam edirlər. Lakin bitlər tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artıq ən çox 29 sm hündürlüyə tullana biləcəklərinə qəbullanırlar. Günlük həyatda sözü gedən hadisənin bənzəri insanlarda da müşahidə olunur. Qarşılaşılmış əngəllər bir müddət sonra insanları ümidsizliyə sövq edir və müvəffəq olmayacaqlarına inandırır. Özqəbullanmalar qabiliyyətləri korladır, xəyali baryerlər idealları puç edir. Müvəffəq olmaq istəyirsinizsə, əsassız qəbullanmalarınızın məhsulu xəyali baryerləri yıxın. İmkanlarınız haqqında böyük düşünün və siz siz olun, əsla bit sindromuna məruz qalmayın. Çünki qazanmağa namizəd birinin itirilmiş bir məsələyə bağlanmağı qədər acınacaqlı durum ola bilməz. İçinizdəki makiyajı silin. Nədənsə çox vaxt "maska taxırmış" kimi hərəkət edirsiniz. Sevincli imiş kimi, zəngin imiş kimi, güclü imiş kimi, sakit imiş kimi olmadığınız birini canlandırırsınız. Özünüzümü aldadırsınız, yoxsa başqalarınımı? Ən təbii halınızla özümüz olmağa çalışmalıyıq. Ancaq özünü sevməyən, güvənməyən insan ətrafına hasar çəkər gizlənmək üçün. Yox, əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları haqqınızda nə düşünürsə, düşünsün, siz düşüncələrinizi reallaşdırın. Heç bir makiyaja ehtiyac olmadan içinizdəki divi oyandırın. Qəbullanmalara ram olmayın. Qabilyyətlərinizi kəşf edib, imkanlarınız haqqında böyük düşünməyə başladınızmı, ətraf mühitin qəbullanmaları ilə qarşılaşacaqsınız. Hətta ən yaxınlarınız belə "Bu iş belə gəlib, belə gedər", "Köhnə kəndə təzə qayda gətirməyə ehtiyac yoxdur" kimi sözlərlə həyata keçirməyi planladığınız layihələri mənasız sayacaq, yaşanılmış bənzəri nümunələri əsas gətirərək sizi vaz keçirmək istəyəcəklər. Ortada illərdir dəyişilməyəcəyinə inanılan qəbullanmalar var. Qəbullanmalara ram olmayın. Məsələn, 70 il əvvəl kinosevərlərin Tarzan olaraq tanıdığı Conni Veysmuller dünyaya gəlmiş-getmiş ən böyük üzgüçü hesab olunurdu. 1924-cü il Paris Olimpiada oyunlarının əfsanəvi iştirakçısı sayılan Veysmuller 100 və 400 m sərbəst üzgüçülük üzrə qızıl medal almaqla yanaşı,4x200 m üzrə yarışlarda da birincilik əldə edən komandada iştirak etmiş və üç birincilik qazanmışdı. 1928-ci il Amsterdam Olimpiadasında nailiyyətlərinə 2 qızıl da əlavə etmişdi. Əllidən çox rekord, məhz onun adını daşıyırdı. Beləcə, dünyadakı bütün məşqçilər və mütəxəssislər "Kimsə Conni Veysmullerin rekordunu qıra bilməz", - deyirdi. Bilirsinizmi Tarzanın rekordlarını indi kimlər qırır? 13 yaşlı qızlar. 1936-cı ilin olimpiada rekordları 1972-ci il olimpiadalarına qəbul edilmə standartı hesab olunurdu. Demək ki, qırılmış rekordlar yenidən də qırıla bilər. Elə isə, içində boğulmağa üz tutduğunuz qəbullanmalar vakuumunu qırın. Əmin olun, istəsəniz veriləcək, axtardığınız tapılacaq və vurduğunuz qapı mütləq üzünüzə açılacaq. Cəsarətinizi toplayın. Tommi məktəb dərslərini oxumaqda çətinlik çəkirdi. Davamlı sual soruşur, lakin dərs proqramını mənimsəyə bilmirdi. Atdığı hər addım uğursuzluqla nəticələnirdi. Nəhayətdə müəllimi onun valideyninə şikayət edib, öyrənə bilmədiyini və heç cür müvəffəq olmayacağını söyləyir. Lakin anası Tommiyə güvənməkdədir. Dolayısıyla özü evdə oğluna dərs verməyə başlayır. Və hər uğursuzluqla nəticələnən işdə ona cəsarət verir. Sizcə aldığı cəsarət Tommiyə nəyi bəxş etdi? O, bir ixtiraçı oldu və o qədər ixtiraya imza atdı ki, bu səbəblə ona Menlo parkının sehrbazı dedilər. Minə yaxın patentin sahibi halına gəldi. Bu şəxs ixtirası ilə dünyamızı aydınlığa boğan Tomas Alva Edisondur. Cəsarəti sayəsində milyonların tanıdığı insan olmuşdu. Məhz, bu səbəbdən Neyrolinqvsitik Proqramlaşdırma mövzusunda verdiyi seminarlar və qələmə aldığı yazılar ilə tanınan Məhəmməd Bozdağ cəsarət haqqında "Varlığınız cəsarətinizə bağlıdır"-deyir. "Cəsarətiniz varsa, hər kəs sizin varlığınızı hiss edər. Sizi insanların dünyasına sadəcə cəsarətiniz daşıyar. Cəsarətiniz yoxdursa, iç dünyanıza məhkum olarsınız". Demək ki, zəfərin ilk şərti cəsarətdir və ən pis halda qələbəyə bərabər məğlubiyyətdir, çünki cəhdiniz fiasko ilə nəticələnsə də, öz inam və güvəniniz ölməz. Cəsur davranmağa ehtiyacınız var. Bilirsiniz, tısbağaları sadəcə başlarından vurub öldürmək olur. Lakin onlar irəliləmək üçün başlarını önə çıxarıb, həyatlarını risk altına alırlar. Qazanmaq üçün itirməyi, gəzmək üçün yıxılmağı göz önünə almalısınız. Əslində, o qədər də itirəcək deyilsiniz. Yoxsa, Yaradıcının nemətləri başımızdan yağmur kimi yağdırdığının fərqində deyilsinizmi? Var gücünüzlə çalışın. Tomas Edison "Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur", - deyir. Cəsarətinizlə təkan verdiyiniz qabiliyyət lokomotivinizi çalışmalarınızla hərəkətə gətirin. Var gücünüzlə çalışın. Axıcılığını itirən suların qoxmağa üz tutması kimi tənbəl insanların da həyatlarının puç olması mütləqdir. Çünki insanda rahat etmə arzusu ilk ölüm xəbərdarlığı və işarəsidir. Özünü tamamən rahatlığın qucağına atan, tənbəlliyin pəncəsinə tərk edən insanlar üçün isə bu hal gələcək məhrumiyyətlərin xəbərdarlıq dəvətnaməsidir. Başqa yolunuz yoxdur. Bir gün ata oğluna timsah ilə tısbağanın hekayəsini danışır: - Timsah tısbağanın yemək istəyir və onu qovalamağa başlayır. Tam tutmaq üzərə ikən tısbağa var gücü ilə kənara sıçrayır və ağaca dırmanır. Elə bu an oğul "Ata, heç tısbağa da ağaca çıxar?", - deyə etiraz etməyə başlayır. - "Çıxmalıdır, oğlum. Başqa yolu yoxdur. Qurtulmaq naminə mütləq çıxmalıdır. Lətifədən gerçəyə, demək ki, həyat bizə böyük çətinlikləri də təklif edəcək. Özünüzü və qabiliyyətlərinizi düşünün. Ailənizi və yaxınlarınızı düşünün. Başqa yolunuz yoxdur. Olmazları bacarmalısınız! Artıq daxili imkan və qabiliyyətlərinizi kəşf etdiniz. Varlığınızın fərqindəsiniz. Müvəffəqiyyətə gedən yolun növbəti stansiyası "xəyal dünyası" olacaq. Müəllif: Əsədulla Əliyev Mənbə: Müvəffəqiyyətə gedən yol
['özünü kəşfetmə', 'optimizm', 'özünütəlqin', 'kayzençilik']
6,585
https://kayzen.az/blog/edebiyyat/1833/cek-london-martin-iden.html
Cek London-Martin İden
Dior
Ədəbiyyat
27 may 2010, 22:58
Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur. Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır. Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi,matros olur.O bir gün Artura sataşan avaralarla dalaşıb,onları yaxşıca əzişdirir.Bunun müqabilində Artur ona təşəkkür etmək üçün,evlərinə nahara çağırır.Artur Martinin yaşında olan yüksək təbəqənin,burjua ailəsinin bir üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına,onların savadlarına heyran qalır.Elə burada da Arturun bacısı Rufu görür və onu sevməyə başlayır. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir,onda ədəbiyyata maraq oyadır.Martin öyrənir ki,jurnallar yazıçılara onların göstərdiyi əmək müqabilində yaxşı qonorar verirlər.Ona görə də qəti qərara gəlir ki,yazışı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamı olsun. Martin çox əzablı günlər keçirir.Yemək üçün cibində pulu belə olmur,Martin çamaşırxanada işləyir.Lakin burada işi çox çətin olur.Və bu müddət ərzində heç bir kitab oxumağa belə onun vaxtı qalmır.Bir neçə aylıq sürən çətin iş əzabından sonra Martin bu işdən çıxır.Lakin onun çox sağlam olan bədəni bütün bunlara tab gətirir. Martin özü üçün iş planı qurur,çoxlu kitablar oxuyur.Öz həyat təcrübəsinə əsaslanaraq,o şerlər yazmağa başlayır.Onları dərhal bütün jurnallara çap etmək üçün yollayır.Lakin heç biri bu şerləri çap etmək istəmirlər. Martinin Rufla olan münasibətləri isə davam edir.Rufun ailəsi ilk öncə bu görüşə qarşı çıxmırlar.Çünki Ruf 24 yaşına çatmasına baxmayaraq hələ ərdə olmur.Onların isə bir birinə qarşı olan xoş münasibətləri sonradan güclü məhəbbətə çevrilir. Martin isə ədəbiyyatla daha dərindən maraqlanmağa başlayır.Əsərləri,oçerkləri isə heç bir jurnal tərəfindən qəbul olunub çap edilmir.Ruf isə həmişə Martinə bu sənətdən əl çəkib,başqa bir işə girməyi məsləhət görür.Martin isə yalnız bütün varlığı ilə ədəbiyyata bağlı olur.Və ümid edir ki,nə vaxtsa o yazdıqlarından yaxşı pul qazanacaqdır. Bir gün Martin yazıçı və filisof Brissenden ilə tanış olur.O Martinin əsərlərini çox böyük qiymətləndirir.Lakin ona bu işin daşını atmağı məsləhət görür. Brissenden onu siyasi bir mitinqə aparır.Martin burda sosialistlərə qarşı nitqlər söyləyir.Savadsız bir jurnalist isə səhərsi gün Martin İden haqqında belə bir yazı qoyur ki,guya o əsl sosialistdi.Martin bundan qəzəblənərək jurnalisti cəzalandırır.Bundan istifadə edən jurnalist qəzetlərdə «Martin İden sosialistlərin başçısı,anarxistdi» başlığı altında yazılar yazır.Bunu görən Rufun valideynləri onların nişanını pozmaq qərarına gəlirlər. Nəhayət bir gün Martinin «Günəşin ləkəsi» adlı yazısını bir nəşriyyat çap etdirmək qərarına gəlir.Və ona əvvəlcədən böyük miqdarda avans verirlər.O bütün dünyada öz yazıları ilə məşhurlaşmağa başlayır.Bundan sonra bu iki il ərzində onun şerlərinin,məqalələrini,hekayə və oçerklərini çap etmək istəməyən jurnallar ona böyük miqdarda pul təklif edərək,yazılarını çap etmək istəyirlər. Martin tanınandan sonra ondan üz döndərən bütün yaxınları ona yenidən yaxın olmaga başlayırlar.Onu tez-tez naharlara dəvət edirlər.Martin isə bundan çox narahat olur və təəccüblənir: «Niyə məhz indi,niyə məhz indi mən onların yadına düşdüm,ac qaldığım vaxtlarda heç kim məni nahara dəvət etməyirdi.İndi isə  bu qədər dövlətim olandan sonramı hamı məni yada salır?Axı mən əvvəlki Martin İdenəm,əvvəlki adamam. Axı nəyə görə iki il ərzində yazılarımı,povestlərimi çap etdirmək istəməyən jurnallar indi mənə bunun müqabilində yüksək məbləğdə qonorar verirlər.Axı bunlar elə həmin rədd olunmuş əsərlərdi?» Nəhayət bir gün Ruf tanınmış və dövlətli Martinin yanına gəlir,ona öz ürəyini açır və ona ərə getmək istədiyini bildirir.Lakin Martinin ürəyində olan bu sevgi çoxdan ölmüş olur. Martinin həmçinin ürəyində ədəbiyyata qarşı olan marağı da ölür.Vaxt keçdikcə o həyatda heç bir məna görmür.O Sakit Okeana səfərə getməyə hazırlaşır.Özü ilə tək qalmaq istəyir.Heç bir insanla təmasda olmaq istəmir. Nəhayət bir gün özünü kayutasından dənizə atır və intihar edir. Roman olduqca maraqlı bir romandı.Qısadılmış şəkildə onu oxumağın heç bir marağı yoxdu.Romanın içində burda yaza bilmədiyim o qədər maraqlı və acınacaqlı hadisələr varki..Həqiqətən də oxumağa dəyən bir əsərdi.
['Cek London', 'Martin İden']
6,586
https://kayzen.az/blog/mr13/1832/antik-d%C3%BCnyada-ki%C5%9Fi-v%C9%99-qad%C4%B1n%C4%B1n-statusu-q%C9%99dim-roma-qad%C4%B1nlar%C4%B1n%C4%B1n-%C3%B6z-h%C3%BCquqlar%C4%B1-u%C4%9Frunda-m%C3%BCbariz%C9%99si.-q%C9%99dim-roma-qad%C4%B1nlar%C4%B1n%C4%B1n-din%C9%99-v%C9%99-bo%C5%9Fanmaya-m%C3%BCnasib%C9%99tl%C9%99ri.html
Antik dünyada kişi və qadının statusu - Qədim Roma qadınlarının öz hüquqları uğrunda mübarizəsi. Qədim Roma qadınlarının dinə və boşanmaya münasibətləri
mr13
Bloq: mr13
27 may 2010, 19:28
E.ə. 215-ci ildə Hanniballa müharibənin kəskin dövründə tribun Oppianın naminə «Oppian qanunu» qəbul edilmişdi, bu qanuna görə, qadına yalnız unsiyanın (pul vahidi) yarısı miqdarında qızıla malik olmaq ixtiyarı vardı, qadın arabada Romanın küçələrində gəzməməli və parlaq paltarlar geyməməlidir.Belə qanun indi mənasız görünsə də, qədim Romada bu II Dünya müharibəsi zamanı Avrlopada qəbul edilmiş geyim normaları haqda qanuna ekvivalent idi. Qadın üçün qızıl, qolbaqlar və sırğalar şəklində mövcud idisə, ordu üçün bu həyati əhəmiyyətli bir metal idi. Arabalar verilən pulu hərbi işlərə sərf etmək daha düzgün olardı. Göy, qırmızı, çəhrayı, ametist, bənövşəyi rənglər – ümumi «purpur» adı altında tanınmış bu rənglər, Aralıq dənizinin şərqində yerləşən Tir şəhərindən gətirildiyindən, baha başa gəlirdi. Digər sonrakı qanunlar kimi, Oppian qanunu – yeganə yolla vətəndaşların gəlirini və xərcini tənzim edərək, qanuni yolla lazım olmayan xərclərin məhdudlaşmasına cəhd edirdi. Bu qanun qadınlara qarşı ona görə yönəldilməmişdi ki, kişilər daima əmin olublar ki, bədxərclik yalnız qadınlara məxsusdur, həm də ona görə ki, kişilərin bədxərcliyi digər müxtəlif formalarda özünü biruzə verirdi. Onlar pullarını şəraba, yağa, kəhrəbaya, şüşəyə, kətana, papirusa, heykəllərə, ədəviyyata – yəni elə mallara pul xərcləyirdilər ki, bu malların alınmasını ticarəti məhdudlaşdırmaqla, müvəffəqiyyətlə üzərində nəzarəti artırmaq olardı. Beləliklə, bu qanundan qadınlar əziyyət çəkirdilər, nəticədə iqtisadi səmərə əldə edilməsi əvəzinə, onlarda psixoloji çaşqınlıq yaranırdı.Roma b.e. qədər 215-ci ildə böhran keçirtdi və 14 il sonra müharibə qurtardı. Lakin 6 il sonra, e.ə.195- ci ildə Oppian qanununun ləğv edilməsi cəhdləri göstərildi. Mühafizəkarlar qanunun ləğv olunmasının əleyhinə idilər və bu barədə mübahisələr günlərlə davam edirdi. Belə görünürdü ki, qanunvericiliyin dəyişdirilməsi baş tutmayacaqdır və qadınlar buna görə çox qəzəblənirdilər. Nə nüfuz, nə təvazökarlıq, nə də ərlərinin əmrləri ərli qadınları evdə saxlaya bilmirdi. Onlar Romanın küçələrinə çıxmış və foruma gedən yolu da tutmuşdular…Hər gün qadınların dəstəsi artırdı, çünki qadınlar əyalətlərdən də şəhərə gəlirdilər. Onlar hətta qanunun ləğvinə qarşı kəskin mövqe tutmuş iki tribunun da üstünə hücum etmişdilər.Katon senatda qəzəblə çıxış etmişdi: «Mən bir neçə dəqiqə qadınların arasından yol açaraq, buraya gəlib çıxanda, utandığımdan qıpqırmızı olmuşdum». Əgər qadın nə isə demək istəyirdisə, o bunu ev şəraitində, ərinə müraciətlə etməli idi, hər halda onun hər hansı siyasi məsələlərlə bağlı öz şəxsi fikri olmamalı idi. Əgər ər öz arvadlarına qarşı tələbkar olsa idi, Katon bu qədər pis nümayişin şahidi olmazdı. «Qadınlar – kütbeyin və idarə edilə bilməyən heyvandırlar, onlara cilovu vermək və onun, arabanı çevirməyəcəyini gözləmək düzgün deyildir…» Onlar tam azadlıq istəyirdilər və yaxud açıq desək, tamhüquqlu olmaq istəyirdilər. Əgər qadınlar gizli sui-qəsd hazırlasaydılar, onların ərlərinin həyatı sapdan asılı qalmış olardı.Sonra, Katon davam edib deyirdi ki, imkan vermək olmaz ki, qadınlar bu qanunun ləğv olunmasını güclə əldə etsinlər: «Əgər qadınlara bir hüququn verilməsindən sonra o birisidə güzəşt edilərsə, sonda onlar kişilərlə bir sırada olacaqlar, yəni siz fikirləşirsiniz ki, onlara dözəcəyik? Bu ağılsızlıqdır!» Dövlətli  qadınlar qanunun ləğv edilməsini çox arzulayırdılar.Doğrudanmı siz istəyirsiniz ki, geyimlərdə rəqabətin baş verəcək əsr başlansın? Əgər vəsaiti imkan versə, qadın özü istədiyini alar, pulu olmasa o, ərinə müraciət edər. Ər pul versə də, verməsə də yazıqdır. Belə ki, onda pul olmasa, başqa kişidə pul tapılar.Digər tribun Valeriy, Katonun Romada nikah münasibətləri barədə olan dəhşətli fikirləri ilə razı deyildi. Katon hesab edirdi ki, qanun ləğv edilsə, kişilər öz arvadlarını idarə edə bilməyəcəklər. Valeriy ona etiraz edirdi: «Heç də belə deyildir. Nə qədər ki, əri sağdır, qadın heç vaxt ondan asılılığını itrmək istəməz. O azadlığı ki, onlar, valideynləri öləndə, dul qalanda əldə edirlər – qadınlar həyatda bundan həmişə qaçmaq istəmişlər». Qadınların istədiyi bir şey var idisə, o da ədalətlilik idi. Bəzək-düzək taxmaq yalnız Roma vətəndaşlarının arvadlarına və qızlarına qadağan edilirdi. Yadellilərin arvadları isə əksinə, qızıllı, purpurlu, təmtəraqlı geyimlər geyinirdilər. Yadelli qadınlar Romada arabada gəzişirdilər, bizim arvadlar isə ayaqla, arabasız gəzirlər, elə bil ki, imperiyanı romalılar deyil, yadellilər idarə edirlər. Kişilər üçün bu təhqir idi. Bəs hər boş şeydən inciyən qadınlar barədə nə demək olar? Zəriflik, düzən və gözəllik – bu məziyyətlər qadına verilmiş nemətlərdir.Valerinin iltifatlı çıxışından, Katonun açıq hücumlarına nisbətən qadınlar daha çox incisələr də, Oppiya qanunu ləvğ edildi. 200 il sonra tarixçi Valeri Maksim qeyd etmişdi ki. bu qanunu ləvğ etmiş kişilər, qadınların yeni modalara olan qarşısıalınmaz ehtirasları və onların bir dəfə qanunları pozmağının nəticəsində bədxərcliliyinin, abırsızlığının hansı həddə çatacağını təsəvvür etmirdilər. Əgər o dövrün modası bu günkü kimi daim fasonların, üslubların, paltarların uzunluğunun dəyişməsi olsa idi, Roma imperiyası heç vaxt dağılmazdı. Əslində isə paltarların xarici görkəmi olduğu kimi qalmışdı, yalnız parçalar və bəzəklər dəyişmişdi. Əla Tiriyə parçaları, boyunbağıları, diademalar, broşkalar, ağır qızıl qolbağıları, Hind pambığı, Asiyanın uzaq vilayətlərindən torpaq sahələrinə bərabər olan bahalı daş-qaşlı sırğalar, qızıla bərabər qiymətli Çin ipəyindən xalatlar – bütün bunlar o dövrün modası idi.Əgər erkən respublika dövründə nikahın möhkəmliyi toy mərasimindən asılı idisə, b.e. qədər III əsrdə nikahın meyarı «hər iki tərəfin razılığı ilə birgəyaşayış» ın vəziyyəti idi, yəni bu elə sadə razılıq idi ki, bunu həm asan pozmaq, həm də bununla asan razılaşmaq olardı. Arvadlar kişi ilə heç bir əsasla ayrıla bilməzdilər: indi isə onlar kişidən praktiki olaraq heç bir əsas olmadan da ayrıla bilərdilər, və onlar bunu xüsusi ruh yüksəkliyi ilə tez-tez həyata keçirirdilər. Lakin asan ayrılmanın qadın üçün öz çatışmazlığı da var idi, xüsusilə o qadınlar üçün ki, onların emosional asılılığı maliyyə asılılığından üstün idi. Əgər qadın siyasi ittifaqı möhkəmləndirmək naminə nikahdan istifıdə edən kübar ailələrdən birinə məxsus idisə, o zaman onun nikah münasibətləri onun özündən asılı olmayaraq, ailələrinin arzuladığı kimi, tez bağlandığı kimi tez də pozula bilərdi.Qədim Romada ailə münasibətlərinin çox mühüm cəhətlərindən biri də o idi ki, əgər arvadlar onları narahat etmirdisə, ərləri arvadlarının məşğuliyyəti ilə maraqlanmırdılar, Bunun əsas səbəbi o idi ki, hamıya qadın çatmırdı. Kişi ona görə evlənirdi ki, həyata oğul və varis gətirsin. Habelə arvadının cehizi hesabına müəyyən qədər pul əldə etsin. Sonralar onun arvadına olan münasibətdən asılı olmayaraq, cehizin qoruyub saxlamağının yeganə yolu arvadı ilə yaxşı münasibətdə olmaq idi. Beləliklə, qadın uğrunda mübarizə çox sərt idi.Yunanıstanda olduğu kimi, üfüqlərin genişlənməsi və yeni torpaqların əldə edilməsi, əvvəl Romanı bolluğa, dövlətə, firavanlığa çatdırdı. Lakin vaxt keçdikcə, vəziyyət dəyişdi. B.e. I əsrində Pliniy təsdiq edirdi ki, Asiya və Romanın ticarəti ziyanlı oldu (müasir qiymətlərlə ziyan ildə 30 milyon dollara qədər idi). Müasir standarğlara görə, bu o qədər çox ziyan deyildisə də, qədim dünya üçün çox əhəmiyyətli idi.Bu, Romanın istila etdiyi Aralıq dənizi, Qalliya, Orta Asiyadan və Qərbi Asiyadan gələn qənimətlərdən 4- 5 dəfə artıq idi. Asiya və Afrikanın şərq sahillərindən Roma imperiyasına qədər gətirilən malların yarısı ədviyyatlardan ibarət idisə, qalanlarının beşdə dördü həyat əhəmiyyətli vacib bəzək əşyası idi. Buraya Çin ipəyi, Afrikadan fil sümüyü, Almaniyadan kəhrəba və Ərəbistandan buxur daxil idi. Bu ticarət münasibətlərində Roma, yadelli tacirlərə yalnız şüşə, dulusçuluq məmulatlarını, mərcan boyunbağları, gemmalar və üzüm şərabları, özü də az miqdarda, verə bilərdi. Yadellilərdə ən çox tələb olunan romalıların qızılı və gümüşü idi. Tədricən qiymətli materiallar azalırdı. Yunanıstanda zəngin gümüş yataqları tükənmişdi, xüsusilə Roma gümüş mənbəyi b.e. 200-cü ilinə kimi o qədər işlənmişdi ki, gümüşü çox çətinliklə sudan ayırmaq olurdu. İqtisadiyyat tam dağılana qədər Romanın sikkə sistemi tədricən yox olurdu. Roma iqtisadiyyatının süqutunun bir çox iqtisadi, siyasi, sosial və hərbi səbəbləri var idi.  Onlardan hansının daha əhəmiyyətli olduğunu demək mümkün deyil. Lakin şübhə yoxdur ki, bu süqutun əsas əlavə faktorlarından biri bədxərclik oldu.Roma cəmiyyətinin ali təbəqəsinə aid olan qadınlar azadlığa malik idilər, bu, qədim dünya cəmiyyəti üçün nadir hal idi, lakin qadınlar bundan istifadə edə bilmirdilər. Onlara çox şey etməyə icazə verilirdi, lakin bu o vaxta qədər ola bilərdi ki, onlar hər hansı səmərəli bir şey etməyə cəhd göstərməsinlər. Formal məhdudiyyət və ictimai fikrin təzyiqi qadının ətrafında bir növ müdafiə baryerini yaratmışdı. Qadın daxilində demək olar ki, tam öz bildiyi kimi, düşünə və hərəkət edə bilərdi. Eyni zamanda o, digər adamların fikrinə təsir etmək, kişilərin hüquqlarına qəsd etmək və ya dövlət siyasətinin formalaşmasında iştirak etmək istəsədə, o, bu baryeri aşıb keçə bilmirdi. Qadınlar pul xərcləməkdə, allahlara sitayiş etməkdə və boşanmağa nail olmaqda təskinlik tapırdılar. O zamanlar din, bu gün olduğu kimi, adamlara hər cür köməklik təklif edirdi. Din Roma qadınlarını darıxmaqdan xilas edir, onların gündəlik vəzifələrindən qaçmasına kömək edirdi.Qədim Roma allahlarından çoxu abstrakt əxlaq qaydalarını təmsil edən gözü oxşamayan simvollar idi və yaxud da onlara göstərilən ehtiram və sitayişin müqabilində insanlığı müdafiə edən o dövrün qalıqları idilər. Bu allahlardan biri evin ocağının, evin təsərrüfatının qoruyucusu Vesta olmuşdur. Uzun əsrlər boyu belə hesab edilmişdir ki, dövlətin rifahı bu allahın kahinələri olan vestaçı qızların müqəddəs odun qorunmasına qayğı göstərilməsinə necə cəhd etməsindən asılıdır. Romanın ən kübar ailələrindən çox da böyük sayda olmayan namizədlər sırasından püşklə seçilmiş yalnız altı vestaçı qız mövcud idi.Vestaçı qızların mənəvi təmizliyi dövlət əhəmiyyətli məsələ idi. E.ə. 216-cı ildə Roma Kann ətrafında məğlubiyyətə uğradı, bunun günahını hərbçilərdə deyil, vestaçı qızlarda gördülər. İki vestaçı qız həbs edildi. Yüz il keçdikdən sonra altı vestaçı qızın hamısı əxlaqsız hesab edilmiş və ölümə məhkum edilmişlər. Günahkarları çarpayı, lampa və yemək olan zirzəmiyə salaraq, zirzəminin divarlarını hörüb onları orada bir neçə gün saxlayırdılar. Məhkum edilənləri edam yerinə yola salanları təsvir edən Plutarx, yazırdı: «Bütün dünyada bundan qorxunc mənzərə ola bilməzdi. Roma üçün isə bundan çox vahiməli hadisə olmamışdır».Xarici aləmlə əlaqə genişləndikcə, Roma panteonunda yeni ilahələr artırılır. Yeni dinlərə etiqad edənlər Roma imperiyasının mənəvi və siyasi qanunlarına təhlükə yarandıqda, onların hər dəfə təqib edilməsinə baxmayaraq, bu inanclar inkişaf etməkdə davam edirdi.Yadelli ayinlərin bir-biri ilə çox oxşar cəhətləri var idi. Belə ki, onlar qədim əkinçilik icmalarına xas olan dirilmə əsatirinə aid idilər. Bu ayinlərin allahları əzab çəkir, ölür və yenidən həyata qayıdırdılar. Onlar tərkidünyalıq (asketizm) zamanı təntənəli innovasiyalar və ruhların təmizlənməsini tələb edirdilər. Bu ayinlərin davamçıları öz allahlarının yeganə olmasını etiraf etməsələr də, onlar yalnız bir allaha sitayiş edirdilər. Romalıların çox saylı panteonunun müqabilində, belə vahid allahın seçilməsi, xristian monoteizminə yol açdı. Yeni dinlər şəxsi möminliyi xüsusi vurğulayırdı, təsdiq edilirdi ki, qurtuluşu köhnə ehkamlara mexaniki sitayiş etməklə deyil, şəxsi keyfiyyəti və şəxsi səxavəti ilə qazanmaq olar. Hətta rəsmi dinin o qədər də böyük rol oynamadığı üçün qadınları bu ayinlərin gözəlliyi və musiqiliyi, ekstaz halı və hər şeydən məhrum edilmədən sonrakı ruhi sakitliyi cəlb edirdi. Şərq dinləri özünün yeniliyi və müxtəlifliyi ilə fərqlənirdi. Onlar həyatın məhrum etdiyi mənanı ona qaytara bilirdilər. Onlar artıq darıxan ağılı sonu görünən yollara yönəldirdilər. Xristian təliminin davamçıları sırasında qadınlar, bu dini həmişə az tənqid edən və bu dinə daha çox sədaqət göstərənlər olublar. Bu elə bir dövrdə olub ki, həmin dövrdə Yaxın Şərq dinləri xristianlığın yaranması ərəfəsində Qədim Romada yayılmağa başlamışdı. Roma qadınları yeni xristian dinini öyrənməzdən əvvəl, çox hadisələr baş verməli idi. B.e. II əsrinin əvvəlində bir çox qadının həyatı stabil yox, dəyişkən idi, bu da boşanma hallarının miqdarını artırmışdı. Qadınlar öz ərlərindən ona görə boşanırdılar ki, onlar ərlərindən bezikmişdilər; kişilər qadınların üzündə qırışları görəndə və ya da onların ləyaqətsiz, deyingən və tənbəl xarakterli olduğunu görəndə boşayırdılar. Romalı kişilər və romalı qadınlar birgə həyatda eyni mürəkkəbliyi görürdülər. Qədim Romanın azad qadınlarının feminist qadınlarının ən sərt tipləri ilə çox ümumi cəhətləri var idi: nəfuzlu ağıl, hökmranə ədaları və kompromislərə qarşı açıq nifrət; lakin ərlər də bu qədər dözülməz idilər: onlar müstəsna eqoistlikləri, iradcıllığı ilə seçilirdilər. Nəticədə Romada ər və arvad bir-birinə uyğunluğu başqa yerdə olduğundan o qədər də fərqli deyildi, lakin Romada qədim dünyanın digər ölkələrinə nisbətən daha məqsədyönlü qadınlar olduğuna görə onların şəxsi haqsızlıqlarına səsləri daha tez eşidilirdi.
['qadın statusu', 'qadın hüququ']
6,587
https://kayzen.az/blog/moda/1829/corcio-armani-giorgio-armani.html
Corcio Armani (Giorgio Armani)
bloqçu
Moda dünyası
27 may 2010, 18:09
“Minimalistlik və sadəlik” – bu Armani moda evinin əsas fikri, konsepsiyasıdır. Məşhur modelyer-dizaynerlərdən biri də Corcio Armanidir. 1934-cü ildə iyulun 11-ci günündə Milandan çox kənarda olmayan provinsial bir şəhərcikdə - Pyaçensada anadan olan Armani heç də modelyer olmaq fikrində deyilmiş. Onun həkim olmaq kimi bir istəyi var idi və o bunun üçün də səy göstərirdi, belə ki, o xüsusi ədəbiyyat oxuyur, eləcə də Boloni Universiteti ilə bərabər tibbi məktəbində də təhsil alırdı. Bir çox mənbəələrdə də deyilir ki, guya valideynləri istəyirlərmiş ki, o, həkim olsun. Amma, o bu yolda çox səy göstərsə də, bir vaxtlar buna çox həvəs etsə də, təhsildən 2 il keçdikdən sonra o başa düşür ki, bütün ömrü boyu xəstəliklərlə mübarizə aparmaq , ancaq bu işlə məşğul olmaq onluq deyil. Armani hərbi vəzifəsini başa vurduqdan başlayır iş axtarmağa. Təbii ki, o elə iş axtarırı ki, orda həkimliyə aid heç nə olmasın. O vaxtlarda Armani fotoqrafiyaya da çox maraq göstərirdi və hətta, bu sahədə də az-çox biliyi var imiş. Belə ki, onun bu sahəyə marağının və bacarığının olması ona Milanda La Rinescente mağazasında vitrin işinə baxan biri kimi işlə təmin olunmasına səbəb olur. Burda o öz işində çox həvəslə, dəqiq və diqqətlə çalışır, belə ki, daha sonra onun talantının, enerjisinin şahidi olur və onu merçendayzer vəzifəsinə qaldırırlar. O vaxtlarda isə merçendayzer işi indiki qədər tələb olunan deyildi, bu haqda heç düşünən də olmurdu, amma, Armani öz incə, dəqiq işini nümayiş etdirərək çox şeyə nail olur, belə ki, o mağazanın görüntüsünü, dizaynını elə hala salır ki, bu da malların satışı üçün çox əlverişli olur. Yəni Armani işə əl qoyduqdan sonra, mağaza çəkici, cəlbedici və xoş bir hal alır. Təbii ki, onun bu kimi bacarığı, fərasəti kölgədə qalmır. Tezliklə onu o vaxtın tələblərinə cavab verən məşhur Hitman şirkətinin, kişi geyimləri sahəsində çalışan Nino Cerruti moda evinə dizayner yardımcısı vəzifəsinə dəvət edirlər. Bu şirkətə Armani ömrünün düz 5 ilini sərf etmiş olur. Bu az müddət deyil, əsas da ki, dizaynın oğuşuna atılmış bir şəxs üçün bu sahədə köməkçi kimi işləməyin özü də insana çox şey qazandırır. O da bu beş ildə demək olar ki, dəyəri öllçülməz bir təcrübə qazanmış olur, hansı ki, bu, hamıya olduğu kimi, ona da gələcəkdə çox kömək olur. O paralel olaraq Ungaro və Zegna ilə də əməkdaşlıq edir. İdeyaya, fərsətə, bacarığa və böyük təcrübəyə malik olan Armani artıq özü də başa düşürdü ki, durduğu yer kifayət etmir.artıq aha da genişlənməli, öz əhatəsini artırmalı və yeni-yeni işlərə imza atmaq zamanı gəlib çatıb. Artıq o 1970-ci ildən başlayaraq İtaliyanın bir çox moda evlərində yeni geyim modellərini yaradır. 1975-ci ildə isə partnyoru Sercio Qaleotti ilə birlikdə “pret-a-porter” adlı ilk kişi kolleksiyasını buraxmış olur. Bundan bir il sonra isə qadın geyimləri kolleksiyasını. Bacarıq, talant, fərasət var. Amma, həyat göstərir ki, bütün bacarığını bir işə həsr edib, onu ərsəyə gətirmək üçün o xüsusiyyətlər kifayət etmir, bunun üçün pul da lazımdır, belə ki, yuxarıda qeyd elədiyim kolleksiyaları maliyyələşdirmək üçün Armani özünün Volswagen maşının satmalı olur. Amma, o vaxt o heç bilmirdi ki, bu gün bu işlər üçün maşınını qurban vermək məcburiyyətində qalıb, satmaqla o, milyardlara dəyəcək bir imperiyanın təməl daşını atmış olur. Ya da bəlkə də o öz-özlüyündə elə bunu də hədəfləmişdi. Armaninin öz tərzi, öz stili var. O hər zaman ən optimal üsullara əl ataraq çalışırdı ki, qadınların istəyinə cavab versin, belə ki, o, eleqantlıq və incəliyi, sadəlik və rahatlıqla birləşdirərək qadınlar üçün gözəl geyimlər hazırlayırdı. O deyir: “Axı sadə qara paltarda belə eleqant görünmək olar, şərt deyil ki, əynivə ekstravaqant bir şey keçirdəsən.” O öz geyimlərində aksesuarlardan, daş-qaşlardan istifadə etməyi üstün tutmur və demək olar ki, istifadə etmirdi, onun geyimləri də elə digərlərindən bununla fərqlənirdi ki, o öz işlərində artıq-urtuq heç bir detala yol vermirdi. Halbuki, qadınlar geyimlərdə olan o detallara, aksesuarlara çox öyrəşmişdilər. Amma, bir şeyin ki, adı modadır, bu yerdə hərə mütləq öz yeniliyini, təzini qatmalı idi. Moda haqqında olan yazımda da dediyim kimi – moda dəyişkəndir. Armani özünün sadəlik və eleqantlıq kriteriyalarına sadiq qalaraq öz işlərində daim yeniliklər edirdi. Amma, onun kolleksiyalarında çəhrayı, qırmızı (gecə geyimləri istisnadır) rəngə rast gəlmək olmaz, çünki, o, daha çox qara, ağ, tünd göy, boz və bej rənglərindən istifadə edirdi. 80-ci illərin əvvəllərindən Armani daha yeni bir xətt çəkərək, filmlər üçün kostyumlar hazırlamağa başlayır və o, bu sahədə də uğur qazanmış olur. O adi insanlardan savayı məşhurların da sevgisini, rəğbətini qazanmış olur, belə ki, Hollivud premyeralarında çox tez-tez qırmızı xalça üzərində tanınmış simaların üzərində Armaninin geyimlərinə rast gəlinirdi. Culia Roberts, Leonardo di Kaprio, Corc Kluni, Rassel Krou, Codi Foster, Robert de Niro, Riçard Gir və başqaları onun Armaninin geyimlərindən geyinərək, onun bu sahədə necə yaxşı modelyer olduğunu bir daha sübut etmiş olurlar. Beləliklə, moda dünyasının daha bir dahisi yaranır və yavaş-yavaş öz imperiyasını genişləndirir. İldən ilə kolleksiyalar sərgilənir. Armani Collezioni, Armani Neve, Giorgio Armani, Armani USA, Emporio Armani, Armani Exchange, Armani Jeans, Armani Junior, Armani Golf kompaniyaları onun geyim, ayaqqabı, aksesuarlar, xırdavatlar, ətirlər, saatlar, gün və optik eynəkləri, kosmetika vasitələri sahəsində yaratdığı uğurlu brendlərindəndir. Bundan əlavə o 1986-cı ildə Notturno telefon modelini də ərsəyə gətirir.Onun da moda sahəsində öz imzası, öz dəsti-xətti olur. O da öz sözünü deyənlərdən biridir. Onun işləri o qədər sevildi ki, nəinki dünya hiti, eləcə də klassikaya çevrilirdi – hər il, hər mövsümün dəbi. Büdcə isə arta-arta gedir. 2001-ci ildə Forbes jurnalı onun kapitalını 1.7 milyard dollarla dəyərləndirərək, onu, ən uğurlu italyan dizayneri adlandırıb. Kişi geyimlərini qadın geyimlərinə əlavə edərək cazibədar, yaraşıqlı və eyni zamanda da ciddi qadın iş kostyumları yaradsn Armani bu gün moda dünyasının ən öndə gedən simalarından sayılır. Büdcəsi milyardları aşan Armani brendi demək olar ki, hər yerdə tanınır və dünyanın 100 yerindən çox ölkəsində uğurla satılırdı. Amma, bu ölkələr sırasında ABŞ xüsusi yer tuturdu, belə ki, Armani Exchange və Giorgio Armani USA xüsusi olaraq ABŞ üçün işlənmişdir. ABŞ Armani Group-unən böyük ixrac bazarı idi. Armaninin işlərinə daha çox ABŞ və xüsusən də Qollivudda çox tələb var idi. İdmançıları geyindirmək kimi bir marağı olan Armanini elə idman sahəsində də tələb olunan olub, belə ki, o, 1994-cü ildə dağ xizək idmanı üçün geyimlər, 1996-cı ildən qış idman geyimləri, Çelsi klubu üçün kostyumlar, britaniyalı idmançılar üçün formalar, qolf üçün geyimlər və s. hazırlamışdı. Həm də, 2006-cı ilin Qış Olimpia Oyunlarında İtaliya turnirində bayraqçıların idman formalarının dizayneri idi. Nəinki geyimlər, o saat, eynək, aksesurlar kimi digər sahələrdə də uğurlu iş ərsəyə gətirib. Bir zamanlar saatlar sadəcə vaxtı bildirmək üçün nəzərdə tutulan bir cihaz idi, indi isə dəbli bir aksesuar. Armaninin saatları hardasa 600-700 dollara satılan saatlar idi. Amma, Armani də şahidi oldu ki, bir çox ölkələr də, əsasən də Çində Armaninin saatlarını elə kopyalayıblar ki, elə bil ki, lap eynisidir. Hətta, bir dəfə o xarici səfərlərin birində maraq üçün Armani adı altında olan kopyalanmış saatı 22 dollara almışdı. O deyir ki, əgər məndən kopyalyırlarsa, demək ki, mən düz iş görürəm. Armani stilində 3 qızıl qayda var: Artıq-urtuq heç nə, eleqantlıq və rahatlıq. Bu qaydalar tək geyimdə yox eləcə də eynəklərdə də (eləcə də digər xırdavatlar) keçərli idi. Armani qrupu ilə Luxottica kompaniyası 1988-ci ildən bir yerdə işləyərək gün və optik eynəkləri də yaradırdılar. Amma, onların bu iş birliyi 2003-cü ildə sona yetmiş olur. Daha sonra onlar Safilo şirkəti ilə işləyirlər. Müasir dizayn, aktiv və gözəl rəng çalarları, linzaların gözəl forması və hər biri öz həddində - çox zövqlü və şık eynəklər. Armani öz kompaniyasının direktoru, prezidenti və yeganə səhmdarıdır. Bütün işlərinin öhdəsindən məharətlə gələn və insanların zövqünü oxşayıb. 13 zavod, dünyanın 39 ölkəsində 300 eksklyuziv mağaza; böyük bir qrup, böyük şirkət, böyük brend sahibi Corcio Armani. O, hətta, Dubayda bir “Giorgio Armani” adlı bir otel də açıb. Bundan əlavə o, Olimpia Milano baketbol komandasının da prezidentidir. Tələblərinə cavab verən modelyer-biznesmen. Bu gün o İtaliyanın ən imkanlı şəxslərindən biridir. Amma, təəssüf ki, bu boyda şöhrət qazanan məşhur modelyerin adı 1996-cı ildə bir çox başqa başqa tanınmış dizaynerlərin adı ilə bir sırada korrupsiyada hallandı və günahlandırıldı. Hər-həlda o yenə də dünya şöhrətli bir modelyerdir. Həmçinin bax; Pierre Cardin Versace Dolce və Qabbana Kristian Dior Koko Şanel Gucci
['Giorgio Armani', 'Corcio Armani', 'Armani Collezioni', 'Armani Neve', 'Armani USA', 'Emporio Armani', 'Armani Exchange', 'Armani Jeans', 'Armani Junior', 'Armani Golf']
6,588
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/1816/m%C9%99h%C9%99mm%C9%99d-pey%C4%9F%C9%99mb%C9%99rin-h%C9%99yat%C4%B1.html
Məhəmməd peyğəmbərin həyatı
Aynur
Böyük insanlar,şəxsiyyətlər
27 may 2010, 00:49
Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər. Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm» Üç yaşında ikən Peyğəmbərin həyatında möcüzə baş verməsi haqqında da rəvayət vardır. Həmin rəvayətdə deyilir ki, Məhəmməd süd qardaşı ilə oynayarkən iki məlaikə qarşısında peyda olur. Həmin məlaikələrdən biri (Cəbrayıl) Məhəmmədin sinəsini yarıb qəlbini çıxarmış, onu Adəmdən qalan «ilkin günahdan» təmizləmiş və peyğəmbərlik nuru ilə doldurub. Daha sonra deyirlər ki, məlaikələr uşağın çiyinləri arasında peyğəmbərlik nişanı vurmuşlar. Eşitdiklərindən qorxuya düşən Həlimə və onun həyat yoldaşı uşağa bədbəxtlik üz verəcəyindən ehtiyat edərək, onu Məkkəyə gətirmiş və anasına təhvil vermişlər.Məhəmməd Badiyədə beş ilə qədər qalmışdır. Peyğəmbər 10-12 yaşlarında olduğu zaman bir il müddətində qoyun otarmağa getmiş, əmisi Əbu Talibin və Məkkə xalqının qoyunlarını otarmışdı. Həzrəti Peyğəmbər çobanlıq etməyi eyib hesab etməmişdir. Bir hədisi-şərifdə belə deyilmişdir: «Allah elə bir peyğəmbər yollayıb ki, o çobanlıq etməsin. Musa Peyğəmbər çobanlıq etmişdir, Davud Peyğəmbər də həmçinin.» İslamiyyətin və Peyğəmbərimizin ən böyük düşmənlərindən biri Cəhl olmuşdur. Peyğəmbərimiz Hərəmdə namaz qıldığı zaman Əbu Cəhl kəsilmiş bir dəvənin balalığını, səcdə edən Rəsulu Əkrəmin kürəyinə qoymuşdur.Uşaqlığından bütün həyatı məkkəlilərin gözü önündə tərtəmiz keçən, insanların ən böyük qurtarıcısı, gələcəyin ən böyük xilaskarı Həzrəti Məhəmməd qırx yaşına təzəcə qədəm qoymuşdur. Miladi tarixi ilə 610-cu ilin bir Ramazan gecəsi idi. Bu vaxt ürpərdici bir səs bütün varlığını sarsıdan bir sədayı-qayibanə eşidildi: «Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur, şəhər civarındakı Nur dağının Hira mağarasına gəl! Deyilənləri etsən, anadangəlmə mübtəla olduğun bu hal bir daha təkrar olunmayacaqdır!» Məhəmməd Peyğəmbər büründüyü əbasını atıb, cəld bir hərəkətlə ayağa durur. Həmişə saatlarla davam edən tutması bir anın içərisində keçib getmişdi. Anadangəlmə ürəkkeçməsi ömrünün sonuna qədər bir daha təkrar olunmur. Nur dağının Hira mağarasında Allahın Cəbrayıl adını daşıyan Ulu Mələk ona göründü: «Ya Məhəmməd! Sən Allahın Peyğəmbəri, Rəsulusan! Allahın vahidliyini, Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcəyini insanlara bildirməlisən; Getdikləri yolun düz yol olmadığını onlara sən başa salmalısan!» — dedi və Quranın: «Oxu! Yaradan Rəbbinin adı ilə Oxu!» — deyə ilk ayələrini oxumağa başlayaraq əlavə etdi: «Sənə Allah təbarəkü və tala tərəfindən vəhy olunan bu ayələri və gələcəkdə vəhy olunacaq ayələri oxu və yazdır! Axı mən oxumaq və yazmaq bilmirəm! Bilirik! Bizə hər şey məlumdur! Ona görə də «yaz!» demirik, «yazdır!» deyirik. Axı yadımda qalmaz! Hər şey bizim əlimizdədir! Elə edərik heç vaxt yadından çıxmaz!» Cənabi-Cəbrayılın verdiyi bu təminatdan sonra Peyğəmbərimizə İlahi bir yaddaş, mükəmməl bir hafizə bəxş olundu. Həmin gündən başlayaraq, həyatının son anına qədər Peyğəmbərimiz Quranın bütün ayə və surələrini əzbər bilirdi. Cənabi Cəbrayıl ilə bu ilk görüşdən sonra Peyğəmbərimizin halı büsbütün dəyişdi. Allah təbarəkü və tala onun gözünü və könlünü aldı: qəlbi nurla, elmlə, biliklə doldu; gözləri gizli bir aləmin işıqları ilə aydınlandı. O, artıq əvvəllər bilmədiyi hər şeyi bilir və bildirir, görür və göstərirdi.Bir dəfə Əbu Talib Məhəmmədin yanında oturan, onunla birlikdə duayla məşğul olan Əlini gördü. Duanı oxuyub qurtardıqdan sonra Əli atasına dedi:  «Mən inanıram ki, yer üzündə bir Allah, bir də onun peyğəmbəri Hz. Məhəmməd var. Mənsə onun yolunun davamçısıyam». Bundan azacıq keçmiş, sonralar Hz. Məhəmmədin ən yaxın dostlarından olan Əbu Bəkr də İslama iman gətirdi. Əbu Bəkr Yəmənə səyahət etdiyi vaxt Əzd qəbiləsindən olan bir abid ona nağıl etmişdi ki, Məkkədə bir Peyğəmbər peyda olub. Onu həmişə bir qoca və bir cavan adam müşayət edir. Məkkəyə dönəndə Əbu Bəkr Məhəmmədlə görüşdü. Məhəmməd Əbu Bəkrə dedi ki, onu Allah özü göndərmişdi ki, İslamı qəbul etsin. «Sözlərini necə sübut edə bilərsən?» Əbu Bəkr Məhəmməddən soruşdu: «Sən mənim barəmdə xəbər verən abidi gördünmü?» — deyə Məhəmməd suala sualla cavab verdi. Əbu Bəkr çox heyrətləndi və İslamı qəbul etdi.Həzrəti Peyğəmbər əmisi Əbu Talibin ölümündən sonra Qureyşin ləyaqətsiz hücumlarına uğramağa başladı. O, Qureyşin bu hərəkətlərindən bezar olmuşdu. Ona görə də Taifın əhalisini irşad etməyi fikirləşdi. Peyğəmbər ona ilk inananlardan olan köləsi Zeyd ibni Harisi də yanına alaraq Taifə yola düşdü. Onlarla görüşərək İslamiyyəti onlara izah etdi. Taiflilər İslamiyyətin mənasını başa düşmədilr. Onlara qonaq gəlmiş bir insana, insanlıq qayda-qanunlarını ayaqlayaraq həqarət etdilər. Mərhum Əhməd Naim Buxari tərcüməsində bir hadisəni belə nəql edir:  «Mübarək ayaqlarını qaldırıb yerə basdıqca, sağdan, soldan daşlar dəyib qana buladı. Dəyən daşların ağrısı yeriməyinə mane olub onu oturmağa məcbur etdikcə onu zorla qaldıraraq yaralı ayaqlarına yenidən daş atırdılar və ürəklər parçalanan bu vəziyyətə gülüb əylənirdilər. Bu əsnada, Həzrəti Peyğəmbərə yoldaşlıq edən Zeyd ibni Haris özünü ona sipər etmişdi. Nəhayət, Rəsulu Əkrəm çox uzaq qohumu sa­yılmayan Ütbə ibni Rəbiə ilə təqibdən yaxasını qurtarmışdı.» Bir dəfə Həzrəti Peyğəmbər Hərəmdə Allahına ibadət etdiyi zaman Ukbə adındakı müşrik əbasını Peyğəmbərin boynuna dolayaraq, onu boğmaq istəmişdi. Orada olan Həzrəti Əbu Bəkr yetişərək: «Canım! Rəbbim Allahımdır, — dediyi üçün bir adamı öldürməkmi lazımdır?» — deyə Ukbə ilə dalaşmış, onu danlamışdı. Bütün bunlara baxmayaraq, Peyğəmbər Allahın risalətinin təblığini davam edirdi: «Ya Rəbb, qövrüm cahildir, bilmirlər, günahlarından keç, hidayət ver!» — deyərək böyüklüyünü göstərirdi.Müsəlmanlar Həbəşistana köçdükdən sonra qureyşlilərin 40 nəfər ağsaqqalı, yəni Məkkə şurasının bütün idarə üzvləri Kəbəyə toplaşaraq aşağıdakı qərarı qəbul edib imzaladılar: 1. Haşimilər Qureyşin qəbiləsindən kənar edilsinlər. 2. Onlara hər hansı nikah qadağan edilsin. 3. Onlara ərzaq və başqa mallar satılmasın. 4. Məkkədə ibadət edilmək üçün təyin olunmuş bir gündən başqa, onlara öz yaşadıqları ərazidən kənara çıxmaq qadağan olunsun. Bu qərar üç il qüvvədə qaldı. Çox keçmədi ki, bu ciddi qərarın əsasında qureyşlilərin öz aralarında narazılıq başlandı. Lakin bu qərarı ləğv etmək mümkün deyildi, çünki o bütün heyət üzvlərinin ümumi toplanışında imzalanmışdı. Deyilənlərə görə, həmin sənəd məhv olur və bu haqda ilk dəfə Məhəmməd Peyğəmbər xəbər tutur. Ona vəhy gəlir ki, Kə'bədəki sənəd yoxa çıxmışdır. Bunu eşidən bilənlər ziyarətgaha gəlirlər. Görürlər ki, sənədin yalnız «Bismillahir-rəhmanir-rəhim» sözləri yazılmış hissəsi qalmışdır, yerdə qalan hissə isə ağ qarışqalar tərəfindən yeyilmişdir. Odur ki, qərarı ləğv etdilər və bununla da haşimilər öz əvvəlki hüquqlarını bərpa etdilər. Bu hadisə miladi 623-cü ildə olmuşdur. Həmin ilin Rəcəb ayının 26-da Əbu Talib vəfat edir. 35 gündən sonra isə Peyğəmbərin arvadı Hz.Xədicə də vəfat etdi. Deyilənlərə görə, təqiblərə məruz qalan Peyğəmbər Mədinəyə getmək qərarına gəlir. O evindən çıxandan sonra bir baş Əbu Bəkrin yanına gəlir, onunla birlikdə Məkkədən çıxır. Şəhərin cənubunda yerləşən Saur dağındakı mağarada gizlənir. Onlar mağaraya girhagirdə arxalarınca təqib edən atlıların gəldiyini görürlər. Əbu Bəkr qoçaq adam imiş. Buna baxmayaraq, o, qorxuya düşür: «Ya Peyğəmbər, indi nə edək, onlar çoxdur, biz isə iki nəfərik» Peyğəməbər onu sakitləşdirərək deyir: «Səhv etmə, biz iki yox, üçük. Allah bizimlədir.» Qəsdin baş tutmadığından hiddətlənən Məkkəlilər Həzrəti Peyğəmbəri ölü və ya diri gətirənə yüz dəvə vəd etmişdilər. Pəhlivana bənzəyənSüraka ibni Cüşam adındakı igid, bu mükafata tamah salaraq Peyğəmbəri təqib etməyə başlayır. Həzrəti Peyğəmbər mağaranı tərk edir, xeyli yol getdikdən sonra istirahət etmək üçün dayandıqları zaman arxadan onlara yetişdi. Onlara çatmaq üçün atını sürətlə mahmızladı. Atın ayağı büdrədi. Sürak yerə yuvarlandı. Oxu götürüb ərəb adəti üzrə falına baxdı. Fal pis göstərirdi. Ancaq elə həmin anda yüz dəvəni gözləri önünə gətirərək var-qüvvəsi ilə atını mahmızlayaraq irəIi atılmaq istədi, lakin atın ayaqları quma girdi. At özünü saxlaya bilmədi, çabalamağa başladı, çabaladıqca ayaqları quma batırdı. Süraka görünməz bir qüvvənin onu çəkdiyini hiss etdi və bu vəziyyət qarşısında ağlı başına gəldi. Peşman olmuş halda Süraka Peyğəmbərə doğru gedərək ondan üzr istədi. Süraka tezliklə dönərək arxadan gələn təqibçiləri geri döndərmiş, «buraları mən axtardım, yoxdular» demişdi. Həzrəti Peyğəmbərin Məkkədən hərəkətindən üç gün sonra Həzrəti Əli də yola çıxmışdı. Bu igid və qəhrəman insan, tək başına səhraları keçərək Peyğəmbərə yetişdi. Ölümü göz önünə alaraq Peyğəmbərin yatağına bir gül bağçasına girən kimi girən bu mərd və fədakar gəncin yeriməkdən ayaqları qabarmışdı. Peyğəmbərimiz onu gördüyü zaman ağlamağını saxlaya bilmədi. Gözlərindən axan yaşlar içində Həzrəti Əlini qucaqlayıb opdü. Bu görüş çox həyəcanlı olmuşdu. Necə və hansı şəraitdə ayrılmışdılar. Harada görüşdülər! Allahın lütfü nə böyükdür !Deyilənlərə görə, Məkkəlilərin bir yürüşü zamanı Peyğəmbərin həyatına bir qəsd edilməsi qorxusu var imiş. Peyğəmbər ağacın altında yatdığı bir vaxt silahlı Məkkəlilərdən biri əlində qılınc onun başının üstünü kəsir və «Ey Məhəmməd,» — deyə ona müraciət edir, — de görüm indi səni kim xilas edəcək? Peyğəmbər özünü itirmədən «Allah» — deyə cavab verir. Onun belə cavabından heyrətə gəlmiş döyüşçünün əlindən qılınc düşür. Peyğəmbər onun qılıncını tez yerdən götürür və eyni sualla döyüşçüyə müraciət edir. Qorxusundan dili-dodağı təpiyən döyüşçü güc-bəla ilə «Heç kim» — deyəndə Peyğəmbər onun qılıncını özünə qaytarır. Deyilənlərə görə, belə bir mərhəmətdən sonra döyüşçü üzr istəyir və İslamı dinini qəbul edir.Bir dəfə Peyğəmbər yuxudan oyananda görür ki, balaca sısqa bir pişik balası onun əbasının ətəyi üstündə büzüşüb yatmışdır. Pişik balasını narahat edib oyatmamaq üçün Peyğəmbər öz əbasının ətəyini kəsir. Məkkədə bir qarı yaşayırdı. Onun Peyğəmbəri görməyə gözü yox idi. Hər gün Məhəmməd bu qarının evinin yanından keçməli olurdu. Qarı gün ərzində topladığı zibili yuxarıdan onun başına tökürdü. Məhəmməd bir dəfə də olsun başını qaldırıb ona güldən ağır söz deməmişdi. Bir gün qarı yatağa düşdü. Xəstəliyi elə şiddətli idi ki, yerindən dura bilmirdi. Həmin gün Məhəmməd evin qabağından keçəndə başına zibil tökən olmadı və bu Peyğəmbəri çox təəccübləndirdi. «Ola bilsin ki, qarı xəstələnib» — Hz.Məhəmməd düşündü və qadının əhvalını öyrənmək üçün yuxarı qalxdı. Onu görəndə qarı bərk qorxdu. Elə bildi ki, Hz.Məhəmməd onu döyüb söyəcək. Biləndə ki, Hz.Məhəmməd onu yoxlamağa gəlib kövrəlib ağladı: «Sən nə yaxşı adamsan!» Hz.Məhəmmədin xeyirxahlığından riqqətə gəlmiş qarı elə oradaca ona iman gətirdi. Şanlı Xəlifə Həzrəti Ömər deyirdi ki: «Cəhalət dövründə etdiyimiz iki iş var ki, bu işləri xatırladığım zaman birisinə ağlayıram, digərinə gülürəm. Məni ağladan acı xatirə qız övladlarımızı diri-diri torpağa basdırmağımızdır. Heç bir şeydən xəbəri olmayan o məsum körpələrə qarşı hansı ürəklə bu cinayətləri işləyirdik bilmirəm. Onları xatırladıqca ürəyim sızlar, ciyərim parçalanır, ağlayıram. Məni güldürən gülünc şey isə budur: Cəhalət dövründə evlərimizdə bütlərimiz olurdu. Bir səfərə çıxacağımız zaman yanımızda götürmək üçün undan, halvadan o bütlərin bir surətini düzəldərdik. Yolda olduğumuz zaman ona ibadət edirdik. Sonra acanda, halvadan düzəltdiyimiz bütləri yeyirdik. Bir az əvvəl səcdə etdiyimiz bütü mədəmizə ötürürdük. Bundan daha gülünc nə ola bilər? Bunu xatırladıqca nə qədər ağılsız işlər etdiyimizə gülməyim gəlir.» Rəvayətə görə, 26 yaşlı Ömər fiziki cəhətdən güclü və qoçaq bir gənc imiş. O, dayısının intiqamını alsın deyə Peyğəmbəri öldürmək qərarına gəlir. Ömərin niyyətindən xəbər tutan Qureyşlilərdən biri yolda onun qabağını kəsir və deyir: «Məhəmmədi öldürsən, onun qohumlarının qəzəbinə gələrsən. Yaxşısı budur ki, Hz.Məhəmmədin yanına getməzdən əvvəl öz qohumlarına — bacın Əminəyə və əri Seyidə baş çək. Əgər baş çəksən, görərsən ki, onlar da müsəlmanlığı qəbul edib, kafirlərə qoşulmuşlar.» Ömər eşitdiklərinə inanmasa da, bir bacısının evinə yollanır, görür ki, ər-arvad oturub Quran oxuyurlar. Ömər ibn Xəttab özündən çıxır. O, irəli cumaraq Seyidi öldürmək istəyir. Bunu görən Əminə: «Çəkil burdan, Allahın düşməni» — qardaşının qarşısında sinə gərir, -»Ağlını başına yığ və bir də bunu bil ki, heç bir hədə-qorxu bizi tutduğumuz yoldan döndərə bilməz.» Bacısının sözləri Ömərə çox böyük təsir edir. O, xeyli fikrə getdikdən sonra Məhəmmədin yanına gəlir və İslamı qəbul etdiyini bildirir. Ertəsi gün Həmzə və Ömər Peyğəmbərimizlə birlikdə Kə'bəyə ibadətə gedirlər. Quranın toplanması rəvayətlərindən bəlli olur ki, Peyğəmbərin(s) vəfatından sonra bir dəfə Əbu Bəkr zamanı Quranın pərakəndə hissələri halında cəmləşmişdi; sonrakı dəfə müxtəlif oxunuşla çoxlu Quran nüsxələri yarandı, belə olduqda Hz.Osman onları bir oxunuşla tərtib etdi və qalanlarını məhv etdi.Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['Məhəmməd peyğəmbər', 'Həzrət Mühəmməd Peyğəmbər (s)', 'peyğəmbərin həyatı', 'Həzrəti Muhammed(s.a.s)']
6,589
https://kayzen.az/blog/astronomiya/1784/co%C4%9Frafi-koordinatlar.html
Coğrafi koordinatlar
mr13
Astronomiya
26 may 2010, 13:20
Biliksiz adam okeanda azanyelkənsiz gəmiyə bənzər, ya sahiləçarpılıb parçalanar, ya datufana düşüb batar.Pifaqor Göy cisimlərinin göydə vəziyyətini təyin etmək üçün göy sferi anlayışından istifadə edilir. Bu fəsildə göy sferi və onun elementləri, göy sferinin fırlanması və onunla bağlı olan bəzi hadisələrlə tanış olacağıq. Göy sferində istiqamətlər Yerə nəzərən təyin olunduğundan bunlardan öncə coğrafi koordinatlar və iqlim qurşaqları haqqında qısa məlumat verəcəyik. Yer də göy cisimlərindən biridir. Biz də onun üzərində məkan salmışıq. Yer formaca kürəyə çox yaxındır və əksər hallarda onu bircins kürə hesab etmək olar. O, diametrlərindən biri ətrafında fırlanır. Bu diametrə Yerin fırlanma oxu deyilir.Yerin fırlanma oxu pNpsonun qütb mərkəzindən keçir və iki nöqtədə Yer səthini kəsir. Bu kəsişmə nöqtələri Yerin coğrafi qütbləri adlanır. Şərti olaraq Yerin o qütbü şimal qütbü adlanır ki, ona kənardan baxdıqda Yerin fırlanması saat əqrəbinin əksi istiqamətində baş verir. Şəkil 1.1 də pN Yerin şimal qütbü, ps isə cənub qütbüdür. Müstəvisi Yerin fırlanma oxuna perpendikulyar olan böyük Yer dairəsinə Yer ekvatoru deyilir.Aydındır ki, Yerin ekvator müstəvisi Yerin mərkəzindən keçir. Yer ekvatoru Yerin səthini təpəsində şimal qütbü olan şimal yarımkürəsinə və təpəsində cənub qütbü olan cənub yarımkürəsinə ayırır. Müstəvisi Yerin ekvator müstəvisinə paralel olan kiçik Yer dairələri Yerin coğrafi paralelləri adlanır.Yerin coğrafi qütblərindən və Yer səthindəki ixtiyari M nöqtəsindən keçən böyük pNMps Yer yarımdairəsinə M nöqtəsinin coğrafi meridianı deyilir. İngiltərənin Qrinviç rəsədxanasından keçən pNGpsmeridianına başlanğıc və ya sıfırıncı meridian deyilir. Başlanğıc meridian və ondan 180˚ fərqlənən meridian Yer səthini şərq və qərb yarımkürələrinə ayırır.Yer səthinin istənilən nöqtəsində ağırlıq qüvvəsi Yerin kütlə mərkəzinə yönəlib. Bu istiqamətdə çəkilən xətlər (məsələn, MT xətti) şaquli xətlər adlanır.Yer səthindəki hər bir nöqtənin vəziyyəti iki koordinatla: coğrafi enlik φ və coğrafi uzunluq λ ilə təyin olunur.Meridian dairəsi boyunca ekvatordan M nöqtəsinə qədər olan MK qövsünün uzunluğuna və ya onun qarşısındakı MTK bucağına M nöqtəsinin coğrafi enliyi deyilir. Yəni, φM=∠MTK vəya ∪KM.Coğrafi enlik 0° ilə ±90° arasmda dəyişə bilər. Yerin şimal yarımkürəsində coğrafi enlik müsbət, cənub yarımkürəsində isə mənfidir.Ekvator boyunca Qrinviç meridianından M nöqtəsinin meridianına qədər olan G'K qövsünün uzunluğuna və ya onun qarşısındakı G'TK ikiüzlü bucağa M nöqtəsinin coğrafi uzunluğu λ deyilir. Yəni,λM=∠G'TK vəya ∪G'K.Coğrafi uzunluq Yerin fırlanması istiqamətində, yəni, Qrinviç meridianından şərqə doğru ölçülür və 0° ilə 360° arasında qiymətlər alır.Biz indiyə qədər Yeri kürə şəklində qəbul etdik. Əslində Yer daha sonralar dəqiq öyrənəcəyimiz kimi, kürə yox, kütləsi bircins paylanmayan sferoid (fırlanma ellipsoidi) şəklindədir.Sferoidin verilmiş nöqtəsində ona çəkilən şaquli xətt və normal üstüstə düşməz və sferoidin mərkəzindən keçməz. Şəkil 1.2 də sferoidin səthindəki M nöqtəsində ona çəkilmiş şaquli xətt MT1, normal MT2 və radius vektor r göstərilmişdir.M nöqtəsində sferoidə çəkilmiş şaquli xətlə ekvator müstəvisi arasındakı MT1q bucağına M nöqtəsinin astronomik enliyi deyilir.M nöqtəsində sferoidə çəkilən MT2 normalla ekvator müstəvisi arasındakı MT2q bucağına M nöqtəsinin geodezik enliyi deyilir.M nöqtəsinin radius vektoru ilə ekvator müstəvisi arasındakı MTq bucağına M nöqtəsinin geosentrik enliyi deyilir. Astronomik və geodezik enlik bir-birindən cəmi 3" fərqlənir və onu çox zaman nəzərə almamaq olar. Geosentrik və astronomik enlik isə bir-birindən 12' fərqlənir.
['coğrafi koordinatlar']
6,590
https://kayzen.az/blog/dusundurucu-hekayeler/1785/bu-haqda-d%C3%BC%C5%9F%C3%BCn.html
Bu haqda düşün...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
26 may 2010, 12:15
Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun... Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür. - Ata, olar səndən bir söz soruşum? - Əlbəttə, nəsə olub? - Ata, sən nə qədər pul alırsan? - Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan? - Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan? - 5 man. - Ata,- uşaq ciddi nəzərlərlə atasına baxdı - sən mənə 3 manat borc verə bilərsən? - Sən bunu onunçün soruşdun ki, mən sənə hər hansı bir mənasız oyuncaq üçün pul verim? - deyə ata hirsləndi- indi ise cəld otağına get. İnsan belə eqoist olmaz. Mən səhərdən gecəyə kimi işləyirəm, ancaq sən özünü çox pis aparırsan. Uşaq sakitcə öz otağına getdi və qapını bağladı. Ata isə hələ də oğluna qəzəblənirdi: O necə mənim maaşımı soruşa bilər ki, hələ sonrada pul istəsin. Lakin sonra o sakitləşdi və düşünməyə başladı: "Bəlkə ona doğrudan da nəsə vacib bir şey almaq üçün pul lazımdır. 3 manat... heç nə olmaz, axı o məndən heç vaxt pul istəməyib" O oğlunun otağına daxil oldu. - Oğlum, hələ yatmırsan? - Yox, ata, uzanıram. - Deyəsən mən sənə çox kobud cavab verdim. Bu günüm çox ağır olub, ona görə də sənə qəzəbləndim. Al bu sənin istədiyin pul. Uşaq çox sevindi:- Çox sağ ol, ata. Sonra o yastığının altına topladığı digər pulları da çıxardı. Pulları görən ata qəzəbləndi: - Əgər pulun var idisə, bəs niyə məndən pul istədin? - Çunki mənim 3 manatım çatmırdı. İndi isə tam oldu. Ata, burada düz 5 manat pul var. Olar, mən sənin iş vaxtının 1 saatını alım? Xahiş edirəm sabah işdən evə tez gəl. Mən istəyirəm ki, biz şam yeməyini bir yerdə yeyək. Nəsihət... Əksinə nəsihət yoxdur. Sadəcə xatırlatmaq istədim ki, həyatımız onu bütünlüklə işə, təhsilə həsr etmək üçün çox qısadır. Biz onun əllərimizin arasından uçub getməsinə imkan verməməliyik və ya onun çox cüzi hissəsini öz sevdiklərimizə ayırmamalıyıq. Əgər biz sabah olmayacayıqsa bizim kompaniya bizi tezliklə başqa biri ilə əvəz edəcək. Yalnız və yalnız dostlarımız və ailəmiz üçün bu əsl itgi olacaq, hansı ki, bütün ömürləri boyu xatırlayacaqlar. Bu haqda düşünün, axı bizlər işimizə ailəmizdən daha çox zaman ayırırıq...   Tərcümə: Rzayeva Nailə
['ailə', 'valideyn - övlad münasibəti']
6,591
https://kayzen.az/blog/mizantrop/1780/ruslar-amerikan%C4%B1-i%C5%9F%C4%9Fal-edib.html
Ruslar Amerikanı işğal edib!
mizantrop
Bloq: mizantrop
26 may 2010, 01:23
Coğrafiyadan xəbərsiz sadə amerikalılar Gürcüstanda baş verən hadisələr barədə məlumatlara çox əsəbi yanaşmışdılar. Məlum olmuşdur ki, onları ən çox belə bir məsələ maraqlandırmışdı: ruslar Corciya ştatında nə edirlər, onların burada nə iş-gücü var. Sadə amerikalılar bir-birindən soruşurlar: “Ruslar Atlantada (ştatın paytaxtıdır) nə edirlər?” Bir nəfər hiddətlənərək cavab tələb edirdi. Digəri haray çəkirdi: “Ruslar, rədd olun ABŞ-dan!” Başqa birisi həmvətənlərinə ürək-dirək verirmiş kimi deyirdi: “Doğrudan da, dəhşətdir. Amma narahat olmayın. Allah özü kömək olsun. Onlar çıxıb gedəcəklər”. Sözün qısası, onlar Rusiya əsgərlərinin Corciyaya necə gəlib çıxdıqlarını heç cür anlaya bilmirdilər. Ştatın sakinlərindən biri etiraf edirdi: “Təsəvvürüm belə yoxdur”. Bəzi amerikanlar dözmür və hiddətlənir:“WHY IS THE RUSSIAN ARMY IN ATLANTA?I WANT ANSWERS DAMMIT!!!” “RUSSIA OUT OF U.S. NOW !!!!!!!…GEORGIA NOW…WHO`S NEXT ? FLORIDA ?,…AND THEN WHO ??? THIS MUST STOP !!!!” “WHY ARE PUTIN’S TROOPS IN ATLANTA?have not head of this until now - this is outrageous !” Nəhayət, bir ağıllısı tapılıb, sadəlövhləri və savadsızları agah edib ki, ABŞ ştatlarından biri ilə yanaşı, Cənubi Qafqazda yerləşən ölkələrdən biri – Gürcüstan da Georgia adlanır.
['axmaq amerikanlar']
6,592
https://kayzen.az/blog/cqk/1761/vunderklass-suallar-i.html
Vunderklass - suallar I
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
25 may 2010, 15:55
Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından. 69.1. Diqqət siyahı – Volter, Uşinski, Napoleon, Drayzer, Esxil, Rembrandt, Konfutsi, Leonardo Da Vinçi, ”..........”, Sokrat, Siseron. Siyahıda adını buraxdığımız şəxsin özü əslində nə memar, nə də həkimdir. Lakin onun adına nəzər yetirərkən bizə elə gəlir ki, o, həm memar, həm də həkimdir. Əslində riyaziyyatçı olan bu alim kimdir? Müəllif : Seymur 70. Hörmətli bilicilər! Qarşınıza “İlanda ilan zəhəri tapılıb” kimi bir yazı çıxdığını təsəvvür edin. Olduqca maraqlı faktdır deyilmi? Sual müəllifinin sinif yoldaşları arasında hamının ləqəbi var idi. Bir gün tibbi müayinə zamanı Tofiqdə hemeralopiya olduğu aşkar olundu və bu Tofiqi uzunmüddətli gülüş hədəfi etdi. Diqqət sual: Tofiqin ləqəbi nə idi? Müəllif : Vüqar 71.Azərbaycandakı bu üçlük haqqında məlumatlara qulaq asın (Biz onları şərti olaraq X, Y və Z adlandırmışıq) X-birincidir. Qardaş Türkiyənin birincisindən bir həftə böyükdür. Bu yaxınlarda adı korrupsiya ilə hallanmışdı. Buna baxmyaraq üçlükdə sadə xalqa ən yaxın olandır. Y-Bir mənada üçlükdə ən yaxşısıdır. Xalqın rahatlıq istəyən hissəsi adətən ona müraciət edir. Z isə X və Y dən fərqli olaraq mənşə etibarilə azərbaycanlıdır. X ilə Y arasında 5, bəzən də 4, Y ilə Z arasında tam 15 fərq olduğunu nəzərə alaraq hər üçünü deyin. Müəllif : Vüqar 72. Bu yaxınlarda Mayami şəhərində keçirilən müasir sənət əsərləri hərracında bu kralın ağ at üstündə, əlində qılınc və əynində zireh təsvir olunmuş portreti 175 min dollara satıldı. Xatırladaq ki, bu portret kralın öz sifarişi ilə çəkilsə də, o ,bunun hazır vəziyyətini görə bilmədi. Portret hansı krala məxsus idi.  Müəllif : Emin 73. BŞ Milli radiosu 2010-cu ildə yazılı tarixin 50 böyük səsi ilə bağlı tədqiqata başlayacaq . Namizədlər arasında ilk dəfədir ki, Azərbaycan sənətçisi də var. Onun adı Bob Marley, Rey Çarlz, Elvis Presley, Freddi Merkuri və s. məşhurlarla bir sırada səslənir.Sənətçimizə səs vermək üçün www.npr.org saytına daxil olmaq, daha sonra saytda göstərilən qara rəngli şəkillər görünən və sağa-sola hərəkət edən pəncərənin sol tərəfində “name” düyməsini basmaq və əlifba sırası ilə düzülmüş siyahıda “Q” hərfini tapmaq lazımdır. Sual-səs vermədə hansı sənətçimiz iştirak edir? Müəllif : Emin 74. “Gəlin dilimizi öyrənək!!!” seriyasından sual: Yolunun ortasında o, Y (iqrek) hərfinə oxşayır. Yolunun başlanğıcında sayı 2 olsa da, yolun sonuna çatdıqda tam bütöv halda olur. Adətən dişlərinin sayı 10-100 arasında dəyişir. 1918-ci ilə qədər onu kovboylar hamıdan yaxşı tanıyırdılar. Siz isə cavabı Azərbaycan dilində yazın.  Müəllif : Vüqar 75. Bir şəxs hökmdarın yanına gəlir və işə başlamaq üçün lazım olan məbləği deyir. Hökmdar məbləğin böyüklüyünü görüb soruşur: Yəni bu belə faydalıdır ki, bu qədər pul xərcləyək? Həmin şəxs cavabında deyir: Əmr edin bir nəfər dağa qalxıb ordan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Əgər edə bilsə, demək bu iş də faydasızdır. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır, ordu qorxudan pərən-pərən düşür. Bu hadisədən sonra hökmdar işə lazım olan məbləği ayırır. Siz isə buna nail olmuş şəxsin adını yazın. Müəllif : Vüqar
['NHN', 'cqk']
6,593
https://kayzen.az/blog/346/1758/q%C4%B1z-tutmaq-v%C9%99-onun-inki%C5%9Faf%C4%B1.html
qız tutmaq və onun inkişafı
ramzes
346 saylı marşrut
25 may 2010, 14:18
Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, “nə gündəsən? Sən necə olacaqsan?” kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar, mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara “milli park” misal göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar, tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin aparıcısı Rövşanə Bektaşi demişcən gənclərin öz həyatlarının nicatını tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa oranı əlavə etmək olar. Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır. Ceyranlar sırasına bir neçə dəfə tutulmuşları və bişmişləri, cüyürlər və dovşanlar sırasınasa tutulmaq və ya bişmək xüyasına düşüb, yaylıma çıxanları misal göstərmək olar. Burda yaylım adətən gündüzlər baş tutur. Aslanlar və canavarlar siyahısına əsasən bığı, saqqalı olan gedələri əlavə etmək olar. Tülkülərsə özünü müasir göstərərək eynək taxmış, qulaqda qulaqcığı olan, güya xarici musiqilərə qulaq asır ( qızlar belə oğlanlarla fəxr edib qürur duyurlar ) kimi özünü göstərən gedəçələri misal göstərmək olar. Aslanlarla canavarlar adətən parkda “ yenə türmə, yenə qazamat, ay brat, ay brat, yaxşısı azadə həyat, ay brat, ay brat” mahnısının sədaları altında qazamatdan qorxmadıqlarını göstərir, necə cəsur olduğlarını musiqiylə qızlara sübut etməyə çalışırlar. Tülkülərsə daha çox “gedək sənə gül dərim, səni gülə döndərim” kimi mahnılarla qızları aldatmaq ( ay yaramazlar ) istəyirlər, bir növ onları şirin dillə ovsunlayırlar. Ən maraqlı məqamlardan biri isə bu yerlərdə ceyranların, cüyürlərin, dovşanlrın ən aşağı sürətlə ( el arasında birinci sikoristlə) və ən əsası ara məsafəsini gözləməklə, yol hərəkət qanunlarına riayət etməsidir. Aslananlar, canavarlar və tülkülərsə istənilən an hücum çəkib öz şikarına yaxınlaşa bilir. Eramızdan əvvəllər belə təbii təbiət hadisələri dağlar qoynunda ( dağlar qoynunda musiqisini ağızla( telefonla deyil) bərkdən səsləndirməklə) qaçış marafonunun başlaması kimi özünü göstərirdisə, müasir dövrdə məntiqlə eyni şey olsa da, bir qədər təkmilləşib ( inkişaf var). Müraciət formaları da dəyişib, eramızdan əvvəldən tutmuş 2000 – ci ilə kimi az, sudan gələn sürməli qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım, canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını saxlayıb), amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir, yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir, gənclər arasında belə deyim də var: “duxun var məhlədə qıza yaxınlaş”. Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən tuturlar, məqsəd eyni şeydir. Təkam ül bu gün də gedir. Baksell keçən il sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam etdilər, metroya girənə də çıxana da verirdilər. Azərsell də analoji addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Baksell, Azərsellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir. Bu gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq, internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən, marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı, nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər. Bu gün hər qız tutan əlində bir avtomat tutsaydı, başqa xalqların yanında başı aşağı olmazdıq. Davamı (qız tutmaq 2)
['qız tutmaq', 'qız bişirmək', 'səviyyəsizlik', 'ay brat']
6,594
https://kayzen.az/blog/masonluq/1748/harun-y%C9%99hya-qlobal-masonluq-mason-lojalar%C4%B1ndak%C4%B1-q%C9%99dim-misir-simvollar%C4%B1-2.html
Harun Yəhya "Qlobal Masonluq" - Mason lojalarındakı Qədim Misir simvolları 2
mr13
Masonluq,onun tarixi
25 may 2010, 13:03
ObelisklərMasonların önəm verdikləri simvollardan biri də Qədim Misir memarlığının elementlərindən olan obelisklərdir. Obelisk - təpəsi piramida şəklində olan dik və uzun bir sütundur. Belə sütunlar yəqin ki, oxucuların çoxuna tanışdır. Məsələn, Istanbulun Sultan əhməd meydanında yerləşən və turistlərin böyük diqətini çəkən "dikilidaş" bir obelisk.Üzərlərində Qədim Misirin heroqlifik yazıları olan obelisklər əsrlər boyu torpağın altında gizli qalandan sonra XIX əsrdə aşkarlanıb və Nyu-York, London, Paris kimi şəhərlərə aparılıb. Obelisklərin ən böyüyü isə masonların əli ilə ABŞ-a göndərilib. çünki masonlar obeliskləri və onların üzərindəki Qədim Misir yazılarını öz simvolları kimi qəbul edirlər. "Memar Sinan" dərgisi Nyu-Yorkdakı 21 metr hündürlüyü olan böyük obelisk haqqında bunları yazır: "Memarlıq abidələrinin rəmz kimi işlədilməsinə ən bаriz nümunə 1878-ci ildə Misir əmiri Ismayıl tərəfindən ABŞ-a hədiyyə edilən və "Kleopatranın iynəsi" adlandırılan sütundur. Bu abidə hazırda Nyu-Yorkun Mərkəzi Parkında (Central Park) yerləşir. Sütunun üzərində mason emblemləri həkk olunub. Həmin obelisk qədimdə - eramızdan 1500 il əvvəl Heliopolisdə Günəş-tanrı məbədinin girişində yerləşirdi".Isis əfsanəsi - dul qadınMasonların simvolları arasında "dul qadın" təsviri və anlayışı da önəmli yer tutur. Masonlar özlərini "dul qadının uşaqları" adlandırırlаr və dul qadın təsvirlərini tez-tez işlədirlər. Bəs bu rəmz haradаn qаynаqlаnır? əslində "Dul qadın" kimdir?Mason mənbələrini araşdıranda dul qadın simvolunun Qədim Misir mənşəli bir əfsanə olduğu аşkаrа çıxır. Bu, Qədim Misirin ən məşhur miflərindən sаyılаn "Osiris-Isis" rəvayətidir. Osiris - Qədim Misirlilərin "bərəkət tanrısı" hesab etdikləri xəyali bir kişi tanrıdır. Isis də Osirisin arvadıdır. əfsanəyə görə, Osiris qısqanclıqdan doğan bir cinayətin qurbanı olub və Isis dul qalıb. Masonların "dul qadın"ı da həmin bu Isisdir. Haqqında danışdığımız mövzu masonların "Mimar Sinan" jurnаlındа belə açıqlanır: “Haqqında çoxlu danışılan Osiris-Isis rəvayəti Qədim Misiri masonluqlа əlаqələndirən bir mifdir. Masonlar üçün ən vacib hadisələrdən biri Isis məbədinin rahibləri arasına qəbul olunmaq üçün keçirilən imtahandır. Bu rəvayətdə işıq (nur) ən önəmli ünsürlərdən biridir: Şərqin qaranlıqlarına (zülmət) gömülmək üçün günortadan sonra aşağı enməyə başlayan sabah günəşi tanrı Osirisin vəzifəsini hər gün yerinə yetirir. Eynilə öldürülən atasının yerinə daha parlaq şəkildə keçən Hor (Horus) kimi. Və nəhayət, övladı olduğumuz dul qadın Osirisin arvadı Isisdən başqası deyil”.Göründüyü kimi, guya "ağıl və elm yolu ilə getdiyini" göstərməyə çalışan masonluq əslində batil inanca əsаslаnаn bir xurafatdan başqa heç nə deyil.Pərgar və künyə Mason rəmzləri arasında ən çox tanınanı iç-içə keçmiş bir pərgarla künyə kompozisiyasıdır. Masonlar özləri bu rəmzin elm, həndəsə, ölçü-biçi kimi qavranıldığını deyirlər. Halbuki, pərgarla künyənin tamam başqa bir mənası var. Bunu bütün zamanların ən böyük mason ustadlarından biri sayılan Albert Paykın (Albert Pike) "Morals and Dogma" (əxlaq və Ehkam) kitabından oxumaq mümkündür. Həmin kitabın 839-cu səhifəsində pərgar və künfə simvolu haqqında bunlar yazılıb: "Brаhman və ya Mayya, yaxud Osiris və ya Isis əfsanələrində olduğu kimi, müqəddəsliyin ikili təbiətə malik olduğunu göstərir. Məsələn, Günəş erkək, Ay isə dişi bir təbiətə sahibdirlər".Bu isə masonların ən məşhur simvolu olan pərgar və künyənin əslində yenə də Qədim Misirdən və ya ümumiyyətlə, bütpərəst (paqan) inanclardan qаynаqlаndığını göstərir. Yeri gəlmişkən, Ay və Günəş də mason lojalarının önəmli rəmzlərindəndir və göy cisimlərinə sitаyiş edən antik bütpərəst icmalarının batil inanclarının ifadəsindən başqa bir şey deyildir.Masonluğun bütpərəstlik fəlsəfəsiBura qədər öyrəndiklərimizdən artıq bilirik ki, masonluq - Qədim Misirin paqan (bütpərəst) təliminin mirasıdır, onun bütün simvol və anlayışları da elə burada gizlənir. Bu səbəbdən də masonluq ilahi dinlərə düşmən kəsilib, humanizm, materializm və təkamül təlimini qəbul edir. Amerikalı tarixçi Maykl Hovard masonluğun ancaq üst dərəcələrində açıqlanan bu sirri belə ifadə edir: "Nəyə görə xristianlar masonluğa bu qədər sərt yanaşırlar? Sualın cavabı masonluğun "sirr"lərindədir. əgər bu sirlər cəmiyyətə açıq bildirilsəydi, okultizm və antik dinlərdən baş çıxarmayanların onları anlaması son dərəcə çətin olardı. əslində, heç sıravi masonların əksəriyyəti belə həmin sirrlərə vaqif deyil. Ancaq masonluğun daha yuxarı dərəcələrinə çatanlar arasında bu işlərdən baş çıxaranlar vardır".Türk masonlarının qaynaqlarını araşdıranda da yuxarı mərtəbələrdə olаn masonların bəzi təlimlərini digər "qardaş"lardan gizli saxladıqları bəlli olur. Ustad mason Necdət Egeranın qələmə aldığı bir yazıda yüksək dərəcəli masonların bununla bağlı düşüncələri belə ifadə olunur: "Hətta bəzi masonlar belə masonluğu yarı din, yarı yardımsevər, gözəl sosial münasibətlər quran bir dostluq institutu kimi tanıyır və buna uyğun da hərəkət edirlər. Bəziləri isə hesab edir ki, masonluğun məqsədi yaxşı adamları daha yaxşı etməkdir. Masonlаrın bir qismi isə düşünür ki, masonluq - xarakter formalaşdırmaq üçündür. Xülasə, masonluğun müqəddəs dilini, simvol və alleqoriyalarını bilməyənlər belə fikirlərə düşürlər. Bu təlimin dərinliklərini dərk edən masonlar üçün isə masonluq və onun qayəsi, məqsədləri tаmаmilə fərqlidir. Masonluq bir vasitəçilik, inisiasiya, elmidir. Bu, başlanğıc deməkdir. Masonluq - köhnə yaşayış tərzindən əl çəkib, yeni və daha gözəl bir həyata giriş deməkdir. Masonluğun çox elementar və bəsit simvolizminin arxasında varlığımızın sirlərini öyrənə biləcəyimiz daha yüksək bir iç həyata girməyimizə yardım edən vasitəçilik silsiləsi mövcuddur. Həmin bu iç həyatda və onun girişində tərəqqi və təkamülün şərtlərini öyrənmək mümkün olur".Sitatdan da göründüyü kimi, bəzi aşağı səviyyəli masonlar bu təşkilatı "yardımsevərlik və sosial münasibətlər institutu" zənn etsələr də, masonluq əslində "insanın varlığının sirləri"lə bağlıdır. Yəni masonluğun "yardımsevərlik və sosial münasibətlər institutu" görüntüsü əslində bu təşkilatın gerçək fəlsəfəsini pərdələyən və eyni zamanda simvolik şəkildə ifadə edən kamuflyajdır. Masonluq - müəyyən konkret fəlsəfəni öz üzvlərinə və cəmiyyətə təlqin etmək üçün sistemli şəkildə çalışan bir təşkilatdır. Və onun başda Qədim Misir olmaqla, bütpərəst sivilizasiyalardan əxz etdiyi həmin fəlsəfinin əsas ünsürü də materializmdir.Həmçinin bax: Qədim Misir simvolları-1 hissə
['obelisk', 'mason simvolikası']
6,595
https://kayzen.az/blog/qadin/1747/h%C9%99r-qad%C4%B1n-bunu-bacarmal%C4%B1d%C4%B1r.html
Hər qadın bunu bacarmalıdır
Tomris
Qadın
25 may 2010, 11:47
1. Güzgüsüz pomada çəkmək Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx - pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq. 2. Kompliment qəbul etmək Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və "Sadəcə, burada işıq yaxşı düşüb" tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən. 3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək Vicdan əzabını unut - sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər. 4. Lazımlı ünvan və telefonları tapmaq Yaxşı telefon sorğu kitabı və ya onun elektron versiyasını al. Böyük çətinliklə əldə etdiyin telefon nömrələrini heç vaxt atma. Təcrübə göstərir ki, onlar nə vaxtsa yenidən lazım olacaq. 5. Kompüterdə, o cümlədən də İnternetdə işləmək Savadlı insanları qıcıqlandıran bu tipli suallar vermə: "Mətni necə yadda saxlayım"? və ya "Rambler nədir"?. İki axşamını sənə həsr edəcək kompüter bilicisi dostun nə lazımdırsa sənə öyrədə bilər. 6. Başqalarından gözünün altındakı göyərtini gizlətmək Korrektəedici karandaş və tonal krem çək. Kirşan çəkən zaman isə gözətrafından uzaq dur. Kirşan gözün altındakı dairələri yalnız büruzə verəcək. 7. Əldə fala baxmaq Bu, tanış olmaq üçün xoşuna gələn bir kişiyə fikirləşmədən təklif edəcəyin üsuldur. Yəqin, o bunu rədd etməyəcək; kişilər, söhbət onların şəxsiyyətlərindən gedəndə, hər şeyi bilməyə çalışırlar. Əsas üç xətti öyrən: həyat, ürək və ağıl. Bu xətlərin nə deməsini isə... onların üzündən oxu. 8. Yeni partnyorunla prezervativ haqqında söhbətə başlamaq Belə de: "Mən prezervativlə sevişəndə özümü daha inamlı hiss edir və böyük zövq alıram. Onu geyinəndə artıq heç bir şey haqqında fikirləşmək lazım deyil". Əgər o desə ki, "Mən onsuz da heç bir şey haqqında fikirləşmirəm və böyük zövq alıram", onda bu kişi ilə sağollaş və rahat nəfəs al. 9. Sızanaqlardan canını qurtar Bir dəfəyə 2-3 dənədən çox olmayaraq. Əgər bütün üzünü sızanaqlar örtübsə, onda dermatoloqa müraciət elə. Tək-tüklərlə isə belə başa çıxmaq olar: üzü sabunla yu, sızanağı isti suda saxlayandan sonra soyumasını gözlə və iynə ilə üzərinə səliqəli bas, içindəkini çıxart. Bu yeri mütləq spirtli losyonla sil.        10. Musiqi ilə hərəkət etmək Evdə məşq elə. Yüksək səsli rəqsi hamının ifa etdiyi yerdə özünü suda balıq kimi saymaq üçün cəmi bir neçə hərəkəti öyrənmək kifayətdir. 11. Bir-iki şəxsi markalı yemək hazırlamaq Yaxşı kulinariya kitabını götür və xoşuna gələn reseptləri seç (amma çətinlərini yox), onlara maraqlı adlar fikirləş və bir-iki inqridient artıraraq, özününküləşdir. 12. "Düzgün" içmək Yaxşı olar ki,heç içməyəsən. Əgər içirsənsə, bir dəfəyə nə qədər alkoqollu içki içə biləcəyini müəyyənləşdir. Öz normandan artıq içməməyi öyrən. Alkoqollu şənlikdən sonra 3 stəkan su iç ki, sabah özünü pis hiss etməyəsən. 13. İkinci görüşü təyin etmək Birinci görüş zamanı özün kimi ol, sakitliyini qoru və onunla maraqlandığını göstər; o sənə zəng edəcək, şübhən olmasın. Amma birinci görüş zamanı ikinci görüşün də vaxtını dəqiqləşdirmək yaxşı olardı. Bu barədə özün söhbət açmaqdan çəkinmə. 14. Əlində balaca uşaqları saxlamaq Burda iki biclik var. Birincisi, uşağı özündən məsafədə saxlamağa cəhd göstərmə; uşaqları qucağa alanda həmişə özünə sıxırlar. İkincisi, lap balaca uşaqların başını da saxlamaq lazımdır, çünki özləri bunu bacarmır. 15. İşə düzələn zaman yüksək maaş istəmək Belə söhbətə hazırlaşmaq lazımdır. Əmək bazarında öz ixtisasın üzrə qiymətləri öyrən və orta əmək haqqı müəyyənləşdir. Əgər sənə aşağı maaş təklif edirlərsə, bu rəqəmə istinad edərək de: "Mən sizdə işləməyi çox istəsəm də, orta bazar qiymətlərindən aşağı maaşa razılaşa bilmərəm". 16. Kişi ilə ayrılmaq Ayrılığın səbəbini öz üzərinə qoymağa çalışma, yoxsa bu söhbət uzana bilər. Yalnız özün haqqında danış: "Yəqin, mən hələ belə münasibətlərə hazır deyiləm" və ya "Mən fikirləşirəm ki, biz xoşbəxt olmayacağıq". Məhəbbət münasibətlərinizə nöqtə qoy, amma dost olaraq qalmağı təklif elə. 17. Eyni saç kəsimi ilə evdə azı iki saç düzümü etməyi bacarmaq Saçını kəsdirən zaman ustaya hansı saç düzümü variantlarını sənə təklif etdiyi barədə soruş. 18. Geyim, ayaqqabı və alt paltarı ölçülərindən başı çıxmaq Yaxşı mağazada heç nə almasan belə, satıcı həmişə sənin ölçülərini ölçüb, onları deməyə hazırdır. Elə həmin mağazada, yəqin ki, bizim ölçülərlə xarici ölçülərin analoqunu olan cədvəli də tapa bilərsən. Öz yaddaşına güvənmə, ölçülərin haqqında məlumatları yaddaş kitabçasına köçür. 19. Pul yığmaq Nəyəsə pul yığmasan da, həmişə müəyyən məbləğdə pul rezervin olmalıdır. Belə özünü daha müstəqil hiss edəcəksən. 20. Sevgilinə masaj etmək Sadəcə olaraq onun özünü rahat hiss etməsi üçün. Ondan xahiş et ki, soyunaraq uzansın, sənsə əlinə bir az yağ çəkərək onun belinə otur. Kürəklərdən başla və əllərinlə dairəvi hərəkətlər elə. Yavaş-yavaş daha böyük dairələr edə-edə, ağırlığı bir az artır və kürəkdən aşağı doğru en. Bir ritmlə "işləməyə" çalış və tələsmə. 21. Gül çələngini uzun müddət təravətli saxlamaq Yanında güllər o dəqiqə solan qız dəhşətli görünür. Qızılgüllərin ucunu bir neçə dəqiqə qaynar suda saxlasan, onlar müəyyən müddət çox yaşayacaq. Və istənilən güllərin ucunu dioqanal üzrə iti bıçaqla kəssən, bir neçə gün daha təravətli qalacaq. 22. Şəkil üçün poza vermək Fotoalbomunu vərəqlə və hansı şəkildə, paltarda, üz ifadəsində yaxşı göründüyünü müəyyənləşdir. Növbəti dəfə şəkildə daha yaxşı alınmaq şansın artacaq. 23. Başqasının işini rədd etmək Uzun və zəhlətökən izahatlar lazım deyil. Sadəcə olaraq bunu etməyəcəyini demək kifayətdir; insanlar, adətən, özləri görməli olduqları işi başqasının görməsi üçün xahiş edəndə bunu başa düşürlər. Amma bütün xahişləri "boynuna minmək" kimi qiymətləndirmə. 24. Dostlarının, tanışlarının və sevgilinin ev heyvanları ilə yola getmək Əsas qayda: ev heyvanı özü səninlə münasibətə meyl göstərməlidir. Ən pis halda, "İtiniz zəhlətökən olanda" tipli kitab tap və onu öyrən. 25. Dünyada baş verənlərdən xəbərdar olmaq Gündəlik məlumat alacağın, heç olmazsa, bir informasiya mənbəyi tap; qəzet, sayt, radio və ya teleproqramı müəyyənləşdir. Qoy, bu sənin adətin olsun.Mənbə Aysel jurnalı 2005
['qadın bacarığı', 'qadınlar', 'qadın statusu']
6,596
https://kayzen.az/blog/flora/1733/qarp%C4%B1z,yemi%C5%9F.html
Qarpız,yemiş
Dior
Flora
24 may 2010, 23:53
Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.Qarpızın qabığından həm təzə,həm də quru halda uşaqlarda kolit olanda işlədilir.Gəncə konserv zavodunda qarpız marinadası hazırlanır ki,bu da xronki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir. Yemiş-Melo Adans balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,tərkibində çoxlu miqdarda şəkər,C vitamini,fole və nikotin turşuları,karotin vardır.Yemişdən hazırlanmış riçalı,mürəbbəni,doşabı,və yemiş qurusunu ürək-damar sistemi,qaraciyər,böyrək xəstəliklərində,eləcə də qanazlığı zamanı qəbul etmək məsləhətdir. Soyuq qarpız öz faydalı xüsusiyyətlərini itirir Amerikalı alimlər Penelope Perins-Vizi və Culiya Kollin bildirmişlər ki, otaq tempuraturunda saxlanılan qarpızlarda tədricən karotinoidlərin tərkibi çoxalır. Soyudulmamış qarpızlar da 20%-dən çox beta-karotinlər və likopenlər olur. Bunlar arasındakı fərqi hətta adi gözlə də görmək olar: otaq temperaturunda 2 həftə saxlanmadan sonra qarpız tündəlşir, onun qabığı nazikləşir.Soyuducuda saxlanılan qarpızlarda qabıq onun dərildiyi vaxtda olduğu kimi qalır. Bu isə o deməkdir ki, otaq temperaturunda qarpızlar yetişməkdə davam edir, soyuducuda isə bu proses dayanır. Lakin söhbət yalnız kəsilməmiş qarpızdan gedir. Kəsilmiş qarpızı isə soyuducuda saxlamaq olar.Əgər siz qarpızı otaq temperaturunda saxlamışsınızsa, yeməmişdən əvvəl onu soyutmaq olar. Bu halda qısamüddətli soyutma ondakı faydalı maddələrin itməsinə gətirib çıxartmır. Buna oxşar tədqiqatlarda müəyyən edilmişdir ki, şaftalı və bananların da faydalı xüsusiyyətləri otaq temperaturunda artır.
['Qarpız', 'Citrullus Vulgaris Schrad', 'yemiş', 'Melo Adans']
6,597
https://kayzen.az/blog/mr13/1719/antik-d%C3%BCnyada-ki%C5%9Fi-v%C9%99-qadinin-statusu-q%C9%99dim-afinada-qad%C4%B1nlar%C4%B1n-sosial-statusu.html
Antik dünyada kişi və qadinin statusu - Qədim Afinada qadınların sosial statusu
mr13
Bloq: mr13
24 may 2010, 16:48
Qədim Yunanıstanda qadına münasibət qədim yunan filosofu Sokratın «Qadınlar heç də kişilərdən pis deyillər. Onlara lazım olan yalnız bir qədər artıq fiziki qüvvə və ağıl enerjisidir» - ifadəsində öz əksini tapmışdır. Afinada qadınların sosial statusu barədə danışanda, qeyd etmək lazımdır ki, qullara nisbətən onlar bir qədər artıq siyasi və vətəndaşlıq hüququna malik idilər, ömür boyu onlar yaxın kişi qohumunun tam tabeliyində olublar. Onlar formal təhsil almırdılar, ömrünün çox hissəsini öz evlərinin, qadınlara məxsus hissəsində, keçirirdilər və arzularından asılı olmayaraq, ərə gedirdilər. Arvad, çox az hallarda əri ilə birgə nahar edirdi (evdə qonaq olanda o heç vaxt əri və qonaqlarla bərabər əyləşib nahar etməzdi). Evin astanasından kənara ayaq basmağa çox az hallarda icazə verilirdi, evdən çıxanda isə onun yanında mütləq yaşlı bir adam olmalı idi, evdən çıxarkən o, yalnız 1 obol (müasir analogiyaya görə bir buterbrod və bir stəkan südün qiymətidir) qiymətində yeməyi, üç ədəd geyim paltarı, yemək və içmək üçün su götürə bilərdi.Ər, öz arvadı ilə hər bir səbəb olmadan, boşana bilərdi əgər arvad ərinə xəyanət edirdisə o, qanuna görə, onunla boşanmalı idi. Arvad yalnız ən son həddə çatdırılmış bir vəziyyətdə (ərin xəyanəti buraya daxil olunmurdu) onunla boşana bilərdi.Bir sıra alimlər belə qeyd edirlər ki, həqiqətdə vəziyyət o qədər də pis deyildi, rəsmi qadağalara baxmayaraq, qadınlara teatra, heykəltəraşların emalatxanalarına getməyə və ildə bir neçə gün Tesmoforidə qadın bayramlarında iştirak etməyə icazə verilirdi.Bununla bərabər aydın olur ki, Afina qadınların sosial statusu, onların müasirlərinin Babilistan, Misir və yəhudilərin arasında olan sosial statusa bərabər idi. Qədim yunanlar – afinalılar siyasət, fəlsəfə və incəsənətdə sferaların yeni musiqi simfoniyasını yaradırdılar, lakin bir qədər yerə endiriləndə onlar az qala palçıqda eşələnirdilər. Hər yerdə olduğu kimi, e.ə. I minillikdə Yunanıstanda qadınlardan bəziləri sərbəst təfəkkürə malik olsalar da, onlar daşınmaz əmlak sayılırdı. Qədim dövrdə yunan üçün qadın (onun yaşından və sosial vəziyyətindən asılı olmayaraq) «gyne – uşağı boyunda yetişdirən adam» idi.Yunanlar qadına münasibəti sisteminə yeni «elementi də əlavə etdilər. Əgər babilistanlılar və misirlilər qadın cinsinə qarşı çox vaxt əsəbi ifadələrlə çıxış edirdilərsə, əgər yəhudilər xain çıxmış arvadlarına qarşı açıq nifrətlərini bildirirdilərsə, yunanlar isə e.ə.III əsrə qədər qadınların hamısını ağılsız, əxlaqi cəhətdən kəsirli məxluq hesab edirdilər. Belə başa düşmək olar ki, qadınlar savaddan məhrum olduqlarına görə ağıllı deyildilər. Mənəvi cəhətdən ona görə kəsirli idilər ki, kişilər azuqə haqqında fikirləşmək əvəzinə vaxtlarını xalq iclaslarında həddən artıq faydasız söhbətlərə sərf edirdilər.O dövrlərdə qədim yunanlar üçün ailədə harmoniya xarakterik hal deyildi.Qadınlar çox vaxt yunan faciələrin surətləri kimi çıxış edirdilər, öz ərini öldürmüş Klimetnestra, qardaşını tikə-tikə doğrayan, sonra da öz oğlanlarını öldürən Medeya, günahsız adamı nahaq yerə təqsirləndirən və sonra da özünü öldürən Fedra, anasının ölümündə günahı olan Elektra. Hətta faciələrin qəhrəmanları belə qüsurlu idilər. İlahə Afrodita gözəl, füsunkar və abırsız idi. Həmin sözləri Yelena Troyanskaya barədə də demək olar. Sadiq və ləyaqətli Penelopa ona qarşı o qədər də sədaqətli olmayan və səyahətlərə çıxmış əri Odisseyin 20 il yorulmadan yolunu gözləmişdir, belə ki, heç bir ağlı başında olan yunan təsəvvür edə bilməzdi ki, onların münasibətlərini müvəffəqiyyətlə bərpa olunmasının şansı var idi. Alkestidanın fədakarlığı – bu xaraktersiz, iradəsiz məxluqun əməli idi. Afinanın kişiləri bu cür düşünürdü. Alkestida onun arvadı olsa da, onunla birgə olanda o, hədsiz dərəcədə darıxırdı. O, belə məziyyətləri olan arvad tapsa idi, özünü xoşbəxt hesab edərdi. E.ə VIII əsrin sonunda yaşamış yunanların Homerə qədər hörmət etdikləri kəndli şair Hesiod, – kişi ümumiyyətlə nə üçün evlənməlidir? – sualını bu cür aydınlaşdırır: “Qadınların başımıza gətirəcəyi bütün bədbəxtliklərdən qaçmaq üçün evlənməyənlər qocalıb əldən düşdükləri zaman onların əl tutanları (övladları) olmayacaqdır”.O biri tərəfdən kişi, taleyinə tabe olaraq evlənməli olarsa, ola bilsin ki, onun qarşısına mərhəmətli və sağlam qadın çıxsın. Lakin bu halda da kişi görəcəkdir ki, onun həyatında yaxşılıqdan çox yamanlıq vardır. Kişi üçün 30 yaşında, qadın üçün isə 16 yaşında nigaha girmək əlverişli sayılırdı və ümumiyyətlə tövsiyə edilirdi ki, qadınla evlənmək lazım deyil, onu satın almaq lazımdır, o zaman vacib olarsa, onu kotanın ardınca qoşulmağa da məcbur etmək olar.Mərhəmətli qadın barədə Afina təsəvvürü qədim yəhudilərdə çox oxşar idi. O, bakirə və sağlamdüşüncəli olmalı, toxumağı, tikməyi bacarmalı, nökərləri idarə etməli, ərinin əmlakı və pullara qənaət etməli, bətnində uşağı saxlamalı və ləyaqətlə müdrikcəsinə təsərrüfatı idarə etməyi bacarmalı idi.Yunan kişisi, Redyard Kiplinqlə tam razılaşmalı idi. O, 2000 il sonra demişdi: «Qadın – yalnız qadındır, yaxşı siqara isə – tüstüdür». Kişilərin qadınlara və nikaha olan belə mənfi fikri ümumiyyətlə (yəqin ki, tarixdə ilk dəfə) ona gətirib çıxartdı ki, həddən çox ərə getməmiş qadınların sayı artdı. Bu situasiya çoxsaylı müharibələrdə tələf olan kişilərin hesabına daha da kəskinləşə bilərdi, lakin anadan olan qız uşaqlarının dərhal öldürülməsi adəti cinslərin bərabərliyinin saxlanılmasına köməklik edirdi. Düzdür, Spartada bəzən yeni anadan olmuş oğlan uşaqlarını da öldürürdülər, belə ki. spartalıları yalnız kəmiyyət deyil, keyfiyyət problemi də maraqlandırırdı.Bu, qədim yəhudilərdən sonra ilk cəmiyyət idi ki, yevqenikaya (bioloji təlim) çox aludə olaraq, Spartada bütün yeni doğulan uşaqların hamısını hərtərəfli yoxlamadan keçirərək, zəif, xəstə, çatışmayan cəhətləri olan uşaqları Tayqet dağının ətəyində ölmək üçün qoyub gedirdilər.E.ə. X əsrin ortalarından VII əsrin sonuna kimi Afina doriyalıların hücumlarından sonra ardı kəsilməyən qaçqınların artdığına görə çox əziyyət çəkirdi. E.ə 750-ci ildə uzaq dənizlərdə əldə etdikləri müstəmləkələrin hesabına Afinada əhalinin sayı aşağı düşmüşdü. Lakin o dövrdə istisna etmək olmazdı ki, kişilərin qadınlara olan mənfi münasibəti, şəhərin əhalisini lazımi həddə çatdırılması üçün onların özləri də düşünülmədən atdıqları addım idi.E.ə IV əsrin, xüsusilə də III əsrin sonunda öz arvadlarına aid olmasa da, Afina kişilərində başqa qadınlara maraq oyanmağa başladı, lakin afinalıların ləyaqətli ailə başçısı olmaq fikri yox idi. Hər şeydən əvvəl bu, geteralara olan marağın artması ilə bağlı idi. Qadınlara qarşı müsbət münasibətinin yaranması, ilk növbədə Böyük İsgəndərin dəniz istilaları ilə bağlı idi: kişilərin dünyagörüşünün, qismən də onların siyasi fəallığının artmasına, rifah hallarının yaxşılaşmasına səbəb oldu. Bu isə kişilərin vaxtlarının daha çox olması və azad pulların miqdarının artması demək idi.Bu, heykəl taraşlıqda özünü büruzə verirdi. Əvvəllərdə kişi heykəlləri geyimsiz, qadınlarınkı isə geyimli olurdu. İndi isə qadın heykəllərinin örtüyü düşməyə başladı. Bu səhnə mədəniyyətində özünü göstərməyə başladı. Köhnə komediya əsasən siyaşiləşmiş idi; yenilərdə kişi və qadın arasında romantik məhəbbətə üstünlük verilirdi.Heteralar gözəl, savadlı, istedadlı, ağıllı idilər və çox vaxt onların klassik ədəbiyyatdan məlumatları olurdu. Afinalıların qanuni arvadlarının geteralarla rəqabətə girməsi üçün şansları qalmamışdı. Afinalı kişiləri geteralarda o cəlb edirdi ki, arvadlarına icazə vermədiklərini geteralar edirdilər. Məsələn, masa arxasında intelektual söhbətə qoşulmaq, mədəni, siyasi həyatdan kifayət qədər xəbərdar olmaq üçün axşam yeməyi zamanı arvadlara kişilərlə bir masa arxasında oturmağa icazə verilmirdi. Aşağa mənsəbdən olan geteralar isə uşaqlıqdan kübar mədəniyyətini öyrənirdilər.Geteralar bəzən kişi məşğələlərində müvəffəqiyyət əldə edirdilər. B.e-ın VI əsrində yaşamış Targeliya adlı Coniyale getera İran şahı Böyük Kirin agenti olmuş və İoniyanın könülü olaraq İranın hakimiyyəti altına keçməsinə kömək etmişdir. Makedoniyalı İsgəndərin məşuqəsi olan afinalı Taisin Persepolisin yanmasında əli olmuşdur. Sonralar o, I Ptolomeyə ərə getmiş və Misirin çariçasi olmuşdur. Məşhur geteralardan sayılan afinalı Aspaziya ədəbi və siyasi salonların sahibəsi idi, o dövrün məşhur adamları bu salonlara təşrif gətirirdilər. Ona görə Perikl öz adamlarından, uşaqlarından imtina etmişdi, hesab edilir ki, onun birbaşa təsiri ilə Afina, Samosa müharibə elan etmişdi.Bəzi heteralar özlərinin çiçəklənən çağlarında çoxlu pullar yığmağa və bu pulları böyük maliyyə gətirən işlərə sərf edirdilər. Afinalı Lamiyə Korinfin yaxınlığında Sikion şəhərində dağıdılmış rəssamlıq qalereyasını bərpa etdi, Frakiya heterası Rodopis isə, deyildiyinə görə Misirdə bütöv bir piramidanı tikdirmişdi.Heteralardan sonra sosial nərdivanın bir pillə aşağıda kəniz-məşuqələr dayanırdı, onlar haqqında az məlumat vardır. Hər halda, kəniz-məşuqənin vəziyyətini xoşbəxt adlandırmaq olmazdı, onun arvad kimi qanuni hüquqları, hetera kimi müstəqilliyi yox idi. Sahibi ondan bezəndə, onu sata bilərdi və bu işdə ona heç kim mane ola bilməzdi. 
['qadınlar', 'sosial status', 'Afina']
6,598
https://kayzen.az/blog/BDM/1712/birinci-d%C3%BCnya-m%C3%BCharib%C9%99sind%C9%99n-sonra-d%C3%BCnya.html
Birinci Dünya Müharibəsindən sonra dünya
papatürk
Birinci dünya müharibəsi
24 may 2010, 10:09
Versal-Vaşinqton sisteminin yaradılması Birinci dünya müharibəsinin ən önəmli nəticələrindən biri də Versal-Vaşinqton sisteminin yaradılması idi. Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələri hazırlamaq məqsədi ilə 1919-cu il yanvarın 18-də Paris konfransı açıldı. Konfrans 1919-cu il iyunun 28-nə kimi davam etdi. Konfransda 27 dövlətin nümayəndələri iştirak edirdi. Məğlub ölkələr və Rusiya konfransa dəvət edilməmişdilər. 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. O, tarixə Versal sülhü kimi daxil olmuşdur. Versal sülhünün ana xəttini ABŞ prezidenti V.Vilsonun "14 maddəsi" təşkil edirdi. Onun başlıca məzmununu gizli diplomatiyadan əl çəkilməsi, azad ticarətin olması, silahlanmanın azalması, bütün müstəmləkə məsələlərinin qərəzsiz həll edilməsi və s. məsələlər təşkil edirdi. Versal-Vaşinqton sisteminin əsasını Versal (iyun 1919), Sen-Jermen (sentyabr 1919), Neyi (noyabr 1919), Trianon (noyabr 1919), Sevr (avqust 1920) sülh müqavilələri və Vaşinqton (noyabr 1921-fevral 1922) konfransının qərarları təşkil edirdi. Həmin sənədlərdə müharibədən sonra dünya dövlətləri, xüsusən qalib və məğlub dövlətlər arasında beynəlxalq münasibətlər müəyyən edilirdi. Avropada sərhədlərə və müstəmləkə məsələlərinə yenidən baxılırdı. 1919-cu il iyunun 28-də Böyük Versal sarayında imzalanan sülhlə birinci dünya müharibəsinin səbəbkarı olan Almaniyanın imkanları məhdudlaşdırıldı; Elzas və Lotaringiya Fransaya qaytarıldı; Saar kömür hövzəsi Fransanın mülkiyyətinə verildi; Almaniya Polşanın müstəqilliyini tanıdı və Poznan, Pomeryenin bir hissəsi, Qərbi Prussiya və Yuxarı Sileziya kimi əzəli Polşa torpaqları özünə qaytarıldı; Almaniya Afrikadakı, Sakit Okeandakı və Çindəki (Şandun) müstəmləkə torpaqlarından məhrum edildi; Onun hərbi potensialı məhdudlaşdırıldı. Belə ki, Versal sülhünə görə Almaniya 100 mindən artıq hərbi qüvvə saxlaya bilməzdi. Dünyanın siyasi mənzərəsində yeni dəyişikliklər Birinci dünya müharibəsindən sonra fəhlə, demokratik və milli-azadlıq hərəkatları da gücləndi.Oktyabr çevrilişinin təsiri ilə müharibədən sonra Avropanın bir sıra ölkə və vilayətlərində Rusiyadakı kimi sovet modelli hakimiyyət qurumları meydana gəldi. 1919-cu ilin martında dinc yolla Macarıstanda Sovet respublikası quruldu. O, hətta bir sıra sosialist tədbirləri də həyata keçirməyə nail oldu. Bu respublika cəmi 133 gün yaşadı. 1919-cu ilin aprelində Bavariyada sovet hakimiyyəti quruldu. O, təqribən 22 gün fəaliyyət göstərdi. 1919-cu ilin iyununda Sloveniyada da sovet respublikası yaradıldı. Onun da ömrü çox az oldu. 1920-ci ilin əvvəllərində İtaliyanın Turina şəhərində sovetlər meydana çıxdı. Həmin sovetlər bir aydan çox yaşadı. Lakin Avropa şəraitində yaradılmış rus modelli sovet hökumətlərinin hamısı tezliklə süqut etdilər. Onlar, hələ o zaman yaşamağa qadir olmadıqlarını göstərdilər. Demokratik və milli-azadlıq hərəkatlarının yeni vüsət alması da Cahan müharibəsinin mühüm ictimai-siyasi nəticələrindən idi. Oktyabr çevrilişindən və dünya müharibəsindən sonra İranda, Türkiyədə, Əfqanıstanda, Çində, Hindistanda, Misirdə, Latın Amerikasının bəzi ölkələrində, habelə Rusiyanın milli əyalətlərində, o cümlədən Cənub Qafqazda milli-azadlıq və demokratik hərəkatlar gücləndi. 1918-ci ildə Mərkəzi Asiyada Türküstan respublikası, Cənub Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yaradıldı. 1919-cu ildə Çində müstəmləkəçiliyə qarşı "4" may hərəkatı başladı. Hindistanda M.Qandinin başçılığı ilə milli-azadlıq hərəkatı genişləndi. Əfqanıstanda müstəqillik uğrunda mübarizə yüksəldi. 1918-ci ilin payızında Misirdə milli burjuaziyanın başçılıq etdiyi Vafdistlər (xüsusi nümayəndəlik) hərəkatı başladı. Afrikanın Şimalında - Əlcəzairdə, Tunisdə, Mərakeşdə azadlıq hərəkatı yüksəldi. 1919-cu ilin əvvəllərində Argentinada ingilis müstəmləkəçilərinə qarşı güclü fəhlə çıxışları baş verdi. Beynəlxalq sosialist hərəkatında, bolşevizmin meydana gəlməsi ilə əsası qoyulan parçalanmanın müharibədən sonra tamamilə başa çatmasını Birinci dünya müharibəsinin sosial-siyasi nəticəsi hesab etmək olar. Rusiyada Oktyabr çevrilişi parçalanmam sürətləndirdi. Dünyanın bir sıra ölkələrində sosial-demokratiya partiyalarının sol qanadları zəminində kommunist partiyaları və təşkilatları yaradıldı. Nəhayət, 1919-cu il martın əvvəllərində yeni, III Kommunist İnternasionalı təşkil edildi. 1919 - 1920-ci illərdə Bern (1919-cu il), Lyusern (1919-cu il) və Cenevrə (1920-ci il) konfranslarında Birinci dünya müharibəsi illərində parçalanmış II İnternasional yenidən bərpa edildi. 1921-ci ilin fevralında isə Vyanada sosialist hərəkatının mərkəz istiqamətini təmsil edən II Internasional təsis edildi (O, 1923-cü ilə kimi fəaliyyət göstərmişdi). Birinci dünya müharibəsinin ictimai-siyasi nəticələrindən biri də dünyada sülhü qorumaq məqsədi güdən Millətlər Cəmiyyətinin yaradılması idi. Bu beynəlxalq təşkilata 43 dövlət daxil idi. Keçmiş SSRİ Millətlər Cəmiyyətinə 1934-cü ilin sentyabrında qəbul edilmişdi. Beləliklə, beynəlxalq sosialist hərəkatında XX əsrin əvvəllərində bolşevizmin meydana gəlməsindən etibarən başlamış ideya qarşıdurması dərinləşərək təşkilat qarşıdurması ilə tamamlandı. Bu, sözsüz ki, beynəlxalq sosialist hərəkatı üçün, dünya sivilizasiyası və dünya birliyi üçün çox ciddi zərbə olmuş, sonrakı kəskin qarşıdurmalara zəmin vermişdi. Oktyabr çevrilişindən SSRİ-nin süqutuna kimi keçən dövr ərzində dünyada, sosialist və fəhlə hərəkatında cərəyan edən ab-hava buna inkaredilməz sübutdur. Birinci dünya müharibəsinin ictimai-siyasi nəticələrindən biri də sosial-liberalizmə Liberal-demokratizmə totalitar-avtoritar alternativ kapitalizmə alternativ totalitar-avtoritar sistemlərin yaradılması idi. Bunlar XX əsrin əvvəllərində kapitalizmin ziddiyyətlərinin kəskinləşməsinə cavab olaraq formalaşmış təlim və cərəyanlar - bolşevizm və faşizm zəminində meydana çıxmışdılar. Bolşevizmin proletariat diktaturası və faşizmin güclü dövlət ideyaları sosial-liberalizmə totalitar-avtoritar alternativin nəzəri əsasını təşkil edirdi. Bolşevizm sinfi mübarizə və sinfilik konsepsiyasını rəhbər tutmağı, istehsal vasitələrini ictimailəşdirməyi, planlı dövlət iqtisadiyyatı yaratmağı, tək ideologiyalılığı və tək partiyalılığı bərqərar etməyi, sosializm və kommunizm cəmiyyəti qurmaqla sosial bərabərlik prinsiplərini həyata keçirməyi elan edən ictimai-siyasi hərəkat idi. Onun yaradıcısı və ideya rəhbəri V. İ. Lenin olmuşdur. Birinci dünya müharibəsi bolşevizmin real gerçəkliyə çevrilməsində mühüm mərhələ olmuşdur. 1917-ci ilin oktyabrın 25-də silahlı üsyan nəticəsində o, Rusiyada hakimiyyətə gəlmişdi. Beləliklə, hələ vaxtı ilə K. Marks və F. Engels tərəfindən irəli sürülmüş proletariat diktaturası, sosializm və kommunizm ideyaları Rusiyada reallaşmağa başlanmışdı. Bu hadisədən sonra dünya kommunist inqilabı xülyası ilə yaşayan və mübarizə aparan kommunist hərəkatı inkişaf etmişdi. XIX əsrin ortalarında cəmi 200 nəfər üzvü olan kommunist hərəkatı XX əsrdə ümumdünya hərəkatına çevrilmişdi. XX əsrin 80-ci illərin sonu üçün onun sıralarında 80 milyona qədər adam birləşmişdi. Birinci dünya müharibəsindən sonra formalaşan ictimai-siyasi hərəkatlardan biri də faşizm idi. 1919-cu ilin yanvarında Almaniyada nasist, həmin ilin martında isə İtaliyada faşist təşkilatları yaranmışdı. Onlar ictimai-siyasi hərəkat kimi faşizm adlanmışdılar. Faşizm sinfi mübarizə prinsipini rədd edən, milli birlik naminə sinifləri və sosial təbəqələri əməkdaşlığa çağıran, vətəndaş həmrəyliyini, millətçiliyi, irqçiliyi təbliğ edən, liberal demokratizmin alternativi olaraq "siniflər fövqündə" duran güclü totalitar-avtoritar dövlət yaratmaq istəyən, marksizmin, kommunizmin, sovetizmin, sionizmin və passifızmin qatı düşməni olan ictimai-siyasi hərəkat idi. Onun ideologiyasının hazırlanmasında A. Hitlerin, A. Rozenberqin, D. Centilin, B. Mussolininin, O. Moslinin əsər və deyimlərinin mühüm rolu olmuşdu. 1922-ci ildə İtaliyada faşistlər və 1933-cü ildə isə Almaniyada nasistlər hakimiyyətə gələrək güclü diktatura yaratmışdılar. Artıq XX əsrin 30-cu illərinin ortaları üçün Avropada və Rusiyada liberal-demokratizmə alternativ faşist və sovet modelli totalitar-avtoritar rejimlər bərqərar olmuşdu. İtaliyada faşist, Almaniyada nasist, Portuqaliyada, Ispaniyada və b. Avropa ölkələrində yaranmış, bu növ hibrid rejimləri totalitar-avtoritar rejim adlanırdılar. Habelə, XX əsrin 20ci illərindən 50-ci illərin birinci yarısına (İ.Stalinin ölümünə qədər) kimi SSRİ-də mövcud olmuş bolşevik və ikinci dünya müharibəsindən sonra Şərqi Avropa, Çin, Vyetnam, Şimali Koreya və Kubada yaradılmış xalq demokratiyası adlandırılan rejimlər kapitalizmə alternativ totalitar-avtoritar rejimlər idilər. Faşistləri və bolşevikləri ənənəvi mühafizəkarlıqdan və liberallardan fərqləndirən cəhət istənilən problemlərin həllində zor yolunu götürmələridir, Onlar zor yolu ilə dünyanı yenidən qurmaq niyyətində idilər. Onların hər ikisi kapitalizmə qarşı çıxırdılar. Onlara görə kapitalizmə xas olan azad rəqabət millətin, xalqın birliyini parçalayır. Faşistlər kommunistlərin sinfi mübarizə təlimini də bu mövqedən izah edirdilər. Bununla yanaşı faşistlər sosialistlərdən bəzi ideyaları əxz etdiklərindən özlərini sosialist adlandırırdılar. İdeya-siyasi cəhətdən faşistlər sağlar, sosialistlər isə sollar hesab olunurdular. XX əsrin 20 - 30-cu illərində bir çox müəlliflər faşizmi sosializmlə, bolşevizmlə eyniləşdirir, bir ideyadan - sosializmdən bəhrələndiklərini göstərirdilər. Hətta onlar alman nasizminin bir çox əlamətlərinin, xüsusən bütün sahələrin dövlətin əlində cəmləşməsini, vahid partiyalı totalitar cəmiyyət və avtoritar dövlətin qurulmasını, bolşevizmin strukturuna uyğun siyasi təşkilat yaradılmasını bolşeviklərdən əxz etdiklərini bildirirdilər. Onlar hesab edirdilər ki, siyasi mübarizə, hakimiyyəti ələ almaq və idarə etmək metodlarında faşistlərlə bolşeviklər arasında müəyyən oxşarlıq var idi. Qeyd etmək lazımdır ki, faşizm və bolşevizmin müəyyən oxşar cəhətləri olduğu kimi, əsaslı fərqli cəhətləri də var idi. Belə ki, bolşevizm siniflərə, sinfi mübarizə nəzəriyyəsinə üstünlük verirdisə, faşizm millət və irqçilik konsepsiyasını əsas götürürdü. Faşistlər və nasional sosialistlər siyasətin və ideologiyanın həlledici roluna üstünlük versələr də, dövlətin möhkəm nəzarəti altında istehsal vasitələri üzərində xüsusi mülkiyyəti və bazar iqtisadiyyatını saxlayırdılar. Bolşeviklər isə nəzəriyyədə bazisə və ya iqtisadiyyata həlledici yer verməklə istehsal vasitələrini ictimailəşdirmək yolu ilə gedirdilər. Əgər nasional-sosializm demokratiya və liberalizm ideyasını qəbul etmirdisə, sovet rejimi partiya rəqabətini aradan qaldırmaqla "həqiqi demokratik" prinsipləri həyata keçirmək niyyətində olduğunu elan edirdi. Bolşevizm tarixdə ən ədalətli və xoşbəxt cəmiyyət- kommunizm cəmiyyəti qurmaq nəzəriyyəsini rəhbər tuturdu. Faşizm isə siniflər fövqündə duran milli ruhun təcəssümü olan güclü dövlət yaratmaq niyyətində idi. Faşizmlə bolşevizmin oxşar cəhətlərinə gəldikdə, onlar hər ikisi iki əsrin qovşağında, xüsusən XX əsrin ikinci onilliyində mövcud həyat tərzinə alternativ kimi meydana çıxmışdılar. Onların hər ikisi XX əsrin ikinci və üçüncü onilliklərində mühüm faktora çevrilmişdilər. Faşizm və bolşevizm bir-birinə yaxın və ya ümumi cəhətlərə də malik idilər. Hər sahəni əhatə edən vahid məqsəd (mahiyyətcə onlar bir-birindən fərqlənsə də); vahid bir partiyanın hökmranlığı; hamı üçün məcburi olan vahid ideologiyanın olması; məqsədə çatmaq məsələlərinin və metodlarının oxşarlığı; partiya, dövlət və cəmiyyətin bir tam halında qovuşması; həyatın bütün sahələrinin siyasiləşməsi; fiziki və mənəvi terror bu qəbildəndirlər. Faşizm özünü qeyri-marksist sosializmin millətçiliklə birləşdirilməsi, liberalizmə, demokratiyaya və marksizmə əks olan bir hərakat kimi göstərmişdi. O, dövlətə xidmət üçün iqtisadi planlaşdırılmanın və dövlət iqtisadiyyatının, habelə xüsusi mülkiyyətin səfərbər edilməsinin tamamilə yeni imkanlarını aşkar etmişdi. İctimai-siyasi hərəkat kimi faşizm müxtəlif ölkələrdə müxtəlif adlarda təzahür etmişdi. Lakin ideyaca demək olar ki, eyni mahiyyət daşımışdılar. Onlar faşizm adı ilə tanınsalar da, aralarında müəyyən fərqlər də olmuşdur. Məsələn, beynəlxalq faşizmin klassik forması olan nasistlər ifrat millətçiliyin irqçilik ideyasını əsas götürmüşdülər. Onlara görə dünyada yaşamağa və ağalıq etməyə yalnız "ari" irqlər qadirdirlər. Nasistlərdən fərqli olaraq İtaliyan faşistləri bioloji antisemitizmin və sosial darvinizmin qatı tərəfdarı olmamış, korporativ cəmiyyət qurmağı üstün tutmuşdular. Qeyd edək ki, erməni daşnakları da irqçilikdə nasistlərdən geri qalmırlar. Kapitalizmə totalitar alternativ təzahürü olan faşizm və sosializm XX əsrdə müəyyən zaman kəsiyi ərzində özlərinə məxsus istiqamət və meylləri gerçəkləşdirmişdilər. Onlar liberal demokratizmə alternativ olan Ümumavropa, ümumdünya fenomeni kimi çıxış etmişdilər. Lakin faşizm ikinci dünya müharibəsində, bolşevizm isə XX əsrin 90-cı illərində iflasa uğramışdı. Beləliklə, ciddi ictimai-siyasi nəticələrə gətirib çıxarmış Birinci dünya müharibəsi dövrü dünyanın siyasi tarixində mühüm mərhələ təşkil etmişdi. O, XX əsrin sonrakı dövrlərində çətin, ziddiyyətli və rəngarəng sosial-siyasi inkişaf üçün maddi-mənəvi zəmin vermişdi.
['Versal-Vaşinqton sistemi', 'beynəlxalq sosialist hərəkatı', 'bolşevizm və faşizm']
6,599
https://kayzen.az/blog/346/1706/bazarbardak-iqtisadiyyat%C4%B1-%C5%9F%C9%99raitind%C9%99.html
Bazar(bardak) iqtisadiyyatı şəraitində:
ramzes
346 saylı marşrut
23 may 2010, 16:50
Bazar iqtisadiyyatı yarandığı gündən istənilən ekstermal şəraitdə satmaq bacarığı olan dəllallar, alverçilər, sırıyanlar, atanşiklər yaratdı. İstər istəməz bu qeyri-adi istedad sahibləri daha çox qazanmaq istəyi ilə gündən-günə daha da təkmilləşirlər, sırımağın yollarını öyrənirlər. Nə qədər öyrənsələr də yenə dar düşüncə ilə, keçmiş variantlarla sırıyırlar, amma bacarırlar. Bazar iqtisadiyyatı bizə gələndən bir qədər sonra isə, marketlər peyda oldu. Burda sırıyanlar demək olar ki yoxdur, amma adamı elə izləyənlər var ki, gəl görəsən. Burda insan sərbəst olmalıdı, amma bir sıradan o biri sıraya keçən kimi izləndiyini görürsən, istər-istəməz satıcı qız sən keçən sıraya keçərək güya nəyisə düzəldir, daha başa düşmürlər ki, kamera var, o, hər şeyi izləyir. Marketlər yenə qənaətbəxşdir. Təsadüfən metronun çıxışındakı keçiddən keçəsən və ya bazara gedəsən, peşman olarsan. Bir neçə adam qarşısına bir yeşik alça qoyub satır. Deyəcəksiz ki, burda nə var ki? Burda bezmək var, burda bir cümlənin sürətlə və tez-tez təkrar olunması və s. kimi dəhşətli anlar var. Bunlar başa düşmürlər ki, camaat kor deyil, görür. Daha qışqırmağa ehtiyac yoxdur. Camaatın qulağını gözüylə səhv salmayın. Metroların çıxışındakı keçidlərdən keçmək xüsusi bir bacarıq tələb edir, çoxları bunu öyrənib. Adam əlindən, alıb-satan əlindən, ağzını ayırıb nəyəsə baxan əlindən keçiddən yolun digər tərəfinə keçmək uzun vaxt aparmaqla yanaşı həm də bezdirir. Keçiddə nə desən var, qəzetdən tutmuş, göy göyərtiyə, alçaya( meyvələr fəsildən asılı olaraq dəyişir), pal-paltara, parfumeriya məhsullarına, disklərə, telefonlara, hətta internet kartlara kimi nə desən var. Satmağa səbri çatmayan alverçilərin çəkdiyi siqaretin tüstüsü içəridə vəziyyəti son dərəcə gərginləşdirir. Burdakı marketinq anlayışı elmə məlum deyil. Bu dəhşətli keçidi keçmək istəyirdim ki, arxadan kiminsə yüksək səslə, dayanmadan: “ yol verin, yol verin üstünüz kraska olacaq” deməsini eşitdim, bu qədər adamın içində boyalı nəsə aparmaq normal görünmədi, amma məsələ bununla bitmir. Camaat yol vermirdi yola verirdi. Mən də yola verdim, amma keçdikdən sonra boyalı nəyinsə olmasını görmədim. Bu vay şüvən salan alça satan imiş, əlində bir qutu alça camaatı dolayır ki, yol verin üstünüz boya olacaq. Bu addımla nəqliyyatı asanlaşdırır, amma düşünmür ki, camaatı dolayır, camaat da dolanmağa öyrənib, heç kim etiraz etmədi. Keçidi çıxanda elə bil hardasa xor musiqisi oxunan bir zala girirsən, beş-altı alça satan dayanmadan alça alça.... deyə qışqırır. Limon satanlarla alça satanların səsləri bir birinə qarışmışdı, hərdən polad, polad və pusu, pusu sözləri və alıcının gəlmədiyini görəndə isə əəə(eee)... kimi səslər də işlədilirdi. Biri satanda digəri zarafatcasına “qoyun bizdə sataq da” kimi ismarıclar da verirdi. Diqqətimi bir çinli (vəzifəli mənada deyil, çin vətəndaşı mənasında) satıcı da cəlb etdi, fəqir döyükmüşdü, amma bağırmırdı, başını aşağı salıb alıcının gəlməsini gözləyirdi.
['bazar iqtisadiyyatı', 'səviyyəsizlik']